Ana səhifə

Mövzu

Əməl

عَمَل

.

119 hədis

حَدَّثَنَا الْحُمَيْدِىُّ عَبْدُ اللَّهِ بْنُ الزُّبَيْرِ قَالَ حَدَّثَنَا سُفْيَانُ قَالَ حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ الأَنْصَارِىُّ قَالَ أَخْبَرَنِى مُحَمَّدُ بْنُ إِبْرَاهِيمَ التَّيْمِىُّ أَنَّهُ سَمِعَ عَلْقَمَةَ بْنَ وَقَّاصٍ اللَّيْثِىَّ يَقُولُ سَمِعْتُ عُمَرَ بْنَ الْخَطَّابِ رَضِيَ اللَّهُ عَنْهُ عَلَى الْمِنْبَرِ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « إِنَّمَا الأَعْمَالُ بِالنِّيَّاتِ ، وَإِنَّمَا لِكُلِّ امْرِئٍ مَا نَوَى ، فَمَنْ كَانَتْ هِجْرَتُهُ إِلَى دُنْيَا يُصِيبُهَا أَوْ إِلَى امْرَأَةٍ يَنْكِحُهَا فَهِجْرَتُهُ إِلَى مَا هَاجَرَ إِلَيْهِ » .

“Rəvayət edilir ki, Ömər ibn əl-Xattab ﵁ minbərin üstündə demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Əməllər yalnız niyyətlərə görədir. Hər kəsə də ancaq niyyət etdiyi şey qalacaq. Kim hicrəti əldə edəcəyi dünya (malına) və ya evlənəcəyi qadına görə etmişsə, onun hicrəti (Allah və Onun peyğəmbərinin razı olması üçün deyil) hicrət etdiyi şeyə aiddir”.”

Ömər ibn əl-Xattab
Buxari, 1 (Vəhy, 1)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ يَحْيَى بْنِ سَعِيدٍ عَنْ مُحَمَّدِ بْنِ إِبْرَاهِيمَ عَنْ عَلْقَمَةَ بْنِ وَقَّاصٍ عَنْ عُمَرَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « الأَعْمَالُ بِالنِّيَّةِ ، وَلِكُلِّ امْرِئٍ مَا نَوَى ، فَمَنْ كَانَتْ هِجْرَتُهُ إِلَى اللَّهِ وَرَسُولِهِ ، فَهِجْرَتُهُ إِلَى اللَّهِ وَرَسُولِهِ ، وَمَنْ كَانَتْ هِجْرَتُهُ لِدُنْيَا يُصِيبُهَا ، أَوِ امْرَأَةٍ يَتَزَوَّجُهَا ، فَهِجْرَتُهُ إِلَى مَا هَاجَرَ إِلَيْهِ » .

“Ömər ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Əməllər ancaq niyyətlərə görədir. Hər kəsə də yalnız niyyət etdiyi şey qalacaq. Kimin hicrəti Allah və Onun elçisi üçündürsə, onun hicrəti Allah və Onun elçisi üçündür. Kimin də hicrəti əldə edəcəyi dünya (malından) və ya evlənəcəyi qadından ötrüdürsə, onun hicrəti hicrət etdiyi şeyə aiddir”.”

Ömər
Buxari, 54 (İman, 47)Səhih

عَنْ مُعَاذِ بْنِ جَبَلٍ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِطُولِهِ وَقَالَ «إِنِّى نَعَسْتُ فَاسْتَثْقَلْتُ نَوْمًا فَرَأَيْتُ رَبِّى فِى أَحْسَنِ صُورَةٍ فَقَالَ فِيمَ يَخْتَصِمُ الْمَلأُ الأَعْلَى». حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ حَدَّثَنَا مُعَاذُ بْنُ هَانِئٍ أَبُو هَانِئٍ الْيَشْكُرِىُّ حَدَّثَنَا جَهْضَمُ بْنُ عَبْدِ اللَّهِ عَنْ يَحْيَى بْنِ أَبِى كَثِيرٍ عَنْ زَيْدِ بْنِ سَلاَّمِ عَنْ أَبِى سَلاَّمٍ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ عَائِشٍ الْحَضْرَمِىِّ أَنَّهُ حَدَّثَهُ عَنْ مَالِكِ بْنِ يُخَامِرَ السَّكْسَكِىِّ عَنْ مُعَاذِ بْنِ جَبَلٍ قَالَ احْتُبِسَ عَنَّا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ غَدَاةٍ عَنْ صَلاَةِ الصُّبْحِ حَتَّى كِدْنَا نَتَرَاءَى عَيْنَ الشَّمْسِ فَخَرَجَ سَرِيعًا فَثُوِّبَ بِالصَّلاَةِ فَصَلَّى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَتَجَوَّزَ فِى صَلاَتِهِ فَلَمَّا سَلَّمَ دَعَا بِصَوْتِهِ قَالَ لَنَا «عَلَى مَصَافِّكُمْ كَمَا أَنْتُمْ». ثُمَّ انْفَتَلَ إِلَيْنَا ثُمَّ قَالَ «أَمَا إِنِّى سَأُحَدِّثُكُمْ مَا حَبَسَنِى عَنْكُمُ الْغَدَاةَ إِنِّى قُمْتُ مِنَ اللَّيْلِ فَتَوَضَّأْتُ وَصَلَّيْتُ مَا قُدِّرَ لِى فَنَعَسْتُ فِى صَلاَتِى حَتَّى اسْتَثْقَلْتُ فَإِذَا أَنَا بِرَبِّى تَبَارَكَ وَتَعَالَى فِى أَحْسَنِ صُورَةٍ فَقَالَ يَا مُحَمَّدُ. قُلْتُ لَبَّيْكَ رَبِّ. قَالَ فِيمَ يَخْتَصِمُ الْمَلأُ الأَعْلَى قُلْتُ لاَ أَدْرِى. قَالَهَا ثَلاَثًا قَالَ فَرَأَيْتُهُ وَضَعَ كَفَّهُ بَيْنَ كَتِفَىَّ حَتَّى وَجَدْتُ بَرْدَ أَنَامِلِهِ بَيْنَ ثَدْيَىَّ فَتَجَلَّى لِى كُلُّ شَىْءٍ وَعَرَفْتُ فَقَالَ يَا مُحَمَّدُ. قُلْتُ لَبَّيْكَ رَبِّ قَالَ فِيمَ يَخْتَصِمُ الْمَلأُ الأَعْلَى قُلْتُ فِى الْكَفَّارَاتِ قَالَ مَا هُنَّ قُلْتُ مَشْىُ الأَقْدَامِ إِلَى الْجَمَاعَاتِ وَالْجُلُوسُ فِى الْمَسَاجِدِ بَعْدَ الصَّلَوَاتِ وَإِسْبَاغُ الْوُضُوءِ فِى الْمَكْرُوهَاتِ. قَالَ فِيمَ قُلْتُ إِطْعَامُ الطَّعَامِ وَلِينُ الْكَلاَمِ وَالصَّلاَةُ بِاللَّيْلِ وَالنَّاسُ نِيَامٌ. (فَقَالَ اللَّهُ مَنْ فَعَلَ ذَلِكَ يَعِشْ بِخَيْرٍ وَيَمُتْ بِخَيْرٍ وَيَكُونُ مِنْ خَطِيئَتِهِ كَيَوْمِ وَلَدَتْهُ أُمُّهُ). قَالَ سَلْ. قُلْتُ اللَّهُمَّ إِنِّى أَسْأَلُكَ فِعْلَ الْخَيْرَاتِ وَتَرْكَ الْمُنْكَرَاتِ وَحُبَّ الْمَسَاكِينِ وَأَنْ تَغْفِرَ لِى وَتَرْحَمَنِى وَإِذَا أَرَدْتَ فِتْنَةَ قَوْمٍ فَتَوَفَّنِى غَيْرَ مَفْتُونٍ أَسْأَلُكَ حُبَّكَ وَحُبَّ مَنْ يُحِبُّكَ وَحُبَّ عَمَلٍ يُقَرِّبُ إِلَى حُبِّكَ». قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «إِنَّهَا حَقٌّ فَادْرُسُوهَا ثُمَّ تَعَلَّمُوهَا»

“Muaz ibn Cəbəl ﵁ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ Sübh namazına gecikirdi, hətta az qala günəş çıxacaqdı. Birdən tələsik gəldi və namaza iqamə verildi. Allah Elçisi ﷺ namazı yüngül qıldırdı. Salam verdikdən sonra uca səslə dedi: “Sıralarda olduğunuz kimi qalın!” Sonra bizə tərəf dönərək buyurdu: “Sübhə gecikməyimin səbəbini sizə söyləyəcəyəm. Gecə qalxıb dəstəmaz aldım və mənə təqdir olunan qədər namaz qıldım. Birdən namazımda mürgülədim, hətta yuxum ağırlaşdı və mən bu arada Uca Rəbbimi ən gözəl surətdə gördüm. O buyurdu: “Ey Muhəmməd!” Mən dedim: “Əmrinə müntəzirəm, ey Rəbbim!” Allah buyurdu: “Mələklər nə haqda mübahisə edirlər?” Mən dedim: “Bilmirəm!” Bunu üç dəfə təkrarladı. Gördüm ki, ovcunu (əlini) kürəklərimin arasına qoydu, hətta barmaqlarının uclarının sərinliyini sinəmdə hiss etdim. Hər şey mənə göründü və hər şeyi bildim. Allah buyurdu: “Ey Muhəmməd!” Mən dedim: “Əmrinə müntəzirəm, ey Rəbbim!” Allah buyurdu: “Mələklər nə haqda mübahisə edirlər?” Mən dedim: “Kəffarələr haqqında”. O buyurdu: “Nədir onlar?” Mən dedim: “Camaat namazlarına piyada getmək, namazlardan sonra məscidlərdə oturub növbəti namazı gözləmək, soyuqda dəstəmazı tam almaq”. Allah buyurdu: “Sonra nə haqda?” Mən dedim: “Yemək yedirtmək, mülayim söz söyləmək, insanlar yatdığı vaxt namaz qılmaq”. (Allah buyurdu: “Kim belə edərsə, xeyir içində yaşayar, xeyir içində ölər və anadan doğulduğu kimi günahsız olar”). Allah buyurdu: “İstə!” Mən dedim: “Allahım! Səndən xeyir işlər görməyi, pis işlərdən uzaq olmağı, kasıbları sevməyi, məni bağışlamağını, mənə rəhm etməyini və hər hansı bir qövmü fitnəyə salmaq istədikdə, fitnəyə düşməmiş canımı almağını diləyirəm. Səndən Sənin və Səni sevənin məhəbbətini qazanmağımı və məhəbbətinə yaxınlaşdıracaq hər bir əməli sevməyi istəyirəm”. Allah Elçisi ﷺ dedi: “Bu yuxu haqdır, bunları yaxşıca öyrənin”.”

