Ana səhifə

Mövzu

Gözəl əxlaq

حسن الخلق

Gözəl xasiyyət, mülayimlik, doğruluq və əmanətdarlıq

356 hədis

حَدَّثَنَا عَبْدَانُ قَالَ أَخْبَرَنَا عَبْدُ اللَّهِ قَالَ أَخْبَرَنَا يُونُسُ عَنِ الزُّهْرِىِّ ح وَحَدَّثَنَا بِشْرُ بْنُ مُحَمَّدٍ قَالَ أَخْبَرَنَا عَبْدُ اللَّهِ قَالَ أَخْبَرَنَا يُونُسُ وَمَعْمَرٌ عَنِ الزُّهْرِىِّ نَحْوَهُ قَالَ أَخْبَرَنِى عُبَيْدُ اللَّهِ بْنُ عَبْدِ اللَّهِ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَجْوَدَ النَّاسِ ، وَكَانَ أَجْوَدُ مَا يَكُونُ فِى رَمَضَانَ حِينَ يَلْقَاهُ جِبْرِيلُ ، وَكَانَ يَلْقَاهُ فِى كُلِّ لَيْلَةٍ مِنْ رَمَضَانَ فَيُدَارِسُهُ الْقُرْآنَ ، فَلَرَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَجْوَدُ بِالْخَيْرِ مِنَ الرِّيحِ الْمُرْسَلَةِ .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ insanların ən səxavətlisi idi. Ramazan ayında Cəbrail ilə görüşəndə isə daha da səxavətli olardı. Cəbrail Ramazan ayının hər gecəsində Allah Elçisi ﷺ ilə görüşər, onunla birlikdə Quranı oxuyub təkrar edərdi. Allah Elçisi ﷺ də bu günlərdə xeyirxah işlər görməkdə sərbəst əsən küləkdən daha səxavətli olardı”.”

İbn Abbas
Buxari, 6 (Vəhy, 6)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مُحَمَّدٍ قَالَ حَدَّثَنَا أَبُو عَامِرٍ الْعَقَدِىُّ قَالَ حَدَّثَنَا سُلَيْمَانُ بْنُ بِلاَلٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ دِينَارٍ عَنْ أَبِى صَالِحٍ عَنْ أَبِى هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « الإِيمَانُ بِضْعٌ وَسِتُّونَ شُعْبَةً ، وَالْحَيَاءُ شُعْبَةٌ مِنَ الإِيمَانِ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “İman altmış və bir neçə şöbədən ibarətdir. Həya da imandan bir şöbədir”.”

Əbu Hureyra
Buxari, 9 (İman, 2)Səhih

حَدَّثَنَا آدَمُ بْنُ أَبِى إِيَاسٍ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ عَبْدِ اللَّهِ بْنِ أَبِى السَّفَرِ وَإِسْمَاعِيلَ عَنِ الشَّعْبِىِّ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو رَضِىَ اللهُ عَنْهُمَا عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « الْمُسْلِمُ مَنْ سَلِمَ الْمُسْلِمُونَ مِنْ لِسَانِهِ وَيَدِهِ ، وَالْمُهَاجِرُ مَنْ هَجَرَ مَا نَهَى اللَّهُ عَنْهُ » . قَالَ أَبُو عَبْدِ اللَّهِ وَقَالَ أَبُو مُعَاوِيَةَ حَدَّثَنَا دَاوُدُ عَنْ عَامِرٍ قَالَ سَمِعْتُ عَبْدَ اللَّهِ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ . وَقَالَ عَبْدُ الأَعْلَى عَنْ دَاوُدَ عَنْ عَامِرٍ عَنْ عَبْدِ اللَّهِ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ .

“Abdullah ibn Amr ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Müsəlman dilindən və əlindən başqa müsəlmanlara zərər dəyməyən kimsədir; mühacir də Allahın qadağan etdiyi şeyləri tərk edən kimsədir”.”

Abdullah ibn Amr
Buxari, 10 (İman, 3)Səhih

حَدَّثَنَا سَعِيدُ بْنُ يَحْيَى بْنِ سَعِيدٍ الْقُرَشِىِّ قَالَ حَدَّثَنَا أَبِى قَالَ حَدَّثَنَا أَبُو بُرْدَةَ بْنُ عَبْدِ اللَّهِ بْنِ أَبِى بُرْدَةَ عَنْ أَبِى بُرْدَةَ عَنْ أَبِى مُوسَى رَضِيَ اللَّهُ عَنْهُ قَالَ قَالُوا يَا رَسُولَ اللَّهِ أَىُّ الإِسْلاَمِ أَفْضَلُ قَالَ « مَنْ سَلِمَ الْمُسْلِمُونَ مِنْ لِسَانِهِ وَيَدِهِ » .

“Rəvayət edilir ki, Əbu Musa ﵁ demişdir: “Səhabələr soruşdu: “Ey Allahın Elçisi! Hansı müsəlman daha fəzilətli sayılır?” Allah Elçisi ﷺ buyurdu: “Dilindən və əlindən müsəlmanlara zərər dəyməyən (müsəlman)”.”

Əbu Musa
Buxari, 11 (İman, 4)Səhih

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَحْيَى عَنْ شُعْبَةَ عَنْ قَتَادَةَ عَنْ أَنَسٍ رَضِيَ اللَّهُ عَنْهُ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ . وَعَنْ حُسَيْنٍ الْمُعَلِّمِ قَالَ حَدَّثَنَا قَتَادَةُ عَنْ أَنَسٍ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « لا يُؤْمِنُ أَحَدُكُمْ حَتَّى يُحِبَّ لأَخِيهِ مَا يُحِبُّ لِنَفْسِهِ » .

“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Biriniz özü üçün istədiyini (müsəlman) qardaşı üçün istəmədikcə, (tam şəkildə) iman etmiş olmaz”.”

Ənəs
Buxari, 13 (İman, 6)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكُ بْنُ أَنَسٍ عَنِ ابْنِ شِهَابٍ عَنْ سَالِمِ بْنِ عَبْدِ اللَّهِ عَنْ أَبِيهِ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَرَّ عَلَى رَجُلٍ مِنَ الأَنْصَارِ وَهُوَ يَعِظُ أَخَاهُ فِى الْحَيَاءِ ، فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « دَعْهُ فَإِنَّ الْحَيَاءَ مِنَ الإِيمَانِ » .

“Səlim ibn Abdullah atasından ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ ənsardan olan qardaşına (həddən ziyadə) həyalı olmamağı nəsihət edən bir kişinin yanından keçərkən demişdir: “Onu burax, çünki həya imandandır”.”

Səlim ibn Abdullah atasından
Buxari, 24 (İman, 17)Səhih

حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ وَاصِلٍ الأَحْدَبِ عَنِ الْمَعْرُورِ قَالَ لَقِيتُ أَبَا ذَرٍّ بِالرَّبَذَةِ ، وَعَلَيْهِ حُلَّةٌ ، وَعَلَى غُلاَمِهِ حُلَّةٌ ، فَسَأَلْتُهُ عَنْ ذَلِكَ ، فَقَالَ إِنِّى سَابَبْتُ رَجُلاً ، فَعَيَّرْتُهُ بِأُمِّهِ ، فَقَالَ لِىَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « يَا أَبَا ذَرٍّ أَعَيَّرْتَهُ بِأُمِّهِ إِنَّكَ امْرُؤٌ فِيكَ جَاهِلِيَّةٌ ، إِخْوَانُكُمْ خَوَلُكُمْ ، جَعَلَهُمُ اللَّهُ تَحْتَ أَيْدِيكُمْ ، فَمَنْ كَانَ أَخُوهُ تَحْتَ يَدِهِ فَلْيُطْعِمْهُ مِمَّا يَأْكُلُ ، وَلْيُلْبِسْهُ مِمَّا يَلْبَسُ ، وَلاَ تُكَلِّفُوهُمْ مَا يَغْلِبُهُمْ ، فَإِنْ كَلَّفْتُمُوهُمْ فَأَعِينُوهُمْ » .

“Rəvayət edilir ki, Mərur ﵀ demişdir: “Mən ər-Rəbəzədə Əbu Zərr ilə qarşılaşdım. Cəmi bir hülləlik (bir rida və bir izara bərabər) parçanın yarısı öz əynində, yarısı da köləsinin əynində idi. Mən ondan bu haqda soruşduqda mənə dedi: “Bir dəfə mən bir adamla mübahisə etdikdə onu anasına görə utandırdım. Peyğəmbər ﷺ mənə buyurdu: “Ey Əbu Zərr! Sən onu anasına görə utandırdın?! Həqiqətən də, səndə cahiliyyə əməlləri qalmışdır. Xidmətçiləriniz sizin qardaşlarınızdır. Allah onları sizin tabeçiliyinizə vermişdir. Kimin qardaşı öz tabeçiliyi altında olarsa, ona yediyindən yedirtsin, geyindiyindən ona da geyindirsin. Onları gücləri çatmadığı ağır işlərlə yükləməyin. Əgər onları gücləri çatmadığı bir işlə yükləsəniz, onlara yardım edin”.”

