Ana səhifə

Mövzu

Ticarət

البيوع

Alqı-satqı, borc, faizin (ribanın) qadağası və halal qazanc

301 hədis

حَدَّثَنَا قَبِيصَةُ بْنُ عُقْبَةَ قَالَ حَدَّثَنَا سُفْيَانُ عَنْ أَبِى الزِّنَادِ عَنِ الأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ نَهَى النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ بَيْعَتَيْنِ عَنِ اللِّمَاسِ وَالنِّبَاذِ ، وَأَنْ يَشْتَمِلَ الصَّمَّاءَ ، وَأَنْ يَحْتَبِىَ الرَّجُلُ فِى ثَوْبٍ وَاحِدٍ .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbər ﷺ iki cür alış-verişi – əl sürtməklə və bir də atmaqla aparılan alış-verişi, həmçinin paltara tam bürünməyi və bir də yalnız bir paltar geyinmiş kişinin yerə oturub dizlərini qaldırıb qolları ilə onları qucaqlamağı qadağan etdi”.”

Əbu Hureyra
Buxari, 368 (Namaz, 20)Səhih

حَدَّثَنَا خَلاَّدُ بْنُ يَحْيَى قَالَ حَدَّثَنَا مِسْعَرٌ قَالَ حَدَّثَنَا مُحَارِبُ بْنُ دِثَارٍ عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ قَالَ أَتَيْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ فِى الْمَسْجِدِ - قَالَ مِسْعَرٌ أُرَاهُ قَالَ ضُحًى - فَقَالَ « صَلِّ رَكْعَتَيْنِ » . وَكَانَ لِى عَلَيْهِ دَيْنٌ فَقَضَانِى وَزَادَنِى .

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Peyğəmbər ﷺ məsciddə olarkən onun yanına gəldim”. (Ravi Misar dedi: “Mən ravi Muharibin “Duha vaxtı gəldi” dediyini zənn edirəm”). Peyğəmbər ﷺ mənə: “İki rükət namaz qıl” dedi. Mənim Peyğəmbərdən ﷺ alacağım şey var idi. O, borcunu mənə artıqlaması ilə ödədi”.”

Cabir ibn Abdullah
Buxari, 443 (Namaz, 95)Səhih

حَدَّثَنَا عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنَا سُفْيَانُ عَنْ يَحْيَى عَنْ عَمْرَةَ عَنْ عَائِشَةَ قَالَتْ أَتَتْهَا بَرِيرَةُ تَسْأَلُهَا فِى كِتَابَتِهَا فَقَالَتْ إِنْ شِئْتِ أَعْطَيْتُ أَهْلَكِ وَيَكُونُ الْوَلاَءُ لِى . وَقَالَ أَهْلُهَا إِنْ شِئْتِ أَعْطَيْتِهَا مَا بَقِىَ - وَقَالَ سُفْيَانُ مَرَّةً إِنْ شِئْتِ أَعْتَقْتِهَا وَيَكُونُ الْوَلاَءُ لَنَا - فَلَمَّا جَاءَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ذَكَّرَتْهُ ذَلِكَ فَقَالَ « ابْتَاعِيهَا فَأَعْتِقِيهَا ، فَإِنَّ الْوَلاَءَ لِمَنْ أَعْتَقَ » . ثُمَّ قَامَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى الْمِنْبَرِ - وَقَالَ سُفْيَانُ مَرَّةً فَصَعِدَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى الْمِنْبَرِ - فَقَالَ « مَا بَالُ أَقْوَامٍ يَشْتَرِطُونَ شُرُوطًا لَيْسَتْ فِى كِتَابِ اللَّهِ ، مَنِ اشْتَرَطَ شَرْطًا لَيْسَ فِى كِتَابِ اللَّهِ فَلَيْسَ لَهُ ، وَإِنِ اشْتَرَطَ مِائَةَ مَرَّةٍ » . قَالَ عَلِىٌّ قَالَ يَحْيَى وَعَبْدُ الْوَهَّابِ عَنْ يَحْيَى عَنْ عَمْرَةَ . وَقَالَ جَعْفَرُ بْنُ عَوْنٍ عَنْ يَحْيَى قَالَ سَمِعْتُ عَمْرَةَ قَالَتْ سَمِعْتُ عَائِشَةَ . رَوَاهُ مَالِكٌ عَنْ يَحْيَى عَنْ عَمْرَةَ أَنَّ بَرِيرَةَ . وَلَمْ يَذْكُرْ صَعِدَ الْمِنْبَرَ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir dəfə Bərira ondan əvvəlcədən yazılmış müqaviləyə əsasən ağasına müəyyən məbləğdə pul ödəyib onu köləlikdən azad etmək məsələsində kömək istədi. Aişə dedi: “Əgər istəyirsənsə, üzərində qalan borcun qalan hissəsini ağalarına verim və vəlilik haqqı mənə aid olsun”. Bəriranın ağaları Aişəyə dedilər: “İstəsən, onun üzərində qalan borcun qalan hissəsini Bəriraya verə bilərsən”. Ravi Süfyan dedi: “İstəsən, Bəriranı azad edə bilərsən, vəlilik haqqı da bizə aid olar”. Allah Elçisi ﷺ gəldikdə bu məsələni ona danışdı və Allah Elçisi ﷺ buyurdu: “Sən Bəriranı al, sonra azad et. Vəlilik haqqı köləni azad edənə aiddir”. Sonra Allah Elçisi ﷺ minbərə qalxdı və belə buyurdu: “Nə üçün bəzi adamlar Allahın Kitabında olmayan şərtlər qoyurlar?! Kim Allahın Kitabında olmayan bir şərt qoyarsa, yüz dəfə şərt kəssə belə, bu şərt keçərli sayılmaz. Allahın şərtləri daha doğru və daha etibarlıdır”.”

Aişə
Buxari, 456 (Namaz, 108)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مُحَمَّدٍ قَالَ حَدَّثَنَا عُثْمَانُ بْنُ عُمَرَ قَالَ أَخْبَرَنَا يُونُسُ عَنِ الزُّهْرِىِّ عَنْ عَبْدِ اللَّهِ بْنِ كَعْبِ بْنِ مَالِكٍ عَنْ كَعْبٍ أَنَّهُ تَقَاضَى ابْنَ أَبِى حَدْرَدٍ دَيْنًا كَانَ لَهُ عَلَيْهِ فِى الْمَسْجِدِ ، فَارْتَفَعَتْ أَصْوَاتُهُمَا حَتَّى سَمِعَهَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَهْوَ فِى بَيْتِهِ ، فَخَرَجَ إِلَيْهِمَا حَتَّى كَشَفَ سِجْفَ حُجْرَتِهِ فَنَادَى « يَا كَعْبُ » . قَالَ لَبَّيْكَ يَا رَسُولَ اللَّهِ . قَالَ « ضَعْ مِنْ دَيْنِكَ هَذَا » . وَأَوْمَأَ إِلَيْهِ أَىِ الشَّطْرَ قَالَ لَقَدْ فَعَلْتُ يَا رَسُولَ اللَّهِ . قَالَ « قُمْ فَاقْضِهِ » .

“Rəvayət edilir ki, bir dəfə məsciddə Kəb ibn Malik İbn Əbu Hədrəddən ona verdiyi borcu qaytarmağı tələb etdi və onlar səslərini qaldırmağa başladılar. Allah Elçisi ﷺ evində ikən onların səsini eşidib bayıra çıxdı və otağının pərdəsini açıb uca səslə: “Ey Kəb!”– deyə onu çağırdı. Kəb: “Əmrinə müntəzirəm, ey Allahın Elçisi!”– deyə cavab verdi. Allah Elçisi ﷺ əli ilə işarə edib dedi: “Alacağından bu qədərini (yəni yarısını) bağışla”. Kəb dedi: “Bağışladım, ey Allahın Elçisi!” Onda Allah Elçisi ﷺ İbn Əbu Hədrədə: “Qalx, borcunun (qalan hissəsini) ödə!”– deyə əmr etdi.”

Kəb
Buxari, 457 (Namaz, 109)Səhih

حَدَّثَنَا عَبْدَانُ عَنْ أَبِى حَمْزَةَ عَنِ الأَعْمَشِ عَنْ مُسْلِمٍ عَنْ مَسْرُوقٍ عَنْ عَائِشَةَ قَالَتْ لَمَّا أُنْزِلَ الآيَاتُ مِنْ سُورَةِ الْبَقَرَةِ فِى الرِّبَا ، خَرَجَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى الْمَسْجِدِ ، فَقَرَأَهُنَّ عَلَى النَّاسِ ، ثُمَّ حَرَّمَ تِجَارَةَ الْخَمْرِ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “əl-Bəqərə” surəsindəki sələm haqda ayələr (əl-Bəqərə, 275-279) nazil olduqda Peyğəmbər ﷺ məscidə gəlib onları camaata oxudu. Bundan sonra o, şərabın alış-verişinin haram olduğunu buyurdu”.”

Aişə
Buxari, 459 (Namaz, 111)Səhih

حَدَّثَنَا أَحْمَدُ قَالَ حَدَّثَنَا ابْنُ وَهْبٍ قَالَ أَخْبَرَنِى يُونُسُ بْنُ يَزِيدَ عَنِ ابْنِ شِهَابٍ حَدَّثَنِى عَبْدُ اللَّهِ بْنُ كَعْبِ بْنِ مَالِكٍ أَنَّ كَعْبَ بْنَ مَالِكٍ أَخْبَرَهُ أَنَّهُ تَقَاضَى ابْنَ أَبِى حَدْرَدٍ دَيْنًا لَهُ عَلَيْهِ ، فِى عَهْدِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى الْمَسْجِدِ ، فَارْتَفَعَتْ أَصْوَاتُهُمَا حَتَّى سَمِعَهَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ فِى بَيْتِهِ ، فَخَرَجَ إِلَيْهِمَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى كَشَفَ سِجْفَ حُجْرَتِهِ وَنَادَى « يَا كَعْبُ بْنَ مَالِكٍ ، يَا كَعْبُ » . قَالَ لَبَّيْكَ يَا رَسُولَ اللَّهِ . فَأَشَارَ بِيَدِهِ أَنْ ضَعِ الشَّطْرَ مِنْ دَيْنِكَ . قَالَ كَعْبٌ قَدْ فَعَلْتُ يَا رَسُولَ اللَّهِ . قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « قُمْ فَاقْضِهِ » .

“Rəvayət edilir ki, bir dəfə məsciddə Kəb ibn Malik ﵁ İbn Əbu Hədrəddən ona verdiyi borcu qaytarmağı tələb etdi və onlar səslərini o dərəcədə qaldırdılar ki, öz evində olan Allah Elçisi ﷺ onların səslərini eşitdi. Allah Elçisi ﷺ bayıra çıxdı və otağının pərdəsini açıb uca səslə: “Ey Kəb ibn Malik! Ey Kəb!”– deyə çağırdı. Kəb: “Əmrinə müntəzirəm, ey Allahın Elçisi!”– deyə cavab verdi. Allah Elçisi ﷺ əli ilə onun borcunun yarısından keçməsinə işarə etdi. Kəb dedi: “Bağışladım, ey Allahın Elçisi!” Onda Allah Elçisi ﷺ İbn Əbu Hədrədə: “Qalx, borcunun (qalan hissəsini) ödə!”– deyə əmr etdi.”

