Ana səhifə

Mövzu

Talaq

الطلاق

Boşanma, iddə və onlarla bağlı hökmlər

232 hədis

حَدَّثَنَا يَحْيَى قَالَ أَخْبَرَنَا عَبْدُ الرَّزَّاقِ قَالَ أَخْبَرَنَا ابْنُ جُرَيْجٍ قَالَ أَخْبَرَنِى ابْنُ شِهَابٍ عَنْ سَهْلِ بْنِ سَعْدٍ أَنَّ رَجُلاً قَالَ يَا رَسُولَ اللَّهِ ، أَرَأَيْتَ رَجُلاً وَجَدَ مَعَ امْرَأَتِهِ رَجُلاً أَيَقْتُلُهُ فَتَلاَعَنَا فِى الْمَسْجِدِ وَأَنَا شَاهِدٌ .

“Səhl ibn Səd ﵁ rəvayət edir ki, bir kişi gəlib dedi: “Ey Allahın Elçisi, bir adam öz arvadını başqa bir kişi ilə zina edərkən tutsa, onu öldürməlidirmi?” Sonra o kişi ilə qadın məsciddə lənətləşdilər. Mən də buna şahid oldum”.”

Səhl ibn Səd
Buxari, 423 (Namaz, 75)Səhih

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ السَّرْخَسِيُّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ الْقَطَّانُ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عُمَرَ ، قَالَ : أَخْبَرَنِي نَافِعٌ ، عَنْ عَبْدِ اللهِ : أَنَّهُ طَلَّقَ امْرَأَتَهُ وَهِيَ حَائِضٌ ، فَاسْتَفْتَى عُمَرُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : إِنَّ عَبْدَ اللهِ طَلَّقَ امْرَأَتَهُ وَهِيَ حَائِضٌ ، فَقَالَ : مُرْ عَبْدَ اللهِ فَلْيُرَاجِعْهَا ، ثُمَّ يَدَعْهَا حَتَّى تَطْهُرَ مِنْ حَيْضَتِهَا هَذِهِ ، ثُمَّ تَحِيضَ حَيْضَةً أُخْرَى ، فَإِذَا طَهُرَتْ فَإِنْ شَاءَ فَلْيُفَارِقْهَا قَبْلَ أَنْ يُجَامِعَهَا ، وَإِنْ شَاءَ فَلْيُمْسِكْهَا ، فَإِنَّهَا الْعِدَّةُ الَّتِي أَمَرَ اللَّهُ عَزَّ وَجَلَّ أَنْ تُطَلَّقَ لَهَا النِّسَاءُ.

“Rəvayət edilir ki, Abdullah ﵁ zövcəsi heyzli halda olduqda onu boşadı. Ömər bunu Allah Elçisindən ﷺ soruşdu və dedi: “Abdullah zövcəsi heyzli halda olanda onu boşadı”. Allah Elçisi ﷺ buyurdu: “Abdullaha əmr et ki, zövcəsini qaytarsın və zövcəsi heyz halından təmizlənənə qədər gözləsin, istəsə, ikinci heyzdən təmizləndikdən sonra onunla cinsi yaxınlıq etmədən onu boşasın, istəsə də, ailə həyatını davam etdirsin. Bu, qadınların iki dəfə heyz olduqda təmizləndikdən sonra kişilərin qadınları boşamaları üçün Allahın ﷿ əmr etdiyi iddə müddətidir”.”

Abdullah
Nəsəi, 3389 (Talaq, 1)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، قَالَ : أَنْبَأَنَا ابْنُ الْقَاسِمِ ، عَنْ مَالِكٍ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ : أَنَّهُ طَلَّقَ امْرَأَتَهُ وَهِيَ حَائِضٌ فِي عَهْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَسَأَلَ عُمَرُ بْنُ الْخَطَّابِ رَضِيَ اللَّهُ عَنْهُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنْ ذَلِكَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مُرْهُ فَلْيُرَاجِعْهَا ، ثُمَّ لِيُمْسِكْهَا حَتَّى تَطْهُرَ ، ثُمَّ تَحِيضَ ، ثُمَّ تَطْهُرَ ، ثُمَّ إِنْ شَاءَ أَمْسَكَ بَعْدُ ، وَإِنْ شَاءَ طَلَّقَ قَبْلَ أَنْ يَمَسَّ ، فَتِلْكَ الْعِدَّةُ الَّتِي أَمَرَ اللَّهُ عَزَّ وَجَلَّ أَنْ تُطَلَّقَ لَهَا النِّسَاءُ.

“Abdullah ﵁ rəvayət edir ki, o, Allah Elçisinin ﷺ dövründə zövcəsi heyzli halda olduqda onu boşamışdı. Ömər ibn əl-Xattab ﵁ da bu haqda Allah Elçisindən ﷺ soruşdu. Allah Elçisi ﷺ buyurdu: “Ona əmr et ki, zövcəsini qaytarsın və zövcəsi ikinci dəfə heyz halı olub təmizlənənə qədər onunla yaşasın. Sonra istəsə, onu yanında saxlasın və ailə həyatını davam etdirsin. İstəsə, bu müddət ərzində zövcəsi ilə cinsi yaxınlıq etmədən onu boşasın. Bu, qadınların iki dəfə heyz olub təmizləndikdən sonra kişilərin qadınları boşamaları üçün Allahın ﷿ əmr etdiyi iddə müddətidir”.”

İbn Ömər
Nəsəi, 3390 (Talaq, 2)Səhih

أَخْبَرَنِي كَثِيرُ بْنُ عُبَيْدٍ ، عَنْ مُحَمَّدِ بْنِ حَرْبٍ ، قَالَ : حَدَّثَنَا الزُّبَيْدِيُّ ، قَالَ : سُئِلَ الزُّهْرِيُّ ، كَيْفَ الطَّلاَقُ لِلْعِدَّةِ ؟ فَقَالَ : أَخْبَرَنِي سَالِمُ بْنُ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، أَنَّ عَبْدَ اللهِ بْنَ عُمَرَ ، قَالَ : طَلَّقْتُ امْرَأَتِي فِي حَيَاةِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَهِيَ حَائِضٌ ، فَذَكَرَ ذَلِكَ عُمَرُ لِرَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَتَغَيَّظَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي ذَلِكَ ، فَقَالَ : لِيُرَاجِعْهَا ، ثُمَّ يُمْسِكْهَا حَتَّى تَحِيضَ حَيْضَةً وَتَطْهُرَ ، فَإِنْ بَدَا لَهُ أَنْ يُطَلِّقَهَا طَاهِرًا قَبْلَ أَنْ يَمَسَّهَا ، فَذَاكَ الطَّلاَقُ لِلْعِدَّةِ كَمَا أَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ قَالَ عَبْدُ اللهِ بْنُ عُمَرَ : فَرَاجَعْتُهَا وَحَسَبْتُ لَهَا التَّطْلِيقَةَ الَّتِي طَلَّقْتُهَا.