Mərur
Buxari, 30 (İman, 23)Səhih

حَدَّثَنَا سُلَيْمَانُ أَبُو الرَّبِيعِ قَالَ حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ جَعْفَرٍ قَالَ حَدَّثَنَا نَافِعُ بْنُ مَالِكِ بْنِ أَبِى عَامِرٍ أَبُو سُهَيْلٍ عَنْ أَبِيهِ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « آيَةُ الْمُنَافِقِ ثَلاَثٌ إِذَا حَدَّثَ كَذَبَ ، وَإِذَا وَعَدَ أَخْلَفَ ، وَإِذَا اؤْتُمِنَ خَانَ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Münafiqin üç əlaməti var: danışdığı zaman yalan danışar; vəd verdiyi zaman vədinə xilaf çıxar; ona əmanət verildiyi zaman xəyanət edər”.”

Əbu Hureyra
Buxari, 33 (İman, 26)Səhih

حَدَّثَنَا قَبِيصَةُ بْنُ عُقْبَةَ قَالَ حَدَّثَنَا سُفْيَانُ عَنِ الأَعْمَشِ عَنْ عَبْدِ اللَّهِ بْنِ مُرَّةَ عَنْ مَسْرُوقٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « أَرْبَعٌ مَنْ كُنَّ فِيهِ كَانَ مُنَافِقًا خَالِصًا ، وَمَنْ كَانَتْ فِيهِ خَصْلَةٌ مِنْهُنَّ كَانَتْ فِيهِ خَصْلَةٌ مِنَ النِّفَاقِ حَتَّى يَدَعَهَا إِذَا اؤْتُمِنَ خَانَ وَإِذَا حَدَّثَ كَذَبَ وَإِذَا عَاهَدَ غَدَرَ ، وَإِذَا خَاصَمَ فَجَرَ » .

“Abdullah ibn Amr ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Kimdə dörd (xislət) olsa, əsl münafiq sayılar və kimdə bunlardan biri olsa belə, onu tərk edincəyə qədər onda münafiqlik xisləti qalmış sayılar: ona əmanət verildiyi zaman əmanətə xəyanət edər; danışdığı zaman yalan danışar; əhd bağladığı zaman əhdini pozar; mübahisə etdiyi zaman haqsızlıq edər”.”

Abdullah ibn Amr
Buxari, 34 (İman, 27)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَرْعَرَةَ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ زُبَيْدٍ قَالَ سَأَلْتُ أَبَا وَائِلٍ عَنِ الْمُرْجِئَةِ ، فَقَالَ حَدَّثَنِى عَبْدُ اللَّهِ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « سِبَابُ الْمُسْلِمِ فُسُوقٌ ، وَقِتَالُهُ كُفْرٌ » .

“Abdullah ibn Məsud ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Müsəlmanı söymək günah, ona qarşı vuruşmaq isə küfrdür”.”

Abdullah
Buxari, 48 (İman, 41)Səhih

حَدَّثَنَا عَلِىُّ بْنُ الْجَعْدِ قَالَ أَخْبَرَنَا شُعْبَةُ قَالَ أَخْبَرَنِى مَنْصُورٌ قَالَ سَمِعْتُ رِبْعِىَّ بْنَ حِرَاشٍ يَقُولُ سَمِعْتُ عَلِيًّا يَقُولُ قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ تَكْذِبُوا عَلَىَّ ، فَإِنَّهُ مَنْ كَذَبَ عَلَىَّ فَلْيَلِجِ النَّارَ » .

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitdim: “Mənim adımdan yalan danışmayın. Kim mənim adımdan yalan danışarsa, Cəhənnəmdəki yerini tutsun”.”

Əli
Buxari, 106 (Elm, 48)Səhih

حَدَّثَنَا أَبُو الْوَلِيدِ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ جَامِعِ بْنِ شَدَّادٍ عَنْ عَامِرِ بْنِ عَبْدِ اللَّهِ بْنِ الزُّبَيْرِ عَنْ أَبِيهِ قَالَ قُلْتُ لِلزُّبَيْرِ إِنِّى لاَ أَسْمَعُكَ تُحَدِّثُ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَمَا يُحَدِّثُ فُلاَنٌ وَفُلاَنٌ . قَالَ أَمَا إِنِّى لَمْ أُفَارِقْهُ وَلَكِنْ سَمِعْتُهُ يَقُولُ « مَنْ كَذَبَ عَلَىَّ فَلْيَتَبَوَّأْ مَقْعَدَهُ مِنَ النَّارِ »

“Amir ibn Abdullah ibn əz-Zubeyr atasının ﵄ belə dediyini rəvayət etmişdir: “Mən əz-Zubeyr (ibn əl-Əvvama) dedim: “Mən səndən filankəsin və filankəsin hədis danışdığı kimi, Allah Elçisindən ﷺ hədis danışdığını eşitmirəm. O dedi: “Mənə gəlincə, mən Allah Elçisindən ﷺ heç vaxt ayrılmadım, lakin onun belə dediyini eşitdim: “Kim mənim adımdan yalan danışarsa, Cəhənnəmdəki yerinə hazırlaşsın”.”

Amir ibn Abdullah ibn əz-Zubeyr atasından
Buxari, 107 (Elm, 49)Səhih

حَدَّثَنَا أَبُو مَعْمَرٍ قَالَ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ عَنْ عَبْدِ الْعَزِيزِ قَالَ أَنَسٌ إِنَّهُ لَيَمْنَعُنِى أَنْ أُحَدِّثَكُمْ حَدِيثًا كَثِيرًا أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مَنْ تَعَمَّدَ عَلَىَّ كَذِبًا فَلْيَتَبَوَّأْ مَقْعَدَهُ مِنَ النَّارِ » .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “And olsun ki, məni sizə çox hədis danışmaqdan Peyğəmbərin ﷺ belə buyurması çəkindirir: “Kim mənim adımdan bilərək yalan danışarsa, Cəhənnəmdəki yerinə hazırlaşsın”.”

Ənəs
Buxari, 108 (Elm, 50)Səhih

حَدَّثَنَا مَكِّىُّ بْنُ إِبْرَاهِيمَ قَالَ حَدَّثَنَا يَزِيدُ بْنُ أَبِى عُبَيْدٍ عَنْ سَلَمَةَ قَالَ سَمِعْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « مَنْ يَقُلْ عَلَىَّ مَا لَمْ أَقُلْ فَلْيَتَبَوَّأْ مَقْعَدَهُ مِنَ النَّارِ » .

“Rəvayət edilir ki, Sələmə ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “Kim mənim demədiyimi mənə nisbət etsə, qoy Cəhənnəmdəki yerinə hazırlaşsın”.”

Sələmə
Buxari, 109 (Elm, 51)Səhih

حَدَّثَنَا مُوسَى قَالَ حَدَّثَنَا أَبُو عَوَانَةَ عَنْ أَبِى حَصِينٍ عَنْ أَبِى صَالِحٍ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « تَسَمَّوْا بِاسْمِى وَلاَ تَكْتَنُوا بِكُنْيَتِى ، وَمَنْ رَآنِى فِى الْمَنَامِ فَقَدْ رَآنِى ، فَإِنَّ الشَّيْطَانَ لاَ يَتَمَثَّلُ فِى صُورَتِى ، وَمَنْ كَذَبَ عَلَىَّ مُتَعَمِّدًا فَلْيَتَبَوَّأْ مَقْعَدَهُ مِنَ النَّارِ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Mənim adımı (bir-birinizə) qoya bilərsiniz, lakin mənim künyəmi (özünüzə) qoymayın. (Bilin ki,) kim məni yuxuda görərsə, məni (həqiqətdə) görmüş olar, çünki şeytan mənim qiyafəmə girə bilməz. Kim mənim adımdan bilərəkdən yalan danışarsa, Cəhənnəmdəki yerinə hazırlaşsın”.”

Əbu Hureyra
Buxari, 110 (Elm, 52)Səhih

حَدَّثَنَا إِسْحَاقُ أَخْبَرَنَا عَبْدُ الصَّمَدِ حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ عَبْدِ اللَّهِ بْنِ دِينَارٍ سَمِعْتُ أَبِى عَنْ أَبِى صَالِحٍ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « أَنَّ رَجُلاً رَأَى كَلْبًا يَأْكُلُ الثَّرَى مِنَ الْعَطَشِ ، فَأَخَذَ الرَّجُلُ خُفَّهُ فَجَعَلَ يَغْرِفُ لَهُ بِهِ حَتَّى أَرْوَاهُ ، فَشَكَرَ اللَّهُ لَهُ فَأَدْخَلَهُ الْجَنَّةَ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Bir kişi bir itin susadığına görə torpaq yaladığını gördü. Ayaqqabısını götürüb içinə su doldurub itə verdi. Allah da ona təşəkkür edib onu Cənnətə saldı”.”

Əbu Hureyra
Buxari, 173 (Dəstəmaz, 39)Səhih

حَدَّثَنَا مُوسَى بْنُ إِسْمَاعِيلَ قَالَ حَدَّثَنَا هَمَّامٌ أَخْبَرَنَا إِسْحَاقُ عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ رَأَى أَعْرَابِيًّا يَبُولُ فِى الْمَسْجِدِ فَقَالَ « دَعُوهُ » . حَتَّى إِذَا فَرَغَ دَعَا بِمَاءٍ فَصَبَّهُ عَلَيْهِ .

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ bir bədəvinin məsciddə kiçik subaşına çıxdığını gördü və buyurdu: “Buraxın onu!” Nəhayət, o, işini qurtardıqdan sonra bir qədər su istədi və onun sidiyinin üzərinə tökdü.”

