Ana səhifə

Mövzu

Niyyət

النِّيَّة

.

91 hədis

حَدَّثَنَا الْحُمَيْدِىُّ عَبْدُ اللَّهِ بْنُ الزُّبَيْرِ قَالَ حَدَّثَنَا سُفْيَانُ قَالَ حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ الأَنْصَارِىُّ قَالَ أَخْبَرَنِى مُحَمَّدُ بْنُ إِبْرَاهِيمَ التَّيْمِىُّ أَنَّهُ سَمِعَ عَلْقَمَةَ بْنَ وَقَّاصٍ اللَّيْثِىَّ يَقُولُ سَمِعْتُ عُمَرَ بْنَ الْخَطَّابِ رَضِيَ اللَّهُ عَنْهُ عَلَى الْمِنْبَرِ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « إِنَّمَا الأَعْمَالُ بِالنِّيَّاتِ ، وَإِنَّمَا لِكُلِّ امْرِئٍ مَا نَوَى ، فَمَنْ كَانَتْ هِجْرَتُهُ إِلَى دُنْيَا يُصِيبُهَا أَوْ إِلَى امْرَأَةٍ يَنْكِحُهَا فَهِجْرَتُهُ إِلَى مَا هَاجَرَ إِلَيْهِ » .

“Rəvayət edilir ki, Ömər ibn əl-Xattab ﵁ minbərin üstündə demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Əməllər yalnız niyyətlərə görədir. Hər kəsə də ancaq niyyət etdiyi şey qalacaq. Kim hicrəti əldə edəcəyi dünya (malına) və ya evlənəcəyi qadına görə etmişsə, onun hicrəti (Allah və Onun peyğəmbərinin razı olması üçün deyil) hicrət etdiyi şeyə aiddir”.”

Ömər ibn əl-Xattab
Buxari, 1 (Vəhy, 1)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ يَحْيَى بْنِ سَعِيدٍ عَنْ مُحَمَّدِ بْنِ إِبْرَاهِيمَ عَنْ عَلْقَمَةَ بْنِ وَقَّاصٍ عَنْ عُمَرَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « الأَعْمَالُ بِالنِّيَّةِ ، وَلِكُلِّ امْرِئٍ مَا نَوَى ، فَمَنْ كَانَتْ هِجْرَتُهُ إِلَى اللَّهِ وَرَسُولِهِ ، فَهِجْرَتُهُ إِلَى اللَّهِ وَرَسُولِهِ ، وَمَنْ كَانَتْ هِجْرَتُهُ لِدُنْيَا يُصِيبُهَا ، أَوِ امْرَأَةٍ يَتَزَوَّجُهَا ، فَهِجْرَتُهُ إِلَى مَا هَاجَرَ إِلَيْهِ » .

“Ömər ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Əməllər ancaq niyyətlərə görədir. Hər kəsə də yalnız niyyət etdiyi şey qalacaq. Kimin hicrəti Allah və Onun elçisi üçündürsə, onun hicrəti Allah və Onun elçisi üçündür. Kimin də hicrəti əldə edəcəyi dünya (malından) və ya evlənəcəyi qadından ötrüdürsə, onun hicrəti hicrət etdiyi şeyə aiddir”.”

Ömər
Buxari, 54 (İman, 47)Səhih

حَدَّثَنَا حَجَّاجُ بْنُ مِنْهَالٍ قَالَ حَدَّثَنَا شُعْبَةُ قَالَ أَخْبَرَنِى عَدِىُّ بْنُ ثَابِتٍ قَالَ سَمِعْتُ عَبْدَ اللَّهِ بْنَ يَزِيدَ عَنْ أَبِى مَسْعُودٍ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا أَنْفَقَ الرَّجُلُ عَلَى أَهْلِهِ يَحْتَسِبُهَا فَهُوَ لَهُ صَدَقَةٌ » .

“Əbu Məsud ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Bir adam savabını Allahdan umaraq varından ailəsinə xərcləsə, bu onun üçün sədəqə olar”.”

Əbu Məsud
Buxari, 55 (İman, 48)Səhih

حَدَّثَنَا الْحَكَمُ بْنُ نَافِعٍ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ حَدَّثَنِى عَامِرُ بْنُ سَعْدٍ عَنْ سَعْدِ بْنِ أَبِى وَقَّاصٍ أَنَّهُ أَخْبَرَهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِنَّكَ لَنْ تُنْفِقَ نَفَقَةً تَبْتَغِى بِهَا وَجْهَ اللَّهِ إِلاَّ أُجِرْتَ عَلَيْهَا ، حَتَّى مَا تَجْعَلُ فِى فِى امْرَأَتِكَ » .

“Səd ibn Əbu Vaqqas ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ ona belə buyurmuşdur: “Şübhəsiz ki, sən Allahın Üzü (Allah rizası) üçün xərclədiyin hər şeyə görə, hətta zövcənin ağzına qoyduğun bir loxmaya görə mütləq savab qazanırsan”.”

Səd ibn Əbu Vaqqas
Buxari, 56 (İman, 49)Səhih

حَدَّثَنَا عُثْمَانُ قَالَ أَخْبَرَنَا جَرِيرٌ عَنْ مَنْصُورٍ عَنْ أَبِى وَائِلٍ عَنْ أَبِى مُوسَى قَالَ جَاءَ رَجُلٌ إِلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ يَا رَسُولَ اللَّهِ ، مَا الْقِتَالُ فِى سَبِيلِ اللَّهِ فَإِنَّ أَحَدَنَا يُقَاتِلُ غَضَبًا ، وَيُقَاتِلُ حَمِيَّةً . فَرَفَعَ إِلَيْهِ رَأْسَهُ - قَالَ وَمَا رَفَعَ إِلَيْهِ رَأْسَهُ إِلاَّ أَنَّهُ كَانَ قَائِمًا - فَقَالَ « مَنْ قَاتَلَ لِتَكُونَ كَلِمَةُ اللَّهِ هِىَ الْعُلْيَا فَهُوَ فِى سَبِيلِ اللَّهِ عَزَّ وَجَلَّ » .

“Rəvayət edilir ki, Əbu Musa ﵁ demişdir: “Bir nəfər Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi! Allah yolunda döyüşmək nə deməkdir? Axı bizdən kimisi qəzəbinə görə, kimisi də namusuna görə döyüşür”. Peyğəmbər ﷺ buyurdu: “Hər kim Allahın Kəlməsi hər şeydən uca olsun deyə döyüşərsə, Allah ﷿ yolunda (döyüşmüş) olar”.”

Əbu Musa
Buxari, 123 (Elm, 65)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَزُهَيْرُ بْنُ حَرْبٍ وَإِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ - وَاللَّفْظُ لأَبِى بَكْرٍ قَالَ إِسْحَاقُ أَخْبَرَنَا سُفْيَانُ وَقَالَ الآخَرَانِ حَدَّثَنَا - ابْنُ عُيَيْنَةَ عَنْ أَبِى الزِّنَادِ عَنِ الأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « قَالَ اللَّهُ عَزَّ وَجَلَّ إِذَا هَمَّ عَبْدِى بِسَيِّئَةٍ فَلاَ تَكْتُبُوهَا عَلَيْهِ فَإِنْ عَمِلَهَا فَاكْتُبُوهَا سَيِّئَةً وَإِذَا هَمَّ بِحَسَنَةٍ فَلَمْ يَعْمَلْهَا فَاكْتُبُوهَا حَسَنَةً فَإِنْ عَمِلَهَا فَاكْتُبُوهَا عَشْرًا ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah ﷿ (mələklərinə) belə buyurur: “Qulum bir günah iş görməyə niyyət etdiyi vaxt bunu (həmin an) onun əleyhinə yazmayın. Əgər bu günahı edərsə, ona bir günah yazın. Əgər qulum bir yaxşılıq etməyə niyyət edərsə, sonra bunu yerinə yetirməzsə, ona bir savab yazın. Əgər bu yaxşılığı edərsə, onda ona on savab yazın”.”

Əbu Hureyra
Muslim, 349 (İman, 248)Səhih

حَدَّثَنَا يَحْيَى بْنُ أَيُّوبَ وَقُتَيْبَةُ وَابْنُ حُجْرٍ قَالُوا حَدَّثَنَا إِسْمَاعِيلُ - وَهُوَ ابْنُ جَعْفَرٍ - عَنِ الْعَلاَءِ عَنْ أَبِيهِ عَنْ أَبِى هُرَيْرَةَ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « قَالَ اللَّهُ عَزَّ وَجَلَّ إِذَا هَمَّ عَبْدِى بِحَسَنَةٍ وَلَمْ يَعْمَلْهَا كَتَبْتُهَا لَهُ حَسَنَةً فَإِنْ عَمِلَهَا كَتَبْتُهَا عَشْرَ حَسَنَاتٍ إِلَى سَبْعِمِائَةِ ضِعْفٍ وَإِذَا هَمَّ بِسَيِّئَةٍ وَلَمْ يَعْمَلْهَا لَمْ أَكْتُبْهَا عَلَيْهِ فَإِنْ عَمِلَهَا كَتَبْتُهَا سَيِّئَةً وَاحِدَةً ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Allah ﷿ belə buyurmuşdur: “Qulum bir yaxşılıq etməyə niyyət edərsə, sonra buna əməl etməzsə, Mən ona bir savab yazaram. Əgər buna əməl edərsə, Mən ona on savabdan yeddi yüz qatınadək savab yazaram. Bir günah iş görməyə niyyət edərsə, sonra bunu etməzsə, Mən bunu onun əleyhinə yazmaram. Əgər bu günahı edərsə, Mən ona cəmi bir günah yazaram”.”

Əbu Hureyra
Muslim, 350 (İman, 249)Səhih

وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ أَخْبَرَنَا مَعْمَرٌ عَنْ هَمَّامِ بْنِ مُنَبِّهٍ قَالَ هَذَا مَا حَدَّثَنَا أَبُو هُرَيْرَةَ عَنْ مُحَمَّدٍ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَذَكَرَ أَحَادِيثَ مِنْهَا قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « قَالَ اللَّهُ عَزَّ وَجَلَّ إِذَا تَحَدَّثَ عَبْدِى بِأَنْ يَعْمَلَ حَسَنَةً فَأَنَا أَكْتُبُهَا لَهُ حَسَنَةً مَا لَمْ يَعْمَلْ فَإِذَا عَمِلَهَا فَأَنَا أَكْتُبُهَا بِعَشْرِ أَمْثَالِهَا وَإِذَا تَحَدَّثَ بِأَنْ يَعْمَلَ سَيِّئَةً فَأَنَا أَغْفِرُهَا لَهُ مَا لَمْ يَعْمَلْهَا فَإِذَا عَمِلَهَا فَأَنَا أَكْتُبُهَا لَهُ بِمِثْلِهَا ».

“Həmmam ibn Munəbbih ﵀: “Bu, Əbu Hureyranın bizə Allah Elçisi Muhəmməddən ﷺ rəvayət etdikləridir”? – demiş və bir çox hədislər qeyd etmişdir. Onlardan biri budur: “Allah Elçisi ﷺ dedi: “Allah ﷿ buyurdu: “Əgər qulum bir yaxşılıq etmək qərarına gəlsə və bunu yerinə yetirməsə, ona bir savab yazaram. Yerinə yetirərsə, ona bunun on qat əvəzində savab yazaram. Əgər o, bir günah etmək qərarına gələr, sonra da bundan imtina edərsə, onun (həmin pis) niyyətini bağışlayaram. Əgər onu həyata keçirərsə, etdiyinin əvəzi qədər ona günah yazaram”.”

Həmmam ibn Munəbbih
Muslim, 351 (İman, 250)Səhih

وَحَدَّثَنَا أَبُو كُرَيْبٍ حَدَّثَنَا أَبُو خَالِدٍ الأَحْمَرُ عَنْ هِشَامٍ عَنِ ابْنِ سِيرِينَ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « مَنْ هَمَّ بِحَسَنَةٍ فَلَمْ يَعْمَلْهَا كُتِبَتْ لَهُ حَسَنَةً وَمَنْ هَمَّ بِحَسَنَةٍ فَعَمِلَهَا كُتِبَتْ لَهُ عَشْرًا إِلَى سَبْعِمِائَةِ ضِعْفٍ وَمَنْ هَمَّ بِسَيِّئَةٍ فَلَمْ يَعْمَلْهَا لَمْ تُكْتَبْ وَإِنْ عَمِلَهَا كُتِبَتْ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim bir savab iş görməyə niyyət edərsə, sonra buna əməl etməzsə, ona bir savab yazılar. Kim savab iş görməyə niyyət edər və bunu yerinə yetirərsə, ona on savabdan yeddi yüz qatınadək savab yazılar. Kim bir günah iş görməyə niyyət edərsə, sonra niyyətindən imtina edərsə, ona günah yazılmaz, əgər bunu edərsə, ona (bir günah) yazılar”.”

Əbu Hureyra
Muslim, 354 (İman, 253)Səhih

حَدَّثَنَا شَيْبَانُ بْنُ فَرُّوخَ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ عَنِ الْجَعْدِ أَبِى عُثْمَانَ حَدَّثَنَا أَبُو رَجَاءٍ الْعُطَارِدِىُّ عَنِ ابْنِ عَبَّاسٍ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِيمَا يَرْوِى عَنْ رَبِّهِ تَبَارَكَ وَتَعَالَى قَالَ « إِنَّ اللَّهَ كَتَبَ الْحَسَنَاتِ وَالسَّيِّئَاتِ ثُمَّ بَيَّنَ ذَلِكَ فَمَنْ هَمَّ بِحَسَنَةٍ فَلَمْ يَعْمَلْهَا كَتَبَهَا اللَّهُ عِنْدَهُ حَسَنَةً كَامِلَةً وَإِنْ هَمَّ بِهَا فَعَمِلَهَا كَتَبَهَا اللَّهُ عَزَّ وَجَلَّ عِنْدَهُ عَشْرَ حَسَنَاتٍ إِلَى سَبْعِمِائَةِ ضِعْفٍ إِلَى أَضْعَافٍ كَثِيرَةٍ وَإِنْ هَمَّ بِسَيِّئَةٍ فَلَمْ يَعْمَلْهَا كَتَبَهَا اللَّهُ عِنْدَهُ حَسَنَةً كَامِلَةً وَإِنْ هَمَّ بِهَا فَعَمِلَهَا كَتَبَهَا اللَّهُ سَيِّئَةً وَاحِدَةً ».

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ Rəbbindən ﷿ belə rəvayət etmişdir: “Allah savab və günah işləri yazmış, sonra da bunları bəyan etmişdir. Kim bir savab iş etməyə niyyət edər, sonra buna əməl etməzsə, Allah onun üçün Öz yanında tam bir savab yazar. Əgər o savab iş etməyə niyyət edər və bunu yerinə yetirərsə, Allah ﷿ onun üçün Öz yanında on qatından yeddi yüzədək, bundan qat-qat artıq savab yazar. Kim bir günah iş etməyə niyyət edər, sonra buna əməl etməzsə, Allah onun üçün Öz yanında tam bir savab yazar. Əgər o, günah iş etməyə niyyət edər və bunu yerinə yetirərsə, Allah ona yalnız bir günah yazar”.”

İbn Abbas
Muslim, 355 (İman, 254)Səhih

حَدَّثَنَا شَيْبَانُ بْنُ فَرُّوخَ حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ حَدَّثَنَا ثَابِتٌ الْبُنَانِىُّ عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « أُتِيتُ بِالْبُرَاقِ - وَهُوَ دَابَّةٌ أَبْيَضُ طَوِيلٌ فَوْقَ الْحِمَارِ وَدُونَ الْبَغْلِ يَضَعُ حَافِرَهُ عِنْدَ مُنْتَهَى طَرْفِهِ - قَالَ فَرَكِبْتُهُ حَتَّى أَتَيْتُ بَيْتَ الْمَقْدِسِ - قَالَ - فَرَبَطْتُهُ بِالْحَلْقَةِ الَّتِى يَرْبِطُ بِهِ الأَنْبِيَاءُ - قَالَ - ثُمَّ دَخَلْتُ الْمَسْجِدَ فَصَلَّيْتُ فِيهِ رَكْعَتَيْنِ ثُمَّ خَرَجْتُ فَجَاءَنِى جِبْرِيلُ - عَلَيْهِ السَّلاَمُ - بِإِنَاءٍ مِنْ خَمْرٍ وَإِنَاءٍ مِنْ لَبَنٍ فَاخْتَرْتُ اللَّبَنَ فَقَالَ جِبْرِيلُ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ اخْتَرْتَ الْفِطْرَةَ. ثُمَّ عَرَجَ بِنَا إِلَى السَّمَاءِ فَاسْتَفْتَحَ جِبْرِيلُ فَقِيلَ مَنْ أَنْتَ قَالَ جِبْرِيلُ. قِيلَ وَمَنْ مَعَكَ قَالَ مُحَمَّدٌ. قِيلَ وَقَدْ بُعِثَ إِلَيْهِ قَالَ قَدْ بُعِثَ إِلَيْهِ. فَفُتِحَ لَنَا فَإِذَا أَنَا بِآدَمَ فَرَحَّبَ بِى وَدَعَا لِى بِخَيْرٍ. ثُمَّ عَرَجَ بِنَا إِلَى السَّمَاءِ الثَّانِيَةِ فَاسْتَفْتَحَ جِبْرِيلُ عَلَيْهِ السَّلاَمُ. فَقِيلَ مَنْ أَنْتَ قَالَ جِبْرِيلُ. قِيلَ وَمَنْ مَعَكَ قَالَ مُحَمَّدٌ. قِيلَ وَقَدْ بُعِثَ إِلَيْهِ قَالَ قَدْ بُعِثَ إِلَيْهِ. فَفُتِحَ لَنَا فَإِذَا أَنَا بِابْنَىِ الْخَالَةِ عِيسَى ابْنِ مَرْيَمَ وَيَحْيَى بْنِ زَكَرِيَّاءَ صَلَوَاتُ اللَّهِ عَلَيْهِمَا فَرَحَّبَا وَدَعَوَا لِى بِخَيْرٍ. ثُمَّ عَرَجَ بِى إِلَى السَّمَاءِ الثَّالِثَةِ فَاسْتَفْتَحَ جِبْرِيلُ. فَقِيلَ مَنْ أَنْتَ قَالَ جِبْرِيلُ. قِيلَ وَمَنْ مَعَكَ قَالَ مُحَمَّدٌ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. قِيلَ وَقَدْ بُعِثَ إِلَيْهِ قَالَ قَدْ بُعِثَ إِلَيْهِ. فَفُتِحَ لَنَا فَإِذَا أَنَا بِيُوسُفَ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا هُوَ قَدْ أُعْطِىَ شَطْرَ الْحُسْنِ فَرَحَّبَ وَدَعَا لِى بِخَيْرٍ. ثُمَّ عَرَجَ بِنَا إِلَى السَّمَاءِ الرَّابِعَةِ فَاسْتَفْتَحَ جِبْرِيلُ - عَلَيْهِ السَّلاَمُ - قِيلَ مَنْ هَذَا قَالَ جِبْرِيلُ. قِيلَ وَمَنْ مَعَكَ قَالَ مُحَمَّدٌ. قَالَ وَقَدْ بُعِثَ إِلَيْهِ قَالَ قَدْ بُعِثَ إِلَيْهِ. فَفُتِحَ لَنَا فَإِذَا أَنَا بِإِدْرِيسَ فَرَحَّبَ وَدَعَا لِى بِخَيْرٍ قَالَ اللَّهُ عَزَّ وَجَلَّ {وَرَفَعْنَاهُ مَكَانًا عَلِيًّا} ثُمَّ عَرَجَ بِنَا إِلَى السَّمَاءِ الْخَامِسَةِ فَاسْتَفْتَحَ جِبْرِيلُ. قِيلَ مَنْ هَذَا قَالَ جِبْرِيلُ. قِيلَ وَمَنْ مَعَكَ قَالَ مُحَمَّدٌ. قِيلَ وَقَدْ بُعِثَ إِلَيْهِ قَالَ قَدْ بُعِثَ إِلَيْهِ. فَفُتِحَ لَنَا فَإِذَا أَنَا بِهَارُونَ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَرَحَّبَ وَدَعَا لِى بِخَيْرٍ. ثُمَّ عَرَجَ بِنَا إِلَى السَّمَاءِ السَّادِسَةِ فَاسْتَفْتَحَ جِبْرِيلُ عَلَيْهِ السَّلاَمُ. قِيلَ مَنْ هَذَا قَالَ جِبْرِيلُ. قِيلَ وَمَنْ مَعَكَ قَالَ مُحَمَّدٌ. قِيلَ وَقَدْ بُعِثَ إِلَيْهِ قَالَ قَدْ بُعِثَ إِلَيْهِ. فَفُتِحَ لَنَا فَإِذَا أَنَا بِمُوسَى صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَرَحَّبَ وَدَعَا لِى بِخَيْرٍ. ثُمَّ عَرَجَ بِنَا إِلَى السَّمَاءِ السَّابِعَةِ فَاسْتَفْتَحَ جِبْرِيلُ فَقِيلَ مَنْ هَذَا قَالَ جِبْرِيلُ. قِيلَ وَمَنْ مَعَكَ قَالَ مُحَمَّدٌ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. قِيلَ وَقَدْ بُعِثَ إِلَيْهِ قَالَ قَدْ بُعِثَ إِلَيْهِ. فَفُتِحَ لَنَا فَإِذَا أَنَا بِإِبْرَاهِيمَ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مُسْنِدًا ظَهْرَهُ إِلَى الْبَيْتِ الْمَعْمُورِ وَإِذَا هُوَ يَدْخُلُهُ كُلَّ يَوْمٍ سَبْعُونَ أَلْفَ مَلَكٍ لاَ يَعُودُونَ إِلَيْهِ ثُمَّ ذَهَبَ بِى إِلَى السِّدْرَةِ الْمُنْتَهَى وَإِذَا وَرَقُهَا كَآذَانِ الْفِيَلَةِ وَإِذَا ثَمَرُهَا كَالْقِلاَلِ - قَالَ - فَلَمَّا غَشِيَهَا مِنْ أَمْرِ اللَّهِ مَا غَشِىَ تَغَيَّرَتْ فَمَا أَحَدٌ مِنْ خَلْقِ اللَّهِ يَسْتَطِيعُ أَنْ يَنْعَتَهَا مِنْ حُسْنِهَا. فَأَوْحَى اللَّهُ إِلَىَّ مَا أَوْحَى فَفَرَضَ عَلَىَّ خَمْسِينَ صَلاَةً فِى كُلِّ يَوْمٍ وَلَيْلَةٍ فَنَزَلْتُ إِلَى مُوسَى صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ مَا فَرَضَ رَبُّكَ عَلَى أُمَّتِكَ قُلْتُ خَمْسِينَ صَلاَةً. قَالَ ارْجِعْ إِلَى رَبِّكَ فَاسْأَلْهُ التَّخْفِيفَ فَإِنَّ أُمَّتَكَ لاَ يُطِيقُونَ ذَلِكَ فَإِنِّى قَدْ بَلَوْتُ بَنِى إِسْرَائِيلَ وَخَبَرْتُهُمْ. قَالَ فَرَجَعْتُ إِلَى رَبِّى فَقُلْتُ يَا رَبِّ خَفِّفْ عَلَى أُمَّتِى. فَحَطَّ عَنِّى خَمْسًا فَرَجَعْتُ إِلَى مُوسَى فَقُلْتُ حَطَّ عَنِّى خَمْسًا. قَالَ إِنَّ أُمَّتَكَ لاَ يُطِيقُونَ ذَلِكَ فَارْجِعْ إِلَى رَبِّكَ فَاسْأَلْهُ التَّخْفِيفَ. - قَالَ - فَلَمْ أَزَلْ أَرْجِعُ بَيْنَ رَبِّى تَبَارَكَ وَتَعَالَى وَبَيْنَ مُوسَى - عَلَيْهِ السَّلاَمُ - حَتَّى قَالَ يَا مُحَمَّدُ إِنَّهُنَّ خَمْسُ صَلَوَاتٍ كُلَّ يَوْمٍ وَلَيْلَةٍ لِكُلِّ صَلاَةٍ عَشْرٌ فَذَلِكَ خَمْسُونَ صَلاَةً. وَمَنْ هَمَّ بِحَسَنَةٍ فَلَمْ يَعْمَلْهَا كُتِبَتْ لَهُ حَسَنَةً فَإِنْ عَمِلَهَا كُتِبَتْ لَهُ عَشْرًا وَمَنْ هَمَّ بِسَيِّئَةٍ فَلَمْ يَعْمَلْهَا لَمْ تُكْتَبْ شَيْئًا فَإِنْ عَمِلَهَا كُتِبَتْ سَيِّئَةً وَاحِدَةً - قَالَ - فَنَزَلْتُ حَتَّى انْتَهَيْتُ إِلَى مُوسَى صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَخْبَرْتُهُ فَقَالَ ارْجِعْ إِلَى رَبِّكَ فَاسْأَلْهُ التَّخْفِيفَ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقُلْتُ قَدْ رَجَعْتُ إِلَى رَبِّى حَتَّى اسْتَحْيَيْتُ مِنْهُ ».

