وَحَدَّثَنِى سُوَيْدُ بْنُ سَعِيدٍ قَالَ حَدَّثَنِى حَفْصُ بْنُ مَيْسَرَةَ عَنْ زَيْدِ بْنِ أَسْلَمَ عَنْ عَطَاءِ بْنِ يَسَارٍ عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ أَنَّ نَاسًا فِى زَمَنِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالُوا يَا رَسُولَ اللَّهِ هَلْ نَرَى رَبَّنَا يَوْمَ الْقِيَامَةِ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « نَعَمْ ». قَالَ « هَلْ تُضَارُّونَ فِى رُؤْيَةِ الشَّمْسِ بِالظَّهِيرَةِ صَحْوًا لَيْسَ مَعَهَا سَحَابٌ وَهَلْ تُضَارُّونَ فِى رُؤْيَةِ الْقَمَرِ لَيْلَةَ الْبَدْرِ صَحْوًا لَيْسَ فِيهَا سَحَابٌ ». قَالُوا لاَ يَا رَسُولَ اللَّهِ. قَالَ « مَا تُضَارُّونَ فِى رُؤْيَةِ اللَّهِ تَبَارَكَ وَتَعَالَى يَوْمَ الْقِيَامَةِ إِلاَّ كَمَا تُضَارُّونَ فِى رُؤْيَةِ أَحَدِهِمَا إِذَا كَانَ يَوْمُ الْقِيَامَةِ أَذَّنَ مُؤَذِّنٌ لِيَتَّبِعْ كُلُّ أُمَّةٍ مَا كَانَتْ تَعْبُدُ. فَلاَ يَبْقَى أَحَدٌ كَانَ يَعْبُدُ غَيْرَ اللَّهِ سُبْحَانَهُ مِنَ الأَصْنَامِ وَالأَنْصَابِ إِلاَّ يَتَسَاقَطُونَ فِى النَّارِ حَتَّى إِذَا لَمْ يَبْقَ إِلاَّ مَنْ كَانَ يَعْبُدُ اللَّهَ مِنْ بَرٍّ وَفَاجِرٍ وَغُبَّرِ أَهْلِ الْكِتَابِ فَيُدْعَى الْيَهُودُ فَيُقَالُ لَهُمْ مَا كُنْتُمْ تَعْبُدُونَ قَالُوا كُنَّا نَعْبُدُ عُزَيْرَ ابْنَ اللَّهِ. فَيُقَالُ كَذَبْتُمْ مَا اتَّخَذَ اللَّهُ مِنْ صَاحِبَةٍ وَلاَ وَلَدٍ فَمَاذَا تَبْغُونَ قَالُوا عَطِشْنَا يَا رَبَّنَا فَاسْقِنَا. فَيُشَارُ إِلَيْهِمْ أَلاَ تَرِدُونَ فَيُحْشَرُونَ إِلَى النَّارِ كَأَنَّهَا سَرَابٌ يَحْطِمُ بَعْضُهَا بَعْضًا فَيَتَسَاقَطُونَ فِى النَّارِ. ثُمَّ يُدْعَى النَّصَارَى فَيُقَالُ لَهُمْ مَا كُنْتُمْ تَعْبُدُونَ قَالُوا كُنَّا نَعْبُدُ الْمَسِيحَ ابْنَ اللَّهِ. فَيُقَالُ لَهُمْ كَذَبْتُمْ. مَا اتَّخَذَ اللَّهُ مِنْ صَاحِبَةٍ وَلاَ وَلَدٍ. فَيُقَالُ لَهُمْ مَاذَا تَبْغُونَ فَيَقُولُونَ عَطِشْنَا يَا رَبَّنَا فَاسْقِنَا. - قَالَ - فَيُشَارُ إِلَيْهِمْ أَلاَ تَرِدُونَ فَيُحْشَرُونَ إِلَى جَهَنَّمَ كَأَنَّهَا سَرَابٌ يَحْطِمُ بَعْضُهَا بَعْضًا فَيَتَسَاقَطُونَ فِى النَّارِ حَتَّى إِذَا لَمْ يَبْقَ إِلاَّ مَنْ كَانَ يَعْبُدُ اللَّهَ تَعَالَى مِنْ بَرٍّ وَفَاجِرٍ أَتَاهُمْ رَبُّ الْعَالَمِينَ سُبْحَانَهُ وَتَعَالَى فِى أَدْنَى صُورَةٍ مِنَ الَّتِى رَأَوْهُ فِيهَا. قَالَ فَمَا تَنْتَظِرُونَ تَتْبَعُ كُلُّ أُمَّةٍ مَا كَانَتْ تَعْبُدُ. قَالُوا يَا رَبَّنَا فَارَقْنَا النَّاسَ فِى الدُّنْيَا أَفْقَرَ مَا