Ana səhifə

Mövzu

Nikah

النكاح

Evlənmək, elçilik, mehr və ər-arvad hüquqları

656 hədis

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ عَنْ مَالِكٍ عَنْ زَيْدِ بْنِ أَسْلَمَ عَنْ عَطَاءِ بْنِ يَسَارٍ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « أُرِيتُ النَّارَ فَإِذَا أَكْثَرُ أَهْلِهَا النِّسَاءُ يَكْفُرْنَ » . قِيلَ أَيَكْفُرْنَ بِاللَّهِ قَالَ « يَكْفُرْنَ الْعَشِيرَ ، وَيَكْفُرْنَ الإِحْسَانَ ، لَوْ أَحْسَنْتَ إِلَى إِحْدَاهُنَّ الدَّهْرَ ثُمَّ رَأَتْ مِنْكَ شَيْئًا قَالَتْ مَا رَأَيْتُ مِنْكَ خَيْرًا قَطُّ » .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Mənə Cəhənnəm göstərildi. Gördüm ki, onun sakinlərinin əksəriyyəti nankorluq edən qadınlardır”. Soruşdular: “Onlar Allaha qarşı nankordurlar?” Peyğəmbər ﷺ buyurdu: “Onlar ərlərinə qarşı nankordurlar, yaxşılığı yerə vururlar. Birinə il boyu yaxşılıq edirsən, sonra da səndən (xoşa gəlməyən) bir şey gördükdə deyir: “Mən səndən heç vaxt xeyir görmədim”.”

İbn Abbas
Buxari, 29 (İman, 22)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ مُقَاتِلٍ أَبُو الْحَسَنِ قَالَ أَخْبَرَنَا عَبْدُ اللَّهِ قَالَ أَخْبَرَنَا عُمَرُ بْنُ سَعِيدِ بْنِ أَبِى حُسَيْنٍ قَالَ حَدَّثَنِى عَبْدُ اللَّهِ بْنُ أَبِى مُلَيْكَةَ عَنْ عُقْبَةَ بْنِ الْحَارِثِ أَنَّهُ تَزَوَّجَ ابْنَةً لأَبِى إِهَابِ بْنِ عَزِيزٍ ، فَأَتَتْهُ امْرَأَةٌ فَقَالَتْ إِنِّى قَدْ أَرْضَعْتُ عُقْبَةَ وَالَّتِى تَزَوَّجَ بِهَا . فَقَالَ لَهَا عُقْبَةُ مَا أَعْلَمُ أَنَّكِ أَرْضَعْتِنِى وَلاَ أَخْبَرْتِنِى . فَرَكِبَ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِالْمَدِينَةِ فَسَأَلَهُ ، فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « كَيْفَ وَقَدْ قِيلَ » . فَفَارَقَهَا عُقْبَةُ ، وَنَكَحَتْ زَوْجًا غَيْرَهُ .

“Abdullah ibn Əbu Muleykə ﵀ rəvayət edir ki, Uqbə ibn əl-Haris Əbu İhab ibn Əzizin qızı ilə evləndikdən sonra onun yanına bir qadın gəlib dedi: “Uqbəni də, onun evləndiyi qadını da mən əmizdirmişəm”. Uqbə ona: “Məni əmizdirdiyindən xəbərim yoxdur və sən bunu mənə bildirməmisən”– dedikdən sonra heyvanına minib Mədinəyə – Peyğəmbərin ﷺ yanına getdi və bu haqda ondan soruşdu. Peyğəmbər ﷺ dedi: “(Əbu İhabın qızı sənin süd bacındır) deyildiyi halda, o, necə (sənin arvadın) ola bilər?” Beləliklə, Uqbə onu boşadı və o, başqasına ərə getdi.”

Abdullah ibn Əbu Muleykə
Buxari, 88 (Elm, 30)Səhih

حَدَّثَنَا أَبُو الْيَمَانِ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ ح قَالَ أَبُو عَبْدِ اللَّهِ وَقَالَ ابْنُ وَهْبٍ أَخْبَرَنَا يُونُسُ عَنِ ابْنِ شِهَابٍ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ بْنِ أَبِى ثَوْرٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَبَّاسٍ عَنْ عُمَرَ قَالَ كُنْتُ أَنَا وَجَارٌ لِى مِنَ الأَنْصَارِ فِى بَنِى أُمَيَّةَ بْنِ زَيْدٍ ، وَهْىَ مِنْ عَوَالِى الْمَدِينَةِ ، وَكُنَّا نَتَنَاوَبُ النُّزُولَ عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَنْزِلُ يَوْمًا وَأَنْزِلُ يَوْمًا ، فَإِذَا نَزَلْتُ جِئْتُهُ بِخَبَرِ ذَلِكَ الْيَوْمِ مِنَ الْوَحْىِ وَغَيْرِهِ ، وَإِذَا نَزَلَ فَعَلَ مِثْلَ ذَلِكَ ، فَنَزَلَ صَاحِبِى الأَنْصَارِىُّ يَوْمَ نَوْبَتِهِ ، فَضَرَبَ بَابِى ضَرْبًا شَدِيدًا . فَقَالَ أَثَمَّ هُوَ فَفَزِعْتُ فَخَرَجْتُ إِلَيْهِ فَقَالَ قَدْ حَدَثَ أَمْرٌ عَظِيمٌ . قَالَ فَدَخَلْتُ عَلَى حَفْصَةَ فَإِذَا هِىَ تَبْكِى فَقُلْتُ طَلَّقَكُنَّ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتْ لاَ أَدْرِى . ثُمَّ دَخَلْتُ عَلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقُلْتُ وَأَنَا قَائِمٌ أَطَلَّقْتَ نِسَاءَكَ قَالَ « لاَ » . فَقُلْتُ اللَّهُ أَكْبَرُ .

“Rəvayət edilir ki, Ömər ﵁ demişdir: “Mən və ənsardan olan bir qonşum Mədinənin yaxınlığında yerləşən Bəni Umeyyə ibn Zeyd tayfasında bir kənddə qalırdıq. Biz Allah Elçisinin ﷺ yanına növbə ilə gedərdik. Bir gün o gedir, bir gün də mən gedirdim. Mən Allah Elçisinin ﷺ yanına getdikdə həmin gün nazil olan vəhyləri və digər xəbərləri (qonşuma) çatdırardım. O gedəndə isə o mənə çatdırardı. Bir gün ənsardan olan yoldaşım öz növbəsi olanda Allah Elçisinin ﷺ yanına getdi və geri döndükdə qapımı bərk-bərk döyüb: “O buradadırmı?”– deyə soruşdu. Mən həyəcanlandım və dərhal onun yanına çıxdım. O dedi: “Dəhşətli bir hadisə baş verib!” Mən Həfsanın yanına daxil olub onun ağladığını görəndə ondan soruşdum: “Allah Elçisi ﷺ sizi boşayıbmı?” Həfsa: “Bilmirəm”– dedi. Sonra mən Peyğəmbərin ﷺ yanına gəldim və ayaq üstə dayanıb soruşdum: “Zövcələrini boşamısan?” O: “Xeyr!”– deyə cavab verdi. Mən də: “Allahu Əkbər!”– dedim”.”