“Rəvayət edilir ki, əz-Zubeydi ﵀ demişdir: “əz-Zuheyrdən qadınların boşamanın iddə müddəti nə qədər olması haqda soruşdular. O dedi: “Səlim ibn Abdullah ibn Ömər mənə rəvayət etdi ki, Abdullah ibn Ömər demişdir: “Allah Elçisi ﷺ həyatda olan dövrdə zövcəmi heyzli halda boşamışdım. Ömər bu haqda Allah Elçisindən ﷺ soruşdu. Allah Elçisi ﷺ mənim belə etməyimə qəzəbləndi və buyurdu: “Ona de ki, zövcəsini qaytarsın və zövcəsi yenidən heyz olana qədər onunla yaşasın. İkinci heyzdən təmizləndikdən sonra onu boşamaq istəsə, o təmiz halda olanda və onunla cinsi yaxınlıq etmədən boşasın. Bu, Allahın ﷿ nazil etdiyi kimi boşama zamanı olan iddə müddətidir”. Abdullah ibn Ömər deyir: “Zövcəmi geri qaytardım və verdiyim talaqı (boşamanı) bir talaq hesab etdim”.”

əz-Zubeydi
Nəsəi, 3391 (Talaq, 3)Səhih

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ إِسْمَعِيلَ بْنِ إِبْرَاهِيمَ ، وَعَبْدُ اللهِ بْنُ مُحَمَّدِ بْنِ تَمِيمٍ ، عَنْ حَجَّاجٍ ، قَالَ : قَالَ ابْنُ جُرَيْجٍ : أَخْبَرَنِي أَبُو الزُّبَيْرِ ، أَنَّهُ سَمِعَ عَبْدَ الرَّحْمَنِ بْنَ أَيْمَنَ ، يَسْأَلُ ابْنَ عُمَرَ ، وَأَبُو الزُّبَيْرِ يَسْمَعُ : كَيْفَ تَرَى فِي رَجُلٍ طَلَّقَ امْرَأَتَهُ حَائِضًا ؟ فَقَالَ لَهُ : طَلَّقَ عَبْدُ اللهِ بْنُ عُمَرَ امْرَأَتَهُ وَهِيَ حَائِضٌ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَسَأَلَ عُمَرُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : إِنَّ عَبْدَ اللهِ بْنَ عُمَرَ طَلَّقَ امْرَأَتَهُ وَهِيَ حَائِضٌ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لِيُرَاجِعْهَا فَرَدَّهَا عَلَيَّ ، قَالَ : إِذَا طَهُرَتْ فَلْيُطَلِّقْ أَوْ لِيُمْسِكْ قَالَ ابْنُ عُمَرَ : فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : {يَا أَيُّهَا النَّبِيُّ إِذَا طَلَّقْتُمُ النِّسَاءَ فَطَلِّقُوهُنَّ} فِي قُبُلِ عِدَّتِهِنَّ.

“Rəvayət edilir ki, Əbuz-Zubeyr ﵀ Abdur-Rahmən ibn Əymənin İbn Ömərə belə bir sual verməsini eşitmişdir: “Zövcəsini heyzli halda boşayan kişi haqda nə deyirsən?” İbn Ömər ona dedi: “Abdullah ibn Ömər Allah Elçisinin ﷺ dövründə zövcəsi heyzli ikən onu boşamışdı. Ömər Allah Elçisinə ﷺ dedi: “Abdullah ibn Ömər öz zövcəsini heyzli ikən boşayıb”. Allah Elçisi ﷺ bu hərəkəti rədd edərək buyurdu: “Zövcəsini qaytarsın!” Sonra buyurdu: “Zövcəsi təmizləndikdən sonra istəsə, boşasın, istəsə, yaşamağa davam etsin”. İbn Ömər deyir: “Sonra onların iddə müddəti haqda olan bu ayəni oxudu: “Ey Peyğəmbər! Qadınları boşadığınız zaman onları gözləmə müddətlərində (heyzdən pak olduqdan sonra onlarla yaxınlıq etməzdən əvvəl) boşayın”. (ət-Talaq, 1)”.”

Əbuz-Zubeyr
Nəsəi, 3392 (Talaq, 4)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنِ الْحَكَمِ ، قَالَ : سَمِعْتُ مُجَاهِدًا ، يُحَدِّثُهُ ، عَنْ ابْنِ عَبَّاسٍ : فِي قَوْلِهِ عَزَّ وَجَلَّ : {يَا أَيُّهَا النَّبِيُّ إِذَا طَلَّقْتُمُ النِّسَاءَ فَطَلِّقُوهُنَّ لِعِدَّتِهِنَّ} قَالَ ابْنُ عَبَّاسٍ ، رَضِيَ اللَّهُ عَنْهُ : قُبُلِ عِدَّتِهِنَّ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ Allahın ﷿ “Ey Peyğəmbər! Qadınları boşadığınız zaman onları gözləmə müddətlərində (heyzdən pak olduqdan sonra onlarla yaxınlıq etməzdən əvvəl) boşayın”. (ət-Talaq, 1) ayəsi haqda demişdir: “Bu, qadınların iddə müddəti haqdadır”.”

