Ana səhifə

Mövzu

Ailə və uşaqlar

الأسرة والأولاد

Ailə həyatı, uşaqların tərbiyəsi və onlara mərhəmət

362 hədis

حَدَّثَنَا حَجَّاجُ بْنُ مِنْهَالٍ قَالَ حَدَّثَنَا شُعْبَةُ قَالَ أَخْبَرَنِى عَدِىُّ بْنُ ثَابِتٍ قَالَ سَمِعْتُ عَبْدَ اللَّهِ بْنَ يَزِيدَ عَنْ أَبِى مَسْعُودٍ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا أَنْفَقَ الرَّجُلُ عَلَى أَهْلِهِ يَحْتَسِبُهَا فَهُوَ لَهُ صَدَقَةٌ » .

“Əbu Məsud ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Bir adam savabını Allahdan umaraq varından ailəsinə xərcləsə, bu onun üçün sədəqə olar”.”

Əbu Məsud
Buxari, 55 (İman, 48)Səhih

حَدَّثَنَا الْحَكَمُ بْنُ نَافِعٍ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ حَدَّثَنِى عَامِرُ بْنُ سَعْدٍ عَنْ سَعْدِ بْنِ أَبِى وَقَّاصٍ أَنَّهُ أَخْبَرَهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِنَّكَ لَنْ تُنْفِقَ نَفَقَةً تَبْتَغِى بِهَا وَجْهَ اللَّهِ إِلاَّ أُجِرْتَ عَلَيْهَا ، حَتَّى مَا تَجْعَلُ فِى فِى امْرَأَتِكَ » .

“Səd ibn Əbu Vaqqas ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ ona belə buyurmuşdur: “Şübhəsiz ki, sən Allahın Üzü (Allah rizası) üçün xərclədiyin hər şeyə görə, hətta zövcənin ağzına qoyduğun bir loxmaya görə mütləq savab qazanırsan”.”

Səd ibn Əbu Vaqqas
Buxari, 56 (İman, 49)Səhih

حَدَّثَنَا آدَمُ قَالَ حَدَّثَنَا شُعْبَةُ قَالَ حَدَّثَنِى ابْنُ الأَصْبَهَانِىِّ قَالَ سَمِعْتُ أَبَا صَالِحٍ ذَكْوَانَ يُحَدِّثُ عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ . قَالَتِ النِّسَاءُ لِلنَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ غَلَبَنَا عَلَيْكَ الرِّجَالُ ، فَاجْعَلْ لَنَا يَوْمًا مِنْ نَفْسِكَ . فَوَعَدَهُنَّ يَوْمًا لَقِيَهُنَّ فِيهِ ، فَوَعَظَهُنَّ وَأَمَرَهُنَّ ، فَكَانَ فِيمَا قَالَ لَهُنَّ « مَا مِنْكُنَّ امْرَأَةٌ تُقَدِّمُ ثَلاَثَةً مِنْ وَلَدِهَا إِلاَّ كَانَ لَهَا حِجَابًا مِنَ النَّارِ » . فَقَالَتِ امْرَأَةٌ وَاثْنَيْنِ فَقَالَ « وَاثْنَيْنِ » .

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, bir gün qadınlar Peyğəmbərə ﷺ dedilər: “Kişilər bizə səndən söz soruşmağa imkan vermirlər. Ona görə özün bizim üçün bir gün ayır”. Bu səbəbdən də Peyğəmbər ﷺ qadınlar üçün bir gün təyin etdi, həmin gün onları qəbul edib onlara öyüd-nəsihət verdi və onlara bəzi şeyləri əmr etdi. Qadınlara dediyi sözlər arasında bunlar da var idi: “Sizdən üç övladını itirmiş elə bir qadın yoxdur ki, (bu övladlar) onu oddan qorumaq üçün maneə olmasınlar”. Bir qadın soruşdu: “Bəs iki (övlad itirən)?” Peyğəmbər ﷺ dedi: “İki (övlad itirən) də, həmçinin”.”

Əbu Səid əl-Xudri
Buxari, 101 (Elm, 43)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ قَالَ حَدَّثَنَا غُنْدَرٌ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الأَصْبَهَانِىِّ عَنْ ذَكْوَانَ عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِهَذَا . وَعَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الأَصْبَهَانِىِّ قَالَ سَمِعْتُ أَبَا حَازِمٍ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ « ثَلاَثَةً لَمْ يَبْلُغُوا الْحِنْثَ » .

“Rəvayət edilir ki, Əbu Hureyranın ﵁ hədisində belə deyilir: “...həddi-buluğa çatmamış üç övladını...”.”

Əbu Hureyra
Buxari, 102 (Elm, 44)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ أُمِّ الْمُؤْمِنِينَ أَنَّهَا قَالَتْ أُتِىَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِصَبِىٍّ ، فَبَالَ عَلَى ثَوْبِهِ ، فَدَعَا بِمَاءٍ فَأَتْبَعَهُ إِيَّاهُ .

“Rəvayət edilir ki, möminlərin anası Aişə ﵂ demişdir: “Allah Elçisinə ﷺ körpə bir uşaq gətirdilər. Uşaq onun paltarına sidik ifraz etdi. Allah Elçisi ﷺ su gətizdirib paltarının üzərinə tökdü”.”

Aişə
Buxari, 222 (Dəstəmaz, 88)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنِ ابْنِ شِهَابٍ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ بْنِ عُتْبَةَ عَنْ أُمِّ قَيْسٍ بِنْتِ مِحْصَنٍ أَنَّهَا أَتَتْ بِابْنٍ لَهَا صَغِيرٍ ، لَمْ يَأْكُلِ الطَّعَامَ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، فَأَجْلَسَهُ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى حِجْرِهِ ، فَبَالَ عَلَى ثَوْبِهِ ، فَدَعَا بِمَاءٍ فَنَضَحَهُ وَلَمْ يَغْسِلْهُ .

“Rəvayət edilir ki, Ummu Qeys bint Mihsan ﵂ hələ yemək yeməyən (südəmər) oğlunu Allah Elçisinin ﷺ yanına gətirdi. Allah Elçisi ﷺ körpəni qucağında otuzdurdu, uşaq isə onun paltarına sidik ifraz etdi. Allah Elçisi ﷺ su gətizdirib ondan paltarının üstünə səpdi və onu yumadı.”

Ummu Qeys bint Mihsan
Buxari, 223 (Dəstəmaz, 89)Səhih

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا حَمَّادٌ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ أَبِى بَكْرٍ عَنْ أَنَسِ بْنِ مَالِكٍ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِنَّ اللَّهَ - عَزَّ وَجَلَّ - وَكَّلَ بِالرَّحِمِ مَلَكًا يَقُولُ يَا رَبِّ نُطْفَةٌ ، يَا رَبِّ عَلَقَةٌ ، يَا رَبِّ مُضْغَةٌ . فَإِذَا أَرَادَ أَنْ يَقْضِىَ خَلْقَهُ قَالَ أَذَكَرٌ أَمْ أُنْثَى شَقِىٌّ أَمْ سَعِيدٌ فَمَا الرِّزْقُ وَالأَجَلُ فَيُكْتَبُ فِى بَطْنِ أُمِّهِ » .

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Həqiqətən, Allah ana bətnində olana bir mələk müvəkkil etmişdir. Mələk deyir: “Ya Rəbb, nütfədir. Ya Rəbb, laxtalanmış qandır. Ya Rəbb, ət parçasıdır”. Allah onu yaratmağı təqdir etmək istədikdə mələk deyir: “Erkəkdir, yoxsa dişi? Bədbəxtdir, yoxsa xoşbəxt? Ruzisi necədir? Əcəli necədir?” Bunlar onun anasının bətnində yazılır”.”

Ənəs ibn Malik
Buxari, 318 (Heyz, 25)Səhih

حَدَّثَنَا أَحْمَدُ بْنُ أَبِى سُرَيْجٍ قَالَ أَخْبَرَنَا شَبَابَةُ قَالَ أَخْبَرَنَا شُعْبَةُ عَنْ حُسَيْنٍ الْمُعَلِّمِ عَنِ ابْنِ بُرَيْدَةَ عَنْ سَمُرَةَ بْنِ جُنْدُبٍ أَنَّ امْرَأَةً مَاتَتْ فِى بَطْنٍ ، فَصَلَّى عَلَيْهَا النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَامَ وَسَطَهَا .

“Səmura ibn Cundub ﵁ rəvayət edir ki, bir qadın dünyaya uşaq gətirərkən vəfat etdi. Peyğəmbər ﷺ qadının cənazəsinin orta nahiyəsində dayanıb onun cənazə namazını qıldı.”

Səmura ibn Cundub
Buxari, 332 (Heyz, 39)Səhih

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ قَالَ حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ أَبِى حَازِمٍ عَنْ أَبِى حَازِمٍ عَنْ سَهْلِ بْنِ سَعْدٍ قَالَ جَاءَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بَيْتَ فَاطِمَةَ ، فَلَمْ يَجِدْ عَلِيًّا فِى الْبَيْتِ فَقَالَ « أَيْنَ ابْنُ عَمِّكِ » . قَالَتْ كَانَ بَيْنِى وَبَيْنَهُ شَىْءٌ ، فَغَاضَبَنِى فَخَرَجَ فَلَمْ يَقِلْ عِنْدِى . فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لإِنْسَانٍ « انْظُرْ أَيْنَ هُوَ » . فَجَاءَ فَقَالَ يَا رَسُولَ اللَّهِ ، هُوَ فِى الْمَسْجِدِ رَاقِدٌ ، فَجَاءَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَهْوَ مُضْطَجِعٌ ، قَدْ سَقَطَ رِدَاؤُهُ عَنْ شِقِّهِ ، وَأَصَابَهُ تُرَابٌ ، فَجَعَلَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَمْسَحُهُ عَنْهُ وَيَقُولُ « قُمْ أَبَا تُرَابٍ ، قُمْ أَبَا تُرَابٍ » .

“Rəvayət edilir ki, Səhl ibn Səd ﵁ demişdir: “Allah Elçisi ﷺ Fatimənin evinə gəlib Əlini orada tapmadı və: “Əmim oğlu haradadır?”– deyə soruşdu. Fatimə dedi: “Aramızda mübahisə baş verdi, onun mənə acığı tutdu və günorta mənim yanımda qalmaqdan imtina etdi”. Allah Elçisi ﷺ bir nəfərə buyurdu: “Bax gör, o haradadır?”. O adam qayıdaraq dedi: “Ey Allahın Elçisi, o, məsciddə yatıb”. Allah Elçisi ﷺ oraya getdi. Gördü ki, Əli böyrü üstə uzanıb, bürüncəyi üstündən sürüşüb düşüb, özü də toza bulaşıb. Allah Elçisi ﷺ: “Qalx, ey Əbu Turab! Qalx, ey Əbu Turab!”– deyə-deyə onun tozunu çırpmağa başladı”.”

Səhl ibn Səd
Buxari, 441 (Namaz, 93)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ عَامِرِ بْنِ عَبْدِ اللَّهِ بْنِ الزُّبَيْرِ عَنْ عَمْرِو بْنِ سُلَيْمٍ الزُّرَقِىِّ عَنْ أَبِى قَتَادَةَ الأَنْصَارِىِّ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُصَلِّى وَهْوَ حَامِلٌ أُمَامَةَ بِنْتَ زَيْنَبَ بِنْتِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَلأَبِى الْعَاصِ بْنِ رَبِيعَةَ بْنِ عَبْدِ شَمْسٍ ، فَإِذَا سَجَدَ وَضَعَهَا ، وَإِذَا قَامَ حَمَلَهَا .

“Əbu Qətadə əl-Ənsari ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ qızı Zeynəbin, Əbul-As ibn ər-Rabi ibn Abduş-Şəmsdən olan qızı Umaməni qucağında tutaraq namaz qılardı. Allah Elçisi ﷺ səcdəyə gedəndə onu yerə qoyar, ayağa qalxanda isə onu yenidən qucağına götürərdi.”

Əbu Qətadə əl-Ənsari
Buxari, 516 (Namaz, 168)Səhih

حَدَّثَنَا يَحْيَى بْنُ بُكَيْرٍ قَالَ حَدَّثَنَا اللَّيْثُ عَنْ عُقَيْلٍ عَنِ ابْنِ شِهَابٍ عَنْ عُرْوَةَ أَنَّ عَائِشَةَ أَخْبَرَتْهُ قَالَتْ أَعْتَمَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَيْلَةً بِالْعِشَاءِ ، وَذَلِكَ قَبْلَ أَنْ يَفْشُوَ الإِسْلاَمُ ، فَلَمْ يَخْرُجْ حَتَّى قَالَ عُمَرُ نَامَ النِّسَاءُ وَالصِّبْيَانُ . فَخَرَجَ فَقَالَ لأَهْلِ الْمَسْجِدِ « مَا يَنْتَظِرُهَا أَحَدٌ مِنْ أَهْلِ الأَرْضِ غَيْرُكُمْ » .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir dəfə Peyğəmbər ﷺ İslam Mədinədən kənara yayılmadığı bir dövrdə, İşa namazını (gecənin ilk üçdə birinədək) gecikdirdi və Ömər: “Qadınlar və uşaqlar artıq yatıblar”– deməyənə qədər evdən çıxmadı. Yalnız bundan sonra bayıra çıxıb məsciddəkilərə buyurdu: “Sizdən başqa yer üzündə yaşayanlardan heç kim (bu saatda) İşa namazını gözləmir”.”

Aişə
Buxari, 566 (Namaz vaxtları, 46)Səhih

حَدَّثَنَا أَيُّوبُ بْنُ سُلَيْمَانَ قَالَ حَدَّثَنِى أَبُو بَكْرٍ عَنْ سُلَيْمَانَ قَالَ صَالِحُ بْنُ كَيْسَانَ أَخْبَرَنِى ابْنُ شِهَابٍ عَنْ عُرْوَةَ أَنَّ عَائِشَةَ قَالَتْ أَعْتَمَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْعِشَاءِ حَتَّى نَادَاهُ عُمَرُ الصَّلاَةَ ، نَامَ النِّسَاءُ وَالصِّبْيَانُ . فَخَرَجَ فَقَالَ « مَا يَنْتَظِرُهَا أَحَدٌ مِنْ أَهْلِ الأَرْضِ غَيْرُكُمْ » . قَالَ وَلاَ يُصَلَّى يَوْمَئِذٍ إِلاَّ بِالْمَدِينَةِ ، وَكَانُوا يُصَلُّونَ فِيمَا بَيْنَ أَنْ يَغِيبَ الشَّفَقُ إِلَى ثُلُثِ اللَّيْلِ الأَوَّلِ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ İşa namazını (gecənin ilk üçdə birinədək) gecikdirdi və Ömər: “Namaz, qadınlar və uşaqlar artıq yatıblar”– deyə onu çağırdı. Bundan sonra Peyğəmbər ﷺ bayıra çıxıb dedi: “Sizdən başqa yer üzündə yaşayanlardan heç kim (bu saatda) İşa namazını gözləmir”. O vaxtlar Mədinədən başqa heç yerdə namaz qılınmırdı. Onlar bu namazı günəşin şəfəqi yox olduğu andan gecənin ilk üçdə birinə qədər olan vaxt ərzində qılardılar”.”

Aişə
Buxari, 569 (Namaz vaxtları, 49)Səhih

حَدَّثَنَا آدَمُ قَالَ حَدَّثَنَا شُعْبَةُ قَالَ حَدَّثَنَا الْحَكَمُ عَنْ إِبْرَاهِيمَ عَنِ الأَسْوَدِ قَالَ سَأَلْتُ عَائِشَةَ مَا كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَصْنَعُ فِى بَيْتِهِ قَالَتْ كَانَ يَكُونُ فِى مِهْنَةِ أَهْلِهِ - تَعْنِى خِدْمَةَ أَهْلِهِ - فَإِذَا حَضَرَتِ الصَّلاَةُ خَرَجَ إِلَى الصَّلاَةِ .

“Rəvayət edilir ki, əl-Əsvəd demişdir: “Mən Aişədən soruşdum: “Peyğəmbər ﷺ evdə nə işlə məşğul olurdu?” Aişə dedi: “O, ev işlərində əhli-əyalına köməklik edər, namaz vaxtı yetişdikdə isə namaza gedərdi”.”

əl-Əsvəd
Buxari, 676 (Azan, 74)Səhih

حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ مُوسَى قَالَ أَخْبَرَنَا الْوَلِيدُ قَالَ حَدَّثَنَا الأَوْزَاعِىُّ عَنْ يَحْيَى بْنِ أَبِى كَثِيرٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ أَبِى قَتَادَةَ عَنْ أَبِيهِ أَبِى قَتَادَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِنِّى لأَقُومُ فِى الصَّلاَةِ أُرِيدُ أَنْ أُطَوِّلَ فِيهَا ، فَأَسْمَعُ بُكَاءَ الصَّبِىِّ ، فَأَتَجَوَّزُ فِى صَلاَتِى كَرَاهِيَةَ أَنْ أَشُقَّ عَلَى أُمِّهِ » . تَابَعَهُ بِشْرُ بْنُ بَكْرٍ وَابْنُ الْمُبَارَكِ وَبَقِيَّةُ عَنِ الأَوْزَاعِىِّ .

“Əbu Qətadə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Mən namaza duranda onu uzun-uzadı qılmaq istəyirəm, lakin körpənin ağlamasını eşidəndə onun anasına əziyyət verməyim deyə, namazımı qısaldıram”.”

Əbu Qətadə
Buxari, 707 (Azan, 105)Səhih

حَدَّثَنَا خَالِدُ بْنُ مَخْلَدٍ قَالَ حَدَّثَنَا سُلَيْمَانُ بْنُ بِلاَلٍ قَالَ حَدَّثَنَا شَرِيكُ بْنُ عَبْدِ اللَّهِ قَالَ سَمِعْتُ أَنَسَ بْنَ مَالِكٍ يَقُولُ مَا صَلَّيْتُ وَرَاءَ إِمَامٍ قَطُّ أَخَفَّ صَلاَةً وَلاَ أَتَمَّ مِنَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَإِنْ كَانَ لَيَسْمَعُ بُكَاءَ الصَّبِىِّ فَيُخَفِّفُ مَخَافَةَ أَنْ تُفْتَنَ أُمُّهُ .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Mən heç vaxt Peyğəmbər ﷺ kimi tam və yüngül namaz qıldıran adamın arxasında namaz qılmadım. Əgər o, uşaq ağlamasının səsini eşidərdisə, uşağın anasının narahat olmasından qorxduğu üçün namazı yüngülləşdirərdi”.”

Ənəs ibn Malik
Buxari, 708 (Azan, 106)Səhih

حَدَّثَنَا عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ قَالَ حَدَّثَنَا سَعِيدٌ قَالَ حَدَّثَنَا قَتَادَةُ أَنَّ أَنَسَ بْنَ مَالِكٍ حَدَّثَهُ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِنِّى لأَدْخُلُ فِى الصَّلاَةِ وَأَنَا أُرِيدُ إِطَالَتَهَا ، فَأَسْمَعُ بُكَاءَ الصَّبِىِّ ، فَأَتَجَوَّزُ فِى صَلاَتِى مِمَّا أَعْلَمُ مِنْ شِدَّةِ وَجْدِ أُمِّهِ مِنْ بُكَائِهِ » .

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Mən namaza başlayanda onu uzun qıldırmaq istəyirəm, lakin uşaq ağlamasının səsini eşidib anasının uşağın ağlamasına görə narahatlıq hissi keçirdiyini bilib namazı qısa qıldırıram”.”

Ənəs ibn Malik
Buxari, 709 (Azan, 107)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ قَالَ حَدَّثَنَا ابْنُ أَبِى عَدِىٍّ عَنْ سَعِيدٍ عَنْ قَتَادَةَ عَنْ أَنَسِ بْنِ مَالِكٍ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِنِّى لأَدْخُلُ فِى الصَّلاَةِ فَأُرِيدُ إِطَالَتَهَا ، فَأَسْمَعُ بُكَاءَ الصَّبِىِّ ، فَأَتَجَوَّزُ مِمَّا أَعْلَمُ مِنْ شِدَّةِ وَجْدِ أُمِّهِ مِنْ بُكَائِهِ » .

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Mən namaza başlayanda onu uzun qıldırmaq istəyirəm, lakin uşaq ağlamasının səsini eşidib anasının uşağın ağlamasına görə narahatlıq hissi keçirdiyini bilib namazı qısa qıldırıram”.”

Ənəs ibn Malik
Buxari, 710 (Azan, 108)Səhih

حَدَّثَنَا ابْنُ الْمُثَنَّى قَالَ حَدَّثَنِى غُنْدَرٌ قَالَ حَدَّثَنَا شُعْبَةُ قَالَ سَمِعْتُ سُلَيْمَانَ الشَّيْبَانِىَّ قَالَ سَمِعْتُ الشَّعْبِىَّ قَالَ أَخْبَرَنِى مَنْ مَرَّ مَعَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى قَبْرٍ مَنْبُوذٍ ، فَأَمَّهُمْ وَصَفُّوا عَلَيْهِ . فَقُلْتُ يَا أَبَا عَمْرٍو مَنْ حَدَّثَكَ فَقَالَ ابْنُ عَبَّاسٍ .

“Rəvayət edilir ki, əş-Şabi ﵀ demişdir: “Mənə Peyğəmbər ﷺ ilə bilrlikdə olan adam xəbər verdi ki, bir dəfə Peyğəmbər ﷺ (qəbiristanlıqda) kənarda qalmış bir qəbrin yanında dayanıb səhabələrinə namaz qıldırdı və onlar da onun arxasında cərgələrə düzülərək namaza durdular”. Ravi Süleyman əş-Şeybani deyir: “Mən Şabiyə dedim: “Ey Əbu Amr, bunu sənə danışan kim idi?” O dedi: “İbn Abbas”.”

əş-Şabi
Buxari, 857 (Azan, 255)Səhih

حَدَّثَنَا عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنَا سُفْيَانُ قَالَ حَدَّثَنِى صَفْوَانُ بْنُ سُلَيْمٍ عَنْ عَطَاءِ بْنِ يَسَارٍ عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « الْغُسْلُ يَوْمَ الْجُمُعَةِ وَاجِبٌ عَلَى كُلِّ مُحْتَلِمٍ » .

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Cümə qüslunu etmək həddi-buluğa çatmış hər bir kəsə vacibdir”.”

Əbu Səid əl-Xudri
Buxari, 858 (Azan, 256)Səhih

حَدَّثَنَا عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ قَالَ أَخْبَرَنَا سُفْيَانُ عَنْ عَمْرٍو قَالَ أَخْبَرَنِى كُرَيْبٌ عَنِ ابْنِ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ بِتُّ عِنْدَ خَالَتِى مَيْمُونَةَ لَيْلَةً ، فَنَامَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَلَمَّا كَانَ فِى بَعْضِ اللَّيْلِ قَامَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَتَوَضَّأَ مِنْ شَنٍّ مُعَلَّقٍ وُضُوءًا خَفِيفًا - يُخَفِّفُهُ عَمْرٌو وَيُقَلِّلُهُ جِدًّا - ثُمَّ قَامَ يُصَلِّى ، فَقُمْتُ فَتَوَضَّأْتُ نَحْوًا مِمَّا تَوَضَّأَ ، ثُمَّ جِئْتُ فَقُمْتُ عَنْ يَسَارِهِ ، فَحَوَّلَنِى فَجَعَلَنِى عَنْ يَمِينِهِ ، ثُمَّ صَلَّى مَا شَاءَ اللَّهُ ، ثُمَّ اضْطَجَعَ فَنَامَ حَتَّى نَفَخَ ، فَأَتَاهُ الْمُنَادِى يُؤْذِنُهُ بِالصَّلاَةِ فَقَامَ مَعَهُ إِلَى الصَّلاَةِ ، فَصَلَّى وَلَمْ يَتَوَضَّأْ . قُلْنَا لِعَمْرٍو إِنَّ نَاسًا يَقُولُونَ إِنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تَنَامُ عَيْنُهُ وَلاَ يَنَامُ قَلْبُهُ . قَالَ عَمْرٌو سَمِعْتُ عُبَيْدَ بْنَ عُمَيْرٍ يَقُولُ إِنَّ رُؤْيَا الأَنْبِيَاءِ وَحْىٌ ثُمَّ قَرَأَ { إِنِّى أَرَى فِى الْمَنَامِ أَنِّى أَذْبَحُكَ } .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bir dəfə mən gecəni xalam Məymunənin yanında gecələdim. Peyğəmbər ﷺ uzanıb, yatdı. Gecənin bir qismi olduqda Peyğəmbər ayağa duraraq asılmış tuluqdan yüngül bir dəstəmaz aldı (ravi Amr dedi: “Yüngül, yəni az su ilə”) və namaza durdu. Mən qalxıb onun kimi dəstəmaz aldıqdan sonra gəlib, onun sol tərəfində dayandım. Peyğəmbər ﷺ mənim yerimi dəyişdirdi və məni sağ tərəfinə keçirtdi. Sonra Allahın istədiyi qədər namaz qıldı. Ondan sonra uzanıb elə yatdı ki, hətta xoruldamağa başladı. Sonra müəzzin gəlib ona namazın vaxtının girdiyini xəbər verdi. Sonra müəzzin Peyğəmbərlə ﷺ birlikdə namaza getdilər. Peyğəmbər ﷺ dəstəmaz almadan Sübh namazını qıldırdı”. Biz Amra dedik: “İnsanlar “Peyğəmbərin ﷺ gözləri yatsa da, qəlbi yatmır” deyirlər”. Amr dedi: “Mən Ubeyd ibn Umeyrin belə dediyini eşitmişəm: “Peyğəmbərlərin yuxuları vəhydir”. Sonra Ubeyd bu ayələri oxudu: “Yuxuda gördüm ki, səni qurban kəsirəm”. (əs-Saffət, 102)”.”

İbn Abbas
Buxari, 859 (Azan, 257)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ عَنْ مَالِكٍ عَنِ ابْنِ شِهَابٍ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ بْنِ عُتْبَةَ عَنِ ابْنِ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا أَنَّهُ قَالَ أَقْبَلْتُ رَاكِبًا عَلَى حِمَارٍ أَتَانٍ وَأَنَا يَوْمَئِذٍ قَدْ نَاهَزْتُ الاِحْتِلاَمَ وَرَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى بِالنَّاسِ بِمِنًى إِلَى غَيْرِ جِدَارٍ ، فَمَرَرْتُ بَيْنَ يَدَىْ بَعْضِ الصَّفِّ ، فَنَزَلْتُ وَأَرْسَلْتُ الأَتَانَ تَرْتَعُ وَدَخَلْتُ فِى الصَّفِّ ، فَلَمْ يُنْكِرْ ذَلِكَ عَلَىَّ أَحَدٌ .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ Minada divarsız olan yerdə insanlara namaz qıldırarkən mən dişi uzunqulağa minərək qarşıdan gəldim. O vaxtlar mən həddi-büluğa çatmışdım. Cərgələrin birinin önündən keçdim və uzunqulaqdan düşüb otlamaq üçün onu sərbəst buraxdım. Sonra da cərgəyə qoşuldum. Məni buna görə heç kim məzəmmət etmədi”.”

İbn Abbas
Buxari, 861 (Azan, 259)Səhih

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى عُرْوَةُ بْنُ الزُّبَيْرِ أَنَّ عَائِشَةَ قَالَتْ أَعْتَمَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ . وَقَالَ عَيَّاشٌ حَدَّثَنَا عَبْدُ الأَعْلَى حَدَّثَنَا مَعْمَرٌ عَنِ الزُّهْرِىِّ عَنْ عُرْوَةَ عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ أَعْتَمَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى الْعِشَاءِ حَتَّى نَادَاهُ عُمَرُ قَدْ نَامَ النِّسَاءُ وَالصِّبْيَانُ . فَخَرَجَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « إِنَّهُ لَيْسَ أَحَدٌ مِنْ أَهْلِ الأَرْضِ يُصَلِّى هَذِهِ الصَّلاَةَ غَيْرُكُمْ » . وَلَمْ يَكُنْ أَحَدٌ يَوْمَئِذٍ يُصَلِّى غَيْرَ أَهْلِ الْمَدِينَةِ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ İşa namazını (gecənin ilk üçdə birinədək) gecikdirdi və Ömər: “Qadınlar və uşaqlar artıq yatıblar”– deyə onu çağırdı. Bundan sonra Allah Elçisi ﷺ bayıra çıxıb dedi: “Sizdən başqa yer üzündə yaşayanlardan heç bir kimsə (bu saatda) İşa namazını qılmır”. O zamanlar Mədinədən başqa heç bir yerdə açıq şəkildə namaz qılınmırdı”.”

Aişə
Buxari, 862 (Azan, 260)Səhih

حَدَّثَنَا عَمْرُو بْنُ عَلِىٍّ قَالَ حَدَّثَنَا يَحْيَى قَالَ حَدَّثَنَا سُفْيَانُ حَدَّثَنِى عَبْدُ الرَّحْمَنِ بْنُ عَابِسٍ سَمِعْتُ ابْنَ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ لَهُ رَجُلٌ شَهِدْتَ الْخُرُوجَ مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ نَعَمْ ، وَلَوْلاَ مَكَانِى مِنْهُ مَا شَهِدْتُهُ - يَعْنِى مِنْ صِغَرِهِ - أَتَى الْعَلَمَ الَّذِى عِنْدَ دَارِ كَثِيرِ بْنِ الصَّلْتِ ، ثُمَّ خَطَبَ ثُمَّ أَتَى النِّسَاءَ فَوَعَظَهُنَّ وَذَكَّرَهُنَّ وَأَمَرَهُنَّ أَنْ يَتَصَدَّقْنَ فَجَعَلَتِ الْمَرْأَةُ تُهْوِى بِيَدِهَا إِلَى حَلْقِهَا تُلْقِى فِى ثَوْبِ بِلاَلٍ ، ثُمَّ أَتَى هُوَ وَبِلاَلٌ الْبَيْتَ .

“Rəvayət edilir ki, bir nəfər İbn Abbasdan ﵄ soruşdu: “Sən Allah Elçisi ﷺ ilə birlikdə bayram namazında iştirak etmisənmi?” O dedi: “Bəli! Əgər mən ona qohum olmasaydım, uşaq vaxtımdan onun yanında ola bilməzdim. Peyğəmbər ﷺ Kəsir ibn Səltin evinin yanındakı namazgaha yaxınlaşıb xütbə dedi, sonra qadınların yanına gəlib onlara öyüd-nəsihət verdi, onlara bəzi şeyləri xatırlatdı və onlara sədəqə verməyi əmr etdi. Bundan sonra qadınlar əllərini boyunlarına apararaq boyunbağılarını çıxardıb onları Bilalın paltarının ətəyinə atmağa başladılar. Sonra Peyğəmbər ﷺ Bilal ilə birgə evinə qayıtdı”.”

İbn Abbas
Buxari, 863 (Azan, 261)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ مِسْكِينٍ قَالَ حَدَّثَنَا بِشْرٌ أَخْبَرَنَا الأَوْزَاعِىُّ حَدَّثَنِى يَحْيَى بْنُ أَبِى كَثِيرٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ أَبِى قَتَادَةَ الأَنْصَارِىِّ عَنْ أَبِيهِ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِنِّى لأَقُومُ إِلَى الصَّلاَةِ وَأَنَا أُرِيدُ أَنْ أُطَوِّلَ فِيهَا ، فَأَسْمَعُ بُكَاءَ الصَّبِىِّ ، فَأَتَجَوَّزُ فِى صَلاَتِى كَرَاهِيَةَ أَنْ أَشُقَّ عَلَى أُمِّهِ » .

“Abdullah ibn Əbu Qətadə əl-Ənsari atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Mən namaza başlayanda onu uzun qılmaq istəyirəm, lakin uşağın ağlamasını eşidəndə onun anasına əziyyət verməyim deyə, namazımı qısaldıram”.”

Abdullah ibn Əbu Qətadə əl-Ənsari atasından
Buxari, 868 (Azan, 266)Səhih

حَدَّثَنَا أَحْمَدُ قَالَ حَدَّثَنَا ابْنُ وَهْبٍ قَالَ أَخْبَرَنَا عَمْرٌو أَنَّ مُحَمَّدَ بْنَ عَبْدِ الرَّحْمَنِ الأَسَدِىَّ حَدَّثَهُ عَنْ عُرْوَةَ عَنْ عَائِشَةَ قَالَتْ دَخَلَ عَلَىَّ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَعِنْدِى جَارِيَتَانِ تُغَنِّيَانِ بِغِنَاءِ بُعَاثَ ، فَاضْطَجَعَ عَلَى الْفِرَاشِ وَحَوَّلَ وَجْهَهُ ، وَدَخَلَ أَبُو بَكْرٍ فَانْتَهَرَنِى وَقَالَ مِزْمَارَةُ الشَّيْطَانِ عِنْدَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَقْبَلَ عَلَيْهِ رَسُولُ اللَّهِ - عَلَيْهِ السَّلاَمُ - فَقَالَ « دَعْهُمَا » فَلَمَّا غَفَلَ غَمَزْتُهُمَا فَخَرَجَتَا .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir dəfə yanımda olan iki qız uşağı Buas döyüşünə dair nəğmə oxuyarkən Allah Elçisi ﷺ gəlib otağıma daxil oldu və yatağa uzanıb üzünü çevirdi”. Bu vaxt Əbu Bəkr içəri daxil oldu və məni qınayıb dedi: “Allah Elçisinin ﷺ yanında şeytan nəğmələri oxuyursunuz?” Allah Elçisi ﷺ ona tərəf dönüb dedi: “Uşaqlarla işin olmasın!” Əbu Bəkrin diqqəti yayındıqda mən xəlvətcə qızlara işarə etdim və onlar çıxıb getdilər”.”

Aişə
Buxari, 949 (Bayramlar, 2)Səhih

حَدَّثَنَا عَمْرُو بْنُ عَبَّاسٍ قَالَ حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ حَدَّثَنَا سُفْيَانُ عَنْ عَبْدِ الرَّحْمَنِ قَالَ سَمِعْتُ ابْنَ عَبَّاسٍ قَالَ خَرَجْتُ مَعَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمَ فِطْرٍ أَوْ أَضْحَى ، فَصَلَّى ثُمَّ خَطَبَ ، ثُمَّ أَتَى النِّسَاءَ فَوَعَظَهُنَّ وَذَكَّرَهُنَّ ، وَأَمَرَهُنَّ بِالصَّدَقَةِ .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Mən Peyğəmbərlə ﷺ birlikdə Ramazan və ya Qurban bayramı günü namazgaha gəldim. Peyğəmbər ﷺ namaz qıldırdı, sonra da xütbə dedi. Daha sonra qadınlara tərəf getdi, onlara öyüd-nəsihət verdi. Onlara sədəqə verməyi buyurdu”.”

İbn Abbas
Buxari, 975 (Bayramlar, 28)Səhih

حَدَّثَنَا يَحْيَى بْنُ بُكَيْرٍ قَالَ حَدَّثَنَا اللَّيْثُ عَنْ عُقَيْلٍ عَنِ ابْنِ شِهَابٍ عَنْ عُرْوَةَ عَنْ عَائِشَةَ أَنَّ أَبَا بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ دَخَلَ عَلَيْهَا وَعِنْدَهَا جَارِيَتَانِ فِى أَيَّامِ مِنًى تُدَفِّفَانِ وَتَضْرِبَانِ ، وَالنَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مُتَغَشٍّ بِثَوْبِهِ ، فَانْتَهَرَهُمَا أَبُو بَكْرٍ فَكَشَفَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ وَجْهِهِ فَقَالَ « دَعْهُمَا يَا أَبَا بَكْرٍ فَإِنَّهَا أَيَّامُ عِيدٍ » . وَتِلْكَ الأَيَّامُ أَيَّامُ مِنًى .

“Aişə ﵂ rəvayət edir ki, Minada olarkən onun yanında iki qız uşağı dəf çalırdı, Peyğəmbər ﷺ də əbasına bürünüb uzanmışdı. Bu vaxt Əbu Bəkr ﵁ onun yanına daxil oldu və uşaqların çalıb-oynadığını görüb onlara acıqlandı. Peyğəmbər ﷺ üzünü açıb buyurdu: “Dəymə onlara, ey Əbu Bəkr, çünki bu günlər bayram günləridir. Bu günlər Minada (qalma) günləridir”.”

Aişə
Buxari, 987 (Bayramlar, 40)Səhih

قَالَ أَيُّوبُ بْنُ سُلَيْمَانَ حَدَّثَنِى أَبُو بَكْرِ بْنُ أَبِى أُوَيْسٍ عَنْ سُلَيْمَانَ بْنِ بِلاَلٍ قَالَ يَحْيَى بْنُ سَعِيدٍ سَمِعْتُ أَنَسَ بْنَ مَالِكٍ قَالَ أَتَى رَجُلٌ أَعْرَابِىٌّ مِنْ أَهْلِ الْبَدْوِ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمَ الْجُمُعَةِ فَقَالَ يَا رَسُولَ اللَّهِ ، هَلَكَتِ الْمَاشِيَةُ هَلَكَ الْعِيَالُ هَلَكَ النَّاسُ . فَرَفَعَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَدَيْهِ يَدْعُو ، وَرَفَعَ النَّاسُ أَيْدِيَهُمْ مَعَهُ يَدْعُونَ ، قَالَ فَمَا خَرَجْنَا مِنَ الْمَسْجِدِ حَتَّى مُطِرْنَا ، فَمَا زِلْنَا نُمْطَرُ حَتَّى كَانَتِ الْجُمُعَةُ الأُخْرَى ، فَأَتَى الرَّجُلُ إِلَى نَبِىِّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ يَا رَسُولَ اللَّهِ ، بَشِقَ الْمُسَافِرُ ، وَمُنِعَ الطَّرِيقُ .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Bədr döyüşündə iştirak edən bədəvilərdən bir kişi cümə günü Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, mal-qara məhv olur, oğul-uşaq qırılır, camaat qırılır”. Allah Elçisi ﷺ dua etmək üçün əllərini qaldırdı, onunla birlikdə camaat da əllərini qaldırdılar. Biz məsciddən çıxmamış üzərimizə yağış yağmağa başladı. Beləcə növbəti cüməyədək üzərimizə yağış yağdı. Sonra yenə bir kişi Allahın Peyğəmbərinin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, müsafirlər yolların bağlandığından usandı və yolların qarşısı kəsildi”.”

Ənəs ibn Malik
Buxari, 1029 (İstisqa, 25)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ مُقَاتِلٍ قَالَ أَخْبَرَنَا عَبْدُ اللَّهِ بْنُ الْمُبَارَكِ قَالَ أَخْبَرَنَا الأَوْزَاعِىُّ قَالَ حَدَّثَنَا إِسْحَاقُ بْنُ عَبْدِ اللَّهِ بْنِ أَبِى طَلْحَةَ الأَنْصَارِىُّ قَالَ حَدَّثَنِى أَنَسُ بْنُ مَالِكٍ قَالَ أَصَابَتِ النَّاسَ سَنَةٌ عَلَى عَهْدِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَبَيْنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَخْطُبُ عَلَى الْمِنْبَرِ يَوْمَ الْجُمُعَةِ قَامَ أَعْرَابِىٌّ فَقَالَ يَا رَسُولَ اللَّهِ ، هَلَكَ الْمَالُ وَجَاعَ الْعِيَالُ ، فَادْعُ اللَّهَ لَنَا أَنْ يَسْقِيَنَا . قَالَ فَرَفَعَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَدَيْهِ ، وَمَا فِى السَّمَاءِ قَزَعَةٌ ، قَالَ فَثَارَ سَحَابٌ أَمْثَالُ الْجِبَالِ ، ثُمَّ لَمْ يَنْزِلْ عَنْ مِنْبَرِهِ حَتَّى رَأَيْتُ الْمَطَرَ يَتَحَادَرُ عَلَى لِحْيَتِهِ ، قَالَ فَمُطِرْنَا يَوْمَنَا ذَلِكَ ، وَفِى الْغَدِ وَمِنْ بَعْدِ الْغَدِ وَالَّذِى يَلِيهِ إِلَى الْجُمُعَةِ الأُخْرَى ، فَقَامَ ذَلِكَ الأَعْرَابِىُّ أَوْ رَجُلٌ غَيْرُهُ فَقَالَ يَا رَسُولَ اللَّهِ ، تَهَدَّمَ الْبِنَاءُ وَغَرِقَ الْمَالُ ، فَادْعُ اللَّهَ لَنَا . فَرَفَعَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَدَيْهِ وَقَالَ « اللَّهُمَّ حَوَالَيْنَا وَلاَ عَلَيْنَا » . قَالَ فَمَا جَعَلَ يُشِيرُ بِيَدِهِ إِلَى نَاحِيَةٍ مِنَ السَّمَاءِ إِلاَّ تَفَرَّجَتْ حَتَّى صَارَتِ الْمَدِينَةُ فِى مِثْلِ الْجَوْبَةِ ، حَتَّى سَالَ الْوَادِى - وَادِى قَنَاةَ - شَهْرًا . قَالَ فَلَمْ يَجِئْ أَحَدٌ مِنْ نَاحِيَةٍ إِلاَّ حَدَّثَ بِالْجَوْدِ .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisinin ﷺ zamanında insanlara quraqlıq üz vermişdi. Allah Elçisi ﷺ cümə günü minbərdə xütbə verərkən bir bədəvi ayağa qalxıb dedi: “Ey Allahın Elçisi, mallar zay oldu, uşaqlar ac qaldı. Bizim üçün Allaha dua et ki, bizə yağış yağdırsın!” Allah Elçisi ﷺ əllərini göyə qaldırdı. O an göydə bir dənə də olsun bulud yox idi. Birdən (başımızın üzərində) dağlar qədər buludlar topalaşdı və o, minbərdən yerə enməmiş mən onun saqqalından süzülən yağış damçılarını gördüm. Həmin gün, ertəsi gün, ondan sonrakı gün, daha sonrakı gün – növbəti cüməyədək yağış ara vermədən yağdı. Cümə günü həmin bədəvi (və ya başqa birisi) ayağa qalxıb dedi: “Ey Allahın Elçisi, evlər dağıldı, mallar su altında qaldı. Bizim üçün Allaha dua et!” Allah Elçisi ﷺ əllərini göyə qaldırıb dedi: “Allahım! (Yağışı) üstümüzə deyil, ətrafımıza yağdır”. Sonra əli ilə səmaya işarə etdi və oradakı (bulud topası) dağıldı və Mədinə səması çalaya bənzədi. Qənat vadisində bir ay sel axdı, kənardan Mədinəyə gələn hər kəs bol yağışlar yağdığından danışırdı”.”

Ənəs ibn Malik
Buxari, 1033 (İstisqa, 29)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مُحَمَّدٍ قَالَ حَدَّثَنَا هَاشِمُ بْنُ الْقَاسِمِ قَالَ حَدَّثَنَا شَيْبَانُ أَبُو مُعَاوِيَةَ عَنْ زِيَادِ بْنِ عِلاَقَةَ عَنِ الْمُغِيرَةِ بْنِ شُعْبَةَ قَالَ كَسَفَتِ الشَّمْسُ عَلَى عَهْدِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمَ مَاتَ إِبْرَاهِيمُ ، فَقَالَ النَّاسُ كَسَفَتِ الشَّمْسُ لِمَوْتِ إِبْرَاهِيمَ . فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِنَّ الشَّمْسَ وَالْقَمَرَ لاَ يَنْكَسِفَانِ لِمَوْتِ أَحَدٍ وَلاَ لِحَيَاتِهِ ، فَإِذَا رَأَيْتُمْ فَصَلُّوا وَادْعُوا اللَّهَ » .

“Rəvayət edilir ki, Muğira ibn Şubə ﵁ demişdir: “Allah Elçisinin ﷺ zamanında oğlu İbrahim vəfat etdiyi gün günəş tutuldu və insanlar: “Günəş İbrahimin ölümünə görə tutulmuşdur”– dedilər. Belə olduqda, Allah Elçisi ﷺ dedi: “Şübhəsiz, günəş və ay heç kəsin ölümünə və ya doğulmasına görə tutulmur. Onların tutulduğunu gördüyünüz zaman namaz qılın və Allaha dua edin!””

Muğira ibn Şubə
Buxari, 1043 (Kusuf, 4)Səhih

ثُمَّ رَكِبَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ غَدَاةٍ مَرْكَبًا ، فَكَسَفَتِ الشَّمْسُ فَرَجَعَ ضُحًى ، فَمَرَّ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَيْنَ ظَهْرَانَىِ الْحُجَرِ ، ثُمَّ قَامَ فَصَلَّى ، وَقَامَ النَّاسُ وَرَاءَهُ ، فَقَامَ قِيَامًا طَوِيلاً ، ثُمَّ رَكَعَ رُكُوعًا طَوِيلاً ، ثُمَّ رَفَعَ فَقَامَ قِيَامًا طَوِيلاً ، وَهْوَ دُونَ الْقِيَامِ الأَوَّلِ ، ثُمَّ رَكَعَ رُكُوعًا طَوِيلاً ، وَهْوَ دُونَ الرُّكُوعِ الأَوَّلِ ، ثُمَّ رَفَعَ فَسَجَدَ سُجُودًا طَوِيلاً ثُمَّ قَامَ فَقَامَ قِيَامًا طَوِيلاً ، وَهْوَ دُونَ الْقِيَامِ الأَوَّلِ ، ثُمَّ رَكَعَ رُكُوعًا طَوِيلاً ، وَهْوَ دُونَ الرُّكُوعِ الأَوَّلِ ، ثُمَّ قَامَ قِيَامًا طَوِيلاً ، وَهْوَ دُونَ الْقِيَامِ الأَوَّلِ ، ثُمَّ رَكَعَ رُكُوعًا طَوِيلاً ، وَهْوَ دُونَ الرُّكُوعِ الأَوَّلِ ، ثُمَّ سَجَدَ وَهْوَ دُونَ السُّجُودِ الأَوَّلِ ، ثُمَّ انْصَرَفَ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَا شَاءَ اللَّهُ أَنْ يَقُولَ ، ثُمَّ أَمَرَهُمْ أَنْ يَتَعَوَّذُوا مِنْ عَذَابِ الْقَبْرِ

“Sonra Allah Elçisi ﷺ (oğlu İbrahimin vəfatına görə) səhər vaxtı miniyinə minib evdən çıxdı. Bu əsnada günəş tutuldu. Allah Elçisi ﷺ qayıdıb (zövcələrinin) otaqlarının yanına gəldi, sonra (məsciddə) namaza durdu. Camaat da onun arxasında namaza durdular. Allah Elçisi ﷺ namazın qiyamında çox durdu, sonra rukuya getdi və rukunu uzatdı, sonra rukudan qalxdı və qiyamı uzatdı, lakin bu qiyam əvvəlkindən qısa idi, sonra bir də rukuya getdi və rukunu uzatdı, lakin bu ruku əvvəlkindən qısa idi, sonra rukudan qalxıb uzun səcdələr etdi. Sonra ayağa qalxıb qiyamı uzatdı, lakin bu qiyam əvvəlkindən qısa idi, sonra rukuya getdi və rukunu uzatdı, lakin bu ruku əvvəlkindən qısa idi, sonra rukudan qalxdı və yenə qiyamı uzatdı, lakin bu qiyam əvvəlkindən qısa idi, sonra bir də rukuya getdi və rukunu uzatdı, lakin bu ruku əvvəlkindən qısa idi, sonra rukudan qalxıb səcdəyə getdi, lakin bu səcdə əvvəlkilərdən qısa idi. Sonra Allah Elçisi ﷺ Allahın istədiklərini dedi, sonra da qəbir əzabından Allaha sığınmağı əmr etdi.”

Aişə
Buxari, 1056 (Kusuf, 17)Səhih

حَدَّثَنَا أَبُو الْوَلِيدِ قَالَ حَدَّثَنَا زَائِدَةُ قَالَ حَدَّثَنَا زِيَادُ بْنُ عِلاَقَةَ قَالَ سَمِعْتُ الْمُغِيرَةَ بْنَ شُعْبَةَ يَقُولُ انْكَسَفَتِ الشَّمْسُ يَوْمَ مَاتَ إِبْرَاهِيمُ ، فَقَالَ النَّاسُ انْكَسَفَتْ لِمَوْتِ إِبْرَاهِيمَ . فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِنَّ الشَّمْسَ وَالْقَمَرَ آيَتَانِ مِنْ آيَاتِ اللَّهِ ، لاَ يَنْكَسِفَانِ لِمَوْتِ أَحَدٍ وَلاَ لِحَيَاتِهِ ، فَإِذَا رَأَيْتُمُوهُمَا فَادْعُوا اللَّهَ وَصَلُّوا حَتَّى يَنْجَلِىَ » .

“Rəvayət edilir ki, Muğira ibn Şubə ﵁ demişdir: “(Peyğəmbərin ﷺ oğlu) İbrahim vəfat etdikdə günəş tutuldu və insanlar günəşin İbrahimin vəfatına görə tutulmasını dedilər. Allah Elçisi ﷺ də buyurdu: “Şübhəsiz, günəş və ay Allahın dəlillərindəndir və heç kəsin ölümünə və ya doğulmasına görə tutulmur. Onların tutulduğunu gördükdə tutulma açılana qədər namaz qılın!””

Muğira ibn Şubə
Buxari, 1060 (Kusuf, 21)Səhih

حَدَّثَنَا أَبُو مَعْمَرٍ قَالَ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ قَالَ حَدَّثَنَا يُونُسُ عَنِ الْحَسَنِ عَنْ أَبِى بَكْرَةَ قَالَ خَسَفَتِ الشَّمْسُ عَلَى عَهْدِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَخَرَجَ يَجُرُّ رِدَاءَهُ حَتَّى انْتَهَى إِلَى الْمَسْجِدِ ، وَثَابَ النَّاسُ إِلَيْهِ فَصَلَّى بِهِمْ رَكْعَتَيْنِ ، فَانْجَلَتِ الشَّمْسُ فَقَالَ « إِنَّ الشَّمْسَ وَالْقَمَرَ آيَتَانِ مِنْ آيَاتِ اللَّهِ ، وَإِنَّهُمَا لاَ يَخْسِفَانِ لِمَوْتِ أَحَدٍ ، وَإِذَا كَانَ ذَاكَ فَصَلُّوا وَادْعُوا حَتَّى يُكْشَفَ مَا بِكُمْ » . وَذَاكَ أَنَّ ابْنًا لِلنَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَاتَ ، يُقَالُ لَهُ إِبْرَاهِيمُ ، فَقَالَ النَّاسُ فِى ذَاكَ .

“Rəvayət edilir ki, Əbu Bəkratə ﵁ demişdir: “Allah Elçisinin ﷺ dövründə günəş tutulmuşdu. Peyğəmbər ﷺ dərhal çıxıb əbasını sürüyərək gedib məscidə daxil oldu. Camaat da onun yanına toplaşdılar. Allah Elçisi ﷺ onlara iki rükət namaz qıldırdı. Günəşin üzü açılandan sonra Allah Elçisi ﷺ buyurdu: “Şübhəsiz, günəş və ay Allahın dəlillərindəndir və onlar heç kəsin ölümünə görə tutulmur. Onların tutulduğunu gördükdə sizin başınıza gələn bu hal açılana qədər namaz qılın və dua edin!” Ravi deyir: “Bu xütbənin səbəbi Peyğəmbərin ﷺ İbrahim adlı oğlunun vəfat etməsi idi. İnsanlar da bu haqda danışmışdılar”.”

Əbu Bəkratə
Buxari, 1063 (Kusuf, 24)Səhih

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى عَلِىُّ بْنُ حُسَيْنٍ أَنَّ حُسَيْنَ بْنَ عَلِىٍّ أَخْبَرَهُ أَنَّ عَلِىَّ بْنَ أَبِى طَالِبٍ أَخْبَرَهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ طَرَقَهُ وَفَاطِمَةَ بِنْتَ النَّبِىِّ - عَلَيْهِ السَّلاَمُ - لَيْلَةً فَقَالَ « أَلاَ تُصَلِّيَانِ » . فَقُلْتُ يَا رَسُولَ اللَّهِ ، أَنْفُسُنَا بِيَدِ اللَّهِ ، فَإِذَا شَاءَ أَنْ يَبْعَثَنَا بَعَثَنَا . فَانْصَرَفَ حِينَ قُلْنَا ذَلِكَ وَلَمْ يَرْجِعْ إِلَىَّ شَيْئًا . ثُمَّ سَمِعْتُهُ وَهْوَ مُوَلٍّ يَضْرِبُ فَخِذَهُ وَهْوَ يَقُولُ « { وَكَانَ الإِنْسَانُ أَكْثَرَ شَىْءٍ جَدَلاً } » .

“Rəvayət edilir ki, Əli ibn Əbu Talib ﵁ demişdir: “Bir dəfə gecə Allah Elçisi ﷺ mənim və Peyğəmbərin ﷺ qızı Fatimənin yanına gəlib dedi: “Siz namaz qılmırsınızmı?” Mən dedim: “Ey Allahın Elçisi, bizim canımız Allahın Əlindədir. Əgər bizi oyatmaq istəsə, oyadar”. Belə deyəndə o mənə heç nə deməyib çıxıb getdi. Sonra mən onun dönüb gedərkən ombasına vura-vura belə dediyini eşitdim: “İnsan necə də çox mübahisə edərmiş!” (əl-Kəhf, 54)”.”

Əli ibn Əbu Talib
Buxari, 1127 (Təhəccüd, 8)Səhih

وَحَدَّثَنِى أَبُو بَكْرِ بْنُ النَّضْرِ بْنِ أَبِى النَّضْرِ قَالَ حَدَّثَنِى أَبُو النَّضْرِ هَاشِمُ بْنُ الْقَاسِمِ حَدَّثَنَا أَبُو عَقِيلٍ صَاحِبُ بُهَيَّةَ قَالَ كُنْتُ جَالِسًا عِنْدَ الْقَاسِمِ بْنِ عُبَيْدِ اللَّهِ وَيَحْيَى بْنِ سَعِيدٍ فَقَالَ يَحْيَى لِلْقَاسِمِ يَا أَبَا مُحَمَّدٍ إِنَّهُ قَبِيحٌ عَلَى مِثْلِكَ عَظِيمٌ أَنْ تُسْأَلَ عَنْ شَىْءٍ مِنْ أَمْرِ هَذَا الدِّينِ فَلاَ يُوجَدَ عِنْدَكَ مِنْهُ عِلْمٌ وَلاَ فَرَجٌ - أَوْ عِلْمٌ وَلاَ مَخْرَجٌ - فَقَالَ لَهُ الْقَاسِمُ وَعَمَّ ذَاكَ قَالَ لأَنَّكَ ابْنُ إِمَامَىْ هُدًى ابْنُ أَبِى بَكْرٍ وَعُمَرَ. قَالَ يَقُولُ لَهُ الْقَاسِمُ أَقْبَحُ مِنْ ذَاكَ عِنْدَ مَنْ عَقَلَ عَنِ اللَّهِ أَنْ أَقُولَ بِغَيْرِ عِلْمٍ أَوْ آخُذَ عَنْ غَيْرِ ثِقَةٍ. قَالَ فَسَكَتَ فَمَا أَجَابَهُ.

“Rəvayət edilir ki, Buheyyənin dostu Əbu Aqil ﵀ demişdir: “Mən Qasim ibn Ubeydullah və Yəhya ibn Səidin yanında oturmuşdum. Yəhya Qasimə dedi: “Ey Əbu Muhəmməd! Bu dinə aid bir məsələ haqda sənə sual verildiyi zaman, sənin bununla bağlı bir elmin və cavabın, yaxud buna dair bir bilgin və çıxış yolun yoxdursa, bu sənin kimisi üçün eyib və qüsur sayılır”. Qasim ondan soruşdu: “Nəyə görə?” Yəhya dedi: “Çünki sən doğru yol göstərən iki imamın – Əbu Bəkr və Ömərin övladlarındansan”. Onda Qasim ona dedi: “Allahı düşünən adamın yanında elmsiz olaraq danışmağım, yaxud etibarlı olmayan bir ravidən hədis rəvayət etməyim bundan da pisdir”.”

Əbu Aqil
Muslim, 36 (Müqəddimə, 36)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى وَابْنُ بَشَّارٍ قَالاَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا شُعْبَةُ قَالَ سَمِعْتُ قَتَادَةَ يُحَدِّثُ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ يُؤْمِنُ أَحَدُكُمْ حَتَّى أَكُونَ أَحَبَّ إِلَيْهِ مِنْ وَلَدِهِ وَوَالِدِهِ وَالنَّاسِ أَجْمَعِينَ ».

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biriniz məni övladından, valideynindən və bütün insanlardan çox sevməyənə qədər iman gətirmiş olmaz”.”

Ənəs ibn Malik
Muslim, 178 (İman, 77)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَأَبُو كُرَيْبٍ قَالاَ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ عَنِ الأَعْمَشِ عَنْ أَبِى صَالِحٍ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا قَرَأَ ابْنُ آدَمَ السَّجْدَةَ فَسَجَدَ اعْتَزَلَ الشَّيْطَانُ يَبْكِى يَقُولُ يَا وَيْلَهُ - وَفِى رِوَايَةِ أَبِى كُرَيْبٍ يَا وَيْلِى - أُمِرَ ابْنُ آدَمَ بِالسُّجُودِ فَسَجَدَ فَلَهُ الْجَنَّةُ وَأُمِرْتُ بِالسُّجُودِ فَأَبَيْتُ فَلِىَ النَّارُ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Adəm övladı səcdə ayəsini oxuyub səcdəyə qapandıqda şeytan kənara çəkilib ağlayır və deyir: “Vay mənim halıma! Adəm övladına səcdə etmək əmr olundu, səcdə edib Cənnəti qazandı. Mənə isə səcdə etmək əmr olundu, mən isə boyun qaçırıb Cəhənnəm odunu qazandım”.”

Əbu Hureyra
Muslim, 254 (İman, 153)Səhih

حَدَّثَنَا شَيْبَانُ بْنُ فَرُّوخَ حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ حَدَّثَنَا ثَابِتٌ الْبُنَانِىُّ عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَتَاهُ جِبْرِيلُ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ يَلْعَبُ مَعَ الْغِلْمَانِ فَأَخَذَهُ فَصَرَعَهُ فَشَقَّ عَنْ قَلْبِهِ فَاسْتَخْرَجَ الْقَلْبَ فَاسْتَخْرَجَ مِنْهُ عَلَقَةً فَقَالَ هَذَا حَظُّ الشَّيْطَانِ مِنْكَ. ثُمَّ غَسَلَهُ فِى طَسْتٍ مِنْ ذَهَبٍ بِمَاءِ زَمْزَمَ ثُمَّ لأَمَهُ ثُمَّ أَعَادَهُ فِى مَكَانِهِ وَجَاءَ الْغِلْمَانُ يَسْعَوْنَ إِلَى أُمِّهِ - يَعْنِى ظِئْرَهُ - فَقَالُوا إِنَّ مُحَمَّدًا قَدْ قُتِلَ. فَاسْتَقْبَلُوهُ وَهُوَ مُنْتَقَعُ اللَّوْنِ. قَالَ أَنَسٌ وَقَدْ كُنْتُ أَرَى أَثَرَ ذَلِكَ الْمِخْيَطِ فِى صَدْرِهِ.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ kiçik yaşlarında uşaqlarla oynayarkən Cəbrail ﷺ onun yanına gəldi, onu tutub yerə yıxdı və köksünü yarıb qəlbini çıxartdı. Sonra onun içindən qan laxtası çıxartdı və Peyğəmbərə ﷺ buyurdu: “Bu, şeytanın səndə olan payıdır”. Onun qəlbini qızıl ləyənin içində Zəmzəm suyu ilə yuduqdan sonra onu bağladı. Sonra da onu yerinə qaytardı. Bunu görən uşaqlar tələsik onun süd anasının yanına gəlib: “Muhəmməd öldürüldü!”, – dedilər. Dərhal hamısı onun yanına gəldi. Onun rəngi qaçmışdı”. Ənəs dedi: “Mən tikişlərin yerini onun köksündə görürdüm”.”

