Ana səhifə

Mövzu

Cihad

الجهاد

Allah yolunda cihad, şəhidlik və onun fəziləti

613 hədis

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مُحَمَّدٍ الْمُسْنَدِىُّ قَالَ حَدَّثَنَا أَبُو رَوْحٍ الْحَرَمِىُّ بْنُ عُمَارَةَ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ وَاقِدِ بْنِ مُحَمَّدٍ قَالَ سَمِعْتُ أَبِى يُحَدِّثُ عَنِ ابْنِ عُمَرَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « أُمِرْتُ أَنْ أُقَاتِلَ النَّاسَ حَتَّى يَشْهَدُوا أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ ، وَيُقِيمُوا الصَّلاَةَ ، وَيُؤْتُوا الزَّكَاةَ ، فَإِذَا فَعَلُوا ذَلِكَ عَصَمُوا مِنِّى دِمَاءَهُمْ وَأَمْوَالَهُمْ إِلاَّ بِحَقِّ الإِسْلاَمِ ، وَحِسَابُهُمْ عَلَى اللَّهِ » .

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “İnsanlar Allahdan başqa ibadətə layiq məbudun olmadığına və Muhəmmədin Onun elçisi olduğuna şəhadət edənə qədər, namaz qılıb zəkat verənə qədər (onlarla) vuruşmaq mənə əmr olundu. Əgər (zahirdə) bunu yerinə yetirsələr, İslamın haqqı (cinayətə görə veriləcək cəza) istisna olmaqla, canlarını və mallarını məndən qorumuş olarlar. Onların (gizli etdikləri əməllərinin) haqq-hesabı isə Allaha aiddir”.”

İbn Ömər
Buxari, 25 (İman, 18)Səhih

حَدَّثَنَا أَحْمَدُ بْنُ يُونُسَ وَمُوسَى بْنُ إِسْمَاعِيلَ قَالاَ حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ سَعْدٍ قَالَ حَدَّثَنَا ابْنُ شِهَابٍ عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سُئِلَ أَىُّ الْعَمَلِ أَفْضَلُ فَقَالَ « إِيمَانٌ بِاللَّهِ وَرَسُولِهِ » . قِيلَ ثُمَّ مَاذَا قَالَ « الْجِهَادُ فِى سَبِيلِ اللَّهِ » . قِيلَ ثُمَّ مَاذَا قَالَ « حَجٌّ مَبْرُورٌ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir dəfə Allah Elçisindən ﷺ soruşuldu: “Ən yaxşı əməl hansı əməl sayılır?” O buyurdu: “Allaha və Onun Elçisinə iman etmək”. Sonra soruşuldu: “Bəs sonra hansıdır?” O buyurdu: “Allah yolunda cihad etmək”. Sonra yenə soruşdular: “Bəs sonra hansıdır?” O dedi: “Qəbul olunmuş həcc”.”

Əbu Hureyra
Buxari, 26 (İman, 19)Səhih

حَدَّثَنَا حَرَمِىُّ بْنُ حَفْصٍ قَالَ حَدَّثَنَا عَبْدُ الْوَاحِدِ قَالَ حَدَّثَنَا عُمَارَةُ قَالَ حَدَّثَنَا أَبُو زُرْعَةَ بْنُ عَمْرِو بْنِ جَرِيرٍ قَالَ سَمِعْتُ أَبَا هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « انْتَدَبَ اللَّهُ لِمَنْ خَرَجَ فِى سَبِيلِهِ لاَ يُخْرِجُهُ إِلاَّ إِيمَانٌ بِى وَتَصْدِيقٌ بِرُسُلِى أَنْ أُرْجِعَهُ بِمَا نَالَ مِنْ أَجْرٍ أَوْ غَنِيمَةٍ ، أَوْ أُدْخِلَهُ الْجَنَّةَ ، وَلَوْلاَ أَنْ أَشُقَّ عَلَى أُمَّتِى مَا قَعَدْتُ خَلْفَ سَرِيَّةٍ ، وَلَوَدِدْتُ أَنِّى أُقْتَلُ فِى سَبِيلِ اللَّهِ ثُمَّ أُحْيَا ، ثُمَّ أُقْتَلُ ثُمَّ أُحْيَا ، ثُمَّ أُقْتَلُ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Allah Onun yolunda cihada çıxan kimsənin mükafatını tez verər. (Allah buyurur): “Onu (evindən) çıxaran yalnız Mənə olan imanı və elçilərimə olan inamıdır. Mən də onu nail olduğu savab və qənimətlə (sağ-salamat yurduna) qaytaracağam və ya Cənnətə daxil edəcəyəm”. Əgər ümmətimi əziyyətə salmış olmasaydım, (döyüşə gedən) dəstənin arxasında qalmazdım və Allah yolunda öldürülüb sonra dirildilməyimi, sonra öldürülüb yenə dirildilməyimi, sonra mütləq yenə öldürülməyimi istəyərdim”.”

Əbu Hureyra
Buxari, 36 (İman, 29)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ حَدَّثَنِى اللَّيْثُ قَالَ حَدَّثَنِى سَعِيدٌ عَنْ أَبِى شُرَيْحٍ أَنَّهُ قَالَ لِعَمْرِو بْنِ سَعِيدٍ وَهْوَ يَبْعَثُ الْبُعُوثَ إِلَى مَكَّةَ ائْذَنْ لِى أَيُّهَا الأَمِيرُ أُحَدِّثْكَ قَوْلاً قَامَ بِهِ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الْغَدَ مِنْ يَوْمِ الْفَتْحِ ، سَمِعَتْهُ أُذُنَاىَ وَوَعَاهُ قَلْبِى ، وَأَبْصَرَتْهُ عَيْنَاىَ ، حِينَ تَكَلَّمَ بِهِ ، حَمِدَ اللَّهَ وَأَثْنَى عَلَيْهِ ثُمَّ قَالَ « إِنَّ مَكَّةَ حَرَّمَهَا اللَّهُ ، وَلَمْ يُحَرِّمْهَا النَّاسُ ، فَلاَ يَحِلُّ لاِمْرِئٍ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الآخِرِ أَنْ يَسْفِكَ بِهَا دَمًا ، وَلاَ يَعْضِدَ بِهَا شَجَرَةً ، فَإِنْ أَحَدٌ تَرَخَّصَ لِقِتَالِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِيهَا فَقُولُوا إِنَّ اللَّهَ قَدْ أَذِنَ لِرَسُولِهِ ، وَلَمْ يَأْذَنْ لَكُمْ . وَإِنَّمَا أَذِنَ لِى فِيهَا سَاعَةً مِنْ نَهَارٍ ، ثُمَّ عَادَتْ حُرْمَتُهَا الْيَوْمَ كَحُرْمَتِهَا بِالأَمْسِ ، وَلْيُبَلِّغِ الشَّاهِدُ الْغَائِبَ » . فَقِيلَ لأَبِى شُرَيْحٍ مَا قَالَ عَمْرٌو قَالَ أَنَا أَعْلَمُ مِنْكَ يَا أَبَا شُرَيْحٍ ، لاَ يُعِيذُ عَاصِيًا ، وَلاَ فَارًّا بِدَمٍ ، وَلاَ فَارًّا بِخَرْبَةٍ .

“Rəvayət edilir ki, Məkkəyə ordu toplandığı vaxt Əbu Şureyh ﵁ Amr ibn Səidə dedi: “Ey əmir, mən Məkkənin fəthinin səhərki günü Allah Elçisinin ﷺ dediyi sözləri eşitdim. O sözləri mənim qulaqlarım eşitdi, qəlbim duydu və o bu sözləri söyləyərkən gözlərim onu gördü. Peyğəmbər ﷺ Allaha həmd edib Onun şəninə təriflər dedikdən sonra belə buyurdu: “Məkkənin toxunulmaz olduğunu insanlar deyil, Allah buyurmuşdur. Ona görə də Allaha və Axirət gününə iman gətirən adama orada nə qan tökmək, nə də bir ağac baltalamaq halal olar. Əgər kimsə Allah Elçisinin ﷺ orada döyüşdüyünü əlində əsas tutaraq buna izin versə, ona deyin: “Allah Öz elçisinə izin vermişdir, sizə isə izin verməmişdir”. O mənə ancaq bu günün bir saatında belə etməyə izin verdi və bu gün (Məkkə) yenə də dünənki kimi toxunulmaz oldu. Qoy burada olanlar (eşitdiklərini) aramızda olmayanlara çatdırsınlar”. Əbu Şureyhdən soruşuldu: “Amr nə dedi?” Amr dedi: “Mən səndən daha elmliyəm, ey Əbu Şureyh! Məkkə heç bir günahkarı, qan töküb oğurluq edərək qaçanı qoruya bilməz”.”

Əbu Şureyh
Buxari, 104 (Elm, 46)Səhih

حَدَّثَنَا عُثْمَانُ قَالَ أَخْبَرَنَا جَرِيرٌ عَنْ مَنْصُورٍ عَنْ أَبِى وَائِلٍ عَنْ أَبِى مُوسَى قَالَ جَاءَ رَجُلٌ إِلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ يَا رَسُولَ اللَّهِ ، مَا الْقِتَالُ فِى سَبِيلِ اللَّهِ فَإِنَّ أَحَدَنَا يُقَاتِلُ غَضَبًا ، وَيُقَاتِلُ حَمِيَّةً . فَرَفَعَ إِلَيْهِ رَأْسَهُ - قَالَ وَمَا رَفَعَ إِلَيْهِ رَأْسَهُ إِلاَّ أَنَّهُ كَانَ قَائِمًا - فَقَالَ « مَنْ قَاتَلَ لِتَكُونَ كَلِمَةُ اللَّهِ هِىَ الْعُلْيَا فَهُوَ فِى سَبِيلِ اللَّهِ عَزَّ وَجَلَّ » .

“Rəvayət edilir ki, Əbu Musa ﵁ demişdir: “Bir nəfər Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi! Allah yolunda döyüşmək nə deməkdir? Axı bizdən kimisi qəzəbinə görə, kimisi də namusuna görə döyüşür”. Peyğəmbər ﷺ buyurdu: “Hər kim Allahın Kəlməsi hər şeydən uca olsun deyə döyüşərsə, Allah ﷿ yolunda (döyüşmüş) olar”.”

Əbu Musa
Buxari, 123 (Elm, 65)Səhih

حَدَّثَنَا أَحْمَدُ بْنُ مُحَمَّدٍ قَالَ أَخْبَرَنَا عَبْدُ اللَّهِ قَالَ أَخْبَرَنَا مَعْمَرٌ عَنْ هَمَّامِ بْنِ مُنَبِّهٍ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « كُلُّ كَلْمٍ يُكْلَمُهُ الْمُسْلِمُ فِى سَبِيلِ اللَّهِ يَكُونُ يَوْمَ الْقِيَامَةِ كَهَيْئَتِهَا إِذْ طُعِنَتْ ، تَفَجَّرُ دَمًا ، اللَّوْنُ لَوْنُ الدَّمِ ، وَالْعَرْفُ عَرْفُ الْمِسْكِ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Müsəlmanın Allah yolunda aldığı hər bir yara Qiyamət günü, (ilk dəfə) açıldığı vaxtda olduğu kimi (həmin yaradan) qan fışqıracaq; rəngi qan rəngi, qoxusu isə müşk qoxusu olacaqdır”.”

Əbu Hureyra
Buxari, 237 (Dəstəmaz, 103)Səhih

حَدَّثَنَا مُحَمَّدٌ قَالَ أَخْبَرَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ عَنْ أَبِى حَازِمٍ سَمِعَ سَهْلَ بْنَ سَعْدٍ السَّاعِدِىَّ ، وَسَأَلَهُ النَّاسُ وَمَا بَيْنِى وَبَيْنَهُ أَحَدٌ بِأَىِّ شَىْءٍ دُووِىَ جُرْحُ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ مَا بَقِىَ أَحَدٌ أَعْلَمُ بِهِ مِنِّى ، كَانَ عَلِىٌّ يَجِىءُ بِتُرْسِهِ فِيهِ مَاءٌ ، وَفَاطِمَةُ تَغْسِلُ عَنْ وَجْهِهِ الدَّمَ ، فَأُخِذَ حَصِيرٌ فَأُحْرِقَ فَحُشِىَ بِهِ جُرْحُهُ .

“Əbu Həzm ﵀ rəvayət edir ki, insanlar Səhl ibn Səd əs-Saididən: “Peyğəmbərin ﷺ yarası nə ilə müalicə edildi?”– deyə soruşdular. Səhl dedi: “Bunu məndən yaxşı bilən bir kəs qalmayıb. O vaxt Əli qalxanının içində su gətirir, Fatimə də Peyğəmbərin ﷺ üzündəki qanı yuyurdu. Sonra bir parça həsir götürüb yandırdılar və külünü onun yarasının üzərinə basdılar”.”

Əbu Həzm
Buxari, 243 (Dəstəmaz, 109)Səhih

حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنِ الْحَكَمِ عَنْ ذَرٍّ عَنِ ابْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبْزَى عَنْ أَبِيهِ أَنَّهُ شَهِدَ عُمَرَ وَقَالَ لَهُ عَمَّارٌ كُنَّا فِى سَرِيَّةٍ فَأَجْنَبْنَا ، وَقَالَ تَفَلَ فِيهِمَا .

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Əbzə ﵀ demişdir: “Əmmar Ömərə dedi: “Biz səninlə bir döyüşdə cənabətli idik”. Əmmar dedi: “Və ovuclarına üfürdü”.”

Abdur-Rahmən ibn Əbzə
Buxari, 340 (Təyəmmüm, 7)Səhih

حَدَّثَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ قَالَ حَدَّثَنَا إِسْمَاعِيلُ ابْنُ عُلَيَّةَ قَالَ حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ صُهَيْبٍ عَنْ أَنَسٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ غَزَا خَيْبَرَ ، فَصَلَّيْنَا عِنْدَهَا صَلاَةَ الْغَدَاةِ بِغَلَسٍ ، فَرَكِبَ نَبِىُّ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَرَكِبَ أَبُو طَلْحَةَ ، وَأَنَا رَدِيفُ أَبِى طَلْحَةَ ، فَأَجْرَى نَبِىُّ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى زُقَاقِ خَيْبَرَ ، وَإِنَّ رُكْبَتِى لَتَمَسُّ فَخِذَ نَبِىِّ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، ثُمَّ حَسَرَ الإِزَارَ عَنْ فَخِذِهِ حَتَّى إِنِّى أَنْظُرُ إِلَى بَيَاضِ فَخِذِ نَبِىِّ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، فَلَمَّا دَخَلَ الْقَرْيَةَ قَالَ « اللَّهُ أَكْبَرُ ، خَرِبَتْ خَيْبَرُ ، إِنَّا إِذَا نَزَلْنَا بِسَاحَةِ قَوْمٍ فَسَاءَ صَبَاحُ الْمُنْذَرِينَ » . قَالَهَا ثَلاَثًا . قَالَ وَخَرَجَ الْقَوْمُ إِلَى أَعْمَالِهِمْ فَقَالُوا مُحَمَّدٌ - قَالَ عَبْدُ الْعَزِيزِ وَقَالَ بَعْضُ أَصْحَابِنَا - وَالْخَمِيسُ . يَعْنِى الْجَيْشَ ، قَالَ فَأَصَبْنَاهَا عَنْوَةً ، فَجُمِعَ السَّبْىُ ، فَجَاءَ دِحْيَةُ فَقَالَ يَا نَبِىَّ اللَّهِ ، أَعْطِنِى جَارِيَةً مِنَ السَّبْىِ . قَالَ « اذْهَبْ فَخُذْ جَارِيَةً » . فَأَخَذَ صَفِيَّةَ بِنْتَ حُيَىٍّ ، فَجَاءَ رَجُلٌ إِلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ يَا نَبِىَّ اللَّهِ ، أَعْطَيْتَ دِحْيَةَ صَفِيَّةَ بِنْتَ حُيَىٍّ سَيِّدَةَ قُرَيْظَةَ وَالنَّضِيرِ ، لاَ تَصْلُحُ إِلاَّ لَكَ . قَالَ « ادْعُوهُ بِهَا » . فَجَاءَ بِهَا ، فَلَمَّا نَظَرَ إِلَيْهَا النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « خُذْ جَارِيَةً مِنَ السَّبْىِ غَيْرَهَا » . قَالَ فَأَعْتَقَهَا النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَتَزَوَّجَهَا . فَقَالَ لَهُ ثَابِتٌ يَا أَبَا حَمْزَةَ ، مَا أَصْدَقَهَا قَالَ نَفْسَهَا ، أَعْتَقَهَا وَتَزَوَّجَهَا ، حَتَّى إِذَا كَانَ بِالطَّرِيقِ جَهَّزَتْهَا لَهُ أُمُّ سُلَيْمٍ فَأَهْدَتْهَا لَهُ مِنَ اللَّيْلِ ، فَأَصْبَحَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَرُوسًا فَقَالَ « مَنْ كَانَ عِنْدَهُ شَىْءٌ فَلْيَجِئْ بِهِ » . وَبَسَطَ نِطَعًا ، فَجَعَلَ الرَّجُلُ يَجِىءُ بِالتَّمْرِ ، وَجَعَلَ الرَّجُلُ يَجِىءُ بِالسَّمْنِ - قَالَ وَأَحْسِبُهُ قَدْ ذَكَرَ السَّوِيقَ - قَالَ فَحَاسُوا حَيْسًا ، فَكَانَتْ وَلِيمَةَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ .

“Ənəs ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ qoşun yığıb Xeybərə yollandı. Biz bu qalanın yaxınlığında səhərin ala-qaranlığında Sübh namazını qıldıq. Bundan sonra Allahın Peyğəmbəri ﷺ və Əbu Təlhə öz miniklərinə mindilər. Mən isə Əbu Təlhənin tərkinə minmişdim. Allahın Peyğəmbəri ﷺ miniyini Xeybərin dar küçələrindən birinə sürdü və bu vaxt mənim dizim Allahın Peyğəmbərinin ﷺ buduna toxundu. Onun izarı yuxarı qalxdı və budu açıldı, onda mən Allahın Peyğəmbərinin ﷺ budunun ağlığını gördüm. Kəndə daxil olduqda o: “Allahu Əkbər! Xeybər dağıldı. Həqiqətən, biz (fasiq) qövmün yurduna daxil olduqda qorxudulanların sabahı necə də pis olar!”– deyərək bunu üç dəfə təkrar etdi”. Ənəs dedi: “Xeybərlilər öz işlərindən ötrü evlərindən çıxıb: “Muhəmməd öz qoşunu ilə gəldi!”– dedilər”. Ənəs deyir: “Biz Xeybəri zəbt etdik. Əsirlər bir yerə toplanıldıqdan sonra Dihyə gəlib dedi: “Ey Allahın Peyğəmbəri, əsir düşmüş cariyələrdən birini mənə ver”. Peyğəmbər ﷺ: “Get, birini götür!”– dedi və o da Safiyyə bint Huyeyi götürdü. Bundan sonra bir nəfər Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Peyğəmbəri, sən Dihyəyə Bəni Qureyza və Bəni Nədirin xanımı Safiyyə bint Huyeyi verdin, halbuki o qadın ancaq sənə layiqdir”. Onda Peyğəmbər ﷺ buyurdu: “Onu qadınla bir yerdə yanıma çağırın!” Dihyə Safiyyəni onun yanına gətirdi. Peyğəmbər ﷺ qadına baxıb Dihyəyə dedi: “Cariyələrdən başqasını götür”. Ənəs dedi: “Peyğəmbər ﷺ Safiyyəni azad edib onunla evləndi”. Ravi Sabit Ənəsdən soruşdu: “Bəs Peyğəmbər ﷺ ona mehr olaraq nə verdi?” Ənəs dedi: “Onun özünü verdi. Onu azad etdi və onunla evləndi”. Ənəs dedi: “Yolda Ummu Suleym Safiyyəni Peyğəmbər ﷺ üçün hazırladı və gecə onun yanına apardı. Zifaf gecəsinin səhəri Peyğəmbər ﷺ dedi: “Kimdə (yeməyə) bir şey varsa, bura gətirsin” və yerə bir dəri sərdi. Bu vaxt kimisi xurma, kimisi də yağ gətirdi”. Ravi deyir: “Hesab edirəm ki, Ənəs sıyığı da qeyd etdi”. Ənəs deyir: “Sonra onlar heys hazırladılar. Allahın Peyğəmbərinin ﷺ toy ziyafəti belə oldu”.”

Ənəs
Buxari, 371 (Namaz, 23)Səhih

حَدَّثَنَا نُعَيْمٌ قَالَ حَدَّثَنَا ابْنُ الْمُبَارَكِ عَنْ حُمَيْدٍ الطَّوِيلِ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « أُمِرْتُ أَنْ أُقَاتِلَ النَّاسَ حَتَّى يَقُولُوا لاَ إِلَهَ إِلاَّ اللَّهُ . فَإِذَا قَالُوهَا وَصَلَّوْا صَلاَتَنَا ، وَاسْتَقْبَلُوا قِبْلَتَنَا ، وَذَبَحُوا ذَبِيحَتَنَا ، فَقَدْ حَرُمَتْ عَلَيْنَا دِمَاؤُهُمْ وَأَمْوَالُهُمْ إِلاَّ بِحَقِّهَا ، وَحِسَابُهُمْ عَلَى اللَّهِ » .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Mən insanlarla “lə iləhə illəllah” (Allahdan başqa ibadətə layiq məbud yoxdur”) deyənə qədər döyüşməklə əmr olundum. Əgər bunu söyləsələr, namazımız kimi namaz qılsalar, qibləmizə yönəlsələr, heyvanları bizim kəsdiyimiz kimi kəssələr, haqq məsələsi istisna olmaqla onların qanları və malları bizə haram olar. Haqq-hesabları isə Allaha aiddir”.”

Ənəs ibn Malik
Buxari, 392 (Namaz, 44)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ نَافِعٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سَابَقَ بَيْنَ الْخَيْلِ الَّتِى أُضْمِرَتْ مِنَ الْحَفْيَاءِ ، وَأَمَدُهَا ثَنِيَّةُ الْوَدَاعِ ، وَسَابَقَ بَيْنَ الْخَيْلِ الَّتِى لَمْ تُضْمَرْ مِنَ الثَّنِيَّةِ إِلَى مَسْجِدِ بَنِى زُرَيْقٍ ، وَأَنَّ عَبْدَ اللَّهِ بْنَ عُمَرَ كَانَ فِيمَنْ سَابَقَ بِهَا .

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ əhliləşdirilmiş atlarda əl-Həfyadan əl-Vədə keçidinə qədər, əhliləşdirilməmiş atlarda isə bu keçiddən Bəni Zureyq məscidinədək cıdır yarışı təşkil etdi. Rəvayət edilir ki, yarışlarda Abdullah ibn Ömər ﵄ də iştirak edirdi.”

Abdullah ibn Ömər
Buxari, 420 (Namaz, 72)Səhih

حَدَّثَنَا زَكَرِيَّاءُ بْنُ يَحْيَى قَالَ حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ نُمَيْرٍ قَالَ حَدَّثَنَا هِشَامٌ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ قَالَتْ أُصِيبَ سَعْدٌ يَوْمَ الْخَنْدَقِ فِى الأَكْحَلِ ، فَضَرَبَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ خَيْمَةً فِى الْمَسْجِدِ لِيَعُودَهُ مِنْ قَرِيبٍ ، فَلَمْ يَرُعْهُمْ - وَفِى الْمَسْجِدِ خَيْمَةٌ مِنْ بَنِى غِفَارٍ - إِلاَّ الدَّمُ يَسِيلُ إِلَيْهِمْ فَقَالُوا يَا أَهْلَ الْخَيْمَةِ ، مَا هَذَا الَّذِى يَأْتِينَا مِنْ قِبَلِكُمْ فَإِذَا سَعْدٌ يَغْذُو جُرْحُهُ دَمًا ، فَمَاتَ فِيهَا .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Xəndək döyüşü günü Səd ibn Muazın qolunun şah damarı kəsilmişdi. Peyğəmbər ﷺ tez-tez ona baş çəksin deyə, məsciddə çadır qurdurdu. Məsciddə Bəni Ğifar tayfasına məxsus başqa bir çadır da var idi ki, bu onları narahat etmirdi. Lakin onlara tərəf axan qanı gördükdə təşvişə düşüb dedilər: “Ey çadır əhli! Sizdən bizə tərəf axan (qan) nədir?” Bir də gördülər ki, Sədin yarasından qan axır. Səd elə orada vəfat etdi”.”

Aişə
Buxari, 463 (Namaz, 115)Səhih

حَدَّثَنَا قُتَيْبَةُ قَالَ حَدَّثَنَا اللَّيْثُ عَنْ سَعِيدِ بْنِ أَبِى سَعِيدٍ أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ يَقُولُ بَعَثَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ خَيْلاً قِبَلَ نَجْدٍ ، فَجَاءَتْ بِرَجُلٍ مِنْ بَنِى حَنِيفَةَ يُقَالُ لَهُ ثُمَامَةُ بْنُ أُثَالٍ ، فَرَبَطُوهُ بِسَارِيَةٍ مِنْ سَوَارِى الْمَسْجِدِ .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbər ﷺ Nəcd tərəfə bir dəstə atlı göndərdi. Onlar oradan Bəni Hənifə tayfasından olan Sumamə ibn Usəl adlı bir nəfəri (tutub Mədinəyə gətirdilər və) onu məsciddəki dirəklərdən birinə bağladılar”.”

Əbu Hureyra
Buxari, 469 (Namaz, 121)Səhih

حَدَّثَنَا أَبُو الْوَلِيدِ هِشَامُ بْنُ عَبْدِ الْمَلِكِ قَالَ حَدَّثَنَا شُعْبَةُ قَالَ الْوَلِيدُ بْنُ الْعَيْزَارِ أَخْبَرَنِى قَالَ سَمِعْتُ أَبَا عَمْرٍو الشَّيْبَانِىَّ يَقُولُ حَدَّثَنَا صَاحِبُ هَذِهِ الدَّارِ وَأَشَارَ إِلَى دَارِ عَبْدِ اللَّهِ قَالَ سَأَلْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَىُّ الْعَمَلِ أَحَبُّ إِلَى اللَّهِ قَالَ « الصَّلاَةُ عَلَى وَقْتِهَا » . قَالَ ثُمَّ أَىُّ قَالَ « ثُمَّ بِرُّ الْوَالِدَيْنِ » . قَالَ ثُمَّ أَىُّ قَالَ « الْجِهَادُ فِى سَبِيلِ اللَّهِ » . قَالَ حَدَّثَنِى بِهِنَّ وَلَوِ اسْتَزَدْتُهُ لَزَادَنِى .

“Rəvayət edilir ki, Əbu Amr əş-Şeybani ﵀ demişdir: “Bizə bu evin yiyəsi – əli ilə Abdullah ibn Məsudun evini işarə edərək – buyurdu: “Mən Peyğəmbərdən ﷺ soruşdum: “Allahın ən çox sevdiyi əməl hansı əməldir?” O buyurdu: “Vaxtında qılınan namaz”. Mən dedim: “Sonra hansıdır?” O buyurdu: “Valideynlərin qayğısına qalmaq”. Mən dedim: “Bəs sonra hansıdır?” O buyurdu: “Allah yolunda cihad etmək”. Abdullah ibn Məsud deyir: “O mənə bunları dedi. Əgər soruşsaydım, yenə cavab verərdi”.”

Əbu Amr əş-Şeybani
Buxari, 527 (Namaz vaxtları, 7)Səhih

حَدَّثَنَا مُسْلِمُ بْنُ إِبْرَاهِيمَ قَالَ حَدَّثَنَا هِشَامٌ قَالَ حَدَّثَنَا يَحْيَى بْنُ أَبِى كَثِيرٍ عَنْ أَبِى قِلاَبَةَ عَنْ أَبِى الْمَلِيحِ قَالَ كُنَّا مَعَ بُرَيْدَةَ فِى غَزْوَةٍ فِى يَوْمٍ ذِى غَيْمٍ فَقَالَ بَكِّرُوا بِصَلاَةِ الْعَصْرِ فَإِنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مَنْ تَرَكَ صَلاَةَ الْعَصْرِ فَقَدْ حَبِطَ عَمَلُهُ » .

“Rəvayət edilir ki, Əbu Məlih ﵀ demişdir: “Bir dəfə mən hava buludlu olduğu bir gündə Bureydə ilə bir döyüşdə birlikdə idim. O dedi: “Əsr namazını ilk vaxtında qılın, çünki Peyğəmbər ﷺ buyurmuşdur: “Əsr namazını (qəsdən) qılmayan kimsənin əməli puç olar”.”

Əbu Məlih
Buxari, 553 (Namaz vaxtları, 33)Səhih

حَدَّثَنَا مُعَاذُ بْنُ فَضَالَةَ قَالَ حَدَّثَنَا هِشَامٌ عَنْ يَحْيَى - هُوَ ابْنُ أَبِى كَثِيرٍ - عَنْ أَبِى قِلاَبَةَ أَنَّ أَبَا الْمَلِيحِ حَدَّثَهُ قَالَ كُنَّا مَعَ بُرَيْدَةَ فِى يَوْمٍ ذِى غَيْمٍ فَقَالَ بَكِّرُوا بِالصَّلاَةِ فَإِنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مَنْ تَرَكَ صَلاَةَ الْعَصْرِ حَبِطَ عَمَلُهُ » .

“Rəvayət edilir ki, Əbu Məlih ﵀ demişdir: “Bir dəfə mən hava buludlu olduğu bir gündə Bureydə ilə bir döyüşdə birlikdə idim. O dedi: “Namazı ilk vaxtında qılın, çünki Peyğəmbər ﷺ buyurmuşdur: “Əsr namazını (qəsdən) qılmayan kimsənin əməli puç olar”.”

Əbu Məlih
Buxari, 594 (Namaz vaxtları, 74)Səhih

حَدَّثَنَا مُعَاذُ بْنُ فَضَالَةَ قَالَ حَدَّثَنَا هِشَامٌ عَنْ يَحْيَى عَنْ أَبِى سَلَمَةَ عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ أَنَّ عُمَرَ بْنَ الْخَطَّابِ جَاءَ يَوْمَ الْخَنْدَقِ بَعْدَ مَا غَرَبَتِ الشَّمْسُ ، فَجَعَلَ يَسُبُّ كُفَّارَ قُرَيْشٍ قَالَ يَا رَسُولَ اللَّهِ مَا كِدْتُ أُصَلِّى الْعَصْرَ حَتَّى كَادَتِ الشَّمْسُ تَغْرُبُ . قَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « وَاللَّهِ مَا صَلَّيْتُهَا » . فَقُمْنَا إِلَى بُطْحَانَ ، فَتَوَضَّأَ لِلصَّلاَةِ ، وَتَوَضَّأْنَا لَهَا فَصَلَّى الْعَصْرَ بَعْدَ مَا غَرَبَتِ الشَّمْسُ ، ثُمَّ صَلَّى بَعْدَهَا الْمَغْرِبَ .

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Xəndək döyüşü əsnasında Ömər ibn əl-Xattab günəş batandan sonra müsəlmanların yanına qayıtdı və Qureyş kafirlərini söyməyə başladı. Sonra dedi: “Ey Allahın Eçisi, mən Əsr namazını gün batana yaxın qıldım”. Peyğəmbər ﷺ buyurdu: “Allaha and olsun ki, mən Əsr namazını hələ qılmamışam”. Sonra biz Buthana getdik. Orada Peyğəmbər ﷺ dəstəmaz aldı və biz də namaz qılmaq üçün dəstəmaz aldıq. Gün batandan sonra o, Əsr namazını, arxası ilə də Məğrib namazını qıldırdı.”

Cabir ibn Abdullah
Buxari, 596 (Namaz vaxtları, 76)Səhih

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَحْيَى عَنْ هِشَامٍ قَالَ حَدَّثَنَا يَحْيَى - هُوَ ابْنُ أَبِى كَثِيرٍ - عَنْ أَبِى سَلَمَةَ عَنْ جَابِرٍ قَالَ جَعَلَ عُمَرُ يَوْمَ الْخَنْدَقِ يَسُبُّ كُفَّارَهُمْ وَقَالَ مَا كِدْتُ أُصَلِّى الْعَصْرَ حَتَّى غَرَبَتْ . قَالَ فَنَزَلْنَا بُطْحَانَ ، فَصَلَّى بَعْدَ مَا غَرَبَتِ الشَّمْسُ ، ثُمَّ صَلَّى الْمَغْرِبَ .

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Xəndək döyüşü əsnasında Ömər müsəlmanların yanına gəldi və kafirləri söyməyə başladı. Sonra dedi: “Mən Əsr namazını gün batana yaxın qıldım”. Biz Buthana gəldik. Peyğəmbər ﷺ gün batandan sonra Əsr namazını, arxasınca da Məğrib namazını qıldı.”

Cabir
Buxari, 598 (Namaz vaxtları, 78)Səhih

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ قَالَ حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ جَعْفَرٍ عَنْ حُمَيْدٍ عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا غَزَا بِنَا قَوْمًا لَمْ يَكُنْ يَغْزُو بِنَا حَتَّى يُصْبِحَ وَيَنْظُرَ ، فَإِنْ سَمِعَ أَذَانًا كَفَّ عَنْهُمْ ، وَإِنْ لَمْ يَسْمَعْ أَذَانًا أَغَارَ عَلَيْهِمْ ، قَالَ فَخَرَجْنَا إِلَى خَيْبَرَ فَانْتَهَيْنَا إِلَيْهِمْ لَيْلاً ، فَلَمَّا أَصْبَحَ وَلَمْ يَسْمَعْ أَذَانًا رَكِبَ وَرَكِبْتُ خَلْفَ أَبِى طَلْحَةَ ، وَإِنَّ قَدَمِى لَتَمَسُّ قَدَمَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ . قَالَ فَخَرَجُوا إِلَيْنَا بِمَكَاتِلِهِمْ وَمَسَاحِيهِمْ فَلَمَّا رَأَوُا النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالُوا مُحَمَّدٌ وَاللَّهِ ، مُحَمَّدٌ وَالْخَمِيسُ . قَالَ فَلَمَّا رَآهُمْ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « اللَّهُ أَكْبَرُ ، اللَّهُ أَكْبَرُ ، خَرِبَتْ خَيْبَرُ ، إِنَّا إِذَا نَزَلْنَا بِسَاحَةِ قَوْمٍ فَسَاءَ صَبَاحُ الْمُنْذَرِينَ » .

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ hər hansı bir toplumun üstünə getdikdə səhər açılanadək onlara hücum etməyib gözləyərdi – əgər oradan azan səsi eşitsəydi, onlarla vuruşmaq fikrindən daşınar, azan səsini eşitməsəydi, onlara hücum edərdi”. Ənəs deyir: “Biz Xeybərə doğru yola çıxdıq və onların yurduna gecə vaxtı çatdıq. Səhər olduqda Allah Elçisi ﷺ azan eşitmədikdə heyvanının tərkinə mindi. Mən Əbu Təlhənin heyvanının arxasına mindim. Mənim ayağım Allah Elçisinin ﷺ ayağına toxunurdu. Oranın camaatı zəmbil və təpkəcləri ilə bizə tərəf çıxdılar, Peyğəmbəri ﷺ gördükdə dedilər: “Muhəmməd, Vallah! Muhəmməd öz qoşunuyla gəldi!” Ənəs deyir: “Allah Elçisi ﷺ onları gördükdə dedi: “Allahu Əkbər, Allahu Əkbər! Xeybər dağıldı. Həqiqətən, biz (fasiq) qövmün yurduna daxil olduqda, qorxudulanların sabahı necə də pis olar!””

Ənəs ibn Malik
Buxari, 610 (Azan, 8)Səhih

حَدَّثَنَا أَبُو نُعَيْمٍ قَالَ حَدَّثَنَا شَيْبَانُ عَنْ يَحْيَى قَالَ سَمِعْتُ أَبَا سَلَمَةَ يَقُولُ أَخْبَرَنَا جَابِرُ بْنُ عَبْدِ اللَّهِ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَاءَهُ عُمَرُ بْنُ الْخَطَّابِ يَوْمَ الْخَنْدَقِ فَقَالَ يَا رَسُولَ اللَّهِ ، وَاللَّهِ مَا كِدْتُ أَنْ أُصَلِّىَ حَتَّى كَادَتِ الشَّمْسُ تَغْرُبُ ، وَذَلِكَ بَعْدَ مَا أَفْطَرَ الصَّائِمُ . فَقَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « وَاللَّهِ مَا صَلَّيْتُهَا » فَنَزَلَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى بُطْحَانَ وَأَنَا مَعَهُ فَتَوَضَّأَ ثُمَّ صَلَّى - يَعْنِى الْعَصْرَ - بَعْدَ مَا غَرَبَتِ الشَّمْسُ ، ثُمَّ صَلَّى بَعْدَهَا الْمَغْرِبَ .

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Xəndək döyüşü əsnasında Ömər ibn əl-Xattab gəlib dedi: “Ey Allahın Eçisi! Allaha and olsun ki, mən namazı gün batana yaxın qıldım”. Bu, oruc tutan orucunu açdıqdan sonra idi. Peyğəmbər ﷺ buyurdu: “Allaha and olsun ki, mən hələ heç qılmamışam”. Sonra Peyğəmbər ﷺ Buthana getdi, mən də onunla birlikdə idim. Orada Peyğəmbər ﷺ dəstəmaz aldı və günəş batandan sonra namazı, yəni Əsr namazını, ardı ilə də Məğrib namazını qıldırdı”.”

Cabir ibn Abdullah
Buxari, 641 (Azan, 39)Səhih

ثُمَّ قَالَ « الشُّهَدَاءُ خَمْسَةٌ الْمَطْعُونُ ، وَالْمَبْطُونُ ، وَالْغَرِيقُ ، وَصَاحِبُ الْهَدْمِ ، وَالشَّهِيدُ فِى سَبِيلِ اللَّهِ » . وَقَالَ « لَوْ يَعْلَمُ النَّاسُ مَا فِى النِّدَاءِ وَالصَّفِّ الأَوَّلِ ثُمَّ لَمْ يَجِدُوا إِلاَّ أَنْ يَسْتَهِمُوا لاَسْتَهَمُوا عَلَيْهِ » .

“Sonra buyurdu: “Beş nəfər şəhid sayılır: taundan ölənlər, qarın xəstəliklərindən ölənlər, suda boğulanlar, uçqun altında qalıb ölənlər və Allah yolunda şəhid olanlar”. Daha sonra o buyurdu: “Əgər insanlar azan (verməyin) və (namazda) birinci cərgədə (durmağın nə qədər xeyirli və bərəkətli) olduğunu bilsəydilər və (buna nail olmaq üçün) püşk atmaqdan başqa bir çıxış yolu tapmasaydılar, mütləq püşk atardılar”.”

Əbu Hureyra
Buxari, 653 (Azan, 51)Səhih

حَدَّثَنَا أَبُو عَاصِمٍ عَنْ مَالِكٍ عَنْ سُمَىٍّ عَنْ أَبِى صَالِحٍ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « الشُّهَدَاءُ الْغَرِقُ وَالْمَطْعُونُ وَالْمَبْطُونُ وَالْهَدْمُ » .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Suda boğulan, taundan ölən, qarın yatalağından və uçqun atında qalaraq ölən şəhidlərdir”.”

Əbu Hureyra
Buxari, 720 (Azan, 118)Səhih

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ سَأَلْتُهُ هَلْ صَلَّى النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَعْنِى صَلاَةَ الْخَوْفِ قَالَ أَخْبَرَنِى سَالِمٌ أَنَّ عَبْدَ اللَّهِ بْنَ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ غَزَوْتُ مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قِبَلَ نَجْدٍ ، فَوَازَيْنَا الْعَدُوَّ فَصَافَفْنَا لَهُمْ فَقَامَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى لَنَا فَقَامَتْ طَائِفَةٌ مَعَهُ تُصَلِّى ، وَأَقْبَلَتْ طَائِفَةٌ عَلَى الْعَدُوِّ وَرَكَعَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِمَنْ مَعَهُ ، وَسَجَدَ سَجْدَتَيْنِ ، ثُمَّ انْصَرَفُوا مَكَانَ الطَّائِفَةِ الَّتِى لَمْ تُصَلِّ ، فَجَاءُوا ، فَرَكَعَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِهِمْ رَكْعَةً ، وَسَجَدَ سَجْدَتَيْنِ ثُمَّ سَلَّمَ ، فَقَامَ كُلُّ وَاحِدٍ مِنْهُمْ فَرَكَعَ لِنَفْسِهِ رَكْعَةً وَسَجَدَ سَجْدَتَيْنِ .

“Rəvayət edilir ki, Şueyb ﵀ demişdir: “Mən əz-Zuhridən “Peyğəmbər ﷺ qorxu namazı qılıbmı?” deyə soruşdum. O dedi: “Səlim mənə xəbər verdi ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Mən Allah Elçisi ﷺ ilə birlikdə Nəcd istiqamətində gedən döyüşdə iştirak etdim. Biz düşmənlə qarşı-qarşıya gəldikdə onlarla üzbəüz durub sıralara düzüldük. Bundan sonra Allah Elçisi ﷺ bizə namaz qıldırmağa durdu. Bu vaxt səhabələrin bir qismi onunla birlikdə namaza durdu, digərləri isə düşmənə tərəf yönəldi. Allah Elçisi ﷺ namaza duranlarla birlikdə rukuya getdi və iki dəfə səcdə etdi. Sonra onlar arxaya çəkilib namaz qılmayanların yerini tutdular, namaz qılmayanlar isə namaza durdular. Allah Elçisi ﷺ namaza duranlarla birlikdə rukuya getdi və iki dəfə səcdə etdi. O, salam verdikdən sonra hər kəs qalxıb ayrı-ayrılıqda bir rükət namaz qıldı”.”

Şueyb
Buxari, 942 (Qorxu namazı, 1)Səhih

حَدَّثَنَا سَعِيدُ بْنُ يَحْيَى بْنِ سَعِيدٍ الْقُرَشِىُّ قَالَ حَدَّثَنِى أَبِى قَالَ حَدَّثَنَا ابْنُ جُرَيْجٍ عَنْ مُوسَى بْنِ عُقْبَةَ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ نَحْوًا مِنْ قَوْلِ مُجَاهِدٍ إِذَا اخْتَلَطُوا قِيَامًا . وَزَادَ ابْنُ عُمَرَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «وَإِنْ كَانُوا أَكْثَرَ مِنْ ذَلِكَ فَلْيُصَلُّوا قِيَامًا وَرُكْبَانًا»

“Mücahid ﵀ İbn Ömərin: “Düşmənlə qarşılaşdıqda namaz ayaq üstə qılınır” sözünü rəvayət etmişdir. Həmçinin İbn Ömər rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Əgər (düşmənin sayı) bundan (müsəlmanlardan) çox olarsa, müsəlmanlar namazlarını ayaq üstə və ya minik üstündə qıla bilərlər”.”

Mücahid
Buxari, 943 (Qorxu namazı, 2)Səhih

حَدَّثَنَا حَيْوَةُ بْنُ شُرَيْحٍ قَالَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ حَرْبٍ عَنِ الزُّبَيْدِىِّ عَنِ الزُّهْرِىِّ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ بْنِ عُتْبَةَ عَنِ ابْنِ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ قَامَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَقَامَ النَّاسُ مَعَهُ ، فَكَبَّرَ وَكَبَّرُوا مَعَهُ ، وَرَكَعَ وَرَكَعَ نَاسٌ مِنْهُمْ ، ثُمَّ سَجَدَ وَسَجَدُوا مَعَهُ ، ثُمَّ قَامَ لِلثَّانِيَةِ فَقَامَ الَّذِينَ سَجَدُوا وَحَرَسُوا إِخْوَانَهُمْ ، وَأَتَتِ الطَّائِفَةُ الأُخْرَى فَرَكَعُوا وَسَجَدُوا مَعَهُ ، وَالنَّاسُ كُلُّهُمْ فِى صَلاَةٍ ، وَلَكِنْ يَحْرُسُ بَعْضُهُمْ بَعْضًا .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ ayağa durdu, camaat da onunla birlikdə ayağa durdular. Peyğəmbər ﷺ təkbir etdikdə, camaat da onunla birlikdə təkbir etdilər. Ruku etdikdə, onlar da onunla birlikdə ruku etdilər. Sonra səcdə etdikdə, onlar da onunla birlikdə səcdə etdilər. Sonra ikinci rükətə qalxdı, səcdə vəziyyətində olanlar da qalxdılar və arxaya çəkilib qalan qardaşlarını qorumağa başladılar. Sonra digər dəstə də gəldi və Peyğəmbərlə ﷺ birlikdə rukuya gedib səcdə etdilər. Beləliklə, camaatın hamısı namaz içində idilər, sadəcə bir qismi digər qismini qoruyurdu”.”

İbn Abbas
Buxari, 944 (Qorxu namazı, 3)Səhih

حَدَّثَنَا يَحْيَى قَالَ حَدَّثَنَا وَكِيعٌ عَنْ عَلِىِّ بْنِ مُبَارَكٍ عَنْ يَحْيَى بْنِ أَبِى كَثِيرٍ عَنْ أَبِى سَلَمَةَ عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ قَالَ جَاءَ عُمَرُ يَوْمَ الْخَنْدَقِ ، فَجَعَلَ يَسُبُّ كُفَّارَ قُرَيْشٍ وَيَقُولُ يَا رَسُولَ اللَّهِ مَا صَلَّيْتُ الْعَصْرَ حَتَّى كَادَتِ الشَّمْسُ أَنْ تَغِيبَ . فَقَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « وَأَنَا وَاللَّهِ مَا صَلَّيْتُهَا بَعْدُ » . قَالَ فَنَزَلَ إِلَى بُطْحَانَ فَتَوَضَّأَ ، وَصَلَّى الْعَصْرَ بَعْدَ مَا غَابَتِ الشَّمْسُ ، ثُمَّ صَلَّى الْمَغْرِبَ بَعْدَهَا .

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Xəndək döyüşü əsnasında Ömər gəlib Qureyş kafirlərini söyməyə başladı. Sonra dedi: “Ey Allahın Elçisi, mən Əsr namazını gün batana yaxın qıldım”. Peyğəmbər ﷺ buyurdu: “Mən də, Allaha and olsun ki, hələ qılmamışam”. Sonra o, Buthana getdi və dəstəmaz aldı. Gün batandan sonra isə Əsr namazını, arxasınca da Məğrib namazını qıldı”.”

Cabir ibn Abdullah
Buxari, 945 (Qorxu namazı, 4)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مُحَمَّدِ بْنِ أَسْمَاءَ قَالَ حَدَّثَنَا جُوَيْرِيَةُ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَنَا لَمَّا رَجَعَ مِنَ الأَحْزَابِ « لاَ يُصَلِّيَنَّ أَحَدٌ الْعَصْرَ إِلاَّ فِى بَنِى قُرَيْظَةَ » . فَأَدْرَكَ بَعْضُهُمُ الْعَصْرَ فِى الطَّرِيقِ فَقَالَ بَعْضُهُمْ لاَ نُصَلِّى حَتَّى نَأْتِيَهَا ، وَقَالَ بَعْضُهُمْ بَلْ نُصَلِّى لَمْ يُرَدْ مِنَّا ذَلِكَ . فَذُكِرَ لِلنَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَلَمْ يُعَنِّفْ وَاحِدًا مِنْهُمْ .

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Peyğəmbər ﷺ Əhzab döyüşündən sonra Mədinəyə qayıtdıqda bizə dedi: “Bəni Qureyzaya çatmamış heç kim Əsr namazını qılmasın”. Əsr namazının vaxtı yolda yetişdi. Bəziləri dedilər: “Biz oraya çatanadək namaz qılmayacağıq”. Digərləri isə dedilər: “Yox, namazı burada qılaq, çünki Peyğəmbər ﷺ bizdən bunu tələb etmirdi”. Sonra bu haqda Peyğəmbərə ﷺ xəbər verdilər və o, buna görə onların heç birini qınamadı”.”

İbn Ömər
Buxari, 946 (Qorxu namazı, 5)Səhih

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا حَمَّادٌ عَنْ عَبْدِ الْعَزِيزِ بْنِ صُهَيْبٍ وَثَابِتٍ الْبُنَانِىِّ عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى الصُّبْحَ بِغَلَسٍ ثُمَّ رَكِبَ فَقَالَ « اللَّهُ أَكْبَرُ خَرِبَتْ خَيْبَرُ ، إِنَّا إِذَا نَزَلْنَا بِسَاحَةِ قَوْمٍ فَسَاءَ صَبَاحُ الْمُنْذَرِينَ » . فَخَرَجُوا يَسْعَوْنَ فِى السِّكَكِ وَيَقُولُونَ مُحَمَّدٌ وَالْخَمِيسُ - قَالَ وَالْخَمِيسُ الْجَيْشُ - فَظَهَرَ عَلَيْهِمْ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَتَلَ الْمُقَاتِلَةَ وَسَبَى الذَّرَارِىَّ ، فَصَارَتْ صَفِيَّةُ لِدِحْيَةَ الْكَلْبِىِّ ، وَصَارَتْ لِرَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ تَزَوَّجَهَا وَجَعَلَ صَدَاقَهَا عِتْقَهَا . فَقَالَ عَبْدُ الْعَزِيزِ لِثَابِتٍ يَا أَبَا مُحَمَّدٍ ، أَنْتَ سَأَلْتَ أَنَسًا مَا أَمْهَرَهَا قَالَ أَمْهَرَهَا نَفْسَهَا . فَتَبَسَّمَ .

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Sübh namazını ala-qaranlıqda qıldı, sonra minik heyvanına minib buyurdu: “Allahu Əkbər, Allahu Əkbər! Xeybər dağıldı. Həqiqətən, biz (fasiq) qövmün yurduna daxil olduqda, qorxudulanların sabahı necə də pis olar!” Xeybərlilər çıxıb küçələrdə qaçaraq: “Muhəmməd öz qoşunuyla (gəldi)!” Nəhayət, Allah Elçisi ﷺ onlara qalib gəldi, döyüşçülərini öldürdü, zürriyyətlərini əsir götürdü. Safiyyə bint Huyey əvvəlcə Dihyə əl-Kəlbiyə düşdü. Sonra Allah Elçisinə ﷺ düşdü. Sonra Safiyyəni azad edib onunla evləndi. Safiyyənin azad olunması onun mehri oldu”. Ravi Abdul-Əziz Sabitə dedi: “Ey Əbu Muhəmməd, Ənəsdən “ona mehr kimi nəyi verdi?” deyə sən soruşdun?” Sabit də: “Peyğəmbər ﷺ mehr olaraq onu azad etdi” dedi və gülümsədi”.”

Ənəs ibn Malik
Buxari, 947 (Qorxu namazı, 6)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَرْعَرَةَ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ سُلَيْمَانَ عَنْ مُسْلِمٍ الْبَطِينِ عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ عَنِ ابْنِ عَبَّاسٍ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ « مَا الْعَمَلُ فِى أَيَّامِ الْعَشْرِ أَفْضَلَ مِنَ الْعَمَلِ فِى هَذِهِ » . قَالُوا وَلاَ الْجِهَادُ قَالَ « وَلاَ الْجِهَادُ ، إِلاَّ رَجُلٌ خَرَجَ يُخَاطِرُ بِنَفْسِهِ وَمَالِهِ فَلَمْ يَرْجِعْ بِشَىْءٍ » .

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “(Zil-Hiccə ayının ilk) on günündə (edilən) əməllər, bu (təşriq) günlərində (edilən) əməllərdən üstün deyil”. Səhabələr soruşdular: “Cihad da?” O dedi: “Cihad da! Yalnız canını və malını təhlükəyə ataraq cihad edib hər ikisini (Allah yolunda) fəda edən kəsdən başqa”.”

İbn Abbas
Buxari, 969 (Bayramlar, 22)Səhih

حَدَّثَنَا مُسْلِمٌ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنِ الْحَكَمِ عَنْ مُجَاهِدٍ عَنِ ابْنِ عَبَّاسٍ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « نُصِرْتُ بِالصَّبَا ، وَأُهْلِكَتْ عَادٌ بِالدَّبُورِ » .

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Mən Səba qasırğası sayəsində qələbə qazandım, Ad tayfası isə Dəbur qasırğası ilə məhv edildi”.”

İbn Abbas
Buxari, 1035 (İstisqa, 31)Səhih

حَدَّثَنَا آدَمُ حَدَّثَنَا شُعْبَةُ حَدَّثَنَا الأَزْرَقُ بْنُ قَيْسٍ قَالَ كُنَّا بِالأَهْوَازِ نُقَاتِلُ الْحَرُورِيَّةَ ، فَبَيْنَا أَنَا عَلَى جُرُفِ نَهَرٍ إِذَا رَجُلٌ يُصَلِّى ، وَإِذَا لِجَامُ دَابَّتِهِ بِيَدِهِ فَجَعَلَتِ الدَّابَّةُ تُنَازِعُهُ ، وَجَعَلَ يَتْبَعُهَا - قَالَ شُعْبَةُ - هُوَ أَبُو بَرْزَةَ الأَسْلَمِىُّ - فَجَعَلَ رَجُلٌ مِنَ الْخَوَارِجِ يَقُولُ اللَّهُمَّ افْعَلْ بِهَذَا الشَّيْخِ . فَلَمَّا انْصَرَفَ الشَّيْخُ قَالَ إِنِّى سَمِعْتُ قَوْلَكُمْ ، وَإِنِّى غَزَوْتُ مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سِتَّ غَزَوَاتٍ أَوْ سَبْعَ غَزَوَاتٍ وَثَمَانِيًا ، وَشَهِدْتُ تَيْسِيرَهُ ، وَإِنِّى أَنْ كُنْتُ أَنْ أُرَاجِعَ مَعَ دَابَّتِى أَحَبُّ إِلَىَّ مِنْ أَنْ أَدَعَهَا تَرْجِعُ إِلَى مَأْلَفِهَا فَيَشُقَّ عَلَىَّ .

“Şubə ﵀ rəvayət edir ki, Əzraq ibn Qeys onlara belə rəvayət etdi: “Biz Əhvazda Hərurilərlə döyüşərkən mən çayın qırağında idim. Orada mən bir nəfərin namaz qıldığını və (namaz vaxtı) atının yüyənini əlində saxladığını gördüm. Birdən at onu çəkib aparmağa başladı”. Şubə deyir: “Bu, Əbu Bərzə əl-Əsləmi idi”. Əzraq ibn Qeys dedi: “Bu vaxt xavariclərdən biri dedi: “Allahım, bu qocanın cəzasını ver!” Qoca namazı bitirdikdən sonra dedi: “Mən sizin dediklərinizi eşitdim. (Biləsiniz ki,) mən Allah Elçisi ﷺ ilə birlikdə altı, yeddi, ya da səkkiz döyüşdə iştirak etmişəm. Mən onun (belə hallarda insanlarla həmişə) yumşaq rəftar etdiyini görmüşəm. Mənim üçün atımı tutub saxlamaq, onu otlağa buraxıb nigaran qalmaqdan daha yaxşıdır”.”

Şubə
Buxari, 1211 (Namazda əməllər, 14)Səhih

وَحَدَّثَنِى حَسَنُ بْنُ عَلِىٍّ الْحُلْوَانِىُّ قَالَ حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ أَخْبَرَنَا هَمَّامٌ قَالَ دَخَلَ أَبُو دَاوُدَ الأَعْمَى عَلَى قَتَادَةَ فَلَمَّا قَامَ قَالُوا إِنَّ هَذَا يَزْعُمُ أَنَّهُ لَقِىَ ثَمَانِيَةَ عَشَرَ بَدْرِيًّا. فَقَالَ قَتَادَةُ هَذَا كَانَ سَائِلاً قَبْلَ الْجَارِفِ لاَ يَعْرِضُ فِى شَىْءٍ مِنْ هَذَا وَلاَ يَتَكَلَّمُ فِيهِ. فَوَاللَّهِ مَا حَدَّثَنَا الْحَسَنُ عَنْ بَدْرِىٍّ مُشَافَهَةً. وَلاَ حَدَّثَنَا سَعِيدُ بْنُ الْمُسَيَّبِ عَنْ بَدْرِىٍّ مُشَافَهَةً إِلاَّ عَنْ سَعْدِ بْنِ مَالِكٍ.

“Rəvayət edilir ki, Həmmam ﵀ demişdir: “Bir dəfə kor Əbu Davud Qatədənin yanına daxil oldu. Bir az (oturduqdan) sonra qalxıb getdi və oradakılar Qatədəyə dedilər: “Bu adam Bədr döyüşündə iştirak edən səhabələrdən on səkkizini gördüyünü iddia edir”. Qatədə dedi: “Bu adam (çox adamı) süpürləyib aparan taun dövründən əvvəl dilənçi idi. Hədis elminə əhəmiyyət verməz və bu xüsusda əsla danışmazdı. Allaha and olsun ki, heç Həsən (əl-Bəsri) və Səid ibn Museyyib Bədrdə iştirak edən səhabələrin dilindən (hədis) eşitməmişlər. Yalnız Səd ibn Malik istisnadır”.”

Həmmam
Muslim, 72 (Müqəddimə, 72)Səhih

حَدَّثَنَا سَهْلُ بْنُ عُثْمَانَ وَأَبُو كُرَيْبٍ مُحَمَّدُ بْنُ الْعَلاَءِ جَمِيعًا عَنْ أَبِى مُعَاوِيَةَ - قَالَ أَبُو كُرَيْبٍ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ - عَنِ الأَعْمَشِ عَنْ أَبِى صَالِحٍ عَنْ أَبِى هُرَيْرَةَ أَوْ عَنْ أَبِى سَعِيدٍ - شَكَّ الأَعْمَشُ - قَالَ لَمَّا كَانَ غَزْوَةُ تَبُوكَ أَصَابَ النَّاسَ مَجَاعَةٌ. قَالُوا يَا رَسُولَ اللَّهِ لَوْ أَذِنْتَ لَنَا فَنَحَرْنَا نَوَاضِحَنَا فَأَكَلْنَا وَادَّهَنَّا. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « افْعَلُوا ». قَالَ فَجَاءَ عُمَرُ فَقَالَ يَا رَسُولَ اللَّهِ إِنْ فَعَلْتَ قَلَّ الظَّهْرُ وَلَكِنِ ادْعُهُمْ بِفَضْلِ أَزْوَادِهِمْ ثُمَّ ادْعُ اللَّهَ لَهُمْ عَلَيْهَا بِالْبَرَكَةِ لَعَلَّ اللَّهَ أَنْ يَجْعَلَ فِى ذَلِكَ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « نَعَمْ ». قَالَ فَدَعَا بِنِطَعٍ فَبَسَطَهُ ثُمَّ دَعَا بِفَضْلِ أَزْوَادِهِمْ - قَالَ - فَجَعَلَ الرَّجُلُ يَجِىءُ بِكَفِّ ذُرَةٍ - قَالَ - وَيَجِىءُ الآخَرُ بَكَفِّ تَمْرٍ - قَالَ - وَيَجِىءُ الآخَرُ بِكِسْرَةٍ حَتَّى اجْتَمَعَ عَلَى النِّطَعِ مِنْ ذَلِكَ شَىْءٌ يَسِيرٌ - قَالَ - فَدَعَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَيْهِ بِالْبَرَكَةِ ثُمَّ قَالَ « خُذُوا فِى أَوْعِيَتِكُمْ ». قَالَ فَأَخَذُوا فِى أَوْعِيَتِهِمْ حَتَّى مَا تَرَكُوا فِى الْعَسْكَرِ وِعَاءً إِلاَّ مَلأُوهُ - قَالَ - فَأَكَلُوا حَتَّى شَبِعُوا وَفَضِلَتْ فَضْلَةٌ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَنِّى رَسُولُ اللَّهِ لاَ يَلْقَى اللَّهَ بِهِمَا عَبْدٌ غَيْرَ شَاكٍّ فَيُحْجَبَ عَنِ الْجَنَّةِ ».

“Əbu Hureyra və ya Əbu Səid ﵄ demişdir: “Təbuk döyüşündə camaata aclıq üz vermişdi. Onlar Allah Elçisinin ﷺ yanına gəlib dedilər: “Ey Allahın Elçisi, icazə versəydin, yük dəvələrimizi kəsib ətindən yeyər, yağından da istifadə edərdik”. Allah Elçisi ﷺ buyurdu: “Elə edin!” Bu vaxt Ömər gəlib dedi: “Ey Allahın Elçisi, əgər belə etsək, miniyimiz azalacaq. Yaxşı olar ki, camaata ərzaqlarının qalanını sənin yanına gətirməyi buyurasan, sonra da onlar üçün Allahdan buna bərəkət diləyəsən. Yəqin ki, Allah bunun bərəkətini artırar”. Allah Elçisi ﷺ: “Yaxşı!”, – dedi. Sonra bir dəri döşənəcək gətizdirdi və onu yerə sərdi. Sonra da camaata artıq qalmış ərzaqlarını gətirib onun içinə qoymağı buyurdu. Onlardan kimisi bir ovuc darı, kimisi bir ovuc xurma, kimisi də bir tikə (başqa) ərzaq gətirməyə başladı. Nəhayət, dəri döşənəcəyin üstündə az miqdarda ərzaq yığıldı. Allah Elçisi ﷺ yığılmış ərzaq topasına bərəkət dilədikdən sonra camaata dedi: “Xurcunlarınızı doldurun!” Onlar da xurcunlarını doldurmağa başladılar və orduda olan xurcunların hamısını ağızbaağız doldurdular. Üstəlik, bu yeməkdən doyunca yedilər. Hələ artıq da qaldı. Onda Allah Elçisi ﷺ buyurdu: “Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur və mən Allahın elçisiyəm! Bu iki (şəhadət kəlməsinə) şəkk etməyərək bunlarla Allaha qovuşan hər bir bəndə mütləq Cənnətə girəcək”.”

Əbu Səid
Muslim, 148 (İman, 47)Səhih

وَحَدَّثَنَا مَنْصُورُ بْنُ أَبِى مُزَاحِمٍ حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ سَعْدٍ ح وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ جَعْفَرِ بْنِ زِيَادٍ أَخْبَرَنَا إِبْرَاهِيمُ - يَعْنِى ابْنَ سَعْدٍ - عَنِ ابْنِ شِهَابٍ عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ سُئِلَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَىُّ الأَعْمَالِ أَفْضَلُ قَالَ «إِيمَانٌ بِاللَّهِ». قَالَ ثُمَّ مَاذَا قَالَ « الْجِهَادُ فِى سَبِيلِ اللَّهِ ». قَالَ ثُمَّ مَاذَا قَالَ « حَجٌّ مَبْرُورٌ ». وَفِى رِوَايَةِ مُحَمَّدِ بْنِ جَعْفَرٍ قَالَ « إِيمَانٌ بِاللَّهِ وَرَسُولِهِ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisindən ﷺ soruşuldu: “Hansı əməl ən fəzilətli əməl sayılır?” O buyurdu: “Allaha iman gətirmək”. Yenə soruşuldu: “Sonra hansı?” O buyurdu: “Allah yolunda cihad etmək”. Yenə soruşuldu: “Sonra hansı?” O buyurdu: “Qəbul olunmuş həcc”. Ravi Muhəmməd ibn Cəfərin rəvayətində deyilir: “Allaha və Onun Elçisinə iman gətirməkdir”.”

Əbu Hureyra
Muslim, 258 (İman, 157)Səhih

حَدَّثَنِى أَبُو الرَّبِيعِ الزَّهْرَانِىُّ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ حَدَّثَنَا هِشَامُ بْنُ عُرْوَةَ ح وَحَدَّثَنَا خَلَفُ بْنُ هِشَامٍ - وَاللَّفْظُ لَهُ - حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ عَنْ أَبِيهِ عَنْ أَبِى مُرَاوِحٍ اللَّيْثِىِّ عَنْ أَبِى ذَرٍّ قَالَ قُلْتُ يَا رَسُولَ اللَّهِ أَىُّ الأَعْمَالِ أَفْضَلُ قَالَ « الإِيمَانُ بِاللَّهِ وَالْجِهَادُ فِى سَبِيلِهِ ». قَالَ قُلْتُ أَىُّ الرِّقَابِ أَفْضَلُ قَالَ « أَنْفَسُهَا عِنْدَ أَهْلِهَا وَأَكْثَرُهَا ثَمَنًا ». قَالَ قُلْتُ فَإِنْ لَمْ أَفْعَلْ قَالَ « تُعِينُ صَانِعًا أَوْ تَصْنَعُ لأَخْرَقَ ». قَالَ قُلْتُ يَا رَسُولَ اللَّهِ أَرَأَيْتَ إِنْ ضَعُفْتُ عَنْ بَعْضِ الْعَمَلِ قَالَ « تَكُفُّ شَرَّكَ عَنِ النَّاسِ فَإِنَّهَا صَدَقَةٌ مِنْكَ عَلَى نَفْسِكَ ».

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Mən soruşdum: “Ey Allahın Elçisi! Əməllərin hansı daha fəzilətli sayılır?” O buyurdu: “Allaha iman gətirmək və Onun yolunda cihad etmək”. Mən yenə soruşdum: “Hansı köləni azad etmək daha yaxşıdır?” O buyurdu: “Yiyəsi üçün ən dəyərli və ən bahalı olanı”. Mən dedim: “Əgər bunu edə bilməsəm?” O buyurdu: “(Yaxşı) bir iş görən adama kömək et və ya işi bacarmayan adamın işini gör”. Mən dedim: “Bəs bunu da etməyə qadir olmasam?” O buyurdu: “İnsanlara pislik etməkdən çəkin. Belə etsən, bu, sənin özünə verdiyin bir sədəqə olar”.”