Kəb ibn Malik
Buxari, 471 (Namaz, 123)Səhih

حَدَّثَنَا عُبَيْدُ بْنُ إِسْمَاعِيلَ عَنْ أَبِى أُسَامَةَ عَنْ عُبَيْدِ اللَّهِ عَنْ خُبَيْبِ بْنِ عَبْدِ الرَّحْمَنِ عَنْ حَفْصِ بْنِ عَاصِمٍ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَهَى عَنْ بَيْعَتَيْنِ وَعَنْ لِبْسَتَيْنِ وَعَنْ صَلاَتَيْنِ نَهَى عَنِ الصَّلاَةِ بَعْدَ الْفَجْرِ حَتَّى تَطْلُعَ الشَّمْسُ ، وَبَعْدَ الْعَصْرِ حَتَّى تَغْرُبَ الشَّمْسُ ، وَعَنِ اشْتِمَالِ الصَّمَّاءِ وَعَنْ الاِحْتِبَاءِ فِى ثَوْبٍ وَاحِدٍ يُفْضِى بِفَرْجِهِ إِلَى السَّمَاءِ ، وَعَنِ الْمُنَابَذَةِ وَالْمُلاَمَسَةِ .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ alış-verişin iki növünü və geyim qaydasının iki üsulunu qadağan etmişdir. Həmçinin iki vaxtda namaz qılmağı da qadağan etmişdir: Sübh namazından sonra günəş (üfüqdə bir nizə hündürlüyünə) qalxana qədər və Əsr namazından sonra günəş batanadək (namaz qılmağı qadağan etmişdir). Dəsmal ilə bürünməkdən və övrət yeri görünə bilən bir paltara bürünməyi qadağan etmişdir.”

Əbu Hureyra
Buxari, 584 (Namaz vaxtları, 64)Səhih

حَدَّثَنَا مُعَاوِيَةُ بْنُ عَمْرٍو قَالَ حَدَّثَنَا زَائِدَةُ عَنْ حُصَيْنٍ عَنْ سَالِمِ بْنِ أَبِى الْجَعْدِ قَالَ حَدَّثَنَا جَابِرُ بْنُ عَبْدِ اللَّهِ قَالَ بَيْنَمَا نَحْنُ نُصَلِّى مَعَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذْ أَقْبَلَتْ عِيرٌ تَحْمِلُ طَعَامًا ، فَالْتَفَتُوا إِلَيْهَا حَتَّى مَا بَقِىَ مَعَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلاَّ اثْنَا عَشَرَ رَجُلاً ، فَنَزَلَتْ هَذِهِ الآيَةُ { وَإِذَا رَأَوْا تِجَارَةً أَوْ لَهْوًا انْفَضُّوا إِلَيْهَا وَتَرَكُوكَ قَائِمًا } .

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Bir dəfə biz Peyğəmbərlə ﷺ birlikdə namaz qılarkən ərzaqla yüklənmiş dəvə karvanı gəldi. Hamı tələsik karvana tərəf getdi. Peyğəmbərin ﷺ yanında isə cəmi on iki nəfər qaldı və həmin vaxt bu ayə nazil oldu: “Onlar ticarət və ya əyləncə gördükləri zaman dağılışıb ona tərəf qaçdılar və səni (minbərdə) ayaq üstə olduğun halda tərk etdilər”. (əl-Cumuə, 11)”.”

Cabir ibn Abdullah
Buxari, 936 (Cümə, 61)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ وَوَكِيعٌ ح وَحَدَّثَنَا أَبُو كُرَيْبٍ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ عَنِ الأَعْمَشِ عَنْ زَيْدِ بْنِ وَهْبٍ عَنْ حُذَيْفَةَ قَالَ حَدَّثَنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَدِيثَيْنِ قَدْ رَأَيْتُ أَحَدَهُمَا وَأَنَا أَنْتَظِرُ الآخَرَ حَدَّثَنَا « أَنَّ الأَمَانَةَ نَزَلَتْ فِى جِذْرِ قُلُوبِ الرِّجَالِ ثُمَّ نَزَلَ الْقُرْآنُ فَعَلِمُوا مِنَ الْقُرْآنِ وَعَلِمُوا مِنَ السُّنَّةِ ». ثُمَّ حَدَّثَنَا عَنْ رَفْعِ الأَمَانَةِ قَالَ « يَنَامُ الرَّجُلُ النَّوْمَةَ فَتُقْبَضُ الأَمَانَةُ مِنْ قَلْبِهِ فَيَظَلُّ أَثَرُهَا مِثْلَ الْوَكْتِ ثُمَّ يَنَامُ النَّوْمَةَ فَتُقْبَضُ الأَمَانَةُ مِنْ قَلْبِهِ فَيَظَلُّ أَثَرُهَا مِثْلَ الْمَجْلِ كَجَمْرٍ دَحْرَجْتَهُ عَلَى رِجْلِكَ فَنَفِطَ فَتَرَاهُ مُنْتَبِرًا وَلَيْسَ فِيهِ شَىْءٌ - ثُمَّ أَخَذَ حَصًى فَدَحْرَجَهُ عَلَى رِجْلِهِ - فَيُصْبِحُ النَّاسُ يَتَبَايَعُونَ لاَ يَكَادُ أَحَدٌ يُؤَدِّى الأَمَانَةَ حَتَّى يُقَالَ إِنَّ فِى بَنِى فُلاَنٍ رَجُلاً أَمِينًا. حَتَّى يُقَالَ لِلرَّجُلِ مَا أَجْلَدَهُ مَا أَظْرَفَهُ مَا أَعْقَلَهُ وَمَا فِى قَلْبِهِ مِثْقَالُ حَبَّةٍ مِنْ خَرْدَلٍ مِنْ إِيمَانٍ ». وَلَقَدْ أَتَى عَلَىَّ زَمَانٌ وَمَا أُبَالِى أَيَّكُمْ بَايَعْتُ لَئِنْ كَانَ مُسْلِمًا لَيَرُدَّنَّهُ عَلَىَّ دِينُهُ وَلَئِنْ كَانَ نَصْرَانِيًّا أَوْ يَهُودِيًّا لَيَرُدَّنَّهُ عَلَىَّ سَاعِيهِ وَأَمَّا الْيَوْمَ فَمَا كُنْتُ لأُبَايِعَ مِنْكُمْ إِلاَّ فُلاَنًا وَفُلاَنًا.

“Rəvayət edilir ki, Huzeyfə ﵁ demişdir: “Allah Elçisi ﷺ bizə əmanət haqda iki hədis danışmışdır. Mən onlardan birinin baş verdiyini artıq görmüşəm, o birisini isə gözləyirəm. Allah Elçisi ﷺ bizə xəbər vermişdir: “Əmanət (əməlisaleh) insanların qəlbinin dərinliyinə endirilmiş, sonra Quran nazil olmuş və onlar Quranı, bunun ardından da sünnəni öyrənmişlər”. Bundan başqa, Peyğəmbər ﷺ əmanətin götürüləcəyi barədə bizə bildirib buyurmuşdur: “Adam yatacaq və (yuxuda olanda) əmanət onun qəlbindən götürüləcək, (yerində isə) rəngsiz nöqtə boyda izi qalacaq. Sonra yenə yatacaq və (o yuxuda olanda) əmanətin (qalan hissəsi də) onun qəlbindən götürüləcək, (yerində isə) suluğa bənzər izi qalacaq. Elə bil ki, (əlindəki) közü ayağının üstünə salmısan və onun düşdüyü yer suluqlayıb. Sən onun qabardığını görürsən, halbuki onun içi bomboşdur”. Huzeyfə deyir: “Sonra o, kiçik daşlardan götürüb ayağının üstünə yumbalatdı”. “O zaman insanlar bir-biri ilə alış-veriş edəcək, amma kimsə əmanəti qaytarmaq barəsində heç düşünməyəcək də. İş o yerə gəlib çatacaq ki, camaat deyəcək: “Filan tayfa sakinləri arasında etibarlı bir adam var”. Birinin barəsində: “O necə dayanıqlı, necə bacarıqlı, necə dərrakəli adamdır!”, – deyiləcək, halbuki onun qəlbində xardal dənəsi ağırlığında iman olmayacaq”. Huzeyfə dedi: “Mən elə bir zamanda yaşamışam ki, həmin vaxt kiminlə alış-veriş edəcəyim məni narahat etməzdi. Belə ki, iş gördüyüm adam müsəlman olardısa, əmanəti mənə onun dini qaytarardı, nəsrani və ya yəhudi olardısa, əmanəti mənə onun rəhbəri qaytarardı. Bu gün isə mən ancaq filankəs və filankəslə iş görürəm”.”

Huzeyfə
Muslim, 384 (İman, 283)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَخْبَرَنِي يَحْيَى بْنُ سَعِيدٍ ، عَنِ ابْنِ عَجْلاَنَ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَهَى عَنِ التَّحَلُّقِ يَوْمَ الْجُمُعَةِ قَبْلَ الصَّلاَةِ ، وَعَنِ الشِّرَاءِ وَالْبَيْعِ فِي الْمَسْجِدِ.

“Amr ibn Şueyb atasından və babasından ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ Cümə namazından qabaq halqa şəklində oturmağı və məsciddə alış-veriş etməyi qadağan etdi.”

Amr ibn Şueyb atasından və babasından
Nəsəi, 714 (Məscidlər, 27)Həsən

أَخْبَرَنَا أَحْمَدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْحَكَمِ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ مَنْصُورٍ ، عَنْ عَمْرِو بْنِ مُرَّةَ ، عَنْ أَبِي عُبَيْدَةَ ، عَنْ كَعْبِ بْنِ عُجْرَةَ ، قَالَ : دَخَلَ الْمَسْجِدَ وَعَبْدُ الرَّحْمَنِ ابْنُ أُمِّ الْحَكَمِ يَخْطُبُ قَاعِدًا ، فَقَالَ : انْظُرُوا إِلَى هَذَا يَخْطُبُ قَاعِدًا ، وَقَدْ قَالَ اللَّهُ عَزَّ وَجَلَّ : {وَإِذَا رَأَوْا تِجَارَةً أَوْ لَهْوًا انْفَضُّوا إِلَيْهَا وَتَرَكُوكَ قَائِمًا}.

“Rəvayət edilir ki, Kəb ibn Ucra ﵁ demişdir: “O, məscidə daxil olduqda, Abdur-Rahmən ibn Ummul-Həkəm xütbəni oturaraq verirdi. O dedi: ”Buna baxın! O, oturaraq xütbə verir. Halbuki Allah ﷿ belə buyurur: “Onlar ticarət və ya əyləncə gördükləri zaman dağılışıb ona tərəf qaçdılar və səni minbərdə ayaq üstə olduğun halda tərk etdilər” (əl-Cumuə, 11)”.”

