Cihad

Keşik çəkənin fəziləti

سَمِعَ فَضَالَةَ بْنَ عُبَيْدٍ يُحَدِّثُ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ «كُلُّ مَيِّتٍ يُخْتَمُ عَلَى عَمَلِهِ إِلاَّ الَّذِى مَاتَ مُرَابِطًا فِى سَبِيلِ اللَّهِ فَإِنَّهُ يُنْمَى لَهُ عَمَلُهُ إِلَى يَوْمِ الْقِيَامَةِ وَيَأْمَنُ مِنْ فِتْنَةِ الْقَبْرِ». وَسَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «الْمُجَاهِدُ مَنْ جَاهَدَ نَفْسَهُ».

“Fədalə ibn Ubeyd ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Allah yolunda sərhəddə keşik çəkərkən ölən kəsdən başqa hər bir ölənin əməli kəsilir. Onun əməli Qiyamətə qədər artırılır və o, qəbir fitnəsindən arxayın olur”. Həmçinin mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Mücahid nəfsi ilə cihad edəndir”.”

Fədalə ibn Ubeyd
Səhih

Qeyd

ət-Tirmizi, 1621, 1721. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2258.

İstinad

Fəzilətli əməllər, 437 (Kitab 10, 50)

Fəzilətli əməllər — Cihad