Əbu Zərr
Muslim, 260 (İman, 159)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا عَلِىُّ بْنُ مُسْهِرٍ عَنِ الشَّيْبَانِىِّ عَنِ الْوَلِيدِ بْنِ الْعَيْزَارِ عَنْ سَعْدِ بْنِ إِيَاسٍ أَبِى عَمْرٍو الشَّيْبَانِىِّ عَنْ عَبْدِ اللَّهِ بْنِ مَسْعُودٍ قَالَ سَأَلْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَىُّ الْعَمَلِ أَفْضَلُ قَالَ « الصَّلاَةُ لِوَقْتِهَا ». قَالَ قُلْتُ ثُمَّ أَىٌّ قَالَ « بِرُّ الْوَالِدَيْنِ ». قَالَ قُلْتُ ثُمَّ أَىٌّ قَالَ « الْجِهَادُ فِى سَبِيلِ اللَّهِ ». فَمَا تَرَكْتُ أَسْتَزِيدُهُ إِلاَّ إِرْعَاءً عَلَيْهِ.

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Mən Allah Elçisindən ﷺ soruşdum: “Hansı əməl daha fəzilətli əməl sayılır?” O buyurdu: “Namazı vaxtında qılmaq”. Mən soruşdum: “Sonra hansı?” O buyurdu: “Valideynlərin qayğısına qalmaq”. Mən yenə soruşdum: “Bəs sonra hansı?” O buyurdu: “Allah yolunda cihad etmək”. Mən onu yormaq istəmədiyim üçün ona bundan artıq sual vermədim”.”

Abdullah ibn Məsud
Muslim, 262 (İman, 161)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ أَبِى عُمَرَ الْمَكِّىُّ حَدَّثَنَا مَرْوَانُ الْفَزَارِىُّ حَدَّثَنَا أَبُو يَعْفُورٍ عَنِ الْوَلِيدِ بْنِ الْعَيْزَارِ عَنْ أَبِى عَمْرٍو الشَّيْبَانِىِّ عَنْ عَبْدِ اللَّهِ بْنِ مَسْعُودٍ قَالَ قُلْتُ يَا نَبِىَّ اللَّهِ أَىُّ الأَعْمَالِ أَقْرَبُ إِلَى الْجَنَّةِ قَالَ « الصَّلاَةُ عَلَى مَوَاقِيتِهَا ». قُلْتُ وَمَاذَا يَا نَبِىَّ اللَّهِ قَالَ « بِرُّ الْوَالِدَيْنِ ». قُلْتُ وَمَاذَا يَا نَبِىَّ اللَّهِ قَالَ « الْجِهَادُ فِى سَبِيلِ اللَّهِ ».

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Mən Peyğəm-bərdən ﷺ soruşdum: “Ey Allahın peyğəmbəri! Əməllərin hansı Cənnətə daha yaxındır?” O buyurdu: “Namazları vaxtında qılmaq”. Mən soruşdum: “Sonra nə, ey Allahın peyğəmbəri?” O buyurdu: “Valideynlərin qayğısına qalmaq”. Yenə soruşdum: “Sonra nə, ey Allahın peyğəmbəri?” O buyurdu: “Allah yolunda cihad etmək”.”

Abdullah ibn Məsud
Muslim, 263 (İman, 162)Səhih

وَحَدَّثَنَا عُبَيْدُ اللَّهِ بْنُ مُعَاذٍ الْعَنْبَرِىُّ حَدَّثَنَا أَبِى حَدَّثَنَا شُعْبَةُ عَنِ الْوَلِيدِ بْنِ الْعَيْزَارِ أَنَّهُ سَمِعَ أَبَا عَمْرٍو الشَّيْبَانِىَّ قَالَ حَدَّثَنِى صَاحِبُ هَذِهِ الدَّارِ - وَأَشَارَ إِلَى دَارِ عَبْدِ اللَّهِ - قَالَ سَأَلْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَىُّ الأَعْمَالِ أَحَبُّ إِلَى اللَّهِ قَالَ « الصَّلاَةُ عَلَى وَقْتِهَا ». قُلْتُ ثُمَّ أَىٌّ قَالَ « ثُمَّ بِرُّ الْوَالِدَيْنِ ». قُلْتُ ثُمَّ أَىٌّ قَالَ « ثُمَّ الْجِهَادُ فِى سَبِيلِ اللَّهِ » قَالَ حَدَّثَنِى بِهِنَّ وَلَوِ اسْتَزَدْتُهُ لَزَادَنِى.

“Rəvayət edilir ki, Əbu Amr əş-Şeybani əli ilə Abdullah ibn Məsudun evini göstərib dedi: “Bu evin sahibi mənə belə rəvayət etmişdir: “Mən Allah Elçisindən ﷺ soruşdum: “Allahın ən sevdiyi əməl hansı əməldir?” O buyurdu: “Vaxtında qılınan namaz”. Mən soruşdum: “Sonra hansıdır?” O buyurdu: “Sonra valideynlərin qayğısına qalmaq”. Yenə soruşdum: “Bəs sonra hansıdır?” O buyurdu: “Sonra Allah yolunda cihad etmək”. İbn Məsud deyir: “O mənə bunları söylədi. Əgər soruşsaydım, yenə əlavə edərdi”.”

Əbu Amr əş-Şeybani
Muslim, 264 (İman, 163)Səhih

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا لَيْثٌ ح وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ - وَاللَّفْظُ مُتَقَارِبٌ - أَخْبَرَنَا اللَّيْثُ عَنِ ابْنِ شِهَابٍ عَنْ عَطَاءِ بْنِ يَزِيدَ اللَّيْثِىِّ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عَدِىِّ بْنِ الْخِيَارِ عَنِ الْمِقْدَادِ بْنِ الأَسْوَدِ أَنَّهُ أَخْبَرَهُ أَنَّهُ قَالَ يَا رَسُولَ اللَّهِ أَرَأَيْتَ إِنْ لَقِيتُ رَجُلاً مِنَ الْكُفَّارِ فَقَاتَلَنِى فَضَرَبَ إِحْدَى يَدَىَّ بِالسَّيْفِ فَقَطَعَهَا. ثُمَّ لاَذَ مِنِّى بِشَجَرَةٍ فَقَالَ أَسْلَمْتُ لِلَّهِ. أَفَأَقْتُلُهُ يَا رَسُولَ اللَّهِ بَعْدَ أَنْ قَالَهَا قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ تَقْتُلْهُ ». قَالَ فَقُلْتُ يَا رَسُولَ اللَّهِ إِنَّهُ قَدْ قَطَعَ يَدِى ثُمَّ قَالَ ذَلِكَ بَعْدَ أَنْ قَطَعَهَا أَفَأَقْتُلُهُ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ تَقْتُلْهُ فَإِنْ قَتَلْتَهُ فَإِنَّهُ بِمَنْزِلَتِكَ قَبْلَ أَنْ تَقْتُلَهُ وَإِنَّكَ بِمَنْزِلَتِهِ قَبْلَ أَنْ يَقُولَ كَلِمَتَهُ الَّتِى قَالَ ».

“Rəvayət edilir ki, Miqdad ibn əl-Əsvəd ﵁ demişdir: “Bir dəfə mən Allah Elçisinə ﷺ dedim: “Ey Allahın Elçisi, de görüm, əgər mən döyüşdə kafirlərdən biri ilə üz-üzə gəlib onunla vuruşsam, o, qılıncla vurub mənim bir əlimi kəssə, sonra da canını məndən qurtarmaq üçün ağaca qalxıb: “Allaha təslim oluram!”, – desə, bu sözü dedikdən sonra mən onu öldürə bilərəm, ey Allahın Elçisi?” Allah Elçisi ﷺ buyurdu: “Sən onu öldürməməlisən!” Mən dedim: “Ey Allahın Elçisi! O mənim bir əlimi kəsmiş və bu sözü ancaq əlimi kəsdikdən sonra demişdir. Belə olduqda mən onu öldürə bilmərəm?” Allah Elçisi ﷺ buyurdu: “Sən onu öldürməməlisən, çünki əgər sən onu öldürsən, onun halı, sənin onu öldürməmişdən əvvəlki halın kimi olacaq. Sənin halın isə, onun bu sözü deməmişdən əvvəlki halı kimi olacaq”.”

Miqdad ibn əl-Əsvəd
Muslim, 284 (İman, 183)Səhih

وَحَدَّثَنِى حَرْمَلَةُ بْنُ يَحْيَى أَخْبَرَنَا ابْنُ وَهْبٍ قَالَ أَخْبَرَنِى يُونُسُ عَنِ ابْنِ شِهَابٍ قَالَ حَدَّثَنِى عَطَاءُ بْنُ يَزِيدَ اللَّيْثِىُّ ثُمَّ الْجُنْدَعِىُّ أَنَّ عُبَيْدَ اللَّهِ بْنَ عَدِىِّ بْنِ الْخِيَارِ أَخْبَرَهُ أَنَّ الْمِقْدَادَ بْنَ عَمْرِو بْنِ الأَسْوَدِ الْكِنْدِىَّ - وَكَانَ حَلِيفًا لِبَنِى زُهْرَةَ وَكَانَ مِمَّنْ شَهِدَ بَدْرًا مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ - أَنَّهُ قَالَ يَا رَسُولَ اللَّهِ أَرَأَيْتَ إِنْ لَقِيتُ رَجُلاً مِنَ الْكُفَّارِ ثُمَّ ذَكَرَ بِمِثْلِ حَدِيثِ اللَّيْثِ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir, lakin bu hədisin əvvəlində deyilir: “Bəni Zuhra qəbiləsinin müttəfiqi olmuş, Allah Elçisi ilə ﷺ birlikdə Bədr döyüşündə iştirak etmiş Miqdad ibn Amr ibn əl-Əsvəd əl-Kindi: “Ey Allahın Elçisi, de görüm, əgər mən döyüşdə kafirlərdən biri ilə üz-üzə...”.”

Miqdad ibn əl-Əsvəd
Muslim, 286 (İman, 185)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا أَبُو خَالِدٍ الأَحْمَرُ ح وَحَدَّثَنَا أَبُو كُرَيْبٍ وَإِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ عَنْ أَبِى مُعَاوِيَةَ كِلاَهُمَا عَنِ الأَعْمَشِ عَنْ أَبِى ظِبْيَانَ عَنْ أُسَامَةَ بْنِ زَيْدٍ وَهَذَا حَدِيثُ ابْنِ أَبِى شَيْبَةَ قَالَ بَعَثَنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى سَرِيَّةٍ فَصَبَّحْنَا الْحُرَقَاتِ مِنْ جُهَيْنَةَ فَأَدْرَكْتُ رَجُلاً فَقَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ. فَطَعَنْتُهُ فَوَقَعَ فِى نَفْسِى مِنْ ذَلِكَ فَذَكَرْتُهُ لِلنَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أَقَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَقَتَلْتَهُ ». قَالَ قُلْتُ يَا رَسُولَ اللَّهِ إِنَّمَا قَالَهَا خَوْفًا مِنَ السِّلاَحِ. قَالَ « أَفَلاَ شَقَقْتَ عَنْ قَلْبِهِ حَتَّى تَعْلَمَ أَقَالَهَا أَمْ لاَ ». فَمَازَالَ يُكَرِّرُهَا عَلَىَّ حَتَّى تَمَنَّيْتُ أَنِّى أَسْلَمْتُ يَوْمَئِذٍ. قَالَ فَقَالَ سَعْدٌ وَأَنَا وَاللَّهِ لاَ أَقْتُلُ مُسْلِمًا حَتَّى يَقْتُلَهُ ذُو الْبُطَيْنِ. يَعْنِى أُسَامَةَ قَالَ قَالَ رَجُلٌ أَلَمْ يَقُلِ اللَّهُ {وَقَاتِلُوهُمْ حَتَّى لاَ تَكُونَ فِتْنَةٌ وَيَكُونَ الدِّينُ كُلُّهُ لِلَّهِ} فَقَالَ سَعْدٌ قَدْ قَاتَلْنَا حَتَّى لاَ تَكُونَ فِتْنَةٌ وَأَنْتَ وَأَصْحَابُكَ تُرِيدُونَ أَنْ تُقَاتِلُوا حَتَّى تَكُونَ فِتْنَةٌ.

“Rəvayət edilir ki, Usamə ibn Zeyd ﵁ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ bizi döyüşə göndərdi. Biz gəlib səhərə yaxın Cuheynədəki Huraqa (qövmünə) hücum etdik. Orada mən kafirlərdən birini yaxaladım. O: “Lə iləhə illəllah!”, – dedi, lakin mən onu vurub öldürdüm. Sonra qəlbimə şübhə düşdü. Mən bu hadisəni Allah Elçisinə ﷺ danışdım. Allah Elçisi ﷺ buyurdu: “O, “lə iləhə illəllah” dediyi halda sən onu öldürdün?!” Mən dedim: “Ey Allahın Elçisi, o, silahdan qorxub belə dedi”. Allah Elçisi ﷺ buyurdu: “Məgər sən onun qəlbini yarıb baxmışdın ki, onun bu sözü (qəlbən) dediyini biləsən?” Allah Elçisi ﷺ bu sözü mənə o qədər təkrar etdi ki, axırda mən öz-özümə: “Kaş ki, mən İslamı bu gün qəbul etmiş olaydım”, – deyə təmənna etdim”. Səd ibn Əbu Vəqqas dedi: “Allaha and olsun, bu yekəqarın – Usamə – (Allaha təslim olmuş) bir kəsi öldürməyincə mən heç vaxt heç bir müsəlmanı öldürməyəcəyəm”. (Bunu eşidən xavaric etiqadlı) bir adam dedi: “Məgər Allah buyurmur: “Fitnə aradan qalxana qədər və din tamamilə yalnız Allaha həsr edilənədək onlarla vuruşun!” (əl-Ənfal, 39)”. Səd dedi: “Biz vuruşurduq ki, fitnə aradan qalxsın. Sən və sənin yoldaşların isə fitnənin yayılması üçün vuruşursunuz”.”

Usamə ibn Zeyd
Muslim, 287 (İman, 186)Səhih

وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ وَعَبْدُ بْنُ حُمَيْدٍ جَمِيعًا عَنْ عَبْدِ الرَّزَّاقِ - قَالَ ابْنُ رَافِعٍ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ - أَخْبَرَنَا مَعْمَرٌ عَنِ الزُّهْرِىِّ عَنِ ابْنِ الْمُسَيَّبِ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ شَهِدْنَا مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حُنَيْنًا فَقَالَ لِرَجُلٍ مِمَّنْ يُدْعَى بِالإِسْلاَمِ « هَذَا مِنْ أَهْلِ النَّارِ » فَلَمَّا حَضَرْنَا الْقِتَالَ قَاتَلَ الرَّجُلُ قِتَالاً شَدِيدًا فَأَصَابَتْهُ جِرَاحَةٌ فَقِيلَ يَا رَسُولَ اللَّهِ الرَّجُلُ الَّذِى قُلْتَ لَهُ آنِفًا « إِنَّهُ مِنْ أَهْلِ النَّارِ » فَإِنَّهُ قَاتَلَ الْيَوْمَ قِتَالاً شَدِيدًا وَقَدْ مَاتَ. فَقَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِلَى النَّارِ » فَكَادَ بَعْضُ الْمُسْلِمِينَ أَنْ يَرْتَابَ فَبَيْنَمَا هُمْ عَلَى ذَلِكَ إِذْ قِيلَ إِنَّهُ لَمْ يَمُتْ وَلَكِنَّ بِهِ جِرَاحًا شَدِيدًا فَلَمَّا كَانَ مِنَ اللَّيْلِ لَمْ يَصْبِرْ عَلَى الْجِرَاحِ فَقَتَلَ نَفْسَهُ فَأُخْبِرَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِذَلِكَ فَقَالَ « اللَّهُ أَكْبَرُ أَشْهَدُ أَنِّى عَبْدُ اللَّهِ وَرَسُولُهُ ». ثُمَّ أَمَرَ بِلاَلاً فَنَادَى فِى النَّاسِ « إِنَّهُ لاَ يَدْخُلُ الْجَنَّةَ إِلاَّ نَفْسٌ مُسْلِمَةٌ وَإِنَّ اللَّهَ يُؤَيِّدُ هَذَا الدِّينَ بِالرَّجُلِ الْفَاجِرِ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə Huneyn döyüşündə idik. Orada Allah Elçisi ﷺ müsəlman adlananlardan biri haqqında buyurdu: “Bu, Cəhənnəm əhlindəndir”. Döyüşə başladığımız zaman həmin adam var gücü ilə vuruşdu və ağır yaralandı. Səhabələr Peyğəmbərə ﷺ dedilər: “Ey Allahın Elçisi, bayaq haqqında: “O, Cəhənnəm əhlindəndir”, – dediyin adam bu gün var gücü ilə vuruşdu və dünyasını dəyişdi”. Peyğəmbər ﷺ buyurdu: “(Onun yolu) Cəhənnəmədir”, – dedi. Bu sözdən sonra az qaldı ki, bəzi müsəlmanlar şübhəyə düşsün. Onlar şübhə içində olanda birdən səhabələrdən biri dedi: “O adam ölməyib, lakin ağır yaralıdır”. Gecə düşdükdə həmin adam ağrılara dözməyib öz canına qəsd etdi. Onun barəsində Peyğəmbərə ﷺ xəbər verildikdə o buyurdu: “Allahu Əkbər! Şahidlik edirəm ki, mən, həqiqətən də, Allahın qulu və elçisiyəm!” Sonra Bilala buyurdu, o da camaata bunu elan etdi: “Şübhəsiz ki, Cənnətə yalnız müsəlman girər. Həqiqətən, Allah bu dini günahkar bir adamın vasitəsilə olsa belə, qüvvətləndirər”.”

Əbu Hureyra
Muslim, 319 (İman, 218)Səhih

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا يَعْقُوبُ - وَهُوَ ابْنُ عَبْدِ الرَّحْمَنِ الْقَارِىُّ - حَىٌّ مِنَ الْعَرَبِ - عَنْ أَبِى حَازِمٍ عَنْ سَهْلِ بْنِ سَعْدٍ السَّاعِدِىِّ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْتَقَى هُوَ وَالْمُشْرِكُونَ فَاقْتَتَلُوا. فَلَمَّا مَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى عَسْكَرِهِ وَمَالَ الآخَرُونَ إِلَى عَسْكَرِهِمْ وَفِى أَصْحَابِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَجُلٌ لاَ يَدَعُ لَهُمْ شَاذَّةً إِلاَّ اتَّبَعَهَا يَضْرِبُهَا بِسَيْفِهِ فَقَالُوا مَا أَجْزَأَ مِنَّا الْيَوْمَ أَحَدٌ كَمَا أَجْزَأَ فُلاَنٌ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أَمَا إِنَّهُ مِنْ أَهْلِ النَّارِ ». فَقَالَ رَجُلٌ مِنَ الْقَوْمِ أَنَا صَاحِبُهُ أَبَدًا. قَالَ فَخَرَجَ مَعَهُ كُلَّمَا وَقَفَ وَقَفَ مَعَهُ وَإِذَا أَسْرَعَ أَسْرَعَ مَعَهُ - قَالَ - فَجُرِحَ الرَّجُلُ جُرْحًا شَدِيدًا فَاسْتَعْجَلَ الْمَوْتَ فَوَضَعَ نَصْلَ سَيْفِهِ بِالأَرْضِ وَذُبَابَهُ بَيْنَ ثَدْيَيْهِ ثُمَّ تَحَامَلَ عَلَى سَيْفِهِ فَقَتَلَ نَفْسَهُ فَخَرَجَ الرَّجُلُ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ أَشْهَدُ أَنَّكَ رَسُولُ اللَّهِ. قَالَ « وَمَا ذَاكَ ». قَالَ الرَّجُلُ الَّذِى ذَكَرْتَ آنِفًا أَنَّهُ مِنْ أَهْلِ النَّارِ فَأَعْظَمَ النَّاسُ ذَلِكَ فَقُلْتُ أَنَا لَكُمْ بِهِ فَخَرَجْتُ فِى طَلَبِهِ حَتَّى جُرِحَ جُرْحًا شَدِيدًا فَاسْتَعْجَلَ الْمَوْتَ فَوَضَعَ نَصْلَ سَيْفِهِ بِالأَرْضِ وَذُبَابَهُ بَيْنَ ثَدْيَيْهِ ثُمَّ تَحَامَلَ عَلَيْهِ فَقَتَلَ نَفْسَهُ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عِنْدَ ذَلِكَ « إِنَّ الرَّجُلَ لَيَعْمَلُ عَمَلَ أَهْلِ الْجَنَّةِ فِيمَا يَبْدُو لِلنَّاسِ وَهُوَ مِنْ أَهْلِ النَّارِ وَإِنَّ الرَّجُلَ لَيَعْمَلُ عَمَلَ أَهْلِ النَّارِ فِيمَا يَبْدُو لِلنَّاسِ وَهُوَ مِنْ أَهْلِ الْجَنَّةِ ».

“Səhl ibn Səd əs-Səidi ﵁ rəvayət edir ki, yürüşlərin birində Allah Elçisi ﷺ və səhabələri müşriklərlə üz-üzə gəlib döyüşürdülər. Günün axırında Allah Elçisi ﷺ öz düşərgəsinə, müşriklər də öz düşərgələrinə çəkildilər. Allah Elçisinin ﷺ səhabələri arasında eləsi var idi ki, döyüşdə heç bir fürsəti əldən verməyərək çatdığı hər kəsi qılıncdan keçirmişdi. Bəziləri dedilər: “Bu gün bizim heç birimiz filankəs kimi döyüşmədi”. Allah Elçisi ﷺ buyurdu: “Ona gəlincə, o, Cəhənnəm əhlindəndir!” Səhabələrdən biri: “Mən axıra kimi onu izləyəcəyəm”, – dedi və onun dalınca düşdü. Adam hər dayandıqda səhabə onunla bərabər dayanır, tez-tez getdikdə isə ona çatmağa tələsirdi. Sonra həmin adam ölümcül yaralandı və ölümünü tezləşdirib əzab-əziyyətdən qurtulmaq üçün qılıncının qəbzəsini yerə dayadı, tiyəsini də sinəsinə dirədi, sonra da özünü qılıncının üstünə yıxaraq canına qəsd etdi. Bundan sonra səhabə Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Mən şahidlik edirəm ki, sən Allahın Elçisisən!” Allah Elçisi ﷺ soruşdu: “Nə olub ki?” Səhabə dedi: “Bayaq sən bir adamın Cəhənnəm əhlindən olduğunu söylədin və bu hamını heyrətə saldı. Onda mən öz-özümə: “Mən onun barəsində sizə bir xəbər gətirərəm”, – dedim və həmin adamı izləməyə başladım. Bu əsnada həmin adam ölümcül yaralandı və ölümünü tezləşdirib əzab-əziyyətdən qurtulmaq üçün qılıncının qəbzəsini yerə dayadı, tiyəsini də sinəsinə dirədi, sonra da özünü qılıncının üstünə yıxaraq canına qəsd etdi”. Bunu eşidəndə Allah Elçisi ﷺ buyurdu: “Ola bilsin, bir adam insanlara Cənnət əhlinin əməlini edən bir kəs kimi görünsün, lakin Cəhənnəm əhlindən olsun. Həmçinin ola bilsin ki, bir kimsə insanlara Cəhənnəm əhlinin əməlini edən bir kimsə kimi görünsün, lakin Cənnət əhlindən olsun”.”

Səhl ibn Səd əs-Səidi
Muslim, 320 (İman, 219)Səhih

حَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا هَاشِمُ بْنُ الْقَاسِمِ حَدَّثَنَا عِكْرِمَةُ بْنُ عَمَّارٍ قَالَ حَدَّثَنِى سِمَاكٌ الْحَنَفِىُّ أَبُو زُمَيْلٍ قَالَ حَدَّثَنِى عَبْدُ اللَّهِ بْنُ عَبَّاسٍ قَالَ حَدَّثَنِى عُمَرُ بْنُ الْخَطَّابِ قَالَ لَمَّا كَانَ يَوْمُ خَيْبَرَ أَقْبَلَ نَفَرٌ مِنْ صَحَابَةِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالُوا فُلاَنٌ شَهِيدٌ فُلاَنٌ شَهِيدٌ حَتَّى مَرُّوا عَلَى رَجُلٍ فَقَالُوا فُلاَنٌ شَهِيدٌ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « كَلاَّ إِنِّى رَأَيْتُهُ فِى النَّارِ فِى بُرْدَةٍ غَلَّهَا أَوْ عَبَاءَةٍ ». ثُمَّ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « يَا ابْنَ الْخَطَّابِ اذْهَبْ فَنَادِ فِى النَّاسِ إِنَّهُ لاَ يَدْخُلُ الْجَنَّةَ إِلاَّ الْمُؤْمِنُونَ ». قَالَ فَخَرَجْتُ فَنَادَيْتُ « أَلاَ إِنَّهُ لاَ يَدْخُلُ الْجَنَّةَ إِلاَّ الْمُؤْمِنُونَ ».

“Rəvayət edilir ki, Ömər ibn əl-Xattab ﵁ demişdir: “Xeybər döyüşündə səhabələrdən bəziləri gəlib dedilər: “Filankəs şəhiddir, filankəs şəhiddir...”. Onlar döyüşdə ölmüş bir kişinin yanına gəlib: “Filankəs şəhiddir”, – deyəndə Peyğəmbər ﷺ buyurdu: “Xeyr! Mən onun qənimətdən (icazə almadan) götürdüyü bürüncəyə (və ya “əbaya”) görə odda olduğunu gördüm”. Sonra Allah Elçisi ﷺ buyurdu: “Ey Xattabın oğlu! Qalx camaata elan et ki, Cənnətə yalnız möminlər girəcəklər!” Mən də qalxıb camaata elan edib dedim: “Cənnətə yalnız möminlər girəcək!””

Ömər ibn əl-Xattab
Muslim, 323 (İman, 222)Səhih

وَحَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ - وَهَذَا حَدِيثُهُ - حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ - يَعْنِى ابْنَ مُحَمَّدٍ - عَنْ ثَوْرٍ عَنْ أَبِى الْغَيْثِ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ خَرَجْنَا مَعَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى خَيْبَرَ فَفَتَحَ اللَّهُ عَلَيْنَا فَلَمْ نَغْنَمْ ذَهَبًا وَلاَ وَرِقًا غَنِمْنَا الْمَتَاعَ وَالطَّعَامَ وَالثِّيَابَ ثُمَّ انْطَلَقْنَا إِلَى الْوَادِى وَمَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَبْدٌ لَهُ وَهَبَهُ لَهُ رَجُلٌ مِنْ جُذَامٍ يُدْعَى رِفَاعَةَ بْنَ زَيْدٍ مِنْ بَنِى الضُّبَيْبِ فَلَمَّا نَزَلْنَا الْوَادِىَ قَامَ عَبْدُ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَحُلُّ رَحْلَهُ فَرُمِىَ بِسَهْمٍ فَكَانَ فِيهِ حَتْفُهُ فَقُلْنَا هَنِيئًا لَهُ الشَّهَادَةُ يَا رَسُولَ اللَّهِ. قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « كَلاَّ وَالَّذِى نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ إِنَّ الشَّمْلَةَ لَتَلْتَهِبُ عَلَيْهِ نَارًا أَخَذَهَا مِنَ الْغَنَائِمِ يَوْمَ خَيْبَرَ لَمْ تُصِبْهَا الْمَقَاسِمُ ». قَالَ فَفَزِعَ النَّاسُ. فَجَاءَ رَجُلٌ بِشِرَاكٍ أَوْ شِرَاكَيْنِ. فَقَالَ يَا رَسُولَ اللَّهِ أَصَبْتُ يَوْمَ خَيْبَرَ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « شِرَاكٌ مِنْ نَارٍ أَوْ شِرَاكَانِ مِنْ نَارٍ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Biz Peyğəmbərlə ﷺ birlikdə Xeybərə yürüş etdik və Allah bizə zəfər bəxş etdi. Biz bu döyüşdə qənimət olaraq qızıl-gümüş deyil, sadəcə əşya, ərzaq və geyim ələ keçirdik. Sonra biz Vadil-Qura deyilən yerə getdik. Allah Elçisinin ﷺ Dubeyb oğullarından olan Rifaə ibn Zeyd adlı köləsi də onun yanında gedirdi. Bu köləni ona Cuzam qəbiləsindən bir nəfər hədiyyə etmişdi. Biz vadiyə endiyimiz vaxt Allah Elçisinin ﷺ köləsi onun dəvəsinin yəhərinin qayışlarını açmağa başladı. Elə bu vaxt düşmənin atdığı ox gəlib köləyə dəydi və o, elə oradaca öldü. Biz dedik: “Allah şəhidliyi ona mübarək etsin, ey Allahın Elçisi!” Allah Elçisi ﷺ buyurdu: “Xeyr! Muhəmmədin canı Əlində Olana and olsun ki, Xeybər döyüşündə (əldə edilən) və hələ bölüşdürülməmiş qənimətlərdən götürdüyü bürüncək onun üstündə od tutub yanır”. Bunu eşidəndə camaat qorxuya düşdü. Bu vaxt bir nəfər bir və ya iki ədəd ayaqqabı qaytanı gətirdi və dedi: “Ey Allahın Elçisi, bunu Xeybər günü götürmüşəm”. Allah Elçisi ﷺ buyurdu: “Bunlar, oddan olan bir ayaqqabı qaytanı, yaxud oddan olan iki ayaqqabı qaytanıdır”.”

Əbu Hureyra
Muslim, 325 (İman, 224)Səhih

حَدَّثَنِى مُحَمَّدُ بْنُ مِنْهَالٍ الضَّرِيرُ وَأُمَيَّةُ بْنُ بِسْطَامَ الْعَيْشِىُّ - وَاللَّفْظُ لأُمَيَّةَ - قَالاَ حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ حَدَّثَنَا رَوْحٌ - وَهُوَ ابْنُ الْقَاسِمِ - عَنِ الْعَلاَءِ عَنْ أَبِيهِ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ لَمَّا نَزَلَتْ عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ {لِلَّهِ مَا فِى السَّمَوَاتِ وَمَا فِى الأَرْضِ وَإِنْ تُبْدُوا مَا فِى أَنْفُسِكُمْ أَوْ تُخْفُوهُ يُحَاسِبْكُمْ بِهِ اللَّهُ فَيَغْفِرُ لِمَنْ يَشَاءُ وَيُعَذِّبُ مَنْ يَشَاءُ وَاللَّهُ عَلَى كُلِّ شَىْءٍ قَدِيرٌ} قَالَ فَاشْتَدَّ ذَلِكَ عَلَى أَصْحَابِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَتَوْا رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ بَرَكُوا عَلَى الرُّكَبِ فَقَالُوا أَىْ رَسُولَ اللَّهِ كُلِّفْنَا مِنَ الأَعْمَالِ مَا نُطِيقُ الصَّلاَةُ وَالصِّيَامُ وَالْجِهَادُ وَالصَّدَقَةُ وَقَدْ أُنْزِلَتْ عَلَيْكَ هَذِهِ الآيَةُ وَلاَ نُطِيقُهَا. قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أَتُرِيدُونَ أَنْ تَقُولُوا كَمَا قَالَ أَهْلُ الْكِتَابَيْنِ مِنْ قَبْلِكُمْ سَمِعْنَا وَعَصَيْنَا بَلْ قُولُوا سَمِعْنَا وَأَطَعْنَا غُفْرَانَكَ رَبَّنَا وَإِلَيْكَ الْمَصِيرُ ». قَالُوا سَمِعْنَا وَأَطَعْنَا غُفْرَانَكَ رَبَّنَا وَإِلَيْكَ الْمَصِيرُ. فَلَمَّا اقْتَرَأَهَا الْقَوْمُ ذَلَّتْ بِهَا أَلْسِنَتُهُمْ فَأَنْزَلَ اللَّهُ فِى إِثْرِهَا {آمَنَ الرَّسُولُ بِمَا أُنْزِلَ إِلَيْهِ مِنْ رَبِّهِ وَالْمُؤْمِنُونَ كُلٌّ آمَنَ بِاللَّهِ وَمَلاَئِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ لاَ نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْ رُسُلِهِ وَقَالُوا سَمِعْنَا وَأَطَعْنَا غُفْرَانَكَ رَبَّنَا وَإِلَيْكَ الْمَصِيرُ} فَلَمَّا فَعَلُوا ذَلِكَ نَسَخَهَا اللَّهُ تَعَالَى فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ {لاَ يُكَلِّفُ اللَّهُ نَفْسًا إِلاَّ وُسْعَهَا لَهَا مَا كَسَبَتْ وَعَلَيْهَا مَا اكْتَسَبَتْ رَبَّنَا لاَ تُؤَاخِذْنَا إِنْ نَسِينَا أَوْ أَخْطَأْنَا} قَالَ نَعَمْ {رَبَّنَا وَلاَ تَحْمِلْ عَلَيْنَا إِصْرًا كَمَا حَمَلْتَهُ عَلَى الَّذِينَ مِنْ قَبْلِنَا} قَالَ نَعَمْ {رَبَّنَا وَلاَ تُحَمِّلْنَا مَا لاَ طَاقَةَ لَنَا بِهِ} قَالَ نَعَمْ {وَاعْفُ عَنَّا وَاغْفِرْ لَنَا وَارْحَمْنَا أَنْتَ مَوْلاَنَا فَانْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ} قَالَ نَعَمْ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “(Uca Allahın): “Göylərdə və yerdə nə varsa, Allahındır. Siz içərinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də, Allah buna görə sizi hesaba çəkəcək. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir” (əl-Bəqərə, 284) ayəsi Allah Elçisinə ﷺ nazil olduqdan sonra onu eşidən səhabələr böyük bir sıxıntı keçirərək Allah Elçisinin ﷺ yanına gəlib dizləri üstə oturub dedilər: “Ey Allahın Elçisi, biz bacardığımızı – namaz qılmaq, oruc tutmaq, cihad etmək və sədəqə vermək kimi əməlləri yerinə yetirməyə mükəlləf edildik, lakin sənə nazil olan bu ayəyə əməl etməyə gücümüz çatmır”. Allah Elçisi ﷺ buyurdu: “Sizdən əvvəlki iki kitab əhli kimi: “Eşitdik və asi olduq!”, – demək istəyirsiniz? Xeyr, deyin: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!” Onla dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!” Camaat bunu oxuduqca dilləri bu sözlərə alışdı. Arxasınca da Allah bu ayəni nazil etdi: “Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. Onlar dedilər: “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!” (əl-Bəqərə, 285). Onlar bunu yerinə yetirdikləri vaxt Uca Allah onu açıqlayaraq bu ayəni nazil etdi: “Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də yalnız öz əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək, bizi cəzalandırma!” Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!” (əl-Bəqərə, 286). (Möminlər bu ayəni oxuyub hər dəfə: “Ey Rəbbimiz!...”, – deyə Allaha xitab etdikdə) Allah: “Bəli!”, – deyə buyurdu.”

Əbu Hureyra
Muslim, 344 (İman, 243)Səhih

حَدَّثَنِى مُحَمَّدُ بْنُ رَافِعٍ وَحَسَنُ بْنُ عَلِىٍّ الْحُلْوَانِىُّ جَمِيعًا عَنْ عَبْدِ الرَّزَّاقِ قَالَ ابْنُ رَافِعٍ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ أَخْبَرَنَا ابْنُ جُرَيْجٍ حَدَّثَنِى ابْنُ شِهَابٍ عَنْ حَدِيثِ عَبَّادِ بْنِ زِيَادٍ أَنَّ عُرْوَةَ بْنَ الْمُغِيرَةِ بْنِ شُعْبَةَ أَخْبَرَهُ أَنَّ الْمُغِيرَةَ بْنَ شُعْبَةَ أَخْبَرَهُ أَنَّهُ غَزَا مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تَبُوكَ - قَالَ الْمُغِيرَةُ - فَتَبَرَّزَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قِبَلَ الْغَائِطِ فَحَمَلْتُ مَعَهُ إِدَاوَةً قَبْلَ صَلاَةِ الْفَجْرِ فَلَمَّا رَجَعَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَىَّ أَخَذْتُ أُهَرِيقُ عَلَى يَدَيْهِ مِنَ الإِدَاوَةِ وَغَسَلَ يَدَيْهِ ثَلاَثَ مَرَّاتٍ ثُمَّ غَسَلَ وَجْهَهُ ثُمَّ ذَهَبَ يُخْرِجُ جُبَّتَهُ عَنْ ذِرَاعَيْهِ فَضَاقَ كُمَّا جُبَّتِهِ فَأَدْخَلَ يَدَيْهِ فِى الْجُبَّةِ حَتَّى أَخْرَجَ ذِرَاعَيْهِ مِنْ أَسْفَلِ الْجُبَّةِ. وَغَسَلَ ذِرَاعَيْهِ إِلَى الْمِرْفَقَيْنِ ثُمَّ تَوَضَّأَ عَلَى خُفَّيْهِ ثُمَّ أَقْبَلَ - قَالَ الْمُغِيرَةُ - فَأَقْبَلْتُ مَعَهُ حَتَّى نَجِدُ النَّاسَ قَدْ قَدَّمُوا عَبْدَ الرَّحْمَنِ بْنَ عَوْفٍ فَصَلَّى لَهُمْ فَأَدْرَكَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِحْدَى الرَّكْعَتَيْنِ فَصَلَّى مَعَ النَّاسِ الرَّكْعَةَ الآخِرَةَ فَلَمَّا سَلَّمَ عَبْدُ الرَّحْمَنِ بْنُ عَوْفٍ قَامَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُتِمُّ صَلاَتَهُ فَأَفْزَعَ ذَلِكَ الْمُسْلِمِينَ فَأَكْثَرُوا التَّسْبِيحَ فَلَمَّا قَضَى النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلاَتَهُ أَقْبَلَ عَلَيْهِمْ ثُمَّ قَالَ « أَحْسَنْتُمْ ». أَوْ قَالَ « قَدْ أَصَبْتُمْ ». يَغْبِطُهُمْ أَنْ صَلَّوُا الصَّلاَةَ لِوَقْتِهَا.

“Rəvayət edilir ki, Muğira ibn Şubə Allah Elçisi ﷺ ilə Təbuk döyüşündə iştirak etmişdi. Muğira deyir: “Allah Elçisi ﷺ ayaqyoluna çıxdı. Mən Sübh namazından qabaq onun üçün bir qabda su apardım. Allah Elçisi ﷺ yanıma qayıtdıqda qabdan onun əlinə su tökməyə başladım. O, əllərini biləklərə kimi üç dəfə yudu, sonra üzünü yudu. Sonra qollarını cübbəsindən çıxarmaq istədi, lakin cübbəsi dar olduğundan qollarını cübəsinin altına saldı. Nəhayət, qollarını cübbəsinin altından çıxartdı və qollarını dirsəklərə kimi yudu. Sonra ayaqlarına xufların üzərindən məsh çəkdi və geriyə qayıtdı. Mən də camaata çatana kimi onunla birlikdə gəldim. Onlar Abdur-Rahmən ibn Aufu imam qoymuşdular və camaata namazı o qıldırırdı. Allah Elçisi ﷺ rükətlərdən birinə çatdı və camaatla birgə axırıncı rükəti qıldı. Abdur-Rahmən ibn Auf namazı bitirərək salam verdikdə Allah Elçisi ﷺ ayağa qalxaraq namazı tamamlamağa başladı. Bu, camaatı təlaşa saldı və onlar çoxlu sayda “Subhən-Allah” deməyə başladılar. Allah Elçisi ﷺ namazı bitirdikdən sonra onlara tərəf döndü və belə dedi: “Yaxşı etdiniz” (və ya “Düzgün etdiniz”) deyə onların namazı vaxtında qılmalarına qibtə edirdi”.”

Muğira ibn Şubə
Muslim, 979 (Namaz, 117)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ نُمَيْرٍ حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يَزِيدَ أَخْبَرَنَا حَيْوَةُ عَنْ أَبِى الأَسْوَدِ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ عَنْ عُرْوَةَ عَنْ عَائِشَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سُئِلَ فِى غَزْوَةِ تَبُوكَ عَنْ سُتْرَةِ الْمُصَلِّى فَقَالَ « كَمُؤْخِرَةِ الرَّحْلِ ».

“Aişə ﵂ rəvayət edir ki, Təbuk döyüşündə Allah Elçisinə ﷺ namaz qıldıqda sütrə qoymaq haqda sual verildi. O: “Yəhərin arxası kimi bir şey”- deyə buyurdu.”

Aişə
Muslim, 1142 (Namaz, 280)Səhih

أَخْبَرَنَا سُلَيْمَانُ بْنُ دَاوُدَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ وَاللَّفْظُ لَهُ ، عَنِ ابْنِ وَهْبٍ ، عَنْ مَالِكٍ ، وَيُونُسَ ، وَعَمْرِو بْنِ الْحَارِثِ ، أَنَّ ابْنَ شِهَابٍ أَخْبَرَهُمْ ، عَنْ عَبَّادِ بْنِ زِيَادٍ ، عَنْ عُرْوَةَ بْنِ الْمُغِيرَةِ ، أَنَّهُ سَمِعَ أَبَاهُ يَقُولُ : سَكَبْتُ عَلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حِينَ تَوَضَّأَ فِي غَزْوَةِ تَبُوكَ فَمَسَحَ عَلَى الْخُفَّيْنِ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : لَمْ يَذْكُرْ مَالِكٌ عُرْوَةَ بْنَ الْمُغِيرَةِ

“Urva ibn əl-Muğira atasının ﵁ belə eşitdiyini rəvayət etmişdir: “Təbuk döyüşündə Allah Elçisinin ﷺ dəstəmaz alması üçün su tökdüm. O, xuflarının üzərinə məsh çəkdi”.”

Urva ibn əl-Muğira atasından
Nəsəi, 79 (Təharət, 79)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، حَدَّثَنَا اللَّيْثُ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ سُفْيَانَ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ عَاصِمِ بْنِ سُفْيَانَ الثَّقَفِيِّ : أَنَّهُمْ غَزَوْا غَزْوَةَ السُّلاَسِلِ فَفَاتَهُمُ الْغَزْوُ فَرَابَطُوا ، ثُمَّ رَجَعُوا إِلَى مُعَاوِيَةَ وَعِنْدَهُ أَبُو أَيُّوبَ وَعُقْبَةُ بْنُ عَامِرٍ ، فَقَالَ عَاصِمٌ : يَا أَبَا أَيُّوبَ فَاتَنَا الْغَزْوُ الْعَامَ ، وَقَدْ أُخْبِرْنَا أَنَّهُ مَنْ صَلَّى فِي الْمَسَاجِدِ الأَرْبَعَةِ غُفِرَ لَهُ ذَنْبُهُ . فَقَالَ : يَا ابْنَ أَخِي ، أَدُلُّكَ عَلَى أَيْسَرَ مِنْ ذَلِكَ إِنِّي سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : مَنْ تَوَضَّأَ كَمَا أُمِرَ ، وَصَلَّى كَمَا أُمِرَ غُفِرَ لَهُ مَا قَدَّمَ مِنْ عَمَلٍ أَكَذِلَكَ يَا عُقْبَةُ ؟ قَالَ : نَعَمْ.

“Asim ibn Sufyan əs-Səqafi ﵀ rəvayət edir ki, onlar (Muaviyənin dövründə baş vermiş) Sələsil döyüşündə iştirak etməyib, atlarını sərhəddə bağlı saxlamışdılar (sərhəddə məskən salaraq yerləşmişdilər). Onlar bu əməllərini günah sayıb peşman halda Muaviyənin yanına qayıtdılar. Əbu Əyyub və Uqbə ibn Amir də Muaviyənin yanında idilər. Asim dedi: “Ey Əbu Əyyub, bu ilki döyüşü ötürdük. Bizə çatıb ki: “Kim bu dörd məsciddə (Məkkə, Mədinə, Qüds və Qubə) namaz qılarsa, günahları bağışlanar”. Əbu Əyyub dedi: “Ey qardaş oğlu, bundan daha asanını sənə xəbər verimmi? Həqiqətən, mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Kim əmr olunduğu kimi gözəl şəkildə dəstəmaz alar, əmr olunduğu kimi namaz qılarsa, keçmiş günahları bağışlanar”. Elədirmi, ey Uqbə?” Uqbə ibn Amir: “Bəli”- dedi”.”

Asim ibn Sufyan əs-Səqafi
Nəsəi, 144 (Təharət, 144)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ عُثْمَانَ بْنِ حَكِيمٍ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، يَعْنِي ابْنَ مَخْلَدٍ ، قَالَ : حَدَّثَنَا عَلِيٌّ وَهُوَ ابْنُ صَالِحٍ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ عَمْرِو بْنِ مَيْمُونٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ فِي بَيْتِ الْمَالِ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي عِنْدَ الْبَيْتِ وَمَلَأٌ مِنْ قُرَيْشٍ جُلُوسٌ وَقَدْ نَحَرُوا جَزُورًا فَقَالَ بَعْضُهُمْ : أَيُّكُمْ يَأْخُذُ هَذَا الْفَرْثَ بِدَمِهِ ، ثُمَّ يُمْهِلُهُ حَتَّى يَضَعَ وَجْهَهُ سَاجِدًا فَيَضَعُهُ ؟ - يَعْنِي عَلَى ظَهْرِهِ - قَالَ عَبْدُ اللهِ : فَانْبَعَثَ أَشْقَاهَا فَأَخَذَ الْفَرْثَ فَذَهَبَ بِهِ ، ثُمَّ أَمْهَلَهُ ، فَلَمَّا خَرَّ سَاجِدًا وَضَعَهُ عَلَى ظَهْرِهِ ، فَأُخْبِرَتْ فَاطِمَةُ بِنْتُ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهِيَ جَارِيَةٌ ، فَجَاءَتْ تَسْعَى فَأَخَذَتْهُ مِنْ ظَهْرِهِ ، فَلَمَّا فَرَغَ مِنْ صَلاَتِهِ قَالَ : اللَّهُمَّ عَلَيْكَ بِقُرَيْشٍ - ثَلاَثَ مَرَّاتٍ - اللَّهُمَّ عَلَيْكَ بِأَبِي جَهْلِ بْنِ هِشَامٍ وَشَيْبَةَ بْنِ رَبِيعَةَ وَعُتْبَةَ بْنِ رَبِيعَةَ وَعُقْبَةَ بْنِ أَبِي مُعَيْطٍ حَتَّى عَدَّ سَبْعَةً مِنْ قُرَيْشٍ قَالَ عَبْدُ اللهِ : فَوَالَّذِي أَنْزَلَ عَلَيْهِ الْكِتَابَ لَقَدْ رَأَيْتُهُمْ صَرْعَى يَوْمَ بَدْرٍ فِي قَلِيبٍ وَاحِدٍ.

“Rəvayət edilir ki, Amr ibn Məymun ﵁ demişdir: “Abdullah Beytulmal haqda danışaraq dedi: “Allah Elçisi ﷺ Evin (Kəbənin) yanında namaz qıldığı vaxt Qureyşdən bir neçə insan orada oturmuşdu. Onlar dəvə kəsmişdilər və onlardan bəziləri dedilər: “Sizdən kim bu heyvan içalatını qanlı-qanlı götürüb (Peyğəmbəri ﷺ qəsd edərək) o, üzünü səcdə etdikdə onun belinə qoya bilər?” Abdullah dedi: “Onlardan ən bədbəxti qalxıb içalatı daşıyaraq Allah Elçisi ﷺ səcdə etdikdə onun kürəyinə qoydu. Bu, Allah Elçisinin ﷺ qızı Fatiməyə xəbər verildi. O vaxt Fatimə uşaq idi. O, qaçaraq gəlib Allah Elçisinin ﷺ kürəyindən (içalatı) götürdü. Peyğəmbər ﷺ namazı qurtardıqda dedi: “Allahım, Qureyşi Sənə tapşırıram!” Bunu üç dəfə dedi. Sonra da: “Allahım, Əbu Cəhl ibn Hişamı, Şeybə ibn Rabianı, Utbə ibn Rabianı, Uqbə ibn Əbu Muaytı Sənə tapşırıram!” deyərək yeddi nəfərin adını çəkdi”. Abdullah dedi: “Kitabı nazil edənə and olsun! Bədr döyüşü günü onların hamısını bir quyuda meyit olaraq sərilmiş gördüm”.”

Amr ibn Məymun
Nəsəi, 307 (Təharət, 307)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ سَلَمَةَ ، عَنْ ذَرٍّ ، عَنِ ابْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبْزَى ، عَنْ أَبِيهِ ، أَنَّ رَجُلاً أَتَى عُمَرَ فَقَالَ : إِنِّي أَجْنَبْتُ فَلَمْ أَجِدِ الْمَاءَ . قَالَ عُمَرُ : لاَ تُصَلِّ . فَقَالَ عَمَّارُ بْنُ يَاسِرٍ : يَا أَمِيرَ الْمُؤْمِنِينَ ، أَمَا تَذْكُرُ إِذْ أَنَا وَأَنْتَ فِي سَرِيَّةٍ فَأَجْنَبْنَا فَلَمْ نَجِدِ الْمَاءَ ، فَأَمَّا أَنْتَ فَلَمْ تُصَلِّ ، وَأَمَّا أَنَا فَتَمَعَّكْتُ فِي التُّرَابِ فَصَلَّيْتُ ، فَأَتَيْنَا النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَذَكَرْنَا ذَلِكَ لَهُ فَقَالَ : إِنَّمَا كَانَ يَكْفِيكَ ، فَضَرَبَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَدَيْهِ إِلَى الأَرْضِ ، ثُمَّ نَفَخَ فِيهِمَا ، ثُمَّ مَسَحَ بِهِمَا وَجْهَهُ وَكَفَّيْهِ - وَسَلَمَةُ شَكَّ لاَ يَدْرِي فِيهِ إِلَى الْمِرْفَقَيْنِ أَوْ إِلَى الْكَفَّيْنِ - . فَقَالَ عُمَرُ : نُوَلِّيكَ مَا تَوَلَّيْتَ

“İbn Abdur-Rahmən ibn Əbzə atasından ﵀ rəvayət edir ki, bir kişi Ömərin yanına gəlib dedi: “Mən cünub olmuşam və (qüsl almaq üçün) su tapa bilmirəm”. Ömər dedi: “Namaz qılma!” Ammər ibn Yasir dedi: “Ey möminlərin əmiri! Məgər sənin yadına gəlmir ki, səninlə bir döyüşdə cənabət halında idik və su tapa bilmirdik. Sən namaz qılmadın, mən isə özümü torpağa bələdim, sonra da namaz qıldım. Peyğəmbərin ﷺ yanına gəlib bu məsələni ona xəbər verdik. O dedi: “Həqiqətən, sənə əllərini torpağa vurub, sonra əlinə üfürüb, sonra əllərinlə üzünə və biləklərinə qədər məsh etməyin kifayət edərdi”. Sələmə “bilmirəm, biləklərinə qədər dedi, yoxsa dirsəklərinə qədər”- deyə şəkk etdi. Ömər dedi: “Boynuna götürdüyün bu məsuliyyəti sənin öhdənə buraxırıq”.”

İbn Abdur-Rahmən ibn Əbzə atasından
Nəsəi, 312 (Təharət, 312)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا بَهْزٌ ، حَدَّثَنَا شُعْبَةُ ، حَدَّثَنَا الْحَكَمُ ، عَنْ ذَرٍّ ، عَنِ ابْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبْزَى ، عَنْ أَبِيهِ ، أَنَّ رَجُلاً سَأَلَ عُمَرَ بْنَ الْخَطَّابِ عَنِ التَّيَمُّمِ فَلَمْ يَدْرِ مَا يَقُولُ . فَقَالَ عَمَّارٌ : أَتَذْكُرُ حَيْثُ كُنَّا فِي سَرِيَّةٍ فَأَجْنَبْتُ فَتَمَعَّكْتُ فِي التُّرَابِ ، فَأَتَيْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : إِنَّمَا يَكْفِيكَ هَكَذَا وَضَرَبَ - شُعْبَةُ - بِيَدَيْهِ عَلَى رُكْبَتَيْهِ ، وَنَفَخَ فِي يَدَيْهِ ، وَمَسَحَ بِهِمَا وَجْهَهُ وَكَفَّيْهِ مَرَّةً وَاحِدَةً.

“İbn Abdur-Rahmən ibn Əbzə atasından ﵀ rəvayət edir ki, bir kişi Ömər ibn əl-Xattabdan təyəmmüm haqda soruşdu. Ömər ona bir şey cavab verə bilmədi. Ammər dedi: “Sənin yadına gəlmirmi?! Bir dəfə biz bir döyüşdə idik. Mən cənabət halında idim. Torpaqda heyvanın fırlandığı kimi fırlandım (sonra namaz qıldım). Peyğəmbərin ﷺ yanına gəldikdə o dedi: “Sənə belə etmək kifayət edərdi”. Şubə belə göstərdi - əllərini dizlərinə vurub əllərinə üfürdü, sonra iki əlini üzünə və əllərinə bir dəfə sürtdü”.”

İbn Abdur-Rahmən ibn Əbzə atasından
Nəsəi, 317 (Təharət, 317)Səhih

أَخْبَرَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ ، حَدَّثَنَا خَالِدٌ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنِ الْحَكَمِ ، سَمِعْتُ ذَرًّا يُحَدِّثُ ، عَنِ ابْنِ أَبْزَى ، عَنْ أَبِيهِ قَالَ : - وَقَدْ سَمِعَهُ الْحَكَمُ مِنْ ابْنِ عَبْدِ الرَّحْمَنَ - قَالَ : أَجْنَبَ رَجُلٌ فَأَتَى عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُ فَقَالَ : إِنِّي أَجْنَبْتُ فَلَمْ أَجِدْ مَاءً . قَالَ : لاَ تُصَلِّ . قَالَ لَهُ عَمَّارٌ : أَمَا تَذْكُرُ أَنَّا كُنَّا فِي سَرِيَّةٍ فَأَجْنَبْنَا : فَأَمَّا أَنْتَ فَلَمْ تُصَلِّ ، وَأَمَّا أَنَا فَإِنِّي تَمَعَّكْتُ فَصَلَّيْتُ ، ثُمَّ أَتَيْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَذَكَرْتُ ذَلِكَ لَهُ فَقَالَ : إِنَّمَا كَانَ يَكْفِيكَ وَضَرَبَ شُعْبَةُ بِكَفِّهِ ضَرْبَةً وَنَفَخَ فِيهَا ، ثُمَّ دَلَكَ إِحْدَاهُمَا بِالأُخْرَى ، ثُمَّ مَسَحَ بِهِمَا وَجْهَهُ فَقَالَ عُمَرُ شَيْئًا لاَ أَدْرِي مَا هُوَ , فَقَالَ : إِنْ شِئْتَ لاَ حَدَّثْتُهُ , وَذَكَرَ شَيْئًا فِي هَذَا الإِسْنَادِ عَنْ أَبِي مَالِكٍ ، وَزَادَ سَلَمَةُ قَالَ : بَلْ نُوَلِّيكَ مِنْ ذَلِكَ مَا تَوَلَّيْتَ.

“İbn Əbzə atasının ﵀ belə dediyini rəvayət edir: “Bir kişi cünub olmuşdu və gəlib Ömərdən ﵁ soruşdu: “Mən cünub olmuşam və su tapa bilmirəm”. Ömər dedi: “Namaz qılma!” Ammər ona belə dedi: “Məgər sənin yadına gəlmir?! Biz bir döyüşdə idik və cünub olmuşduq. Sənə gəldikdə, sən namaz qılmadın, mən isə özümü torpağa sürtüb namaz qıldım. Sonra Peyğəmbərin ﷺ yanına gedib bu hadisəni ona dedim, o da belə buyurdu: “Sənə ovcunu bir dəfə torpağa vurmaq, sonra onlara üfürmək, sonra onları bir-birinə sürtərək üzünə məsh etmək kifayət edərdi”. Ömər dedi: “Bu şeyi mən bilmirəm”. Ammər dedi: “İstəyirsənsə, mən onu heç kimə danışmayım”. Bu isnadda ravi Əbu Malikdən bir şey deyildi. Sələmə isə əlavə etdi: “Boynuna götürdüyün bu məsuliyyəti sənin öhdənə buraxırıq”.”

İbn Əbzə atasından
Nəsəi, 318 (Təharət, 318)Səhih

أَخْبَرَنَا عَبْدُ اللهِ بْنُ مُحَمَّدِ بْنِ تَمِيمٍ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنِ الْحَكَمِ وَسَلَمَةُ ، عَنْ ذَرٍّ ، عَنِ ابْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبْزَى ، عَنْ أَبِيهِ ، أَنْ رَجُلاً جَاءَ إِلَى عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُ فَقَالَ : إِنِّي أَجْنَبْتُ فَلَمْ أَجِدِ الْمَاءَ ، فَقَالَ عُمَرُ : لاَ تُصَلِّ . فَقَالَ عَمَّارٌ : أَمَا تَذْكُرُ يَا أَمِيرَ الْمُؤْمِنِينَ إِذْ أَنَا وَأَنْتَ فِي سَرِيَّةٍ فَأَجْنَبْنَا فَلَمْ نَجِدْ مَاءً ، فَأَمَّا أَنْتَ فَلَمْ تُصَلِّ ، وَأَمَّا أَنَا فَتَمَعَّكْتُ فِي التُّرَابِ ، ثُمَّ صَلَّيْتُ ، فَلَمَّا أَتَيْنَا رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَكَرْتُ ذَلِكَ لَهُ فَقَالَ : إِنَّمَا يَكْفِيكَ وَضَرَبَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِيَدَيْهِ إِلَى الأَرْضِ ، ثُمَّ نَفَخَ فِيهِمَا ، فَمَسَحَ بِهِمَا وَجْهَهُ وَكَفَّيْهِ - شَكَّ سَلَمَةُ وَقَالَ : لاَ أَدْرِي فِيهِ إِلَى الْمِرْفَقَيْنِ أَوْ إِلَى الْكَفَّيْنِ - قَالَ عُمَرُ : نُوَلِّيكَ مِنْ ذَلِكَ مَا تَوَلَّيْتَ . قَالَ شُعْبَةُ : كَانَ يَقُولُ الْكَفَّيْنِ وَالْوَجْهَ وَالذِّرَاعَيْنِ ، فَقَالَ لهُ مَنْصُورٌ : مَا تَقُولُ فَإِنَّهُ لاَ يَذْكُرُ الذِّرَاعَيْنِ أَحَدٌ غَيْرُكَ فَشَكَّ سَلَمَةُ فَقَالَ : لاَ أَدْرِي ذَكَرَ الذِّرَاعَيْنِ أَمْ لاَ

“İbn Abdur-Rahmən ibn Əbzə atasından ﵀ rəvayət edir ki, bir kişi Ömərin ﵁ yanına gələrək dedi: “Mən cünub olmuşam və su tapa bilmirəm”. Ömər dedi: “Namaz qılma!” Ammər isə dedi: “Ey möminlərin əmiri! Məgər yadına gəlmirmi?! Biz ikimiz də bir döyüşdə cənabət halında idik, lakin su tapa bilmirdik. Sən namaz qılmadın, mən isə torpaqda ağnadıqdan sonra namaz qıldım. Sonra Allah Elçisinin ﷺ yanına gedib hadisəni ona danışdıq. O: “Sənə belə etmək kifayət edərdi”- deyib ovcunu torpağa vurdu, sonra onlara üfürüb üzünə və əllərinə məsh etdi”. Hədisin ravilərindən biri Sələmə şəkk edərək dedi: “Dirsəklərinə, yoxsa biləklərinə qədər məsh etməsi yadıma gəlmir”. Ömər dedi: “Boynuna götürdüyün bu məsuliyyəti sənin öhdənə buraxırıq”. Şöbə dedi: “Ovuclarının içini, üzünü və dirsəklərini”. Mənsur ona dedi: “Səndən başqa heç kim dirsəkləri sadalamayıb”. Sələmə şəkk edərək dedi: “Dirsəkləri sadaladığını bilmirəm”.”

İbn Abdur-Rahmən ibn Əbzə atasından
Nəsəi, 319 (Təharət, 319)Zəif

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ وَاللَّفْظُ لَهُ ، عَنِ ابْنِ الْقَاسِمِ قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ أَبِي الزُّبَيْرِ الْمَكِّيِّ ، عَنْ أَبِي الطُّفَيْلِ عَامِرِ بْنِ وَاثِلَةَ ، أَنَّ مُعَاذَ بْنَ جَبَلٍ أَخْبَرَهُ : أَنَّهُمْ خَرَجُوا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَامَ تَبُوكَ ، فَكَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَجْمَعُ بَيْنَ الظُّهْرِ وَالْعَصْرِ وَالْمَغْرِبِ وَالْعِشَاء فَأَخَّرَ الصَّلاَةَ يَوْمًا ، ثُمَّ خَرَجَ فَصَلَّى الظُّهْرَ وَالْعَصْرَ جَمِيعًا ، ثُمَّ دَخَلَ ثُمَّ خَرَجَ فَصَلَّى الْمَغْرِبَ وَالْعِشَاء.

“Muaz ibn Cəbəl ﵁ rəvayət edir ki, onlar Təbuk döyüşü olan ildə Allah Elçisi ﷺ ilə birlikdə səfərə çıxmışdılar. Allah Elçisi ﷺ Zöhr namazını gecikdirib Əsr namazının vaxtında, Məğrib namazını gecikdirib İşa namazının vaxtında birləşdirib qıldı. Sonra çıxıb Zöhr namazını Əsr namazı ilə birləşdirib qıldı. (Bir müddət) sonra çıxıb Məğrib namazını İşa namazı ilə birləşdirib qıldı.”

Muaz ibn Cəbəl
Nəsəi, 587 (Vaxtlar, 94)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ قَالَ : أَخْبَرَنِي الْوَلِيدُ بْنُ الْعَيْزَارِ قَالَ : سَمِعْتُ أَبَا عَمْرٍو الشَّيْبَانِيَّ يَقُولُ : حَدَّثَنَا صَاحِبُ هَذِهِ الدَّارِ وَأَشَارَ إِلَى دَارِ عَبْدِ اللهِ قَالَ : سَأَلْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَيُّ الْعَمَلِ أَحَبُّ إِلَى اللهِ تَعَالَى ؟ قَالَ : الصَّلاَةُ عَلَى وَقْتِهَا ، وَبِرُّ الْوَالِدَيْنِ ، وَالْجِهَادُ فِي سَبِيلِ اللهِ عَزَّ وَجَلَّ.

“Rəvayət edilir ki, Əbu Amr əş-Şeybani ﵀ demişdir: “Bu evin yiyəsi – Abdullahın evinə işarə edərək - buyurdu: “Mən Allah Elçisindən ﷺ soruşdum: “Uca Allaha ən sevimli əməl hansıdır?” O buyurdu: “Vaxtında qılınan namaz, valideynlərə edilən yaxşılıq və Allah ﷿ yolunda edilən cihad”.”

Əbu Amr əş-Şeybani
Nəsəi, 610 (Vaxtlar, 117)Səhih

أَخْبَرَنَا عَبْدُ اللهِ بْنُ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ النَّخَعِيُّ سَمِعَهُ مِنْ أَبِي عَمْرٍو ، عَنْ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ قَالَ : سَأَلْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَيُّ الْعَمَلِ أَحَبُّ إِلَى اللهِ عَزَّ وَجَلَّ ؟ قَالَ : إِقَامُ الصَّلاَةِ لِوَقْتِهَا ، وَبِرُّ الْوَالِدَيْنِ ، وَالْجِهَادُ فِي سَبِيلِ اللهِ عَزَّ وَجَلَّ.

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Mən Allah Elçisindən ﷺ soruşdum: “Hansı əməl Allaha ﷿ daha sevimlidir?” O buyurdu: “Namazı vaxtında qılmaq, valideynlərə yaxşılıq etmək və Allah ﷿ yolunda cihad etmək”.”

Abdullah ibn Məsud
Nəsəi, 611 (Vaxtlar, 118)Səhih

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ ، عَنْ هِشَامٍ الدَّسْتُوَائِيِّ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ نَافِعِ بْنِ جُبَيْرِ بْنِ مُطْعِمٍ ، عَنْ أَبِي عُبَيْدَةَ بْنِ عَبْدِ اللهِ ، عَنْ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ قَالَ : كُنَّا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَحُبِسْنَا عَنْ صَلاَةِ الظُّهْرِ وَالْعَصْرِ وَالْمَغْرِبِ وَالْعِشَاء ، فَاشْتَدَّ ذَلِكَ عَلَيَّ فَقُلْتُ فِي نَفْسِي : نَحْنُ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَفِي سَبِيلِ اللهِ ، فَأَمَرَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِلاَلاً ، فَأَقَامَ فَصَلَّى بِنَا الظُّهْرَ ، ثُمَّ أَقَامَ فَصَلَّى بِنَا الْعَصْرَ ، ثُمَّ أَقَامَ فَصَلَّى بِنَا الْمَغْرِبَ ، ثُمَّ أَقَامَ فَصَلَّى بِنَا الْعِشَاء ، ثُمَّ طَافَ عَلَيْنَا فَقَالَ : مَا عَلَى الأَرْضِ عِصَابَةٌ يَذْكُرُونَ اللَّهَ عَزَّ وَجَلَّ غَيْرُكُمْ.

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə idik. Zöhr, Əsr, Məğrib və İşa namazlarını (ağır döyüş olduğuna görə vaxtında) qıla bilmədik. Bu, mənə ağır gəldi və öz-özümə dedim: “Biz Allah Elçisi ﷺ ilə birlikdə Allahın yolundayıq (cihaddayıq)”. Allah Elçisi ﷺ Bilala iqamə verməyi əmr etdi və bizimlə Zöhr namazını qıldı. Sonra iqamə verildi və bizimlə Əsr namazını qıldı. Sonra iqamə verildi və bizimlə Məğrib namazını qıldı. Sonra da iqamə verildi və bizimlə İşa namazını qıldı. Sonra bizə tərəf çevrilib dedi: “(Bu an) yer üzündə sizdən başqa Allahı yad edən bir toplum yoxdur”.”