Ənəs ibn Malik
Muslim, 431 (İman, 330)Səhih

وَحَدَّثَنِى حَرْمَلَةُ بْنُ يَحْيَى التُّجِيبِىُّ أَخْبَرَنَا ابْنُ وَهْبٍ قَالَ أَخْبَرَنِى يُونُسُ عَنِ ابْنِ شِهَابٍ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ كَانَ أَبُو ذَرٍّ يُحَدِّثُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « فُرِجَ سَقْفُ بَيْتِى وَأَنَا بِمَكَّةَ فَنَزَلَ جِبْرِيلُ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَفَرَجَ صَدْرِى ثُمَّ غَسَلَهُ مِنْ مَاءِ زَمْزَمَ ثُمَّ جَاءَ بِطَسْتٍ مِنْ ذَهَبٍ مُمْتَلِئٍ حِكْمَةً وَإِيمَانًا فَأَفْرَغَهَا فِى صَدْرِى ثُمَّ أَطْبَقَهُ ثُمَّ أَخَذَ بِيَدِى فَعَرَجَ بِى إِلَى السَّمَاءِ فَلَمَّا جِئْنَا السَّمَاءَ الدُّنْيَا قَالَ جِبْرِيلُ - عَلَيْهِ السَّلاَمُ - لِخَازِنِ السَّمَاءِ الدُّنْيَا افْتَحْ. قَالَ مَنْ هَذَا قَالَ هَذَا جِبْرِيلُ. قَالَ هَلْ مَعَكَ أَحَدٌ قَالَ نَعَمْ مَعِىَ مُحَمَّدٌ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. قَالَ فَأُرْسِلَ إِلَيْهِ قَالَ نَعَمْ فَفَتَحَ - قَالَ - فَلَمَّا عَلَوْنَا السَّمَاءَ الدُّنْيَا فَإِذَا رَجُلٌ عَنْ يَمِينِهِ أَسْوِدَةٌ وَعَنْ يَسَارِهِ أَسْوِدَةٌ - قَالَ - فَإِذَا نَظَرَ قِبَلَ يَمِينِهِ ضَحِكَ وَإِذَا نَظَرَ قِبَلَ شِمَالِهِ بَكَى - قَالَ - فَقَالَ مَرْحَبًا بِالنَّبِىِّ الصَّالِحِ وَالاِبْنِ الصَّالِحِ - قَالَ - قُلْتُ يَا جِبْرِيلُ مَنْ هَذَا قَالَ هَذَا آدَمُ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهَذِهِ الأَسْوِدَةُ عَنْ يَمِينِهِ وَعَنْ شِمَالِهِ نَسَمُ بَنِيهِ فَأَهْلُ الْيَمِينِ أَهْلُ الْجَنَّةِ وَالأَسْوِدَةُ الَّتِى عَنْ شِمَالِهِ أَهْلُ النَّارِ فَإِذَا نَظَرَ قِبَلَ يَمِينِهِ ضَحِكَ وَإِذَا نَظَرَ قِبَلَ شِمَالِهِ بَكَى - قَالَ - ثُمَّ عَرَجَ بِى جِبْرِيلُ حَتَّى أَتَى السَّمَاءَ الثَّانِيَةَ . فَقَالَ لِخَازِنِهَا افْتَحْ - قَالَ - فَقَالَ لَهُ خَازِنُهَا مِثْلَ مَا قَالَ خَازِنُ السَّمَاءِ الدُّنْيَا فَفَتَحَ ». فَقَالَ أَنَسُ بْنُ مَالِكٍ فَذَكَرَ أَنَّهُ وَجَدَ فِى السَّمَوَاتِ آدَمَ وَإِدْرِيسَ وَعِيسَى وَمُوسَى وَإِبْرَاهِيمَ - صَلَوَاتُ اللَّهِ عَلَيْهِمْ أَجْمَعِينَ - وَلَمْ يُثْبِتْ كَيْفَ مَنَازِلُهُمْ غَيْرَ أَنَّهُ ذَكَرَ أَنَّهُ قَدْ وَجَدَ آدَمَ - عَلَيْهِ السَّلاَمُ - فِى السَّمَاءِ الدُّنْيَا وَإِبْرَاهِيمَ فِى السَّمَاءِ السَّادِسَةِ. قَالَ « فَلَمَّا مَرَّ جِبْرِيلُ وَرَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِإِدْرِيسَ - صَلَوَاتُ اللَّهِ عَلَيْهِ - قَالَ مَرْحَبًا بِالنَّبِىِّ الصَّالِحِ وَالأَخِ الصَّالِحِ - قَالَ - ثُمَّ مَرَّ فَقُلْتُ مَنْ هَذَا فَقَالَ هَذَا إِدْرِيسُ - قَالَ - ثُمَّ مَرَرْتُ بِمُوسَى - عَلَيْهِ السَّلاَمُ - فَقَالَ مَرْحَبًا بِالنَّبِىِّ الصَّالِحِ وَالأَخِ الصَّالِحِ - قَالَ - قُلْتُ مَنْ هَذَا قَالَ هَذَا مُوسَى - قَالَ - ثُمَّ مَرَرْتُ بِعِيسَى فَقَالَ مَرْحَبًا بِالنَّبِىِّ الصَّالِحِ وَالأَخِ الصَّالِحِ. قُلْتُ مَنْ هَذَا قَالَ عِيسَى ابْنُ مَرْيَمَ - قَالَ - ثُمَّ مَرَرْتُ بِإِبْرَاهِيمَ - عَلَيْهِ السَّلاَمُ - فَقَالَ مَرْحَبًا بِالنَّبِىِّ الصَّالِحِ وَالاِبْنِ الصَّالِحِ - قَالَ - قُلْتُ مَنْ هَذَا قَالَ هَذَا إِبْرَاهِيمُ ». قَالَ ابْنُ شِهَابٍ وَأَخْبَرَنِى ابْنُ حَزْمٍ أَنَّ ابْنَ عَبَّاسٍ وَأَبَا حَبَّةَ الأَنْصَارِىَّ كَانَا يَقُولاَنِ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « ثُمَّ عَرَجَ بِى حَتَّى ظَهَرْتُ لِمُسْتَوًى أَسْمَعُ فِيهِ صَرِيفَ الأَقْلاَمِ ». قَالَ ابْنُ حَزْمٍ وَ أَنَسُ بْنُ مَالِكٍ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « فَفَرَضَ اللَّهُ عَلَى أُمَّتِى خَمْسِينَ صَلاَةً - قَالَ - فَرَجَعْتُ بِذَلِكَ حَتَّى أَمُرَّ بِمُوسَى فَقَالَ مُوسَى عَلَيْهِ السَّلاَمُ مَاذَا فَرَضَ رَبُّكَ عَلَى أُمَّتِكَ - قَالَ - قُلْتُ فَرَضَ عَلَيْهِمْ خَمْسِينَ صَلاَةً. قَالَ لِى مُوسَى عَلَيْهِ السَّلاَمُ فَرَاجِعْ رَبَّكَ فَإِنَّ أُمَّتَكَ لاَ تُطِيقُ ذَلِكَ - قَالَ - فَرَاجَعْتُ رَبِّى فَوَضَعَ شَطْرَهَا - قَالَ - فَرَجَعْتُ إِلَى مُوسَى - عَلَيْهِ السَّلاَمُ - فَأَخْبَرْتُهُ قَالَ رَاجِعْ رَبَّكَ فَإِنَّ أُمَّتَكَ لاَ تُطِيقُ ذَلِكَ - قَالَ - فَرَاجَعْتُ رَبِّى فَقَالَ هِىَ خَمْسٌ وَهْىَ خَمْسُونَ لاَ يُبَدَّلُ الْقَوْلُ لَدَىَّ - قَالَ - فَرَجَعْتُ إِلَى مُوسَى فَقَالَ رَاجِعْ رَبَّكَ. فَقُلْتُ قَدِ اسْتَحْيَيْتُ مِنْ رَبِّى - قَالَ - ثُمَّ انْطَلَقَ بِى جِبْرِيلُ حَتَّى نَأْتِىَ سِدْرَةَ الْمُنْتَهَى فَغَشِيَهَا أَلْوَانٌ لاَ أَدْرِى مَا هِىَ - قَالَ - ثُمَّ أُدْخِلْتُ الْجَنَّةَ فَإِذَا فِيهَا جَنَابِذُ اللُّؤْلُؤِ وَإِذَا تُرَابُهَا الْمِسْكُ ».

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Əbu Zərr rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Mən Məkkədə ikən evimin tavanı aralandı və Cəbrail ﵇ yanıma endi. O, sinəmi yardı, sonra onun içini Zəmzəm suyu ilə yudu. Sonra da içi hikmət və imanla dolu olan qızıl ləyən gətirib içindəkiləri köksümə boşaltdı və köksümü bağladı. Sonra əlimdən tutub məni göyə qaldırdı. Mən yerə ən yaxın olan səmaya gəlib çatdıqda Cəbrail ﵇ dünya səmasının gözətçisinə: “Aç”, – dedi. Gözətçi soruşdu: “Kimdir o?” O: “Cəbraildir!”, – dedi. Gözətçi soruşdu: “Yanında kimsə varmı?” Cəbrail: “Bəli, Muhəmməd ﷺ yanımdadır!”, – dedi. Gözətçi soruşdu: “Ona gəlməsi üçün xəbər göndərildimi?” Cəbrail: “Bəli!”, – dedi. Gözətçi qapıları açdı. Biz yaxın göyün üstünə qalxdıq və orada oturmuş bir adam gördük ki, onun sağ və sol tərəfində qaraltılar var idi. Bu adam sağa baxanda gülür, sola baxanda isə ağlayırdı. O məni görüb dedi: “Əməlisaleh peyğəmbər və əməlisaleh övlad xoş gəlib!” Mən dedim: “Ey Cəbrail, bu kimdir?” O dedi: “Bu, Adəmdir, sağında və solunda olan qaraltılar isə zürriyyətinin ruhlarıdır. Sağında olanlar Cənnət əhli, solundakı qaraltılar isə Cəhənnəm əhlidir. Bu səbəblə də o, sağına baxanda gülür, soluna baxanda ağlayır”. Sonra Cəbrail məni göyə qaldırdı. Biz ikinci göyə gəlib çatdıqda onun gözətçisinə: “Aç”, – dedi. Bu gözətçi də ona dünya səmasının gözətçisinin dediyini deyəndən sonra qapını açdı”. Ənəs ibn Malik deyir: “Əbu Zərr Allah Elçisinin ﷺ səmalarda Adəmi, İdrisi, İsanı, Musanı və İbrahimi – onların hamısına Allahın salavatı olsun! – gördüyünü söyləsə də, onların məqamları barədə dəqiq bir söz demədi. Yalnız Adəmi ﵇ dünya səmasında, İbrahimi də altıncı səmada gördüyünü dedi”. Ənəs deyir: “Cəbrail Allah Elçisi ﷺ ilə birlikdə İdrisin yanından keçdikdə İdris dedi: “Əməlisaleh peyğəmbər və əməlisaleh qardaş xoş gəlib!” Sonra Allah Elçisi ﷺ dedi: “Mən dedim: “Bu kimdir?” Cəbrail dedi: “Bu, İdrisdir”. Sonra mən Musanın ﵇ yanından keçdim. O da dedi: “Əməlisaleh peyğəmbər və əməlisaleh qardaş xoş gəlib!” Mən dedim: “Bu kimdir?” Cəbrail dedi: “Bu, Musadır”. Sonra mən İsanın yanından keçdim. O da: “Əməlisaleh peyğəmbər və əməlisaleh qardaş xoş gəlib!”, – dedi. Mən dedim: “Bu kimdir?” Cəbrail dedi: “Bu, İsa ibn Məryəmdir”. Sonra mən İbrahimin ﵇ yanından keçdim. İbrahim dedi: “Əməlisaleh peyğəmbər və əməlisaleh övlad xoş gəlib!” Mən dedim: “Bu kimdir?” Cəbrail dedi: “Bu, İbrahimdir”. İbn Abbas və Əbu Həbbə əl-Ənsari ﵄ demişlər: “Allah Elçisi ﷺ buyurdu: “Sonra Cəbrail məni elə bir yüksəkliyə qaldırdı ki, mən qələmlərin xışıltısını eşitdim”. Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ buyurdu: “Allah mənim ümmətimə əlli (vaxt) namaz qılmağı vacib buyurdu. Mən bunu öhdəmə götürüb geri döndüm. Musanın yanına gəlib çatdıqda Musa ﵇ məndən soruşdu: “Allah sənin ümmətinə nəyi əmr etdi?” Mən dedim: “Əlli vaxt namaz qılmağı vacib buyurdu”. Musa dedi: “Rəbbinin yanına qayıt və Ondan bunu yüngülləşdirməyi xahiş et, çünki sənin ümmətin bunun öhdəsindən gələ bilməyəcək”. Mən Rəbbimə müraciət etdim və O da bunun sayını bir qədər azaltdı. Sonra Musanın ﵇ yanına qayıdıb bunu ona xəbər verdim. Musa yenə dedi: “Rəbbinə müraciət et, çünki sənin ümmətin bunun öhdəsindən gələ bilməyəcək”. Mən yenə Rəbbimə müraciət etdim. Allah ﷿ buyurdu: “Onlar sayca beşdir, savabı isə əllidir, çünki Mənim sözüm dəyişməzdir”. Sonra mən Musanın yanına qayıtdım. O yenə dedi: “Rəbbinə müraciət et!” Mən dedim: “Artıq Rəbbimdən utanıram”. Sonra Cəbrail məni son həddəki Sidr ağacının yanına apardı. Bu ağacı elə (qəribə) rənglər bürümüşdü ki, mən onların nə olduğunu bilmirəm. Sonra məni Cənnətə daxil etdilər. Orada incilərdən qübbələr var idi. Torpağı da müşk (qoxulu) idi”.”

Ənəs ibn Malik
Muslim, 433 (İman, 332)Səhih

حَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ حَدَّثَنَا أَبِى عَنِ ابْنِ شِهَابٍ عَنْ عَطَاءِ بْنِ يَزِيدَ اللَّيْثِىِّ أَنَّ أَبَا هُرَيْرَةَ أَخْبَرَهُ أَنَّ نَاسًا قَالُوا لِرَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَا رَسُولَ اللَّهِ هَلْ نَرَى رَبَّنَا يَوْمَ الْقِيَامَةِ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « هَلْ تُضَارُّونَ فِى رُؤْيَةِ الْقَمَرِ لَيْلَةَ الْبَدْرِ ». قَالُوا لاَ يَا رَسُولَ اللَّهِ. قَالَ « هَلْ تُضَارُّونَ فِى الشَّمْسِ لَيْسَ دُونَهَا سَحَابٌ ». قَالُوا لاَ يَا رَسُولَ اللَّهِ. قَالَ « فَإِنَّكُمْ تَرَوْنَهُ كَذَلِكَ يَجْمَعُ اللَّهُ النَّاسَ يَوْمَ الْقِيَامَةِ فَيَقُولُ مَنْ كَانَ يَعْبُدُ شَيْئًا فَلْيَتَّبِعْهُ. فَيَتَّبِعُ مَنْ كَانَ يَعْبُدُ الشَّمْسَ الشَّمْسَ وَيَتَّبِعُ مَنْ كَانَ يَعْبُدُ الْقَمَرَ الْقَمَرَ وَيَتَّبِعُ مَنْ كَانَ يَعْبُدُ الطَّوَاغِيتَ الطَّوَاغِيتَ وَتَبْقَى هَذِهِ الأُمَّةُ فِيهَا مُنَافِقُوهَا فَيَأْتِيهِمُ اللَّهُ - تَبَارَكَ وَتَعَالَى - فِى صُورَةٍ غَيْرِ صُورَتِهِ الَّتِى يَعْرِفُونَ فَيَقُولُ أَنَا رَبُّكُمْ. فَيَقُولُونَ نَعُوذُ بِاللَّهِ مِنْكَ هَذَا مَكَانُنَا حَتَّى يَأْتِيَنَا رَبُّنَا فَإِذَا جَاءَ رَبُّنَا عَرَفْنَاهُ. فَيَأْتِيهِمُ اللَّهُ تَعَالَى فِى صُورَتِهِ الَّتِى يَعْرِفُونَ فَيَقُولُ أَنَا رَبُّكُمْ. فَيَقُولُونَ أَنْتَ رَبُّنَا. فَيَتَّبِعُونَهُ وَيُضْرَبُ الصِّرَاطُ بَيْنَ ظَهْرَىْ جَهَنَّمَ فَأَكُونُ أَنَا وَأُمَّتِى أَوَّلَ مَنْ يُجِيزُ وَلاَ يَتَكَلَّمُ يَوْمَئِذٍ إِلاَّ الرُّسُلُ وَدَعْوَى الرُّسُلِ يَوْمَئِذٍ اللَّهُمَّ سَلِّمْ سَلِّمْ. وَفِى جَهَنَّمَ كَلاَلِيبُ مِثْلُ شَوْكِ السَّعْدَانِ هَلْ رَأَيْتُمُ السَّعْدَانَ ». قَالُوا نَعَمْ يَا رَسُولَ اللَّهِ. قَالَ « فَإِنَّهَا مِثْلُ شَوْكِ السَّعْدَانِ غَيْرَ أَنَّهُ لاَ يَعْلَمُ مَا قَدْرُ عِظَمِهَا إِلاَّ اللَّهُ تَخْطَفُ النَّاسَ بِأَعْمَالِهِمْ فَمِنْهُمُ الْمُؤْمِنُ بَقِىَ بِعَمَلِهِ وَمِنْهُمُ الْمُجَازَى حَتَّى يُنَجَّى حَتَّى إِذَا فَرَغَ اللَّهُ مِنَ الْقَضَاءِ بَيْنَ الْعِبَادِ وَأَرَادَ أَنْ يُخْرِجَ بِرَحْمَتِهِ مَنْ أَرَادَ مِنْ أَهْلِ النَّارِ أَمَرَ الْمَلاَئِكَةَ أَنْ يُخْرِجُوا مِنَ النَّارِ مَنْ كَانَ لاَ يُشْرِكُ بِاللَّهِ شَيْئًا مِمَّنْ أَرَادَ اللَّهُ تَعَالَى أَنْ يَرْحَمَهُ مِمَّنْ يَقُولُ لاَ إِلَهَ إِلاَّ اللَّهُ. فَيَعْرِفُونَهُمْ فِى النَّارِ يَعْرِفُونَهُمْ بِأَثَرِ السُّجُودِ تَأْكُلُ النَّارُ مِنِ ابْنِ آدَمَ إِلاَّ أَثَرَ السُّجُودِ حَرَّمَ اللَّهُ عَلَى النَّارِ أَنْ تَأْكُلَ أَثَرَ السُّجُودِ. فَيُخْرَجُونَ مِنَ النَّارِ وَقَدِ امْتَحَشُوا فَيُصَبُّ عَلَيْهِمْ مَاءُ الْحَيَاةِ فَيَنْبُتُونَ مِنْهُ كَمَا تَنْبُتُ الْحِبَّةُ فِى حَمِيلِ السَّيْلِ ثُمَّ يَفْرُغُ اللَّهُ تَعَالَى مِنَ الْقَضَاءِ بَيْنَ الْعِبَادِ وَيَبْقَى رَجُلٌ مُقْبِلٌ بِوَجْهِهِ عَلَى النَّارِ وَهُوَ آخِرُ أَهْلِ الْجَنَّةِ دُخُولاً الْجَنَّةَ فَيَقُولُ أَىْ رَبِّ اصْرِفْ وَجْهِى عَنِ النَّارِ فَإِنَّهُ قَدْ قَشَبَنِى رِيحُهَا وَأَحْرَقَنِى ذَكَاؤُهَا فَيَدْعُو اللَّهَ مَا شَاءَ اللَّهُ أَنْ يَدْعُوَهُ ثُمَّ يَقُولُ اللَّهُ تَبَارَكَ وَتَعَالَى هَلْ عَسَيْتَ إِنْ فَعَلْتُ ذَلِكَ بِكَ أَنْ تَسْأَلَ غَيْرَهُ. فَيَقُولُ لاَ أَسْأَلُكَ غَيْرَهُ. وَيُعْطِى رَبَّهُ مِنْ عُهُودٍ وَمَوَاثِيقَ مَا شَاءَ اللَّهُ فَيَصْرِفُ اللَّهُ وَجْهَهُ عَنِ النَّارِ فَإِذَا أَقْبَلَ عَلَى الْجَنَّةِ وَرَآهَا سَكَتَ مَا شَاءَ اللَّهُ أَنْ يَسْكُتَ ثُمَّ يَقُولُ أَىْ رَبِّ قَدِّمْنِى إِلَى بَابِ الْجَنَّةِ. فَيَقُولُ اللَّهُ لَهُ أَلَيْسَ قَدْ أَعْطَيْتَ عُهُودَكَ وَمَوَاثِيقَكَ لاَ تَسْأَلُنِى غَيْرَ الَّذِى أَعْطَيْتُكَ وَيْلَكَ يَا ابْنَ آدَمَ مَا أَغْدَرَكَ. فَيَقُولُ أَىْ رَبِّ وَيَدْعُو اللَّهَ حَتَّى يَقُولَ لَهُ فَهَلْ عَسَيْتَ إِنْ أَعْطَيْتُكَ ذَلِكَ أَنْ تَسْأَلَ غَيْرَهُ. فَيَقُولُ لاَ وَعِزَّتِكَ. فَيُعْطِى رَبَّهُ مَا شَاءَ اللَّهُ مِنْ عُهُودٍ وَمَوَاثِيقَ فَيُقَدِّمُهُ إِلَى بَابِ الْجَنَّةِ فَإِذَا قَامَ عَلَى بَابِ الْجَنَّةِ انْفَهَقَتْ لَهُ الْجَنَّةُ فَرَأَى مَا فِيهَا مِنَ الْخَيْرِ وَالسُّرُورِ فَيَسْكُتُ مَا شَاءَ اللَّهُ أَنْ يَسْكُتَ ثُمَّ يَقُولُ أَىْ رَبِّ أَدْخِلْنِى الْجَنَّةَ. فَيَقُولُ اللَّهُ تَبَارَكَ وَتَعَالَى لَهُ أَلَيْسَ قَدْ أَعْطَيْتَ عُهُودَكَ وَمَوَاثِيقَكَ أَنْ لاَ تَسْأَلَ غَيْرَ مَا أُعْطِيتَ وَيْلَكَ يَا ابْنَ آدَمَ مَا أَغْدَرَكَ. فَيَقُولُ أَىْ رَبِّ لاَ أَكُونُ أَشْقَى خَلْقِكَ. فَلاَ يَزَالُ يَدْعُو اللَّهَ حَتَّى يَضْحَكَ اللَّهُ تَبَارَكَ وَتَعَالَى مِنْهُ فَإِذَا ضَحِكَ اللَّهُ مِنْهُ قَالَ ادْخُلِ الْجَنَّةَ. فَإِذَا دَخَلَهَا قَالَ اللَّهُ لَهُ تَمَنَّهْ. فَيَسْأَلُ رَبَّهُ وَيَتَمَنَّى حَتَّى إِنَّ اللَّهَ لَيُذَكِّرُهُ مِنْ كَذَا وَكَذَا حَتَّى إِذَا انْقَطَعَتْ بِهِ الأَمَانِىُّ قَالَ اللَّهُ تَعَالَى ذَلِكَ لَكَ وَمِثْلُهُ مَعَهُ ». قَالَ عَطَاءُ بْنُ يَزِيدَ وَأَبُو سَعِيدٍ الْخُدْرِىُّ مَعَ أَبِى هُرَيْرَةَ لاَ يَرُدُّ عَلَيْهِ مِنْ حَدِيثِهِ شَيْئًا. حَتَّى إِذَا حَدَّثَ أَبُو هُرَيْرَةَ أَنَّ اللَّهَ قَالَ لِذَلِكَ الرَّجُلِ وَمِثْلُهُ مَعَهُ. قَالَ أَبُو سَعِيدٍ وَعَشَرَةُ أَمْثَالِهِ مَعَهُ يَا أَبَا هُرَيْرَةَ. قَالَ أَبُو هُرَيْرَةَ مَا حَفِظْتُ إِلاَّ قَوْلَهُ ذَلِكَ لَكَ وَمِثْلُهُ مَعَهُ. قَالَ أَبُو سَعِيدٍ أَشْهَدُ أَنِّى حَفِظْتُ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَوْلَهُ ذَلِكَ لَكَ وَعَشَرَةُ أَمْثَالِهِ. قَالَ أَبُو هُرَيْرَةَ وَذَلِكَ الرَّجُلُ آخِرُ أَهْلِ الْجَنَّةِ دُخُولاً الْجَنَّةَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir dəfə camaat Allah Elçisindən ﷺ soruşdu: “Ey Allahın Elçisi! Biz Qiyamət günü Rəbbimizi görəcəyikmi?” Allah Elçisi ﷺ buyurdu: “Məgər siz buludla örtülməmiş on dörd gecəlik ayı görmək üçün basabas salıb bir-birinizə əziyyət verirsiniz?!” Onlar dedilər: “Xeyr, ey Allahın Elçisi!” Peyğəmbər ﷺ yenə buyurdu: “Məgər siz buludla örtülməmiş günəşi görmək üçün bir-birinizə əziyyət verirsiniz?!” Onlar dedilər: “Xeyr, ey Allahın Elçisi!” Peyğəmbər ﷺ buyurdu: “Rəbbinizi də çətinlik çəkmədən görəcəksiniz. Qiyamət günü Allah insanları məhşərə toplayacaq və belə buyuracaq: “Kim nəyə ibadət edirdisə, qoy onun ardınca getsin!” Beləliklə, günəşə ibadət edənlər günəşin, aya ibadət edənlər ayın, tağutlara ibadət edənlər də tağutların ardınca gedib Cəhənnəmə düşəcək. Sonda bu ümmət, aralarında olan münafiqləri ilə birlikdə qalacaq. Sonra Allah ﷾ onların yanına əvvəlcə tanıdıqlarından başqa surətdə gələcək və buyuracaq: “Mən sizin Rəbbinizəm!” Onlar deyəcəklər: “Səndən Allaha sığınırıq! Rəbbimiz gələnədək bura bizim yerimizdir. Rəbbimiz gələndə biz Onu tanıyacağıq”. Bu dəfə Uca Allah onların yanına tanıdıqları surətdə gəlib buyuracaq: “Mən sizin Rəbbinizəm!” Onlar da: “Sən bizim Rəbbimizsən!”, – deyəcək və Ona tabe olacaqlar. Sonra Cəhənnəmin üzərində körpü qurulacaq və ümməti ilə birlikdə bu körpüdən keçən elçilərin birincisi mən olacağam. O gün elçilərdən başqa heç kəs danışa bilməyəcək. Elçilərin o günkü duaları isə: “Allahım, xilas et, xilas et!” olacaq. Cəhənnəmdə Sadan tikanlarına bənzər qarmaqlar var. Siz sadan tikanlarını görmüsünüzmü?” Səhabələr dedilər: “Bəli, ey Allahın Elçisi!” Peyğəmbər ﷺ buyurdu: “Bu qarmaqlar Sadan tikanlarına bənzəyirlər, lakin Allahdan başqa heç kəs onların nə qədər böyük olduğunu bilmir. Onlar insanları əməllərinə görə tutacaqlar. Onlardan kimisi əməlinə görə məhv olacaq, kimisi də didik-didik ediləcək, lakin sonda xilas olacaq. Allah Öz qulları arasında mühakiməsini bitirdiyi və Cəhənnəmə vasil olanlardan dilədiyinə mərhəmət göstərmək istədiyi vaxt mələklərə, “lə iləhə illəllah” deyənlərdən – Uca Allahın mərhəmət etmək istədiyi kəslərdən – Allaha heç bir şeyi şərik qoşmamış kəsləri oddan çıxarmağı əmr edəcək. Mələklər onları atəşin içində səcdə izindən tanıyacaqlar. Od Adəm övladının bədənini – səcdə yerləri istisna olmaqla – başdan-ayağa yandıracaq. Çünki Allah Cəhənnəm oduna səcdə izlərini yandırmağı haram etmişdir. Beləliklə, onlar sümüklərinə qədər yanmış halda Cəhənnəm odundan çıxarılacaqlar. Bundan sonra onların üstünə dirilik suyu töküləcək və onlar selin gətirdiyi toxumun cücərib yetişdiyi kimi diriləcəklər. Uca Allah Öz qulları arasında mühakiməsini bitirdikdə üzü Cəhənnəmə tərəf olan bir nəfər qalacaq. Bu adam Cənnətə girən kəslərin sonuncusu olacaq. O deyəcək: “Ey Rəbbim! Üzümü oddan döndər, çünki onun tüstüsü məni zəhərləmişdir, alovu da məni yandırıb-yaxmışdır!” Bu şəxs Allahın istədiyi qədər Allaha dua edəcək. Sonra Allah ﷾ buyuracaq: “Bu istədiyini yerinə yetirsəm, başqa bir şey istəyəcəksənmi?” Bu adam: “Səndən bundan başqa heç nə istəməyəcəyəm”, – deyəcək və Allaha istədiyi qədər and içib söz verəcək. Allah da onun üzünü oddan döndərəcək. Allah onun üzünü Cənnətə tərəf çevirdikdə o, Cənnətin gözəlliyini görüb Allahın istədiyi qədər susduqdan sonra deyəcək: “Ey Rəbbim, məni Cənnətin qapısına yaxınlaşdır”. Allah ona belə buyuracaq: “Sənə verdiyimdən başqa Məndən heç nə istəməyəcəyinə dair and içib söz verməmişdinmi? Yazıqsan, ey Adəm övladı! Sən necə də bivəfasan!” O adam: “Ey Rəbbim!”, – deyəcək və Allaha davamlı dua edəcək. Allah ona buyuracaq: “Bu istədiyini sənə versəm, başqa bir şey istəyəcəksənmi?” O: “Sənin izzətinə and olsun ki, yox!”, – deyəcək və Allaha istədiyi qədər and içib söz verəcək. Allah da onu Cənnətin qapısına yaxınlaşdıracaq. O, Cənnətin qapısına çatdığı, Cənnətin qapısının onun üzünə açıldığı, içindəki xeyir-bərəkəti və sevinci gördüyü vaxt Allahın istədiyi qədər susacaq, sonra deyəcək: “Ey Rəbbim, məni Cənnətə daxil et!” Allah ﷾ ona belə buyuracaq: “Sənə verdiyimdən başqa Məndən heç nə istəməyəcəyinə dair and içib söz verməmişdinmi? Vay sənin halına, ey Adəm oğlu, sən nə qədər vədinə xilaf çıxırsan!” O: “Ey Rəbbim, qoy Sənin yaratdıqlarının ən bədbəxti mən olmayım!”, – deyəcək və davamlı olaraq Rəbbinə dua edəcək. Axırda Allah ﷾ ona güləcək. Allah ona güldüyü vaxt buyuracaq: “Cənnətə gir!” O, Cənnətə girdikdə Allah ona buyuracaq: “Nə istəyirsən, istə!” O da Rəbbindən o qədər istəyəcək və təmənna edəcək ki, axırda heç bir istəyi qalmayacaq. Allah: “Filan şeyi və filan şeyi də istə!” buyuraraq onun istəklərini ona xatırladacaq. Artıq onun heç bir istəyi qalmadıqda Uca Allah buyuracaq: “Bu istədiklərin və bir o qədəri də sənindir”. Əta ibn Yəzid demişdir: “Əbu Hureyra bu hədisi rəvayət edərkən Əbu Səid əl-Xudri onun yanında idi və Əbu Hureyranın dediklərindən heç bir şeyi rədd etmirdi. Əbu Hureyra: “Allah o adama: “Bu istədiklərin və bir o qədəri də sənindir”, – deyə buyuracaq” deyəndə Əbu Səid dedi: “Bu istədiklərin və onun on misli”, ey Əbu Hureyra!” Əbu Hureyra ona belə cavab verdi: “Mən Allah Elçisinin ﷺ: “Bu istədiklərin və bir o qədəri də sənindir”, – dediyini yadda saxlamışam. Əbu Səid əl-Xudri dedi: “Mən şahidlik edirəm ki, onun: “Bu istədiklərin və onun on misli sənindir”, – dediyini yadda saxlamışam. Əbu Hureyra dedi: “Bu adam Cənnətə girən kimsələrin axırıncısı olacaq”.”

Əbu Hureyra
Muslim, 469 (İman, 368)Səhih

وَحَدَّثَنِى سُوَيْدُ بْنُ سَعِيدٍ قَالَ حَدَّثَنِى حَفْصُ بْنُ مَيْسَرَةَ عَنْ زَيْدِ بْنِ أَسْلَمَ عَنْ عَطَاءِ بْنِ يَسَارٍ عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ أَنَّ نَاسًا فِى زَمَنِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالُوا يَا رَسُولَ اللَّهِ هَلْ نَرَى رَبَّنَا يَوْمَ الْقِيَامَةِ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « نَعَمْ ». قَالَ « هَلْ تُضَارُّونَ فِى رُؤْيَةِ الشَّمْسِ بِالظَّهِيرَةِ صَحْوًا لَيْسَ مَعَهَا سَحَابٌ وَهَلْ تُضَارُّونَ فِى رُؤْيَةِ الْقَمَرِ لَيْلَةَ الْبَدْرِ صَحْوًا لَيْسَ فِيهَا سَحَابٌ ». قَالُوا لاَ يَا رَسُولَ اللَّهِ. قَالَ « مَا تُضَارُّونَ فِى رُؤْيَةِ اللَّهِ تَبَارَكَ وَتَعَالَى يَوْمَ الْقِيَامَةِ إِلاَّ كَمَا تُضَارُّونَ فِى رُؤْيَةِ أَحَدِهِمَا إِذَا كَانَ يَوْمُ الْقِيَامَةِ أَذَّنَ مُؤَذِّنٌ لِيَتَّبِعْ كُلُّ أُمَّةٍ مَا كَانَتْ تَعْبُدُ. فَلاَ يَبْقَى أَحَدٌ كَانَ يَعْبُدُ غَيْرَ اللَّهِ سُبْحَانَهُ مِنَ الأَصْنَامِ وَالأَنْصَابِ إِلاَّ يَتَسَاقَطُونَ فِى النَّارِ حَتَّى إِذَا لَمْ يَبْقَ إِلاَّ مَنْ كَانَ يَعْبُدُ اللَّهَ مِنْ بَرٍّ وَفَاجِرٍ وَغُبَّرِ أَهْلِ الْكِتَابِ فَيُدْعَى الْيَهُودُ فَيُقَالُ لَهُمْ مَا كُنْتُمْ تَعْبُدُونَ قَالُوا كُنَّا نَعْبُدُ عُزَيْرَ ابْنَ اللَّهِ. فَيُقَالُ كَذَبْتُمْ مَا اتَّخَذَ اللَّهُ مِنْ صَاحِبَةٍ وَلاَ وَلَدٍ فَمَاذَا تَبْغُونَ قَالُوا عَطِشْنَا يَا رَبَّنَا فَاسْقِنَا. فَيُشَارُ إِلَيْهِمْ أَلاَ تَرِدُونَ فَيُحْشَرُونَ إِلَى النَّارِ كَأَنَّهَا سَرَابٌ يَحْطِمُ بَعْضُهَا بَعْضًا فَيَتَسَاقَطُونَ فِى النَّارِ. ثُمَّ يُدْعَى النَّصَارَى فَيُقَالُ لَهُمْ مَا كُنْتُمْ تَعْبُدُونَ قَالُوا كُنَّا نَعْبُدُ الْمَسِيحَ ابْنَ اللَّهِ. فَيُقَالُ لَهُمْ كَذَبْتُمْ. مَا اتَّخَذَ اللَّهُ مِنْ صَاحِبَةٍ وَلاَ وَلَدٍ. فَيُقَالُ لَهُمْ مَاذَا تَبْغُونَ فَيَقُولُونَ عَطِشْنَا يَا رَبَّنَا فَاسْقِنَا. - قَالَ - فَيُشَارُ إِلَيْهِمْ أَلاَ تَرِدُونَ فَيُحْشَرُونَ إِلَى جَهَنَّمَ كَأَنَّهَا سَرَابٌ يَحْطِمُ بَعْضُهَا بَعْضًا فَيَتَسَاقَطُونَ فِى النَّارِ حَتَّى إِذَا لَمْ يَبْقَ إِلاَّ مَنْ كَانَ يَعْبُدُ اللَّهَ تَعَالَى مِنْ بَرٍّ وَفَاجِرٍ أَتَاهُمْ رَبُّ الْعَالَمِينَ سُبْحَانَهُ وَتَعَالَى فِى أَدْنَى صُورَةٍ مِنَ الَّتِى رَأَوْهُ فِيهَا. قَالَ فَمَا تَنْتَظِرُونَ تَتْبَعُ كُلُّ أُمَّةٍ مَا كَانَتْ تَعْبُدُ. قَالُوا يَا رَبَّنَا فَارَقْنَا النَّاسَ فِى الدُّنْيَا أَفْقَرَ مَا كُنَّا إِلَيْهِمْ وَلَمْ نُصَاحِبْهُمْ. فَيَقُولُ أَنَا رَبُّكُمْ. فَيَقُولُونَ نَعُوذُ بِاللَّهِ مِنْكَ لاَ نُشْرِكُ بِاللَّهِ شَيْئًا - مَرَّتَيْنِ أَوْ ثَلاَثًا - حَتَّى إِنَّ بَعْضَهُمْ لَيَكَادُ أَنْ يَنْقَلِبَ. فَيَقُولُ هَلْ بَيْنَكُمْ وَبَيْنَهُ آيَةٌ فَتَعْرِفُونَهُ بِهَا فَيَقُولُونَ نَعَمْ. فَيُكْشَفُ عَنْ سَاقٍ فَلاَ يَبْقَى مَنْ كَانَ يَسْجُدُ لِلَّهِ مِنْ تِلْقَاءِ نَفْسِهِ إِلاَّ أَذِنَ اللَّهُ لَهُ بِالسُّجُودِ وَلاَ يَبْقَى مَنْ كَانَ يَسْجُدُ اتِّقَاءً وَرِيَاءً إِلاَّ جَعَلَ اللَّهُ ظَهْرَهُ طَبَقَةً وَاحِدَةً كُلَّمَا أَرَادَ أَنْ يَسْجُدَ خَرَّ عَلَى قَفَاهُ. ثُمَّ يَرْفَعُونَ رُءُوسَهُمْ وَقَدْ تَحَوَّلَ فِى صُورَتِهِ الَّتِى رَأَوْهُ فِيهَا أَوَّلَ مَرَّةٍ فَقَالَ أَنَا رَبُّكُمْ. فَيَقُولُونَ أَنْتَ رَبُّنَا. ثُمَّ يُضْرَبُ الْجِسْرُ عَلَى جَهَنَّمَ وَتَحِلُّ الشَّفَاعَةُ وَيَقُولُونَ اللَّهُمَّ سَلِّمْ سَلِّمْ ». قِيلَ يَا رَسُولَ اللَّهِ وَمَا الْجِسْرُ قَالَ « دَحْضٌ مَزِلَّةٌ. فِيهِ خَطَاطِيفُ وَكَلاَلِيبُ وَحَسَكٌ تَكُونُ بِنَجْدٍ فِيهَا شُوَيْكَةٌ يُقَالُ لَهَا السَّعْدَانُ فَيَمُرُّ الْمُؤْمِنُونَ كَطَرْفِ الْعَيْنِ وَكَالْبَرْقِ وَكَالرِّيحِ وَكَالطَّيْرِ وَكَأَجَاوِيدِ الْخَيْلِ وَالرِّكَابِ فَنَاجٍ مُسَلَّمٌ وَمَخْدُوشٌ مُرْسَلٌ وَمَكْدُوسٌ فِى نَارِ جَهَنَّمَ. حَتَّى إِذَا خَلَصَ الْمُؤْمِنُونَ مِنَ النَّارِ فَوَالَّذِى نَفْسِى بِيَدِهِ مَا مِنْكُمْ مِنْ أَحَدٍ بِأَشَدَّ مُنَاشَدَةً لِلَّهِ فِى اسْتِقْصَاءِ الْحَقِّ مِنَ الْمُؤْمِنِينَ لِلَّهِ يَوْمَ الْقِيَامَةِ لإِخْوَانِهِمُ الَّذِينَ فِى النَّارِ يَقُولُونَ رَبَّنَا كَانُوا يَصُومُونَ مَعَنَا وَيُصَلُّونَ وَيَحُجُّونَ. فَيُقَالُ لَهُمْ أَخْرِجُوا مَنْ عَرَفْتُمْ. فَتُحَرَّمُ صُوَرُهُمْ عَلَى النَّارِ فَيُخْرِجُونَ خَلْقًا كَثيرًا قَدْ أَخَذَتِ النَّارُ إِلَى نِصْفِ سَاقَيْهِ وَإِلَى رُكْبَتَيْهِ ثُمَّ يَقُولُونَ رَبَّنَا مَا بَقِىَ فِيهَا أَحَدٌ مِمَّنْ أَمَرْتَنَا بِهِ. فَيَقُولُ ارْجِعُوا فَمَنْ وَجَدْتُمْ فِى قَلْبِهِ مِثْقَالَ دِينَارٍ مِنْ خَيْرٍ فَأَخْرِجُوهُ. فَيُخْرِجُونَ خَلْقًا كَثِيرًا ثُمَّ يَقُولُونَ رَبَّنَا لَمْ نَذَرْ فِيهَا أَحَدًا مِمَّنْ أَمَرْتَنَا. ثُمَّ يَقُولُ ارْجِعُوا فَمَنْ وَجَدْتُمْ فِى قَلْبِهِ مِثْقَالَ نِصْفِ دِينَارٍ مِنْ خَيْرٍ فَأَخْرِجُوهُ. فَيُخْرِجُونَ خَلْقًا كَثِيرًا ثُمَّ يَقُولُونَ رَبَّنَا لَمْ نَذَرْ فِيهَا مِمَّنْ أَمَرْتَنَا أَحَدًا. ثُمَّ يَقُولُ ارْجِعُوا فَمَنْ وَجَدْتُمْ فِى قَلْبِهِ مِثْقَالَ ذَرَّةٍ مِنْ خَيْرٍ فَأَخْرِجُوهُ. فَيُخْرِجُونَ خَلْقًا كَثِيرًا ثُمَّ يَقُولُونَ رَبَّنَا لَمْ نَذَرْ فِيهَا خَيْرًا ». وَكَانَ أَبُو سَعِيدٍ الْخُدْرِىُّ يَقُولُ إِنْ لَمْ تُصَدِّقُونِى بِهَذَا الْحَدِيثِ فَاقْرَءُوا إِنْ شِئْتُمْ {إِنَّ اللَّهَ لاَ يَظْلِمُ مِثْقَالَ ذَرَّةٍ وَإِنْ تَكُ حَسَنَةً يُضَاعِفْهَا وَيُؤْتِ مِنْ لَدُنْهُ أَجْرًا عَظِيمًا} « فَيَقُولُ اللَّهُ عَزَّ وَجَلَّ شَفَعَتِ الْمَلاَئِكَةُ وَشَفَعَ النَّبِيُّونَ وَشَفَعَ الْمُؤْمِنُونَ وَلَمْ يَبْقَ إِلاَّ أَرْحَمُ الرَّاحِمِينَ فَيَقْبِضُ قَبْضَةً مِنَ النَّارِ فَيُخْرِجُ مِنْهَا قَوْمًا لَمْ يَعْمَلُوا خَيْرًا قَطُّ قَدْ عَادُوا حُمَمًا فَيُلْقِيهِمْ فِى نَهْرٍ فِى أَفْوَاهِ الْجَنَّةِ يُقَالُ لَهُ نَهْرُ الْحَيَاةِ فَيَخْرُجُونَ كَمَا تَخْرُجُ الْحِبَّةُ فِى حَمِيلِ السَّيْلِ أَلاَ تَرَوْنَهَا تَكُونُ إِلَى الْحَجَرِ أَوْ إِلَى الشَّجَرِ مَا يَكُونُ إِلَى الشَّمْسِ أُصَيْفِرُ وَأُخَيْضِرُ وَمَا يَكُونُ مِنْهَا إِلَى الظِّلِّ يَكُونُ أَبْيَضَ ». فَقَالُوا يَا رَسُولَ اللَّهِ كَأَنَّكَ كُنْتَ تَرْعَى بِالْبَادِيَةِ قَالَ « فَيَخْرُجُونَ كَاللُّؤْلُؤِ فِى رِقَابِهِمُ الْخَوَاتِمُ يَعْرِفُهُمْ أَهْلُ الْجَنَّةِ هَؤُلاَءِ عُتَقَاءُ اللَّهِ الَّذِينَ أَدْخَلَهُمُ اللَّهُ الْجَنَّةَ بِغَيْرِ عَمَلٍ عَمِلُوهُ وَلاَ خَيْرٍ قَدَّمُوهُ ثُمَّ يَقُولُ ادْخُلُوا الْجَنَّةَ فَمَا رَأَيْتُمُوهُ فَهُوَ لَكُمْ. فَيَقُولُونَ رَبَّنَا أَعْطَيْتَنَا مَا لَمْ تُعْطِ أَحَدًا مِنَ الْعَالَمِينَ. فَيَقُولُ لَكُمْ عِنْدِى أَفْضَلُ مِنْ هَذَا فَيَقُولُونَ يَا رَبَّنَا أَىُّ شَىْءٍ أَفْضَلُ مِنْ هَذَا. فَيَقُولُ رِضَاىَ فَلاَ أَسْخَطُ عَلَيْكُمْ بَعْدَهُ أَبَدًا ».

“Əbu Səid əl-Xudri ﵁ rəvayət etmişdir ki, Allah Elçisinin ﷺ dövründə bir dəstə adam Peyğəmbərə ﷺ dedi: “Ey Allahın Elçisi! Biz Qiyamət günü Rəbbimizi görə biləcəyikmi?” Allah Elçisi ﷺ buyurdu: “Bəli! Məgər siz günortaüstü, gün işığının qabağını bulud örtmədiyi bir vaxtda günəşi görməkdə bir-birinizə əziyyət verirsinizmi?! On dördüncü gecədə, ay işığının qabağını bulud örtmədiyi bir vaxtda ayı görmək üçün bir-birinizə əziyyət verirsinizmi?!” Onlar dedilər: “Xeyr, ey Allahın Elçisi!” Allah Elçisi ﷺ buyurdu: “Bu ikisindən birini görməyə sizə heç bir şey mane olmadığı kimi, Allahı ﷾ da Qiyamət günü görəcəksiniz. Qiyamət günü yetişdikdə carçı nida edərək deyəcək: “Hər ümmət nəyə ibadət edirdisə, onun ardınca getsin!” Bundan sonra Allahdan qeyrisinə – bütlərə və dikinə qoyulmuş daşlara ibadət edən elə bir kimsə qalmayacaq ki, Cəhənnəm oduna düşməsin. Axırda isə yalnız Allaha ibadət edənlər – xeyirxah və günahkar adamlar – həmçinin Kitab əhlindən öz peyğəmbərlərinə sadiq olmuş kəslər qalacaq. O vaxt yəhudilər çağırılacaq və onlardan soruşulacaq: “Siz nəyə ibadət edirdiniz?” Onlar deyəcəklər: “Biz Allahın oğlu Üzeyirə ibadət edirdik”. Onlara deyiləcək: “Yalan danışırsınız! Allah Özünə nə zövcə, nə də övlad götürmüşdür. Siz nə istəyirsiniz?” Onlar deyəcəklər: “Susamışıq, ey Rəbbimiz, bizə su ver”. Onda onlara Cəhənnəm göstəriləcək və deyiləcək: “Bundan içmək istəmirsinizmi?” Onlar ilğıma bənzər, alovlanan alovun kənarına toplanacaq və bir-birini tapdayaraq Cəhənnəmə düşəcəklər. Sonra nəsranilər çağırılacaq və onlardan soruşulacaq: “Siz nəyə ibadət edirdiniz?” Onlar deyəcəklər: “Biz Allahın oğlu Məsihə ibadət edirdik”. Onlara deyiləcək: “Yalan danışırsınız! Allah Özünə nə zövcə, nə də övlad götürmüşdür”. Sonra onlardan soruşulacaq: “Siz nə istəyirsiniz?” Onlar deyəcək: “Susamışıq, ey Rəbbimiz, bizə su ver”. Onda onlara Cəhənnəm göstəriləcək və deyiləcək: “Bundan içmək istəmirsinizmi?” Onlar ilğıma bənzər, alovlanan alovun kənarına toplanacaq və bir-birini tapdayaraq Cəhənnəmə düşəcəklər. Sonda ancaq Allaha ibadət edən kəslər - xeyirxah və günahkar adamlar qaldıqda aləmlərin Rəbbi ﷾ onların yanına Onu gördükləri ən yaxın surətdə gələcək və belə buyuracaq: “Nə gözləyirsiniz?! Hər bir ümmət ibadət etdiyinin ardınca getsin!” Onlar deyəcəklər: “Biz dünyada ikən insanlara ehtiyacımız ola-ola onlardan ayrıldıq, onlarla heç vaxt birgə olmadıq”. Onda Allah buyuracaq: “Mən sizin Rəbbinizəm!” Onlar: “Səndən Allaha sığınırıq!” İki və ya üç dəfə deyəcəklər: “Biz heç nəyi Allaha şərik qoşmuruq!” Bəziləri (imtahanın çətinliyinə görə haqdan) üz döndərmək istəyəcək. Allah buyuracaq: “Sizinlə Onun arasında bir əlamət varmı ki, bunun sayəsində Onu tanıya biləsiniz?” Onlar: “Bəli!”, – deyəcəklər. Bu vaxt Baldır açılacaq və səmimi qəlbdən Allaha səcdə etmiş elə bir kəs qalmayacaq ki, Allah ona səcdə etməyə izin verməsin. Həmçinin insanlardan qorunmaq məqsədilə və ya riyakarlıqla səcdə etmiş elə bir kəs qalmayacaq ki, Allah onun onurğa sümüyünü bir bütöv sümük etməsin. Belə kimsə hər dəfə səcdə etmək istədikdə qafası üstə düşəcək. Sonra möminlər başlarını səcdədən qaldıracaqlar. Allah ilk dəfə gördükləri surəti dəyişmiş olduğu halda onlara buyuracaq: “Mən sizin Rəbbinizəm”. Onlar da deyəcəklər: “Bəli, Sən bizim Rəbbimizsən!” Bundan sonra Cəhənnəmin üzərində körpü qurulacaq və şəfaət etməyə izin veriləcək. Həmin vaxt peyğəmbərlər: “Allahım, xilas et, xilas et!”, – deyəcəklər”. Peyğəmbərdən ﷺ soruşdular: “Ey Allahın Elçisi, o nə körpüdür elə?” O buyurdu: “Sürüşkən və hamar bir şeydir. Orada çəngəllər, qarmaqlar və dəmir tikanlar var. Bunlar Nəcddə bitən, üstü tikanla dolu, Sadan deyilən bir bitkiyə bənzəyir. Möminlərdən kimisi körpüdən bir göz qırpımında, kimisi şimşək kimi, kimisi külək kimi, kimisi quş kimi, kimisi də ən bərk qaçan cins at və ya dəvə kimi sürətlə keçəcək. Kimisi sağ-salamat qurtulacaq. Kimisi tikanlara ilişib didik-didik ediləcək, lakin sonda xilas olacaq. Bəziləri də Cəhənnəm odunda qalaqlanacaqlar. Nəhayət, möminlər oddan xilas olduqları vaxt – canım Əlində olan Allaha and olsun ki – sizdən heç kəsin, haqqı araşdırmaq xüsusunda Allaha yalvarıb-yaxarması möminlərin Qiyamət günü Cəhənnəmə düşmüş qardaşları üçün Allaha yalvarması qədər şiddətli ola bilməz. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bu yazıqlar bizimlə birlikdə oruc tutar, namaz qılar və həcc ziyarətini yerinə yetirərdilər”. Onda onlara deyiləcək: “Tanıdığınız kəsləri oddan çıxardın, onların vücudu Cəhənnəm oduna haram edilmişdir!” Beləliklə, onlar ayağının yarısına və ya dizinə qədər odda qalan bir çox insanları çıxaracaqlar. Sonra deyəcəklər: “Ey Rəbbimiz! Bizə əmr etdiyin kəslərdən Cəhənnəmdə heç kəs qalmadı”. Onda Allah buyuracaq: “Geri qayıdın, qəlbində dinar ağırlığında iman olan hər kəsi oradan çıxarın!” Onlar yenə bir çoxlarını oddan çıxaracaqlar. Sonra deyəcəklər: “Ey Rəbbimiz! Bizə əmr etdiyin kəslərdən heç kəsi Cəhənnəmdə qoymadıq”. Allah buyuracaq: “Geri qayıdın, qəlbində yarım dinar ağırlığında iman olan bir kəs tapsanız, onu da oradan çıxarın!” Onlar yenə bir çoxlarını oradan çıxaracaqlar. Sonra deyəcəklər: “Ey Rəbbimiz! Bizə əmr etdiyin kəslərdən heç kəsi orada qoymadıq”. Allah buyuracaq: “Geri qayıdın, qəlbində zərrə ağırlığında iman olan bir kəs tapsanız, onu da oradan çıxarın!” Onlar yenə bir çoxlarını oradan çıxaracaqlar. Sonra deyəcəklər: “Ey Rəbbimiz! Biz orada bir nəfər xeyirxah adam qoymadıq”. Əbu Səid əl-Xudri deyərdi: “Mənim danışdığım bu hədisə inanmırsınızsa, bu ayəni oxuyun: “Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər qulun gördüyü iş yaxşı əməl olarsa, Allah bunu artırar və Öz tərəfindən ona böyük mükafat verər”. (ən-Nisa, 48). Bundan sonra Allah ﷿ buyuracaq: “Mələklər şəfaət etdilər, peyğəmbərlər şəfaət etdilər, möminlər şəfaət etdilər. Şəfaət etməyən yalnız rəhmlilərin Rəhmlisi qaldı”. Sonra da heç vaxt yaxşılıq etməmiş, odda yanıb kömürə dönmüş bir toplumu ovuclayıb Cəhənnəmdən çıxaracaq və onları Cənnətin yollarında axan, Həyat çayı deyilən bir çaya atacaq. Beləcə, onlar selin gətirdiyi toxumun cücərib yetişdiyi kimi diriləcəklər. Məgər o, yabanı toxumların istər daşın, istərsə də ağacın dibində necə cücərdiyini görmürsünüz?! Günəş şüaları altında qalanı sarı və yaşıl, kölgədə qalanı isə ağ olur”. Səhabələr dedilər: “Ey Allahın Elçisi! Sən sanki, səhrada çobanlıq etmisən”. Peyğəmbər ﷺ buyurdu: “Onlar boyunlarında gözoxşayan halqalar olduğu halda, özləri də mirvari tək gözəl görkəmdə Həyat çayından çıxacaqlar. Cənnət əhli onları tanıyaraq deyəcək: “Nə bir yaxşı əməli, nə də özləri üçün əvvəlcədən tədarük gördükləri xeyirləri olmadığı halda Allahın Cənnətə daxil etdiyi, azadlığa buraxdığı kəslər bunlardır!” Sonra Allah onlara belə buyuracaq: “Cənnətə girin! Gözünüzün gördüyü nə varsa, sizindir”. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Sən aləmlərdən heç kəsə vermədiyin nemətləri bizə verdin!” Allah buyuracaq: “Sizə bundan da üstün olanını hazırlamışam!” Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bundan üstün nə ola bilər ki?” Allah buyuracaq: “Mənim rizam! Artıq bundan sonra Mənim sizə heç vaxt qəzəbim tutmayacaq”.”

Əbu Səid əl-Xudri
Muslim, 472 (İman, 371)Səhih

حَدَّثَنَا عُثْمَانُ بْنُ أَبِى شَيْبَةَ الْعَبْسِىُّ حَدَّثَنَا جَرِيرٌ عَنِ الأَعْمَشِ عَنْ أَبِى صَالِحٍ عَنْ أَبِى سَعِيدٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « يَقُولُ اللَّهُ عَزَّ وَجَلَّ يَا آدَمُ فَيَقُولُ لَبَّيْكَ وَسَعْدَيْكَ وَالْخَيْرُ فِى يَدَيْكَ - قَالَ - يَقُولُ أَخْرِجْ بَعْثَ النَّارِ. قَالَ وَمَا بَعْثُ النَّارِ قَالَ مِنْ كُلِّ أَلْفٍ تِسْعَمِائَةٍ وَتِسْعَةً وَتِسْعِينَ. قَالَ فَذَاكَ حِينَ يَشِيبُ الصَّغِيرُ وَتَضَعُ كُلُّ ذَاتِ حَمْلٍ حَمْلَهَا وَتَرَى النَّاسَ سُكَارَى وَمَا هُمْ بِسُكَارَى وَلَكِنَّ عَذَابَ اللَّهِ شَدِيدٌ ». قَالَ فَاشْتَدَّ ذَلِكَ عَلَيْهِمْ. قَالُوا يَا رَسُولَ اللَّهِ أَيُّنَا ذَلِكَ الرَّجُلُ فَقَالَ « أَبْشِرُوا فَإِنَّ مِنْ يَأْجُوجَ وَمَأْجُوجَ أَلْفًا وَمِنْكُمْ رَجُلٌ ». قَالَ ثُمَّ قَالَ « وَالَّذِى نَفْسِى بِيَدِهِ إِنِّى لأَطْمَعُ أَنْ تَكُونُوا رُبُعَ أَهْلِ الْجَنَّةِ ». فَحَمِدْنَا اللَّهَ وَكَبَّرْنَا ثُمَّ قَالَ « وَالَّذِى نَفْسِى بِيَدِهِ إِنِّى لأَطْمَعُ أَنْ تَكُونُوا ثُلُثَ أَهْلِ الْجَنَّةِ ». فَحَمِدْنَا اللَّهَ وَكَبَّرْنَا ثُمَّ قَالَ « وَالَّذِى نَفْسِى بِيَدِهِ إِنِّى لأَطْمَعُ أَنْ تَكُونُوا شَطْرَ أَهْلِ الْجَنَّةِ إِنَّ مَثَلَكُمْ فِى الأُمَمِ كَمَثَلِ الشَّعْرَةِ الْبَيْضَاءِ فِى جِلْدِ الثَّوْرِ الأَسْوَدِ أَوْ كَالرَّقْمَةِ فِى ذِرَاعِ الْحِمَارِ ».

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “(Qiyamət günü) Allah ﷿ buyuracaq: “Ey Adəm!” Adəm deyəcək: “Buyur, hüzurundayam və əmrinə müntəzirəm. Xeyir yalnız Sənin Əlindədir!” Allah buyuracaq: “Cəhənnəmə düşəcək kimsələri ayır!” Adəm deyəcək: “Cəhənnəmə düşəcək olanlar nə qədərdir?” Allah buyuracaq: “Hər min nəfərdən doqquz yüz doxsan doqquzu (Cəhənnəmə gedəcək)”. “O zaman uşaqların saçları ağaracaq, hamilə qadın bətnindəkini salacaq, insanları sərxoş görəcəksən, halbuki onlar sərxoş olmayacaqlar. Ancaq Allahın əzabı çox şiddətlidir”. (əl-Həcc, 2). Səhabələrə bu ağır gəldi və onlar: “Ey Allahın Elçisi, hansımız o bir nəfərdən olacaq?”, – deyə soruşdular. Peyğəmbər ﷺ buyurdu: “Sevinin! Heç şübhəsiz ki, sizdən hər bir nəfərin müqabilində Yəcuc və Məcuc tayfalarından min nəfər (Cəhənnəmə atılacaq)”. Sonra Peyğəmbər ﷺ davam edib buyurdu: “Canım Əlində Olana and olsun ki, mən sizin Cənnət əhlinin dörddə birini təşkil edəcəyinizə ümid edirəm”. Bunu eşidəndə biz Allaha həmd etdik və təkbir gətirdik. Sonra o buyurdu: “Canım Əlində Olana and olsun ki, mən sizin Cənnət əhlinin üçdə birini təşkil edəcəyinizə ümid edirəm”. Biz yenə Allaha həmd etdik və təkbir gətirdik. Sonra o belə buyurdu: “Canım Əlində Olana and olsun ki, mən sizin Cənnət əhlinin yarısını təşkil edəcəyinizə ümid edirəm. Sizinlə əvvəlki ümmətlərin misalı qara öküzün dərisindəki ağ tükün və ya uzunqulağın ayağının iç tərəfində olan dairəvarı ləkənin misalına bənzəyir”.”

Əbu Səid
Muslim, 554 (İman, 453)Səhih

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا خَالِدُ بْنُ عَبْدِ اللَّهِ عَنْ خَالِدٍ عَنْ عَطَاءِ بْنِ أَبِى مَيْمُونَةَ عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ دَخَلَ حَائِطًا وَتَبِعَهُ غُلاَمٌ مَعَهُ مِيضَأَةٌ هُوَ أَصْغَرُنَا فَوَضَعَهَا عِنْدَ سِدْرَةٍ فَقَضَى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَاجَتَهُ فَخَرَجَ عَلَيْنَا وَقَدِ اسْتَنْجَى بِالْمَاءِ.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, bir gün Allah Elçisi ﷺ bir bostana girdi. Əlində aftafa tutmuş bir uşaq da onun arxasınca getdi. O bizim ən kiçiyimiz idi. Uşaq aftafanı bir sidr ağacının yanına qoydu. Allah Elçisi ﷺ təbii ehtiyacını ödədikdən və su ilə təmizləndikdən sonra yanımıza gəldi”.”

Ənəs ibn Malik
Muslim, 642 (Təharət, 87)Səhih

وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا وَكِيعٌ وَغُنْدَرٌ عَنْ شُعْبَةَ ح وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى - وَاللَّفْظُ لَهُ - حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا شُعْبَةُ عَنْ عَطَاءِ بْنِ أَبِى مَيْمُونَةَ أَنَّهُ سَمِعَ أَنَسَ بْنَ مَالِكٍ يَقُولُ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَدْخُلُ الْخَلاَءَ فَأَحْمِلُ أَنَا وَغُلاَمٌ نَحْوِى إِدَاوَةً مِنْ مَاءٍ وَعَنَزَةً فَيَسْتَنْجِى بِالْمَاءِ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ ayaqyoluna getdikdə mən və mənim kimi bir uşaq ona bir cürdək su və ağac parçası aparardıq. Allah Elçisi ﷺ də su ilə təmizlənərdi”.”

