Ana səhifə

Mövzu

Cənazə

الجنائز

Ölünün yuyulması, kəfənlənməsi, cənazə namazı və dəfn

473 hədis

حَدَّثَنَا أَحْمَدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ عَلِىٍّ الْمَنْجُوفِىُّ قَالَ حَدَّثَنَا رَوْحٌ قَالَ حَدَّثَنَا عَوْفٌ عَنِ الْحَسَنِ وَمُحَمَّدٍ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مَنِ اتَّبَعَ جَنَازَةَ مُسْلِمٍ إِيمَانًا وَاحْتِسَابًا ، وَكَانَ مَعَهُ حَتَّى يُصَلَّى عَلَيْهَا ، وَيَفْرُغَ مِنْ دَفْنِهَا ، فَإِنَّهُ يَرْجِعُ مِنَ الأَجْرِ بِقِيرَاطَيْنِ ، كُلُّ قِيرَاطٍ مِثْلُ أُحُدٍ ، وَمَنْ صَلَّى عَلَيْهَا ثُمَّ رَجَعَ قَبْلَ أَنْ تُدْفَنَ فَإِنَّهُ يَرْجِعُ بِقِيرَاطٍ » . تَابَعَهُ عُثْمَانُ الْمُؤَذِّنُ قَالَ حَدَّثَنَا عَوْفٌ عَنْ مُحَمَّدٍ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ نَحْوَهُ .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim imanla, mükafatını Allahdan umaraq cənazəni müşayiət edər və namazını qılıb dəfn edilənədək yanında qalarsa, iki qirat savabla geri qayıdar. Bu qiratların hər biri Uhud dağı boydadır. Kim cənazə namazı qılıb dəfn edilməmişdən əvvəl geri qayıdarsa, bir qiratla geri qayıtmış olar”.”

Əbu Hureyra
Buxari, 47 (İman, 40)Səhih

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا إِسْمَاعِيلُ قَالَ حَدَّثَنَا خَالِدٌ عَنْ حَفْصَةَ بِنْتِ سِيرِينَ عَنْ أُمِّ عَطِيَّةَ قَالَتْ قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لَهُنَّ فِى غُسْلِ ابْنَتِهِ « ابْدَأْنَ بِمَيَامِنِهَا وَمَوَاضِعِ الْوُضُوءِ مِنْهَا » .

“Rəvayət edilir ki, Ummu Atiyyə ﵂ demişdir: “Peyğəmbər ﷺ onun qızını yuyan qadınlara dedi: “Onun sağ tərəfindən və dəstəmazda yuyulan əzalarından başlayın”.”

Ummu Atiyyə
Buxari, 167 (Dəstəmaz, 33)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ عَبْدِ الْوَهَّابِ قَالَ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ عَنْ أَيُّوبَ عَنْ حَفْصَةَ - قَالَ أَبُو عَبْدِ اللَّهِ أَوْ هِشَامِ بْنِ حَسَّانَ عَنْ حَفْصَةَ عَنْ أُمِّ عَطِيَّةَ - قَالَتْ كُنَّا نُنْهَى أَنْ نُحِدَّ عَلَى مَيِّتٍ فَوْقَ ثَلاَثٍ ، إِلاَّ عَلَى زَوْجٍ أَرْبَعَةَ أَشْهُرٍ وَعَشْرًا ، وَلاَ نَكْتَحِلَ وَلاَ نَتَطَيَّبَ وَلاَ نَلْبَسَ ثَوْبًا مَصْبُوغًا إِلاَّ ثَوْبَ عَصْبٍ ، وَقَدْ رُخِّصَ لَنَا عِنْدَ الطُّهْرِ إِذَا اغْتَسَلَتْ إِحْدَانَا مِنْ مَحِيضِهَا فِى نُبْذَةٍ مِنْ كُسْتِ أَظْفَارٍ ، وَكُنَّا نُنْهَى عَنِ اتِّبَاعِ الْجَنَائِزِ . قَالَ رَوَاهُ هِشَامُ بْنُ حَسَّانَ عَنْ حَفْصَةَ عَنْ أُمِّ عَطِيَّةَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ .

“Rəvayət edilir ki, Ummu Atiyyə ﵂ demişdir: “Ölüyə üç gündən artıq yas saxlamaq bizə qadağan edilərdi. Yalnız vəfat edən ər üçün dörd ay on gün yas saxlamaq müstəsna idi. Bu müddət ərzində biz Yəmən bürüncəyindən başqa nə sürmə çəkər, nə ətirlənər, nə də rəngli paltarlar geyinərdik. Bizdən birimiz heyzdən təmizləndikdən sonra qüsl almaq istədikdə ona kustu əzfardan istifadə etməyə rüsxət verilərdi. Həmçinin cənazənin ardınca getmək bizə qadağan edilərdi”.”

Ummu Atiyyə
Buxari, 313 (Heyz, 20)Səhih

حَدَّثَنَا أَحْمَدُ بْنُ أَبِى سُرَيْجٍ قَالَ أَخْبَرَنَا شَبَابَةُ قَالَ أَخْبَرَنَا شُعْبَةُ عَنْ حُسَيْنٍ الْمُعَلِّمِ عَنِ ابْنِ بُرَيْدَةَ عَنْ سَمُرَةَ بْنِ جُنْدُبٍ أَنَّ امْرَأَةً مَاتَتْ فِى بَطْنٍ ، فَصَلَّى عَلَيْهَا النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَامَ وَسَطَهَا .