Abdullah ibn Məsud
Nəsəi, 622 (Vaxtlar, 129)Zəif

أَخْبَرَنَا الْقَاسِمُ بْنُ زَكَرِيَّا بْنِ دِينَارٍ ، قَالَ : حَدَّثَنَا حُسَيْنُ بْنُ عَلِيٍّ ، عَنْ زَائِدَةَ ، قَالَ : حَدَّثَنَا سَعِيدُ بْنُ أَبِي عَرُوبَةَ ، قَالَ : حَدَّثَنَا هِشَامٌ ، أَنَّ أَبَا الزُّبَيْرِ الْمَكِّيَّ حَدَّثَهُمْ ، عَنْ نَافِعِ بْنِ جُبَيْرٍ ، أَنَّ أَبَا عُبَيْدَةَ بْنَ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ حَدَّثَهُمْ ، أَنَّ عَبْدَ اللهِ بْنَ مَسْعُودٍ قَالَ : كُنَّا فِي غَزْوَةٍ فَحَبَسَنَا الْمُشْرِكُونَ عَنْ صَلاَةِ الظُّهْرِ وَالْعَصْرِ وَالْمَغْرِبِ وَالْعِشَاء ، فَلَمَّا انْصَرَفَ الْمُشْرِكُونَ أَمَرَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مُنَادِيًا فَأَقَامَ لِصَلاَةِ الظُّهْرِ فَصَلَّيْنَا ، وَأَقَامَ لِصَلاَةِ الْعَصْرِ فَصَلَّيْنَا ، وَأَقَامَ لِصَلاَةِ الْمَغْرِبِ فَصَلَّيْنَا ، وَأَقَامَ لِصَلاَةِ الْعِشَاء فَصَلَّيْنَا ، ثُمَّ طَافَ عَلَيْنَا فَقَالَ : مَا عَلَى الأَرْضِ عِصَابَةٌ يَذْكُرُونَ اللَّهَ عَزَّ وَجَلَّ غَيْرُكُمْ.

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə bir döyüşdə idik. Müşriklər Zöhr, Əsr, Məğrib və İşa namazlarını qılmağa macal vermədilər. Müşriklər çıxıb getdikdə Allah Elçisi ﷺ bir carçıya Zöhr namazını qılmaq üçün iqamə verməsini əmr etdi, biz də namazı qıldıq. O, Əsr namazı üçün iqamə verdi, biz də namazı qıldıq. O, Məğrib namazı üçün iqamə verdi, biz də namazı qıldıq. O, İşa namazını qılmaq üçün iqamə verdi, biz də namazı qıldıq. Sonra bizə tərəf çevrilib dedi: “(Bu an) yer üzündə sizdən başqa Allahı yad edən bir toplum yoxdur”.”

Abdullah ibn Məsud
Nəsəi, 663 (Azan, 38)Zəif

أَخْبَرَنَا سُلَيْمَانُ بْنُ دَاوُدَ ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، عَنْ يُونُسَ قَالَ : ابْنُ شِهَابٍ ، وَأَخْبَرَنِي عَبْدُ الرَّحْمَنِ بْنُ كَعْبِ بْنِ مَالِكٍ ، أَنَّ عَبْدَ اللهِ بْنَ كَعْبٍ قَالَ : سَمِعْتُ كَعْبَ بْنَ مَالِكٍ يُحَدِّثُ حَدِيثَهُ حِينَ تَخَلَّفَ عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي غَزْوَةِ تَبُوكَ قَالَ : وَصَبَّحَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَادِمًا ، وَكَانَ إِذَا قَدِمَ مِنْ سَفَرٍ بَدَأَ بِالْمَسْجِدِ فَرَكَعَ فِيهِ رَكْعَتَيْنِ ، ثُمَّ جَلَسَ لِلنَّاسِ ، فَلَمَّا فَعَلَ ذَلِكَ جَاءَهُ الْمُخَلَّفُونَ ، فَطَفِقُوا يَعْتَذِرُونَ إِلَيْهِ وَيَحْلِفُونَ لَهُ ، وَكَانُوا بِضْعًا وَثَمَانِينَ رَجُلاً ، فَقَبِلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلاَنِيَتَهُمْ وَبَايَعَهُمْ وَاسْتَغْفَرَ لَهُمْ وَوَكَلَ سَرَائِرَهُمْ إِلَى اللهِ عَزَّ وَجَلَّ حَتَّى جِئْتُ ، فَلَمَّا سَلَّمْتُ تَبَسَّمَ تَبَسُّمَ الْمُغْضَبِ ، ثُمَّ قَالَ : تَعَالَ . فَجِئْتُ حَتَّى جَلَسْتُ بَيْنَ يَدَيْهِ فَقَالَ لِي : مَا خَلَّفَكَ ؟ أَلَمْ تَكُنِ ابْتَعْتَ ظَهْرَكَ ؟ فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنِّي وَاللَّهِ لَوْ جَلَسْتُ عِنْدَ غَيْرِكَ مِنْ أَهْلِ الدُّنْيَا لَرَأَيْتُ أَنِّي سَأَخْرُجُ مِنْ سَخَطِهِ وَلَقَدْ أُعْطِيتُ جَدَلاً ، وَلَكِنْ وَاللَّهِ لَقَدْ عَلِمْتُ لَئِنْ حَدَّثْتُكَ الْيَوْمَ حَدِيثَ كَذِبٍ لِتَرْضَى بِهِ عَنِّي لَيُوشَكُ أَنَّ اللَّهَ عَزَّ وَجَلَّ يُسْخِطُكَ عَلَيَّ ، وَلَئِنْ حَدَّثْتُكَ حَدِيثَ صِدْقٍ تَجِدُ عَلَيَّ فِيهِ إِنِّي لأَرْجُو فِيهِ عَفْوَ اللهِ وَاللَّهِ مَا كُنْتُ قَطُّ أَقْوَى وَلاَ أَيْسَرَ مِنِّي حِينَ تَخَلَّفْتُ عَنْكَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَمَّا هَذَا فَقَدْ صَدَقَ ، فَقُمْ حَتَّى يَقْضِيَ اللَّهُ فِيكَ فَقُمْتُ فَمَضَيْتُ . مُخْتَصَرٌ.

“Rəvayət edilir ki, Abdullah ibn Kəb ﵀ demişdir: “Kəb ibn Malikin Təbuk döyüşündə iştirak etməməsi hadisəsini danışdığını eşitdim: “Sübh vaxtı Allah Elçisi ﷺ səfərdən qayıtdı. O, səfərdən qayıdarkən məsciddə iki rükət namaz qılardı. Sonra insanların yanında oturdu. Döyüşdən geri qalanlar gələrək üzr gətirməyə və and içməyə başladılar. Onlar səksən nəfərə yaxın adam idi. Allah Elçisi ﷺ onların zahirdə (olan üzrlərini) qəbul etdi, onlarla beyət etdi və onlara bağışlanma dilədi. Onların daxilində olan niyyətlərini Allaha ﷿ həvalə etdi. Sonra mən gəldim və ona salam verdim. O, qəzəbli şəkildə mənə gülümsədi və: “Gəl!”- dedi. Mən də gəlib onun qabağında oturdum. O mənə dedi: “Döyüşdə iştirakdan səni saxlayan nə idi? Məgər sən özünə minik almamışdın?” Mən dedim: “Ey Allahın Elçisi! Allaha and olsun ki, mən dünya əhlindən səndən başqasının qarşısında otursaydım, mübahisə etməyi bacardığıma görə onun qəzəbindən qurtulardım. Amma Allaha and olsun! Mən bilirəm ki, səni razı salmaq üçün yalan danışsam, Allah ﷿ mənə qəzəblənər. Əgər mən sənə düz söz desəm, ümid edirəm ki, Allah məni bağışlayar. Allaha and olsun ki, sənin döyüşə getməmişdən qabaq mən belə güclü olmamışdım və səninlə döyüşə getmək mənim üçün asan idi”. Allah Elçisi ﷺ dedi: “O ki qaldı buna, o, düz dedi”. Peyğəmbər ﷺ dedi: “Qalx, Allah sənin barədə hökm verənə qədər gözlə!””

Abdullah ibn Kəb
Nəsəi, 731 (Məscidlər, 44)Səhih

أَخْبَرَنَا الْعَبَّاسُ بْنُ مُحَمَّدٍ الدُّورِيُّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا حَيْوَةُ بْنُ شُرَيْحٍ ، عَنْ أَبِي الأَسْوَدِ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ : سُئِلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي غَزْوَةِ تَبُوكَ عَنْ سُتْرَةِ الْمُصَلِّي فَقَالَ : مِثْلُ مُؤْخِرَةِ الرَّحْلِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisindən ﷺ Təbuk döyüşü səfərində namaz qılanın sütrəsi haqda soruşuldu. O dedi: “Sütrə yəhərin hündürlüyü qədərdir”.”

Aişə
Nəsəi, 746 (Qiblə, 5)Səhih

أَخْبَرَنَا إِسْمَعِيلُ بْنُ مَسْعُودٍ ، وَمُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالاَ : حَدَّثَنَا خَالِدٌ وَهُوَ ابْنُ الْحَارِثِ ، عَنْ هِشَامٍ ، عَنْ يَحْيَى بْنِ أَبِي كَثِيرٍ ، عَنْ أَبِي سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، أَنَّ عُمَرَ بْنَ الْخَطَّابِ ، يَوْمَ الْخَنْدَقِ بَعْدَ مَا غَرَبَتِ الشَّمْسُ جَعَلَ يَسُبُّ كُفَّارَ قُرَيْشٍ ، وَقَالَ : يَا رَسُولَ اللهِ ، مَا كِدْتُ أَنْ أُصَلِّيَ حَتَّى كَادَتِ الشَّمْسُ تَغْرُبُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : فَوَاللَّهِ مَا صَلَّيْتُهَا ، فَنَزَلْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى بُطْحَانَ فَتَوَضَّأَ لِلصَّلاَةِ وَتَوَضَّأْنَا لَهَا ، فَصَلَّى الْعَصْرَ بَعْدَ مَا غَرَبَتِ الشَّمْسُ ، ثُمَّ صَلَّى بَعْدَهَا الْمَغْرِبَ.

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Ömər ibn əl-Xattab Xəndək döyüşündə Əsr namazını qıla bilmədiyinə görə günəş batdıqdan sonra Qureyş kafirlərini söyməyə başladı. O dedi: “Ey Allahın Elçisi, mən günəş batana qədər namazımı qıla bilmədim”. Allah Elçisi ﷺ dedi: “Allaha and olsun ki, mən də qıla bilməmişəm”. Biz Buthan deyilən yerə gəldik və Allah Elçisi ﷺ dəstəmaz aldı. Biz də dəstəmaz aldıq və günəş batdıqdan sonra Əsr namazını qıldıq. Ondan sonra da Məğrib namazını qıldıq”.”

Cabir ibn Abdullah
Nəsəi, 1366 (Səhv, 188)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا وَكِيعٌ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الأَشْعَثِ بْنِ أَبِي الشَّعْثَاءِ ، عَنِ الأَسْوَدِ بْنِ هِلاَلٍ ، عَنْ ثَعْلَبَةَ بْنِ زَهْدَمٍ ، قَالَ : كُنَّا مَعَ سَعِيدِ بْنِ الْعَاصِي بِطَبَرِسْتَانَ ، وَمَعَنَا حُذَيْفَةُ بْنُ الْيَمَانِ ، فَقَالَ : أَيُّكُمْ صَلَّى مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلاَةَ الْخَوْفِ ؟ فَقَالَ حُذَيْفَةُ : أَنَا ، فَوَصَفَ ، فَقَالَ : صَلَّى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلاَةَ الْخَوْفِ بِطَائِفَةٍ رَكْعَةً ، صَفٍّ خَلْفَهُ ، وَطَائِفَةٍ أُخْرَى بَيْنَهُ وَبَيْنَ الْعَدُوِّ ، فَصَلَّى بِالطَّائِفَةِ الَّتِي تَلِيهِ رَكْعَةً ، ثُمَّ نَكَصَ هَؤُلاَءِ إِلَى مَصَافِّ أُولَئِكَ ، وَجَاءَ أُولَئِكَ فَصَلَّى بِهِمْ رَكْعَةً.

“Rəvayət edilir ki, Sələbə ibn Zəhdəm ﵀ demişdir: “Bir dəfə biz Təbəristanda Səid ibn əl-Asın yanında idik. Bizim yanımızda Huzeyfə ibn əl-Yəmən də var idi. O dedi: “Sizdən hansınız Allah Elçisi ﷺ ilə birlikdə qorxu namazını qılıb?” Huzeyfə: “Mən qılmışam”- dedi və bunu vəsf etdi: “Allah Elçisi ﷺ arxada səf olan dəstədə olanlara bir rükət qorxu namazı qıldırdı. Digər dəstədə olanlar onlarla düşmənin arasında durmuşdular. Səfdə duran dəstədə olanlar düşmənlə döyüşən dəstədə olanların yerinə keçdilər. Düşmənlə döyüşən dəstədə olanlar isə Allah Elçisinin ﷺ arxasında bir rükət qıldılar”.”

Sələbə ibn Zəhdəm
Nəsəi, 1529 (Qorxu namazı, 1)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : حَدَّثَنِي أَشْعَثُ بْنُ سُلَيْمٍ ، عَنِ الأَسْوَدِ بْنِ هِلاَلٍ ، عَنْ ثَعْلَبَةَ بْنِ زَهْدَمٍ ، قَالَ : كُنَّا مَعَ سَعِيدِ بْنِ الْعَاصِي بِطَبَرِسْتَانَ ، فَقَالَ : أَيُّكُمْ صَلَّى مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلاَةَ الْخَوْفِ ؟ فَقَالَ : حُذَيْفَةُ : أَنَا ، فَقَامَ حُذَيْفَةُ فَصَفَّ النَّاسُ خَلْفَهُ صَفَّيْنِ ، صَفًّا خَلْفَهُ وَصَفًّا مُوَازِيَ الْعَدُوِّ ، فَصَلَّى بِالَّذِي خَلْفَهُ رَكْعَةً ثُمَّ انْصَرَفَ هَؤُلاَءِ إِلَى مَكَانِ هَؤُلاَءِ ، وَجَاءَ أُولَئِكَ فَصَلَّى بِهِمْ رَكْعَةً وَلَمْ يَقْضُوا

“Rəvayət edilir ki, Sələbə ibn Zəhdəm ﵀ demişdir: “Bir dəfə biz Təbəristanda Səid ibn əl-Asın yanında idik. O dedi: “Sizdən hansınız Allah Elçisi ﷺ ilə birlikdə qorxu namazını qılıb?” Huzeyfə: “Mən qılmışam”- dedi. Huzeyfə ayağa qalxdı və insanlar da arxasında iki cərgə oldular. Bir qismi arxasında, bir qismi də düşmənlə üz-üzə durdular. Öncə arxasındakılara bir rükət qıldırdı. Sonra onlar düşmənin qarşısında olanlarla yerlərini dəyişdirdilər. Onlar Huzeyfənin arxasında cərgədə durdular. Huzeyfə onlara da bir rükət namaz qıldırdı. Onlar (qılmadıqları rükətləri) qəza etmədilər”.”

Sələbə ibn Zəhdəm
Nəsəi, 1530 (Qorxu namazı, 2)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : حَدَّثَنِي الرُّكَيْنُ بْنُ الرَّبِيعِ ، عَنِ الْقَاسِمِ بْنِ حَسَّانَ ، عَنْ زَيْدِ بْنِ ثَابِتٍ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِثْلَ صَلاَةِ حُذَيْفَةَ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Zeyd ibn Sabit
Nəsəi, 1531 (Qorxu namazı, 3)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا أَبُو عَوَانَةَ ، عَنْ بُكَيْرِ بْنِ الأَخْنَسِ ، عَنْ مُجَاهِدٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : فَرَضَ اللَّهُ الصَّلاَةَ عَلَى لِسَانِ نَبِيِّكُمْ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي الْحَضَرِ أَرْبَعًا ، وَفِي السَّفَرِ رَكْعَتَيْنِ ، وَفِي الْخَوْفِ رَكْعَةً.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah sizin Peyğəmbərinizin ﷺ dili ilə namazı daimi yaşayış yerində dörd, səfərdə iki, qorxu halında isə bir rükət qılmağı fərz etmişdir”.”

İbn Abbas
Nəsəi, 1532 (Qorxu namazı, 4)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ سُفْيَانَ ، قَالَ : حَدَّثَنِي أَبُو بَكْرِ بْنُ أَبِي الْجَهْمِ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى بِذِي قَرَدٍ ، وَصَفَّ النَّاسُ خَلْفَهُ صَفَّيْنِ ، صَفًّا خَلْفَهُ وَصَفًّا مُوَازِيَ الْعَدُوِّ ، فَصَلَّى بِالَّذِينَ خَلْفَهُ رَكْعَةً ، ثُمَّ انْصَرَفَ هَؤُلاَءِ إِلَى مَكَانِ هَؤُلاَءِ ، وَجَاءَ أُولَئِكَ فَصَلَّى بِهِمْ رَكْعَةً وَلَمْ يَقْضُوا.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ Zu-Qarad döyüşündə namaz qıldırdı. İnsanlar iki səf oldular. Səflərdən biri onun arxasında, digəri isə düşmənlə üz-üzə durdu. Arxasındakılara bir rükət qıldırdıqdan sonra onlar digərlərinin yerinə keçdilər. Düşmənlə üz-üzə duranlar isə gəlib Peyğəmbərin ﷺ arxasında durdular. Peyğəmbər ﷺ onlara da bir rükət qıldırdı. Camaatdan heç kəs (qalan bir rükəti) qəza etmədi.”

İbn Abbas
Nəsəi, 1533 (Qorxu namazı, 5)Səhih

أَخْبَرَنِي عَمْرُو بْنُ عُثْمَانَ بْنِ سَعِيدِ بْنِ كَثِيرٍ ، عَنْ مُحَمَّدٍ ، عَنِ الزُّبَيْدِيِّ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ بْنِ عُتْبَةَ ، أَنَّ عَبْدَ اللهِ بْنَ عَبَّاسٍ قَالَ : قَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَقَامَ النَّاسُ مَعَهُ فَكَبَّرَ وَكَبَّرُوا ، ثُمَّ رَكَعَ وَرَكَعَ أُنَاسٌ مِنْهُمْ ، ثُمَّ سَجَدَ وَسَجَدُوا ، ثُمَّ قَامَ إِلَى الرَّكْعَةِ الثَّانِيَةِ ، فَتَأَخَّرَ الَّذِينَ سَجَدُوا مَعَهُ وَحَرَسُوا إِخْوَانَهُمْ ، وَأَتَتِ الطَّائِفَةُ الأُخْرَى فَرَكَعُوا مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَسَجَدُوا وَالنَّاسُ كُلُّهُمْ فِي صَلاَةٍ يُكَبِّرُونَ وَلَكِنْ يَحْرُسُ بَعْضُهُمْ بَعْضًا.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ ayağa durduqda, insanlar da ayağa durdular. O, təkbir etdikdə, insanlar da təkbir etdilər. O, ruku etdikdə, insanlardan da bir qismi ruku etdi. Sonra səcdə etdikdə, insanlar da səcdə etdilər. Sonra ikinci rükətə qalxdılar. Peyğəmbərlə ﷺ səcdə edənlər digər döyüşən qardaşlarının yerinə keçdilər. Digərləri gəlib Peyğəmbərlə ﷺ birlikdə ruku və səcdə etdilər. Camaatın hamısı eyni vaxtda təkbir edirdilər, lakin bir qismi gözləyirdi”.”

İbn Abbas
Nəsəi, 1534 (Qorxu namazı, 6)Səhih

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعْدِ بْنِ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا عَمِّي ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنْ ابْنِ إِسْحَاقَ ، قَالَ : حَدَّثَنِي دَاوُدُ بْنُ الْحُصَيْنِ ، عَنْ عِكْرِمَةَ ، عَنْ ابْنِ عَبَّاسٍ قَالَ : مَا كَانَتْ صَلاَةُ الْخَوْفِ إِلاَّ سَجْدَتَيْنِ كَصَلاَةِ أَحْرَاسِكُمْ هَؤُلاَءِ الْيَوْمَ خَلْفَ أَئِمَّتِكُمْ هَؤُلاَءِ ، إِلاَّ أَنَّهَا كَانَتْ عُقَبًا ، قَامَتْ طَائِفَةٌ مِنْهُمْ وَهُمْ جَمِيعًا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَسَجَدَتْ مَعَهُ طَائِفَةٌ مِنْهُمْ ، ثُمَّ قَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَقَامُوا مَعَهُ جَمِيعًا ، ثُمَّ رَكَعَ وَرَكَعُوا مَعَهُ جَمِيعًا ، ثُمَّ سَجَدَ فَسَجَدَ مَعَهُ الَّذِينَ كَانُوا قِيَامًا أَوَّلَ مَرَّةٍ ، فَلَمَّا جَلَسَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَالَّذِينَ سَجَدُوا مَعَهُ فِي آخِرِ صَلاَتِهِمْ سَجَدَ الَّذِينَ كَانُوا قِيَامًا لأَنْفُسِهِمْ ، ثُمَّ جَلَسُوا فَجَمَعَهُمْ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالتَّسْلِيمِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Qorxu namazı (döyüşdə düşmənlə üzbəüz dayanan) sizi qoruyanların arxasında imamınızın sizinlə birlikdə qıldığı iki səcdəli namazdır. Amma rükətləri hər dəstə bir-birindən ayrı şəkildə ard-arda qılır. Onlar Allah Elçisi ﷺ ilə birlikdə camaatla namaz qılarkən bir dəstə ayaq üstə gözləyər, digər dəstə isə Allah Elçisi ﷺ ilə birlikdə səcdə edərdi. Allah Elçisi ﷺ qalxar, onlar da hamısı onunla birlikdə ayağa qalxardılar. Sonra Allah Elçisi ﷺ ruku edər, onlar da onunla birlikdə ruku edərdilər. İlk dəfə qiyamda olanlar Allah Elçisi ﷺ ilə birlikdə səcdə edərdilər. Allah Elçisi ﷺ oturduqda, onunla birlikdə səcdə edənlər namazlarını tamamlayardılar. Sonra onlar oturar və Allah Elçisi ﷺ onlarla birlikdə salam verərdi”.”

İbn Abbas
Nəsəi, 1535 (Qorxu namazı, 7)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْقَاسِمِ ، عَنْ أَبِيهِ ، عَنْ صَالِحِ بْنِ خَوَّاتٍ ، عَنْ سَهْلِ بْنِ أَبِي حَثْمَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى بِهِمْ صَلاَةَ الْخَوْفِ ، فَصَفَّ صَفًّا خَلْفَهُ وَصَفًّا مُصَافُّو الْعَدُوِّ ، فَصَلَّى بِهِمْ رَكْعَةً ، ثُمَّ ذَهَبَ هَؤُلاَءِ وَجَاءَ أُولَئِكَ ، فَصَلَّى بِهِمْ رَكْعَةً ، ثُمَّ قَامُوا فَقَضَوْا رَكْعَةً رَكْعَةً.

“Səhl ibn Əbu Həsmə ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ onlara qorxu namazı qıldırdıqda, onları iki hissəyə ayırdı. Bir qismi onun arxasında səfdə durdu, digər qismi isə düşmənlə üzbəüz durdu. Arxasındakılara bir rükət namaz qıldırdıqdan sonra onlar digərləri ilə yerlərini dəyişdirdilər. Onlara da bir rükət namaz qıldırdı. Sonra hər iki dəstə bir rükəti qəza etdi”.”

Səhl ibn Əbu Həsmə
Nəsəi, 1536 (Qorxu namazı, 8)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ يَزِيدَ بْنِ رُومَانَ ، عَنْ صَالِحِ بْنِ خَوَّاتٍ ، عَمَّنْ صَلَّى مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمَ ذَاتِ الرِّقَاعِ صَلاَةَ الْخَوْفِ ، أَنَّ طَائِفَةً صَفَّتْ مَعَهُ ، وَطَائِفَةٌ وِجَاهَ الْعَدُوِّ ، فَصَلَّى بِالَّذِينَ مَعَهُ رَكْعَةً ، ثُمَّ ثَبَتَ قَائِمًا وَأَتَمُّوا لأَنْفُسِهِمْ ثُمَّ انْصَرَفُوا ، فَصَفُّوا وِجَاهَ الْعَدُوِّ ، وَجَاءَتِ الطَّائِفَةُ الأُخْرَى فَصَلَّى بِهِمُ الرَّكْعَةَ الَّتِي بَقِيَتْ مِنْ صَلاَتِهِ ، ثُمَّ ثَبَتَ جَالِسًا وَأَتَمُّوا لأَنْفُسِهِمْ ، ثُمَّ سَلَّمَ بِهِمْ.

“Salih ibn Xavvat ﵀ Allah Elçisi ﷺ ilə birlikdə qorxu namazı qılan bir nəfərdən rəvayət edir ki, Allah Elçisi ﷺ Zatir-Riqa döyüşündə qorxu namazını qıldı. Bir dəstə onunla birlikdə namaz üçün safda olduğu halda, digər dəstə düşmənlə üz-üzə idi. Onunla olan dəstəyə bir rükət namaz qıldırdı və ayağa durdu. Onlar isə özləri namazı tamamladılar. Sonra isə düşmən ilə üz-üzə dayananlarla yerlərini dəyişdilər. Allah Elçisi ﷺ bu dəstə ilə də qalan bir rükəti qıldı və oturdu. Onlar da qılmadıqları bir rükəti təkbaşına qıldılar. Sonra Allah Elçisi ﷺ onlarla birlikdə salam verdi”.”

Salih ibn Xavvat
Nəsəi, 1537 (Qorxu namazı, 9)Səhih

أَخْبَرَنَا إِسْمَعِيلُ بْنُ مَسْعُودٍ ، عَنْ يَزِيدَ بْنِ زُرَيْعٍ ، قَالَ : حَدَّثَنَا مَعْمَرٌ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَالِمٍ ، عَنْ أَبِيهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى بِإِحْدَى الطَّائِفَتَيْنِ رَكْعَةً ، وَالطَّائِفَةُ الأُخْرَى مُوَاجِهَةُ الْعَدُوِّ ، ثُمَّ انْطَلَقُوا فَقَامُوا فِي مَقَامِ أُولَئِكَ ، وَجَاءَ أُولَئِكَ فَصَلَّى بِهِمْ رَكْعَةً أُخْرَى ، ثُمَّ سَلَّمَ عَلَيْهِمْ ، فَقَامَ هَؤُلاَءِ فَقَضَوْا رَكْعَتَهُمْ ، وَقَامَ هَؤُلاَءِ فَقَضَوْا رَكْعَتَهُمْ.

“Səlim atasından ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ iki dəstədən birinə namaz qıldırdıqda, digər dəstə düşmənə qarşı dayanmışdı. Sonra namaz qılanlarla düşmənə qarşı dayananlar yerlərini dəyişdirdilər. Allah Elçisi ﷺ qalan bir rükəti də onlarla qılıb salam verdi. Sonra dəstələrdən biri, daha sonra digər dəstədə olanlar qalan bir rükəti tamamladılar.”

Səlim atasından
Nəsəi, 1538 (Qorxu namazı, 10)Səhih

أَخْبَرَنِي كَثِيرُ بْنُ عُبَيْدٍ ، عَنْ بَقِيَّةَ ، عَنْ شُعَيْبٍ ، قَالَ : حَدَّثَنِي الزُّهْرِيُّ ، قَالَ : حَدَّثَنِي سَالِمُ بْنُ عَبْدِ اللهِ ، عَنْ أَبِيهِ ، قَالَ : غَزَوْتُ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قِبَلَ نَجْدٍ ، فَوَازَيْنَا الْعَدُوَّ وَصَافَفْنَاهُمْ ، فَقَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي بِنَا ، فَقَامَتْ طَائِفَةٌ مِنَّا مَعَهُ ، وَأَقْبَلَ طَائِفَةٌ عَلَى الْعَدُوِّ ، فَرَكَعَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَمَنْ مَعَهُ رَكْعَةً ، وَسَجَدَ سَجْدَتَيْنِ ، ثُمَّ انْصَرَفُوا فَكَانُوا مَكَانَ أُولَئِكَ الَّذِينَ لَمْ يُصَلُّوا ، وَجَاءَتِ الطَّائِفَةُ الَّتِي لَمْ تُصَلِّ فَرَكَعَ بِهِمْ رَكْعَةً وَسَجْدَتَيْنِ ، ثُمَّ سَلَّمَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَامَ كُلُّ رَجُلٍ مِنَ الْمُسْلِمِينَ فَرَكَعَ لِنَفْسِهِ رَكْعَةً وَسَجْدَتَيْنِ.

“Səlim ibn Abdullah atasının ﵁ belə dediyini rəvat etmişdir: “Allah Elçisi ﷺ ilə birlikdə Nəcd tərəfdə bir döyüşdə iştirak etmişdim. Düşmənlə qarşılaşdıqda səfdə durduq və Allah Elçisi ﷺ bizə namaz qıldırdı. Onunla birlikdə bir dəstə namaza qalxdı, digər dəstə isə düşmənə qarşı dayandı. Allah Elçisi ﷺ ruku etdi və onunla birlikdə olan dəstədə olanlar da ruku və iki səcdə etdilər. Sonra namaz qılmayan dəstədə olanlar onların yerlərinə keçdilər. Bu dəstədə olanlar da bir ruku və iki səcdə etdikdən sonra Allah Elçisi ﷺ salam verdi. Müsəlmanlardan olan hər bir kişi özlüyündə bir ruku və iki səcdəli namaz qıldı”.”

Səlim ibn Abdullah atasından
Nəsəi, 1539 (Qorxu namazı, 11)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ عَبْدِ الرَّحِيمِ الْبَرْقِيُّ ، عَنْ عَبْدِ اللهِ بْنِ يُوسُفَ ، قَالَ : أَنْبَأَنَا سَعِيدُ بْنُ عَبْدِ الْعَزِيزِ ، عَنِ الزُّهْرِيِّ ، قَالَ : كَانَ عَبْدُ اللهِ بْنُ عُمَرَ يُحَدِّثُ ، أَنَّهُ صَلَّى صَلاَةَ الْخَوْفِ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : كَبَّرَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَصَفَّ خَلْفَهُ طَائِفَةٌ مِنَّا ، وَأَقْبَلَتْ طَائِفَةٌ عَلَى الْعَدُوِّ ، فَرَكَعَ بِهِمُ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَكْعَةً وَسَجْدَتَيْنِ ، ثُمَّ انْصَرَفُوا وَأَقْبَلُوا عَلَى الْعَدُوِّ ، وَجَاءَتِ الطَّائِفَةُ الأُخْرَى فَصَلَّوْا مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَفَعَلَ مِثْلَ ذَلِكَ ، ثُمَّ سَلَّمَ ، ثُمَّ قَامَ كُلُّ رَجُلٍ مِنَ الطَّائِفَتَيْنِ فَصَلَّى لِنَفْسِهِ رَكْعَةً وَسَجْدَتَيْنِ.

“Rəvayət edilir ki, Zuhri ﵀ demişdir: “Abdullah ibn Ömər ﵄ deyirdi: “Bir dəfə Allah Elçisi ﷺ ilə birlikdə qorxu namazını qılırdım. Peyğəmbər ﷺ təkbir etdi və bizdən bir dəstə onun arxasında səfdə durdu. Digər bir dəstə isə düşmənə qarşı durdu. Peyğəmbər ﷺ bizimlə birlikdə bir ruku və iki səcdə edərək bir rükət qıldı, sonra biz çevrilib düşmənə qarşı durduq. Digər dəstə də gəlib bizim yerimizə keçdi. Peyğəmbər ﷺ onlara da eyni şəkildə bir rükət namaz qıldırdı. Sonra da salam verdi. Daha sonra hər iki dəstədən olanlar təklikdə namazlarını bir rükətdə bir ruku və iki səcdə ilə tamamladılar”.”

Zuhri
Nəsəi, 1540 (Qorxu namazı, 12)Səhih

أَخْبَرَنِي عِمْرَانُ بْنُ بَكَّارٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُبَارَكِ ، قَالَ : أَنْبَأَنَا الْهَيْثَمُ بْنُ حُمَيْدٍ ، عَنِ الْعَلاَءِ ، وَأَبِي أَيُّوبَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، قَالَ : صَلَّى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلاَةَ الْخَوْفِ قَامَ فَكَبَّرَ ، فَصَلَّى خَلْفَهُ طَائِفَةٌ مِنَّا وَطَائِفَةٌ مُوَاجِهَةَ الْعَدُوِّ ، فَرَكَعَ بِهِمْ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَكْعَةً وَسَجَدَ سَجْدَتَيْنِ ، ثُمَّ انْصَرَفُوا وَلَمْ يُسَلِّمُوا وَأَقْبَلُوا عَلَى الْعَدُوِّ ، فَصَفُّوا مَكَانَهُمْ ، وَجَاءَتِ الطَّائِفَةُ الأُخْرَى فَصَفُّوا خَلْفَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَصَلَّى بِهِمْ رَكْعَةً وَسَجْدَتَيْنِ ، ثُمَّ سَلَّمَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَقَدْ أَتَمَّ رَكْعَتَيْنِ وَأَرْبَعَ سَجَدَاتٍ ، ثُمَّ قَامَتِ الطَّائِفَتَانِ فَصَلَّى كُلُّ إِنْسَانٍ مِنْهُمْ لِنَفْسِهِ رَكْعَةً وَسَجْدَتَيْنِ قَالَ أَبُو بَكْرِ بْنُ السُّنِّيِّ : الزُّهْرِيُّ سَمِعَ مِنْ ابْنِ عُمَرَ حَدِيثَيْنِ وَلَمْ يَسْمَعْ هَذَا مِنْهُ.

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ qorxu namazını qıldırdı. O, ayağa durdu və təkbir etdi. Arxasında bir dəstə onunla namaz qıldığı halda, digər dəstə düşmənin qarşısında dayanmışdı. Allah Elçisi ﷺ onlarla bir ruku və iki səcdə edərək bir rükət qıldı. Sonra onlar salam vermədən namazdan çıxdılar. Bu dəstə düşmənə qarşı dayananların yerinə keçdi. (Düşmənin qarşısında əvvəl dayanan) dəstə gəlib Allah Elçisinin ﷺ arxasında səfdə duraraq bir ruku və iki səcdə edərək namazlarını qıldılar. Sonra Allah Elçisi ﷺ salam verərək namazı iki ruku və dörd səcdə olaraq tamamlamış oldu. Sonra hər kəs bir ruku və iki səcdə olmaqla bir rükət namaz qılaraq namazlarını tamamlamış oldular”.”

Abdullah ibn Ömər
Nəsəi, 1541 (Qorxu namazı, 13)Səhih

أَخْبَرَنَا عَبْدُ الأَعْلَى بْنُ وَاصِلِ بْنِ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ آدَمَ ، عَنْ سُفْيَانَ ، عَنْ مُوسَى بْنِ عُقْبَةَ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ قَالَ : صَلَّى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلاَةَ الْخَوْفِ فِي بَعْضِ أَيَّامِهِ ، فَقَامَتْ طَائِفَةٌ مَعَهُ وَطَائِفَةٌ بِإِزَاءِ الْعَدُوِّ ، فَصَلَّى بِالَّذِينَ مَعَهُ رَكْعَةً ، ثُمَّ ذَهَبُوا وَجَاءَ الآخَرُونَ فَصَلَّى بِهِمْ رَكْعَةً ، ثُمَّ قَضَتِ الطَّائِفَتَانِ رَكْعَةً رَكْعَةً.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Bəzi döyüşlərdə Allah Elçisi ﷺ qorxu namazı qıldırmışdı. Bir dəstədə olanlar onunla birlikdə səfdə durub namaz qılarkən, digər dəstədə olanlar düşmən ilə qarşı-qarşıya idi. Allah Elçisi ﷺ yanındakılara bir rükət namaz qıldırdı. Sonra bu dəstədə olanlar getdi və digər dəstədə olanlar gəldi. Allah Elçisi ﷺ onlara da bir rükət qıldırdı, sonra hər iki dəstədə olanlar təkbaşına bir rükət qıldılar”.”

İbn Ömər
Nəsəi, 1542 (Qorxu namazı, 14)Səhih

أَخْبَرَنِي عُبَيْدُ اللهِ بْنُ فَضَالَةَ بْنِ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ بْنُ يَزِيدَ الْمُقْرِئُ (ح) وَأَنْبَأَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا أَبِي ، قَالَ : حَدَّثَنَا حَيْوَةُ ، وَذَكَرَ آخَرَ ، قَالاَ : حَدَّثَنَا أَبُو الأَسْوَدِ ، أَنَّهُ سَمِعَ عُرْوَةَ بْنَ الزُّبَيْرِ يُحَدِّثُ ، عَنْ مَرْوَانَ بْنِ الْحَكَمِ ، أَنَّهُ سَأَلَ أَبَا هُرَيْرَةَ : هَلْ صَلَّيْتَ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلاَةَ الْخَوْفِ ؟ فَقَالَ أَبُو هُرَيْرَةَ : نَعَمْ ، قَالَ : مَتَى ، قَالَ : عَامَ غَزْوَةِ نَجْدٍ ، قَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِصَلاَةِ الْعَصْرِ وَقَامَتْ مَعَهُ طَائِفَةٌ وَطَائِفَةٌ أُخْرَى مُقَابِلَ الْعَدُوِّ وَظُهُورُهُمْ إِلَى الْقِبْلَةِ ، فَكَبَّرَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَكَبَّرُوا جَمِيعًا الَّذِينَ مَعَهُ وَالَّذِينَ يُقَابِلُونَ الْعَدُوَّ ، ثُمَّ رَكَعَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَكْعَةً وَاحِدَةً وَرَكَعَتْ مَعَهُ الطَّائِفَةُ الَّتِي تَلِيهِ ، ثُمَّ سَجَدَ وَسَجَدَتِ الطَّائِفَةُ الَّتِي تَلِيهِ وَالآخَرُونَ قِيَامٌ مُقَابِلَ الْعَدُوِّ ، ثُمَّ قَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَقَامَتِ الطَّائِفَةُ الَّتِي مَعَهُ ، فَذَهَبُوا إِلَى الْعَدُوِّ فَقَابَلُوهُمْ ، وَأَقْبَلَتِ الطَّائِفَةُ الَّتِي كَانَتْ مُقَابِلَ الْعَدُوِّ فَرَكَعُوا وَسَجَدُوا ، وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَائِمٌ كَمَا هُوَ ، ثُمَّ قَامُوا فَرَكَعَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَكْعَةً أُخْرَى وَرَكَعُوا مَعَهُ وَسَجَدَ وَسَجَدُوا مَعَهُ ، ثُمَّ أَقْبَلَتِ الطَّائِفَةُ الَّتِي كَانَتْ مُقَابِلَ الْعَدُوِّ فَرَكَعُوا وَسَجَدُوا وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَاعِدٌ وَمَنْ مَعَهُ ، ثُمَّ كَانَ السَّلاَمُ فَسَلَّمَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَسَلَّمُوا جَمِيعًا ، فَكَانَ لِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَكْعَتَانِ وَلِكُلِّ رَجُلٍ مِنَ الطَّائِفَتَيْنِ رَكْعَتَانِ رَكْعَتَانِ.

“Rəvayət edilir ki, Mərvan ibn əl-Həkəm ﵀ Əbu Hureyradan soruşdu: “Sən Allah Elçisi ﷺ ilə qorxu namazını qılmısanmı?” Əbu Hureyra: “Bəli!”- dedi. Mərvan dedi: “Nə vaxt?” Əbu Hureyra dedi: “Nəcd döyüşü vaxtı. Allah Elçisi ﷺ Əsr namazını qılmaq üçün qalxdı və onunla yanaşı bir dəstə də namaza qalxdı. Digər dəstə isə arxaları qibləyə doğru olduqları halda düşmənə qarşı durdular. Allah Elçisi ﷺ təkbir etdi və hər iki dəstədə olanlar təkbir etdilər. Sonra Allah Elçisi ﷺ ruku etdi və onun yanında olan dəstədə olanlar ruku etdilər. Sonra səcdə etdi, onlar da səcdə etdilər. Digər dəstədə olanlar isə düşmənə qarşı durmuşdular. Sonra Allah Elçisi ﷺ qalxdıqda, onun yanındakı dəstədə olanlar qalxıb düşmənə qarşı dayanmaq üçün getdilər. Düşmənə qarşı duran dəstədə olanlar gəlib ruku və səcdə etdilər. Bu zaman Allah Elçisi ﷺ ayaq üstə durmuşdu. Sonra qalxdılar və Allah Elçisi ﷺ ruku etdi, onlar da ruku etdilər. O, səcdə etdikdə, onlar da səcdə etdilər. Sonra düşmənə qarşı duran dəstədə olanlar gəlib ruku və səcdə etdilər. Allah Elçisi ﷺ də oturub gözləyirdi. Onun yanında olanlar da oturmuşdular. Sonra Allah Elçisi ﷺ salam verdikdə, hamı salam verdi. Allah Elçisinə ﷺ iki rükət, hər dəstədən olanlara da iki rükət düşdü”.”

Mərvan ibn əl-Həkəm
Nəsəi, 1543 (Qorxu namazı, 15)Səhih

أَخْبَرَنَا الْعَبَّاسُ بْنُ عَبْدِ الْعَظِيمِ ، قَالَ : حَدَّثَنِي عَبْدُ الصَّمَدِ بْنُ عَبْدِ الْوَارِثِ ، قَالَ : حَدَّثَنِي سَعِيدُ بْنُ عُبَيْدٍ الْهُنَائِيُّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ شَقِيقٍ ، قَالَ : حَدَّثَنَا أَبُو هُرَيْرَةَ ، قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَازِلاً بَيْنَ ضَجْنَانَ وَعُسْفَانَ مُحَاصِرَ الْمُشْرِكِينَ ، فَقَالَ الْمُشْرِكُونَ : إِنَّ لِهَؤُلاَءِ صَلاَةً هِيَ أَحَبُّ إِلَيْهِمْ مِنْ أَبْنَائِهِمْ وَأَبْكَارِهِمْ ، أَجْمِعُوا أَمْرَكُمْ ثُمَّ مِيلُوا عَلَيْهِمْ مَيْلَةً وَاحِدَةً ، فَجَاءَ جِبْرِيلُ عَلَيْهِ السَّلاَمُ فَأَمَرَهُ أَنْ يَقْسِمَ أَصْحَابَهُ نِصْفَيْنِ ، فَيُصَلِّيَ بِطَائِفَةٍ مِنْهُمْ ، وَطَائِفَةٌ مُقْبِلُونَ عَلَى عَدُوِّهِمْ قَدْ أَخَذُوا حِذْرَهُمْ وَأَسْلِحَتَهُمْ ، فَيُصَلِّيَ بِهِمْ رَكْعَةً ، ثُمَّ يَتَأَخَّرَ هَؤُلاَءِ وَيَتَقَدَّمَ أُولَئِكَ فَيُصَلِّيَ بِهِمْ رَكْعَةً تَكُونُ لَهُمْ مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَكْعَةً رَكْعَةً وَلِلنَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَكْعَتَانِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ Dacnən və Usfan arasında olan bir yerdə müşriklərin mühasirəsində idi. Müşriklər dedilər: “Həqiqətən, onların bu namazdan sonra elə bir namazları var ki, onlara övladlarından və qızlarından daha sevimlidir. İşlərinizi toparlayın və onlara bir dəfə həmlə edib (məhv edin)”. Sonra Cəbrail ﵇ nazil oldu. Peyğəmbərə ﷺ öz səhabələrini iki dəstəyə bölməyi, bir dəstə ilə namaz qılmasını, o biri dəstənin isə silahlarını və ehtiyatlarını götürərək düşmənə tərəf dayanmasını əmr etdi”. Peyğəmbər ﷺ onlarla (bir dəstə ilə) bir rükət qıldı, sonra onlar arxaya çəkildilər və ikinci dəstə qabağa gəldi. Onlarla da bir rükət qıldı. Bu, onların hər biri üçün Peyğəmbər ﷺ ilə bir rükət oldu, Peyğəmbər ﷺ isə iki rükət qılmış oldu”.”

Əbu Hureyra
Nəsəi, 1544 (Qorxu namazı, 16)Səhih

أَخْبَرَنَا إِبْرَاهِيمُ بْنُ الْحَسَنِ ، عَنْ حَجَّاجِ بْنِ مُحَمَّدٍ ، عَنْ شُعْبَةَ ، عَنِ الْحَكَمِ ، عَنْ يَزِيدَ الْفَقِيرِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى بِهِمْ صَلاَةَ الْخَوْفِ ، فَقَامَ صَفٌّ بَيْنَ يَدَيْهِ وَصَفٌّ خَلْفَهُ ، صَلَّى بِالَّذِينَ خَلْفَهُ رَكْعَةً وَسَجْدَتَيْنِ ، ثُمَّ تَقَدَّمَ هَؤُلاَءِ حَتَّى قَامُوا فِي مَقَامِ أَصْحَابِهِمْ ، وَجَاءَ أُولَئِكَ فَقَامُوا مَقَامَ هَؤُلاَءِ ، وَصَلَّى بِهِمْ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَكْعَةً وَسَجْدَتَيْنِ ، ثُمَّ سَلَّمَ ، فَكَانَتْ لِلنَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَكْعَتَانِ وَلَهُمْ رَكْعَةٌ.

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ onlarla qorxu namazı qılmışdı. Allah Elçisi ﷺ ayağa durdu, bir səf onun qabağında və bir səf də arxasında dayandı. Allah Elçisi ﷺ onun arxasında dayananlarla birlikdə bir ruku və iki səcdə etdi. Sonra qabaqda dayananlar arxada dayanan səhabə dostları ilə yerlərini dəyişdilər. Allah Elçisi ﷺ onun arxasına keçən səflə birlikdə bir ruku və iki səcdə etdi. Sonra da salam verdi. Allah Elçisi ﷺ üçün namaz iki rükət oldu. Hər dəstədə olan səhabələr üçün isə bir rükət oldu.”

Cabir ibn Abdullah
Nəsəi, 1545 (Qorxu namazı, 17)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ الْمِقْدَامِ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ عَبْدِ اللهِ الْمَسْعُودِيُّ ، قَالَ : أَنْبَأَنِي يَزِيدُ الْفَقِيرُ ، أَنَّهُ سَمِعَ جَابِرَ بْنَ عَبْدِ اللهِ ، قَالَ : كُنَّا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأُقِيمَتِ الصَّلاَةُ فَقَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَقَامَتْ خَلْفَهُ طَائِفَةٌ وَطَائِفَةٌ مُوَاجِهَةَ الْعَدُوِّ ، فَصَلَّى بِالَّذِينَ خَلْفَهُ رَكْعَةً وَسَجَدَ بِهِمْ سَجْدَتَيْنِ ، ثُمَّ إِنَّهُمُ انْطَلَقُوا فَقَامُوا مَقَامَ أُولَئِكَ الَّذِينَ كَانُوا فِي وَجْهِ الْعَدُوِّ ، وَجَاءَتْ تِلْكَ الطَّائِفَةُ فَصَلَّى بِهِمْ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَكْعَةً وَسَجَدَ بِهِمْ سَجْدَتَيْنِ ، ثُمَّ إِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سَلَّمَ فَسَلَّمَ الَّذِينَ خَلْفَهُ وَسَلَّمَ أُولَئِكَ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə idik. Namaza iqamə verildi və Allah Elçisi ﷺ namaza qalxdı. Camaatdan olan bir dəstə onun arxasında dayandı və bir dəstə də düşmənə tərəf dayandı. Allah Elçisi ﷺ onun arxasında olanlarla birlikdə bir ruku və iki səcdə etdi. Sonra arxada dayanan dəstədə olanlar düşmənlə üz-üzə dayanan dəstə ilə yerlərini dəyişdilər. Allah Elçisi ﷺ onlarla birlikdə bir ruku və iki səcdə etdi, arxasında olanlarla birlikdə salam verdi. Düşmənlə üzbəüz dayananlar da salam verdilər”.”

Cabir ibn Abdullah
Nəsəi, 1546 (Qorxu namazı, 18)Səhih

أَخْبَرَنَا عَلِيُّ بْنُ الْحُسَيْنِ الدِّرْهَمِيُّ ، وَإِسْمَعِيلُ بْنُ مَسْعُودٍ ، قَالاَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْمَلِكِ بْنُ أَبِي سُلَيْمَانَ ، عَنْ عَطَاءٍ ، عَنْ جَابِرٍ ، قَالَ : شَهِدْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلاَةَ الْخَوْفِ ، فَقُمْنَا خَلْفَهُ صَفَّيْنِ وَالْعَدُوُّ بَيْنَنَا وَبَيْنَ الْقِبْلَةِ ، فَكَبَّرَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَكَبَّرْنَا ، وَرَكَعَ وَرَكَعْنَا ، وَرَفَعَ وَرَفَعْنَا ، فَلَمَّا انْحَدَرَ لِلسُّجُودِ سَجَدَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَالَّذِينَ يَلُونَهُ ، وَقَامَ الصَّفُّ الثَّانِي حِينَ رَفَعَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَالصَّفُّ الَّذِينَ يَلُونَهُ ، ثُمَّ سَجَدَ الصَّفُّ الثَّانِي حِينَ رَفَعَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي أَمْكِنَتِهِمْ ، ثُمَّ تَأَخَّرَ الصَّفُّ الَّذِينَ كَانُوا يَلُونَ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَتَقَدَّمَ الصَّفُّ الآخَرُ فَقَامُوا فِي مَقَامِهِمْ وَقَامَ هَؤُلاَءِ فِي مَقَامِ الآخَرِينَ قِيَامًا ، وَرَكَعَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَرَكَعْنَا ، ثُمَّ رَفَعَ وَرَفَعْنَا ، فَلَمَّا انْحَدَرَ لِلسُّجُودِ سَجَدَ الَّذِينَ يَلُونَهُ وَالآخَرُونَ قِيَامٌ ، فَلَمَّا رَفَعَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَالَّذِينَ يَلُونَهُ سَجَدَ الآخَرُونَ ، ثُمَّ سَلَّمَ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə qorxu namazını qıldıq və onun arxasında iki səfdə düzləndik. Düşmən isə bizimlə qiblənin arasında idi. Allah Elçisi ﷺ təkbir etdikdə, biz də təkbir etdik. O, ruku etdikdə, biz də ruku etdik. O, rukudan qalxdıqda, biz də rukudan qalxdıq. Səcdə etmək istədikdə, onun arxasında olan birinci səfdə olanlar onunla birlikdə səcdə etdilər. İkinci səfdə olanlar isə ayaq üstə dayandılar. Sonra Allah Elçisi ﷺ qalxdıqda, onun arxasında olanlar da qalxdılar. Sonra birinci səfdə olanlarla ikinci səfdə olanlar yerlərini dəyişdilər. Allah Elçisi ﷺ ruku etdikdə, biz də ruku etdik. Sonra o, rukudan dikəldikdə, biz də rukudan qalxdıq. Sonra səcdənin vaxtı gəldikdə, Allah Elçisi ﷺ səcdə etdi, ikinci səfdə olanlar ayaq üstə dayandılar. Allah Elçisi ﷺ və onun arxasında olanlar qalxdıqda, digərləri səcdə etdilər, sonra da salam verdilər”.”

Cabir
Nəsəi, 1547 (Qorxu namazı, 19)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، عَنْ سُفْيَانَ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرٍ ، قَالَ : كُنَّا مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِنَخْلٍ وَالْعَدُوُّ بَيْنَنَا وَبَيْنَ الْقِبْلَةِ فَكَبَّرَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَكَبَّرُوا جَمِيعًا ، ثُمَّ رَكَعَ فَرَكَعُوا جَمِيعًا ، ثُمَّ سَجَدَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَالصَّفُّ الَّذِي يَلِيهِ وَالآخَرُونَ قِيَامٌ يَحْرُسُونَهُمْ ، فَلَمَّا قَامُوا سَجَدَ الآخَرُونَ مَكَانَهُمُ الَّذِي كَانُوا فِيهِ ، ثُمَّ تَقَدَّمَ هَؤُلاَءِ إِلَى مَصَافِّ هَؤُلاَءِ ، فَرَكَعَ فَرَكَعُوا جَمِيعًا ، ثُمَّ رَفَعَ فَرَفَعُوا جَمِيعًا ، ثُمَّ سَجَدَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَالصَّفُّ الَّذِينَ يَلُونَهُ وَالآخَرُونَ قِيَامٌ يَحْرُسُونَهُمْ ، فَلَمَّا سَجَدُوا وَجَلَسُوا سَجَدَ الآخَرُونَ مَكَانَهُمْ ، ثُمَّ سَلَّمَ ، قَالَ جَابِرٌ : كَمَا يَفْعَلُ أُمَرَاؤُكُمْ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə Nəxl deyilən yerdə idik. Düşmən isə bizimlə qiblənin arasında idi. Allah Elçisi ﷺ təkbir etdikdə, (orduda olanlar) hamısı onunla birlikdə təkbir etdilər. Sonra o, ruku etdikdə, onlar hamısı onunla birlikdə ruku etdilər. Daha sonra Peyğəmbər ﷺ səcdə etdikdə, onun arxasında səfdə olanlar onunla birlikdə səcdə etdilər. İkinci səfdə olanlar isə ayaq üstə dayanıb onları qorudular. Onlar səcdədən qalxdıqda, səcdə etməyənlər səcdə etdilər. Sonra ikinci səfdə olanlar onların yerinə keçdilər. Sonra Allah Elçisi ﷺ ruku etdi, onun arxasında olanlar da ruku etdilər. Sonra Allah Elçisi ﷺ rukudan qalxdıqda, onlar da rukudan qalxdılar. Daha sonra Peyğəmbər ﷺ səcdə etdi, onun arxasında onlar da səcdə etdilər. Digərləri isə ayaq üstə dayanıb onları qorudular. Onlar səcdə edib oturdular, digərləri də səcdə etdilər. Sonra Allah Elçisi ﷺ salam verdi”. Cabir dedi: “Sizin əmirlərinizin etdiyi kimi etdi”.”

Cabir
Nəsəi, 1548 (Qorxu namazı, 20)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، وَمُحَمَّدُ بْنُ بَشَّارٍ ، عَنْ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ مَنْصُورٍ ، قَالَ : سَمِعْتُ مُجَاهِدًا يُحَدِّثُ ، عَنْ أَبِي عَيَّاشٍ الزُّرَقِيِّ - قَالَ شُعْبَةُ : كَتَبَ بِهِ إِلَيَّ وَقَرَأْتُهُ عَلَيْهِ وَسَمِعْتُهُ مِنْهُ يُحَدِّثُ وَلَكِنِّي حَفِظْتُهُ ، قَالَ ابْنُ بَشَّارٍ : فِي حَدِيثِهِ حِفْظِي مِنَ الْكِتَابِ - أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ مُصَافَّ الْعَدُوِّ بِعُسْفَانَ ، وَعَلَى الْمُشْرِكِينَ خَالِدُ بْنُ الْوَلِيدِ ، فَصَلَّى بِهِمُ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الظُّهْرَ ، قَالَ الْمُشْرِكُونَ : إِنَّ لَهُمْ صَلاَةً بَعْدَ هَذِهِ هِيَ أَحَبُّ إِلَيْهِمْ مِنْ أَمْوَالِهِمْ وَأَبْنَائِهِمْ ، فَصَلَّى بِهِمْ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْعَصْرَ ، فَصَفَّهُمْ صَفَّيْنِ خَلْفَهُ ، فَرَكَعَ بِهِمْ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَمِيعًا ، فَلَمَّا رَفَعُوا رُؤُوسَهُمْ سَجَدَ بِالصَّفِّ الَّذِي يَلِيهِ وَقَامَ الآخَرُونَ ، فَلَمَّا رَفَعُوا رُؤُوسَهُمْ مِنَ السُّجُودِ سَجَدَ الصَّفُّ الْمُؤَخَّرُ بِرُكُوعِهِمْ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، ثُمَّ تَأَخَّرَ الصَّفُّ الْمُقَدَّمُ ، وَتَقَدَّمَ الصَّفُّ الْمُؤَخَّرُ ، فَقَامَ كُلُّ وَاحِدٍ مِنْهُمْ فِي مَقَامِ صَاحِبِهِ ، ثُمَّ رَكَعَ بِهِمْ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَمِيعًا ، فَلَمَّا رَفَعُوا رُؤُوسَهُمْ مِنَ الرُّكُوعِ سَجَدَ الصَّفُّ الَّذِي يَلِيهِ وَقَامَ الآخَرُونَ ، فَلَمَّا فَرَغُوا مِنْ سُجُودِهِمْ سَجَدَ الآخَرُونَ ، ثُمَّ سَلَّمَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَيْهِمْ.

“Əbu Ayyəş əz-Zuraqi ﵀ rəvayət edir ki, Şöbə belə demişdir: “O, mənə məktub yazmışdı, mən də məktubu oxumuşdum. Bunu ondan eşitmişdim deyə əzbərləmişdim. Mənim əzbərlədiyim hədisdə İbn Bəşşar belə dedi: “Peyğəmbər ﷺ düşmənlə Usfan (döyüşündə) qarşılaşmışdı. Müşriklərə Xalid ibn Valid başçılıq edirdi. Peyğəmbər ﷺ səhabələrlə Zöhr namazını qıldı. Müşriklər dedilər: “Onların bu namazdan sonra elə bir namazları var ki, onlara mal-dövlətlərindən və övladlarından daha sevimlidir”. Allah Elçisi ﷺ səhabələrlə birlikdə Əsr namazını qıldı. Onları öz arxasında iki səf olaraq düzdü və onların hamısı ilə birlikdə ruku etdi. Onlar başlarını rukudan qaldırdıqda, Allah Elçisi ﷺ arxasında dayanan birinci səfdə olanlarla birlikdə səcdə etdi. Arxada olan (ikinci səfdə olanlar) isə ayaq üstə durdular. (Birinci səfdə olanlar) başlarını səcdədən qaldırdıqda, digər səfdə olanlar Allah Elçisi ﷺ ilə səcdə etdilər. Sonra arxada qalan səf qabağa, qabaqda olan səf isə arxaya keçərək bir-biri ilə yerlərini dəyişdilər. Sonra Allah Elçisi ﷺ hamısı ilə birlikdə ruku etdi. Rukudan başlarını qaldırdıqda, onun arxasında olan səfdəkilər səcdə etdi, o birilər isə ayaq üstə dayandılar. Onlar səcdəni bitirdikdə, digərləri səcdə etdilər. Sonra Peyğəmbər ﷺ salam verdi”.”

Əbu Ayyəş əz-Zuraqi
Nəsəi, 1549 (Qorxu namazı, 21)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ عَبْدِ الصَّمَدِ ، قَالَ : حَدَّثَنَا مَنْصُورٌ ، عَنْ مُجَاهِدٍ ، عَنْ أَبِي عَيَّاشٍ الزُّرَقِيِّ ، قَالَ : كُنَّا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِعُسْفَانَ ، فَصَلَّى بِنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلاَةَ الظُّهْرِ ، وَعَلَى الْمُشْرِكِينَ يَوْمَئِذٍ خَالِدُ بْنُ الْوَلِيدِ فَقَالَ الْمُشْرِكُونَ : لَقَدْ أَصَبْنَا مِنْهُمْ غِرَّةً ، وَلَقَدْ أَصَبْنَا مِنْهُمْ غَفْلَةً ، فَنَزَلَتْ - يَعْنِي - صَلاَةَ الْخَوْفِ بَيْنَ الظُّهْرِ وَالْعَصْرِ ، فَصَلَّى بِنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلاَةَ الْعَصْرِ ، فَفَرَّقَنَا فِرْقَتَيْنِ ، فِرْقَةً تُصَلِّي مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَفِرْقَةً يَحْرُسُونَهُ ، فَكَبَّرَ بِالَّذِينَ يَلُونَهُ وَالَّذِينَ يَحْرُسُونَهُمْ ، ثُمَّ رَكَعَ فَرَكَعَ هَؤُلاَءِ وَأُولَئِكَ جَمِيعًا ، ثُمَّ سَجَدَ الَّذِينَ يَلُونَهُ وَتَأَخَّرَ هَؤُلاَءِ وَالَّذِينَ يَلُونَهُ وَتَقَدَّمَ الآخَرُونَ فَسَجَدُوا ، ثُمَّ قَامَ فَرَكَعَ بِهِمْ جَمِيعًا الثَّانِيَةَ بِالَّذِينَ يَلُونَهُ وَبِالَّذِينَ يَحْرُسُونَهُ ، ثُمَّ سَجَدَ بِالَّذِينَ يَلُونَهُ ، ثُمَّ تَأَخَّرُوا فَقَامُوا فِي مَصَافِّ أَصْحَابِهِمْ وَتَقَدَّمَ الآخَرُونَ فَسَجَدُوا ، ثُمَّ سَلَّمَ عَلَيْهِمْ ، فَكَانَتْ لِكُلِّهِمْ رَكْعَتَانِ رَكْعَتَانِ مَعَ إِمَامِهِمْ وَصَلَّى مَرَّةً بِأَرْضِ بَنِي سُلَيْمٍ.

“Rəvayət edilir ki, Əbu Ayyəş əz-Zuraqi ﵁ belə demişdir: “Allah Elçisi ﷺ ilə birlikdə Usfan (döyüşündə) idik. Biz Allah Elçisi ﷺ ilə birlikdə Zöhr namazını qıldıq. Müşriklərə Xalid ibn Valid başçılıq edirdi. Müşriklər dedilər: “Artıq biz onlar namazda ikən onları tapdıq”. Bu zaman Zöhr ilə Əsr namazı arasında qorxu namazı haqda ayə nazil oldu. Allah Elçisi ﷺ bizimlə Əsr namazını qıldı. Biz iki dəstəyə ayrıldıq. Bir dəstə Allah Elçisi ﷺ ilə birlikdə namazı qıldı, digər dəstə isə onları qoruyurdu. Allah Elçisi ﷺ təkbir etdikdə, onu qoruyanlarla birlikdə hamı təkbir etdi. Sonra Peyğəmbər ﷺ ruku etdi, biz də hamımız ruku etdik. (Bu zaman) onun arxasında olanlar səcdə etdilər. Sonra geriyə çəkildilər. Digər dəstədə olanlar qabağa keçib səcdə etdilər. Sonra Allah Elçisi ﷺ qalxıb hamı ilə - arxasında olanlar və onları qoruyanlarla birlikdə (ikinci dəfə) ruku etdi. Sonra onun arxasında olanlarla səcdə etdi. Daha sonra onlar geriyə çəkildilər və öz dostları ilə səflərini dəyişdilər. Arxada olanlar önə keçərək səcdə etdilər. Sonra Allah Elçisi ﷺ salam verdi. Bu, dəstələrin hər biri üçün iki rükət oldu, iki rükətlərini də imamları ilə qıldılar. Allah Elçisi ﷺ (qorxu namazını) bir dəfə də Bənu Suleym qəbiləsində qıldı”.”

Əbu Ayyəş əz-Zuraqi
Nəsəi, 1550 (Qorxu namazı, 22)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، وَإِسْمَعِيلُ بْنُ مَسْعُودٍ ، وَاللَّفْظُ لَهُ ، قَالاَ : حَدَّثَنَا خَالِدٌ ، عَنْ أَشْعَثَ ، عَنِ الْحَسَنِ ، عَنْ أَبِي بَكْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى بِالْقَوْمِ فِي الْخَوْفِ رَكْعَتَيْنِ ، ثُمَّ سَلَّمَ ، ثُمَّ صَلَّى بِالْقَوْمِ الآخَرِينَ رَكْعَتَيْنِ ، ثُمَّ سَلَّمَ ، فَصَلَّى النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَرْبَعًا.

“Əbu Bəkratə ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ bir toplum camaatla iki rükət qorxu namazını qıldı və salam verdi. Sonra başqa toplumla da iki rükət namaz qıldı və salam verdi. Beləliklə Peyğəmbər ﷺ dörd rükət namaz qılmış oldu.”

Əbu Bəkratə
Nəsəi, 1551 (Qorxu namazı, 23)Səhih

أَخْبَرَنِي إِبْرَاهِيمُ بْنُ يَعْقُوبَ ، قَالَ : حَدَّثَنَا عَمْرُو بْنُ عَاصِمٍ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ قَتَادَةَ ، عَنِ الْحَسَنِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى بِطَائِفَةٍ مِنْ أَصْحَابِهِ رَكْعَتَيْنِ ، ثُمَّ سَلَّمَ ، ثُمَّ صَلَّى بِآخَرِينَ أَيْضًا رَكْعَتَيْنِ ، ثُمَّ سَلَّمَ.

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ səhabələrdən olan bir dəstə ilə iki rükət namaz qıldı, sonra salam verdi. Həmçinin digər dəstə ilə də iki rükət namaz qıldı, sonra da salam verdi.”

Cabir ibn Abdullah
Nəsəi, 1552 (Qorxu namazı, 24)Səhih

أَخْبَرَنَا أَبُو حَفْصٍ عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنِ الْقَاسِمِ بْنِ مُحَمَّدٍ ، عَنْ صَالِحِ بْنِ خَوَّاتٍ ، عَنْ سَهْلِ بْنِ أَبِي حَثْمَةَ ، فِي صَلاَةِ الْخَوْفِ ، قَالَ : يَقُومُ الإِمَامُ مُسْتَقْبِلَ الْقِبْلَةِ وَتَقُومُ طَائِفَةٌ مِنْهُمْ مَعَهُ وَطَائِفَةٌ قِبَلَ الْعَدُوِّ وَوُجُوهُهُمْ إِلَى الْعَدُوِّ ، فَيَرْكَعُ بِهِمْ رَكْعَةً وَيَرْكَعُونَ لأَنْفُسِهِمْ وَيَسْجُدُونَ سَجْدَتَيْنِ فِي مَكَانِهِمْ ، وَيَذْهَبُونَ إِلَى مَقَامِ أُولَئِكَ وَيَجِيءُ أُولَئِكَ فَيَرْكَعُ بِهِمْ وَيَسْجُدُ بِهِمْ سَجْدَتَيْنِ ، فَهِيَ لَهُ ثِنْتَانِ وَلَهُمْ وَاحِدَةٌ ، ثُمَّ يَرْكَعُونَ رَكْعَةً رَكْعَةً ، وَيَسْجُدُونَ سَجْدَتَيْنِ.