Ömər
Buxari, 89 (Elm, 31)Səhih

أَخْبَرَنَا مُحَمَّدٌ - هُوَ ابْنُ سَلاَمٍ - حَدَّثَنَا الْمُحَارِبِىُّ قَالَ حَدَّثَنَا صَالِحُ بْنُ حَيَّانَ قَالَ قَالَ عَامِرٌ الشَّعْبِىُّ حَدَّثَنِى أَبُو بُرْدَةَ عَنْ أَبِيهِ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « ثَلاَثَةٌ لَهُمْ أَجْرَانِ رَجُلٌ مِنْ أَهْلِ الْكِتَابِ آمَنَ بِنَبِيِّهِ ، وَآمَنَ بِمُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَالْعَبْدُ الْمَمْلُوكُ إِذَا أَدَّى حَقَّ اللَّهِ وَحَقَّ مَوَالِيهِ ، وَرَجُلٌ كَانَتْ عِنْدَهُ أَمَةٌ { يَطَؤُهَا } فَأَدَّبَهَا ، فَأَحْسَنَ تَأْدِيبَهَا ، وَعَلَّمَهَا فَأَحْسَنَ تَعْلِيمَهَا ، ثُمَّ أَعْتَقَهَا فَتَزَوَّجَهَا ، فَلَهُ أَجْرَانِ » . ثُمَّ قَالَ عَامِرٌ أَعْطَيْنَاكَهَا بِغَيْرِ شَىْءٍ ، قَدْ كَانَ يُرْكَبُ فِيمَا دُونَهَا إِلَى الْمَدِينَةِ .

“Əbu Burdə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Üç qisim insan var ki, ikiqat savab qazanır: Kitab əhlindən olub öz peyğəmbərinə iman gətirən, sonra da Muhəmmədə ﷺ iman gətirən adam; həm Allahın, həm də öz ağalarının haqqını ödəyən kölə; yaxınlıq etdiyi kənizinə yaxşı tərbiyə verərək ona gözəl tərzdə elm öyrədən, sonra da azad edib onunla evlənən. Ona da ikiqat savab var”. Sonra ravi Amir öz (katibinə) dedi: “Bu məlumatı sənə heç bir əziyyət çəkmədən veririk. Halbuki Peyğəmbərin ﷺ dövründə bundan kiçik bir məsələ üçün miniyə minib Mədinəyə getmək lazım olurdu”.”

Əbu Burdə atasından
Buxari, 97 (Elm, 39)Səhih

حَدَّثَنَا عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنَا جَرِيرٌ عَنْ مَنْصُورٍ عَنْ سَالِمِ بْنِ أَبِى الْجَعْدِ عَنْ كُرَيْبٍ عَنِ ابْنِ عَبَّاسٍ يَبْلُغُ بِهِ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « لَوْ أَنَّ أَحَدَكُمْ إِذَا أَتَى أَهْلَهُ قَالَ بِسْمِ اللَّهِ اللَّهُمَّ جَنِّبْنَا الشَّيْطَانَ وَجَنِّبِ الشَّيْطَانَ مَا رَزَقْتَنَا . فَقُضِىَ بَيْنَهُمَا وَلَدٌ ، لَمْ يَضُرَّهُ » .

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Biriniz zövcəsi ilə cinsi yaxınlıq etdikdə “Bismilləh (Allahın adı ilə!) Allahım, bizi şeytandan uzaqlaşdır, şeytanı da bizə bəxş etdiyindən uzaqlaşdır!” desə, qədərlərinə övlad yazılıbsa, şeytan o uşağa zərər verə bilməz”.”

İbn Abbas
Buxari, 141 (Dəstəmaz, 7)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ قَالَ حَدَّثَنَا ابْنُ أَبِى عَدِىٍّ وَيَحْيَى بْنُ سَعِيدٍ عَنْ شُعْبَةَ عَنْ إِبْرَاهِيمَ بْنِ مُحَمَّدِ بْنِ الْمُنْتَشِرِ عَنْ أَبِيهِ قَالَ ذَكَرْتُهُ لِعَائِشَةَ فَقَالَتْ يَرْحَمُ اللَّهُ أَبَا عَبْدِ الرَّحْمَنِ ، كُنْتُ أُطَيِّبُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، فَيَطُوفُ عَلَى نِسَائِهِ ، ثُمَّ يُصْبِحُ مُحْرِمًا يَنْضَخُ طِيبًا .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah İbn Ömərə rəhm etsin! Mən Allah Elçisinə ﷺ ətir vurardım; o da öz zövcələri ilə (hamısının evinə bir-bir gedərək) yaxınlıq edərdi. Səhəri gün isə bədənindən ətir qoxusu gəldiyi halda ehrama girərdi”.”

Aişə
Buxari, 267 (Qüsl, 20)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ قَالَ حَدَّثَنَا مُعَاذُ بْنُ هِشَامٍ قَالَ حَدَّثَنِى أَبِى عَنْ قَتَادَةَ قَالَ حَدَّثَنَا أَنَسُ بْنُ مَالِكٍ قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَدُورُ عَلَى نِسَائِهِ فِى السَّاعَةِ الْوَاحِدَةِ مِنَ اللَّيْلِ وَالنَّهَارِ ، وَهُنَّ إِحْدَى عَشْرَةَ . قَالَ قُلْتُ لأَنَسٍ أَوَكَانَ يُطِيقُهُ قَالَ كُنَّا نَتَحَدَّثُ أَنَّهُ أُعْطِىَ قُوَّةَ ثَلاَثِينَ . وَقَالَ سَعِيدٌ عَنْ قَتَادَةَ إِنَّ أَنَسًا حَدَّثَهُمْ تِسْعُ نِسْوَةٍ .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Peyğəmbər ﷺ gecənin və ya gündüzün bir vaxtında öz qadınları ilə yaxınlıq edərdi. Onlar on bir qadın idi. Ənəsdən soruşdular: “Onun buna taqəti çatırdımı?” O dedi: “Biz öz aramızda deyərdik ki, ona otuz kişinin gücü verilmişdir”. Ənəsin rəvayət etdiyi digər hədisdə deyilir: “Onlar doqquz qadın idi”.”

Ənəs ibn Malik
Buxari, 268 (Qüsl, 21)Səhih

حَدَّثَنَا عَبْدُ الأَعْلَى بْنُ حَمَّادٍ قَالَ حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ قَالَ حَدَّثَنَا سَعِيدٌ عَنْ قَتَادَةَ أَنَّ أَنَسَ بْنَ مَالِكٍ حَدَّثَهُمْ أَنَّ نَبِىَّ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَطُوفُ عَلَى نِسَائِهِ فِى اللَّيْلَةِ الْوَاحِدَةِ ، وَلَهُ يَوْمَئِذٍ تِسْعُ نِسْوَةٍ .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allahın Peyğəmbəri ﷺ bir gecədə bütün qadınlarına baş çəkərdi. Həmin vaxt onun doqquz zövcəsi var idi”.”