İbn Abbas
Nəsəi, 3393 (Talaq, 5)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ يَحْيَى بْنِ أَيُّوبَ ، قَالَ : حَدَّثَنَا حَفْصُ بْنُ غِيَاثٍ ، قَالَ : حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ أَبِي الأَحْوَصِ ، عَنْ عَبْدِ اللهِ ، أَنَّهُ قَالَ : طَلاَقُ السُّنَّةِ تَطْلِيقَةٌ وَهِيَ طَاهِرٌ فِي غَيْرِ جِمَاعٍ ، فَإِذَا حَاضَتْ وَطَهُرَتْ طَلَّقَهَا أُخْرَى ، فَإِذَا حَاضَتْ وَطَهُرَتْ طَلَّقَهَا أُخْرَى ، ثُمَّ تَعْتَدُّ بَعْدَ ذَلِكَ بِحَيْضَةٍ قَالَ الأَعْمَشُ : سَأَلْتُ إِبْرَاهِيمَ فَقَالَ مِثْلَ ذَلِكَ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Sünnəyə uğun olan boşanma kişinin zövcəsini təmiz ikən və cinsi yaxınlıq olmadan boşamasıdır. Qadın yenidən heyz olub təmizləndikdə ikinci talaq verir. Yenidən heyz olub təmizləndikdə isə üçüncü talağı verir. Sonra isə qadın iddə müddətini gözləyir”. Aməş deyir: “Mən məsələni İbrahimdən soruşdum, o da eyni şeyləri dedi”.”

Abdullah
Nəsəi, 3394 (Talaq, 6)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ سُفْيَانَ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ أَبِي الأَحْوَصِ ، عَنْ عَبْدِ اللهِ ، قَالَ : طَلاَقُ السُّنَّةِ أَنْ يُطَلِّقَهَا طَاهِرًا فِي غَيْرِ جِمَاعٍ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Sünnəyə uğun olan boşanma qadın təmizləndikdən və cinsi yaxınlıq olmadan olan boşanmadır”.”

Abdullah
Nəsəi, 3395 (Talaq, 7)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا الْمُعْتَمِرُ ، قَالَ : سَمِعْتُ عُبَيْدَ اللهِ بْنَ عُمَرَ ، عَنْ نَافِعٍ ، عَنْ عَبْدِ اللهِ : أَنَّهُ طَلَّقَ امْرَأَتَهُ وَهِيَ حَائِضٌ تَطْلِيقَةً ، فَانْطَلَقَ عُمَرُ فَأَخْبَرَ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بِذَلِكَ ، فَقَالَ لَهُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مُرْ عَبْدَ اللهِ فَلْيُرَاجِعْهَا ، فَإِذَا اغْتَسَلَتْ فَلْيَتْرُكْهَا حَتَّى تَحِيضَ ، فَإِذَا اغْتَسَلَتْ مِنْ حَيْضَتِهَا الأُخْرَى فَلاَ يَمَسَّهَا حَتَّى يُطَلِّقَهَا ، فَإِنْ شَاءَ أَنْ يُمْسِكَهَا فَلْيُمْسِكْهَا ، فَإِنَّهَا الْعِدَّةُ الَّتِي أَمَرَ اللَّهُ عَزَّ وَجَلَّ أَنْ تُطَلَّقَ لَهَا النِّسَاءُ.

“Nafi ﵀ rəvayət edir ki, Abdullah ﵁ zövcəsini heyzli halda boşamışdı. Ömər də gedib bunu Peyğəmbərə ﷺ xəbər verdi. Peyğəmbər ﷺ ona buyurdu: “Abdullaha əmr et ki, zövcəsini qaytarsın və zövcəsi qüsl alandan sonra ona yaxınlaşmasın. Zövcəsi ikinci dəfə heyz olduqdan sonra onunla cinsi yaxınlıq etməsin və sonra istəsə, boşasın, istəsə də, boşamayıb ailə həyatına davam etsin. Bu, qadınların iki dəfə heyz olub təmizləndikdən sonra kişilərin qadınları boşamaları üçün Allahın ﷿ əmr etdiyi iddə müddətidir”.”

Nafi
Nəsəi, 3396 (Talaq, 8)Səhih

أَخْبَرَنَا مَحْمُودُ بْنُ غَيْلاَنَ ، قَالَ : حَدَّثَنَا وَكِيعٌ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، مَوْلَى طَلْحَةَ ، عَنْ سَالِمِ بْنِ عَبْدِ اللهِ ، عَنْ ابْنِ عُمَرَ : أَنَّهُ طَلَّقَ امْرَأَتَهُ وَهِيَ حَائِضٌ ، فَذَكَرَ ذَلِكَ لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : مُرْهُ فَلْيُرَاجِعْهَا ، ثُمَّ لِيُطَلِّقْهَا وَهِيَ طَاهِرٌ أَوْ حَامِلٌ.

“Səlim ibn Abdullah ﵁ rəvayət edir ki, İbn Ömər zövcəsini heyzli ikən boşamışdı. Bu hadisə Peyğəmbərə ﷺ xəbər verildikdə o buyurdu: “Ona əmr et ki, zövcəsini qaytarsın və zövcəsi təmiz halda və ya hamilə ikən onu boşasın”.”

Səlim ibn Abdullah
Nəsəi, 3397 (Talaq, 9)Səhih

أَخْبَرَنِي زِيَادُ بْنُ أَيُّوبَ ، قَالَ : حَدَّثَنَا هُشَيْمٌ ، قَالَ : أَخْبَرَنَا أَبُو بِشْرٍ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عُمَرَ : أَنَّهُ طَلَّقَ امْرَأَتَهُ وَهِيَ حَائِضٌ ، فَرَدَّهَا عَلَيْهِ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ حَتَّى طَلَّقَهَا وَهِيَ طَاهِرٌ.

“Səid ibn Cubeyr ﵀ rəvayət edir ki, bir dəfə İbn Ömər zövcəsini heyzli halda boşadı, lakin Allah Elçisi ﷺ bunu rədd etdi və qadın təmizləndikdən sonra boşaması üçün qadını geri qaytartdı.”

Səid ibn Cubeyr
Nəsəi, 3398 (Talaq, 10)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ أَيُّوبَ ، عَنْ مُحَمَّدٍ ، عَنْ يُونُسَ بْنِ جُبَيْرٍ ، قَالَ : سَأَلْتُ ابْنَ عُمَرَ ، عَنْ رَجُلٍ طَلَّقَ امْرَأَتَهُ وَهِيَ حَائِضٌ ، فَقَالَ : هَلْ تَعْرِفُ عَبْدَ اللهِ بْنَ عُمَرَ ، فَإِنَّهُ طَلَّقَ امْرَأَتَهُ وَهِيَ حَائِضٌ ، فَسَأَلَ عُمَرُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَأَمَرَهُ أَنْ يُرَاجِعَهَا ، ثُمَّ يَسْتَقْبِلَ عِدَّتَهَا فَقُلْتُ لَهُ : فَيَعْتَدُّ بِتِلْكَ التَّطْلِيقَةِ ، فَقَالَ : مَهْ ، أَرَأَيْتَ إِنْ عَجَزَ وَاسْتَحْمَقَ.

