Ana səhifə

Mövzu

Sünnəyə tabe olmaq

الاعتصام بالسنة

Kitab və Sünnəyə sarılmaq, bidətdən çəkinmək

315 hədis

أَخْبَرَنَا الصَّلْتُ بْنُ مُحَمَّدٍ أَخْبَرَنَا مَهْدِىٌّ عَنْ وَاصِلٍ عَنْ أَبِى وَائِلٍ عَنْ حُذَيْفَةَ رَأَى رَجُلاً لاَ يُتِمُّ رُكُوعَهُ وَلاَ سُجُودَهُ ، فَلَمَّا قَضَى صَلاَتَهُ قَالَ لَهُ حُذَيْفَةُ مَا صَلَّيْتَ - قَالَ وَأَحْسِبُهُ قَالَ - لَوْ مُتَّ مُتَّ عَلَى غَيْرِ سُنَّةِ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ .

“Əbu Vail ﵀ rəvayət edir ki, Huzeyfə ﵁ rukusunu və səcdəsini tam etməyən bir adam gördü. O adam namazını bitirdikdən sonra Huzeyfə ona dedi: “Sən namaz qılmadın”. Əbu Vail deyir: “Zənn edirəm ki, Huzeyfə həmin adama dedi: “Ölsən, Muhəmmədin sünnəsindən başqa şey üzərində ölmüş olarsan”.”

Əbu Vail
Buxari, 389 (Namaz, 41)Səhih

« مَنْ حَدَّثَ عَنِّى بِحَدِيثٍ يُرَى أَنَّهُ كَذِبٌ فَهُوَ أَحَدُ الْكَاذِبِينَ ». حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا وَكِيعٌ عَنْ شُعْبَةَ عَنِ الْحَكَمِ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِى لَيْلَى عَنْ سَمُرَةَ بْنِ جُنْدَبٍ. ح وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ أَيْضًا حَدَّثَنَا وَكِيعٌ عَنْ شُعْبَةَ وَسُفْيَانَ عَنْ حَبِيبٍ عَنْ مَيْمُونِ بْنِ أَبِى شَبِيبٍ عَنِ الْمُغِيرَةِ بْنِ شُعْبَةَ قَالاَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَلِكَ.

““Kim yalan olduğunu yəqin bildiyi bir hədisi mənim adımdan rəvayət edərsə, o adam yalançılardan biri hesab edilər”. Hədisi Səmura ibn Cundəb və Muğira ibn Şubə ﵄ Allah Elçisindən ﷺ rəvayət etmişlər.”

Səmura ibn Cundəb və Muğira ibn Şubə
Muslim, 1 (Müqəddimə, 1)Səhih

وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا غُنْدَرٌ عَنْ شُعْبَةَ ح وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى وَابْنُ بَشَّارٍ قَالاَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا شُعْبَةُ عَنْ مَنْصُورٍ عَنْ رِبْعِىِّ بْنِ حِرَاشٍ أَنَّهُ سَمِعَ عَلِيًّا رَضِيَ اللَّهُ عَنْهُ يَخْطُبُ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ تَكْذِبُوا عَلَىَّ فَإِنَّهُ مَنْ يَكْذِبْ عَلَىَّ يَلِجِ النَّارَ ».

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Mənim adımdan yalan danışmayın! Hər kim mənim adımdan yalan danışarsa, Cəhənnəmə düşər”.”

Əli
Muslim, 2 (Müqəddimə, 2)Səhih

وَحَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا إِسْمَاعِيلُ - يَعْنِى ابْنَ عُلَيَّةَ - عَنْ عَبْدِ الْعَزِيزِ بْنِ صُهَيْبٍ عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّهُ قَالَ إِنَّهُ لَيَمْنَعُنِى أَنْ أُحَدِّثَكُمْ حَدِيثًا كَثِيرًا أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مَنْ تَعَمَّدَ عَلَىَّ كَذِبًا فَلْيَتَبَوَّأْ مَقْعَدَهُ مِنَ النَّارِ ».

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Məni sizə çoxlu hədislər rəvayət etməkdən saxlayan, Allah Elçisinin ﷺ bu hədisidir: “Kim mənim adımdan bilərəkdən bir yalan söyləyərsə, oddan olan yerini hazır bilsin”.”

