Ana səhifə

Mövzu

Peyğəmbərin ﷺ həyatı

السيرة النبوية

Peyğəmbərin ﷺ siyrəsi, xüsusiyyətləri və əxlaqı

66 hədis

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ أُمِّ الْمُؤْمِنِينَ رَضِيَ اللَّهُ عَنْهَا أَنَّ الْحَارِثَ بْنَ هِشَامٍ رَضِيَ اللَّهُ عَنْهُ سَأَلَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ يَا رَسُولَ اللَّهِ كَيْفَ يَأْتِيكَ الْوَحْىُ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « أَحْيَانًا يَأْتِينِى مِثْلَ صَلْصَلَةِ الْجَرَسِ - وَهُوَ أَشَدُّهُ عَلَىَّ - فَيُفْصَمُ عَنِّى وَقَدْ وَعَيْتُ عَنْهُ مَا قَالَ ، وَأَحْيَانًا يَتَمَثَّلُ لِىَ الْمَلَكُ رَجُلاً فَيُكَلِّمُنِى فَأَعِى مَا يَقُولُ » . قَالَتْ عَائِشَةُ رَضِيَ اللَّهُ عَنْهَا وَلَقَدْ رَأَيْتُهُ يَنْزِلُ عَلَيْهِ الْوَحْىُ فِى الْيَوْمِ الشَّدِيدِ الْبَرْدِ ، فَيَفْصِمُ عَنْهُ وَإِنَّ جَبِينَهُ لَيَتَفَصَّدُ عَرَقًا .

“Möminlərin anası Aişə ﵂ rəvayət edir ki, Haris ibn əl-Hişam ﵁ Allah Elçisindən ﷺ soruşdu: “Ey Allahın Elçisi! Vəhy sənə necə gəlir?” Allah Elçisi ﷺ buyurdu: “Bəzən (vəhy) mənə zınqırovun cingiltisi kimi gəlir və mənə ən ağır gələni də elə budur. Bu hal məndən çəkilən kimi (mələyin) mənə söylədikləri hafizəmdə möhkəm qalır. Bəzən də mələk mənə bir kişi cildində görünür, mənimlə danışır, mən də onun söylədiyini yadda saxlayıram”. Aişə ﵂ deyir: “Mən soyuq bir gündə Allah Elçisinə ﷺ vəhy nazil olduğunu görmüşəm. Bu hal ondan çəkilərkən onun alnından tər axırdı”.”

Aişə
Buxari, 2 (Vəhy, 2)Səhih

حَدَّثَنَا يَحْيَى بْنُ بُكَيْرٍ قَالَ حَدَّثَنَا اللَّيْثُ عَنْ عُقَيْلٍ عَنِ ابْنِ شِهَابٍ عَنْ عُرْوَةَ بْنِ الزُّبَيْرِ عَنْ عَائِشَةَ أُمِّ الْمُؤْمِنِينَ أَنَّهَا قَالَتْ أَوَّلُ مَا بُدِئَ بِهِ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مِنَ الْوَحْىِ الرُّؤْيَا الصَّالِحَةُ فِى النَّوْمِ ، فَكَانَ لاَ يَرَى رُؤْيَا إِلاَّ جَاءَتْ مِثْلَ فَلَقِ الصُّبْحِ ، ثُمَّ حُبِّبَ إِلَيْهِ الْخَلاَءُ ، وَكَانَ يَخْلُو بِغَارِ حِرَاءٍ فَيَتَحَنَّثُ فِيهِ - وَهُوَ التَّعَبُّدُ - اللَّيَالِىَ ذَوَاتِ الْعَدَدِ قَبْلَ أَنْ يَنْزِعَ إِلَى أَهْلِهِ ، وَيَتَزَوَّدُ لِذَلِكَ ، ثُمَّ يَرْجِعُ إِلَى خَدِيجَةَ ، فَيَتَزَوَّدُ لِمِثْلِهَا ، حَتَّى جَاءَهُ الْحَقُّ وَهُوَ فِى غَارِ حِرَاءٍ ، فَجَاءَهُ الْمَلَكُ فَقَالَ اقْرَأْ . قَالَ « مَا أَنَا بِقَارِئٍ » . قَالَ « فَأَخَذَنِى فَغَطَّنِى حَتَّى بَلَغَ مِنِّى الْجَهْدَ ، ثُمَّ أَرْسَلَنِى فَقَالَ اقْرَأْ . قُلْتُ مَا أَنَا بِقَارِئٍ . فَأَخَذَنِى فَغَطَّنِى الثَّانِيَةَ حَتَّى بَلَغَ مِنِّى الْجَهْدَ ، ثُمَّ أَرْسَلَنِى فَقَالَ اقْرَأْ . فَقُلْتُ مَا أَنَا بِقَارِئٍ . فَأَخَذَنِى فَغَطَّنِى الثَّالِثَةَ ، ثُمَّ أَرْسَلَنِى فَقَالَ { اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِى خَلَقَ * خَلَقَ الإِنْسَانَ مِنْ عَلَقٍ * اقْرَأْ وَرَبُّكَ الأَكْرَمُ } » . فَرَجَعَ بِهَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَرْجُفُ فُؤَادُهُ ، فَدَخَلَ عَلَى خَدِيجَةَ بِنْتِ خُوَيْلِدٍ رَضِيَ اللَّهُ عَنْهَا فَقَالَ « زَمِّلُونِى زَمِّلُونِى » . فَزَمَّلُوهُ حَتَّى ذَهَبَ عَنْهُ الرَّوْعُ ، فَقَالَ لِخَدِيجَةَ وَأَخْبَرَهَا الْخَبَرَ « لَقَدْ خَشِيتُ عَلَى نَفْسِى » . فَقَالَتْ خَدِيجَةُ كَلاَّ وَاللَّهِ مَا يُخْزِيكَ اللَّهُ أَبَدًا ، إِنَّكَ لَتَصِلُ الرَّحِمَ ، وَتَحْمِلُ الْكَلَّ ، وَتَكْسِبُ الْمَعْدُومَ ، وَتَقْرِى الضَّيْفَ ، وَتُعِينُ عَلَى نَوَائِبِ الْحَقِّ . فَانْطَلَقَتْ بِهِ خَدِيجَةُ حَتَّى أَتَتْ بِهِ وَرَقَةَ بْنَ نَوْفَلِ بْنِ أَسَدِ بْنِ عَبْدِ الْعُزَّى ابْنَ عَمِّ خَدِيجَةَ - وَكَانَ امْرَأً تَنَصَّرَ فِى الْجَاهِلِيَّةِ ، وَكَانَ يَكْتُبُ الْكِتَابَ الْعِبْرَانِىَّ ، فَيَكْتُبُ مِنَ الإِنْجِيلِ بِالْعِبْرَانِيَّةِ مَا شَاءَ اللَّهُ أَنْ يَكْتُبَ ، وَكَانَ شَيْخًا كَبِيرًا قَدْ عَمِىَ - فَقَالَتْ لَهُ خَدِيجَةُ يَا ابْنَ عَمِّ اسْمَعْ مِنَ ابْنِ أَخِيكَ . فَقَالَ لَهُ وَرَقَةُ يَا ابْنَ أَخِى مَاذَا تَرَى فَأَخْبَرَهُ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ خَبَرَ مَا رَأَى . فَقَالَ لَهُ وَرَقَةُ هَذَا النَّامُوسُ الَّذِى نَزَّلَ اللَّهُ عَلَى مُوسَى صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَا لَيْتَنِى فِيهَا جَذَعًا ، لَيْتَنِى أَكُونُ حَيًّا إِذْ يُخْرِجُكَ قَوْمُكَ . فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « أَوَمُخْرِجِىَّ هُمْ » . قَالَ نَعَمْ ، لَمْ يَأْتِ رَجُلٌ قَطُّ بِمِثْلِ مَا جِئْتَ بِهِ إِلاَّ عُودِىَ ، وَإِنْ يُدْرِكْنِى يَوْمُكَ أَنْصُرْكَ نَصْرًا مُؤَزَّرًا . ثُمَّ لَمْ يَنْشَبْ وَرَقَةُ أَنْ تُوُفِّىَ وَفَتَرَ الْوَحْىُ .

“Rəvayət edilir ki, möminlərin anası Aişə ﵂ demişdir: “Allah Elçisinə ﷺ ilk vəhyin gəlməsi gözəl yuxu ilə başlamışdır. Onun gördüyü elə bir yuxu yox idi ki, Sübh çağının aydınlığı kimi həqiqət olmasın. Sonra onun qəlbinə tənha qalmağa çəkilmək meyli salındı. Allah Elçisi ﷺ Hira dağındakı mağarada təkliyə çəkilib ailəsinin yanına qayıdanadək (özü ilə azuqə götürüb) müəyyən gecələri orada ibadət edərdi. Sonra Xədicənin yanına qayıdıb yenə bir o qədər vaxt qalmaq üçün azuqə götürərdi. Allah Elçisi ﷺ Hira dağındakı mağarada olanda ona haqq nazil oldu. Mələk onun yanına gələrək dedi: “Oxu!” O isə cavab verdi: “Mən oxumağı bacarmıram!” Allah Elçisi ﷺ dedi: “O zaman mələk məni tutub taqətim kəsilənədək sıxdı, sonra buraxıb dedi: “Oxu!” Mən dedim: “Mən oxumağı bacarmıram!” O məni ikinci dəfə tutub nəfəsim kəsilənədək sıxdı, sonra da buraxıb dedi: “Oxu!” Mən isə dedim: “Axı mən oxumağı bacarmıram!” O, üçüncü dəfə də məni tutub nəfəsim kəsilənədək sıxdı, sonra da buraxıb dedi: “Yaradan Rəbbinin adı ilə oxu! O, insanı qan laxtasından yaratdı. Oxu! Sənin Rəbbin müqayisəsiz səxavətə malikdir. O, qələmlə yazmağı öyrətdi. İnsana bilmədiklərini öyrətdi” (əl-Ələq, 1-5). Bundan sonra Allah Elçisi ﷺ qorxudan ürəyi titrəyərək həmin ayələrlə geri döndü. O, Xədicə bint Xuveylidin ﵂ (evinə) gəlib: “Üstümü örtün, üstümü örtün!”– dedi. Onun üstünü örtdülər. Qorxu ondan keçib getdikdə Allah Elçisi ﷺ bu hadisəni Xədicəyə xəbər verib dedi: “Mən başıma bir iş gələcəyindən qorxuram”. Xədicə dedi: “Xeyr! Allaha and olsun ki, Allah səni heç vaxt üzüqara etməz, çünki sən qohumluq əlaqələrini möhkəmləndirir, zəiflərin yükünü daşıyır, yoxsula pay verir, qonağa yaxşı baxır və insanlara haqq yolunda yardım edirsən”. Xədicə Allah Elçisini ﷺ əmisi oğlu Varaqa ibn Nofəl ibn Əsəd ibn Abdul-Uzzanın yanına gətirdi. O, cahiliyyə dövründə xristian olmuş bir adam idi və ibrani dilində yazmağı bacarır, İncildən Allahın dilədiyi qədər bəzi şeylər yazardı. O, artıq gözləri görməyən kor qoca bir kişi idi. Xədicə dedi: “Ey əmim oğlu! Qulaq as, gör qardaşın oğlu nə deyir!” Varaqa ondan soruşdu: “Ey qardaşım oğlu! Sən nə görürsən?” Allah Elçisi ﷺ də gördüklərini ona xəbər verdi. Varaqa ona dedi: “O gördüyün, Allahın Musaya göndərdiyi sirrin sahibidir. Kaş sənin dəvətin vaxtı mən gənc olaydım! Kaş qövmün səni (yaşadığın yerdən) qovacağı vaxt sağ olaydım!” Allah Elçisi ﷺ soruşdu: “Məgər onlar məni qovacaqlar?” Varaqa dedi: “Bəli! Sənin gətirdiyinin bənzərini gətirən (Allahın dininə dəvət edən) elə bir kişi olmayıb ki, onunla düşmənçilik etməsinlər. Əgər həmin (dəvət edəcəyin) günə qədər sağ qalsam, var gücümlə sənə kömək edəcəyəm”. Bundan az bir müddət sonra Varaqa vəfat etdi və bir müddət vəhy nazil olmadı”.”

Aişə
Buxari, 3 (Vəhy, 3)Səhih

قَالَ ابْنُ شِهَابٍ وَأَخْبَرَنِى أَبُو سَلَمَةَ بْنُ عَبْدِ الرَّحْمَنِ أَنَّ جَابِرَ بْنَ عَبْدِ اللَّهِ الأَنْصَارِىَّ قَالَ - وَهُوَ يُحَدِّثُ عَنْ فَتْرَةِ الْوَحْىِ فَقَالَ - فِى حَدِيثِهِ « بَيْنَا أَنَا أَمْشِى إِذْ سَمِعْتُ صَوْتًا مِنَ السَّمَاءِ ، فَرَفَعْتُ بَصَرِى فَإِذَا الْمَلَكُ الَّذِى جَاءَنِى بِحِرَاءٍ جَالِسٌ عَلَى كُرْسِىٍّ بَيْنَ السَّمَاءِ وَالأَرْضِ ، فَرُعِبْتُ مِنْهُ ، فَرَجَعْتُ فَقُلْتُ زَمِّلُونِى . فَأَنْزَلَ اللَّهُ تَعَالَى {يَا أَيُّهَا الْمُدَّثِّرُ * قُمْ فَأَنْذِرْ} إِلَى قَوْلِهِ {وَالرُّجْزَ فَاهْجُرْ} فَحَمِىَ الْوَحْىُ وَتَتَابَعَ » . تَابَعَهُ عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ وَأَبُو صَالِحٍ . وَتَابَعَهُ هِلاَلُ بْنُ رَدَّادٍ عَنِ الزُّهْرِىِّ . وَقَالَ يُونُسُ وَمَعْمَرٌ « بَوَادِرُهُ » .

“Rəvayət edilir ki, Cabir ibn Abdullah əl-Ənsari ﵄ vəhyin (müvəqqəti olaraq) kəsilməsi haqda danışarkən rəvayətində bunu da demişdir: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Bir dəfə mən yol gedəndə göydən səs eşitdim və başımı yuxarı qaldırdım. Bir də gördüm ki, Hira dağında yanıma gələn mələk göylə yer arasında olan kürsünün üzərində oturmuşdur. Mən ondan qorxdum və evə qayıdaraq ddeim: “Üstümü örtün, üstümü örtün!” Uca Allah da: “Ey əbasına bürünüb örtünmüş peyğəmbər! Qalx və insanları xəbərdar et! Təkcə Rəbbini uca tut! Geyimini təmiz saxla! Pis şeyləri tərk et!” (əl-Muddəssir, 1-5) – ayələrini nazil etdi. Sonra vəhy çoxaldı və ard-arda nazil olmağa başladı”.”

Cabir ibn Abdullah əl-Ənsari
Buxari, 4 (Vəhy, 4)Səhih

حَدَّثَنَا عَبْدَانُ قَالَ أَخْبَرَنَا عَبْدُ اللَّهِ قَالَ أَخْبَرَنَا يُونُسُ عَنِ الزُّهْرِىِّ ح وَحَدَّثَنَا بِشْرُ بْنُ مُحَمَّدٍ قَالَ أَخْبَرَنَا عَبْدُ اللَّهِ قَالَ أَخْبَرَنَا يُونُسُ وَمَعْمَرٌ عَنِ الزُّهْرِىِّ نَحْوَهُ قَالَ أَخْبَرَنِى عُبَيْدُ اللَّهِ بْنُ عَبْدِ اللَّهِ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَجْوَدَ النَّاسِ ، وَكَانَ أَجْوَدُ مَا يَكُونُ فِى رَمَضَانَ حِينَ يَلْقَاهُ جِبْرِيلُ ، وَكَانَ يَلْقَاهُ فِى كُلِّ لَيْلَةٍ مِنْ رَمَضَانَ فَيُدَارِسُهُ الْقُرْآنَ ، فَلَرَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَجْوَدُ بِالْخَيْرِ مِنَ الرِّيحِ الْمُرْسَلَةِ .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ insanların ən səxavətlisi idi. Ramazan ayında Cəbrail ilə görüşəndə isə daha da səxavətli olardı. Cəbrail Ramazan ayının hər gecəsində Allah Elçisi ﷺ ilə görüşər, onunla birlikdə Quranı oxuyub təkrar edərdi. Allah Elçisi ﷺ də bu günlərdə xeyirxah işlər görməkdə sərbəst əsən küləkdən daha səxavətli olardı”.”

İbn Abbas
Buxari, 6 (Vəhy, 6)Səhih

حَدَّثَنَا أَبُو الْيَمَانِ الْحَكَمُ بْنُ نَافِعٍ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى عُبَيْدُ اللَّهِ بْنُ عَبْدِ اللَّهِ بْنِ عُتْبَةَ بْنِ مَسْعُودٍ أَنَّ عَبْدَ اللَّهِ بْنَ عَبَّاسٍ أَخْبَرَهُ أَنَّ أَبَا سُفْيَانَ بْنَ حَرْبٍ أَخْبَرَهُ أَنَّ هِرَقْلَ أَرْسَلَ إِلَيْهِ فِى رَكْبٍ مِنْ قُرَيْشٍ - وَكَانُوا تُجَّارًا بِالشَّأْمِ - فِى الْمُدَّةِ الَّتِى كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَادَّ فِيهَا أَبَا سُفْيَانَ وَكُفَّارَ قُرَيْشٍ ، فَأَتَوْهُ وَهُمْ بِإِيلِيَاءَ فَدَعَاهُمْ فِى مَجْلِسِهِ ، وَحَوْلَهُ عُظَمَاءُ الرُّومِ ثُمَّ دَعَاهُمْ وَدَعَا بِتَرْجُمَانِهِ فَقَالَ أَيُّكُمْ أَقْرَبُ نَسَبًا بِهَذَا الرَّجُلِ الَّذِى يَزْعُمُ أَنَّهُ نَبِىٌّ فَقَالَ أَبُو سُفْيَانَ فَقُلْتُ أَنَا أَقْرَبُهُمْ نَسَبًا . فَقَالَ أَدْنُوهُ مِنِّى ، وَقَرِّبُوا أَصْحَابَهُ ، فَاجْعَلُوهُمْ عِنْدَ ظَهْرِهِ . ثُمَّ قَالَ لِتَرْجُمَانِهِ قُلْ لَهُمْ إِنِّى سَائِلٌ هَذَا عَنْ هَذَا الرَّجُلِ ، فَإِنْ كَذَبَنِى فَكَذِّبُوهُ . فَوَاللَّهِ لَوْلاَ الْحَيَاءُ مِنْ أَنْ يَأْثِرُوا عَلَىَّ كَذِبًا لَكَذَبْتُ عَنْهُ ، ثُمَّ كَانَ أَوَّلَ مَا سَأَلَنِى عَنْهُ أَنْ قَالَ كَيْفَ نَسَبُهُ فِيكُمْ قُلْتُ هُوَ فِينَا ذُو نَسَبٍ . قَالَ فَهَلْ قَالَ هَذَا الْقَوْلَ مِنْكُمْ أَحَدٌ قَطُّ قَبْلَهُ قُلْتُ لاَ . قَالَ فَهَلْ كَانَ مِنْ آبَائِهِ مِنْ مَلِكٍ قُلْتُ لاَ . قَالَ فَأَشْرَافُ النَّاسِ يَتَّبِعُونَهُ أَمْ ضُعَفَاؤُهُمْ فَقُلْتُ بَلْ ضُعَفَاؤُهُمْ . قَالَ أَيَزِيدُونَ أَمْ يَنْقُصُونَ قُلْتُ بَلْ يَزِيدُونَ . قَالَ فَهَلْ يَرْتَدُّ أَحَدٌ مِنْهُمْ سَخْطَةً لِدِينِهِ بَعْدَ أَنْ يَدْخُلَ فِيهِ قُلْتُ لاَ . قَالَ فَهَلْ كُنْتُمْ تَتَّهِمُونَهُ بِالْكَذِبِ قَبْلَ أَنْ يَقُولَ مَا قَالَ قُلْتُ لاَ . قَالَ فَهَلْ يَغْدِرُ قُلْتُ لاَ ، وَنَحْنُ مِنْهُ فِى مُدَّةٍ لاَ نَدْرِى مَا هُوَ فَاعِلٌ فِيهَا . قَالَ وَلَمْ تُمْكِنِّى كَلِمَةٌ أُدْخِلُ فِيهَا شَيْئًا غَيْرُ هَذِهِ الْكَلِمَةِ . قَالَ فَهَلْ قَاتَلْتُمُوهُ قُلْتُ نَعَمْ . قَالَ فَكَيْفَ كَانَ قِتَالُكُمْ إِيَّاهُ قُلْتُ الْحَرْبُ بَيْنَنَا وَبَيْنَهُ سِجَالٌ ، يَنَالُ مِنَّا وَنَنَالُ مِنْهُ . قَالَ مَاذَا يَأْمُرُكُمْ قُلْتُ يَقُولُ اعْبُدُوا اللَّهَ وَحْدَهُ ، وَلاَ تُشْرِكُوا بِهِ شَيْئًا ، وَاتْرُكُوا مَا يَقُولُ آبَاؤُكُمْ ، وَيَأْمُرُنَا بِالصَّلاَةِ وَالصِّدْقِ وَالْعَفَافِ وَالصِّلَةِ . فَقَالَ لِلتَّرْجُمَانِ قُلْ لَهُ سَأَلْتُكَ عَنْ نَسَبِهِ ، فَذَكَرْتَ أَنَّهُ فِيكُمْ ذُو نَسَبٍ ، فَكَذَلِكَ الرُّسُلُ تُبْعَثُ فِى نَسَبِ قَوْمِهَا ، وَسَأَلْتُكَ هَلْ قَالَ أَحَدٌ مِنْكُمْ هَذَا الْقَوْلَ فَذَكَرْتَ أَنْ لاَ ، فَقُلْتُ لَوْ كَانَ أَحَدٌ قَالَ هَذَا الْقَوْلَ قَبْلَهُ لَقُلْتُ رَجُلٌ يَأْتَسِى بِقَوْلٍ قِيلَ قَبْلَهُ ، وَسَأَلْتُكَ هَلْ كَانَ مِنْ آبَائِهِ مِنْ مَلِكٍ فَذَكَرْتَ أَنْ لاَ ، قُلْتُ فَلَوْ كَانَ مِنْ آبَائِهِ مِنْ مَلِكٍ قُلْتُ رَجُلٌ يَطْلُبُ مُلْكَ أَبِيهِ ، وَسَأَلْتُكَ هَلْ كُنْتُمْ تَتَّهِمُونَهُ بِالْكَذِبِ قَبْلَ أَنْ يَقُولَ مَا قَالَ فَذَكَرْتَ أَنْ لاَ ، فَقَدْ أَعْرِفُ أَنَّهُ لَمْ يَكُنْ لِيَذَرَ الْكَذِبَ عَلَى النَّاسِ وَيَكْذِبَ عَلَى اللَّهِ ، وَسَأَلْتُكَ أَشْرَافُ النَّاسِ اتَّبَعُوهُ أَمْ ضُعَفَاؤُهُمْ فَذَكَرْتَ أَنَّ ضُعَفَاءَهُمُ اتَّبَعُوهُ ، وَهُمْ أَتْبَاعُ الرُّسُلِ ، وَسَأَلْتُكَ أَيَزِيدُونَ أَمْ يَنْقُصُونَ فَذَكَرْتَ أَنَّهُمْ يَزِيدُونَ ، وَكَذَلِكَ أَمْرُ الإِيمَانِ حَتَّى يَتِمَّ ، وَسَأَلْتُكَ أَيَرْتَدُّ أَحَدٌ سَخْطَةً لِدِينِهِ بَعْدَ أَنْ يَدْخُلَ فِيهِ فَذَكَرْتَ أَنْ لاَ ، وَكَذَلِكَ الإِيمَانُ حِينَ تُخَالِطُ بَشَاشَتُهُ الْقُلُوبَ ، وَسَأَلْتُكَ هَلْ يَغْدِرُ فَذَكَرْتَ أَنْ لاَ ، وَكَذَلِكَ الرُّسُلُ لاَ تَغْدِرُ ، وَسَأَلْتُكَ بِمَا يَأْمُرُكُمْ ، فَذَكَرْتَ أَنَّهُ يَأْمُرُكُمْ أَنْ تَعْبُدُوا اللَّهَ ، وَلاَ تُشْرِكُوا بِهِ شَيْئًا ، وَيَنْهَاكُمْ عَنْ عِبَادَةِ الأَوْثَانِ ، وَيَأْمُرُكُمْ بِالصَّلاَةِ وَالصِّدْقِ وَالْعَفَافِ . فَإِنْ كَانَ مَا تَقُولُ حَقًّا فَسَيَمْلِكُ مَوْضِعَ قَدَمَىَّ هَاتَيْنِ ، وَقَدْ كُنْتُ أَعْلَمُ أَنَّهُ خَارِجٌ ، لَمْ أَكُنْ أَظُنُّ أَنَّهُ مِنْكُمْ ، فَلَوْ أَنِّى أَعْلَمُ أَنِّى أَخْلُصُ إِلَيْهِ لَتَجَشَّمْتُ لِقَاءَهُ ، وَلَوْ كُنْتُ عِنْدَهُ لَغَسَلْتُ عَنْ قَدَمِهِ . ثُمَّ دَعَا بِكِتَابِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الَّذِى بَعَثَ بِهِ دِحْيَةُ إِلَى عَظِيمِ بُصْرَى ، فَدَفَعَهُ إِلَى هِرَقْلَ فَقَرَأَهُ فَإِذَا فِيهِ بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ . مِنْ مُحَمَّدٍ عَبْدِ اللَّهِ وَرَسُولِهِ إِلَى هِرَقْلَ عَظِيمِ الرُّومِ . سَلاَمٌ عَلَى مَنِ اتَّبَعَ الْهُدَى ، أَمَّا بَعْدُ فَإِنِّى أَدْعُوكَ بِدِعَايَةِ الإِسْلاَمِ ، أَسْلِمْ تَسْلَمْ ، يُؤْتِكَ اللَّهُ أَجْرَكَ مَرَّتَيْنِ ، فَإِنْ تَوَلَّيْتَ فَإِنَّ عَلَيْكَ إِثْمَ الأَرِيسِيِّينَ وَ { يَا أَهْلَ الْكِتَابِ تَعَالَوْا إِلَى كَلِمَةٍ سَوَاءٍ بَيْنَنَا وَبَيْنَكُمْ أَنْ لاَ نَعْبُدَ إِلاَّ اللَّهَ وَلاَ نُشْرِكَ بِهِ شَيْئًا وَلاَ يَتَّخِذَ بَعْضُنَا بَعْضًا أَرْبَابًا مِنْ دُونِ اللَّهِ فَإِنْ تَوَلَّوْا فَقُولُوا اشْهَدُوا بِأَنَّا مُسْلِمُونَ } قَالَ أَبُو سُفْيَانَ فَلَمَّا قَالَ مَا قَالَ ، وَفَرَغَ مِنْ قِرَاءَةِ الْكِتَابِ كَثُرَ عِنْدَهُ الصَّخَبُ ، وَارْتَفَعَتِ الأَصْوَاتُ وَأُخْرِجْنَا ، فَقُلْتُ لأَصْحَابِى حِينَ أُخْرِجْنَا لَقَدْ أَمِرَ أَمْرُ ابْنِ أَبِى كَبْشَةَ ، إِنَّهُ يَخَافُهُ مَلِكُ بَنِى الأَصْفَرِ . فَمَا زِلْتُ مُوقِنًا أَنَّهُ سَيَظْهَرُ حَتَّى أَدْخَلَ اللَّهُ عَلَىَّ الإِسْلاَمَ . وَكَانَ ابْنُ النَّاظُورِ صَاحِبُ إِيلِيَاءَ وَهِرَقْلَ سُقُفًّا عَلَى نَصَارَى الشَّأْمِ ، يُحَدِّثُ أَنَّ هِرَقْلَ حِينَ قَدِمَ إِيلِيَاءَ أَصْبَحَ يَوْمًا خَبِيثَ النَّفْسِ ، فَقَالَ بَعْضُ بَطَارِقَتِهِ قَدِ اسْتَنْكَرْنَا هَيْئَتَكَ . قَالَ ابْنُ النَّاظُورِ وَكَانَ هِرَقْلُ حَزَّاءً يَنْظُرُ فِى النُّجُومِ ، فَقَالَ لَهُمْ حِينَ سَأَلُوهُ إِنِّى رَأَيْتُ اللَّيْلَةَ حِينَ نَظَرْتُ فِى النُّجُومِ مَلِكَ الْخِتَانِ قَدْ ظَهَرَ ، فَمَنْ يَخْتَتِنُ مِنْ هَذِهِ الأُمَّةِ قَالُوا لَيْسَ يَخْتَتِنُ إِلاَّ الْيَهُودُ فَلاَ يُهِمَّنَّكَ شَأْنُهُمْ وَاكْتُبْ إِلَى مَدَايِنِ مُلْكِكَ ، فَيَقْتُلُوا مَنْ فِيهِمْ مِنَ الْيَهُودِ . فَبَيْنَمَا هُمْ عَلَى أَمْرِهِمْ أُتِىَ هِرَقْلُ بِرَجُلٍ أَرْسَلَ بِهِ مَلِكُ غَسَّانَ ، يُخْبِرُ عَنْ خَبَرِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَلَمَّا اسْتَخْبَرَهُ هِرَقْلُ قَالَ اذْهَبُوا فَانْظُرُوا أَمُخْتَتِنٌ هُوَ أَمْ لاَ . فَنَظَرُوا إِلَيْهِ ، فَحَدَّثُوهُ أَنَّهُ مُخْتَتِنٌ ، وَسَأَلَهُ عَنِ الْعَرَبِ فَقَالَ هُمْ يَخْتَتِنُونَ . فَقَالَ هِرَقْلُ هَذَا مَلِكُ هَذِهِ الأُمَّةِ قَدْ ظَهَرَ . ثُمَّ كَتَبَ هِرَقْلُ إِلَى صَاحِبٍ لَهُ بِرُومِيَةَ ، وَكَانَ نَظِيرَهُ فِى الْعِلْمِ ، وَسَارَ هِرَقْلُ إِلَى حِمْصَ ، فَلَمْ يَرِمْ حِمْصَ حَتَّى أَتَاهُ كِتَابٌ مِنْ صَاحِبِهِ يُوَافِقُ رَأْىَ هِرَقْلَ عَلَى خُرُوجِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَأَنَّهُ نَبِىٌّ ، فَأَذِنَ هِرَقْلُ لِعُظَمَاءِ الرُّومِ فِى دَسْكَرَةٍ لَهُ بِحِمْصَ ثُمَّ أَمَرَ بِأَبْوَابِهَا فَغُلِّقَتْ ، ثُمَّ اطَّلَعَ فَقَالَ يَا مَعْشَرَ الرُّومِ ، هَلْ لَكُمْ فِى الْفَلاَحِ وَالرُّشْدِ وَأَنْ يَثْبُتَ مُلْكُكُمْ فَتُبَايِعُوا هَذَا النَّبِىَّ ، فَحَاصُوا حَيْصَةَ حُمُرِ الْوَحْشِ إِلَى الأَبْوَابِ ، فَوَجَدُوهَا قَدْ غُلِّقَتْ ، فَلَمَّا رَأَى هِرَقْلُ نَفْرَتَهُمْ ، وَأَيِسَ مِنَ الإِيمَانِ قَالَ رُدُّوهُمْ عَلَىَّ . وَقَالَ إِنِّى قُلْتُ مَقَالَتِى آنِفًا أَخْتَبِرُ بِهَا شِدَّتَكُمْ عَلَى دِينِكُمْ ، فَقَدْ رَأَيْتُ . فَسَجَدُوا لَهُ وَرَضُوا عَنْهُ ، فَكَانَ ذَلِكَ آخِرَ شَأْنِ هِرَقْلَ . رَوَاهُ صَالِحُ بْنُ كَيْسَانَ وَيُونُسُ وَمَعْمَرٌ عَنِ الزُّهْرِىِّ .