Ənəs ibn Malik
Muslim, 643 (Təharət, 88)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَأَبُو كُرَيْبٍ قَالاَ حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ نُمَيْرٍ حَدَّثَنَا هِشَامٌ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ زَوْجِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُؤْتَى بِالصِّبْيَانِ فَيُبَرِّكُ عَلَيْهِمْ وَيُحَنِّكُهُمْ فَأُتِىَ بِصَبِىٍّ فَبَالَ عَلَيْهِ فَدَعَا بِمَاءٍ فَأَتْبَعَهُ بَوْلَهُ وَلَمْ يَغْسِلْهُ.

“Peyğəmbərin ﷺ zövcəsi Aişə ﵂ demişdir: “Səhabələr körpə uşaqları Allah Elçisinin ﷺ yanına gətirərdilər. O da Allahdan onlar üçün bərəkət diləyər və xurmanı ağzında əzib körpənin damağına sürtərdi. Bir dəfə onun yanına bir körpə (oğlan uşağı) gətirdilər və bu uşaq onun üstünə sidik ifraz etdi. Peyğəmbər ﷺ bir qab su gətizdirib körpənin sidiyi bulaşmış yerə tökdü və onu yumadı”.”

Aişə
Muslim, 688 (Təharət, 133)Səhih

وَحَدَّثَنِيهِ حَرْمَلَةُ بْنُ يَحْيَى أَخْبَرَنَا ابْنُ وَهْبٍ أَخْبَرَنِى يُونُسُ بْنُ يَزِيدَ أَنَّ ابْنَ شِهَابٍ أَخْبَرَهُ قَالَ أَخْبَرَنِى عُبَيْدُ اللَّهِ بْنُ عَبْدِ اللَّهِ بْنِ عُتْبَةَ بْنِ مَسْعُودٍ أَنَّ أَمَّ قَيْسٍ بِنْتَ مِحْصَنٍ - وَكَانَتْ مِنَ الْمُهَاجِرَاتِ الأُوَلِ اللاَّتِى بَايَعْنَ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهِىَ أُخْتُ عُكَّاشَةَ بْنِ مِحْصَنٍ أَحَدُ بَنِى أَسَدِ بْنِ خُزَيْمَةَ - قَالَ أَخْبَرَتْنِى أَنَّهَا أَتَتْ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِابْنٍ لَهَا لَمْ يَبْلُغْ أَنْ يَأْكُلَ الطَّعَامَ - قَالَ عُبَيْدُ اللَّهِ - أَخْبَرَتْنِى أَنَّ ابْنَهَا ذَاكَ بَالَ فِى حِجْرِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَدَعَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِمَاءٍ فَنَضَحَهُ عَلَى ثَوْبِهِ وَلَمْ يَغْسِلْهُ غَسْلاً.

“İbn Şihab ﵀ rəvayət edir ki, Ubeydullah ibn Abdullah ibn Utbə ibn Məsud mənə belə rəvayət etmişdir: “Allah Elçisinə ﷺ beyət edən ilk mühacir qadınlardan olmuş, habelə Əsəd ibn Xuzeymənin oğullarından Ukkaşə ibn Mihsanın bacısı Ummu Qeys bint Mihsan mənə xəbər vermişdir ki, bir dəfə o, hələ yemək yeməyən körpə oğlunu Allah Elçisinin ﷺ yanına gətirmiş və uşaq da onun qucağına sidiyə çıxmışdır. Onda Allah Elçisi ﷺ bir qab su gətizdirib onu paltarının üstünə səpmiş və onu yumamışdır”.”

İbn Şihab
Muslim, 693 (Təharət, 138)Səhih

وَحَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى التَّمِيمِىُّ أَخْبَرَنَا أَبُو مُعَاوِيَةَ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ عَنْ أَبِيهِ عَنْ زَيْنَبَ بِنْتِ أَبِى سَلَمَةَ عَنْ أُمِّ سَلَمَةَ قَالَتْ جَاءَتْ أُمُّ سُلَيْمٍ إِلَى النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَتْ يَا رَسُولَ اللَّهِ إِنَّ اللَّهَ لاَ يَسْتَحْيِى مِنَ الْحَقِّ فَهَلْ عَلَى الْمَرْأَةِ مِنْ غُسْلٍ إِذَا احْتَلَمَتْ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « نَعَمْ إِذَا رَأَتِ الْمَاءَ ». فَقَالَتْ أُمُّ سَلَمَةَ يَا رَسُولَ اللَّهِ وَتَحْتَلِمُ الْمَرْأَةُ فَقَالَ « تَرِبَتْ يَدَاكِ فَبِمَ يُشْبِهُهَا وَلَدُهَا ».

“Rəvayət edilir ki, Ummu Sələmə ﵂ demişdir: “Ummu Suleym Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi! Allah haqqı deməkdən həya etməz. Qadın ehtilam halına düşdükdə qüsl almalıdırmı?” Allah Elçisi ﷺ buyurdu: “Bəli, əgər su (məni) görübsə, etməlidir!” Ummu Sələmə dedi: “Ey Allahın Elçisi! Heç qadın da ehtilam halına düşə bilərmi?” Allah Elçisi ﷺ buyurdu: “Ay yazıq! Belə olmasa, övladı ona necə oxşaya bilər?””

Ummu Sələmə
Muslim, 738 (Heyz, 34)Səhih

حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ مُوسَى الرَّازِىُّ وَسَهْلُ بْنُ عُثْمَانَ وَأَبُو كُرَيْبٍ - وَاللَّفْظُ لأَبِى كُرَيْبٍ - قَالَ سَهْلٌ حَدَّثَنَا وَقَالَ الآخَرَانِ أَخْبَرَنَا ابْنُ أَبِى زَائِدَةَ عَنْ أَبِيهِ عَنْ مُصْعَبِ بْنِ شَيْبَةَ عَنْ مُسَافِعِ بْنِ عَبْدِ اللَّهِ عَنْ عُرْوَةَ بْنِ الزُّبَيْرِ عَنْ عَائِشَةَ أَنَّ امْرَأَةً قَالَتْ لِرَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ هَلْ تَغْتَسِلُ الْمَرْأَةُ إِذَا احْتَلَمَتْ وَأَبْصَرَتِ الْمَاءَ فَقَالَ « نَعَمْ ». فَقَالَتْ لَهَا عَائِشَةُ تَرِبَتْ يَدَاكِ وَأُلَّتْ. قَالَتْ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « دَعِيهَا وَهَلْ يَكُونُ الشَّبَهُ إِلاَّ مِنْ قِبَلِ ذَلِكِ إِذَا عَلاَ مَاؤُهَا مَاءَ الرَّجُلِ أَشْبَهَ الْوَلَدُ أَخْوَالَهُ وَإِذَا عَلاَ مَاءُ الرَّجُلِ مَاءَهَا أَشْبَهَ أَعْمَامَهُ ».

“Aişə ﵂ rəvayət edir ki, bir qadın Allah Elçisindən ﷺ soruşdu: “Qadın ehtilam halına düşsə və paltarında su görsə, qüsl etməlidirmi?” Allah Elçisi ﷺ: “Bəli!”, – deyə cavab verdi. Bunu eşidəndə Aişə o qadına dedi: “Ay yazıq, ay biçarə!” Allah Elçisi ﷺ də Aişəyə belə dedi: “Onu sərbəst burax. Əlbəttə ki, oxşarlıq məhz bu sudan olur. Qadının (köks sümüyündən axan) suyu kişinin (belindən gələn) suyu üstələdikdə uşaq dayılarına oxşayır. Kişinin suyu qadının suyunu üstələdikdə isə uşaq əmilərinə oxşayır”.”

Aişə
Muslim, 741 (Heyz, 37)Səhih

وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ حَدَّثَنَا مَعْمَرٌ عَنْ هَمَّامِ بْنِ مُنَبِّهٍ قَالَ هَذَا مَا حَدَّثَنَا أَبُو هُرَيْرَةَ عَنْ مُحَمَّدٍ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَذَكَرَ أَحَادِيثَ مِنْهَا وَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « كَانَتْ بَنُو إِسْرَائِيلَ يَغْتَسِلُونَ عُرَاةً يَنْظُرُ بَعْضُهُمْ إِلَى سَوْأَةِ بَعْضٍ وَكَانَ مُوسَى - عَلَيْهِ السَّلاَمُ - يَغْتَسِلُ وَحْدَهُ فَقَالُوا وَاللَّهِ مَا يَمْنَعُ مُوسَى أَنْ يَغْتَسِلَ مَعَنَا إِلاَّ أَنَّهُ آدَرُ - قَالَ - فَذَهَبَ مَرَّةً يَغْتَسِلُ فَوَضَعَ ثَوْبَهُ عَلَى حَجَرٍ فَفَرَّ الْحَجَرُ بِثَوْبِهِ - قَالَ - فَجَمَحَ مُوسَى بِإِثْرِهِ يَقُولُ ثَوْبِى حَجَرُ ثَوْبِى حَجَرُ. حَتَّى نَظَرَتْ بَنُو إِسْرَائِيلَ إِلَى سَوْأَةِ مُوسَى قَالُوا وَاللَّهِ مَا بِمُوسَى مِنْ بَأْسٍ . فَقَامَ الْحَجَرُ حَتَّى نُظِرَ إِلَيْهِ - قَالَ - فَأَخَذَ ثَوْبَهُ فَطَفِقَ بِالْحَجَرِ ضَرْبًا ». قَالَ أَبُو هُرَيْرَةَ وَاللَّهِ إِنَّهُ بِالْحَجَرِ نَدَبٌ سِتَّةٌ أَوْ سَبْعَةٌ ضَرْبُ مُوسَى بِالْحَجَرِ.

“Rəvayət edilir ki, Həmmam ibn Munəbbih: “Bu, Əbu Hureyranın bizə Allahın Elçisi Muhəmməddən ﷺ rəvayət etdikləridir”, - demiş və bir çox hədislər qeyd etmişdir. Onlardan biri də budur: “Allah Elçisi ﷺ belə buyurdu: “İsrail övladları çılpaq halda bir-birinin ayıb yerlərinə baxa-baxa çimərdilər. Musa ﵇ isə təklikdə çimərdi. İsrail övladları dedilər: “Allaha and olsun ki, Musaya bizimlə birlikdə çimməyə mane olan ancaq onun qasığında yırtığın olmasıdır”. Bir dəfə Musa yenə çimməyə getdi və paltarını daşın üstünə qoydu. Birdən daş onun paltarını götürüb qaçdı. Musa: “Paltarımı qaytar, ey daş! Paltarımı qaytar, ey daş!”, – deyə-deyə daşın arxasınca qaçdı. İsrail övladları Musanın ayıb yerini görüb dedilər: “Allaha and olsun ki, Musada heç bir qüsur yox imiş”. Sonra daş dayandı və onu tam gördülər. Musa paltarını götürdü və daşı vurmağa başladı”. Əbu Hureyra dedi: “Allaha and olsun ki, Musa daşa altı və ya yeddi zərbə vurmaqla daşı tənbeh etdi”.”

Həmmam ibn Munəbbih
Muslim, 796 (Heyz, 92)Səhih

حَدَّثَنِى أُمَيَّةُ بْنُ بِسْطَامَ حَدَّثَنَا يَزِيدُ - يَعْنِى ابْنَ زُرَيْعٍ - حَدَّثَنَا رَوْحٌ عَنْ سُهَيْلٍ قَالَ أَرْسَلَنِى أَبِى إِلَى بَنِى حَارِثَةَ - قَالَ - وَمَعِى غُلاَمٌ لَنَا - أَوْ صَاحِبٌ لَنَا - فَنَادَاهُ مُنَادٍ مِنْ حَائِطٍ بِاسْمِهِ - قَالَ - وَأَشْرَفَ الَّذِى مَعِى عَلَى الْحَائِطِ فَلَمْ يَرَ شَيْئًا فَذَكَرْتُ ذَلِكَ لأَبِى فَقَالَ لَوْ شَعَرْتُ أَنَّكَ تَلْقَى هَذَا لَمْ أُرْسِلْكَ وَلَكِنْ إِذَا سَمِعْتَ صَوْتًا فَنَادِ بِالصَّلاَةِ فَإِنِّى سَمِعْتُ أَبَا هُرَيْرَةَ يُحَدِّثُ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ « إِنَّ الشَّيْطَانَ إِذَا نُودِىَ بِالصَّلاَةِ وَلَّى وَلَهُ حُصَاصٌ ».

“Rəvayət edilir ki, Ravh ibn Suheyl ﵀ demişdir: “Atam məni Bəni Harisə tayfasına göndərdi. Yanımda bizim uşaqlardan biri və ya bizim dostumuz var idi. Kimsə bir bağçadan onu adı ilə çağırdı. Yanımdakı dostum bağça tərəfə baxdı, lakin heç kimi görmədi. Mən bu hadisəni atama danışdıqda atam dedi: “Sənin belə bir şey ilə qarşılaşacağını bilsəydim, səni göndərməzdim. Bundan sonra bir səs eşitsən, namaza verilən azan kimi azan ver, çünki mən Əbu Hureyranın Allah Elçisindən ﷺ belə rəvayət etdiyini eşitmişəm: “Müəzzin azan verdikdə şeytan səslə yel buraxaraq qaçar”.”

Əbu Hureyra
Muslim, 884 (Namaz, 22)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا وَكِيعٌ عَنْ سُفْيَانَ عَنْ أَبِى حَازِمٍ عَنْ سَهْلِ بْنِ سَعْدٍ قَالَ لَقَدْ رَأَيْتُ الرِّجَالَ عَاقِدِى أُزُرِهِمْ فِى أَعْنَاقِهِمْ مِثْلَ الصِّبْيَانِ مِنْ ضِيقِ الأُزُرِ خَلْفَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ قَائِلٌ يَا مَعْشَرَ النِّسَاءِ لاَ تَرْفَعْنَ رُءُوسَكُنَّ حَتَّى يَرْفَعَ الرِّجَالُ.

“Rəvayət edilir ki, Səhl ibn Səd ﵁ demişdir: “Vallahi, mən paltarlarının darlığına görə bəzi kişilərin paltarlarını uşaqlar kimi boyunlarına asdıqlarını və Peyğəmbərin ﷺ arxasında namaz qıldıqlarını gördüm. Bir nəfər də belə dedi: “Ey qadınlar toplumu! Kişilər dikəlməmişdən qabaq başlarınızı (səcdədən) qaldırmayın”.”

Səhl ibn Səd
Muslim, 1015 (Namaz, 153)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ بْنِ قَعْنَبٍ حَدَّثَنَا سُلَيْمَانُ - يَعْنِى ابْنَ بِلاَلٍ - عَنْ يَحْيَى - وَهُوَ ابْنُ سَعِيدٍ - عَنْ عَمْرَةَ بِنْتِ عَبْدِ الرَّحْمَنِ أَنَّهَا سَمِعَتْ عَائِشَةَ زَوْجَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تَقُولُ لَوْ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَأَى مَا أَحْدَثَ النِّسَاءُ لَمَنَعَهُنَّ الْمَسْجِدَ كَمَا مُنِعَتْ نِسَاءُ بَنِى إِسْرَائِيلَ. قَالَ فَقُلْتُ لِعَمْرَةَ أَنِسَاءُ بَنِى إِسْرَائِيلَ مُنِعْنَ الْمَسْجِدَ قَالَتْ نَعَمْ.

“Rəvayət edilir ki, Əmra bint Abdur-Rahmən ﵀ Peyğəmbərin ﷺ zövcəsi Aişənin belə dediyini eşitmişdir: “Əgər Allah Elçisi ﷺ qadınların etdiklərini görsəydi, onları İsrail övladlarının öz qadınlarını məscidə qoymadıqları kimi məscidə qoymazdı”. Ravi deyir: “Mən Əmradan soruşdum: “İsrail övladlarının qadınlarına məscidə getməyə qadağa var idi?” O: “Bəli” dedi”.”

Əmra bint Abdur-Rahmən
Muslim, 1027 (Namaz, 165)Səhih

وَحَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا جَعْفَرُ بْنُ سُلَيْمَانَ عَنْ ثَابِتٍ الْبُنَانِىِّ عَنْ أَنَسٍ قَالَ أَنَسٌ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَسْمَعُ بُكَاءَ الصَّبِىِّ مَعَ أُمِّهِ وَهُوَ فِى الصَّلاَةِ فَيَقْرَأُ بِالسُّورَةِ الْخَفِيفَةِ أَوْ بِالسُّورَةِ الْقَصِيرَةِ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ namazda olduqda anasının yanında ağlayan körpə uşaq səsini eşitdi və yüngül, yaxud qısa surə oxudu.”

Ənəs
Muslim, 1083 (Namaz, 221)Səhih

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى يَعْنِى ابْنَ سَعِيدٍ ، عَنْ مُحَمَّدِ بْنِ عَجْلاَنَ قَالَ : أَخْبَرَنِي الْقَعْقَاعُ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِنَّمَا أَنَا لَكُمْ مِثْلُ الْوَالِدِ أُعَلِّمُكُمْ إِذَا ذَهَبَ أَحَدُكُمْ إِلَى الْخَلاَءِ ، فَلاَ يَسْتَقْبِلِ الْقِبْلَةَ وَلاَ يَسْتَدْبِرْهَا ، وَلاَ يَسْتَنْجِ بِيَمِينِهِ . وَكَانَ يَأْمُرُ بِثَلاَثَةِ أَحْجَارٍ ، وَنَهَى عَنِ الرَّوْثِ وَالرِّمَّةِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Həqiqətən, mən sizin üçün valideyniniz misalındayam və sizi (valideyn övladını öyrətdiyi kimi) öyrədirəm. Heç kim ayaqyoluna girdikdə önünü və arxasını qibləyə tərəf çevirməsin, sağ əli ilə də təmizlənməsin”. O, ayaqyolunda üç ədəd daş ilə təmizlənməyi əmr edər, təzək və sümük ilə təmizlənməyi qadağan edərdi.”

Əbu Hureyra
Nəsəi, 40 (Təharət, 40)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنَا النَّضْرُ قَالَ : أَنْبَأَنَا شُعْبَةُ ، عَنْ عَطَاءِ بْنِ أَبِي مَيْمُونَةَ قَالَ : سَمِعْتُ أَنَسَ بْنَ مَالِكٍ يَقُولُ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا دَخَلَ الْخَلاَءَ أَحْمِلُ أَنَا وَغُلاَمٌ مَعِي نَحْوِي إِدَاوَةً مِنْ مَاءٍ فَيَسْتَنْجِي بِالْمَاءِ.

“Rəvayət edilir ki, Əta ibn Əbu Məymunə ﵀ demişdir: “Mən Ənəs ibn Malikin belə dediyini eşitdim: “Allah Elçisi ﷺ ayaqyoluna girəndə mən və yaşıdım olan bir uşaq birlikdə ona su gətirdik və o da bu su ilə təmizləndi”.”

Əta ibn Əbu Məymunə
Nəsəi, 45 (Təharət, 45)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ خَلَفٍ وَهُوَ ابْنُ خَلِيفَةَ ، عَنْ أَبِي مَالِكٍ الأَشْجَعِيِّ ، عَنْ أَبِي حَازِمٍ قَالَ : كُنْتُ خَلْفَ أَبِي هُرَيْرَةَ وَهُوَ يَتَوَضَّأُ لِلصَّلاَةِ ، وَكَانَ يَغْسِلُ يَدَيْهِ حَتَّى يَبْلُغَ إِبْطَيْهِ فَقُلْتُ : يَا أَبَا هُرَيْرَةَ مَا هَذَا الْوُضُوءُ ؟ فَقَالَ لِي : يَا بَنِي فَرُّوخَ أَنْتُمْ هَاهُنَا لَوْ عَلِمْتُ أَنَّكُمْ هَاهُنَا مَا تَوَضَّأْتُ هَذَا الْوُضُوءَ ، سَمِعْتُ خَلِيلِي صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : تَبْلُغُ حِلْيَةُ الْمُؤْمِنِ حَيْثُ يَبْلُغُ الْوُضُوءُ.

“Rəvayət edilir ki, Əbu Hazim ﵀ demişdir: “Mən Əbu Hureyranın arxasında dayanmışdım. O, namaz üçün dəstəmaz alırdı və əllərini qoltuq altına çatana qədər yudu. Mən dedim: “Ey Əbu Hureyra, bu necə dəstəmazdı?” O, mənə dedi: “Ey Fərruxun övladı, siz burdasınız?! Mən bilsəydim ki, siz burdasınız bu cür dəstəmaz almazdım. Mənim dostumun (yəni Peyğəmbərin) ﷺ belə dediyini eşitmişəm: “Möminin zinəti (nuru) dəstəmaz aldığı yerlərə qədər olacaq”.”

Əbu Hazim
Nəsəi, 149 (Təharət, 149)Səhih

أَخْبَرَنَا كَثِيرُ بْنُ عُبَيْدٍ ، عَنْ مُحَمَّدِ بْنِ حَرْبٍ ، عَنِ الزُّبَيْدِيِّ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، أَنَّ عَائِشَةَ أَخْبَرَتْهُ : أَنَّ أُمَّ سُلَيْمٍ كَلَّمَتْ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَعَائِشَةُ جَالِسَةٌ فَقَالَتْ لَهُ : يَا رَسُولَ اللهِ ، إِنَّ اللهِ لاَ يَسْتَحْيِي مِنَ الْحَقِّ أَرَأَيْتَ الْمَرْأَةَ تَرَى فِي النَّوْمِ مَا يَرَى الرَّجُلُ أَفَتَغْتَسِلُ مِنْ ذَلِكَ ؟ فَقَالَ لَهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : نَعَمْ . قَالَتْ عَائِشَةُ فَقُلْتُ لَهَا : أُفٍّ لَكِ . أَوَ تَرَى الْمَرْأَةُ ذَلِكَ ؟ فَالْتَفَتَ إِلَيَّ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : تَرِبَتْ يَمِينُكِ فَمِنْ أَيْنَ يَكُونُ الشَّبَهُ ؟

“Aişə ﵂ rəvayət edir ki, Ummu Suleym Allah Elçisi ﷺ ilə danışırdı, mən də orda oturmuşdum. Ummu Suleym dedi: “Ey Allahın Elçisi! Allah haqqı deməkdən həya etməz. Yuxuda kişinin gördüyü şeyi qadının da görməsi haqda nə deyirsən (qüsl almalıdırmı)?” O dedi: “Bəli, (qüsl almalıdır)”. Aişə Ummu Suleymə dedi: “Ayıb olsun sənə! Məgər qadın belə şeyləri görürmü!?” Allah Elçisi ﷺ ona tərəf dönərək dedi: “Ay yazıq, belə olmasa, övladı ona necə oxşaya bilər?””

Aişə
Nəsəi, 196 (Təharət, 196)Səhih

أَخْبَرَنَا شُعَيْبُ بْنُ يُوسُفَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ هِشَامٍ قَالَ : أَخْبَرَنِي أَبِي ، عَنْ زَيْنَبَ بِنْتِ أُمِّ سَلَمَةَ ، عَنْ أُمِّ سَلَمَةَ ، أَنَّ امْرَأَةً قَالَتْ : يَا رَسُولَ اللهِ ، إِنَّ اللهِ لاَ يَسْتَحْيِي مِنَ الْحَقِّ ، هَلْ عَلَى الْمَرْأَةِ غُسْلٌ إِذَا هِيَ احْتَلَمَتْ ؟ قَالَ : نَعَمْ إِذَا رَأَتِ الْمَاءَ ، فَضَحِكَتْ أُمُّ سَلَمَةَ فَقَالَتْ : أَتَحْتَلِمُ الْمَرْأَةُ ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : فَفِيمَ يُشْبِهُهَا الْوَلَدُ.

“Ummu Sələmə ﵂ rəvayət edir ki, bir qadın gəlib dedi: “Ey Allahın Elçisi! Allah haqqı deməkdən həya etməz. Qadın pollusiya olduqda qüsl almalıdırmı?” Peyğəmbər ﷺ buyurdu: “Bəli, əgər (üzərində) su (məni) görübsə, (qüsl) almalıdır!” Ummu Sələmə gülümsədi və dedi: “Qadın da pollusiya ola bilər!?” Allah Elçisi ﷺ buyurdu: “Belə olmasa, övladı ona necə oxşaya bilər?””

Ummu Sələmə
Nəsəi, 197 (Təharət, 197)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنَا عَبْدَةُ ، قَالَ : حَدَّثَنَا سَعِيدٌ ، عَنْ قَتَادَةَ ، عَنْ أَنَسٍ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَاءُ الرَّجُلِ غَلِيظٌ أَبْيَضُ ، وَمَاءُ الْمَرْأَةِ رَقِيقٌ أَصْفَرُ ، فَأَيُّهُمَا سَبَقَ كَانَ الشَّبَهُ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kişinin mənisi qatı və ağ olur. Qadının mənisi duru və sarı olur. Onlardan hansı hansını üstələyərsə, uşaq da ona oxşayar”.”

Ənəs
Nəsəi, 200 (Təharət, 200)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ عُثْمَانَ بْنِ حَكِيمٍ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، يَعْنِي ابْنَ مَخْلَدٍ ، قَالَ : حَدَّثَنَا عَلِيٌّ وَهُوَ ابْنُ صَالِحٍ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ عَمْرِو بْنِ مَيْمُونٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ فِي بَيْتِ الْمَالِ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي عِنْدَ الْبَيْتِ وَمَلَأٌ مِنْ قُرَيْشٍ جُلُوسٌ وَقَدْ نَحَرُوا جَزُورًا فَقَالَ بَعْضُهُمْ : أَيُّكُمْ يَأْخُذُ هَذَا الْفَرْثَ بِدَمِهِ ، ثُمَّ يُمْهِلُهُ حَتَّى يَضَعَ وَجْهَهُ سَاجِدًا فَيَضَعُهُ ؟ - يَعْنِي عَلَى ظَهْرِهِ - قَالَ عَبْدُ اللهِ : فَانْبَعَثَ أَشْقَاهَا فَأَخَذَ الْفَرْثَ فَذَهَبَ بِهِ ، ثُمَّ أَمْهَلَهُ ، فَلَمَّا خَرَّ سَاجِدًا وَضَعَهُ عَلَى ظَهْرِهِ ، فَأُخْبِرَتْ فَاطِمَةُ بِنْتُ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهِيَ جَارِيَةٌ ، فَجَاءَتْ تَسْعَى فَأَخَذَتْهُ مِنْ ظَهْرِهِ ، فَلَمَّا فَرَغَ مِنْ صَلاَتِهِ قَالَ : اللَّهُمَّ عَلَيْكَ بِقُرَيْشٍ - ثَلاَثَ مَرَّاتٍ - اللَّهُمَّ عَلَيْكَ بِأَبِي جَهْلِ بْنِ هِشَامٍ وَشَيْبَةَ بْنِ رَبِيعَةَ وَعُتْبَةَ بْنِ رَبِيعَةَ وَعُقْبَةَ بْنِ أَبِي مُعَيْطٍ حَتَّى عَدَّ سَبْعَةً مِنْ قُرَيْشٍ قَالَ عَبْدُ اللهِ : فَوَالَّذِي أَنْزَلَ عَلَيْهِ الْكِتَابَ لَقَدْ رَأَيْتُهُمْ صَرْعَى يَوْمَ بَدْرٍ فِي قَلِيبٍ وَاحِدٍ.

“Rəvayət edilir ki, Amr ibn Məymun ﵁ demişdir: “Abdullah Beytulmal haqda danışaraq dedi: “Allah Elçisi ﷺ Evin (Kəbənin) yanında namaz qıldığı vaxt Qureyşdən bir neçə insan orada oturmuşdu. Onlar dəvə kəsmişdilər və onlardan bəziləri dedilər: “Sizdən kim bu heyvan içalatını qanlı-qanlı götürüb (Peyğəmbəri ﷺ qəsd edərək) o, üzünü səcdə etdikdə onun belinə qoya bilər?” Abdullah dedi: “Onlardan ən bədbəxti qalxıb içalatı daşıyaraq Allah Elçisi ﷺ səcdə etdikdə onun kürəyinə qoydu. Bu, Allah Elçisinin ﷺ qızı Fatiməyə xəbər verildi. O vaxt Fatimə uşaq idi. O, qaçaraq gəlib Allah Elçisinin ﷺ kürəyindən (içalatı) götürdü. Peyğəmbər ﷺ namazı qurtardıqda dedi: “Allahım, Qureyşi Sənə tapşırıram!” Bunu üç dəfə dedi. Sonra da: “Allahım, Əbu Cəhl ibn Hişamı, Şeybə ibn Rabianı, Utbə ibn Rabianı, Uqbə ibn Əbu Muaytı Sənə tapşırıram!” deyərək yeddi nəfərin adını çəkdi”. Abdullah dedi: “Kitabı nazil edənə and olsun! Bədr döyüşü günü onların hamısını bir quyuda meyit olaraq sərilmiş gördüm”.”

Amr ibn Məymun
Nəsəi, 307 (Təharət, 307)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ هِشَامٍ ، قَالَ : حَدَّثَنَا مَخْلَدٌ ، عَنْ سَعِيدِ بْنِ عَبْدِ الْعَزِيزِ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ بْنُ أَبِي مَالِكٍ ، قَالَ : حَدَّثَنَا أَنَسُ بْنُ مَالِكٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : أُتِيتُ بِدَابَّةٍ فَوْقَ الْحِمَارِ وَدُونَ الْبَغْلِ خَطْوُهَا عِنْدَ مُنْتَهَى طَرْفِهَا ، فَرَكِبْتُ وَمَعِي جِبْرِيلُ عَلَيْهِ السَّلاَمُ فَسِرْتُ فَقَالَ : انْزِلْ فَصَلِّ فَفَعَلْتُ . فَقَالَ : أَتَدْرِي أَيْنَ صَلَّيْتَ ؟ صَلَّيْتَ بِطَيْبَةَ وَإِلَيْهَا الْمُهَاجَرُ ، ثُمَّ قَالَ : انْزِلْ فَصَلِّ فَصَلَّيْتُ ، فَقَالَ : أَتَدْرِي أَيْنَ صَلَّيْتَ ؟ صَلَّيْتَ بِطُورِ سَيْنَاءَ حَيْثُ كَلَّمَ اللَّهُ عَزَّ وَجَلَّ مُوسَى عَلَيْهِ السَّلاَمُ ، ثُمَّ قَالَ : انْزِلْ فَصَلِّ فَنَزَلْتُ فَصَلَّيْتُ . فَقَالَ : أَتَدْرِي أَيْنَ صَلَّيْتَ ؟ صَلَّيْتَ بِبَيْتِ لَحْمٍ حَيْثُ وُلِدَ عِيسَى عَلَيْهِ السَّلاَمُ . ثُمَّ دَخَلْتُ بَيْتَ الْمَقْدِسِ فَجُمِعَ لِيَ الأَنْبِيَاءُ عَلَيْهِمُ السَّلاَمُ , فَقَدَّمَنِي جِبْرِيلُ حَتَّى أَمَمْتُهُمْ ، ثُمَّ صُعِدَ بِي إِلَى السَّمَاءِ الدُّنْيَا , فَإِذَا فِيهَا آدَمُ عَلَيْهِ السَّلاَمُ ، ثُمَّ صُعِدَ بِي إِلَى السَّمَاءِ الثَّانِيَةِ , فَإِذَا فِيهَا ابْنَا الْخَالَةِ عِيسَى وَيَحْيَى عَلَيْهِمَا السَّلاَمُ ، ثُمَّ صُعِدَ بِي إِلَى السَّمَاءِ الثَّالِثَةِ فَإِذَا فِيهَا يُوسُفُ عَلَيْهِ السَّلاَمُ ، ثُمَّ صُعِدَ بِي إِلَى السَّمَاءِ الرَّابِعَةِ , فَإِذَا فِيهَا هَارُونُ عَلَيْهِ السَّلاَمُ ، ثُمَّ صُعِدَ بِي إِلَى السَّمَاءِ الْخَامِسَةِ فَإِذَا فِيهَا إِدْرِيسُ عَلَيْهِ السَّلاَمُ ، ثُمَّ صُعِدَ بِي إِلَى السَّمَاءِ السَّادِسَةِ فَإِذَا فِيهَا مُوسَى عَلَيْهِ السَّلاَمُ ، ثُمَّ صُعِدَ بِي إِلَى السَّمَاءِ السَّابِعَةِ , فَإِذَا فِيهَا إِبْرَاهِيمُ عَلَيْهِ السَّلاَمُ . ثُمَّ صُعِدَ بِي فَوْقَ سَبْعِ سَمَاوَاتٍ فَأَتَيْنَا سِدْرَةَ الْمُنْتَهَى ، فَغَشِيَتْنِي ضبَابُةٌ , فَخَرَرْتُ سَاجِدًا , فَقِيلَ لِي : إِنِّي يَوْمَ خَلَقْتُ السَّمَاوَاتِ وَالأَرْضَ فَرَضْتُ عَلَيْكَ وَعَلَى أُمَّتِكَ خَمْسِينَ صَلاَةً ، فَقُمْ بِهَا أَنْتَ وَأُمَّتُكَ ، فَرَجَعْتُ إِلَى إِبْرَاهِيمَ فَلَمْ يَسْأَلْنِي عَنْ شَيْءٍ ، ثُمَّ أَتَيْتُ عَلَى مُوسَى فَقَالَ : كَمْ فَرَضَ اللَّهُ عَلَيْكَ وَعَلَى أُمَّتِكَ ؟ قُلْتُ : خَمْسِينَ صَلاَةً , قَالَ : فَإِنَّكَ لاَ تَسْتَطِيعُ أَنْ تَقُومَ بِهَا أَنْتَ وَلاَ أُمَّتُكَ , فَارْجِعْ إِلَى رَبِّكَ فَاسْأَلْهُ التَّخْفِيفَ ، فَرَجَعْتُ إِلَى رَبِّي فَخَفَّفَ عَنِّي عَشْرًا ، ثُمَّ أَتَيْتُ مُوسَى فَأَمَرَنِي بِالرُّجُوعِ فَرَجَعْتُ فَخَفَّفَ عَنِّي عَشْرًا ، ثُمَّ رُدَّتْ إِلَى خَمْسِ صَلَوَاتٍ . قَالَ : فَارْجِعْ إِلَى رَبِّكَ , فَاسْأَلْهُ التَّخْفِيفَ ؛ فَإِنَّهُ فَرَضَ عَلَى بَنِي إِسْرَائِيلَ صَلاَتَيْنِ , فَمَا قَامُوا بِهِمَا . فَرَجَعْتُ إِلَى رَبِّي عَزَّ وَجَلَّ , فَسَأَلْتُهُ التَّخْفِيفَ , فَقَالَ : إِنِّي يَوْمَ خَلَقْتُ السَّمَاوَاتِ وَالأَرْضَ فَرَضْتُ عَلَيْكَ وَعَلَى أُمَّتِكَ خَمْسِينَ صَلاَةً فَخَمْسٌ بِخَمْسِينَ ، فَقُمْ بِهَا أَنْتَ وَأُمَّتُكَ . فَعَرَفْتُ أَنَّهَا مِنَ اللهِ تَبَارَكَ وَتَعَالَى صِرَّى ، فَرَجَعْتُ إِلَى مُوسَى عَلَيْهِ السَّلاَمُ فَقَالَ : ارْجِعْ فَعَرَفْتُ أَنَّهَا مِنَ اللهِ صِرَّى - أَيْ : حَتْمٌ - فَلَمْ أَرْجِعْ.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Mənə addımı gözün gördüyü son məsafə qədər olan, uzunqulaqdan böyük, qatırdan isə kiçik bir heyvan gətirildi. Mən və Cəbrail ﵇ ona mindik və bir qədər yol getdik. O dedi: “Düş və namaz qıl!” Mən də bunu etdim. O dedi: “Sən harada namaz qıldığını bildinmi?! Sən “Teybə” deyilən yerdə namaz qıldın, ora hicrət ediləcək”. O yenə dedi: “Düş və namaz qıl!” Mən də namaz qıldım. O dedi: “Sən harada namaz qıldığını bildinmi?! Sən Allahın ﷿ Musa ﵇ ilə danışdığı Tur dağında namaz qıldın”. Sonra dedi: “Düş və namaz qıl!” Mən də namaz qıldım. O dedi: “Sən harada namaz qıldığını bildinmi?! Sən İsanın ﵇ doğulduğu Beytul-Ləhmdə (Bətləəm, Vifliyem) namaz qıldın”. Sonra mən Beytul-Məqdisə daxil oldum. Mənim üçün bütün peyğəmbərlər ﵇ orada toplanmışdılar. Cəbrail onlara namazda imam durmaq üçün məni qabağa çəkdi. Sonra dünya səmasına qaldırıldım. Mən orada Adəmi ﵇ gördüm. Sonra ikinci səmaya qaldırıldım. Orada xalauşaqlarını – İsanı və Yəhyanı ﵇ gördüm. Sonra üçüncü səmaya qaldırıldım. Orada Yusufu ﵇ gördüm. Sonra dördüncü səmaya qaldırıldım. Orada Harunu ﵇ gördüm. Sonra beşinci səmaya qaldırıldım. Orada İdrisi ﵇ gördüm. Sonra altıncı səmaya qaldırıldım. Orada Musanı ﵇ gördüm. Sonra yeddinci səmaya qaldırıldım. Orada İbrahimi ﵇ gördüm. Sonra yeddi səmanın üstünə qaldırıldım. Orada Sidratul-Muntəhə deyilən yerə çatdıq. Məni duman bürüdü. Mən səcdəyə qapandım və mənə belə deyildi: “Səmaları və yerləri yaratdığım gün sənə və ümmətinə əlli (vaxt) namazı fərz etdim. Sən və ümmətin bu namazları qılın!” İbrahimin yanına qayıtdım, o, məndən heç bir şey soruşmadı. Sonra Musanın yanına gəldikdə mənə dedi: “Allah sənə və ümmətinə nə qədər (namaz) fərz etdi?” Mən dedim: “Əlli (vaxt) namaz”. O dedi: “Həqiqətən, sən və ümmətin bunu bacarmazsınız, qayıt, Rəbbindən yüngülləşdirməsini istə!” Mən qayıtdım və Rəbbim on (namaz) asanlaşdırdı. Sonra Musanın yanına gəldim və mənə qayıtmağımı əmr etdi. Mən qayıtdım və (Rəbbim) on (namaz) yüngülləşdirdi. Beləcə, beş namaza (endirilənə) qədər gedib-gəldim. Musa dedi: “Qayıt Rəbbinə və yüngülləşdirməsini istə! Həqiqətən, İsrail övladlarına iki namaz fərz edilmişdi, lakin onlar bunu haqqı ilə qılmadılar”. Mən Rəbbimin ﷿ yanına qayıtdım və yüngülləşdirməsini istədim. O buyurdu: “Həqiqətən, bu gün səmaları və yerləri yaratdım, sənə və ümmətinə əlli namazı fərz etdim. Beş əlli kimidir. Sən və ümmətin bu (namazları) qılın!” Mən bildim ki, bu, bərəkəti bol və uca olan Allahdan bir sirdir. Mən Musanın ﵇ yanına qayıtdıqda o dedi: “Qayıt!” Lakin, mən bunun Allahdan olan bir sirr – yəni xətm (vurulmuş möhür) olduğunu anladım və qayıtmadım”.”

Ənəs ibn Malik
Nəsəi, 450 (Namaz, 3)Zəif

أَخْبَرَنَا نَصْرُ بْنُ عَلِيِّ بْنِ نَصْرٍ ، عَنْ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا مَعْمَرٌ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ قَالَتْ : أَعْتَمَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْعِشَاءِ حَتَّى نَادَاهُ عُمَرُ رَضِيَ اللَّهُ عَنْهُ : نَامَ النِّسَاءُ وَالصِّبْيَانُ ، فَخَرَجَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : إِنَّهُ لَيْسَ أَحَدٌ يُصَلِّي هَذِهِ الصَّلاَةَ غَيْرَكُمْ وَلَمْ يَكُنْ يَوْمَئِذٍ أَحَدٌ يُصَلِّي غَيْرَ أَهْلِ الْمَدِينَةِ

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ İşa namazını gecikdirdi. Ömər ﵁ onu çağırıb dedi: “Artıq, qadınlar və uşaqlar yatdı”. Allah Elçisi ﷺ camaatın qarşısına çıxıb dedi: “Həqiqətən, bu namazı sizdən başqa heç kim qılmır”. Həqiqətən də, bu namazı Mədinə əhlindən başqa heç kim qılmırdı”.”

Aişə
Nəsəi, 482 (Namaz, 35)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ الْمَكِّيُّ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَمْرٍو ، عَنْ عَطَاءٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، وَعَنْ ابْنِ جُرَيْجٍ ، عَنْ عَطَاءٍ ، عَنْ ابْنِ عَبَّاسٍ قَالَ : أَخَّرَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْعِشَاء ذَاتَ لَيْلَةٍ حَتَّى ذَهَبَ مِنَ اللَّيْلِ ، فَقَامَ عُمَرُ رَضِيَ اللَّهُ عَنْهُ فَنَادَى : الصَّلاَةَ يَا رَسُولَ اللهِ ، رَقَدَ النِّسَاءُ وَالْوِلْدَانُ ، فَخَرَجَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَالْمَاءُ يَقْطُرُ مِنْ رَأْسِهِ وَهُوَ يَقُولُ : إِنَّهُ الْوَقْتُ ، لَوْلاَ أَنْ أَشُقَّ عَلَى أُمَّتِي.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bir gecə Peyğəmbər ﷺ İşa namazını uzatdı, hətta artıq gecənin bir hissəsi keçmişdi. Ömər ﵁ ayağa qalxıb nida etdi: “Namaz, ey Allahın Elçisi! Qadınlar və uşaqlar yuxuladı”. Allah Elçisi ﷺ otağından çıxdı, başından isə su damcılayırdı. O dedi: “Əgər ümmətimə çətin olmasaydı, (İşa namazının) bu vaxtda qılınmasını (əmr edərdim)”.”

İbn Abbas
Nəsəi, 532 (Vaxtlar, 39)Səhih

أَخْبَرَنِي عَمْرُو بْنُ عُثْمَانَ ، قَالَ : حَدَّثَنَا ابْنُ حِمْيَرٍ ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي عَبْلَةَ ، عَنِ الزُّهْرِيِّ ، وَأَخْبَرَنِي عَمْرُو بْنُ عُثْمَانَ قَالَ : حَدَّثَنِي أَبِي ، عَنْ شُعَيْبٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ قَالَتْ : أَعْتَمَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَيْلَةً بِالْعَتَمَةِ ، فَنَادَاهُ عُمَرُ رَضِيَ اللَّهُ عَنْهُ نَامَ النِّسَاءُ وَالصِّبْيَانُ ، فَخَرَجَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَقَالَ : مَا يَنْتَظِرُهَا غَيْرُكُمْ . وَلَمْ يَكُنْ يُصَلِّي يَوْمَئِذٍ إِلاَّ بِالْمَدِينَةِ ، ثُمَّ قَالَ : صَلُّوهَا فِيمَا بَيْنَ أَنْ يَغِيبَ الشَّفَقُ إِلَى ثُلُثِ اللَّيْلِ وَاللَّفْظُ لاِبْنِ حِمْيَرٍ

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir gecə Allah Elçisi ﷺ İşa namazını gecikdirdi. Ömər ﵁ nida edərək dedi: “Artıq, qadınlar və uşaqlar yatdılar”. Allah Elçisi ﷺ evindən çıxıb belə dedi: “Sizdən başqa bu şəhərdə heç kim onu gözləmədi”. Sonra dedi: “İşa namazı şəfəqin batması ilə gecənin üçdə biri arasındadır”.”

Aişə
Nəsəi, 535 (Vaxtlar, 42)Səhih

أَخْبَرَنَا إِبْرَاهِيمُ بْنُ الْحَسَنِ وَيُوسُفُ بْنُ سَعِيدٍ وَاللَّفْظُ لَهُ ، قَالاَ : حَدَّثَنَا حَجَّاجٌ ، عَنِ ابْنِ جُرَيْجٍ قَالَ : حَدَّثَنِي عَبْدُ الْعَزِيزِ بْنُ عَبْدِ الْمَلِكِ بْنِ أَبِي مَحْذُورَةَ أَنَّ عَبْدَ اللهِ بْنَ مُحَيْرِيزٍ أَخْبَرَهُ وَكَانَ يَتِيمًا فِي حِجْرِ أَبِي مَحْذُورَةَ حَتَّى جَهَّزَهُ إِلَى الشَّامِ - قَالَ : يَالَ لأَبِي مَحْذُورَةَ إِنِّي خَارِجٌ إِلَى الشَّامِ وَأَخْشَى أَنْ أُسْأَلَ عَنْ تَأْذِينِكَ ، فَأَخْبَرَنِي أَنَّ أَبَا مَحْذُورَةَ قَالَ لَهُ : خَرَجْتُ فِي نَفَرٍ فَكُنَّا بِبَعْضِ طَرِيقِ حُنَيْنٍ مَقْفَلَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ حُنَيْنٍ ، فَلَقِيَنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي بَعْضِ الطَّرِيقِ ، فَأَذَّنَ مُؤَذِّنُ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالصَّلاَةِ عِنْدَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَسَمِعْنَا صَوْتَ الْمُؤَذِّنِ وَنَحْنُ عَنْهُ مُتَنَكِّبُونَ ، فَظَلِلْنَا نَحْكِيهِ وَنَهْزَأُ بِهِ ، فَسَمِعَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الصَّوْتَ فَأَرْسَلَ إِلَيْنَا حَتَّى وَقَفْنَا بَيْنَ يَدَيْهِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَيُّكُمُ الَّذِي سَمِعْتُ صَوْتَهُ قَدِ ارْتَفَعَ ؟ فَأَشَارَ الْقَوْمُ إِلَيَّ وَصَدَقُوا ، فَأَرْسَلَهُمْ كُلَّهُمْ وَحَبَسَنِي فَقَالَ : قُمْ فَأَذِّنْ بِالصَّلاَةِ فَقُمْتُ فَأَلْقَى عَلَيَّ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ التَّأْذِينَ هُوَ بِنَفْسِهِ قَالَ : قُلِ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ ، ثُمَّ قَالَ : ارْجِعْ فَامْدُدْ صَوْتَكَ ، ثُمَّ قَالَ : قُلْ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ حَيَّ عَلَى الصَّلاَةِ حَيَّ عَلَى الصَّلاَةِ حَيَّ عَلَى الْفَلاَحِ حَيَّ عَلَى الْفَلاَحِ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، ثُمَّ دَعَانِي حِينَ قَضَيْتُ التَّأْذِينَ فَأَعْطَانِي صُرَّةً فِيهَا شَيْءٌ مِنْ فِضَّةٍ ، فَقُلْتُ : يَا رَسُولَ اللهِ مُرْنِي بِالتَّأْذِينِ بِمَكَّةَ فَقَالَ : أَمَرْتُكَ بِهِ ، فَقَدِمْتُ عَلَى عَتَّابِ بْنِ أَسِيدٍ عَامِلِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِمَكَّةَ فَأَذَّنْتُ مَعَهُ بِالصَّلاَةِ عَنْ أَمْرِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Abdul-Əziz ibn Abdul-Məlik ibn Əbu Məhzura ﵀ rəvayət edir ki, Abdullah ibn Muheyriz ona dedi ki, o, Əbu Məhzuranın yanında qalan yetim uşaq idi. Əbu Məhzura onu Şama getmək üçün hazırlaşdırdı, o da Əbu Məhzuraya dedi: “Mən Şama gedirəm və insanların məndən sənin azan verməyin haqqında soruşmalarından qorxuram”. Əbu Məhzura ona dedi: “Mən bir dəstə insanla Huneyn yolunda Allah Elçisi ﷺ ilə rastlaşdım. O, Huneyndən gəlirdi. Allah Elçisinin ﷺ müəzzini namaz üçün azan verdi. Biz bu səsi eşidib ona istehza edirdik. Allah Elçisi ﷺ bu səsi eşidib bizim yanımıza adam göndərdi. Biz onun yanına gəldik və Allah Elçisi ﷺ bizə dedi: “Mənim eşitdiyim səs hansınızın səsi idi?” Bizimkilər işarə ilə məni göstərdilər. Allah Elçisi ﷺ onları geriyə qaytardı, mənə isə dedi: “Qalx, namaz üçün azan ver!” Mən də qalxdım və Allah Elçisi ﷺ özü bu sözləri mənə öyrətdi: “Alla:hu Əkbər, Alla:hu Əkbər, Alla:hu Əkbər, Alla:hu Əkbər! Əşhədu əl-Lə: ilə:hə illəllah, əşhədu əl-Lə: ilə:hə illəllah! Əşhədu ənnə Muhəmmədən Rasu:lullah, əşhədu ənnə Muhəmmədən Rasu:lullah!” Sonra dedi: “Qayıt və səsini uzadaraq de: “Əşhədu əl-Lə: ilə:hə illəllah, əşhədu əl-Lə: ilə:hə illəllah! Əşhədu ənnə Muhəmmədən Rasu:lullah, əşhədu ənnə Muhəmmədən Rasu:lullah! Həyyə aləs-salə:h, həyyə aləs-salə:h! Həyyə aləl-fələ:h, həyyə aləl-fələ:h! Alla:hu Əkbər, Alla:hu Əkbər! Lə: ilə:hə illəllah!” Azanı bitirdikdən sonra məni çağırdı və mənə (kiçik) gümüş kisəsi verdi. Mən dedim: “Ey Allahın Elçisi, mənə Məkkədə azan verməyi əmr et (icazə ver)!” Allah Elçisi ﷺ dedi: “Mən bunu sənə əmr etdim (icazə verdim)”. Mən Məkkədə Allah Elçisinin ﷺ işlərini görən Attab ibn Əsid adlı adamın yanına gəldim və Allah Elçisinin ﷺ əmrinə tabe olaraq onunla birlikdə namaz üçün azan verdim”.”

Abdul-Əziz ibn Abdul-Məlik ibn Əbu Məhzura
Nəsəi, 632 (Azan, 7)Səhih

أَخْبَرَنَا أَبُو الأَشْعَثِ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، أَنَّ الْحَكَمَ أَخْبَرَهُ قَالَ : سَمِعْتُ يَحْيَى بْنَ الْجَزَّارِ يُحَدِّثُ ، عَنْ صُهَيْبٍ قَالَ : سَمِعْتُ ابْنَ عَبَّاسٍ يُحَدِّثُ أَنَّهُ مَرَّ بَيْنَ يَدَيْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ هُوَ وَغُلاَمٌ مِنْ بَنِي هَاشِمٍ عَلَى حِمَارٍ بَيْنَ يَدَيْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ يُصَلِّي ، فَنَزَلُوا وَدَخَلُوا مَعَهُ فَصَلَّوْا وَلَمْ يَنْصَرِفْ ، فَجَاءَتْ جَارِيَتَانِ تَسْعَيَانِ مِنْ بَنِي عَبْدِ الْمُطَّلِبِ فَأَخَذَتَا بِرُكْبَتَيْهِ ، فَفَرَعَ بَيْنَهُمَا وَلَمْ يَنْصَرِفْ.

“Rəvayət edilir ki, Suheyb ﵀ demişdir: “İbn Abbasın belə rəvayət etdiyini eşitdim ki, o və Haşim tayfasından olan bir uşaq Allah Elçisi ﷺ namaz qılarkən onun önündən keçdilər. Onlar minikdən enib onun yanına daxil oldular və Allah Elçisi ﷺ ilə birlikdə namaz qıldılar. Allah Elçisi ﷺ onlara tərəf çevrilmədi. Bəni Abdulmuttalib tayfasından olan iki qız uşağı gəlib Allah Elçisinin ﷺ dizlərində oturdular. Allah Elçisi ﷺ onları uzaqlaşdırdı və namazını pozmadı”.”

Suheyb
Nəsəi, 754 (Qiblə, 13)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، عَنْ مَالِكٍ ، عَنْ إِسْحَاقَ بْنِ عَبْدِ اللهِ بْنِ أَبِي طَلْحَةَ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، أَنَّ جَدَّتَهُ مُلَيْكَةَ دَعَتْ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِطَعَامٍ قَدْ صَنَعَتْهُ لَهُ فَأَكَلَ مِنْهُ ، ثُمَّ قَالَ : قُومُوا فَلأُصَلِّي لَكُمْ . قَالَ أَنَسٌ : فَقُمْتُ إِلَى حَصِيرٍ لَنَا قَدِ اسْوَدَّ مِنْ طُولِ مَا لُبِسَ فَنَضَحْتُهُ بِمَاءٍ ، فَقَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَصَفَفْتُ أَنَا وَالْيَتِيمُ وَرَاءَهُ وَالْعَجُوزُ مِنْ وَرَائِنَا ، فَصَلَّى لَنَا رَكْعَتَيْنِ ، ثُمَّ انْصَرَفَ.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, onun nənəsi Muleykə Allah Elçisini ﷺ yemək yeməyə çağırmışdı. O da bu yeməkdən yedikdən sonra dedi: “Qalxın, sizə namaz qıldırım!” Ənəs deyir: “Mən qalxıb həsiri sərdim. O həsir çox istifadə olunduğundan qaralmışdı. Mən onun üzərinə su səpdim. Allah Elçisi ﷺ qalxdı, mən də cərgədə dayandım. Mənim yanımda bir yetim uşaq da cərgədə dayandı. Qoca nənəm də bizim arxamızda dayandı. O, bizə iki rükət namaz qıldırdı və çıxıb getdi”.”

Ənəs ibn Malik
Nəsəi, 801 (İmamlıq, 25)Səhih

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، عَنْ سُلَيْمَانَ بْنِ الْمُغِيرَةِ ، عَنْ ثَابِتٍ ، عَنْ أَنَسٍ قَالَ : دَخَلَ عَلَيْنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَمَا هُوَ إِلاَّ أَنَا وَأُمِّي وَالْيَتِيمُ وَأُمُّ حَرَامٍ خَالَتِي ، فَقَالَ : قُومُوا فَلأُصَلِّيَ بِكُمْ ، قَالَ : فِي غَيْرِ وَقْتِ صَلاَةٍ ، قَالَ : فَصَلِّي بِنَا.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ bizim yanımıza gəldi. Mən, anam, bir yetim uşaq və xalam Ummu Haram orada idik. Allah Elçisi ﷺ dedi: “Qalxın, sizə namaz qıldırım”. Ənəs deyir: “Namaz vaxtı idi və o, bizə namaz qıldırdı”.”

Ənəs
Nəsəi, 802 (İmamlıq, 26)Səhih

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ ، عَنِ الأَوْزَاعِيِّ قَالَ : حَدَّثَنِي يَحْيَى بْنُ أَبِي كَثِيرٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي قَتَادَةَ ، عَنْ أَبِيهِ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِنِّي لأَقُومُ فِي الصَّلاَةِ فَأَسْمَعُ بُكَاءَ الصَّبِيِّ فَأُوجِزُ فِي صَلاَتِي كَرَاهِيَةَ أَنْ أَشُقَّ عَلَى أُمِّهِ.

“Abdullah ibn Əbu Qatədə atasından ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Mən namaza başladıqda uşaqların ağlamağını eşidirəm. Ümmətimə ağır gəlməsindən qorxduğuma görə namazı qısa edirəm”.”

Abdullah ibn Əbu Qatədə atasından
Nəsəi, 825 (İmamlıq, 49)Səhih

أَخْبَرَنَا عَبْدُ اللهِ بْنُ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ قَالَ : حَدَّثَنِي إِسْحَاقُ بْنُ عَبْدِ اللهِ قَالَ : سَمِعْتُ أَنَسًا رَضِيَ اللَّهُ عَنْهُ قَالَ : أَتَانَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي بَيْتِنَا ، فَصَلَّيْتُ أَنَا وَيَتِيمٌ لَنَا خَلْفَهُ ، وَصَلَّتْ أُمُّ سُلَيْمٍ خَلْفَنَا.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ bizim evimizə gəldi. Mən və yetim uşaq onun arxasında dayandıq. Ummu Suleym də bizim arxamızda dayandı”.”

Ənəs
Nəsəi, 869 (İmamlıq, 93)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سُلَيْمَانَ لُوَيْنٌ بِالْمَصِّيْصَةِ ، عَنْ حَمَّادِ بْنِ زَيْدٍ ، عَنْ مَعْمَرٍ ، وَالنُّعْمَانُ بْنُ رَاشِدٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عَطَاءِ بْنِ يَزِيدَ ، قَالَ : كُنْتُ جَالِسًا إِلَى أَبِي هُرَيْرَةَ ، وَأَبِي سَعِيدٍ فَحَدَّثَ أَحَدُهُمَا حَدِيثَ الشَّفَاعَةِ وَالآخَرُ مُنْصِتٌ ، قَالَ : فَتَأْتِي الْمَلاَئِكَةُ فَتَشْفَعُ وَتَشْفَعُ الرُّسُلُ وَذَكَرَ الصِّرَاطَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : فَأَكُونُ أَوَّلَ مَنْ يُجِيزُ ، فَإِذَا فَرَغَ اللَّهُ عَزَّ وَجَلَّ مِنَ الْقَضَاءِ بَيْنَ خَلْقِهِ وَأَخْرَجَ مِنَ النَّارِ مَنْ يُرِيدُ أَنْ يُخْرِجَ أَمَرَ اللَّهُ الْمَلاَئِكَةَ وَالرُّسُلَ أَنْ تَشْفَعَ ، فَيُعْرَفُونَ بِعَلاَمَاتِهِمْ إِنَّ النَّارَ تَأْكُلُ كُلَّ شَيْءٍ مِنَ ابْنِ آدَمَ إِلاَّ مَوْضِعَ السُّجُودِ ، فَيُصَبُّ عَلَيْهِمْ مِنْ مَاءِ الْجَنَّةِ فَيَنْبُتُونَ كَمَا تَنْبُتُ الْحِبَّةُ فِي حَمِيلِ السَّيْلِ.

“Rəvayət edilir ki, Əta ibn Yəzid ﵀ demişdir: “Bir dəfə mən Əbu Hureyra və Əbu Səidlə birlikdə oturmuşdum. Onlardan biri şəfaət hədisini danışdı, digəri isə sakit durmuşdu. O dedi: “Mələklər gəlib şəfaət edəcəklər, Allahın elçiləri şəfaət edəcəklər”. Sonra sırat körpüsü haqda danışaraq dedi: “Allah Elçisi ﷺ belə buyurdu: “Mən sıratı keçmək üçün icazə verilənlərin ilki olacam. Allah ﷿ yaratdıqları arasında haqq-hesabı bitirdikdən və Cəhənnəmdən istədiklərini çıxardıqdan sonra mələklərə və elçilərə şəfaət etmələri üçün əmr edəcək. Onlar Cəhənnəmdən əlamətlərlə tanınanları çıxaracaqlar. Cəhənnəm odu Adəm övladlarının səcdə yerindən başqa hər yerini yeyəcək. Onların üzərinə Cənnətdən olan su töküləcək. Onlar selin gətirdiyi toxumların yetişdiyi kimi yerdən bitəcəklər”.”

Əta ibn Yəzid
Nəsəi, 1140 (Tətbiq, 112)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، عَنْ ابْنِ وَهْبٍ ، عَنْ مُعَاوِيَةَ بْنِ صَالِحٍ ، قَالَ : حَدَّثَنِي رَبِيعَةُ بْنُ يَزِيدَ ، عَنْ أَبِي إِدْرِيسَ الْخَوْلاَنِيِّ ، عَنْ أَبِي الدَّرْدَاءِ ، قَالَ : قَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي فَسَمِعْنَاهُ يَقُولُ : أَعُوذُ بِاللَّهِ مِنْكَ ، ثُمَّ قَالَ : أَلْعَنُكَ بِلَعْنَةِ اللهِ ثَلاَثًا ، وَبَسَطَ يَدَهُ كَأَنَّهُ يَتَنَاوَلُ شَيْئًا ، فَلَمَّا فَرَغَ مِنَ الصَّلاَةِ قُلْنَا : يَا رَسُولَ اللهِ ، قَدْ سَمِعْنَاكَ تَقُولُ فِي الصَّلاَةِ شَيْئًا لَمْ نَسْمَعْكَ تَقُولُهُ قَبْلَ ذَلِكَ ، وَرَأَيْنَاكَ بَسَطْتَ يَدَكَ ، قَالَ : إِنَّ عَدُوَّ اللهِ إِبْلِيسَ جَاءَ بِشِهَابٍ مِنْ نَارٍ لِيَجْعَلَهُ فِي وَجْهِي ، فَقُلْتُ : أَعُوذُ بِاللَّهِ مِنْكَ ثَلاَثَ مَرَّاتٍ ، ثُمَّ قُلْتُ : أَلْعَنُكَ بِلَعْنَةِ اللهِ ، فَلَمْ يَسْتَأْخِرْ ثَلاَثَ مَرَّاتٍ ، ثُمَّ أَرَدْتُ أَنْ آخُذَهُ ، وَاللَّهِ لَوْلاَ دَعْوَةُ أَخِينَا سُلَيْمَانَ لأَصْبَحَ مُوثَقًا بِهَا يَلْعَبُ بِهِ وِلْدَانُ أَهْلِ الْمَدِينَةِ.