Ənəs ibn Malik
Muslim, 3 (Müqəddimə, 3)Səhih

وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ عُبَيْدٍ الْغُبَرِىُّ حَدَّثَنَا أَبُو عَوَانَةَ عَنْ أَبِى حَصِينٍ عَنْ أَبِى صَالِحٍ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « مَنْ كَذَبَ عَلَىَّ مُتَعَمِّدًا فَلْيَتَبَوَّأْ مَقْعَدَهُ مِنَ النَّارِ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Kim bilərəkdən mənim adımdan yalan danışarsa, oddan olan yerini hazır bilsin”.”

Əbu Hureyra
Muslim, 4 (Müqəddimə, 4)Səhih

وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ نُمَيْرٍ حَدَّثَنَا أَبِى حَدَّثَنَا سَعِيدُ بْنُ عُبَيْدٍ حَدَّثَنَا عَلِىُّ بْنُ رَبِيعَةَ قَالَ أَتَيْتُ الْمَسْجِدَ وَالْمُغِيرَةُ أَمِيرُ الْكُوفَةِ قَالَ فَقَالَ الْمُغِيرَةُ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « إِنَّ كَذِبًا عَلَىَّ لَيْسَ كَكَذِبٍ عَلَى أَحَدٍ فَمَنْ كَذَبَ عَلَىَّ مُتَعَمِّدًا فَلْيَتَبَوَّأْ مَقْعَدَهُ مِنَ النَّارِ ».

“Rəvayət edilir ki, Muğira ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Mənim adımdan danışılan yalan başqa birisinin adından danışılan yalan kimi deyil. Kim bilərəkdən mənim adımdan yalan danışarsa, oddan olan yerini hazır bilsin”.”

Muğira
Muslim, 5 (Müqəddimə, 5)Səhih

وَحَدَّثَنِى عَلِىُّ بْنُ حُجْرٍ السَّعْدِىُّ حَدَّثَنَا عَلِىُّ بْنُ مُسْهِرٍ أَخْبَرَنَا مُحَمَّدُ بْنُ قَيْسٍ الأَسَدِىُّ عَنْ عَلِىِّ بْنِ رَبِيعَةَ الأَسَدِىِّ عَنِ الْمُغِيرَةِ بْنِ شُعْبَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِمِثْلِهِ وَلَمْ يَذْكُرْ « إِنَّ كَذِبًا عَلَىَّ لَيْسَ كَكَذِبٍ عَلَى أَحَدٍ ».

“Yuxarıdakı hədisin mətni ilə eynidir, lakin: “Mənim adımdan danışılan yalan başqa birisinin adından danışılan yalan kimi deyil”– sözü qeyd edilməmişdir.”

Muğira ibn Şubə
Muslim, 6 (Müqəddimə, 6)Səhih

وَحَدَّثَنَا عُبَيْدُ اللَّهِ بْنُ مُعَاذٍ الْعَنْبَرِىُّ حَدَّثَنَا أَبِى ح وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِىٍّ قَالاَ حَدَّثَنَا شُعْبَةُ عَنْ خُبَيْبِ بْنِ عَبْدِ الرَّحْمَنِ عَنْ حَفْصِ بْنِ عَاصِمٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « كَفَى بِالْمَرْءِ كَذِبًا أَنْ يُحَدِّثَ بِكُلِّ مَا سَمِعَ ».

“Rəvayət edilir ki, Həfs ibn Asim ﵀ demişdir: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Hər eşitdiyini söyləməsi insana yalan danışması üçün kifayət edər”.”

Həfs ibn Asim
Muslim, 7 (Müqəddimə, 7)Səhih

وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا عَلِىُّ بْنُ حَفْصٍ حَدَّثَنَا شُعْبَةُ عَنْ خُبَيْبِ بْنِ عَبْدِ الرَّحْمَنِ عَنْ حَفْصِ بْنِ عَاصِمٍ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِمِثْلِ ذَلِكَ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Əbu Hureyra
Muslim, 8 (Müqəddimə, 8)Səhih

وَحَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا هُشَيْمٌ عَنْ سُلَيْمَانَ التَّيْمِىِّ عَنْ أَبِى عُثْمَانَ النَّهْدِىِّ قَالَ قَالَ عُمَرُ بْنُ الْخَطَّابِ رضى الله تعالى عنه بِحَسْبِ الْمَرْءِ مِنَ الْكَذِبِ أَنْ يُحَدِّثَ بِكُلِّ مَا سَمِعَ.