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Mənə Buraqı gətirdilər”. Bu, uzunqulaqdan hündür və qatırdan alçaq olan ağ rəngli hündür bir heyvandır. O, addımını gözünün gördüyü son nöqtəyə qoyurdu. Mən ona minib getdim və Beytul-Məqdisə yetişdim. Orada mən Buraqı (məndən əvvəlki) peyğəmbərlərin bağladığı bir halqaya bağladım. Sonra məscidə daxil oldum və orada iki rükət namaz qıldım. Sonra bayıra çıxdım. Bu vaxt Cəbrail ﵇ mənə bir qab şərab, bir qab da süd gətirdi. Mən südü seçdim. Cəbrail ﵇ dedi: “Sən fitrəti seçdin. Sonra o heyvan bizi göyə qaldırdı. Dünya səmasına gəlib çatdıqda Cəbrail qapının açılmasını xahiş etdi. Gözətçilər soruşdular: “Kimdir o?” O: “Cəbraildir!”, – dedi. Onlar dedilər: “Yanındakı kimdir?” O: “Muhəmməddir!”, – dedi. Onlar soruşdular: “Onu çağırıblarmı?” Cəbrail dedi: “Bəli, çağırıblar”. Bundan sonra qapılar bizim üzümüzə açıldı. Mən içəri daxil olduqda Adəmlə qarşılaşdım. O mənə xoşgəldin elədi və mənim üçün xeyir-dua dilədi. Sonra heyvan bizi ikinci səmaya qaldırdı. Cəbrail ﵇ qapının açılmasını xahiş etdi. Gözətçilər soruşdular: “Sən kimsən?” O: “Cəbraildir!”, – dedi. Onlar soruşdular: “Yanındakı kimdir?” O: “Muhəmməddir!”, – dedi. Onlar soruşdular: “Onu çağırıblarmı?” Cəbrail dedi: “Bəli, çağırıblar”. Bundan sonra qapılar bizim üzümüzə açıldı. Mən içəridə xalaoğlanlarını – Məryəmin oğlu İsanı və Zəkəriyyanın oğlu Yəhyanı ﵇ gördüm. Onlar da mənə xoşgəldin elədilər və mənim üçün xeyir-dua dilədilər. Sonra heyvan məni üçüncü səmaya qaldırdı. Cəbrail qapının açılmasını xahiş etdi. Gözətçilər soruşdular: “Sən kimsən?” O: “Cəbraildir!”, – dedi. Onlar soruşdular: “Yanındakı kimdir?” O: “Muhəmməddir!”, – dedi. Onlar soruşdular: “Onu çağırıblarmı?” Cəbrail dedi: “Bəli, çağırıblar”. Bundan sonra qapılar bizim üzümüzə açıldı. Mən içəri keçdikdə Yusufu ﷺ gördüm. Ona gözəlliyin yarısı verilmişdi. O mənə xoşgəldin elədi və mənim üçün xeyir-dua dilədi. Sonra heyvan bizi dördüncü səmaya qaldırdı. Cəbrail ﵇ qapının açılmasını xahiş etdi. Gözətçilər soruşdular: “Kimdir o?” O: “Cəbraildir!”, – dedi. Onlar soruşdular: “Yanındakı kimdir?” O: “Muhəmməddir!”, – dedi. Onlar soruşdular: “Onu çağırıblarmı?” Cəbrail dedi: “Bəli, çağırıblar”. Bundan sonra qapılar bizim üzümüzə açıldı. Mən içəri keçdikdə İdrisi ﷺ gördüm. O mənə xoşgəldin elədi və mənim üçün xeyir-dua dilədi. Allah ﷿ onun haqqında belə buyurur: “Biz onu yüksək bir məqama qaldırdıq”. (Məryəm, 57). Sonra heyvan bizi beşinci səmaya qaldırdı. Cəbrail qapının açılmasını xahiş etdi. Gözətçilər soruşdular: “Kimdir o?” O: “Cəbraildir!”, – dedi. Onlar soruşdular: “Yanındakı kimdir?” O: “Muhəmməddir!”, – dedi. Onlar soruşdular: “Onu çağırıblarmı?” Cəbrail dedi: “Bəli, çağırıblar”. Bundan sonra qapılar bizim üzümüzə açıldı. Mən içəri daxil olduqda Harunu ﷺ gördüm. O mənə xoşgəldin elədi və mənim üçün xeyir-dua dilədi. Sonra heyvan bizi altıncı səmaya qaldırdı. Cəbrail ﵇ qapının açılmasını xahiş etdi. Gözətçilər soruşdular: “Kimdir o?” O: “Cəbraildir!”, – dedi. Onlar soruşdular: “Yanındakı kimdir?” O: “Muhəmməddir!”, – dedi. Onlar soruşdular: “Onu çağırıblarmı?” Cəbrail dedi: “Bəli, çağırıblar”. Bundan sonra qapılar bizim üzümüzə açıldı. Mən içəri girdikdə Musanı ﷺ gördüm. O mənə xoşgəldin elədi və mənim üçün xeyir-dua dilədi. Sonra heyvan bizi yeddinci səmaya qaldırdı. Cəbrail qapının açılmasını xahiş etdi. Gözətçilər soruşdular: “Kimdir o?” O: “Cəbraildir!”, – dedi. Onlar soruşdular: “Yanındakı kimdir?” O: “Muhəmməddir!”, – dedi. Onlar soruşdular: “Onu çağırıblarmı?” Cəbrail dedi: “Bəli, çağırıblar”. Bundan sonra qapılar bizim üzümüzə açıldı. Mən içəri keçdikdə İbrahimi ﷺ gördüm. O, arxasını Beytul-Məmura söykəmişdi. Hər gün bu evə yetmiş min mələk girir və bir daha ora qayıtmırlar. Sonra Cəbrail məni son həddəki Sidr ağacının yanına apardı. Onun yarpaqları fil qulaqları boyda idi, meyvələri də (Həcər məmləkətində düzəldilən) saxsı səhənglərə bənzəyirdi. Allahın əmri Sidr ağacını bürüdükdə, o, bambaşqa görkəm aldı. Belə ki, Allahın yaratdıqlarından heç kəs onun gözəlliyini vəsf edə bilməz. Sonra Allah mənə vəhy edəcəyini vəhy etdi. Mənə gecə və gündüz əlli (vaxt) namaz qılmağı vacib buyurdu. Bundan sonra mən Musanın ﵇ yanına endim. Musa məndən soruşdu: “Rəbbin sənin ümmətinə nəyi vacib buyurdu?” Mən dedim: “Əlli (vaxt) namaz qılmağı vacib buyurdu”. O dedi: “Rəbbinin yanına qayıt və Ondan ümmətin üçün bunu yüngülləşdirməyi xahiş et, çünki ümmətin buna tab gətirə bilməyəcək. Mən İsrail oğullarını sınadım, bu xüsusda onları yoxladım, lakin heç nə alınmadı”. Mən Rəbbimin yanına qayıdıb dedim: “Ey Rəbbim! Ümmətim üçün bunu yüngülləşdir”. O da mənə bundan beşini keçdi. Sonra mən Musanın yanına qayıdıb dedim: “Rəbbim mənə beşini keçdi”. Musa buyurdu: “Sənin ümmətin buna tab gətirə bilməyəcək. Rəbbinin yanına qayıt və Ondan (bu hökmü) yüngülləşdirməyi xahiş et”. Beləcə Rəbbimlə ﷿ Musanın ﵇ arasında gedib-gəlməyə davam etdim. Sonda Rəbbim buyurdu: “Ey Muhəmməd! Bunlar hər gecə və gündüz qılınan beş namazdır. Hər bir namaz üçün on savab var. Bunlar da (savaba görə) əlli namaza bərabərdir. Kim bir yaxşı iş görməyə niyyət etsə, sonra buna əməl etməzsə, ona bir savab yazılar. Əgər yaxşı iş görməyə niyyət edər və bunu yerinə yetirərsə, ona on savab yazılar. Kim də bir günah iş görməyə niyyət etsə, sonra onu etməzsə, ona heç nə yazılmaz, yox, əgər bunu edərsə, ona bir günah yazılar”. Sonra mən aşağı endim və Musanın yanına gəlib bunu ona xəbər verdim. Musa dedi: “Rəbbinin yanına qayıt və Ondan bunu yüngülləşdirməyi xahiş et”. Allah Elçisi ﷺ buyurdu: “Mən dedim: “Rəbbimin yanına çox qayıtmışam. Artıq Ondan utanıram”.”

Ənəs ibn Malik
Muslim, 429 (İman, 328)Səhih

أَخْبَرَنَا يَحْيَى بْنُ حَبِيبِ بْنِ عَرَبِيٍّ عَنْ حَمَّادٍ وَالْحَارِثُ بْنُ مِسْكِينٍ قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ عَنْ ابْنِ الْقَاسِمِ حَدَّثَنِي مَالِكٌ ح و أَخْبَرَنَا سُلَيْمَانُ بْنُ مَنْصُورٍ قَالَ أَنْبَأَنَا عَبْدُ اللَّهِ بْنُ الْمُبَارَكِ وَاللَّفْظُ لَهُ عَنْ يَحْيَى بْنِ سَعِيدٍ عَنْ مُحَمَّدِ بْنِ إِبْرَاهِيمَ عَنْ عَلْقَمَةَ بْنِ وَقَّاصٍ عَنْ عُمَرَ بْنِ الْخَطَّابِ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِنَّمَا الْأَعْمَالُ بِالنِّيَّةِ وَإِنَّمَا لِامْرِئٍ مَا نَوَى فَمَنْ كَانَتْ هِجْرَتُهُ إِلَى اللَّهِ وَإِلَى رَسُولِهِ فَهِجْرَتُهُ إِلَى اللَّهِ وَإِلَى رَسُولِهِ وَمَنْ كَانَتْ هِجْرَتُهُ إِلَى دُنْيَا يُصِيبُهَا أَوْ امْرَأَةٍ يَنْكِحُهَا فَهِجْرَتُهُ إِلَى مَا هَاجَرَ إِلَيْهِ

“Rəvayət edilir ki, Ömər ibn əl-Xəttab ﵁ demişdir: “Allah Elçisi ﷺ buyurdu: “Əməllər ancaq niyyətlərə görədir. Hər kəsə də yalnız niyyət etdiyi şey qalacaq. Kimin hicrəti Allaha və Onun Elçisinədirsə, onun hicrəti Allah və Onun Elçisi üçündür. Kimin hicrəti əldə edəcəyi dünya (malına) və ya evlənəcəyi qadına görədirsə, onun hicrəti elə hicrət etdiyi şey üçündür”.”

Ömər ibn əl-Xəttab
Nəsəi, 75 (Təharət, 75)Səhih

أَخْبَرَنَا سُلَيْمَانُ بْنُ دَاوُدَ ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، عَنْ يُونُسَ قَالَ : ابْنُ شِهَابٍ ، وَأَخْبَرَنِي عَبْدُ الرَّحْمَنِ بْنُ كَعْبِ بْنِ مَالِكٍ ، أَنَّ عَبْدَ اللهِ بْنَ كَعْبٍ قَالَ : سَمِعْتُ كَعْبَ بْنَ مَالِكٍ يُحَدِّثُ حَدِيثَهُ حِينَ تَخَلَّفَ عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي غَزْوَةِ تَبُوكَ قَالَ : وَصَبَّحَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَادِمًا ، وَكَانَ إِذَا قَدِمَ مِنْ سَفَرٍ بَدَأَ بِالْمَسْجِدِ فَرَكَعَ فِيهِ رَكْعَتَيْنِ ، ثُمَّ جَلَسَ لِلنَّاسِ ، فَلَمَّا فَعَلَ ذَلِكَ جَاءَهُ الْمُخَلَّفُونَ ، فَطَفِقُوا يَعْتَذِرُونَ إِلَيْهِ وَيَحْلِفُونَ لَهُ ، وَكَانُوا بِضْعًا وَثَمَانِينَ رَجُلاً ، فَقَبِلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلاَنِيَتَهُمْ وَبَايَعَهُمْ وَاسْتَغْفَرَ لَهُمْ وَوَكَلَ سَرَائِرَهُمْ إِلَى اللهِ عَزَّ وَجَلَّ حَتَّى جِئْتُ ، فَلَمَّا سَلَّمْتُ تَبَسَّمَ تَبَسُّمَ الْمُغْضَبِ ، ثُمَّ قَالَ : تَعَالَ . فَجِئْتُ حَتَّى جَلَسْتُ بَيْنَ يَدَيْهِ فَقَالَ لِي : مَا خَلَّفَكَ ؟ أَلَمْ تَكُنِ ابْتَعْتَ ظَهْرَكَ ؟ فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنِّي وَاللَّهِ لَوْ جَلَسْتُ عِنْدَ غَيْرِكَ مِنْ أَهْلِ الدُّنْيَا لَرَأَيْتُ أَنِّي سَأَخْرُجُ مِنْ سَخَطِهِ وَلَقَدْ أُعْطِيتُ جَدَلاً ، وَلَكِنْ وَاللَّهِ لَقَدْ عَلِمْتُ لَئِنْ حَدَّثْتُكَ الْيَوْمَ حَدِيثَ كَذِبٍ لِتَرْضَى بِهِ عَنِّي لَيُوشَكُ أَنَّ اللَّهَ عَزَّ وَجَلَّ يُسْخِطُكَ عَلَيَّ ، وَلَئِنْ حَدَّثْتُكَ حَدِيثَ صِدْقٍ تَجِدُ عَلَيَّ فِيهِ إِنِّي لأَرْجُو فِيهِ عَفْوَ اللهِ وَاللَّهِ مَا كُنْتُ قَطُّ أَقْوَى وَلاَ أَيْسَرَ مِنِّي حِينَ تَخَلَّفْتُ عَنْكَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَمَّا هَذَا فَقَدْ صَدَقَ ، فَقُمْ حَتَّى يَقْضِيَ اللَّهُ فِيكَ فَقُمْتُ فَمَضَيْتُ . مُخْتَصَرٌ.

“Rəvayət edilir ki, Abdullah ibn Kəb ﵀ demişdir: “Kəb ibn Malikin Təbuk döyüşündə iştirak etməməsi hadisəsini danışdığını eşitdim: “Sübh vaxtı Allah Elçisi ﷺ səfərdən qayıtdı. O, səfərdən qayıdarkən məsciddə iki rükət namaz qılardı. Sonra insanların yanında oturdu. Döyüşdən geri qalanlar gələrək üzr gətirməyə və and içməyə başladılar. Onlar səksən nəfərə yaxın adam idi. Allah Elçisi ﷺ onların zahirdə (olan üzrlərini) qəbul etdi, onlarla beyət etdi və onlara bağışlanma dilədi. Onların daxilində olan niyyətlərini Allaha ﷿ həvalə etdi. Sonra mən gəldim və ona salam verdim. O, qəzəbli şəkildə mənə gülümsədi və: “Gəl!”- dedi. Mən də gəlib onun qabağında oturdum. O mənə dedi: “Döyüşdə iştirakdan səni saxlayan nə idi? Məgər sən özünə minik almamışdın?” Mən dedim: “Ey Allahın Elçisi! Allaha and olsun ki, mən dünya əhlindən səndən başqasının qarşısında otursaydım, mübahisə etməyi bacardığıma görə onun qəzəbindən qurtulardım. Amma Allaha and olsun! Mən bilirəm ki, səni razı salmaq üçün yalan danışsam, Allah ﷿ mənə qəzəblənər. Əgər mən sənə düz söz desəm, ümid edirəm ki, Allah məni bağışlayar. Allaha and olsun ki, sənin döyüşə getməmişdən qabaq mən belə güclü olmamışdım və səninlə döyüşə getmək mənim üçün asan idi”. Allah Elçisi ﷺ dedi: “O ki qaldı buna, o, düz dedi”. Peyğəmbər ﷺ dedi: “Qalx, Allah sənin barədə hökm verənə qədər gözlə!””

Abdullah ibn Kəb
Nəsəi, 731 (Məscidlər, 44)Səhih

أَخْبَرَنَا هَارُونُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا حُسَيْنُ بْنُ عَلِيٍّ ، عَنْ زَائِدَةَ ، عَنْ سُلَيْمَانَ ، عَنْ حَبِيبِ بْنِ أَبِي ثَابِتٍ ، عَنْ عَبْدَةَ بْنِ أَبِي لُبَابَةَ ، عَنْ سُوَيْدِ بْنِ غَفَلَةَ ، عَنْ أَبِي الدَّرْدَاءِ ، يَبْلُغُ بِهِ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : مَنْ أَتَى فِرَاشَهُ وَهُوَ يَنْوِي أَنْ يَقُومَ يُصَلِّي مِنَ اللَّيْلِ فَغَلَبَتْهُ عَيْنَاهُ حَتَّى أَصْبَحَ كُتِبَ لَهُ مَا نَوَى وَكَانَ نَوْمُهُ صَدَقَةً عَلَيْهِ مِنْ رَبِّهِ عَزَّ وَجَلَّ. خَالَفَهُ سُفْيَانُ .

“Əbud-Dərdə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim gecə namazını qılmaq niyyəti ilə yatağına uzanar, lakin yuxusu oyanmasına mane olarsa, ona niyyət etdiyinin savabı yazılar. Yatması isə Rəbbi ﷿ tərəfindən ona bir sədəqə olar”.”

Əbud-Dərdə
Nəsəi, 1787 (Gecə namazı, 190)Səhih

أَخْبَرَنَا عُتْبَةُ بْنُ عَبْدِ اللهِ بْنِ عُتْبَةَ ، قَالَ : قَرَأْتُ عَلَى مَالِكٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَبْدِ اللهِ بْنِ جَابِرِ بْنِ عَتِيكٍ ، أَنَّ عَتِيكَ بْنَ الْحَارِثِ ، وَهُوَ جَدُّ عَبْدِ اللهِ بْنِ عَبْدِ اللهِ أَبُو أُمِّهِ أَخْبَرَهُ ، أَنَّ جَابِرَ بْنَ عَتِيكٍ أَخْبَرَهُ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَاءَ يَعُودُ عَبْدَ اللهِ بْنَ ثَابِتٍ فَوَجَدَهُ قَدْ غُلِبَ عَلَيْهِ ، فَصَاحَ بِهِ ، فَلَمْ يُجِبْهُ فَاسْتَرْجَعَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَقَالَ : قَدْ غُلِبْنَا عَلَيْكَ أَبَا الرَّبِيعِ ، فَصِحْنَ النِّسَاءُ وَبَكَيْنَ ، فَجَعَلَ ابْنُ عَتِيكٍ يُسَكِّتُهُنَّ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : دَعْهُنَّ فَإِذَا وَجَبَ فَلاَ تَبْكِيَنَّ بَاكِيَةٌ ، قَالُوا : وَمَا الْوُجُوبُ يَا رَسُولَ اللهِ ؟ قَالَ : الْمَوْتُ ، قَالَتِ ابْنَتُهُ : إِنْ كُنْتُ لأَرْجُو أَنْ تَكُونَ شَهِيدًا قَدْ كُنْتَ قَضَيْتَ جِهَازَكَ ، قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : فَإِنَّ اللَّهَ عَزَّ وَجَلَّ قَدْ أَوْقَعَ أَجْرَهُ عَلَيْهِ عَلَى قَدْرِ نِيَّتِهِ ، وَمَا تَعُدُّونَ الشَّهَادَةَ ؟ قَالُوا : الْقَتْلُ فِي سَبِيلِ اللهِ عَزَّ وَجَلَّ ، قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : الشَّهَادَةُ سَبْعٌ سِوَى الْقَتْلِ فِي سَبِيلِ اللهِ عَزَّ وَجَلَّ : الْمَطْعُونُ شَهِيدٌ ، وَالْمَبْطُونُ شَهِيدٌ ، وَالْغَرِيقُ شَهِيدٌ ، وَصَاحِبُ الْهَدَمِ شَهِيدٌ ، وَصَاحِبُ ذَاتِ الْجَنْبِ شَهِيدٌ ، وَصَاحِبُ الْحَرَقِ شَهِيدٌ ، وَالْمَرْأَةُ تَمُوتُ بِجُمْعٍ شَهِيدَةٌ.

