Ana səhifə

Mövzu

İdarəçilik və itaət

الإمارة

Rəhbərlik, əmanət, rəhbərə itaət və ədalət

173 hədis

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَحْيَى عَنْ إِسْمَاعِيلَ قَالَ حَدَّثَنِى قَيْسُ بْنُ أَبِى حَازِمٍ عَنْ جَرِيرِ بْنِ عَبْدِ اللَّهِ قَالَ بَايَعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى إِقَامِ الصَّلاَةِ ، وَإِيتَاءِ الزَّكَاةِ ، وَالنُّصْحِ لِكُلِّ مُسْلِمٍ .

“Rəvayət edilir ki, Cərir ibn Abdullah ﵄ demişdir: “Mən namaz qılacağıma, zəkat verəcəyimə və hər bir müsəlmana nəsihət edəcəyimə (və ya ona qarşı səmimi davranacağıma) dair Allah Elçisinə ﷺ beyət etdim”.”

Cərir ibn Abdullah
Buxari, 57 (İman, 50)Səhih

حَدَّثَنَا أَبُو النُّعْمَانِ قَالَ حَدَّثَنَا أَبُو عَوَانَةَ عَنْ زِيَادِ بْنِ عِلاَقَةَ قَالَ سَمِعْتُ جَرِيرَ بْنَ عَبْدِ اللَّهِ يَقُولُ يَوْمَ مَاتَ الْمُغِيرَةُ بْنُ شُعْبَةَ قَامَ فَحَمِدَ اللَّهَ وَأَثْنَى عَلَيْهِ وَقَالَ عَلَيْكُمْ بِاتِّقَاءِ اللَّهِ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ، وَالْوَقَارِ وَالسَّكِينَةِ حَتَّى يَأْتِيَكُمْ أَمِيرٌ ، فَإِنَّمَا يَأْتِيكُمُ الآنَ ، ثُمَّ قَالَ اسْتَعْفُوا لأَمِيرِكُمْ ، فَإِنَّهُ كَانَ يُحِبُّ الْعَفْوَ . ثُمَّ قَالَ أَمَّا بَعْدُ ، فَإِنِّى أَتَيْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قُلْتُ أُبَايِعُكَ عَلَى الإِسْلاَمِ . فَشَرَطَ عَلَىَّ وَالنُّصْحِ لِكُلِّ مُسْلِمٍ . فَبَايَعْتُهُ عَلَى هَذَا ، وَرَبِّ هَذَا الْمَسْجِدِ إِنِّى لَنَاصِحٌ لَكُمْ . ثُمَّ اسْتَغْفَرَ وَنَزَلَ .

“Rəvayət edilir ki, Cərir ibn Abdullah ﵄ demişdir: “(Bəsrə valisi olan) Muğira ibn Şubə ölən gün ayağa durdu, Allaha həmd-səna etdi və dedi: “Başınıza bir əmir təyin olunana qədər tək və şəriki olmayan Allaha qarşı təqvalı, təmkinli və sükunət halında olmanızı tövsiyə edirəm. Çünki əmiriniz bura gəlir”. Sonra dedi: “Vəfat edən əmiriniz üçün Allahdan bağışlanma diləyin, çünki o, bağışlamağı sevərdi. Bundan sonra... Mən Peyğəmbərin ﷺ yanına gəlib dedim: “İslamda sabit qalacağıma dair sənə beyət edirəm”. Peyğəmbər ﷺ: “Hər bir müsəlmana nəsihət etməlisən” – deyə qarşıma şərt qoydu. Mən buna da beyət etdim. Bu məscidin Rəbbinə and olsun ki, mən sizin nəsihətçiniz idim”. Sonra Allahdan bağışlanma diləyib minbərdən endi”.”

Cərir ibn Abdullah
Buxari, 58 (İman, 51)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ كَثِيرٍ قَالَ أَخْبَرَنَا سُفْيَانُ عَنِ ابْنِ أَبِى خَالِدٍ عَنْ قَيْسِ بْنِ أَبِى حَازِمٍ عَنْ أَبِى مَسْعُودٍ الأَنْصَارِىِّ قَالَ قَالَ رَجُلٌ يَا رَسُولَ اللَّهِ ، لاَ أَكَادُ أُدْرِكُ الصَّلاَةَ مِمَّا يُطَوِّلُ بِنَا فُلاَنٌ ، فَمَا رَأَيْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى مَوْعِظَةٍ أَشَدَّ غَضَبًا مِنْ يَوْمِئِذٍ فَقَالَ « أَيُّهَا النَّاسُ ، إِنَّكُمْ مُنَفِّرُونَ ، فَمَنْ صَلَّى بِالنَّاسِ فَلْيُخَفِّفْ ، فَإِنَّ فِيهِمُ الْمَرِيضَ وَالضَّعِيفَ وَذَا الْحَاجَةِ » .

“Rəvayət edilir ki, Əbu Məsud əl-Ənsari ﵁ demişdir: “Bir kişi dedi: “Ey Allahın Elçisi! Filankəs bizə qıldırdığı namazı uzatdığına görə mən çox vaxt namaza vaxtında gəlmirəm”. Əbu Məsud dedi: “Mən Peyğəmbərin ﷺ moizə əsnasında, ogünkü qədər möhkəm qəzəbləndiyini görməmişdim. Elə buna görə də o buyurdu: “Ey insanlar! Həqiqətən də, siz nifrət oyadanlarsınız. Camaata namaz qıldıran kəs bunu yüngül etsin, çünki onların arasında xəstələr, zəiflər və (təcili) işi çıxmış kimsələr ola bilər”.”

Əbu Məsud əl-Ənsari
Buxari, 90 (Elm, 32)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الرَّحِيمِ قَالَ حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ قَالَ أَخْبَرَنَا حُمَيْدٌ الطَّوِيلُ عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سَقَطَ عَنْ فَرَسِهِ ، فَجُحِشَتْ سَاقُهُ أَوْ كَتِفُهُ ، وَآلَى مِنْ نِسَائِهِ شَهْرًا ، فَجَلَسَ فِى مَشْرُبَةٍ لَهُ ، دَرَجَتُهَا مِنْ جُذُوعٍ ، فَأَتَاهُ أَصْحَابُهُ يَعُودُونَهُ ، فَصَلَّى بِهِمْ جَالِسًا ، وَهُمْ قِيَامٌ فَلَمَّا سَلَّمَ قَالَ « إِنَّمَا جُعِلَ الإِمَامُ لِيُؤْتَمَّ بِهِ ، فَإِذَا كَبَّرَ فَكَبِّرُوا ، وَإِذَا رَكَعَ فَارْكَعُوا ، وَإِذَا سَجَدَ فَاسْجُدُوا ، وَإِنْ صَلَّى قَائِمًا فَصَلُّوا قِيَامًا » . وَنَزَلَ لِتِسْعٍ وَعِشْرِينَ فَقَالُوا يَا رَسُولَ اللَّهِ إِنَّكَ آلَيْتَ شَهْرًا فَقَالَ « إِنَّ الشَّهْرَ تِسْعٌ وَعِشْرُونَ » .

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ atından yıxıldı, baldırı və ya kürəyi əzildi. Allah Elçisi ﷺ bir ay qadınlarına yaxınlaşmayacağına and içib nərdivanı xurma kötüyündən olan özünə aid hündür bir otaqda oturdu. Bu arada səhabələr onu ziyarətə gəldilər. Allah Elçisi ﷺ oturaraq, oradakılar isə ayaq üstə duraraq onlara namaz qıldırdı və salam verdikdən sonra buyurdu: “İmam ona tabe olmaq üçün təyin edilmişdir. O, təkbir etdikdə siz də təkbir edin. O, rukuya getdikdə siz də ruku edin. Səcdə etdikdə siz də səcdə edin. O, ayaq üstə namaz qılsa, siz də ayaq üstə namaz qılın”. Allah Elçisi ﷺ iyirmi doqquz gündən sonra oradan aşağı endi. Səhabələr dedilər: “Ey Allahın Elçisi, sən qadınlardan bir ay ayrı qalmağın üçün and içmişdin axı?” Allah Elçisi ﷺ buyurdu: “Ay iyirmi doqquz gündür”.”

