Ana səhifə

Mövzu

Fitnələr və qiyamətin əlamətləri

الفتن وأشراط الساعة

Axır zaman fitnələri, Dəccal və qiyamətin əlamətləri

96 hədis

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ عَنْ مَالِكٍ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ عَبْدِ اللَّهِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِى صَعْصَعَةَ عَنْ أَبِيهِ عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ أَنَّهُ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « يُوشِكُ أَنْ يَكُونَ خَيْرَ مَالِ الْمُسْلِمِ غَنَمٌ يَتْبَعُ بِهَا شَعَفَ الْجِبَالِ وَمَوَاقِعَ الْقَطْرِ ، يَفِرُّ بِدِينِهِ مِنَ الْفِتَنِ » .

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Tezliklə (elə qarma-qarışıqlıqlar olacaq ki, o zaman) müsəlmanın ən xeyirli malı dininə görə fitnələrdən qaçaraq dağların başında və yağmur düşən vadilərdə otardığı qoyunları olacaqdır”.”

Əbu Səid əl-Xudri
Buxari, 19 (İman, 12)Səhih

حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ الْمُبَارَكِ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ حَدَّثَنَا أَيُّوبُ وَيُونُسُ عَنِ الْحَسَنِ عَنِ الأَحْنَفِ بْنِ قَيْسٍ قَالَ ذَهَبْتُ لأَنْصُرَ هَذَا الرَّجُلَ ، فَلَقِيَنِى أَبُو بَكْرَةَ فَقَالَ أَيْنَ تُرِيدُ قُلْتُ أَنْصُرُ هَذَا الرَّجُلَ . قَالَ ارْجِعْ فَإِنِّى سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « إِذَا الْتَقَى الْمُسْلِمَانِ بِسَيْفَيْهِمَا فَالْقَاتِلُ وَالْمَقْتُولُ فِى النَّارِ » . فَقُلْتُ يَا رَسُولَ اللَّهِ هَذَا الْقَاتِلُ فَمَا بَالُ الْمَقْتُولِ قَالَ « إِنَّهُ كَانَ حَرِيصًا عَلَى قَتْلِ صَاحِبِهِ » .

“Rəvayət edilir ki, Əhnəf ibn Qeys ﵀ demişdir: “Bu kişiyə kömək etmək üçün gedirdim. Yolda Əbu Bəkratə ilə qarşılaşdım. O dedi: “Hara gedirsən?” Mən dedim: “Bu kişiyə kömək etməyə”. O dedi: “Qayıt! Həqiqətən, mən Allah Elçisinin ﷺ belə dediyini eşitmişəm: “İki müsəlman qılınclarını çəkib üz-üzə gələrsə, öldürən də, öldürülən də Cəhənnəmə girər”. Mən dedim: “Ey Allahın Elçisi! Öldürən aydındır. Bəs öldürülən niyə?” O dedi: “Çünki o, qardaşını öldürməyə can atırdı”.”

Əhnəf ibn Qeys
Buxari, 31 (İman, 24)Səhih

حَدَّثَنَا عِمْرَانُ بْنُ مَيْسَرَةَ قَالَ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ عَنْ أَبِى التَّيَّاحِ عَنْ أَنَسٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « إِنَّ مِنْ أَشْرَاطِ السَّاعَةِ أَنْ يُرْفَعَ الْعِلْمُ ، وَيَثْبُتَ الْجَهْلُ ، وَيُشْرَبَ الْخَمْرُ ، وَيَظْهَرَ الزِّنَا » .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Elmin aradan qaldırılması, cahilliyin kök atması, şərabın (çox) içilməsi və zinakarlığın yayılması Qiyamət Saatının əlamətlərindəndir”.”

Ənəs
Buxari, 80 (Elm, 22)Səhih

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَحْيَى عَنْ شُعْبَةَ عَنْ قَتَادَةَ عَنْ أَنَسٍ قَالَ لأُحَدِّثَنَّكُمْ حَدِيثًا لاَ يُحَدِّثُكُمْ أَحَدٌ بَعْدِى سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « مِنْ أَشْرَاطِ السَّاعَةِ أَنْ يَقِلَّ الْعِلْمُ ، وَيَظْهَرَ الْجَهْلُ ، وَيَظْهَرَ الزِّنَا ، وَتَكْثُرَ النِّسَاءُ وَيَقِلَّ الرِّجَالُ ، حَتَّى يَكُونَ لِخَمْسِينَ امْرَأَةً الْقَيِّمُ الْوَاحِدُ » .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Sizə elə bir hədis danışacam ki, məndən sonra heç kəs onu sizə danışmayacaq. Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Elmin azalması, cahilliyin meydana çıxması, zinakarlığın yayılması və qadınların əlli qadına bir kişi düşəcək qədər çoxalaraq kişilərin azalması Qiyamət Saatının əlamətlərindəndir”.”

Ənəs
Buxari, 81 (Elm, 23)Səhih

حَدَّثَنَا الْمَكِّىُّ بْنُ إِبْرَاهِيمَ قَالَ أَخْبَرَنَا حَنْظَلَةُ بْنُ أَبِى سُفْيَانَ عَنْ سَالِمٍ قَالَ سَمِعْتُ أَبَا هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « يُقْبَضُ الْعِلْمُ ، وَيَظْهَرُ الْجَهْلُ وَالْفِتَنُ ، وَيَكْثُرُ الْهَرْجُ » . قِيلَ يَا رَسُولَ اللَّهِ وَمَا الْهَرْجُ فَقَالَ هَكَذَا بِيَدِهِ ، فَحَرَّفَهَا ، كَأَنَّهُ يُرِيدُ الْقَتْلَ .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: “(Qiyamətə yaxın) elm aradan qaldırılacaq, cəhalət və fitnələr üzə çıxacaq və “hərc” çoxalacaq”. Ondan soruşdular: “Ey Allahın Elçisi, “hərc” nədir?” O, əlini çəpinə şəkildə yuxarıdan aşağı endirib, sanki qətli qəsd edərək: “Bax, belə”– deyə buyurdu.”

Əbu Hureyra
Buxari, 85 (Elm, 27)Səhih

حَدَّثَنَا مُوسَى بْنُ إِسْمَاعِيلَ قَالَ حَدَّثَنَا وُهَيْبٌ قَالَ حَدَّثَنَا هِشَامٌ عَنْ فَاطِمَةَ عَنْ أَسْمَاءَ قَالَتْ أَتَيْتُ عَائِشَةَ وَهِىَ تُصَلِّى فَقُلْتُ مَا شَأْنُ النَّاسِ فَأَشَارَتْ إِلَى السَّمَاءِ ، فَإِذَا النَّاسُ قِيَامٌ ، فَقَالَتْ سُبْحَانَ اللَّهِ . قُلْتُ آيَةٌ فَأَشَارَتْ بِرَأْسِهَا ، أَىْ نَعَمْ ، فَقُمْتُ حَتَّى تَجَلاَّنِى الْغَشْىُ ، فَجَعَلْتُ أَصُبُّ عَلَى رَأْسِى الْمَاءَ ، فَحَمِدَ اللَّهَ عَزَّ وَجَلَّ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَأَثْنَى عَلَيْهِ ، ثُمَّ قَالَ « مَا مِنْ شَىْءٍ لَمْ أَكُنْ أُرِيتُهُ إِلاَّ رَأَيْتُهُ فِى مَقَامِى حَتَّى الْجَنَّةَ وَالنَّارَ ، فَأُوحِىَ إِلَىَّ أَنَّكُمْ تُفْتَنُونَ فِى قُبُورِكُمْ ، مِثْلَ - أَوْ قَرِيبًا لاَ أَدْرِى أَىَّ ذَلِكَ قَالَتْ أَسْمَاءُ - مِنْ فِتْنَةِ الْمَسِيحِ الدَّجَّالِ ، يُقَالُ مَا عِلْمُكَ بِهَذَا الرَّجُلِ فَأَمَّا الْمُؤْمِنُ - أَوِ الْمُوقِنُ لاَ أَدْرِى بِأَيِّهِمَا قَالَتْ أَسْمَاءُ - فَيَقُولُ هُوَ مُحَمَّدٌ رَسُولُ اللَّهِ جَاءَنَا بِالْبَيِّنَاتِ وَالْهُدَى ، فَأَجَبْنَا وَاتَّبَعْنَا ، هُوَ مُحَمَّدٌ . ثَلاَثًا ، فَيُقَالُ نَمْ صَالِحًا ، قَدْ عَلِمْنَا إِنْ كُنْتَ لَمُوقِنًا بِهِ ، وَأَمَّا الْمُنَافِقُ - أَوِ الْمُرْتَابُ لاَ أَدْرِى أَىَّ ذَلِكَ قَالَتْ أَسْمَاءُ - فَيَقُولُ لاَ أَدْرِى ، سَمِعْتُ النَّاسَ يَقُولُونَ شَيْئًا فَقُلْتُهُ » .

“Rəvayət edilir ki, Əsma ﵂ demişdir: “(Günəş tutulduğu zaman) mən Aişənin yanına gəldim, o vaxt o, namaz qılırdı. Mən: “İnsanlara nə olub?”– deyə soruşdum. O, (günəşin tutulduğunu bildirməkdən ötrü əli ilə) göyə işarə etdi. (Mən məscidə tərəf baxdıqda gördüm ki,) camaat namaz qılır. Aişə dedi: “Allah pak və müqəddəsdir!” Mən: “Bu, əlamətdirmi?”– deyə soruşdum. O, mənim sözümü təsdiqləmək üçün başı ilə işarə etdi. Bu səbəbdən mən də namaza durdum. Halsızlaşıb əldən düşdükdə başıma su tökməyə başladım. Namazdan sonra Peyğəmbər ﷺ Allaha ﷿ həmd edib Onun şəninə təriflər dedi, sonra da belə buyurdu: “Bu yerdə mən, əvvəllər mənə göstərilmiş hər bir şeyi, Cənnət və Cəhənnəmi belə gördüm. Mənə vəhy olundu ki, siz qəbirlərinizdə məsih Dəccalın imtahanına bənzər (və ya buna yaxın) bir imtahana çəkiləcəksiniz. (Vəfat edən kimsədən): “Bu kişi haqqında nə bilirsən?”– deyə soruşacaqlar. Mömin (yaxud yəqinliklə inanan) bəndə: “Bu, Allahın Elçisi Muhəmməddir. O bizə dəlillər və doğru yol göstəricisi gətirdi. Biz də (onun dəvətini) qəbul edib onun ardınca getdik. Bu, Muhəmməddir!”– deyəcək. O bunu üç dəfə təkrar edəcək. Bundan sonra (mələklər) ona deyəcəklər: “Rahat yat! Biz artıq sənin ona yəqinliklə iman gətirdiyini bildik”. Münafiq (və ya qəlbində şübhə olan) adam isə deyəcək: “Bilmirəm, mən sadəcə insanların bəzi şeylər danışdıqlarını eşidir və həmin şeyi deyirdim”.”

Əsma
Buxari, 86 (Elm, 28)Səhih

حَدَّثَنَا صَدَقَةُ أَخْبَرَنَا ابْنُ عُيَيْنَةَ عَنْ مَعْمَرٍ عَنِ الزُّهْرِىِّ عَنْ هِنْدٍ عَنْ أُمِّ سَلَمَةَ وَعَمْرٍو وَيَحْيَى بْنِ سَعِيدٍ عَنِ الزُّهْرِىِّ عَنْ هِنْدٍ عَنْ أُمِّ سَلَمَةَ قَالَتِ اسْتَيْقَظَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ لَيْلَةٍ فَقَالَ « سُبْحَانَ اللَّهِ مَاذَا أُنْزِلَ اللَّيْلَةَ مِنَ الْفِتَنِ وَمَاذَا فُتِحَ مِنَ الْخَزَائِنِ أَيْقِظُوا صَوَاحِبَاتِ الْحُجَرِ ، فَرُبَّ كَاسِيَةٍ فِى الدُّنْيَا عَارِيَةٍ فِى الآخِرَةِ » .

“Rəvayət edilir ki, Ummu Sələmə ﵂ demişdir: “Bir dəfə Peyğəmbər ﷺ gecə vaxtı yuxudan oyanıb dedi: “Subhən-Allah! Bu gecə necə fitnələr nazil oldu, necə xəzinələr açıldı! Hücrələrin sahiblərini oyadın. Bu dünyada əynində paltarı olan neçə-neçə qadınlar var ki, Axirətdə lüt olacaqlar”.”

Ummu Sələmə
Buxari, 115 (Elm, 57)Səhih

حَدَّثَنَا حَجَّاجٌ قَالَ حَدَّثَنَا شُعْبَةُ قَالَ أَخْبَرَنِى عَلِىُّ بْنُ مُدْرِكٍ عَنْ أَبِى زُرْعَةَ عَنْ جَرِيرٍ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ لَهُ فِى حَجَّةِ الْوَدَاعِ « اسْتَنْصِتِ النَّاسَ » فَقَالَ « لاَ تَرْجِعُوا بَعْدِى كُفَّارًا يَضْرِبُ بَعْضُكُمْ رِقَابَ بَعْضٍ » .

“Rəvayət edilir ki, Peyğəmbər ﷺ Vida həccində Cərirə dedi: “İnsanlara susub dinləməyi əmr et”. O, camaat susduqdan sonra belə buyurdu: “Məndən sonra bir-birinin boynunu vuran kafirlərdən olmayın!””

Cərir
Buxari, 121 (Elm, 63)Səhih

حَدَّثَنَا إِسْمَاعِيلُ قَالَ حَدَّثَنِى مَالِكٌ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ عَنِ امْرَأَتِهِ فَاطِمَةَ عَنْ جَدَّتِهَا أَسْمَاءَ بِنْتِ أَبِى بَكْرٍ أَنَّهَا قَالَتْ أَتَيْتُ عَائِشَةَ زَوْجَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ حِينَ خَسَفَتِ الشَّمْسُ ، فَإِذَا النَّاسُ قِيَامٌ يُصَلُّونَ ، وَإِذَا هِىَ قَائِمَةٌ تُصَلِّى فَقُلْتُ مَا لِلنَّاسِ فَأَشَارَتْ بِيَدِهَا نَحْوَ السَّمَاءِ وَقَالَتْ سُبْحَانَ اللَّهِ . فَقُلْتُ آيَةٌ فَأَشَارَتْ أَىْ نَعَمْ . فَقُمْتُ حَتَّى تَجَلاَّنِى الْغَشْىُ ، وَجَعَلْتُ أَصُبُّ فَوْقَ رَأْسِى مَاءً ، فَلَمَّا انْصَرَفَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ حَمِدَ اللَّهَ وَأَثْنَى عَلَيْهِ ، ثُمَّ قَالَ « مَا مِنْ شَىْءٍ كُنْتُ لَمْ أَرَهُ إِلاَّ قَدْ رَأَيْتُهُ فِى مَقَامِى هَذَا حَتَّى الْجَنَّةِ وَالنَّارِ ، وَلَقَدْ أُوحِىَ إِلَىَّ أَنَّكُمْ تُفْتَنُونَ فِى الْقُبُورِ مِثْلَ أَوْ قَرِيبًا مِنْ فِتْنَةِ الدَّجَّالِ - لاَ أَدْرِى أَىَّ ذَلِكَ قَالَتْ أَسْمَاءُ - يُؤْتَى أَحَدُكُمْ فَيُقَالُ مَا عِلْمُكَ بِهَذَا الرَّجُلِ فَأَمَّا الْمُؤْمِنُ - أَوِ الْمُوقِنُ لاَ أَدْرِى أَىَّ ذَلِكَ قَالَتْ أَسْمَاءُ - فَيَقُولُ هُوَ مُحَمَّدٌ رَسُولُ اللَّهِ ، جَاءَنَا بِالْبَيِّنَاتِ وَالْهُدَى ، فَأَجَبْنَا وَآمَنَّا وَاتَّبَعْنَا ، فَيُقَالُ نَمْ صَالِحًا ، فَقَدْ عَلِمْنَا إِنْ كُنْتَ لَمُؤْمِنًا ، وَأَمَّا الْمُنَافِقُ - أَوِ الْمُرْتَابُ لاَ أَدْرِى أَىَّ ذَلِكَ قَالَتْ أَسْمَاءُ - فَيَقُولُ لاَ أَدْرِى ، سَمِعْتُ النَّاسَ يَقُولُونَ شَيْئًا فَقُلْتُهُ » .

“Rəvayət edilir ki, Əsma bint Əbu Bəkr ﵄ demişdir: “Günəş tutulduğu vaxt mən Peyğəmbərin zövcəsi Aişənin yanına gəldim, camaat o vaxt namaz qılırdı. Aişə də namaz qılmaq üçün qalxmışdı. Mən: “İnsanlara nə olub?”– deyə soruşdum. O, (günəşin tutulduğunu bildirmək üçün) əli ilə göyə işarə etdi və: “Subhən-Allah!”– dedi. Mən: “Bu, əlamətdirmi?”– deyə soruşdum. O, işarə edib mənim sözümü təsdiqlədi. Bu səbəbdən mən də namaza durdum. Nəhayət, halsızlaşıb əldən düşdüm və başıma su tökməyə başladım. Namazdan sonra Allah Elçisi ﷺ Allaha həmd edib Onun şəninə təriflər dedi, sonra da belə buyurdu: “Bu yerdə mən, əvvəllər mənə göstərilmiş hər bir şeyi, hətta Cənnət və Cəhənnəmi də gördüm. Mənə vəhy olundu ki, siz qəbirlərinizdə məsih Dəccalın imtahanına bənzər (və ya buna yaxın) bir imtahana çəkiləcəksiniz. (Dünyasını dəyişmiş kimsənin) yanına gəlib: “Bu kişi (Muhəmməd Peyğəmbər ﷺ) haqqında nə bilirsən?”– deyə soruşacaqlar. Mömin (yaxud yəqinliklə inanan) bəndə: “Bu, Allahın elçisi Muhəmməddir. O bizə dəlillər və doğru yol göstəricisi gətirdi. Biz də (onun dəvətini) qəbul edib iman etdik və (onun) ardınca getdik!”– deyəcək. Bundan sonra (mələklər) ona: “Rahat yat! Biz artıq sənin ona qətiyyətlə iman gətirdiyini bildik”– deyəcəklər. Münafiq (və ya qəlbində şübhə olan) adam isə: “Bilmirəm, mən sadəcə insanların bəzi şeylər danışdıqlarını eşidir və həmin şeyi deyirdim”– deyəcək”.”

Əsma bint Əbu Bəkr
Buxari, 184 (Dəstəmaz, 50)Səhih

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ مُخْتَارٍ قَالَ حَدَّثَنَا خَالِدٌ الْحَذَّاءُ عَنْ عِكْرِمَةَ قَالَ لِى ابْنُ عَبَّاسٍ وَلاِبْنِهِ عَلِىٍّ انْطَلِقَا إِلَى أَبِى سَعِيدٍ فَاسْمَعَا مِنْ حَدِيثِهِ . فَانْطَلَقْنَا فَإِذَا هُوَ فِى حَائِطٍ يُصْلِحُهُ ، فَأَخَذَ رِدَاءَهُ فَاحْتَبَى ، ثُمَّ أَنْشَأَ يُحَدِّثُنَا حَتَّى أَتَى ذِكْرُ بِنَاءِ الْمَسْجِدِ فَقَالَ كُنَّا نَحْمِلُ لَبِنَةً لَبِنَةً ، وَعَمَّارٌ لَبِنَتَيْنِ لَبِنَتَيْنِ ، فَرَآهُ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَيَنْفُضُ التُّرَابَ عَنْهُ وَيَقُولُ « وَيْحَ عَمَّارٍ تَقْتُلُهُ الْفِئَةُ الْبَاغِيَةُ ، يَدْعُوهُمْ إِلَى الْجَنَّةِ ، وَيَدْعُونَهُ إِلَى النَّارِ » . قَالَ يَقُولُ عَمَّارٌ أَعُوذُ بِاللَّهِ مِنَ الْفِتَنِ .

“Rəvayət edilir ki, İkrimə ﵀ demişdir: “Bir dəfə İbn Abbas mənə və oğlu Əliyə dedi: “Əbu Səid əl-Xudrinin yanına gedin və rəvayət etdiyi hədislərə qulaq asın”. Biz gedib gördük ki, o, bağda işləyir. O bizi görən kimi üst geyimini götürüb ona büründü. Sonra bizə hədis danışmağa başladı və məscidin tikilməsini xatırlayaraq belə dedi: “Biz kərpicləri bir-bir götürüb daşıyırdıq, Əmmar isə onları iki-iki götürürdü. Peyğəmbər ﷺ Əmmarın canfəşanlığını görəndə ona yaxınlaşdı və onun üstündəki tozu çırpa-çırpa dedi: “Yazıq Əmmar! Onu bağilərdən bir dəstə öldürəcək. (Əmmar) onları Cənnətə, onlar isə onu Cəhənnəmə çağıracaqlar”. Əbu Səid dedi: “Əmmar bu sözləri eşidib dedi: “Mən bu fitnədən Allaha sığınıram!””

İkrimə
Buxari, 447 (Namaz, 99)Səhih

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَحْيَى عَنِ الأَعْمَشِ قَالَ حَدَّثَنِى شَقِيقٌ قَالَ سَمِعْتُ حُذَيْفَةَ قَالَ كُنَّا جُلُوسًا عِنْدَ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُ فَقَالَ أَيُّكُمْ يَحْفَظُ قَوْلَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى الْفِتْنَةِ قُلْتُ أَنَا ، كَمَا قَالَهُ . قَالَ إِنَّكَ عَلَيْهِ - أَوْ عَلَيْهَا - لَجَرِىءٌ . قُلْتُ « فِتْنَةُ الرَّجُلِ فِى أَهْلِهِ وَمَالِهِ وَوَلَدِهِ وَجَارِهِ تُكَفِّرُهَا الصَّلاَةُ وَالصَّوْمُ وَالصَّدَقَةُ وَالأَمْرُ وَالنَّهْىُ » . قَالَ لَيْسَ هَذَا أُرِيدُ ، وَلَكِنِ الْفِتْنَةُ الَّتِى تَمُوجُ كَمَا يَمُوجُ الْبَحْرُ . قَالَ لَيْسَ عَلَيْكَ مِنْهَا بَأْسٌ يَا أَمِيرَ الْمُؤْمِنِينَ ، إِنَّ بَيْنَكَ وَبَيْنَهَا بَابًا مُغْلَقًا . قَالَ أَيُكْسَرُ أَمْ يُفْتَحُ قَالَ يُكْسَرُ . قَالَ إِذًا لاَ يُغْلَقَ أَبَدًا . قُلْنَا أَكَانَ عُمَرُ يَعْلَمُ الْبَابَ قَالَ نَعَمْ ، كَمَا أَنَّ دُونَ الْغَدِ اللَّيْلَةَ ، إِنِّى حَدَّثْتُهُ بِحَدِيثٍ لَيْسَ بِالأَغَالِيطِ . فَهِبْنَا أَنْ نَسْأَلَ حُذَيْفَةَ ، فَأَمَرْنَا مَسْرُوقًا فَسَأَلَهُ فَقَالَ الْبَابُ عُمَرُ .

“Rəvayət edilir ki, Huzeyfə ﵁ demişdir: “Bir dəfə biz Ömərin ﵁ yanında ikən o soruşdu: “Allah Elçisinin ﷺ fitnə haqda dediyi sözlər hansınızın yadındadır?” Mən dedim: “Mənim yadımdadır, özü də o dediyi kimi”. Ömər dedi: “Həqiqətən də, sən bu işdə çox cəsarətlisən”. Mən dedim: “İnsanın həyat yoldaşı, mal-dövləti, övladı və qonşusu üzündən düşdüyü fitnəni namaz, oruc, sədəqə, habelə insanlara yaxşı işlər görməyi əmr etmək və onları pis işlərdən çəkindirmək kimi ibadətlər silib aparır”. Ömər dedi: “Mən bunu deyil, elə bir fitnəni qəsd edirəm ki, o, araya lərzəyə gəlmiş dəniz kimi çaxnaşma salacaq”. Huzeyfə dedi: “Ey möminlərin əmiri! O fitnənin sənə heç bir zərəri yoxdur, çünki səninlə onun arasında bağlı bir qapı var”. Ömər soruşdu: “O qapı sındırılacaq, yoxsa açılacaq?” Huzeyfə: “Sındırılacaq”– deyə cavab verdi. Ömər dedi: “Deməli, bundan sonra o heç vaxt bağlanmayacaq”. Biz Huzeyfədən soruşduq: “Ömər bu qapının kim olduğunu bilirdimi?” O dedi: “Bəli, bunu gecədən sonra səhərin açılacağını bildiyi kimi bilirdi. Mən ona içində yalan olmayan bir hədis danışdım”. Biz Huzeyfədən soruşmağa cəsarət etmədik və Məsruqa Huzeyfədən: “Bu qapı kim idi?” deyə soruşdurduq. O dedi: “Bu qapı Ömər özü idi”.”

Huzeyfə
Buxari, 525 (Namaz vaxtları, 5)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ أَبَانَ حَدَّثَنَا غُنْدَرٌ عَنْ شُعْبَةَ عَنْ أَبِى التَّيَّاحِ أَنَّهُ سَمِعَ أَنَسَ بْنَ مَالِكٍ قَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لأَبِى ذَرٍّ « اسْمَعْ وَأَطِعْ ، وَلَوْ لِحَبَشِىٍّ كَأَنَّ رَأْسَهُ زَبِيبَةٌ » .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Peyğəmbər ﷺ Əbu Zərə belə buyurdu: “Başı kişmişə bənzər həbəşi olsa belə, (əmrlərini) eşidib ona itaət edin”.”

Ənəs ibn Malik
Buxari, 696 (Azan, 94)Səhih

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنَا عُرْوَةُ بْنُ الزُّبَيْرِ عَنْ عَائِشَةَ زَوْجِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَخْبَرَتْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَدْعُو فِى الصَّلاَةِ « اللَّهُمَّ إِنِّى أَعُوذُ بِكَ مِنْ عَذَابِ الْقَبْرِ وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ الْمَسِيحِ الدَّجَّالِ ، وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ الْمَحْيَا وَفِتْنَةِ الْمَمَاتِ ، اللَّهُمَّ إِنِّى أَعُوذُ بِكَ مِنَ الْمَأْثَمِ وَالْمَغْرَمِ » . فَقَالَ لَهُ قَائِلٌ مَا أَكْثَرَ مَا تَسْتَعِيذُ مِنَ الْمَغْرَمِ فَقَالَ « إِنَّ الرَّجُلَ إِذَا غَرِمَ حَدَّثَ فَكَذَبَ ، وَوَعَدَ فَأَخْلَفَ » .

“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ zövcəsi Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ namaz qılanda dua edib deyərdi: “Allahım, qəbir əzabından Sənə sığınıram. Məsih Dəccalın fitnəsindən Sənə sığınıram. Həyatın və ölümün fitnəsindən Sənə sığınıram. Allahım, günahdan və borcdan Sənə sığınıram”. Bir nəfər ondan soruşdu: “Sən nə üçün tez-tez borcdan ötrü Allaha sığınırsan?” Peyğəmbər ﷺ buyurdu: “Borca girən adam danışanda yalan danışır, söz verəndə sözünün üstündə durmur”.”

Aişə
Buxari, 832 (Azan, 230)Səhih

وَعَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى عُرْوَةُ أَنَّ عَائِشَةَ قَالَتْ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَسْتَعِيذُ فِى صَلاَتِهِ مِنْ فِتْنَةِ الدَّجَّالِ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Allah Elçisinin ﷺ namazda Dəccalın fitnəsindən Allaha sığındığını eşitmişəm”.”

Aişə
Buxari, 833 (Azan, 231)Səhih

وَقَالَ مَحْمُودٌ حَدَّثَنَا أَبُو أُسَامَةَ قَالَ حَدَّثَنَا هِشَامُ بْنُ عُرْوَةَ قَالَ أَخْبَرَتْنِى فَاطِمَةُ بِنْتُ الْمُنْذِرِ عَنْ أَسْمَاءَ بِنْتِ أَبِى بَكْرٍ قَالَتْ دَخَلْتُ عَلَى عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا وَالنَّاسُ يُصَلُّونَ قُلْتُ مَا شَأْنُ النَّاسِ فَأَشَارَتْ بِرَأْسِهَا إِلَى السَّمَاءِ . فَقُلْتُ آيَةٌ فَأَشَارَتْ بِرَأْسِهَا أَىْ نَعَمْ . قَالَتْ فَأَطَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جِدًّا حَتَّى تَجَلاَّنِى الْغَشْىُ وَإِلَى جَنْبِى قِرْبَةٌ فِيهَا مَاءٌ فَفَتَحْتُهَا فَجَعَلْتُ أَصُبُّ مِنْهَا عَلَى رَأْسِى ، فَانْصَرَفَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَقَدْ تَجَلَّتِ الشَّمْسُ ، فَخَطَبَ النَّاسَ ، وَحَمِدَ اللَّهَ بِمَا هُوَ أَهْلُهُ ثُمَّ قَالَ « أَمَّا بَعْدُ » . قَالَتْ وَلَغِطَ نِسْوَةٌ مِنَ الأَنْصَارِ ، فَانْكَفَأْتُ إِلَيْهِنَّ لأُسَكِّتَهُنَّ فَقُلْتُ لِعَائِشَةَ مَا قَالَ قَالَتْ قَالَ « مَا مِنْ شَىْءٍ لَمْ أَكُنْ أُرِيتُهُ إِلاَّ قَدْ رَأَيْتُهُ فِى مَقَامِى هَذَا حَتَّى الْجَنَّةَ وَالنَّارَ ، وَإِنَّهُ قَدْ أُوحِىَ إِلَىَّ أَنَّكُمْ تُفْتَنُونَ فِى الْقُبُورِ مِثْلَ - أَوْ قَرِيبَ مِنْ - فِتْنَةِ الْمَسِيحِ الدَّجَّالِ ، يُؤْتَى أَحَدُكُمْ ، فَيُقَالُ لَهُ مَا عِلْمُكَ بِهَذَا الرَّجُلِ فَأَمَّا الْمُؤْمِنُ - أَوْ قَالَ الْمُوقِنُ شَكَّ هِشَامٌ - فَيَقُولُ هُوَ رَسُولُ اللَّهِ ، هُوَ مُحَمَّدٌ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَاءَنَا بِالْبَيِّنَاتِ وَالْهُدَى فَآمَنَّا وَأَجَبْنَا وَاتَّبَعْنَا وَصَدَّقْنَا . فَيُقَالُ لَهُ نَمْ صَالِحًا ، قَدْ كُنَّا نَعْلَمُ إِنْ كُنْتَ لَتُؤْمِنُ بِهِ . وَأَمَّا الْمُنَافِقُ - أَوْ قَالَ الْمُرْتَابُ شَكَّ هِشَامٌ - فَيُقَالُ لَهُ مَا عِلْمُكَ بِهَذَا الرَّجُلِ فَيَقُولُ لاَ أَدْرِى ، سَمِعْتُ النَّاسَ يَقُولُونَ شَيْئًا فَقُلْتُهُ » . قَالَ هِشَامٌ فَلَقَدْ قَالَتْ لِى فَاطِمَةُ فَأَوْعَيْتُهُ ، غَيْرَ أَنَّهَا ذَكَرَتْ مَا يُغَلِّظُ عَلَيْهِ .

