Ana səhifə

Mövzu

Hökm və qəza

الأحكام

Məhkəmə, şahidlik, cəzalar (hədd) və ədalətli hökm

623 hədis

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى أَبُو إِدْرِيسَ عَائِذُ اللَّهِ بْنُ عَبْدِ اللَّهِ أَنَّ عُبَادَةَ بْنَ الصَّامِتِ رَضِيَ اللَّهُ عَنْهُ وَكَانَ شَهِدَ بَدْرًا ، وَهُوَ أَحَدُ النُّقَبَاءِ لَيْلَةَ الْعَقَبَةِ - أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ وَحَوْلَهُ عِصَابَةٌ مِنْ أَصْحَابِهِ « بَايِعُونِى عَلَى أَنْ لاَ تُشْرِكُوا بِاللَّهِ شَيْئًا ، وَلاَ تَسْرِقُوا ، وَلاَ تَزْنُوا ، وَلاَ تَقْتُلُوا أَوْلاَدَكُمْ ، وَلاَ تَأْتُوا بِبُهْتَانٍ تَفْتَرُونَهُ بَيْنَ أَيْدِيكُمْ وَأَرْجُلِكُمْ ، وَلاَ تَعْصُوا فِى مَعْرُوفٍ ، فَمَنْ وَفَى مِنْكُمْ فَأَجْرُهُ عَلَى اللَّهِ ، وَمَنْ أَصَابَ مِنْ ذَلِكَ شَيْئًا فَعُوقِبَ فِى الدُّنْيَا فَهُوَ كَفَّارَةٌ لَهُ ، وَمَنْ أَصَابَ مِنْ ذَلِكَ شَيْئًا ثُمَّ سَتَرَهُ اللَّهُ ، فَهُوَ إِلَى اللَّهِ إِنْ شَاءَ عَفَا عَنْهُ ، وَإِنْ شَاءَ عَاقَبَهُ » . فَبَايَعْنَاهُ عَلَى ذَلِكَ .

“Bədr döyüşünün iştirakçısı və birinci Aqabə gecəsində beyət edən on iki nəfərdən biri olan Ubadə ibn əs-Samit ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ ətrafında səhabələrindən bir dəstə olarkən dedi: “Allaha şərik qoşmayacağınıza, oğurluq və zina etməyəcəyinizə, uşaqlarınızı öldürməyəcəyinizə, yalan uydurub (heç kimə) iftira atmayacağınıza, şəriətin buyurduğundan boyun qaçırmayacağınıza dair mənə beyət edin! Sizdən hər kim bu əhdə vəfa etsə, onun savabını Allah verər. Kim də bu günahlardan birini edib sonra dünyada ikən cəzalandırılsa, bu onun üçün kəffarə olar. Kim bu günahlardan birini etdikdən sonra Allah onu gizlədərsə, onun işi Allaha qalar. İstəsə, onu bağışlayar, istəsə, onu cəzalandırar”. Biz də buna beyət etdik”.”

Ubadə ibn əs-Samit
Buxari, 18 (İman, 11)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مُحَمَّدٍ قَالَ حَدَّثَنَا أَبُو عَامِرٍ قَالَ حَدَّثَنَا سُلَيْمَانُ بْنُ بِلاَلٍ الْمَدِينِىُّ عَنْ رَبِيعَةَ بْنِ أَبِى عَبْدِ الرَّحْمَنِ عَنْ يَزِيدَ مَوْلَى الْمُنْبَعِثِ عَنْ زَيْدِ بْنِ خَالِدٍ الْجُهَنِىِّ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سَأَلَهُ رَجُلٌ عَنِ اللُّقَطَةِ فَقَالَ « اعْرِفْ وِكَاءَهَا - أَوْ قَالَ وِعَاءَهَا - وَعِفَاصَهَا ، ثُمَّ عَرِّفْهَا سَنَةً ، ثُمَّ اسْتَمْتِعْ بِهَا ، فَإِنْ جَاءَ رَبُّهَا فَأَدِّهَا إِلَيْهِ » . قَالَ فَضَالَّةُ الإِبِلِ فَغَضِبَ حَتَّى احْمَرَّتْ وَجْنَتَاهُ - أَوْ قَالَ احْمَرَّ وَجْهُهُ - فَقَالَ « وَمَا لَكَ وَلَهَا مَعَهَا سِقَاؤُهَا وَحِذَاؤُهَا ، تَرِدُ الْمَاءَ ، وَتَرْعَى الشَّجَرَ ، فَذَرْهَا حَتَّى يَلْقَاهَا رَبُّهَا » . قَالَ فَضَالَّةُ الْغَنَمِ قَالَ « لَكَ أَوْ لأَخِيكَ أَوْ لِلذِّئْبِ » .

“Zeyd ibn Xalid əl-Cuhəni ﵁ rəvayət edir ki, bir kişi Peyğəmbərdən ﷺ tapılmış əşya barəsində soruşdu. Peyğəmbər ﷺ buyurdu: “(Əvvəlcə) o əşyaya bağlanılmış ipin və (yaxud əşyanın saxlanıldığı) qabın (kimin olduğunu) öyrənməli, sonra da bir il ərzində əşya barədə (camaata) bildirməlisən. Bundan sonra sən ondan istifadə edə bilərsən. Əgər o əşyanın sahibi gəlib çıxarsa, onda onu yiyəsinə qaytarmalısan”. Həmin kişi: “Bəs itmiş dəvə necə?”– deyə soruşdu. Peyğəmbər ﷺ elə qəzəbləndi ki, yanaqları (və ya üzü) qızardı və dedi: “Ondan sənə nə? Onun tuluğu və pəncəsi yanında ikən bulaq başına gəlir, ağaclardan yarpaq yeyir. Elə isə yiyəsi onu tapana qədər ona toxunma!” Kişi dedi: “Bəs itmiş qoyun necə?” Peyğəmbər ﷺ buyurdu: “O ya sənə, ya sənin qardaşına, ya da canavara çatacaq”.”

Zeyd ibn Xalid əl-Cuhəni
Buxari, 91 (Elm, 33)Səhih

حَدَّثَنَا أَبُو نُعَيْمٍ الْفَضْلُ بْنُ دُكَيْنٍ قَالَ حَدَّثَنَا شَيْبَانُ عَنْ يَحْيَى عَنْ أَبِى سَلَمَةَ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ خُزَاعَةَ قَتَلُوا رَجُلاً مِنْ بَنِى لَيْثٍ عَامَ فَتْحِ مَكَّةَ بِقَتِيلٍ مِنْهُمْ قَتَلُوهُ ، فَأُخْبِرَ بِذَلِكَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَرَكِبَ رَاحِلَتَهُ ، فَخَطَبَ فَقَالَ « إِنَّ اللَّهَ حَبَسَ عَنْ مَكَّةَ الْقَتْلَ - أَوِ الْفِيلَ شَكَّ أَبُو عَبْدِ اللَّهِ - وَسَلَّطَ عَلَيْهِمْ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَالْمُؤْمِنِينَ ، أَلاَ وَإِنَّهَا لَمْ تَحِلَّ لأَحَدٍ قَبْلِى ، وَلاَ تَحِلُّ لأَحَدٍ بَعْدِى أَلاَ وَإِنَّهَا حَلَّتْ لِى سَاعَةً مِنْ نَهَارٍ ، أَلاَ وَإِنَّهَا سَاعَتِى هَذِهِ حَرَامٌ ، لاَ يُخْتَلَى شَوْكُهَا ، وَلاَ يُعْضَدُ شَجَرُهَا ، وَلاَ تُلْتَقَطُ سَاقِطَتُهَا إِلاَّ لِمُنْشِدٍ ، فَمَنْ قُتِلَ فَهُوَ بِخَيْرِ النَّظَرَيْنِ إِمَّا أَنْ يُعْقَلَ ، وَإِمَّا أَنْ يُقَادَ أَهْلُ الْقَتِيلِ » . فَجَاءَ رَجُلٌ مِنْ أَهْلِ الْيَمَنِ فَقَالَ اكْتُبْ لِى يَا رَسُولَ اللَّهِ . فَقَالَ « اكْتُبُوا لأَبِى فُلاَنٍ » . فَقَالَ رَجُلٌ مِنْ قُرَيْشٍ إِلاَّ الإِذْخِرَ يَا رَسُولَ اللَّهِ ، فَإِنَّا نَجْعَلُهُ فِى بُيُوتِنَا وَقُبُورِنَا . فَقَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « إِلاَّ الإِذْخِرَ ، إِلاَّ الإِذْخِرَ » . قَالَ أَبُو عَبْدِ اللَّهِ يُقَالُ يُقَادُ بِالْقَافِ . فَقِيلَ لأَبِى عَبْدِ اللَّهِ أَىُّ شَىْءٍ كَتَبَ لَهُ قَالَ كَتَبَ لَهُ هَذِهِ الْخُطْبَةَ .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Xuzəalılar (cahiliyyə vaxtı) öldürülmüş bir müşrikə görə Leys oğullarından birini Məkkənin fəthi olan ildə öldürmüşdülər. Bu xəbər Peyğəmbərə ﷺ gəlib çatdıqda dəvəsinə mindi və xitab edərək belə buyurdu: “Allah Məkkədə qətl törətməyə izin verməmiş (və ya filləri ora buraxmamışdır), üstəlik Məkkə əhalisi üzərində hökmranlığı Allah Elçisinə ﷺ və möminlərə həvalə etmişdir. Bilin ki, Məkkə məndən əvvəl heç kimə halal olmadığı kimi, məndən sonra da heç kimə halal olmayacaq. Bilin ki, o, ancaq bir günün bir saatında yalnız mənim üçün halal buyurulmuşdur. Bilin ki, bu saat o, artıq mənim üçün də haramdır. (Buna görə də) Məkkədə tikan kəsilməməli, ağaca balta dəyməməli və itmiş əşya götürülməməlidir. (Əşyanın sahibini) axtarıb tapmaq istəyən (kəsin götürdüyü) isə istisnadır. (Onu da bilin ki,) qətlə yetirilmiş kəsin (varisi) iki şeydən birini seçə bilər: ya ona qanbahası verilməli, ya da qatildən qisas almalıdır”. Bu vaxt Yəməndən olan biri yaxınlaşıb dedi: “(Bu söylədiklərini) mənim üçün yaz, ey Allahın Elçisi!” Peyğəmbər ﷺ də buyurdu: “(Bunu) Əbu Filankəs üçün yazın!” Sonra Qureyşdən olan biri dedi: “Ətirli qamışdan başqa, ey Allahın Elçisi! Axı biz onu evlərimizdə və qəbirlərimizdə istifadə edirik”. Peyğəmbər ﷺ də buyurdu: “Ətirli qamışdan başqa, ətirli qamışdan başqa”. ...Əbu Abdullah əl-Buxaridən soruşdular: “Peyğəmbər ﷺ onun üçün nə yazdı?” O dedi: “Peyğəmbər ﷺ onun üçün bu xütbəni yazdı”.”

Əbu Hureyra
Buxari, 112 (Elm, 54)Səhih

حَدَّثَنَا يَحْيَى قَالَ أَخْبَرَنَا عَبْدُ الرَّزَّاقِ قَالَ أَخْبَرَنَا ابْنُ جُرَيْجٍ قَالَ أَخْبَرَنِى ابْنُ شِهَابٍ عَنْ سَهْلِ بْنِ سَعْدٍ أَنَّ رَجُلاً قَالَ يَا رَسُولَ اللَّهِ ، أَرَأَيْتَ رَجُلاً وَجَدَ مَعَ امْرَأَتِهِ رَجُلاً أَيَقْتُلُهُ فَتَلاَعَنَا فِى الْمَسْجِدِ وَأَنَا شَاهِدٌ .