كُنَّا إِلَيْهِمْ وَلَمْ نُصَاحِبْهُمْ. فَيَقُولُ أَنَا رَبُّكُمْ. فَيَقُولُونَ نَعُوذُ بِاللَّهِ مِنْكَ لاَ نُشْرِكُ بِاللَّهِ شَيْئًا - مَرَّتَيْنِ أَوْ ثَلاَثًا - حَتَّى إِنَّ بَعْضَهُمْ لَيَكَادُ أَنْ يَنْقَلِبَ. فَيَقُولُ هَلْ بَيْنَكُمْ وَبَيْنَهُ آيَةٌ فَتَعْرِفُونَهُ بِهَا فَيَقُولُونَ نَعَمْ. فَيُكْشَفُ عَنْ سَاقٍ فَلاَ يَبْقَى مَنْ كَانَ يَسْجُدُ لِلَّهِ مِنْ تِلْقَاءِ نَفْسِهِ إِلاَّ أَذِنَ اللَّهُ لَهُ بِالسُّجُودِ وَلاَ يَبْقَى مَنْ كَانَ يَسْجُدُ اتِّقَاءً وَرِيَاءً إِلاَّ جَعَلَ اللَّهُ ظَهْرَهُ طَبَقَةً وَاحِدَةً كُلَّمَا أَرَادَ أَنْ يَسْجُدَ خَرَّ عَلَى قَفَاهُ. ثُمَّ يَرْفَعُونَ رُءُوسَهُمْ وَقَدْ تَحَوَّلَ فِى صُورَتِهِ الَّتِى رَأَوْهُ فِيهَا أَوَّلَ مَرَّةٍ فَقَالَ أَنَا رَبُّكُمْ. فَيَقُولُونَ أَنْتَ رَبُّنَا. ثُمَّ يُضْرَبُ الْجِسْرُ عَلَى جَهَنَّمَ وَتَحِلُّ الشَّفَاعَةُ وَيَقُولُونَ اللَّهُمَّ سَلِّمْ سَلِّمْ ». قِيلَ يَا رَسُولَ اللَّهِ وَمَا الْجِسْرُ قَالَ « دَحْضٌ مَزِلَّةٌ. فِيهِ خَطَاطِيفُ وَكَلاَلِيبُ وَحَسَكٌ تَكُونُ بِنَجْدٍ فِيهَا شُوَيْكَةٌ يُقَالُ لَهَا السَّعْدَانُ فَيَمُرُّ الْمُؤْمِنُونَ كَطَرْفِ الْعَيْنِ وَكَالْبَرْقِ وَكَالرِّيحِ وَكَالطَّيْرِ وَكَأَجَاوِيدِ الْخَيْلِ وَالرِّكَابِ فَنَاجٍ مُسَلَّمٌ وَمَخْدُوشٌ مُرْسَلٌ وَمَكْدُوسٌ فِى نَارِ جَهَنَّمَ. حَتَّى إِذَا خَلَصَ الْمُؤْمِنُونَ مِنَ النَّارِ فَوَالَّذِى نَفْسِى بِيَدِهِ مَا مِنْكُمْ مِنْ أَحَدٍ بِأَشَدَّ مُنَاشَدَةً لِلَّهِ فِى اسْتِقْصَاءِ الْحَقِّ مِنَ الْمُؤْمِنِينَ لِلَّهِ يَوْمَ الْقِيَامَةِ لإِخْوَانِهِمُ الَّذِينَ فِى النَّارِ يَقُولُونَ رَبَّنَا كَانُوا يَصُومُونَ مَعَنَا وَيُصَلُّونَ وَيَحُجُّونَ. فَيُقَالُ لَهُمْ أَخْرِجُوا مَنْ عَرَفْتُمْ. فَتُحَرَّمُ صُوَرُهُمْ عَلَى النَّارِ فَيُخْرِجُونَ خَلْقًا كَثيرًا قَدْ أَخَذَتِ النَّارُ إِلَى نِصْفِ سَاقَيْهِ وَإِلَى رُكْبَتَيْهِ ثُمَّ يَقُولُونَ رَبَّنَا مَا بَقِىَ فِيهَا أَحَدٌ مِمَّنْ أَمَرْتَنَا بِهِ. فَيَقُولُ ارْجِعُوا فَمَنْ وَجَدْتُمْ فِى قَلْبِهِ مِثْقَالَ دِينَارٍ مِنْ خَيْرٍ فَأَخْرِجُوهُ. فَيُخْرِجُونَ خَلْقًا كَثِيرًا ثُمَّ يَقُولُونَ رَبَّنَا لَمْ نَذَرْ فِيهَا أَحَدًا مِمَّنْ أَمَرْتَنَا. ثُمَّ يَقُولُ ارْجِعُوا فَمَنْ وَجَدْتُمْ فِى قَلْبِهِ مِثْقَالَ نِصْفِ دِينَارٍ مِنْ خَيْرٍ فَأَخْرِجُوهُ. فَيُخْرِجُونَ خَلْقًا كَثِيرًا ثُمَّ يَقُولُونَ رَبَّنَا لَمْ نَذَرْ فِيهَا مِمَّنْ أَمَرْتَنَا أَحَدًا. ثُمَّ يَقُولُ ارْجِعُوا