Ənəs ibn Malik
Buxari, 219 (Dəstəmaz, 85)Səhih

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى عُبَيْدُ اللَّهِ بْنُ عَبْدِ اللَّهِ بْنِ عُتْبَةَ بْنِ مَسْعُودٍ أَنَّ أَبَا هُرَيْرَةَ قَالَ قَامَ أَعْرَابِىٌّ فَبَالَ فِى الْمَسْجِدِ فَتَنَاوَلَهُ النَّاسُ ، فَقَالَ لَهُمُ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « دَعُوهُ وَهَرِيقُوا عَلَى بَوْلِهِ سَجْلاً مِنْ مَاءٍ ، أَوْ ذَنُوبًا مِنْ مَاءٍ ، فَإِنَّمَا بُعِثْتُمْ مُيَسِّرِينَ ، وَلَمْ تُبْعَثُوا مُعَسِّرِينَ » .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir bədəvi gəlib məsciddə kiçik subaşına çıxdı. Camaat qalxıb onu tənbeh etdikdə Peyğəmbər ﷺ buyurdu: “Buraxın onu! Sidiyinin üzərinə də bir qab (və ya bir çəllək) su tökün. Siz çətinləşdirən deyil, asanlaşdıran olaraq göndərilmisiniz”.”

Əbu Hureyra
Buxari, 220 (Dəstəmaz, 86)Səhih

حَدَّثَنَا خَالِدٌ قَالَ حَدَّثَنَا سُلَيْمَانُ عَنْ يَحْيَى بْنِ سَعِيدٍ قَالَ سَمِعْتُ أَنَسَ بْنَ مَالِكٍ قَالَ جَاءَ أَعْرَابِىٌّ فَبَالَ فِى طَائِفَةِ الْمَسْجِدِ ، فَزَجَرَهُ النَّاسُ ، فَنَهَاهُمُ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، فَلَمَّا قَضَى بَوْلَهُ أَمَرَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِذَنُوبٍ مِنْ مَاءٍ ، فَأُهْرِيقَ عَلَيْهِ .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Bir bədəvi gəlib məscidin bir tərəfinə kiçik subaşına çıxdı. İnsanlar yüksək səslə onu danlamağa başlayanda Peyğəmbər ﷺ onların belə etməsini qadağan etdi. Bədəvi işini qurtardıqdan sonra Peyğəmbər ﷺ bir dolu qab su istədi və bu su sidiyin üzərinə töküldü”.”

Ənəs ibn Malik
Buxari, 221 (Dəstəmaz, 87)Səhih

حَدَّثَنَا خَلاَّدُ بْنُ يَحْيَى قَالَ حَدَّثَنَا سُفْيَانُ عَنْ أَبِى بُرْدَةَ بْنِ عَبْدِ اللَّهِ بْنِ أَبِى بُرْدَةَ عَنْ جَدِّهِ عَنْ أَبِى مُوسَى عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِنَّ الْمُؤْمِنَ لِلْمُؤْمِنِ كَالْبُنْيَانِ ، يَشُدُّ بَعْضُهُ بَعْضًا » . وَشَبَّكَ أَصَابِعَهُ .

“Əbu Musa ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ: “Möminlər bir bina kimidirlər, bir-birini dəstəkləyirlər”– dedi və barmaqlarını bir-birinə keçirtdi”.”

Əbu Musa
Buxari, 481 (Namaz, 133)Səhih

حَدَّثَنَا مُعَلَّى بْنُ أَسَدٍ قَالَ حَدَّثَنَا وُهَيْبٌ عَنْ أَيُّوبَ عَنْ أَبِى قِلاَبَةَ عَنْ مَالِكِ بْنِ الْحُوَيْرِثِ أَتَيْتُ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى نَفَرٍ مِنْ قَوْمِى فَأَقَمْنَا عِنْدَهُ عِشْرِينَ لَيْلَةً ، وَكَانَ رَحِيمًا رَفِيقًا ، فَلَمَّا رَأَى شَوْقَنَا إِلَى أَهَالِينَا قَالَ « ارْجِعُوا فَكُونُوا فِيهِمْ وَعَلِّمُوهُمْ وَصَلُّوا ، فَإِذَا حَضَرَتِ الصَّلاَةُ فَلْيُؤَذِّنْ لَكُمْ أَحَدُكُمْ وَلْيَؤُمَّكُمْ أَكْبَرُكُمْ » .

“Rəvayət edilir ki, Malik ibn əl-Huveyris ﵁ demişdir: “Mən tayfamızdan olan bir neçə adamla birlikdə Peyğəmbərin ﷺ yanına gəldim və biz iyirmi gün onun yanında qaldıq. O, bizimlə çox mehriban və mülayim rəftar edirdi. Nəhayət, bizim ailələrimiz üçün darıxdığımızı görərək buyurdu: “Qayıdın, onların yanında olun, (dini) onlara öyrədin və namaz qıldırın. Namazın vaxtı gəldikdə, biriniz azan verib sizi namaza çağırsın və ən yaşlı olanınız sizə namaz qıldırsın”.”

Malik ibn əl-Huveyris
Buxari, 628 (Azan, 26)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى قَالَ حَدَّثَنَا عَبْدُ الْوَهَّابِ قَالَ حَدَّثَنَا أَيُّوبُ عَنْ أَبِى قِلاَبَةَ قَالَ حَدَّثَنَا مَالِكٌ أَتَيْنَا إِلَى النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَنَحْنُ شَبَبَةٌ مُتَقَارِبُونَ ، فَأَقَمْنَا عِنْدَهُ عِشْرِينَ يَوْمًا وَلَيْلَةً ، وَكَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَحِيمًا رَفِيقًا ، فَلَمَّا ظَنَّ أَنَّا قَدِ اشْتَهَيْنَا أَهْلَنَا أَوْ قَدِ اشْتَقْنَا سَأَلَنَا عَمَّنْ تَرَكْنَا بَعْدَنَا فَأَخْبَرْنَاهُ قَالَ « ارْجِعُوا إِلَى أَهْلِيكُمْ فَأَقِيمُوا فِيهِمْ وَعَلِّمُوهُمْ وَمُرُوهُمْ - وَذَكَرَ أَشْيَاءَ أَحْفَظُهَا أَوْ لاَ أَحْفَظُهَا - وَصَلُّوا كَمَا رَأَيْتُمُونِى أُصَلِّى ، فَإِذَا حَضَرَتِ الصَّلاَةُ فَلْيُؤَذِّنْ لَكُمْ أَحَدُكُمْ وَلْيَؤُمَّكُمْ أَكْبَرُكُمْ » .

“Rəvayət edilir ki, Malik ﵁ demişdir: “Biz Peyğəmbərin ﷺ yanına gəldik və həmyaşıd gənclər idik. Biz iyirmi gün, iyirmi gecə Peyğəmbərin ﷺ yanında qaldıq. Allah Elçisi ﷺ çox mehriban və mülayim adam idi. O bizimlə çox mehriban və mülayim rəftar edirdi. Bizim ailələrimiz üçün darıxdığımızı hiss etdikdə geridə kimləri qoyub gəldiyimizi soruşdu. Biz də ona dedik. Allah Elçisi ﷺ buyurdu: “Ailələrinizin yanına qayıdın, onların yanında olun, (bu dini) onlara öyrədin, yadda saxladıqlarınızı onlara danışın. Mənim necə namaz qıldığımı görmüsünüzsə, elə namaz qılın. Namaz vaxtı yetişdiyi zaman, qoy biriniz azan verib sizi namaza çağırsın və sizin ən yaşlı olanınız sizə namaz qıldırsın”.”

Malik
Buxari, 631 (Azan, 29)Səhih

حَدَّثَنَا قُتَيْبَةُ عَنْ مَالِكٍ عَنْ سُمَىٍّ مَوْلَى أَبِى بَكْرٍ عَنْ أَبِى صَالِحٍ السَّمَّانِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « بَيْنَمَا رَجُلٌ يَمْشِى بِطَرِيقٍ وَجَدَ غُصْنَ شَوْكٍ عَلَى الطَّرِيقِ فَأَخَّرَهُ ، فَشَكَرَ اللَّهُ لَهُ ، فَغَفَرَ لَهُ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bir nəfər yol ilə gedərkən yolun üstündə tikanlı bir budaq gördü və onu götürüb kənara atdı. Allah da onun (əməlini) bəyəndi və onu bağışladı”.”