“Səmura ibn Cundub ﵁ rəvayət edir ki, bir qadın dünyaya uşaq gətirərkən vəfat etdi. Peyğəmbər ﷺ qadının cənazəsinin orta nahiyəsində dayanıb onun cənazə namazını qıldı.”

Səmura ibn Cundub
Buxari, 332 (Heyz, 39)Səhih

حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ قَالَ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ عَنْ ثَابِتٍ عَنْ أَبِى رَافِعٍ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَجُلاً أَسْوَدَ - أَوِ امْرَأَةً سَوْدَاءَ - كَانَ يَقُمُّ الْمَسْجِدَ ، فَمَاتَ ، فَسَأَلَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَنْهُ فَقَالُوا مَاتَ . قَالَ « أَفَلاَ كُنْتُمْ آذَنْتُمُونِى بِهِ دُلُّونِى عَلَى قَبْرِهِ » . - أَوْ قَالَ قَبْرِهَا - فَأَتَى قَبْرَهُ فَصَلَّى عَلَيْهِ .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, məscidi süpürən bir zənci kişi (və ya zənci qadın) vəfat etdi. Peyğəmbər ﷺ onun haqqında soruşduqda səhabələr: “O, vəfat edib”– deyə cavab verdilər. Peyğəmbər ﷺ: “Nə üçün mənə bildirməmisiniz? Mənə onun qəbrini göstərin!”– dedikdən sonra onun qəbrinin yanına gəldi və ona cənazə namazı qıldı.”

Əbu Hureyra
Buxari, 458 (Namaz, 110)Səhih

حَدَّثَنَا أَحْمَدُ بْنُ وَاقِدٍ قَالَ حَدَّثَنَا حَمَّادٌ عَنْ ثَابِتٍ عَنْ أَبِى رَافِعٍ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ امْرَأَةً - أَوْ رَجُلاً - كَانَتْ تَقُمُّ الْمَسْجِدَ - وَلاَ أُرَاهُ إِلاَّ امْرَأَةً - فَذَكَرَ حَدِيثَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ صَلَّى عَلَى قَبْرِهِ .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir qadın (və ya bir kişi) məscidi süpürürdü. Ravi Əbu Rafi: “Mən Əbu Hureyranın “bir qadın” dediyini zənn edirəm” dedi. Sonra Əbu Hureyra Peyğəmbərin ﷺ onun qəbrinin yanında ona cənazə namazı qılmasını qeyd etdi.”

Əbu Hureyra
Buxari, 460 (Namaz, 112)Səhih

حَدَّثَنَا ابْنُ الْمُثَنَّى قَالَ حَدَّثَنِى غُنْدَرٌ قَالَ حَدَّثَنَا شُعْبَةُ قَالَ سَمِعْتُ سُلَيْمَانَ الشَّيْبَانِىَّ قَالَ سَمِعْتُ الشَّعْبِىَّ قَالَ أَخْبَرَنِى مَنْ مَرَّ مَعَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى قَبْرٍ مَنْبُوذٍ ، فَأَمَّهُمْ وَصَفُّوا عَلَيْهِ . فَقُلْتُ يَا أَبَا عَمْرٍو مَنْ حَدَّثَكَ فَقَالَ ابْنُ عَبَّاسٍ .

“Rəvayət edilir ki, əş-Şabi ﵀ demişdir: “Mənə Peyğəmbər ﷺ ilə bilrlikdə olan adam xəbər verdi ki, bir dəfə Peyğəmbər ﷺ (qəbiristanlıqda) kənarda qalmış bir qəbrin yanında dayanıb səhabələrinə namaz qıldırdı və onlar da onun arxasında cərgələrə düzülərək namaza durdular”. Ravi Süleyman əş-Şeybani deyir: “Mən Şabiyə dedim: “Ey Əbu Amr, bunu sənə danışan kim idi?” O dedi: “İbn Abbas”.”

əş-Şabi
Buxari, 857 (Azan, 255)Səhih

وَحَدَّثَنَا مَحْمُودُ بْنُ غَيْلاَنَ حَدَّثَنَا أَبُو دَاوُدَ قَالَ قَالَ لِى شُعْبَةُ ايتِ جَرِيرَ بْنَ حَازِمٍ فَقُلْ لَهُ لاَ يَحِلُّ لَكَ أَنْ تَرْوِىَ عَنِ الْحَسَنِ بْنِ عُمَارَةَ فَإِنَّهُ يَكْذِبُ. قَالَ أَبُو دَاوُدَ قُلْتُ لِشُعْبَةَ وَكَيْفَ ذَاكَ فَقَالَ حَدَّثَنَا عَنِ الْحَكَمِ بِأَشْيَاءَ لَمْ أَجِدْ لَهَا أَصْلاً. قَالَ قُلْتُ لَهُ بِأَىِّ شَىْءٍ قَالَ قُلْتُ لِلْحَكَمِ أَصَلَّى النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى قَتْلَى أُحُدٍ فَقَالَ لَمْ يُصَلِّ عَلَيْهِمْ. فَقَالَ الْحَسَنُ بْنُ عُمَارَةَ عَنِ الْحَكَمِ عَنْ مِقْسَمٍ عَنِ ابْنِ عَبَّاسٍ إِنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى عَلَيْهِمْ وَدَفَنَهُمْ. قُلْتُ لِلْحَكَمِ مَا تَقُولُ فِى أَوْلاَدِ الزِّنَا قَالَ يُصَلَّى عَلَيْهِمْ. قُلْتُ مِنْ حَدِيثِ مَنْ يُرْوَى قَالَ يُرْوَى عَنِ الْحَسَنِ الْبَصْرِىِّ. فَقَالَ الْحَسَنُ بْنُ عُمَارَةَ حَدَّثَنَا الْحَكَمُ عَنْ يَحْيَى بْنِ الْجَزَّارِ عَنْ عَلِىٍّ.

