حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا أَبُو الأَحْوَصِ قَالَ حَدَّثَنَا مَنْصُورُ بْنُ الْمُعْتَمِرِ عَنِ الشَّعْبِىِّ عَنِ الْبَرَاءِ بْنِ عَازِبٍ قَالَ خَطَبَنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمَ النَّحْرِ بَعْدَ الصَّلاَةِ فَقَالَ « مَنْ صَلَّى صَلاَتَنَا وَنَسَكَ نُسْكَنَا فَقَدْ أَصَابَ النُّسُكَ ، وَمَنْ نَسَكَ قَبْلَ الصَّلاَةِ فَتِلْكَ شَاةُ لَحْمٍ » . فَقَامَ أَبُو بُرْدَةَ بْنُ نِيَارٍ فَقَالَ يَا رَسُولَ اللَّهِ وَاللَّهِ لَقَدْ نَسَكْتُ قَبْلَ أَنْ أَخْرُجَ إِلَى الصَّلاَةِ ، وَعَرَفْتُ أَنَّ الْيَوْمَ يَوْمُ أَكْلٍ وَشُرْبٍ فَتَعَجَّلْتُ وَأَكَلْتُ وَأَطْعَمْتُ أَهْلِى وَجِيرَانِى . فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « تِلْكَ شَاةُ لَحْمٍ » . قَالَ فَإِنَّ عِنْدِى عَنَاقَ جَذَعَةٍ ، هِىَ خَيْرٌ مِنْ شَاتَىْ لَحْمٍ ، فَهَلْ تَجْزِى عَنِّى قَالَ « نَعَمْ ، وَلَنْ تَجْزِىَ عَنْ أَحَدٍ بَعْدَكَ » .
“Rəvayət edilir ki, əl-Bəra ibn Azib ﵁ demişdir: “Qurban bayramı günü Allah Elçisi ﷺ namazdan sonra bizə xütbə verərək buyurdu: “Kim bizim kimi namaz qılarsa və bizim kimi qurban kəsərsə, qurbanlıq heyvanını (sünnəyə uyğun) kəsmiş olar. Kim (qurbanlıq heyvanı bayram) namazından əvvəl kəsərsə, bu onun üçün ətlik qoyun sayılar”. Bu vaxt Əbu Burdə ibn Niyar ayağa duraraq dedi: “Ey Allahın Elçisi! Vallahi, mən öz qoyunumu namazdan əvvəl kəsdim; mən bilirdim ki, bu gün yemək-içmək günüdür, elə buna görə də istədim ki, özüm yeyim-içim, ailəmə və qonşuma bu ətdən yedirim”. Peyğəmbər ﷺ buyurdu: “Sənin qoyunun ətlik qoyundur”. Əbu Burdə dedi: “Mənim bir çəpişim var ki, o, iki qoyunun ətindən daha xeyirlidir, mən onunla qurbanlığı əvəz edə bilərəmmi?” Peyğəmbər ﷺ buyurdu: “Bəli, ancaq o səndən sonra heç kəsə əvəz sayıla bilməz”.”