“İbn Abbas ﵄ rəvayət edir ki, Əbu Süfyan ibn Hərb ona xəbər vermişdir ki, o, Qureyş karvanını müşayiət edən zaman Herakl onu öz yanına çağırtdırdı. O vaxt qureyşlilər Şamda ticarətlə məşğul olurdular. Bu da Allah Elçisinin ﷺ Əbu Süfyan və başqa Qureyş kafirləri ilə Hudeybiyədə sülh müqaviləsi bağladığı vaxtda idi. Əbu Süfyan (qureyşli) yoldaşları ilə birgə İliyaya – imperatorun yanına gəldilər. Herakl Rum zadəganlarının əhatəsində olarkən qureyşliləri öz məclisinə dəvət etdi. Sonra onları hüzuruna çağırtdırdı və tərcüməçisinin gəlməsini əmr etdi. Herakl soruşdu: “Peyğəmbər olduğunu iddia edən bu adama qohumluq cəhətdən nəsəbcə ən yaxın olan hansınızdır?” Əbu Süfyan deyir: “Mən: “Onların qohumluq cəhətdən nəsəbcə ən yaxın olanı mənəm”– deyə cavab verdim. İmperator dedi: “Onu yaxına gətirin, yoldaşlarını isə onun arxa tərəfində saxlayın”. Sonra tərcüməçisinə dedi: “Onlara de ki, mən bundan o adam haqqında soruşacağam. Əgər mənə yalan danışsa, siz də onu yalançı sayın”. Əbu Süfyan dedi: “Allaha and olsun ki, dostlarımın orada-burada mənim yalanım barədə danışacaqlarından utanmasaydım, onun barəsində yalan danışardım”. Sonra Heraklın onun haqqında məndən ilk soruşduğu bu oldu: “Aranızda onun əsli-nəsəbi necədir?” Mən dedim: “O bizim aramızda əsilli-nəsəblidir”. O soruşdu: “Sizdən ondan əvvəl bu sözü deyən (peyğəmbərlik iddiasında olan) bir şəxs olubmu?” Mən: “Xeyr!”– dedim. O soruşdu: “Heç onun ata-babalarından padşahlıq edən olubmu?” Mən: “Xeyr!”– dedim. O soruşdu: “Ona tabe olanlar insanların zadəganlarıdır, yoxsa zəifləri?” Mən: “İnsanların zəifləridir”– dedim. O soruşdu: “Onlar artırlar, yoxsa azalırlar?” Mən: “Artırlar”– dedim. O soruşdu: “İçərilərində onun dinini qəbul etdikdən sonra narazılığa görə dinindən dönən kimsə olubmu?” Mən: “Yoxdur!”– dedim. O soruşdu: “Söylədiklərini deməzdən (bu dinə dəvət etməzdən) əvvəl heç onu yalan danışmaqda ittiham etmişdinizmi?” Mən: “Xeyr!”– dedim. O soruşdu: “Heç əhdi pozurmu?” Mən: “Xeyr, lakin bizimlə onun arasında müvəqqəti sülh müqaviləsi var və bu müddət ərzində onun nə edəcəyini bilmirik”– dedim”. Əbu Süfyan davam edərək dedi: “Mən deyilənlərə əlavə etmək üçün bu kəlmədən başqa bir şey tapa bilmədim. Herakl soruşdu: “Heç onunla döyüşmüsünüzmü?” Mən: “Bəli!”– dedim. O soruşdu: “Onunla döyüşünüz nə ilə nəticələnib?” Mən dedim: “Bizimlə onun arasında gedən döyüş dəyişkən olur, gah o bizə qalib gəlir, gah da biz ona qalib gəlirik”. O soruşdu: “Sizə nəyi əmr edir?” Mən dedim: “O deyir ki, tək Allaha ibadət edin, Ona heç nəyi şərik qoşmayın, atalarınızın söylədiklərini tərk edin. Həmçinin bizə namaz qılmağı, zəkat verməyi, doğru danışmağı, namuslu olmağı və qohumluq əlaqələrini möhkəmləndirməyi də əmr edir”. Sonra Herakl tərcüməçiyə belə buyurdu: “Ona de ki: “Səndən onun nəsəbi barədə soruşdum, aranızda əsilli-nəsəbli olduğunu bildirdin. Əvvəlki elçilər də öz xalqlarının adlı-sanlı nəslinə mənsub olardılar. Sizdən “ondan əvvəl bu sözü deyən bir kəs olubmu” deyə soruşdum, dedin ki, xeyr. Mən düşündüm ki, əgər ondan əvvəl bu sözü söyləyən bir kəs olsaydı, deyərdim ki, bu adam özündən əvvəl deyilmiş bir sözü təkrar edir. Mən səndən “Ata-babalarının içində padşahlıq edən olubmu” deyə soruşdum, dedin ki, xeyr. Mən fikirləşdim ki, əgər ata-babalarından padşahlıq edən olsaydı, deyərdim ki, bu adam atasının mülkünü geri almağa çalışır. Səndən “söylədiklərini deməzdən əvvəl onu yalan danışmaqda ittiham etmişdinizmi” deyə soruşdum, dedin ki, xeyr. Mənə aydın oldu ki, insanlara qarşı yalan danışmayan adam Allaha qarşı da yalan danışmaz. Səndən “onun ardınca gedənlər insanların zadəganlarıdır, yoxsa zəifləridir” deyə soruşdum, onun ardınca gedənlərin insanların zəifləri olduğunu söylədin. Elçilərin ardınca gedənlər də məhz onlardır. Səndən “onlar artırlar, yoxsa azalırlar” deyə soruşdum, dedin ki, “onlar artırlar”. İmanın vəziyyəti də tamam oluncaya qədər belə davam edər. Səndən “aralarında onun dinini qəbul etdikdən sonra narazılığa görə dinindən dönən bir kimsə varmı” deyə soruşdum, dedin ki, yoxdur. Sözsüz ki, bu cür iman qəlblərə daxil olduqda belə olur. Səndən “əhdi pozurmu” deyə soruşdum, dedin ki, xeyr. Peyğəmbərlər də belə olur, onlar əhdi pozmurlar. Səndən “sizə nəyi əmr edir” deyə soruşdum. Dedin ki, tək Allaha ibadət edib heç nəyi Ona şərik qoşmamağı sizə əmr edir və bütlərə tapınmağı sizə qadağan edir. Həmçinin sizə namaz qılmağı, doğru danışmağı və namuslu olmağı da əmr edir. Əgər sənin dediklərin doğrudursa, onda o, bu ayaqlarımın basdığı yerə sahib olacaq. Mən bilirdim ki, o gələcək, lakin sizdən olacağını güman etmirdim. Əgər onun yanına gedib çata biləcəyimə arxayın olsaydım, hər halda onunla görüşməyə çalışar və əgər yanında olsaydım, ayaqlarını yuyardım”. Sonra o, Dihyə adlı səhabənin vasitəsilə Busranın hökmdarına göndərilmiş (və onun tərəfindən Herakla çatdırılmış) Allah Elçisinin ﷺ məktubunu tələb etdi və Qasid məktubu Herakla verdi. O da məktubu oxudu. Məktubda bunlar yazılmışdı: Mərhəmətli və Rəhmli Allahın adı ilə! Allahın qulu və elçisi Muhəmməddən Rum imperatoru Herakla. Doğru yolu tutub gedənlərə salam olsun! Bundan sonra, mən səni İslama dəvət edirəm. İslamı qəbul et ki, salamat olasan və Allah sənin mükafatını ikiqat versin. Əgər qəbul etməsən, tabeçiliyində olanların günahı sənin boynunda qalacaq: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin! O kəlmə budur: “Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”. Əgər onlar üz döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!” (Ali-İmran, 64)”. Əbu Süfyan dedi: “Herakl deyəcəklərini dedikdən və məktubu oxuyub qurtardıqdan sonra onun hüzurunda hay-küy qalxdı, səslər ucaldı və bizi bayıra çıxartdılar. Onda mən yoldaşlarıma dedim: “İbn Əbu Kəbşənin işi (dəvəti) o qədər böyümüşdür ki, Bəni-Əsfarın hökmdarı da ondan qorxur”. Peyğəmbərin ﷺ qalib gələcəyinə Allah İslamı qəlbimə yerləşdirənə qədər qətiyyətlə inanmağa davam etdim. İliyanın başçısı və Heraklın dostu İbn ən-Nazur Şam xristianlarının baş keşişi idi. O, rəvayət edir ki, Herakl İliyaya gəldiyi zaman, (farslara qalib gələndən sonra günlərin bir günü) səhər oyanarkən əhvalı çox pis idi. Heraklın patriarxlarından bəziləri ona dedilər: “Sənin halın xoşumuza gəlmir”. İbn ən-Nazur deyir ki, Herakl ulduzlara əsasən fala baxan, kahin idi. Odur ki, onların sualına belə cavab verdi: “Mən bu gecə ulduzlara baxarkən xitan hökmdarının qalib gəldiyini görmüşəm. Deyin görək, xalqlar arasında xitan (sünnət) edənlər kimlərdir?” Onlar dedilər: “Yəhudilərdən başqa heç kəs xitan etmir. Onların işi səni qorxuzmasın, məmləkətinin şəhərlərinə xəbər göndər ki, oralardakı yəhudiləri öldürsünlər”. Elə bu vaxt Heraklın hüzuruna Ğassan hökmdarının Allahın Elçisi ﷺ barəsində xəbər vermək üçün göndərdiyi adam gətirildi. Herakl qasiddən xəbər aldıqdan sonra xidmətçilərinə əmr edib dedi: “Gedin baxın görün, bu kişi xitan (sünnət) edilib, ya yox”. Xidmətçilər o kişiyə baxdıqdan sonra onun xitan (sünnət) edilmiş olduğunu Herakla xəbər verdilər. Herakl ondan ərəblər barədə soruşdu. Qasid dedi ki, onlar da xitan olunurlar”. Herakl buyurdu: “Budur, bu xalqın hökmranlığı artıq zühur etmişdir”. Sonra Herakl Rumiyyədə yaşayan və (fala baxmaq) elmində özünə həmfikir olan dostuna məktub yazdı. Sonra Herakl Himsə gedərək Peyğəmbərin ﷺ zühuru və onun, həqiqətən də, peyğəmbər olduğu barədə fikirlərinə həmrəy olan dostundan məktub alanadək Himsi tərk etmədi. Herakl Rum zadəganlarını Himsdə olan qəsrinə dəvət edib qapıların bağlanılmasını əmr etdi. Sonra onların qarşısına çıxaraq dedi: “Ey Rumlular! Bu Peyğəmbərə ﷺ beyət edib nicat tapmaq, doğru yola yönəlmək və mülkünüzün qalmasını istəmirsinizmi?” Onlar bu sözləri eşidən kimi vəhşi eşşəklər qaçışına bənzər sürətlə qapıya doğru qaçdılar, lakin qapıların bağlı olduğunu gördülər. Herakl onlardakı nifrəti gördükdə iman gətirəcəklərindən ümidini üzüb dedi: “Onları yanıma gətirin!” Zadəganlar onun hüzuruna gəldikdə belə dedi: “Mən dediklərimi ancaq dininizə bağlı olmanızı yoxlamaq üçün dedim. İndi isə buna şahid oldum”. Zadəganlar onun qarşısında səcdə etdilər və ondan razı oldular. Herakl haqqında olan xəbərin (onun dəvətə olan münasibətinin) sonu belə oldu”.”

İbn Abbas
Buxari, 7 (Vəhy, 7)Səhih

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ قَالَ حَدَّثَنَا أَبُو الزِّنَادِ عَنِ الأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « فَوَالَّذِى نَفْسِى بِيَدِهِ لاَ يُؤْمِنُ أَحَدُكُمْ حَتَّى أَكُونَ أَحَبَّ إِلَيْهِ مِنْ وَالِدِهِ وَوَلَدِهِ »

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Canım Əlində Olana and olsun ki, sizdən biriniz məni valideynindən və övladından çox istəməyincə, (tam) iman gətirmiş olmaz”.”

Əbu Hureyra
Buxari, 14 (İman, 7)Səhih

حَدَّثَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ قَالَ حَدَّثَنَا ابْنُ عُلَيَّةَ عَنْ عَبْدِ الْعَزِيزِ بْنِ صُهَيْبٍ عَنْ أَنَسٍ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ح وَحَدَّثَنَا آدَمُ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ قَتَادَةَ عَنْ أَنَسٍ قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ يُؤْمِنُ أَحَدُكُمْ حَتَّى أَكُونَ أَحَبَّ إِلَيْهِ مِنْ وَالِدِهِ وَوَلَدِهِ وَالنَّاسِ أَجْمَعِينَ » .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Sizdən biriniz məni valideynindən, övladından və bütün insanlardan çox istəməyincə, (tam) iman gətirmiş olmaz”.”

Ənəs
Buxari, 15 (İman, 8)Səhih

حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ حَمْزَةَ قَالَ حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ سَعْدٍ عَنْ صَالِحٍ عَنِ ابْنِ شِهَابٍ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ أَنَّ عَبْدَ اللَّهِ بْنَ عَبَّاسٍ أَخْبَرَهُ قَالَ أَخْبَرَنِى أَبُو سُفْيَانَ أَنَّ هِرَقْلَ قَالَ لَهُ سَأَلْتُكَ هَلْ يَزِيدُونَ أَمْ يَنْقُصُونَ ، فَزَعَمْتَ أَنَّهُمْ يَزِيدُونَ ، وَكَذَلِكَ الإِيمَانُ حَتَّى يَتِمَّ . وَسَأَلْتُكَ هَلْ يَرْتَدُّ أَحَدٌ سَخْطَةً لِدِينِهِ بَعْدَ أَنْ يَدْخُلَ فِيهِ ، فَزَعَمْتَ أَنْ لاَ ، وَكَذَلِكَ الإِيمَانُ حِينَ تُخَالِطُ بَشَاشَتُهُ الْقُلُوبَ ، لاَ يَسْخَطُهُ أَحَدٌ .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Əbu Süfyan mənə danışdı ki, Herakl ona belə dedi: “Mən səndən “Onlar (müsəlmanlar) artırlar, yoxsa azalırlar” deyə soruşdum, dedin ki, “onlar artırlar”. İmanın vəziyyəti də tamam olana qədər beləcə davam edər. Mən səndən “İçərilərində onun dinini qəbul etdikdən sonra narazılığa görə dinindən dönən bir kimsə varmı” deyə soruşdum, dedin ki, “yoxdur”. Təbii ki, bu cür iman qəlblərə daxil olduqda belə olur”.”

İbn Abbas
Buxari, 51 (İman, 44)Səhih

حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنِى إِبْرَاهِيمُ بْنُ سَعْدٍ عَنْ صَالِحٍ عَنِ ابْنِ شِهَابٍ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ بْنِ عُتْبَةَ بْنِ مَسْعُودٍ أَنَّ عَبْدَ اللَّهِ بْنَ عَبَّاسٍ أَخْبَرَهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بَعَثَ بِكِتَابِهِ رَجُلاً ، وَأَمَرَهُ أَنْ يَدْفَعَهُ إِلَى عَظِيمِ الْبَحْرَيْنِ ، فَدَفَعَهُ عَظِيمُ الْبَحْرَيْنِ إِلَى كِسْرَى ، فَلَمَّا قَرَأَهُ مَزَّقَهُ . فَحَسِبْتُ أَنَّ ابْنَ الْمُسَيَّبِ قَالَ فَدَعَا عَلَيْهِمْ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ يُمَزَّقُوا كُلَّ مُمَزَّقٍ .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ bir kişiyə məktub verib onu Bəhreynin hökmdarına çatdırmağı əmr etdi. Bəhreynin hökmdarı da onu Xosrova çatdırdı. Xosrov məktubu oxuduqdan sonra onu cıraraq parça-parça etdi”. (Ravi İbn Şihab deyir ki,) zənnimcə Səid ibn əl-Museyyib demişdir: “Allah Elçisi ﷺ onlara: “(Görüm onları) cırıq-cırıq olsunlar”– deyə bəddua etdi”.”

İbn Abbas
Buxari, 64 (Elm, 6)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ مُقَاتِلٍ أَبُو الْحَسَنِ أَخْبَرَنَا عَبْدُ اللَّهِ قَالَ أَخْبَرَنَا شُعْبَةُ عَنْ قَتَادَةَ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ كَتَبَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كِتَابًا - أَوْ أَرَادَ أَنْ يَكْتُبَ - فَقِيلَ لَهُ إِنَّهُمْ لاَ يَقْرَءُونَ كِتَابًا إِلاَّ مَخْتُومًا . فَاتَّخَذَ خَاتَمًا مِنْ فِضَّةٍ نَقْشُهُ مُحَمَّدٌ رَسُولُ اللَّهِ . كَأَنِّى أَنْظُرُ إِلَى بَيَاضِهِ فِى يَدِهِ . فَقُلْتُ لِقَتَادَةَ مَنْ قَالَ نَقْشُهُ مُحَمَّدٌ رَسُولُ اللَّهِ قَالَ أَنَسٌ .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Peyğəmbər ﷺ məktub yazdırdı və ya yazdırmaq istədi. Ona: “Hökmdarlar möhürsüz məktubları oxumurlar”– deyildi. Buna görə də o, üstündə: “Muhəmməd Rasulullah” sözü həkk edilmiş gümüş üzük düzəltdirdi. Bu üzüyün Peyğəmbərin ﷺ əlində iz qoymuş ağlığı hələ də gözlərimin önündədir”. Ravi Şubə deyir: “Mən Qatədəyə: “Üzüyə “Muhəmməd Rasulullah” naxışının vurulmasını kim dedi?” dedim. Qatədə: “Ənəs” dedi”.”

Ənəs ibn Malik
Buxari, 65 (Elm, 7)Səhih

حَدَّثَنَا يَحْيَى بْنُ سُلَيْمَانَ قَالَ حَدَّثَنِى ابْنُ وَهْبٍ قَالَ أَخْبَرَنِى يُونُسُ عَنِ ابْنِ شِهَابٍ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ لَمَّا اشْتَدَّ بِالنَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَجَعُهُ قَالَ « ائْتُونِى بِكِتَابٍ أَكْتُبُ لَكُمْ كِتَابًا لاَ تَضِلُّوا بَعْدَهُ » . قَالَ عُمَرُ إِنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ غَلَبَهُ الْوَجَعُ وَعِنْدَنَا كِتَابُ اللَّهِ حَسْبُنَا فَاخْتَلَفُوا وَكَثُرَ اللَّغَطُ . قَالَ « قُومُوا عَنِّى ، وَلاَ يَنْبَغِى عِنْدِى التَّنَازُعُ » . فَخَرَجَ ابْنُ عَبَّاسٍ يَقُولُ إِنَّ الرَّزِيَّةَ كُلَّ الرَّزِيَّةِ مَا حَالَ بَيْنَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَبَيْنَ كِتَابِهِ .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ (ölüm ayağında) ağrıları şiddətlənərkən buyurdu: “Mənə (üstündə) yazı yazmaq üçün bir şey gətirin, sizə bir yazı yazım ki, ondan sonra zəlalətə düşməyəsiniz”. Ömər dedi: “Peyğəmbərin ﷺ ağrıları şiddətlənib, bizim əlimizdə isə Allahın Kitabı var və o bizə kifayət edər”. Bu vaxt səhabələrin arasında ixtilaf düşdü, səs-küy qalxdı və Peyğəmbər ﷺ onlara buyurdu: “Durun yanımdan! Mənim hüzurumda mübahisə etmək olmaz”. İbn Abbas (bu sözləri Ubeydullah ibn Abdullaha rəvayət etdikdən sonra) oradan çıxdı və dedi: “Allah Elçisi ﷺ ilə yazı yazması arasında pərdənin olması necə də böyük müsibət idi”.”

İbn Abbas
Buxari, 114 (Elm, 56)Səhih

حَدَّثَنَا مَالِكُ بْنُ إِسْمَاعِيلَ قَالَ حَدَّثَنَا إِسْرَائِيلُ عَنْ عَاصِمٍ عَنِ ابْنِ سِيرِينَ قَالَ قُلْتُ لِعَبِيدَةَ عِنْدَنَا مِنْ شَعَرِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَصَبْنَاهُ مِنْ قِبَلِ أَنَسٍ ، أَوْ مِنْ قِبَلِ أَهْلِ أَنَسٍ فَقَالَ لأَنْ تَكُونَ عِنْدِى شَعَرَةٌ مِنْهُ أَحَبُّ إِلَىَّ مِنَ الدُّنْيَا وَمَا فِيهَا .

“Rəvayət edilir ki, İbn Sirin ﵀ demişdir: “Mən Abidəyə dedim: “Yanımızda Peyğəmbərin ﷺ saçından bir az var. Biz onu Ənəsdən (yaxud Ənəsin ailəsindən) əldə etmişik”. Abidə dedi: “Yanımda Peyğəmbərin ﷺ saçının bir tükünün olması mənim üçün dünya və içindəkilərdən daha sevimlidir”.”

İbn Sirin
Buxari, 170 (Dəstəmaz, 36)Səhih

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى عُبَيْدُ اللَّهِ بْنُ عَبْدِ اللَّهِ بْنِ عُتْبَةَ أَنَّ عَائِشَةَ قَالَتْ لَمَّا ثَقُلَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَاشْتَدَّ بِهِ وَجَعُهُ ، اسْتَأْذَنَ أَزْوَاجَهُ فِى أَنْ يُمَرَّضَ فِى بَيْتِى ، فَأَذِنَّ لَهُ ، فَخَرَجَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بَيْنَ رَجُلَيْنِ تَخُطُّ رِجْلاَهُ فِى الأَرْضِ بَيْنَ عَبَّاسٍ وَرَجُلٍ آخَرَ . قَالَ عُبَيْدُ اللَّهِ فَأَخْبَرْتُ عَبْدَ اللَّهِ بْنَ عَبَّاسٍ فَقَالَ أَتَدْرِى مَنِ الرَّجُلُ الآخَرُ قُلْتُ لاَ . قَالَ هُوَ عَلِىٌّ . وَكَانَتْ عَائِشَةُ - رَضِيَ اللَّهُ عَنْهَا - تُحَدِّثُ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ بَعْدَ مَا دَخَلَ بَيْتَهُ وَاشْتَدَّ وَجَعُهُ « هَرِيقُوا عَلَىَّ مِنْ سَبْعِ قِرَبٍ ، لَمْ تُحْلَلْ أَوْكِيَتُهُنَّ ، لَعَلِّى أَعْهَدُ إِلَى النَّاسِ » . وَأُجْلِسَ فِى مِخْضَبٍ لِحَفْصَةَ زَوْجِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، ثُمَّ طَفِقْنَا نَصُبُّ عَلَيْهِ تِلْكَ حَتَّى طَفِقَ يُشِيرُ إِلَيْنَا أَنْ قَدْ فَعَلْتُنَّ ، ثُمَّ خَرَجَ إِلَى النَّاسِ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbərin ﷺ xəstəliyi ağırlaşdığı və ağrıları şiddətləndiyi zaman zövcələrindən xahiş etdi ki, ona mənim evimdə xidmət edilsin. Zövcələri ona izin verdilər. Peyğəmbər ﷺ Abbasın və başqa birisinin qoluna girib ayaqlarını sürükləyərək (qaldığı evdən) çıxıb getdi”. Ravi Ubeydullah dedi: “Mən bu hədisi Abdullah ibn Abbasa danışdım. O dedi: “Bilirsən, o biri kişi kim idi?” Mən: “Xeyr!”– dedim. O isə cavabında: “Bu, Əli idi”– dedi”. Aişə rəvayət edir ki, Peyğəmbər ﷺ evinə gəldikdən və xəstəliyi bir az da şiddətləndikdən sonra dedi: “Mənim üstümə bağları açılmamış yeddi tuluq su tökün ki, bəlkə camaata tövsiyə edə bilim”. Onu zövcəsi Həfsaya məxsus olan ləyənin içində otuzdurdular. Sonra biz onun üstünə su tökməyə başladıq. Nəhayət, o: “Artıq yetər”– deyə bizə işarə etməyə başladı. Bundan sonra camaatın qarşısına çıxdı”.”

Aişə
Buxari, 198 (Dəstəmaz, 64)Səhih

حَدَّثَنَا عَبْدَانُ قَالَ أَخْبَرَنِى أَبِى عَنْ شُعْبَةَ عَنْ أَبِى إِسْحَاقَ عَنْ عَمْرِو بْنِ مَيْمُونٍ عَنْ عَبْدِ اللَّهِ قَالَ بَيْنَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سَاجِدٌ ح قَالَ وَحَدَّثَنِى أَحْمَدُ بْنُ عُثْمَانَ قَالَ حَدَّثَنَا شُرَيْحُ بْنُ مَسْلَمَةَ قَالَ حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ يُوسُفَ عَنْ أَبِيهِ عَنْ أَبِى إِسْحَاقَ قَالَ حَدَّثَنِى عَمْرُو بْنُ مَيْمُونٍ أَنَّ عَبْدَ اللَّهِ بْنَ مَسْعُودٍ حَدَّثَهُ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُصَلِّى عِنْدَ الْبَيْتِ ، وَأَبُو جَهْلٍ وَأَصْحَابٌ لَهُ جُلُوسٌ ، إِذْ قَالَ بَعْضُهُمْ لِبَعْضٍ أَيُّكُمْ يَجِىءُ بِسَلَى جَزُورِ بَنِى فُلاَنٍ فَيَضَعُهُ عَلَى ظَهْرِ مُحَمَّدٍ إِذَا سَجَدَ فَانْبَعَثَ أَشْقَى الْقَوْمِ فَجَاءَ بِهِ ، فَنَظَرَ حَتَّى إِذَا سَجَدَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَضَعَهُ عَلَى ظَهْرِهِ بَيْنَ كَتِفَيْهِ وَأَنَا أَنْظُرُ ، لاَ أُغَيِّرُ شَيْئًا ، لَوْ كَانَ لِى مَنْعَةٌ . قَالَ فَجَعَلُوا يَضْحَكُونَ وَيُحِيلُ بَعْضُهُمْ عَلَى بَعْضٍ ، وَرَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سَاجِدٌ لاَ يَرْفَعُ رَأْسَهُ ، حَتَّى جَاءَتْهُ فَاطِمَةُ ، فَطَرَحَتْ عَنْ ظَهْرِهِ ، فَرَفَعَ رَأْسَهُ ثُمَّ قَالَ « اللَّهُمَّ عَلَيْكَ بِقُرَيْشٍ » . ثَلاَثَ مَرَّاتٍ ، فَشَقَّ عَلَيْهِمْ إِذْ دَعَا عَلَيْهِمْ - قَالَ وَكَانُوا يُرَوْنَ أَنَّ الدَّعْوَةَ فِى ذَلِكَ الْبَلَدِ مُسْتَجَابَةٌ - ثُمَّ سَمَّى « اللَّهُمَّ عَلَيْكَ بِأَبِى جَهْلٍ ، وَعَلَيْكَ بِعُتْبَةَ بْنِ رَبِيعَةَ ، وَشَيْبَةَ بْنِ رَبِيعَةَ ، وَالْوَلِيدِ بْنِ عُتْبَةَ ، وَأُمَيَّةَ بْنِ خَلَفٍ ، وَعُقْبَةَ بْنِ أَبِى مُعَيْطٍ » . وَعَدَّ السَّابِعَ فَلَمْ يَحْفَظْهُ قَالَ فَوَالَّذِى نَفْسِى بِيَدِهِ ، لَقَدْ رَأَيْتُ الَّذِينَ عَدَّ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ صَرْعَى فِى الْقَلِيبِ قَلِيبِ بَدْرٍ .

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Peyğəmbər ﷺ Kəbənin yanında namaz qılarkən Əbu Cəhl və onun dostları (yaxınlıqda olan bir yerdə) oturmuşdular. Onlardan biri digərlərinə dedi: “Hansınız filan tayfanın kəsdiyi dişi dəvənin döl qişasını gətirib Muhəmməd səcdə edərkən onun belinə qoya bilər?” Onların ən bədbəxti gedib onu gətirdi və bir az gözlədi. Peyğəmbər ﷺ səcdə etdikdə onu Peyğəmbərin ﷺ belinə – kürəklərinin arasına qoydu. Mən bunu görürdüm, lakin qarşısını almağa qadir deyildim. Kaş bunun qarşısını ala biləcək qədər gücüm olaydı. Onlar (barmaqla) bir-birinə işarə edərək gülməyə başladılar. Allah Elçisi ﷺ isə səcdədən başını qaldırmırdı. Sonra Fatimə onun yanına gəldi və (içalatı) onun belindən götürüb kənara atdı. Allah Elçisi ﷺ başını qaldırdı və namazı bitirdikdən sonra üç dəfə: “Allahım, Qureyşin cəzasını ver!”– dedi. Allah Elçisinin ﷺ bəddua etməsi onlara pis təsir etdi, çünki onlar bu şəhərdə edilən bədduanın qəbul olunacağına inanırdılar. Sonra Allah Elçisi ﷺ onların adlarını bir-bir sayaraq belə dua etdi: “Allahım, Əbu Cəhlin cəzasını ver! Utbə ibn Rabianın, Şeybə ibn Rabianın, Vəlid ibn Utbənin, Umeyyə ibn Xələfin və Uqbə ibn Əbu Muitin cəzasını ver!” İbn Məsud yeddincisinin də adını çəkdi, lakin (ravi) bunu yadda saxlaya bilməmişdi. Abdullah ibn Məsud deyir: “Canım Əlində Olana and olsun ki, Allah Elçisinin ﷺ adlarını çəkdiyi kəsləri Bədr quyularından birində yerə sərilmiş gördüm”.”

Abdullah ibn Məsud
Buxari, 240 (Dəstəmaz, 106)Səhih

حَدَّثَنَا مُحَمَّدٌ قَالَ أَخْبَرَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ عَنْ أَبِى حَازِمٍ سَمِعَ سَهْلَ بْنَ سَعْدٍ السَّاعِدِىَّ ، وَسَأَلَهُ النَّاسُ وَمَا بَيْنِى وَبَيْنَهُ أَحَدٌ بِأَىِّ شَىْءٍ دُووِىَ جُرْحُ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ مَا بَقِىَ أَحَدٌ أَعْلَمُ بِهِ مِنِّى ، كَانَ عَلِىٌّ يَجِىءُ بِتُرْسِهِ فِيهِ مَاءٌ ، وَفَاطِمَةُ تَغْسِلُ عَنْ وَجْهِهِ الدَّمَ ، فَأُخِذَ حَصِيرٌ فَأُحْرِقَ فَحُشِىَ بِهِ جُرْحُهُ .

“Əbu Həzm ﵀ rəvayət edir ki, insanlar Səhl ibn Səd əs-Saididən: “Peyğəmbərin ﷺ yarası nə ilə müalicə edildi?”– deyə soruşdular. Səhl dedi: “Bunu məndən yaxşı bilən bir kəs qalmayıb. O vaxt Əli qalxanının içində su gətirir, Fatimə də Peyğəmbərin ﷺ üzündəki qanı yuyurdu. Sonra bir parça həsir götürüb yandırdılar və külünü onun yarasının üzərinə basdılar”.”

Əbu Həzm
Buxari, 243 (Dəstəmaz, 109)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ سِنَانٍ قَالَ حَدَّثَنَا هُشَيْمٌ ح قَالَ وَحَدَّثَنِى سَعِيدُ بْنُ النَّضْرِ قَالَ أَخْبَرَنَا هُشَيْمٌ قَالَ أَخْبَرَنَا سَيَّارٌ قَالَ حَدَّثَنَا يَزِيدُ - هُوَ ابْنُ صُهَيْبٍ الْفَقِيرُ - قَالَ أَخْبَرَنَا جَابِرُ بْنُ عَبْدِ اللَّهِ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « أُعْطِيتُ خَمْسًا لَمْ يُعْطَهُنَّ أَحَدٌ قَبْلِى نُصِرْتُ بِالرُّعْبِ مَسِيرَةَ شَهْرٍ ، وَجُعِلَتْ لِىَ الأَرْضُ مَسْجِدًا وَطَهُورًا ، فَأَيُّمَا رَجُلٍ مِنْ أُمَّتِى أَدْرَكَتْهُ الصَّلاَةُ فَلْيُصَلِّ ، وَأُحِلَّتْ لِىَ الْمَغَانِمُ وَلَمْ تَحِلَّ لأَحَدٍ قَبْلِى ، وَأُعْطِيتُ الشَّفَاعَةَ ، وَكَانَ النَّبِىُّ يُبْعَثُ إِلَى قَوْمِهِ خَاصَّةً ، وَبُعِثْتُ إِلَى النَّاسِ عَامَّةً » .

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Mənə beş (xislət) verilib ki, bunlar məndən əvvəl heç kəsə verilməmişdir: bir ay əvvəl düşmənin qəlbinə qorxu salaraq ona qalib gəlməyim; yer üzünün mənim üçün təmiz və namazgah olması, belə ki ümmətimdən olan hər bir kəs istənilən yerdə vaxtı girmiş namazı qılmalıdır; qənimətlərin mənə halal olması, belə ki bu məndən qabaq heç bir peyğəmbərə halal olmamışdır; (Qiyamət günü tərifəlayiq məqamda) şəfaət verməyim və bir də hər bir peyğəmbər yalnız öz qövmünə göndərilərdi, mən isə bütün insanlara göndərilmişəm”.”