“Cabir ibn Atik ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ Abdullah ibn Sabiti ziyarət etməyə gəldi. O, ölmək üzrə idi. Peyğəmbər onu çağırdı, lakin cavab verməyincə, istirca etdi və buyurdu: “Əbur-Rabinin ölümünə görə Allaha boyun əydik”. Qadınlar yüksək səslə ağlamağa başladılar. İbn Atik onları sakitləşdirməyə çalışdı. Allah Elçisi ﷺ dedi: “Onlarla işin olmasın! Vacib olana qədər ağlasınlar!” Oradakılar dedilər: “Vacib olan nədir, ey Allahın Elçisi?” O dedi: “Ölüm”. Abdullah ibn Sabitin qızı dedi: “Həqiqətən, mən sənin şəhidlərdən olmağına ümid edirəm, çünki sən, şəhidlik üçün hər şeyi hazırlamışdın”. Allah Elçisi ﷺ dedi: “Allah ﷿ ona niyyətinə görə əcrini vermişdir. Siz nəyi şəhidlik sayırsınız?” Orada olanlar: “Allah ﷿ yolunda öldürülməkdir”- dedilər. Allah Elçisi ﷺ buyurdu: “Allah yolunda öldürülməkdən başqa şəhidlik yeddi qisimdir; taundan ölən şəhiddir, qarın xəstəliyindən ölən şəhiddir, suda boğularaq ölən şəhiddir, dağıntı altında qalaraq ölən şəhiddir, ağ ciyər iltihabından ölən şəhiddir, yanaraq ölən şəhiddir, doğuş zamanı ölən qadın şəhiddir”.”

Cabir ibn Atik
Nəsəi, 1846 (Cənazələr, 29)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا عَاصِمُ بْنُ يُوسُفَ ، قَالَ : حَدَّثَنَا أَبُو الأَحْوَصِ ، عَنْ طَلْحَةَ بْنِ يَحْيَى بْنِ طَلْحَةَ ، عَنْ مُجَاهِدٍ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : دَخَلَ عَلَيَّ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمًا ، فَقَالَ : هَلْ عِنْدَكُمْ شَيْءٌ ؟ ، فَقُلْتُ : لاَ ، قَالَ : فَإِنِّي صَائِمٌ ، ثُمَّ مَرَّ بِي بَعْدَ ذَلِكَ الْيَوْمِ وَقَدْ أُهْدِيَ إِلَيَّ حَيْسٌ فَخَبَأْتُ لَهُ مِنْهُ ، وَكَانَ يُحِبُّ الْحَيْسَ ، قَالَتْ : يَا رَسُولَ اللهِ ، إِنَّهُ أُهْدِيَ لَنَا حَيْسٌ فَخَبَأْتُ لَكَ مِنْهُ ، قَالَ : أَدْنِيهِ أَمَا إِنِّي قَدْ أَصْبَحْتُ وَأَنَا صَائِمٌ فَأَكَلَ مِنْهُ ، ثُمَّ قَالَ : إِنَّمَا مَثَلُ صَوْمِ الْمُتَطَوِّعِ مَثَلُ الرَّجُلِ يُخْرِجُ مِنْ مَالِهِ الصَّدَقَةَ ، فَإِنْ شَاءَ أَمْضَاهَا ، وَإِنْ شَاءَ حَبَسَهَا.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir gün Allah Elçisi ﷺ yanıma gəldi və dedi: “Sizin yanınızda yeməyə bir şey varmı?” Mən dedim: “Xeyr”. O dedi: “Elə isə mən oruc tuturam!” Sonra bizə xurma halvası gətirmişdilər. Mən bu halvadan ona saxladım. Allah Elçisi ﷺ xurma halvasını xoşlayırdı. Mən ona dedim: “Ey Allahın Elçisi, bizə xurma halvası hədiyyə olunub. Onun bir hissəsini sənə saxlamışam”. O dedi: “Onu mənə gətir! Mən səhər oruc tutmaq niyyətində idim”. Sonra o halvadan yedi və dedi: “Nafilə orucların misalı öz malından sədəqə verən bir kişinin misalına bənzəyir. İstəsə, verər, istəsə, özündə saxlayar”.”

Aişə
Nəsəi, 2322 (Oruc, 233)Həsən

أَخْبَرَنِي الْقَاسِمُ بْنُ زَكَرِيَّا بْنِ دِينَارٍ ، قَالَ : حَدَّثَنَا سَعِيدُ بْنُ شُرَحْبِيلَ ، قَالَ : أَنْبَأَنَا اللَّيْثُ ، عَنْ يَحْيَى بْنِ أَيُّوبَ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي بَكْرٍ ، عَنْ سَالِمِ بْنِ عَبْدِ اللهِ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ حَفْصَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : مَنْ لَمْ يُبَيِّتِ الصِّيَامَ قَبْلَ الْفَجْرِ ، فَلاَ صِيَامَ لَهُ.

“Rəvayət edilir ki, Həfsa ﵂ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Kim sübhdən qabaq oruc tutmağa niyyət etməzsə, onun orucu sayılmır”.”

Həfsa
Nəsəi, 2331 (Oruc, 242)Səhih

أَخْبَرَنَا عَبْدُ الْمَلِكِ بْنُ شُعَيْبِ بْنِ اللَّيْثِ بْنِ سَعْدٍ ، قَالَ : حَدَّثَنِي أَبِي ، عَنْ جَدِّي ، قَالَ : حَدَّثَنِي يَحْيَى بْنُ أَيُّوبَ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي بَكْرٍ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ سَالِمٍ ، عَنْ عَبْدِ اللهِ ، عَنْ حَفْصَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : مَنْ لَمْ يُبَيِّتِ الصِّيَامَ قَبْلَ الْفَجْرِ ، فَلاَ صِيَامَ لَهُ.

“Həfsa ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim sübhdən qabaq oruc tutmağa niyyət etməzsə, onun orucu sayılmır”.”

Həfsa
Nəsəi, 2332 (Oruc, 243)Səhih

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ عَبْدِ الْحَكَمِ ، عَنْ أَشْهَبَ ، قَالَ : أَخْبَرَنِي يَحْيَى بْنُ أَيُّوبَ ، وَذَكَرَ آخَرَ ، أَنَّ عَبْدَ اللهِ بْنَ أَبِي بَكْرِ بْنِ مُحَمَّدِ بْنِ عَمْرِو بْنِ حَزْمٍ ، حَدَّثَهُمَا عَنْ ابْنِ شِهَابٍ ، عَنْ سَالِمِ بْنِ عَبْدِ اللهِ ، عَنْ أَبِيهِ ، عَنْ حَفْصَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَنْ لَمْ يُجْمِعِ الصِّيَامَ قَبْلَ طُلُوعِ الْفَجْرِ ، فَلاَ يَصُومُ.

“Həfsa ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim sübh açılmamışdan qabaq oruc tutmağa niyyət etməzsə, onun orucu sayılmır”.”

Həfsa
Nəsəi, 2333 (Oruc, 244)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ الأَزْهَرِ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، عَنْ ابْنِ جُرَيْجٍ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ سَالِمٍ ، عَنْ ابْنِ عُمَرَ ، عَنْ حَفْصَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : مَنْ لَمْ يُبَيِّتِ الصِّيَامَ مِنَ اللَّيْلِ ، فَلاَ صِيَامَ لَهُ.

“Həfsa ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim gecədən oruc tutmağa niyyət etməzsə, onun orucu sayılmır”.”

Həfsa
Nəsəi, 2334 (Oruc, 245)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا مُعْتَمِرٌ ، قَالَ : سَمِعْتُ عُبَيْدَ اللهِ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ سَالِمٍ ، عَنْ عَبْدِ اللهِ ، عَنْ حَفْصَةَ ، أَنَّهَا كَانَتْ تَقُولُ : مَنْ لَمْ يُجْمِعِ الصِّيَامَ مِنَ اللَّيْلِ فَلاَ يَصُومُ.

“Həfsa ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim gecədən oruc tutmağa niyyət etməzsə, onun orucu sayılmır”.”

Həfsa
Nəsəi, 2335 (Oruc, 246)Səhih

أَخْبَرَنَا الرَّبِيعُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي يُونُسُ ، عَنْ ابْنِ شِهَابٍ ، قَالَ : أَخْبَرَنِي حَمْزَةُ بْنُ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ أَبِيهِ ، قَالَ : قَالَتْ حَفْصَةُ ، زَوْجُ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لاَ صِيَامَ لِمَنْ لَمْ يُجْمِعْ قَبْلَ الْفَجْرِ.

“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ zövcəsi Həfsa ﵂ demişdir: “Kim sübhdən qabaq oruc tutmağa niyyət etməzsə, onun orucu sayılmır”.”

Həfsa
Nəsəi, 2336 (Oruc, 247)Səhih

أَخْبَرَنِي زَكَرِيَّا بْنُ يَحْيَى ، قَالَ : حَدَّثَنَا الْحَسَنُ بْنُ عِيسَى ، قَالَ : أَنْبَأَنَا ابْنُ الْمُبَارَكِ ، قَالَ : أَنْبَأَنَا مَعْمَرٌ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ حَمْزَةَ بْنِ عَبْدِ اللهِ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ حَفْصَةَ ، قَالَتْ : لاَ صِيَامَ لِمَنْ لَمْ يُجْمِعْ قَبْلَ الْفَجْرِ.

“Rəvayət edilir ki, Həfsa ﵂ demişdir: “Kim sübhdən qabaq oruc tutmağa niyyət etməzsə, onun orucu sayılmır”.”

Həfsa
Nəsəi, 2337 (Oruc, 248)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ حَاتِمٍ ، قَالَ : أَنْبَأَنَا حَبَّانُ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ سُفْيَانَ بْنِ عُيَيْنَةَ ، وَمَعْمَرٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ حَمْزَةَ بْنِ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ أَبِيهِ ، عَنْ حَفْصَةَ ، قَالَتْ : لاَ صِيَامَ لِمَنْ لَمْ يُجْمِعِ الصِّيَامَ قَبْلَ الْفَجْرِ.

“Rəvayət edilir ki, Həfsa ﵂ demişdir: “Kim sübhdən qabaq oruca niyyət etməzsə, onun orucu yoxdur”.”

Həfsa
Nəsəi, 2338 (Oruc, 249)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ حَمْزَةَ بْنِ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ حَفْصَةَ ، قَالَتْ : لاَ صِيَامَ لِمَنْ لَمْ يُجْمِعِ الصِّيَامَ قَبْلَ الْفَجْرِ.

“Rəvayət edilir ki, Həfsa ﵂ demişdir: “Kim sübhdən qabaq oruca niyyət etməzsə, onun orucu yoxdur”.”

Həfsa
Nəsəi, 2339 (Oruc, 250)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ حَرْبٍ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ حَمْزَةَ بْنِ عَبْدِ اللهِ ، عَنْ حَفْصَةَ ، قَالَتْ : لاَ صِيَامَ لِمَنْ لَمْ يُجْمِعِ الصِّيَامَ قَبْلَ الْفَجْرِ أَرْسَلَهُ مَالِكُ بْنُ أَنَسٍ.

“Rəvayət edilir ki, Həfsa ﵂ demişdir: “Kim sübhdən qabaq oruc tutmağa niyyət etməzsə, onun orucu sayılmır”.”

Həfsa
Nəsəi, 2340 (Oruc, 251)Səhih

قَالَ الْحَارِثُ بْنُ مِسْكِينٍ : ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ عَائِشَةَ ، وَحَفْصَةَ ، مِثْلَهُ لاَ يَصُومُ إِلاَّ مَنْ أَجْمَعَ الصِّيَامَ قَبْلَ الْفَجْرِ.

“Aişə və Həfsa ﵄ rəvayət etmişlər: “Sübhdən qabaq oruc tutmağa niyyət etməyənin orucu sayılmır”.”

Aişə və Həfsa
Nəsəi, 2341 (Oruc, 252)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا الْمُعْتَمِرُ ، قَالَ : سَمِعْتُ عُبَيْدَ اللهِ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، قَالَ : إِذَا لَمْ يُجْمِعِ الرَّجُلُ الصَّوْمَ مِنَ اللَّيْلِ فَلاَ يَصُمْ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Adam gecədən oruc tutmağa niyyət etməzsə, onun orucu sayılmır”.”

İbn Ömər
Nəsəi, 2342 (Oruc, 253)Səhih

قَالَ : الْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، أَنَّهُ كَانَ يَقُولُ : لاَ يَصُومُ إِلاَّ مَنْ أَجْمَعَ الصِّيَامَ قَبْلَ الْفَجْرِ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ deyərdi: “Sübhdən qabaq oruc tutmağa niyyət etməyənin orucu sayılmır”.”

İbn Ömər
Nəsəi, 2343 (Oruc, 254)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا النَّضْرُ وَهُوَ ابْنُ شُمَيْلٍ ، قَالَ : حَدَّثَنَا أَشْعَثُ وَهُوَ ابْنُ عَبْدِ الْمَلِكِ ، عَنِ الْحَسَنِ ، عَنْ أَنَسِ ابْنِ مَالِكٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى الظُّهْرَ بِالْبَيْدَاءِ ، ثُمَّ رَكِبَ وَصَعِدَ جَبَلَ الْبَيْدَاءِ فَأَهَلَّ بِالْحَجِّ وَالْعُمْرَةِ ، حِينَ صَلَّى الظُّهْرَ.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ “əl-Beyda” deyilən yerdə Zöhr namazını qıldı, sonra miniyinə minərək “əl-Beyda” dağına çıxdı. O, Zöhr namazını qıldıqdan sonra həcc və ümrə niyyəti ilə ehrama girdi.”

Ənəs ibn Malik
Nəsəi, 2662 (Həcc, 44)Zəif

أَخْبَرَنِي أَحْمَدُ بْنُ فَضَالَةَ بْنِ إِبْرَاهِيمَ النَّسَائِيُّ ، قَالَ : حَدَّثَنَا خَالِدُ بْنُ مَخْلَدٍ ، قَالَ : حَدَّثَنِي سُلَيْمَانُ بْنُ بِلاَلٍ ، قَالَ : حَدَّثَنِي يَحْيَى وَهُوَ ابْنُ سَعِيدٍ الأَنْصَارِيُّ ، قَالَ : سَمِعْتُ الْقَاسِمَ بْنَ مُحَمَّدٍ ، يُحَدِّثُ عَنْ أَبِيهِ ، عَنْ أَبِي بَكْرٍ ، أَنَّهُ خَرَجَ حَاجًّا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَجَّةَ الْوَدَاعِ ، وَمَعَهُ امْرَأَتُهُ أَسْمَاءُ بِنْتُ عُمَيْسٍ الْخَثْعَمِيَّةُ ، فَلَمَّا كَانُوا بِذِي الْحُلَيْفَةِ ، وَلَدَتْ أَسْمَاءُ مُحَمَّدَ بْنَ أَبِي بَكْرٍ ، فَأَتَى أَبُو بَكْرٍ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَخْبَرَهُ ، فَأَمَرَهُ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ يَأْمُرَهَا ، أَنْ تَغْتَسِلَ ثُمَّ تُهِلَّ بِالْحَجِّ ، وَتَصْنَعَ مَا يَصْنَعُ النَّاسُ ، إِلاَّ أَنَّهَا لاَ تَطُوفُ بِالْبَيْتِ.

“Rəvayət edilir ki, Əbu Bəkr ﵁ Allah Elçisi ﷺ ilə birgə Vida həcci üçün yola çıxmışdı, yanında həyat yoldaşı Əsma bint Umeys əl-Xasəmiyyə də vardı. Zul-Huleyfədə olduqları vaxt Əsma Muhəmməd ibn Əbu Bəkri dünyaya gətirdi. Əbu Bəkr bunu Allah Elçisinə ﷺ bildirdikdə Allah Elçisi ﷺ Əbu Bəkrə həyat yoldaşına qüsl etməsini, həcc niyyəti ilə ehrama girməsini, insanların bütün etdiklərini etməsini, ancaq Kəbəni təvaf etməməsini söyləməsini əmr etdi.”

Əbu Bəkr
Nəsəi, 2664 (Həcc, 46)Səhih

أَخْبَرَنَا نُوحُ بْنُ حَبِيبٍ الْقُوْمَسِيُّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا ابْنُ جُرَيْجٍ ، قَالَ : قَالَ حَدَّثَنِي عَطَاءٌ ، عَنْ صَفْوَانَ بْنِ يَعْلَى بْنِ أُمَيَّةَ ، عَنْ أَبِيهِ ، أَنَّهُ قَالَ : لَيْتَنِي أَرَى رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ يُنْزَلُ عَلَيْهِ ، فَبَيْنَا نَحْنُ بِالْجِعِرَّانَةِ ، وَالنَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي قُبَّةٍ فَأَتَاهُ الْوَحْيُ ، فَأَشَارَ إِلَيَّ عُمَرُ أَنْ تَعَالَ ، فَأَدْخَلْتُ رَأْسِي الْقُبَّةَ فَأَتَاهُ رَجُلٌ قَدْ أَحْرَمَ فِي جُبَّةٍ بِعُمْرَةٍ مُتَضَمِّخٌ بِطِيبٍ فَقَالَ : يَا رَسُولَ اللهِ مَا تَقُولُ فِي رَجُلٍ قَدْ أَحْرَمَ فِي جُبَّةٍ إِذْ أُنْزِلَ عَلَيْهِ الْوَحْيُ فَجَعَلَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَغِطُّ لِذَلِكَ فَسُرِّيَ عَنْهُ ، فَقَالَ : أَيْنَ الرَّجُلُ الَّذِي سَأَلَنِي آنِفًا ؟ فَأُتِيَ بِالرَّجُلِ فَقَالَ : أَمَّا الْجُبَّةُ فَاخْلَعْهَا ، وَأَمَّا الطِّيبُ فَاغْسِلْهُ ، ثُمَّ أَحْدِثْ إِحْرَامًا. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : ثُمَّ أَحْدِثْ إِحْرَامًا مَا أَعْلَمُ أَحَدًا قَالَهُ غَيْرَ نُوحِ بْنِ حَبِيبٍ ، وَلاَ أَحْسِبُهُ مَحْفُوظًا ، وَاللَّهُ سُبْحَانَهُ وَتَعَالَى أَعْلَمُ.

“Safvan ibn Yalə ibn Umeyyə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Biz əl-Ciranədə olarkən dedim: “Allah Elçisini ﷺ görə bilsəydim...”. O, bir çadırda idi. Bu əsnada ona vəhy gəlmişdi. Ömər mənə ora gəlməyimi işarə etdi. Başımı çadırdan içəri saldıqda Allah Elçisinin ﷺ yanına bir nəfərin gəldiyini, ümrə niyyəti ilə bir cübbə geyərək ehrama girdiyini və ətir vurduğunu gördüm. O dedi: “Ey Allahın Elçisi, ehram paltarının əvəzinə bir cübbə geyinmiş adama nə deyirsən?” Bu vaxt vəhy gəldi və Allah Elçisi ﷺ xırıltılı səs çıxarmağa başladı. Vəhy qurtardıqdan sonra isə buyurdu: “Bir az əvvəl sual verən kişi haradadır?” Kişi onun yanına gətirildikdə Peyğəmbər ﷺ buyurdu: “Cübbəni çıxart, vurduğun ətiri yu və ehrama yenidən gir”.”

Safvan ibn Yalə ibn Umeyyə atasından
Nəsəi, 2668 (Həcc, 50)Zəif

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَمْرٍو ، عَنْ عَطَاءٍ ، عَنْ صَفْوَانَ بْنِ يَعْلَى ، عَنْ أَبِيهِ ، أَنَّ رَجُلاً أَتَى النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَقَدْ أَهَلَّ بِعُمْرَةٍ ، وَعَلَيْهِ مُقَطَّعَاتٌ وَهُوَ مُتَضَمِّخٌ بِخَلُوقٍ ، فَقَالَ : أَهْلَلْتُ بِعُمْرَةٍ فَمَا أَصْنَعُ ؟ فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَا كُنْتَ صَانِعًا فِي حَجِّكَ قَالَ : كُنْتُ أَتَّقِي هَذَا ، وَأَغْسِلُهُ ، فَقَالَ : مَا كُنْتَ صَانِعًا فِي حَجِّكَ ، فَاصْنَعْهُ فِي عُمْرَتِكَ.

“Safvan ibn Yalə atasından ﵁ rəvayət edir ki, bir dəfə ümrə niyyəti ilə ehrama girən bir kişiyinin əynində tikilmiş bir paltar var idi, paltarına isə müxtəlif ətirlər vurmuşdu. O, Peyğəmbərə ﷺ dedi: “Ümrə niyyəti ilə ehrama girmişəm, nə etməliyəm?” Peyğəmbər ﷺ buyurdu: “Həcdə nə etmisənsə onu et”. Kişi dedi: “Bu ətirdən çəkinirəm və onu yumaq istəyirəm”. Peyğəmbər ﷺ buyurdu: “Həcdə nə etmisənsə ümrədə də onu et”.”