Kəb ibn Ucra
Nəsəi, 1397 (Cümə, 31)Səhih

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرِ بْنِ إِيَاسِ بْنِ مُقَاتِلِ بْنِ مُشَمْرِخِ بْنِ خَالِدٍ ، قَالَ : حَدَّثَنَا إِسْمَعِيلُ بْنُ إِبْرَاهِيمَ ، عَنْ أَيُّوبَ ، وَابْنِ عَوْنٍ ، وَسَلَمَةَ بْنِ عَلْقَمَةَ ، وَهِشَامِ بْنِ حَسَّانَ - دَخَلَ حَدِيثُ بَعْضِهِمْ فِي بَعْضٍ ، عَنْ مُحَمَّدِ بْنِ سِيرِينَ ، قَالَ سَلَمَةُ : عَنْ ابْنِ سِيرِينَ ، نُبِّئْتُ عَنْ أَبِي الْعَجْفَاءِ ، وَقَالَ الآخَرُونَ ، عَنْ مُحَمَّدِ بْنِ سِيرِينَ ، عَنْ أَبِي الْعَجْفَاءِ ، قَالَ : قَالَ عُمَرُ بْنُ الْخَطَّابِ : أَلاَ لاَ تَغْلُوا صُدُقَ النِّسَاءِ ، فَإِنَّهُ لَوْ كَانَ مَكْرُمَةً وَفِي الدُّنْيَا ، أَوْتَقْوَى عِنْدَ اللهِ عَزَّ وَجَلَّ ، كَانَ أَوْلاَكُمْ بِهِ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، مَا أَصْدَقَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ امْرَأَةً مِنْ نِسَائِهِ ، وَلاَ أُصْدِقَتْ امْرَأَةٌ مِنْ بَنَاتِهِ ، أَكْثَرَ مِنْ ثِنْتَيْ عَشْرَةَ أُوقِيَّةً ، وَإِنَّ الرَّجُلَ لَيُغْلِي بِصَدُقَةِ امْرَأَتِهِ ، حَتَّى يَكُونَ لَهَا عَدَاوَةٌ فِي نَفْسِهِ ، وَحَتَّى يَقُولَ : كُلِّفْتُ لَكُمْ عِلْقَ الْقِرْبَةِ ، وَكُنْتُ غُلاَمًا عَرَبِيًّا مُوَلَّدًا فَلَمْ أَدْرِ مَا عِلْقُ الْقِرْبَةِ ، قَالَ : وَأُخْرَى يَقُولُونَهَا : لِمَنْ قُتِلَ فِي مَغَازِيكُمْ ، أَوْ مَاتَ ، قُتِلَ فُلاَنٌ شَهِيدًا ، أَوْ مَاتَ فُلاَنٌ شَهِيدًا ، وَلَعَلَّهُ أَنْ يَكُونَ قَدْ أَوْقَرَ عَجُزَ دَابَّتِهِ ، أَوْ دَفَّ رَاحِلَتِهِ ذَهَبًا ، أَوْ وَرِقًا ، يَطْلُبُ التِّجَارَةَ ، فَلاَ تَقُولُوا ذَاكُمْ ، وَلَكِنْ قُولُوا كَمَا قَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مَنْ قُتِلَ فِي سَبِيلِ اللهِ ، أَوْ مَاتَ فَهُوَ فِي الْجَنَّةِ.

“Rəvayət edilir ki, Əbul-Acfə ﵀ demişdir: “Ömər ibn əl-Xattab buyurdu: “Qadınlara verdiyiniz mehri artıraraq həddi aşmayın! Əgər mehr dünyada üstünlük, Əgər mehri çoxaltmaq dünyada bir şərəf və ya Allah ﷿ yanında təqvaya daha yaxın bir şey olsaydı, bu işdə sizdən daha layiqli olan şəxs Peyğəmbər ﷺ olardı. Halbuki, Allah Elçisi ﷺ zövcələrindən və ya qızlarından heç birinə on iki uqiyədən artıq bir şey veməmişdir. Bir kişi zövcəsinə həddi aşacaq şəkildə mehr vermək məcburiyyətində qalarsa, girdiyi bu yükə görə zövcəsinə bir düşmənçilik bəsləməsinə və hətta “sənə görə ağır bir yükün altına girdim” deməsinə gətirib çıxara bilər”. Ravi deyir: “Mən bir ərəb oğlan uşağı olmağıma baxmayaraq, “ilqal-qirbə” sözünü başa düşə bilmədim. Bu sözün mənası isə: “Mehrin çox verilməsi yaxşı sayılmayan əməllərdəndir. Yaxşı olamayan əməllərdən biri də döyüşlərdə ölən və ya öldürülən hər bir kəs üçün “filankəs şəhid olaraq öldürüldü” deməyinizdir. Bəlkə də dediyiniz o şəxs döyüşə miniyini bol-bol qızıl və gümüşlə yükləmək və ya ticarət niyyəti ilə qoşulmuşdur. Ona görə də hər ölənə şəhid deməyin, Peyğəmbərin ﷺ dediyi kimi deyin. O belə deyərdi: “Kim Allah yolunda öldürülər və ya ölərsə, Cənnətlikdir”.”

Əbul-Acfə
Nəsəi, 3349 (Nikah, 154)Səhih

أَخْبَرَنَا عَبْدُ اللهِ بْنُ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَبْدِ الْمَلِكِ ، عَنْ أَبِي وَائِلٍ ، عَنْ قَيْسِ بْنِ أَبِي غَرَزَةَ ، قَالَ : كُنَّا نُسَمَّى السَّمَاسِرَةَ ، فَأَتَانَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَنَحْنُ نَبِيعُ ، فَسَمَّانَا بِاسْمٍ هُوَ خَيْرٌ مِنَ اسْمِنَا فَقَالَ : يَا مَعْشَرَ التُّجَّارِ ، إِنَّ هَذَا الْبَيْعَ يَحْضُرُهُ الْحَلِفُ وَالْكَذِبُ ، فَشُوبُوا بَيْعَكُمْ بِالصَّدَقَةِ.

“Rəvayət edilir ki, Qeys ibn Əbu Ğarazə ﵁ demişdir: “Bizə simsar deyilirdi. Allah Elçisi ﷺ bizim yanımıza gəldi və biz alış-veriş edərkən bizə daha xeyirli adla xitab edərək buyurdu: “Ey tacirlər! Etdiyiniz bu alış-verişə and və yalan danışmaq qarışa bilər. Ona görə ticarətinizi sədəqə verməklə təmizləyin”.”

Qeys ibn Əbu Ğarazə
Nəsəi, 3797 (Andlar, 37)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ يَزِيدَ ، عَنْ سُفْيَانَ ، عَنْ عَبْدِ الْمَلِكِ ، وَعَاصِمٌ ، وَجَامِعٌ ، عَنْ أَبِي وَائِلٍ ، عَنْ قَيْسِ بْنِ أَبِي غَرَزَةَ ، قَالَ : كُنَّا نَبِيعُ بِالْبَقِيعِ فَأَتَانَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، وَكُنَّا نُسَمَّى السَّمَاسِرَةَ ، فَقَالَ : يَا مَعْشَرَ التُّجَّارِ ، فَسَمَّانَا بِاسْمٍ هُوَ خَيْرٌ مِنَ اسْمِنَا ، ثُمَّ قَالَ : إِنَّ هَذَا الْبَيْعَ يَحْضُرُهُ الْحَلِفُ وَالْكَذِبُ ، فَشُوبُوهُ بِالصَّدَقَةِ.

“Rəvayət edilir ki, Qeys ibn Əbu Ğarazə ﵁ demişdir: “Biz “əl-Baqi” deyilən yerdə alış-veriş edərdik və bizə simsarlar deyilərdi. Allah Elçisi ﷺ bizim yanımıza gəlidi və: “Ey tacirlər!” deyərək bizə daha xeyirli adla xitab etdi və buyurdu: “Bu ticarətinizə and və yalan danışmaq qarışa bilər. Ona görə ticarətinizi sədəqə verməklə təmizləyin”.”

Qeys ibn Əbu Ğarazə
Nəsəi, 3798 (Andlar, 38)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ مُغِيرَةَ ، عَنْ أَبِي وَائِلٍ ، عَنْ قَيْسِ بْنِ أَبِي غَرَزَةَ ، قَالَ : أَتَانَا النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، وَنَحْنُ فِي السُّوقِ ، فَقَالَ : إِنَّ هَذِهِ السُّوقَ يُخَالِطُهَا اللَّغْوُ وَالْكَذِبُ ، فَشُوبُوهَا بِالصَّدَقَةِ.

“Rəvayət edilir ki, Qeys ibn Əbu Ğarazə ﵁ demişdir: “Biz bazarda olarkən Peyğəmbər ﷺ bizim yanımıza gəldi və buyurdu: “Bu bazarda ticarətinizə boş şeylər və yalan danışmaq qarışa bilər. Ona görə ticarətinizi sədəqə verməklə təmizləyin”.”

Qeys ibn Əbu Ğarazə
Nəsəi, 3799 (Andlar, 39)Səhih

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، وَمُحَمَّدُ بْنُ قُدَامَةَ ، قَالاَ : حَدَّثَنَا جَرِيرٌ ، عَنْ مَنْصُورٍ ، عَنْ أَبِي وَائِلٍ ، عَنْ قَيْسِ بْنِ أَبِي غَرَزَةَ ، قَالَ : كُنَّا بِالْمَدِينَةِ نَبِيعُ الأَوْسَاقَ وَنَبْتَاعُهَا ، وَكُنَّا نُسَمِّي أَنْفُسَنَا السَّمَاسِرَةَ وَيُسَمِّينَا النَّاسُ ، فَخَرَجَ إِلَيْنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ذَاتَ يَوْمٍ ، فَسَمَّانَا بِاسْمٍ هُوَ خَيْرٌ مِنَ الَّذِي سَمَّيْنَا أَنْفُسَنَا وَسَمَّانَا النَّاسُ ، فَقَالَ : يَا مَعْشَرَ التُّجَّارِ ، إِنَّهُ يَشْهَدُ بَيْعَكُمُ الْحَلِفُ وَالْكَذِبُ ، فَشُوبُوهُ بِالصَّدَقَةِ.

“Rəvayət edilir ki, Qeys ibn Əbu Ğarazə ﵁ demişdir: “Biz Mədinədə olan bazarda alış-veriş edərdik. Bir gün Allah Elçisi ﷺ bizim yanımıza gəldi və insanların bizə verdiyi addan daha xeyirli adla müraciət edərək buyurdu: “Ey tacirlər toplumu! Sizin ticarətinizə yalan danışmaq və and qarışa bilər. Ona görə ticarətinizi sədəqə verməklə təmizləyin”.”

Qeys ibn Əbu Ğarazə
Nəsəi, 3800 (Andlar, 40)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ حَاتِمٍ ، قَالَ : أَنْبَأَنَا حِبَّانُ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ شُعْبَةَ ، عَنْ حَمَّادٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ أَبِي سَعِيدٍ ، قَالَ : إِذَا اسْتَأْجَرْتَ أَجِيرًا فَأَعْلِمْهُ أَجْرَهُ.

“Rəvayət edilir ki, Əbu Səid ﵁ demişdir: “Bir işçini işlətdikdə ona verəcəyin zəhmət haqqını bildir”.”

Əbu Səid
Nəsəi, 3857 (Yardarlıq, 1)Zəif

أَخْبَرَنَا مُحَمَّدٌ ، قَالَ : أَنْبَأَنَا حِبَّانُ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ حَمَّادِ بْنِ سَلَمَةَ ، عَنْ يُونُسَ ، عَنِ الْحَسَنِ أَنَّهُ كَرِهَ أَنْ يَسْتَأْجِرَ الرَّجُلَ حَتَّى يُعْلِمَهُ أَجْرَهُ.

“Rəvayət edilir ki, Həsən əl-Bəsri ﵀ zəhmət haqqı bildirilmədən işçi işlətməyi bəyənməmişdir.”

Həsən
Nəsəi, 3858 (Yardarlıq, 2)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ حَاتِمٍ ، قَالَ : أَنْبَأَنَا حِبَّانُ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ جَرِيرِ بْنِ حَازِمٍ ، عَنْ حَمَّادٍ هُوَ ابْنُ أَبِي سُلَيْمَانَ ، أَنَّهُ سُئِلَ عَنْ رَجُلٍ اسْتَأْجَرَ أَجِيرًا عَلَى طَعَامِهِ ؟ قَالَ : لاَ حَتَّى تُعْلِمَهُ.

“Rəvayət edilir ki, Əbu Süleymandan ﵀ yeməyi verilməklə işçi tutub işlətməyin hökmü soruşuldu. O dedi: “Zəhmət haqqı bildirilmədən heç kimi işlətməsin”.”