“Rəvayət edilir ki, Əbu Davud ﵀ demişdir: “Bir dəfə Şubə mənə belə buyurdu: “Cərir ibn Hazimin yanına get və ona de: “Həsən ibn Əmmaradan rəvayət etmək sənə halal deyil, çünki o, yalan danışır”. Mən Şubədən soruşdum: “Axı bu necə ola bilər?” O dedi: “O bizə Həkəmdən əslini tapmadığım bir çox şeylər rəvayət etmişdir”. Ondan soruşdum: “Onlar nə şeylərdir elə?” O dedi: “Mən Həkəmdən: “Peyğəmbər ﷺ Uhud şəhidlərinə cənazə namazı qılıbmı?”, – deyə soruşmuşdum. Həkəm: “Peyğəmbər ﷺ onlara cənazə namazı qılmayıb”, – deyə cavab vermişdi. Halbuki Həsən ibn Əmmara Həkəmdən, o da Miqsəmdən, o da İbn Abbasdan rəvayət etmişdir ki, (guya) Peyğəmbər ﷺ Uhud şəhidlərinə cənazə namazı qılmış, sonra da onları dəfn etmişdir”. Həmçinin mən Həkəmdən: “Zinadan doğulmuş körpələr haqda nə deyə bilərsən?”, – deyə soruşmuşdum. O da demişdi: “Onlara cənazə namazı qılınmalıdır”. Ondan: “Bu hədis kimdən rəvayət edilir?”, – deyə soruşdum. Mənə: “Həsən əl-Bəsridən rəvayət olunur”, - dedi. Həsən ibn Əmmara isə: “Həkəm bu hədisi bizə Yəhya ibn Cəzzardan, o da Əlidən rəvayət etmişdir”, – demişdir”.”

Əbu Davud
Muslim, 82 (Müqəddimə, 82)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى الْعَنَزِىُّ وَأَبُو مَعْنٍ الرَّقَاشِىُّ وَإِسْحَاقُ بْنُ مَنْصُورٍ كُلُّهُمْ عَنْ أَبِى عَاصِمٍ - وَاللَّفْظُ لاِبْنِ الْمُثَنَّى - حَدَّثَنَا الضَّحَّاكُ - يَعْنِى أَبَا عَاصِمٍ - قَالَ أَخْبَرَنَا حَيْوَةُ بْنُ شُرَيْحٍ قَالَ حَدَّثَنِى يَزِيدُ بْنُ أَبِى حَبِيبٍ عَنِ ابْنِ شَمَاسَةَ الْمَهْرِىِّ قَالَ حَضَرْنَا عَمْرَو بْنَ الْعَاصِ وَهُوَ فِى سِيَاقَةِ الْمَوْتِ. فَبَكَى طَوِيلاً وَحَوَّلَ وَجْهَهُ إِلَى الْجِدَارِ فَجَعَلَ ابْنُهُ يَقُولُ يَا أَبَتَاهُ أَمَا بَشَّرَكَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِكَذَا أَمَا بَشَّرَكَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِكَذَا قَالَ فَأَقْبَلَ بِوَجْهِهِ. فَقَالَ إِنَّ أَفْضَلَ مَا نُعِدُّ شَهَادَةُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ إِنِّى قَدْ كُنْتُ عَلَى أَطْبَاقٍ ثَلاَثٍ لَقَدْ رَأَيْتُنِى وَمَا أَحَدٌ أَشَدَّ بُغْضًا لِرَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنِّى وَلاَ أَحَبَّ إِلَىَّ أَنْ أَكُونَ قَدِ اسْتَمْكَنْتُ مِنْهُ فَقَتَلْتُهُ فَلَوْ مُتُّ عَلَى تِلْكَ الْحَالِ لَكُنْتُ مِنْ أَهْلِ النَّارِ فَلَمَّا جَعَلَ اللَّهُ الإِسْلاَمَ فِى قَلْبِى أَتَيْتُ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقُلْتُ ابْسُطْ يَمِينَكَ فَلأُبَايِعْكَ. فَبَسَطَ يَمِينَهُ - قَالَ - فَقَبَضْتُ يَدِى. قَالَ « مَا لَكَ يَا عَمْرُو ». قَالَ قُلْتُ أَرَدْتُ أَنْ أَشْتَرِطَ. قَالَ « تَشْتَرِطُ بِمَاذَا ». قُلْتُ أَنْ يُغْفَرَ لِى. قَالَ « أَمَا عَلِمْتَ أَنَّ الإِسْلاَمَ يَهْدِمُ مَا كَانَ قَبْلَهُ وَأَنَّ الْهِجْرَةَ تَهْدِمُ مَا كَانَ قَبْلَهَا وَأَنَّ الْحَجَّ يَهْدِمُ مَا كَانَ قَبْلَهُ ». وَمَا كَانَ أَحَدٌ أَحَبَّ إِلَىَّ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَلاَ أَجَلَّ فِى عَيْنِى مِنْهُ وَمَا كُنْتُ أُطِيقُ أَنْ أَمْلأَ عَيْنَىَّ مِنْهُ إِجْلاَلاً لَهُ وَلَوْ سُئِلْتُ أَنْ أَصِفَهُ مَا أَطَقْتُ لأَنِّى لَمْ أَكُنْ أَمْلأُ عَيْنَىَّ مِنْهُ وَلَوْ مُتُّ عَلَى تِلْكَ الْحَالِ لَرَجَوْتُ أَنْ أَكُونَ مِنْ أَهْلِ الْجَنَّةِ ثُمَّ وَلِينَا أَشْيَاءَ مَا أَدْرِى مَا حَالِى فِيهَا فَإِذَا أَنَا مُتُّ فَلاَ تَصْحَبْنِى نَائِحَةٌ وَلاَ نَارٌ فَإِذَا دَفَنْتُمُونِى فَشُنُّوا عَلَىَّ التُّرَابَ شَنًّا ثُمَّ أَقِيمُوا حَوْلَ قَبْرِى قَدْرَ مَا تُنْحَرُ جَزُورٌ وَيُقْسَمُ لَحْمُهَا حَتَّى أَسْتَأْنِسَ بِكُمْ وَأَنْظُرَ مَاذَا أُرَاجِعُ بِهِ رُسُلَ رَبِّى.