“Səhl ibn Səd ﵁ rəvayət edir ki, bir kişi gəlib dedi: “Ey Allahın Elçisi, bir adam öz arvadını başqa bir kişi ilə zina edərkən tutsa, onu öldürməlidirmi?” Sonra o kişi ilə qadın məsciddə lənətləşdilər. Mən də buna şahid oldum”.”

Səhl ibn Səd
Buxari, 423 (Namaz, 75)Səhih

أَخْبَرَنَا عِيسَى بْنُ إِبْرَاهِيمَ بْنِ مَثْرُودٍ ، قَالَ حَدَّثَنَا ابْنُ وَهْبٍ ، عَنْ مَخْرَمَةَ ، عَنْ أَبِيهِ ، قَالَ سَمِعْتُ سُهَيْلَ بْنَ أَبِي صَالِحٍ ، قَالَ : سَمِعْتُ أَبِي يَقُولُ : سَمِعْتُ أَبَا هُرَيْرَةَ ، يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : وَفْدُ اللهِ ثَلاَثَةٌ : الْغَازِي ، وَالْحَاجُّ ، وَالْمُعْتَمِرُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allahın elçiləri üç növdür; qazilər, həcc edənlər və ümrə edənlər”.”

Əbu Hureyra
Nəsəi, 2625 (Həcc, 7)Səhih

أَخْبَرَنَا عِيسَى بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، عَنْ مَخْرَمَةَ ، عَنْ أَبِيهِ ، قَالَ : سَمِعْتُ سُهَيْلَ بْنَ أَبِي صَالِحٍ ، قَالَ : سَمِعْتُ أَبِي ، يَقُولُ : سَمِعْتُ أَبَا هُرَيْرَةَ ، يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : وَفْدُ اللهِ عَزَّ وَجَلَّ ثَلاَثَةٌ : الْغَازِي ، وَالْحَاجُّ ، وَالْمُعْتَمِرُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allahın nümayəndələri üçdür: qazi, həcc edən və ümrə edən”.”

Əbu Hureyra
Nəsəi, 3121 (Cihad, 37)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ مَهْدِيٍّ ، قَالَ : حَدَّثَنَا حَرْبُ بْنُ شَدَّادٍ ، عَنْ يَحْيَى ، عَنْ أَبِي سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ بُسْرِ بْنِ سَعِيدٍ ، عَنْ زَيْدِ بْنِ خَالِدٍ الْجُهَنِيِّ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ جَهَّزَ غَازِيًا ، فَقَدْ غَزَا ، وَمَنْ خَلَفَ غَازِيًا فِي أَهْلِهِ بِخَيْرٍ ، فَقَدْ غَزَا.

“Rəvayət edilir ki, Zeyd ibn Xalid əl-Cuhəni ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim qazinin təchizatını təmin edərsə, döyüşmüş kimi savab qazanar. Həmçinin kim döyüşə gedənin ailəsinə yaxşılıq edərsə, döyüşmüş kimi savab qazanar”.”

Zeyd ibn Xalid əl-Cuhəni
Nəsəi, 3181 (Cihad, 97)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، قَالَ : حَدَّثَنَا ابْنُ الْقَاسِمِ ، عَنْ مَالِكٍ ، قَالَ : حَدَّثَنِي ابْنُ شِهَابٍ ، أَنَّ سَهْلَ بْنَ سَعْدٍ السَّاعِدِيَّ ، أَخْبَرَهُ : أَنَّ عُوَيْمِرًا الْعَجْلاَنِيَّ جَاءَ إِلَى عَاصِمِ بْنِ عَدِيٍّ فَقَالَ : أَرَأَيْتَ يَا عَاصِمُ لَوْ أَنَّ رَجُلاً وَجَدَ مَعَ امْرَأَتِهِ رَجُلاً ، أَيَقْتُلُهُ فَيَقْتُلُونَهُ أَمْ كَيْفَ يَفْعَلُ ؟ سَلْ لِي يَا عَاصِمُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنْ ذَلِكَ ، فَسَأَلَ عَاصِمٌ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَكَرِهَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ الْمَسَائِلَ وَعَابَهَا حَتَّى كَبُرَ عَلَى عَاصِمٍ مَا سَمِعَ مِنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَلَمَّا رَجَعَ عَاصِمٌ إِلَى أَهْلِهِ جَاءَهُ عُوَيْمِرٌ فَقَالَ : يَا عَاصِمُ ، مَاذَا قَالَ لَكَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ؟ فَقَالَ عَاصِمٌ لِعُوَيْمِرٍ : لَمْ تَأْتِنِي بِخَيْرٍ قَدْ كَرِهَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ الْمَسْأَلَةَ الَّتِي سَأَلْتَ عَنْهَا ، فَقَالَ عُوَيْمِرٌ : وَاللَّهِ لاَ أَنْتَهِي حَتَّى أَسْأَلَ عَنْهَا رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَأَقْبَلَ عُوَيْمِرٌ حَتَّى أَتَى رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَسْطَ النَّاسِ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، أَرَأَيْتَ رَجُلاً وَجَدَ مَعَ امْرَأَتِهِ رَجُلاً ، أَيَقْتُلُهُ فَتَقْتُلُونَهُ أَمْ كَيْفَ يَفْعَلُ ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : قَدْ نَزَلَ فِيكَ وَفِي صَاحِبَتِكَ ، فَاذْهَبْ فَأْتِ بِهَا قَالَ سَهْلٌ : فَتَلاَعَنَا وَأَنَا مَعَ النَّاسِ عِنْدَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَلَمَّا فَرَغَ عُوَيْمِرٌ قَالَ : كَذَبْتُ عَلَيْهَا يَا رَسُولَ اللهِ إِنْ أَمْسَكْتُهَا ، فَطَلَّقَهَا ثَلاَثًا قَبْلَ أَنْ يَأْمُرَهُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ.

“Səhl ibn Səd əs-Səidi ﵁ rəvayət edir ki, bir dəfə Uveymir əl-Acləni Asim ibn Adiyin yanına gəlib dedi: “Ey Asim, bu məsələyə necə baxırsan, bir kişi zövcəsini başqa bir kişi ilə zina edərkən tutsa və o adamı öldürsə, qisas olaraq o öldürülməlidirmi, yoxsa o kişi nə etməlidir? Nə olar, bunu Allah Elçisindən ﷺ soruş”. Asim də bunu Allah Elçisindən ﷺ soruşdu. Allah Elçisi ﷺ bu cür sualları xoşlamaz və bunu ayıb sayardı. Ona görə də bu söhbət Allah Elçisinə ﷺ ağır gəldi. Asim evinə qayıtdıqda Uveymir onun yanına gəlib dedi: “Ey Asim, Allah Elçisi ﷺ bu haqda nə buyurdu?” Asim Uveymirə dedi: “Sən mənə xeyirli bir iş etdirmədin. Allah Elçisinin ﷺ sənin soruşduğun o sualdan heç xoşu gəlmədi”. Uveymir dedi: “Allaha and olsun, bunu gedib özüm soruşmadıqca bu işin başını buraxmayacam”. Uveymir insanların arasından keçərək Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, bir kişi zövcəsini başqa bir kişi ilə zina edərkən tutsa və o adamı öldürsə, qisas olaraq o, öldürülməlidirmi, yoxsa o kişi nə etməlidir?” Allah Elçisi ﷺ buyurdu: “Sənin və yoldaşın haqqında artıq ayə nazil olmuşdur. Get, zövcəni gətir”. Səhl deyir: “Mən insanlarla birlikdə Allah Elçisinin ﷺ yanında ikən bu ər-arvad bir-birinə qarşı lənətləşmə etdilər. Lənətləşməni bitirdikdən sonra Uveymir: “Əgər mən bu qadını nikahımda saxlasam, ey Allahın Elçisi, ona yalan söyləmiş olaram”, - dedi və Allah Elçisi ﷺ ona boşanmağı əmr etməmişdən qabaq zövcəsini bir dəfəyə üç talaqla boşadı.”

Səhl ibn Səd əs-Səidi
Nəsəi, 3402 (Talaq, 14)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَعْمَرٍ ، قَالَ : حَدَّثَنَا أَبُو دَاوُدَ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ أَبِي سَلَمَةَ ، وَإِبْرَاهِيمُ بْنُ سَعْدٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَهْلِ بْنِ سَعْدٍ ، عَنْ عَاصِمِ بْنِ عَدِيٍّ ، قَالَ : جَاءَنِي عُوَيْمِرٌ - رَجُلٌ مِنْ بَنِي الْعَجْلاَنِ - فَقَالَ : أَيْ عَاصِمُ ، أَرَأَيْتُمْ رَجُلاً رَأَى مَعَ امْرَأَتِهِ رَجُلاً أَيَقْتُلُهُ فَتَقْتُلُونَهُ ؟ أَمْ كَيْفَ يَفْعَلُ يَا عَاصِمُ ؟ سَلْ لِي رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَسَأَلَ عَاصِمٌ عَنْ ذَلِكَ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَعَابَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ الْمَسَائِلَ وَكَرِهَهَا ، فَجَاءَهُ عُوَيْمِرٌ ، فَقَالَ : مَا صَنَعْتَ يَا عَاصِمُ ؟ فَقَالَ : صَنَعْتُ أَنَّكَ لَمْ تَأْتِنِي بِخَيْرٍ ، كَرِهَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ الْمَسَائِلَ وَعَابَهَا ، قَالَ عُوَيْمِرٌ : وَاللَّهِ لأَسْأَلَنَّ عَنْ ذَلِكَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَانْطَلَقَ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَسَأَلَهُ ، فَقَالَ لَهُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : قَدْ أَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ فِيكَ وَفِي صَاحِبَتِكَ فَأْتِ بِهَا ، قَالَ سَهْلٌ : وَأَنَا مَعَ النَّاسِ عِنْدَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَجَاءَ بِهَا فَتَلاَعَنَا ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، وَاللَّهِ لَئِنْ أَمْسَكْتُهَا لَقَدْ كَذَبْتُ عَلَيْهَا ، فَفَارَقَهَا قَبْلَ أَنْ يَأْمُرَهُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بِفِرَاقِهَا ، فَصَارَتْ سُنَّةَ الْمُتَلاَعِنَيْنِ.