Ənəs ibn Malik
Buxari, 284 (Qüsl, 37)Səhih

حَدَّثَنَا مُعَاذُ بْنُ فَضَالَةَ قَالَ حَدَّثَنَا هِشَامٌ ح وَحَدَّثَنَا أَبُو نُعَيْمٍ عَنْ هِشَامٍ عَنْ قَتَادَةَ عَنِ الْحَسَنِ عَنْ أَبِى رَافِعٍ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا جَلَسَ بَيْنَ شُعَبِهَا الأَرْبَعِ ثُمَّ جَهَدَهَا ، فَقَدْ وَجَبَ الْغَسْلُ » . تَابَعَهُ عَمْرُو بْنُ مَرْزُوقٍ عَنْ شُعْبَةَ مِثْلَهُ . وَقَالَ مُوسَى حَدَّثَنَا أَبَانُ قَالَ حَدَّثَنَا قَتَادَةُ أَخْبَرَنَا الْحَسَنُ مِثْلَهُ .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Kişi qadının dörd əzası arasında oturub onunla cinsi əlaqəyə girərsə, hər ikisinə qüsl almaq vacib olar”.”

Əbu Hureyra
Buxari, 291 (Qüsl, 44)Səhih

حَدَّثَنَا أَبُو مَعْمَرٍ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ عَنِ الْحُسَيْنِ قَالَ يَحْيَى وَأَخْبَرَنِى أَبُو سَلَمَةَ أَنَّ عَطَاءَ بْنَ يَسَارٍ أَخْبَرَهُ أَنَّ زَيْدَ بْنَ خَالِدٍ الْجُهَنِىَّ أَخْبَرَهُ أَنَّهُ سَأَلَ عُثْمَانَ بْنَ عَفَّانَ فَقَالَ أَرَأَيْتَ إِذَا جَامَعَ الرَّجُلُ امْرَأَتَهُ فَلَمْ يُمْنِ . قَالَ عُثْمَانُ يَتَوَضَّأُ كَمَا يَتَوَضَّأُ لِلصَّلاَةِ ، وَيَغْسِلُ ذَكَرَهُ . قَالَ عُثْمَانُ سَمِعْتُهُ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ . فَسَأَلْتُ عَنْ ذَلِكَ عَلِىَّ بْنَ أَبِى طَالِبٍ وَالزُّبَيْرَ بْنَ الْعَوَّامِ وَطَلْحَةَ بْنَ عُبَيْدِ اللَّهِ وَأُبَىَّ بْنَ كَعْبٍ - رضى الله عنهم - فَأَمَرُوهُ بِذَلِكَ . قَالَ يَحْيَى وَأَخْبَرَنِى أَبُو سَلَمَةَ أَنَّ عُرْوَةَ بْنَ الزُّبَيْرِ أَخْبَرَهُ أَنَّ أَبَا أَيُّوبَ أَخْبَرَهُ أَنَّهُ سَمِعَ ذَلِكَ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ .

“Rəvayət edilir ki, Zeyd ibn Xalid əl-Cuhəni ﵀ Osman ibn Əffandan soruşdu: “Necə bilirsən, kişi öz qadını ilə cinsi yaxınlıq edib məni axıtmasa, nə etməlidir?” Osman: “Namaz üçün dəstəmaz aldığı kimi dəstəmaz almalı və cinsiyyət üzvünü yumalıdır”– deyə cavab verdi, sonra da Osman: “Bunu Allah Elçisindən ﷺ eşitdim”– deyə əlavə etdi. (Zeyd dedi:) “Mən bu haqda Əli ibn Əbu Talibdən, Zubeyr ibn əl-Əvvamdan, Talha ibn Ubeydullahdan və Ubey ibn Kəbdən ﵃ soruşdum. Hamısı bunu (cinsi əlaqədə olub məni axıtmayan) kəsə aid etdi”.”

Zeyd ibn Xalid əl-Cuhəni
Buxari, 292 (Qüsl, 45)Səhih

حَدَّثَنَا مُسَدَّدٌ حَدَّثَنَا يَحْيَى عَنْ هِشَامِ بْنِ عُرْوَةَ قَالَ أَخْبَرَنِى أَبِى قَالَ أَخْبَرَنِى أَبُو أَيُّوبَ قَالَ أَخْبَرَنِى أُبَىُّ بْنُ كَعْبٍ أَنَّهُ قَالَ يَا رَسُولَ اللَّهِ إِذَا جَامَعَ الرَّجُلُ الْمَرْأَةَ فَلَمْ يُنْزِلْ قَالَ « يَغْسِلُ مَا مَسَّ الْمَرْأَةَ مِنْهُ ، ثُمَّ يَتَوَضَّأُ وَيُصَلِّى » . قَالَ أَبُو عَبْدِ اللَّهِ الْغَسْلُ أَحْوَطُ ، وَذَاكَ الآخِرُ ، وَإِنَّمَا بَيَّنَّا لاِخْتِلاَفِهِمْ .

“Rəvayət edilir ki, Ubey ibn Kəb ﵁ demişdir: “Ey Allahın Elçisi, əgər kişi qadını ilə cinsi yaxınlıq etsə, lakin məni axıtmasa, nə etməlidir?” Allah Elçisi ﷺ buyurdu: “Qadına toxunan hissəni yuyar, dəstəmaz alıb namaz qılar”. Əbu Abdullah əl-Buxari dedi: “Ehtiyata görə qüsl almaq lazımdır. Bu məsələdə ixtilaf olduğuna görə biz bunu qeyd etdik”.”