“Rəvayət edilir ki, Ömər ibn əl-Xattab ﵁ demişdir: “Hər eşitdiyini söyləməsi insana yalan danışması üçün bəs edər”.”

Ömər ibn əl-Xattab
Muslim, 9 (Müqəddimə, 9)Səhih

وَحَدَّثَنِى أَبُو الطَّاهِرِ أَحْمَدُ بْنُ عَمْرِو بْنِ عَبْدِ اللَّهِ بْنِ عَمْرِو بْنِ سَرْحٍ قَالَ أَخْبَرَنَا ابْنُ وَهْبٍ قَالَ قَالَ لِى مَالِكٌ اعْلَمْ أَنَّهُ لَيْسَ يَسْلَمُ رَجُلٌ حَدَّثَ بِكُلِّ مَا سَمِعَ وَلاَ يَكُونُ إِمَامًا أَبَدًا وَهُوَ يُحَدِّثُ بِكُلِّ مَا سَمِعَ.

“Rəvayət edilir ki, İbn Vəhb ﵀ demişdir: “Malik mənə belə demişdir: “Bil ki, hər eşitdiyini danışan adam nə salamat qala bilər, nə də ki öndər ola bilər”.”

İbn Vəhb
Muslim, 10 (Müqəddimə, 10)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى قَالَ حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ قَالَ حَدَّثَنَا سُفْيَانُ عَنْ أَبِى إِسْحَاقَ عَنْ أَبِى الأَحْوَصِ عَنْ عَبْدِ اللَّهِ قَالَ بِحَسْبِ الْمَرْءِ مِنَ الْكَذِبِ أَنْ يُحَدِّثَ بِكُلِّ مَا سَمِعَ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Hər eşitdiyini söyləməsi insanın yalan danışması üçün kifayət edər”.”

Abdullah
Muslim, 11 (Müqəddimə, 11)Səhih

وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى قَالَ سَمِعْتُ عَبْدَ الرَّحْمَنِ بْنَ مَهْدِىٍّ يَقُولُ لاَ يَكُونُ الرَّجُلُ إِمَامًا يُقْتَدَى بِهِ حَتَّى يُمْسِكَ عَنْ بَعْضِ مَا سَمِعَ.

“Muhəmməd ibn Musənnə ﵀ demişdir: “Mən Abdur-Rahmən ibn Mehdinin belə dediyini eşitdim: “Kişi eşitdiklərinin bəzisini gizli saxlamadıqca, əsla nümunəvi öndər ola bilməz”.”

Muhəmməd ibn Musənnə
Muslim, 12 (Müqəddimə, 12)Səhih

وَحَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا عُمَرُ بْنُ عَلِىِّ بْنِ مُقَدَّمٍ عَنْ سُفْيَانَ بْنِ حُسَيْنٍ قَالَ سَأَلَنِى إِيَاسُ بْنُ مُعَاوِيَةَ فَقَالَ إِنِّى أَرَاكَ قَدْ كَلِفْتَ بِعِلْمِ الْقُرْآنِ فَاقْرَأْ عَلَىَّ سُورَةً وَفَسِّرْ حَتَّى أَنْظُرَ فِيمَا عَلِمْتَ. قَالَ فَفَعَلْتُ. فَقَالَ لِىَ احْفَظْ عَلَىَّ مَا أَقُولُ لَكَ إِيَّاكَ وَالشَّنَاعَةَ فِى الْحَدِيثِ فَإِنَّهُ قَلَّمَا حَمَلَهَا أَحَدٌ إِلاَّ ذَلَّ فِى نَفْسِهِ وَكُذِّبَ فِى حَدِيثِهِ.

“Rəvayət edilir ki, Süfyan ibn Hüseyn ﵀ demişdir: “Bir dəfə İyas ibn Müaviyə mənə dedi: “Mən sənin Quran elminə vurğun olduğunu görürəm. Belə isə, mənə bir surə oxu və onu təfsir et, görüm sən nə bilirsən”. Mən də bir surə oxuyub onu təfsir etdim. Sonra o mənə belə dedi: “İndi sənə deyəcəklərimi yaxşı-yaxşı yadında saxla: hədis xüsusunda nifrətamiz sözlər (uydurma hədislər) danışmaqdan çəkin! Çünki onları nəql edən hər kəs özü-özlüyündə zəlil olmuş və bu xüsusda yalançı sayılmışdır”.”