“Rəvayət edilir ki, İbn Şumamə əl-Məhri ﵀ demişdir: “Amr ibn əl-As ölüm ayağında ikən biz ona baş çəkdik. O, bir xeyli ağladıqdan sonra üzünü divara tərəf çevirdi. Onda oğlu Abdullah dedi: “Atacan! Allah Elçisi ﷺ səni filan şeylə müjdələməyibmi?! Allah Elçisi ﷺ səni filan şeylə müjdələməyibmi?!” Amr üzünü bizə tərəf çevirib dedi: “Mənim tədarük gördüyüm ən fəzilətli şey Allahdan başqa ibadətə layiq məbudun olmadığına və Muhəmmədin Onun Elçisi olduğuna şəhadət gətirməyimdir. Mən artıq üç mərhələdən keçmişəm. Vaxt var idi, Allahın Elçisinə ﷺ mənim qədər nifrət edən adam yox idi. Həmçinin onu yaxalayıb öldürməyim qədər məni sevindirəcək bir şey də yox idi. Əgər bu halda ölsəydim, Cəhənnəm əhlindən olardım. Allah İslamı qəlbimə yerləşdirdiyi zaman mən Peyğəmbərin ﷺ yanına gəlib dedim: “Uzat sağ əlini, sənə beyət edim!” O, sağ əlini uzatdı, lakin mən əlimi geri çəkdim. Peyğəmbər ﷺ dedi: “Sənə nə olub, ey Amr?” Mən dedim: “Şərt kəsmək istəyirəm”. O soruşdu: “O nə şərtdir?” Mən dedim: “Bağışlanmağımı istəyirəm”. O buyurdu: “Məgər bilmirsən ki, İslam özündən əvvəlki günahları yox edir?! Bilmirsən ki, hicrət etmək özündən əvvəlki günahları yox edir?! Bilmirsən ki, həcc etmək özündən əvvəlki günahları yox edir?!” Bundan sonra mənim üçün Peyğəmbərdən ﷺ daha əziz və gözümdə ondan daha hörmətli bir adam qalmamışdı. Peyğəmbərə ﷺ bəslədiyim hörmətə görə ona baxmaqla gözlərimi doyura bilmirdim. Əgər məndən onu vəsf etmək tələb olunsaydı, mən onu vəsf edə bilməzdim. Çünki mən ona baxmaqla gözlərimi doyura bilmirdim. Əgər bu halda ölsəydim, mütləq Cənnət əhlindən olacağıma ümid edərdim. Bundan sonra biz elə işlər gördük ki, mən bunlara görə aqibətimin necə olacağını bilmirəm. Mən öldükdən sonra heç kəs vay-şivən salıb ağlamasın, həmçinin cənazəmi odla müşayiət etməsin. Məni dəfn etdikdən sonra üzərimə torpaq səpin. Daha sonra qəbrimin ətrafında bir dəvənin kəsilib ətinin paylanılacağı vaxt qədər dayanın ki, sizin sayənizdə öz yerimə isinişim və Rəbbimin elçilərini necə qarşılayacağıma bir çarə qılım”.”

İbn Şumasə əl-Məhri
Muslim, 336 (İman, 235)Səhih

وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ حَاتِمٍ وَأَبُو مَعْنٍ الرَّقَاشِىُّ قَالاَ حَدَّثَنَا عُمَرُ بْنُ يُونُسَ حَدَّثَنَا عِكْرِمَةُ بْنُ عَمَّارٍ حَدَّثَنِى يَحْيَى بْنُ أَبِى كَثِيرٍ قَالَ حَدَّثَنِى - أَوْ حَدَّثَنَا - أَبُو سَلَمَةَ بْنُ عَبْدِ الرَّحْمَنِ حَدَّثَنِى سَالِمٌ مَوْلَى الْمَهْرِىِّ قَالَ خَرَجْتُ أَنَا وَعَبْدُ الرَّحْمَنِ بْنُ أَبِى بَكْرٍ فِى جَنَازَةِ سَعْدِ بْنِ أَبِى وَقَّاصٍ فَمَرَرْنَا عَلَى بَابِ حُجْرَةِ عَائِشَةَ فَذَكَرَ عَنْهَا عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِثْلَهُ.