Ənəs ibn Malik
Buxari, 378 (Namaz, 30)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى قَالَ حَدَّثَنَا يَحْيَى قَالَ حَدَّثَنَا إِسْمَاعِيلُ قَالَ حَدَّثَنَا قَيْسٌ عَنْ جَرِيرِ بْنِ عَبْدِ اللَّهِ قَالَ بَايَعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى إِقَامِ الصَّلاَةِ ، وَإِيتَاءِ الزَّكَاةِ ، وَالنُّصْحِ لِكُلِّ مُسْلِمٍ .

“Rəvayət edilir ki, Cərir ibn Abdullah ﵄ demişdir: “Mən namaz qılacağıma, zəkat verəcəyimə və hər bir müsəlmana nəsihət edəcəyimə dair Allah Elçisinə ﷺ beyət etdim”.”

Cərir ibn Abdullah
Buxari, 524 (Namaz vaxtları, 4)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ قَالَ حَدَّثَنَا يَحْيَى عَنْ عُبَيْدِ اللَّهِ قَالَ حَدَّثَنِى خُبَيْبُ بْنُ عَبْدِ الرَّحْمَنِ عَنْ حَفْصِ بْنِ عَاصِمٍ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « سَبْعَةٌ يُظِلُّهُمُ اللَّهُ فِى ظِلِّهِ يَوْمَ لاَ ظِلَّ إِلاَّ ظِلُّهُ الإِمَامُ الْعَادِلُ ، وَشَابٌّ نَشَأَ فِى عِبَادَةِ رَبِّهِ ، وَرَجُلٌ قَلْبُهُ مُعَلَّقٌ فِى الْمَسَاجِدِ ، وَرَجُلاَنِ تَحَابَّا فِى اللَّهِ اجْتَمَعَا عَلَيْهِ وَتَفَرَّقَا عَلَيْهِ ، وَرَجُلٌ طَلَبَتْهُ امْرَأَةٌ ذَاتُ مَنْصِبٍ وَجَمَالٍ فَقَالَ إِنِّى أَخَافُ اللَّهَ . وَرَجُلٌ تَصَدَّقَ أَخْفَى حَتَّى لاَ تَعْلَمَ شِمَالُهُ مَا تُنْفِقُ يَمِينُهُ ، وَرَجُلٌ ذَكَرَ اللَّهَ خَالِيًا فَفَاضَتْ عَيْنَاهُ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Yeddi qisim insan var ki, Allah onları Öz kölgəsindən başqa heç bir kölgənin olmayacağı bir gündə Öz kölgəsi altında kölgələndirəcək: (bunlar) ədalətli rəhbər, Rəbbinə ibadət etməklə böyüyüb boya-başa çatmış gənc, qəlbi məscidlərə bağlı olan kişi, bir-birini Allah xatirinə sevən, Onun yolunda görüşüb, Onun yolunda ayrılan iki nəfər, gözəl və zadəgan bir qadın tərəfindən zinaya çağırıldıqda: “Mən Allahdan qorxuram!”– deyən kişi, sağ əli ilə verdiyi sədəqəni sol əlindən gizlədən adam və xəlvətə çəkilib Allahı yad etdikdən sonra gözləri yaşla dolan kişi (və qadındır)”.”

Əbu Hureyra
Buxari, 660 (Azan, 58)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ حَدَّثَنَا يَحْيَى حَدَّثَنَا شُعْبَةُ قَالَ حَدَّثَنِى أَبُو التَّيَّاحِ عَنْ أَنَسٍ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « اسْمَعُوا وَأَطِيعُوا ، وَإِنِ اسْتُعْمِلَ حَبَشِىٌّ كَأَنَّ رَأْسَهُ زَبِيبَةٌ » .

“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Üzərinizdə hökmranlıq edən kəs başı kişmişə bənzər həbəşi olsa belə, (əmrlərini) eşidib ona itaət edin”.”

Ənəs
Buxari, 693 (Azan, 91)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ أَبَانَ حَدَّثَنَا غُنْدَرٌ عَنْ شُعْبَةَ عَنْ أَبِى التَّيَّاحِ أَنَّهُ سَمِعَ أَنَسَ بْنَ مَالِكٍ قَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لأَبِى ذَرٍّ « اسْمَعْ وَأَطِعْ ، وَلَوْ لِحَبَشِىٍّ كَأَنَّ رَأْسَهُ زَبِيبَةٌ » .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Peyğəmbər ﷺ Əbu Zərə belə buyurdu: “Başı kişmişə bənzər həbəşi olsa belə, (əmrlərini) eşidib ona itaət edin”.”

Ənəs ibn Malik
Buxari, 696 (Azan, 94)Səhih

حَدَّثَنَا مُوسَى قَالَ حَدَّثَنَا أَبُو عَوَانَةَ قَالَ حَدَّثَنَا عَبْدُ الْمَلِكِ بْنُ عُمَيْرٍ عَنْ جَابِرِ بْنِ سَمُرَةَ قَالَ شَكَا أَهْلُ الْكُوفَةِ سَعْدًا إِلَى عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُ فَعَزَلَهُ وَاسْتَعْمَلَ عَلَيْهِمْ عَمَّارًا ، فَشَكَوْا حَتَّى ذَكَرُوا أَنَّهُ لاَ يُحْسِنُ يُصَلِّى ، فَأَرْسَلَ إِلَيْهِ فَقَالَ يَا أَبَا إِسْحَاقَ إِنَّ هَؤُلاَءِ يَزْعُمُونَ أَنَّكَ لاَ تُحْسِنُ تُصَلِّى قَالَ أَبُو إِسْحَاقَ أَمَّا أَنَا وَاللَّهِ فَإِنِّى كُنْتُ أُصَلِّى بِهِمْ صَلاَةَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَا أَخْرِمُ عَنْهَا ، أُصَلِّى صَلاَةَ الْعِشَاءِ فَأَرْكُدُ فِى الأُولَيَيْنِ وَأُخِفُّ فِى الأُخْرَيَيْنِ . قَالَ ذَاكَ الظَّنُّ بِكَ يَا أَبَا إِسْحَاقَ . فَأَرْسَلَ مَعَهُ رَجُلاً أَوْ رِجَالاً إِلَى الْكُوفَةِ ، فَسَأَلَ عَنْهُ أَهْلَ الْكُوفَةِ ، وَلَمْ يَدَعْ مَسْجِدًا إِلاَّ سَأَلَ عَنْهُ ، وَيُثْنُونَ مَعْرُوفًا ، حَتَّى دَخَلَ مَسْجِدًا لِبَنِى عَبْسٍ ، فَقَامَ رَجُلٌ مِنْهُمْ يُقَالُ لَهُ أُسَامَةُ بْنُ قَتَادَةَ يُكْنَى أَبَا سَعْدَةَ قَالَ أَمَّا إِذْ نَشَدْتَنَا فَإِنَّ سَعْدًا كَانَ لاَ يَسِيرُ بِالسَّرِيَّةِ ، وَلاَ يَقْسِمُ بِالسَّوِيَّةِ ، وَلاَ يَعْدِلُ فِى الْقَضِيَّةِ . قَالَ سَعْدٌ أَمَا وَاللَّهِ لأَدْعُوَنَّ بِثَلاَثٍ ، اللَّهُمَّ إِنْ كَانَ عَبْدُكَ هَذَا كَاذِبًا ، قَامَ رِيَاءً وَسُمْعَةً فَأَطِلْ عُمْرَهُ ، وَأَطِلْ فَقْرَهُ ، وَعَرِّضْهُ بِالْفِتَنِ ، وَكَانَ بَعْدُ إِذَا سُئِلَ يَقُولُ شَيْخٌ كَبِيرٌ مَفْتُونٌ ، أَصَابَتْنِى دَعْوَةُ سَعْدٍ . قَالَ عَبْدُ الْمَلِكِ فَأَنَا رَأَيْتُهُ بَعْدُ قَدْ سَقَطَ حَاجِبَاهُ عَلَى عَيْنَيْهِ مِنَ الْكِبَرِ ، وَإِنَّهُ لَيَتَعَرَّضُ لِلْجَوَارِى فِى الطُّرُقِ يَغْمِزُهُنَّ .