Safvan ibn Yalə atasından
Nəsəi, 2709 (Həcc, 91)Səhih

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ إِسْمَعِيلَ بْنِ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا وَهْبُ بْنُ جَرِيرٍ ، قَالَ : حَدَّثَنَا أَبِي قَالَ : سَمِعْتُ قَيْسَ بْنَ سَعْدٍ ، يُحَدِّثُ عَنْ عَطَاءٍ ، عَنْ صَفْوَانَ بْنِ يَعْلَى ، عَنْ أَبِيهِ ، قَالَ : أَتَى رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَجُلٌ وَهُوَ بِالْجِعِرَّانَةِ ، وَعَلَيْهِ جُبَّةٌ وَهُوَ مُصَفِّرٌ لِحْيَتَهُ وَرَأْسَهُ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، إِنِّي أَحْرَمْتُ بِعُمْرَةٍ وَأَنَا كَمَا تَرَى ؟ فَقَالَ : انْزِعْ عَنْكَ الْجُبَّةَ ، وَاغْسِلْ عَنْكَ الصُّفْرَةَ ، وَمَا كُنْتَ صَانِعًا فِي حَجَّتِكَ ، فَاصْنَعْهُ فِي عُمْرَتِكَ.

“Safvan ibn Yalə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ Ciranə adlı yerdə olduqda əynində bir cübbə olan, saçını və saqqalını boyamış bir kişi onun yanına gələrək dedi: “Ey Allahın Elçisi, gördüyün bu halda ümrə niyyəti ilə ehrama girmişəm, nə etməliyəm?” Allah Elçisi ﷺ buyurdu: “Cübbəni çıxar, saç və saqqalındakı boyaları yu! Həcdə nə etmisənsə ümrədə də onu et”.”

Safvan ibn Yalə atasından
Nəsəi, 2710 (Həcc, 92)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ جَعْفَرِ بْنِ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنِي أَبِي قَالَ : أَتَيْنَا جَابِرًا فَسَأَلْنَاهُ عَنْ حَجَّةِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَحَدَّثَنَا أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لَوِ اسْتَقْبَلْتُ مِنْ أَمْرِي ، مَا اسْتَدْبَرْتُ لَمْ أَسُقِ الْهَدْيَ ، وَجَعَلْتُهَا عُمْرَةً ، فَمَنْ لَمْ يَكُنْ مَعَهُ هَدْيٌ فَلْيُحْلِلْ ، وَلْيَجْعَلْهَا عُمْرَةً وَقَدِمَ عَلِيٌّ رَضِيَ اللَّهُ عَنْهُ مِنَ الْيَمَنِ بِهَدْيٍ ، وَسَاقَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، مِنَ الْمَدِينَةِ هَدْيًا وَإِذَا فَاطِمَةُ قَدْ لَبِسَتْ ثِيَابًا صَبِيغًا ، وَاكْتَحَلَتْ قَالَ : فَانْطَلَقْتُ مُحَرِّشًا أَسْتَفْتِي رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقُلْتُ : يَا رَسُولَ اللهِ إِنَّ فَاطِمَةَ لَبِسَتْ ثِيَابًا صَبِيغًا ، وَاكْتَحَلَتْ ، وَقَالَتْ : أَمَرَنِي بِهِ أَبِي صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : صَدَقَتْ ، صَدَقَتْ ، صَدَقَتْ ، أَنَا أَمَرْتُهَا.

“Cəfər ibn Muhəmməd atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Biz Cabirin yanına gələrək ondan Peyğəmbərin ﷺ həcci haqda ondan soruşduq. O, bizə Allah Elçisinin ﷺ belə buyurduğunu söylədi: “Belə olacağını bilsəydim qurban göndərməz və ümrəyə etmək üçün niyyət edərdim. Kimin yanında qurbanlıq heyvanı yoxdursa, ümrəsini edib ehramdan çıxsın”. Əli ﵁ Yəməndən qurban gətirmişdi. Allah Elçisi ﷺ onu Mədinədən Məkkəyə göndərmişdi. Bu arada Fatimə rənglənmiş paltarlar geyinib gözünə sürmə çəkmişdi. Fatimənin bu halı Əlinin xoşuna gəlmədi və soruşmaq üçün Allah Elçisinin ﷺ yanına gedərək dedi: “Ey Allahın Elçisi, Fatimə rənglənmiş paltarlar geyinib gözünə sürmə çəkib və “atam belə əmr etdi” deyir”. Peyğəmbər ﷺ buyurdu: “Düz deyir! Düz deyir! Düz deyir! Ona mən əmr etdim”.”

Cəfər ibn Muhəmməd atasından
Nəsəi, 2712 (Həcc, 94)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ أَبِي الأَسْوَدِ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ عُرْوَةَ بْنِ الزُّبَيْرِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : أَهَلَّ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْحَجِّ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ yalnız həcc niyyəti ilə ehrama girdi”.”

Aişə
Nəsəi, 2716 (Həcc, 98)Səhih

أَخْبَرَنَا يَحْيَى بْنُ حَبِيبِ بْنِ عَرَبِيٍّ ، عَنْ حَمَّادٍ ، عَنْ هِشَامٍ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : خَرَجْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، مُوَافِينَ لِهِلاَلِ ذِي الْحِجَّةِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ شَاءَ أَنْ يُهِلَّ بِحَجٍّ فَلْيُهِلَّ ، وَمَنْ شَاءَ أَنْ يُهِلَّ بِعُمْرَةٍ فَلْيُهِلَّ بِعُمْرَةٍ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Zil-Hiccə ayının hilalının görünməsinə beş gün qalmış (Zil-Qadə ayının 25-i) yola çıxdıq. Allah Elçisi ﷺ buyurdu: “Həcc etmək istəyən həcc niyyəti ilə, ümrə etmək istəyən ümrə niyyəti ilə ehrama girsin”.”

Aişə
Nəsəi, 2717 (Həcc, 99)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ إِسْمَعِيلَ الطَّبَرَانِيُّ أَبُو بَكْرٍ ، قَالَ : حَدَّثَنَا أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ حَنْبَلٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، حَدَّثَنِي مَنْصُورٌ ، وَسُلَيْمَانُ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : خَرَجْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لاَ نَرَى إِلاَّ أَنَّهُ الْحَجُّ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə yalnız həcc etmək niyyəti ilə yola çıxdıq”.”

Aişə
Nəsəi, 2718 (Həcc, 100)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا جَرِيرٌ ، عَنْ مَنْصُورٍ ، عَنْ أَبِي وَائِلٍ ، قَالَ : قَالَ الصُّبَيُّ بْنُ مَعْبَدٍ : كُنْتُ أَعْرَابِيًّا نَصْرَانِيًّا فَأَسْلَمْتُ ، فَكُنْتُ حَرِيصًا عَلَى الْجِهَادِ ، فَوَجَدْتُ الْحَجَّ وَالْعُمْرَةَ مَكْتُوبَيْنِ عَلَيَّ ، فَأَتَيْتُ رَجُلاً مِنْ عَشِيرَتِي يُقَالُ لَهُ هُرَيْمُ بْنُ عَبْدِ اللهِ فَسَأَلْتُهُ فَقَالَ : اجْمَعْهُمَا ، ثُمَّ اذْبَحْ مَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ ، فَأَهْلَلْتُ بِهِمَا ، فَلَمَّا أَتَيْتُ الْعُذَيْبَ لَقِيَنِي سَلْمَانُ بْنُ رَبِيعَةَ وَزَيْدُ بْنُ صُوحَانَ ، وَأَنَا أُهِلُّ بِهِمَا ، فَقَالَ أَحَدُهُمَا لِلآخَرِ : مَا هَذَا بِأَفْقَهَ مِنْ بَعِيرِهِ ، فَأَتَيْتُ عُمَرَ فَقُلْتُ : يَا أَمِيرَ الْمُؤْمِنِينَ إِنِّي أَسْلَمْتُ ، وَأَنَا حَرِيصٌ عَلَى الْجِهَادِ ، وَإِنِّي وَجَدْتُ الْحَجَّ وَالْعُمْرَةَ مَكْتُوبَيْنِ عَلَيَّ ، فَأَتَيْتُ هُرَيْمَ بْنَ عَبْدِ اللهِ فَقُلْتُ : يَا هَنَاهْ إِنِّي وَجَدْتُ الْحَجَّ وَالْعُمْرَةَ مَكْتُوبَيْنِ عَلَيَّ ، فَقَالَ : اجْمَعْهُمَا ، ثُمَّ اذْبَحْ مَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ ، فَأَهْلَلْتُ بِهِمَا ، فَلَمَّا أَتَيْنَا الْعُذَيْبَ لَقِيَنِي سَلْمَانُ بْنُ رَبِيعَةَ وَزَيْدُ بْنُ صُوحَانَ فَقَالَ أَحَدُهُمَا لِلآخَرِ : مَا هَذَا بِأَفْقَهَ مِنْ بَعِيرِهِ ، فَقَالَ عُمَرُ : هُدِيتَ لِسُنَّةِ نَبِيِّكَ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Əbu Vail ﵀ demişdir: “əs-Subey ibn Məbəd demişdir: “Mən xristian bir bədəvi idim, sonra müsəlman oldum. Cihad etməyə çox meyilli idim. Sonra həcc və ümrənin boynuma vacib olduğunu bildim. Mən bunu tayfamdan olan Hureym ibn Abdullah adlı bir kişidən soruşdum. O da dedi: “Həcc və ümrəni birlikdə et, sonra sənə asan gələn bir qurban kəs”. Mən də həcc və ümrə niyəti ilə ehrama girdim. Uzeyb adlı yerə gəldikdə Salman ibn Rabia və Zeyd ibn Suhan ilə rastlaşdım. Onlar mənim həcc və ümrə niyyəti ilə ehrama girdiyimi gördükdə bir-birinə dedilər: “Bunun öz dəvəsi qədər belə anlayışı yoxdur”. Bundan sonra mən Ömərin yanına gəlib şikayət edərək dedim: “Ey möminlərin əmiri, mən müsəlman oldum, cihada da çox meyilli insanam. Boynuma həcc və ümrənin vacib olduğunu görən kimi Hureym ibn Abdullahın yanına gəldim və həcc ilə ümrənin boynuma vacib olduğunu ona dedim. O da: “Həcc və ümrəni birlikdə et, sonra da sənə asan gələn qurban heyvanı kəs”- dedi. Mən həcc və ümrə niyyəti ilə ehrama girdim. Uzeyb adlı yerə gəldikdə Salman ibn Rabia və Zeyd ibn Suhan ilə rastlaşdım. Onlar bir-birinə belə dedilər: “Bunun öz dəvəsi qədər də anlayışı yoxdur”. Ömər dedi: “Sən sənin Peyğəmbərinin ﷺ sünnəsinə müvafiq olmusan”.”

Əbu Vail
Nəsəi, 2719 (Həcc, 101)Səhih

أَخْبَرَنِي مُعَاوِيَةُ بْنُ صَالِحٍ ، قَالَ : حَدَّثَنِي يَحْيَى بْنُ مَعِينٍ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ ، قَالَ : حَدَّثَنَا يُونُسُ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنِ الْبَرَاءِ ، قَالَ : كُنْتُ مَعَ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ حِينَ أَمَّرَهُ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى الْيَمَنِ ، فَلَمَّا قَدِمَ عَلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ عَلِيٌّ : فَأَتَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ لِي رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : كَيْفَ صَنَعْتَ ؟ قُلْتُ : أَهْلَلْتُ بِإِهْلاَلِكَ ، قَالَ : فَإِنِّي سُقْتُ الْهَدْيَ ، وَقَرَنْتُ قَالَ : وَقَالَ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لأَصْحَابِهِ : لَوِ اسْتَقْبَلْتُ مِنْ أَمْرِي ، مَا اسْتَدْبَرْتُ لَفَعَلْتُ كَمَا فَعَلْتُمْ ، وَلَكِنِّي سُقْتُ الْهَدْيَ ، وَقَرَنْتُ.

“Rəvayət edilir ki, əl-Bəra ﵁ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ Əli ibn Əbu Talibi Yəmənə əmir təyin etdikdə onun yanında idim. Əli Yəməndən Peyğəmbərin ﷺ yanına gəldi. Əli deyir: “Peyğəmbərin ﷺ yanına gəldikdə Allah Elçisi ﷺ buyurdu: “Nə etdin?” Mən də: “Sənin ehrama girdiyin kimi ehrama girdim”. Allah Elçisi ﷺ buyurdu: “Mən qurbanlıq heyvanı göndərdim və qiran həcci etməyə niyyət etdim”. Sonra səhabələrinə dedi: “Əgər işlərin belə olacağını bilsəydim, sizin kimi edərdim, lakin qurbanlıq heyvanı göndərdiyimə görə qiran həcci etməyə niyyət etdim”.”

əl-Bəra
Nəsəi, 2725 (Həcc, 107)Səhih

أَخْبَرَنَا مُجَاهِدُ بْنُ مُوسَى ، عَنْ هُشَيْمٍ ، عَنْ يَحْيَى ، وَعَبْدُ الْعَزِيزِ بْنُ صُهَيْبٍ ، وَحُمَيْدٌ الطَّوِيلُ (ح) وَأَنْبَأَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا هُشَيْمٌ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ الْعَزِيزِ بْنُ صُهَيْبٍ ، وَحُمَيْدٌ الطَّوِيلُ ، وَيَحْيَى بْنُ أَبِي إِسْحَاقَ ، كُلُّهُمْ عَنْ أَنَسٍ ، سَمِعُوهُ يَقُولُ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : لَبَّيْكَ عُمْرَةً وَحَجًّا ، لَبَّيْكَ عُمْرَةً وَحَجًّا.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Həcc və ümrəyə niyyət etdim! Həcc və ümrəyə niyyət etdim!””

Ənəs
Nəsəi, 2729 (Həcc, 111)Səhih

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ أَبِي الأَحْوَصِ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ أَبِي أَسْمَاءَ ، عَنْ أَنَسٍ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُلَبِّي بِهِمَا.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ həcc və ümrəyə birlikdə niyyət edərək ehrama girdiyini eşitdim”.”

Ənəs
Nəsəi, 2730 (Həcc, 112)Səhih

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا هُشَيْمٌ ، قَالَ : حَدَّثَنَا حُمَيْدٌ الطَّوِيلُ ، قَالَ : أَنْبَأَنَا بَكْرُ بْنُ عَبْدِ اللهِ الْمُزَنِيُّ ، قَالَ : سَمِعْتُ أَنَسًا ، يُحَدِّثُ قَالَ : سَمِعْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُلَبِّي بِالْعُمْرَةِ وَالْحَجِّ جَمِيعًا ، فَحَدَّثْتُ بِذَلِكَ ابْنَ عُمَرَ فَقَالَ : لَبَّى بِالْحَجِّ وَحْدَهُ ، فَلَقِيتُ أَنَسًا فَحَدَّثْتُهُ ، بِقَوْلِ ابْنِ عُمَرَ فَقَالَ أَنَسٌ : مَا تَعُدُّونَا إِلاَّ صِبْيَانًا ، سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : لَبَّيْكَ عُمْرَةً ، وَحَجًّا مَعًا.

“Rəvayət edilir ki, Abdullah əl-Muzəni ﵀ demişdir: “Mən Ənəsin belə dediyini eşitdim: “Mən Allah Elçisinin ﷺ həcc və ümrəyə birlikdə niyyət edərək ehrama girdiyini eşitmişəm”. Bunu İbn Ömərə danışdıqda mənə: “Yalnız həcc niyyəti ilə ehrama gir!” dedi. Sonra Ənəs ilə rastlaşdım və ona İbn Ömərin dediklərini söylədim. Ənəs dedi: “Siz bizi uşaq sayırsınız? Allah Elçinin ﷺ birbaşa özündən: “Ümrə və həccə birlikdə niyyət etdim” dediyini eşitmişəm”.”

Ənəs
Nəsəi, 2731 (Həcc, 113)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ الْمُخَرِّمِيُّ ، قَالَ : حَدَّثَنَا حُجَيْنُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ عُقَيْلٍ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ سَالِمِ بْنِ عَبْدِ اللهِ ، أَنَّ عَبْدَ اللهِ بْنَ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا ، قَالَ : تَمَتَّعَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي حَجَّةِ الْوَدَاعِ بِالْعُمْرَةِ إِلَى الْحَجِّ ، وَأَهْدَى وَسَاقَ مَعَهُ الْهَدْيَ بِذِي الْحُلَيْفَةِ ، وَبَدَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَهَلَّ بِالْعُمْرَةِ ، ثُمَّ أَهَلَّ بِالْحَجِّ ، وَتَمَتَّعَ النَّاسُ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْعُمْرَةِ إِلَى الْحَجِّ ، فَكَانَ مِنَ النَّاسِ مَنْ أَهْدَى فَسَاقَ الْهَدْيَ ، وَمِنْهُمْ مَنْ لَمْ يُهْدِ ، فَلَمَّا قَدِمَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَكَّةَ قَالَ لِلنَّاسِ : مَنْ كَانَ مِنْكُمْ أَهْدَى ، فَإِنَّهُ لاَ يَ حِلُّ مِنْ شَيْءٍ حَرُمَ مِنْهُ ، حَتَّى يَقْضِيَ حَجَّهُ ، وَمَنْ لَمْ يَكُنْ أَهْدَى ، فَلْيَطُفْ بِالْبَيْتِ ، وَبِالصَّفَا وَالْمَرْوَةِ وَلْيُقَصِّرْ ، وَلْيَحْلِلْ ، ثُمَّ لِيُهِلَّ بِالْحَجِّ ، ثُمَّ لِيُهْدِ ، وَمَنْ لَمْ يَجِدْ هَدْيًا فَلْيَصُمْ ثَلاَثَةَ أَيَّامٍ فِي الْحَجِّ ، وَسَبْعَةً إِذَا رَجَعَ إِلَى أَهْلِهِ ، فَطَافَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حِينَ قَدِمَ مَكَّةَ ، وَاسْتَلَمَ الرُّكْنَ أَوَّلَ شَيْءٍ ، ثُمَّ خَبَّ ثَلاَثَةَ أَطْوَافٍ مِنَ السَّبْعِ ، وَمَشَى أَرْبَعَةَ أَطْوَافٍ ، ثُمَّ رَكَعَ حِينَ قَضَى طَوَافَهُ بِالْبَيْتِ فَصَلَّى عِنْدَ الْمَقَامِ رَكْعَتَيْنِ ، ثُمَّ سَلَّمَ فَانْصَرَفَ فَأَتَى الصَّفَا فَطَافَ بِالصَّفَا وَالْمَرْوَةِ سَبْعَةَ أَطْوَافٍ ، ثُمَّ لَمْ يَحِلَّ مِنْ شَيْءٍ حَرُمَ مِنْهُ حَتَّى قَضَى حَجَّهُ وَنَحَرَ هَدْيَهُ يَوْمَ النَّحْرِ ، وَأَفَاضَ فَطَافَ بِالْبَيْتِ ، ثُمَّ حَلَّ مِنْ كُلِّ شَيْءٍ حَرُمَ مِنْهُ ، وَفَعَلَ مِثْلَ مَا فَعَلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، مَنْ أَهْدَى وَسَاقَ الْهَدْيَ مِنَ النَّاسِ.

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ Vida həccində həcc və ümrəyə niyyət edərək təməttu həcci etdi. O özü ilə qurban kəsəcəyi heyvanı da gətirmişdi. Zul-Huleyfədə ümrə etmək üçün ehrama girdikdən sonra həcc etmək üçün yenidən ehrama girdi. Camaat da Allah Elçisi ﷺ ilə birlikdə həcc və ümrə niyyəti ilə təməttu həcci etdilər. Camaatdan kimisi qurbanlıq gətirmişdi, kimisi də gətirməmişdi. Allah Elçisi ﷺ Məkkəyə gəldikdə camaata belə buyurdu: “İçinizdən kim qurbanını əvvəlcədən gətiribsə, həccini tamamlayana qədər ehramlıya haram olan şeylər ona da haramdır. Kim də qurbanını gətirməyibsə, Kəbəni təvaf etsin, Səfa və Mərva arasında səy etsin, başını qırxdırsın və ehramdan çıxsın, sonra həcc üçün yenidən ehrama girərək qurbanını gətirsin. Kim qurban tapa bilməsə, üç gün həcdə, yeddi gün də ailəsinin yanına qayıdandan sonra oruc tutsun”. Allah Elçisi ﷺ Məkkəyə gəlib təvafını etdi. Əvvəlcə Qara daşa toxundu, sonra yeddi təvaf əsnasında ilk üç dövrəni sürətlə, qalan dördünü də adi addımlarla təvaf etdi. Təvafını bitirdikdən sonra İbrahim məqamında iki rükət namaz qıldı. Sonra salam verib Səfa təpəsinə gələrək Səfa və Mərva arasında yeddi səy etdi. Sonra həccini edib qurbanını kəsənə qədər ehramlı olana haram olan şeylərə diqqət etdi. İfadə təvafını edərək ehramdan çıxdı və ehramlıya haram olan şeylar ona halal oldu. Camaatdan əvvəlcədən qurban gətirənlər də Allah Elçisinin ﷺ etdiyi kimi etdilər”.”

Abdullah ibn Ömər
Nəsəi, 2732 (Həcc, 114)Zəif

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا جَعْفَرُ بْنُ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنِي أَبِي ، قَالَ : أَتَيْنَا جَابِرَ بْنَ عَبْدِ اللهِ فَسَأَلْنَاهُ عَنْ حَجَّةِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَحَدَّثَنَا أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، مَكَثَ بِالْمَدِينَةِ تِسْعَ حِجَجٍ ، ثُمَّ أُذِّنَ فِي النَّاسِ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي حَاجِّ هَذَا الْعَامِ فَنَزَلَ الْمَدِينَةَ بَشَرٌ كَثِيرٌ كُلُّهُمْ يَلْتَمِسُ أَنْ يَأْتَمَّ بِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَيَفْعَلُ مَا يَفْعَلُ ، فَخَرَجَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، لِخَمْسٍ بَقِينَ مِنْ ذِي الْقِعْدَةِ ، وَخَرَجْنَا مَعَهُ ، قَالَ جَابِرٌ : وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَيْنَ أَظْهُرِنَا عَلَيْهِ ، يَنْزِلُ الْقُرْآنُ وَهُوَ يَعْرِفُ تَأْوِيلَهُ ، وَمَا عَمِلَ بِهِ مِنْ شَيْءٍ عَمِلْنَا ، فَخَرَجْنَا لاَ نَنْوِي إِلاَّ الْحَجَّ.