Muaz ibn Cəbəl
Qüdsi hədislər, 86 (Kitab 7, 1)Səhih

عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «خَلَقَ اللَّهُ آدَمَ وَطُولُهُ سِتُّونَ ذِرَاعًا، ثُمَّ قَالَ اذْهَبْ فَسَلِّمْ عَلَى أُولَئِكَ مِنَ الْمَلاَئِكَةِ، فَاسْتَمِعْ مَا يُحَيُّونَكَ، تَحِيَّتُكَ وَتَحِيَّةُ ذُرِّيَّتِكَ. فَقَالَ السَّلاَمُ عَلَيْكُمْ. فَقَالُوا السَّلاَمُ عَلَيْكَ وَرَحْمَةُ اللَّهِ. فَزَادُوهُ وَرَحْمَةُ اللَّهِ. فَكُلُّ مَنْ يَدْخُلُ الْجَنَّةَ عَلَى صُورَةِ آدَمَ، فَلَمْ يَزَلِ الْخَلْقُ يَنْقُصُ حَتَّى الآنَ»

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Allah Adəmi boyu altmış dirsək uzunluğunda yaratdı. Sonra buyurdu: “Get, oradakı mələklərə salam ver və dinlə gör sənin salamını necə alacaqlar. Çünki bu həm sənin, həm də sənin zürriyyətinin salamıdır”. (Adəm) onlara: “əs-Sələ:mu aleykum! (Sizə salam olsun!)”- dedi. Onlar da: “əs-Sələ:mu aleykə və rahmətullah! (Sizə salam olsun və Allahın rəhməti yetişsin!)”- deyib, buna “və rahmətullah” kəlməsini əlavə etdilər. Cənnətə girəcək hər kəs (ora) Adəmin surətində girəcəkdir. (Məlumunuz olsun ki,) indiyə qədər insanların xilqəti naqisləşməkdədir”.”

Əbu Hureyra
Qüdsi hədislər, 87 (Kitab 7, 2)Səhih

عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو بْنِ الْعَاصِى عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ «هَلْ تَدْرُونَ أَوَّلَ مَنْ يَدْخُلُ الْجَنَّةَ مِنْ خَلْقِ اللَّهِ». قَالُوا اللَّهُ وَرَسُولُهُ أَعْلَمْ. قَالَ «أَوَّلُ مَنْ يَدْخُلُ الْجَنَّةَ مِنْ خَلْقِ اللَّهِ الْفُقَرَاءُ وَالْمُهَاجِرُونَ الَّذِينَ تُسَدُّ بِهِمُ الثُّغُورُ وَيُتَّقَى بِهِمُ الْمَكَارِهُ وَيَمُوتُ أَحَدُهُمْ وَحَاجَتُهُ فِى صَدْرِهِ لاَ يَسْتَطِيعَ لَهَا قَضَاءً فَيَقُولُ اللَّهُ عَزَّ وَجَلَّ لِمَنْ يَشَاءُ مِنْ مَلاَئِكَتِهِ ائْتُوهُمْ فَحَيُّوهُمْ. فَتَقُولُ الْمَلاَئِكَةُ نَحْنُ سُكَّانُ سَمَائِكَ وَخِيرَتُكَ مِنْ خَلْقِكَ أَفَتَأْمُرُنَا أَنْ نَأْتِىَ هَؤُلاَءِ فَنُسَلِّمَ عَلَيْهِمْ قَالَ إِنَّهُمْ كَانُوا عِبَاداً يَعْبُدُونِى لاَ يُشْرِكُونَ بِى شَيْئاً وَتُسَدُّ بِهِمُ الثُّغُورُ وَيُتَّقَى بِهِمُ الْمَكَارِهُ وَيَمُوتُ أَحَدُهُمْ وَحَاجَتَهُ فِى صَدْرِهِ لاَ يَسْتَطِيعَ لَهَا قَضَاءً. قَالَ فَتَأْتِيهِمُ الْمَلاَئِكَةُ عِنْدَ ذَلِكَ فَيَدْخُلُونَ عَلَيْهِمْ مِنْ كُلِّ بَابٍ ﴿سَلاَمٌ عَلَيْكُمْ بِمَا صَبَرْتُمْ فَنِعْمَ عُقْبَى الدَّارِ﴾»

“Abdullah ibn Amr ibn əl-As ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Allahın yaratdıqlarından Cənnətə birinci kimin daxil olacağını bilirsinizmi?” Dedilər: “Allah və Onun Elçisi ﷺ daha yaxşı bilir!” O buyurdu: “Allahın yaratdıqlarından Cənnətə birinci daxil olan yoxsullar və bütün yolları bağlanmış biçarə hicrət edənlərdir. Onların düçar olduqları çətin vəziyyət insanları qorxuya salır, onlar istəkləri ürəklərində qaldıqları halda ölür və məqsədlərinə çatmırlar. Allah ﷿ mələklərdən istədiyinə buyuracaq: “Onların yanına gedin və onları salamlayın!” Mələklər deyəcəklər: “Biz səmanın sakinləri və yaratdıqlarından Sənin seçdiklərinik. Sən bizə əmr edirsən ki, biz bunların yanına gəlib onlara salam verək?” Allah buyuracaq: “Onlar Mənə ibadət edib Mənə heç bir şeyi şərik qoşmayan və bütün yolları bağlanmış biçarə bəndələrdir. Onların düçar olduqları çətin vəziyyət insanları qorxuya salır, onlar istəkləri ürəklərində qaldıqları halda ölür və məqsədlərinə çatmırlar”. Bundan sonra mələklər onların yanına gəlib (Cənnətin) hər bir qapısından girərək (deyəcəklər): “Səbir etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir!” (ər-Rad, 24)”.”

Abdullah ibn Amr ibn əl-As
Qüdsi hədislər, 88 (Kitab 7, 3)Səhih

سَمِعَ عَبْدَ اللهِ بْنَ عَمْرِو بْنِ الْعَاصِ يَقُولُ: سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: إِنَّ أَوَّلَ ثُلَّةٍ تَدْخُلُ الْجَنَّةَ الْفُقَرَاءُ الْمُهَاجِرُونَ، الَّذِينَ تُتَّقَى بِهِمُ الْمَكَارِهُ، إِذَا أُمِرُوا سَمِعُوا وَأَطَاعُوا، وَإِنْ كَانَتْ لِرَجُلٍ مِنْهُمْ حَاجَةٌ إِلَى السُّلْطَانِ، لَمْ تُقْضَ لَهُ حَتَّى يَمُوتَ وَهِيَ فِي صَدْرِهِ، وَإِنَّ اللَّهَ تَعَالَى يَدْعُو يَوْمَ الْقِيَامَةِ الْجَنَّةَ، فَتَأْتِي بِزُخْرُفِهَا وَرِيِّهَا فَيَقُولُ: أَيْنَ عِبَادِيَ الَّذِينَ قَاتَلُوا فِي سَبِيلِ اللهِ، وَقُتِلُوا فِي سَبِيلِي، وَأُوذُوا فِي سَبِيلِي، وَجَاهَدُوا فِي سَبِيلِي، ادْخُلُوا الْجَنَّةَ فَيَدْخُلُونَهَا بِغَيْرِ حِسَابٍ، وَلاَ عَذَابٍ فَتَأْتِي الْمَلاَئِكَةُ فَيَقُولُونَ: رَبَّنَا نَحْنُ نُسَبِّحُ لَكَ اللَّيْلَ وَالنَّهَارَ، وَنُقَدِّسُ لَكَ مَنْ هَؤُلاَءِ الَّذِينَ آثَرْتَهُمْ عَلَيْنَا؟ فَيَقُولُ الرَّبُّ تَبَارَكَ وَتَعَالَى: هَؤُلاَءِ الَّذِينَ قَاتَلُوا فِي سَبِيلِي، وَأُوذُوا فِي سَبِيلِي، فَتَدْخُلُ عَلَيْهِمُ الْمَلاَئِكَةُ مِنْ كُلِّ بَابٍ ﴿سَلاَمٌ عَلَيْكُمْ بِمَا صَبَرْتُمْ فَنِعْمَ عُقْبَى الدَّارِ﴾»

“Rəvayət edilir ki, Abdullah ibn Amr ibn əl-As ﵄ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Cənnətə daxil olacaq birinci üç (qism insan) yoxsullar və mühacirlərdir. O kəslər ki, bəyənilməyən əməllərdən çəkindilər. Onlara əmr edildikdə qulaq asar və itaət edərdilər. Əgər onlardan bir kişinin hakimə ehtiyacı olardısa, (məsələ) onun lehinə həll edilməzdi. Hətta onun (ehtiyacı) ürəyində qaldığı halda öldü. Allah ﷿ Qiyamət günü Cənnəti çağıracaq, o da (Allahın hüzuruna) öz zinəti ilə gələcək. Allah buyuracaq: “Mənim yolumda döyüşən, öldürülən, əziyyətə məruz qalan və yolumda cihad edənlər hardadır? Cənnətə daxil olun!” Onlar da sorğu-sualsız Cənnətə girəcəklər. (Sonra) mələklər gəlib səcdə edər və deyərlər: “Ey Rəbbimiz! Biz bunlardan fərqli olaraq Səni gecə-gündüz həmd-səna ilə tərifləyir və Səni müqəddəs tuturuq, Sən isə onları bizdən üstün tutdun”. Rəbb ﷿ buyuracaq: “Bunlar Mənim yolumda döyüşən və Mənim yolumda əziyyətə məruz qalan qullarımdır”. (Bundan sonra) mələklər onların yanına (Cənnətin) hər bir qapısından girərək (deyəcəklər): “Səbir etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir!” (ər-Rad, 24)”.”

Abdullah ibn Amr ibn əl-As
Qüdsi hədislər, 89 (Kitab 7, 4)Səhih

عَنْ حُذَيْفَةَ فَقَالَ وَسَمِعْتُهُ يَقُولُ «إِنَّ رَجُلاً حَضَرَهُ الْمَوْتُ، فَلَمَّا يَئِسَ مِنَ الْحَيَاةِ أَوْصَى أَهْلَهُ إِذَا أَنَا مُتُّ فَاجْمَعُوا لِى حَطَبًا كَثِيرًا وَأَوْقِدُوا فِيهِ نَارًا حَتَّى إِذَا أَكَلَتْ لَحْمِى، وَخَلَصَتْ إِلَى عَظْمِى، فَامْتَحَشْتُ، فَخُذُوهَا فَاطْحَنُوهَا، ثُمَّ انْظُرُوا يَوْمًا رَاحًا فَاذْرُوهُ فِى الْيَمِّ. فَفَعَلُوا، فَجَمَعَهُ فَقَالَ لَهُ لِمَ فَعَلْتَ ذَلِكَ قَالَ مِنْ خَشْيَتِكَ. فَغَفَرَ اللَّهُ لَهُ». قَالَ عُقْبَةُ بْنُ عَمْرٍو، وَأَنَا سَمِعْتُهُ يَقُولُ ذَاكَ، وَكَانَ نَبَّاشًا

“Rəvayət edilir ki, Huzeyfə ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə dediyini eşitdim: “Bir adamın ölüm vaxtı gəlib çatmışdı. Adamın artıq yaşamaqdan ümidi kəsildikdə ailəsinə (belə bir) vəsiyyət etdi: “Mən öldükdən sonra çoxlu odun yığıb od qalayarsınız, (sonra da məni bu odda yandırarsınız). Elə ki od mənim ətimi yandırıb sümüyümə çatdı və sümüyümü yandırıb-yaxdı, onları götürün və ovxalayıb toza döndərin, sonra küləkli bir günü gözləyin və həmin tozu dənizə sovurun”. Onlar onun vəsiyyətini yerinə yetirdilər. Lakin Allah onu əvvəlki görkəminə qaytardı və ondan: “Nə üçün belə etdin?”- deyə soruşdu. O: “Səndən qorxduğum üçün!”- deyə cavab verdi. Allah da onu bağışladı”. Uqbə ibn Amr ﵁ dedi: “Mən (Huzeyfədən): “O adam qəbirləri soyan oğru idi”- dediyini eşitmişəm”.”