“Rəvayət edilir ki, Yunus ibn Cubeyr ﵀ demişdir: “Mən İbn Ömərdən zövcəsi heyzli halda olduqda onu boşayan kişi haqda soruşdum. O dedi: “Abdullah ibn Öməri tanımırsanmı? O, zövcəsini heyzli olanda boşamışdı. Atası Ömər bunu Peyğəmbərdən ﷺ soruşdu. Peyğəmbər ﷺ zövcəsini qaytarmasını və iddə müddətini gözləməsini əmr etdi”. Mən ona dedim: “Bu bir talaq sayılırmı?” O dedi: “Dayan bir! Bir adam bacarıqsızlıq edib ağılsızcasına davranarsa, onun etdiyi bu iş etibarlı sayılarmı?””

Yunus ibn Cubeyr
Nəsəi, 3399 (Talaq, 11)Səhih

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا ابْنُ عُلَيَّةَ ، عَنْ يُونُسَ ، عَنْ مُحَمَّدِ بْنِ سِيرِينَ ، عَنْ يُونُسَ بْنِ جُبَيْرٍ ، قَالَ : قُلْتُ لاِبْنِ عُمَرَ : رَجُلٌ طَلَّقَ امْرَأَتَهُ وَهِيَ حَائِضٌ ، فَقَالَ : أَتَعْرِفُ عَبْدَ اللهِ بْنَ عُمَرَ ، فَإِنَّهُ طَلَّقَ امْرَأَتَهُ وَهِيَ حَائِضٌ ، فَأَتَى عُمَرُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَسْأَلُهُ ، فَأَمَرَهُ أَنْ يُرَاجِعَهَا ، ثُمَّ يَسْتَقْبِلَ عِدَّتَهَا قُلْتُ لَهُ : إِذَا طَلَّقَ الرَّجُلُ امْرَأَتَهُ وَهِيَ حَائِضٌ ، أَيَعْتَدُّ بِتِلْكَ التَّطْلِيقَةِ ؟ فَقَالَ : مَهْ ، وَإِنْ عَجَزَ وَاسْتَحْمَقَ.

“Rəvayət edilir ki, Yunus ibn Cubeyr ﵀ demişdir: “Mən İbn Ömərə dedim: “Bir kişi zövcəsini heyzli ikən boşadı”. O dedi: “Abdullah ibn Öməri tanımırsanmı? O, zövcəsini heyzli olanda boşamışdı. Ömər Peyğəmbərin ﷺ yanına getdi və bu haqda ona sual verdi. Peyğəmbər ﷺ də zövcəsini qaytarmasını və iddə müddətini gözləməsini əmr etdi”. Mən ona dedim: “Kişi zövcəsini heyzli olan halda boşadıqda bir talaq sayılırmı?” O dedi: “Dayan bir! Bir adam bacarıqsızlıq edib ağılsızcasına davranarsa, onun etdiyi bu iş etibarlı sayılarmı?””

Yunus ibn Cubeyr
Nəsəi, 3400 (Talaq, 12)Səhih

أَخْبَرَنَا سُلَيْمَانُ بْنُ دَاوُدَ ، عَنْ ابْنِ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي مَخْرَمَةُ ، عَنْ أَبِيهِ ، قَالَ : سَمِعْتُ مَحْمُودَ بْنَ لَبِيدٍ ، قَالَ : أُخْبِرَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنْ رَجُلٍ طَلَّقَ امْرَأَتَهُ ثَلاَثَ تَطْلِيقَاتٍ جَمِيعًا ، فَقَامَ غَضْبَانًا ثُمَّ قَالَ : أَيُلْعَبُ بِكِتَابِ اللهِ وَأَنَا بَيْنَ أَظْهُرِكُمْ ؟ حَتَّى قَامَ رَجُلٌ وَقَالَ : يَا رَسُولَ اللهِ ، أَلاَ أَقْتُلُهُ ؟

“Rəvayət edilir ki, Mahmud ibn Ləbid ﵁ demişdir: “Bir kişinin zövcəsini üç talaqla boşadığı xəbəri verildi. Allah Elçisi ﷺ qəzəblənərək ayağa durdu və buyurdu: “Mən aranızda olduğum halda Allahın Kitabı ilə oynayırsınız?” Bir kişi ayağa durub dedi: “Ey Allahın Elçisi, önu öldürümmü?””

Mahmud ibn Ləbid
Nəsəi, 3401 (Talaq, 13)Zəif

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، قَالَ : حَدَّثَنَا ابْنُ الْقَاسِمِ ، عَنْ مَالِكٍ ، قَالَ : حَدَّثَنِي ابْنُ شِهَابٍ ، أَنَّ سَهْلَ بْنَ سَعْدٍ السَّاعِدِيَّ ، أَخْبَرَهُ : أَنَّ عُوَيْمِرًا الْعَجْلاَنِيَّ جَاءَ إِلَى عَاصِمِ بْنِ عَدِيٍّ فَقَالَ : أَرَأَيْتَ يَا عَاصِمُ لَوْ أَنَّ رَجُلاً وَجَدَ مَعَ امْرَأَتِهِ رَجُلاً ، أَيَقْتُلُهُ فَيَقْتُلُونَهُ أَمْ كَيْفَ يَفْعَلُ ؟ سَلْ لِي يَا عَاصِمُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنْ ذَلِكَ ، فَسَأَلَ عَاصِمٌ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَكَرِهَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ الْمَسَائِلَ وَعَابَهَا حَتَّى كَبُرَ عَلَى عَاصِمٍ مَا سَمِعَ مِنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَلَمَّا رَجَعَ عَاصِمٌ إِلَى أَهْلِهِ جَاءَهُ عُوَيْمِرٌ فَقَالَ : يَا عَاصِمُ ، مَاذَا قَالَ لَكَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ؟ فَقَالَ عَاصِمٌ لِعُوَيْمِرٍ : لَمْ تَأْتِنِي بِخَيْرٍ قَدْ كَرِهَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ الْمَسْأَلَةَ الَّتِي سَأَلْتَ عَنْهَا ، فَقَالَ عُوَيْمِرٌ : وَاللَّهِ لاَ أَنْتَهِي حَتَّى أَسْأَلَ عَنْهَا رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَأَقْبَلَ عُوَيْمِرٌ حَتَّى أَتَى رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَسْطَ النَّاسِ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، أَرَأَيْتَ رَجُلاً وَجَدَ مَعَ امْرَأَتِهِ رَجُلاً ، أَيَقْتُلُهُ فَتَقْتُلُونَهُ أَمْ كَيْفَ يَفْعَلُ ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : قَدْ نَزَلَ فِيكَ وَفِي صَاحِبَتِكَ ، فَاذْهَبْ فَأْتِ بِهَا قَالَ سَهْلٌ : فَتَلاَعَنَا وَأَنَا مَعَ النَّاسِ عِنْدَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَلَمَّا فَرَغَ عُوَيْمِرٌ قَالَ : كَذَبْتُ عَلَيْهَا يَا رَسُولَ اللهِ إِنْ أَمْسَكْتُهَا ، فَطَلَّقَهَا ثَلاَثًا قَبْلَ أَنْ يَأْمُرَهُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ.

