حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا هُشَيْمٌ عَنْ صَالِحِ بْنِ صَالِحٍ الْهَمْدَانِىِّ عَنِ الشَّعْبِىِّ قَالَ رَأَيْتُ رَجُلاً مِنْ أَهْلِ خُرَاسَانَ سَأَلَ الشَّعْبِىَّ فَقَالَ يَا أَبَا عَمْرٍو إِنَّ مَنْ قِبَلَنَا مِنْ أَهْلِ خُرَاسَانَ يَقُولُونَ فِى الرَّجُلِ إِذَا أَعْتَقَ أَمَتَهُ ثُمَّ تَزَوَّجَهَا فَهُوَ كَالرَّاكِبِ بَدَنَتَهُ. فَقَالَ الشَّعْبِىُّ حَدَّثَنِى أَبُو بُرْدَةَ بْنُ أَبِى مُوسَى عَنْ أَبِيهِ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « ثَلاَثَةٌ يُؤْتَوْنَ أَجْرَهُمْ مَرَّتَيْنِ رَجُلٌ مِنْ أَهْلِ الْكِتَابِ آمَنَ بِنَبِيِّهِ وَأَدْرَكَ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَآمَنَ بِهِ وَاتَّبَعَهُ وَصَدَّقَهُ فَلَهُ أَجْرَانِ وَعَبْدٌ مَمْلُوكٌ أَدَّى حَقَّ اللَّهِ تَعَالَى وَحَقَّ سَيِّدِهِ فَلَهُ أَجْرَانِ وَرَجُلٌ كَانَتْ لَهُ أَمَةٌ فَغَذَاهَا فَأَحْسَنَ غِذَاءَهَا ثُمَّ أَدَّبَهَا فَأَحْسَنَ أَدَبَهَا ثُمَّ أَعْتَقَهَا وَتَزَوَّجَهَا فَلَهُ أَجْرَانِ ». ثُمَّ قَالَ الشَّعْبِىُّ لِلْخُرَاسَانِىِّ خُذْ هَذَا الْحَدِيثَ بِغَيْرِ شَىْءٍ. فَقَدْ كَانَ الرَّجُلُ يَرْحَلُ فِيمَا دُونَ هَذَا إِلَى الْمَدِينَةِ.
“Rəvayət edilir ki, Saleh ibn Saleh əl-Həmdani ﵀ demişdir: “Mən Xorasan əhlindən bir nəfər gördüm. O, Şəbiyə belə dedi: “Ey Əbu Amr! Bizim tərəflərdə xorasanlılardan bəziləri, öz kənizini azad edib sonra onunla evlənən adam haqqında deyirlər: “O, qurbanlıq dəvəsinə minmiş kimidir”. Şəbi dedi: “Əbu Burdə ibn Əbu Musa öz atasından mənə rəvayət etmişdir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Savabları ikiqat verilən üç qisim insan var: Kitab əhlindən olan bir kəs öz peyğəmbərinə iman gətirər, sonra da Muhəmmədə ﷺ yetişər və ona iman gətirər, onun ardınca gedər və onun gətirdiyini təsdiqləyərsə, ikiqat savab qazanar. Kölə edilmiş bir qul həm Uca Allahın haqqını, həm də ağasının haqqını ödəyərsə, ikiqat savab qazanar. Qadın köləyə sahib olan bir adam onun qayğısına qalar və bunu gözəl tərzdə yerinə yetirər, həmçinin ona tərbiyə verər və bunu gözəl tərzdə yerinə yetirər, sonra da onu azad edib onunla evlənərsə, ikiqat savab qazanar”. Sonra Şəbi xorasanlıya dedi: “Heç bir şey vermədən hədisi götür. Vaxtilə adam belə bir hədisi öyrənmək üçün Mədinəyə qədər gedərdi”.”