Ana səhifə

Mövzu

Səhabələr

فضائل الصحابة

Səhabələrin fəziləti və onların həyatından nümunələr

217 hədis

حَدَّثَنَا أَبُو الْوَلِيدِ قَالَ حَدَّثَنَا شُعْبَةُ قَالَ أَخْبَرَنِى عَبْدُ اللَّهِ بْنُ عَبْدِ اللَّهِ بْنِ جَبْرٍ قَالَ سَمِعْتُ أَنَسًا عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « آيَةُ الإِيمَانِ حُبُّ الأَنْصَارِ ، وَآيَةُ النِّفَاقِ بُغْضُ الأَنْصَارِ » .

“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “(Kamil) imanın əlaməti ənsarı sevmək, münafiqliyin əlaməti isə ənsara nifrət etməkdir”.”

Ənəs
Buxari, 17 (İman, 10)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عُبَيْدِ اللَّهِ قَالَ حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ سَعْدٍ عَنْ صَالِحٍ عَنِ ابْنِ شِهَابٍ عَنْ أَبِى أُمَامَةَ بْنِ سَهْلٍ أَنَّهُ سَمِعَ أَبَا سَعِيدٍ الْخُدْرِىَّ يَقُولُ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « بَيْنَا أَنَا نَائِمٌ رَأَيْتُ النَّاسَ يُعْرَضُونَ عَلَىَّ ، وَعَلَيْهِمْ قُمُصٌ مِنْهَا مَا يَبْلُغُ الثُّدِىَّ ، وَمِنْهَا مَا دُونَ ذَلِكَ ، وَعُرِضَ عَلَىَّ عُمَرُ بْنُ الْخَطَّابِ وَعَلَيْهِ قَمِيصٌ يَجُرُّهُ » . قَالُوا فَمَا أَوَّلْتَ ذَلِكَ يَا رَسُولَ اللَّهِ قَالَ « الدِّينَ » .

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Yuxuda insanlar mənə göstərildi. Onların əyinlərində köynəklər var idi. Bu köynəklərin bəzisi sinəyə çatır, bəzisi isə bundan aşağı idi. Mənə Ömər ibn əl-Xattabı da göstərdilər. Onun əynində (ətəyi yerlə) sürünən bir köynək var idi”. Səhabələr soruşdular: “Bunu nəyə yozdun, ey Allahın Elçisi?” Peyğəmbər ﷺ: “Dinə!”– dedi”.”

Əbu Səid əl-Xudri
Buxari, 23 (İman, 16)Səhih

حَدَّثَنَا سَعِيدُ بْنُ عُفَيْرٍ قَالَ حَدَّثَنِى اللَّيْثُ قَالَ حَدَّثَنِى عُقَيْلٌ عَنِ ابْنِ شِهَابٍ عَنْ حَمْزَةَ بْنِ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ أَنَّ ابْنَ عُمَرَ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « بَيْنَا أَنَا نَائِمٌ أُتِيتُ بِقَدَحِ لَبَنٍ ، فَشَرِبْتُ حَتَّى إِنِّى لأَرَى الرِّىَّ يَخْرُجُ فِى أَظْفَارِى ، ثُمَّ أَعْطَيْتُ فَضْلِى عُمَرَ بْنَ الْخَطَّابِ » . قَالُوا فَمَا أَوَّلْتَهُ يَا رَسُولَ اللَّهِ قَالَ « الْعِلْمَ » .

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Mən Allah Elçisinin ﷺ belə dediyini eşitdim: “Yuxuda mənə bir qədəh süd gətirdilər. (Mən bu süddən) o qədər içdim ki, dırnaqlarımın ucundan tər axdığını gördüm. Sonra artığımı Ömər ibn əl-Xattaba verdim”. Səhabələr dedilər: “Sən bu yuxunu necə yozdun, ey Allahın Elçisi?” Peyğəmbər ﷺ: “Elm!”– deyə cavab verdi”.”

İbn Ömər
Buxari, 82 (Elm, 24)Səhih

حَدَّثَنَا أَبُو الْيَمَانِ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ ح قَالَ أَبُو عَبْدِ اللَّهِ وَقَالَ ابْنُ وَهْبٍ أَخْبَرَنَا يُونُسُ عَنِ ابْنِ شِهَابٍ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ بْنِ أَبِى ثَوْرٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَبَّاسٍ عَنْ عُمَرَ قَالَ كُنْتُ أَنَا وَجَارٌ لِى مِنَ الأَنْصَارِ فِى بَنِى أُمَيَّةَ بْنِ زَيْدٍ ، وَهْىَ مِنْ عَوَالِى الْمَدِينَةِ ، وَكُنَّا نَتَنَاوَبُ النُّزُولَ عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَنْزِلُ يَوْمًا وَأَنْزِلُ يَوْمًا ، فَإِذَا نَزَلْتُ جِئْتُهُ بِخَبَرِ ذَلِكَ الْيَوْمِ مِنَ الْوَحْىِ وَغَيْرِهِ ، وَإِذَا نَزَلَ فَعَلَ مِثْلَ ذَلِكَ ، فَنَزَلَ صَاحِبِى الأَنْصَارِىُّ يَوْمَ نَوْبَتِهِ ، فَضَرَبَ بَابِى ضَرْبًا شَدِيدًا . فَقَالَ أَثَمَّ هُوَ فَفَزِعْتُ فَخَرَجْتُ إِلَيْهِ فَقَالَ قَدْ حَدَثَ أَمْرٌ عَظِيمٌ . قَالَ فَدَخَلْتُ عَلَى حَفْصَةَ فَإِذَا هِىَ تَبْكِى فَقُلْتُ طَلَّقَكُنَّ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتْ لاَ أَدْرِى . ثُمَّ دَخَلْتُ عَلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقُلْتُ وَأَنَا قَائِمٌ أَطَلَّقْتَ نِسَاءَكَ قَالَ « لاَ » . فَقُلْتُ اللَّهُ أَكْبَرُ .

“Rəvayət edilir ki, Ömər ﵁ demişdir: “Mən və ənsardan olan bir qonşum Mədinənin yaxınlığında yerləşən Bəni Umeyyə ibn Zeyd tayfasında bir kənddə qalırdıq. Biz Allah Elçisinin ﷺ yanına növbə ilə gedərdik. Bir gün o gedir, bir gün də mən gedirdim. Mən Allah Elçisinin ﷺ yanına getdikdə həmin gün nazil olan vəhyləri və digər xəbərləri (qonşuma) çatdırardım. O gedəndə isə o mənə çatdırardı. Bir gün ənsardan olan yoldaşım öz növbəsi olanda Allah Elçisinin ﷺ yanına getdi və geri döndükdə qapımı bərk-bərk döyüb: “O buradadırmı?”– deyə soruşdu. Mən həyəcanlandım və dərhal onun yanına çıxdım. O dedi: “Dəhşətli bir hadisə baş verib!” Mən Həfsanın yanına daxil olub onun ağladığını görəndə ondan soruşdum: “Allah Elçisi ﷺ sizi boşayıbmı?” Həfsa: “Bilmirəm”– dedi. Sonra mən Peyğəmbərin ﷺ yanına gəldim və ayaq üstə dayanıb soruşdum: “Zövcələrini boşamısan?” O: “Xeyr!”– deyə cavab verdi. Mən də: “Allahu Əkbər!”– dedim”.”

Ömər
Buxari, 89 (Elm, 31)Səhih

حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنِى مَالِكٌ عَنِ ابْنِ شِهَابٍ عَنِ الأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ إِنَّ النَّاسَ يَقُولُونَ أَكْثَرَ أَبُو هُرَيْرَةَ ، وَلَوْلاَ آيَتَانِ فِى كِتَابِ اللَّهِ مَا حَدَّثْتُ حَدِيثًا ، ثُمَّ يَتْلُو { إِنَّ الَّذِينَ يَكْتُمُونَ مَا أَنْزَلْنَا مِنَ الْبَيِّنَاتِ } إِلَى قَوْلِهِ { الرَّحِيمُ } إِنَّ إِخْوَانَنَا مِنَ الْمُهَاجِرِينَ كَانَ يَشْغَلُهُمُ الصَّفْقُ بِالأَسْوَاقِ ، وِإِنَّ إِخْوَانَنَا مِنَ الأَنْصَارِ كَانَ يَشْغَلُهُمُ الْعَمَلُ فِى أَمْوَالِهِمْ ، وَإِنَّ أَبَا هُرَيْرَةَ كَانَ يَلْزَمُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِشِبَعِ بَطْنِهِ وَيَحْضُرُ مَا لاَ يَحْضُرُونَ ، وَيَحْفَظُ مَا لاَ يَحْفَظُونَ .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “İnsanlar: “Əbu Hureyra çox hədis danışır”– deyirlər. Halbuki Allahın Kitabındakı bu iki ayə olmasaydı, mən bir hədis belə rəvayət etməzdim”. Sonra Əbu Hureyra bu ayələri oxudu: “Kitabda insanlara bəyan etdiyimiz açıq-aydın dəlilləri və doğru yol göstərən ayələri nazil etdikdən sonra onları gizli saxlayanlara həm Allah lənət edir, həm də lənət edə bilənlər lənət oxuyurlar! Yalnız tövbə edənlər, əməllərini islah edənlər və haqqı bəyan edənlər istisnadır. Mən onların tövbəsini qəbul edərəm. Mən tövbələri qəbul edənəm, Rəhmliyəm!” (əl-Bəqərə, 159-160)”. Sonra isə Əbu Hureyra belə dedi: “Mühacir qardaşlarımız bazarlarda alverlə, ənsar qardaşlarımız isə mal-dövlətlərini yerbəyer etməklə məşğul idilər, o vaxt Əbu Hureyra bir qarın yeməklə kifayətlənərək Allah Elçisindən ﷺ ayrılmaz, onların iştirak etmədikləri məclislərdə iştirak edər və yadda saxlamadıqları sözləri yadında saxlayardı”.”

Əbu Hureyra
Buxari, 118 (Elm, 60)Səhih

حَدَّثَنَا أَحْمَدُ بْنُ أَبِى بَكْرٍ أَبُو مُصْعَبٍ قَالَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ إِبْرَاهِيمَ بْنِ دِينَارٍ عَنِ ابْنِ أَبِى ذِئْبٍ عَنْ سَعِيدٍ الْمَقْبُرِىِّ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قُلْتُ يَا رَسُولَ اللَّهِ ، إِنِّى أَسْمَعُ مِنْكَ حَدِيثًا كَثِيرًا أَنْسَاهُ . قَالَ « ابْسُطْ رِدَاءَكَ » فَبَسَطْتُهُ . قَالَ فَغَرَفَ بِيَدَيْهِ ثُمَّ قَالَ « ضُمُّهُ » فَضَمَمْتُهُ فَمَا نَسِيتُ شَيْئًا بَعْدَهُ . حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ الْمُنْذِرِ قَالَ حَدَّثَنَا ابْنُ أَبِى فُدَيْكٍ بِهَذَا أَوْ قَالَ غَرَفَ بِيَدِهِ فِيهِ .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi! Mən səndən çoxlu hədislər eşidirəm, lakin onlar yadımdan çıxır”. Peyğəmbər ﷺ dedi: “Paltarının ətəyini aç!” Mən paltarımın ətəyini açdıqda Peyğəmbər ﷺ əlləri ilə (sanki nəyisə) ovucla götürüb paltarımın ətəyinə atdı və: “Ətəyini ört”– dedi. Mən onu örtdüm və bundan sonra heç bir şeyi yaddan çıxarmadım”.”

Əbu Hureyra
Buxari, 119 (Elm, 61)Səhih

حَدَّثَنَا عَمْرُو بْنُ عَوْنٍ قَالَ حَدَّثَنَا هُشَيْمٌ عَنْ حُمَيْدٍ عَنْ أَنَسٍ قَالَ قَالَ عُمَرُ وَافَقْتُ رَبِّى فِى ثَلاَثٍ ، فَقُلْتُ يَا رَسُولَ اللَّهِ لَوِ اتَّخَذْنَا مِنْ مَقَامِ إِبْرَاهِيمَ مُصَلًّى فَنَزَلَتْ ( وَاتَّخِذُوا مِنْ مَقَامِ إِبْرَاهِيمَ مُصَلًّى ) وَآيَةُ الْحِجَابِ قُلْتُ يَا رَسُولَ اللَّهِ ، لَوْ أَمَرْتَ نِسَاءَكَ أَنْ يَحْتَجِبْنَ ، فَإِنَّهُ يُكَلِّمُهُنَّ الْبَرُّ وَالْفَاجِرُ . فَنَزَلَتْ آيَةُ الْحِجَابِ ، وَاجْتَمَعَ نِسَاءُ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى الْغَيْرَةِ عَلَيْهِ فَقُلْتُ لَهُنَّ عَسَى رَبُّهُ إِنْ طَلَّقَكُنَّ أَنْ يُبَدِّلَهُ أَزْوَاجًا خَيْرًا مِنْكُنَّ . فَنَزَلَتْ هَذِهِ الآيَةُ .

“Rəvayət edilir ki, Ömər ﵁ demişdir: “Mən üç ayədə Rəbbimə müvafiq oldum. Mən: “Ey Allahın Elçisi, bəlkə İbrahimin durduğu yeri namazgah edək?”– dedim, “İbrahimin dayandığı yeri namazgah edin!” (əl-Bəqərə, 125) ayəsi nazil oldu. Həmçinin hicab ayəsi (əl-Əhzab, 59) də. Mən: “Ey Allahın Elçisi, bəlkə qadınlarına hicab geyinməyi əmr edəsən? Axı onlarla həm möminlər, həm də yaramaz insanlar danışırlar”– dedim, hicab ayəsi nazil oldu. (Üçüncüsü isə bir dəfə) Peyğəmbərin ﷺ zövcələri toplaşıb ona qarşı qısqanclıq göstərməyə başladıqda mən onlara: “Əgər o sizi boşasa, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr verə bilər”– dedim, bu ayə (ət-Təhrim, 5) nazil oldu”.”

Ömər
Buxari, 402 (Namaz, 54)Səhih

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ قَالَ حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ أَبِى حَازِمٍ عَنْ أَبِى حَازِمٍ عَنْ سَهْلِ بْنِ سَعْدٍ قَالَ جَاءَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بَيْتَ فَاطِمَةَ ، فَلَمْ يَجِدْ عَلِيًّا فِى الْبَيْتِ فَقَالَ « أَيْنَ ابْنُ عَمِّكِ » . قَالَتْ كَانَ بَيْنِى وَبَيْنَهُ شَىْءٌ ، فَغَاضَبَنِى فَخَرَجَ فَلَمْ يَقِلْ عِنْدِى . فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لإِنْسَانٍ « انْظُرْ أَيْنَ هُوَ » . فَجَاءَ فَقَالَ يَا رَسُولَ اللَّهِ ، هُوَ فِى الْمَسْجِدِ رَاقِدٌ ، فَجَاءَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَهْوَ مُضْطَجِعٌ ، قَدْ سَقَطَ رِدَاؤُهُ عَنْ شِقِّهِ ، وَأَصَابَهُ تُرَابٌ ، فَجَعَلَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَمْسَحُهُ عَنْهُ وَيَقُولُ « قُمْ أَبَا تُرَابٍ ، قُمْ أَبَا تُرَابٍ » .

“Rəvayət edilir ki, Səhl ibn Səd ﵁ demişdir: “Allah Elçisi ﷺ Fatimənin evinə gəlib Əlini orada tapmadı və: “Əmim oğlu haradadır?”– deyə soruşdu. Fatimə dedi: “Aramızda mübahisə baş verdi, onun mənə acığı tutdu və günorta mənim yanımda qalmaqdan imtina etdi”. Allah Elçisi ﷺ bir nəfərə buyurdu: “Bax gör, o haradadır?”. O adam qayıdaraq dedi: “Ey Allahın Elçisi, o, məsciddə yatıb”. Allah Elçisi ﷺ oraya getdi. Gördü ki, Əli böyrü üstə uzanıb, bürüncəyi üstündən sürüşüb düşüb, özü də toza bulaşıb. Allah Elçisi ﷺ: “Qalx, ey Əbu Turab! Qalx, ey Əbu Turab!”– deyə-deyə onun tozunu çırpmağa başladı”.”

Səhl ibn Səd
Buxari, 441 (Namaz, 93)Səhih

حَدَّثَنَا يُوسُفُ بْنُ عِيسَى قَالَ حَدَّثَنَا ابْنُ فُضَيْلٍ عَنْ أَبِيهِ عَنْ أَبِى حَازِمٍ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ رَأَيْتُ سَبْعِينَ مِنْ أَصْحَابِ الصُّفَّةِ ، مَا مِنْهُمْ رَجُلٌ عَلَيْهِ رِدَاءٌ ، إِمَّا إِزَارٌ وَإِمَّا كِسَاءٌ ، قَدْ رَبَطُوا فِى أَعْنَاقِهِمْ ، فَمِنْهَا مَا يَبْلُغُ نِصْفَ السَّاقَيْنِ ، وَمِنْهَا مَا يَبْلُغُ الْكَعْبَيْنِ ، فَيَجْمَعُهُ بِيَدِهِ ، كَرَاهِيَةَ أَنْ تُرَى عَوْرَتُهُ .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Suffə əhlindən yetmiş nəfər gördüm, aralarında ridası olan bir nəfər belə yox idi. Ya izar, ya da boyunlarına bağladıqları bir kisə geyinərdilər ki, bu da kimisinin ayaqlarının yarısına kimi, kiminin də topuqlarına düşərdi. Hamısı da namazda ayıb yerləri görünməmək üçün geyindiyini əli ilə toplayardı”.”

Əbu Hureyra
Buxari, 442 (Namaz, 94)Səhih

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ مُخْتَارٍ قَالَ حَدَّثَنَا خَالِدٌ الْحَذَّاءُ عَنْ عِكْرِمَةَ قَالَ لِى ابْنُ عَبَّاسٍ وَلاِبْنِهِ عَلِىٍّ انْطَلِقَا إِلَى أَبِى سَعِيدٍ فَاسْمَعَا مِنْ حَدِيثِهِ . فَانْطَلَقْنَا فَإِذَا هُوَ فِى حَائِطٍ يُصْلِحُهُ ، فَأَخَذَ رِدَاءَهُ فَاحْتَبَى ، ثُمَّ أَنْشَأَ يُحَدِّثُنَا حَتَّى أَتَى ذِكْرُ بِنَاءِ الْمَسْجِدِ فَقَالَ كُنَّا نَحْمِلُ لَبِنَةً لَبِنَةً ، وَعَمَّارٌ لَبِنَتَيْنِ لَبِنَتَيْنِ ، فَرَآهُ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَيَنْفُضُ التُّرَابَ عَنْهُ وَيَقُولُ « وَيْحَ عَمَّارٍ تَقْتُلُهُ الْفِئَةُ الْبَاغِيَةُ ، يَدْعُوهُمْ إِلَى الْجَنَّةِ ، وَيَدْعُونَهُ إِلَى النَّارِ » . قَالَ يَقُولُ عَمَّارٌ أَعُوذُ بِاللَّهِ مِنَ الْفِتَنِ .

“Rəvayət edilir ki, İkrimə ﵀ demişdir: “Bir dəfə İbn Abbas mənə və oğlu Əliyə dedi: “Əbu Səid əl-Xudrinin yanına gedin və rəvayət etdiyi hədislərə qulaq asın”. Biz gedib gördük ki, o, bağda işləyir. O bizi görən kimi üst geyimini götürüb ona büründü. Sonra bizə hədis danışmağa başladı və məscidin tikilməsini xatırlayaraq belə dedi: “Biz kərpicləri bir-bir götürüb daşıyırdıq, Əmmar isə onları iki-iki götürürdü. Peyğəmbər ﷺ Əmmarın canfəşanlığını görəndə ona yaxınlaşdı və onun üstündəki tozu çırpa-çırpa dedi: “Yazıq Əmmar! Onu bağilərdən bir dəstə öldürəcək. (Əmmar) onları Cənnətə, onlar isə onu Cəhənnəmə çağıracaqlar”. Əbu Səid dedi: “Əmmar bu sözləri eşidib dedi: “Mən bu fitnədən Allaha sığınıram!””

İkrimə
Buxari, 447 (Namaz, 99)Səhih

حَدَّثَنَا أَبُو الْيَمَانِ الْحَكَمُ بْنُ نَافِعٍ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى أَبُو سَلَمَةَ بْنُ عَبْدِ الرَّحْمَنِ بْنِ عَوْفٍ أَنَّهُ سَمِعَ حَسَّانَ بْنَ ثَابِتٍ الأَنْصَارِىَّ يَسْتَشْهِدُ أَبَا هُرَيْرَةَ أَنْشُدُكَ اللَّهَ هَلْ سَمِعْتَ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « يَا حَسَّانُ ، أَجِبْ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، اللَّهُمَّ أَيِّدْهُ بِرُوحِ الْقُدُسِ » . قَالَ أَبُو هُرَيْرَةَ نَعَمْ .

“Rəvayət edilir ki, bir dəfə Həssən ibn Sabit əl-Ənsari Əbu Hureyradan ﵄ soruşdu: “Səni and verirəm Allaha, de görüm Peyğəmbərin ﷺ: “Ey Həssən, Allah Elçisinin əvəzinə (müşriklərə) cavab ver! Ey Allah, ona müqəddəs ruhla (Cəbraillə) kömək ol!”– dediyini eşitmisənmi?” Əbu Hureyra: “Bəli!”– deyə cavab verdi.”

Həssən ibn Sabit əl-Ənsari
Buxari, 453 (Namaz, 105)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ سِنَانٍ قَالَ حَدَّثَنَا فُلَيْحٌ قَالَ حَدَّثَنَا أَبُو النَّضْرِ عَنْ عُبَيْدِ بْنِ حُنَيْنٍ عَنْ بُسْرِ بْنِ سَعِيدٍ عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ قَالَ خَطَبَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « إِنَّ اللَّهَ خَيَّرَ عَبْدًا بَيْنَ الدُّنْيَا وَبَيْنَ مَا عِنْدَهُ ، فَاخْتَارَ مَا عِنْدَ اللَّهِ » . فَبَكَى أَبُو بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ فَقُلْتُ فِى نَفْسِى مَا يُبْكِى هَذَا الشَّيْخَ إِنْ يَكُنِ اللَّهُ خَيَّرَ عَبْدًا بَيْنَ الدُّنْيَا وَبَيْنَ مَا عِنْدَهُ فَاخْتَارَ مَا عِنْدَ اللَّهِ ، فَكَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ هُوَ الْعَبْدَ ، وَكَانَ أَبُو بَكْرٍ أَعْلَمَنَا . قَالَ « يَا أَبَا بَكْرٍ لاَ تَبْكِ ، إِنَّ أَمَنَّ النَّاسِ عَلَىَّ فِى صُحْبَتِهِ وَمَالِهِ أَبُو بَكْرٍ ، وَلَوْ كُنْتُ مُتَّخِذًا خَلِيلاً مِنْ أُمَّتِى لاَتَّخَذْتُ أَبَا بَكْرٍ ، وَلَكِنْ أُخُوَّةُ الإِسْلاَمِ وَمَوَدَّتُهُ ، لاَ يَبْقَيَنَّ فِى الْمَسْجِدِ بَابٌ إِلاَّ سُدَّ إِلاَّ بَابُ أَبِى بَكْرٍ » .

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Bir dəfə Peyğəmbər ﷺ camaata xütbə deyərək belə buyurdu: “Allah bir qula dünya həyatı ilə Öz yanında olan (nemətlər) arasında seçim etmək ixtiyarı verdi və o, Allah yanında olanları seçdi”. Əbu Bəkr ﵁ bu sözləri eşidəndə ağladı. Mən öz-özümə dedim: “Əgər Allah bir qula dünya həyatı ilə Öz yanında olan (nemətlər) arasında seçim etmək ixtiyarı verib və (həmin qul) Allah yanında olanları seçibsə, onda bu ağsaqqalı ağladan nədir?” Axırda bəlli oldu ki, bu qul Allah Elçisinin ﷺ özü imiş. Həqiqətən də, Əbu Bəkr bizdən çox bilirdi. Peyğəmbər ﷺ dedi: “Ey Əbu Bəkr, ağlama! Həqiqətən, insanlar arasında dostluqda və malını (xərcləməkdə) mənə ən sadiq olanı Əbu Bəkrdir. Əgər mən ümmətimdən özümə ən yaxın dost seçməli olsaydım, mütləq Əbu Bəkri seçərdim. Ancaq İslamda qardaşlıq və sevgi (bundan da yaxşıdır). Qoy məsciddə Əbu Bəkrin qapısından başqa bütün qapılar örtülsün!””

Əbu Səid əl-Xudri
Buxari, 466 (Namaz, 118)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مُحَمَّدٍ الْجُعْفِىُّ قَالَ حَدَّثَنَا وَهْبُ بْنُ جَرِيرٍ قَالَ حَدَّثَنَا أَبِى قَالَ سَمِعْتُ يَعْلَى بْنَ حَكِيمٍ عَنْ عِكْرِمَةَ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ خَرَجَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى مَرَضِهِ الَّذِى مَاتَ فِيهِ عَاصِبٌ رَأْسَهُ بِخِرْقَةٍ ، فَقَعَدَ عَلَى الْمِنْبَرِ ، فَحَمِدَ اللَّهَ وَأَثْنَى عَلَيْهِ ثُمَّ قَالَ « إِنَّهُ لَيْسَ مِنَ النَّاسِ أَحَدٌ أَمَنَّ عَلَىَّ فِى نَفْسِهِ وَمَالِهِ مِنْ أَبِى بَكْرِ بْنِ أَبِى قُحَافَةَ ، وَلَوْ كُنْتُ مُتَّخِذًا مِنَ النَّاسِ خَلِيلاً لاَتَّخَذْتُ أَبَا بَكْرٍ خَلِيلاً ، وَلَكِنْ خُلَّةُ الإِسْلاَمِ أَفْضَلُ ، سُدُّوا عَنِّى كُلَّ خَوْخَةٍ فِى هَذَا الْمَسْجِدِ غَيْرَ خَوْخَةِ أَبِى بَكْرٍ » .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ vəfatı ilə nəticələnən xəstəliyə tutulduğu zaman başı sarıqlı halda məscidə gəlib minbərdə oturdu. Allaha həmd-səna deyib Onu təriflədikdən sonra dedi: “Həqiqətən, insanlar arasında canını və malını (fəda etməkdə) mənə Əbu Bəkr ibn Əbu Quhafədən daha sadiq olan başqa biri yoxdur. Əgər mən insanlar arasından özümə ən yaxın dost seçəcək olsaydım, hökmən Əbu Bəkri dost seçərdim, lakin İslam qardaşlığı (bundan) daha üstündür. (Elə isə) bu məsciddə Əbu Bəkrin qapısından başqa bütün qapıları bağlayın!””

İbn Abbas
Buxari, 467 (Namaz, 119)Səhih

حَدَّثَنَا يَحْيَى بْنُ بُكَيْرٍ قَالَ حَدَّثَنَا اللَّيْثُ عَنْ عُقَيْلٍ عَنِ ابْنِ شِهَابٍ قَالَ أَخْبَرَنِى عُرْوَةُ بْنُ الزُّبَيْرِ أَنَّ عَائِشَةَ زَوْجَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتْ لَمْ أَعْقِلْ أَبَوَىَّ إِلاَّ وَهُمَا يَدِينَانِ الدِّينَ ، وَلَمْ يَمُرَّ عَلَيْنَا يَوْمٌ إِلاَّ يَأْتِينَا فِيهِ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ طَرَفَىِ النَّهَارِ بُكْرَةً وَعَشِيَّةً ، ثُمَّ بَدَا لأَبِى بَكْرٍ فَابْتَنَى مَسْجِدًا بِفِنَاءِ دَارِهِ ، فَكَانَ يُصَلِّى فِيهِ وَيَقْرَأُ الْقُرْآنَ ، فَيَقِفُ عَلَيْهِ نِسَاءُ الْمُشْرِكِينَ ، وَأَبْنَاؤُهُمْ يَعْجَبُونَ مِنْهُ وَيَنْظُرُونَ إِلَيْهِ ، وَكَانَ أَبُو بَكْرٍ رَجُلاً بَكَّاءً لاَ يَمْلِكُ عَيْنَيْهِ إِذَا قَرَأَ الْقُرْآنَ ، فَأَفْزَعَ ذَلِكَ أَشْرَافَ قُرَيْشٍ مِنَ الْمُشْرِكِينَ

“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ zövcəsi Aişə ﵂ demişdir: “Valideynlərimin dində olmayan dövrlərini görmədim. O vaxtı elə gün olmazdı ki, Allah Elçisi ﷺ o günün əvvəlində və axırında bizə gəlməsin. Sonra Əbu Bəkrə bir miqdar pul gəldi və evinin kənarında bir məscid tikdi. Burada namaz qılmağa və Quran oxumağa başladı. Müşriklərin qadınları və uşaqları onun yanında durub onun ibadət etməsinə və Quran oxumasına təəccüb edərək ona baxırdılar. Əbu Bəkr çox ağlayan adam idi və Quran oxunduqda göz yaşlarını saxlaya bilmirdi. Əbu Bəkrin bu halı Qureyş müşriklərinin öndərlərini qorxudurdu”.”

Aişə
Buxari, 476 (Namaz, 128)Səhih

حَدَّثَنَا أَبُو النُّعْمَانِ قَالَ حَدَّثَنَا مُعْتَمِرُ بْنُ سُلَيْمَانَ قَالَ حَدَّثَنَا أَبِى حَدَّثَنَا أَبُو عُثْمَانَ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِى بَكْرٍ أَنَّ أَصْحَابَ الصُّفَّةِ كَانُوا أُنَاسًا فُقَرَاءَ ، وَأَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مَنْ كَانَ عِنْدَهُ طَعَامُ اثْنَيْنِ فَلْيَذْهَبْ بِثَالِثٍ ، وَإِنْ أَرْبَعٌ فَخَامِسٌ أَوْ سَادِسٌ » . وَأَنَّ أَبَا بَكْرٍ جَاءَ بِثَلاَثَةٍ فَانْطَلَقَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِعَشَرَةٍ ، قَالَ فَهْوَ أَنَا وَأَبِى وَأُمِّى ، فَلاَ أَدْرِى قَالَ وَامْرَأَتِى وَخَادِمٌ بَيْنَنَا وَبَيْنَ بَيْتِ أَبِى بَكْرٍ . وَإِنَّ أَبَا بَكْرٍ تَعَشَّى عِنْدَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ لَبِثَ حَيْثُ صُلِّيَتِ الْعِشَاءُ ، ثُمَّ رَجَعَ فَلَبِثَ حَتَّى تَعَشَّى النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَجَاءَ بَعْدَ مَا مَضَى مِنَ اللَّيْلِ مَا شَاءَ اللَّهُ ، قَالَتْ لَهُ امْرَأَتُهُ وَمَا حَبَسَكَ عَنْ أَضْيَافِكَ - أَوْ قَالَتْ ضَيْفِكَ - قَالَ أَوَمَا عَشَّيْتِيهِمْ قَالَتْ أَبَوْا حَتَّى تَجِىءَ ، قَدْ عُرِضُوا فَأَبَوْا . قَالَ فَذَهَبْتُ أَنَا فَاخْتَبَأْتُ فَقَالَ يَا غُنْثَرُ ، فَجَدَّعَ وَسَبَّ ، وَقَالَ كُلُوا لاَ هَنِيئًا . فَقَالَ وَاللَّهِ لاَ أَطْعَمُهُ أَبَدًا ، وَايْمُ اللَّهِ مَا كُنَّا نَأْخُذُ مِنْ لُقْمَةٍ إِلاَّ رَبَا مِنْ أَسْفَلِهَا أَكْثَرُ مِنْهَا . قَالَ يَعْنِى حَتَّى شَبِعُوا وَصَارَتْ أَكْثَرَ مِمَّا كَانَتْ قَبْلَ ذَلِكَ ، فَنَظَرَ إِلَيْهَا أَبُو بَكْرٍ فَإِذَا هِىَ كَمَا هِىَ أَوْ أَكْثَرُ مِنْهَا . فَقَالَ لاِمْرَأَتِهِ يَا أُخْتَ بَنِى فِرَاسٍ مَا هَذَا قَالَتْ لاَ وَقُرَّةِ عَيْنِى لَهِىَ الآنَ أَكْثَرُ مِنْهَا قَبْلَ ذَلِكَ بِثَلاَثِ مَرَّاتٍ . فَأَكَلَ مِنْهَا أَبُو بَكْرٍ وَقَالَ إِنَّمَا كَانَ ذَلِكَ مِنَ الشَّيْطَانِ - يَعْنِى يَمِينَهُ - ثُمَّ أَكَلَ مِنْهَا لُقْمَةً ، ثُمَّ حَمَلَهَا إِلَى النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَصْبَحَتْ عِنْدَهُ ، وَكَانَ بَيْنَنَا وَبَيْنَ قَوْمٍ عَقْدٌ ، فَمَضَى الأَجَلُ ، فَفَرَّقَنَا اثْنَا عَشَرَ رَجُلاً ، مَعَ كُلِّ رَجُلٍ مِنْهُمْ أُنَاسٌ ، اللَّهُ أَعْلَمُ كَمْ مَعَ كُلِّ رَجُلٍ فَأَكَلُوا مِنْهَا أَجْمَعُونَ ، أَوْ كَمَا قَالَ .

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Əbu Bəkr ﵄ demişdir: “Suffə əhli kasıb adamlar idi. Odur ki, Peyğəmbər ﵁ buyurdu: “Kimin iki nəfərlik yeməyi varsa, üçüncü bir adamı da (yeməyə) dəvət etsin, əgər dörd nəfərlikdirsə, beşincisini və ya altıncısını da (yeməyə çağırsın)”. Əbu Bəkr üç nəfəri, Peyğəmbər ﷺ isə on nəfəri evinə apardı. Mən, anam və atam bir evdə yaşayırdıq. Ravi deyir: “Mən Abdur-Rahmənin: “Arvadım və Əbu Bəkrə qulluq edən xidmətçim də” deyib-demədiyini xatırlamıram”. Abdur-Rahmən deyir: “Əbu Bəkr Peyğəmbərin ﷺ yanında axşam yeməyini yedi, sonra da İşa namazını qılana qədər gözlədi. Daha sonra geri qayıdıb Peyğəmbər ﷺ axşam yeməyini yeyənə qədər orada qaldı və gecənin bir hissəsi keçdikdən sonra evinə qayıtdı. Arvadı ondan soruşdu: “Qonaqlarının yanına gəlməyə sənə nə mane oldu?” O dedi: “Olmaya, onlara şam yeməyi verməmisən?” Arvadı dedi: “Onlar sən gələnədək yemək istəmədilər, qabaqlarına yemək qoyuldu, lakin imtina etdilər”. Abdur-Rahmən deyir: “Mən atamın qorxusundan qaçıb gizləndim”. Atam isə: “Ay həşərat!”– deyə qışqırıb məni danladı. Yemək süfrəyə gətirildikdən sonra dedi: “Yeyin, onsuz da nuş olmayacaq! Allaha and olsun, mən o yeməkdən yeməyəcəyəm!” Abdur-Rahmən deyir: “Allaha and olsun ki, biz hər dəfə bir loxma götürdükcə altından yemək daha da artırdı. Axırda, hamı yeyib doydu və yemək əvvəlkindən daha çox oldu. Əbu Bəkr yeməyə baxıb onun olduğu kimi qaldığını və ya daha da artdığını görəndə arvadına dedi: “Ey Firas oğullarının bacısı, bu nədir?” Qadın dedi: “Gözün aydın! İndi yemək əvvəlkindən üç dəfə artıq olmuşdur!” Beləliklə, Əbu Bəkr də o yeməkdən yedi və (yeməyə toxunmayacağına dair) and içməsini qəsd edərək: “Bu, şeytanın işidir”– dedi. O, yeməkdən bir loxma da yedikdən sonra onu Peyğəmbərin ﷺ yanına apardı və yemək səhərə qədər onun yanında qaldı. O vaxta qədər bizimlə bir tayfa arasında bağlanan sazişin müddəti bitmişdi. Biz bu tayfadan on iki nəfər seçdik; onlardan hər birinin yanında Allaha məlum olan sayda adamlar var idi, onların hamısı bu xörəkdən yedi” və ya buna bənzər bir söz dedi”.”

Abdur-Rahmən ibn Əbu Bəkr
Buxari, 602 (Namaz vaxtları, 82)Səhih

حَدَّثَنَا عُمَرُ بْنُ حَفْصِ بْنِ غِيَاثٍ قَالَ حَدَّثَنِى أَبِى قَالَ حَدَّثَنَا الأَعْمَشُ عَنْ إِبْرَاهِيمَ قَالَ الأَسْوَدُ قَالَ كُنَّا عِنْدَ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا فَذَكَرْنَا الْمُوَاظَبَةَ عَلَى الصَّلاَةِ وَالتَّعْظِيمَ لَهَا ، قَالَتْ لَمَّا مَرِضَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَرَضَهُ الَّذِى مَاتَ فِيهِ ، فَحَضَرَتِ الصَّلاَةُ فَأُذِّنَ ، فَقَالَ « مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ بِالنَّاسِ » . فَقِيلَ لَهُ إِنَّ أَبَا بَكْرٍ رَجُلٌ أَسِيفٌ ، إِذَا قَامَ فِى مَقَامِكَ لَمْ يَسْتَطِعْ أَنْ يُصَلِّىَ بِالنَّاسِ ، وَأَعَادَ فَأَعَادُوا لَهُ ، فَأَعَادَ الثَّالِثَةَ فَقَالَ « إِنَّكُنَّ صَوَاحِبُ يُوسُفَ ، مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ بِالنَّاسِ » . فَخَرَجَ أَبُو بَكْرٍ فَصَلَّى ، فَوَجَدَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ نَفْسِهِ خِفَّةً ، فَخَرَجَ يُهَادَى بَيْنَ رَجُلَيْنِ كَأَنِّى أَنْظُرُ رِجْلَيْهِ تَخُطَّانِ مِنَ الْوَجَعِ ، فَأَرَادَ أَبُو بَكْرٍ أَنْ يَتَأَخَّرَ ، فَأَوْمَأَ إِلَيْهِ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ مَكَانَكَ ، ثُمَّ أُتِىَ بِهِ حَتَّى جَلَسَ إِلَى جَنْبِهِ . قِيلَ لِلأَعْمَشِ وَكَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى وَأَبُو بَكْرٍ يُصَلِّى بِصَلاَتِهِ ، وَالنَّاسُ يُصَلُّونَ بِصَلاَةِ أَبِى بَكْرٍ فَقَالَ بِرَأْسِهِ نَعَمْ . رَوَاهُ أَبُو دَاوُدَ عَنْ شُعْبَةَ عَنِ الأَعْمَشِ بَعْضَهُ . وَزَادَ أَبُو مُعَاوِيَةَ جَلَسَ عَنْ يَسَارِ أَبِى بَكْرٍ فَكَانَ أَبُو بَكْرٍ يُصَلِّى قَائِمًا .