“Məhrinin köləlikdən azad etdiyi Səlim: “Mən Abdur-Rahmən ibn Əbu Bəkr ilə birgə Səd ibn Əbu Vəqqasın cənazəsində iştirak etməyə getdik. Bu əsnada Aişənin evinin qapısının önündən keçdik...”, – dedi və Aişənin Peyğəmbərdən ﷺ rəvayət etdiyi hədisi qeyd etdi.”

Cabir ibn Abdullah
Muslim, 591 (Təharət, 36)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَعَمْرٌو النَّاقِدُ وَزُهَيْرُ بْنُ حَرْبٍ قَالُوا حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ عَنِ الزُّهْرِىِّ عَنْ عُرْوَةَ عَنْ عَائِشَةَ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُصَلِّى مِنَ اللَّيْلِ وَأَنَا مُعْتَرِضَةٌ بَيْنَهُ وَبَيْنَ الْقِبْلَةِ كَاعْتِرَاضِ الْجِنَازَةِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ gecə vaxtı namaz qıldıqda mən onunla qiblə arasında cənazə kimi uzanardım”.”

Aişə
Muslim, 1168 (Namaz, 306)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا وَكِيعٌ عَنْ هِشَامٍ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ قَالَتْ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى صَلاَتَهُ مِنَ اللَّيْلِ كُلَّهَا وَأَنَا مُعْتَرِضَةٌ بَيْنَهُ وَبَيْنَ الْقِبْلَةِ فَإِذَا أَرَادَ أَنْ يُوتِرَ أَيْقَظَنِى فَأَوْتَرْتُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ bütün gecəni namazlarını qılar, mən onunla qiblə arasında cənazə kimi uzanardım. Vitr namazını qılmaq istədikdə məni oyadar, mən də Vitr namazını qılardım”.”

Aişə
Muslim, 1169 (Namaz, 307)Səhih

وَحَدَّثَنِى عَمْرُو بْنُ عَلِىٍّ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا شُعْبَةُ عَنْ أَبِى بَكْرِ بْنِ حَفْصٍ عَنْ عُرْوَةَ بْنِ الزُّبَيْرِ قَالَ قَالَتْ عَائِشَةُ مَا يَقْطَعُ الصَّلاَةَ قَالَ فَقُلْنَا الْمَرْأَةُ وَالْحِمَارُ. فَقَالَتْ إِنَّ الْمَرْأَةَ لَدَابَّةُ سَوْءٍ لَقَدْ رَأَيْتُنِى بَيْنَ يَدَىْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مُعْتَرِضَةً كَاعْتِرَاضِ الْجِنَازَةِ وَهُوَ يُصَلِّى.

“Rəvayət edilir ki, Urva ibn əz-Zubeyr ﵁ demişdir: “Aişə dedi: “Namazı nə batil edir?” Biz dedik: “Qadın və uzunqulaq”. O dedi: “Qadın heyvandırmı? Mən Allah Elçisi ﷺ namaz qılanda onunla qiblə arasında cənazə kimi uzanardım”.”

Urva ibn əz-Zubeyr
Muslim, 1170 (Namaz, 308)Səhih

أَخْبَرَنِي هَارُونُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا مَعْنٌ ، قَالَ : حَدَّثَنَا مُعَاوِيَةُ بْنُ صَالِحٍ ، عَنْ حَبِيبِ بْنِ عُبَيْدٍ ، عَنْ جُبَيْرِ بْنِ نُفَيْرٍ قَالَ : شَهِدْتُ عَوْفَ بْنَ مَالِكٍ يَقُولُ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي عَلَى مَيِّتٍ فَسَمِعْتُ مِنْ دُعَائِهِ وَهُوَ يَقُولُ : اللَّهُمَّ اغْفِرْ لَهُ وَارْحَمْهُ ، وَعَافِهِ وَاعْفُ عَنْهُ ، وَأَكْرِمْ نُزُلَهُ ، وَأَوْسِعْ مُدْخَلَهُ ، وَاغْسِلْهُ بِالْمَاءِ وَالثَّلْجِ وَالْبَرَدِ ، وَنَقِّهِ مِنَ الْخَطَايَا كَمَا يُنَقَّى الثَّوْبُ الأَبْيَضُ مِنَ الدَّنَسِ.

“Rəvayət edilir ki, Cubeyr ibn Nufeyr ﵀ demişdir: “Mən Auf ibn Malikin ﵁ belə dediyinin şahidi oldum: “Mən Allah Elçisinin ﷺ bir meyyit üçün cənazə namazı qılaraq belə dediyini eşitdim: “Allahım! Onu bağışla, ona rəhm et, onu (günahlardan) salamat et, onu əfv et, onu gözəl tərzdə qarşıla, onun yerini geniş et! Onu su, qar və dolu ilə yu! Ağ paltarı kirdən təmizlədiyin kimi onu da günahlardan təmizlə!””