Huzeyfə
Qüdsi hədislər, 90 (Kitab 7, 5)Səhih

عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «قَالَ رَجُلٌ لَمْ يَعْمَلْ حَسَنَةً قَطُّ لأَهْلِهِ: "إِذَا مَاتَ فَحَرِّقُوهُ ثُمَّ اذْرُوا نِصْفَهُ فِى الْبَرِّ وَنِصْفَهُ فِى الْبَحْرِ فَوَاللَّهِ لَئِنْ قَدَرَ اللَّهُ عَلَيْهِ لَيُعَذِّبَنَّهُ عَذَابًا لاَ يُعَذِّبُهُ أَحَدًا مِنَ الْعَالَمِينَ" فَلَمَّا مَاتَ الرَّجُلُ فَعَلُوا مَا أَمَرَهُمْ فَأَمَرَ اللَّهُ الْبَرَّ فَجَمَعَ مَا فِيهِ وَأَمَرَ الْبَحْرَ فَجَمَعَ مَا فِيهِ ثُمَّ قَالَ: "لِمَ فَعَلْتَ هَذَا" قَالَ: "مِنْ خَشْيَتِكَ, يَا رَبِّ! وَأَنْتَ أَعْلَمُ". فَغَفَرَ اللَّهُ لَهُ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Heç bir savab iş görməyən bir adam ailəsinə belə vəsiyyət etdi: “Mən öləndə məni yandırın, sonra (bədənimin) yarısını quruya, yarısını da dənizə səpələyin! Allaha and olsun ki, əgər Allah məni diriltməyə qadir olarsa, aləmlərdən heç bir kəsə vermədiyi əzabı mənə verər”. Həmin adam öləndə, ailəsi onun əmr etdiyini yerinə yetirdi. (Qiyamət günü) Allah quruya əmr edir, o da içindəkilərini yığır, dənizə əmr edir, o da içindəkilərini yığır. (Həmin adam vücuda gəldikdən) sonra Allah buyurur: “Bunu nə üçün etdin?” O: “Sənin qorxundan, ey Rəbbim! Sən daha yaxşı bilirsən!” – deyir. Allah onu əfv edir”.”

Əbu Hureyra
Qüdsi hədislər, 91 (Kitab 7, 6)Səhih

عَنْ عَلِيٍّ قَالَ: بَعَثَنِي رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَا وَالزُّبَيْرَ وَالْمِقْدَادَ فَقَالَ انْطَلِقُوا حَتَّى تَأْتُوا رَوْضَةَ خَاخٍ فَإِنَّ بِهَا ظَعِينَةً مَعَهَا كِتَابٌ فَخُذُوهُ مِنْهَا فَذَهَبْنَا تَعَادَى بِنَا خَيْلُنَا حَتَّى أَتَيْنَا الرَّوْضَةَ فَإِذَا نَحْنُ بِالظَّعِينَةِ فَقُلْنَا أَخْرِجِي الْكِتَابَ فَقَالَتْ مَا مَعِي مِنْ كِتَابٍ فَقُلْنَا لَتُخْرِجِنَّ الْكِتَابَ أَوْ لَنُلْقِيَنَّ الثِّيَابَ فَأَخْرَجَتْهُ مِنْ عِقَاصِهَا فَأَتَيْنَا بِهِ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَإِذَا فِيهِ مِنْ حَاطِبِ بْنِ أَبِي بَلْتَعَةَ إِلَى أُنَاسٍ مِنْ الْمُشْرِكِينَ مِمَّنْ بِمَكَّةَ يُخْبِرُهُمْ بِبَعْضِ أَمْرِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَا هَذَا يَا حَاطِبُ قَالَ لاَ تَعْجَلْ عَلَيَّ يَا رَسُولَ اللَّهِ إِنِّي كُنْتُ امْرَأً مِنْ قُرَيْشٍ وَلَمْ أَكُنْ مِنْ أَنْفُسِهِمْ وَكَانَ مَنْ مَعَكَ مِنْ الْمُهَاجِرِينَ لَهُمْ قَرَابَاتٌ يَحْمُونَ بِهَا أَهْلِيهِمْ وَأَمْوَالَهُمْ بِمَكَّةَ فَأَحْبَبْتُ إِذْ فَاتَنِي مِنْ النَّسَبِ فِيهِمْ أَنْ أَصْطَنِعَ إِلَيْهِمْ يَدًا يَحْمُونَ قَرَابَتِي وَمَا فَعَلْتُ ذَلِكَ كُفْرًا وَلاَ ارْتِدَادًا عَنْ دِينِي فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِنَّهُ قَدْ صَدَقَكُمْ فَقَالَ عُمَرُ دَعْنِي يَا رَسُولَ اللَّهِ فَأَضْرِبَ عُنُقَهُ فَقَالَ إِنَّهُ شَهِدَ بَدْرًا وَمَا يُدْرِيكَ لَعَلَّ اللَّهَ عَزَّ وَجَلَّ اطَّلَعَ عَلَى أَهْلِ بَدْرٍ فَقَالَ اعْمَلُوا مَا شِئْتُمْ فَقَدْ غَفَرْتُ لَكُمْ قَالَ عَمْرٌو وَنَزَلَتْ فِيهِ: ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لاَ تَتَّخِذُوا عَدُوِّي وَعَدُوَّكُمْ﴾

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Bir dəfə Peyğəmbər ﷺ mənə, Zubeyrə və Miqdad (ibn əl-Əsvədə) dedi: “Ravdatu Xaxa gedin! Orada kəcavənin içində gedən, özü ilə məktub aparan bir qadına rast gələcəksiniz. Məktubu ondan götürərsiniz”. Bundan sonra biz yola düşdük və atlarımızı dörd nala çapdıq. Nəhayət, gəlib Ravdaya çatdıq və orada kəcavəni gördük. Biz (onun içindəki qadına): “Məktubu çıxart!”- dedik. Qadın: “Məktub nədir?”- dedi. Biz dedik: “Ya məktubu verəcəksən, ya da səni soyunduracağıq”. Onda qadın saçlarının arasından məktubu çıxartdı və biz onu (Peyğəmbərə ﷺ) gətirdik. Məktubda yazılmışdı: “Hatib ibn Əbu Bəltəadan...”. Məktubda (Hatib) Məkkə müşriklərindən olan bir dəstəyə Peyğəmbərin ﷺ işləri barədə xəbər verirdi. Peyğəmbər ﷺ dedi: “Bu nədir, ey Hatib?!” Hatib dedi: “Məni (qınamağa) tələsmə, ey Allahın Elçisi! Mən qureyşdən idim, lakin onların nəslindən deyildim. Səninlə birlikdə (hicrət etmiş) mühacirlərin qohum-əqrəbası onların Məkkədəki ailələrini və mallarını himayə edir. Onların arasında mənim qohumlarım yoxdur deyə, mən onları qorumaq üçün belə etmək istəyirdim. Mən bunu kafir olmaq və ya dindən dönmək məqsədilə etmədim”. Peyğəmbər ﷺ buyurdu: “Həqiqətən, o, sizə düz deyib”. Bu vaxt Ömər dedi: “Ey Allahın Elçisi, mənə izn ver onun boynunu vurum”. Peyğəmbər ﷺ buyurdu: “Axı, o, Bədr döyüşündə iştirak edib. Məlumun olsun ki, Allah ﷿ Bədrdə döyüşənlərə baxıb demişdir: “İstədiyinizi edin, artıq Mən sizi bağışlamışam!” Amr demişdir: “(Hatibin) barəsində bu ayə nazil oldu: “Ey iman gətirənlər! Mənim düşmənimi də, öz düşməninizi də özünüzə dost tutmayın!” (əl-Mumtəhənə, 1)”.”

Əli
Qüdsi hədislər, 92 (Kitab 7, 7)Səhih

عَنِ الْعِرْبَاضِ بْنِ سَارِيَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «يَخْتَصِمُ الشُّهَدَاءُ وَالْمُتَوَفَّوْنَ عَلَى فُرُشِهِمْ إِلَى رَبِّنَا فِى الَّذِينَ يُتَوَفَّوْنَ مِنَ الطَّاعُونِ فَيَقُولُ الشُّهَدَاءُ إِخْوَانُنَا قُتِلُوا كَمَا قُتِلْنَا. وَيَقُولُ الْمُتَوَفَّوْنَ عَلَى فُرُشِهِمْ إِخْوَانُنَا مَاتُوا عَلَى فُرُشِهِمْ كَمَا مُتْنَا فَيَقُولُ رَبُّنَا انْظُرُوا إِلَى جِرَاحِهِمْ فَإِنْ أَشْبَهَ جِرَاحُهُمْ جِرَاحَ الْمَقْتُولِينَ فَإِنَّهُمْ مِنْهُمْ وَمَعَهُمْ فَإِذَا جِرَاحُهُمْ قَدْ أَشْبَهَتْ جِرَاحَهُمْ»

“İrbad ibn Səriyə ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Şəhidlərlə yataqlarında ölənlər, taundan ölənlər barəsində mübahisə edirlər və (mübahisəni) Rəbbimizə həvalə edirlər. Şəhidlər deyir: “Onlar bizim qardaşlarımızdır, bizim kimi öldürüldülər”. Yataqlarında ölənlər isə deyirlər: “Onlar bizim qardaşlarımızdır, bizim kimi yataqlarında öldülər”. Rəbbimiz buyurur: “Onların yaralarına baxın, əgər yaraları öldürülənlərin yaralarına bənzəsə, onlar şəhidlərlə bərabərdirlər”. (Onların yaralarına baxıldıqda, göründü ki,) yaraları şəhidlərin yaralarına bənzəyir”.”

İrbad ibn Səriyə
Qüdsi hədislər, 93 (Kitab 7, 8)Həsən

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ لَيَرْفَعُ الدَّرَجَةَ لِلْعَبْدِ الصَّالِحِ فِى الْجَنَّةِ فَيَقُولُ يَارَبِّ أَنَّى لِى هَذِهِ؟ فَيَقُولُ بِاسْتِغْفَارِ وَلَدِكَ لَكَ»

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah ﷿ Cənnətdə əməlisaleh qulunun dərəcəsini artıracaq. O deyəcək: “Ey Rəbbim! Bu mənə hardandır?” Allah buyuracaq: “Övladının sənin üçün bağışlanma diləməsinə görədir”.”

Əbu Hureyra
Qüdsi hədislər, 94 (Kitab 7, 9)Həsən

عَنْ عَائِشَةَ أَنَّ رَسُوْلَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «أكْلَفوا مِنَ الْعَمَلِ مَا تُطِيقُونَ، فَإِنَّ اللهَ لاَ يَمَلُّ حَتَّى تَمَلُّوا، وَإِنَّ أَحَبَّ الْعَمَلِ إِلَى اللهِ أَدْوَمُهُ وَإِنْ قَلَّ». وَكَانَ إِذَا عَمَلَ عَمَلاً أَثْبَتَهُ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bacardığınız əməli boynunuza götürün. Çünki siz usanmadıqca, Allah usanmaz. Şübhəsiz ki, əməllərdən Allaha ən sevimli olanı, az olsa belə, davamiyyətli olanıdır”. Allah Elçisi ﷺ bir əməl etdisə, onda davamiyyətli olardı”.”

Aişə
Fəzilətli əməllər, 1010 (Kitab 20, 1)Səhih

عَنْ أَبِى ذَرٍّ قَالَ قِيلَ لِرَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَرَأَيْتَ الرَّجُلَ يَعْمَلُ الْعَمَلَ مِنَ الْخَيْرِ وَيَحْمَدُهُ النَّاسُ عَلَيْهِ قَالَ «تِلْكَ عَاجِلُ بُشْرَى الْمُؤْمِنِ».

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Allah Elçisindən ﷺ soruşuldu: “Ey Allahın Elçisi, bir kişi xeyirli bir əməl etdiyi vaxt insanların onu tərifləməsinə nə deyirsən?” O dedi: “Bu, mömin üçün bu dünyada olan bir müjdədir”.”