“Rəvayət edilir ki, Cəfər ibn Muhəmməd ﵀ demişdir: “Atam deyir ki, biz Cabir ibn Abdullahın yanına getdik və ona Peyğəmbərin ﷺ həcci haqda sual verdik. Cabir bizə danışdı ki, Allah Elçisi ﷺ Mədinədə doqquz il qaldıqdan sonra insanlara bu il həccə gedəcəyini elan etdirdi. Ona görə də Peyğəmbərlə ﷺ birlikdə həccə getmək üçün ətrafdan bir çox insan Mədinəyə gəlmişdi. Onlar Allah Elçisinin ﷺ etdiyini edəcəkdilər. Allah Elçisi ﷺ Zil-Qadə ayının sona çatmasına beş gün qalmış yola çıxdı. Biz də onunla birlikdə yola çıxdıq”. Cabir deyir: “Allah Elçisi ﷺ bizim aramızda ikən ona Quran nazil edilir, o da onu bizə izah edirdi. O nə edirdisə, biz də eynisini edirdik. Yola çıxarkən də niyyətimiz yalnız həcc etmək idi”.”

Cəfər ibn Muhəmməd
Nəsəi, 2740 (Həcc, 122)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ يَزِيدَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ - وَاللَّفْظُ لِمُحَمَّدٍ - قَالاَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْقَاسِمِ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : خَرَجْنَا لاَ نَنْوِي إِلاَّ الْحَجَّ فَلَمَّا ، كُنَّا بِسَرِفَ حِضْتُ ، فَدَخَلَ عَلَيَّ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَأَنَا أَبْكِي فَقَالَ : أَحِضْتِ قُلْتُ : نَعَمْ ، قَالَ : إِنَّ هَذَا شَيْءٌ كَتَبَهُ اللَّهُ عَزَّ وَجَلَّ عَلَى بَنَاتِ آدَمَ ، فَاقْضِي مَا يَقْضِي الْمُحْرِمُ ، غَيْرَ أَنْ لاَ تَطُوفِي بِالْبَيْتِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Biz yalnız həcc etmək niyyəti ilə çıxdıq və Sərif deyilən yerə çatdıqda mən heyz oldum. Mən ağlayarkən Allah Elçisi ﷺ mənim yanıma gəldi və dedi: “Heyzmi oldun?” Mən də: “Bəli” dedim. O buyurdu: “Bu, Allahın ﷿ Adəm qızları üçün əzəldən müəyyən etdiyi bir işdir. Buna görə də sən, Evi (Kəbəni) təvaf etməkdən başqa hacıların yerinə yetirdiyini (həcc əməllərinin hamısını) yerinə yetir”.”

Aişə
Nəsəi, 2741 (Həcc, 123)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، قَالَ : أَخْبَرَنِي قَيْسُ بْنُ مُسْلِمٍ ، قَالَ : سَمِعْتُ طَارِقَ بْنَ شِهَابٍ ، قَالَ : قَالَ أَبُو مُوسَى : أَقْبَلْتُ مِنَ الْيَمَنِ وَالنَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مُنِيخٌ بِالْبَطْحَاءِ حَيْثُ حَجَّ ، فَقَالَ : أَحَجَجْتَ ؟ قُلْتُ : نَعَمْ ، قَالَ : كَيْفَ قُلْتَ ؟ قَالَ : قُلْتُ لَبَّيْكَ بِإِهْلاَلٍ كَإِهْلاَلِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : فَطُفْ بِالْبَيْتِ وَبِالصَّفَا وَالْمَرْوَةِ ، وَأَحِلَّ فَفَعَلْتُ ثُمَّ أَتَيْتُ امْرَأَةً فَفَلَتْ رَأْسِي ، فَجَعَلْتُ أُفْتِي النَّاسَ بِذَلِكَ ، حَتَّى كَانَ فِي خِلاَفَةِ عُمَرَ ، فَقَالَ لَهُ رَجُلٌ : يَا أَبَا مُوسَى رُوَيْدَكَ بَعْضَ فُتْيَاكَ فَإِنَّكَ لاَ تَدْرِي مَا أَحْدَثَ أَمِيرُ الْمُؤْمِنِينَ فِي النُّسُكِ بَعْدَكَ ، قَالَ أَبُو مُوسَى : يَا أَيُّهَا النَّاسُ مَنْ كُنَّا أَفْتَيْنَاهُ فَلْيَتَّئِدْ ، فَإِنَّ أَمِيرَ الْمُؤْمِنِينَ قَادِمٌ عَلَيْكُمْ ، فَأْتَمُّوا بِهِ ، وَقَالَ عُمَرُ : إِنْ نَأْخُذْ بِكِتَابِ اللهِ فَإِنَّهُ يَأْمُرُنَا بِالتَّمَامِ ، وَإِنْ نَأْخُذْ بِسُنَّةِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَإِنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، لَمْ يَحِلَّ حَتَّى بَلَغَ الْهَدْيُ مَحِلَّهُ.

“Rəvayət edilir ki, Əbu Musa ﵁ demişdir: “Yəməndən təzə gəlmişdim. Allah Elçisi ﷺ isə həcc etmək üçün yola çıxıb əl-Bətha deyilən yerdə idi və mənə dedi: “Həcc üçün niyyət etmisənmi?” Mən: “Bəli” dedim. O dedi: “(Niyyət etdikdə) nə dedin?” Mən dedim: “Peyğəmbər ﷺ nə üçün ehrama giribsə, mən də onun üçün ehrama girib niyyət etdim”. Peyğəmbər ﷺ buyurdu: “Kəbəni təvaf et, Səfa və Mərva arasında səy et və ehramdan çıx!” Onun dediklərini etdim, qadınımın yanına gəldim, saçımı daradı. Ömərin xəlifəliyi dövrünə qədər insanlara həcc ilə əlaqəli suallara bu şəkildə fətva verirdim. Bir kişi mənə dedi: “Ey Əbu Musa, ehtiyatlı ol! Yəqin ki, möminlərin əmirinin həccə aid yeni əmrini bilmirsən”. Mən də insanlara dedim: “Ey insanlar, mənim həccə aid dediklərimi etməkdə tələsməyin. Möminlərin əmiri gəldikdə onun dediyini edin!” Xəlifə gəldikdə dedim: “Ey möminlərin əmiri, həcc mövzusuna dair yeni əmriniz nədir?” Ömər gəldikdə dedi: “Əgər Allahın Kitabına baxsaq, orada Allah “Allah üçün həcc və ümrəni tam yerinə yetirin...” (əl-Bəqərə, 196) buyurur. Peyğəmbərin ﷺ sünnəsinə baxdıqda Peyğəmbər ﷺ buyurur: “Qurban kəsilənə qədər ehramlı ehramdan çıxmırdı”.”

Əbu Musa
Nəsəi, 2742 (Həcc, 124)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ جَعْفَرِ بْنِ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنَا أَبِي ، قَالَ : أَتَيْنَا جَابِرَ بْنَ عَبْدِ اللهِ فَسَأَلْنَاهُ عَنْ حَجَّةِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَحَدَّثَنَا أَنَّ عَلِيًّا قَدِمَ مِنَ الْيَمَنِ بِهَدْيٍ ، وَسَاقَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنَ الْمَدِينَةِ هَدْيًا ، قَالَ لِعَلِيٍّ : بِمَا أَهْلَلْتَ ؟ قَالَ : قُلْتُ اللَّهُمَّ إِنِّي أُهِلُّ بِمَا أَهَلَّ بِهِ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَمَعِيَ الْهَدْيُ ، قَالَ : فَلاَ تَحِلَّ.

“Rəvayət edilir ki, Cəfər ibn Muhəmməd ﵀ demişdir: “Atam deyir ki, biz Cabir ibn Abdullahın yanına getdik və ona Peyğəmbərin ﷺ həcci haqda sual verdik. Cabir bizə danışdı ki, Əli Yəməndən qurbanlıq bir heyvan gətirmişdi. Allah Elçisi ﷺ onu Mədinədən qurbanlıq kimi göndərdi. Bu arada Peyğəmbər ﷺ Əliyə dedi: “Ehrama necə girdin?” Əli dedi: “Allahım, Allah Elçisi ﷺ ehrama hansı niyyətlə girdisə, mən də o niyyətlə girdim” dedim, yanımda da qurbanım var”. Peyğəmbər ﷺ buyurdu: “Elə isə ehramdan çıxma!””

Cəfər ibn Muhəmməd
Nəsəi, 2743 (Həcc, 125)Səhih

أَخْبَرَنِي عِمْرَانُ بْنُ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا شُعَيْبٌ ، عَنْ ابْنِ جُرَيْجٍ ، قَالَ : عَطَاءٌ ، قَالَ جَابِرٌ : قَدِمَ عَلِيٌّ مِنْ سِعَايَتِهِ ، فَقَالَ لَهُ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : بِمَا أَهْلَلْتَ يَا عَلِيُّ ؟ قَالَ : بِمَا أَهَلَّ بِهِ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : فَاهْدِ ، وَامْكُثْ حَرَامًا كَمَا أَنْتَ قَالَ : وَأَهْدَى عَلِيٌّ لَهُ هَدْيًا.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Əli zəkat yığmaq işindən qayıtmışdı. Peyğəmbər ﷺ ona dedi: “Ehrama hansı niyyətlə girdin, ey Əli?” Əli dedi: “Peyğəmbər ﷺ ehrama girdiyi niyyətlə ehrama girdim”. Peyğəmbər ﷺ buyurdu: “Elə isə qurbanı göndər və ehramlı olan vəziyyətdə qal”. Əli də qurbanını göndərdi”.”

Cabir
Nəsəi, 2744 (Həcc, 126)Səhih

أَخْبَرَنِي أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ جَعْفَرٍ ، قَالَ : حَدَّثَنِي يَحْيَى بْنُ مَعِينٍ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ ، قَالَ : حَدَّثَنَا يُونُسُ بْنُ أَبِي إِسْحَاقَ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنِ الْبَرَاءِ قَالَ : كُنْتُ مَعَ عَلِيٍّ حِينَ اَمَّرَهُ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى الْيَمَنِ فَأَصَبْتُ مَعَهُ أَوَاقِيَ ، فَلَمَّا قَدِمَ عَلِيٌّ عَلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ عَلِيٌّ وَجَدْتُ فَاطِمَةَ قَدْ نَضَحَتِ الْبَيْتَ بِنَضُوحٍ قَالَ فَتَخَطَّيْتُهُ فَقَالَتْ لِي مَا لَكَ فَإِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَدْ أَمَرَ أَصْحَابَهُ فَأَحَلُّوا قَالَ قُلْتُ اِنِّي أَهْلَلْتُ بِإِهْلاَلِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ ، فَأَتَيْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ لِي كَيْفَ صَنَعْتَ قُلْتُ إِنِّي أَهْلَلْتُ بِمَا أَهْلَلْتَ قَالَ : فَإِنِّي قَدْ سُقْتُ الْهَدْىَ وَقَرَنْتُ.

“Rəvayət edilir ki, əl-Bəra ﵁ demişdir: “Peyğəmbər ﷺ Əlini Yəmənə əmir təyin etdiyi vaxt mən də Əlinin yanında idim. Ondan sonra mal-dövlətim çoxaldı. Əli Yəməndən Peyğəmbərin ﷺ yanına qayıtdı. Əli deyir: “Evə gəlib gördüm ki, Fatimə evin bütün künclərinə ətir vurub. Onun üstünə getdim. Fatimə dedi: “Sənə nə olub? Allah Elçisi ﷺ səhabələrinə belə etməyi əmr etdi. Onlar da ehramdan çıxıb belə etdilər”. Mən də: “Peyğəmbərin ﷺ niyyət etdiyinə niyyət edib ehrama girdim” deyib Peyğəmbərin ﷺ yanına gəldim. Peyğəmbər ﷺ mənə dedi: “Necə niyyət edərək ehrama girdin?” Mən dedim: “Sən nəyə niyyət etdinsə, mən də eyni cür niyyət etdim”. Peyğəmbər ﷺ buyurdu: “Elə isə mən qurban göndərdim və Qiran həccinə niyyət etdim”.”

əl-Bəra
Nəsəi, 2745 (Həcc, 127)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، أَنْبَأَنَا النَّضْرُ ، قَالَ : حَدَّثَنَا أَشْعَثُ ، عَنِ الْحَسَنِ ، عَنْ أَنَسٍ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى الظُّهْرَ بِالْبَيْدَاءِ ثُمَّ رَكِبَ ، وَصَعِدَ جَبَلَ الْبَيْدَاءِ ، وَأَهَلَّ بِالْحَجِّ وَالْعُمْرَةِ حِينَ صَلَّى الظُّهْرَ.

“Ənəs ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ “əl-Beyda” adlı yerdə Zöhr namazını qıldı, miniyinə minib əl-Beyda dağına qalxdı. Zöhr namazını qıldıqdan sonra həcc və ümrə niyyəti ilə ehrama girdi”.”

Ənəs
Nəsəi, 2755 (Həcc, 137)Zəif

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : أَقْبَلْنَا مُهِلِّينَ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِحَجٍّ مُفْرَدٍ ، وَأَقْبَلَتْ عَائِشَةُ مُهِلَّةً بِعُمْرَةٍ حَتَّى إِذَا كُنَّا بِسَرِفَ ، عَرَكَتْ حَتَّى إِذَا قَدِمْنَا طُفْنَا بِالْكَعْبَةِ ، وَبِالصَّفَا وَالْمَرْوَةِ ، فَأَمَرَنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَنْ يَحِلَّ مِنَّا مَنْ لَمْ يَكُنْ مَعَهُ هَدْيٌ ، قَالَ : فَقُلْنَا حِلُّ مَاذَا ؟ قَالَ : الْحِلُّ كُلُّهُ فَوَاقَعْنَا النِّسَاءَ ، وَتَطَيَّبْنَا بِالطِّيبِ ، وَلَبِسْنَا ثِيَابَنَا وَلَيْسَ بَيْنَنَا وَبَيْنَ عَرَفَةَ إِلاَّ أَرْبَعُ لَيَالٍ ، ثُمَّ أَهْلَلْنَا يَوْمَ التَّرْوِيَةِ ، ثُمَّ دَخَلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى عَائِشَةَ فَوَجَدَهَا تَبْكِي ، فَقَالَ : مَا شَأْنُكِ ؟ فَقَالَتْ : شَأْنِي أَنِّي قَدْ حِضْتُ ، وَقَدْ حَلَّ النَّاسُ ، وَلَمْ أُحْلِلْ ، وَلَمْ أَطُفْ بِالْبَيْتِ ، وَالنَّاسُ يَذْهَبُونَ إِلَى الْحَجِّ الآنَ ، فَقَالَ : إِنَّ هَذَا أَمْرٌ كَتَبَهُ اللَّهُ عَلَى بَنَاتِ آدَمَ ، فَاغْتَسِلِي ، ثُمَّ أَهِلِّي بِالْحَجِّ فَفَعَلَتْ ، وَوَقَفَتِ الْمَوَاقِفَ حَتَّى إِذَا طَهُرَتْ طَافَتْ بِالْكَعْبَةِ ، وَبِالصَّفَا وَالْمَرْوَةِ ، ثُمَّ قَالَ : قَدْ حَلَلْتِ مِنْ حَجَّتِكِ ، وَعُمْرَتِكِ جَمِيعًا فَقَالَتْ : يَا رَسُولَ اللهِ إِنِّي أَجِدُ فِي نَفْسِي أَنِّي لَمْ أَطُفْ بِالْبَيْتِ حَتَّى حَجَجْتُ ، قَالَ : فَاذْهَبْ بِهَا يَا عَبْدَ الرَّحْمَنِ فَأَعْمِرْهَا مِنَ التَّنْعِيمِ وَذَلِكَ لَيْلَةَ الْحَصْبَةِ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “İfrad həccini etmək üçün Allah Elçisi ﷺ ilə birlikdə idik. Aişə isə ehrama ümrə niyyəti ilə girmişdi və Sərif adlı yerə çatdıqda heyz oldu. Biz Kəbəni təvaf etdik, Səfa və Mərva arasında səy etdik. Allah Elçisi ﷺ bizə əmr edərək dedi: “Özü ilə qurban gətirməyənlər ehramdan çıxsınlar”. Biz dedik: “Hansı ehramdan?” O dedi: “Hamısından”. Biz də bundan sonra qadınlarımızla birlikdə olduq, gözəl ətirlərlə ətirləndik və paltarlarımızı geyindik. Arafaya getməyə yalnız dörd gecə qalmışdı. Tərviyə günü yenidən ehrama girdik. Allah Elçisi ﷺ Aişənin yanına gəldikdə onun ağladığını gördü və dedi: “Nə olub?” Aişə dedi: “Heyz olmuşam. Hamı ehramdan çıxdı, mən isə çıxmadım, təvaf etmədim. İndi hamı həcc etməyə gedir”. Allah Elçisi ﷺ buyurdu: “Bu, Allahın ﷿ Adəm qızları üçün əzəldən müəyyən etdiyi bir işdir. Buna görə də sən qüsl al və həcc niyəti ilə ehrama gir!” Aişə onun dediyi kimi etdi. Dayanılan yerlərdə dayandı, təmizləndikdən sonra Kəbəni təvaf etdi, Səfa və Mərva arasında da səy etdi. Bütün bunlardan sonra Peyğəmbər ﷺ buyurdu: “Həccin də, ümrən də yerinə yetirildi”. Aişə dedi: “Ey Allahın Elçisi, həcc edilənə qədər Kəbəni təvaf etmədiyimə görə özümdə naqislik hiss edirəm”. Allah Elçisi ﷺ Əbu Abdur-Rahmənə (Əbu Bəkrə) buyurdu: “Minadan qayıtdığın gecə Tənim adlı yerdə ehrama girsin və ona ümrə elətdir!” Bu hadisə Minadan enəndə əl-Həsbə günü baş vermişdir”.”

Cabir ibn Abdullah
Nəsəi, 2763 (Həcc, 145)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ وَاللَّفْظُ لَهُ عَنْ ابْنِ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ عُرْوَةَ بْنِ الزُّبَيْرِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : خَرَجْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي حَجَّةِ الْوَدَاعِ ، فَأَهْلَلْنَا بِعُمْرَةٍ ، ثُمَّ قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ كَانَ مَعَهُ هَدْيٌ ، فَلْيُهْلِلْ بِالْحَجِّ مَعَ الْعُمْرَةِ ثُمَّ لاَ يَحِلَّ ، حَتَّى يَحِلَّ مِنْهُمَا جَمِيعًا ، فَقَدِمْتُ مَكَّةَ ، وَأَنَا حَائِضٌ ، فَلَمْ أَطُفْ بِالْبَيْتِ ، وَلاَ بَيْنَ الصَّفَا وَالْمَرْوَةِ ، فَشَكَوْتُ ذَلِكَ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : انْقُضِي رَأْسَكِ ، وَامْتَشِطِي ، وَأَهِلِّي بِالْحَجِّ ، وَدَعِي الْعُمْرَةَ فَفَعَلْتُ ، فَلَمَّا قَضَيْتُ الْحَجَّ ، أَرْسَلَنِي رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، مَعَ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي بَكْرٍ إِلَى التَّنْعِيمِ ، فَاعْتَمَرْتُ ، قَالَ : هَذِهِ مَكَانُ عُمْرَتِكِ ، فَطَافَ الَّذِينَ أَهَلُّوا بِالْعُمْرَةِ بِالْبَيْتِ ، وَبَيْنَ الصَّفَا وَالْمَرْوَةِ ، ثُمَّ حَلُّوا ، ثُمَّ طَافُوا طَوَافًا آخَرَ بَعْدَ أَنْ رَجَعُوا مِنْ مِنًى لِحَجِّهِمْ ، وَأَمَّا الَّذِينَ جَمَعُوا الْحَجَّ وَالْعُمْرَةَ ، فَإِنَّمَا طَافُوا طَوَافًا وَاحِدًا.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Vida həccində biz Allah Elçisi ﷺ ilə birlikdə yola çıxmışdıq. Biz ümrə niyyəti ilə ehrama girdik. Sonra Allah Elçisi ﷺ buyurdu: “Kim yanında qurbanlıq heyvan gətiribsə, həcc ilə birlikdə ümrəni də niyyət edərək ehrama girsin, ikisini də bitirməyənə qədər ehramdan çıxmasın”. Məkkəyə gəldikdə mən heyz oldum. Nə Kəbəni təvaf edə bildim, nə də Səfa və Mərva arasında səy edə bildim. Bu vəziyyətdən Allah Elçisinə ﷺ şikayət etdikdə o belə dedi: “Hörükləri açıb saçını dara, həcc niyyəti ilə ehrama gir, ümrəni tərk et!” Mən onun dediklərini etdim, həcci bitirdikdən sonra Peyğəmbər ﷺ məni Abdur-Rahmən ibn Əbu Bəkrlə birlikdə Tənim adlı yerə göndərdi. Mən ümrəni oradan etdim. Abdur-Rahmən dedi: “Bura sənin ümrə edəcəyin yerdir”. Sonra ümrə niyyəti ilə ehrama girənlər ümrə etmək üçün Kəbəni təvaf etdilər, Səfa və Mərva arasında da səy etdilər, sonra isə ehramdan çıxdılar. Sonra Minadan qayıdaraq həcc niyyətilə təvaf etdilər, həcc və ümrə niyyəti ilə birlikdə ehrama girənlər yalnız bir dəfə təvaf etdilər”.”

Aişə
Nəsəi, 2764 (Həcc, 146)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ الرَّزَّاقِ ، قَالَ : أَنْبَأَنَا مَعْمَرٌ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، وَعَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : دَخَلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى ضُبَاعَةَ فَقَالَتْ : يَا رَسُولَ اللهِ ، إِنِّي شَاكِيَةٌ ، وَإِنِّي أُرِيدُ الْحَجَّ ، فَقَالَ لَهَا النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : حُجِّي ، وَاشْتَرِطِي إِنَّ مَحِلِّي حَيْثُ تَحْبِسُنِي قَالَ إِسْحَاقُ : قُلْتُ لِعَبْدِ الرَّزَّاقِ : كِلاَهُمَا عَنْ عَائِشَةَ هِشَامٌ وَالزُّهْرِيُّ ؟ قَالَ : نَعَمْ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : لاَ أَعْلَمُ أَحَدًا أَسْنَدَ هَذَا الْحَدِيثَ عَنِ الزُّهْرِيِّ غَيْرَ مَعْمَرٍ وَاللَّهُ سُبْحَانَهُ وَتَعَالَى أَعْلَمُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ Dubəanın yanına gəldi. Dubəa dedi: “Ey Allahın Elçisi, mənim xəstəliyim var və həcc etmək istəyirəm”. Peyğəmbər ﷺ ona buyurdu: “Ehramdan çıxacağım yer xəstəliyimə görə məni saxladığın yerdir” niyyəti ilə şərt qoşaraq həcc et!””