Cubeyr ibn Nufeyr
Nəsəi, 62 (Təharət, 62)Səhih

أَخْبَرَنَا حُمَيْدُ بْنُ مَسْعَدَةَ ، عَنْ عَبْدِ الْوَارِثِ ، عَنْ حُسَيْنٍ يَعْنِي الْمُعَلِّمَ ، عَنِ ابْنِ بُرَيْدَةَ ، عَنْ سَمُرَةَ قَالَ : صَلَّيْتُ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى أُمِّ كَعْبٍ مَاتَتْ فِي نِفَاسِهَا فَقَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي الصَّلاَةِ فِي وَسَطِهَا.

“Rəvayət edilir ki, Səmura ﵁ demişdir: “Nifas vaxtı ölən Ummu Kəb üçün Allah Elçisi ﷺ ilə birlikdə cənazə namazını qıldım. Allah Elçisi ﷺ cənazənin ortasında dayanmışdı”.”

Səmura
Nəsəi, 393 (Heyz, 46)Səhih

أََخْبَرَنَا هَارُونُ بْنُ عَبْدِ اللهِ ، حَدَّثَنَا مَعْنٌ ، قَالَ : حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ سَعْدٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ بْنِ عُتْبَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لاَ يَتَمَنَّيَنَّ أَحَدٌ مِنْكُمُ الْمَوْتَ ، إِمَّا مُحْسِنًا فَلَعَلَّهُ أَنْ يَزْدَادَ خَيْرًا ، وَإِمَّا مُسِيئًا فَلَعَلَّهُ أَنْ يَسْتَعْتِبَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Heç biriniz özünə ölüm istəməsin! Əgər o, yaxşı adamdırsa, xeyir əməllərini çoxaltması ümid edilir. Əgər pis adamdırsa, ümid edilir ki, tövbə edib Allahı razı salsın”.”

Əbu Hureyra
Nəsəi, 1818 (Cənazələr, 1)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عُثْمَانَ ، قَالَ : حَدَّثَنَا بَقِيَّةُ ، قَالَ : حَدَّثَنِي الزُّبَيْدِيُّ ، قَالَ : حَدَّثَنِي الزُّهْرِيُّ ، عَنْ أَبِي عُبَيْدٍ ، مَوْلَى عَبْدِ الرَّحْمَنِ بْنِ عَوْفٍ ، أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لاَ يَتَمَنَّيَنَّ أَحَدُكُمُ الْمَوْتَ ، إِمَّا مُحْسِنًا فَلَعَلَّهُ أَنْ يَعِيشَ يَزْدَادُ خَيْرًا وَهُوَ خَيْرٌ لَهُ ، وَإِمَّا مُسِيئًا فَلَعَلَّهُ أَنْ يَسْتَعْتِبَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Heç biriniz özünə ölüm istəməsin! Əgər o, yaxşı adamdırsa, ümid edilir ki, o yaşaya, xeyir əməllərini artıra və bu onun üçün daha xeyirli ola. Əgər pis adamdırsa, ümid edilir ki, tövbə edib Allahı razı salsın”.”

Əbu Hureyra
Nəsəi, 1819 (Cənazələr, 2)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ وَهُوَ ابْنُ زُرَيْعٍ ، عَنْ حُمَيْدٍ ، عَنْ أَنَسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لاَ يَتَمَنَّيَنَّ أَحَدُكُمُ الْمَوْتَ لِضُرٍّ نَزَلَ بِهِ فِي الدُّنْيَا ، وَلَكِنْ لِيَقُلِ : اللَّهُمَّ أَحْيِنِي مَا كَانَتِ الْحَيَاةُ خَيْرًا لِي ، وَتَوَفَّنِي إِذَا كَانَتِ الْوَفَاةُ خَيْرًا لِي.

“Ənəs ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Heç biriniz dünya sıxıntılarına görə özünə ölüm diləməsin və belə desin: “Allahım, bu həyatda yaşamağım mənim üçün xeyirlidirsə, məni yaşat, ölümüm mənim üçün xeyirlidirsə, məni öldür!””

Ənəs
Nəsəi, 1820 (Cənazələr, 3)Səhih

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا إِسْمَعِيلُ ابْنُ عُلَيَّةَ ، عَنْ عَبْدِ الْعَزِيزِ وَأَنْبَأَنَا عِمْرَانُ بْنُ مُوسَى ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْوَارِثِ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ ، عَنْ أَنَسٍ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَلاَ لاَ يَتَمَنَّى أَحَدُكُمُ الْمَوْتَ لِضُرٍّ نَزَلَ بِهِ ، فَإِنْ كَانَ لاَ بُدَّ مُتَمَنِّيًا الْمَوْتَ فَلْيَقُلِ : اللَّهُمَّ أَحْيِنِي مَا كَانَتِ الْحَيَاةُ خَيْرًا لِي ، وَتَوَفَّنِي مَا كَانَتِ الْوَفَاةُ خَيْرًا لِي.

“Ənəs ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Heç biriniz dünya sıxıntılarına görə özünə ölüm diləməsin və əgər ölüm diləməkdən başqa yolu qalmasa, qoy desin: “Allahım, bu həyatda yaşamağım mənim üçün xeyirlidirsə, məni yaşat, ölümüm mənim üçün xeyirlidirsə, məni öldür!””