“Səhl ibn Səd əs-Səidi ﵁ rəvayət edir ki, bir dəfə Uveymir əl-Acləni Asim ibn Adiyin yanına gəlib dedi: “Ey Asim, bu məsələyə necə baxırsan, bir kişi zövcəsini başqa bir kişi ilə zina edərkən tutsa və o adamı öldürsə, qisas olaraq o öldürülməlidirmi, yoxsa o kişi nə etməlidir? Nə olar, bunu Allah Elçisindən ﷺ soruş”. Asim də bunu Allah Elçisindən ﷺ soruşdu. Allah Elçisi ﷺ bu cür sualları xoşlamaz və bunu ayıb sayardı. Ona görə də bu söhbət Allah Elçisinə ﷺ ağır gəldi. Asim evinə qayıtdıqda Uveymir onun yanına gəlib dedi: “Ey Asim, Allah Elçisi ﷺ bu haqda nə buyurdu?” Asim Uveymirə dedi: “Sən mənə xeyirli bir iş etdirmədin. Allah Elçisinin ﷺ sənin soruşduğun o sualdan heç xoşu gəlmədi”. Uveymir dedi: “Allaha and olsun, bunu gedib özüm soruşmadıqca bu işin başını buraxmayacam”. Uveymir insanların arasından keçərək Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, bir kişi zövcəsini başqa bir kişi ilə zina edərkən tutsa və o adamı öldürsə, qisas olaraq o, öldürülməlidirmi, yoxsa o kişi nə etməlidir?” Allah Elçisi ﷺ buyurdu: “Sənin və yoldaşın haqqında artıq ayə nazil olmuşdur. Get, zövcəni gətir”. Səhl deyir: “Mən insanlarla birlikdə Allah Elçisinin ﷺ yanında ikən bu ər-arvad bir-birinə qarşı lənətləşmə etdilər. Lənətləşməni bitirdikdən sonra Uveymir: “Əgər mən bu qadını nikahımda saxlasam, ey Allahın Elçisi, ona yalan söyləmiş olaram”, - dedi və Allah Elçisi ﷺ ona boşanmağı əmr etməmişdən qabaq zövcəsini bir dəfəyə üç talaqla boşadı.”

Səhl ibn Səd əs-Səidi
Nəsəi, 3402 (Talaq, 14)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ يَحْيَى ، قَالَ : حَدَّثَنَا أَبُو نُعَيْمٍ ، قَالَ : حَدَّثَنَا سَعِيدُ بْنُ يَزِيدَ الأَحْمَسِيُّ ، قَالَ : حَدَّثَنَا الشَّعْبِيُّ ، قَالَ : حَدَّثَتْنِي فَاطِمَةُ بِنْتُ قَيْسٍ ، قَالَتْ : أَتَيْتُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقُلْتُ : أَنَا بِنْتُ آلِ خَالِدٍ ، وَإِنَّ زَوْجِي فُلاَنًا أَرْسَلَ إِلَيَّ بِطَلاَقِي ، وَإِنِّي سَأَلْتُ أَهْلَهُ النَّفَقَةَ وَالسُّكْنَى فَأَبَوْا عَلَيَّ ، قَالُوا : يَا رَسُولَ اللهِ ، إِنَّهُ قَدْ أَرْسَلَ إِلَيْهَا بِثَلاَثِ تَطْلِيقَاتٍ ، قَالَتْ : فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : إِنَّمَا النَّفَقَةُ وَالسُّكْنَى لِلْمَرْأَةِ إِذَا كَانَ لِزَوْجِهَا عَلَيْهَا الرَّجْعَةُ.

“Rəvayət edilir ki, Fatimə bint Qeys ﵂ demişdir: “Mən Peyğəmbərin ﷺ yanına gəlib dedim: “Mən Xalid ailəsinin qızıyam və ərim filankəs mənə məni boşaması xəbərini göndərdi. Mən də onun ailəsindən dolanışıq və qalacaq yer istədim, lakin onlar bundan imtina etdilər və məni üç talaqla boşadığını dedilər”. Allah Elçisi ﷺ buyurdu: “Dolanışıq və qalacaq yer qaytarılması mümkün olan qadınlara olur”.”

Fatimə bint Qeys
Nəsəi, 3403 (Talaq, 15)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ سَلَمَةَ ، عَنِ الشَّعْبِيِّ ، عَنْ فَاطِمَةَ بِنْتِ قَيْسٍ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : الْمُطَلَّقَةُ ثَلاَثًا لَيْسَ لَهَا سُكْنَى وَلاَ نَفَقَةٌ.

“Fatimə bint Qeys ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Üç talaqla boşanan qadın dolanışıq və qalacaq yerlə təmin edilmir”.”

Fatimə bint Qeys
Nəsəi, 3404 (Talaq, 16)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عُثْمَانَ ، قَالَ : حَدَّثَنَا بَقِيَّةُ ، عَنْ أَبِي عَمْرٍو وَهُوَ الأَوْزَاعِيُّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنِي أَبُو سَلَمَةَ ، قَالَ : حَدَّثَتْنِي فَاطِمَةُ بِنْتُ قَيْسٍ : أَنَّ أَبَا عَمْرِو بْنَ حَفْصٍ الْمَخْزُومِيَّ طَلَّقَهَا ثَلاَثًا ، فَانْطَلَقَ خَالِدُ بْنُ الْوَلِيدِ فِي نَفَرٍ مِنْ بَنِي مَخْزُومٍ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، إِنَّ أَبَا عَمْرِو بْنَ حَفْصٍ طَلَّقَ فَاطِمَةَ ثَلاَثًا ، فَهَلْ لَهَا نَفَقَةٌ ؟ فَقَالَ : لَيْسَ لَهَا نَفَقَةٌ وَلاَ سُكْنَى.