Həmmad ibn Əbu Süleyman
Nəsəi, 3859 (Yardarlıq, 3)Səhih

أَخْبَرَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا حِبَّانُ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ مَعْمَرٍ ، عَنْ حَمَّادٍ ، وَقَتَادَةَ ، فِي رَجُلٍ قَالَ لِرَجُلٍ : أَسْتَكْرِي مِنْكَ إِلَى مَكَّةَ بِكَذَا وَكَذَا ، فَإِنْ سِرْتُ شَهْرًا - أَوْ كَذَا وَكَذَا شَيْئًا سَمَّاهُ - فَلَكَ زِيَادَةُ كَذَا وَكَذَا ، فَلَمْ يَرَيَا بِهِ بَأْسًا ، وَكَرِهَا أَنْ يَقُولَ : أَسْتَكْرِي مِنْكَ بِكَذَا وَكَذَا ، فَإِنْ سِرْتُ أَكْثَرَ مِنْ شَهْرٍ ، نَقَصْتُ مِنْ كِرَائِكَ كَذَا وَكَذَا.

“Rəvayət edilir ki, Həmmad və Qatədədən ﵀ bir kişi haqda soruşuldu: “Bir adam başqa birindən Məkkəyə getmək üçün kirayəyə bir minik götürdü və kirayə götürəndə bir ay və ya “bu qədər” deyərək həmin vaxtı keçərsə, artıqlaması ilə bu qədər pul verəcəyini söylədi. Bu haqda Həmmad və Qatədə demişlər: “Zərəri yoxdur, lakin bir aydan daha çox vaxt keçərsə, zəhmət haqqını əskik verərsə, bu, doğru deyil”.”

Həmmad və Qatədə
Nəsəi, 3860 (Yardarlıq, 4)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ حَاتِمٍ ، قَالَ : أَنْبَأَنَا حِبَّانُ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ ابْنِ جُرَيْجٍ ، قِرَاءَةً قَالَ : قُلْتُ لِعَطَاءٍ : عَبْدٌ أُؤَاجِرُهُ سَنَةً بِطَعَامِهِ ، وَسَنَةً أُخْرَى بِكَذَا وَكَذَا ، قَالَ : لاَ بَأْسَ بِهِ ، وَيُجْزِئُهُ اشْتِرَاطُكَ حِينَ تُؤَاجِرُهُ أَيَّامًا ، أَوْ آجَرْتَهُ وَقَدْ مَضَى بَعْضُ السَّنَةِ قَالَ : إِنَّكَ لاَ تُحَاسِبُنِي لِمَا مَضَى.

“Rəvayət edilir ki, İbn Cureyc ﵀ demişdir: “Ətaya dedim: “Bir il ərzində yeməyini vermək, bir il də bu qədər zəhmət haqqı verməklə bir kölə tuta bilərəmmi?” O dedi: “Zərəri yoxdur, lakin o köləni illik olaraq deyil, günlük olaraq tutsan, daha yaxşıdır”. İbn Cureyc deyir: “Onu tutmuşamsa və ilin bir qismi keçibsə, nə etməliyəm?” Əta dedi: “Keçmişin hesabını məndən soruşma!””

İbn Cureyc
Nəsəi, 3861 (Yardarlıq, 5)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا خَالِدٌ هُوَ ابْنُ الْحَارِثِ ، قَالَ : قَرَأْتُ عَلَى عَبْدِ الْحَمِيدِ بْنِ جَعْفَرٍ ، أَخْبَرَنِي أَبِي ، عَنْ رَافِعِ بْنِ أُسَيْدِ بْنِ ظُهَيْرٍ ، عَنْ أَبِيهِ أُسَيْدِ بْنِ ظُهَيْرٍ : أَنَّهُ خَرَجَ إِلَى قَوْمِهِ إِلَى بَنِي حَارِثَةَ فَقَالَ : يَا بَنِي حَارِثَةَ ، لَقَدْ دَخَلَتْ عَلَيْكُمْ مُصِيبَةٌ ، قَالُوا : مَا هِيَ ؟ قَالَ : نَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنْ كِرَاءِ الأَرْضِ ، قُلْنَا : يَا رَسُولَ اللهِ ، إِذًا نُكْرِيهَا بِشَيْءٍ مِنَ الْحَبِّ ؟ قَالَ : لاَ ، قَالَ : وَكُنَّا نُكْرِيهَا بِالتِّبْنِ ، فَقَالَ : لاَ ، وَكُنَّا نُكْرِيهَا بِمَا عَلَى الرَّبِيعِ السَّاقِي ، قَالَ : لاَ ، ازْرَعْهَا أَوِ امْنَحْهَا أَخَاكَ. خَالَفَهُ مُجَاهِدٌ.

“Rafi ibn Useyd ﵀ rəvayət edir ki, atası Useyd ibn Zuheyr qövmü Bəni Harisə tayfasının yanına gələrək dedi: “Ey Bəni Harisə tayfası, siz bəlaya mübtəla olmusunuz!” Onlar dedilər: “Nə olub?” Useyd dedi: “Allah Elçisi ﷺ ərazi kirayələməyi qadağan etmişdir. Biz də: “Ey Allahın Elçisi, onda oradan çıxacaq məhsulun bir qismi ilə kirayələyək”. Allah Elçisi ﷺ: “Xeyr”, - dedi. Mən dedim: “Biz quru əncirin əvəzində kirayələyirdik”. Allah Elçisi ﷺ: “Xeyr”, - dedi. Mən dedim: “Biz sucaq ərazinin məhsulu əvəzində kirayələyirdik”. Allah Elçisi ﷺ buyurdu: “Xeyr. Ərazini ya sən ək, ya da mömin qardaşına (qarşılıqsız) istifadə etməsinə icazə ver, əksin”.”

Rafi ibn Useyd
Nəsəi, 3862 (Yardarlıq, 6)Zəif

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ ، قَالَ : حَدَّثَنَا يَحْيَى وَهُوَ ابْنُ آدَمَ ، قَالَ : حَدَّثَنَا مُفَضَّلٌ وَهُوَ ابْنُ مُهَلْهَلٍ ، عَنْ مَنْصُورٍ ، عَنْ مُجَاهِدٍ ، عَنْ أُسَيْدِ بْنِ ظُهَيْرٍ ، قَالَ : جَاءَنَا رَافِعُ بْنُ خَدِيجٍ ، فَقَالَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، نَهَاكُمْ عَنِ الْحَقْلِ ، وَالْحَقْلُ الثُّلُثُ وَالرُّبُعُ ، وَعَنِ الْمُزَابَنَةِ ، وَالْمُزَابَنَةُ شِرَاءُ مَا فِي رُؤُوسِ النَّخْلِ بِكَذَا وَكَذَا وَسْقًا مِنْ تَمْرٍ.

“Rəvayət edilir ki, Useyd ibn Zuheyr ﵁ demişdir: “Bir dəfə Rafi ibn Xadic gəlib dedi: “Allah Elçisi ﷺ sahələri məhsulun üçdəbiri və ya dörddəbiri müqabilində və muzabənə yolu ilə alış-verişi qadağan etmişdir”. Muzabənə - ağacdakı xurmanı bu və bu qədər miqdarda quru xurma müqabilində mübadilə etməkdir”.”

Useyd ibn Zuheyr
Nəsəi, 3863 (Yardarlıq, 7)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ مَنْصُورٍ ، سَمِعْتُ مُجَاهِدًا ، يُحَدِّثُ عَنْ أُسَيْدِ بْنِ ظُهَيْرٍ ، قَالَ : أَتَانَا رَافِعُ بْنُ خَدِيجٍ ، فَقَالَ : نَهَانَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنْ أَمْرٍ كَانَ لَنَا نَافِعًا ، وَطَاعَةُ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ خَيْرٌ لَكُمْ ، نَهَاكُمْ عَنِ الْحَقْلِ وَقَالَ : مَنْ كَانَتْ لَهُ أَرْضٌ فَلْيَمْنَحْهَا أَوْ لِيَدَعْهَا ، وَنَهَى عَنِ الْمُزَابَنَةِ ، وَالْمُزَابَنَةُ : الرَّجُلُ يَكُونُ لَهُ الْمَالُ الْعَظِيمُ مِنَ النَّخْلِ فَيَجِيءُ الرَّجُلُ فَيَأْخُذُهَا بِكَذَا وَكَذَا وَسْقًا مِنْ تَمْرٍ.

“Rəvayət edilir ki, Useyd ibn Zuheyr ﵁ demişdir: “Bir dəfə Rafi ibn Xadic bizim yanımıza gəlib dedi: “Allah Elçisi ﷺ bizə fayda verən bir şeyi qadağan etdi. Allah Elçisinə ﷺ itaət etmək sizə daha xeyirlidir. O, sahələri sahədən çıxan məhsulun üçdəbiri və ya dörddəbiri qarşılığında kirayələməyi qadağan etdi və belə buyurdu: “Kimin bir sahəsi varsa, (din) qardaşının (qarşılıqsız) istifadəsinə icazə versin və ya boş buraxsın”. Həmçinin Muzabənə yolu ilə alış-verişi qadağan etdi”. Muzabənə - çoxlu xurması olan adamın xurmalarını müəyyən miqdarda quru xurma müqabilində mübadilə etməkdir”.”

Useyd ibn Zuheyr
Nəsəi, 3864 (Yardarlıq, 8)Səhih

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ قُدَامَةَ ، قَالَ : حَدَّثَنَا جَرِيرٌ ، عَنْ مَنْصُورٍ ، عَنْ مُجَاهِدٍ ، عَنْ أُسَيْدِ بْنِ ظُهَيْرٍ ، قَالَ : أَتَى عَلَيْنَا رَافِعُ بْنُ خَدِيجٍ ، فَقَالَ - وَلَمْ أَفْهَمْ فَقَالَ - : إِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ نَهَاكُمْ عَنْ أَمْرٍ كَانَ يَنْفَعُكُمْ ، وَطَاعَةُ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ خَيْرٌ لَكُمْ مِمَّا يَنْفَعُكُمْ ، نَهَاكُمْ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنِ الْحَقْلِ ، وَالْحَقْلُ : الْمُزَارَعَةُ بِالثُّلُثِ وَالرُّبُعِ ، فَمَنْ كَانَ لَهُ أَرْضٌ فَاسْتَغْنَى عَنْهَا فَلْيَمْنَحْهَا أَخَاهُ أَوْ لِيَدَعْ ، وَنَهَاكُمْ عَنِ الْمُزَابَنَةِ ، وَالْمُزَابَنَةُ : الرَّجُلُ يَجِيءُ إِلَى النَّخْلِ الْكَثِيرِ بِالْمَالِ الْعَظِيمِ فَيَقُولُ : خُذْهُ بِكَذَا وَكَذَا وَسْقًا مِنْ تَمْرِ ذَلِكَ الْعَامِ.

“Rəvayət edilir ki, Useyd ibn Zuheyr ﵁ demişdir: “Bir dəfə Rafi ibn Xadic bizim yanımıza gəlib dedi: “Allah Elçisi ﷺ sizə fayda verən bir şeyi qadağan etdi, lakin Allah Elçisinə ﷺ itaət etmək sizə faydalı olan şeydən daha xeyirlidir. O, sahəni sahədən çıxan məhsulun üçdəbiri və ya dörddəbiri qarşılığında kirayələməyi qadağan etdi. Kimin bir sahəsi varsa və ona ehtiyacı yoxdursa, (din) qardaşının (qarşılıqsız) istifadə etməsinə icazə versin və ya boş buraxsın. Həmçinin Muzabənə yolu ilə alış-verişi qadağan etdi”. Muzabənə - çoxlu xurması olan adamın yanına başqa birinin gəlib belə deməsidir: “Bu ağacın xurmalarını bu qədər quru xurma ilə mübadilə edirəm”.”

