حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ إِبْرَاهِيمَ أَخْبَرَنَا أَبُو حَيَّانَ التَّيْمِىُّ عَنْ أَبِى زُرْعَةَ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بَارِزًا يَوْمًا لِلنَّاسِ ، فَأَتَاهُ جِبْرِيلُ فَقَالَ مَا الإِيمَانُ قَالَ « الإِيمَانُ أَنْ تُؤْمِنَ بِاللَّهِ وَمَلاَئِكَتِهِ وَبِلِقَائِهِ وَرُسُلِهِ ، وَتُؤْمِنَ بِالْبَعْثِ » . قَالَ مَا الإِسْلاَمُ قَالَ « الإِسْلاَمُ أَنْ تَعْبُدَ اللَّهَ وَلاَ تُشْرِكَ بِهِ ، وَتُقِيمَ الصَّلاَةَ ، وَتُؤَدِّىَ الزَّكَاةَ الْمَفْرُوضَةَ ، وَتَصُومَ رَمَضَانَ » . قَالَ مَا الإِحْسَانُ قَالَ « أَنْ تَعْبُدَ اللَّهَ كَأَنَّكَ تَرَاهُ ، فَإِنْ لَمْ تَكُنْ تَرَاهُ فَإِنَّهُ يَرَاكَ » . قَالَ مَتَى السَّاعَةُ قَالَ « مَا الْمَسْئُولُ عَنْهَا بِأَعْلَمَ مِنَ السَّائِلِ ، وَسَأُخْبِرُكَ عَنْ أَشْرَاطِهَا إِذَا وَلَدَتِ الأَمَةُ رَبَّهَا ، وَإِذَا تَطَاوَلَ رُعَاةُ الإِبِلِ الْبُهْمُ فِى الْبُنْيَانِ ، فِى خَمْسٍ لاَ يَعْلَمُهُنَّ إِلاَّ اللَّهُ » . ثُمَّ تَلاَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ { إِنَّ اللَّهَ عِنْدَهُ عِلْمُ السَّاعَةِ } الآيَةَ . ثُمَّ أَدْبَرَ فَقَالَ « رُدُّوهُ » . فَلَمْ يَرَوْا شَيْئًا . فَقَالَ « هَذَا جِبْرِيلُ جَاءَ يُعَلِّمُ النَّاسَ دِينَهُمْ » . قَالَ أَبُو عَبْدِ اللَّهِ جَعَلَ ذَلِكَ كُلَّهُ مِنَ الإِيمَانِ .
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir gün Peyğəmbər ﷺ camaatın arasında oturmuşdu. Bir nəfər onun yanına gəlib dedi: “İman nədir?” Peyğəmbər ﷺ buyurdu: “İman (odur ki,) Allaha, Onun mələklərinə, Onunla qarşılaşacağına və Onun elçilərinə iman gətirəsən, habelə (öldükdən sonra) diriləcəyinə inanasan”. O dedi: “İslam nədir?” Peyğəmbər ﷺ buyurdu: “İslam (odur ki,) Allaha ibadət edib Ona (heç nəyi) şərik qoşmayasan, (vaxtlı-vaxtında) namaz qılasan, vacib buyrulmuş zəkatı verəsən və Ramazan ayını oruc tutasan”. O dedi: “Bəs ehsan nədir?” Peyğəmbər ﷺ buyurdu: “Ehsan (odur ki,) Allaha, sanki Onu görürmüşsən kimi ibadət edəsən; sən Onu görməsən də, (bil ki,) O, səni görür”. O dedi: “Qiyamət nə zaman olacaq?” Peyğəmbər ﷺ buyurdu: “Bu haqda soruşulan soruşandan çox bilmir, lakin sənə Qiyamətin əlamətlərini deyəcəyəm; belə ki, kənizin öz ağasını doğacağı və kimliyi bəlli olmayan, dəvə otaran çobanların hündür binalar tikməkdə bir-biri ilə yarışacaqları zaman (Qiyamət qopacaq). (Bu da) yalnız Allahın bildiyi beş şeydən biridir”. Sonra Peyğəmbər ﷺ: “Həqiqətən, Saatı (Qiyamətin qopacağı vaxtı) ancaq Allah bilir...” (Loğman, 34) ayəsini oxudu. Sonra o adam çıxıb getdi. Peyğəmbər ﷺ dedi: “Onu geri qaytarın!” Lakin səhabələr ondan bir əsər-əlamət görmədilər. Peyğəmbər ﷺ buyurdu: “Bu, Cəbrail idi. İnsanlara dinlərini öyrətmək üçün gəlmişdi”. Əbu Abdullah əl-Buxari deyir: “O, qeyd edilənlərin hamısının imandan olduğunu bəyan etdi”.”