Ubey ibn Kəb
Buxari, 293 (Qüsl, 46)Səhih

حَدَّثَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ قَالَ حَدَّثَنَا إِسْمَاعِيلُ ابْنُ عُلَيَّةَ قَالَ حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ صُهَيْبٍ عَنْ أَنَسٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ غَزَا خَيْبَرَ ، فَصَلَّيْنَا عِنْدَهَا صَلاَةَ الْغَدَاةِ بِغَلَسٍ ، فَرَكِبَ نَبِىُّ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَرَكِبَ أَبُو طَلْحَةَ ، وَأَنَا رَدِيفُ أَبِى طَلْحَةَ ، فَأَجْرَى نَبِىُّ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى زُقَاقِ خَيْبَرَ ، وَإِنَّ رُكْبَتِى لَتَمَسُّ فَخِذَ نَبِىِّ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، ثُمَّ حَسَرَ الإِزَارَ عَنْ فَخِذِهِ حَتَّى إِنِّى أَنْظُرُ إِلَى بَيَاضِ فَخِذِ نَبِىِّ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، فَلَمَّا دَخَلَ الْقَرْيَةَ قَالَ « اللَّهُ أَكْبَرُ ، خَرِبَتْ خَيْبَرُ ، إِنَّا إِذَا نَزَلْنَا بِسَاحَةِ قَوْمٍ فَسَاءَ صَبَاحُ الْمُنْذَرِينَ » . قَالَهَا ثَلاَثًا . قَالَ وَخَرَجَ الْقَوْمُ إِلَى أَعْمَالِهِمْ فَقَالُوا مُحَمَّدٌ - قَالَ عَبْدُ الْعَزِيزِ وَقَالَ بَعْضُ أَصْحَابِنَا - وَالْخَمِيسُ . يَعْنِى الْجَيْشَ ، قَالَ فَأَصَبْنَاهَا عَنْوَةً ، فَجُمِعَ السَّبْىُ ، فَجَاءَ دِحْيَةُ فَقَالَ يَا نَبِىَّ اللَّهِ ، أَعْطِنِى جَارِيَةً مِنَ السَّبْىِ . قَالَ « اذْهَبْ فَخُذْ جَارِيَةً » . فَأَخَذَ صَفِيَّةَ بِنْتَ حُيَىٍّ ، فَجَاءَ رَجُلٌ إِلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ يَا نَبِىَّ اللَّهِ ، أَعْطَيْتَ دِحْيَةَ صَفِيَّةَ بِنْتَ حُيَىٍّ سَيِّدَةَ قُرَيْظَةَ وَالنَّضِيرِ ، لاَ تَصْلُحُ إِلاَّ لَكَ . قَالَ « ادْعُوهُ بِهَا » . فَجَاءَ بِهَا ، فَلَمَّا نَظَرَ إِلَيْهَا النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « خُذْ جَارِيَةً مِنَ السَّبْىِ غَيْرَهَا » . قَالَ فَأَعْتَقَهَا النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَتَزَوَّجَهَا . فَقَالَ لَهُ ثَابِتٌ يَا أَبَا حَمْزَةَ ، مَا أَصْدَقَهَا قَالَ نَفْسَهَا ، أَعْتَقَهَا وَتَزَوَّجَهَا ، حَتَّى إِذَا كَانَ بِالطَّرِيقِ جَهَّزَتْهَا لَهُ أُمُّ سُلَيْمٍ فَأَهْدَتْهَا لَهُ مِنَ اللَّيْلِ ، فَأَصْبَحَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَرُوسًا فَقَالَ « مَنْ كَانَ عِنْدَهُ شَىْءٌ فَلْيَجِئْ بِهِ » . وَبَسَطَ نِطَعًا ، فَجَعَلَ الرَّجُلُ يَجِىءُ بِالتَّمْرِ ، وَجَعَلَ الرَّجُلُ يَجِىءُ بِالسَّمْنِ - قَالَ وَأَحْسِبُهُ قَدْ ذَكَرَ السَّوِيقَ - قَالَ فَحَاسُوا حَيْسًا ، فَكَانَتْ وَلِيمَةَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ .

“Ənəs ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ qoşun yığıb Xeybərə yollandı. Biz bu qalanın yaxınlığında səhərin ala-qaranlığında Sübh namazını qıldıq. Bundan sonra Allahın Peyğəmbəri ﷺ və Əbu Təlhə öz miniklərinə mindilər. Mən isə Əbu Təlhənin tərkinə minmişdim. Allahın Peyğəmbəri ﷺ miniyini Xeybərin dar küçələrindən birinə sürdü və bu vaxt mənim dizim Allahın Peyğəmbərinin ﷺ buduna toxundu. Onun izarı yuxarı qalxdı və budu açıldı, onda mən Allahın Peyğəmbərinin ﷺ budunun ağlığını gördüm. Kəndə daxil olduqda o: “Allahu Əkbər! Xeybər dağıldı. Həqiqətən, biz (fasiq) qövmün yurduna daxil olduqda qorxudulanların sabahı necə də pis olar!”– deyərək bunu üç dəfə təkrar etdi”. Ənəs dedi: “Xeybərlilər öz işlərindən ötrü evlərindən çıxıb: “Muhəmməd öz qoşunu ilə gəldi!”– dedilər”. Ənəs deyir: “Biz Xeybəri zəbt etdik. Əsirlər bir yerə toplanıldıqdan sonra Dihyə gəlib dedi: “Ey Allahın Peyğəmbəri, əsir düşmüş cariyələrdən birini mənə ver”. Peyğəmbər ﷺ: “Get, birini götür!”– dedi və o da Safiyyə bint Huyeyi götürdü. Bundan sonra bir nəfər Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Peyğəmbəri, sən Dihyəyə Bəni Qureyza və Bəni Nədirin xanımı Safiyyə bint Huyeyi verdin, halbuki o qadın ancaq sənə layiqdir”. Onda Peyğəmbər ﷺ buyurdu: “Onu qadınla bir yerdə yanıma çağırın!” Dihyə Safiyyəni onun yanına gətirdi. Peyğəmbər ﷺ qadına baxıb Dihyəyə dedi: “Cariyələrdən başqasını götür”. Ənəs dedi: “Peyğəmbər ﷺ Safiyyəni azad edib onunla evləndi”. Ravi Sabit Ənəsdən soruşdu: “Bəs Peyğəmbər ﷺ ona mehr olaraq nə verdi?” Ənəs dedi: “Onun özünü verdi. Onu azad etdi və onunla evləndi”. Ənəs dedi: “Yolda Ummu Suleym Safiyyəni Peyğəmbər ﷺ üçün hazırladı və gecə onun yanına apardı. Zifaf gecəsinin səhəri Peyğəmbər ﷺ dedi: “Kimdə (yeməyə) bir şey varsa, bura gətirsin” və yerə bir dəri sərdi. Bu vaxt kimisi xurma, kimisi də yağ gətirdi”. Ravi deyir: “Hesab edirəm ki, Ənəs sıyığı da qeyd etdi”. Ənəs deyir: “Sonra onlar heys hazırladılar. Allahın Peyğəmbərinin ﷺ toy ziyafəti belə oldu”.”