Cabir ibn Abdullah
Buxari, 335 (Təyəmmüm, 2)Səhih

حَدَّثَنَا يَحْيَى بْنُ بُكَيْرٍ قَالَ حَدَّثَنَا اللَّيْثُ عَنْ يُونُسَ عَنِ ابْنِ شِهَابٍ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ كَانَ أَبُو ذَرٍّ يُحَدِّثُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « فُرِجَ عَنْ سَقْفِ بَيْتِى وَأَنَا بِمَكَّةَ ، فَنَزَلَ جِبْرِيلُ فَفَرَجَ صَدْرِى ، ثُمَّ غَسَلَهُ بِمَاءِ زَمْزَمَ ، ثُمَّ جَاءَ بِطَسْتٍ مِنْ ذَهَبٍ مُمْتَلِئٍ حِكْمَةً وَإِيمَانًا ، فَأَفْرَغَهُ فِى صَدْرِى ثُمَّ أَطْبَقَهُ ، ثُمَّ أَخَذَ بِيَدِى فَعَرَجَ بِى إِلَى السَّمَاءِ الدُّنْيَا ، فَلَمَّا جِئْتُ إِلَى السَّمَاءِ الدُّنْيَا قَالَ جِبْرِيلُ لِخَازِنِ السَّمَاءِ افْتَحْ . قَالَ مَنْ هَذَا قَالَ هَذَا جِبْرِيلُ . قَالَ هَلْ مَعَكَ أَحَدٌ قَالَ نَعَمْ مَعِى مُحَمَّدٌ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ . فَقَالَ أُرْسِلَ إِلَيْهِ قَالَ نَعَمْ . فَلَمَّا فَتَحَ عَلَوْنَا السَّمَاءَ الدُّنْيَا ، فَإِذَا رَجُلٌ قَاعِدٌ عَلَى يَمِينِهِ أَسْوِدَةٌ وَعَلَى يَسَارِهِ أَسْوِدَةٌ ، إِذَا نَظَرَ قِبَلَ يَمِينِهِ ضَحِكَ ، وَإِذَا نَظَرَ قِبَلَ يَسَارِهِ بَكَى ، فَقَالَ مَرْحَبًا بِالنَّبِىِّ الصَّالِحِ وَالاِبْنِ الصَّالِحِ . قُلْتُ لِجِبْرِيلَ مَنْ هَذَا قَالَ هَذَا آدَمُ . وَهَذِهِ الأَسْوِدَةُ عَنْ يَمِينِهِ وَشِمَالِهِ نَسَمُ بَنِيهِ ، فَأَهْلُ الْيَمِينِ مِنْهُمْ أَهْلُ الْجَنَّةِ ، وَالأَسْوِدَةُ الَّتِى عَنْ شِمَالِهِ أَهْلُ النَّارِ ، فَإِذَا نَظَرَ عَنْ يَمِينِهِ ضَحِكَ ، وَإِذَا نَظَرَ قِبَلَ شِمَالِهِ بَكَى ، حَتَّى عَرَجَ بِى إِلَى السَّمَاءِ الثَّانِيَةِ فَقَالَ لِخَازِنِهَا افْتَحْ . فَقَالَ لَهُ خَازِنُهَا مِثْلَ مَا قَالَ الأَوَّلُ فَفَتَحَ » . قَالَ أَنَسٌ فَذَكَرَ أَنَّهُ وَجَدَ فِى السَّمَوَاتِ آدَمَ وَإِدْرِيسَ وَمُوسَى وَعِيسَى وَإِبْرَاهِيمَ - صَلَوَاتُ اللَّهِ عَلَيْهِمْ - وَلَمْ يُثْبِتْ كَيْفَ مَنَازِلُهُمْ ، غَيْرَ أَنَّهُ ذَكَرَ أَنَّهُ وَجَدَ آدَمَ فِى السَّمَاءِ الدُّنْيَا ، وَإِبْرَاهِيمَ فِى السَّمَاءِ السَّادِسَةِ . قَالَ أَنَسٌ فَلَمَّا مَرَّ جِبْرِيلُ بِالنَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِإِدْرِيسَ قَالَ مَرْحَبًا بِالنَّبِىِّ الصَّالِحِ وَالأَخِ الصَّالِحِ . فَقُلْتُ مَنْ هَذَا قَالَ هَذَا إِدْرِيسُ . ثُمَّ مَرَرْتُ بِمُوسَى فَقَالَ مَرْحَبًا بِالنَّبِىِّ الصَّالِحِ وَالأَخِ الصَّالِحِ . قُلْتُ مَنْ هَذَا قَالَ هَذَا مُوسَى . ثُمَّ مَرَرْتُ بِعِيسَى فَقَالَ مَرْحَبًا بِالأَخِ الصَّالِحِ وَالنَّبِىِّ الصَّالِحِ . قُلْتُ مَنْ هَذَا قَالَ هَذَا عِيسَى . ثُمَّ مَرَرْتُ بِإِبْرَاهِيمَ فَقَالَ مَرْحَبًا بِالنَّبِىِّ الصَّالِحِ وَالاِبْنِ الصَّالِحِ . قُلْتُ مَنْ هَذَا قَالَ هَذَا إِبْرَاهِيمُ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ » . قَالَ ابْنُ شِهَابٍ فَأَخْبَرَنِى ابْنُ حَزْمٍ أَنَّ ابْنَ عَبَّاسٍ وَأَبَا حَبَّةَ الأَنْصَارِىَّ كَانَا يَقُولاَنِ قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « ثُمَّ عُرِجَ بِى حَتَّى ظَهَرْتُ لِمُسْتَوًى أَسْمَعُ فِيهِ صَرِيفَ الأَقْلاَمِ » . قَالَ ابْنُ حَزْمٍ وَأَنَسُ بْنُ مَالِكٍ قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « فَفَرَضَ اللَّهُ عَلَى أُمَّتِى خَمْسِينَ صَلاَةً ، فَرَجَعْتُ بِذَلِكَ حَتَّى مَرَرْتُ عَلَى مُوسَى فَقَالَ مَا فَرَضَ اللَّهُ لَكَ عَلَى أُمَّتِكَ قُلْتُ فَرَضَ خَمْسِينَ صَلاَةً . قَالَ فَارْجِعْ إِلَى رَبِّكَ ، فَإِنَّ أُمَّتَكَ لاَ تُطِيقُ ذَلِكَ . فَرَاجَعْتُ فَوَضَعَ شَطْرَهَا ، فَرَجَعْتُ إِلَى مُوسَى قُلْتُ وَضَعَ شَطْرَهَا . فَقَالَ رَاجِعْ رَبَّكَ ، فَإِنَّ أُمَّتَكَ لاَ تُطِيقُ ، فَرَاجَعْتُ فَوَضَعَ شَطْرَهَا ، فَرَجَعْتُ إِلَيْهِ فَقَالَ ارْجِعْ إِلَى رَبِّكَ ، فَإِنَّ أُمَّتَكَ لاَ تُطِيقُ ذَلِكَ ، فَرَاجَعْتُهُ . فَقَالَ هِىَ خَمْسٌ وَهْىَ خَمْسُونَ ، لاَ يُبَدَّلُ الْقَوْلُ لَدَىَّ . فَرَجَعْتُ إِلَى مُوسَى فَقَالَ رَاجِعْ رَبَّكَ . فَقُلْتُ اسْتَحْيَيْتُ مِنْ رَبِّى . ثُمَّ انْطَلَقَ بِى حَتَّى انْتَهَى بِى إِلَى سِدْرَةِ الْمُنْتَهَى ، وَغَشِيَهَا أَلْوَانٌ لاَ أَدْرِى مَا هِىَ ، ثُمَّ أُدْخِلْتُ الْجَنَّةَ ، فَإِذَا فِيهَا حَبَايِلُ اللُّؤْلُؤِ ، وَإِذَا تُرَابُهَا الْمِسْكُ » .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Əbu Zərr rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Mən Məkkədə ikən evimin damı aralandı və Cəbrail (yanıma) endi. Köksümü yardıqdan sonra onun içini Zəm-zəm suyu ilə yudu. Sonra içi hikmət və imanla dolu olan qızıl ləyən gətirib içindəkiləri köksümə boşaltdı və onu bağladı. Sonra əlimdən tutub məni yerə ən yaxın olan səmaya qaldırdı. Mən yaxın səmaya gəlib çatdıqda Cəbrail səmanın gözətçisinə: “Aç”– dedi. Gözətçi: “Kimdir?”– deyə soruşdu. O: “Cəbraildir!”– dedi. Gözətçi: “Yanında kimsə var?”– deyə soruşdu. Cəbrail: “Muhəmməd ﷺ yanımdadır!”– dedi. Gözətçi soruşdu: “Ona (gəlməsi üçün) xəbər göndərildimi?” Cəbrail: “Bəli!”– dedi. (Səma qapıları) açıldıqda biz yaxın səmanın üstünə qalxdıq və orada oturmuş bir adam gördük. Onun sağ və sol tərəfində (insanlardan ibarət) toplumlar var idi. Bu adam sağa baxanda gülür, sola baxanda isə ağlayırdı. O (məni görüb) dedi: “Əməlisaleh peyğəmbər və əməlisaleh oğul xoş gəlib!” Mən Cəbraildən: “Bu kimdir?”– deyə soruşdum. O dedi: “Bu, Adəmdir, onun sağında və solunda olan toplumlar isə zürriyyətinin ruhlarıdır. Sağında duranlar Cənnət əhli, solunda duranlar isə Cəhənnəm əhlidir. (Buna görə də) sağına baxanda gülür, soluna baxanda ağlayır”. Sonra Cəbrail mənimlə ikinci səmaya qalxdı və onun gözətçisinə: “Aç”– dedi. Bu gözətçi də ona əvvəlki gözətçinin dediyini deyəndən sonra qapını açdı”. Ənəs deyir: “Əbu Zərr Peyğəmbərin ﷺ səmalarda Adəmi, İdrisi, Musanı, İsanı və İbrahimi – onların hamısına Allahın salavatı olsun – gördüyünü söyləsə də, onların məqamları barədə dəqiq bir söz demədi. Yalnız Adəmi aşağı göydə, İbrahimi isə altıncı səmada gördüyünü söylədi”. Həmçinin Ənəs demişdir: “Cəbrail Peyğəmbərlə ﷺ birlikdə İdrisin yanına gəldikdə İdris dedi: “Əməlisaleh peyğəmbər və əməlisaleh qardaş xoş gəlib!” Peyğəmbər ﷺ buyurdu: “Mən: “Bu kimdir?”– deyə soruşdum. Cəbrail: “İdrisdir”– dedi. Sonra mən Musanın yanına gəldim. Musa dedi: “Əməlisaleh peyğəmbər və əməlisaleh qardaş xoş gəlib!” Mən: “Bu kimdir?”– deyə soruşdum. Cəbrail: “Musadır”– dedi. Sonra mən İsanın yanına gəldim. İsa dedi: “Əməlisaleh qardaş və əməlisaleh peyğəmbər xoş gəlib!” Mən: “Bu kimdir?”– deyə soruşdum. Cəbrail: “İsadır”– dedi. Sonra mən İbrahimin yanına gəldim. İbrahim dedi: “Əməlisaleh peyğəmbər və əməlisaleh övlad xoş gəlib!” Mən: “Bu kimdir?”– deyə soruşdum. Cəbrail: “İbrahimdir ﷺ”– dedi”. Ravi İbn Şihab İbn Abbasdan və Əbu Həbbə əl-Ənsaridən rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Sonra (Cəbrail) mənimlə elə bir yüksəkliyə qalxdı ki, mən qələmlərin qıjıltısını eşitdim”. Ənəs ibn Malik rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Allah mənim ümmətimə əlli (vaxt) namaz qılmağı vacib buyurdu. Mən geri qayıdarkən Musanın yanına gəlib çatdıqda o: “Allah sənin ümmətinə nəyi əmr etdi?”– deyə soruşdu. Mən dedim: “Əlli (vaxt) namaz qılmağı vacib buyurdu”. Musa dedi: “Rəbbinin yanına qayıt (və Ondan bu hökmü yüngülləşdirməyi xahiş et). Çünki sənin ümmətin bunun öhdəsindən gələ bilməyəcək”. Mən yenidən Ona müraciət etdim və O bu sayı bir qədər azaltdı. Sonra Musanın yanına qayıdıb: “O, (bu) sayı bir qədər azaltdı”– dedim. Musa dedi: “Yenə Rəbbinə müraciət et, çünki sənin ümmətin bunun öhdəsindən gələ bilməyəcək”. Mən yenidən Ona müraciət etdim və O bu sayı bir qədər də azaltdı. Sonra Musanın yanına qayıtdım. O dedi: “Yenə Rəbbinə müraciət et, çünki sənin ümmətin bunun öhdəsindən gələ bilməyəcək”. Mən yenidən Allaha müraciət etdim, O isə: “Onlar (sayca) beşdir, (savab baxımından isə) əllidir, çünki Mənim sözüm dəyişməzdir”– deyə buyurdu və mən Musanın yanına qayıtdım. O: “Yenə Rəbbinə müraciət et!”– dedikdə mən dedim: “(Artıq) mən Rəbbimdən həya edirəm”. Sonra (Cəbrail) məni son həddəki Sidr ağacının yanına apardı. Onun rənglərini vəsf etmək mümkün deyil. Sonra məni Cənnətə daxil etdilər. Mən orada incilər düzülmüş boyunbağılar, həmçinin Cənnət torpağının müşk olduğunu gördüm”.”

Ənəs ibn Malik
Buxari, 349 (Namaz, 1)Səhih

حَدَّثَنَا مَطَرُ بْنُ الْفَضْلِ قَالَ حَدَّثَنَا رَوْحٌ قَالَ حَدَّثَنَا زَكَرِيَّاءُ بْنُ إِسْحَاقَ حَدَّثَنَا عَمْرُو بْنُ دِينَارٍ قَالَ سَمِعْتُ جَابِرَ بْنَ عَبْدِ اللَّهِ يُحَدِّثُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَنْقُلُ مَعَهُمُ الْحِجَارَةَ لِلْكَعْبَةِ وَعَلَيْهِ إِزَارُهُ . فَقَالَ لَهُ الْعَبَّاسُ عَمُّهُ يَا ابْنَ أَخِى ، لَوْ حَلَلْتَ إِزَارَكَ فَجَعَلْتَ عَلَى مَنْكِبَيْكَ دُونَ الْحِجَارَةِ . قَالَ فَحَلَّهُ فَجَعَلَهُ عَلَى مَنْكِبَيْهِ ، فَسَقَطَ مَغْشِيًّا عَلَيْهِ ، فَمَا رُئِىَ بَعْدَ ذَلِكَ عُرْيَانًا .

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ izarını belinə bağlayıb qureyşlilərlə birlikdə Kəbə (evinin yenidən tikilməsi) üçün daş daşıdığı vaxt əmisi Abbas ona dedi: “Ey qardaşoğlu! Bəlkə izarını açıb çiyninə, daşıdığın daşların altına qoyasan”. Cabir deyir: “O, izarını açıb çiyninə qoyan kimi özündən getdi və bundan sonra onu bir daha heç kim izarsız görmədi”.”

Cabir ibn Abdullah
Buxari, 364 (Namaz, 16)Səhih

حَدَّثَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ قَالَ حَدَّثَنَا إِسْمَاعِيلُ ابْنُ عُلَيَّةَ قَالَ حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ صُهَيْبٍ عَنْ أَنَسٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ غَزَا خَيْبَرَ ، فَصَلَّيْنَا عِنْدَهَا صَلاَةَ الْغَدَاةِ بِغَلَسٍ ، فَرَكِبَ نَبِىُّ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَرَكِبَ أَبُو طَلْحَةَ ، وَأَنَا رَدِيفُ أَبِى طَلْحَةَ ، فَأَجْرَى نَبِىُّ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى زُقَاقِ خَيْبَرَ ، وَإِنَّ رُكْبَتِى لَتَمَسُّ فَخِذَ نَبِىِّ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، ثُمَّ حَسَرَ الإِزَارَ عَنْ فَخِذِهِ حَتَّى إِنِّى أَنْظُرُ إِلَى بَيَاضِ فَخِذِ نَبِىِّ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، فَلَمَّا دَخَلَ الْقَرْيَةَ قَالَ « اللَّهُ أَكْبَرُ ، خَرِبَتْ خَيْبَرُ ، إِنَّا إِذَا نَزَلْنَا بِسَاحَةِ قَوْمٍ فَسَاءَ صَبَاحُ الْمُنْذَرِينَ » . قَالَهَا ثَلاَثًا . قَالَ وَخَرَجَ الْقَوْمُ إِلَى أَعْمَالِهِمْ فَقَالُوا مُحَمَّدٌ - قَالَ عَبْدُ الْعَزِيزِ وَقَالَ بَعْضُ أَصْحَابِنَا - وَالْخَمِيسُ . يَعْنِى الْجَيْشَ ، قَالَ فَأَصَبْنَاهَا عَنْوَةً ، فَجُمِعَ السَّبْىُ ، فَجَاءَ دِحْيَةُ فَقَالَ يَا نَبِىَّ اللَّهِ ، أَعْطِنِى جَارِيَةً مِنَ السَّبْىِ . قَالَ « اذْهَبْ فَخُذْ جَارِيَةً » . فَأَخَذَ صَفِيَّةَ بِنْتَ حُيَىٍّ ، فَجَاءَ رَجُلٌ إِلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ يَا نَبِىَّ اللَّهِ ، أَعْطَيْتَ دِحْيَةَ صَفِيَّةَ بِنْتَ حُيَىٍّ سَيِّدَةَ قُرَيْظَةَ وَالنَّضِيرِ ، لاَ تَصْلُحُ إِلاَّ لَكَ . قَالَ « ادْعُوهُ بِهَا » . فَجَاءَ بِهَا ، فَلَمَّا نَظَرَ إِلَيْهَا النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « خُذْ جَارِيَةً مِنَ السَّبْىِ غَيْرَهَا » . قَالَ فَأَعْتَقَهَا النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَتَزَوَّجَهَا . فَقَالَ لَهُ ثَابِتٌ يَا أَبَا حَمْزَةَ ، مَا أَصْدَقَهَا قَالَ نَفْسَهَا ، أَعْتَقَهَا وَتَزَوَّجَهَا ، حَتَّى إِذَا كَانَ بِالطَّرِيقِ جَهَّزَتْهَا لَهُ أُمُّ سُلَيْمٍ فَأَهْدَتْهَا لَهُ مِنَ اللَّيْلِ ، فَأَصْبَحَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَرُوسًا فَقَالَ « مَنْ كَانَ عِنْدَهُ شَىْءٌ فَلْيَجِئْ بِهِ » . وَبَسَطَ نِطَعًا ، فَجَعَلَ الرَّجُلُ يَجِىءُ بِالتَّمْرِ ، وَجَعَلَ الرَّجُلُ يَجِىءُ بِالسَّمْنِ - قَالَ وَأَحْسِبُهُ قَدْ ذَكَرَ السَّوِيقَ - قَالَ فَحَاسُوا حَيْسًا ، فَكَانَتْ وَلِيمَةَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ .

“Ənəs ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ qoşun yığıb Xeybərə yollandı. Biz bu qalanın yaxınlığında səhərin ala-qaranlığında Sübh namazını qıldıq. Bundan sonra Allahın Peyğəmbəri ﷺ və Əbu Təlhə öz miniklərinə mindilər. Mən isə Əbu Təlhənin tərkinə minmişdim. Allahın Peyğəmbəri ﷺ miniyini Xeybərin dar küçələrindən birinə sürdü və bu vaxt mənim dizim Allahın Peyğəmbərinin ﷺ buduna toxundu. Onun izarı yuxarı qalxdı və budu açıldı, onda mən Allahın Peyğəmbərinin ﷺ budunun ağlığını gördüm. Kəndə daxil olduqda o: “Allahu Əkbər! Xeybər dağıldı. Həqiqətən, biz (fasiq) qövmün yurduna daxil olduqda qorxudulanların sabahı necə də pis olar!”– deyərək bunu üç dəfə təkrar etdi”. Ənəs dedi: “Xeybərlilər öz işlərindən ötrü evlərindən çıxıb: “Muhəmməd öz qoşunu ilə gəldi!”– dedilər”. Ənəs deyir: “Biz Xeybəri zəbt etdik. Əsirlər bir yerə toplanıldıqdan sonra Dihyə gəlib dedi: “Ey Allahın Peyğəmbəri, əsir düşmüş cariyələrdən birini mənə ver”. Peyğəmbər ﷺ: “Get, birini götür!”– dedi və o da Safiyyə bint Huyeyi götürdü. Bundan sonra bir nəfər Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Peyğəmbəri, sən Dihyəyə Bəni Qureyza və Bəni Nədirin xanımı Safiyyə bint Huyeyi verdin, halbuki o qadın ancaq sənə layiqdir”. Onda Peyğəmbər ﷺ buyurdu: “Onu qadınla bir yerdə yanıma çağırın!” Dihyə Safiyyəni onun yanına gətirdi. Peyğəmbər ﷺ qadına baxıb Dihyəyə dedi: “Cariyələrdən başqasını götür”. Ənəs dedi: “Peyğəmbər ﷺ Safiyyəni azad edib onunla evləndi”. Ravi Sabit Ənəsdən soruşdu: “Bəs Peyğəmbər ﷺ ona mehr olaraq nə verdi?” Ənəs dedi: “Onun özünü verdi. Onu azad etdi və onunla evləndi”. Ənəs dedi: “Yolda Ummu Suleym Safiyyəni Peyğəmbər ﷺ üçün hazırladı və gecə onun yanına apardı. Zifaf gecəsinin səhəri Peyğəmbər ﷺ dedi: “Kimdə (yeməyə) bir şey varsa, bura gətirsin” və yerə bir dəri sərdi. Bu vaxt kimisi xurma, kimisi də yağ gətirdi”. Ravi deyir: “Hesab edirəm ki, Ənəs sıyığı da qeyd etdi”. Ənəs deyir: “Sonra onlar heys hazırladılar. Allahın Peyğəmbərinin ﷺ toy ziyafəti belə oldu”.”

Ənəs
Buxari, 371 (Namaz, 23)Səhih

حَدَّثَنَا عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنَا سُفْيَانُ قَالَ حَدَّثَنَا أَبُو حَازِمٍ قَالَ سَأَلُوا سَهْلَ بْنَ سَعْدٍ مِنْ أَىِّ شَىْءٍ الْمِنْبَرُ فَقَالَ مَا بَقِىَ بِالنَّاسِ أَعْلَمُ مِنِّى هُوَ مِنْ أَثْلِ الْغَابَةِ ، عَمِلَهُ فُلاَنٌ مَوْلَى فُلاَنَةَ لِرَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، وَقَامَ عَلَيْهِ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ حِينَ عُمِلَ ، وَوُضِعَ ، فَاسْتَقْبَلَ الْقِبْلَةَ كَبَّرَ وَقَامَ النَّاسُ خَلْفَهُ ، فَقَرَأَ وَرَكَعَ وَرَكَعَ النَّاسُ خَلْفَهُ ، ثُمَّ رَفَعَ رَأْسَهُ ، ثُمَّ رَجَعَ الْقَهْقَرَى ، فَسَجَدَ عَلَى الأَرْضِ ، ثُمَّ عَادَ إِلَى الْمِنْبَرِ ، ثُمَّ قَرَأَ ثُمَّ رَكَعَ ، ثُمَّ رَفَعَ رَأْسَهُ ، ثُمَّ رَجَعَ الْقَهْقَرَى حَتَّى سَجَدَ بِالأَرْضِ ، فَهَذَا شَأْنُهُ . قَالَ أَبُو عَبْدِ اللَّهِ قَالَ عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ سَأَلَنِى أَحْمَدُ بْنُ حَنْبَلٍ - رَحِمَهُ اللَّهُ - عَنْ هَذَا الْحَدِيثِ ، قَالَ فَإِنَّمَا أَرَدْتُ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ أَعْلَى مِنَ النَّاسِ ، فَلاَ بَأْسَ أَنْ يَكُونَ الإِمَامُ أَعْلَى مِنَ النَّاسِ بِهَذَا الْحَدِيثِ . قَالَ فَقُلْتُ إِنَّ سُفْيَانَ بْنَ عُيَيْنَةَ كَانَ يُسْأَلُ عَنْ هَذَا كَثِيرًا فَلَمْ تَسْمَعْهُ مِنْهُ قَالَ لاَ .

“Rəvayət edilir ki, Əbu Hazim demişdir: “Səhl ibn Səddən soruşdular: “Allah Elçisinin ﷺ minbəri nədən düzəldilmişdi?” Səhl dedi: “İnsanlar arasında bunu məndən yaxşı bilən bir kəs qalmamışdır. O, meşə yulğunundan düzəldilmişdi. Onu Allah Elçisi ﷺ üçün filan qadının köləlikdən azad etdiyi filan adam düzəltmişdi. Minbər hazırlanıb məscidə qoyulduqdan sonra Allah Elçisi ﷺ onun üstünə çıxdı və üzünü qibləyə tutub: “Allahu Əkbər”– dedi, camaat isə onun arxasında durdu. O, Quran oxuyub ruku etdi, camaat da onun arxasında ruku etdi. Sonra o, başını qaldırıb minbərdən aşağı endi və dal-dala gedib yerə səcdə etdi. Bundan sonra o, yenə minbərə çıxdı və Quran oxuyub rukuya getdi. Sonra da başını qaldırıb minbərdən aşağı endi və dal-dala gedib yerə səcdə etdi. Minbər haqda mənə məlum olan budur”. Əbu Abdullah əl-Buxari ﵀ demişdir: “Əli ibn Abdullah belə dedi: “Əhməd ibn Hənbəl ﵀ məndən bu hədis haqda soruşdu: “Mən Peyğəmbərin ﷺ insanlardan daha hündürdə olduğunu qəsd etdim. Bu hədisə görə imamın insanlardan daha hündürdə olmasında müşkül yoxdur”. Əli ibn Abdullah ﵀ dedi: “Mən Əhməd ibn Hənbələ dedim: “Süfyan ibn Uyeynəyə bu hədis haqda çox sual verilirdi. Sən onlardan bu hədisi eşitmədinmi?” Əhməd dedi: “Xeyr”.”

Əbu Hazim
Buxari, 377 (Namaz, 29)Səhih

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ عَنْ أَبِى التَّيَّاحِ عَنْ أَنَسٍ قَالَ قَدِمَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الْمَدِينَةَ فَنَزَلَ أَعْلَى الْمَدِينَةِ ، فِى حَىٍّ يُقَالُ لَهُمْ بَنُو عَمْرِو بْنِ عَوْفٍ . فَأَقَامَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِيهِمْ أَرْبَعَ عَشْرَةَ لَيْلَةً ، ثُمَّ أَرْسَلَ إِلَى بَنِى النَّجَّارِ فَجَاءُوا مُتَقَلِّدِى السُّيُوفِ ، كَأَنِّى أَنْظُرُ إِلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى رَاحِلَتِهِ ، وَأَبُو بَكْرٍ رِدْفُهُ ، وَمَلأُ بَنِى النَّجَّارِ حَوْلَهُ ، حَتَّى أَلْقَى بِفِنَاءِ أَبِى أَيُّوبَ ، وَكَانَ يُحِبُّ أَنْ يُصَلِّىَ حَيْثُ أَدْرَكَتْهُ الصَّلاَةُ ، وَيُصَلِّى فِى مَرَابِضِ الْغَنَمِ ، وَأَنَّهُ أَمَرَ بِبِنَاءِ الْمَسْجِدِ ، فَأَرْسَلَ إِلَى مَلإٍ مِنْ بَنِى النَّجَّارِ فَقَالَ « يَا بَنِى النَّجَّارِ ثَامِنُونِى بِحَائِطِكُمْ هَذَا » . قَالُوا لاَ وَاللَّهِ ، لاَ نَطْلُبُ ثَمَنَهُ إِلاَّ إِلَى اللَّهِ . فَقَالَ أَنَسٌ فَكَانَ فِيهِ مَا أَقُولُ لَكُمْ ، قُبُورُ الْمُشْرِكِينَ ، وَفِيهِ خَرِبٌ ، وَفِيهِ نَخْلٌ ، فَأَمَرَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِقُبُورِ الْمُشْرِكِينَ فَنُبِشَتْ ، ثُمَّ بِالْخَرِبِ فَسُوِّيَتْ ، وَبِالنَّخْلِ فَقُطِعَ ، فَصَفُّوا النَّخْلَ قِبْلَةَ الْمَسْجِدِ ، وَجَعَلُوا عِضَادَتَيْهِ الْحِجَارَةَ ، وَجَعَلُوا يَنْقُلُونَ الصَّخْرَ ، وَهُمْ يَرْتَجِزُونَ ، وَالنَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَعَهُمْ وَهُوَ يَقُولُ « اللَّهُمَّ لاَ خَيْرَ إِلاَّ خَيْرُ الآخِرَهْ فَاغْفِرْ لِلأَنْصَارِ وَالْمُهَاجِرَهْ »

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Peyğəmbər ﷺ Mədinəyə gəldikdə şəhərin üst tərəfində, Bəni Amr ibn Auf tayfasının yaşadığı məhəllədə qonaq qaldı. Peyğəmbər ﷺ on dörd gün onların arasında qaldıqdan sonra Bəni Nəccar tayfasının yanına adam göndərdi. Onlar qılınclarını bellərinə bağlayıb onun yanına gəldilər. Peyğəmbər ﷺ dəvəsinin üstündə, Əbu Bəkr onun tərkində və Bəni Nəccar tayfasından da bir dəstə onun ətrafında olduğu halda yola çıxması hələ də gözümün qabağındadır. Peyğəmbər ﷺ Əbu Əyyubun evinin həyətində dəvəsini yerə çökdürdü. Peyğəmbər ﷺ namaz vaxtı yetişdikdə harada olurdusa orada, qoyun ağılında olsa belə, namaz qılmağı xoşlayırdı. Sonra o, məscid tikməyi əmr etdi və Bəni Nəccar tayfasından olan dəstənin arxasınca adam göndərərək buyurdu: “Ey Bəni Nəccar tayfası, bu divarın (yerləşdiyi torpağın) qiymətini mənə deyin!” Onlar dedilər: “Yox! Allaha and olsun ki, biz onun əvəzini ancaq Allahdan istəyirik”. Ənəs dedi: “Sizə söylədiyim o yerdə müşriklərin qəbirləri, xarabalıqlar və xurma ağacları var idi. Peyğəmbərin ﷺ əmri ilə qəbirlər açıldı və xarabalıqlar hamarlandı. Xurma ağaclarını isə kəsib tikiləcək məscidin qiblə tərəfində yanbayan şaquli vəziyyətdə qoydular. Sonra məscidin qapısının yan divarlarını daşdan hördülər və şeir deyə-deyə daş daşımağa başladılar. Peyğəmbər ﷺ də onlarla bərabər daş daşıyır və deyirdi: “Allahım, əsl savab, Axirət savabıdır. Ənsar və mühacirə göstər mərhəmətini!””

Ənəs
Buxari, 428 (Namaz, 80)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ سِنَانٍ قَالَ حَدَّثَنَا هُشَيْمٌ قَالَ حَدَّثَنَا سَيَّارٌ - هُوَ أَبُو الْحَكَمِ - قَالَ حَدَّثَنَا يَزِيدُ الْفَقِيرُ قَالَ حَدَّثَنَا جَابِرُ بْنُ عَبْدِ اللَّهِ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « أُعْطِيتُ خَمْسًا لَمْ يُعْطَهُنَّ أَحَدٌ مِنَ الأَنْبِيَاءِ قَبْلِى ، نُصِرْتُ بِالرُّعْبِ مَسِيرَةَ شَهْرٍ ، وَجُعِلَتْ لِىَ الأَرْضُ مَسْجِدًا وَطَهُورًا ، وَأَيُّمَا رَجُلٍ مِنْ أُمَّتِى أَدْرَكَتْهُ الصَّلاَةُ فَلْيُصَلِّ ، وَأُحِلَّتْ لِىَ الْغَنَائِمُ ، وَكَانَ النَّبِىُّ يُبْعَثُ إِلَى قَوْمِهِ خَاصَّةً ، وَبُعِثْتُ إِلَى النَّاسِ كَافَّةً ، وَأُعْطِيتُ الشَّفَاعَةَ » .

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Mənə beş (xüsusiyyət) verilib ki, bunlar məndən əvvəl heç bir peyğəmbərə verilməmişdir: bir ay əvvəl düşmənin qəlbinə qorxu salaraq ona qalib gəlməyim; yer üzünün mənim üçün pak və namazgah olması, belə ki, ümmətimdən olan hər bir kəs istənilən yerdə vaxtı girmiş namazı qılmalıdır; qənimətlərin mənə halal olması; bir də hər bir peyğəmbər yalnız öz qövmünə göndərilərdi, mən isə bütün insanlara göndərilmişəm və mənə şəfaət etmək (haqqı) verilmişdir”.”

Cabir ibn Abdullah
Buxari, 438 (Namaz, 90)Səhih

حَدَّثَنَا أَحْمَدُ بْنُ إِسْحَاقَ السُّرْمَارِىُّ قَالَ حَدَّثَنَا عُبَيْدُ اللَّهِ بْنُ مُوسَى قَالَ حَدَّثَنَا إِسْرَائِيلُ عَنْ أَبِى إِسْحَاقَ عَنْ عَمْرِو بْنِ مَيْمُونٍ عَنْ عَبْدِ اللَّهِ قَالَ بَيْنَمَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَائِمٌ يُصَلِّى عِنْدَ الْكَعْبَةِ ، وَجَمْعُ قُرَيْشٍ فِى مَجَالِسِهِمْ إِذْ قَالَ قَائِلٌ مِنْهُمْ أَلاَ تَنْظُرُونَ إِلَى هَذَا الْمُرَائِى أَيُّكُمْ يَقُومُ إِلَى جَزُورِ آلِ فُلاَنٍ ، فَيَعْمِدُ إِلَى فَرْثِهَا وَدَمِهَا وَسَلاَهَا فَيَجِىءُ بِهِ ، ثُمَّ يُمْهِلُهُ حَتَّى إِذَا سَجَدَ وَضَعَهُ بَيْنَ كَتِفَيْهِ فَانْبَعَثَ أَشْقَاهُمْ ، فَلَمَّا سَجَدَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَضَعَهُ بَيْنَ كَتِفَيْهِ ، وَثَبَتَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سَاجِدًا ، فَضَحِكُوا حَتَّى مَالَ بَعْضُهُمْ إِلَى بَعْضٍ مِنَ الضَّحِكِ ، فَانْطَلَقَ مُنْطَلِقٌ إِلَى فَاطِمَةَ - عَلَيْهَا السَّلاَمُ - وَهْىَ جُوَيْرِيَةٌ ، فَأَقْبَلَتْ تَسْعَى وَثَبَتَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سَاجِدًا حَتَّى أَلْقَتْهُ عَنْهُ ، وَأَقْبَلَتْ عَلَيْهِمْ تَسُبُّهُمْ ، فَلَمَّا قَضَى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الصَّلاَةَ قَالَ « اللَّهُمَّ عَلَيْكَ بِقُرَيْشٍ ، اللَّهُمَّ عَلَيْكَ بِقُرَيْشٍ ، اللَّهُمَّ عَلَيْكَ بِقُرَيْشٍ - ثُمَّ سَمَّى - اللَّهُمَّ عَلَيْكَ بِعَمْرِو بْنِ هِشَامٍ ، وَعُتْبَةَ بْنِ رَبِيعَةَ ، وَشَيْبَةَ بْنِ رَبِيعَةَ ، وَالْوَلِيدِ بْنِ عُتْبَةَ ، وَأُمَيَّةَ بْنِ خَلَفٍ ، وَعُقْبَةَ بْنِ أَبِى مُعَيْطٍ ، وَعُمَارَةَ بْنِ الْوَلِيدِ » . قَالَ عَبْدُ اللَّهِ فَوَاللَّهِ لَقَدْ رَأَيْتُهُمْ صَرْعَى يَوْمَ بَدْرٍ ، ثُمَّ سُحِبُوا إِلَى الْقَلِيبِ قَلِيبِ بَدْرٍ ، ثُمَّ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « وَأُتْبِعَ أَصْحَابُ الْقَلِيبِ لَعْنَةً » .

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ Kəbənin yanında durub namaz qıldıqda bir dəstə qureyşli də yaxınlıqda məclis qurub oturmuşdu. Birdən onlardan biri dedi: “Bu riyakarı görmürsünüzmü?! Hansı biriniz filan tayfanın yenicə kəsdiyi dəvənin yanına gedib onun mədəsindən çıxanı, qanını və döl qişasını gətirər, sonra bu səcdəyə gedənədək gözləyər və səcdədə ikən bunu onun kürəkləri arasına qoyar?” Onların ən bədbəxti ora gedib murdar şeyləri gətirdi və Allah Elçisi ﷺ səcdəyə getdiyi vaxt bunu onun kürəkləri arasına qoydu. Peyğəmbər ﷺ səcdədə olduğu vəziyyətdə qaldı. Müşriklər onun bu halına gülüşdülər, belə ki gülməkdən bir-birinin üstünə yıxılmağa başladılar. Bu arada bir nəfər Fatimənin ﵇ dalınca getdi. O zaman o, hələ balaca qız idi. O tez qaçıb ora gəldi. Peyğəmbər ﷺ isə hələ də səcdədə idi. Fatimə onun belini təmizlədi, sonra da qureyşlilərə tərəf dönüb onlara təhqiramiz sözlər deməyə başladı. Peyğəmbər ﷺ namazı bitirdikdən sonra dedi: “Allahım, qureyşlilərin bəlasını ver! Allahım, qureyşlilərin bəlasını ver! Allahım, qureyşlilərin bəlasını ver!” Sonra bir-bir onların adlarını sadalayıb dedi: “Allahım, Amr ibn Hişamın, Utbə ibn Rabianın, Şeybə ibn Rabianın, əl-Vəlid ibn Utbənin, Umeyyə ibn Xələfin, Uqbə ibn Əbu Muitin və Umarə ibn əl-Vəlidin bəlasını ver!” Abdullah deyir: “Allaha and olsun ki, mən Bədr günü onların hamısını öldürülüb yerə sərilmiş vəziyyətdə gördüm, sonra onları sürüyüb Bədrdə yerləşən köhnə bir quyuya atdılar”. Bundan sonra Allah Elçisi ﷺ buyurdu: “Quyuya atılanlar lənətə gəldilər”.”