Əbu Zərr
Fəzilətli əməllər, 1011 (Kitab 20, 2)Səhih

عَنْ رَافِعِ بْنِ خَدِيجٍ قَالَ قِيلَ يَا رَسُولَ اللَّهِ أَىُّ الْكَسْبِ أَطْيَبُ قَالَ «عَمَلُ الرَّجُلِ بِيَدِهِ وَكُلُّ بَيْعٍ مَبْرُورٍ»

“Rəvayət edilir ki, Rafi ibn Xadic ﵁ demişdir: “Allah Elçisindən ﷺ soruşdular: “Ən yaxşı qazanc hansıdır?” O: “Kişinin öz zəhməti və halal ticarət yolu ilə əldə etdiyi qazanc”- deyə cavab verdi”.”

Rafi ibn Xadic
Fəzilətli əməllər, 1012 (Kitab 20, 3)Səhih

عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «وَالَّذِى نَفْسِى بِيَدِهِ لأَنْ يَأْخُذَ أَحَدُكُمْ حَبْلَهُ فَيَحْتَطِبَ عَلَى ظَهْرِهِ خَيْرٌ لَهُ مِنْ أَنْ يَأْتِىَ رَجُلاً، فَيَسْأَلَهُ، أَعْطَاهُ أَوْ مَنَعَهُ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Canım Əlində olan Allaha and olsun ki, birinizin ip götürüb bir şələ odun yığaraq belində (bazara) aparması, onun üçün kiməsə ağız açmaqdan daha xeyirlidir. Həm də bilmək olmaz, (o adam) ona istədiyini verəcək, yoxsa imtina edəcək”.”

Əbu Hureyra
Fəzilətli əməllər, 1013 (Kitab 20, 4)Səhih

عَنْ عَائِشَةَ قَالَتْ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «إِنَّ أَطْيَبَ مَا أَكَلْتُمْ مِنْ كَسْبِكُمْ وَإِنَّ أَوْلاَدَكُمْ مِنْ كَسْبِكُمْ»

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “İnsanın ən gözəl yeməyi onun öz qazancıdır. Həqiqətən, övladlarınız da sizin qazancınızdandır”.”

Aişə
Fəzilətli əməllər, 1014 (Kitab 20, 5)Səhih

عَنْ أَسْمَاءَ بِنْتِ يَزِيدَ قَالَتْ: قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «أَلاَ أُخْبِرُكُمْ بِخِيَارِكُمْ؟» قَالُوا: بَلَى، قَالَ: «الَّذِينَ إِذَا رُؤُوا ذُكِرَ اللَّهُ، أَفَلاَ أُخْبِرُكُمْ بِشِرَارِكُمْ؟» قَالُوا: بَلَى، قَالَ: «الْمَشَّاؤُونَ بِالنَّمِيمَةِ، الْمُفْسِدُونَ بَيْنَ الأَحِبَّةِ، الْبَاغُونَ الْبُرَآءَ الْعَنَتَ».

“Rəvayət edilir ki, Əsma bint Yəzid ﵂ demişdir: “Bir dəfə Peyğəmbər ﷺ səhabələrinə: “Sizə ən xeyirliniz barədə xəbər verimmi?”– deyə buyurdu. Səhabələr: “Bəli!”– deyə cavab verdikdə, Peyğəmbər ﷺ buyurdu: “O kəslər ki, onları görəndə Allah yada düşər! Sizə ən pisiniz barədə xəbər verimmi?” Onlar: “Bəli!”– deyə cavab verdikdə, o buyurdu: “Söz gəzdirənlər, dostların arasını vuranlar və təmiz adamları şərə salanlardır”.”

Əsma bint Yəzid
Fəzilətli əməllər, 1015 (Kitab 20, 6)Həsən

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: خَرَجَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى رَهْطٍ مِنْ أَصْحَابِهِ يَضْحَكُونَ وَيَتَحَدَّثُونَ، فَقَالَ: وَالَّذِي نَفْسِي بِيَدِهِ، لَوْ تَعْلَمُونَ مَا أَعْلَمُ لَضَحِكْتُمْ قَلِيلًا، وَلَبَكَيْتُمْ كَثِيرًا، ثُمَّ انْصَرَفَ وَأَبْكَى الْقَوْمَ، وَأَوْحَى اللَّهُ عَزَّ وَجَلَّ إِلَيْهِ: يَا مُحَمَّدُ، لِمَ تُقَنِّطُ عِبَادِي؟، فَرَجَعَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: أَبْشِرُوا، وَسَدِّدُوا، وَقَارِبُوا.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbər ﷺ bir dəstə gülüb-danışan səhabəsinin yanına gəlib dedi: “Canım Əlində Olana and olsun ki, əgər mənim bildiklərimi bilsəydiniz, az gülüb çox ağlayardınız”. O çıxıb getdikdən sonra səhabələr ağladı. Allah ﷿ isə ona belə vəhy etdi: “Ey Muhəmməd! Nə üçün qullarımı ruhdan salırsan?” Peyğəmbər ﷺ geri dönüb dedi: “Elə isə (qazandığınız savaba) sevinin, doğru yol tutun və (ən kamil olanı yerinə yetirə bilməsəniz, heç olmasa ona) yaxınlaşın”.”

Əbu Hureyra
Fəzilətli əməllər, 1016 (Kitab 20, 7)Səhih

عَنْ حَكِيمِ بْنِ حِزَامٍ أَعْتَقَ فِى الْجَاهِلِيَّةِ مِائَةَ رَقَبَةٍ، وَحَمَلَ عَلَى مِائَةِ بَعِيرٍ، فَلَمَّا أَسْلَمَ حَمَلَ عَلَى مِائَةِ بَعِيرٍ وَأَعْتَقَ مِائَةَ رَقَبَةٍ، قَالَ فَسَأَلْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقُلْتُ يَا رَسُولَ اللَّهِ، أَرَأَيْتَ أَشْيَاءَ كُنْتُ أَصْنَعُهَا فِى الْجَاهِلِيَّةِ، كُنْتُ أَتَحَنَّثُ بِهَا، يَعْنِى أَتَبَرَّرُ بِهَا، )قُلْتُ يَا رَسُولَ اللَّهِ أَرَأَيْتَ أَشْيَاءَ كُنْتُ أَتَحَنَّثُ بِهَا فِى الْجَاهِلِيَّةِ مِنْ صَدَقَةٍ أَوْ عَتَاقَةٍ وَصِلَةِ رَحِمٍ فَهَلْ فِيهَا مِنْ أَجْرٍ( قَالَ: فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «أَسْلَمْتَ عَلَى مَا سَلَفَ لَكَ مِنْ خَيْرٍ».

“Həkim ibn Hizam ﵁ cahiliyyət dövründə yüz kölə azad etmiş və yüz dəvə paylamışdı. Habelə müsəlman olduqdan sonra da yüz dəvə payladı və yüz kölə azad etdi. (Həkim) deyir: “Mən Allah Elçisinə ﷺ dedim: “Ey Allahın elçisi! Mənim cahiliyyət dövründə etdiyim yaxşılıqlar barədə nə deyə bilərsən?” (Digər rəvayətdə deyilir: “Ey Allahın Elçisi! De görüm, cahiliyyət dövründə sədəqə vermək, qul azad etmək və qohumluq əlaqələrini möhkəmləndirmək kimi etdiyim yaxşı işlərə görə mənə savab yazılırmı?”) Allah Elçisi ﷺ buyurdu: “Sən olub-keçən yaxşılıqlarla bərabər müsəlman oldun!””

Həkim ibn Hizam
Fəzilətli əməllər, 1017 (Kitab 20, 8)Səhih

عَنْ عَمْرِو بْنِ عَبَسَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «مَنْ شَابَ شَيْبَةً فِى سَبِيلِ اللَّهِ كَانَتْ لَهُ نُورًا يَوْمَ الْقِيَامَةِ».

“Amr ibn Abəsə ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim Allahın yolunda (çalışaraq saç-saqqalını) ağardarsa, bu, Qiyamət günü onun üçün nur olacaq”.”

Amr ibn Abəsə
Fəzilətli əməllər, 1018 (Kitab 20, 9)Səhih

عَنْ أَبِي هُرَيْرَةَ أَنَّ رَسُوْلَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «لا تَنْتِفُوا الشَّيبَ، فَإِنَّهُ نُورٌ يَوْمَ الْقِيَامَةِ، وَمَنْ شَابَ شَيْبَةً فِي الإِسْلاَمِ، كُتِبَ لَهُ بِهَا حَسَنَةً، وَحُطَّ عَنْهُ بِهَا خَطِيئةٌ، وَرُفِعَ لَهُ بِهَا دَرَجَةٌ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Ağ saçları qoparmayın, çünki o, Qiyamət günü nur olacaq. Kimin saçları İslamda ağararsa, hər ağ saça görə ona bir savab yazılar, bir günahı silinər və bir dərəcə yüksəldilər”.”

Əbu Hureyra
Fəzilətli əməllər, 1019 (Kitab 20, 10)Səhih

عَنْ فُضَالَةَ بْنِ عُبَيْدٍ أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «مَنْ شَابَ شَيْبَةً فِي الإِسْلامِ فِي سَبِيلِ اللهِ كَانَتْ لَهُ نُوراً يَوْمَ الْقِيَامَةِ». فَقَالَ رَجُلٌ عِنْدَ ذَلِكَ: فَإِنَّ رِجَالاً يَنْتِفُونَ الشَّيْبَ، فَقَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ شَاءَ فَلْيَنْتِفُ نُورَهُ».

“Fudalə ibn Ubeyd ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kimin İslamda Allah yolunda saçları ağararsa, bu, Qiyamət günü onun üçün nur olacaq”. Bu zaman bir kişi belə dedi: “Həqiqətən də, kişilər ağ saçı qoparırlar”. Peyğəmbər ﷺ buyurdu: “Kim istəyirsə, öz nurunu qoparsın”.”

Fudalə ibn Ubeyd
Fəzilətli əməllər, 1020 (Kitab 20, 11)Həsən

عَنْ نَافِعِ بْنِ عَبْدِ الْحَارِثِ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: مِنْ سَعَادَةِ الْمَرْءِ الْمُسْلِمِ: الْمَسْكَنُ الْوَاسِعُ، وَالْجَارُ الصَّالِحُ، وَالْمَرْكَبُ الْهَنِيءُ.

“Nafi ibn Abdul-Haris ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Geniş ev, əməlisaleh qonşu və rahat minik müsəlman kişinin səadətindəndir”.”