“Rəvayət edilir ki, Əbud-Dərdə ﵁ demişdir: “Allah Elçisi ﷺ ayağa qalxıb namaza başladı və biz onun belə dediyini eşitdik: “Səndən Allaha sığınıram!” Sonra üç dəfə dedi: “Səni Allahın lənəti ilə lənətləyirəm!”- və əlini sanki qarşısındakı bir şeyi götürmək üçün uzatdı. Namazı bitirdikdən sonra biz ona dedik: “Ey Allahın Elçisi, bundan qabaq demədiyin şeyləri eşitdik və əlini nəyəsə uzatdığını gördük”. O dedi: “Həqiqətən, Allahın düşməni İblis oddan bir parça ilə onu üzümə vurmaq üçün gəlmişdi. Mən üç dəfə: “Səndən Allaha sığınıram!”- dedim. Sonra dedim: “Səni Allahın lənəti ilə lənətləyirəm!” Lakin o, çıxıb getmədi. Sonra onu tutmaq istədim. Allaha and olsun, qardaşım Süleymanın duası olmasaydı, onu tutub məscidin sütunlarına bağlayardım və Mədinə uşaqları onunla oynayaradılar”.”

Əbud-Dərdə
Nəsəi, 1215 (Səhv, 37)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ يُوسُفَ ، قَالَ : حَدَّثَنَا الأَوْزَاعِيُّ ، قَالَ : حَدَّثَنِي يَحْيَى بْنُ أَبِي كَثِيرٍ ، عَنْ هِلاَلِ بْنِ أَبِي مَيْمُونَةَ ، قَالَ : حَدَّثَنِي عَطَاءُ بْنُ يَسَارٍ ، عَنْ مُعَاوِيَةَ بْنِ الْحَكَمِ السَّلَمِيِّ ، قَالَ : قُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنَّا حَدِيثُ عَهْدٍ بِجَاهِلِيَّةٍ فَجَاءَ اللَّهُ بِالإِسْلاَمِ ، وَإِنَّ رِجَالاً مِنَّا يَتَطَيَّرُونَ ، قَالَ : ذَاكَ شَيْءٌ يَجِدُونَهُ فِي صُدُورِهِمْ ، فَلاَ يَصُدَّنَّهُمْ وَرِجَالٌ مِنَّا يَأْتُونَ الْكُهَّانَ ، قَالَ : " فَلاَ تَأْتُوهُمْ ، قَالَ : يَا رَسُولَ اللهِ ، وَرِجَالٌ مِنَّا يَخُطُّونَ ، قَالَ : كَانَ نَبِيٌّ مِنَ الأَنْبِيَاءِ يَخُطُّ ، فَمَنْ وَافَقَ خَطُّهُ ، فَذَاكَ قَالَ : وَبَيْنَا أَنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي الصَّلاَةِ إِذْ عَطَسَ رَجُلٌ مِنَ الْقَوْمِ ، فَقُلْتُ : يَرْحَمُكَ اللَّهُ ، فَحَدَّقَنِي الْقَوْمُ بِأَبْصَارِهِمْ ، فَقُلْتُ : وَاثُكْلَ أُمِّيَاهُ ، مَا لَكُمْ تَنْظُرُونَ إِلَيَّ ؟ قَالَ : فَضَرَبَ الْقَوْمُ بِأَيْدِيهِمْ عَلَى أَفْخَاذِهِمْ ، فَلَمَّا رَأَيْتُهُمْ يُسَكِّتُونِي لَكِنِّي سَكَتُّ ، فَلَمَّا انْصَرَفَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ دَعَانِي بِأَبِي وَأُمِّي ، هُوَ مَا ضَرَبَنِي ، وَلاَ كَهَرَنِي ، وَلاَ سَبَّنِي ، مَا رَأَيْتُ مُعَلِّمًا قَبْلَهُ وَلاَ بَعْدَهُ أَحْسَنَ تَعْلِيمًا مِنْهُ ، قَالَ : إِنَّ صَلاَتَنَا هَذِهِ لاَ يَصْلُحُ فِيهَا شَيْءٌ مِنْ كَلاَمِ النَّاسِ ، إِنَّمَا هُوَ التَّسْبِيحُ وَالتَّكْبِيرُ ، وَتِلاَوَةُ الْقُرْآنِ قَالَ : ثُمَّ اطَّلَعْتُ إِلَى غُنَيْمَةٍ لِي تَرْعَاهَا جَارِيَةٌ لِي فِي قِبَلِ أُحُدٍ وَالْجَوَّانِيَّةِ ، وَإِنِّي اطَّلَعْتُ فَوَجَدْتُ الذِّئْبَ قَدْ ذَهَبَ مِنْهَا بِشَاةٍ ، وَأَنَا رَجُلٌ مِنْ بَنِي آدَمَ آسَفُ كَمَا يَأْسَفُونَ ، فَصَكَكْتُهَا صَكَّةً ، ثُمَّ انْصَرَفْتُ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَأَخْبَرْتُهُ ، فَعَظَّمَ ذَلِكَ عَلَيَّ فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، أَفَلاَ أَعْتِقُهَا ؟ قَالَ : ادْعُهَا ، فَقَالَ لَهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَيْنَ اللَّهُ عَزَّ وَجَلَّ ؟ ، قَالَتْ : فِي السَّمَاءِ ، قَالَ : فَمَنْ أَنَا ؟ قَالَتْ : أَنْتَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : إِنَّهَا مُؤْمِنَةٌ فَاعْتِقْهَا.

“Rəvayət edilir ki, Muaviyə ibn əl-Həkəm əs-Sələmi ﵁ demişdir: “Ey Allahın Elçisi! Biz cahiliyyə dövründə yaşayırdıq. Sonra Allah İslamı bizə bəxş etdi. Bəzilərimiz düşər-düşməzliyə inanırdıq”. O dedi: “Düşər-düşməzlik onların qəlblərinə sızan bir şeydir. Belə şeylər sizi işlərinizdən qoymasın”. Mən dedim: “Bizdən bəzilərimiz kahinlərin yanına gedərək onların dediklərinə inanırlar”. Allah Elçisi ﷺ dedi: “Onların yanına getməyin!” Mən dedim: “Bəzilərimiz yerdə xətlər çəkərək falçılıq edirlər”. O dedi: “Bəzi peyğəmbərlər də yerdə xətlər çəkirdi. Onların xətt çəkmələri peyğəmbərlərinkinə uyğun olsa, o da onlar kimidir”. Mən namazda Allah Elçisi ﷺ ilə birlikdə idim. Camaatdan bir nəfər asqırdı. Mən: “Allah sənə rəhm etsin!”- dedim. Buna görə camaat mənə pis baxdı”. Mən də: “Analarınız sizin üçün ağlasın, nə baxırsız?!”- dedim. Bu dəfə hamısı əlləri ilə çiyinlərinə vurdular. Məni susdurmaq istədiklərini başa düşdüm və susdum. Allah Elçisi ﷺ namazını bitirən kimi məni çağırdı. Anam-atam ona fəda olsun! Məni nə vurdu, nə danladı, nə də söydü. Nə əvvəl, nə də sonralar onun kimi gözəl müəllim görmədim. Mənə belə dedi: “Bizim qıldığımız namazda insanlarla söhbət etmək olmaz. Burda təsbih və təkbir deyilir, Quran oxunur”. Sonra mən Uhud tərəfdə olan Cəvvaniyyə deyilən yerə cariyəmin otardığı qoyunlarımın yanına getdim. Bir də gördüm ki, qoyunlarımdan bir qoyunu canavar aparıb. Mən də Adəm övladı olduğum üçün təəssüfləndim və cariyəni vurdum. Sonra Allah Elçisinin ﷺ yanına gələrək vəziyyəti ona xəbər verdim. Allah Elçisi ﷺ etdiyim əmələ görə məni qınadı. Mən dedim: “Ey Allahın Elçisi, onu azad edimmi?” Allah Elçisi ﷺ dedi: “Onu yanıma çağır.” Allah Elçisi ﷺ ona dedi: “Allah ﷿ hardadır?” Cariyə: “Göydə!”- dedi O dedi: “Bəs mən kiməm?” Cariyə: “Sən Allahın Elçisisən!”- dedi. Allah Elçisi ﷺ dedi: “O, mömin qadındır. Onu azad et!””

Muaviyə ibn əl-Həkəm əs-Sələmi
Nəsəi, 1218 (Səhv, 40)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الْعَزِيزِ ، قَالَ : حَدَّثَنَا الْفَضْلُ بْنُ مُوسَى ، عَنْ حُسَيْنِ بْنِ وَاقِدٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ بُرَيْدَةَ ، عَنْ أَبِيهِ ، قَالَ : كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَخْطُبُ ، فَجَاءَ الْحَسَنُ وَالْحُسَيْنُ رَضِيَ اللَّهُ عَنْهُمَا ، وَعَلَيْهِمَا قَمِيصَانِ أَحْمَرَانِ يَعْثُرَانِ فِيهِمَا ، فَنَزَلَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَطَعَ كَلاَمَهُ ، فَحَمَلَهُمَا ثُمَّ عَادَ إِلَى الْمِنْبَرِ ، ثُمَّ قَالَ : صَدَقَ اللَّهُ : {إِنَّمَا أَمْوَالُكُمْ وَأَوْلاَدُكُمْ فِتْنَةٌ} ، رَأَيْتُ هَذَيْنِ يَعْثُرَانِ فِي قَمِيصَيْهِمَا ، فَلَمْ أَصْبِرْ حَتَّى قَطَعْتُ كَلاَمِي فَحَمَلْتُهُمَا.

“Abdullah ibn Bureydə atasının ﵁ belə dediyini rəvayət edir: “Peyğəmbər ﷺ xütbə deyirdi. Bu vaxt Həsən və Hüseyn ﵄ gəldi. Onların üzərində qırmızı paltar var idi. Onlar ayaqları ilişə-ilişə gəlirdilər. Peyğəmbər ﷺ sözünü kəsərək minbərdən aşağı endi və onları qucağına götürüb dedi: “Allah doğru söyləmişdir: “...var-dövlətiniz də, övladlarınız da ancaq bir imtahandır. Böyük mükafat isə Allah yanındadır” (əl-Ənfal, 28). Mən bunların ayaqları paltarlarına ilişə-ilişə gəldiklərini gördüm, səbir edə bilmədim, sözümü kəsdim və onları qucağıma götürdüm”.”

Abdullah ibn Bureydə atasından
Nəsəi, 1413 (Cümə, 47)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا بَكْرٌ ، يَعْنِي ابْنَ مُضَرَ ، عَنْ ابْنِ الْهَادِ ، عَنْ مُحَمَّدِ بْنِ إِبْرَاهِيمَ ، عَنْ أَبِي سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : أَتَيْتُ الطُّورَ فَوَجَدْتُ ثَمَّ كَعْبًا ، فَمَكَثْتُ أَنَا وَهُوَ يَوْمًا أُحَدِّثُهُ عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَيُحَدِّثُنِي عَنِ التَّوْرَاةِ ، فَقُلْتُ لَهُ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : خَيْرُ يَوْمٍ طَلَعَتْ فِيهِ الشَّمْسُ يَوْمُ الْجُمُعَةِ ، فِيهِ خُلِقَ آدَمُ ، وَفِيهِ أُهْبِطَ ، وَفِيهِ تِيبَ عَلَيْهِ ، وَفِيهِ قُبِضَ ، وَفِيهِ تَقُومُ السَّاعَةُ ، مَا عَلَى الأَرْضِ مِنْ دَابَّةٍ إِلاَّ وَهِيَ تُصْبِحُ يَوْمَ الْجُمُعَةِ مُصِيخَةً ، حَتَّى تَطْلُعَ الشَّمْسُ شَفَقًا مِنَ السَّاعَةِ إِلاَّ ابْنَ آدَمَ ، وَفِيهِ سَاعَةٌ لاَ يُصَادِفُهَا مُؤْمِنٌ وَهُوَ فِي الصَّلاَةِ يَسْأَلُ اللَّهَ فِيهَا شَيْئًا إِلاَّ أَعْطَاهُ إِيَّاهُ فَقَالَ كَعْبٌ : ذَلِكَ يَوْمٌ فِي كُلِّ سَنَةٍ ، فَقُلْتُ : بَلْ هِيَ فِي كُلِّ جُمُعَةٍ ، فَقَرَأَ كَعْبٌ التَّوْرَاةَ ، ثُمَّ قَالَ : صَدَقَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ هُوَ فِي كُلِّ جُمُعَةٍ . فَخَرَجْتُ فَلَقِيتُ بَصْرَةَ بْنَ أَبِي بَصْرَةَ الْغِفَارِيَّ ، فَقَالَ : مِنْ أَيْنَ جِئْتَ ؟ قُلْتُ : مِنَ الطُّورِ ، قَالَ : لَوْ لَقِيتُكَ مِنْ قَبْلِ أَنْ تَأْتِيَهُ لَمْ تَأْتِهِ ، قُلْتُ لَهُ : وَلِمَ ؟ قَالَ : إِنِّي سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : لاَ تُعْمَلُ الْمَطِيُّ إِلاَّ إِلَى ثَلاَثَةِ مَسَاجِدَ : الْمَسْجِدِ الْحَرَامِ وَمَسْجِدِي وَمَسْجِدِ بَيْتِ الْمَقْدِسِ فَلَقِيتُ عَبْدَ اللهِ بْنَ سَلاَمٍ ، فَقُلْتُ : لَوْ رَأَيْتَنِي خَرَجْتُ إِلَى الطُّورِ فَلَقِيتُ كَعْبًا فَمَكَثْتُ أَنَا وَهُوَ يَوْمًا أُحَدِّثُهُ عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَيُحَدِّثُنِي عَنِ التَّوْرَاةِ ، فَقُلْتُ لَهُ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : خَيْرُ يَوْمٍ طَلَعَتْ فِيهِ الشَّمْسُ يَوْمُ الْجُمُعَةِ فِيهِ خُلِقَ آدَمُ ، وَفِيهِ أُهْبِطَ ، وَفِيهِ تِيبَ عَلَيْهِ ، وَفِيهِ قُبِضَ ، وَفِيهِ تَقُومُ السَّاعَةُ ، مَا عَلَى الأَرْضِ مِنْ دَابَّةٍ إِلاَّ وَهِيَ تُصْبِحُ يَوْمَ الْجُمُعَةِ مُصِيخَةً حَتَّى تَطْلُعَ الشَّمْسُ شَفَقًا مِنَ السَّاعَةِ إِلاَّ ابْنَ آدَمَ ، وَفِيهِ سَاعَةٌ لاَ يُصَادِفُهَا عَبْدٌ مُؤْمِنٌ وَهُوَ فِي الصَّلاَةِ يَسْأَلُ اللَّهَ شَيْئًا ، إِلاَّ أَعْطَاهُ إِيَّاهُ قَالَ كَعْبٌ : ذَلِكَ يَوْمٌ فِي كُلِّ سَنَةٍ ، فَقَالَ عَبْدُ اللهِ بْنُ سَلاَمٍ : كَذَبَ كَعْبٌ ، قُلْتُ : ثُمَّ قَرَأَ كَعْبٌ ، فَقَالَ : صَدَقَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : هُوَ فِي كُلِّ جُمُعَةٍ ، فَقَالَ عَبْدُ اللهِ : صَدَقَ كَعْبٌ إِنِّي لأَعْلَمُ تِلْكَ السَّاعَةَ ، فَقُلْتُ : يَا أَخِي ، حَدِّثْنِي بِهَا ، قَالَ : هِيَ آخِرُ سَاعَةٍ مِنْ يَوْمِ الْجُمُعَةِ قَبْلَ أَنْ تَغِيبَ الشَّمْسُ فَقُلْتُ : أَلَيْسَ قَدْ سَمِعْتَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : لاَ يُصَادِفُهَا مُؤْمِنٌ وَهُوَ فِي الصَّلاَةِ ، وَلَيْسَتْ تِلْكَ السَّاعَةَ صَلاَةٌ ، قَالَ : أَلَيْسَ قَدْ سَمِعْتَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : مَنْ صَلَّى ، وَجَلَسَ يَنْتَظِرُ الصَّلاَةَ لَمْ يَزَلْ فِي صَلاَتِهِ حَتَّى تَأْتِيَهُ الصَّلاَةُ الَّتِي تُلاَقِيهَا قُلْتُ : بَلَى ، قَالَ : فَهُوَ كَذَلِكَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Tur dağına getmişdim və orada Kəbi gördüm. Biz orada bir gün qaldıq. Mən ona Allah Elçisi ﷺ haqqında danışdım. O da mənə Tövrat haqda danışdı. Mən ona dedim: “Allah Elçisi ﷺ belə deyib: “Üzərinə Günəşin doğduğu ən xeyirli gün Cümə günüdür. O gün Adəm yaradıldı, o gün Cənnətdən qovuldu, o gün də onun tövbəsi qəbul edildi. O gün o öldü və o gün də Qiyamət qopacaq. Yer üzərində Adəm övladından başqa elə bir canlı yoxdur ki, Cümə günü şəfəq açılana qədər Qiyamətin qopmasına görə qorxu içində olmasın. Bu gündə elə bir saat var ki, mömin bu saatda namazda Allahdan bir şey istəsə, Allah bunu ona verər”. Kəb dedi: “Bu hər ildədirmi?” Mən ona dedim: “Əksinə, bu, hər Cümə günüdür”. Kəb Tövratı oxudu və sonra dedi: “Allah Elçisi ﷺ düz demişdir. Bu, hər Cümə günüdür.” Mən çıxıb getdikdə, yolda Bəsra ibn Əbu Bəsra əl-Ğifarini gördüm. O, mənə dedi: “Sən hardan gəlirsən?” Mən dedim: “Tur dağından”. O dedi: “Əgər mən səni ora getməmişdən qabaq görsəydim, sən ora getməzdin”. Mən dedim: “Nəyə görə?” O dedi: “ Allah Elçisinin ﷺ belə dediyini eşitmişəm: “Üç məsciddən başqa (yerə) ziyarət üçün səfər edilməz; Məscidul-Haram (Kəbə), mənim məscidim (Mədinədəki məscid) və Beytul-Məqdisdə (Aqsa) olan məscid”. Sonra mən Abdullah ibn Səlam ilə rastlaşdım və ona dedim: “Mən Tur dağına çıxmış və Kəblə görüşmüşdüm. Onunla bir gün qalaraq Allah Elçisi ﷺ haqda danışdım. O da mənə Tövrat haqda danışdı. Mən ona dedim: “Allah Elçisi ﷺ belə deyib: “Günəşin üzərinə doğduğu ən xeyirli gün Cümə günüdür. O gün Adəm yaradıldı, o gün Cənnətdən qovuldu, o gün də onun tövbəsi qəbul edildi. O gün o öldü və o gün də Qiyamət qopacaq. Yer üzərində Adəm övladından başqa elə bir canlı yoxdur ki, Cümə günü şəfəq açılana qədər Qiyamətin qopmasına görə qorxu içində olmasın. Bu gündə elə bir saat var ki, mömin bu saatda namazda Allahdan bir şey istəsə, Allah bunu ona verər”. Kəb dedi: “Bu, hər ildə bir gündür”. Abdullah ibn Səlam dedi: “Kəb düz deməyib”. Mən dedim: “Sonra Kəb ayə oxudu və dedi: “Allah Elçisi ﷺ düz demişdir. Bu, hər Cümədədir”. Abdullah dedi: “Kəb doğru söyləmişdir. Mən bunun hansı saat olduğunu bilirəm. Mən dedim: “Ey qardaşım, bu haqda mənə xəbər ver”. O dedi: “Bu, Cümə gününün günəş batmamışdan qabaq son saatıdır”. Mən dedim: “Sən bunu Allah Elçisindən ﷺ eşitdinmi?” O dedi: “Sən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitməmisənmi?! “Mömin bəndə bu saatda namazda Allahdan bir şey istəyərsə, istədiyi ona verilər”. Halbuki, bu saatda namaz qılınmır. Sən Allah Elçisindən ﷺ eşitməmisənmi?! O demişdi: “Kim namaz qılıb oturduğu yerdə namazı gözləyərsə, namazı qılana qədər namazda olmuş kimi sayılar”. Mən: “Bəli, belədir”- dedim. O da dedi: “Bəli, belədir”.”

Əbu Hureyra
Nəsəi, 1430 (Cümə, 64)Səhih

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا إِسْمَعِيلُ ، قَالَ : حَدَّثَنَا حُمَيْدٌ ، عَنْ أَنَسٍ ، قَالَ : قَحَطَ الْمَطَرُ عَامًا ، فَقَامَ بَعْضُ الْمُسْلِمِينَ إِلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي يَوْمِ جُمُعَةٍ فَقَالَ : يَا رَسُولَ اللهِ ، قَحَطَ الْمَطَرُ ، وَأَجْدَبَتِ الأَرْضُ ، وَهَلَكَ الْمَالُ ، قَالَ : فَرَفَعَ يَدَيْهِ وَمَا نَرَى فِي السَّمَاءِ سَحَابَةً ، فَمَدَّ يَدَيْهِ حَتَّى رَأَيْتُ بَيَاضَ إِبْطَيْهِ يَسْتَسْقِي اللَّهَ عَزَّ وَجَلَّ ، قَالَ : فَمَا صَلَّيْنَا الْجُمُعَةَ حَتَّى أَهَمَّ الشَّابَّ الْقَرِيبَ الدَّارِ الرُّجُوعُ إِلَى أَهْلِهِ ، فَدَامَتْ جُمُعَةٌ ، فَلَمَّا كَانَتِ الْجُمُعَةُ الَّتِي تَلِيهَا ، قَالُوا : يَا رَسُولَ اللهِ ، تَهَدَّمَتِ الْبُيُوتُ ، وَاحْتَبَسَ الرُّكْبَانُ ، قَالَ : فَتَبَسَّمَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِسُرْعَةِ مَلاَلَةِ ابْنِ آدَمَ ، وَقَالَ بِيَدَيْهِ : اللَّهُمَّ حَوَالَيْنَا وَلاَ عَلَيْنَا فَتَكَشَّطَتْ عَنِ الْمَدِينَةِ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Bir il quraqlıq olmuşdu. Müsəlmanlardan bir nəfər cümə günü ayağa qalxıb Peyğəmbərə ﷺ dedi: “Ey Allahın Elçisi, yağış yağmadı, torpaq çat-çat oldu, mal-qara tələf oldu”. Peyğəmbər ﷺ əllərini elə qaldırdı ki, qoltuqaltının ağlığını gördüm. Göydə heç bir bulud görmürdük. O, Allahdan ﷿ yağış istədi. Cüməni qılmamış evləri yaxında olanlar evə necə gedəcəkləri haqda düşünməyə başladılar. Yağış bir həftə yağdı. Növbəti Cümə camaat dedi: “Ey Allahın Elçisi, evlərimiz dağıldı, minik heyvanlarına minmək mümkün deyil”. Allah Elçisi ﷺ Adəm övladının necə tez bezikdiyini görərək təbəssüm etdi və əllərini qaldıraraq dedi: “Allahım, yağışı üzərimizə deyil, ətrafımıza yağdır!” Yağış da dərhal kəsildi”.”

Ənəs
Nəsəi, 1527 (İstisqa, 24)Səhih

أَخْبَرَنَا الْعَبَّاسُ بْنُ عَبْدِ الْعَظِيمِ ، قَالَ : حَدَّثَنِي عَبْدُ الصَّمَدِ بْنُ عَبْدِ الْوَارِثِ ، قَالَ : حَدَّثَنِي سَعِيدُ بْنُ عُبَيْدٍ الْهُنَائِيُّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ شَقِيقٍ ، قَالَ : حَدَّثَنَا أَبُو هُرَيْرَةَ ، قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَازِلاً بَيْنَ ضَجْنَانَ وَعُسْفَانَ مُحَاصِرَ الْمُشْرِكِينَ ، فَقَالَ الْمُشْرِكُونَ : إِنَّ لِهَؤُلاَءِ صَلاَةً هِيَ أَحَبُّ إِلَيْهِمْ مِنْ أَبْنَائِهِمْ وَأَبْكَارِهِمْ ، أَجْمِعُوا أَمْرَكُمْ ثُمَّ مِيلُوا عَلَيْهِمْ مَيْلَةً وَاحِدَةً ، فَجَاءَ جِبْرِيلُ عَلَيْهِ السَّلاَمُ فَأَمَرَهُ أَنْ يَقْسِمَ أَصْحَابَهُ نِصْفَيْنِ ، فَيُصَلِّيَ بِطَائِفَةٍ مِنْهُمْ ، وَطَائِفَةٌ مُقْبِلُونَ عَلَى عَدُوِّهِمْ قَدْ أَخَذُوا حِذْرَهُمْ وَأَسْلِحَتَهُمْ ، فَيُصَلِّيَ بِهِمْ رَكْعَةً ، ثُمَّ يَتَأَخَّرَ هَؤُلاَءِ وَيَتَقَدَّمَ أُولَئِكَ فَيُصَلِّيَ بِهِمْ رَكْعَةً تَكُونُ لَهُمْ مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَكْعَةً رَكْعَةً وَلِلنَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَكْعَتَانِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ Dacnən və Usfan arasında olan bir yerdə müşriklərin mühasirəsində idi. Müşriklər dedilər: “Həqiqətən, onların bu namazdan sonra elə bir namazları var ki, onlara övladlarından və qızlarından daha sevimlidir. İşlərinizi toparlayın və onlara bir dəfə həmlə edib (məhv edin)”. Sonra Cəbrail ﵇ nazil oldu. Peyğəmbərə ﷺ öz səhabələrini iki dəstəyə bölməyi, bir dəstə ilə namaz qılmasını, o biri dəstənin isə silahlarını və ehtiyatlarını götürərək düşmənə tərəf dayanmasını əmr etdi”. Peyğəmbər ﷺ onlarla (bir dəstə ilə) bir rükət qıldı, sonra onlar arxaya çəkildilər və ikinci dəstə qabağa gəldi. Onlarla da bir rükət qıldı. Bu, onların hər biri üçün Peyğəmbər ﷺ ilə bir rükət oldu, Peyğəmbər ﷺ isə iki rükət qılmış oldu”.”

Əbu Hureyra
Nəsəi, 1544 (Qorxu namazı, 16)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، وَمُحَمَّدُ بْنُ بَشَّارٍ ، عَنْ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ مَنْصُورٍ ، قَالَ : سَمِعْتُ مُجَاهِدًا يُحَدِّثُ ، عَنْ أَبِي عَيَّاشٍ الزُّرَقِيِّ - قَالَ شُعْبَةُ : كَتَبَ بِهِ إِلَيَّ وَقَرَأْتُهُ عَلَيْهِ وَسَمِعْتُهُ مِنْهُ يُحَدِّثُ وَلَكِنِّي حَفِظْتُهُ ، قَالَ ابْنُ بَشَّارٍ : فِي حَدِيثِهِ حِفْظِي مِنَ الْكِتَابِ - أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ مُصَافَّ الْعَدُوِّ بِعُسْفَانَ ، وَعَلَى الْمُشْرِكِينَ خَالِدُ بْنُ الْوَلِيدِ ، فَصَلَّى بِهِمُ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الظُّهْرَ ، قَالَ الْمُشْرِكُونَ : إِنَّ لَهُمْ صَلاَةً بَعْدَ هَذِهِ هِيَ أَحَبُّ إِلَيْهِمْ مِنْ أَمْوَالِهِمْ وَأَبْنَائِهِمْ ، فَصَلَّى بِهِمْ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْعَصْرَ ، فَصَفَّهُمْ صَفَّيْنِ خَلْفَهُ ، فَرَكَعَ بِهِمْ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَمِيعًا ، فَلَمَّا رَفَعُوا رُؤُوسَهُمْ سَجَدَ بِالصَّفِّ الَّذِي يَلِيهِ وَقَامَ الآخَرُونَ ، فَلَمَّا رَفَعُوا رُؤُوسَهُمْ مِنَ السُّجُودِ سَجَدَ الصَّفُّ الْمُؤَخَّرُ بِرُكُوعِهِمْ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، ثُمَّ تَأَخَّرَ الصَّفُّ الْمُقَدَّمُ ، وَتَقَدَّمَ الصَّفُّ الْمُؤَخَّرُ ، فَقَامَ كُلُّ وَاحِدٍ مِنْهُمْ فِي مَقَامِ صَاحِبِهِ ، ثُمَّ رَكَعَ بِهِمْ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَمِيعًا ، فَلَمَّا رَفَعُوا رُؤُوسَهُمْ مِنَ الرُّكُوعِ سَجَدَ الصَّفُّ الَّذِي يَلِيهِ وَقَامَ الآخَرُونَ ، فَلَمَّا فَرَغُوا مِنْ سُجُودِهِمْ سَجَدَ الآخَرُونَ ، ثُمَّ سَلَّمَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَيْهِمْ.

“Əbu Ayyəş əz-Zuraqi ﵀ rəvayət edir ki, Şöbə belə demişdir: “O, mənə məktub yazmışdı, mən də məktubu oxumuşdum. Bunu ondan eşitmişdim deyə əzbərləmişdim. Mənim əzbərlədiyim hədisdə İbn Bəşşar belə dedi: “Peyğəmbər ﷺ düşmənlə Usfan (döyüşündə) qarşılaşmışdı. Müşriklərə Xalid ibn Valid başçılıq edirdi. Peyğəmbər ﷺ səhabələrlə Zöhr namazını qıldı. Müşriklər dedilər: “Onların bu namazdan sonra elə bir namazları var ki, onlara mal-dövlətlərindən və övladlarından daha sevimlidir”. Allah Elçisi ﷺ səhabələrlə birlikdə Əsr namazını qıldı. Onları öz arxasında iki səf olaraq düzdü və onların hamısı ilə birlikdə ruku etdi. Onlar başlarını rukudan qaldırdıqda, Allah Elçisi ﷺ arxasında dayanan birinci səfdə olanlarla birlikdə səcdə etdi. Arxada olan (ikinci səfdə olanlar) isə ayaq üstə durdular. (Birinci səfdə olanlar) başlarını səcdədən qaldırdıqda, digər səfdə olanlar Allah Elçisi ﷺ ilə səcdə etdilər. Sonra arxada qalan səf qabağa, qabaqda olan səf isə arxaya keçərək bir-biri ilə yerlərini dəyişdilər. Sonra Allah Elçisi ﷺ hamısı ilə birlikdə ruku etdi. Rukudan başlarını qaldırdıqda, onun arxasında olan səfdəkilər səcdə etdi, o birilər isə ayaq üstə dayandılar. Onlar səcdəni bitirdikdə, digərləri səcdə etdilər. Sonra Peyğəmbər ﷺ salam verdi”.”

Əbu Ayyəş əz-Zuraqi
Nəsəi, 1549 (Qorxu namazı, 21)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ زُرَارَةَ ، قَالَ : حَدَّثَنَا إِسْمَعِيلُ ، عَنْ أَيُّوبَ ، عَنْ حَفْصَةَ ، قَالَتْ : كَانَتْ أُمُّ عَطِيَّةَ لاَ تَذْكُرُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلاَّ قَالَتْ : بَاَبا ، فَقُلْتُ : أَسَمِعْتِ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَذْكُرُ كَذَا وَكَذَا ؟ فَقَالَتْ : نَعَمْ ، بَابا ، قَالَ : لِيَخْرُجِ الْعَوَاتِقُ ، وَذَوَاتُ الْخُدُورِ ، وَالْحُيَّضُ وَيَشْهَدْنَ الْعِيدَ ، وَدَعْوَةَ الْمُسْلِمِينَ ، وَلْيَعْتَزِلِ الْحُيَّضُ الْمُصَلَّى.

“Rəvayət edilir ki, Həfsə ﵂ demişdir: “Ummu Atiyyənin yanında Allah Elçisi ﷺ yad edildikdə, “Atam-anam ona fəda olsun”- deyərdi. Mən dedim: “Sən bunu Allah Elçisindən ﷺ belə eşitdin?” O dedi: “Bəli, atam-anam ona fəda olsun!” O dedi: “Qoy həddi-büluğ yaşına yaxın uşaqlar, bakirə qızlar və heyzli qadınlar bayram namazını müşahidə edib müsəlmanların çağırışına cavab versinlər. Heyzli qadınlar namazgahdan bir az kənarda dursunlar”.”

Həfsə
Nəsəi, 1558 (Bayramlar, 3)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ أَيُّوبَ ، عَنْ مُحَمَّدٍ ، قَالَ : لَقِيتُ أُمَّ عَطِيَّةَ ، فَقُلْتُ لَهَا : هَلْ سَمِعْتِ مِنَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَكَانَتْ إِذَا ذَكَرَتْهُ قَالَتْ : بَابا ، قَالَ : أَخْرِجُوا الْعَوَاتِقَ ، وَذَوَاتِ الْخُدُورِ فَيَشْهَدْنَ الْعِيدَ ، وَدَعْوَةَ الْمُسْلِمِينَ ، وَلْيَعْتَزِلِ الْحُيَّضُ مُصَلَّى النَّاسِ.

“Rəvayət edilir ki, Muhəmməd ﵀ demişdir: “Ummu Atiyyəni gördükdə, ona dedim: “Sən bunu Peyğəmbərdən ﷺ eşitdinmi?” O, elə adam idi ki, onun yanında Peyğəmbər ﷺ yad edildikdə, həmişə: “Atam-anam ona fəda olsun!”- deyərdi. Atiyyə deyir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Qoy həddi-büluğ yaşına yaxın uşaqlar və bakirə qızlar müsəlmanların bayram namazını müşahidə etsinlər. Heyzli qadın isə insanların namazgahından kənarda dursun”.”

Muhəmməd
Nəsəi, 1559 (Bayramlar, 4)Səhih

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا أَبُو تُمَيْلَةَ ، عَنِ الْحُسَيْنِ بْنِ وَاقِدٍ ، عَنْ ابْنِ بُرَيْدَةَ ، عَنْ أَبِيهِ ، قَالَ : بَيْنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى الْمِنْبَرِ يَخْطُبُ إِذْ أَقْبَلَ الْحَسَنُ ، وَالْحُسَيْنُ عَلَيْهِمَا السَّلاَمُ عَلَيْهِمَا قَمِيصَانِ أَحْمَرَانِ يَمْشِيَانِ وَيَعْثُرَانِ ، فَنَزَلَ وَحَمَلَهُمَا ، فَقَالَ : صَدَقَ اللَّهُ : {إِنَّمَا أَمْوَالُكُمْ وَأَوْلاَدُكُمْ فِتْنَةٌ} رَأَيْتُ هَذَيْنِ يَمْشِيَانِ وَيَعْثُرَانِ فِي قَمِيصَيْهِمَا فَلَمْ أَصْبِرْ حَتَّى نَزَلْتُ فَحَمَلْتُهُمَا.

“İbn Bureydə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ xütbə deyərkən Həsən və Hüseyn – onlara Allahın salamı oslun - gəldi. Onların üzərində qırmızı köynək var idi. Onlar gəzə-gəzə büdrəyərək gah yıxılır, gah da dururdular. Peyğəmbər ﷺ minbərdən düşərək onları qucağına götürdü və dedi: “Allah ayəsində doğru buyurmuşdur: “Həqiqətən, var-dövlətiniz və övladlarınız ancaq bir sınaqdır” (ət-Təğabun, 15). Mən onların öz köynəklərində gəzə-gəzə büdrəyərək gah yıxılıb, gah da durduqlarını görəndə səbir edə bilmədim, minbərdən enib onları qucağıma götürdüm”.”

İbn Bureydə atasından
Nəsəi, 1585 (Bayramlar, 30)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ سَعِيدٍ ، عَنْ قَتَادَةَ ، عَنْ زُرَارَةَ ، عَنْ سَعْدِ بْنِ هِشَامٍ ، أَنَّهُ لَقِيَ ابْنَ عَبَّاسٍ ، فَسَأَلَهُ عَنِ الْوَتْرِ ، فَقَالَ : أَلاَ أُنَبِّئُكَ بِأَعْلَمِ أَهْلِ الأَرْضِ بِوَتْرِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ؟ قَالَ : نَعَمْ ، قَالَ : عَائِشَةُ ، ائْتِهَا فَسَلْهَا ، ثُمَّ ارْجِعْ إِلَيَّ فَأَخْبِرْنِي بِرَدِّهَا عَلَيْكَ ، فَأَتَيْتُ عَلَى حَكِيمِ بْنِ أَفْلَحَ ، فَاسْتَلْحَقْتُهُ إِلَيْهَا ، فَقَالَ : مَا أَنَا بِقَارِبِهَا إِنِّي نَهَيْتُهَا أَنْ تَقُولَ فِي هَاتَيْنِ الشِّيعَتَيْنِ شَيْئًا ، فَأَبَتْ فِيهَا إِلاَّ مُضِيًّا ، فَأَقْسَمْتُ عَلَيْهِ فَجَاءَ مَعِي فَدَخَلَ عَلَيْهَا ، فَقَالَتْ لِحَكِيمٍ : مَنْ هَذَا مَعَكَ ؟ قُلْتُ : سَعْدُ بْنُ هِشَامٍ ، قَالَتْ : مَنْ هِشَامٌ ؟ قُلْتُ : ابْنُ عَامِرٍ ، فَتَرَحَّمَتْ عَلَيْهِ ، وَقَالَتْ : نِعْمَ الْمَرْءُ كَانَ عَامِرًا ، قَالَ : يَا أُمَّ الْمُؤْمِنِينَ ، أَنْبِئِينِي عَنْ خُلُقِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَتْ : أَلَيْسَ تَقْرَأُ الْقُرْآنَ ؟ قَالَ : قُلْتُ : بَلَى ، قَالَتْ : فَإِنَّ خُلُقَ نَبِيِّ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْقُرْآنُ فَهَمَمْتُ أَنْ أَقُومَ فَبَدَا لِي قِيَامُ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : يَا أُمَّ الْمُؤْمِنِينَ ، أَنْبِئِينِي عَنْ قِيَامِ نَبِيِّ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَتْ : أَلَيْسَ تَقْرَأُ هَذِهِ السُّورَةَ ؟ يَا أَيُّهَا الْمُزَّمِّلُ قُلْتُ : بَلَى ، قَالَتْ : فَإِنَّ اللَّهَ عَزَّ وَجَلَّ افْتَرَضَ قِيَامَ اللَّيْلِ فِي أَوَّلِ هَذِهِ السُّورَةِ ، فَقَامَ نَبِيُّ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَصْحَابُهُ حَوْلاً حَتَّى انْتَفَخَتْ أَقْدَامُهُمْ ، وَأَمْسَكَ اللَّهُ عَزَّ وَجَلَّ خَاتِمَتَهَا اثْنَيْ عَشَرَ شَهْرًا ، ثُمَّ أَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ التَّخْفِيفَ فِي آخِرِ هَذِهِ السُّورَةِ فَصَارَ قِيَامُ اللَّيْلِ تَطَوُّعًا بَعْدَ أَنْ كَانَ فَرِيضَةً فَهَمَمْتُ أَنْ أَقُومَ فَبَدَا لِي وَتْرُ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقُلْتُ : يَا أُمَّ الْمُؤْمِنِينَ ، أَنْبِئِينِي عَنْ وَتْرِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَتْ : كُنَّا نُعِدُّ لَهُ سِوَاكَهُ ، وَطَهُورَهُ ، فَيَبْعَثُهُ اللَّهُ عَزَّ وَجَلَّ لِمَا شَاءَ أَنْ يَبْعَثَهُ مِنَ اللَّيْلِ ، فَيَتَسَوَّكُ ، وَيَتَوَضَّأُ ، وَيُصَلِّي ثَمَانِيَ رَكَعَاتٍ لاَ يَجْلِسُ فِيهِنَّ إِلاَّ عِنْدَ الثَّامِنَةِ ، يَجْلِسُ فَيَذْكُرُ اللَّهَ عَزَّ وَجَلَّ ، وَيَدْعُو ثُمَّ يُسَلِّمُ تَسْلِيمًا يُسْمِعُنَا ، ثُمَّ يُصَلِّي رَكْعَتَيْنِ وَهُوَ جَالِسٌ بَعْدَ مَا يُسَلِّمُ ، ثُمَّ يُصَلِّي رَكْعَةً فَتِلْكَ إِحْدَى عَشْرَةَ رَكْعَةً يَا بُنَيَّ ، فَلَمَّا أَسَنَّ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَخَذَ اللَّحْمَ أَوْتَرَ بِسَبْعٍ ، وَصَلَّى رَكْعَتَيْنِ وَهُوَ جَالِسٌ بَعْدَ مَا سَلَّمَ فَتِلْكَ تِسْعُ رَكَعَاتٍ يَا بُنَيَّ ، وَكَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا صَلَّى صَلاَةً أَحَبَّ أَنْ يَدُومَ عَلَيْهَا وَكَانَ إِذَا شَغَلَهُ عَنْ قِيَامِ اللَّيْلِ نَوْمٌ أَوْ مَرَضٌ أَوْ وَجَعٌ صَلَّى مِنَ النَّهَارِ اثْنَتَيْ عَشْرَةَ رَكْعَةً وَلاَ أَعْلَمُ أَنَّ نَبِيَّ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَرَأَ الْقُرْآنَ كُلَّهُ فِي لَيْلَةٍ ، وَلاَ قَامَ لَيْلَةً كَامِلَةً حَتَّى الصَّبَاحَ ، وَلاَ صَامَ شَهْرًا كَامِلاً غَيْرَ رَمَضَانَ فَأَتَيْتُ ابْنَ عَبَّاسٍ فَحَدَّثْتُهُ بِحَدِيثِهَا ، فَقَالَ : صَدَقَتْ ، أَمَا إِنِّي لَوْ كُنْتُ أَدْخُلُ عَلَيْهَا لأَتَيْتُهَا حَتَّى تُشَافِهَنِي مُشَافَهَةً. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : كَذَا وَقَعَ فِي كِتَابِي ، وَلاَ أَدْرِي مِمَّنِ الْخَطَأُ فِي مَوْضِعِ وَتْرِهِ عَلَيْهِ السَّلاَمُ.

“Rəvayət edilir ki, Səd ibn Hişam ﵀ demişdir: “Mən İbn Abbas ilə qarşılaşdım və ondan vitr barəsində soruşdum. O da dedi: “Sənə Allah Elçisinin ﷺ vitr namazını yer üzündə ən yaxşı bilən biri haqda xəbər verimmi?” Mən: “Bəli”- dedim. O dedi: “Bu Aişədir, get, ondan soruş və onun cavabını mənə bildir”. Onun yanına gedərkən Hakim ibn Əflah ilə qarşılaşdım. Onu da özümlə götürmək istədim. O dedi: “Mən onun yaxını deyiləm. Mən ona iki tayfa arasında bir şey danışmağı qadağan etmişdim. O isə bundan üz döndərdi”. Hişam dedi: “Mən ona mənimlə Aişənin yanına gəlməsi üçün and verdim”. Aişə Həkimə dedi: “Sənin yanında olan kimdir?” Mən dedim: “Səd ibn Hişam”. O dedi: “Hansı Hişam?” Mən dedim: ”Amirin oğlu”. O, Amir üçün Allahdan rəhmət dilədi və dedi: “Amir çox yaxşı insan idi”. Dedim: “Ey möminlərin anası, mənə Allah Elçisinin ﷺ əxlaqı haqda xəbər ver!” O dedi: “Sən Quran oxumursanmı!?” Dedim: “Əlbəttə, oxuyuram”. O dedi: “Həqiqətən, Peyğəmbərin ﷺ əxlaqı Quran idi”. Mən durub getmək istədim, birdən ağlıma Allah Elçisinin ﷺ gecə namazı haqda soruşmaq gəldi. Mən dedim: “Ey möminlərin anası, mənə Peyğəmbərin ﷺ gecə namazı haqda xəbər ver”. O dedi: “Sən “əl-Muzəmmil” surəsini oxumamısanmı?” Dedim: “Bəli, oxumuşam”. O dedi: “Həqiqətən, Allah ﷿ bu surənin əvvəlində gecə namazını fərz etmişdi. Peyğəmbər ﷺ və onun səhabələri ayaqları şişənə qədər bunu qılırdılar. Allah bu surənin axırını təxminən on iki ay endirmədi. Sonra Allah ﷿ bu surənin axırında asanlıq endirdi və gecə namazı fərz olduqdan sonra nafilə oldu”. Mən durmaq istədikdə, yadıma Allah Elçisinin ﷺ vitr namazı haqda soruşmaq düşdü. Mən dedim: “Ey möminlərin anası, mənə Allah Elçisinin ﷺ vitr namazı haqda xəbər ver”. O dedi: “Biz onun üçün misvakını və dəstamaz suyunu hazırlayardıq. Allah ﷿ gecə vaxtı istədiyini yuxudan qaldırardı. Peyğəmbər ﷺ dişlərini misvakla təmizləyib dəstəmaz alardı. Sonra oturmadan səkkiz rükət namaz qılardı. Səkkizinci rükətdə oturar, Allahı zikr edər və dua edərdi. Sonra bizim eşitdiyimiz şəkildə salam verərdi. Sonra həmin yerdə iki rükət qılar və salam verərədi. Daha sonra isə bir rükət qılardı. Bu da, ey övladlarım, on bir rükət olardı. Allah Elçisi ﷺ yaşlanıb kökəldikcə, bu namazların sayını yeddi rükət edər, həmin yerdə salam verdikdən sonra iki rükət qılardı. Bu da, ey övladlarım, doqquz edərdi. Allah Elçisi ﷺ namaz qıldıqda bu namazları uzatmaq istəyərdi. Əgər onu gecə namazını qılmağa bir şey - yuxu, xəstəlik və ya ağrı qoymazdısa, onları on iki rükət olmaqla günorta qılardı. Mən Peyğəmbərin ﷺ bir gecədə Quranın hamısını oxumasını görməmişəm. Həmçinin bütün gecəni səhərə qədər namaz qıldığını da görməmişəm. Həmçinin də Ramazan ayından başqa bütün ayı oruc tutmağını görməmişəm”. Hişam deyir: “Mən İbn Abbasın yanına gedərək bunları ona danışdım. İbn Abbas dedi: “Doğru söyləyib! Əgər ora getsəydim, onun ağzından çıxan hər bir şeyə diqqətlə qulaq asardım”.”

Səd ibn Hişam
Nəsəi, 1601 (Gecə namazı, 4)Səhih

أَخْبَرَنَا إِسْمَعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ قَتَادَةَ ، عَنْ زُرَارَةَ بْنِ أَوْفَى ، عَنْ سَعْدِ بْنِ هِشَامٍ ، عَنْ عَائِشَةَ قَالَتْ : لَمَّا أَسَنَّ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَخَذَ اللَّحْمَ صَلَّى سَبْعَ رَكَعَاتٍ لاَ يَقْعُدُ إِلاَّ فِي آخِرِهِنَّ ، وَصَلَّى رَكْعَتَيْنِ وَهُوَ قَاعِدٌ بَعْدَ مَا يُسَلِّمُ ، فَتِلْكَ تِسْعٌ يَا بُنَيَّ ، وَكَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا صَلَّى صَلاَةً أَحَبَّ أَنْ يُدَاوِمَ عَلَيْهَا مُخْتَصَرٌ. خَالَفَهُ هِشَامٌ الدَّسْتُوَائِيُّ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ yaşlanıb kökəldikdə, yeddi rükət qılaraq yalnız sonuncu rükətdə oturardı. Salam verdikdən sonra oturaraq iki rükət qılardı. Bu da doqquz rükət edir, ey övladlarım! Allah Elçisi ﷺ namaz qıldıqda, bu namazları davamlı qılmağı xoşlayardı”.”

Aişə
Nəsəi, 1718 (Gecə namazı, 121)Səhih

أَخْبَرَنَا زَكَرِيَّا بْنُ يَحْيَى ، قَالَ : حَدَّثَنَا إِسْحَاقُ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ الرَّزَّاقِ ، قَالَ : حَدَّثَنَا مَعْمَرٌ ، عَنْ قَتَادَةَ ، عَنْ زُرَارَةَ بْنِ أَوْفَى ، أَنَّ سَعْدَ بْنَ هِشَامِ بْنِ عَامِرٍ لَمَّا أَنْ قَدِمَ عَلَيْنَا أَخْبَرَنَا ، أَنَّهُ أَتَى ابْنَ عَبَّاسٍ فَسَأَلَهُ عَنْ وِتْرِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : أَلاَ أَدُلُّكَ أَوْ أَلاَ أُنَبِّئُكَ بِأَعْلَمِ أَهْلِ الأَرْضِ بِوِتْرِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ؟ قُلْتُ : مَنْ ، قَالَ : عَائِشَةُ ، فَأَتَيْنَاهَا فَسَلَّمْنَا عَلَيْهَا ، وَدَخَلْنَا فَسَأَلْنَاهَا ، فَقُلْتُ : أَنْبِئِينِي عَنْ وِتْرِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَتْ : كُنَّا نُعِدُّ لَهُ سِوَاكَهُ وَطَهُورَهُ فَيَبْعَثُهُ اللَّهُ عَزَّ وَجَلَّ مَا شَاءَ أَنْ يَبْعَثَهُ مِنَ اللَّيْلِ ، فَيَتَسَوَّكُ وَيَتَوَضَّأُ ، ثُمَّ يُصَلِّي تِسْعَ رَكَعَاتٍ لاَ يَقْعُدُ فِيهِنَّ إِلاَّ فِي الثَّامِنَةِ ، فَيَحْمَدُ اللَّهَ وَيَذْكُرُهُ وَيَدْعُو ، ثُمَّ يَنْهَضُ وَلاَ يُسَلِّمُ ، ثُمَّ يُصَلِّي التَّاسِعَةَ فَيَجْلِسُ ، فَيَحْمَدُ اللَّهَ وَيَذْكُرُهُ وَيَدْعُو ، ثُمَّ يُسَلِّمُ تَسْلِيمًا يُسْمِعُنَا ، ثُمَّ يُصَلِّي رَكْعَتَيْنِ وَهُوَ جَالِسٌ فَتِلْكَ إِحْدَى عَشْرَةَ رَكْعَةً يَا بُنَيَّ ، فَلَمَّا أَسَنَّ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَخَذَ اللَّحْمَ أَوْتَرَ بِسَبْعٍ ، ثُمَّ يُصَلِّي رَكْعَتَيْنِ وَهُوَ جَالِسٌ بَعْدَ مَا يُسَلِّمُ فَتِلْكَ تِسْعًا أَيْ بُنَيَّ ، وَكَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا صَلَّى صَلاَةً أَحَبَّ أَنْ يُدَاوِمَ عَلَيْهَا.

“Hişam ibn Amir ﵀ bizim yanımıza gələrək dedi ki, o, İbn Abbasdan Allah Elçisinin ﷺ Vitr namazı haqda soruşduqda, İbn Abbas belə dedi: “Mən sənə yer üzərində Allah Elçisinin ﷺ Vitr namazı haqda ən yaxşı bilən adamın kim olduğunu deyimmi?” Mən: “O, kimdir?” dedim. O da: “Aişədir!” dedi. Biz Aişənin yanına gedib ona salam verdik. Mən dedim: “Bizə Allah Elçisinin ﷺ Vitr namazı haqda xəbər ver”. Aişə dedi: “Biz Allah Elçisi ﷺ üçün misvak və su hazırlayar, Allah ﷿ da gecə onu istədiyi vaxt oyadardı. O, (ağzını) misvakla təmizləyər və dəstəmaz alardı. Sonra doqquz rükət namaz qılar, yalnız səkkizinci rükətdə oturardı. Allaha həmd edər və Onu zikr edər, sonra dua edərdi. Sonra salam vermədən ayağa qalxar və doqquzuncu rükəti qılıb oturardı. Allaha həmd edər və Onu zikr edər, sonra dua edərdi. Sonra bizim eşidəcəyimiz şəkildə salam verərdi. Sonra oturduğu halda iki rükət namaz qılardı. Bu da on bir rükət edərdi, ey övladlarım! Yaşlanıb kökəldikdə isə Vitr namazını yeddi rükət qılardı. Salam verdikdən sonra oturduğu halda iki rükət qılardı. Bu da doqquz rükət edərdi, ey övladlarım! Allah Elçisi ﷺ bir namazı qıldıqda, bunu davamiyyətli etməyi xoşlayırdı”.”

Səd ibn Hişam ibn Amir
Nəsəi, 1721 (Gecə namazı, 124)Səhih

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، قَالَ : حَدَّثَنَا أَبُو الأَحْوَصِ ، عَنْ عَطَاءِ بْنِ السَّائِبِ ، عَنْ عِكْرِمَةَ ، عَنْ ابْنِ عَبَّاسٍ قَالَ : لَمَّا حُضِرَتْ بِنْتٌ لِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَغِيرَةٌ فَأَخَذَهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَضَمَّهَا إِلَى صَدْرِهِ ، ثُمَّ وَضَعَ يَدَهُ عَلَيْهَا فَقَضَتْ وَهِيَ بَيْنَ يَدَيْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَبَكَتْ أُمُّ أَيْمَنَ ، فَقَالَ لَهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : يَا أُمَّ أَيْمَنَ ، أَتَبْكِينَ وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عِنْدَكِ ، فَقَالَتْ : مَا لِي لاَ أَبْكِي وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَبْكِي ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنِّي لَسْتُ أَبْكِي ، وَلَكِنَّهَا رَحْمَةٌ ، ثُمَّ قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : الْمُؤْمِنُ بِخَيْرٍ عَلَى كُلِّ حَالٍ تُنْزَعُ نَفْسُهُ مِنْ بَيْنِ جَنْبَيْهِ وَهُوَ يَحْمَدُ اللَّهَ عَزَّ وَجَلَّ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ ölüm ayağında olan kiçik qızı qucağına götürdü, bağrına basdı və əlini onun üzərinə qoydu, uşaq da həmin anda Allah Elçisinin ﷺ qarşısında vəfat etdi. Bu zaman Ummu Əymən ağlamağa başladı. Allah Elçisi ﷺ ona dedi: “Ey Ummu Əymən, Allah Elçisi yanında ola-ola niyə ağlayırsan?” Ummu Əymən dedi: “Allah Elçisi ﷺ ağladığı halda mən niyə ağlamayım?” Allah Elçisi ﷺ dedi: “Mən ağlamıram, sadəcə bu rəhm hissidir”. Sonra Allah Elçisi ﷺ dedi: “Mömin bütün hallarda xeyir içindədir. Bədənindən ruhu çiyinləri arasından çıxar, o isə Allaha ﷿ həmd edər”.”

İbn Abbas
Nəsəi, 1843 (Cənazələr, 26)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ مَنْصُورٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ يَزِيدَ بْنِ أَوْسٍ ، عَنْ أَبِي مُوسَى ، أَنَّهُ أُغْمِيَ عَلَيْهِ فَبَكَتْ أُمُّ وَلَدٍ لَهُ ، فَلَمَّا أَفَاقَ ، قَالَ لَهَا : أَمَا بَلَغَكِ مَا قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ؟ فَسَأَلْنَاهَا : فَقَالَتْ : قَالَ : لَيْسَ مِنَّا مَنْ سَلَقَ ، وَحَلَقَ ، وَخَرَقَ.

“Yəzid ibn Əvs ﵀ rəvayət edir ki, bir dəfə (xəstə olduqda) Əbu Musa huşunu itirdi, onun uşaqlarının anası ağlamağa başladı. Əbu Musa özünə gəldikdə zövcəsinə dedi: “Allah Elçisinin ﷺ nə dediyini eşitməmisənmi?!” Biz soruşduq: “Allah Elçisi ﷺ nə demişdi ki?” O dedi: “Müsibət anında səsini yüksəldərək çığıran, saçını-başını yolan və yaxasını cıran bizdən deyil”.”

Yəzid ibn Əvs
Nəsəi, 1865 (Cənazələr, 48)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، قَالَ : حَدَّثَنَا أَبُو إِيَاسٍ وَهُوَ مُعَاوِيَةُ بْنُ قُرَّةَ ، عَنْ أَبِيهِ رَضِيَ اللَّهُ عَنْهُ ، أَنَّ رَجُلاً أَتَى النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَمَعَهُ ابْنٌ لَهُ فَقَالَ لَهُ : أَتُحِبُّهُ ؟ فَقَالَ : أَحَبَّكَ اللَّهُ كَمَا أُحِبُّهُ ، فَمَاتَ ، فَفَقَدَهُ ، فَسَأَلَ عَنْهُ ، فَقَالَ : مَا يَسُرُّكَ أَنْ لاَ تَأْتِيَ بَابًا مِنْ أَبْوَابِ الْجَنَّةِ إِلاَّ وَجَدْتَهُ عِنْدَهُ يَسْعَى يَفْتَحُ لَكَ ؟

“Müaviyə ibn Qurra atasından ﵁ rəvayət edir ki, bir nəfər uşağı ilə Peyğəmbərin ﷺ yanına gəlmişdi. Allah Elçisi ﷺ ona dedi: “Sən onu sevirsənmi?” Həmin adam dedi: “Mənim onu sevdiyim kimi Allah da səni sevsin!” Bir qədər sonra uşaq vəfat etdi. Allah Elçisi ﷺ həmin adamı bir müddət görmədi, görəndə isə dedi: “Sən Cənnətin qapılarından birinə gəldikdə uşağının qapını açmaq üçün qaçaraq gəldiyini görməyin səni sevindirməzmi!?””

Müaviyə ibn Qurra atasından
Nəsəi, 1870 (Cənazələr, 53)Səhih

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ ، قَالَ : أَنْبَأَنَا عُمَرُ بْنُ سَعِيدِ بْنِ أَبِي حُسَيْنٍ ، أَنَّ عَمْرَو بْنَ شُعَيْبٍ كَتَبَ إِلَى عَبْدِ اللهِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي حُسَيْنٍ يُعَزِّيهِ بَابْنٍ لَهُ هَلَكَ وَذَكَرَ فِي كِتَابِهِ ، أَنَّهُ سَمِعَ أَبَاهُ يُحَدِّثُ ، عَنْ جَدِّهِ عَبْدِ اللهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنَّ اللَّهَ لاَ يَرْضَى لِعَبْدِهِ الْمُؤْمِنِ إِذَا ذَهَبَ بِصَفِيِّهِ مِنْ أَهْلِ الأَرْضِ فَصَبَرَ وَاحْتَسَبَ ، وَقَالَ : مَا أُمِرَ بِهِ بِثَوَابٍ دُونَ الْجَنَّةِ.

“Ömər ibn Səid ibn Əbu Hüseyn ﵀ rəvayət edir ki, Amr ibn Şueyb oğlu vəfat edən Abdullah ibn Abdur-Rahmən ibn Əbu Hüseynə başsağlığı üçün məktub yazmışdı. Məktubda atasının və babasının Abdullah ibn Amr ibn əl-Asın belə dediyini yazmışdı: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, yer üzündə mömin bəndənin həddi-büluğa çatmayan övladı vəfat edər, o da buna səbir edib savabını Allahdan umarsa, Allah mükafat olaraq ona Cənnətdən başqasını verməyə razı olmaz!””

Ömər ibn Səid ibn Əbu Hüseyn
Nəsəi, 1871 (Cənazələr, 54)Həsən

أَخْبَرَنَا أَحْمَدُ بْنُ عَمْرِو بْنِ السَّرْحِ ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، حَدَّثَنِي عَمْرٌو ، قَالَ : حَدَّثَنِي بُكَيْرُ بْنُ عَبْدِ اللهِ ، عَنْ عِمْرَانَ بْنِ نَافِعٍ ، عَنْ حَفْصِ بْنِ عُبَيْدِ اللهِ ، عَنْ أَنَسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَنْ احْتَسَبَ ثَلاَثَةً مِنْ صُلْبِهِ دَخَلَ الْجَنَّةَ ، فَقَامَتِ امْرَأَةٌ ، فَقَالَتْ : أَوِ اثْنَانِ ؟ قَالَ : أَوِ اثْنَانِ ، قَالَتِ الْمَرْأَةُ : يَا لَيْتَنِي قُلْتُ وَاحِدًا.

“Ənəs ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kimin (həddi-büluğa çatmamış) üç övladı vəfat edər və o da buna görə səbir edib savabını Allahdan umarsa, Cənnətə girər”. Bir qadın ayağa qalxıb dedi: “Bəs, iki uşağı ölən?” Peyğəmbər ﷺ dedi: “İki uşağı ölən də belədir”. Həmin qadın dedi: “Kaş bir uşağı ölən haqda da soruşsaydım!””

Ənəs
Nəsəi, 1872 (Cənazələr, 55)Səhih

أَخْبَرَنَا يُوسُفُ بْنُ حَمَّادٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْوَارِثِ ، عَنْ عَبْدِ الْعَزِيزِ ، عَنْ أَنَسٍ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَا مِنْ مُسْلِمٍ يُتَوَفَّى لَهُ ثَلاَثَةٌ مِنَ الْوَلَدِ لَمْ يَبْلُغُوا الْحِنْثَ إِلاَّ أَدْخَلَهُ اللَّهُ الْجَنَّةَ بِفَضْلِ رَحْمَتِهِ إِيَّاهُمْ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həddi-büluğa çatmamış üç uşağı ölən elə bir müsəlman yoxdur ki, Allah onu uşaqlara olan mərhəmətinin lütfü sayəsində Cənnətə daxil etməsin”.”

Ənəs
Nəsəi, 1873 (Cənazələr, 56)Səhih

أَخْبَرَنَا إِسْمَعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا بِشْرُ بْنُ الْمُفَضَّلِ ، عَنْ يُونُسَ ، عَنِ الْحَسَنِ ، عَنْ صَعْصَعَةَ بْنِ مُعَاوِيَةَ ، قَالَ : لَقِيتُ أَبَا ذَرٍّ ، قُلْتُ : حَدِّثْنِي ، قَالَ : نَعَمْ ، قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَا مِنْ مُسْلِمَيْنِ يَمُوتُ بَيْنَهُمَا ثَلاَثَةُ أَوْلاَدٍ لَمْ يَبْلُغُوا الْحِنْثَ إِلاَّ غَفَرَ اللَّهُ لَهُمَا بِفَضْلِ رَحْمَتِهِ إِيَّاهُمْ.