“Rəvayət edilir ki, əl-Əsvəd ﵀ demişdir: “Biz Aişənin ﵂ yanında namazı qorumaq və namazın əzəməti haqda söhbət edirdik. Bu vaxt Aişə demişdir: “Allah Elçisi ﷺ vəfatı ilə nəticələnən xəstəliyə tutulduğu zaman namaz vaxtı girdikdən və azan verildikdən sonra buyurdu: “Əbu Bəkrə deyin, camaata namaz qıldırsın!” Ona dedilər: “Əbu Bəkr ürəyiyumşaq adamdır, əgər sənin yerinə imamlıq etsə, camaata namaz qıldıra bilməyəcək”. Peyğəmbər ﷺ sözünü təkrar etdi, yanındakılar da ona eyni cavabı verdilər, üçüncü dəfə o buyurdu: “Siz Yusufa gözü düşən qadınlar kimisiniz. Əbu Bəkrə deyin, camaata namaz qıldırsın!” Beləlilkə, Əbu Bəkr məscidə gedib camaata namaz qıldırmağa başladı. Bu arada Peyğəmbərin ﷺ halı yaxşılaşdı və iki nəfər onun (sağından və solundan) qoluna girib onu məscidə apardı. Mən onun xəstəliyi üzündən ayaqlarını yerlə sürüdüyünü, sanki, indi də görürəm. Əbu Bəkr onun gəldiyini hiss etdikdə geriyə çəkilmək istədi, lakin Peyğəmbər ﷺ əli ilə ona işarə etdi ki: “Yerində qal!” Sonra onu imamın durduğu yerə apardılar və o, Əbu Bəkrin yanında yerə oturdu. Peyğəmbər ﷺ namaz qılmağa başladı, Əbu Bəkr namazına davam etdi və camaat da Əbu Bəkrə tabe olaraq namaz qıldı”. Digər rəvayətdə ravi Əbu Müaviyə demişdir: “Peyğəmbər ﷺ Əbu Bəkrin sol tərəfində yerə oturdu, Əbu Bəkr isə ayaq üstə namaz qıldı”.”

əl-Əsvəd
Buxari, 664 (Azan, 62)Səhih

حَدَّثَنَا إِسْحَاقُ بْنُ نَصْرٍ قَالَ حَدَّثَنَا حُسَيْنٌ عَنْ زَائِدَةَ عَنْ عَبْدِ الْمَلِكِ بْنِ عُمَيْرٍ قَالَ حَدَّثَنِى أَبُو بُرْدَةَ عَنْ أَبِى مُوسَى قَالَ مَرِضَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَاشْتَدَّ مَرَضُهُ فَقَالَ « مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ بِالنَّاسِ » . قَالَتْ عَائِشَةُ إِنَّهُ رَجُلٌ رَقِيقٌ ، إِذَا قَامَ مَقَامَكَ لَمْ يَسْتَطِعْ أَنْ يُصَلِّىَ بِالنَّاسِ . قَالَ « مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ بِالنَّاسِ » فَعَادَتْ فَقَالَ « مُرِى أَبَا بَكْرٍ فَلْيُصَلِّ بِالنَّاسِ ، فَإِنَّكُنَّ صَوَاحِبُ يُوسُفَ » . فَأَتَاهُ الرَّسُولُ فَصَلَّى بِالنَّاسِ فِى حَيَاةِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ .

“Rəvayət edilir ki, Əbu Musa ﵁ demişdir: “Peyğəmbər ﷺ xəstələndiyi və xəstəliyi ağırlaşdığı zaman buyurdu: “Əbu Bəkrə deyin, camaata namaz qıldırsın!” Aişə dedi: “O, çox ürəyiyumşaq adamdır, sənin yerinə imamlıq etsə, camaata namaz qıldıra bilməyəcək”. Peyğəmbər ﷺ buyurdu: “Əbu Bəkrə deyin, camaata namaz qıldırsın!” Aişə dediklərini təkrar etdikdə Peyğəmbər ﷺ buyurdu: “Yetər! Həqiqətən, siz Yusufa gözü düşən qadınlar kimisiniz. Əbu Bəkrə deyin, camaata namaz qıldırsın!” Əbu Bəkrə xəbər göndərildi və o, camaata Peyğəmbər ﷺ sağ ikən namaz qıldırdı”.”

Əbu Musa
Buxari, 678 (Azan, 76)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ أُمِّ الْمُؤْمِنِينَ رَضِيَ اللَّهُ عَنْهَا أَنَّهَا قَالَتْ إِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ فِى مَرَضِهِ « مُرُوا أَبَا بَكْرٍ يُصَلِّى بِالنَّاسِ » . قَالَتْ عَائِشَةُ قُلْتُ إِنَّ أَبَا بَكْرٍ إِذَا قَامَ فِى مَقَامِكَ لَمْ يُسْمِعِ النَّاسَ مِنَ الْبُكَاءِ ، فَمُرْ عُمَرَ فَلْيُصَلِّ لِلنَّاسِ . فَقَالَتْ عَائِشَةُ فَقُلْتُ لِحَفْصَةَ قُولِى لَهُ إِنَّ أَبَا بَكْرٍ إِذَا قَامَ فِى مَقَامِكَ لَمْ يُسْمِعِ النَّاسَ مِنَ الْبُكَاءِ ، فَمُرْ عُمَرَ فَلْيُصَلِّ لِلنَّاسِ . فَفَعَلَتْ حَفْصَةُ . فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « مَهْ ، إِنَّكُنَّ لأَنْتُنَّ صَوَاحِبُ يُوسُفَ ، مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ لِلنَّاسِ » . فَقَالَتْ حَفْصَةُ لِعَائِشَةَ مَا كُنْتُ لأُصِيبَ مِنْكِ خَيْرًا .

“Rəvayət edilir ki, möminlərin anası Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ xəstələndiyi zaman buyurdu: “Əbu Bəkrə deyin, camaata namaz qıldırsın!” Mən dedim: “Əbu Bəkr sənin yerinə imamlıq etsə, onun ağlamağı səbəbindən camaat heç nə eşidə bilməyəcək. Buna görə də camaata namaz qıldırmağı Ömərə həvalə et”. Aişə deyir: “Mən Həfsaya dedim: “Peyğəmbərə ﷺ de ki, Əbu Bəkr onun yerinə imamlıq etsə, onun ağlamağı səbəbindən camaat heç nə eşidə bilməyəcək. Ona görə camaata namaz qıldırmağı Ömərə həvalə etsin”. Həfsa belə də etdi, lakin Allah Elçisi ﷺ buyurdu: “Yetər! Həqiqətən, siz Yusufa gözü düşən qadınlar kimisiniz. Əbu Bəkrə deyin, camaata namaz qıldırsın!” Bundan sonra Həfsa Aişəyə dedi: “Mən heç vaxt səndən xeyir görmədim”.”

Aişə
Buxari, 679 (Azan, 77)Səhih

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى أَنَسُ بْنُ مَالِكٍ الأَنْصَارِىُّ - وَكَانَ تَبِعَ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَخَدَمَهُ وَصَحِبَهُ أَنَّ أَبَا بَكْرٍ كَانَ يُصَلِّى لَهُمْ فِى وَجَعِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الَّذِى تُوُفِّىَ فِيهِ ، حَتَّى إِذَا كَانَ يَوْمُ الاِثْنَيْنِ وَهُمْ صُفُوفٌ فِى الصَّلاَةِ ، فَكَشَفَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سِتْرَ الْحُجْرَةِ يَنْظُرُ إِلَيْنَا ، وَهْوَ قَائِمٌ كَأَنَّ وَجْهَهُ وَرَقَةُ مُصْحَفٍ ، ثُمَّ تَبَسَّمَ يَضْحَكُ ، فَهَمَمْنَا أَنْ نَفْتَتِنَ مِنَ الْفَرَحِ بِرُؤْيَةِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَنَكَصَ أَبُو بَكْرٍ عَلَى عَقِبَيْهِ لِيَصِلَ الصَّفَّ ، وَظَنَّ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَارِجٌ إِلَى الصَّلاَةِ ، فَأَشَارَ إِلَيْنَا النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ أَتِمُّوا صَلاَتَكُمْ ، وَأَرْخَى السِّتْرَ ، فَتُوُفِّىَ مِنْ يَوْمِهِ .

“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ xidmətçisi və dostu olmuş Ənəs ibn Malik əl-Ənsari ﵁ demişdir: “Peyğəmbər ﷺ ölümünə səbəb olan xəstəliyə tutulduğu zaman yatağa düşdükdə camaata namazı Əbu Bəkr qıldırırdı. Bazar ertəsi camaat namaz qılmaq üçün cərgələrə düzüldükdə Peyğəmbər ﷺ qaldığı otağın pərdəsini qaldırdı və ayaq üstə dayanıb bizə baxmağa başladı. Onun üzü, sanki Quran kağızı idi. Sonra o gülümsədi. Biz Peyğəmbəri ﷺ görəndə sevincimizdən az qaldı ki, namazdan çıxaq. Əbu Bəkr Peyğəmbərin ﷺ namaz qılacağını zənn etdi və geriyə çəkilərək arxasındakı cərgəyə keçdi. Peyğəmbər ﷺ bizə “Namazınızı tamamlayın!” işarəsi etdi. Sonra pərdəni aşağı saldı və həmin gün də dünyasını dəyişdi”.”

Ənəs ibn Malik əl-Ənsari
Buxari, 680 (Azan, 78)Səhih

حَدَّثَنَا أَبُو مَعْمَرٍ قَالَ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ قَالَ حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ عَنْ أَنَسٍ قَالَ لَمْ يَخْرُجِ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ثَلاَثًا ، فَأُقِيمَتِ الصَّلاَةُ ، فَذَهَبَ أَبُو بَكْرٍ يَتَقَدَّمُ فَقَالَ نَبِىُّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْحِجَابِ فَرَفَعَهُ ، فَلَمَّا وَضَحَ وَجْهُ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَا نَظَرْنَا مَنْظَرًا كَانَ أَعْجَبَ إِلَيْنَا مِنْ وَجْهِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حِينَ وَضَحَ لَنَا ، فَأَوْمَأَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِيَدِهِ إِلَى أَبِى بَكْرٍ أَنْ يَتَقَدَّمَ ، وَأَرْخَى النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْحِجَابَ ، فَلَمْ يُقْدَرْ عَلَيْهِ حَتَّى مَاتَ .

“Rəvayət edilir ki, Ənəs ﵁ demiçdir: “Peyğəmbər ﷺ namaza üç gün gələ bilmədi. Namaza iqamə verildi və Əbu Bəkr namaz qıldırmaq üçün irəli keçdiyə keçib qıldırdıqda Allahın Peyğəmbəri ﷺ (qaldığı otağın) pərdəsini qaldırdı və onun üzü görsəndi. Həmin an Peyğəmbərin ﷺ parlaq üzündən bizim üçün daha xoş mənzərə yox idi. Peyğəmbər ﷺ Əbu Bəkrə əli ilə önə keçməsi üçün işarə etdi və pərdəni aşağı saldı. Onun üzünü ölənə qədər bir daha görmək nəsib olmadı”.”

Ənəs
Buxari, 681 (Azan, 79)Səhih

حَدَّثَنَا يَحْيَى بْنُ سُلَيْمَانَ قَالَ حَدَّثَنَا ابْنُ وَهْبٍ قَالَ حَدَّثَنِى يُونُسُ عَنِ ابْنِ شِهَابٍ عَنْ حَمْزَةَ بْنِ عَبْدِ اللَّهِ أَنَّهُ أَخْبَرَهُ عَنْ أَبِيهِ قَالَ لَمَّا اشْتَدَّ بِرَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَجَعُهُ قِيلَ لَهُ فِى الصَّلاَةِ فَقَالَ « مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ بِالنَّاسِ » . قَالَتْ عَائِشَةُ إِنَّ أَبَا بَكْرٍ رَجُلٌ رَقِيقٌ ، إِذَا قَرَأَ غَلَبَهُ الْبُكَاءُ . قَالَ « مُرُوهُ فَيُصَلِّى » فَعَاوَدَتْهُ . قَالَ « مُرُوهُ فَيُصَلِّى ، إِنَّكُنَّ صَوَاحِبُ يُوسُفَ » . تَابَعَهُ الزُّبَيْدِىُّ وَابْنُ أَخِى الزُّهْرِىِّ وَإِسْحَاقُ بْنُ يَحْيَى الْكَلْبِىُّ عَنِ الزُّهْرِىِّ . وَقَالَ عُقَيْلٌ وَمَعْمَرٌ عَنِ الزُّهْرِىِّ عَنْ حَمْزَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ .

“Həmzə ibn Abdullah atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisinin ﷺ xəstəliyi ağırlaşdıqda ona namaz haqda deyildi və o buyurdu: “Əbu Bəkrə deyin, camaata namaz qıldırsın!” Aişə dedi: “Əbu Bəkr ürəyiyumşaq adamdır, Quran oxuduqda özünü ağlamaqdan saxlaya bilməyəcək”. Allah Elçisi ﷺ buyurdu: “Ona əmr edin ki, namazı o qıldırsın”. Aişə sözünü təkrarladıqda Allah Elçisi ﷺ buyurdu: “Ona deyin namazı qıldırsın. Həqiqətən, siz Yusufa gözü düşən qadınlar kimisiniz”.”

Həmzə ibn Abdullah atasından
Buxari, 682 (Azan, 80)Səhih

حَدَّثَنَا زَكَرِيَّاءُ بْنُ يَحْيَى قَالَ حَدَّثَنَا ابْنُ نُمَيْرٍ قَالَ أَخْبَرَنَا هِشَامُ بْنُ عُرْوَةَ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ قَالَتْ أَمَرَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَبَا بَكْرٍ أَنْ يُصَلِّىَ بِالنَّاسِ فِى مَرَضِهِ ، فَكَانَ يُصَلِّى بِهِمْ . قَالَ عُرْوَةُ فَوَجَدَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى نَفْسِهِ خِفَّةً ، فَخَرَجَ فَإِذَا أَبُو بَكْرٍ يَؤُمُّ النَّاسَ ، فَلَمَّا رَآهُ أَبُو بَكْرٍ اسْتَأْخَرَ ، فَأَشَارَ إِلَيْهِ أَنْ كَمَا أَنْتَ ، فَجَلَسَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حِذَاءَ أَبِى بَكْرٍ إِلَى جَنْبِهِ ، فَكَانَ أَبُو بَكْرٍ يُصَلِّى بِصَلاَةِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَالنَّاسُ يُصَلُّونَ بِصَلاَةِ أَبِى بَكْرٍ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ xəstə olduqda Əbu Bəkrin camaata namaz qıldırmasını əmr etdi. O da camaata namaz qıldırırdı”. Ravi Urva deyir: “Allah Elçisi ﷺ özündə güc tapıb otağından bayıra çıxdı və Əbu Bəkrin camaata imamlıq etdiyini gördü. Əbu Bəkr onu gördükdə arxaya keçdi, lakin Allah Elçisi ﷺ ona “Yerində qal!” deyə işarə etdi. Allah Elçisi ﷺ Əbu Bəkrin çiyni tərəfdən yanında oturdu. Əbu Bəkr Allah Elçisinin ﷺ namazına tabe idi, camaat da Əbu Bəkrin namazına tabe olaraq namaz qılırdı”.”

Aişə
Buxari, 683 (Azan, 81)Səhih

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ دَاوُدَ قَالَ حَدَّثَنَا الأَعْمَشُ عَنْ إِبْرَاهِيمَ عَنِ الأَسْوَدِ عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ لَمَّا مَرِضَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَرَضَهُ الَّذِى مَاتَ فِيهِ أَتَاهُ بِلاَلٌ يُؤْذِنُهُ بِالصَّلاَةِ فَقَالَ « مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ » . قُلْتُ إِنَّ أَبَا بَكْرٍ رَجُلٌ أَسِيفٌ ، إِنْ يَقُمْ مَقَامَكَ يَبْكِى فَلاَ يَقْدِرُ عَلَى الْقِرَاءَةِ . قَالَ « مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ » . فَقُلْتُ مِثْلَهُ فَقَالَ فِى الثَّالِثَةِ أَوِ الرَّابِعَةِ « إِنَّكُنَّ صَوَاحِبُ يُوسُفَ ، مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ » . فَصَلَّى وَخَرَجَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُهَادَى بَيْنَ رَجُلَيْنِ ، كَأَنِّى أَنْظُرُ إِلَيْهِ يَخُطُّ بِرِجْلَيْهِ الأَرْضَ ، فَلَمَّا رَآهُ أَبُو بَكْرٍ ذَهَبَ يَتَأَخَّرُ ، فَأَشَارَ إِلَيْهِ أَنْ صَلِّ ، فَتَأَخَّرَ أَبُو بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ وَقَعَدَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى جَنْبِهِ ، وَأَبُو بَكْرٍ يُسْمِعُ النَّاسَ التَّكْبِيرَ . تَابَعَهُ مُحَاضِرٌ عَنِ الأَعْمَشِ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ ölümü ilə nəticələnən xəstəliyə tutulduğu zaman Bilal gəlib namaza azan verdi. Peyğəmbər ﷺ buyurdu: “Əbu Bəkrə deyin, namaz qıldırsın!” Mən dedim: “Əbu Bəkr ürəyiyumşaq adamdır, əgər sənin yerinə imamlıq etsə, ağlayacaq və namazda Quran oxuya bilməyəcək”. Peyğəmbər ﷺ yenə buyurdu: “Əbu Bəkrə deyin, namaz qıldırsın!” Mən sözümü təkrar etdim, o ona üçüncü və ya dördüncü dəfə belə buyurdu: “Siz Yusufa gözü düşən qadınlar kimisiniz. Əbu Bəkrə deyin, namaz qıldırsın!” Beləliklə, Əbu Bəkr camaata namaz qıldırdı. Bu əsnada Peyğəmbər ﷺ iki nəfərin arasında otağından çıxdı. Mən onun xəstəliyi üzündən ayaqlarını yerlə sürüdüyünü, sanki, indi də görürəm. Əbu Bəkr onun gəldiyini hiss etdikdə geriyə çəkilmək istədi, lakin Peyğəmbər ﷺ əli ilə ona işarə etdi ki, yerində qal, lakin Əbu Bəkr ﵁ geri çəkildi. Peyğəmbər ﷺ Əbu Bəkrin yanında oturdu. Əbu Bəkr də təkbirləri camaata eşitdirirdi”.”

Aişə
Buxari, 712 (Azan, 110)Səhih

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ قَالَ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ عَنِ الأَعْمَشِ عَنْ إِبْرَاهِيمَ عَنِ الأَسْوَدِ عَنْ عَائِشَةَ قَالَتْ لَمَّا ثَقُلَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَاءَ بِلاَلٌ يُؤْذِنُهُ بِالصَّلاَةِ فَقَالَ « مُرُوا أَبَا بَكْرٍ أَنْ يُصَلِّىَ بِالنَّاسِ » . فَقُلْتُ يَا رَسُولَ اللَّهِ ، إِنَّ أَبَا بَكْرٍ رَجُلٌ أَسِيفٌ ، وَإِنَّهُ مَتَى مَا يَقُمْ مَقَامَكَ لاَ يُسْمِعُ النَّاسَ ، فَلَوْ أَمَرْتَ عُمَرَ . فَقَالَ « مُرُوا أَبَا بَكْرٍ يُصَلِّى بِالنَّاسِ » . فَقُلْتُ لِحَفْصَةَ قُولِى لَهُ إِنَّ أَبَا بَكْرٍ رَجُلٌ أَسِيفٌ ، وَإِنَّهُ مَتَى يَقُمْ مَقَامَكَ لاَ يُسْمِعِ النَّاسَ ، فَلَوْ أَمَرْتَ عُمَرَ . قَالَ « إِنَّكُنَّ لأَنْتُنَّ صَوَاحِبُ يُوسُفَ ، مُرُوا أَبَا بَكْرٍ أَنْ يُصَلِّىَ بِالنَّاسِ » . فَلَمَّا دَخَلَ فِى الصَّلاَةِ وَجَدَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى نَفْسِهِ خِفَّةً ، فَقَامَ يُهَادَى بَيْنَ رَجُلَيْنِ ، وَرِجْلاَهُ يَخُطَّانِ فِى الأَرْضِ حَتَّى دَخَلَ الْمَسْجِدَ ، فَلَمَّا سَمِعَ أَبُو بَكْرٍ حِسَّهُ ذَهَبَ أَبُو بَكْرٍ يَتَأَخَّرُ ، فَأَوْمَأَ إِلَيْهِ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَجَاءَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى جَلَسَ عَنْ يَسَارِ أَبِى بَكْرٍ ، فَكَانَ أَبُو بَكْرٍ يُصَلِّى قَائِمًا ، وَكَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى قَاعِدًا ، يَقْتَدِى أَبُو بَكْرٍ بِصَلاَةِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَالنَّاسُ مُقْتَدُونَ بِصَلاَةِ أَبِى بَكْرٍ رضى الله عنه .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisinin ﷺ xəstəliyi ağırlaşdıqda Bilal gəlib namaza izin istədi. Peyğəmbər ﷺ buyurdu: “Əbu Bəkrə deyin, camaata namaz qıldırsın!” Mən dedim: “Ey Allahın Elçisi, Əbu Bəkr ürəyiyumşaq adamdır, əgər sənin yerinə imamlıq etsə, camaata namazı eşitdirə bilməyəcək. Bəlkə, Ömərə əmr edəsən?” Peyğəmbər ﷺ yenə buyurdu: “Əbu Bəkrə deyin, camaata namaz qıldırsın”. Mən Həfsaya dedim: “Ona de ki, Əbu Bəkr ürəyiyumşaq adamdır, əgər sənin yerinə imamlıq etsə, camaata namazı eşitdirə bilməyəcək. Bəlkə, Ömərə əmr edəsən?” Peyğəmbər ﷺ buyurdu: “Həqiqətən, siz Yusufa gözü düşən qadınlar kimisiniz. Əbu Bəkrə deyin, camaata namaz qıldırsın!” Əbu Bəkr camaata namaz qıldıranda Peyğəmbər ﷺ özündə yüngüllük hiss etdi və qalxaraq iki nəfərdən tutub, xəstəliyi üzündən ayaqları yerlə sürünərək məscidə gəldi. Əbu Bəkr onun gəldiyini hiss etdikdə geriyə çəkilmək istədi, lakin Allah Elçisi ﷺ əli ilə ona işarə etdi. Allah Elçisi ﷺ gəlib Əbu Bəkrin sol tərəfində yerə oturdu. Əbu Bəkr isə ayaq üstə namaz qılırdı. Beləliklə, Əbu Bəkr Peyğəmbərin ﷺ namazına, camaat da Əbu Bəkrin ﵁ namazına tabe oldular”.”

Aişə
Buxari, 713 (Azan, 111)Səhih

حَدَّثَنَا إِسْمَاعِيلُ قَالَ حَدَّثَنَا مَالِكُ بْنُ أَنَسٍ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ أُمِّ الْمُؤْمِنِينَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ فِى مَرَضِهِ « مُرُوا أَبَا بَكْرٍ يُصَلِّى بِالنَّاسِ » . قَالَتْ عَائِشَةُ قُلْتُ إِنَّ أَبَا بَكْرٍ إِذَا قَامَ فِى مَقَامِكَ لَمْ يُسْمِعِ النَّاسَ مِنَ الْبُكَاءِ ، فَمُرْ عُمَرَ فَلْيُصَلِّ . فَقَالَ « مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ لِلنَّاسِ » . قَالَتْ عَائِشَةُ لِحَفْصَةَ قُولِى لَهُ إِنَّ أَبَا بَكْرٍ إِذَا قَامَ فِى مَقَامِكَ لَمْ يُسْمِعِ النَّاسَ مِنَ الْبُكَاءِ ، فَمُرْ عُمَرَ فَلْيُصَلِّ لِلنَّاسِ . فَفَعَلَتْ حَفْصَةُ . فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « مَهْ ، إِنَّكُنَّ لأَنْتُنَّ صَوَاحِبُ يُوسُفَ ، مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ لِلنَّاسِ » . قَالَتْ حَفْصَةُ لِعَائِشَةَ مَا كُنْتُ لأُصِيبَ مِنْكِ خَيْرًا .

“Möminlərin anası Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ xəstələndikdə buyurdu: “Əbu Bəkrə deyin, camaata namaz qıldırsın!” Aişə dedi: “Mən dedim: “Əbu Bəkr ürəyiyumşaq adamdır, sənin yerində durduqda ağladığına görə camaata namazı eşitdirə bilməyəcək. Namaz qıldırmaq üçün Ömərə tapşır”. Peyğəmbər ﷺ yenə buyurdu: “Əbu Bəkrə deyin, camaata namaz qıldırsın”. Aişə Həfsaya dedi: “Ona de ki, Əbu Bəkr sənin yerində durduqda ğaladığına görə camaata namazı eşitdirə bilməyəcək. Sən camaata namazı qıldırmasını Ömərə tapşır”. Həfsa deyiləni etdikdə Allah Elçisi ﷺ buyurdu: “Yetər! Həqiqətən, siz Yusufa gözü düşən qadınlar kimisiniz. Əbu Bəkrə deyin, camaata namaz qıldırsın!” Bundan sonra Həfsa Aişəyə dedi: “Mən heç vaxt səndən xeyir görmədim”.”

Aişə
Buxari, 716 (Azan, 114)Səhih

حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ أَبَانَ قَالَ حَدَّثَنَا ابْنُ الْغَسِيلِ قَالَ حَدَّثَنَا عِكْرِمَةُ عَنِ ابْنِ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ صَعِدَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْمِنْبَرَ وَكَانَ آخِرَ مَجْلِسٍ جَلَسَهُ مُتَعَطِّفًا مِلْحَفَةً عَلَى مَنْكِبَيْهِ ، قَدْ عَصَبَ رَأْسَهُ بِعِصَابَةٍ دَسِمَةٍ ، فَحَمِدَ اللَّهَ وَأَثْنَى عَلَيْهِ ثُمَّ قَالَ « أَيُّهَا النَّاسُ إِلَىَّ » . فَثَابُوا إِلَيْهِ ثُمَّ قَالَ « أَمَّا بَعْدُ ، فَإِنَّ هَذَا الْحَىَّ مِنَ الأَنْصَارِ يَقِلُّونَ ، وَيَكْثُرُ النَّاسُ ، فَمَنْ وَلِىَ شَيْئًا مِنْ أُمَّةِ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَاسْتَطَاعَ أَنْ يَضُرَّ فِيهِ أَحَدًا أَوْ يَنْفَعَ فِيهِ أَحَدًا ، فَلْيَقْبَلْ مِنْ مُحْسِنِهِمْ ، وَيَتَجَاوَزْ عَنْ مُسِيِّهِمْ »

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ minbərə qalxdı və bu onun minbərdəki son oturuşu idi. O, çiyninə atdığı əbaya bürünmüş, başına da boz bir sarıq sarımışdı, Allaha həmd edib şəninə təriflər deyəndən sonra buyurdu: “Ey insanlar, yanıma gəlin!” Onlar dərhal onun yan-yörəsinə toplaşdılar. Sonra Peyğəmbər ﷺ buyurdu: “Sonra isə... bu ənsarların sayı azalacaq, başqa insanların sayı isə çoxalacaq. Belə olduqda kim Muhəmməd ﷺ ümmətinin üzərində hökmranlıq etsə, zərər vurmağa və ya fayda verməyə qadir olsa, qoy ənsardan yaxşı iş görənlərin (yaxşılığını) qəbul etsin, pislik edənləri də bağışlasın”.”

İbn Abbas
Buxari, 927 (Cümə, 52)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مُحَمَّدٍ قَالَ حَدَّثَنَا هِشَامٌ قَالَ أَخْبَرَنَا مَعْمَرٌ . وَحَدَّثَنِى مَحْمُودٌ قَالَ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ قَالَ أَخْبَرَنَا مَعْمَرٌ عَنِ الزُّهْرِىِّ عَنْ سَالِمٍ عَنْ أَبِيهِ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ كَانَ الرَّجُلُ فِى حَيَاةِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا رَأَى رُؤْيَا قَصَّهَا عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَتَمَنَّيْتُ أَنْ أَرَى رُؤْيَا فَأَقُصَّهَا عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَكُنْتُ غُلاَمًا شَابًّا ، وَكُنْتُ أَنَامُ فِى الْمَسْجِدِ عَلَى عَهْدِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَرَأَيْتُ فِى النَّوْمِ كَأَنَّ مَلَكَيْنِ أَخَذَانِى فَذَهَبَا بِى إِلَى النَّارِ فَإِذَا هِىَ مَطْوِيَّةٌ كَطَىِّ الْبِئْرِ ، وَإِذَا لَهَا قَرْنَانِ ، وَإِذَا فِيهَا أُنَاسٌ قَدْ عَرَفْتُهُمْ فَجَعَلْتُ أَقُولُ أَعُوذُ بِاللَّهِ مِنَ النَّارِ - قَالَ - فَلَقِيَنَا مَلَكٌ آخَرُ فَقَالَ لِى لَمْ تُرَعْ .

“Rəvayət edilir ki, Səlim atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Peyğəmbərin ﷺ sağlığında yuxu görən onu Allah Elçisinə ﷺ danışardı. Mən də istəyirdim ki, bir yuxu görüm və onu Allah Elçisinə ﷺ danışım. Allah Elçisinin ﷺ dövründə mən məsciddə yatırdım, özüm də cavan oğlan idim. Bir dəfə mən yuxuda iki mələyin məni tutub Cəhənnəmə tərəf apardıqlarını gördüm. Baxdım ki, Cəhənnəmin ətrafı (daşdan tikilmiş) su quyusu kimi hörülmüşdür. Bununla yanaşı onun iki dirəyi də var idi. Birdən mən onun içində tanıdığım adamları gördüm və: “Cəhənnəm odundan Allaha sığınıram!”– deməyə başladım. Bu vaxt qarşımıza bir mələk çıxıb mənə: “Qorxma!”– dedi...”

Səlim atasından
Buxari, 1121 (Təhəccüd, 2)Səhih

فَقَصَصْتُهَا عَلَى حَفْصَةَ فَقَصَّتْهَا حَفْصَةُ عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « نِعْمَ الرَّجُلُ عَبْدُ اللَّهِ ، لَوْ كَانَ يُصَلِّى مِنَ اللَّيْلِ » . فَكَانَ بَعْدُ لاَ يَنَامُ مِنَ اللَّيْلِ إِلاَّ قَلِيلاً .

“Mən bu yuxunu Həfsaya danışdım, Həfsa da onu Allah Elçisinə ﷺ danışdı. Peyğəmbər buyurdu: “Nə gözəl insandır Abdullah! Kaş ki, gecələr namaz qılaydı”. Səlim ibn Abdullah deyir ki, bundan sonra o, gecələr çox az yatardı.”

Səlim atasından
Buxari, 1122 (Təhəccüd, 3)Səhih

حَدَّثَنَا إِسْحَاقُ بْنُ نَصْرٍ حَدَّثَنَا أَبُو أُسَامَةَ عَنْ أَبِى حَيَّانَ عَنْ أَبِى زُرْعَةَ عَنْ أَبِى هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ لِبِلاَلٍ عِنْدَ صَلاَةِ الْفَجْرِ « يَا بِلاَلُ حَدِّثْنِى بِأَرْجَى عَمَلٍ عَمِلْتَهُ فِى الإِسْلاَمِ ، فَإِنِّى سَمِعْتُ دَفَّ نَعْلَيْكَ بَيْنَ يَدَىَّ فِى الْجَنَّةِ » . قَالَ مَا عَمِلْتُ عَمَلاً أَرْجَى عِنْدِى أَنِّى لَمْ أَتَطَهَّرْ طُهُورًا فِى سَاعَةِ لَيْلٍ أَوْ نَهَارٍ إِلاَّ صَلَّيْتُ بِذَلِكَ الطُّهُورِ مَا كُتِبَ لِى أَنْ أُصَلِّىَ . قَالَ أَبُو عَبْدِ اللَّهِ دَفَّ نَعْلَيْكَ يَعْنِى تَحْرِيكَ .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ Sübh namazı vaxtı Bilala belə buyurdu: “Ey Bilal, İslamda etdiyin və sənin nəzdində ən ümid etdiyin əməl haqda mənə danış, çünki mən bu gecə Cənnətdə qarşımda sənin ayaqqabılarının səsini eşitdim”. Bilal dedi: “Mənim nəzdimdə bundan daha çox ümid etdiyim əməl etmədim: gecənin və ya gündüzün hansı saatında təmizləndimsə, qədərimə yazılan qədər namaz qıldım”. Əbu Abdullah əl-Buxari dedi: “Dəffə nə:leyk” - “ayaqqabıların hərəkət etdirilməsi” deməkdir”.”

Əbu Hureyra
Buxari, 1149 (Təhəccüd, 30)Səhih

حَدَّثَنَا أَبُو النُّعْمَانِ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ عَنْ أَيُّوبَ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ رضى الله عنهما قَالَ رَأَيْتُ عَلَى عَهْدِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَأَنَّ بِيَدِى قِطْعَةَ إِسْتَبْرَقٍ ، فَكَأَنِّى لاَ أُرِيدُ مَكَانًا مِنَ الْجَنَّةِ إِلاَّ طَارَتْ إِلَيْهِ ، وَرَأَيْتُ كَأَنَّ اثْنَيْنِ أَتَيَانِى أَرَادَا أَنْ يَذْهَبَا بِى إِلَى النَّارِ فَتَلَقَّاهُمَا مَلَكٌ فَقَالَ لَمْ تُرَعْ خَلِّيَا عَنْهُ .

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Peyğəmbərin ﷺ dövründə mən yuxuda sanki əlimdə bir parça ipək olduğunu və Cənnətdə hansı bir yeri istəyirəmsə, bu parçanın mənimlə oraya uçduğunu gördüm. Həmçinin iki mələyin də gəlib məni Cəhənnəmə tərəf aparmaq istədiyini gördüm. Bu vaxt qarşımıza bir mələk çıxıb mənə: “Qorxma!”, onlara isə: “Buraxın onu!”– deyə əmr etdi”.”

