Cihad

Şəhidin başqalarında olmayan xüsusiyyətləri

عَنِ الْمِقْدَامِ بْنِ مَعْدِيكَرِبَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «لِلشَّهِيدِ عِنْدَ اللَّهِ سِتُّ خِصَالٍ يُغْفَرُ لَهُ فِى أَوَّلِ دَفْعَةٍ وَيَرَى مَقْعَدَهُ مِنَ الْجَنَّةِ وَيُجَارُ مِنْ عَذَابِ الْقَبْرِ وَيَأْمَنُ مِنَ الْفَزَعِ الأَكْبَرِ وَيُوضَعُ عَلَى رَأْسِهِ تَاجُ الْوَقَارِ الْيَاقُوتَةُ مِنْهَا خَيْرٌ مِنَ الدُّنْيَا وَمَا فِيهَا وَيُزَوَّجُ اثْنَتَيْنِ وَسَبْعِينَ زَوْجَةً مِنَ الْحُورِ الْعِينِ وَيُشَفَّعُ فِى سَبْعِينَ مِنْ أَقَارِبِهِ».

“Rəvayət edilir ki, Miqdəm ibn Mə'di Kərib ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Şəhidin Allah dərgahında altı xüsusiyyəti var; ilk (qan damcısı ilə) bağışlanır, Cənnətdəki yerini görür, qəbir əzabından qorunur, Qiyamət gününün dəhşətli qorxusundan arxayın olur, başına vüqar tacı qoyulur - Onun üzərindəki yaqut dənəsi dünya və onun içərisində olanlardan daha xeyirlidir -, yetmiş iki huri ilə evləndirilir və qohum-əqrəbasından yetmiş nəfərə şəfaət edir”.”

Miqdəm ibn Mə'di Kərib
Səhih

Qeyd

ət-Tirmizi, 1663, 1764. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1375.

İstinad

Fəzilətli əməllər, 396 (Kitab 10, 9)

Fəzilətli əməllər — Cihad