Cihad

Keşik çəkənin fəziləti

عَنْ سَلْمَانَ الْخَيْرِ عَنْ رَسُوْلِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ :«مَنْ رَابَطَ يَوْماً وَلَيْلَهً فِي سَبِيلِ اللهِ، كَانَ لَهُ كَأَجْرِ صِيَامِ شَهْرٍ وَقِيَامِةِ، وَمَنْ مَاتَ مُرَابِطاً أُجْرِىَ لَهُ مِثْلُ ذَلِكَ الأَجْرِ، وَأُجْرِىَ عَلَيْهِ الرِّزْقُ، وَأَمِنَ مِنَ الْفَتَّانِ».

“Salman əl-Xeyr ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim Allah yolunda sərhəddə bir gün - bir gecə keşik çəkərsə, bir ay oruc tutmuş və bir ay namaz qılmış kimi savab qazanar. Kim də keşik çəkərkən ölsə, eyni savabı qazanar, Allah ona ruzi verər və o, qəbir fitnəsindən əmin olar”.”

Salman əl-Xeyr
Səhih

Qeyd

ən-Nəsəi “Sunən” 3167, 3180. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 1200.

İstinad

Fəzilətli əməllər, 436 (Kitab 10, 49)

Fəzilətli əməllər — Cihad