Şəhidlər təkcə döyüş meydanında öldürülənlər deyil
عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ «مَا تَقُولُونَ فِى الشَّهِيدِ فِيكُمْ». قَالُوا الْقَتْلُ فِى سَبِيلِ اللَّهِ. قَالَ «إِنَّ شُهَدَاءَ أُمَّتِى إِذًا لَقَلِيلٌ مَنْ قُتِلَ فِى سَبِيلِ اللَّهِ فَهُوَ شَهِيدٌ وَمَنْ مَاتَ فِى سَبِيلِ اللَّهِ فَهُوَ شَهِيدٌ وَالْمَبْطُونُ شَهِيدٌ وَالْمَطْعُونُ شَهِيدٌ».
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Aranızda şəhid olanlar haqqında nə deyirsiniz?” Dedilər: “Şəhidlər Allah yolunda öldürülənlərdir”. O buyurdu: “Elə olduqda, həqiqətən, ümmətimin şəhidləri azdır; Allah yolunda öldürülən şəhiddir, Allah yolunda ölən şəhiddir, qarın xəstəliyindən ölən şəhiddir, taun (vəba) xəstəliyindən ölən şəhiddir”.”
Qeyd
İbn Macə, 2804, 2810. Hədis səhihdir. Bax: Səhih Sunən İbn Macə, 2262.
İstinad
Fəzilətli əməllər, 439 (Kitab 10, 52)
Fəzilətli əməllər — Cihad