Ənəs
Buxari, 371 (Namaz, 23)Səhih

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا هُشَيْمٌ عَنْ صَالِحِ بْنِ صَالِحٍ الْهَمْدَانِىِّ عَنِ الشَّعْبِىِّ قَالَ رَأَيْتُ رَجُلاً مِنْ أَهْلِ خُرَاسَانَ سَأَلَ الشَّعْبِىَّ فَقَالَ يَا أَبَا عَمْرٍو إِنَّ مَنْ قِبَلَنَا مِنْ أَهْلِ خُرَاسَانَ يَقُولُونَ فِى الرَّجُلِ إِذَا أَعْتَقَ أَمَتَهُ ثُمَّ تَزَوَّجَهَا فَهُوَ كَالرَّاكِبِ بَدَنَتَهُ. فَقَالَ الشَّعْبِىُّ حَدَّثَنِى أَبُو بُرْدَةَ بْنُ أَبِى مُوسَى عَنْ أَبِيهِ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « ثَلاَثَةٌ يُؤْتَوْنَ أَجْرَهُمْ مَرَّتَيْنِ رَجُلٌ مِنْ أَهْلِ الْكِتَابِ آمَنَ بِنَبِيِّهِ وَأَدْرَكَ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَآمَنَ بِهِ وَاتَّبَعَهُ وَصَدَّقَهُ فَلَهُ أَجْرَانِ وَعَبْدٌ مَمْلُوكٌ أَدَّى حَقَّ اللَّهِ تَعَالَى وَحَقَّ سَيِّدِهِ فَلَهُ أَجْرَانِ وَرَجُلٌ كَانَتْ لَهُ أَمَةٌ فَغَذَاهَا فَأَحْسَنَ غِذَاءَهَا ثُمَّ أَدَّبَهَا فَأَحْسَنَ أَدَبَهَا ثُمَّ أَعْتَقَهَا وَتَزَوَّجَهَا فَلَهُ أَجْرَانِ ». ثُمَّ قَالَ الشَّعْبِىُّ لِلْخُرَاسَانِىِّ خُذْ هَذَا الْحَدِيثَ بِغَيْرِ شَىْءٍ. فَقَدْ كَانَ الرَّجُلُ يَرْحَلُ فِيمَا دُونَ هَذَا إِلَى الْمَدِينَةِ.

“Rəvayət edilir ki, Saleh ibn Saleh əl-Həmdani ﵀ demişdir: “Mən Xorasan əhlindən bir nəfər gördüm. O, Şəbiyə belə dedi: “Ey Əbu Amr! Bizim tərəflərdə xorasanlılardan bəziləri, öz kənizini azad edib sonra onunla evlənən adam haqqında deyirlər: “O, qurbanlıq dəvəsinə minmiş kimidir”. Şəbi dedi: “Əbu Burdə ibn Əbu Musa öz atasından mənə rəvayət etmişdir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Savabları ikiqat verilən üç qisim insan var: Kitab əhlindən olan bir kəs öz peyğəmbərinə iman gətirər, sonra da Muhəmmədə ﷺ yetişər və ona iman gətirər, onun ardınca gedər və onun gətirdiyini təsdiqləyərsə, ikiqat savab qazanar. Kölə edilmiş bir qul həm Uca Allahın haqqını, həm də ağasının haqqını ödəyərsə, ikiqat savab qazanar. Qadın köləyə sahib olan bir adam onun qayğısına qalar və bunu gözəl tərzdə yerinə yetirər, həmçinin ona tərbiyə verər və bunu gözəl tərzdə yerinə yetirər, sonra da onu azad edib onunla evlənərsə, ikiqat savab qazanar”. Sonra Şəbi xorasanlıya dedi: “Heç bir şey vermədən hədisi götür. Vaxtilə adam belə bir hədisi öyrənmək üçün Mədinəyə qədər gedərdi”.”

Saleh ibn Saleh əl-Həmdani
Muslim, 404 (İman, 303)Səhih

أَخْبَرَنَا يَحْيَى بْنُ حَبِيبِ بْنِ عَرَبِيٍّ عَنْ حَمَّادٍ وَالْحَارِثُ بْنُ مِسْكِينٍ قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ عَنْ ابْنِ الْقَاسِمِ حَدَّثَنِي مَالِكٌ ح و أَخْبَرَنَا سُلَيْمَانُ بْنُ مَنْصُورٍ قَالَ أَنْبَأَنَا عَبْدُ اللَّهِ بْنُ الْمُبَارَكِ وَاللَّفْظُ لَهُ عَنْ يَحْيَى بْنِ سَعِيدٍ عَنْ مُحَمَّدِ بْنِ إِبْرَاهِيمَ عَنْ عَلْقَمَةَ بْنِ وَقَّاصٍ عَنْ عُمَرَ بْنِ الْخَطَّابِ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِنَّمَا الْأَعْمَالُ بِالنِّيَّةِ وَإِنَّمَا لِامْرِئٍ مَا نَوَى فَمَنْ كَانَتْ هِجْرَتُهُ إِلَى اللَّهِ وَإِلَى رَسُولِهِ فَهِجْرَتُهُ إِلَى اللَّهِ وَإِلَى رَسُولِهِ وَمَنْ كَانَتْ هِجْرَتُهُ إِلَى دُنْيَا يُصِيبُهَا أَوْ امْرَأَةٍ يَنْكِحُهَا فَهِجْرَتُهُ إِلَى مَا هَاجَرَ إِلَيْهِ

“Rəvayət edilir ki, Ömər ibn əl-Xəttab ﵁ demişdir: “Allah Elçisi ﷺ buyurdu: “Əməllər ancaq niyyətlərə görədir. Hər kəsə də yalnız niyyət etdiyi şey qalacaq. Kimin hicrəti Allaha və Onun Elçisinədirsə, onun hicrəti Allah və Onun Elçisi üçündür. Kimin hicrəti əldə edəcəyi dünya (malına) və ya evlənəcəyi qadına görədirsə, onun hicrəti elə hicrət etdiyi şey üçündür”.”

Ömər ibn əl-Xəttab
Nəsəi, 75 (Təharət, 75)Səhih

أَخْبَرَنَا مَحْمُودُ بْنُ غَيْلاَنَ ، قَالَ : حَدَّثَنَا أَبُو أَحْمَدَ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الأَعْمَشِ ، عَنْ عُمَارَةَ بْنِ عُمَيْرٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ يَزِيدَ ، عَنْ عَبْدِ اللهِ ، قَالَ : خَرَجْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَنَحْنُ شَبَابٌ لاَ نَقْدِرُ عَلَى شَيْءٍ ، قَالَ : يَا مَعْشَرَ الشَّبَابِ ، عَلَيْكُمْ بِالْبَاءَةِ ، فَإِنَّهُ أَغَضُّ لِلْبَصَرِ ، وَأَحْصَنُ لِلْفَرْجِ ، وَمَنْ لَمْ يَسْتَطِعْ فَعَلَيْهِ بِالصَّوْمِ فَإِنَّهُ لَهُ وِجَاءٌ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə yola çıxdıq. Biz evlənməyə imkanı olmayan gənclər idik. Peyğəmbər ﷺ buyurdu: “Ey cavanlar, evlənin! Çünki evlənmək gözü və cinsiyyət üzvünü haramdan qoruyur. Evlənməyə gücü çatmayanlar isə oruc tutsun. Çünki oruc tutmaq şəhvət hissini söndürür”.”