Useyd ibn Zuheyr
Nəsəi, 3865 (Yardarlıq, 9)Səhih

أَخْبَرَنِي إِسْحَاقُ (1) بْنُ يَعْقُوبَ بْنِ إِسْحَاقَ الْبَغْدَادِيُّ أَبُو مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنَا عَفَّانُ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْوَاحِدِ ، قَالَ : حَدَّثَنَا سَعِيدُ بْنُ عَبْدِ الرَّحْمَنِ ، عَنْ مُجَاهِدٍ ، قَالَ : حَدَّثَنِي أُسَيْدُ بْنُ رَافِعِ بْنِ خَدِيجٍ ، قَالَ : قَالَ رَافِعُ بْنُ خَدِيجٍ : نَهَاكُمْ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنْ أَمْرٍ كَانَ لَنَا نَافِعًا ، وَطَاعَةُ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَنْفَعُ لَنَا ، قَالَ : مَنْ كَانَتْ لَهُ أَرْضٌ فَلْيَزْرَعْهَا ، فَإِنْ عَجَزَ عَنْهَا فَلْيُزْرِعْهَا أَخَاهُ. خَالَفَهُ عَبْدُ الْكَرِيمِ بْنُ مَالِكٍ.

“Rəvayət edilir ki, Rafi ibn Xadic ﵁ demişdir: “Allah Elçisi ﷺ bizə fayda verən bir şeyi qadağan etdi, lakin Allah Elçisinə ﷺ itaət etmək bizə daha xeyirlidir. O buyurdu: “Kimin bir sahəsi varsa və onu becərə bilmirsə, əkilməsi üçün (din) qardaşına versin”.”

Rafi ibn Xadic
Nəsəi, 3866 (Yardarlıq, 10)Səhih

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : أَنْبَأَنَا عُبَيْدُ اللهِ ، يَعْنِي ابْنَ عَمْرٍو ، عَنْ عَبْدِ الْكَرِيمِ ، عَنْ مُجَاهِدٍ ، قَالَ : - أَخَذْتُ بِيَدِ طَاوُوسٍ حَتَّى أَدْخَلْتُهُ عَلَى - ابْنِ رَافِعِ بْنِ خَدِيجٍ ، فَحَدَّثَهُ ، عَنْ أَبِيهِ ، عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَنَّهُ نَهَى عَنْ كِرَاءِ الأَرْضِ فَأَبَى طَاوُوسٌ ، فَقَالَ : سَمِعْتُ ابْنَ عَبَّاسٍ : لاَ يَرَى بِذَلِكَ بَأْسًا وَرَوَاهُ أَبُو عَوَانَةَ ، عَنْ أَبِي حَصِينٍ ، عَنْ مُجَاهِدٍ ، قَالَ : قَالَ : عَنْ رَافِعٍ مُرْسَلاً.

“Rəvayət edilir ki, Mucahid ﵀ demişdir: “Mən Tavusun əlindən tutub onu Rafi ibn Xadicin yanına gətirdim. O da atasından rəvayət etdi ki, Allah Elçisi ﷺ sahəni kirayələməyi qadağan etdi”. Tavus bunu qəbul etməyərək dedi: “Mən İbn Abbasdan bunun zərərli olmadığını eşitdim”.”

Mucahid
Nəsəi, 3867 (Yardarlıq, 11)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا أَبُو عَوَانَةَ ، عَنْ أَبِي حَصِينٍ ، عَنْ مُجَاهِدٍ ، قَالَ : قَالَ رَافِعُ بْنُ خَدِيجٍ : نَهَانَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنْ أَمْرٍ كَانَ لَنَا نَافِعًا ، وَأَمْرُ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَلَى الرَّأْسِ وَالْعَيْنِ ، نَهَانَا أَنْ نَتَقَبَّلَ الأَرْضَ بِبَعْضِ خَرْجِهَا تَابَعَهُ إِبْرَاهِيمُ بْنُ مُهَاجِرٍ.

“Rəvayət edilir ki, Rafi ibn Xadic ﵁ demişdir: “Allah Elçisi ﷺ bizə fayda verən bir şeyi qadağan etdi. Onun əmrinin başımız və gözümüz üstə yeri var. O, sahəni məhsulun bir qismi ilə kirayələməyi qadağan etdi”.”

Rafi ibn Xadic
Nəsəi, 3868 (Yardarlıq, 12)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، عَنْ عُبَيْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا إِسْرَائِيلُ ، عَنْ إِبْرَاهِيمَ بْنِ مُهَاجِرٍ ، عَنْ مُجَاهِدٍ ، عَنْ رَافِعِ بْنِ خَدِيجٍ ، قَالَ : مَرَّ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَلَى أَرْضِ رَجُلٍ مِنَ الأَنْصَارِ قَدْ عَرَفَ أَنَّهُ مُحْتَاجٌ ، فَقَالَ : لِمَنْ هَذِهِ الأَرْضُ ؟ قَالَ : لِفُلاَنٍ ، أَعْطَانِيهَا بِالأَجْرِ ، فَقَالَ : لَوْ مَنَحَهَا أَخَاهُ فَأَتَى رَافِعٌ الأَنْصَارَ ، فَقَالَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، نَهَاكُمْ عَنْ أَمْرٍ كَانَ لَكُمْ نَافِعًا ، وَطَاعَةُ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَنْفَعُ لَكُمْ.

“Rəvayət edilir ki, Rafi ibn Xadic ﵁ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ ənsardan bir kasıb adamın yanından keçərkən ona dedi: “Bu ərazi kimindir?” O da dedi: “Bura filankəsindir və mənə zəhmət haqqı müqabilində kirayə verib”. Allah Elçisi ﷺ buyurdu: “Kaş qardaşına əvəzsiz olaraq verəydi!” Rafi ənsarın yanına gəlib dedi: “Allah Elçisi ﷺ sizə fayda verən bir şeyi qadağan etdi. Allah Elçisinə ﷺ itaət etmək daha xeyirlidir”.”

Rafi ibn Xadic
Nəsəi, 3869 (Yardarlıq, 13)Zəif

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، وَمُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالاَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنِ الْحَكَمِ ، عَنْ مُجَاهِدٍ ، عَنْ رَافِعِ بْنِ خَدِيجٍ ، قَالَ : نَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنِ الْحَقْلِ.

“Rəvayət edilir ki, Rafi ibn Xadic ﵁ demişdir: “Allah Elçisi ﷺ sahədən çıxan məhsulun üçdəbiri və ya dörddəbiri müqabilində kirayə verməyi qadağan etmişdir”.”

Rafi ibn Xadic
Nəsəi, 3870 (Yardarlıq, 14)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، عَنْ خَالِدٍ وَهُوَ ابْنُ الْحَارِثِ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَبْدِ الْمَلِكِ ، عَنْ مُجَاهِدٍ ، قَالَ : حَدَّثَ رَافِعُ بْنُ خَدِيجٍ ، قَالَ : خَرَجَ إِلَيْنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَنَهَانَا عَنْ أَمْرٍ كَانَ لَنَا نَافِعًا ، فَقَالَ : مَنْ كَانَ لَهُ أَرْضٌ فَلْيَزْرَعْهَا ، أَوْ يَمْنَحْهَا ، أَوْ يَذَرْهَا.

“Rəvayət edilir ki, Rafi ibn Xadic ﵁ demişdir: “Allah Elçisi ﷺ evindən bizim yanımıza çıxdı və bizə faydalı olan şeyi qadağan edərək buyurdu: “Kimin sahəsi varsa, ya özü əksin, ya bir (din) qardaşının (qarşılıqsız) istifadə etməsinə icazə versin ki, onu əksin və ya boş buraxsın”.”

Rafi ibn Xadic
Nəsəi, 3871 (Yardarlıq, 15)Səhih

أَخْبَرَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ خَالِدٍ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ ، قَالَ : حَدَّثَنِي شُعْبَةُ ، عَنْ عَبْدِ الْمَلِكِ ، عَنْ عَطَاءٍ ، وَطَاوُسٍ ، وَمُجَاهِدٍ ، عَنْ رَافِعِ بْنِ خَدِيجٍ ، قَالَ : خَرَجَ إِلَيْنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَنَهَانَا عَنْ أَمْرٍ كَانَ لَنَا نَافِعًا وَأَمْرُ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ خَيْرٌ لَنَا ، قَالَ : مَنْ كَانَ لَهُ أَرْضٌ فَلْيَزْرَعْهَا ، أَوْ لِيَذَرْهَا ، أَوْ لِيَمْنَحْهَا وَمِمَّا يَدُلُّ عَلَى أَنَّ طَاوُوسًا لَمْ يَسْمَعْ هَذَا الْحَدِيثَ.

“Rəvayət edilir ki, Rafi ibn Xadic ﵁ demişdir: “Allah Elçisi ﷺ evindən bizim yanımıza çıxdı və bizə faydalı olan şeyi qadağan etdi. Onun bütün əmrləri bizə xeyirdir. O buyurdu: “Kimin sahəsi varsa, ya özü əksin, və ya boş buraxsın, ya da bir (din) qardaşının (qarşılıqsız) istifadə etməsinə icazə versin ki, onu əksin”.”

Rafi ibn Xadic
Nəsəi, 3872 (Yardarlıq, 16)Səhih

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ ، قَالَ : حَدَّثَنَا زَكَرِيَّا بْنُ عَدِيٍّ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، قَالَ : كَانَ طَاوُوسٌ ، يَكْرَهُ أَنْ يُؤَاجِرَ أَرْضَهُ بِالذَّهَبِ وَالْفِضَّةِ ، وَلاَ يَرَى بِالثُّلُثِ وَالرُّبُعِ بَأْسًا ، فَقَالَ لَهُ مُجَاهِدٌ : اذْهَبْ إِلَى ابْنِ رَافِعِ بْنِ خَدِيجٍ فَاسْمَعْ مِنْهُ حَدِيثَهُ ، فَقَالَ : إِنِّي وَاللَّهِ لَوْ أَعْلَمُ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ نَهَى عَنْهُ مَا فَعَلْتُهُ ، وَلَكِنْ حَدَّثَنِي مَنْ هُوَ أَعْلَمُ مِنْهُ ابْنُ عَبَّاسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ إِنَّمَا قَالَ : لأَنْ يَمْنَحَ أَحَدُكُمْ أَخَاهُ أَرْضَهُ خَيْرٌ مِنْ أَنْ يَأْخُذَ عَلَيْهَا خَرَاجًا مَعْلُومًا وَقَدِ اخْتُلِفَ عَلَى عَطَاءٍ فِي هَذَا الْحَدِيثِ ، فَقَالَ عَبْدُ الْمَلِكِ بْنُ مَيْسَرَةَ : عَنْ عَطَاءٍ ، عَنْ رَافِعٍ ، وَقَدْ تَقَدَّمَ ذِكْرُنَا لَهُ ، وَقَالَ عَبْدُ الْمَلِكِ بْنُ أَبِي سُلَيْمَانَ : عَنْ عَطَاءٍ ، عَنْ جَابِرٍ.