Aişə
Nəsəi, 2768 (Həcc, 150)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ عَمْرِو بْنِ السَّرْحِ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي يُونُسُ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ سَالِمٍ ، قَالَ : كَانَ ابْنُ عُمَرَ يُنْكِرُ الاِشْتِرَاطَ فِي الْحَجِّ ، وَيَقُولُ : أَلَيْسَ حَسْبُكُمْ سُنَّةُ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِنْ حُبِسَ أَحَدُكُمْ عَنِ الْحَجِّ طَافَ بِالْبَيْتِ ، وَبِالصَّفَا وَالْمَرْوَةِ ، ثُمَّ حَلَّ مِنْ كُلِّ شَيْءٍ حَتَّى يَحُجَّ عَامًا قَابِلاً ، وَيُهْدِي ، وَيَصُومُ ، إِنْ لَمْ يَجِدْ هَدْيًا.

“Rəvayət edilir ki, Səlim ﵀ demişdir: “İbn Ömər şərtli niyyət ilə həcc etməyi qəbul etməz və belə deyərdi: “Allah Elçisinin ﷺ sünnəsi sizə kifayət etmirmi? Əgər sizdən birinizin həcc etməsinə əngəl yaranarsa, Kəbəni təvaf etsin, Səfa və Mərva arasında səy etsin, gələn il yenidən həcc edənə qədər ehramdan çıxsın. Qurbanı varsa göndərsin, yoxdursa oruc tutsun”.”

Səlim
Nəsəi, 2769 (Həcc, 151)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ الرَّزَّاقِ ، قَالَ : أَنْبَأَنَا مَعْمَرٌ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَالِمٍ ، عَنْ أَبِيهِ أَنَّهُ كَانَ يُنْكِرُ الاِشْتِرَاطَ فِي الْحَجِّ ، وَيَقُولُ : مَا حَسْبُكُمْ سُنَّةُ نَبِيِّكُمْ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، إِنَّهُ لَمْ يَشْتَرِطْ ، فَإِنْ حَبَسَ أَحَدَكُمْ حَابِسٌ ، فَلْيَأْتِ الْبَيْتَ فَلْيَطُفْ بِهِ ، وَبَيْنَ الصَّفَا وَالْمَرْوَةِ ، ثُمَّ لِيَحْلِقْ ، أَوْ يُقَصِّرْ ، ثُمَّ لِيُحْلِلْ ، وَعَلَيْهِ الْحَجُّ مِنْ قَابِلٍ.

“Səlim ﵀ rəvayət edir ki, atası (İbn Ömər) şərtli niyyət ilə həcc etməyi qəbul etməz və belə deyərdi: “Sizin Peyğəmbərin ﷺ sünnəsi sizə kifayət edir. O, yerinə yetirəcəyi həcdə qarşısına bir əngəlin çıxacağına qarşı bir şərt qoymamışdı. Əgər sizdən birinizin həcc etməsinə maneə yaranarsa, Kəbəyə gedib onu təvaf etsin, Səfa və Mərva arasında səy etdikdən sonra saçını qırxıb qısaltsın və ehramdan çıxsın. Həccini isə gələn il etsin”.”

Səlim
Nəsəi, 2770 (Həcc, 152)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ ثَوْرٍ ، عَنْ مَعْمَرٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنِ الْمِسْوَرِ بْنِ مَخْرَمَةَ ، قَالَ : خَرَجَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ (ح) وَأَنْبَأَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، قَالَ : حَدَّثَنَا مَعْمَرٌ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنِ الْمِسْوَرِ بْنِ مَخْرَمَةَ ، وَمَرْوَانَ بْنِ الْحَكَمِ قَالَ : خَرَجَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ زَمَنَ الْحُدَيْبِيَةِ فِي بِضْعَ عَشْرَةَ مِئَةً مِنْ أَصْحَابِهِ حَتَّى إِذَا كَانُوا بِذِي الْحُلَيْفَةِ ، قَلَّدَ الْهَدْيَ ، وَأَشْعَرَ وَأَحْرَمَ بِالْعُمْرَةِ مُخْتَصَرٌ.

“Rəvayət edilir ki, əl-Misvər ibn Məxramə və Mərvan ibn əl-Həkəm ﵀ demişlər: “Allah Elçisi ﷺ Hudeybiyə vaxtı mindən çox səhabə ilə Məkkəyə doğru yola çıxdı və Zul-Huleyfəyə çatdıqda yanlarında olan qurbanlara işarə üçün boyunlarına ip keçirdilər və ümrə niyyəti ilə ehrama girdilər”.”

əl-Misvər ibn Məxramə və Mərvan ibn əl-Həkəm
Nəsəi, 2771 (Həcc, 153)Səhih

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا مُعَاذٌ ، قَالَ : حَدَّثَنِي أَبِي ، عَنْ قَتَادَةَ ، عَنْ أَبِي حَسَّانَ الأَعْرَجِ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ نَبِيَّ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَمَّا أَتَى ذَا الْحُلَيْفَةِ ، أَشْعَرَ الْهَدْيَ فِي جَانِبِ السَّنَامِ الأَيْمَنِ ، ثُمَّ أَمَاطَ عَنْهُ الدَّمَ ، وَقَلَّدَهُ نَعْلَيْنِ ، ثُمَّ رَكِبَ نَاقَتَهُ ، فَلَمَّا اسْتَوَتْ بِهِ الْبَيْدَاءَ ، لَبَّى وَأَحْرَمَ عِنْدَ الظُّهْرِ ، وَأَهَلَّ بِالْحَجِّ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ Zul-Huleyfəyə gəldikdə kəsəcəyi qurbanlıq dəvənin hörgücünün sağ tərəfinə qurbanlıq olmasını bildirmək üçün çərtərək işarə qoydu və boynuna ayaqqabı bağladı. Sonra dəvəsinə minərək yola düşdü və əl-Beyda deyilən yerə gələn kimi təlbiyə deyərək ehrama girdi və Zöhr vaxtı həcc etmək üçün niyyət etdi”.”

İbn Abbas
Nəsəi, 2782 (Həcc, 164)Səhih

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا ابْنُ عُلَيَّةَ ، قَالَ : حَدَّثَنَا هِشَامٌ الدَّسْتَوَائِيُّ ، عَنْ قَتَادَةَ ، عَنْ أَبِي حَسَّانَ الأَعْرَجِ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَمَّا أَتَى ذَا الْحُلَيْفَةِ أَشْعَرَ الْهَدْيَ مِنْ جَانِبِ السَّنَامِ الأَيْمَنِ ، ثُمَّ أَمَاطَ عَنْهُ الدَّمَ ، ثُمَّ قَلَّدَهُ نَعْلَيْنِ ، ثُمَّ رَكِبَ نَاقَتَهُ ، فَلَمَّا اسْتَوَتْ بِهِ الْبَيْدَاءَ أَحْرَمَ بِالْحَجِّ ، وَأَحْرَمَ عِنْدَ الظُّهْرِ ، وَأَهَلَّ بِالْحَجِّ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ Zul-Huleyfəyə gəldikdə qurbanlıq dəvələrin hörgüclərinin sağ tərəfini bir az kəsərək işarə qoydu. Sonra qanı dayandırdı və qurbanlıq olduğunu bildirmək üçün dəvənin boynuna iki ayaqqabı asdı. Sonra öz dəvəsinə minərək Zöhr vaxtı əl-Beyda deyilən yerə gəldi. Orada həcc niyyəti ilə ehrama girdi və həcc təlbiyəsini dedi”.”

İbn Abbas
Nəsəi, 2791 (Həcc, 173)Səhih

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ قُدَامَةَ ، عَنْ جَرِيرٍ ، عَنْ مَنْصُورٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : خَرَجْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَلاَ نُرَى إِلاَّ الْحَجَّ ، فَلَمَّا قَدِمْنَا مَكَّةَ طُفْنَا بِالْبَيْتِ ، أَمَرَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَنْ لَمْ يَكُنْ سَاقَ الْهَدْيَ ، أَنْ يَحِلَّ فَحَلَّ مَنْ لَمْ يَكُنْ سَاقَ الْهَدْيَ وَنِسَاؤُهُ لَمْ يَسُقْنَ فَأَحْلَلْنَ ، قَالَتْ عَائِشَةُ : فَحِضْتُ فَلَمْ أَطُفْ بِالْبَيْتِ ، فَلَمَّا كَانَتْ لَيْلَةُ الْحَصْبَةِ ، قُلْتُ : يَا رَسُولَ اللهِ ، يَرْجِعُ النَّاسُ بِعُمْرَةٍ وَحَجَّةٍ ، وَأَرْجِعُ أَنَا بِحَجَّةٍ ، قَالَ : أَوَ مَا كُنْتِ طُفْتِ لَيَالِيَ قَدِمْنَا مَكَّةَ قُلْتُ : لاَ ، قَالَ : فَاذْهَبِي مَعَ أَخِيكِ إِلَى التَّنْعِيمِ ، فَأَهِلِّي بِعُمْرَةٍ ، ثُمَّ مَوْعِدُكِ مَكَانُ كَذَا ، وَكَذَا.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Biz Allah Elçisi ﷺ ilə yalnız həcc etmək niyyəti ilə yola çıxdıq. Məkkəyə gəldikdə Kəbəni təvaf etdik. Allah Elçisi ﷺ qurbanlıq heyvan göndərməyənlərin ehramdan çıxmasını buyurdu. Bu səbəbdən qurbanlıq göndərməyənlər ehramdan çıxdılar. Peyğəmbərin ﷺ zövcələri də qurbanlıq heyvan göndərməmişdilər. Ona görə onlar da ehramdan çıxdılar”. Aişə deyir: “Mən heyzli olduğum üçün təvaf edə bilməmişdim. Minadan geri qayıdan gecə Allah Elçisinə ﷺ dedim: “Ey Allahın Elçisi! Hamı həcc və ümrə edib qayıdır, mən isə yalnız həcc etmişəm”. Peyğəmbər ﷺ buyurdu: “Məkkəyə gəldiyimiz gecə təvaf etməmişdin?” Mən də: “Xeyr” dedim. Allah Elçisi ﷺ buyurdu: “Elə isə qardaşınla birlikdə “ət-Tənim” deyilən yerə get, ümrə niyyəti ilə ehrama gir, ümrədə edilməsi lazım olan şeyləri et və yanımıza qayıt”.”

Aişə
Nəsəi, 2803 (Həcc, 185)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ يَحْيَى ، عَنْ عَمْرَةَ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : خَرَجْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، لاَ نُرَى إِلاَّ أَنَّهُ الْحَجُّ ، فَلَمَّا دَنَوْنَا مِنْ مَكَّةَ ، أَمَرَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، مَنْ كَانَ مَعَهُ هَدْيٌ أَنْ يُقِيمَ عَلَى إِحْرَامِهِ ، وَمَنْ لَمْ يَكُنْ مَعَهُ هَدْيٌ أَنْ يَحِلَّ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Biz yalnız həcc etmək niyyəti ilə Allah Elçisi ﷺ ilə yola çıxdıq. Məkkəyə gəldikdə Kəbəni təvaf etdik. Allah Elçisi ﷺ qurbanlıq heyvanı yanında olanlara ehramda qalmalarını, qurbanlıq heyvanı olmayanların isə ehramdan çıxmalarını buyurdu”.”

Aişə
Nəsəi, 2804 (Həcc, 186)Səhih

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا ابْنُ عُلَيَّةَ ، عَنْ ابْنِ جُرَيْجٍ ، قَالَ : أَخْبَرَنِي عَطَاءٌ ، عَنْ جَابِرٍ ، قَالَ : أَهْلَلْنَا أَصْحَابَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْحَجِّ خَالِصًا لَيْسَ مَعَهُ غَيْرُهُ خَالِصًا وَحْدَهُ ، فَقَدِمْنَا مَكَّةَ صَبِيحَةَ رَابِعَةٍ ، مَضَتْ مِنْ ذِي الْحِجَّةِ ، فَأَمَرَنَا النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : أَحِلُّوا ، وَاجْعَلُوهَا عُمْرَةً فَبَلَغَهُ عَنَّا أَنَّا نَقُولُ : لَمَّا لَمْ يَكُنْ بَيْنَنَا وَبَيْنَ عَرَفَةَ إِلاَّ خَمْسٌ ، أَمَرَنَا أَنْ نَحِلَّ فَنَرُوحَ إِلَى مِنًى ، وَمَذَاكِيرُنَا تَقْطُرُ مِنَ الْمَنِيِّ ، فَقَامَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَخَطَبَنَا ، فَقَالَ : فَقَدْ بَلَغَنِي الَّذِي قُلْتُمْ ، وَإِنِّي لأَبَرُّكُمْ وَأَتْقَاكُمْ ، وَلَوْلاَ الْهَدْيُ لَحَلَلْتُ ، وَلَوِ اسْتَقْبَلْتُ مِنْ أَمْرِي ، مَا اسْتَدْبَرْتُ مَا أَهْدَيْتُ قَالَ : وَقَدِمَ عَلِيٌّ مِنَ الْيَمَنِ فَقَالَ : بِمَا أَهْلَلْتَ ؟ قَالَ بِمَا أَهَلَّ بِهِ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : فَأَهْدِ ، وَامْكُثْ حَرَامًا كَمَا أَنْتَ قَالَ وَقَالَ سُرَاقَةُ بْنُ مَالِكِ بْنِ جُعْشُمٍ : يَا رَسُولَ اللهِ ، أَرَأَيْتَ عُمْرَتَنَا هَذِهِ لِعَامِنَا هَذَا أَوْ لِلأَبَدِ ؟ قَالَ : هِيَ لِلأَبَدِ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisinin ﷺ səhabələri olaraq yalnız həcc etmək niyyəti ilə ehrama girdik. Zil-Hiccənin dördüncü səhəri Məkkəyə gəldik. Allah Elçisi ﷺ ehramdan çıxmağımızı buyurdu və həcc niyyətimizi ümrə niyyəti ilə dəyişməyi əmr etdi. Arafaya çıxmağımıza beş gün qalmışdı ki, ehrama girib Minaya getməyimizi əmr etdi. (Zövcələrimizdən ayrı qaldığımıza görə) cinsiyyət üzvümüzdən məzi gəlirdi. Bu əsnada Peyğəmbər ﷺ qalxaraq bizə bir xütbə dedi: “Danışdıqlarınız mənə çatdı. Mən sizin aranızda Allaha ən çox itaət edən və yolunu Allahın Kitabı ilə getməyə çalışanınızam. Əgər qurbanlığımı (Məkkəyə) göndərməsəydim, mən də ehramdan çıxardım. Belə olacağını bilsəydim, qurbanlığı göndərməzdim”. Bu vaxt Əli Yəməndən qayıtmışdı. Peyğəmbər ﷺ ona dedi: “Ehram hansı niyyətlə girdin?” O da: “Allah Elçisi ﷺ hansı niyyətlə ehrama girdisə, mən də o niyyətlə ehrama girdim”- dedi. Peyğəmbər ﷺ buyurdu: “Qurbanlıq heyvanını göndər və indi olduğun kimi ehramlı olaraq qal”. Bu vaxt Suraqa ibn Malik ibn Cuşum dedi: “Ey Allahın Elçisi! Bu şəkildə edilən ümrə yalnız bu il üçün belədir, yoxsa həmişə belə olacaq?” Peyğəmbər ﷺ buyurdu: “Həmişə belə olacaq”.”

Cabir
Nəsəi, 2805 (Həcc, 187)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ الْعَزِيزِ وَهُوَ الدَّرَاوَرْدِيُّ ، عَنْ رَبِيعَةَ بْنِ أَبِي عَبْدِ الرَّحْمَنِ ، عَنِ الْحَارِثِ بْنِ بِلاَلٍ ، عَنْ أَبِيهِ ، قَالَ : قُلْتُ : يَا رَسُولَ اللهِ أَفَسْخُ الْحَجِّ لَنَا خَاصَّةً أَمْ لِلنَّاسِ عَامَّةً ؟ قَالَ : بَلْ لَنَا خَاصَّةً.

“Haris ibn Bilal atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən Peyğəmbərə ﷺ dedim: “Ey Allahın Elçisi, həcc niyyəti ilə başlayıb bunu ümrəyə çevirmək yalnız bizə aiddir, yoxsa bütün insanlara?” Peyğəmbər ﷺ buyurdu: “Yalnız bizə xasdır”.”

Haris ibn Bilal atasından
Nəsəi, 2808 (Həcc, 190)Zəif

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، وَمُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالاَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، قَالَ : سَمِعْتُ عَبْدَ الْوَارِثِ بْنَ أَبِي حَنِيفَةَ ، قَالَ : سَمِعْتُ إِبْرَاهِيمَ التَّيْمِيَّ ، يُحَدِّثُ عَنْ أَبِيهِ ، عَنْ أَبِي ذَرٍّ ، قَالَ : فِي مُتْعَةِ الْحَجِّ لَيْسَتْ لَكُمْ ، وَلَسْتُمْ مِنْهَا فِي شَيْءٍ ، إِنَّمَا كَانَتْ رُخْصَةً لَنَا ، أَصْحَابَ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Təməttu həcci yalnız sizə xas deyil, (bütün insanlara xasdır), lakin həcc niyyəti ilə başladılan ibadətin ümrə niyyətinə dəyişdirilməsi yalnız Muhəmmədin ﷺ səhabələrinə xasdır”.”

Əbu Zərr
Nəsəi, 2810 (Həcc, 192)Səhih

أَخْبَرَنَا عَبْدُ الأَعْلَى بْنُ وَاصِلِ بْنِ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا أَبُو أُسَامَةَ ، عَنْ وُهَيْبِ بْنِ خَالِدٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ طَاوُوسٍ ، عَنْ أَبِيهِ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : كَانُوا يُرَوْنَ أَنَّ الْعُمْرَةَ ، فِي أَشْهُرِ الْحَجِّ مِنْ أَفْجَرِ الْفُجُورِ فِي الأَرْضِ ، وَيَجْعَلُونَ الْمُحَرَّمَ صَفَرَ ، وَيَقُولُونَ : إِذَا بَرَأَ الدَّبَرْ ، وَعَفَا الْوَبَرْ ، وَانْسَلَخَ صَفَرْ - أَوْ قَالَ : دَخَلَ صَفَرْ - فَقَدْ حَلَّتِ الْعُمْرَةُ لِمَنِ اعْتَمَرْ ، فَقَدِمَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَصْحَابُهُ صَبِيحَةَ رَابِعَةٍ مُهِلِّينَ بِالْحَجِّ فَأَمَرَهُمْ أَنْ يَجْعَلُوهَا عُمْرَةً فَتَعَاظَمَ ذَلِكَ عِنْدَهُمْ ، فَقَالُوا : يَا رَسُولَ اللهِ أَيُّ الْحِلِّ ؟ قَالَ : الْحِلُّ كُلُّهُ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Cahiliyyə vaxtı həcc aylarında ümrə etmək yer üzündə edilən pisliklərin ən pisi sayılırdı. Ona görə də Muhərrəm ayının yerini Səfər ayı ilə dəyişdirir və deyirdilər: “Dəvələrin yaraları sağalıb tükləri çıxdıqda və Səfər ayı girdikdə ümrə etmək istəyən edə bilər”. Peyğəmbər ﷺ və səhabələri Məkkəyə gəldikdə həcc niyyəti ilə ehrama girdiklərinin dördüncü günün səhəri Peyğəmbər ﷺ onlara həcc niyyətlərini ümrə ilə dəyişdirmələrini əmr etdi. Bu, onlar üçün böyük bir hadisə idi, ona görə belə dedilər: “Ey Allahın Elçisi, ehramdan necə çıxaq?” Peyğəmbər ﷺ buyurdu: “Ehramdan tam çıxın!””

İbn Abbas
Nəsəi, 2813 (Həcc, 195)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ مُسْلِمٍ وَهُوَ الْقُرِّيُّ ، قَالَ : سَمِعْتُ ابْنَ عَبَّاسٍ ، يَقُولُ : أَهَلَّ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْعُمْرَةِ ، وَأَهَلَّ أَصْحَابُهُ بِالْحَجِّ ، وَأَمَرَ مَنْ لَمْ يَكُنْ مَعَهُ الْهَدْيُ ، أَنْ يَحِلَّ ، وَكَانَ فِيمَنْ لَمْ يَكُنْ مَعَهُ الْهَدْيُ طَلْحَةُ بْنُ عُبَيْدِ اللهِ ، وَرَجُلٌ آخَرُ فَأَحَلاَّ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ ümrə niyyəti ilə ehrama girdi. Səhabələri isə ehrama həcc niyyəti ilə girdilər. Sonra yanında qurbanlıq heyvan gətirməyənlərə ehramdan çıxmağı əmr etdi. Təlhə ibn Ubeydullah və başqa bir nəfər də qurbanlıq heyvan gətirməyənlərdən idilər. Onlar da ehramdan çıxdılar”.”

İbn Abbas
Nəsəi, 2814 (Həcc, 196)Səhih

أَخْبَرَنِي عُبَيْدُ اللهِ بْنُ فَضَالَةَ بْنِ إِبْرَاهِيمَ النَّسَائِيُّ ، قَالَ : أَنْبَأَنَا مُحَمَّدٌ وَهُوَ ابْنُ الْمُبَارَكِ الصُّورِيُّ ، قَالَ : حَدَّثَنَا مُعَاوِيَةُ وَهُوَ ابْنُ سَلاَّمٍ ، عَنْ يَحْيَى بْنِ أَبِي كَثِيرٍ ، قَالَ : أَخْبَرَنِي عَبْدُ اللهِ بْنُ أَبِي قَتَادَةَ ، أَنَّ أَبَاهُ ، أَخْبَرَهُ أَنَّهُ غَزَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ غَزْوَةَ الْحُدَيْبِيَةِ ، قَالَ : فَأَهَلُّوا بِعُمْرَةٍ غَيْرِي ، فَاصْطَدْتُ حِمَارَ وَحْشٍ ، فَأَطْعَمْتُ أَصْحَابِي مِنْهُ وَهُمْ مُحْرِمُونَ ، ثُمَّ أَتَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَأَنْبَأْتُهُ أَنَّ عِنْدَنَا مِنْ لَحْمِهِ فَاضِلَةً ، فَقَالَ : كُلُوهُ وَهُمْ مُحْرِمُونَ.