“Rəvayət edilir ki, Sa'saə ibn Müaviyə ﵀ demişdir: “Mən Əbu Zərr ilə qarşılaşdım və dedim: “Mənə bir hədis danış”. O dedi: “Yaxşı, Allah Elçisi ﷺ belə buyurmuşdu: “Həddi-büluğa çatmamış üç övladı ölən elə müsəlman cütlük yoxdur ki, Allah onları uşaqlara olan mərhəmətinin lütfü sayəsində bağışlamasın”.”

Sa'saə ibn Müaviyə
Nəsəi, 1874 (Cənazələr, 57)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، عَنْ مَالِكٍ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ سَعِيدٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لاَ يَمُوتُ لأَحَدٍ مِنَ الْمُسْلِمِينَ ثَلاَثَةٌ مِنَ الْوَلَدِ فَتَمَسَّهُ النَّارُ إِلاَّ تَحِلَّةَ الْقَسَمِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Cəhənnəm odu üç övladı ölən müsəlmana yalnız Allahın andı yerinə yetsin deyə toxunar”. (Məryəm, 71)”.”

Əbu Hureyra
Nəsəi, 1875 (Cənazələr, 58)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ إِسْمَعِيلَ بْنِ إِبْرَاهِيمَ ابْنِ عُلَيَّةَ ، وَعَبْدُ الرَّحْمَنِ بْنُ مُحَمَّدٍ ، قَالاَ : حَدَّثَنَا إِسْحَاقُ وَهُوَ الأَزْرَقُ ، عَنْ عَوْفٍ ، عَنْ مُحَمَّدٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَا مِنْ مُسْلِمَيْنِ يَمُوتُ بَيْنَهُمَا ثَلاَثَةُ أَوْلاَدٍ لَمْ يَبْلُغُوا الْحِنْثَ إِلاَّ أَدْخَلَهُمَا اللَّهُ بِفَضْلِ رَحْمَتِهِ إِيَّاهُمُ الْجَنَّةَ ، قَالَ : يُقَالُ لَهُمْ : ادْخُلُوا الْجَنَّةَ ، فَيَقُولُونَ : حَتَّى يَدْخُلَ آبَاؤُنَا ، فَيُقَالُ : ادْخُلُوا الْجَنَّةَ أَنْتُمْ وَآبَاؤُكُمْ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Həddi büluğa çatmamış üç övladı vəfat edən elə bir müsəlman cütlük yoxdur ki, Allah onları Öz mərhəməti sayəsində Cənnətə daxil etməsin. (Qiyamət günü) onların övladlarına deyiləcək: “Cənnətə girin!” Onlar deyəcəklər: “Valideynlərimiz daxil olmayınca (biz girmərik)”. Onlara deyiləcək: “Siz də, valideynləriniz də Cənnətə girin!””

Əbu Hureyra
Nəsəi, 1876 (Cənazələr, 59)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : حَدَّثَنَا طَلْحَةُ بْنُ يَحْيَى ، عَنْ عَمَّتِهِ عَائِشَةَ بِنْتِ طَلْحَةَ ، عَنْ خَالَتِهَا أُمِّ الْمُؤْمِنِينَ عَائِشَةَ قَالَتْ : أُتِيَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِصَبِيٍّ مِنْ صِبْيَانِ الأَنْصَارِ ، فَصَلَّى عَلَيْهِ ، قَالَتْ عَائِشَةُ : فَقُلْتُ : طُوبَى لِهَذَا عُصْفُورٌ مِنْ عَصَافِيرِ الْجَنَّةِ ، لَمْ يَعْمَلْ سُوءًا وَلَمْ يُدْرِكْهُ ، قَالَ : أَوَ غَيْرُ ذَلِكَ يَا عَائِشَةُ ، خَلَقَ اللَّهُ عَزَّ وَجَلَّ الْجَنَّةَ وَخَلَقَ لَهَا أَهْلاً ، وَخَلَقَهُمْ فِي أَصْلاَبِ آبَائِهِمْ ، وَخَلَقَ النَّارَ وَخَلَقَ لَهَا أَهْلاً ، وَخَلَقَهُمْ فِي أَصْلاَبِ آبَائِهِمْ.

“Rəvayət edilir ki, möminlərin anası Aişə ﵂ demişdir: “Ənsar uşaqlarından birinin cənazəsi Allah Elçisinin ﷺ yanına gətirilmişdi. Allah Elçisi ﷺ də onun cənazə namazını qılmışdı. Mən dedim: “Cənnət quşlarından bir quş olan bu uşağın xoş halına! Nə pis şey etdi, nə də pis şey etmək yaşına çatdı”. Allah Elçisi ﷺ dedi: “Belə deməsən, daha yaxşı olar, ey Aişə! Allah ﷿ Cənnəti və onun əhlini yaratmış, onları (uşaqları) da onların bellərində yaratmışdır. Həmçinin Cəhənnəmi və onun əhlini yaratmış, onları (uşaqları) da onların atalarının bellərində yaratmışdır”.”

Aişə
Nəsəi, 1947 (Cənazələr, 130)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ ، قَالَ : أَنْبَأَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عَطَاءِ بْنِ يَزِيدَ اللَّيْثِيِّ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : سُئِلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ أَوْلاَدِ الْمُشْرِكِينَ ، فَقَالَ : اللَّهُ أَعْلَمُ بِمَا كَانُوا عَامِلِينَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisindən ﷺ müşriklərin (ölən) övladları haqda soruşulduqda o dedi: “Allah onların nə əməllər edəcəklərini yaxşı bilir”.”

Əbu Hureyra
Nəsəi, 1949 (Cənazələr, 132)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ ، قَالَ : حَدَّثَنَا الأَسْوَدُ بْنُ عَامِرٍ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ قَيْسٍ هُوَ ابْنُ سَعْدٍ ، عَنْ طَاوُوسٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سُئِلَ عَنْ أَوْلاَدِ الْمُشْرِكِينَ ، فَقَالَ : اللَّهُ أَعْلَمُ بِمَا كَانُوا عَامِلِينَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ müşriklərin (ölən) övladları haqda soruşulduqda dedi: “Allah onların nə əməllər edəcəklərini yaxşı bilir”.”

Əbu Hureyra
Nəsəi, 1950 (Cənazələr, 133)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ أَبِي بِشْرٍ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ قَالَ : سُئِلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ أَوْلاَدِ الْمُشْرِكِينَ ، فَقَالَ : خَلَقَهُمُ اللَّهُ حِينَ خَلَقَهُمْ وَهُوَ يَعْلَمُ بِمَا كَانُوا عَامِلِينَ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ müşriklərin (ölən) övladları haqda soruşulduqda dedi: “Onları Allah yaratmış və onların nə əməllər edəcəklərini yaxşı bilir”.”

İbn Abbas
Nəsəi, 1951 (Cənazələr, 134)Səhih

أَخْبَرَنِي مُجَاهِدُ بْنُ مُوسَى ، عَنْ هُشَيْمٍ ، عَنْ أَبِي بِشْرٍ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ قَالَ : سُئِلَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ ذَرَارِيِّ الْمُشْرِكِينَ ، فَقَالَ : اللَّهُ أَعْلَمُ بِمَا كَانُوا عَامِلِينَ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ müşriklərin (ölən) övladları haqda soruşulduqda o dedi: “Allah onların nə əməllər edəcəklərini yaxşı bilir”.”

İbn Abbas
Nəsəi, 1952 (Cənazələr, 135)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا أَبِي ، قَالَ : حَدَّثَنَا سَعِيدٌ ، قَالَ : حَدَّثَنِي يَزِيدُ بْنُ أَبِي حَبِيبٍ ، عَنْ عَطَاءِ بْنِ أَبِي رَبَاحٍ ، عَنْ عَمَّارٍ قَالَ : حَضَرَتْ جِنَازَةُ صَبِيٍّ وَامْرَأَةٍ ، فَقُدِّمَ الصَّبِيُّ مِمَّا يَلِي الْقَوْمَ ، وَوُضِعَتِ الْمَرْأَةُ وَرَاءَهُ ، فَصَلَّى عَلَيْهِمَا ، وَفِي الْقَوْمِ أَبُو سَعِيدٍ الْخُدْرِيُّ ، وَابْنُ عَبَّاسٍ ، وَأَبُو قَتَادَةَ ، وَأَبُو هُرَيْرَةَ فَسَأَلْتُهُمْ عَنْ ذَلِكَ ، فَقَالُوا : السُّنَّةُ.

“Rəvayət edilir ki, Ammər ﵁ demişdir: “Bir uşaqla qadının cənazəsində iştirak edirdim. Uşağın cənazəsi önə, qadının cənazəsi isə onun arxa tərəfinə qoyuldu. İkisinin cənazə namazı birlikdə qılındı. Cənazə namazını qılanlar arasında Əbu Səid əl-Xudri, İbn Abbas, Əbu Qatədə və Əbu Hureyra da var idi. Onlardan bu haqda soruşduqda dedilər: “Bu, sünnədir”.”

Ammər
Nəsəi, 1977 (Cənazələr, 160)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، وَمُغِيرَةُ ، عَنْ أَبِي الزِّنَادِ ، عَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : كُلُّ بَنِي آدَمَ ـ وَفِي حَدِيثِ مُغِيرَةَ ـ : كُلُّ ابْنِ آدَمَ يَأْكُلُهُ التُّرَابُ إِلاَّ عَجْبَ الذَّنَبِ مِنْهُ خُلِقَ ، وَفِيهِ يُرَكَّبُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Torpaq hər bir Adəm övladının cəsədini yeyəcək, yalnız büzdüm sümüyündən başqa. Adəm övladı o sümükdən yaradılmışdır və ondan da bərpa olunacaqdır”.”

Əbu Hureyra
Nəsəi, 2077 (Cənazələr, 260)Səhih

أَخْبَرَنَا الرَّبِيعُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا شُعَيْبُ بْنُ اللَّيْثِ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ ابْنِ عَجْلاَنَ ، عَنْ أَبِي الزِّنَادِ ، عَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ اللَّهُ عَزَّ وَجَلَّ : كَذَّبَنِي ابْنُ آدَمَ ، وَلَمْ يَكُنْ يَنْبَغِي لَهُ أَنْ يُكَذِّبَنِي ، وَشَتَمَنِي ابْنُ آدَمَ ، وَلَمْ يَكُنْ يَنْبَغِي لَهُ أَنْ يَشْتُمَنِي ، أَمَّا تَكْذِيبُهُ إِيَّايَ ، فَقَوْلُهُ : إِنِّي لاَ أُعِيدُهُ كَمَا بَدَأْتُهُ ، وَلَيْسَ آخِرُ الْخَلْقِ بِأَعَزَّ عَلَيَّ مِنْ أَوَّلِهِ ، وَأَمَّا شَتْمُهُ إِيَّايَ ، فَقَوْلُهُ : اتَّخَذَ اللَّهُ وَلَدًا وَأَنَا اللَّهُ الأَحَدُ الصَّمَدُ ، لَمْ أَلِدْ وَلَمْ أُولَدْ ، وَلَمْ يَكُنْ لِي كُفُوًا أَحَدٌ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə dedi: “Allah ﷿ buyurur: “Adəm oğlu Məni yalançı hesab edir. Halbuki ona (belə etmək) yaraşmaz. Habelə Adəm oğlu Məni təhqir edir. Halbuki ona Məni təhqir etmək yaraşmaz. Onun Məni yalançı hesab etməsinə gəlincə, bu onun: “Allah məni ilk dəfə yaratdığı kimi yenidən yarada bilməz”- deməsidir. Mənim üçün məxluqatı ikinci dəfə yaratmaq birinci dəfə yaratmaqdan çətin deyil. Onun təhqirinə gəldikdə “Allah Özünə övlad götürmüşdür” deməsidir. Halbuki Mən Tək, Möhtac olmayan, doğmayan, doğulmayan və bənzəri olmayan Allaham”.”

Əbu Hureyra
Nəsəi, 2078 (Cənazələr, 261)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا جَرِيرٌ ، عَنِ الأَعْمَشِ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : مَا مِنْ حَسَنَةٍ عَمِلَهَا ابْنُ آدَمَ إِلاَّ كُتِبَ لَهُ عَشْرُ حَسَنَاتٍ إِلَى سَبْعِ مِئَةِ ضِعْفٍ ، قَالَ اللَّهُ عَزَّ وَجَلَّ : إِلاَّ الصِّيَامَ فَإِنَّهُ لِي ، وَأَنَا أَجْزِي بِهِ يَدَعُ شَهْوَتَهُ وَطَعَامَهُ مِنْ أَجْلِي ، الصِّيَامُ جُنَّةٌ . لِلصَّائِمِ فَرْحَتَانِ : فَرْحَةٌ عِنْدَ فِطْرِهِ ، وَفَرْحَةٌ عِنْدَ لِقَاءِ رَبِّهِ . وَلَخُلُوفُ فَمِ الصَّائِمِ أَطْيَبُ عِنْدَ اللهِ مِنْ رِيحِ الْمِسْكِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Adəm övladının etdiyi elə bir yaxşı əməl yoxdur ki, ona on savabdan yeddi yüz savaba qədər yazılmasın. Allah ﷿ buyurur: “Orucdan başqa. Çünki oruc Mənim üçündür və onun mükafatını da (oruc tutan adama) Mən verəcəyəm. Qulum Mənim üçün şəhvətini saxlamış və yemək yeməyi tərk etmişdir. Oruc qalxandır. Oruc tutan adamın iki sevinc anı var: iftar vaxtı və Rəbbi ilə qarşılaşdıqda olan an. Oruc tutan adamın ağzından gələn qoxu Allah qatında müşk qoxusundan daha gözəldir”.”

Əbu Hureyra
Nəsəi, 2215 (Oruc, 126)Səhih

أَخْبَرَنِي إِبْرَاهِيمُ بْنُ الْحَسَنِ ، عَنْ حَجَّاجٍ ، قَالَ : قَالَ ابْنُ جُرَيْجٍ : أَخْبَرَنِي عَطَاءٌ ، عَنْ أَبِي صَالِحٍ الزَّيَّاتِ ، أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ ، يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : كُلُّ عَمَلِ ابْنِ آدَمَ لَهُ إِلاَّ الصِّيَامَ هُوَ لِي ، وَأَنَا أَجْزِي بِهِ ، وَالصِّيَامُ جُنَّةٌ ، إِذَا كَانَ يَوْمُ صِيَامِ أَحَدِكُمْ فَلاَ يَرْفُثْ وَلاَ يَصْخَبْ ، فَإِنْ شَاتَمَهُ أَحَدٌ أَوْ قَاتَلَهُ ، فَلْيَقُلْ : إِنِّي صَائِمٌ . وَالَّذِي نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ لَخُلُوفُ فَمِ الصَّائِمِ أَطْيَبُ عِنْدَ اللهِ يَوْمَ الْقِيَامَةِ مِنْ رِيحِ الْمِسْكِ . لِلصَّائِمِ فَرْحَتَانِ يَفْرَحُهُمَا إِذَا أَفْطَرَ فَرِحَ بِفِطْرِهِ ، وَإِذَا لَقِيَ رَبَّهُ عَزَّ وَجَلَّ فَرِحَ بِصَوْمِهِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “(Allah buyurur:) Adəm övladının orucdan başqa hər bir əməli özünə aiddir. Oruc Mənim üçündür və onun mükafatını Mən verəcəyəm”. Oruc qalxandır. Sizdən biriniz oruc tutduğu zaman söyüş söyməsin və dava-dalaş salmasın. Əgər kimsə onu söysə və ya onunla dalaşmaq istəsə, qoy “Mən orucam” desin. Muhəmmədin canı Əlində Olana and olsun ki, oruc tutan adamın ağzından gələn qoxu Qiyamət günü Allah dərgahında müşk qoxusundan daha gözəl olacaq. Oruc tutan adamın iki sevinc anı var: iftar vaxtında (orucunu açarkən) sevinər, bir də Rəbbinə ﷿ qovuşduğu zaman tutduğu oruca görə sevinəcəkdir”.”

Əbu Hureyra
Nəsəi, 2216 (Oruc, 127)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ حَاتِمٍ ، قَالَ : أَنْبَأَنَا سُوَيْدٌ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ ابْنِ جُرَيْجٍ ، قِرَاءَةً عَلَيْهِ ، عَنْ عَطَاءِ بْنِ أَبِي رَبَاحٍ ، قَالَ : أَخْبَرَنِي عَطَاءٌ الزَّيَّاتُ ، أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ ، يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : قَالَ اللَّهُ عَزَّ وَجَلَّ : كُلُّ عَمَلِ ابْنِ آدَمَ لَهُ إِلاَّ الصِّيَامَ هُوَ لِي وَأَنَا أَجْزِي بِهِ ، الصِّيَامُ جُنَّةٌ ، فَإِذَا كَانَ يَوْمُ صَوْمِ أَحَدِكُمْ فَلاَ يَرْفُثْ ، وَلاَ يَصْخَبْ ، فَإِنْ شَاتَمَهُ أَحَدٌ أَوْ قَاتَلَهُ ، فَلْيَقُلْ : إِنِّي امْرُؤٌ صَائِمٌ . وَالَّذِي نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ ، لَخُلُوفُ فَمِ الصَّائِمِ أَطْيَبُ عِنْدَ اللهِ مِنْ رِيحِ الْمِسْكِ وَقَدْ رُوِيَ هَذَا الْحَدِيثُ عَنْ أَبِي هُرَيْرَةَ ، وَسَعِيدِ بْنِ الْمُسَيَّبِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah ﷿ buyurur: “Adəm övladının orucdan başqa hər bir əməli özünə aiddir. Oruc Mənim üçündür və onun mükafatını Mən verəcəyəm”. Oruc bir qalxandır. Sizdən biriniz oruc tutduğu zaman söyüş söyməsin və dava-dalaş salmasın. Əgər kimsə onu söysə və ya onunla dalaşmaq istəsə, qoy “Mən orucam” desin. Muhəmmədin canı Əlində Olana and olsun ki, oruc tutan adamın ağzından gələn qoxu Allah dərgahında müşk qoxusundan daha gözəldir”.”

Əbu Hureyra
Nəsəi, 2217 (Oruc, 128)Səhih

أَخْبَرَنَا الرَّبِيعُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي يُونُسُ ، عَنْ ابْنِ شِهَابٍ ، قَالَ : حَدَّثَنِي سَعِيدُ بْنُ الْمُسَيَّبِ ، أَنَّ أَبَا هُرَيْرَةَ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، يَقُولُ : قَالَ اللَّهُ عَزَّ وَجَلَّ : كُلُّ عَمَلِ ابْنِ آدَمَ لَهُ إِلاَّ الصِّيَامَ هُوَ لِي ، وَأَنَا أَجْزِي بِهِ . وَالَّذِي نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ ، لَخُلْفَةُ فَمِ الصَّائِمِ أَطْيَبُ عِنْدَ اللهِ مِنْ رِيحِ الْمِسْكِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Allah ﷿ buyurur: “Adəm övladının orucdan başqa hər bir əməli özünə aiddir. Oruc Mənim üçündür və onun mükafatını Mən verəcəyəm”. Muhəmmədin canı Əlində Olana and olsun ki, oruc tutan adamın ağzından gələn qoxu Allah dərgahında müşk qoxusundan daha gözəldir”.”

Əbu Hureyra
Nəsəi, 2218 (Oruc, 129)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ عِيسَى ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، عَنْ عَمْرٍو ، عَنْ بُكَيْرٍ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : كُلُّ حَسَنَةٍ يَعْمَلُهَا ابْنُ آدَمَ فَلَهُ عَشْرُ أَمْثَالِهَا ، إِلاَّ الصِّيَامَ لِي وَأَنَا أَجْزِي بِهِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: (Uca Allah buyurur:) “Adəm övladının etdiyi elə bir yaxşı əməl yoxdur ki, ona on savab yazılmasın. Orucdan başqa, çünki oruc Mənim üçündür və onun mükafatını da (oruc tutan adama) Mən verəcəyəm!””

Əbu Hureyra
Nəsəi, 2219 (Oruc, 130)Səhih

أَخْبَرَنَا عُمَرُ بْنُ مُحَمَّدِ بْنِ الْحَسَنِ بْنِ التَّلِّ ، قَالَ : حَدَّثَنَا أَبِي ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ الثَّوْرِيُّ ، عَنْ أَيُّوبَ ، عَنْ أَبِي قِلاَبَةَ ، عَنْ أَنَسٍ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : إِنَّ اللَّهَ وَضَعَ عَنِ الْمُسَافِرِ نِصْفَ الصَّلاَةِ وَالصَّوْمَ ، وَعَنِ الْحُبْلَى وَالْمُرْضِعِ.

“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Həqiqətən, Allah müsafir üçün namazı yarıya endirmiş və oruc yükünü qaldırmışdır. Həmçinin hamilə və uşaq əmizdirən qadından da oruc yükünü qaldırmışdır”.”

Ənəs
Nəsəi, 2274 (Oruc, 185)Həsən

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ حَاتِمٍ ، قَالَ : حَدَّثَنَا حِبَّانُ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ ابْنِ عُيَيْنَةَ ، عَنْ أَيُّوبَ ، عَنْ شَيْخٍ ، مِنْ قُشَيْرٍ ، عَنْ عَمِّهِ ، - حَدَّثَنَا ثُمَّ أَلْفَيْنَاهُ فِي إِبِلٍ لَهُ ، فَقَالَ لَهُ أَبُو قِلاَبَةَ : حَدِّثْهُ ، فَقَالَ الشَّيْخُ : حَدَّثَنِي عَمِّي - أَنَّهُ ذَهَبَ فِي إِبِلٍ لَهُ ، فَانْتَهَى إِلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَهُوَ يَأْكُلُ - أَوْ قَالَ : يَطْعَمُ - فَقَالَ : ادْنُ فَكُلْ - أَوْ قَالَ : ادْنُ فَاطْعَمْ ، فَقُلْتُ : إِنِّي صَائِمٌ ، فَقَالَ : إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ وَضَعَ عَنِ الْمُسَافِرِ شَطْرَ الصَّلاَةِ وَالصِّيَامَ ، وَعَنِ الْحَامِلِ وَالْمُرْضِعِ.

“Quşeyrdən olan yaşlı bir kişi əmisindən rəvayət edir ki, əmisi onu özünün dəvəsinin üzərində otuzdurdu. Əbu Qilabə ona dedi: “Mənə hədis danış!” Həmin yaşlı adam dedi: “Mənə əmim danışdı ki, o, öz dəvəsi ilə Peyğəmbərin ﷺ yanına gəlmişdi. Bu əsnada Peyğəmbər ﷺ yemək yeyirdi. Peyğəmbər ﷺ dedi: “Yaxınlaşıb sən də ye!” Mən dedim: “Mən orucam”. Peyğəmbər ﷺ buyurdu: “Həqiqətən, Allah ﷿ müsafir üçün namazı yarıya endirmiş və oruc yükünü qaldırmışdır. Həmçinin, hamilə və uşaq əmizdirən qadından da oruc yükünü qaldırmışdır”.”

Quşeyrdən olan bir şeyx əmisindən
Nəsəi, 2275 (Oruc, 186)Həsən

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ خَالِدٍ الْحَذَّاءِ ، عَنْ أَبِي قِلاَبَةَ ، عَنْ رَجُلٍ ، قَالَ : أَتَيْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِحَاجَةٍ فَإِذَا هُوَ يَتَغَدَّى ، قَالَ : هَلُمَّ إِلَى الْغَدَاءِ ، فَقُلْتُ : إِنِّي صَائِمٌ ، قَالَ : هَلُمَّ أُخْبِرْكَ عَنِ الصَّوْمِ : إِنَّ اللَّهَ وَضَعَ عَنِ الْمُسَافِرِ نِصْفَ الصَّلاَةِ وَالصَّوْمَ ، وَرَخَّصَ لِلْحُبْلَى وَالْمُرْضِعِ

“Əbu Qilabə ﵀ bir kişinin belə dediyini rəvayət etmişdir: “Mən bir ehtiyacıma görə Peyğəmbərin ﷺ yanına gəldikdə o, nahar edirdi. O dedi: “Gəl, nahar et!” Mən: “Mən orucam”- dedim. Peyğəmbər ﷺ buyurdu: “Həqiqətən, Allah müsafirin üzərindən namazın yarısını və oruc yükünü qaldırmışdır. Həmçinin hamilə və uşaq əmizdirən qadına da bu məsələdə rüsxət vermişdir”.”

Əbu Qilabə
Nəsəi, 2277 (Oruc, 188)Həsən

أَخْبَرَنَا بِشْرُ بْنُ خَالِدٍ ، قَالَ : حَدَّثَنَا غُنْدَرٌ ، عَنْ شُعْبَةَ ، عَنْ سُلَيْمَانَ ، عَنْ أَبِي وَائِلٍ ، عَنْ عَمْرِو بْنِ الْحَارِثِ ، عَنْ زَيْنَبَ ، امْرَأَةِ عَبْدِ اللهِ ، قَالَتْ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِلنِّسَاءِ : تَصَدَّقْنَ وَلَوْ مِنْ حُلِيِّكُنَّ قَالَتْ : وَكَانَ عَبْدُ اللهِ خَفِيفَ ذَاتِ الْيَدِ ، فَقَالَتْ لَهُ : أَيَسَعُنِي أَنْ أَضَعَ صَدَقَتِي فِيكَ وَفِي بَنِي أَخٍ لِي يَتَامَى ، فَقَالَ عَبْدُ اللهِ : سَلِي عَنْ ذَلِكَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَتْ : فَأَتَيْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَإِذَا عَلَى بَابِهِ امْرَأَةٌ مِنَ الأَنْصَارِ يُقَالُ لَهَا : زَيْنَبُ تَسْأَلُ عَمَّا أَسْأَلُ عَنْهُ ، فَخَرَجَ إِلَيْنَا بِلاَلٌ ، فَقُلْنَا لَهُ : انْطَلِقْ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَسَلْهُ عَنْ ذَلِكَ ، وَلاَ تُخْبِرْهُ مَنْ نَحْنُ ، فَانْطَلَقَ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : مَنْ هُمَا ؟ قَالَ : زَيْنَبُ قَالَ : أَيُّ الزَّيَانِبِ ؟ قَالَ : زَيْنَبُ امْرَأَةُ عَبْدِ اللهِ وَزَيْنَبُ الأَنْصَارِيَّةُ قَالَ : نَعَمْ ، لَهُمَا أَجْرَانِ : أَجْرُ الْقَرَابَةِ ، وَأَجْرُ الصَّدَقَةِ.

“Rəvayət edilir ki, Abdullah ibn Məsudun ﵁ zövcəsi Zeynəb ﵂ demişdir: “Allah Elçisi ﷺ qadınlara buyurdu: “Taxdığnız zinət əşyalarından olsa belə, sədəqə verin”. Zeynəb deyir: “Ərim Abdullah kasıb idi, ona görə də mən ona dedim: “Mən sədəqəmi sənə və qardaşının yetim uşaqlarına verə bilərəm?” O da: “Bu haqda Allah Elçisindən ﷺ soruş” dedi. Mən Peyğəmbərin ﷺ yanına gəldim. Qapının qabağında ənsardan olan Zeynəb adlı bir nəfər də var idi və mənim soruşmaq istədiyim haqda soruşmaq üçün gəlmişdi. Qapını döydük, Bilal çıxdı. Biz də: “Get Allah Elçisindən ﷺ bu haqda soruş, lakin ona bizim kim olduğumuzu demə” dedik. O da Allah Elçisinin ﷺ yanına getdi. Allah Elçisi ﷺ buyurdu: “Onlar kimlərdir?” Bilal dedi: “Zeynəb”. Allah Elçisi ﷺ buyurdu: “Hansı Zeynəb?” Bilal dedi: “Abdullahın zövcəsi Zeynəb və ənsardan olan Zeynəb”. Allah Elçisi ﷺ buyurdu: “(Bəli, verə bilər). Onlara ikiqat savab var; həm qohumluq əlaqələrini möhkəmlətmək savabı, həm də sədəqə savabı”.”

Abdullah ibn Məsudun zövcəsi Zeynəb
Nəsəi, 2583 (Zəkat, 149)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ مُحَمَّدِ بْنِ عُقْبَةَ ، عَنْ كُرَيْبٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ امْرَأَةً رَفَعَتْ صَبِيًّا لَهَا إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَتْ : يَا رَسُولَ اللهِ أَلِهَذَا حَجٌّ ؟ قَالَ : نَعَمْ ، وَلَكِ أَجْرٌ.

“İbn Abbas ﵄ rəvayət edir ki, bir qadın uşağını Allah Elçisinə ﷺ göstərərək dedi: “Bu uşaq üçün həcc ziyarəti olarmı?” Allah Elçisi ﷺ buyurdu: “Bəli, savabı isə sənədir”.”

İbn Abbas
Nəsəi, 2645 (Həcc, 27)Səhih

أَخْبَرَنَا مَحْمُودُ بْنُ غَيْلاَنَ ، قَالَ : حَدَّثَنَا بِشْرُ بْنُ السَّرِيِّ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ مُحَمَّدِ بْنِ عُقْبَةَ ، عَنْ كُرَيْبٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : رَفَعَتِ امْرَأَةٌ صَبِيًّا لَهَا مِنْ هَوْدَجٍ ، فَقَالَتْ : يَا رَسُولَ اللهِ أَلِهَذَا حَجٌّ ؟ قَالَ : نَعَمْ ، وَلَكِ أَجْرٌ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bir qadın dəvə üzərində oturduğu vəziyyətdə əlindəki uşağı Allah Elçisinə ﷺ göstərərək soruşdu: “Ey Allahın Elçisi, bu uşaq üçün həcc ziyarəti olarmı?” Allah Elçisi ﷺ buyurdu: “Bəli, savabı isə sənədir”.”

İbn Abbas
Nəsəi, 2646 (Həcc, 28)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا أَبُو نُعَيْمٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ إِبْرَاهِيمَ بْنِ عُقْبَةَ ، عَنْ كُرَيْبٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : رَفَعَتِ امْرَأَةٌ إِلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَبِيًّا ، فَقَالَتْ : أَلِهَذَا حَجٌّ ؟ قَالَ : نَعَمْ ، وَلَكِ أَجْرٌ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bir qadın əlindəki uşağı Allah Elçisinə ﷺ tərəf qaldıraraq soruşdu: “Bu uşaq üçün həcc ziyarəti olarmı?” Allah Elçisi ﷺ buyurdu: “Bəli, savabı isə sənədir”.”

İbn Abbas
Nəsəi, 2647 (Həcc, 29)Səhih

أَخْبَرَنَا عَبْدُ اللهِ بْنُ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ عُقْبَةَ (ح) وَحَدَّثَنَا الْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ وَاللَّفْظُ لَهُ ، عَنْ سُفْيَانَ ، عَنْ إِبْرَاهِيمَ بْنِ عُقْبَةَ ، عَنْ كُرَيْبٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : صَدَرَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَلَمَّا كَانَ بِالرَّوْحَاءِ لَقِيَ قَوْمًا فَقَالَ : مَنْ أَنْتُمْ ؟ قَالُوا : الْمُسْلِمُونَ ، قَالُوا : مَنْ أَنْتُمْ ؟ قَالُوا : رَسُولُ اللهِ قَالَ : فَأَخْرَجَتِ امْرَأَةٌ صَبِيًّا مِنَ الْمِحَفَّةِ ، فَقَالَتْ : أَلِهَذَا حَجٌّ ؟ قَالَ : نَعَمْ ، وَلَكِ أَجْرٌ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ Ravhə deyilən yerə çatdıqda bir toplumla qarşılaşdı və onlardan soruşdu: “Siz kimsiniz?” Onlar da: “Müsəlmanlarıq” dedilər. Bu dəfə onlar: “Siz kimsiniz?”- deyərək soruşdular. Bu tərəfdə olanlar da: “Allahın Elçisidir”- dedilər. Ravi deyir: “Bu əsnada bir qadın dəvə üzərindəki xərəkdən bir uşaq çıxararaq soruşdu: “Bu uşaq üçün həcc ziyarəti olarmı?” Allah Elçisi ﷺ buyurdu: “Bəli, savabı isə sənədir”.”

İbn Abbas
Nəsəi, 2648 (Həcc, 30)Səhih

أَخْبَرَنَا سُلَيْمَانُ بْنُ دَاوُدَ بْنِ حَمَّادِ بْنِ سَعْدٍ ابْن أَخِي رِشْدِينَ بْنِ سَعْدٍ أَبُو الرَّبِيعِ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي مَالِكُ بْنُ أَنَسٍ ، عَنْ إِبْرَاهِيمَ بْنِ عُقْبَةَ ، عَنْ كُرَيْبٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَرَّ بِامْرَأَةٍ وَهِيَ فِي خِدْرِهَا مَعَهَا صَبِيٌّ ، فَقَالَتْ : أَلِهَذَا حَجٌّ ؟ قَالَ : نَعَمْ ، وَلَكِ أَجْرٌ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ bir qadının yanından keçmişdi. Qadın pərdənin arxasında idi. Yanında da bir uşağı vardı. Qadın: “Bu uşaq üçün həcc ziyarəti varmı?” deyərək soruşdu. Allah Elçisi ﷺ buyurdu: “Bəli, savabı isə sənədir”.”

İbn Abbas
Nəsəi, 2649 (Həcc, 31)Səhih

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا هُشَيْمٌ ، قَالَ : حَدَّثَنَا حُمَيْدٌ الطَّوِيلُ ، قَالَ : أَنْبَأَنَا بَكْرُ بْنُ عَبْدِ اللهِ الْمُزَنِيُّ ، قَالَ : سَمِعْتُ أَنَسًا ، يُحَدِّثُ قَالَ : سَمِعْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُلَبِّي بِالْعُمْرَةِ وَالْحَجِّ جَمِيعًا ، فَحَدَّثْتُ بِذَلِكَ ابْنَ عُمَرَ فَقَالَ : لَبَّى بِالْحَجِّ وَحْدَهُ ، فَلَقِيتُ أَنَسًا فَحَدَّثْتُهُ ، بِقَوْلِ ابْنِ عُمَرَ فَقَالَ أَنَسٌ : مَا تَعُدُّونَا إِلاَّ صِبْيَانًا ، سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : لَبَّيْكَ عُمْرَةً ، وَحَجًّا مَعًا.

“Rəvayət edilir ki, Abdullah əl-Muzəni ﵀ demişdir: “Mən Ənəsin belə dediyini eşitdim: “Mən Allah Elçisinin ﷺ həcc və ümrəyə birlikdə niyyət edərək ehrama girdiyini eşitmişəm”. Bunu İbn Ömərə danışdıqda mənə: “Yalnız həcc niyyəti ilə ehrama gir!” dedi. Sonra Ənəs ilə rastlaşdım və ona İbn Ömərin dediklərini söylədim. Ənəs dedi: “Siz bizi uşaq sayırsınız? Allah Elçinin ﷺ birbaşa özündən: “Ümrə və həccə birlikdə niyyət etdim” dediyini eşitmişəm”.”

Ənəs
Nəsəi, 2731 (Həcc, 113)Səhih

أَخْبَرَنِي أَبُو بَكْرِ بْنُ إِسْحَاقَ ، قَالَ : حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ مُحَمَّدِ بْنِ عَرْعَرَةَ ، قَالَ : حَدَّثَنَا مُعَاذُ بْنُ هِشَامٍ ، قَالَ : حَدَّثَنِي أَبِي ، عَنْ قَتَادَةَ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، أَنَّ امْرَأَةً دَخَلَتْ عَلَى عَائِشَةَ وَبِيَدِهَا عُكَّازٌ ، فَقَالَتْ : مَا هَذَا ؟ فَقَالَتْ : لِهَذِهِ الْوَزَغِ لأَنَّ نَبِيَّ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَدَّثَنَا أَنَّهُ لَمْ يَكُنْ شَيْءٌ إِلاَّ يُطْفِئُ ، عَلَى إِبْرَاهِيمَ عَلَيْهِ السَّلاَمُ إِلاَّ هَذِهِ الدَّابَّةُ فَأَمَرَنَا بِقَتْلِهَا ، وَنَهَى عَنْ قَتْلِ الْجِنَّانِ ، إِلاَّ ذَا الطُّفْيَتَيْنِ ، وَالأَبْتَرَ ، فَإِنَّهُمَا يَطْمِسَانِ الْبَصَرَ ، وَيُسْقِطَانِ مَا فِي بُطُونِ النِّسَاءِ.

“Səid ibn əl-Museyyib ﵀ rəvayət etmişdir ki, bir qadın əlində əsa ilə Aişənin yanına gəldi. Aişə dedi: “Bu nədir?” Qadın dedi: “Bu, kərtənkələ öldürmək üçündür, çünki Allahın Peyğəmbəri ﷺ bizə bir hədis danışmışdı. Belə ki İbrahim oda atıldıqda bütün heyvanlar onu söndürməyə çalışmışlar, ancaq bu heyvanın odu söndürməkdə səyi olmamışdır. Ona görə də Peyğəmbər onun öldürülməsini əmr etmişdi. Həmçinin qısa quyruqlu ilanın və nəsli kəsilmiş ilanların öldürülməsini qadağan etdi. O ikisi insanların gözlərini kor edir və qadınların bətnlərindəki uşaqları salırlar”.”

Səid ibn əl-Museyyib
Nəsəi, 2831 (Həcc, 213)Səhih

أَخْبَرَنَا أَبُو عَاصِمٍ خُشَيْشُ بْنُ أَصْرَمَ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، قَالَ : حَدَّثَنَا جَعْفَرُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا ثَابِتٌ ، عَنْ أَنَسٍ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ دَخَلَ مَكَّةَ فِي عُمْرَةِ الْقَضَاءِ وَعَبْدُ اللهِ بْنُ رَوَاحَةَ يَمْشِي بَيْنَ يَدَيْهِ وَهُوَ يَقُولُ : خَلُّوا بَنِي الْكُفَّارِ عَنْ سَبِيلِهِ ... الْيَوْمَ نَضْرِبْكُمْ عَلَى تَنْزِيلِهِ ضَرْبًا يُزِيلُ الْهَامَ عَنْ مَقِيلِهِ ... وَيُذْهِلُ الْخَلِيلَ عَنْ خَلِيلِهِ فَقَالَ لَهُ عُمَرُ : يَا ابْنَ رَوَاحَةَ بَيْنَ يَدَيْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَفِي حَرَمِ اللهِ عَزَّ وَجَلَّ ، تَقُولُ الشِّعْرَ قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : خَلِّ عَنْهُ ، فَلَهُوَ أَسْرَعُ فِيهِمْ مِنْ نَضْحِ النَّبْلِ.

“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ qəza ümrəsi etmək üçün Məkkəyə girərkən Abdullah ibn Ravaha onun önündə gedərək belə deyirdi: “Çəkilin kafir övladları onun yolundan, Bu gün onun gəlməsi ilə sizi vuracağıq, Başı boyundan ayıran zərbə, Dostu dostdan ayıran zərbə”. Ömər ona dedi: “Ey İbn Ravaha! Həm Allah Elçisinin ﷺ qarşısında gedirsən, həm də Allahın ﷿ Haramında (Məkkədə) şeir oxuyursan”. Peyğəmbər ﷺ ona dedi: “Onunla işin olmasın! Onun dediyi düşmənə ox yarasından daha təsirlidir”.”

Ənəs
Nəsəi, 2873 (Həcc, 255)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الْمَلِكِ بْنِ زَنْجُويَةَ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، قَالَ : حَدَّثَنَا جَعْفَرُ بْنُ سُلَيْمَانَ ، عَنْ ثَابِتٍ ، عَنْ أَنَسٍ ، قَالَ : دَخَلَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَكَّةَ فِي عُمْرَةِ الْقَضَاءِ وَابْنُ رَوَاحَةَ بَيْنَ يَدَيْهِ يَقُولُ : خَلُّوا بَنِي الْكُفَّارِ عَنْ سَبِيلِهِ ... الْيَوْمَ نَضْرِبْكُمْ عَلَى تَأْوِيلِهِ ضَرَبًا يُزِيلُ الْهَامَ عَنْ مَقِيلِهِ ... وَيُذْهِلُ الْخَلِيلَ عَنْ خَلِيلِهِ قَالَ عُمَرُ : يَا ابْنَ رَوَاحَةَ فِي حَرَمِ اللهِ ، وَبَيْنَ يَدَيْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، تَقُولُ هَذَا الشِّعْرَ ، فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : خَلِّ عَنْهُ ، فَوَالَّذِي نَفْسِي بِيَدِهِ ، لَكَلاَمُهُ أَشَدُّ عَلَيْهِمْ مِنْ وَقْعِ النَّبْلِ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Peyğəmbər ﷺ qəza ümrəsi etmək üçün Məkkəyə girərkən İbn Ravaha onun önündə gedərək belə deyirdi: “Çəkilin, kafir övladları, onun yolundan, Bugün Onun gəlməsi ilə sizi vuracağıq - Başı boyundan ayıran zərbə, Dostu dostdan ayıran zərbə”. Ömər ona dedi: “Ey İbn Ravaha! Həm Allahın ﷿ Haramındasan, həm də Allah Elçisinin ﷺ qarşısında gedərək şeir oxuyursan”. Peyğəmbər ﷺ ona dedi: “Onunla işin olmasın! Canım Əlində Olana and olsun ki, onun dediyi düşmənə ox yarasından daha ağırdır”.”

Ənəs
Nəsəi, 2893 (Həcc, 275)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ يَزِيدَ الْمُقْرِئُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ سُفْيَانَ الثَّوْرِيِّ ، عَنْ سَلَمَةَ بْنِ كُهَيْلٍ ، عَنِ الْحَسَنِ الْعُرَنِيِّ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : بَعَثَنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أُغَيْلِمَةَ بَنِي عَبْدِ الْمُطَّلِبِ عَلَى حُمُرَاتٍ يَلْطَحُ أَفْخَاذَنَا ، وَيَقُولُ : أُبَيْنِيَّ ، لاَ تَرْمُوا جَمْرَةَ الْعَقَبَةِ حَتَّى تَطْلُعَ الشَّمْسُ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ bizi - Abdul-Muttalib oğullarının kiçik uşaqlarını qırmızı dəvələrin üstündə tezdən Minaya göndərdikdə budlarımız dəvənin yüyəninə toxunurdu. O buyurdu: “Övladlarım! Böyük sütunu günəş çıxmadan daşlamayın!””

İbn Abbas
Nəsəi, 3064 (Həcc, 446)Səhih

أَخْبَرَنِي إِبْرَاهِيمُ بْنُ يَعْقُوبَ ، قَالَ : حَدَّثَنَا أَبُو النَّضْرِ هَاشِمُ بْنُ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنَا أَبُو عَقِيلٍ عَبْدُ اللهِ بْنُ عَقِيلٍ ، قَالَ : حَدَّثَنَا مُوسَى بْنُ الْمُسَيَّبِ ، عَنْ سَالِمِ بْنِ أَبِي الْجَعْدِ ، عَنْ سَبْرَةَ بْنِ أَبِي فَاكِهٍ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : إِنَّ الشَّيْطَانَ قَعَدَ لاِبْنِ آدَمَ بِأَطْرُقِهِ ، فَقَعَدَ لَهُ بِطَرِيقِ الإِسْلاَمِ ، فَقَالَ : تُسْلِمُ وَتَذَرُ دِينَكَ وَدِينَ آبَائِكَ وَآبَاءِ أَبِيكَ ، فَعَصَاهُ فَأَسْلَمَ ، ثُمَّ قَعَدَ لَهُ بِطَرِيقِ الْهِجْرَةِ ، فَقَالَ : تُهَاجِرُ وَتَدَعُ أَرْضَكَ وَسَمَاءَكَ ، وَإِنَّمَا مَثَلُ الْمُهَاجِرِ كَمَثَلِ الْفَرَسِ فِي الطِّوَلِ ، فَعَصَاهُ فَهَاجَرَ ، ثُمَّ قَعَدَ لَهُ بِطَرِيقِ الْجِهَادِ ، فَقَالَ : تُجَاهِدُ فَهُوَ جَهْدُ النَّفْسِ وَالْمَالِ ، فَتُقَاتِلُ فَتُقْتَلُ ، فَتُنْكَحُ الْمَرْأَةُ ، وَيُقْسَمُ الْمَالُ ، فَعَصَاهُ فَجَاهَدَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : فَمَنْ فَعَلَ ذَلِكَ كَانَ حَقًّا عَلَى اللهِ عَزَّ وَجَلَّ أَنْ يُدْخِلَهُ الْجَنَّةَ ، وَمَنْ قُتِلَ كَانَ حَقًّا عَلَى اللهِ عَزَّ وَجَلَّ أَنْ يُدْخِلَهُ الْجَنَّةَ ، وَإِنْ غَرِقَ كَانَ حَقًّا عَلَى اللهِ أَنْ يُدْخِلَهُ الْجَنَّةَ ، أَوْ وَقَصَتْهُ دَابَّتُهُ كَانَ حَقًّا عَلَى اللهِ أَنْ يُدْخِلَهُ الْجَنَّةَ.

“Rəvayət edilir ki, Səbra ibn Əbu Fakih ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Həqiqətən, şeytan Adəm övladının hər tərəfində oturur. Həmçinin onun İslam yolunda da oturur və belə deyir: “Sən İslamı qəbul edib atalarının və babalarının dinini tərk etdin”. O adam da ona fikir verməyib müsəlman olar. Şeytan hicrət edən adamın da yolunda oturub belə deyir: “Vətənini və yurdunu necə tərk edib hicrət edə bilərsən? Hicrət uzun yol gedən at kimidir (çox əziyyətlidir)”. O adam da şeytana fikir verməyib hicrət edər. Sonra şeytan cihad yolunda oturub deyir: “Cihad həm nəfsini yormaq, həm də malını itirməkdir. Döyüşüb öldürüləcəksən, zövcən başqasına ərə gedəcək, mal-dövlətin paylanacaq”. O adam şeytanın bu sözlərinə də fikir verməyib cihad edər”. Sonra Allah Elçisi ﷺ belə buyurdu: “Kim bunları edərsə, onu Cənnətə daxil etmək Allahın üzərinə bir haqdır. Döyüşdə öldürülsə də, boğulub ölsə də, heyvanın belindən düşüb ölsə də, Allah onu mütləq Cənnətə daxil edəcək”.”

Səbra ibn Əbu Fakih
Nəsəi, 3134 (Cihad, 50)Səhih

أَخْبَرَنَا أَبُو بَكْرِ بْنُ نَافِعٍ ، قَالَ : حَدَّثَنَا بَهْزٌ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ ثَابِتٍ ، عَنْ أَنَسٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : يُؤْتَى بِالرَّجُلِ مِنْ أَهْلِ الْجَنَّةِ ، فَيَقُولُ اللَّهُ عَزَّ وَجَلَّ : يَا ابْنَ آدَمَ ، كَيْفَ وَجَدْتَ مَنْزِلَكَ ؟ فَيَقُولُ : أَيْ رَبِّ خَيْرَ مَنْزِلٍ ، فَيَقُولُ : سَلْ وَتَمَنَّ ، فَيَقُولُ : أَسْأَلُكَ أَنْ تَرُدَّنِي إِلَى الدُّنْيَا فَأُقْتَلَ فِي سَبِيلِكِ عَشْرَ مَرَّاتٍ ، لِمَا يَرَى مِنْ فَضْلِ الشَّهَادَةِ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Cənnət əhlindən olan bir adam (Allahın hüzuruna) gətiriləcək. Allah ﷿ buyuracaq: “Ey Adəm övladı! Yerin necədir?” O deyəcək: “Ya Rəbbim! Yerim yerlərin ən xeyirlisidir”. Allah buyuracaq: “İstə və arzu et!” O da şəhidliyin fəzilətini gördüyü üçün: “Səndən məni dünyaya yenidən qaytarmağını və Sənin yolunda on dəfə şəhid olmağımı istəyirəm!”- deyəcək”.”

Ənəs
Nəsəi, 3160 (Cihad, 76)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ الْخَلَنْجِيُّ ، قَالَ : حَدَّثَنَا أَبُو سَعِيدٍ ، مَوْلَى بَنِي هَاشِمٍ ، قَالَ : حَدَّثَنَا حُصَيْنُ بْنُ نَافِعٍ الْمَازِنِيُّ ، قَالَ : حَدَّثَنِي الْحَسَنُ ، عَنْ سَعْدِ بْنِ هِشَامٍ ، أَنَّهُ دَخَلَ عَلَى أُمِّ الْمُؤْمِنِينَ عَائِشَةَ ، قَالَ : قُلْتُ : إِنِّي أُرِيدُ أَنْ أَسْأَلَكِ عَنِ التَّبَتُّلِ ، فَمَا تَرَيْنَ فِيهِ ؟ قَالَتْ : فَلاَ تَفْعَلْ ، أَمَا سَمِعْتَ اللَّهَ عَزَّ وَجَلَّ يَقُولُ : {وَلَقَدْ أَرْسَلْنَا رُسُلاً مِنْ قَبْلِكَ وَجَعَلْنَا لَهُمْ أَزْوَاجًا وَذُرِّيَّةً} فَلاَ تَتَبَتَّلْ.

“Rəvayət edilir ki, bir dəfə Səd ibn Hişam ﵀ möminlərin anası Aişənin yanına gəlmişdi. Səd deyir: “Mən dedim: “Mən evlənməyib subay qalmaq istəyirəm, sən buna necə baxırsan?” Aişə dedi: “Belə etmə! Məgər Allahın ﷿ nə buyurduğunu eşitməmisənmi: “Biz səndən əvvəl də elçilər göndərdik və onlara zövcələr və övladlar verdik...” (ə-Rad, 38). Ona görə subay qalma!””

Səd ibn Hişam
Nəsəi, 3216 (Nikah, 21)Həsən

أَخْبَرَنَا عِمْرَانُ بْنُ بَكَّارِ بْنِ رَاشِدٍ ، قَالَ : حَدَّثَنَا أَبُو الْيَمَانِ ، قَالَ : أَنْبَأَنَا شُعَيْبٌ ، عَنِ الزُّهْرِيِّ ، قَالَ : أَخْبَرَنِي عُرْوَةُ بْنُ الزُّبَيْرِ ، عَنْ عَائِشَةَ : أَنَّ أَبَا حُذَيْفَةَ بْنَ عُتْبَةَ بْنِ رَبِيعَةَ بْنِ عَبْدِ شَمْسٍ ، وَكَانَ مِمَّنْ شَهِدَ بَدْرًا مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، تَبَنَّى سَالِمًا وَأَنْكَحَهُ ابْنَةَ أَخِيهِ هِنْدَ بِنْتَ الْوَلِيدِ بْنِ عُتْبَةَ بْنِ رَبِيعَةَ بْنِ عَبْدِ شَمْسٍ ، وَهُوَ مَوْلًى لاِمْرَأَةٍ مِنَ الأَنْصَارِ ، كَمَا تَبَنَّى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ زَيْدًا ، وَكَانَ مَنْ تَبَنَّى رَجُلاً فِي الْجَاهِلِيَّةِ ، دَعَاهُ النَّاسُ ابْنَهُ ، فَوَرِثَ مِنْ مِيرَاثِهِ ، حَتَّى أَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ فِي ذَلِكَ {ادْعُوهُمْ لِآبَائِهِمْ هُوَ أَقْسَطُ عِنْدَ اللهِ فَإِنْ لَمْ تَعْلَمُوا آبَاءَهُمْ فَإِخْوَانُكُمْ فِي الدِّينِ وَمَوَالِيكُمْ} فَمَنْ لَمْ يُعْلَمْ لَهُ أَبٌ كَانَ مَوْلًى وَأَخًا فِي الدِّينِ مُخْتَصَرٌ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ ilə Bədr döyüşündə iştirak etmiş Əbu Huzeyfə ibn Utbə ibn Rabia ibn Abdi Şəmsi Bəni Səlim tayfası oğulluğa götürmüşdü. Onu qardaşı qızı Hind bint əl-Vəlid ibn Utbə ibn Rabia ibn Abdi Şəms ilə evləndirmişdi. Səlim ənsardan bir qadının azad etdiyi kölə idi. Eynilə Allah Elçisinin ﷺ Zeydi oğulluğa götürdüyü kimi. Cahiliyyət dövründə kim bir kəsi oğulluğa götürürdüsə, onu oğulluğa götürənin oğlu kimi çağırır, onların mirasına sahib olurdu. Nəhayət, Allah ﷿ bu barədə ayə nazil etdi: “(Oğulluğa götürdüyünüz uşaqları) öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir. Atalarını tanımasanız, onlar sizin din qardaşlarınız və yaxınlarınızdır...” (əl-Əhzab, 5). Kimin atası bilinmirdisə, o, din qardaşınız və yaxınınızdır”.”

Aişə
Nəsəi, 3223 (Nikah, 28)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ نَصْرٍ ، قَالَ : حَدَّثَنَا أَيُّوبُ بْنُ سُلَيْمَانَ بْنِ بِلاَلٍ ، قَالَ : حَدَّثَنِي أَبُو بَكْرِ بْنُ أَبِي أُوَيْسٍ ، عَنْ سُلَيْمَانَ بْنِ بِلاَلٍ ، قَالَ : قَالَ يَحْيَى ، يَعْنِي ابْنَ سَعِيدٍ ، وَأَخْبَرَنِي ابْنُ شِهَابٍ ، قَالَ : حَدَّثَنِي عُرْوَةُ بْنُ الزُّبَيْرِ ، وَابْنُ عَبْدِ اللهِ بْنِ رَبِيعَةَ ، عَنْ عَائِشَةَ ، زَوْجِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، وَأُمِّ سَلَمَةَ ، زَوْجِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أَنَّ أَبَا حُذَيْفَةَ بْنَ عُتْبَةَ بْنِ رَبِيعَةَ بْنِ عَبْدِ شَمْسٍ ، وَكَانَ مِمَّنْ شَهِدَ بَدْرًا مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، تَبَنَّى سَالِمًا وَهُوَ مَوْلًى لاِمْرَأَةٍ مِنَ الأَنْصَارِ ، كَمَا تَبَنَّى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ زَيْدَ بْنَ حَارِثَةَ وَأَنْكَحَ أَبُو حُذَيْفَةَ بْنُ عُتْبَةَ سَالِمًا ابْنَةَ أَخِيهِ هِنْدَ ابْنَةَ الْوَلِيدِ بْنِ عُتْبَةَ بْنِ رَبِيعَةَ ، وَكَانَتْ هِنْدُ بِنْتُ الْوَلِيدِ بْنِ عُتْبَةَ مِنَ الْمُهَاجِرَاتِ الأُوَلِ ، وَهِيَ يَوْمَئِذٍ مِنْ أَفْضَلِ أَيَامَى قُرَيْشٍ ، فَلَمَّا أَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ فِي زَيْدِ بْنِ حَارِثَةَ {ادْعُوهُمْ لِآبَائِهِمْ هُوَ أَقْسَطُ عِنْدَ اللَّهِ} رُدَّ كُلُّ أَحَدٍ يَنْتَمِي مِنْ أُولَئِكَ إِلَى أَبِيهِ ، فَإِنْ لَمْ يَكُنْ يُعْلَمُ أَبُوهُ ، رُدَّ إِلَى مَوَالِيهِ.

“Peyğəmbərin ﷺ zövcələrindən Aişə və Ummu Sələmə ﵄ rəvayət edirlər ki, Allah Elçisi ﷺ ilə Bədr döyüşündə iştirak etmiş Əbu Huzeyfə ibn Utbə ibn Rabia ibn Abdi Şəms Allah Elçisinin ﷺ Zeyd ibn Harisəni övladlığa götürdüyü kimi ənsardan olan bir qadının köləsi olan Səlimi övladlığa götürmüşdü. Əbu Huzeyfə Səlimi qardaşının qızı Hind bint Vəlid ibn Utbə ibn Rabia ilə evləndirmişdi. Bu qadın ilk hicrət edən və Qureyşin zadəgan qadınlarından biri idi. Allah ﷿ Zeyd ibn Harisə haqqında “(Oğulluğa götürdüyünüz uşaqları) öz atalarının adları ilə çağırın” (əl-Əhzab, 5) ayəsini nazil etdikdə övladlığa götürülən hər bir uşaq öz atasının adı ilə çağırılmağa (atasına mənsub olunmağa) başladı. Əgər ataları bilinməzdisə, dində qardaş və dost olardılar”.”

Aişə və Ummu Sələmə
Nəsəi, 3224 (Nikah, 29)Səhih

أَخْبَرَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ خَالِدٍ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ، قَالَ : أَنْبَأَنَا الْمُسْتَلِمُ بْنُ سَعِيدٍ ، عَنْ مَنْصُورِ بْنِ زَاذَانَ ، عَنْ مُعَاوِيَةَ بْنِ قُرَّةَ ، عَنْ مَعْقِلِ بْنِ يَسَارٍ ، قَالَ : جَاءَ رَجُلٌ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : إِنِّي أَصَبْتُ امْرَأَةً ذَاتَ حَسَبٍ وَمَنْصِبٍ ، إِلاَّ أَنَّهَا لاَ تَلِدُ ، أَفَأَتَزَوَّجُهَا ؟ فَنَهَاهُ ، ثُمَّ أَتَاهُ الثَّانِيَةَ ، فَنَهَاهُ ، ثُمَّ أَتَاهُ الثَّالِثَةَ ، فَنَهَاهُ ، فَقَالَ : تَزَوَّجُوا الْوَلُودَ الْوَدُودَ ، فَإِنِّي مُكَاثِرٌ بِكُمْ.

“Rəvayət edilir ki, Məqil ibn Yəsar ﵁ demişdir: “Bir kişi Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Mən evlənmək üçün əsli-nəsəbli bir qadın tapmışam, lakin o, sonsuzdur və övladı olmur. Onunla evlənə bilərəmmi?” Allah Elçisi onunla evlənməyi ona qadağan etdi. Həmin adam ikinci dəfə də, üçüncü dəfə də gəldi. Allah Elçisi yenə onunla evlənməyi qadağan etdi və buyurdu: “Ərinə çoxlu məhəbbət bəsləyən (bakirə) və (bu məhəbbət sayəsində) çoxlu uşaq doğan qadınlarla evlənin, çünki mən (Qiyamət günü) sizi çoxluğunuzla öyünəcəyəm”.”

Məqil ibn Yəsar
Nəsəi, 3227 (Nikah, 32)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ إِسْمَعِيلَ بْنِ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ ، عَنْ حَمَّادِ بْنِ سَلَمَةَ ، عَنْ ثَابِتٍ الْبُنَانِيِّ ، حَدَّثَنِي ابْنُ عُمَرَ بْنِ أَبِي سَلَمَةَ ، عَنْ أَبِيهِ ، عَنْ أُمِّ سَلَمَةَ ، لَمَّا انْقَضَتْ عِدَّتُهَا ، بَعَثَ إِلَيْهَا أَبُو بَكْرٍ يَخْطُبُهَا عَلَيْهِ ، فَلَمْ تَزَوَّجْهُ ، فَبَعَثَ إِلَيْهَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عُمَرَ بْنَ الْخَطَّابِ يَخْطُبُهَا عَلَيْهِ ، فَقَالَتْ : أَخْبِرْ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَنِّي امْرَأَةٌ غَيْرَى ، وَأَنِّي امْرَأَةٌ مُصْبِيَةٌ ، وَلَيْسَ أَحَدٌ مِنْ أَوْلِيَائِي شَاهِدٌ ، فَأَتَى رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَذَكَرَ ذَلِكَ لَهُ ، فَقَالَ : ارْجِعْ إِلَيْهَا فَقُلْ لَهَا : أَمَّا قَوْلُكِ إِنِّي امْرَأَةٌ غَيْرَى ، فَسَأَدْعُو اللَّهَ لَكِ فَيُذْهِبُ غَيْرَتَكِ ، وَأَمَّا قَوْلُكِ إِنِّي امْرَأَةٌ مُصْبِيَةٌ ، فَسَتُكْفَيْنَ صِبْيَانَكِ ، وَأَمَّا قَوْلُكِ أَنْ لَيْسَ أَحَدٌ مِنْ أَوْلِيَائِي شَاهِدٌ ، فَلَيْسَ أَحَدٌ مِنْ أَوْلِيَائِكِ شَاهِدٌ وَلاَ غَائِبٌ يَكْرَهُ ذَلِكَ ، فَقَالَتْ لاِبْنِهَا : يَا عُمَرُ ، قُمْ فَزَوِّجْ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَزَوَّجَهُ مُخْتَصَرٌ.

