Şəhidlər
عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «زَمِّلُوهُمْ بِدِمَائِهِمْ فَإِنَّهُ لَيْسَ كَلْمٌ يُكْلَمُ فِى اللَّهِ إِلاَّ أَتَى يَوْمَ الْقِيَامَةِ جُرْحُهُ يَدْمَى لَوْنُهُ لَوْنُ دَمٍ وَرِيحُهُ رِيحُ الْمِسْكِ».
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Şəhidləri qanlı-qanlı bürüyün, çünki Allaha görə yaralanan elə bir yaralı yoxdur ki, Qiyamət günü (Allahın hüzuruna) yarasından qan axa-axa gəlməsin. Onun yarasının rəngi qan rəngində, qoxusu isə müşk qoxusunda olacaq”.”
Əbu Hureyra
SəhihQeyd
ən-Nəsəi “Sunən” 2002, 2014. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 707.
İstinad
Fəzilətli əməllər, 395 (Kitab 10, 8)
Fəzilətli əməllər — Cihad