“Rəvayət edilir ki, Səhl ibn Əbu Həsmə ﵀ qorxu namazı haqqında belə demişdir: “İmam qibləyə yönəlir. Bir dəstə onunla, bir dəstə də düşmənlə üzbəüz dayanır. İmam ruku etdikdə, onlar da ruku edirlər. Onlar öz yerlərində iki səcdə edirlər (bir rükət qılırlar), sonra da düşmənə tərəf dayananlarla yerlərini dəyişirlər. İmam onlarla bir rükət qılaraq iki səcdə etdikdə, imam üçün iki rükət, onlar üçün isə bir rükət sayılır. Sonra onlar bir rükətdə bir ruku və iki səcdə edirlər”.”

Səhl ibn Əbu Həsmə
Nəsəi, 1553 (Qorxu namazı, 25)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا يُونُسُ ، عَنِ الْحَسَنِ ، قَالَ : حَدَّثَ جَابِرُ بْنُ عَبْدِ اللهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى بِأَصْحَابِهِ صَلاَةَ الْخَوْفِ ، فَصَلَّتْ طَائِفَةٌ مَعَهُ وَطَائِفَةٌ وُجُوهُهُمْ قِبَلَ الْعَدُوِّ ، فَصَلَّى بِهِمْ رَكْعَتَيْنِ ، ثُمَّ قَامُوا مَقَامَ الآخَرِينَ ، وَجَاءَ الآخَرُونَ فَصَلَّى بِهِمْ رَكْعَتَيْنِ ، ثُمَّ سَلَّمَ.

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ səhabələri ilə qorxu namazını qıldı. Bir dəstə Peyğəmbərlə ﷺ namaz qıldı, digər dəstə isə düşmənlə üz-üzə durdu. Allah Elçisi ﷺ onlarla iki rükət qıldı. Sonra onlar qalxıb düşmənlə üz-üzə duranların yerinə keçdilər, o biri dəstədə olanlar gəlib Allah Elçisi ﷺ ilə iki rükət qıldılar, sonra da salam verdilər.”

Cabir ibn Abdullah
Nəsəi, 1554 (Qorxu namazı, 26)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا الأَشْعَثُ ، عَنِ الْحَسَنِ ، عَنْ أَبِي بَكْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، أَنَّهُ صَلَّى صَلاَةَ الْخَوْفِ بِالَّذِينَ خَلْفَهُ رَكْعَتَيْنِ وَالَّذِينَ جَاؤُوا بَعْدُ رَكْعَتَيْنِ ، فَكَانَتْ لِلنَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَرْبَعُ رَكَعَاتٍ ، وَلِهَؤُلاَءِ رَكْعَتَيْنِ رَكْعَتَيْنِ.

“Əbu Bəkratə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ onun arxasında olan insanlarla birlikdə qorxu namazını iki rükət qıldı. Sonra başqaları gəldi və onlarla da iki rükət qıldı. Namaz Peyğəmbər ﷺ üçün dörd rükət, hər dəstə üçün isə iki rükət oldu.”

Əbu Bəkratə
Nəsəi, 1555 (Qorxu namazı, 27)Səhih

أَخْبَرَنَا عُتْبَةُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : أَنْبَأَنَا ابْنُ الْمُبَارَكِ ، عَنْ سُفْيَانَ ، عَنْ جَعْفَرِ بْنِ مُحَمَّدٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ فِي خُطْبَتِهِ : يَحْمَدُ اللَّهَ وَيُثْنِي عَلَيْهِ بِمَا هُوَ أَهْلُهُ ، ثُمَّ يَقُولُ : مَنْ يَهْدِهِ اللَّهُ فَلاَ مُضِلَّ لَهُ ، وَمَنْ يُضْلِلْهُ فَلاَ هَادِيَ لَهُ ، إِنَّ أَصْدَقَ الْحَدِيثِ كِتَابُ اللهِ ، وَأَحْسَنَ الْ هَدْيِ هَدْيُ مُحَمَّدٍ ، وَشَرُّ الأُمُورِ مُحْدَثَاتُهَا ، وَكُلُّ مُحْدَثَةٍ بِدْعَةٌ وَكُلُّ بِدْعَةٍ ضَلاَلَةٌ ، وَكُلُّ ضَلاَلَةٍ فِي النَّارِ ، ثُمَّ يَقُولُ : بُعِثْتُ أَنَا وَالسَّاعَةُ كَهَاتَيْنِ ، وَكَانَ إِذَا ذَكَرَ السَّاعَةَ احْمَرَّتْ وَجْنَتَاهُ ، وَعَلاَ صَوْتُهُ ، وَاشْتَدَّ غَضَبُهُ كَأَنَّهُ نَذِيرُ جَيْشٍ يَقُولُ : صَبَّحَكُمْ مَسَّاكُمْ ، ثُمَّ قَالَ : مَنْ تَرَكَ مَالاً فَلأَهْلِهِ ، وَمَنْ تَرَكَ دَيْنًا أَوْ ضَيَاعًا فَإِلَيَّ أَوْ عَلَيَّ ، وَأَنَا أَوْلَى بِالْمُؤْمِنِينَ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ xütbəsində Allaha həmd edər və Onu tərifləyər, sonra deyərdi: “Allahın doğru yola yönəltdiyi şəxsi heç kəs azdıra bilməz və azdırdığı şəxsi də heç kim doğru yola yönəldə bilməz. Həqiqətən, sözlərin ən doğrusu Allahın Kitabıdır. Yolların ən gözəli də Muhəmmədin yoludur. İşlərin ən şərlisi sonradan uydurulanlardır. Sonradan uydurulan hər bir şey bidət, hər bidət zəlalət, hər zəlalət isə oddadır”. Sonra dedi: “Mən Qiyamət saatı ilə yanaşı iki barmaq kimi yaxın vaxtla göndərildim”. Peyğəmbər ﷺ Qiyamət xatırlandıqda, sanki ordunu döyüşə yönəldirmiş kimi qəzəbi şiddətlənər, yanaqları qızarar, səsi ucalar və buyurardı: “Kim ölümündən sonra bir mal buraxsa, bu, onun ailəsinə aiddir. Kim özündən sonra bir borc və ya yetim qoyub gedərsə, o, mənə aiddir. Belə şeylərdə mən möminlərə daha yaxınam”.”

Cabir ibn Abdullah
Nəsəi, 1578 (Bayramlar, 23)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عُثْمَانَ بْنِ سَعِيدِ بْنِ كَثِيرٍ ، قَالَ : حَدَّثَنَا أَبِي ، وَبَقِيَّةُ ، قَالاَ : حَدَّثَنَا ابْنُ أَبِي حَمْزَةَ ، قَالَ : حَدَّثَنِي الزُّهْرِيُّ ، قَالَ : أَخْبَرَنِي عُبَيْدُ اللهِ بْنُ عَبْدِ اللهِ بْنِ الْحَارِثِ بْنِ نَوْفَلٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ خَبَّابِ بْنِ الأَرَتِّ ، عَنْ أَبِيهِ - وَكَانَ قَدْ شَهِدَ بَدْرًا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ - أَنَّهُ رَاقَبَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ اللَّيْلَةَ كُلَّهَا حَتَّى كَانَ مَعَ الْفَجْرِ ، فَلَمَّا سَلَّمَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ صَلاَتِهِ جَاءَهُ خَبَّابٌ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، بَابُي أَنْتَ وَأُمِّي ، لَقَدْ صَلَّيْتَ اللَّيْلَةَ صَلاَةً مَا رَأَيْتُكَ صَلَّيْتَ نَحْوَهَا ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَجَلْ ، إِنَّهَا صَلاَةُ رَغَبٍ وَرَهَبٍ سَأَلْتُ رَبِّي عَزَّ وَجَلَّ فِيهَا ثَلاَثَ خِصَالٍ ، فَأَعْطَانِي اثْنَتَيْنِ وَمَنَعَنِي وَاحِدَةً ، سَأَلْتُ رَبِّي عَزَّ وَجَلَّ أَنْ لاَ يُهْلِكَنَا بِمَا أَهْلَكَ بِهِ الأُمَمَ قَبْلَنَا ، فَأَعْطَانِيهَا ، وَسَأَلْتُ رَبِّي عَزَّ وَجَلَّ أَنْ لاَ يُظْهِرَ عَلَيْنَا عَدُوًّا مِنْ غَيْرِنَا ، فَأَعْطَانِيهَا ، وَسَأَلْتُ رَبِّي أَنْ لاَ يَلْبِسَنَا شِيَعًا ، فَمَنَعَنِيهَا.

“Abdullah ibn Xabbab əl-Ərat atasından ﵁ rəvayət edir ki, o, Allah Elçisi ﷺ ilə Bədr döyüşündə idi və bütün gecəni Sübhə qədər Allah Elçisini ﷺ güdürdü. Allah Elçisi ﷺ namazı bitirib salam verdikdə, Xabbab onun yanına gəlib dedi: “Ey Allahın Elçisi, atam-anam sənə fəda olsun! Sən gecə elə namaz qıldın ki, mən sənin belə namaz qıldığını görməmişdim”. Allah Elçisi ﷺ dedi: “Bəli, bu namaz rəğbət (Allaha tərəf yaxınlaşmaq) və qorxu namazı idi. Mən Rəbbimdən ﷿ üç şey istədim, ikisini mənə verdi, üçüncüsünü isə vermədi. Mən Rəbbimdən ﷿ bizi bizdən əvvəlki ümmətlər kimi həlak etməməsini istədim, onu mənə verdi. Mən Rəbbimdən bizim üzərimizə bizdən qeyri düşmənləri qalib etməməsini istədim, bunu da mənə verdi. Mən Rəbbimdən bizi firqələrə bölməməsini istədim, bunu isə vermədi”.”

Abdullah ibn Xabbab əl-Ərat atasından
Nəsəi, 1638 (Gecə namazı, 41)Səhih

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : سَمِعْتُ ابْنَ الْمُنْكَدِرِ ، يَقُولُ : سَمِعْتُ جَابِرًا يَقُولُ : جِيءَ بَأبِي يَوْمَ أُحُدٍ وَقَدْ مُثِّلَ بِهِ ، فَوُضِعَ بَيْنَ يَدَيْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَقَدْ سُجِّيَ بِثَوْبٍ ، فَجَعَلْتُ أُرِيدُ أَنْ أَكْشِفَ عَنْهُ ، فَنَهَانِي قَوْمِي ، فَأَمَرَ بِهِ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَرُفِعَ ، فَلَمَّا رُفِعَ سَمِعَ صَوْتَ بَاكِيَةٍ ، فَقَالَ : مَنْ هَذِهِ ؟ فَقَالُوا : هَذِهِ بِنْتُ عَمْرٍو أَوْ أُخْتُ عَمْرٍو ، قَالَ : فَلاَ تَبْكِي أَوْ فَلِمَ تَبْكِي مَا زَالَتِ الْمَلاَئِكَةُ تُظِلُّهُ بِأَجْنِحَتِهَا حَتَّى رُفِعَ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Uhud döyüşündə şəhid olan atamı gətirmişdilər. (Onun cəsədi qulaqları və gözü kəsilərək) əcaib hala salınmışdı. Onun meyiti Allah Elçisinin ﷺ önünə qoyulmuşdu və üzəri bir örtüklə örtülmüşdü. Örtüyü üzərindən götürmək istədim, camaat mənə mane oldu, lakin Peyğəmbər ﷺ örtüyün götürülməsini əmr etdi. Örtük götürüldükdə, Allah Elçisi ﷺ ağlayan bir qadının səsini eşitdi və dedi: “Bu (ağlayan) kimdir?” Səhabələr dedilər: “Bu, Amrın ya qızı, ya da bacısıdır”. Peyğəmbər ﷺ buyurdu: “Ağlama! Niyə ağlayırsan?! (Onun cəsədi) qaldırılana qədər mələklər onu qanadları ilə kölgələndirirlər”.”

Cabir
Nəsəi, 1842 (Cənazələr, 25)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا بَهْزُ بْنُ أَسَدٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ مُحَمَّدِ بْنِ الْمُنْكَدِرِ ، عَنْ جَابِرٍ ، أَنَّ أَبَاهُ قُتِلَ يَوْمَ أُحُدٍ قَالَ : فَجَعَلْتُ أَكْشِفُ عَنْ وَجْهِهِ وَأَبْكِي ، وَالنَّاسُ يَنْهَوْنِي ، وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لاَ يَنْهَانِي ، وَجَعَلَتْ عَمَّتِي تَبْكِيهِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لاَ تَبْكِيهِ مَا زَالَتِ الْمَلاَئِكَةُ تُظِلُّهُ بِأَجْنِحَتِهَا حَتَّى رَفَعْتُمُوهُ.

“Rəvayət edilir ki, Cabirin ﵁ atası Uhud döyüşündə öldürülmüşdü. O belə deyir: “Onun üzünüdəki örtüyü açıb ağlamaq istədikdə, insanlar mənə mane oldular. Lakin Allah Elçisi ﷺ bunu mənə qadağan etmədi. Bibim ağlamağa başladı. Allah Elçisi ﷺ dedi: “Onun üçün ağlama! Siz qaldırıb dəfn edincəyə qədər mələklər onu qanadları ilə kölgələndirirlər”.”

Cabir
Nəsəi, 1845 (Cənazələr, 28)Səhih

أَخْبَرَنَا يُونُسُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ وَهْبٍ ، قَالَ : قَالَ مُعَاوِيَةُ بْنُ صَالِحٍ ، وَحَدَّثَنِي يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ عَمْرَةَ ، عَنْ عَائِشَةَ قَالَتْ : لَمَّا أَتَى نَعْيُ زَيْدِ بْنِ حَارِثَةَ ، وَجَعْفَرِ بْنِ أَبِي طَالِبٍ ، وَعَبْدِ اللهِ بْنِ رَوَاحَةَ جَلَسَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُعْرَفُ فِيهِ الْحُزْنُ وَأَنَا أَنْظُرُ مِنْ صِئْرِ الْبَابِ ، فَجَاءَهُ رَجُلٌ فَقَالَ : إِنَّ نِسَاءَ جَعْفَرٍ يَبْكِينَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : انْطَلِقْ فَانْهَهُنَّ فَانْطَلَقَ ثُمَّ جَاءَ فَقَالَ : قَدْ نَهَيْتُهُنَّ فَأَبَيْنَ أَنْ يَنْتَهِينَ ، فَقَالَ : انْطَلِقْ فَانْهَهُنَّ ، فَانْطَلَقَ ثُمَّ جَاءَ ، فَقَالَ : قَدْ نَهَيْتُهُنَّ فَأَبَيْنَ أَنْ يَنْتَهِينَ ، قَالَ : فَانْطَلِقْ فَاحْثُ فِي أَفْوَاهِهِنَّ التُّرَابَ ، فَقَالَتْ عَائِشَةُ : فَقُلْتُ : أَرْغَمَ اللَّهُ أَنْفَ الأَبْعَدِ ، إِنَّكَ وَاللَّهِ مَا تَرَكْتَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَمَا أَنْتَ بِفَاعِلٍ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Zeyd ibn Harisə, Cəfər ibn Əbu Talib və Abdullah ibn Ravahanın (Muta döyüşündə) ölüm xəbərləri gəldikdə Allah Elçisi ﷺ oturdu. Kədərli olması üzündən hiss olunurdu, mən də qapının kandarından ona baxırdım. Bu vaxt bir nəfər gəlib: “Cəfərin qadınları (fəryad qoparıb) ağlayırlar”- dedi. Allah Elçisi ﷺ dedi: “Get və onlara (bu cür ağlamağı) qadağan et!” Adam getdi, sonra qayıdıb dedi: “Onlara bunu qadağan etsəm də, mənə qulaq asmadılar”. Allah Elçisi ﷺ dedi: “Get və onlara (bu cür ağlamağı) qadağan et!” Adam getdi, sonra qayıdıb dedi: “Onlara bunu qadağan etsəm də, mənə yenə qulaq asmadılar”. Bu dəfə Allah Elçisi ﷺ dedi: “Get və onların ağzını torpaqla bağla!” Aişə dedi: “Allah sənin burnunu yerə sürtsün! Vallahi, nə Allah Elçisini ﷺ dinc qoydun, nə də dediyini yerinə yetirdin”.”

Aişə
Nəsəi, 1847 (Cənazələr, 30)Səhih

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنِ الأَعْمَشِ وأَخْبَرَنَا إِسْمَعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ الْقَطَّانُ ، قَالَ : سَمِعْتُ الأَعْمَشَ ، قَالَ : سَمِعْتُ شَقِيقًا ، قَالَ : حَدَّثَنَا خَبَّابٌ ، قَالَ : هَاجَرْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَبْتَغِي وَجْهَ اللهِ تَعَالَى ، فَوَجَبَ أَجْرُنَا عَلَى اللهِ ، فَمِنَّا مَنْ مَاتَ لَمْ يَأْكُلْ مِنْ أَجْرِهِ شَيْئًا ، مِنْهُمْ مُصْعَبُ بْنُ عُمَيْرٍ قُتِلَ يَوْمَ أُحُدٍ فَلَمْ نَجِدْ شَيْئًا نُكَفِّنُهُ فِيهِ إِلاَّ نَمِرَةً ، كُنَّا إِذَا غَطَّيْنَا رَأْسَهُ خَرَجَتْ رِجْلاَهُ ، وَإِذَا غَطَّيْنَا بِهَا رِجْلَيْهِ خَرَجَتْ رَأْسُهُ ، فَأَمَرَنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ نُغَطِّيَ بِهَا رَأْسَهُ ، وَنَجْعَلَ عَلَى رِجْلَيْهِ إِذْخِرًا ، وَمِنَّا مَنْ أَيْنَعَتْ لَهُ ثَمَرَتُهُ فَهُوَ يَهْدِبُهَا وَاللَّفْظُ لِإِسْمَعِيلَ.

“Rəvayət edilir ki, Xabbab ﵁ demişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə Allahın Üzünü diləyərək (Allah rizası üçün Məkkədən Mədinəyə) hicrət etdik və buna görə də Allah bizi mükafatlandırdı. Bizimlə hicrət edənlərdən bəziləri dünyalarını dəyişdilər, o savabdan qazanmadılar və o nemətlərdən yeyə bilmədilər. Musab ibn Umeyr o kimsələrdən idi və Uhud döyüşündə şəhid olmuşdu. Biz onu kəfənləmək üçün (onun əynindəki) libasdan başqa bir şey tapa bilmədik. Bu libasla onun baş tərəfini örtdükdə ayaqları açıq qalırdı, ayaqlarını örtdükdə isə başı açıq qalırdı. Onda Peyğəmbər ﷺ bizə (bu libasla) onun baş tərəfini örtməyi, ayaqlarının üstünə də ətirli qamış qoymağı əmr etdi. Hicrət edənlər arasında belə kimsələr olduğu kimi hicrətin bəhrəsini əldə edənlər də oldu”.”

Xabbab
Nəsəi, 1903 (Cənazələr, 86)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ كَعْبِ بْنِ مَالِكٍ ، أَنَّ جَابِرَ بْنَ عَبْدِ اللهِ أَخْبَرَهُ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَجْمَعُ بَيْنَ الرَّجُلَيْنِ مِنْ قَتْلَى أُحُدٍ فِي ثَوْبٍ وَاحِدٍ ، ثُمَّ يَقُولُ : أَيُّهُمَا أَكْثَرُ أَخْذًا لِلْقُرْآنِ ؟ فَإِذَا أُشِيرَ إِلَى أَحَدِهِمَا قَدَّمَهُ فِي اللَّحْدِ ، قَالَ : « أَنَا شَهِيدٌ عَلَى هَؤُلاَءِ » وَأَمَرَ بِدَفْنِهِمْ فِي دِمَائِهِمْ ، وَلَمْ يُصَلِّ عَلَيْهِمْ ، وَلَمْ يُغَسَّلُوا.

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ Uhud döyüşündə öldürülənlərdən iki nəfəri bir kəfənlə qəbirə qoyur və bizdən: “Bunlardan Quranı kim daha çox bilirdi?” soruşurdu. Onlardan birinə işarə edildikdə, onu qəbirə birinci qoyaraq: “Mən bunlara şahidəm”- dedi və onları qanlı-qanlı, cənazə namazlarını qılmadan və qüsl etmədən dəfn etməmizi əmr edirdi”.”

Cabir ibn Abdullah
Nəsəi, 1955 (Cənazələr, 138)Səhih

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ الأَنْصَارِيِّ ، عَنْ مُحَمَّدِ بْنِ يَحْيَى بْنِ حَبَّانَ ، عَنْ أَبِي عَمْرَةَ ، عَنْ زَيْدِ بْنِ خَالِدٍ قَالَ : مَاتَ رَجُلٌ بِخَيْبَرَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : صَلُّوا عَلَى صَاحِبِكُمْ إِنَّهُ غَلَّ فِي سَبِيلِ اللهِ ، فَفَتَّشْنَا مَتَاعَهُ فَوَجَدْنَا فِيهِ خَرَزًا مِنْ خَرَزِ يَهُودَ مَا يُسَاوِي دِرْهَمَيْنِ.

“Rəvayət edilir ki, Zeyd ibn Xalid ﵁ demişdir: “Xeybər döyüşündə bir kişi öldü. Allah Elçisi ﷺ belə buyurdu: “Yoldaşınızın cənazə namazını qılın! Həqiqətən, o, Allah yolunda döyüşərkən oğurluq etmişdir”. Onun əşyalarını axtardıqda iki dirhəm dəyərində yəhudi muncuğu tapdıq”.”

Zeyd ibn Xalid
Nəsəi, 1959 (Cənazələr, 142)Zəif

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَمْرِو بْنِ مُرَّةَ ، قَالَ : سَمِعْتُ عَمْرَو بْنَ مَيْمُونٍ يُحَدِّثُ ، عَنْ عَبْدِ اللهِ بْنِ رُبَيِّعَةَ السُّلَمِيِّ ، وَكَانَ مِنْ أَصْحَابِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، عَنْ عُبَيْدِ بْنِ خَالِدٍ السُّلَمِيِّ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ آخَى بَيْنَ رَجُلَيْنِ ، فَقُتِلَ أَحَدُهُمَا وَمَاتَ الآخَرُ بَعْدَهُ ، فَصَلَّيْنَا عَلَيْهِ ، فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَا قُلْتُمْ ؟ قَالُوا : دَعَوْنَا لَهُ اللَّهُمَّ اغْفِرْ لَهُ ، اللَّهُمَّ ارْحَمْهُ ، اللَّهُمَّ أَلْحِقْهُ بِصَاحِبِهِ ، فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : فَأَيْنَ صَلاَتُهُ بَعْدَ صَلاَتِهِ ؟ وَأَيْنَ عَمَلُهُ بَعْدَ عَمَلِهِ ؟ فَلَمَا بَيْنَهُمَا كَمَا بَيْنَ السَّمَاءِ وَالأَرْضِ قَالَ عَمْرُو بْنُ مَيْمُونٍ : أَعْجَبَنِي لأَنَّهُ أَسْنَدَ لِي.

“Ubeyd ibn Xalid əs-Suləmi ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ iki kişi arasında qardaşlıq təyin etmişdi. Onlardan biri döyüşdə öldürüldü, digəri isə ondan sonra vəfat etdi. Biz onun cənazə namazını qılıdıq. Peyğəmbər ﷺ dedi: “Siz (duanızda) nə dediniz?” Səhabələr dedilər: “Duamızda dedik: “Allahım, onu bağışla! Allahım, ona rəhm et! Allahım, onu dostuna qovuşdur!” Peyğəmbər ﷺ dedi: “Onun namazı harda, bunun namazı harda?! Onun əməli harda, bunun əməli harda?! Onların arasında göylə yer arası qədər fərq var”. Ravi Amr ibn Məymun dedi: “Bu, mənə təəccüblü gəldi”.”

Ubeyd ibn Xalid əs-Suləmi
Nəsəi, 1985 (Cənazələr, 168)Səhih

أَخْبَرَنَا هَنَّادٌ ، عَنْ ابْنِ الْمُبَارَكِ ، عَنْ مَعْمَرٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عَبْدِ اللهِ بْنِ ثَعْلَبَةَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِقَتْلَى أُحُدٍ : زَمِّلُوهُمْ بِدِمَائِهِمْ ، فَإِنَّهُ لَيْسَ كَلْمٌ يُكْلَمُ فِي اللهِ إِلاَّ يَأْتِي يَوْمَ الْقِيَامَةِ يَدْمَى ، لَوْنُهُ لَوْنُ الدَّمِ ، وَرِيحُهُ رِيحُ الْمِسْكِ.

“Rəvayət edilir ki, Abdullah ibn Sələbə ﵁ demişdir: “Allah Elçisi ﷺ Uhud döyüşündə öldürülənlər üçün dedi: “Onları qanlı halda dəfn edin! Həqiqətən, Allah yolunda yaralanan (şəhid) Qiyamət günü yarasından qan axaraq gələcək. Onun rəngi qan rəngi, qoxusu isə müşk qoxusu olacaq”.”

Abdullah ibn Sələbə
Nəsəi, 2002 (Cənazələr, 185)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : حَدَّثَنَا الأَسْوَدُ بْنُ قَيْسٍ ، عَنْ نُبَيْحٍ الْعَنَزِيِّ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَمَرَ بِقَتْلَى أُحُدٍ أَنْ يُرَدُّوا إِلَى مَصَارِعِهِمْ ، وَكَانُوا قَدْ نُقِلُوا إِلَى الْمَدِينَةِ.

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ Uhud döyüşündə öldürülənlərin olduqları yerdə dəfn edilməsini əmr etdi, çünki onlar Mədinəyə gətirilmişdilər.”

Cabir ibn Abdullah
Nəsəi, 2004 (Cənazələr, 187)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا إِسْحَاقُ بْنُ يُوسُفَ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ أَيُّوبَ ، عَنْ حُمَيْدِ بْنِ هِلاَلٍ ، عَنْ هِشَامِ بْنِ عَامِرٍ ، قَالَ : شَكَوْنَا إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمَ أُحُدٍ ، فَقُلْنَا : يَا رَسُولَ اللهِ ، الْحَفْرُ عَلَيْنَا لِكُلِّ إِنْسَانٍ شَدِيدٌ ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : احْفِرُوا وَأَعْمِقُوا وَأَحْسِنُوا ، وَادْفِنُوا الاِثْنَيْنِ وَالثَّلاَثَةَ فِي قَبْرٍ وَاحِدٍ ، قَالُوا : فَمَنْ نُقَدِّمُ يَا رَسُولَ اللهِ ؟ قَالَ : قَدِّمُوا أَكْثَرَهُمْ قُرْآنًا ، قَالَ : فَكَانَ أَبِي ثَالِثَ ثَلاَثَةٍ فِي قَبْرٍ وَاحِدٍ.

“Rəvayət edilir ki, Hişam ibn Amir ﵁ demişdir: “Uhud döyüşündən sonra biz Allah Elçisinə ﷺ şikayət edərək dedik: “Ey Allahın Elçisi, şəhid olan bütün insanlara ayrı-ayrı qəbir qazmaq çətindir”. Allah Elçisi ﷺ dedi: “Dərin və gözəl şəkildə çuxur qazın! Bir qəbirə iki və ya üç nəfəri dəfn edin!” Səhabələr dedilər: “Hansını birinci qoyaq?” O dedi: “Quranı ən çox biləni əvvəl qoyun”. Mənim atam da üç şəhiddən birincisi idi”.”

Hişam ibn Amir
Nəsəi, 2010 (Cənazələr, 193)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَعْمَرٍ ، قَالَ : حَدَّثَنَا وَهْبُ بْنُ جَرِيرٍ ، قَالَ : حَدَّثَنَا أَبِي ، قَالَ : سَمِعْتُ حُمَيْدَ بْنَ هِلاَلٍ ، عَنْ سَعْدِ بْنِ هِشَامِ بْنِ عَامِرٍ ، عَنْ أَبِيهِ ، قَالَ : لَمَّا كَانَ يَوْمُ أُحُدٍ أُصِيبَ مَنْ أُصِيبَ مِنَ الْمُسْلِمِينَ ، وَأَصَابَ النَّاسَ جِرَاحَاتٌ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : احْفِرُوا وَأَوْسِعُوا ، وَادْفِنُوا الاِثْنَيْنِ وَالثَّلاَثَةَ فِي الْقَبْرِ ، وَقَدِّمُوا أَكْثَرَهُمْ قُرْآنًا.

“Səd ibn Hişam ibn Amr atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Uhud döyüşündə müsəlmanlardan bir çoxu şəhid olmuş, bir çoxu da yaralanmışdı. Allah Elçisi ﷺ buyurdu: “Geniş çuxurlar qazın! Sonra iki və üç nəfəri bir qəbirdə dəfn edin! Qurandan daha çox biləni birinci qoyun!””

Səd ibn Hişam ibn Amr atasından
Nəsəi, 2011 (Cənazələr, 194)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ ، قَالَ : حَدَّثَنَا وَكِيعٌ ، عَنْ سُلَيْمَانَ بْنِ الْمُغِيرَةِ ، عَنْ حُمَيْدِ بْنِ هِلاَلٍ ، عَنْ هِشَامِ بْنِ عَامِرٍ قَالَ : لَمَّا كَانَ يَوْمُ أُحُدٍ أَصَابَ النَّاسَ جَهْدٌ شَدِيدٌ ، فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : احْفِرُوا وَأَوْسِعُوا ، وَادْفِنُوا الاِثْنَيْنِ وَالثَّلاَثَةَ فِي قَبْرٍ ، فَقَالُوا : يَا رَسُولَ اللهِ ، فَمَنْ نُقَدِّمُ ؟ قَالَ : قَدِّمُوا أَكْثَرَهُمْ قُرْآنًا.

“Rəvayət edilir ki, Hişam ibn Amir ﵁ demişdir: “Uhud döyüşündə çoxlu adam şəhid edildikdə onların qəbirlərini qazmaq insanlara çətin oldu. Allah Elçisi ﷺ dedi: “Geniş şəkildə çuxur qazın! Bir qəbirə iki və ya üç nəfəri dəfn edin!” Səhabələr dedilər: “Ey Allahın Elçisi, birinci hansını qoyaq?” O dedi: “Quranı ən çox biləni əvvəl qoyun”.”

Hişam ibn Amir
Nəsəi, 2015 (Cənazələr, 198)Səhih

أَخْبَرَنِي إِبْرَاهِيمُ بْنُ يَعْقُوبَ ، قَالَ : أَنْبَأَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، عَنْ أَيُّوبَ ، عَنْ حُمَيْدِ بْنِ هِلاَلٍ ، عَنْ سَعْدِ بْنِ هِشَامِ بْنِ عَامِرٍ ، عَنْ أَبِيهِ قَالَ : اشْتَدَّ الْجِرَاحُ يَوْمَ أُحُدٍ فَشُكِيَ ذَلِكَ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : احْفِرُوا وَأَوْسِعُوا وَأَحْسِنُوا ، وَادْفِنُوا فِي الْقَبْرِ الاِثْنَيْنِ وَالثَّلاَثَةَ ، وَقَدِّمُوا أَكْثَرَهُمْ قُرْآنًا.

“Rəvayət edilir ki, Səd ibn Hişam ibn Amir atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Uhud döyüşündən sonra yaralılar çox idi. Ona görə biz Allah Elçisinə ﷺ şikayət etdik. Allah Elçisi ﷺ dedi: “Geniş və gözəl şəkildə çuxur qazın! Bir qəbirə iki və ya üç nəfəri dəfn edin! Quranı ən çox biləni də əvvəl qoyun”.”

Səd ibn Hişam ibn Amir atasından
Nəsəi, 2016 (Cənazələr, 199)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : حَدَّثَنَا أَيُّوبُ ، عَنْ حُمَيْدِ بْنِ هِلاَلٍ ، عَنْ هِشَامِ بْنِ عَامِرٍ قَالَ : قُتِلَ أَبِي يَوْمَ أُحُدٍ ، فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : احْفِرُوا وَأَوْسِعُوا وَأَحْسِنُوا ، وَادْفِنُوا الاِثْنَيْنِ وَالثَّلاَثَةَ فِي الْقَبْرِ ، وَقَدِّمُوا أَكْثَرَهُمْ قُرْآنًا ، فَكَانَ أَبِي ثَالِثَ ثَلاَثَةٍ ، وَكَانَ أَكْثَرَهُمْ قُرْآنًا فَقُدِّمَ.

“Rəvayət edilir ki, Hişam ibn Amir ﵁ demişdir: “Atam Uhud döyüşündə öldürülmüşdü. Peyğəmbər ﷺ dedi: “Dərin və gözəl şəkildə çuxur qazın! Bir qəbirə iki və ya üç nəfəri dəfn edin! Quranı ən çox biləni əvvəl qoyun!” Atam üç nəfərdən biri idi və Quranı digərlərindən daha çox bildiyi üçün qəbirə öncə o qoyulmuşdu”.”

Hişam ibn Amir
Nəsəi, 2018 (Cənazələr, 201)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا سُلَيْمَانُ وَهُوَ ابْنُ الْمُغِيرَةِ ، قَالَ : حَدَّثَنَا ثَابِتٌ ، عَنْ أَنَسٍ قَالَ : كُنَّا مَعَ عُمَرَ بَيْنَ مَكَّةَ وَالْمَدِينَةِ أَخَذَ يُحَدِّثُنَا عَنْ أَهْلِ بَدْرٍ ، فَقَالَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَيُرِينَا مَصَارِعَهُمْ بِالأَمْسِ ، قَالَ : هَذَا مَصْرَعُ فُلاَنٍ إِنْ شَاءَ اللَّهُ غَدًا ، قَالَ عُمَرُ : وَالَّذِي بَعَثَهُ بِالْحَقِّ مَا أَخْطَئُوا تِيكَ ، فَجُعِلُوا فِي بِئْرٍ ، فَأَتَاهُمُ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَنَادَى : يَا فُلاَنُ بْنَ فُلاَنٍ ، يَا فُلاَنُ بْنَ فُلاَنٍ ، هَلْ وَجَدْتُمْ مَا وَعَدَ رَبُّكُمْ حَقًّا ؟ فَإِنِّي وَجَدْتُ مَا وَعَدَنِي اللَّهُ حَقًّا ، فَقَالَ : عُمَرُ : تُكَلِّمُ أَجْسَادًا لاَ أَرْوَاحَ فِيهَا ، فَقَالَ : مَا أَنْتُمْ بِأَسْمَعَ لِمَا أَقُولُ مِنْهُمْ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Bir dəfə Məkkə ilə Mədinə arasında Ömər ilə bir yerdə idik. O, bizə Bədr əhli haqda danışaraq belə dedi: “Allah Elçisi ﷺ axşam (döyüşdən qabaq kafirlərin öldürüləcəkləri) yerləri göstərərək dedi: “Filankəs Allahın izni ilə sabah burada olacaq!” Ömər dedi: “Onu haqq ilə Göndərənə and olsun! Onlar göstərilən yerdə öldürüldülər və hamısı quyuya atıldılar. Peyğəmbər ﷺ quyunun başına gəlib belə nida etdi: “Ey filankəsin oğlu filankəs! Ey filankəsin oğlu filankəs! Rəbbinizin sizə vəd etdiyi haqqı tapdınızmı?! Həqiqətən, mən Rəbbimin mənə vəd etdiyi haqqı tapdım!” Ömər dedi: “Sən ruhları olmayan cəsədlərlə danışırdın?” Allah Elçisi ﷺ buyurdu: “Onlara dediyimi siz daha yaxşı eşitmirsiniz”.”

Ənəs
Nəsəi, 2074 (Cənazələr, 257)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ يَزِيدَ بْنِ أَبِي حَبِيبٍ ، عَنْ سَعِيدِ بْنِ أَبِي هِنْدٍ ، أَنَّ مُطَرِّفًا ، رَجُلاً مِنْ بَنِي عَامِرِ بْنِ صَعْصَعَةَ ، حَدَّثَهُ أَنَّ عُثْمَانَ بْنَ أَبِي الْعَاصِ ، دَعَا لَهُ بِلَبَنٍ لِيَسْقِيَهُ ، فَقَالَ مُطَرِّفٌ : إِنِّي صَائِمٌ ، فَقَالَ عُثْمَانُ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، يَقُولُ : الصِّيَامُ جُنَّةٌ كَجُنَّةِ أَحَدِكُمْ مِنَ الْقِتَالِ.

“Mutarrif ﵀ rəvayət edir ki, Bəni Amir ibn Sasaədən olan bir kişi rəvayət edir ki, Osman ibn əl-As ondan içmək üçün süd gətirməsini istədi. Mutarrif dedi: “Mən orucam!” Osman dedi: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Oruc birinizin döyüşdə istifadə etdiyi qalxan kimidir”.”

Mutarrif
Nəsəi, 2230 (Oruc, 141)Səhih

أَخْبَرَنَا عَلِيُّ بْنُ الْحُسَيْنِ ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي عَدِيٍّ ، عَنْ ابْنِ إِسْحَاقَ ، عَنْ سَعِيدِ بْنِ أَبِي هِنْدٍ ، عَنْ مُطَرِّفٍ ، قَالَ : دَخَلْتُ عَلَى عُثْمَانَ بْنِ أَبِي الْعَاصِ ، فَدَعَا بِلَبَنٍ ، فَقُلْتُ : إِنِّي صَائِمٌ ، فَقَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، يَقُولُ : الصَّوْمُ جُنَّةٌ مِنَ النَّارِ كَجُنَّةِ أَحَدِكُمْ مِنَ الْقِتَالِ

“Rəvayət edilir ki, Mutarrif ﵀ demişdir: “Mən Osman ibn əl-Asın yanına gəldikdə məndən süd istədi. Mən dedim: “Mən orucam!” O dedi: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Oruc birinizin döyüşdə istifadə etdiyi qalxan kimidir”.”

Mutarrif
Nəsəi, 2231 (Oruc, 142)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ عَمْرِو بْنِ السَّرْحِ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي مَالِكٌ ، وَيُونُسُ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ حُمَيْدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : مَنْ أَنْفَقَ زَوْجَيْنِ فِي سَبِيلِ اللهِ عَزَّ وَجَلَّ نُودِيَ فِي الْجَنَّةِ يَا عَبْدَ اللهِ هَذَا خَيْرٌ ، فَمَنْ كَانَ مِنْ أَهْلِ الصَّلاَةِ يُدْعَى مِنْ بَابِ الصَّلاَةِ ، وَمَنْ كَانَ مِنْ أَهْلِ الْجِهَادِ يُدْعَى مِنْ بَابِ الْجِهَادِ ، وَمَنْ كَانَ مِنْ أَهْلِ الصَّدَقَةِ يُدْعَى مِنْ بَابِ الصَّدَقَةِ ، وَمَنْ كَانَ مِنْ أَهْلِ الصِّيَامِ دُعِيَ مِنْ بَابِ الرَّيَّانِ ، قَالَ أَبُو بَكْرٍ الصِّدِّيقُ : يَا رَسُولَ اللهِ ، مَا عَلَى أَحَدٍ يُدْعَى مِنْ تِلْكَ الأَبْوَابِ مِنْ ضَرُورَةٍ ، فَهَلْ يُدْعَى أَحَدٌ مِنْ تِلْكَ الأَبْوَابِ كُلِّهَا ؟ قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : نَعَمْ ، وَأَرْجُو أَنْ تَكُونَ مِنْهُمْ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim Allah ﷿ yolunda iki növ sədəqə edərsə, Cənnət keşikçiləri belə nida edər: “Ey Allah bəndəsi, bu daha xeyirlidir”. Kim namaz əhlindən olarsa (çox namaz qılarsa), namaz qapısından çağırılar. Kim cihad əhlindən olarsa, cihad qapısından çağırılar. Kim sədəqə əhlindən olarsa, sədəqə qapısından çağırılar. Kim çox oruc tutan olarsa, “Rəyyan” adlı qapıdan çağırılar”. Bu vaxt Əbu Bəkr əs-Siddiq dedi: “Ey Allahın Elçisi! Bu qapılardan çağırılanların heç bir sıxıntı keçirməyəcəkləri bəllidir. Bəs bu qapıların hamısından çağırılan kimsə olacaqmı?” Allah Elçisi ﷺ buyurdu: “Bəli və mən ümid edirəm ki, sən onlardan olacaqsan”.”

Əbu Hureyra
Nəsəi, 2238 (Oruc, 149)Səhih

أَخْبَرَنِي عَمْرُو بْنُ عُثْمَانَ بْنِ سَعِيدِ بْنِ كَثِيرٍ ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنْ شُعَيْبٍ ، عَنِ الزُّهْرِيِّ ، قَالَ : أَخْبَرَنِي حُمَيْدُ بْنُ عَبْدِ الرَّحْمَنِ ، أَنَّ أَبَا هُرَيْرَةَ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، يَقُولُ مَنْ أَنْفَقَ زَوْجَيْنِ مِنْ شَيْءٍ مِنَ الأَشْيَاءِ فِي سَبِيلِ اللهِ ، دُعِيَ مِنْ أَبْوَابِ الْجَنَّةِ يَا عَبْدَ اللهِ هَذَا خَيْرٌ لَكَ ، وَلِلْجَنَّةِ أَبْوَابٌ ، فَمَنْ كَانَ مِنْ أَهْلِ الصَّلاَةِ دُعِيَ مِنْ بَابِ الصَّلاَةِ ، وَمَنْ كَانَ مِنْ أَهْلِ الْجِهَادِ دُعِيَ مِنْ بَابِ الْجِهَادِ ، وَمَنْ كَانَ مِنْ أَهْلِ الصَّدَقَةِ دُعِيَ مِنْ بَابِ الصَّدَقَةِ ، وَمَنْ كَانَ مِنْ أَهْلِ الصِّيَامِ دُعِيَ مِنْ بَابِ الرَّيَّانِ ، قَالَ أَبُو بَكْرٍ : هَلْ عَلَى مَنْ يُدْعَى مِنْ تِلْكَ الأَبْوَابِ مِنْ ضَرُورَةٍ ، فَهَلْ يُدْعَى مِنْهَا كُلِّهَا أَحَدٌ يَا رَسُولَ اللهِ ؟ قَالَ : نَعَمْ ، وَإِنِّي أَرْجُو أَنْ تَكُونَ مِنْهُمْ يَعْنِي أَبَا بَكْرٍ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim Allah yolunda bir şeyi qoşa sədəqə verərsə, Cənnət qapılarından çağırılar: “Ey Allah bəndəsi, bu sənin üçün daha xeyirlidir”. Kim namaz əhlindən olarsa (çox namaz qılarsa), namaz qapısından çağırılar. Kim cihad əhlindən olarsa, cihad qapısından çağırılar. Kim sədəqə əhlindən olarsa, sədəqə qapısından çağırılar. Kim çox oruc tutan olarsa, Rəyyan adlı qapıdan çağırılar”. Bu vaxt Əbu Bəkr əs-Siddiq dedi: “Hər qapıdan çağırılanın heç bir sıxıntı keçirməyəcəyi aydındır. Bəs bu qapıların hamısından çağırılan bir kimsə olacaqmı, ey Allahın Elçisi!?” Allah Elçisi ﷺ buyurdu: “Bəli və mən ümid edirəm ki, sən onlardan olacaqsan”. Yəni Əbu Bəkr”.”

Əbu Hureyra
Nəsəi, 2439 (Zəkat, 5)Səhih

أَخْبَرَنَا عَبْدُ الْوَهَّابِ بْنُ عَبْدِ الْحَكَمِ ، عَنْ حَجَّاجٍ ، قَالَ ابْنُ جُرَيْجٍ : أَخْبَرَنِي عُثْمَانُ بْنُ أَبِي سُلَيْمَانَ ، عَنْ عَلِيٍّ الأَزْدِيِّ ، عَنْ عُبَيْدِ بْنِ عُمَيْرٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ حُبْشِيٍّ الْخَثْعَمِيِّ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سُئِلَ أَيُّ الأَعْمَالِ أَفْضَلُ ؟ قَالَ : إِيمَانٌ لاَ شَكَّ فِيهِ ، وَجِهَادٌ لاَ غُلُولَ فِيهِ ، وَحَجَّةٌ مَبْرُورَةٌ قِيلَ : فَأَيُّ الصَّلاَةِ أَفْضَلُ ؟ قَالَ : طُولُ الْقُنُوتِ قِيلَ : فَأَيُّ الصَّدَقَةِ أَفْضَلُ ؟ قَالَ : جُهْدُ الْمُقِلِّ قِيلَ : فَأَيُّ الْهِجْرَةِ أَفْضَلُ ؟ قَالَ : مَنْ هَجَرَ مَا حَرَّمَ اللَّهُ عَزَّ وَجَلَّ قِيلَ : فَأَيُّ الْجِهَادِ أَفْضَلُ ؟ قَالَ : مَنْ جَاهَدَ الْمُشْرِكِينَ بِمَالِهِ ، وَنَفْسِهِ قِيلَ : فَأَيُّ الْقَتْلِ أَشْرَفُ ؟ قَالَ : مَنْ أُهَرِيقَ دَمُهُ ، وَعُقِرَ جَوَادُهُ.

“Abdullah ibn Hubşi əl-Xasami ﵁ rəvayət edir ki, Peyğəmbərə ﷺ hansı əməlin daha fəzilətli olması haqda sual verildi. Peyğəmbər ﷺ buyurdu: “İçində heç bir şübhə olmayan iman, qənimətdən oğurluq edilməyərək edilən cihad və qəbul olunmuş həcc”. Sonra deyildi: Bəs ən fəzilətli namaz hansıdır?” Peyğəmbər ﷺ buyurdu: “Qunutu uzun olan namaz”. Sonra deyildi: “Bəs ən fəzilətli sədəqə hansıdır?” Peyğəmbər ﷺ buyurdu: “Vəziyyətə görə verilən sədəqə”. Sonra deyildi: “Bəs ən fəzilətli hicrət hansıdır?” Peyğəmbər ﷺ buyurdu: “Allahın ﷿ haramlarından uzaqlaşmaq”. Sonra deyildi: “Bəs ən fəzilətli cihad hansıdır?” Peyğəmbər ﷺ buyurdu: “Müşriklərə qarşı malı və canı ilə edilən cihad”. Sonra deyildi: “Bəs ən şərəfli ölüm hansıdır?” Peyğəmbər ﷺ buyurdu: “Qanı axıdılıb atı kəsilib öldürülməkdir”.”

Abdullah ibn Hubşi əl-Xasami
Nəsəi, 2526 (Zəkat, 92)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ يُوسُفَ ، قَالَ : حَدَّثَنَا الأَوْزَاعِيُّ ، عَنْ يَحْيَى بْنِ أَبِي كَثِيرٍ ، قَالَ : حَدَّثَنِي مُحَمَّدُ بْنُ إِبْرَاهِيمَ بْنِ الْحَارِثِ التَّيْمِيُّ ، عَنْ ابْنِ جَابِرٍ ، عَنْ أَبِيهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنَّ مِنَ الْغَيْرَةِ : مَا يُحِبُّ اللَّهُ عَزَّ وَجَلَّ ، وَمِنْهَا مَا يَبْغُضُ اللَّهُ عَزَّ وَجَلَّ ، وَمِنَ الْخُيَلاَءِ : مَا يُحِبُّ اللَّهُ عَزَّ وَجَلَّ ، وَمِنْهَا مَا يَبْغُضُ اللَّهُ عَزَّ وَجَلَّ ، فَأَمَّا الْغَيْرَةُ الَّتِي يُحِبُّ اللَّهُ عَزَّ وَجَلَّ : فَالْغَيْرَةُ فِي الرِّيبَةِ ، وَأَمَّا الْغَيْرَةُ الَّتِي يَبْغُضُ اللَّهُ عَزَّ وَجَلَّ : فَالْغَيْرَةُ فِي غَيْرِ رِيبَةٍ ، وَالاِخْتِيَالُ الَّذِي يُحِبُّ اللَّهُ عَزَّ وَجَلَّ : اخْتِيَالُ الرَّجُلِ بِنَفْسِهِ ، عِنْدَ الْقِتَالِ ، وَعِنْدَ الصَّدَقَةِ ، وَالاِخْتِيَالُ الَّذِي يَبْغُضُ اللَّهُ عَزَّ وَجَلَّ : الْخُيَلاَءُ فِي الْبَاطِلِ.

“İbn Cabir atasının belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, Allah ﷿ qısqancdır. Allahın ﷿ sevdiyi qısqanclıq kimi, qəzəbinə səbəb olan qısqanclıq da var. Allahın sevdiyi qısqanclıq yerli-yerində olan qısqanclıqdır. Allahın qəzəbləndiyi qısqanclıq isə yersiz qısqanmaqdır. Allahın sevdiyi qürur döyüşdə və sədəqə verilən məqamda olan qürurdur. Allahın qəzəbinə səbəb olan qürur isə batil yolda edilən qürurdur”.”

İbn Cabir atasından
Nəsəi, 2558 (Zəkat, 124)Həsən

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ مَنْصُورٍ ، قَالَ : سَمِعْتُ رِبْعِيًّا ، يُحَدِّثُ عَنْ زَيْدِ بْنِ ظَبْيَانَ ، رَفَعَهُ إِلَى أَبِي ذَرٍّ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : ثَلاَثَةٌ يُحِبُّهُمُ اللَّهُ عَزَّ وَجَلَّ ، وَثَلاَثَةٌ يَبْغُضُهُمُ اللَّهُ عَزَّ وَجَلَّ ، أَمَّا الَّذِينَ يُحِبُّهُمُ اللَّهُ عَزَّ وَجَلَّ : فَرَجُلٌ أَتَى قَوْمًا فَسَأَلَهُمْ بِاللَّهِ عَزَّ وَجَلَّ ، وَلَمْ يَسْأَلْهُمْ بِقَرَابَةٍ بَيْنَهُ وَبَيْنَهُمْ ، فَمَنَعُوهُ ، فَتَخَلَّفَهُ رَجُلٌ بِأَعْقَابِهِمْ فَأَعْطَاهُ سِرًّا لاَ يَعْلَمُ بِعَطِيَّتِهِ إِلاَّ اللَّهُ عَزَّ وَجَلَّ ، وَالَّذِي أَعْطَاهُ ، وَقَوْمٌ سَارُوا لَيْلَتَهُمْ حَتَّى إِذَا كَانَ النَّوْمُ أَحَبَّ إِلَيْهِمْ مِمَّا يُعْدَلُ بِهِ ، نَزَلُوا فَوَضَعُوا رُؤُوسَهُمْ ، فَقَامَ يَتَمَلَّقُنِي ، وَيَتْلُو آيَاتِي ، وَرَجُلٌ كَانَ فِي سَرِيَّةٍ فَلَقُوا الْعَدُوَّ فَهُزِمُوا ، فَأَقْبَلَ بِصَدْرِهِ حَتَّى يُقْتَلَ أَوْ يَفْتَحَ اللَّهُ لَهُ ، وَالثَّلاَثَةُ : الَّذِينَ يَبْغُضُهُمُ اللَّهُ عَزَّ وَجَلَّ : الشَّيْخُ الزَّانِي ، وَالْفَقِيرُ الْمُخْتَالُ ، وَالْغَنِيُّ الظَّلُومُ.

“Əbu Zərr ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Üç kimsə var ki, Allah ﷿ onları sevir, üç kimsə də var ki, Allah ﷿ onlara qəzəblənir. Bir kişi bir toplumun yanına gəlib Allah rizası üçün bir şey istəyir – istədiyi aralarında olan qohumluğa görə deyil - lakin onlar ona heç nə vermirlər. Onların içindən bir nəfər ona Allahdan ﷿ başqa heç kəsin bilmədiyi halda gizli şəkildə bir şey verir. Həmçinin bir toplumla gecə səfərə çıxan, toplumdakı insanların yorğunluqdan yatdıqları vaxt başını yerə qoyub Allaha yalvaran kimsə. Həmçinin bir dəstədə düşmənlə qarşılaşan, dostları məğlubiyyətə uğradıqdan sonra təkbaşına da olsa zəfər qazanana qədər mərdliklə döyüşən, ya şəhid olan, ya da zəfər qazanan kimsə. Allahın ﷿ qəzəbləndiyi isə, zinakar qoca, təkəbbürlü kasıb və zalım varlıdır”.”

Əbu Zərr
Nəsəi, 2570 (Zəkat, 136)Zəif

أَخْبَرَنَا عَمْرُو بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ مَسْلَمَةَ ، قَالَ : حَدَّثَنَا مَالِكٌ ، عَنْ ثَوْرِ بْنِ زَيْدٍ الدِّيْلِيِّ ، عَنْ أَبِي الْغَيْثِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : السَّاعِي عَلَى الأَرْمَلَةِ ، وَالْمِسْكِينِ كَالْمُجَاهِدِ فِي سَبِيلِ اللهِ عَزَّ وَجَلَّ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Dul qadınlara və miskinlərə kömək edən şəxs Allah yolunda cihad edən kimidir”.”

Əbu Hureyra
Nəsəi, 2577 (Zəkat, 143)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، قَالَ : أَنْبَأَنَا مَعْمَرٌ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ ابْنِ الْمُسَيَّبِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : سَأَلَ رَجُلٌ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ يَا رَسُولَ اللهِ : أَيُّ الأَعْمَالِ أَفْضَلُ ؟ قَالَ : الإِيمَانُ بِاللَّهِ قَالَ : ثُمَّ مَاذَا ؟ قَالَ : الْجِهَادُ فِي سَبِيلِ اللهِ قَالَ : ثُمَّ مَاذَا ؟ قَالَ : ثُمَّ الْحَجُّ الْمَبْرُورُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ belə demişdir: “Bir kişi Allah Elçisindən ﷺ soruşdu: “Hansı əməl daha fəzilətlidir”. Allah Elçisi ﷺ belə buyurdu: “Allaha iman gətirmək”. Kişi dedi: “Sonra hansıdır?” Allah Elçisi ﷺ buyurdu: “Allah yolunda cihad”. Kişi yenə soruşdu: “Daha sonra hansıdır?” Allah Elçisi ﷺ buyurdu: “Allah tərəfindən qəbul edilmiş həcc”.”

Əbu Hureyra
Nəsəi, 2624 (Həcc, 6)Səhih

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ عَبْدِ الْحَكَمِ ، عَنْ شُعَيْبٍ ، عَنِ اللَّيْثِ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، عَنْ ابْنِ أَبِي هِلاَلٍ ، عَنْ يَزِيدَ بْنِ عَبْدِ اللهِ ، عَنْ مُحَمَّدِ بْنِ إِبْرَاهِيمَ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : جِهَادُ الْكَبِيرِ ، وَالصَّغِيرِ ، وَالضَّعِيفِ ، وَالْمَرْأَةِ : الْحَجُّ ، وَالْعُمْرَةُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Böyüyün, kiçiyin, zəifin və qadının cihadı həcc və ümrədir”.”

Əbu Hureyra
Nəsəi, 2626 (Həcc, 8)Həsən

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا جَرِيرٌ ، عَنْ حَبِيبٍ وَهُوَ ابْنُ أَبِي عَمْرَةَ ، عَنْ عَائِشَةَ بِنْتِ طَلْحَةَ ، قَالَتْ : أَخْبَرَتْنِي أُمُّ الْمُؤْمِنِينَ عَائِشَةُ قَالَتْ : قُلْتُ يَا رَسُولَ اللهِ ، أَلاَ نَخْرُجُ فَنُجَاهِدَ مَعَكَ ، فَإِنِّي لاَ أَرَى عَمَلاً فِي الْقُرْآنِ ، أَفْضَلَ مِنَ الْجِهَادِ ، قَالَ : لاَ ، وَلَكُنَّ أَحْسَنُ الْجِهَادِ وَأَجْمَلُهُ ، حَجُّ الْبَيْتِ ، حَجٌّ مَبْرُورٌ.

“Rəvayət edilir ki, möminlərin anası Aişə ﵂ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi! Səninlə çıxıb cihad etməyəcəyikmi? Çünki mən Quranda cihaddan daha fəzilətli bir əməl görmürəm”. Peyğəmbər ﷺ buyurdu: “Xeyr, sizin edəcəyiniz ən yaxşı və ən gözəl cihad Kəbəni təvaf etməklə edilən qəbul edilmiş həccdir”.”

Aişə
Nəsəi, 2628 (Həcc, 10)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا جَرِيرٌ ، عَنْ مَنْصُورٍ ، عَنْ أَبِي وَائِلٍ ، قَالَ : قَالَ الصُّبَيُّ بْنُ مَعْبَدٍ : كُنْتُ أَعْرَابِيًّا نَصْرَانِيًّا فَأَسْلَمْتُ ، فَكُنْتُ حَرِيصًا عَلَى الْجِهَادِ ، فَوَجَدْتُ الْحَجَّ وَالْعُمْرَةَ مَكْتُوبَيْنِ عَلَيَّ ، فَأَتَيْتُ رَجُلاً مِنْ عَشِيرَتِي يُقَالُ لَهُ هُرَيْمُ بْنُ عَبْدِ اللهِ فَسَأَلْتُهُ فَقَالَ : اجْمَعْهُمَا ، ثُمَّ اذْبَحْ مَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ ، فَأَهْلَلْتُ بِهِمَا ، فَلَمَّا أَتَيْتُ الْعُذَيْبَ لَقِيَنِي سَلْمَانُ بْنُ رَبِيعَةَ وَزَيْدُ بْنُ صُوحَانَ ، وَأَنَا أُهِلُّ بِهِمَا ، فَقَالَ أَحَدُهُمَا لِلآخَرِ : مَا هَذَا بِأَفْقَهَ مِنْ بَعِيرِهِ ، فَأَتَيْتُ عُمَرَ فَقُلْتُ : يَا أَمِيرَ الْمُؤْمِنِينَ إِنِّي أَسْلَمْتُ ، وَأَنَا حَرِيصٌ عَلَى الْجِهَادِ ، وَإِنِّي وَجَدْتُ الْحَجَّ وَالْعُمْرَةَ مَكْتُوبَيْنِ عَلَيَّ ، فَأَتَيْتُ هُرَيْمَ بْنَ عَبْدِ اللهِ فَقُلْتُ : يَا هَنَاهْ إِنِّي وَجَدْتُ الْحَجَّ وَالْعُمْرَةَ مَكْتُوبَيْنِ عَلَيَّ ، فَقَالَ : اجْمَعْهُمَا ، ثُمَّ اذْبَحْ مَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ ، فَأَهْلَلْتُ بِهِمَا ، فَلَمَّا أَتَيْنَا الْعُذَيْبَ لَقِيَنِي سَلْمَانُ بْنُ رَبِيعَةَ وَزَيْدُ بْنُ صُوحَانَ فَقَالَ أَحَدُهُمَا لِلآخَرِ : مَا هَذَا بِأَفْقَهَ مِنْ بَعِيرِهِ ، فَقَالَ عُمَرُ : هُدِيتَ لِسُنَّةِ نَبِيِّكَ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Əbu Vail ﵀ demişdir: “əs-Subey ibn Məbəd demişdir: “Mən xristian bir bədəvi idim, sonra müsəlman oldum. Cihad etməyə çox meyilli idim. Sonra həcc və ümrənin boynuma vacib olduğunu bildim. Mən bunu tayfamdan olan Hureym ibn Abdullah adlı bir kişidən soruşdum. O da dedi: “Həcc və ümrəni birlikdə et, sonra sənə asan gələn bir qurban kəs”. Mən də həcc və ümrə niyəti ilə ehrama girdim. Uzeyb adlı yerə gəldikdə Salman ibn Rabia və Zeyd ibn Suhan ilə rastlaşdım. Onlar mənim həcc və ümrə niyyəti ilə ehrama girdiyimi gördükdə bir-birinə dedilər: “Bunun öz dəvəsi qədər belə anlayışı yoxdur”. Bundan sonra mən Ömərin yanına gəlib şikayət edərək dedim: “Ey möminlərin əmiri, mən müsəlman oldum, cihada da çox meyilli insanam. Boynuma həcc və ümrənin vacib olduğunu görən kimi Hureym ibn Abdullahın yanına gəldim və həcc ilə ümrənin boynuma vacib olduğunu ona dedim. O da: “Həcc və ümrəni birlikdə et, sonra da sənə asan gələn qurban heyvanı kəs”- dedi. Mən həcc və ümrə niyyəti ilə ehrama girdim. Uzeyb adlı yerə gəldikdə Salman ibn Rabia və Zeyd ibn Suhan ilə rastlaşdım. Onlar bir-birinə belə dedilər: “Bunun öz dəvəsi qədər də anlayışı yoxdur”. Ömər dedi: “Sən sənin Peyğəmbərinin ﷺ sünnəsinə müvafiq olmusan”.”

Əbu Vail
Nəsəi, 2719 (Həcc, 101)Səhih

أَخْبَرَنِي عُبَيْدُ اللهِ بْنُ فَضَالَةَ بْنِ إِبْرَاهِيمَ النَّسَائِيُّ ، قَالَ : أَنْبَأَنَا مُحَمَّدٌ وَهُوَ ابْنُ الْمُبَارَكِ الصُّورِيُّ ، قَالَ : حَدَّثَنَا مُعَاوِيَةُ وَهُوَ ابْنُ سَلاَّمٍ ، عَنْ يَحْيَى بْنِ أَبِي كَثِيرٍ ، قَالَ : أَخْبَرَنِي عَبْدُ اللهِ بْنُ أَبِي قَتَادَةَ ، أَنَّ أَبَاهُ ، أَخْبَرَهُ أَنَّهُ غَزَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ غَزْوَةَ الْحُدَيْبِيَةِ ، قَالَ : فَأَهَلُّوا بِعُمْرَةٍ غَيْرِي ، فَاصْطَدْتُ حِمَارَ وَحْشٍ ، فَأَطْعَمْتُ أَصْحَابِي مِنْهُ وَهُمْ مُحْرِمُونَ ، ثُمَّ أَتَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَأَنْبَأْتُهُ أَنَّ عِنْدَنَا مِنْ لَحْمِهِ فَاضِلَةً ، فَقَالَ : كُلُوهُ وَهُمْ مُحْرِمُونَ.

“Abdullah ibn Əbu Qatədə ﵀ rəvayət edir ki, atası Allah Elçisi ﷺ ilə birlikdə Hudeybiyyə döyüşündə idi. Atası deyir: “Məndən başqa hamı ümrə niyyəti ilə ehrama girmişdi. Mən bir çöleşşəyini ovlayaraq dostlarım ehramlı olmalarına baxmayaraq onlara yedirtdim. Sonra Allah Elçisinin ﷺ yanına gəldim və bu haqda ona məlumat verərək dedim: “Yanımda o ətdən var”. Peyğəmbər ﷺ orada olanlara: “Yeyin!” dedi. Onların hamısı ehramda idi.”

Abdullah ibn Əbu Qatədə
Nəsəi, 2825 (Həcc, 207)Səhih

أَخْبَرَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مُحَمَّدِ بْنِ سَلاَّمٍ ، قَالَ : حَدَّثَنَا إِسْحَاقُ الأَزْرَقُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الأَعْمَشِ ، عَنْ مُسْلِمٍ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : لَمَّا أُخْرِجَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ مَكَّةَ قَالَ أَبُو بَكْرٍ : أَخْرَجُوا نَبِيَّهُمْ ، إِنَّا لِلَّهِ ، وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ ، لَيَهْلِكُنَّ ، فَنَزَلَتْ : {أُذِنَ لِلَّذِينَ يُقَاتَلُونَ بِأَنَّهُمْ ظُلِمُوا وَإِنَّ اللَّهَ عَلَى نَصْرِهِمْ لَقَدِيرٌ} فَعَرَفْتُ أَنَّهُ سَيَكُونُ قِتَالٌ قَالَ ابْنُ عَبَّاسٍ : فَهِيَ أَوَّلُ آيَةٍ نَزَلَتْ فِي الْقِتَالِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ Məkkədən çıxarıldıqda Əbu Bəkr: “Onlar öz Peyğəmbərlərini ﷺ çıxartdılar. Biz Allaha məxsusuq və Ona da qayıdacağıq, onlar isə mütləq həlak olacaqlar” dedi və bu ayə nazil oldu: “Kafirlərin döyüşə başladığı insanlara, o kafirlərlə döyüşməyə icazə verilmişdir. Çünki onlar zülmə məruz qalmışlar. Şübhəsiz ki, Allah onlara kömək etməyə qadirdir”. (əl-Həcc, 39). Əbu Bəkr deyir: “Bu ayə nazil olduqda gələcəkdə döyüş olacağını başa düşdüm”. İbn Abbas deyir: “Döyüş haqda ilk nazil olan ayə budur”.”