Süfyan ibn Hüseyn
Muslim, 13 (Müqəddimə, 13)Səhih

وَحَدَّثَنِى أَبُو الطَّاهِرِ وَحَرْمَلَةُ بْنُ يَحْيَى قَالاَ أَخْبَرَنَا ابْنُ وَهْبٍ قَالَ أَخْبَرَنِى يُونُسُ عَنِ ابْنِ شِهَابٍ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ بْنِ عُتْبَةَ أَنَّ عَبْدَ اللَّهِ بْنَ مَسْعُودٍ قَالَ مَا أَنْتَ بِمُحَدِّثٍ قَوْمًا حَدِيثًا لاَ تَبْلُغُهُ عُقُولُهُمْ إِلاَّ كَانَ لِبَعْضِهِمْ فِتْنَةً.

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Bir topluma ağılları kəsmədiyi bir hədisi danışsan, bu hədis onların bəzisi üçün mütləq bir fitnə olar”.”

Abdullah ibn Məsud
Muslim, 14 (Müqəddimə, 14)Səhih

وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ نُمَيْرٍ وَزُهَيْرُ بْنُ حَرْبٍ قَالاَ حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يَزِيدَ قَالَ حَدَّثَنِى سَعِيدُ بْنُ أَبِى أَيُّوبَ قَالَ حَدَّثَنِى أَبُو هَانِئٍ عَنْ أَبِى عُثْمَانَ مُسْلِمِ بْنِ يَسَارٍ عَنْ أَبِى هُرَيْرَةَ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ « سَيَكُونُ فِى آخِرِ أُمَّتِى أُنَاسٌ يُحَدِّثُونَكُمْ مَا لَمْ تَسْمَعُوا أَنْتُمْ وَلاَ آبَاؤُكُمْ فَإِيَّاكُمْ وَإِيَّاهُمْ ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Axırzamanda ümmətim içində bəzi insanlar ortaya çıxacaq ki, onlar sizə nə sizin, nə də atalarınızın eşitmədiyi uydurma hədisləri danışacaqlar. Onlardan uzaq olun, uzaq!””

Əbu Hureyra
Muslim, 15 (Müqəddimə, 15)Səhih

وَحَدَّثَنِى حَرْمَلَةُ بْنُ يَحْيَى بْنِ عَبْدِ اللَّهِ بْنِ حَرْمَلَةَ بْنِ عِمْرَانَ التُّجِيبِىُّ قَالَ حَدَّثَنَا ابْنُ وَهْبٍ قَالَ حَدَّثَنِى أَبُو شُرَيْحٍ أَنَّهُ سَمِعَ شَرَاحِيلَ بْنَ يَزِيدَ يَقُولُ أَخْبَرَنِى مُسْلِمُ بْنُ يَسَارٍ أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ يَقُولُ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « يَكُونُ فِى آخِرِ الزَّمَانِ دَجَّالُونَ كَذَّابُونَ يَأْتُونَكُمْ مِنَ الأَحَادِيثِ بِمَا لَمْ تَسْمَعُوا أَنْتُمْ وَلاَ آبَاؤُكُمْ فَإِيَّاكُمْ وَإِيَّاهُمْ لاَ يُضِلُّونَكُمْ وَلاَ يَفْتِنُونَكُمْ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Axırzamanda (çoxlu) gopçular və yalançılar meydana gələcək. Onlar sizə nə sizin, nə də atalarınızın eşitmədiyi uydurma hədisləri danışacaqlar. Onlardan uzaq olun, uzaq! Nəbadə, nəbadə sizi doğru yoldan azdırıb fitnəyə məruz qoysunlar”.”

Əbu Hureyra
Muslim, 16 (Müqəddimə, 16)Səhih

وَحَدَّثَنِى أَبُو سَعِيدٍ الأَشَجُّ حَدَّثَنَا وَكِيعٌ حَدَّثَنَا الأَعْمَشُ عَنِ الْمُسَيَّبِ بْنِ رَافِعٍ عَنْ عَامِرِ بْنِ عَبَدَةَ قَالَ قَالَ عَبْدُ اللَّهِ إِنَّ الشَّيْطَانَ لَيَتَمَثَّلُ فِى صُورَةِ الرَّجُلِ فَيَأْتِى الْقَوْمَ فَيُحَدِّثُهُمْ بِالْحَدِيثِ مِنَ الْكَذِبِ فَيَتَفَرَّقُونَ فَيَقُولُ الرَّجُلُ مِنْهُمْ سَمِعْتُ رَجُلاً أَعْرِفُ وَجْهَهُ وَلاَ أَدْرِى مَا اسْمُهُ يُحَدِّثُ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Həqiqətən, şeytan insan qiyafəsinə girib hər hansı bir toplumun yanına gəlir və onlara yalan hədislər danışır. Beləliklə də, onlar firqələrə bölünürlər. Sonra onlardan biri deyir: “Üzdən tanıdığım, lakin adını bilmədiyim bir adamın filan hədisi danışdığını eşitmişəm”.”