“Ummu Sələmə ﵂ rəvayət edir ki, onun iddə müddəti bitdikdə Əbu Bəkr xəbər göndərərək onunla evlənmək istədi, lakin o Əbu Bəkrlə evlənmədi. Sonra Allah Elçisi ﷺ Ömər ibn əl-Xattabı göndərərək onunla evlənməyi təklif etdi. Ummu Sələmə Ömərə dedi: “Allah Elçisinə ﷺ de ki, mən qısqanc qadınam. Həm də kiçik uşaqlarım var. Bu mövzuda onunla məsləhətləşməyə bir yaxınım da yoxdur”. Ömər Allah Elçisinin ﷺ yanına gəlib olanları ona dedi. Allah Elçisi ﷺ buyurdu: “Qayıt onun yanına və ona de: “Mən qısqanc bir qadınam” , - deyirsən, mən də Allaha dua edəcəyəm və qısqanclığın yox olacaq. “Kiçik uşaqlarım var” , - deyirsən, onlara görə də narahat olma, Allah onlara yardım edəcək. “Bu mövzuda onunla məsləhətləşməyə bir yaxınım da yoxdur”, - deyirsən, yaxında və uzaqda olan heç kim sənin bu evlənməyini pis qarşılamaz”. Ömər bu sözləri Ummu Sələməyə dedikdə Ummu Sələmə oğluna dedi: “Ey Ömər, qalx və məni Allah Elçisi ﷺ ilə evləndir (yəni vəlilik et)!” O da Ummu Sələməni evləndirdi.”

Ummu Sələmə
Nəsəi, 3254 (Nikah, 59)Zəif

أَخْبَرَنَا عُبَيْدُ اللهِ ، وَإِسْحَقُ بْنُ مَنْصُورٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ ، عَنْ مَالِكٍ ، عَنْ أَبِي الأَسْوَدِ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، أَنَّ جُدَامَةَ بِنْتَ وَهْبٍ ، حَدَّثَتْهَا أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : لَقَدْ هَمَمْتُ أَنْ أَنْهَى عَنِ الْغِيلَةِ حَتَّى ذَكَرْتُ أَنَّ فَارِسَ وَالرُّومَ يَصْنَعُهُ - وَقَالَ إِسْحَاقُ : يَصْنَعُونَهُ - فَلاَ يَضُرُّ أَوْلاَدَهُمْ.

“Cudəmə bint Vəhb ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Mən uşaq əmizdirən qadınla ərinin cinsi yaxınlıq etməsini qadağan etmək istəyirdim, lakin Fars və Rumluların bunu etdiklərini xatırladım və bunu qadağan etmədim”. Ravi İshaq deyir: “Onlar bunu edirdilər, lakin bunun uşaqlarına zərəri olmurdu”.”

Cudəmə bint Vəhb
Nəsəi, 3326 (Nikah, 131)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، عَنْ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ أَبِي الْفَيْضِ ، قَالَ : سَمِعْتُ عَبْدَ اللهِ بْنَ مُرَّةَ الزُّرَقِيَّ ، عَنْ أَبِي سَعِيدٍ الزُّرَقِيِّ : أَنَّ رَجُلاً سَأَلَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنِ الْعَزْلِ ، فَقَالَ : إِنَّ امْرَأَتِي تُرْضِعُ وَأَنَا أَكْرَهُ أَنْ تَحْمِلَ ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : إِنَّ مَا قَدْ قُدِّرَ فِي الرَّحِمِ سَيَكُونُ.

“Əbu Səid əz-Zuraqi ﵁ rəvayət edir ki, bir kişi Allah Elçisindən ﷺ cinsi yaxınlıq zamanı mənini kənara axıtmaq barədə soruşaraq dedi: “Zövcəm uşaq əmizdirir, mən də onun yenidən hamilə qalmasını istəmirəm”. Peyğəmbər ﷺ buyurdu: “Ana bətnində təqdir olunan şey mütləq olacaq”.”

Əbu Səid əz-Zuraqi
Nəsəi, 3328 (Nikah, 133)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ النَّضْرِ بْنِ مُسَاوِرٍ ، قَالَ : أَنْبَأَنَا جَعْفَرُ بْنُ سُلَيْمَانَ ، عَنْ ثَابِتٍ ، عَنْ أَنَسٍ ، قَالَ : خَطَبَ أَبُو طَلْحَةَ أُمَّ سُلَيْمٍ ، فَقَالَتْ : وَاللَّهِ مَا مِثْلُكَ يَا أَبَا طَلْحَةَ يُرَدُّ ، وَلَكِنَّكَ رَجُلٌ كَافِرٌ ، وَأَنَا امْرَأَةٌ مُسْلِمَةٌ ، وَلاَ يَحِلُّ لِي أَنْ أَتَزَوَّجَكَ ، فَإِنْ تُسْلِمْ فَذَاكَ مَهْرِي وَمَا أَسْأَلُكَ غَيْرَهُ ، فَأَسْلَمَ فَكَانَ ذَلِكَ مَهْرَهَا قَالَ ثَابِتٌ : فَمَا سَمِعْتُ بِامْرَأَةٍ قَطُّ كَانَتْ أَكْرَمَ مَهْرًا مِنْ أُمِّ سُلَيْمٍ الإِسْلاَمَ ، فَدَخَلَ بِهَا فَوَلَدَتْ لَهُ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Əbu Təlhə Ummu Suleym ilə evlənmək istədi, lakin Ummu Suleym dedi: “Allaha and olsun, ey Əbu Təlhə! Sənin kimi birinin təklifi rədd edilməz, lakin sən kafirsən. Mən isə müsəlman bir qadınam. Mənim səninlə evlənməyim halal deyil. Amma əgər sən İslamı qəbul etsən, sənin İslamın mənim mehrim olar”. Ravi Sabit deyir: “Mehr məsələsində Ummu Suleymdən daha səxavətli adam olmadı. Beləliklə, onlar evləndilər və Ummu Suleym onun üçün övlad dünyaya gətirdi”.”

Ənəs
Nəsəi, 3341 (Nikah, 146)Səhih

أَخْبَرَنَا يُونُسُ بْنُ عَبْدِ الأَعْلَى ، وَسُلَيْمَانُ بْنُ دَاوُدَ ، عَنْ ابْنِ وَهْبٍ ، أَخْبَرَنِي يُونُسُ ، عَنْ ابْنِ شِهَابٍ ، قَالَ : أَخْبَرَنِي عُرْوَةُ بْنُ الزُّبَيْرِ ، أَنَّهُ سَأَلَ عَائِشَةَ ، عَنْ قَوْلِ اللهِ عَزَّ وَجَلَّ : {وَإِنْ خِفْتُمْ أَلاَّ تُقْسِطُوا فِي الْيَتَامَى فَانْكِحُوا مَا طَابَ لَكُمْ مِنَ النِّسَاءِ} قَالَتْ : يَا ابْنَ أُخْتِي ، هِيَ الْيَتِيمَةُ ، تَكُونُ فِي حَجْرِ وَلِيِّهَا ، فَتُشَارِكُهُ فِي مَالِهِ ، فَيُعْجِبُهُ مَالُهَا وَجَمَالُهَا ، فَيُرِيدُ وَلِيُّهَا أَنْ يَتَزَوَّجَهَا بِغَيْرِ أَنْ يُقْسِطَ فِي صَدَاقِهَا ، فَيُعْطِيَهَا مِثْلَ مَا يُعْطِيهَا غَيْرُهُ ، فَنُهُوا أَنْ يَنْكِحُوهُنَّ إِلاَّ أَنْ يُقْسِطُوا لَهُنَّ ، وَيَبْلُغُوا بِهِنَّ أَعْلَى سُنَّتِهِنَّ مِنَ الصَّدَاقِ ، فَأُمِرُوا أَنْ يَنْكِحُوا مَا طَابَ لَهُمْ مِنَ النِّسَاءِ سِوَاهُنَّ ، قَالَ عُرْوَةُ : قَالَتْ عَائِشَةُ : ثُمَّ إِنَّ النَّاسَ اسْتَفْتَوْا رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بَعْدُ فِيهِنَّ ، فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ : {وَيَسْتَفْتُونَكَ فِي النِّسَاءِ قُلِ اللَّهُ يُفْتِيكُمْ فِيهِنَّ} - إِلَى قَوْلِهِ - {وَتَرْغَبُونَ أَنْ تَنْكِحُوهُنَّ} ، قَالَتْ عَائِشَةُ : وَالَّذِي ذَكَرَ اللَّهُ تَعَالَى أَنَّهُ يُتْلَى فِي الْكِتَابِ الآيَةُ الأُولَى الَّتِي فِيهَا {وَإِنْ خِفْتُمْ أَلاَّ تُقْسِطُوا فِي الْيَتَامَى فَانْكِحُوا مَا طَابَ لَكُمْ مِنَ النِّسَاءِ} ، قَالَتْ عَائِشَةُ : وَقَوْلُ اللهِ فِي الآيَةِ الأُخْرَى {وَتَرْغَبُونَ أَنْ تَنْكِحُوهُنَّ} رَغْبَةَ أَحَدِكُمْ عَنْ يَتِيمَتِهِ الَّتِي تَكُونُ فِي حَجْرِهِ حِينَ تَكُونُ قَلِيلَةَ الْمَالِ وَالْجَمَالِ ، فَنُهُوا أَنْ يَنْكِحُوا مَا رَغِبُوا فِي مَالِهَا مِنْ يَتَامَى النِّسَاءِ إِلاَّ بِالْقِسْطِ مِنْ أَجْلِ رَغْبَتِهِمْ عَنْهُنَّ.

“Rəvayət edilir ki, Urva ibn əz-Zubeyr ﵀ Aişədən Uca Allahın: “Yetim qızlara qarşı ədalətli olmayacağınızdan qorxursunuzsa...” (ən-Nisa, 3) ayəsi barəsində soruşdu. Aişə dedi: “Bacı oğlu, bu ayədə bəhs edilən yetim qız hamisinin himayəsi altındadır və hamisi onun malına şərikdir. Özü də qızın həm malına, həm də özünə gözü düşüb. Hamisi onunla evlənmək istəyir, lakin onun mehrini insafla, evlənmək istəyən kəsin aldığı qıza verdiyi kimi mehr verməkdən boyun qaçırır. Belələrinə yetim qızlarla evlənmək qadağan edilmişdir. Ancaq (mehr xüsusunda) ədalətlə hərəkət edərək və bu qızlara, adətən, qadınlara verilən mehrin ən yaxşısını verərək onlarla evlənə bilərlər. Əks təqdirdə, onlara bu qızlardan başqa xoşlarına gələn (halal) qadınlarla evlənmək əmr olunur”. Urva davam edərək rəvayət edir ki, Aişə demişdir: “Bu ayədən sonra insanlar Peyğəmbərdən ﷺ qadınlar barəsində fətva istədilər və Allah ﷿ bu ayəni nazil etdi: “Səndən qadınlar barəsində hökm (verməyini) istəyirlər. De: “Onlar haqqında hökmü sizə Allah verir: “Kitabda sizə oxunan ayələrdə özlərinə müəyyən edilmiş mirası verməyərək evlənmək istədiyiniz yetim qızlarla, zəif uşaqlarla və yetimlərlə ədalətlə rəftar edin”. Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir...” (ən-Nisa, 127)”. Aişə davam edərək dedi: “Uca Allahın Quranda “Yetim qızlara qarşı ədalətli olmayacağınızdan qorxursunuzsa...” (ən-Nisa, 3) qeyd etdiyi yetim qızlara ədalətli davranmayacağınızdan qorxursunuzsa, sizə halal olan başqa qadınlarla evlənin ayəsidir”. Aişə davam edib dedi: “Bu ayənin davamında: “evlənmək istədiyiniz” sözü birinizin himayəsi altında olan, malı az olub özü də çox gözəl olmayan, rəğbət göstərilməyən yetim qızlarla evlənmək istəyi olmadığı mənasını verir. Odur ki, kişilərə himayələrində olan yetim qızların malına və gözəlliyinə görə onlarla evlənmək qadağan edilmişdir. Çünki əgər bu qızların malı az olsaydı, özləri də gözəl olmasaydılar, bu himayədarlar onlarla evlənməzdilər. Ancaq (mehr xüsusunda) ədalətlə hərəkət etsələr, onlarla evlənə bilərlər”.”

Urva ibn əz-Zubeyr
Nəsəi, 3346 (Nikah, 151)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ آدَمَ ، عَنْ عَبْدَةَ ، عَنْ هِشَامٍ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : تَزَوَّجَنِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَأَنَا بِنْتُ سِتٍّ ، وَدَخَلَ عَلَيَّ وَأَنَا بِنْتُ تِسْعِ سِنِينَ ، وَكُنْتُ أَلْعَبُ بِالْبَنَاتِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ mənim altı yaşım olanda mənimlə nikahlandı. Doqquz yaşım olanda isə mənimlə evləndi. O vaxt mən qız uşaqları ilə oynayırdım”.”

Aişə
Nəsəi, 3378 (Nikah, 183)Səhih

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا شَرِيكٌ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ عَامِرِ بْنِ سَعْدٍ ، قَالَ : دَخَلْتُ عَلَى قُرَظَةَ بْنِ كَعْبٍ ، وَأَبِي مَسْعُودٍ الأَنْصَارِيِّ ، فِي عُرْسٍ ، وَإِذَا جَوَارٍ يُغَنِّينَ ، فَقُلْتُ : أَنْتُمَا صَاحِبَا رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَمِنْ أَهْلِ بَدْرٍ ، يُفْعَلُ هَذَا عِنْدَكُمْ ؟ فَقَالَ : اجْلِسْ إِنْ شِئْتَ فَاسْمَعْ مَعَنَا ، وَإِنْ شِئْتَ اذْهَبْ ، قَدْ رُخِّصَ لَنَا فِي اللَّهْوِ عِنْدَ الْعُرْسِ.

“Rəvayət edilir ki, Amir ibn Səd ﵀ demişdir: “Bir toyda Quraza ibn Kəb və Əbu Məsud əl-Ənsarinin yanına gəldim. Bu arada kiçik qız uşaqları mahnı oxuyurdular. Mən dedim: “Siz Allah Elçisinin ﷺ səhabələri və Bədr döyüşündə iştirak edənlər olduğunuz halda yanınızda mahnı oxuyurlar?” Onlardan biri dedi: “İstəyirsənsə, otur, sən də bizimlə birlikdə dinlə, istəmirsənsə, çıx get! Çünki bizə toyda əylənməyə icazə verildi”.”

Amir ibn Səd
Nəsəi, 3383 (Nikah, 188)Həsən

أَخْبَرَنَا الرَّبِيعُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا أَسَدُ بْنُ مُوسَى ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ أَبِي جَعْفَرٍ الْخَطْمِيِّ ، عَنْ عُمَارَةَ بْنِ خُزَيْمَةَ ، عَنْ كَثِيرِ بْنِ السَّائِبِ ، قَالَ : حَدَّثَنِي ابْنَا قُرَيْظَةَ : أَنَّهُمْ عُرِضُوا عَلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَوْمَ قُرَيْظَةَ ، فَمَنْ كَانَ مُحْتَلِمًا ، أَوْ نَبَتَتْ عَانَتُهُ قُتِلَ ، وَمَنْ لَمْ يَكُنْ مُحْتَلِمًا ، أَوْ لَمْ تَنْبُتْ عَانَتُهُ تُرِكَ.

“Rəvayət edilir ki, Kəsir ibn əs-Səib ﵀ demişdir: “Bəni Qureyza qəbiləsinin uşaqları mənə danışdılar ki, Qureyza döyüşündən sonra Bəni Qureyzadan olan uşaqlar Allah Elçisinə ﷺ təqdim edildi. Onlardan həddi-büluğa çatanlar və qoltuq tükləri bitənlər öldürüldülər. Həddi-büluğa çatmayanlar, qasığında və qoltuğunda tükləri ilə saqqal və bığları çıxmayanlar isə ölümdən xilas oldular”.”

Kəsir ibn əs-Səib
Nəsəi, 3429 (Talaq, 41)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَبْدِ الْمَلِكِ بْنِ عُمَيْرٍ ، عَنْ عَطِيَّةَ الْقُرَظِيِّ ، قَالَ : كُنْتُ يَوْمَ حُكْمِ سَعْدٍ فِي بَنِي قُرَيْظَةَ غُلاَمًا ، فَشَكُّوا فِيَّ ، فَلَمْ يَجِدُونِي أَنْبَتُّ ، فَاسْتُبْقِيتُ ، فَهَا أَنَا ذَا بَيْنَ أَظْهُرِكُمْ.

“Rəvayət edilir ki, Atiyyə əl-Qurazi ﵀ demişdir: “Qureyza döyüşündə Sədin Bəni Qureyza qəbiləsi haqda hökm verdiyi gün mən uşaq idim. Mənim uşaq, yoxsa həddi-büluğa çatmağım barəsində tərəddüd oldu, lakin mənim həddi-büluğ əlamətlərindən biri olan tüklərimin bitməməsini gördülər və məni buraxdılar. Elə o gündən bu yana sizinləyəm”.”

Atiyyə əl-Qurazi
Nəsəi, 3430 (Talaq, 42)Səhih

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِيٍّ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ حَمَّادٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ ، عَنْ عَائِشَةَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، قَالَ : رُفِعَ الْقَلَمُ عَنْ ثَلاَثٍ : عَنِ النَّائِمِ حَتَّى يَسْتَيْقِظَ ، وَعَنِ الصَّغِيرِ حَتَّى يَكْبُرَ ، وَعَنِ الْمَجْنُونِ حَتَّى يَعْقِلَ أَوْ يُفِيقَ.

“Aişə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Üç nəfərin üzərindən qələm qaldırılmışdır: oyanana qədər yatandan, böyüyənə qədər uşaqdan və ağıllanana və ya o hal ondan gedənə qədər dəlidən”.”

Aişə
Nəsəi, 3432 (Talaq, 44)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ الأَعْلَى ، قَالَ : - سُئِلَ هِشَامٌ عَنِ الرَّجُلِ يَقْذِفُ امْرَأَتَهُ - فَحَدَّثَنَا هِشَامٌ ، عَنْ مُحَمَّدٍ ، قَالَ : سَأَلْتُ أَنَسَ بْنَ مَالِكٍ ، عَنْ ذَلِكَ وَأَنَا أَرَى أَنَّ عِنْدَهُ مِنْ ذَلِكَ عِلْمًا ، فَقَالَ : إِنَّ هِلاَلَ بْنَ أُمَيَّةَ قَذَفَ امْرَأَتَهُ بِشَرِيكِ بْنِ السَّحْمَاءِ ، وَكَانَ أَخُو الْبَرَاءِ بْنِ مَالِكٍ لأُمِّهِ ، وَكَانَ أَوَّلَ مَنْ لاَعَنَ ، فَلاَعَنَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بَيْنَهُمَا ، ثُمَّ قَالَ : ابْصُرُوهُ ، فَإِنْ جَاءَتْ بِهِ أَبْيَضَ سَبِطًا قَضِيءَ الْعَيْنَيْنِ فَهُوَ لِهِلاَلِ بْنِ أُمَيَّةَ ، وَإِنْ جَاءَتْ بِهِ أَكْحَلَ جَعْدًا أَحْمَشَ السَّاقَيْنِ فَهُوَ لِشَرِيكِ بْنِ السَّحْمَاءِ ، قَالَ : فَأُنْبِئْتُ أَنَّهَا جَاءَتْ بِهِ أَكْحَلَ جَعْدًا أَحْمَشَ السَّاقَيْنِ.

“Rəvayət edilir ki, Muhəmməd ﵀ demişdir: “Mən Ənəs ibn Malikdən zövcəsi başqa kişi ilə zina edən adam haqda soruşdum. Mən onun bu məsələdə elminin olduğunu təxmin edirdim. Ənəs dedi: “Hilal ibn Umeyyə zövcəsinin Şərik ibn Səhmə ilə zina etdiyini iddia etdi. Şərik ibn Səhmə Bəra ibn Malikin anabir qardaşı idi. O, İslamda qarşılıqlı lənətləşən ilk adam idi. Allah Elçisi onları qarşılıqlı olaraq lənətləşdirdi, sonra buyurdu: “Doğulacaq uşağa diqqət edin! Əgər uşaq dərisi ağ, saçı düz və gözü kiçik olarsa, bu uşaq Hilal ibn Umeyyənin uşağıdır. Əgər doğulacaq uşaq gözləri sürməli, qıvrım saçlı və nazik baldırlı olarsa, bu uşaq Şərik ibn Səhmənin uşağıdır”. Ravi deyir: “Uşaq doğulduqda mənə onun gözlərinin sürməli, qıvrım saçlı və nazik baldırlı olması xəbəri çatdı”.”

Muhəmməd
Nəsəi, 3468 (Talaq, 80)Səhih

أَخْبَرَنَا عِمْرَانُ بْنُ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا مَخْلَدُ بْنُ حُسَيْنٍ الأَزْدِيُّ ، قَالَ : حَدَّثَنَا هِشَامُ بْنُ حَسَّانَ ، عَنْ مُحَمَّدِ بْنِ سِيرِينَ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : إِنَّ أَوَّلَ لِعَانٍ كَانَ فِي الإِسْلاَمِ أَنَّ هِلاَلَ بْنَ أُمَيَّةَ قَذَفَ شَرِيكَ بْنَ السَّحْمَاءِ بِامْرَأَتِهِ ، فَأَتَى النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَأَخْبَرَهُ بِذَلِكَ ، فَقَالَ لَهُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أَرْبَعَةَ شُهَدَاءَ وَإِلاَّ فَحَدٌّ فِي ظَهْرِكَ يُرَدِّدُ ذَلِكَ عَلَيْهِ مِرَارًا ، فَقَالَ لَهُ هِلاَلٌ : وَاللَّهِ يَا رَسُولَ اللهِ ، إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ لَيَعْلَمُ أَنِّي صَادِقٌ ، وَلَيُنْزِلَنَّ اللَّهُ عَزَّ وَجَلَّ عَلَيْكَ مَا يُبَرِّئُ ظَهْرِي مِنَ الْجَلْدِ ، فَبَيْنَمَا هُمْ كَذَلِكَ إِذْ نَزَلَتْ عَلَيْهِ آيَةُ اللِّعَانِ {وَالَّذِينَ يَرْمُونَ أَزْوَاجَهُمْ} إِلَى آخِرِ الآيَةِ ، فَدَعَا هِلاَلاً فَشَهِدَ أَرْبَعَ شَهَادَاتٍ بِاللَّهِ إِنَّهُ لَمِنَ الصَّادِقِينَ ، وَالْخَامِسَةُ أَنَّ لَعْنَةَ اللهِ عَلَيْهِ إِنْ كَانَ مِنَ الْكَاذِبِينَ ، ثُمَّ دُعِيَتِ الْمَرْأَةُ فَشَهِدَتْ أَرْبَعَ شَهَادَاتٍ بِاللَّهِ إِنَّهُ لَمِنَ الْكَاذِبِينَ ، فَلَمَّا أَنْ كَانَ فِي الرَّابِعَةِ أَوِ الْخَامِسَةِ قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : وَقِّفُوهَا فَإِنَّهَا مُوجِبَةٌ ، فَتَلَكَّأَتْ حَتَّى مَا شَكَكْنَا أَنَّهَا سَتَعْتَرِفُ ، ثُمَّ قَالَتْ : لاَ أَفْضَحُ قَوْمِي سَائِرَ الْيَوْمِ ، فَمَضَتْ عَلَى الْيَمِينِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : انْظُرُوهَا ، فَإِنْ جَاءَتْ بِهِ أَبْيَضَ سَبِطًا قَضِيءَ الْعَيْنَيْنِ فَهُوَ لِهِلاَلِ بْنِ أُمَيَّةَ ، وَإِنْ جَاءَتْ بِهِ آدَمَ جَعْدًا رَبْعًا حَمْشَ السَّاقَيْنِ فَهُوَ لِشَرِيكِ بْنِ السَّحْمَاءِ ، فَجَاءَتْ بِهِ آدَمَ جَعْدًا رَبْعًا حَمْشَ السَّاقَيْنِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لَوْلاَ مَا سَبَقَ فِيهَا مِنْ كِتَابِ اللهِ لَكَانَ لِي وَلَهَا شَأْنٌ قَالَ الشَّيْخُ وَالْقَضِئُ طَوِيلُ شَعْرِ الْعَيْنَيْنِ ، لَيْسَ بِمَفْتُوحِ الْعَيْنِ وَلاَ جَاحِظِهِمَا ، وَاللَّهُ سُبْحَانَهُ وَتَعَالَى أَعْلَمُ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “İslamda ilk lənətləşmə Hilal ibn Umeyyənin Şərik ibn Səhmə ilə zövcəsinin zina etməsi məsələsi idi. Hilal Peyğəmbərin ﷺ yanına gəlib bu haqda ona xəbər verdi. Peyğəmbər ﷺ ona buyurdu: “Sən dörd şahid gətirməlisən, əks təqdirdə kürəyinə hədd cəzası olaraq şallaq vurulacaq”. Allah Elçisi ﷺ sözünü bir neçə dəfə təkrarladı. Hilal isə dedi: “Allaha and olsun, ey Allahın Elçisi! Allah ﷿ da bilir ki, doğru söyləyirəm. Allah ﷿ kürəyimi hədd cəzasından qurtaracaq ayələr nazil edəcək”. Bu əsnada lənətləşmə ayəsi nazil oldu: “Arvadlarını zinada günahlandırıb özlərindən başqa şahidləri olmayanların hər birinin şahidliyi, özünün doğru danışanlardan olmasına dair dörd dəfə Allahı şahid tutması, beşinci dəfə isə: “Əgər yalan danışanlardandırsa, Allah ona lənət eləsin!”, – deməsidir. Qadının da ərinin yalan danışanlardan olduğuna dair dörd dəfə Allahı şahid tutması cəzanı ondan dəf edər. Beşinci dəfə: “Əgər ər doğru danışanlardandırsa, Allah o qadına lənət eləsin!”, – deməlidir”. (ən-Nur, 6-9). Bundan sonra Allah Elçisi ﷺ Hilalı çağırdı. Hilal da dörd dəfə doğru söylədiyinə dair Allaha and içərək şahidlik etdi. Beşinci dəfə isə əgər yalan danışırsa, Allahın lənətinin öz üzərinə olmasını istədi. Sonra qadın çağırıldı. Qadın da dörd dəfə yalan demədiyinə dair Allaha and içərək şahidlik etdi. Dördüncü və ya beşinci dəfə and içərkən Allah Elçisi ﷺ orada olanlara buyurdu: “Qadını dayandırın! Çünki bu beşinci and əzabı vacib edir”. Qadın bir az dayandı və biz qadının günahını etiraf edəcəyini sandıq, lakin qadın: “Mən qövmümü indən belə rüsvay edən deyiləm”, - dedi və andını tamamladı. Sonra Allah Elçisi ﷺ buyurdu: “Doğulacaq uşağa diqqət edin! Əgər uşaq ağdərili, saçı düz və gözü kiçik olarsa, bu uşaq Hilal ibn Umeyyənin uşağıdır. Əgər doğulacaq uşaq gözləri sürməli, ortaboylu və incə baldırlı olarsa, bu uşaq Şərik ibn Səhmənin uşağıdır”. Uşaq doğulduqda onun gözləri sürməli, ortaboylu və nazik baldırlı oldu”. Allah Elçisi ﷺ buyurdu: “Əgər Allahın Kitabında lənətləşmə hökmü əvvəlcədən nazil edilmiş olmasaydı, mən o qadınla başqa cür davranardım (zinanın cəzası olaraq daşqalaq hökmünü tətbiq edərdim)”.”

Ənəs ibn Malik
Nəsəi, 3469 (Talaq, 81)Səhih

أَخْبَرَنَا عِيسَى بْنُ حَمَّادٍ ، قَالَ : أَنْبَأَنَا اللَّيْثُ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْقَاسِمِ ، عَنِ الْقَاسِمِ بْنِ مُحَمَّدٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّهُ قَالَ : ذُكِرَ التَّلاَعُنُ عِنْدَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ عَاصِمُ بْنُ عَدِيٍّ فِي ذَلِكَ قَوْلاً ثُمَّ انْصَرَفَ ، فَأَتَاهُ رَجُلٌ مِنْ قَوْمِهِ يَشْكُو إِلَيْهِ أَنَّهُ وَجَدَ مَعَ امْرَأَتِهِ رَجُلاً ، قَالَ عَاصِمٌ : مَا ابْتُلِيتُ بِهَذَا إِلاَّ بِقَوْلِي : فَذَهَبَ بِهِ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَأَخْبَرَهُ بِالَّذِي وَجَدَ عَلَيْهِ امْرَأَتَهُ ، وَكَانَ ذَلِكَ الرَّجُلُ مُصْفَرًّا قَلِيلَ اللَّحْمِ سَبِطَ الشَّعْرِ ، وَكَانَ الَّذِي ادَّعَى عَلَيْهِ أَنَّهُ وَجَدَهُ عِنْدَ أَهْلِهِ آدَمَ خَدْلاً كَثِيرَ اللَّحْمِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : اللَّهُمَّ بَيِّنْ ، فَوَضَعَتْ شَبِيهًا بِالرَّجُلِ الَّذِي ذَكَرَ زَوْجُهَا أَنَّهُ وَجَدَهُ عِنْدَهَا ، فَلاَعَنَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بَيْنَهُمَا فَقَالَ رَجُلٌ لاِبْنِ عَبَّاسٍ فِي الْمَجْلِسِ : أَهِيَ الَّتِي قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لَوْ رَجَمْتُ أَحَدًا بِغَيْرِ بَيِّنَةٍ رَجَمْتُ هَذِهِ ؟ قَالَ ابْنُ عَبَّاسٍ : لاَ ، تِلْكَ امْرَأَةٌ كَانَتْ تُظْهِرُ فِي الإِسْلاَمِ الشَّرَّ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisinin ﷺ yanında lənətləşmə haqda qarşılıqlı lənətləşmədən bəhs edildikdə Asim ibn Adiy bu mövzuda bir şey deyib getdi. Sonra onun qövmündən bir nəfər gələrək zövcəsinin yanında bir kişini tutduğunu söylədi. Asim dedi: “Başıma gələn bu bəla dediyim o sözlərə görədir”. Asim o adamı Allah Elçisinin ﷺ yanına apardı. Həmin adam zövcəsinin halı haqda danışdı. Bu adam sarışın, az ətli və saçı düz bir adam idi. Zövcəsi ilə birlikdə olan adam isə dərisi tünd, qalın baldırlı və kök bir adam idi. Allah Elçisi ﷺ də: “Allahım, həqiqəti üzə çıxart!”, - deyə dua etdi. Sonra o qadın ərinin tutduğunu iddia etdiyi adama bənzəyən bir uşaq dünyaya gətirdi. Allah Elçisi ﷺ bu ər-arvad arasında lənətləşmə etdirdi. Orada olanlardan biri İbn Abbasdan Allah Elçisinin ﷺ: “Əgər mən dəlil-sübutsuz kimisə daşqalaq etdirsəydim, bu qadını etdirərdim” dediyi qadın bu qadın idi?”, – deyə soruşdu. İbn Abbas isə dedi: “Xeyr, o qadın İslamda pislikləri ortaya qoyan bir qadın idi”.”

İbn Abbas
Nəsəi, 3470 (Talaq, 82)Səhih

أَخْبَرَنَا يَحْيَى بْنُ مُحَمَّدِ بْنِ السَّكَنِ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَهْضَمٍ ، عَنْ إِسْمَعِيلَ بْنِ جَعْفَرٍ ، عَنْ يَحْيَى ، قَالَ : سَمِعْتُ عَبْدَ الرَّحْمَنِ بْنَ الْقَاسِمِ ، يُحَدِّثُ عَنْ أَبِيهِ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَبَّاسٍ ، أَنَّهُ قَالَ : ذُكِرَ التَّلاَعُنُ عِنْدَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ عَاصِمُ بْنُ عَدِيٍّ فِي ذَلِكَ قَوْلاً ثُمَّ انْصَرَفَ ، فَلَقِيَهُ رَجُلٌ مِنْ قَوْمِهِ فَذَكَرَ أَنَّهُ وَجَدَ مَعَ امْرَأَتِهِ رَجُلاً ، فَذَهَبَ بِهِ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَأَخْبَرَهُ بِالَّذِي وَجَدَ عَلَيْهِ امْرَأَتَهُ ، وَكَانَ ذَلِكَ الرَّجُلُ مُصْفَرًّا قَلِيلَ اللَّحْمِ سَبِطَ الشَّعْرِ ، وَكَانَ الَّذِي ادَّعَى عَلَيْهِ أَنَّهُ وَجَدَ عِنْدَ أَهْلِهِ آدَمَ خَدْلاً كَثِيرَ اللَّحْمِ جَعْدًا قَطَطًا ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : اللَّهُمَّ بَيِّنْ ، فَوَضَعَتْ شَبِيهًا بِالَّذِي ذَكَرَ زَوْجُهَا أَنَّهُ وَجَدَهُ عِنْدَهَا ، فَلاَعَنَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بَيْنَهُمَا فَقَالَ رَجُلٌ لاِبْنِ عَبَّاسٍ فِي الْمَجْلِسِ : أَهِيَ الَّتِي قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لَوْ رَجَمْتُ أَحَدًا بِغَيْرِ بَيِّنَةٍ رَجَمْتُ هَذِهِ ؟ قَالَ ابْنُ عَبَّاسٍ : لاَ ، تِلْكَ امْرَأَةٌ كَانَتْ تُظْهِرُ الشَّرَّ فِي الإِسْلاَمِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisinin ﷺ yanında qarşılıqlı lənətləşmədən bəhs edildikdə Asim ibn Adiy bu mövzuda bir şey deyib getdi. Bir az vaxt keçdikdən sonra qövmündən bir nəfər onunla rastlaşıb zövcəsinin yanında bir kişini tutduğunu söylədi. Asim o adamla birlikdə Allah Elçisinin ﷺ yanına gəldi. Həmin adam zövcəsinin hansı halda olduğu haqda Allah Elçisinə ﷺ məlumat verdi. Qadının əri sarışın, zəif və saçı düz bir adam idi. Zövcəsinin yanında tutduğu adam isə qaraşın, qalın baldırlı və qıvrımsaç adam idi. Allah Elçisi ﷺ də: “Allahım, həqiqəti üzə çıxart!” deyə dua etdi. Sonra o qadın zina edən adama bənzəyən bir uşaq dünyaya gətirdi. Allah Elçisi ﷺ də bu qadınla əri arasında lənətləşmə etdirdi. Orada olanlardan biri İbn Abbasdan Allah Elçisinin ﷺ: “Əgər mən dəlil-sübutsuz kimisə daşqalaq etdirsəydim, bu qadını etdirərdim” dediyi qadın bu qadın idi?”, – deyə soruşdu. İbn Abbas isə dedi: “Xeyr, o qadın İslamda ilk pislikləri ortaya qoyan bir qadın idi”.”

İbn Abbas
Nəsəi, 3471 (Talaq, 83)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ بَزِيعٍ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ ، قَالَ : حَدَّثَنَا مَعْمَرٌ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : جَاءَ رَجُلٌ مِنْ بَنِي فَزَارَةَ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : إِنَّ امْرَأَتِي وَلَدَتْ غُلاَمًا أَسْوَدَ وَهُوَ يُرِيدُ الاِنْتِفَاءَ مِنْهُ ، فَقَالَ : هَلْ لَكَ مِنْ إِبِلٍ ؟ قَالَ : نَعَمْ ، قَالَ : مَا أَلْوَانُهَا ؟ قَالَ : حُمْرٌ ، قَالَ : هَلْ فِيهَا مِنْ أَوْرَقَ ؟ قَالَ : فِيهَا ذَوْدُ وُرْقٍ ، قَالَ : فَمَا ذَاكَ تُرَى ؟ قَالَ : لَعَلَّهُ أَنْ يَكُونَ نَزَعَهَا عِرْقٌ ، قَالَ : فَلَعَلَّ هَذَا أَنْ يَكُونَ نَزَعَهُ عِرْقٌ . قَالَ : فَلَمْ يُرَخِّصْ لَهُ فِي الاِنْتِفَاءِ مِنْهُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bəni Fəzəra tayfasından bir kişi Peyğəmbərin ﷺ yanına gələrək: “Mənim arvadım qaradərili bir oğlan uşağı dünyaya gətirib”, - deyib uşaqdan imtina etmək istədi. Allah Elçisi ﷺ buyurdu: “Sənin dəvələrin varmı?” O kişi dedi: “Bəli”. Allah Elçisi ﷺ buyurdu: “Onların rəngləri necədir?” O dedi: “Qırmızı”. Allah Elçisi ﷺ buyurdu: “Onların arasında boz rəngdə olanı var?” O dedi: “Bəli, onların arasında boz rəngdə olanları da var”. Allah Elçisi ﷺ buyurdu: “O boz rəngdə olan dəvə haradan gəlib?” O dedi: “Yəqin nəslindən birinə çəkib”. Allah Elçisi ﷺ buyurdu: “Beləcə oğlun da nəslindən birinə çəkib”. Beləcə, Allah Elçisi ﷺ o kişinin öz uşağından imtina etməsinə imkan vermədi”.”

Əbu Hureyra
Nəsəi, 3479 (Talaq, 91)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ الْمُغِيرَةِ ، قَالَ : حَدَّثَنَا أَبُو حَيْوَةَ حِمْصِيٌّ ، قَالَ : حَدَّثَنَا شُعَيْبُ بْنُ أَبِي حَمْزَةَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : بَيْنَمَا نَحْنُ عِنْدَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَامَ رَجُلٌ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، إِنِّي وُلِدَ لِي غُلاَمٌ أَسْوَدُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : فَأَنَّى كَانَ ذَلِكَ ؟ قَالَ : مَا أَدْرِي ، قَالَ : فَهَلْ لَكَ مِنْ إِبِلٍ ؟ قَالَ : نَعَمْ ، قَالَ : فَمَا أَلْوَانُهَا ؟ قَالَ : حُمْرٌ ، قَالَ : فَهَلْ فِيهَا جَمَلٌ أَوْرَقُ ؟ قَالَ : فِيهَا إِبِلٌ وُرْقٌ ، قَالَ : فَأَنَّى كَانَ ذَلِكَ قَالَ : مَا أَدْرِي يَا رَسُولَ اللهِ ، إِلاَّ أَنْ يَكُونَ نَزَعَهُ عِرْقٌ ، قَالَ : وَهَذَا لَعَلَّهُ نَزَعَهُ عِرْقٌ ، فَمِنْ أَجْلِهِ قَضَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، هَذَا لاَ يَجُوزُ لِرَجُلٍ أَنْ يَنْتَفِيَ مِنْ وَلَدٍ وُلِدَ عَلَى فِرَاشِهِ ، إِلاَّ أَنْ يَزْعُمَ أَنَّهُ رَأَى فَاحِشَةً.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir dəfə biz Allah Elçisinin ﷺ yanında olanda bir kişi ayağa duraraq dedi: “Ey Allahın Elçisi, mənim qaradərili bir oğlan uşağım dünyaya gəlib”. Allah Elçisi ﷺ buyurdu: “O rəng haradan gəlib?” Kişi dedi: “Mən bilmirəm”. Allah Elçisi ﷺ buyurdu: “Sənin dəvələrin varmı?” O dedi: “Bəli”. Allah Elçisi ﷺ buyurdu: “Onların rəngləri nədir?” O buyurdu: “Qırmızı”. Allah Elçisi ﷺ buyurdu: “Onların arasında boz rəngli dəvə varmı?” O dedi: “Bəli, onların arasında boz rəngdə olanları da var”. Allah Elçisi ﷺ buyurdu: “Bəs o dəvə haradan gəlib?” O dedi: “Mən bilmirəm, ey Allahın Elçisi! Yəqin nəslindən birinə çəkib”. Allah Elçisi ﷺ buyurdu: “Ola bilər ki, bu uşaq da nəslindən birinə çəkib”. Sonra Allah Elçisi ﷺ bir kişinin öz zövcəsinin dünyaya gətirdiyi bir uşağın zina etdiyini görmədikcə inkar edərək qəbul etməməsinin mümkün olmadığı haqda hökm verdi“.”

Əbu Hureyra
Nəsəi, 3480 (Talaq, 92)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ عَبْدِ الْحَكَمِ ، قَالَ : شُعَيْبٌ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ ابْنِ الْهَادِ ، عَنْ عَبْدِ اللهِ بْنِ يُونُسَ ، عَنْ سَعِيدِ بْنِ أَبِي سَعِيدٍ الْمَقْبُرِيِّ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّهُ سَمِعَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَقُولُ حِينَ نَزَلَتْ آيَةُ الْمُلاَعَنَةِ : أَيُّمَا امْرَأَةٍ أَدْخَلَتْ عَلَى قَوْمٍ رَجُلاً لَيْسَ مِنْهُمْ فَلَيْسَتْ مِنَ اللهِ فِي شَيْءٍ ، وَلاَ يُدْخِلُهَا اللَّهُ جَنَّتَهُ ، وَأَيُّمَا رَجُلٍ جَحَدَ وَلَدَهُ وَهُوَ يَنْظُرُ إِلَيْهِ ، احْتَجَبَ اللَّهُ عَزَّ وَجَلَّ مِنْهُ وَفَضَحَهُ عَلَى رُؤُوسِ الأَوَّلِينَ وَالآخِرِينَ يَوْمَ الْقِيَامَةِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ lənətləşmə ayəsi nazil olduqda Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişdir: “Qadın ailəsindən olmayan bir kişini evinə salıb onunla zina edərsə, onun Allahdan bir şey istəməyə haqqı yoxdur. Allah onu Cənnətinə salmaz. Göz görə-görə övladını inkar edən kişinin gözünə Allah ﷿ pərdə çəkər, Qiyamət günü keçmiş və gələcək toplumların qarşısında onu rüsvay edər”.”

Əbu Hureyra
Nəsəi, 3481 (Talaq, 93)Zəif

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : اخْتَصَمَ سَعْدُ بْنُ أَبِي وَقَّاصٍ وَعَبْدُ بْنُ زَمْعَةَ فِي غُلاَمٍ ، فَقَالَ سَعْدٌ : هَذَا يَا رَسُولَ اللهِ ابْنُ أَخِي عُتْبَةَ بْنِ أَبِي وَقَّاصٍ عَهِدَ إِلَيَّ أَنَّهُ ابْنُهُ انْظُرْ إِلَى شَبَهِهِ ، وَقَالَ عَبْدُ بْنُ زَمْعَةَ : أَخِي وُلِدَ عَلَى فِرَاشِ أَبِي مِنْ وَلِيدَتِهِ ، فَنَظَرَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ إِلَى شَبَهِهِ فَرَأَى شَبَهًا بَيِّنًا بِعُتْبَةَ ، فَقَالَ : هُوَ لَكَ يَا عَبْدُ ، الْوَلَدُ لِلْفِرَاشِ وَلِلْعَاهِرِ الْحَجَرُ ، وَاحْتَجِبِي مِنْهُ يَا سَوْدَةُ بِنْتُ زَمْعَةَ فَلَمْ يَرَ سَوْدَةَ قَطُّ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Səd ibn Əbu Vaqqas ilə Abd ibn Zəm'a bir oğlan uşağının nəsəbi haqqında münaqişə etdilər. Səd dedi: “Ey Allahın Elçisi, bu uşaq qardaşım Utbə ibn Əbu Vaqqasın oğludur. Onun nəsəbinin mənə aid olmasını vəsiyyət etdi. Görün ona necə oxşayır!” Abd ibn Zəm'a dedi: “Bu mənim qardaşımdır. Atamın yatağında atamın cariyəsindən doğulub”. Allah Elçisi ﷺ uşağın kimə oxşadığına baxdıqda onun Utbəyə oxşadığını gördü və buyurdu: “O sənə məxsusdur, ey Abd! Uşaq yataq sahibinə məxsusdur. Zina edən isə tərk olunur. Ey Səudə bint Zəm'a, artıq onun yanında örtün!” Abdur-Rahmən artıq Səudəni görmədi”.”

Aişə
Nəsəi, 3484 (Talaq, 96)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا جَرِيرٌ ، عَنْ مَنْصُورٍ ، عَنْ مُجَاهِدٍ ، عَنْ يُوسُفَ بْنِ الزُّبَيْرِ ، مَوْلًى لَهُمْ ، عَنْ عَبْدِ اللهِ بْنِ الزُّبَيْرِ ، قَالَ : كَانَتْ لِزَمْعَةَ جَارِيَةٌ يَطَؤُهَا هُوَ ، وَكَانَ يَظُنُّ بِآخَرَ يَقَعُ عَلَيْهَا ، فَجَاءَتْ بِوَلَدٍ شِبْهِ الَّذِي كَانَ يَظُنُّ بِهِ ، فَمَاتَ زَمْعَةُ وَهِيَ حُبْلَى ، فَذَكَرَتْ ذَلِكَ سَوْدَةُ لِرَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : الْوَلَدُ لِلْفِرَاشِ ، وَاحْتَجِبِي مِنْهُ يَا سَوْدَةُ فَلَيْسَ لَكِ بِأَخٍ.

“Rəvayət edilir ki, Abdullah ibn əz-Zubeyr ﵄ demişdir: “Zəm'anın cinsi yaxınlıq etdiyi bir cariyəsi var idi, lakin başqasının da onunla cinsi yaxınlıq etdiyini zənn edirdi. Cariyə Zəm'anın zənn etdiyi adama oxşar bir uşaq doğdu. Zəm'a özü cariyə hamilə olanda vəfat etmişdi. Səudə isə bu vəziyyəti Allah Elçisinə ﷺ bildirdi. Allah Elçisi ﷺ buyurdu: “Uşaq yataq sahibinə məxsusdur. Ey Səudə, artıq ondan uzaq dur və örtün, çünki o sənin qardaşın deyil”.”

Abdullah ibn əz-Zubeyr
Nəsəi, 3485 (Talaq, 97)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنِ الأَجْلَحِ ، عَنِ الشَّعْبِيِّ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي الْخَلِيلِ ، عَنْ زَيْدِ بْنِ أَرْقَمَ ، قَالَ : كُنْتُ عِنْدَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَعَلِيٌّ رَضِيَ اللَّهُ عَنْهُ يَوْمَئِذٍ بِالْيَمَنِ ، فَأَتَاهُ رَجُلٌ فَقَالَ : شَهِدْتُ عَلِيًّا أُتِيَ فِي ثَلاَثَةِ نَفَرٍ ادَّعَوْا وَلَدَ امْرَأَةٍ ، فَقَالَ عَلِيٌّ لأَحَدِهِمْ : تَدَعُهُ لِهَذَا ؟ فَأَبَى وَقَالَ لِهَذَا : تَدَعُهُ لِهَذَا ؟ فَأَبَى ، وَقَالَ لِهَذَا : تَدَعُهُ لِهَذَا ؟ فَأَبَى ، قَالَ عَلِيٌّ رَضِيَ اللَّهُ عَنْهُ : أَنْتُمْ شُرَكَاءُ مُتَشَاكِسُونَ وَسَأَقْرَعُ بَيْنَكُمْ ، فَأَيُّكُمْ أَصَابَتْهُ الْقُرْعَةُ فَهُوَ لَهُ وَعَلَيْهِ ثُلُثَا الدِّيَةِ ، فَضَحِكَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ حَتَّى بَدَتْ نَوَاجِذُهُ

“Rəvayət edilir ki, Zeyd ibn Ərqam ﵁ demişdir: “Bir dəfə mən Allah Elçisinin ﷺ yanında idim. Həmin günlərdə Əli ﵁ Yəməndə idi. Bir kişi Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Mən Əlinin yanına üç nəfərin bir qadının uşağını üçün gəldiyinin şahidi oldum”. Əli onlardan birinə dedi: “Uşağı digərinə ver!” Onlar bunu qəbul etmədilər. Onda Əli dedi: “Yaxşı, onda bunda qalsın”. Onlar bu təklifi də qəbul etmədilər. Əli dedi: “Onda üçüncü adama verin!” Onlar yenə qəbul etmədilər. Əli ﵁ dedi: “Siz razılığıa gəlməyən üç şəriksiniz. Aranızda püşk atacağam, püşk kimə düşsə, uşaq da onun olacaq. Həmin adam da üçdə iki qanbahası ödəyəcək”. Allah Elçisi ﷺ bunu eşitdikdə azı dişləri görünənə qədər güldü”.”

Zeyd ibn Ərqam
Nəsəi, 3490 (Talaq, 102)Səhih

أَخْبَرَنَا مَحْمُودُ بْنُ غَيْلاَنَ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عُثْمَانَ الْبَتِّيِّ ، عَنْ عَبْدِ الْحَمِيدِ بْنِ سَلَمَةَ الأَنْصَارِيِّ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ : أَنَّهُ أَسْلَمَ وَأَبَتْ امْرَأَتُهُ أَنْ تُسْلِمَ ، فَجَاءَ ابْنٌ لَهُمَا صَغِيرٌ لَمْ يَبْلُغِ الْحُلُمَ ، فَأَجْلَسَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ الأَبَ هَاهُنَا وَالأُمَّ هَاهُنَا ثُمَّ خَيَّرَهُ ، فَقَالَ : اللَّهُمَّ اهْدِهِ فَذَهَبَ إِلَى أَبِيهِ.

“Abdul-Həmid ibn Sələmə əl-Ənsari atasından və babasından ﵄ rəvayət edir ki, müsəlman olduqda zövcəsi İslamı qəbul etməmişdi. Onların kiçik və həddi-büluğa çatmayan bir oğlan uşaqları var idi. Peyğəmbər ﷺ ananı bir tərəfdə, atanı digər tərəfdə oturtdu. Sonra da uşağı seçim etməkdə sərbəst buraxdı və belə dua etdi: “Allahım, ona doğru olanı göstər!” Uşaq da atasını seçdi.”

Abdul-Həmid ibn Sələmə əl-Ənsari atasından və babasından
Nəsəi, 3495 (Talaq, 107)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا ابْنُ جُرَيْجٍ ، قَالَ : أَخْبَرَنِي زِيَادٌ ، عَنْ هِلاَلِ بْنِ أُسَامَةَ ، عَنْ أَبِي مَيْمُونَةَ ، قَالَ : بَيْنَا أَنَا عِنْدَ أَبِي هُرَيْرَةَ ، فَقَالَ : إِنَّ امْرَأَةً جَاءَتْ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَقَالَتْ : فِدَاكَ أَبِي وَأُمِّي ، إِنَّ زَوْجِي يُرِيدُ أَنْ يَذْهَبَ بِابْنِي وَقَدْ نَفَعَنِي وَسَقَانِي مِنْ بِئْرِ أَبِي عِنَبَةَ ، فَجَاءَ زَوْجُهَا وَقَالَ : مَنْ يُخَاصِمُنِي فِي ابْنِي ؟ فَقَالَ : يَا غُلاَمُ ، هَذَا أَبُوكَ وَهَذِهِ أُمُّكَ فَخُذْ بِيَدِ أَيِّهِمَا شِئْتَ ، فَأَخَذَ بِيَدِ أُمِّهِ ، فَانْطَلَقَتْ بِهِ.

“Rəvayət edilir ki, Əbu Məymunə ﵀ demişdir: “Bir dəfə mən Əbu Hureyranın yanında idim. O dedi: “Bir dəfə bir qadın Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Atam-anam sənə fəda olsun! Mənim ərim oğlumu məndən almaq istəyir, mənə isə yemək və içmək üçün Əbu İnabə quyusunu verir”. Sonra qadının əri gəlib dedi: “Oğlum məsələsində kim mənimlə mübahisə edir?” Allah Elçisi ﷺ buyurdu: “Ay uşaq, bu atan, bu da anandır. Hansını istəyirsənsə, onun əlindən tut!” Uşaq da anasının əlindən tutdu. Anası da onu götürüb getdi”.”

Əbu Məymunə
Nəsəi, 3496 (Talaq, 108)Səhih

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ قُدَامَةَ ، قَالَ : أَخْبَرَنِي جَرِيرٌ ، عَنْ مَنْصُورٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ ، عَنْ أَبِي السَّنَابِلِ ، قَالَ : وَضَعَتْ سُبَيْعَةُ حَمْلَهَا بَعْدَ وَفَاةِ زَوْجِهَا بِثَلاَثَةٍ وَعِشْرِينَ أَوْ خَمْسَةٍ وَعِشْرِينَ لَيْلَةً ، فَلَمَّا تَعَلَّتْ تَشَوَّفَتْ لِلأَزْوَاجِ فَعِيبَ ذَلِكَ عَلَيْهَا ، فَذُكِرَ ذَلِكَ لِرَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَقَالَ : مَا يَمْنَعُهَا ، قَدْ انْقَضَى أَجَلُهَا.

“Rəvayət edilir ki, Əbus-Sənabil ﵁ demişdir: “Subey'a ərinin vəfat etməsindən iyirmi üç və ya iyirmi beş gün sonra uşaq dünyaya gətirdi. O, nifas halı bitdikdən sonra ərə getmək istədi, lakin onun bu istəyi ayıb sayıldı. Bu hadisə Allah Elçisinə ﷺ deyildikdə o buyurdu: “Onun evlənməsinin qarşısını alacaq bir şey yoxdur, çünki o, uşağını dünyaya gətirmişdir”.”

Əbus-Sənabil
Nəsəi, 3508 (Talaq, 120)Səhih

أَخْبَرَنَا مَحْمُودُ بْنُ غَيْلاَنَ ، قَالَ : حَدَّثَنَا أَبُو دَاوُدَ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، قَالَ : أَخْبَرَنِي عَبْدُ رَبِّهِ بْنُ سَعِيدٍ ، قَالَ : سَمِعْتُ أَبَا سَلَمَةَ ، يَقُولُ : اخْتَلَفَ أَبُو هُرَيْرَةَ وَابْنُ عَبَّاسٍ فِي الْمُتَوَفَّى عَنْهَا زَوْجُهَا إِذَا وَضَعَتْ حَمْلَهَا ، قَالَ أَبُو هُرَيْرَةَ : تُزَوَّجُ ، وَقَالَ ابْنُ عَبَّاسٍ : أَبْعَدَ الأَجَلَيْنِ ؟ فَبَعَثُوا إِلَى أُمِّ سَلَمَةَ ، فَقَالَتْ : تُوُفِّيَ زَوْجُ سُبَيْعَةَ فَوَلَدَتْ بَعْدَ وَفَاةِ زَوْجِهَا بِخَمْسَةَ عَشَرَ نِصْفِ شَهْرٍ ، قَالَتْ : فَخَطَبَهَا رَجُلاَنِ فَحَطَّتْ بِنَفْسِهَا إِلَى أَحَدِهِمَا ، فَلَمَّا خَشُوا أَنْ تَفْتَاتَ بِنَفْسِهَا ، قَالُوا : إِنَّكِ لاَ تَحِلِّينَ ، قَالَتْ : فَانْطَلَقْتُ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : قَدْ حَلَلْتِ فَانْكِحِي مَنْ شِئْتِ.

“Rəvayət edilir ki, Əbu Sələmə ﵀ demişdir: “Əbu Hureyra və İbn Abbas əri ölən qadının uşaq doğduqdan sonra evlənməsi haqda ixtilaf etdilər. Əbu Hureyra dedi: “O qadın evlənə bilər”. İbn Abbas dedi: “İki gözləmə müddətindən sonra evlənə bilər”. Bu səbəblə Ummu Sələməyə adam göndərib ondan soruşdular. Ummu Sələmə dedi: “Subey'anın əri vəfat etmişdi. Subey'a isə onun vəfatından on beş gün sonra dünyaya uşaq gətirdi. Ona iki kişi elçi düşdü. O da onlardan birini seçdi. O biri kişi və onun yanındakılar onunla evlənə bilmədiyinə görə narahat olub: “Sənin evlənməyin halal deyil”, - dedilər. Subey'a deyir: “Mən də Allah Elçisinin ﷺ yanına getdim və məsələni ona danışdım. Allah Elçisi ﷺ buyurdu: “Sənin evlənməyin halaldır, istədiyinlə evlənə bilərsən”.”

Əbu Sələmə
Nəsəi, 3509 (Talaq, 121)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ وَاللَّفْظُ لِمُحَمَّدٍ ، قَالَ : أَنْبَأَنَا ابْنُ الْقَاسِمِ ، عَنْ مَالِكٍ ، عَنْ عَبْدِ رَبِّهِ بْنِ سَعِيدٍ ، عَنْ أَبِي سَلَمَةَ ، قَالَ : سُئِلَ ابْنُ عَبَّاسٍ ، وَأَبُو هُرَيْرَةَ ، عَنِ الْمُتَوَفَّى عَنْهَا زَوْجُهَا وَهِيَ حَامِلٌ ؟ قَالَ ابْنُ عَبَّاسٍ : آخِرُ الأَجَلَيْنِ ، وَقَالَ أَبُو هُرَيْرَةَ : إِذَا وَلَدَتْ فَقَدْ حَلَّتْ ، فَدَخَلَ أَبُو سَلَمَةَ إِلَى أُمِّ سَلَمَةَ ، فَسَأَلَهَا عَنْ ذَلِكَ ، فَقَالَتْ : وَلَدَتْ سُبَيْعَةُ الأَسْلَمِيَّةُ بَعْدَ وَفَاةِ زَوْجِهَا بِنِصْفِ شَهْرٍ ، فَخَطَبَهَا رَجُلاَنِ أَحَدُهُمَا شَابٌّ وَالآخَرُ كَهْلٌ ، فَحَطَّتْ إِلَى الشَّابِّ ، فَقَالَ الْكَهْلُ : لَمْ تَحْلِلْ ، وَكَانَ أَهْلُهَا غُيَّبًا ، فَرَجَا إِذَا جَاءَ أَهْلُهَا أَنْ يُؤْثِرُوهُ بِهَا ، فَجَاءَتْ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَقَالَ : قَدْ حَلَلْتِ فَانْكِحِي مَنْ شِئْتِ.

“Rəvayət edilir ki, Əbu Sələmə ﵀ demişdir: “İbn Abbas və Əbu Hureyradan hamilə olduğu halda əri ölən qadın haqda soruşuldu. İbn Abbas dedi: “İki gözləmə müddətindən sonra evlənə bilər”. Əbu Hureyra dedi: “Uşağı olduqdan sonra evlənə bilər”. Bu səbəblə Əbu Sələmə Ummu Sələmənin yanına gedib bu haqda ondan soruşdu. Ummu Sələmə dedi: “Subey'a əl-Əsləminin əri vəfat etdikdən on beş gün sonra övladı dünyaya gəlmişdi. Subey'a biri cavan və biri yaşlı olmaqla iki kişi elçi düşdü. O da cavan olanı seçdi. Buna görə də yaşlı olan dedi: “Onun evlənməsi halal deyil”. O vaxt Subey’anın ailəsi orada deyildi. Yaşlı adam Subey’anın ailəsinin gəlib onu seçəcəyini ümid edirdi. Subey'a məsələni Allah Elçisinə ﷺ danışdıqda Allah Elçisi ﷺ buyurdu: “Sənin evlənməyin halaldır, istədiyin kimsə ilə evlənə bilərsən”.”

Əbu Sələmə
Nəsəi, 3510 (Talaq, 122)Səhih

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ بَزِيعٍ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ وَهُوَ ابْنُ زُرَيْعٍ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ أَبِي كَثِيرٍ ، قَالَ : حَدَّثَنِي أَبُو سَلَمَةَ بْنُ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : قِيلَ لاِبْنِ عَبَّاسٍ ، فِي امْرَأَةٍ وَضَعَتْ بَعْدَ وَفَاةِ زَوْجِهَا بِعِشْرِينَ لَيْلَةً : أَيَصْلُحُ لَهَا أَنْ تَزَوَّجَ ؟ قَالَ : لاَ ، إِلاَّ آخِرَ الأَجَلَيْنِ . قَالَ : قُلْتُ : قَالَ اللَّهُ تَبَارَكَ وَتَعَالَى : {وَأُولاَتُ الأَحْمَالِ أَجَلُهُنَّ أَنْ يَضَعْنَ حَمْلَهُنَّ} فَقَالَ : إِنَّمَا ذَلِكَ فِي الطَّلاَقِ ، فَقَالَ أَبُو هُرَيْرَةَ : أَنَا مَعَ ابْنِ أَخِي - يَعْنِي أَبَا سَلَمَةَ - فَأَرْسَلَ غُلاَمَهُ كُرَيْبًا ، فَقَالَ : ائْتِ أُمَّ سَلَمَةَ ، فَسَلْهَا هَلْ كَانَ هَذَا سُنَّةٌ مِنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ؟ فَجَاءَ فَقَالَ : قَالَتْ : نَعَمْ ، سُبَيْعَةُ الأَسْلَمِيَّةُ وَضَعَتْ بَعْدَ وَفَاةِ زَوْجِهَا بِعِشْرِينَ لَيْلَةً ، فَأَمَرَهَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَنْ تَزَوَّجَ فَكَانَ أَبُو السَّنَابِلِ فِيمَنْ يَخْطُبُهَا.

“Rəvayət edilir ki, Sələmə ibn Abdur-Rahmən ﵀ demişdir: “Bir dəfə İbn Abbasdan ərinin vəfatından iyirmi gün sonra doğuş edən qadının evlənib-evlənməyəcəyi soruşuldu. İbn Abbas dedi: “Xeyr, iki gözləmə müddətindən sonra evlənə bilər”. Əbu Sələmə deyir: “Mən dedim: “Bərəkəti Bol və Uca olan Allah buyurur: “Hamilə qadınların gözləmə müddəti onlar hamiləlikdən azad olana qədərdir” (ət-Talaq, 4)”. İbn Abbas dedi: “Bu, boşanma halında olan vəziyyətdir”. Əbu Hureyra dedi: “Mən qardaşım oğlunun rəyindəyəm”. Bundan sonra İbn Abbas köləsi Kureybi göndərərək dedi: “Get Ummu Sələmənin yanına və soruş ki, Allah Elçisinin ﷺ sünnəsində belə bir şey vardırmı?” Kureyb getdi, sonra qayıdıb gəldi və belə dedi: “Ummu Sələmə deyir: “Bəli, Allah Elçisi ﷺ belə etmişdi. Subey'a əl-Əsləmi ərinin vəfatından iyirmi gün sonra övlad dünyaya gətirmişdi. Allah Elçisi ﷺ Subey'anın evlənməsini əmr etdi. Əbus-Sənabil adlı adam isə ona elçi düşənlərdən biri idi”.”