Nafi ibn Abdul-Haris
Fəzilətli əməllər, 1021 (Kitab 20, 12)Səhih

عَنْ مُحَمَّد بْنِ سَعْد عَنْ أَبِيهِ أَن رَسُوْلَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قال: ثلاثةٌ مِنَ السَّعادَةِ وثلاثةٌ مِنَ الشَّقاءِ فَمِنَ السَّعادَةِ المَرْأةُ الصَّالِحَةُ تَراها فَتُعْجِبُكَ وَتَغِيبُ عَنْها فَتَأْمَنُها على نَفْسِها ومالِكَ والدَّابَةُ تَكُونُ وَطِيئَةً فَتُلْحِقُكَ بأصْحابِكَ والدَّارُ تَكُونُ واسِعَةً كَثِيرةَ المَرافِقِ وَمِنَ الشَّقاءِ المَرأةُ تَراها فَتَسُوءُكَ وَتَحْمِلُ لِسانِها عَلَيْكَ وإِنْ غِبْتَ عنها لم تأمَنها على نَفْسِها ومالِكَ والدَّابَةُ تَكُون قَطُوفاً فإنْ ضَرَبْتَها أتْعَبَتْكَ وإنْ تَرَكْتَها لَم تُلْحِقْكَ بأصْحابِكَ والدَّارُ تَكُونُ ضَيِّقَةً قَلِيلَةَ المَرافِقِ

“Muhəmməd ibn Səd atasından ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Üç şey xoşbəxtliyin, üç şey isə bədbəxtliyin əlamətidir. Xoşbəxtliyin (birinci əlaməti odur ki,) həyat yoldaşın əməlisaleh qadın olsun, onu görərkən halın daha xoş olsun, ondan ayrı düşdükdə isə həm ondan, həm də əmlakından arxayın ola biləsən. (İkinci əlamət odur ki,) səni dostlarına çatdıra biləcək yüngül miniyin olmasıdır. Üçüncü əlamət isə, geniş və çox xidmətli mənzilə sahib olmaqdır. Bədbəxtliyin əlamətlərinə gəldikdə onlardan birincisi odur ki, həyat yoldaşınla üz-üzə gəlməyin halının pisləşməsinə səbəb olsun, onun dilindən daim əziyyət çəkmiş olasan və ondan ayrıldığın zaman nə onun özündən, nə də öz əmlakından arxayın ola biləsən. İkinci əlamət; ağır tərpənən miniyin olmasıdır ki, onu vurduğun zaman səni yorar, buraxdığın zaman səni dostlarına yetişdirməz. Üçüncü əlamət isə; az xidmətli mənzilə sahib olmaqdır”.”

Muhəmməd ibn Səd atasından
Fəzilətli əməllər, 1022 (Kitab 20, 13)Həsən

عَنْ طَلْحَةَ بْنِ عُبَيدِ اللهِ أَنَّ رَجُلَينِ مِنْ بَلِىٍّ قَدِمَا عَلَى رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَكَانَ إِسْلاَمُهُمَا جَمِيعاً، فَكَانَ أَحَدُهُمَا أَشَدَّ اجْتِهَاداً مِنَ الآخَرِ، فَغَزَا الْمُجْتَهِدُ مِنْهُمَا فَاسْتُشهِد ثُمَّ مَكَثَ الآخَرُ بَعْدَهُ سَنَةً ثُمَّ تُوُفِّيَ، قَالَ طَلْحَةُ: فَرَأيتُ فِي الْمَنَامِ: بَينَا أَنَا عِندَ بَابِ الْجَنَّةِ إِذْا أَنَا بِهِمَا فَخَرَجَ خَارِجٌ مِنَ الْجَنَّةِ فَأَذِنَ لِلَّذِي تُوُفِّيَ الآخِر مِنْهُمَا، ثُمَّ خَرَجَ فَأَذِنَ لِلَّذِي اسْتُشْهِدَ ثُمَّ رَجَعَ إِلَيِّ فَقَالَ: ارْجِع فَإِنَّكَ لَمْ يَأَنِ لَكَ بَعْدُ، فَأَصْبَحَ طَلحَةُ يُحَدِّثُ بِهِ النَّاسَ، فَعَجِبُوا لِذَلِكَ، فَبَلَغَ ذَلِكَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَحَدَّثوهُ الْحَدِيثَ فَقَالَ: «مِنْ أَيِّ ذَلِكَ تَعْجَبُونَ؟» فَقَالُوا: يَا رَسُوْلَ اللهِ! هَذَا كَانَ أَشَدَّ الرَّجُلَينِ اجْتِهَاداً، ثُمَّ استُشْهِدَ وَدَخَلَ هَذَا الآخِرُ الْجَنَّةَ قَبْلَهُ؟ فَقَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «أَلَيسَ قَدْ مَكَثَ هَذَا بَعْدَهُ سَنَةً؟» قَالُوا: بَلَى، قَالَ: «وَأَدْرَكَ رَمَضَانَ فَصَامَ وَصَلَّى كَذَا وَكَذَا مِن سَجْدةٍ فِي السَّنَةِ؟» قَالُوا: بَلَى، قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «فَمَا بَيْنَهُمَا أَبْعَدُ مِمَّا بَيْنَ الَّسمَاءِ َوالأَرْضِ».

“Rəvayət edilir ki, Talhə ibn Ubeydullah ﵁ belə demişdir: “Bəli qəbiləsindən olan iki kişi Allah Elçisinin ﷺ yanına gəldi. İkisi də İslamı eyni vaxtda qəbul etmişdi. Biri digərindən daha çox çalışqan idi. Çalışqan döyüşdü və şəhid oldu. Digəri ondan sonra bir il yaşayıb vəfat etdi”. Talhə deyir: “Mən yuxuda gördüm ki, Cənnətin qapısının yanında o iki adamla qarşılaşmışam. Sonra Cənnətdən bir nəfər çıxaraq bu iki adamdan axırıncı vəfat edənə (Cənnətə girməsi üçün) izin verdi. Daha sonra çıxaraq şəhid olana (Cənnətə girməsi üçün) izin verdi və yanıma qayıdıb dedi: “Sən geri qayıt, çünki sənin (Cənnətə girmək) vaxtın hələ gəlməyib”. Talhə səhər yuxusunu insanlara danışdı və onlar buna təəccübləndilər. Bu, Allah Elçisinə ﷺ çatdı və hadisəni ona danışdılar. Allah Elçisi ﷺ dedi: “Nəyə təəccüblənirsiniz?” Səhabələr dedilər: “Ey Allahın Elçisi! Bu, ikincisindən daha çalışqan idi. Sonra o, şəhid oldu. Halbuki digəri Cənnətə ondan əvvəl girdi”. Allah Elçisi ﷺ dedi: “Məgər o, şəhiddən sonra bir il çox yaşamadımı?” Onlar: “Bəli” - dedilər. Allah Elçisi ﷺ dedi: “Məgər o, Ramazan ayına çataraq oruc tutmayıbmı, bir ildə bu qədər namaz qılıb, səcdə etməyibmi?” Onlar: “Bəli” - dedilər. Allah Elçisi ﷺ dedi: “Elə isə, onlar arasında fərq yerlə göy arasında olan məsafədən daha çoxdur”.”

Talhə ibn Ubeydullah
Fəzilətli əməllər, 1023 (Kitab 20, 14)Səhih

عَنْ عُبَيدِ بْنِ خَالِدٍ السُّلَمي قَالَ: آخَى رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بَينَ رَجُلَينِ فَقُتِلَ أَحَدهُمَا، وَمَاتَ الآخَر بَعْدَهُ بِجُمُعَةٍ أَوْ نَحْوَهَا، فَصَلينَا عَلَيهِ فَقَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَا قُلتُمْ؟». فقُلنَا: دَعَوْنَا لَهُ وَقُلنَا: اللَّهُمَّ اغْفِر لَهُ وَأَلْحِقْهُ بِصَاحِبِه فَقَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «فَأَيْنَ صَلاَتُهُ بَعدَ صَلاَتِهِ، وَصَومُهُ بَعدَ صَومِهِ شَكَّ شُعبَة فِي صَومِهِ وَعَمَلِهِ بَعدَ عَمَلِهِ إِنَّ بَيْنَهُمَا كَمَا بَيْنَ السَّمَاءِ وَالأرْضِ».

“Rəvayət edilir ki, Ubeyd ibn Xalid əs-Suləmi ﵁ demişdir: “Allah Elçisi ﷺ iki kişinin arasında qardaşlıq təyin etmişdi. Onlardan biri öldürüldü. Ondan sonra bir həftə və ya bir həftəyə yaxın müddətdə digəri vəfat etdi. Biz onun cənazə namazını qıldıq. Allah Elçisi ﷺ soruşdu: “Necə dua etdiniz?” Biz dedik: “Onun üçün belə dua etdik: “Allahım, onu bağışla və dostuna qovuşdur!” Allah Elçisi ﷺ buyurdu: “Öldürülənin namazlarından sonra dostunun qıldığı namazlar bəs haradadır? Öldürülənin tutduğu oruclardan sonra dostunun tutduğu oruclar bəs haradadır? Onların arasında yerlə göy arasında olan məsafə qədər fərq var”.”

Ubeyd ibn Xalid əs-Suləmi
Fəzilətli əməllər, 1024 (Kitab 20, 15)Səhih

عَنْ عَبْدِ اللَّهِ بْنِ بُسْرٍ أَنَّ أَعْرَابِيًّا قَالَ يَا رَسُولَ اللَّهِ مَنْ خَيْرُ النَّاسِ قَالَ «مَنْ طَالَ عُمُرُهُ وَحَسُنَ عَمَلُهُ».

“Abdullah ibn Busr ﵁ rəvayət edir ki, bir bədəvi dedi: “Ey Allahın Elçisi, ən xeyirli insan kimdir?” Allah Elçisi ﷺ buyurdu: “Ömrü uzun və əməli gözəl olan kimsə”.”

Abdullah ibn Busr
Fəzilətli əməllər, 1025 (Kitab 20, 16)Səhih

قد روينا عن عبد الله عن عمر وابن عمر أيضا موقوفا ومرفوعا: أن الله تعالى لما خلق الجنة قَالَتِ الْمَلاَئِكَةُ: يَا رَبَّنَا اجعل لنا هذه فإنك خلقت لبني آدَمَ الدُّنْيَا يَأْكُلُونَ فيها ويشربون فقال الله تعالى: وَعِزَّتِي وَجَلَالِي لاَ أَجْعَلُ صَالِحَ ذُرِّيَّةِ مَنْ خَلَقْتُ بِيَدَيَّ كَمَنْ قُلْتُ لَهُ : كُنْ فَكَانَ.

“Abdullah ibn Amr və Abdullah ibn Ömər ﵃ mövquf və mərfu sənədlə rəvayət edərək demişlər: “Uca Allah Cənnəti yaratdıqda mələklər dedilər: “Ey Rəbbimiz, bunu bizim üçün et, Adəm övladı üçün dünyanı yaratmısan. Onlar orada yeyir və içirlər”. Uca Allah buyurdu: “İzzətimə və Ucalığıma and olsun! Öz əllərimlə yaratdığım bəndənin əməlisaleh nəslini “Ol!”- deməklə olan bir tayfaya bərabər tutmaram”.”

Abdullah ibn Amr və İbn Ömər
Fəzilətli əməllər, 1026 (Kitab 20, 17)Səhih

عَنْ أَبِي هُرَيْرَةَ عَنْ رَسُوْلِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ :«مَا نَقَصَتْ صَدَقَةٌ مِنْ مَالٍ، وَمَا زَادَ اللهُ عَبْداً بِعَفْوٍ إِلاَّ عَزًّا، وَمَا تَوَاضَعَ أَحَدٌ للهِ إِلاَّ رَفَعَةُ اللهُ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Sədəqə vermək malı əskiltməz. Bağışlayan olduğuna görə Allah qulunun izzətini artırar. Kim Allah üçün təvazökar olarsa, Allah onu ucaldar”.”

Əbu Hureyra
Fəzilətli əməllər, 1027 (Kitab 20, 18)Səhih

عَنْ عُمَرَ - قَالَ لاَ أَعْلَمُهُ إِلاَّ رَفَعَهُ - قَالَ يَقُولُ اللَّهُ تَبَارَكَ وَتَعَالَى «مَنْ تَوَاضَعَ لِى هَكَذَا». وَجَعَلَ يَزِيدُ بَاطِنَ كَفِّهِ إِلَى الأَرْضِ وَأَدْنَاهَا إِلَى الأَرْضِ «رَفَعْتُهُ هَكَذَا». وَجَعَلَ بَاطِنَ كَفِّهِ إِلَى السَّمَاءِ وَرَفَعَهَا نَحْوَ السَّمَاءِ.