Abdullah
Buxari, 520 (Namaz, 172)Səhih

حَدَّثَنَا عُمَرُ بْنُ حَفْصِ بْنِ غِيَاثٍ قَالَ حَدَّثَنِى أَبِى قَالَ حَدَّثَنَا الأَعْمَشُ عَنْ إِبْرَاهِيمَ قَالَ الأَسْوَدُ قَالَ كُنَّا عِنْدَ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا فَذَكَرْنَا الْمُوَاظَبَةَ عَلَى الصَّلاَةِ وَالتَّعْظِيمَ لَهَا ، قَالَتْ لَمَّا مَرِضَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَرَضَهُ الَّذِى مَاتَ فِيهِ ، فَحَضَرَتِ الصَّلاَةُ فَأُذِّنَ ، فَقَالَ « مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ بِالنَّاسِ » . فَقِيلَ لَهُ إِنَّ أَبَا بَكْرٍ رَجُلٌ أَسِيفٌ ، إِذَا قَامَ فِى مَقَامِكَ لَمْ يَسْتَطِعْ أَنْ يُصَلِّىَ بِالنَّاسِ ، وَأَعَادَ فَأَعَادُوا لَهُ ، فَأَعَادَ الثَّالِثَةَ فَقَالَ « إِنَّكُنَّ صَوَاحِبُ يُوسُفَ ، مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ بِالنَّاسِ » . فَخَرَجَ أَبُو بَكْرٍ فَصَلَّى ، فَوَجَدَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ نَفْسِهِ خِفَّةً ، فَخَرَجَ يُهَادَى بَيْنَ رَجُلَيْنِ كَأَنِّى أَنْظُرُ رِجْلَيْهِ تَخُطَّانِ مِنَ الْوَجَعِ ، فَأَرَادَ أَبُو بَكْرٍ أَنْ يَتَأَخَّرَ ، فَأَوْمَأَ إِلَيْهِ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ مَكَانَكَ ، ثُمَّ أُتِىَ بِهِ حَتَّى جَلَسَ إِلَى جَنْبِهِ . قِيلَ لِلأَعْمَشِ وَكَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى وَأَبُو بَكْرٍ يُصَلِّى بِصَلاَتِهِ ، وَالنَّاسُ يُصَلُّونَ بِصَلاَةِ أَبِى بَكْرٍ فَقَالَ بِرَأْسِهِ نَعَمْ . رَوَاهُ أَبُو دَاوُدَ عَنْ شُعْبَةَ عَنِ الأَعْمَشِ بَعْضَهُ . وَزَادَ أَبُو مُعَاوِيَةَ جَلَسَ عَنْ يَسَارِ أَبِى بَكْرٍ فَكَانَ أَبُو بَكْرٍ يُصَلِّى قَائِمًا .

“Rəvayət edilir ki, əl-Əsvəd ﵀ demişdir: “Biz Aişənin ﵂ yanında namazı qorumaq və namazın əzəməti haqda söhbət edirdik. Bu vaxt Aişə demişdir: “Allah Elçisi ﷺ vəfatı ilə nəticələnən xəstəliyə tutulduğu zaman namaz vaxtı girdikdən və azan verildikdən sonra buyurdu: “Əbu Bəkrə deyin, camaata namaz qıldırsın!” Ona dedilər: “Əbu Bəkr ürəyiyumşaq adamdır, əgər sənin yerinə imamlıq etsə, camaata namaz qıldıra bilməyəcək”. Peyğəmbər ﷺ sözünü təkrar etdi, yanındakılar da ona eyni cavabı verdilər, üçüncü dəfə o buyurdu: “Siz Yusufa gözü düşən qadınlar kimisiniz. Əbu Bəkrə deyin, camaata namaz qıldırsın!” Beləlilkə, Əbu Bəkr məscidə gedib camaata namaz qıldırmağa başladı. Bu arada Peyğəmbərin ﷺ halı yaxşılaşdı və iki nəfər onun (sağından və solundan) qoluna girib onu məscidə apardı. Mən onun xəstəliyi üzündən ayaqlarını yerlə sürüdüyünü, sanki, indi də görürəm. Əbu Bəkr onun gəldiyini hiss etdikdə geriyə çəkilmək istədi, lakin Peyğəmbər ﷺ əli ilə ona işarə etdi ki: “Yerində qal!” Sonra onu imamın durduğu yerə apardılar və o, Əbu Bəkrin yanında yerə oturdu. Peyğəmbər ﷺ namaz qılmağa başladı, Əbu Bəkr namazına davam etdi və camaat da Əbu Bəkrə tabe olaraq namaz qıldı”. Digər rəvayətdə ravi Əbu Müaviyə demişdir: “Peyğəmbər ﷺ Əbu Bəkrin sol tərəfində yerə oturdu, Əbu Bəkr isə ayaq üstə namaz qıldı”.”

əl-Əsvəd
Buxari, 664 (Azan, 62)Səhih

حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ مُوسَى قَالَ أَخْبَرَنَا هِشَامُ بْنُ يُوسُفَ عَنْ مَعْمَرٍ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى عُبَيْدُ اللَّهِ بْنُ عَبْدِ اللَّهِ قَالَ قَالَتْ عَائِشَةُ لَمَّا ثَقُلَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَاشْتَدَّ وَجَعُهُ اسْتَأْذَنَ أَزْوَاجَهُ أَنْ يُمَرَّضَ فِى بَيْتِى فَأَذِنَّ لَهُ ، فَخَرَجَ بَيْنَ رَجُلَيْنِ تَخُطُّ رِجْلاَهُ الأَرْضَ ، وَكَانَ بَيْنَ الْعَبَّاسِ وَرَجُلٍ آخَرَ . قَالَ عُبَيْدُ اللَّهِ فَذَكَرْتُ ذَلِكَ لاِبْنِ عَبَّاسٍ مَا قَالَتْ عَائِشَةُ فَقَالَ لِى وَهَلْ تَدْرِى مَنِ الرَّجُلُ الَّذِى لَمْ تُسَمِّ عَائِشَةُ قُلْتُ لاَ . قَالَ هُوَ عَلِىُّ بْنُ أَبِى طَالِبٍ .

“Ubeydullah ibn Abdullah ﵀ Aişənin ﵂ belə dediyini rəvayət etmişdir: “Peyğəmbərin ﷺ vəziyyəti ağırlaşdığı və ağrıları şiddətləndiyi zaman o, öz zövcələrindən xahiş etdi ki, ona mənim evimdə baxsınlar və onlar da buna razılıq verdilər. Bundan sonra Peyğəmbər ﷺ bir tərəfində Abbas, bir tərəfində başqa birisi olduğu halda ayaqları yerlə sürünərək çıxdı”. Ubeydullah dedi: “Aişənin dediklərini İbn Abbasa danışdım. O mənə dedi: “Aişənin adını demədiyi o kişinin kim olduğunu bilirsənmi?” Mən: “Xeyr” dedim. O dedi: “O, Əli ibn Əbu Talib idi”.”

Ubeydullah ibn Abdullah
Buxari, 665 (Azan, 63)Səhih

حَدَّثَنَا إِسْحَاقُ بْنُ نَصْرٍ قَالَ حَدَّثَنَا حُسَيْنٌ عَنْ زَائِدَةَ عَنْ عَبْدِ الْمَلِكِ بْنِ عُمَيْرٍ قَالَ حَدَّثَنِى أَبُو بُرْدَةَ عَنْ أَبِى مُوسَى قَالَ مَرِضَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَاشْتَدَّ مَرَضُهُ فَقَالَ « مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ بِالنَّاسِ » . قَالَتْ عَائِشَةُ إِنَّهُ رَجُلٌ رَقِيقٌ ، إِذَا قَامَ مَقَامَكَ لَمْ يَسْتَطِعْ أَنْ يُصَلِّىَ بِالنَّاسِ . قَالَ « مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ بِالنَّاسِ » فَعَادَتْ فَقَالَ « مُرِى أَبَا بَكْرٍ فَلْيُصَلِّ بِالنَّاسِ ، فَإِنَّكُنَّ صَوَاحِبُ يُوسُفَ » . فَأَتَاهُ الرَّسُولُ فَصَلَّى بِالنَّاسِ فِى حَيَاةِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ .

“Rəvayət edilir ki, Əbu Musa ﵁ demişdir: “Peyğəmbər ﷺ xəstələndiyi və xəstəliyi ağırlaşdığı zaman buyurdu: “Əbu Bəkrə deyin, camaata namaz qıldırsın!” Aişə dedi: “O, çox ürəyiyumşaq adamdır, sənin yerinə imamlıq etsə, camaata namaz qıldıra bilməyəcək”. Peyğəmbər ﷺ buyurdu: “Əbu Bəkrə deyin, camaata namaz qıldırsın!” Aişə dediklərini təkrar etdikdə Peyğəmbər ﷺ buyurdu: “Yetər! Həqiqətən, siz Yusufa gözü düşən qadınlar kimisiniz. Əbu Bəkrə deyin, camaata namaz qıldırsın!” Əbu Bəkrə xəbər göndərildi və o, camaata Peyğəmbər ﷺ sağ ikən namaz qıldırdı”.”

Əbu Musa
Buxari, 678 (Azan, 76)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ أُمِّ الْمُؤْمِنِينَ رَضِيَ اللَّهُ عَنْهَا أَنَّهَا قَالَتْ إِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ فِى مَرَضِهِ « مُرُوا أَبَا بَكْرٍ يُصَلِّى بِالنَّاسِ » . قَالَتْ عَائِشَةُ قُلْتُ إِنَّ أَبَا بَكْرٍ إِذَا قَامَ فِى مَقَامِكَ لَمْ يُسْمِعِ النَّاسَ مِنَ الْبُكَاءِ ، فَمُرْ عُمَرَ فَلْيُصَلِّ لِلنَّاسِ . فَقَالَتْ عَائِشَةُ فَقُلْتُ لِحَفْصَةَ قُولِى لَهُ إِنَّ أَبَا بَكْرٍ إِذَا قَامَ فِى مَقَامِكَ لَمْ يُسْمِعِ النَّاسَ مِنَ الْبُكَاءِ ، فَمُرْ عُمَرَ فَلْيُصَلِّ لِلنَّاسِ . فَفَعَلَتْ حَفْصَةُ . فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « مَهْ ، إِنَّكُنَّ لأَنْتُنَّ صَوَاحِبُ يُوسُفَ ، مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ لِلنَّاسِ » . فَقَالَتْ حَفْصَةُ لِعَائِشَةَ مَا كُنْتُ لأُصِيبَ مِنْكِ خَيْرًا .

“Rəvayət edilir ki, möminlərin anası Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ xəstələndiyi zaman buyurdu: “Əbu Bəkrə deyin, camaata namaz qıldırsın!” Mən dedim: “Əbu Bəkr sənin yerinə imamlıq etsə, onun ağlamağı səbəbindən camaat heç nə eşidə bilməyəcək. Buna görə də camaata namaz qıldırmağı Ömərə həvalə et”. Aişə deyir: “Mən Həfsaya dedim: “Peyğəmbərə ﷺ de ki, Əbu Bəkr onun yerinə imamlıq etsə, onun ağlamağı səbəbindən camaat heç nə eşidə bilməyəcək. Ona görə camaata namaz qıldırmağı Ömərə həvalə etsin”. Həfsa belə də etdi, lakin Allah Elçisi ﷺ buyurdu: “Yetər! Həqiqətən, siz Yusufa gözü düşən qadınlar kimisiniz. Əbu Bəkrə deyin, camaata namaz qıldırsın!” Bundan sonra Həfsa Aişəyə dedi: “Mən heç vaxt səndən xeyir görmədim”.”

Aişə
Buxari, 679 (Azan, 77)Səhih

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى أَنَسُ بْنُ مَالِكٍ الأَنْصَارِىُّ - وَكَانَ تَبِعَ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَخَدَمَهُ وَصَحِبَهُ أَنَّ أَبَا بَكْرٍ كَانَ يُصَلِّى لَهُمْ فِى وَجَعِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الَّذِى تُوُفِّىَ فِيهِ ، حَتَّى إِذَا كَانَ يَوْمُ الاِثْنَيْنِ وَهُمْ صُفُوفٌ فِى الصَّلاَةِ ، فَكَشَفَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سِتْرَ الْحُجْرَةِ يَنْظُرُ إِلَيْنَا ، وَهْوَ قَائِمٌ كَأَنَّ وَجْهَهُ وَرَقَةُ مُصْحَفٍ ، ثُمَّ تَبَسَّمَ يَضْحَكُ ، فَهَمَمْنَا أَنْ نَفْتَتِنَ مِنَ الْفَرَحِ بِرُؤْيَةِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَنَكَصَ أَبُو بَكْرٍ عَلَى عَقِبَيْهِ لِيَصِلَ الصَّفَّ ، وَظَنَّ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَارِجٌ إِلَى الصَّلاَةِ ، فَأَشَارَ إِلَيْنَا النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ أَتِمُّوا صَلاَتَكُمْ ، وَأَرْخَى السِّتْرَ ، فَتُوُفِّىَ مِنْ يَوْمِهِ .

“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ xidmətçisi və dostu olmuş Ənəs ibn Malik əl-Ənsari ﵁ demişdir: “Peyğəmbər ﷺ ölümünə səbəb olan xəstəliyə tutulduğu zaman yatağa düşdükdə camaata namazı Əbu Bəkr qıldırırdı. Bazar ertəsi camaat namaz qılmaq üçün cərgələrə düzüldükdə Peyğəmbər ﷺ qaldığı otağın pərdəsini qaldırdı və ayaq üstə dayanıb bizə baxmağa başladı. Onun üzü, sanki Quran kağızı idi. Sonra o gülümsədi. Biz Peyğəmbəri ﷺ görəndə sevincimizdən az qaldı ki, namazdan çıxaq. Əbu Bəkr Peyğəmbərin ﷺ namaz qılacağını zənn etdi və geriyə çəkilərək arxasındakı cərgəyə keçdi. Peyğəmbər ﷺ bizə “Namazınızı tamamlayın!” işarəsi etdi. Sonra pərdəni aşağı saldı və həmin gün də dünyasını dəyişdi”.”

Ənəs ibn Malik əl-Ənsari
Buxari, 680 (Azan, 78)Səhih

حَدَّثَنَا أَبُو مَعْمَرٍ قَالَ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ قَالَ حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ عَنْ أَنَسٍ قَالَ لَمْ يَخْرُجِ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ثَلاَثًا ، فَأُقِيمَتِ الصَّلاَةُ ، فَذَهَبَ أَبُو بَكْرٍ يَتَقَدَّمُ فَقَالَ نَبِىُّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْحِجَابِ فَرَفَعَهُ ، فَلَمَّا وَضَحَ وَجْهُ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَا نَظَرْنَا مَنْظَرًا كَانَ أَعْجَبَ إِلَيْنَا مِنْ وَجْهِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حِينَ وَضَحَ لَنَا ، فَأَوْمَأَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِيَدِهِ إِلَى أَبِى بَكْرٍ أَنْ يَتَقَدَّمَ ، وَأَرْخَى النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْحِجَابَ ، فَلَمْ يُقْدَرْ عَلَيْهِ حَتَّى مَاتَ .

“Rəvayət edilir ki, Ənəs ﵁ demiçdir: “Peyğəmbər ﷺ namaza üç gün gələ bilmədi. Namaza iqamə verildi və Əbu Bəkr namaz qıldırmaq üçün irəli keçdiyə keçib qıldırdıqda Allahın Peyğəmbəri ﷺ (qaldığı otağın) pərdəsini qaldırdı və onun üzü görsəndi. Həmin an Peyğəmbərin ﷺ parlaq üzündən bizim üçün daha xoş mənzərə yox idi. Peyğəmbər ﷺ Əbu Bəkrə əli ilə önə keçməsi üçün işarə etdi və pərdəni aşağı saldı. Onun üzünü ölənə qədər bir daha görmək nəsib olmadı”.”

Ənəs
Buxari, 681 (Azan, 79)Səhih

حَدَّثَنَا يَحْيَى بْنُ سُلَيْمَانَ قَالَ حَدَّثَنَا ابْنُ وَهْبٍ قَالَ حَدَّثَنِى يُونُسُ عَنِ ابْنِ شِهَابٍ عَنْ حَمْزَةَ بْنِ عَبْدِ اللَّهِ أَنَّهُ أَخْبَرَهُ عَنْ أَبِيهِ قَالَ لَمَّا اشْتَدَّ بِرَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَجَعُهُ قِيلَ لَهُ فِى الصَّلاَةِ فَقَالَ « مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ بِالنَّاسِ » . قَالَتْ عَائِشَةُ إِنَّ أَبَا بَكْرٍ رَجُلٌ رَقِيقٌ ، إِذَا قَرَأَ غَلَبَهُ الْبُكَاءُ . قَالَ « مُرُوهُ فَيُصَلِّى » فَعَاوَدَتْهُ . قَالَ « مُرُوهُ فَيُصَلِّى ، إِنَّكُنَّ صَوَاحِبُ يُوسُفَ » . تَابَعَهُ الزُّبَيْدِىُّ وَابْنُ أَخِى الزُّهْرِىِّ وَإِسْحَاقُ بْنُ يَحْيَى الْكَلْبِىُّ عَنِ الزُّهْرِىِّ . وَقَالَ عُقَيْلٌ وَمَعْمَرٌ عَنِ الزُّهْرِىِّ عَنْ حَمْزَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ .

“Həmzə ibn Abdullah atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisinin ﷺ xəstəliyi ağırlaşdıqda ona namaz haqda deyildi və o buyurdu: “Əbu Bəkrə deyin, camaata namaz qıldırsın!” Aişə dedi: “Əbu Bəkr ürəyiyumşaq adamdır, Quran oxuduqda özünü ağlamaqdan saxlaya bilməyəcək”. Allah Elçisi ﷺ buyurdu: “Ona əmr edin ki, namazı o qıldırsın”. Aişə sözünü təkrarladıqda Allah Elçisi ﷺ buyurdu: “Ona deyin namazı qıldırsın. Həqiqətən, siz Yusufa gözü düşən qadınlar kimisiniz”.”

Həmzə ibn Abdullah atasından
Buxari, 682 (Azan, 80)Səhih

حَدَّثَنَا زَكَرِيَّاءُ بْنُ يَحْيَى قَالَ حَدَّثَنَا ابْنُ نُمَيْرٍ قَالَ أَخْبَرَنَا هِشَامُ بْنُ عُرْوَةَ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ قَالَتْ أَمَرَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَبَا بَكْرٍ أَنْ يُصَلِّىَ بِالنَّاسِ فِى مَرَضِهِ ، فَكَانَ يُصَلِّى بِهِمْ . قَالَ عُرْوَةُ فَوَجَدَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى نَفْسِهِ خِفَّةً ، فَخَرَجَ فَإِذَا أَبُو بَكْرٍ يَؤُمُّ النَّاسَ ، فَلَمَّا رَآهُ أَبُو بَكْرٍ اسْتَأْخَرَ ، فَأَشَارَ إِلَيْهِ أَنْ كَمَا أَنْتَ ، فَجَلَسَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حِذَاءَ أَبِى بَكْرٍ إِلَى جَنْبِهِ ، فَكَانَ أَبُو بَكْرٍ يُصَلِّى بِصَلاَةِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَالنَّاسُ يُصَلُّونَ بِصَلاَةِ أَبِى بَكْرٍ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ xəstə olduqda Əbu Bəkrin camaata namaz qıldırmasını əmr etdi. O da camaata namaz qıldırırdı”. Ravi Urva deyir: “Allah Elçisi ﷺ özündə güc tapıb otağından bayıra çıxdı və Əbu Bəkrin camaata imamlıq etdiyini gördü. Əbu Bəkr onu gördükdə arxaya keçdi, lakin Allah Elçisi ﷺ ona “Yerində qal!” deyə işarə etdi. Allah Elçisi ﷺ Əbu Bəkrin çiyni tərəfdən yanında oturdu. Əbu Bəkr Allah Elçisinin ﷺ namazına tabe idi, camaat da Əbu Bəkrin namazına tabe olaraq namaz qılırdı”.”

Aişə
Buxari, 683 (Azan, 81)Səhih

حَدَّثَنَا أَحْمَدُ بْنُ يُونُسَ قَالَ حَدَّثَنَا زَائِدَةُ عَنْ مُوسَى بْنِ أَبِى عَائِشَةَ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ بْنِ عُتْبَةَ قَالَ دَخَلْتُ عَلَى عَائِشَةَ فَقُلْتُ أَلاَ تُحَدِّثِينِى عَنْ مَرَضِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتْ بَلَى ، ثَقُلَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « أَصَلَّى النَّاسُ » . قُلْنَا لاَ ، هُمْ يَنْتَظِرُونَكَ . قَالَ « ضَعُوا لِى مَاءً فِى الْمِخْضَبِ » . قَالَتْ فَفَعَلْنَا فَاغْتَسَلَ فَذَهَبَ لِيَنُوءَ فَأُغْمِىَ عَلَيْهِ ، ثُمَّ أَفَاقَ فَقَالَ « أَصَلَّى النَّاسُ » . قُلْنَا لاَ ، هُمْ يَنْتَظِرُونَكَ يَا رَسُولَ اللَّهِ . قَالَ « ضَعُوا لِى مَاءً فِى الْمِخْضَبِ » . قَالَتْ فَقَعَدَ فَاغْتَسَلَ ، ثُمَّ ذَهَبَ لِيَنُوءَ فَأُغْمِىَ عَلَيْهِ ، ثُمَّ أَفَاقَ فَقَالَ « أَصَلَّى النَّاسُ » . قُلْنَا لاَ ، هُمْ يَنْتَظِرُونَكَ يَا رَسُولَ اللَّهِ . فَقَالَ « ضَعُوا لِى مَاءً فِى الْمِخْضَبِ » ، فَقَعَدَ فَاغْتَسَلَ ، ثُمَّ ذَهَبَ لِيَنُوءَ فَأُغْمِىَ عَلَيْهِ ، ثُمَّ أَفَاقَ فَقَالَ « أَصَلَّى النَّاسُ » . فَقُلْنَا لاَ ، هُمْ يَنْتَظِرُونَكَ يَا رَسُولَ اللَّهِ - وَالنَّاسُ عُكُوفٌ فِى الْمَسْجِدِ يَنْتَظِرُونَ النَّبِىَّ عَلَيْهِ السَّلاَمُ لِصَلاَةِ الْعِشَاءِ الآخِرَةِ - فَأَرْسَلَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى أَبِى بَكْرٍ بِأَنْ يُصَلِّىَ بِالنَّاسِ ، فَأَتَاهُ الرَّسُولُ فَقَالَ إِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَأْمُرُكَ أَنْ تُصَلِّىَ بِالنَّاسِ . فَقَالَ أَبُو بَكْرٍ - وَكَانَ رَجُلاً رَقِيقًا - يَا عُمَرُ صَلِّ بِالنَّاسِ . فَقَالَ لَهُ عُمَرُ أَنْتَ أَحَقُّ بِذَلِكَ . فَصَلَّى أَبُو بَكْرٍ تِلْكَ الأَيَّامَ ، ثُمَّ إِنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَجَدَ مِنْ نَفْسِهِ خِفَّةً فَخَرَجَ بَيْنَ رَجُلَيْنِ أَحَدُهُمَا الْعَبَّاسُ لِصَلاَةِ الظُّهْرِ ، وَأَبُو بَكْرٍ يُصَلِّى بِالنَّاسِ ، فَلَمَّا رَآهُ أَبُو بَكْرٍ ذَهَبَ لِيَتَأَخَّرَ فَأَوْمَأَ إِلَيْهِ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِأَنْ لاَ يَتَأَخَّرَ . قَالَ « أَجْلِسَانِى إِلَى جَنْبِهِ » . فَأَجْلَسَاهُ إِلَى جَنْبِ أَبِى بَكْرٍ . قَالَ فَجَعَلَ أَبُو بَكْرٍ يُصَلِّى وَهْوَ يَأْتَمُّ بِصَلاَةِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَالنَّاسُ بِصَلاَةِ أَبِى بَكْرٍ ، وَالنَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَاعِدٌ . قَالَ عُبَيْدُ اللَّهِ فَدَخَلْتُ عَلَى عَبْدِ اللَّهِ بْنِ عَبَّاسٍ فَقُلْتُ لَهُ أَلاَ أَعْرِضُ عَلَيْكَ مَا حَدَّثَتْنِى عَائِشَةُ عَنْ مَرَضِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ هَاتِ . فَعَرَضْتُ عَلَيْهِ حَدِيثَهَا ، فَمَا أَنْكَرَ مِنْهُ شَيْئًا ، غَيْرَ أَنَّهُ قَالَ أَسَمَّتْ لَكَ الرَّجُلَ الَّذِى كَانَ مَعَ الْعَبَّاسِ قُلْتُ لاَ . قَالَ هُوَ عَلِىٌّ .

“Rəvayət edilir ki, Ubeydullah ibn Abdullah ibn Utbə ﵀ demişdir: “Mən Aişənin yanına gəlib dedim: “Mənə Allah Elçisinin ﷺ xəstələnməsi haqda danışa bilərsən?” Aişə dedi: “Əlbəttə danışaram. Peyğəmbərin ﷺ vəziyyəti ağırlaşdığı vaxt o soruşdu: “Camaat namaz qılıbmı?” Biz dedik: “Xeyr, onlar səni gözləyirlər”. O dedi: “Mənim üçün tasa (qaba) su tökün!” Biz onun dediyini yerinə yetirdik, sonra o yuyundu və ayağa qalxmaq istədikdə huşunu itirdi. Peyğəmbər ﷺ ayıldıqdan sonra yenə soruşdu: “Camaat namaz qılıbmı?” Biz dedik: “Xeyr, onlar səni gözləyirlər, ey Allahın Elçisi!” O yenə dedi: “Mənim üçün tasa su tökün!” O, oturub yuyunduqdan sonra ayağa qalxmaq istədi, amma yenə də huşunu itirdi, ayıldıqdan sonra yenə soruşdu: “Camaat namaz qılıbmı?” Biz dedik: “Xeyr, onlar səni gözləyirlər, ey Allahın Elçisi!” O yenə dedi: “Mənim üçün tasa su tökün!” O, oturub yuyunduqdan sonra ayağa qalxmaq istədi, amma yenə də huşunu itirdi, ayıldıqdan sonra yenə soruşdu: “Camaat namaz qılıbmı?” Biz dedik: “Xeyr, onlar səni gözləyirlər, ey Allahın Elçisi!” Bu vaxt camaat məsciddə oturub Peyğəmbəri ﷺ gözləyirdi ki, onlara axırıncı namaz olan İşa namazını qıldırsın. Peyğəmbər ﷺ Əbu Bəkrə xəbər göndərdi ki, camaata namaz qıldırsın. Peyğəmbərin ﷺ göndərdiyi adam onun yanına gəlib dedi: “Allahın Elçisi ﷺ sənə əmr edir ki, camaata namaz qıldırasan”. Əbu Bəkr ürəyiyumşaq adam idi deyə belə dedi: “Ey Ömər, camaata namazı sən qıldır!” Ömər isə ona: “Sənin buna daha çox haqqın var”- deyə etiraz etdi. Beləliklə, həmin günlərdə camaata namazı Əbu Bəkr qıldırdı. Bir neçə gündən sonra Peyğəmbərin ﷺ halı yaxşılaşdı və iki nəfər onun (sağından və solundan) qoluna girib Zöhr namazını qılmaq üçün onu məscidə apardı. Onun qoluna girən iki nəfərdən biri Abbas idi. Peyğəmbər ﷺ məscidə gəldikdə Əbu Bəkr camaata namaz qıldırırdı. Əbu Bəkr onu görən kimi geriyə çəkilmək istədi, lakin Peyğəmbər ﷺ əli ilə ona işarə etdi ki, geriyə çəkilmə. Peyğəmbər ﷺ o iki nəfərə: “Məni onun yanında otuzdurun!”– dedi və onu Əbu Bəkrin yanında otuzdurdular. Bundan sonra Əbu Bəkr Peyğəmbərə ﷺ, camaat da Əbu Bəkrə tabe olaraq namaz qıldı. Peyğəmbər ﷺ namazı oturmuş vəziyyətdə qıldı”. Ubeydullah deyir: “Mən Abdullah ibn Abbasın yanına gəlib ona dedim: “Peyğəmbərin xəstələnməsi haqda Aişənin dediklərini sənə danışımmı?” O dedi: “Danış!” Mən ona hədisi danışdıqda o, heç nəyi inkar etmədi, yalnız belə dedi: “Abbas ilə birlikdə ikinci kişinin adını Aişə sənə dedimi?” Mən: “Xeyr” dedim. O dedi: “Bu, Əli idi”.”

Ubeydullah ibn Abdullah ibn Utbə
Buxari, 687 (Azan, 85)Səhih

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ دَاوُدَ قَالَ حَدَّثَنَا الأَعْمَشُ عَنْ إِبْرَاهِيمَ عَنِ الأَسْوَدِ عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ لَمَّا مَرِضَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَرَضَهُ الَّذِى مَاتَ فِيهِ أَتَاهُ بِلاَلٌ يُؤْذِنُهُ بِالصَّلاَةِ فَقَالَ « مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ » . قُلْتُ إِنَّ أَبَا بَكْرٍ رَجُلٌ أَسِيفٌ ، إِنْ يَقُمْ مَقَامَكَ يَبْكِى فَلاَ يَقْدِرُ عَلَى الْقِرَاءَةِ . قَالَ « مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ » . فَقُلْتُ مِثْلَهُ فَقَالَ فِى الثَّالِثَةِ أَوِ الرَّابِعَةِ « إِنَّكُنَّ صَوَاحِبُ يُوسُفَ ، مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ » . فَصَلَّى وَخَرَجَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُهَادَى بَيْنَ رَجُلَيْنِ ، كَأَنِّى أَنْظُرُ إِلَيْهِ يَخُطُّ بِرِجْلَيْهِ الأَرْضَ ، فَلَمَّا رَآهُ أَبُو بَكْرٍ ذَهَبَ يَتَأَخَّرُ ، فَأَشَارَ إِلَيْهِ أَنْ صَلِّ ، فَتَأَخَّرَ أَبُو بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ وَقَعَدَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى جَنْبِهِ ، وَأَبُو بَكْرٍ يُسْمِعُ النَّاسَ التَّكْبِيرَ . تَابَعَهُ مُحَاضِرٌ عَنِ الأَعْمَشِ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ ölümü ilə nəticələnən xəstəliyə tutulduğu zaman Bilal gəlib namaza azan verdi. Peyğəmbər ﷺ buyurdu: “Əbu Bəkrə deyin, namaz qıldırsın!” Mən dedim: “Əbu Bəkr ürəyiyumşaq adamdır, əgər sənin yerinə imamlıq etsə, ağlayacaq və namazda Quran oxuya bilməyəcək”. Peyğəmbər ﷺ yenə buyurdu: “Əbu Bəkrə deyin, namaz qıldırsın!” Mən sözümü təkrar etdim, o ona üçüncü və ya dördüncü dəfə belə buyurdu: “Siz Yusufa gözü düşən qadınlar kimisiniz. Əbu Bəkrə deyin, namaz qıldırsın!” Beləliklə, Əbu Bəkr camaata namaz qıldırdı. Bu əsnada Peyğəmbər ﷺ iki nəfərin arasında otağından çıxdı. Mən onun xəstəliyi üzündən ayaqlarını yerlə sürüdüyünü, sanki, indi də görürəm. Əbu Bəkr onun gəldiyini hiss etdikdə geriyə çəkilmək istədi, lakin Peyğəmbər ﷺ əli ilə ona işarə etdi ki, yerində qal, lakin Əbu Bəkr ﵁ geri çəkildi. Peyğəmbər ﷺ Əbu Bəkrin yanında oturdu. Əbu Bəkr də təkbirləri camaata eşitdirirdi”.”

Aişə
Buxari, 712 (Azan, 110)Səhih

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ قَالَ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ عَنِ الأَعْمَشِ عَنْ إِبْرَاهِيمَ عَنِ الأَسْوَدِ عَنْ عَائِشَةَ قَالَتْ لَمَّا ثَقُلَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَاءَ بِلاَلٌ يُؤْذِنُهُ بِالصَّلاَةِ فَقَالَ « مُرُوا أَبَا بَكْرٍ أَنْ يُصَلِّىَ بِالنَّاسِ » . فَقُلْتُ يَا رَسُولَ اللَّهِ ، إِنَّ أَبَا بَكْرٍ رَجُلٌ أَسِيفٌ ، وَإِنَّهُ مَتَى مَا يَقُمْ مَقَامَكَ لاَ يُسْمِعُ النَّاسَ ، فَلَوْ أَمَرْتَ عُمَرَ . فَقَالَ « مُرُوا أَبَا بَكْرٍ يُصَلِّى بِالنَّاسِ » . فَقُلْتُ لِحَفْصَةَ قُولِى لَهُ إِنَّ أَبَا بَكْرٍ رَجُلٌ أَسِيفٌ ، وَإِنَّهُ مَتَى يَقُمْ مَقَامَكَ لاَ يُسْمِعِ النَّاسَ ، فَلَوْ أَمَرْتَ عُمَرَ . قَالَ « إِنَّكُنَّ لأَنْتُنَّ صَوَاحِبُ يُوسُفَ ، مُرُوا أَبَا بَكْرٍ أَنْ يُصَلِّىَ بِالنَّاسِ » . فَلَمَّا دَخَلَ فِى الصَّلاَةِ وَجَدَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى نَفْسِهِ خِفَّةً ، فَقَامَ يُهَادَى بَيْنَ رَجُلَيْنِ ، وَرِجْلاَهُ يَخُطَّانِ فِى الأَرْضِ حَتَّى دَخَلَ الْمَسْجِدَ ، فَلَمَّا سَمِعَ أَبُو بَكْرٍ حِسَّهُ ذَهَبَ أَبُو بَكْرٍ يَتَأَخَّرُ ، فَأَوْمَأَ إِلَيْهِ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَجَاءَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى جَلَسَ عَنْ يَسَارِ أَبِى بَكْرٍ ، فَكَانَ أَبُو بَكْرٍ يُصَلِّى قَائِمًا ، وَكَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى قَاعِدًا ، يَقْتَدِى أَبُو بَكْرٍ بِصَلاَةِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَالنَّاسُ مُقْتَدُونَ بِصَلاَةِ أَبِى بَكْرٍ رضى الله عنه .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisinin ﷺ xəstəliyi ağırlaşdıqda Bilal gəlib namaza izin istədi. Peyğəmbər ﷺ buyurdu: “Əbu Bəkrə deyin, camaata namaz qıldırsın!” Mən dedim: “Ey Allahın Elçisi, Əbu Bəkr ürəyiyumşaq adamdır, əgər sənin yerinə imamlıq etsə, camaata namazı eşitdirə bilməyəcək. Bəlkə, Ömərə əmr edəsən?” Peyğəmbər ﷺ yenə buyurdu: “Əbu Bəkrə deyin, camaata namaz qıldırsın”. Mən Həfsaya dedim: “Ona de ki, Əbu Bəkr ürəyiyumşaq adamdır, əgər sənin yerinə imamlıq etsə, camaata namazı eşitdirə bilməyəcək. Bəlkə, Ömərə əmr edəsən?” Peyğəmbər ﷺ buyurdu: “Həqiqətən, siz Yusufa gözü düşən qadınlar kimisiniz. Əbu Bəkrə deyin, camaata namaz qıldırsın!” Əbu Bəkr camaata namaz qıldıranda Peyğəmbər ﷺ özündə yüngüllük hiss etdi və qalxaraq iki nəfərdən tutub, xəstəliyi üzündən ayaqları yerlə sürünərək məscidə gəldi. Əbu Bəkr onun gəldiyini hiss etdikdə geriyə çəkilmək istədi, lakin Allah Elçisi ﷺ əli ilə ona işarə etdi. Allah Elçisi ﷺ gəlib Əbu Bəkrin sol tərəfində yerə oturdu. Əbu Bəkr isə ayaq üstə namaz qılırdı. Beləliklə, Əbu Bəkr Peyğəmbərin ﷺ namazına, camaat da Əbu Bəkrin ﵁ namazına tabe oldular”.”