İbn Abbas
Nəsəi, 3085 (Cihad, 1)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَلِيِّ بْنِ الْحَسَنِ بْنِ شَقِيقٍ ، قَالَ : أَنبَأَنَا أَبِي ، قَالَ : أَنْبَأَنَا الْحُسَيْنُ بْنُ وَاقِدٍ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، عَنْ عِكْرِمَةَ ، عَنْ ابْنِ عَبَّاسٍ : أَنَّ عَبْدَ الرَّحْمَنِ بْنَ عَوْفٍ ، وَأَصْحَابًا لَهُ أَتَوْا النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِمَكَّةَ فَقَالُوا : يَا رَسُولَ اللهِ ، إِنَّا كُنَّا فِي عِزٍّ وَنَحْنُ مُشْرِكُونَ ، فَلَمَّا آمَنَّا صِرْنَا أَذِلَّةً ، فَقَالَ : إِنِّي أُمِرْتُ بِالْعَفْوِ ، فَلاَ تُقَاتِلُوا فَلَمَّا حَوَّلَنَا اللَّهُ إِلَى الْمَدِينَةِ ، أَمَرَنَا بِالْقِتَالِ ، فَكَفُّوا ، فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ : {أَلَمْ تَرَ إِلَى الَّذِينَ قِيلَ لَهُمْ كُفُّوا أَيْدِيَكُمْ وَأَقِيمُوا الصَّلاَةَ}.

“İbn Abbas ﵄ rəvayət edir ki, Abdur-Rahmən ibn Auf və onun yoldaşları Məkkəyə - Peyğəmbərin ﷺ yanına gəlib dedilər: “Ey Allahın Elçisi! Müşrik olduğumuz zaman hörmət, izzət içində idik. İman gətirdikdən sonra isə zəlil və hörmətsiz olduq”. Peyğəmbər ﷺ buyurdu: “Artıq (onları) əfv etmək mənə əmr olundu, elə isə müharibədən əl çəkin!” Mədinəyə hicrət etdikdən sonra müharibə etmək bizə əmr olundu, müharibədən yayındıqda isə Allah ﷿ bu ayəni nazil etdi: “Məgər sən, özlərinə: “Müharibədən əl çəkin, namaz qılın və zəkat verin!”– deyilən kəsləri görmədinmi?...” (ən-Nisa, 77)”.”

İbn Abbas
Nəsəi, 3086 (Cihad, 2)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا مُعْتَمِرٌ ، قَالَ : سَمِعْتُ مَعْمَرًا ، عَنِ الزُّهْرِيِّ ، قَالَ : قُلْتُ : عَنْ سَعِيدٍ ، قَالَ : نَعَمْ ، عَنْ أَبِي هُرَيْرَةَ (ح) وَأَنْبَأَنَا أَحْمَدُ بْنُ عَمْرِو بْنِ السَّرْحِ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، - ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، وَاللَّفْظُ لأَحْمَدَ - قَالاَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، عَنْ يُونُسَ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ ابْنِ الْمُسَيَّبِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : بُعِثْتُ بِجَوَامِعِ الْكَلِمِ ، وَنُصِرْتُ بِالرُّعْبِ ، وَبَيْنَا أَنَا نَائِمٌ أُتِيتُ بِمَفَاتِيحِ خَزَائِنِ الأَرْضِ ، فَوُضِعَتْ فِي يَدِي قَالَ أَبُو هُرَيْرَةَ : فَذَهَبَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَنْتُمْ تَنْتَثِلُونَهَا

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Mən “cəvamiul-kəlim” ilə göndərildim, düşmənlərin qəlblərinə qorxu salınmaqla yardım olundum, yatdığım vəziyyətdə yer üzünün açarları gətirilərək mənə verildi”. Əbu Hureyra deyir: “Allah Elçisi ﷺ getdi, siz isə hələ dünya malı yığmaqla məşğulsunuz”.”

Əbu Hureyra
Nəsəi, 3087 (Cihad, 3)Səhih

أَخْبَرَنَا هَارُونُ بْنُ سَعِيدٍ ، عَنْ خَالِدِ بْنِ نِزَارٍ ، قَالَ : أَخْبَرَنِي الْقَاسِمُ بْنُ مَبْرُورٍ ، عَنْ يُونُسَ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، نَحْوَهُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim...””

Əbu Hureyra
Nəsəi, 3088 (Cihad, 4)Zəif

أَخْبَرَنَا كَثِيرُ بْنُ عُبَيْدٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ حَرْبٍ ، عَنِ الزُّبَيْدِيِّ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، وَأَبِي سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ ، أَنَّ أَبَا هُرَيْرَةَ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، يَقُولُ : بُعِثْتُ بِجَوَامِعِ الْكَلِمِ ، وَنُصِرْتُ بِالرُّعْبِ ، وَبَيْنَا أَنَا نَائِمٌ أُتِيتُ بِمَفَاتِيحِ خَزَائِنِ الأَرْضِ ، فَوُضِعَتْ فِي يَدِي فَقَالَ أَبُو هُرَيْرَةَ : فَقَدْ ذَهَبَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَأَنْتُمْ تَنْتَثِلُونَهَا.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Mən “cəvamiul-kəlim” ilə göndərildim, düşmənlərin qəlblərinə qorxu salınmaqla yardım olundum, yatdığım vəziyyətdə yer üzünün açarları gətirilərək əllərimə verildi”. Əbu Hureyra deyir: “Allah Elçisi ﷺ getdi, siz isə hələ dünya malı yığmaqla məşğulsunuz”.”

Əbu Hureyra
Nəsəi, 3089 (Cihad, 5)Səhih

أَخْبَرَنَا يُونُسُ بْنُ عَبْدِ الأَعْلَى ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي يُونُسُ ، عَنْ ابْنِ شِهَابٍ ، قَالَ : حَدَّثَنِي سَعِيدُ بْنُ الْمُسَيَّبِ ، أَنَّ أَبَا هُرَيْرَةَ ، أَخْبَرَهُ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : أُمِرْتُ أَنْ أُقَاتِلَ النَّاسَ حَتَّى يَقُولُوا : لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، فَمَنْ قَالَ : لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، عَصَمَ مِنِّي مَالَهُ وَنَفْسَهُ ، إِلاَّ بِحَقِّهِ وَحِسَابُهُ عَلَى اللَّهِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Mən insanlar “lə iləhə illəllah” deyənə qədər onlarla vuruşmaqla əmr olundum. Kim “lə iləhə illəllah” deyərsə, haqq istisna məndən malını və canını qorumuş olar. Haqq-hesabı isə Allaha aiddir”.”

Əbu Hureyra
Nəsəi, 3090 (Cihad, 6)Səhih

أَخْبَرَنَا كَثِيرُ بْنُ عُبَيْدٍ ، عَنْ مُحَمَّدِ بْنِ حَرْبٍ ، عَنِ الزُّبَيْدِيِّ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : لَمَّا تُوُفِّيَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَاسْتُخْلِفَ أَبُو بَكْرٍ ، وَكَفَرَ مَنْ كَفَرَ مِنَ الْعَرَبِ ، قَالَ عُمَرُ : يَا أَبَا بَكْرٍ ، كَيْفَ تُقَاتِلُ النَّاسَ ، وَقَدْ قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أُمِرْتُ أَنْ أُقَاتِلَ النَّاسَ حَتَّى يَقُولُوا : لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، فَمَنْ قَالَ : لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، عَصَمَ مِنِّي نَفْسَهُ وَمَالَهُ ، إِلاَّ بِحَقِّهِ ، وَحِسَابُهُ عَلَى اللهِ قَالَ أَبُو بَكْرٍ ، رَضِيَ اللَّهُ عَنْهُ : وَاللَّهِ لأُقَاتِلَنَّ مَنْ فَرَّقَ بَيْنَ الصَّلاَةِ وَالزَّكَاةِ ، فَإِنَّ الزَّكَاةَ حَقُّ الْمَالِ ، وَاللَّهِ لَوْ مَنَعُونِي عَنَاقًا كَانُوا يُؤَدُّونَهَا إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَقَاتَلْتُهُمْ عَلَى مَنْعِهَا فَوَاللَّهِ مَا هُوَ إِلاَّ أَنْ رَأَيْتُ اللَّهَ عَزَّ وَجَلَّ قَدْ شَرَحَ صَدْرَ أَبِي بَكْرٍ ، لِلْقِتَالِ وَعَرَفْتُ أَنَّهُ الْحَقُّ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ vəfat etdikdən sonra Əbu Bəkr xəlifə oldu. Ərəblərin bir qismi (zəkatı inkar edərək) kafir oldular. Ömər dedi: “Ey Əbu Bəkr, insanlara qarşı necə döyüşə bilərsən? Axı Allah Elçisi ﷺ belə deyib: “Mən “lə iləhə illəllah” deyənə qədər insanlarla döyüşməklə əmr olundum. Kim “lə iləhə illəllah” deyərsə, canını və malını məndən qorumuş olar, yalnız haqq istisna, hesabı isə Allaha aiddir”. Əbu Bəkr ﵁ dedi: “Allaha and olsun, namazla zəkatı bir-birindən ayıranlarla mütləq döyüşəcəyəm, çünki zəkat malın haqqıdır. Allaha and olsun, Allah Elçisinə ﷺ zəkat verdikləri bir dişi keçi balasını mənə verməzlərsə, buna görə onlarla döyüşərəm”. Ömər dedi: “Allaha and olsun ki, mən başa düşdüm ki, onun bu qərarı Allahın ﷿ Əbu Bəkrin sinəsinə verdiyi bir genişliyə görədir. Beləliklə, Əbu Bəkrin haqq yolda olduğunu və döyüşün doğru olduğunu bildim”.”

Əbu Hureyra
Nəsəi, 3091 (Cihad, 7)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ مُغِيرَةَ ، قَالَ : حَدَّثَنَا عُثْمَانُ بْنُ سَعِيدٍ ، عَنْ شُعَيْبٍ ، عَنِ الزُّهْرِيِّ ، قَالَ : حَدَّثَنَا عُبَيْدُ اللهِ (ح) وَأَنْبَأَنَا كَثِيرُ بْنُ عُبَيْدٍ ، قَالَ : حَدَّثَنَا بَقِيَّةُ ، عَنْ شُعَيْبٍ ، قَالَ : حَدَّثَنِي الزُّهْرِيُّ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ بْنِ عُتْبَةَ بْنِ مَسْعُودٍ ، أَنَّ أَبَا هُرَيْرَةَ ، قَالَ : لَمَّا تُوُفِّيَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَكَانَ أَبُو بَكْرٍ بَعْدَهُ ، وَكَفَرَ مَنْ كَفَرَ مِنَ الْعَرَبِ ، قَالَ عُمَرُ ، رَضِيَ اللَّهُ عَنْهُ : يَا أَبَا بَكْرٍ ، كَيْفَ تُقَاتِلُ النَّاسَ ، وَقَدْ قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أُمِرْتُ أَنْ أُقَاتِلَ النَّاسَ حَتَّى يَقُولُوا : لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، فَمَنْ قَالَ : لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، فَقَدْ عَصَمَ مِنِّي مَالَهُ وَنَفْسَهُ ، إِلاَّ بِحَقِّهِ ، وَحِسَابُهُ عَلَى اللهِ قَالَ أَبُو بَكْرٍ ، رَضِيَ اللَّهُ عَنْهُ : لأُقَاتِلَنَّ مَنْ فَرَّقَ بَيْنَ الصَّلاَةِ وَالزَّكَاةِ ، فَإِنَّ الزَّكَاةَ حَقُّ الْمَالِ ، وَاللَّهِ لَوْ مَنَعُونِي عَنَاقًا كَانُوا يُؤَدُّونَهَا إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَقَاتَلْتُهُمْ عَلَى مَنْعِهَا قَالَ عُمَرُ : فَوَاللَّهِ مَا هُوَ إِلاَّ أَنْ رَأَيْتُ أَنَّ اللَّهَ عَزَّ وَجَلَّ شَرَحَ صَدْرَ أَبِي بَكْرٍ لِلْقِتَالِ ، فَعَرَفْتُ أَنَّهُ الْحَقُّ وَاللَّفْظُ لأَحْمَدَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ vəfat etdikdən sonra Əbu Bəkr onun yerinə keçdi. Ərəblərin bir qismi (zəkatı inkar edərək) kafir oldular. Ömər ﵁ dedi: “Ey Əbu Bəkr, insanlara qarşı necə döyüşə bilərsən? Axı Allah Elçisi ﷺ belə deyib: “Mən “lə iləhə illəllah” deyənə qədər insanlarla döyüşməklə əmr olundum. Kim “lə iləhə illəllah” deyərsə, canını və malını məndən qorumuş olar, yalnız haqq istisna, hesabı isə Allaha aiddir”. Əbu Bəkr ﵁ dedi: “Namazla zəkatı bir-birindən ayıranlarla mütləq döyüşəcəyəm, çünki zəkat malın haqqıdır. Allaha and olsun, Allah Elçisinə ﷺ zəkat verdikləri bir dişi keçi balasını mənə verməzlərsə, buna görə onlarla döyüşərəm”. Ömər dedi: “Allaha and olsun ki, mən başa düşdüm ki, onun bu qərarı Allahın ﷿ Əbu Bəkrin sinəsinə verdiyi bir genişliyə görədir. Beləliklə, Əbu Bəkrin haqq yolda olduğunu bildim”.”

Əbu Hureyra
Nəsəi, 3092 (Cihad, 8)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا مُؤَمَّلُ بْنُ الْفَضْلِ ، قَالَ : حَدَّثَنَا الْوَلِيدُ ، قَالَ : حَدَّثَنِي شُعَيْبُ بْنُ أَبِي حَمْزَةَ ، وَسُفْيَانُ بْنُ عُيَيْنَةَ ، وَذَكَرَ آخَرَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : لَمَّا جَمَعَ أَبُو بَكْرٍ لِقِتَالِهِمْ ، فَقَالَ عُمَرُ : يَا أَبَا بَكْرٍ ، كَيْفَ تُقَاتِلُ النَّاسَ ، وَقَدْ قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أُمِرْتُ أَنْ أُقَاتِلَ النَّاسَ حَتَّى يَقُولُوا : لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، فَإِذَا قَالُوهَا ، عَصَمُوا مِنِّي دِمَاءَهُمْ وَأَمْوَالَهُمْ ، إِلاَّ بِحَقِّهَا قَالَ أَبُو بَكْرٍ ، رَضِيَ اللَّهُ عَنْهُ : لأُقَاتِلَنَّ مَنْ فَرَّقَ بَيْنَ الصَّلاَةِ وَالزَّكَاةِ ، وَاللَّهِ لَوْ مَنَعُونِي عَنَاقًا كَانُوا يُؤَدُّونَهَا إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَقَاتَلْتُهُمْ عَلَى مَنْعِهَا قَالَ عُمَرُ ، رَضِيَ اللَّهُ عَنْهُ : فَوَاللَّهِ مَا هُوَ إِلاَّ أَنْ رَأَيْتُ أَنَّ اللَّهَ تَعَالَى قَدْ شَرَحَ صَدْرَ أَبِي بَكْرٍ لِقِتَالِهِمْ ، فَعَرَفْتُ أَنَّهُ الْحَقُّ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Əbu Bəkr mürtədlərlə döyüşmək üçün ordu topladıqda Ömər dedi: “Ey Əbu Bəkr, insanlara qarşı necə döyüşə bilərsən? Axı Allah Elçisi ﷺ belə deyib: “Mən “lə iləhə illəllah” deyənə qədər insanlarla döyüşməklə əmr olundum. Kim “lə iləhə illəllah” deyərsə, canını və malını məndən qorumuş olar, yalnız haqq istisna, hesabı isə Allaha aiddir”. Əbu Bəkr ﵁ dedi: “Namazla zəkatı bir-birindən ayıranlarla mütləq döyüşəcəyəm, çünki zəkat malın haqqıdır. Allaha and olsun, Allah Elçisinə ﷺ zəkat verdikləri bir dişi keçi balasını mənə verməzlərsə, buna görə onlarla döyüşərəm”. Ömər ﵁ dedi: “Allaha and olsun ki, mən başa düşdüm ki, onun bu qərarı Uca Allahın Əbu Bəkrin sinəsinə verdiyi bir genişliyə görədir. Beləliklə, Əbu Bəkrin haqq yolda olduğunu bildim”.”

Əbu Hureyra
Nəsəi, 3093 (Cihad, 9)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا عَمْرُو بْنُ عَاصِمٍ ، قَالَ : حَدَّثَنَا عِمْرَانُ أَبُو الْعَوَّامِ الْقَطَّانُ ، قَالَ : حَدَّثَنَا مَعْمَرٌ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : لَمَّا تُوُفِّيَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، ارْتَدَّتْ الْعَرَبُ ، قَالَ عُمَرُ : يَا أَبَا بَكْرٍ ، كَيْفَ تُقَاتِلُ الْعَرَبَ ؟ فَقَالَ أَبُو بَكْرٍ ، رَضِيَ اللَّهُ عَنْهُ : إِنَّمَا قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أُمِرْتُ أَنْ أُقَاتِلَ النَّاسَ حَتَّى يَشْهَدُوا أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَأَنِّي رَسُولُ اللهِ ، وَيُقِيمُوا الصَّلاَةَ ، وَيُؤْتُوا الزَّكَاةَ وَاللَّهِ لَوْ مَنَعُونِي عَنَاقًا مِمَّا كَانُوا يُعْطُونَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَقَاتَلْتُهُمْ عَلَيْهِ قَالَ عُمَرُ ، رَضِيَ اللَّهُ عَنْهُ : فَلَمَّا رَأَيْتُ رَأْيَ أَبِي بَكْرٍ قَدْ شُرِحَ ، عَلِمْتُ أَنَّهُ الْحَقُّ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : عِمْرَانُ الْقَطَّانُ ، لَيْسَ بِالْقَوِيِّ فِي الْحَدِيثِ ، وَهَذَا الْحَدِيثُ خَطَأٌ ، وَالَّذِي قَبْلَهُ الصَّوَابُ ، حَدِيثُ الزُّهْرِيِّ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ بْنِ عُتْبَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ vəfat etdikdə ərəblərin bir qismi (zəkatı inkar edərək) mürtəd oldular. Ömər dedi: “Ey Əbu Bəkr, ərəblərlə necə döyüşə bilərsən?” Əbu Bəkr ﵁ dedi: “Allah Elçisi ﷺ buyurmuşdur: “Mən insanlarla “Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına və mənim də Allahın elçisi olduğuma şahidlik edənə, namaz qılıb zəkat verənə qədər döyüşməklə əmr olundum”. Allaha and olsun, Allah Elçisinə ﷺ zəkat verdikləri bir dişi keçi balasını mənə verməzlərsə, buna görə onlarla döyüşərəm”. Ömər ﵁ dedi: “Mən Əbu Bəkrin sinəsinin bu məsələdə genişləndiyini gördüm və bildim ki, o, haqdır”.”

Ənəs ibn Malik
Nəsəi, 3094 (Cihad, 10)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ الْمُغِيرَةِ ، قَالَ : حَدَّثَنَا عُثْمَانُ ، عَنْ شُعَيْبٍ ، عَنِ الزُّهْرِيِّ (ح) وأَخْبَرَنِي عَمْرُو بْنُ عُثْمَانَ بْنِ سَعِيدِ بْنِ كَثِيرٍ ، قَالَ : حَدَّثَنَا أَبِي ، قَالَ : حَدَّثَنَا شُعَيْبٌ ، عَنِ الزُّهْرِيِّ ، قَالَ : حَدَّثَنِي سَعِيدُ بْنُ الْمُسَيَّبِ ، أَنَّ أَبَا هُرَيْرَةَ ، أَخْبَرَهُ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : أُمِرْتُ أَنْ أُقَاتِلَ النَّاسَ حَتَّى يَقُولُوا : لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، فَمَنْ قَالَهَا فَقَدْ عَصَمَ مِنِّي نَفْسَهُ وَمَالَهُ ، إِلاَّ بِحَقِّهِ ، وَحِسَابُهُ عَلَى اللَّهِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Mən “lə iləhə illəllah” deyənə qədər insanlarla döyüşməklə əmr olundum. Kim “lə iləhə illəllah” deyərsə, canını və malını məndən qorumuş olar, yalnız haqq istisnadır. Hesabı isə Allaha aiddir”.”

Əbu Hureyra
Nəsəi, 3095 (Cihad, 11)Səhih

أَخْبَرَنَا هَارُونُ بْنُ عَبْدِ اللهِ ، وَمُحَمَّدُ بْنُ إِسْمَعِيلَ بْنِ إِبْرَاهِيمَ ، قَالاَ : حَدَّثَنَا يَزِيدُ ، قَالَ : أَنْبَأَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ حُمَيْدٍ ، عَنْ أَنَسٍ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : جَاهِدُوا الْمُشْرِكِينَ بِأَمْوَالِكُمْ وَأَيْدِيكُمْ وَأَلْسِنَتِكُمْ.

“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Müşriklərə qarşı mallarınızla, əllərinizlə və dillərinizlə mübarizə aparın”.”

Ənəs
Nəsəi, 3096 (Cihad, 12)Səhih

أَخْبَرَنَا عَبْدَةُ بْنُ عَبْدِ الرَّحِيمِ ، قَالَ : حَدَّثَنَا سَلَمَةُ بْنُ سُلَيْمَانَ ، قَالَ : أَنْبَأَنَا ابْنُ الْمُبَارَكِ ، قَالَ : أَنْبَأَنَا وُهَيْبٌ ، يَعْنِي ابْنَ الْوَرْدِ ، قَالَ : أَخْبَرَنِي عُمَرُ بْنُ مُحَمَّدِ بْنِ الْمُنْكَدِرِ ، عَنْ سُمَيٍّ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَنْ مَاتَ وَلَمْ يَغْزُ ، وَلَمْ يُحَدِّثْ نَفْسَهُ بِغَزْوٍ ، مَاتَ عَلَى شُعْبَةِ نِفَاقٍ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim döyüşmədən və nəfsində döyüşmək niyyəti olmadan ölərsə, onda nifaqdan bir parça olar”.”

Əbu Hureyra
Nəsəi, 3097 (Cihad, 13)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ يَحْيَى بْنِ الْوَزِيرِ بْنِ سُلَيْمَانَ ، عَنْ ابْنِ عُفَيْرٍ ، عَنِ اللَّيْثِ ، عَنْ ابْنِ مُسَافِرٍ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ أَبِي سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ ، وَسَعِيدِ بْنِ الْمُسَيَّبِ ، أَنَّ أَبَا هُرَيْرَةَ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : وَالَّذِي نَفْسِي بِيَدِهِ ، لَوْلاَ أَنَّ رِجَالاً مِنَ الْمُؤْمِنِينَ لاَ تَطِيبُ أَنْفُسُهُمْ أَنْ يَتَخَلَّفُوا عَنِّي وَلاَ أَجِدُ مَا أَحْمِلُهُمْ عَلَيْهِ ، مَا تَخَلَّفْتُ عَنْ سَرِيَّةٍ تَغْزُو فِي سَبِيلِ اللهِ عَزَّ وَجَلَّ ، وَالَّذِي نَفْسِي بِيَدِهِ ، لَوَدِدْتُ أَنِّي أُقْتَلُ فِي سَبِيلِ اللهِ ، ثُمَّ أُحْيَا ، ثُمَّ أُقْتَلُ ، ثُمَّ أُحْيَا ، ثُمَّ أُقْتَلُ ، ثُمَّ أُحْيَا ، ثُمَّ أُقْتَلُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Canım Əlində Olana and olsun, məndən ayrı qalmaq istəməyən möminlər olmasaydı və mən də onlara yük olacağını bilməsəydim, Allah ﷿ yolunda olan heç bir döyüşdən ayrı qalmazdım. Canım Əlində Olana and olsun, Allah yolunda öldürülməyi yenidən dirilməyi, yenidən öldürülməyi yenidən dirilməyi, yenidən öldürülməyi yenidən dirilməyi, sonra yenidən öldürülməyi istəyərdim”.”

Əbu Hureyra
Nəsəi, 3098 (Cihad, 14)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ بَزِيعٍ ، قَالَ : حَدَّثَنَا بِشْرٌ ، يَعْنِي ابْنَ الْمُفَضَّلِ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ إِسْحَاقَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَهْلِ بْنِ سَعْدٍ ، قَالَ : رَأَيْتُ مَرْوَانَ بْنَ الْحَكَمِ - جَالِسًا فَجِئْتُ حَتَّى جَلَسْتُ إِلَيْهِ ، فَحَدَّثَنَا أَنَّ زَيْدَ بْنَ ثَابِتٍ ، حَدَّثَهُ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أُنْزِلَ عَلَيْهِ {لاَ يَسْتَوِي الْقَاعِدُونَ مِنَ الْمُؤْمِنِينَ} {وَالْمُجَاهِدُونَ فِي سَبِيلِ اللَّهِ} ، فَجَاءَ ابْنُ أُمِّ مَكْتُومٍ وَهُوَ يُمِلُّهَا عَلَيَّ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، لَوْ أَسْتَطِيعُ الْجِهَادَ لَجَاهَدْتُ فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ ، وَفَخِذُهُ عَلَى فَخِذِي ، فَثَقُلَتْ عَلَيَّ حَتَّى ظَنَنْتُ أَنْ سَتُرَضُّ فَخِذِي ، ثُمَّ سُرِّيَ عَنْهُ ، {غَيْرُ أُولِي الضَّرَرِ}. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : عَبْدُ الرَّحْمَنِ بْنُ إِسْحَاقَ هَذَا لَيْسَ بِهِ بَأْسٌ ، وَعَبْدُ الرَّحْمَنِ بْنُ إِسْحَاقَ يَرْوِي عَنْهُ عَلِيُّ بْنُ مُسْهِرٍ ، وَأَبُو مُعَاوِيَةَ ، وَعَبْدُ الْوَاحِدِ بْنُ زِيَادٍ ، عَنِ النُّعْمَانِ بْنِ سَعْدٍ لَيْسَ بِثِقَةٍ.

“Rəvayət edilir ki, Səhl ibn Səd ﵁ demişdir: “Mərvan ibn əl-Həkəmin bir yerdə oturduğunu gördüm, mən də gəlib onun yanında oturdum. Mərvan bizə Zeyd ibn Sabitin belə dediyini danışdı: “Bir dəfə Allah Elçisinə ﷺ bu ayə: “Möminlərdən (evdə) oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar...” (ən-Nisa, 95) nazil olduqda ayəni mənə diktə edərkən gözləri görməyən İbn Ummu Məktum gəlib dedi: “Ey Allahın Elçisi! Əgər mən döyüşə bilsəydim, döyüşərdim”. Bu vaxt Allah ﷿ ayə nazil etdi. Peyğəmbərin ﷺ dizi mənim dizimə toxunurdu və vəhyin gəlməsi ilə ayağıma elə bir ağırlıq düşdü ki, mən ayağımın xıncım-xıncım olacağından qorxdum. Sonra vəhy dayandı və ayənin “...üzrlülər istisna olmaqla...” hissəsinin nazil olduğu bəlli oldu”.”

Səhl ibn Səd
Nəsəi, 3099 (Cihad, 15)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ يَحْيَى بْنِ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ بْنِ سَعْدٍ ، قَالَ : حَدَّثَنِي أَبِي ، عَنْ صَالِحٍ ، عَنْ ابْنِ شِهَابٍ ، قَالَ : حَدَّثَنِي سَهْلُ بْنُ سَعْدٍ ، قَالَ : رَأَيْتُ مَرْوَانَ - جَالِسًا فِي الْمَسْجِدِ ، فَأَقْبَلْتُ حَتَّى جَلَسْتُ إِلَى جَنْبِهِ ، فَأَخْبَرَنَا أَنَّ زَيْدَ بْنَ ثَابِتٍ ، أَخْبَرَهُ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَمْلَى عَلَيْهِ {لاَ يَسْتَوِي الْقَاعِدُونَ مِنَ الْمُؤْمِنِينَ} {وَالْمُجَاهِدُونَ فِي سَبِيلِ اللَّهِ} قَالَ : فَجَاءَهُ ابْنُ أُمِّ مَكْتُومٍ وَهُوَ يُمِلُّهَا عَلَيَّ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، لَوْ أَسْتَطِيعُ الْجِهَادَ لَجَاهَدْتُ وَكَانَ رَجُلاً أَعْمَى ، فَأَنْزَلَ اللَّهُ عَلَى رَسُولِهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَفَخِذُهُ عَلَى فَخِذِي ، حَتَّى هَمَّتْ تَرُضُّ فَخِذِي ، ثُمَّ سُرِّيَ عَنْهُ فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ : {غَيْرُ أُولِي الضَّرَرِ}.

“Rəvayət edilir ki, Səhl ibn Səd ﵁ demişdir: “Mən Mərvanın məsciddə oturduğunu gördüm və gəlib onun yanında oturdum. Mərvan bizə Zeyd ibn Sabitin belə dediyini danışdı: “Bir dəfə Allah Elçisi ﷺ mənə bu ayəni: “Möminlərdən (evdə) oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar...” (ən-Nisa, 95) yazdırırdı. Bu vaxt İbn Ummu Məktum gəlib dedi: “Ey Allahın Elçisi! Əgər mən döyüşə bilsəydim, döyüşərdim”. Onun gözləri görmürdü. Bu vaxt Allah Öz Elçisinə ﷺ ayə nazil etdi. Peyğəmbərin ﷺ dizi mənim dizimə toxunurdu və vəhyin gəlməsi ilə ayağıma elə bir ağırlıq düşdü ki, mən ayağımın əziləcəyindən qorxdum. Sonra onun bu halı düzəldi və Allah ﷿ bu ayənin “...üzrlülər istisna olmaqla...” hissəsini nazil etdi”.”

Səhl ibn Səd
Nəsəi, 3100 (Cihad, 16)Səhih

أَخْبَرَنَا نَصْرُ بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا مُعْتَمِرٌ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنِ الْبَرَاءِ أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ - ثُمَّ ذَكَرَ كَلِمَةً مَعْنَاهَا ، قَالَ : ائْتُونِي بِالْكَتِفِ وَاللَّوْحِ فَكَتَبَ {لاَ يَسْتَوِي الْقَاعِدُونَ مِنَ الْمُؤْمِنِينَ} وَعَمْرُو بْنُ أُمِّ مَكْتُومٍ خَلْفَهُ ، فَقَالَ : هَلْ لِي رُخْصَةٌ ؟ فَنَزَلَتْ {غَيْرُ أُولِي الضَّرَرِ}.

“Bəra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “(Qoyunun) kürək sümüyünü və lövhəni gətirib bu ayəni yazın: “Möminlərdən... evdə oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar” (ən-Nisa, 95). Bu vaxt Amr ibn Ummu Məktum Peyğəmbərin ﷺ arxa tərəfində idi və dedi: “Mənə üzr varmı?” Sonra ayənin bu hissəsi nazil oldu: “üzrlü olanlar istisna olmaqla...” (ən-Nisa, 95).”

Bəra
Nəsəi, 3101 (Cihad, 17)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عُبَيْدٍ ، قَالَ : حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ عَيَّاشٍ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنِ الْبَرَاءِ ، قَالَ : لَمَّا نَزَلَتْ {لاَ يَسْتَوِي الْقَاعِدُونَ مِنَ الْمُؤْمِنِينَ} جَاءَ ابْنُ أُمِّ مَكْتُومٍ وَكَانَ أَعْمَى فَقَالَ : يَا رَسُولَ اللهِ ، فَكَيْفَ فِيَّ وَأَنَا أَعْمَى ؟ قَالَ : فَمَا بَرِحَ ، حَتَّى نَزَلَتْ {غَيْرُ أُولِي الضَّرَرِ}.

“Rəvayət edilir ki, Bəra ﵁ demişdir: “Möminlərdən... evdə oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar” (ən-Nisa, 95) ayəsi nazil olduqda gözləri görməyən İbn Ummu Məktum gəlib dedi: “Ey Allahın Elçisi, bu necə olur, axı mən koram?” Çox keçmədi ki, ayənin bu hissəsi nazil oldu: “üzrlü olanlar istisna olmaqla...” (ən-Nisa, 95).”

Bəra
Nəsəi, 3102 (Cihad, 18)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ سُفْيَانَ ، وَشُعْبَةَ ، قَالاَ : حَدَّثَنَا حَبِيبُ بْنُ أَبِي ثَابِتٍ ، عَنْ أَبِي الْعَبَّاسِ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو ، قَالَ : جَاءَ رَجُلٌ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، يَسْتَأْذِنُهُ فِي الْجِهَادِ فَقَالَ : أَحَيٌّ وَالِدَاكَ ؟ قَالَ : نَعَمْ ، قَالَ : فَفِيهِمَا فَجَاهِدْ.

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Bir kişi Allah Elçisinin ﷺ yanına gəlib cihadda iştirak etmək üçün izin istədi. Peyğəmbər dedi: “Sənin valideynlərin sağdırmı?” O: “Bəli” dedi. Peyğəmbər ﷺ buyurdu: “(Qayıt) onların yanında çalış!””

Abdullah ibn Amr
Nəsəi, 3103 (Cihad, 19)Səhih

أَخْبَرَنَا عَبْدُ الْوَهَّابِ بْنُ عَبْدِ الْحَكَمِ الْوَرَّاقُ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ ، عَنْ ابْنِ جُرَيْجٍ ، قَالَ : أَخْبَرَنِي مُحَمَّدُ بْنُ طَلْحَةَ وَهُوَ ابْنُ عَبْدِ اللهِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ أَبِيهِ طَلْحَةَ ، عَنْ مُعَاوِيَةَ بْنِ جَاهِمَةَ السَّلَمِيِّ ، أَنَّ جَاهِمَةَ جَاءَ إِلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، أَرَدْتُ أَنْ أَغْزُوَ وَقَدْ جِئْتُ أَسْتَشِيرُكَ ، فَقَالَ : هَلْ لَكَ مِنْ أُمٍّ ؟ قَالَ : نَعَمْ ، قَالَ : فَالْزَمْهَا ، فَإِنَّ الْجَنَّةَ تَحْتَ رِجْلَيْهَا.

“Rəvayət edilir ki, Müaviyə ibn Cəhimə əs-Sələmi ﵁ Peyğəmbərin ﷺ yanına gələrək dedi: “Ey Allahın Elçisi, döyüşə qoşulmaq istəyirəm, bunu səninlə məsləhətləşmək üçün gəlmişəm”. Peyğəmbər ﷺ dedi: “Sənin anan sağdırmı?” O: “Bəli” dedi. Peyğəmbər ﷺ buyurdu: “Həqiqətən, Cənnət onun ayaqları altındadır”.”

Müaviyə ibn Cəhimə əs-Sələmi
Nəsəi, 3104 (Cihad, 20)Səhih

أَخْبَرَنَا كَثِيرُ بْنُ عُبَيْدٍ ، قَالَ : حَدَّثَنَا بَقِيَّةُ ، عَنِ الزُّبَيْدِيِّ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عَطَاءِ بْنِ يَزِيدَ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، أَنَّ رَجُلاً أَتَى رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : يَا رَسُولَ اللهِ ، أَيُّ النَّاسِ أَفْضَلُ ؟ قَالَ : مَنْ جَاهَدَ بِنَفْسِهِ وَمَالِهِ فِي سَبِيلِ اللهِ ، قَالَ : ثُمَّ مَنْ يَا رَسُولَ اللهِ ؟ قَالَ : ثُمَّ مُؤْمِنٌ فِي شِعْبٍ مِنَ الشِّعَابِ يَتَّقِي اللَّهَ ، وَيَدَعُ النَّاسَ مِنْ شَرِّهِ.

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, bir kişi Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, hansı adam daha fəzilətlidir?” Peyğəmbər ﷺ buyurdu: “Canı və malı ilə Allah yolunda cihad edən”. Kişi dedi: “Sonra kimdir, ey Allahın Elçisi?” Peyğəmbər ﷺ buyurdu: “Kənar yerlərə gedib insanları öz şərindən uzaq tutan və onların şərindən özünü qoruyan, Allahdan qorxan kimsə”.”

Əbu Səid əl-Xudri
Nəsəi, 3105 (Cihad, 21)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ يَزِيدَ بْنِ أَبِي حَبِيبٍ ، عَنْ أَبِي الْخَيْرِ ، عَنْ أَبِي الْخَطَّابِ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَامَ تَبُوكَ يَخْطُبُ النَّاسَ وَهُوَ مُسْنِدٌ ظَهْرَهُ إِلَى رَاحِلَتِهِ ، فَقَالَ : أَلاَ أُخْبِرُكُمْ بِخَيْرِ النَّاسِ وَشَرِّ النَّاسِ ؟ إِنَّ مِنْ خَيْرِ النَّاسِ : رَجُلاً عَمِلَ فِي سَبِيلِ اللهِ عَلَى ظَهْرِ فَرَسِهِ ، أَوْعَلَى ظَهْرِ بَعِيرِهِ ، أَوْ عَلَى قَدَمِهِ ، حَتَّى يَأْتِيَهُ الْمَوْتُ ، وَإِنَّ مِنْ شَرِّ النَّاسِ : رَجُلاً فَاجِرًا ، يَقْرَأُ كِتَابَ اللهِ لاَ يَرْعَوِي إِلَى شَيْءٍ مِنْهُ.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ Təbuk döyüşü olan il kürəyini miniyinə dayamış vəziyyətdə insanlara xütbə verərək belə buyurdu: “Sizə insanların ən xeyirlisi və şər olanı haqda xəbər verimmi? Ən xeyirli kimsə, ölənə qədər atının və ya dəvəsinin üstündə və ya piyada olaraq Allah yolunda çalışan adamdır. Ən şər olan kimsə isə günahkar olan, Allahın Kitabını oxuyub lazım olanları yerinə yetirməyən kimsədir”.”

Əbu Səid əl-Xudri
Nəsəi, 3106 (Cihad, 22)Zəif

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا جَعْفَرُ بْنُ عَوْنٍ ، قَالَ : حَدَّثَنَا مِسْعَرٌ ، عَنْ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ عِيسَى بْنِ طَلْحَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : لاَ يَبْكِي أَحَدٌ مِنْ خَشْيَةِ اللهِ فَتَطْعَمَهُ النَّارُ حَتَّى يُرَدَّ اللَّبَنُ فِي الضَّرْعِ ، وَلاَ يَجْتَمِعُ غُبَارٌ فِي سَبِيلِ اللهِ وَدُخَانُ جَهَنَّمَ فِي مَنْخَرَيْ مُسْلِمٍ أَبَدًا.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah qorxusundan ağlayanı, süd sinəyə geri qayıtmayana qədər Cəhənnəm odu yandırmaz. Allah yolunda döyüşənə hopan toz ilə Cəhhənəm tüstüsü heç vaxt birlikdə olmaz”.”

Əbu Hureyra
Nəsəi, 3107 (Cihad, 23)Səhih

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ ابْنِ الْمُبَارَكِ ، عَنِ الْمَسْعُودِيِّ ، عَنْ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ عِيسَى بْنِ طَلْحَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لاَ يَلِجُ النَّارَ رَجُلٌ بَكَى مِنْ خَشْيَةِ اللهِ تَعَالَى حَتَّى يَعُودَ اللَّبَنُ فِي الضَّرْعِ ، وَلاَ يَجْتَمِعُ غُبَارٌ فِي سَبِيلِ اللهِ وَدُخَانُ نَارِ جَهَنَّمَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Uca Allahın qorxusundan ağlayanı, süd sinəyə geri qayıtmayana qədər Cəhənnəm odu yandırmaz. Allah yolunda döyüşənə hopan toz ilə Cəhhənəm tüstüsü heç vaxt birlikdə olmaz”.”

Əbu Hureyra
Nəsəi, 3108 (Cihad, 24)Səhih

أَخْبَرَنَا عِيسَى بْنُ حَمَّادٍ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ ابْنِ عَجْلاَنَ ، عَنْ سُهَيْلِ بْنِ أَبِي صَالِحٍ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لاَ يَجْتَمِعَانِ فِي النَّارِ مُسْلِمٌ قَتَلَ كَافِرًا ثُمَّ سَدَّدَ وَقَارَبَ ، وَلاَ يَجْتَمِعَانِ فِي جَوْفِ مُؤْمِنٍ غُبَارٌ فِي سَبِيلِ اللهِ وَفَيْحُ جَهَنَّمَ ، وَلاَ يَجْتَمِعَانِ فِي قَلْبِ عَبْدٍ الإِيمَانُ وَالْحَسَدُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kafiri öldürüb sonra doğru yolda olub Allaha yaxınlaşan müsəlman bəndə, həmin kafirlə Cəhənnəmdə bir yerdə olmaz. Allah yolunda döyüşənə hopan toz ilə Cəhhənəm tüstüsü heç vaxt birlikdə olmaz. Bir bəndənin qəlbində imanla həsəd bir yerdə olmaz”.”

Əbu Hureyra
Nəsəi, 3109 (Cihad, 25)Həsən

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا جَرِيرٌ ، عَنْ سُهَيْلٍ ، عَنْ صَفْوَانَ بْنِ أَبِي يَزِيدَ ، عَنِ الْقَعْقَاعِ بْنِ اللَّجْلاَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لاَ يَجْتَمِعُ غُبَارٌ فِي سَبِيلِ اللهِ وَدُخَانُ جَهَنَّمَ فِي جَوْفِ عَبْدٍ أَبَدًا ، وَلاَ يَجْتَمِعُ الشُّحُّ وَالإِيمَانُ فِي قَلْبِ عَبْدٍ أَبَدًا.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah yolunda döyüşənə hopan toz ilə Cəhənnəm tüstüsü heç vaxt bir bəndənin içində birlikdə olmaz. Bir bəndənin qəlbində xəsisliklə iman heç vaxt bir yerdə olmaz”.”

Əbu Hureyra
Nəsəi, 3110 (Cihad, 26)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِيٍّ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ سُهَيْلِ بْنِ أَبِي صَالِحٍ ، عَنْ صَفْوَانَ بْنِ سُلَيْمٍ ، عَنْ خَالِدِ بْنِ اللَّجْلاَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لاَ يَجْتَمِعُ غُبَارٌ فِي سَبِيلِ اللهِ وَدُخَانُ جَهَنَّمَ فِي وَجْهِ رَجُلٍ أَبَدًا ، وَلاَ يَجْتَمِعُ الشُّحُّ وَالإِيمَانُ فِي قَلْبِ عَبْدٍ أَبَدًا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Allah yolunda döyüşənə hopan toz ilə Cəhhənəm tüstüsü heç vaxt bir bəndənin üzündə birlikdə olmaz. Bir bəndənin qəlbində xəsisliklə iman heç vaxt bir yerdə olmaz”.”

Əbu Hureyra
Nəsəi, 3111 (Cihad, 27)Səhih

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ عَامِرٍ ، قَالَ : حَدَّثَنَا مَنْصُورُ بْنُ سَلَمَةَ ، قَالَ : أَنْبَأَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنْ ابْنِ الْهَادِ ، عَنْ سُهَيْلِ بْنِ أَبِي صَالِحٍ ، عَنْ صَفْوَانَ بْنِ أَبِي يَزِيدَ ، عَنِ الْقَعْقَاعِ بْنِ اللَّجْلاَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لاَ يَجْتَمِعُ غُبَارٌ فِي سَبِيلِ اللهِ وَدُخَانُ جَهَنَّمَ فِي جَوْفِ عَبْدٍ ، وَلاَ يَجْتَمِعُ الشُّحُّ وَالإِيمَانُ فِي جَوْفِ عَبْدٍ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah yolunda döyüşənə hopan toz ilə Cəhhənəm tüstüsü heç vaxt bir bəndənin içində birlikdə olmaz. Bir bəndədə xəsisliklə iman bir yerdə olmaz”.”

Əbu Hureyra
Nəsəi, 3112 (Cihad, 28)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا عَرْعَرَةُ بْنُ الْبِرِنْدِ ، وَابْنُ أَبِي عَدِيٍّ ، قَالاَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَمْرٍو ، عَنْ صَفْوَانَ بْنِ أَبِي يَزِيدَ ، عَنْ حُصَيْنِ بْنِ اللَّجْلاَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لاَ يَجْتَمِعُ غُبَارٌ فِي سَبِيلِ اللهِ عَزَّ وَجَلَّ وَدُخَانُ جَهَنَّمَ فِي مَنْخَرَيْ مُسْلِمٍ أَبَدًا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Allah ﷿ yolunda döyüşənə hopan toz ilə Cəhhənəm tüstüsü heç vaxt müsəlman bir bəndənin burun dəliklərində birlikdə olmaz”.”

Əbu Hureyra
Nəsəi, 3113 (Cihad, 29)Səhih

أَخْبَرَنِي شُعَيْبُ بْنُ يُوسُفَ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ، عَنْ مُحَمَّدِ بْنِ عَمْرٍو ، عَنْ صَفْوَانَ بْنِ أَبِي يَزِيدَ ، عَنْ حُصَيْنِ بْنِ اللَّجْلاَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لاَ يَجْتَمِعُ غُبَارٌ فِي سَبِيلِ اللهِ وَدُخَانُ جَهَنَّمَ فِي مَنْخَرَيْ مُسْلِمٍ ، وَلاَ يَجْتَمِعُ شُحٌّ وَإِيمَانٌ فِي قَلْبِ رَجُلٍ مُسْلِمٍ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah yolunda döyüşənə hopan toz ilə Cəhhənəm tüstüsü heç vaxt müsəlman bir bəndənin burun dəliklərində birlikdə olmaz. Bir müsəlmanın qəlbində xəsisliklə iman bir yerdə olmaz”.”

Əbu Hureyra
Nəsəi, 3114 (Cihad, 30)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ عَبْدِ الْحَكَمِ ، عَنْ شُعَيْبٍ ، عَنِ اللَّيْثِ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ أَبِي جَعْفَرٍ ، عَنْ صَفْوَانَ بْنِ أَبِي يَزِيدَ ، عَنْ أَبِي الْعَلاَءِ بْنِ اللَّجْلاَجِ ، أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ ، يَقُولُ : لاَ يَجْمَعُ اللَّهُ عَزَّ وَجَلَّ غُبَارًا فِي سَبِيلِ اللهِ وَدُخَانَ جَهَنَّمَ فِي جَوْفِ امْرِئٍ مُسْلِمٍ ، وَلاَ يَجْمَعُ اللَّهُ فِي قَلْبِ امْرِئٍ مُسْلِمٍ الإِيمَانَ بِاللَّهِ وَالشُّحَّ جَمِيعًا.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah ﷿ Onun yolunda döyüşənə hopan toz ilə Cəhhənəm tüstüsünü heç vaxt müsəlman bir kişinin içində birləşdirməz. Allah bir müsəlman kişinin qəlbində Allaha iman ilə xəsisliyi birləşdirməz”.”

Əbu Hureyra
Nəsəi, 3115 (Cihad, 31)Səhih

أَخْبَرَنَا الْحُسَيْنُ بْنُ حُرَيْثٍ ، قَالَ : حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ بْنُ أَبِي مَرْيَمَ ، قَالَ : لَحِقَنِي عَبَايَةُ بْنُ رَافِعٍ - وَأَنَا مَاشٍ إِلَى الْجُمُعَةِ ، فَقَالَ : أَبْشِرْ ، فَإِنَّ خُطَاكَ هَذِهِ فِي سَبِيلِ اللهِ ، سَمِعْتُ أَبَا عَبْسٍ ، يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ اغْبَرَّتْ قَدَمَاهُ فِي سَبِيلِ اللهِ فَهُوَ حَرَامٌ عَلَى النَّارِ.

“Rəvayət edilir ki, Yəzid ibn Əbu Məryəm ﵀ demişdir: “Mən Cümə namazına gedərkən Adayə ibn Rafi mənə çatıb dedi: “Sevin! Sənin atdığın bu addımlar Allah yolundadır. Mən Əbu Absın belə dediyini eşitdim: “Allah Elçisi ﷺ belə buyurdu: “Kimin ayaqlarına Allah yolunda toz hoparsa, onu yandırmaq oda haramdır”.”

Yəzid ibn Əbu Məryəm
Nəsəi, 3116 (Cihad, 32)Səhih

أَخْبَرَنَا عِصْمَةُ بْنُ الْفَضْلِ ، قَالَ : حَدَّثَنَا زَيْدُ بْنُ حُبَابٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ شُرَيْحٍ ، قَالَ : سَمِعْتُ مُحَمَّدَ بْنَ شُمَيْرٍ الرُّعَيْنِيَّ ، يَقُولُ : سَمِعْتُ أَبَا عَلِيٍّ التُّجِيبِيَّ ، أَنَّهُ سَمِعَ أَبَا رَيْحَانَةَ ، يَقُولُ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : حُرِّمَتْ عَيْنٌ عَلَى النَّارِ سَهِرَتْ فِي سَبِيلِ اللَّهِ.

“Rəvayət edilir ki, Əbu Reyhanə ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Allah yolunda yuxusuz qalan gözlərə Cəhənnəm odu haram edilmişdir”.”

Əbu Reyhanə
Nəsəi, 3117 (Cihad, 33)Səhih

أَخْبَرَنَا عَبْدَةُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا حُسَيْنُ بْنُ عَلِيٍّ ، عَنْ زَائِدَةَ ، عَنْ سُفْيَانَ ، عَنْ أَبِي حَازِمٍ ، عَنْ سَهْلِ بْنِ سَعْدٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : الْغَدْوَةُ وَالرَّوْحَةُ فِي سَبِيلِ اللهِ عَزَّ وَجَلَّ أَفْضَلُ مِنَ الدُّنْيَا وَمَا فِيهَا.

“Rəvayət edilir ki, Səhl ibn Səd ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Səhər və axşam Allah ﷿ yolunda olmaq dünya və onun içindəkilərdən fəzilətlidir”.”

Səhl ibn Səd
Nəsəi, 3118 (Cihad, 34)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا أَبِي ، قَالَ : حَدَّثَنَا سَعِيدُ بْنُ أَبِي أَيُّوبَ ، قَالَ : حَدَّثَنِي شُرَحْبِيلُ بْنُ شَرِيكٍ الْمَعَافِرِيُّ ، عَنْ أَبِي عَبْدِ الرَّحْمَنِ الْحُبُلِيِّ ، أَنَّهُ سَمِعَ أَبَا أَيُّوبَ الأَنْصَارِيَّ ، يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : غَدْوَةٌ فِي سَبِيلِ اللهِ أَوْ رَوْحَةٌ خَيْرٌ مِمَّا طَلَعَتْ عَلَيْهِ الشَّمْسُ وَغَرَبَتْ.

“Rəvayət edilir ki, Əbu Əyyub əl-Ənsari ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Səhər və axşam Allah yolunda olmaq günəşin doğub batdığı bir gündə ediləcək hər şeydən xeyirlidir”.”

Əbu Əyyub əl-Ənsari
Nəsəi, 3119 (Cihad, 35)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ يَزِيدَ ، عَنْ أَبِيهِ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، عَنْ مُحَمَّدِ بْنِ عَجْلاَنَ ، عَنْ سَعِيدٍ الْمَقْبُرِيِّ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : ثَلاَثَةٌ كُلُّهُمْ حَقٌّ عَلَى اللهِ عَزَّ وَجَلَّ عَوْنُهُ الْمُجَاهِدُ فِي سَبِيلِ اللهِ ، وَالنَّاكِحُ الَّذِي يُرِيدُ الْعَفَافَ ، وَالْمُكَاتَبُ الَّذِي يُرِيدُ الأَدَاءَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Üç nəfər var ki, onlara kömək etmək Allahın ﷿ üzərində bir haqdır: Allah yolunda olan mücahid, günahdan qorunmaq üçün evlənən və köləlikdən xilas olmaq üçün ağası ilə anlaşan”.”

Əbu Hureyra
Nəsəi, 3120 (Cihad, 36)Həsən

أَخْبَرَنَا عِيسَى بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، عَنْ مَخْرَمَةَ ، عَنْ أَبِيهِ ، قَالَ : سَمِعْتُ سُهَيْلَ بْنَ أَبِي صَالِحٍ ، قَالَ : سَمِعْتُ أَبِي ، يَقُولُ : سَمِعْتُ أَبَا هُرَيْرَةَ ، يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : وَفْدُ اللهِ عَزَّ وَجَلَّ ثَلاَثَةٌ : الْغَازِي ، وَالْحَاجُّ ، وَالْمُعْتَمِرُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allahın nümayəndələri üçdür: qazi, həcc edən və ümrə edən”.”

Əbu Hureyra
Nəsəi, 3121 (Cihad, 37)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ أَبِي الزِّنَادِ ، عَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : تَكَفَّلَ اللَّهُ عَزَّ وَجَلَّ لِمَنْ جَاهَدَ فِي سَبِيلِهِ ، لاَ يُخْرِجُهُ إِلاَّ الْجِهَادُ فِي سَبِيلِهِ ، وَتَصْدِيقُ كَلِمَتِهِ بِأَنْ يُدْخِلَهُ الْجَنَّةَ ، أَوْ يَرُدَّهُ إِلَى مَسْكَنِهِ الَّذِي خَرَجَ مِنْهُ مَعَ مَا نَالَ مِنْ أَجْرٍ أَوْ غَنِيمَةٍ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Allah ﷿ Onun yolunda cihad edəni himayəsi altına almışdır. (Evindən) yalnız Onun yolunda və Onun kəlməsini təsdiq etmək üçün cihada çıxanı Allah Cənnətə salacağına, evinə qayıtdıqda isə savab və ya qənimətlə qayıdacağına vəd vermişdir”.”

Əbu Hureyra
Nəsəi, 3122 (Cihad, 38)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ سَعِيدٍ ، عَنْ عَطَاءِ بْنِ مِينَاءَ ، مَوْلَى ابْنِ أَبِي ذُبَابٍ سَمِعَ أَبَا هُرَيْرَةَ ، يَقُولُ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : انْتَدَبَ اللَّهُ عَزَّ وَجَلَّ لِمَنْ يَخْرُجُ فِي سَبِيلِهِ لاَ يُخْرِجُهُ إِلاَّ الإِيمَانُ بِي ، وَالْجِهَادُ فِي سَبِيلِي ، أَنَّهُ ضَامِنٌ حَتَّى أُدْخِلَهُ الْجَنَّةَ بِأَيِّهِمَا كَانَ ، إِمَّا بِقَتْلٍ ، أَوْ وَفَاةٍ ، أَوْ أَرُدَّهُ إِلَى مَسْكَنِهِ الَّذِي خَرَجَ مِنْهُ ، نَالَ مَا نَالَ مِنْ أَجْرٍ أَوْ غَنِيمَةٍ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah ﷿ Onun yolunda yalnız Ona iman etdiyinə görə və Onun yolunda cihad etmək üçün çıxanı, istər döyüşdə, istərsə də sonra vəfat etsin, Cənnətə salacağına zamindir. Həmin kimsə savab və qənimətlə evinə qayıdana qədər Allahın himayəsi altındadır”.”

Əbu Hureyra
Nəsəi, 3123 (Cihad, 39)Səhih

أَخْبَرَنِي عَمْرُو بْنُ عُثْمَانَ بْنِ سَعِيدِ بْنِ كَثِيرِ بْنِ دِينَارٍ ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنْ شُعَيْبٍ ، عَنِ الزُّهْرِيِّ ، قَالَ : أَخْبَرَنِي سَعِيدُ بْنُ الْمُسَيَّبِ ، قَالَ : سَمِعْتُ أَبَا هُرَيْرَةَ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، يَقُولُ : مَثَلُ الْمُجَاهِدِ فِي سَبِيلِ اللهِ ، وَاللَّهُ أَعْلَمُ بِمَنْ يُجَاهِدُ فِي سَبِيلِ اللهِ ، كَمَثَلِ الصَّائِمِ الْقَائِمِ ، وَتَوَكَّلَ اللَّهُ لِلْمُجَاهِدِ فِي سَبِيلِهِ ، بِأَنْ يَتَوَفَّاهُ فَيُدْخِلَهُ الْجَنَّةَ ، أَوْ يُرْجِعَهُ سَالِمًا بِمَا نَالَ مِنْ أَجْرٍ أَوْ غَنِيمَةٍ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Allah yolunda olan mücahidin misalı – Allah yolunda cihad edəni yalnız Allah bilir – (gündüzlər) oruc tutub, (gecələr) namaz qılanın misalı kimidir. Onun yolunda olan mücahid Allaha təvəkkül etmişdir. Vəfat edəcəyi halda Cənnətə daxil olar, salamat şəkildə evə qayıtdıqda isə savab və ya qənimətlə qayıdar”.”

Əbu Hureyra
Nəsəi, 3124 (Cihad, 40)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا أَبِي ، قَالَ : حَدَّثَنَا حَيْوَةُ ، وَذَكَرَ آخَرَ ، قَالاَ : حَدَّثَنَا أَبُو هَانِئٍ الْخَوْلاَنِيُّ ، أَنَّهُ سَمِعَ أَبَا عَبْدِ الرَّحْمَنِ الْحُبُلِيَّ ، يَقُولُ : سَمِعْتُ عَبْدَ اللهِ بْنَ عَمْرٍو ، يَقُولُ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : مَا مِنْ غَازِيَةٍ تَغْزُو فِي سَبِيلِ اللهِ فَيُصِيبُونَ غَنِيمَةً ، إِلاَّ تَعَجَّلُوا ثُلُثَيْ أَجْرِهِمْ مِنَ الآخِرَةِ وَيَبْقَى لَهُمُ الثُّلُثُ ، فَإِنْ لَمْ يُصِيبُوا غَنِيمَةً تَمَّ لَهُمْ أَجْرُهُمْ.

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Allah yolunda döyüşən dəstələr qənimət əldə edərlərsə, mükafatlarının üçdəikisini bu dünyada almış olurlar. Mükafatlarının üçdəbir hissəsi isə Axirətə qalır. Heç bir qənimət əldə etməzlərsə, mükafatlarının hamısı Axirətə qalır”.”

Abdullah ibn Amr
Nəsəi, 3125 (Cihad, 41)Səhih

أَخْبَرَنِي إِبْرَاهِيمُ بْنُ يَعْقُوبَ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ يُونُسَ ، عَنِ الْحَسَنِ ، عَنْ ابْنِ عُمَرَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِيمَا يَحْكِيهِ عَنْ رَبِّهِ عَزَّ وَجَلَّ ، قَالَ : أَيُّمَا عَبْدٍ مِنْ عِبَادِي خَرَجَ مُجَاهِدًا فِي سَبِيلِ اللهِ ابْتِغَاءَ مَرْضَاتِي ، ضَمِنْتُ لَهُ أَنْ أَرْجِعَهُ ، إِنْ أَرْجَعْتُهُ بِمَا أَصَابَ مِنْ أَجْرٍ أَوْ غَنِيمَةٍ ، وَإِنْ قَبَضْتُهُ غَفَرْتُ لَهُ وَرَحِمْتُهُ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ Rəbbindən ﷿ rəvayət edərək buyurur: “Qullarımdan hansı biri Allah yolunda Mənim razılığımı əldə etmək üçün çalışarsa, onu salamat şəkildə evinə qaytarsam, savab və ya qənimətlə qaytarmağıma, ruhunu alsam bağışlayaraq rəhmətimlə qarşılayacağıma zəmanət verərəm”.”

İbn Ömər
Nəsəi, 3126 (Cihad, 42)Səhih

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ ابْنِ الْمُبَارَكِ ، عَنْ مَعْمَرٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : مَثَلُ الْمُجَاهِدِ فِي سَبِيلِ اللهِ ، وَاللَّهُ أَعْلَمُ بِمَنْ يُجَاهِدُ فِي سَبِيلِهِ ، كَمَثَلِ الصَّائِمِ الْقَائِمِ الْخَاشِعِ الرَّاكِعِ السَّاجِدِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Allah yolunda olan mücahidin misalı – Onun yolunda olanı yalnız Allah bilir – gündüz oruc tutan, gecə isə mütiliklə ruku və səcdələr edərək namaz qılan kimsənin misalı kimidir”.”

Əbu Hureyra
Nəsəi, 3127 (Cihad, 43)Səhih

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا عَفَّانٌ ، قَالَ : حَدَّثَنَا هَمَّامٌ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ جُحَادَةَ ، قَالَ : حَدَّثَنِي أَبُو حُصَيْنٍ ، أَنَّ ذَكْوَانَ ، حَدَّثَهُ أَنَّ أَبَا هُرَيْرَةَ ، حَدَّثَهُ قَالَ : جَاءَ رَجُلٌ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : دُلَّنِي عَلَى عَمَلٍ يَعْدِلُ الْجِهَادَ ؟ قَالَ : لاَ أَجِدُهُ ، هَلْ تَسْتَطِيعُ إِذَا خَرَجَ الْمُجَاهِدُ تَدْخُلُ مَسْجِدًا فَتَقُومَ لاَ تَفْتُرَ ، وَتَصُومَ لاَ تُفْطِرَ ؟ قَالَ : مَنْ يَسْتَطِيعُ ذَلِكَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir kişi Allah Elçisinin ﷺ yanına gələrək dedi: “Mənə cihada bərabər olan bir əməli de?” Allah Elçisi ﷺ buyurdu: “Ona bərabər bir şey tapa bilmirəm. Amma mücahid evindən çıxıb evinə qayıdana qədər, məscidə girib usanmadan və tərk etmədən namaz qılmağa və iftar etmədən oruc tutmağa gücün çatar?” Adam dedi: “Buna kimin gücü çatar ki?””

Əbu Hureyra
Nəsəi, 3128 (Cihad, 44)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ عَبْدِ الْحَكَمِ ، عَنْ شُعَيْبٍ ، عَنِ اللَّيْثِ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ أَبِي جَعْفَرٍ ، قَالَ : أَخْبَرَنِي عُرْوَةُ ، عَنْ أَبِي مُرَاوِحٍ ، عَنْ أَبِي ذَرٍّ ، أَنَّهُ سَأَلَ نَبِيَّ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، أَيُّ الْعَمَلِ خَيْرٌ ؟ قَالَ : إِيمَانٌ بِاللَّهِ ، وَجِهَادٌ فِي سَبِيلِ اللهِ عَزَّ وَجَلَّ.

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ Allahın Peyğəmbərindən ﷺ soruşdu: “Hansı əməl daha xeyirlidir?” Allah Elçisi ﷺ buyurdu: “Allaha iman etmək və Allah ﷿ yolunda cihad etmək”.”

Əbu Zərr
Nəsəi, 3129 (Cihad, 45)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ الرَّزَّاقِ ، قَالَ : حَدَّثَنَا مَعْمَرٌ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ ابْنِ الْمُسَيَّبِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : سَأَلَ رَجُلٌ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَيُّ الأَعْمَالِ أَفْضَلُ ؟ قَالَ : إِيمَانٌ بِاللَّهِ قَالَ : ثُمَّ مَاذَا ؟ قَالَ : الْجِهَادُ فِي سَبِيلِ اللهِ قَالَ : ثُمَّ مَاذَا ؟ قَالَ : حَجٌّ مَبْرُورٌ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir kişi Allah Elçisindən ﷺ soruşdu: “Hansı əməl daha fəzilətlidir?” Peyğəmbər ﷺ buyurdu: “Allaha iman etmək”. Kişi dedi: “Sonra hansıdır?” Peyğəmbər ﷺ buyurdu: “Allah yolunda cihad etmək”. Kişi yenə dedi: “Sonra hansıdır?” Peyğəmbər ﷺ buyurdu: “Qəbul olunmuş həcc”.”

Əbu Hureyra
Nəsəi, 3130 (Cihad, 46)Səhih

قَالَ : الْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ وَهْبٍ ، قَالَ : حَدَّثَنِي أَبُو هَانِئٍ ، عَنْ أَبِي عَبْدِ الرَّحْمَنِ الْحُبُلِيِّ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : يَا أَبَا سَعِيدٍ ، مَنْ رَضِيَ بِاللَّهِ رَبًّا ، وَبِالإِسْلاَمِ دِينًا ، وَبِمُحَمَّدٍ نَبِيًّا ، وَجَبَتْ لَهُ الْجَنَّةُ قَالَ : فَعَجِبَ لَهَا أَبُو سَعِيدٍ ، قَالَ : أَعِدْهَا عَلَيَّ يَا رَسُولَ اللهِ ، فَفَعَلَ ، ثُمَّ قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : وَأُخْرَى يُرْفَعُ بِهَا الْعَبْدُ مِئَةَ دَرَجَةٍ فِي الْجَنَّةِ ، مَا بَيْنَ كُلِّ دَرَجَتَيْنِ كَمَا بَيْنَ السَّمَاءِ وَالأَرْضِ قَالَ : وَمَا هِيَ يَا رَسُولَ اللهِ ؟ قَالَ : الْجِهَادُ فِي سَبِيلِ اللهِ ، الْجِهَادُ فِي سَبِيلِ اللَّهِ.

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Ey Əbu Səid! Kim rəbb olaraq Allahdan, din olaraq İslamdan və Peyğəmbər ﷺ olaraq Muhəmməddən razı olarsa, Cənnət ona vacib olar”. Ravi deyir: “Əbu Səid buna heyrət etdi və dedi: “Bunu mənə təkrarlaya bilərsən, ey Allahın Elçisi?” Allah Elçisi ﷺ buyurdu: “Başqa bir şey də var ki, onu edənin Cənnətdə yüz qatı artar və hər dərəcənin arası yerlə göy arası kimidir”. Əbu Səid dedi: “O nədir, ey Allahın Elçisi?” Allah Elçisi ﷺ buyurdu: “Bu, Allah yolunda edilən cihaddır. Bu, Allah yolunda edilən cihaddır”.”

