Nə Allah yolunda vuruşmaq sayılır?
عَنْ أَبِي مُوسَى قَالَ: جَاءَ رَجُلٌ إِلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ يَا رَسُولَ اللَّهِ، مَا الْقِتَالُ فِى سَبِيلِ اللَّهِ فَإِنَّ أَحَدَنَا يُقَاتِلُ غَضَبًا، وَيُقَاتِلُ حَمِيَّةً. فَقَالَ: «مَنْ قَاتَلَ لِتَكُونَ كَلِمَةُ اللَّهِ هِىَ الْعُلْيَا فَهُوَ فِى سَبِيلِ اللَّهِ عَزَّ وَجَلَّ».
“Rəvayət edilir ki, Əbu Musa ﵁ demişdir: “Bir nəfər Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi! Allah yolunda vuruşmaq nə deməkdir? Axı bizdən kimisi qəzəbinə görə, kimisi də namusuna görə vuruşur”. Peyğəmbər ﷺ buyurdu: “Kim Allahın Kəlməsi hər şeydən uca olsun deyə vuruşarsa, Allah ﷿ yolunda vuruşmuş olar”.”
Qeyd
əl-Buxari, 123.
İstinad
Fəzilətli əməllər, 406 (Kitab 10, 19)
Fəzilətli əməllər — Cihad