“Rəvayət edilir ki, Əsma bint Əbu Bəkr ﵂ demişdir: “(Günəş tutulduğu vaxt) mən Aişənin ﵂ yanına gəldim, o vaxt camaat namaz qılırdı. Mən: “İnsanlara nə olub?”– deyə soruşdum. O, (günəşin tutulduğunu bildirmək üçün) başı ilə göyə işarə etdi. Mən: “Bu, əlamətdirmi?”– deyə soruşdum. O, başı ilə işarə edib mənim sözümü təsdiqlədi. (Bu səbəbdən mən də namaza durdum). Allah Elçisi ﷺ namazı çox uzatdı və mən halsızlaşıb əldən düşdüm. Yanımda su ilə dolu qab var idi. Mən onun ağzını açıb başıma su tökməyə başladım. Allah Elçisi ﷺ namazı bitirdi, günəşin üzü də açılmışdı. Allah Elçisi ﷺ Allaha layiq olduğu şəkildə həmd etdikdən sonra camaata xütbə deyərək belə buyurdu: “Sonra isə...”. Əsma deyir: “Bu əsnada ənsardan olan bir dəstə qadın möhkəm səslə danışmağa başladılar. Mən də onları susdurmaq üçün üzümü onlara tərəf çevirdim. Buna görə də “Sonra isə...” sözündən sonra olanları eşitmədim. Aişədən: “Allah Elçisi ﷺ nə dedi?” deyə soruşdum. Aişə dedi: “Allah Elçisi ﷺ belə buyurdu: “Bu yerdə mən əvvəllər mənə göstərilmiş hər bir şeyi, hətta Cənnət və Cəhənnəmi gördüm. Mənə vəhy olundu ki, siz qəbirlərinizdə məsih Dəccalın imtahanına bənzər (və ya buna yaxın) bir imtahana çəkiləcəksiniz. (Dünyasını dəyişmiş kimsədən): “Bu kişi haqqında nə bilirsən?”– deyə soruşacaqlar. Mömin (yaxud yəqinliklə inanan) bəndə: “O, Allahın Elçisi ﷺ Muhəmməddir. O bizə dəlillər və doğru yol göstəricisi gətirdi. Biz də ona iman etdik, (onun dəvətini) qəbul etdik, onun ardınca getdik və onu təsdiq etdik”– deyəcək. Bundan sonra (mələklər) ona: “Rahat yat! Biz artıq sənin ona qətiyyətlə iman gətirdiyini bildik”– deyəcəklər. Münafiq və ya qəlbində şübhə olan adama gəldikdə isə (mələklər) ona deyəcəklər: “Bu kişi haqqında nə bilirsən?” O da: “Bilmirəm, mən sadəcə insanların bəzi şeylər danışdıqlarını eşidir və həmin şeyi mən də deyirdim”– deyəcək”. Ravi Hişam deyir: “And olsun ki, Fatimə (bint Munzir) bunları mənə danışmış, mən də eynilə əzbərləmişəm. Fatimənin demədiyi şeyləri isə əzbərimdə saxlamamışam”.”

Əsma bint Əbu Bəkr
Buxari, 922 (Cümə, 47)Səhih

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ قَالَ أَخْبَرَنَا أَبُو الزِّنَادِ عَنْ عَبْدِ الرَّحْمَنِ الأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ تَقُومُ السَّاعَةُ حَتَّى يُقْبَضَ الْعِلْمُ ، وَتَكْثُرَ الزَّلاَزِلُ ، وَيَتَقَارَبَ الزَّمَانُ ، وَتَظْهَرَ الْفِتَنُ ، وَيَكْثُرَ الْهَرْجُ - وَهْوَ الْقَتْلُ الْقَتْلُ - حَتَّى يَكْثُرَ فِيكُمُ الْمَالُ فَيَفِيضُ » .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Elm götürülməyincə, zəlzələlər çoxalmayınca, zaman qısalmayınca, fitnələr meydana çıxmayınca, öldürmək və öldürülmək olan hərc çoxalmayınca, sizin üçün mal-dövlət çoxalmadıqca Qiyamət qopmaz”.”

Əbu Hureyra
Buxari, 1036 (İstisqa, 32)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى قَالَ حَدَّثَنَا حُسَيْنُ بْنُ الْحَسَنِ قَالَ حَدَّثَنَا ابْنُ عَوْنٍ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ قَالَ اللَّهُمَّ بَارِكْ لَنَا فِى شَامِنَا وَفِى يَمَنِنَا . قَالَ قَالُوا وَفِى نَجْدِنَا قَالَ قَالَ اللَّهُمَّ بَارِكْ لَنَا فِى شَامِنَا وَفِى يَمَنِنَا . قَالَ قَالُوا وَفِى نَجْدِنَا قَالَ قَالَ هُنَاكَ الزَّلاَزِلُ وَالْفِتَنُ ، وَبِهَا يَطْلُعُ قَرْنُ الشَّيْطَانِ .

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allahım, Şamımızda və Yəmənimizdə bizə xeyir-bərəkət ver!” Səhabələr dedilər: “Bəs Nəcdimizdə?” O yenə dedi: “Allahım, Şamımızda və Yəmənimizdə bizə xeyir-bərəkət ver!” Səhabələr yenə dedilər: “Bəs Nəcdimizdə?” Onda Peyğəmbər ﷺ buyurdu: “Orada zəlzələlər və fəsadlar baş verəcək və oradan şeytanın buynuzu çıxacaq”.”

İbn Ömər
Buxari, 1037 (İstisqa, 33)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ عَنِ امْرَأَتِهِ فَاطِمَةَ بِنْتِ الْمُنْذِرِ عَنْ أَسْمَاءَ بِنْتِ أَبِى بَكْرٍ رَضِىَ اللهُ عَنْهُمَا أَنَّهَا قَالَتْ أَتَيْتُ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا زَوْجَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حِينَ خَسَفَتِ الشَّمْسُ ، فَإِذَا النَّاسُ قِيَامٌ يُصَلُّونَ ، وَإِذَا هِىَ قَائِمَةٌ تُصَلِّى فَقُلْتُ مَا لِلنَّاسِ فَأَشَارَتْ بِيَدِهَا إِلَى السَّمَاءِ ، وَقَالَتْ سُبْحَانَ اللَّهِ . فَقُلْتُ آيَةٌ فَأَشَارَتْ أَىْ نَعَمْ . قَالَتْ فَقُمْتُ حَتَّى تَجَلاَّنِى الْغَشْىُ ، فَجَعَلْتُ أَصُبُّ فَوْقَ رَأْسِى الْمَاءَ ، فَلَمَّا انْصَرَفَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَمِدَ اللَّهَ وَأَثْنَى عَلَيْهِ ثُمَّ قَالَ « مَا مِنْ شَىْءٍ كُنْتُ لَمْ أَرَهُ إِلاَّ قَدْ رَأَيْتُهُ فِى مَقَامِى هَذَا حَتَّى الْجَنَّةَ وَالنَّارَ ، وَلَقَدْ أُوحِىَ إِلَىَّ أَنَّكُمْ تُفْتَنُونَ فِى الْقُبُورِ مِثْلَ - أَوْ قَرِيبًا مِنْ - فِتْنَةِ الدَّجَّالِ - لاَ أَدْرِى أَيَّتَهُمَا قَالَتْ أَسْمَاءُ - يُؤْتَى أَحَدُكُمْ فَيُقَالُ لَهُ مَا عِلْمُكَ بِهَذَا الرَّجُلِ فَأَمَّا الْمُؤْمِنُ - أَوِ الْمُوقِنُ لاَ أَدْرِى أَىَّ ذَلِكَ قَالَتْ أَسْمَاءُ - فَيَقُولُ مُحَمَّدٌ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَاءَنَا بِالْبَيِّنَاتِ وَالْهُدَى ، فَأَجَبْنَا وَآمَنَّا وَاتَّبَعْنَا . فَيُقَالُ لَهُ نَمْ صَالِحًا ، فَقَدْ عَلِمْنَا إِنْ كُنْتَ لَمُوقِنًا . وَأَمَّا الْمُنَافِقُ - أَوِ الْمُرْتَابُ لاَ أَدْرِى أَيَّتَهُمَا قَالَتْ أَسْمَاءُ - فَيَقُولُ لاَ أَدْرِى ، سَمِعْتُ النَّاسَ يَقُولُونَ شَيْئًا فَقُلْتُهُ » .

“Rəvayət edilir ki, Əsma bint Əbu Bəkr ﵂ demişdir: “Günəş tutulduğu vaxt mən Peyğəmbərin ﷺ zövcəsi Aişənin ﵂ yanına gəldim. İnsanlar ayaq üstə namaz qılırdılar. Aişə də ayaq üstə idi deyə ona dedim: “İnsanlara nə olub?” O, (günəşin tutulduğunu bildirmək üçün) əli ilə göyə işarə etdi və: “Subhən-Allah!”– dedi. Mən: “Bu, əlamətdirmi?”– deyə soruşdum. O, başı ilə işarə edib mənim sözümü təsdiqlədi. Bu səbəbdən mən də namaza durdum. Nəhayət, halsızlaşıb əldən düşdüm və başıma su tökməyə başladım. Namazı bitirdikdə Allah Elçisi ﷺ Allaha ﷿ həmd edib, Onun şəninə təriflər dedi, sonra da belə buyurdu: “Bu yerdə mən əvvəllər mənə göstərilmiş hər bir şeyi, hətta Cənnət və Cəhənnəmi gördüm. Allaha and olsun ki, mənə sizin qəbirlərinizdə məsih Dəccalın imtahanına bənzər (və ya buna yaxın) bir imtahana çəkiləcəyiniz vəhy olundu. (Dünyasını dəyişmiş kimsədən): “Bu kişi haqqında nə bilirsən?”– deyə soruşacaqlar. Mömin (yaxud yəqinliklə inanan) bəndə: “Bu, Allahın elçisi Muhəmməddir. O bizə dəlillər və doğru yol göstəricisi gətirdi. Biz də (onun dəvətini) qəbul edib, ona iman gətirdik və (onun) ardınca getdik. Bu, Muhəmməddir!”– deyəcək. Bundan sonra (mələklər) ona: “Rahat yat! Biz artıq sənin ona qətiyyətlə iman gətirdiyini bildik”– deyəcəklər. Münafiq (və ya qəlbində şübhə olan) adam isə: “Bilmirəm, mən sadəcə insanların bəzi şeylər danışdıqlarını eşidir və həmin şeyi mən də deyirdim”– deyəcək”.”

Əsma bint Əbu Bəkr
Buxari, 1053 (Kusuf, 14)Səhih

حَدَّثَنَا ابْنُ مُقَاتِلٍ أَخْبَرَنَا عَبْدُ اللَّهِ أَخْبَرَنَا مَعْمَرٌ عَنِ الزُّهْرِىِّ عَنْ هِنْدٍ بِنْتِ الْحَارِثِ عَنْ أُمِّ سَلَمَةَ رَضِيَ اللَّهُ عَنْهَا أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ اسْتَيْقَظَ لَيْلَةً فَقَالَ « سُبْحَانَ اللَّهِ مَاذَا أُنْزِلَ اللَّيْلَةَ مِنَ الْفِتْنَةِ ، مَاذَا أُنْزِلَ مِنَ الْخَزَائِنِ مَنْ يُوقِظُ صَوَاحِبَ الْحُجُرَاتِ ، يَا رُبَّ كَاسِيَةٍ فِى الدُّنْيَا عَارِيَةٍ فِى الآخِرَةِ » .

“Rəvayət edilir ki, Ummu Sələmə ﵂ demişdir: “Bir gecə Peyğəmbər ﷺ oyanıb belə buyurdu: “Subhən-Allah! Bu gecə necə fitnələr nazil oldu, necə xəzinələr endirildi! Hücrələrin sahiblərini kim oyadacaq? Bu dünyada əynində paltarı olan neçə-neçə qadınlar var ki, Axirətdə lüt olacaqlar”.”

Ummu Sələmə
Buxari, 1126 (Təhəccüd, 7)Səhih

وَحَدَّثَنِى أَبُو الطَّاهِرِ وَحَرْمَلَةُ بْنُ يَحْيَى قَالاَ أَخْبَرَنَا ابْنُ وَهْبٍ قَالَ أَخْبَرَنِى يُونُسُ عَنِ ابْنِ شِهَابٍ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ بْنِ عُتْبَةَ أَنَّ عَبْدَ اللَّهِ بْنَ مَسْعُودٍ قَالَ مَا أَنْتَ بِمُحَدِّثٍ قَوْمًا حَدِيثًا لاَ تَبْلُغُهُ عُقُولُهُمْ إِلاَّ كَانَ لِبَعْضِهِمْ فِتْنَةً.

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Bir topluma ağılları kəsmədiyi bir hədisi danışsan, bu hədis onların bəzisi üçün mütləq bir fitnə olar”.”

Abdullah ibn Məsud
Muslim, 14 (Müqəddimə, 14)Səhih

وَحَدَّثَنِى حَرْمَلَةُ بْنُ يَحْيَى بْنِ عَبْدِ اللَّهِ بْنِ حَرْمَلَةَ بْنِ عِمْرَانَ التُّجِيبِىُّ قَالَ حَدَّثَنَا ابْنُ وَهْبٍ قَالَ حَدَّثَنِى أَبُو شُرَيْحٍ أَنَّهُ سَمِعَ شَرَاحِيلَ بْنَ يَزِيدَ يَقُولُ أَخْبَرَنِى مُسْلِمُ بْنُ يَسَارٍ أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ يَقُولُ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « يَكُونُ فِى آخِرِ الزَّمَانِ دَجَّالُونَ كَذَّابُونَ يَأْتُونَكُمْ مِنَ الأَحَادِيثِ بِمَا لَمْ تَسْمَعُوا أَنْتُمْ وَلاَ آبَاؤُكُمْ فَإِيَّاكُمْ وَإِيَّاهُمْ لاَ يُضِلُّونَكُمْ وَلاَ يَفْتِنُونَكُمْ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Axırzamanda (çoxlu) gopçular və yalançılar meydana gələcək. Onlar sizə nə sizin, nə də atalarınızın eşitmədiyi uydurma hədisləri danışacaqlar. Onlardan uzaq olun, uzaq! Nəbadə, nəbadə sizi doğru yoldan azdırıb fitnəyə məruz qoysunlar”.”

Əbu Hureyra
Muslim, 16 (Müqəddimə, 16)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا أَبُو خَالِدٍ الأَحْمَرُ ح وَحَدَّثَنَا أَبُو كُرَيْبٍ وَإِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ عَنْ أَبِى مُعَاوِيَةَ كِلاَهُمَا عَنِ الأَعْمَشِ عَنْ أَبِى ظِبْيَانَ عَنْ أُسَامَةَ بْنِ زَيْدٍ وَهَذَا حَدِيثُ ابْنِ أَبِى شَيْبَةَ قَالَ بَعَثَنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى سَرِيَّةٍ فَصَبَّحْنَا الْحُرَقَاتِ مِنْ جُهَيْنَةَ فَأَدْرَكْتُ رَجُلاً فَقَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ. فَطَعَنْتُهُ فَوَقَعَ فِى نَفْسِى مِنْ ذَلِكَ فَذَكَرْتُهُ لِلنَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أَقَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَقَتَلْتَهُ ». قَالَ قُلْتُ يَا رَسُولَ اللَّهِ إِنَّمَا قَالَهَا خَوْفًا مِنَ السِّلاَحِ. قَالَ « أَفَلاَ شَقَقْتَ عَنْ قَلْبِهِ حَتَّى تَعْلَمَ أَقَالَهَا أَمْ لاَ ». فَمَازَالَ يُكَرِّرُهَا عَلَىَّ حَتَّى تَمَنَّيْتُ أَنِّى أَسْلَمْتُ يَوْمَئِذٍ. قَالَ فَقَالَ سَعْدٌ وَأَنَا وَاللَّهِ لاَ أَقْتُلُ مُسْلِمًا حَتَّى يَقْتُلَهُ ذُو الْبُطَيْنِ. يَعْنِى أُسَامَةَ قَالَ قَالَ رَجُلٌ أَلَمْ يَقُلِ اللَّهُ {وَقَاتِلُوهُمْ حَتَّى لاَ تَكُونَ فِتْنَةٌ وَيَكُونَ الدِّينُ كُلُّهُ لِلَّهِ} فَقَالَ سَعْدٌ قَدْ قَاتَلْنَا حَتَّى لاَ تَكُونَ فِتْنَةٌ وَأَنْتَ وَأَصْحَابُكَ تُرِيدُونَ أَنْ تُقَاتِلُوا حَتَّى تَكُونَ فِتْنَةٌ.

“Rəvayət edilir ki, Usamə ibn Zeyd ﵁ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ bizi döyüşə göndərdi. Biz gəlib səhərə yaxın Cuheynədəki Huraqa (qövmünə) hücum etdik. Orada mən kafirlərdən birini yaxaladım. O: “Lə iləhə illəllah!”, – dedi, lakin mən onu vurub öldürdüm. Sonra qəlbimə şübhə düşdü. Mən bu hadisəni Allah Elçisinə ﷺ danışdım. Allah Elçisi ﷺ buyurdu: “O, “lə iləhə illəllah” dediyi halda sən onu öldürdün?!” Mən dedim: “Ey Allahın Elçisi, o, silahdan qorxub belə dedi”. Allah Elçisi ﷺ buyurdu: “Məgər sən onun qəlbini yarıb baxmışdın ki, onun bu sözü (qəlbən) dediyini biləsən?” Allah Elçisi ﷺ bu sözü mənə o qədər təkrar etdi ki, axırda mən öz-özümə: “Kaş ki, mən İslamı bu gün qəbul etmiş olaydım”, – deyə təmənna etdim”. Səd ibn Əbu Vəqqas dedi: “Allaha and olsun, bu yekəqarın – Usamə – (Allaha təslim olmuş) bir kəsi öldürməyincə mən heç vaxt heç bir müsəlmanı öldürməyəcəyəm”. (Bunu eşidən xavaric etiqadlı) bir adam dedi: “Məgər Allah buyurmur: “Fitnə aradan qalxana qədər və din tamamilə yalnız Allaha həsr edilənədək onlarla vuruşun!” (əl-Ənfal, 39)”. Səd dedi: “Biz vuruşurduq ki, fitnə aradan qalxsın. Sən və sənin yoldaşların isə fitnənin yayılması üçün vuruşursunuz”.”

Usamə ibn Zeyd
Muslim, 287 (İman, 186)Səhih

حَدَّثَنَا أَحْمَدُ بْنُ الْحَسَنِ بْنِ خِرَاشٍ حَدَّثَنَا عَمْرُو بْنُ عَاصِمٍ حَدَّثَنَا مُعْتَمِرٌ قَالَ سَمِعْتُ أَبِى يُحَدِّثُ أَنَّ خَالِدًا الأَثْبَجَ ابْنَ أَخِى صَفْوَانَ بْنِ مُحْرِزٍ حَدَّثَ عَنْ صَفْوَانَ بْنِ مُحْرِزٍ أَنَّهُ حَدَّثَ أَنَّ جُنْدَبَ بْنَ عَبْدِ اللَّهِ الْبَجَلِىَّ بَعَثَ إِلَى عَسْعَسِ بْنِ سَلاَمَةَ زَمَنَ فِتْنَةِ ابْنِ الزُّبَيْرِ فَقَالَ اجْمَعْ لِى نَفَرًا مِنْ إِخْوَانِكَ حَتَّى أُحَدِّثَهُمْ. فَبَعَثَ رَسُولاً إِلَيْهِمْ فَلَمَّا اجْتَمَعُوا جَاءَ جُنْدَبٌ وَعَلَيْهِ بُرْنُسٌ أَصْفَرُ فَقَالَ تَحَدَّثُوا بِمَا كُنْتُمْ تَحَدَّثُونَ بِهِ. حَتَّى دَارَ الْحَدِيثُ فَلَمَّا دَارَ الْحَدِيثُ إِلَيْهِ حَسَرَ الْبُرْنُسَ عَنْ رَأْسِهِ فَقَالَ إِنِّى أَتَيْتُكُمْ وَلاَ أُرِيدُ أَنْ أُخْبِرَكُمْ عَنْ نَبِيِّكُمْ إِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَعَثَ بَعْثًا مِنَ الْمُسْلِمِينَ إِلَى قَوْمٍ مِنَ الْمُشْرِكِينَ وَإِنَّهُمُ الْتَقَوْا فَكَانَ رَجُلٌ مِنَ الْمُشْرِكِينَ إِذَا شَاءَ أَنْ يَقْصِدَ إِلَى رَجُلٍ مِنَ الْمُسْلِمِينَ قَصَدَ لَهُ فَقَتَلَهُ وَإِنَّ رَجُلاً مِنَ الْمُسْلِمِينَ قَصَدَ غَفْلَتَهُ قَالَ وَكُنَّا نُحَدَّثُ أَنَّهُ أُسَامَةُ بْنُ زَيْدٍ فَلَمَّا رَفَعَ عَلَيْهِ السَّيْفَ قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ. فَقَتَلَهُ فَجَاءَ الْبَشِيرُ إِلَى النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَسَأَلَهُ فَأَخْبَرَهُ حَتَّى أَخْبَرَهُ خَبَرَ الرَّجُلِ كَيْفَ صَنَعَ فَدَعَاهُ فَسَأَلَهُ فَقَالَ « لِمَ قَتَلْتَهُ ». قَالَ يَا رَسُولَ اللَّهَ أَوْجَعَ فِى الْمُسْلِمِينَ وَقَتَلَ فُلاَنًا وَفُلاَنًا - وَسَمَّى لَهُ نَفَرًا - وَإِنِّى حَمَلْتُ عَلَيْهِ فَلَمَّا رَأَى السَّيْفَ قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ. قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أَقَتَلْتَهُ ». قَالَ نَعَمْ. قَالَ « فَكَيْفَ تَصْنَعُ بِلاَ إِلَهَ إِلاَّ اللَّهُ إِذَا جَاءَتْ يَوْمَ الْقِيَامَةِ ». قَالَ يَا رَسُولَ اللَّهِ اسْتَغْفِرْ لِى. قَالَ « وَكَيْفَ تَصْنَعُ بِلاَ إِلَهَ إِلاَّ اللَّهُ إِذَا جَاءَتْ يَوْمَ الْقِيَامَةِ ». قَالَ فَجَعَلَ لاَ يَزِيدُهُ عَلَى أَنْ يَقُولَ « كَيْفَ تَصْنَعُ بِلاَ إِلَهَ إِلاَّ اللَّهُ إِذَا جَاءَتْ يَوْمَ الْقِيَامَةِ ».

“Cundəb ibn Abdullah əl-Bəcəli, İbn Zubeyrin başına gələn fitnə zamanı As'as ibn Sələməyə xəbər göndərdi: “Dostlarından bir dəstə adam yığ, mən gəlib onlarla söhbət edəcəyəm”. As'as onların yanına bir adam göndərdi. Onlar toplandıqda Cundəb əynində sarı rəngli burnus onların yanına gəldi və dedi: “Nə söyləyəcəksinizsə, söyləyin”. Söhbət açıldı və Cundəbə söz verildikdə o, burnusu başından açıb dedi: “Mən sizin yanınıza gəlmişəm ki, sizə Peyğəmbərinizdən ﷺ xəbər verim. Bir dəfə Peyğəmbər ﷺ bir dəstə müsəlmanı müşrik olan bir tayfanın üstünə göndərdi. Bu dəstələr onlarla qarşılaşdılar. Döyüş əsnasında müşriklərdən biri müsəlmanlardan kimisə öldürmək istədikdə, qəsdinə durub onu öldürürdü. Müsəlmanlardan da biri gözləyib fürsət tapan kimi bu adamı öldürdü. Onun Usamə ibn Zeyd olduğu bizə xəbər verilmişdi. Usamə qılıncını kafirin başı üzərinə qaldırdıqda o: “Lə iləhə illəllah” demiş, amma Usamə onu öldürmüşdü. Müsəlmanlar düşməni məğlub etdikdən sonra müjdəçi Peyğəmbərin ﷺ yanına gəldi. Peyğəmbər ﷺ ondan döyüş barəsində soruşdu, o da baş verənləri ona xəbər verdi. Həmçinin Usamənin nə etdiyini də ona xəbər verdi. Onda Peyğəmbər ﷺ Usaməni çağırıb ondan soruşdu: “Onu niyə öldürdün?” Usamə dedi: “Ey Allahın Elçisi, o, müsəlmanlardan bir çoxunun canına qəsd etdi. Filankəsi və filankəsi öldürdü. (Usamə bir neçə adamın adını çəkdi). Mən də onun üstünə getdim. O, qılıncı görəndə: “Lə iləhə illəllah”, – dedi”. Allah Elçisi ﷺ soruşdu: “Sən də onu öldürdün?” Usamə dedi: “Mən: “Bəli”, – dedim”. Peyğəmbər ﷺ buyurdu: “Qiyamət günü “lə iləhə illəllah” kəlməsi (şahid kimi) gəldikdə sən nə edəcəksən?” Usamə dedi: “Ey Allahın Elçisi, mənim üçün bağışlanma dilə”. Peyğəmbər ﷺ buyurdu: “Qiyamət günü “lə iləhə illəllah” kəlməsi (şahid kimi) gəldikdə sən nə edəcəksən?” Peyğəmbər ﷺ: “Qiyamət günü “lə iləhə illəllah” kəlməsi (şahid olaraq) gəldikdə sən nə edəcəksən?” sözündən başqa bir söz demədi”.”

Cundəb ibn Abdullah əl-Bəcəli
Muslim, 289 (İman, 188)Səhih

حَدَّثَنِى يَحْيَى بْنُ أَيُّوبَ وَقُتَيْبَةُ وَابْنُ حُجْرٍ جَمِيعًا عَنْ إِسْمَاعِيلَ بْنِ جَعْفَرٍ - قَالَ ابْنُ أَيُّوبَ حَدَّثَنَا إِسْمَاعِيلُ - قَالَ أَخْبَرَنِى الْعَلاَءُ عَنْ أَبِيهِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « بَادِرُوا بِالأَعْمَالِ فِتَنًا كَقِطَعِ اللَّيْلِ الْمُظْلِمِ يُصْبِحُ الرَّجُلُ مُؤْمِنًا وَيُمْسِى كَافِرًا أَوْ يُمْسِى مُؤْمِنًا وَيُصْبِحُ كَافِرًا يَبِيعُ دِينَهُ بِعَرَضٍ مِنَ الدُّنْيَا ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Qaranlıq gecənin zülməti kimi (dəhşətli) fitnələrdən əvvəl yaxşı işlər görməkdə bir-birinizlə yarışın! Bu fitnələr zamanı insan mömin olaraq səhərə çıxar, kafir olaraq isə axşamı qarşılayar, yaxud mömin olaraq axşamı qarşılayar, kafir olaraq isə səhərə çıxar. Beləsi dünya mənfəəti müqabilində dinini satar”.”

Əbu Hureyra
Muslim, 328 (İman, 227)Səhih

وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ نُمَيْرٍ حَدَّثَنَا أَبُو خَالِدٍ - يَعْنِى سُلَيْمَانَ بْنَ حَيَّانَ - عَنْ سَعْدِ بْنِ طَارِقٍ عَنْ رِبْعِىٍّ عَنْ حُذَيْفَةَ قَالَ كُنَّا عِنْدَ عُمَرَ فَقَالَ أَيُّكُمْ سَمِعَ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَذْكُرُ الْفِتَنَ فَقَالَ قَوْمٌ نَحْنُ سَمِعْنَاهُ. فَقَالَ لَعَلَّكُمْ تَعْنُونَ فِتْنَةَ الرَّجُلِ فِى أَهْلِهِ وَجَارِهِ قَالُوا أَجَلْ. قَالَ تِلْكَ تُكَفِّرُهَا الصَّلاَةُ وَالصِّيَامُ وَالصَّدَقَةُ وَلَكِنْ أَيُّكُمْ سَمِعَ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَذْكُرُ الْفِتَنَ الَّتِى تَمُوجُ مَوْجَ الْبَحْرِ قَالَ حُذَيْفَةُ فَأَسْكَتَ الْقَوْمُ فَقُلْتُ أَنَا. قَالَ أَنْتَ لِلَّهِ أَبُوكَ. قَالَ حُذَيْفَةُ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « تُعْرَضُ الْفِتَنُ عَلَى الْقُلُوبِ كَالْحَصِيرِ عُودًا عُودًا فَأَىُّ قَلْبٍ أُشْرِبَهَا نُكِتَ فِيهِ نُكْتَةٌ سَوْدَاءُ وَأَىُّ قَلْبٍ أَنْكَرَهَا نُكِتَ فِيهِ نُكْتَةٌ بَيْضَاءُ حَتَّى تَصِيرَ عَلَى قَلْبَيْنِ عَلَى أَبْيَضَ مِثْلِ الصَّفَا فَلاَ تَضُرُّهُ فِتْنَةٌ مَا دَامَتِ السَّمَوَاتُ وَالأَرْضُ وَالآخَرُ أَسْوَدُ مُرْبَادًّا كَالْكُوزِ مُجَخِّيًا لاَ يَعْرِفُ مَعْرُوفًا وَلاَ يُنْكِرُ مُنْكَرًا إِلاَّ مَا أُشْرِبَ مِنْ هَوَاهُ ». قَالَ حُذَيْفَةُ وَحَدَّثْتُهُ أَنَّ بَيْنَكَ وَبَيْنَهَا بَابًا مُغْلَقًا يُوشِكُ أَنْ يُكْسَرَ. قَالَ عُمَرُ أَكَسْرًا لاَ أَبَا لَكَ فَلَوْ أَنَّهُ فُتِحَ لَعَلَّهُ كَانَ يُعَادُ. قُلْتُ لاَ بَلْ يُكْسَرُ. وَحَدَّثْتُهُ أَنَّ ذَلِكَ الْبَابَ رَجُلٌ يُقْتَلُ أَوْ يَمُوتُ. حَدِيثًا لَيْسَ بِالأَغَالِيطِ. قَالَ أَبُو خَالِدٍ فَقُلْتُ لِسَعْدٍ يَا أَبَا مَالِكٍ مَا أَسْوَدُ مُرْبَادًّا قَالَ شِدَّةُ الْبَيَاضِ فِى سَوَادٍ. قَالَ قُلْتُ فَمَا الْكُوزُ مُجَخِّيًا قَالَ مَنْكُوسًا.

“Rəvayət edilir ki, Huzeyfə ﵁ demişdir: “Bir dəfə biz Ömərin yanında olanda o soruşdu: “Hansınız Allah Elçisinin ﷺ fitnələr barədə dediyi sözləri eşitmişdir?" Camaat dedi: “Biz onu eşitmişik”. Ömər buyurdu: “Yəqin ki, siz kişinin ailəsi və qonşusu üzündən düşdüyü fitnəni nəzərdə tutursunuz”. Onlar: “Bəli!”, – dedilər. Ömər dedi: “Sizin qəsd etdiyiniz o fitnəni namaz, oruc və sədəqə kimi ibadətlər silib aparır. Mən bunu qəsd etmirəm. Hansınız Peyğəmbərin ﷺ araya təlatümə gəlmiş dəniz kimi çaxnaşma salacaq bir fitnə barədə xəbər verdiyini eşitmişdir?” Huzeyfə dedi: “Camaat susdu. Mən isə dedim: “Mən eşitmişəm”. Ömər buyurdu: “Afərin sənə!” Huzeyfə dedi: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Həsir yavaş-yavaş (adamın böyründə) iz buraxdığı kimi, fitnələr də qəlblərdə iz buraxır. Hansı qəlbə bu fitnələr (birdəfəlik) daxil edilərsə, o qəlbə qara ləkə düşər. Hansı qəlb də bunları rədd edərsə, onda ağ ləkə əmələ gələr. İki qəlb kimi olar: biri ağappaq hamar qayaya bənzər, göylər və yer durduqca, belə qəlbə heç bir fitnə zərər verə bilməz; digəri isə qırmızımtıl qara rəngli, darboğaz balaca kuzəyə bənzər. Bu qəlb özünə sevdirilmiş arzulardan başqa heç bir yaxşılığa əhəmiyyət verməz və heç bir günahı inkar etməz”. Huzeyfə dedi: “Mən Ömərə söylədim: “Səninlə o fitnə arasında bağlı bir qapı var. Onun sındırılmasına çox az qalıb”. Ömər dedi: “Cəsarətli ol! De görək, o qapı sındırılacaqmı? Əgər o açılarsa, onun geri qaytarılmasına ümid edilər”. Mən: “Xeyr, o sındırılacaq”, - deyərək ona içində yalan olmayan bir hədis rəvayət etdim: “Bu qapı, öldürüləcək, yaxud öləcək bir adamdır”. Ravi Əbu Xalid deyir: “Mən Səddən soruşdum: “Ey Əbu Malik! “Əsvədə murbaddən” nədir?” O dedi: “Qaranın içində dümağ (parıltıdır)”. Mən soruşdum: “Bəs “darboğaz balaca kuzə” nədir?” O dedi: “Tərsinə qoyulmuş kuzədir”.”