“Rəvayət edilir ki, Asim ibn Adiy ﵁ demişdir: “əl-Aclan tayfasından olan Uveymir yanıma gəlib dedi: “Ey Asim, nə deyirsən, bir kişi zövcəsi ilə başqa birisinin zina etdiyini görsə, zina edəni öldürərsə, siz onu qisas olaraq öldürməlisinizmi? Yoxsa ona nə edilir, ey Asim? Bunu Allah Elçisindən ﷺ soruşa bilərsənmi?” Asim bunu Peyğəmbərdən ﷺ soruşdu, lakin Allah Elçisi ﷺ bunu eyib sayıb bundan xoşlanmadı. Sonra Uveymir Asimin yanına gəlib dedi: “Nə etdin, ey Asim?” Asim dedi: “Sənin dediyini etdim, lakin Allah Elçisi ﷺ bunu xoş qarşılamadı və bunu eyib bir şey saydı”. Uveymir: “Allaha and olsun ki, mən bunu Allah Elçisindən ﷺ soruşacağam”, - dedi və gedib Allah Elçisindən ﷺ soruşdu. Allah Elçisi ﷺ buyurdu: “Artıq Allah ﷿ sənin və zövcən haqqında ayə nazil etdi. Zövcəni götür bura gəl!” Ravi Səhl deyir: “Mən Allah Elçisinin ﷺ yanında idim. Uveymir zövcəsini gətirdi və onlar qarşılıqlı şəkildə lənətləşdilər. Sonra Uveymir: “Ey Allahın Elçisi, əgər mən onu nikahımda saxlasam, ona yalan danışmış olaram” və Allah Elçisi ﷺ onu boşamasını əmr etməmişdən qabaq zövcəsini boşadı. Bu hadisədən sonra isə qarşılıqlı olaraq lənətləşən cütlüyün ayrılmaları ərin talağı ilə adət oldu”.”

Asim ibn Adiy
Nəsəi, 3466 (Talaq, 78)Səhih

أَخْبَرَنَا عِمْرَانُ بْنُ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا مَخْلَدُ بْنُ حُسَيْنٍ الأَزْدِيُّ ، قَالَ : حَدَّثَنَا هِشَامُ بْنُ حَسَّانَ ، عَنْ مُحَمَّدِ بْنِ سِيرِينَ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : إِنَّ أَوَّلَ لِعَانٍ كَانَ فِي الإِسْلاَمِ أَنَّ هِلاَلَ بْنَ أُمَيَّةَ قَذَفَ شَرِيكَ بْنَ السَّحْمَاءِ بِامْرَأَتِهِ ، فَأَتَى النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَأَخْبَرَهُ بِذَلِكَ ، فَقَالَ لَهُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أَرْبَعَةَ شُهَدَاءَ وَإِلاَّ فَحَدٌّ فِي ظَهْرِكَ يُرَدِّدُ ذَلِكَ عَلَيْهِ مِرَارًا ، فَقَالَ لَهُ هِلاَلٌ : وَاللَّهِ يَا رَسُولَ اللهِ ، إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ لَيَعْلَمُ أَنِّي صَادِقٌ ، وَلَيُنْزِلَنَّ اللَّهُ عَزَّ وَجَلَّ عَلَيْكَ مَا يُبَرِّئُ ظَهْرِي مِنَ الْجَلْدِ ، فَبَيْنَمَا هُمْ كَذَلِكَ إِذْ نَزَلَتْ عَلَيْهِ آيَةُ اللِّعَانِ {وَالَّذِينَ يَرْمُونَ أَزْوَاجَهُمْ} إِلَى آخِرِ الآيَةِ ، فَدَعَا هِلاَلاً فَشَهِدَ أَرْبَعَ شَهَادَاتٍ بِاللَّهِ إِنَّهُ لَمِنَ الصَّادِقِينَ ، وَالْخَامِسَةُ أَنَّ لَعْنَةَ اللهِ عَلَيْهِ إِنْ كَانَ مِنَ الْكَاذِبِينَ ، ثُمَّ دُعِيَتِ الْمَرْأَةُ فَشَهِدَتْ أَرْبَعَ شَهَادَاتٍ بِاللَّهِ إِنَّهُ لَمِنَ الْكَاذِبِينَ ، فَلَمَّا أَنْ كَانَ فِي الرَّابِعَةِ أَوِ الْخَامِسَةِ قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : وَقِّفُوهَا فَإِنَّهَا مُوجِبَةٌ ، فَتَلَكَّأَتْ حَتَّى مَا شَكَكْنَا أَنَّهَا سَتَعْتَرِفُ ، ثُمَّ قَالَتْ : لاَ أَفْضَحُ قَوْمِي سَائِرَ الْيَوْمِ ، فَمَضَتْ عَلَى الْيَمِينِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : انْظُرُوهَا ، فَإِنْ جَاءَتْ بِهِ أَبْيَضَ سَبِطًا قَضِيءَ الْعَيْنَيْنِ فَهُوَ لِهِلاَلِ بْنِ أُمَيَّةَ ، وَإِنْ جَاءَتْ بِهِ آدَمَ جَعْدًا رَبْعًا حَمْشَ السَّاقَيْنِ فَهُوَ لِشَرِيكِ بْنِ السَّحْمَاءِ ، فَجَاءَتْ بِهِ آدَمَ جَعْدًا رَبْعًا حَمْشَ السَّاقَيْنِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لَوْلاَ مَا سَبَقَ فِيهَا مِنْ كِتَابِ اللهِ لَكَانَ لِي وَلَهَا شَأْنٌ قَالَ الشَّيْخُ وَالْقَضِئُ طَوِيلُ شَعْرِ الْعَيْنَيْنِ ، لَيْسَ بِمَفْتُوحِ الْعَيْنِ وَلاَ جَاحِظِهِمَا ، وَاللَّهُ سُبْحَانَهُ وَتَعَالَى أَعْلَمُ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “İslamda ilk lənətləşmə Hilal ibn Umeyyənin Şərik ibn Səhmə ilə zövcəsinin zina etməsi məsələsi idi. Hilal Peyğəmbərin ﷺ yanına gəlib bu haqda ona xəbər verdi. Peyğəmbər ﷺ ona buyurdu: “Sən dörd şahid gətirməlisən, əks təqdirdə kürəyinə hədd cəzası olaraq şallaq vurulacaq”. Allah Elçisi ﷺ sözünü bir neçə dəfə təkrarladı. Hilal isə dedi: “Allaha and olsun, ey Allahın Elçisi! Allah ﷿ da bilir ki, doğru söyləyirəm. Allah ﷿ kürəyimi hədd cəzasından qurtaracaq ayələr nazil edəcək”. Bu əsnada lənətləşmə ayəsi nazil oldu: “Arvadlarını zinada günahlandırıb özlərindən başqa şahidləri olmayanların hər birinin şahidliyi, özünün doğru danışanlardan olmasına dair dörd dəfə Allahı şahid tutması, beşinci dəfə isə: “Əgər yalan danışanlardandırsa, Allah ona lənət eləsin!”, – deməsidir. Qadının da ərinin yalan danışanlardan olduğuna dair dörd dəfə Allahı şahid tutması cəzanı ondan dəf edər. Beşinci dəfə: “Əgər ər doğru danışanlardandırsa, Allah o qadına lənət eləsin!”, – deməlidir”. (ən-Nur, 6-9). Bundan sonra Allah Elçisi ﷺ Hilalı çağırdı. Hilal da dörd dəfə doğru söylədiyinə dair Allaha and içərək şahidlik etdi. Beşinci dəfə isə əgər yalan danışırsa, Allahın lənətinin öz üzərinə olmasını istədi. Sonra qadın çağırıldı. Qadın da dörd dəfə yalan demədiyinə dair Allaha and içərək şahidlik etdi. Dördüncü və ya beşinci dəfə and içərkən Allah Elçisi ﷺ orada olanlara buyurdu: “Qadını dayandırın! Çünki bu beşinci and əzabı vacib edir”. Qadın bir az dayandı və biz qadının günahını etiraf edəcəyini sandıq, lakin qadın: “Mən qövmümü indən belə rüsvay edən deyiləm”, - dedi və andını tamamladı. Sonra Allah Elçisi ﷺ buyurdu: “Doğulacaq uşağa diqqət edin! Əgər uşaq ağdərili, saçı düz və gözü kiçik olarsa, bu uşaq Hilal ibn Umeyyənin uşağıdır. Əgər doğulacaq uşaq gözləri sürməli, ortaboylu və incə baldırlı olarsa, bu uşaq Şərik ibn Səhmənin uşağıdır”. Uşaq doğulduqda onun gözləri sürməli, ortaboylu və nazik baldırlı oldu”. Allah Elçisi ﷺ buyurdu: “Əgər Allahın Kitabında lənətləşmə hökmü əvvəlcədən nazil edilmiş olmasaydı, mən o qadınla başqa cür davranardım (zinanın cəzası olaraq daşqalaq hökmünü tətbiq edərdim)”.”

Ənəs ibn Malik
Nəsəi, 3469 (Talaq, 81)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، قَالَ حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ حُمَيْدٍ (ح) وَأَنْبَأَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، عَنْ سُفْيَانَ ، قَالَ : سَمِعْنَاهُ مِنَ الزُّهْرِيِّ ، أَخْبَرَنِي حُمَيْدُ بْنُ عَبْدِ الرَّحْمَنِ ، وَمُحَمَّدُ بْنُ النُّعْمَانِ ، عَنِ النُّعْمَانِ بْنِ بَشِيرٍ : أَنَّ أَبَاهُ نَحَلَهُ غُلاَمًا ، فَأَتَى النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يُشْهِدُهُ ، فَقَالَ : أَكُلَّ وَلَدِكَ نَحَلْتَ ؟ ، قَالَ : لاَ ، قَالَ : فَارْدُدْهُ وَاللَّفْظُ لِمُحَمَّدٍ.

“Numan ibn Bəşir ﵄ rəvayət edir ki, atası ona bir kölə bağışlamışdı və buna şahid tutmaq üçün Peyğəmbərin ﷺ yanına gəlmişdi. Peyğəmbər ﷺ ona dedi: “Sən bütün uşaqlarına belə bağışlama etdinmi?” O: “Xeyr”, - dedi. Peyğəmbər ﷺ buyurdu: “Elə isə onu qaytar!””

Numan ibn Bəşir
Nəsəi, 3672 (Hədiyyə, 1)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ الْقَاسِمِ ، عَنْ مَالِكٍ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ حُمَيْدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، وَمُحَمَّدِ بْنِ النُّعْمَانِ ، يُحَدِّثَانِهِ ، عَنِ النُّعْمَانِ بْنِ بَشِيرِ : أَنَّ أَبَاهُ أَتَى بِهِ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : إِنِّي نَحَلْتُ ابْنِي غُلاَمًا كَانَ لِي ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أَكُلَّ وَلَدِكَ نَحَلْتَهُ ؟ ، قَالَ : لاَ ، قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : فَارْجِعْهُ.

“Numan ibn Bəşir ﵄ rəvayət edir ki, atası onu Allah Elçisinin ﷺ yanına gətirib dedi: “Mən bu oğluma köləmi bağışladım”. Allah Elçisi ﷺ ona dedi: “Sən bütün uşaqlarına belə bağışlama etdinmi?” O: “Xeyr”, - dedi. Allah Elçisi ﷺ buyurdu: “Elə isə onu qaytar!””

Numan ibn Bəşir
Nəsəi, 3673 (Hədiyyə, 2)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ هَاشِمٍ ، قَالَ حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ ، قَالَ حَدَّثَنَا الأَوْزَاعِيُّ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ حُمَيْدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، وَعَنْ مُحَمَّدِ بْنِ النُّعْمَانِ ، عَنِ النُّعْمَانِ بْنِ بَشِيرٍ : أَنَّ أَبَاهُ بَشِيرَ بْنَ سَعْدٍ جَاءَ بِابْنِهِ النُّعْمَانِ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، إِنِّي نَحَلْتُ ابْنِي هَذَا غُلاَمًا كَانَ لِي ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أَكُلَّ بَنِيكَ نَحَلْتَ ؟ قَالَ : لاَ ، قَالَ : فَارْجِعْهُ.