İbn Ömər
Buxari, 1156 (Təhəccüd, 37)Səhih

حَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا عُمَرُ بْنُ يُونُسَ الْحَنَفِىُّ حَدَّثَنَا عِكْرِمَةُ بْنُ عَمَّارٍ قَالَ حَدَّثَنِى أَبُو كَثِيرٍ قَالَ حَدَّثَنِى أَبُو هُرَيْرَةَ قَالَ كُنَّا قُعُودًا حَوْلَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَعَنَا أَبُو بَكْرٍ وَعُمَرُ فِى نَفَرٍ فَقَامَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ بَيْنِ أَظْهُرِنَا فَأَبْطَأَ عَلَيْنَا وَخَشِينَا أَنْ يُقْتَطَعَ دُونَنَا وَفَزِعْنَا فَقُمْنَا فَكُنْتُ أَوَّلَ مَنْ فَزِعَ فَخَرَجْتُ أَبْتَغِى رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى أَتَيْتُ حَائِطًا لِلأَنْصَارِ لِبَنِى النَّجَّارِ فَدُرْتُ بِهِ هَلْ أَجِدُ لَهُ بَابًا فَلَمْ أَجِدْ فَإِذَا رَبِيعٌ يَدْخُلُ فِى جَوْفِ حَائِطٍ مِنْ بِئْرٍ خَارِجَةٍ - وَالرَّبِيعُ الْجَدْوَلُ - فَاحْتَفَزْتُ كَمَا يَحْتَفِزُ الثَّعْلَبُ فَدَخَلْتُ عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « أَبُو هُرَيْرَةَ ». فَقُلْتُ نَعَمْ يَا رَسُولَ اللَّهِ. قَالَ « مَا شَأْنُكَ ». قُلْتُ كُنْتَ بَيْنَ أَظْهُرِنَا فَقُمْتَ فَأَبْطَأْتَ عَلَيْنَا فَخَشِينَا أَنْ تُقْتَطَعَ دُونَنَا فَفَزِعْنَا فَكُنْتُ أَوَّلَ مَنْ فَزِعَ فَأَتَيْتُ هَذَا الْحَائِطَ فَاحْتَفَزْتُ كَمَا يَحْتَفِزُ الثَّعْلَبُ وَهَؤُلاَءِ النَّاسُ وَرَائِى فَقَالَ « يَا أَبَا هُرَيْرَةَ ». وَأَعْطَانِى نَعْلَيْهِ قَالَ « اذْهَبْ بِنَعْلَىَّ هَاتَيْنِ فَمَنْ لَقِيتَ مِنْ وَرَاءِ هَذَا الْحَائِطِ يَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ مُسْتَيْقِنًا بِهَا قَلْبُهُ فَبَشِّرْهُ بِالْجَنَّةِ » فَكَانَ أَوَّلَ مَنْ لَقِيتُ عُمَرُ فَقَالَ مَا هَاتَانِ النَّعْلاَنِ يَا أَبَا هُرَيْرَةَ. فَقُلْتُ هَاتَانِ نَعْلاَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَعَثَنِى بِهِمَا مَنْ لَقِيتُ يَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ مُسْتَيْقِنًا بِهَا قَلْبُهُ بَشَّرْتُهُ بِالْجَنَّةِ. فَضَرَبَ عُمَرُ بِيَدِهِ بَيْنَ ثَدْيَىَّ فَخَرَرْتُ لاِسْتِى فَقَالَ ارْجِعْ يَا أَبَا هُرَيْرَةَ فَرَجَعْتُ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَجْهَشْتُ بُكَاءً وَرَكِبَنِى عُمَرُ فَإِذَا هُوَ عَلَى أَثَرِى فَقَالَ لِى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « مَا لَكَ يَا أَبَا هُرَيْرَةَ ». قُلْتُ لَقِيتُ عُمَرَ فَأَخْبَرْتُهُ بِالَّذِى بَعَثْتَنِى بِهِ فَضَرَبَ بَيْنَ ثَدْيَىَّ ضَرْبَةً خَرَرْتُ لاِسْتِى قَالَ ارْجِعْ. فَقَالَ لَهُ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « يَا عُمَرُ مَا حَمَلَكَ عَلَى مَا فَعَلْتَ ». قَالَ يَا رَسُولَ اللَّهِ بِأَبِى أَنْتَ وَأُمِّى أَبَعَثْتَ أَبَا هُرَيْرَةَ بِنَعْلَيْكَ مَنْ لَقِىَ يَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ مُسْتَيْقِنًا بِهَا قَلْبُهُ بَشَّرَهُ بِالْجَنَّةِ. قَالَ « نَعَمْ ». قَالَ فَلاَ تَفْعَلْ فَإِنِّى أَخْشَى أَنْ يَتَّكِلَ النَّاسُ عَلَيْهَا فَخَلِّهِمْ يَعْمَلُونَ. قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « فَخَلِّهِمْ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir dəfə biz bir dəstə adamla Allah Elçisinin ﷺ ətrafında oturmuşduq. Əbu Bəkr və Ömər də bizim yanımızda idi. Bu vaxt Allah Elçisi ﷺ aramızdan durub getdi və geri qayıtdıqda bir qədər ləngidi. Biz onun başına bir iş gələcəyindən qorxub təşvişə düşdük və hamımız ayağa qalxdıq. Hamıdan əvvəl mən narahat oldum və ayağa durub onu axtarmağa getdim. Ənsardan olan Bəni Nəccar tayfasının bostanına gəldim. Bostanın ətrafına hərləndim ki, bəlkə bir qapı tapıb oraya girim, amma tapa bilmədim. Bir də gördüm ki, çöldəki su quyusundan bostanın içinə bir arx gedir. Mən yerə yatıb tülkü kimi sürünərək Allah Elçisinin ﷺ yanına gəldim. Allah Elçisi ﷺ dedi: “Əbu Hureyradır?” Mən dedim: “Bəli, ey Allahın Elçisi!” O soruşdu: “Sənə nə olub?” Mən dedim: “Sən aramızdan qalxıb getdin və bir qədər ləngidin deyə, başına bir iş gələcəyindən qorxub təşvişə düşdük. Hamıdan əvvəl mən narahat oldum, qalxıb bu bostana gəldim və yerə yatıb tülkü kimi sürünərək bura daxil oldum. Oradakı camaat da arxamca gəlir”. Peyğəmbər ﷺ: “Ey Əbu Hureyra!”, – deyib səndəllərini mənə verdi və buyurdu: “Götür, apar bu səndəllərimi! Bu bostanın çölündə Allahdan başqa ibadətə layiq məbudun olmadığına şahidlik gətirən və buna yəqinliklə inanan kəsə rast gəlsən, onu Cənnətlə müjdələ”. Mənim ilk rast gəldiyim adam Ömər oldu. O soruşdu: “Bu nə səndəllərdir, ey Əbu Hureyra?” Mən dedim: “Bu, Allah Elçisinin ﷺ səndəlləridir. Bunları mənə verərək göndərib ki, Allahdan başqa ibadətə layiq məbudun olmadığına şahidlik gətirən və buna yəqinliklə inanan hər kəsi Cənnətlə müjdələyim”. Bunu eşidəndə Ömər sinəmə bir zərbə vurdu və mən arxası üstə yerə dəydim. Sonra mənə: “Geri dön, ey Əbu Hureyra!”, – dedi. Mən də Allah Elçisinin ﷺ yanına qayıtdım. Mən az qala ağlayacaqdım. Ömər də arxamca gəlirdi. Allah Elçisi ﷺ məndən soruşdu: “Sənə nə olub, ey Əbu Hureyra?” Mən dedim: “Mən Ömərə rast gəldim və sənin mənə tapşırdığını ona xəbər verdim. Buna rəğmən, o mənim sinəmə bir zərbə vurdu və mən arxası üstə yerə dəydim. Sonra mənə: “Geri dön!”, – dedi”. Allah Elçisi ﷺ ondan soruşdu: “Ey Ömər, bunu etməyə səni nə vadar etdi?” Ömər dedi: “Atam-anam sənə fəda olsun, ey Allahın Elçisi! Doğrudanmı, sən səndəllərini Əbu Hureyraya verib göndərmisən ki, Allahdan başqa ibadətə layiq məbudun olmadığına şahidlik gətirən və buna yəqinliklə inanan hər kəsi Cənnətlə müjdələsin?” Allah Elçisi ﷺ: “Bəli”, – deyə cavab verdi. Ömər dedi: “Belə etmə! Düzü, mən insanların buna arxayın olacağından qorxuram. Burax onları, yaxşı işlər görməyə çalışsınlar”. Allah Elçisi ﷺ buyurdu: “Yaxşı, qoy çalışsınlar!””

Əbu Hureyra
Muslim, 156 (İman, 55)Səhih

حَدَّثَنَا يَحْيَى بْنُ حَبِيبٍ الْحَارِثِىُّ حَدَّثَنَا خَالِدٌ - يَعْنِى ابْنَ الْحَارِثِ - حَدَّثَنَا شُعْبَةُ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ عَنْ أَنَسٍ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ « حُبُّ الأَنْصَارِ آيَةُ الإِيمَانِ وَبُغْضُهُمْ آيَةُ النِّفَاقِ ».

“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Ənsarı sevmək iman əlaməti, onlara nifrət etmək isə münafiqliyin əlamətidir”.”

Ənəs
Muslim, 245 (İman, 144)Səhih

وَحَدَّثَنِى أَبُو الطَّاهِرِ أَخْبَرَنَا ابْنُ وَهْبٍ قَالَ حَدَّثَنِى يُونُسُ قَالَ قَالَ ابْنُ شِهَابٍ أَخْبَرَنِى أَبُو سَلَمَةَ بْنُ عَبْدِ الرَّحْمَنِ أَنَّ جَابِرَ بْنَ عَبْدِ اللَّهِ الأَنْصَارِىَّ - وَكَانَ مِنْ أَصْحَابِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُحَدِّثُ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ يُحَدِّثُ عَنْ فَتْرَةِ الْوَحْىِ - قَالَ فِى حَدِيثِهِ « فَبَيْنَا أَنَا أَمْشِى سَمِعْتُ صَوْتًا مِنَ السَّمَاءِ فَرَفَعْتُ رَأْسِى فَإِذَا الْمَلَكُ الَّذِى جَاءَنِى بِحِرَاءٍ جَالِسًا عَلَى كُرْسِىٍّ بَيْنَ السَّمَاءِ وَالأَرْضِ » قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « فَجُئِثْتُ مِنْهُ فَرَقًا فَرَجَعْتُ فَقُلْتُ زَمِّلُونِى زَمِّلُونِى. فَدَثَّرُونِى فَأَنْزَلَ اللَّهُ تَبَارَكَ وَتَعَالَى {يَا أَيُّهَا الْمُدَّثِّرُ قُمْ فَأَنْذِرْ وَرَبَّكَ فَكَبِّرْ وَثِيَابَكَ فَطَهِّرْ وَالرُّجْزَ فَاهْجُرْ} وَهِىَ الأَوْثَانُ قَالَ ثُمَّ تَتَابَعَ الْوَحْىُ.

“Allah Elçisinin ﷺ səhabələrindən olmuş Cabir ibn Abdullah əl-Ənsari ﵄ demişdir: “Allah Elçisi ﷺ vəhyin (müvəqqəti) kəsilməsindən danışarkən bunu buyurmuşdur: “Bir dəfə mən yol gedərkən göydən səs eşitdim və başımı yuxarı qaldırdım. Bir də gördüm ki, Hira dağında yanıma gələn mələk göylə yer arasında olan kürsünün üzərində oturub. Mən ondan bərk qorxdum. Evə qayıdıb dedim: “Üstümü örtün, üstümü örtün!” Allah ﷿ da: “Ey libasına örtünmüş peyğəmbər! Qalx və insanları xəbərdar et! Təkcə Rəbbini uca tut! Geyimini təmiz saxla! Pis şeyləri tərk et!” (əl-Muddəssir, 1-5) ayələrini nazil etdi”. Ayədə keçən “pis şeylər” bütlərdir. Peyğəmbər ﷺ buyurdu: “Sonra vəhy çoxaldı və bir-birinin ardınca nazil olmağa başladı”.”

Cabir ibn Abdullah əl-Ənsari
Muslim, 425 (İman, 324)Səhih

وَحَدَّثَنِى حَرْمَلَةُ بْنُ يَحْيَى التُّجِيبِىُّ أَخْبَرَنَا ابْنُ وَهْبٍ قَالَ أَخْبَرَنِى يُونُسُ عَنِ ابْنِ شِهَابٍ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ كَانَ أَبُو ذَرٍّ يُحَدِّثُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « فُرِجَ سَقْفُ بَيْتِى وَأَنَا بِمَكَّةَ فَنَزَلَ جِبْرِيلُ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَفَرَجَ صَدْرِى ثُمَّ غَسَلَهُ مِنْ مَاءِ زَمْزَمَ ثُمَّ جَاءَ بِطَسْتٍ مِنْ ذَهَبٍ مُمْتَلِئٍ حِكْمَةً وَإِيمَانًا فَأَفْرَغَهَا فِى صَدْرِى ثُمَّ أَطْبَقَهُ ثُمَّ أَخَذَ بِيَدِى فَعَرَجَ بِى إِلَى السَّمَاءِ فَلَمَّا جِئْنَا السَّمَاءَ الدُّنْيَا قَالَ جِبْرِيلُ - عَلَيْهِ السَّلاَمُ - لِخَازِنِ السَّمَاءِ الدُّنْيَا افْتَحْ. قَالَ مَنْ هَذَا قَالَ هَذَا جِبْرِيلُ. قَالَ هَلْ مَعَكَ أَحَدٌ قَالَ نَعَمْ مَعِىَ مُحَمَّدٌ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. قَالَ فَأُرْسِلَ إِلَيْهِ قَالَ نَعَمْ فَفَتَحَ - قَالَ - فَلَمَّا عَلَوْنَا السَّمَاءَ الدُّنْيَا فَإِذَا رَجُلٌ عَنْ يَمِينِهِ أَسْوِدَةٌ وَعَنْ يَسَارِهِ أَسْوِدَةٌ - قَالَ - فَإِذَا نَظَرَ قِبَلَ يَمِينِهِ ضَحِكَ وَإِذَا نَظَرَ قِبَلَ شِمَالِهِ بَكَى - قَالَ - فَقَالَ مَرْحَبًا بِالنَّبِىِّ الصَّالِحِ وَالاِبْنِ الصَّالِحِ - قَالَ - قُلْتُ يَا جِبْرِيلُ مَنْ هَذَا قَالَ هَذَا آدَمُ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهَذِهِ الأَسْوِدَةُ عَنْ يَمِينِهِ وَعَنْ شِمَالِهِ نَسَمُ بَنِيهِ فَأَهْلُ الْيَمِينِ أَهْلُ الْجَنَّةِ وَالأَسْوِدَةُ الَّتِى عَنْ شِمَالِهِ أَهْلُ النَّارِ فَإِذَا نَظَرَ قِبَلَ يَمِينِهِ ضَحِكَ وَإِذَا نَظَرَ قِبَلَ شِمَالِهِ بَكَى - قَالَ - ثُمَّ عَرَجَ بِى جِبْرِيلُ حَتَّى أَتَى السَّمَاءَ الثَّانِيَةَ . فَقَالَ لِخَازِنِهَا افْتَحْ - قَالَ - فَقَالَ لَهُ خَازِنُهَا مِثْلَ مَا قَالَ خَازِنُ السَّمَاءِ الدُّنْيَا فَفَتَحَ ». فَقَالَ أَنَسُ بْنُ مَالِكٍ فَذَكَرَ أَنَّهُ وَجَدَ فِى السَّمَوَاتِ آدَمَ وَإِدْرِيسَ وَعِيسَى وَمُوسَى وَإِبْرَاهِيمَ - صَلَوَاتُ اللَّهِ عَلَيْهِمْ أَجْمَعِينَ - وَلَمْ يُثْبِتْ كَيْفَ مَنَازِلُهُمْ غَيْرَ أَنَّهُ ذَكَرَ أَنَّهُ قَدْ وَجَدَ آدَمَ - عَلَيْهِ السَّلاَمُ - فِى السَّمَاءِ الدُّنْيَا وَإِبْرَاهِيمَ فِى السَّمَاءِ السَّادِسَةِ. قَالَ « فَلَمَّا مَرَّ جِبْرِيلُ وَرَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِإِدْرِيسَ - صَلَوَاتُ اللَّهِ عَلَيْهِ - قَالَ مَرْحَبًا بِالنَّبِىِّ الصَّالِحِ وَالأَخِ الصَّالِحِ - قَالَ - ثُمَّ مَرَّ فَقُلْتُ مَنْ هَذَا فَقَالَ هَذَا إِدْرِيسُ - قَالَ - ثُمَّ مَرَرْتُ بِمُوسَى - عَلَيْهِ السَّلاَمُ - فَقَالَ مَرْحَبًا بِالنَّبِىِّ الصَّالِحِ وَالأَخِ الصَّالِحِ - قَالَ - قُلْتُ مَنْ هَذَا قَالَ هَذَا مُوسَى - قَالَ - ثُمَّ مَرَرْتُ بِعِيسَى فَقَالَ مَرْحَبًا بِالنَّبِىِّ الصَّالِحِ وَالأَخِ الصَّالِحِ. قُلْتُ مَنْ هَذَا قَالَ عِيسَى ابْنُ مَرْيَمَ - قَالَ - ثُمَّ مَرَرْتُ بِإِبْرَاهِيمَ - عَلَيْهِ السَّلاَمُ - فَقَالَ مَرْحَبًا بِالنَّبِىِّ الصَّالِحِ وَالاِبْنِ الصَّالِحِ - قَالَ - قُلْتُ مَنْ هَذَا قَالَ هَذَا إِبْرَاهِيمُ ». قَالَ ابْنُ شِهَابٍ وَأَخْبَرَنِى ابْنُ حَزْمٍ أَنَّ ابْنَ عَبَّاسٍ وَأَبَا حَبَّةَ الأَنْصَارِىَّ كَانَا يَقُولاَنِ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « ثُمَّ عَرَجَ بِى حَتَّى ظَهَرْتُ لِمُسْتَوًى أَسْمَعُ فِيهِ صَرِيفَ الأَقْلاَمِ ». قَالَ ابْنُ حَزْمٍ وَ أَنَسُ بْنُ مَالِكٍ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « فَفَرَضَ اللَّهُ عَلَى أُمَّتِى خَمْسِينَ صَلاَةً - قَالَ - فَرَجَعْتُ بِذَلِكَ حَتَّى أَمُرَّ بِمُوسَى فَقَالَ مُوسَى عَلَيْهِ السَّلاَمُ مَاذَا فَرَضَ رَبُّكَ عَلَى أُمَّتِكَ - قَالَ - قُلْتُ فَرَضَ عَلَيْهِمْ خَمْسِينَ صَلاَةً. قَالَ لِى مُوسَى عَلَيْهِ السَّلاَمُ فَرَاجِعْ رَبَّكَ فَإِنَّ أُمَّتَكَ لاَ تُطِيقُ ذَلِكَ - قَالَ - فَرَاجَعْتُ رَبِّى فَوَضَعَ شَطْرَهَا - قَالَ - فَرَجَعْتُ إِلَى مُوسَى - عَلَيْهِ السَّلاَمُ - فَأَخْبَرْتُهُ قَالَ رَاجِعْ رَبَّكَ فَإِنَّ أُمَّتَكَ لاَ تُطِيقُ ذَلِكَ - قَالَ - فَرَاجَعْتُ رَبِّى فَقَالَ هِىَ خَمْسٌ وَهْىَ خَمْسُونَ لاَ يُبَدَّلُ الْقَوْلُ لَدَىَّ - قَالَ - فَرَجَعْتُ إِلَى مُوسَى فَقَالَ رَاجِعْ رَبَّكَ. فَقُلْتُ قَدِ اسْتَحْيَيْتُ مِنْ رَبِّى - قَالَ - ثُمَّ انْطَلَقَ بِى جِبْرِيلُ حَتَّى نَأْتِىَ سِدْرَةَ الْمُنْتَهَى فَغَشِيَهَا أَلْوَانٌ لاَ أَدْرِى مَا هِىَ - قَالَ - ثُمَّ أُدْخِلْتُ الْجَنَّةَ فَإِذَا فِيهَا جَنَابِذُ اللُّؤْلُؤِ وَإِذَا تُرَابُهَا الْمِسْكُ ».

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Əbu Zərr rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Mən Məkkədə ikən evimin tavanı aralandı və Cəbrail ﵇ yanıma endi. O, sinəmi yardı, sonra onun içini Zəmzəm suyu ilə yudu. Sonra da içi hikmət və imanla dolu olan qızıl ləyən gətirib içindəkiləri köksümə boşaltdı və köksümü bağladı. Sonra əlimdən tutub məni göyə qaldırdı. Mən yerə ən yaxın olan səmaya gəlib çatdıqda Cəbrail ﵇ dünya səmasının gözətçisinə: “Aç”, – dedi. Gözətçi soruşdu: “Kimdir o?” O: “Cəbraildir!”, – dedi. Gözətçi soruşdu: “Yanında kimsə varmı?” Cəbrail: “Bəli, Muhəmməd ﷺ yanımdadır!”, – dedi. Gözətçi soruşdu: “Ona gəlməsi üçün xəbər göndərildimi?” Cəbrail: “Bəli!”, – dedi. Gözətçi qapıları açdı. Biz yaxın göyün üstünə qalxdıq və orada oturmuş bir adam gördük ki, onun sağ və sol tərəfində qaraltılar var idi. Bu adam sağa baxanda gülür, sola baxanda isə ağlayırdı. O məni görüb dedi: “Əməlisaleh peyğəmbər və əməlisaleh övlad xoş gəlib!” Mən dedim: “Ey Cəbrail, bu kimdir?” O dedi: “Bu, Adəmdir, sağında və solunda olan qaraltılar isə zürriyyətinin ruhlarıdır. Sağında olanlar Cənnət əhli, solundakı qaraltılar isə Cəhənnəm əhlidir. Bu səbəblə də o, sağına baxanda gülür, soluna baxanda ağlayır”. Sonra Cəbrail məni göyə qaldırdı. Biz ikinci göyə gəlib çatdıqda onun gözətçisinə: “Aç”, – dedi. Bu gözətçi də ona dünya səmasının gözətçisinin dediyini deyəndən sonra qapını açdı”. Ənəs ibn Malik deyir: “Əbu Zərr Allah Elçisinin ﷺ səmalarda Adəmi, İdrisi, İsanı, Musanı və İbrahimi – onların hamısına Allahın salavatı olsun! – gördüyünü söyləsə də, onların məqamları barədə dəqiq bir söz demədi. Yalnız Adəmi ﵇ dünya səmasında, İbrahimi də altıncı səmada gördüyünü dedi”. Ənəs deyir: “Cəbrail Allah Elçisi ﷺ ilə birlikdə İdrisin yanından keçdikdə İdris dedi: “Əməlisaleh peyğəmbər və əməlisaleh qardaş xoş gəlib!” Sonra Allah Elçisi ﷺ dedi: “Mən dedim: “Bu kimdir?” Cəbrail dedi: “Bu, İdrisdir”. Sonra mən Musanın ﵇ yanından keçdim. O da dedi: “Əməlisaleh peyğəmbər və əməlisaleh qardaş xoş gəlib!” Mən dedim: “Bu kimdir?” Cəbrail dedi: “Bu, Musadır”. Sonra mən İsanın yanından keçdim. O da: “Əməlisaleh peyğəmbər və əməlisaleh qardaş xoş gəlib!”, – dedi. Mən dedim: “Bu kimdir?” Cəbrail dedi: “Bu, İsa ibn Məryəmdir”. Sonra mən İbrahimin ﵇ yanından keçdim. İbrahim dedi: “Əməlisaleh peyğəmbər və əməlisaleh övlad xoş gəlib!” Mən dedim: “Bu kimdir?” Cəbrail dedi: “Bu, İbrahimdir”. İbn Abbas və Əbu Həbbə əl-Ənsari ﵄ demişlər: “Allah Elçisi ﷺ buyurdu: “Sonra Cəbrail məni elə bir yüksəkliyə qaldırdı ki, mən qələmlərin xışıltısını eşitdim”. Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ buyurdu: “Allah mənim ümmətimə əlli (vaxt) namaz qılmağı vacib buyurdu. Mən bunu öhdəmə götürüb geri döndüm. Musanın yanına gəlib çatdıqda Musa ﵇ məndən soruşdu: “Allah sənin ümmətinə nəyi əmr etdi?” Mən dedim: “Əlli vaxt namaz qılmağı vacib buyurdu”. Musa dedi: “Rəbbinin yanına qayıt və Ondan bunu yüngülləşdirməyi xahiş et, çünki sənin ümmətin bunun öhdəsindən gələ bilməyəcək”. Mən Rəbbimə müraciət etdim və O da bunun sayını bir qədər azaltdı. Sonra Musanın ﵇ yanına qayıdıb bunu ona xəbər verdim. Musa yenə dedi: “Rəbbinə müraciət et, çünki sənin ümmətin bunun öhdəsindən gələ bilməyəcək”. Mən yenə Rəbbimə müraciət etdim. Allah ﷿ buyurdu: “Onlar sayca beşdir, savabı isə əllidir, çünki Mənim sözüm dəyişməzdir”. Sonra mən Musanın yanına qayıtdım. O yenə dedi: “Rəbbinə müraciət et!” Mən dedim: “Artıq Rəbbimdən utanıram”. Sonra Cəbrail məni son həddəki Sidr ağacının yanına apardı. Bu ağacı elə (qəribə) rənglər bürümüşdü ki, mən onların nə olduğunu bilmirəm. Sonra məni Cənnətə daxil etdilər. Orada incilərdən qübbələr var idi. Torpağı da müşk (qoxulu) idi”.”

Ənəs ibn Malik
Muslim, 433 (İman, 332)Səhih

حَدَّثَنِى مُحَمَّدُ بْنُ الصَّبَّاحِ حَدَّثَنَا خَالِدُ بْنُ عَبْدِ اللَّهِ عَنْ عَمْرِو بْنِ يَحْيَى بْنِ عُمَارَةَ عَنْ أَبِيهِ عَنْ عَبْدِ اللَّهِ بْنِ زَيْدِ بْنِ عَاصِمٍ الأَنْصَارِىِّ - وَكَانَتْ لَهُ صُحْبَةٌ - قَالَ قِيلَ لَهُ تَوَضَّأْ لَنَا وُضُوءَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. فَدَعَا بِإِنَاءٍ فَأَكْفَأَ مِنْهَا عَلَى يَدَيْهِ فَغَسَلَهُمَا ثَلاَثًا ثُمَّ أَدْخَلَ يَدَهُ فَاسْتَخْرَجَهَا فَمَضْمَضَ وَاسْتَنْشَقَ مِنْ كَفٍّ وَاحِدَةٍ فَفَعَلَ ذَلِكَ ثَلاَثًا ثُمَّ أَدْخَلَ يَدَهُ فَاسْتَخْرَجَهَا فَغَسَلَ وَجْهَهُ ثَلاَثًا ثُمَّ أَدْخَلَ يَدَهُ فَاسْتَخْرَجَهَا فَغَسَلَ يَدَيْهِ إِلَى الْمِرْفَقَيْنِ مَرَّتَيْنِ مَرَّتَيْنِ ثُمَّ أَدْخَلَ يَدَهُ فَاسْتَخْرَجَهَا فَمَسَحَ بِرَأْسِهِ فَأَقْبَلَ بِيَدَيْهِ وَأَدْبَرَ ثُمَّ غَسَلَ رِجْلَيْهِ إِلَى الْكَعْبَيْنِ ثُمَّ قَالَ هَكَذَا كَانَ وُضُوءُ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, bir dəfə Abdullah ibn Zeyd ibn Asim əl-Ənsariyə ﵁: “Allah Elçisinin ﷺ dəstəmaz aldığı kimi dəstəmaz al!”, – deyildi. Bunu eşitdikdə o, bir qab su gətizdirdi. Sonra qabdan əllərinə su tökdü və onları üç dəfə yudu. Sonra sağ əlini qabın içinə salıb çıxartdı və bir ovuc su ilə həm ağzını yaxaladı, həm də burnunun içini yudu. Bunu üç dəfə təkrar etdi. Sonra yenə əlini qabın içinə salıb çıxartdı və (ovuclarındakı su ilə) üç dəfə üzünü yudu. Sonra yenə əlini qabın içinə salıb çıxartdı və əllərini dirsəklərə qədər iki dəfə-iki dəfə olaraq yudu. Sonra yenə əlini qabın içinə salıb çıxartdı və (yaş əlləri ilə) başına məsh çəkdi, əllərini qabağa və dala apardı. Sonra ayaqlarını topuqlara qədər yudu. Sonra dedi: “Allah Elçisi ﷺ belə dəstəmaz alardı”.”

Abdullah ibn Zeyd ibn Asim əl-Ənsari
Muslim, 578 (Təharət, 23)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى وَابْنُ بَشَّارٍ قَالَ ابْنُ الْمُثَنَّى حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا شُعْبَةُ عَنْ إِبْرَاهِيمَ بْنِ الْمُهَاجِرِ قَالَ سَمِعْتُ صَفِيَّةَ تُحَدِّثُ عَنْ عَائِشَةَ أَنَّ أَسْمَاءَ سَأَلَتِ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ غُسْلِ الْمَحِيضِ فَقَالَ « تَأْخُذُ إِحْدَاكُنَّ مَاءَهَا وَسِدْرَتَهَا فَتَطَهَّرُ فَتُحْسِنُ الطُّهُورَ ثُمَّ تَصُبُّ عَلَى رَأْسِهَا فَتَدْلُكُهُ دَلْكًا شَدِيدًا حَتَّى تَبْلُغَ شُئُونَ رَأْسِهَا ثُمَّ تَصُبُّ عَلَيْهَا الْمَاءَ. ثُمَّ تَأْخُذُ فِرْصَةً مُمَسَّكَةً فَتَطَهَّرُ بِهَا ». فَقَالَتْ أَسْمَاءُ وَكَيْفَ تَطَهَّرُ بِهَا فَقَالَ « سُبْحَانَ اللَّهِ تَطَهَّرِينَ بِهَا ». فَقَالَتْ عَائِشَةُ كَأَنَّهَا تُخْفِى ذَلِكَ تَتَبَّعِينَ أَثَرَ الدَّمِ. وَسَأَلَتْهُ عَنْ غُسْلِ الْجَنَابَةِ فَقَالَ « تَأْخُذُ مَاءً فَتَطَهَّرُ فَتُحْسِنُ الطُّهُورَ - أَوْ تُبْلِغُ الطُّهُورَ - ثُمَّ تَصُبُّ عَلَى رَأْسِهَا فَتَدْلُكُهُ حَتَّى تَبْلُغَ شُئُونَ رَأْسِهَا ثُمَّ تُفِيضُ عَلَيْهَا الْمَاءَ ». فَقَالَتْ عَائِشَةُ نِعْمَ النِّسَاءُ نِسَاءُ الأَنْصَارِ لَمْ يَكُنْ يَمْنَعُهُنَّ الْحَيَاءُ أَنْ يَتَفَقَّهْنَ فِى الدِّينِ.

“Rəvayət edilir ki, Səfiyyə ﵀ demişdir: “Aişə belə buyurdu: “Əsma Peyğəmbərdən ﷺ heyzdən sonrakı qüsl barəsində soruşdu. Peyğəmbər ﷺ buyurdu: “Sizdən biriniz (heyzdən təmizləndiyi vaxt) suyunu və sidrini götürüb təmizlənsin. Təmizlənməyi də gözəl şəkildə yerinə yetirsin. Sonra başına su töksün və su onun saç köklərinə çatana kimi başını yaxşıca ovxalasın. Sonra bədəninə su əndərsin. Sonra da ətirlənmiş bir parça götürüb onunla təmizlənsin”. Əsma dedi: “Onunla necə təmizlənsin?” Peyğəmbər ﷺ buyurdu: “Subhən-Allah! Onunla təmizlənirsən!” Aişə oradakılara eşitdirməsin deyə alçaq səslə qadına dedi: “Qan ləkəsi qalmış yerləri silib təmizlə”. Sonra qadın Peyğəmbərdən ﷺ cənabət qüslu barədə soruşdu. Peyğəmbər ﷺ buyurdu: “Su götürüb təmizlənsin və təmizlənməni gözəl şəkildə, yaxud kamil şəkildə yerinə yetirsin. Sonra başına su töksün və su onun saç köklərinə çatana kimi başını ovxalasın. Sonra da bədəninə su əndərsin”. Aişə dedi: “Ənsar qadınları nə gözəl qadınlardır! Həyaları onlara dini öyrənməyə mane olmamışdır”.”

Səfiyyə
Muslim, 776 (Heyz, 72)Səhih

وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا عَبْدُ الأَعْلَى - وَهَذَا حَدِيثُهُ - حَدَّثَنَا هِشَامٌ عَنْ حُمَيْدِ بْنِ هِلاَلٍ قَالَ - وَلاَ أَعْلَمُهُ إِلاَّ عَنْ أَبِى بُرْدَةَ - عَنْ أَبِى مُوسَى قَالَ اخْتَلَفَ فِى ذَلِكَ رَهْطٌ مِنَ الْمُهَاجِرِينَ وَالأَنْصَارِ فَقَالَ الأَنْصَارِيُّونَ لاَ يَجِبُ الْغُسْلُ إِلاَّ مِنَ الدَّفْقِ أَوْ مِنَ الْمَاءِ. وَقَالَ الْمُهَاجِرُونَ بَلْ إِذَا خَالَطَ فَقَدْ وَجَبَ الْغُسْلُ. قَالَ قَالَ أَبُو مُوسَى فَأَنَا أَشْفِيكُمْ مِنْ ذَلِكَ. فَقُمْتُ فَاسْتَأْذَنْتُ عَلَى عَائِشَةَ فَأُذِنَ لِى فَقُلْتُ لَهَا يَا أُمَّاهْ - أَوْ يَا أُمَّ الْمُؤْمِنِينَ - إِنِّى أُرِيدُ أَنْ أَسْأَلَكِ عَنْ شَىْءٍ وَإِنِّى أَسْتَحْيِيكِ. فَقَالَتْ لاَ تَسْتَحْيِى أَنْ تَسْأَلَنِى عَمَّا كُنْتَ سَائِلاً عَنْهُ أُمَّكَ الَّتِى وَلَدَتْكَ فَإِنَّمَا أَنَا أُمُّكَ. قُلْتُ فَمَا يُوجِبُ الْغُسْلَ قَالَتْ عَلَى الْخَبِيرِ سَقَطْتَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا جَلَسَ بَيْنَ شُعَبِهَا الأَرْبَعِ وَمَسَّ الْخِتَانُ الْخِتَانَ فَقَدْ وَجَبَ الْغُسْلُ ».

“Rəvayət edilir ki, Əbu Musa ﵁ demişdir: “Ənsardan və mühacirlərdən olan bir toplum bu məsələdə ixtilaf etdilər. Ənsar dedi: “Qüsl ancaq məni və ya su çıxdıqda vacib olur”. Mühacirlər isə dedilər: “Xeyr, cinsiyyət üzvləri bir-birinə girdiyi zaman qüsl vacib olur”. Ravi deyir ki, Əbu Musa: “Mən sizə bu haqda dəyərli məlumatlar verəcəyəm”, – dedi və bizə bunları bildirdi: “Mən qalxıb Aişənin hüzuruna daxil olmaq üçün izin istədim. Mənə izin verildi. Ona dedim: “Anacan!” və ya “Ey möminlərin anası! Mən səndən bir şey barəsində soruşmaq istəyirəm, lakin səndən utanıram”. Aişə dedi: “Səni dünyaya gətirən anandan soruşacağın bir şeyi məndən soruşmaqdan utanma. Həqiqətən, mən də sənin ananam!” Mən dedim: “Qüslu vacib edən şey nədir?” O dedi: “Sən bu sualın cavabını bilən adama rast gəlmisən. Allah Elçisi ﷺ buyurmuşdur: “Kişi qadının dörd əzası arasında oturduğu və sünnət edilmiş əza sünnət edilmiş əzaya toxunduğu zaman qüsl almaq vacib olur”.”

Əbu Musa
Muslim, 812 (Heyz, 108)Səhih

قَالَ مُسْلِمٌ وَرَوَى اللَّيْثُ بْنُ سَعْدٍ عَنْ جَعْفَرِ بْنِ رَبِيعَةَ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ هُرْمُزَ عَنْ عُمَيْرٍ مَوْلَى ابْنِ عَبَّاسٍ أَنَّهُ سَمِعَهُ يَقُولُ أَقْبَلْتُ أَنَا وَعَبْدُ الرَّحْمَنِ بْنُ يَسَارٍ مَوْلَى مَيْمُونَةَ زَوْجِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى دَخَلْنَا عَلَى أَبِى الْجَهْمِ بْنِ الْحَارِثِ بْنِ الصِّمَّةِ الأَنْصَارِىِّ فَقَالَ أَبُو الْجَهْمِ أَقْبَلَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ نَحْوِ بِئْرِ جَمَلٍ فَلَقِيَهُ رَجُلٌ فَسَلَّمَ عَلَيْهِ فَلَمْ يَرُدَّ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَيْهِ حَتَّى أَقْبَلَ عَلَى الْجِدَارِ فَمَسَحَ وَجْهَهُ وَيَدَيْهِ ثُمَّ رَدَّ عَلَيْهِ السَّلاَمَ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Mən Peyğəmbərin ﷺ zövcəsi Məymunənin azad etdiyi kölə Abdur-Rahmən ibn Yəsarla birlikdə gəlib Əbu Cəhm (və ya Cuheym) ibn Haris ibn Simmə əl-Ənsarinin yanına girdik. Əbu Cəhm dedi: “Bir dəfə Allah Elçisi ﷺ “Bi'rul-Cəməl” tərəfdən gəlirdi. Bu vaxt bir nəfər onun qarşısına çıxdı və ona salam verdi. Allah Elçisi ﷺ onun salamını almadı. Bir divara yaxınlaşıb əllərini ona vurdu, sonra üzünə və əllərinə məsh etdi, sonra da onun salamını aldı”.”

İbn Abbas
Muslim, 848 (Heyz, 144)Səhih

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى التَّمِيمِىُّ قَالَ قَرَأْتُ عَلَى مَالِكٍ عَنْ نُعَيْمِ بْنِ عَبْدِ اللَّهِ الْمُجْمِرِ أَنَّ مُحَمَّدَ بْنَ عَبْدِ اللَّهِ بْنِ زَيْدٍ الأَنْصَارِىَّ - وَعَبْدُ اللَّهِ بْنُ زَيْدٍ هُوَ الَّذِى كَانَ أُرِىَ النِّدَاءَ بِالصَّلاَةِ - أَخْبَرَهُ عَنْ أَبِى مَسْعُودٍ الأَنْصَارِىِّ قَالَ أَتَانَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَنَحْنُ فِى مَجْلِسِ سَعْدِ بْنِ عُبَادَةَ فَقَالَ لَهُ بَشِيرُ بْنُ سَعْدٍ أَمَرَنَا اللَّهُ تَعَالَى أَنْ نُصَلِّىَ عَلَيْكَ يَا رَسُولَ اللَّهِ فَكَيْفَ نُصَلِّى عَلَيْكَ قَالَ فَسَكَتَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى تَمَنَّيْنَا أَنَّهُ لَمْ يَسْأَلْهُ ثُمَّ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قُولُوا « اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ كَمَا صَلَّيْتَ عَلَى آلِ إِبْرَاهِيمَ وَبَارِكْ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ كَمَا بَارَكْتَ عَلَى آلِ إِبْرَاهِيمَ فِى الْعَالَمِينَ إِنَّكَ حَمِيدٌ مَجِيدٌ. وَالسَّلاَمُ كَمَا قَدْ عَلِمْتُمْ ».

“Rəvayət edilir ki, Əbu Məsud əl-Ənsari ﵁ demişdir: “Biz Səd ibn Ubadənin məclisində olarkən Allah Elçisi ﷺ bizim yanımıza gəldi. Bəşir ibn Səd ona dedi: “Uca Allah bizə sənə salam deməyi əmr edib. Sənə salavatı necə deyək?” Allah Elçisi ﷺ susdu. Biz “kaş ki, o bunu soruşmayaydı” deyə təmənna etdik. Sonra Allah Elçisi ﷺ buyurdu: “Deyin: “Allahım! İbrahimin ailəsinə xeyir-dua verdiyin kimi, Muhəmmədə və Muhəmmədin ailəsinə də xeyir-dua ver! İbrahimin ailəsinə bərəkət verdiyin kimi, Muhəmmədə və Muhəmmədin ailəsinə də bərəkət ver! Şübhəsiz ki, Sən aləmlərdə tərifəlayiqsən, şan-şöhrətlisən!” Salam vermək isə bildiyiniz kimidir”.”

Əbu Məsud əl-Ənsari
Muslim, 934 (Namaz, 72)Səhih

وَحَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا لَيْثٌ ح قَالَ وَحَدَّثَنَا ابْنُ رُمْحٍ أَخْبَرَنَا اللَّيْثُ عَنْ أَبِى الزُّبَيْرِ عَنْ جَابِرٍ أَنَّهُ قَالَ صَلَّى مُعَاذُ بْنُ جَبَلٍ الأَنْصَارِىُّ لأَصْحَابِهِ الْعِشَاءَ فَطَوَّلَ عَلَيْهِمْ فَانْصَرَفَ رَجُلٌ مِنَّا فَصَلَّى فَأُخْبِرَ مُعَاذٌ عَنْهُ فَقَالَ إِنَّهُ مُنَافِقٌ. فَلَمَّا بَلَغَ ذَلِكَ الرَّجُلَ دَخَلَ عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَخْبَرَهُ مَا قَالَ مُعَاذٌ فَقَالَ لَهُ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أَتُرِيدُ أَنْ تَكُونَ فَتَّانًا يَا مُعَاذُ إِذَا أَمَمْتَ النَّاسَ فَاقْرَأْ بِالشَّمْسِ وَضُحَاهَا. وَسَبِّحِ اسْمَ رَبِّكَ الأَعْلَى. وَاقْرَأْ بِاسْمِ رَبِّكَ. وَاللَّيْلِ إِذَا يَغْشَى ».

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Muaz ibn Cəbəl əl-Ənsari dostlarına İşa namazını qıldırırdı. Namazı uzun etdikdə bizdən bir kişi namazdan çıxıb tək qıldı. Bu məsələ Muaza xəbər verildikdə Muaz dedi: “O, münafiqdir”. Bu söz həmin kişinin qulağına çatdıqda Allah Elçisinin yanına gedib Muazın dediyini ona xəbər verdi. Peyğəmbər ﷺ Muaza buyurdu: “Sən fitnəkar olmaq istəyirsən, ey Muaz, sən fitnəkarsan? Camaata imamlıq etdikdə “And olsun günəşə və onun saçdığı şəfəqə” (“əş-Şəms”), “Ən uca olan Rəbbinin adına təriflər de!” (“əl-Əalə”), “Aləq” və “And olsun yer üzünü zülmətə bürüməkdə olan gecəyə” (əl-Leyl”) surələrini oxu”.”