Əbu Sələmə ibn Abdur-Rahmən
Nəsəi, 3511 (Talaq, 123)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ يَحْيَى ، عَنْ سُلَيْمَانَ بْنِ يَسَارٍ ، أَنَّ أَبَا هُرَيْرَةَ وَابْنَ عَبَّاسٍ وَأَبَا سَلَمَةَ بْنَ عَبْدِ الرَّحْمَنِ تَذَاكَرُوا عِدَّةَ الْمُتَوَفَّى عَنْهَا زَوْجُهَا تَضَعُ عِنْدَ وَفَاةِ زَوْجِهَا ، فَقَالَ ابْنُ عَبَّاسٍ : تَعْتَدُّ آخِرَ الأَجَلَيْنِ ، وَقَالَ أَبُو سَلَمَةَ : بَلْ تَحِلُّ حِينَ تَضَعُ ، فَقَالَ أَبُو هُرَيْرَةَ : أَنَا مَعَ ابْنِ أَخِي ، فَأَرْسَلُوا إِلَى أُمِّ سَلَمَةَ ، زَوْجِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَقَالَتْ : وَضَعَتْ سُبَيْعَةُ الأَسْلَمِيَّةُ بَعْدَ وَفَاةِ زَوْجِهَا بِيَسِيرٍ ، فَاسْتَفْتَتْ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَأَمَرَهَا أَنْ تَتَزَوَّجَ.

“Süleyman ibn Yəsar ﵀ rəvayət edir ki, bir dəfə Əbu Hureyra, İbn Abbas və Əbu Sələmə ibn Abdur-Rahmən əri öləndən sonra dünyaya övlad gətirən qadının gözləmə müddəti haqda müzakirə etdilər. İbn Abbas dedi: “İki iddə müddətindən axırıncısını gözləməlidir”. Əbu Sələmə dedi: “Xeyr, doğduqdan sonra evlənə bilər”. Əbu Hureyra dedi: “Mən qardaşım oğlunun rəyindəyəm”. Bu səbəblə Peyğəmbərin ﷺ zövcəsi Ummu Sələməyə xəbər göndərib soruşdular. O isə dedi: “Subey'a əl-Əsləminin ərinin vəfatından qısa müddət sonra övladı olmuşdu və Allah Elçisindən ﷺ dərhal evlənib-evlənməyəcəyi haqda soruşdu. Allah Elçisi ﷺ də onun evlənməsini əmr etdi”.”

Süleyman ibn Yəsar
Nəsəi, 3512 (Talaq, 124)Səhih

أَخْبَرَنَا عَبْدُ الأَعْلَى بْنُ وَاصِلِ بْنِ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ آدَمَ ، عَنْ سُفْيَانَ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ سُلَيْمَانَ بْنِ يَسَارٍ ، عَنْ كُرَيْبٍ ، عَنْ أُمِّ سَلَمَةَ ، وَمُحَمَّدُ بْنُ عَمْرٍو ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ كُرَيْبٍ ، عَنْ أُمِّ سَلَمَةَ ، قَالَتْ : وَضَعَتْ سُبَيْعَةُ بَعْدَ وَفَاةِ زَوْجِهَا بِأَيَّامٍ ، فَأَمَرَهَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَنْ تَزَوَّجَ.

“Rəvayət edilir ki, Ummu Sələmə ﵂ demişdir: “Subey'a əl-Əsləminin ərinin vəfatından qısa müddət sonra övladı olmuşdu və Allah Elçisi ﷺ də onun evlənməsini əmr etdi”.”

Ummu Sələmə
Nəsəi, 3513 (Talaq, 125)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، عَنْ ابْنِ الْقَاسِمِ ، عَنْ مَالِكٍ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ سُلَيْمَانَ بْنِ يَسَارٍ ، أَنَّ عَبْدَ اللهِ بْنَ عَبَّاسٍ ، وَأَبَا سَلَمَةَ بْنَ عَبْدِ الرَّحْمَنِ اخْتَلَفَا فِي الْمَرْأَةِ تُنْفَسُ بَعْدَ وَفَاةِ زَوْجِهَا بِلَيَالٍ ، فَقَالَ عَبْدُ اللهِ بْنُ عَبَّاسٍ : آخِرُ الأَجَلَيْنِ ، وَقَالَ أَبُو سَلَمَةَ : إِذَا نُفِسَتْ فَقَدْ حَلَّتْ ، فَجَاءَ أَبُو هُرَيْرَةَ فَقَالَ : أَنَا مَعَ ابْنِ أَخِي - يَعْنِي أَبَا سَلَمَةَ بْنَ عَبْدِ الرَّحْمَنِ - فَبَعَثُوا كُرَيْبًا مَوْلَى ابْنِ عَبَّاسٍ ، إِلَى أُمِّ سَلَمَةَ ، يَسْأَلُهَا عَنْ ذَلِكَ ، فَجَاءَهُمْ ، فَأَخْبَرَهُمْ أَنَّهَا قَالَتْ : وَلَدَتْ سُبَيْعَةُ بَعْدَ وَفَاةِ زَوْجِهَا بِلَيَالٍ ، فَذَكَرَتْ ذَلِكَ لِرَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : قَدْ حَلَلْتِ.

“Süleyman ibn Yəsar ﵀ rəvayət edir ki, bir dəfə İbn Abbas və Əbu Sələmə ibn Abdur-Rahmən əri öləndən bir neçə gecə sonra dünyaya övlad gətirən qadın barədə ixtilaf etdilər. İbn Abbas dedi: “İki iddə müddətindən axırıncısını gözləməlidir”. Əbu Sələmə dedi: “Əgər doğubsa, artıq evlənə bilər”. Bu vaxt Əbu Hureyra gəlib dedi: “Mən qardaşım oğlunun – yənə Əbu Sələmə ibn Abdur-Rahmənin rəyindəyəm”. Bu səbəblə İbn Abbas köləlikdən azad etdiyi Kureybi Ummu Sələmənin yanına göndərdi ki, bu haqda ondan soruşsun. Kureyb qayıtdıqdan sonra Ummu Sələmənin belə dediyini xəbər verdi: “Subey'a ərinin vəfatından bir neçə gecə sonra övladı dünyaya gəldi. O bu haqda Allah Elçisindən ﷺ soruşdu. Allah Elçisi ﷺ də buyurdu: “Sən artıq evlənə bilərsən”.”

Süleyman ibn Yəsar
Nəsəi, 3514 (Talaq, 126)Səhih

أَخْبَرَنَا حُسَيْنُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا جَعْفَرُ بْنُ عَوْنٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، قَالَ : أَخْبَرَنِي سُلَيْمَانُ بْنُ يَسَارٍ ، قَالَ : أَخْبَرَنِي أَبُو سَلَمَةَ بْنُ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : كُنْتُ أَنَا وَابْنُ عَبَّاسٍ وَأَبُو هُرَيْرَةَ ، فَقَالَ ابْنُ عَبَّاسٍ : إِذَا وَضَعَتِ الْمَرْأَةُ بَعْدَ وَفَاةِ زَوْجِهَا فَإِنَّ عِدَّتَهَا آخِرُ الأَجَلَيْنِ ، فَقَالَ أَبُو سَلَمَةَ : فَبَعَثْنَا كُرَيْبًا ، إِلَى أُمِّ سَلَمَةَ ، يَسْأَلُهَا عَنْ ذَلِكَ ، فَجَاءَنَا مِنْ عِنْدِهَا أَنَّ سُبَيْعَةَ تُوُفِّيَ عَنْهَا زَوْجُهَا ، فَوَضَعَتْ بَعْدَ وَفَاةِ زَوْجِهَا بِأَيَّامٍ ، فَأَمَرَهَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَنْ تَتَزَوَّجَ.

“Rəvayət edilir ki, Əbu Sələmə ibn Abdur-Rahmən ﵀ demişdir: “Bir dəfə mən, İbn Abbas və Əbu Hureyra ixtilaf etdik. İbn Abbas dedi: “Əgər qadın ərinin vəfatından sonra dünyaya övlad gətirərsə, iki iddə müddətindən axırıncısını gözləməlidir”. Əbu Sələmə deyir: “Biz Kureybi Ummu Sələmənin yanına göndərdik ki, bu haqda ondan soruşsun. O, Ummu Sələmənin yanından qayıtdı və rəvayət etdi ki, bir dəfə Subey'anın ərinin vəfatından bir neçə gün sonra övladı olmuşdu. Allah Elçisi ﷺ ona evlənə biləcəyini buyurdu”.”

Əbu Sələmə ibn Abdur-Rahmən
Nəsəi, 3515 (Talaq, 127)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ الرَّزَّاقِ ، قَالَ : أَنْبَأَنَا ابْنُ جُرَيْجٍ ، قَالَ : أَخْبَرَنِي دَاوُدُ بْنُ أَبِي عَاصِمٍ ، أَنَّ أَبَا سَلَمَةَ بْنَ عَبْدِ الرَّحْمَنِ أَخْبَرَهُ قَالَ : بَيْنَمَا أَنَا وَأَبُو هُرَيْرَةَ عِنْدَ ابْنِ عَبَّاسٍ إِذْ جَاءَتْهُ امْرَأَةٌ فَقَالَتْ : تُوُفِّيَ عَنْهَا زَوْجُهَا وَهِيَ حَامِلٌ ، فَوَلَدَتْ لأَدْنَى مِنْ أَرْبَعَةِ أَشْهُرٍ مِنْ يَوْمِ مَاتَ ، فَقَالَ ابْنُ عَبَّاسٍ : آخِرُ الأَجَلَيْنِ ، فَقَالَ أَبُو سَلَمَةَ : أَخْبَرَنِي رَجُلٌ ، مِنْ أَصْحَابِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، أَنَّ سُبَيْعَةَ الأَسْلَمِيَّةَ جَاءَتْ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَتْ : تُوُفِّيَ عَنْهَا زَوْجُهَا وَهِيَ حَامِلٌ ، فَوَلَدَتْ لأَدْنَى مِنْ أَرْبَعَةِ أَشْهُرٍ ، فَأَمَرَهَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَنْ تَتَزَوَّجَ قَالَ أَبُو هُرَيْرَةَ : وَأَنَا أَشْهَدُ عَلَى ذَلِكَ.

“Rəvayət edilir ki, Əbu Sələmə ibn Abdur-Rahmən ﵀ demişdir: “Bir dəfə mən və Əbu Hureyra İbn Abbasın yanında olarkən bir qadın gəlib hamilə olarkən ərinin vəfat etdiyini və dörd aydan tez bir müddətdə də övladının olduğunu dedi. İbn Abbas dedi: “O, iki iddə müddətindən axırıncısını gözləməlidir”. Əbu Sələmə deyir: “Mənə Peyğəmbərin ﷺ səhabələrindən bir kişi xəbər vermişdir ki, bir dəfə Subey'a əl-Əsləmi Allah Elçisinin yanına gəlib hamilə olarkən ərinin vəfat etdiyini və dörd aydan tez bir müddətdə də övladının olduğunu dedi, Allah Elçisi ﷺ isə ona evlənə biləcəyini buyurdu”. Əbu Hureyra dedi: “Mən bunun baş verməsinə şahid olmuşam”.”

Əbu Sələmə ibn Abdur-Rahmən
Nəsəi, 3517 (Talaq, 129)Səhih

أَخْبَرَنَا يُونُسُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي يُونُسُ ، عَنْ ابْنِ شِهَابٍ ، أَنَّ عُبَيْدَ اللهِ بْنَ عَبْدِ اللهِ ، حَدَّثَهُ أَنَّ أَبَاهُ ، كَتَبَ إِلَى عُمَرَ بْنِ عَبْدِ اللهِ بْنِ أَرْقَمَ الزُّهْرِيِّ يَأْمُرُهُ أَنْ يَدْخُلَ عَلَى سُبَيْعَةَ بِنْتِ الْحَارِثِ الأَسْلَمِيَّةِ ، فَيَسْأَلَهَا حَدِيثَهَا وَعَمَّا قَالَ لَهَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ حِينَ اسْتَفْتَتْهُ ، فَكَتَبَ عُمَرُ بْنُ عَبْدِ اللهِ ، إِلَى عَبْدِ اللهِ بْنِ عُتْبَةَ ، يُخْبِرُهُ ، أَنَّ سُبَيْعَةَ ، أَخْبَرَتْهُ أَنَّهَا كَانَتْ تَحْتَ سَعْدِ بْنِ خَوْلَةَ وَهُوَ مِنْ بَنِي عَامِرِ بْنِ لُؤَيٍّ وَكَانَ مِمَّنْ شَهِدَ بَدْرًا ، فَتُوُفِّيَ عَنْهَا زَوْجُهَا فِي حَجَّةِ الْوَدَاعِ وَهِيَ حَامِلٌ ، فَلَمْ تَنْشَبْ أَنْ وَضَعَتْ حَمْلَهَا بَعْدَ وَفَاتِهِ ، فَلَمَّا تَعَلَّتْ مِنْ نِفَاسِهَا تَجَمَّلَتْ لِلْخُطَّابِ ، فَدَخَلَ عَلَيْهَا أَبُو السَّنَابِلِ بْنُ بَعْكَكٍ رَجُلٌ مِنْ بَنِي عَبْدِ الدَّارِ ، فَقَالَ لَهَا : مَا لِي أَرَاكِ مُتَجَمِّلَةً لَعَلَّكِ تُرِيدِينَ النِّكَاحَ ، إِنَّكِ وَاللَّهِ مَا أَنْتِ بِنَاكِحٍ حَتَّى تَمُرَّ عَلَيْكِ أَرْبَعَةُ أَشْهُرٍ وَعَشْرًا ، قَالَتْ سُبَيْعَةُ : فَلَمَّا قَالَ لِي ذَلِكَ جَمَعْتُ عَلَيَّ ثِيَابِي حِينَ أَمْسَيْتُ ، فَأَتَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَسَأَلْتُهُ عَنْ ذَلِكَ فَأَفْتَانِي بِأَنِّي قَدْ حَلَلْتُ حِينَ وَضَعْتُ حَمْلِي ، وَأَمَرَنِي بِالتَّزْوِيجِ إِنْ بَدَا لِي.

“Ubeydullah ibn Abdullah ﵀ rəvayət edir ki, bir dəfə atası Ömər ibn Abdullah ibn Ərqam əz-Zuhriyə məktub yazaraq Subey'a bint əl-Haris əl-Əsləminin yanına getməsini və onun başına gələn hadisəni, Allah Elçisinin ﷺ ona nə deməsini soruşmasını buyurdu. Ömər ibn Abdullah da Abdullah ibn Utbəyə xəbər vermək üçün bu məktubu göndərdi: “Subey'a Bədr döyüşündə iştirak edən Bəni Amir ibn Luey tayfasından Səd ibn Xavlənin nikahı altında idi. O, hamilə ikən Səd Vida həccində vəfat etdi. Ərinin vəfatından az bir müddət sonra Subey'anın övladı oldu. Nifası bitdikdə elçi olanlara qarşı bəzəndi. Bu əsnada Bəni Abdud-Dar tayfasından Əbus-Sənabil ibn Bə'kək adında bir kişi onun yanına gəlib dedi: “Sənə nə olub belə bəzənmisən? Yəqin evlənmək istəyirsən? Allaha and olsun ki, dörd ay on gün keçməmiş evlənə bilməzsən!” Subey'a deyir: “Əbus-Sənabil belə dedikdən sonra həmin axşam geyinib Allah Elçisinin ﷺ yanına gəldim və evlənib-evlənməyəcəyimi ondan soruşdum. Allah Elçisi ﷺ də uşağı doğduqdan sonra evlənə biləcəyimi dedi və elçi düşən olsa, evlənməyimi əmr etdi”.”

Ubeydullah ibn Abdullah
Nəsəi, 3518 (Talaq, 130)Səhih

أَخْبَرَنَا كَثِيرُ بْنُ عُبَيْدٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ حَرْبٍ ، عَنِ الزُّبَيْدِيِّ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ ، أَنَّ عَبْدَ اللهِ بْنَ عُتْبَةَ ، كَتَبَ إِلَى عُمَرَ بْنِ عَبْدِ اللهِ بْنِ الأَرْقَمِ الزُّهْرِيِّ ، أَنِ ادْخُلْ عَلَى سُبَيْعَةَ بِنْتِ الْحَارِثِ الأَسْلَمِيَّةِ ، فَاسْأَلْهَا عَمَّا أَفْتَاهَا بِهِ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي حَمْلِهَا ؟ قَالَ : فَدَخَلَ عَلَيْهَا عُمَرُ بْنُ عَبْدِ اللهِ فَسَأَلَهَا فَأَخْبَرَتْهُ أَنَّهَا كَانَتْ تَحْتَ سَعْدِ بْنِ خَوْلَةَ ، وَكَانَ مِنْ أَصْحَابِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ مِمَّنْ شَهِدَ بَدْرًا ، فَتُوُفِّيَ عَنْهَا فِي حَجَّةِ الْوَدَاعِ ، فَوَلَدَتْ قَبْلَ أَنْ تَمْضِيَ لَهَا أَرْبَعَةُ أَشْهُرٍ وَعَشْرًا مِنْ وَفَاةِ زَوْجِهَا ، فَلَمَّا تَعَلَّتْ مِنْ نِفَاسِهَا ، دَخَلَ عَلَيْهَا أَبُو السَّنَابِلِ - رَجُلٌ مِنْ بَنِي عَبْدِ الدَّارِ - فَرَآهَا مُتَجَمِّلَةً ، فَقَالَ : لَعَلَّكِ تُرِيدِينَ النِّكَاحَ قَبْلَ أَنْ تَمُرَّ عَلَيْكِ أَرْبَعَةُ أَشْهُرٍ وَعَشْرًا ؟ قَالَتْ : فَلَمَّا سَمِعْتُ ذَلِكَ مِنْ أَبِي السَّنَابِلِ جِئْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَحَدَّثْتُهُ حَدِيثِي ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : قَدْ حَلَلْتِ حِينَ وَضَعْتِ حَمْلَكِ.

“Ubeydullah ibn Abdullah ﵀ rəvayət edir ki, bir dəfə Abdullah ibn Utbə Ömər ibn Abdullah ibn Ərqam əz-Zuhriyə məktub yazaraq Subey'a bint əl-Haris əl-Əsləminin yanına getməsini və onun hamilə olan vaxtı Allah Elçisinin ﷺ ona verdiyi fətvanı soruşmasını buyurdu. Ömər ibn Abdullah Subey’anın yanına gəlib ondan soruşdu. Sonra Abdullaha xəbər vermək üçün (bu məktubu) göndərdi: “Subey'a Allah Elçisinin ﷺ səhabəsi olub Bədr döyüşündə iştirak edən Səd ibn Xavlənin nikahı altında idi. Səd Vida həccində vəfat etdi. Ərinin vəfatından dörd ay on gün iddə müddəti keçmədən Subey'anın övladı oldu. Nifası bitdikdə Bəni Abdud-Dar tayfasından Əbus-Sənabil onun yanına gəldi və onu bəzənmiş halda görüb dedi: “Yəqin dörd ay on gün vaxt keçmədən evlənmək istəyirsən?” Subey'a deyir: “Əbus-Sənabil belə dedikdən sonra Allah Elçisinin ﷺ yanına gəldim və vəziyyəti ona danışdım. Allah Elçisi ﷺ də buyurdu: “Uşağı doğduqdan sonra evlənməyin halaldır”.”

Ubeydullah ibn Abdullah
Nəsəi, 3520 (Talaq, 132)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا ابْنُ عَوْنٍ ، عَنْ مُحَمَّدٍ ، قَالَ : كُنْتُ جَالِسًا فِي نَاسٍ بِالْكُوفَةِ فِي مَجْلِسٍ لِلأَنْصَارِ عَظِيمٍ فِيهِمْ عَبْدُ الرَّحْمَنِ بْنُ أَبِي لَيْلَى ، فَذَكَرُوا شَأْنَ سُبَيْعَةَ ، فَذَكَرْتُ عَنْ عَبْدِ اللهِ بْنِ عُتْبَةَ بْنِ مَسْعُودٍ فِي مَعْنَى قَوْلِ ابْنِ عَوْنٍ : حَتَّى تَضَعَ ، قَالَ ابْنُ أَبِي لَيْلَى : لَكِنَّ عَمَّهُ لاَ يَقُولُ ذَلِكَ ، فَرَفَعْتُ صَوْتِي وَقُلْتُ : إِنِّي لَجَرِيءٌ أَنْ أَكْذِبَ عَلَى عَبْدِ اللهِ بْنِ عُتْبَةَ وَهُوَ فِي نَاحِيَةِ الْكُوفَةِ ؟ قَالَ : فَلَقِيتُ مَالِكًا ، قُلْتُ : كَيْفَ كَانَ ابْنُ مَسْعُودٍ ، يَقُولُ فِي شَأْنِ سُبَيْعَةَ ؟ قَالَ : قَالَ : أَتَجْعَلُونَ عَلَيْهَا التَّغْلِيظَ وَلاَ تَجْعَلُونَ لَهَا الرُّخْصَةَ ، لأُنْزِلَتْ سُورَةُ النِّسَاءِ الْقُصْرَى بَعْدَ الطُّولَى.

“Rəvayət edilir ki, Muhəmməd ﵀ demişdir: “Kufədə insanların arasında ənsarın məclisində oturmuşdum. Onların arasında hörmət olunan Abdur-Rahmən ibn Əbu Leyla da var idi. Onlar Subey’a haqqında bəhs etdilər. Abdullah ibn Utbə ibn Məsuddan rəvayət edərək İbn Aunun sözünü dəstələyərək “uşaq doğduqdan sonra evlənə bilər” mənasında olan sözlər dedim. Amma İbn Əbu Leyla: “Onun əmisi isə belə demir”, - dedi. Mən də səsimi qaldıraraq dedim: “Abdullah ibn Utbə Kufənin bir məhəlləsində ola-ola onun haqqında yalan deyəcəyəm?” Sonra Maliklə rastlaşdım və dedim: “İbn Məsud Subey'a haqqında nə deyirdi?” O dedi: “İbn Məsud “siz onun haqqında rüsxət və asanlıq izni verildiyi halda məsələni çətinləşdirməkmi istəyirsiniz?! Qısa “ən-Nisa” surəsi (“ət-Talaq” surəsi) uzun olan “əl-Bəqəra” surəsindən sonra nazil olmuşdur”.”

Muhəmməd
Nəsəi, 3521 (Talaq, 133)Səhih

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ مِسْكِينِ بْنِ نُمَيْلَةَ يَمَامِيٌّ ، قَالَ : أَنْبَأَنَا سَعِيدُ بْنُ أَبِي مَرْيَمَ ، قَالَ : أَنْبَأَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ (ح) وأَخْبَرَنِي مَيْمُونُ بْنُ الْعَبَّاسِ ، قَالَ : حَدَّثَنَا سَعِيدُ بْنُ الْحَكَمِ بْنِ أَبِي مَرْيَمَ ، قَالَ : أَخْبَرَنِي مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، قَالَ : حَدَّثَنِي ابْنُ شَبْرَمَةَ الْكُوفِيُّ ، عَنْ إِبْرَاهِيمَ النَّخَعِيِّ ، عَنْ عَلْقَمَةَ بْنِ قَيْسٍ ، أَنَّ ابْنَ مَسْعُودٍ ، قَالَ : مَنْ شَاءَ لاَعَنْتُهُ مَا أُنْزِلَتْ {وَأُولاَتُ الأَحْمَالِ أَجَلُهُنَّ أَنْ يَضَعْنَ حَمْلَهُنَّ} إِلاَّ بَعْدَ آيَةِ الْمُتَوَفَّى عَنْهَا زَوْجُهَا ، إِذَا وَضَعَتِ الْمُتَوَفَّى عَنْهَا زَوْجُهَا فَقَدْ حَلَّتْ وَاللَّفْظُ لِمَيْمُونٍ.

“Rəvayət edilir ki, İbn Məsud ﵁ demişdir: “Kim istəsə, ona sübut edə bilərəm ki, “Hamilə qadınların gözləmə müddəti isə onlar hamiləlikdən azad olana qədərdir” (ət-Talaq, 4) ayəsi əri ölən haqda olan ayədən sonra nazil olmuşdur. Əri ölən hamilə qadın dünyaya övlad gətirdikdə evlənməsi halal olur”.”

İbn Məsud
Nəsəi, 3522 (Talaq, 134)Səhih

أَخْبَرَنَا زَكَرِيَّا بْنُ يَحْيَى السِّجْزِيُّ خَيَّاطُ السُّنَّةِ ، قَالَ : حَدَّثَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا عَلِيُّ بْنُ الْحُسَيْنِ بْنِ وَاقِدٍ ، قَالَ : أَخْبَرَنِي أَبِي ، قَالَ : حَدَّثَنَا يَزِيدُ النَّحْوِيُّ ، عَنْ عِكْرِمَةَ ، عَنْ ابْنِ عَبَّاسٍ ، فِي قَوْلِهِ : {وَالَّذِينَ يُتَوَفَّوْنَ مِنْكُمْ وَيَذَرُونَ أَزْوَاجًا وَصِيَّةً لأَزْوَاجِهِمْ مَتَاعًا إِلَى الْحَوْلِ غَيْرَ إِخْرَاجٍ} نُسِخَ ذَلِكَ بِآيَةِ الْمِيرَاثِ مِمَّا فُرِضَ لَهَا مِنَ الرُّبُعِ وَالثُّمُنِ ، وَنَسَخَ أَجَلَ الْحَوْلِ ، أَنْ جُعِلَ أَجَلُهَا أَرْبَعَةَ أَشْهُرٍ وَعَشْرًا.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ bu ayə - “Sizlərdən ölən və (özündən sonra) zövcələr qoyub gedən kəslər (sağlığında ikən) zövcələrinə bir ilin tamamınadək (evlərindən) çıxarılmamaq şərti ilə baxılmasını vəsiyyət etməlidir” (əl-Bəqərə, 240) haqda demişdir: “Bu ayədəki “(evlərindən) çıxarılmamaq şərti ilə bir il) baxılması” hissəsi aşağıdakı (ən-Nisa surəsinin 12-ci ayəsindəki) “dörddəbir və səkkizdəbir” hissəsi ilə nəsx edilmişdir: “...Əgər sizin övladınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və borcunuz ödənildikdən sonra, qoyub getdiyiniz malın dörddəbir hissəsi zövcələrinizindir. Övladınız olduğu təqdirdə isə qoyub getdiyiniz malın səkkizdəbir hissəsi zövcələrinizə çatır...”. (ən-Nisa, 12). Ayədəki bir il gözləmə müddəti isə “Sizlərdən ölənlərin qoyub getdiyi zövcələr dörd ay on gün gözləməlidirlər” (əl-Bəqərə, 234) dörd ay on gün müddəti ilə nəsx edilmişdir”.”

İbn Abbas
Nəsəi, 3543 (Talaq, 155)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : أَنْبَأَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْحَمِيدِ بْنُ جَعْفَرٍ ، قَالَ : حَدَّثَنِي يَزِيدُ بْنُ أَبِي حَبِيبٍ ، عَنْ سُوَيْدِ بْنِ قَيْسٍ ، عَنْ مُعَاوِيَةَ بْنِ حُدَيْجٍ ، عَنْ أَبِي ذَرٍّ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مَا مِنْ فَرَسٍ عَرَبِيٍّ إِلاَّ يُؤْذَنُ لَهُ عِنْدَ كُلِّ سَحَرٍ بِدَعْوَتَيْنِ : اللَّهُمَّ خَوَّلْتَنِي مَنْ خَوَّلْتَنِي مِنْ بَنِي آدَمَ وَجَعَلْتَنِي لَهُ ، فَاجْعَلْنِي أَحَبَّ أَهْلِهِ وَمَالِهِ إِلَيْهِ أَوْ مِنْ أَحَبِّ مَالِهِ وَأَهْلِهِ إِلَيْهِ.

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Elə bir ərəb atı yoxdur ki, səhər vaxtı onlara iki dəfə belə dua etməsinə izin verilməsin: “Allahım, məni Adəm övladlarından filankəsin əmrinə əmanət olaraq verdin. Allahım, məni bu kimsənin ailəsinin və malının ən sevimlisi et!””

Əbu Zərr
Nəsəi, 3579 (Atlar, 19)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ قَتَادَةَ ، عَنْ مُطَرِّفٍ ، عَنْ أَبِيهِ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، قَالَ : {أَلْهَاكُمْ التَّكَاثُرُ حَتَّى زُرْتُمِ الْمَقَابِرَ} ، قَالَ : يَقُولُ ابْنُ آدَمَ : مَالِي مَالِي ، وَإِنَّمَا مَالُكَ مَا أَكَلْتَ فَأَفْنَيْتَ ، أَوْ لَبِسْتَ فَأَبْلَيْتَ ، أَوْ تَصَدَّقْتَ فَأَمْضَيْتَ.

“Mutarrif atasından ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ “Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki, nəhayət, qəbirləri ziyarət etdiniz (öldünüz)” (ət-Təkasur, 1-2) ayəsi haqda belə buyurdu: “Adəm övladı “Malım, malım”, - deyir, amma sənin malın yeyib əskiltdiyin, geyinib köhnəltdiyin və sədəqə olaraq verdiyindir”.”

Mutarrif atasından
Nəsəi, 3613 (Vəsiyyətlər, 3)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا جَرِيرٌ ، عَنْ عَطَاءِ بْنِ السَّائِبِ ، عَنْ أَبِي عَبْدِ الرَّحْمَنِ ، عَنْ سَعْدِ بْنِ أَبِي وَقَّاصٍ ، قَالَ : عَادَنِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي مَرَضِي ، فَقَالَ : أَوْصَيْتَ ؟ قُلْتُ : نَعَمْ ، قَالَ : بِكَمْ ؟ قُلْتُ : بِمَالِي كُلِّهِ فِي سَبِيلِ اللهِ ، قَالَ : فَمَا تَرَكْتَ لِوَلَدِكَ ؟ قُلْتُ : هُمْ أَغْنِيَاءُ ، قَالَ : أَوْصِ بِالْعُشْرِ ، فَمَا زَالَ يَقُولُ وَأَقُولُ حَتَّى قَالَ : أَوْصِ بِالثُّلُثِ ، وَالثُّلُثُ كَثِيرٌ أَوْ كَبِيرٌ.

“Rəvayət edilir ki, Səd ibn Əbu Vaqqas ﵁ demişdir: “Allah Elçisi ﷺ mən xəstə olduqda məni ziyarət etdi və buyurdu: “Vəsiyyət etmisənmi?” Mən: “Bəli”, - dedim. O dedi: “Nə qədər?” Mən dedim: “Bütün var-dövlətimi Allah yolunda sədəqə etməyi vəsiyyət etmişəm”. Peyğəmbər ﷺ buyurdu: “Bəs övladlarına nə saxlamısan?” Mən dedim: “Onlar varlıdırlar”. Peyğəmbər ﷺ buyurdu: “Elə isə malının ondabirini onlara vəsiyyət et!” Mən daha çoxunu istədim, Allah Elçisi ﷺ də artırdı və buyurdu: “Üçdəbirini sədəqə üçün vəsiyyət et! Amma üçdəbiri də çox və böyükdür”.”

Səd ibn Əbu Vaqqas
Nəsəi, 3631 (Vəsiyyətlər, 21)Zəif

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا حَجَّاجُ بْنُ الْمِنْهَالِ ، قَالَ : حَدَّثَنَا هَمَّامٌ ، عَنْ قَتَادَةَ ، عَنْ يُونُسَ بْنِ جُبَيْرٍ ، عَنْ مُحَمَّدِ بْنِ سَعْدٍ ، عَنْ أَبِيهِ سَعْدِ بْنِ مَالِكٍ : أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ جَاءَهُ وَهُوَ مَرِيضٌ ، فَقَالَ : إِنَّهُ لَيْسَ لِي وَلَدٌ إِلاَّ ابْنَةٌ وَاحِدَةٌ ، فَأُوصِي بِمَالِي كُلِّهِ ؟ قَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لاَ ، قَالَ : فَأُوصِي بِنِصْفِهِ ؟ قَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لاَ ، قَالَ : فَأُوصِي بِثُلُثِهِ ؟ قَالَ : الثُّلُثَ ، وَالثُّلُثُ كَثِيرٌ.

“Səd ibn Malikin atası ﵁ rəvayət edir ki, bir dəfə o, xəstə olarkən Peyğəmbər ﷺ onu ziyarət etmişdi. Səd ona dedi: “Mənim bir qızımdan başqa övladım yoxdur. Var-dövlətimin hamısını sədəqə etmək üçün vəsiyyət edə bilərəmmi?” Peyğəmbər ﷺ: “Xeyr”, - dedi. Səd dedi: “Bəs yarısını?” O: “Xeyr”, - dedi. Səd dedi: “Bəs üçdəbirini?” Peyğəmbər ﷺ buyurdu: “Üçdəbiri... Üçdəbiri də çoxdur”.”

Səd ibn Malik
Nəsəi, 3635 (Vəsiyyətlər, 25)Səhih

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا إِسْمَاعِيلُ ، قَالَ : حَدَّثَنَا الْعَلاَءُ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، قَالَ : إِذَا مَاتَ الإِنْسَانُ انْقَطَعَ عَمَلُهُ إِلاَّ مِنْ ثَلاَثَةٍ : مِنْ صَدَقَةٍ جَارِيَةٍ ، وَعِلْمٍ يُنْتَفَعُ بِهِ ، وَوَلَدٍ صَالِحٍ يَدْعُو لَهُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “İnsan öldükdə bütün əməlləri kəsilir, yalnız üç əməldən başqa: davamlı olan sədəqə, faydalı elm və ona dua edən əməlisaleh övlad”.”

Əbu Hureyra
Nəsəi, 3651 (Vəsiyyətlər, 41)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، قَالَ حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ حُمَيْدٍ (ح) وَأَنْبَأَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، عَنْ سُفْيَانَ ، قَالَ : سَمِعْنَاهُ مِنَ الزُّهْرِيِّ ، أَخْبَرَنِي حُمَيْدُ بْنُ عَبْدِ الرَّحْمَنِ ، وَمُحَمَّدُ بْنُ النُّعْمَانِ ، عَنِ النُّعْمَانِ بْنِ بَشِيرٍ : أَنَّ أَبَاهُ نَحَلَهُ غُلاَمًا ، فَأَتَى النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يُشْهِدُهُ ، فَقَالَ : أَكُلَّ وَلَدِكَ نَحَلْتَ ؟ ، قَالَ : لاَ ، قَالَ : فَارْدُدْهُ وَاللَّفْظُ لِمُحَمَّدٍ.

“Numan ibn Bəşir ﵄ rəvayət edir ki, atası ona bir kölə bağışlamışdı və buna şahid tutmaq üçün Peyğəmbərin ﷺ yanına gəlmişdi. Peyğəmbər ﷺ ona dedi: “Sən bütün uşaqlarına belə bağışlama etdinmi?” O: “Xeyr”, - dedi. Peyğəmbər ﷺ buyurdu: “Elə isə onu qaytar!””

Numan ibn Bəşir
Nəsəi, 3672 (Hədiyyə, 1)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ الْقَاسِمِ ، عَنْ مَالِكٍ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ حُمَيْدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، وَمُحَمَّدِ بْنِ النُّعْمَانِ ، يُحَدِّثَانِهِ ، عَنِ النُّعْمَانِ بْنِ بَشِيرِ : أَنَّ أَبَاهُ أَتَى بِهِ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : إِنِّي نَحَلْتُ ابْنِي غُلاَمًا كَانَ لِي ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أَكُلَّ وَلَدِكَ نَحَلْتَهُ ؟ ، قَالَ : لاَ ، قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : فَارْجِعْهُ.

“Numan ibn Bəşir ﵄ rəvayət edir ki, atası onu Allah Elçisinin ﷺ yanına gətirib dedi: “Mən bu oğluma köləmi bağışladım”. Allah Elçisi ﷺ ona dedi: “Sən bütün uşaqlarına belə bağışlama etdinmi?” O: “Xeyr”, - dedi. Allah Elçisi ﷺ buyurdu: “Elə isə onu qaytar!””

Numan ibn Bəşir
Nəsəi, 3673 (Hədiyyə, 2)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ هَاشِمٍ ، قَالَ حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ ، قَالَ حَدَّثَنَا الأَوْزَاعِيُّ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ حُمَيْدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، وَعَنْ مُحَمَّدِ بْنِ النُّعْمَانِ ، عَنِ النُّعْمَانِ بْنِ بَشِيرٍ : أَنَّ أَبَاهُ بَشِيرَ بْنَ سَعْدٍ جَاءَ بِابْنِهِ النُّعْمَانِ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، إِنِّي نَحَلْتُ ابْنِي هَذَا غُلاَمًا كَانَ لِي ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أَكُلَّ بَنِيكَ نَحَلْتَ ؟ قَالَ : لاَ ، قَالَ : فَارْجِعْهُ.

“Numan ibn Bəşir ﵄ rəvayət edir ki, bir dəfə atası Bəşir ibn Səd Numanı Allah Elçisinin ﷺ yanına gətirib dedi: “Ey Allahın Elçisi, mən bu oğluma köləmi bağışladım. Allah Elçisi ﷺ ona dedi: “Sən bütün uşaqlarına belə bağışlama etdinmi?” O: “Xeyr”, - dedi. Allah Elçisi ﷺ buyurdu: “Elə isə onu qaytar!””

Numan ibn Bəşir
Nəsəi, 3674 (Hədiyyə, 3)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عُثْمَانَ بْنِ سَعِيدٍ ، قَالَ حَدَّثَنَا الْوَلِيدُ ، عَنِ الأَوْزَاعِيِّ ، عَنِ الزُّهْرِيِّ ، أَنَّ مُحَمَّدَ بْنَ النُّعْمَانِ ، وَحُمَيْدَ بْنَ عَبْدِ الرَّحْمَنِ حَدَّثَاهُ ، عَنْ بَشِيرِ بْنِ سَعْدٍ : أَنَّهُ جَاءَ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بِالنُّعْمَانِ بْنِ بَشِيرٍ فَقَالَ : إِنِّي نَحَلْتُ ابْنِي هَذَا غُلاَمًا فَإِنْ رَأَيْتَ أَنْ تُنْفِذَهُ أَنْفَذْتُهُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أَكُلَّ بَنِيكَ نَحَلْتَهُ ؟ قَالَ : لاَ ، قَالَ : فَارْدُدْهُ.

“Rəvayət edilir ki, Bəşir ibn Səd ﵁ Numan ibn Bəşiri Peyğəmbərin ﷺ yanına gətirib dedi: “Ey Allahın Elçisi, mən bu oğluma bir kölə hədiyyə etmişəm, əgər sən bunu münasib görürsənsə, bunu edərəm”. Allah Elçisi ﷺ ona dedi: “Sən bütün uşaqlarına belə bağışlama etdinmi?” O: “Xeyr”, - dedi. Allah Elçisi ﷺ buyurdu: “Elə isə onu qaytar!””

Bəşir ibn Səd
Nəsəi, 3675 (Hədiyyə, 4)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ حَرْبٍ ، قَالَ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنْ هِشَامٍ ، عَنْ أَبِيهِ ، عَنِ النُّعْمَانِ بْنِ بَشِيرٍ : أَنَّ أَبَاهُ نَحَلَهُ نُحْلاً ، فَقَالَتْ لَهُ أُمُّهُ : أَشْهِدِ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَلَى مَا نَحَلْتَ ابْنِي ، فَأَتَى النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَذَكَرَ ذَلِكَ لَهُ ، فَكَرِهَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَنْ يَشْهَدَ لَهُ.

“Numan ibn Bəşir ﵄ rəvayət edir ki, atası ona kölə hədiyyə etmişdi. Anası isə atasına dedi: “Bunu oğluma bağışlamağına Peyğəmbəri ﷺ şahid tut!” O, Peyğəmbərin ﷺ yanına gəlib bunu ona dedi. Peyğəmbər ﷺ bu işə şahidlik etməyi yaxşı bir şey saymadı.”

Numan ibn Bəşir
Nəsəi, 3676 (Hədiyyə, 5)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَعْمَرٍ ، قَالَ : حَدَّثَنَا أَبُو عَامِرٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ سَعْدٍ ، يَعْنِي ابْنَ إِبْرَاهِيمَ ، عَنْ عُرْوَةَ ، عَنْ بَشِيرٍ : أَنَّهُ نَحَلَ ابْنَهُ غُلاَمًا ، فَأَتَى النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَأَرَادَ أَنْ يُشْهِدَ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : أَكُلَّ وَلَدِكَ نَحَلْتَهُ مِثْلَ ذَا ؟ قَالَ : لاَ ، قَالَ : فَارْدُدْهُ.

“Bəşir ﵁ rəvayət edir ki, oğluna bir kölə bağışlamışdı. Sonra bu işə Peyğəmbəri ﷺ şahid tutmaq üçün onun yanına gəldi. Peyğəmbər ﷺ ona dedi: “Sən bütün uşaqlarına belə bağışlama etdinmi?” O: “Xeyr”, - dedi. Peyğəmbər ﷺ buyurdu: “Elə isə onu qaytar!””

Bəşir
Nəsəi, 3677 (Hədiyyə, 6)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ حَاتِمٍ ، قَالَ : حَدَّثَنَا حِبَّانُ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ : أَنَّ بَشِيرًا ، أَتَى النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : يَا نَبِيَّ اللهِ ، نَحَلْتُ النُّعْمَانَ نِحْلَةً ، قَالَ : أَعْطَيْتَ لِإِخْوَتِهِ ؟ قَالَ : لاَ ، قَالَ : فَارْدُدْهُ.

“Hişam ibn Urva atasından ﵁ rəvayət edir ki, Bəşir Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Peyğəmbəri, mən Numana kölə bağışlamışam. Peyğəmbər ﷺ dedi: “Onun qardaşlarına da vermisən?” O: “Xeyr”, - dedi. Peyğəmbər ﷺ buyurdu: “Elə isə onu qaytar!””

Hişam ibn Urva atasından
Nəsəi, 3678 (Hədiyyə, 7)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الْمَلِكِ بْنِ أَبِي الشَّوَارِبِ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ وَهُوَ ابْنُ زُرَيْعٍ ، قَالَ : حَدَّثَنَا دَاوُدُ ، عَنِ الشَّعْبِيِّ ، عَنِ النُّعْمَانِ ، قَالَ : انْطَلَقَ بِهِ أَبُوهُ يَحْمِلُهُ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، قَالَ : اشْهَدْ أَنِّي قَدْ نَحَلْتُ النُّعْمَانَ مِنْ مَالِي كَذَا وَكَذَا ، قَالَ : كُلَّ بَنِيكَ نَحَلْتَ مِثْلَ الَّذِي نَحَلْتَ النُّعْمَانَ ؟

“Numan ﵁ rəvayət edir ki, atası onu Peyğəmbərin ﷺ yanına gətirdi və dedi: “Mən malımdan bu və bu şeyləri Numana bağışladım”. Peyğəmbər ﷺ dedi: “Sən Numana bağışladıqlarının eynisini digər oğlanlarına bağışlamısanmı?””

Numan
Nəsəi, 3679 (Hədiyyə, 8)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، عَنْ عَبْدِ الْوَهَّابِ ، قَالَ : حَدَّثَنَا دَاوُدُ ، عَنْ عَامِرٍ ، عَنِ النُّعْمَانِ : أَنَّ أَبَاهُ أَتَى بِهِ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يُشْهِدُ عَلَى نُحْلٍ نَحَلَهُ إِيَّاهُ ، فَقَالَ : أَكُلَّ وَلَدِكَ نَحَلْتَ مِثْلَ مَا نَحَلْتَهُ ؟ قَالَ : لاَ ، قَالَ : فَلاَ أَشْهَدُ عَلَى شَيْءٍ ، أَلَيْسَ يَسُرُّكَ أَنْ يَكُونُوا إِلَيْكَ فِي الْبِرِّ سَوَاءً ؟ قَالَ : بَلَى ، قَالَ : فَلاَ إِذًا.

“Numan ﵁ rəvayət edir ki, atası onu ona bağışladığı şeylərə görə Peyğəmbərin ﷺ yanına gətirdi. Peyğəmbər ﷺ dedi: “Sən bütün uşaqlarına eyni şeyləri bağışlamısanmı?” O: “Xeyr”, - dedi. Peyğəmbər ﷺ buyurdu: “Mən belə haqsızlıq edilən şeyə şahidlik edə bilmərəm. Sənin bütün uşaqlarına yaxşılıq etməyin səni sevindirməzmi?” O dedi: “Bəli”. Peyğəmbər buyurdu: “Onda nəyə görə bu haqsızlığı edirsən?!””

Numan
Nəsəi, 3680 (Hədiyyə, 9)Səhih

أَخْبَرَنَا مُوسَى بْنُ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا أَبُو أُسَامَةَ ، قَالَ : حَدَّثَنَا أَبُو حَيَّانَ ، عَنِ الشَّعْبِيِّ ، قَالَ : حَدَّثَنِي النُّعْمَانُ بْنُ بَشِيرٍ الأَنْصَارِيُّ : أَنَّ أُمَّهُ ابْنَةَ رَوَاحَةَ سَأَلَتْ أَبَاهُ بَعْضَ الْمَوْهِبَةِ مِنْ مَالِهِ لاِبْنِهَا ، فَالْتَوَى بِهَا سَنَةً ، ثُمَّ بَدَا لَهُ فَوَهَبَهَا لَهُ ، فَقَالَتْ : لاَ أَرْضَى حَتَّى تُشْهِدَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، إِنَّ أُمَّ هَذَا ابْنَةَ رَوَاحَةَ قَاتَلَتْنِي عَلَى الَّذِي وَهَبْتُ لَهُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : يَا بَشِيرُ ، أَلَكَ وَلَدٌ سِوَى هَذَا ؟ قَالَ : نَعَمْ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أَفَكُلُّهُمْ وَهَبْتَ لَهُمْ مِثْلَ الَّذِي وَهَبْتَ لاِبْنِكَ هَذَا ؟ قَالَ : لاَ ، قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : فَلاَ تُشْهِدْنِي إِذًا ، فَإِنِّي لاَ أَشْهَدُ عَلَى جَوْرٍ.

“Numan ibn Bəşir əl-Ənsari ﵄ rəvayət edir ki, Ravahanın qızı olan anası atasından Numana malından bir qədər bağışlamasını istədi, lakin Numanın atasının işi çətinliyə düşdü və bu, bir il çəkdi. Sonra da oğluna bəzi şeylər bağışladı. Numanın anası, Allah Elçisini ﷺ şahid tutmasa, buna razı olmadığını bildirdi. Numanın atası Allah Elçisinin ﷺ yanına gəldi və dedi: “Ey Allahın Elçisi, bu uşağın anası, yəni mənim zövcəm uşağa verdiyim bir hədiyyəyə görə məni incidir”. Allah Elçisi ﷺ buyurdu: “Ey Bəşir! Sənin bu uşaqdan başqa uşaqların varmı?” O: “Bəli!”, - dedi. Allah Elçisi ﷺ buyurdu: “Elə isə bu oğluna verdiyin kimi, onlara da bir şey verdinmi?” Bəşir: “Xeyr!”, - dedikdə Allah Elçisi ﷺ buyurdu: “Onda mən bu işə şahidlik edə bilmərəm! Ədalətsizlik olan bir işdə mən şahidlik edə bilmərəm”.”

Numan ibn Bəşir əl-Ənsari
Nəsəi, 3681 (Hədiyyə, 10)Səhih

أَخْبَرَنَا أَبُو دَاوُدَ ، قَالَ : حَدَّثَنَا يَعْلَى ، قَالَ : حَدَّثَنَا أَبُو حَيَّانَ ، عَنِ الشَّعْبِيِّ ، عَنِ النُّعْمَانِ ، قَالَ : سَأَلَتْ أُمِّي أَبِي بَعْضَ الْمَوْهِبَةِ فَوَهَبَهَا لِي ، فَقَالَتْ : لاَ أَرْضَى حَتَّى أُشْهِدَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، قَالَ : فَأَخَذَ أَبِي بِيَدِي وَأَنَا غُلاَمٌ ، فَأَتَى رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، إِنَّ أُمَّ هَذَا ابْنَةَ رَوَاحَةَ طَلَبَتْ مِنِّي بَعْضَ الْمَوْهِبَةِ ، وَقَدْ أَعْجَبَهَا أَنْ أُشْهِدَكَ عَلَى ذَلِكَ ، قَالَ : يَا بَشِيرُ ، أَلَكَ ابْنٌ غَيْرُ هَذَا ؟ قَالَ : نَعَمْ ، قَالَ : فَوَهَبْتَ لَهُ مِثْلَ مَا وَهَبْتَ لِهَذَا ؟ قَالَ : لاَ ، قَالَ : فَلاَ تُشْهِدْنِي إِذًا ، فَإِنِّي لاَ أَشْهَدُ عَلَى جَوْرٍ.

“Rəvayət edilir ki, Numan ﵁ demişdir: “Anam atamdan bəzi şeyləri mənə bağışlamasını istədi, atam da onları mənə bağışladı. Amma anam dedi: “Allah Elçisini ﷺ şahid tutmayana qədər buna razı olmaram”. Atam əlimdən tutaraq məni Allah Elçisinin ﷺ yanına gətirdi. O vaxtlar mən uşaq idim. Atam dedi: “Ey Allahın Elçisi, bu uşağın anası - Ravahanın qızı bu uşağa bir şey bağışlamamı və etdiyim bağışlamaya səni şahid tutmağımı istədi”. Allah Elçisi ﷺ buyurdu: “Ey Bəşir! Sənin bu uşaqdan başqa uşaqların varmı?” O: “Bəli!”, - dedi. Allah Elçisi ﷺ buyurdu: “Bu oğluna verdiyin kimi, onlara da bir şey verdinmi?” Bəşir: “Xeyr!”, - dedikdə Allah Elçisi ﷺ buyurdu: “Onda məni şahid tutma! Mən ədalətsizlik olan bir işdə şahidlik edə bilmərəm”.”

Numan
Nəsəi, 3682 (Hədiyyə, 11)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ عُبَيْدٍ ، قَالَ : حَدَّثَنَا إِسْمَاعِيلُ ، عَنْ عَامِرٍ ، قَالَ : أُخْبِرْتُ أَنَّ بَشِيرَ بْنَ سَعْدٍ ، أَتَى رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، إِنَّ امْرَأَتِي عَمْرَةَ بِنْتَ رَوَاحَةَ أَمَرَتْنِي أَنْ أَتَصَدَّقَ عَلَى ابْنِهَا نُعْمَانَ بِصَدَقَةٍ ، وَأَمَرَتْنِي أَنْ أُشْهِدَكَ عَلَى ذَلِكَ ، فَقَالَ لَهُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : هَلْ لَكَ بَنُونَ سِوَاهُ ؟ قَالَ : نَعَمْ ، قَالَ : فَأَعْطَيْتَهُمْ مِثْلَ مَا أَعْطَيْتَ لِهَذَا ؟ قَالَ : لاَ ، قَالَ : فَلاَ تُشْهِدْنِي عَلَى جَوْرٍ.

“Rəvayət edilir ki, bir dəfə Bəşir ibn Səd ﵁ Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, zövcəm Amra bint Ravaha oğlu Numana bir şey bağışlamamı və səni bu işə şahid tutmağımı istədi”. Allah Elçisi ﷺ buyurdu: “Sənin bu uşaqdan başqa uşaqların varmı?” O: “Bəli!”, - dedi. Allah Elçisi ﷺ buyurdu: “Bu oğluna verdiyin kimi, onlara da bir şey verdinmi?” Bəşir: “Xeyr!”, - dedikdə Allah Elçisi ﷺ buyurdu: “Mən ədalətsizlik olan bir işdə şahidlik edə bilmərəm”.”

Bəşir ibn Səd
Nəsəi, 3683 (Hədiyyə, 12)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا أَبُو نُعَيْمٍ ، قَالَ : حَدَّثَنَا زَكَرِيَّا ، عَنْ عَامِرٍ ، قَالَ : حَدَّثَنِي عَبْدُ اللهِ بْنُ عُتْبَةَ بْنِ مَسْعُودٍ (ح) وَأَنْبَأَنَا مُحَمَّدُ بْنُ حَاتِمٍ ، قَالَ : أَنْبَأَنَا حِبَّانُ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ زَكَرِيَّا ، عَنِ الشَّعْبِيِّ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُتْبَةَ بْنِ مَسْعُودٍ : أَنَّ رَجُلاً جَاءَ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ - وَقَالَ مُحَمَّدٌ : أَتَى النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ - فَقَالَ : إِنِّي تَصَدَّقْتُ عَلَى ابْنِي بِصَدَقَةٍ ، فَاشْهَدْ ، فَقَالَ : هَلْ لَكَ وَلَدٌ غَيْرُهُ ؟ قَالَ : نَعَمْ ، قَالَ : أَعْطَيْتَهُمْ كَمَا أَعْطَيْتَهُ ؟ قَالَ : لاَ ، قَالَ : أَشْهَدُ عَلَى جَوْرٍ ؟ ‍‍.

“Abdullah ibn Utbə ibn Məsud ﵁ rəvayət edir ki, bir kişi Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Mən oğluma bir şey bağışlayıram və səni bu işə şahid tutmaq istəyirəm”. Allah Elçisi ﷺ buyurdu: “Sənin bu uşaqdan başqa uşaqların varmı?” O: “Bəli!”, - dedi. Allah Elçisi ﷺ buyurdu: “Buna verdiyin kimi, onlara da bir şey verdinmi?” Bəşir: “Xeyr!”, - dedikdə Allah Elçisi ﷺ buyurdu: “Mən ədalətsizliyə şahidlik edim?!””

Abdullah ibn Utbə ibn Məsud
Nəsəi, 3684 (Hədiyyə, 13)Səhih

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، عَنْ يَحْيَى ، عَنْ فِطْرٍ ، قَالَ : حَدَّثَنِي مُسْلِمُ بْنُ صُبَيْحٍ ، قَالَ : سَمِعْتُ النُّعْمَانَ بْنَ بَشِيرٍ ، يَقُولُ : ذَهَبَ بِي أَبِي إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يُشْهِدُهُ عَلَى شَيْءٍ أَعْطَانِيهِ ، فَقَالَ : أَلَكَ وَلَدٌ غَيْرُهُ ؟ قَالَ : نَعَمْ ، وَصَفَّ بِيَدِهِ بِكَفِّهِ أَجْمَعَ كَذَا ، أَلاَ سَوَّيْتَ بَيْنَهُمْ ؟

“Rəvayət edilir ki, Numan ibn Bəşir ﵄ demişdir: “Atam məni Peyğəmbərin ﷺ yanına gətirib mənə bir şey verməyimə onun şahid olmasını istədi. Allah Elçisi ﷺ buyurdu: “Sənin başqa uşaqların varmı?” O: “Bəli!”, - dedi. Allah Elçisi ﷺ buyurdu: “Elə isə bu oğluna verdiyin kimi, onlara da bir şey verdinmi?” Bəşir: “Xeyr!”, - dedikdə Allah Elçisi ﷺ əlini birləşdirib dedi: “Onların arasında ədalətli olmalı deyildinmi?””

Numan ibn Bəşir
Nəsəi, 3685 (Hədiyyə, 14)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ حَاتِمٍ ، قَالَ : أَنْبَأَنَا حِبَّانُ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ فِطْرٍ ، عَنْ مُسْلِمِ بْنِ صُبَيْحٍ ، قَالَ : سَمِعْتُ النُّعْمَانَ ، يَقُولُ وَهُوَ يَخْطُبُ : انْطَلَقَ بِي أَبِي إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يُشْهِدُهُ عَلَى عَطِيَّةٍ أَعْطَانِيهَا ، فَقَالَ : هَلْ لَكَ بَنُونَ سِوَاهُ ؟ قَالَ : نَعَمْ ، قَالَ : سَوِّ بَيْنَهُمْ.

“Rəvayət edilir ki, Numan ﵁ xütbə deyərək buyurdu: “Atam məni Allah Elçisinin ﷺ yanına gətirib mənə bir şey verməyimə onun şahid olmasını istədi. Allah Elçisi ﷺ buyurdu: “Sənin başqa övladların varmı?” O: “Bəli!”, - dedi. Allah Elçisi ﷺ buyurdu: “Onların arasında ədalətli ol”.”

Numan
Nəsəi, 3686 (Hədiyyə, 15)Səhih

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ سُفْيَانَ ، قَالَ : حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، عَنْ حَاجِبِ بْنِ الْمُفَضَّلِ بْنِ الْمُهَلَّبِ ، عَنْ أَبِيهِ ، قَالَ : سَمِعْتُ النُّعْمَانَ بْنَ بَشِيرٍ ، يَخْطُبُ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : اعْدِلُوا بَيْنَ أَبْنَائِكُمْ ، اعْدِلُوا بَيْنَ أَبْنَائِكُمْ.

“Rəvayət edilir ki, Numan ﵁ xütbə deyərək buyurdu: “Allah Elçisi ﷺ buyurdu: “Övladlarınız arasında ədalətli davranın! Övladlarınız arasında ədalətli davranın!””

Numan
Nəsəi, 3687 (Hədiyyə, 16)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي عَدِيٍّ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ مُحَمَّدِ بْنِ إِسْحَاقَ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، قَالَ : كُنَّا عِنْدَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ إِذْ أَتَتْهُ وَفْدُ هَوَازِنَ ، فَقَالُوا : يَا مُحَمَّدُ ، إِنَّا أَصْلٌ وَعَشِيرَةٌ ، وَقَدْ نَزَلَ بِنَا مِنَ الْبَلاَءِ مَا لاَ يَخْفَى عَلَيْكَ ، فَامْنُنْ عَلَيْنَا مَنَّ اللَّهُ عَلَيْكَ ، فَقَالَ : اخْتَارُوا مِنْ أَمْوَالِكُمْ أَوْ مِنْ نِسَائِكُمْ وَأَبْنَائِكُمْ ، فَقَالُوا : قَدْ خَيَّرْتَنَا بَيْنَ أَحْسَابِنَا وَأَمْوَالِنَا بَلْ نَخْتَارُ نِسَاءَنَا وَأَبْنَاءَنَا ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أَمَّا مَا كَانَ لِي وَلِبَنِي عَبْدِ الْمُطَّلِبِ فَهُوَ لَكُمْ ، فَإِذَا صَلَّيْتُ الظُّهْرَ فَقُومُوا ، فَقُولُوا : إِنَّا نَسْتَعِينُ بِرَسُولِ اللهِ عَلَى الْمُؤْمِنِينَ أَوِ الْمُسْلِمِينَ فِي نِسَائِنَا وَأَبْنَائِنَا فَلَمَّا صَلَّوْا الظُّهْرَ قَامُوا فَقَالُوا ذَلِكَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : فَمَا كَانَ لِي وَلِبَنِي عَبْدِ الْمُطَّلِبِ فَهُوَ لَكُمْ ، فَقَالَ الْمُهَاجِرُونَ : وَمَا كَانَ لَنَا فَهُوَ لِرَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، وَقَالَتِ الأَنْصَارُ : مَا كَانَ لَنَا فَهُوَ لِرَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ الأَقْرَعُ بْنُ حَابِسٍ : أَمَّا أَنَا وَبَنُو تَمِيمٍ فَلاَ ، وَقَالَ عُيَيْنَةُ بْنُ حِصْنٍ : أَمَّا أَنَا وَبَنُو فَزَارَةَ فَلاَ ، وَقَالَ الْعَبَّاسُ بْنُ مِرْدَاسٍ : أَمَّا أَنَا وَبَنُو سُلَيْمٍ فَلاَ ، فَقَامَتْ بَنُو سُلَيْمٍ فَقَالُوا : كَذَبْتَ ، مَا كَانَ لَنَا فَهُوَ لِرَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : يَا أَيُّهَا النَّاسُ ، رُدُّوا عَلَيْهِمْ نِسَاءَهُمْ وَأَبْنَاءَهُمْ ، فَمَنْ تَمَسَّكَ مِنْ هَذَا الْفَيْءِ بِشَيْءٍ فَلَهُ سِتُّ فَرَائِضَ مِنْ أَوَّلِ شَيْءٍ يُفِيئُهُ اللَّهُ عَزَّ وَجَلَّ عَلَيْنَا ، وَرَكِبَ رَاحِلَتَهُ وَرَكِبَ النَّاسُ اقْسِمْ عَلَيْنَا فَيْئَنَا ، فَأَلْجَئُوهُ إِلَى شَجَرَةٍ فَخَطِفَتْ رِدَاءَهُ ، فَقَالَ : يَا أَيُّهَا النَّاسُ ، رُدُّوا عَلَيَّ رِدَائِي ، فَوَاللَّهِ لَوْ أَنَّ لَكُمْ شَجَرَ تِهَامَةَ نَعَمًا قَسَمْتُهُ عَلَيْكُمْ ثُمَّ لَمْ تَلْقَوْنِي بَخِيلاً وَلاَ جَبَانًا وَلاَ كَذُوبًا ، ثُمَّ أَتَى بَعِيرًا فَأَخَذَ مِنْ سَنَامِهِ وَبَرَةً بَيْنَ أُصْبُعَيْهِ ثُمَّ يَقُولُ : هَا إِنَّهُ لَيْسَ لِي مِنَ الْفَيْءِ شَيْءٌ وَلاَ هَذِهِ إِلاَّ خُمُسٌ ، وَالْخُمُسُ مَرْدُودٌ فِيكُمْ فَقَامَ إِلَيْهِ رَجُلٌ بِكُبَّةٍ مِنْ شَعْرٍ فَقَالَ : يَا رَسُولَ اللهِ ، أَخَذْتُ هَذِهِ لأُصْلِحَ بِهَا بَرْدَعَةَ بَعِيرٍ لِي فَقَالَ : أَمَّا مَا كَانَ لِي وَلِبَنِي عَبْدِ الْمُطَّلِبِ فَهُوَ لَكَ ، فَقَالَ : أَوَبَلَغَتْ هَذِهِ ؟ فَلاَ أَرَبَ لِي فِيهَا ، فَنَبَذَهَا وَقَالَ : يَا أَيُّهَا النَّاسُ ، أَدُّوا الْخِيَاطَ وَالْمَخِيطَ ، فَإِنَّ الْغُلُولَ يَكُونُ عَلَى أَهْلِهِ عَارًا وَشَنَارًا يَوْمَ الْقِيَامَةِ.