“Numan ibn Bəşir ﵄ rəvayət edir ki, bir dəfə atası Bəşir ibn Səd Numanı Allah Elçisinin ﷺ yanına gətirib dedi: “Ey Allahın Elçisi, mən bu oğluma köləmi bağışladım. Allah Elçisi ﷺ ona dedi: “Sən bütün uşaqlarına belə bağışlama etdinmi?” O: “Xeyr”, - dedi. Allah Elçisi ﷺ buyurdu: “Elə isə onu qaytar!””

Numan ibn Bəşir
Nəsəi, 3674 (Hədiyyə, 3)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عُثْمَانَ بْنِ سَعِيدٍ ، قَالَ حَدَّثَنَا الْوَلِيدُ ، عَنِ الأَوْزَاعِيِّ ، عَنِ الزُّهْرِيِّ ، أَنَّ مُحَمَّدَ بْنَ النُّعْمَانِ ، وَحُمَيْدَ بْنَ عَبْدِ الرَّحْمَنِ حَدَّثَاهُ ، عَنْ بَشِيرِ بْنِ سَعْدٍ : أَنَّهُ جَاءَ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بِالنُّعْمَانِ بْنِ بَشِيرٍ فَقَالَ : إِنِّي نَحَلْتُ ابْنِي هَذَا غُلاَمًا فَإِنْ رَأَيْتَ أَنْ تُنْفِذَهُ أَنْفَذْتُهُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أَكُلَّ بَنِيكَ نَحَلْتَهُ ؟ قَالَ : لاَ ، قَالَ : فَارْدُدْهُ.

“Rəvayət edilir ki, Bəşir ibn Səd ﵁ Numan ibn Bəşiri Peyğəmbərin ﷺ yanına gətirib dedi: “Ey Allahın Elçisi, mən bu oğluma bir kölə hədiyyə etmişəm, əgər sən bunu münasib görürsənsə, bunu edərəm”. Allah Elçisi ﷺ ona dedi: “Sən bütün uşaqlarına belə bağışlama etdinmi?” O: “Xeyr”, - dedi. Allah Elçisi ﷺ buyurdu: “Elə isə onu qaytar!””

Bəşir ibn Səd
Nəsəi, 3675 (Hədiyyə, 4)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ حَرْبٍ ، قَالَ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنْ هِشَامٍ ، عَنْ أَبِيهِ ، عَنِ النُّعْمَانِ بْنِ بَشِيرٍ : أَنَّ أَبَاهُ نَحَلَهُ نُحْلاً ، فَقَالَتْ لَهُ أُمُّهُ : أَشْهِدِ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَلَى مَا نَحَلْتَ ابْنِي ، فَأَتَى النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَذَكَرَ ذَلِكَ لَهُ ، فَكَرِهَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَنْ يَشْهَدَ لَهُ.

“Numan ibn Bəşir ﵄ rəvayət edir ki, atası ona kölə hədiyyə etmişdi. Anası isə atasına dedi: “Bunu oğluma bağışlamağına Peyğəmbəri ﷺ şahid tut!” O, Peyğəmbərin ﷺ yanına gəlib bunu ona dedi. Peyğəmbər ﷺ bu işə şahidlik etməyi yaxşı bir şey saymadı.”

Numan ibn Bəşir
Nəsəi, 3676 (Hədiyyə, 5)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَعْمَرٍ ، قَالَ : حَدَّثَنَا أَبُو عَامِرٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ سَعْدٍ ، يَعْنِي ابْنَ إِبْرَاهِيمَ ، عَنْ عُرْوَةَ ، عَنْ بَشِيرٍ : أَنَّهُ نَحَلَ ابْنَهُ غُلاَمًا ، فَأَتَى النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَأَرَادَ أَنْ يُشْهِدَ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : أَكُلَّ وَلَدِكَ نَحَلْتَهُ مِثْلَ ذَا ؟ قَالَ : لاَ ، قَالَ : فَارْدُدْهُ.

“Bəşir ﵁ rəvayət edir ki, oğluna bir kölə bağışlamışdı. Sonra bu işə Peyğəmbəri ﷺ şahid tutmaq üçün onun yanına gəldi. Peyğəmbər ﷺ ona dedi: “Sən bütün uşaqlarına belə bağışlama etdinmi?” O: “Xeyr”, - dedi. Peyğəmbər ﷺ buyurdu: “Elə isə onu qaytar!””

Bəşir
Nəsəi, 3677 (Hədiyyə, 6)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ حَاتِمٍ ، قَالَ : حَدَّثَنَا حِبَّانُ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ : أَنَّ بَشِيرًا ، أَتَى النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : يَا نَبِيَّ اللهِ ، نَحَلْتُ النُّعْمَانَ نِحْلَةً ، قَالَ : أَعْطَيْتَ لِإِخْوَتِهِ ؟ قَالَ : لاَ ، قَالَ : فَارْدُدْهُ.

“Hişam ibn Urva atasından ﵁ rəvayət edir ki, Bəşir Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Peyğəmbəri, mən Numana kölə bağışlamışam. Peyğəmbər ﷺ dedi: “Onun qardaşlarına da vermisən?” O: “Xeyr”, - dedi. Peyğəmbər ﷺ buyurdu: “Elə isə onu qaytar!””

Hişam ibn Urva atasından
Nəsəi, 3678 (Hədiyyə, 7)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الْمَلِكِ بْنِ أَبِي الشَّوَارِبِ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ وَهُوَ ابْنُ زُرَيْعٍ ، قَالَ : حَدَّثَنَا دَاوُدُ ، عَنِ الشَّعْبِيِّ ، عَنِ النُّعْمَانِ ، قَالَ : انْطَلَقَ بِهِ أَبُوهُ يَحْمِلُهُ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، قَالَ : اشْهَدْ أَنِّي قَدْ نَحَلْتُ النُّعْمَانَ مِنْ مَالِي كَذَا وَكَذَا ، قَالَ : كُلَّ بَنِيكَ نَحَلْتَ مِثْلَ الَّذِي نَحَلْتَ النُّعْمَانَ ؟

“Numan ﵁ rəvayət edir ki, atası onu Peyğəmbərin ﷺ yanına gətirdi və dedi: “Mən malımdan bu və bu şeyləri Numana bağışladım”. Peyğəmbər ﷺ dedi: “Sən Numana bağışladıqlarının eynisini digər oğlanlarına bağışlamısanmı?””

Numan
Nəsəi, 3679 (Hədiyyə, 8)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، عَنْ عَبْدِ الْوَهَّابِ ، قَالَ : حَدَّثَنَا دَاوُدُ ، عَنْ عَامِرٍ ، عَنِ النُّعْمَانِ : أَنَّ أَبَاهُ أَتَى بِهِ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يُشْهِدُ عَلَى نُحْلٍ نَحَلَهُ إِيَّاهُ ، فَقَالَ : أَكُلَّ وَلَدِكَ نَحَلْتَ مِثْلَ مَا نَحَلْتَهُ ؟ قَالَ : لاَ ، قَالَ : فَلاَ أَشْهَدُ عَلَى شَيْءٍ ، أَلَيْسَ يَسُرُّكَ أَنْ يَكُونُوا إِلَيْكَ فِي الْبِرِّ سَوَاءً ؟ قَالَ : بَلَى ، قَالَ : فَلاَ إِذًا.

“Numan ﵁ rəvayət edir ki, atası onu ona bağışladığı şeylərə görə Peyğəmbərin ﷺ yanına gətirdi. Peyğəmbər ﷺ dedi: “Sən bütün uşaqlarına eyni şeyləri bağışlamısanmı?” O: “Xeyr”, - dedi. Peyğəmbər ﷺ buyurdu: “Mən belə haqsızlıq edilən şeyə şahidlik edə bilmərəm. Sənin bütün uşaqlarına yaxşılıq etməyin səni sevindirməzmi?” O dedi: “Bəli”. Peyğəmbər buyurdu: “Onda nəyə görə bu haqsızlığı edirsən?!””

Numan
Nəsəi, 3680 (Hədiyyə, 9)Səhih

أَخْبَرَنَا مُوسَى بْنُ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا أَبُو أُسَامَةَ ، قَالَ : حَدَّثَنَا أَبُو حَيَّانَ ، عَنِ الشَّعْبِيِّ ، قَالَ : حَدَّثَنِي النُّعْمَانُ بْنُ بَشِيرٍ الأَنْصَارِيُّ : أَنَّ أُمَّهُ ابْنَةَ رَوَاحَةَ سَأَلَتْ أَبَاهُ بَعْضَ الْمَوْهِبَةِ مِنْ مَالِهِ لاِبْنِهَا ، فَالْتَوَى بِهَا سَنَةً ، ثُمَّ بَدَا لَهُ فَوَهَبَهَا لَهُ ، فَقَالَتْ : لاَ أَرْضَى حَتَّى تُشْهِدَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، إِنَّ أُمَّ هَذَا ابْنَةَ رَوَاحَةَ قَاتَلَتْنِي عَلَى الَّذِي وَهَبْتُ لَهُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : يَا بَشِيرُ ، أَلَكَ وَلَدٌ سِوَى هَذَا ؟ قَالَ : نَعَمْ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أَفَكُلُّهُمْ وَهَبْتَ لَهُمْ مِثْلَ الَّذِي وَهَبْتَ لاِبْنِكَ هَذَا ؟ قَالَ : لاَ ، قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : فَلاَ تُشْهِدْنِي إِذًا ، فَإِنِّي لاَ أَشْهَدُ عَلَى جَوْرٍ.

“Numan ibn Bəşir əl-Ənsari ﵄ rəvayət edir ki, Ravahanın qızı olan anası atasından Numana malından bir qədər bağışlamasını istədi, lakin Numanın atasının işi çətinliyə düşdü və bu, bir il çəkdi. Sonra da oğluna bəzi şeylər bağışladı. Numanın anası, Allah Elçisini ﷺ şahid tutmasa, buna razı olmadığını bildirdi. Numanın atası Allah Elçisinin ﷺ yanına gəldi və dedi: “Ey Allahın Elçisi, bu uşağın anası, yəni mənim zövcəm uşağa verdiyim bir hədiyyəyə görə məni incidir”. Allah Elçisi ﷺ buyurdu: “Ey Bəşir! Sənin bu uşaqdan başqa uşaqların varmı?” O: “Bəli!”, - dedi. Allah Elçisi ﷺ buyurdu: “Elə isə bu oğluna verdiyin kimi, onlara da bir şey verdinmi?” Bəşir: “Xeyr!”, - dedikdə Allah Elçisi ﷺ buyurdu: “Onda mən bu işə şahidlik edə bilmərəm! Ədalətsizlik olan bir işdə mən şahidlik edə bilmərəm”.”

