Cihad

Şəhidlər təkcə döyüş meydanında öldürülənlər deyil

عَنْ رَاشِدِ بْنِ حُبَيْشٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ الْقَتْلُ في سَبِيلِ الله شَهَادَةٌ، وَالطَّاعُونُ شَهَادَةٌ، وَالْغَرَقُ شَهَادَةٌ، وَالْبَطْنُ شَهَادَةٌ، وَالحَرقُ شَهَادَةٌ، وَالسَّيْلُ وَالنُّفَسَاءُ يَجُرُّهَا وَلَدُهَا بِسَرَرِهَا إِلَى الجَنَّةِ

“Raşid ibn Hubeyş ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Allah yolunda öldürülmək şəhidlikdir, taundan ölmək şəhidlikdir, boğularaq ölmək şəhidlikdir, qarın xəstəliyindən ölmək şəhidlikdir, yanaraq ölmək şəhidlikdir, seldə boğulmaq şəhidlikdir. Doğuş zamanı ölən qadını isə uşağı cifti ilə Cənnətə sürükləyər”.”

Raşid ibn Hubeyş
Həsən

Qeyd

Əhməd, 15998, 16041, 16094. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 4439.

İstinad

Fəzilətli əməllər, 440 (Kitab 10, 53)

Fəzilətli əməllər — Cihad