Əbu Hureyra
Buxari, 652 (Azan, 50)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ قَالَ حَدَّثَنَا يَحْيَى عَنْ عُبَيْدِ اللَّهِ قَالَ حَدَّثَنِى خُبَيْبُ بْنُ عَبْدِ الرَّحْمَنِ عَنْ حَفْصِ بْنِ عَاصِمٍ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « سَبْعَةٌ يُظِلُّهُمُ اللَّهُ فِى ظِلِّهِ يَوْمَ لاَ ظِلَّ إِلاَّ ظِلُّهُ الإِمَامُ الْعَادِلُ ، وَشَابٌّ نَشَأَ فِى عِبَادَةِ رَبِّهِ ، وَرَجُلٌ قَلْبُهُ مُعَلَّقٌ فِى الْمَسَاجِدِ ، وَرَجُلاَنِ تَحَابَّا فِى اللَّهِ اجْتَمَعَا عَلَيْهِ وَتَفَرَّقَا عَلَيْهِ ، وَرَجُلٌ طَلَبَتْهُ امْرَأَةٌ ذَاتُ مَنْصِبٍ وَجَمَالٍ فَقَالَ إِنِّى أَخَافُ اللَّهَ . وَرَجُلٌ تَصَدَّقَ أَخْفَى حَتَّى لاَ تَعْلَمَ شِمَالُهُ مَا تُنْفِقُ يَمِينُهُ ، وَرَجُلٌ ذَكَرَ اللَّهَ خَالِيًا فَفَاضَتْ عَيْنَاهُ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Yeddi qisim insan var ki, Allah onları Öz kölgəsindən başqa heç bir kölgənin olmayacağı bir gündə Öz kölgəsi altında kölgələndirəcək: (bunlar) ədalətli rəhbər, Rəbbinə ibadət etməklə böyüyüb boya-başa çatmış gənc, qəlbi məscidlərə bağlı olan kişi, bir-birini Allah xatirinə sevən, Onun yolunda görüşüb, Onun yolunda ayrılan iki nəfər, gözəl və zadəgan bir qadın tərəfindən zinaya çağırıldıqda: “Mən Allahdan qorxuram!”– deyən kişi, sağ əli ilə verdiyi sədəqəni sol əlindən gizlədən adam və xəlvətə çəkilib Allahı yad etdikdən sonra gözləri yaşla dolan kişi (və qadındır)”.”

Əbu Hureyra
Buxari, 660 (Azan, 58)Səhih

حَدَّثَنَا آدَمُ قَالَ حَدَّثَنَا شُعْبَةُ قَالَ حَدَّثَنَا الْحَكَمُ عَنْ إِبْرَاهِيمَ عَنِ الأَسْوَدِ قَالَ سَأَلْتُ عَائِشَةَ مَا كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَصْنَعُ فِى بَيْتِهِ قَالَتْ كَانَ يَكُونُ فِى مِهْنَةِ أَهْلِهِ - تَعْنِى خِدْمَةَ أَهْلِهِ - فَإِذَا حَضَرَتِ الصَّلاَةُ خَرَجَ إِلَى الصَّلاَةِ .

“Rəvayət edilir ki, əl-Əsvəd demişdir: “Mən Aişədən soruşdum: “Peyğəmbər ﷺ evdə nə işlə məşğul olurdu?” Aişə dedi: “O, ev işlərində əhli-əyalına köməklik edər, namaz vaxtı yetişdikdə isə namaza gedərdi”.”

əl-Əsvəd
Buxari, 676 (Azan, 74)Səhih

« مَنْ حَدَّثَ عَنِّى بِحَدِيثٍ يُرَى أَنَّهُ كَذِبٌ فَهُوَ أَحَدُ الْكَاذِبِينَ ». حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا وَكِيعٌ عَنْ شُعْبَةَ عَنِ الْحَكَمِ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِى لَيْلَى عَنْ سَمُرَةَ بْنِ جُنْدَبٍ. ح وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ أَيْضًا حَدَّثَنَا وَكِيعٌ عَنْ شُعْبَةَ وَسُفْيَانَ عَنْ حَبِيبٍ عَنْ مَيْمُونِ بْنِ أَبِى شَبِيبٍ عَنِ الْمُغِيرَةِ بْنِ شُعْبَةَ قَالاَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَلِكَ.

““Kim yalan olduğunu yəqin bildiyi bir hədisi mənim adımdan rəvayət edərsə, o adam yalançılardan biri hesab edilər”. Hədisi Səmura ibn Cundəb və Muğira ibn Şubə ﵄ Allah Elçisindən ﷺ rəvayət etmişlər.”

Səmura ibn Cundəb və Muğira ibn Şubə
Muslim, 1 (Müqəddimə, 1)Səhih

وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا غُنْدَرٌ عَنْ شُعْبَةَ ح وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى وَابْنُ بَشَّارٍ قَالاَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا شُعْبَةُ عَنْ مَنْصُورٍ عَنْ رِبْعِىِّ بْنِ حِرَاشٍ أَنَّهُ سَمِعَ عَلِيًّا رَضِيَ اللَّهُ عَنْهُ يَخْطُبُ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ تَكْذِبُوا عَلَىَّ فَإِنَّهُ مَنْ يَكْذِبْ عَلَىَّ يَلِجِ النَّارَ ».

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Mənim adımdan yalan danışmayın! Hər kim mənim adımdan yalan danışarsa, Cəhənnəmə düşər”.”

Əli
Muslim, 2 (Müqəddimə, 2)Səhih

وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ عُبَيْدٍ الْغُبَرِىُّ حَدَّثَنَا أَبُو عَوَانَةَ عَنْ أَبِى حَصِينٍ عَنْ أَبِى صَالِحٍ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « مَنْ كَذَبَ عَلَىَّ مُتَعَمِّدًا فَلْيَتَبَوَّأْ مَقْعَدَهُ مِنَ النَّارِ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Kim bilərəkdən mənim adımdan yalan danışarsa, oddan olan yerini hazır bilsin”.”

Əbu Hureyra
Muslim, 4 (Müqəddimə, 4)Səhih

وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ نُمَيْرٍ حَدَّثَنَا أَبِى حَدَّثَنَا سَعِيدُ بْنُ عُبَيْدٍ حَدَّثَنَا عَلِىُّ بْنُ رَبِيعَةَ قَالَ أَتَيْتُ الْمَسْجِدَ وَالْمُغِيرَةُ أَمِيرُ الْكُوفَةِ قَالَ فَقَالَ الْمُغِيرَةُ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « إِنَّ كَذِبًا عَلَىَّ لَيْسَ كَكَذِبٍ عَلَى أَحَدٍ فَمَنْ كَذَبَ عَلَىَّ مُتَعَمِّدًا فَلْيَتَبَوَّأْ مَقْعَدَهُ مِنَ النَّارِ ».

“Rəvayət edilir ki, Muğira ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Mənim adımdan danışılan yalan başqa birisinin adından danışılan yalan kimi deyil. Kim bilərəkdən mənim adımdan yalan danışarsa, oddan olan yerini hazır bilsin”.”

Muğira
Muslim, 5 (Müqəddimə, 5)Səhih

وَحَدَّثَنَا عُبَيْدُ اللَّهِ بْنُ مُعَاذٍ الْعَنْبَرِىُّ حَدَّثَنَا أَبِى ح وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِىٍّ قَالاَ حَدَّثَنَا شُعْبَةُ عَنْ خُبَيْبِ بْنِ عَبْدِ الرَّحْمَنِ عَنْ حَفْصِ بْنِ عَاصِمٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « كَفَى بِالْمَرْءِ كَذِبًا أَنْ يُحَدِّثَ بِكُلِّ مَا سَمِعَ ».

“Rəvayət edilir ki, Həfs ibn Asim ﵀ demişdir: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Hər eşitdiyini söyləməsi insana yalan danışması üçün kifayət edər”.”

Həfs ibn Asim
Muslim, 7 (Müqəddimə, 7)Səhih

وَحَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا هُشَيْمٌ عَنْ سُلَيْمَانَ التَّيْمِىِّ عَنْ أَبِى عُثْمَانَ النَّهْدِىِّ قَالَ قَالَ عُمَرُ بْنُ الْخَطَّابِ رضى الله تعالى عنه بِحَسْبِ الْمَرْءِ مِنَ الْكَذِبِ أَنْ يُحَدِّثَ بِكُلِّ مَا سَمِعَ.

“Rəvayət edilir ki, Ömər ibn əl-Xattab ﵁ demişdir: “Hər eşitdiyini söyləməsi insana yalan danışması üçün bəs edər”.”

Ömər ibn əl-Xattab
Muslim, 9 (Müqəddimə, 9)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى قَالَ حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ قَالَ حَدَّثَنَا سُفْيَانُ عَنْ أَبِى إِسْحَاقَ عَنْ أَبِى الأَحْوَصِ عَنْ عَبْدِ اللَّهِ قَالَ بِحَسْبِ الْمَرْءِ مِنَ الْكَذِبِ أَنْ يُحَدِّثَ بِكُلِّ مَا سَمِعَ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Hər eşitdiyini söyləməsi insanın yalan danışması üçün kifayət edər”.”

Abdullah
Muslim, 11 (Müqəddimə, 11)Səhih

وَحَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا عُمَرُ بْنُ عَلِىِّ بْنِ مُقَدَّمٍ عَنْ سُفْيَانَ بْنِ حُسَيْنٍ قَالَ سَأَلَنِى إِيَاسُ بْنُ مُعَاوِيَةَ فَقَالَ إِنِّى أَرَاكَ قَدْ كَلِفْتَ بِعِلْمِ الْقُرْآنِ فَاقْرَأْ عَلَىَّ سُورَةً وَفَسِّرْ حَتَّى أَنْظُرَ فِيمَا عَلِمْتَ. قَالَ فَفَعَلْتُ. فَقَالَ لِىَ احْفَظْ عَلَىَّ مَا أَقُولُ لَكَ إِيَّاكَ وَالشَّنَاعَةَ فِى الْحَدِيثِ فَإِنَّهُ قَلَّمَا حَمَلَهَا أَحَدٌ إِلاَّ ذَلَّ فِى نَفْسِهِ وَكُذِّبَ فِى حَدِيثِهِ.