“Abdullah ibn Əbu Qatədə ﵀ rəvayət edir ki, atası Allah Elçisi ﷺ ilə birlikdə Hudeybiyyə döyüşündə idi. Atası deyir: “Məndən başqa hamı ümrə niyyəti ilə ehrama girmişdi. Mən bir çöleşşəyini ovlayaraq dostlarım ehramlı olmalarına baxmayaraq onlara yedirtdim. Sonra Allah Elçisinin ﷺ yanına gəldim və bu haqda ona məlumat verərək dedim: “Yanımda o ətdən var”. Peyğəmbər ﷺ orada olanlara: “Yeyin!” dedi. Onların hamısı ehramda idi.”

Abdullah ibn Əbu Qatədə
Nəsəi, 2825 (Həcc, 207)Səhih

أَخْبَرَنِي عَمْرُو بْنُ عُثْمَانَ ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنْ شُعَيْبٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، قَالَ : سَأَلْتُ عَائِشَةَ ، عَنْ قَوْلِ اللهِ عَزَّ وَجَلَّ {فَلاَ جُنَاحَ عَلَيْهِ أَنْ يَطَّوَّفَ بِهِمَا} فَوَاللَّهِ مَا عَلَى أَحَدٍ جُنَاحٌ أَنْ لاَ يَطُوفَ بِالصَفَا وَالْمَرْوَةِ ، قَالَتْ عَائِشَةُ : بِئْسَمَا قُلْتَ يَا ابْنَ أُخْتِي ‍إِنَّ هَذِهِ الآيَةَ لَوْ كَانَتْ كَمَا أَوَّلْتَهَا ، كَانَتْ فَلاَ جُنَاحَ عَلَيْهِ أَنْ لاَ يَطَّوَّفَ بِهِمَا ، وَلَكِنَّهَا نَزَلَتْ فِي الأَنْصَارِ قَبْلَ أَنْ يُسْلِمُوا ، كَانُوا يُهِلُّونَ لِمَنَاةَ الطَّاغِيَةِ الَّتِي كَانُوا يَعْبُدُونَ عِنْدَ الْمُشَلَّلِ ، وَكَانَ مَنْ أَهَلَّ لَهَا يَتَحَرَّجُ أَنْ يَطُوفَ بِالصَّفَا وَالْمَرْوَةِ ، فَلَمَّا سَأَلُوا رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ ذَلِكَ ؟ أَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ ، {إِنَّ الصَّفَا وَالْمَرْوَةَ مِنْ شَعَائِرِ اللهِ} فَمَنْ حَجَّ الْبَيْتَ أَوِ اعْتَمَرَ فَلاَ جُنَاحَ عَلَيْهِ أَنْ يَطَّوَّفَ بِهِمَا ثُمَّ قَدْ سَنَّ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، الطَّوَافَ بَيْنَهُمَا ، فَلَيْسَ لأَحَدٍ أَنْ يَتْرُكَ الطَّوَافَ بِهِمَا.

“Rəvayət edilir ki, Urva ﵀ demişdir: “Mən Aişədən Uca Allahın: “Həqiqətən, Səfa və Mərvə Allahın qoyduğu nişanələrdəndir. Kim evi (Kəbəni) həcc və ya ümrə niyyəti ilə ziyarət edərsə, bunları təvaf etməsində ona heç bir günah olmaz...” (əl-Bəqərə, 158) sözü haqqında soruşdum və “Allaha and olsun ki, Səfa və Mərvanı təvaf etməyən kimsəyə günah yoxdur”– dedim. Aişə dedi: “Sənin dediyin necə də pisdir, ey bacım oğlu! Əgər bu ayə sənin dediyin kimi təfsir olunsaydı, şübhəsiz ki, onları təvaf etməmək günah sayılmazdı. Lakin bu ayə ənsar barəsində nazil olmuşdur. Onlar İslam dinini qəbul etməmişdən əvvəl tapındıqları Mənat adlı bütü ziyarət etmək məqsədilə Müşəlləl deyilən yerdən yola düşərdilər. Hər kim Mənatı ziyarət etmək məqsədilə ora gələrdisə, Səfa və Mərvanı təvaf etməyi özünə günah hesab edərdi. Onlar bu haqda Allah Elçisindən ﷺ soruşduqda Allah ﷿ bu ayəni nazil etdi: “Həqiqətən, Səfa və Mərvə Allahın qoyduğu nişanələrdəndir...” (əl-Bəqərə, 158). Kim həcc və ümrə edərsə, onların arasında səy etmək günah deyil. Sonra Allah Elçisi ﷺ hər iki təpə arasında səy etməyi sünnə etdi və o zamandan bu yana bu sünnəni heç kim tərk etmədi”.”

Urva
Nəsəi, 2968 (Həcc, 350)Səhih

أَخْبَرَنَا عَبْدَةُ بْنُ عَبْدِ الرَّحِيمِ ، قَالَ : حَدَّثَنَا سَلَمَةُ بْنُ سُلَيْمَانَ ، قَالَ : أَنْبَأَنَا ابْنُ الْمُبَارَكِ ، قَالَ : أَنْبَأَنَا وُهَيْبٌ ، يَعْنِي ابْنَ الْوَرْدِ ، قَالَ : أَخْبَرَنِي عُمَرُ بْنُ مُحَمَّدِ بْنِ الْمُنْكَدِرِ ، عَنْ سُمَيٍّ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَنْ مَاتَ وَلَمْ يَغْزُ ، وَلَمْ يُحَدِّثْ نَفْسَهُ بِغَزْوٍ ، مَاتَ عَلَى شُعْبَةِ نِفَاقٍ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim döyüşmədən və nəfsində döyüşmək niyyəti olmadan ölərsə, onda nifaqdan bir parça olar”.”

Əbu Hureyra
Nəsəi, 3097 (Cihad, 13)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ جَبَلَةَ بْنِ عَطِيَّةَ ، عَنْ يَحْيَى بْنِ الْوَلِيدِ بْنِ عُبَادَةَ بْنِ الصَّامِتِ ، عَنْ جَدِّهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ غَزَا فِي سَبِيلِ اللهِ وَلَمْ يَنْوِ إِلاَّ عِقَالاً فَلَهُ مَا نَوَى.

“Rəvayət edilir ki, Ubadə ibn əs-Samit ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim Allah yolunda yüyən əldə etmək üçün döyüşərsə, ona niyyət etdiyi şey var”.”

Yəhya ibn əl-Vəlid ibn Ubadə ibn əs-Samit babasından
Nəsəi, 3138 (Cihad, 54)Həsən

أَخْبَرَنِي هَارُونُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ، قَالَ : أَنْبَأَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ جَبَلَةَ بْنِ عَطِيَّةَ ، عَنْ يَحْيَى بْنِ الْوَلِيدِ ، عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَنْ غَزَا وَهُوَ لاَ يُرِيدُ إِلاَّ عِقَالاً فَلَهُ مَا نَوَى.

“Ubadə ibn əs-Samit ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Yüyən əldə etmək üçün döyüşməyə niyyət edən adama niyyətində olan şey var”.”

Ubadə ibn əs-Samit
Nəsəi, 3139 (Cihad, 55)Həsən

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرِ بْنِ إِيَاسِ بْنِ مُقَاتِلِ بْنِ مُشَمْرِخِ بْنِ خَالِدٍ ، قَالَ : حَدَّثَنَا إِسْمَعِيلُ بْنُ إِبْرَاهِيمَ ، عَنْ أَيُّوبَ ، وَابْنِ عَوْنٍ ، وَسَلَمَةَ بْنِ عَلْقَمَةَ ، وَهِشَامِ بْنِ حَسَّانَ - دَخَلَ حَدِيثُ بَعْضِهِمْ فِي بَعْضٍ ، عَنْ مُحَمَّدِ بْنِ سِيرِينَ ، قَالَ سَلَمَةُ : عَنْ ابْنِ سِيرِينَ ، نُبِّئْتُ عَنْ أَبِي الْعَجْفَاءِ ، وَقَالَ الآخَرُونَ ، عَنْ مُحَمَّدِ بْنِ سِيرِينَ ، عَنْ أَبِي الْعَجْفَاءِ ، قَالَ : قَالَ عُمَرُ بْنُ الْخَطَّابِ : أَلاَ لاَ تَغْلُوا صُدُقَ النِّسَاءِ ، فَإِنَّهُ لَوْ كَانَ مَكْرُمَةً وَفِي الدُّنْيَا ، أَوْتَقْوَى عِنْدَ اللهِ عَزَّ وَجَلَّ ، كَانَ أَوْلاَكُمْ بِهِ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، مَا أَصْدَقَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ امْرَأَةً مِنْ نِسَائِهِ ، وَلاَ أُصْدِقَتْ امْرَأَةٌ مِنْ بَنَاتِهِ ، أَكْثَرَ مِنْ ثِنْتَيْ عَشْرَةَ أُوقِيَّةً ، وَإِنَّ الرَّجُلَ لَيُغْلِي بِصَدُقَةِ امْرَأَتِهِ ، حَتَّى يَكُونَ لَهَا عَدَاوَةٌ فِي نَفْسِهِ ، وَحَتَّى يَقُولَ : كُلِّفْتُ لَكُمْ عِلْقَ الْقِرْبَةِ ، وَكُنْتُ غُلاَمًا عَرَبِيًّا مُوَلَّدًا فَلَمْ أَدْرِ مَا عِلْقُ الْقِرْبَةِ ، قَالَ : وَأُخْرَى يَقُولُونَهَا : لِمَنْ قُتِلَ فِي مَغَازِيكُمْ ، أَوْ مَاتَ ، قُتِلَ فُلاَنٌ شَهِيدًا ، أَوْ مَاتَ فُلاَنٌ شَهِيدًا ، وَلَعَلَّهُ أَنْ يَكُونَ قَدْ أَوْقَرَ عَجُزَ دَابَّتِهِ ، أَوْ دَفَّ رَاحِلَتِهِ ذَهَبًا ، أَوْ وَرِقًا ، يَطْلُبُ التِّجَارَةَ ، فَلاَ تَقُولُوا ذَاكُمْ ، وَلَكِنْ قُولُوا كَمَا قَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مَنْ قُتِلَ فِي سَبِيلِ اللهِ ، أَوْ مَاتَ فَهُوَ فِي الْجَنَّةِ.

“Rəvayət edilir ki, Əbul-Acfə ﵀ demişdir: “Ömər ibn əl-Xattab buyurdu: “Qadınlara verdiyiniz mehri artıraraq həddi aşmayın! Əgər mehr dünyada üstünlük, Əgər mehri çoxaltmaq dünyada bir şərəf və ya Allah ﷿ yanında təqvaya daha yaxın bir şey olsaydı, bu işdə sizdən daha layiqli olan şəxs Peyğəmbər ﷺ olardı. Halbuki, Allah Elçisi ﷺ zövcələrindən və ya qızlarından heç birinə on iki uqiyədən artıq bir şey veməmişdir. Bir kişi zövcəsinə həddi aşacaq şəkildə mehr vermək məcburiyyətində qalarsa, girdiyi bu yükə görə zövcəsinə bir düşmənçilik bəsləməsinə və hətta “sənə görə ağır bir yükün altına girdim” deməsinə gətirib çıxara bilər”. Ravi deyir: “Mən bir ərəb oğlan uşağı olmağıma baxmayaraq, “ilqal-qirbə” sözünü başa düşə bilmədim. Bu sözün mənası isə: “Mehrin çox verilməsi yaxşı sayılmayan əməllərdəndir. Yaxşı olamayan əməllərdən biri də döyüşlərdə ölən və ya öldürülən hər bir kəs üçün “filankəs şəhid olaraq öldürüldü” deməyinizdir. Bəlkə də dediyiniz o şəxs döyüşə miniyini bol-bol qızıl və gümüşlə yükləmək və ya ticarət niyyəti ilə qoşulmuşdur. Ona görə də hər ölənə şəhid deməyin, Peyğəmbərin ﷺ dediyi kimi deyin. O belə deyərdi: “Kim Allah yolunda öldürülər və ya ölərsə, Cənnətlikdir”.”

Əbul-Acfə
Nəsəi, 3349 (Nikah, 154)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ مَسْلَمَةَ ، قَالَ : حَدَّثَنَا مَالِكٌ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ الْقَاسِمِ ، قَالَ : أَخْبَرَنِي مَالِكٌ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ مُحَمَّدِ بْنِ إِبْرَاهِيمَ ، عَنْ عَلْقَمَةَ بْنِ وَقَّاصٍ ، عَنْ عُمَرَ بْنِ الْخَطَّابِ ، رَضِيَ اللَّهُ عَنْهُ - وَفِي حَدِيثِ الْحَارِثِ ، أَنَّهُ سَمِعَ عُمَرَ - يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : إِنَّمَا الأَعْمَالُ بِالنِّيَّةِ ، وَإِنَّمَا لاِمْرِئٍ مَا نَوَى ، فَمَنْ كَانَتْ هِجْرَتُهُ إِلَى اللهِ وَرَسُولِهِ ، فَهِجْرَتُهُ إِلَى اللهِ وَرَسُولِهِ ، وَمَنْ كَانَتْ هِجْرَتُهُ لِدُنْيَا يُصِيبُهَا أَوِ امْرَأَةٍ يَتَزَوَّجُهَا ، فَهِجْرَتُهُ إِلَى مَا هَاجَرَ إِلَيْهِ.

“Rəvayət edilir ki, Ömər ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Əməllər yalnız niyyətlərə görədir. Hər kəsə də ancaq niyyət etdiyi şey qalacaq. Kimin hicrəti Allah və Onun Elçisi üçündürsə, onun hicrəti Allah və Onun Elçisi üçündür. Kim hicrəti əldə edəcəyi dünya (malına) və ya evlənəcəyi qadına görə etmişsə, onun hicrəti (Allah və Onun peyğəmbərinin razı olması üçün deyil) hicrət etdiyi şeyə aiddir”.”

Ömər
Nəsəi, 3437 (Talaq, 49)Səhih

أَخْبَرَنَا الْحَسَنُ بْنُ إِسْمَاعِيلَ بْنِ مُجَالِدٍ ، قَالَ : حَدَّثَنَا عِيسَى بْنُ يُونُسَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ يَزِيدَ بْنِ جَابِرٍ ، قَالَ : حَدَّثَنِي أَبُو سَلاَّمٍ الدِّمَشْقِيُّ ، عَنْ خَالِدِ بْنِ يَزِيدَ الْجُهَنِيِّ ، قَالَ : كَانَ عُقْبَةُ بْنُ عَامِرٍ ، يَمُرُّ بِي فَيَقُولُ : يَا خَالِدُ ، اخْرُجْ بِنَا نَرْمِي ، فَلَمَّا كَانَ ذَاتَ يَوْمٍ أَبْطَأْتُ عَنْهُ ، فَقَالَ : يَا خَالِدُ ، تَعَالَ أُخْبِرْكَ بِمَا قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : فَأَتَيْتُهُ ، فَقَالَ : قَالَ رَسُولُ اللَّهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : إِنَّ اللَّهَ يُدْخِلُ بِالسَّهْمِ الْوَاحِدِ ثَلاَثَةَ نَفَرٍ الْجَنَّةَ : صَانِعَهُ يَحْتَسِبُ فِي صُنْعِهِ الْخَيْرَ ، وَالرَّامِيَ بِهِ ، وَمُنَبِّلَهُ. " وَارْمُوا وَارْكَبُوا ، وَأَنْ تَرْمُوا أَحَبُّ إِلَيَّ مِنْ أَنْ تَرْكَبُوا. " وَلَيْسَ اللَّهْوُ إِلاَّ فِي ثَلاَثَةٍ : تَأْدِيبِ الرَّجُلِ فَرَسَهُ ، وَمُلاَعَبَتِهِ امْرَأَتَهُ ، وَرَمْيِهِ بِقَوْسِهِ ، وَنَبْلِهِ ، وَمَنْ تَرَكَ الرَّمْيَ بَعْدَ مَا عَلِمَهُ رَغْبَةً عَنْهُ ، فَإِنَّهَا نِعْمَةٌ كَفَرَهَا أَوْ قَالَ : كَفَرَ بِهَا.

“Rəvayət edilir ki, Xalid ibn Yəzid əl-Cuhəni ﵁ demişdir: “Uqbə ibn Amir mənim yanıma gələr və: “Ey Xalid, gəl mənimlə ox ataq!”, - deyərdi. Bir gün mən bir az gecikdikdə Uqbə dedi: “Ey Xalid, gəl sənə Allah Elçisinin ﷺ söylədiklərindən xəbər verim”. Mən gəldim. O dedi: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Allah sadəcə bir ox səbəbi ilə üç nəfəri Cənnətə daxil edər. Oxu düzəldən adam ki, onu düzəldərkən gözəl niyyətli olub xeyir istəyir. İkincisi oxu atan kimsədir. Üçüncüsü isə oxun ucunu itiləyib ox atana yardım edəndir. Ox atın, döyüş atlarına minin. Ox və digər atıcılıq işləri miniklərə minməkdən, məncə, daha sevimlidir. Üç şeylə məşğul olmaq boş şeylərlə məşğul olmaq sayılmır. Adamın öz atı ilə məşğul olması, döyüş atları ilə məşğul olması və zövcəsi ilə oynaşması. Kim ox atmağı öyrəndikdən sonra ondan üz çevirərsə, ona qarşı nankorluq etmişdir, çünki ox atmağı öyrənmək nemətdir”.”

Xalid ibn Yəzid əl-Cuhəni
Nəsəi, 3578 (Atlar, 18)Zəif

أَخْبَرَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، عَنْ ابْنِ أَبِي ذِئْبٍ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ : أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ سَابَقَ بَيْنَ الْخَيْلِ يُرْسِلُهَا مِنَ الْحَفْيَاءِ ، وَكَانَ أَمَدُهَا ثَنِيَّةَ الْوَدَاعِ ، وَسَابَقَ بَيْنَ الْخَيْلِ الَّتِي لَمْ تُضْمَرْن وَكَانَ أَمَدُهَا مِنَ الثَّنِيَّةِ إِلَى مَسْجِدِ بَنِي زُرَيْقٍ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ atlar arasında yarış keçirdi. Bu yarış əl-Həfyada başladı və Səniyyətul-Vəda təpəsində sona çatdı. Yarış üçün hazırlanmamış atlar üçün də yarış keçirdi və bu yarış da Səniyyətul-Vəda təpəsində başlayaraq Bəni Zureyq məscidinin yanında sona çatdı.”

İbn Ömər
Nəsəi, 3583 (Atlar, 23)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ : أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، سَابَقَ بَيْنَ الْخَيْلِ الَّتِي قَدْ أُضْمِرَتْ مِنَ الْحَفْيَاءِ ، وَكَانَ أَمَدُهَا ثَنِيَّةَ الْوَدَاعِ ، وَسَابَقَ بَيْنَ الْخَيْلِ الَّتِي لَمْ تُضْمَرْ مِنَ الثَّنِيَّةِ إِلَى مَسْجِدِ بَنِي زُرَيْقٍ وَأَنَّ عَبْدَ اللهِ ، كَانَ مِمَّنْ سَابَقَ بِهَا.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ məşq etdirilmiş atlar arasında Həfyə adlı yerdən başlayaraq yarış təşkil etdi və onların son nöqtəsi Səniyyətul-Vəda idi. Həmçinin məşq etdirilməmiş atlar arasında da Səniyyədən Bəni Zureyq məscidinə qədər yarış təşkil etdi. Abdullah da həmin yarışda iştirak edənlərdən biri idi.”

İbn Ömər
Nəsəi, 3584 (Atlar, 24)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا سُلَيْمَانُ بْنُ حَيَّانَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ مُحَمَّدِ بْنِ إِبْرَاهِيمَ ، عَنْ عَلْقَمَةَ بْنِ وَقَّاصٍ ، عَنْ عُمَرَ بْنِ الْخَطَّابِ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : إِنَّمَا الأَعْمَالُ بِالنِّيَّةِ ، وَإِنَّمَا لاِمْرِئٍ مَا نَوَى ، فَمَنْ كَانَتْ هِجْرَتُهُ إِلَى اللهِ وَرَسُولِهِ ، فَهِجْرَتُهُ إِلَى اللهِ وَرَسُولِهِ ، وَمَنْ كَانَتْ هِجْرَتُهُ لِدُنْيَا يُصِيبُهَا ، أَوِ امْرَأَةٍ يَتَزَوَّجُهَا ، فَهِجْرَتُهُ إِلَى مَا هَاجَرَ إِلَيْهِ.

“Ömər ibn əl-Xattab ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Əməllər yalnız niyyətlərə görədir. Hər kəsə də ancaq niyyət etdiyi şey qalacaq. Kim hicrəti Allah və Onun Elçisi üçündürsə, onun hicrəti Allaha və Onun Elçisinədir. Kimin də hicrəti əldə edəcəyi dünya malına və ya evlənəcəyi qadına görədirsə, onun hicrəti (Allah və Onun peyğəmbərinin razı olması üçün deyil) hicrət etdiyi şeyə aiddir”.”

Ömər ibn əl-Xattab
Nəsəi, 3794 (Andlar, 34)Səhih

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ دَاوُدَ ، قَالَ : حَدَّثَنَا مُعَلَّى بْنُ أَسَدٍ ، قَالَ : حَدَّثَنَا وُهَيْبُ بْنُ خَالِدٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ طَاوُوسٍ ، عَنْ أَبِيهِ ، عَنْ صَفْوَانَ بْنِ أُمَيَّةَ قَالَ : قُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنَّهُمْ يَقُولُونَ : إِنَّ الْجَنَّةَ لاَ يَدْخُلُهَا إِلاَّ مُهَاجِرٌ ، قَالَ : لاَ هِجْرَةَ بَعْدَ فَتْحِ مَكَّةَ ، وَلَكِنْ جِهَادٌ وَنِيَّةٌ ، فَإِذَا اسْتُنْفِرْتُمْ فَانْفِرُوا.