Cabir
Muslim, 1069 (Namaz, 207)Səhih

وَحَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا هُشَيْمٌ عَنْ إِسْمَاعِيلَ بْنِ أَبِى خَالِدٍ عَنْ قَيْسٍ عَنْ أَبِى مَسْعُودٍ الأَنْصَارِىِّ قَالَ جَاءَ رَجُلٌ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ إِنِّى لأَتَأَخَّرُ عَنْ صَلاَةِ الصُّبْحِ مِنْ أَجْلِ فُلاَنٍ مِمَّا يُطِيلُ بِنَا. فَمَا رَأَيْتُ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ غَضِبَ فِى مَوْعِظَةٍ قَطُّ أَشَدَّ مِمَّا غَضِبَ يَوْمَئِذٍ فَقَالَ « يَا أَيُّهَا النَّاسُ إِنَّ مِنْكُمْ مُنَفِّرِينَ فَأَيُّكُمْ أَمَّ النَّاسَ فَلْيُوجِزْ فَإِنَّ مِنْ وَرَائِهِ الْكَبِيرَ وَالضَّعِيفَ وَذَا الْحَاجَةِ ».

“Rəvayət edilir ki, Əbu Məsud əl-Ənsari ﵁ demişdir: “Bir kişi Allah Elçisinin yanına dedi: “Mən filankəsin bizə namazı uzun qıldırdığına görə Sübh namazına gələ bilmirəm. Mən Peyğəmbərin o günkü qədər qəzəbləndiyini görməmişdim. O buyurdu: “Ey insanlar! Sizin aranızda insanlarda nifrət oyadanlar var. Həqiqətən, (imamın) arxasında qoca, zəiflər və (təcili) işi çıxmış kimsələr var”.”

Əbu Məsud əl-Ənsari
Muslim, 1072 (Namaz, 210)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ وَاللَّفْظُ لَهُ ، عَنِ ابْنِ الْقَاسِمِ قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ إِسْحَاقَ بْنِ عَبْدِ اللهِ بْنِ أَبِي طَلْحَةَ ، عَنْ رَافِعِ بْنِ إِسْحَاقَ ، أَنَّهُ سَمِعَ أَبَا أَيُّوبَ الأَنْصَارِيَّ وَهُوَ بِمِصْرَ يَقُولُ : وَاللَّهِ مَا أَدْرِي كَيْفَ أَصْنَعُ بِهَذِهِ الْكَرَايِيسِ وَقَدْ قَالَ : رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا ذَهَبَ أَحَدُكُمْ إِلَى الْغَائِطِ أَوِ الْبَوْلِ فَلاَ يَسْتَقْبِلِ الْقِبْلَةَ ، وَلاَ يَسْتَدْبِرْهَا.

“Rafi ibn İshaq ﵀ deyir ki, Əbu Əyyub əl-Ənsari ﵁ Misirdə ikən onun belə dediyini eşitdim: “Allaha and olsun ki, bu ayaqyolu yerlərində necə hərəkət edəcəyimi bilmirəm, çünki Allah Elçisi ﷺ belə demişdir: “Sizdən biri böyük və kiçik ayaqyoluna getsə, nə üzünü, nə də arxasını qibləyə çevirməsin”.”

Rafi ibn İshaq
Nəsəi, 20 (Təharət, 20)Səhih

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنَا غُنْدَرٌ قَالَ : أَنْبَأَنَا مَعْمَرٌ قَالَ : أَنْبَأَنَا ابْنُ شِهَابٍ ، عَنْ عَطَاءِ بْنِ يَزِيدَ ، عَنْ أَبِي أَيُّوبَ الأَنْصَارِيِّ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا أَتَى أَحَدُكُمُ الْغَائِطَ فَلاَ يَسْتَقْبِلِ الْقِبْلَةَ ، وَلَكِنْ لِيُشَرِّقْ أَوْ لِيُغَرِّبْ.

“Rəvayət edilir ki, Əbu Əyyub əl-Ənsari ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Heç kim təbii ehtiyacını ödəyərkən üzünü qibləyə çevirməsin. Üzünü şərqə və ya qərbə tərəf çevirsin”.”

Əbu Əyyub əl-Ənsari
Nəsəi, 22 (Təharət, 22)Səhih

أَخْبَرَنَا الرَّبِيعُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا شُعَيْبُ بْنُ اللَّيْثِ ، عَنْ أَبِيهِ ، عَنْ جَعْفَرِ بْنِ رَبِيعَةَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ هُرْمُزَ ، عَنْ عُمَيْرٍ مَوْلَى ابْنُ عَبَّاسٍ أَنَّهُ سَمِعَهُ يَقُولُ : أَقْبَلْتُ أَنَا وَعَبْدُ اللهِ بْنُ يَسَارٍ مَوْلَى مَيْمُونَةَ حَتَّى دَخَلْنَا عَلَى أَبِي جُهَيْمِ بْنِ الْحَارِثِ بْنِ الصِّمَّةِ الأَنْصَارِيِّ ، فَقَالَ أَبُو جُهَيْمٍ : أَقْبَلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ نَحْوِ بِئْرِ الْجَمَلِ ، وَلَقِيَهُ رَجُلٌ فَسَلَّمَ عَلَيْهِ ، فَلَمْ يَرُدَّ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَيْهِ حَتَّى أَقْبَلَ عَلَى الْجِدَارِ فَمَسَحَ بِوَجْهِهِ وَيَدَيْهِ ، ثُمَّ رَدَّ عَلَيْهِ السَّلاَمَ.

“Rəvayət edilir ki, İbn Abbasın ﵄ azad etdiyi kölə olan Umeyr İbn Abbasın belə dediyini eşitmişdir: “Mən və Məymunənin azad etdiyi kölə olan Abdullah ibn Yəsar ilə birlikdə Əbu Cuheym ibn əl-Haris ibn əs-Sımmə əl-Ənsarinin evinə getdik. Əbu Cuheym dedi: “Allah Elçisi ﷺ Cəməl quyusu tərəfə gedərkən bir kişi ilə görüşdü. O, Allah Elçisinə ﷺ salam verdi. Allah Elçisi ﷺ onun salamını qaytarmadı. Üzünü divara tərəf çevirdi, əlini divara sürtüb üzünə və əllərinə məsh etdi. Sonra da o kişinin salamını aldı”.”

İbn Abbas
Nəsəi, 311 (Təharət, 311)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا زَيْدُ بْنُ الْحُبَابِ ، قَالَ : حَدَّثَنَا خَارِجَةُ بْنُ عَبْدِ اللهِ بْنِ سُلَيْمَانَ بْنِ زَيْدِ بْنِ ثَابِتٍ قَالَ : حَدَّثَنِي الْحُسَيْنُ بْنُ بَشِيرِ بْنِ سَلاَّمٍ ، عَنْ أَبِيهِ قَالَ : دَخَلْتُ أَنَا وَمُحَمَّدُ بْنُ عَلِيٍّ عَلَى جَابِرِ بْنِ عَبْدِ اللهِ الأَنْصَارِيِّ فَقُلْنَا لَهُ : أَخْبِرْنَا عَنْ صَلاَةِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَذَاكَ زَمَنَ الْحَجَّاجِ بْنِ يُوسُفَ . قَالَ : خَرَجَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَصَلَّى الظُّهْرَ حِينَ زَالَتِ الشَّمْسُ وَكَانَ الْفَيْءُ قَدْرَ الشِّرَاكِ ، ثُمَّ صَلَّى الْعَصْرَ حِينَ كَانَ الْفَيْءُ قَدْرَ الشِّرَاكِ ، وَظِلِّ الرَّجُلِ ، ثُمَّ صَلَّى الْمَغْرِبَ حِينَ غَابَتِ الشَّمْسُ ، ثُمَّ صَلَّى الْعِشَاءَ حِينَ غَابَ الشَّفَقُ ، ثُمَّ صَلَّى الْفَجْرَ حِينَ طَلَعَ الْفَجْرُ ، ثُمَّ صَلَّى مِنَ الْغَدِ الظُّهْرَ حِينَ كَانَ الظِّلُّ طُولَ الرَّجُلِ ، ثُمَّ صَلَّى الْعَصْرَ حِينَ كَانَ ظِلُّ الرَّجُلِ مِثْلَيْهِ قَدْرَ مَا يَسِيرُ الرَّاكِبُ سَيْرَ الْعَنَقِ إِلَى ذِي الْحُلَيْفَةِ ، ثُمَّ صَلَّى الْمَغْرِبَ حِينَ غَابَتِ الشَّمْسُ ، ثُمَّ صَلَّى الْعِشَاءَ إِلَى ثُلُثِ اللَّيْلِ أَوْ نِصْفِ اللَّيْلِ - شَكَّ زَيْدٌ - ثُمَّ صَلَّى الْفَجْرَ فَأَسْفَرَ.

“Hüseyn ibn Bəşir ibn Səlləm atasının ﵀ belə dediyini rəvayət edir: “Mən və Muhəmməd ibn Əli Cabir ibn Abdullah əl-Ənsarinin yanına gəldik və ona dedik: “Bizə Allah Elçisinin ﷺ namazı haqda xəbər ver!?” Bu hadisə Həccac ibn Yusufun zamanında idi. O dedi: “Allah Elçisi ﷺ günəş zenitdən aşağı meyl etdikdə hər hansı bir şeyin kölgəsi ayaqqabı bağı boyda olarkən Zöhr namazını qılmaq üçün çıxdı. Sonra əşyanın kölgəsi ayaqqabı ipinin bağı boyda – adamın kölgəsi özü boyda olduqda Əsr namazını qıldı. Sonra günəş batdıqda Məğrib namazını qıldı. Sonra şəfəq itdikdə İşa namazını qıldı. Sonra dan yeri söküldükdə Sübh namazını qıldı. Səhərisi gün Zöhr namazını bir nəfərin kölgəsi özü boyda olduqda qıldı. Əsr namazını bir nəfərin kölgəsi özünün iki mislində olduqda qıldı. Sanki bir atlı əl-Anaq deyilən yerdən Zul-Huleyfəyə gedənə qədər olan vaxtda qıldı. Məğrib namazını günəş batdıqda qıldı. İşa namazını gecənin üçdə biri və ya gecənin yarısı – hədisin ravilərindən biri Zeyd burda şəkk edir - keçdikdə qıldı. Hava sarımtıl olanda (açılanda) isə Sübh namazını qıldı”.”

Hüseyn ibn Bəşir ibn Səlləm atasından
Nəsəi, 524 (Vaxtlar, 31)Səhih

أَخْبَرَنِي إِبْرَاهِيمُ بْنُ يَعْقُوبَ ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي مَرْيَمَ قَالَ : أَخْبَرَنَا أَبُو غَسَّانَ قَالَ : حَدَّثَنِي زَيْدُ بْنُ أَسْلَمَ ، عَنْ عَاصِمِ بْنِ عُمَرَ بْنِ قَتَادَةَ ، عَنْ مَحْمُودِ بْنِ لَبِيدٍ ، عَنْ رِجَالٍ مِنْ قَوْمِهِ مِنَ الأَنْصَارِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَا أَسْفَرْتُمْ بِالْفَجْرِ فَإِنَّهُ أَعْظَمُ بِالأَجْرِ.

“Mahmud ibn Ləbid ﵀ Ənsardan olan bir toplum kişidən rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Sübh namazını hava açıldıqda (dan yeri söküldükdə) qılmaqla böyük savab qazanmış olursunuz”.”

Mahmud ibn Ləbid
Nəsəi, 549 (Vaxtlar, 56)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، عَنْ مَالِكٍ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ عَدِيِّ بْنِ ثَابِتٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ يَزِيدَ ، أَنَّ أَبَا أَيُّوبَ الأَنْصَارِيَّ أَخْبَرَهُ ، أَنَّهُ صَلَّى مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي حَجَّةِ الْوَدَاعِ الْمَغْرِبَ وَالْعِشَاء بِالْمُزْدَلِفَةِ جَمِيعًا.

“Rəvayət edilir ki, Əbu Əyyub əl-Ənsari ﵁ Vida həcci vaxtı Müzdəlifədə Allah Elçisi ﷺ ilə birlikdə Məğriblə İşa namazlarını birləşdirib qılmışdır.”

Əbu Əyyub əl-Ənsari
Nəsəi, 605 (Vaxtlar, 112)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ قَالَ : أَنْبَأَنَا ابْنُ الْقَاسِمِ ، عَنْ مَالِكٍ قَالَ : حَدَّثَنِي عَبْدُ الرَّحْمَنِ بْنُ عَبْدِ اللهِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي صَعْصَعَةَ الأَنْصَارِيُّ الْمَازِنِيُّ ، عَنْ أَبِيهِ أَنَّهُ أَخْبَرَهُ ، أَنَّ أَبَا سَعِيدٍ الْخُدْرِيَّ قَالَ : لَهُ إِنِّي أَرَاكَ تُحِبُّ الْغَنَمَ وَالْبَادِيَةَ ، فَإِذَا كُنْتَ فِي غَنَمِكَ أَوْ بَادِيَتِكَ فَأَذَّنْتَ بِالصَّلاَةِ فَارْفَعْ صَوْتَكَ ؛ فَإِنَّهُ لاَ يَسْمَعُ مَدَى صَوْتِ الْمُؤَذِّنِ جِنٌّ وَلاَ إِنْسٌ وَلاَ شَيْءٌ إِلاَّ شَهِدَ لَهُ يَوْمَ الْقِيَامَةِ . قَالَ : أَبُو سَعِيدٍ : سَمِعْتُهُ مِنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Abdur-Rahmən ibn Əbu Sasaə əl-Ənsari əl-Məzini atasının ﵀ belə dediyini rəvayət edir: “Əbu Səid əl-Xudri belə dedi: “Mən görürəm ki, sən mal-qaranı və çöllüyü sevirsən. Ona görə qoyun otararkən və ya çöllükdə olarkən namaz üçün azan verdikdə səsini ucalt. Həqiqətən, azan verənin səsinin çatdığı cinlər, insanlar və hər şey Qiyamət günü (eşitdiklərinə) şahidlik edəcəklər”. Əbu Səid dedi: “Mən bunu Allah Elçisindən ﷺ eşitmişəm”.”

Abdur-Rahmən ibn Abdullah ibn Abdur-Rahmən ibn Əbu Sasaə əl-Ənsari əl-Məzini atasından
Nəsəi, 644 (Azan, 19)Səhih

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، أَنْبَأَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، عَنْ مُجَمِّعِ بْنِ يَحْيَى الأَنْصَارِيِّ قَالَ : كُنْتُ جَالِسًا عِنْدَ أَبِي أُمَامَةَ بْنِ سَهْلِ بْنِ حُنَيْفٍ ، فَأَذَّنَ الْمُؤَذِّنُ فَقَالَ : اللَّهُ أَكْبَرُ . اللَّهُ أَكْبَرُ فَكَبَّرَ اثْنَتَيْنِ ، فَقَالَ : أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ فَتَشَهَّدَ اثْنَتَيْنِ ، فَقَالَ : أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ فَتَشَهَّدَ اثْنَتَيْنِ . ثُمَّ قَالَ : حَدَّثَنِي هَكَذَا مُعَاوِيَةُ بْنُ أَبِي سُفْيَانَ ، عَنْ قَوْلِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Mucəmmi ibn Yəhyə əl-Ənsari ﵀ demişdir: “Mən Əbu Umamə ibn Səhl ibn Huneyfin yanında oturmuşdum. Müəzzin azan verib: “Allahu Əkbər, Allahu Əkbər” deyərək iki dəfə təkbir etdi. Sonra: “Əşhədu əl-Lə iləhə illəllah” deyərək bunu iki dəfə təkrar etdi. Sonra: “Əşhədu ənnə Muhəmmədən Rasulullah” deyərək bunu iki dəfə təkrar etdi və dedi: “Bunu mənə Muaviyə ibn Əbu Sufyan Allah Elçisindən ﷺ rəvayət edərək danışmışdır”.”

Mucəmmi ibn Yəhyə əl-Ənsari
Nəsəi, 675 (Azan, 50)Səhih

أَخْبَرَنَا عِمْرَانُ بْنُ مُوسَى ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْوَارِثِ ، عَنْ أَبِي التَّيَّاحِ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ : لَمَّا قَدِمَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَزَلَ فِي عُرْضِ الْمَدِيِنَةِ فِي حَيٍّ يُقَالُ لَهُمْ بَنُو عَمْرِو بْنِ عَوْفٍ ، فَأَقَامَ فِيهِمْ أَرْبَعَ عَشْرَةَ لَيْلَةً ، ثُمَّ أَرْسَلَ إِلَى مَلَإٍ مِنْ بَنِي النَّجَّارِ فَجَاؤُوا مُتَقَلِّدِي سُيُوفِهِمْ ، كَأَنِّي أَنْظُرُ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى رَاحِلَتِهِ وَأَبُو بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ رَدِيفَهُ ، وَمَلَأٌ مِنْ بَنِي النَّجَّارِ حَوْلَهُ حَتَّى أَلْقَى بِفِنَاءِ أَبِي أَيُّوبَ ، وَكَانَ يُصَلِّي حَيْثُ أَدْرَكَتْهُ الصَّلاَةُ فَيُصَلِّي فِي مَرَابِضِ الْغَنَمِ ، ثُمَّ أَمَرَ بِالْمَسْجِدِ فَأَرْسَلَ إِلَى مَلَإٍ مِنْ بَنِي النَّجَّارِ فَجَاؤُوا فَقَالَ : يَا بَنِي النَّجَّارِ ثَامِنُونِي بِحَائِطِكُمْ هَذَا . قَالُوا : وَاللَّهِ لاَ نَطْلُبُ ثَمَنَهُ إِلاَّ إِلَى اللهِ عَزَّ وَجَلَّ . قَالَ أَنَسٌ : وَكَانَتْ فِيهِ قُبُورُ الْمُشْرِكِينَ ، وَكَانَتْ فِيهِ خَرِبٌ ، وَكَانَ فِيهِ نَخْلٌ ، فَأَمَرَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِقُبُورِ الْمُشْرِكِينَ فَنُبِشَتْ ، وَبِالنَّخْلِ فَقُطِعَتْ ، وَبِالْخَرِبِ فَسُوِّيَتْ فَصَفُّوا النَّخْلَ قِبْلَةَ الْمَسْجِدِ وَجَعَلُوا عِضَادَتَيْهِ الْحِجَارَةَ وَجَعَلُوا يَنْقُلُونَ الصَّخْرَ وَهُمْ يَرْتَجِزُونَ ، وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَعَهُمْ وَهُمْ يَقُولُونَ : اللَّهُمَّ لاَ خَيْرَ إِلاَّ خَيْرُ الآخِرَهْ ، فانْصُرِ الأَنْصَارَ وَالْمُهَاجِرَهْ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ Mədinəyə gəldikdə Bəni Amr ibn Auf adlı bir tayfanın məhəlləsində on dörd gecə qaldı. Sonra Bəni Nəccar tayfasına xəbər göndərdi. Onlar da qılıncları ilə gəldilər. Mən sanki Allah Elçisinə ﷺ baxıram - o, miniyinin üzərində, Əbu Bəkr ﵁ də onun tərkində idi. Ətrafında isə Bəni Nəccardan olan bir toplum var idi. O, namazın vaxtı harada daxil olardısa, orada da namaz qılardı. Qoyunların tövləsində də namaz qılardı. Sonra onlara məscid tikməyi əmr etdi və Bəni Nəccar tayfasına adam göndərdi. Onlara dedilər: “Ey Bəni Nəccar, torpağın qiymətini bizə deyin!” Onlar dedilər: “Allaha and olsun, biz sizdən bunun əvəzini istəmirik. Allah ﷿ bunun əvəzini verəcək”. Ənəs deyir: “Orada müşriklərin qəbirləri, dağılmış evlər və xurma ağacları var idi. Allah Elçisi ﷺ müşriklərin qəbirlərinin çıxarılmasını, xurma ağaclarının kəsilməsini və dağılmış evlərin yerlə bir edilməsini əmr etdi. Daşları yığıb böyür tərəfə topladılar. Allah Elçisi ﷺ onlarla birlikdə idi və onlar deyirdilər: “Allahım, Axirət xeyrindən başqa xeyir yoxdur. Ənsarlara və mühacirlərə kömək et!””

Ənəs ibn Malik
Nəsəi, 702 (Məscidlər, 15)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا عَائِذُ بْنُ حَبِيبٍ ، قَالَ : حَدَّثَنَا حُمَيْدٌ الطَّوِيلُ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ : رَأَى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نُخَامَةً فِي قِبْلَةِ الْمَسْجِدِ ، فَغَضِبَ حَتَّى احْمَرَّ وَجْهُهُ ، فَقَامَتِ امْرَأَةٌ مِنَ الأَنْصَارِ فَحَكَّتْهَا وَجَعَلَتْ مَكَانَهَا خَلُوقًا ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَا أَحْسَنَ هَذَا.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ məscidin qiblə tərəfində tüpürcək görüb üzü qızarmaq həddinə qədər qəzəbləndi. Ənsardan olan bir qadın qalxıb onu sildi və həmin yerə zəfərandan olan ətirdən sürtdü. Allah Elçisi ﷺ dedi: “Bu, necə də yaxşı oldu!””

Ənəs ibn Malik
Nəsəi, 728 (Məscidlər, 41)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ إِسْمَاعِيلَ بْنِ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا إِسْحَاقُ بْنُ يُوسُفَ الأَزْرَقُ ، عَنْ زَكَرِيَّا بْنِ أَبِي زَائِدَةَ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنِ الْبَرَاءِ بْنِ عَازِبٍ قَالَ : قَدِمَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْمَدِينَةَ ، فَصَلَّى نَحْوَ بَيْتِ الْمَقْدِسِ سِتَّةَ عَشَرَ شَهْرًا ، ثُمَّ وُجِّهَ إِلَى الْكَعْبَةِ . فَمَرَّ رَجُلٌ قَدْ كَانَ صَلَّى مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى قَوْمٍ مِنَ الأَنْصَارِ فَقَالَ : أَشْهَدُ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَدْ وُجِّهَ إِلَى الْكَعْبَةِ ، فَانْحَرَفُوا إِلَى الْكَعْبَةِ.

“Rəvayət edilir ki, əl-Bəra ibn Azib ﵁ demişdir: “Allah Elçisi ﷺ Mədinəyə gəldi və on altı ay Beytul-Məqdisə (Qüdsə) doğru namaz qıldı, sonra onun üzü Kəbəyə yönəldildi. Həmin vaxt Peyğəmbərlə ﷺ birlikdə namaz qılmış bir kişi Ənsardan olan bir camaatın yanından keçdikdə onlara dedi: “Mən şahidlik edirəm ki, artıq, Allah Elçisinin ﷺ üzü Kəbəyə yönəldildi”. Onlar (bu xəbəri eşitdikdə namazda ikən) üzlərini Kəbəyə tərəf çevirdilər”.”

əl-Bəra ibn Azib
Nəsəi, 742 (Qiblə, 1)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ وَهَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ حُسَيْنِ بْنِ عَلَيٍّ ، عَنْ زَائِدَةَ ، عَنْ عَاصِمٍ ، عَنْ زِرٍّ ، عَنْ عَبْدِ اللهِ قَالَ : لَمَّا قُبِضَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتِ الأَنْصَارُ : مِنَّا أَمِيرٌ وَمِنْكُمْ أَمِيرٌ . فَأَتَاهُمْ عُمَرُ فَقَالَ : أَلَسْتُمْ تَعْلَمُونَ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَدْ أَمَرَ أَبَا بَكْرٍ أَنْ يُصَلِّيَ بِالنَّاسِ ، فَأَيُّكُمْ تَطِيبُ نَفْسُهُ أَنْ يَتَقَدَّمَ أَبَا بَكْرٍ ؟ قَالُوا نَعُوذُ بِاللَّهِ أَنْ نَتَقَدَّمَ أَبَا بَكْرٍ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisinin ﷺ ruhu alındıqda (vəfat etdikdə) Ənsardan olanlar dedilər: “Bir əmir sizdən, bir əmir də bizdən olsun”. Ömər onların yanına gəlib dedi: “Məgər siz bilmirsiniz ki, artıq, Allah Elçisi ﷺ insanlar üçün namaz qıldırmağı Əbu Bəkrə əmr edib?! Sizdən hansı biriniz ondan qabağa keçmək üçün özünü layiqli görür?!” Onlar dedilər: “Əbu Bəkrdən önə keçməkdən Allaha sığınırıq!””

Abdullah
Nəsəi, 777 (İmamlıq, 1)Həsən

أَخْبَرَنَا وَاصِلُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا ابْنُ فُضَيْلٍ ، عَنِ الأَعْمَشِ ، عَنْ مُحَارِبِ بْنِ دِثَارٍ وَأَبِي صَالِحٍ ، عَنْ جَابِرٍ قَالَ : جَاءَ رَجُلٌ مِنَ الأَنْصَارِ وَقَدْ أُقِيمَتِ الصَّلاَةُ ، فَدَخَلَ الْمَسْجِدَ فَصَلَّى خَلْفَ مُعَاذٍ فَطَوَّلَ بِهِمْ ، فَانْصَرَفَ الرَّجُلُ فَصَلَّى فِي نَاحِيَةِ الْمَسْجِدِ ثُمَّ انْطَلَقَ ، فَلَمَّا قَضَى مُعَاذٌ الصَّلاَةَ قِيلَ لَهُ : إِنَّ فُلاَنًا فَعَلَ كَذَا وَكَذَا ، فَقَالَ مُعَاذٌ : لَئِنْ أَصْبَحْتُ لأَذْكُرَنَّ ذَلِكَ لِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَتَى مُعَاذٌ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَذَكَرَ ذَلِكَ لَهُ ، فَأَرْسَلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَيْهِ فَقَالَ : مَا حَمَلَكَ عَلَى الَّذِي صَنَعْتَ ؟ فَقَالَ : يَا رَسُولَ اللهِ ، عَمِلْتُ عَلَى نَاضِحِي مِنَ النَّهَارِ ، فَجِئْتُ وَقَدْ أُقِيمَتِ الصَّلاَةُ ، فَدَخَلْتُ الْمَسْجِدَ ، فَدَخَلْتُ مَعَهُ فِي الصَّلاَةِ ، فَقَرَأَ سُورَةَ كَذَا وَكَذَا فَطَوَّلَ ، فَانْصَرَفْتُ فَصَلَّيْتُ فِي نَاحِيَةِ الْمَسْجِدِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَفَتَّانٌ يَا مُعَاذُ ؟ أَفَتَّانٌ يَا مُعَاذُ ؟ أَفَتَّانٌ يَا مُعَاذُ ؟.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Ənsardan olan bir kişi gəldi. Artıq, namaz başlamışdı. O, məscidə daxil olub Muazın arxasında namaz qılmağa başladı. Muaz namazı uzatdıqda həmin kişi namazdan çıxıb məscidin bir tərəfində namazı qıldı, sonra da çıxıb getdi. Muaz namazı bitirdikdən sonra ona deyildi: “Filankəs belə-belə etdi”. Muaz dedi: “Səhər olduqda mən bunu Allah Elçisinə ﷺ deyəcəyəm”. (Səhər olduqda) Muaz Allah Elçisinin ﷺ yanına gəldi və olanları ona danışdı. Allah Elçisi ﷺ həmin adamın arxası ilə adam göndərdi. Peyğəmbər ﷺ ona dedi: “Bunu etməyə səni vadar edən nədir?” Kişi dedi: “Ey Allahın Elçisi, mən gün boyu dəvə ilə su daşıyıb işləmişdim. Məscidə gəldikdə namaz artıq başlamışdı. Mən məscidə daxil oldum və onunla birlikdə namaza başladım. O isə filan-filan surəni oxudu və namazı uzatdı. Mən də namazdan çıxıb məscidin bir tərəfində namazımı qıldım”. Allah Elçisi ﷺ dedi: “Sən fitnəkarsanmı, ey Muaz?! Sən fitnəkarsanmı, ey Muaz?! Sən fitnəkarsanmı, ey Muaz?!””

Cabir
Nəsəi, 831 (İmamlıq, 55)Səhih

أَخْبَرَنِي هَارُونُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا زَيْدُ بْنُ الْحُبَابِ ، قَالَ : حَدَّثَنَا مُعَاوِيَةُ بْنُ صَالِحٍ قَالَ : حَدَّثَنِي أَبُو الزَّاهِرِيَّةِ ، قَالَ : حَدَّثَنِي كَثِيرُ بْنُ مُرَّةَ الْحَضْرَمِيُّ ، عَنْ أَبِي الدَّرْدَاءِ سَمِعَهُ يَقُولُ : سُئِلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَفِي كُلِّ صَلاَةٍ قِرَاءَةٌ ؟ قَالَ : نَعَمْ قَالَ رَجُلٌ مِنَ الأَنْصَارِ : وَجَبَتْ هَذِهِ . فَالْتَفَتَ إِلَيَّ وَكُنْتُ أَقْرَبَ الْقَوْمِ مِنْهُ فَقَالَ : مَا أَرَى الإِمَامَ إِذَا أَمَّ الْقَوْمَ إِلاَّ قَدْ كَفَاهُمْ .. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : هَذَا عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَطَأٌ ، إِنَّمَا هُوَ قَوْلُ أَبِي الدَّرْدَاءِ ، وَلَمْ يُقْرَأْ هَذَا مَعَ الْكِتَابِ.

“Rəvayət edilir ki, Kəsir ibn Murra əl-Hədrami ﵀ demişdir: “Mən Əbud-Dərdənin belə dediyini eşitdim: “Allah Elçisindən ﷺ soruşdular: “Hər namazda qiraət varmı?” O: “Bəli”- dedi. Ənsardan olan bir kişi: “Bu vacibdir”- dedi. Ona tayfasından ən yaxın olan mən idim, ona görə mənə tərəf çevrilərək dedi: “İmam bir camaata imamlıq etdikdə onun qiraəti (digərlərinə) kifayət edir”. Əbu Abdur-Rahmən (ən-Nəsəi) ﵀ demişdir: “Bunu Allah Elçisinin ﷺ adından demək xətadır, belə ki, bu, Əbud-Dərdənin kitabdan deyil, öz hafizəsindən olan sözüdür”.”

Kəsir ibn Murra əl-Hədrami
Nəsəi, 923 (İftitah, 48)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ مُحَارِبِ بْنُ دِثَارٍ ، عَنْ جَابِرٍ قَالَ : مَرَّ رَجُلٌ مِنَ الأَنْصَارِ بِنَاضِحَيْنِ عَلَى مُعَاذٍ وَهُوَ يُصَلِّي الْمَغْرِبَ ، فَافْتَتَحَ بِسُورَةِ الْبَقَرَةِ فَصَلَّى الرَّجُلُ ، ثُمَّ ذَهَبَ فَبَلَغَ ذَلِكَ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : أَفَتَّانٌ يَا مُعَاذٍ ؟ أَفَتَّانٌ يَا مُعَاذُ ؟ أَلاَّ قَرَأْتَ بِـ{سَبِّحِ اسْمَ رَبِّكَ الأَعْلَى} ، وَالشَّمْسِ وَضُحَاهَا وَنَحْوِهِمَا.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Ənsardan olan bir kişi su daşıyan iki dəvəsi ilə Muazın yanından keçirdi. Bu əsnada Muaz Məğrib namazını qılırdı. Muaz “əl-Bəqərə” surəsini oxumağa başladıqda həmin kişi (tək) namaz qıldı və çıxıb getdi. Bu, Peyğəmbərə ﷺ çatdıqda o dedi: “Sən fitnəkarsan, ey Muaz?! Sən fitnəkarsan, ey Muaz?! Məgər “Ən Uca Rəbbinin adına təriflər de!” (“əl-Ə'lə” surəsi), “And olsun günəşə və onun saçdığı şəfəqə!” (“əş-Şəms” surəsi) və buna oxşar surələr oxumalı deyildinmi!?””

Cabir
Nəsəi, 984 (İftitah, 109)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، وَاللَّفْظُ لَهُ ، عَنْ ابْنِ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ نُعَيْمِ بْنِ عَبْدِ اللهِ الْمُجْمِرِ ، أَنَّ مُحَمَّدَ بْنَ عَبْدِ اللهِ بْنِ زَيْدٍ الأَنْصَارِيَّ ، وَعَبْدُ اللهِ بْنُ زَيْدٍ - الَّذِي أُرِيَ النِّدَاءَ بِالصَّلاَةِ - أَخْبَرَهُ ، عَنْ أَبِي مَسْعُودٍ الأَنْصَارِيِّ أَنَّهُ قَالَ : أَتَانَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي مَجْلِسِ سَعْدِ بْنِ عُبَادَةَ ، فَقَالَ لَهُ بَشِيرُ بْنُ سَعْدٍ : أَمَرَنَا اللَّهُ عَزَّ وَجَلَّ أَنْ نُصَلِّيَ عَلَيْكَ يَا رَسُولَ اللهِ فَكَيْفَ نُصَلِّ عَلَيْكَ ؟ فَسَكَتَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى تَمَنَّيْنَا أَنَّهُ لَمْ يَسْأَلْهُ ثُمَّ قَالَ : قُولُوا : اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ ، وَعَلَى آلِ مُحَمَّدٍ ، كَمَا صَلَّيْتَ عَلَى آلِ إِبْرَاهِيمَ ، وَبَارِكْ عَلَى مُحَمَّدٍ ، وَعَلَى آلِ مُحَمَّدٍ ، كَمَا بَارَكْتَ عَلَى آلِ إِبْرَاهِيمَ فِي الْعَالَمِينَ إِنَّكَ حَمِيدٌ مَجِيدٌ ، وَالسَّلاَمُ كَمَا عَلِمْتُمْ.

“Rəvayət edilir ki, Əbu Məsud əl-Ənsari ﵁ demişdir: “Biz Səd ibn Ubadənin məclisində oturarkən Allah Elçisi ﷺ yanımıza gəldi. Bəşir ibn Səd ona dedi: “Allah ﷿ bizə sənə salavat deməyimizi əmr etdi, ey Allahın Elçisi! Bəs sənə salavatı necə deyək?” Allah Elçisi ﷺ susdu və biz də ona sual verməməsini təmənna etdik. Sonra o dedi: ”Deyin: “Allahım! İbrahimin ailəsinə xeyir-dua verdiyin kimi, Muhəmmədə və Muhəmmədin ailəsinə də xeyir-dua ver! İbrahimin ailəsinə bərəkət verdiyin kimi, Muhəmmədə və Muhəmmədin ailəsinə də bərəkət ver! Şübhəsiz ki, Sən tərifəlayiqsən, şan-şöhrətlisən!” Salam da bildiyiniz kimidir”.”

Əbu Məsud əl-Ənsari
Nəsəi, 1285 (Səhv, 107)Səhih

أَخْبَرَنَا زِيَادُ بْنُ يَحْيَى ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْوَهَّابِ بْنُ عَبْدِ الْمَجِيدِ ، قَالَ : حَدَّثَنَا هِشَامُ بْنُ حَسَّانَ ، عَنْ مُحَمَّدٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ بِشْرٍ ، عَنْ أَبِي مَسْعُودٍ الأَنْصَارِيِّ قَالَ : قِيلَ لِلنَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أُمِرْنَا أَنْ نُصَلِّيَ عَلَيْكَ وَنُسَلِّمَ ، أَمَّا السَّلاَمُ فَقَدْ عَرَفْنَاهُ ، فَكَيْفَ نُصَلِّي عَلَيْكَ ؟ قَالَ : قُولُوا : اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ كَمَا صَلَّيْتَ عَلَى آلِ إِبْرَاهِيمَ ، اللَّهُمَّ بَارِكْ عَلَى مُحَمَّدٍ كَمَا بَارَكْتَ عَلَى آلِ إِبْرَاهِيمَ.

“Rəvayət edilir ki, Əbu Məsud əl-Ənsari ﵁ demişdir: “Peyğəmbərə ﷺ belə deyildi: “Biz sənə salavat və salam deməklə əmr olunduq. O ki qaldı salama, biz artıq onu bilirik. Bəs sənə salavatı necə deyək?” O dedi: “Deyin: “Allahım! İbrahimin ailəsinə xeyir-dua verdiyin kimi, Muhəmmədə də xeyir-dua ver! Allahım! İbrahimin ailəsinə bərəkət verdiyin kimi, Muhəmmədə də bərəkət ver!””

Əbu Məsud əl-Ənsari
Nəsəi, 1286 (Səhv, 108)Səhih

أَخْبَرَنَا مُوسَى بْنُ حِزَامٍ التِّرْمِذِيُّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ آدَمَ ، عَنْ ابْنِ إِدْرِيسَ ، عَنْ هِشَامِ بْنِ حَسَّانَ ، عَنْ مُحَمَّدِ بْنِ سِيرِينَ ، عَنْ كَثِيرِ ابْنِ أَفْلَحَ ، عَنْ زَيْدِ بْنِ ثَابِتٍ ، قَالَ : أُمِرُوا أَنْ يُسَبِّحُوا دُبُرَ كُلِّ صَلاَةٍ ثَلاَثًا وَثَلاَثِينَ ، وَيَحْمَدُوا ثَلاَثًا وَثَلاَثِينَ ، وَيُكَبِّرُوا أَرْبَعًا وَثَلاَثِينَ ، فَأُتِيَ رَجُلٌ مِنَ الأَنْصَارِ فِي مَنَامِهِ ، فَقِيلَ لَهُ : أَمَرَكُمْ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ تُسَبِّحُوا دُبُرَ كُلِّ صَلاَةٍ ثَلاَثًا وَثَلاَثِينَ ، وَتَحْمَدُوا ثَلاَثًا وَثَلاَثِينَ ، وَتُكَبِّرُوا أَرْبَعًا وَثَلاَثِينَ ؟ قَالَ : نَعَمْ ، قَالَ : فَاجْعَلُوهَا خَمْسًا وَعِشْرِينَ ، وَاجْعَلُوا فِيهَا التَّهْلِيلَ ، فَلَمَّا أَصْبَحَ أَتَى النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَذَكَرَ ذَلِكَ لَهُ ، فَقَالَ : اجْعَلُوهَا كَذَلِكَ.