Huzeyfə
Muslim, 386 (İman, 285)Səhih

وَحَدَّثَنِى ابْنُ أَبِى عُمَرَ حَدَّثَنَا مَرْوَانُ الْفَزَارِىُّ حَدَّثَنَا أَبُو مَالِكٍ الأَشْجَعِىُّ عَنْ رِبْعِىٍّ قَالَ لَمَّا قَدِمَ حُذَيْفَةُ مِنْ عِنْدِ عُمَرَ جَلَسَ فَحَدَّثَنَا فَقَالَ إِنَّ أَمِيرَ الْمُؤْمِنِينَ أَمْسِ لَمَّا جَلَسْتُ إِلَيْهِ سَأَلَ أَصْحَابَهُ أَيُّكُمْ يَحْفَظُ قَوْلَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى الْفِتَنِ وَسَاقَ الْحَدِيثَ بِمِثْلِ حَدِيثِ أَبِى خَالِدٍ وَلَمْ يَذْكُرْ تَفْسِيرَ أَبِى مَالِكٍ لِقَوْلِهِ « مُرْبَادًّا مُجَخِّيًا ».

“Rəvayət edilir ki, Ribi ﵀ demişdir: “Huzeyfə Ömərin yanından qayıtdıqda, aramızda oturdu və bizə belə dedi: “Dünən möminlərin əmiri – mən onun yanında olanda – yanındakılardan: “Allah Elçisinin ﷺ fitnələr barədə dediyi sözlər hansınızın yadındadır?”, – deyə soruşdu...”. Sonra ravi yuxarıdakı hədisi rəvayət etdi, lakin bu hədisdə: “murbaddən” və “darboğaz balaca kuzə” kəlmələrini təfsir etməsi qeyd edilməmişdir.”

Ribi
Muslim, 387 (İman, 286)Səhih

وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَزُهَيْرُ بْنُ حَرْبٍ قَالاَ حَدَّثَنَا وَكِيعٌ ح وَحَدَّثَنِيهِ زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا إِسْحَاقُ بْنُ يُوسُفَ الأَزْرَقُ جَمِيعًا عَنْ فُضَيْلِ بْنِ غَزْوَانَ ح وَحَدَّثَنَا أَبُو كُرَيْبٍ مُحَمَّدُ بْنُ الْعَلاَءِ - وَاللَّفْظُ لَهُ - حَدَّثَنَا ابْنُ فُضَيْلٍ عَنْ أَبِيهِ عَنْ أَبِى حَازِمٍ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « ثَلاَثٌ إِذَا خَرَجْنَ لاَ يَنْفَعُ نَفْسًا إِيمَانُهَا لَمْ تَكُنْ آمَنَتْ مِنْ قَبْلُ أَوْ كَسَبَتْ فِى إِيمَانِهَا خَيْرًا طُلُوعُ الشَّمْسِ مِنْ مَغْرِبِهَا وَالدَّجَّالُ وَدَابَّةُ الأَرْضِ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Üç əlamət var ki, onlar zühur etdiyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcək; bu, günəşin məğribdən çıxması, Dəccal və yer heyvanıdır”.”

Əbu Hureyra
Muslim, 417 (İman, 316)Səhih

حَدَّثَنِى مُحَمَّدُ بْنُ الْمُثَنَّى وَابْنُ بَشَّارٍ قَالَ ابْنُ الْمُثَنَّى حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا شُعْبَةُ عَنْ قَتَادَةَ قَالَ سَمِعْتُ أَبَا الْعَالِيَةِ يَقُولُ حَدَّثَنِى ابْنُ عَمِّ نَبِيِّكُمْ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ - يَعْنِى ابْنَ عَبَّاسٍ - قَالَ ذَكَرَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حِينَ أُسْرِىَ بِهِ فَقَالَ « مُوسَى آدَمُ طُوَالٌ كَأَنَّهُ مِنْ رِجَالِ شَنُوءَةَ ». وَقَالَ « عِيسَى جَعْدٌ مَرْبُوعٌ ». وَذَكَرَ مَالِكًا خَازِنَ جَهَنَّمَ وَذَكَرَ الدَّجَّالَ.

“Rəvayət edilir ki, Əbul-Aliyə ﵀ demişdir: “Peyğəmbərinizin ﷺ əmisi oğlu (yəni İbn Abbas) demişdir: “Allah Elçisi ﷺ İsra gecəsi barəsində danışarkən buyurdu: “Musa qarabuğdayı, hündürboylu bir adam idi, lap Şənuə qəbiləsinin kişiləri kimi”. Həmçinin buyurmuşdur: “İsa dolubədənli, ortaboylu bir adam idi”. Peyğəmbər ﷺ Cəhənnəmin gözətçisi Malik haqqında, həmçinin Dəccal haqqında da danışdı”.”

Əbul-Aliyə
Muslim, 436 (İman, 335)Səhih

وَحَدَّثَنَا عَبْدُ بْنُ حُمَيْدٍ أَخْبَرَنَا يُونُسُ بْنُ مُحَمَّدٍ حَدَّثَنَا شَيْبَانُ بْنُ عَبْدِ الرَّحْمَنِ عَنْ قَتَادَةَ عَنْ أَبِى الْعَالِيَةِ حَدَّثَنَا ابْنُ عَمِّ نَبِيِّكُمْ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ابْنُ عَبَّاسٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « مَرَرْتُ لَيْلَةَ أُسْرِىَ بِى عَلَى مُوسَى بْنِ عِمْرَانَ - عَلَيْهِ السَّلاَمُ - رَجُلٌ آدَمُ طُوَالٌ جَعْدٌ كَأَنَّهُ مِنْ رِجَالِ شَنُوءَةَ وَرَأَيْتُ عِيسَى ابْنَ مَرْيَمَ مَرْبُوعَ الْخَلْقِ إِلَى الْحُمْرَةِ وَالْبَيَاضِ سَبِطَ الرَّأْسِ ». وَأُرِىَ مَالِكًا خَازِنَ النَّارِ وَالدَّجَّالَ. فِى آيَاتٍ أَرَاهُنَّ اللَّهُ إِيَّاهُ فَلاَ تَكُنْ {فِى مِرْيَةٍ مِنْ لِقَائِهِ}. قَالَ كَانَ قَتَادَةُ يُفَسِّرُهَا أَنَّ نَبِىَّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَدْ لَقِىَ مُوسَى عَلَيْهِ السَّلاَمُ.

“İbn Abbas ﵄ rəvayət etmişdir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Mən göylərə qalxdığım gecə İmran oğlu Musanın ﵇ yanına gəldim. Qarabuğdayı, hündürboylu və dolubədənli bir adam idi, lap Şənuə qəbiləsinin kişiləri kimi. Məryəm oğlu İsanı da gördüm – ortaboylu alyanaq ağbəniz və nazik saçlı bir adam idi”. Peyğəmbərə ﷺ Cəhənnəmin gözətçisi Malik, bir də Dəccal göstərildi. Bir çox əlamətlər içində Allah bunları da ona göstərmişdir”. “Elə isə Sən onunla görüşəcəyinə şübhə etmə”. (əs-Səcdə, 23). Qatədə bu ayəni təfsir edərək demişdir: “Allahın Peyğəmbəri ﷺ, həqiqətən də, Musa ﵇ ilə görüşmüşdür”.”

İbn Abbas
Muslim, 437 (İman, 336)Səhih

حَدَّثَنِى مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا ابْنُ أَبِى عَدِىٍّ عَنِ ابْنِ عَوْنٍ عَنْ مُجَاهِدٍ قَالَ كُنَّا عِنْدَ ابْنِ عَبَّاسٍ فَذَكَرُوا الدَّجَّالَ فَقَالَ إِنَّهُ مَكْتُوبٌ بَيْنَ عَيْنَيْهِ كَافِرٌ. قَالَ فَقَالَ ابْنُ عَبَّاسٍ لَمْ أَسْمَعْهُ. قَالَ ذَاكَ وَلَكِنَّهُ قَالَ « أَمَّا إِبْرَاهِيمُ فَانْظُرُوا إِلَى صَاحِبِكُمْ وَأَمَّا مُوسَى فَرَجُلٌ آدَمُ جَعْدٌ عَلَى جَمَلٍ أَحْمَرَ مَخْطُومٍ بِخُلْبَةٍ كَأَنِّى أَنْظُرُ إِلَيْهِ إِذَا انْحَدَرَ فِى الْوَادِى يُلَبِّى ».

“Rəvayət edilir ki, Mucahid ﵀ demişdir: “Bir dəfə biz İbn Abbasın yanında ikən oradakılar Dəccaldan danışdılar. Onlardan biri: “Onun iki gözü arasında “kafir” yazılmışdır”, – dedi. İbn Abbas dedi: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitməmişəm. Fəqət o belə buyurmuşdur: “İbrahimə gəlincə, (əgər onu görmək istəyirsinizsə,) dostunuza baxın. Musaya gəldikdə isə, o, qarabuğdayı, dolubədənli bir adam idi, xurma lifindən hörülmüş iplə ovsarlanmış qırmızı dəvənin üstündə oturmuşdu və mən sanki, onun təlbiyə deyərək vadiyə endiyini görürəm”.”

Mucahid
Muslim, 440 (İman, 339)Səhih

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى قَالَ قَرَأْتُ عَلَى مَالِكٍ عَنْ نَافِعٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « أَرَانِى لَيْلَةً عِنْدَ الْكَعْبَةِ فَرَأَيْتُ رَجُلاً آدَمَ كَأَحْسَنِ مَا أَنْتَ رَاءٍ مِنْ أُدْمِ الرِّجَالِ لَهُ لِمَّةٌ كَأَحْسَنِ مَا أَنْتَ رَاءٍ مِنَ اللِّمَمِ قَدْ رَجَّلَهَا فَهِىَ تَقْطُرُ مَاءً مُتَّكِئًا عَلَى رَجُلَيْنِ - أَوْ عَلَى عَوَاتِقِ رَجُلَيْنِ - يَطُوفُ بِالْبَيْتِ فَسَأَلْتُ مَنْ هَذَا فَقِيلَ هَذَا الْمَسِيحُ ابْنُ مَرْيَمَ. ثُمَّ إِذَا أَنَا بِرَجُلٍ جَعْدٍ قَطَطٍ أَعْوَرِ الْعَيْنِ الْيُمْنَى كَأَنَّهَا عِنَبَةٌ طَافِيَةٌ فَسَأَلْتُ مَنْ هَذَا فَقِيلَ هَذَا الْمَسِيحُ الدَّجَّالُ ».

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Mən keçən gecə (yuxuda) Kəbənin yanında qarayanız bir adam gördüm. Bu adam qarayanız adamların ən gözəli idi. Onun uzun saçları var idi. Bu, gördüyüm saçların ən gözəli idi. O, saçlarını daramışdı. Onun saçlarından su damırdı. O, əllərini iki nəfərin üstünə (və ya iki kişinin çiyninə) qoymuş halda Kəbəni təvaf edirdi. Mən soruşdum: “Bu kimdir?” Mənə dedilər: “Bu, Məryəm oğlu Məsihdir!” Sonra birdən buruqsaç və sağ gözü kor – sanki, domba üzüm dənəsi kimi olan birisinə rast gəldim. Oradakılardan soruşdum: “Bu kimdir?” Mənə dedilər: “Bu, Məsih Dəccaldır!””

Abdullah ibn Ömər
Muslim, 443 (İman, 342)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ إِسْحَاقَ الْمُسَيَّبِىُّ حَدَّثَنَا أَنَسٌ - يَعْنِى ابْنَ عِيَاضٍ - عَنْ مُوسَى - وَهُوَ ابْنُ عُقْبَةَ - عَنْ نَافِعٍ قَالَ قَالَ عَبْدُ اللَّهِ بْنُ عُمَرَ ذَكَرَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمًا بَيْنَ ظَهْرَانَىِ النَّاسِ الْمَسِيحَ الدَّجَّالَ فَقَالَ « إِنَّ اللَّهَ تَبَارَكَ وَتَعَالَى لَيْسَ بِأَعْوَرَ أَلاَ إِنَّ الْمَسِيحَ الدَّجَّالَ أَعْوَرُ عَيْنِ الْيُمْنَى كَأَنَّ عَيْنَهُ عِنَبَةٌ طَافِيَةٌ ». قَالَ وَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أَرَانِى اللَّيْلَةَ فِى الْمَنَامِ عِنْدَ الْكَعْبَةِ فَإِذَا رَجُلٌ آدَمُ كَأَحْسَنِ مَا تَرَى مِنْ أُدْمِ الرِّجَالِ تَضْرِبُ لِمَّتُهُ بَيْنَ مَنْكِبَيْهِ رَجِلُ الشَّعَرِ يَقْطُرُ رَأْسُهُ مَاءً . وَاضِعًا يَدَيْهِ عَلَى مَنْكِبَىْ رَجُلَيْنِ وَهُوَ بَيْنَهُمَا يَطُوفُ بِالْبَيْتِ فَقُلْتُ مَنْ هَذَا فَقَالُوا الْمَسِيحُ ابْنُ مَرْيَمَ. وَرَأَيْتُ وَرَاءَهُ رَجُلاً جَعْدًا قَطَطًا أَعْوَرَ عَيْنِ الْيُمْنَى كَأَشْبَهِ مَنْ رَأَيْتُ مِنَ النَّاسِ بِابْنِ قَطَنٍ وَاضِعًا يَدَيْهِ عَلَى مَنْكِبَىْ رَجُلَيْنِ يَطُوفُ بِالْبَيْتِ فَقُلْتُ مَنْ هَذَا قَالُوا هَذَا الْمَسِيحُ الدَّجَّالُ ».

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Bir gün Allah Elçisi ﷺ camaat arasında Məsih Dəccalı yad edib buyurdu: “Allah ﷿ kor deyil. Məsih Dəccalın isə sağ gözü kordur. Onun gözü sanki, salxımından kənara çıxmış iri üzüm dənəsi kimi dombadır”. Allah Elçisi ﷺ buyurdu: “Mən keçən gecə Kəbənin yanında yatarkən yuxuda qarayanız bir adam gördüm. Bu adam qarayanız adamların ən gözəli idi. Saçları kürəyinin arasına düşürdü, həm də daranmış idi, başından da su damırdı. Özü də iki kişinin arasında, əllərini onların çiyninə qoymuş halda Kəbəni təvaf edirdi. Mən soruşdum: “Bu kimdir?” Mənə dedilər: “Bu, Məryəm oğlu Məsihdir!” Sonra mən onun arxasında saçları həddən ziyadə buruq, sağ gözü kor olan, daha çox İbn Qatana bənzəyən, əllərini də iki kişinin çiyninə qoymuş halda Kəbəni təvaf edən birini gördüm. Soruşdum: “Bu kimdir?” Mənə dedilər: “Bu, Məsih Dəccaldır!””

Abdullah ibn Ömər
Muslim, 444 (İman, 343)Səhih

حَدَّثَنَا ابْنُ نُمَيْرٍ حَدَّثَنَا أَبِى حَدَّثَنَا حَنْظَلَةُ عَنْ سَالِمٍ عَنِ ابْنِ عُمَرَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « رَأَيْتُ عِنْدَ الْكَعْبَةِ رَجُلاً آدَمَ سَبِطَ الرَّأْسِ وَاضِعًا يَدَيْهِ عَلَى رَجُلَيْنِ. يَسْكُبُ رَأْسُهُ - أَوْ يَقْطُرُ رَأْسُهُ - فَسَأَلْتُ مَنْ هَذَا فَقَالُوا عِيسَى ابْنُ مَرْيَمَ أَوِ الْمَسِيحُ ابْنُ مَرْيَمَ - لاَ نَدْرِى أَىَّ ذَلِكَ قَالَ - وَرَأَيْتُ وَرَاءَهُ رَجُلاً أَحْمَرَ جَعْدَ الرَّأْسِ أَعْوَرَ الْعَيْنِ الْيُمْنَى أَشْبَهُ مَنْ رَأَيْتُ بِهِ ابْنُ قَطَنٍ فَسَأَلْتُ مَنْ هَذَا فَقَالُوا الْمَسِيحُ الدَّجَّالُ ».

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Mən Kəbənin yanında qarayanız, saçları düz olan, əllərini iki nəfərin çiyninə qoymuş, başından da su damcılayan bir adam gördüm. Mən soruşdum: “Bu kimdir?” Mənə dedilər: “Bu, Məryəm oğlu İsadır, yaxud Məryəm oğlu Məsihdir!” Ravi deyir: “Bunlardan hansını dediyini bilmirəm”. Peyğəmbər ﷺ davam edib buyurdu: “Sonra mən onun arxasında qırmızıdərili, buruqsaç, sağ gözü kor olan və daha çox İbn Qatana bənzəyən bir şəxs görüb soruşdum: “Bu kimdir?” Mənə dedilər: “Məsih Dəccaldır!””

İbn Ömər
Muslim, 445 (İman, 344)Səhih

حَدَّثَنِى حَرْمَلَةُ بْنُ يَحْيَى حَدَّثَنَا ابْنُ وَهْبٍ قَالَ أَخْبَرَنِى يُونُسُ بْنُ يَزِيدَ عَنِ ابْنِ شِهَابٍ عَنْ سَالِمِ بْنِ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ بْنِ الْخَطَّابِ عَنْ أَبِيهِ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « بَيْنَمَا أَنَا نَائِمٌ رَأَيْتُنِى أَطُوفُ بِالْكَعْبَةِ فَإِذَا رَجُلٌ آدَمُ سَبِطُ الشَّعْرِ بَيْنَ رَجُلَيْنِ يَنْطِفُ رَأْسُهُ مَاءً - أَوْ يُهَرَاقُ رَأْسُهُ مَاءً - قُلْتُ مَنْ هَذَا قَالُوا هَذَا ابْنُ مَرْيَمَ. ثُمَّ ذَهَبْتُ أَلْتَفِتُ فَإِذَا رَجُلٌ أَحْمَرُ جَسِيمٌ جَعْدُ الرَّأْسِ أَعْوَرُ الْعَيْنِ كَأَنَّ عَيْنَهُ عِنَبَةٌ طَافِيَةٌ. قُلْتُ مَنْ هَذَا قَالُوا الدَّجَّالُ. أَقْرَبُ النَّاسِ بِهِ شَبَهًا ابْنُ قَطَنٍ ».

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Mən Allah Elçisinin ﷺ belə dediyini eşitmişəm: “Mən yuxuda ikən Kəbəni təvaf etdiyimi gördüm. Birdən qarayanız, saçları düz olan bir adama rast gəldim. Bu adam iki kişinin arasında gedirdi, başından da su damırdı. Mən soruşdum: “Bu kimdir?” Mənə dedilər: “Bu, Məryəmin oğludur!” Sonra dönüb qarşımda qırmızıdərili, cüssəli, buruqsaç, sağ gözü kor – sanki, salxımından kənara çıxmış iri üzüm dənəsi kimi dombagöz birini görüb soruşdum: “Bu kimdir?” Mənə dedilər: “Dəccaldır!” İnsanlar arasında ona ən çox bənzəyəni isə İbn Qatandır”.”

İbn Ömər
Muslim, 447 (İman, 346)Səhih

حَدَّثَنَا أَبُو كُرَيْبٍ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ عَنِ الأَعْمَشِ عَنْ مُجَاهِدٍ عَنِ ابْنِ عُمَرَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ تَمْنَعُوا النِّسَاءَ مِنَ الْخُرُوجِ إِلَى الْمَسَاجِدِ بِاللَّيْلِ ». فَقَالَ ابْنٌ لِعَبْدِ اللَّهِ بْنِ عُمَرَ لاَ نَدَعُهُنَّ يَخْرُجْنَ فَيَتَّخِذْنَهُ دَغَلاً. قَالَ فَزَبَرَهُ ابْنُ عُمَرَ وَقَالَ أَقُولُ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَتَقُولُ لاَ نَدَعُهُنَّ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Qadınların gecə vaxtı məscidlərə gəlmələrinə maneçilik törətməyin”. Abdullah ibn Ömərin oğlu dedi: “Biz onların çıxıb fitnəyə səbəb olacaqlarına görə buna izin ver bilmərik”. İbn Ömər bu sözünə görə onu danladı və dedi: “Mən sənə “Allah Elçisi ﷺ belə buyurdu” deyirəm, sən isə “Biz onlara mane olacağıq” deyirsən”.”

İbn Ömər
Muslim, 1020 (Namaz, 158)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ حَاتِمٍ وَابْنُ رَافِعٍ قَالاَ حَدَّثَنَا شَبَابَةُ حَدَّثَنِى وَرْقَاءُ عَنْ عَمْرٍو عَنْ مُجَاهِدٍ عَنِ ابْنِ عُمَرَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « ائْذَنُوا لِلنِّسَاءِ بِاللَّيْلِ إِلَى الْمَسَاجِدِ ». فَقَالَ ابْنٌ لَهُ يُقَالُ لَهُ وَاقِدٌ إِذًا يَتَّخِذْنَهُ دَغَلاً. قَالَ فَضَرَبَ فِى صَدْرِهِ وَقَالَ أُحَدِّثُكَ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَتَقُولُ لاَ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ dedi: “Allah Elçisi ﷺ belə buyurdu: “Qadınlara gecə vaxtı məscidlərə getməyə icazə verin”. Vaqid adlı oğlu isə: “Qadınlar bununla fitnəyə səbəb olacaqlar”- dedi. İbn Ömər isə onun sinəsinə vurdu və dedi: “Mən sənə Allah Elçisindən ﷺ hədis rəvayət edirəm, sən isə “Xeyr” deyirsən”.”

İbn Ömər
Muslim, 1022 (Namaz, 160)Səhih

حَدَّثَنِى مُحَمَّدُ بْنُ عَبَّادٍ حَدَّثَنَا سُفْيَانُ عَنْ عَمْرٍو عَنْ جَابِرٍ قَالَ كَانَ مُعَاذٌ يُصَلِّى مَعَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ يَأْتِى فَيَؤُمُّ قَوْمَهُ فَصَلَّى لَيْلَةً مَعَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْعِشَاءَ ثُمَّ أَتَى قَوْمَهُ فَأَمَّهُمْ فَافْتَتَحَ بِسُورَةِ الْبَقَرَةِ فَانْحَرَفَ رَجُلٌ فَسَلَّمَ ثُمَّ صَلَّى وَحْدَهُ وَانْصَرَفَ فَقَالُوا لَهُ أَنَافَقْتَ يَا فُلاَنُ قَالَ لاَ وَاللَّهِ وَلآتِيَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَلأُخْبِرَنَّهُ. فَأَتَى رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ يَا رَسُولَ اللَّهِ إِنَّا أَصْحَابُ نَوَاضِحَ نَعْمَلُ بِالنَّهَارِ وَإِنَّ مُعَاذًا صَلَّى مَعَكَ الْعِشَاءَ ثُمَّ أَتَى فَافْتَتَحَ بِسُورَةِ الْبَقَرَةِ. فَأَقْبَلَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى مُعَاذٍ فَقَالَ « يَا مُعَاذُ أَفَتَّانٌ أَنْتَ اقْرَأْ بِكَذَا وَاقْرَأْ بِكَذَا ». قَالَ سُفْيَانُ فَقُلْتُ لِعَمْرٍو إِنَّ أَبَا الزُّبَيْرِ حَدَّثَنَا عَنْ جَابِرٍ أَنَّهُ قَالَ « اقْرَأْ وَالشَّمْسِ وَضُحَاهَا. وَالضُّحَى. وَاللَّيْلِ إِذَا يَغْشَى. وَسَبِّحِ اسْمَ رَبِّكَ الأَعْلَى ». فَقَالَ عَمْرٌو نَحْوَ هَذَا.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Muaz Peyğəmbərlə ﷺ namaz qılar, sonra isə gedib tayfasına imamlıq edərək onlara namaz qıldırardı. Bir gecə o, Peyğəmbərlə ﷺ İşa namazını qıldıqdan sonra gedib tayfasına “əl-Bəqərə” surəsi ilə başlayaraq namazı qıldırdıqda, bir kişi çevrilərək salam verib namazdan çıxdı və namazını tək qılıb getdi. Onlar dedilər: “Ey filankəs, sən münafiqlik etdin”. O da: “Allaha and olsun! Mən bunu Allah Elçisinə ﷺ xəbər verəcəyəm”- dedi və Allah Elçisinin ﷺ yanına gəlib belə buyurdu: “Ey Allahın Elçisi, biz dəvələrə su verənik. Gündüzlər işləyirik. Muaz səninlə İşa namazını qıldıqdan sonra gəlib bizə namazı “əl-Bəqərə” surəsi ilə başladı”. Allah Elçisi ﷺ çevrilib Muaza belə buyurdu: “Ey Muaz, sən fitnəkarsan? Bunu və bunu oxu!” ...Cabir deyir: “And olsun günəşə və onun saçdığı şəfəqə” (əş-Şəms”), “And olsun səhərə” (“əd-Duha”), “And olsun yer üzünü zülmətə bürüməkdə olan gecəyə” (əl-Leyl”) və “Ən uca olan Rəbbinin adına təriflər de!” (“əl-Əalə”) surələrini oxu”. Ravi Amr dedi: “Bunun kimi surələri”.”

Cabir
Muslim, 1068 (Namaz, 206)Səhih

وَحَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا لَيْثٌ ح قَالَ وَحَدَّثَنَا ابْنُ رُمْحٍ أَخْبَرَنَا اللَّيْثُ عَنْ أَبِى الزُّبَيْرِ عَنْ جَابِرٍ أَنَّهُ قَالَ صَلَّى مُعَاذُ بْنُ جَبَلٍ الأَنْصَارِىُّ لأَصْحَابِهِ الْعِشَاءَ فَطَوَّلَ عَلَيْهِمْ فَانْصَرَفَ رَجُلٌ مِنَّا فَصَلَّى فَأُخْبِرَ مُعَاذٌ عَنْهُ فَقَالَ إِنَّهُ مُنَافِقٌ. فَلَمَّا بَلَغَ ذَلِكَ الرَّجُلَ دَخَلَ عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَخْبَرَهُ مَا قَالَ مُعَاذٌ فَقَالَ لَهُ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أَتُرِيدُ أَنْ تَكُونَ فَتَّانًا يَا مُعَاذُ إِذَا أَمَمْتَ النَّاسَ فَاقْرَأْ بِالشَّمْسِ وَضُحَاهَا. وَسَبِّحِ اسْمَ رَبِّكَ الأَعْلَى. وَاقْرَأْ بِاسْمِ رَبِّكَ. وَاللَّيْلِ إِذَا يَغْشَى ».

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Muaz ibn Cəbəl əl-Ənsari dostlarına İşa namazını qıldırırdı. Namazı uzun etdikdə bizdən bir kişi namazdan çıxıb tək qıldı. Bu məsələ Muaza xəbər verildikdə Muaz dedi: “O, münafiqdir”. Bu söz həmin kişinin qulağına çatdıqda Allah Elçisinin yanına gedib Muazın dediyini ona xəbər verdi. Peyğəmbər ﷺ Muaza buyurdu: “Sən fitnəkar olmaq istəyirsən, ey Muaz, sən fitnəkarsan? Camaata imamlıq etdikdə “And olsun günəşə və onun saçdığı şəfəqə” (“əş-Şəms”), “Ən uca olan Rəbbinin adına təriflər de!” (“əl-Əalə”), “Aləq” və “And olsun yer üzünü zülmətə bürüməkdə olan gecəyə” (əl-Leyl”) surələrini oxu”.”

Cabir
Muslim, 1069 (Namaz, 207)Səhih

وَحَدَّثَنَا عُبَيْدُ اللَّهِ بْنُ مُعَاذٍ الْعَنْبَرِىُّ حَدَّثَنَا أَبِى حَدَّثَنَا شُعْبَةُ عَنِ الْحَكَمِ قَالَ غَلَبَ عَلَى الْكُوفَةِ رَجُلٌ - قَدْ سَمَّاهُ - زَمَنَ ابْنِ الأَشْعَثِ فَأَمَرَ أَبَا عُبَيْدَةَ بْنَ عَبْدِ اللَّهِ أَنْ يُصَلِّىَ بِالنَّاسِ فَكَانَ يُصَلِّى فَإِذَا رَفَعَ رَأْسَهُ مِنَ الرُّكُوعِ قَامَ قَدْرَ مَا أَقُولُ اللَّهُمَّ رَبَّنَا لَكَ الْحَمْدُ مِلْءَ السَّمَوَاتِ وَمِلْءَ الأَرْضِ وَمِلْءَ مَا شِئْتَ مِنْ شَىْءٍ بَعْدُ أَهْلَ الثَّنَاءِ وَالْمَجْدِ لاَ مَانِعَ لِمَا أَعْطَيْتَ وَلاَ مُعْطِىَ لِمَا مَنَعْتَ وَلاَ يَنْفَعُ ذَا الْجَدِّ مِنْكَ الْجَدُّ. قَالَ الْحَكَمُ فَذَكَرْتُ ذَلِكَ لِعَبْدِ الرَّحْمَنِ بْنِ أَبِى لَيْلَى فَقَالَ سَمِعْتُ الْبَرَاءَ بْنَ عَازِبٍ يَقُولُ كَانَتْ صَلاَةُ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَرُكُوعُهُ وَإِذَا رَفَعَ رَأْسَهُ مِنَ الرُّكُوعِ وَسُجُودُهُ وَمَا بَيْنَ السَّجْدَتَيْنِ قَرِيبًا مِنَ السَّوَاءِ. قَالَ شُعْبَةُ فَذَكَرْتُهُ لِعَمْرِو بْنِ مُرَّةَ فَقَالَ قَدْ رَأَيْتُ ابْنَ أَبِى لَيْلَى فَلَمْ تَكُنْ صَلاَتُهُ هَكَذَا.

“Rəvayət edilir ki, əl-Həkəm ﵀ demişdir: “İbn əl-Əşasın (fitnəsi) vaxtı Kufəni bir nəfər idarəsi altına aldıqda həmin adam Ubeydullah ibn Abdullaha camaata namaz qıldırmasını əmr etdi. Ubeydullah namaz qıldırdı və başını rukudan qaldırdıqda mən bu duanı oxuyan müddət qədər ayaq üstə qaldı: “Göylər dolusu, yer dolusu və bundan sonra istədiyin şeylər dolusu (Sənə həmd olsun). Ey tərif və şərəf sahibi! Sənin verdiyinə mane olacaq, mane olduğunu da verəcək bir kəs yoxdur. Heç bir hörmət sahibinin hörməti Sənin yanında ona fayda verməz!” əl-Həkəm deyir: “Mən bunu Abdur-Rahmən ibn Əbu Leylaya dedim. O da belə buyurdu: “Mən Bəra ibn Azibin belə dediyini eşitmişəm: “Allah Elçisinin ﷺ namazı, rukusu, rukudan başını qaldırıb dikəlməsi, səcdəsi və iki səcdə arasındakı oturuşu təqribən eyni müddət idi”. Ravi Şubə dedi: “Mən bunu Amr ibn Murraya danışdım, o da: “Mən İbn Əbu Leylanı gördüm, onun namazı belə deyildi” buyurdu”.”