“Rəvayət edilir ki, Süfyan ibn Hüseyn ﵀ demişdir: “Bir dəfə İyas ibn Müaviyə mənə dedi: “Mən sənin Quran elminə vurğun olduğunu görürəm. Belə isə, mənə bir surə oxu və onu təfsir et, görüm sən nə bilirsən”. Mən də bir surə oxuyub onu təfsir etdim. Sonra o mənə belə dedi: “İndi sənə deyəcəklərimi yaxşı-yaxşı yadında saxla: hədis xüsusunda nifrətamiz sözlər (uydurma hədislər) danışmaqdan çəkin! Çünki onları nəql edən hər kəs özü-özlüyündə zəlil olmuş və bu xüsusda yalançı sayılmışdır”.”

Süfyan ibn Hüseyn
Muslim, 13 (Müqəddimə, 13)Səhih

وَحَدَّثَنِى حَرْمَلَةُ بْنُ يَحْيَى بْنِ عَبْدِ اللَّهِ بْنِ حَرْمَلَةَ بْنِ عِمْرَانَ التُّجِيبِىُّ قَالَ حَدَّثَنَا ابْنُ وَهْبٍ قَالَ حَدَّثَنِى أَبُو شُرَيْحٍ أَنَّهُ سَمِعَ شَرَاحِيلَ بْنَ يَزِيدَ يَقُولُ أَخْبَرَنِى مُسْلِمُ بْنُ يَسَارٍ أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ يَقُولُ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « يَكُونُ فِى آخِرِ الزَّمَانِ دَجَّالُونَ كَذَّابُونَ يَأْتُونَكُمْ مِنَ الأَحَادِيثِ بِمَا لَمْ تَسْمَعُوا أَنْتُمْ وَلاَ آبَاؤُكُمْ فَإِيَّاكُمْ وَإِيَّاهُمْ لاَ يُضِلُّونَكُمْ وَلاَ يَفْتِنُونَكُمْ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Axırzamanda (çoxlu) gopçular və yalançılar meydana gələcək. Onlar sizə nə sizin, nə də atalarınızın eşitmədiyi uydurma hədisləri danışacaqlar. Onlardan uzaq olun, uzaq! Nəbadə, nəbadə sizi doğru yoldan azdırıb fitnəyə məruz qoysunlar”.”

Əbu Hureyra
Muslim, 16 (Müqəddimə, 16)Səhih

وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ عَبَّادٍ وَسَعِيدُ بْنُ عَمْرٍو الأَشْعَثِىُّ جَمِيعًا عَنِ ابْنِ عُيَيْنَةَ - قَالَ سَعِيدٌ أَخْبَرَنَا سُفْيَانُ - عَنْ هِشَامِ بْنِ حُجَيْرٍ عَنْ طَاوُسٍ قَالَ جَاءَ هَذَا إِلَى ابْنِ عَبَّاسٍ - يَعْنِى بُشَيْرَ بْنَ كَعْبٍ - فَجَعَلَ يُحَدِّثُهُ فَقَالَ لَهُ ابْنُ عَبَّاسٍ عُدْ لِحَدِيثِ كَذَا وَكَذَا. فَعَادَ لَهُ ثُمَّ حَدَّثَهُ فَقَالَ لَهُ عُدْ لِحَدِيثِ كَذَا وَكَذَا. فَعَادَ لَهُ فَقَالَ لَهُ مَا أَدْرِى أَعَرَفْتَ حَدِيثِى كُلَّهُ وَأَنْكَرْتَ هَذَا أَمْ أَنْكَرْتَ حَدِيثِى كُلَّهُ وَعَرَفْتَ هَذَا فَقَالَ لَهُ ابْنُ عَبَّاسٍ إِنَّا كُنَّا نُحَدِّثُ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذْ لَمْ يَكُنْ يُكْذَبُ عَلَيْهِ فَلَمَّا رَكِبَ النَّاسُ الصَّعْبَ وَالذَّلُولَ تَرَكْنَا الْحَدِيثَ عَنْهُ.

“Rəvayət edilir ki, Tavus ﵀ demişdir: “Buşeyr ibn Kəb İbn Abbasın yanına gəlib ona hədis danışmağa başladı. İbn Abbas ona dedi: “Filan və filan hədisə bax!” O da bu hədisi gözdən keçirdi. Sonra qayıdıb ona hədis danışmağa başladı. İbn Abbas yenə ona dedi: “Filan və filan hədisə bax!” Buşeyr hədisə bir daha nəzər saldıqdan sonra dedi: “Bilmirəm, hədisimi tam başa düşüb bunu dandın, yoxsa bunu bildiyin halda hədisimi bütünlüklə inkar etdin?!” Onda İbn Abbas ona belə cavab verdi: “Biz Allah Elçisindən ﷺ hədis rəvayət edərdik. O vaxt onun adından yalan danışılmazdı. Elə ki, insanlar “səb” və “zəlul” dəvəyə minməyə başladılar, biz hədis danışmaqdan əl çəkdik”.”

Tavus
Muslim, 19 (Müqəddimə, 19)Səhih

وَحَدَّثَنِى الْفَضْلُ بْنُ سَهْلٍ قَالَ سَأَلْتُ مُعَلًّى الرَّازِىَّ عَنْ مُحَمَّدِ بْنِ سَعِيدٍ الَّذِى رَوَى عَنْهُ عَبَّادٌ فَأَخْبَرَنِى عَنْ عِيسَى بْنِ يُونُسَ قَالَ كُنْتُ عَلَى بَابِهِ وَسُفْيَانُ عِنْدَهُ فَلَمَّا خَرَجَ سَأَلْتُهُ عَنْهُ فَأَخْبَرَنِى أَنَّهُ كَذَّابٌ.

“Rəvayət edilir ki, Fədl ibn Səhl ﵀ demişdir: “Mən Muəllə ər-Razidən Abbadın hədis qəbul etdiyi Muhəmməd ibn Səid barədə soruşdum. O mənə İsa ibn Yunusdan eşitdiyini belə rəvayət etdi: “İsa demişdir: “Mən onun qapısının önündə idim. Süfyan da onun yanında idi. Süfyan bayıra çıxdığı zaman, mən ondan Muhəmməd ibn Səid barədə soruşdum. Süfyan mənə onun yalançı olduğunu xəbər verdi”.”

əl-Fədl ibn Səhl
Muslim, 43 (Müqəddimə, 43)Səhih

وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ أَبِى عَتَّابٍ قَالَ حَدَّثَنِى عَفَّانُ عَنْ مُحَمَّدِ بْنِ يَحْيَى بْنِ سَعِيدٍ الْقَطَّانِ عَنْ أَبِيهِ قَالَ لَمْ نَرَ الصَّالِحِينَ فِى شَىْءٍ أَكْذَبَ مِنْهُمْ فِى الْحَدِيثِ.

“Rəvayət edilir ki, Yəhya ibn Səid əl-Qattan ﵀ demişdir: “Biz əməlisaleh kimsələri hədis xüsusunda olduğu qədər başqa bir şeydə yalançı saymazdıq”.”

Yəhya ibn Səid əl-Qattan
Muslim, 44 (Müqəddimə, 44)Səhih

قَالَ ابْنُ أَبِى عَتَّابٍ فَلَقِيتُ أَنَا مُحَمَّدَ بْنَ يَحْيَى بْنِ سَعِيدٍ الْقَطَّانِ فَسَأَلْتُهُ عَنْهُ فَقَالَ عَنْ أَبِيهِ لَمْ تَرَ أَهْلَ الْخَيْرِ فِى شَىْءٍ أَكْذَبَ مِنْهُمْ فِى الْحَدِيثِ. قَالَ مُسْلِمٌ يَقُولُ يَجْرِى الْكَذِبُ عَلَى لِسَانِهِمْ وَلاَ يَتَعَمَّدُونَ الْكَذِبَ.

“İbn Əbu Attab ﵀ demişdir: “Mən Muhəmməd ibn Yəhya ibn Səid əl-Qattana rast gəldim və ondan bu haqda soruşdum. O, atasının belə dediyini rəvayət etdi: “Sən xeyirxah adamların hədis xüsusunda olduğu qədər başqa bir şeydə yalan danışdığını görməzsən”. Muslim bunu belə izah etmişdir: “Yəhya ibn Səid əl-Qattan demək istəmişdir ki, onlar yalan danışmaq istəmədikləri halda dillərinə yalan gətirirlər”.”

İbn Əbu Attab
Muslim, 45 (Müqəddimə, 45)Səhih

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا جَرِيرٌ عَنْ مُغِيرَةَ عَنِ الشَّعْبِىِّ قَالَ حَدَّثَنِى الْحَارِثُ الأَعْوَرُ الْهَمْدَانِىُّ وَكَانَ كَذَّابًا.

“Rəvayət edilir ki, Şabi ﵀ demişdir: “Haris əl-Əvər əl-Həmdani mənə hədis rəvayət etmişdir. Halbuki o, yalançı idi”.”

Şabi
Muslim, 51 (Müqəddimə, 51)Səhih

حَدَّثَنَا أَبُو عَامِرٍ عَبْدُ اللَّهِ بْنُ بَرَّادٍ الأَشْعَرِىُّ حَدَّثَنَا أَبُو أُسَامَةَ عَنْ مُفَضَّلٍ عَنْ مُغِيرَةَ قَالَ سَمِعْتُ الشَّعْبِىَّ يَقُولُ حَدَّثَنِى الْحَارِثُ الأَعْوَرُ وَهُوَ يَشْهَدُ أَنَّهُ أَحَدُ الْكَاذِبِينَ.