فَمَنْ وَجَدْتُمْ فِى قَلْبِهِ مِثْقَالَ ذَرَّةٍ مِنْ خَيْرٍ فَأَخْرِجُوهُ. فَيُخْرِجُونَ خَلْقًا كَثِيرًا ثُمَّ يَقُولُونَ رَبَّنَا لَمْ نَذَرْ فِيهَا خَيْرًا ». وَكَانَ أَبُو سَعِيدٍ الْخُدْرِىُّ يَقُولُ إِنْ لَمْ تُصَدِّقُونِى بِهَذَا الْحَدِيثِ فَاقْرَءُوا إِنْ شِئْتُمْ (إِنَّ اللَّهَ لاَ يَظْلِمُ مِثْقَالَ ذَرَّةٍ وَإِنْ تَكُ حَسَنَةً يُضَاعِفْهَا وَيُؤْتِ مِنْ لَدُنْهُ أَجْرًا عَظِيمًا) « فَيَقُولُ اللَّهُ عَزَّ وَجَلَّ شَفَعَتِ الْمَلاَئِكَةُ وَشَفَعَ النَّبِيُّونَ وَشَفَعَ الْمُؤْمِنُونَ وَلَمْ يَبْقَ إِلاَّ أَرْحَمُ الرَّاحِمِينَ فَيَقْبِضُ قَبْضَةً مِنَ النَّارِ فَيُخْرِجُ مِنْهَا قَوْمًا لَمْ يَعْمَلُوا خَيْرًا قَطُّ قَدْ عَادُوا حُمَمًا فَيُلْقِيهِمْ فِى نَهْرٍ فِى أَفْوَاهِ الْجَنَّةِ يُقَالُ لَهُ نَهْرُ الْحَيَاةِ فَيَخْرُجُونَ كَمَا تَخْرُجُ الْحِبَّةُ فِى حَمِيلِ السَّيْلِ أَلاَ تَرَوْنَهَا تَكُونُ إِلَى الْحَجَرِ أَوْ إِلَى الشَّجَرِ مَا يَكُونُ إِلَى الشَّمْسِ أُصَيْفِرُ وَأُخَيْضِرُ وَمَا يَكُونُ مِنْهَا إِلَى الظِّلِّ يَكُونُ أَبْيَضَ ». فَقَالُوا يَا رَسُولَ اللَّهِ كَأَنَّكَ كُنْتَ تَرْعَى بِالْبَادِيَةِ قَالَ « فَيَخْرُجُونَ كَاللُّؤْلُؤِ فِى رِقَابِهِمُ الْخَوَاتِمُ يَعْرِفُهُمْ أَهْلُ الْجَنَّةِ هَؤُلاَءِ عُتَقَاءُ اللَّهِ الَّذِينَ أَدْخَلَهُمُ اللَّهُ الْجَنَّةَ بِغَيْرِ عَمَلٍ عَمِلُوهُ وَلاَ خَيْرٍ قَدَّمُوهُ ثُمَّ يَقُولُ ادْخُلُوا الْجَنَّةَ فَمَا رَأَيْتُمُوهُ فَهُوَ لَكُمْ. فَيَقُولُونَ رَبَّنَا أَعْطَيْتَنَا مَا لَمْ تُعْطِ أَحَدًا مِنَ الْعَالَمِينَ. فَيَقُولُ لَكُمْ عِنْدِى أَفْضَلُ مِنْ هَذَا فَيَقُولُونَ يَا رَبَّنَا أَىُّ شَىْءٍ أَفْضَلُ مِنْ هَذَا. فَيَقُولُ رِضَاىَ فَلاَ أَسْخَطُ عَلَيْكُمْ بَعْدَهُ أَبَدًا ».
“Əbu Səid əl-Xudri ﵁ rəvayət etmişdir ki, Allah Elçisinin ﷺ dövründə bir dəstə adam Peyğəmbərə ﷺ dedi: “Ey Allahın Elçisi! Biz Qiyamət günü Rəbbimizi görə biləcəyikmi?” Allah Elçisi ﷺ buyurdu: “Bəli! Məgər siz günortaüstü, gün işığının qabağını bulud örtmədiyi bir vaxtda günəşi (görmək üçün basabas salıb) bir-birinizə əziyyət verirsinizmi?! On dördüncü gecədə, ay işığının qabağını bulud örtmədiyi bir vaxtda ayı (görmək üçün) bir-birinizə əziyyət verirsinizmi?!” Onlar: “Xeyr, ey Allahın Elçisi!”