Abdullah
Muslim, 17 (Müqəddimə, 17)Səhih

وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ رَافِعٍ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ أَخْبَرَنَا مَعْمَرٌ عَنِ ابْنِ طَاوُسٍ عَنْ أَبِيهِ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ قَالَ إِنَّ فِى الْبَحْرِ شَيَاطِينَ مَسْجُونَةً أَوْثَقَهَا سُلَيْمَانُ يُوشِكُ أَنْ تَخْرُجَ فَتَقْرَأَ عَلَى النَّاسِ قُرْآنًا.

“Rəvayət edilir ki, Abdullah ibn Amr ibn əl-As ﵄ demişdir: “Həqiqətən də, dənizdə həbs edilmiş və Süleyman peyğəmbərin ﵇ bağladığı şeytanlar var. Onların ortaya çıxıb (avam) insanlara Quran oxumasına az qalıb”.”

Abdullah ibn Amr ibn əl-As
Muslim, 18 (Müqəddimə, 18)Səhih

وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ عَبَّادٍ وَسَعِيدُ بْنُ عَمْرٍو الأَشْعَثِىُّ جَمِيعًا عَنِ ابْنِ عُيَيْنَةَ - قَالَ سَعِيدٌ أَخْبَرَنَا سُفْيَانُ - عَنْ هِشَامِ بْنِ حُجَيْرٍ عَنْ طَاوُسٍ قَالَ جَاءَ هَذَا إِلَى ابْنِ عَبَّاسٍ - يَعْنِى بُشَيْرَ بْنَ كَعْبٍ - فَجَعَلَ يُحَدِّثُهُ فَقَالَ لَهُ ابْنُ عَبَّاسٍ عُدْ لِحَدِيثِ كَذَا وَكَذَا. فَعَادَ لَهُ ثُمَّ حَدَّثَهُ فَقَالَ لَهُ عُدْ لِحَدِيثِ كَذَا وَكَذَا. فَعَادَ لَهُ فَقَالَ لَهُ مَا أَدْرِى أَعَرَفْتَ حَدِيثِى كُلَّهُ وَأَنْكَرْتَ هَذَا أَمْ أَنْكَرْتَ حَدِيثِى كُلَّهُ وَعَرَفْتَ هَذَا فَقَالَ لَهُ ابْنُ عَبَّاسٍ إِنَّا كُنَّا نُحَدِّثُ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذْ لَمْ يَكُنْ يُكْذَبُ عَلَيْهِ فَلَمَّا رَكِبَ النَّاسُ الصَّعْبَ وَالذَّلُولَ تَرَكْنَا الْحَدِيثَ عَنْهُ.

“Rəvayət edilir ki, Tavus ﵀ demişdir: “Buşeyr ibn Kəb İbn Abbasın yanına gəlib ona hədis danışmağa başladı. İbn Abbas ona dedi: “Filan və filan hədisə bax!” O da bu hədisi gözdən keçirdi. Sonra qayıdıb ona hədis danışmağa başladı. İbn Abbas yenə ona dedi: “Filan və filan hədisə bax!” Buşeyr hədisə bir daha nəzər saldıqdan sonra dedi: “Bilmirəm, hədisimi tam başa düşüb bunu dandın, yoxsa bunu bildiyin halda hədisimi bütünlüklə inkar etdin?!” Onda İbn Abbas ona belə cavab verdi: “Biz Allah Elçisindən ﷺ hədis rəvayət edərdik. O vaxt onun adından yalan danışılmazdı. Elə ki, insanlar “səb” və “zəlul” dəvəyə minməyə başladılar, biz hədis danışmaqdan əl çəkdik”.”