“Rəvayət edilir ki, Cabir ibn Səmura ﵁ demişdir: “Kufəlilər Ömərə ﵁ Səd (ibn Əbu Vəqqasdan) şikayət etdilər. Buna görə də Ömər onu bu vəzifədən kənarlaşdırdı və yerinə Əmmar ibn Yasiri hakim təyin etdi. Kufəlilər çox şikayət edərək Sədin namazı lazımı qaydada qılmadığını belə iddia etdilər. Belə olduqda, Ömər adam göndərib onu yanına çağırtdırdı və dedi: “Ey Əbu İshaq! Bunlar iddia edirlər ki, sən namazı lazımı qaydada qılmırsan”. Əbu İshaq dedi: “Mənə gəlincə, Allaha and olsun ki, mən onlara Allah Elçisinin ﷺ namazını qıldırmışam və bundan heç bir şey əskiltməmişəm. İşa namazını qıldıranda ilk iki rükəti uzun, son iki rükəti isə qısa qıldırmışam”. Ömər: “Mən elə belə də bilirdim, ey Əbu İshaq!”– dedi, sonra da onunla birlikdə Kufəyə bir və ya iki adam göndərdi ki, gedib kufəlilərdən onun barəsində soruşsunlar. Kufədə elə bir məscid qalmadı ki, göndərilən adam onun barəsində soruşmasın. Hamı onu təriflədi. Axırda həmin adam Bəni Abs tayfasının məscidinə gəldi. Oradakılardan Əbu Sədə ləqəbi ilə tanınan Usamə ibn Qatədə adlı biri ayağa durub dedi: “Madam ki, and verib bizdən soruşdun, onda bil ki, Səd heç vaxt döyüşə gedən dəstəyə qoşulmayıb, qənimətləri düzgün bölüşdürməyib və şəriət məsələlərində ədalətlə hökm çıxarmayıb”. Səd dedi: “İndi ki belə oldu, onda Allaha and olsun ki, mən də üç şeylə bağlı Allaha dua edəcəyəm: “Allahım! Əgər sənin bu qulun yalançıdırsa, üstəlik bunu özünü göstərmək və ad qazanmaq məqsədi ilə edirsə, onda onun ömrünü uzat, kasıblığını artır və onu bəlalara düçar et!” Sonralar həmin adamdan onun halı barədə soruşanda deyərdi: “Mən fitnəyə düşən bir qocayam, məni Sədin bədduası tutub”. Ravi Abdul-Malik deyir: “Sonralar mən o adamı gördüm, qocalığından qaşları gözlərinin üstünə düşmüşdü, özü də küçələrdə cariyələrə əl atırdı”.”

Cabir ibn Səmura
Buxari, 755 (Azan, 153)Səhih

حَدَّثَنَا أَبُو النُّعْمَانِ حَدَّثَنَا أَبُو عَوَانَةَ عَنْ عَبْدِ الْمَلِكِ بْنِ عُمَيْرٍ عَنْ جَابِرِ بْنِ سَمُرَةَ قَالَ قَالَ سَعْدٌ كُنْتُ أُصَلِّى بِهِمْ صَلاَةَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلاَتَىِ الْعَشِىِّ لاَ أَخْرِمُ عَنْهَا ، أَرْكُدُ فِى الأُولَيَيْنِ وَأَحْذِفُ فِى الأُخْرَيَيْنِ . فَقَالَ عُمَرُ رَضِيَ اللَّهُ عَنْهُ ذَلِكَ الظَّنُّ بِكَ .

“Rəvayət edilir ki, Səmura ibn Cundəb ﵁ demişdir: “Səd dedi: “Mən onlara Allah Elçisinin ﷺ namazını qıldırmışam və bundan heç bir şey əskiltməmişəm. İşa namazını qıldıranda ilk iki rükəti uzun, son iki rükəti isə qısa qıldırmışam”. Ömər ﵁ dedi: “Mən elə belə də bilirdim”.”

Cabir ibn Səmura
Buxari, 758 (Azan, 156)Səhih

حَدَّثَنَا بِشْرُ بْنُ مُحَمَّدٍ قَالَ أَخْبَرَنَا عَبْدُ اللَّهِ قَالَ أَخْبَرَنَا يُونُسُ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنَا سَالِمُ بْنُ عَبْدِ اللَّهِ عَنِ ابْنِ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « كُلُّكُمْ رَاعٍ » . وَزَادَ اللَّيْثُ قَالَ يُونُسُ كَتَبَ رُزَيْقُ بْنُ حُكَيْمٍ إِلَى ابْنِ شِهَابٍ - وَأَنَا مَعَهُ يَوْمَئِذٍ بِوَادِى الْقُرَى - هَلْ تَرَى أَنْ أُجَمِّعَ . وَرُزَيْقٌ عَامِلٌ عَلَى أَرْضٍ يَعْمَلُهَا ، وَفِيهَا جَمَاعَةٌ مِنَ السُّودَانِ وَغَيْرِهِمْ ، وَرُزَيْقٌ يَوْمَئِذٍ عَلَى أَيْلَةَ ، فَكَتَبَ ابْنُ شِهَابٍ - وَأَنَا أَسْمَعُ - يَأْمُرُهُ أَنْ يُجَمِّعَ ، يُخْبِرُهُ أَنَّ سَالِمًا حَدَّثَهُ أَنَّ عَبْدَ اللَّهِ بْنَ عُمَرَ يَقُولُ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « كُلُّكُمْ رَاعٍ ، وَكُلُّكُمْ مَسْئُولٌ عَنْ رَعِيَّتِهِ ، الإِمَامُ رَاعٍ وَمَسْئُولٌ عَنْ رَعِيَّتِهِ ، وَالرَّجُلُ رَاعٍ فِى أَهْلِهِ وَهْوَ مَسْئُولٌ عَنْ رَعِيَّتِهِ ، وَالْمَرْأَةُ رَاعِيَةٌ فِى بَيْتِ زَوْجِهَا وَمَسْئُولَةٌ عَنْ رَعِيَّتِهَا ، وَالْخَادِمُ رَاعٍ فِى مَالِ سَيِّدِهِ وَمَسْئُولٌ عَنْ رَعِيَّتِهِ - قَالَ وَحَسِبْتُ أَنْ قَدْ قَالَ - وَالرَّجُلُ رَاعٍ فِى مَالِ أَبِيهِ وَمَسْئُولٌ عَنْ رَعِيَّتِهِ وَكُلُّكُمْ رَاعٍ وَمَسْئُولٌ عَنْ رَعِيَّتِهِ » .

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Hər biriniz himayəçisiniz”. Ravi Yunus deyir: “Ruzeyq ibn Hukeym İbn Şihaba bir məktub yazdı. Bu vaxt mən də Vadil-Qurada İbn Şihabın yanında idim. Ruzeyq məktubda “Burada cümə namazını qıldırmağım icazəlidirmi?” deyərək soruşurdu. Ruzeyq həm Əylənin valisi, həm də vilayət ərazisində tarla ilə məşğul olan adam idi və ətrafında Sudan və başqa yerlərdən adamlar var idi. İbn Şihab ona cavab yazdı və o, cavabı oxudu, ona görə də mən məktubda yazılanları eşitdim. Cavab məktubunda Ruzeyqə cümə namazını qıldırmasını əmr etdi və ona Səlimdən eşitdiyi bu hədisi xəbər verdi: “Abdullah ibn Ömər demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Hər biriniz himayəçisiniz və hər biriniz himayəsində olanlara cavabdehdir. Əmir himayədardır və o, öz rəiyyətinə cavabdehdir. Kişi öz ailəsinin hamisidir və o, öz himayəsində olanlara cavabdehdir. Qadın ərinin evinə nəzarət edəndir və o, öz nəzarətində olanlara cavabdehdir. Xidmətçi ağasının malına nəzarət edəndir və o, buna cavabdehdir”. Ravi deyir: “Deyəsən, İbn Ömər “...kişi atasının malına nəzarət edəndir və o, buna cavabdehdir. Hər biriniz himayəçisiniz və hər biriniz himayəsində olanlara cavabdehdir”.”