“Rəvayət edilir ki, Zeyd ibn Sabit ﵁ demişdir: “Səhabələr hər namazın ardı ilə otuz üç dəfə təsbih (Subhən-Allah), otuz üç dəfə təhmid (Əlhəmdulilləh) və otuz dörd dəfə təkbir (Allahu Əkbər) etməklə əmr olundular. Ənsardan olan bir kişi yuxuda ona belə deyildiyini gördü: “Sizə otuz üç dəfə təsbih (Subhən-Allah), otuz üç dəfə təhmid (Əlhəmdulilləh) və otuz dörd dəfə təkbir (Allahu Əkbər) etmək əmr olunubmu?” Kişi: “Bəli”- dedi. Adam ona dedi: “Bunları iyirmi beş dəfə edin və buna təhlili (Lə iləhə illəllah) də əlavə edin!” Səhər açıldıqda, o, bunu Peyğəmbərə ﷺ danışdı. Peyğəmbər ﷺ də buyurdu: “Belə də edin!””

Zeyd ibn Sabit
Nəsəi, 1350 (Səhv, 172)Səhih

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ عَبْدِ الْكَرِيمِ أَبُو زُرْعَةَ الرَّازِيُّ ، قَالَ : حَدَّثَنَا أَحْمَدُ بْنُ عَبْدِ اللهِ بْنِ يُونُسَ ، قَالَ : حَدَّثَنِي عَلِيُّ بْنُ الْفُضَيْلِ بْنِ عِيَاضٍ ، عَنْ عَبْدِ الْعَزِيزِ بْنِ أَبِي رَوَّادٍ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، أَنَّ رَجُلاً رَأَى فِيمَا يَرَى النَّائِمُ ، قِيلَ لَهُ : بِأَيِّ شَيْءٍ أَمَرَكُمْ نَبِيُّكُمْ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ؟ قَالَ : أَمَرَنَا أَنْ نُسَبِّحَ ثَلاَثًا وَثَلاَثِينَ ، وَنَحْمَدَ ثَلاَثًا وَثَلاَثِينَ ، وَنُكَبِّرَ أَرْبَعًا وَثَلاَثِينَ ، فَتِلْكَ مِئَةٌ ، قَالَ : سَبِّحُوا خَمْسًا وَعِشْرِينَ ، وَاحْمَدُوا خَمْسًا وَعِشْرِينَ ، وَكَبِّرُوا خَمْسًا وَعِشْرِينَ ، وَهَلِّلُوا خَمْسًا وَعِشْرِينَ ، فَتِلْكَ مِئَةٌ ، فَلَمَّا أَصْبَحَ ذَكَرَ ذَلِكَ لِلنَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : افْعَلُوا كَمَا قَالَ الأَنْصَارِيُّ.

“İbn Ömər ﵄ rəvayət edir ki, bir kişiyə yuxuda belə deyildi: “Peyğəmbəriniz sizə nəyi əmr etdi?” O da belə cavab verdi: “Otuz üç dəfə təsbih (Subhən-Allah), otuz üç dəfə təhmid (Əlhəmdulilləh) və otuz dörd dəfə təkbir (Allahu Əkbər) deməyimizi əmr etdi. Bununla sayı yüz olur”. Adam dedi: “İyirmi beş dəfə təsbih (Subhən-Allah), iyirmi beş dəfə təhmid (Əlhəmdulilləh), iyirmi beş dəfə təkbir “Allahu Əkbər”, iyirmi beş dəfə də təhlili (Lə iləhə illəllah) deyin ki, yüz olsun!” Səhər açıldıqda, o, bunu Peyğəmbərə ﷺ danışdı. Allah Elçisi ﷺ də belə buyurdu: “Ənsarın dediyi kimi edin!””

İbn Ömər
Nəsəi, 1351 (Səhv, 173)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الْمَلِكِ بْنِ زَنْجُوَيْهِ ، عَنْ عَبْدِ الرَّزَّاقِ ، عَنْ ابْنِ جُرَيْجٍ ، قَالَ : أَخْبَرَنِي إِسْمَعِيلُ بْنُ مُحَمَّدِ بْنِ سَعْدٍ ، أَنَّ حُمَيْدَ بْنَ عَبْدِ الرَّحْمَنِ أَخْبَرَهُ ، أَنَّ السَّائِبَ بْنَ يَزِيدَ أَخْبَرَهُ ، أَنَّهُ سَمِعَ الْعَلاَءَ بْنَ الْحَضْرَمِيِّ ، يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : يَمْكُثُ الْمُهَاجِرُ بَعْدَ قَضَاءِ نُسُكِهِ ثَلاَثًا.

“Rəvayət edilir ki, əl-Aləi ibn əl-Hədrami ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Mühacirlər Həcci bitirdikdən sonra Məkkədə üç gün qalırlar”.”

əl-Aləi ibn əl-Hədrami
Nəsəi, 1454 (Qəsr, 22)Səhih

أَخْبَرَنَا أَبُو عَبْدِ الرَّحْمَنِ ، قَالَ : الْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، فِي حَدِيثِهِ ، عَنْ سُفْيَانَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ حُمَيْدٍ ، عَنِ السَّائِبِ بْنِ يَزِيدَ ، عَنِ الْعَلاَءِ بْنِ الْحَضْرَمِيِّ ، قَالَ : قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : يَمْكُثُ الْمُهَاجِرُ بِمَكَّةَ بَعْدَ نُسُكِهِ ثَلاَثًا.

“Rəvayət edilir ki, əl-Aləi ibn əl-Hədrami ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Mühacirlər Həcci bitirdikdən sonra Məkkədə üç gün qalırlar”.”

əl-Aləi ibn əl-Hədrami
Nəsəi, 1455 (Qəsr, 23)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ أَيُّوبَ ، عَنْ مُحَمَّدِ بْنِ سِيرِينَ ، أَنَّ أُمَّ عَطِيَّةَ الأَنْصَارِيَّةَ قَالَتْ : دَخَلَ عَلَيْنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حِينَ تُوُفِّيَتِ ابْنَتُهُ ، فَقَالَ : اغْسِلْنَهَا ثَلاَثًا أَوْ خَمْسًا ، أَوْ أَكْثَرَ مِنْ ذَلِكِ إِنْ رَأَيْتُنَّ ذَلِكِ ، بِمَاءٍ وَسِدْرٍ ، وَاجْعَلْنَ فِي الآخِرَةِ كَافُورًا أَوْ شَيْئًا مِنْ كَافُورٍ ، فَإِذَا فَرَغْتُنَّ فَآذِنَّنِي ، فَلَمَّا فَرَغْنَا آذَنَّاهُ ، فَأَعْطَانَا حَقْوَهُ وَقَالَ : أَشْعِرْنَهَا إِيَّاهُ.

“Rəvayət edilir ki, Ummu Atiyyə əl-Ənsariyyə ﵂ demişdir: “Allah Elçisinin ﷺ qızı (Zeynəb) vəfat etdikdə, o bizim yanımıza gəlib dedi: “Onu üç və ya beş dəfə, yaxud məsləhət bilirsinizsə, bundan da çox su və sidr ilə yuyun. Axırıncısına kafur və ya ona bənzər qoxu qatın. Bitirdikdən sonra mənə xəbər verin”. Biz (onu yuyub) qurtardıqdan sonra Peyğəmbərə ﷺ xəbər verdik. O, izarını bizə verib dedi: “Onu buna bükün!””

Ummu Atiyyə əl-Ənsariyyə
Nəsəi, 1881 (Cənazələr, 64)Səhih

أَخْبَرَنَا عَبْدُ اللهِ بْنُ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ الزُّهْرِيُّ الْبَصْرِىُّ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَمْرٍو ، سَمِعَ جَابِرًا ، يَقُولُ : وَكَانَ الْعَبَّاسُ بِالْمَدِينَةِ ، فَطَلَبَتِ الأَنْصَارُ ثَوْبًا يَكْسُونَهُ ، فَلَمْ يَجِدُوا قَمِيصًا يَصْلُحُ عَلَيْهِ إِلاَّ قَمِيصَ عَبْدِ اللهِ بْنِ أُبَيٍّ فَكَسَوْهُ إِيَّاهُ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Abbas Mədinəyə gəlmişdi. Ənsar onu geyindirmək üçün bir paltar axtardı, lakin Abdullah ibn Ubeyin köynəyindən başqa uyğun olan paltar tapmadılar və (o köynəyi) ona geyindirdilər”.”

Cabir
Nəsəi, 1902 (Cənazələr, 85)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : حَدَّثَنَا طَلْحَةُ بْنُ يَحْيَى ، عَنْ عَمَّتِهِ عَائِشَةَ بِنْتِ طَلْحَةَ ، عَنْ خَالَتِهَا أُمِّ الْمُؤْمِنِينَ عَائِشَةَ قَالَتْ : أُتِيَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِصَبِيٍّ مِنْ صِبْيَانِ الأَنْصَارِ ، فَصَلَّى عَلَيْهِ ، قَالَتْ عَائِشَةُ : فَقُلْتُ : طُوبَى لِهَذَا عُصْفُورٌ مِنْ عَصَافِيرِ الْجَنَّةِ ، لَمْ يَعْمَلْ سُوءًا وَلَمْ يُدْرِكْهُ ، قَالَ : أَوَ غَيْرُ ذَلِكَ يَا عَائِشَةُ ، خَلَقَ اللَّهُ عَزَّ وَجَلَّ الْجَنَّةَ وَخَلَقَ لَهَا أَهْلاً ، وَخَلَقَهُمْ فِي أَصْلاَبِ آبَائِهِمْ ، وَخَلَقَ النَّارَ وَخَلَقَ لَهَا أَهْلاً ، وَخَلَقَهُمْ فِي أَصْلاَبِ آبَائِهِمْ.

“Rəvayət edilir ki, möminlərin anası Aişə ﵂ demişdir: “Ənsar uşaqlarından birinin cənazəsi Allah Elçisinin ﷺ yanına gətirilmişdi. Allah Elçisi ﷺ də onun cənazə namazını qılmışdı. Mən dedim: “Cənnət quşlarından bir quş olan bu uşağın xoş halına! Nə pis şey etdi, nə də pis şey etmək yaşına çatdı”. Allah Elçisi ﷺ dedi: “Belə deməsən, daha yaxşı olar, ey Aişə! Allah ﷿ Cənnəti və onun əhlini yaratmış, onları (uşaqları) da onların bellərində yaratmışdır. Həmçinin Cəhənnəmi və onun əhlini yaratmış, onları (uşaqları) da onların atalarının bellərində yaratmışdır”.”

Aişə
Nəsəi, 1947 (Cənazələr, 130)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، وَمُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالاَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا يَزِيدُ بْنُ أَبِي عُبَيْدٍ ، قَالَ : حَدَّثَنَا سَلَمَةُ ، يَعْنِي ابْنَ الأَكْوَعِ قَالَ : أُتِيَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِجَنَازَةٍ ، فَقَالُوا : يَا نَبِيَّ اللهِ ، صَلِّ عَلَيْهَا ، قَالَ : هَلْ تَرَكَ عَلَيْهِ دَيْنًا ؟ ، قَالُوا : نَعَمْ ، قَالَ : هَلْ تَرَكَ مِنْ شَيْءٍ ؟ قَالُوا : لاَ ، قَالَ : صَلُّوا عَلَى صَاحِبِكُمْ قَالَ رَجُلٌ مِنَ الأَنْصَارِ يُقَالُ لَهُ : أَبُو قَتَادَةَ : صَلِّ عَلَيْهِ وَعَلَيَّ دَيْنُهُ ، فَصَلَّى عَلَيْهِ.

“Rəvayət edilir ki, Sələmə ibn əl-Əkva ﵁ demişdir: “Peyğəmbərin ﷺ yanına bir cənazə gətirib dedilər: “Ey Allahın Peyğəmbəri, onun cənazə namazını qıl!” Allah Elçisi ﷺ dedi: “Onun borcu varmı?” Səhabələr dedilər: “Bəli, var”. Peyğəmbər ﷺ dedi: “Onun tərk etdiyi bir şey varmı?” Səhabələr dedilər: “Xeyr”. Peyğəmbər ﷺ dedi: “Onda yoldaşınızın cənazə namazını qılın!” Ənsardan Əbu Qatədə adlı bir kişi dedi: “Namazını qılın, onun borcunu mən ödəyəcəm”. Peyğəmbər ﷺ də onun cənazə namazını qıldı”.”

Sələmə
Nəsəi, 1961 (Cənazələr, 144)Səhih

أَخْبَرَنَا إِسْمَعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ وَهُوَ ابْنُ زُرَيْعٍ ، قَالَ : حَدَّثَنَا هِشَامُ بْنُ أَبِي عَبْدِ اللهِ ، عَنْ يَحْيَى بْنِ أَبِي كَثِيرٍ ، عَنْ أَبِي إِبْرَاهِيمَ الأَنْصَارِيِّ ، عَنْ أَبِيه ، أَنَّهُ سَمِعَ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ فِي الصَّلاَةِ عَلَى الْمَيِّتِ : اللَّهُمَّ اغْفِرْ لِحَيِّنَا وَمَيِّتِنَا ، وَشَاهِدِنَا وَغَائِبِنَا ، وَذَكَرِنَا وَأُنْثَانَا ، وَصَغِيرِنَا وَكَبِيرِنَا.

“Əbu İbrahim əl-Ənsari ﵀ rəvayət edir ki, atası Peyğəmbrin ﷺ bir cənazə namazında belə dediyini eşitmişdir: “Allahım, dirimizi və ölümüzü, burada olanımızı və olmayanımızı, kişimizi və qadınımızı, kiçiyimizi və böyüyümüzü bağışla!””

Əbu İbrahim əl-Ənsari
Nəsəi, 1986 (Cənazələr, 169)Səhih

أَخْبَرَنَا أَزْهَرُ بْنُ جَمِيلٍ ، قَالَ : حَدَّثَنَا خَالِدُ بْنُ الْحَارِثِ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، قَالَ : وَذَكَرَ عَوْنَ بْنَ أَبِي جُحَيْفَةَ قَالَ : سَمِعْتُ الْمُنْذِرَ بْنَ جَرِيرٍ ، يُحَدِّثُ عَنْ أَبِيهِ ، قَالَ : كُنَّا عِنْدَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فِي صَدْرِ النَّهَارِ ، فَجَاءَ قَوْمٌ عُرَاةً حُفَاةً مُتَقَلِّدِي السُّيُوفِ ، عَامَّتُهُمْ مِنْ مُضَرَ ، بَلْ كُلُّهُمْ مِنْ مُضَرَ ، فَتَغَيَّرَ وَجْهُ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِمَا رَأَى بِهِمْ مِنَ الْفَاقَةِ ، فَدَخَلَ ثُمَّ خَرَجَ ، فَأَمَرَ بِلاَلاً فَأَذَّنَ ، فَأَقَامَ الصَّلاَةَ ، فَصَلَّى ثُمَّ خَطَبَ ، فَقَالَ : يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ مِنْ نَفْسٍ وَاحِدَةٍ ، وَخَلَقَ مِنْهَا زَوْجَهَا ، وَبَثَّ مِنْهُمَا ، رِجَالاً كَثِيرًا ، وَنِسَاءً ، وَاتَّقُوا اللَّهَ الَّذِي تَسَاءَلُونَ بِهِ ، وَالأَرْحَامَ ، إِنَّ اللَّهَ كَانَ عَلَيْكُمْ رَقِيبًا ، وَاتَّقُوا اللَّهَ وَلْتَنْظُرْ نَفْسٌ مَا قَدَّمَتْ لِغَدٍ ، تَصَدَّقَ رَجُلٌ مِنْ دِينَارِهِ مِنْ دِرْهَمِهِ مِنْ ثَوْبِهِ ، مِنْ صَاعِ بُرِّهِ مِنْ صَاعِ تَمْرِهِ ، حَتَّى قَالَ : وَلَوْ بِشِقِّ تَمْرَةٍ ، فَجَاءَ رَجُلٌ مِنَ الأَنْصَارِ بِصُرَّةٍ كَادَتْ كَفُّهُ تَعْجِزُ عَنْهَا ، بَلْ قَدْ عَجَزَتْ ، ثُمَّ تَتَابَعَ النَّاسُ حَتَّى رَأَيْتُ كَوْمَيْنِ مِنْ طَعَامٍ ، وَثِيَابٍ ، حَتَّى رَأَيْتُ وَجْهَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَتَهَلَّلُ كَأَنَّهُ مُذْهَبَةٌ ، فَقَالَ : رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ سَنَّ فِي الإِسْلاَمِ سُنَّةً حَسَنَةً ، فَلَهُ أَجْرُهَا ، وَأَجْرُ مَنْ عَمِلَ بِهَا مِنْ غَيْرِ أَنْ يَنْقُصَ مِنْ أُجُورِهِمْ شَيْئًا ، وَمَنْ سَنَّ فِي الإِسْلاَمِ سُنَّةً سَيِّئَةً ، فَعَلَيْهِ وِزْرُهَا ، وَوِزْرُ مَنْ عَمِلَ بِهَا مِنْ غَيْرِ أَنْ يَنْقُصَ مِنْ أَوْزَارِهِمْ شَيْئًا.

“Rəvayət edilir ki, Munzir ibn Cərir atasının ﵁ belə dediyini eşitmişdir: “Günorta vaxtı Allah Elçisi ﷺ ilə birlikdə oturmuşduq. Mudar tayfasından bir dəstə insan paltarsız və ayaqyalın bir vəziyyətdə əllərində qılınc yanımıza gəldilər. Allah Elçisi ﷺ onların bu vəziyyətini gördükdə üzünün rəngi dəyişdi. İçəri girdi, sonra çıxdı və Bilala azan verməsini əmr etdi. İqamə deyildikdən sonra namaz qılındı. Sonra xütbə deyərək belə buyurdu: “Ey insanlar! Sizi tək bir candan xəlq edən, ondan zövcəsini yaradan və o ikisindən də bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən cürbəcür şeylər istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir” (ən-Nisa, 1). Allahın əzabından qorunmağa çalışın. Hər kəs sabah üçün hazırladığına baxsın...”. İnsanlar dinarlarından, dirhəmlərindən, paltarlarından, buğda və xurmasından bir xurma belə olsa sədəqə verdilər. Ənsardan olan bir nəfər çətinliklə daşıdığı bir səbət xurma ilə gəldi. Başqaları da onun ardınca bəzi şeylər gətirdilər. Gətirilən ərzağın və geyimlərin iki topa olduğunu gördüm. Allah Elçisinin ﷺ üzü güldü və sevincdən qızıl kimi parıldayırdı. O buyurdu: “Kim İslamda yaxşı bir yol qoyarsa, ona həm bu etdiyinin, həm də bu yolda mükafat qazananların, mükafatlarından heç bir şey əskilmədən mükafatı verilər. Kim İslamda pis bir yol qoyarsa, ona həm bu etdiyinin, həm də bu yolda günah qazananların, günahlarından bir şey əskilmədən günahı verilər”.”

Munzir ibn Cərir atasından
Nəsəi, 2554 (Zəkat, 120)Səhih

أَخْبَرَنِي هَارُونُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا مَعْنٌ ، قَالَ : حَدَّثَنَا مَالِكٌ (ح) وَأَنْبَأَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، عَنْ مَالِكٍ ، عَنْ زَيْدِ بْنِ أَسْلَمَ ، عَنْ ابْنِ بُجَيْدٍ الأَنْصَارِيِّ ، عَنْ جَدِّتِهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : رُدُّوا السَّائِلَ وَلَوْ بِظِلْفٍ - فِي حَدِيثِ هَارُونَ - مُحْرَقٍ.

“İbn Buceyd əl-Ənsari babasından ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Ehtiyacı olanı əliboş qaytarmayın. Bir heyvan dırnağı olsa belə ona mütləq verin”.”

İbn Buceyd əl-Ənsari babasından
Nəsəi, 2565 (Zəkat, 131)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، عَنْ مَالِكٍ ، عَنْ زَيْدِ بْنِ أَسْلَمَ ، عَنْ إِبْرَاهِيمَ بْنِ عَبْدِ اللهِ بْنِ حُنَيْنٍ ، عَنْ أَبِيهِ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَبَّاسٍ ، وَالْمِسْوَرِ بْنِ مَخْرَمَةَ ، أَنَّهُمَا اخْتَلَفَا بِالأَبْوَاءِ فَقَالَ ابْنُ عَبَّاسٍ : يَغْسِلُ الْمُحْرِمُ رَأْسَهُ ، وَقَالَ الْمِسْوَرُ : لاَ يَغْسِلُ رَأْسَهُ ، فَأَرْسَلَنِي ابْنُ عَبَّاسٍ إِلَى أَبِي أَيُّوبَ الأَنْصَارِيِّ أَسْأَلُهُ عَنْ ذَلِكَ فَوَجَدْتُهُ يَغْتَسِلُ بَيْنَ قَرْنَيِ الْبِئْرِ ، وَهُوَ مُسْتَتِرٌ بِثَوْبٍ ، فَسَلَّمْتُ عَلَيْهِ ، وَقُلْتُ : أَرْسَلَنِي إِلَيْكَ عَبْدُ اللهِ بْنُ عَبَّاسٍ أَسْأَلُكَ ، كَيْفَ كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَغْسِلُ رَأْسَهُ وَهُوَ مُحْرِمٌ ؟ : فَوَضَعَ أَبُو أَيُّوبَ يَدَهُ عَلَى الثَّوْبِ فَطَأْطَأَهُ حَتَّى بَدَا رَأْسُهُ ، ثُمَّ قَالَ لِإِنْسَانٍ : يَصُبُّ عَلَى رَأْسِهِ ، ثُمَّ حَرَّكَ رَأْسَهُ بِيَدَيْهِ ، فَأَقْبَلَ بِهِمَا ، وَأَدْبَرَ ، وَقَالَ : هَكَذَا رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَفْعَلُ.

“Rəvayət edilir ki, Abdullah ibn Abbas ﵄ və Misvər ibn Məxramə Əbva deyilən yerdə bir ixtilafa düşdülər. İbn Abbas: “Ehramlı kimsə başını yuya bilər” deyərkən, Misvər: “Başını yuya bilməz” deyirdi. İbn Abbas məni (ravini) Əbu Əyyub əl-Ənsarinin yanına göndərdi ki, ondan bu barədə soruşum. Yanına gəldikdə onu quyunun iki dirəyi arasında bir paltarla gizlənib yuyunarkən gördüm, salam verdim və: “Məni Abdullah ibn Abbas sənin yanına göndərib soruşum ki, Allah Elçisi ﷺ ehramlı ikən başını yuyardımı?” Əbu Əyyub əlini paltarın üstünə qoyub onu başı görünənə qədər aşağı saldı, sonra kiməsə onun başına su tökməsini buyurdu. Sonra əlləri ilə başını irəli və arxaya sürtdü və dedi: “Mən Allah Elçisinin ﷺ belə etdiyini görmüşəm”.”

Abdullah ibn Abbas
Nəsəi, 2665 (Həcc, 47)Səhih

أَخْبَرَنَا حُمَيْدُ بْنُ مَسْعَدَةَ الْبَصْرِيُّ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ وَهُوَ ابْنُ حَبِيبٍ ، عَنِ الْحَجَّاجِ الصَّوَّافِ ، عَنْ يَحْيَى بْنِ أَبِي كَثِيرٍ ، عَنْ عِكْرِمَةَ ، عَنِ الْحَجَّاجِ بْنِ عَمْرٍو الأَنْصَارِيِّ ، أَنَّهُ سَمِعَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : مَنْ عَرِجَ أَوْ كُسِرَ فَقَدْ حَلَّ وَعَلَيْهِ حَجَّةٌ أُخْرَى فَسَأَلْتُ ابْنَ عَبَّاسٍ ، وَأَبَا هُرَيْرَةَ ، عَنْ ذَلِكَ فَقَالاَ : صَدَقَ.

“İkrimə ﵀ rəvayət edir ki, Həccac ibn Amr əl-Ənsari Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişdir: “Kim topal olar və ya ayağı sınarsa, ehramdan çıxar və gələn il həcc edər”. Mən İbn Abbas və Əbu Hureyradan bu haqda soruşdum, onlar: “Doğru söylədi” dedilər.”

İkrimə
Nəsəi, 2860 (Həcc, 242)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ الْقَاسِمِ ، حَدَّثَنِي مَالِكٌ ، عَنْ مُحَمَّدِ بْنِ عَمْرِو بْنِ حَلْحَلَةَ الدُّؤَلِيِّ ، عَنْ مُحَمَّدِ بْنِ عِمْرَانَ الأَنْصَارِيِّ ، عَنْ أَبِيهِ ، قَالَ : عَدَلَ إِلَيَّ عَبْدُ اللهِ بْنُ عُمَرَ ، وَأَنَا نَازِلٌ ، تَحْتَ سَرْحَةٍ بِطَرِيقِ مَكَّةَ ، فَقَالَ : مَا أَنْزَلَكَ تَحْتَ هَذِهِ الشَّجَرَةِ ؟ فَقُلْتُ : أَنْزَلَنِي ظِلُّهَا قَالَ عَبْدُ اللهِ : فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا كُنْتَ بَيْنَ الأَخْشَبَيْنِ مِنْ مِنًى ، وَنَفَخَ بِيَدِهِ نَحْوَ الْمَشْرِقِ ، فَإِنَّ هُنَاكَ وَادِيًا يُقَالُ لَهُ السُّرَّبَةُ - وَفِي حَدِيثِ الْحَارِثِ ، يُقَالُ لَهُ : السُّرَرُ - بِهِ سَرْحَةٌ سُرَّ تَحْتَهَا سَبْعُونَ نَبِيًّا.

“Muhəmməd ibn İmran əl-Ənsari atasının ﵀ belə dediyini rəvayət etmişdir: “Mən Məkkəyə gedən yolda böyük bir ağacın altında oturarkən Abdullah ibn Ömər mənə dedi: “Niyə bu ağacın altında oturmusan?” Mən də: “Kölgələnmək üçün” dedim. Abdullah dedi: “Allah Elçisi ﷺ belə buyurmuşdu: “Minada iki ağacın arasında oturduğunuz zaman – günçıxan tərəfə işarə edərək – bu tərəfdə bir vadi var ki, adına əs-Surrabə deyilir. Onun altından yetmiş peyğəmbər keçib”.”

Muhəmməd ibn İmran əl-Ənsari atasından
Nəsəi, 2995 (Həcc, 377)Zəif

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ حَاتِمِ بْنِ نُعَيْمٍ ، قَالَ : أَنْبَأَنَا سُوَيْدٌ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ عَبْدِ الْوَارِثِ ثِقَةٌ ، قَالَ : حَدَّثَنَا حُمَيْدٌ الأَعْرَجُ ، عَنْ مُحَمَّدِ بْنِ إِبْرَاهِيمَ التَّيْمِيِّ ، عَنْ رَجُلٍ مِنْهُمْ يُقَالُ لَهُ : عَبْدُ الرَّحْمَنِ بْنُ مُعَاذٍ ، قَالَ : خَطَبَنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِمِنًى ، فَفَتَحَ اللَّهُ أَسْمَاعَنَا حَتَّى إِنْ كُنَّا لَنَسْمَعُ مَا يَقُولُ وَنَحْنُ فِي مَنَازِلِنَا ، فَطَفِقَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، يُعَلِّمُهُمْ مَنَاسِكَهُمْ حَتَّى بَلَغَ الْجِمَارَ فَقَالَ : بِحَصَى الْخَذْفِ وَأَمَرَ الْمُهَاجِرِينَ أَنْ يَنْزِلُوا فِي مُقَدَّمِ الْمَسْجِدِ ، وَأَمَرَ الأَنْصَارَ أَنْ يَنْزِلُوا فِي مُؤَخَّرِ الْمَسْجِدِ.

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Muaz ﵁ demişdir: “Allah Elçisi ﷺ Minada xütbə verdi. Həmin vaxt Allah qulaqlarımızı açmışdı və biz olduğumuz yerdə deyilənlərin hamısını eşidirdik. Peyğəmbər ﷺ həcdə edilməsi lazım olan hər şeyi, atılacaq daşların ölçüsünü belə bildirdi. Mühacirlərə məscidin ön tərəfində, ənsara da onlardan arxada durmalarını buyurdu”.”

Abdur-Rahmən ibn Muaz
Nəsəi, 2996 (Həcc, 378)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، عَنْ عَمْرِو بْنِ عَبْدِ اللهِ بْنِ صَفْوَانَ ، أَنَّ يَزِيدَ بْنَ شَيْبَانَ ، قَالَ : كُنَّا وُقُوفًا بِعَرَفَةَ مَكَانًا بَعِيدًا مِنَ الْمَوْقِفِ ، فَأَتَانَا ابْنُ مِرْبَعٍ الأَنْصَارِيُّ ، فَقَالَ : إِنِّي رَسُولُ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَيْكُمْ ، يَقُولُ : كُونُوا عَلَى مَشَاعِرِكُمْ ، فَإِنَّكُمْ عَلَى إِرْثٍ مِنْ إِرْثِ أَبِيكُمْ إِبْرَاهِيمَ عَلَيْهِ السَّلاَمُ.

“Rəvayət edilir ki, Yəzid ibn Şaban ﵁ demişdir: “Biz Arafada olarkən durmalı olduğumuz yerdən uzaqda idik. İbn Mirbə əl-Ənsari bizim yanımıza gələrək dedi: “Məni sizin yanınıza Allah Elçisi ﷺ göndərdi və buyurdu: “Durmalı olduğumuz yerdə durun, çünki atanız İbrahimin ﵇ varisisiniz”.”

Yəzid ibn Şaban
Nəsəi, 3014 (Həcc, 396)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا أَبِي ، قَالَ : حَدَّثَنَا سَعِيدُ بْنُ أَبِي أَيُّوبَ ، قَالَ : حَدَّثَنِي شُرَحْبِيلُ بْنُ شَرِيكٍ الْمَعَافِرِيُّ ، عَنْ أَبِي عَبْدِ الرَّحْمَنِ الْحُبُلِيِّ ، أَنَّهُ سَمِعَ أَبَا أَيُّوبَ الأَنْصَارِيَّ ، يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : غَدْوَةٌ فِي سَبِيلِ اللهِ أَوْ رَوْحَةٌ خَيْرٌ مِمَّا طَلَعَتْ عَلَيْهِ الشَّمْسُ وَغَرَبَتْ.

“Rəvayət edilir ki, Əbu Əyyub əl-Ənsari ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Səhər və axşam Allah yolunda olmaq günəşin doğub batdığı bir gündə ediləcək hər şeydən xeyirlidir”.”

Əbu Əyyub əl-Ənsari
Nəsəi, 3119 (Cihad, 35)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ سَوَّادٍ ، قَالَ : أَنْبَأَنَا ابْنُ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي يَحْيَى بْنُ أَيُّوبَ وَذَكَرَ آخَرَ قَبْلَهُ ، عَنْ عُمَارَةَ بْنِ غَزِيَّةَ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : لَمَّا كَانَ يَوْمُ أُحُدٍ وَوَلَّى النَّاسُ ، كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي نَاحِيَةٍ فِي اثْنَيْ عَشَرَ رَجُلاً مِنَ الأَنْصَارِ ، وَفِيهِمْ طَلْحَةُ بْنُ عُبَيْدِ اللهِ ، فَأَدْرَكَهُمُ الْمُشْرِكُونَ ، فَالْتَفَتَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَقَالَ : مَنْ لِلْقَوْمِ ؟ فَقَالَ طَلْحَةُ : أَنَا ، قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : كَمَا أَنْتَ فَقَالَ رَجُلٌ مِنَ الأَنْصَارِ : أَنَا يَا رَسُولَ اللهِ ، فَقَالَ : أَنْتَ فَقَاتَلَ ، حَتَّى قُتِلَ ، ثُمَّ الْتَفَتَ فَإِذَا الْمُشْرِكُونَ ، فَقَالَ : مَنْ لِلْقَوْمِ ؟ فَقَالَ طَلْحَةُ : أَنَا ، قَالَ : كَمَا أَنْتَ ، فَقَالَ رَجُلٌ مِنَ الأَنْصَارِ : أَنَا ، فَقَالَ : أَنْتَ فَقَاتَلَ ، حَتَّى قُتِلَ ، ثُمَّ لَمْ يَزَلْ يَقُولُ ذَلِكَ ، وَيَخْرُجُ إِلَيْهِمْ رَجُلٌ مِنَ الأَنْصَارِ فَيُقَاتِلُ قِتَالَ مَنْ قَبْلَهُ حَتَّى يُقْتَلَ ، حَتَّى بَقِيَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَطَلْحَةُ بْنُ عُبَيْدِ اللهِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ لِلْقَوْمِ ؟ فَقَالَ طَلْحَةُ : أَنَا ، فَقَاتَلَ طَلْحَةُ قِتَالَ الأَحَدَ عَشَرَ ، حَتَّى ضُرِبَتْ يَدُهُ ، فَقُطِعَتْ أَصَابِعُهُ ، فَقَالَ : حَسِّ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لَوْ قُلْتَ بِسْمِ اللهِ لَرَفَعَتْكَ الْمَلاَئِكَةُ وَالنَّاسُ يَنْظُرُونَ ، ثُمَّ رَدَّ اللَّهُ الْمُشْرِكِينَ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “İnsanlar Uhud döyüşündə qaçdıqları vaxt Allah Elçisi ﷺ ənsardan olan on iki nəfərlə birlikdə bir tərəfdə qalmışdı. Təlhə ibn Ubeydullah da onların arasında idi. Müşriklər onlara çatdıqda Allah Elçisi ﷺ yanındakılara dedi: “Onlara qarşı kim dayanacaq?” Təlhə: “Mən” dedi. Allah Elçisi ﷺ buyurdu: “Sən olduğun yerdə qal!” Ənsardan bir nəfər çıxıb dedi: “Mən dayanaram, ey Allahın Elçisi!” Allah Elçisi ﷺ dedi: “Yaxşı, sən dur!” O da öldürülənə qədər döyüşdü. Sonra müşriklər yenə onlara yaxınlaşdıqda Allah Elçisi ﷺ yanındakılara dedi: “Onlara qarşı kim dayanacaq?” Təlhə: “Mən” dedi. Allah Elçisi ﷺ buyurdu: “Sən olduğun yerdə qal!” Ənsardan bir nəfər çıxıb dedi: “Mən dayanaram, ey Allahın Elçisi!” Allah Elçisinin ﷺ belə deməsi və ənsardan olan başqalarının da öldürülməsi davam etdi. Sonda Allah Elçisi ﷺ və Təlhə qaldı. Allah Elçisi ﷺ dedi: “Onlara qarşı kim dayanacaq?” Təlhə: “Mən” dedi. Təlhə ondan qabaqkı on bir nəfər kimi döyüşdü və əlindən yaralanaraq barmaqları kəsildikdə ağrıdan qışqırdı. Allah Elçisi ﷺ buyurdu: “Əgər “bismilləh” desəydin, insanlar görə-görə mələklər səni qaldırardılar və Allah da müşrikləri yox edərdi”.”

Cabir ibn Abdullah
Nəsəi, 3149 (Cihad, 65)Həsən

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ آدَمَ ، قَالَ : حَدَّثَنَا عَلِيُّ بْنُ هَاشِمِ بْنِ الْبَرِيدِ ، عَنْ يَزِيدَ بْنِ كَيْسَانَ ، عَنْ أَبِي حَازِمٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : جَاءَ رَجُلٌ مِنَ الأَنْصَارِ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : إِنِّي تَزَوَّجْتُ امْرَأَةً ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أَلاَ نَظَرْتَ إِلَيْهَا ، فَإِنَّ فِي أَعْيُنِ الأَنْصَارِ شَيْئًا. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : وَجَدْتُ هَذَا الْحَدِيثَ فِي مَوْضِعٍ آخَرَ ، عَنْ يَزِيدَ بْنِ كَيْسَانَ ، أَنَّ جَابِرَ بْنَ عَبْدِ اللهِ حَدَّثَ ، وَالصَّوَابُ أَبُو هُرَيْرَةَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Ənsardan olan bir kişi Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Mən bir qadınla evləndim”. Peyğəmbər ﷺ buyurdu: “Ona baxmısanmı? Ənsardan olan qadının gözlərində (naqis olan) bir şey ola bilər”.”

Əbu Hureyra
Nəsəi, 3246 (Nikah, 51)Səhih

أَخْبَرَنِي أَحْمَدُ بْنُ يَحْيَى بْنِ الْوَزِيرِ بْنِ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا سَعِيدُ بْنُ كَثِيرِ بْنِ عُفَيْرٍ ، قَالَ : أَنْبَأَنَا سُلَيْمَانُ بْنُ بِلاَلٍ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ حُمَيْدٍ الطَّوِيلِ ، عَنْ أَنَسٍ ، قَالَ : رَأَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَلَيَّ - كَأَنَّهُ يَعْنِي عَبْدَ الرَّحْمَنِ بْنَ عَوْفٍ - أَثَرَ صُفْرَةٍ ، فَقَالَ : مَهْيَمْ ؟ قَالَ : تَزَوَّجْتُ امْرَأَةً مِنَ الأَنْصَارِ ، فَقَالَ : أَوْلِمْ وَلَوْ بِشَاةٍ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ Abdur-Rahmən ibn Aufun üzərində (yeni evlənənlərin vurduğu) ətirin izini görüb dedi: “Bu nədir belə?” Abdur-Rahmən dedi: “Ənsardan olan bir qadınla evləndim”. Allah Elçisi ﷺ buyurdu: “Bir qoyunla olsa belə, toy ziyafəti ver!””

Ənəs
Nəsəi, 3374 (Nikah, 179)Səhih

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا شَرِيكٌ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ عَامِرِ بْنِ سَعْدٍ ، قَالَ : دَخَلْتُ عَلَى قُرَظَةَ بْنِ كَعْبٍ ، وَأَبِي مَسْعُودٍ الأَنْصَارِيِّ ، فِي عُرْسٍ ، وَإِذَا جَوَارٍ يُغَنِّينَ ، فَقُلْتُ : أَنْتُمَا صَاحِبَا رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَمِنْ أَهْلِ بَدْرٍ ، يُفْعَلُ هَذَا عِنْدَكُمْ ؟ فَقَالَ : اجْلِسْ إِنْ شِئْتَ فَاسْمَعْ مَعَنَا ، وَإِنْ شِئْتَ اذْهَبْ ، قَدْ رُخِّصَ لَنَا فِي اللَّهْوِ عِنْدَ الْعُرْسِ.

“Rəvayət edilir ki, Amir ibn Səd ﵀ demişdir: “Bir toyda Quraza ibn Kəb və Əbu Məsud əl-Ənsarinin yanına gəldim. Bu arada kiçik qız uşaqları mahnı oxuyurdular. Mən dedim: “Siz Allah Elçisinin ﷺ səhabələri və Bədr döyüşündə iştirak edənlər olduğunuz halda yanınızda mahnı oxuyurlar?” Onlardan biri dedi: “İstəyirsənsə, otur, sən də bizimlə birlikdə dinlə, istəmirsənsə, çıx get! Çünki bizə toyda əylənməyə icazə verildi”.”