Tavus
Muslim, 19 (Müqəddimə, 19)Səhih

وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ رَافِعٍ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ أَخْبَرَنَا مَعْمَرٌ عَنِ ابْنِ طَاوُسٍ عَنْ أَبِيهِ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ إِنَّمَا كُنَّا نَحْفَظُ الْحَدِيثَ وَالْحَدِيثُ يُحْفَظُ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَمَّا إِذْ رَكِبْتُمْ كُلَّ صَعْبٍ وَذَلُولٍ فَهَيْهَاتَ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Vaxtı ilə biz hədis əzbərləyərdik və hədislər yalnız Allah Elçisindən ﷺ öyrənilib əzbərlənərdi. Amma elə ki, siz hər bir “səb” və “zəlulə” minməyə başladınız, biz sizin hədislərinizə etimad göstərməkdən uzaqlaşdıq”.”

İbn Abbas
Muslim, 20 (Müqəddimə, 20)Səhih

وَحَدَّثَنِى أَبُو أَيُّوبَ سُلَيْمَانُ بْنُ عُبَيْدِ اللَّهِ الْغَيْلاَنِىُّ حَدَّثَنَا أَبُو عَامِرٍ - يَعْنِى الْعَقَدِىَّ - حَدَّثَنَا رَبَاحٌ عَنْ قَيْسِ بْنِ سَعْدٍ عَنْ مُجَاهِدٍ قَالَ جَاءَ بُشَيْرٌ الْعَدَوِىُّ إِلَى ابْنِ عَبَّاسٍ فَجَعَلَ يُحَدِّثُ وَيَقُولُ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَجَعَلَ ابْنُ عَبَّاسٍ لاَ يَأْذَنُ لِحَدِيثِهِ وَلاَ يَنْظُرُ إِلَيْهِ فَقَالَ يَا ابْنَ عَبَّاسٍ مَا لِى لاَ أَرَاكَ تَسْمَعُ لِحَدِيثِى أُحَدِّثُكَ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَلاَ تَسْمَعُ. فَقَالَ ابْنُ عَبَّاسٍ إِنَّا كُنَّا مَرَّةً إِذَا سَمِعْنَا رَجُلاً يَقُولُ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ابْتَدَرَتْهُ أَبْصَارُنَا وَأَصْغَيْنَا إِلَيْهِ بِآذَانِنَا فَلَمَّا رَكِبَ النَّاسُ الصَّعْبَ وَالذَّلُولَ لَمْ نَأْخُذْ مِنَ النَّاسِ إِلاَّ مَا نَعْرِفُ.

“Rəvayət edilir ki, Mücahid ﵀ demişdir: “Buşeyr əl-Adəvi, İbn Abbasın yanına gəlib: “Allah Elçisi ﷺ demişdir ki... Allah Elçisi ﷺ buyurmuşdur ki...”– deyə hədis danışmağa başladı. İbn Abbas isə onun danışdıqlarına qulaq asmayaraq ona məhəl qoymurdu. Onda Buşeyr ona: “Ey İbn Abbas! Görürəm, sən mənim danışdıqlarıma əhəmiyyət vermirsən?! Mən sənə Allah Elçisindən ﷺ hədis danışıram, sən isə dinləmirsən”. İbn Abbas ona dedi: “Biz elə bir dövrdə yaşayırdıq ki, o vaxt bir kəsin: “Allah Elçisi ﷺ belə buyurmuşdur...”– dediyini eşitdikdə gözlərimiz ona dikilər və biz dərhal ona qulaq verərdik. Elə ki insanlar “səb” və “zəlulə” minməyə başladılar, artıq onlardan bildiyimizdən başqa heç nə qəbul etmədik”.”

Mücahid
Muslim, 21 (Müqəddimə, 21)Səhih

حَدَّثَنَا دَاوُدُ بْنُ عَمْرٍو الضَّبِّىُّ حَدَّثَنَا نَافِعُ بْنُ عُمَرَ عَنِ ابْنِ أَبِى مُلَيْكَةَ قَالَ كَتَبْتُ إِلَى ابْنِ عَبَّاسٍ أَسْأَلُهُ أَنْ يَكْتُبَ لِى كِتَابًا وَيُخْفِى عَنِّى. فَقَالَ وَلَدٌ نَاصِحٌ أَنَا أَخْتَارُ لَهُ الأُمُورَ اخْتِيَارًا وَأُخْفِى عَنْهُ. قَالَ فَدَعَا بِقَضَاءِ عَلِىٍّ فَجَعَلَ يَكْتُبُ مِنْهُ أَشْيَاءَ وَيَمُرُّ بِهِ الشَّىْءُ فَيَقُولُ وَاللَّهِ مَا قَضَى بِهَذَا عَلِىٌّ إِلاَّ أَنْ يَكُونَ ضَلَّ.