Ənəs
Nəsəi, 1821 (Cənazələr, 4)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ حَفْصِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنِي أَبِي ، قَالَ : حَدَّثَنِي إِبْرَاهِيمُ بْنُ طَهْمَانَ ، عَنِ الْحَجَّاجِ وَهُوَ الْبَصْرِيُّ ، عَنْ يُونُسَ ، عَنْ ثَابِتٍ ، عَنْ أَنَسٍ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لاَ تَدْعُوا بِالْمَوْتِ وَلاَ تَتَمَنَّوْهُ ، فَمَنْ كَانَ دَاعِيًا لاَ بُدَّ فَلْيَقُلِ : اللَّهُمَّ أَحْيِنِي مَا كَانَتِ الْحَيَاةُ خَيْرًا لِي ، وَتَوَفَّنِي إِذَا كَانَتِ الْوَفَاةُ خَيْرًا لِي.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ölmək üçün dua etməyin və özünüzə ölüm diləməyin! Kim dua edirsə, qoy belə desin: “Allahım, bu həyatda yaşamağım mənim üçün xeyirlidirsə, məni yaşat, ölümüm mənim üçün xeyirlidirsə, məni öldür!””

Ənəs
Nəsəi, 1822 (Cənazələr, 5)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا إِسْمَعِيلُ ، قَالَ : حَدَّثَنِي قَيْسٌ ، قَالَ : دَخَلْتُ عَلَى خَبَّابٍ وَقَدْ اكْتَوَى فِي بَطْنِهِ سَبْعًا وَقَالَ : لَوْلاَ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَهَانَا أَنْ نَدْعُوَ بِالْمَوْتِ دَعَوْتُ بِهِ.

“Rəvayət edilir ki, Qeys ﵀ demişdir: “Xəstələndiyi zaman Xabbabın yanına gəlmişdim. O, qarnına yeddi dəfə dağ basmışdı. Xabbab dedi: “Əgər Allah Elçisi ﷺ ölüm diləməyi qadağan etməsəydi, mən özüm üçün ölüm istəyərdim”.”

Qeys
Nəsəi, 1823 (Cənazələr, 6)Səhih

أَخْبَرَنَا الْحُسَيْنُ بْنُ حُرَيْثٍ ، قَالَ : أَنْبَأَنَا الْفَضْلُ بْنُ مُوسَى ، عَنْ مُحَمَّدِ بْنِ عَمْرٍو (ح) وأَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ ، قَالَ : أَنْبَأَنَا مُحَمَّدُ بْنُ إِبْرَاهِيمَ ، عَنْ مُحَمَّدِ بْنِ عَمْرٍو ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَكْثِرُوا ذِكْرَ هَاذِمِ اللَّذَّاتِ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : مُحَمَّدُ بْنُ إِبْرَاهِيمَ وَالِدُ أَبِي بَكْرِ بْنِ أَبِي شَيْبَةَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ləzzətləri yox edən ölümü çox yad edin!””

Əbu Hureyra
Nəsəi, 1824 (Cənazələr, 7)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، عَنْ يَحْيَى ، عَنِ الأَعْمَشِ ، قَالَ : حَدَّثَنِي شَقِيقٌ ، عَنْ أُمِّ سَلَمَةَ قَالَتْ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : إِذَا حَضَرْتُمُ الْمَرِيضَ فَقُولُوا خَيْرًا ، فَإِنَّ الْمَلاَئِكَةَ يُؤَمِّنُونَ عَلَى مَا تَقُولُونَ ، فَلَمَّا مَاتَ أَبُو سَلَمَةَ ، قُلْتُ : يَا رَسُولَ اللهِ ، كَيْفَ أَقُولُ ؟ قَالَ : قُولِي اللَّهُمَّ اغْفِرْ لَنَا وَلَهُ ، وَأَعْقِبْنِي مِنْهُ عُقْبَى حَسَنَةً ، فَأَعْقَبَنِي اللَّهُ عَزَّ وَجَلَّ مِنْهُ مُحَمَّدًا صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Ummu Sələmə ﵂ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Xəstənin yanında olduqda xeyir dua edin, çünki mələklər sizin dediklərinizə “Amin” deyirlər”. Əbu Sələmə vəfat etdikdə mən dedim: “Ey Allahın Elçisi, necə dua edim?” O buyurdu: “Allahım, bizi və onu bağışla! Onun əvəzində mənə daha xeyirlisini ver!” Allah ﷿ da mənə Muhəmmədi ﷺ verdi”.”

Ummu Sələmə
Nəsəi, 1825 (Cənazələr, 8)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا بِشْرُ بْنُ الْمُفَضَّلِ ، قَالَ : حَدَّثَنَا عُمَارَةُ بْنُ غَزِيَّةَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ عُمَارَةَ ، قَالَ : سَمِعْتُ أَبَا سَعِيدٍ (ح) وَأَنْبَأَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ ، عَنْ عُمَارَةَ بْنِ غَزِيَّةَ ، عَنْ يَحْيَى بْنِ عُمَارَةَ ، عَنْ أَبِي سَعِيدٍ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لَقِّنُوا مَوْتَاكُمْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ.

“Rəvayət edilir ki, Əbu Səid ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Ölüm ayağında olanlarınıza “Lə iləhə illəllah” (kəlməsini deməyi) təlqin edin!””

Əbu Səid
Nəsəi, 1826 (Cənazələr, 9)Səhih

أَخْبَرَنَا إِبْرَاهِيمُ بْنُ يَعْقُوبَ ، قَالَ : حَدَّثَنِي أَحْمَدُ بْنُ إِسْحَاقَ ، قَالَ : حَدَّثَنَا وُهَيْبٌ ، قَالَ : حَدَّثَنَا مَنْصُورُ ابْنُ صَفِيَّةَ ، عَنْ أُمِّهِ صَفِيَّةَ بِنْتِ شَيْبَةَ ، عَنْ عَائِشَةَ قَالَتْ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لَقِّنُوا هَلْكَاكُمْ قَوْلَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Ölüm ayağında olanlarınıza “Lə iləhə illəllah” (kəlməsini deməyi) təlqin edin!””