Abdullah
Nəsəi, 2239 (Oruc, 150)Səhih

أَخْبَرَنَا بِشْرُ بْنُ خَالِدٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، عَنْ شُعْبَةَ ، عَنْ سُلَيْمَانَ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ عَلْقَمَةَ : أَنَّ ابْنَ مَسْعُودٍ ، لَقِيَ عُثْمَانَ بِعَرَفَاتٍ ، فَخَلاَ بِهِ فَحَدَّثَهُ ، وَأَنَّ عُثْمَانَ قَالَ لاِبْنِ مَسْعُودٍ : هَلْ لَكَ فِي فَتَاةٍ أُزَوِّجُكَهَا ، فَدَعَا عَبْدُ اللهِ عَلْقَمَةَ ، فَحَدَّثَهُ أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : مَنِ اسْتَطَاعَ مِنْكُمُ الْبَاءَةَ فَلْيَتَزَوَّجْ ، فَإِنَّهُ أَغَضُّ لِلْبَصَرِ ، وَأَحْصَنُ لِلْفَرْجِ ، وَمَنْ لَمْ يَسْتَطِعْ فَلْيَصُمْ ، فَإِنَّ الصَّوْمَ لَهُ وِجَاءٌ.

“Alqamə ﵀ rəvayət edir ki, bir dəfə İbn Məsud Arafada Osmanla qarşılaşdı. Onunla tək qalaraq söhbət etdi. Osman İbn Məsuda dedi: “Sənin yanında evlənməyə qız varmı?” Abdullah ibn Məsud da Alqaməni yanına çağırıb bu hədisi danışdı: “Evlənmək imkanı olanlar evlənsin! Çünki evlənmək gözü və cinsiyyət üzvünü (haramdan) qoruyur. Evlənməyə gücü çatmayanlar isə oruc tutsun, çünki oruc tutmaq (şəhvət hissini) söndürür”.”

Alqamə
Nəsəi, 2240 (Oruc, 151)Səhih

أَخْبَرَنَا هَارُونُ بْنُ إِسْحَاقَ ، قَالَ : حَدَّثَنَا الْمُحَارِبِيُّ ، عَنِ الأَعْمَشِ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ عَلْقَمَةَ ، وَالأَسْوَدِ ، عَنْ عَبْدِ اللهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنِ اسْتَطَاعَ مِنْكُمُ الْبَاءَةَ فَلْيَتَزَوَّجْ ، وَمَنْ لَمْ يَجِدْ فَعَلَيْهِ بِالصَّوْمِ فَإِنَّهُ لَهُ وِجَاءٌ.

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Evlənmək imkanı olanlar evlənsin! Evlənməyə gücü çatmayanlar isə oruc tutsun, çünki oruc tutmaq (şəhvət hissini) söndürür”.”

Abdullah
Nəsəi, 2241 (Oruc, 152)Səhih

أَخْبَرَنِي هِلاَلُ بْنُ الْعَلاَءِ بْنِ هِلاَلٍ ، قَالَ : حَدَّثَنَا أَبِي ، قَالَ : حَدَّثَنَا عَلِيُّ بْنُ هَاشِمٍ ، عَنِ الأَعْمَشِ ، عَنْ عُمَارَةَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ يَزِيدَ ، قَالَ : دَخَلْنَا عَلَى عَبْدِ اللهِ ، وَمَعَنَا عَلْقَمَةُ وَالأَسْوَدُ وَجَمَاعَةٌ ، فَحَدَّثَنَا بِحَدِيثٍ مَا رَأَيْتُهُ حَدَّثَ بِهِ الْقَوْمَ إِلاَّ مِنْ أَجْلِي لأَنِّي كُنْتُ أَحْدَثَهُمْ ، سِنًّا قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : يَا مَعْشَرَ الشَّبَابِ ، مَنِ اسْتَطَاعَ مِنْكُمُ الْبَاءَةَ فَلْيَتَزَوَّجْ ، فَإِنَّهُ أَغَضُّ لِلْبَصَرِ ، وَأَحْصَنُ لِلْفَرْجِ قَالَ عَلِيٌّ : وَسُئِلَ الأَعْمَشُ ، عَنْ حَدِيثِ إِبْرَاهِيمَ ، فَقَالَ : عَنْ إِبْرَاهِيمَ ، عَنْ عَلْقَمَةَ ، عَنْ عَبْدِ اللهِ ، مِثْلَهُ ، قَالَ : نَعَمْ.

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Yəzid ﵀ demişdir: “Alqamə, əl-Əsvəd və bir neçə nəfər olaraq Abdullah ibn Məsudun yanına gəldik. O bizə bir hədis danışdı. Bu hədisi aralarında ən gənc olduğum üçün mənə görə danışdığını başa düşdüm. O dedi: “Allah Elçisi ﷺ belə buyurdu: “Ey cavanlar! Evlənmək imkanı olanlar evlənsin, çünki evlənmək gözü və cinsiyyət üzvünü (haramdan) qoruyur”.”

Abdur-Rahmən ibn Yəzid
Nəsəi, 2242 (Oruc, 153)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ زُرَارَةَ ، قَالَ : أَنْبَأَنَا إِسْمَعِيلُ ، قَالَ : حَدَّثَنَا يُونُسُ ، عَنْ أَبِي مَعْشَرٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ عَلْقَمَةَ ، قَالَ : كُنْتُ مَعَ ابْنِ مَسْعُودٍ وَهُوَ عِنْدَ عُثْمَانَ ، فَقَالَ عُثْمَانُ : خَرَجَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى فِتْيَةٍ ، فَقَالَ : مَنْ كَانَ مِنْكُمْ ذَا طَوْلٍ فَلْيَتَزَوَّجْ ، فَإِنَّهُ أَغَضُّ لِلْبَصَرِ ، وَأَحْصَنُ لِلْفَرْجِ ، وَمَنْ لاَ ، فَالصَّوْمُ لَهُ وِجَاءٌ .قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : أَبُو مَعْشَرٍ هَذَا اسْمُهُ زِيَادُ بْنُ كُلَيْبٍ وَهُوَ ثِقَةٌ ، وَهُوَ صَاحِبُ إِبْرَاهِيمَ ، رَوَى عَنْهُ مَنْصُورٌ ، وَمُغِيرَةُ ، وَشُعْبَةُ ، وَأَبُو مَعْشَرٍ الْمَدَنِيُّ اسْمُهُ نَجِيحٌ وَهُوَ ضَعِيفٌ ، وَمَعَ ضَعْفِهِ أَيْضًا كَانَ قَدِ اخْتَلَطَ عِنْدَهُ أَحَادِيثُ مَنَاكِيرُ ، مِنْهَا مُحَمَّدُ بْنُ عَمْرٍو ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَا بَيْنَ الْمَشْرِقِ وَالْمَغْرِبِ قِبْلَةٌ ، وَمِنْهَا هِشَامُ بْنُ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لاَ تَقْطَعُوا اللَّحْمَ بِالسِّكِّينِ وَلَكِنْ انْهَسُوا نَهْسًا.