əl-Həkəm
Muslim, 1086 (Namaz, 224)Səhih

أَخْبَرَنَا وَاصِلُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا ابْنُ فُضَيْلٍ ، عَنِ الأَعْمَشِ ، عَنْ مُحَارِبِ بْنِ دِثَارٍ وَأَبِي صَالِحٍ ، عَنْ جَابِرٍ قَالَ : جَاءَ رَجُلٌ مِنَ الأَنْصَارِ وَقَدْ أُقِيمَتِ الصَّلاَةُ ، فَدَخَلَ الْمَسْجِدَ فَصَلَّى خَلْفَ مُعَاذٍ فَطَوَّلَ بِهِمْ ، فَانْصَرَفَ الرَّجُلُ فَصَلَّى فِي نَاحِيَةِ الْمَسْجِدِ ثُمَّ انْطَلَقَ ، فَلَمَّا قَضَى مُعَاذٌ الصَّلاَةَ قِيلَ لَهُ : إِنَّ فُلاَنًا فَعَلَ كَذَا وَكَذَا ، فَقَالَ مُعَاذٌ : لَئِنْ أَصْبَحْتُ لأَذْكُرَنَّ ذَلِكَ لِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَتَى مُعَاذٌ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَذَكَرَ ذَلِكَ لَهُ ، فَأَرْسَلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَيْهِ فَقَالَ : مَا حَمَلَكَ عَلَى الَّذِي صَنَعْتَ ؟ فَقَالَ : يَا رَسُولَ اللهِ ، عَمِلْتُ عَلَى نَاضِحِي مِنَ النَّهَارِ ، فَجِئْتُ وَقَدْ أُقِيمَتِ الصَّلاَةُ ، فَدَخَلْتُ الْمَسْجِدَ ، فَدَخَلْتُ مَعَهُ فِي الصَّلاَةِ ، فَقَرَأَ سُورَةَ كَذَا وَكَذَا فَطَوَّلَ ، فَانْصَرَفْتُ فَصَلَّيْتُ فِي نَاحِيَةِ الْمَسْجِدِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَفَتَّانٌ يَا مُعَاذُ ؟ أَفَتَّانٌ يَا مُعَاذُ ؟ أَفَتَّانٌ يَا مُعَاذُ ؟.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Ənsardan olan bir kişi gəldi. Artıq, namaz başlamışdı. O, məscidə daxil olub Muazın arxasında namaz qılmağa başladı. Muaz namazı uzatdıqda həmin kişi namazdan çıxıb məscidin bir tərəfində namazı qıldı, sonra da çıxıb getdi. Muaz namazı bitirdikdən sonra ona deyildi: “Filankəs belə-belə etdi”. Muaz dedi: “Səhər olduqda mən bunu Allah Elçisinə ﷺ deyəcəyəm”. (Səhər olduqda) Muaz Allah Elçisinin ﷺ yanına gəldi və olanları ona danışdı. Allah Elçisi ﷺ həmin adamın arxası ilə adam göndərdi. Peyğəmbər ﷺ ona dedi: “Bunu etməyə səni vadar edən nədir?” Kişi dedi: “Ey Allahın Elçisi, mən gün boyu dəvə ilə su daşıyıb işləmişdim. Məscidə gəldikdə namaz artıq başlamışdı. Mən məscidə daxil oldum və onunla birlikdə namaza başladım. O isə filan-filan surəni oxudu və namazı uzatdı. Mən də namazdan çıxıb məscidin bir tərəfində namazımı qıldım”. Allah Elçisi ﷺ dedi: “Sən fitnəkarsanmı, ey Muaz?! Sən fitnəkarsanmı, ey Muaz?! Sən fitnəkarsanmı, ey Muaz?!””

Cabir
Nəsəi, 831 (İmamlıq, 55)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَمْرٍو قَالَ : سَمِعْتُ جَابِرَ بْنَ عَبْدِ اللهِ يَقُولُ : كَانَ مُعَاذٌ يُصَلِّي مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، ثُمَّ يَرْجِعُ إِلَى قَوْمِهِ يَؤُمُّهُمْ ، فَأَخَّرَ ذَاتَ لَيْلَةٍ الصَّلاَةَ ، وَصَلَّى مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، ثُمَّ رَجَعَ إِلَى قَوْمِهِ يَؤُمُّهُمْ فَقَرَأَ سُورَةَ الْبَقَرَةِ ، فَلَمَّا سَمِعَ رَجُلٌ مِنَ الْقَوْمِ تَأَخَّرَ فَصَلَّى ، ثُمَّ خَرَجَ فَقَالُوا : نَافَقْتَ يَا فُلاَنُ . فَقَالَ : وَاللَّهِ مَا نَافَقْتُ وَلَآتِيَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأُخْبِرُهُ ، فَأَتَى النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : يَا رَسُولَ اللهِ ، إِنَّ مُعَاذًا يُصَلِّي مَعَكَ ثُمَّ يَأْتِينَا فَيَؤُمُّنَا ، وَإِنَّكَ أَخَّرْتَ الصَّلاَةَ الْبَارِحَةَ فَصَلَّى مَعَكَ ثُمَّ رَجَعَ فَأَمَّنَا فَاسْتَفْتَحَ بِسُورَةِ الْبَقَرَةِ فَلَمَّا سَمِعْتُ ذَلِكَ تَأَخَّرْتُ فَصَلَّيْتُ ، وَإِنَّمَا نَحْنُ أَصْحَابُ نَوَاضِحَ نَعْمَلُ بِأَيْدِينَا ، فَقَالَ لَهُ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : يَا مُعَاذُ أَفَتَّانٌ أَنْتَ ، اقْرَأْ بِسُورَةِ كَذَا وَسُورَةِ كَذَا.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ belə demişdir: “Muaz Peyğəmbərlə ﷺ namaz qıldıqdan sonra öz tayfasının yanına gedər və onlara namazda imamlıq edərdi. Bir gecə namazın vaxtı girdi və Muaz Peyğəmbərlə ﷺ birlikdə namaz qıldı. Sonra öz tayfasının yanına qayıdıb namazda onlara imamlıq edərək “əl-Bəqərə” surəsini oxumağa başladı. Toplumdan olan bir kişi namazın uzun olmasına görə namazdan çıxdı və qırağa çəkilib namazı tək qıldı. Ona dedilər: “Sən münafiq oldun, ey filankəs!” O dedi: “Allaha and olsun ki, mən münafiq olmadım!” Onlar dedilər: “Biz Peyğəmbərin ﷺ yanına gedib bunları ona deyəcəyik”. O, Peyğəmbərin ﷺ yanına gedib dedi: “Ey Allahın Elçisi! Həqiqətən, Muaz səninlə namaz qıldıqdan sonra bizim yanımıza gəlib bizə imamlıq edir. Sən keçən gecə namazı gecikdirdikdə o, səninlə birlikdə namaz qıldı. Sonra qayıdıb bizə imamlıq etdi və “əl-Bəqərə” surəsini oxumağa başladı. Bunu eşitdikdə çəkilib namazı tək qıldım. Biz əllərimizlə su daşıyan adamlarıq və işlərimizi əllərimizlə görürük”. Peyğəmbər ﷺ Muaza dedi: “Ey Muaz, sən fitnəkarsan?! Filan surələri (qısa surələri) oxu!””

Cabir ibn Abdullah
Nəsəi, 835 (İmamlıq, 59)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ مُحَارِبِ بْنُ دِثَارٍ ، عَنْ جَابِرٍ قَالَ : مَرَّ رَجُلٌ مِنَ الأَنْصَارِ بِنَاضِحَيْنِ عَلَى مُعَاذٍ وَهُوَ يُصَلِّي الْمَغْرِبَ ، فَافْتَتَحَ بِسُورَةِ الْبَقَرَةِ فَصَلَّى الرَّجُلُ ، ثُمَّ ذَهَبَ فَبَلَغَ ذَلِكَ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : أَفَتَّانٌ يَا مُعَاذٍ ؟ أَفَتَّانٌ يَا مُعَاذُ ؟ أَلاَّ قَرَأْتَ بِـ{سَبِّحِ اسْمَ رَبِّكَ الأَعْلَى} ، وَالشَّمْسِ وَضُحَاهَا وَنَحْوِهِمَا.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Ənsardan olan bir kişi su daşıyan iki dəvəsi ilə Muazın yanından keçirdi. Bu əsnada Muaz Məğrib namazını qılırdı. Muaz “əl-Bəqərə” surəsini oxumağa başladıqda həmin kişi (tək) namaz qıldı və çıxıb getdi. Bu, Peyğəmbərə ﷺ çatdıqda o dedi: “Sən fitnəkarsan, ey Muaz?! Sən fitnəkarsan, ey Muaz?! Məgər “Ən Uca Rəbbinin adına təriflər de!” (“əl-Ə'lə” surəsi), “And olsun günəşə və onun saçdığı şəfəqə!” (“əş-Şəms” surəsi) və buna oxşar surələr oxumalı deyildinmi!?””

Cabir
Nəsəi, 984 (İftitah, 109)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ قُدَامَةَ ، قَالَ : حَدَّثَنَا جَرِيرٌ ، عَنِ الأَعْمَشِ ، عَنْ مُحَارِبِ بْنُ دِثَارٍ ، عَنْ جَابِرٍ قَالَ : قَامَ مُعَاذٌ فَصَلَّى الْعِشَاء الآخِرَةَ فَطَوَّلَ ، فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَفَتَّانٌ يَا مُعَاذٌ ؟ أَفَتَّانٌ يَا مُعَاذُ ؟ أَيْنَ كُنْتَ عَنْ {سَبِّحِ اسْمَ رَبِّكَ الأَعْلَى} ، وَالضُّحَى ، وَإِذَا السَّمَاءُ انْفَطَرَتْ ؟.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Muaz axırıncı namaz olan İşa namazını qıldıqda namazını uzun qıldı. Peyğəmbər ﷺ dedi: “Sən fitnəkarsanmı, ey Muaz? Sən fitnəkarsanmı, ey Muaz? Məgər “Ən Uca Rəbbinin adına təriflər de!” (“əl-Ə'lə” surəsini), “And olsun səhərə!” (“əd-Duha” surəsini) və “Göy parçalanacağı zaman” (“əl-İnfitar” surəsini oxumaq) bəs etməzdimi?””

Cabir
Nəsəi, 997 (İftitah, 122)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرٍ قَالَ : صَلَّى مُعَاذُ بْنُ جَبَلٍ لأَصْحَابِهِ الْعِشَاء ، فَطَوَّلَ عَلَيْهِمْ فَانْصَرَفَ رَجُلٌ مِنَّا فَأُخْبِرَ مُعَاذُ عَنْهُ ، فَقَالَ : إِنَّهُ مُنَافِقٌ ، فَلَمَّا بَلَغَ ذَلِكَ الرَّجُلَ دَخَلَ عَلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَخْبَرَهُ بِمَا قَالَ مُعَاذٌ ، فَقَالَ لَهُ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَتُرِيدُ أَنْ تَكُونَ فَتَّانًا يَا مُعَاذٌ ؟ إِذَا أَمَمْتَ النَّاسَ فَاقْرَأْ بِالشَّمْسِ وَضُحَاهَا وَسَبِّحِ اسْمَ رَبِّكَ الأَعْلَى وَاللَّيْلِ إِذَا يَغْشَى وَاقْرَأْ بِاسْمِ رَبِّكَ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Muaz ibn Cəbəl dostları ilə birlikdə İşa namazını qıldı və namazı uzatdı. Bir nəfər namazdan çıxıb getdi və bu məsələ Muaza xəbər verildi. Muaz dedi: “O, münafiqdir!” Bu söz o kişiyə çatdıqda Peyğəmbərin ﷺ yanına gəlib Muazın dediklərini ona xəbər verdi. Peyğəmbər ﷺ Muaza dedi: “Sən fitnəkar olmaq istəyirsən, ey Muaz?! İnsanlara (namazda) imamlıq etdikdə “And olsun günəşə və onun saçdığı şəfəqə” (“əş-Şəms” surəsini), “Ən Uca Rəbbinin adına təriflər de!” (“əl-Ə'lə” surəsini), “And olsun yer üzünü zülmətə bürüməkdə olan gecəyə!” (“əl-Leyl” surəsini) və “Rəbbinin adı ilə oxu!” (“əl-Aləq” surəsini) oxu!””

Cabir
Nəsəi, 998 (İftitah, 123)Səhih

أَخْبَرَنَا يَحْيَى بْنُ حَبِيبِ بْنِ عَرَبيٍّ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، قَالَ : حَدَّثَنَا عَطَاءُ بْنُ السَّائِبِ ، عَنْ أَبِيهِ ، قَالَ : صَلَّى بِنَا عَمَّارُ بْنُ يَاسِرٍ صَلاَةً ، فَأَوْجَزَ فِيهَا ، فَقَالَ لَهُ بَعْضُ الْقَوْمِ : لَقَدْ خَفَّفْتَ أَوْ أَوْجَزْتَ الصَّلاَةَ ، فَقَالَ : أَمَّا عَلَى ذَلِكَ ، فَقَدْ دَعَوْتُ فِيهَا بِدَعَوَاتٍ سَمِعْتُهُنَّ مِنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَلَمَّا قَامَ تَبِعَهُ رَجُلٌ مِنَ الْقَوْمِ هُوَ أُبَيٌّ غَيْرَ أَنَّهُ كَنَى عَنْ نَفْسِهِ ، فَسَأَلَهُ عَنِ الدُّعَاءِ ، ثُمَّ جَاءَ فَأَخْبَرَ بِهِ الْقَوْمَ : اللَّهُمَّ بِعِلْمِكَ الْغَيْبَ ، وَقُدْرَتِكَ عَلَى الْخَلْقِ ، أَحْيِنِي مَا عَلِمْتَ الْحَيَاةَ خَيْرًا لِي ، وَتَوَفَّنِي إِذَا عَلِمْتَ الْوَفَاةَ خَيْرًا لِي ، اللَّهُمَّ وَأَسْأَلُكَ خَشْيَتَكَ فِي الْغَيْبِ وَالشَّهَادَةِ ، وَأَسْأَلُكَ كَلِمَةَ الْحَقِّ فِي الرِّضَا وَالْغَضَبِ ، وَأَسْأَلُكَ الْقَصْدَ فِي الْفَقْرِ وَالْغِنَى ، وَأَسْأَلُكَ نَعِيمًا لاَ يَنْفَدُ ، وَأَسْأَلُكَ قُرَّةَ عَيْنٍ لاَ تَنْقَطِعُ ، وَأَسْأَلُكَ الرِّضَاءَ بَعْدَ الْقَضَاءِ ، وَأَسْأَلُكَ بَرْدَ الْعَيْشِ بَعْدَ الْمَوْتِ ، وَأَسْأَلُكَ لَذَّةَ النَّظَرِ إِلَى وَجْهِكَ ، وَالشَّوْقَ إِلَى لِقَائِكَ فِي غَيْرِ ضَرَّاءَ مُضِرَّةٍ ، وَلاَ فِتْنَةٍ مُضِلَّةٍ ، اللَّهُمَّ زَيِّنَّا بِزِينَةِ الإِيمَانِ ، وَاجْعَلْنَا هُدَاةً مُهْتَدِينَ.

“Əta ibn əs-Saib atasının ﵀ belə dediyini rəvayət etmişdir: “Əmmar ibn Yasir bizə namaz qıldırdı və bu namazı qısa etdi. Camaatdan olan bəzi insanlar ona dedilər: “Sən namazı yüngül və qısa etdin!” O da dedi: “O ki qaldı mənə, mən namazda Allah Elçisindən ﷺ eşitdiyim bir duanı etdim”. Qalxıb getdikdə, camaatdan bir kişi onun ardı ilə getdi. Onun adı Ubey idi. Əmmardan bu dua haqda soruşdu. Sonra gəlib camaata bu duanı xəbər verdi: “Allahım! Qeybi bilməyinlə və yaratma qüdrətinlə yaşamağın mənim üçün daha xeyirli olduğunu bilirsənsə, məni yaşat, ölümün mənim üçün daha xeyirli olduğunu bilirsənsə, məni öldür! Allahım, gizlində də, aşkarda da Səndən (layiqincə) qorxmağı diləyirəm! Səndən razılıq və qəzəb anında haqq söz söyləməyimi diləyirəm! Kasıblıqda da, zənginlikdə də Səndən mötədillik diləyirəm! Səndən tükənməz nemət və ardı kəsilməyən bir göz aydınlığı (sevinc) diləyirəm! Səndən (başıma gələn) qəzadan sonra ondan razı qalmağımı və ölümdən sonra olan gözəl həyatı diləyirəm! Səndən Sənin Üzünə baxmağın ləzzətini, zərər verən xəstəliyə və azğınlığa aparan fitnəyə uğramadıqca Səninlə qarşılaşmaq həsrətini diləyirəm! Allahım, bizi imanın gözəlliyi ilə gözəlləşdir və bizi doğru yolda olan başçılardan et!””

Əta ibn əs-Saib atasından
Nəsəi, 1305 (Səhv, 127)Səhih

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعْدِ بْنِ إِبْرَاهِيمَ بْنِ سَعْدٍ ، قَالَ : حَدَّثَنَا عَمِّي ، قَالَ : حَدَّثَنَا شَرِيكٌ ، عَنْ أَبِي هَاشِمٍ الْوَاسِطِيِّ ، عَنْ أَبِي مِجْلَزٍ ، عَنْ قَيْسِ بْنِ عُبَادٍ ، قَالَ : صَلَّى عَمَّارُ بْنُ يَاسِرٍ بِالْقَوْمِ صَلاَةً أَخَفَّهَا ، فَكَأَنَّهُمْ أَنْكَرُوهَا ، فَقَالَ : أَلَمْ أُتِمَّ الرُّكُوعَ وَالسُّجُودَ ؟ قَالُوا : بَلَى ، قَالَ : أَمَا إِنِّي دَعَوْتُ فِيهَا بِدُعَاءٍ كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَدْعُو بِهِ : اللَّهُمَّ بِعِلْمِكَ الْغَيْبَ ، وَقُدْرَتِكَ عَلَى الْخَلْقِ ، أَحْيِنِي مَا عَلِمْتَ الْحَيَاةَ خَيْرًا لِي ، وَتَوَفَّنِي إِذَا عَلِمْتَ الْوَفَاةَ خَيْرًا لِي ، وَأَسْأَلُكَ خَشْيَتَكَ فِي الْغَيْبِ وَالشَّهَادَةِ ، وَكَلِمَةَ الإِخْلاَصِ فِي الرِّضَا وَالْغَضَبِ ، وَأَسْأَلُكَ نَعِيمًا لاَ يَنْفَدُ ، وَقُرَّةَ عَيْنٍ لاَ تَنْقَطِعُ ، وَأَسْأَلُكَ الرِّضَاءَ بِالْقَضَاءِ ، وَبَرْدَ الْعَيْشِ بَعْدَ الْمَوْتِ ، وَلَذَّةَ النَّظَرِ إِلَى وَجْهِكَ ، وَالشَّوْقَ إِلَى لِقَائِكَ ، وَأَعُوذُ بِكَ مِنْ ضَرَّاءَ مُضِرَّةٍ ، وَفِتْنَةٍ مُضِلَّةٍ ، اللَّهُمَّ زَيِّنَّا بِزِينَةِ الإِيمَانِ ، وَاجْعَلْنَا هُدَاةً مُهْتَدِينَ.

“Rəvayət edilir ki, Qeys ibn Ubad ﵀ demişdir: “Əmmar ibn Yasir camaata bir qədər yüngül namaz qıldırdı. Camaat da bunu xoş qarşılamadı. Əmmar dedi: “Məgər mən ruku və səcdələri tam etmədimmi?” Camaat dedi: “Bəli”. Əmmar dedi: “Mən namazda Peyğəmbərin ﷺ etdiyi duanı etdim: “Allahım! Qeybi bilməyinlə və yaratma qüdrətinlə yaşamağın mənim üçün xeyirli olduğunu bildiyin qədər məni yaşat, ölümün mənim üçün daha xeyirli olduğunu bildikdə isə məni öldür! Gizlində də, aşkarda da Səndən (layiqincə) qorxmağı diləyirəm! Səndən razılıq və qəzəb anında ixlaslı söz söyləməyimi diləyirəm! Səndən tükənməz nemət və ardı kəsilməyən bir göz aydınlığı (sevinc) diləyirəm! Səndən (başıma gələn) qəzadan sonra ondan razı qalmağımı və ölümdən sonra olan gözəl həyatı diləyirəm! Səndən Sənin Üzünə baxmağın ləzzətini, zərər verən xəstəliyə və azğınlığa aparan fitnəyə uğramadıqca Səninlə qarşılaşmaq həsrətini diləyirəm! Allahım, bizi imanın gözəlliyi ilə gözəlləşdir və bizi doğru yolda olan başçılardan et!””

Qeys ibn Ubad
Nəsəi, 1306 (Səhv, 128)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عُثْمَانَ ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنْ شُعَيْبٍ ، عَنِ الزُّهْرِيِّ ، قَالَ : أَخْبَرَنِي عُرْوَةُ بْنُ الزُّبَيْرِ ، أَنَّ عَائِشَةَ أَخْبَرَتْهُ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَدْعُو فِي الصَّلاَةِ : اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ عَذَابِ الْقَبْرِ ، وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ الْمَسِيحِ الدَّجَّالِ ، وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ الْمَحْيَا وَالْمَمَاتِ ، اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْمَأْثَمِ وَالْمَغْرَمِ ، فَقَالَ لَهُ قَائِلٌ : مَا أَكْثَرَ مَا تَسْتَعِيذُ مِنَ الْمَغْرَمِ ، فَقَالَ : إِنَّ الرَّجُلَ إِذَا غَرِمَ حَدَّثَ فَكَذَبَ ، وَوَعَدَ فَأَخْلَفَ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ namazda belə dua edərdi: “Allahım, qəbir əzabından Sənə sığınıram! Məsih Dəccalın fitnəsindən Sənə sığınıram! Həyatın və ölümün fitnəsindən Sənə sığınıram! Allahım, günah etməkdən və borcdan Sənə sığınıram!” Səhabə ona dedi: “Nəyə görə sən borcdan Allaha çox sığınırsan?” O dedi: “Həqiqətən, adam borclu olduqda, yalan danışar və vədinə xilaf çıxar”.”

Aişə
Nəsəi, 1309 (Səhv, 131)Səhih

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ عَمَّارٍ الْمَوْصِلِيُّ ، عَنِ الْمُعَافَى ، عَنِ الأَوْزَاعِيِّ وَأَنْبَأَنَا عَلِيُّ بْنُ خَشْرَمٍ ، عَنْ عِيسَى بْنِ يُونُسَ ، وَاللَّفْظُ لَهُ ، عَنِ الأَوْزَاعِيِّ ، عَنْ حَسَّانَ بْنِ عَطِيَّةَ ، عَنْ مُحَمَّدِ بْنِ أَبِي عَائِشَةَ ، قَالَ : سَمِعْتُ أَبَا هُرَيْرَةَ يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا تَشَهَّدَ أَحَدُكُمْ فَلْيَتَعَوَّذْ بِاللَّهِ مِنْ أَرْبَعٍ : مِنْ عَذَابِ جَهَنَّمَ ، وَعَذَابِ الْقَبْرِ ، وَفِتْنَةِ الْمَحْيَا وَالْمَمَاتِ ، وَمِنْ شَرِّ الْمَسِيحِ الدَّجَّالِ ، ثُمَّ يَدْعُو لِنَفْسِهِ بِمَا بَدَا لَهُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biriniz təşəhhüdə oturduqda, dörd şeydən Allaha sığınsın; Cəhənnəm əzabından, qəbir əzabından, həyatın və ölümün fitnəsindən və Məsih Dəccalın şərindən. Bundan sonra özü üçün istədiyi duanı etsin”.”

Əbu Hureyra
Nəsəi, 1310 (Səhv, 132)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، عَنْ ابْنِ وَهْبٍ ، عَنْ عَمْرِو بْنِ الْحَارِثِ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، أَنَّ عَمْرَةَ حَدَّثَتْهُ ، أَنَّ عَائِشَةَ حَدَّثَتْهَا ، أَنَّ يَهُودِيَّةً أَتَتْهَا فَقَالَتْ : أَجَارَكِ اللَّهُ مِنْ عَذَابِ الْقَبْرِ ، قَالَتْ عَائِشَةُ : يَا رَسُولَ اللهِ ، إِنَّ النَّاسَ لَيُعَذَّبُونَ فِي الْقُبُورِ ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : عَائِذًا بِاللَّهِ ، قَالَتْ عَائِشَةُ : إِنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَرَجَ مَخْرَجًا فَخَسَفَتِ الشَّمْسُ ، فَخَرَجْنَا إِلَى الْحُجْرَةِ ، فَاجْتَمَعَ إِلَيْنَا نِسَاءٌ ، وَأَقْبَلَ إِلَيْنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَذَلِكَ ضَحْوَةً فَقَامَ قِيَامًا طَوِيلاً ، ثُمَّ رَكَعَ رُكُوعًا طَوِيلاً ، ثُمَّ رَفَعَ رَأْسَهُ ، فَقَامَ دُونَ الْقِيَامِ الأَوَّلِ ، ثُمَّ رَكَعَ دُونَ رُكُوعِهِ ، ثُمَّ سَجَدَ ، ثُمَّ قَامَ الثَّانِيَةَ ، فَصَنَعَ مِثْلَ ذَلِكَ ، إِلاَّ أَنَّ رُكُوعَهُ وَقِيَامَهُ دُونَ الرَّكْعَةِ الأُولَى ، ثُمَّ سَجَدَ وَتَجَلَّتِ الشَّمْسُ ، فَلَمَّا انْصَرَفَ قَعَدَ عَلَى الْمِنْبَرِ ، فَقَالَ فِيمَا يَقُولُ : إِنَّ النَّاسَ يُفْتَنُونَ فِي قُبُورِهِمْ كَفِتْنَةِ الدَّجَّالِ ، قَالَتْ عَائِشَةُ : كُنَّا نَسْمَعُهُ بَعْدَ ذَلِكَ يَتَعَوَّذُ مِنْ عَذَابِ الْقَبْرِ.

“Aişə ﵂ rəvayət edir ki, bir yəhudi onun yanına gəlib belə dedi: “Allah səni qəbir əzabından qorusun!” Aişə dedi: “Ey Allahın Elçisi, məgər insanlar qəbirlərində əzab olunacaqlar?” Allah Elçisi ﷺ dedi: “(Qəbir əzabından) Allaha sığınıram!” Aişə dedi: “Peyğəmbər ﷺ bayıra çıxdı, bu zaman günəş tutuldu. Biz də otaqlarımızdan çıxdıq, qadınlar da ətrafıma toplandı”. Allah Elçisi ﷺ bizə tərəf çevrildi. Bu hadisə də səhər tezdən baş vermişdi. O, namaz qılaraq uzun bir qiyam etdi. Sonra uzun bir ruku etdi. Sonra başını rukudan qaldırdı və əvvəlkindən daha qısa qiyamda durdu. Sonra əvvəlkindən qısa ruku etdi. Sonra səcdə etdi. Sonra ikincü rükəti də bunun kimi qıldı. Amma qiyam və rukuları əvvəlkilərdən qısa etdi. Sonra səcdə etdi. Bu vaxt günəşin üzü açıldı. O, namazı bitirdikdən sonra minbərə qalxdı və dedi: “Həqiqətən, insanlar qəbirlərində Məsih Dəccalın fitnəsi kimi imtahan olunacaqlar”. Aişə dedi: “Biz onun qəbir əzabından Allaha sığındığını eşidirdik”.”

Aişə
Nəsəi, 1475 (Kusuf, 17)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ هُوَ الأَنْصَارِيُّ ، قَالَ : سَمِعْتُ عَمْرَةَ ، قَالَتْ : سَمِعْتُ عَائِشَةَ ، تَقُولُ : جَاءَتْنِي يَهُودِيَّةٌ تَسْأَلُنِي ، فَقَالَتْ : أَعَاذَكِ اللَّهُ مِنْ عَذَابِ الْقَبْرِ ، فَلَمَّا جَاءَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قُلْتُ : يَا رَسُولَ اللهِ ، أَيُعَذَّبُ النَّاسُ فِي الْقُبُورِ ؟ فَقَالَ : عَائِذًا بِاللَّهِ ، فَرَكِبَ مَرْكَبًا ـ يَعْنِي ـ وَانْخَسَفَتِ الشَّمْسُ ، فَكُنْتُ بَيْنَ الْحُجَرِ مَعَ نِسْوَةٍ ، فَجَاءَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ مَرْكَبِهِ فَأَتَى مُصَلاَّهُ ، فَصَلَّى بِالنَّاسِ فَقَامَ فَأَطَالَ الْقِيَامَ ، ثُمَّ رَكَعَ فَأَطَالَ الرُّكُوعَ ، ثُمَّ رَفَعَ رَأْسَهُ فَأَطَالَ الْقِيَامَ ، ثُمَّ رَكَعَ فَأَطَالَ الرُّكُوعَ ، ثُمَّ رَفَعَ رَأْسَهُ فَأَطَالَ الْقِيَامَ ، ثُمَّ سَجَدَ فَأَطَالَ السُّجُودَ ، ثُمَّ قَامَ قِيَامًا أَيْسَرَ مِنْ قِيَامِهِ الأَوَّلِ ، ثُمَّ رَكَعَ أَيْسَرَ مِنْ رُكُوعِهِ الأَوَّلِ ، ثُمَّ رَفَعَ رَأْسَهُ فَقَامَ أَيْسَرَ مِنْ قِيَامِهِ الأَوَّلِ ، ثُمَّ رَكَعَ أَيْسَرَ مِنْ رُكُوعِهِ الأَوَّلِ ، ثُمَّ رَفَعَ رَأْسَهُ فَقَامَ أَيْسَرَ مِنْ قِيَامِهِ الأَوَّلِ ، فَكَانَتْ أَرْبَعَ رَكَعَاتٍ وَأَرْبَعَ سَجَدَاتٍ وَانْجَلَتِ الشَّمْسُ ، فَقَالَ : إِنَّكُمْ تُفْتَنُونَ فِي الْقُبُورِ كَفِتْنَةِ الدَّجَّالِ ، قَالَتْ عَائِشَةُ : فَسَمِعْتُهُ بَعْدَ ذَلِكَ يَتَعَوَّذُ مِنْ عَذَابِ الْقَبْرِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir yəhudi qadın onun yanına gəlib belə dedi: “Allah səni qəbir əzabından qorusun!” Allah Elçisi ﷺ gəldikdə, mən ona dedim: “Ey Allahın Elçisi, insanlar qəbirlərində əzab olunacaqlarmı?” Allah Elçisi ﷺ dedi: “(Qəbir əzabından) Allaha sığınıram!” O, bir miniyə mindi və bu zaman günəş tutuldu. Mən qadınlarla birlikdə otaqlarımızın arasında idim. Allah Elçisi ﷺ miniklə gəldi və insanlarla birlikdə namaz qıldı. Qiyamı uzun etdi, sonra uzun bir ruku etdi. Sonra başını rukudan qaldırdı və uzun bir qiyamda durdu. Sonra ruku etdi. Sonra uzun bir səcdə etdi. Sonra qiyama durdu, lakin ilk qiyamdan qısa etdi. Sonra uzun bir ruku etdi, lakin bu, birinci rukudan qısa idi. Sonra uzun bir qiyam etdi, lakin bu, birinci qiyamdan qısa idi. Sonra uzun bir ruku etdi, lakin bu, birinci rukudan qısa idi. Sonra başını qaldırdı və birinci qiyamdan qısa olan qiyam etdi. Bu şəkildə dörd ruku və dörd səcdə etdi. Bu vaxt günəşin üzü açıldı və o dedi: “Həqiqətən, siz qəbirlərinizdə Dəccalın fitnəsi kimi imtahan olunacaqsınız”. Aişə dedi: “Mən bundan sonra onun qəbir əzabından Allaha sığındığını eşitdim”.”