“Rəvayət edilir ki, Ömər ﵁ demişdir: “Peyğəmbər ﷺ ovcunu yerə tərəf yaxınlaşdıraraq dedi: “Uca Allah buyurur: “Mənim üçün bu cür təvazökar olanı Mən belə ucaldaram”. Peyğəmbər ﷺ bunu deyərək ovcunu səmaya qaldırdı”.”

Ömər
Fəzilətli əməllər, 1028 (Kitab 20, 19)Səhih

عَنْ سَهْلِ بْنِ مُعَاذِ بْنِ أَنَسٍ الْجُهَنِىِّ عَنْ أَبِيهِ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «مَنْ تَرَكَ اللِّبَاسِ تَوَاضُعًا لِلَّهِ وَهُوَ يَقْدِرُ عَلَيْهِ دَعَاهُ اللَّهُ يَوْمَ الْقِيَامَةِ عَلَى رُءُوسِ الْخَلاَئِقِ حَتَّى يُخَيِّرَهُ مِنْ أَىِّ حُلَلِ الإِيمَانِ شَاءَ يَلْبَسُهَا».

“Səhl ibn Muaz ibn Ənəs əl-Cuhəni atasından ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim geyinmək iqtidarında olduğu bir libası Allah üçün təvazökarlıq edib tərk edərsə, Allah onu Qiyamət günü iman libaslarından istədiyini seçməsi üçün məxluqlarının qarşısına çağıracaq”.”

Səhl ibn Muaz ibn Ənəs əl-Cuhəni atasından
Fəzilətli əməllər, 1029 (Kitab 20, 20)Həsən

عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو ، يُبْلِغُ بِهِ النَّبِيَّ صلى الله عليه وسلم ، قَالَ : إِنَّ الْمُقْسِطِينَ عِنْدَ اللهِ عَلَى مَنَابِرَ مِنْ نُورٍ ، عَنْ يَمِينِ الرَّحْمَن ، وَكِلْتَا يَدَيْهِ يَمِينٌ ، الَّذِينَ يَعْدِلُونَ فِي حُكْمِهِمْ وَأَهْلِيهِمْ وَمَا وَلُوا.

“Abdullah ibn Amr ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Ailələrinə və məsuliyyət daşıdıqlarına hökm verməkdə ədalətli olanlar (Qiyamət günü) nurdan olan minbərlərin üzərində ər-Rahmənin ﷿ sağ tərəfində olacaqlar. Onun hər iki Əli sağdır”.”

Abdullah ibn Amr
Fəzilətli əməllər, 1030 (Kitab 20, 21)Səhih

عَنْ جَابِرٍ قَالَ سَمِعْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَبْلَ وَفَاتِهِ بِثَلَاثٍ يَقُولُ لَا يَمُوتَنَّ أَحَدُكُمْ إِلَّا وَهُوَ يُحْسِنُ بِاللَّهِ الظَّنَّ

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Mən vəfatından üç gün əvvəl Allah Elçisinin ﷺ belə dediyini eşitdim: “Sizdən biriniz Allah barəsində gözəl zənn bəsləyərək ölsün”.”

Cabir
Fəzilətli əməllər, 1031 (Kitab 20, 22)Səhih

سَمِعْتُ أَنَسَ بْنَ مَالِكٍ قَالَ: قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: يَسِّرُوا وَلاَ تُعَسِّرُوا، وَسَكِّنُوا ولا تُنَفِّرُوا.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Asanlaşdırın, çətinləşdirməyin! Rahatlaşdırın, nifrət oyatmayın!”.”

Ənəs ibn Malik
Fəzilətli əməllər, 1032 (Kitab 20, 23)Səhih

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ أَقَالَ مُسْلِماً أَقَالَ اللهُ عَثْرَتَهُ يَوْمَ الْقِيَامَةِ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim bir müsəlmanın ondan aldığı malı ticarət baş tutduqdan sonra alıcının xahişi ilə geri götürərsə, Allah Qiyamət günü onun günahlarından keçər”.”

Əbu Hureyra
Fəzilətli əməllər, 1033 (Kitab 20, 24)Səhih

عَنْ عُثْمَانَ بْنِ عَفَّانَ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ أَدْخَلَ اللَّهُ عَزَّ وَجَلَّ الْجَنَّةَ رَجُلًا كَانَ سَهْلًا مُشْتَرِيًا وَبَائِعًا وَ قَاضِيًا وَمُقْتَضِيًا

“Rəvayət edilir ki, Osman ibn Əffan ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Allah ﷿ asanlaşdıran müştərini, satıcını, haqqı (borcunu) ödəyəni və haqqını (borcunu) mülayimliklə tələb edən kimsəni Cənnətə salar”.”

Osman ibn Əffan
Fəzilətli əməllər, 1034 (Kitab 20, 25)Həsən

عَنْ أَبِي هُرَيْرَةَ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: مَنْ كَانَ هَيِّنًا لَيِّنًا قَرِيبًا حَرَّمَهُ اللَّهُ عَلَى النَّارِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim asanlaşdırar, xoş və mülayim olarsa, Allah ona Cəhənnəmi haram edər”.”

Əbu Hureyra
Fəzilətli əməllər, 1035 (Kitab 20, 26)Səhih

عَنْ حُذَيْفَةَ قَالَ: قَامَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَدَعَا النَّاسَ، فَقَالَ: هَلُمُّوا إِلَيَّ، فَأَقْبَلُوا إِلَيْهِ فَجَلَسُوا فَقَالَ: هَذَا رَسُولُ رَبِّ الْعَالَمِينَ جِبْرِيلُ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ نَفَثَ فِي رَوْعِي أَنَّهُ لاَ تَمُوتُ نَفْسٌ حَتَّى تَسْتَكْمِلَ رِزْقَهَا، وَإِنْ أَبْطَأَ عَلَيْهَا، فَاتَّقُوا اللَّهَ وَأَجْمِلُوا فِي الطَّلَبِ، وَلاَ يَحْمِلَنَّكُمُ اسْتِبْطَاءُ الرِّزْقِ أَنْ تَأْخُذُوهُ بِمَعْصِيَةِ اللهِ فَإِنَّ اللَّهَ لاَ يُنَالُ مَا عِنْدَهُ إِلاَّ بِطَاعَتِهِ.

“Rəvayət edilir ki, Huzeyfə ﵁ demişdir: “Peyğəmbər ﷺ ayağa qalxaraq insanları çağırıb dedi: “Mənə tərəf gəlin!” Onlar Peyğəmbərə ﷺ yaxınlaşıb oturdular. O buyurdu: “Bu, aləmlərin Rəbbinin elçisi Cəbraildir ﷺ, mənə vəhy etdi ki, geciksə belə, heç kəs ruzisi tamamlanmamış ölməz. Allahdan qorxun və ruzi axtardıqda halalını axtarın. Ruzinin gecikməsi sizi onu Allaha asiliklə əldə etməyə vadar etməsin. Həqiqətən, Allah yanında olanı (Allahın nemətlərini) yalnız Ona itaət etməklə əldə etmək olar“.”

Huzeyfə
Fəzilətli əməllər, 1036 (Kitab 20, 27)Səhih

عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّهُ حَدَّثَ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِنَّ الْكَافِرَ إِذَا عَمِلَ حَسَنَةً أُطْعِمَ بِهَا طُعْمَةً مِنْ الدُّنْيَا وَأَمَّا الْمُؤْمِنُ فَإِنَّ اللَّهَ يَدَّخِرُ لَهُ حَسَنَاتِهِ فِي الْآخِرَةِ وَيُعْقِبُهُ رِزْقًا فِي الدُّنْيَا عَلَى طَاعَتِهِ

“Ənəs ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Kafir bir yaxşılıq etdikdə ona bir dünya neməti verilir. Möminə gəlincə, Allah onun yaxşılıqlarını (yaxşı əməllərinin savabını) Axirətə saxlayır. Bununla yanaşı, itaətinə görə ona dünyada da ruzi verir”.”

Ənəs
Fəzilətli əməllər, 1037 (Kitab 20, 28)Səhih

عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِنَّ اللَّهَ لَا يَظْلِمُ مُؤْمِنًا حَسَنَةً يُعْطَى بِهَا فِي الدُّنْيَا وَيُجْزَى بِهَا فِي الْآخِرَةِ وَأَمَّا الْكَافِرُ فَيُطْعَمُ بِحَسَنَاتِ مَا عَمِلَ بِهَا لِلَّهِ فِي الدُّنْيَا حَتَّى إِذَا أَفْضَى إِلَى الْآخِرَةِ لَمْ تَكُنْ لَهُ حَسَنَةٌ يُجْزَى بِهَا

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Şübhəsiz ki, Allah möminə etdiyi yaxşılığa görə zülm etməz, ona həm dünyada, həm də Axirətdə əvəzini verər. Kafirə gəlincə isə, ona Allah üçün etdiyi yaxşı əməllərə görə bu dünyada ruzi verilər, Axirətdə isə əvəzi veriləcək heç bir yaxşı əməli qalmaz”.”

Ənəs ibn Malik
Fəzilətli əməllər, 1038 (Kitab 20, 29)Səhih

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: أَتَى رَجُلٌ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: يَا رَسُولَ اللَّهِ، إِنَّ لِي قَرَابَةً أَصِلُهُمْ وَيَقْطَعُونَ، وَأُحْسِنُ إِلَيْهِمْ وَيُسِيئُونَ، وَيَجْهَلُونَ عَلَيَّ وَأَحْلُمُ عَنْهُمْ، قَالَ: لَئِنْ كَانَ كَمَا تَقُولُ كَأَنَّمَا تُسِفُّهُمُ الْمَلَّ، وَلاَ يَزَالُ مَعَكَ مِنَ اللَّهِ ظَهِيرٌ عَلَيْهِمْ مَا دُمْتَ عَلَى ذَلِكَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir nəfər Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, mənim qohumlarım var. Mən onlarla əlaqə saxlayıram, onlar isə (mənimlə) əlaqəni kəsirlər, mən onlara yaxşılıq edirəm, onlar isə (mənə) pislik edirlər, onlar mənimlə kobud rəftar edirlər, mən isə onlarla mülayim danışıram”. Peyğəmbər ﷺ dedi: “Əgər dediyin kimidirsə, onda, sanki sən onlara isti kül yedirdirsən. Bu rəftarın davam etdikcə, sənin yanında onlara qarşı Allah tərəfindən bir köməkçi olar”.”

Əbu Hureyra
Fəzilətli əməllər, 1039 (Kitab 20, 30)Səhih

عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «مَنْ سَرَّهُ أَنْ يُبْسَطَ لَهُ رِزْقُهُ أَوْ يُنْسَأَ لَهُ فِى أَثَرِهِ فَلْيَصِلْ رَحِمَهُ».

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə dediyini eşitmişəm: “Kim ruzisinin artmasını və ömrünün uzanmasını istəyirsə, qohumları ilə əlaqə saxlasın”.”

Ənəs ibn Malik
Fəzilətli əməllər, 1040 (Kitab 20, 31)Səhih

عَنِ ابْنِ عُمَرَ قَالَ: مَنِ اتَّقَى رَبَّهُ، وَوَصَلَ رَحِمَهُ، نُسِّئَ فِي أَجَلِهِ، وَثَرَى مَالُهُ، وَأَحَبَّهُ أَهْلُهُ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Kim Rəbbindən qorxar və qohumluq əlaqələrini möhkəmləndirərsə, onun əcəli yubadılar, var-dövləti artar və əhli onu sevər”.”