Əbu Səid əl-Xudri
Nəsəi, 3131 (Cihad, 47)Səhih

أَخْبَرَنَا هَارُونُ بْنُ مُحَمَّدِ بْنِ بَكَّارِ بْنِ بِلاَلٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ عِيسَى بْنِ الْقَاسِمِ بْنِ سُمَيْعٍ ، قَالَ : حَدَّثَنَا زَيْدُ بْنُ وَاقِدٍ ، قَالَ : حَدَّثَنِي بُسْرُ بْنُ عُبَيْدِ اللهِ ، عَنْ أَبِي إِدْرِيسَ الْخَوْلاَنِيِّ ، عَنْ أَبِي الدَّرْدَاءِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ أَقَامَ الصَّلاَةَ ، وَآتَى الزَّكَاةَ ، وَمَاتَ لاَ يُشْرِكُ بِاللَّهِ شَيْئًا ، كَانَ حَقًّا عَلَى اللهِ عَزَّ وَجَلَّ أَنْ يَغْفِرَ لَهُ هَاجِرًا وَمَاتَ فِي مَوْلِدِهِ فَقُلْنَا : يَا رَسُولَ اللهِ ، أَلاَ نُخْبِرُ بِهَا النَّاسَ فَيَسْتَبْشِرُوا بِهَا ؟ فَقَالَ : إِنَّ لِلْجَنَّةِ مِئَةَ دَرَجَةٍ ، بَيْنَ كُلِّ دَرَجَتَيْنِ كَمَا بَيْنَ السَّمَاءِ وَالأَرْضِ ، أَعَدَّهَا اللَّهُ لِلْمُجَاهِدِينَ فِي سَبِيلِهِ ، وَلَوْلاَ أَنْ أَشُقَّ عَلَى الْمُؤْمِنِينَ ، وَلاَ أَجِدُ مَا أَحْمِلُهُمْ عَلَيْهِ ، وَلاَ تَطِيبُ أَنْفُسُهُمْ أَنْ يَتَخَلَّفُوا بَعْدِي ، مَا قَعَدْتُ خَلْفَ سَرِيَّةٍ ، وَلَوَدِدْتُ أَنِّي أُقْتَلُ ، ثُمَّ أُحْيَا ، ثُمَّ أُقْتَلُ.

“Rəvayət edilir ki, Əbu Dərdə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim namazı qılar, zəkatı verər, heç nəyi Allaha şərik qoşmadan vəfat edərsə, hicrət etməyib doğulduğu yerdə ölsə belə, onu bağışlaması Allahın üzərinə bir haqdır”. Biz dedik: “Ey Allahın Elçisi, bunu insanlara xəbər verib onları sevindirəkmi?” Allah Elçisi ﷺ buyurdu: “Həqiqətən, Cənnətdə yüz dərəcə var ki, hər iki dərəcənin arası yerlə göyün arası qədərdir. Allah bunu Öz yolunda olan mücahidlər üçün hazırlamışdır. Möminlərə çətinlik olmayacağını bilsəydim, onlar üçün silah-sursat tapa bilsəydim və mənim döyüşə qoşulmamağıma görə kədərlənməyəcəklərini bilsəydim, şübhəsiz hər dəstəyə qoşulub Allah yolunda ölməyi, sonra dirilməyi, sonra yenidən ölməyi istəyərdim”.”

Əbu Dərdə
Nəsəi, 3132 (Cihad, 48)Həsən

قَالَ : الْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي أَبُو هَانِئٍ ، عَنْ عَمْرِو بْنِ مَالِكٍ الْجَنْبِيِّ ، أَنَّهُ سَمِعَ فَضَالَةَ بْنَ عُبَيْدٍ ، يَقُولُ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : أَنَا زَعِيمٌ ، وَالزَّعِيمُ الْحَمِيلُ لِمَنْ آمَنَ بِي ، وَأَسْلَمَ وَهَاجَرَ بِبَيْتٍ فِي رَبَضِ الْجَنَّةِ ، وَبِبَيْتٍ فِي وَسَطِ الْجَنَّةِ ، وَأَنَا زَعِيمٌ لِمَنْ آمَنَ بِي ، وَأَسْلَمَ ، وَجَاهَدَ فِي سَبِيلِ اللهِ ، بِبَيْتٍ فِي رَبَضِ الْجَنَّةِ ، وَبِبَيْتٍ فِي وَسَطِ الْجَنَّةِ ، وَبِبَيْتٍ فِي أَعْلَى غُرَفِ الْجَنَّةِ ، مَنْ فَعَلَ ذَلِكَ فَلَمْ يَدَعْ لِلْخَيْرِ مَطْلَبًا ، وَلاَ مِنَ الشَّرِّ مَهْرَبًا ، يَمُوتُ حَيْثُ شَاءَ أَنْ يَمُوتَ.

“Rəvayət edilir ki, Fədalə ibn Ubeyd ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Mən sizin başçınızam! Kim mənə iman edib İslamı qəbul edərsə, onun Cənnətin kənarında və ortasında evinin olmasına zaminəm. Kim mənə iman edib İslamı qəbul edər və Allah yolunda cihad edərsə, onun Cənnətin kənarında, ortasında evinin olmasına və Cənnətin ən üst qatında otaqlarının olmasına zaminəm. Kim belə edərsə, harada ölürsə ölsün əldə ediləcək bir xeyiri qaçırtmaz və çəkindiyi heç bir şər qalmaz”.”

Fədalə ibn Ubeyd
Nəsəi, 3133 (Cihad, 49)Səhih

أَخْبَرَنِي إِبْرَاهِيمُ بْنُ يَعْقُوبَ ، قَالَ : حَدَّثَنَا أَبُو النَّضْرِ هَاشِمُ بْنُ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنَا أَبُو عَقِيلٍ عَبْدُ اللهِ بْنُ عَقِيلٍ ، قَالَ : حَدَّثَنَا مُوسَى بْنُ الْمُسَيَّبِ ، عَنْ سَالِمِ بْنِ أَبِي الْجَعْدِ ، عَنْ سَبْرَةَ بْنِ أَبِي فَاكِهٍ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : إِنَّ الشَّيْطَانَ قَعَدَ لاِبْنِ آدَمَ بِأَطْرُقِهِ ، فَقَعَدَ لَهُ بِطَرِيقِ الإِسْلاَمِ ، فَقَالَ : تُسْلِمُ وَتَذَرُ دِينَكَ وَدِينَ آبَائِكَ وَآبَاءِ أَبِيكَ ، فَعَصَاهُ فَأَسْلَمَ ، ثُمَّ قَعَدَ لَهُ بِطَرِيقِ الْهِجْرَةِ ، فَقَالَ : تُهَاجِرُ وَتَدَعُ أَرْضَكَ وَسَمَاءَكَ ، وَإِنَّمَا مَثَلُ الْمُهَاجِرِ كَمَثَلِ الْفَرَسِ فِي الطِّوَلِ ، فَعَصَاهُ فَهَاجَرَ ، ثُمَّ قَعَدَ لَهُ بِطَرِيقِ الْجِهَادِ ، فَقَالَ : تُجَاهِدُ فَهُوَ جَهْدُ النَّفْسِ وَالْمَالِ ، فَتُقَاتِلُ فَتُقْتَلُ ، فَتُنْكَحُ الْمَرْأَةُ ، وَيُقْسَمُ الْمَالُ ، فَعَصَاهُ فَجَاهَدَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : فَمَنْ فَعَلَ ذَلِكَ كَانَ حَقًّا عَلَى اللهِ عَزَّ وَجَلَّ أَنْ يُدْخِلَهُ الْجَنَّةَ ، وَمَنْ قُتِلَ كَانَ حَقًّا عَلَى اللهِ عَزَّ وَجَلَّ أَنْ يُدْخِلَهُ الْجَنَّةَ ، وَإِنْ غَرِقَ كَانَ حَقًّا عَلَى اللهِ أَنْ يُدْخِلَهُ الْجَنَّةَ ، أَوْ وَقَصَتْهُ دَابَّتُهُ كَانَ حَقًّا عَلَى اللهِ أَنْ يُدْخِلَهُ الْجَنَّةَ.

“Rəvayət edilir ki, Səbra ibn Əbu Fakih ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Həqiqətən, şeytan Adəm övladının hər tərəfində oturur. Həmçinin onun İslam yolunda da oturur və belə deyir: “Sən İslamı qəbul edib atalarının və babalarının dinini tərk etdin”. O adam da ona fikir verməyib müsəlman olar. Şeytan hicrət edən adamın da yolunda oturub belə deyir: “Vətənini və yurdunu necə tərk edib hicrət edə bilərsən? Hicrət uzun yol gedən at kimidir (çox əziyyətlidir)”. O adam da şeytana fikir verməyib hicrət edər. Sonra şeytan cihad yolunda oturub deyir: “Cihad həm nəfsini yormaq, həm də malını itirməkdir. Döyüşüb öldürüləcəksən, zövcən başqasına ərə gedəcək, mal-dövlətin paylanacaq”. O adam şeytanın bu sözlərinə də fikir verməyib cihad edər”. Sonra Allah Elçisi ﷺ belə buyurdu: “Kim bunları edərsə, onu Cənnətə daxil etmək Allahın üzərinə bir haqdır. Döyüşdə öldürülsə də, boğulub ölsə də, heyvanın belindən düşüb ölsə də, Allah onu mütləq Cənnətə daxil edəcək”.”

Səbra ibn Əbu Fakih
Nəsəi, 3134 (Cihad, 50)Səhih

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعْدِ بْنِ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا عَمِّي ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنْ صَالِحٍ ، عَنْ ابْنِ شِهَابٍ ، أَنَّ حُمَيْدَ بْنَ عَبْدِ الرَّحْمَنِ ، أَخْبَرَهُ ، أَنَّ أَبَا هُرَيْرَةَ ، كَانَ يُحَدِّثُ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَنْ أَنْفَقَ زَوْجَيْنِ فِي سَبِيلِ اللهِ نُودِيَ فِي الْجَنَّةِ : يَا عَبْدَ اللهِ هَذَا خَيْرٌ ، فَمَنْ كَانَ مِنْ أَهْلِ الصَّلاَةِ ، دُعِيَ مِنْ بَابِ الصَّلاَةِ ، وَمَنْ كَانَ مِنْ أَهْلِ الْجِهَادِ دُعِيَ مِنْ بَابِ الْجِهَادِ ، وَمَنْ كَانَ مِنْ أَهْلِ الصَّدَقَةِ ، دُعِيَ مِنْ بَابِ الصَّدَقَةِ ، وَمَنْ كَانَ مِنْ أَهْلِ الصِّيَامِ ، دُعِيَ مِنْ بَابِ الرَّيَّانِ ، فَقَالَ أَبُو بَكْرٍ : يَا نَبِيَّ اللهِ ، مَا عَلَى الَّذِي يُدْعَى مِنْ تِلْكَ الأَبْوَابِ كُلِّهَا مِنْ ضَرُورَةٍ ، هَلْ يُدْعَى أَحَدٌ مِنْ تِلْكَ الأَبْوَابِ كُلِّهَا ؟ قَالَ : نَعَمْ ، وَأَرْجُو أَنْ تَكُونَ مِنْهُمْ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Kim (malından) Allah yolunda cüt bir şey xərcləsə, onu Cənnət qapılarının birindən çağırıb: “Ey Allahın qulu, bu bir xeyirdir”– deyəcəklər. Namaz qılanlar namaz qapısından, cihad edənlər cihad qapısından, sədəqə verənlər sədəqə qapısından, oruc tutanlar isə Rəyyan adlı qapıdan (Cənnətə) çağırılacaqlar”. Bu vaxt Əbu Bəkr dedi: “Ey Allahın Peyğəmbəri, bu qapılardan çağırılanların heç bir sıxıntı keçirməyəcəkləri bəllidir. Bəs bu qapıların hamısından çağırılan olacaqmı?” Allah Elçisi ﷺ buyurdu: “Bəli. Mən ümid edirəm ki, sən onlardan olacaqsan”.”

Əbu Hureyra
Nəsəi, 3135 (Cihad, 51)Səhih

أَخْبَرَنَا إِسْمَعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، أَنَّ عَمْرَو بْنَ مُرَّةَ ، أَخْبَرَهُمْ قَالَ : سَمِعْتُ أَبَا وَائِلٍ ، قَالَ : حَدَّثَنَا أَبُو مُوسَى الأَشْعَرِيُّ ، قَالَ : جَاءَ أَعْرَابِيٌّ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ الرَّجُلُ : يُقَاتِلُ لِيُذْكَرَ ، وَيُقَاتِلُ لِيَغْنَمَ ، وَيُقَاتِلُ لِيُرَى مَكَانُهُ ، فَمَنْ فِي سَبِيلِ اللهِ ؟ قَالَ : مَنْ قَاتَلَ لِتَكُونَ كَلِمَةُ اللهِ هِيَ الْعُلْيَا فَهُوَ فِي سَبِيلِ اللهِ عَزَّ وَجَلَّ.

“Rəvayət edilir ki, Əbu Musa əl-Əşari ﵁ demişdir: “Bir bədəvi gəlib Allah Elçisinə ﷺ dedi: “Ey Allahın Elçisi! Kimisi şöhrət üçün, kimisi qənimət üçün, kimisi cəsarətini göstərmək üçün döyüşür. Bəs bunlardan hansı Allah yolunda döyüşən sayılır?” Peyğəmbər ﷺ buyurdu: “Kim Allahın Kəlməsi hər şeydən uca olsun deyə döyüşərsə, Allah ﷿ yolunda vuruşmuş olar”.”

Əbu Musa əl-Əşari
Nəsəi, 3136 (Cihad, 52)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا ابْنُ جُرَيْجٍ ، قَالَ : حَدَّثَنَا يُونُسُ بْنُ يُوسُفَ ، عَنْ سُلَيْمَانَ بْنِ يَسَارٍ ، قَالَ : تَفَرَّقَ النَّاسُ عَنْ أَبِي هُرَيْرَةَ ، فَقَالَ لَهُ قَائِلٌ مِنْ أَهْلِ الشَّامِ : أَيُّهَا الشَّيْخُ ، حَدِّثْنِي حَدِيثًا سَمِعْتَهُ مِنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : نَعَمْ ، سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : أَوَّلُ النَّاسِ يُقْضَى لَهُمْ يَوْمَ الْقِيَامَةِ ثَلاَثَةٌ : رَجُلٌ اسْتُشْهِدَ فَأُتِيَ بِهِ فَعَرَّفَهُ نِعَمَهُ فَعَرَفَهَا ، قَالَ : فَمَا عَمِلْتَ فِيهَا ؟ قَالَ : قَاتَلْتُ فِيكَ حَتَّى اسْتُشْهِدْتُ ، قَالَ : كَذَبْتَ ، وَلَكِنَّكَ قَاتَلْتَ لِيُقَالَ فُلاَنٌ جَرِيءٌ ، فَقَدْ قِيلَ ، ثُمَّ أُمِرَ بِهِ ، فَسُحِبَ عَلَى وَجْهِهِ حَتَّى أُلْقِيَ فِي النَّارِ ، وَرَجُلٌ تَعَلَّمَ الْعِلْمَ وَعَلَّمَهُ ، وَقَرَأَ الْقُرْآنَ فَأُتِيَ بِهِ فَعَرَّفَهُ نِعَمَهُ فَعَرَفَهَا ، قَالَ : فَمَا عَمِلْتَ فِيهَا ؟ قَالَ : تَعَلَّمْتُ الْعِلْمَ وَعَلَّمْتُهُ ، وَقَرَأْتُ فِيكَ الْقُرْآنَ ، قَالَ : كَذَبْتَ ، وَلَكِنَّكَ تَعَلَّمْتَ الْعِلْمَ لِيُقَالَ عَالِمٌ ، وَقَرَأْتَ الْقُرْآنَ لِيُقَالَ قَارِئٌ ، فَقَدْ قِيلَ ، ثُمَّ أُمِرَ بِهِ ، فَسُحِبَ عَلَى وَجْهِهِ حَتَّى أُلْقِيَ فِي النَّارِ ، وَرَجُلٌ وَسَّعَ اللَّهُ عَلَيْهِ وَأَعْطَاهُ مِنْ أَصْنَافِ الْمَالِ كُلِّهِ ، فَأُتِيَ بِهِ فَعَرَّفَهُ نِعَمَهُ ، فَعَرَفَهَا ، فَقَالَ : مَا عَمِلْتَ فِيهَا ؟ قَالَ : مَا تَرَكْتُ مِنْ سَبِيلٍ تُحِبُّ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : وَلَمْ أَفْهَمْ تُحِبُّ كَمَا أَرَدْتُ أَنْ يُنْفَقَ فِيهَا إِلاَّ أَنْفَقْتُ فِيهَا لَكَ ، قَالَ : كَذَبْتَ وَلَكِنْ لِيُقَالَ إِنَّهُ جَوَادٌ ، فَقَدْ قِيلَ ، ثُمَّ أُمِرَ بِهِ ، فَسُحِبَ عَلَى وَجْهِهِ ، فَأُلْقِيَ فِي النَّارِ.

“Rəvayət edilir ki, Şam əhlinin öndə gedəni Əbu Hureyraya ﵁ belə dedi: “Ey şeyx! Bizə Allah Elçisindən ﷺ eşitdiyin bir hədis danış!” Əbu Hureyra dedi: “Yaxşı. Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Qiyamət günü üç sinif insan ilk sorğu-suala çəkilənlərdən olacaq. Şəhid Allahın hüzuruna gətiriləcək və Allah ona bəxş etdiyi nemətlər haqda xəbər verdikdən sonra deyəcək: “Bu nemətlərin müqabilində nə etmisən?” O: “Sənin yolunda vuruşub şəhid olmuşam”- deyə cavab verəcək. Allah isə ona belə deyəcək: “Yalan danışırsan! Sənə “qəhrəmandır”- desinlər deyə vuruşmusan. Ona da artıq nail olmusan”. Sonra əmr olunacaq və onu üzüstə sürükləyib Cəhənnəmə atacaqlar. Sonra Allahın hüzuruna elm öyrənmiş və onu insanlara öyrətmiş, çoxlu Quran oxumuş bir şəxs gətiriləcək və Allah ona nəsib etdiyi nemətlər haqda xəbər verdikdən sonra deyəcək: “Bu nemətlərin müqabilində nə etmisən?” O: “Sənin xatirinə elm öyrənib, onu insanlara öyrətmişəm və çoxlu Quran oxumuşam”- deyə cavab verəcək. Allah isə ona belə deyəcək: “Yalan deyirsən! Sənə “alimdir”- desinlər, həmçinin “qaridir”- desinlər deyə elm öyrənmisən, Quran oxumusan. Ona da artıq nail olmusan”. Sonra əmr olunacaq və onu üzüstə sürükləyib Cəhənnəmə atacaqlar. Sonra Allahın onu bolluq içində yaşatdığı və hər cür mal-dövlətdən verdiyi bir adam gətiriləcək və Allah ona verdiyi nemətlər haqda xəbər verdikdən sonra deyəcək: “Bu nemətlər müqabilində nə etmisən?” O: “Var-dövlətimi Sənin sevdiyin şeylərə xərcləmişəm”- deyə cavab verəcək”. ...Ravi Əbu Abdur-Rahmən deyir: “Sənin sevdiyin” sözü ilə nəyin qəsd olunduğunu başa düşə bilmədim. Ola bilər ki, “Sənin istədiyin hər yerə sədəqə kimi xərcləmişəm” olmalıdır”. (Sonra hədis belə davam edir:) “...Allah isə ona belə deyəcək: “Yalan danışırsan! Sənə “nə səxavətli insandır”- desinlər deyə malından xərcləmisən. Ona da artıq nail olmusan”. Sonra əmr olunacaq və onu üzüstə sürükləyib Cəhənnəmə atacaqlar”.”

Süleyman ibn Yəsar
Nəsəi, 3137 (Cihad, 53)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ جَبَلَةَ بْنِ عَطِيَّةَ ، عَنْ يَحْيَى بْنِ الْوَلِيدِ بْنِ عُبَادَةَ بْنِ الصَّامِتِ ، عَنْ جَدِّهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ غَزَا فِي سَبِيلِ اللهِ وَلَمْ يَنْوِ إِلاَّ عِقَالاً فَلَهُ مَا نَوَى.

“Rəvayət edilir ki, Ubadə ibn əs-Samit ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim Allah yolunda yüyən əldə etmək üçün döyüşərsə, ona niyyət etdiyi şey var”.”

Yəhya ibn əl-Vəlid ibn Ubadə ibn əs-Samit babasından
Nəsəi, 3138 (Cihad, 54)Həsən

أَخْبَرَنِي هَارُونُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ، قَالَ : أَنْبَأَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ جَبَلَةَ بْنِ عَطِيَّةَ ، عَنْ يَحْيَى بْنِ الْوَلِيدِ ، عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَنْ غَزَا وَهُوَ لاَ يُرِيدُ إِلاَّ عِقَالاً فَلَهُ مَا نَوَى.

“Ubadə ibn əs-Samit ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Yüyən əldə etmək üçün döyüşməyə niyyət edən adama niyyətində olan şey var”.”

Ubadə ibn əs-Samit
Nəsəi, 3139 (Cihad, 55)Həsən

أَخْبَرَنَا عِيسَى بْنُ هِلاَلٍ الْحِمْصِيُّ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ حِمْيَرٍ ، قَالَ : حَدَّثَنَا مُعَاوِيَةُ بْنُ سَلاَّمٍ ، عَنْ عِكْرِمَةَ بْنِ عَمَّارٍ ، عَنْ شَدَّادٍ أَبِي عَمَّارٍ ، عَنْ أَبِي أُمَامَةَ الْبَاهِلِيِّ ، قَالَ : جَاءَ رَجُلٌ إِلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : أَرَأَيْتَ رَجُلاً غَزَا يَلْتَمِسُ الأَجْرَ وَالذِّكْرَ ، مَالَهُ ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لاَ شَيْءَ لَهُ فَأَعَادَهَا ثَلاَثَ مَرَّاتٍ ، يَقُولُ لَهُ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لاَ شَيْءَ لَهُ ثُمَّ قَالَ : إِنَّ اللَّهَ لاَ يَقْبَلُ مِنَ الْعَمَلِ إِلاَّ مَا كَانَ لَهُ خَالِصًا ، وَابْتُغِيَ بِهِ وَجْهُهُ.

“Rəvayət edilir ki, Əbu Umamə əl-Bəhili ﵁ demişdir: “Bir kişi Peyğəmbərin ﷺ yanına gələrək dedi: “Bir əvəz və şöhrət üçün döyüşən haqda nə deyirsən?” Allah Elçisi ﷺ buyurdu: “Ona heç bir savab yoxdur”. Həmin kişi sualını üç dəfə təkrar etdi, hər dəfə də Allah Elçisi ﷺ: “Ona heç bir savab yoxdur” deyirdi. Sonra Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, Allah yalnız xalis Onun üçün edilən əməli qəbul edir.”

Əbu Umamə əl-Bəhili
Nəsəi, 3140 (Cihad, 56)Səhih

أَخْبَرَنَا يُوسُفُ بْنُ سَعِيدٍ ، قَالَ : سَمِعْتُ حَجَّاجًّا ، أَنْبَأَنَا ابْنُ جُرَيْجٍ ، قَالَ : حَدَّثَنَا سُلَيْمَانُ بْنُ مُوسَى ، قَالَ : حَدَّثَنَا مَالِكُ بْنُ يُخَامِرَ ، أَنَّ مُعَاذَ بْنَ جَبَلٍ ، حَدَّثَهُمْ أَنَّهُ سَمِعَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : مَنْ قَاتَلَ فِي سَبِيلِ اللهِ عَزَّ وَجَلَّ مِنْ رَجُلٍ مُسْلِمٍ فَوَاقَ نَاقَةٍ ، وَجَبَتْ لَهُ الْجَنَّةُ ، وَمَنْ سَأَلَ اللَّهَ الْقَتْلَ مِنْ عِنْدِ نَفْسِهِ صَادِقًا ثُمَّ مَاتَ أَوْ قُتِلَ ، فَلَهُ أَجْرُ شَهِيدٍ ، وَمَنْ جُرِحَ جُرْحًا فِي سَبِيلِ اللهِ ، أَوْ نُكِبَ نَكْبَةً ، فَإِنَّهَا تَجِيءُ يَوْمَ الْقِيَامَةِ كَأَغْزَرِ مَا كَانَتْ ، لَوْنُهَا كَالزَّعْفَرَانِ وَرِيحُهَا كَالْمِسْكِ ، وَمَنْ جُرِحَ جُرْحًا فِي سَبِيلِ اللهِ فَعَلَيْهِ طَابَعُ الشُّهَدَاءِ.

“Rəvayət edilir ki, Muaz ibn Cəbəl ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Kim dəvənin sağılma müddəti qədər Allah ﷿ yolunda olarsa, Cənnət ona vacib olar. Kim Allahdan sidq ürəklə döyüşməyi istəsə, sonra ölər və ya öldürülərsə, ona şəhid savabı verilər. Kim Allah yolunda yaralanar və ya başına bir müsibət gələrsə, Qiyamət günü rəngi zəfəran rəngi, qoxusu müşk qoxusu verərək qanlı halda gələr. Allah yolunda yaralananlara şəhidlik möhürü vurular”.”

Muaz ibn Cəbəl
Nəsəi, 3141 (Cihad, 57)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عُثْمَانَ بْنِ سَعِيدِ بْنِ كَثِيرٍ ، قَالَ : حَدَّثَنَا بَقِيَّةُ ، عَنْ صَفْوَانَ ، قَالَ : حَدَّثَنِي سُلَيْمُ بْنُ عَامِرٍ ، عَنْ شُرَحْبِيلَ بْنِ السِّمْطِ ، أَنَّهُ قَالَ لِعَمْرِو بْنِ عَبَسَةَ : - يَا عَمْرُو حَدِّثْنَا حَدِيثًا سَمِعْتَهُ مِنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ - قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : مَنْ شَابَ شَيْبَةً فِي سَبِيلِ اللهِ تَعَالَى ، كَانَتْ لَهُ نُورًا يَوْمَ الْقِيَامَةِ ، وَمَنْ رَمَى بِسَهْمٍ فِي سَبِيلِ اللهِ تَعَالَى بَلَغَ الْعَدُوَّ ، أَوْ لَمْ يَبْلُغْ ، كَانَ لَهُ كَعِتْقِ رَقَبَةٍ ، وَمَنْ أَعْتَقَ رَقَبَةً مُؤْمِنَةً ، كَانَتْ لَهُ فِدَاءَهُ مِنَ النَّارِ عُضْوًا بِعُضْوٍ.

“Rəvayət edilir ki, Şurahbil ibn əs-Simt ﵀ Amr ibn Abəsəyə dedi: “Ey Amr! Bizə Allah Elçisindən ﷺ bir hədis danış”. Amr dedi: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Kim Allah yolunda saçını ağardarsa, ağ saçları Qiyamət günü onun üçün nur olacaq. Kim Uca Allah yolunda düşmənə bir ox atarsa, ox hədəfə dəysə də, dəyməsə də, ona bir kölə azad etmiş kimi savab yazılar. Kim bir mömin köləni azad edərsə, onun azad etdiyi hər bir əza müqabilində əzaları Cəhənnəm odundan qurtular”.”

Şurahbil ibn əs-Simt
Nəsəi, 3142 (Cihad, 58)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا هِشَامٌ ، قَالَ : حَدَّثَنَا قَتَادَةُ ، عَنْ سَالِمِ بْنِ أَبِي الْجَعْدِ ، عَنْ مَعْدَانَ بْنِ أَبِي طَلْحَةَ ، عَنْ أَبِي نَجِيحٍ السَّلَمِيِّ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : مَنْ بَلَغَ بِسَهْمٍ فِي سَبِيلِ اللهِ ، فَهُوَ لَهُ دَرَجَةٌ فِي الْجَنَّةِ فَبَلَّغْتُ يَوْمَئِذٍ سِتَّةَ عَشَرَ سَهْمًا قَالَ : وَسَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : مَنْ رَمَى بِسَهْمٍ فِي سَبِيلِ اللهِ فَهُوَ عِدْلُ مُحَرَّرٍ.

“Rəvayət edilir ki, Əbu Nəcih əs-Sələmi ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Kim Allah yolunda düşmənə bir ox vurarsa, Cənnətdə ona bir dərəcə verilər”. Əbu Nəcih deyir: “O gün mən düşmənə on altı ox vurdum. Həmçinin mən Allah Elçisininin ﷺ belə buyurduğunu da eşitdim: “Kim Allah yolunda düşmənə bir ox atarsa, bir köləni azad etmiş kimi savab qazanır”.”

Əbu Nəcih əs-Sələmi
Nəsəi, 3143 (Cihad, 59)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْعَلاَءِ ، قَالَ : حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، قَالَ : حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ عَمْرِو بْنِ مُرَّةَ ، عَنْ سَالِمِ بْنِ أَبِي الْجَعْدِ ، عَنْ شُرَحْبِيلَ بْنِ السِّمْطِ ، قَالَ لِكَعْبِ بْنِ مُرَّةَ : - يَا كَعْبُ ، حَدِّثْنَا عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَاحْذَرْ - قَالَ : سَمِعْتُهُ يَقُولُ : مَنْ شَابَ شَيْبَةً فِي الإِسْلاَمِ فِي سَبِيلِ اللهِ ، كَانَتْ لَهُ نُورًا يَوْمَ الْقِيَامَةِ قَالَ لَهُ : حَدِّثْنَا عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَاحْذَرْ ، قَالَ : سَمِعْتُهُ يَقُولُ : ارْمُوا مَنْ بَلَغَ الْعَدُوَّ بِسَهْمٍ رَفَعَهُ اللَّهُ بِهِ دَرَجَةً قَالَ ابْنُ النَّحَّامِ : يَا رَسُولَ اللهِ ، وَمَا الدَّرَجَةُ ؟ قَالَ : أَمَا إِنَّهَا لَيْسَتْ بِعَتَبَةِ أُمِّكَ ، وَلَكِنْ مَا بَيْنَ الدَّرَجَتَيْنِ مِئَةُ عَامٍ.

“Rəvayət edilir ki, Şurahbil ibn əs-Simt ﵀ Kəb ibn Murraya dedi: “Ey Kəb! Bizə Allah Elçisindən ﷺ bir hədis danış, amma (artırmaqdan və azaltmaqdan) çəkin”. Kəb dedi: “Mən onun belə buyurduğunu eşitdim: “Kim İslamda sçını Allah yolunda ağardarsa, ağ saçları Qiyamət günü onun üçün nur olacaq”. Şurahbil dedi: “Bizə Peyğəmbərdən ﷺ bir hədis danış, amma (artırmaqdan və azaltmaqdan) çəkin”. Kəb dedi: “Mən onun belə buyurduğunu eşitdim: “Düşmənə ox atın! Kim düşmənə ox atarsa, ox hədəfə dəysə də, dəyməsə də, Alah onu bir dərəcə yüksəldər. İbn ən-Nəhhəm dedi: “Ey Allahın Elçisi, dərəcə nədir?” Peyğəmbər ﷺ buyurdu: “Bu dərəcə sənin ananın evindəki pilləkən kimi deyil. Hər dərəcənin arası yüzillik məsafədir”.”

Şurahbil ibn əs-Simt
Nəsəi, 3144 (Cihad, 60)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا الْمُعْتَمِرُ ، قَالَ : سَمِعْتُ خَالِدًا ، يَعْنِي ابْنَ زَيْدٍ أَبَا عَبْدِ الرَّحْمَنِ الشَّامِيَّ ، يُحَدِّثُ عَنْ شُرَحْبِيلَ بْنِ السِّمْطِ ، عَنْ عَمْرِو بْنِ عَبَسَةَ ، - قَالَ : قُلْتُ : يَا عَمْرُو بْنَ عَبَسَةَ ، حَدِّثْنَا حَدِيثًا سَمِعْتَهُ مِنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَيْسَ فِيهِ نِسْيَانٌ وَلاَ تَنَقُّصٌ - قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : مَنْ رَمَى بِسَهْمٍ فِي سَبِيلِ اللهِ فَبَلَغَ الْعَدُوَّ أَخْطَأَ أَوْ أَصَابَ ، كَانَ لَهُ كَعِدْلِ رَقَبَةٍ ، وَمَنْ أَعْتَقَ رَقَبَةً مُسْلِمَةً ، كَانَ فِدَاءُ كُلِّ عُضْوٍ مِنْهُ عُضْوًا مِنْهُ مِنْ نَارِ جَهَنَّمَ ، وَمَنْ شَابَ شَيْبَةً فِي سَبِيلِ اللهِ ، كَانَتْ لَهُ نُورًا يَوْمَ الْقِيَامَةِ.

“Şurahbil ibn əs-Simt ﵀ Amr ibn Abəsədən rəvayət edərək demişdir: “Mən Amr ibn Abəsəyə dedim: “Ey Amr ibn Abəsə! Bizə Allah Elçisindən ﷺ eşitdiyin elə bir hədis danış ki, bu hədisdə heç bir unutqanlıq və naqislik olmasın”. Amr dedi: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Kim Allah yolunda düşmənə bir ox atarsa, ox hədəfə dəyməsə də, dəysə də, ona bir kölə azad etmiş kimi savab yazılar. Kim bir müsəlman köləni azad edərsə, azad etdiyi hər bir əza müqabilində əzaları Cəhənnəm odundan qurtular. Kim saçını Allah yolunda ağardarsa, saçları Qiyamət günü onun üçün nur olacaq”.”

Şurahbil ibn əs-Simt
Nəsəi, 3145 (Cihad, 61)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عُثْمَانَ بْنِ سَعِيدٍ ، عَنِ الْوَلِيدِ ، عَنْ ابْنِ جَابِرٍ ، عَنْ أَبِي سَلاَّمٍ الأَسْوَدِ ، عَنْ خَالِدِ بْنِ يَزِيدَ ، عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ يُدْخِلُ ثَلاَثَةَ نَفَرٍ الْجَنَّةَ بِالسَّهْمِ الْوَاحِدِ : صَانِعَهُ يَحْتَسِبُ فِي صُنْعِهِ الْخَيْرَ ، وَالرَّامِيَ بِهِ ، وَمُنَبِّلَهُ.

“Uqbə ibn Amir ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Həqiqətən, Allah ﷿ bir oxun vasitəsilə üç nəfəri Cənnətə salar: xeyir ümid edərək ox düzəldəni, oxu atanı və oxun ucuna iti dəmir taxanı”.”

Uqbə ibn Amir
Nəsəi, 3146 (Cihad, 62)Zəif

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ أَبِي الزِّنَادِ ، عَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لاَ يُكْلَمُ أَحَدٌ فِي سَبِيلِ اللهِ وَاللَّهُ أَعْلَمُ بِمَنْ يُكْلَمُ فِي سَبِيلِهِ ، إِلاَّ جَاءَ يَوْمَ الْقِيَامَةِ ، وَجُرْحُهُ يَثْعَبُ دَمًا ، اللَّوْنُ لَوْنُ دَمٍ ، وَالرِّيحُ رِيحُ الْمِسْكِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Allah yolunda yaralanan kimsə – Allah kimin Onun yolunda yaralandığını daha yaxşı bilir – Qiyamət günü yarasından axan, rəngi qan rəngi, qoxusu isə müşk qoxulsu olan qanla gələcək”.”

Əbu Hureyra
Nəsəi, 3147 (Cihad, 63)Səhih

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ ابْنِ الْمُبَارَكِ ، عَنْ مَعْمَرٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عَبْدِ اللهِ بْنِ ثَعْلَبَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : زَمِّلُوهُمْ بِدِمَائِهِمْ ، فَإِنَّهُ لَيْسَ كَلْمٌ يُكْلَمُ فِي اللهِ ، إِلاَّ أَتَى يَوْمَ الْقِيَامَةِ جُرْحُهُ يَدْمَى ، لَوْنُهُ لَوْنُ دَمٍ ، وَرِيحُهُ رِيحُ الْمِسْكِ.

“Rəvayət edilir ki, Abdullah ibn Sələbə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Onları qanlı paltarları ilə birlikdə dəfn edin, çünki Allah yolunda yaralanan kimsə Qiyamət günü Allahın hüzuruna yaralarından qan axaraq gələcəklər. Bu qanın rəngi qan rəngində, qoxusu isə müşk qoxusu olacaq”.”

Abdullah ibn Sələbə
Nəsəi, 3148 (Cihad, 64)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ سَوَّادٍ ، قَالَ : أَنْبَأَنَا ابْنُ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي يَحْيَى بْنُ أَيُّوبَ وَذَكَرَ آخَرَ قَبْلَهُ ، عَنْ عُمَارَةَ بْنِ غَزِيَّةَ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : لَمَّا كَانَ يَوْمُ أُحُدٍ وَوَلَّى النَّاسُ ، كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي نَاحِيَةٍ فِي اثْنَيْ عَشَرَ رَجُلاً مِنَ الأَنْصَارِ ، وَفِيهِمْ طَلْحَةُ بْنُ عُبَيْدِ اللهِ ، فَأَدْرَكَهُمُ الْمُشْرِكُونَ ، فَالْتَفَتَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَقَالَ : مَنْ لِلْقَوْمِ ؟ فَقَالَ طَلْحَةُ : أَنَا ، قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : كَمَا أَنْتَ فَقَالَ رَجُلٌ مِنَ الأَنْصَارِ : أَنَا يَا رَسُولَ اللهِ ، فَقَالَ : أَنْتَ فَقَاتَلَ ، حَتَّى قُتِلَ ، ثُمَّ الْتَفَتَ فَإِذَا الْمُشْرِكُونَ ، فَقَالَ : مَنْ لِلْقَوْمِ ؟ فَقَالَ طَلْحَةُ : أَنَا ، قَالَ : كَمَا أَنْتَ ، فَقَالَ رَجُلٌ مِنَ الأَنْصَارِ : أَنَا ، فَقَالَ : أَنْتَ فَقَاتَلَ ، حَتَّى قُتِلَ ، ثُمَّ لَمْ يَزَلْ يَقُولُ ذَلِكَ ، وَيَخْرُجُ إِلَيْهِمْ رَجُلٌ مِنَ الأَنْصَارِ فَيُقَاتِلُ قِتَالَ مَنْ قَبْلَهُ حَتَّى يُقْتَلَ ، حَتَّى بَقِيَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَطَلْحَةُ بْنُ عُبَيْدِ اللهِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ لِلْقَوْمِ ؟ فَقَالَ طَلْحَةُ : أَنَا ، فَقَاتَلَ طَلْحَةُ قِتَالَ الأَحَدَ عَشَرَ ، حَتَّى ضُرِبَتْ يَدُهُ ، فَقُطِعَتْ أَصَابِعُهُ ، فَقَالَ : حَسِّ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لَوْ قُلْتَ بِسْمِ اللهِ لَرَفَعَتْكَ الْمَلاَئِكَةُ وَالنَّاسُ يَنْظُرُونَ ، ثُمَّ رَدَّ اللَّهُ الْمُشْرِكِينَ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “İnsanlar Uhud döyüşündə qaçdıqları vaxt Allah Elçisi ﷺ ənsardan olan on iki nəfərlə birlikdə bir tərəfdə qalmışdı. Təlhə ibn Ubeydullah da onların arasında idi. Müşriklər onlara çatdıqda Allah Elçisi ﷺ yanındakılara dedi: “Onlara qarşı kim dayanacaq?” Təlhə: “Mən” dedi. Allah Elçisi ﷺ buyurdu: “Sən olduğun yerdə qal!” Ənsardan bir nəfər çıxıb dedi: “Mən dayanaram, ey Allahın Elçisi!” Allah Elçisi ﷺ dedi: “Yaxşı, sən dur!” O da öldürülənə qədər döyüşdü. Sonra müşriklər yenə onlara yaxınlaşdıqda Allah Elçisi ﷺ yanındakılara dedi: “Onlara qarşı kim dayanacaq?” Təlhə: “Mən” dedi. Allah Elçisi ﷺ buyurdu: “Sən olduğun yerdə qal!” Ənsardan bir nəfər çıxıb dedi: “Mən dayanaram, ey Allahın Elçisi!” Allah Elçisinin ﷺ belə deməsi və ənsardan olan başqalarının da öldürülməsi davam etdi. Sonda Allah Elçisi ﷺ və Təlhə qaldı. Allah Elçisi ﷺ dedi: “Onlara qarşı kim dayanacaq?” Təlhə: “Mən” dedi. Təlhə ondan qabaqkı on bir nəfər kimi döyüşdü və əlindən yaralanaraq barmaqları kəsildikdə ağrıdan qışqırdı. Allah Elçisi ﷺ buyurdu: “Əgər “bismilləh” desəydin, insanlar görə-görə mələklər səni qaldırardılar və Allah da müşrikləri yox edərdi”.”

Cabir ibn Abdullah
Nəsəi, 3149 (Cihad, 65)Həsən

أَخْبَرَنَا عَمْرُو بْنُ سَوَّادٍ ، قَالَ : أَنْبَأَنَا ابْنُ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي يُونُسُ ، عَنْ ابْنِ شِهَابٍ ، قَالَ : أَخْبَرَنِي عَبْدُ الرَّحْمَنِ ، وَعَبْدُ اللهِ ، ابْنَا كَعْبِ بْنِ مَالِكٍ ، أَنَّ سَلَمَةَ بْنَ الأَكْوَعِ ، قَالَ : لَمَّا كَانَ يَوْمُ خَيْبَرَ قَاتَلَ أَخِي قِتَالاً شَدِيدًا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَارْتَدَّ عَلَيْهِ سَيْفُهُ فَقَتَلَهُ ، فَقَالَ أَصْحَابُ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي ذَلِكَ وَشَكُّوا فِيهِ رَجُلٌ مَاتَ بِسِلاَحِهِ ، قَالَ سَلَمَةُ : فَقَفَلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ خَيْبَرَ ، فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، أَتَأْذَنُ لِي أَنْ أَرْتَجِزَ بِكَ ، فَأَذِنَ لَهُ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ عُمَرُ بْنُ الْخَطَّابِ رَضِيَ اللَّهُ عَنْهُ : اعْلَمْ مَا تَقُولُ ، فَقُلْتُ : وَاللَّهِ لَوْلاَ اللَّهُ مَا اهْتَدَيْنَا ... وَلاَ تَصَدَّقْنَا وَلاَ صَلَّيْنَا فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : صَدَقْتَ. فَأَنْزِلَنْ سَكِينَةً عَلَيْنَا ... وَثَبِّتِ الأَقْدَامَ إِنْ لاَقَيْنَا وَالْمُشْرِكُونَ قَدْ بَغَوْا عَلَيْنَا فَلَمَّا قَضَيْتُ رَجَزِي ، قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ قَالَ هَذَا ؟ قُلْتُ : أَخِي ، قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : يَرْحَمُهُ اللَّهُ ، فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، وَاللَّهِ إِنَّ نَاسًا لَيَهَابُونَ الصَّلاَةَ عَلَيْهِ يَقُولُونَ : رَجُلٌ مَاتَ بِسِلاَحِهِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَاتَ جَاهِدًا مُجَاهِدًا قَالَ ابْنُ شِهَابٍ : ثُمَّ سَأَلْتُ ابْنًا لِسَلَمَةَ بْنِ الأَكْوَعِ ، فَحَدَّثَنِي ، عَنْ أَبِيهِ ، مِثْلَ ذَلِكَ ، غَيْرَ أَنَّهُ قَالَ حِينَ قُلْتُ : إِنَّ نَاسًا لَيَهَابُونَ الصَّلاَةَ عَلَيْهِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : كَذَبُوا ، مَاتَ جَاهِدًا مُجَاهِدًا ، فَلَهُ أَجْرُهُ مَرَّتَيْنِ ، وَأَشَارَ بِأُصْبُعَيْهِ.

“Rəvayət edilir ki, Sələmə ibn əl-Əkva ﵁ demişdir: “Xeybər döyüşü olduqda qardaşım Allah Elçisinin ﷺ yanında düşmənə qarşı şiddətlə döyüşürdü. Bu əsnada qılıncı zərbədən geri qayıdaraq özünə dəydi və onu öldürdü. Allah Elçisinin ﷺ səhabələri onun öz silahı ilə ölərək şəhid olub-olmamasında tərəddüd etdilər. Allah Elçisi ﷺ Xeybərdən qayıdanda mən ona dedim: “Ey Allahın Elçisi, sənin üçün şeir deməyə icazə verirsən?” Allah Elçisi ﷺ də izin verdi. Bu arada Ömər ibn əl-Xattab ﵁ dedi: “Nə söyləyəcəksənsə, diqqətli ol!” Mən də bu şeiri dedim: “Vallahi, Allah istəməsəydi biz hidayət olunmazdıq, Nə sədəqə verərdik, nə də namaz qılardıq”. Allah Elçisi ﷺ buyurdu: “Düz deyirsən”. Mən davam edərək dedim: “Bizə rahatlıq endir, düşmən qarşısında sabitqədəm et! Müşriklər bizə qarşı hədlərini aşmışlar”. Mən şeirimi bitirdikdə Allah Elçisi ﷺ buyurdu: “Bunları kim söylədi?” Mən: “Qardaşım” dedim. Allah Elçisi ﷺ buyurdu: “Allah ona rəhm etsin!” Mən dedim: “Ey Allahın Elçisi! Allaha and olsun, insanlar onun üçün dua etməyə çəkinir və: “O, öz silahı ilə ölən adamdır” deyirlər”. Allah Elçisi ﷺ buyurdu: “O, cihad edib mücahid olaraq ölmüşdür”. Ravi İbn Şihab deyir: “Mən Sələmə ibn əl-Əkvanın bir oğlundan bu haqda soruşdum. O da hədisi mənə atasından yuxarıdakı kimi nəql etdi, sonra da bu əlavəni dedi: “Sələmə: “Camaat onun cənazə namazını qılıb dua etməkdən çəkinir” dedi. Allah Elçisi ﷺ isə buyurdu: “Onlar yalan danışırlar. O, cihad edib mücahid olaraq ölmüşdür”. Sonra barmağı ilə işarə edərək: “Ona iki dəfə savab var” dedi”.”

Sələmə ibn əl-Əkva
Nəsəi, 3150 (Cihad, 66)Səhih

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، يَعْنِي ابْنَ سَعِيدٍ الْقَطَّانَ ، عَنْ يَحْيَى ، يَعْنِي ابْنَ سَعِيدٍ الأَنْصَارِيَّ ، قَالَ : حَدَّثَنِي ذَكْوَانُ أَبُو صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لَوْلاَ أَنْ أَشُقَّ عَلَى أُمَّتِي لَمْ أَتَخَلَّفْ عَنْ سَرِيَّةٍ ، وَلَكِنْ لاَ يَجِدُونَ حَمُولَةً ، وَلاَ أَجِدُ مَا أَحْمِلُهُمْ عَلَيْهِ ، وَيَشُقُّ عَلَيْهِمْ أَنْ يَتَخَلَّفُوا عَنِّي ، وَلَوَدِدْتُ أَنِّي قُتِلْتُ فِي سَبِيلِ اللهِ ، ثُمَّ أُحْيِيتُ ، ثُمَّ قُتِلْتُ ، ثُمَّ أُحْيِيتُ ، ثُمَّ قُتِلْتُ ثَلاَثًا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Əgər ümmətimə çətin olmadığını bilsəydim, heç bir dəstədən geri qalmazdım. Lakin ümmətim döyüşmək üçün minik tapa bilmir. Mən də onlara bir minik də tapa bilmirəm. Həmçinin məndən ayrı qalmaq da onlara ağır gəlir. Mən Allah yolunda şəhid olub yenidən dirilməyi, yenə şəhid olub dirilməyi, üçüncü dəfə də şəhid olmağı çox istəyirəm”.”

Əbu Hureyra
Nəsəi, 3151 (Cihad, 67)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عُثْمَانَ بْنِ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنْ شُعَيْبٍ ، عَنِ الزُّهْرِيِّ ، قَالَ : حَدَّثَنِي سَعِيدُ بْنُ الْمُسَيَّبِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : وَالَّذِي نَفْسِي بِيَدِهِ ، لَوْلاَ أَنَّ رِجَالاً مِنَ الْمُؤْمِنِينَ لاَ تَطِيبُ أَنْفُسُهُمْ بِأَنْ يَتَخَلَّفُوا عَنِّي ، وَلاَ أَجِدُ مَا أَحْمِلُهُمْ عَلَيْهِ ، مَا تَخَلَّفْتُ عَنْ سَرِيَّةٍ تَغْزُو فِي سَبِيلِ اللهِ ، وَالَّذِي نَفْسِي بِيَدِهِ ، لَوَدِدْتُ أَنِّي أُقْتَلُ فِي سَبِيلِ اللهِ ، ثُمَّ أُحْيَا ، ثُمَّ أُقْتَلُ ، ثُمَّ أُحْيَا ، ثُمَّ أُقْتَلُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Canım Əlində Olana and olsun ki, möminlərdən bir qisminin məndən ayrı qalmalarına kədərlənməyəcəklərini və onları minəcəkləri miniklərlə təmin edə bilsəydim, Allah yolunda döyüşə gedən heç bir dəstədən geri qalmazdım. Canım Əlində Olana and olsun ki, mən Allah yolunda şəhid olub yenidən dirilməyi, yenə şəhid olub dirilməyi, yenə də şəhid olmağı çox istəyirəm”.”

Əbu Hureyra
Nəsəi, 3152 (Cihad, 68)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عُثْمَانَ ، قَالَ : حَدَّثَنَا بَقِيَّةُ ، عَنْ بَحِيرِ بْنِ سَعْدٍ ، عَنْ خَالِدِ بْنِ مَعْدَانَ ، عَنْ جُبَيْرِ بْنِ نُفَيْرٍ ، عَنْ ابْنِ أَبِي عَمِيرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَا مِنَ النَّاسِ مِنْ نَفْسٍ مُسْلِمَةٍ يَقْبِضُهَا رَبُّهَا تُحِبُّ أَنْ تَرْجِعَ إِلَيْكُمْ ، وَأَنَّ لَهَا الدُّنْيَا وَمَا فِيهَا غَيْرُ الشَّهِيدِ قَالَ ابْنُ أَبِي عَمِيرَةَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : وَلأَنْ أُقْتَلَ فِي سَبِيلِ اللهِ ، أَحَبُّ إِلَيَّ مِنْ أَنْ يَكُونَ لِي أَهْلُ الْوَبَرِ وَالْمَدَرِ.

“İbn Əbu Amira ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “İnsanlar arasında elə bir müsəlman yoxdur ki, Rəbbi onun ruhunu aldıqdan sonra dünya və içindəkilər ona verilsə belə, yenidən sizin yanınıza geriyə qayıtmaq istəsin. Amma şəhid belə deyil”. İbn Əbu Amira rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Allah yolunda şəhid olmaq mənə köçəri və oturaq həyat sürənlərin əldə etdikləri hər şeydən sevimlidir”.”

İbn Əbu Amira
Nəsəi, 3153 (Cihad, 69)Həsən

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَمْرٍو ، قَالَ : سَمِعْتُ جَابِرًا ، يَقُولُ : قَالَ رَجُلٌ يَوْمَ أُحُدٍ : أَرَأَيْتَ إِنْ قُتِلْتُ فِي سَبِيلِ اللهِ ، فَأَيْنَ أَنَا ؟ قَالَ : فِي الْجَنَّةِ ، فَأَلْقَى تَمَرَاتٍ فِي يَدِهِ ، ثُمَّ قَاتَلَ حَتَّى قُتِلَ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Uhud döyüşü günü bir nəfər Allah Elçisinə ﷺ dedi: “Mən Allah yolunda döyüşərkən öldürülsəm, hara gedərəm?” Allah Elçisi ﷺ buyurdu: “Cənnətə!” Həmin adam bu əsnada yediyi xurmaların qalanlarını ataraq döyüşə qoşuldu və ölənə qədər döyüşdü”.”

Cabir
Nəsəi, 3154 (Cihad, 70)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا أَبُو عَاصِمٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَجْلاَنَ ، عَنْ سَعِيدٍ الْمَقْبُرِيِّ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : جَاءَ رَجُلٌ إِلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ يَخْطُبُ عَلَى الْمِنْبَرِ ، فَقَالَ : أَرَأَيْتَ إِنْ قَاتَلْتُ فِي سَبِيلِ اللهِ صَابِرًا مُحْتَسِبًا مُقْبِلاً غَيْرَ مُدْبِرٍ ، أَيُكَفِّرُ اللَّهُ عَنِّي سَيِّئَاتِي ؟ قَالَ : نَعَمْ ثُمَّ سَكَتَ سَاعَةً ، قَالَ : أَيْنَ السَّائِلُ آنِفًا ؟ فَقَالَ الرَّجُلُ : هَا أَنَا ذَا ، قَالَ : مَا قُلْتَ ؟ قَالَ : أَرَأَيْتَ إِنْ قُتِلْتُ فِي سَبِيلِ اللهِ صَابِرًا مُحْتَسِبًا مُقْبِلاً غَيْرَ مُدْبِرٍ ، أَيُكَفِّرُ اللَّهُ عَنِّي سَيِّئَاتِي ؟ قَالَ : نَعَمْ ، إِلاَّ الدَّيْنَ ، سَارَّنِي بِهِ جِبْرِيلُ آنِفًا.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbər ﷺ minbərdə xütbə dediyi vaxt bir kişi gəldi və dedi: “Allah yolunda səbir edərək və savab umaraq irəli gedərək döyüşsəm, Allah bunu mənim günahlarıma kəffarə edərmi?” Peyğəmbər ﷺ: “Bəli” dedi. Sonra bir az susub buyurdu: “Bir az bundan əvvəl sual verən haradadır?” Kişi: “Mən burdayam” dedi. Peyğəmbər ﷺ dedi: “Sən nə deyirdin?” Kişi dedi: “Allah yolunda səbir edərək və savab umaraq irəli gedərək döyüşsəm, Allah bunu mənim günahlarıma kəffarə edərmi?” Peyğəmbər ﷺ buyurdu: “Bəli, yalnız borc istisnadır. Bunu bir az əvvəl Cəbrail mənə dedi”.”

Əbu Hureyra
Nəsəi, 3155 (Cihad, 71)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ سَعِيدِ بْنِ أَبِي سَعِيدٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي قَتَادَةَ ، عَنْ أَبِيهِ ، قَالَ : جَاءَ رَجُلٌ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، أَرَأَيْتَ إِنْ قُتِلْتُ فِي سَبِيلِ اللهِ صَابِرًا مُحْتَسِبًا مُقْبِلاً غَيْرَ مُدْبِرٍ ، أَيُكَفِّرُ اللَّهُ عَنِّي خَطَايَايَ ؟ قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : نَعَمْ ، فَلَمَّا وَلَّى الرَّجُلُ ، نَادَاهُ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، أَوْأَمَرَ بِهِ فَنُودِيَ لَهُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : كَيْفَ قُلْتَ ؟ فَأَعَادَ عَلَيْهِ قَوْلَهُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : نَعَمْ ، إِلاَّ الدَّيْنَ ، كَذَلِكَ قَالَ لِي جِبْرِيلُ عَلَيْهِ السَّلاَمُ.

“Abdullah ibn Əbu Qatədə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Bir kişi Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, Allah yolunda səbir edərək və savab umaraq irəli gedərək döyüşsəm, Allah bunu mənim günahlarıma kəffarə edərmi?” Allah Elçisi ﷺ: “Bəli” dedi. Kişi çıxıb getmək istədikdə Allah Elçisi ﷺ onu çağırdı və ya onun yanına çağırılmasını əmr etdi. Sonra ona dedi: “Sən necə demişdin?” Kişi də sualını təkrar etdi. Allah Elçisi ﷺ buyurdu: “Bəli, yalnız borc istisnadır. Bunu mənə Cəbrail ﵇ dedi”.”

Abdullah ibn Əbu Qatədə atasından
Nəsəi, 3156 (Cihad, 72)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ سَعِيدِ بْنِ أَبِي سَعِيدٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي قَتَادَةَ ، عَنْ أَبِي قَتَادَةَ أَنَّهُ سَمِعَهُ يُحَدِّثُ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَامَ فِيهِمْ ، فَذَكَرَ لَهُمْ أَنَّ الْجِهَادَ فِي سَبِيلِ اللهِ ، وَالإِيمَانَ بِاللَّهِ ، أَفْضَلُ الأَعْمَالِ ، فَقَامَ رَجُلٌ فَقَالَ : يَا رَسُولَ اللهِ أَرَأَيْتَ إِنْ قُتِلْتُ فِي سَبِيلِ اللهِ ، أَيُكَفِّرُ اللَّهُ عَنِّي خَطَايَايَ ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : نَعَمْ ، إِنْ قُتِلْتَ فِي سَبِيلِ اللهِ ، وَأَنْتَ صَابِرٌ مُحْتَسِبٌ ، مُقْبِلٌ غَيْرُ مُدْبِرٍ ، إِلاَّ الدَّيْنَ ، فَإِنَّ جِبْرِيلَ عَلَيْهِ السَّلاَمُ قَالَ لِي ذَلِكَ.

“Əbu Qatədə ﵁ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ onların arasında durub Allah yolunda cihad, Allaha iman, ən fəzilətli əməllər haqda danışarkən bir kişi ayağa qalxıb dedi: “Ey Allahın Elçisi, mən Allah yolunda ölsəm, Allah bunu mənim günahlarıma kəffarə edərmi?” Allah Elçisi ﷺ: “Bəli, sən Allah yolunda öldürülsən, səbir edərək savab umsan, irəli gedərək döyüşsən, borcdan başqa bütün günahların bağışlanar. Bunu mənə Cəbrail ﵇ dedi”.”

Əbu Qatədə
Nəsəi, 3157 (Cihad, 73)Səhih

أَخْبَرَنَا عَبْدُ الْجَبَّارِ بْنُ الْعَلاَءِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَمْرٍو ، سَمِعَ مُحَمَّدَ بْنَ قَيْسٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي قَتَادَةَ ، عَنْ أَبِيهِ ، قَالَ : جَاءَ رَجُلٌ إِلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ عَلَى الْمِنْبَرِ فَقَالَ : يَا رَسُولَ اللهِ ، أَرَأَيْتَ إِنْ ضَرَبْتُ بِسَيْفِي فِي سَبِيلِ اللهِ صَابِرًا مُحْتَسِبًا مُقْبِلاً غَيْرَ مُدْبِرٍ حَتَّى أُقْتَلَ ، أَيُكَفِّرُ اللَّهُ عَنِّي خَطَايَايَ ؟ قَالَ : نَعَمْ فَلَمَّا أَدْبَرَ دَعَاهُ ، فَقَالَ : هَذَا جِبْرِيلُ يَقُولُ : إِلاَّ أَنْ يَكُونَ عَلَيْكَ دَيْنٌ.

“Abdullah ibn Əbu Qatədə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Peyğəmbər ﷺ minbərdə olarkən bir kişi gəldi və dedi: “Ey Allahın Elçisi, Allah yolunda səbir edərək və savab umaraq qılıncımı çıxarıb irəli gedərək, döyüşərək öldürülsəm, Allah bunu mənim günahlarıma kəffarə edərmi?” Peyğəmbər ﷺ: “Bəli”- dedi. Kişi çıxıb gedərkən onu çağırıb buyurdu: “Cəbrail mənə dedi ki, yalnız borc istisnadır”.”

Abdullah ibn Əbu Qatədə atasından
Nəsəi, 3158 (Cihad, 74)Səhih

أَخْبَرَنَا هَارُونُ بْنُ مُحَمَّدِ بْنِ بَكَّارٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ عِيسَى وَهُوَ ابْنُ الْقَاسِمِ بْنِ سُمَيْعٍ ، قَالَ : حَدَّثَنَا زَيْدُ بْنُ وَاقِدٍ ، عَنْ كَثِيرِ بْنِ مُرَّةَ ، أَنَّ عُبَادَةَ بْنَ الصَّامِتِ ، حَدَّثَهُمْ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَا عَلَى الأَرْضِ مِنْ نَفْسٍ تَمُوتُ ، وَلَهَا عِنْدَ اللهِ خَيْرٌ ، تُحِبُّ أَنْ تَرْجِعَ إِلَيْكُمْ وَلَهَا الدُّنْيَا ، إِلاَّ الْقَتِيلُ ، فَإِنَّهُ يُحِبُّ أَنْ يَرْجِعَ فَيُقْتَلَ مَرَّةً أُخْرَى.

“Ubadə ibn əs-Samit ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Yer üzündə elə bir nəfs yoxdur ki, Allah dərgahında olan xeyrə nail olduqdan sonra dünya ona verilsə belə, dünyaya qayıtmaq istəsin. Yalnız şəhid istisnadır. O, yenidən dünyaya qayıdıb şəhid olmasını istəyər”.”

Ubadə ibn əs-Samit
Nəsəi, 3159 (Cihad, 75)Səhih

أَخْبَرَنَا أَبُو بَكْرِ بْنُ نَافِعٍ ، قَالَ : حَدَّثَنَا بَهْزٌ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ ثَابِتٍ ، عَنْ أَنَسٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : يُؤْتَى بِالرَّجُلِ مِنْ أَهْلِ الْجَنَّةِ ، فَيَقُولُ اللَّهُ عَزَّ وَجَلَّ : يَا ابْنَ آدَمَ ، كَيْفَ وَجَدْتَ مَنْزِلَكَ ؟ فَيَقُولُ : أَيْ رَبِّ خَيْرَ مَنْزِلٍ ، فَيَقُولُ : سَلْ وَتَمَنَّ ، فَيَقُولُ : أَسْأَلُكَ أَنْ تَرُدَّنِي إِلَى الدُّنْيَا فَأُقْتَلَ فِي سَبِيلِكِ عَشْرَ مَرَّاتٍ ، لِمَا يَرَى مِنْ فَضْلِ الشَّهَادَةِ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Cənnət əhlindən olan bir adam (Allahın hüzuruna) gətiriləcək. Allah ﷿ buyuracaq: “Ey Adəm övladı! Yerin necədir?” O deyəcək: “Ya Rəbbim! Yerim yerlərin ən xeyirlisidir”. Allah buyuracaq: “İstə və arzu et!” O da şəhidliyin fəzilətini gördüyü üçün: “Səndən məni dünyaya yenidən qaytarmağını və Sənin yolunda on dəfə şəhid olmağımı istəyirəm!”- deyəcək”.”

Ənəs
Nəsəi, 3160 (Cihad, 76)Səhih

أَخْبَرَنَا عِمْرَانُ بْنُ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا حَاتِمُ بْنُ إِسْمَعِيلَ ، عَنْ مُحَمَّدِ بْنِ عَجْلاَنَ ، عَنِ الْقَعْقَاعِ بْنِ حَكِيمٍ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : الشَّهِيدُ لاَ يَجِدُ مَسَّ الْقَتْلِ إِلاَّ كَمَا يَجِدُ أَحَدُكُمُ الْقَرْصَةَ يُقْرَصُهَا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Şəhid öldürülərkən birinizin çimdiklənməkdən hiss etdiyi ağrı qədər bir ağrı hiss edir”.”

Əbu Hureyra
Nəsəi, 3161 (Cihad, 77)Səhih

أَخْبَرَنَا يُونُسُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، قَالَ : حَدَّثَنِي عَبْدُ الرَّحْمَنِ بْنُ شُرَيْحٍ ، أَنَّ سَهْلَ بْنَ أَبِي أُمَامَةَ بْنِ سَهْلِ بْنِ حُنَيْفٍ ، حَدَّثَهُ عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَنْ سَأَلَ اللَّهَ عَزَّ وَجَلَّ الشَّهَادَةَ بِصِدْقٍ ، بَلَّغَهُ اللَّهُ مَنَازِلَ الشُّهَدَاءِ ، وَإِنْ مَاتَ عَلَى فِرَاشِهِ.

“Səhl ibn Huneyf atasından və babasından ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim Allahdan ﷿ səmimi qəlbdən şəhid olmağı istəsə, yatağında ölsə belə, Allah onu şəhidlik məqamına çatdırar”.”

Səhl ibn Əbu Umamə ibn Səhl ibn Huneyf atasından və babasından
Nəsəi, 3162 (Cihad, 78)Səhih

أَخْبَرَنَا يُونُسُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، قَالَ : حَدَّثَنِي عَبْدُ الرَّحْمَنِ بْنُ شُرَيْحٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ ثَعْلَبَةَ الْحَضْرَمِيِّ ، أَنَّهُ سَمِعَ ابْنَ حُجَيْرَةَ ، يُخْبِرُ ، عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : خَمْسٌ مَنْ قُبِضَ فِي شَيْءٍ مِنْهُنَّ فَهُوَ شَهِيدٌ : الْمَقْتُولُ فِي سَبِيلِ اللهِ شَهِيدٌ ، وَالْغَرِقُ فِي سَبِيلِ اللهِ شَهِيدٌ ، وَالْمَبْطُونُ فِي سَبِيلِ اللهِ شَهِيدٌ ، وَالْمَطْعُونُ فِي سَبِيلِ اللهِ شَهِيدٌ ، وَالنُّفَسَاءُ فِي سَبِيلِ اللهِ شَهِيدٌ.

“Uqbə ibn Amir ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Beş cür ölüm var ki, kim bunlardan biri ilə ölərsə, şəhid sayılar: Allah yolunda öldürülən şəhiddir; Allah yolunda boğularaq ölən şəhiddir; Allah yolunda qarın ağrısından ölən şəhiddir; Allah yolunda taundan ölən şəhiddir; Allah yolunda doğuş zamanı ölən qadın şəhiddir”.”

Uqbə ibn Amir
Nəsəi, 3163 (Cihad, 79)Səhih

أَخْبَرَنِي عَمْرُو بْنُ عُثْمَانَ ، قَالَ : حَدَّثَنَا بَقِيَّةُ ، قَالَ : حَدَّثَنَا بَحِيرٌ ، عَنْ خَالِدٍ ، عَنْ ابْنِ أَبِي بِلاَلٍ ، عَنِ الْعِرْبَاضِ بْنِ سَارِيَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : يَخْتَصِمُ الشُّهَدَاءُ وَالْمُتَوَفَّوْنَ عَلَى فُرُشِهِمْ إِلَى رَبِّنَا فِي الَّذِينَ يُتَوَفَّوْنَ مِنَ الطَّاعُونِ ، فَيَقُولُ الشُّهَدَاءُ : إِخْوَانُنَا قُتِلُوا كَمَا قُتِلْنَا ، وَيَقُولُ الْمُتَوَفَّوْنَ عَلَى فُرُشِهِمْ : إِخْوَانُنَا مَاتُوا عَلَى فُرُشِهِمْ كَمَا مُتْنَا ، فَيَقُولُ رَبُّنَا : انْظُرُوا إِلَى جِرَاحِهِمْ ، فَإِنْ أَشْبَهَ جِرَاحُهُمْ جِرَاحَ الْمَقْتُولِينَ ، فَإِنَّهُمْ مِنْهُمْ وَمَعَهُمْ ، فَإِذَا جِرَاحُهُمْ قَدْ أَشْبَهَتْ جِرَاحَهُمْ.