Amir ibn Səd
Nəsəi, 3383 (Nikah, 188)Həsən

أَخْبَرَنَا أَحْمَدُ بْنُ يَحْيَى بْنِ الْوَزِيرِ ، قَالَ : حَدَّثَنَا سَعِيدُ بْنُ كَثِيرِ بْنِ عُفَيْرٍ ، قَالَ : أَخْبَرَنِي سُلَيْمَانُ بْنُ بِلاَلٍ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ حُمَيْدٍ الطَّوِيلِ ، عَنْ أَنَسٍ ، أَنَّهُ سَمِعَهُ يَقُولُ : آخَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بَيْنَ قُرَيْشٍ وَالأَنْصَارِ ، فَآخَى بَيْنَ سَعْدِ بْنِ الرَّبِيعِ وَعَبْدِ الرَّحْمَنِ بْنِ عَوْفٍ ، فَقَالَ لَهُ سَعْدٌ : إِنَّ لِي مَالاً ، فَهُوَ بَيْنِي وَبَيْنَكَ شَطْرَانِ ، وَلِي امْرَأَتَانِ ، فَانْظُرْ أَيُّهُمَا أَحَبُّ إِلَيْكَ فَأَنَا أُطَلِّقُهَا ، فَإِذَا حَلَّتْ فَتَزَوَّجْهَا ، قَالَ : بَارَكَ اللَّهُ لَكَ فِي أَهْلِكَ وَمَالِكَ ، دُلُّونِي - أَيْ عَلَى السُّوقِ ، فَلَمْ يَرْجِعْ حَتَّى رَجَعَ بِسَمْنٍ وَأَقِطٍ قَدْ أَفْضَلَهُ ، قَالَ : وَرَأَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَلَيَّ أَثَرَ صُفْرَةٍ ، فَقَالَ : مَهْيَمْ ؟ فَقُلْتُ : تَزَوَّجْتُ امْرَأَةً مِنَ الأَنْصَارِ ، فَقَالَ : أَوْلِمْ وَلَوْ بِشَاةٍ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ Məkkədən Mədinəyə hicrət etdikdən sonra qureyşlilərlə ənsarlar arasında qardaşlıq yaratdı. Səd ibn Rabi ilə Abdur-Rahmən ibn Auf qardaşlaşmış adamlardan idilər. Səd ona dedi: “Mənim mal-dövlətim var, onu ikimiz arasında yarı-yarıya bölüşərik. Mənim iki dənə zövcəm var, bax, hansı xoşuna gəlsə, onu boşayaram. İddə müddəti bitib sənə halal olandan sonra onunla evlənərsən”. Abdur-Rahmən: “Allah ailəni və malını sənin üçün bərəkətli etsin! Sən mənə sadəcə bazarın yolunu göstər”, - dedi və bazara getdi. Sonra qazandığı yağ və pendirlə geri döndü. Abdur-Rahmən deyir: “Bir müddət sonra Allah Elçisi ﷺ mənim üzərimdə evlənənlərin vurduğu ətirin izini gördükdə dedi: “Bu nədir belə?” Mən dedim: “Ənsardan olan bir qadınla evləndim”. Allah Elçisi ﷺ də buyurdu: “Bir qoyunla olsa belə, toy ziyafəti ver!””

Ənəs
Nəsəi, 3388 (Nikah, 193)Səhih

أَخْبَرَنَا مَحْمُودُ بْنُ غَيْلاَنَ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عُثْمَانَ الْبَتِّيِّ ، عَنْ عَبْدِ الْحَمِيدِ بْنِ سَلَمَةَ الأَنْصَارِيِّ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ : أَنَّهُ أَسْلَمَ وَأَبَتْ امْرَأَتُهُ أَنْ تُسْلِمَ ، فَجَاءَ ابْنٌ لَهُمَا صَغِيرٌ لَمْ يَبْلُغِ الْحُلُمَ ، فَأَجْلَسَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ الأَبَ هَاهُنَا وَالأُمَّ هَاهُنَا ثُمَّ خَيَّرَهُ ، فَقَالَ : اللَّهُمَّ اهْدِهِ فَذَهَبَ إِلَى أَبِيهِ.

“Abdul-Həmid ibn Sələmə əl-Ənsari atasından və babasından ﵄ rəvayət edir ki, müsəlman olduqda zövcəsi İslamı qəbul etməmişdi. Onların kiçik və həddi-büluğa çatmayan bir oğlan uşaqları var idi. Peyğəmbər ﷺ ananı bir tərəfdə, atanı digər tərəfdə oturtdu. Sonra da uşağı seçim etməkdə sərbəst buraxdı və belə dua etdi: “Allahım, ona doğru olanı göstər!” Uşaq da atasını seçdi.”

Abdul-Həmid ibn Sələmə əl-Ənsari atasından və babasından
Nəsəi, 3495 (Talaq, 107)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : اسْتَفْتَى سَعْدُ بْنُ عُبَادَةَ الأَنْصَارِيُّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي نَذْرٍ كَانَ عَلَى أُمِّهِ ، فَتُوُفِّيَتْ قَبْلَ أَنْ تَقْضِيَهُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : اقْضِهِ عَنْهَا.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Səd ibn Ubadə əl-Ənsarinin anası üzərində nəzir borcu ola-ola vəfat etdi. O da Allah Elçisinə ﷺ bunu xəbər verdi. Allah Elçisi ﷺ buyurdu: “Onun nəzirini yerinə yetir!””

İbn Abbas
Nəsəi, 3662 (Vəsiyyətlər, 52)Səhih

أَخْبَرَنَا مُوسَى بْنُ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا أَبُو أُسَامَةَ ، قَالَ : حَدَّثَنَا أَبُو حَيَّانَ ، عَنِ الشَّعْبِيِّ ، قَالَ : حَدَّثَنِي النُّعْمَانُ بْنُ بَشِيرٍ الأَنْصَارِيُّ : أَنَّ أُمَّهُ ابْنَةَ رَوَاحَةَ سَأَلَتْ أَبَاهُ بَعْضَ الْمَوْهِبَةِ مِنْ مَالِهِ لاِبْنِهَا ، فَالْتَوَى بِهَا سَنَةً ، ثُمَّ بَدَا لَهُ فَوَهَبَهَا لَهُ ، فَقَالَتْ : لاَ أَرْضَى حَتَّى تُشْهِدَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، إِنَّ أُمَّ هَذَا ابْنَةَ رَوَاحَةَ قَاتَلَتْنِي عَلَى الَّذِي وَهَبْتُ لَهُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : يَا بَشِيرُ ، أَلَكَ وَلَدٌ سِوَى هَذَا ؟ قَالَ : نَعَمْ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أَفَكُلُّهُمْ وَهَبْتَ لَهُمْ مِثْلَ الَّذِي وَهَبْتَ لاِبْنِكَ هَذَا ؟ قَالَ : لاَ ، قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : فَلاَ تُشْهِدْنِي إِذًا ، فَإِنِّي لاَ أَشْهَدُ عَلَى جَوْرٍ.

“Numan ibn Bəşir əl-Ənsari ﵄ rəvayət edir ki, Ravahanın qızı olan anası atasından Numana malından bir qədər bağışlamasını istədi, lakin Numanın atasının işi çətinliyə düşdü və bu, bir il çəkdi. Sonra da oğluna bəzi şeylər bağışladı. Numanın anası, Allah Elçisini ﷺ şahid tutmasa, buna razı olmadığını bildirdi. Numanın atası Allah Elçisinin ﷺ yanına gəldi və dedi: “Ey Allahın Elçisi, bu uşağın anası, yəni mənim zövcəm uşağa verdiyim bir hədiyyəyə görə məni incidir”. Allah Elçisi ﷺ buyurdu: “Ey Bəşir! Sənin bu uşaqdan başqa uşaqların varmı?” O: “Bəli!”, - dedi. Allah Elçisi ﷺ buyurdu: “Elə isə bu oğluna verdiyin kimi, onlara da bir şey verdinmi?” Bəşir: “Xeyr!”, - dedikdə Allah Elçisi ﷺ buyurdu: “Onda mən bu işə şahidlik edə bilmərəm! Ədalətsizlik olan bir işdə mən şahidlik edə bilmərəm”.”

Numan ibn Bəşir əl-Ənsari
Nəsəi, 3681 (Hədiyyə, 10)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي عَدِيٍّ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ مُحَمَّدِ بْنِ إِسْحَاقَ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، قَالَ : كُنَّا عِنْدَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ إِذْ أَتَتْهُ وَفْدُ هَوَازِنَ ، فَقَالُوا : يَا مُحَمَّدُ ، إِنَّا أَصْلٌ وَعَشِيرَةٌ ، وَقَدْ نَزَلَ بِنَا مِنَ الْبَلاَءِ مَا لاَ يَخْفَى عَلَيْكَ ، فَامْنُنْ عَلَيْنَا مَنَّ اللَّهُ عَلَيْكَ ، فَقَالَ : اخْتَارُوا مِنْ أَمْوَالِكُمْ أَوْ مِنْ نِسَائِكُمْ وَأَبْنَائِكُمْ ، فَقَالُوا : قَدْ خَيَّرْتَنَا بَيْنَ أَحْسَابِنَا وَأَمْوَالِنَا بَلْ نَخْتَارُ نِسَاءَنَا وَأَبْنَاءَنَا ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أَمَّا مَا كَانَ لِي وَلِبَنِي عَبْدِ الْمُطَّلِبِ فَهُوَ لَكُمْ ، فَإِذَا صَلَّيْتُ الظُّهْرَ فَقُومُوا ، فَقُولُوا : إِنَّا نَسْتَعِينُ بِرَسُولِ اللهِ عَلَى الْمُؤْمِنِينَ أَوِ الْمُسْلِمِينَ فِي نِسَائِنَا وَأَبْنَائِنَا فَلَمَّا صَلَّوْا الظُّهْرَ قَامُوا فَقَالُوا ذَلِكَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : فَمَا كَانَ لِي وَلِبَنِي عَبْدِ الْمُطَّلِبِ فَهُوَ لَكُمْ ، فَقَالَ الْمُهَاجِرُونَ : وَمَا كَانَ لَنَا فَهُوَ لِرَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، وَقَالَتِ الأَنْصَارُ : مَا كَانَ لَنَا فَهُوَ لِرَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ الأَقْرَعُ بْنُ حَابِسٍ : أَمَّا أَنَا وَبَنُو تَمِيمٍ فَلاَ ، وَقَالَ عُيَيْنَةُ بْنُ حِصْنٍ : أَمَّا أَنَا وَبَنُو فَزَارَةَ فَلاَ ، وَقَالَ الْعَبَّاسُ بْنُ مِرْدَاسٍ : أَمَّا أَنَا وَبَنُو سُلَيْمٍ فَلاَ ، فَقَامَتْ بَنُو سُلَيْمٍ فَقَالُوا : كَذَبْتَ ، مَا كَانَ لَنَا فَهُوَ لِرَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : يَا أَيُّهَا النَّاسُ ، رُدُّوا عَلَيْهِمْ نِسَاءَهُمْ وَأَبْنَاءَهُمْ ، فَمَنْ تَمَسَّكَ مِنْ هَذَا الْفَيْءِ بِشَيْءٍ فَلَهُ سِتُّ فَرَائِضَ مِنْ أَوَّلِ شَيْءٍ يُفِيئُهُ اللَّهُ عَزَّ وَجَلَّ عَلَيْنَا ، وَرَكِبَ رَاحِلَتَهُ وَرَكِبَ النَّاسُ اقْسِمْ عَلَيْنَا فَيْئَنَا ، فَأَلْجَئُوهُ إِلَى شَجَرَةٍ فَخَطِفَتْ رِدَاءَهُ ، فَقَالَ : يَا أَيُّهَا النَّاسُ ، رُدُّوا عَلَيَّ رِدَائِي ، فَوَاللَّهِ لَوْ أَنَّ لَكُمْ شَجَرَ تِهَامَةَ نَعَمًا قَسَمْتُهُ عَلَيْكُمْ ثُمَّ لَمْ تَلْقَوْنِي بَخِيلاً وَلاَ جَبَانًا وَلاَ كَذُوبًا ، ثُمَّ أَتَى بَعِيرًا فَأَخَذَ مِنْ سَنَامِهِ وَبَرَةً بَيْنَ أُصْبُعَيْهِ ثُمَّ يَقُولُ : هَا إِنَّهُ لَيْسَ لِي مِنَ الْفَيْءِ شَيْءٌ وَلاَ هَذِهِ إِلاَّ خُمُسٌ ، وَالْخُمُسُ مَرْدُودٌ فِيكُمْ فَقَامَ إِلَيْهِ رَجُلٌ بِكُبَّةٍ مِنْ شَعْرٍ فَقَالَ : يَا رَسُولَ اللهِ ، أَخَذْتُ هَذِهِ لأُصْلِحَ بِهَا بَرْدَعَةَ بَعِيرٍ لِي فَقَالَ : أَمَّا مَا كَانَ لِي وَلِبَنِي عَبْدِ الْمُطَّلِبِ فَهُوَ لَكَ ، فَقَالَ : أَوَبَلَغَتْ هَذِهِ ؟ فَلاَ أَرَبَ لِي فِيهَا ، فَنَبَذَهَا وَقَالَ : يَا أَيُّهَا النَّاسُ ، أَدُّوا الْخِيَاطَ وَالْمَخِيطَ ، فَإِنَّ الْغُلُولَ يَكُونُ عَلَى أَهْلِهِ عَارًا وَشَنَارًا يَوْمَ الْقِيَامَةِ.

“Amr ibn Şueyb atasının və babasının ﵄ belə dediyini rəvayət etmişdir: “Biz Allah Elçisinin ﷺ yanında ikən Həvazin tayfasından bir heyət gəldi və dedi: “Ey Muhəmməd, biz ərəb tayfalarındanıq və başımıza nə bəla gəldiyini bilirsən. Bizə yaxşılıq et, Allah sənə xeyir versin!” Allah Elçisi ﷺ buyurdu: “Elə isə, mallarınızdan, qadınlarınızdan və uşaqlarınızdan birini seçin!” Onlar dedilər: “Sən bizi yaxınlarımız və mallarımızı seçməkdə ixitiyar verdin. Biz də qadınlarımızı və uşaqlarımızı seçirik”. Allah Elçisi ﷺ buyurdu: “Əsirlərin arasında mənə və Bəni Abdul-Muttalib tayfasına düşən hissələr sizindir. Mən onları sizə qaytarıram. Biz Zöhr namazını qıldıqdan sonra qalxıb: “Biz müsəlman olaraq gəldik, qadın və uşaqlarımızın qaytarılması üçün Allah Elçisindən ﷺ kömək istəyirik”, - deyin”. Zöhr namazı bitdikdə qalxıb deyilənləri söylədilər. Allah Elçisi ﷺ də buyurdu: “Mənə və Bəni Abdul-Muttalib tayfasına düşən hissələr sizindir”. Mühacirlər dedilər: “Bizə düşən hissələr də Allah Elçisinindir”. Ənsardan olanlar dedilər: “Bizə düşən hissələr də Allah Elçisinindir”. əl-Aqra ibn Habis dedi: “Mən və Bəni Təmim tayfası bizə düşən payı vermirik”. Uyeynə ibn Hisn dedi: “Mən və Bəniz Fəzara tayfası da bizə düşən payı vermirik”. Abbas ibn Mirdas dedi: “Mən və Bəni Suleym tayfası da bizə düşən payı vermirik”. Bəni Suleym tayfasından olanlar qalxıb dedilər: “Yalan deyirsən! Bizə düşən pay Allah Elçisinə aiddir”. Allah Elçisi ﷺ buyurdu: “Ey insanlar! Onlara qadınlarını və uşaqlarını qaytarın! Kim əldə etdiyi şeylərdən bir şey verərsə, Allahın ﷿ bizə qabaqcadan verdiyi qənimətlərdən altı dəvə ona veriləcək”. Allah Elçisi ﷺ miniyinə mindi, insanlar da ətrafına toplanıb dedilər: “Qənimət mallarını bizə payla!” İnsanların izdihamından Allah Elçisinin ﷺ miniyi bir ağaca tərəf getdi və ağacın budağı onun cübbəsinin düşməsinə səbəb oldu. Allah Elçisi ﷺ buyurdu: “Ey insanlar, cübbəmi mənə verin! Allaha and olsun ki, Tihamə vadisində olan bütün ağaclar qənimət olsaydı, hamısını sizə verərdim, siz də mənə qorxaq, yalançı və simic deməzdiniz”. Sonra bir dəvə gətirdi və dəvənin hörgücündən bir ovuc tük götürüb dedi: “Bunu bilin ki, məndə qənimətdən başqa bir şey yoxdur. Bunlar da beşdəbirdir və sizin aranızda bölüşdürüləcək”. Bu vaxt bir nəfər qalxdı və bir ovuc dəvə yununu göstərərək dedi: “Bunu dəvəmin çulunu düzəltmək üçün almışdım”. Allah Elçisi ﷺ buyurdu: “Mənə və Bəni Abdul-Muttalib tayfasına düşən paydakı dəvə tükləri də sənindir”. O adam: “Mənə bu qədər pay düşəcəksə, onu istəmirəm”, - deyərək əlindəkiləri yerə atdı. Allah Elçisi ﷺ də buyurdu: “Ey insanlar! Kiçik və böyük, bir iynə olsa belə, qənimət malından götürdüyünüz şeyləri qaytarın, çünki qənimət malından haqsız yerə götürülən hər bir şey Qiyamət günü onu götürənə çox utancverici və ayıb bir iş olacaq”.”

Amr ibn Şueyb atasından və babasından
Nəsəi, 3688 (Bağışlamaq, 1)Həsən

أَخْبَرَنَا أَبُو عَاصِمٍ خُشَيْشُ بْنُ أَصْرَمَ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، قَالَ : أَنْبَأَنَا مَعْمَرٌ ، عَنْ ابْنِ عَجْلاَنَ ، عَنْ سَعِيدٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : لَقَدْ هَمَمْتُ أَنْ لاَ أَقْبَلَ هَدِيَّةً إِلاَّ مِنْ قُرَشِيٍّ أَوْ أَنْصَارِيٍّ أَوْ ثَقَفِيٍّ أَوْ دَوْسِيٍّ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Qureyş, Ənsar, Səqafi və Dəus qəbilələrindən başqa heç kimdən hədiyyə almamaq qərarına gəldim”.”

Əbu Hureyra
Nəsəi, 3759 (əl-Umra, 40)Səhih

أَخْبَرَنِي الْمُغِيرَةُ بْنُ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا عِيسَى هُوَ ابْنُ يُونُسَ ، قَالَ : حَدَّثَنَا الأَوْزَاعِيُّ ، عَنْ رَبِيعَةَ بْنِ أَبِي عَبْدِ الرَّحْمَنِ ، عَنْ حَنْظَلَةَ بْنِ قَيْسٍ الأَنْصَارِيِّ ، قَالَ : سَأَلْتُ رَافِعَ بْنَ خَدِيجٍ عَنْ كِرَاءِ الأَرْضِ بِالدِّينَارِ وَالْوَرِقِ ؟ فَقَالَ : لاَ بَأْسَ بِذَلِكَ ، إِنَّمَا كَانَ النَّاسُ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، يُؤَاجِرُونَ عَلَى الْمَاذِيَانَاتِ ، وَأَقْبَالِ الْجَدَاوِلِ ، فَيَسْلَمُ هَذَا ، وَيَهْلِكُ هَذَا ، وَيَسْلَمُ هَذَا ، وَيَهْلِكُ هَذَا ، فَلَمْ يَكُنْ لِلنَّاسِ كِرَاءٌ إِلاَّ هَذَا ، فَلِذَلِكَ زُجِرَ عَنْهُ ، فَأَمَّا شَيْءٌ مَعْلُومٌ مَضْمُونٌ ، فَلاَ بَأْسَ بِهِ وَافَقَهُ مَالِكُ بْنُ أَنَسٍ عَلَى إِسْنَادِهِ ، وَخَالَفَهُ فِي لَفْظِهِ.

“Rəvayət edilir ki, Hənzalə ibn Qeys əl-Ənsari ﵀ demişdir: “Mən Rafi ibn Xədicdən tarlanı dinar və gümüş qarşılığında kirayə vermək haqda soruşdum. O dedi: “Bunda bir müşkül yoxdur. İnsanlar Allah Elçisinin ﷺ dövründə kanal və arx yanında yetişən məhsulun özlərinə qalmaq şərti ilə kirayə verirdilər. Bəzən sucaq yerlər, bəzən də zəif torpaqlı ərazilərinin məhsulu korlanmış olurdu. O vaxtlar kirayə ancaq bu formada idi. Bu səbəblə də bir tərəfin zərərə düşmə ehtimalı və qarşılıqlı şəkildə bir çox anlaşılmazlığa gətirib çıxardığına görə bu cür kirayə vermək qadağan edildi: “Bəlli bir pul müqabilində kirayə vermək icazəlidir”.”

Hənzalə ibn Qeys əl-Ənsari
Nəsəi, 3899 (Yardarlıq, 43)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا مَالِكٌ ، عَنْ رَبِيعَةَ ، عَنْ حَنْظَلَةَ بْنِ قَيْسٍ ، قَالَ : سَأَلْتُ رَافِعَ بْنَ خَدِيجٍ عَنْ كِرَاءِ الأَرْضِ ، فَقَالَ : نَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنْ كِرَاءِ الأَرْضِ ، قُلْتُ : بِالذَّهَبِ وَالْوَرِقِ ؟ قَالَ : لاَ ، إِنَّمَا نَهَى عَنْهَا بِمَا يَخْرُجُ مِنْهَا ، فَأَمَّا الذَّهَبُ وَالْفِضَّةُ ، فَلاَ بَأْسَ رَوَاهُ سُفْيَانُ الثَّوْرِيُّ رَضِيَ اللَّهُ عَنْهُ ، عَنْ رَبِيعَةَ وَلَمْ يَرْفَعْهُ.

“Rəvayət edilir ki, Hənzalə ibn Qeys əl-Ənsari ﵀ demişdir: “Mən Rafi ibn Xədicdən tarlanı kirayə vermək haqda soruşdum. O dedi: “Allah Elçisi ﷺ tarlanı kirayə verməyi qadağan etmişdir”. Mən dedim: “Bəs qızıl və gümüş müqabilində kirayə verməyi qadağan etdi?” O dedi: “Xeyr! Bu qadağa yalnız tarladan çıxan məhsulun əvəzində kirayə verməyə aiddir. Qızıl və gümüş müqabilində kirayə verməkdə bir müşkül yoxdur. ”.”

Hənzalə ibn Qeys
Nəsəi, 3900 (Yardarlıq, 44)Səhih

أَخْبَرَنَا الرَّبِيعُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا شُعَيْبُ بْنُ اللَّيْثِ ، عَنِ اللَّيْثِ ، عَنْ جَعْفَرِ بْنِ رَبِيعَةَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ هُرْمُزَ ، قَالَ : سَمِعْتُ أُسَيْدَ بْنَ رَافِعِ بْنِ خَدِيجٍ الأَنْصَارِيَّ يَذْكُرُ أَنَّهُمْ مَنَعُوا الْمُحَاقَلَةَ ، وَهِيَ أَرْضٌ تُزْرَعُ عَلَى بَعْضِ مَا فِيهَا رَوَاهُ عِيسَى بْنُ سَهْلِ بْنِ رَافِعٍ.

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Hurmuz ﵀ demişdir: “Mən Useyd ibn Rafi ibn Xədic əl-Ənsarinin muhaqalə yolu ilə tarlanı kirayə verməyi qadağan etdiyini eşitdim. Muhaqalə - tarladan çıxan məhsulun bir qismi ilə kirayə verilən ərazi deməkdir”.”

Abdur-Rahmən ibn Hurmuz
Nəsəi, 3925 (Yardarlıq, 69)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنَا بَقِيَّةُ قَالَ : حَدَّثَنِي بَحِيرُ بْنُ سَعْدٍ ، عَنْ خَالِدِ بْنِ مَعْدَانَ ، أَنَّ أَبَا رُهْمٍ السَّمَعِيَّ ، حَدَّثَهُمْ ، أَنَّ أَبَا أَيُّوبَ الأَنْصَارِيَّ ، حَدَّثَهُ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : مَنْ جَاءَ يَعْبُدُ اللَّهَ ، وَلاَ يُشْرِكُ بِهِ شَيْئًا ، وَيُقِيمُ الصَّلاَةَ ، وَيُؤْتِي الزَّكَاةَ ، وَيَجْتَنِبُ الْكَبَائِرَ كَانَ لَهُ الْجَنَّةُ فَسَأَلُوهُ عَنِ الْكَبَائِرِ ، فَقَالَ : الإِشْرَاكُ بِاللَّهِ ، وَقَتْلُ النَّفْسِ الْمُسْلِمَةِ ، وَالْفِرَارُ يَوْمَ الزَّحْفِ.

“Əbu Əyyub əl-Ənsari ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim Allaha heç nəyi şərik qoşmayaraq Ona ibadət edər, namaz qılar, zəkat verər və böyük günahlardan uzaq olarsa, ona Cənnət var”. Peyğəmbərə ﷺ böyük günahlar haqda sual verildikdə o buyurdu: “Allaha şərik qoşmaq, müsəlmanı öldürmək və döyüş meydanından qaçmaqdır”.”

Əbu Əyyub əl-Ənsari
Nəsəi, 4009 (Qanın haramlığı, 44)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ بَزِيعٍ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ وَهُوَ ابْنُ زُرَيْعٍ قَالَ : أَنْبَأَنَا دَاوُدُ ، عَنْ عِكْرِمَةَ ، عَنْ ابْنِ عَبَّاسٍ قَالَ : كَانَ رَجُلٌ مِنَ الأَنْصَارِ أَسْلَمَ ثُمَّ ارْتَدَّ وَلَحِقَ بِالشِّرْكِ ، ثُمَّ تَنَدَّمَ فَأَرْسَلَ إِلَى قَوْمِهِ ، سَلُوا لِي رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : هَلْ لِي مِنْ تَوْبَةٍ ؟ فَجَاءَ قَوْمُهُ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَقَالُوا : إِنَّ فُلاَنًا قَدْ نَدِمَ وَإِنَّهُ أَمَرَنَا أَنْ نَسْأَلَكَ : هَلْ لَهُ مِنْ تَوْبَةٍ ؟ فَنَزَلَتْ : {كَيْفَ يَهْدِي اللَّهُ قَوْمًا كَفَرُوا بَعْدَ إِيمَانِهِمْ} إِلَى قَوْلِهِ {غَفُورٌ رَحِيمٌ} فَأَرْسَلَ إِلَيْهِ فَأَسْلَمَ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Ənsardan bir kişi İslamı qəbul etmiş, sonra dindən çıxaraq Allaha şərik qoşmağa başlamışdı. Lakin sonra etdiklərinə peşman olaraq qövmünə bu xəbəri göndərmişdi: “Mənim barəmdə Peyğəmbərdən ﷺ soruşun: “Mənim tövbəm qəbul olarmı?” Onlar Allah Elçisinin ﷺ yanına gəlib dedilər: “Filankəs İslamdan çıxıb və çıxdığına peşman olmuşdur. O bizi göndərib ki, səndən soruşaq: “Mənim tövbəm qəbul olarmı?” Bu səbəbdən bu ayə nazil edildi: “İman gətirdikdən, Peyğəmbərin həqiqi peyğəmbər olduğuna şahid olduqdan və özlərinə aydın dəlillər gəldikdən sonra kafir olan adamları Allah necə doğru yola yönəldər? Allah zalım adamları doğru yola yönəltməz. Onların cəzası, şübhəsiz ki, Allahın, mələklərin və bütün insanların onları lənətləməsidir. Onlar bu lənətin içində həmişəlik qalacaqlar. Onların əzabı yüngülləşdirilməyəcək və onlara möhlət də verilməyəcəkdir. Bundan sonra tövbə edib öz əməllərini islah edənlər isə istisnadır. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir” (Ali-İmran, 86-89). Qövmü bu xəbəri ona çatdırdı və o yenidən İslamı qəbul etdi”.”

İbn Abbas
Nəsəi, 4068 (Qanın haramlığı, 103)Səhih

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا إِسْمَاعِيلُ ، يَعْنِي ابْنَ إِبْرَاهِيمَ ، عَنْ أَيُّوبَ ، عَنْ عِكْرِمَةَ بْنِ خَالِدٍ ، عَنْ مَالِكِ بْنِ أَوْسِ بْنِ الْحَدَثَانِ قَالَ : جَاءَ الْعَبَّاسُ وَعَلِيٌّ إِلَى عُمَرَ يَخْتَصِمَانِ فَقَالَ الْعَبَّاسُ : اقْضِ بَيْنِي وَبَيْنَ هَذَا ، فَقَالَ النَّاسُ : افْصِلْ بَيْنَهُمَا ، فَقَالَ عُمَرُ : لاَ أَفْصِلُ بَيْنَهُمَا ، قَدْ عَلِمَا أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : لاَ نُورَثُ مَا تَرَكْنَا صَدَقَةٌ قَالَ : فَقَالَ الزُّهْرِيُّ : وَلِيَهَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَأَخَذَ مِنْهَا قُوتَ أَهْلِهِ ، وَجَعَلَ سَائِرَهُ سَبِيلَهُ سَبِيلَ الْمَالِ ، ثُمَّ وَلِيَهَا أَبُو بَكْرٍ بَعْدَهُ ، ثُمَّ وُلِّيتُهَا بَعْدَ أَبِي بَكْرٍ فَصَنَعْتَ فِيهَا الَّذِي كَانَ يَصْنَعُ ، ثُمَّ أَتَيَانِي فَسَأَلاَنِي أَنْ أَدْفَعَهَا إِلَيْهِمَا عَلَى أَنْ يَلِيَاهَا بِالَّذِي وَلِيَهَا بِهِ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَالَّذِي وَلِيَهَا بِهِ أَبُو بَكْرٍ ، وَالَّذِي وُلِّيتُهَا بِهِ ، فَدَفَعْتُهَا إِلَيْهِمَا وَأَخَذْتُ عَلَى ذَلِكَ عُهُودَهُمَا ، ثُمَّ أَتَيَانِي يَقُولُ هَذَا : اقْسِمْ لِي بِنَصِيبِي مِنَ ابْنِ أَخِي ، وَيَقُولُ هَذَا : اقْسِمْ لِي بِنَصِيبِي مِنَ امْرَأَتِي ، وَإِنْ شَاءَا أَنْ أَدْفَعَهَا إِلَيْهِمَا عَلَى أَنْ يَلِيَاهَا بِالَّذِي وَلِيَهَا بِهِ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، وَالَّذِي وَلِيَهَا بِهِ أَبُو بَكْرٍ ، وَالَّذِي وُلِّيتُهَا بِهِ دَفَعْتُهَا إِلَيْهِمَا ، وَإِنْ أَبَيَا كُفِيَا ذَلِكَ ، ثُمَّ قَالَ : {وَاعْلَمُوا أَنَّمَا غَنِمْتُمْ مِنْ شَيْءٍ فَأَنَّ لِلَّهِ خُمُسَهُ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ} هَذَا لِهَؤُلاَءِ ، {إِنَّمَا الصَّدَقَاتُ لِلْفُقَرَاءِ وَالْمَسَاكِينِ وَالْعَامِلِينَ عَلَيْهَا وَالْمُؤَلَّفَةِ قُلُوبُهُمْ وَفِي الرِّقَابِ وَالْغَارِمِينَ وَفِي سَبِيلِ اللَّهِ} هَذِهِ لِهَؤُلاَءِ ، {وَمَا أَفَاءَ اللَّهُ عَلَى رَسُولِهِ مِنْهُمْ فَمَا أَوْجَفْتُمْ عَلَيْهِ مِنْ خَيْلٍ وَلاَ رِكَابٍ} ، قَالَ الزُّهْرِيُّ : هَذِهِ لِرَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ خَاصَّةً قُرًى عَرَبِيَّةً فَدْكُ كَذَا وَكَذَا ، فَ {مَا أَفَاءَ اللَّهُ عَلَى رَسُولِهِ مِنْ أَهْلِ الْقُرَى فَلِلَّهِ ، وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ} وَ {لِلْفُقَرَاءِ الْمُهَاجِرِينَ الَّذِينَ أُخْرِجُوا مِنْ دِيَارِهِمْ وَأَمْوَالِهِمْ} {وَالَّذِينَ تَبَوَّؤُوا الدَّارَ وَالإِيمَانَ مِنْ قَبْلِهِمْ} {وَالَّذِينَ جَاؤُوا مِنْ بَعْدِهِمْ} فَاسْتَوْعَبَتْ هَذِهِ الآيَةُ النَّاسَ ، فَلَمْ يَبْقَ أَحَدٌ مِنَ الْمُسْلِمِينَ إِلاَّ لَهُ فِي هَذَا الْمَالِ حَقٌّ ، أَوْ قَالَ : حَظٌّ ، إِلاَّ بَعْضَ مَنْ تَمْلِكُونَ مِنْ أَرِقَّائِكُمْ ، وَلَئِنْ عِشْتُ إِنْ شَاءَ اللَّهُ لَيَأْتِيَنَّ عَلَى كُلِّ مُسْلِمٍ حَقُّهُ ، أَوْ قَالَ : حَظُّهُ.

“Rəvayət edilir ki, Malik ibn Əus ibn Hədəsan ﵀ demişdir: “Abbas və Əli aralarında olan ixtilafa görə Ömərin yanına gəldilər. Abbas dedi: “Bizim aramızda olan ixtilafı həll et”. Orada olanlar da dedilər: “Onların arasında olan malı böl!” Ömər dedi: “Bölə bilmərəm, çünki onlar da bilirlər ki, Allah Elçisi ﷺ demişdir: “Biz miras qoymuruq. Bizim mirasımız sədəqədir”. Ravi əz-Zuhri deyir: “Peyğəmbər ﷺ qənimətdən ona düşən hissədən Peyğəmbərin ﷺ ailəsinin ehtiyac olanı qədərini götürür, qalanını Allahın istədiyi yerlərə sərf edərdi. Sonra bu hissə Əbu Bəkrin ixtiyarına keçdi. Əbu Bəkrdən sonra isə mənim ixtiyarıma keçdi və mən də onun etdiyi kimi etdim. Sonra Abbas və Əli mənim yanıma gəlib Allah Elçisindən ﷺ sonra Əbu Bəkrin, ondan sonra da mənim ixtiyarıma keçən hissəni onlara verməyimi istədilər. Mən də bunun məsuliyyətini özlərinə həvalə edib istədiklərini verdim. Sonra isə Abbas yanıma gəlib: “Qardaşım oğlunun hissəsini mənə ver!”, Əli də “Zövcəmin (Fatimənin) hissəsini mənə ver!”, - dedilər. Allah Elçisinin ﷺ, Əbu Bəkrin və mənim ixtiyarımda olan hissəni almaq istəyirlərsə, dərhal verərəm. Amma istəmirlərsə, böyük bir məsuliyyətdən xilas olmuş olarlar”. Sonra Ömər sözünə davam edərək dedi: “...Bilin ki, ələ keçirdiyiniz qənimətlərin beşdəbiri Allaha, Onun Elçisinə, onun əqrəbasına, yetimlərə, kasıblara və müsafirlərə məxsusdur...” (əl-Ənfal, 41) Ayədə qeyd edilənlər adları çəkilən insanlara aiddir. Həmçinin “Zəkatlar Allah tərəfindən bir fərz olaraq yalnız yoxsullara, kasıblara, onu yığıb paylayanlara, qəlbləri İslam dininə isinişdiriləcək kimsələrə, kölələrin azad olunmasına, borclulara, Allah yolunda cihad edənlərə və müsafirlərə məxsusdur” (ət-Tövbə, 60) ayəsində qeyd edilənlər də adları çəkilən insanlara aiddir. “Allahın Öz rəsuluna onlardan verdiyi qənimətlərə tərəf siz nə at, nə də dəvə sürdünüz...” (əl-Həşr, 6). əz-Zuhri deyir: “Bu ayələrdə bildirilən qənimətlər Allah Elçisinə xasdır. “Allahın Öz rəsuluna kəndlərin əhalisindən verdiyi qənimətlər Allaha, Peyğəmbərə, onun əqrəbasına, yetimlərə, yoxsullara və müsafirlərə məxsus edilmişdir ki, o mallar aranızdakı zənginlərin var-dövləti olub qalmasın. Allahın rəsulu sizə nəyi əmr edirsə, onu yerinə yetirin, nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir. Qənimət həmçinin yurdlarından qovulmuş və mallarından məhrum olunmuş yoxsul mühacirlərə məxsusdur. Onlar Allahın mərhəmətini və razılığını qazanmağa can atır, Allaha və Onun rəsuluna kömək edirlər. Doğru olanlar da məhz onlardır. Mühacirlərdən əvvəl Mədinədə yurd salmış, sonra da iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır. Səhabələrdən sonra gələnlər deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən, Sən olduqca şəfqətlisən, rəhmlisən!” (əl-Həşr, 7-10). Həmçinin bütün müsəlmanlar qəsd edilmişdir. Bu malda haqqı olmayan heç kim qalmamışdır. Ancaq sizin kölələriniz istisnadır. Əgər yaşasam, hər müsəlmanın haqqı mütləq ona veriləcək”.”

Malik ibn Əus ibn Hədəsan
Nəsəi, 4148 (Fey, 16)Səhih

أَخْبَرَنَا الْحُسَيْنُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا مُبَشِّرُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ بْنُ حُسَيْنٍ ، عَنْ يَعْلَى بْنِ مُسْلِمٍ ، عَنْ جَابِرِ بْنِ زَيْدٍ قَالَ : قَالَ ابْنُ عَبَّاسٍ : إِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَأَبَا بَكْرٍ وَعُمَرَ كَانُوا مِنَ الْمُهَاجِرِينَ لأَنَّهُمْ هَجَرُوا الْمُشْرِكِينَ ، وَكَانَ مِنَ الأَنْصَارِ مُهَاجِرُونَ لأَنَّ الْمَدِينَةَ كَانَتْ دَارَ شِرْكٍ ، فَجَاؤُوا إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ لَيْلَةَ الْعَقَبَةِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ, Əbu Bəkr və Ömər hicrət edən şəxslər idi. Onlar müşrikləri tərk etmişdilər. Ənsardan da hicrət edənlər var idi. Əvvəllər Mədinə Allaha şərik qoşulan yer idi. Bu səbəblə də onlar Məkkəyə Allah Elçisinin ﷺ yanına gedərək Aqabə gecəsi ona beyət etdilər”.”