Aişə
Buxari, 713 (Azan, 111)Səhih

حَدَّثَنَا إِسْمَاعِيلُ قَالَ حَدَّثَنَا مَالِكُ بْنُ أَنَسٍ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ أُمِّ الْمُؤْمِنِينَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ فِى مَرَضِهِ « مُرُوا أَبَا بَكْرٍ يُصَلِّى بِالنَّاسِ » . قَالَتْ عَائِشَةُ قُلْتُ إِنَّ أَبَا بَكْرٍ إِذَا قَامَ فِى مَقَامِكَ لَمْ يُسْمِعِ النَّاسَ مِنَ الْبُكَاءِ ، فَمُرْ عُمَرَ فَلْيُصَلِّ . فَقَالَ « مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ لِلنَّاسِ » . قَالَتْ عَائِشَةُ لِحَفْصَةَ قُولِى لَهُ إِنَّ أَبَا بَكْرٍ إِذَا قَامَ فِى مَقَامِكَ لَمْ يُسْمِعِ النَّاسَ مِنَ الْبُكَاءِ ، فَمُرْ عُمَرَ فَلْيُصَلِّ لِلنَّاسِ . فَفَعَلَتْ حَفْصَةُ . فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « مَهْ ، إِنَّكُنَّ لأَنْتُنَّ صَوَاحِبُ يُوسُفَ ، مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ لِلنَّاسِ » . قَالَتْ حَفْصَةُ لِعَائِشَةَ مَا كُنْتُ لأُصِيبَ مِنْكِ خَيْرًا .

“Möminlərin anası Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ xəstələndikdə buyurdu: “Əbu Bəkrə deyin, camaata namaz qıldırsın!” Aişə dedi: “Mən dedim: “Əbu Bəkr ürəyiyumşaq adamdır, sənin yerində durduqda ağladığına görə camaata namazı eşitdirə bilməyəcək. Namaz qıldırmaq üçün Ömərə tapşır”. Peyğəmbər ﷺ yenə buyurdu: “Əbu Bəkrə deyin, camaata namaz qıldırsın”. Aişə Həfsaya dedi: “Ona de ki, Əbu Bəkr sənin yerində durduqda ğaladığına görə camaata namazı eşitdirə bilməyəcək. Sən camaata namazı qıldırmasını Ömərə tapşır”. Həfsa deyiləni etdikdə Allah Elçisi ﷺ buyurdu: “Yetər! Həqiqətən, siz Yusufa gözü düşən qadınlar kimisiniz. Əbu Bəkrə deyin, camaata namaz qıldırsın!” Bundan sonra Həfsa Aişəyə dedi: “Mən heç vaxt səndən xeyir görmədim”.”

Aişə
Buxari, 716 (Azan, 114)Səhih

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا أَبُو عَوَانَةَ عَنْ أَبِى بِشْرٍ عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ عَنِ ابْنِ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ انْطَلَقَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى طَائِفَةٍ مِنْ أَصْحَابِهِ عَامِدِينَ إِلَى سُوقِ عُكَاظٍ ، وَقَدْ حِيلَ بَيْنَ الشَّيَاطِينِ وَبَيْنَ خَبَرِ السَّمَاءِ ، وَأُرْسِلَتْ عَلَيْهِمُ الشُّهُبُ ، فَرَجَعَتِ الشَّيَاطِينُ إِلَى قَوْمِهِمْ . فَقَالُوا مَا لَكُمْ فَقَالُوا حِيلَ بَيْنَنَا وَبَيْنَ خَبَرِ السَّمَاءِ ، وَأُرْسِلَتْ عَلَيْنَا الشُّهُبُ . قَالُوا مَا حَالَ بَيْنَكُمْ وَبَيْنَ خَبَرِ السَّمَاءِ إِلاَّ شَىْءٌ حَدَثَ ، فَاضْرِبُوا مَشَارِقَ الأَرْضِ وَمَغَارِبَهَا ، فَانْظُرُوا مَا هَذَا الَّذِى حَالَ بَيْنَكُمْ وَبَيْنَ خَبَرِ السَّمَاءِ فَانْصَرَفَ أُولَئِكَ الَّذِينَ تَوَجَّهُوا نَحْوَ تِهَامَةَ إِلَى النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهْوَ بِنَخْلَةَ ، عَامِدِينَ إِلَى سُوقِ عُكَاظٍ وَهْوَ يُصَلِّى بِأَصْحَابِهِ صَلاَةَ الْفَجْرِ ، فَلَمَّا سَمِعُوا الْقُرْآنَ اسْتَمَعُوا لَهُ فَقَالُوا هَذَا وَاللَّهِ الَّذِى حَالَ بَيْنَكُمْ وَبَيْنَ خَبَرِ السَّمَاءِ . فَهُنَالِكَ حِينَ رَجَعُوا إِلَى قَوْمِهِمْ وَقَالُوا يَا قَوْمَنَا { إِنَّا سَمِعْنَا قُرْآنًا عَجَبًا * يَهْدِى إِلَى الرُّشْدِ فَآمَنَّا بِهِ وَلَنْ نُشْرِكَ بِرَبِّنَا أَحَدًا } فَأَنْزَلَ اللَّهُ عَلَى نَبِيِّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ { قُلْ أُوحِىَ إِلَىَّ } وَإِنَّمَا أُوحِىَ إِلَيْهِ قَوْلُ الْجِنِّ .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ bir dəstə səhabəsi ilə Ukaz bazarına getdi. Artıq şeytanlar səmavi xəbəri (Allahın mələklərə nazil etdiyi vəhyi) gizlincə öyrənməkdən məhrum olmuş və onları yandırıb yaxan ulduzlar təqib etmişdir. Onlar öz qövmünün yanına qayıtdıqda onlardan: “Sizə nə olub?”– deyə soruşdular. Onlar dedilər: “Biz səmavi xəbəri öyrənməkdən məhrum olduq və üstümüzə yanar ulduzlar endirildi!” Onlara dedilər: “Sizi səmavi xəbəri öyrənməkdən məhrum edən şey, baş vermiş yeni hadisədir! Gedin, yer üzünü şərqdən qərbə kimi gəzin və baxın görün sizi səmavi xəbəri öyrənməkdən məhrum edən nədir!” Onlardan bir dəstə Tihaməyə tərəf getdi və Nəxlədə Ukaz bazarına gedən Peyğəmbərə ﷺ rast gəldi. O, səhabələri ilə birlikdə Sübh namazını qılırdı. Cinlər Quranı eşitdikdə dayanıb qulaq asdılar və dedilər: “Allaha and olsun, bizi səmavi xəbərdən məhrum edən budur”. Sonra onlar öz qövmünün yanına qayıdıb dedilər: “Ey qövmümüz! Biz çox qəribə bir Quran eşitdik. O, haqq yolu göstərir. Biz ona iman gətirdik və bir daha heç kəsi Rəbbimizə şərik qoşmayacağıq”. Uca Allah da Peyğəmbərinə ﷺ: “De: “Mənə vəhy olundu ki,..” (əl-Cinn surəsini) nazil etdi. Beləliklə də, cinlərin dedikləri vəhy vasitəsilə Peyğəmbərə ﷺ bildirildi”.”

İbn Abbas
Buxari, 773 (Azan, 171)Səhih

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ قَالَ حَدَّثَنَا يَعْقُوبُ بْنُ عَبْدِ الرَّحْمَنِ بْنِ مُحَمَّدِ بْنِ عَبْدِ اللَّهِ بْنِ عَبْدٍ الْقَارِىُّ الْقُرَشِىُّ الإِسْكَنْدَرَانِىُّ قَالَ حَدَّثَنَا أَبُو حَازِمِ بْنُ دِينَارٍ أَنَّ رِجَالاً أَتَوْا سَهْلَ بْنَ سَعْدٍ السَّاعِدِىَّ ، وَقَدِ امْتَرَوْا فِى الْمِنْبَرِ مِمَّ عُودُهُ فَسَأَلُوهُ عَنْ ذَلِكَ فَقَالَ وَاللَّهِ إِنِّى لأَعْرِفُ مِمَّا هُوَ ، وَلَقَدْ رَأَيْتُهُ أَوَّلَ يَوْمٍ وُضِعَ ، وَأَوَّلَ يَوْمٍ جَلَسَ عَلَيْهِ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَرْسَلَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى فُلاَنَةَ - امْرَأَةٍ قَدْ سَمَّاهَا سَهْلٌ - « مُرِى غُلاَمَكِ النَّجَّارَ أَنْ يَعْمَلَ لِى أَعْوَادًا أَجْلِسُ عَلَيْهِنَّ إِذَا كَلَّمْتُ النَّاسَ » . فَأَمَرَتْهُ فَعَمِلَهَا مِنْ طَرْفَاءِ الْغَابَةِ ثُمَّ جَاءَ بِهَا ، فَأَرْسَلَتْ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَمَرَ بِهَا فَوُضِعَتْ هَا هُنَا ، ثُمَّ رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى عَلَيْهَا ، وَكَبَّرَ وَهْوَ عَلَيْهَا ، ثُمَّ رَكَعَ وَهْوَ عَلَيْهَا ، ثُمَّ نَزَلَ الْقَهْقَرَى فَسَجَدَ فِى أَصْلِ الْمِنْبَرِ ثُمَّ عَادَ ، فَلَمَّا فَرَغَ أَقْبَلَ عَلَى النَّاسِ فَقَالَ « أَيُّهَا النَّاسُ إِنَّمَا صَنَعْتُ هَذَا لِتَأْتَمُّوا وَلِتَعَلَّمُوا صَلاَتِى » .

“Əbu Hazim ibn Dinar ﵀ rəvayət edir ki, Peyğəmbərin ﷺ minbərinin hansı ağacdan düzəldildiyi barədə aralarına fikir ayrılığı düşmüş bir dəstə adam Səhl ibn Səd əs-Səidinin yanına gəlib bu haqda ondan soruşdu. O dedi: “Allaha and olsun ki, mən onun nədən olduğunu yaxşı bilirəm. Mən onu həm qoyulduğu gün, həm də Allah Elçisinin ﷺ onun üstündə oturduğu ilk gündə görmüşəm. Allah Elçisi ﷺ filan qadının yanına adam göndərib buyurdu: “Dülgər kölənə əmr et, mənim üçün ağacdan elə bir şey düzəltsin ki, mən camaata xütbə verərkən onun üstündə otura bilim”. Qadın bunu öz köləsinə əmr etdi və o da meşə yulğunundan minbər düzəldib onun yanına apardı. Qadın onu Allah Elçisinə ﷺ göndərdi, Allah Elçisi ﷺ də onun buraya qoyulmasını əmr etdi. Mən Allah Elçisinin ﷺ onun üstündə namaz qıldığını da görmüşəm. O, minbərin üstündə olarkən: “Allahu Əkbər”– dedi, (Qurandan oxuduqdan) sonra rukuya getdi, sonra rukudan geri çəkilərək minbərdən aşağı endi və minbərin dibində səcdə etdi, sonra yenidən minbərə qalxıb namazını davam etdi. Namazı bitirdikdən sonra camaata tərəf dönüb, buyurdu: “Ey insanlar! Mən belə etdim ki, siz də mənə baxıb mənim etdiklərimi edəsiniz və mənim necə namaz qıldığımı öyrənəsiniz”.”

Əbu Hazim ibn Dinar
Buxari, 917 (Cümə, 42)Səhih

حَدَّثَنَا سَعِيدُ بْنُ أَبِى مَرْيَمَ قَالَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ قَالَ أَخْبَرَنِى يَحْيَى بْنُ سَعِيدٍ قَالَ أَخْبَرَنِى ابْنُ أَنَسٍ أَنَّهُ سَمِعَ جَابِرَ بْنَ عَبْدِ اللَّهِ قَالَ كَانَ جِذْعٌ يَقُومُ إِلَيْهِ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَلَمَّا وُضِعَ لَهُ الْمِنْبَرُ سَمِعْنَا لِلْجِذْعِ مِثْلَ أَصْوَاتِ الْعِشَارِ حَتَّى نَزَلَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَوَضَعَ يَدَهُ عَلَيْهِ . قَالَ سُلَيْمَانُ عَنْ يَحْيَى أَخْبَرَنِى حَفْصُ بْنُ عُبَيْدِ اللَّهِ بْنِ أَنَسٍ أَنَّهُ سَمِعَ جَابِرًا .

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Peyğəmbər ﷺ xütbə deyərkən bir kötüyün yanında durardı. Onun üçün minbər qoyulduqda biz həmin kötüyün hamilə dəvənin inildədiyi kimi inildədiyini eşitdik. Peyğəmbər ﷺ minbərdən aşağı enib əlini onun üstünə qoyanadək (onun səsi kəsilmədi)”.”

Cabir ibn Abdullah
Buxari, 918 (Cümə, 43)Səhih

حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ أَبَانَ قَالَ حَدَّثَنَا ابْنُ الْغَسِيلِ قَالَ حَدَّثَنَا عِكْرِمَةُ عَنِ ابْنِ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ صَعِدَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْمِنْبَرَ وَكَانَ آخِرَ مَجْلِسٍ جَلَسَهُ مُتَعَطِّفًا مِلْحَفَةً عَلَى مَنْكِبَيْهِ ، قَدْ عَصَبَ رَأْسَهُ بِعِصَابَةٍ دَسِمَةٍ ، فَحَمِدَ اللَّهَ وَأَثْنَى عَلَيْهِ ثُمَّ قَالَ « أَيُّهَا النَّاسُ إِلَىَّ » . فَثَابُوا إِلَيْهِ ثُمَّ قَالَ « أَمَّا بَعْدُ ، فَإِنَّ هَذَا الْحَىَّ مِنَ الأَنْصَارِ يَقِلُّونَ ، وَيَكْثُرُ النَّاسُ ، فَمَنْ وَلِىَ شَيْئًا مِنْ أُمَّةِ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَاسْتَطَاعَ أَنْ يَضُرَّ فِيهِ أَحَدًا أَوْ يَنْفَعَ فِيهِ أَحَدًا ، فَلْيَقْبَلْ مِنْ مُحْسِنِهِمْ ، وَيَتَجَاوَزْ عَنْ مُسِيِّهِمْ »

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ minbərə qalxdı və bu onun minbərdəki son oturuşu idi. O, çiyninə atdığı əbaya bürünmüş, başına da boz bir sarıq sarımışdı, Allaha həmd edib şəninə təriflər deyəndən sonra buyurdu: “Ey insanlar, yanıma gəlin!” Onlar dərhal onun yan-yörəsinə toplaşdılar. Sonra Peyğəmbər ﷺ buyurdu: “Sonra isə... bu ənsarların sayı azalacaq, başqa insanların sayı isə çoxalacaq. Belə olduqda kim Muhəmməd ﷺ ümmətinin üzərində hökmranlıq etsə, zərər vurmağa və ya fayda verməyə qadir olsa, qoy ənsardan yaxşı iş görənlərin (yaxşılığını) qəbul etsin, pislik edənləri də bağışlasın”.”

İbn Abbas
Buxari, 927 (Cümə, 52)Səhih

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا حَمَّادٌ عَنْ عَبْدِ الْعَزِيزِ بْنِ صُهَيْبٍ وَثَابِتٍ الْبُنَانِىِّ عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى الصُّبْحَ بِغَلَسٍ ثُمَّ رَكِبَ فَقَالَ « اللَّهُ أَكْبَرُ خَرِبَتْ خَيْبَرُ ، إِنَّا إِذَا نَزَلْنَا بِسَاحَةِ قَوْمٍ فَسَاءَ صَبَاحُ الْمُنْذَرِينَ » . فَخَرَجُوا يَسْعَوْنَ فِى السِّكَكِ وَيَقُولُونَ مُحَمَّدٌ وَالْخَمِيسُ - قَالَ وَالْخَمِيسُ الْجَيْشُ - فَظَهَرَ عَلَيْهِمْ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَتَلَ الْمُقَاتِلَةَ وَسَبَى الذَّرَارِىَّ ، فَصَارَتْ صَفِيَّةُ لِدِحْيَةَ الْكَلْبِىِّ ، وَصَارَتْ لِرَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ تَزَوَّجَهَا وَجَعَلَ صَدَاقَهَا عِتْقَهَا . فَقَالَ عَبْدُ الْعَزِيزِ لِثَابِتٍ يَا أَبَا مُحَمَّدٍ ، أَنْتَ سَأَلْتَ أَنَسًا مَا أَمْهَرَهَا قَالَ أَمْهَرَهَا نَفْسَهَا . فَتَبَسَّمَ .

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Sübh namazını ala-qaranlıqda qıldı, sonra minik heyvanına minib buyurdu: “Allahu Əkbər, Allahu Əkbər! Xeybər dağıldı. Həqiqətən, biz (fasiq) qövmün yurduna daxil olduqda, qorxudulanların sabahı necə də pis olar!” Xeybərlilər çıxıb küçələrdə qaçaraq: “Muhəmməd öz qoşunuyla (gəldi)!” Nəhayət, Allah Elçisi ﷺ onlara qalib gəldi, döyüşçülərini öldürdü, zürriyyətlərini əsir götürdü. Safiyyə bint Huyey əvvəlcə Dihyə əl-Kəlbiyə düşdü. Sonra Allah Elçisinə ﷺ düşdü. Sonra Safiyyəni azad edib onunla evləndi. Safiyyənin azad olunması onun mehri oldu”. Ravi Abdul-Əziz Sabitə dedi: “Ey Əbu Muhəmməd, Ənəsdən “ona mehr kimi nəyi verdi?” deyə sən soruşdun?” Sabit də: “Peyğəmbər ﷺ mehr olaraq onu azad etdi” dedi və gülümsədi”.”

Ənəs ibn Malik
Buxari, 947 (Qorxu namazı, 6)Səhih

حَدَّثَنِى أَبُو الطَّاهِرِ أَحْمَدُ بْنُ عَمْرِو بْنِ عَبْدِ اللَّهِ بْنِ عَمْرِو بْنِ سَرْحٍ أَخْبَرَنَا ابْنُ وَهْبٍ قَالَ أَخْبَرَنِى يُونُسُ عَنِ ابْنِ شِهَابٍ قَالَ حَدَّثَنِى عُرْوَةُ بْنُ الزُّبَيْرِ أَنَّ عَائِشَةَ زَوْجَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَخْبَرَتْهُ أَنَّهَا قَالَتْ كَانَ أَوَّلُ مَا بُدِئَ بِهِ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنَ الْوَحْىِ الرُّؤْيَا الصَّادِقَةَ فِى النَّوْمِ فَكَانَ لاَ يَرَى رُؤْيَا إِلاَّ جَاءَتْ مِثْلَ فَلَقِ الصُّبْحِ ثُمَّ حُبِّبَ إِلَيْهِ الْخَلاَءُ فَكَانَ يَخْلُو بِغَارِ حِرَاءٍ يَتَحَنَّثُ فِيهِ - وَهُوَ التَّعَبُّدُ - اللَّيَالِىَ أُولاَتِ الْعَدَدِ قَبْلَ أَنْ يَرْجِعَ إِلَى أَهْلِهِ وَيَتَزَوَّدُ لِذَلِكَ ثُمَّ يَرْجِعُ إِلَى خَدِيجَةَ فَيَتَزَوَّدُ لِمِثْلِهَا حَتَّى فَجِئَهُ الْحَقُّ وَهُوَ فِى غَارِ حِرَاءٍ فَجَاءَهُ الْمَلَكُ فَقَالَ اقْرَأْ. قَالَ « مَا أَنَا بِقَارِئٍ - قَالَ - فَأَخَذَنِى فَغَطَّنِى حَتَّى بَلَغَ مِنِّى الْجَهْدَ ثُمَّ أَرْسَلَنِى فَقَالَ اقْرَأْ. قَالَ قُلْتُ مَا أَنَا بِقَارِئٍ - قَالَ - فَأَخَذَنِى فَغَطَّنِى الثَّانِيَةَ حَتَّى بَلَغَ مِنِّى الْجَهْدَ ثُمَّ أَرْسَلَنِى فَقَالَ اقْرَأْ. فَقُلْتُ مَا أَنَا بِقَارِئٍ فَأَخَذَنِى فَغَطَّنِى الثَّالِثَةَ حَتَّى بَلَغَ مِنِّى الْجَهْدَ ثُمَّ أَرْسَلَنِى. فَقَالَ {اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِى خَلَقَ خَلَقَ الإِنْسَانَ مِنْ عَلَقٍ اقْرَأْ وَرَبُّكَ الأَكْرَمُ الَّذِى عَلَّمَ بِالْقَلَمِ عَلَّمَ الإِنْسَانَ مَا لَمْ يَعْلَمْ} ». فَرَجَعَ بِهَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تَرْجُفُ بَوَادِرُهُ حَتَّى دَخَلَ عَلَى خَدِيجَةَ فَقَالَ « زَمِّلُونِى زَمِّلُونِى ». فَزَمَّلُوهُ حَتَّى ذَهَبَ عَنْهُ الرَّوْعُ ثُمَّ قَالَ لِخَدِيجَةَ « أَىْ خَدِيجَةُ مَا لِى ». وَأَخْبَرَهَا الْخَبَرَ قَالَ « لَقَدْ خَشِيتُ عَلَى نَفْسِى ». قَالَتْ لَهُ خَدِيجَةُ كَلاَّ أَبْشِرْ فَوَاللَّهِ لاَ يُخْزِيكَ اللَّهُ أَبَدًا وَاللَّهِ إِنَّكَ لَتَصِلُ الرَّحِمَ وَتَصْدُقُ الْحَدِيثَ وَتَحْمِلُ الْكَلَّ وَتَكْسِبُ الْمَعْدُومَ وَتَقْرِى الضَّيْفَ وَتُعِينُ عَلَى نَوَائِبِ الْحَقِّ. فَانْطَلَقَتْ بِهِ خَدِيجَةُ حَتَّى أَتَتْ بِهِ وَرَقَةَ بْنَ نَوْفَلِ بْنِ أَسَدِ بْنِ عَبْدِ الْعُزَّى وَهُوَ ابْنُ عَمِّ خَدِيجَةَ أَخِى أَبِيهَا وَكَانَ امْرَأً تَنَصَّرَ فِى الْجَاهِلِيَّةِ وَكَانَ يَكْتُبُ الْكِتَابَ الْعَرَبِىَّ وَيَكْتُبُ مِنَ الإِنْجِيلِ بِالْعَرَبِيَّةِ مَا شَاءَ اللَّهُ أَنْ يَكْتُبَ وَكَانَ شَيْخًا كَبِيرًا قَدْ عَمِىَ. فَقَالَتْ لَهُ خَدِيجَةُ أَىْ عَمِّ اسْمَعْ مِنِ ابْنِ أَخِيكَ. قَالَ وَرَقَةُ بْنُ نَوْفَلٍ يَا ابْنَ أَخِى مَاذَا تَرَى فَأَخْبَرَهُ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَبَرَ مَا رَآهُ فَقَالَ لَهُ وَرَقَةُ هَذَا النَّامُوسُ الَّذِى أُنْزِلَ عَلَى مُوسَى صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَا لَيْتَنِى فِيهَا جَذَعًا يَا لَيْتَنِى أَكُونُ حَيًّا حِينَ يُخْرِجُكَ قَوْمُكَ. قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أَوَمُخْرِجِىَّ هُمْ ». قَالَ وَرَقَةُ نَعَمْ لَمْ يَأْتِ رَجُلٌ قَطُّ بِمَا جِئْتَ بِهِ إِلاَّ عُودِىَ وَإِنْ يُدْرِكْنِى يَوْمُكَ أَنْصُرْكَ نَصْرًا مُؤَزَّرًا ».

“Peyğəmbərin ﷺ zövcəsi Aişə ﵂ demişdir: “Peyğəmbərə ﷺ ilk vəhyin gəlməsi doğru yuxu vasitəsilə başlamışdır. Onun gördüyü elə bir yuxu yox idi ki, sübh çağının aydınlığı kimi gerçəkləşməsin. Sonra onun qəlbinə təkliyə çəkilmək meyli salındı. Allah Elçisi ﷺ Hira dağındakı mağarada təkliyə çəkilib ailəsinin yanına qayıdanadək müəyyən gecələri orada ibadət edərdi. O, özü ilə azuqə götürüb təkliyə çəkilərdi. Sonra Xədicənin yanına qayıdıb bir o qədər də təklikdə qalmaq üçün azuqə götürərdi. Allah Elçisi ﷺ Hira dağındakı mağarada olarkən birdən ona haqq nazil oldu. Mələk onun yanına gəlib: “Oxu!”, – dedi. O buyurdu: “Mən oxumağı bacarmıram!” Peyğəmbər ﷺ deyir: “O zaman mələk məni tutub taqətim kəsilənədək sıxdı, sonra da buraxıb: “Oxu!”, – dedi. Mən də: “Oxumağı bacarmıram!”, – dedim. O, ikinci dəfə məni tutub taqətim kəsilənədək sıxdı, sonra da buraxıb: “Oxu!”, – dedi. Mən isə: “Oxumağı bacarmıram!”, – dedim. O, üçüncü dəfə məni tutub taqətim kəsilənədək sıxdı, sonra da buraxıb dedi: “Yaradan Rəbbinin adı ilə oxu! O, insanı qan laxtasından yaratdı. Oxu! Sənin Rəbbin müqayisəsiz səxavətə malikdir. O, qələmlə yazmağı öyrətdi. İnsana bilmədiklərini öyrətdi”. (əl-Aləq, 1-5). Bu hadisədən sonra Allah Elçisi ﷺ qorxudan ürəyi titrəyərək həmin ayələrlə geri döndü. O, Xədicə bint Xuveylidin evinə gəlib dedi: “Üstümü örtün, üstümü örtün!” Onun üstünü örtdülər. Qorxu ondan keçib getdi və Allah Elçisi ﷺ başına gələn hadisəni Xədicəyə xəbər verib dedi: “Ey Xədicə, mənə nə olub? Düzü, mən başıma bir iş gələcəyindən qorxdum”. Xədicə dedi: “Yox, sevin! Allaha and olsun ki, Allah səni heç vaxt rüsvay etməz. Allaha and olsun ki, sən qohumluq əlaqələrini möhkəmləndirir, düz danışır, zəiflərin yükünü daşıyır, yoxsula pay verir, qonağa yaxşı baxır və insanlara haqq yolunda yardım edirsən”. Xədicə Allah Elçisini ﷺ əmisi oğlunun, yəni atasının qardaşı oğlu Varaqa ibn Nofəl ibn Əsəd ibn Abdul-Uzzanın yanına gətirdi. O, cahiliyyət dövründə xristian olmuş bir adam idi və ərəbcə yazmağı bacarır, İncildən Allahın dilədiyi qədər bəzi şeyləri ərəbcə yazardı. O artıq gözləri kor olmuş qoca bir kişi idi. Xədicə dedi: “Əmican! Qulaq as, gör qardaşın oğlu nə deyir!” Varaqa ibn Nofəl ondan soruşdu: “Ey qardaşım oğlu, sən nə görürsən?” Allah Elçisi ﷺ də gördüyü şeyləri ona xəbər verdi. Varaqa ona dedi: “O gördüyün Musaya ﷺ göndərilmiş sirr sahibidir. Kaş dəvət edəcəyin vaxt mən gənc olaydım! Kaş qövmün səni qovacağı vaxt sağ olaydım!” Allah Elçisi ﷺ soruşdu: “Məgər onlar məni qovacaqlar?” Varaqa dedi: “Bəli! Sənin gətirdiyinin bənzərini gətirən (Allahın dinini yayan) elə bir kişi olmayıb ki, onunla düşmənçilik etməsinlər. Əgər həmin günə qədər yaşasam, var gücümlə sənə yardım edərəm”.”

Aişə
Muslim, 422 (İman, 321)Səhih

وَحَدَّثَنِى أَبُو الطَّاهِرِ أَخْبَرَنَا ابْنُ وَهْبٍ قَالَ حَدَّثَنِى يُونُسُ قَالَ قَالَ ابْنُ شِهَابٍ أَخْبَرَنِى أَبُو سَلَمَةَ بْنُ عَبْدِ الرَّحْمَنِ أَنَّ جَابِرَ بْنَ عَبْدِ اللَّهِ الأَنْصَارِىَّ - وَكَانَ مِنْ أَصْحَابِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُحَدِّثُ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ يُحَدِّثُ عَنْ فَتْرَةِ الْوَحْىِ - قَالَ فِى حَدِيثِهِ « فَبَيْنَا أَنَا أَمْشِى سَمِعْتُ صَوْتًا مِنَ السَّمَاءِ فَرَفَعْتُ رَأْسِى فَإِذَا الْمَلَكُ الَّذِى جَاءَنِى بِحِرَاءٍ جَالِسًا عَلَى كُرْسِىٍّ بَيْنَ السَّمَاءِ وَالأَرْضِ » قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « فَجُئِثْتُ مِنْهُ فَرَقًا فَرَجَعْتُ فَقُلْتُ زَمِّلُونِى زَمِّلُونِى. فَدَثَّرُونِى فَأَنْزَلَ اللَّهُ تَبَارَكَ وَتَعَالَى {يَا أَيُّهَا الْمُدَّثِّرُ قُمْ فَأَنْذِرْ وَرَبَّكَ فَكَبِّرْ وَثِيَابَكَ فَطَهِّرْ وَالرُّجْزَ فَاهْجُرْ} وَهِىَ الأَوْثَانُ قَالَ ثُمَّ تَتَابَعَ الْوَحْىُ.

“Allah Elçisinin ﷺ səhabələrindən olmuş Cabir ibn Abdullah əl-Ənsari ﵄ demişdir: “Allah Elçisi ﷺ vəhyin (müvəqqəti) kəsilməsindən danışarkən bunu buyurmuşdur: “Bir dəfə mən yol gedərkən göydən səs eşitdim və başımı yuxarı qaldırdım. Bir də gördüm ki, Hira dağında yanıma gələn mələk göylə yer arasında olan kürsünün üzərində oturub. Mən ondan bərk qorxdum. Evə qayıdıb dedim: “Üstümü örtün, üstümü örtün!” Allah ﷿ da: “Ey libasına örtünmüş peyğəmbər! Qalx və insanları xəbərdar et! Təkcə Rəbbini uca tut! Geyimini təmiz saxla! Pis şeyləri tərk et!” (əl-Muddəssir, 1-5) ayələrini nazil etdi”. Ayədə keçən “pis şeylər” bütlərdir. Peyğəmbər ﷺ buyurdu: “Sonra vəhy çoxaldı və bir-birinin ardınca nazil olmağa başladı”.”

Cabir ibn Abdullah əl-Ənsari
Muslim, 425 (İman, 324)Səhih

وَحَدَّثَنَا زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ حَدَّثَنَا الأَوْزَاعِىُّ قَالَ سَمِعْتُ يَحْيَى يَقُولُ سَأَلْتُ أَبَا سَلَمَةَ أَىُّ الْقُرْآنِ أُنْزِلَ قَبْلُ قَالَ يَا أَيُّهَا الْمُدَّثِّرُ. فَقُلْتُ أَوِ اقْرَأْ. فَقَالَ سَأَلْتُ جَابِرَ بْنَ عَبْدِ اللَّهِ أَىُّ الْقُرْآنِ أُنْزِلَ قَبْلُ قَالَ يَا أَيُّهَا الْمُدَّثِّرُ. فَقُلْتُ أَوِ اقْرَأْ قَالَ جَابِرٌ أُحَدِّثُكُمْ مَا حَدَّثَنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « جَاوَرْتُ بِحِرَاءٍ شَهْرًا فَلَمَّا قَضَيْتُ جِوَارِى نَزَلْتُ فَاسْتَبْطَنْتُ بَطْنَ الْوَادِى فَنُودِيتُ فَنَظَرْتُ أَمَامِى وَخَلْفِى وَعَنْ يَمِينِى وَعَنْ شِمَالِى فَلَمْ أَرَ أَحَدًا ثُمَّ نُودِيتُ فَنَظَرْتُ فَلَمْ أَرَ أَحَدًا ثُمَّ نُودِيتُ فَرَفَعْتُ رَأْسِى فَإِذَا هُوَ عَلَى الْعَرْشِ فِى الْهَوَاءِ - يَعْنِى جِبْرِيلَ عَلَيْهِ السَّلاَمُ - فَأَخَذَتْنِى رَجْفَةٌ شَدِيدَةٌ فَأَتَيْتُ خَدِيجَةَ فَقُلْتُ دَثِّرُونِى. فَدَثَّرُونِى فَصَبُّوا عَلَىَّ مَاءً فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ {يَا أَيُّهَا الْمُدَّثِّرُ قُمْ فَأَنْذِرْ وَرَبَّكَ فَكَبِّرْ وَثِيَابَكَ فَطَهِّرْ} ».