Aişə
Nəsəi, 1476 (Kusuf, 18)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، عَنْ ابْنِ وَهْبٍ ، عَنْ عَمْرِو بْنِ الْحَارِثِ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، أَنَّ عَمْرَةَ حَدَّثَتْهُ ، أَنَّ عَائِشَةَ ، قَالَتْ : إِنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَرَجَ مَخْرَجًا فَخُسِفَ بِالشَّمْسِ ، فَخَرَجْنَا إِلَى الْحُجْرَةِ فَاجْتَمَعَ إِلَيْنَا نِسَاءٌ ، وَأَقْبَلَ إِلَيْنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَذَلِكَ ضَحْوَةً ، فَقَامَ قِيَامًا طَوِيلاً ، ثُمَّ رَكَعَ رُكُوعًا طَوِيلاً ، ثُمَّ رَفَعَ رَأْسَهُ فَقَامَ دُونَ الْقِيَامِ الأَوَّلِ ، ثُمَّ رَكَعَ دُونَ رُكُوعِهِ ، ثُمَّ سَجَدَ ، ثُمَّ قَامَ الثَّانِيَةَ فَصَنَعَ مِثْلَ ذَلِكَ إِلاَّ أَنَّ قِيَامَهُ وَرُكُوعَهُ دُونَ الرَّكْعَةِ الأُولَى ، ثُمَّ سَجَدَ وَتَجَلَّتِ الشَّمْسُ ، فَلَمَّا انْصَرَفَ قَعَدَ عَلَى الْمِنْبَرِ ، فَقَالَ فِيمَا يَقُولُ : إِنَّ النَّاسَ يُفْتَنُونَ فِي قُبُورِهِمْ كَفِتْنَةِ الدَّجَّالِ مُخْتَصَرٌ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir gün Peyğəmbər ﷺ evindən çıxıb məscidə girdikdə, günəş tutuldu. Biz də öz otaqlarımızdan çıxdıq və qadınlar da bizim yanımıza toplandılar. Səhər vaxtı idi və Allah Elçisi ﷺ bizim yanımıza gəldi. O, qiyamı uzun olan namaz qıldı. Sonra uzun ruku etdi, sonra başını rukudan qaldırdı və əvvəlkindən bir az qısa qiyamda durdu. Sonra əvvəlkindən bir az qısa ruku etdi. Sonra səcdə etdi. Sonra ikinci dəfə ayağa durdu və bunun mislində olanları etdi. Amma bu rükət birinci rükətdən qısa oldu. Sonra səcdə etdi və günəşin üzü açıldı. Sonra namazı bitirib minbərə qalxdı və dedi: “Həqiqətən, insanlar qəbirdə Dəccalın fitnəsi kimi fitnəyə məruz qalacaqlar”.”

Aişə
Nəsəi, 1499 (Kusuf, 41)Səhih

أَخْبَرَنَا إِبْرَاهِيمُ بْنُ الْحَسَنِ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ ، عَنْ لَيْثِ بْنِ سَعْدٍ ، عَنْ مُعَاوِيَةَ بْنِ صَالِحٍ ، أَنَّ صَفْوَانَ بْنَ عَمْرٍو حَدَّثَهُ ، عَنْ رَاشِدِ بْنِ سَعْدٍ ، عَنْ رَجُلٍ مِنْ أَصْحَابِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، أَنَّ رَجُلاً قَالَ : يَا رَسُولَ اللهِ ، مَا بَالُ الْمُؤْمِنِينَ يُفْتَنُونَ فِي قُبُورِهِمْ إِلاَّ الشَّهِيدَ ؟ قَالَ : كَفَى بِبَارِقَةِ السُّيُوفِ عَلَى رَأْسِهِ فِتْنَةً.

“Raşid ibn Səd ﵀ Peyğəmbərin ﷺ səhabələrindən olan bir kişidən rəvayət edir ki, bir nəfər dedi: “Ey Allahın Elçisi, nəyə görə şəhiddən başqa bütün möminlər qəbir fitnəsinə məruz qalır?” Peyğəmbər ﷺ dedi: “Başının üzərindəki qılıncların parıltısı ona imtahan olaraq kifayətdir”.”

Raşid ibn Səd
Nəsəi, 2053 (Cənazələr, 236)Səhih

أَخْبَرَنَا يَحْيَى بْنُ دُرُسْتَ ، قَالَ : حَدَّثَنَا أَبُو إِسْمَعِيلَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ أَبِي كَثِيرٍ ، أَنَّ أَبَا سَلَمَةَ حَدَّثَهُ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ كَانَ يَقُولُ : اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ عَذَابِ الْقَبْرِ ، وَأَعُوذُ بِكَ مِنْ عَذَابِ النَّارِ ، وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ الْمَحْيَا وَالْمَمَاتِ ، وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ الْمَسِيحِ الدَّجَّالِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Allahım, qəbir əzabından Sənə sığınıram! Cəhənnəm odundan Sənə sığınıram! Həyatın və ölümün fitnəsindən Sənə sığınıram! Məsih Dəccalın fitnəsindən Sənə sığınıram!””

Əbu Hureyra
Nəsəi, 2060 (Cənazələr, 243)Səhih

أَخْبَرَنَا سُلَيْمَانُ بْنُ دَاوُدَ ، عَنْ ابْنِ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي يُونُسُ ، عَنْ ابْنِ شِهَابٍ ، أَخْبَرَنِي عُرْوَةُ بْنُ الزُّبَيْرِ ، أَنَّهُ سَمِعَ أَسْمَاءَ بِنْتَ أَبِي بَكْرٍ تَقُولُ : قَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَذَكَرَ الْفِتْنَةَ الَّتِي يُفْتَنُ بِهَا الْمَرْءُ فِي قَبْرِهِ ، فَلَمَّا ذَكَرَ ذَلِكَ ضَجَّ الْمُسْلِمُونَ ضَجَّةً حَالَتْ بَيْنِي وَبَيْنَ أَنْ أَفْهَمَ كَلاَمَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَلَمَّا سَكَنَتْ ضَجَّتُهُمْ قُلْتُ لِرَجُلٍ قَرِيبٍ مِنِّي : أَيْ بَارَكَ اللَّهُ لَكَ ، مَاذَا قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي آخِرِ قَوْلِهِ ؟ قَالَ : قَدْ أُوحِيَ إِلَيَّ أَنَّكُمْ تُفْتَنُونَ فِي الْقُبُورِ قَرِيبًا مِنْ فِتْنَةِ الدَّجَّالِ.

“Rəvayət edilir ki, Əsma bint Əbu Bəkr ﵄ demişdir: “Allah Elçisi ﷺ ayağa durub bir kişinin qəbrində gördüyü əzab haqda danışdı. Allah Elçisi ﷺ bu haqda danışdıqda müsəlmanlar elə bir səs saldılar ki, onun nə dediyini başa düşə bilmədim. Onlar sakitləşdikdə mənim yaxınlığımda olan bir kişiyə dedim: “Allah sənə bərəkət versin, Allah Elçisi ﷺ danışığının sonunda nə dedi?” O dedi: “Allah Elçisi buyurdu: “Mənə vəhy olundu ki, siz qəbirdə Dəccalın fitnəsi kimi bir fitnəyə məruz qalacaqsınız”.”

Əsma bint Əbu Bəkr
Nəsəi, 2062 (Cənazələr, 245)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ طَاوُوسٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَبَّاسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُعَلِّمُهُمْ هَذَا الدُّعَاءَ ، كَمَا يُعَلِّمُهُمُ السُّورَةَ مِنَ الْقُرْآنِ قُولُوا : اللَّهُمَّ إِنَّا نَعُوذُ بِكَ مِنْ عَذَابِ جَهَنَّمَ ، وَأَعُوذُ بِكَ مِنْ عَذَابِ الْقَبْرِ ، وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ الْمَسِيحِ الدَّجَّالِ ، وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ الْمَحْيَا وَالْمَمَاتِ.

“Abdullah ibn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ onlara bu duanı Qurandan bir surə öyrətdiyi kimi öyrətmişdir: “Allahım, Cəhənnəm əzabından Sənə sığınırıq! Qəbir əzabından Sənə sığınıram! Məsih Dəccalın fitnəsindən Sənə sığınıram! Həyatın və ölümün fitnəsindən Sənə sığınıram!””

Abdullah ibn Abbas
Nəsəi, 2063 (Cənazələr, 246)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ يَحْيَى ، عَنْ عَمْرَةَ ، عَنْ عَائِشَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَسْتَعِيذُ مِنْ عَذَابِ الْقَبْرِ ، وَمِنْ فِتْنَةِ الدَّجَّالِ ، وَقَالَ : إِنَّكُمْ تُفْتَنُونَ فِي قُبُورِكُمْ.

“Aişə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ qəbir əzabından və Dəccalın fitnəsindən Allaha sığındı və belə dedi: “Siz qəbirlərinizdə imtahan olunacaqsınız”.”

Aişə
Nəsəi, 2065 (Cənazələr, 248)Səhih

قَالَ : الْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ وَهْبٍ ، أَخْبَرَنِي عَبْدُ الرَّحْمَنِ بْنُ شُرَيْحٍ ، عَنْ عَبْدِ الْكَرِيمِ بْنِ الْحَارِثِ ، عَنْ أَبِي عُبَيْدَةَ بْنِ عُقْبَةَ ، عَنْ شُرَحْبِيلَ بْنِ السِّمْطِ ، عَنْ سَلْمَانَ الْخَيْرِ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَنْ رَابَطَ يَوْمًا وَلَيْلَةً فِي سَبِيلِ اللهِ كَانَ لَهُ كَأَجْرِ صِيَامِ شَهْرٍ وَقِيَامِهِ ، وَمَنْ مَاتَ مُرَابِطًا أُجْرِيَ لَهُ مِثْلُ ذَلِكَ مِنَ الأَجْرِ ، وَأُجْرِيَ عَلَيْهِ الرِّزْقُ ، وَأَمِنَ مِنَ الْفَتَّانِ.

“Salman əl-Xeyr ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim Allah yolunda sərhəddə bir gün - bir gecə keşik çəkərsə, bir ay oruc tutmuş və bir ay namaz qılmış kimi savab qazanar. Kim də keşik çəkərkən ölsə, eyni savabı qazanar, Allah ona ruzi verər və o, qəbir fitnəsindən əmin olar”.”

Salman əl-Xeyr
Nəsəi, 3167 (Cihad, 83)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ يُوسُفَ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، قَالَ : حَدَّثَنِي أَيُّوبُ بْنُ مُوسَى ، عَنْ مَكْحُولٍ ، عَنْ شُرَحْبِيلَ بْنِ السِّمْطِ ، عَنْ سَلْمَانَ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : مَنْ رَابَطَ فِي سَبِيلِ اللهِ يَوْمًا وَلَيْلَةً كَانَتْ لَهُ كَصِيَامِ شَهْرٍ وَقِيَامِهِ ، فَإِنْ مَاتَ جَرَى عَلَيْهِ عَمَلُهُ الَّذِي كَانَ يَعْمَلُ ، وَأَمِنَ الْفَتَّانَ ، وَأُجْرِيَ عَلَيْهِ رِزْقُهُ.

“Salman əl-Xeyr ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim Allah yolunda sərhəddə bir gün - bir gecə keşik çəkərsə, bir ay oruc tutmuş və bir ay namaz qılmış kimi savab qazanar. Kim də keşik çəkərkən ölsə, əməl dəftəri bağlanmaz, qəbir fitnəsindən əmin olar və Allah ona ruzi verər”.”

Salman
Nəsəi, 3168 (Cihad, 84)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عُثْمَانَ ، قَالَ : حَدَّثَنَا بَقِيَّةُ ، عَنْ بَحِيرٍ ، عَنْ خَالِدٍ ، عَنْ أَبِي بَحْرِيَّةَ ، عَنْ مُعَاذِ بْنِ جَبَلٍ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ : الْغزْوُ غَزْوَانِ ، فَأَمَّا مَنْ ابْتَغَى وَجْهَ اللهِ ، وَأَطَاعَ الإِمَامَ ، وَأَنْفَقَ الْكَرِيمَةَ ، وَيَاسَرَ الشَّرِيكَ ، وَاجْتَنَبَ الْفَسَادَ ، كَانَ نَوْمُهُ وَنُبْهُهُ أَجْرًا كُلُّهُ ، وَأَمَّا مَنْ غَزَا رِيَاءً ، وَسُمْعَةً ، وَعَصَى الإِمَامَ ، وَأَفْسَدَ فِي الأَرْضِ ، فَإِنَّهُ لاَ يَرْجِعُ بِالْكَفَافِ.

“Muaz ibn Cəbəl ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Müharibə iki cürdür: “Kim Allahın razılığını qazanmaq istəyər, başçısına itaət edər, dəyərli malını bu yolda xərcləyər, yoldaşına kömək edər və fitnə-fəsaddan çəkinərsə, bu kimsə yuxuda da, oyaq olanda da savab qazanar. Kim də riyakarlıq edərək döyüşər, eşitdirər, başçısına asi olar və yer üzündə fitnə-fəsad törədərsə, etdiklərinin qarşılığını mütləq görər”.”

Muaz ibn Cəbəl
Nəsəi, 3188 (Cihad, 104)Həsən

أَخْبَرَنِي عَمْرُو بْنُ عُثْمَانَ بْنِ سَعِيدِ بْنِ كَثِيرِ بْنِ دِينَارٍ ، عَنِ الْوَلِيدِ ، عَنِ الأَوْزَاعِيِّ ، عَنْ يَحْيَى ، عَنْ أَبِي قِلاَبَةَ ، عَنْ أَنَسٍ ، أَنَّ نَفَرًا مِنْ عُكْلٍ قَدِمُوا عَلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَاجْتَوَوْا الْمَدِينَةَ ، فَأَمَرَهُمُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَنْ يَأْتُوا إِبِلَ الصَّدَقَةِ ، فَيَشْرَبُوا مِنْ أَبْوَالِهَا وَأَلْبَانِهَا ، فَفَعَلُوا فَقَتَلُوا رَاعِيَهَا وَاسْتَاقُوهَا ، فَبَعَثَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي طَلَبِهِمْ ، قَالَ : فَأُتِيَ بِهِمْ ، فَقَطَّعَ أَيْدِيَهُمْ وَأَرْجُلَهُمْ ، وَسَمَّرَ أَعْيُنَهُمْ ، وَلَمْ يَحْسِمْهُمْ وَتَرَكَهُمْ حَتَّى مَاتُوا ، فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ : {إِنَّمَا جَزَاءُ الَّذِينَ يُحَارِبُونَ اللَّهَ وَرَسُولَهُ} الآيَةَ.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Ukl qəbiləsindən bir neçə nəfər Peyğəmbərin ﷺ yanına gəlmişdi. Mədinənin havası onlara ağır gəldi. Peyğəmbər ﷺ onlara zəkat dəvələrinin yanına gedib onların sidiklərindən və südlərindən içmələrini, orada məskunlaşmalarını əmr etdi. Onlar belə də etdilər, sonra isə dəvələrin çobanını öldürdülər. Peyğəmbər ﷺ onların arxası ilə adam göndərdi. Onlar gətirildikdə onların əllərini və ayaqlarını kəsdirdi, gözlərini deşdirdi. Kəsilən yerlərinə dağ basdırdı və onları günəşin altında ölənə kimi qoydurdu. Allah ﷿ da bu ayəni nazil etdi: “Allaha və Onun rəsuluna qarşı savaşanların və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək və ya çarmıxa çəkilmək, yaxud əllərinin və ayaqlarının çarpazvari kəsilməsi, ya da yaşadıqları yerdən sürgün edilmələridir. Bu onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir” (əl-Maidə, 33)”.”

Ənəs
Nəsəi, 4025 (Qanın haramlığı, 60)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ عَمْرِو بْنِ السَّرْحِ قَالَ : أَنْبَأَنَا ابْنُ وَهْبٍ قَالَ : أَخْبَرَنِي اللَّيْثُ ، عَنْ ابْنِ عَجْلاَنَ ، عَنْ أَبِي الزِّنَادِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ لَمَّا قَطَّعَ الَّذِينَ سَرَقُوا لِقَاحَهُ ، وَسَمَلَ أَعْيُنَهُمْ بِالنَّارِ ، عَاتَبَهُ اللَّهُ فِي ذَلِكَ ، فَأَنْزَلَ اللَّهُ تَعَالَى : {إِنَّمَا جَزَاءُ الَّذِينَ يُحَارِبُونَ اللَّهَ وَرَسُولَهُ} الآيَةَ كُلَّهَا.

“Əbuz-Zinad ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ onun dəvələrini oğurlayanların əllərini və ayaqlarını kəsdirdi, gözlərinə dağ basdırdı. Uca Allah bu haqda bu ayələni nazil etdi: “Allaha və Onun rəsuluna qarşı savaşanların və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək və ya çarmıxa çəkilmək, yaxud əllərinin və ayaqlarının çarpazvari kəsilməsi, ya da yaşadıqları yerdən sürgün edilmələridir. Bu, onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir” (əl-Maidə, 33)”.”

Əbuz-Zinad
Nəsəi, 4042 (Qanın haramlığı, 77)Zəif

أَخْبَرَنَا زَكَرِيَّا بْنُ يَحْيَى ، قَالَ : حَدَّثَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنِي عَلِيُّ بْنُ الْحُسَيْنِ بْنِ وَاقِدٍ قَالَ : حَدَّثَنِي أَبِي ، قَالَ : حَدَّثَنَا يَزِيدُ النَّحْوِيُّ ، عَنْ عِكْرِمَةَ ، عَنْ ابْنِ عَبَّاسٍ فِي قَوْلِهِ تَعَالَى : {إِنَّمَا جَزَاءُ الَّذِينَ يُحَارِبُونَ اللَّهَ وَرَسُولَهُ} الآيَةَ قَالَ : نَزَلَتْ هَذِهِ الآيَةُ فِي الْمُشْرِكِينَ ، فَمَنْ تَابَ مِنْهُمْ قَبْلَ أَنْ يُقْدَرَ عَلَيْهِ ، لَمْ يَكُنْ عَلَيْهِ سَبِيلٌ ، وَلَيْسَتْ هَذِهِ الآيَةُ لِلرَّجُلِ الْمُسْلِمِ فَمَنْ قَتَلَ ، وَأَفْسَدَ فِي الأَرْضِ ، وَحَارَبَ اللَّهَ وَرَسُولَهُ ، ثُمَّ لَحِقَ بِالْكُفَّارِ قَبْلَ أَنْ يُقْدَرَ عَلَيْهِ لَمْ يَمْنَعْهُ ذَلِكَ أَنْ يُقَامَ فِيهِ الْحَدُّ الَّذِي أَصَابَ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ Uca Allahın “Allaha və Onun rəsuluna qarşı savaşanların və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək və ya çarmıxa çəkilmək, yaxud əllərinin və ayaqlarının çarpazvari kəsilməsi, ya da yaşadıqları yerdən sürgün edilmələridir. Bu onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir” (əl-Maidə, 33) ayəsi barədə demişdir: “Bu ayə müşriklər haqqında nazil edilmişdir. Onlardan kimsə tutulmamışdan qabaq İslama girib tövbə edərsə, ona toxunulmur. Bu ayə müsəlmanlar haqda nazil edilməmişdir. Kim adam öldürər, yer üzündə fitnə-fəsad törədər, Allaha və Onun Elçisinə ﷺ qarşı hərb edər, sonra da kafirlərə sığınarsa, etdiyi günahına əvəz olaraq cəza verilməsində bir müşkül yoxdur. Tutulduqda ona cəza verilir”.”

İbn Abbas
Nəsəi, 4046 (Qanın haramlığı, 81)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَعْمَرٍ الْبَصْرِيُّ الْحَرَّانِيُّ ، قَالَ : حَدَّثَنَا أَبُو دَاوُدَ الطَّيَالِسِيُّ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنِ الأَزْرَقِ بْنِ قَيْسٍ ، عَنْ شَرِيكِ بْنِ شِهَابٍ ، قَالَ : كُنْتُ أَتَمَنَّى أَنْ أَلْقَى رَجُلاً مِنْ أَصْحَابِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، أَسْأَلُهُ عَنِ الْخَوَارِجِ ، فَلَقِيتُ أَبَا بَرْزَةَ فِي يَوْمِ عِيدٍ فِي نَفَرٍ مِنْ أَصْحَابِهِ ، فَقُلْتُ لَهُ : هَلْ سَمِعْتَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَذْكُرُ الْخَوَارِجَ ؟ فَقَالَ : نَعَمْ ، سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بِأُذُنِي ، وَرَأَيْتُهُ بِعَيْنِي ، أُتِيَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بِمَالٍ فَقَسَمَهُ ، فَأَعْطَى مَنْ عَنْ يَمِينِهِ ، وَمَنْ عَنْ شِمَالِهِ ، وَلَمْ يُعْطِ مَنْ وَرَاءَهُ شَيْئًا ، فَقَامَ رَجُلٌ مِنْ وَرَائِهِ فَقَالَ : يَا مُحَمَّدُ ، مَا عَدَلْتَ فِي الْقِسْمَةِ رَجُلٌ أَسْوَدُ مَطْمُومُ الشَّعْرِ عَلَيْهِ ثَوْبَانِ أَبْيَضَانِ ، فَغَضِبَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ غَضَبًا شَدِيدًا وَقَالَ : وَاللَّهِ لاَ تَجِدُونَ بَعْدِي رَجُلاً هُوَ أَعْدَلُ مِنِّي ، ثُمَّ قَالَ : يَخْرُجُ فِي آخِرِ الزَّمَانِ قَوْمٌ كَأَنَّ هَذَا مِنْهُمْ ، يَقْرَؤُونَ الْقُرْآنَ لاَ يُجَاوِزُ تَرَاقِيَهُمْ ، يَمْرُقُونَ مِنَ الإِسْلاَمِ كَمَا يَمْرُقُ السَّهْمُ مِنَ الرَّمِيَّةِ ، سِيمَاهُمْ التَّحْلِيقُ ، لاَ يَزَالُونَ يَخْرُجُونَ حَتَّى يَخْرُجَ آخِرُهُمْ مَعَ الْمَسِيحِ الدَّجَّالِ ، فَإِذَا لَقِيتُمُوهُمْ فَاقْتُلُوهُمْ ، هُمْ شَرُّ الْخَلْقِ ، وَالْخَلِيقَةِ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ رَحِمَهُ اللَّهُ : شَرِيكُ بْنُ شِهَابٍ لَيْسَ بِذَلِكَ الْمَشْهُورِ.

“Rəvayət edilir ki, Şərik ibn Şihab ﵀ demişdir: “Mən Allah Elçisinin ﷺ səhabələrindən biri ilə qarşılaşmağı və ondan xavariclər haqqında sual soruşmağı arzu edirdim. Həmin günlərdə bir bayram günü dostları ilə birlikdə olan Əbu Bərzə ilə rastlaşdım və ona dedim: “Sən Allah Elçisinin ﷺ xavariclər haqqında danışdığını eşitmisənmi?” O dedi: “Bəli, mən Allah Elçisinin ﷺ söylədiklərini qulaqlarımla eşitdim və gözlərimlə gördüm. Allah Elçisinə ﷺ bir az mal gətirilmişdi. O da paylaşdıraraq sağında və solunda olanlara vermişdi. Fəqət bu maldan arxasında olanlara verməmişdi. Arxasında olanlardan bir nəfər qalxıb belə dedi: “Ey Muhəmməd! Bu paylaşımında ədalətlə davranmadın”. Bu adam başı keçəl, iki ağ paltar geyinmiş qaradərili biri idi. Bunu eşidən Allah Elçisi ﷺ çox bərk qəzəbləndi və dedi: “Allaha and olsun ki, məndən sonra məndən daha ədalətli birini tapa bilməyəcəksiniz”. Sonra buyurdu: “Axır zamanda – bu adam kimi – bir tayfa peyda olacaq. Onlar Quran oxuyacaqlar, lakin oxuduqları körpücük sümüklərindən aşağı keçməyəcək. Onlar oxun yaydan çıxdığı kimi dindən çıxacaqlar. Onların əlamətləri başlarını keçəl qırxdırmalarıdır. Onlar Məsih Dəccal gələnə qədər bu şəkildə çıxacaq. Sonuncuları isə Məsih Dəccalla birlikdə olacaq. Onlarla qarşılaşsanız, onları məhv edin. Onlar yaradılanların ən şərliləridir”.”

Şərik ibn Şihab
Nəsəi, 4103 (Qanın haramlığı, 138)Zəif

أَخْبَرَنَا هَارُونُ بْنُ عَبْدِ اللهِ الْحَمَّالُ ، قَالَ : حَدَّثَنَا عُثْمَانُ بْنُ عُمَرَ ، عَنْ يُونُسَ بْنِ يَزِيدَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ يَزِيدَ بْنِ هُرْمُزَ ، أَنَّ نَجْدَةَ الْحَرُورِيَّ حِينَ خَرَجَ فِي فِتْنَةِ ابْنِ الزُّبَيْرِ أَرْسَلَ إِلَى ابْنِ عَبَّاسٍ يَسْأَلُهُ عَنْ سَهْمِ ذِي الْقُرْبَى لِمَنْ تُرَاهُ ؟ قَالَ : هُوَ لَنَا لِقُرْبَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَسَمَهُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ لَهُمْ ، وَقَدْ كَانَ عُمَرُ عَرَضَ عَلَيْنَا شَيْئًا رَأَيْنَاهُ دُونَ حَقِّنَا ، فَأَبَيْنَا أَنْ نَقْبَلَهُ ، وَكَانَ الَّذِي عَرَضَ عَلَيْهِمْ أَنْ يُعِينَ نَاكِحَهُمْ ، وَيَقْضِيَ عَنْ غَارِمِهِمْ ، وَيُعْطِيَ فَقِيرَهُمْ وَأَبَى أَنْ يَزِيدَهُمْ عَلَى ذَلِكَ.

“Yəzid ibn Hurmuz ﵀ rəvayət edir ki, İbn əz-Zubeyrin Həccac ilə düşdüyü fitnə vaxtı Nəcdət əl-Həruri Həccac ilə döyüşürdü. Bu əsnada o, İbn Abbasa xəbər göndərərək Allah Elçisinin ﷺ qohumlarına veriləcək hissənin kimə veriləcəyini soruşdu. İbn Abbas dedi: “Allah Elçisi ﷺ qohumlarına vermişdi. Ona görə də bizə verilməlidir. Vaxtilə Ömər bizə qənimətdən müəyyən bir şey verəcəkdi, biz isə haqqımıza düşəndən daha az olduğuna görə qəbul etməmişdik. Ömərin Allah Elçisinin ﷺ qohumlarına vermək istədiyi bunlar idi: onlardan evlənənlərə kömək etmək, borclarını ödəmək və kasıblarına vermək. Ömər bunlardan başqalarına kömək etmək istəməmişdi.”

Yəzid ibn Hurmuz
Nəsəi, 4133 (Fey, 1)Səhih

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ أَبِي مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ زَيْدِ بْنِ وَهْبٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ عَبْدِ رَبِّ الْكَعْبَةِ قَالَ : انْتَهَيْتُ إِلَى عَبْدِ اللهِ بْنِ عَمْرٍو وَهُوَ جَالِسٌ فِي ظِلِّ الْكَعْبَةِ ، وَالنَّاسُ عَلَيْهِ مُجْتَمِعُونَ ، قَالَ : فَسَمِعْتُهُ يَقُولُ : بَيْنَا نَحْنُ مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي سَفَرٍ إِذْ نَزَلْنَا مَنْزِلاً ، فَمِنَّا مَنْ يَضْرِبُ خِبَاءَهُ ، وَمِنَّا مَنْ يَنْتَضِلُ ، وَمِنَّا مَنْ هُوَ فِي جَشْرَتِهِ ، إِذْ نَادَى مُنَادِي النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : الصَّلاَةُ جَامِعَةٌ ، فَاجْتَمَعْنَا ، فَقَامَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَخَطَبَنَا ، فَقَالَ : إِنَّهُ لَمْ يَكُنْ نَبِيٌّ قَبْلِي إِلاَّ كَانَ حَقًّا عَلَيْهِ أَنْ يَدُلَّ أُمَّتَهُ عَلَى مَا يَعْلَمُهُ خَيْرًا لَهُمْ ، وَيُنْذِرَهُمْ مَا يَعْلَمُهُ شَرًّا لَهُمْ ، وَإِنَّ أُمَّتَكُمْ هَذِهِ جُعِلَتْ عَافِيَتُهَا فِي أَوَّلِهَا ، وَإِنَّ آخِرَهَا سَيُصِيبُهُمْ بَلاَءٌ ، وَأُمُورٌ يُنْكِرُونَهَا تَجِيءُ فِتَنٌ فَيُدَقِّقُ بَعْضُهَا لِبَعْضٍ ، فَتَجِيءُ الْفِتْنَةُ ، فَيَقُولُ الْمُؤْمِنُ : هَذِهِ مُهْلِكَتِي ، ثُمَّ تَنْكَشِفُ ، ثُمَّ تَجِيءُ فَيَقُولُ : هَذِهِ مُهْلِكَتِي ، ثُمَّ تَنْكَشِفُ فَمَنْ أَحَبَّ مِنْكُمْ أَنْ يُزَحْزَحَ عَنِ النَّارِ ، وَيُدْخَلَ الْجَنَّةَ ، فَلْتُدْرِكْهُ مَوْتَتُهُ وَهُوَ مُؤْمِنٌ بِاللَّهِ وَالْيَوْمِ الآخِرِ ، وَلْيَأْتِ إِلَى النَّاسِ مَا يُحِبُّ أَنْ يُؤْتَى إِلَيْهِ ، وَمَنْ بَايَعَ إِمَامًا ، فَأَعْطَاهُ صَفْقَةَ يَدِهِ وَثَمَرَةَ قَلْبِهِ ، فَلْيُطِعْهُ مَا اسْتَطَاعَ ، فَإِنْ جَاءَ أَحَدٌ يُنَازِعُهُ فَاضْرِبُوا رَقَبَةَ الآخَرِ فَدَنَوْتُ مِنْهُ فَقُلْتُ : سَمِعْتَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَقُولُ هَذَا ؟ قَالَ : نَعَمْ وَذَكَرَ الْحَدِيثَ.

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Abdu Rabbil-Kəbə ﵀ demişdir: “Bir dəfə mən Kəbənin kölgəsində oturan Abdullah ibn Amrın yanına gəldim və ətrafında olan insanlara belə dediyini eşitdim: “Bir dəfə biz səfərdə Allah Elçisi ﷺ ilə birlikdə olarkən bir yerdə məskunlaşdıq. Bir qismimiz çadır qurur, bir qismimiz ox atır, bir qismimiz də heyvanlara yem verirdi. Bu vaxt Peyğəmbərin ﷺ carçısı “toplanma namazı” deyə car çəkdi və biz də toplandıq. Allah Elçisi ﷺ ayağa durdu və belə bir xütbə verdi: “Məndən əvvəl olan hər bir peyğəmbər ümmətini haqq olan xeyirli bildiyi şeylərə yönəltmiş, şər bildiyi şeylərdən çəkindirmişdir. Siz ümmətimdən sonra gələcək insanlardan daha xoşbəxtsiniz. Onlara xoş olmayan bəlalar gələcək və fitnələrə düşərək bir-birini zəiflədəcəklər. Bir fitnə meydana çıxdıqda möminlər deyəcək: “Bu fitnə məni həlak edər”. Vəziyyət yaxşılaşdıqda başqa bir fitnə meydana çıxacaq və möminlər deyəcək: “Bu fitnə məni həlak edər”. Sonra vəziyyət yenə düzələcək. Sizdən kim Cəhənnəmdən uzaqlaşdırılıb Cənnətə girmək istəyərsə, ölüm ona Allaha və Axirət gününə imanı olduğu halda gəlsin. İnsanların ona necə davranmasını istəyirsə, başqaları ilə elə davransın. Rəhbərə etdiyi beyətə əli və qəlbi ilə itaət etsin. Əgər kimsə rəhbərə qarşı çıxarsa, onun boynunu vurun!” Mən Abdullaha yaxınlaşıb dedim: “Bu dediklərini Allah Elçisindən ﷺ eşitmisən?” O: “Bəli”, - dedi və hədisi danışmağa davam etdi”.”

Abdur-Rahmən ibn Abdu Rabbil-Kəbə
Nəsəi, 4191 (Beyət, 43)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ الرَّحْمَنِ ، عَنْ سُفْيَانَ ، عَنْ أَبِي مُوسَى (ح) وأَنْبَأَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، عَنْ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ أَبِي مُوسَى ، عَنْ وَهْبِ بْنِ مُنَبِّهٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : مَنْ سَكَنَ الْبَادِيَةَ جَفَا ، وَمَنِ اتَّبَعَ الصَّيْدَ غَفَلَ ، وَمَنِ اتَّبَعَ السُّلْطَانَ افْتُتِنَ وَاللَّفْظُ لاِبْنِ الْمُثَنَّى.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Səhrada yaşayan kobud olur. Ovçuluq edən diqqətsiz olur. Sultana yaxınlaşan fitnəyə düşət, ya canından olar, ya da dinindən”.”