“Rəvayət edilir ki, Alqamə ﵀ demişdir: “Bir dəfə İbn Məsud və Osman ilə birlikdə idim. Osman dedi: “Allah Elçisi ﷺ bir dəstə gəncin yanına gələrək buyurdu: “Evlənmək imkanı olanlar evlənsin! Çünki evlənmək gözü və cinsiyyət üzvünü (haramdan) qoruyur. Evlənə bilməyən isə oruc tutsun, çünki oruc (şəhvət hissindən) söndürür”. ...Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Qiblə günbatanla günçıxan arasındadır”. ...Aişə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Əti bıçaqla kəsməyin! Onu parça-parça edin”.”

Alqamə
Nəsəi, 2243 (Oruc, 154)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَعْمَرٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ حَمَّادٍ ، قَالَ : حَدَّثَنَا أَبُو عَوَانَةَ ، عَنْ مُغِيرَةَ ، عَنْ مُجَاهِدٍ ، قَالَ : قَالَ لِي عَبْدُ اللهِ بْنُ عَمْرٍو : أَنْكَحَنِي أَبِي امْرَأَةً ذَاتَ حَسَبٍ ، فَكَانَ يَأْتِيهَا فَيَسْأَلُهَا عَنْ بَعْلِهَا ، فَقَالَتْ : نِعْمَ الرَّجُلُ مِنْ رَجُلٍ لَمْ يَطَأْ لَنَا فِرَاشًا ، وَلَمْ يُفَتِّشْ لَنَا كَنَفًا مُنْذُ أَتَيْنَاهُ ، فَذَكَرَ ذَلِكَ لِلنَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : ائْتِنِي بِهِ ، فَأَتَيْتُهُ مَعَهُ ، فَقَالَ : كَيْفَ تَصُومُ ؟ قُلْتُ : كُلَّ يَوْمٍ ، قَالَ : صُمْ مِنْ كُلِّ جُمُعَةٍ ثَلاَثَةَ أَيَّامٍ ، قُلْتُ : إِنِّي أُطِيقُ أَفْضَلَ مِنْ ذَلِكَ ، قَالَ : صُمْ يَوْمَيْنِ وَأَفْطِرْ يَوْمًا ، قَالَ : إِنِّي أُطِيقُ أَفْضَلَ مِنْ ذَلِكَ ، قَالَ : صُمْ أَفْضَلَ الصِّيَامِ ، صِيَامَ دَاوُدَ عَلَيْهِ السَّلاَمُ ، صَوْمُ يَوْمٍ وَفِطْرُ يَوْمٍ.

“Rəvayət edilir ki, Mucahid ﵀ demişdir: “Abdullah ibn Amr mənə dedi: “Atam məni bir imkanlı qadınla evləndirmişdi. Atam onun yanına gedib mənim haqqımda soruşduqda o dedi: “Çox gözəl adamdır. Evləndikdən bu yana nə yatağıma gəldi, nə də gizli yerlərimi araşdırdı”. Belə olduqda atam hadisəni Peyğəmbərə ﷺ danışdı. Peyğəmbər ﷺ buyurdu: “Onu mənim yanıma gətirin!” Atamla birlikdə Peyğəmbərin ﷺ yanına getdik. Peyğəmbər ﷺ dedi: “Orucu necə tutursan?” Mən: “Hər gün” dedim. Peyğəmbər ﷺ dedi: “Həftədə üç gün oruc tut!” Mən dedim: “Bundan daha çox tuta bilərəm”. O dedi: “İki gün tut, bir gün tutma”. Mən dedim: “Bundan daha çox tuta bilərəm”. O buyurdu: “Ən fəzilətli olan orucu – Davudun ﵇ orucunu tut! (Yəni) günaşırı tut!””

Mucahid
Nəsəi, 2389 (Oruc, 300)Səhih

أَخْبَرَنَا أَبُو حَصِينٍ عَبْدُ اللهِ بْنُ أَحْمَدَ بْنِ عَبْدِ اللهِ بْنِ يُونُسَ ، قَالَ : حَدَّثَنَا عَبْثَرٌ ، قَالَ : حَدَّثَنَا حُصَيْنٌ ، عَنْ مُجَاهِدٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو ، قَالَ : زَوَّجَنِي أَبِي امْرَأَةً فَجَاءَ يَزُورُهَا ، فَقَالَ : كَيْفَ تَرَيْنَ بَعْلَكِ ؟ فَقَالَتْ : نِعْمَ الرَّجُلُ مِنْ رَجُلٍ لاَ يَنَامُ اللَّيْلَ ، وَلاَ يُفْطِرُ النَّهَارَ فَوَقَعَ بِي ، وَقَالَ : زَوَّجْتُكَ امْرَأَةً مِنَ الْمُسْلِمِينَ فَعَضَلْتَهَا ، قَالَ : فَجَعَلْتُ لاَ أَلْتَفِتُ إِلَى قَوْلِهِ مِمَّا أَرَى عِنْدِي مِنَ الْقُوَّةِ وَالاِجْتِهَادِ ، فَبَلَغَ ذَلِكَ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : لَكِنِّي أَنَا أَقُومُ وَأَنَامُ ، وَأَصُومُ وَأُفْطِرُ ، فَقُمْ وَنَمْ ، وَصُمْ وَأَفْطِرْ قَالَ : صُمْ مِنْ كُلِّ شَهْرٍ ثَلاَثَةَ أَيَّامٍ ، فَقُلْتُ : أَنَا أَقْوَى مِنْ ذَلِكَ ، قَالَ : صُمْ صَوْمَ دَاوُدَ عَلَيْهِ السَّلاَمُ ، صُمْ يَوْمًا وَأَفْطِرْ يَوْمًا ، قُلْتُ : أَنَا أَقْوَى مِنْ ذَلِكَ ، قَالَ : اقْرَأِ الْقُرْآنَ فِي كُلِّ شَهْرٍ ، ثُمَّ انْتَهَى إِلَى خَمْسَ عَشْرَةَ وَأَنَا أَقُولُ : أَنَا أَقْوَى مِنْ ذَلِكَ.

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Atam məni bir qadınla evləndirmişdi. Atam onu ziyarət edərək dedi: “Ərin necədir?” O da: “Çox yaxşı kişidir, gecələr yatmayıb namaz qılır, gündüzlər isə oruc tutur”. Belə olduqda atam məni danladı və dedi: “Səni müsəlman qadınla evləndirmişəm, sən isə ondan üz çevirirsən”. Qüvvəmə arxayın olduğum üçün atamın sözlərinə qulaq asmadım, lakin hadisə Peyğəmbərə ﷺ çatdıqda dedi: “Mən həm yatıram, həm də namaz qılıram. Həm oruc tutduğum gün olur, həm də tutmadığım. Sən də qalx, namaz qıl, sonra yat. Həm oruc tut, həm də tutmadığın gün olsun. Hər ayın üç gününü oruc tut!” Mən dedim: “Bundan daha çox tuta bilərəm”. O dedi: “Onda Davudun ﵇ tutduğu kimi oruc tut – bir gün tut, bir gün tutma!” Mən dedim: “Bundan daha çoxuna gücüm çatar”. O dedi: “Hər ay Quranı bir dəfə xətm et!” Sonra o bu məsələni on beş günə endirdi. Mən də “Daha qısa müddət ərzində xətm edə bilərəm” deyirdim”.”