“Rəvayət edilir ki, Yəhya ﵀ demişdir: “Mən Əbu Sələmədən soruşdum: “Quranın hansı ayəsi daha əvvəl nazil olmuşdur?” O dedi: “Ey libasına örtünmüş peyğəmbər!” Mən dedim: “Yoxsa: “Yaradan Rəbbinin adı ilə oxu!..” (və sonrakı dörd ayə daha öncə nazil olmuşdur)?” O dedi: “Mən Cabir ibn Abdullahdan soruşdum: “Quranın hansı ayəsi daha əvvəl nazil olmuşdur?” O dedi: “Ey libasına örtünmüş peyğəmbər!” Mən dedim: “Yoxsa: “Yaradan Rəbbinin adı ilə oxu!” O dedi: “Mən sizə Allah Elçisinin ﷺ bizə danışdığı hədisi danışacağam. O demişdir: “Mən düz bir ay Hira dağında qaldım. Qaldığım müddət başa çatdıqdan sonra aşağı endim. Mən vadinin içində ikən mənə səda gəldi. Dərhal önümə, arxama, sağıma və soluma baxdım, lakin heç kəsi görmədim. Sonra yenə məni çağırdılar. Bu dəfə də baxdım, amma heç kəsi görə bilmədim. Sonra yenə məni səslədilər. Bu səfər başımı yuxarı qaldırdım. Bir də baxdım ki, o, (yəni Cəbrail ﵇) havada taxtın üstündə əyləşib. Bu səbəbdən canıma vəlvələ düşdü. Mən Xədicənin yanına gəlib: “Məni bürüyün!”, – dedim. Məni bürüdülər, üstümə də su əndərdilər. Onda Allah ﷿ bu ayələri nazil etdi: “Ey libasına örtünmüş peyğəmbər! Qalx və insanları xəbərdar et! Təkcə Rəbbini uca tut! Geyimini təmiz saxla!” (əl-Muddəssir, 1-4)”.”

Yəhya
Muslim, 427 (İman, 326)Səhih

حَدَّثَنَا شَيْبَانُ بْنُ فَرُّوخَ حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ حَدَّثَنَا ثَابِتٌ الْبُنَانِىُّ عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « أُتِيتُ بِالْبُرَاقِ - وَهُوَ دَابَّةٌ أَبْيَضُ طَوِيلٌ فَوْقَ الْحِمَارِ وَدُونَ الْبَغْلِ يَضَعُ حَافِرَهُ عِنْدَ مُنْتَهَى طَرْفِهِ - قَالَ فَرَكِبْتُهُ حَتَّى أَتَيْتُ بَيْتَ الْمَقْدِسِ - قَالَ - فَرَبَطْتُهُ بِالْحَلْقَةِ الَّتِى يَرْبِطُ بِهِ الأَنْبِيَاءُ - قَالَ - ثُمَّ دَخَلْتُ الْمَسْجِدَ فَصَلَّيْتُ فِيهِ رَكْعَتَيْنِ ثُمَّ خَرَجْتُ فَجَاءَنِى جِبْرِيلُ - عَلَيْهِ السَّلاَمُ - بِإِنَاءٍ مِنْ خَمْرٍ وَإِنَاءٍ مِنْ لَبَنٍ فَاخْتَرْتُ اللَّبَنَ فَقَالَ جِبْرِيلُ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ اخْتَرْتَ الْفِطْرَةَ. ثُمَّ عَرَجَ بِنَا إِلَى السَّمَاءِ فَاسْتَفْتَحَ جِبْرِيلُ فَقِيلَ مَنْ أَنْتَ قَالَ جِبْرِيلُ. قِيلَ وَمَنْ مَعَكَ قَالَ مُحَمَّدٌ. قِيلَ وَقَدْ بُعِثَ إِلَيْهِ قَالَ قَدْ بُعِثَ إِلَيْهِ. فَفُتِحَ لَنَا فَإِذَا أَنَا بِآدَمَ فَرَحَّبَ بِى وَدَعَا لِى بِخَيْرٍ. ثُمَّ عَرَجَ بِنَا إِلَى السَّمَاءِ الثَّانِيَةِ فَاسْتَفْتَحَ جِبْرِيلُ عَلَيْهِ السَّلاَمُ. فَقِيلَ مَنْ أَنْتَ قَالَ جِبْرِيلُ. قِيلَ وَمَنْ مَعَكَ قَالَ مُحَمَّدٌ. قِيلَ وَقَدْ بُعِثَ إِلَيْهِ قَالَ قَدْ بُعِثَ إِلَيْهِ. فَفُتِحَ لَنَا فَإِذَا أَنَا بِابْنَىِ الْخَالَةِ عِيسَى ابْنِ مَرْيَمَ وَيَحْيَى بْنِ زَكَرِيَّاءَ صَلَوَاتُ اللَّهِ عَلَيْهِمَا فَرَحَّبَا وَدَعَوَا لِى بِخَيْرٍ. ثُمَّ عَرَجَ بِى إِلَى السَّمَاءِ الثَّالِثَةِ فَاسْتَفْتَحَ جِبْرِيلُ. فَقِيلَ مَنْ أَنْتَ قَالَ جِبْرِيلُ. قِيلَ وَمَنْ مَعَكَ قَالَ مُحَمَّدٌ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. قِيلَ وَقَدْ بُعِثَ إِلَيْهِ قَالَ قَدْ بُعِثَ إِلَيْهِ. فَفُتِحَ لَنَا فَإِذَا أَنَا بِيُوسُفَ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا هُوَ قَدْ أُعْطِىَ شَطْرَ الْحُسْنِ فَرَحَّبَ وَدَعَا لِى بِخَيْرٍ. ثُمَّ عَرَجَ بِنَا إِلَى السَّمَاءِ الرَّابِعَةِ فَاسْتَفْتَحَ جِبْرِيلُ - عَلَيْهِ السَّلاَمُ - قِيلَ مَنْ هَذَا قَالَ جِبْرِيلُ. قِيلَ وَمَنْ مَعَكَ قَالَ مُحَمَّدٌ. قَالَ وَقَدْ بُعِثَ إِلَيْهِ قَالَ قَدْ بُعِثَ إِلَيْهِ. فَفُتِحَ لَنَا فَإِذَا أَنَا بِإِدْرِيسَ فَرَحَّبَ وَدَعَا لِى بِخَيْرٍ قَالَ اللَّهُ عَزَّ وَجَلَّ {وَرَفَعْنَاهُ مَكَانًا عَلِيًّا} ثُمَّ عَرَجَ بِنَا إِلَى السَّمَاءِ الْخَامِسَةِ فَاسْتَفْتَحَ جِبْرِيلُ. قِيلَ مَنْ هَذَا قَالَ جِبْرِيلُ. قِيلَ وَمَنْ مَعَكَ قَالَ مُحَمَّدٌ. قِيلَ وَقَدْ بُعِثَ إِلَيْهِ قَالَ قَدْ بُعِثَ إِلَيْهِ. فَفُتِحَ لَنَا فَإِذَا أَنَا بِهَارُونَ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَرَحَّبَ وَدَعَا لِى بِخَيْرٍ. ثُمَّ عَرَجَ بِنَا إِلَى السَّمَاءِ السَّادِسَةِ فَاسْتَفْتَحَ جِبْرِيلُ عَلَيْهِ السَّلاَمُ. قِيلَ مَنْ هَذَا قَالَ جِبْرِيلُ. قِيلَ وَمَنْ مَعَكَ قَالَ مُحَمَّدٌ. قِيلَ وَقَدْ بُعِثَ إِلَيْهِ قَالَ قَدْ بُعِثَ إِلَيْهِ. فَفُتِحَ لَنَا فَإِذَا أَنَا بِمُوسَى صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَرَحَّبَ وَدَعَا لِى بِخَيْرٍ. ثُمَّ عَرَجَ بِنَا إِلَى السَّمَاءِ السَّابِعَةِ فَاسْتَفْتَحَ جِبْرِيلُ فَقِيلَ مَنْ هَذَا قَالَ جِبْرِيلُ. قِيلَ وَمَنْ مَعَكَ قَالَ مُحَمَّدٌ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. قِيلَ وَقَدْ بُعِثَ إِلَيْهِ قَالَ قَدْ بُعِثَ إِلَيْهِ. فَفُتِحَ لَنَا فَإِذَا أَنَا بِإِبْرَاهِيمَ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مُسْنِدًا ظَهْرَهُ إِلَى الْبَيْتِ الْمَعْمُورِ وَإِذَا هُوَ يَدْخُلُهُ كُلَّ يَوْمٍ سَبْعُونَ أَلْفَ مَلَكٍ لاَ يَعُودُونَ إِلَيْهِ ثُمَّ ذَهَبَ بِى إِلَى السِّدْرَةِ الْمُنْتَهَى وَإِذَا وَرَقُهَا كَآذَانِ الْفِيَلَةِ وَإِذَا ثَمَرُهَا كَالْقِلاَلِ - قَالَ - فَلَمَّا غَشِيَهَا مِنْ أَمْرِ اللَّهِ مَا غَشِىَ تَغَيَّرَتْ فَمَا أَحَدٌ مِنْ خَلْقِ اللَّهِ يَسْتَطِيعُ أَنْ يَنْعَتَهَا مِنْ حُسْنِهَا. فَأَوْحَى اللَّهُ إِلَىَّ مَا أَوْحَى فَفَرَضَ عَلَىَّ خَمْسِينَ صَلاَةً فِى كُلِّ يَوْمٍ وَلَيْلَةٍ فَنَزَلْتُ إِلَى مُوسَى صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ مَا فَرَضَ رَبُّكَ عَلَى أُمَّتِكَ قُلْتُ خَمْسِينَ صَلاَةً. قَالَ ارْجِعْ إِلَى رَبِّكَ فَاسْأَلْهُ التَّخْفِيفَ فَإِنَّ أُمَّتَكَ لاَ يُطِيقُونَ ذَلِكَ فَإِنِّى قَدْ بَلَوْتُ بَنِى إِسْرَائِيلَ وَخَبَرْتُهُمْ. قَالَ فَرَجَعْتُ إِلَى رَبِّى فَقُلْتُ يَا رَبِّ خَفِّفْ عَلَى أُمَّتِى. فَحَطَّ عَنِّى خَمْسًا فَرَجَعْتُ إِلَى مُوسَى فَقُلْتُ حَطَّ عَنِّى خَمْسًا. قَالَ إِنَّ أُمَّتَكَ لاَ يُطِيقُونَ ذَلِكَ فَارْجِعْ إِلَى رَبِّكَ فَاسْأَلْهُ التَّخْفِيفَ. - قَالَ - فَلَمْ أَزَلْ أَرْجِعُ بَيْنَ رَبِّى تَبَارَكَ وَتَعَالَى وَبَيْنَ مُوسَى - عَلَيْهِ السَّلاَمُ - حَتَّى قَالَ يَا مُحَمَّدُ إِنَّهُنَّ خَمْسُ صَلَوَاتٍ كُلَّ يَوْمٍ وَلَيْلَةٍ لِكُلِّ صَلاَةٍ عَشْرٌ فَذَلِكَ خَمْسُونَ صَلاَةً. وَمَنْ هَمَّ بِحَسَنَةٍ فَلَمْ يَعْمَلْهَا كُتِبَتْ لَهُ حَسَنَةً فَإِنْ عَمِلَهَا كُتِبَتْ لَهُ عَشْرًا وَمَنْ هَمَّ بِسَيِّئَةٍ فَلَمْ يَعْمَلْهَا لَمْ تُكْتَبْ شَيْئًا فَإِنْ عَمِلَهَا كُتِبَتْ سَيِّئَةً وَاحِدَةً - قَالَ - فَنَزَلْتُ حَتَّى انْتَهَيْتُ إِلَى مُوسَى صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَخْبَرْتُهُ فَقَالَ ارْجِعْ إِلَى رَبِّكَ فَاسْأَلْهُ التَّخْفِيفَ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقُلْتُ قَدْ رَجَعْتُ إِلَى رَبِّى حَتَّى اسْتَحْيَيْتُ مِنْهُ ».

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Mənə Buraqı gətirdilər”. Bu, uzunqulaqdan hündür və qatırdan alçaq olan ağ rəngli hündür bir heyvandır. O, addımını gözünün gördüyü son nöqtəyə qoyurdu. Mən ona minib getdim və Beytul-Məqdisə yetişdim. Orada mən Buraqı (məndən əvvəlki) peyğəmbərlərin bağladığı bir halqaya bağladım. Sonra məscidə daxil oldum və orada iki rükət namaz qıldım. Sonra bayıra çıxdım. Bu vaxt Cəbrail ﵇ mənə bir qab şərab, bir qab da süd gətirdi. Mən südü seçdim. Cəbrail ﵇ dedi: “Sən fitrəti seçdin. Sonra o heyvan bizi göyə qaldırdı. Dünya səmasına gəlib çatdıqda Cəbrail qapının açılmasını xahiş etdi. Gözətçilər soruşdular: “Kimdir o?” O: “Cəbraildir!”, – dedi. Onlar dedilər: “Yanındakı kimdir?” O: “Muhəmməddir!”, – dedi. Onlar soruşdular: “Onu çağırıblarmı?” Cəbrail dedi: “Bəli, çağırıblar”. Bundan sonra qapılar bizim üzümüzə açıldı. Mən içəri daxil olduqda Adəmlə qarşılaşdım. O mənə xoşgəldin elədi və mənim üçün xeyir-dua dilədi. Sonra heyvan bizi ikinci səmaya qaldırdı. Cəbrail ﵇ qapının açılmasını xahiş etdi. Gözətçilər soruşdular: “Sən kimsən?” O: “Cəbraildir!”, – dedi. Onlar soruşdular: “Yanındakı kimdir?” O: “Muhəmməddir!”, – dedi. Onlar soruşdular: “Onu çağırıblarmı?” Cəbrail dedi: “Bəli, çağırıblar”. Bundan sonra qapılar bizim üzümüzə açıldı. Mən içəridə xalaoğlanlarını – Məryəmin oğlu İsanı və Zəkəriyyanın oğlu Yəhyanı ﵇ gördüm. Onlar da mənə xoşgəldin elədilər və mənim üçün xeyir-dua dilədilər. Sonra heyvan məni üçüncü səmaya qaldırdı. Cəbrail qapının açılmasını xahiş etdi. Gözətçilər soruşdular: “Sən kimsən?” O: “Cəbraildir!”, – dedi. Onlar soruşdular: “Yanındakı kimdir?” O: “Muhəmməddir!”, – dedi. Onlar soruşdular: “Onu çağırıblarmı?” Cəbrail dedi: “Bəli, çağırıblar”. Bundan sonra qapılar bizim üzümüzə açıldı. Mən içəri keçdikdə Yusufu ﷺ gördüm. Ona gözəlliyin yarısı verilmişdi. O mənə xoşgəldin elədi və mənim üçün xeyir-dua dilədi. Sonra heyvan bizi dördüncü səmaya qaldırdı. Cəbrail ﵇ qapının açılmasını xahiş etdi. Gözətçilər soruşdular: “Kimdir o?” O: “Cəbraildir!”, – dedi. Onlar soruşdular: “Yanındakı kimdir?” O: “Muhəmməddir!”, – dedi. Onlar soruşdular: “Onu çağırıblarmı?” Cəbrail dedi: “Bəli, çağırıblar”. Bundan sonra qapılar bizim üzümüzə açıldı. Mən içəri keçdikdə İdrisi ﷺ gördüm. O mənə xoşgəldin elədi və mənim üçün xeyir-dua dilədi. Allah ﷿ onun haqqında belə buyurur: “Biz onu yüksək bir məqama qaldırdıq”. (Məryəm, 57). Sonra heyvan bizi beşinci səmaya qaldırdı. Cəbrail qapının açılmasını xahiş etdi. Gözətçilər soruşdular: “Kimdir o?” O: “Cəbraildir!”, – dedi. Onlar soruşdular: “Yanındakı kimdir?” O: “Muhəmməddir!”, – dedi. Onlar soruşdular: “Onu çağırıblarmı?” Cəbrail dedi: “Bəli, çağırıblar”. Bundan sonra qapılar bizim üzümüzə açıldı. Mən içəri daxil olduqda Harunu ﷺ gördüm. O mənə xoşgəldin elədi və mənim üçün xeyir-dua dilədi. Sonra heyvan bizi altıncı səmaya qaldırdı. Cəbrail ﵇ qapının açılmasını xahiş etdi. Gözətçilər soruşdular: “Kimdir o?” O: “Cəbraildir!”, – dedi. Onlar soruşdular: “Yanındakı kimdir?” O: “Muhəmməddir!”, – dedi. Onlar soruşdular: “Onu çağırıblarmı?” Cəbrail dedi: “Bəli, çağırıblar”. Bundan sonra qapılar bizim üzümüzə açıldı. Mən içəri girdikdə Musanı ﷺ gördüm. O mənə xoşgəldin elədi və mənim üçün xeyir-dua dilədi. Sonra heyvan bizi yeddinci səmaya qaldırdı. Cəbrail qapının açılmasını xahiş etdi. Gözətçilər soruşdular: “Kimdir o?” O: “Cəbraildir!”, – dedi. Onlar soruşdular: “Yanındakı kimdir?” O: “Muhəmməddir!”, – dedi. Onlar soruşdular: “Onu çağırıblarmı?” Cəbrail dedi: “Bəli, çağırıblar”. Bundan sonra qapılar bizim üzümüzə açıldı. Mən içəri keçdikdə İbrahimi ﷺ gördüm. O, arxasını Beytul-Məmura söykəmişdi. Hər gün bu evə yetmiş min mələk girir və bir daha ora qayıtmırlar. Sonra Cəbrail məni son həddəki Sidr ağacının yanına apardı. Onun yarpaqları fil qulaqları boyda idi, meyvələri də (Həcər məmləkətində düzəldilən) saxsı səhənglərə bənzəyirdi. Allahın əmri Sidr ağacını bürüdükdə, o, bambaşqa görkəm aldı. Belə ki, Allahın yaratdıqlarından heç kəs onun gözəlliyini vəsf edə bilməz. Sonra Allah mənə vəhy edəcəyini vəhy etdi. Mənə gecə və gündüz əlli (vaxt) namaz qılmağı vacib buyurdu. Bundan sonra mən Musanın ﵇ yanına endim. Musa məndən soruşdu: “Rəbbin sənin ümmətinə nəyi vacib buyurdu?” Mən dedim: “Əlli (vaxt) namaz qılmağı vacib buyurdu”. O dedi: “Rəbbinin yanına qayıt və Ondan ümmətin üçün bunu yüngülləşdirməyi xahiş et, çünki ümmətin buna tab gətirə bilməyəcək. Mən İsrail oğullarını sınadım, bu xüsusda onları yoxladım, lakin heç nə alınmadı”. Mən Rəbbimin yanına qayıdıb dedim: “Ey Rəbbim! Ümmətim üçün bunu yüngülləşdir”. O da mənə bundan beşini keçdi. Sonra mən Musanın yanına qayıdıb dedim: “Rəbbim mənə beşini keçdi”. Musa buyurdu: “Sənin ümmətin buna tab gətirə bilməyəcək. Rəbbinin yanına qayıt və Ondan (bu hökmü) yüngülləşdirməyi xahiş et”. Beləcə Rəbbimlə ﷿ Musanın ﵇ arasında gedib-gəlməyə davam etdim. Sonda Rəbbim buyurdu: “Ey Muhəmməd! Bunlar hər gecə və gündüz qılınan beş namazdır. Hər bir namaz üçün on savab var. Bunlar da (savaba görə) əlli namaza bərabərdir. Kim bir yaxşı iş görməyə niyyət etsə, sonra buna əməl etməzsə, ona bir savab yazılar. Əgər yaxşı iş görməyə niyyət edər və bunu yerinə yetirərsə, ona on savab yazılar. Kim də bir günah iş görməyə niyyət etsə, sonra onu etməzsə, ona heç nə yazılmaz, yox, əgər bunu edərsə, ona bir günah yazılar”. Sonra mən aşağı endim və Musanın yanına gəlib bunu ona xəbər verdim. Musa dedi: “Rəbbinin yanına qayıt və Ondan bunu yüngülləşdirməyi xahiş et”. Allah Elçisi ﷺ buyurdu: “Mən dedim: “Rəbbimin yanına çox qayıtmışam. Artıq Ondan utanıram”.”

Ənəs ibn Malik
Muslim, 429 (İman, 328)Səhih

حَدَّثَنَا هَارُونُ بْنُ سَعِيدٍ الأَيْلِىُّ حَدَّثَنَا ابْنُ وَهْبٍ قَالَ أَخْبَرَنِى سُلَيْمَانُ - وَهُوَ ابْنُ بِلاَلٍ - قَالَ حَدَّثَنِى شَرِيكُ بْنُ عَبْدِ اللَّهِ بْنِ أَبِى نَمِرٍ قَالَ سَمِعْتُ أَنَسَ بْنَ مَالِكٍ يُحَدِّثُنَا عَنْ لَيْلَةَ أُسْرِىَ بِرَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ مَسْجِدِ الْكَعْبَةِ أَنَّهُ جَاءَهُ ثَلاَثَةُ نَفَرٍ قَبْلَ أَنْ يُوحَى إِلَيْهِ وَهُوَ نَائِمٌ فِى الْمَسْجِدِ الْحَرَامِ وَسَاقَ الْحَدِيثَ بِقِصَّتِهِ نَحْوَ حَدِيثِ ثَابِتٍ الْبُنَانِىِّ وَقَدَّمَ فِيهِ شَيْئًا وَأَخَّرَ وَزَادَ وَنَقَصَ.

“Ənəs ibn Malik ﵁ Allah Elçisinin ﷺ gecə vaxtı Kəbədən Allahın hüzuruna getdiyi haqda demişdir: “Allah Elçisinə ﷺ hələ vəhy nazil olmamışdan əvvəl o, Məscidul-Haramda yatmış ikən üç nəfər (mələk) onun yanına gəldi...” və yuxarıdakı hədisin mətninə oxşar şəkildə rəvayət etdi.”

Ənəs ibn Malik
Muslim, 432 (İman, 331)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا ابْنُ أَبِى عَدِىٍّ عَنْ سَعِيدٍ عَنْ قَتَادَةَ عَنْ أَنَسِ بْنِ مَالِكٍ - لَعَلَّهُ قَالَ - عَنْ مَالِكِ بْنِ صَعْصَعَةَ - رَجُلٌ مِنْ قَوْمِهِ - قَالَ قَالَ نَبِىُّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « بَيْنَا أَنَا عِنْدَ الْبَيْتِ بَيْنَ النَّائِمِ وَالْيَقْظَانِ إِذْ سَمِعْتُ قَائِلاً يَقُولُ أَحَدُ الثَّلاَثَةِ بَيْنَ الرَّجُلَيْنِ. فَأُتِيتُ فَانْطُلِقَ بِى فَأُتِيتُ بِطَسْتٍ مِنْ ذَهَبٍ فِيهَا مِنْ مَاءِ زَمْزَمَ فَشُرِحَ صَدْرِى إِلَى كَذَا وَكَذَا ». قَالَ قَتَادَةُ فَقُلْتُ لِلَّذِى مَعِى مَا يَعْنِى قَالَ إِلَى أَسْفَلِ بَطْنِهِ « فَاسْتُخْرِجَ قَلْبِى فَغُسِلَ بِمَاءِ زَمْزَمَ ثُمَّ أُعِيدَ مَكَانَهُ ثُمَّ حُشِىَ إِيمَانًا وَحِكْمَةً ثُمَّ أُتِيتُ بِدَابَّةٍ أَبْيَضَ يُقَالُ لَهُ الْبُرَاقُ فَوْقَ الْحِمَارِ وَدُونَ الْبَغْلِ يَقَعُ خَطْوُهُ عِنْدَ أَقْصَى طَرْفِهِ فَحُمِلْتُ عَلَيْهِ ثُمَّ انْطَلَقْنَا حَتَّى أَتَيْنَا السَّمَاءَ الدُّنْيَا فَاسْتَفْتَحَ جِبْرِيلُ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقِيلَ مَنْ هَذَا قَالَ جِبْرِيلُ. قِيلَ وَمَنْ مَعَكَ قَالَ مُحَمَّدٌ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. قِيلَ وَقَدْ بُعِثَ إِلَيْهِ قَالَ نَعَمْ - قَالَ - فَفَتَحَ لَنَا وَقَالَ مَرْحَبًا بِهِ وَلَنِعْمَ الْمَجِىءُ جَاءَ - قَالَ - فَأَتَيْنَا عَلَى آدَمَ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ». وَسَاقَ الْحَدِيثَ بِقِصَّتِهِ. وَذَكَرَ أَنَّهُ لَقِىَ فِى السَّمَاءِ الثَّانِيَةِ عِيسَى وَيَحْيَى - عَلَيْهِمَا السَّلاَمُ - وَفِى الثَّالِثَةِ يُوسُفَ وَفِى الرَّابِعَةِ إِدْرِيسَ وَفِى الْخَامِسَةِ هَارُونَ - صَلَّى اللَّهُ عَلَيْهِمْ وَسَلَّمَ - قَالَ « ثُمَّ انْطَلَقْنَا حَتَّى انْتَهَيْنَا إِلَى السَّمَاءِ السَّادِسَةِ فَأَتَيْتُ عَلَى مُوسَى عَلَيْهِ السَّلاَمُ فَسَلَّمْتُ عَلَيْهِ فَقَالَ مَرْحَبًا بِالأَخِ الصَّالِحِ وَالنَّبِىِّ الصَّالِحِ. فَلَمَّا جَاوَزْتُهُ بَكَى فَنُودِىَ مَا يُبْكِيكَ قَالَ رَبِّ هَذَا غُلاَمٌ بَعَثْتَهُ بَعْدِى يَدْخُلُ مِنْ أُمَّتِهِ الْجَنَّةَ أَكْثَرُ مِمَّا يَدْخُلُ مِنْ أُمَّتِى. - قَالَ - ثُمَّ انْطَلَقْنَا حَتَّى انْتَهَيْنَا إِلَى السَّمَاءِ السَّابِعَةِ فَأَتَيْتُ عَلَى إِبْرَاهِيمَ ». وَقَالَ فِى الْحَدِيثِ وَحَدَّثَ نَبِىُّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ رَأَى أَرْبَعَةَ أَنْهَارٍ يَخْرُجُ مِنْ أَصْلِهَا نَهْرَانِ ظَاهِرَانِ وَنَهْرَانِ بَاطِنَانِ « فَقُلْتُ يَا جِبْرِيلُ مَا هَذِهِ الأَنْهَارُ قَالَ أَمَّا النَّهْرَانِ الْبَاطِنَانِ فَنَهْرَانِ فِى الْجَنَّةِ وَأَمَّا الظَّاهِرَانِ فَالنِّيلُ وَالْفُرَاتُ. ثُمَّ رُفِعَ لِىَ الْبَيْتُ الْمَعْمُورُ فَقُلْتُ يَا جِبْرِيلُ مَا هَذَا قَالَ هَذَا الْبَيْتُ الْمَعْمُورُ يَدْخُلُهُ كُلَّ يَوْمٍ سَبْعُونَ أَلْفَ مَلَكٍ إِذَا خَرَجُوا مِنْهُ لَمْ يَعُودُوا فِيهِ آخِرُ مَا عَلَيْهِمْ. ثُمَّ أُتِيتُ بِإِنَاءَيْنِ أَحَدُهُمَا خَمْرٌ وَالآخَرُ لَبَنٌ فَعُرِضَا عَلَىَّ فَاخْتَرْتُ اللَّبَنَ فَقِيلَ أَصَبْتَ أَصَابَ اللَّهُ بِكَ أُمَّتُكَ عَلَى الْفِطْرَةِ. ثُمَّ فُرِضَتْ عَلَىَّ كُلَّ يَوْمٍ خَمْسُونَ صَلاَةً ». ثُمَّ ذَكَرَ قِصَّتَهَا إِلَى آخِرِ الْحَدِيثِ.

“Rəvayət edilir ki, Malik ibn Sa'saə ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurmuşdur: “Bir dəfə mən Kəbənin yanında (Hətimdə) yarıyuxulu-yarıoyaq ikən bir nəfərin: “Üç kişidən biri, iki kişinin arasında (olanı götürün)”, – dediyini eşitdim. Elə bu vaxt onlar mənim yanıma gəldilər və məni götürüb apardılar. (Orada) yanıma içində Zəmzəm suyu olan qızıldan bir ləyən gətirdilər. Sonra köksümü buradan bura kimi yardılar. (Qatədə dedi: “Yanımdakı adama: “O, nəyi qəsd edirdi?”, – dedim. Dedi: “Qarnının alt nahiyəsini”.) Sonra qəlbimi çıxardıb Zəmzəm suyu ilə yudular və onu yerinə qoydular. Sonra qəlbimə iman və hikmət dolduruldu. Sonra mənim yanıma qatırdan alçaq və uzunqulaqdan hündür olan ağ rəngli bir heyvan gətirdilər. Onun adı Buraq idi. O, addımını gözünün gördüyü son nöqtəyə qoyurdu. Məni ona mindirdilər. Sonra biz yolumuza davam etdik. Dünya səmasına gəlib çatdıqda Cəbrail ﷺ qapının açılmasını xahiş etdi. Gözətçi: “Kimdir o?”, – deyə soruşdu. O: “Cəbraildir!”, – dedi. Gözətçi: “Yanındakı kimdir?”, – deyə soruşdu. O: “Muhəmməddir!”, – dedi. Gözətçi: “Onu çağırıblarmı?”, – deyə soruşdu. Cəbrail: “Bəli!”, – dedi. Gözətçi qapını bizim üzümüzə açdı və dedi: “Xoş gəlib, səfa gətirib! O nə gözəl ziyarətçidir!” Biz (içəri keçib) Adəmin ﷺ yanına gəldik...”. Ravi deyir: “O, ikinci səmada İsa və Yəhyaya ﵇, üçüncü səmada Yusufa, dördüncü səmada İdrisə və beşinci səmada Haruna ﷺ rast gəldi”. Peyğəmbər ﷺ davam edib dedi: “Sonra biz yolumuza davam etdik və gəlib altıncı səmaya çatdıq. Mən Musanın ﵇ yanına gəldim və ona salam verdim. O (mənim salamımı aldıqdan sonra) dedi: “Xoş gəlmisən, ey əməlisaleh qardaş və əməlisaleh peyğəmbər!” Mən onun yanından keçib getdikdə, o ağladı. Ondan: “Niyə ağlayırsan?”, – deyə soruşdular. O dedi: “Ey Rəbbim! Məndən sonra göndərdiyin bu cavan oğlanın ümmətindən Cənnətə daxil olanların sayı mənim ümmətimdən ora daxil olanların sayından qat-qat artıq olacaq”. Sonra biz yolumuza davam etdik və nəhayət, gəlib yeddinci səmaya çatdıq. Orada mən İbrahimin ﵇ yanına gəldim”. Bu hədisdə ravi belə demişdir: “Peyğəmbər xəbər vermişdir ki, orada o, (son həddəki) Sidr ağacının dibindən çıxan dörd çay görmüşdür. Bu çaylardan ikisi üstdən, ikisi də altdan axırdı. Mən soruşdum: “Bu nə çaylardır, ey Cəbrail?” O dedi: “Altdakı çaylar Cənnətdən axır. Üstdəki çaylar isə Nil və Fərat çaylarıdır”. Sonra mənə Beytul-Məmuru göstərdilər. Mən soruşdum: “Bu nədir, ey Cəbrail?” O dedi: “Bu, Beytul-Məmurdur. Hər gün oraya yetmiş min mələk girir və çıxdıqdan sonra bir daha oraya qayıtmırlar”. Sonra mənə iki qab gətirdilər; birində şərab, digərində isə süd var idi. Onları mənə uzatdılar və mən südü seçdim. Onda mənə deyildi: “Sən fitrətinə uyğun seçim etdin. Allah sənə xeyir nəsib etdi. Ümmətin də fitrət üzərində olacaq”. Bundan sonra mənə gündəlik olaraq əlli (vaxt) namaz qılmaq vacib buyuruldu”. Sonra ravi yuxarıdakı hədisi sona kimi rəvayət etdi.”

Malik ibn Sa'saə
Muslim, 434 (İman, 333)Səhih

حَدَّثَنِى مُحَمَّدُ بْنُ الْمُثَنَّى وَابْنُ بَشَّارٍ قَالَ ابْنُ الْمُثَنَّى حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا شُعْبَةُ عَنْ قَتَادَةَ قَالَ سَمِعْتُ أَبَا الْعَالِيَةِ يَقُولُ حَدَّثَنِى ابْنُ عَمِّ نَبِيِّكُمْ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ - يَعْنِى ابْنَ عَبَّاسٍ - قَالَ ذَكَرَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حِينَ أُسْرِىَ بِهِ فَقَالَ « مُوسَى آدَمُ طُوَالٌ كَأَنَّهُ مِنْ رِجَالِ شَنُوءَةَ ». وَقَالَ « عِيسَى جَعْدٌ مَرْبُوعٌ ». وَذَكَرَ مَالِكًا خَازِنَ جَهَنَّمَ وَذَكَرَ الدَّجَّالَ.

“Rəvayət edilir ki, Əbul-Aliyə ﵀ demişdir: “Peyğəmbərinizin ﷺ əmisi oğlu (yəni İbn Abbas) demişdir: “Allah Elçisi ﷺ İsra gecəsi barəsində danışarkən buyurdu: “Musa qarabuğdayı, hündürboylu bir adam idi, lap Şənuə qəbiləsinin kişiləri kimi”. Həmçinin buyurmuşdur: “İsa dolubədənli, ortaboylu bir adam idi”. Peyğəmbər ﷺ Cəhənnəmin gözətçisi Malik haqqında, həmçinin Dəccal haqqında da danışdı”.”

Əbul-Aliyə
Muslim, 436 (İman, 335)Səhih

وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ رَافِعٍ وَعَبْدُ بْنُ حُمَيْدٍ - وَتَقَارَبَا فِى اللَّفْظِ - قَالَ ابْنُ رَافِعٍ حَدَّثَنَا وَقَالَ عَبْدٌ أَخْبَرَنَا عَبْدُ الرَّزَّاقِ أَخْبَرَنَا مَعْمَرٌ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى سَعِيدُ بْنُ الْمُسَيَّبِ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « حِينَ أُسْرِىَ بِى لَقِيتُ مُوسَى - عَلَيْهِ السَّلاَمُ - ». فَنَعَتَهُ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « فَإِذَا رَجُلٌ - حَسِبْتُهُ قَالَ - مُضْطَرِبٌ رَجِلُ الرَّأْسِ كَأَنَّهُ مِنْ رِجَالِ شَنُوءَةَ - قَالَ - وَلَقِيتُ عِيسَى ». فَنَعَتَهُ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « فَإِذَا رَبْعَةٌ أَحْمَرُ كَأَنَّمَا خَرَجَ مِنْ دِيمَاسٍ ». - يَعْنِى حَمَّامًا - قَالَ « وَرَأَيْتُ إِبْرَاهِيمَ - صَلَوَاتُ اللَّهِ عَلَيْهِ - وَأَنَا أَشْبَهُ وَلَدِهِ بِهِ - قَالَ - فَأُتِيتُ بِإِنَاءَيْنِ فِى أَحَدِهِمَا لَبَنٌ وَفِى الآخَرِ خَمْرٌ فَقِيلَ لِى خُذْ أَيَّهُمَا شِئْتَ. فَأَخَذْتُ اللَّبَنَ فَشَرِبْتُهُ . فَقَالَ هُدِيتَ الْفِطْرَةَ أَوْ أَصَبْتَ الْفِطْرَةَ أَمَا إِنَّكَ لَوْ أَخَذْتَ الْخَمْرَ غَوَتْ أُمَّتُكَ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Mən İsra gecəsində Musaya ﵇ rast gəldim. Baxdım ki, Musa Şənuə qəbiləsinin kişiləri kimi qarabuğdayı, hündürboylu, dolubədənli, düzsaçlı bir adamdır. İsaya da rast gəldim. İsa ortaboylu, sanki, hamamdan çıxmış adam kimi qırmızıyanaq idi. İbrahimə ﵇ də rast gəldim. Övladları içində ona ən çox oxşayanı mənəm. Sonra mənə iki qab gətirdilər; birində süd, digərində isə şərab var idi. Sonra da mənə dedilər: “Hansını istəyirsənsə, götür”. Mən südü götürüb içdim. Onda mənə: “Sən fitrətə hidayət olundun (və ya fitrətinə uyğun seçim etdin). Əgər şərabı seçsəydin, ümmətin azğınlığa düşərdi”.”