“Rəvayət edilir ki, Muğira ﵀ demişdir: “Mən Şəbinin belə dediyini eşitdim: “Haris əl-Əvər mənə hədis rəvayət etmişdir”. Bununla yanaşı, o, Harisin yalançılardan olduğuna da şahidlik etdi.”

Muğira
Muslim, 52 (Müqəddimə, 52)Səhih

وَحَدَّثَنِى عُبَيْدُ اللَّهِ بْنُ سَعِيدٍ حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ - يَعْنِى ابْنَ مَهْدِىٍّ - حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ عَنِ ابْنِ عَوْنٍ قَالَ قَالَ لَنَا إِبْرَاهِيمُ إِيَّاكُمْ وَالْمُغِيرَةَ بْنَ سَعِيدٍ وَأَبَا عَبْدِ الرَّحِيمِ فَإِنَّهُمَا كَذَّابَانِ.

“Rəvayət edilir ki, İbn Aun ﵀ demişdir: “İbrahim bizə belə buyurmuşdur: “Muğira ibn Səiddən və Əbu Abdur-Rahməndən həzər edin, çünki onlar yalan danışandırlar”.”

İbn Aun
Muslim, 57 (Müqəddimə, 57)Səhih

وَحَدَّثَنِى سَلَمَةُ بْنُ شَبِيبٍ حَدَّثَنَا الْحُمَيْدِىُّ حَدَّثَنَا سُفْيَانُ قَالَ سَمِعْتُ رَجُلاً سَأَلَ جَابِرًا عَنْ قَوْلِهِ عَزَّ وَجَلَّ { فَلَنْ أَبْرَحَ الأَرْضَ حَتَّى يَأْذَنَ لِى أَبِى أَوْ يَحْكُمَ اللَّهُ لِى وَهُوَ خَيْرُ الْحَاكِمِينَ } فَقَالَ جَابِرٌ لَمْ يَجِئْ تَأْوِيلُ هَذِهِ. قَالَ سُفْيَانُ وَكَذَبَ. فَقُلْنَا لِسُفْيَانَ وَمَا أَرَادَ بِهَذَا فَقَالَ إِنَّ الرَّافِضَةَ تَقُولُ إِنَّ عَلِيًّا فِى السَّحَابِ فَلاَ نَخْرُجُ مَعَ مَنْ خَرَجَ مِنْ وَلَدِهِ حَتَّى يُنَادِىَ مُنَادٍ مِنَ السَّمَاءِ. يُرِيدُ عَلِيًّا أَنَّهُ يُنَادِى اخْرُجُوا مَعَ فُلاَنٍ. يَقُولُ جَابِرٌ فَذَا تَأْوِيلُ هَذِهِ الآيَةِ وَكَذَبَ كَانَتْ فِى إِخْوَةِ يُوسُفَ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Humeydi ﵀ demişdir: “Süfyan bizə danışdı ki: “Bir dəfə bir nəfər Cabirdən Uca Allahın: “Atam mənə izin verməyincə və ya Allah mənə aid hökm verməyincə mən bu yerdən ayrılmayacağam. O, hökm verənlərin ən yaxşısıdır” (Yusuf, 80) ayəsi barədə soruşdu. Cabir dedi: “Bu ayənin təfsiri gəlməyib”. Süfyan: “Cabir yalan danışdı”,– deyə etirazını bildirdi. Biz Süfyandan soruşduq: “Cabir bununla nə demək istəmişdir?” O, belə cavab verdi: “Rafizilər deyirlər ki, Əli buludların içindədir. Səmadan bir nida gəlməyincə onun oğullarından meydana çıxanlarla birlikdə meydana çıxmayacağıq. Onlar Əlinin: “Filankəslə birlikdə çıxın!”, – deyə səsləyəcəyini nəzərdə tuturlar. Cabir: “Bu əmr həmin ayənin təfsiridir”, – demiş və beləliklə də, yalan danışmışdır. Belə ki, bu əmr Yusufun ﷺ qardaşlarına aid idi”.”

Humeydi
Muslim, 65 (Müqəddimə, 65)Səhih

حَدَّثَنَا الْحَسَنُ الْحُلْوَانِىُّ قَالَ حَدَّثَنَا نُعَيْمُ بْنُ حَمَّادٍ قَالَ أَبُو إِسْحَاقَ إِبْرَاهِيمُ بْنُ مُحَمَّدِ بْنِ سُفْيَانَ وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى قَالَ حَدَّثَنَا نُعَيْمُ بْنُ حَمَّادٍ حَدَّثَنَا أَبُو دَاوُدَ الطَّيَالِسِىُّ عَنْ شُعْبَةَ عَنْ يُونُسَ بْنِ عُبَيْدٍ قَالَ كَانَ عَمْرُو بْنُ عُبَيْدٍ يَكْذِبُ فِى الْحَدِيثِ.

“Rəvayət edilir ki, Yunus ibn Ubeyd ﵀ demişdir: “Amr ibn Ubeyd hədis xüsusunda yalan danışardı”.”

Yunus ibn Ubeyd
Muslim, 74 (Müqəddimə, 74)Səhih

وَحَدَّثَنِى حَجَّاجُ بْنُ الشَّاعِرِ حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ حَدَّثَنَا ابْنُ زَيْدٍ - يَعْنِى حَمَّادًا - قَالَ قِيلَ لأَيُّوبَ إِنَّ عَمْرَو بْنَ عُبَيْدٍ رَوَى عَنِ الْحَسَنِ قَالَ لاَ يُجْلَدُ السَّكْرَانُ مِنَ النَّبِيذِ. فَقَالَ كَذَبَ أَنَا سَمِعْتُ الْحَسَنَ يَقُولُ يُجْلَدُ السَّكْرَانُ مِنَ النَّبِيذِ.

“Rəvayət edilir ki, Həmmad ibn Zeyd ﵀ demişdir: “Bir dəfə Əyyuba dedilər: “Amr ibn Ubeyd, Həsən (əl-Bəsridən) hədis rəvayət etmiş (və Həsən): “Nəbizdən sərxoş olan adam şallaqlanmaz”, – demişdir”. Əyyub isə belə cavab verdi: “Amr yalan danışır. Mən Həsənin: “Nəbizdən sərxoş olmuş adama şallaq vurulmalıdır”, - dediyini eşitmişəm”.”

Həmmad ibn Zeyd
Muslim, 77 (Müqəddimə, 77)Səhih

وَحَدَّثَنَا الْحُلْوَانِىُّ قَالَ سَمِعْتُ عَفَّانَ قَالَ حَدَّثْتُ حَمَّادَ بْنَ سَلَمَةَ عَنْ صَالِحٍ الْمُرِّىِّ بِحَدِيثٍ عَنْ ثَابِتٍ فَقَالَ كَذَبَ. وَحَدَّثْتُ هَمَّامًا عَنْ صَالِحٍ الْمُرِّىِّ بِحَدِيثٍ فَقَالَ كَذَبَ.

“Rəvayət edilir ki, Əffan ﵀ demişdir: “Mən Həmmad ibn Sələməyə Saleh əl-Murrinin Sabitdən rəvayət etdiyi hədisi danışdım. Həmmad: “O, yalan danışır”, - dedi. Mən Həmmama da Saleh əl-Murrinin rəvayət etdiyi hədisi danışdım. O da: “Yalan danışır”, - dedi”.”

Əffan
Muslim, 81 (Müqəddimə, 81)Səhih

وَحَدَّثَنَا مَحْمُودُ بْنُ غَيْلاَنَ حَدَّثَنَا أَبُو دَاوُدَ قَالَ قَالَ لِى شُعْبَةُ ايتِ جَرِيرَ بْنَ حَازِمٍ فَقُلْ لَهُ لاَ يَحِلُّ لَكَ أَنْ تَرْوِىَ عَنِ الْحَسَنِ بْنِ عُمَارَةَ فَإِنَّهُ يَكْذِبُ. قَالَ أَبُو دَاوُدَ قُلْتُ لِشُعْبَةَ وَكَيْفَ ذَاكَ فَقَالَ حَدَّثَنَا عَنِ الْحَكَمِ بِأَشْيَاءَ لَمْ أَجِدْ لَهَا أَصْلاً. قَالَ قُلْتُ لَهُ بِأَىِّ شَىْءٍ قَالَ قُلْتُ لِلْحَكَمِ أَصَلَّى النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى قَتْلَى أُحُدٍ فَقَالَ لَمْ يُصَلِّ عَلَيْهِمْ. فَقَالَ الْحَسَنُ بْنُ عُمَارَةَ عَنِ الْحَكَمِ عَنْ مِقْسَمٍ عَنِ ابْنِ عَبَّاسٍ إِنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى عَلَيْهِمْ وَدَفَنَهُمْ. قُلْتُ لِلْحَكَمِ مَا تَقُولُ فِى أَوْلاَدِ الزِّنَا قَالَ يُصَلَّى عَلَيْهِمْ. قُلْتُ مِنْ حَدِيثِ مَنْ يُرْوَى قَالَ يُرْوَى عَنِ الْحَسَنِ الْبَصْرِىِّ. فَقَالَ الْحَسَنُ بْنُ عُمَارَةَ حَدَّثَنَا الْحَكَمُ عَنْ يَحْيَى بْنِ الْجَزَّارِ عَنْ عَلِىٍّ.

