Cihad

İnsanların ən xeyirli olanı

عَنِ ابْنِ عَبَّاسٍ أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «أَلاَ أُخْبِرُكُمْ بِخَيْرِ النَّاسِ؟ رَجُلٌ مُمْسِكٌ بِعِنَانِ فَرَسِهِ فِي سَبِيلِ اللَّهِ، أَلاَ أُخْبِرُكُمْ بِالَّذِي يَتْلُوهُ؟ رَجُلٌ مُعْتَزِلٌ فِي غُنَيْمَةٍ لَهُ يُؤَدِّي حَقَّ اللَّهِ فِيهَا، أَلاَ أُخْبِرُكُمْ بِشَرِّ النَّاسِ؟ رَجُلٌ يُسْأَلُ بِاللَّهِ وَلاَ يُعْطِي بِهِ».

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “İnsanların ən xeyirli olanı barədə sizə xəbər verimmi?! Bu, Allah yolunda atının yüyənindən tutan kişidir. Bundan sonra kimin xeyirli olduğunu sizə xəbər verimmi?! Bu, insanlardan uzaqlaşaraq bir neçə qoyun saxlayan və Allahın haqqını yerinə yetirən kişidir. İnsanların ən şərli olanı barədə sizə xəbər verimmi?! Bu, Allah xatirinə bir şey istənildikdə, heç bir şey verməyən kişidir!””

İbn Abbas
Səhih

Qeyd

ət-Tirmizi, 1753. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 1941.

İstinad

Fəzilətli əməllər, 407 (Kitab 10, 20)

Fəzilətli əməllər — Cihad