Əbu Hureyra
Muslim, 442 (İman, 341)Səhih

وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا أَبُو أُسَامَةَ حَدَّثَنَا مَالِكُ بْنُ مِغْوَلٍ ح وَحَدَّثَنَا ابْنُ نُمَيْرٍ وَزُهَيْرُ بْنُ حَرْبٍ جَمِيعًا عَنْ عَبْدِ اللَّهِ بْنِ نُمَيْرٍ - وَأَلْفَاظُهُمْ مُتَقَارِبَةٌ - قَالَ ابْنُ نُمَيْرٍ حَدَّثَنَا أَبِى حَدَّثَنَا مَالِكُ بْنُ مِغْوَلٍ عَنِ الزُّبَيْرِ بْنِ عَدِىٍّ عَنْ طَلْحَةَ عَنْ مُرَّةَ عَنْ عَبْدِ اللَّهِ قَالَ لَمَّا أُسْرِىَ بِرَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ انْتُهِىَ بِهِ إِلَى سِدْرَةِ الْمُنْتَهَى وَهِىَ فِى السَّمَاءِ السَّادِسَةِ إِلَيْهَا يَنْتَهِى مَا يُعْرَجُ بِهِ مِنَ الأَرْضِ فَيُقْبَضُ مِنْهَا وَإِلَيْهَا يَنْتَهِى مَا يُهْبَطُ بِهِ مِنْ فَوْقِهَا فَيُقْبَضُ مِنْهَا قَالَ {إِذْ يَغْشَى السِّدْرَةَ مَا يَغْشَى} قَالَ فَرَاشٌ مِنْ ذَهَبٍ. قَالَ فَأُعْطِىَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ثَلاَثًا أُعْطِىَ الصَّلَوَاتِ الْخَمْسَ وَأُعْطِىَ خَوَاتِيمَ سُورَةِ الْبَقَرَةِ وَغُفِرَ لِمَنْ لَمْ يُشْرِكْ بِاللَّهِ مِنْ أُمَّتِهِ شَيْئًا الْمُقْحِمَاتُ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ İsra gecəsində göyə qaldırıldıqda son həddəki Sidr ağacının yanına qədər aparıldı. Bu ağac altıncı səmadadır. Yerdən yüksəldilən hər nə varsa, ancaq oraya qədər gedib çata bilir və hər şey oradan götürülür. Üst tərəfindən endirilən hər nə varsa, orada dayanır və oradan götürülür”. Allah buyurur: “O zaman Sidr ağacını bürüyən bürümüşdü”. (ən-Nəcm, 16). Yəni qızıldan pərvanələr (və başqa şeylə). Orada Allah Elçisinə ﷺ üç şey verilmişdi: ona beş namaz bəxş edilmiş, əl-Bəqərə surəsinin son ayələri verilmiş və bir də ümmətindən Allaha heç bir şeyi şərik qoşmadan ölən kəslər üçün həlak edici böyük günahların bağışlanması vəd edilmişdir”.”

Abdullah
Muslim, 449 (İman, 348)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا عَبْدُ الأَعْلَى عَنْ دَاوُدَ عَنْ عَامِرٍ قَالَ سَأَلْتُ عَلْقَمَةَ هَلْ كَانَ ابْنُ مَسْعُودٍ شَهِدَ مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَيْلَةَ الْجِنِّ قَالَ فَقَالَ عَلْقَمَةُ أَنَا سَأَلْتُ ابْنَ مَسْعُودٍ فَقُلْتُ هَلْ شَهِدَ أَحَدٌ مِنْكُمْ مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَيْلَةَ الْجِنِّ قَالَ لاَ وَلَكِنَّا كُنَّا مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ لَيْلَةٍ فَفَقَدْنَاهُ فَالْتَمَسْنَاهُ فِى الأَوْدِيَةِ وَالشِّعَابِ فَقُلْنَا اسْتُطِيرَ أَوِ اغْتِيلَ - قَالَ - فَبِتْنَا بِشَرِّ لَيْلَةٍ بَاتَ بِهَا قَوْمٌ فَلَمَّا أَصْبَحْنَا إِذَا هُوَ جَاءٍ مِنْ قِبَلِ حِرَاءٍ - قَالَ - فَقُلْنَا يَا رَسُولَ اللَّهِ فَقَدْنَاكَ فَطَلَبْنَاكَ فَلَمْ نَجِدْكَ فَبِتْنَا بِشَرِّ لَيْلَةٍ بَاتَ بِهَا قَوْمٌ. فَقَالَ « أَتَانِى دَاعِى الْجِنِّ فَذَهَبْتُ مَعَهُ فَقَرَأْتُ عَلَيْهِمُ الْقُرْآنَ ». قَالَ فَانْطَلَقَ بِنَا فَأَرَانَا آثَارَهُمْ وَآثَارَ نِيرَانِهِمْ وَسَأَلُوهُ الزَّادَ فَقَالَ « لَكُمْ كُلُّ عَظْمٍ ذُكِرَ اسْمُ اللَّهِ عَلَيْهِ يَقَعُ فِى أَيْدِيكُمْ أَوْفَرَ مَا يَكُونُ لَحْمًا وَكُلُّ بَعَرَةٍ عَلَفٌ لِدَوَابِّكُمْ ». فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « فَلاَ تَسْتَنْجُوا بِهِمَا فَإِنَّهُمَا طَعَامُ إِخْوَانِكُمْ ».

“Rəvayət edilir ki, Amir ﵀ demişdir: “Mən Alqamədən belə soruşdum: “İbn Məsud cin gecəsində Allah Elçisi ﷺ ilə birlikdə idimi? Alqamə dedi: “Mən İbn Məsuddan soruşdum: “Sizdən biriniz cin gecəsində Allah Elçisi ﷺ ilə birlikdə idimi?” İbn Məsud dedi: “Xeyr, lakin bir gecə biz Allah Elçisi ﷺ ilə birlikə idik və onu itirdik. Onu vadilərdə və dağ yollarında axtardıq, lakin tapa bilmədikdə dedik ki, cinlər onu götürüb uçublar, yaxud da gizlincə onu öldürüblər. Beləcə, camaatın gecələyə biləcəyi ən pis bir gecəni gecələdik. Sabaha çıxdıqda birdən gördük ki, Allah Elçisi ﷺ Hira tərəfdən gəlir. Biz dedik: “Ey Allahın Elçisi, səni itirdik, axtardıq və tapmadıq. Biz camaatın gecələyə biləcəyi ən pis bir gecəni gecələdik”. Allah Elçisi ﷺ buyurdu: “Mənə cinlərin dəvətçisi gəldi. Onunla getdim və cinlərə Quran oxudum”. Bizi aparıb cinlərin izlərini və ocaqlarının izlərini göstərdi. Onlar Allah Elçisindən ﷺ özlərinin yeməklərini soruşdular. Allah Elçisi ﷺ buyurdu: “Əlinizə düşən, Allahın adı çəkilən hər bir sümük, ola bildiyi qədər bol ətli olaraq sizindir və hər bir (heyvanın) nəcasəti heyvanlarınızın yemidir”. Allah Elçisi ﷺ belə buyurdu: “Bu ikisi ilə təmizlənməyin! Çünki bunlar qardaşlarınızın yeməyidir”.”

Amir
Muslim, 1035 (Namaz, 173)Səhih

أَخْبَرَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مُحَمَّدِ بْنِ سَلاَّمٍ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ، قَالَ : أَنْبَأَنَا جَرِيرُ بْنُ حَازِمٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ أَبِي يَعْقُوبَ الْبَصْرِيُّ ، عَنْ عَبْدِ اللهِ بْنِ شَدَّادٍ ، عَنْ أَبِيهِ قَالَ : خَرَجَ عَلَيْنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي إِحْدَى صَلاَتَيِ الْعِشَاءِ وَهُوَ حَامِلٌ حَسَنًا أَوْ حُسَيْنًا ، فَتَقَدَّمَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَوَضَعَهُ ، ثُمَّ كَبَّرَ لِلصَّلاَةِ فَصَلَّى فَسَجَدَ بَيْنَ ظَهْرَانَيْ صَلاَتِهِ سَجْدَةً أَطَالَهَا ، قَالَ أَبِي : فَرَفَعْتُ رَأْسِي وَإِذَا الصَّبِيُّ عَلَى ظَهْرِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَهُوَ سَاجِدٌ فَرَجَعْتُ إِلَى سُجُودِي ، فَلَمَّا قَضَى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الصَّلاَةَ قَالَ النَّاسُ : يَا رَسُولَ اللهِ ، إِنَّكَ سَجَدْتَ بَيْنَ ظَهْرَانَيْ صَلاَتِكَ سَجْدَةً أَطَلْتَهَا حَتَّى ظَنَنَّا أَنَّهُ قَدْ حَدَثَ أَمْرٌ أَوْ أَنَّهُ يُوحَى إِلَيْكَ ، قَالَ : كُلُّ ذَلِكَ لَمْ يَكُنْ وَلَكِنَّ ابْنِي ارْتَحَلَنِي فَكَرِهْتُ أَنْ أُعَجِّلَهُ حَتَّى يَقْضِيَ حَاجَتَهُ.

“Abdullah ibn Şəddad atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Bir gün Allah Elçisi ﷺ İşa namazının birində Həsən və ya Hüseyni əlində tutaraq gəldi. Allah Elçisi önə keçərək uşağı yerə qoydu, sonra namaz üçün təkbir etdi. Namaz qılaraq səcdə etdi və namaz əsnasında bir səcdəni uzatdı”. Atam dedi: “Başımı səcdədən qaldırdım və uşağın Allah Elçisinin ﷺ belində olduğunu və onun da səcdədə qaldığını gördüm. Mən yenidən səcdəyə qayıtdım. Allah Elçisi ﷺ namazı bitirdikdə, insanlar dedilər: “Ey Allahın Elçisi, həqiqətən sən namaz əsnasında səcdənin birini uzatdın, biz də nəyinsə baş verdiyini və ya sənə vəhy nazil olduğunu zənn etdik. Allah Elçisi ﷺ dedi: “Mənə heç nə olmamışdı, lakin nəvəm kürəyimə minmişdi. Mən də onu bu oyunundan ayırmaq istəmədim”.”

Abdullah ibn Şəddad atasından
Nəsəi, 1141 (Tətbiq, 113)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَلِيِّ بْنِ حَرْبٍ ، قَالَ : حَدَّثَنَا مُعَاذُ بْنُ خَالِدٍ ، قَالَ : أَنْبَأَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ سُلَيْمَانَ التَّيْمِيِّ ، عَنْ ثَابِتٍ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : أَتَيْتُ لَيْلَةَ أُسْرِيَ بِي عَلَى مُوسَى عَلَيْهِ السَّلاَمُ عِنْدَ الْكَثِيبِ الأَحْمَرِ وَهُوَ قَائِمٌ يُصَلِّي فِي قَبْرِهِ.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “İsra gecəsi Musanın ﵇ yanından keçdim. O, qırmızı qum təpəsinin yanında öz qəbrində ayaq üstə namaz qılırdı”.”

Ənəs ibn Malik
Nəsəi, 1631 (Gecə namazı, 34)Səhih

أَخْبَرَنَا عَلِيُّ بْنُ خَشْرَمٍ ، قَالَ : حَدَّثَنَا عِيسَى ، عَنْ سُلَيْمَانَ التَّيْمِيِّ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَرَرْتُ لَيْلَةَ أُسْرِيَ بِي عَلَى مُوسَى عَلَيْهِ السَّلاَمُ وَهُوَ يُصَلِّي فِي قَبْرِهِ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “İsra gecəsi Musanın ﵇ yanından keçdim. O, öz qəbrində namaz qılırdı”.”

Ənəs ibn Malik
Nəsəi, 1634 (Gecə namazı, 37)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا مُعْتَمِرٌ ، عَنْ أَبِيهِ ، عَنْ أَنَسٍ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَيْلَةَ أُسْرِيَ بِهِ مَرَّ عَلَى مُوسَى عَلَيْهِ السَّلاَمُ وَهُوَ يُصَلِّي فِي قَبْرِهِ.

“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ İsra gecəsi Musanın ﵇ yanından keçmişdi. O, öz qəbrində namaz qılırdı.”

Ənəs
Nəsəi, 1635 (Gecə namazı, 38)Səhih

أَخْبَرَنَا يَحْيَى بْنُ حَبِيبِ بْنِ عَرَبِيٍّ ، وَإِسْمَعِيلُ بْنُ مَسْعُودٍ ، قَالاَ : حَدَّثَنَا مُعْتَمِرٌ ، قَالَ : سَمِعْتُ أَبِي ، قَالَ : سَمِعْتُ أَنَسًا يَقُولُ : أَخْبَرَنِي بَعْضُ أَصْحَابِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَيْلَةَ أُسْرِيَ بِهِ مَرَّ عَلَى مُوسَى عَلَيْهِ السَّلاَمُ وَهُوَ يُصَلِّي فِي قَبْرِهِ.

“Rəvayət edilir Ənəs ﵁ demişdir: “Mənə Peyğəmbərin ﷺ bəzi səhabələri xəbər verdilər ki, Peyğəmbər ﷺ İsra gecəsi Musanın ﵇ yanından keçmişdi. O, öz qəbrində namaz qılırdı”.”

Ənəs
Nəsəi, 1636 (Gecə namazı, 39)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي عَدِيٍّ ، عَنْ سُلَيْمَانَ ، عَنْ أَنَسٍ ، عَنْ بَعْضِ أَصْحَابِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لَيْلَةَ أُسْرِيَ بِي مَرَرْتُ عَلَى مُوسَى وَهُوَ يُصَلِّي فِي قَبْرِهِ.

“Ənəs ﵁ Peyğəmbərin ﷺ bəzi səhabələrinin belə dediyini rəvayət etmişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “İsra gecəsi Musanın yanından keçdim. O, öz qəbrində namaz qılırdı”.”

Ənəs
Nəsəi, 1637 (Gecə namazı, 40)Səhih

أَخْبَرَنِي زِيَادُ بْنُ أَيُّوبَ ، قَالَ : حَدَّثَنَا إِسْمَاعِيلُ ابْنُ عُلَيَّةَ ، قَالَ : أَخْبَرَنِي هِشَامٌ ، قَالَ : حَدَّثَنِي يَحْيَى بْنُ أَبِي كَثِيرٍ ، قَالَ : حَدَّثَنِي هِلاَلٌ ، عَنْ عَطَاءِ بْنِ يَسَارٍ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، قَالَ : جَلَسَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى الْمِنْبَرِ ، وَجَلَسْنَا حَوْلَهُ فَقَالَ : إِنَّمَا أَخَافُ عَلَيْكُمْ مِنْ بَعْدِي ، مَا يُفْتَحُ لَكُمْ مِنْ زَهْرَةٍ ، وَذَكَرَ الدُّنْيَا ، وَزِينَتَهَا فَقَالَ رَجُلٌ : أَوَ يَأْتِي الْخَيْرُ بِالشَّرِّ ؟ فَسَكَتَ عَنْهُ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقِيلَ لَهُ : مَا شَأْنُكَ ؟ تُكَلِّمُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَلاَ يُكَلِّمُكَ قَالَ : وَرَأَيْنَا أَنَّهُ يُنْزَلُ عَلَيْهِ فَأَفَاقَ يَمْسَحُ الرُّحَضَاءَ وَقَالَ : أَشَاهِدٌ السَّائِلُ إِنَّهُ لاَ يَأْتِي الْخَيْرُ بِالشَّرِّ وَإِنَّ مِمَّا يُنْبِتُ الرَّبِيعُ يَقْتُلُ ، أَوْ يُلِمُّ إِلاَّ آكِلَةُ الْخَضِرِ ، فَإِنَّهَا أَكَلَتْ حَتَّى إِذَا امْتَدَّتْ خَاصِرَتَاهَا ، اسْتَقْبَلْتَ عَيْنَ الشَّمْسِ فَثَلَطَتْ ثُمَّ بَالَتْ ثُمَّ رَتَعَتْ ، وَإِنَّ هَذَا الْمَالَ خَضِرَةٌ حُلْوَةٌ ، وَنِعْمَ صَاحِبُ الْمُسْلِمِ ، هُوَ إِنْ أَعْطَى مِنْهُ الْيَتِيمَ ، وَالْمِسْكِينَ ، وَابْنَ السَّبِيلِ ، وَإِنَّ الَّذِي يَأْخُذُهُ بِغَيْرِ حَقِّهِ ، كَالَّذِي يَأْكُلُ وَلاَ يَشْبَعُ ، وَيَكُونُ عَلَيْهِ شَهِيدًا يَوْمَ الْقِيَامَةِ.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ minbərdə oturdu və biz də onun ətrafında oturduq. Allah Elçisi ﷺ buyurdu: “Mən (bu dünyadan) köçəndən sonra sizin üçün ən çox qorxduğum şeylərdən biri dünyanın zövq-səfa və bər-bəzək (qapılarının) sizin üzünüzə açılmasıdır”. Bir nəfər soruşdu: “Ey Allahın Elçisi, xeyirli bir şey özü ilə şər gətirə bilərmi?” Allah Elçisi ﷺ susdu. Bəziləri həmin adamdan soruşdular: “Nə olub, niyə sən ondan söz soruşursan, o isə sənə cavab vermir?” Sonra bizə agah oldu ki, ona vəhy nazil olur. Bir müddət keçdikdən sonra Allah Elçisi ﷺ üzündəki təri sildi və sanki sual verən adamı tərifləyərək: “Soruşan adam haradadır?”– dedi. Sonra buyurdu: “Həqiqətən, xeyir özü ilə şər gətirməz! Doğrusu, baharda yetişən bitkilərin bəzisi (onu yeyən heyvanı) öldürür, yaxud zəhərləyir. Yalnız yaşıl ot yeyən heyvanlardan başqa. Bu heyvanlar doyanadək (otdan) yeyir və nəhayət, böyrü şişdikdən sonra yerə uzanıb özünü günə verir. Sonra qalxıb təbii ehtiyacını ödəyir və yenidən yaşıl otdan bol-bol yeyir. Həqiqətən, bu (dünya) malı yaşıl ot kimi şirindir. Malından yetimlərə, kasıblara və müsafirlərə verən varlı müsəlman nə gözəl bəndədir! Haqsız yolla mal-dövlət əldə edən adam, əməllicə yeyən, lakin doymayan kimsəyə bənzəyir. Qiyamət günü isə bu mal-dövlət onun əleyhinə şahidlik edəcək”.”

Əbu Səid əl-Xudri
Nəsəi, 2581 (Zəkat, 147)Səhih

أَخْبَرَنَا نُوحُ بْنُ حَبِيبٍ الْقُوْمَسِيُّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا ابْنُ جُرَيْجٍ ، قَالَ : قَالَ حَدَّثَنِي عَطَاءٌ ، عَنْ صَفْوَانَ بْنِ يَعْلَى بْنِ أُمَيَّةَ ، عَنْ أَبِيهِ ، أَنَّهُ قَالَ : لَيْتَنِي أَرَى رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ يُنْزَلُ عَلَيْهِ ، فَبَيْنَا نَحْنُ بِالْجِعِرَّانَةِ ، وَالنَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي قُبَّةٍ فَأَتَاهُ الْوَحْيُ ، فَأَشَارَ إِلَيَّ عُمَرُ أَنْ تَعَالَ ، فَأَدْخَلْتُ رَأْسِي الْقُبَّةَ فَأَتَاهُ رَجُلٌ قَدْ أَحْرَمَ فِي جُبَّةٍ بِعُمْرَةٍ مُتَضَمِّخٌ بِطِيبٍ فَقَالَ : يَا رَسُولَ اللهِ مَا تَقُولُ فِي رَجُلٍ قَدْ أَحْرَمَ فِي جُبَّةٍ إِذْ أُنْزِلَ عَلَيْهِ الْوَحْيُ فَجَعَلَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَغِطُّ لِذَلِكَ فَسُرِّيَ عَنْهُ ، فَقَالَ : أَيْنَ الرَّجُلُ الَّذِي سَأَلَنِي آنِفًا ؟ فَأُتِيَ بِالرَّجُلِ فَقَالَ : أَمَّا الْجُبَّةُ فَاخْلَعْهَا ، وَأَمَّا الطِّيبُ فَاغْسِلْهُ ، ثُمَّ أَحْدِثْ إِحْرَامًا. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : ثُمَّ أَحْدِثْ إِحْرَامًا مَا أَعْلَمُ أَحَدًا قَالَهُ غَيْرَ نُوحِ بْنِ حَبِيبٍ ، وَلاَ أَحْسِبُهُ مَحْفُوظًا ، وَاللَّهُ سُبْحَانَهُ وَتَعَالَى أَعْلَمُ.

“Safvan ibn Yalə ibn Umeyyə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Biz əl-Ciranədə olarkən dedim: “Allah Elçisini ﷺ görə bilsəydim...”. O, bir çadırda idi. Bu əsnada ona vəhy gəlmişdi. Ömər mənə ora gəlməyimi işarə etdi. Başımı çadırdan içəri saldıqda Allah Elçisinin ﷺ yanına bir nəfərin gəldiyini, ümrə niyyəti ilə bir cübbə geyərək ehrama girdiyini və ətir vurduğunu gördüm. O dedi: “Ey Allahın Elçisi, ehram paltarının əvəzinə bir cübbə geyinmiş adama nə deyirsən?” Bu vaxt vəhy gəldi və Allah Elçisi ﷺ xırıltılı səs çıxarmağa başladı. Vəhy qurtardıqdan sonra isə buyurdu: “Bir az əvvəl sual verən kişi haradadır?” Kişi onun yanına gətirildikdə Peyğəmbər ﷺ buyurdu: “Cübbəni çıxart, vurduğun ətiri yu və ehrama yenidən gir”.”

Safvan ibn Yalə ibn Umeyyə atasından
Nəsəi, 2668 (Həcc, 50)Zəif

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ آدَمَ ، عَنْ عَبْدَةَ ، عَنْ هِشَامٍ ، عَنْ عَوْفِ بْنِ الْحَارِثِ ، عَنْ رُمَيْثَةَ ، عَنْ أُمِّ سَلَمَةَ ، أَنَّ نِسَاءَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ كَلَّمْنَهَا ، أَنْ تُكَلِّمَ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، أَنَّ النَّاسَ كَانُوا يَتَحَرَّوْنَ بِهَدَايَاهُمْ يَوْمَ عَائِشَةَ ، وَتَقُولُ لَهُ : إِنَّا نُحِبُّ الْخَيْرَ كَمَا تُحِبُّ عَائِشَةَ ، فَكَلَّمَتْهُ ، فَلَمْ يُجِبْهَا ، فَلَمَّا دَارَ عَلَيْهَا كَلَّمَتْهُ أَيْضًا ، فَلَمْ يُجِبْهَا ، وَقُلْنَ : مَا رَدَّ عَلَيْكِ ؟ قَالَتْ : لَمْ يُجِبْنِي . قُلْنَ : لاَ تَدَعِيهِ حَتَّى يَرُدَّ عَلَيْكِ ، أَوْ تَنْظُرِينَ مَا يَقُولُ ، فَلَمَّا دَارَ عَلَيْهَا كَلَّمَتْهُ فَقَالَ : لاَ تُؤْذِينِي فِي عَائِشَةَ ، فَإِنَّهُ لَمْ يَنْزِلْ عَلَيَّ الْوَحْيُ ، وَأَنَا فِي لِحَافِ امْرَأَةٍ مِنْكُنَّ ، إِلاَّ فِي لِحَافِ عَائِشَةَ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : هَذَانِ الْحَدِيثَانِ صَحِيحَانِ عَنْ عَبْدَةَ.

“Ummu Sələmə ﵂ rəvayət edir ki, Peyğəmbərin ﷺ qadınları “Bütün insanlar Peyğəmbərin ﷺ Aişənin yanına gəldiyi vaxt hədiyyələrini vermək üçün o günü gözləyirlər. Amma Aişə kimi biz də xeyir sevən adamlarıq”, - deməyimi təklif etdilər. Mən də eyni şeyi Allah Elçisinə ﷺ dedim, lakin o, cavab vermədi. Peyğəmbər ﷺ mənim növbəmdə yanıma gəldiyi vaxt yenidən bunları ona dedim, lakin yenə də mənə cavab vermədi. Allah Elçisinin ﷺ zövcələri: “Hansı cavabı aldın?”, - dedikdə mən: “O mənə cavab vermədi”, - dedim. Onlar da: “Sən ondan cavab alana qədər ona bunu deməyə davam et!”- dedilər. Yenə növbə mənə gəlincə bunları Allah Elçisinə ﷺ dedim. O buyurdu: “Aişəni qısqanmaqla məni incitmə! Çünki Aişədən başqa heç birinizin yanında mənə vəhy gəlmədi”.”

Ummu Sələmə
Nəsəi, 3950 (Qadınlarla davranış, 12)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ آدَمَ ، عَنْ عَبْدَةَ ، عَنْ هِشَامٍ ، عَنْ صَالِحِ بْنِ رَبِيعَةَ بْنِ هُدَيْرٍ ، عَنْ عَائِشَةَ قَالَتْ : أَوْحَى اللَّهُ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَأَنَا مَعَهُ ، فَقُمْتُ ، فَأَجَفْتُ الْبَابَ بَيْنِي وَبَيْنَهُ ، فَلَمَّا رُفِّهَ عَنْهُ ، قَالَ لِي : يَا عَائِشَةُ إِنَّ جِبْرِيلَ يُقْرِئُكِ السَّلاَمَ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbərə ﷺ mənim yanımda vəhy nazil olmağa başladı. Mən də durub onunla mənim aramda olan qapını bağladım. Vəhydən sonra Peyğəmbər ﷺ özünə gəlib mənə dedi: “Ey Aişə! Cəbrail sənə salam söyləyir”.”

Aişə
Nəsəi, 3952 (Qadınlarla davranış, 14)Zəif

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا ابْنُ أَبِي عَدِيٍّ ، عَنْ شُعْبَةَ ، عَنْ حُصَيْنٍ ، عَنْ هِلاَلِ بْنِ يَسَافٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ ظَالِمٍ ، عَنْ سَعِيدِ بْنِ زَيْدٍ رَضِيَ اللهُ عَنْهُ ، قَالَ : أَشْهَدُ عَلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَنِّي سَمِعْتُهُ يَقُولُ : اثْبُتْ حِرَاءُ ، فَمَا عَلَيْكَ إِلاَّ نَبِيٌّ ، أَوْ صِدِّيقٌ ، أَوْ شَهِيدٌ , وَعَدَّهُمْ : رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ , أَبُو بَكْرٍ ، وَعُمَرُ ، وَعُثْمَانُ ، وَعَلِيٌّ ، وَطَلْحَةُ ، وَالزُّبَيْرُ ، وَسَعْدٌ ، وَابْنُ عَوْفٍ ، وَسَعِيدُ بْنُ زَيْدٍ.

“Rəvayət edilir Səid ibn Zeyd ﵁ demişdir: “Mən şahidəm və Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Sakit dur, ey Hira! Sənin üzərində Peyğəmbər, Siddiq, şəhid var”. Allah Elçisi ﷺ onları sadalayaraq dedi: “Əbu Bəkr, Ömər, Osman, Əli, Təlhə, əz-Zubeyr, Səd, İbn Auf, Səid ibn Zeyd”.”

Səid ibn Zeyd
İbn Məcə, 134 (Sünnə, 134)Səhih

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي بَكْرٍ ، عَنِ ابْنِ أَبِي مُلَيْكَةَ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : لَمَّا قُبِضَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ وَأَبُو بَكْرٍ عِنْدَ امْرَأَتِهِ ، ابْنَةِ خَارِجَةَ بِالْعَوَالِي ، فَجَعَلُوا يَقُولُونَ : لَمْ يَمُتِ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، إِنَّمَا هُوَ بَعْضُ مَا كَانَ يَأْخُذُهُ عِنْدَ الْوَحْيِ ، فَجَاءَ أَبُو بَكْرٍ ، فَكَشَفَ عَنْ وَجْهِهِ , وَقَبَّلَ بَيْنَ عَيْنَيْهِ , وَقَالَ : أَنْتَ أَكْرَمُ عَلَى اللهِ أَنْ يُمِيتَكَ مَرَّتَيْنِ ، قَدْ وَاللَّهِ مَاتَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ , وَعُمَرُ فِي نَاحِيَةِ الْمَسْجِدِ يَقُولُ : وَاللَّهِ مَا مَاتَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، وَلاَ يَمُوتُ حَتَّى يَقْطَعَ أَيْدِيَ أُنَاسٍ مِنَ الْمُنَافِقِينَ كَثِيرٍ وَأَرْجُلَهُمْ ، فَقَامَ أَبُو بَكْرٍ ، فَصَعِدَ الْمِنْبَرَ فَقَالَ : مَنْ كَانَ يَعْبُدُ اللَّهَ , فَإِنَّ اللَّهَ حَيٌّ لَمْ يَمُتْ ، وَمَنْ كَانَ يَعْبُدُ مُحَمَّدًا , فَإِنَّ مُحَمَّدًا قَدْ مَاتَ {وَمَا مُحَمَّدٌ إِلاَّ رَسُولٌ قَدْ خَلَتْ مِنْ قَبْلِهِ الرُّسُلُ أَفَإِنْ مَاتَ أَوْ قُتِلَ انْقَلَبْتُمْ عَلَى أَعْقَابِكُمْ وَمَنْ يَنْقَلِبْ عَلَى عَقِبَيْهِ فَلَنْ يَضُرَّ اللَّهَ شَيْئًا وَسَيَجْزِي اللَّهُ الشَّاكِرِينَ}. قَالَ عُمَرُ : فَلَكَأَنِّي لَمْ أَقْرَأْهَا إِلاَّ يَوْمَئِذٍ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ vəfat etdikdə Əbu Bəkr “əl-Avali” deyilən yerdə zövcəsi Xaricənin qızının yanında idi. Səhabələr belə deməyə başladılar: “Peyğəmbər ﷺ ölməyib, ona vəhy gəldiyi hala düşüb”. Bu vaxt Əbu Bəkr gəldi, Peyğəmbərin ﷺ üzünü açdı və alnından öpdü. Sonra dedi: “Sən Allahın iki dəfə öldürəcəyi adam deyilsən. Allaha and olsun ki, artıq Allah Elçisi ﷺ vəfat etmişdir”. Ömər məscidin bir tərəfində idi və dedi: “Allaha and olsun ki, Allah Elçisi ﷺ vəfat etməyib! O, münafiqlərin əllərini və ayaqlarını kəsməyənə qədər ölməyəcək”. Əbu Bəkr ayağa durub minbərə çıxdı və dedi: “Kim Allaha ibadət edirdisə, bilsin ki, Allah diridir, heç vaxt ölmür! Kim Muhəmmədə ﷺ ibadət edirdisə, bilsin ki, həqiqətən Muhəmməd ﷺ vəfat etmişdir. “Muhəmməd ancaq bir elçidir. Ondan əvvəl də elçilər gəlib getmişlər. Məgər o ölərsə və ya öldürülərsə, siz dininizdən gerimi dönəcəksiniz?! Kim geri dönərsə, Allaha heç bir şeylə zərər yetirməz. Allah şükür edənləri mütləq mükafatlandırar”. (Ali-İmran, 144). Ömər dedi: “Mən bu ayəni sanki o günə qədər heç oxumamışdım”.”