İbn Ömər
Buxari, 893 (Cümə, 18)Səhih

وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَزُهَيْرُ بْنُ حَرْبٍ جَمِيعًا عَنِ ابْنِ عُلَيَّةَ قَالَ زُهَيْرٌ حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ إِبْرَاهِيمَ عَنْ أَبِى حَيَّانَ عَنْ أَبِى زُرْعَةَ بْنِ عَمْرِو بْنِ جَرِيرٍ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمًا بَارِزًا لِلنَّاسِ فَأَتَاهُ رَجُلٌ فَقَالَ يَا رَسُولَ اللَّهِ مَا الإِيمَانُ قَالَ « أَنْ تُؤْمِنَ بِاللَّهِ وَمَلاَئِكَتِهِ وَكِتَابِهِ وَلِقَائِهِ وَرُسُلِهِ وَتُؤْمِنَ بِالْبَعْثِ الآخِرِ ». قَالَ يَا رَسُولَ اللَّهِ مَا الإِسْلاَمُ قَالَ « الإِسْلاَمُ أَنْ تَعْبُدَ اللَّهَ وَلاَ تُشْرِكَ بِهِ شَيْئًا وَتُقِيمَ الصَّلاَةَ الْمَكْتُوبَةَ وَتُؤَدِّىَ الزَّكَاةَ الْمَفْرُوضَةَ وَتَصُومَ رَمَضَانَ ». قَالَ يَا رَسُولَ اللَّهِ مَا الإِحْسَانُ قَالَ « أَنْ تَعْبُدَ اللَّهَ كَأَنَّكَ تَرَاهُ فَإِنَّكَ إِنْ لاَ تَرَاهُ فَإِنَّهُ يَرَاكَ ». قَالَ يَا رَسُولَ اللَّهِ مَتَى السَّاعَةُ قَالَ « مَا الْمَسْئُولُ عَنْهَا بِأَعْلَمَ مِنَ السَّائِلِ وَلَكِنْ سَأُحَدِّثُكَ عَنْ أَشْرَاطِهَا إِذَا وَلَدَتِ الأَمَةُ رَبَّهَا فَذَاكَ مِنْ أَشْرَاطِهَا وَإِذَا كَانَتِ الْعُرَاةُ الْحُفَاةُ رُءُوسَ النَّاسِ فَذَاكَ مِنْ أَشْرَاطِهَا وَإِذَا تَطَاوَلَ رِعَاءُ الْبَهْمِ فِى الْبُنْيَانِ فَذَاكَ مِنْ أَشْرَاطِهَا فِى خَمْسٍ لاَ يَعْلَمُهُنَّ إِلاَّ اللَّهُ ». ثُمَّ تَلاَ { إِنَّ اللَّهَ عِنْدَهُ عِلْمُ السَّاعَةِ وَيُنَزِّلُ الْغَيْثَ وَيَعْلَمُ مَا فِى الأَرْحَامِ وَمَا تَدْرِى نَفْسٌ مَاذَا تَكْسِبُ غَدًا وَمَا تَدْرِى نَفْسٌ بِأَىِّ أَرْضٍ تَمُوتُ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ } ». قَالَ ثُمَّ أَدْبَرَ الرَّجُلُ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « رُدُّوا عَلَىَّ الرَّجُلَ ». فَأَخَذُوا لِيَرُدُّوهُ فَلَمْ يَرَوْا شَيْئًا. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « هَذَا جِبْرِيلُ جَاءَ لِيُعَلِّمَ النَّاسَ دِينَهُمْ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir gün Allah Elçisi ﷺ camaatın arasında oturmuşdu. Bir nəfər onun yanına gəlib soruşdu: “Ey Allahın Elçisi, iman nədir?” Allah Elçisi ﷺ buyurdu: “İman budur, Allaha, Onun mələklərinə, Onun Kitabına, Onunla qarşılaşacağına və Onun elçilərinə iman gətirəsən, həmçinin öldükdən sonra diriləcəyinə inanasan”. Adam soruşdu: “Ey Allahın Elçisi, bəs İslam nədir?” Allah Elçisi ﷺ buyurdu: “İslam budur, Allaha ibadət edib heç bir şeyi Ona şərik qoşmayasan, fərz (vacib) buyurulmuş namazları qılasan, vacib buyurulmuş zəkatı verəsən və Ramazan ayını oruc tutasan”. O yenə soruşdu: “Ey Allahın Elçisi, onda bəs ehsan nədir?” Allah Elçisi ﷺ buyurdu: “Ehsan budur, Allaha, sanki, Onu görürmüşsən kimi ibadət edəsən, sən Onu görməsən də, bil ki, O, səni görür”. O soruşdu: “Ey Allahın Elçisi, Qiyamət nə vaxt olacaq?” Allah Elçisi ﷺ buyurdu: “Bu haqda soruşulan soruşandan çox bilmir, lakin onun əlamətlərini sənə xəbər verəcəyəm: cariyənin öz ağasını dünyaya gətirməsi Qiyamətin əlamətlərindəndir. Həmçinin çılpaq, ayaqyalın (səfillərin) insanlara rəhbərlik etməsi Qiyamətin əlamətlərindəndir. Qoyun otaran çobanların hündür binalar tikməkdə bir-biri ilə yarışması Qiyamətin əlamətlərindəndir. Qiyamət saatı yalnız Allahın bildiyi beş şeydən biridir”. Sonra Allah Elçisi ﷺ bu ayəni oxudu: “Həqiqətən, Qiyamətin qopacağı vaxtı ancaq Allah bilir. Yağışı istədiyi vaxt göydən O yağdırır, bətnlərdə olanı O bilir. Heç kəs səhər nə qazanacağını bilməz. Heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, hər şeyi Biləndir, hər şeydən Xəbərdardır!” (Loğman, 34). Sonra o adam çevrilib getdi. Allah Elçisi ﷺ buyurdu: “O adamı geri qaytarın!” Səhabələr onun dalınca getdilər, lakin ondan bir əsər-əlamət görmədilər. Onda Allah Elçisi ﷺ buyurdu: “Bu, Cəbrail idi. İnsanlara dinlərini öyrətməyə gəlmişdi”.”

Əbu Hureyra
Muslim, 106 (İman, 5)Səhih

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا لَيْثُ بْنُ سَعْدٍ عَنْ عُقَيْلٍ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى عُبَيْدُ اللَّهِ بْنُ عَبْدِ اللَّهِ بْنِ عُتْبَةَ بْنِ مَسْعُودٍ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ لَمَّا تُوُفِّىَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَاسْتُخْلِفَ أَبُو بَكْرٍ بَعْدَهُ وَكَفَرَ مَنْ كَفَرَ مِنَ الْعَرَبِ قَالَ عُمَرُ بْنُ الْخَطَّابِ لأَبِى بَكْرٍ كَيْفَ تُقَاتِلُ النَّاسَ وَقَدْ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أُمِرْتُ أَنْ أُقَاتِلَ النَّاسَ حَتَّى يَقُولُوا لاَ إِلَهَ إِلاَّ اللَّهُ فَمَنْ قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ فَقَدْ عَصَمَ مِنِّى مَالَهُ وَنَفْسَهُ إِلاَّ بِحَقِّهِ وَحِسَابُهُ عَلَى اللَّهِ ». فَقَالَ أَبُو بَكْرٍ وَاللَّهِ لأُقَاتِلَنَّ مَنْ فَرَّقَ بَيْنَ الصَّلاَةِ وَالزَّكَاةِ فَإِنَّ الزَّكَاةَ حَقُّ الْمَالِ وَاللَّهِ لَوْ مَنَعُونِى عِقَالاً كَانُوا يُؤَدُّونَهُ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَقَاتَلْتُهُمْ عَلَى مَنْعِهِ. فَقَالَ عُمَرُ بْنُ الْخَطَّابِ فَوَاللَّهِ مَا هُوَ إِلاَّ أَنْ رَأَيْتُ اللَّهَ عَزَّ وَجَلَّ قَدْ شَرَحَ صَدْرَ أَبِى بَكْرٍ لِلْقِتَالِ فَعَرَفْتُ أَنَّهُ الْحَقُّ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisinin ﷺ vəfatından sonra Əbu Bəkr xəlifə seçildikdə və ərəblərdən bəziləri küfr etdikdə Ömər ibn əl-Xattab Əbu Bəkrə dedi: “Allah Elçisi ﷺ: “İnsanlar “lə iləhə illəllah” deyincəyə qədər onlara qarşı vuruşmaq mənə əmr edildi. Ona görə kim: “Lə iləhə illəllah” desə – İslam haqqı istisna olmaqla – canını və malını məndən qorumuş olar. Onun (gizli saxladıqlarının) haqq-hesabı isə Uca Allaha aiddir”, – buyurduğu halda sən nə deyib onlarla vuruşacaqsan?!” Əbu Bəkr dedi: “Allaha and olsun! Mən namazla zəkatı bir-birindən ayıran hər bir kəslə vuruşacağam. Çünki zəkat malın haqqıdır. Allaha and olsun! Əgər onlar Allah Elçisinə ﷺ verdikləri zəkatı məndən əsirgəsələr, buna görə onlarla hökmən vuruşacağam”. Ömər ibn əl-Xattab dedi: “Allaha and olsun ki, mən Allahın ﷿ Əbu Bəkrin köksünü bu döyüş üçün açıb genişləndirdiyinə şahid oldum və bunun haqq olduğunu başa düşdüm”.”

