أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ حَجَّاجٍ ، عَنْ ابْنِ جُرَيْجٍ ، عَنْ عَطَاءٍ ، أَنَّهُ سَمِعَ عُبَيْدَ بْنَ عُمَيْرٍ ، قَالَ : سَمِعْتُ عَائِشَةَ ، زَوْجَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ كَانَ يَمْكُثُ عِنْدَ زَيْنَبَ وَيَشْرَبُ عِنْدَهَا عَسَلاً ، فَتَوَاصَيْتُ وَحَفْصَةُ أَيَّتُنَا ، مَا دَخَلَ عَلَيْهَا النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَلْتَقُلْ : إِنِّي أَجِدُ مِنْكَ رِيحَ مَغَافِيرَ ، فَدَخَلَ عَلَى إِحْدَيْهِمَا فَقَالَتْ ذَلِكَ لَهُ ، فَقَالَ : بَلْ شَرِبْتُ عَسَلاً عِنْدَ زَيْنَبَ ، وَقَالَ : لَنْ أَعُودَ لَهُ ، فَنَزَلَ {يَا أَيُّهَا النَّبِيُّ لِمَ تُحَرِّمُ مَا أَحَلَّ اللَّهُ لَكَ} {إِنْ تَتُوبَا إِلَى اللَّهِ} لِعَائِشَةَ وَحَفْصَةَ {وَإِذْ أَسَرَّ النَّبِيُّ إِلَى بَعْضِ أَزْوَاجِهِ حَدِيثًا} لِقَوْلِهِ بَلْ شَرِبْتُ عَسَلاً كُلُّهُ فِي حَدِيثِ عَطَاءٍ.
“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ zövcəsi Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ Zeynəbin yanında qalar və bal şərbəti içərdi. Mənlə Həfsa sözləşdik: “Peyğəmbər ﷺ hansımızın yanına gələrsə, “səndən (başa geyilən) dəbilqə iyi gəlir” deyərik”. Nəhayət, Peyğəmbər ﷺ bizdən birinin yanına gəldikdə o sözləşdiyimizi dedi. Peyğəmbər ﷺ: “Mən Zeynəbin yanında bal şərbəti içmişəm. Dəbilqə iyi gəlmir”, - dedi və “Mən bir daha bal şərbəti içməyəcəyəm”, - buyurdu. Buna görə də bu ayələr nazil oldu: “Ey Peyğəmbər! Zövcələrini razı salmağa çalışaraq Allahın sənə halal etdiyi şeyi nə üçün özünə qadağan edirsən?! Allah Bağışlayandır, Rəhmlidir. Allah, andlarınızdan kəffarə verməklə azad olmağı sizdən ötrü qanuniləşdirmişdir. Allah sizin himayədarınızdır. O, Biləndir, Hikmət sahibidir. Bir zaman Peyğəmbər öz zövcələrindən birinə sirr verdi. O da bunu onun digər zövcəsinə xəbər verdikdə və Allah da bunu Peyğəmbərə aşkar etdikdə, o, bunun bir qismini sirr verdiyi zövcəsinə bildirdi, digər qismindən isə vaz keçdi. Peyğəmbər bunu ona bildirdikdə zövcəsi dedi: “Bunu sənə kim xəbər verdi?” O dedi: “Bunu mənə hər şeyi Bilən, hər şeydən Xəbərdar olan Allah xəbər verdi!” (ət-Təhrim, 1-3). Bu ayə Aişə və Həfsaya görə nazil oldu: “Hər ikiniz Allaha tövbə etməlisiniz...” (ət-Təhrim, 4). Bu ayə: “Bir zaman Peyğəmbər öz zövcələrindən birinə sirr verdi. O da bunu onun digər zövcəsinə xəbər verdikdə və Allah da bunu Peyğəmbərə aşkar etdikdə, o, bunun bir qismini sirr verdiyi zövcəsinə bildirdi, digər qismindən isə vaz keçdi...”. (ət-Təhrim, 3) “Mən bal şərbəti içmişəm” sözünü izah edir”.”