“İrbad ibn Səriyə ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Şəhidlərlə yataqlarında ölənlər, taundan ölənlər barəsində mübahisə edirlər və (mübahisəni) Rəbbimizə həvalə edirlər. Şəhidlər deyir: “Onlar bizim qardaşlarımızdır, bizim kimi öldürüldülər”. Yataqlarında ölənlər isə deyirlər: “Onlar bizim qardaşlarımızdır, bizim kimi yataqlarında öldülər”. Rəbbimiz buyurur: “Onların yaralarına baxın, əgər yaraları öldürülənlərin yaralarına bənzəsə, onlar şəhidlərlə bərabərdirlər”. (Onların yaralarına baxıldıqda, göründü ki,) yaraları şəhidlərin yaralarına bənzəyir”.”

İrbad ibn Səriyə
Nəsəi, 3164 (Cihad, 80)Həsən

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ أَبِي الزِّنَادِ ، عَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ يَعْجَبُ مِنْ رَجُلَيْنِ يَقْتُلُ أَحَدُهُمَا صَاحِبَهُ - وَقَالَ مَرَّةً أُخْرَى : لَيَضْحَكُ مِنْ رَجُلَيْنِ يَقْتُلُ أَحَدُهُمَا صَاحِبَهُ - ثُمَّ يَدْخُلاَنِ الْجَنَّةَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Allah ﷿ yoldaşını öldürən iki nəfərə təəccüb edir”. Bir dəfə də belə dedi: “Allah yoldaşını öldürən iki nəfərə gülür, sonra onları Cənnətə salır”.”

Əbu Hureyra
Nəsəi, 3165 (Cihad, 81)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ أَبِي الزِّنَادِ ، عَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : يَضْحَكُ اللَّهُ إِلَى رَجُلَيْنِ يَقْتُلُ أَحَدُهُمَا الآخَرَ كِلاَهُمَا يَدْخُلُ الْجَنَّةَ ، يُقَاتِلُ هَذَا فِي سَبِيلِ اللهِ فَيُقْتَلُ ، ثُمَّ يَتُوبُ اللَّهُ عَلَى الْقَاتِلِ فَيُقَاتِلُ فَيُسْتَشْهَدُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Allah iki nəfərə gülür: bunlardan biri digərini öldürür, (nəticədə isə) hər ikisi Cənnətə daxil olur. Belə ki, bu, Allah yolunda vuruşub ölür, sonra Allah onun qatilinin tövbəsini qəbul edir və o da şəhid olaraq öldürülür”.”

Əbu Hureyra
Nəsəi, 3166 (Cihad, 82)Səhih

قَالَ : الْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ وَهْبٍ ، أَخْبَرَنِي عَبْدُ الرَّحْمَنِ بْنُ شُرَيْحٍ ، عَنْ عَبْدِ الْكَرِيمِ بْنِ الْحَارِثِ ، عَنْ أَبِي عُبَيْدَةَ بْنِ عُقْبَةَ ، عَنْ شُرَحْبِيلَ بْنِ السِّمْطِ ، عَنْ سَلْمَانَ الْخَيْرِ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَنْ رَابَطَ يَوْمًا وَلَيْلَةً فِي سَبِيلِ اللهِ كَانَ لَهُ كَأَجْرِ صِيَامِ شَهْرٍ وَقِيَامِهِ ، وَمَنْ مَاتَ مُرَابِطًا أُجْرِيَ لَهُ مِثْلُ ذَلِكَ مِنَ الأَجْرِ ، وَأُجْرِيَ عَلَيْهِ الرِّزْقُ ، وَأَمِنَ مِنَ الْفَتَّانِ.

“Salman əl-Xeyr ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim Allah yolunda sərhəddə bir gün - bir gecə keşik çəkərsə, bir ay oruc tutmuş və bir ay namaz qılmış kimi savab qazanar. Kim də keşik çəkərkən ölsə, eyni savabı qazanar, Allah ona ruzi verər və o, qəbir fitnəsindən əmin olar”.”

Salman əl-Xeyr
Nəsəi, 3167 (Cihad, 83)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ يُوسُفَ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، قَالَ : حَدَّثَنِي أَيُّوبُ بْنُ مُوسَى ، عَنْ مَكْحُولٍ ، عَنْ شُرَحْبِيلَ بْنِ السِّمْطِ ، عَنْ سَلْمَانَ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : مَنْ رَابَطَ فِي سَبِيلِ اللهِ يَوْمًا وَلَيْلَةً كَانَتْ لَهُ كَصِيَامِ شَهْرٍ وَقِيَامِهِ ، فَإِنْ مَاتَ جَرَى عَلَيْهِ عَمَلُهُ الَّذِي كَانَ يَعْمَلُ ، وَأَمِنَ الْفَتَّانَ ، وَأُجْرِيَ عَلَيْهِ رِزْقُهُ.

“Salman əl-Xeyr ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim Allah yolunda sərhəddə bir gün - bir gecə keşik çəkərsə, bir ay oruc tutmuş və bir ay namaz qılmış kimi savab qazanar. Kim də keşik çəkərkən ölsə, əməl dəftəri bağlanmaz, qəbir fitnəsindən əmin olar və Allah ona ruzi verər”.”

Salman
Nəsəi, 3168 (Cihad, 84)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ يُوسُفَ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ زُهْرَةَ بْنِ مَعْبَدٍ ، قَالَ : حَدَّثَنِي أَبُو صَالِحٍ ، مَوْلَى عُثْمَانَ ، قَالَ : سَمِعْتُ عُثْمَانَ بْنَ عَفَّانَ ، رَضِيَ اللَّهُ عَنْهُ يَقُولُ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : رِبَاطُ يَوْمٍ فِي سَبِيلِ اللهِ خَيْرٌ مِنْ أَلْفِ يَوْمٍ فِيمَا سِوَاهُ مِنَ الْمَنَازِلِ.

“Rəvayət edilir ki, Osman ibn Əffan ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Allah yolunda sərhəddə bir gün keşik çəkmək başqa yerlərdə keçirilən min gündən daha xeyirlidir”.”

Osman ibn Əffan
Nəsəi, 3169 (Cihad, 85)Həsən

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِيٍّ ، قَالَ : حَدَّثَنَا ابْنُ الْمُبَارَكِ ، قَالَ : حَدَّثَنَا أَبُو مَعْنٍ ، قَالَ : حَدَّثَنَا زُهْرَةُ بْنُ مَعْبَدٍ ، عَنْ أَبِي صَالِحٍ ، مَوْلَى عُثْمَانَ ، قَالَ : قَالَ عُثْمَانُ بْنُ عَفَّانَ ، رَضِيَ اللَّهُ عَنْهُ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : يَوْمٌ فِي سَبِيلِ اللهِ خَيْرٌ مِنْ أَلْفِ يَوْمٍ فِيمَا سِوَاهُ.

“Rəvayət edilir ki, Osman ibn Əffan ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Allah yolunda sərhəddə bir gün keşik çəkmək başqa yerlərdə keçirilən min günə bərabərdir”.”

Osman ibn Əffan
Nəsəi, 3170 (Cihad, 86)Zəif

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ إِسْحَاقَ بْنِ عَبْدِ اللهِ بْنِ أَبِي طَلْحَةَ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا ذَهَبَ إِلَى قُبَاءَ ، يَدْخُلُ عَلَى أُمِّ حَرَامٍ بِنْتِ مِلْحَانَ فَتُطْعِمُهُ ، وَكَانَتْ أُمُّ حَرَامٍ بِنْتُ مِلْحَانَ تَحْتَ عُبَادَةَ بْنِ الصَّامِتِ ، فَدَخَلَ عَلَيْهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمًا ، فَأَطْعَمَتْهُ وَجَلَسَتْ تَفْلِي رَأْسَهُ ، فَنَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، ثُمَّ اسْتَيْقَظَ وَهُوَ يَضْحَكُ ، قَالَتْ : فَقُلْتُ : مَا يُضْحِكُكَ يَا رَسُولَ اللهِ ؟ قَالَ : نَاسٌ مِنْ أُمَّتِي عُرِضُوا عَلَيَّ ، غُزَاةً فِي سَبِيلِ اللهِ يَرْكَبُونَ ثَبَجَ هَذَا الْبَحْرِ ، مُلُوكٌ عَلَى الأَسِرَّةِ ، أَوْ مِثْلُ الْمُلُوكِ عَلَى الأَسِرَّةِ - شَكَّ إِسْحَاقُ - فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، ادْعُ اللَّهَ أَنْ يَجْعَلَنِي مِنْهُمْ ، فَدَعَا لَهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، ثُمَّ نَامَ - وَقَالَ الْحَارِثُ : فَنَامَ ، ثُمَّ اسْتَيْقَظَ فَضَحِكَ ، فَقُلْتُ لَهُ : مَا يُضْحِكُكَ يَا رَسُولَ اللهِ ؟ قَالَ : نَاسٌ مِنْ أُمَّتِي عُرِضُوا عَلَيَّ غُزَاةً فِي سَبِيلِ اللهِ مُلُوكٌ عَلَى الأَسِرَّةِ ، أَوْ مِثْلُ الْمُلُوكِ عَلَى الأَسِرَّةِ - كَمَا قَالَ فِي الأَوَّلِ - فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، ادْعُ اللَّهَ أَنْ يَجْعَلَنِي مِنْهُمْ ، قَالَ : أَنْتِ مِنَ الأَوَّلِينَ فَرَكِبَتِ الْبَحْرَ فِي زَمَانِ مُعَاوِيَةَ ، فَصُرِعَتْ عَنْ دَابَّتِهَا حِينَ خَرَجَتْ مِنَ الْبَحْرِ ، فَهَلَكَتْ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ Quba'ya getdiyi vaxt Ummu Haram bint Milhanı ziyarət edərdi. O da Allah Elçisinə ﷺ yemək təklif edərdi. Ummu Haram bint Milhan Ubadə ibn əs-Samitlə evlənmişdi. Bir gün Allah Elçisi ﷺ onu ziyarət etdi. O da ona yemək verdi. Allah Elçisi ﷺ başını qoyub orada yatdı. Allah Elçisi ﷺ bir müddət yatdıqdan sonra oyandıqda güldü. Ummu Haram deyir: “Mən dedim: “Ey Allahın Elçisi, səni güldürən nədir?” Allah Elçisi ﷺ buyurdu: “Yuxumda mənə ümmətimdən Allah yolunda vuruşan bəzi kimsələr göstərildi. Onlar padşahların taxtlarına əyləşdiyi kimi dəniz üstündəki vasitələrə əyləşərək və ya padşahlar kimi (şübhə edən ravi İshaqdır) döyüşə gedirdilər”. Mən dedim: “Ey Allahın Elçisi, dua et mən də onlardan olum”. Allah Elçisi ﷺ də dua etdi. Sonra Allah Elçisi ﷺ yenə yuxuya getdi. Oyandıqdan sonra yenə gülümsədi. Mən dedim: “Səni güldürən nədir, ey Allahın Elçisi?” Allah Elçisi ﷺ: “Yuxumda mənə ümmətimdən Allah yolunda vuruşan bəzi kimsələr göstərildi. Onlar quruda gedən miniklərinə taxtına əyləşən padşahlar kimi əyləşərək döyüşə gedirdilər”- buyurdu və əvvəl dediklərini dedi. Mən dedim: “Ey Allahın Elçisi, Allaha dua et ki, məni onlardan etsin”. Allah Elçisi ﷺ buyurdu: “Sən əvvəlkilərdənsən”. (Yəni dənizdə döyüşə gedənlərdənsən). Ravi deyir ki: “Ummu Haram Müaviyənin xəlifəliyi dövründə baş verən dəniz döyüşündə iştirak etdi və dənizdən quruya çıxarkən mindiyi heyvandan yıxılaraq vəfat etdi”.”

Ənəs ibn Malik
Nəsəi, 3171 (Cihad, 87)Səhih

أَخْبَرَنَا يَحْيَى بْنُ حَبِيبِ بْنِ عَرَبِيٍّ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ مُحَمَّدِ بْنِ يَحْيَى بْنِ حَبَّانَ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، عَنْ أُمِّ حَرَامٍ بِنْتِ مِلْحَانَ ، قَالَتْ : أَتَانَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَقَالَ عِنْدَنَا ، فَاسْتَيْقَظَ وَهُوَ يَضْحَكُ ، فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، بَأبِي وَأُمِّي مَا أَضْحَكَكَ ؟ قَالَ : رَأَيْتُ قَوْمًا مِنْ أُمَّتِي يَرْكَبُونَ هَذَا الْبَحْرَ كَالْمُلُوكِ عَلَى الأَسِرَّةِ قُلْتُ : ادْعُ اللَّهَ أَنْ يَجْعَلَنِي مِنْهُمْ ، قَالَ : فَإِنَّكِ مِنْهُمْ ثُمَّ نَامَ ، ثُمَّ اسْتَيْقَظَ وَهُوَ يَضْحَكُ ، فَسَأَلْتُهُ ، فَقَالَ - يَعْنِي مِثْلَ مَقَالَتِهِ ، قُلْتُ : ادْعُ اللَّهَ أَنْ يَجْعَلَنِي مِنْهُمْ ، قَالَ : أَنْتِ مِنَ الأَوَّلِينَ فَتَزَوَّجَهَا عُبَادَةُ بْنُ الصَّامِتِ ، فَرَكِبَ الْبَحْرَ وَرَكِبَتْ مَعَهُ ، فَلَمَّا خَرَجَتْ قُدِّمَتْ لَهَا بَغْلَةٌ ، فَرَكِبَتْهَا ، فَصَرَعَتْهَا فَانْدَقَّتْ عُنُقُهَا.

“Rəvayət edilir ki, Ummu Haram bint Milhan ﵂ demişdir: “Allah Elçisi ﷺ bizə gəlmişdi. Günorta yatdı və gülümsəyərək oyandı. Mən dedim: “Ey Allahın Elçisi! Atam-anam sənə fəda olsun, səni güldürən nədir?” Allah Elçisi ﷺ buyurdu: “Yuxuda ümmətimdən bir dəstənin padşahların taxtlarına əyləşdikləri kimi dəniz vasitələrinə əyləşərək döyüşə getdiklərini gördüm, ona görə gülümsəyirəm”. Mən dedim: “Allaha dua et ki, məni də onlardan etsin”. Allah Elçisi ﷺ dedi: “Sən onlardan olacaqsan”. Sonra yenə yatdı və gülümsəyərək oyandı. Mən ondan nə üçün gülümsədiyini soruşdum. Əvvəlcə dediyi kimi deyərək quruda döyüşənlərdən bəhs etdi. Mən dedim: “Allah dua et ki, məni onlardan etsin”. O buyurdu: “Sən əvvəlkilərdənsən”. Ravi deyir: “Ummu Haram Ubadə ibn əs-Samitin zövcəsi idi. Müaviyənin xəlifəliyi dövründə baş verən dəniz döyüşündə iştirak etmək üçün gəmiyə minənlərlə o da gəmiyə minmişdi. Gəmidən düşərkən minməsi üçün gətirilən qatıra mindi və qatırdan yıxılaraq boynu qırıldı (vəfat etdi)”.”

Ummu Haram bint Milhan
Nəsəi, 3172 (Cihad, 88)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ عُثْمَانَ بْنِ حَكِيمٍ ، قَالَ : حَدَّثَنَا زَكَرِيَّا بْنُ عَدِيٍّ ، قَالَ : حَدَّثَنَا عُبَيْدُ اللهِ بْنُ عَمْرٍو ، عَنْ زَيْدِ بْنِ أَبِي أُنَيْسَةَ ، عَنْ سَيَّارٍ (ح) قَالَ : وَأَنْبَأَنَا هُشَيْمٌ ، عَنْ سَيَّارٍ ، عَنْ جَبْرِ بْنِ عَبِيدَةَ ، وَقَالَ عُبَيْدُ اللهِ : عَنْ جُبَيْرٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : وَعَدَنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ غَزْوَةَ الْهِنْدِ ، فَإِنْ أَدْرَكْتُهَا أُنْفِقْ فِيهَا نَفْسِي وَمَالِي ، فَإِنْ أُقْتَلْ كُنْتُ مِنْ أَفْضَلِ الشُّهَدَاءِ ، وَإِنْ أَرْجِعْ فَأَنَا أَبُو هُرَيْرَةَ الْمُحَرَّرُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ bizə Hindistana yürüş etməyi vəd etmişdi. Əgər o döyüşdə iştirak etsəm, canımı və malımı fəda edəcəyəm. Əgər o döyüşdə şəhid olsam, ən fəzilətli şəhidlərdən olaram. Əgər geri qayıtsam, oddan xilas olan Əbu Hureyra olaram”.”

Əbu Hureyra
Nəsəi, 3173 (Cihad, 89)Zəif

حَدَّثَنِي مُحَمَّدُ بْنُ إِسْمَعِيلَ بْنِ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ ، قَالَ : أَنْبَأَنَا هُشَيْمٌ ، قَالَ : حَدَّثَنَا سَيَّارٌ أَبُو الْحَكَمِ ، عَنْ جَبْرِ بْنِ عَبِيدَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : وَعَدَنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ غَزْوَةَ الْهِنْدِ ، فَإِنْ أَدْرَكْتُهَا أُنْفِقْ فِيهَا نَفْسِي وَمَالِي ، وَإِنْ قُتِلْتُ كُنْتُ أَفْضَلَ الشُّهَدَاءِ ، وَإِنْ رَجَعْتُ فَأَنَا أَبُو هُرَيْرَةَ الْمُحَرَّرُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ bizə Hindistana yürüşü vəd etmişdi. Mən dedim: “Əgər o döyüşdə iştirak etsəm, malımı və canımı fəda edəcəyəm. Əgər o döyüşdə şəhid olsam ən fəzilətli şəhidlərdən olaram. Əgər geri qayıtsam, oddan xilas olan Əbu Hureyra olaram”.”

Əbu Hureyra
Nəsəi, 3174 (Cihad, 90)Zəif

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ عَبْدِ الرَّحِيمِ ، قَالَ : حَدَّثَنَا أَسَدُ بْنُ مُوسَى ، قَالَ : حَدَّثَنَا بَقِيَّةُ ، قَالَ : حَدَّثَنِي أَبُو بَكْرٍ الزُّبَيْدِيُّ ، عَنْ أَخِيهِ مُحَمَّدِ بْنِ الْوَلِيدِ ، عَنْ لُقْمَانَ بْنِ عَامِرٍ ، عَنْ عَبْدِ الأَعْلَى بْنِ عَدِيٍّ الْبَهْرَانِيِّ ، عَنْ ثَوْبَانَ مَوْلَى رَسُولِ اللهِ ، صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : عِصَابَتَانِ مِنْ أُمَّتِي أَحْرَزَهُمَا اللَّهُ مِنَ النَّارِ : عِصَابَةٌ تَغْزُو الْهِنْدَ ، وَعِصَابَةٌ تَكُونُ مَعَ عِيسَى ابْنِ مَرْيَمَ عَلَيْهِمَا السَّلاَم.

“Rəvayət edilir ki, Allah Elçisinin ﷺ köləlikdən azad etdiyi Səvbən ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ümmətimdən iki dəstə var ki, Allah onları Cəhənnəm odundan qorumuşdur. Biri Hindistan yürüşündə iştirak edib döyüşənlər, digəri də Məryəm oğlu İsa ilə birlikdə olanlardır”.”

Səvbən
Nəsəi, 3175 (Cihad, 91)Səhih

أَخْبَرَنَا عِيسَى بْنُ يُونُسَ ، قَالَ : حَدَّثَنَا ضَمْرَةُ ، عَنْ أَبِي زُرْعَةَ السَّيْبَانِيِّ ، عَنْ أَبِي سُكَيْنَةَ ، رَجُلٍ مِنَ الْمُحَرَّرِينَ ، عَنْ رَجُلٍ ، مَنْ أَصْحَابِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لَمَّا أَمَرَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِحَفْرِ الْخَنْدَقِ ، عَرَضَتْ لَهُمْ صَخْرَةٌ حَالَتْ بَيْنَهُمْ وَبَيْنَ الْحَفْرِ ، فَقَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَأَخَذَ الْمِعْوَلَ ، وَوَضَعَ رِدَاءَهُ نَاحِيَةَ الْخَنْدَقِ ، وَقَالَ : {تَمَّتْ كَلِمَةُ رَبِّكَ صِدْقًا وَعَدْلاً ، لاَ مُبَدِّلَ لِكَلِمَاتِهِ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ} ، فَنَدَرَ ثُلُثُ الْحَجَرِ ، وَسَلْمَانُ الْفَارِسِيُّ قَائِمٌ يَنْظُرُ ، فَبَرَقَ مَعَ ضَرْبَةِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَرْقَةٌ ، ثُمَّ ضَرَبَ الثَّانِيَةَ ، وَقَالَ : {تَمَّتْ كَلِمَةُ رَبِّكَ صِدْقًا وَعَدْلاً ، لاَ مُبَدِّلَ لِكَلِمَاتِهِ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ} ، فَنَدَرَ الثُّلُثُ الآخَرُ ، فَبَرَقَتْ بَرْقَةٌ فَرَآهَا سَلْمَانُ ، ثُمَّ ضَرَبَ الثَّالِثَةَ ، وَقَالَ : {تَمَّتْ كَلِمَةُ رَبِّكَ صِدْقًا وَعَدْلاً ، لاَ مُبَدِّلَ لِكَلِمَاتِهِ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ} ، فَنَدَرَ الثُّلُثُ الْبَاقِي ، وَخَرَجَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَأَخَذَ رِدَاءَهُ وَجَلَسَ ، قَالَ سَلْمَانُ : يَا رَسُولَ اللهِ ، رَأَيْتُكَ حِينَ ضَرَبْتَ ، مَا تَضْرِبُ ضَرْبَةً إِلاَّ كَانَتْ مَعَهَا بَرْقَةٌ ، قَالَ لَهُ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : يَا سَلْمَانُ ، رَأَيْتَ ذَلِكَ فَقَالَ : إِي وَالَّذِي بَعَثَكَ بِالْحَقِّ يَا رَسُولَ اللهِ ، قَالَ : فَإِنِّي حِينَ ضَرَبْتُ الضَّرْبَةَ الأُولَى رُفِعَتْ لِي مَدَائِنُ كِسْرَى وَمَا حَوْلَهَا وَمَدَائِنُ كَثِيرَةٌ ، حَتَّى رَأَيْتُهَا بِعَيْنَيَّ قَالَ لَهُ مَنْ حَضَرَهُ مِنْ أَصْحَابِهِ : يَا رَسُولَ اللهِ ، ادْعُ اللَّهَ أَنْ يَفْتَحَهَا عَلَيْنَا وَيُغَنِّمَنَا دِيَارَهُمْ ، وَيُخَرِّبَ بِأَيْدِينَا بِلاَدَهُمْ ، فَدَعَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِذَلِكَ ، ثُمَّ ضَرَبْتُ الضَّرْبَةَ الثَّانِيَةَ ، فَرُفِعَتْ لِي مَدَائِنُ قَيْصَرَ وَمَا حَوْلَهَا ، حَتَّى رَأَيْتُهَا بِعَيْنَيَّ ، قَالُوا : يَا رَسُولَ اللهِ ، ادْعُ اللَّهَ أَنْ يَفْتَحَهَا عَلَيْنَا وَيُغَنِّمَنَا دِيَارَهُمْ ، وَيُخَرِّبَ بِأَيْدِينَا بِلاَدَهُمْ ، فَدَعَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِذَلِكَ ، ثُمَّ ضَرَبْتُ الثَّالِثَةَ ، فَرُفِعَتْ لِي مَدَائِنُ الْحَبَشَةِ وَمَا حَوْلَهَا مِنَ الْقُرَى ، حَتَّى رَأَيْتُهَا بِعَيْنَيَّ ، قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : عِنْدَ ذَلِكَ دَعُوا الْحَبَشَةَ مَا وَدَعُوكُمْ ، وَاتْرُكُوا التُّرْكَ مَا تَرَكُوكُمْ.

“Azadlığa qovuşdurulanlardan Əbu Sukeynə ﵀ Allah Elçisinin ﷺ səhabələrindən bir nəfərin belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ Xəndək döyüşü üçün xəndək qazılmasını əmr etmişdi. Bu xəndəyi qazdıqda onların qarşısına böyük bir qaya parçası çıxdı. Allah Elçisi ﷺ ayağa qalxıb külüngü götürdü, cübbəsini çıxardı və bir kənara qoydu. “Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır. Heç kəs Onun kəlmələrini dəyişə bilməz. O, Eşidəndir, Görəndir” (əl-Ənam, 115) ayəsini oxuyaraq daşa vurdu, daşın üçdəbiri qopdu. Salman əl-Farisi orada dayanıb Allah Elçisinə ﷺ baxırdı. Allah Elçisinin ﷺ qayaya vuruşu ilə şimşək kimi bir qığılcım çıxdı. Sonra ikinci dəfə yenə vurdu və “Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır. Heç kəs Onun kəlmələrini dəyişə bilməz. O, Eşidəndir, Görəndir” (əl-Ənam, 115) ayəsini oxudu, digər üçdəbiri də qırıldı və yenə bir qığılcım çıxdı. Salman da o qığılcımı gördü. Sonra üçüncü dəfə qayaya vurdu və yenə “Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır. Heç kəs Onun kəlmələrini dəyişə bilməz. O, Eşidəndir, Görəndir” (əl-Ənam, 115) ayəsini oxudu və qayanın qalan üçdəbiri də qırıldı. Allah Elçisi ﷺ xəndəkdən çıxdı və cübbəsini götürüb oturdu. Salman dedi: “Ey Allahın Elçisi! Sən hər dəfə daşa vurduqda qığılcım çıxırdı”. Allah Elçisi ﷺ ona buyurdu: “Ey Salman, sən çıxan qığılcımı gördünmü?” Salman dedi: “Səni haqq din ilə göndərən Allaha and olsun ki, gördüm”. Allah Elçisi ﷺ buyurdu: “Qayaya ilk zərbəni vurduğum zaman mənə Kisranın şəhərləri və ətrafındakı bir çox yer göstərildi. Mən onları öz gözlərimlə gördüm”. Səhabələrdən orada olanlar: “Ey Allahın Elçisi! Allaha dua et ki, oraların fəth edilməsini bizə nəsib etsin, oraları bizə qənimət olaraq versin. Onların torpaqlarını bizim əllərimizlə həlak etsin”. Allah Elçisi ﷺ bunun üçün dua etdi sonra buyurdu: “Sonra ikinci zərbəni vurdum və Qeysərin şəhərləri və onların ətrafı mənə göstərildi. Mən onları öz gözlərimlə gördüm”. Oradakılar dedilər: “Ey Allahın Elçisi! Dua et ki, Allah bizə oraların fəthini nəsib etsin, onların məmləkətlərini bizə qənimət olaraq versin və onların məmləkətlərini bizim əlimizlə həlak etsin”. Allah Elçisi ﷺ bunun üçün dua etdi, sonra sözünə davam edərək belə buyurdu: “Üçüncü dəfə qayaya zərbə vurduğum zaman Həbəşistan şəhərləri və ətrafındakı qəsəbələr mənə göstərildi. Mən onları öz gözlərimlə gördüm”. Həmçinin Allah Elçisi ﷺ buyurdu: “Həbəşlilər sizə toxunmadıqca siz də onlara toxunmayın. Türklər sizə toxunmadıqca siz də onlara toxunmayın”.”

Əbu Sukeynə
Nəsəi, 3176 (Cihad, 92)Həsən

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا يَعْقُوبُ ، عَنْ سُهَيْلٍ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لاَ تَقُومُ السَّاعَةُ حَتَّى يُقَاتِلَ الْمُسْلِمُونَ التُّرْكَ قَوْمًا وُجُوهُهُمْ كَالْمَجَانِّ الْمُطْرَقَةِ ، يَلْبَسُونَ الشَّعَرَ ، وَيَمْشُونَ فِي الشَّعَرِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ buyurdu: “Müsəlmanlar türklərlə savaşmadıqca Qiyamət qopmayacaq. O türklər elə bir qövmdür ki, üzləri döymə qalxan kimidir. Onlar tükdən toxunmuş paltarlar geyərlər, ayaqqabıları da tükdən hazırlanmışdır”.”

Əbu Hureyra
Nəsəi, 3177 (Cihad, 93)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ إِدْرِيسَ ، قَالَ : حَدَّثَنَا عُمَرُ بْنُ حَفْصِ بْنِ غِيَاثٍ ، عَنْ أَبِيهِ ، عَنْ مِسْعَرٍ ، عَنْ طَلْحَةَ بْنِ مُصَرِّفٍ ، عَنْ مُصْعَبِ بْنِ سَعْدٍ ، عَنْ أَبِيهِ ، أَنَّهُ ظَنَّ أَنَّ لَهُ فَضْلاً عَلَى مَنْ دُونَهُ مِنْ أَصْحَابِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ نَبِيُّ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنَّمَا يَنْصُرُ اللَّهُ هَذِهِ الأُمَّةَ بِضَعِيفِهَا ، بِدَعْوَتِهِمْ وَصَلاَتِهِمْ وَإِخْلاَصِهِمْ.

“Musab ibn Səd ﵀ rəvayət edir ki, atası Allah Elçisinin ﷺ kasıb səhabələrinə nisbətən özündə bir üstünlüyün olduğunu zənn edirdi. Allahın Peyğəmbəri ﷺ isə belə buyurdu: “Allah bu ümmətə zəiflərinin duaları, namazları və səmimi olmaları səbəbi ilə yardım edir”.”

Musab ibn Səd
Nəsəi, 3178 (Cihad, 94)Səhih

أَخْبَرَنَا يَحْيَى بْنُ عُثْمَانَ ، قَالَ : حَدَّثَنَا عُمَرُ بْنُ عَبْدِ الْوَاحِدِ ، قَالَ : حَدَّثَنَا ابْنُ جَابِرٍ ، قَالَ : حَدَّثَنِي زَيْدُ بْنُ أَرْطَاةَ الْفَزَارِيُّ ، عَنْ جُبَيْرِ بْنِ نُفَيْرٍ الْحَضْرَمِيِّ ، أَنَّهُ سَمِعَ أَبَا الدَّرْدَاءِ ، يَقُولُ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : ابْغُونِي الضَّعِيفَ ، فَإِنَّكُمْ إِنَّمَا تُرْزَقُونَ وَتُنْصَرُونَ بِضُعَفَائِكُمْ.

“Rəvayət edilir ki, Əbu Dərdə ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Mənə zəiflərinizi gətirin! Həqiqətən, siz zəiflərinizin dualarına görə ruzilənir və yardım görürsünüz”.”

Əbu Dərdə
Nəsəi, 3179 (Cihad, 95)Səhih

أَخْبَرَنَا سُلَيْمَانُ بْنُ دَاوُدَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي عَمْرُو بْنُ الْحَارِثِ ، عَنْ بُكَيْرِ بْنِ الأَشَجِّ ، عَنْ بُسْرِ بْنِ سَعِيدٍ ، عَنْ زَيْدِ بْنِ خَالِدٍ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَنْ جَهَّزَ غَازِيًا فِي سَبِيلِ اللهِ ، فَقَدْ غَزَا ، وَمَنْ خَلَفَهُ فِي أَهْلِهِ بِخَيْرٍ ، فَقَدْ غَزَا.

“Rəvayət edilir ki, Zeyd ibn Xalid ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim Allah yolunda döyüşənin təchizatını təmin edərsə, döyüşmüş kimi savab qazanar. Həmçinin kim döyüşə gedənin ailəsinə yaxşılıq edərsə, döyüşmüş kimi savab qazanar”.”

Zeyd ibn Xalid
Nəsəi, 3180 (Cihad, 96)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ مَهْدِيٍّ ، قَالَ : حَدَّثَنَا حَرْبُ بْنُ شَدَّادٍ ، عَنْ يَحْيَى ، عَنْ أَبِي سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ بُسْرِ بْنِ سَعِيدٍ ، عَنْ زَيْدِ بْنِ خَالِدٍ الْجُهَنِيِّ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ جَهَّزَ غَازِيًا ، فَقَدْ غَزَا ، وَمَنْ خَلَفَ غَازِيًا فِي أَهْلِهِ بِخَيْرٍ ، فَقَدْ غَزَا.

“Rəvayət edilir ki, Zeyd ibn Xalid əl-Cuhəni ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim qazinin təchizatını təmin edərsə, döyüşmüş kimi savab qazanar. Həmçinin kim döyüşə gedənin ailəsinə yaxşılıq edərsə, döyüşmüş kimi savab qazanar”.”

Zeyd ibn Xalid əl-Cuhəni
Nəsəi, 3181 (Cihad, 97)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ إِدْرِيسَ ، قَالَ : سَمِعْتُ حُصَيْنَ بْنَ عَبْدِ الرَّحْمَنِ ، يُحَدِّثُ عَنْ عَمْرِو بْنِ جَاوَانَ ، عَنِ الأَحْنَفِ بْنِ قَيْسٍ ، قَالَ : خَرَجْنَا حُجَّاجًا فَقَدِمْنَا الْمَدِينَةَ وَنَحْنُ نُرِيدُ الْحَجَّ ، فَبَيْنَا نَحْنُ فِي مَنَازِلِنَا نَضَعُ رِحَالَنَا ، إِذْ أَتَانَا آتٍ فَقَالَ : إِنَّ النَّاسَ قَدِ اجْتَمَعُوا فِي الْمَسْجِدِ وَفَزِعُوا ، فَانْطَلَقْنَا ، فَإِذَا النَّاسُ مُجْتَمِعُونَ عَلَى نَفَرٍ فِي وَسَطِ الْمَسْجِدِ ، وَفِيهِمْ عَلِيٌّ ، وَالزُّبَيْرُ ، وَطَلْحَةُ ، وَسَعْدُ بْنُ أَبِي وَقَّاصٍ ، فَإِنَّا لَكَذَلِكَ إِذْ جَاءَ عُثْمَانُ ، رَضِيَ اللَّهُ عَنْهُ عَلَيْهِ مُلاَءَةٌ صَفْرَاءُ قَدْ قَنَّعَ بِهَا رَأْسَهُ ، فَقَالَ : أَهَاهُنَا طَلْحَةُ ، أَهَاهُنَا الزُّبَيْرُ ، أَهَاهُنَا سَعْدٌ ، قَالُوا : نَعَمْ ، قَالَ : فَإِنِّي أَنْشُدُكُمْ بِاللَّهِ الَّذِي لاَ إِلَهَ إِلاَّ هُوَ ، أَتَعْلَمُونَ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَنْ يَبْتَاعُ مِرْبَدَ بَنِي فُلاَنٍ ، غَفَرَ اللَّهُ لَهُ فَابْتَعْتُهُ بِعِشْرِينَ أَلْفًا ، أَوْ بِخَمْسَةٍ وَعِشْرِينَ أَلْفًا ، فَأَتَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَأَخْبَرْتُهُ ، فَقَالَ : اجْعَلْهُ فِي مَسْجِدِنَا وَأَجْرُهُ لَكَ ، قَالُوا : اللَّهُمَّ نَعَمْ ، قَالَ : أَنْشُدُكُمْ بِاللَّهِ الَّذِي لاَ إِلَهَ إِلاَّ هُوَ ، أَتَعْلَمُونَ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَنْ ابْتَاعَ بِئْرَ رُومَةَ ، غَفَرَ اللَّهُ لَهُ ، فَابْتَعْتُهَا بِكَذَا وَكَذَا ، فَأَتَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقُلْتُ : قَدْ ابْتَعْتُهَا بِكَذَا وَكَذَا ، قَالَ : اجْعَلْهَا سِقَايَةً لَلْمُسْلِمِينَ وَأَجْرُهَا لَكَ ، قَالُوا : اللَّهُمَّ نَعَمْ ، قَالَ : أَنْشُدُكُمْ بِاللَّهِ الَّذِي لاَ إِلَهَ إِلاَّ هُوَ ، أَتَعْلَمُونَ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَظَرَ فِي وُجُوهِ الْقَوْمِ ، فَقَالَ : مَنْ يُجَهِّزُ هَؤُلاَءِ غَفَرَ اللَّهُ لَهُ - يَعْنِي جَيْشَ الْعُسْرَةِ ، فَجَهَّزْتُهُمْ حَتَّى لَمْ يَفْقِدُوا عِقَالاً وَلاَ خِطَامًا ، فَقَالُوا : اللَّهُمَّ نَعَمْ ، قَالَ : اللَّهُمَّ اشْهَدْ ، اللَّهُمَّ اشْهَدْ ، اللَّهُمَّ اشْهَدْ.

“Rəvayət edilir ki, Əhnəf ibn Qeys ﵀ demişdir: “Biz həcc etmək üçün yola çıxdıq və Mədinəyə gəldik. Məqsədimiz sadəcə həcc etmək idi. Düşərgə saldığımız yerdə yüklərimizi boşaldarkən bir nəfər gəlib dedi: “Camaat məsciddə toplanıb və narahatlıq var”. Biz məscidə getdik. Camaat məscidin ortasında toplaşmışdı. Onların arasında Əli, əz-Zubeyr, Təlhə və Səd ibn Əbu Vaqqas da var idi. Biz bu vəziyyətdə olduqda Osman ﵁ gəldi. Sarı bir örtüyə bürünüb örtüyün bir parçası ilə başını örtmüşdü və belə dedi: “Təlhə buradadırmı? əz-Zubeyr buradadırmı? Səd buradadırmı?” Orada: “Bəli” dedilər. Osman dedi: “Özündən başqa ibadətə layiq məbud olmayan Allah üçün deyin, Allah Elçisinin ﷺ: “Kim filankəsin oğullarının xurma qurutma yerini alarsa Allah onu bağışlayar” buyurduğunu bilirsinizmi? Mən də oranı iyirmi və ya iyirmi beş minə aldım. Mən Allah Elçisinin ﷺ yanına gəlib vəziyyəti ona danışdım. O da buyurdu: “Onu məscidimizə bağışla, savabı sənindir”. Orada olanlar dedilər: “Allah şahidimizdir ki, doğru deyirsən”. Osman sözlərinə davam edərək: “Özündən başqa ibadətə layiq məbud olmayan Allah üçün deyin, Allah Elçisinin ﷺ: “Kim Rumə quyusunu alıb müsəlmanlara vəqf edərsə, Allah onu bağışlayar”- buyurduğunu bilirsinizmi? Mən də o quyunu bu qədər və bu qədər qiymətə aldım. Allah Elçisinin ﷺ yanına gəlib: “Rumə quyusunu bu qədər qiymətə aldım” dedim. O da buyurdu: “Onu müsəlmanların su ehtiyacları üçün vəqf et, savabı sənindir”. Orada olanlar: “Allah şahidimiz olsun ki, sən doğru deyirsən”- dedilər”. Osman sözlərinə davam edərək dedi: “Özündən başqa ibadətə layiq məbud olmayan Allah üçün deyin, Allah Elçisinin ﷺ səhabələrinə xitab edərək: “Kim bu ordunu təchiz edərsə, Allah onu əfv edər” buyurduğunu bilirsinizmi? Mən də, “Ceyşul-Usra” ordusunu cilov və iplərinə qədər təchiz etmişdim”. Orada olanlar: “Allah şahidimiz olsun ki, doğru deyirsən”. Osman da: “Allahım şahid ol, Allahım şahid ol, Allahım şahid ol!”- dedi”.”

Əhnəf ibn Qeys
Nəsəi, 3182 (Cihad, 98)Zəif

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ حُمَيْدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَنْ أَنْفَقَ زَوْجَيْنِ فِي سَبِيلِ اللهِ عَزَّ وَجَلَّ ، نُودِيَ فِي الْجَنَّةِ : يَا عَبْدَ اللهِ هَذَا خَيْرٌ ، فَمَنْ كَانَ مِنْ أَهْلِ الصَّلاَةِ ، دُعِيَ مِنْ بَابِ الصَّلاَةِ ، وَمَنْ كَانَ مِنْ أَهْلِ الْجِهَادِ دُعِيَ مِنْ بَابِ الْجِهَادِ ، وَمَنْ كَانَ مِنْ أَهْلِ الصَّدَقَةِ دُعِيَ مِنْ بَابِ الصَّدَقَةِ ، وَمَنْ كَانَ مِنْ أَهْلِ الصِّيَامِ دُعِيَ مِنْ بَابِ الرَّيَّانِ فَقَالَ أَبُو بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ : هَلْ عَلَى مَنْ دُعِيَ مِنْ هَذِهِ الأَبْوَابِ مِنْ ضَرُورَةٍ ، فَهَلْ يُدْعَى أَحَدٌ مِنْ هَذِهِ الأَبْوَابِ كُلِّهَا ؟ قَالَ : نَعَمْ ، وَأَرْجُو أَنْ تَكُونَ مِنْهُمْ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim Allah ﷿ yolunda hər cür maldan qoşa sədəqə verərsə, Cənnət keşikçiləri belə nida edər: “Ey Allah bəndəsi, bu daha xeyirlidir”. Kim namaz əhlindən olarsa (çox namaz qılarsa), namaz qapısından çağırılar. Kim cihad əhlindən olarsa, cihad qapısından çağırılar. Kim sədəqə əhlindən olarsa, sədəqə qapısından çağırılar. Kim çox oruc tutan olarsa, Rəyyan adlı qapıdan çağırılar”. Bu vaxt Əbu Bəkr əs-Siddiq ﵁ dedi: “Bu qapılardan çağırılanların heç bir sıxıntı keçirməyəcəkləri bəllidir. Bəs bu qapıların hamısından çağırılan bir kimsə olacaqmı?” Allah Elçisi ﷺ dedi: “Bəli və mən ümid edirəm ki, sən onlardan olacaqsan”.”

Əbu Hureyra
Nəsəi, 3183 (Cihad, 99)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عُثْمَانَ ، قَالَ : حَدَّثَنَا بَقِيَّةُ ، عَنِ الأَوْزَاعِيِّ ، قَالَ : حَدَّثَنِي يَحْيَى ، عَنْ مُحَمَّدِ بْنِ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا أَبُو سَلمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ أَنْفَقَ زَوْجَيْنِ فِي سَبِيلِ اللهِ دَعَتْهُ خَزَنَةُ الْجَنَّةِ مِنْ أَبْوَابِ الْجَنَّةِ : يَا فُلاَنُ ، هَلُمَّ فَادْخُلْ فَقَالَ أَبُو بَكْرٍ : يَا رَسُولَ اللهِ ، ذَاكَ الَّذِي لاَ تَوَى عَلَيْهِ ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنِّي لأَرْجُو أَنْ تَكُونَ مِنْهُمْ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: "Kim Allah yolunda qoşa sədəqə verərsə, Cənnət xəzinədarları Cənnətin qapılarından: “Ey filankəs, gəl, buradan gir” deyərək səslənərlər”. Əbu Bəkr dedi: “Ey Allahın Elçisi! Bir nəfər bütün qapılardan çağırıla bilərmi?” Allah Elçisi ﷺ buyurdu: “Sənin onlardan olacağını ümid edirəm”.”

Əbu Hureyra
Nəsəi, 3184 (Cihad, 100)Səhih

أَخْبَرَنَا إِسْمَعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا بِشْرُ بْنُ الْمُفَضَّلِ ، عَنْ يُونُسَ ، عَنِ الْحَسَنِ ، عَنْ صَعْصَعَةَ بْنِ مُعَاوِيَةَ ، قَالَ : لَقِيتُ أَبَا ذَرٍّ ، قَالَ : قُلْتُ : حَدِّثْنِي ، قَالَ : نَعَمْ ، قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَا مِنْ عَبْدٍ مُسْلِمٍ يُنْفِقُ مِنْ كُلِّ مَالٍ لَهُ زَوْجَيْنِ فِي سَبِيلِ اللهِ ، إِلاَّ اسْتَقْبَلَتْهُ حَجَبَةُ الْجَنَّةِ كُلُّهُمْ يَدْعُوهُ إِلَى مَا عِنْدَهُ قُلْتُ : وَكَيْفَ ذَلِكَ ؟ قَالَ : إِنْ كَانَتْ إِبِلاً ، فَبَعِيرَيْنِ ، وَإِنْ كَانَتْ بَقَرًا ، فَبَقَرَتَيْنِ.

“Rəvayət edilir ki, Sa'saə ibn Müaviyə ﵀ demişdir: “Əbu Zərlə qarşılaşdım və ona dedim: “Mənə bir hədis danış!” O dedi: “Yaxşı. Allah Elçisi ﷺ belə buyurmuşdur: “Müsəlman bir bəndə hər cür var-dövlətindən Allah yolunda qoşa sədəqə verərsə, Cənnət gözətçiləri onu qarşılayar və hər biri özünün dayandığı qapıdan onu dəvət edərlər”. Mən dedim: “Qoşa sədəqə necə olur?” Əbu Zərr dedi: “Dəvəsi varsa, iki dəvə, inəyi varsa, iki inək”.”

Sa'saə ibn Müaviyə
Nəsəi, 3185 (Cihad, 101)Səhih

أَخْبَرَنَا أَبُو بَكْرِ بْنُ أَبِي النَّضْرِ ، قَالَ : حَدَّثَنَا أَبُو النَّضْرِ ، قَالَ : حَدَّثَنَا عُبَيْدُ اللهِ الأَشْجَعِيُّ ، عَنْ سُفْيَانَ الثَّوْرِيِّ ، عَنِ الرُّكَيْنِ الْفَزَارِيِّ ، عَنْ أَبِيهِ ، عَنْ يُسَيْرِ ابْنِ عَمِيلَةَ ، عَنْ خُرَيْمِ بْنِ فَاتِكٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ أَنْفَقَ نَفَقَةً فِي سَبِيلِ اللهِ كُتِبَتْ لَهُ بِسَبْعِ مِئَةِ ضِعْفٍ.

“Rəvayət edilir ki, Xureym ibn Fatik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim Allah yolunda bir şey xərcləsə, ona yeddi yüz qat savab yazılar”.”

Xureym ibn Fatik
Nəsəi, 3186 (Cihad, 102)Səhih

أَخْبَرَنَا بِشْرُ بْنُ خَالِدٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ سُلَيْمَانَ ، قَالَ : سَمِعْتُ أَبَا عَمْرٍو الشَّيْبَانِيَّ ، عَنْ أَبِي مَسْعُودٍ ، أَنَّ رَجُلاً تَصَدَّقَ بِنَاقَةٍ مَخْطُومَةٍ فِي سَبِيلِ اللهِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لَيَأْتِيَنَّ يَوْمَ الْقِيَامَةِ بِسَبْعِ مِئَةِ نَاقَةٍ مَخْطُومَةٍ.

“Əbu Məsud ﵁ rəvayət edir ki, bir kişi Allah yolunda yəhərli dişi bir dəvə sədəqə etdi. Allah Elçisi ﷺ buyurdu: “O adam Qiyamət günü yeddi yüz dənə yəhərli dişi dəvə ilə gələcəkdir”.”

Əbu Məsud
Nəsəi, 3187 (Cihad, 103)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عُثْمَانَ ، قَالَ : حَدَّثَنَا بَقِيَّةُ ، عَنْ بَحِيرٍ ، عَنْ خَالِدٍ ، عَنْ أَبِي بَحْرِيَّةَ ، عَنْ مُعَاذِ بْنِ جَبَلٍ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ : الْغزْوُ غَزْوَانِ ، فَأَمَّا مَنْ ابْتَغَى وَجْهَ اللهِ ، وَأَطَاعَ الإِمَامَ ، وَأَنْفَقَ الْكَرِيمَةَ ، وَيَاسَرَ الشَّرِيكَ ، وَاجْتَنَبَ الْفَسَادَ ، كَانَ نَوْمُهُ وَنُبْهُهُ أَجْرًا كُلُّهُ ، وَأَمَّا مَنْ غَزَا رِيَاءً ، وَسُمْعَةً ، وَعَصَى الإِمَامَ ، وَأَفْسَدَ فِي الأَرْضِ ، فَإِنَّهُ لاَ يَرْجِعُ بِالْكَفَافِ.

“Muaz ibn Cəbəl ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Müharibə iki cürdür: “Kim Allahın razılığını qazanmaq istəyər, başçısına itaət edər, dəyərli malını bu yolda xərcləyər, yoldaşına kömək edər və fitnə-fəsaddan çəkinərsə, bu kimsə yuxuda da, oyaq olanda da savab qazanar. Kim də riyakarlıq edərək döyüşər, eşitdirər, başçısına asi olar və yer üzündə fitnə-fəsad törədərsə, etdiklərinin qarşılığını mütləq görər”.”

Muaz ibn Cəbəl
Nəsəi, 3188 (Cihad, 104)Həsən

أَخْبَرَنَا حُسَيْنُ بْنُ حُرَيْثٍ ، وَمَحْمُودُ بْنُ غَيْلاَنَ ، وَاللَّفْظُ لِحُسَيْنٍ ، قَالاَ : حَدَّثَنَا وَكِيعٌ ، عَنْ سُفْيَانَ ، عَنْ عَلْقَمَةَ بْنِ مَرْثَدٍ ، عَنْ سُلَيْمَانَ بْنِ بُرَيْدَةَ ، عَنْ أَبِيهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : حُرْمَةُ نِسَاءِ الْمُجَاهِدِينَ عَلَى الْقَاعِدِينَ كَحُرْمَةِ أُمَّهَاتِهِمْ ، وَمَا مِنْ رَجُلٍ يَخْلُفُ فِي امْرَأَةِ رَجُلٍ مِنَ الْمُجَاهِدِينَ فَيَخُونُهُ فِيهَا ، إِلاَّ وُقِفَ لَهُ يَوْمَ الْقِيَامَةِ ، فَأَخَذَ مِنْ عَمَلِهِ مَا شَاءَ ، فَمَا ظَنُّكُمْ.

“Süleyman ibn Bureydə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah yolunda cihad edənlərin qadınlarının hörməti cihada getməyənlər üçün onların analarının hörməti kimidir. Kim mücahidlərdən birinin qadınına baxmaqla məsul olar, lakin ona xəyanət edərsə, Qiyamət günü həmin mücahidin qarşısında dayandırılacaq və həmin mücahid onun savablarından istədiyi qədərini götürəcək. Bu haqda nə düşünürsünüz?!””

Süleyman ibn Bureydə atasından
Nəsəi, 3189 (Cihad, 105)Səhih

أَخْبَرَنِي هَارُونُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا حَرَمِيُّ بْنُ عُمَارَةَ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَلْقَمَةَ بْنِ مَرْثَدٍ ، عَنْ سُلَيْمَانَ بْنِ بُرَيْدَةَ ، عَنْ أَبِيهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : حُرْمَةُ نِسَاءِ الْمُجَاهِدِينَ عَلَى الْقَاعِدِينَ كَحُرْمَةِ أُمَّهَاتِهِمْ ، وَإِذَا خَلَفَهُ فِي أَهْلِهِ فَخَانَهُ ، قِيلَ لَهُ يَوْمَ الْقِيَامَةِ : هَذَا خَانَكَ فِي أَهْلِكَ فَخُذْ مِنْ حَسَنَاتِهِ مَا شِئْتَ ، فَمَا ظَنُّكُمْ.

“Süleyman ibn Bureydə atasından ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Allah yolunda cihad edənlərin qadınlarının hörməti cihada getməyənlər üçün onların analarının hörməti kimidir. Kim mücahidlərdən birinin qadınına baxmaqla məsul olar, lakin ona xəyanət edərsə, Qiyamət günü həmin mücahidə belə deyiləcək: “Bu, sənə ailən məsələsində xəyanət etmişdir. Onun yaxşılıqlarından istədiyin qədər götür”. Bu haqda nə zənn edirsiniz?!””

Süleyman ibn Bureydə atasından
Nəsəi, 3190 (Cihad, 106)Səhih

أَخْبَرَنَا عَبْدُ اللهِ بْنُ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : حَدَّثَنَا قَعْنَبٌ ، كُوفِيٌّ ، عَنْ عَلْقَمَةَ بْنِ مَرْثَدٍ ، عَنْ ابْنِ بُرَيْدَةَ ، عَنْ أَبِيهِ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : حُرْمَةُ نِسَاءِ الْمُجَاهِدِينَ عَلَى الْقَاعِدِينَ فِي الْحُرْمَةِ كَأُمَّهَاتِهِمْ ، وَمَا مِنْ رَجُلٍ مِنَ الْقَاعِدِينَ يَخْلُفُ رَجُلاً مِنَ الْمُجَاهِدِينَ فِي أَهْلِهِ إِلاَّ نُصِبَ لَهُ يَوْمَ الْقِيَامَةِ ، فَيُقَالُ : يَا فُلاَنُ ، هَذَا فُلاَنٌ فَخُذْ مِنْ حَسَنَاتِهِ مَا شِئْتَ ، ثُمَّ الْتَفَتَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى أَصْحَابِهِ فَقَالَ : مَا ظَنُّكُمْ تُرَوْنَ يَدَعُ لَهُ مِنْ حَسَنَاتِهِ شَيْئًا.

“Süleyman ibn Bureydə atasından ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Allah yolunda cihad edənlərin qadınlarının hörməti cihada getməyənlər üçün onların analarının hörməti kimidir. Kim mücahidlərdən birinin qadınına baxmaqla məsul olar, lakin ona xəyanət edərsə, Qiyamət günü həmin mücahidin qarşısında dayandırılacaq və həmin mücahidə belə deyiləcək: “Ey filankəs! Bu, filankəsdir. Onun yaxşılıqlarından istədiyin qədər götür”. Sonra Peyğəmbər ﷺ səhabələrinə tərəf dönərək buyurdu: “Bu haqda nə zənn edirsiniz?! Onun savabından qalmağa bir şey qoyacaqmı?””

İbn Bureydə atasından
Nəsəi, 3191 (Cihad, 107)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ حُمَيْدٍ ، عَنْ أَنَسٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : جَاهِدُوا بِأَيْدِيكُمْ وَأَلْسِنَتِكُمْ وَأَمْوَالِكُمْ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Düşmənlərinizə qarşı əllərinizlə, dillərinizlə və mallarınızla mübarizə aparın”.”

Ənəs
Nəsəi, 3192 (Cihad, 108)Səhih

أَخْبَرَنَا أَبُو مُحَمَّدٍ مُوسَى بْنُ مُحَمَّدٍ هُوَ الشَّامِيُّ ، قَالَ : حَدَّثَنَا مَيْمُونُ بْنُ الأَصْبَغِ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ، قَالَ : أَنْبَأَنَا شَرِيكٌ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنِ الْقَاسِمِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ أَبِيهِ ، عَنْ عَبْدِ اللهِ ، رَضِيَ اللَّهُ عَنْهُ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ أَمَرَ بِقَتْلِ الْحَيَّاتِ وَقَالَ : مَنْ خَافَ ثَأْرَهُنَّ فَلَيْسَ مِنَّا.

“Abdullah ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ ilanların öldürülməsini əmr etdi və buyurdu: “Kim ilanlardan intiqam almaqdan qorxarsa, bizdən deyil”.”

Abdullah
Nəsəi, 3193 (Cihad, 109)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا جَعْفَرُ بْنُ عَوْنٍ ، عَنْ أَبِي عُمَيْسٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَبْدِ اللهِ بْنِ جَبْرٍ ، عَنْ أَبِيهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَادَ جَبْرًا ، فَلَمَّا دَخَلَ سَمِعَ النِّسَاءَ يَبْكِينَ وَيَقُلْنَ : كُنَّا نَحْسَبُ وَفَاتَكَ قَتْلاً فِي سَبِيلِ اللهِ ، فَقَالَ : وَمَا تَعُدُّونَ الشَّهَادَةَ إِلاَّ مَنْ قُتِلَ فِي سَبِيلِ اللهِ ، إِنَّ شُهَدَاءَكُمْ إِذًا لَقَلِيلٌ ، الْقَتْلُ فِي سَبِيلِ اللهِ شَهَادَةٌ ، وَالْبَطْنُ شَهَادَةٌ ، وَالْحَرَقُ شَهَادَةٌ ، وَالْغَرَقُ شَهَادَةٌ ، وَالْمَغْمُومُ - يَعْنِي الْهَدِمَ - شَهَادَةٌ ، وَالْمَجْنُونُ شَهَادَةٌ ، وَالْمَرْأَةُ تَمُوتُ بِجُمْعٍ شَهِيدَةٌ ، قَالَ رَجُلٌ : أَتَبْكِينَ وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَاعِدٌ ؟ قَالَ : دَعْهُنَّ ، فَإِذَا وَجَبَ فَلاَ تَبْكِيَنَّ عَلَيْهِ بَاكِيَةٌ.

“Abdullah ibn Abdullah ibn Cəbr atasından ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Cəbri ziyarət etmişdi. İçəri girəndə qadınların ağladığını və belə dediklərini eşitdi: “Biz sənin Allah yolunda şəhid olduğunu sanmışdıq”. Allah Elçisi ﷺ buyurdu: “Siz şəhidliyi yalnız Allah yolunda öldürülməkmi sayırsınız? Belə olsa şəhidlər azdır. Allah yolunda öldürülən şəhiddir; qarın xətəliyindən ölən şəhiddir; yanaraq ölən şəhiddir; boğularaq ölən şəhiddir; dağıntı altında qalaraq ölən şəhiddir; dəli olaraq ölən şəhiddir; hamilə olaraq ölən şəhiddir”. Bir kişi dedi: “Allah Elçisi ﷺ yanımızda olduğu zaman hələ də ağlayırsınız?” Allah Elçisi ﷺ buyurdu: “Onlardan əl çək! Ölüm gəldikdən sonra ağlamayacaqlar”.”

Abdullah ibn Abdullah ibn Cəbr atasından
Nəsəi, 3194 (Cihad, 110)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ يَحْيَى ، قَالَ : حَدَّثَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا دَاوُدُ يَعْنِي الطَّائِيَّ ، عَنْ عَبْدِ الْمَلِكِ بْنِ عُمَيْرٍ ، عَنْ جَبْرٍ ، أَنَّهُ دَخَلَ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى مَيِّتٍ ، فَبَكَى النِّسَاءُ فَقَالَ جَبْرٌ : أَتَبْكِينَ مَا دَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَالِسًا ، قَالَ : دَعْهُنَّ يَبْكِينَ مَا دَامَ بَيْنَهُنَّ ، فَإِذَا وَجَبَ فَلاَ تَبْكِيَنَّ بَاكِيَةٌ.

“Rəvayət edilir ki, Cəbr ﵁ Allah Elçisi ﷺ ilə birlikdə vəfat edən bir adamın evinə girdi. Onun qadınları ağlayırdılar. Cəbr dedi: “Allah Elçisi ﷺ yanımızda oturduğu halda hələ də ağlayırsınız?” Allah Elçisi ﷺ buyurdu: “Onlardan əl çək! Ölüm gəldikdən sonra ağlamayacaqlar”.”

Cəbr
Nəsəi, 3195 (Cihad, 111)Səhih

أَخْبَرَنَا عِمْرَانُ بْنُ بَكَّارِ بْنِ رَاشِدٍ ، قَالَ : حَدَّثَنَا أَبُو الْيَمَانِ ، قَالَ : أَنْبَأَنَا شُعَيْبٌ ، عَنِ الزُّهْرِيِّ ، قَالَ : أَخْبَرَنِي عُرْوَةُ بْنُ الزُّبَيْرِ ، عَنْ عَائِشَةَ : أَنَّ أَبَا حُذَيْفَةَ بْنَ عُتْبَةَ بْنِ رَبِيعَةَ بْنِ عَبْدِ شَمْسٍ ، وَكَانَ مِمَّنْ شَهِدَ بَدْرًا مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، تَبَنَّى سَالِمًا وَأَنْكَحَهُ ابْنَةَ أَخِيهِ هِنْدَ بِنْتَ الْوَلِيدِ بْنِ عُتْبَةَ بْنِ رَبِيعَةَ بْنِ عَبْدِ شَمْسٍ ، وَهُوَ مَوْلًى لاِمْرَأَةٍ مِنَ الأَنْصَارِ ، كَمَا تَبَنَّى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ زَيْدًا ، وَكَانَ مَنْ تَبَنَّى رَجُلاً فِي الْجَاهِلِيَّةِ ، دَعَاهُ النَّاسُ ابْنَهُ ، فَوَرِثَ مِنْ مِيرَاثِهِ ، حَتَّى أَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ فِي ذَلِكَ {ادْعُوهُمْ لِآبَائِهِمْ هُوَ أَقْسَطُ عِنْدَ اللهِ فَإِنْ لَمْ تَعْلَمُوا آبَاءَهُمْ فَإِخْوَانُكُمْ فِي الدِّينِ وَمَوَالِيكُمْ} فَمَنْ لَمْ يُعْلَمْ لَهُ أَبٌ كَانَ مَوْلًى وَأَخًا فِي الدِّينِ مُخْتَصَرٌ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ ilə Bədr döyüşündə iştirak etmiş Əbu Huzeyfə ibn Utbə ibn Rabia ibn Abdi Şəmsi Bəni Səlim tayfası oğulluğa götürmüşdü. Onu qardaşı qızı Hind bint əl-Vəlid ibn Utbə ibn Rabia ibn Abdi Şəms ilə evləndirmişdi. Səlim ənsardan bir qadının azad etdiyi kölə idi. Eynilə Allah Elçisinin ﷺ Zeydi oğulluğa götürdüyü kimi. Cahiliyyət dövründə kim bir kəsi oğulluğa götürürdüsə, onu oğulluğa götürənin oğlu kimi çağırır, onların mirasına sahib olurdu. Nəhayət, Allah ﷿ bu barədə ayə nazil etdi: “(Oğulluğa götürdüyünüz uşaqları) öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir. Atalarını tanımasanız, onlar sizin din qardaşlarınız və yaxınlarınızdır...” (əl-Əhzab, 5). Kimin atası bilinmirdisə, o, din qardaşınız və yaxınınızdır”.”

Aişə
Nəsəi, 3223 (Nikah, 28)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ نَصْرٍ ، قَالَ : حَدَّثَنَا أَيُّوبُ بْنُ سُلَيْمَانَ بْنِ بِلاَلٍ ، قَالَ : حَدَّثَنِي أَبُو بَكْرِ بْنُ أَبِي أُوَيْسٍ ، عَنْ سُلَيْمَانَ بْنِ بِلاَلٍ ، قَالَ : قَالَ يَحْيَى ، يَعْنِي ابْنَ سَعِيدٍ ، وَأَخْبَرَنِي ابْنُ شِهَابٍ ، قَالَ : حَدَّثَنِي عُرْوَةُ بْنُ الزُّبَيْرِ ، وَابْنُ عَبْدِ اللهِ بْنِ رَبِيعَةَ ، عَنْ عَائِشَةَ ، زَوْجِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، وَأُمِّ سَلَمَةَ ، زَوْجِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أَنَّ أَبَا حُذَيْفَةَ بْنَ عُتْبَةَ بْنِ رَبِيعَةَ بْنِ عَبْدِ شَمْسٍ ، وَكَانَ مِمَّنْ شَهِدَ بَدْرًا مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، تَبَنَّى سَالِمًا وَهُوَ مَوْلًى لاِمْرَأَةٍ مِنَ الأَنْصَارِ ، كَمَا تَبَنَّى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ زَيْدَ بْنَ حَارِثَةَ وَأَنْكَحَ أَبُو حُذَيْفَةَ بْنُ عُتْبَةَ سَالِمًا ابْنَةَ أَخِيهِ هِنْدَ ابْنَةَ الْوَلِيدِ بْنِ عُتْبَةَ بْنِ رَبِيعَةَ ، وَكَانَتْ هِنْدُ بِنْتُ الْوَلِيدِ بْنِ عُتْبَةَ مِنَ الْمُهَاجِرَاتِ الأُوَلِ ، وَهِيَ يَوْمَئِذٍ مِنْ أَفْضَلِ أَيَامَى قُرَيْشٍ ، فَلَمَّا أَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ فِي زَيْدِ بْنِ حَارِثَةَ {ادْعُوهُمْ لِآبَائِهِمْ هُوَ أَقْسَطُ عِنْدَ اللَّهِ} رُدَّ كُلُّ أَحَدٍ يَنْتَمِي مِنْ أُولَئِكَ إِلَى أَبِيهِ ، فَإِنْ لَمْ يَكُنْ يُعْلَمُ أَبُوهُ ، رُدَّ إِلَى مَوَالِيهِ.

“Peyğəmbərin ﷺ zövcələrindən Aişə və Ummu Sələmə ﵄ rəvayət edirlər ki, Allah Elçisi ﷺ ilə Bədr döyüşündə iştirak etmiş Əbu Huzeyfə ibn Utbə ibn Rabia ibn Abdi Şəms Allah Elçisinin ﷺ Zeyd ibn Harisəni övladlığa götürdüyü kimi ənsardan olan bir qadının köləsi olan Səlimi övladlığa götürmüşdü. Əbu Huzeyfə Səlimi qardaşının qızı Hind bint Vəlid ibn Utbə ibn Rabia ilə evləndirmişdi. Bu qadın ilk hicrət edən və Qureyşin zadəgan qadınlarından biri idi. Allah ﷿ Zeyd ibn Harisə haqqında “(Oğulluğa götürdüyünüz uşaqları) öz atalarının adları ilə çağırın” (əl-Əhzab, 5) ayəsini nazil etdikdə övladlığa götürülən hər bir uşaq öz atasının adı ilə çağırılmağa (atasına mənsub olunmağa) başladı. Əgər ataları bilinməzdisə, dində qardaş və dost olardılar”.”