İbn Abbas
Nəsəi, 4309 (Ov və kəsim, 47)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ خَالِدِ بْنِ خِدَاشٍ ، حَدَّثَنَا إِسْمَاعِيلُ ابْنُ عُلَيَّةَ ، حَدَّثَنَا أَيُّوبُ (ح) وَحَدَّثَنَا أَحْمَدُ بْنُ ثَابِتٍ الْجَحْدَرِيُّ ، وَيَحْيَى بْنُ حَكِيمٍ ، قَالاَ : حَدَّثَنَا عَبْدُ الْوَهَّابِ ، حَدَّثَنَا أَيُّوبُ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي مُلَيْكَةَ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : تَلاَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ هَذِهِ الآيَةَ : {هُوَ الَّذِي أَنْزَلَ عَلَيْكَ الْكِتَابَ مِنْهُ آيَاتٌ مُحْكَمَاتٌ هُنَّ أُمُّ الْكِتَابِ وَأُخَرُ مُتَشَابِهَاتٌ} إِلَى قَوْلِهِ :{وَمَا يَذَّكَّرُ إِلاَّ أُولُو الأَلْبَابِ} , فَقَالَ : يَا عَائِشَةُ ، إِذَا رَأَيْتُمُ الَّذِينَ يُجَادِلُونَ فِيهِ ، فَهُمُ الَّذِينَ عَنَاهُمُ اللَّهُ ، فَاحْذَرُوهُمْ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ bu ayəni oxudu “Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər”. (Ali-İmran, 7) və buyurdu: “Ey Aişə, onlar barəsində mübahisə edən kəslər görsən, (bil ki,) məhz onlar Allahın (ayədə) qəsd etdiyi kimsələrdir”.”

Aişə
İbn Məcə, 47 (Sünnə, 47)Səhih

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ إِدْرِيسَ ، عَنْ هِشَامِ بْنِ حَسَّانَ ، عَنْ مُحَمَّدِ بْنِ سِيرِينَ ، عَنْ كَعْبِ بْنِ عُجْرَةَ ، قَالَ : ذَكَرَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِتْنَةً فَقَرَّبَهَا ، فَمَرَّ رَجُلٌ مُقَنَّعٌ رَأْسُهُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : هَذَا يَوْمَئِذٍ عَلَى الْهُدَى , فَوَثَبْتُ ، فَأَخَذْتُ بِضَبْعَيْ عُثْمَانَ ، ثُمَّ اسْتَقْبَلْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَقُلْتُ : هَذَا ؟ قَالَ : هَذَا.

“Rəvayət edilir ki, Kəb ibn Ucra ﵁ demişdir: “Bir gün Allah Elçisi ﷺ yaxın vaxtlarda baş verəcək fitnəni xatırlatdı. Bu arada başı örtülü bir kişi yanımızdan keçdi. Allah Elçisi ﷺ buyurdu: “Bu adam həmin fitnə günlərində doğru yolda olacaq”. Mən yerimdən cəld durub Osmanın biləklərindən tutdum, sonra üzümü Allah Elçisinə ﷺ tərəf çevirib dedim: “Bu adammı?” O da: “Bu adam”- deyə buyurdu”.”

Kəb ibn Ucra
İbn Məcə, 111 (Sünnə, 111)Səhih

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا يَحْيَى بْنُ حَمْزَةَ ، حَدَّثَنَا الأَوْزَاعِيُّ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : يَنْشَأُ نَشْءٌ يَقْرَؤُونَ الْقُرْآنَ لاَ يُجَاوِزُ تَرَاقِيَهُمْ ، كُلَّمَا خَرَجَ قَرْنٌ قُطِعَ , قَالَ ابْنُ عُمَرَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : كُلَّمَا خَرَجَ قَرْنٌ قُطِعَ ، أَكْثَرَ مِنْ عِشْرِينَ مَرَّةً ، حَتَّى يَخْرُجَ فِي عِرَاضِهِمُ الدَّجَّالُ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Elə bir zümrə peyda olacaq ki, Quran oxuyacaqlar, lakin oxuduqları Quran onların körpücük sümüklərindən aşağı keçməyəcək. Onlar hər dəfə peyda olduqda, məhv ediləcəklər”. İbn Ömər dedi: “Mən Allah Elçisinin ﷺ “Onlar hər dəfə peyda olduqda, məhv ediləcəklər” sözünü iyirmi dəfədən çox dediyini eşitdim. Sonra da onların arasından Dəccal çıxacaq”.”

İbn Ömər
İbn Məcə, 174 (Sünnə, 174)Həsən

حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ إِبْرَاهِيمَ الدِّمَشْقِيُّ ، حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ ، حَدَّثَنَا الأَوْزَاعِيُّ , حَدَّثَنِي حَسَّانُ بْنُ عَطِيَّةَ , حَدَّثَنِي مُحَمَّدُ بْنُ أَبِي عَائِشَةَ ، قَالَ : سَمِعْتُ أَبَا هُرَيْرَةَ يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِذَا فَرَغَ أَحَدُكُمْ مِنَ التَّشَهُّدِ الأَخِيرِ ، فَلْيَتَعَوَّذْ بِاللَّهِ مِنْ أَرْبَعٍ : مِنْ عَذَابِ جَهَنَّمَ ، وَمِنْ عَذَابِ الْقَبْرِ ، وَمِنْ فِتْنَةِ الْمَحْيَا وَالْمَمَاتِ ، وَمِنْ فِتْنَةِ الْمَسِيحِ الدَّجَّالِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biri namazın axırıncı təşəhhüdündə dörd şeydən Allaha sığınsın: Cəhənnəm əzabından, qəbir əzabından, həyatın və ölümün fitnəsindən və Məsih Dəccalın fitnəsindən”.”

Əbu Hureyra
İbn Məcə, 909 (İqamətus-salat, 107)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرٍ ، قَالَ : صَلَّى مُعَاذُ بْنُ جَبَلٍ الأَنْصَارِيُّ بِأَصْحَابِهِ صَلاَةَ الْعِشَاءِ ، فَطَوَّلَ عَلَيْهِمْ ، فَانْصَرَفَ رَجُلٌ مِنَّا , فَصَلَّى ، فَأُخْبِرَ مُعَاذُ عَنْهُ ، فَقَالَ : إِنَّهُ مُنَافِقٌ ، فَلَمَّا بَلَغَ ذَلِكَ الرَّجُلَ ، دَخَلَ عَلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَأَخْبَرَهُ مَا قَالَ لَهُ مُعَاذٌ ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَتُرِيدُ أَنْ تَكُونَ فَتَّانًا يَا مُعَاذٌ ؟ إِذَا صَلَّيْتَ بِالنَّاسِ ، فَاقْرَأْ : بِالشَّمْسِ وَضُحَاهَا ، وَ {سَبِّحِ اسْمَ رَبِّكَ الأَعْلَى} ، وَاللَّيْلِ إِذَا يَغْشَى ، وَ {اقْرَأْ بِاسْمِ رَبِّكَ}.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Muaz ibn Cəbəl əl-Ənsari dostlarına İşa namazını qıldırırdı. O, namazı uzatdıqda bir kişi namazdan çıxıb tək namaz qıldı. Məsələ Muaza bildirildikdə Muaz dedi: “O, münafiqdir”. Bu söz həmin kişiyə bildirildikdə o, Allah Elçisinin ﷺ yanına gəlib Muazın dediyini ona xəbər verdi. Peyğəmbər də buyurdu: “Sən fitnəkar olmaq istəyirsən, ey Muaz?! İnsanlara namaz qıldırdıqda “əş-Şəms”, “əl-Ə'lə”, “əl-Leyl” və “əl-Aləq” surələrini oxu!””

Cabir
İbn Məcə, 986 (İqamətus-salat, 184)Səhih

حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ إِبْرَاهِيمَ الدِّمَشْقِيُّ ، حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ ، حَدَّثَنَا مَرْوَانُ بْنُ جَنَاحٍ , حَدَّثَنِي يُونُسُ بْنُ مَيْسَرَةَ بْنِ حَلْبَسٍ ، عَنْ وَاثِلَةَ بْنِ الأَسْقَعِ ، قَالَ : صَلَّى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَلَى رَجُلٍ مِنَ الْمُسْلِمِينَ ، فَأَسْمَعُهُ يَقُولُ : اللَّهُمَّ إِنَّ فُلاَنَ بْنَ فُلاَنٍ فِي ذِمَّتِكَ ، وَحَبْلِ جِوَارِكَ ، فَقِهِ مِنْ فِتْنَةِ الْقَبْرِ ، وَعَذَابِ النَّارِ ، وَأَنْتَ أَهْلُ الْوَفَاءِ وَالْحَقِّ ، فَاغْفِرْ لَهُ وَارْحَمْهُ ، إِنَّكَ أَنْتَ الْغَفُورُ الرَّحِيمُ.

“Rəvayət edilir ki, Vasilətə ibn əl-Əsqa ﵁ demişdir: “Allah Elçisi ﷺ müsəlmanlardan bir kişi üçün cənazə namazı qıldı. Mən onun belə dua etdiyini eşitdim: “Allahım, filankəs oğlu filankəs (vəfat edənin adı çəkilir) Sənin himayəndədir, (aqibəti) Səndən asılıdır. Onu qəbir fitnəsindən və Cəhənnəm əzabından qoru! Sən vəfa və haqq sahibisən! Onu bağışla, ona rəhm et! Həqiqətən, Sən Bağışlayansan, Rəhmlisən!””

Vasilətə ibn əl-Əsqa
İbn Məcə, 1499 (Cənazələr, 67)Səhih

حَدَّثَنَا يَحْيَى بْنُ حَكِيمٍ ، حَدَّثَنَا أَبُو دَاوُدَ الطَّيَالِسِيُّ ، حَدَّثَنَا فَرَجُ بْنُ الْفَضَالَةِ , حَدَّثَنِي عِصْمَةُ بْنُ رَاشِدٍ ، عَنْ حَبِيبِ بْنِ عُبَيْدٍ ، عَنْ عَوْفِ بْنِ مَالِكٍ ، قَالَ : شَهِدْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ صَلَّى عَلَى رَجُلٍ مِنَ الأَنْصَارِ , فَسَمِعْتُهُ يَقُولُ : اللَّهُمَّ صَلِّ عَلَيْهِ ، وَاغْفِرْ لَهُ وَارْحَمْهُ ، وَعَافِهِ وَاعْفُ عَنْهُ ، وَاغْسِلْهُ بِمَاءٍ وَثَلْجٍ وَبَرَدٍ ، وَنَقِّهِ مِنَ الذُّنُوبِ وَالْخَطَايَا كَمَا يُنَقَّى الثَّوْبُ الأَبْيَضُ مِنَ الدَّنَسِ ، وَأَبْدِلْهُ بِدَارِهِ خَيْرًا مِنْ دَارِهِ ، وَأَهْلاً خَيْرًا مِنْ أَهْلِهِ ، وَقِهِ فِتْنَةَ الْقَبْرِ , وَعَذَابَ النَّارِ. قَالَ عَوْفٌ : فَلَقَدْ رَأَيْتُنِي فِي مُقَامِي ذَلِكَ , أَتَمَنَّى أَنْ أَكُونَ مَكَانَ ذَلِكَ الرَّجُلِ.

“Rəvayət edilir ki, Auf ibn Malik ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ ənsardan olan bir kişinin cənazə namazını qılarkən belə dua etdiyini eşitdim: “Allahım, ona salavat et! Onu bağışla, ona rəhm et, onu (günahlardan) salamat et, onu əfv et! Onu su, qar və dolu ilə yu! Ağ paltarı çirkdən təmizlədiyin kimi onu da günahlardan və xətalardan təmizlə! Ona evinin əvəzinə daha xeyirli ev, ailəsinin əvəzinə daha xeyirli ailə ver! Onu qəbir fitnəsindən və Cəhənnəm əzabından qoru!” Auf deyir: “Mən ölən adamın bu məqamını gördükdə, bu kişinin yerində olmağımı təmənna etdim”.”

Auf ibn Malik
İbn Məcə, 1500 (Cənazələr, 68)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ سَابُورٍ الرَّقِّيُّ ، حَدَّثَنَا عَبْدُ الْحَمِيدِ بْنُ سُلَيْمَانَ الأَنْصَارِيُّ ، أَخُو فُلَيْحٍ ، عَنْ مُحَمَّدِ بْنِ عَجْلاَنَ ، عَنِ ابْنِ وَثِيمَةَ النَّصْرِيِّ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِذَا أَتَاكُمْ مَنْ تَرْضَوْنَ خُلُقَهُ وَدِينَهُ فَزَوِّجُوهُ ، إِلاَّ تَفْعَلُوا تَكُنْ فِتْنَةٌ فِي الأَرْضِ وَفَسَادٌ عَرِيضٌ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Əxlaqından və dindar olmasından razı olduğunuz bir kimsə sizin qızınıza elçi olarsa, qızınızı onunla evləndirin. Əgər belə etməsəniz, yer üzündə fitnə meydana çıxacaq”.”

Əbu Hureyra
İbn Məcə, 1967 (Nikah, 123)Həsən

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا أَبُو الْيَمَانِ ، أَخْبَرَنَا شُعَيْبٌ ، عَنِ الزُّهْرِيِّ ، أَخْبَرَنِي عَلِيُّ بْنُ الْحُسَيْنِ ، أَنَّ الْمِسْوَرَ بْنَ مَخْرَمَةَ أَخْبَرَهُ , أَنَّ عَلِيَّ بْنَ أَبِي طَالِبٍ خَطَبَ بِنْتَ أَبِي جَهْلٍ ، وَعِنْدَهُ فَاطِمَةُ بِنْتُ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَلَمَّا سَمِعَتْ بِذَلِكَ فَاطِمَةُ , أَتَتِ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَتْ : إِنَّ قَوْمَكَ يَتَحَدَّثُونَ أَنَّكَ لاَ تَغْضَبُ لِبَنَاتِكَ ، وَهَذَا عَلِيٌّ نَاكِحًا ابْنَةَ أَبِي جَهْلٍ. قَالَ الْمِسْوَرُ : فَقَامَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَسَمِعْتُهُ حِينَ تَشَهَّدَ ، ثُمَّ قَالَ : أَمَّا بَعْدُ : فَإِنِّي قَدْ أَنْكَحْتُ أَبَا الْعَاصِ بْنَ الرَّبِيعِ , فَحَدَّثَنِي فَصَدَقَنِي ، وَإِنَّ فَاطِمَةَ بِنْتَ مُحَمَّدٍ بَضْعَةٌ مِنِّي ، وَأَنَا أَكْرَهُ أَنْ يَفْتِنُوهَا ، وَإِنَّهَا وَاللَّهِ لاَ تَجْتَمِعُ بِنْتُ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ وَبِنْتُ عَدُوِّ اللهِ عِنْدَ رَجُلٍ وَاحِدٍ أَبَدًا. قَالَ : فَنَزَلَ عَلِيٌّ عَنِ الْخِطْبَةِ.

“Misvər ibn Məxramə ﵁ rəvayət edir ki, Əli ibn Əbu Talib Allah Elçisinin ﷺ qızı Fatimə ilə evli olduğu halda Əbu Cəhlin qızı ilə evlənmək istədi. Fatimə bunu eşitdikdə Peyğəmbərin ﷺ yanına gedib dedi: “Camaat sənin qızlarına görə qəzəblənməməyin haqda danışır. İndi isə Əli Əbu Cəhlin qızı ilə evlənmək istəyir”. Misvər deyir: “Bundan sonra Peyğəmbər ﷺ ayağa durdu və bu əsnada onun şəhadət gətirdiyini eşitdim. Sonra belə buyurdu: “Bundan sonra... Mən (qızım Zeynəbi) Əbul-As ibn Rabi ilə evləndirdim. O mənə (Zeynəbin üzərinə evlənməyəcəyinə) söz verdi və sözündə durdu. Şübhəsiz, Muhəmmədin qızı Fatimə məndən bir parçadır. Onun fitnəyə düşməsi mənə xoş deyil. Allaha and olsun ki, Allah Elçisinin ﷺ qızı Allahın düşməninin (Əbu Cəhlin) qızı ilə heç vaxt bir kişinin nikahı altında bir yerdə olmaz”. Ravi deyir: “Bundan sonra Əli evlənmək fikrindən daşındı”.”

Misvər ibn Məxramə
İbn Məcə, 1999 (Nikah, 155)Səhih

عَنْ مُعَاذِ بْنِ جَبَلٍ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِطُولِهِ وَقَالَ «إِنِّى نَعَسْتُ فَاسْتَثْقَلْتُ نَوْمًا فَرَأَيْتُ رَبِّى فِى أَحْسَنِ صُورَةٍ فَقَالَ فِيمَ يَخْتَصِمُ الْمَلأُ الأَعْلَى». حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ حَدَّثَنَا مُعَاذُ بْنُ هَانِئٍ أَبُو هَانِئٍ الْيَشْكُرِىُّ حَدَّثَنَا جَهْضَمُ بْنُ عَبْدِ اللَّهِ عَنْ يَحْيَى بْنِ أَبِى كَثِيرٍ عَنْ زَيْدِ بْنِ سَلاَّمِ عَنْ أَبِى سَلاَّمٍ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ عَائِشٍ الْحَضْرَمِىِّ أَنَّهُ حَدَّثَهُ عَنْ مَالِكِ بْنِ يُخَامِرَ السَّكْسَكِىِّ عَنْ مُعَاذِ بْنِ جَبَلٍ قَالَ احْتُبِسَ عَنَّا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ غَدَاةٍ عَنْ صَلاَةِ الصُّبْحِ حَتَّى كِدْنَا نَتَرَاءَى عَيْنَ الشَّمْسِ فَخَرَجَ سَرِيعًا فَثُوِّبَ بِالصَّلاَةِ فَصَلَّى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَتَجَوَّزَ فِى صَلاَتِهِ فَلَمَّا سَلَّمَ دَعَا بِصَوْتِهِ قَالَ لَنَا «عَلَى مَصَافِّكُمْ كَمَا أَنْتُمْ». ثُمَّ انْفَتَلَ إِلَيْنَا ثُمَّ قَالَ «أَمَا إِنِّى سَأُحَدِّثُكُمْ مَا حَبَسَنِى عَنْكُمُ الْغَدَاةَ إِنِّى قُمْتُ مِنَ اللَّيْلِ فَتَوَضَّأْتُ وَصَلَّيْتُ مَا قُدِّرَ لِى فَنَعَسْتُ فِى صَلاَتِى حَتَّى اسْتَثْقَلْتُ فَإِذَا أَنَا بِرَبِّى تَبَارَكَ وَتَعَالَى فِى أَحْسَنِ صُورَةٍ فَقَالَ يَا مُحَمَّدُ. قُلْتُ لَبَّيْكَ رَبِّ. قَالَ فِيمَ يَخْتَصِمُ الْمَلأُ الأَعْلَى قُلْتُ لاَ أَدْرِى. قَالَهَا ثَلاَثًا قَالَ فَرَأَيْتُهُ وَضَعَ كَفَّهُ بَيْنَ كَتِفَىَّ حَتَّى وَجَدْتُ بَرْدَ أَنَامِلِهِ بَيْنَ ثَدْيَىَّ فَتَجَلَّى لِى كُلُّ شَىْءٍ وَعَرَفْتُ فَقَالَ يَا مُحَمَّدُ. قُلْتُ لَبَّيْكَ رَبِّ قَالَ فِيمَ يَخْتَصِمُ الْمَلأُ الأَعْلَى قُلْتُ فِى الْكَفَّارَاتِ قَالَ مَا هُنَّ قُلْتُ مَشْىُ الأَقْدَامِ إِلَى الْجَمَاعَاتِ وَالْجُلُوسُ فِى الْمَسَاجِدِ بَعْدَ الصَّلَوَاتِ وَإِسْبَاغُ الْوُضُوءِ فِى الْمَكْرُوهَاتِ. قَالَ فِيمَ قُلْتُ إِطْعَامُ الطَّعَامِ وَلِينُ الْكَلاَمِ وَالصَّلاَةُ بِاللَّيْلِ وَالنَّاسُ نِيَامٌ. (فَقَالَ اللَّهُ مَنْ فَعَلَ ذَلِكَ يَعِشْ بِخَيْرٍ وَيَمُتْ بِخَيْرٍ وَيَكُونُ مِنْ خَطِيئَتِهِ كَيَوْمِ وَلَدَتْهُ أُمُّهُ). قَالَ سَلْ. قُلْتُ اللَّهُمَّ إِنِّى أَسْأَلُكَ فِعْلَ الْخَيْرَاتِ وَتَرْكَ الْمُنْكَرَاتِ وَحُبَّ الْمَسَاكِينِ وَأَنْ تَغْفِرَ لِى وَتَرْحَمَنِى وَإِذَا أَرَدْتَ فِتْنَةَ قَوْمٍ فَتَوَفَّنِى غَيْرَ مَفْتُونٍ أَسْأَلُكَ حُبَّكَ وَحُبَّ مَنْ يُحِبُّكَ وَحُبَّ عَمَلٍ يُقَرِّبُ إِلَى حُبِّكَ». قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «إِنَّهَا حَقٌّ فَادْرُسُوهَا ثُمَّ تَعَلَّمُوهَا»

“Muaz ibn Cəbəl ﵁ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ Sübh namazına gecikirdi, hətta az qala günəş çıxacaqdı. Birdən tələsik gəldi və namaza iqamə verildi. Allah Elçisi ﷺ namazı yüngül qıldırdı. Salam verdikdən sonra uca səslə dedi: “Sıralarda olduğunuz kimi qalın!” Sonra bizə tərəf dönərək buyurdu: “Sübhə gecikməyimin səbəbini sizə söyləyəcəyəm. Gecə qalxıb dəstəmaz aldım və mənə təqdir olunan qədər namaz qıldım. Birdən namazımda mürgülədim, hətta yuxum ağırlaşdı və mən bu arada Uca Rəbbimi ən gözəl surətdə gördüm. O buyurdu: “Ey Muhəmməd!” Mən dedim: “Əmrinə müntəzirəm, ey Rəbbim!” Allah buyurdu: “Mələklər nə haqda mübahisə edirlər?” Mən dedim: “Bilmirəm!” Bunu üç dəfə təkrarladı. Gördüm ki, ovcunu (əlini) kürəklərimin arasına qoydu, hətta barmaqlarının uclarının sərinliyini sinəmdə hiss etdim. Hər şey mənə göründü və hər şeyi bildim. Allah buyurdu: “Ey Muhəmməd!” Mən dedim: “Əmrinə müntəzirəm, ey Rəbbim!” Allah buyurdu: “Mələklər nə haqda mübahisə edirlər?” Mən dedim: “Kəffarələr haqqında”. O buyurdu: “Nədir onlar?” Mən dedim: “Camaat namazlarına piyada getmək, namazlardan sonra məscidlərdə oturub növbəti namazı gözləmək, soyuqda dəstəmazı tam almaq”. Allah buyurdu: “Sonra nə haqda?” Mən dedim: “Yemək yedirtmək, mülayim söz söyləmək, insanlar yatdığı vaxt namaz qılmaq”. (Allah buyurdu: “Kim belə edərsə, xeyir içində yaşayar, xeyir içində ölər və anadan doğulduğu kimi günahsız olar”). Allah buyurdu: “İstə!” Mən dedim: “Allahım! Səndən xeyir işlər görməyi, pis işlərdən uzaq olmağı, kasıbları sevməyi, məni bağışlamağını, mənə rəhm etməyini və hər hansı bir qövmü fitnəyə salmaq istədikdə, fitnəyə düşməmiş canımı almağını diləyirəm. Səndən Sənin və Səni sevənin məhəbbətini qazanmağımı və məhəbbətinə yaxınlaşdıracaq hər bir əməli sevməyi istəyirəm”. Allah Elçisi ﷺ dedi: “Bu yuxu haqdır, bunları yaxşıca öyrənin”.”

Muaz ibn Cəbəl
Qüdsi hədislər, 86 (Kitab 7, 1)Səhih

عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «خَلَقَ اللَّهُ الْخَلْقَ، فَلَمَّا فَرَغَ مِنْهُ قَامَتِ الرَّحِمُ فَأَخَذَتْ بِحَقْوِ الرَّحْمَنِ فَقَالَ لَهَا مَهْ. قَالَتْ هَذَا مَقَامُ الْعَائِذِ بِكَ مِنَ الْقَطِيعَةِ. قَالَ أَلاَ تَرْضَيْنَ أَنْ أَصِلَ مَنْ وَصَلَكِ وَأَقْطَعَ مَنْ قَطَعَكِ. قَالَتْ بَلَى يَا رَبِّ. قَالَ فَذَاكِ لَكِ». قَالَ أَبُو هُرَيْرَةَ اقْرَءُوا إِنْ شِئْتُمْ ﴿فَهَلْ عَسَيْتُمْ إِنْ تَوَلَّيْتُمْ أَنْ تُفْسِدُوا فِى الأَرْضِ وَتُقَطِّعُوا أَرْحَامَكُمْ﴾

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Allah məxluqatı yaratdı, yaradılışı başa çatdırdıqdan sonra qohumluq əlaqəsi ayağa qalxıb ər-Rahmənin ətəyindən yapışdı. Allah ondan: “Nə olub?”- deyə soruşdu. O dedi: “Bu, qohumluq əlaqələrini kəsməkdən Sənə sığınanın məqamıdır”. Allah buyurdu: “(Qohumluq) əlaqəsini saxlayan kimsə ilə əlaqə saxlamağıma, habelə, səni kəsəni də kəsməyimə razı deyilsənmi?!” O dedi: “Əlbəttə (razıyam), ya Rəbb!” Allah buyurdu: “Sənin üçün məhz belə olacaq!” Sonra Əbu Hureyra dedi: “İstəyirsinizsə, (bu ayəni) oxuyun: “Əgər (haqdan) üz çevirsəniz, ola bilsin ki, yer üzündə fitnə-fəsad törədəsiniz və qohumluq əlaqələrini kəsəsiniz” (Muhəmməd, 22)”.”

Əbu Hureyra
Qüdsi hədislər, 103 (Kitab 8, 9)Səhih

عَنِ النَّوَّاسِ بْنِ سَمْعَانَ قَالَ ذَكَرَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الدَّجَّالَ ذَاتَ غَدَاةٍ فَخَفَّضَ فِيهِ وَرَفَّعَ حَتَّى ظَنَنَّاهُ فِى طَائِفَةِ النَّخْلِ فَلَمَّا رُحْنَا إِلَيْهِ عَرَفَ ذَلِكَ فِينَا فَقَالَ «مَا شَأْنُكُمْ». قُلْنَا يَا رَسُولَ اللَّهِ ذَكَرْتَ الدَّجَّالَ غَدَاةً فَخَفَّضْتَ فِيهِ وَرَفَّعْتَ حَتَّى ظَنَنَّاهُ فِى طَائِفَةِ النَّخْلِ. فَقَالَ «غَيْرُ الدَّجَّالِ أَخْوَفُنِى عَلَيْكُمْ إِنْ يَخْرُجْ وَأَنَا فِيكُمْ فَأَنَا حَجِيجُهُ دُونَكُمْ وَإِنْ يَخْرُجْ وَلَسْتُ فِيكُمْ فَامْرُؤٌ حَجِيجُ نَفْسِهِ وَاللَّهُ خَلِيفَتِى عَلَى كُلِّ مُسْلِمٍ إِنَّهُ شَابٌّ قَطَطٌ عَيْنُهُ طَافِئَةٌ كَأَنِّى أُشَبِّهُهُ بِعَبْدِ الْعُزَّى بْنِ قَطَنٍ فَمَنْ أَدْرَكَهُ مِنْكُمْ فَلْيَقْرَأْ عَلَيْهِ فَوَاتِحَ سُورَةِ الْكَهْفِ إِنَّهُ خَارِجٌ خَلَّةً بَيْنَ الشَّأْمِ وَالْعِرَاقِ فَعَاثَ يَمِينًا وَعَاثَ شِمَالاً يَا عِبَادَ اللَّهِ فَاثْبُتُوا». قُلْنَا يَا رَسُولَ اللَّهِ وَمَا لَبْثُهُ فِى الأَرْضِ قَالَ «أَرْبَعُونَ يَوْمًا يَوْمٌ كَسَنَةٍ وَيَوْمٌ كَشَهْرٍ وَيَوْمٌ كَجُمُعَةٍ وَسَائِرُ أَيَّامِهِ كَأَيَّامِكُمْ». قُلْنَا يَا رَسُولَ اللَّهِ فَذَلِكَ الْيَوْمُ الَّذِى كَسَنَةٍ أَتَكْفِينَا فِيهِ صَلاَةُ يَوْمٍ قَالَ «لاَ اقْدُرُوا لَهُ قَدْرَهُ». قُلْنَا يَا رَسُولَ اللَّهِ وَمَا إِسْرَاعُهُ فِى الأَرْضِ قَالَ «كَالْغَيْثِ اسْتَدْبَرَتْهُ الرِّيحُ فَيَأْتِى عَلَى الْقَوْمِ فَيَدْعُوهُمْ فَيُؤْمِنُونَ بِهِ وَيَسْتَجِيبُونَ لَهُ فَيَأْمُرُ السَّمَاءَ فَتُمْطِرُ وَالأَرْضَ فَتُنْبِتُ فَتَرُوحُ عَلَيْهِمْ سَارِحَتُهُمْ أَطْوَلَ مَا كَانَتْ ذُرًا وَأَسْبَغَهُ ضُرُوعًا وَأَمَدَّهُ خَوَاصِرَ ثُمَّ يَأْتِى الْقَوْمَ فَيَدْعُوهُمْ فَيَرُدُّونَ عَلَيْهِ قَوْلَهُ فَيَنْصَرِفُ عَنْهُمْ فَيُصْبِحُونَ مُمْحِلِينَ لَيْسَ بِأَيْدِيهِمْ شَىْءٌ مِنْ أَمْوَالِهِمْ وَيَمُرُّ بِالْخَرِبَةِ فَيَقُولُ لَهَا أَخْرِجِى كُنُوزَكِ. فَتَتْبَعُهُ كُنُوزُهَا كَيَعَاسِيبِ النَّحْلِ ثُمَّ يَدْعُو رَجُلاً مُمْتَلِئًا شَبَابًا فَيَضْرِبُهُ بِالسَّيْفِ فَيَقْطَعُهُ جَزْلَتَيْنِ رَمْيَةَ الْغَرَضِ ثُمَّ يَدْعُوهُ فَيُقْبِلُ وَيَتَهَلَّلُ وَجْهُهُ يَضْحَكُ فَبَيْنَمَا هُوَ كَذَلِكَ إِذْ بَعَثَ اللَّهُ الْمَسِيحَ ابْنَ مَرْيَمَ فَيَنْزِلُ عِنْدَ الْمَنَارَةِ الْبَيْضَاءِ شَرْقِىَّ دِمَشْقَ بَيْنَ مَهْرُودَتَيْنِ وَاضِعًا كَفَّيْهِ عَلَى أَجْنِحَةِ مَلَكَيْنِ إِذَا طَأْطَأَ رَأَسَهُ قَطَرَ وَإِذَا رَفَعَهُ تَحَدَّرَ مِنْهُ جُمَانٌ كَاللُّؤْلُؤِ فَلاَ يَحِلُّ لِكَافِرٍ يَجِدُ رِيحَ نَفَسِهِ إِلاَّ مَاتَ وَنَفَسُهُ يَنْتَهِى حَيْثُ يَنْتَهِى طَرْفُهُ فَيَطْلُبُهُ حَتَّى يُدْرِكَهُ بِبَابِ لُدٍّ فَيَقْتُلُهُ ثُمَّ يَأْتِى عِيسَى ابْنَ مَرْيَمَ قَوْمٌ قَدْ عَصَمَهُمُ اللَّهُ مِنْهُ فَيَمْسَحُ عَنْ وُجُوهِهِمْ وَيُحَدِّثُهُمْ بِدَرَجَاتِهِمْ فِى الْجَنَّةِ فَبَيْنَمَا هُوَ كَذَلِكَ إِذْ أَوْحَى اللَّهُ إِلَى عِيسَى إِنِّى قَدْ أَخْرَجْتُ عِبَادًا لِى لاَ يَدَانِ لأَحَدٍ بِقِتَالِهِمْ فَحَرِّزْ عِبَادِى إِلَى الطُّورِ. وَيَبْعَثُ اللَّهُ يَأْجُوجَ وَمَأْجُوجَ وَهُمْ مِنْ كُلِّ حَدَبٍ يَنْسِلُونَ فَيَمُرُّ أَوَائِلُهُمْ عَلَى بُحَيْرَةِ طَبَرِيَّةَ فَيَشْرَبُونَ مَا فِيهَا وَيَمُرُّ آخِرُهُمْ فَيَقُولُونَ لَقَدْ كَانَ بِهَذِهِ مَرَّةً مَاءٌ. وَيُحْصَرُ نَبِىُّ اللَّهُ عِيسَى وَأَصْحَابُهُ حَتَّى يَكُونَ رَأْسُ الثَّوْرِ لأَحَدِهِمْ خَيْرًا مِنْ مِائَةِ دِينَارٍ لأَحَدِكُمُ الْيَوْمَ فَيَرْغَبُ نَبِىُّ اللَّهِ عِيسَى وَأَصْحَابُهُ فَيُرْسِلُ اللَّهُ عَلَيْهُمُ النَّغَفَ فِى رِقَابِهِمْ فَيُصْبِحُونَ فَرْسَى كَمَوْتِ نَفْسٍ وَاحِدَةٍ ثُمَّ يَهْبِطُ نَبِىُّ اللَّهِ عِيسَى وَأَصْحَابُهُ إِلَى الأَرْضِ فَلاَ يَجِدُونَ فِى الأَرْضِ مَوْضِعَ شِبْرٍ إِلاَّ مَلأَهُ زَهَمُهُمْ وَنَتْنُهُمْ فَيَرْغَبُ نَبِىُّ اللَّهِ عِيسَى وَأَصْحَابُهُ إِلَى اللَّهِ فَيُرْسِلُ اللَّهُ طَيْرًا كَأَعْنَاقِ الْبُخْتِ فَتَحْمِلُهُمْ فَتَطْرَحُهُمْ حَيْثُ شَاءَ اللَّهُ ثُمَّ يُرْسِلُ اللَّهُ مَطَرًا لاَ يَكُنُّ مِنْهُ بَيْتُ مَدَرٍ وَلاَ وَبَرٍ فَيَغْسِلُ الأَرْضَ حَتَّى يَتْرُكَهَا كَالزَّلَفَةِ ثُمَّ يُقَالُ لِلأَرْضِ أَنْبِتِى ثَمَرَتَكِ وَرُدِّى بَرَكَتَكِ. فَيَوْمَئِذٍ تَأْكُلُ الْعِصَابَةُ مِنَ الرُّمَّانَةِ وَيَسْتَظِلُّونَ بِقِحْفِهَا وَيُبَارَكُ فِى الرِّسْلِ حَتَّى أَنَّ اللِّقْحَةَ مِنَ الإِبِلِ لَتَكْفِى الْفِئَامَ مِنَ النَّاسِ وَاللِّقْحَةَ مِنَ الْبَقَرِ لَتَكْفِى الْقَبِيلَةَ مِنَ النَّاسِ وَاللِّقْحَةَ مِنَ الْغَنَمِ لَتَكْفِى الْفَخِذَ مِنَ النَّاسِ فَبَيْنَمَا هُمْ كَذَلِكَ إِذْ بَعَثَ اللَّهُ رِيحًا طَيِّبَةً فَتَأْخُذُهُمْ تَحْتَ آبَاطِهِمْ فَتَقْبِضُ رُوحَ كُلِّ مُؤْمِنٍ وَكُلِّ مُسْلِمٍ وَيَبْقَى شِرَارُ النَّاسِ يَتَهَارَجُونَ فِيهَا تَهَارُجَ الْحُمُرِ فَعَلَيْهِمْ تَقُومُ السَّاعَةُ»