İbn Abbas
Nəsəi, 4166 (Beyət, 18)Səhih

أَخْبَرَنَا سُلَيْمَانُ بْنُ مَنْصُورٍ الْبَلْخِيُّ ، قَالَ : حَدَّثَنَا أَبُو الأَحْوَصِ سَلاَّمُ بْنُ سُلَيْمٍ عَنْ حُصَيْنٍ ، عَنْ زَيْدِ بْنِ وَهْبٍ ، عَنْ ثَابِتِ بْنِ يَزِيدَ الأَنْصَارِيِّ قَالَ : كُنَّا مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي سَفَرٍ ، فَنَزَلْنَا مَنْزِلاً ، فَأَصَابَ النَّاسُ ضِبَابًا ، فَأَخَذْتُ ضَبًّا فَشَوَيْتُهُ ، ثُمَّ أَتَيْتُ بِهِ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَأَخَذَ عُودًا يَعُدُّ بِهِ أَصَابِعَهُ ، ثُمَّ قَالَ : إِنَّ أُمَّةً مِنْ بَنِي إِسْرَائِيلَ مُسِخَتْ دَوَابَّ فِي الأَرْضِ ، وَإِنِّي لاَ أَدْرِي أَيُّ الدَّوَابِّ هِيَ . قُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنَّ النَّاسَ قَدْ أَكَلُوا مِنْهَا ، قَالَ : فَمَا أَمَرَ بِأَكْلِهَا وَلاَ نَهَى.

“Rəvayət edilir ki, Sabit ibn Zeyd əl-Ənsari ﵁ demişdir: “Bir dəfə biz Allah Elçisi ﷺ ilə birlikdə bir səfərdə idik və bir yerdə qonaqladıq. Orada olanlardan bəziləri kərtənkələ tutdular. Mən də kərtənkələnin birini qızardıb Allah Elçisinə ﷺ gətirdim. Allah Elçisi ﷺ bir çubuq götürüb kərtənkələnin barmaqlarını saymağa başladı və belə buyurdu: “İsrail övladlarından bir toplum yer üzündə bir növ heyvana çevrilmişdi. Mən isə bilmirəm, o heyvan hansıdır”. Mən dedim: “Ey Allahın Elçisi, insanlar bunu yeyirlər”. Allah Elçisi ﷺ isə onun yeyilməsini nə əmr etdi, nə də ki qadağan etdi”.”

Sabit ibn Zeyd əl-Ənsari
Nəsəi, 4320 (Ov və kəsim, 58)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحِ بْنِ الْمُهَاجِرِ الْمِصْرِيُّ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ عُرْوَةَ بْنِ الزُّبَيْرِ ، أَنَّ عَبْدَ اللهِ بْنَ الزُّبَيْرِ حَدَّثَهُ , أَنَّ رَجُلاً مِنَ الأَنْصَارِ خَاصَمَ الزُّبَيْرَ عِنْدَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فِي شِرَاجِ الْحَرَّةِ الَّتِي يَسْقُونَ بِهَا النَّخْلَ ، فَقَالَ الأَنْصَارِيُّ : سَرِّحِ الْمَاءَ يَمُرُّ ، فَأَبَى عَلَيْهِ ، فَاخْتَصَمَا عِنْدَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ , فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : اسْقِ يَا زُبَيْرُ ، ثُمَّ أَرْسِلِ الْمَاءَ إِلَى جَارِكَ , فَغَضِبَ الأَنْصَارِيُّ , فَقَالَ : يَا رَسُولَ اللهِ ، أَنْ كَانَ ابْنَ عَمَّتِكَ ؟ فَتَلَوَّنَ وَجْهُ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، ثُمَّ قَالَ : يَا زُبَيْرُ ، اسْقِ ، ثُمَّ احْبِسِ الْمَاءَ حَتَّى يَرْجِعَ إِلَى الْجَدْرِ , قَالَ : فَقَالَ الزُّبَيْرُ : وَاللَّهِ ، إِنِّي لأَحْسِبُ هَذِهِ الآيَةَ ، نَزَلَتْ فِي ذَلِكَ : }فَلاَ وَرَبِّكَ لاَ يُؤْمِنُونَ حَتَّى يُحَكِّمُوكَ فِيمَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لاَ يَجِدُوا فِي أَنْفُسِهِمْ حَرَجًا مِمَّا قَضَيْتَ وَيُسَلِّمُوا تَسْلِيمًا{.

“Rəvayət edilir ki, Abdullah ibn əz-Zubeyr ﵄ demişdir: “Ənsardan olan bir kişi Allah Elçisinin ﷺ yanında xurmalıqları suvarmaq üçün daşlıq olan yerdən axan suya görə Zubeyrlə höcətləşdi. Ənsardan olan kişi dedi: “Suyu burax (axıb gəlsin)”. Zubeyr isə razılaşmadı və onlar bu məsələ barəsində Allah Elçisinin ﷺ yanında höcətləşdilər. Allah Elçisi ﷺ dedi: “Ey Zubeyr, öz xurmalığını sula, sonra suyu qonşuna tərəf burax!” Ənsardan olan kişi qəzəblənərək dedi: “Ey Allahın Elçisi, sənin əmin oğlu olduğuna görə (belə deyirsən)?” Allah Elçisinin ﷺ üzünün rəngi dəyişdi, sonra dedi: “Ey Zubeyr, (xurmalıqlarını) sula, sonra su divara çatana qədər saxla”. Zubeyr dedi: “Allaha and olsun! Həqiqətən, mən elə hesab edirəm ki, bu ayə bu məsələ barədə nazil olub: “Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar”. (ən-Nisa, 65)”.”

Abdullah ibn əz-Zubeyr
İbn Məcə, 15 (Sünnə, 15)Səhih

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا يَحْيَى بْنُ حَمْزَةَ , حَدَّثَنِي بُرْدُ بْنُ سِنَانٍ ، عَنْ إِسْحَاقَ بْنِ قَبِيصَةَ ، عَنْ أَبِيهِ ؛ أَنَّ عُبَادَةَ بْنَ الصَّامِتِ الأَنْصَارِيَّ النَّقِيبَ ، صَاحِبَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ , غَزَا مَعَ مُعَاوِيَةَ أَرْضَ الرُّومِ ، فَنَظَرَ إِلَى النَّاسِ وَهُمْ يَتَبَايَعُونَ كِسَرَ الذَّهَبِ بِالدَّنَانِيرِ ، وَكِسَرَ الْفِضَّةِ بِالدَّرَاهِمِ ، فَقَالَ : يَا أَيُّهَا النَّاسُ ، إِنَّكُمْ تَأْكُلُونَ الرِّبَا ، سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : لاَ تَبْتَاعُوا الذَّهَبَ بِالذَّهَبِ ، إِلاَّ مِثْلاً بِمِثْلٍ ، لاَ زِيَادَةَ بَيْنَهُمَا وَلاَ نَظِرَةَ , فَقَالَ لَهُ مُعَاوِيَةُ : يَا أَبَا الْوَلِيدِ ، لاَ أُرَى الرِّبَا فِي هَذَا ، إِلاَّ مَا كَانَ مِنْ نَظِرَةٍ ، فَقَالَ عُبَادَةُ : أُحَدِّثُكَ عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، وَتُحَدِّثُنِي عَنْ رَأْيِكَ , لَئِنْ أَخْرَجَنِي اللَّهُ سُبْحَانَهُ لاَ أُسَاكِنُكَ بِأَرْضٍ لَكَ عَلَيَّ فِيهَا إِمْرَةٌ ، فَلَمَّا قَفَلَ , لَحِقَ بِالْمَدِينَةِ ، فَقَالَ لَهُ عُمَرُ بْنُ الْخَطَّابِ : مَا أَقْدَمَكَ يَا أَبَا الْوَلِيدِ ؟ فَقَصَّ عَلَيْهِ الْقِصَّةَ ، وَمَا قَالَ مِنْ مُسَاكَنَتِهِ ، فَقَالَ : ارْجِعْ يَا أَبَا الْوَلِيدِ إِلَى أَرْضِكَ ، فَقَبَحَ اللَّهُ أَرْضًا لَسْتَ فِيهَا وَأَمْثَالُكَ ، وَكَتَبَ إِلَى مُعَاوِيَةَ : لاَ إِمْرَةَ لَكَ عَلَيْهِ ، وَاحْمِلِ النَّاسَ عَلَى مَا قَالَ ، فَإِنَّهُ هُوَ الأَمْرُ.

“İshaq ibn Qabisa atasından ﵁ rəvayət edərək demişdir: “Allah Elçisinin ﷺ səhabəsi Ubadə ibn əs-Samit əl-Ənsari ən-Nəqib Muaviyə ilə birlikdə Rum torpağına yürüşdə iştirak edirdi. O, insanlara nəzər saldı. Onlar qızıl (pulların kəsilmiş) parçasını dinara, gümüş (pulun kəsilmiş) parçasını isə dirhəmə dəyişirdilər. (Bu mübadiləni çəki ilə deyil, ədəd hesabı ilə edirdilər). Ubadə ibn əs-Samit dedi: “Ey insanlar, həqiqətən, siz sələm yeyirsiniz!” Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Bir-birinə bərabər olmadıqca qızılı qızılla dəyişməyin! Onlar arasında nə artıqlıq, nə də nisyə olmamalıdır”. Muaviyə ona (Ubadə ibn əs-Samitə) dedi: “Ey Əbu Vəlid! Mən burada nisyə olandan başqa sələm görmürəm”. Ubadə dedi: “Mən sənə Allah Elçisinin ﷺ hədisini danışıram, sən isə öz rəyini deyirsən!? Əgər pak olan Allah məni buradan (bu döyüşdən) sağ-salamat çıxartsa, mən səninlə sənin hökmün olan şəhərdə yaşamayacağam”. O, Mədinəyə qayıtdıqda Ömər ibn əl-Xattab ona (Ubadəyə) dedi: “Səni bura gətirən nədir, Ey Əbu Vəlid?” O da bu hadisəni Ömərə danışdı. Ömər dedi: “Qayıt öz torpaqlarına, ey Əbu Vəlid! Allah sən və sənin kimilərin olmadığı torpağın altını üstünə çevirsin!” Muaviyəyə isə belə bir (məktub) yazdı: “Bu (məsələdə Ubadənin) üzərində sənin hökmün yoxdur. İnsanları onun dediyi məsələnin üzərinə yönəlt. Həqiqətən, onun sözü haqdır”.”

İshaq ibn Qabisa atasından
İbn Məcə, 18 (Sünnə, 18)Səhih

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا خَالِي يَعْلَى ، عَنِ الأَعْمَشِ ، عَنْ سَالِمِ بْنِ أَبِي الْجَعْدِ ، عَنْ جَابِرٍ قَالَ : جَاءَ رَجُلٌ مِنَ الأَنْصَارِ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَقَالَ : يَا رَسُولَ اللهِ ، إِنَّ لِي جَارِيَةً ، أَعْزِلُ عَنْهَا ؟ قَالَ : سَيَأْتِيهَا مَا قُدِّرَ لَهَا , فَأَتَاهُ بَعْدَ ذَلِكَ ، فَقَالَ : قَدْ حَمَلَتِ الْجَارِيَةُ , فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَا قُدِّرَ لِنَفْسٍ شَيْءٌ إِلاَّ هِيَ كَائِنَةٌ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Ənsardan olan bir kişi Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi! Mənim bir cariyəm var, mən onunla azl edimmi?” Peyğəmbər ﷺ dedi: “Allahın onun üçün təqdir etdiyi mütləq baş verəcək”. Bundan sonra o, Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Cariyə hamilə qaldı”. Peyğəmbər ﷺ dedi: “Allahın insan üçün təqdir etdiyi şey mütləq baş verir”.”

Cabir
İbn Məcə, 89 (Sünnə, 89)Səhih

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ عَبْدِ اللهِ بْنِ مُرَّةَ ، عَنْ أَبِي الأَحْوَصِ ، عَنْ عَبْدِ اللهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَلاَ إِنِّي أَبْرَأُ إِلَى كُلِّ خَلِيلٍ مِنْ خُلَّتِهِ ، وَلَوْ كُنْتُ مُتَّخِذًا خَلِيلاً ، لاَتَّخَذْتُ أَبَا بَكْرٍ خَلِيلاً ، إِنَّ صَاحِبَكُمْ خَلِيلُ اللهِ. قَالَ وَكِيعٌ : يَعْنِي نَفْسَهُ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ buyurdu: “Agah olun ki, mən Allahdan qeyrisini özümə dost götürməkdən uzağam. Əgər mən kimisə dost götürmüş olsaydım, Əbu Bəkri dost götürərdim. Həqiqətən, sizin dostunuz Allahın sevimli dostudur”. Ravi Vaki dedi: “Yəni Peyğəmbərin ﷺ özü”.”

Abdullah
İbn Məcə, 93 (Sünnə, 93)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَعَلِيُّ بْنُ مُحَمَّدٍ ، قَالاَ : حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَا نَفَعَنِي مَالٌ قَطُّ ، مَا نَفَعَنِي مَالُ أَبِي بَكْرٍ , قَالَ : فَبَكَى أَبُو بَكْرٍ ، وَقَالَ : هَلْ أَنَا وَمَالِي , إِلاَّ لَكَ يَا رَسُولَ اللَّهِ !

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Mənə Əbu Bəkrin malı qədər heç bir mal faydalı olmadı”. Bu səbəblə Əbu Bəkr ağladı və dedi: “Mən və malım yalnız sənin üçün deyilmi, ey Allahın Elçisi!?””

Əbu Hureyra
İbn Məcə, 94 (Sünnə, 94)Səhih

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الْحَسَنِ بْنِ عُمَارَةَ ، عَنْ فِرَاسٍ ، عَنِ الشَّعْبِيِّ ، عَنِ الْحَارِثِ ، عَنْ عَلِيٍّ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَبُو بَكْرٍ وَعُمَرُ سَيِّدَا كُهُولِ أَهْلِ الْجَنَّةِ , مِنَ الأَوَّلِينَ وَالآخِرِينَ ، إِلاَّ النَّبِيِّينَ وَالْمُرْسَلِينَ ، لاَ تُخْبِرْهُمَا يَا عَلِيُّ مَا دَامَا حَيَّيْنِ.

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Əbu Bəkr və Ömər əvvəlki və sonrakı nəsillərdən Cənnətdə sakin olacaq yaşlılar arasında ən hörmətli kimsələr olacaqlar. Yalnız peyğəmbərlər və elçilər müstəsnadır. Ey Əli, bunu onlara sağ olduqları müddətdə xəbər vermə!””

Əli
İbn Məcə, 95 (Sünnə, 95)Səhih

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، وَعَمْرُو بْنُ عَبْدِ اللهِ ، قَالاَ : حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ عَطِيَّةَ بْنِ سَعْدٍ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّ أَهْلَ الدَّرَجَاتِ الْعُلَى يَرَاهُمْ مَنْ أَسْفَلَ مِنْهُمْ , كَمَا يُرَى الْكَوْكَبُ الطَّالِعُ فِي الأُفُقِ مِنْ آفَاقِ السَّمَاءِ ، وَإِنَّ أَبَا بَكْرٍ وَعُمَرَ مِنْهُمْ وَأَنْعَمَا.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “(Cənnətdə) üstün dərəcədə olanlar üfüqdə olan ulduz kimi görünəcəklər. Şübhəsiz ki, Əbu Bəkr və Ömər onlardan daha üstün dərəcədə olacaqlar“.”

Əbu Səid əl-Xudri
İbn Məcə, 96 (Sünnə, 96)Səhih

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ (ح) وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا مُؤَمَّلٌ , قَالاَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَبْدِ الْمَلِكِ بْنِ عُمَيْرٍ ، عَنْ مَوْلًى لِرِبْعِيِّ بْنِ حِرَاشٍ ، عَنْ رِبْعِيِّ بْنِ حِرَاشٍ ، عَنْ حُذَيْفَةَ بْنِ الْيَمَانِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنِّي لاَ أَدْرِي مَا قَدْرُ بَقَائِي فِيكُمْ ، فَاقْتَدُوا بِاللَّذَيْنِ مِنْ بَعْدِي , وَأَشَارَ إِلَى أَبِي بَكْرٍ وَعُمَرَ.

“Rəvayət edilir ki, Huzeyfə ibn əl-Yəmən ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, mən sizin aranızda nə qədər müddət qalacağımı bilmirəm. Məndən sonra iki kimsəyə tabe olun!” (Bunu dedikdə) Əbu Bəkr və Ömərə işarə etdi”.”

Huzeyfə ibn əl-Yəmən
İbn Məcə, 97 (Sünnə, 97)Səhih

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا يَحْيَى بْنُ آدَمَ ، حَدَّثَنَا ابْنُ الْمُبَارَكِ ، عَنْ عُمَرَ بْنِ أَبِي حُسَيْنٍ ، عَنِ ابْنِ أَبِي مُلَيْكَةَ ، قَالَ : سَمِعْتُ ابْنَ عَبَّاسٍ يَقُولُ : لَمَّا وُضِعَ عُمَرُ عَلَى سَرِيرِهِ ، اكْتَنَفَهُ النَّاسُ يَدْعُونَ وَيُصَلُّونَ ، أَوْ قَالَ : يُثْنُونَ وَيُصَلُّونَ عَلَيْهِ , قَبْلَ أَنْ يُرْفَعَ ، وَأَنَا فِيهِمْ ، فَلَمْ يَرُعْنِي إِلاَّ رَجُلٌ قَدْ زَحَمَنِي ، وَأَخَذَ بِمَنْكِبِي ، فَالْتَفَتُّ , فَإِذَا عَلِيُّ بْنُ أَبِي طَالِبٍ ، فَتَرَحَّمَ عَلَى عُمَرَ ، ثُمَّ قَالَ : مَا خَلَّفْتَ أَحَدًا أَحَبَّ إِلَيَّ , أَنْ أَلْقَى اللَّهَ بِمِثْلِ عَمَلِهِ مِنْكَ ، وَايْمُ اللهِ ، إِنْ كُنْتُ لأَظُنُّ لَيَجْعَلَنَّكَ اللَّهُ عَزَّ وَجَلَّ مَعَ صَاحِبَيْكَ ، وَذَلِكَ أَنِّي كُنْتُ أُكْثِرُ أَنْ أَسْمَعَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : ذَهَبْتُ أَنَا وَأَبُو بَكْرٍ وَعُمَرُ ، وَدَخَلْتُ أَنَا وَأَبُو بَكْرٍ وَعُمَرُ ، وَخَرَجْتُ أَنَا وَأَبُو بَكْرٍ وَعُمَرُ ، فَكُنْتُ أَظُنُّ لَيَجْعَلَنَّكَ اللَّهُ مَعَ صَاحِبَيْكَ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Ömər vəfat etdikdə onu çarpayıya uzatdılar. Onun cənazəsi qaldırılmamışdan qabaq insanlar onu ətrafına toplanıb onun üçün dua edir və xeyir söyləyirdilər” və ya “tərif edib dua edirdilər. Mən də onların içində idim. Bu əsnada bir nəfər mənim çiynimdən tutmaqla diqqətimi çəkdi. Ona doğru çevrildikdə onun Əli ibn Əbu Talib olduğunu gördüm. Ömər üçün rəhmət dilədi, sonra da dedi: “Mən sənin etdiyin əməllərlə Allahla görüşməyə çox sevinərdim. Səndən başqa əməlinə bu qədər qibtə etdiyim başqa birisini tapmadım. Allaha and olsun ki, Allahın ﷿ səni iki dostuna (Peyğəmbər ﷺ və Əbu Bəkr) qovuşduracağına ümid edirəm, çünki mən çox vaxt Allah Elçisinin ﷺ “mən Əbu Bəkr və Ömərlə getdim”, “mən Əbu Bəkr və Ömərlə girdim”, “mən Əbu Bəkr və Ömərlə çıxdım” dediyini eşidirdim. Ona görə mən Allahın səni iki dostuna qovuşduracağına ümid edirəm”.”

İbn Abbas
İbn Məcə, 98 (Sünnə, 98)Səhih

حَدَّثَنَا أَبُو شُعَيْبٍ صَالِحُ بْنُ الْهَيْثَمِ الْوَاسِطِيُّ ، حَدَّثَنَا عَبْدُ الْقُدُّوسِ بْنُ بَكْرِ بْنِ خُنَيْسٍ ، حَدَّثَنَا مَالِكُ بْنُ مِغْوَلٍ ، عَنْ عَوْنِ بْنِ أَبِي جُحَيْفَةَ ، عَنْ أَبِيهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَبُو بَكْرٍ وَعُمَرُ سَيِّدَا كُهُولِ أَهْلِ الْجَنَّةِ مِنَ الأَوَّلِينَ وَالآخِرِينَ ، إِلاَّ النَّبِيِّينَ وَالْمُرْسَلِينَ.

“Aun ibn Əbu Cuheyfə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Əbu Bəkr və Ömər əvvəlki və sonrakı nəsillərdən yaşlılar arasında peyğəmbərlər və elçilər müstəsna, Cənnətdə ən hörmətli kimsələr olacaqlar”.”

Aun ibn Əbu Cuheyfə atasından
İbn Məcə, 100 (Sünnə, 100)Səhih

حَدَّثَنَا أَحْمَدُ بْنُ عَبْدَةَ ، وَالْحُسَيْنُ بْنُ الْحَسَنِ الْمَرْوَزِيُّ ، قَالاَ : حَدَّثَنَا الْمُعْتَمِرُ بْنُ سُلَيْمَانَ ، عَنْ حُمَيْدٍ ، عَنْ أَنَسٍ ، قَالَ: قِيلَ : يَا رَسُولَ اللهِ ، أَيُّ النَّاسِ أَحَبُّ إِلَيْكَ ؟ قَالَ : عَائِشَةُ , قِيلَ : مِنَ الرِّجَالِ ؟ قَالَ : أَبُوهَا.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Soruşuldu: “Ey Allahın Elçisi, insanlardan sənə ən sevimli olanı kimdir?” Peyğəmbər ﷺ buyurdu: “Aişə”. Yenə soruşuldu: “Bəs kişilərdən kimdir?” O dedi: “Onun atası”.”

Ənəs
İbn Məcə, 101 (Sünnə, 101)Səhih

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا أَبُو أُسَامَةَ ، أَخْبَرَنِي الْجُرَيْرِيُّ ، عَنْ عَبْدِ اللهِ بْنِ شَقِيقٍ ، قَالَ : قُلْتُ لِعَائِشَةَ : أَيُّ أَصْحَابِهِ كَانَ أَحَبَّ إِلَيْهِ ؟ قَالَتْ : أَبُو بَكْرٍ , قُلْتُ : ثُمَّ أَيُّهُمْ ؟ قَالَتْ : عُمَرُ , قُلْتُ : ثُمَّ أَيُّهُمْ ؟ قَالَتْ : أَبُو عُبَيْدَةَ.

“Rəvayət edilir ki, Abdullah ibn Şəqiq ﵀ demişdir: “Aişədən soruşdum: “Peyğəmbərin ﷺ səhabələrindən ona ən sevimli olan kim idi?” O dedi: “Əbu Bəkr”. Mən dedim: “Sonra kimdir?” O dedi: “Ömər”. Mən dedim: “Sonra kimdir?” O dedi: “Əbu Ubeydə”.”

Abdullah ibn Şəqiq
İbn Məcə, 102 (Sünnə, 102)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عُبَيْدٍ أَبُو عُبَيْدٍ الْمَدِينِيُّ ، حَدَّثَنَا عَبْدُ الْمَلِكِ بْنُ الْمَاجِشُونِ , حَدَّثَنِي الزَّنْجِيُّ بْنُ خَالِدٍ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : اللَّهُمَّ أَعِزَّ الإِسْلاَمَ بِعُمَرَ بْنِ الْخَطَّابِ خَاصَّةً.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allahın Elçisi ﷺ belə buyurdu: “Allahım, İslamı xas olaraq Ömər ibn əl-Xattab ilə izzətləndir”.”

Aişə
İbn Məcə, 105 (Sünnə, 105)Səhih

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَمْرِو بْنِ مُرَّةَ ، عَنْ عَبْدِ اللهِ بْنِ سَلِمَةَ ، قَالَ : سَمِعْتُ عَلِيًّا يَقُولُ : خَيْرُ النَّاسِ بَعْدَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَبُو بَكْرٍ ، وَخَيْرُ النَّاسِ بَعْدَ أَبِي بَكْرٍ عُمَرُ.

“Rəvayət edilir ki, Abdullah ibn Sələmə ﵀ demişdir: “Mən Əlinin belə dediyini eşitdim: “Allah Elçisindən ﷺ sonra insanların ən xeyirlisi Əbu Bəkr, Əbu Bəkrdən sonra insanların ən xeyirlisi isə Ömərdir”.”

Abdullah ibn Sələmə
İbn Məcə, 106 (Sünnə, 106)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْحَارِثِ الْمِصْرِيُّ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ , حَدَّثَنِي عُقَيْلٌ ، عَنِ ابْنِ شِهَابٍ ، أَخْبَرَنِي سَعِيدُ بْنُ الْمُسَيَّبِ ، أَنَّ أَبَا هُرَيْرَةَ ، قَالَ : كُنَّا جُلُوسًا عِنْدَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : بَيْنَا أَنَا نَائِمٌ ، رَأَيْتُنِي فِي الْجَنَّةِ ، فَإِذَا أَنَا بِامْرَأَةٍ تَتَوَضَّأُ إِلَى جَنْبِ قَصْرٍ ، فَقُلْتُ : لِمَنْ هَذَا الْقَصْرُ ؟ فَقَالَتْ : لِعُمَرَ ، فَذَكَرْتُ غَيْرَتَهُ ، فَوَلَّيْتُ مُدْبِرًا , قَالَ أَبُو هُرَيْرَةَ : فَبَكَى عُمَرُ ، فَقَالَ : عَلَيْكَ ، بِأَبِي وَأُمِّي ، يَا رَسُولَ اللهِ ، أَغَارُ ؟.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Biz Peyğəmbərin ﷺ yanında oturmuşduq, o dedi: “Yuxuda özümü Cənnətdə gördüm. Bu əsnada bir qəsrin yanında bir qadının dəstəmaz aldığını gördüm. Dedim: “Bu qəsr kimindir?” O dedi: “Ömərindir!” Mən onun qısqanc olduğunu xatırladım və dönüb oradan uzaqlaşdım”. Əbu Hureyra deyir: “(Bunu eşidəndə) Ömər ağladı və dedi: “Atam-anam sənə fəda olsun, ey Allahın Elçisi, məgər sənə qısqana bilərəmmi?!””

Əbu Hureyra
İbn Məcə, 107 (Sünnə, 107)Səhih

حَدَّثَنَا أَبُو سَلَمَةَ يَحْيَى بْنُ خَلَفٍ ، حَدَّثَنَا عَبْدُ الأَعْلَى ، عَنْ مُحَمَّدِ بْنِ إِسْحَاقَ ، عَنْ مَكْحُولٍ ، عَنْ غُضَيْفِ بْنِ الْحَارِثِ ، عَنْ أَبِي ذَرٍّ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : إِنَّ اللَّهَ وَضَعَ الْحَقَّ عَلَى لِسَانِ عُمَرَ , يَقُولُ به.

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Həqiqətən, Allah haqqı Ömərin dilinə qoymuşdur, o da onunla danışır”.”

Əbu Zərr
İbn Məcə, 108 (Sünnə, 108)Səhih

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ إِدْرِيسَ ، عَنْ هِشَامِ بْنِ حَسَّانَ ، عَنْ مُحَمَّدِ بْنِ سِيرِينَ ، عَنْ كَعْبِ بْنِ عُجْرَةَ ، قَالَ : ذَكَرَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِتْنَةً فَقَرَّبَهَا ، فَمَرَّ رَجُلٌ مُقَنَّعٌ رَأْسُهُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : هَذَا يَوْمَئِذٍ عَلَى الْهُدَى , فَوَثَبْتُ ، فَأَخَذْتُ بِضَبْعَيْ عُثْمَانَ ، ثُمَّ اسْتَقْبَلْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَقُلْتُ : هَذَا ؟ قَالَ : هَذَا.

“Rəvayət edilir ki, Kəb ibn Ucra ﵁ demişdir: “Bir gün Allah Elçisi ﷺ yaxın vaxtlarda baş verəcək fitnəni xatırlatdı. Bu arada başı örtülü bir kişi yanımızdan keçdi. Allah Elçisi ﷺ buyurdu: “Bu adam həmin fitnə günlərində doğru yolda olacaq”. Mən yerimdən cəld durub Osmanın biləklərindən tutdum, sonra üzümü Allah Elçisinə ﷺ tərəf çevirib dedim: “Bu adammı?” O da: “Bu adam”- deyə buyurdu”.”

Kəb ibn Ucra
İbn Məcə, 111 (Sünnə, 111)Səhih

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، حَدَّثَنَا الْفَرَجُ بْنُ فَضَالَةَ ، عَنْ رَبِيعَةَ بْنِ يَزِيدَ الدِّمَشْقِيِّ ، عَنِ النُّعْمَانِ بْنِ بَشِيرٍ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : يَا عُثْمَانُ ، إِنْ وَلاَّكَ اللَّهُ هَذَا الأَمْرَ يَوْمًا ، فَأَرَادَكَ الْمُنَافِقُونَ أَنْ تَخْلَعَ قَمِيصَكَ الَّذِي قَمَّصَكَ اللَّهُ ، فَلاَ تَخْلَعْهُ ، يَقُولُ ذَلِكَ ثَلاَثَ مَرَّاتٍ. قَالَ النُّعْمَانُ : فَقُلْتُ لِعَائِشَةَ : مَا مَنَعَكِ أَنْ تُعْلِمِي النَّاسَ بِهَذَا ؟ قَالَتْ : أُنْسِيتُهُ وَاللهِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ey Osman! Əgər Allah sənə bir gün bu işi (xəlifəliyi) həvalə etsə, münafiqlər də Allahın sənə geyindirdiyi köynəyini (xəlifəlik vəzifəsini) çıxartmaq istəsələr, onu çıxartma!” O bunu üç dəfə təkrar etdi. Numan dedi: “Mən Aişədən soruşdum: “Bunu insanlara bəyan etməyə sənə nə mane oldu?” O dedi: “Allaha and olsun ki, bu mənə unutduruldu”.”

Aişə
İbn Məcə, 112 (Sünnə, 112)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ نُمَيْرٍ ، وَعَلِيُّ بْنُ مُحَمَّدٍ ، قَالاَ : حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ أَبِي خَالِدٍ ، عَنْ قَيْسِ بْنِ أَبِي حَازِمٍ ، عَنْ عَائِشَةَ قَالَتْ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي مَرَضِهِ : وَدِدْتُ أَنَّ عِنْدِي بَعْضَ أَصْحَابِي , قُلْنَا : يَا رَسُولَ اللهِ ، أَلاَ نَدْعُو لَكَ أَبَا بَكْرٍ ؟ فَسَكَتَ ، قُلْنَا : أَلاَ نَدْعُو لَكَ عُمَرَ ؟ فَسَكَتَ , قُلْنَا : أَلاَ نَدْعُو لَكَ عُثْمَانَ ؟ قَالَ : نَعَمْ ، فَجَاءَ عُثْمَانُ ، فَخَلاَ بِهِ ، فَجَعَلَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ يُكَلِّمُهُ ، وَوَجْهُ عُثْمَانَ يَتَغَيَّرُ. قَالَ قَيْسٌ : فَحَدَّثَنِي أَبُو سَهْلَةَ , مَوْلَى عُثْمَانَ ، أَنَّ عُثْمَانَ بْنَ عَفَّانَ قَالَ يَوْمَ الدَّارِ : إِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَهِدَ إِلَيَّ عَهْدًا ، فَأَنَا صَائِرٌ إِلَيْهِ. وَقَالَ عَلِيٌّ فِي حَدِيثِهِ : وَأَنَا صَابِرٌ عَلَيْهِ. قَالَ قَيْسٌ : فَكَانُوا يُرَوْنَهُ ذَلِكَ الْيَوْمَ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ ölümlə nəticələnən xəstəliyə tutulduqda dedi: “Bəzi səhabələrimin yanımda olmasını arzulayıram”. Biz dedik: “Ey Allahın Elçisi, Əbu Bəkri yanına çağıraq?” O susdu. Biz dedik: “Öməri yanına çağıraq?” O yenə də susdu. Biz dedik: “Osmanı yanına çağıraq?” O: “Bəli”- dedi. Osman gəldi və onunla təklikdə qaldı. Peyğəmbər ﷺ onunla danışmağa başladı və Osmanın üzünün rəngi dəyişdi”. Osmanın mövlası Əbu Səhlə rəvayət edir ki, Osman “ev günü” (Osmanın evində mühasirəyə alındığı gün) demişdir: “Allah Elçisi ﷺ məndən əhd aldı ki, mən bu işin üzərində səbir edim”. Əlinin hədisində deyilir: “Mən bu işin üzərində səbir edim”. Ravi Qeys dedi: “Bunu rəvayət edənlərin hamısı bu günün Osmanın evində mühasirədə olduğu gün olduğunu deyirlər”.”

Aişə
İbn Məcə, 113 (Sünnə, 113)Səhih

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، وَأَبُو مُعَاوِيَةَ ، وَعَبْدُ اللهِ بْنُ نُمَيْرٍ ، عَنِ الأَعْمَشِ ، عَنْ عَدِيِّ بْنِ ثَابِتٍ ، عَنْ زِرِّ بْنِ حُبَيْشٍ ، عَنْ عَلِيٍّ رَضِيَ اللهُ عَنْهُ ، قَالَ : عَهِدَ إِلَيَّ النَّبِيُّ الأُمِّيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَنَّهُ لاَ يُحِبُّنِي إِلاَّ مُؤْمِنٌ ، وَلاَ يُبْغِضُنِي إِلاَّ مُنَافِقٌ.

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Ummilərin Peyğəmbəri ﷺ mənə zəmanət verdi ki, məni yalnız mömin sevər və mənə yalnız münafiq nifrət edər”.”

Əli
İbn Məcə, 114 (Sünnə, 114)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ سَعْدِ بْنِ إِبْرَاهِيمَ ، قَالَ : سَمِعْتُ إِبْرَاهِيمَ بْنَ سَعْدِ بْنِ أَبِي وَقَّاصٍ يُحَدِّثُ عَنْ أَبِيهِ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ , أَنَّهُ قَالَ لِعَلِيٍّ : أَلاَ تَرْضَى أَنْ تَكُونَ مِنِّي بِمَنْزِلَةِ هَارُونَ مِنْ مُوسَى.

“İbrahim ibn Səd ibn Əbu Vaqqas atasından ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ Əliyə belə dedi: “Sənin mənim yanımdakı məqamın, Harunun Musanın yanındakı məqamı kimi olmasına razı deyilsənmi?””

İbrahim ibn Səd ibn Əbu Vaqqas atasından
İbn Məcə, 115 (Sünnə, 115)Səhih

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا أَبُو الْحُسَيْنِ ، أَخْبَرَنِي حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ عَلِيِّ بْنِ زَيْدِ بْنِ جُدْعَانَ ، عَنْ عَدِيِّ بْنِ ثَابِتٍ ، عَنِ الْبَرَاءِ بْنِ عَازِبٍ ، قَالَ : أَقْبَلْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي حَجَّتِهِ الَّتِي حَجَّ ، فَنَزَلَ فِي بَعْضِ الطَّرِيقِ ، فَأَمَرَ الصَّلاَةَ جَامِعَةً ، فَأَخَذَ بِيَدِ عَلِيٍّ رَضِيَ اللهُ عَنْهُ ، فَقَالَ : أَلَسْتُ أَوْلَى بِالْمُؤْمِنِينَ مِنْ أَنْفُسِهِمْ ؟ قَالُوا : بَلَى ، قَالَ : أَلَسْتُ أَوْلَى بِكُلِّ مُؤْمِنٍ مِنْ نَفْسِهِ ؟ قَالُوا : بَلَى ، قَالَ : فَهَذَا وَلِيُّ مَنْ أَنَا مَوْلاَهُ ، اللَّهُمَّ وَالِ مَنْ وَالاَهُ ، اللَّهُمَّ عَادِ مَنْ عَادَاهُ.

“Rəvayət edilir ki, əl-Bəra ibn Azib ﵁ demişdir: “Biz Allah Elçisinin ﷺ Həcc etdiyi ildə onunla birlikdə idik. O, yolun bəzi yerlərində dayandı və camaata namaz qılmaq əmri verdi. Sonra Əlinin ﵁ əlini tutub buyurdu: “Mən möminlərə onların özlərindən də daha yaxın deyiləmmi?!” Səhabələr: “Bəli!”- dedilər. O dedi: “Mən hər bir möminə onun özündən daha yaxın deyiləmmi?” Səhabələr: “Bəli!”- dedilər. O dedi: “Bu, (Əli ibn Əbu Talib) məni sevən hər kəsin mövlasıdır (yaxınıdır). Allahım, onunla dost olanla dost ol, ona düşmən olanla Sən də düşmən ol!””

əl-Bəra ibn Azib
İbn Məcə, 116 (Sünnə, 116)Səhih

حَدَّثَنَا عُثْمَانُ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا ابْنُ أَبِي لَيْلَى ، حَدَّثَنَا الْحَكَمُ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي لَيْلَى ، قَالَ : كَانَ أَبُو لَيْلَى يَسْمُرُ مَعَ عَلِيٍّ ، فَكَانَ يَلْبَسُ ثِيَابَ الصَّيْفِ فِي الشِّتَاءِ ، وَثِيَابَ الشِّتَاءِ فِي الصَّيْفِ ، فَقُلْنَا : لَوْ سَأَلْتَهُ ، فَقَالَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ بَعَثَ إِلَيَّ وَأَنَا أَرْمَدُ الْعَيْنِ يَوْمَ خَيْبَرَ ، قُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنِّي أَرْمَدُ الْعَيْنِ ، فَتَفَلَ فِي عَيْنِي ، ثُمَّ قَالَ : اللَّهُمَّ أَذْهِبْ عَنْهُ الْحَرَّ وَالْبَرْدَ , قَالَ : فَمَا وَجَدْتُ حَرًّا وَلاَ بَرْدًا بَعْدَ يَوْمِئِذٍ ، وَقَالَ : لأَبْعَثَنَّ رَجُلاً يُحِبُّ اللَّهَ وَرَسُولَهُ ، وَيُحِبُّهُ اللَّهُ وَرَسُولُهُ ، لَيْسَ بِفَرَّارٍ , فَتَشَوَّفَ لَهُ النَّاسُ ، فَبَعَثَ إِلَى عَلِيٍّ ، فَأَعْطَاهَا إِيَّاهُ.