Aişə və Ummu Sələmə
Nəsəi, 3224 (Nikah, 29)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ الرَّزَّاقِ ، قَالَ : أَنْبَأَنَا مَعْمَرٌ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَالِمٍ ، عَنْ ابْنِ عُمَرَ ، عَنْ عُمَرَ ، قَالَ : تَأَيَّمَتْ حَفْصَةُ بِنْتُ عُمَرَ مِنْ خُنَيْسٍ ، يَعْنِي ابْنَ حُذَافَةَ ، وَكَانَ مِنْ أَصْحَابِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، مِمَّنْ شَهِدَ بَدْرًا ، فَتُوُفِّيَ بِالْمَدِينَةِ ، فَلَقِيتُ عُثْمَانَ بْنَ عَفَّانَ فَعَرَضْتُ عَلَيْهِ حَفْصَةَ ، فَقُلْتُ : إِنْ شِئْتَ أَنْكَحْتُكَ حَفْصَةَ ، فَقَالَ : سَأَنْظُرُ فِي ذَلِكَ ، فَلَبِثْتُ لَيَالِيَ فَلَقِيتُهُ ، فَقَالَ : مَا أُرِيدُ أَنْ أَتَزَوَّجَ يَوْمِي هَذَا ، قَالَ عُمَرُ : فَلَقِيتُ أَبَا بَكْرٍ الصِّدِّيقَ ، رَضِيَ اللَّهُ عَنْهُ فَقُلْتُ : إِنْ شِئْتَ أَنْكَحْتُكَ حَفْصَةَ ، فَلَمْ يَرْجِعْ إِلَيَّ شَيْئًا ، فَكُنْتُ عَلَيْهِ أَوْجَدَ مِنِّي عَلَى عُثْمَانَ رَضِيَ اللَّهُ عَنْهُ ، فَلَبِثْتُ لَيَالِيَ ، فَخَطَبَهَا إِلَيَّ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَأَنْكَحْتُهَا إِيَّاهُ ، فَلَقِيَنِي أَبُو بَكْرٍ فَقَالَ : لَعَلَّكَ وَجَدْتَ عَلَيَّ حِينَ عَرَضْتَ عَلَيَّ حَفْصَةَ ، فَلَمْ أَرْجِعْ إِلَيْكَ شَيْئًا ، قُلْتُ : نَعَمْ ، قَالَ : فَإِنَّهُ لَمْ يَمْنَعْنِي حِينَ عَرَضْتَ عَلَيَّ أَنْ أَرْجِعَ إِلَيْكَ شَيْئًا ، إِلاَّ أَنِّي سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَذْكُرُهَا ، وَلَمْ أَكُنْ لأُفْشِيَ سِرَّ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، وَلَوْ تَرَكَهَا نَكَحْتُهَا.

“Rəvayət edilir ki, Ömər ﵁ demişdir: “Qızım Həfsa Xuneys ibn Huzafadan dul qalmışdı. O, Peyğəmbərin ﷺ səhabəsi və Bədr döyüşündə iştirak edənlərdən idi. Mədinədə vəfat etmişdi. Mən Osman ibn Əffan ilə qarşılaşdım və qızım Həfsanı evlənmək üçün ona təklif edərək dedim: “İstəyirsənsə, Həfsanı səninlə evləndirim”. Osman dedi: “Bir az fikirləşərəm”. Bir neçə gecədən sonra onunla yenidən qarşılaşdım. O dedi: “Bugünlük hələ evlənmək istəmirəm”. Sonra Əbu Bəkr əs-Siddiq ﵁ ilə qarşılaşdım və dedim: “İstəyirsənsə, Həfsanı səninlə evləndirim”. O mənə heç nə demədi. Mən Osmana ﵁ qəzəbləndiyimdən daha çox ona qəzəbləndim. Bir neçə gecə keçdikdən sonra Allah Elçisi ﷺ Həfsa ilə evlənmək üçün onu məndən istədi. Mən də onu Həfsa ilə evləndirdim. Bu arada Əbu Bəkr ilə qarşılaşdım. O dedi: “Həfsanı evlənmək üçün mənə təklif etdikdə mənim cavab verməməyimə, yəqin ki, qəzəblənmisən”. Mən də: “Bəli” dedim. Əbu Bəkr dedi: “Sən mənə qızını vermək istəyəndə Allah Elçisinin ﷺ sənin qızını istəyəcəyini bilmişdim, lakin Allah Elçisinin ﷺ sirrini açmaq istəmədim. Əgər o bu fikirdən daşınsaydı, sənin qızını mən alardım”.”

Ömər
Nəsəi, 3248 (Nikah, 53)Səhih

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرِ بْنِ إِيَاسِ بْنِ مُقَاتِلِ بْنِ مُشَمْرِخِ بْنِ خَالِدٍ ، قَالَ : حَدَّثَنَا إِسْمَعِيلُ بْنُ إِبْرَاهِيمَ ، عَنْ أَيُّوبَ ، وَابْنِ عَوْنٍ ، وَسَلَمَةَ بْنِ عَلْقَمَةَ ، وَهِشَامِ بْنِ حَسَّانَ - دَخَلَ حَدِيثُ بَعْضِهِمْ فِي بَعْضٍ ، عَنْ مُحَمَّدِ بْنِ سِيرِينَ ، قَالَ سَلَمَةُ : عَنْ ابْنِ سِيرِينَ ، نُبِّئْتُ عَنْ أَبِي الْعَجْفَاءِ ، وَقَالَ الآخَرُونَ ، عَنْ مُحَمَّدِ بْنِ سِيرِينَ ، عَنْ أَبِي الْعَجْفَاءِ ، قَالَ : قَالَ عُمَرُ بْنُ الْخَطَّابِ : أَلاَ لاَ تَغْلُوا صُدُقَ النِّسَاءِ ، فَإِنَّهُ لَوْ كَانَ مَكْرُمَةً وَفِي الدُّنْيَا ، أَوْتَقْوَى عِنْدَ اللهِ عَزَّ وَجَلَّ ، كَانَ أَوْلاَكُمْ بِهِ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، مَا أَصْدَقَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ امْرَأَةً مِنْ نِسَائِهِ ، وَلاَ أُصْدِقَتْ امْرَأَةٌ مِنْ بَنَاتِهِ ، أَكْثَرَ مِنْ ثِنْتَيْ عَشْرَةَ أُوقِيَّةً ، وَإِنَّ الرَّجُلَ لَيُغْلِي بِصَدُقَةِ امْرَأَتِهِ ، حَتَّى يَكُونَ لَهَا عَدَاوَةٌ فِي نَفْسِهِ ، وَحَتَّى يَقُولَ : كُلِّفْتُ لَكُمْ عِلْقَ الْقِرْبَةِ ، وَكُنْتُ غُلاَمًا عَرَبِيًّا مُوَلَّدًا فَلَمْ أَدْرِ مَا عِلْقُ الْقِرْبَةِ ، قَالَ : وَأُخْرَى يَقُولُونَهَا : لِمَنْ قُتِلَ فِي مَغَازِيكُمْ ، أَوْ مَاتَ ، قُتِلَ فُلاَنٌ شَهِيدًا ، أَوْ مَاتَ فُلاَنٌ شَهِيدًا ، وَلَعَلَّهُ أَنْ يَكُونَ قَدْ أَوْقَرَ عَجُزَ دَابَّتِهِ ، أَوْ دَفَّ رَاحِلَتِهِ ذَهَبًا ، أَوْ وَرِقًا ، يَطْلُبُ التِّجَارَةَ ، فَلاَ تَقُولُوا ذَاكُمْ ، وَلَكِنْ قُولُوا كَمَا قَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مَنْ قُتِلَ فِي سَبِيلِ اللهِ ، أَوْ مَاتَ فَهُوَ فِي الْجَنَّةِ.

“Rəvayət edilir ki, Əbul-Acfə ﵀ demişdir: “Ömər ibn əl-Xattab buyurdu: “Qadınlara verdiyiniz mehri artıraraq həddi aşmayın! Əgər mehr dünyada üstünlük, Əgər mehri çoxaltmaq dünyada bir şərəf və ya Allah ﷿ yanında təqvaya daha yaxın bir şey olsaydı, bu işdə sizdən daha layiqli olan şəxs Peyğəmbər ﷺ olardı. Halbuki, Allah Elçisi ﷺ zövcələrindən və ya qızlarından heç birinə on iki uqiyədən artıq bir şey veməmişdir. Bir kişi zövcəsinə həddi aşacaq şəkildə mehr vermək məcburiyyətində qalarsa, girdiyi bu yükə görə zövcəsinə bir düşmənçilik bəsləməsinə və hətta “sənə görə ağır bir yükün altına girdim” deməsinə gətirib çıxara bilər”. Ravi deyir: “Mən bir ərəb oğlan uşağı olmağıma baxmayaraq, “ilqal-qirbə” sözünü başa düşə bilmədim. Bu sözün mənası isə: “Mehrin çox verilməsi yaxşı sayılmayan əməllərdəndir. Yaxşı olamayan əməllərdən biri də döyüşlərdə ölən və ya öldürülən hər bir kəs üçün “filankəs şəhid olaraq öldürüldü” deməyinizdir. Bəlkə də dediyiniz o şəxs döyüşə miniyini bol-bol qızıl və gümüşlə yükləmək və ya ticarət niyyəti ilə qoşulmuşdur. Ona görə də hər ölənə şəhid deməyin, Peyğəmbərin ﷺ dediyi kimi deyin. O belə deyərdi: “Kim Allah yolunda öldürülər və ya ölərsə, Cənnətlikdir”.”

Əbul-Acfə
Nəsəi, 3349 (Nikah, 154)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عُمَرَ ، قَالَ : حَدَّثَنِي الزُّهْرِيُّ ، عَنِ الْحَسَنِ ، وَعَبْدِ اللهِ ، ابْنَيْ مُحَمَّدٍ ، عَنْ أَبِيهِمَا ، أَنَّ عَلِيًّا ، بَلَغَهُ أَنَّ رَجُلاً لاَ يَرَى بِالْمُتْعَةِ بَأْسًا ، فَقَالَ : إِنَّكَ تَائِهٌ ، إِنَّهُ نَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنْهَا ، وَعَنْ لُحُومِ الْحُمُرِ الأَهْلِيَّةِ يَوْمَ خَيْبَرَ.

“Həsən və Abdullah ataları Muhəmməddən ﵀ rəvayət edirlər ki, Əliyə müvəqqəti nikah etməkdə heç bir müşkülün olmadığını deyən bir kişinin xəbəri çatdı. Əli ona dedi: “Sən səhv edirsən. Allah Elçisi ﷺ Xeybər döyüşü günü müvəqqəti nikah etməyi və eşşək ətini yeməyi qadağan etmişdir”.”

Muhəmməd
Nəsəi, 3365 (Nikah, 170)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ وَاللَّفْظُ لَهُ ، قَالَ : أَنْبَأَنَا ابْنُ الْقَاسِمِ ، عَنْ مَالِكٍ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ عَبْدِ اللهِ ، وَالْحَسَنِ ، ابْنَيْ مُحَمَّدِ بْنِ عَلِيٍّ ، عَنْ أَبِيهِمَا ، عَنْ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ : أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ نَهَى عَنْ مُتْعَةِ النِّسَاءِ يَوْمَ خَيْبَرَ ، وَعَنْ لُحُومِ الْحُمُرِ الإِنْسِيَّةِ.

“Əli ibn Əbu Talib ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Xeybər döyüşü günü qadınlarla müvəqqəti nikah etməyi və eşşəklərin ətlərini yeməyi qadağan etmişdir.”

Əli ibn Əbu Talib
Nəsəi, 3366 (Nikah, 171)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، وَمُحَمَّدُ بْنُ بَشَّارٍ ، وَمُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالُوا : أَنْبَأَنَا عَبْدُ الْوَهَّابِ ، قَالَ : سَمِعْتُ يَحْيَى بْنَ سَعِيدٍ ، يَقُولُ : أَخْبَرَنِي مَالِكُ بْنُ أَنَسٍ ، أَنَّ ابْنَ شِهَابٍ ، أَخْبَرَهُ أَنَّ عَبْدَ اللهِ ، وَالْحَسَنَ ابْنَيْ مُحَمَّدِ بْنِ عَلِيٍّ ، أَخْبَرَاهُ أَنَّ أَبَاهُمَا مُحَمَّدَ بْنَ عَلِيٍّ ، أَخْبَرَهُمَا ، أَنَّ عَلِيَّ بْنَ أَبِي طَالِبٍ ، رَضِيَ اللَّهُ عَنْهُ قَالَ : نَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَوْمَ خَيْبَرَ عَنْ مُتْعَةِ النِّسَاءِ قَالَ ابْنُ الْمُثَنَّى : يَوْمَ حُنَيْنٍ ، وَقَالَ : هَكَذَا حَدَّثَنَا عَبْدُ الْوَهَّابِ ، مِنْ كِتَابِهِ.

“Rəvayət edilir ki, Əli ibn Əbu Talib ﵁ demişdir: “Allah Elçisi ﷺ Xeybər döyüşü günü qadınlarla müvəqqəti nikah etməyi qadağan etmişdir”.”

Əli ibn Əbu Talib
Nəsəi, 3367 (Nikah, 172)Səhih

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا شَرِيكٌ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ عَامِرِ بْنِ سَعْدٍ ، قَالَ : دَخَلْتُ عَلَى قُرَظَةَ بْنِ كَعْبٍ ، وَأَبِي مَسْعُودٍ الأَنْصَارِيِّ ، فِي عُرْسٍ ، وَإِذَا جَوَارٍ يُغَنِّينَ ، فَقُلْتُ : أَنْتُمَا صَاحِبَا رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَمِنْ أَهْلِ بَدْرٍ ، يُفْعَلُ هَذَا عِنْدَكُمْ ؟ فَقَالَ : اجْلِسْ إِنْ شِئْتَ فَاسْمَعْ مَعَنَا ، وَإِنْ شِئْتَ اذْهَبْ ، قَدْ رُخِّصَ لَنَا فِي اللَّهْوِ عِنْدَ الْعُرْسِ.

“Rəvayət edilir ki, Amir ibn Səd ﵀ demişdir: “Bir toyda Quraza ibn Kəb və Əbu Məsud əl-Ənsarinin yanına gəldim. Bu arada kiçik qız uşaqları mahnı oxuyurdular. Mən dedim: “Siz Allah Elçisinin ﷺ səhabələri və Bədr döyüşündə iştirak edənlər olduğunuz halda yanınızda mahnı oxuyurlar?” Onlardan biri dedi: “İstəyirsənsə, otur, sən də bizimlə birlikdə dinlə, istəmirsənsə, çıx get! Çünki bizə toyda əylənməyə icazə verildi”.”

Amir ibn Səd
Nəsəi, 3383 (Nikah, 188)Həsən

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ حَاتِمِ بْنِ نُعَيْمٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ مَكِّيِّ بْنِ عِيسَى ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ ، قَالَ : حَدَّثَنَا يُونُسُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ عَبْدِ اللهِ بْنِ كَعْبِ بْنِ مَالِكٍ ، قَالَ : سَمِعْتُ كَعْبَ بْنَ مَالِكٍ - يُحَدِّثُ حَدِيثَهُ حِينَ تَخَلَّفَ عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي غَزْوَةِ تَبُوكَ ، وَقَالَ فِيهِ : إِذَا رَسُولُ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَأْتِينِي ، فَقَالَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ - (ح) وأَخْبَرَنِي سُلَيْمَانُ بْنُ دَاوُدَ ، قَالَ : أَنْبَأَنَا ابْنُ وَهْبٍ ، عَنْ يُونُسَ ، قَالَ ابْنُ شِهَابٍ : أَخْبَرَنِي عَبْدُ الرَّحْمَنِ بْنُ عَبْدِ اللهِ بْنِ كَعْبِ بْنِ مَالِكٍ ، أَنَّ عَبْدَ اللهِ بْنَ كَعْبِ بْنِ مَالِكٍ ، قَالَ : سَمِعْتُ كَعْبَ بْنَ مَالِكٍ ، يُحَدِّثُ حَدِيثَهُ حِينَ تَخَلَّفَ عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي غَزْوَةِ تَبُوكَ ، وَسَاقَ قِصَّتَهُ ، وَقَالَ : إِذَا رَسُولُ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَأْتِي ، فَقَالَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَأْمُرُكَ أَنْ تَعْتَزِلَ امْرَأَتَكَ ، فَقُلْتُ : أُطَلِّقُهَا أَمْ مَاذَا ؟ قَالَ : لاَ ، بَلْ اعْتَزِلْهَا فَلاَ تَقْرَبْهَا ، فَقُلْتُ لاِمْرَأَتِي : الْحَقِي بِأَهْلِكِ فَكُونِي عِنْدَهُمْ حَتَّى يَقْضِيَ اللَّهُ عَزَّ وَجَلَّ فِي هَذَا الأَمْرِ.

“Kəb ibn Malik ﵁ Təbuk döyüşündə Allah Elçisi ﷺ ilə iştirak etməməsi hadisəsini rəvayət edərək dedi: “Allah Elçisinin ﷺ göndərdiyi adam gəlib dedi: “Allah Elçisi ﷺ zövcəndən uzaq qalmağını əmr edir”. Mən dedim: “Mən onu boşayım, yoxsa nə edim?” O dedi: “Xeyr, boşama, ondan uzaq dur, ona yaxınlaşma”. Mən də zövcəmə dedim: “Ailənin yanına qayıt! Allah bu haqda bir hökm nazil edənə qədər orada qal!””

Kəb ibn Malik
Nəsəi, 3422 (Talaq, 34)Səhih

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ جَبَلَةَ ، وَمُحَمَّدُ بْنُ يَحْيَى بْنِ مُحَمَّدٍ ، قَالاَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ مُوسَى بْنِ أَعْيَنَ ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنْ إِسْحَاقَ بْنِ رَاشِدٍ ، عَنِ الزُّهْرِيِّ ، أَخْبَرَنِي عَبْدُ الرَّحْمَنِ بْنُ عَبْدِ اللهِ بْنِ كَعْبِ بْنِ مَالِكٍ ، عَنْ أَبِيهِ ، قَالَ : سَمِعْتُ أَبِي كَعْبَ بْنَ مَالِكٍ ، - قَالَ : وَهُوَ أَحَدُ الثَّلاَثَةِ الَّذِينَ تِيبَ عَلَيْهِمْ يُحَدِّثُ - قَالَ : أَرْسَلَ إِلَيَّ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَإِلَى صَاحِبَيَّ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، يَأْمُرُكُمْ أَنْ تَعْتَزِلُوا نِسَاءَكُمْ ، فَقُلْتُ لِلرَّسُولِ : أُطَلِّقُ امْرَأَتِي أَمْ مَاذَا أَفْعَلُ ؟ قَالَ : لاَ ، بَلْ تَعْتَزِلُهَا فَلاَ تَقْرَبْهَا ، فَقُلْتُ لاِمْرَأَتِي : الْحَقِي بِأَهْلِكِ فَكُونِي فِيهِمْ ، فَلَحِقَتْ بِهِمْ.

“Abdur-Rahmən ibn Abdullah ibn Kəb ibn Malik ﵁ Təbuk döyüşünə qoşulmayan və tövbələri Allah tərəfindən qəbul edilən üç nəfərdən biri olan Kəb ibn Malikin belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ mənim və iki yoldaşımın yanına adam göndərmişdi. Həmin adam dedi: “Allah Elçisi ﷺ zövcələrinizdən uzaq qalmağınızı əmr edir”. Mən dedim: “Mən onu boşayım, yoxsa nə edim?” O dedi: “Xeyr, boşama, ondan uzaq dur, ona yaxınlaşma”. Mən də zövcəmə dedim: “Ailənin yanına qayıt və orada qal!” O da ailəsinin yanına qayıtdı”.”

Abdur-Rahmən ibn Abdullah ibn Kəb ibn Malik
Nəsəi, 3423 (Talaq, 35)Səhih

أَخْبَرَنَا يُوسُفُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا حَجَّاجُ بْنُ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، قَالَ : حَدَّثَنِي عُقَيْلٌ ، عَنْ ابْنِ شِهَابٍ ، قَالَ : أَخْبَرَنِي عَبْدُ الرَّحْمَنِ بْنُ عَبْدِ اللهِ بْنِ كَعْبٍ ، أَنَّ عَبْدَ اللهِ بْنَ كَعْبٍ ، قَالَ : سَمِعْتُ كَعْبًا ، يُحَدِّثُ حَدِيثَهُ حِينَ تَخَلَّفَ عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي غَزْوَةِ تَبُوكَ ، وَقَالَ فِيهِ : إِذَا رَسُولُ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَأْتِينِي وَيَقُولُ : إِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَأْمُرُكَ أَنْ تَعْتَزِلَ امْرَأَتَكَ فَقُلْتُ : أُطَلِّقُهَا أَمْ مَاذَا أَفْعَلُ ؟ قَالَ : بَلْ اعْتَزِلْهَا وَلاَ تَقْرَبْهَا ، وَأَرْسَلَ إِلَى صَاحِبَيَّ بِمِثْلِ ذَلِكَ ، فَقُلْتُ لاِمْرَأَتِي : الْحَقِي بِأَهْلِكِ وَكُونِي عِنْدَهُمْ حَتَّى يَقْضِيَ اللَّهُ عَزَّ وَجَلَّ فِي هَذَا الأَمْرِ خَالَفَهُمْ مَعْقِلُ بْنُ عُبَيْدِ اللَّهِ.

“Rəvayət edilir ki, Abdullah ibn Kəb ﵀ demişdir: “Kəb Allah Elçisi ilə Təbuk döyüşünə qoşulmaması hadisəsini danışarkən dedi: “Allah Elçisi ﷺ mənim yanıma adam göndərmişdi. Həmin adam dedi: “Allah Elçisi ﷺ zövcəndən uzaq qalmağını əmr edir”. Mən dedim: “Mən onu boşayım, yoxsa nə edim?” O dedi: “Ondan uzaq dur, ona yaxınlaşma”. Digər yoldaşlarıma da eyni şeyi etməyi xəbər göndərmişdi. Mən də zövcəmə dedim: “Ailənin yanına qayıt! Allah ﷿ bu haqda bir hökm nazil edənə qədər orada qal!””

Abdullah ibn Kəb
Nəsəi, 3424 (Talaq, 36)Səhih

أَخْبَرَنَا الرَّبِيعُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا أَسَدُ بْنُ مُوسَى ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ أَبِي جَعْفَرٍ الْخَطْمِيِّ ، عَنْ عُمَارَةَ بْنِ خُزَيْمَةَ ، عَنْ كَثِيرِ بْنِ السَّائِبِ ، قَالَ : حَدَّثَنِي ابْنَا قُرَيْظَةَ : أَنَّهُمْ عُرِضُوا عَلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَوْمَ قُرَيْظَةَ ، فَمَنْ كَانَ مُحْتَلِمًا ، أَوْ نَبَتَتْ عَانَتُهُ قُتِلَ ، وَمَنْ لَمْ يَكُنْ مُحْتَلِمًا ، أَوْ لَمْ تَنْبُتْ عَانَتُهُ تُرِكَ.

“Rəvayət edilir ki, Kəsir ibn əs-Səib ﵀ demişdir: “Bəni Qureyza qəbiləsinin uşaqları mənə danışdılar ki, Qureyza döyüşündən sonra Bəni Qureyzadan olan uşaqlar Allah Elçisinə ﷺ təqdim edildi. Onlardan həddi-büluğa çatanlar və qoltuq tükləri bitənlər öldürüldülər. Həddi-büluğa çatmayanlar, qasığında və qoltuğunda tükləri ilə saqqal və bığları çıxmayanlar isə ölümdən xilas oldular”.”

Kəsir ibn əs-Səib
Nəsəi, 3429 (Talaq, 41)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَبْدِ الْمَلِكِ بْنِ عُمَيْرٍ ، عَنْ عَطِيَّةَ الْقُرَظِيِّ ، قَالَ : كُنْتُ يَوْمَ حُكْمِ سَعْدٍ فِي بَنِي قُرَيْظَةَ غُلاَمًا ، فَشَكُّوا فِيَّ ، فَلَمْ يَجِدُونِي أَنْبَتُّ ، فَاسْتُبْقِيتُ ، فَهَا أَنَا ذَا بَيْنَ أَظْهُرِكُمْ.

“Rəvayət edilir ki, Atiyyə əl-Qurazi ﵀ demişdir: “Qureyza döyüşündə Sədin Bəni Qureyza qəbiləsi haqda hökm verdiyi gün mən uşaq idim. Mənim uşaq, yoxsa həddi-büluğa çatmağım barəsində tərəddüd oldu, lakin mənim həddi-büluğ əlamətlərindən biri olan tüklərimin bitməməsini gördülər və məni buraxdılar. Elə o gündən bu yana sizinləyəm”.”

Atiyyə əl-Qurazi
Nəsəi, 3430 (Talaq, 42)Səhih

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ عُبَيْدِ اللهِ ، قَالَ : أَخْبَرَنِي نَافِعٌ ، عَنْ ابْنِ عُمَرَ : أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، عَرَضَهُ يَوْمَ أُحُدٍ وَهُوَ ابْنُ أَرْبَعَ عَشْرَةَ سَنَةً فَلَمْ يُجِزْهُ ، وَعَرَضَهُ يَوْمَ الْخَنْدَقِ وَهُوَ ابْنُ خَمْسَ عَشْرَةَ سَنَةً فَأَجَازَهُ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Uhud döyüşündə mənim on dörd yaşım var idi. Döyüşə qoşulmaq üçün Allah Elçisi ﷺ mənə icazə vermədi. Xəndək döyüşü olan gün isə mənim artıq on beş yaşım var idi və Allah Elçisi ﷺ mənə döyüşə qoşulmağa icazə verdi.”

İbn Ömər
Nəsəi, 3431 (Talaq, 43)Səhih

أَخْبَرَنَا يُونُسُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي يُونُسُ ، عَنْ ابْنِ شِهَابٍ ، أَنَّ عُبَيْدَ اللهِ بْنَ عَبْدِ اللهِ ، حَدَّثَهُ أَنَّ أَبَاهُ ، كَتَبَ إِلَى عُمَرَ بْنِ عَبْدِ اللهِ بْنِ أَرْقَمَ الزُّهْرِيِّ يَأْمُرُهُ أَنْ يَدْخُلَ عَلَى سُبَيْعَةَ بِنْتِ الْحَارِثِ الأَسْلَمِيَّةِ ، فَيَسْأَلَهَا حَدِيثَهَا وَعَمَّا قَالَ لَهَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ حِينَ اسْتَفْتَتْهُ ، فَكَتَبَ عُمَرُ بْنُ عَبْدِ اللهِ ، إِلَى عَبْدِ اللهِ بْنِ عُتْبَةَ ، يُخْبِرُهُ ، أَنَّ سُبَيْعَةَ ، أَخْبَرَتْهُ أَنَّهَا كَانَتْ تَحْتَ سَعْدِ بْنِ خَوْلَةَ وَهُوَ مِنْ بَنِي عَامِرِ بْنِ لُؤَيٍّ وَكَانَ مِمَّنْ شَهِدَ بَدْرًا ، فَتُوُفِّيَ عَنْهَا زَوْجُهَا فِي حَجَّةِ الْوَدَاعِ وَهِيَ حَامِلٌ ، فَلَمْ تَنْشَبْ أَنْ وَضَعَتْ حَمْلَهَا بَعْدَ وَفَاتِهِ ، فَلَمَّا تَعَلَّتْ مِنْ نِفَاسِهَا تَجَمَّلَتْ لِلْخُطَّابِ ، فَدَخَلَ عَلَيْهَا أَبُو السَّنَابِلِ بْنُ بَعْكَكٍ رَجُلٌ مِنْ بَنِي عَبْدِ الدَّارِ ، فَقَالَ لَهَا : مَا لِي أَرَاكِ مُتَجَمِّلَةً لَعَلَّكِ تُرِيدِينَ النِّكَاحَ ، إِنَّكِ وَاللَّهِ مَا أَنْتِ بِنَاكِحٍ حَتَّى تَمُرَّ عَلَيْكِ أَرْبَعَةُ أَشْهُرٍ وَعَشْرًا ، قَالَتْ سُبَيْعَةُ : فَلَمَّا قَالَ لِي ذَلِكَ جَمَعْتُ عَلَيَّ ثِيَابِي حِينَ أَمْسَيْتُ ، فَأَتَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَسَأَلْتُهُ عَنْ ذَلِكَ فَأَفْتَانِي بِأَنِّي قَدْ حَلَلْتُ حِينَ وَضَعْتُ حَمْلِي ، وَأَمَرَنِي بِالتَّزْوِيجِ إِنْ بَدَا لِي.

“Ubeydullah ibn Abdullah ﵀ rəvayət edir ki, bir dəfə atası Ömər ibn Abdullah ibn Ərqam əz-Zuhriyə məktub yazaraq Subey'a bint əl-Haris əl-Əsləminin yanına getməsini və onun başına gələn hadisəni, Allah Elçisinin ﷺ ona nə deməsini soruşmasını buyurdu. Ömər ibn Abdullah da Abdullah ibn Utbəyə xəbər vermək üçün bu məktubu göndərdi: “Subey'a Bədr döyüşündə iştirak edən Bəni Amir ibn Luey tayfasından Səd ibn Xavlənin nikahı altında idi. O, hamilə ikən Səd Vida həccində vəfat etdi. Ərinin vəfatından az bir müddət sonra Subey'anın övladı oldu. Nifası bitdikdə elçi olanlara qarşı bəzəndi. Bu əsnada Bəni Abdud-Dar tayfasından Əbus-Sənabil ibn Bə'kək adında bir kişi onun yanına gəlib dedi: “Sənə nə olub belə bəzənmisən? Yəqin evlənmək istəyirsən? Allaha and olsun ki, dörd ay on gün keçməmiş evlənə bilməzsən!” Subey'a deyir: “Əbus-Sənabil belə dedikdən sonra həmin axşam geyinib Allah Elçisinin ﷺ yanına gəldim və evlənib-evlənməyəcəyimi ondan soruşdum. Allah Elçisi ﷺ də uşağı doğduqdan sonra evlənə biləcəyimi dedi və elçi düşən olsa, evlənməyimi əmr etdi”.”

Ubeydullah ibn Abdullah
Nəsəi, 3518 (Talaq, 130)Səhih

أَخْبَرَنَا كَثِيرُ بْنُ عُبَيْدٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ حَرْبٍ ، عَنِ الزُّبَيْدِيِّ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ ، أَنَّ عَبْدَ اللهِ بْنَ عُتْبَةَ ، كَتَبَ إِلَى عُمَرَ بْنِ عَبْدِ اللهِ بْنِ الأَرْقَمِ الزُّهْرِيِّ ، أَنِ ادْخُلْ عَلَى سُبَيْعَةَ بِنْتِ الْحَارِثِ الأَسْلَمِيَّةِ ، فَاسْأَلْهَا عَمَّا أَفْتَاهَا بِهِ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي حَمْلِهَا ؟ قَالَ : فَدَخَلَ عَلَيْهَا عُمَرُ بْنُ عَبْدِ اللهِ فَسَأَلَهَا فَأَخْبَرَتْهُ أَنَّهَا كَانَتْ تَحْتَ سَعْدِ بْنِ خَوْلَةَ ، وَكَانَ مِنْ أَصْحَابِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ مِمَّنْ شَهِدَ بَدْرًا ، فَتُوُفِّيَ عَنْهَا فِي حَجَّةِ الْوَدَاعِ ، فَوَلَدَتْ قَبْلَ أَنْ تَمْضِيَ لَهَا أَرْبَعَةُ أَشْهُرٍ وَعَشْرًا مِنْ وَفَاةِ زَوْجِهَا ، فَلَمَّا تَعَلَّتْ مِنْ نِفَاسِهَا ، دَخَلَ عَلَيْهَا أَبُو السَّنَابِلِ - رَجُلٌ مِنْ بَنِي عَبْدِ الدَّارِ - فَرَآهَا مُتَجَمِّلَةً ، فَقَالَ : لَعَلَّكِ تُرِيدِينَ النِّكَاحَ قَبْلَ أَنْ تَمُرَّ عَلَيْكِ أَرْبَعَةُ أَشْهُرٍ وَعَشْرًا ؟ قَالَتْ : فَلَمَّا سَمِعْتُ ذَلِكَ مِنْ أَبِي السَّنَابِلِ جِئْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَحَدَّثْتُهُ حَدِيثِي ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : قَدْ حَلَلْتِ حِينَ وَضَعْتِ حَمْلَكِ.

“Ubeydullah ibn Abdullah ﵀ rəvayət edir ki, bir dəfə Abdullah ibn Utbə Ömər ibn Abdullah ibn Ərqam əz-Zuhriyə məktub yazaraq Subey'a bint əl-Haris əl-Əsləminin yanına getməsini və onun hamilə olan vaxtı Allah Elçisinin ﷺ ona verdiyi fətvanı soruşmasını buyurdu. Ömər ibn Abdullah Subey’anın yanına gəlib ondan soruşdu. Sonra Abdullaha xəbər vermək üçün (bu məktubu) göndərdi: “Subey'a Allah Elçisinin ﷺ səhabəsi olub Bədr döyüşündə iştirak edən Səd ibn Xavlənin nikahı altında idi. Səd Vida həccində vəfat etdi. Ərinin vəfatından dörd ay on gün iddə müddəti keçmədən Subey'anın övladı oldu. Nifası bitdikdə Bəni Abdud-Dar tayfasından Əbus-Sənabil onun yanına gəldi və onu bəzənmiş halda görüb dedi: “Yəqin dörd ay on gün vaxt keçmədən evlənmək istəyirsən?” Subey'a deyir: “Əbus-Sənabil belə dedikdən sonra Allah Elçisinin ﷺ yanına gəldim və vəziyyəti ona danışdım. Allah Elçisi ﷺ də buyurdu: “Uşağı doğduqdan sonra evlənməyin halaldır”.”

Ubeydullah ibn Abdullah
Nəsəi, 3520 (Talaq, 132)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ عَبْدِ الْوَاحِدِ ، قَالَ : حَدَّثَنَا مَرْوَانُ وَهُوَ ابْنُ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنَا خَالِدُ بْنُ يَزِيدَ بْنِ صَالِحِ بْنِ صَبِيحٍ الْمُرِّيُّ ، قَالَ : حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ أَبِي عَبْلَةَ ، عَنِ الْوَلِيدِ بْنِ عَبْدِ الرَّحْمَنِ الْجُرَشِيِّ ، عَنْ جُبَيْرِ بْنِ نُفَيْرٍ ، عَنْ سَلَمَةَ بْنِ نُفَيْلٍ الْكِنْدِيِّ ، قَالَ : كُنْتُ جَالِسًا عِنْدَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ رَجُلٌ : يَا رَسُولَ اللهِ ، أَذَالَ النَّاسُ الْخَيْلَ ، وَوَضَعُوا السِّلاَحَ ، وَقَالُوا : لاَ جِهَادَ قَدْ وَضَعَتِ الْحَرْبُ أَوْزَارَهَا ، فَأَقْبَلَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بِوَجْهِهِ ، وَقَالَ : كَذَبُوا الآنَ ، الآنَ جَاءَ الْقِتَالُ ، وَلاَ يَزَالُ مِنْ أُمَّتِي أُمَّةٌ يُقَاتِلُونَ عَلَى الْحَقِّ ، وَيُزِيغُ اللَّهُ لَهُمْ قُلُوبَ أَقْوَامٍ ، وَيَرْزُقُهُمْ مِنْهُمْ حَتَّى تَقُومَ السَّاعَةُ ، وَحَتَّى يَأْتِيَ وَعْدُ اللهِ ، وَالْخَيْلُ مَعْقُودٌ فِي نَوَاصِيهَا الْخَيْرُ إِلَى يَوْمِ الْقِيَامَةِ ، وَهُوَ يُوحَى إِلَيَّ أَنِّي مَقْبُوضٌ غَيْرَ مُلَبَّثٍ ، وَأَنْتُمْ تَتَّبِعُونِي أَفْنَادًا ، يَضْرِبُ بَعْضُكُمْ رِقَابَ بَعْضٍ ، وَعُقْرُ دَارِ الْمُؤْمِنِينَ الشَّامُ..

“Rəvayət edilir ki, Sələmə ibn Nufeyl əl-Kindi ﵀ demişdir: “Bir dəfə Allah Elçisinin ﷺ yanında oturmuşdum. Bir kişi dedi: “Ey Allahın Elçisi, insanlar atlarını boş buraxıb, silahlarını tərk ediblər. Onlar deyirlər: “Cihad yoxdur, hərb sıxıntısı yoxdur”. Bu vaxt Allah Elçisi ﷺ üzünü ona çevirib buyurdu: “Yalan deyirlər. Əsl döyüş indi başladı. Ümmətimin arasında elə bir camaat olacaq ki, haqq yolunda döyüşəcəklər. Allah da bir qisim insanların qəlblərini onlara meyil etdirəcək və onlara görə digərlərinə ruzi verəcək. Qiyamət qopduqda Allahın vədi yerinə keçənə qədər bu şəkildə davam edəcək. Atların alınlarında qiyamətə qədər xeyir var. Rəbbim vəhy edərək bildirdi ki, çox keçmədən ruhum alınacaq. Siz mənim yoluma tabe olacaqsınız. Bir qisminiz bir qisminizin boynunu vuracaq. Möminlərin əsas yurdu isə Şam olacaq”.”

Sələmə ibn Nufeyl əl-Kindi
Nəsəi, 3561 (Atlar, 1)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ يَحْيَى بْنِ الْحَارِثِ ، قَالَ : حَدَّثَنَا مَحْبُوبُ بْنُ مُوسَى ، قَالَ : حَدَّثَنَا أَبُو إِسْحَاقَ يَعْنِي الْفَزَارِيَّ ، عَنْ سُهَيْلِ بْنِ أَبِي صَالِحٍ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : الْخَيْلُ مَعْقُودٌ فِي نَوَاصِيهَا الْخَيْرُ إِلَى يَوْمِ الْقِيَامَةِ ، الْخَيْلُ ثَلاَثَةٌ : فَهِيَ لِرَجُلٍ أَجْرٌ ، وَهِيَ لِرَجُلٍ سَتْرٌ ، وَهِيَ عَلَى رَجُلٍ وِزْرٌ ، فَأَمَّا الَّذِي هِيَ لَهُ أَجْرٌ ، فَالَّذِي يَحْتَبِسُهَا فِي سَبِيلِ اللهِ فَيَتَّخِذُهَا لَهُ ، وَلاَ تُغَيِّبُ فِي بُطُونِهَا شَيْئًا ، إِلاَّ كُتِبَ لَهُ بِكُلِّ شَيْءٍ غَيَّبَتْ فِي بُطُونِهَا أَجْرٌ ، وَلَوْ عَرَضَتْ لَهُ مَرْجٌ وَسَاقَ الْحَدِيثَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Qiyamət gününə qədər atların alınlarındakı kəkildə xeyir düyünlənmişdir. Atlar üç növdür: yiyəsinə mükafat qazandıran at, yiyəsinin günahlarını örtən at, yiyəsinə günah qazandıran və yük olan at. Yiyəsinə mükafat qazandıran atı yiyəsi Allah yolunda döyüşmək üçün hazırlayar və o yolda istifadə edər. O atın qarnına gedən hər bir şeyə görə onun yiyəsinə mükafat yazılar. Atın otladığı yer nə qədər geniş olarsa, yiyəsinin mükafatı yazılmağa davam edər”.”

Əbu Hureyra
Nəsəi, 3562 (Atlar, 2)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ وَاللَّفْظُ لَهُ ، عَنْ ابْنِ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ زَيْدِ بْنِ أَسْلَمَ ، عَنْ أَبِي صَالِحٍ السَّمَّانِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، قَالَ : الْخَيْلُ لِرَجُلٍ أَجْرٌ ، وَلِرَجُلٍ سَتْرٌ ، وَعَلَى رَجُلٍ وِزْرٌ ، فَأَمَّا الَّذِي هِيَ لَهُ أَجْرٌ : فَرَجُلٌ رَبَطَهَا فِي سَبِيلِ اللهِ ، فَأَطَالَ لَهَا فِي مَرْجٍ أَوْ رَوْضَةٍ ، فَمَا أَصَابَتْ فِي طِيَلِهَا ذَلِكَ فِي الْمَرْجِ أَوِ الرَّوْضَةِ كَانَ لَهُ حَسَنَاتٌ ، وَلَوْ أَنَّهَا قَطَعَتْ طِيَلَهَا ذَلِكَ ، فَاسْتَنَّتْ شَرَفًا أَوْ شَرَفَيْنِ ، كَانَتْ آثَارُهَا - وَفِي حَدِيثِ الْحَارِثِ - وَأَرْوَاثُهَا حَسَنَاتٍ لَهُ ، وَلَوْ أَنَّهَا مَرَّتْ بِنَهَرٍ فَشَرِبَتْ مِنْهُ وَلَمْ يُرِدْ أَنْ تُسْقَى ، كَانَ ذَلِكَ حَسَنَاتٍ فَهِيَ لَهُ أَجْرٌ ، وَرَجُلٌ رَبَطَهَا تَغَنِّيًا وَتَعَفُّفًا وَلَمْ يَنْسَ حَقَّ اللهِ عَزَّ وَجَلَّ فِي رِقَابِهَا وَلاَ ظُهُورِهَا ، فَهِيَ لِذَلِكَ سَتْرٌ ، وَرَجُلٌ رَبَطَهَا فَخْرًا وَرِيَاءً وَنِوَاءً لأَهْلِ الإِسْلاَمِ ، فَهِيَ عَلَى ذَلِكَ وِزْرٌ وَسُئِلَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنِ الْحَمِيرِ ، فَقَالَ : لَمْ يَنْزِلْ عَلَيَّ فِيهَا شَيْءٌ إِلاَّ هَذِهِ الآيَةُ الْجَامِعَةُ الْفَاذَّةُ : {فَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ وَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ}.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “At kimisinə mükafat qazandırır, kimisi üçün günahlarına pərdədir, kimisinə də günah qazandırır. Yiyəsinə mükafat qazandıran ata gəlincə, həmin adam atı Allah yolunda döyüşmək üçün hazırlayar. O, atı bir otlağa gətirir və orada bağlayır. O otlaqda atın yüyəninə toxunan hər bir şeyə görə yiyəsinə mükafat yazılır. At yüyəndən açılıb ora-bura qaçdıqda o atın ayaq izləri belə o adam üçün şərəfdir (və ya iki şərəfdir). O atın qarnına gedən hər bir şeyə görə onun yiyəsinə mükafat yazılır. Atın otladığı yer nə qədər geniş olarsa, yiyəsinin mükafatı yazılmağa davam edər”. Ravi Harisin rəvayətində deyilir: “O atın peyini belə yiyəsi üçün makafat olaraq yazılır. Qaçan həmin at bir çaya gəlib oradan bir az su içsə, yiyəsi də o atı sulamaq fikri olmasa belə, yiyəsinə mükafat olaraq yazılır. Məhz bu at yiyəsinə savab və mükafat qazandırır. Digər adam başqalarına möhtac olmamaq üçün at saxlayır, ata görə qazandıqlarında Allahın ﷿ haqqını unutmaz. Bu at da yiyəsi üçün günahlara və başqasına möhtac olmamağa bir örtük olar. O biri adam isə riyakarlıq və lovğalıq etmək, həmçinin müsəlmanlara zərər vermək üçün at saxlayır. Bu at isə yiyəsinə günah qazandırır”. Peyğəmbər ﷺ uzunqulaqlar haqda soruşulduqda buyurdu: “Bu haqda mənə heç bir ayə nazil olmadı, lakin əhatəli şəkildə bu ayələr nazil oldu: “Kim zərrə qədər xeyir bir iş görmüşdürsə, onun əvəzini görəcək. Kim də zərrə qədər pis iş görmüşdürsə, onun əvəzini görəcək” (əz-Zəlzələ, 7-8)”.”

Əbu Hureyra
Nəsəi, 3563 (Atlar, 3)Səhih

أَخْبَرَنِي أَحْمَدُ بْنُ حَفْصٍ ، قَالَ : حَدَّثَنِي أَبِي ، قَالَ : حَدَّثَنِي إِبْرَاهِيمُ بْنُ طَهْمَانَ ، عَنْ سَعِيدِ بْنِ أَبِي عَرُوبَةَ ، عَنْ قَتَادَةَ ، عَنْ أَنَسٍ ، قَالَ : لَمْ يَكُنْ شَيْءٌ أَحَبَّ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بَعْدَ النِّسَاءِ مِنَ الْخَيْلِ.

“Ənəs ﵁ rəvayət edir ki, Allah Elçisinə ﷺ qadınlardan sonra atdan daha sevimli bir şey olmamışdır.”

Ənəs
Nəsəi, 3564 (Atlar, 4)Zəif

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ ، قَالَ : حَدَّثَنَا أَبُو أَحْمَدَ الْبَزَّازُ هِشَامُ بْنُ سَعِيدٍ الطَّالَقَانِيُّ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ مُهَاجِرٍ الأَنْصَارِيُّ ، عَنْ عَقِيلِ بْنِ شَبِيبٍ ، عَنْ أَبِي وَهْبٍ - وَكَانَتْ لَهُ صُحْبَةٌ - قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : تَسَمَّوْا بِأَسْمَاءِ الأَنْبِيَاءِ ، وَأَحَبُّ الأَسْمَاءِ إِلَى اللهِ عَزَّ وَجَلَّ ، عَبْدُ اللهِ ، وَعَبْدُ الرَّحْمَنِ ، وَارْتَبِطُوا الْخَيْلَ ، وَامْسَحُوا بِنَوَاصِيهَا وَأَكْفَالِهَا وَقَلِّدُوهَا ، وَلاَ تُقَلِّدُوهَا الأَوْتَارَ ، وَعَلَيْكُمْ بِكُلِّ كُمَيْتٍ أَغَرَّ مُحَجَّلٍ ، أَوْ أَشْقَرَ أَغَرَّ مُحَجَّلٍ ، أَوْ أَدْهَمَ أَغَرَّ مُحَجَّلٍ.

“Rəvayət edilir ki, Allah Elçisinin ﷺ səhabələrindən olan Əbu Vəhb ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Övladlarınıza peyğəmbərlərin adlarını qoyun. Allaha ﷿ ən sevimli ad Abdullah və Abdur-Rahməndir. Döyüşmək üçün at saxlayın. Atın alnını və ayaqlarını tumarlayın. Döyüşmək üçün həmin atları bəsləyin. Cahiliyyət dövründəki kimi qan tökmək üçün istifadə etməyin. Qırmızımtıl-qızıl rəngdə, alnı və topuqları ağ olan atlarla alnı və topuqları ağ olan boz rəngli atları çoxaldın”.”

Əbu Vəhb
Nəsəi, 3565 (Atlar, 5)Zəif

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ (ح) وَأَنْبَأَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا بِشْرٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَبْدِ اللهِ بْنِ يَزِيدَ ، عَنْ أَبِي زُرْعَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : كَانَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، يَكْرَهُ الشِّكَالَ مِنَ الْخَيْلِ وَاللَّفْظُ لِإِسْمَاعِيلَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbər ﷺ atlarda olan çarpazvari ağlığı xoşlamazdı”.”

Əbu Hureyra
Nəsəi, 3566 (Atlar, 6)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : حَدَّثَنِي سَلْمُ بْنُ عَبْدِ الرَّحْمَنِ ، عَنْ أَبِي زُرْعَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَنَّهُ كَرِهَ الشِّكَالَ مِنَ الْخَيْلِ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : الشِّكَالُ مِنَ الْخَيْلِ : أَنْ تَكُونَ ثَلاَثُ قَوَائِمَ مُحَجَّلَةً وَوَاحِدَةٌ مُطْلَقَةً ، أَوْ تَكُونَ الثَّلاَثَةُ مُطْلَقَةً وَرِجْلٌ مُحَجَّلَةً ، وَلَيْسَ يَكُونُ الشِّكَالُ ، إِلاَّ فِي رِجْلٍ ، وَلاَ يَكُونُ فِي الْيَدِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ atlarda olan çarpazvari ağlığı xoşlamazdı. Əbu Abdur-Rahmən deyir: “Atlardakı çarpazvari ağlıq, üç topuqdan başqa birinin ağ və ya birindən başqa üç topuğunun ağ olmasıdır. Çarpazvarilik ayaqlarda olur, əllərdə olmur”.”

Əbu Hureyra
Nəsəi, 3567 (Atlar, 7)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، وَمُحَمَّدُ بْنُ مَنْصُورٍ وَاللَّفْظُ لَهُ قَالاَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَالِمٍ ، عَنْ أَبِيهِ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، قَالَ : الشُّؤْمُ فِي ثَلاَثَةٍ : الْمَرْأَةِ ، وَالْفَرَسِ ، وَالدَّارِ.

“Səlim atasından ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Düşər-düşməzlik üç şeydədir: qadında, atda və evdə”.”

Səlim atasından
Nəsəi, 3568 (Atlar, 8)Zəif

أَخْبَرَنِي هَارُونُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا مَعْنٌ ، قَالَ : حَدَّثَنَا مَالِكٌ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ وَاللَّفْظُ لَهُ ، عَنْ ابْنِ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنَا مَالِكٌ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ حَمْزَةَ ، وَسَالِمٍ ، ابْنَيْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، رَضِيَ اللَّهُ عَنْهُمَا : أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، قَالَ : الشُّؤْمُ فِي الدَّارِ وَالْمَرْأَةِ وَالْفَرَسِ.

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Düşər-düşməzlik evdə, qadında və atdadır”.”

Abdullah ibn Ömər
Nəsəi, 3569 (Atlar, 9)Zəif

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا ابْنُ جُرَيْجٍ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، قَالَ : إِنْ يَكُ فِي شَيْءٍ : فَفِي الرَّبْعَةِ ، وَالْمَرْأَةِ ، وَالْفَرَسِ.

“Cabir ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Əgər bir şeydə düşər-düşməzlik olsaydı, bu, evdə, atda və qadında olardı”.”

Cabir
Nəsəi, 3570 (Atlar, 10)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا النَّضْرُ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ أَبِي التَّيَّاحِ ، قَالَ : سَمِعْتُ أَنَسًا (ح) وَأَنْبَأَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، قَالَ : حَدَّثَنِي أَبُو التَّيَّاحِ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : الْبَرَكَةُ فِي نَوَاصِي الْخَيْلِ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Bərəkət atların alınlarındadır”.”

Ənəs ibn Malik
Nəsəi, 3571 (Atlar, 11)Səhih

أَخْبَرَنَا عِمْرَانُ بْنُ مُوسَى ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْوَارِثِ ، قَالَ : حَدَّثَنَا يُونُسُ ، عَنْ عَمْرِو بْنِ سَعِيدٍ ، عَنْ أَبِي زُرْعَةَ بْنِ عَمْرِو بْنِ جَرِيرٍ ، عَنْ جَرِيرٍ ، قَالَ : رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَفْتِلُ نَاصِيَةَ فَرَسٍ بَيْنَ أُصْبُعَيْهِ ، وَيَقُولُ : الْخَيْلُ مَعْقُودٌ فِي نَوَاصِيهَا الْخَيْرُ إِلَى يَوْمِ الْقِيَامَةِ : الأَجْرُ وَالْغَنِيمَةُ.

“Rəvayət edilir ki, Cərir ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ barmaqları ilə atın alnındakı kəkilini hörərək belə buyurduğunu gördüm: “Atların alınlarındakı kəkildə Qiyamət gününə qədər xeyir düyünlənmişdir. Bu da savab və qənimətdir”.”

Cərir
Nəsəi, 3572 (Atlar, 12)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، قَالَ : الْخَيْلُ فِي نَوَاصِيهَا الْخَيْرُ إِلَى يَوْمِ الْقِيَامَةِ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Atların alınlarındakı kəkildə Qiyamət gününə qədər xeyir vardır”.”

İbn Ömər
Nəsəi, 3573 (Atlar, 13)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْعَلاَءِ أَبُو كُرَيْبٍ ، قَالَ : حَدَّثَنَا ابْنُ إِدْرِيسَ ، عَنْ حُصَيْنٍ ، عَنْ عَامِرٍ ، عَنْ عُرْوَةَ الْبَارِقِيِّ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : الْخَيْلُ مَعْقُودٌ فِي نَوَاصِيهَا الْخَيْرُ إِلَى يَوْمِ الْقِيَامَةِ.

“Rəvayət edilir ki, Urva əl-Bariqi ﵁ demişdir: “Allah Elçisi ﷺ buyurdu: “Atların alınlarındakı kəkildə Qiyamət gününə qədər xeyir düyünlənmişdir”.”

Urva əl-Bariqi
Nəsəi, 3574 (Atlar, 14)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، وَمُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالاَ : حَدَّثَنَا ابْنُ أَبِي عَدِيٍّ ، عَنْ شُعْبَةَ ، عَنْ حُصَيْنٍ ، عَنِ الشَّعْبِيِّ ، عَنْ عُرْوَةَ بْنِ أَبِي الْجَعْدِ ، أَنَّهُ سَمِعَ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَقُولُ : الْخَيْلُ مَعْقُودٌ فِي نَوَاصِيهَا الْخَيْرُ إِلَى يَوْمِ الْقِيَامَةِ : الأَجْرُ وَالْمَغْنَمُ.

“Rəvayət edilir ki, Urva ibn Əbul-Cədd ﵁ Peyğəmbərin ﷺ belə buyurduğunu eşitmişdir: “Atların alınlarındakı kəkildə Qiyamət gününə qədər xeyir düyünlənmişdir. Bu da savab və qənimətdir”.”

Urva ibn Əbul-Cədd
Nəsəi, 3575 (Atlar, 15)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : أَنْبَأَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، قَالَ : أَنْبَأَنَا شُعْبَةُ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي السَّفَرِ ، عَنِ الشَّعْبِيِّ ، عَنْ عُرْوَةَ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَقُولُ : الْخَيْلُ مَعْقُودٌ فِي نَوَاصِيهَا الْخَيْرُ إِلَى يَوْمِ الْقِيَامَةِ : الأَجْرُ وَالْمَغْنَمُ.

“Rəvayət edilir ki, Urva ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Atların alınlarındakı kəkildə Qiyamət gününə qədər xeyir düyünlənmişdir. Bu da savab və qənimətdir”.”

Urva
Nəsəi, 3576 (Atlar, 16)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، قَالَ : أَنْبَأَنَا شُعْبَةُ ، قَالَ : أَخْبَرَنِي حُصَيْنٌ ، وَعَبْدُ اللهِ بْنُ أَبِي السَّفَرِ ، أَنَّهُمَا سَمِعَا الشَّعْبِيَّ يُحَدِّثُ ، عَنْ عُرْوَةَ بْنِ أَبِي الْجَعْدِ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، قَالَ : الْخَيْلُ مَعْقُودٌ فِي نَوَاصِيهَا الْخَيْرُ إِلَى يَوْمِ الْقِيَامَةِ : الأَجْرُ ، وَالْمَغْنَمُ.

“Urva ibn Əbul-Cədd ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Atların alınlarındakı kəkildə Qiyamət gününə qədər xeyir düyünlənmişdir. Bu da savab və qənimətdir”.”

Urva ibn Əbul-Cədd
Nəsəi, 3577 (Atlar, 17)Səhih

أَخْبَرَنَا الْحَسَنُ بْنُ إِسْمَاعِيلَ بْنِ مُجَالِدٍ ، قَالَ : حَدَّثَنَا عِيسَى بْنُ يُونُسَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ يَزِيدَ بْنِ جَابِرٍ ، قَالَ : حَدَّثَنِي أَبُو سَلاَّمٍ الدِّمَشْقِيُّ ، عَنْ خَالِدِ بْنِ يَزِيدَ الْجُهَنِيِّ ، قَالَ : كَانَ عُقْبَةُ بْنُ عَامِرٍ ، يَمُرُّ بِي فَيَقُولُ : يَا خَالِدُ ، اخْرُجْ بِنَا نَرْمِي ، فَلَمَّا كَانَ ذَاتَ يَوْمٍ أَبْطَأْتُ عَنْهُ ، فَقَالَ : يَا خَالِدُ ، تَعَالَ أُخْبِرْكَ بِمَا قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : فَأَتَيْتُهُ ، فَقَالَ : قَالَ رَسُولُ اللَّهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : إِنَّ اللَّهَ يُدْخِلُ بِالسَّهْمِ الْوَاحِدِ ثَلاَثَةَ نَفَرٍ الْجَنَّةَ : صَانِعَهُ يَحْتَسِبُ فِي صُنْعِهِ الْخَيْرَ ، وَالرَّامِيَ بِهِ ، وَمُنَبِّلَهُ. " وَارْمُوا وَارْكَبُوا ، وَأَنْ تَرْمُوا أَحَبُّ إِلَيَّ مِنْ أَنْ تَرْكَبُوا. " وَلَيْسَ اللَّهْوُ إِلاَّ فِي ثَلاَثَةٍ : تَأْدِيبِ الرَّجُلِ فَرَسَهُ ، وَمُلاَعَبَتِهِ امْرَأَتَهُ ، وَرَمْيِهِ بِقَوْسِهِ ، وَنَبْلِهِ ، وَمَنْ تَرَكَ الرَّمْيَ بَعْدَ مَا عَلِمَهُ رَغْبَةً عَنْهُ ، فَإِنَّهَا نِعْمَةٌ كَفَرَهَا أَوْ قَالَ : كَفَرَ بِهَا.

“Rəvayət edilir ki, Xalid ibn Yəzid əl-Cuhəni ﵁ demişdir: “Uqbə ibn Amir mənim yanıma gələr və: “Ey Xalid, gəl mənimlə ox ataq!”, - deyərdi. Bir gün mən bir az gecikdikdə Uqbə dedi: “Ey Xalid, gəl sənə Allah Elçisinin ﷺ söylədiklərindən xəbər verim”. Mən gəldim. O dedi: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Allah sadəcə bir ox səbəbi ilə üç nəfəri Cənnətə daxil edər. Oxu düzəldən adam ki, onu düzəldərkən gözəl niyyətli olub xeyir istəyir. İkincisi oxu atan kimsədir. Üçüncüsü isə oxun ucunu itiləyib ox atana yardım edəndir. Ox atın, döyüş atlarına minin. Ox və digər atıcılıq işləri miniklərə minməkdən, məncə, daha sevimlidir. Üç şeylə məşğul olmaq boş şeylərlə məşğul olmaq sayılmır. Adamın öz atı ilə məşğul olması, döyüş atları ilə məşğul olması və zövcəsi ilə oynaşması. Kim ox atmağı öyrəndikdən sonra ondan üz çevirərsə, ona qarşı nankorluq etmişdir, çünki ox atmağı öyrənmək nemətdir”.”

Xalid ibn Yəzid əl-Cuhəni
Nəsəi, 3578 (Atlar, 18)Zəif

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : أَنْبَأَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْحَمِيدِ بْنُ جَعْفَرٍ ، قَالَ : حَدَّثَنِي يَزِيدُ بْنُ أَبِي حَبِيبٍ ، عَنْ سُوَيْدِ بْنِ قَيْسٍ ، عَنْ مُعَاوِيَةَ بْنِ حُدَيْجٍ ، عَنْ أَبِي ذَرٍّ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مَا مِنْ فَرَسٍ عَرَبِيٍّ إِلاَّ يُؤْذَنُ لَهُ عِنْدَ كُلِّ سَحَرٍ بِدَعْوَتَيْنِ : اللَّهُمَّ خَوَّلْتَنِي مَنْ خَوَّلْتَنِي مِنْ بَنِي آدَمَ وَجَعَلْتَنِي لَهُ ، فَاجْعَلْنِي أَحَبَّ أَهْلِهِ وَمَالِهِ إِلَيْهِ أَوْ مِنْ أَحَبِّ مَالِهِ وَأَهْلِهِ إِلَيْهِ.

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Elə bir ərəb atı yoxdur ki, səhər vaxtı onlara iki dəfə belə dua etməsinə izin verilməsin: “Allahım, məni Adəm övladlarından filankəsin əmrinə əmanət olaraq verdin. Allahım, məni bu kimsənin ailəsinin və malının ən sevimlisi et!””

Əbu Zərr
Nəsəi, 3579 (Atlar, 19)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ يَزِيدَ بْنِ أَبِي حَبِيبٍ ، عَنْ أَبِي الْخَيْرِ ، عَنْ ابْنِ زُرَيْرٍ ، عَنْ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ ، رَضِيَ اللَّهُ عَنْهُ ، قَالَ : أُهْدِيَتْ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بَغْلَةٌ ، فَرَكِبَهَا ، فَقَالَ عَلِيٌّ : لَوْ حَمَلْنَا الْحَمِيرَ عَلَى الْخَيْلِ لَكَانَتْ لَنَا مِثْلُ هَذِهِ ، قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : إِنَّمَا يَفْعَلُ ذَلِكَ الَّذِينَ لاَ يَعْلَمُونَ.

“Rəvayət edilir ki, Əli ibn Əbu Talib ﵁ demişdir: “Allah Elçisinə ﷺ bir qatır hədiyyə edilmişdi. Allah Elçisi ﷺ ona mindi. Əli dedi: “Əgər biz atla uzunqulağı cütləşdirsəydik, bizim də belə qatırımız olardı”. Allah Elçisi ﷺ buyurdu: “Həqiqətən, bu işi bilməyənlər edirlər”.”

Əli ibn Əbu Talib
Nəsəi, 3580 (Atlar, 20)Səhih

أَخْبَرَنَا حُمَيْدُ بْنُ مَسْعَدَةَ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ أَبِي جَهْضَمٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُبَيْدِ اللهِ بْنِ عَبَّاسٍ ، قَالَ : كُنْتُ عِنْدَ ابْنِ عَبَّاسٍ ، فَسَأَلَهُ رَجُلٌ أَكَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَقْرَأُ فِي الظُّهْرِ وَالْعَصْرِ ؟ ، قَالَ : لاَ ، قَالَ : فَلَعَلَّهُ كَانَ يَقْرَأُ فِي نَفْسِهِ ؟ قَالَ : خَمْشًا ، هَذِهِ شَرٌّ مِنَ الأُولَى ، إِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَبْدٌ أَمَرَهُ اللَّهُ تَعَالَى بِأَمْرِهِ ، فَبَلَّغَهُ ، وَاللَّهِ مَا اخْتَصَّنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بِشَيْءٍ دُونَ النَّاسِ إِلاَّ بِثَلاَثَةٍ : أَمَرَنَا أَنْ نُسْبِغَ الْوُضُوءَ ، وَأَنْ لاَ نَأْكُلَ الصَّدَقَةَ ، وَلاَ نُنْزِيَ الْحُمُرَ عَلَى الْخَيْلِ.

“Rəvayət edilir ki, Abdullah ibn Ubeydullah ibn Abbas ﵄ demişdir: “Bir dəfə mən İbn Abbasın yanında idim. Bir kişi Allah Elçisinin ﷺ Zöhr və Əsr namazlarında qiraəti səsli oxuyub-oxumamasını soruşdu. İbn Abbas: “Xeyr”, - dedi. Kişi dedi: “Onda qiraəti səssiz oxuyurdu?” İbn Abbas dedi: “Səssiz oxuyurdu və bu sual əvvəlkindən daha pis sualdır. Allah Elçisi ﷺ Uca Allahın əmr etdiyini əmr edən və vəhy etdiyini təbliğ edən bir quldur. Vallahi, Allah Elçisinin ﷺ bizə bu şeydən başqa xas etdiyi bir şey yoxdur. O bizə dəstəmazı tam almağı, sədəqə yeməməyi (götürməməyi) və uzunqulağı atla cütləşdirməməyi əmr etmişdir”.”

Abdullah ibn Ubeydullah ibn Abbas
Nəsəi, 3581 (Atlar, 21)Səhih

قَالَ : الْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ وَهْبٍ ، حَدَّثَنِي طَلْحَةُ بْنُ أَبِي سَعِيدٍ ، أَنَّ سَعِيدًا الْمَقْبُرِيَّ حَدَّثَهُ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، قَالَ : مَنِ احْتَبَسَ فَرَسًا فِي سَبِيلِ اللهِ إِيمَانًا بِاللَّهِ وَتَصْدِيقًا لِوَعْدِ اللهِ كَانَ شِبَعُهُ وَرِيُّهُ وَبَوْلُهُ وَرَوْثُهُ حَسَنَاتٍ فِي مِيزَانِهِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim Allah yolunda istifadə etmək üçün inanaraq və Allahın vədini təsdiq edərək at bəsləyərsə, o atın yediyi, içdiyi, sidiyi və peyini onun əməl tərəzinə savab olar”.”

Əbu Hureyra
Nəsəi, 3582 (Atlar, 22)Səhih

أَخْبَرَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، عَنْ ابْنِ أَبِي ذِئْبٍ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ : أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ سَابَقَ بَيْنَ الْخَيْلِ يُرْسِلُهَا مِنَ الْحَفْيَاءِ ، وَكَانَ أَمَدُهَا ثَنِيَّةَ الْوَدَاعِ ، وَسَابَقَ بَيْنَ الْخَيْلِ الَّتِي لَمْ تُضْمَرْن وَكَانَ أَمَدُهَا مِنَ الثَّنِيَّةِ إِلَى مَسْجِدِ بَنِي زُرَيْقٍ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ atlar arasında yarış keçirdi. Bu yarış əl-Həfyada başladı və Səniyyətul-Vəda təpəsində sona çatdı. Yarış üçün hazırlanmamış atlar üçün də yarış keçirdi və bu yarış da Səniyyətul-Vəda təpəsində başlayaraq Bəni Zureyq məscidinin yanında sona çatdı.”

İbn Ömər
Nəsəi, 3583 (Atlar, 23)Səhih
Daha çox göstər

270 / 613 hədis göstərilir