“Fatimə bint Qeys ﵂ rəvayət edir ki, Əbu Amr ibn Həfs əl-Məxzumi onu üç dəfəyə boşadı. Belə olduqda Xalid ibn əl-Valid Bəni Məxzum tayfasından olan bir neçə kişi ilə birlikdə Allah Elçisinin ﷺ yanına gələrək dedi: “Ey Allahın Elçisi, Əbu Amr ibn Həfs Fatiməni üç talaqla boşamışdır. Ona maddi yardım edilirmi?” Allah Elçisi ﷺ buyurdu: “Ona nə dolanışıq, nə də qalacaq yer düşür”.”

Fatimə bint Qeys
Nəsəi, 3405 (Talaq, 17)Səhih

أَخْبَرَنَا أَبُو دَاوُدَ سُلَيْمَانُ بْنُ سَيْفٍ ، قَالَ : حَدَّثَنَا أَبُو عَاصِمٍ ، عَنْ ابْنِ جُرَيْجٍ ، عَنْ ابْنِ طَاوُوسٍ ، عَنْ أَبِيهِ : أَنَّ أَبَا الصَّهْبَاءِ جَاءَ إِلَى ابْنِ عَبَّاسٍ ، فَقَالَ : يَا ابْنَ عَبَّاسٍ ، أَلَمْ تَعْلَمْ أَنَّ الثَّلاَثَ كَانَتْ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَأَبِي بَكْرٍ ، وَصَدْرًا مِنْ خِلاَفَةِ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا تُرَدُّ إِلَى الْوَاحِدَةِ ؟ قَالَ : نَعَمْ.

“Tavus ﵀ atasından rəvayət edir ki, Əbus-Suheyb İbn Abbasın yanına gəlib dedi: “Ey İbn Abbas, Allah Elçisinin ﷺ dövründə və Əbu Bəkrin ﵁ dövründə, Ömərin ﵁ xilafətinin ilk dönəmində üç talağın bir talaq sayılmasını bilirsənmi?” İbn Abbas: “Bəli”, - dedi.”

İbn Tavus atasından
Nəsəi, 3406 (Talaq, 18)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْعَلاَءِ ، قَالَ : حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : سُئِلَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنْ رَجُلٍ طَلَّقَ امْرَأَتَهُ فَتَزَوَّجَتْ زَوْجًا غَيْرَهُ فَدَخَلَ بِهَا ثُمَّ طَلَّقَهَا قَبْلَ أَنْ يُوَاقِعَهَا ، أَتَحِلُّ لِلأَوَّلِ ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لاَ ، حَتَّى يَذُوقَ الآخَرُ عُسَيْلَتَهَا وَتَذُوقَ عُسَيْلَتَهُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Zövcəsindən boşanan, sonra başqa kişiyə ərə gedən, lakin cinsi yaxınlıq olmadan ikinci ərindən də boşanan qadını birinci əri yenidən alması halal olurmu deyə Allah Elçisindən ﷺ soruşdular”. Allah Elçisi ﷺ buyurdu: “Xeyr, ikinci əri onunla cinsi yaxınlıq etməsə, bu, mümkün deyil”.”

Aişə
Nəsəi, 3407 (Talaq, 19)Səhih

أَخْبَرَنِي عَبْدُ الرَّحْمَنِ بْنُ عَبْدِ اللهِ بْنِ عَبْدِ الْحَكَمِ ، قَالَ : حَدَّثَنَا شُعَيْبُ بْنُ اللَّيْثِ ، عَنْ أَبِيهِ ، قَالَ : حَدَّثَنِي أَيُّوبُ بْنُ مُوسَى ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : جَاءَتِ امْرَأَةُ رِفَاعَةَ الْقُرَظِيِّ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَتْ : يَا رَسُولَ اللهِ ، إِنِّي نَكَحْتُ عَبْدَ الرَّحْمَنِ بْنَ الزَّبِيرِ ، وَاللَّهِ مَا مَعَهُ إِلاَّ مِثْلُ هَذِهِ الْهُدْبَةِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لَعَلَّكِ تُرِيدِينَ أَنْ تَرْجِعِي إِلَى رِفَاعَةَ ، لاَ ، حَتَّى يَذُوقَ عُسَيْلَتَكِ وَتَذُوقِي عُسَيْلَتَهُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir dəfə Rifəa əl-Qurazinin zövcəsi Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, mən Abdur-Rahmən ibn əz-Zəbir ilə evlənmişəm. Allaha and olsun ki, o, kişilik haqqını yerinə yetirə bilmir”. Allah Elçisi ﷺ buyurdu: “Yəqin ki, sən əvvəlki ərin Rifəaya qayıtmaq istəyirsən. Xeyr, ikinci ərin səninlə cinsi yaxınlıq etmədikcə bu, mümkün deyil”.”

Aişə
Nəsəi, 3408 (Talaq, 20)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ ، قَالَ : حَدَّثَنَا مَعْمَرٌ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : جَاءَتِ امْرَأَةُ رِفَاعَةَ الْقُرَظِيِّ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَأَبُو بَكْرٍ عِنْدَهُ ، فَقَالَتْ : يَا رَسُولَ اللهِ ، إِنِّي كُنْتُ تَحْتَ رِفَاعَةَ الْقُرَظِيِّ فَطَلَّقَنِي الْبَتَّةَ ، فَتَزَوَّجْتُ عَبْدَ الرَّحْمَنِ بْنَ الزَّبِيرِ ، وَإِنَّهُ وَاللَّهِ يَا رَسُولَ اللهِ مَا مَعَهُ إِلاَّ مِثْلُ هَذِهِ الْهُدْبَةِ ، وَأَخَذَتْ هُدْبَةً مِنْ جِلْبَابِهَا ، وَخَالِدُ بْنُ سَعِيدٍ بِالْبَابِ ، فَلَمْ يَأْذَنْ لَهُ ، فَقَالَ : يَا أَبَا بَكْرٍ ، أَلاَ تَسْمَعُ هَذِهِ تَجْهَرُ بِمَا تَجْهَرُ بِهِ عِنْدَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : تُرِيدِينَ أَنْ تَرْجِعِي إِلَى رِفَاعَةَ ، لاَ ، حَتَّى تَذُوقِي عُسَيْلَتَهُ وَيَذُوقَ عُسَيْلَتَكِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir dəfə Rifəa əl-Qurazinin zövcəsi Əbu Bəkr Allah Elçisinin ﷺ yanında olduqda gəlib dedi: “Ey Allahın Elçisi, mən Rifəa əl-Qurazinin nikahında idim. O isə məni tam olaraq boşadı. Mən Abdur-Rahmən ibn əz-Zəbir ilə evləndim. Allaha and olsun ki, ey Allahın Elçisi, o, kişilik haqqını yerinə yetirə bilmir”. Xalid ibn Səid qapının yanında idi. Allah Elçisi ﷺ onun içəri girməsinə icazə verməmişdi. Xalid dedi: “Ey Əbu Bəkr, bu qadın Allah Elçisinin ﷺ hüzurunda nələr danışır!?” Allah Elçisi ﷺ buyurdu: “Sən əvvəlki ərin Rifəaya qayıtmaq istəyirsənsə, ikinci ərin səninlə cinsi yaxınlıq etmədikcə bu, mümkün deyil”.”