Numan ibn Bəşir əl-Ənsari
Nəsəi, 3681 (Hədiyyə, 10)Səhih

أَخْبَرَنَا أَبُو دَاوُدَ ، قَالَ : حَدَّثَنَا يَعْلَى ، قَالَ : حَدَّثَنَا أَبُو حَيَّانَ ، عَنِ الشَّعْبِيِّ ، عَنِ النُّعْمَانِ ، قَالَ : سَأَلَتْ أُمِّي أَبِي بَعْضَ الْمَوْهِبَةِ فَوَهَبَهَا لِي ، فَقَالَتْ : لاَ أَرْضَى حَتَّى أُشْهِدَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، قَالَ : فَأَخَذَ أَبِي بِيَدِي وَأَنَا غُلاَمٌ ، فَأَتَى رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، إِنَّ أُمَّ هَذَا ابْنَةَ رَوَاحَةَ طَلَبَتْ مِنِّي بَعْضَ الْمَوْهِبَةِ ، وَقَدْ أَعْجَبَهَا أَنْ أُشْهِدَكَ عَلَى ذَلِكَ ، قَالَ : يَا بَشِيرُ ، أَلَكَ ابْنٌ غَيْرُ هَذَا ؟ قَالَ : نَعَمْ ، قَالَ : فَوَهَبْتَ لَهُ مِثْلَ مَا وَهَبْتَ لِهَذَا ؟ قَالَ : لاَ ، قَالَ : فَلاَ تُشْهِدْنِي إِذًا ، فَإِنِّي لاَ أَشْهَدُ عَلَى جَوْرٍ.

“Rəvayət edilir ki, Numan ﵁ demişdir: “Anam atamdan bəzi şeyləri mənə bağışlamasını istədi, atam da onları mənə bağışladı. Amma anam dedi: “Allah Elçisini ﷺ şahid tutmayana qədər buna razı olmaram”. Atam əlimdən tutaraq məni Allah Elçisinin ﷺ yanına gətirdi. O vaxtlar mən uşaq idim. Atam dedi: “Ey Allahın Elçisi, bu uşağın anası - Ravahanın qızı bu uşağa bir şey bağışlamamı və etdiyim bağışlamaya səni şahid tutmağımı istədi”. Allah Elçisi ﷺ buyurdu: “Ey Bəşir! Sənin bu uşaqdan başqa uşaqların varmı?” O: “Bəli!”, - dedi. Allah Elçisi ﷺ buyurdu: “Bu oğluna verdiyin kimi, onlara da bir şey verdinmi?” Bəşir: “Xeyr!”, - dedikdə Allah Elçisi ﷺ buyurdu: “Onda məni şahid tutma! Mən ədalətsizlik olan bir işdə şahidlik edə bilmərəm”.”

Numan
Nəsəi, 3682 (Hədiyyə, 11)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ عُبَيْدٍ ، قَالَ : حَدَّثَنَا إِسْمَاعِيلُ ، عَنْ عَامِرٍ ، قَالَ : أُخْبِرْتُ أَنَّ بَشِيرَ بْنَ سَعْدٍ ، أَتَى رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، إِنَّ امْرَأَتِي عَمْرَةَ بِنْتَ رَوَاحَةَ أَمَرَتْنِي أَنْ أَتَصَدَّقَ عَلَى ابْنِهَا نُعْمَانَ بِصَدَقَةٍ ، وَأَمَرَتْنِي أَنْ أُشْهِدَكَ عَلَى ذَلِكَ ، فَقَالَ لَهُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : هَلْ لَكَ بَنُونَ سِوَاهُ ؟ قَالَ : نَعَمْ ، قَالَ : فَأَعْطَيْتَهُمْ مِثْلَ مَا أَعْطَيْتَ لِهَذَا ؟ قَالَ : لاَ ، قَالَ : فَلاَ تُشْهِدْنِي عَلَى جَوْرٍ.

“Rəvayət edilir ki, bir dəfə Bəşir ibn Səd ﵁ Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, zövcəm Amra bint Ravaha oğlu Numana bir şey bağışlamamı və səni bu işə şahid tutmağımı istədi”. Allah Elçisi ﷺ buyurdu: “Sənin bu uşaqdan başqa uşaqların varmı?” O: “Bəli!”, - dedi. Allah Elçisi ﷺ buyurdu: “Bu oğluna verdiyin kimi, onlara da bir şey verdinmi?” Bəşir: “Xeyr!”, - dedikdə Allah Elçisi ﷺ buyurdu: “Mən ədalətsizlik olan bir işdə şahidlik edə bilmərəm”.”

Bəşir ibn Səd
Nəsəi, 3683 (Hədiyyə, 12)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا أَبُو نُعَيْمٍ ، قَالَ : حَدَّثَنَا زَكَرِيَّا ، عَنْ عَامِرٍ ، قَالَ : حَدَّثَنِي عَبْدُ اللهِ بْنُ عُتْبَةَ بْنِ مَسْعُودٍ (ح) وَأَنْبَأَنَا مُحَمَّدُ بْنُ حَاتِمٍ ، قَالَ : أَنْبَأَنَا حِبَّانُ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ زَكَرِيَّا ، عَنِ الشَّعْبِيِّ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُتْبَةَ بْنِ مَسْعُودٍ : أَنَّ رَجُلاً جَاءَ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ - وَقَالَ مُحَمَّدٌ : أَتَى النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ - فَقَالَ : إِنِّي تَصَدَّقْتُ عَلَى ابْنِي بِصَدَقَةٍ ، فَاشْهَدْ ، فَقَالَ : هَلْ لَكَ وَلَدٌ غَيْرُهُ ؟ قَالَ : نَعَمْ ، قَالَ : أَعْطَيْتَهُمْ كَمَا أَعْطَيْتَهُ ؟ قَالَ : لاَ ، قَالَ : أَشْهَدُ عَلَى جَوْرٍ ؟ ‍‍.

“Abdullah ibn Utbə ibn Məsud ﵁ rəvayət edir ki, bir kişi Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Mən oğluma bir şey bağışlayıram və səni bu işə şahid tutmaq istəyirəm”. Allah Elçisi ﷺ buyurdu: “Sənin bu uşaqdan başqa uşaqların varmı?” O: “Bəli!”, - dedi. Allah Elçisi ﷺ buyurdu: “Buna verdiyin kimi, onlara da bir şey verdinmi?” Bəşir: “Xeyr!”, - dedikdə Allah Elçisi ﷺ buyurdu: “Mən ədalətsizliyə şahidlik edim?!””

Abdullah ibn Utbə ibn Məsud
Nəsəi, 3684 (Hədiyyə, 13)Səhih

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، عَنْ يَحْيَى ، عَنْ فِطْرٍ ، قَالَ : حَدَّثَنِي مُسْلِمُ بْنُ صُبَيْحٍ ، قَالَ : سَمِعْتُ النُّعْمَانَ بْنَ بَشِيرٍ ، يَقُولُ : ذَهَبَ بِي أَبِي إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يُشْهِدُهُ عَلَى شَيْءٍ أَعْطَانِيهِ ، فَقَالَ : أَلَكَ وَلَدٌ غَيْرُهُ ؟ قَالَ : نَعَمْ ، وَصَفَّ بِيَدِهِ بِكَفِّهِ أَجْمَعَ كَذَا ، أَلاَ سَوَّيْتَ بَيْنَهُمْ ؟

“Rəvayət edilir ki, Numan ibn Bəşir ﵄ demişdir: “Atam məni Peyğəmbərin ﷺ yanına gətirib mənə bir şey verməyimə onun şahid olmasını istədi. Allah Elçisi ﷺ buyurdu: “Sənin başqa uşaqların varmı?” O: “Bəli!”, - dedi. Allah Elçisi ﷺ buyurdu: “Elə isə bu oğluna verdiyin kimi, onlara da bir şey verdinmi?” Bəşir: “Xeyr!”, - dedikdə Allah Elçisi ﷺ əlini birləşdirib dedi: “Onların arasında ədalətli olmalı deyildinmi?””

Numan ibn Bəşir
Nəsəi, 3685 (Hədiyyə, 14)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ حَاتِمٍ ، قَالَ : أَنْبَأَنَا حِبَّانُ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ فِطْرٍ ، عَنْ مُسْلِمِ بْنِ صُبَيْحٍ ، قَالَ : سَمِعْتُ النُّعْمَانَ ، يَقُولُ وَهُوَ يَخْطُبُ : انْطَلَقَ بِي أَبِي إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يُشْهِدُهُ عَلَى عَطِيَّةٍ أَعْطَانِيهَا ، فَقَالَ : هَلْ لَكَ بَنُونَ سِوَاهُ ؟ قَالَ : نَعَمْ ، قَالَ : سَوِّ بَيْنَهُمْ.

“Rəvayət edilir ki, Numan ﵁ xütbə deyərək buyurdu: “Atam məni Allah Elçisinin ﷺ yanına gətirib mənə bir şey verməyimə onun şahid olmasını istədi. Allah Elçisi ﷺ buyurdu: “Sənin başqa övladların varmı?” O: “Bəli!”, - dedi. Allah Elçisi ﷺ buyurdu: “Onların arasında ədalətli ol”.”

Numan
Nəsəi, 3686 (Hədiyyə, 15)Səhih

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ سُفْيَانَ ، قَالَ : حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، عَنْ حَاجِبِ بْنِ الْمُفَضَّلِ بْنِ الْمُهَلَّبِ ، عَنْ أَبِيهِ ، قَالَ : سَمِعْتُ النُّعْمَانَ بْنَ بَشِيرٍ ، يَخْطُبُ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : اعْدِلُوا بَيْنَ أَبْنَائِكُمْ ، اعْدِلُوا بَيْنَ أَبْنَائِكُمْ.

“Rəvayət edilir ki, Numan ﵁ xütbə deyərək buyurdu: “Allah Elçisi ﷺ buyurdu: “Övladlarınız arasında ədalətli davranın! Övladlarınız arasında ədalətli davranın!””