Aişə
İbn Məcə, 1627 (Cənazələr, 195)Səhih

عَنْ مَالِكِ بْنِ صَعْصَعَةَ أَنَّ نَبِىَّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَدَّثَهُمْ عَنْ لَيْلَةَ أُسْرِىَ بِهِ «بَيْنَمَا أَنَا فِى الْحَطِيمِ - وَرُبَّمَا قَالَ فِى الْحِجْرِ - مُضْطَجِعًا، إِذْ أَتَانِى آتٍ فَقَدَّ - قَالَ وَسَمِعْتُهُ يَقُولُ فَشَقَّ - مَا بَيْنَ هَذِهِ إِلَى هَذِهِ - فَقُلْتُ لِلْجَارُودِ وَهْوَ إِلَى جَنْبِى مَا يَعْنِى بِهِ قَالَ مِنْ ثُغْرَةِ نَحْرِهِ إِلَى شِعْرَتِهِ، وَسَمِعْتُهُ يَقُولُ مِنْ قَصِّهِ إِلَى شِعْرَتِهِ - فَاسْتَخْرَجَ قَلْبِى، ثُمَّ أُتِيتُ بِطَسْتٍ مِنْ ذَهَبٍ مَمْلُوءَةٍ إِيمَانًا، فَغُسِلَ قَلْبِى ثُمَّ حُشِىَ، ثُمَّ أُوتِيتُ بِدَابَّةٍ دُونَ الْبَغْلِ وَفَوْقَ الْحِمَارِ أَبْيَضَ». - فَقَالَ لَهُ الْجَارُودُ هُوَ الْبُرَاقُ يَا أَبَا حَمْزَةَ قَالَ أَنَسٌ نَعَمْ، يَضَعُ خَطْوَهُ عِنْدَ أَقْصَى طَرْفِهِ - «فَحُمِلْتُ عَلَيْهِ، فَانْطَلَقَ بِى جِبْرِيلُ حَتَّى أَتَى السَّمَاءَ الدُّنْيَا فَاسْتَفْتَحَ، فَقِيلَ مَنْ هَذَا قَالَ جِبْرِيلُ. قِيلَ وَمَنْ مَعَكَ قَالَ مُحَمَّدٌ. قِيلَ وَقَدْ أُرْسِلَ إِلَيْهِ قَالَ نَعَمْ. قِيلَ مَرْحَبًا بِهِ، فَنِعْمَ الْمَجِىءُ جَاءَ فَفَتَحَ، فَلَمَّا خَلَصْتُ، فَإِذَا فِيهَا آدَمُ، فَقَالَ هَذَا أَبُوكَ آدَمُ فَسَلِّمْ عَلَيْهِ. فَسَلَّمْتُ عَلَيْهِ فَرَدَّ السَّلاَمَ ثُمَّ قَالَ مَرْحَبًا بِالاِبْنِ الصَّالِحِ وَالنَّبِىِّ الصَّالِحِ. ثُمَّ صَعِدَ حَتَّى أَتَى السَّمَاءَ الثَّانِيَةَ فَاسْتَفْتَحَ، قِيلَ مَنْ هَذَا قَالَ جِبْرِيلُ. قِيلَ وَمَنْ مَعَكَ قَالَ مُحَمَّدٌ. قِيلَ وَقَدْ أُرْسِلَ إِلَيْهِ قَالَ نَعَمْ. قِيلَ مَرْحَبًا بِهِ فَنِعْمَ الْمَجِىءُ جَاءَ. فَفَتَحَ ، فَلَمَّا خَلَصْتُ، إِذَا يَحْيَى وَعِيسَى، وَهُمَا ابْنَا الْخَالَةِ قَالَ هَذَا يَحْيَى وَعِيسَى فَسَلِّمْ عَلَيْهِمَا. فَسَلَّمْتُ فَرَدَّا، ثُمَّ قَالاَ مَرْحَبًا بِالأَخِ الصَّالِحِ وَالنَّبِىِّ الصَّالِحِ. ثُمَّ صَعِدَ بِى إِلَى السَّمَاءِ الثَّالِثَةِ، فَاسْتَفْتَحَ قِيلَ مَنْ هَذَا قَالَ جِبْرِيلُ. قِيلَ وَمَنْ مَعَكَ قَالَ مُحَمَّدٌ. قِيلَ وَقَدْ أُرْسِلَ إِلَيْهِ قَالَ نَعَمْ. قِيلَ مَرْحَبًا بِهِ، فَنِعْمَ الْمَجِىءُ جَاءَ. فَفُتِحَ، فَلَمَّا خَلَصْتُ إِذَا يُوسُفُ. قَالَ هَذَا يُوسُفُ فَسَلِّمْ عَلَيْهِ. فَسَلَّمْتُ عَلَيْهِ فَرَدَّ، ثُمَّ قَالَ مَرْحَبًا بِالأَخِ الصَّالِحِ وَالنَّبِىِّ الصَّالِحِ، ثُمَّ صَعِدَ بِى حَتَّى أَتَى السَّمَاءَ الرَّابِعَةَ، فَاسْتَفْتَحَ، قِيلَ مَنْ هَذَا قَالَ جِبْرِيلُ. قِيلَ وَمَنْ مَعَكَ قَالَ مُحَمَّدٌ. قِيلَ أَوَقَدْ أُرْسِلَ إِلَيْهِ قَالَ نَعَمْ. قِيلَ مَرْحَبًا بِهِ، فَنِعْمَ الْمَجِىءُ جَاءَ. فَفُتِحَ ، فَلَمَّا خَلَصْتُ إِلَى إِدْرِيسَ قَالَ هَذَا إِدْرِيسُ فَسَلِّمْ عَلَيْهِ. فَسَلَّمْتُ عَلَيْهِ فَرَدَّ ثُمَّ قَالَ مَرْحَبًا بِالأَخِ الصَّالِحِ وَالنَّبِىِّ الصَّالِحِ. ثُمَّ صَعِدَ بِى حَتَّى أَتَى السَّمَاءَ الْخَامِسَةَ، فَاسْتَفْتَحَ، قِيلَ مَنْ هَذَا قَالَ جِبْرِيلُ. قِيلَ وَمَنْ مَعَكَ قَالَ مُحَمَّدٌ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. قِيلَ وَقَدْ أُرْسِلَ إِلَيْهِ قَالَ نَعَمْ. قِيلَ مَرْحَبًا بِهِ، فَنِعْمَ الْمَجِىءُ جَاءَ. فَلَمَّا خَلَصْتُ فَإِذَا هَارُونُ قَالَ هَذَا هَارُونُ فَسَلِّمْ عَلَيْهِ. فَسَلَّمْتُ عَلَيْهِ فَرَدَّ ثُمَّ قَالَ مَرْحَبًا بِالأَخِ الصَّالِحِ وَالنَّبِىِّ الصَّالِحِ. ثُمَّ صَعِدَ بِى حَتَّى أَتَى السَّمَاءَ السَّادِسَةَ، فَاسْتَفْتَحَ، قِيلَ مَنْ هَذَا قَالَ جِبْرِيلُ. قِيلَ مَنْ مَعَكَ قَالَ مُحَمَّدٌ. قِيلَ وَقَدْ أُرْسِلَ إِلَيْهِ قَالَ نَعَمْ. قَالَ مَرْحَبًا بِهِ، فَنِعْمَ الْمَجِىءُ جَاءَ، فَلَمَّا خَلَصْتُ، فَإِذَا مُوسَى قَالَ هَذَا مُوسَى فَسَلِّمْ عَلَيْهِ، فَسَلَّمْتُ عَلَيْهِ فَرَدَّ ثُمَّ قَالَ مَرْحَبًا بِالأَخِ الصَّالِحِ وَالنَّبِىِّ الصَّالِحِ. فَلَمَّا تَجَاوَزْتُ بَكَى، قِيلَ لَهُ مَا يُبْكِيكَ قَالَ أَبْكِى لأَنَّ غُلاَمًا بُعِثَ بَعْدِى، يَدْخُلُ الْجَنَّةَ مِنْ أُمَّتِهِ أَكْثَرُ مَنْ يَدْخُلُهَا مِنْ أُمَّتِى. ثُمَّ صَعِدَ بِى إِلَى السَّمَاءِ السَّابِعَةِ، فَاسْتَفْتَحَ جِبْرِيلُ، قِيلَ مَنْ هَذَا قَالَ جِبْرِيلُ. قِيلَ وَمَنْ مَعَكَ قَالَ مُحَمَّدٌ. قِيلَ وَقَدْ بُعِثَ إِلَيْهِ. قَالَ نَعَمْ. قَالَ مَرْحَبًا بِهِ، فَنِعْمَ الْمَجِىءُ جَاءَ فَلَمَّا خَلَصْتُ، فَإِذَا إِبْرَاهِيمُ قَالَ هَذَا أَبُوكَ فَسَلِّمْ عَلَيْهِ. قَالَ فَسَلَّمْتُ عَلَيْهِ، فَرَدَّ السَّلاَمَ قَالَ مَرْحَبًا بِالاِبْنِ الصَّالِحِ وَالنَّبِىِّ الصَّالِحِ. ثُمَّ رُفِعَتْ لِى سِدْرَةُ الْمُنْتَهَى، فَإِذَا نَبِقُهَا مِثْلُ قِلاَلِ هَجَرَ، وَإِذَا وَرَقُهَا مِثْلُ آذَانِ الْفِيَلَةِ قَالَ هَذِهِ سِدْرَةُ الْمُنْتَهَى، وَإِذَا أَرْبَعَةُ أَنْهَارٍ نَهْرَانِ بَاطِنَانِ، وَنَهْرَانِ ظَاهِرَانِ. فَقُلْتُ مَا هَذَانِ يَا جِبْرِيلُ قَالَ أَمَّا الْبَاطِنَانِ، فَنَهَرَانِ فِى الْجَنَّةِ، وَأَمَّا الظَّاهِرَانِ فَالنِّيلُ وَالْفُرَاتُ. ثُمَّ رُفِعَ لِى الْبَيْتُ الْمَعْمُورُ، (فَسَأَلْتُ جِبْرِيلَ فَقَالَ هَذَا الْبَيْتُ الْمَعْمُورُ يُصَلِّي فِيهِ كُلَّ يَوْمٍ سَبْعُونَ أَلْفَ مَلَكٍ إِذَا خَرَجُوا لَمْ يَعُودُوا إِلَيْهِ آخِرَ مَا عَلَيْهِمْ) ثُمَّ أُتِيتُ بِإِنَاءٍ مِنْ خَمْرٍ، وَإِنَاءٍ مِنْ لَبَنٍ وَإِنَاءٍ مِنْ عَسَلٍ، فَأَخَذْتُ اللَّبَنَ، فَقَالَ هِىَ الْفِطْرَةُ أَنْتَ عَلَيْهَا وَأُمَّتُكَ. ثُمَّ فُرِضَتْ عَلَىَّ الصَّلَوَاتُ خَمْسِينَ صَلاَةً كُلَّ يَوْمٍ. فَرَجَعْتُ فَمَرَرْتُ عَلَى مُوسَى، فَقَالَ بِمَا أُمِرْتَ قَالَ أُمِرْتُ بِخَمْسِينَ صَلاَةً كُلَّ يَوْمٍ. قَالَ إِنَّ أُمَّتَكَ لاَ تَسْتَطِيعُ خَمْسِينَ صَلاَةً كُلَّ يَوْمٍ، وَإِنِّى وَاللَّهِ قَدْ جَرَّبْتُ النَّاسَ قَبْلَكَ، وَعَالَجْتُ بَنِى إِسْرَائِيلَ أَشَدَّ الْمُعَالَجَةِ، فَارْجِعْ إِلَى رَبِّكَ فَاسْأَلْهُ التَّخْفِيفَ لأُمَّتِكَ. فَرَجَعْتُ، فَوَضَعَ عَنِّى عَشْرًا، فَرَجَعْتُ إِلَى مُوسَى فَقَالَ مِثْلَهُ، فَرَجَعْتُ فَوَضَعَ عَنِّى عَشْرًا، فَرَجَعْتُ إِلَى مُوسَى فَقَالَ مِثْلَهُ، فَرَجَعْتُ فَوَضَعَ عَنِّى عَشْرًا، فَرَجَعْتُ إِلَى مُوسَى فَقَالَ مِثْلَهُ، فَرَجَعْتُ فَأُمِرْتُ بِعَشْرِ صَلَوَاتٍ كُلَّ يَوْمٍ، فَرَجَعْتُ فَقَالَ مِثْلَهُ، فَرَجَعْتُ فَأُمِرْتُ بِخَمْسِ صَلَوَاتٍ كُلَّ يَوْمٍ، فَرَجَعْتُ إِلَى مُوسَى، فَقَالَ بِمَا أُمِرْتَ قُلْتُ أُمِرْتُ بِخَمْسِ صَلَوَاتٍ كُلَّ يَوْمٍ. قَالَ إِنَّ أُمَّتَكَ لاَ تَسْتَطِيعُ خَمْسَ صَلَوَاتٍ كُلَّ يَوْمٍ، وَإِنِّى قَدْ جَرَّبْتُ النَّاسَ قَبْلَكَ، وَعَالَجْتُ بَنِى إِسْرَائِيلَ أَشَدَّ الْمُعَالَجَةِ، فَارْجِعْ إِلَى رَبِّكَ فَاسْأَلْهُ التَّخْفِيفَ لأُمَّتِكَ. قَالَ سَأَلْتُ رَبِّى حَتَّى اسْتَحْيَيْتُ، وَلَكِنْ أَرْضَى وَأُسَلِّمُ - قَالَ - فَلَمَّا جَاوَزْتُ نَادَى مُنَادٍ أَمْضَيْتُ فَرِيضَتِى وَخَفَّفْتُ عَنْ عِبَادِى» «...فَلَمَّا فَتَحَ عَلَوْنَا السَّمَاءَ الدُّنْيَا، فَإِذَا رَجُلٌ قَاعِدٌ عَلَى يَمِينِهِ أَسْوِدَةٌ وَعَلَى يَسَارِهِ أَسْوِدَةٌ، إِذَا نَظَرَ قِبَلَ يَمِينِهِ ضَحِكَ، وَإِذَا نَظَرَ قِبَلَ يَسَارِهِ بَكَى، فَقَالَ مَرْحَبًا بِالنَّبِىِّ الصَّالِحِ وَالاِبْنِ الصَّالِحِ. قُلْتُ لِجِبْرِيلَ مَنْ هَذَا قَالَ هَذَا آدَمُ. وَهَذِهِ الأَسْوِدَةُ عَنْ يَمِينِهِ وَشِمَالِهِ نَسَمُ بَنِيهِ، فَأَهْلُ الْيَمِينِ مِنْهُمْ أَهْلُ الْجَنَّةِ، وَالأَسْوِدَةُ الَّتِى عَنْ شِمَالِهِ أَهْلُ النَّارِ، فَإِذَا نَظَرَ عَنْ يَمِينِهِ ضَحِكَ، وَإِذَا نَظَرَ قِبَلَ شِمَالِهِ بَكَى…» «...ثُمَّ عُرِجَ بِى حَتَّى ظَهَرْتُ لِمُسْتَوًى أَسْمَعُ فِيهِ صَرِيفَ الأَقْلاَمِ...» «...ثُمَّ انْطَلَقَ بِى حَتَّى انْتَهَى بِى إِلَى سِدْرَةِ الْمُنْتَهَى، وَغَشِيَهَا أَلْوَانٌ لاَ أَدْرِى مَا هِىَ، ثُمَّ أُدْخِلْتُ الْجَنَّةَ، فَإِذَا فِيهَا حَبَايِلُ اللُّؤْلُؤِ، وَإِذَا تُرَابُهَا الْمِسْكُ»

“Malik ibn Sasaə ﵁ rəvayət edir ki, Allahın Peyğəmbəri ﷺ gecə səfəri haqqında (bunları) danışmışdır: “Mən Hatimdə (və ya Hicrədə) uzanmış ikən bir nəfər yanıma gəldi və (bədənimi) buradan bura kimi yarıb, qəlbimi çıxartdı. Sonra yanıma içi imanla dolu olan qızıl ləyən gətirdilər. Qəlbimi (Zəmzəm suyu ilə) yuduqdan sonra onu (imanla) doldurdular. Sonra mənim yanıma qatırdan alçaq və uzunqulaqdan hündür olan, ağ rəngli bir heyvan gətirdilər”. (Carud dedi: “Ey Əbu Həmzə, bu, Buraq idimi?” Ənəs dedi: “Bəli, o, addımını insanın gördüyü son nöqtəyə qoyurdu”. Peyğəmbər ﷺ davam edib dedi:) “Mən heyvana mindikdən sonra Cəbrail məni özü ilə apardı. Nəhayət, dünya səmasına gəlib çatdıqda, o, qapının açılmasını xahiş etdi. Gözətçilər: “Kimdir o?”- deyə soruşdular. O: “Cəbraildir!”- dedi. Onlar: “Yanındakı kimdir?”- deyə soruşdular. O: “Muhəmməddir!”- dedi. Onlar soruşdular: “Onu çağırıblarmı?” Cəbrail: “Bəli!”- dedi. Onlar dedilər: “Xoş gəlib, səfa gətirib! O nə gözəl ziyarətçidir!” Sonra qapılar açıldı. Mən içəri keçdikdə orada Adəmi gördüm. Cəbrail: “Bu, atan Adəmdir, salam ver ona!”- dedi, mən də ona salam verdim. O, mənim salamımı aldı və dedi: “Xoş gəlmisən, ey əməlisaleh oğul və əməlisaleh peyğəmbər!” Sonra biz ikinci səmaya qalxdıq və Cəbrail qapının açılmasını xahiş etdi. Gözətçilər: “Kimdir o?”- deyə soruşdular. O: “Cəbraildir!”- dedi. Onlar: “Yanındakı kimdir?”- deyə soruşdular. O: “Muhəmməddir!”- dedi. Onlar soruşdular: “Onu çağırıblarmı?” Cəbrail: “Bəli!”- dedi. Onlar dedilər: “Xoş gəlib, səfa gətirib! O, nə gözəl ziyarətçidir!” Sonra qapılar açıldı. Mən içəri keçdikdə orada xalauşaqlarını - Yəhyanı və İsanı gördüm. Cəbrail: “Bu, Yəhya və İsadır, salam ver onlara!”- dedi, mən də onlara salam verdim. Onlar mənim salamımı aldıqdan sonra dedilər: “Xoş gəlmisən, ey əməlisaleh qardaş və əməlisaleh peyğəmbər!” Sonra biz üçüncü səmaya qalxdıq və Cəbrail qapının açılmasını xahiş etdi. Gözətçilər: “Kimdir o?”- deyə soruşdular. O: “Cəbraildir!”- dedi. Onlar: “Yanındakı kimdir?”- deyə soruşdular. O: “Muhəmməddir!”- dedi. Onlar soruşdular: “Onu çağırıblarmı?” Cəbrail: “Bəli!”- dedi. Onlar dedilər: “Xoş gəlib, səfa gətirib! O, nə gözəl ziyarətçidir!” Sonra qapılar açıldı. Mən içəri keçdikdə orada Yusufu gördüm. Cəbrail: “Bu, Yusufdur, salam ver ona!”- dedi, mən də ona salam verdim. O, mənim salamımı aldıqdan sonra dedi: “Xoş gəlmisən, ey əməlisaleh qardaş və əməlisaleh peyğəmbər!” Sonra biz dördüncü səmaya qalxdıq və Cəbrail qapının açılmasını xahiş etdi. Gözətçilər: “Kimdir o?”- deyə soruşdular. O: “Cəbraildir!”- dedi. Onlar: “Yanındakı kimdir?”- deyə soruşdular. O: “Muhəmməddir!”- dedi. Onlar soruşdular: “Onu çağırıblarmı?” Cəbrail: “Bəli!”- dedi. Onlar dedilər: “Xoş gəlib, səfa gətirib! O, nə gözəl ziyarətçidir!” Sonra qapılar açıldı. Mən içəri keçdikdə orada İdrisi gördüm. Cəbrail: “Bu, İdrisdir, salam ver ona!”- dedi, mən də ona salam verdim. O, mənim salamımı aldıqdan sonra dedi: “Xoş gəlmisən, ey əməlisaleh qardaş və əməlisaleh peyğəmbər!” Sonra biz beşinci səmaya qalxdıq və Cəbrail qapının açılmasını xahiş etdi. Gözətçilər: “Kimdir o?”- deyə soruşdular. O: “Cəbraildir!”- dedi. Onlar: “Yanındakı kimdir?”- deyə soruşdular. O: “Muhəmməddir!”- dedi. Onlar soruşdular: “Onu çağırıblarmı?” Cəbrail: “Bəli!”- dedi. Onlar dedilər: “Xoş gəlib, səfa gətirib! O, nə gözəl ziyarətçidir!” Sonra qapılar açıldı. Mən içəri keçdikdə orada Harunu gördüm. Cəbrail: “Bu, Harundur, salam ver ona!”- dedi, mən də ona salam verdim. O, mənim salamımı aldıqdan sonra dedi: “Xoş gəlmisən, ey əməlisaleh qardaş və əməlisaleh peyğəmbər!” Sonra biz altıncı səmaya qalxdıq və Cəbrail qapının açılmasını xahiş etdi. Gözətçilər: “Kimdir o?”- deyə soruşdular. O: “Cəbraildir!”- dedi. Onlar: “Yanındakı kimdir?”- deyə soruşdular. O: “Muhəmməddir!”- dedi. Onlar soruşdular: “Onu çağırıblarmı?” Cəbrail: “Bəli!”- dedi. Onlar dedilər: “Xoş gəlib, səfa gətirib! O, nə gözəl ziyarətçidir!” Sonra qapılar açıldı. Mən içəri keçdikdə orada Musanı gördüm. Cəbrail: “Bu, Musadır, salam ver ona!”- dedi, mən də ona salam verdim. O, mənim salamımı aldıqdan sonra dedi: “Xoş gəlmisən, ey əməlisaleh qardaş və əməlisaleh peyğəmbər!” Mən onun yanından keçib getdikdə o ağladı. Ondan: “Nə üçün ağlayırsan?”- deyə soruşdular. Musa dedi: “Məndən sonra göndərilmiş bu cavan oğlanın ümmətindən Cənnətə daxil olanların sayı, mənim ümmətimdən ora daxil olanların sayından qat-qat artıq olacaq”. Sonra biz yeddinci səmaya qalxdıq və Cəbrail qapının açılmasını xahiş etdi. Gözətçilər: “Kimdir o?”- deyə soruşdular. O: “Cəbraildir!”- dedi. Onlar: “Yanındakı kimdir?”- deyə soruşdular. O: “Muhəmməddir!”- dedi. Onlar soruşdular: “Onu çağırıblarmı?” Cəbrail: “Bəli!”- dedi. Onlar dedilər: “Xoş gəlib, səfa gətirib! O, nə gözəl ziyarətçidir!” Sonra qapılar açıldı. Mən içəri keçdikdə orada İbrahimi gördüm. Cəbrail: “Bu, atan İbrahimdir, salam ver ona!”- dedi, mən də ona salam verdim. O, mənim salamımı aldıqdan sonra dedi: “Xoş gəlmisən, ey əməlisaleh oğul və əməlisaleh peyğəmbər!” Sonra mənə son həddəki Sidr ağacını göstərdilər. Onun meyvələri Həcər (məmləkətində) düzəldilən saxsı səhənglərə bənzəyirdi, yarpaqları da fil qulaqları boyda idi. Cəbrail: “Bu, Sidrətul-Muntəhadır”- dedi. Bu ağacın dibindən dörd çay axırdı. Bu çaylardan ikisi altdan, ikisi də üstdən axırdı. Mən soruşdum: “Bu nə çaylardır, ey Cəbrail?” Dedi: “Altdakı çaylar Cənnətdən axır. Üstdəki çaylar isə Nil və Fərat çaylarıdır”. Sonra mənə Beytul-Məmuru göstərdilər. (“Mən Cəbraildən onun barəsində soruşdum. O dedi: “Bu Beytul-Məmurdur. Hər gün onun içində yetmiş min mələk namaz qılır, sonra oradan çıxır və bir daha ora qayıtmır”(. Sonra mənə bir qab şərab, bir qab süd və bir qab bal gətirdilər. Mən südü götürdüm. Onda Cəbrail dedi: “Budur fitrət (yəni, tək-Allahlığa meyilli), sən və sənin ümmətin onun üzərindədir”. Sonra mənə gündəlik olaraq əlli (vaxt) namaz qılmaq vacib buyuruldu. Mən geri qayıtdım və Musanın yanına gəlib çatdıqda, o məndən: “Sənə nə əmr edildi?”- deyə soruşdu. Dedim: “Mənə gündəlik əlli vaxt namaz qılmaq vacib buyuruldu”. Musa dedi: “Sənin ümmətin gündəlik olaraq əlli (vaxt) namazı qıla bilməyəcək. Vallahi ki, mən səndən əvvəl bunu insanlara tətbiq etmək və İsrail oğullarını haqq yola çəkmək istədim, (lakin heç nə alınmadı). Rəbbinin yanına qayıt və Ondan (bu hökmü) yüngülləşdirməyi xahiş et!” Mən Allahın yanına qayıdıb (Ona yalvardım) və O, vacib namazların sayını qırxa endirdi. Sonra mən Musanın yanına qayıtdım və o, əvvəlcə dediklərini bir də mənə təkrar söylədi. Sonra mən Allahın yanına qayıtdım və Allah vacib namazların sayını otuza endirdi. Sonra mən Musanın yanına qayıtdım və o, əvvəlcə dediklərini bir də mənə təkrar söylədi. Mən bir də Allahın yanına qayıtdım və Allah vacib namazların sayını iyirmiyə endirdi. Sonra mən Musanın yanına qayıtdım və o, əvvəlcə dediklərini bir də mənə təkrar söylədi. Mən bir daha Allahın yanına qayıtdım və mənə gündəlik olaraq on vaxt namaz qılmaq vacib buyuruldu. Sonra mən Musanın yanına qayıtdım və o, əvvəlcə dediklərini bir də mənə təkrar söylədi. Mən axırıncı dəfə Allahın yanına qayıtdım və mənə gündəlik olaraq beş vaxt namaz qılmaq vacib buyruldu. Sonra mən Musanın yanına qayıtdım və o, məndən: “Sənə nə əmr edildi?”- deyə soruşdu. Dedim: “Mənə gündəlik olaraq beş vaxt namaz qılmaq əmr olundu”. Musa dedi: “Sənin ümmətin gündəlik olaraq beş (vaxt) namazı qıla bilməyəcək. Mən səndən əvvəl bunu insanlara tətbiq etmək və İsrail oğullarını haqq yola çəkmək istədim (lakin heç nə alınmadı). Rəbbinin yanına qayıt və Ondan ümmətin üçün (bu hökmü) yüngülləşdirməyi xahiş et!” Dedim: “Mən Rəbbimdən (yetərincə) istədim, artıq (nə isə istəməyə) üzüm gəlmir. Lakin mən (bu hökmlə) razıyam və buna boyun əyirəm”. Mən çıxıb getdikdə belə bir səda gəldi: “Mən əzəldən yazdığım hökmü vacib buyurdum, (sonra da) qullarımın yükünü yüngülləşdirdim”. Digər rəvayətlərdə aşağıdakı əlavələr var: “…(Göy qapıları) açıldıqda biz yaxın göyün üstünə qalxdıq və orada oturmuş bir adam gördük ki, onun sağ və sol tərəfində (insanlardan ibarət) toplumlar var idi. Bu adam sağa baxanda gülür, sola baxanda isə ağlayırdı. O, (məni görüb) dedi: “Əməlisaleh peyğəmbər və əməlisaleh oğul xoş gəlibdir!” Mən Cəbraildən: “Bu kimdir?”- deyə soruşdum. Dedi: “Bu Adəmdir, onun sağında və solunda olan toplumlar zürriyyətinin ruhlarıdır. Sağında duranlar Cənnət əhli, solunda duranlar isə Cəhənnəm əhlidir. (Buna görə də) sağına baxanda gülür, soluna baxanda isə ağlayır…”. “…Sonra (Cəbrail) mənimlə elə bir yüksəkliyə qalxdı ki, mən qələmlərin xışıltısını eşitdim”. “…Sonra (Cəbrail) məni son həddəki Sidr ağacının yanına apardı. Onun rəngləri vəsfəgəlməzdir. Sonra məni Cənnətə daxil etdilər. Orada mən incilər düzülmüş boyunbağılar, habelə (Cənnət) torpağının müşk olduğunu gördüm”.”

Malik ibn Sasaə
Qüdsi hədislər, 23 (Kitab 3, 1)Səhih

عَنْ أَبِى وَاقِدٍ اللَّيْثِىِّ قَالَ كُنَّا نَأْتِى النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا أُنْزِلَ عَلَيْهِ فَيُحَدِّثُنَا فَقَالَ لَنَا ذَاتَ يَوْمٍ «إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ قَالَ إِنَّا أَنْزَلْنَا الْمَالَ لإِقَامِ الصَّلاَةِ وَإِيتَاءِ الزَّكَاةِ وَلَوْ كَانَ لاِبْنِ آدَمَ وَادٍ لأَحَبَّ أَنْ يَكُونَ إِلَيْهِ ثَانٍ وَلَوْ كَانَ لَهُ وَادِيَانِ لأَحَبَّ أَنْ يَكُونَ إِلَيْهِمَا ثَالِثٌ وَلاَ يَمْلأُ جَوْفَ ابْنِ آدَمَ إِلاَّ التُّرَابُ ثُمَّ يَتُوبُ اللَّهُ عَلَى مَنْ تَابَ»

“Rəvayət edilir ki, Əbu Vaqid əl-Leysi ﵁ demişdir: “Peyğəmbərə ﷺ vəhy nazil olarkən biz Onun yanına gələrdik və O, bizə nazil olanlar barədə danışardı. Bir gün Peyğəmbər ﷺ bizə dedi: “Allah ﷿ buyurdu: “Biz mal-dövləti namaz qılmaq və zəkat vermək üçün nazil etdik. Adəm övladının bir vadi (mal-dövləti) olsa, ikincisini istəyər. İki vadisi olsa, üçüncüsünü istəyər. (Sonda) Adəm övladının qarnını yalnız torpaq doldurar, sonra Allah tövbə edənin tövbəsini qəbul edər”.”

Əbu Vaqid əl-Leysi
Qüdsi hədislər, 39 (Kitab 4, 5)Səhih

عن أبي صالح أن رسول الله صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قال: "متى ألقى إخواني فقيل: يا رسول الله لسنا إخوانك؟ قال: انتم أصحابي وإخواني قوم من أمتي لم يروني يؤمنون بي ويصدقونني ثم قال لهم رسول الله: أي الخلق أعجب إيمانا؟ قالوا: ملائكة الله فقال رسول الله صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : وما لهم لا يؤمنون وهم عند ربهم قالوا: فالنبيون قال: وما لهم لا يؤمنون وهم يوحى إليهم قالوا: فأصحاب النبيين فقال رسول الله صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : وما لهم لا يؤمنون وأنبياء الله فيهم ولكنهم قوم من أمتي لم يدركوني يؤتون بكتاب من ربهم فيؤمنون به ويصدقونه" و في رواية "... وَلكن أعجب الناس إيمانا قوم يجيؤون من بعدكم، فيجدون كتابا من الوحي، فيؤمنون به، ويتبعونه، فهم أعجب الناس، أو الخلق، إيمانًا"... "قَوْمٌ يَأْتِيهِمْ كِتَابٌ بَيْنَ لَوْحَيْنِ فَيُؤْمِنُونَ بِهِ وَيَعْمَلُونَ بِمَا فِيهِ ، أُولَئِكَ أَعْظَمُ مِنْكُمْ أَجْرًا ، أُولَئِكَ أَعْظَمُ مِنْكُمْ أَجْرًا ، أُولَئِكَ أَعْظَمُ مِنْكُمْ أَجْرًا ". "تَغَدَّيْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَمَعَنَا أَبُو عُبَيْدَةَ بْنُ الْجَرَّاحِ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، أَحَدٌ خَيْرٌ مِنَّا ، أَسْلَمْنَا مَعَكَ ، وَجَاهَدْنَا مَعَكَ ؟ قَالَ : نَعَمْ ، قَوْمٌ يَكُونُونَ مِنْ بَعْدِكُمْ يُؤْمِنُونَ بِي وَلَمْ يَرَوْنِي".

“Əbu Salih ﵁ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ belə buyurdu: “(Görəsən) qardaşlarımla nə vaxt görüşəcəm?” Səhabələr dedilər: “Ey Allahın Elçisi, məgər biz sənin qardaşların deyilikmi?” O buyurdu: “Siz mənim səhabələrimsiniz, qardaşlarım isə ümmətimdən məni görmədən mənə iman gətirib, məni təsdiq edənlərdir”. Sonra Allah Elçisi ﷺ onlara dedi: “Yaradılmışlardan iman baxımından ən qəribə olanlar kimlərdir?” Səhabələr dedilər: “Allahın mələkləridir”. Allah Elçisi ﷺ buyurdu: “Onlar Rəblərinin yanında ola-ola niyə iman gətirməsinlər ki?!” Səhabələr dedilər: “Onda peyğəmbərlərdir”. O buyurdu: “Onlara vəhy gəldiyi halda niyə də iman gətirməsinlər ki?!” Səhabələr dedilər: “Peyğəmbərlərin səhabələridir”. Allah Elçisi ﷺ buyurdu: “Allahın peyğəmbərləri onların yanında ola-ola niyə də iman gətirməsinlər ki?! Onlar ümmətimdən məni görməyib özlərinə Rəbləri tərəfindən bir kitab gətirilən, ona iman gətirən və onu təsdiq edən qövmdür”. Digər rəvayətlərdə belə deyilir: “...Onlar insanlar arasında iman baxımından ən qəribə olanlar, sizdən sonra gəlib, vəhydən ibarət olan bir kitab görən, ona iman gətirən və ona tabe olan qövmdür. İnsanlar və ya yaradılmışlar arasında iman baxımından ən qəribə olanlar məhz onlardır”. “...Sizdən sonra elə bir qövm gələcək ki, onlara iki lövhə arasında kitab gələcək, ona iman gətirib içindəkilərə əməl edəcəklər. Onlar savab baxımından sizdən daha üstündürlər. Onlar savab baxımından sizdən daha üstündürlər. Onlar savab baxımından sizdən daha üstündürlər”. “...Bir dəfə Peyğəmbərlə ﷺ nahar yeməyi yedik. Əbu Ubeydə ibn əl-Cərrah da bizimlə idi. O dedi: “Ey Allahın Elçisi, bizdən daha xeyirli kimsə varmı? Səninlə birlikdə iman gətirdik, səninlə birlikdə cihad etdik”. Peyğəmbər ﷺ buyurdu: “Bəli, var. Sizdən sonra gələn qövm. Onlar məni görmədikləri halda mənə iman gətirənlərdir”.”

Əbu Salih
Fəzilətli əməllər, 73 (Kitab 2, 61)Səhih

عَنْ عَبْدِ اللَّهِ قَالَ: لَمَّا أُسْرِيَ بِرَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ انْتُهِيَ بِهِ إِلَى سِدْرَةِ الْمُنْتَهَى، وَهِيَ فِي السَّمَاءِ السَّادِسَةِ، إِلَيْهَا يَنْتَهِي مَا يُعْرَجُ بِهِ مِنْ الأَرْضِ، فَيُقْبَضُ مِنْهَا، وَإِلَيْهَا يَنْتَهِي مَا يُهْبَطُ بِهِ مِنْ فَوْقِهَا، فَيُقْبَضُ مِنْهَا - قَالَ: }إِذْ يَغْشَى السِّدْرَةَ مَا يَغْشَى{ قَالَ: فَرَاشٌ مِنْ ذَهَبٍ. قَالَ: فَأُعْطِيَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ثَلاَثًا: أُعْطِيَ الصَّلَوَاتِ الْخَمْسَ، وَأُعْطِيَ خَوَاتِيمَ سُورَةِ الْبَقَرَةِ، وَغُفِرَ - لِمَنْ لَمْ يُشْرِكْ بِاللَّهِ مِنْ أُمَّتِهِ شَيْئًا - الْمُقْحِمَاتُ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ İsra gecəsində (göyə) qaldırıldığı zaman son həddəki Sidr ağacının yanına qədər aparıldı. Bu ağac altıncı səmadadır. Yerdən yüksəldilən hər nə varsa, ancaq oraya qədər gedib çata bilir və (hər şey) oradan götürülür. Üst tərəfindən endirilən hər nə varsa, orada dayanır və oradan götürülür”. Allah buyurur: “O zaman Sidr ağacını bürüyən bürümüşdü” (ən-Nəcm, 16), yəni qızıldan pərvanələr (və başqa bu kimi göz oxşayan şeylər). Abdullah davam edib dedi: “Orada Allah Elçisinə ﷺ üç şey verilmişdi; ona beş namaz bəxş edilmiş, “əl-Bəqərə” surəsinin son ayələri verilmiş və ümmətindən Allaha heç bir şeyi şərik qoşmadan ölən kimsələr üçün həlak edən böyük günahların bağışlanması vəd edilmişdir”.”

Abdullah
Fəzilətli əməllər, 501 (Kitab 11, 56)Səhih