“Rəvayət edilir ki, İbn Əbu Muleykə ﵀ demişdir: “Mən İbn Abbasa məktub yazıb ondan mənə bəzi hədisləri yazmasını, bəzilərini isə yazmamasını xahiş etdim. Bir dəfə o, bir məclisdə mənim haqqımda dedi: “O, nəsihət verən oğuldur. Mən bəzi şeyləri onun üçün seçib yazıram, bəzilərini də yazmıram”. İbn Abbas “Qadau-Əli”ni gətizdirdi və bundan mənim üçün bir çox şeyləri yazmağa başladı. Fəqət bəzi şeylərin üstündən keçərkən deyirdi: “Allaha and olsun ki, Əli bununla hökm etməmişdir. Bununla ancaq yolunu azmış adam hökm verə bilər”.”

İbn Əbu Muleykə
Muslim, 22 (Müqəddimə, 22)Səhih

حَدَّثَنَا عَمْرٌو النَّاقِدُ حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ عَنْ هِشَامِ بْنِ حُجَيْرٍ عَنْ طَاوُسٍ قَالَ أُتِىَ ابْنُ عَبَّاسٍ بِكِتَابٍ فِيهِ قَضَاءُ عَلِىٍّ رَضِيَ اللَّهُ عَنْهُ فَمَحَاهُ إِلاَّ قَدْرَ. وَأَشَارَ سُفْيَانُ بْنُ عُيَيْنَةَ بِذِرَاعِهِ.

“Rəvayət edilir ki, Tavus ﵀ demişdir: “İbn Abbasa içində Əlinin ﵁ hökmləri yazılmış bir kitab gətirildi. İbn Abbas – bir ərəş uzunluğu qədər istisna olmaqla – bu kitabı məhv etdi”. Ravi Süfyan ibn Uyeynə (bunu dedikdə) qolunu göstərdi”.”

Tavus
Muslim, 23 (Müqəddimə, 23)Səhih

حَدَّثَنَا حَسَنُ بْنُ عَلِىٍّ الْحُلْوَانِىُّ حَدَّثَنَا يَحْيَى بْنُ آدَمَ حَدَّثَنَا ابْنُ إِدْرِيسَ عَنِ الأَعْمَشِ عَنْ أَبِى إِسْحَاقَ قَالَ لَمَّا أَحْدَثُوا تِلْكَ الأَشْيَاءَ بَعْدَ عَلِىٍّ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ رَجُلٌ مِنْ أَصْحَابِ عَلِىٍّ قَاتَلَهُمُ اللَّهُ أَىَّ عِلْمٍ أَفْسَدُوا.

“Rəvayət edilir ki, Əbu İshaq ﵀ demişdir: “İfratçılar Əlidən ﵁ sonra bu şeyləri uydurub ortaya çıxartdıqları zaman Əlinin məsləkdaşlarından biri belə dedi: “Allah onların canını alsın! (Gör, Əlidən gəlib çatan) elmi necə zay ediblər”.”

Əbu İshaq
Muslim, 24 (Müqəddimə, 24)Səhih

حَدَّثَنَا عَلِىُّ بْنُ خَشْرَمٍ أَخْبَرَنَا أَبُو بَكْرٍ - يَعْنِى ابْنَ عَيَّاشٍ - قَالَ سَمِعْتُ الْمُغِيرَةَ يَقُولُ لَمْ يَكُنْ يَصْدُقُ عَلَى عَلِىٍّ رَضِيَ اللَّهُ عَنْهُ فِى الْحَدِيثِ عَنْهُ إِلاَّ مِنْ أَصْحَابِ عَبْدِ اللَّهِ بْنِ مَسْعُودٍ.

“Rəvayət edilir ki, Əbu Bəkr - yəni İbn Ayyaş ﵀ demişdir: “Mən Muğiranın belə dediyini eşitdim: “Əlidən ﵁ hədis rəvayət edənlər arasında Abdullah ibn Məsudun məsləkdaşlarından başqa heç kəs ondan doğru-düzgün bir söz söyləməmişdir”.”