Numan
Nəsəi, 3687 (Hədiyyə, 16)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي عَدِيٍّ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ مُحَمَّدِ بْنِ إِسْحَاقَ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، قَالَ : كُنَّا عِنْدَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ إِذْ أَتَتْهُ وَفْدُ هَوَازِنَ ، فَقَالُوا : يَا مُحَمَّدُ ، إِنَّا أَصْلٌ وَعَشِيرَةٌ ، وَقَدْ نَزَلَ بِنَا مِنَ الْبَلاَءِ مَا لاَ يَخْفَى عَلَيْكَ ، فَامْنُنْ عَلَيْنَا مَنَّ اللَّهُ عَلَيْكَ ، فَقَالَ : اخْتَارُوا مِنْ أَمْوَالِكُمْ أَوْ مِنْ نِسَائِكُمْ وَأَبْنَائِكُمْ ، فَقَالُوا : قَدْ خَيَّرْتَنَا بَيْنَ أَحْسَابِنَا وَأَمْوَالِنَا بَلْ نَخْتَارُ نِسَاءَنَا وَأَبْنَاءَنَا ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أَمَّا مَا كَانَ لِي وَلِبَنِي عَبْدِ الْمُطَّلِبِ فَهُوَ لَكُمْ ، فَإِذَا صَلَّيْتُ الظُّهْرَ فَقُومُوا ، فَقُولُوا : إِنَّا نَسْتَعِينُ بِرَسُولِ اللهِ عَلَى الْمُؤْمِنِينَ أَوِ الْمُسْلِمِينَ فِي نِسَائِنَا وَأَبْنَائِنَا فَلَمَّا صَلَّوْا الظُّهْرَ قَامُوا فَقَالُوا ذَلِكَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : فَمَا كَانَ لِي وَلِبَنِي عَبْدِ الْمُطَّلِبِ فَهُوَ لَكُمْ ، فَقَالَ الْمُهَاجِرُونَ : وَمَا كَانَ لَنَا فَهُوَ لِرَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، وَقَالَتِ الأَنْصَارُ : مَا كَانَ لَنَا فَهُوَ لِرَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ الأَقْرَعُ بْنُ حَابِسٍ : أَمَّا أَنَا وَبَنُو تَمِيمٍ فَلاَ ، وَقَالَ عُيَيْنَةُ بْنُ حِصْنٍ : أَمَّا أَنَا وَبَنُو فَزَارَةَ فَلاَ ، وَقَالَ الْعَبَّاسُ بْنُ مِرْدَاسٍ : أَمَّا أَنَا وَبَنُو سُلَيْمٍ فَلاَ ، فَقَامَتْ بَنُو سُلَيْمٍ فَقَالُوا : كَذَبْتَ ، مَا كَانَ لَنَا فَهُوَ لِرَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : يَا أَيُّهَا النَّاسُ ، رُدُّوا عَلَيْهِمْ نِسَاءَهُمْ وَأَبْنَاءَهُمْ ، فَمَنْ تَمَسَّكَ مِنْ هَذَا الْفَيْءِ بِشَيْءٍ فَلَهُ سِتُّ فَرَائِضَ مِنْ أَوَّلِ شَيْءٍ يُفِيئُهُ اللَّهُ عَزَّ وَجَلَّ عَلَيْنَا ، وَرَكِبَ رَاحِلَتَهُ وَرَكِبَ النَّاسُ اقْسِمْ عَلَيْنَا فَيْئَنَا ، فَأَلْجَئُوهُ إِلَى شَجَرَةٍ فَخَطِفَتْ رِدَاءَهُ ، فَقَالَ : يَا أَيُّهَا النَّاسُ ، رُدُّوا عَلَيَّ رِدَائِي ، فَوَاللَّهِ لَوْ أَنَّ لَكُمْ شَجَرَ تِهَامَةَ نَعَمًا قَسَمْتُهُ عَلَيْكُمْ ثُمَّ لَمْ تَلْقَوْنِي بَخِيلاً وَلاَ جَبَانًا وَلاَ كَذُوبًا ، ثُمَّ أَتَى بَعِيرًا فَأَخَذَ مِنْ سَنَامِهِ وَبَرَةً بَيْنَ أُصْبُعَيْهِ ثُمَّ يَقُولُ : هَا إِنَّهُ لَيْسَ لِي مِنَ الْفَيْءِ شَيْءٌ وَلاَ هَذِهِ إِلاَّ خُمُسٌ ، وَالْخُمُسُ مَرْدُودٌ فِيكُمْ فَقَامَ إِلَيْهِ رَجُلٌ بِكُبَّةٍ مِنْ شَعْرٍ فَقَالَ : يَا رَسُولَ اللهِ ، أَخَذْتُ هَذِهِ لأُصْلِحَ بِهَا بَرْدَعَةَ بَعِيرٍ لِي فَقَالَ : أَمَّا مَا كَانَ لِي وَلِبَنِي عَبْدِ الْمُطَّلِبِ فَهُوَ لَكَ ، فَقَالَ : أَوَبَلَغَتْ هَذِهِ ؟ فَلاَ أَرَبَ لِي فِيهَا ، فَنَبَذَهَا وَقَالَ : يَا أَيُّهَا النَّاسُ ، أَدُّوا الْخِيَاطَ وَالْمَخِيطَ ، فَإِنَّ الْغُلُولَ يَكُونُ عَلَى أَهْلِهِ عَارًا وَشَنَارًا يَوْمَ الْقِيَامَةِ.

“Amr ibn Şueyb atasının və babasının ﵄ belə dediyini rəvayət etmişdir: “Biz Allah Elçisinin ﷺ yanında ikən Həvazin tayfasından bir heyət gəldi və dedi: “Ey Muhəmməd, biz ərəb tayfalarındanıq və başımıza nə bəla gəldiyini bilirsən. Bizə yaxşılıq et, Allah sənə xeyir versin!” Allah Elçisi ﷺ buyurdu: “Elə isə, mallarınızdan, qadınlarınızdan və uşaqlarınızdan birini seçin!” Onlar dedilər: “Sən bizi yaxınlarımız və mallarımızı seçməkdə ixitiyar verdin. Biz də qadınlarımızı və uşaqlarımızı seçirik”. Allah Elçisi ﷺ buyurdu: “Əsirlərin arasında mənə və Bəni Abdul-Muttalib tayfasına düşən hissələr sizindir. Mən onları sizə qaytarıram. Biz Zöhr namazını qıldıqdan sonra qalxıb: “Biz müsəlman olaraq gəldik, qadın və uşaqlarımızın qaytarılması üçün Allah Elçisindən ﷺ kömək istəyirik”, - deyin”. Zöhr namazı bitdikdə qalxıb deyilənləri söylədilər. Allah Elçisi ﷺ də buyurdu: “Mənə və Bəni Abdul-Muttalib tayfasına düşən hissələr sizindir”. Mühacirlər dedilər: “Bizə düşən hissələr də Allah Elçisinindir”. Ənsardan olanlar dedilər: “Bizə düşən hissələr də Allah Elçisinindir”. əl-Aqra ibn Habis dedi: “Mən və Bəni Təmim tayfası bizə düşən payı vermirik”. Uyeynə ibn Hisn dedi: “Mən və Bəniz Fəzara tayfası da bizə düşən payı vermirik”. Abbas ibn Mirdas dedi: “Mən və Bəni Suleym tayfası da bizə düşən payı vermirik”. Bəni Suleym tayfasından olanlar qalxıb dedilər: “Yalan deyirsən! Bizə düşən pay Allah Elçisinə aiddir”. Allah Elçisi ﷺ buyurdu: “Ey insanlar! Onlara qadınlarını və uşaqlarını qaytarın! Kim əldə etdiyi şeylərdən bir şey verərsə, Allahın ﷿ bizə qabaqcadan verdiyi qənimətlərdən altı dəvə ona veriləcək”. Allah Elçisi ﷺ miniyinə mindi, insanlar da ətrafına toplanıb dedilər: “Qənimət mallarını bizə payla!” İnsanların izdihamından Allah Elçisinin ﷺ miniyi bir ağaca tərəf getdi və ağacın budağı onun cübbəsinin düşməsinə səbəb oldu. Allah Elçisi ﷺ buyurdu: “Ey insanlar, cübbəmi mənə verin! Allaha and olsun ki, Tihamə vadisində olan bütün ağaclar qənimət olsaydı, hamısını sizə verərdim, siz də mənə qorxaq, yalançı və simic deməzdiniz”. Sonra bir dəvə gətirdi və dəvənin hörgücündən bir ovuc tük götürüb dedi: “Bunu bilin ki, məndə qənimətdən başqa bir şey yoxdur. Bunlar da beşdəbirdir və sizin aranızda bölüşdürüləcək”. Bu vaxt bir nəfər qalxdı və bir ovuc dəvə yununu göstərərək dedi: “Bunu dəvəmin çulunu düzəltmək üçün almışdım”. Allah Elçisi ﷺ buyurdu: “Mənə və Bəni Abdul-Muttalib tayfasına düşən paydakı dəvə tükləri də sənindir”. O adam: “Mənə bu qədər pay düşəcəksə, onu istəmirəm”, - deyərək əlindəkiləri yerə atdı. Allah Elçisi ﷺ də buyurdu: “Ey insanlar! Kiçik və böyük, bir iynə olsa belə, qənimət malından götürdüyünüz şeyləri qaytarın, çünki qənimət malından haqsız yerə götürülən hər bir şey Qiyamət günü onu götürənə çox utancverici və ayıb bir iş olacaq”.”

Amr ibn Şueyb atasından və babasından
Nəsəi, 3688 (Bağışlamaq, 1)Həsən

أَخْبَرَنَا أَحْمَدُ بْنُ حَفْصٍ ، قَالَ : حَدَّثَنِي أَبِي ، قَالَ : حَدَّثَنِي إِبْرَاهِيمُ ، عَنْ سَعِيدِ بْنِ أَبِي عَرُوبَةَ ، عَنْ عَامِرٍ الأَحْوَلِ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لاَ يَرْجِعُ أَحَدٌ فِي هِبَتِهِ إِلاَّ وَالِدٌ مِنْ وَلَدِهِ ، وَالْعَائِدُ فِي هِبَتِهِ كَالْعَائِدِ فِي قَيْئِهِ.

“Amr ibn Şueyb atasının və babasının ﵄ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Uşağına hədiyyə edən valideyndən başqası hədiyyəsini geri götürməsin! Hədiyyəsini geri götürən qusduğunu yalayan kimidir”.”

Amr ibn Şueyb atasından və babasından
Nəsəi, 3689 (Bağışlamaq, 2)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي عَدِيٍّ ، عَنْ حُسَيْنٍ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، قَالَ : حَدَّثَنِي طَاوُوسٌ ، عَنْ ابْنِ عُمَرَ ، وَابْنِ عَبَّاسٍ ، يَرْفَعَانِ الْحَدِيثَ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، قَالَ : لاَ يَحِلُّ لِرَجُلٍ يُعْطِي عَطِيَّةً ثُمَّ يَرْجِعُ فِيهَا إِلاَّ الْوَالِدَ فِيمَا يُعْطِي وَلَدَهُ ، وَمَثَلُ الَّذِي يُعْطِي عَطِيَّةً ثُمَّ يَرْجِعُ فِيهَاكَمَثَلِ الْكَلْبِ أَكَلَ حَتَّى إِذَا شَبِعَ قَاءَ ثُمَّ عَادَ فِي قَيْئِهِ.

“Rəvayət edilir ki, İbn Ömər və İbn Abbas ﵃ Peyğəmbərə ﷺ nisbət edərək demişlər: “Heç kimə verdiyi hədiyyəni geri götürməsi halal deyil. Yalnız ata övladına verdiyi şeyi geri qaytara bilər. Bir hədiyyə verib, sonra onu geri götürən adam, doyana qədər yeyib qusan, sonra da qusduğunun yanına qayıdan (yeyən) köpəyin misalı kimidir”.”

İbn Ömər və İbn Abbas
Nəsəi, 3690 (Bağışlamaq, 3)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ الْخَلَنْجِيُّ الْمَقْدِسِيُّ ، قَالَ : حَدَّثَنَا أَبُو سَعِيدٍ ، وَهُوَ مَوْلَى بَنِي هَاشِمٍ ، عَنْ وُهَيْبٍ ، قَالَ : حَدَّثَنَا ابْنُ طَاوُوسٍ ، عَنْ أَبِيهِ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : الْعَائِدُ فِي هِبَتِهِ كَالْكَلْبِ يَقِيءُ ثُمَّ يَعُودُ فِي قَيْئِهِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Hədiyyəsini geri götürən adam qusduğunu yeyən köpək kimidir”.”

İbn Abbas
Nəsəi, 3691 (Bağışlamaq, 4)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ حَاتِمٍ ، قَالَ : حَدَّثَنَا حِبَّانُ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ إِبْرَاهِيمَ بْنِ نَافِعٍ ، عَنِ الْحَسَنِ بْنِ مُسْلِمٍ ، عَنْ طَاوُوسٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لاَ يَحِلُّ لأَحَدٍ أَنْ يَهَبَ هِبَةً ثُمَّ يَرْجِعَ فِيهَا ، إِلاَّ مِنْ وَلَدِهِ - قَالَ طَاوُوسٌ : كُنْتُ أَسْمَعُ وَأَنَا صَغِيرٌ ، عَائِدٌ فِي قَيْئِهِ فَلَمْ نَدْرِ أَنَّهُ ضَرَبَ لَهُ مَثَلاً - قَالَ : فَمَنْ فَعَلَ ذَلِكَ فَمَثَلُهُ كَمَثَلِ الْكَلْبِ يَأْكُلُ ثُمَّ يَقِيءُ ثُمَّ يَعُودُ فِي قَيْئِهِ.