Aişə
Nəsəi, 3409 (Talaq, 21)Səhih

أَخْبَرَنَا عَلِيُّ بْنُ نَصْرِ بْنِ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، قَالَ : قُلْتُ لأَيُّوبَ : - هَلْ عَلِمْتَ أَحَدًا ؟ قَالَ : فِي أَمْرِكِ بِيَدِكِ أَنَّهَا ثَلاَثٌ غَيْرَ - الْحَسَنِ ، فَقَالَ : لاَ ، ثُمَّ قَالَ : اللَّهُمَّ غَفْرًا ، إِلاَّ مَا حَدَّثَنِي قَتَادَةُ ، عَنْ كَثِيرٍ مَوْلَى ابْنِ سَمُرَةَ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : ثَلاَثٌ فَلَقِيتُ كَثِيرًا ، فَسَأَلْتُهُ فَلَمْ يَعْرِفْهُ ، فَرَجَعْتُ إِلَى قَتَادَةَ ، فَأَخْبَرْتُهُ ، فَقَالَ : نَسِيَ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : هَذَا حَدِيثٌ مُنْكَرٌ.

“Rəvayət edilir ki, Həmməd ibn Zeyd ﵀ demişdir: “Mən Əyyuba dedim: “Sən zövcəsinə “sən azadsan” deyən kimsənin bu sözünü Həsən əl-Bəsridən başqa üç talaq sayanının olduğunu bilirsənmi?” O: “Xeyr”, - dedi. Sonra buyurdu: “Allahım, sənin bağışlanmağına sığınıram!” Sonra raviləri sadalayaraq Əbu Hureyranın Peyğəmbərdən ﷺ belə rəvayət etdiyini buyurdu: “Üç talaq boşanma sayılır”. Ravi Kəsir ilə qarşılaşdım və ondan soruşduqda xatırlamadı. Sonra Əbu Qatədənin yanına getdim və ondan da soruşdum. O da unutmuşdu”. Əbu Abdur-Rahmən ən-Nəsəi deyir: “Bu hədis münkərdir“.”

Həmməd ibn Zeyd
Nəsəi, 3410 (Talaq, 22)Zəif

حَدَّثَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : جَاءَتِ امْرَأَةُ رِفَاعَةَ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَتْ : إِنَّ زَوْجِي طَلَّقَنِي ، فَأَبَتَّ طَلاَقِي ، وَإِنِّي تَزَوَّجْتُ بَعْدَهُ عَبْدَ الرَّحْمَنِ بْنَ الزَّبِيرِ وَمَا مَعَهُ إِلاَّ مِثْلُ هُدْبَةِ الثَّوْبِ ، فَضَحِكَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، وَقَالَ : لَعَلَّكِ تُرِيدِينَ أَنْ تَرْجِعِي إِلَى رِفَاعَةَ ، لاَ ، حَتَّى يَذُوقَ عُسَيْلَتَكِ وَتَذُوقِي عُسَيْلَتَهُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir dəfə Rifəanın zövcəsi Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Mənim ərim məni boşadı. Ondan sonra mən Abdur-Rahmən ibn əz-Zəbir ilə evləndim, lakin o, kişilik haqqını yerinə yetirə bilmir”. Allah Elçisi ﷺ gülümsədi və belə buyurdu: “Yəqin ki, sən əvvəlki ərin Rifəaya qayıtmaq istəyirsən, amma xeyr, ikinci ərin səninlə cinsi yaxınlıq etmədikcə bu, mümkün deyil”.”

Aişə
Nəsəi, 3411 (Talaq, 23)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنِي عُبَيْدُ اللهِ ، قَالَ : حَدَّثَنِي الْقَاسِمُ ، عَنْ عَائِشَةَ : أَنَّ رَجُلاً طَلَّقَ امْرَأَتَهُ ثَلاَثًا فَتَزَوَّجَتْ زَوْجًا فَطَلَّقَهَا قَبْلَ أَنْ يَمَسَّهَا ، فَسُئِلَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، أَتَحِلُّ لِلأَوَّلِ ؟ فَقَالَ : لاَ ، حَتَّى يَذُوقَ عُسَيْلَتَهَا كَمَا ذَاقَ الأَوَّلُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir dəfə bir kişi zövcəsini üç talaqla boşadı. Bu qadın da başqa bir kişi ilə evləndi, lakin o kişi cinsi yaxınlıq etmədən onu boşadı. Bunun halal olub-olmadığı Allah Elçisindən ﷺ soruşulduqda o buyurdu: “Xeyr, ikinci ərin səninlə cinsi yaxınlıq etmədikcə bu, mümkün deyil”.”

Aişə
Nəsəi, 3412 (Talaq, 24)Səhih

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : أَنْبَأَنَا هُشَيْمٌ ، قَالَ : أَنْبَأَنَا يَحْيَى بْنُ أَبِي إِسْحَاقَ ، عَنْ سُلَيْمَانَ بْنِ يَسَارٍ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبَّاسٍ : أَنَّ الْغُمَيْصَاءَ ، أَوِ الرُّمَيْصَاءَ أَتَتِ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ تَشْتَكِي زَوْجَهَا أَنَّهُ لاَ يَصِلُ إِلَيْهَا ، فَلَمْ يَلْبَثْ أَنْ جَاءَ زَوْجُهَا ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، هِيَ كَاذِبَةٌ وَهُوَ يَصِلُ إِلَيْهَا ، وَلَكِنَّهَا تُرِيدُ أَنْ تَرْجِعَ إِلَى زَوْجِهَا الأَوَّلِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لَيْسَ ذَلِكَ حَتَّى تَذُوقِي عُسَيْلَتَهُ.