İbn Ayyaş
Muslim, 25 (Müqəddimə, 25)Səhih

حَدَّثَنَا حَسَنُ بْنُ الرَّبِيعِ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ عَنْ أَيُّوبَ وَهِشَامٍ عَنْ مُحَمَّدٍ وَحَدَّثَنَا فُضَيْلٌ عَنْ هِشَامٍ قَالَ وَحَدَّثَنَا مَخْلَدُ بْنُ حُسَيْنٍ عَنْ هِشَامٍ عَنْ مُحَمَّدِ بْنِ سِيرِينَ قَالَ إِنَّ هَذَا الْعِلْمَ دِينٌ فَانْظُرُوا عَمَّنْ تَأْخُذُونَ دِينَكُمْ.

“Rəvayət edilir ki, Muhəmməd ibn Sirin ﵀ demişdir: “Şübhəsiz ki, bu elm dindir. Dininizi kimdən öyrəndiyinizə diqqət edin”.”

Muhəmməd ibn Sirin
Muslim, 26 (Müqəddimə, 26)Səhih

حَدَّثَنَا أَبُو جَعْفَرٍ مُحَمَّدُ بْنُ الصَّبَّاحِ حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ زَكَرِيَّاءَ عَنْ عَاصِمٍ الأَحْوَلِ عَنِ ابْنِ سِيرِينَ قَالَ لَمْ يَكُونُوا يَسْأَلُونَ عَنِ الإِسْنَادِ فَلَمَّا وَقَعَتِ الْفِتْنَةُ قَالُوا سَمُّوا لَنَا رِجَالَكُمْ فَيُنْظَرُ إِلَى أَهْلِ السُّنَّةِ فَيُؤْخَذُ حَدِيثُهُمْ وَيُنْظَرُ إِلَى أَهْلِ الْبِدَعِ فَلاَ يُؤْخَذُ حَدِيثُهُمْ.

“Rəvayət edilir ki, İbn Sirin ﵀ demişdir: “Müsəlmanlar isnad barəsində sual verməzdilər. Fitnələr baş verdikdən sonra isə onlar: “Ravilərinizin adlarını bizə söyləyin”, – deməyə başladılar. Beləcə, sünnə əhlinə diqqət yetirilər və onların hədisləri qəbul edilər, habelə bidət əhlinə diqqət yetirilər və onların hədisləri rədd edilərdi.”

İbn Sirin
Muslim, 27 (Müqəddimə, 27)Səhih

حَدَّثَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ الْحَنْظَلِىُّ أَخْبَرَنَا عِيسَى - وَهُوَ ابْنُ يُونُسَ - حَدَّثَنَا الأَوْزَاعِىُّ عَنْ سُلَيْمَانَ بْنِ مُوسَى قَالَ لَقِيتُ طَاوُسًا فَقُلْتُ حَدَّثَنِى فُلاَنٌ كَيْتَ وَكَيْتَ. قَالَ إِنْ كَانَ صَاحِبُكَ مَلِيًّا فَخُذْ عَنْهُ.

“Rəvayət edilir ki, Süleyman ibn Musa ﵀ demişdir: “Mən Tavusla qarşılaşdıqda ona dedim: “Filankəs mənə filan və filan hədisi rəvayət etdi”. Tavus dedi: “Əgər dostun hədis sahəsində inanılmış adamdırsa, ondan hədis qəbul et”.”

Süleyman ibn Musa
Muslim, 28 (Müqəddimə, 28)Səhih

وَحَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ عَبْدِ الرَّحْمَنِ الدَّارِمِىُّ أَخْبَرَنَا مَرْوَانُ - يَعْنِى ابْنَ مُحَمَّدٍ الدِّمَشْقِىَّ - حَدَّثَنَا سَعِيدُ بْنُ عَبْدِ الْعَزِيزِ عَنْ سُلَيْمَانَ بْنِ مُوسَى قَالَ قُلْتُ لِطَاوُسٍ إِنَّ فُلاَنًا حَدَّثَنِى بِكَذَا وَكَذَا. قَالَ إِنْ كَانَ صَاحِبُكَ مَلِيًّا فَخُذْ عَنْهُ.

“Rəvayət edilir ki, Süleyman ibn Musa ﵀ demişdir: “Mən Tavusa dedim: “Filankəs mənə filan və filan hədisi rəvayət etdi”. Tavus dedi: “Əgər dostun hədis sahəsində inanılmış adamdırsa, ondan hədis qəbul et”.”

Süleyman ibn Musa
Muslim, 29 (Müqəddimə, 29)Səhih
Daha çox göstər

30 / 315 hədis göstərilir