Əbu Hureyra
Muslim, 133 (İman, 32)Səhih

وَحَدَّثَنِى أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا وَكِيعٌ ح وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ - يَعْنِى ابْنَ مَهْدِىٍّ - قَالاَ جَمِيعًا حَدَّثَنَا سُفْيَانُ عَنْ أَبِى الزُّبَيْرِ عَنْ جَابِرٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أُمِرْتُ أَنْ أُقَاتِلَ النَّاسَ حَتَّى يَقُولُوا لاَ إِلَهَ إِلاَّ اللَّهُ فَإِذَا قَالُوا لاَ إِلَهَ إِلاَّ اللَّهُ عَصَمُوا مِنِّى دِمَاءَهُمْ وَأَمْوَالَهُمْ إِلاَّ بِحَقِّهَا وَحِسَابُهُمْ عَلَى اللَّهِ ». ثُمَّ قَرَأَ {إِنَّمَا أَنْتَ مُذَكِّرٌ لَسْتَ عَلَيْهِمْ بِمُسَيْطِرٍ}

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “İnsanlar “lə iləhə illəllah” deyincəyə qədər onlarla vuruşmaq mənə əmr edildi. Əgər onlar “lə iləhə illəllah” desələr – İslam haqqı istisna olmaqla – canlarını və mallarını məndən qorumuş olarlar. (Gizli saxladıqlarının) haqq-hesabı isə Allaha aiddir”. Sonra Allah Elçisi ﷺ bu ayəni oxudu: “Onlara nəsihət ver! Sən yalnız nəsihətçisən. Sən onların üstündə hökmdar deyilsən” (əl-Ğaşiyə, 21-22)”.”

Cabir
Muslim, 137 (İman, 36)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبَّادٍ الْمَكِّىُّ حَدَّثَنَا سُفْيَانُ قَالَ قُلْتُ لِسُهَيْلٍ إِنَّ عَمْرًا حَدَّثَنَا عَنِ الْقَعْقَاعِ عَنْ أَبِيكَ قَالَ وَرَجَوْتُ أَنْ يُسْقِطَ عَنِّى رَجُلاً قَالَ فَقَالَ سَمِعْتُهُ مِنَ الَّذِى سَمِعَهُ مِنْهُ أَبِى كَانَ صَدِيقًا لَهُ بِالشَّامِ ثُمَّ حَدَّثَنَا سُفْيَانُ عَنْ سُهَيْلٍ عَنْ عَطَاءِ بْنِ يَزِيدَ عَنْ تَمِيمٍ الدَّارِىِّ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « الدِّينُ النَّصِيحَةُ » قُلْنَا لِمَنْ قَالَ « لِلَّهِ وَلِكِتَابِهِ وَلِرَسُولِهِ وَلأَئِمَّةِ الْمُسْلِمِينَ وَعَامَّتِهِمْ ».

“Təmim əd-Dari ﵁ rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ belə buyurdu: “Din səmimiyətdir!” Biz soruşduq: “Kimə münasibətdə?” O buyurdu: “Allah üçün, Onun Kitabı üçün, Onun elçisi üçün, həmçinin müsəlmanların rəhbərləri və bütün müsəlmanlar üçün”.”

Təmim əd-Dari
Muslim, 205 (İman, 104)Səhih

حَدَّثَنَا عَلِىُّ بْنُ حُجْرٍ السَّعْدِىُّ وَإِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ إِسْحَاقُ أَخْبَرَنَا جَرِيرٌ عَنْ مَنْصُورٍ عَنْ إِبْرَاهِيمَ عَنْ هَمَّامِ بْنِ الْحَارِثِ قَالَ كَانَ رَجُلٌ يَنْقُلُ الْحَدِيثَ إِلَى الأَمِيرِ فَكُنَّا جُلُوسًا فِى الْمَسْجِدِ فَقَالَ الْقَوْمُ هَذَا مِمَّنْ يَنْقُلُ الْحَدِيثَ إِلَى الأَمِيرِ. قَالَ فَجَاءَ حَتَّى جَلَسَ إِلَيْنَا. فَقَالَ حُذَيْفَةُ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « لاَ يَدْخُلُ الْجَنَّةَ قَتَّاتٌ ».

“Rəvayət edilir ki, Həmmam ibn əl-Haris ﵀ demişdir: “Bir nəfər əmirə söz aparırdı. Bir gün biz məsciddə olanda camaat onun barəsində dedi: “Bu adam əmirə söz aparanlardan biridir”. Elə bu vaxt həmin adam məscidə gəlib bizim yanımızda oturdu. Huzeyfə dedi: “Mən Allah Elçisinin ﷺ belə dediyini eşitmişəm: “Dedi-qodu yayan adam Cənnətə girməz!””

Həmmam ibn əl-Haris
Muslim, 304 (İman, 203)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ وَوَكِيعٌ عَنِ الأَعْمَشِ ح وَحَدَّثَنَا مِنْجَابُ بْنُ الْحَارِثِ التَّمِيمِىُّ - وَاللَّفْظُ لَهُ - أَخْبَرَنَا ابْنُ مُسْهِرٍ عَنِ الأَعْمَشِ عَنْ إِبْرَاهِيمَ عَنْ هَمَّامِ بْنِ الْحَارِثِ قَالَ كُنَّا جُلُوسًا مَعَ حُذَيْفَةَ فِى الْمَسْجِدِ فَجَاءَ رَجُلٌ حَتَّى جَلَسَ إِلَيْنَا فَقِيلَ لِحُذَيْفَةَ إِنَّ هَذَا يَرْفَعُ إِلَى السُّلْطَانِ أَشْيَاءَ. فَقَالَ حُذَيْفَةُ - إِرَادَةَ أَنْ يُسْمِعَهُ - سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « لاَ يَدْخُلُ الْجَنَّةَ قَتَّاتٌ ».

“Rəvayət edilir ki, Həmmam ibn əl-Haris ﵀ demişdir: “Biz məsciddə Huzeyfənin yanında oturmuşduq. Bu vaxt bir nəfər gəlib bizim yanımızda oturdu. Huzeyfəyə deyildi: “Bu adam əmirə bəzi şeylər çatdırır”. Huzeyfə ona eşitdirmək məqsədilə dedi: “Mən Allah Elçisinin ﷺ belə dediyini eşitmişəm: “Dedi-qodu yayan adam Cənnətə girməz!””

Həmmam ibn əl-Haris
Muslim, 305 (İman, 204)Səhih

وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا وَكِيعٌ وَأَبُو مُعَاوِيَةَ عَنِ الأَعْمَشِ عَنْ أَبِى حَازِمٍ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « ثَلاَثَةٌ لاَ يُكَلِّمُهُمُ اللَّهُ يَوْمَ الْقِيَامَةِ وَلاَ يُزَكِّيهِمْ - قَالَ أَبُو مُعَاوِيَةَ وَلاَ يَنْظُرُ إِلَيْهِمْ - وَلَهُمْ عَذَابٌ أَلِيمٌ شَيْخٌ زَانٍ وَمَلِكٌ كَذَّابٌ وَعَائِلٌ مُسْتَكْبِرٌ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Üç qisim insan var ki, Qiyamət günü Allah onları danışdırmayacaq, onları təmizə çıxarmayacaq (və onların üzünə baxmayacaq). Onları üzücü bir əzab gözləyir: onlar zinakar qoca, yalançı hökmdar və təkəbbürlü kasıbdır”.”