Abdullah ibn Amr
Nəsəi, 2390 (Oruc, 301)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا دَاوُدُ وَهُوَ ابْنُ عَبْدِ الرَّحْمَنِ الْعَطَّارُ ، عَنْ عَمْرٍو وَهُوَ ابْنُ دِينَارٍ ، قَالَ : سَمِعْتُ أَبَا الشَّعْثَاءِ يُحَدِّثُ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : تَزَوَّجَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَيْمُونَةَ ، وَهُوَ مُحْرِمٌ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ Məymunə ilə ehramlı ikən evlənmişdir”.”

İbn Abbas
Nəsəi, 2837 (Həcc, 219)Zəif

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا ابْنُ جُرَيْجٍ ، قَالَ : حَدَّثَنَا عَمْرُو بْنُ دِينَارٍ ، أَنَّ أَبَا الشَّعْثَاءِ حَدَّثَهُ ، عَنْ ابْنِ عَبَّاسٍ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَكَحَ حَرَامًا.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ ehramlı ikən evlənmişdir.”

İbn Abbas
Nəsəi, 2838 (Həcc, 220)Zəif

أَخْبَرَنِي إِبْرَاهِيمُ بْنُ يُونُسَ بْنِ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنَا أَبِي ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ حُمَيْدٍ ، عَنْ مُجَاهِدٍ ، عَنْ ابْنِ عَبَّاسٍ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تَزَوَّجَ مَيْمُونَةَ ، وَهُمَا مُحْرِمَانِ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ Məymunə ilə ikisi də ehramlı ikən evlənmişdir.”

İbn Abbas
Nəsəi, 2839 (Həcc, 221)Zəif

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ إِسْحَاقَ الصَّاغَانِيُّ ، قَالَ : حَدَّثَنَا أَحْمَدُ بْنُ إِسْحَاقَ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ حُمَيْدٍ ، عَنْ عِكْرِمَةَ ، عَنْ ابْنِ عَبَّاسٍ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تَزَوَّجَ مَيْمُونَةَ ، وَهُوَ مُحْرِمٌ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ Məymunə ilə ehramlı ikən evlənmişdir.”

İbn Abbas
Nəsəi, 2840 (Həcc, 222)Zəif

أَخْبَرَنِي شُعَيْبُ بْنُ شُعَيْبِ بْنِ إِسْحَاقَ ، وَصَفْوَانُ بْنُ عَمْرٍو الْحِمْصِيُّ ، قَالاَ : حَدَّثَنَا أَبُو الْمُغِيرَةِ ، قَالَ : حَدَّثَنَا الأَوْزَاعِيُّ ، عَنْ عَطَاءِ بْنِ أَبِي رَبَاحٍ ، عَنْ ابْنِ عَبَّاسٍ أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، تَزَوَّجَ مَيْمُونَةَ ، وَهُوَ مُحْرِمٌ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ Məymunə ilə ehramlı ikən evlənmişdir.”

İbn Abbas
Nəsəi, 2841 (Həcc, 223)Zəif

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ نَافِعٍ ، عَنْ نُبَيْهِ بْنِ وَهْبٍ ، أَنَّ أَبَانَ بْنَ عُثْمَانَ ، قَالَ : سَمِعْتُ عُثْمَانَ بْنَ عَفَّانَ ، يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لاَ يَنْكِحُ الْمُحْرِمُ ، وَلاَ يَخْطُبُ ، وَلاَ يُنْكِحُ.

“Rəvayət edilir ki, Osman ibn Əffan ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ehramda olan nə evlənə bilər, nə qız istəmək məqsədilə danışa bilər, nə də başqasının nikahını kəsə bilər”.”

Osman ibn Əffan
Nəsəi, 2842 (Həcc, 224)Səhih

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ مَالِكٍ ، أَخْبَرَنِي نَافِعٌ ، عَنْ نُبَيْهِ بْنِ وَهْبٍ ، عَنْ أَبَانَ بْنِ عُثْمَانَ ، عَنْ أَبِيهِ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ نَهَى أَنْ يَنْكِحَ الْمُحْرِمُ ، أَوْ يُنْكِحَ ، أَوْ يَخْطُبَ.

“Əban ibn Osman atasından ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ ehramlıya evlənməyi, qız istəmək məqsədilə danışmağı və başqasının nikahını kəsməsini qadağan etmişdir.”

Əban ibn Osman atasından
Nəsəi, 2843 (Həcc, 225)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ يَزِيدَ ، عَنْ سُفْيَانَ ، عَنْ أَيُّوبَ بْنِ مُوسَى ، عَنْ نُبَيْهِ بْنِ وَهْبٍ ، قَالَ : أَرْسَلَ عُمَرُ بْنُ عُبَيْدِ اللهِ بْنِ مَعْمَرٍ إِلَى أَبَانَ بْنِ عُثْمَانَ يَسْأَلُهُ أَيَنْكِحُ الْمُحْرِمُ ؟ فَقَالَ أَبَانُ : إِنَّ عُثْمَانَ بْنَ عَفَّانَ حَدَّثَ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لاَ يَنْكِحُ الْمُحْرِمُ ، وَلاَ يَخْطُبُ.

“Rəvayət edilir ki, Nubeyh ibn Vəhb ﵀ demişdir: “Ömər ibn Ubeydullah ibn Mə'mər Əban ibn Osmana ehramlının kiminsə kəbinini kəsməsinin icazəli olub-olmadığını öyrənmək üçün adam göndərdi. Əban dedi: “Osman ibn Əffan dedi ki, Peyğəmbər ﷺ belə buyurdu: “Ehramlı olan nə başqasının nikahını kəsə bilər, nə də başqasından qız istəyə bilər”.”

Nubeyh ibn Vəhb
Nəsəi, 2844 (Həcc, 226)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ يَزِيدَ ، عَنْ أَبِيهِ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، عَنْ مُحَمَّدِ بْنِ عَجْلاَنَ ، عَنْ سَعِيدٍ الْمَقْبُرِيِّ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : ثَلاَثَةٌ كُلُّهُمْ حَقٌّ عَلَى اللهِ عَزَّ وَجَلَّ عَوْنُهُ الْمُجَاهِدُ فِي سَبِيلِ اللهِ ، وَالنَّاكِحُ الَّذِي يُرِيدُ الْعَفَافَ ، وَالْمُكَاتَبُ الَّذِي يُرِيدُ الأَدَاءَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Üç nəfər var ki, onlara kömək etmək Allahın ﷿ üzərində bir haqdır: Allah yolunda olan mücahid, günahdan qorunmaq üçün evlənən və köləlikdən xilas olmaq üçün ağası ilə anlaşan”.”

Əbu Hureyra
Nəsəi, 3120 (Cihad, 36)Həsən
Daha çox göstər

30 / 656 hədis göstərilir