“Rəvayət edilir ki, Safvən ibn Umeyyə ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, onlar deyirlər ki, hicrət etməyən Cənnətə girməyəcək. Allah Elçisi ﷺ buyurdu: “Məkkənin fəthindən sonra hicrət yoxdur, lakin cihad və niyyət vardır. Odur ki, döyüşə çağırıldığınız zaman tələsin!””

Safvən ibn Umeyyə
Nəsəi, 4169 (Beyət, 21)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ سُفْيَانَ قَالَ : حَدَّثَنِي مَنْصُورٌ ، عَنْ مُجَاهِدٍ ، عَنْ طَاوُوسٍ ، عَنْ ابْنِ عَبَّاسٍ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَوْمَ الْفَتْحِ : لاَ هِجْرَةَ ، وَلَكِنْ جِهَادٌ وَنِيَّةٌ ، فَإِذَا اسْتُنْفِرْتُمْ فَانْفِرُوا.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ Məkkənin fəthi günü belə buyurdu: “Artıq hicrət yoxdur, lakin cihad və niyyət vardır. Odur ki, döyüşə çağırıldığınız zaman tələsin!””

İbn Abbas
Nəsəi, 4170 (Beyət, 22)Səhih

حَدَّثَنَا هَارُونُ بْنُ عَبْدِ اللهِ الْحَمَّالُ ، حَدَّثَنَا الْحُسَيْنُ بْنُ عَلِيٍّ الْجُعْفِيُّ ، عَنْ زَائِدَةَ ، عَنْ سُلَيْمَانَ الأَعْمَشِ ، عَنْ حَبِيبِ بْنِ أَبِي ثَابِتٍ ، عَنْ عَبْدَةَ بْنِ أَبِي لُبَابَةَ ، عَنْ سُوَيْدِ بْنِ غَفَلَةَ ، عَنْ أَبِي الدَّرْدَاءِ ، يَبْلُغُ بِهِ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَنْ أَتَى فِرَاشَهُ ، وَهُوَ يَنْوِي أَنْ يَقُومَ فَيُصَلِّيَ مِنَ اللَّيْلِ ، فَغَلَبَتْهُ عَيْنُهُ حَتَّى يُصْبِحَ ، كُتِبَ لَهُ مَا نَوَى ، وَكَانَ نَوْمُهُ صَدَقَةً عَلَيْهِ مِنْ رَبِّهِ.

“Əbu əd-Dərdə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Kim yatağına girdiyi zaman gecə qalxıb namaz qılacağına niyyət edərsə, sonra da yuxu ona qalib gələr və yatıb qalarsa, niyyət etdiyinin savabını qazanar və bu yuxu onun üçün Rəbbindən bir sədəqə olar”.”

Əbu əd-Dərdə
İbn Məcə, 1344 (İqamətus-salat, 542)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا خَالِدُ بْنُ مَخْلَدٍ الْقَطَوَانِيُّ ، عَنْ إِسْحَاقَ بْنِ حَازِمٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي بَكْرِ بْنِ عَمْرِو بْنِ حَزْمٍ ، عَنْ سَالِمٍ ، عَنِ ابْنِ عُمَرَ ، عَنْ حَفْصَةَ ، قَالَتْ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ صِيَامَ لِمَنْ لَمْ يَفْرِضْهُ مِنَ اللَّيْلِ.

“Rəvayət edilir ki, Həfsa ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Gecədən oruc tutmaq niyyəti olmayanın orucu yoxdur”.”

Həfsa
İbn Məcə, 1700 (Oruc, 63)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ، أَخْبَرَنَا هُشَيْمٌ ، عَنْ عَبَّادِ بْنِ أَبِي صَالِحٍ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّمَا الْيَمِينُ عَلَى نِيَّةِ الْمُسْتَحْلِفِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Tələb olunan and yalnız and içdirənin niyyətinə görədir”.”

Əbu Hureyra
İbn Məcə, 2120 (Kəffarələr, 31)Səhih

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا يُوسُفُ بْنُ مُحَمَّدِ بْنِ صَيْفِيِّ بْنِ صُهَيْبِ الْخَيْرِ , حَدَّثَنِي عَبْدُ الْحَمِيدِ بْنُ زِيَادِ بْنِ صَيْفِيِّ بْنِ صُهَيْبٍ ، عَنْ شُعَيْبِ بْنِ عَمْرٍو ، حَدَّثَنَا صُهَيْبُ الْخَيْرِ ، عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : أَيُّمَا رَجُلٍ تَدَيَّنَ دَيْنًا ، وَهُوَ مُجْمِعٌ أَنْ لاَ يُوَفِّيَهُ إِيَّاهُ ، لَقِيَ اللَّهَ سَارِقًا.

“Suheyb əl-Xayr ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim ödəmək niyyəti olmadan bir kəsdən borc götürərsə, Allahla oğru olaraq qarşılaşar”.”

Suheyb əl-Xayr
İbn Məcə, 2410 (Sədəqələr, 21)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ خَلَفٍ الْعَسْقَلاَنِيُّ ، حَدَّثَنَا يَعْلَى ، حَدَّثَنَا سُلَيْمَانُ بْنُ يَسِيرٍ ، عَنْ قَيْسِ بْنِ رُومِيٍّ ، قَالَ : كَانَ سُلَيْمَانُ بْنُ أُذُنَانٍ يُقْرِضُ عَلْقَمَةَ أَلْفَ دِرْهَمٍ إِلَى عَطَائِهِ ، فَلَمَّا خَرَجَ عَطَاؤُهُ تَقَاضَاهَا مِنْهُ وَاشْتَدَّ عَلَيْهِ ، فَقَضَاهُ ، فَكَأَنَّ عَلْقَمَةَ غَضِبَ ، فَمَكَثَ أَشْهُرًا ثُمَّ أَتَاهُ ، فَقَالَ : أَقْرِضْنِي أَلْفَ دِرْهَمٍ إِلَى عَطَائِي ، قَالَ : نَعَمْ ، وَكَرَامَةً ، يَا أُمَّ عُتْبَةَ هَلُمِّي تِلْكَ الْخَرِيطَةَ الْمَخْتُومَةَ الَّتِي عِنْدَكِ ، فَجَاءَتْ بِهَا ، فَقَالَ : أَمَا وَاللَّهِ إِنَّهَا لَدَرَاهِمُكَ الَّتِي قَضَيْتَنِي ، مَا حَرَّكْتُ مِنْهَا دِرْهَمًا وَاحِدًا ، قَالَ : فَلِلَّهِ أَبُوكَ مَا حَمَلَكَ عَلَى مَا فَعَلْتَ بِي ؟ قَالَ : مَا سَمِعْتُ مِنْكَ ، قَالَ : مَا سَمِعْتَ مِنِّي ؟ قَالَ : سَمِعْتُكَ تَذْكُرُ عَنِ ابْنِ مَسْعُودٍ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَا مِنْ مُسْلِمٍ يُقْرِضُ مُسْلِمًا قَرْضًا مَرَّتَيْنِ إِلاَّ كَانَ كَصَدَقَتِهَا مَرَّةً ، قَالَ : كَذَلِكَ أَنْبَأَنِي ابْنُ مَسْعُودٍ.

“Rəvayət edilir ki, Qeys ibn Rumi ﵀ demişdir: “Süleyman ibn Uzunan Alqaməyə müəyyən vaxta qədər min dirhəm borc vermişdi. Vaxt bitdikdə Süleyman Alqamədən verdiyini geri almaq istədi və onu sıxışdırdı. Alqamə də borcunu ödədi. Amma Alqamə bir qədər qəzəbli idi və bir neçə ay gözlədi. Sonra Süleymanın yanına gedərək ona dedi: “Müəyyən vaxta qədər mənə min dirhəm borc ver”. Süleyman da: “Yaxşı, məmnuniyyətlə! Ey Ummu Utbə, səndəki qara kisəni mənə gətir”- dedi. Ummu Utbə kisəni gətirdi və Süleyman Alqaməyə xitabən dedi: “Bil ki, Allaha and olsun, bu dirhəmlər sənin mənə ödədiyin dirhəmlərdir. Mən bundan bir dirhəm belə dəyişdirməmişəm”. Alqamə dedi: “Allah atandan razı olsun! Bəs (borcu aldıqda) məni sıxışdırmağının səbəbi nə idi?” Süleyman dedi: “Səndən eşitdiyim hədis”. Alqamə dedi: “Məndən nə eşitmisən ki?” Süleyman dedi: “Mən səndən eşitdim ki, İbn Məsud Peyğəmbərin ﷺ belə buyurduğunu rəvayət etmişdir: “Bir müsəlmana bir şeyi iki dəfə borc verən elə bir müsəlman yoxdur ki, bu əməli o şeyi bir dəfə sədəqə etməsi kimi olmasın”. Alqamə dedi: “İbn Məsud mənə belə rəvayət etmişdir”.”

Qeys ibn Rumi
İbn Məcə, 2430 (Sədəqələr, 41)Zəif

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ نُمَيْرٍ ، عَنْ عُبَيْدِ اللهِ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : ضَمَّرَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ الْخَيْلَ ، فَكَانَ يُرْسِلُ الَّتِي ضُمِّرَتْ مِنَ الْحَفْيَاءِ إِلَى ثَنِيَّةِ الْوَدَاعِ ، وَالَّتِي لَمْ تُضَمَّرْ مِنْ ثَنِيَّةِ الْوَدَاعِ إِلَى مَسْجِدِ بَنِي زُرَيْقٍ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ bəzi atları yarışa çıxardı. Sonra həmin atları “əl-Həfya”dan “Səniyyətul-Vədəa”ya qədər çapdırırdı. Yarışa çıxarmadığı atları isə “Səniyyətul-Vədəa”dan “Bəni Zureyq”ə qədər çapdırırdı”.”

İbn Ömər
İbn Məcə, 2877 (Cihad, 125)Səhih

عَنْ أَبُو هُرَيْرَةَ عَنْ مُحَمَّدٍ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَذَكَرَ أَحَادِيثَ مِنْهَا قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ اللَّهُ عَزَّ وَجَلَّ إِذَا تَحَدَّثَ عَبْدِي بِأَنْ يَعْمَلَ حَسَنَةً فَأَنَا أَكْتُبُهَا لَهُ حَسَنَةً مَا لَمْ يَعْمَلْ فَإِذَا عَمِلَهَا فَأَنَا أَكْتُبُهَا بِعَشْرِ أَمْثَالِهَا وَإِذَا تَحَدَّثَ بِأَنْ يَعْمَلَ سَيِّئَةً فَأَنَا أَغْفِرُهَا لَهُ مَا لَمْ يَعْمَلْهَا فَإِذَا عَمِلَهَا فَأَنَا أَكْتُبُهَا لَهُ بِمِثْلِهَا وَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتْ الْمَلَائِكَةُ رَبِّ ذَاكَ عَبْدُكَ يُرِيدُ أَنْ يَعْمَلَ سَيِّئَةً وَهُوَ أَبْصَرُ بِهِ فَقَالَ ارْقُبُوهُ فَإِنْ عَمِلَهَا فَاكْتُبُوهَا لَهُ بِمِثْلِهَا وَإِنْ تَرَكَهَا فَاكْتُبُوهَا لَهُ حَسَنَةً إِنَّمَا تَرَكَهَا مِنْ جَرَّايَ وَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا أَحْسَنَ أَحَدُكُمْ إِسْلَامَهُ فَكُلُّ حَسَنَةٍ يَعْمَلُهَا تُكْتَبُ بِعَشْرِ أَمْثَالِهَا إِلَى سَبْعِ مِائَةِ ضِعْفٍ وَكُلُّ سَيِّئَةٍ يَعْمَلُهَا تُكْتَبُ بِمِثْلِهَا حَتَّى يَلْقَى اللَّهَ

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi Muhəmməd ﷺ belə dedi: “Allah ﷿ buyurdu: “Əgər qulum bir yaxşılıq etmək qərarına gəlsə, onu yerinə yetirə bilmədikdə belə Mən ona bir savab yazaram. Hərgah yerinə yetirərsə, Mən (ona) bunun on mislində savab yazaram. Əgər o, bir günah etmək qərarına gələr, sonra da bundan vaz keçərsə, Mən onun (bu pis) niyyətini bağışlayaram. Hərgah bunu həyata keçirərsə, etdiyinin misli qədər ona günah yazaram”. Allah Elçisi ﷺ buyurdu: “Mələklər dedilər: “Ey Rəbbimiz! Sənin bu qulun günah iş etmək istəyir”. Allah onu hamıdan yaxşı gördüyü halda (mələklərə) buyurdu: “Ona nəzarət edin! Əgər bunu həyata keçirərsə, ona bunun misli qədər günah yazın. Yox, əgər bundan vaz keçərsə, ona bir savab yazın. Çünki o, bunu Mənim xatirimə tərk etmişdir”. Həmçinin, Allah Elçisi ﷺ buyurdu: “Sizdən (hansı) biriniz layiqli müsəlman olarsa, etdiyi hər yaxşılığa görə ona bunun on mislindən yeddi yüz mislinədək savab yazılar. Etdiyi hər bir pis əməlinə görə isə cəmi bir günah yazılar. Bu, ta Allaha qovuşanadək beləcə davam edər”.”

Əbu Hureyra
Qüdsi hədislər, 137 (Kitab 10, 4)Səhih

عَنِ ابْنِ عَبَّاسٍ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِيمَا يَرْوِى عَنْ رَبِّهِ عَزَّ وَجَلَّ قَالَ قَالَ «إِنَّ اللَّهَ كَتَبَ الْحَسَنَاتِ وَالسَّيِّئَاتِ، ثُمَّ بَيَّنَ ذَلِكَ فَمَنْ هَمَّ بِحَسَنَةٍ فَلَمْ يَعْمَلْهَا كَتَبَهَا اللَّهُ لَهُ عِنْدَهُ حَسَنَةً كَامِلَةً، فَإِنْ هُوَ هَمَّ بِهَا فَعَمِلَهَا كَتَبَهَا اللَّهُ لَهُ عِنْدَهُ عَشْرَ حَسَنَاتٍ إِلَى سَبْعِمِائَةِ ضِعْفٍ إِلَى أَضْعَافٍ كَثِيرَةٍ، وَمَنْ هَمَّ بِسَيِّئَةٍ فَلَمْ يَعْمَلْهَا كَتَبَهَا اللَّهُ لَهُ عِنْدَهُ حَسَنَةً كَامِلَةً، فَإِنْ هُوَ هَمَّ بِهَا فَعَمِلَهَا كَتَبَهَا اللَّهُ لَهُ سَيِّئَةً وَاحِدَةً»

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ Rəbbindən ﷿ rəvayət edərək belə buyurdu: “Allah savab və günah işləri yazmış, sonra da bunları bəyan etmişdir: “Kim bir savab iş görməyə niyyət etsə, sonra buna əməl etməzsə, Allah onun üçün Öz yanında tam bir savab yazar. Əgər o, savab iş görməyə niyyət edər və bunu yerinə yetirərsə, Allah onun üçün Öz yanında ondan yeddi yüzədək, hətta bundan qat-qat artıq savab yazar. Kim bir günah iş görməyə niyyət etsə, sonra buna əməl etməzsə, Allah onun üçün Öz yanında tam bir savab yazar. Əgər o, günah iş görməyə niyyət edər və bunu yerinə yetirərsə, Allah ona cəmi bir günah yazar”.”

İbn Abbas
Qüdsi hədislər, 138 (Kitab 10, 5)Səhih

عَنْ أَبِي الدَّرْدَاءِ ، يَبْلُغُ بِهِ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَنْ أَتَى فِرَاشَهُ ، وَهُوَ يَنْوِي أَنْ يَقُومَ فَيُصَلِّيَ مِنَ اللَّيْلِ ، فَغَلَبَتْهُ عَيْنُهُ حَتَّى يُصْبِحَ ، كُتِبَ لَهُ مَا نَوَى ، وَكَانَ نَوْمُهُ صَدَقَةً عَلَيْهِ مِنْ رَبِّهِ.

“Əbu əd-Dərdə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim yatağına girdiyi zaman gecə qalxıb namaz qılacağına niyyət edərsə, sonra da yuxu ona qalib gələr və yatıb qalarsa, niyyət etdiyinin savabını qazanar və bu yuxu onun üçün Rəbbindən bir sədəqə olar”.”

Əbu əd-Dərdə
Fəzilətli əməllər, 247 (Kitab 5, 43)Səhih

حَدَّثَنِى أَبُو كَبْشَةَ الأَنْمَارِىُّ أَنَّهُ سَمِعَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «ثَلاَثَةٌ أُقْسِمُ عَلَيْهِنَّ وَأُحَدِّثُكُمْ حَدِيثًا فَاحْفَظُوهُ». قَالَ: «مَا نَقَصَ مَالُ عَبْدٍ مِنْ صَدَقَةٍ وَلاَ ظُلِمَ عَبْدٌ مَظْلِمَةً فَصَبَرَ عَلَيْهَا إِلاَّ زَادَهُ اللَّهُ عِزًّا وَلاَ فَتَحَ عَبْدٌ بَابَ مَسْأَلَةٍ إِلاَّ فَتَحَ اللَّهُ عَلَيْهِ بَابَ فَقْرٍ أَوْ كَلِمَةً نَحْوَهَا وَأُحَدِّثُكُمْ حَدِيثًا فَاحْفَظُوهُ قَالَ: «إِنَّمَا الدُّنْيَا لأَرْبَعَةِ نَفَرٍ عَبْدٍ رَزَقَهُ اللَّهُ مَالاً وَعِلْمًا فَهُوَ يَتَّقِى فِيهِ رَبَّهُ وَيَصِلُ فِيهِ رَحِمَهُ وَيَعْلَمُ لِلَّهِ فِيهِ حَقًّا فَهَذَا بِأَفْضَلِ الْمَنَازِلِ وَعَبْدٍ رَزَقَهُ اللَّهُ عِلْمًا وَلَمْ يَرْزُقْهُ مَالاً فَهُوَ صَادِقُ النِّيَّةِ يَقُولُ: لَوْ أَنَّ لِى مَالاً لَعَمِلْتُ بِعَمَلِ فُلاَنٍ فَهُوَ بِنِيَّتِهِ فَأَجْرُهُمَا سَوَاءٌ وَعَبْدٍ رَزَقَهُ اللَّهُ مَالاً وَلَمْ يَرْزُقْهُ عِلْمًا فَهُوَ يَخْبِطُ فِى مَالِهِ بِغَيْرِ عِلْمٍ لاَ يَتَّقِى فِيهِ رَبَّهُ وَلاَ يَصِلُ فِيهِ رَحِمَهُ وَلاَ يَعْلَمُ لِلَّهِ فِيهِ حَقًّا فَهَذَا بِأَخْبَثِ الْمَنَازِلِ وَعَبْدٍ لَمْ يَرْزُقْهُ اللَّهُ مَالاً وَلاَ عِلْمًا فَهُوَ يَقُولُ لَوْ أَنَّ لِى مَالاً لَعَمِلْتُ فِيهِ بِعَمَلِ فُلاَنٍ فَهُوَ بِنِيَّتِهِ فَوِزْرُهُمَا سَوَاءٌ»

“Rəvayət edilir ki, Əbu Kəbşə (Ömər ibn Səd) əl-Ənməri ﵁ Allah Elçisinin ﷺ belə dediyini eşitmişdir: “Üç şey var ki, onlar barəsində and içərəm. Mən sizə bir hədis danışacağam, onu yadınızda saxlayın. Barəsində and içdiyim üç şey isə bunlardır; (birincisi,) sədəqə verməklə qulun malı azalmaz. (İkincisi,) zülm olunaraq buna səbir edən elə bir qul yoxdur ki, Allah bununla onun hörmət və izzətini artırmasın. (Üçüncüsü,) qul başqalarından dilənmək qapısını açdıqca, Allah onun üzünə yoxsulluq qapısını açar. Sizə söyləyəcəyim hədis budur, onu yadınızda yaxşı-yaxşı saxlayın. Dünyada dörd sinif insan var. (Birincisi,) Allahın mal və elm bəxş etdiyi bəndədir ki, o, buna görə Rəbbindən qorxar, qohum-əqrəbasına əl-tutar və ona verilən nemətdə Allahın haqqını unutmaz. Bu, Allah dərgahında ən üstün dərəcədir. (İkincisi,) Allahın elm verib mal vermədiyi insandır. O: “Əgər malım olsaydı, mən də filankəsin etdiyi (yaxşı əməli) edərdim”- deyər və bununla da savabı həmin şəxslə bərabər olar. (Üçüncüsü,) Allahın mal verib elm vermədiyi bəndədir ki, onu hara sərf edəcəyinin lazımlığını bilmədən (nəfsinin istəklərinə uyğun) sərf edər, ona verilən sərvətə görə Rəbbindən qorxmaz, qohumlarına əl tutmaz, malında Allahın haqqını tanımaz. Bu da Allah dərgahında ən pis dərəcədir. (Dördüncüsü,) Allahın nə mal, nə də elm verdiyi bəndədir. O: “Əgər malım olsaydı, mən də filankəs etdiyi (nalayiq hərəkətləri) edərdim”- deyər və bununla da niyyətinin müqabilində həmin şəxslə bərabər olar”.”

Əbu Kəbşə əl-Ənməri
Fəzilətli əməllər, 671 (Kitab 14, 29)Səhih

عَنْ مَيْمُونَة قَالَتْ: سَمِعْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «مَنْ ادَّانَ دَيْناً يَنْوِي قَضَاءَهُ، أَدَّاى اللهُ عَنْهُ يَوْمَ الْقِيَامَةِ».

“Rəvayət edilir ki, Məymunə ﵂ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Kim ödəmək niyyəti ilə borc alarsa, (onu ödəyə bilmədikdə) Qiyamət günü Allah onun borcunu ödəyər”.”

Məymunə
Fəzilətli əməllər, 1066 (Kitab 20, 57)Səhih
Daha çox göstər

90 / 91 hədis göstərilir