Əbu Hureyra
Muslim, 309 (İman, 208)Səhih

وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَأَبُو كُرَيْبٍ قَالاَ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ عَنِ الأَعْمَشِ عَنْ أَبِى صَالِحٍ عَنْ أَبِى هُرَيْرَةَ - وَهَذَا حَدِيثُ أَبِى بَكْرٍ - قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « ثَلاَثٌ لاَ يُكَلِّمُهُمُ اللَّهُ يَوْمَ الْقِيَامَةِ وَلاَ يَنْظُرُ إِلَيْهِمْ وَلاَ يُزَكِّيهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ رَجُلٌ عَلَى فَضْلِ مَاءٍ بِالْفَلاَةِ يَمْنَعُهُ مِنِ ابْنِ السَّبِيلِ وَرَجُلٌ بَايَعَ رَجُلاً بِسِلْعَةٍ بَعْدَ الْعَصْرِ فَحَلَفَ لَهُ بِاللَّهِ لأَخَذَهَا بِكَذَا وَكَذَا فَصَدَّقَهُ وَهُوَ عَلَى غَيْرِ ذَلِكَ وَرَجُلٌ بَايَعَ إِمَامًا لاَ يُبَايِعُهُ إِلاَّ لِدُنْيَا فَإِنْ أَعْطَاهُ مِنْهَا وَفَى وَإِنْ لَمْ يُعْطِهِ مِنْهَا لَمْ يَفِ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Üç qisim insan var ki, Qiyamət günü Allah onları danışdırmayacaq, onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaq. Onları üzücü bir əzab gözləyir: o adam ki, səhrada olan suyun başında durub (oradan keçən) müsafirlərə bu sudan içməyə maneçilik törədir; o adam ki, başqa birinə axşamçağı mal sataraq ona deyir: “Allaha and olsun ki, bu mala filan qədər pul vermişəm”. Bu belə olmasa da, o, həmin adama inanır; o adam ki, əmirə yalnız dünya xatirinə beyət edir. Əmir ona dünya malından verdikdə verdiyi əhdə sadiq qalır, bir şey vermədikdə isə verdiyi əhdə vəfa etmir”.”

Əbu Hureyra
Muslim, 310 (İman, 209)Səhih

وَحَدَّثَنَا أَبُو غَسَّانَ الْمِسْمَعِىُّ وَمُحَمَّدُ بْنُ الْمُثَنَّى وَإِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ إِسْحَاقُ أَخْبَرَنَا وَقَالَ الآخَرَانِ حَدَّثَنَا مُعَاذُ بْنُ هِشَامٍ قَالَ حَدَّثَنِى أَبِى عَنْ قَتَادَةَ عَنْ أَبِى الْمَلِيحِ أَنَّ عُبَيْدَ اللَّهِ بْنَ زِيَادٍ عَادَ مَعْقِلَ بْنَ يَسَارٍ فِى مَرَضِهِ فَقَالَ لَهُ مَعْقِلٌ إِنِّى مُحَدِّثُكَ بِحَدِيثٍ لَوْلاَ أَنِّى فِى الْمَوْتِ لَمْ أُحَدِّثْكَ بِهِ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « مَا مِنْ أَمِيرٍ يَلِى أَمْرَ الْمُسْلِمِينَ ثُمَّ لاَ يَجْهَدُ لَهُمْ وَيَنْصَحُ إِلاَّ لَمْ يَدْخُلْ مَعَهُمُ الْجَنَّةَ ».

“Əbul-Məlih ﵀ rəvayət edir ki, Məqil ibn Yəsar xəstə yatarkən Ubeydullah ibn Ziyad ona baş çəkdi. Onda Məqil ona dedi: “Mən sənə bir hədis danışacağam. Əgər ölüm ayağında olmasaydım, bu hədisi sənə danışmazdım. Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Müsəlmanların işlərinə rəhbərlik edən, lakin onlar üçün çalışmayan və onlara yaxşılıq etməyən bir rəhbər Cənnətə girəcək müsəlmanlarla bərabər oraya girməz”.”

Əbul-Məlih
Muslim, 383 (İman, 282)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ وَوَكِيعٌ ح وَحَدَّثَنَا أَبُو كُرَيْبٍ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ عَنِ الأَعْمَشِ عَنْ زَيْدِ بْنِ وَهْبٍ عَنْ حُذَيْفَةَ قَالَ حَدَّثَنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَدِيثَيْنِ قَدْ رَأَيْتُ أَحَدَهُمَا وَأَنَا أَنْتَظِرُ الآخَرَ حَدَّثَنَا « أَنَّ الأَمَانَةَ نَزَلَتْ فِى جِذْرِ قُلُوبِ الرِّجَالِ ثُمَّ نَزَلَ الْقُرْآنُ فَعَلِمُوا مِنَ الْقُرْآنِ وَعَلِمُوا مِنَ السُّنَّةِ ». ثُمَّ حَدَّثَنَا عَنْ رَفْعِ الأَمَانَةِ قَالَ « يَنَامُ الرَّجُلُ النَّوْمَةَ فَتُقْبَضُ الأَمَانَةُ مِنْ قَلْبِهِ فَيَظَلُّ أَثَرُهَا مِثْلَ الْوَكْتِ ثُمَّ يَنَامُ النَّوْمَةَ فَتُقْبَضُ الأَمَانَةُ مِنْ قَلْبِهِ فَيَظَلُّ أَثَرُهَا مِثْلَ الْمَجْلِ كَجَمْرٍ دَحْرَجْتَهُ عَلَى رِجْلِكَ فَنَفِطَ فَتَرَاهُ مُنْتَبِرًا وَلَيْسَ فِيهِ شَىْءٌ - ثُمَّ أَخَذَ حَصًى فَدَحْرَجَهُ عَلَى رِجْلِهِ - فَيُصْبِحُ النَّاسُ يَتَبَايَعُونَ لاَ يَكَادُ أَحَدٌ يُؤَدِّى الأَمَانَةَ حَتَّى يُقَالَ إِنَّ فِى بَنِى فُلاَنٍ رَجُلاً أَمِينًا. حَتَّى يُقَالَ لِلرَّجُلِ مَا أَجْلَدَهُ مَا أَظْرَفَهُ مَا أَعْقَلَهُ وَمَا فِى قَلْبِهِ مِثْقَالُ حَبَّةٍ مِنْ خَرْدَلٍ مِنْ إِيمَانٍ ». وَلَقَدْ أَتَى عَلَىَّ زَمَانٌ وَمَا أُبَالِى أَيَّكُمْ بَايَعْتُ لَئِنْ كَانَ مُسْلِمًا لَيَرُدَّنَّهُ عَلَىَّ دِينُهُ وَلَئِنْ كَانَ نَصْرَانِيًّا أَوْ يَهُودِيًّا لَيَرُدَّنَّهُ عَلَىَّ سَاعِيهِ وَأَمَّا الْيَوْمَ فَمَا كُنْتُ لأُبَايِعَ مِنْكُمْ إِلاَّ فُلاَنًا وَفُلاَنًا.

“Rəvayət edilir ki, Huzeyfə ﵁ demişdir: “Allah Elçisi ﷺ bizə əmanət haqda iki hədis danışmışdır. Mən onlardan birinin baş verdiyini artıq görmüşəm, o birisini isə gözləyirəm. Allah Elçisi ﷺ bizə xəbər vermişdir: “Əmanət (əməlisaleh) insanların qəlbinin dərinliyinə endirilmiş, sonra Quran nazil olmuş və onlar Quranı, bunun ardından da sünnəni öyrənmişlər”. Bundan başqa, Peyğəmbər ﷺ əmanətin götürüləcəyi barədə bizə bildirib buyurmuşdur: “Adam yatacaq və (yuxuda olanda) əmanət onun qəlbindən götürüləcək, (yerində isə) rəngsiz nöqtə boyda izi qalacaq. Sonra yenə yatacaq və (o yuxuda olanda) əmanətin (qalan hissəsi də) onun qəlbindən götürüləcək, (yerində isə) suluğa bənzər izi qalacaq. Elə bil ki, (əlindəki) közü ayağının üstünə salmısan və onun düşdüyü yer suluqlayıb. Sən onun qabardığını görürsən, halbuki onun içi bomboşdur”. Huzeyfə deyir: “Sonra o, kiçik daşlardan götürüb ayağının üstünə yumbalatdı”. “O zaman insanlar bir-biri ilə alış-veriş edəcək, amma kimsə əmanəti qaytarmaq barəsində heç düşünməyəcək də. İş o yerə gəlib çatacaq ki, camaat deyəcək: “Filan tayfa sakinləri arasında etibarlı bir adam var”. Birinin barəsində: “O necə dayanıqlı, necə bacarıqlı, necə dərrakəli adamdır!”, – deyiləcək, halbuki onun qəlbində xardal dənəsi ağırlığında iman olmayacaq”. Huzeyfə dedi: “Mən elə bir zamanda yaşamışam ki, həmin vaxt kiminlə alış-veriş edəcəyim məni narahat etməzdi. Belə ki, iş gördüyüm adam müsəlman olardısa, əmanəti mənə onun dini qaytarardı, nəsrani və ya yəhudi olardısa, əmanəti mənə onun rəhbəri qaytarardı. Bu gün isə mən ancaq filankəs və filankəslə iş görürəm”.”