– dedilər. Allah Elçisi ﷺ buyurdu: “Bu ikisindən birini görməyə sizə heç bir şey mane olmadığı kimi, Allahı ﷾ da Qiyamət günü beləcə görəcəksiniz. Qiyamət günü yetişdiyi zaman carçı səsləyib deyəcək: “Hər bir ümmət nəyə ibadət edirdisə, qoy onun ardınca getsin!” Bundan sonra Allahdan qeyrisinə – bütlərə və dikinə qoyulmuş daşlara ibadət edən elə bir kimsə qalmayacaq ki, Cəhənnəm oduna düşməsin. Axırda isə yalnız Allaha ibadət edənlər – xeyirxah, yaxud günahkar adamlar – habelə Kitab əhlindən (öz peyğəmbərlərinə) sadiq olmuş kimsələr qalacaqdır. (O vaxt) yəhudilər çağırılacaq və onlardan soruşulacaq ki: “Siz nəyə ibadət edirdiniz?” Onlar deyəcəklər: “Biz Allahın oğlu Üzeyirə ibadət edirdik”. Onlara deyiləcək: “Yalan danışırsınız! Allah Özünə nə zövcə, nə də övlad götürmüşdür. (Bir deyin görək) siz nə istəyirsiniz?” Onlar deyəcəklər: “Susamışıq, ya Rəbbimiz, bizə su ver”. Onda onlara (Cəhənnəm) göstəriləcək (və deyiləcək): “(Bundan) içmək istəmirsinizmi?” Onlar ilğıma bənzər, alovlanan atəşin (kənarına) toplanacaq və bir-birilərini tapdayaraq Cəhənnəmə düşəcəklər. Sonra nəsranilər çağırılacaq və onlardan soruşulacaq: “Siz nəyə ibadət edirdiniz?” Onlar deyəcəklər: “Biz Allahın oğlu Məsihə ibadət edirdik”. Onlara deyiləcək: “Yalan danışırsınız! Allah Özünə nə zövcə, nə də övlad götürmüşdür”. Sonra onlardan: “Siz nə istəyirsiniz?”– deyə soruşulacaq. Onlar: “Susamışıq, ya Rəbbimiz, bizə su ver”– deyə cavab verəcəklər. Onda onlara (Cəhənnəm) göstəriləcək (və deyiləcək): “(Bundan) içmək istəmirsinizmi?” Onlar ilğıma bənzər, alovlanan atəşin (kənarına) toplanacaq və bir-birilərini tapdayaraq Cəhənnəmə düşəcəklər. Nəhayət, ancaq Allaha ibadət edən kimsələr – xeyirxah, yaxud günahkar adamlar qaldıqda aləmlərin Rəbbi ﷾ onların yanına Onu gördükləri ən yaxın surətdə gələcək və belə buyuracaq: “Nə gözləyirsiniz?! Qoy hər bir ümmət ibadət etdiyi (məbudun) ardınca getsin!” Onlar deyəcəklər: “Biz dünyada ikən insanlara ehtiyacımız ola-ola onlardan ayrıldıq, əsla onlarla birlikdə olmadıq”. Onda Allah buyuracaq: “Mən sizin Rəbbinizəm!” Onlar: “Səndən Allaha sığınırıq!” (və iki, yaxud üç dəfə): “Biz heç nəyi Allaha şərik qoşmuruq!”– deyəcəklər. Hətta bəziləri (imtahanın çətinliyi üzündən həqiqətdən) üz döndərmək istəyəcək. O buyuracaq: “Sizinlə Onun arasında bir əlamət varmı ki, bunun sayəsində Onu tanıya biləsiniz?” Onlar: “Bəli!”