İbn Ömər
Fəzilətli əməllər, 1041 (Kitab 20, 32)Həsən

عَنْ عَمْرِو بْنِ سَهْلٍ قَالَ: سَمِعْتُ رَسُوْلَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «صِلَةُ الْقَرَابَةِ مَثْرَاةٌ فِي الْمَالِ، مَحَبَّةٌ فِي الأَهْلِ، مَنْسَأةٌ فِي الأَجَلِ».

“Rəvayət edilir ki, Amr ibn Səhl ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə dediyini eşitmişəm: “Qohumluq əlaqələrini möhkəmlətmək malı çoxaldır, ailədə mehribanlıq yaradır və ömrü uzadır”.”

Amr ibn Səhl
Fəzilətli əməllər, 1042 (Kitab 20, 33)Səhih

عَنْ أَبِي الدَّرْدَاءِ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «أَلاَ أُنَبِّئُكُمْ بِدَرَجَةٍ أَفْضَلَ مِنَ الصَّلاَةِ وَالصِّيَامِ وَالصَّدَقَةِ؟» قَالُوا: بَلَى، قَالَ: «صَلاَحُ ذَاتِ الْبَيْنِ، وَفَسَادُ ذَاتِ الْبَيْنِ هِيَ الْحَالِقَةُ».

“Əbu əd-Dərdə ﵁ rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ (səhabələrindən): “Sizə namazdan, orucdan və sədəqədən daha fəzilətli bir dərəcə barədə xəbər verimmi?”– deyə soruşdu. Səhabələr: “Bəli!”– deyə cavab verdikdə o buyurdu: “Tərəflərin arasını düzəltməkdir! Dostların arasını vurmaq isə dəlləklikdir”.”

Əbu əd-Dərdə
Fəzilətli əməllər, 1043 (Kitab 20, 34)Səhih

عَنْ أَبِي هُرَيْرَةَ أَنَّ رَجُلًا شَكَا إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَسْوَةَ قَلْبِهِ فَقَالَ لَهُ إِنْ أَرَدْتَ تَلْيِينَ قَلْبِكَ فَأَطْعِمْ الْمِسْكِينَ وَامْسَحْ رَأْسَ الْيَتِيمِ

“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir kişi qəlbinin sərtliyindən Allah Elçisinə ﷺ şikayət etdi. Allah Elçisi ﷺ ona buyurdu: “Qəlbinin yumşalmasını istəyirsənsə, yoxsullara yemək yedirt və yetimin başına sığal çək!””

Əbu Hureyra
Fəzilətli əməllər, 1044 (Kitab 20, 35)Həsən

عَنْ أَبِي هُرَيْرَةَ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «السَّاعِي عَلَى الأَرْمَلَةِ وَالْمَسَاكِينِ كَالْمُجَاهِدِ فِي سَبِيلِ اللَّهِ، وَكَالَّذِي يَصُومُ النَّهَارَ وَيَقُومُ اللَّيْلَ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Dul qadınlara və kasıblara əl tutan kimsə Allah yolunda vuruşan mücahidə, həmçinin gündüzlər oruc tutub gecələr namaz qılan kimsəyə bənzəyir”.”

Əbu Hureyra
Fəzilətli əməllər, 1045 (Kitab 20, 36)Səhih

عن عائشة قالت سمعت رسول الله صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يقول «أنا وكافل اليتيم له او لغيره في الجنة والساعى على الأرملة والمسكين كالمجاهد في سبيل الله»

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Mən və özünün və ya başqasının yetiminə himayədarlıq edən şəxs Cənnətdə birlikdə olacağıq. Dullara və yoxsullara kömək edən isə Allah yolunda olan mücahid kimidir”.”

Aişə
Fəzilətli əməllər, 1046 (Kitab 20, 37)Səhih

عَنْ سَهْلٍ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «أَنَا وَكَافِلُ الْيَتِيمِ فِي الْجَنَّةِ هَكَذَا» وَأَشَارَ بِالسَّبَّابَةِ وَالْوُسْطَى وَفَرَّجَ بَيْنَهُمَا شَيْئًا.

“Rəvayət edilir ki, Səhl ﵁ demişdir: “Allah Elçisi ﷺ orta barmağı ilə işarə barmağını yan-yana, azacıq aralı tutub demişdir: “Mən və yetimin himayədarı Cənnətdə belə (bu iki barmaq kimi) olacağıq”.”

Səhl
Fəzilətli əməllər, 1047 (Kitab 20, 38)Səhih

حَدَّثَنِي هَانِئُ بْنُ يَزِيدَ، أَنَّهُ لَمَّا وَفَدَ إِلَى النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَعَ قَوْمِهِ، فَسَمِعَهُمُ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَهُمْ يُكَنُّونَهُ بِأَبِي الْحَكَمِ، فَدَعَاهُ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: «إِنَّ اللَّهَ هُوَ الْحَكَمُ، وَإِلَيْهِ الْحُكْمُ، فَلِمَ تَكَنَّيْتَ بِأَبِي الْحَكَمِ؟» قَالَ: لاَ، وَلَكِنَّ قَوْمِي إِذَا اخْتَلَفُوا فِي شَيْءٍ أَتَوْنِي فَحَكَمْتُ بَيْنَهُمْ، فَرَضِيَ كِلاَ الْفَرِيقَيْنِ، قَالَ: «مَا أَحْسَنَ هَذَا»، ثُمَّ قَالَ: «مَا لَكَ مِنَ الْوَلَدِ؟» قُلْتُ: لِي شُرَيْحٌ، وَعَبْدُ اللَّهِ، وَمُسْلِمٌ، بَنُو هَانِئٍ، قَالَ: «فَمَنْ أَكْبَرُهُمْ؟» قُلْتُ: شُرَيْحٌ، قَالَ: «فَأَنْتَ أَبُو شُرَيْحٍ»، وَدَعَا لَهُ وَوَلَدِهِ. وَسَمِعَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَوْمًا يُسَمُّونَ رَجُلًا مِنْهُمْ: عَبْدَ الْحَجَرِ، فَقَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَا اسْمُكَ؟» قَالَ: عَبْدُ الْحَجَرِ، قَالَ: «لاَ، أَنْتَ عَبْدُ اللَّهِ». قَالَ شُرَيْحٌ: وَإِنَّ هَانِئًا لَمَّا حَضَرَ رُجُوعُهُ إِلَى بِلاَدِهِ أَتَى النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: أَخْبِرْنِي بِأَيِّ شَيْءٍ يُوجِبُ لِيَ الْجَنَّةَ؟ قَالَ: «عَلَيْكَ بِحُسْنِ الْكَلاَمِ، وَبَذْلِ الطَّعَامِ».

“Rəvayət edilir ki, Hani ibn Yəzid ﵁ demişdir: “Mən öz qövmümlə birgə Peyğəmbərin ﷺ yanına gəldikdə, Peyğəmbər ﷺ həmqəbilələrimin məni Əbul-Həkəm çağırdıqlarını eşitdi. Onda, Peyğəmbər ﷺ məni çağırıb dedi: “Əl-Həkəm ancaq Allahdır, hökm də yalnız Ona məxsusdur. Elə isə, nə üçün özünə Əbul-Həkəm ləqəbi götürmüsən?!” Mən dedim: “Yox. Fəqət qövmüm arasında ixtilaf düşdüyü zaman onlar mənim yanıma gəlir, mən də onların arasında hökm verirəm. Beləliklə də, hər iki tərəf bu hökmdən razı qalır. Peyğəmbər ﷺ dedi: “Bu nə gözəldir!” Sonra soruşdu: “Övladın varmı?” Mən dedim: “Haninin oğulları Şureyh, Abdullah və Muslimdir”. Peyğəmbər ﷺ soruşdu: “Onların ən böyüyü hansıdır?” Mən dedim: “Şureyhdir”. Peyğəmbər ﷺ mənə: “Elə isə, sən Əbu Şureyhsən”– deyə buyurdu. Sonra həm mənim üçün, həm də övladlarım üçün dua etdi. Peyğəmbər ﷺ bir qövmün özlərindən olan biri kişini Abdulhəcər çağırdıqlarını eşitdi. Peyğəmbər ﷺ həmin kişidən: “Adın nədir?”– deyə soruşdu. Adam: “Abdulhəcərdir”– deyə cavab verdi. Peyğəmbər ﷺ də ona belə buyurdu: “Xeyr, sən Abdullahsan”. Şureyh dedi: “(Atam) Hani yurduna qayıtmaq üçün hazırlıq gördüyü zaman Peyğəmbərin ﷺ yanına gəlib dedi: “De görüm, mən nə edim ki, Cənnət mənə vacib olsun?” Peyğəmbər ﷺ dedi: “Xoş söz söylə və (ehtiyacı olanlara) çoxlu yemək ver”.”

Hani ibn Yəzid
Fəzilətli əməllər, 1048 (Kitab 20, 39)Səhih

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ أَصْبَحَ الْيَوْمَ مِنْكُمْ صَائِمًا؟» قَالَ أَبُو بَكْرٍ: أَنَا، قَالَ: «مَنْ عَادَ مِنْكُمُ الْيَوْمَ مَرِيضًا؟» قَالَ أَبُو بَكْرٍ: أَنَا، قَالَ: «مَنْ شَهِدَ مِنْكُمُ الْيَوْمَ جَنَازَةً؟» قَالَ أَبُو بَكْرٍ: أَنَا، قَالَ: «مَنْ أَطْعَمَ الْيَوْمَ مِسْكِينًا؟» قَالَ أَبُو بَكْرٍ: أَنَا. قَالَ مَرْوَانُ: بَلَغَنِي أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «مَا اجْتَمَعَ هَذِهِ الْخِصَالُ فِي رَجُلٍ فِي يَوْمٍ، إِلاَّ دَخَلَ الْجَنَّةَ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir gün Allah Elçisi ﷺ səhabələrindən soruşdu: “Sizdən kim bu gün oruc tutub?” Əbu Bəkr dedi: “Mən”. Allah Elçisi ﷺ yenə soruşdu: “Sizdən kim bu gün xəstəyə baş çəkib?” Əbu Bəkr dedi: “Mən”. O yenə soruşdu: “Sizdən kim bu gün dəfndə iştirak edib?” Əbu Bəkr dedi: “Mən”. O yenə soruşdu: “Kim bu gün kasıba yemək verib?” Əbu Bəkr dedi: “Mən”. Mərvan deyir: “Mənə xəbər vermişlər ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Kimdə bir gün ərzində bu xislətlər cəm olarsa, o, Cənnətə daxil olar”.”

Əbu Hureyra
Fəzilətli əməllər, 1049 (Kitab 20, 40)Səhih

عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو قَالَ: قِيلَ لِرَسُوْلِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: أَيُّ النَّاسِ أَفْضَلُ؟ قَالَ: «كُلُّ مَخْمُومِ الْقَلْبِ، صَدُوقِ اللِّسَانِ». قَالُوا: صَدُوقُ اللِّسَانِ نَعْرِفهُ فَمَا مَخْمُومُ الْقَلْبِ؟ قَالَ: «هُوَ: التَّقِيُّ النَّقِيُّ، لاَ إِثْمَ فِيهِ وَلاَ بَغْيَ وَلاَ غِلَّ وَلاَ حَسَدَ».

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Allah Elçisindən ﷺ soruşdular: “Hansı insanlar ən fəzilətlidir?” O buyurdu: “Məxmum qəlbli və düz danışan mömin”. Səhabələr dedilər: “Düz danışanı bilirik, bəs “məxmum qəlbli” nədir?” Allah Elçisi ﷺ buyurdu: “Allahdan qorxan, tərtəmiz, içində nə günah, nə zülm, nə kin-küdurət, nə də həsəd olmayan qəlbdir”.”