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Əbu Leyla ﵀ demişdir: “Əbu Leyla ilə Əli axşamlar söhbət edərdilər. Əli yayda qış paltarı, qışda isə yay paltarı geyinərdi. Biz Əbu Leylaya dedik: “Ondan bu haqda soruşarsan”. Əli belə dedi: “Allah Elçisi ﷺ xəbər göndərərək məni yanına çağırtdırdı. O vaxt Xeybər döyüşü günü mənim gözlərim ağrıyırdı. Mən dedim: “Ey Allahın Elçisi, mənim gözlərim ağrıyır”. O, gözlərimə yüngülcə tüpürdü, sonra da dedi: “Allahım, istini və soyuğu ondan uzaq et!” Mən də o gündən sonra nə istilik, nə də soyuqluq hiss etdim”. Sonra Əli Allah Elçisinin ﷺ belə buyurduğunu rəvayət etdi: “Mən elə bir adamı göndərəcəyəm ki, o, Allah və Onun Elçisini sevir, Allah və Onun Elçisi də onu sevir. O, döyüş meydanından qaçan da deyil”. Bunu eşidən insanlar həmin adamın kim olduğunu gözlədilər. Allah Elçisi ﷺ də Əlini çağırtdırdı və bayrağı ona verdi”.”

Abdur-Rahmən ibn Əbu Leyla
İbn Məcə, 117 (Sünnə, 117)Həsən

حَدَّثَنَا مُحَمَّدُ بْنُ مُوسَى الْوَاسِطِيُّ ، حَدَّثَنَا الْمُعَلَّى بْنُ عَبْدِ الرَّحْمَنِ ، حَدَّثَنَا ابْنُ أَبِي ذِئْبٍ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : الْحَسَنُ وَالْحُسَيْنُ سَيِّدَا شَبَابِ أَهْلِ الْجَنَّةِ ، وَأَبُوهُمَا خَيْرٌ مِنْهُمَا.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həsən və Hüseyn Cənnətdəki cavanlar arasında ən hörmətli olanlardır. Ataları isə onlardan da xeyirlidir”.”

İbn Ömər
İbn Məcə, 118 (Sünnə, 118)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَسُوَيْدُ بْنُ سَعِيدٍ ، وَإِسْمَاعِيلُ بْنُ مُوسَى ، قَالُوا : حَدَّثَنَا شَرِيكٌ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ حُبْشِيِّ بْنِ جُنَادَةَ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : عَلِيٌّ مِنِّي وَأَنَا مِنْهُ ، وَلاَ يُؤَدِّي عَنِّي إِلاَّ عَلِيٌّ.

“Rəvayət edilir ki, Hubşi ibn Cunədə ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə dediyini eşitmişəm: “Əli məndən, mən də ondanam. Mənə aid olan müəyyən işləri yalnız Əli yerinə yetirə bilər”.”

Hubşi ibn Cunədə
İbn Məcə, 119 (Sünnə, 119)Həsən

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، حَدَّثَنَا مُوسَى بْنُ مُسْلِمٍ ، عَنِ ابْنِ سَابِطٍ , وَهُوَ عَبْدُ الرَّحْمَنِ ، عَنْ سَعْدِ بْنِ أَبِي وَقَّاصٍ ، قَالَ : قَدِمَ مُعَاوِيَةُ فِي بَعْضِ حَجَّاتِهِ ، فَدَخَلَ عَلَيْهِ سَعْدٌ ، فَذَكَرُوا عَلِيًّا ، فَنَالَ مِنْهُ ، فَغَضِبَ سَعْدٌ ، وَقَالَ : تَقُولُ هَذَا لِرَجُلٍ سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : مَنْ كُنْتُ مَوْلاَهُ فَعَلِيٌّ مَوْلاَهُ , وَسَمِعْتُهُ يَقُولُ : أَنْتَ مِنِّي بِمَنْزِلَةِ هَارُونَ مِنْ مُوسَى ، إِلاَّ أَنَّهُ لاَ نَبِيَّ بَعْدِي ، وَسَمِعْتُهُ يَقُولُ : لأُعْطِيَنَّ الرَّايَةَ الْيَوْمَ رَجُلاً يُحِبُّ اللَّهَ وَرَسُولَهُ.

“Rəvayət edilir ki, Səd ibn Əbu Vaqqas ﵁ demişdir: “Həcc səfərlərinin birində Muaviyə gəldikdə Səd onun yanına gəldi. Bir müddət Əli haqqında bəhs etdilər. Muaviyə Əlinin əleyhinə danışdıqda Səd qəzəbləndi və dedi: “Sən bu sözü elə bir adam üçün necə deyirsən!? Mən onun haqqında Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır”. Həmçinin ona belə dediyini eşitmişəm: “Sənin mənim yanımdakı məqamın, Harunun Musanın yanındakı məqamı kimidir, lakin məndən sonra peyğəmbər gəlməyəcək”. Həmçinin onun üçün (Xeybər döyüşü günü) belə dediyini də eşitmişəm: “Bu gün bayraq elə bir adama veriləcək ki, o, Allahı və Onun Elçisini sevir”.”

Səd ibn Əbu Vaqqas
İbn Məcə, 121 (Sünnə, 121)Səhih

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنْ مُحَمَّدِ بْنِ الْمُنْكَدِرِ ، عَنْ جَابِرٍ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَوْمَ قُرَيْظَةَ : مَنْ يَأْتِينَا بِخَبَرِ الْقَوْمِ ؟ فَقَالَ الزُّبَيْرُ : أَنَا ، فَقَالَ : مَنْ يَأْتِينَا بِخَبَرِ الْقَوْمِ ؟ فَقَالَ الزُّبَيْرُ : أَنَا , ثَلاَثًا ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لِكُلِّ نَبِيٍّ حَوَارِيٌّ ، وَإِنَّ حَوَارِيَّ الزُّبَيْرُ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ Qureyza günü soruşdu: “Bu qövmdən mənim üçün kim xəbər gətirər?” əz-Zubeyr dedi: “Mən!” O yenə soruşdu: “Bu qövmdən kim mənim üçün xəbər gətirər?” əz-Zubeyr dedi: “Mən!” Üçüncü dəfə Peyğəmbər ﷺ buyurdu: “Hər bir Peyğəmbərin ﷺ həvarisi olub, mənim də həvarim əz-Zubeyrdir”.”

Cabir
İbn Məcə, 122 (Sünnə, 122)Səhih

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، حَدَّثَنَا هِشَامُ بْنُ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَبْدِ اللهِ بْنِ الزُّبَيْرِ ، عَنِ الزُّبَيْرِ ، قَالَ : لَقَدْ جَمَعَ لِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَبَوَيْهِ يَوْمَ أُحُدٍ.

“Rəvayət edilir ki, əz-Zubeyr ﵁ demişdir: “And olsun ki, Allah Elçisi ﷺ Uhud döyüşü günü mənim üçün (atam-anam sənə fəda olsun deyərək) ata-anasını andı”.”

əz-Zubeyr
İbn Məcə, 123 (Sünnə, 123)Səhih

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، وَهَدِيَّةُ بْنُ عَبْدِ الْوَهَّابِ ، قَالاَ : حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، قَالَ : قَالَتْ لِي عَائِشُةُ : يَا عُرْوَةُ , كَانَ أَبَوَاكَ مِنَ الَّذِينَ اسْتَجَابُوا لِلَّهِ وَالرَّسُولِ مِنْ بَعْدِ مَا أَصَابَهُمُ الْقَرْحُ : أَبُو بَكْرٍ ، وَالزُّبَيْرُ.

“Hişam ibn Urva atasının ﵁ belə dediyini rəvayət edir: “Aişə mənə dedi: “Ey Urva, sənin valideynlərin yaralandıqdan sonra da Allahın və Peyğəmbərin ﷺ dəvətini qəbul edənlərdəndir”.”

Hişam ibn Urva atasından
İbn Məcə, 124 (Sünnə, 124)Səhih

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، وَعَمْرُو بْنُ عَبْدِ اللهِ الأَوْدِيُّ ، قَالاَ : حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا الصَّلْتُ الأَزْدِيُّ ، حَدَّثَنَا أَبُو نَضْرَةَ ، عَنْ جَابِرٍ ، أَنَّ طَلْحَةَ مَرَّ عَلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَقَالَ : شَهِيدٌ يَمْشِي عَلَى وَجْهِ الأَرْضِ.

“Cabir ﵁ rəvayət edir ki, bir dəfə Təlhə Peyğəmbərin ﷺ yanından keçərkən Peyğəmbər ﷺ belə buyurdu: “O, yer üzərində gəzən şəhiddir”.”

Cabir
İbn Məcə, 125 (Sünnə, 125)Səhih

حَدَّثَنَا أَحْمَدُ بْنُ الأَزْهَرِ ، حَدَّثَنَا عَمْرُو بْنُ عُثْمَانَ ، حَدَّثَنَا زُهَيْرُ بْنُ مُعَاوِيَةَ , حَدَّثَنِي إِسْحَاقُ بْنُ يَحْيَى بْنِ طَلْحَةَ ، عَنْ مُوسَى بْنِ طَلْحَةَ ، عَنْ مُعَاوِيَةَ بْنِ أَبِي سُفْيَانَ ، قَالَ : نَظَرَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ إِلَى طَلْحَةَ ، فَقَالَ : هَذَا مِمَّنْ قَضَى نَحْبَهُ.

“Rəvayət edilir ki, Muaviyə ibn Əbu Sufyan ﵄ demişdir: “Peyğəmbər ﷺ Təlhəyə baxıb belə dedi: “Bu adam əhdə sadiq olanlardandır”.”

Muaviyə ibn Əbu Sufyan
İbn Məcə, 126 (Sünnə, 126)Həsən

حَدَّثَنَا أَحْمَدُ بْنُ سِنَانٍ ، حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ، أَخْبَرَنَا إِسْحَاقُ ، عَنْ مُوسَى بْنِ طَلْحَةَ ، قَالَ : كُنَّا عِنْدَ مُعَاوِيَةَ ، فَقَالَ : أَشْهَدُ لَسَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : طَلْحَةُ مِمَّنْ قَضَى نَحْبَهُ.

“Rəvayət edilir ki, Musa ibn Talhə ﵀ demişdir: “Bir dəfə Müaviyənin yanında idik, o dedi: “Mən Allah Elçisinin ﷺ belə buyurduğuna şahidlik edirəm: “Təlhə əhdə sadiq olanlardandır”.”

Musa ibn Talhə
İbn Məcə, 127 (Sünnə, 127)Həsən

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ إِسْماعيلَ ، عَنْ قَيْسٍ ، قَالَ : رَأَيْتُ يَدَ طَلْحَةَ شَلاَّءَ ، وَقَى بِهَا رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَوْمَ أُحُدٍ.

“Rəvayət edilir ki, Qeys ﵀ demişdir: “Mən Təlhənin əlinin yaralandığını gördüm, onunla Uhud döyüşü günü Allah Elçisini ﷺ qoruyurdu”.”

Qeys
İbn Məcə, 128 (Sünnə, 128)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ سَعْدِ بْنِ إِبْرَاهِيمَ ، عَنْ عَبْدِ اللهِ بْنِ شَدَّادٍ ، عَنْ عَلِيٍّ ، قَالَ : مَا رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ جَمَعَ أَبَوَيْهِ لأَحَدٍ غَيْرَ سَعْدِ بْنِ مَالِكٍ ، فَإِنَّهُ قَالَ لَهُ يَوْمَ أُحُدٍ : ارْمِ سَعْدُ ، فِدَاكَ أَبِي وَأُمِّي.

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Allah Elçisinin ﷺ Səd ibn Malikdən başqa heç kəsə üçün valideynlərini yad edərək belə dediyini görməmişəm. O, Uhud döyüşündə Səd üçün belə deyirdi: “Vur, ey Səd! Atam-anam sənə fəda olsun!””

Əli
İbn Məcə, 129 (Sünnə, 129)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ وَحَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا حَاتِمُ بْنُ إِسْمَاعِيلَ ، وَإِسْمَاعِيلُ بْنُ عَيَّاشٍ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، قَالَ : سَمِعْتُ سَعْدَ بْنَ أَبِي وَقَّاصٍ يَقُولُ : لَقَدْ جَمَعَ لِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَوْمَ أُحُدٍ أَبَوَيْهِ ، فَقَالَ : ارْمِ سَعْدُ ، فِدَاكَ أَبِي وَأُمِّي.

“Rəvayət edilir ki, Səid ibn Museyyib ﵀ demişdir: “Mən Səd ibn Əbu Vaqqasın belə dediyini eşitmişəm: “Allah Elçisi ﷺ Uhud döyüşündə ata-anasını yad edərək mənə demişdi: “Vur, ey Səd! Atam-anam sənə fəda olsun!””

Səid ibn Museyyib
İbn Məcə, 130 (Sünnə, 130)Səhih

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ إِدْرِيسَ ، وَخَالِي يَعْلَى ، وَوَكِيعٌ ، عَنْ إِسْماعيلَ ، عَنْ قَيْسٍ ، قَالَ : سَمِعْتُ سَعْدَ بْنَ أَبِي وَقَّاصٍ يَقُولُ : إِنِّي لأَوَّلُ الْعَرَبِ رَمَى بِسَهْمٍ فِي سَبِيلِ اللَّهِ.

“Rəvayət edilir ki, Qeys ﵀ demişdir: “Mən Səd ibn Əbu Vaqqasın belə dediyini eşitdim: “Həqiqətən, mən Allah yolunda ox atan ilk ərəbəm”.”

Qeys
İbn Məcə, 131 (Sünnə, 131)Səhih

حَدَّثَنَا مَسْرُوقُ بْنُ الْمَرْزُبَانِ ، حَدَّثَنَا يَحْيَى بْنُ أَبِي زَائِدَةَ ، عَنْ هَاشِمِ بْنِ هَاشِمٍ ، قَالَ : سَمِعْتُ سَعِيدَ بْنَ الْمُسَيَّبِ يَقُولَ : قَالَ سَعْدُ بْنُ أَبِي وَقَّاصٍ : مَا أَسْلَمَ أَحَدٌ فِي الْيَوْمِ الَّذِي أَسْلَمْتُ فِيهِ ، وَلَقَدْ مَكَثْتُ سَبْعَةَ أَيَّامٍ , وَإِنِّي لَثُلُثُ الإِسْلاَمِ.

“Rəvayət edilir ki, Səid ibn əl-Museyyib ﵀ demişdir: “Səd ibn Əbu Vaqqas ﵁ delə buyurdu: “Mən müsəlman olduğum gün heç kim müsəlman olmadı. Mən müsəlman olduqdan sonra bir həftə müddətində heç kim müsəlman olmamışdı”.”

Səid ibn əl-Museyyib
İbn Məcə, 132 (Sünnə, 132)Səhih

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا عِيسَى بْنُ يُونُسَ ، حَدَّثَنَا صَدَقَةُ بْنُ الْمُثَنَّى أَبُو الْمُثَنَّى النَّخَعِيُّ ، عَنْ جَدِّهِ رِيَاحِ بْنِ الْحَارِثِ ، سَمِعَ سَعِيدَ بْنَ زَيْدِ بْنِ عَمْرِو بْنِ نُفَيْلٍ يَقُولُ : كَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَاشِرَ عَشَرَةٍ ، فَقَالَ : أَبُو بَكْرٍ فِي الْجَنَّةِ ، وَعُمَرُ فِي الْجَنَّةِ ، وَعُثْمَانُ فِي الْجَنَّةِ ، وَعَلِيٌّ فِي الْجَنَّةِ ، وَطَلْحَةُ فِي الْجَنَّةِ ، وَالزُّبَيْرُ فِي الْجَنَّةِ ، وَسَعْدٌ فِي الْجَنَّةِ ، وَعَبْدُ الرَّحْمَنِ فِي الْجَنَّةِ , فَقِيلَ لَهُ : مَنِ التَّاسِعُ ؟ قَالَ : أَنَا.

“Rəvayət edilir ki, Səid ibn Zeyd ibn Amr ibn Nufeyl ﵁ demişdir: “Allah Elçisi ﷺ on nəfərin onuncusu idi, çünki o demişdir: “Əbu Bəkr Cənnətdədir. Ömər Cənnətdədir. Osman Cənnətdədir. Əli Cənnətdədir. Təlhə Cənnətdədir. əz-Zubeyr Cənnətdədir. Səd Cənnətdədir. Abdur-Rahmən Cənnətdədir”. Ona dedilər: “Bəs doqquzuncu kimdir?” O dedi: “Mənəm”.”

Səid ibn Zeyd ibn Amr ibn Nufeyl
İbn Məcə, 133 (Sünnə, 133)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا ابْنُ أَبِي عَدِيٍّ ، عَنْ شُعْبَةَ ، عَنْ حُصَيْنٍ ، عَنْ هِلاَلِ بْنِ يَسَافٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ ظَالِمٍ ، عَنْ سَعِيدِ بْنِ زَيْدٍ رَضِيَ اللهُ عَنْهُ ، قَالَ : أَشْهَدُ عَلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَنِّي سَمِعْتُهُ يَقُولُ : اثْبُتْ حِرَاءُ ، فَمَا عَلَيْكَ إِلاَّ نَبِيٌّ ، أَوْ صِدِّيقٌ ، أَوْ شَهِيدٌ , وَعَدَّهُمْ : رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ , أَبُو بَكْرٍ ، وَعُمَرُ ، وَعُثْمَانُ ، وَعَلِيٌّ ، وَطَلْحَةُ ، وَالزُّبَيْرُ ، وَسَعْدٌ ، وَابْنُ عَوْفٍ ، وَسَعِيدُ بْنُ زَيْدٍ.

“Rəvayət edilir Səid ibn Zeyd ﵁ demişdir: “Mən şahidəm və Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Sakit dur, ey Hira! Sənin üzərində Peyğəmbər, Siddiq, şəhid var”. Allah Elçisi ﷺ onları sadalayaraq dedi: “Əbu Bəkr, Ömər, Osman, Əli, Təlhə, əz-Zubeyr, Səd, İbn Auf, Səid ibn Zeyd”.”

Səid ibn Zeyd
İbn Məcə, 134 (Sünnə, 134)Səhih

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ سُفْيَانَ (ح) وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، حَدَّثَنَا شُعْبَةُ ؛ جَمِيعًا عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ صِلَةَ بْنِ زُفَرَ ، عَنْ حُذَيْفَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ لأَهْلِ نَجْرَانَ : سَأَبْعَثُ مَعَكُمْ رَجُلاً أَمِينًا حَقَّ أَمِينٍ ، قَالَ : فَتَشَرَّفَ لَهُ النَّاسُ ، فَبَعَثَ أَبَا عُبَيْدَةَ بْنَ الْجَرَّاحِ.

“Huzeyfə ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Nəcran əhlinə belə buyurdu: “Mən sizinlə etimada ən çox layiq olan kişini göndərəcəyəm”. İnsanlar kimin bu məqama yetişəcəyini gözləməyə başladılar. Sonra Peyğəmbər ﷺ Əbu Ubeydə ibn əl-Cərrahı göndərdi”.”

Huzeyfə
İbn Məcə, 135 (Sünnə, 135)Səhih

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا يَحْيَى بْنُ آدَمَ ، حَدَّثَنَا إِسْرَائِيلُ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ صِلَةَ بْنِ زُفَرَ ، عَنْ عَبْدِ اللهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ لأَبِي عُبَيْدَةَ بْنِ الْجَرَّاحِ : هَذَا أَمِينُ هَذِهِ الأُمَّةِ.

“Abdullah ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Əbu Ubeydə ibn əl-Cərraha dedi: “Bu (adam), bu ümmətin etibarlısıdır”.”

Abdullah
İbn Məcə, 136 (Sünnə, 136)Səhih

حَدَّثَنَا الْحَسَنُ بْنُ عَلِيٍّ الْخَلاَّلُ ، حَدَّثَنَا يَحْيَى بْنُ آدَمَ ، حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ عَيَّاشٍ ، عَنْ عَاصِمٍ ، عَنْ زِرٍّ ، عَنْ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ ، أَنَّ أَبَا بَكْرٍ ، وَعُمَرَ ، بَشَّرَاهُ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَنْ أَحَبَّ أَنْ يَقْرَأَ الْقُرْآنَ غَضًّا كَمَا أُنْزِلَ ، فَلْيَقْرَأْهُ عَلَى قِرَاءَةِ ابْنِ أُمِّ عَبْدٍ.

“Abdullah ibn Məsud ﵁ rəvayət edir ki, bir dəfə Əbu Bəkr və Ömər onu (İbn Məsudu) Allah Elçisinin ﷺ dediyi bu sözlə müjdələdilər: “Kim Quranı nazil edildiyi kimi oxumağı sevirsə, İbn Ummu Abdın qiraəti kimi oxusun!””

Abdullah ibn Məsud
İbn Məcə, 138 (Sünnə, 138)Səhih

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ إِدْرِيسَ ، عَنِ الْحَسَنِ بْنِ عُبَيْدِ اللهِ ، عَنْ إِبْرَاهِيمَ بْنِ سُوَيْدٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ يَزِيدَ ، عَنْ عَبْدِ اللهِ ، قَالَ : قَالَ لِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِذْنُكَ عَلَيَّ أَنْ تَرْفَعَ الْحِجَابَ ، وَأَنْ تَسْتَمِعَ سِوَادِي ، حَتَّى أَنْهَاكَ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ mənə dedi: “Mən sənə qadağan edənə qədər qapımın qabağındakı pərdəni qaldırmağına və sirrimi eşitməyinə icazə verirəm”.”

Abdullah
İbn Məcə, 139 (Sünnə, 139)Səhih

حَدَّثَنَا أَحْمَدُ بْنُ عَبْدَةَ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ أَبِي يَزِيدَ ، عَنْ نَافِعِ بْنِ جُبَيْرٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أنّ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ لِلْحَسَنِ : اللَّهُمَّ إِنِّي أُحِبُّهُ فَأَحِبَّهُ ، وَأَحِبَّ مَنْ يُحِبُّهُ ، قَالَ : وَضَمَّهُ إِلَى صَدْرِهِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ Həsən üçün: “Allahım, mən onu sevirəm, Sən də onu sev və onu sevəni sev!”- deyərək dua etdi və onu bağrına basdı”.”

Əbu Hureyra
İbn Məcə, 142 (Sünnə, 142)Səhih

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ سُفْيَانَ ، عَنْ دَاوُدَ بْنِ أَبِي عَوْفٍ أَبِي الْجَحَّافِ ، وَكَانَ مَرْضِيًّا ، عَنْ أَبِي حَازِمٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ أَحَبَّ الْحَسَنَ وَالْحُسَيْنَ فَقَدْ أَحَبَّنِي ، وَمَنْ أَبْغَضَهُمَا فَقَدْ أَبْغَضَنِي.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Həsəni və Hüseyni sevən məni sevmiş olur, onlara nifrət edən isə mənə nifrət etmiş olur”.”

Əbu Hureyra
İbn Məcə, 143 (Sünnə, 143)Həsən

حَدَّثَنَا يَعْقُوبُ بْنُ حُمَيْدِ بْنِ كَاسِبٍ ، حَدَّثَنَا يَحْيَى بْنُ سُلَيْمٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُثْمَانَ بْنِ خُثَيْمٍ ، عَنْ سَعِيدِ بْنِ أَبِي رَاشِدٍ ، أَنَّ يَعْلَى بْنَ مُرَّةَ حَدَّثَهُمْ , أَنَّهُمْ خَرَجُوا مَعَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ إِلَى طَعَامٍ دُعُوا لَهُ ، فَإِذَا حُسَيْنٌ يَلْعَبُ فِي السِّكَّةِ ، قَالَ : فَتَقَدَّمَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَمَامَ الْقَوْمِ ، وَبَسَطَ يَدَيْهِ ، فَجَعَلَ الْغُلاَمُ يَفِرُّ هَاهُنَا وَهَاهُنَا ، وَيُضَاحِكُهُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ حَتَّى أَخَذَهُ ، فَجَعَلَ إِحْدَى يَدَيْهِ تَحْتَ ذَقْنِهِ ، وَالأُخْرَى فِي فَأْسِ رَأْسِهِ , فَقَبَّلَهُ , وَقَالَ : حُسَيْنٌ مِنِّي ، وَأَنَا مِنْ حُسَيْنٍ ، أَحَبَّ اللَّهُ مَنْ أَحَبَّ حُسَيْنًا ، حُسَيْنٌ سِبْطٌ مِنَ الأَسْبَاطِ.

“Səid ibn Əbu Raşid ﵀ rəvayət edir ki, Yalə ibn Murra bizə danışdı ki, onlar Peyğəmbərlə ﷺ birlikdə bir qonaqlığa gedərkən küçədə oynayan Hüseynlə qarşılaşdılar. Peyğəmbər ﷺ onunla olan camaatdan qabağa keçib qollarını açdı. Uşaq isə o tərəf-bu tərəfə qaçırdı. Peyğəmbər ﷺ onu qucağına götürdü, bir əlini uşağın çənəsinin altına, digər əlini də başının arxasına qoyaraq onu öpdü və dedi: “Hüseyn məndəndir, mən də Hüseyndənəm. Allah Hüseyni sevəni sevsin. Hüseyn nəvələrin nəvəsidir”.”

Səid ibn Əbu Raşid
İbn Məcə, 144 (Sünnə, 144)Həsən

حَدَّثَنَا عُثْمَانُ بْنُ أَبِي شَيْبَةَ ، وَعَلِيُّ بْنُ مُحَمَّدٍ ، قَالاَ : حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ هَانِئِ بْنِ هَانِئٍ ، عَنْ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ ، قَالَ : كُنْتُ جَالِسًا عِنْدَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ , فَاسْتَأْذَنَ عَمَّارُ بْنُ يَاسِرٍ ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : ائْذَنُوا لَهُ ، مَرْحَبًا بِالطَّيِّبِ الْمُطَيَّبِ.

“Rəvayət edilir ki, Əli ibn Əbu Talib ﵁ demişdir: “Bir dəfə biz Peyğəmbərin ﷺ yanında oturmuşduq. Əmmar ibn Yasir içəri girmək üçün izn istədi. Peyğəmbər ﷺ dedi: “Ona gəlməyə izn verin! Təmiz olan və təmizləndirilən xoş gəlib!””

Əli ibn Əbu Talib
İbn Məcə, 146 (Sünnə, 146)Səhih

حَدَّثَنَا نَصْرُ بْنُ عَلِيٍّ الْجَهْضَمِيُّ ، حَدَّثَنَا عَثَّامُ بْنُ عَلِيٍّ ، عَنِ الأَعْمَشِ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ هَانِئِ بْنِ هَانِئٍ ، قَالَ : دَخَلَ عَمَّارٌ عَلَى عَلِيٍّ ، فَقَالَ : مَرْحَبًا بِالطَّيِّبِ الْمُطَيَّبِ ، سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : مُلِئَ عَمَّارٌ إِيمَانًا إِلَى مُشَاشِهِ.

“Rəvayət edilir ki, Hani ibn Hani ﵀ demişdir: “Əmmar Əlinin yanına gəldikdə Əli dedi: “Təmiz olan və təmizləndirilən xoş gəlib! Həqiqətən, mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Əmmar sümüklərinin uclarına qədər imanla doldurulmuşdur”.”

Hani ibn Hani
İbn Məcə, 147 (Sünnə, 147)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عُبَيْدُ اللهِ بْنُ مُوسَى (ح) وَحَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، وَعَمْرُو بْنُ عَبْدِ اللهِ ، قَالاَ جَمِيعًا : حَدَّثَنَا وَكِيعٌ ، عَنْ عَبْدِ الْعَزِيزِ بْنِ سِيَاهٍ ، عَنْ حَبيبِ بْنِ أَبِي ثَابِتٍ ، عَنْ عَطَاءِ بْنِ يَسَارٍ ، عَنْ عَائِشَةَ قَالَتْ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : عَمَّارٌ مَا عُرِضَ عَلَيْهِ أَمْرَانِ إِلاَّ اخْتَارَ الأَرْشَدَ مِنْهُمَا.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Əmmar daim ona təqdim edilən iki şeydən ən doğrusunu seçər”.”

Aişə
İbn Məcə, 148 (Sünnə, 148)Səhih

حَدَّثَنَا أَحْمَدُ بْنُ سَعِيدٍ الدَّارِمِيُّ ، حَدَّثَنَا يَحْيَى بْنُ أَبِي بُكَيْرٍ ، حَدَّثَنَا زَائِدَةُ بْنُ قُدَامَةَ ، عَنْ عَاصِمِ بْنِ أَبِي النَّجُودِ ، عَنْ زِرِّ بْنِ حُبَيْشٍ , عَنْ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ ، قَالَ : كَانَ أَوَّلَ مَنْ أَظْهَرَ إِسْلاَمَهُ سَبْعَةٌ : رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، وَأَبُو بَكْرٍ ، وَعَمَّارٌ ، وَأُمُّهُ سُمَيَّةُ ، وَصُهَيْبٌ ، وَبِلاَلٌ ، وَالْمِقْدَادُ ، فَأَمَّا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَمَنَعَهُ اللَّهُ بِعَمِّهِ أَبِي طَالِبٍ ، وَأَمَّا أَبُو بَكْرٍ فَمَنَعَهُ اللَّهُ بِقَوْمِهِ ، وَأَمَّا سَائِرُهُمْ فَأَخَذَهُمُ الْمُشْرِكُونَ ، وَأَلْبَسُوهُمْ أَدْرَاعَ الْحَدِيدِ ، وَصَهَرُوهُمْ فِي الشَّمْسِ ، فَمَا مِنْهُمْ مِنْ أَحَدٍ إِلاَّ وَقَدْ وَاتَاهُمْ عَلَى مَا أَرَادُوا ، إِلاَّ بِلاَلاً ، فَإِنَّهُ هَانَتْ عَلَيْهِ نَفْسُهُ فِي اللهِ ، وَهَانَ عَلَى قَوْمِهِ ، فَأَخَذُوهُ فَأَعْطَوْهُ الْوِلْدَانَ ، فَجَعَلُوا يَطُوفُونَ بِهِ فِي شِعَابِ مَكَّةَ ، وَهُوَ يَقُولُ : أَحَدٌ أَحَدٌ.

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “İslamı qəbul edən ilk yeddi nəfər bunlar idi: Allah Elçisi ﷺ, Əbu Bəkr, Əmmar, Əmmarın anası Sumeyyə, Suheyb, Bilal və Miqdad. Allah Elçisinə gəlincə, Allah onu əmisi Əbu Talib vasitəsilə qorudu. Əbu Bəkrə gəlincə, Allah onu qövmü ilə qorudu. Digər müsəlmanları isə müşriklər tutdular və İslamdan dönmələri üçün dəmir paltarlar geyindirərək günəşin altında saxladılar. Bilaldan başqa bu əzablara dözə bilməyən müsəlmanlar müşriklərin dediyini etdilər. O, canını Allah yolunda fəda etməyə hazır idi. Qövmü də onun canına qəsd etməyə hazır idi. Buna görə müşriklər onu uşaqlara verdilər. Bu cavanlar onu Məkkə küçələrində sürüyürdülər. O isə deyirdi: “(Allah) Təkdir, Təkdir!””

Abdullah ibn Məsud
İbn Məcə, 150 (Sünnə, 150)Səhih

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ حَمَّادِ بْنِ سَلَمَةَ ، عَنْ ثَابِتٍ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لَقَدْ أُوذِيتُ فِي اللهِ وَمَا يُؤْذَى أَحَدٌ ، وَلَقَدْ أُخِفْتُ فِي اللهِ وَمَا يُخَافُ أَحَدٌ ، وَلَقَدْ أَتَتْ عَلَيَّ ثَالِثَةٌ وَمَا لِي وَلِبِلاَلٍ طَعَامٌ يَأْكُلُهُ ذُو كَبِدٍ ، إِلاَّ مَا وَارَى إِبْطُ بِلاَلٍ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allaha and olsun! Mənə Allah yolunda əziyyət verildiyi kimi heç kimə əziyyət verilmirdi. Allaha and olsun! Mən Allah yolunda qorxudulduğum kimi heç kim qorxudulmurdu. Allaha and olsun! Bilalın gizlətdiyi bir parça azuqədən başqa nə məndə, nə də Bilalda yeyilə biləcək heç nə yox idi. Bu, üç gün davam etdi”.”

Ənəs ibn Malik
İbn Məcə, 151 (Sünnə, 151)Səhih

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، وَعَمْرُو بْنُ عَبْدِ اللهِ ، قَالاَ : حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ أَبِي لَيْلَى الْكِنْدِيِّ ، قَالَ : جَاءَ خَبَّابٌ إِلَى عُمَرَ , فَقَالَ : ادْنُ ، فَمَا أَحَدٌ أَحَقَّ بِهَذَا الْمَجْلِسِ مِنْكَ إِلاَّ عَمَّارٌ ، فَجَعَلَ خَبَّابٌ يُرِيهِ آثَارًا بِظَهْرِهِ , مِمَّا عَذَّبَهُ الْمُشْرِكُونَ.

“Rəvayət edilir ki, Əbu Leyla əl-Kindi ﵀ demişdir: “Xabbab Ömərin yanına gəlmişdi. Ömər ona dedi: “Yaxına gəl! Əmmardan başqa bu məclisə səndən daha layiq adam yoxdur”. Xabbab da kürəyində müşriklərin verdikləri əziyyətin izlərini göstərdi”.”

Əbu Leyla əl-Kindi
İbn Məcə, 153 (Sünnə, 153)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، حَدَّثَنَا عَبْدُ الْوَهَّابِ بْنُ عَبْدِ الْمَجِيدِ ، حَدَّثَنَا خَالِدٌ الْحَذَّاءُ ، عَنْ أَبِي قِلاَبَةَ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : أَرْحَمُ أُمَّتِي بِأُمَّتِي أَبُو بَكْرٍ ، وَأَشَدُّهُمْ فِي دِينِ اللَّهُ عُمَرُ ، وَأَصْدَقُهُمْ حَيَاءً عُثْمَانُ ، وَأَقْضَاهُمْ عَلِيُّ بْنُ أَبِي طَالِبٍ ، وَأَقْرَؤُهُمْ لِكِتَابِ اللهِ أُبَيُّ بْنُ كَعْبٍ ، وَأَعْلَمُهُمْ بِالْحَلاَلِ وَالْحَرَامِ مُعَاذُ بْنُ جَبَلٍ ، وَأَفْرَضُهُمْ زَيْدُ بْنُ ثَابِتٍ ، أَلاَ وَإِنَّ لِكُلِّ أُمَّةٍ أَمِينًا ، وَأَمِينُ هَذِهِ الأُمَّةِ أَبُو عُبَيْدَةَ بْنُ الْجَرَّاحِ.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Ümmətimin içində ümmətimə ən rəhmli olan Əbu Bəkrdir. Allahın dini (hökmlərinin tətbiqində) ən sərti Ömərdir. Həya baxımından ən səmimi olan Osmandır. Qazilik Əli ibn Əbu Talibdədir. Allahın Kitabını ən gözəl oxuyan Ubey ibn Kəbdir. Halal və haramı ən yaxşı bilən Muaz ibn Cəbəldir. Miras məsələlərini ən yaxşı bilən Zeyd ibn Sabitdir. Diqqət edin! Şübhəsiz, hər ümmətin bir əmin insanı var. Bu ümmətin əmin insanı Əbu Ubeydə ibn əl-Cərrahdır”.”

Ənəs ibn Malik
İbn Məcə, 154 (Sünnə, 154)Səhih

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ سُفْيَانَ ، عَنْ خَالِدٍ الْحَذَّاءِ ، عَنْ أَبِي قِلاَبَةَ ، مِثْلَهُ.

“Eyni hədisdir.”

Ənəs ibn Malik
İbn Məcə, 155 (Sünnə, 155)Səhih

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ نُمَيْرٍ ، حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ عُثْمَانَ بْنِ عُمَيْرٍ ، عَنْ أَبِي حَرْبِ بْنِ أَبِي الأَسْوَدِ الدِّيْلِيِّ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : مَا أَقَلَّتِ الْغَبْرَاءُ ، وَلاَ أَظَلَّتِ الْخَضْرَاءُ ، مِنْ رَجُلٍ أَصْدَقَ لَهْجَةً مِنْ أَبِي ذَرٍّ.

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Əbu Zərdən daha düz danışan bir kişini nə yer üzü daşımış, nə də göy üzü kölgələndirmişdir”.”

Abdullah ibn Amr
İbn Məcə, 156 (Sünnə, 156)Səhih

حَدَّثَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، حَدَّثَنَا أَبُو الأَحْوَصِ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنِ الْبَرَاءِ بْنِ عَازِبٍ ، قَالَ : أُهْدِيَ لِرَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ سَرَقَةٌ مِنْ حَرِيرٍ ، فَجَعَلَ الْقَوْمُ يَتَدَاوَلُونَهَا بَيْنَهُمْ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَتَعْجَبُونَ مِنْ هَذَا ؟ فَقَالُوا لَهُ : نَعَمْ يَا رَسُولَ اللهِ ، فَقَالَ : وَالَّذِي نَفْسِي بِيَدِهِ ، لَمَنَادِيلُ سَعْدِ بْنِ مُعَاذٍ فِي الْجَنَّةِ خَيْرٌ مِنْ هَذَا.

“Rəvayət edilir ki, əl-Bəra ibn Azib ﵁ demişdir: “Bir dəfə Allah Elçisinə ﷺ ipəkli qumaşdan bir parça hədiyyə edilmişdi. Səhabələr qumaşı biri-birinin əlindən almağa başladılar. Allah Elçisi ﷺ isə dedi: “Bu (qumaşın gözəlliyinə) təəccübmü edirsiniz?” Səhabələr: “Bəli, ey Allahın Elçisi!” deyə cavab verdilər. Allah Elçisi ﷺ dedi: “Canım Əlində Olana and olsun! Səd ibn Muazın Cənnətdəki dəsmalları bundan daha xeyirlidir”.”

əl-Bəra ibn Azib
İbn Məcə, 157 (Sünnə, 157)Səhih

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ أَبِي سُفْيَانَ ، عَنْ جَابِرٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : اهْتَزَّ عَرْشُ الرَّحْمَنِ عَزَّ وَجَلَّ لِمَوْتِ سَعْدِ بْنِ مُعَاذٍ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ buyurdu: “ər-Rahmənin ﷿ Ərşi Səd ibn Muazın ölümünə görə titrəmişdir”.”

Cabir
İbn Məcə, 158 (Sünnə, 158)Səhih
Daha çox göstər

150 / 217 hədis göstərilir