– deyə cavab verəcəklər. Bu vaxt Baldır açılacaq və səmimi qəlbdən Allaha səcdə etmiş elə bir kəs qalmayacaq ki, Allah ona səcdə etməyə izin verməsin. Həmçinin (insanlardan) qorunmaq məqsədilə və ya riyakarlıqla səcdə etmiş elə bir kəs qalmayacaq ki, Allah onun onurğa sümüyünü bir bütöv sümük etməsin. Beləsi hər dəfə səcdə etmək istədikdə, (əksinə,) qafası üstə düşəcək. Sonra (möminlər) başlarını (səcdədən) qaldıracaqlar. (Allah) ilk dəfə gördükləri surəti dəyişmiş olduğu halda (onlara): “Mən sizin Rəbbinizəm”– deyə buyuracaq. Onlar da: “(Bəli,) Sən bizim Rəbbimizsən!”– deyəcəklər. Bundan sonra Cəhənnəmin üzərində körpü qurulacaq və şəfaət etməyə izin veriləcəkdir. (Həmin vaxt peyğəmbərlər): “Allahım, xilas et, xilas et!”– deyəcəklər”. Peyğəmbərdən ﷺ soruşdular: “Ey Allahın Elçisi, nə körpüdür elə?” O dedi: “Sürüşkən və hamar bir şeydir. Orada çəngəllər, qarmaqlar və dəmir tikanlar var. Bunlar Nəcddə bitən, üstü tikanla dolu, sadan deyilən bir bitkiyə bənzəyir. Möminlərdən kimisi bir göz qırpımında, kimisi şimşək tək, kimisi külək kimi, kimisi quş kimi, kimisi də ən bərk qaçan cins at və ya dəvə kimi sürətlə həmin körpünün üstündən keçəcək. Kimisi sağ-salamat qurtulacaq. Kimisi tikanlara ilişib didik-didik ediləcək, lakin axırda xilas olacaq. Bəziləri də Cəhənnəm odunda qalaqlanacaqlar. Nəhayət, möminlər oddan xilas olduqları zaman – canım Əlində olan Allaha and olsun ki – sizdən heç kəsin, haqqı araşdırmaq xüsusunda Allaha yalvarıb-yaxarması, Qiyamət günü möminlərdən Cəhənnəmə düşmüş qardaşları üçün Allaha yalvarması qədər şiddətli ola bilməz. Onlar: “Ya Rəbbimiz! (Bu zavallılar) bizimlə bərabər oruc tutar, namaz qılar və həcc ziyarətini yerinə yetirərdilər”– deyəcəklər. Onda onlara: “Tanıdığınız kimsələri (oddan) çıxardın, onların vücudu Cəhənnəm oduna haram edilir!”– deyiləcək. Beləliklə, onlar, ayağının yarısına qədər, habelə dizinə qədər atəşə giriftar olmuş bir çox insanları (oradan) çıxaracaqlar. Sonra deyəcəklər: “Ya Rəbbimiz! Bizə əmr etdiyin kimsələrdən Cəhənnəmdə heç kəs qalmadı”. Onda Allah buyuracaq: “Geri qayıdın, qəlbində dinar ağırlığında iman olan (hər) kəsi (oradan) çıxarın!” Onlar yenə bir çoxlarını (oddan) çıxaracaqlar. Sonra deyəcəklər: “Ya Rəbbimiz! Bizə əmr etdiyin kimsələrdən heç kəsi Cəhənnəmdə