“Rəvayət edilir ki, Amr ibn Dinar ﵀ demişdir: “Tavus sahəni qızıl və gümüş müqabilində kirayə verməyi yaxşı bir şey saymaz və məhsulun üçdəbiri və ya dörddəbiri müqabilində kirayələməkdə bir müşkül görməzdi. Mücahid ona: “Rafi ibn Xadicin yanına get və ondan bu məsələ haqda olan hədisi dinlə”, - dedikdə Tavus dedi: “Allaha and olsun ki, Allah Elçisinin ﷺ bunu qadağan etdiyini bilsəm, etmərəm, lakin Rafi ibn Xadicdən daha elmli olan İbn Abbas Allah Elçisinin ﷺ belə buyurduğunu rəvayət etmişdir: “Tarlasını mömin qardaşına əvəzsiz vermək hər hansı bir əvəzlə verməkdən daha xeyirlidir”.”

Amr ibn Dinar
Nəsəi, 3873 (Yardarlıq, 17)Səhih

حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا خَالِدُ بْنُ الْحَارِثِ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْمَلِكِ ، عَنْ عَطَاءٍ ، عَنْ جَابِرٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، قَالَ : مَنْ كَانَ لَهُ أَرْضٌ فَلْيَزْرَعْهَا ، فَإِنْ عَجَزَ أَنْ يَزْرَعَهَا فَلْيَمْنَحْهَا أَخَاهُ الْمُسْلِمَ ، وَلاَ يُزْرِعْهَا إِيَّاهُ.

“Cabir ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kimin tarlası varsa, onu özü əksin. Əkməyəcəksə, müsəlman qardaşına əkməsi üçün versin, lakin bir əvəz müqabilində kirayəyə götürməsin”.”

Cabir
Nəsəi, 3874 (Yardarlıq, 18)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْمَلِكِ ، عَنْ عَطَاءٍ ، عَنْ جَابِرٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مَنْ كَانَتْ لَهُ أَرْضٌ فَلْيَزْرَعْهَا ، أَوْ لِيَمْنَحْهَا أَخَاهُ وَلاَ يُكْرِيهَا تَابَعَهُ عَبْدُ الرَّحْمَنِ بْنُ عَمْرٍو الأَوْزَاعِيُّ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kimin tarlası varsa, onu ya özü əksin, və ya (din) qardaşına əvəz olmadan əkməsi üçün versin. Bunun müqabilində pul və ya məhsul almasın”.”

Cabir
Nəsəi, 3875 (Yardarlıq, 19)Səhih

أَخْبَرَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، عَنْ يَحْيَى بْنِ حَمْزَةَ ، قَالَ : حَدَّثَنَا الأَوْزَاعِيُّ ، عَنْ عَطَاءٍ ، عَنْ جَابِرٍ ، قَالَ : كَانَ لأُنَاسٍ فُضُولُ أَرَضِينَ يُكْرُونَهَا بِالنِّصْفِ وَالثُّلُثِ وَالرُّبُعِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مَنْ كَانَتْ لَهُ أَرْضٌ فَلْيَزْرَعْهَا ، أَوْ يُزْرِعْهَا ، أَوْ يُمْسِكْهَا وَافَقَهُ مَطَرُ بْنُ طَهْمَانَ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Bəzilərinin ehtiyaclarından artıq əraziləri var idi. Onlar həmin ərazilərdən çıxacaq məhsulun yarısı, üçdəbiri və ya dörddəbiri müqabilində ərazilərini kirayə verirdilər. Belə olduqda Allah Elçisi ﷺ belə buyurdu: “Kimin tarlası varsa, onu ya özü əksin, və ya (din) qardaşına əvəz olmadan əkməsi üçün versin, ya da boş buraxsın”.”

Cabir
Nəsəi, 3876 (Yardarlıq, 20)Səhih

أَخْبَرَنَا عِيسَى بْنُ مُحَمَّدٍ وَهُوَ أَبُو عُمَيْرِ بْنُ النَّحَّاسِ ، وَعِيسَى بْنُ يُونُسَ هُوَ الْفَاخُورِيُّ ، قَالاَ : حَدَّثَنَا ضَمْرَةُ ، عَنْ ابْنِ شَوْذَبٍ ، عَنْ مَطَرٍ ، عَنْ عَطَاءٍ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : خَطَبَنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : مَنْ كَانَتْ لَهُ أَرْضٌ فَلْيَزْرَعْهَا ، أَوْ لِيُزْرِعْهَا وَلاَ يُؤَاجِرْهَا.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ bizə xütbə deyərək buyurdu: “Kimin tarlası varsa, onu ya özü əksin, ya da əkdirsin, amma kirayə verməsin”.”

Cabir ibn Abdullah
Nəsəi, 3877 (Yardarlıq, 21)Səhih

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ إِسْمَاعِيلَ بْنِ إِبْرَاهِيمَ ، عَنْ يُونُسَ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ مَطَرٍ ، عَنْ عَطَاءٍ ، عَنْ جَابِرٍ ، رَفَعَهُ نَهَى عَنْ كِرَاءِ الأَرْضِ وَافَقَهُ عَبْدُ الْمَلِكِ بْنُ عَبْدِ الْعَزِيزِ بْنِ جُرَيْجٍ عَلَى النَّهْيِ عَنْ كِرَاءِ الأَرْضِ.

“Cabir ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Tarla kirayəyə götürmək qadağandır”.”

Cabir
Nəsəi, 3878 (Yardarlıq, 22)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا الْمُفَضَّلُ ، عَنْ ابْنِ جُرَيْجٍ ، عَنْ عَطَاءٍ ، وَأَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرٍ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ نَهَى عَنِ الْمُخَابَرَةِ ، وَالْمُزَابَنَةِ ، وَالْمُحَاقَلَةِ ، وَبَيْعِ الثَّمَرِ حَتَّى يُطْعَمَ ، إِلاَّ الْعَرَايَا تَابَعَهُ يُونُسُ بْنُ عُبَيْدٍ.

“Cabir ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ muxabəranı, muzabənəni, muhaqaləni və məhsulu yetişmədən satmağı qadağan etmişdir. Yalnız arayə yolu ilə alış-satışa icazə vermişdir”.”

Cabir
Nəsəi, 3879 (Yardarlıq, 23)Səhih

أَخْبَرَنِي زِيَادُ بْنُ أَيُّوبَ ، قَالَ : حَدَّثَنَا عَبَّادُ بْنُ الْعَوَّامِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ بْنُ حُسَيْنٍ ، قَالَ : حَدَّثَنَا يُونُسُ بْنُ عُبَيْدٍ ، عَنْ عَطَاءٍ ، عَنْ جَابِرٍ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ نَهَى عَنِ الْمُحَاقَلَةِ ، وَالْمُزَابَنَةِ ، وَالْمُخَابَرَةِ ، وَعَنِ الثُّنْيَا إِلاَّ أَنْ تُعْلَمَ وَفِي رِوَايَةِ هَمَّامِ بْنِ يَحْيَى كَالدَّلِيلِ عَلَى أَنَّ عَطَاءً لَمْ يَسْمَعْ مِنْ جَابِرٍ حَدِيثَهُ عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مَنْ كَانَ لَهُ أَرْضٌ فَلْيَزْرَعْهَا.

“Cabir ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ muhaqaləni, muzabənəni, muxabəranı, meyvələr yetişmədən onları dəyişməyi qadağan etmişdir. Həmçinin Peyğəmbər ﷺ buyurmuşdur: “Kimin sahəsi varsa, onu becərsin”.”

Cabir
Nəsəi, 3880 (Yardarlıq, 24)Səhih

أَخْبَرَنِي أَحْمَدُ بْنُ يَحْيَى ، قَالَ : حَدَّثَنَا أَبُو نُعَيْمٍ ، قَالَ : حَدَّثَنَا هَمَّامُ بْنُ يَحْيَى ، قَالَ : سَأَلَ عَطَاءٌ ، سُلَيْمَانَ بْنَ مُوسَى ، قَالَ : حَدَّثَ جَابِرٌ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : مَنْ كَانَتْ لَهُ أَرْضٌ فَلْيَزْرَعْهَا ، أَوْ لِيُزْرِعْهَا أَخَاهُ ، وَلاَ يُكْرِيهَا أَخَاهُ وَقَدْ رَوَى النَّهْيَ عَنِ الْمُحَاقَلَةِ يَزِيدُ بْنُ نُعَيْمٍ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ.

“Cabir ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kimin tarlası varsa, onu ya özü əksin, ya da kirayə vermədən (din) qardaşına əkdirsin”.”

Cabir
Nəsəi, 3881 (Yardarlıq, 25)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ إِدْرِيسَ ، قَالَ : حَدَّثَنَا أَبُو تَوْبَةَ ، قَالَ : حَدَّثَنَا مُعَاوِيَةُ بْنُ سَلاَّمٍ ، عَنْ يَحْيَى بْنِ أَبِي كَثِيرٍ ، عَنْ يَزِيدَ بْنِ نُعَيْمٍ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، نَهَى عَنِ الْحَقْلِ ، وَهِيَ الْمُزَابَنَةُ. خَالَفَهُ هِشَامٌ ، وَرَوَاهُ عَنْ يَحْيَى ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ جَابِرٍ.

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ tarlanı oradan çıxan məhsulun üçdəbiri və ya dörddəbiri qarşılığında kirayə verməyi və muzabənəni qadağan etdi.”

Cabir ibn Abdullah
Nəsəi, 3882 (Yardarlıq, 26)Səhih

أَخْبَرَنَا الثِّقَةُ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ مَسْعَدَةَ ، عَنْ هِشَامِ بْنِ أَبِي عَبْدِ اللهِ ، عَنْ يَحْيَى بْنِ أَبِي كَثِيرٍ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، نَهَى عَنِ الْمُزَابَنَةِ ، وَالْمُخَاضَرَةِ ، وَقَالَ : الْمُخَاضَرَةُ : بَيْعُ الثَّمَرِ قَبْلَ أَنْ يَزْهُوَ ، وَالْمُخَابَرَةُ : بَيْعُ الْكَرْمِ بِكَذَا وَكَذَا صَاعٍ. خَالَفَهُ عَمْرُو بْنُ أَبِي سَلَمَةَ ، فَقَالَ : عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ.

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ muzabənəni və muxadaranı qadağan etdi. Muxadara – məhsul yetişmədən onu almaqdır. Muzabənə isə bağda olan yaş üzümü müəyyən qədər kişmiş miqdarında almaqdır.”

Cabir ibn Abdullah
Nəsəi, 3883 (Yardarlıq, 27)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ سَعْدِ بْنِ إِبْرَاهِيمَ ، عَنْ عُمَرَ بْنِ أَبِي سَلَمَةَ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : نَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، عَنِ الْمُحَاقَلَةِ وَالْمُزَابَنَةِ خَالَفَهُمَا مُحَمَّدُ بْنُ عَمْرٍو ، فَقَالَ : عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي سَعِيدٍ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ muhaqaləni və muzabənəni qadağan etdi”.”

Əbu Hureyra
Nəsəi, 3884 (Yardarlıq, 28)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ ، قَالَ : حَدَّثَنَا يَحْيَى وَهُوَ ابْنُ آدَمَ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحِيمِ ، عَنْ مُحَمَّدِ بْنِ عَمْرٍو ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، قَالَ : نَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، عَنِ الْمُحَاقَلَةِ وَالْمُزَابَنَةِ خَالَفَهُمُ الأَسْوَدُ بْنُ الْعَلاَءِ ، فَقَالَ : عَنْ أَبِي سَلَمَةَ ، عَنْ رَافِعِ بْنِ خَدِيجٍ.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ muhaqaləni və muzabənəni qadağan etdi”.”