Huzeyfə
Muslim, 384 (İman, 283)Səhih

وَحَدَّثَنَاهُ عَبْدُ الأَعْلَى بْنُ حَمَّادٍ وَأَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَزُهَيْرُ بْنُ حَرْبٍ قَالُوا حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ح وَحَدَّثَنِيهِ حَرْمَلَةُ بْنُ يَحْيَى أَخْبَرَنَا ابْنُ وَهْبٍ قَالَ حَدَّثَنِى يُونُسُ ح وَحَدَّثَنَا حَسَنٌ الْحُلْوَانِىُّ وَعَبْدُ بْنُ حُمَيْدٍ عَنْ يَعْقُوبَ بْنِ إِبْرَاهِيمَ بْنِ سَعْدٍ حَدَّثَنَا أَبِى عَنْ صَالِحٍ كُلُّهُمْ عَنِ الزُّهْرِىِّ بِهَذَا الإِسْنَادِ وَفِى رِوَايَةِ ابْنِ عُيَيْنَةَ « إِمَامًا مُقْسِطًا وَحَكَمًا عَدْلاً ». وَفِى رِوَايَةِ يُونُسَ « حَكَمًا عَادِلاً ». وَلَمْ يَذْكُرْ « إِمَامًا مُقْسِطًا ». وَفِى حَدِيثِ صَالِحٍ « حَكَمًا مُقْسِطًا » كَمَا قَالَ اللَّيْثُ. وَفِى حَدِيثِهِ مِنَ الزِّيَادَةِ « وَحَتَّى تَكُونَ السَّجْدَةُ الْوَاحِدَةُ خَيْرًا مِنَ الدُّنْيَا وَمَا فِيهَا ». ثُمَّ يَقُولُ أَبُو هُرَيْرَةَ اقْرَءُوا إِنْ شِئْتُمْ {وَإِنْ مِنْ أَهْلِ الْكِتَابِ إِلاَّ لَيُؤْمِنَنَّ بِهِ قَبْلَ مَوْتِهِ} الآيَةَ.

“Yuxarıdakı hədisin mətni ilə oxşardır, lakin bu hədisdə belə fərqliliklər var: “Ədalətli imam və ədalətli bir rəhbər olaraq...”, həmçinin deyilir: “və tək bir səcdə belə, dünya və onun içindəkilərdən daha xeyirli olacaq”, – demişdir. Sonra Əbu Hureyra dedi: “İstəyirsinizsə, bu ayəni oxuyun: “Kitab əhlindən hər kəs öz ölümündən, yaxud İsanın ölümündən əvvəl ona iman gətirəcək. Qiyamət günü isə İsa onların əleyhinə şahid olacaqdır”. (ən-Nisa, 159)”.”

Əbu Hureyra
Muslim, 407 (İman, 306)Səhih

وَحَدَّثَنَا زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنِى الْوَلِيدُ بْنُ مُسْلِمٍ حَدَّثَنَا ابْنُ أَبِى ذِئْبٍ عَنِ ابْنِ شِهَابٍ عَنْ نَافِعٍ مَوْلَى أَبِى قَتَادَةَ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « كَيْفَ أَنْتُمْ إِذَا نَزَلَ فِيكُمُ ابْنُ مَرْيَمَ فَأَمَّكُمْ مِنْكُمْ ». فَقُلْتُ لاِبْنِ أَبِى ذِئْبٍ إِنَّ الأَوْزَاعِىَّ حَدَّثَنَا عَنِ الزُّهْرِىِّ عَنْ نَافِعٍ عَنْ أَبِى هُرَيْرَةَ « وَإِمَامُكُمْ مِنْكُمْ ». قَالَ ابْنُ أَبِى ذِئْبٍ تَدْرِى مَا أَمَّكُمْ مِنْكُمْ قُلْتُ تُخْبِرُنِى. قَالَ فَأَمَّكُمْ بِكِتَابِ رَبِّكُمْ تَبَارَكَ وَتَعَالَى وَسُنَّةِ نَبِيِّكُمْ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Məryəm oğlunun (İsanın) yanınıza nazil olacağı və sizə sizdən imam təyin edəcəyi vaxt sizin halınız necə olacaq?!” Ravi Vəlid dedi: “Mən İbn Əbu Zibə dedim: “Əvzai bizə Zuhridən, o da Nafidən, o da Əbu Hureyradan: “İmamınız özünüzdən olacaq”, – deyə rəvayət etmişdir. İbn Əbu Zib dedi: “Heç bilirsən: “Sizə sizdən imam təyin edəcək” nə deməkdir?” Mən dedim: “Mənə xəbər versən, bilərəm”. O dedi: “Sizə Allahın ﷿ Kitabı və Peyğəmbərinizin ﷺ Sünnəsi ilə rəhbərlik edəcək”.”

Əbu Hureyra
Muslim, 411 (İman, 310)Səhih

حَدَّثَنَا عُبَيْدُ اللَّهِ بْنُ مُعَاذٍ حَدَّثَنَا أَبِى ح وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى وَابْنُ بَشَّارٍ قَالاَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ قَالاَ جَمِيعًا حَدَّثَنَا شُعْبَةُ عَنْ جَامِعِ بْنِ شَدَّادٍ قَالَ سَمِعْتُ حُمْرَانَ بْنَ أَبَانَ يُحَدِّثُ أَبَا بُرْدَةَ فِى هَذَا الْمَسْجِدِ فِى إِمَارَةِ بِشْرٍ أَنَّ عُثْمَانَ بْنَ عَفَّانَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « مَنْ أَتَمَّ الْوُضُوءَ كَمَا أَمَرَهُ اللَّهُ تَعَالَى فَالصَّلوَاتُ الْمَكْتُوبَاتُ كَفَّارَاتٌ لِمَا بَيْنَهُنَّ ». هَذَا حَدِيثُ ابْنِ مُعَاذٍ وَلَيْسَ فِى حَدِيثِ غُنْدَرٍ فِى إِمَارَةِ بِشْرٍ وَلاَ ذِكْرُ الْمَكْتُوبَاتِ.

“Rəvayət edilir ki, Cami ibn Şəddad ﵀ demişdir: “Mən Humran ibn Əbanın, Bişrin əmir olduğu dövrdə, bu məsciddə Əbu Burdəyə belə bir hədis danışdığını eşitdim: “Osman ibn Əffan Allah Elçisinin ﷺ belə buyurduğunu rəvayət etmişdir: “Kim dəstəmazı Uca Allahın əmr etdiyi kimi tam şəkildə yerinə yetirsə, qıldığı vacib buyurulmuş namazlar aralarındakı günahlar üçün kəffarə olar”. Bu, İbn Muazın hədisidir. Ğundərin hədisində isə: “Bişrin əmir olduğu dövrdə” və “vacib buyurulmuş” sözləri yoxdur.”

Cami ibn Şəddad
Muslim, 569 (Təharət, 14)Səhih

وَحَدَّثَنِى أَبُو بَكْرِ بْنُ نَافِعٍ الْعَبْدِىُّ حَدَّثَنَا بَهْزٌ حَدَّثَنَا حَمَّادٌ أَخْبَرَنَا ثَابِتٌ عَنْ أَنَسٍ قَالَ مَا صَلَّيْتُ خَلْفَ أَحَدٍ أَوْجَزَ صَلاَةً مِنْ صَلاَةِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى تَمَامٍ كَانَتْ صَلاَةُ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مُتَقَارِبَةً وَكَانَتْ صَلاَةُ أَبِى بَكْرٍ مُتَقَارِبَةً فَلَمَّا كَانَ عُمَرُ بْنُ الْخَطَّابِ مَدَّ فِى صَلاَةِ الْفَجْرِ وَكَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا قَالَ « سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ ». قَامَ حَتَّى نَقُولَ قَدْ أَوْهَمَ. ثُمَّ يَسْجُدُ وَيَقْعُدُ بَيْنَ السَّجْدَتَيْنِ حَتَّى نَقُولَ قَدْ أَوْهَمَ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ bizə necə namaz qıldırdığını görmüşəmsə, sizə də elə namaz qıldıracağam”. Sabit dedi: “Mən tam olmaq şərti ilə Allah Elçisinin ﷺ namazı kimi heç kimin arxasında namaz qılmadım. Allah Elçisinin ﷺ namazı hərəkətlərin vaxtlarında bir-birinə oxşar idi. Əbu Bəkrin namazı da hərəkətlərin vaxtlarında bir-birinə oxşar idi. Ömər ibn əl-Xattab xəlifə olduqda Sübh namazını uzun qıldırdı. Allah Elçisi ﷺ “Səmi Allahu limən həmidəh” dedikdə o qədər ayaq üstə durardı ki, biz: “Yəqin unudub”- deyərdik. Sonra səcdə edər və iki səcdə arasında o qədər çox oturardı ki, biz də: “Yəqin unudub” deyərdik”.”