“Rəvayət edilir ki, ən-Nəvvas ibn Səman ﵁ demişdir: “Bir gün Allah Elçisi ﷺ Dəccal haqqında danışırdı. Onun haqqında gah yavaş, gah da yüksək səslə (elə bir tərzdə) danışırdı ki, biz onun xurmalıqlarda olduğunu güman etdik. (Təkrarən) onun yanına gəldiyimiz zaman o, bizim halımızı görüb soruşdu: “Sizə nə olub?” Biz dedik: “Ey Allahın Elçisi! Bu gün səhər sən Dəccal haqqında gah yavaş, gah da yüksək səslə (elə bir tərzdə) danışırdın ki, biz onun xurmalıqlarda olduğunu güman etdik”. O dedi: “Sizin üçün başqa şeylərdən Dəccala nisbətən daha çox qorxuram. Əgər o, mən sizin aranızda ikən peyda olarsa, mən sizə görə onunla mücadilə edəcəyəm. Yox, əgər mən aranızda olmayanda peyda olarsa, onda hər kəs özü (onunla) mücadilə etməlidir. Allah hər bir müsəlman üçün məni əvəz edəcək. Həqiqətən, o, qıvrım saçlı, bir gözü əyri, Abduluzza ibn Qatana bənzəyən bir gəncdir. Sizdən kim onu görərsə, ona qarşı “əl-Kəhf” surəsinin ilk ayələrini oxusun. Həqiqətən, o, Şamla İraq arasında olan bir yolda peyda olacaq və sağa-sola (hər yana) fitnə-fəsad yayacaq. Ey Allahın qulları, (dininizdə) sabit olun!” Biz soruşduq: “Ey Allahın Elçisi! O, yer üzərində nə qədər qalacaq?” O dedi: “Qırx gün (qalacaq, onlardan) bir günü bir il, bir günü bir ay, bir günü cümə (bir həftə) kimi, digər günləri isə sizin günləriniz kimi olacaqdır”. Biz soruşduq: “Ey Allahın Elçisi! İl kimi olan o gündə bizə bir günün namazını qılmaq kifayət edərmi?” O dedi: “Xeyr, (özünüz) onun üçün vaxt təyin edin!” Biz soruşduq: “Ey Allahın Elçisi! Onun yer üzərində sürətlə hərəkət etməsi necə olacaq?” O dedi: “Küləyin qovduğu yağış buludlarının (sürəti) kimi. O, bir qövmün yanına gəlib onları çağıracaq, onlar da ona iman gətirəcək və ona boyun əyəcəklər. O zaman o, göyə əmr edəcək və (göy dərhal) yağış yağdıracaq, yer də onun əmri ilə bitkilər bitirəcəkdir. (O qövmün) otlağa çıxmış heyvanları axşam otlaqdan hörgücləri (əvvəl) heç vaxt olmadığı kimi hündür, məmələri südlə dolu və böyürləri uzadılmış (qarnı dolu) vəziyyətdə geri qayıdacaqlar. Sonra o, (digər) bir qövmün yanına gəlib onları da çağıracaq. (Lakin həmin qövm) onun sözünü rədd edəcəkdir. O, (qövmdən) üz çevirib getdikdən sonra onları quraqlıq basacaq, əllərində olan bütün mal-dövlətləri tələf olacaqdır. O, bir xarabalığın yanından keçəndə ona: “Öz xəzinələrini üzə çıxart!”- deyəcək və (bal arılarının) başçı arının ardınca düşdükləri kimi oranın xəzinələri də onun ardınca düşəcək. Sonra o, gəncliyinin bahar çağında olan bir cavan oğlanı çağıracaq və onu qılıncla vurub iki hissəyə böləcəkdir. Onun bədəninin hissələri oxun hədəfə çatdığı məsafə qədər bir-birindən ayrılacaq. Sonra o, (cavan oğlanı) çağıracaq, o da (həmin anda dirilib) sevincək onun yanına gələcəkdir. Elə o vaxt Allah Məryəm oğlu Məsihi göndərəcək. O, iki sarı paltarda, əllərini iki mələyin qanadlarına qoyaraq Dəməşqin şərqindəki ağ minarəyə enəcəkdir. O, başını aşağı saldıqda (saçından) su damcıları, (başını) qaldırdıqda isə inci tək mirvarilər düşəcəkdir. Onun nəfəsinin qoxusunu hiss edən hər bir kafir mütləq öləcək. Onun nəfəsi gözünün gördüyü məsafəyə qədər çatacaqdır. (İsa Dəccalı) axtaracaq və onu Ludd qapısının yanında yaxalayaraq öldürəcək. Sonra Məryəm oğlu İsa, Allahın (Dəccalın şərindən) qoruduğu bir qövmün yanına gəlib əlini onların üzünə sürtəcək və onların Cənnətdəki dərəcələrini söyləyəcəkdir. Elə o vaxt Allah İsaya belə vəhy edəcək: “Mən öz qullarımı çıxardıram. Onlarla vuruşmağa heç kəsin gücü çatmaz. Qullarıma Tur (dağında) sığınacaq ver!” Allah Yəcuc və Məcuc (tayfalarını) göndərəcək və onlar təpələrdən axışıb gələcəklər. Onların birinciləri Tabəriyyə gölündən keçərək onun suyunu içəcək, axırıncıları isə oradan keçərək belə deyəcəklər: “Nə vaxtsa burada su var idi”. Allahın peyğəmbəri İsa və onun səhabələri mühasirədə o qədər qalacaqlar ki, hətta onlardan biri üçün öküz başı bu gün sizdən biriniz üçün yüz dinardan daha xeyirli olacaqdır. Bundan sonra Allahın Peyğəmbəri İsa və onun səhabələri dua edəcəklər. Allah (Yəcuc və Məcuc tayfalarının) boyunlarına qurdlar göndərəcək və səhəri gün hamısı bir nəfər kimi öləcəklər. Bundan sonra Allahın peyğəmbəri İsa və onun səhabələri yerə enəcəklər. Onlar yer üzündə (Yəcuc və Məcuc tayfalarının cəsədlərinin) piylərindən və çürüntülərinin qoxusundan bir qarış da olsun yer tapa bilməyəcəklər. Belə olduğu halda Allahın Peyğəmbəri İsa və onun səhabələri dua edəcəklər və Allah onların üzərinə dəvələrin boyunlarına bənzər (uzun boylu) quşlar göndərəcək. (Quşlar cəsədləri) götürüb Allahın istədiyi yerə aparacaqlar. Sonra Allah elə bir yağış göndərəcək ki, gildən düzəldilən heç bir ev ondan qoruna bilməyəcək. O, yer üzündə (nə varsa) yuyub aparacaq, hətta onu güzgüyə bənzər bir hala salacaq. Sonra yer üzünə: “Meyvələrini bitir və bərəkətini ver!”- deyiləcək. Elə o gün bir dəstə insan bir dənə narı yeyib doyacaq və onun qabığının altında kölgələnəcək. Süd isə (o qədər) bərəkətli olacaqdır ki, bir dəvənin südü bir dəstə insana kifayət edəcəkdir. Bir inəyin südü bir qəbiləyə, bir qoyunun südü isə bir neçə ailəyə kifayət edəcəkdir. Belə olduqda Allah xoş bir külək göndərəcək, o da (möminləri) qoltuqlarının altından yaxalayacaq və hər bir möminin və müsəlmanın ruhunu (özü ilə) aparacaqdır. (Yer üzündə) insanların ən şər olanları qalaraq orada eşşəklər kimi cinsi əlaqədə olacaqlar. Qiyamət saatı da onların üzərində qopacaqdır”.”

ən-Nəvvas ibn Səman
Qüdsi hədislər, 178 (Kitab 13, 3)Səhih

عَبْدَ اللَّهِ بْنَ عَمْرٍو ...قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «يَخْرُجُ الدَّجَّالُ فِى أُمَّتِى فَيَمْكُثُ أَرْبَعِينَ - لاَ أَدْرِى أَرْبَعِينَ يَوْمًا أَوْ أَرْبَعِينَ شَهْرًا أَوْ أَرْبَعِينَ عَامًا - فَيَبْعَثُ اللَّهُ عِيسَى ابْنَ مَرْيَمَ كَأَنَّهُ عُرْوَةُ بْنُ مَسْعُودٍ فَيَطْلُبُهُ فَيُهْلِكُهُ ثُمَّ يَمْكُثُ النَّاسُ سَبْعَ سِنِينَ لَيْسَ بَيْنَ اثْنَيْنِ عَدَاوَةٌ ثُمَّ يُرْسِلُ اللَّهُ رِيحًا بَارِدَةً مِنْ قِبَلِ الشَّأْمِ فَلاَ يَبْقَى عَلَى وَجْهِ الأَرْضِ أَحَدٌ فِى قَلْبِهِ مِثْقَالُ ذَرَّةٍ مِنْ خَيْرٍ أَوْ إِيمَانٍ إِلاَّ قَبَضَتْهُ حَتَّى لَوْ أَنَّ أَحَدَكُمْ دَخَلَ فِى كَبَدِ جَبَلٍ لَدَخَلَتْهُ عَلَيْهِ حَتَّى تَقْبِضَهُ». قَالَ سَمِعْتُهَا مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «فَيَبْقَى شِرَارُ النَّاسِ فِى خِفَّةِ الطَّيْرِ وَأَحْلاَمِ السِّبَاعِ لاَ يَعْرِفُونَ مَعْرُوفًا وَلاَ يُنْكِرُونَ مُنْكَرًا فَيَتَمَثَّلُ لَهُمُ الشَّيْطَانُ فَيَقُولُ أَلاَ تَسْتَجِيبُونَ فَيَقُولُونَ فَمَا تَأْمُرُنَا فَيَأْمُرُهُمْ بِعِبَادَةِ الأَوْثَانِ وَهُمْ فِى ذَلِكَ دَارٌّ رِزْقُهُمْ حَسَنٌ عَيْشُهُمْ ثُمَّ يُنْفَخُ فِى الصُّورِ فَلاَ يَسْمَعُهُ أَحَدٌ إِلاَّ أَصْغَى لِيتًا وَرَفَعَ لِيتًا - قَالَ - وَأَوَّلُ مَنْ يَسْمَعُهُ رَجُلٌ يَلُوطُ حَوْضَ إِبِلِهِ - قَالَ - فَيَصْعَقُ وَيَصْعَقُ النَّاسُ ثُمَّ يُرْسِلُ اللَّهُ - أَوْ قَالَ يُنْزِلُ اللَّهُ - مَطَرًا كَأَنَّهُ الطَّلُّ أَوِ الظِّلُّ - نُعْمَانُ الشَّاكُّ - فَتَنْبُتُ مِنْهُ أَجْسَادُ النَّاسِ ثُمَّ يُنْفَخُ فِيهِ أُخْرَى فَإِذَا هُمْ قِيَامٌ يَنْظُرُونَ ثُمَّ يُقَالُ يَا أَيُّهَا النَّاسُ هَلُمَّ إِلَى رَبِّكُمْ. وَقِفُوهُمْ إِنَّهُمْ مَسْئُولُونَ - قَالَ - ثُمَّ يُقَالُ أَخْرِجُوا بَعْثَ النَّارِ فَيُقَالُ مِنْ كَمْ فَيُقَالُ مِنْ كُلِّ أَلْفٍ تِسْعَمِائَةٍ وَتِسْعَةً وَتِسْعِينَ - قَالَ - فَذَاكَ يَوْمَ يَجْعَلُ الْوِلْدَانَ شِيبًا وَذَلِكَ يَوْمَ يُكْشَفُ عَنْ سَاقٍ».

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Dəccal ümmətimin arasında peyda olacaq və mən bilmirəm ki, o (yer üzərində) qırx gün, qırx ay, yoxsa qırx il qalacaq. Sonra Allah İsa ibn Məryəmi – sanki o, Urva ibn Məsuddur - (yer üzərinə) göndərəcək, o da (Dəccalı) axtarıb onu öldürəcək. Bundan sonra insanlar aralarında heç bir düşmənçilik olmadan yeddi il yaşayacaqlar. Daha sonra Allah Şam tərəfdən sərin bir külək göndərəcək və yer üzərində qəlbində zərrə qədər xeyir və ya iman olan hər bir kəsin (ruhunu) alıb aparacaq. Hətta biriniz dağın içinə girsə belə, (külək) mütləq ora girib onun (ruhunu) alacaq. (Bundan sonra yer üzərində ancaq) quş yüngüllüyündə, vəhşi heyvanlar kimi ən şər insanlar qalacaq. Onlar nə bir yaxşılıq anlayacaq, nə də bir pisliyi inkar edəcəklər. Şeytan da (insan qiyafəsində) onlara görünəcək və deyəcək: “Mənə tabe olacaqsınızmı?” Onlar: “Bizə nə əmr edirsən?”- deyə soruşacaqlar. Şeytan onlara bütlərə ibadət etməyi əmr edəcək, onlar da buna tabe olacaqlar və bir müddət ruziləri bol olacaq, güzəranları xoş keçəcəkdir. Sonra Sur üfürüləcək, onu eşidən hər kəs boynunu dikəldib və əyərək onu dinləyəcək. Onu birinci eşidən dəvəsinin su içməsi üçün ovdanına gil ilə suvaq vuran bir kişi olacaqdır. Bu səs onu və bütün insanları öldürəcək. Sonra Allah çiskin bir yağış göndərəcək və onunla insanların bədənləri bitəcək. Sonra bir daha Sur üfürülən kimi onlar qalxıb baxacaqlar. Sonra deyiləcək: “Ey insanlar, Rəbbinizə doğru gedin! Onları dayandırın, çünki onlar sorğu-sual olunacaqlar!” Sonra belə deyiləcək: “Cəhənnəm əhlini çıxardın!” və “nə qədər?”- deyə soruşulacaq. “Hər min (nəfərdən) doqquz yüz doxsan doqquzu!”- deyə cavab veriləcək. Məhz, o gün uşaqların saçlarının ağaracağı və baldırın açılacağı gündür!””

Abdullah ibn Amr
Qüdsi hədislər, 179 (Kitab 13, 4)Səhih

عَنْ مُعَاذِ بْنِ جَبَلٍ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِطُولِهِ وَقَالَ «إِنِّى نَعَسْتُ فَاسْتَثْقَلْتُ نَوْمًا فَرَأَيْتُ رَبِّى فِى أَحْسَنِ صُورَةٍ فَقَالَ فِيمَ يَخْتَصِمُ الْمَلأُ الأَعْلَى». حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ حَدَّثَنَا مُعَاذُ بْنُ هَانِئٍ أَبُو هَانِئٍ الْيَشْكُرِىُّ حَدَّثَنَا جَهْضَمُ بْنُ عَبْدِ اللَّهِ عَنْ يَحْيَى بْنِ أَبِى كَثِيرٍ عَنْ زَيْدِ بْنِ سَلاَّمِ عَنْ أَبِى سَلاَّمٍ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ عَائِشٍ الْحَضْرَمِىِّ أَنَّهُ حَدَّثَهُ عَنْ مَالِكِ بْنِ يُخَامِرَ السَّكْسَكِىِّ عَنْ مُعَاذِ بْنِ جَبَلٍ قَالَ احْتُبِسَ عَنَّا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ غَدَاةٍ عَنْ صَلاَةِ الصُّبْحِ حَتَّى كِدْنَا نَتَرَاءَى عَيْنَ الشَّمْسِ فَخَرَجَ سَرِيعًا فَثُوِّبَ بِالصَّلاَةِ فَصَلَّى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَتَجَوَّزَ فِى صَلاَتِهِ فَلَمَّا سَلَّمَ دَعَا بِصَوْتِهِ قَالَ لَنَا «عَلَى مَصَافِّكُمْ كَمَا أَنْتُمْ». ثُمَّ انْفَتَلَ إِلَيْنَا ثُمَّ قَالَ «أَمَا إِنِّى سَأُحَدِّثُكُمْ مَا حَبَسَنِى عَنْكُمُ الْغَدَاةَ إِنِّى قُمْتُ مِنَ اللَّيْلِ فَتَوَضَّأْتُ وَصَلَّيْتُ مَا قُدِّرَ لِى فَنَعَسْتُ فِى صَلاَتِى حَتَّى اسْتَثْقَلْتُ فَإِذَا أَنَا بِرَبِّى تَبَارَكَ وَتَعَالَى فِى أَحْسَنِ صُورَةٍ فَقَالَ يَا مُحَمَّدُ. قُلْتُ لَبَّيْكَ رَبِّ. قَالَ فِيمَ يَخْتَصِمُ الْمَلأُ الأَعْلَى قُلْتُ لاَ أَدْرِى. قَالَهَا ثَلاَثًا قَالَ فَرَأَيْتُهُ وَضَعَ كَفَّهُ بَيْنَ كَتِفَىَّ حَتَّى وَجَدْتُ بَرْدَ أَنَامِلِهِ بَيْنَ ثَدْيَىَّ فَتَجَلَّى لِى كُلُّ شَىْءٍ وَعَرَفْتُ فَقَالَ يَا مُحَمَّدُ. قُلْتُ لَبَّيْكَ رَبِّ قَالَ فِيمَ يَخْتَصِمُ الْمَلأُ الأَعْلَى قُلْتُ فِى الْكَفَّارَاتِ قَالَ مَا هُنَّ قُلْتُ مَشْىُ الأَقْدَامِ إِلَى الْجَمَاعَاتِ وَالْجُلُوسُ فِى الْمَسَاجِدِ بَعْدَ الصَّلَوَاتِ وَإِسْبَاغُ الْوُضُوءِ فِى الْمَكْرُوهَاتِ. قَالَ فِيمَ قُلْتُ إِطْعَامُ الطَّعَامِ وَلِينُ الْكَلاَمِ وَالصَّلاَةُ بِاللَّيْلِ وَالنَّاسُ نِيَامٌ. قَالَ سَلْ. قُلْتُ اللَّهُمَّ إِنِّى أَسْأَلُكَ فِعْلَ الْخَيْرَاتِ وَتَرْكَ الْمُنْكَرَاتِ وَحُبَّ الْمَسَاكِينِ وَأَنْ تَغْفِرَ لِى وَتَرْحَمَنِى وَإِذَا أَرَدْتَ فِتْنَةَ قَوْمٍ فَتَوَفَّنِى غَيْرَ مَفْتُونٍ أَسْأَلُكَ حُبَّكَ وَحُبَّ مَنْ يُحِبُّكَ وَحُبَّ عَمَلٍ يُقَرِّبُ إِلَى حُبِّكَ». قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «إِنَّهَا حَقٌّ فَادْرُسُوهَا ثُمَّ تَعَلَّمُوهَا»

“Muaz ibn Cəbəl ﵁ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ Sübh namazına gecikirdi, hətta az qala günəş çıxacaqdı. Birdən tələsik gəldi və namaza iqamə verildi. Allah Elçisi ﷺ namazı yüngül qıldırdı. Salam verdikdən sonra uca səslə: “Sıralarda olduğunuz kimi qalın!”- dedi. Sonra bizə tərəf dönərək buyurdu: “Sübhə gecikməyimin səbəbini sizə söyləyəcəyəm. Gecə qalxıb dəstəmaz aldım və mənə təqdir olunan qədər namaz qıldım. Birdən namazımda mürgülədim, hətta yuxum ağırlaşdı və mən bu arada Uca Rəbbimi ən gözəl surətdə gördüm. O buyurdu: “Ey Muhəmməd!” Mən dedim: “Əmrinə müntəzirəm, ya Rəbb!” Allah buyurdu: “Mələklər nə haqda mübahisə edirlər?” Mən dedim: “Bilmirəm!” Bunu üç dəfə təkrarladı. Gördüm ki, əlini kürəyimin arasına qoydu, hətta barmaqlarının uclarının sərinliyini sinəmdə hiss etdim. Hər şey mənə göründü və hər şeyi bildim. Allah buyurdu: “Ey Muhəmməd!” Mən dedim: “Əmrinə müntəzirəm, ya Rəbb!” Allah buyurdu: “Mələklər nə haqda mübahisə edirlər?” Mən dedim: “Kəffarələr haqqında”. O buyurdu: “Nədir onlar?” Mən dedim: “Camaat namazlarına piyada getmək, namazlardan sonra məscidlərdə oturub növbəti namazı gözləmək, soyuqda dəstəmazı tam almaq”. Allah buyurdu: “Sonra nə haqda?” Mən dedim: “Yemək yedirtmək, mülayim söz söyləmək, insanlar yatdığı vaxt namaz qılmaq”. Allah buyurdu: “İstə!” Mən dedim: “Allahım! Səndən xeyir işlər görməyi, pis işlərdən uzaq olmağı, kasıbları sevməyi, məni bağışlamağını, mənə rəhm etməyini və hər hansı bir qövmü fitnəyə salmaq istədikdə, fitnəyə düşməmiş canımı almağını diləyirəm. Səndən Sənin və Səni sevənin məhəbbətini qazanmağımı və məhəbbətinə yaxınlaşdıracaq hər bir əməli sevməyi istəyirəm”. Allah Elçisi ﷺ dedi: “Bu yuxu haqdır, bunları yaxşıca öyrənin”.”

Muaz ibn Cəbəl
Fəzilətli əməllər, 173 (Kitab 4, 60)Səhih

عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «مَا مِنْ مُسْلِمٍ يَمُوتُ يَوْمَ الْجُمُعَةِ أَوْ لَيْلَةَ الْجُمُعَةِ إِلاَّ وَقَاهُ اللَّهُ فِتْنَةَ الْقَبْرِ».

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Cümə günü və ya Cümə gecəsi ölən elə bir müsəlman yoxdur ki, Allah onu qəbir fitnəsindən qorumasın”.”

Abdullah ibn Amr
Fəzilətli əməllər, 275 (Kitab 6, 19)Həsən

عَنْ رَاشِد بْنِ سَعدٍ، عَنْ رَجُلٍ مِنْ أَصْحَابِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّ رَجُلاً قَالَ: يَا رَسُوْلَ اللهِ! مَا بَالُ الْمُؤمِنينَ يُفْتَنُونَ فِي قُبُورِهِمْ إِلاَّ الشَّهِيد؟ قَالَ: «كَفَى بِبَارقَةِ السُيوفِ عَلَى رَأْسِهِ فِتنَةً».

“Raşid ibn Səd ﵀ Peyğəmbərin ﷺ səhabələrinin birindən rəvayət edir ki, bir adam dedi: “Ey Allahın Elçisi! Nəyə görə möminlər qəbir fitnəsinə məruz qalırlar, şəhid isə yox?” O buyurdu: “Başının üzərindəki qılıncların parıltısı fitnə olaraq ona kifayətdir”.”

Raşid ibn Səd
Fəzilətli əməllər, 415 (Kitab 10, 28)Səhih

عَنْ سَلْمَانَ الْخَيْرِ عَنْ رَسُوْلِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ :«مَنْ رَابَطَ يَوْماً وَلَيْلَهً فِي سَبِيلِ اللهِ، كَانَ لَهُ كَأَجْرِ صِيَامِ شَهْرٍ وَقِيَامِةِ، وَمَنْ مَاتَ مُرَابِطاً أُجْرِىَ لَهُ مِثْلُ ذَلِكَ الأَجْرِ، وَأُجْرِىَ عَلَيْهِ الرِّزْقُ، وَأَمِنَ مِنَ الْفَتَّانِ».

“Salman əl-Xeyr ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim Allah yolunda sərhəddə bir gün - bir gecə keşik çəkərsə, bir ay oruc tutmuş və bir ay namaz qılmış kimi savab qazanar. Kim də keşik çəkərkən ölsə, eyni savabı qazanar, Allah ona ruzi verər və o, qəbir fitnəsindən əmin olar”.”

Salman əl-Xeyr
Fəzilətli əməllər, 436 (Kitab 10, 49)Səhih

سَمِعَ فَضَالَةَ بْنَ عُبَيْدٍ يُحَدِّثُ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ «كُلُّ مَيِّتٍ يُخْتَمُ عَلَى عَمَلِهِ إِلاَّ الَّذِى مَاتَ مُرَابِطًا فِى سَبِيلِ اللَّهِ فَإِنَّهُ يُنْمَى لَهُ عَمَلُهُ إِلَى يَوْمِ الْقِيَامَةِ وَيَأْمَنُ مِنْ فِتْنَةِ الْقَبْرِ». وَسَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «الْمُجَاهِدُ مَنْ جَاهَدَ نَفْسَهُ».

“Fədalə ibn Ubeyd ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Allah yolunda sərhəddə keşik çəkərkən ölən kəsdən başqa hər bir ölənin əməli kəsilir. Onun əməli Qiyamətə qədər artırılır və o, qəbir fitnəsindən arxayın olur”. Həmçinin mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Mücahid nəfsi ilə cihad edəndir”.”

Fədalə ibn Ubeyd
Fəzilətli əməllər, 437 (Kitab 10, 50)Səhih

عَنْ أَبِى الدَّرْدَاءِ يَرْوِيهِ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «مَنْ حَفِظَ عَشْرَ آيَاتٍ مِنْ أَوَّلِ سُورَةِ الْكَهْفِ عُصِمَ مِنْ فِتْنَةِ الدَّجَّالِ».

“Əbu əd-Dərdə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim “əl-Kəhf” surəsinin ilk on ayəsini əzbərləyərsə, Dəccalın fitnəsindən qorunar”.”

Əbu əd-Dərdə
Fəzilətli əməllər, 485 (Kitab 11, 40)Səhih

كَانَ سَعْدُ بْنُ أَبِي وَقَّاصٍ فِي إِبِلِهِ فَجَاءَهُ ابْنُهُ عُمَرُ فَلَمَّا رَآهُ سَعْدٌ قَالَ أَعُوذُ بِاللَّهِ مِنْ شَرِّ هَذَا الرَّاكِبِ فَنَزَلَ فَقَالَ لَهُ أَنَزَلْتَ فِي إِبِلِكَ وَغَنَمِكَ وَتَرَكْتَ النَّاسَ يَتَنَازَعُونَ الْمُلْكَ بَيْنَهُمْ فَضَرَبَ سَعْدٌ فِي صَدْرِهِ فَقَالَ اسْكُتْ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ إِنَّ اللَّهَ يُحِبُّ الْعَبْدَ التَّقِيَّ الْغَنِيَّ الْخَفِيَّ

“Sad ibn Əbu Vəqqas ﵁ (fitnə-fəsaddan uzaq durmaq məqsədilə) çöldə dəvələrini otararkən oğlu Ömər onun yanına gəldi. Səd onu görəndə: “Bu gələn atlının şərindən Allaha sığınıram!”- dedi. Oğlu onun yanına gəlib çatdı və atdan enib ona dedi: “Sən (burada) dəvə və qoyun otarırsan, camaat isə öz aralarında var-dövlət üstündə mübahisə edirlər”. Onda Səd (yavaşca) onun sinəsindən vurub dedi: “Sus! Mən Allah Elçisinin ﷺ belə dediyini eşitmişəm: “Şübhəsiz ki, Allah Ondan qorxan, (aza) qane olan və xəlvətə çəkilib (öz işi ilə məşğul olan) qulunu sevər”.”

Sad ibn Əbu Vəqqas
Fəzilətli əməllər, 658 (Kitab 14, 16)Səhih

عَن أبي سعيد الْخُدْرِيّ قَالَ: قَالَ رَسُول الله صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «من قَرَأَ سُورَة الْكَهْف كَمَا أنزلت كَانَت لَهُ نورا يَوْم الْقِيَامَة من مقَامه إِلَى مَكَّة، وَمن قَرَأَ عشر آيَات من آخرهَا ثمَّ خرج الدَّجَّال لم يُسَلط عَلَيْهِ، وَ مَنْ تَوَضَّأَ ثمَّ قَالَ: سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ أَشْهَدُ أَنْ لَا إلَهَ إلَّا أَنْتَ أَسْتَغْفِرُكَ وَأَتُوبُ إلَيْكَ كُتِبَ فِي رَقٍّ ثُمَّ طُبِعَ بِطَابَعٍ فَلَمْ يُكْسَرْ إلَى يَوْمِ الْقِيَامَةِ»

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim “əl-Kəhf” surəsini nazil olduğu kimi oxuyarsa, bu, onun üçün Qiyamət günü durduğu yerdən Məkkəyə qədər nur olacaq. Kim onun axırıncı on ayəsini oxuyar, sonra Dəccal peyda olarsa, ona təsir göstərə bilməz. Kim dəstəmaz alıb bu duanı: “Subhə:nəkə Alla:hummə və bihəmdikə, əşhədu əl-lə: ilə:hə illə: əntə, əstəğfirukə va ətu:bu ileyk”– deyərsə, dəri üzərinə yazılıb möhür vurular və Qiyamətə qədər sınmaz”.”