Əbu Səid əl-Xudri
Nəsəi, 3885 (Yardarlıq, 29)Səhih

أَخْبَرَنَا زَكَرِيَّا بْنُ يَحْيَى ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَزِيدَ بْنِ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ حُمْرَانَ (1) ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْحَمِيدِ بْنُ جَعْفَرٍ ، عَنِ الأَسْوَدِ بْنِ الْعَلاَءِ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ رَافِعِ بْنِ خَدِيجٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، نَهَى عَنِ الْمُحَاقَلَةِ وَالْمُزَابَنَةِ رَوَاهُ الْقَاسِمُ بْنُ مُحَمَّدٍ ، عَنْ رَافِعِ بْنِ خَدِيجٍ.

“Rafi ibn Xadic ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ muhaqaləni və muzabənəni qadağan etdi.”

Rafi ibn Xadic
Nəsəi, 3886 (Yardarlıq, 30)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا أَبُو عَاصِمٍ ، قَالَ : حَدَّثَنَا عُثْمَانُ بْنُ مُرَّةَ ، قَالَ : سَأَلْتُ الْقَاسِمَ ، عَنِ الْمُزَارَعَةِ ؟ فَحَدَّثَ ، عَنْ رَافِعِ بْنِ خَدِيجٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، نَهَى عَنِ الْمُحَاقَلَةِ وَالْمُزَابَنَةِ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : مَرَّةً أُخْرَى.

“Rafi ibn Xadic ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ muhaqaləni və muzabənəni qadağan etdi.”

Rafi ibn Xadic
Nəsəi, 3887 (Yardarlıq, 31)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : قَالَ أَبُو عَاصِمٍ : عَنْ عُثْمَانَ بْنِ مُرَّةَ ، قَالَ : سَأَلْتُ الْقَاسِمَ ، عَنْ كِرَاءِ الأَرْضِ ؟ فَقَالَ : قَالَ رَافِعُ بْنُ خَدِيجٍ : أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، نَهَى عَنْ كِرَاءِ الأَرْضِ وَاخْتُلِفَ عَلَى سَعِيدِ بْنِ الْمُسَيَّبِ فِيهِ.

“Rafi ibn Xadic ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ tarlanı kirayə verməyi qadağan etmişdir.”

Rafi ibn Xadic
Nəsəi, 3888 (Yardarlıq, 32)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ أَبِي جَعْفَرٍ الْخَطْمِيِّ وَاسْمُهُ عُمَيْرُ بْنُ يَزِيدَ ، قَالَ : أَرْسَلَنِي عَمِّي وَغُلاَمًا لَهُ إِلَى سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، أَسْأَلُهُ عَنِ الْمُزَارَعَةِ ؟ فَقَالَ : كَانَ ابْنُ عُمَرَ ، لاَ يَرَى بِهَا بَأْسًا ، حَتَّى بَلَغَهُ عَنْ رَافِعِ بْنِ خَدِيجٍ حَدِيثٌ فَلَقِيَهُ ، فَقَالَ رَافِعٌ : أَتَى النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بَنِي حَارِثَةَ فَرَأَى زَرْعًا ، فَقَالَ : مَا أَحْسَنَ زَرْعَ ظُهَيْرٍ ؟ فَقَالُوا : لَيْسَ لِظُهَيْرٍ ، فَقَالَ : أَلَيْسَ أَرْضُ ظُهَيْرٍ ؟ قَالُوا : بَلَى ، وَلَكِنَّهُ أَزْرَعَهَا ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : خُذُوا زَرْعَكُمْ وَرُدُّوا إِلَيْهِ نَفَقَتَهُ ، قَالَ : فَأَخَذْنَا زَرْعَنَا ، وَرَدَدْنَا إِلَيْهِ نَفَقَتَهُ وَرَوَاهُ طَارِقُ بْنُ عَبْدِ الرَّحْمَنِ ، عَنْ سَعِيدٍ وَاخْتُلِفَ عَلَيْهِ فِيهِ.

“Rəvayət edilir ki, Umeyr ibn Yəzid ﵀ demişdir: “Əmim məni xidmətçisi ilə birlikdə Səid ibn əl-Museyyibin yanına tarlanı kirayə verməyin (muzəraanın) hökmünü soruşmaq üçün göndərdi. Səid dedi: “Rafi ibn Xədicin bu hədisini eşidənə qədər İbn Ömər bunun bir müşkülünün olmadığı rəyində idi. Rafi dedi: “Peyğəmbər ﷺ Bəni Harisə tayfasının bağçasına gəldi və əkin sahələrini gördükdə dedi: “Zuheyrin əkinləri necə də gözəldir!” Orada olanlar dedilər: “Bura Zuheyrin deyil”. Peyğəmbər ﷺ buyurdu: “Məgər bura Zuheyrin tarlası deyilmi?” Onlar dedilər: “Onundur, lakin onu başqasına kirayə verib”. Allah Elçisi ﷺ buyurdu: “Tarlanızdakı məhsulları yığın, kirayə verdiyiniz xərci də ödəyin”. Tarla yiyələri dedilər: “Biz də məhsullarımızı alıb kirayəyə verdiyimiz xərci ödədik”.”

Umeyr ibn Yəzid
Nəsəi, 3889 (Yardarlıq, 33)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا أَبُو الأَحْوَصِ ، عَنْ طَارِقٍ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ رَافِعِ بْنِ خَدِيجٍ ، قَالَ ، نَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنِ الْمُحَاقَلَةِ وَالْمُزَابَنَةِ ، وَقَالَ : إِنَّمَا يَزْرَعُ ثَلاَثَةٌ : رَجُلٌ لَهُ أَرْضٌ فَهُوَ يَزْرَعُهَا ، أَوْ رَجُلٌ مُنِحَ أَرْضًا فَهُوَ يَزْرَعُ مَا مُنِحَ ، أَوْ رَجُلٌ اسْتَكْرَى أَرْضًا بِذَهَبٍ أَوْ فِضَّةٍ مَيَّزَهُ إِسْرَائِيلُ ، عَنْ طَارِقٍ فَأَرْسَلَ الْكَلاَمَ الأَوَّلَ ، وَجَعَلَ الأَخِيرَ مِنْ قَوْلِ سَعِيدٍ.

“Rəvayət edilir ki, Rafi ibn Xadic ﵁ demişdir: “Allah Elçisi ﷺ muhaqaləni və muzəraanı qadağan edərək belə buyurdu: “Tarlanı üç nəfər əkə bilər: tarlanın yiyəsi; yerin sahibi tərəfindən (qarşılıqsız) istifadə edilməsinə icazə verilən adam; qızıl və gümüş müqabilində bu yeri kirayəyə götürən”.”

Rafi ibn Xadic
Nəsəi, 3890 (Yardarlıq, 34)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا عُبَيْدُ اللهِ بْنُ مُوسَى ، قَالَ : أَنْبَأَنَا إِسْرَائِيلُ ، عَنْ طَارِقٍ ، عَنْ سَعِيدٍ قَالَ : نَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنِ الْمُحَاقَلَةِ ، قَالَ سَعِيدٌ : فَذَكَرَهُ نَحْوَهُ ، رَوَاهُ سُفْيَانُ الثَّوْرِيُّ ، عَنْ طَارِقٍ.

“Rəvayət edilir ki, Səid ﵁ demişdir: “Allah Elçisi ﷺ tarlanı məhsulun bir qismi ilə kirayə götürməyi (muhaqaləni) qadağan etdi”.”

Səid
Nəsəi, 3891 (Yardarlıq, 35)Zəif

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَلِيٍّ وَهُوَ ابْنُ مَيْمُونٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ طَارِقٍ ، قَالَ : سَمِعْتُ سَعِيدَ بْنَ الْمُسَيَّبِ يَقُولُ : لاَ يُصْلِحُ الزَّرْعَ غَيْرُ ثَلاَثٍ : أَرْضٍ يَمْلِكُ رَقَبَتَهَا ، أَوْ مِنْحَةٍ ، أَوْ أَرْضٍ بَيْضَاءَ يَسْتَأْجِرُهَا بِذَهَبٍ أَوْ فِضَّةٍ وَرَوَى الزُّهْرِيُّ الْكَلاَمَ الأَوَّلَ ، عَنْ سَعِيدٍ فَأَرْسَلَهُ.

“Rəvayət edilir ki, Səid ibn əl-Museyyib ﵀ demişdir: “Tarlanı üç nəfərdən başqası əkə bilməz: tarlanın yiyəsi; yerin sahibi tərəfindən (qarşılıqsız) istifadə edilməsinə icazə verilən adam; qızıl və gümüş müqabilində bu yeri kirayəyə götürən”.”

Səid ibn əl-Museyyib
Nəsəi, 3892 (Yardarlıq, 36)Səhih

قَالَ : الْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ نَهَى عَنِ الْمُحَاقَلَةِ ، وَالْمُزَابَنَةِ وَرَوَاهُ مُحَمَّدُ بْنُ عَبْدِ الرَّحْمَنِ ابْنِ لَبِيبَةَ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، فَقَالَ : عَنْ سَعْدِ بْنِ أَبِي وَقَّاصٍ.

“Səid ibn əl-Museyyib ﵀ rəvayət edir ki, Allah Elçisi ﷺ tarlanı məhsulun bir qismi ilə kirayə götürməyi (muhaqaləni) və yaş xurmanı quru xurma müqabilində dəyişməyi (muzəbənəni) qadağan etmişdir.”

Səid ibn əl-Museyyib
Nəsəi, 3893 (Yardarlıq, 37)Səhih

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعْدِ بْنِ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنِي عَمِّي ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنْ مُحَمَّدِ بْنِ عِكْرِمَةَ ، عَنْ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ابْنِ لَبِيبَةَ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ سَعْدِ بْنِ أَبِي وَقَّاصٍ قَالَ : كَانَ أَصْحَابُ الْمَزَارِعِ يُكْرُونَ فِي زَمَانِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ مَزَارِعَهُمْ بِمَا يَكُونُ عَلَى السَّاقِي ، مِنَ الزَّرْعِ ، فَجَاؤُوا رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَاخْتَصَمُوا فِي بَعْضِ ذَلِكَ ، فَنَهَاهُمْ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَنْ يُكْرُوا بِذَلِكَ ، وَقَالَ : أَكْرُوا بِالذَّهَبِ وَالْفِضَّةِ وَقَدْ رَوَى هَذَا الْحَدِيثَ سُلَيْمَانُ ، عَنْ رَافِعٍ فَقَالَ : عَنْ رَجُلٍ مِنْ عُمُومَتِهِ.

“Rəvayət edilir ki, Səd ibn Əbu Vaqqas ﵁ demişdir: “Allah Elçisinin ﷺ dövründə tarla yiyələri sucaq bölgənin məhsulu yiyələrin özlərinə qalmaq şərti ilə tarlalarını kirayə verirdilər. Onlar aralarında olan anlaşılmazlığı həll etmək üçün Allah Elçisinin ﷺ yanına gəldilər. Allah Elçisi ﷺ də bunu qadağan etdi və buyurdu: “Qızıl və gümüşlə kirayələyin!””