buraxmadıq, (hamısını çıxartdıq)”. Allah buyuracaq: “Geri dönün, qəlbində yarım dinar ağırlığında iman olan bir kimsə tapsanız, onu da (oradan) çıxarın!” Onlar yenə bir çoxlarını (oradan) çıxaracaqlar. Sonra deyəcəklər: “Ya Rəbbimiz! Bizə əmr etdiyin kimsələrdən heç kəsi orada buraxmadıq”. Allah buyuracaq: “Geri dönün, qəlbində zərrə ağırlığında iman olan bir kimsə tapsanız, onu da (oradan) çıxarın!” Onlar yenə bir çoxlarını (oradan) çıxaracaqlar. Sonra deyəcəklər: “Ya Rəbbimiz! Biz orada bir nəfər xeyirxah adam qoymadıq”. Əbu Səid əl-Xudri deyərdi: “Mənim danışdığım bu hədisə inanmırsınızsa, bu ayəni oxuyun: “Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər qulun gördüyü iş yaxşı əməl olarsa, Allah bunu artırar və Öz tərəfindən ona böyük mükafat verər” (ən-Nisa, 48). Bundan sonra Allah ﷿: “Mələklər şəfaət etdilər, peyğəmbərlər şəfaət etdilər, möminlər şəfaət etdilər. (Şəfaət etməyən) yalnız rəhmlilərin Rəhmlisi qaldı”– deyə buyuracaq. Sonra da heç vaxt yaxşılıq etməmiş, yanıb kömürə dönmüş bir toplumu ovuclayıb Cəhənnəmdən çıxaracaq və onları Cənnətin yollarında axan, Həyat çayı deyilən bir çaya atacaq. Beləliklə, onlar selin gətirdiyi toxumun cücərib yetişdiyi kimi diriləcəklər. Məgər (o, yabanı toxumların) istər daşın, istərsə də ağacın dibində necə cücərdiyini görmürsünüz?! Günəş (şüaları) altında qalanı sarı və yaşıl, kölgədə qalanı isə ağ olur”. (Səhabələrdən bəziləri) dedilər: “Ey Allahın Elçisi! Sən sanki səhrada çobanlıq etmisən”. Peyğəmbər ﷺ davam edib dedi: “Onlar boyunlarında (gözoxşayan) halqalar olduğu halda, özləri də mirvari tək gözəl görkəmdə (Həyat çayından) çıxacaqlar. Cənnət əhli onları tanıyacaq (və deyəcək ki): “Nə bir (yaxşı) əməli, nə də özləri üçün əvvəlcədən tədarük gördükləri xeyirləri olmadığı halda, Allahın Cənnətə daxil etdiyi, azadlığa buraxdığı kimsələr bunlardır!” Sonra Allah (onlara) belə buyuracaq: “Cənnətə girin! Gözünüzün gördüyü hər nə varsa, sizindir”. Onlar deyəcəklər: “Ya Rəbbimiz! Sən aləmlərdən heç kəsə vermədiyin nemətləri bizə verdin!” Allah buyuracaq: “Sizə bundan da üstün olanını hazırlamışam!” Onlar deyəcəklər: “Ya Rəbbimiz! Bundan üstün nə ola bilər ki?” Allah buyuracaq: “Mənim rizam! Artıq bundan sonra Mənim sizə heç vaxt qəzəbim tutmayacaq”.”