“Rəvayət edilir ki, Tavus ﵀ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Heç kimə verdiyi hədiyyəni geri götürməsi halal deyil. Yalnız ata övladına verdiyi şeyi geri qaytara bilər”. Tavus deyir: “Mən kiçik idim və “qusduğunu yeyən” cümləsini eşitmişdim, lakin Allah Elçisinin ﷺ bunu misal olaraq dediyini bilmirdim. Allah Elçisi ﷺ belə buyurmuşdur: “Kim belə edərsə, onun misalı doyana qədər yeyib qusan, sonra da qusduğunun yanına qayıdıb onu yeyən köpəyin misalı kimidir”.”

Tavus
Nəsəi, 3692 (Bağışlamaq, 5)Səhih

أَخْبَرَنَا مَحْمُودُ بْنُ خَالِدٍ ، قَالَ : حَدَّثَنَا عُمَرُ ، عَنِ الأَوْزَاعِيِّ ، قَالَ : حَدَّثَنِي مُحَمَّدُ بْنُ عَلِيِّ بْنِ حُسَيْنٍ ، قَالَ : حَدَّثَنِي سَعِيدُ بْنُ الْمُسَيَّبِ ، قَالَ : حَدَّثَنِي عَبْدُ اللهِ بْنُ عَبَّاسٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مَثَلُ الَّذِي يَرْجِعُ فِي صَدَقَتِهِ كَمَثَلِ الْكَلْبِ يَرْجِعُ فِي قَيْئِهِ فَيَأْكُلُهُ.

“Rəvayət edilir ki, Abdullah ibn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Verdiyi sədəqəsini geri götürən adamın misalı qusduğunun yanına qayıdıb onu yeyən köpəyin misalı kimidir”.”

Abdullah ibn Abbas
Nəsəi, 3693 (Bağışlamaq, 6)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الصَّمَدِ ، قَالَ : حَدَّثَنَا حَرْبٌ وَهُوَ ابْنُ شَدَّادٍ ، قَالَ : حَدَّثَنِي يَحْيَى هُوَ ابْنُ أَبِي كَثِيرٍ ، قَالَ : حَدَّثَنِي عَبْدُ الرَّحْمَنِ بْنُ عَمْرٍو هُوَ الأَوْزَاعِيُّ ، أَنَّ مُحَمَّدَ بْنَ عَلِيِّ بْنِ حُسَيْنِ بْنِ فَاطِمَةَ بِنْتِ رَسِولِ اللهِ ، صَلَّى الله عَليْهِ وَسَلَّمَ حَدَّثَهُ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : مَثَلُ الَّذِي يَتَصَدَّقُ بِالصَّدَقَةِ ثُمَّ يَرْجِعُ فِيهَا ، كَمَثَلِ الْكَلْبِ قَاءَ ثُمَّ عَادَ فِي قَيْئِهِ فَأَكَلَهُ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Verdiyi sədəqəsini geri götürən adamın misalı qusduğunun yanına qayıdıb onu yeyən köpəyin misalı kimidir”.”

İbn Abbas
Nəsəi, 3694 (Bağışlamaq, 7)Səhih

أَخْبَرَنَا الْهَيْثَمُ بْنُ مَرْوَانَ بْنِ الْهَيْثَمِ بْنِ عِمْرَانَ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ وَهُوَ ابْنُ بَكَّارِ بْنِ بِلاَلٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنِ الأَوْزَاعِيِّ ، أَنَّ مُحَمَّدَ بْنَ عَلِيِّ بْنِ الْحُسَيْنِ ، حَدَّثَهُ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَبَّاسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : مَثَلُ الَّذِي يَرْجِعُ فِي صَدَقَتِهِ كَمَثَلِ الْكَلْبِ يَقِيءُ ثُمَّ يَعُودُ فِي قَيْئِهِ قَالَ الأَوْزَاعِيُّ : سَمِعْتُهُ يُحَدِّثُ عَطَاءَ بْنَ أَبِي رَبَاحٍ ، بِهَذَا الْحَدِيثِ.

“Abdullah ibn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Verdiyi sədəqəsini geri götürən adamın misalı qusduğunun yanına qayıdıb onu yeyən köpəyin misalı kimidir”.”

Abdullah ibn Abbas
Nəsəi, 3695 (Bağışlamaq, 8)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ قَتَادَةَ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ ابْنِ عَبَّاسٍ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : الْعَائِدُ فِي هِبَتِهِ كَالْعَائِدِ فِي قَيْئِهِ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Hədiyyəsini geri götürən qusduğunu yeyən kimidir”.”

İbn Abbas
Nəsəi, 3696 (Bağışlamaq, 9)Səhih

أَخْبَرَنَا أَبُو الأَشْعَثِ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ قَتَادَةَ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : الْعَائِدُ فِي هِبَتِهِ كَالْعَائِدِ فِي قَيْئِهِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Hədiyyəsini geri götürən qusduğunu yeyən kimidir”.”

İbn Abbas
Nəsəi, 3697 (Bağışlamaq, 10)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْعَلاَءِ ، قَالَ : حَدَّثَنَا أَبُو خَالِدٍ وَهُوَ سُلَيْمَانُ بْنُ حَيَّانَ ، عَنْ سَعِيدِ بْنِ أَبِي عَرُوبَةَ ، عَنْ أَيُّوبَ ، عَنْ عِكْرِمَةَ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لَيْسَ لَنَا مَثَلُ السَّوْءِ ، الْعَائِدُ فِي هِبَتِهِ كَالْعَائِدِ فِي قَيْئِهِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Bizdə pis bir hərəkət edən yoxdur. Hədiyyəsini geri götürən qusduğunu yeyən kimidir”.”

İbn Abbas
Nəsəi, 3698 (Bağışlamaq, 11)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ زُرَارَةَ ، قَالَ : حَدَّثَنَا إِسْمَاعِيلُ ، عَنْ أَيُّوبَ ، عَنْ عِكْرِمَةَ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لَيْسَ لَنَا مَثَلُ السَّوْءِ ، الْعَائِدُ فِي هِبَتِهِ كَالْكَلْبِ يَعُودُ فِي قَيْئِهِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Bizdə pis bir hərəkət edən yoxdur. Hədiyyəsini geri götürən qusduğunu yeyən köpək kimidir”.”

İbn Abbas
Nəsəi, 3699 (Bağışlamaq, 12)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ حَاتِمِ بْنِ نُعَيْمٍ ، قَالَ : حَدَّثَنَا حِبَّانُ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ خَالِدٍ ، عَنْ عِكْرِمَةَ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لَيْسَ لَنَا مَثَلُ السَّوْءِ ، الرَّاجِعُ فِي هِبَتِهِ كَالْكَلْبِ فِي قَيْئِهِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Bizdə pis bir hərəkət edən yoxdur. Hədiyyəsini geri götürən qusduğunu yeyən köpək kimidir”.”

İbn Abbas
Nəsəi, 3700 (Bağışlamaq, 13)Səhih

أَخْبَرَنِي زَكَرِيَّا بْنُ يَحْيَى ، قَالَ : حَدَّثَنَا إِسْحَاقُ ، قَالَ : حَدَّثَنَا الْمَخْزُومِيُّ ، قَالَ : حَدَّثَنَا وُهَيْبٌ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ طَاوُوسٍ ، عَنْ أَبِيهِ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : الْعَائِدُ فِي هِبَتِهِ كَالْكَلْبِ يَقِيءُ ثُمَّ يَعُودُ فِي قَيْئِهِ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Hədiyyəsini geri götürən qusduğunu yeyən köpək kimidir”.”

İbn Abbas
Nəsəi, 3701 (Bağışlamaq, 14)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ حَرْبٍ ، قَالَ : حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنْ حَجَّاجٍ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ طَاوُوسٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : الْعَائِدُ فِي هِبَتِهِ كَالْعَائِدِ فِي قَيْئِهِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Hədiyyəsini geri götürən qusduğunu yeyən kimidir”.”

İbn Abbas
Nəsəi, 3702 (Bağışlamaq, 15)Səhih

أَخْبَرَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مُحَمَّدِ بْنِ سَلاَّمٍ ، قَالَ : حَدَّثَنَا إِسْحَاقُ الأَزْرَقُ ، قَالَ : حَدَّثَنَا بِهِ حُسَيْنٌ الْمُعَلِّمُ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ طَاوُوسٍ ، عَنْ ابْنِ عُمَرَ ، وَابْنِ عَبَّاسٍ ، قَالاَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لاَ يَحِلُّ لأَحَدٍ أَنْ يُعْطِيَ الْعَطِيَّةَ فَيَرْجِعَ فِيهَا إِلاَّ الْوَالِدَ فِيمَا يُعْطِي وَلَدَهُ ، وَمَثَلُ الَّذِي يُعْطِي الْعَطِيَّةَ فَيَرْجِعُ فِيهَا ، كَالْكَلْبِ يَأْكُلُ حَتَّى إِذَا شَبِعَ قَاءَ ثُمَّ عَادَ فَرَجَعَ فِي قَيْئِهِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Heç kimə verdiyi hədiyyəni geri götürməsi halal deyil. Yalnız ata övladına verdiyi şeyi geri qaytara bilər. Belə edənin misalı doyana qədər yeyib qusan, sonra da qusduğunun yanına qayıdıb onu yeyən köpəyin misalı kimidir”.”

İbn Abbas
Nəsəi, 3703 (Bağışlamaq, 16)Səhih

أَخْبَرَنَا عَبْدُ الْحَمِيدِ بْنُ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنَا مَخْلَدٌ ، قَالَ : حَدَّثَنَا ابْنُ جُرَيْجٍ ، عَنِ الْحَسَنِ بْنِ مُسْلِمٍ ، عَنْ طَاوُوسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : لاَ يَحِلُّ لأَحَدٍ يَهَبُ هِبَةً ثُمَّ يَعُودُ فِيهَا إِلاَّ الْوَالِدَ - قَالَ طَاوُوسٌ : كُنْتُ أَسْمَعُ الصِّبْيَانَ يَقُولُونَ : يَا عَائِدًا فِي قَيْئِهِ ، وَلَمْ أَشْعُرْ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ضَرَبَ ذَلِكَ مَثَلاً ، حَتَّى بَلَغَنَا أَنَّهُ كَانَ يَقُولُ ، مَثَلُ الَّذِي يَهَبُ الْهِبَةَ ثُمَّ يَعُودُ فِيهَا - وَذَكَرَ كَلِمَةً مَعْنَاهَا - كَمَثَلِ الْكَلْبِ يَأْكُلُ قَيْئَهُ.

“Tavus ﵀ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Heç kimə verdiyi hədiyyəni geri götürməsi halal deyil. Yalnız ata övladına verdiyi şeyi geri qaytara bilər”. Tavus deyir: “Mən uşaqların “ey qusduğunun yanına qayıdan!” dediklərini eşitmişdim. Amma Allah Elçisinin ﷺ bunu misal olaraq dediyini bilmirdim. Sonra Allah Elçisinin ﷺ belə buyurduğu bizə çatdı: “Hədiyyə edən və hədiyyəsini geri götürənin misalı qusduğunun yeyən köpəyin misalı kimidir”.”