Aişə
Nəsəi, 1827 (Cənazələr, 10)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنِ الْمُثَنَّى بْنِ سَعِيدٍ ، عَنْ قَتَادَةَ ، عَنْ عَبْدِ اللهِ بْنِ بُرَيْدَةَ ، عَنْ أَبِيهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَوْتُ الْمُؤْمِنِ بِعَرَقِ الْجَبِينِ.

“Abdullah ibn Bureydə atasından ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Möminin ölümü alnındakı tər ilə olur”.”

Abdullah ibn Bureydə atasından
Nəsəi, 1828 (Cənazələr, 11)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَعْمَرٍ ، قَالَ : حَدَّثَنَا يُوسُفُ بْنُ يَعْقُوبَ ، قَالَ : حَدَّثَنَا كَهْمَسٌ ، عَنْ ابْنِ بُرَيْدَةَ ، عَنْ أَبِيهِ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : الْمُؤْمِنُ يَمُوتُ بِعَرَقِ الْجَبِينِ.

“İbn Bureydə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Möminin ölümü alnı tərləyərək olur”.”

İbn Bureydə atasından
Nəsəi, 1829 (Cənazələr, 12)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ يُوسُفَ ، قَالَ : حَدَّثَنِي اللَّيْثُ ، قَالَ : حَدَّثَنِي ابْنُ الْهَادِ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْقَاسِمِ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ قَالَتْ : مَاتَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَإِنَّهُ لَبَيْنَ حَاقِنَتِي وَذَاقِنَتِي ، فَلاَ أَكْرَهُ شِدَّةَ الْمَوْتِ لأَحَدٍ أَبَدًا بَعْدَ مَا رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ başı çənəm ilə sinəm arasında olarkən vəfat etmişdir. Buna görə mən Allah Elçisinin ﷺ vəfatının çətinliyini gördükdən sonra, artıq heç kimin çətinliklə ölməsinə pis olmuram”.”

Aişə
Nəsəi, 1830 (Cənazələr, 13)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ أَنَسٍ قَالَ : آخِرُ نَظْرَةٍ نَظَرْتُهَا إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَشْفُ السِّتَارَةِ وَالنَّاسُ صُفُوفٌ خَلْفَ أَبِي بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ ، فَأَرَادَ أَبُو بَكْرٍ أَنْ يَرْتَدَّ ، فَأَشَارَ إِلَيْهِمْ أَنِ امْكُثُوا وَأَلْقَى السِّجْفَ ، وَتُوُفِّيَ مِنْ آخِرِ ذَلِكَ الْيَوْمِ ، وَذَلِكَ يَوْمُ الاِثْنَيْنِ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Mənim Allah Elçisinə ﷺ son baxışım pərdənin açılışı ilə bağlanışı zamanı qədər idi. İnsanlar Əbu Bəkrin ﵁ arxasında namaz qılmaq üçün səf tutmuşdular. (Pərdə açıldıqda) Əbu Bəkr Allah Elçisinin ﷺ namaza gələcəyini zənn edərək geri çəkildi. Peyğəmbər ﷺ isə ona yerində qalmasını işarə etdi və pərdəni endirdi. Peyğəmbər ﷺ həmin günün sonunda vəfat etdi. O gün bazar ertəsi idi”.”

Ənəs
Nəsəi, 1831 (Cənazələr, 14)Səhih

أَخْبَرَنَا يُونُسُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : أَنْبَأَنَا ابْنُ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي حُيَيُّ بْنُ عَبْدِ اللهِ ، عَنْ أَبِي عَبْدِ الرَّحْمَنِ الْحُبُلِيِّ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو قَالَ : مَاتَ رَجُلٌ بِالْمَدِينَةِ مِمَّنْ وُلِدَ بِهَا ، فَصَلَّى عَلَيْهِ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ قَالَ : يَا لَيْتَهُ مَاتَ بِغَيْرِ مَوْلِدِهِ ، قَالُوا : وَلِمَ ذَاكَ يَا رَسُولَ اللهِ ؟ قَالَ : إِنَّ الرَّجُلَ إِذَا مَاتَ بِغَيْرِ مَوْلِدِهِ قِيسَ لَهُ مِنْ مَوْلِدِهِ إِلَى مُنْقَطَعِ أَثَرِهِ فِي الْجَنَّةِ.

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Bir kişi Mədinədə doğulmuşdu və orada da vəfat etdi. Allah Elçisi ﷺ onun üçün cənazə namazını qıldı, sonra da dedi: “Kaş bu adam doğulduğu yerdən başqa bir yerdə vəfat edərdi”. Səhabələr dedilər: “Nəyə görə, ey Allahın Elçisi?!” Allah Elçisi ﷺ buyurdu: “Həqiqətən, adam doğulduğu yerdən başqa bir yerdə vəfat edərsə, ona Cənnətdə doğulduğu yer ilə vəfat etdiyi yer arasındakı məsafə qədər yer verilir”.”

Abdullah ibn Amr
Nəsəi, 1832 (Cənazələr, 15)Həsən
Daha çox göstər

30 / 473 hədis göstərilir