Ənəs
Muslim, 1089 (Namaz, 227)Səhih

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا هُشَيْمٌ قَالَ : أَخْبَرَنَا يُونُسُ بْنُ عُبَيْدٍ ، عَنِ ابْنِ سِيرِينَ قَالَ : أَخْبَرَنِي عَمْرُو بْنُ وَهْبٍ الثَّقَفِيُّ قَالَ : سَمِعْتُ الْمُغِيرَةَ بْنَ شُعْبَةَ قَالَ : خَصْلَتَانِ لاَ أَسْأَلُ عَنْهُمَا أَحَدًا بَعْدَ مَا شَهِدْتُ مِنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : كُنَّا مَعَهُ فِي سَفَرٍ ، فَبَرَزَ لِحَاجَتِهِ ، ثُمَّ جَاءَ فَتَوَضَّأَ ، وَمَسَحَ بِنَاصِيَتِهِ وَجَانِبَيْ عِمَامَتِهِ ، وَمَسَحَ عَلَى خُفَّيْهِ قَالَ : وَصَلاَةُ الإِمَامِ خَلْفَ الرَّجُلِ مِنْ رَعِيَّتِهِ ، فَشَهِدْتُ مِنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ كَانَ فِي سَفَرٍ فَحَضَرَتِ الصَّلاَةُ ، فَاحْتَبَسَ عَلَيْهِمُ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَقَامُوا الصَّلاَةَ وَقَدَّمُوا ابْنَ عَوْفٍ فَصَلَّى بِهِمْ فَجَاءَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَصَلَّى خَلْفَ ابْنِ عَوْفٍ مَا بَقِيَ مِنَ الصَّلاَةِ فَلَمَّا سَلَّمَ ابْنُ عَوْفٍ قَامَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَضَى مَا سُبِقَ بِهِ.

“Rəvayət edilir ki, Amr ibn Vəhb əs-Səqafi ﵀ demişdir: “Mən Muğira ibn Şöbənin belə dediyini eşitdim: “İki xislət var ki, Peyğəmbərdə ﷺ müşahidə etdikdən sonra onları heç kimdən soruşmadım. (Birincisi), biz Peyğəmbərlə ﷺ birlikdə səfərdə idik. O, təbii ehtiyacını ödəmək üçün uzaqlaşdı. Sonra gəlib dəstəmaz aldı. Kəkilinə, əmmaməsinə və xuflarına məsh çəkdi. (İkincisi), rəhbərin öz rəiyyətindən olan bir kişinin arxasında namaz qılması. Mən Allah Elçisinin ﷺ səfərdə olduğuna şahid oldum. Artıq namaz daxil olmuşdu. Peyğəmbər ﷺ müəyyən səbəbə görə camaatdan uzaqlaşmışdı. (İnsanlar) artıq namaza başlamış və İbn Aufu imam təyin etmişdilər. Allah Elçisi ﷺ gəlib İbn Aufun arxasında namaz qıldı. Namazdan ötürdüyü (çatmadığı) hissəni isə qalxıb özü qıldı”.”

Amr ibn Vəhb əs-Səqafi
Nəsəi, 109 (Təharət, 109)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ وَهَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ حُسَيْنِ بْنِ عَلَيٍّ ، عَنْ زَائِدَةَ ، عَنْ عَاصِمٍ ، عَنْ زِرٍّ ، عَنْ عَبْدِ اللهِ قَالَ : لَمَّا قُبِضَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتِ الأَنْصَارُ : مِنَّا أَمِيرٌ وَمِنْكُمْ أَمِيرٌ . فَأَتَاهُمْ عُمَرُ فَقَالَ : أَلَسْتُمْ تَعْلَمُونَ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَدْ أَمَرَ أَبَا بَكْرٍ أَنْ يُصَلِّيَ بِالنَّاسِ ، فَأَيُّكُمْ تَطِيبُ نَفْسُهُ أَنْ يَتَقَدَّمَ أَبَا بَكْرٍ ؟ قَالُوا نَعُوذُ بِاللَّهِ أَنْ نَتَقَدَّمَ أَبَا بَكْرٍ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisinin ﷺ ruhu alındıqda (vəfat etdikdə) Ənsardan olanlar dedilər: “Bir əmir sizdən, bir əmir də bizdən olsun”. Ömər onların yanına gəlib dedi: “Məgər siz bilmirsiniz ki, artıq, Allah Elçisi ﷺ insanlar üçün namaz qıldırmağı Əbu Bəkrə əmr edib?! Sizdən hansı biriniz ondan qabağa keçmək üçün özünü layiqli görür?!” Onlar dedilər: “Əbu Bəkrdən önə keçməkdən Allaha sığınırıq!””

Abdullah
Nəsəi, 777 (İmamlıq, 1)Həsən

أَخْبَرَنَا عَمْرُو بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا أَبُو نُعَيْمٍ ، عَنْ سُفْيَانَ ، عَنْ يَحْيَى بْنِ هَانِئٍ ، عَنْ عَبْدِ الْحَمِيدِ بْنِ مَحْمُودٍ قَالَ : كُنَّا مَعَ أَنَسٍ فَصَلَّيْنَا مَعَ أَمِيرٍ مِنَ الأُمَرَاءِ ، فَدَفَعُونَا حَتَّى قُمْنَا وَصَلَّيْنَا بَيْنَ السَّارِيَتَيْنِ ، فَجَعَلَ أَنَسٌ يَتَأَخَّرُ وَقَالَ : قَدْ كُنَّا نَتَّقِي هَذَا عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Abdul-Həmid ibn Mahmud ﵀ demişdir: “Bir gün Ənəs ilə birlikdə idik və əmirlərdən olan bir əmir ilə namaz qıldıq. Sıxlıq olduğuna görə bir qədər sıxıldıq və iki dirək arasında namaz qılmalı olduq. Ənəs arxaya çəkildi və dedi: “Biz Allah Elçisinin ﷺ dövründə bundan çəkinərdik”.”

Abdul-Həmid ibn Mahmud
Nəsəi, 821 (İmamlıq, 45)Səhih

أَخْبَرَنَا أَبُو دَاوُدَ ، قَالَ : حَدَّثَنَا يَعْقُوبُ ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنْ صَالِحٍ ، عَنْ ابْنِ شِهَابٍ ، قَالَ : حَدَّثَنِي أَبُو سَلَمَةَ ، وَابْنُ الْمُسَيَّبِ ، أَنَّ أَبَا هُرَيْرَةَ أَخْبَرَهُمَا ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَعَى لَهُمَا النَّجَاشِيَّ صَاحِبَ الْحَبَشَةِ الْيَوْمَ الَّذِي مَاتَ فِيهِ ، وَقَالَ : اسْتَغْفِرُوا لأَخِيكُمْ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Həbəşistanın rəhbəri Nəcaşinin ölüm xəbərini onun vəfat etdiyi gün xəbər verdi və dedi: “Qardaşınız üçün bağışlanma diləyin!””

Əbu Hureyra
Nəsəi, 1879 (Cənazələr, 62)Səhih

أَخْبَرَنَا أَبُو دَاوُدَ ، قَالَ : حَدَّثَنَا يَعْقُوبُ ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنْ صَالِحٍ ، عَنْ ابْنِ شِهَابٍ ، قَالَ : حَدَّثَنِي أَبُو سَلَمَةَ ، وَابْنُ الْمُسَيَّبِ ، أَنَّ أَبَا هُرَيْرَةَ أَخْبَرَهُمَا ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَعَى لَهُمُ النَّجَاشِيَّ صَاحِبَ الْحَبَشَةِ فِي الْيَوْمِ الَّذِي مَاتَ فِيهِ ، فَقَالَ : اسْتَغْفِرُوا لأَخِيكُمْ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Həbəşistanın hökmdarı Nəcaşinin ölüm xəbərini onun öldüyü gün xəbər verərək dedi: “Qardaşınız üçün bağışlanma diləyin!””

Əbu Hureyra
Nəsəi, 2042 (Cənazələr, 225)Səhih
Daha çox göstər

30 / 173 hədis göstərilir