“Rəvayət edilir ki, Ubeydullah ibn Abbas ﵄ demişdir: “əl-Ğumeysa və ya ər-Rumeysa Peyğəmbərin ﷺ yanına gəlib öz ərinin onunla maraqlanmamasından şikayət etdi. Bu arada əri də gəldi və dedi: “Ey Allahın Elçisi, bu qadın yalan danışır. Mən onunla maraqlanıram, amma o isə əvvəlki ərinə qayıtmaq istəyir”. Allah Elçisi ﷺ buyurdu: “İkinci ərin səninlə cinsi yaxınlıq etmədikcə bu, mümkün deyil”.”

Ubeydullah ibn Abbas
Nəsəi, 3413 (Talaq, 25)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَلْقَمَةَ بْنِ مَرْثَدٍ ، قَالَ : سَمِعْتُ سَالِمَ بْنَ رَزِينٍ ، يُحَدِّثُ عَنْ سَالِمِ بْنِ عَبْدِ اللهِ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ ابْنِ عُمَرَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : فِي الرَّجُلِ تَكُونُ لَهُ الْمَرْأَةُ يُطَلِّقُهَا ثُمَّ يَتَزَوَّجُهَا رَجُلٌ آخَرُ فَيُطَلِّقُهَا قَبْلَ أَنْ يَدْخُلَ بِهَا ، فَتَرْجِعَ إِلَى زَوْجِهَا الأَوَّلِ ؟ قَالَ : لاَ ، حَتَّى تَذُوقَ الْعُسَيْلَةَ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbərdən ﷺ belə bir sual soruşuldu: “Bir kişi zövcəsini boşayır, sonra o qadın başqa bir kişiyə ərə gedir. İkinci əri onunla cinsi yaxınlıq etmədən onu boşayırsa, o qadın əvvəlki ərinə qayıda bilərmi?” Peyğəmbər ﷺ buyurdu: “Xeyr, ikinci əri onunla cinsi yaxınlıq etmədikcə (bu, mümkün deyil)”.”

İbn Ömər
Nəsəi, 3414 (Talaq, 26)Səhih

أَخْبَرَنَا مَحْمُودُ بْنُ غَيْلاَنَ ، قَالَ : حَدَّثَنَا وَكِيعٌ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَلْقَمَةَ بْنِ مَرْثَدٍ ، عَنْ رَزِينِ بْنِ سُلَيْمَانَ الأَحْمَرِيِّ ، عَنْ ابْنِ عُمَرَ ، قَالَ : سُئِلَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنِ الرَّجُلِ يُطَلِّقُ امْرَأَتَهُ ثَلاَثًا فَيَتَزَوَّجُهَا الرَّجُلُ ، فَيُغْلِقُ الْبَابَ وَيُرْخِي السِّتْرَ ، ثُمَّ يُطَلِّقُهَا قَبْلَ أَنْ يَدْخُلَ بِهَا ؟ قَالَ : لاَ تَحِلُّ لِلأَوَّلِ حَتَّى يُجَامِعَهَا الآخَرُ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : هَذَا أَوْلَى بِالصَّوَابِ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demşdir: “Peyğəmbərdən ﷺ belə bir sual soruşuldu: “Bir kişi zövcəsini üç talaqla boşayır, sonra o qadın başqa bir kişiyə ərə gedir. Onlar bir yerdə yaşayırlar, lakin kişi onunla cinsi yaxınlıq etmədən qadını boşayırsa, o qadının əvvəlki ərinə qayıtması halal olurmu?” Peyğəmbər ﷺ buyurdu: “Xeyr, ikinci əri onunla cinsi yaxınlıq etmədikcə o qadın ilk ərinə qayıda bilməz”.”

İbn Ömər
Nəsəi, 3415 (Talaq, 27)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا أَبُو نُعَيْمٍ ، عَنْ سُفْيَانَ ، عَنْ أَبِي قَيْسٍ ، عَنْ هُزَيْلٍ ، عَنْ عَبْدِ اللهِ ، قَالَ : لَعَنَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ الْوَاشِمَةَ وَالْمُوتَشِمَةَ ، وَالْوَاصِلَةَ وَالْمَوْصُولَةَ ، وَآكِلَ الرِّبَا وَمُوكِلَهُ ، وَالْمُحَلِّلَ وَالْمُحَلَّلَ لَهُ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ döymə edəni və döymə etdirəni, saç əlavə edəni və etdirəni, sələm verəni və alanı, halal edəni və halal etdirəni lənətləmişdir”.”

Abdullah
Nəsəi, 3416 (Talaq, 28)Səhih

أَخْبَرَنَا الْحُسَيْنُ بْنُ حُرَيْثٍ ، قَالَ : حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ ، قَالَ : حَدَّثَنَا الأَوْزَاعِيُّ ، قَالَ : سَأَلْتُ الزُّهْرِيَّ - عَنِ الَّتِي اسْتَعَاذَتْ مِنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : أَخْبَرَنِي عُرْوَةُ ، عَنْ عَائِشَةَ ، أَنَّ الْكِلاَبِيَّةَ لَمَّا دَخَلَتْ عَلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، قَالَتْ : أَعُوذُ بِاللَّهِ مِنْكَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لَقَدْ عُذْتِ بِعَظِيمٍ ، الْحَقِي بِأَهْلِكِ.

“Rəvayət edilir ki, əl-Əvzai ﵀ demişdir: “Mən əz-Zuhridən Allah Elçisindən ﷺ Allaha sığınan haqda soruşdum. əz-Zuhri dedi: “Urvanın xəbər verdiyinə görə Aişə rəvayət edir ki, Kiləbiyyə adlı bir qadın (Allah Elçisi ﷺ ilə evləndirildikdə) Allah Elçisi ﷺ onun yanına gəldi. Bu vaxt qadın dedi: “Səndən Allaha sığınıram!” Allah Elçisi ﷺ buyurdu: “Sən Əzəmətli Olana sığındın. Get ailənin yanına!””

əl-Əvzai
Nəsəi, 3417 (Talaq, 29)Səhih
Daha çox göstər

30 / 232 hədis göstərilir