Tavus
Nəsəi, 3704 (Bağışlamaq, 17)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ حَاتِمِ بْنِ نُعَيْمٍ ، قَالَ : حَدَّثَنَا حِبَّانُ ، أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ حَنْظَلَةَ ، أَنَّهُ سَمِعَ طَاوُوسًا ، يَقُولُ : أَخْبَرَنَا بَعْضُ مَنْ أَدْرَكَ النَّبِيَّ ، صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ : مَثَلُ الَّذِي يَهَبُ فَيَرْجِعُ فِي هِبَتِهِ كَمَثَلِ الْكَلْبِ يَأْكُلُ فَيَقِيءُ ثُمَّ يَأْكُلُ قَيْئَهُ.

“Rəvayət edilir ki, Tavus ﵀ demişdir: “Peyğəmbəri görmüş bəzi kimsələr bizə belə dedilər: “Peyğəmbər ﷺ belə buyurmuşdur: “Hədiyyə edən və hədiyyəsini geri götürən adamın misalı yediyini qusan, sonra isə qusduğunu yeyən köpəyin misalı kimidir”.”

Tavus
Nəsəi, 3705 (Bağışlamaq, 18)Səhih

أَخْبَرَنَا هِلاَلُ بْنُ الْعَلاَءِ ، قَالَ : حَدَّثَنَا أَبِي ، قَالَ : حَدَّثَنَا عُبَيْدُ اللهِ وَهُوَ ابْنُ عَمْرٍو ، عَنْ سُفْيَانَ ، عَنْ ابْنِ أَبِي نَجِيحٍ ، عَنْ طَاوُوسٍ ، عَنْ زَيْدِ بْنِ ثَابِتٍ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : الرُّقْبَى جَائِزَةٌ.

“Zeyd ibn Sabit ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Ruqbə icazəlidir”.”

Zeyd ibn Sabit
Nəsəi, 3706 (ər-Ruqbə, 1)Səhih

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ عَلِيِّ بْنِ مَيْمُونٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ وَهُوَ ابْنُ يُوسُفَ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ ابْنِ أَبِي نَجِيحٍ ، عَنْ طَاوُوسٍ ، عَنْ رَجُلٍ ، عَنْ زَيْدِ بْنِ ثَابِتٍ : أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ جَعَلَ الرُّقْبَى لِلَّذِي أُرْقِبَهَا.

“Zeyd ibn Sabit ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ ruqbə yolu ilə mal verilən adamı o malın sahibi etdi.”

Zeyd ibn Sabit
Nəsəi, 3707 (ər-Ruqbə, 2)Səhih

أَخْبَرَنَا زَكَرِيَّا بْنُ يَحْيَى ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْجَبَّارِ بْنُ الْعَلاَءِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ ابْنِ أَبِي نَجِيحٍ ، عَنْ طَاوُوسٍ ، لَعَلَّهُ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : لاَ رُقْبَى ، فَمَنْ أُرْقِبَ شَيْئًا فَهُوَ سَبِيلُ الْمِيرَاثِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Ruqbə yolu ilə mal vermək yoxdur. Kimə ruqbə yolu ilə bir şey verilərsə, o mal həmin adamın mirasından sayılır”.”

İbn Abbas
Nəsəi, 3708 (ər-Ruqbə, 3)Səhih

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ وَهْبٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، قَالَ : حَدَّثَنِي أَبُو عَبْدِ الرَّحِيمِ ، قَالَ : حَدَّثَنِي زَيْدٌ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ طَاوُوسٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : لاَ تُرْقِبُوا أَمْوَالَكُمْ ، فَمَنْ أَرْقَبَ شَيْئًا فَهُوَ لِمَنْ أُرْقِبَهُ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Mallarınızı bir-birinizə ruqbə yolu ilə verməyin! Kim bu yol ilə bir şeyə yiyələnərsə, o mal yiyələnən kimsənindir”.”

İbn Abbas
Nəsəi, 3709 (ər-Ruqbə, 4)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ حَرْبٍ ، قَالَ : حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنْ حَجَّاجٍ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ طَاوُوسٍ ، عَنْ ابْنِ عَبَّاسِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : الْعُمْرَى جَائِزَةٌ لِمَنْ أُعْمِرَهَا ، وَالرُّقْبَى جَائِزَةٌ لِمَنْ أُرْقِبَهَا ، وَالْعَائِدُ فِي هِبَتِهِ كَالْعَائِدِ فِي قَيْئِهِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “əl-Umra yolu ilə birinə mal vermək icazəlidir. ər-Ruqbə yolu ilə də birinə mal vermək icazəlidir. Bağışlamasından imtina edən şəxs qusduğunun yanına qayıdan kimi sayılır”.”

İbn Abbas
Nəsəi, 3710 (ər-Ruqbə, 5)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ طَاوُوسٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : الْعُمْرَى وَالرُّقْبَى سَوَاءٌ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “əl-Umra və ər-Ruqbənin hökmü eynidir”.”

İbn Abbas
Nəsəi, 3711 (ər-Ruqbə, 6)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا يَعْلَى ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ طَاوُوسٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : لاَ تَحِلُّ الرُّقْبَى وَلاَ الْعُمْرَى ، فَمَنْ أُعْمِرَ شَيْئًا فَهُوَ لَهُ ، وَمَنْ أُرْقِبَ شَيْئًا فَهُوَ لَهُ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “ər-Ruqbə və əl-Umra yolu ilə mallarını bir-birinə vermək halal deyil. Kimə Umra yolu ilə mal verilərsə, o mal onun sayılır. Kimə Ruqbə yolu ilə mal verilərsə, o mal onun sayılır”.”

İbn Abbas
Nəsəi, 3712 (ər-Ruqbə, 7)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ بِشْرٍ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ طَاوُوسٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : لاَ تَصْلُحُ الْعُمْرَى وَلاَ الرُّقْبَى ، فَمَنْ أَعْمَرَ شَيْئًا أَوْ أَرْقَبَهُ ، فَإِنَّهُ لِمَنْ أُعْمِرَهُ وَأُرْقِبَهُ حَيَاتَهُ وَمَوْتَهُ أَرْسَلَهُ حَنْظَلَةُ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “əl-Umra və ər-Ruqbə yolu ilə mal vermək insanlar arasında islaha səbəb olmur. Kim “əl-Umra” və ya Ruqbə yolu ilə başqasına bir mal verərsə, o mal verilən adamın sayılır. Malı verən adam vəfat etsə də, həyatda olsa, da hökm eynidir”.”

İbn Abbas
Nəsəi, 3713 (ər-Ruqbə, 8)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ حَاتِمٍ ، قَالَ : أَنْبَأَنَا حِبَّانُ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ ، عَنْ حَنْظَلَةَ ، أَنَّهُ سَمِعَ طَاوُوسًا ، يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لاَ تَحِلُّ الرُّقْبَى ، فَمَنْ أُرْقِبَ رُقْبَى فَهُوَ سَبِيلُ الْمِيرَاثِ.

“Rəvayət edilir ki, Tavus ﵀ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ruqbə yolu ilə mal vermək yoxdur. Kimə ruqbə yolu ilə bir şey verilərsə, o mal həmin adamın mirasından sayılır”.”

Tavus
Nəsəi, 3714 (ər-Ruqbə, 9)Səhih

أَخْبَرَنِي عَبْدَةُ بْنُ عَبْدِ الرَّحِيمِ ، عَنْ وَكِيعٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ ابْنِ أَبِي نَجِيحٍ ، عَنْ طَاوُوسٍ ، عَنْ زَيْدِ بْنِ ثَابِتٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : الْعُمْرَى مِيرَاثٌ.

“Rəvayət edilir ki, Zeyd ibn Sabit ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “əl-Umra (yolu ilə verilən mal) mirasdan sayılır”.”

Zeyd ibn Sabit
Nəsəi, 3715 (ər-Ruqbə, 10)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ ابْنِ طَاوُوسٍ ، عَنْ أَبِيهِ ، عَنْ حُجْرٍ الْمَدَرِيِّ ، عَنْ زَيْدٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : الْعُمْرَى لِلْوَارِثِ.

“Rəvayət edilir ki, Zeyd ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “əl-Umra (yolu ilə verilən mal) varisin sayılır”.”

Zeyd
Nəsəi, 3716 (ər-Ruqbə, 11)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عُبَيْدٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، عَنْ مَعْمَرٍ ، عَنْ ابْنِ طَاوُوسٍ ، عَنْ أَبِيهِ ، عَنْ حُجْرٍ الْمَدَرِيِّ ، عَنْ زَيْدِ بْنِ ثَابِتٍ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، قَالَ : الْعُمْرَى جَائِزَةٌ.

“Zeyd ibn Sabit ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “əl-Umra yolu ilə başqasına mal vermək icazəlidir”.”

Zeyd ibn Sabit
Nəsəi, 3717 (ər-Ruqbə, 12)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عُبَيْدٍ ، عَنْ ابْنِ الْمُبَارَكِ ، عَنْ مَعْمَرٍ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، عَنْ طَاوُوسٍ ، عَنْ زَيْدِ بْنِ ثَابِتٍ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : الْعُمْرَى لِلْوَارِثِ.

“Zeyd ibn Sabit ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “əl-Umra (yolu ilə verilən mal) varisin sayılır”.”

Zeyd ibn Sabit
Nəsəi, 3718 (ər-Ruqbə, 13)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ حَاتِمٍ ، قَالَ : أَنْبَأَنَا حِبَّانُ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ مَعْمَرٍ ، قَالَ : سَمِعْتُ عَمْرَو بْنَ دِينَارٍ ، يُحَدِّثُ ، عَنْ طَاوُوسٍ ، عَنْ حُجْرٍ الْمَدَرِيِّ ، عَنْ زَيْدِ بْنِ ثَابِتٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : الْعُمْرَى لِلْوَارِثِ وَاللَّهُ أَعْلَمُ.

“Zeyd ibn Sabit ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “əl-Umra (yolu ilə verilən mal) varisin sayılır”.”

Zeyd ibn Sabit
Nəsəi, 3719 (ər-Ruqbə, 14)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، قَالَ : سَمِعْتُ طَاوُوسًا ، يُحَدِّثُ ، عَنْ زَيْدِ بْنِ ثَابِتٍ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، قَالَ : الْعُمْرَى هِيَ لِلْوَارِثِ.

“Zeyd ibn Sabit ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “əl-Umra (yolu ilə verilən mal) varisin sayılır”.”

Zeyd ibn Sabit
Nəsəi, 3720 (əl-Umra, 1)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا أَبُو دَاوُدَ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، قَالَ : أَخْبَرَنِي عَمْرُو بْنُ دِينَارٍ ، قَالَ : سَمِعْتُ طَاوُوسًا ، يُحَدِّثُ ، عَنْ حُجْرٍ الْمَدَرِيِّ ، عَنْ زَيْدِ بْنِ ثَابِتٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : الْعُمْرَى لِلْوَارِثِ.

“Zeyd ibn Sabit ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “əl-Umra (yolu ilə verilən mal) varisin sayılır”.”

Zeyd ibn Sabit
Nəsəi, 3721 (əl-Umra, 2)Səhih
Daha çox göstər

60 / 623 hədis göstərilir