Səd ibn Əbu Vaqqas
Nəsəi, 3894 (Yardarlıq, 38)Həsən

أَخْبَرَنِي زِيَادُ بْنُ أَيُّوبَ ، قَالَ : حَدَّثَنَا ابْنُ عُلَيَّةَ ، قَالَ : أَنْبَأَنَا أَيُّوبُ ، عَنْ يَعْلَى بْنِ حَكِيمٍ ، عَنْ سُلَيْمَانَ بْنِ يَسَارٍ ، عَنْ رَافِعِ بْنِ خَدِيجٍ ، قَالَ : كُنَّا نُحَاقِلُ بِالأَرْضِ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَنُكْرِيهَا بِالثُّلُثِ ، وَالرُّبُعِ ، وَالطَّعَامِ الْمُسَمَّى ، فَجَاءَ ذَاتَ يَوْمٍ رَجُلٌ مِنْ عُمُومَتِي ، فَقَالَ : نَهَانِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنْ أَمْرٍ كَانَ لَنَا نَافِعًا ، وَطَوَاعِيَةُ اللهِ وَرَسُولِهِ أَنْفَعُ لَنَا ، نَهَانَا أَنْ نُحَاقِلَ بِالأَرْضِ ، وَنُكْرِيَهَا بِالثُّلُثِ ، وَالرُّبُعِ ، وَالطَّعَامِ الْمُسَمَّى ، وَأَمَرَ رَبَّ الأَرْضِ أَنْ يَزْرَعَهَا ، أَوْ يُزْرِعَهَا ، وَكَرِهَ كِرَاءَهَا وَمَا سِوَى ذَلِكَ أَيُّوبُ لَمْ يَسْمَعْهُ مِنْ يَعْلَى.

“Rəvayət edilir ki, Rafi ibn Xadic ﵁ demişdir: “Biz Allah Elçisinin ﷺ dövründə tarlalarımızın məhsulunun üçdəbiri, dörddəbiri və ya müəyyən miqdar əvəzində kirayə verərdik. Bir gün əmilərimdən biri gələrək dedi: “Allah Elçisi ﷺ bizə faydalı olan bir şeyi qadağan etdi. Allaha və Onun Elçisinə ﷺ itaət etmək bizə daha xeyirlidir. O, tarlalarımızın məhsulunun üçdəbiri, dörddəbiri və ya razılaşdırılan müəyyən bir miqdar qarşılığında kirayə verməyi qadağan etdi. Tarla yiyələrinin özlərinin əkmələrini və ya (din qardaşına) əkməsi üçün əvəz almadan verməyi əmr etdi. Başqa formada kirayə verməyi isə bəyənmədi”.”

Rafi ibn Xadic
Nəsəi, 3895 (Yardarlıq, 39)Səhih

أَخْبَرَنِي زَكَرِيَّا بْنُ يَحْيَى ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ عُبَيْدٍ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ أَيُّوبَ ، قَالَ : كَتَبَ إِلَيَّ يَعْلَى بْنُ حَكِيمٍ : إِنِّي سَمِعْتُ سُلَيْمَانَ بْنَ يَسَارٍ يُحَدِّثُ ، عَنْ رَافِعِ بْنِ خَدِيجٍ قَالَ : كُنَّا نُحَاقِلُ الأَرْضَ نُكْرِيهَا بِالثُّلُثِ ، وَالرُّبُعِ ، وَالطَّعَامِ الْمُسَمَّى رَوَاهُ سَعِيدٌ ، عَنْ يَعْلَى بْنِ حَكِيمٍ.

“Rəvayət edilir ki, Rafi ibn Xadic ﵁ demişdir: “Biz Allah Elçisinin ﷺ dövründə tarlalarımızın məhsulunun üçdəbiri, dörddəbiri və ya razılaşdırılan müəyyən bir miqdar müqabilində kirayə verərdik”.”

Rafi ibn Xadic
Nəsəi, 3896 (Yardarlıq, 40)Səhih

أَخْبَرَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا خَالِدُ بْنُ الْحَارِثِ ، عَنْ سَعِيدٍ ، عَنْ يَعْلَى بْنِ حَكِيمٍ ، عَنْ سُلَيْمَانَ بْنِ يَسَارٍ ، أَنَّ رَافِعَ بْنَ خَدِيجٍ قَالَ : كُنَّا نُحَاقِلُ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَزَعَمَ أَنَّ بَعْضَ عُمُومَتِهِ أَتَاهُ ، فَقَالَ : نَهَانِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنْ أَمْرٍ كَانَ لَنَا نَافِعًا وَطَوَاعِيَةُ اللهِ وَرَسُولِهِ أَنْفَعُ لَنَا ، قُلْنَا : وَمَا ذَاكَ ؟ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مَنْ كَانَتْ لَهُ أَرْضٌ ، فَلْيَزْرَعْهَا ، أَوْ لِيُزْرِعْهَا أَخَاهُ ، وَلاَ يُكَارِيهَا بِثُلُثٍ ، وَلاَ رُبُعٍ ، وَلاَ طَعَامٍ مُسَمًّى رَوَاهُ حَنْظَلَةُ بْنُ قَيْسٍ ، عَنْ رَافِعٍ ، فَاخْتَلَفَ عَلَى رَبِيعَةَ فِي رِوَايَتِهِ.

“Rəvayət edilir ki, Rafi ibn Xadic ﵁ demişdir: “Biz Allah Elçisinin ﷺ dövründə tarlalarımızı kirayə verərdik. Bir gün əmilərimdən biri gələrək dedi: “Allah Elçisi ﷺ bizə faydalı olan bir şeyi qadağan etdi. Allaha və Onun Elçisinə ﷺ itaət etmək bizə daha xeyirlidir”. Biz dedik: “O nədir elə?” O dedi: “Allah Elçisi ﷺ buyurdu: “Kimin tarlası varsa, onu ya özü əksin, ya da əkməsi üçün (din) qardaşına versin. Tarladan çıxan məhsulun üçdəbiri, dörddəbiri və ya razılaşdırılan müəyyən bir miqdarının əvəzində kirayə verməsin”.”

Rafi ibn Xadic
Nəsəi, 3897 (Yardarlıq, 41)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ ، قَالَ : حَدَّثَنَا حُجَيْنُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ رَبِيعَةَ بْنِ أَبِي عَبْدِ الرَّحْمَنِ ، عَنْ حَنْظَلَةَ بْنِ قَيْسٍ ، عَنْ رَافِعِ بْنِ خَدِيجٍ ، قَالَ : حَدَّثَنِي عَمِّي ، أَنَّهُمْ كَانُوا يُكْرُونَ الأَرْضَ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بِمَا يَنْبُتُ عَلَى الأَرْبِعَاءِ ، وَشَيْءٍ مِنَ الزَّرْعِ يَسْتَثْنِي صَاحِبُ الأَرْضِ ، فَنَهَانَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنْ ذَلِكَ فَقُلْتُ لِرَافِعٍ : فَكَيْفَ كِرَاؤُهَا بِالدِّينَارِ وَالدِّرْهَمِ ؟ فَقَالَ رَافِعٌ : لَيْسَ بِهَا بَأْسٌ بِالدِّينَارِ وَالدِّرْهَمِ. خَالَفَهُ الأَوْزَاعِيُّ.

“Rəvayət edilir ki, Rafi ibn Xadic ﵁ demişdir: “Əmim danışır ki, Allah Elçisinin ﷺ dövründə tarla yiyələri sucaq ərazilərin məhsulunu özlərinə saxlamaqla tarlalarını kirayə verərdilər. Allah Elçisi ﷺ bunu qadağan etdi”. Ravi deyir: “Mən Rafiyə dedim: “Bəs dinar və dirhəmlə kirayə vermək olarmı?” Rafi dedi “Dinar və dirhəmlə kirayə verməkdə bir müşkül yoxdur”.”

Rafi ibn Xadic
Nəsəi, 3898 (Yardarlıq, 42)Səhih

أَخْبَرَنِي الْمُغِيرَةُ بْنُ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا عِيسَى هُوَ ابْنُ يُونُسَ ، قَالَ : حَدَّثَنَا الأَوْزَاعِيُّ ، عَنْ رَبِيعَةَ بْنِ أَبِي عَبْدِ الرَّحْمَنِ ، عَنْ حَنْظَلَةَ بْنِ قَيْسٍ الأَنْصَارِيِّ ، قَالَ : سَأَلْتُ رَافِعَ بْنَ خَدِيجٍ عَنْ كِرَاءِ الأَرْضِ بِالدِّينَارِ وَالْوَرِقِ ؟ فَقَالَ : لاَ بَأْسَ بِذَلِكَ ، إِنَّمَا كَانَ النَّاسُ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، يُؤَاجِرُونَ عَلَى الْمَاذِيَانَاتِ ، وَأَقْبَالِ الْجَدَاوِلِ ، فَيَسْلَمُ هَذَا ، وَيَهْلِكُ هَذَا ، وَيَسْلَمُ هَذَا ، وَيَهْلِكُ هَذَا ، فَلَمْ يَكُنْ لِلنَّاسِ كِرَاءٌ إِلاَّ هَذَا ، فَلِذَلِكَ زُجِرَ عَنْهُ ، فَأَمَّا شَيْءٌ مَعْلُومٌ مَضْمُونٌ ، فَلاَ بَأْسَ بِهِ وَافَقَهُ مَالِكُ بْنُ أَنَسٍ عَلَى إِسْنَادِهِ ، وَخَالَفَهُ فِي لَفْظِهِ.

“Rəvayət edilir ki, Hənzalə ibn Qeys əl-Ənsari ﵀ demişdir: “Mən Rafi ibn Xədicdən tarlanı dinar və gümüş qarşılığında kirayə vermək haqda soruşdum. O dedi: “Bunda bir müşkül yoxdur. İnsanlar Allah Elçisinin ﷺ dövründə kanal və arx yanında yetişən məhsulun özlərinə qalmaq şərti ilə kirayə verirdilər. Bəzən sucaq yerlər, bəzən də zəif torpaqlı ərazilərinin məhsulu korlanmış olurdu. O vaxtlar kirayə ancaq bu formada idi. Bu səbəblə də bir tərəfin zərərə düşmə ehtimalı və qarşılıqlı şəkildə bir çox anlaşılmazlığa gətirib çıxardığına görə bu cür kirayə vermək qadağan edildi: “Bəlli bir pul müqabilində kirayə vermək icazəlidir”.”

Hənzalə ibn Qeys əl-Ənsari
Nəsəi, 3899 (Yardarlıq, 43)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا مَالِكٌ ، عَنْ رَبِيعَةَ ، عَنْ حَنْظَلَةَ بْنِ قَيْسٍ ، قَالَ : سَأَلْتُ رَافِعَ بْنَ خَدِيجٍ عَنْ كِرَاءِ الأَرْضِ ، فَقَالَ : نَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنْ كِرَاءِ الأَرْضِ ، قُلْتُ : بِالذَّهَبِ وَالْوَرِقِ ؟ قَالَ : لاَ ، إِنَّمَا نَهَى عَنْهَا بِمَا يَخْرُجُ مِنْهَا ، فَأَمَّا الذَّهَبُ وَالْفِضَّةُ ، فَلاَ بَأْسَ رَوَاهُ سُفْيَانُ الثَّوْرِيُّ رَضِيَ اللَّهُ عَنْهُ ، عَنْ رَبِيعَةَ وَلَمْ يَرْفَعْهُ.

“Rəvayət edilir ki, Hənzalə ibn Qeys əl-Ənsari ﵀ demişdir: “Mən Rafi ibn Xədicdən tarlanı kirayə vermək haqda soruşdum. O dedi: “Allah Elçisi ﷺ tarlanı kirayə verməyi qadağan etmişdir”. Mən dedim: “Bəs qızıl və gümüş müqabilində kirayə verməyi qadağan etdi?” O dedi: “Xeyr! Bu qadağa yalnız tarladan çıxan məhsulun əvəzində kirayə verməyə aiddir. Qızıl və gümüş müqabilində kirayə verməkdə bir müşkül yoxdur. ”.”

Hənzalə ibn Qeys
Nəsəi, 3900 (Yardarlıq, 44)Səhih
Daha çox göstər

60 / 301 hədis göstərilir