“Rəvayət edilir ki, Əbu Davud ﵀ demişdir: “Bir dəfə Şubə mənə belə buyurdu: “Cərir ibn Hazimin yanına get və ona de: “Həsən ibn Əmmaradan rəvayət etmək sənə halal deyil, çünki o, yalan danışır”. Mən Şubədən soruşdum: “Axı bu necə ola bilər?” O dedi: “O bizə Həkəmdən əslini tapmadığım bir çox şeylər rəvayət etmişdir”. Ondan soruşdum: “Onlar nə şeylərdir elə?” O dedi: “Mən Həkəmdən: “Peyğəmbər ﷺ Uhud şəhidlərinə cənazə namazı qılıbmı?”, – deyə soruşmuşdum. Həkəm: “Peyğəmbər ﷺ onlara cənazə namazı qılmayıb”, – deyə cavab vermişdi. Halbuki Həsən ibn Əmmara Həkəmdən, o da Miqsəmdən, o da İbn Abbasdan rəvayət etmişdir ki, (guya) Peyğəmbər ﷺ Uhud şəhidlərinə cənazə namazı qılmış, sonra da onları dəfn etmişdir”. Həmçinin mən Həkəmdən: “Zinadan doğulmuş körpələr haqda nə deyə bilərsən?”, – deyə soruşmuşdum. O da demişdi: “Onlara cənazə namazı qılınmalıdır”. Ondan: “Bu hədis kimdən rəvayət edilir?”, – deyə soruşdum. Mənə: “Həsən əl-Bəsridən rəvayət olunur”, - dedi. Həsən ibn Əmmara isə: “Həkəm bu hədisi bizə Yəhya ibn Cəzzardan, o da Əlidən rəvayət etmişdir”, – demişdir”.”

Əbu Davud
Muslim, 82 (Müqəddimə, 82)Səhih

وَحَدَّثَنَا الْحَسَنُ الْحُلْوَانِىُّ قَالَ سَمِعْتُ يَزِيدَ بْنَ هَارُونَ. وَذَكَرَ زِيَادَ بْنَ مَيْمُونٍ فَقَالَ حَلَفْتُ أَلاَّ أَرْوِىَ عَنْهُ شَيْئًا وَلاَ عَنْ خَالِدِ بْنِ مَحْدُوجٍ. وَقَالَ لَقِيتُ زِيَادَ بْنَ مَيْمُونٍ فَسَأَلْتُهُ عَنْ حَدِيثٍ فَحَدَّثَنِى بِهِ عَنْ بَكْرٍ الْمُزَنِىِّ ثُمَّ عُدْتُ إِلَيْهِ فَحَدَّثَنِى بِهِ عَنْ مُوَرِّقٍ ثُمَّ عُدْتُ إِلَيْهِ فَحَدَّثَنِى بِهِ عَنِ الْحَسَنِ. وَكَانَ يَنْسُبُهُمَا إِلَى الْكَذِبِ. قَالَ الْحُلْوَانِىُّ سَمِعْتُ عَبْدَ الصَّمَدِ وَذَكَرْتُ عِنْدَهُ زِيَادَ بْنَ مَيْمُونٍ فَنَسَبَهُ إِلَى الْكَذِبِ.

“Rəvayət edilir ki, Həsən əl-Hulvani ﵀ demişdir: “Mən Yəzid ibn Harunun, Ziyad ibn Məymunun adını çəkdikdən sonra belə dediyini eşitdim: “Mən ondan və Xalid ibn Məhducdan heç bir şey rəvayət etməyəcəyimə dair and içmişəm”. Həmçinin Yəzid demişdir: “Bir dəfə mən Ziyad ibn Məymuna rast gəldim və ondan bir hədis barəsində soruşdum. O bu hədisi mənə Bəkr əl-Muzənidən rəvayət etdi. Bir müddətdən sonra mən yenə onun yanına gəldim. Bu dəfə o mənə hədisi Muvərriqdən rəvayət etdi. Sonuncu dəfə onun yanına qayıtdıqda hədisi mənə Həsəndən rəvayət etdi”. Yəzid ibn Harun hər ikisinin yalançı olduğunu söyləyərdi. Hulvani deyirdi: “Mən Abdus-Saməddən eşitmişəm. Bir dəfə onun yanında Ziyad ibn Məymunun adını çəkdim. Abdus-Saməd onun yalançı olduğunu bildirdi”.”

Həsən əl-Hulvani
Muslim, 83 (Müqəddimə, 83)Səhih

وَحَدَّثَنِى أَحْمَدُ بْنُ يُوسُفَ الأَزْدِىُّ قَالَ سَمِعْتُ عَبْدَ الرَّزَّاقِ يَقُولُ مَا رَأَيْتُ ابْنَ الْمُبَارَكِ يُفْصِحُ بِقَوْلِهِ كَذَّابٌ إِلاَّ لِعَبْدِ الْقُدُّوسِ فَإِنِّى سَمِعْتُهُ يَقُولُ لَهُ كَذَّابٌ.

“Rəvayət edilir ki, Abdur-Razzəq ﵀ demişdir: “Mən İbn Mubərakın Abdul-Quddusdan başqa kiminsə haqqında “yalançı” sözünü açıq-aşkar işlətdiyini eşitməmişəm. Mən, həqiqətən də, Abdur-Razzəqin Abdul-Quddus barədə: “O, yalançıdır”, - dediyini eşitmişəm”.”

Abdur-Razzəq
Muslim, 91 (Müqəddimə, 91)Səhih

حَدَّثَنِى عَمْرُو بْنُ عَلِىٍّ وَحَسَنٌ الْحُلْوَانِىُّ كِلاَهُمَا عَنْ عَفَّانَ بْنِ مُسْلِمٍ قَالَ كُنَّا عِنْدَ إِسْمَاعِيلَ ابْنِ عُلَيَّةَ فَحَدَّثَ رَجُلٌ عَنْ رَجُلٍ فَقُلْتُ إِنَّ هَذَا لَيْسَ بِثَبْتٍ. قَالَ فَقَالَ الرَّجُلُ اغْتَبْتَهُ. قَالَ إِسْمَاعِيلُ مَا اغْتَابَهُ. وَلَكِنَّهُ حَكَمَ أَنَّهُ لَيْسَ بِثَبْتٍ.

“Rəvayət edilir ki, Əffan ibn Muslim ﵀ demişdir: “Biz İsmail ibn Uleyyənin yanında ikən bir nəfər başqa birisinin adından hədis rəvayət etdi və mən ona: “Bu adam etibarlı ravi deyil”, - dedim. O da mənə: “Sən onun qeybətini etdin”, - dedi. Bunu eşidəndə İsmail dedi: “O onun qeybətini eləmədi, fəqət onun etibarlı olmadığına hökm verdi”.”

Əffan ibn Muslim
Muslim, 93 (Müqəddimə, 93)Səhih

حَدَّثَنِى أَحْمَدُ بْنُ إِبْرَاهِيمَ الدَّوْرَقِىُّ قَالَ حَدَّثَنِى عَبْدُ السَّلاَمِ الْوَابِصِىُّ قَالَ حَدَّثَنِى عَبْدُ اللَّهِ بْنُ جَعْفَرٍ الرَّقِّىُّ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عَمْرٍو قَالَ كَانَ يَحْيَى بْنُ أَبِى أُنَيْسَةَ كَذَّابًا.

“Rəvayət edilir ki, Ubeydullah ibn Amr ﵀ demişdir: “Yəhya ibn Uneysə yalançıdır”.”

Ubeydullah ibn Amr
Muslim, 98 (Müqəddimə, 98)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَعَمْرٌو النَّاقِدُ وَزُهَيْرُ بْنُ حَرْبٍ قَالُوا حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ عَنِ الزُّهْرِىِّ عَنْ سَالِمٍ عَنْ أَبِيهِ سَمِعَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَجُلاً يَعِظُ أَخَاهُ فِى الْحَيَاءِ فَقَالَ « الْحَيَاءُ مِنَ الإِيمَانِ ».

“Səlim atasından rəvayət edir ki, Peyğəmbər ﷺ, qardaşına (həddən artıq) həyalı olmamağı nəsihət edən bir adamın yanından keçdikdə ona buyurdu: “Həya imandandır”.”

Səlim atasından
Muslim, 163 (İman, 62)Səhih

حَدَّثَنَا عَبْدُ بْنُ حُمَيْدٍ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ أَخْبَرَنَا مَعْمَرٌ عَنِ الزُّهْرِىِّ بِهَذَا الإِسْنَادِ وَقَالَ مَرَّ بِرَجُلٍ مِنَ الأَنْصَارِ يَعِظُ أَخَاهُ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir, lakin bu hədisdə deyilir: “(Peyğəmbər ﷺ), ənsardan olan qardaşına (həddən artıq həyalı olmamağı) nəsihət edən bir kişinin yanından keçəndə...”.”

Səlim atasından
Muslim, 164 (İman, 63)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى وَمُحَمَّدُ بْنُ بَشَّارٍ - وَاللَّفْظُ لاِبْنِ الْمُثَنَّى - قَالاَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا شُعْبَةُ عَنْ قَتَادَةَ قَالَ سَمِعْتُ أَبَا السَّوَّارِ يُحَدِّثُ أَنَّهُ سَمِعَ عِمْرَانَ بْنَ حُصَيْنٍ يُحَدِّثُ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ « الْحَيَاءُ لاَ يَأْتِى إِلاَّ بِخَيْرٍ ». فَقَالَ بُشَيْرُ بْنُ كَعْبٍ إِنَّهُ مَكْتُوبٌ فِى الْحِكْمَةِ أَنَّ مِنْهُ وَقَارًا وَمِنْهُ سَكِينَةً. فَقَالَ عِمْرَانُ أُحَدِّثُكَ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَتُحَدِّثُنِى عَنْ صُحُفِكَ.