Əbu Səid əl-Xudri
Fəzilətli əməllər, 742 (Kitab 15, 63)Səhih

عَنْ مَعْقِلِ بن يَسَارٍ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: عُبَادَةٌ فِي الْهَرْجِ، أَوِ الْفِتْنَةِ كَهِجْرَةٍ إِلَيَّ

“Rəvayət edilir ki, Məqil ibn Yəsar ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Hərc-mərclik və fitnə zamanı ibadət etmək mənə doğru hicrət etmək kimidir”.”

Məqil ibn Yəsar
Fəzilətli əməllər, 900 (Kitab 16, 33)Səhih
Dua

اللَّهُمَّ إِنِّى أَعُوذُ بِكَ مِنْ عَذَابِ جَهَنَّمَ وَمِنْ عَذَابِ الْقَبْرِ وَمِنْ فِتْنَةِ الْمَحْيَا وَالْمَمَاتِ وَمِنْ شَرِّ فِتْنَةِ الْمَسِيحِ الدَّجَّالِ

Alla:hummə, inni: əu:zu bikə min azə:bi Cəhənnəm, va min azə:bil-qabri, va min fitnətil-məhyə: val-məmə:ti, va min şərri fitnətil-məsi:hid-dəccə:l!

Allahım! Cəhənnəm əzabından, qəbir əzabından, həyatın və ölümün fitnəsindən, Məsih Dəccalın fitnəsinin şərindən Sənə sığınıram!

Hədis

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا تَشَهَّدَ أَحَدُكُمْ فَلْيَسْتَعِذْ بِاللَّهِ مِنْ أَرْبَعٍ يَقُولُ اللَّهُمَّ إِنِّى أَعُوذُ بِكَ مِنْ عَذَابِ جَهَنَّمَ وَمِنْ عَذَابِ الْقَبْرِ وَمِنْ فِتْنَةِ الْمَحْيَا وَالْمَمَاتِ وَمِنْ شَرِّ فِتْنَةِ الْمَسِيحِ الدَّجَّالِ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Biriniz təşəhhüd dedikdə, dörd şeydən Allaha sığınaraq desin: “Allahım! Cəhənnəm əzabından, qəbir əzabından, həyatın və ölümün fitnəsindən, Məsih Dəccalın fitnəsinin şərindən Sənə sığınıram!””

Əbu Hureyra
Müsəlmanın qalası, 58 (Kitab 25, 1)Səhih
Dua

اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ عَذَابِ الْقَبْرِ، وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ الْمَسِيحِ الدَّجَّالِ، وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ الْمَحْيَا وَالْمَمَاتِ. اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْمَأْثَمِ وَالْمَغْرَمِ

Alla:hummə, inni: əu:zu bikə min azə:bil-qabri, va əu:zu bikə min fitnətil-məsi:hid-dəccə:l, va əu:zu bikə min fitnətil-məhyə: val-məmə:ti! Alla:hummə, inni əu:zu bikə minəl-mə'səmi val-məğrami!

Allahım, qəbir əzabından Sənə sığınıram! Məsih Dəccalın fitnəsindən Sənə sığınıram! Həyatın və ölümün fitnəsindən Sənə sığınıram! Allahım, günahdan və borcdan Sənə sığınıram!

Hədis

أَنَّ عَائِشَةَ زَوْجَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَخْبَرَتْهُ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَدْعُو فِى الصَّلاَةِ «اللَّهُمَّ إِنِّى أَعُوذُ بِكَ مِنْ عَذَابِ الْقَبْرِ وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ الْمَسِيحِ الدَّجَّالِ وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ الْمَحْيَا وَالْمَمَاتِ اللَّهُمَّ إِنِّى أَعُوذُ بِكَ مِنَ الْمَأْثَمِ وَالْمَغْرَمِ ». قَالَتْ فَقَالَ لَهُ قَائِلٌ مَا أَكْثَرَ مَا تَسْتَعِيذُ مِنَ الْمَغْرَمِ يَا رَسُولَ اللَّهِ. فَقَالَ «إِنَّ الرَّجُلَ إِذَا غَرِمَ حَدَّثَ فَكَذَبَ وَوَعَدَ فَأَخْلَفَ».

“Peyğəmbərin ﷺ zövcəsi Aişə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ namazda belə dua edərdi: “Allahım, qəbir əzabından Sənə sığınıram! Məsih Dəccalın fitnəsindən Sənə sığınıram! Həyatın və ölümün fitnəsindən Sənə sığınıram! Allahım, günahdan və borcdan Sənə sığınıram!” Bir kişi ondan soruşdu: “Borca görə nə çox Allaha sığınırsan, ey Allahın Elçisi?” O da dedi: “Kişi borca düşdükdə yalan danışar, vəd verdikdə isə ona xilaf çıxar”.”

Aişə
Müsəlmanın qalası, 59 (Kitab 25, 2)Səhih
Dua

اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْبُخْلِ، وَأَعُوذُ بِكَ مِنَ الْجُبْنِ، وَأَعُوذُ بِكَ مِنْ أَنْ أُرَدَّ إِلىَ أَرْذَلِ الْعُمُرِ، وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ الدُّنْيَا وَعَذَابِ الْقَبْرِ

Alla:hummə, inni: əu:zu bikə minəl-buxli, va əu:zu bikə minəl-cubni, va əu:zu bikə min ən uraddə ilə: ərzəlil-umuri, va əu:zu bikə min fitnətid-dunyə: va azə:bil-qabri!

Allahım, xəsislikdən Sənə sığınıram! Qorxaqlıqdan Sənə sığınıram! Qocalığın ən düşkün çağına çatmaqdan Sənə sığınıram! Dünyanın fitnəsindən və qəbir əzabından Sənə sığınıram!

Hədis

عَنْ سَعْدِ بْنِ أَبِي وَقَّاصٍ أَنَّ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَأْمُرُ بِهَؤُلاَءِ الكَلِمَاتِ: اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ الْبُخْلِ وَأَعُوذُ بِكَ مِنْ الْجُبْنِ وَأَعُوذُ بِكَ أَنْ أُرَدَّ إِلَى أَرْذَلِ الْعُمُرِ وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ الدُّنْيَا وَأَعُوذُ بِكَ مِنْ عَذَابِ الْقَبْرِ.

“Səd ibn Əbu Vaqqas ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ bu kəlmələri deməyi əmr edərdi: “Allahım, xəsislikdən Sənə sığınıram! Qorxaqlıqdan Sənə sığınıram! Qocalığın ən düşkün çağına çatmaqdan Sənə sığınıram! Dünyanın fitnəsindən Sənə sığınıram! Qəbir əzabından Sənə sığınıram!””

Səd ibn Əbu Vaqqas
Müsəlmanın qalası, 63 (Kitab 25, 6)Səhih
Dua

اللَّهُمَّ بِعِلْمِكَ الْغَيْبَ وَقُدْرَتِكَ عَلَى الْخَلْقِ أَحْيِنِي مَا عَلِمْتَ الْحَيَاةَ خَيْرًا لِي، وَتَوَفَّنِي إِذَا عَلِمْتَ الْوَفَاةَ خَيْرًا لِي، اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ خَشْيَتَكَ فِي الْغَيْبِ وَالشَّهَادَةِ، وَأَسْأَلُكَ كَلِمَةَ الْحَقِّ فِي الرِّضَا وَالْغَضَبِ، وَأَسْأَلُكَ الْقَصْدَ فِي الْفَقْرِ وَالْغِنَى، وَأَسْأَلُكَ نَعِيمًا لاَ يَنْفَدُ، وَأَسْأَلُكَ قُرَّةَ عَيْنٍ لاَ تَنْقَطِعُ، وَأَسْأَلُكَ الرِّضَا بَعْدَ الْقَضَاءِ، وَأَسْأَلُكَ بَرْدَ الْعَيْشِ بَعْدَ الْمَوْتِ، وَأَسْأَلُكَ لَذَّةَ النَّظَرِ إِلَى وَجْهِكَ وَالشَّوْقَ إِلَى لِقَائِكَ فِي غَيْرِ ضَرَّاءَ مُضِرَّةٍ وَلاَ فِتْنَةٍ مُضِلَّةٍ، اللَّهُمَّ زَيِّنَّا بِزِينَةِ اْلإِيْمَانِ وَاجْعَلْنَا هُدَاةً مُهْتَدِينَ

Alla:hummə, bi ilmikəl-ğaybə, va qudratikə aləl-xalqi, əhyini: mə: alimtəl-həyə:tə xayran li:, va təvaffəni: izə: alimtəl-vafə:tə xayran li:, va əs əlukə xaşyətəkə fil-ğaybi vaş-şəhə:də, va əs əlukə kəlimətəl-həqqi fir-rida: val-ğadab, va əs əlukəl-qasdə fil-fəqri val-ğinə:, va əs əlukə nəi:mən lə: yənfədu, va əs əlukə qurratə aynin lə: tənqatiu, va əs əlukər-rida: bə'dəl-qada:i, va əs əlukə bərdəl-ayşi bə'dəl-məut, va əs əlukə ləzzətən-nəzari ilə: vachikə, vaş-şəvqa ilə: liqa:ikə fi: ğayri darra:ə mudirra, va lə: fitnətin mudillə! Alla:hummə, zeyyinnə: bi-zi:nətil-i:mə:n, vac alnə: hudə:tən muhtədi:n!

Allahım! Qeybi bilməyinlə və yaratma qüdrətinlə yaşamağın mənim üçün xeyirli olduğunu bildiyin qədər məni yaşat, ölümün mənim üçün daha xeyirli olduğunu bildikdə isə məni öldür! Allahım, gizlində də, aşkarda da Səndən layiqincə qorxmağı diləyirəm! Səndən razılıq və qəzəb anında haqq söz söyləməyimi diləyirəm! Zənginlikdə də, kasıblıqda da Səndən mötədillik diləyirəm! Səndən tükənməz nemət və ardı kəsilməyən bir göz aydınlığı (sevinc) diləyirəm! Səndən, başıma gələn qəzadan sonra ondan razı qalmağımı və ölümdən sonra olan gözəl həyatı diləyirəm! Sənin Üzünə baxmağın ləzzətini, zərər verən xəstəliyə və azğınlığa aparan fitnəyə uğramadıqca Səninlə qarşılaşmaq həsrətini Səndən diləyirəm! Allahım, bizi imanın gözəlliyi ilə gözəlləşdir və bizi doğru yolda olan başçılardan et!

Hədis

حَدَّثَنَا عَطَاءُ بْنُ السَّائِبِ ، عَنْ أَبِيهِ ، قَالَ : صَلَّى بِنَا عَمَّارُ بْنُ يَاسِرٍ صَلاَةً ، فَأَوْجَزَ فِيهَا ، فَقَالَ لَهُ بَعْضُ الْقَوْمِ : لَقَدْ خَفَّفْتَ أَوْ أَوْجَزْتَ الصَّلاَةَ ، فَقَالَ : أَمَّا عَلَى ذَلِكَ ، فَقَدْ دَعَوْتُ فِيهَا بِدَعَوَاتٍ سَمِعْتُهُنَّ مِنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَلَمَّا قَامَ تَبِعَهُ رَجُلٌ مِنَ الْقَوْمِ هُوَ أُبَيٌّ غَيْرَ أَنَّهُ كَنَى عَنْ نَفْسِهِ ، فَسَأَلَهُ عَنِ الدُّعَاءِ ، ثُمَّ جَاءَ فَأَخْبَرَ بِهِ الْقَوْمَ : اللَّهُمَّ بِعِلْمِكَ الْغَيْبَ ، وَقُدْرَتِكَ عَلَى الْخَلْقِ ، أَحْيِنِي مَا عَلِمْتَ الْحَيَاةَ خَيْرًا لِي ، وَتَوَفَّنِي إِذَا عَلِمْتَ الْوَفَاةَ خَيْرًا لِي ، وَأَسْأَلُكَ خَشْيَتَكَ فِي الْغَيْبِ وَالشَّهَادَةِ ، وَأَسْأَلُكَ كَلِمَةَ الْحَقِّ فِي الرِّضَا وَالْغَضَبِ ، وَأَسْأَلُكَ الْقَصْدَ فِي الْفَقْرِ وَالْغِنَى ، وَأَسْأَلُكَ نَعِيمًا لاَ يَنْفَدُ ، وَأَسْأَلُكَ قُرَّةَ عَيْنٍ لاَ تَنْقَطِعُ ، وَأَسْأَلُكَ الرِّضَاءَ بَعْدَ الْقَضَاءِ ، وَأَسْأَلُكَ بَرْدَ الْعَيْشِ بَعْدَ الْمَوْتِ ، وَأَسْأَلُكَ لَذَّةَ النَّظَرِ إِلَى وَجْهِكَ ، وَالشَّوْقَ إِلَى لِقَائِكَ فِي غَيْرِ ضَرَّاءَ مُضِرَّةٍ ، وَلاَ فِتْنَةٍ مُضِلَّةٍ ، اللَّهُمَّ زَيِّنَّا بِزِينَةِ الإِيمَانِ ، وَاجْعَلْنَا هُدَاةً مُهْتَدِينَ.

“Əta ibn əs-Saib ﵀ atasının belə dediyini rəvayət edir: “Əmmar ibn Yasir bizə namaz qıldırdı və bu namazı qısa etdi. Camaatdan olan bəzi insanlar ona dedilər: “Sən namazı yüngül və qısa etdin!” O da dedi: “O ki qaldı mənə, mən namazda Allah Elçisindən ﷺ eşitdiyim bir duanı dedim”. Qalxıb getdikdə, camaatdan bir kişi onun ardı ilə getdi. Onun adı Ubey idi. O, Əmmardan bu dua haqda soruşdu. Sonra gəlib camaata bu duanı xəbər verdi: “Allahım! Qeybi bilməyinlə və yaratma qüdrətinlə yaşamağın mənim üçün xeyirli olduğunu bildiyin qədər məni yaşat, ölümün mənim üçün daha xeyirli olduğunu bildikdə isə məni öldür! Allahım, gizlində də, aşkarda da Səndən layiqincə qorxmağı diləyirəm! Səndən, razılıq və qəzəb anında haqq söz söyləməyimi diləyirəm! Kasıblıqda da, zənginlikdə də Səndən mötədillik diləyirəm! Səndən tükənməz nemət və ardı kəsilməyən bir göz aydınlığı (sevinc) diləyirəm! Səndən, başıma gələn qəzadan sonra ondan razı qalmağımı və ölümdən sonra olan gözəl həyatı diləyirəm! Sənin Üzünə baxmağın ləzzətini, zərər verən xəstəliyə və azğınlığa aparan fitnəyə uğramadıqca Səninlə qarşılaşmaq həsrətini Səndən diləyirəm! Allahım, bizi imanın gözəlliyi ilə gözəlləşdir və bizi doğru yolda olan başçılardan et!””

Əta ibn əs-Saib
Müsəlmanın qalası, 65 (Kitab 25, 8)Səhih
Dua

اللَّهُمَّ إِنَّ فُلانَ ابْنَ فُلانٍ فِي ذِمَّتِكَ، وَحَبْلِ جِوَارِكَ، فَقِهِ مِنْ فِتْنَةِ الْقَبْرِ وَعَذَابِ النَّارِ، وَأَنْتَ أَهْلُ الْوَفَاءِ وَالْحَقِّ. فَاغْفِرْ لَهُ وَارْحَمْهُ إِنَّكَ أَنْتَ الْغَفُورُ الرَّحِيمُ

Alla:hummə, innə fulə:nəbnə fulə:nin (vəfat edənin adı çəkilir) fi: zimmətikə, va həbli civə:rikə, fəqihi min fitnətil-qabri va azə:bin-nə:ri, va əntə əhlul-vafə:i val-həqqi. Fəğfir ləhu varhəmhu innəkə əntəl-ğafu:rur-rahi:m!

Allahım filankəs oğlu filankəs (vəfat edənin adı çəkilir) Sənin himayəndədir, (aqibəti) Səndən asılıdır. Onu qəbir fitnəsindən və Cəhənnəm əzabından qoru! Sən vəfa və haqq sahibisən! Onu bağışla, ona rəhm et! Həqiqətən, Sən Bağışlayansan, Rəhmlisən!

Hədis

عَنْ وَاثِلَةَ بْنِ الأَسْقَعِ ، قَالَ : صَلَّى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى رَجُلٍ مِنَ الْمُسْلِمِينَ ، فَأَسْمَعُهُ يَقُولُ : اللَّهُمَّ إِنَّ فُلاَنَ بْنَ فُلاَنٍ فِي ذِمَّتِكَ ، وَحَبْلِ جِوَارِكَ ، فَقِهِ مِنْ فِتْنَةِ الْقَبْرِ ، وَعَذَابِ النَّارِ ، وَأَنْتَ أَهْلُ الْوَفَاءِ وَالْحَقِّ ، فَاغْفِرْ لَهُ وَارْحَمْهُ ، إِنَّكَ أَنْتَ الْغَفُورُ الرَّحِيمُ.

“Rəvayət edilir ki, Vasilətə ibn əl-Əsqa ﵁ demişdir: “Allah Elçisi ﷺ müsəlmanlardan bir kişi üçün cənazə namazı qıldı. Mən onun belə dua etdiyini eşitdim: “Allahım filankəs oğlu filankəs Sənin himayəndədir, (aqibəti) Səndən asılıdır. Onu qəbir fitnəsindən və Cəhənnəm əzabından qoru! Sən vəfa və haqq sahibisən! Onu bağışla, ona rəhm et! Həqiqətən, Sən Bağışlayansan, Rəhmlisən!””

Vasilə ibn əl-Əsqa
Müsəlmanın qalası, 162 (Kitab 56, 3)Səhih

عَنْ أَبِى الدَّرْدَاءِ يَرْوِيهِ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «مَنْ حَفِظَ عَشْرَ آيَاتٍ مِنْ أَوَّلِ سُورَةِ الْكَهْفِ عُصِمَ مِنْ فِتْنَةِ الدَّجَّالِ» بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ الْحَمْدُ لِلَّهِ الَّذِي أَنْزَلَ عَلَى عَبْدِهِ الْكِتَابَ وَلَمْ يَجْعَلْ لَهُ عِوَجًا (١) قَيِّمًا لِيُنْذِرَ بَأْسًا شَدِيدًا مِنْ لَدُنْهُ وَيُبَشِّرَ الْمُؤْمِنِينَ الَّذِينَ يَعْمَلُونَ الصَّالِحَاتِ أَنَّ لَهُمْ أَجْرًا حَسَنًا (٢) مَاكِثِينَ فِيهِ أَبَدًا (٣) وَيُنْذِرَ الَّذِينَ قَالُوا اتَّخَذَ اللَّهُ وَلَدًا (٤) مَا لَهُمْ بِهِ مِنْ عِلْمٍ وَلَا لِآبَائِهِمْ كَبُرَتْ كَلِمَةً تَخْرُجُ مِنْ أَفْوَاهِهِمْ إِنْ يَقُولُونَ إِلَّا كَذِبًا (٥) فَلَعَلَّكَ بَاخِعٌ نَفْسَكَ عَلَى آثَارِهِمْ إِنْ لَمْ يُؤْمِنُوا بِهَذَا الْحَدِيثِ أَسَفًا (٦) إِنَّا جَعَلْنَا مَا عَلَى الْأَرْضِ زِينَةً لَهَا لِنَبْلُوَهُمْ أَيُّهُمْ أَحْسَنُ عَمَلًا (٧) وَإِنَّا لَجَاعِلُونَ مَا عَلَيْهَا صَعِيدًا جُرُزًا (٨) أَمْ حَسِبْتَ أَنَّ أَصْحَابَ الْكَهْفِ وَالرَّقِيمِ كَانُوا مِنْ آيَاتِنَا عَجَبًا (٩) إِذْ أَوَى الْفِتْيَةُ إِلَى الْكَهْفِ فَقَالُوا رَبَّنَا آتِنَا مِنْ لَدُنْكَ رَحْمَةً وَهَيِّئْ لَنَا مِنْ أَمْرِنَا رَشَدًا (١٠)

“Əbu əd-Dərdə ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim “əl-Kəhf” surəsinin ilk on ayəsini əzbərləyərsə, Dəccalın fitnəsindən qorunar”. Bismillə:hir-Rahmə:nir-Rahi:m 1. Əlhəmdulillə:hilləzi: ənzələ alə: abdihil-kitə:bə va ləm yəc'al-ləhu: i'vacə: 2. Qayyiməl-liyunzira bə'sən şədi:dəm-mil-lədunhu va yubəş-şiral-mu'mini:nəlləzi:nə yə'məlu:nəs-sa:lihə:ti ənnə ləhum əcran həsənə: 3. Mə:kisi:nə fi:hi əbədə: 4. Va yunziral-ləzi:nə qa:lut-təxazəlla:hu valədə: 5. Mə:ləhum bihi: min ilmin va lə: liə:bə:ihim. Kəburat kəlimətən təxrucu min əfvə:hihim. İyyəqu:lu:nə illə: kəzibə: 6. Fələalləkə bə:xiun nəfsəkə alə: ə:sə:rihim illəm yu'minu: bihə:zəl-hədi:si əsəfə: 7. İnnə: cəalnə: mə: aləl-ərdi zi:nətəlləhə: linəbluvahum əyyuhum əhsənu amələ: 8. Va innə: ləcə:i'lu:nə mə: aleyhə: sai':dən curuzə: 9. Əm həsibtə ənnə əshə:bəl-kəhfi var-raqi:mi kə:nu: min ə:yə:tinə: acəbə: 10. İz əval-fityətu iləl-kəhfi fəqa:lu Rabbənə: ə:tinə: mil-lədunkə rahmətən va həyyi'lənə: min əmrinə: raşədə: Mərhəmətli və Rəhmli Allahın adı ilə! (1) Kitabı Öz quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha həmd olsun! (2) Allah, Öz tərəfindən gələcək şiddətli bir əzabla günahkarları qorxutmaq, yaxşı işlər görən möminləri gözəl mükafata nail olacaqları ilə müjdələmək üçün bu Kitabı dopdoğru şəkildə nazil etdi. (3) Möminlər orada əbədi qalacaqlar. (4) Kitabı həm də: “Allah Özünə övlad götürmüşdür!”– deyənləri qorxutmaq üçün nazil etdi. (5) Bu haqda nə onların, nə də atalarının heç bir biliyi yoxdur. Ağızlarından çıxan söz necə də ağırdır. Onlar yalandan başqa bir şey danışmırlar. (6) Onlar bu Kitaba inanmırlar deyə, arxalarınca kədərlənib özünü həlakmı edəcəksən? (7) Biz yer üzündə olan bütün şeyləri ona bəzək etdik ki, insanlardan hansının əməlcə daha gözəl olduğunu sınaqdan keçirək. (8) Biz yer üzündə olan hər şeyi lazım gələrsə, məhv edib qupquru bir torpağa döndərərik. (9) Yoxsa sən mağara və Rəqim əhlinin möcüzələrimizdən ən qəribəsi olduğunumu güman edirsən? (10) Bir zaman gənclər mağaraya sığınıb: “Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər!” demişdilər.”

Əbu əd-Dərdə
Müsəlmanın qalası, 203 (Kitab 87, 1)Səhih
Dua

أَعُوذُ بِكَلِمَاتِ اللَّهِ التَّامَّةِ مِنْ شَرِّ مَا خَلَقَ وَذَرَأَ وَبَرَأَ وَمِنْ شَرِّ مَا يَنْزِلُ مِنْ السَّمَاءِ وَمِنْ شَرِّ مَا يَعْرُجُ فِيهَا وَمِنْ شَرِّ فِتَنِ اللَّيْلِ وَالنَّهَارِ وَمِنْ شَرِّ كُلِّ طَارِقٍ إِلَّا طَارِقًا يَطْرُقُ بِخَيْرٍ يَا رَحْمَنُ

Əu:zu bikəlimə:tillə:hit-tə:mməti min şərri mə: xaləqa va zəraə və bəraə va min şərri mə: yənzilu minəs-səmə:i va min şərri mə: yə'rucu fi:hə: va min şərri fitənil-leyli vən-nəhə:ri va min şərri kulli ta:riqin illə: ta:riqan yətruqu bi-xayrin, yə: Rahmə:n!

Yaratdıqlarının, düzəltdiklərinin və icad etdiklərinin şərindən, səmadan nazil olanların və orada yüksələnlərin şərindən, gecənin və gündüzün fitnələrinin şərindən, – gecə xoş xəbərlə gələn müstəsna olmaqla – gecə gələnlərin hər birinin şərindən Allahın tam kəlamlarına sığınıram, ey Rahmən!

Hədis

حَدَّثَنَا أَبُو التَّيَّاحِ قَالَ قُلْتُ لِعَبْدِ الرَّحْمَنِ بْنِ خَنْبَشٍ التَّمِيمِيِّ وَكَانَ كَبِيرًا :أَدْرَكْتَ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: نَعَمْ قَالَ قُلْتُ كَيْفَ صَنَعَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَيْلَةَ كَادَتْهُ الشَّيَاطِينُ فَقَالَ إِنَّ الشَّيَاطِينَ تَحَدَّرَتْ تِلْكَ اللَّيْلَةَ عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ الْأَوْدِيَةِ وَالشِّعَابِ وَفِيهِمْ شَيْطَانٌ بِيَدِهِ شُعْلَةُ نَارٍ يُرِيدُ أَنْ يُحْرِقَ بِهَا وَجْهَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَهَبَطَ إِلَيْهِ جِبْرِيلُ عَلَيْهِ السَّلامُ فَقَالَ يَا مُحَمَّدُ قُلْ قَالَ مَا أَقُولُ قَالَ قُلْ أَعُوذُ بِكَلِمَاتِ اللَّهِ التَّامَّةِ مِنْ شَرِّ مَا خَلَقَ وَذَرَأَ وَبَرَأَ وَمِنْ شَرِّ مَا يَنْزِلُ مِنْ السَّمَاءِ وَمِنْ شَرِّ مَا يَعْرُجُ فِيهَا وَمِنْ شَرِّ فِتَنِ اللَّيْلِ وَالنَّهَارِ وَمِنْ شَرِّ كُلِّ طَارِقٍ إِلَّا طَارِقًا يَطْرُقُ بِخَيْرٍ يَا رَحْمَنُ قَالَ فَطَفِئَتْ نَارُهُمْ وَهَزَمَهُمْ اللَّهُ تَبَارَكَ وَتَعَالَى

“Rəvayət edilir ki, Əbu ət-Təyyah ﵀ demişdir: “Mən Abdur-Rahmən ibn Xanbəş ət-Təmimi yaşlı olanda ondan soruşdum: “Sən Allah Elçisini ﷺ görmüsən?” O: “Bəli”– dedi. Mən soruşdum: “Allah Elçisi ﷺ şeytanların ona hiylə qurduğu gecə nə etdi?” O dedi: “Həqiqətən, o gecə şeytanlar vadilərdən və dərələrdən axışaraq Allah Elçisinə ﷺ hücum etdilər. Onların arasında olan bir şeytan əlində məşəl tutaraq Allah Elçisinin ﷺ üzünü yandırmaq istəyirdi. Belə olan təqdirdə Cəbrail ﵇ onun yanına enərək buyurdu: “Ey Muhəmməd, de!” O da: “Nə deyim?”– deyə soruşdu. Cəbrail buyurdu: “De: “Yuxarıdakı dua...”. (Bundan sonra) onların alovları söndü və Uca Allah onları darmadağın etdi”.”

Əbu ət-Təyyah
Müsəlmanın qalası, 230 (Kitab 112, 1)Həsən

... «فَقَالَ يَا مُحَمَّدُ. قُلْتُ لَبَّيْكَ رَبِّ قَالَ فِيمَ يَخْتَصِمُ الْمَلأُ الأَعْلَى قُلْتُ فِى الْكَفَّارَاتِ قَالَ مَا هُنَّ قُلْتُ مَشْىُ الأَقْدَامِ إِلَى الْجَمَاعَاتِ وَالْجُلُوسُ فِى الْمَسَاجِدِ بَعْدَ الصَّلَوَاتِ وَإِسْبَاغُ الْوُضُوءِ فِى الْمَكْرُوهَاتِ. قَالَ فِيمَ قُلْتُ إِطْعَامُ الطَّعَامِ وَلِينُ الْكَلاَمِ وَالصَّلاَةُ بِاللَّيْلِ وَالنَّاسُ نِيَامٌ. (فَقَالَ اللَّهُ مَنْ فَعَلَ ذَلِكَ يَعِشْ بِخَيْرٍ وَيَمُتْ بِخَيْرٍ وَيَكُونُ مِنْ خَطِيئَتِهِ كَيَوْمِ وَلَدَتْهُ أُمُّهُ). قَالَ سَلْ. قُلْتُ اللَّهُمَّ إِنِّى أَسْأَلُكَ فِعْلَ الْخَيْرَاتِ وَتَرْكَ الْمُنْكَرَاتِ وَحُبَّ الْمَسَاكِينِ وَأَنْ تَغْفِرَ لِى وَتَرْحَمَنِى وَإِذَا أَرَدْتَ فِتْنَةَ قَوْمٍ فَتَوَفَّنِى غَيْرَ مَفْتُونٍ أَسْأَلُكَ حُبَّكَ وَحُبَّ مَنْ يُحِبُّكَ وَحُبَّ عَمَلٍ يُقَرِّبُ إِلَى حُبِّكَ». قَالَ رَسُولُ اللَّهِ ﷺ «إِنَّهَا حَقٌّ فَادْرُسُوهَا ثُمَّ تَعَلَّمُوهَا» اللَّهُمَّ إِنِّى أَسْأَلُكَ فِعْلَ الْخَيْرَاتِ وَتَرْكَ الْمُنْكَرَاتِ وَحُبَّ الْمَسَاكِينِ وَأَنْ تَغْفِرَ لِى وَتَرْحَمَنِى وَإِذَا أَرَدْتَ فِتْنَةَ قَوْمٍ فَتَوَفَّنِى غَيْرَ مَفْتُونٍ أَسْأَلُكَ حُبَّكَ وَحُبَّ مَنْ يُحِبُّكَ وَحُبَّ عَمَلٍ يُقَرِّبُ إِلَى حُبِّكَ

“Uzun bir hədisdə Peyğəmbər ﷺ belə buyurmuşdur: “Uca Allah buyurdu: “Ey Muhəmməd!” Mən dedim: “Əmrinə müntəzirəm, ey Rəbbim!” Allah buyurdu: “Mələklər nə haqda mübahisə edirlər?” Mən dedim: “Kəffarələr haqda”. O buyurdu: “Nədir onlar?” Mən dedim: “Camaat namazlarına piyada getmək, namazlardan sonra məscidlərdə oturub növbəti namazı gözləmək, soyuqda dəstəmazı tam almaq”. Allah buyurdu: “Sonra nə haqda?” Mən dedim: “Yemək yedirtmək, mülayim söz söyləmək, insanlar yatdığı vaxt namaz qılmaq”. (Allah buyurdu: “Kim belə edərsə, xeyir içində yaşayar, xeyir içində ölər və anadan doğulduğu kimi günahsız olar”). Allah buyurdu: “İstə!” Dedim: “Alla:hummə inni: əs əlukə fi'ləl-xayra:ti va tərkəl-munkəra:ti va hubbəl-məsə:ki:ni va ən təğfirali: və tərhəməni: va izə: əradtə fitnətə qavmin fətəvaffəni: ğayra məftu:nin! Əs əlukə hubbəkə va hubbə mən yuhibbukə va hubbə aməlin yuqarribu ilə: hubbikə! - (Allahım! Səndən xeyir işlər görməyi, pis işlərdən uzaq olmağı, kasıbları sevməyi, məni bağışlamağını, mənə rəhm etməyini və hər hansı bir qövmü fitnəyə salmaq istədikdə, fitnəyə düşməmiş canımı almağını diləyirəm! Səndən Sənin və Səni sevənin məhəbbətini qazanmağımı və məhəbbətinə yaxınlaşdıracaq hər bir əməli sevməyi istəyirəm!)”. Allah Elçisi ﷺ buyurdu: “Bu yuxu haqdır, bunları yaxşıca öyrənin”.”

Müsəlmanın qalası, 234 (Kitab 116, 1)Səhih