Abdullah ibn Amr
Fəzilətli əməllər, 1050 (Kitab 20, 41)Səhih

عَنْ أَبِي عِنَبةَ الْخَولاَنِي يَرْفَعُهُ إِلَى النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «إِنَّ للهِ تَعَالَى آنِيَةً مِنْ أَهْلِ الأَرْضِ، وَآنِيَةُ رَبِّكُمْ قُلُوبُ عِبَادِهِ الصَّالِحِينَ، وَأَحَبُّهَا أَلْيَنهَا وَأَرِقُّهَا».

“Əbu İnabə əl-Xauləni ﵁ Peyğəmbərə ﷺ isnad edərək belə buyurmuşdur: “Yer əhlindən Uca Allaha məxsus olan qablar var. Rəbbinizin qabları Onun əməlisaleh qullarının qəlbləridir. Onlardan Allaha ən sevimli olanı isə ən yumşaq və zərif olanıdır”.”

Əbu İnabə əl-Xauləni
Fəzilətli əməllər, 1051 (Kitab 20, 42)Səhih

عَنْ عُثْمَانَ بْنَ عَفَّانَ قَالَ عِنْدَ قَوْلِ النَّاسِ فِيهِ حِينَ بَنَى مَسْجِدَ الرَّسُولِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: إِنَّكُمْ أَكْثَرْتُمْ، وَإِنِّى سَمِعْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «مَنْ بَنَى مَسْجِدًا يَبْتَغِى بِهِ وَجْهَ اللَّهِ، بَنَى اللَّهُ لَهُ مِثْلَهُ فِى الْجَنَّةِ». ..«مَنْ بَنَى مَسْجِدًا يُذْكَرُ اللَّهُ فِيهِ بَنَى اللَّهُ عَزَّ وَجَلَّ لَهُ بَيْتًا فِي الْجَنَّةِ».

“Rəvayət edilir ki, Osman ibn Əffan ﵁ Peyğəmbərin ﷺ məscidini yenidən tikdiyi zaman insanların onun haqqında söylədiklərinə (etiraz edib) demişdir: “Siz (mənim işimə) çox müdaxilə edirsiniz. Halbuki mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “Kim Allahın Üzünü diləyərək bir məscid tiksə, Allah onun üçün Cənnətdə buna bənzər (bir ev) tikər”. Digər rəvayətdə deyilir: “Kim Allahın adı yad edilən məscid tikərsə, Allah ﷿ onun üçün Cənnətdə ev bina edər”.”

Osman ibn Əffan
Fəzilətli əməllər, 1052 (Kitab 20, 43)Səhih

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «أَيُّمَا رَجُلٍ أَعْتَقَ امْرَأً مُسْلِمًا اسْتَنْقَذَ اللَّهُ بِكُلِّ عُضْوٍ مِنْهُ عُضْوًا مِنْهُ مِنَ النَّارِ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Kim bir müsəlmanı köləlikdən azad edərsə, Allah azad olan adamın hər əzasına görə azad edən adamın bir əzasını Cəhənnəm odundan xilas edər”.”

Əbu Hureyra
Fəzilətli əməllər, 1053 (Kitab 20, 44)Səhih

عَنْ سَهْلِ بْنِ سَعْدٍ أَنَّهُ سَمِعَ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ يَوْمَ خَيْبَرَ: «لأُعْطِيَنَّ الرَّايَةَ رَجُلاً يَفْتَحُ اللَّهُ عَلَى يَدَيْهِ». فَقَامُوا يَرْجُونَ لِذَلِكَ أَيُّهُمْ يُعْطَى، فَغَدَوْا وَكُلُّهُمْ يَرْجُو أَنْ يُعْطَى فَقَالَ: «أَيْنَ عَلِىٌّ؟» فَقِيلَ يَشْتَكِى عَيْنَيْهِ، فَأَمَرَ فَدُعِىَ لَهُ، فَبَصَقَ فِى عَيْنَيْهِ، فَبَرَأَ مَكَانَهُ حَتَّى كَأَنَّهُ لَمْ يَكُنْ بِهِ شَىْءٌ فَقَالَ نُقَاتِلُهُمْ حَتَّى يَكُونُوا مِثْلَنَا. فَقَالَ: «عَلَى رِسْلِكَ حَتَّى تَنْزِلَ بِسَاحَتِهِمْ، ثُمَّ ادْعُهُمْ إِلَى الإِسْلاَمِ، وَأَخْبِرْهُمْ بِمَا يَجِبُ عَلَيْهِمْ، فَوَاللَّهِ لأَنْ يُهْدَى بِكَ رَجُلٌ وَاحِدٌ خَيْرٌ لَكَ مِنْ حُمْرِ النَّعَمِ».

“Rəvayət edilir ki, Səhl ibn Səd ﵁ Peyğəmbərin ﷺ Xeybər döyüşündə belə dediyini eşitmişdir: “Mən bu bayrağı elə bir adama verəcəyəm ki, Allah onun əli ilə (müsəlmanlara) qələbə bəxş edəcək”. Əshabdan hər biri bayrağın ona veriləcəyinə ümid edərək qalxıb getdi. Səhəri gün Peyğəmbərin ﷺ yanına gəldikdə onlardan hər biri bayrağın ona veriləcəyinə ümid edirdi. Amma Peyğəmbər ﷺ: “Əli haradadır?”– deyə soruşdu. Ona dedilər ki, Əlinin gözləri ağrıyır. Onda Peyğəmbər ﷺ onun çağırılmasını əmr etdi. Peyğəmbər ﷺ Əlinin gözlərinə yüngülcə tüpürdü və onun gözləri sağaldı, elə bil heç ağrımırdı. Sonra Əli dedi: “(Xeybərlilər) bizim kimi (müsəlman) olanadək onlarla vuruşacağıq”. Peyğəmbər ﷺ buyurdu: “Onların yurduna gedib çatanadək tələsmə, sonra onları İslama dəvət et və özlərinə vacib buyrulanı onlara bildir. Vallahi, əgər Allah sənin vasitənlə bir nəfəri doğru yola yönəltsə, bu sənin üçün qırmızı dəvələrdən daha xeyirli olar”.”

Səhl ibn Səd
Fəzilətli əməllər, 1054 (Kitab 20, 45)Səhih

عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «مَنْ دَعَا إِلَى هُدًى كَانَ لَهُ مِنَ الأَجْرِ مِثْلُ أُجُورِ مَنْ تَبِعَهُ لاَ يَنْقُصُ ذَلِكَ مِنْ أُجُورِهِمْ شَيْئًا وَمَنْ دَعَا إِلَى ضَلاَلَةٍ كَانَ عَلَيْهِ مِنَ الإِثْمِ مِثْلُ آثَامِ مَنْ تَبِعَهُ لاَ يَنْقُصُ ذَلِكَ مِنْ آثَامِهِمْ شَيْئًا».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim doğru bir yola dəvət edərsə, ona tabe olanların savabı qədər mükafat verilər və ona tabe olanların mükafatından bir şey əksilməz. Kim də bir zəlalətə dəvət edərsə, ona tabe olanların günahı qədər günah olar və ona tabe olanların günahından heç bir şey əksilməz”.”

Əbu Hureyra
Fəzilətli əməllər, 1055 (Kitab 20, 46)Səhih

عَنْ جَرِيرِ بْنِ عَبْدِ اللَّهِ قَالَ جَاءَ نَاسٌ مِنَ الأَعْرَابِ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَلَيْهِمُ الصُّوفُ فَرَأَى سُوءَ حَالِهِمْ قَدْ أَصَابَتْهُمْ حَاجَةٌ فَحَثَّ النَّاسَ عَلَى الصَّدَقَةِ فَأَبْطَئُوا عَنْهُ حَتَّى رُئِىَ ذَلِكَ فِى وَجْهِهِ - قَالَ - ثُمَّ إِنَّ رَجُلاً مِنَ الأَنْصَارِ جَاءَ بِصُرَّةٍ مِنْ وَرِقٍ ثُمَّ جَاءَ آخَرُ ثُمَّ تَتَابَعُوا حَتَّى عُرِفَ السُّرُورُ فِى وَجْهِهِ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «مَنْ سَنَّ فِى الإِسْلاَمِ سُنَّةً حَسَنَةً فَعُمِلَ بِهَا بَعْدَهُ كُتِبَ لَهُ مِثْلُ أَجْرِ مَنْ عَمِلَ بِهَا وَلاَ يَنْقُصُ مِنْ أُجُورِهِمْ شَىْءٌ وَمَنْ سَنَّ فِى الإِسْلاَمِ سُنَّةً سَيِّئَةً فَعُمِلَ بِهَا بَعْدَهُ كُتِبَ عَلَيْهِ مِثْلُ وِزْرِ مَنْ عَمِلَ بِهَا وَلاَ يَنْقُصُ مِنْ أَوْزَارِهِمْ شَىْءٌ». ..«مَنْ دَلَّ عَلَى خَيْرٍ فَلَهُ مِثْلُ أَجْرِ فَاعِلِهِ».

“Rəvayət edilir ki, Cərir ibn Abdullah ﵁ demişdir: “Bədəvi ərəblər Allah Elçisinin ﷺ yanına gəldilər. Onların əyinlərində yundan əba var idi və zahirdən ehtiyac içində olduqları hiss olunurdu. Allah Elçisi ﷺ onların acınacaqlı vəziyyətdə olduqlarını görəndə camaatı onlara köməklik etməyə çağırdı, lakin heç kəs yerindən tərpənmədi və Allah Elçisinin ﷺ əhvalı dəyişdi. Bu dəmdə ənsardan olan bir kişi balaca bir torbada gümüş pullar gətirdi. Onun ardınca digər səhabələr də əllərindən gələn köməkliyi göstərdilər. Allah Elçisinin ﷺ üzündə sevinc hissi oyandı və o dedi: “Kim İslam dinində gözəl bir sünnəni oyatsa (insanları buna təşviq etsə), ona bunun savabı və ona əməl edənlərin savabı qədər savab yazılar. Kim də İslam dinində yaramaz bir iş tutsa (insanları buna təhrik etsə), ona bunun günahı və ona əməl edənlərin günahı qədər günah yazılar”. Digər rəvayətdə deyilir: “Xeyri göstərənə onu edənin savabı qədər savab var”.”

Cərir ibn Abdullah
Fəzilətli əməllər, 1056 (Kitab 20, 47)Səhih

عَنْ ثَوْبَانَ مَوْلَى رَسُولِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: طُوبَى لِمَنْ مَلَكَ لِسَانَهُ، وَوَسِعَهُ بَيْتُهُ، وَبَكَى عَلَى خَطِيئَتِهِ.

“Allah Elçisinin ﷺ azad etdiyi kölə Səvban ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Dilinə hakim olana, evi geniş olana və öz günahına görə ağlayana xoş olsun!””

Səvban
Fəzilətli əməllər, 1058 (Kitab 20, 49)Həsən

عَنْ جَرِيرِ بْنِ عَبْدِ اللَّهِ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: مَنْ يُحْرَمُ الرِّفْقَ يُحْرَمُ الْخَيْرَ.

“Rəvayət edilir ki, Cərir ibn Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim mülayimlikdən məhrum olarsa, xeyirdən məhrum olar!””

Cərir ibn Abdullah
Fəzilətli əməllər, 1059 (Kitab 20, 50)Səhih
Daha çox göstər

60 / 119 hədis göstərilir