“Rəvayət edilir ki, Əbu Səvvar ﵀ demişdir: “Bir dəfə İmran ibn Husayn Peyğəmbərdən ﷺ xəbər verərək dedi: “Həya insana ancaq xeyir gətirər”. Bunu eşidəndə Buşeyr ibn Kəb dedi: “Hikmətdə həyanın bir qisminin vüqar, bir qisminin də sükunət olduğu yazılmışdır”. İmran dedi: “Mən sənə Allah Elçisindən ﷺ hədis danışıram, sən isə mənə öz səhifələrindən danışırsan?!””

Əbu Səvvar
Muslim, 165 (İman, 64)Səhih

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى قَالَ قَرَأْتُ عَلَى مَالِكٍ عَنْ أَبِى الزِّنَادِ عَنِ الأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « رَأْسُ الْكُفْرِ نَحْوَ الْمَشْرِقِ وَالْفَخْرُ وَالْخُيَلاَءُ فِى أَهْلِ الْخَيْلِ وَالإِبِلِ الْفَدَّادِينَ أَهْلِ الْوَبَرِ وَالسَّكِينَةُ فِى أَهْلِ الْغَنَمِ ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Küfrün başı şərq tərəfdədir. Lovğalıq və təkəbbürlük (əsasən) at ilxısına və dəvə sürüsünə sahib olan kəslərdə, kobud danışığı ilə seçilən bədəvilərdə özünü büruzə verir. Qoyun sürüsünə sahib olan kəslər isə dinc adamlar olurlar”.”

Əbu Hureyra
Muslim, 194 (İman, 93)Səhih

وَحَدَّثَنِى حَرْمَلَةُ بْنُ يَحْيَى أَخْبَرَنَا ابْنُ وَهْبٍ قَالَ أَخْبَرَنِى يُونُسُ عَنِ ابْنِ شِهَابٍ قَالَ أَخْبَرَنِى أَبُو سَلَمَةَ بْنُ عَبْدِ الرَّحْمَنِ أَنَّ أَبَا هُرَيْرَةَ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « الْفَخْرُ وَالْخُيَلاَءُ فِى الْفَدَّادِينَ أَهْلِ الْوَبَرِ وَالسَّكِينَةُ فِى أَهْلِ الْغَنَمِ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Lovğalıq və təkəbbürlük kobud danışığı ilə seçilən bədəvilərdə özünü büruzə verir. Qoyun sürüsünə sahib olan kəslər isə dinc adam olurlar”.”

Əbu Hureyra
Muslim, 196 (İman, 95)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ عَبْدِ الرَّحْمَنِ أَخْبَرَنَا أَبُو الْيَمَانِ عَنْ شُعَيْبٍ عَنِ الزُّهْرِىِّ حَدَّثَنِى سَعِيدُ بْنُ الْمُسَيَّبِ أَنَّ أَبَا هُرَيْرَةَ قَالَ سَمِعْتُ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « جَاءَ أَهْلُ الْيَمَنِ هُمْ أَرَقُّ أَفْئِدَةً وَأَضْعَفُ قُلُوبًا الإِيمَانُ يَمَانٍ وَالْحِكْمَةُ يَمَانِيَةٌ السَّكِينَةُ فِى أَهْلِ الْغَنَمِ وَالْفَخْرُ وَالْخُيَلاَءُ فِى الْفَدَّادِينَ أَهْلِ الْوَبَرِ قِبَلَ مَطْلِعِ الشَّمْسِ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ belə buyurduğunu eşitmişəm: “Yəmən əhli gəlmişdir. Onlar ən incə ürəkli və ən yumşaq qəlbli olanlardır. İman Yəmənə mənsubdur, hikmət də Yəmənə mənsubdur. Qoyun sürüsünə sahib olan kimsələr dinc adam olurlar. Lovğalıq və təkəbbürlük isə dəvə sürüsünə sahib olan kimsələrdə, kobud danışığı ilə seçilən bədəvilərdə, şərq tərəfdə özünü büruzə verir”.”

Əbu Hureyra
Muslim, 198 (İman, 97)Səhih

وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا ابْنُ أَبِى عَدِىٍّ ح وَحَدَّثَنِى بِشْرُ بْنُ خَالِدٍ حَدَّثَنَا مُحَمَّدٌ - يَعْنِى ابْنَ جَعْفَرٍ - قَالاَ حَدَّثَنَا شُعْبَةُ عَنِ الأَعْمَشِ بِهَذَا الإِسْنَادِ. مِثْلَ حَدِيثِ جَرِيرٍ وَزَادَ « وَالْفَخْرُ وَالْخُيَلاَءُ فِى أَصْحَابِ الإِبِلِ وَالسَّكِينَةُ وَالْوَقَارُ فِى أَصْحَابِ الشَّاءِ ».

“Yuxarıdakı hədisin mətni ilə eynidir, lakin bu hədisdə əlavə olaraq deyilir: “Lovğalıq və təkəbbürlük dəvə sürüsünə sahib olan kəslərdə özünü büruzə verir. Qoyun sürüsünə sahib olan kəslər isə vüqarlı və dinc adam olurlar”.”

Əbu Hureyra
Muslim, 201 (İman, 100)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ نُمَيْرٍ ح وَحَدَّثَنَا ابْنُ نُمَيْرٍ حَدَّثَنَا أَبِى حَدَّثَنَا الأَعْمَشُ ح وَحَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا وَكِيعٌ حَدَّثَنَا سُفْيَانُ عَنِ الأَعْمَشِ عَنْ عَبْدِ اللَّهِ بْنِ مُرَّةَ عَنْ مَسْرُوقٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أَرْبَعٌ مَنْ كُنَّ فِيهِ كَانَ مُنَافِقًا خَالِصًا وَمَنْ كَانَتْ فِيهِ خَلَّةٌ مِنْهُنَّ كَانَتْ فِيهِ خَلَّةٌ مِنْ نِفَاقٍ حَتَّى يَدَعَهَا إِذَا حَدَّثَ كَذَبَ وَإِذَا عَاهَدَ غَدَرَ وَإِذَا وَعَدَ أَخْلَفَ وَإِذَا خَاصَمَ فَجَرَ ». غَيْرَ أَنَّ فِى حَدِيثِ سُفْيَانَ « وَإِنْ كَانَتْ فِيهِ خَصْلَةٌ مِنْهُنَّ كَانَتْ فِيهِ خَصْلَةٌ مِنَ النِّفَاقِ ».

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Dörd xüsusiyyət var ki, bunlar kimdə olsa, əsl münafiq sayılar və kimdə bunlardan biri olsa belə, onu tərk edincəyə qədər özündə münafiqlik xüsusiyyəti qalmış sayılar: danışdıqda yalan danışar, ona əmanət verildikdə xəyanət edər, əhd bağladıqda əhdini pozar, mübahisə etdikdə haqsızlıq edər”. Ravi Süfyanın rəvayətində isə belə deyilir: “Kimdə bunlardan biri olarsa, özündə münafiqlik xüsusiyyəti qalmış sayılar”.”

Abdullah ibn Amr
Muslim, 219 (İman, 118)Səhih

حَدَّثَنَا يَحْيَى بْنُ أَيُّوبَ وَقُتَيْبَةُ بْنُ سَعِيدٍ - وَاللَّفْظُ لِيَحْيَى - قَالاَ حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ جَعْفَرٍ قَالَ أَخْبَرَنِى أَبُو سُهَيْلٍ نَافِعُ بْنُ مَالِكِ بْنِ أَبِى عَامِرٍ عَنْ أَبِيهِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « آيَةُ الْمُنَافِقِ ثَلاَثٌ إِذَا حَدَّثَ كَذَبَ وَإِذَا وَعَدَ أَخْلَفَ وَإِذَا ائْتُمِنَ خَانَ ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Münafiqin əlaməti üçdür: danışdıqda yalan danışar, vəd verdikdə vədinə xilaf çıxar, ona əmanət verildikdə xəyanət edər”.”

Əbu Hureyra
Muslim, 220 (İman, 119)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ إِسْحَاقَ أَخْبَرَنَا ابْنُ أَبِى مَرْيَمَ أَخْبَرَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ قَالَ أَخْبَرَنِى الْعَلاَءُ بْنُ عَبْدِ الرَّحْمَنِ بْنِ يَعْقُوبَ مَوْلَى الْحُرَقَةِ عَنْ أَبِيهِ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « مِنْ عَلاَمَاتِ الْمُنَافِقِ ثَلاَثَةٌ إِذَا حَدَّثَ كَذَبَ وَإِذَا وَعَدَ أَخْلَفَ وَإِذَا ائْتُمِنَ خَانَ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Üç şey münafiqin əlamətlərindəndir: danışdıqda yalan danışar, vəd verdikdə vədinə xilaf çıxar, ona əmanət verildikdə xəyanət edər”.”

Əbu Hureyra
Muslim, 221 (İman, 120)Səhih
Daha çox göstər

60 / 356 hədis göstərilir