“Amr ibn Şueyb atasının və babasının ﵄ belə dediyini rəvayət etmişdir: “Biz Allah Elçisinin ﷺ yanında ikən Həvazin tayfasından bir heyət gəldi və dedi: “Ey Muhəmməd, biz ərəb tayfalarındanıq və başımıza nə bəla gəldiyini bilirsən. Bizə yaxşılıq et, Allah sənə xeyir versin!” Allah Elçisi ﷺ buyurdu: “Elə isə, mallarınızdan, qadınlarınızdan və uşaqlarınızdan birini seçin!” Onlar dedilər: “Sən bizi yaxınlarımız və mallarımızı seçməkdə ixitiyar verdin. Biz də qadınlarımızı və uşaqlarımızı seçirik”. Allah Elçisi ﷺ buyurdu: “Əsirlərin arasında mənə və Bəni Abdul-Muttalib tayfasına düşən hissələr sizindir. Mən onları sizə qaytarıram. Biz Zöhr namazını qıldıqdan sonra qalxıb: “Biz müsəlman olaraq gəldik, qadın və uşaqlarımızın qaytarılması üçün Allah Elçisindən ﷺ kömək istəyirik”, - deyin”. Zöhr namazı bitdikdə qalxıb deyilənləri söylədilər. Allah Elçisi ﷺ də buyurdu: “Mənə və Bəni Abdul-Muttalib tayfasına düşən hissələr sizindir”. Mühacirlər dedilər: “Bizə düşən hissələr də Allah Elçisinindir”. Ənsardan olanlar dedilər: “Bizə düşən hissələr də Allah Elçisinindir”. əl-Aqra ibn Habis dedi: “Mən və Bəni Təmim tayfası bizə düşən payı vermirik”. Uyeynə ibn Hisn dedi: “Mən və Bəniz Fəzara tayfası da bizə düşən payı vermirik”. Abbas ibn Mirdas dedi: “Mən və Bəni Suleym tayfası da bizə düşən payı vermirik”. Bəni Suleym tayfasından olanlar qalxıb dedilər: “Yalan deyirsən! Bizə düşən pay Allah Elçisinə aiddir”. Allah Elçisi ﷺ buyurdu: “Ey insanlar! Onlara qadınlarını və uşaqlarını qaytarın! Kim əldə etdiyi şeylərdən bir şey verərsə, Allahın ﷿ bizə qabaqcadan verdiyi qənimətlərdən altı dəvə ona veriləcək”. Allah Elçisi ﷺ miniyinə mindi, insanlar da ətrafına toplanıb dedilər: “Qənimət mallarını bizə payla!” İnsanların izdihamından Allah Elçisinin ﷺ miniyi bir ağaca tərəf getdi və ağacın budağı onun cübbəsinin düşməsinə səbəb oldu. Allah Elçisi ﷺ buyurdu: “Ey insanlar, cübbəmi mənə verin! Allaha and olsun ki, Tihamə vadisində olan bütün ağaclar qənimət olsaydı, hamısını sizə verərdim, siz də mənə qorxaq, yalançı və simic deməzdiniz”. Sonra bir dəvə gətirdi və dəvənin hörgücündən bir ovuc tük götürüb dedi: “Bunu bilin ki, məndə qənimətdən başqa bir şey yoxdur. Bunlar da beşdəbirdir və sizin aranızda bölüşdürüləcək”. Bu vaxt bir nəfər qalxdı və bir ovuc dəvə yununu göstərərək dedi: “Bunu dəvəmin çulunu düzəltmək üçün almışdım”. Allah Elçisi ﷺ buyurdu: “Mənə və Bəni Abdul-Muttalib tayfasına düşən paydakı dəvə tükləri də sənindir”. O adam: “Mənə bu qədər pay düşəcəksə, onu istəmirəm”, - deyərək əlindəkiləri yerə atdı. Allah Elçisi ﷺ də buyurdu: “Ey insanlar! Kiçik və böyük, bir iynə olsa belə, qənimət malından götürdüyünüz şeyləri qaytarın, çünki qənimət malından haqsız yerə götürülən hər bir şey Qiyamət günü onu götürənə çox utancverici və ayıb bir iş olacaq”.”

Amr ibn Şueyb atasından və babasından
Nəsəi, 3688 (Bağışlamaq, 1)Həsən

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي عَدِيٍّ ، عَنْ حُسَيْنٍ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، قَالَ : حَدَّثَنِي طَاوُوسٌ ، عَنْ ابْنِ عُمَرَ ، وَابْنِ عَبَّاسٍ ، يَرْفَعَانِ الْحَدِيثَ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، قَالَ : لاَ يَحِلُّ لِرَجُلٍ يُعْطِي عَطِيَّةً ثُمَّ يَرْجِعُ فِيهَا إِلاَّ الْوَالِدَ فِيمَا يُعْطِي وَلَدَهُ ، وَمَثَلُ الَّذِي يُعْطِي عَطِيَّةً ثُمَّ يَرْجِعُ فِيهَاكَمَثَلِ الْكَلْبِ أَكَلَ حَتَّى إِذَا شَبِعَ قَاءَ ثُمَّ عَادَ فِي قَيْئِهِ.

“Rəvayət edilir ki, İbn Ömər və İbn Abbas ﵃ Peyğəmbərə ﷺ nisbət edərək demişlər: “Heç kimə verdiyi hədiyyəni geri götürməsi halal deyil. Yalnız ata övladına verdiyi şeyi geri qaytara bilər. Bir hədiyyə verib, sonra onu geri götürən adam, doyana qədər yeyib qusan, sonra da qusduğunun yanına qayıdan (yeyən) köpəyin misalı kimidir”.”

İbn Ömər və İbn Abbas
Nəsəi, 3690 (Bağışlamaq, 3)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ حَاتِمٍ ، قَالَ : حَدَّثَنَا حِبَّانُ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ إِبْرَاهِيمَ بْنِ نَافِعٍ ، عَنِ الْحَسَنِ بْنِ مُسْلِمٍ ، عَنْ طَاوُوسٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لاَ يَحِلُّ لأَحَدٍ أَنْ يَهَبَ هِبَةً ثُمَّ يَرْجِعَ فِيهَا ، إِلاَّ مِنْ وَلَدِهِ - قَالَ طَاوُوسٌ : كُنْتُ أَسْمَعُ وَأَنَا صَغِيرٌ ، عَائِدٌ فِي قَيْئِهِ فَلَمْ نَدْرِ أَنَّهُ ضَرَبَ لَهُ مَثَلاً - قَالَ : فَمَنْ فَعَلَ ذَلِكَ فَمَثَلُهُ كَمَثَلِ الْكَلْبِ يَأْكُلُ ثُمَّ يَقِيءُ ثُمَّ يَعُودُ فِي قَيْئِهِ.

“Rəvayət edilir ki, Tavus ﵀ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Heç kimə verdiyi hədiyyəni geri götürməsi halal deyil. Yalnız ata övladına verdiyi şeyi geri qaytara bilər”. Tavus deyir: “Mən kiçik idim və “qusduğunu yeyən” cümləsini eşitmişdim, lakin Allah Elçisinin ﷺ bunu misal olaraq dediyini bilmirdim. Allah Elçisi ﷺ belə buyurmuşdur: “Kim belə edərsə, onun misalı doyana qədər yeyib qusan, sonra da qusduğunun yanına qayıdıb onu yeyən köpəyin misalı kimidir”.”

Tavus
Nəsəi, 3692 (Bağışlamaq, 5)Səhih

أَخْبَرَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مُحَمَّدِ بْنِ سَلاَّمٍ ، قَالَ : حَدَّثَنَا إِسْحَاقُ الأَزْرَقُ ، قَالَ : حَدَّثَنَا بِهِ حُسَيْنٌ الْمُعَلِّمُ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ طَاوُوسٍ ، عَنْ ابْنِ عُمَرَ ، وَابْنِ عَبَّاسٍ ، قَالاَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لاَ يَحِلُّ لأَحَدٍ أَنْ يُعْطِيَ الْعَطِيَّةَ فَيَرْجِعَ فِيهَا إِلاَّ الْوَالِدَ فِيمَا يُعْطِي وَلَدَهُ ، وَمَثَلُ الَّذِي يُعْطِي الْعَطِيَّةَ فَيَرْجِعُ فِيهَا ، كَالْكَلْبِ يَأْكُلُ حَتَّى إِذَا شَبِعَ قَاءَ ثُمَّ عَادَ فَرَجَعَ فِي قَيْئِهِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Heç kimə verdiyi hədiyyəni geri götürməsi halal deyil. Yalnız ata övladına verdiyi şeyi geri qaytara bilər. Belə edənin misalı doyana qədər yeyib qusan, sonra da qusduğunun yanına qayıdıb onu yeyən köpəyin misalı kimidir”.”

İbn Abbas
Nəsəi, 3703 (Bağışlamaq, 16)Səhih

أَخْبَرَنَا عَبْدُ الْحَمِيدِ بْنُ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنَا مَخْلَدٌ ، قَالَ : حَدَّثَنَا ابْنُ جُرَيْجٍ ، عَنِ الْحَسَنِ بْنِ مُسْلِمٍ ، عَنْ طَاوُوسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : لاَ يَحِلُّ لأَحَدٍ يَهَبُ هِبَةً ثُمَّ يَعُودُ فِيهَا إِلاَّ الْوَالِدَ - قَالَ طَاوُوسٌ : كُنْتُ أَسْمَعُ الصِّبْيَانَ يَقُولُونَ : يَا عَائِدًا فِي قَيْئِهِ ، وَلَمْ أَشْعُرْ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ضَرَبَ ذَلِكَ مَثَلاً ، حَتَّى بَلَغَنَا أَنَّهُ كَانَ يَقُولُ ، مَثَلُ الَّذِي يَهَبُ الْهِبَةَ ثُمَّ يَعُودُ فِيهَا - وَذَكَرَ كَلِمَةً مَعْنَاهَا - كَمَثَلِ الْكَلْبِ يَأْكُلُ قَيْئَهُ.

“Tavus ﵀ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Heç kimə verdiyi hədiyyəni geri götürməsi halal deyil. Yalnız ata övladına verdiyi şeyi geri qaytara bilər”. Tavus deyir: “Mən uşaqların “ey qusduğunun yanına qayıdan!” dediklərini eşitmişdim. Amma Allah Elçisinin ﷺ bunu misal olaraq dediyini bilmirdim. Sonra Allah Elçisinin ﷺ belə buyurduğu bizə çatdı: “Hədiyyə edən və hədiyyəsini geri götürənin misalı qusduğunun yeyən köpəyin misalı kimidir”.”

Tavus
Nəsəi, 3704 (Bağışlamaq, 17)Səhih

أَخْبَرَنِي مَحْمُودُ بْنُ خَالِدٍ ، قَالَ : حَدَّثَنَا عُمَرُ ، عَنِ الأَوْزَاعِيِّ ، حَدَّثَنَا ابْنُ شِهَابٍ ، قَالَ : وأَخْبَرَنِي عَمْرُو بْنُ عُثْمَانَ ، أَنْبَأَنَا بَقِيَّةُ بْنُ الْوَلِيدِ ، عَنِ الأَوْزَاعِيِّ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ جَابِرٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مَنْ أُعْمِرَ عُمْرَى فَهِيَ لَهُ وَلِعَقِبِهِ ، يَرِثُهَا مَنْ يَرِثُهُ مِنْ عَقِبِهِ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kimə Umra yolu ilə bir mal verilərsə, artıq o mal onun və övladlarınındır. O adamın varisləri o mala da eyni şəkildə varisdirlər”.”

Cabir
Nəsəi, 3740 (əl-Umra, 21)Səhih

أَخْبَرَنَا عِيسَى بْنُ مُسَاوِرٍ ، قَالَ : حَدَّثَنَا الْوَلِيدُ ، قَالَ : حَدَّثَنَا أَبُو عَمْرٍو ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ جَابِرٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : الْعُمْرَى لِمَنْ أُعْمِرَهَا هِيَ لَهُ وَلِعَقِبِهِ ، يَرِثُهَا مَنْ يَرِثُهُ مِنْ عَقِبِهِ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Umra yolu ilə verilən mal verilənin və onun övladlarınındır. O adamın varisləri bu mala da varisdirlər”.”

Cabir
Nəsəi, 3741 (əl-Umra, 22)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ هَاشِمٍ الْبَعْلَبَكِّيُّ ، قَالَ : حَدَّثَنَا الْوَلِيدُ ، قَالَ : حَدَّثَنَا الأَوْزَاعِيُّ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، وَأَبِي سَلَمَةَ ، عَنْ جَابِرٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : الْعُمْرَى لِمَنْ أُعْمِرَهَا هِيَ لَهُ وَلِعَقِبِهِ ، يَرِثُهَا مَنْ يَرِثُهُ مِنْ عَقِبِهِ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Umra yolu ilə verilən mal verilənin və onun övladlarınındır. O adamın varisləri bu mala da varisdirlər”.”

Cabir
Nəsəi, 3742 (əl-Umra, 23)Səhih

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ عَبْدِ الرَّحِيمِ ، قَالَ : حَدَّثَنَا عَمْرُو بْنُ أَبِي سَلَمَةَ الدِّمَشْقِيُّ ، عَنْ أَبِي عُمَرَ الصَّنْعَانِيِّ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَبْدِ اللهِ بْنِ الزُّبَيْرِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : أَيُّمَا رَجُلٍ أَعْمَرَ رَجُلاً عُمْرَى لَهُ وَلِعَقِبِهِ ، فَهِيَ لَهُ وَلِمَنْ يَرِثُهُ مِنْ عَقِبِهِ مَوْرُوثَةٌ.

“Abdullah ibn əz-Zubeyr ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bir adam başqa bir adama Umra yolu ilə mal verərsə, o mal verilən adama və onun övladlarına aiddir. O adamın varisləri həmin mala da varisdirlər”.”

Abdullah ibn əz-Zubeyr
Nəsəi, 3743 (əl-Umra, 24)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا أَبِي ، قَالَ : حَدَّثَنَا سَعِيدٌ ، قَالَ : حَدَّثَنِي يَزِيدُ بْنُ أَبِي حَبِيبٍ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ جَابِرٍ : أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَضَى بِالْعُمْرَى : أَنْ يَهَبَ الرَّجُلُ لِلرَّجُلِ وَلِعَقِبِهِ الْهِبَةَ وَيَسْتَثْنِيَ إِنْ حَدَثَ بِكَ حَدَثٌ وَبِعَقِبِكَ فَهُوَ إِلَيَّ وَإِلَى عَقِبِي ، إِنَّهَا لِمَنْ أُعْطِيَهَا وَلِعَقِبِهِ.

“Cabir ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Umra haqda belə hökm verdi: “Bir adamın başqa bir adama və onun uşaqlarına bir hədiyyə verərək: “Əgər sənə və uşaqlarına bir şey olarsa, o mal mənə və varislərimə aiddir” şərtini qoyması Umradır. Halbuki, o mal artıq verilən kimsənin və varislərinindir”.”

Cabir
Nəsəi, 3749 (əl-Umra, 30)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا مُعَاذُ بْنُ هِشَامٍ ، قَالَ : حَدَّثَنِي أَبِي ، عَنْ قَتَادَةَ ، قَالَ : سَأَلَنِي سُلَيْمَانُ بْنُ هِشَامٍ عَنِ الْعُمْرَى فَقُلْتُ : حَدَّثَ مُحَمَّدُ بْنُ سِيرِينَ ، عَنْ شُرَيْحٍ ، قَالَ : قَضَى نَبِيُّ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، أَنَّ الْعُمْرَى جَائِزَةٌ . قَالَ قَتَادَةُ : قُلْتُ : حَدَّثَنِي النَّضْرُ بْنُ أَنَسٍ ، عَنْ بَشِيرِ بْنِ نَهِيكٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ نَبِيَّ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : الْعُمْرَى جَائِزَةٌ ، قَالَ قَتَادَةُ : وَقُلْتُ : كَانَ الْحَسَنُ ، يَقُولُ : الْعُمْرَى جَائِزَةٌ ، قَالَ قَتَادَةُ : فَقَالَ الزُّهْرِيُّ : إِنَّمَا الْعُمْرَى إِذَا أُعْمِرَ وَعَقِبُهُ مِنْ بَعْدِهِ ، فَإِذَا لَمْ يَجْعَلْ عَقِبَهُ مِنْ بَعْدِهِ كَانَ لِلَّذِي يَجْعَلُ شَرْطَهُ ، قَالَ قَتَادَةُ : فَسُئِلَ عَطَاءُ بْنُ أَبِي رَبَاحٍ ، فَقَالَ : حَدَّثَنِي جَابِرُ بْنُ عَبْدِ اللهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : الْعُمْرَى جَائِزَةٌ ، قَالَ قَتَادَةُ : فَقَالَ الزُّهْرِيُّ : كَانَ الْخُلَفَاءُ لاَ يَقْضُونَ بِهَذَا قَالَ عَطَاءٌ : قَضَى بِهَا عَبْدُ الْمَلِكِ بْنُ مَرْوَانَ.

“Rəvayət edilir ki, Şureyh ﵀ demişdir: “Allahın Peyğəmbəri ﷺ Umra yolu ilə mal verməyin icazəli olmasına hökm etmişdir”. Əbu Hureyra rəvayət edir ki, Allahın Peyğəmbəri ﷺ belə buyurdu: “Umra yolu ilə mal vermək icazəlidir”. Rəvayət edilir ki, Həsən əl-Bəsri ﵀ demişdir: “Umra yolu ilə mal vermək icazəlidir”. əz-Zuhri demişdir: “Umra yolu ilə verilən mal umra verilən adama və onun varislərinə məxsusdur. Əgər umra edən kəs malı umra ilə verdiyi kəsə (öldükdən sonra) geridə qalan övladlarına da qalacaq şərtini kəsməmişsə, artıq verilən mal şərti kəsənə qayıdır”. Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Umra yolu ilə mal vermək icazəlidir”.”

Şureyh
Nəsəi, 3755 (əl-Umra, 36)Səhih

أَخْبَرَنَا عَبْدُ اللهِ بْنُ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : حَدَّثَنَا أَبُو الزِّنَادِ ، عَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : لاَ يَأْتِي النَّذْرُ عَلَى ابْنِ آدَمَ شَيْئًا لَمْ أُقَدِّرْهُ عَلَيْهِ ، وَلَكِنَّهُ شَيْءٌ اسْتُخْرِجَ بِهِ مِنَ الْبَخِيلِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Nəzir etmək Adəm övladına təqdir olunmayan heç bir şeyi nəsib etmir, sadəcə nəzir vasitəsilə simic adamdan mal çıxarılır”.”

Əbu Hureyra
Nəsəi, 3804 (Andlar, 44)Səhih

أَخْبَرَنَا عِمْرَانُ بْنُ بَكَّارٍ ، قَالَ : حَدَّثَنَا عَلِيُّ بْنُ عَيَّاشٍ ، قَالَ : أَنْبَأَنَا شُعَيْبٌ ، قَالَ : حَدَّثَنِي أَبُو الزِّنَادِ ، مِمَّا حَدَّثَهُ عَبْدُ الرَّحْمَنِ الأَعْرَجُ ، مِمَّا ذَكَرَ أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ ، يُحَدِّثُ بِهِ عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، قَالَ : قَالَ سُلَيْمَانُ بْنُ دَاوُدَ : لأَطُوفَنَّ اللَّيْلَةَ عَلَى تِسْعِينَ امْرَأَةً ، كُلُّهُنَّ يَأْتِي بِفَارِسٍ يُجَاهِدُ فِي سَبِيلِ اللهِ عَزَّ وَجَلَّ ، فَقَالَ لَهُ صَاحِبُهُ : إِنْ شَاءَ اللَّهُ ، فَلَمْ يَقُلْ : إِنْ شَاءَ اللَّهُ ، فَطَافَ عَلَيْهِنَّ جَمِيعًا ، فَلَمْ تَحْمِلْ مِنْهُنَّ إِلاَّ امْرَأَةٌ وَاحِدَةٌ جَاءَتْ بِشِقِّ رَجُلٍ ، وَأَيْمُ الَّذِي نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ ، لَوْ قَالَ : إِنْ شَاءَ اللَّهُ ، لَجَاهَدُوا فِي سَبِيلِ اللهِ فُرْسَانًا أَجْمَعِينَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Süleyman ibn Davud dedi: “Bu gecə doxsan zövcəmin yanına gedəcəyəm və onların hamısı Allah ﷿ yolunda olan mücahid dünyaya gətirəcək”. Dostu ona: “Allahın izni ilə!”, - de” dedi. Süleyman “Allahın izni ilə!” demədi. Həmin gecə o bütün zövcələrinin yanına getdi, lakin onların heç bir doğmadı, yalnız biri dünyaya uşaq gətirdi, o da şikəst doğuldu. Muhəmmədin canı Əlində Olana and olsun ki, əgər o “Allahın izni ilə” desə idi, onların hamısı Allah yolunda mücahid doğardılar”.”

Əbu Hureyra
Nəsəi, 3831 (Andlar, 71)Səhih

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا هُشَيْمٌ ، قَالَ : أَنْبَأَنَا مَنْصُورٌ ، عَنِ الْحَسَنِ ، عَنْ عِمْرَانَ بْنِ حُصَيْنٍ ، قَالَ : قَالَ - يَعْنِي - النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لاَ نَذْرَ لاِبْنِ آدَمَ فِيمَا لاَ يَمْلِكُ ، وَلاَ فِي مَعْصِيَةِ اللهِ عَزَّ وَجَلَّ. خَالَفَهُ عَلِيُّ بْنُ زَيْدٍ ، فَرَوَاهُ عَنِ الْحَسَنِ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ سَمُرَةَ.

“Rəvayət edilir ki, İmran ibn Husayn ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Adəm övladına sahibi olmadığı malı və Allaha ﷿ asilik etmək üçün nəzir etməsi icazəli deyil”.”

İmran ibn Husayn
Nəsəi, 3849 (Andlar, 89)Səhih

أَخْبَرَنِي عَلِيُّ بْنُ مُحَمَّدِ بْنِ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا خَلَفُ بْنُ تَمِيمٍ ، قَالَ : حَدَّثَنَا زَائِدَةُ ، قَالَ : حَدَّثَنَا عَلِيُّ بْنُ زَيْدِ بْنِ جَدْعَانَ ، عَنِ الْحَسَنِ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ سَمُرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : لاَ نَذْرَ فِي مَعْصِيَةٍ ، وَلاَ فِيمَا لاَ يَمْلِكُ ابْنُ آدَمَ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : عَلِيُّ بْنُ زَيْدٍ ضَعِيفٌ ، وَهَذَا الْحَدِيثُ خَطَأٌ ، وَالصَّوَابُ عِمْرَانُ بْنُ حُصَيْنٍ ، وَقَدْ رُوِيَ هَذَا الْحَدِيثُ عَنْ عِمْرَانَ بْنِ حُصَيْنٍ مِنْ وَجْهٍ آخَرَ.

“Abdur-Rahmən ibn Səmura ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Asilik etmək üçün nəzir etmək və Adəm övladına sahibi olmadığı malı nəzir etməsi icazəli deyil”.”

Abdur-Rahmən ibn Səmura
Nəsəi, 3850 (Andlar, 90)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : حَدَّثَنِي أَيُّوبُ ، قَالَ : حَدَّثَنَا أَبُو قِلاَبَةَ ، عَنْ عَمِّهِ ، عَنْ عِمْرَانَ بْنِ حُصَيْنٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لاَ نَذْرَ فِي مَعْصِيَةٍ ، وَلاَ فِيمَا لاَ يَمْلِكُ ابْنُ آدَمَ.

“Rəvayət edilir ki, İmran ibn Husayn ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Asilik etmək üçün nəzir etmək və Adəm övladına sahibi olmadığı malı nəzir etməsi icazəli deyil”.”

İmran ibn Husayn
Nəsəi, 3851 (Andlar, 91)Səhih

أَخْبَرَنَا الْعَبَّاسُ بْنُ عَبْدِ الْعَظِيمِ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، قَالَ : أَنْبَأَنَا مَعْمَرٌ ، عَنْ ابْنِ طَاوُوسٍ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، رَفَعَهُ : قَالَ سُلَيْمَانُ : لأَطُوفَنَّ اللَّيْلَةَ عَلَى تِسْعِينَ امْرَأَةً تَلِدُ كُلُّ امْرَأَةٍ مِنْهُنَّ غُلاَمًا يُقَاتِلُ فِي سَبِيلِ اللهِ ، فَقِيلَ لَهُ : قُلْ : إِنْ شَاءَ اللَّهُ ، فَلَمْ يَقُلْ ، فَطَافَ بِهِنَّ ، فَلَمْ تَلِدْ مِنْهُنَّ إِلاَّ امْرَأَةٌ وَاحِدَةٌ نِصْفَ إِنْسَانٍ فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لَوْ قَالَ : إِنْ شَاءَ اللَّهُ لَمْ يَحْنَثْ وَكَانَ دَرَكًا لِحَاجَتِهِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ Allah Elçisinə ﷺ nisbət edərək belə buyurdu: “Süleyman dedi: “Bu gecə doxsan zövcəmin yanına gedəcəyəm və onların hamısı Allah ﷿ yolunda döyüşən oğlan uşağı dünyaya gətirəcək”. Ona deyildi: “Allahın izni ilə” de”. Süleyman “Allahın izni ilə” demədi və bir gecədə bütün zövcələrinin yanına getdi. Lakin onların heç bir doğmadı, yalnız biri dünyaya uşaq gətirdi, o da şikəst doğuldu”. Sonra Allah Elçisi buyurdu: “Əgər o, “Allahın izni ilə” desə idi, andı yerini tutar və istədiyinə nail olardı”.”

Əbu Hureyra
Nəsəi, 3856 (Andlar, 96)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ زُرَارَةَ ، قَالَ : أَنْبَأَنَا إِسْمَاعِيلُ ، قَالَ : حَدَّثَنَا ابْنُ عَوْنٍ ، قَالَ : كَانَ مُحَمَّدٌ يَقُولُ : الأَرْضُ عِنْدِي مِثْلُ مَالِ الْمُضَارَبَةِ فَمَا صَلُحَ فِي مَالِ الْمُضَارَبَةِ صَلُحَ فِي الأَرْضِ ، وَمَا لَمْ يَصْلُحْ فِي مَالِ الْمُضَارَبَةِ لَمْ يَصْلُحْ فِي الأَرْضِ ، قَالَ : وَكَانَ لاَ يَرَى بَأْسًا أَنْ يَدْفَعَ أَرْضَهُ إِلَى الأَكَّارِ عَلَى أَنْ يَعْمَلَ فِيهَا بِنَفْسِهِ وَوَلَدِهِ ، وَأَعْوَانِهِ ، وَبَقَرِهِ ، وَلاَ يُنْفِقَ شَيْئًا ، وَتَكُونَ النَّفَقَةُ كُلُّهَا مِنْ رَبِّ الأَرْضِ.

“Rəvayət edilir ki, Muhəmməd ﵀ demişdir: “Mənə görə ərazi mudarabə malı kimidir. Ərazinin icarəsində icazəli olan hər şey mudarabədə də icazəlidir. Ərazinin icarəsində icazəli olmayan hər bir şey mudarabədə də icazəli deyil. Bir ərazidə özü, övladları, heyvanları və alətləri ilə işləyən adama icarə verilməsində bir müşkül yoxdur, lakin bütün xərclər ərazi yiyəsinin üzərinə düşür”.”

Muhəmməd
Nəsəi, 3928 (Yardarlıq, 72)Səhih

أَخْبَرَنَا الْحُسَيْنُ بْنُ عِيسَى الْقُوْمَسِيُّ ، قَالَ : حَدَّثَنَا عَفَّانُ بْنُ مُسْلِمٍ ، قَالَ : حَدَّثَنَا سَلاَّمٌ أَبُو الْمُنْذِرِ ، عَنْ ثَابِتٍ ، عَنْ أَنَسٍ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : حُبِّبَ إِلَيَّ مِنَ الدُّنْيَا النِّسَاءُ وَالطِّيبُ ، وَجُعِلَ قُرَّةُ عَيْنِي فِي الصَّلاَةِ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Dünyadan mənə qadınlar və ətir sevdirildi, lakin gözümün işığı namaz edildi”.”

Ənəs
Nəsəi, 3939 (Qadınlarla davranış, 1)Səhih

أَخْبَرَنَا عَلِيُّ بْنُ مُسْلِمٍ الطُّوسِيُّ ، قَالَ : حَدَّثَنَا سَيَّارٌ ، قَالَ : حَدَّثَنَا جَعْفَرٌ ، قَالَ : حَدَّثَنَا ثَابِتٌ ، عَنْ أَنَسٍ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : حُبِّبَ إِلَيَّ النِّسَاءُ وَالطِّيبُ ، وَجُعِلَتْ قُرَّةُ عَيْنِي فِي الصَّلاَةِ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Dünyadan mənə qadınlar və ətir sevdirildi, lakin gözümün işığı namaz edildi”.”

Ənəs
Nəsəi, 3940 (Qadınlarla davranış, 2)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ حَفْصِ بْنِ عَبْدِ اللهِ قَالَ : حَدَّثَنِي أَبِي قَالَ : حَدَّثَنِي إِبْرَاهِيمُ بْنُ طَهْمَانَ ، عَنْ سَعِيدِ بْنِ أَبِي عَرُوبَةَ ، عَنْ قَتَادَةَ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ : لَمْ يَكُنْ شَيْءٌ أَحَبَّ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بَعْدَ النِّسَاءِ مِنَ الْخَيْلِ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisinə ﷺ qadınlardan sonra ən sevimli şey at idi”.”

Ənəs ibn Malik
Nəsəi, 3941 (Qadınlarla davranış, 3)Zəif

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا هَمَّامٌ ، عَنْ قَتَادَةَ ، عَنِ النَّضْرِ بْنِ أَنَسٍ ، عَنْ بَشِيرِ بْنِ نَهِيكٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : مَنْ كَانَ لَهُ امْرَأَتَانِ يَمِيلُ لِإِحْدَاهُمَا عَلَى الأُخْرَى جَاءَ يَوْمَ الْقِيَامَةِ أَحَدُ شِقَّيْهِ مَائِلٌ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kimin iki zövcəsi olar, o isə onlardan birinə daha çox meyl edər, digərinə isə əhəmiyyət verəzsə, Qiyamət günü bir tərəfi şikəst halda gələr”.”

Əbu Hureyra
Nəsəi, 3942 (Qadınlarla davranış, 4)Səhih

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ إِسْمَاعِيلَ بْنِ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ قَالَ : أَنْبَأَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ أَيُّوبَ ، عَنْ أَبِي قِلاَبَةَ ، عَنْ عَبْدِ اللهِ بْنِ يَزِيدَ ، عَنْ عَائِشَةَ قَالَتْ : كَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَقْسِمُ بَيْنَ نِسَائِهِ ثُمَّ يَعْدِلُ ، ثُمَّ يَقُولُ : اللَّهُمَّ هَذَا فِعْلِي فِيمَا أَمْلِكُ ، فَلاَ تَلُمْنِي فِيمَا تَمْلِكُ ، وَلاَ أَمْلِكُ أَرْسَلَهُ حَمَّادُ بْنُ زَيْدٍ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ əlində olandan ədalətlə davranaraq zövcələri arasında paylaşar, sonra dua edərək belə buyurardı: “Allahım, mən əlimdə olandan gücümün çatdığı qədər ədalətlə paylaşıram, amma əlimdə olmayan ədalətsizliyə görə məni qınama!””

Aişə
Nəsəi, 3943 (Qadınlarla davranış, 5)Zəif

أَخْبَرَنِي عُبَيْدُ اللهِ بْنُ سَعْدِ بْنِ إِبْرَاهِيمَ بْنِ سَعْدٍ ، قَالَ : حَدَّثَنَا عَمِّي ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنْ صَالِحٍ ، عَنْ ابْنِ شِهَابٍ قَالَ : أَخْبَرَنِي مُحَمَّدُ بْنُ عَبْدِ الرَّحْمَنِ بْنِ الْحَارِثِ بْنِ هِشَامٍ ، أَنَّ عَائِشَةَ قَالَتْ : أَرْسَلَ أَزْوَاجُ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَاطِمَةَ بِنْتَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَاسْتَأْذَنَتْ عَلَيْهِ وَهُوَ مُضْطَجِعٌ مَعِي فِي مِرْطِي ، فَأَذِنَ لَهَا ، فَقَالَتْ : يَا رَسُولَ اللهِ ، إِنَّ أَزْوَاجَكَ أَرْسَلْنَنِي إِلَيْكَ يَسْأَلْنَكَ الْعَدْلَ فِي ابْنَةِ أَبِي قُحَافَةَ ، وَأَنَا سَاكِتَةٌ ، فَقَالَ لَهَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أَيْ بُنَيَّةُ ، أَلَسْتِ تُحِبِّينَ مَنْ أُحِبُّ ؟ قَالَتْ : بَلَى ، قَالَ : فَأَحِبِّي هَذِهِ . فَقَامَتْ فَاطِمَةُ حِينَ سَمِعَتْ ذَلِكَ مِنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَرَجَعَتْ إِلَى أَزْوَاجِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَأَخْبَرَتْهُنَّ بِالَّذِي قَالَتْ ، وَالَّذِي قَالَ لَهَا ، فَقُلْنَ لَهَا : مَا نَرَاكِ أَغْنَيْتِ عَنَّا مِنْ شَيْءٍ ، فَارْجِعِي إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَقُولِي لَهُ : إِنَّ أَزْوَاجَكَ يَنْشُدْنَكَ الْعَدْلَ فِي ابْنَةِ أَبِي قُحَافَةَ ، قَالَتْ فَاطِمَةُ : لاَ وَاللَّهِ لاَ أُكَلِّمُهُ فِيهَا أَبَدًا ، قَالَتْ عَائِشَةُ : فَأَرْسَلَ أَزْوَاجُ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ زَيْنَبَ بِنْتَ جَحْشٍ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، وَهِيَ الَّتِي كَانَتْ تُسَامِينِي مِنْ أَزْوَاجِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي الْمَنْزِلَةِ عِنْدَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، وَلَمْ أَرَ امْرَأَةً قَطُّ خَيْرًا فِي الدِّينِ مِنْ زَيْنَبَ ، وَأَتْقَى لِلَّهِ عَزَّ وَجَلَّ ، وَأَصْدَقَ حَدِيثًا ، وَأَوْصَلَ لِلرَّحِمِ ، وَأَعْظَمَ صَدَقَةً ، وَأَشَدَّ ابْتِذَالاً لِنَفْسِهَا فِي الْعَمَلِ الَّذِي تَصَدَّقُ بِهِ ، وَتَقَرَّبُ بِهِ مَا عَدَا سَوْرَةً مِنْ حِدَّةٍ كَانَتْ فِيهَا ، تُسْرِعُ مِنْهَا الْفَيْئَةَ ، فَاسْتَأْذَنَتْ عَلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَرَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ مَعَ عَائِشَةَ فِي مِرْطِهَا عَلَى الْحَالِ الَّتِي كَانَتْ دَخَلَتْ فَاطِمَةُ عَلَيْهَا ، فَأَذِنَ لَهَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَتْ : يَا رَسُولَ اللهِ ، إِنَّ أَزْوَاجَكَ أَرْسَلْنَنِي يَسْأَلْنَكَ الْعَدْلَ فِي ابْنَةِ أَبِي قُحَافَةَ ، وَوَقَعَتْ بِي فَاسْتَطَالَتْ ، وَأَنَا أَرْقُبُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، وَأَرْقُبُ طَرْفَهُ ، هَلْ أَذِنَ لِي فِيهَا ، فَلَمْ تَبْرَحْ زَيْنَبُ حَتَّى عَرَفْتُ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ لاَ يَكْرَهُ أَنْ أَنْتَصِرَ ، فَلَمَّا وَقَعْتُ بِهَا لَمْ أَنْشَبْهَا بِشَيْءٍ ، حَتَّى أَنْحَيْتُ عَلَيْهَا ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : إِنَّهَا ابْنَةُ أَبِي بَكْرٍ

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisinin ﷺ zövcələri onun qızı Fatiməni Allah Elçisinin ﷺ yanına göndərdilər. Fatimə onun yanına daxil olmaq üçün izin istədi. Bu vaxt paltarım əynimdə ikən Allah Elçisi ﷺ mənim yanımda uzanıb yatırdı. Allah Elçisi ﷺ ona izin verdi. Fatimə dedi: “Ey Allahın Elçisi, zövcələrin məni sənin yanına göndərərək Əbu Quhafənin nəvəsi (Əbu Bəkrin qızı) haqqında ədalətli davranmağını və onların arasında ayrı-seçkilik etməməni istədilər”. Aişə deyir: “Mən susmuşdum. Allah Elçisi ﷺ ona dedi: “Qızım, mənim sevdiyim şəxsi sən də sevmək istəyirsənmi?” Fatimə: “Bəli”, - dedi. Allah Elçisi ﷺ buyurdu: “Onda yanımda olanı (Aişəni) sev!” Allah Elçisindən ﷺ bunu eşidən Fatimə dərhal onun zövcələrinin yanına yollandı və olanları onlara xəbər verdi. Onlar dedilər: “Sənin bu etdiklərindən bir fayda əldə etmədik. Yenidən onun yanına get və Əbu Quhafə nəvəsinin haqqında ədalətli davranmasını de”. Fatimə dedi: “Xeyr, vallahi, ona Aişə haqqında heç vaxt heç nə demərəm”. Aişə deyir: “Bu dəfə Peyğəmbərin ﷺ digər zövcələri Peyğəmbərin ﷺ yanına Zeynəb bint Cəhşi göndərdilər. Onun da Allah Elçisinin ﷺ yanında mənim qədər dəyəri var idi. Mən Zeynəb qədər dindar qadın görməmişdim. Allaha qarşı məsuliyyət hissində ən öndə idi və çox düzgün danışan, qohumlarına bağlı, xeyir işlər görməyi çox sevən və fədakar adam idi. Doğruluğunda və Allaha yaxınlaşdıran əməllərdə onun bənzəri yox idi. Tez qəzəblənər, tez də sakitləşərdi. Zeynəb gələrək otağıma girmək üçün izin istədi. Fatimənin gəldiyindəki vəziyyət necə idisə, indi də Allah Elçisi ﷺ Aişə ilə bir yerdə idi. Allah Elçisi ﷺ ona daxil olmağa izin verdikdə o: “Ey Allahın Elçisi, zövcələrin məni sənin yanına göndərərək Əbu Quhafənin nəvəsi haqqında ədalətli olmağını istəyirlər”, - dedi və səsini qaldıraraq məni danladı. Mən cavab vermək üçün izin verəcəkmi deyə Allah Elçisinin ﷺ gözünə baxdım. Zeynəb getmədikdə Allah Elçisinin ﷺ qəzəblənməyəcəyini başa düşdüm. Sonra Zeynəbin sözlərinin əvəzi olaraq onu sözlərimlə susdurdum. Bu vaxt Allah Elçisi ﷺ buyurdu: “O, Əbu Bəkrin qızıdır”.”

Aişə
Nəsəi, 3944 (Qadınlarla davranış, 6)Səhih

أَخْبَرَنِي عِمْرَانُ بْنُ بَكَّارٍ الْحِمْصِيُّ ، قَالَ : حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ : أَنْبَأَنَا شُعَيْبٌ ، عَنِ الزُّهْرِيِّ قَالَ : أَخْبَرَنِي مُحَمَّدُ بْنُ عَبْدِ الرَّحْمَنِ بْنِ الْحَارِثِ بْنِ هِشَامٍ ، أَنَّ عَائِشَةَ قَالَتْ : فَذَكَرَتْ نَحْوَهُ ، وَقَالَتْ : أَرْسَلَ أَزْوَاجُ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ زَيْنَبَ ، فَاسْتَأْذَنَتْ ، فَأَذِنَ لَهَا فَدَخَلَتْ ، فَقَالَتْ : نَحْوَهُ خَالَفَهُمَا مَعْمَرٌ ، رَوَاهُ عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbərin ﷺ zövcələri Zeynəbi onun yanına göndərdilər. Zeynəb ondan yanına daxil olması üçün izin istədi, o da Zeynəbə izin verdi. O, içəri girdi...” və yuxarıdakı hədisi rəvayət etdi.”

Aişə
Nəsəi, 3945 (Qadınlarla davranış, 7)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ النَّيْسَابُورِيُّ ، الثِّقَةُ الْمَأْمُونُ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، عَنْ مَعْمَرٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ قَالَتْ : اجْتَمَعْنَ أَزْوَاجُ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَأَرْسَلْنَ فَاطِمَةَ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقُلْنَ لَهَا : إِنَّ نِسَاءَكَ - وَذَكَرَ كَلِمَةً مَعْنَاهَا - يَنْشُدْنَكَ الْعَدْلَ فِي ابْنَةِ أَبِي قُحَافَةَ قَالَتْ : فَدَخَلَتْ عَلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَهُوَ مَعَ عَائِشَةَ فِي مِرْطِهَا ، فَقَالَتْ لَهُ : إِنَّ نِسَاءَكَ أَرْسَلْنَنِي ، وَهُنَّ يَنْشُدْنَكَ الْعَدْلَ فِي ابْنَةِ أَبِي قُحَافَةَ ، فَقَالَ لَهَا النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أَتُحِبِّينِي ؟ قَالَتْ : نَعَمْ قَالَ : فَأَحِبِّيهَا . قَالَتْ : فَرَجَعَتْ إِلَيْهِنَّ ، فَأَخْبَرَتْهُنَّ مَا قَالَ ، فَقُلْنَ لَهَا : إِنَّكِ لَمْ تَصْنَعِي شَيْئًا ، فَارْجِعِي إِلَيْهِ ، فَقَالَتْ : وَاللَّهِ لاَ أَرْجِعُ إِلَيْهِ فِيهَا أَبَدًا ، وَكَانَتِ ابْنَةَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ حَقًّا ، فَأَرْسَلْنَ زَيْنَبَ بِنْتَ جَحْشٍ ، قَالَتْ عَائِشَةُ : وَهِيَ الَّتِي كَانَتْ تُسَامِينِي مِنْ أَزْوَاجِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَتْ : أَزْوَاجُكَ أَرْسَلْنَنِي ، وَهُنَّ يَنْشُدْنَكَ الْعَدْلَ فِي ابْنَةِ أَبِي قُحَافَةَ ، ثُمَّ أَقْبَلَتْ عَلَيَّ تَشْتِمُنِي ، فَجَعَلْتُ أُرَاقِبُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَأَنْظُرُ طَرْفَهُ ، هَلْ يَأْذَنُ لِي مِنْ أَنْ أَنْتَصِرَ مِنْهَا ، قَالَتْ : فَشَتَمَتْنِي حَتَّى ظَنَنْتُ أَنَّهُ لاَ يَكْرَهُ أَنْ أَنْتَصِرَ مِنْهَا ، فَاسْتَقْبَلْتُهَا ، فَلَمْ أَلْبَثْ أَنْ أَفْحَمْتُهَا ، فَقَالَ لَهَا النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : إِنَّهَا ابْنَةُ أَبِي بَكْرٍ ، قَالَتْ عَائِشَةُ : فَلَمْ أَرَ امْرَأَةً خَيْرًا ، وَلاَ أَكْثَرَ صَدَقَةً ، وَلاَ أَوْصَلَ لِلرَّحِمِ ، وَأَبْذَلَ لِنَفْسِهَا فِي كُلِّ شَيْءٍ يُتَقَرَّبُ بِهِ إِلَى اللهِ تَعَالَى مِنْ زَيْنَبَ ، مَا عَدَا سَوْرَةً مِنْ حِدَّةٍ كَانَتْ فِيهَا تُوشِكُ مِنْهَا الْفَيْئَةَ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : هَذَا خَطَأٌ ، وَالصَّوَابُ الَّذِي قَبْلَهُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbərin ﷺ zövcələri Fatiməni: “Sənin qadınların Əbu Quhafənin nəvəsi (Əbu Bəkrin qızı) haqqında ədalətli davranmanı istəyirlər!”, - deməsi üçün Peyğəmbərin ﷺ yanına göndərdilər”. Aişə deyir: “Fatimə Peyğəmbərin ﷺ yanına gəldikdə o, Aişənin əbasının yanında idi. O, Peyğəmbərə dedi: “Sənin qadınların Əbu Quhafənin nəvəsi (Əbu Bəkrin qızı) haqqında ədalətli davranmanı istəyirlər!” Peyğəmbər ﷺ ona dedi: “Sən məni sevirsənmi?” Fatimə: “Bəli”, - dedi. Allah Elçisi ﷺ buyurdu: “Onda onu sev!” Fatimə onların yanına qayıtdı və onlara olanları xəbər verdi. Onlar dedilər: “Sənin bu etdiklərindən bir fayda əldə etmədik. Yenidən onun yanına get”. Fatimə dedi: “Vallahi, onun yanına qayıtmaram”. Allah Elçisinin qızı haqlı idi. Bu dəfə onlar Peyğəmbərin ﷺ yanına Zeynəb bint Cəhşi göndərdilər. Onun da Allah Elçisinin ﷺ yanında mənim qədər dəyəri var idi. O gəlib: “Sənin qadınların Əbu Quhafənin nəvəsi (Əbu Bəkrin qızı) haqqında ədalətli davranmanı istəyirlər!”, - dedi, sonra mənə tərəf çevrilib məni danlamağa başladı. Zeynəb məni təhqir etdikdə Allah Elçisinin ﷺ mənim ona cavab verməyəcəyimdən xoşlanmayacağını zənn edib onun sözlərinə cavab verməyə başladım. Sözlərinin əvəzi olaraq onu sözlərimlə susdurdum. Bu vaxt Allah Elçisi ﷺ ona dedi: “O, Əbu Bəkrin qızıdır”. Aişə deyir: “Mən Zeynəb qədər xeyirli qadın görməmişdim. O, çoxlu sədəqə verər, qohumlarına bağlı, hər bir məsələdə xeyir işlər görməyi sevər və Allaha yaxınlaşmaq istəyərdi. Tez qəzəblənər, tez də sakitləşərdi”.”

Aişə
Nəsəi, 3946 (Qadınlarla davranış, 8)Səhih

أَخْبَرَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا بِشْرٌ ، يَعْنِي ابْنَ الْمُفَضَّلِ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَمْرِو بْنِ مُرَّةَ ، عَنْ مُرَّةَ الْجُهَنِيِّ ، عَنْ أَبِي مُوسَى ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : فَضْلُ عَائِشَةَ عَلَى النِّسَاءِ كَفَضْلِ الثَّرِيدِ عَلَى سَائِرِ الطَّعَامِ.

“Əbu Musa ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: ”Aişənin digər qadınlarla müqayisədə üstünlüyü şorbanın digər yeməklər üzərində olan üstünlüyü kimidir”.”

Əbu Musa
Nəsəi, 3947 (Qadınlarla davranış, 9)Zəif

أَخْبَرَنَا عَلِيُّ بْنُ خَشْرَمٍ قَالَ : أَنْبَأَنَا عِيسَى بْنُ يُونُسَ ، عَنْ ابْنِ أَبِي ذِئْبٍ ، عَنِ الْحَارِثِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ عَائِشَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : فَضْلُ عَائِشَةَ عَلَى النِّسَاءِ كَفَضْلِ الثَّرِيدِ عَلَى سَائِرِ الطَّعَامِ.

“Aişə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: ”Aişənin digər qadınlarla müqayisədə üstünlüyü şorbanın digər yeməklər üzərində olan üstünlüyü kimidir”.”

Aişə
Nəsəi, 3948 (Qadınlarla davranış, 10)Səhih

أَخْبَرَنَا أَبُو بَكْرِ بْنُ إِسْحَاقَ الصَّغَانِيُّ ، قَالَ : حَدَّثَنَا شَاذَانُ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ قَالَتْ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : يَا أُمَّ سَلَمَةَ لاَ تُؤْذِينِي فِي عَائِشَةَ ، فَإِنَّهُ وَاللَّهِ مَا أَتَانِي الْوَحْيُ فِي لِحَافِ امْرَأَةٍ مِنْكُنَّ إِلاَّ هِيَ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: ”Ey Ummu Sələmə! Aişəyə qısqanaraq məni incitmə! Vallahi, ondan başqa heç birinizin yanında mənə vəhy enmir”.”

Aişə
Nəsəi, 3949 (Qadınlarla davranış, 11)Səhih

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ آدَمَ ، عَنْ عَبْدَةَ ، عَنْ هِشَامٍ ، عَنْ عَوْفِ بْنِ الْحَارِثِ ، عَنْ رُمَيْثَةَ ، عَنْ أُمِّ سَلَمَةَ ، أَنَّ نِسَاءَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ كَلَّمْنَهَا ، أَنْ تُكَلِّمَ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، أَنَّ النَّاسَ كَانُوا يَتَحَرَّوْنَ بِهَدَايَاهُمْ يَوْمَ عَائِشَةَ ، وَتَقُولُ لَهُ : إِنَّا نُحِبُّ الْخَيْرَ كَمَا تُحِبُّ عَائِشَةَ ، فَكَلَّمَتْهُ ، فَلَمْ يُجِبْهَا ، فَلَمَّا دَارَ عَلَيْهَا كَلَّمَتْهُ أَيْضًا ، فَلَمْ يُجِبْهَا ، وَقُلْنَ : مَا رَدَّ عَلَيْكِ ؟ قَالَتْ : لَمْ يُجِبْنِي . قُلْنَ : لاَ تَدَعِيهِ حَتَّى يَرُدَّ عَلَيْكِ ، أَوْ تَنْظُرِينَ مَا يَقُولُ ، فَلَمَّا دَارَ عَلَيْهَا كَلَّمَتْهُ فَقَالَ : لاَ تُؤْذِينِي فِي عَائِشَةَ ، فَإِنَّهُ لَمْ يَنْزِلْ عَلَيَّ الْوَحْيُ ، وَأَنَا فِي لِحَافِ امْرَأَةٍ مِنْكُنَّ ، إِلاَّ فِي لِحَافِ عَائِشَةَ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : هَذَانِ الْحَدِيثَانِ صَحِيحَانِ عَنْ عَبْدَةَ.

“Ummu Sələmə ﵂ rəvayət edir ki, Peyğəmbərin ﷺ qadınları “Bütün insanlar Peyğəmbərin ﷺ Aişənin yanına gəldiyi vaxt hədiyyələrini vermək üçün o günü gözləyirlər. Amma Aişə kimi biz də xeyir sevən adamlarıq”, - deməyimi təklif etdilər. Mən də eyni şeyi Allah Elçisinə ﷺ dedim, lakin o, cavab vermədi. Peyğəmbər ﷺ mənim növbəmdə yanıma gəldiyi vaxt yenidən bunları ona dedim, lakin yenə də mənə cavab vermədi. Allah Elçisinin ﷺ zövcələri: “Hansı cavabı aldın?”, - dedikdə mən: “O mənə cavab vermədi”, - dedim. Onlar da: “Sən ondan cavab alana qədər ona bunu deməyə davam et!”- dedilər. Yenə növbə mənə gəlincə bunları Allah Elçisinə ﷺ dedim. O buyurdu: “Aişəni qısqanmaqla məni incitmə! Çünki Aişədən başqa heç birinizin yanında mənə vəhy gəlmədi”.”

Ummu Sələmə
Nəsəi, 3950 (Qadınlarla davranış, 12)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنَا عَبْدَةُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا هِشَامٌ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ قَالَتْ : كَانَ النَّاسُ يَتَحَرَّوْنَ بِهَدَايَاهُمْ يَوْمَ عَائِشَةَ يَبْتَغُونَ بِذَلِكَ مَرْضَاةَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “İnsanlar Allah Elçisinin ﷺ razılığını qazanmaq üçün mənim yanıma gələn günü gözləyirdilər”.”

Aişə
Nəsəi, 3951 (Qadınlarla davranış, 13)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ آدَمَ ، عَنْ عَبْدَةَ ، عَنْ هِشَامٍ ، عَنْ صَالِحِ بْنِ رَبِيعَةَ بْنِ هُدَيْرٍ ، عَنْ عَائِشَةَ قَالَتْ : أَوْحَى اللَّهُ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَأَنَا مَعَهُ ، فَقُمْتُ ، فَأَجَفْتُ الْبَابَ بَيْنِي وَبَيْنَهُ ، فَلَمَّا رُفِّهَ عَنْهُ ، قَالَ لِي : يَا عَائِشَةُ إِنَّ جِبْرِيلَ يُقْرِئُكِ السَّلاَمَ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbərə ﷺ mənim yanımda vəhy nazil olmağa başladı. Mən də durub onunla mənim aramda olan qapını bağladım. Vəhydən sonra Peyğəmbər ﷺ özünə gəlib mənə dedi: “Ey Aişə! Cəbrail sənə salam söyləyir”.”

Aişə
Nəsəi, 3952 (Qadınlarla davranış, 14)Zəif

أَخْبَرَنَا نُوحُ بْنُ حَبِيبٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، قَالَ : حَدَّثَنَا مَعْمَرٌ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ لَهَا : إِنَّ جِبْرِيلَ يَقْرَأُ عَلَيْكِ السَّلاَمَ قَالَتْ : وَعَلَيْهِ السَّلاَمُ وَرَحْمَةُ اللهِ وَبَرَكَاتُهُ ، تَرَى مَا لاَ نَرَى.

“Aişə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ ona dedi: “Cəbrail sənə salam söyləyir”. Aişə dedi: “Ona da Allahın salamı, rəhməti və bərəkəti olsun! Sənin gördüyünü biz görmürük”.”

Aişə
Nəsəi, 3953 (Qadınlarla davranış, 15)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا الْحَكَمُ بْنُ نَافِعٍ ، قَالَ : أَنْبَأَنَا شُعَيْبٌ ، عَنِ الزُّهْرِيِّ قَالَ : أَخْبَرَنِي أَبُو سَلَمَةَ ، عَنْ عَائِشَةَ قَالَتْ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : يَا عَائِشَةُ هَذَا جِبْرِيلُ ، وَهُوَ يَقْرَأُ عَلَيْكِ السَّلاَمَ مِثْلَهُ سَوَاءٌ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : هَذَا الصَّوَابُ وَالَّذِي قَبْلَهُ خَطَأٌ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ey Aişə! Bu, Cəbraildir. O, sənə salam söyləyir”. Mən də ona eynisini dedim”.”

Aişə
Nəsəi, 3954 (Qadınlarla davranış, 16)Zəif

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا حُمَيْدٌ ، قَالَ : حَدَّثَنَا أَنَسٌ قَالَ : كَانَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عِنْدَ إِحْدَى أُمَّهَاتِ الْمُؤْمِنِينَ ، فَأَرْسَلَتْ أُخْرَى بِقَصْعَةٍ فِيهَا طَعَامٌ ، فَضَرَبَتْ يَدَ الرَّسُولِ ، فَسَقَطَتِ الْقَصْعَةُ ، فَانْكَسَرَتْ ، فَأَخَذَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ الْكِسْرَتَيْنِ فَضَمَّ إِحْدَاهُمَا إِلَى الأُخْرَى ، فَجَعَلَ يَجْمَعُ فِيهَا الطَّعَامَ ، وَيَقُولُ : غَارَتْ أُمُّكُمْ كُلُوا فَأَكَلُوا ، فَأَمْسَكَ حَتَّى جَاءَتْ بِقَصْعَتِهَا الَّتِي فِي بَيْتِهَا ، فَدَفَعَ الْقَصْعَةَ الصَّحِيحَةَ إِلَى الرَّسُولِ ، وَتَرَكَ الْمَكْسُورَةَ فِي بَيْتِ الَّتِي كَسَرَتْهَا.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Bir dəfə Peyğəmbər ﷺ möminlərin analarından birinin yanında olduqda digər zövcəsi Peyğəmbərə ﷺ bir qab yemək göndərdi. Aişə Peyğəmbərin ﷺ əlinə vurdu və qab qırıldı. Peyğəmbər ﷺ iki yerə bölünmüş qabı birinə tutub yeməyi onun içinə topladı. Sonra buyurdu: “Ananız qısqanır, yeyin!” Onlar da yeməyi yedilər. Aişə öz otağından salamat qab gətirənə qədər Peyğəmbər ﷺ onu əlində tutdu. Aişə salamat qabı Peyğəmbərə ﷺ verdi, qırılmış qabı isə evinə apardı”.”

Ənəs
Nəsəi, 3955 (Qadınlarla davranış, 17)Səhih

أَخْبَرَنَا الرَّبِيعُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا أَسَدُ بْنُ مُوسَى ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ ثَابِتٍ ، عَنْ أَبِي الْمُتَوَكِّلِ ، عَنْ أُمِّ سَلَمَةَ ، أَنَّهَا يَعْنِي أَتَتْ بِطَعَامٍ فِي صَحْفَةٍ لَهَا إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَأَصْحَابِهِ ، فَجَاءَتْ عَائِشَةُ مُتَّزِرَةً بِكِسَاءٍ ، وَمَعَهَا فِهْرٌ ، فَفَلَقَتْ بِهِ الصَّحْفَةَ ، فَجَمَعَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بَيْنَ فِلْقَتَيْ الصَّحْفَةِ ، وَيَقُولُ : كُلُوا غَارَتْ أُمُّكُمْ مَرَّتَيْنِ ، ثُمَّ أَخَذَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ صَحْفَةَ عَائِشَةَ ، فَبَعَثَ بِهَا إِلَى أُمِّ سَلَمَةَ ، وَأَعْطَى صَحْفَةَ أُمِّ سَلَمَةَ عَائِشَةَ.

“Ummu Sələmə ﵂ rəvayət edir ki, bir dəfə Allah Elçisinə ﷺ və səhabələrinə bir qabda yemək gətirmişdim. Aişə də əbada gəlib əlindəki kiçik daşla vurub qabı qırdı. Yemək yerə töküldü. Allah Elçisi ﷺ qırılan qabın iki parçasını bir-birinə tutub yeməyi onun içinə topladı və yanında olanlara iki dəfə: “Yeyin, ananız qısqandı!”, - dedi. Sonra Aişənin gətirdiyi salamat qabı götürdü və Ummu Sələməyə göndərdi. Ummu Sələmənin qırıq qabını isə Aişəyə verdi.”

Ummu Sələmə
Nəsəi, 3956 (Qadınlarla davranış, 18)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، عَنْ عَبْدِ الرَّحْمَنِ ، عَنْ سُفْيَانَ ، عَنْ فُلَيْتٍ ، عَنْ جَسْرَةَ بِنْتِ دَجَاجَةَ ، عَنْ عَائِشَةَ قَالَتْ : مَا رَأَيْتُ صَانِعَةَ طَعَامٍ مِثْلَ صَفِيَّةَ ، أَهْدَتْ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ إِنَاءً فِيهِ طَعَامٌ ، فَمَا مَلَكْتُ نَفْسِي أَنْ كَسَرْتُهُ ، فَسَأَلْتُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنْ كَفَّارَتِهِ فَقَالَ : إِنَاءٌ كَإِنَاءٍ ، وَطَعَامٌ كَطَعَامٍ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Safiyyə qədər gözəl yemək bişirən görmədim. O, Allah Elçisinə ﷺ bir qab yemək gətirmişdi. Özümü saxlaya bilməyib o qabı qırdım. Sonra da o qabın kəffarəsinin nə olduğunu soruşdum. Allah Elçisi ﷺ buyurdu: “Qırılan qab kimi bir qab, yemək kimi bir yeməkdir”.”

Aişə
Nəsəi, 3957 (Qadınlarla davranış, 19)Zəif

أَخْبَرَنَا الْحَسَنُ بْنُ مُحَمَّدٍ الزَّعْفَرَانِيُّ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ ، عَنْ ابْنِ جُرَيْجٍ ، عَنْ عَطَاءٍ ، أَنَّهُ سَمِعَ عُبَيْدَ بْنَ عُمَيْرٍ يَقُولُ : سَمِعْتُ عَائِشَةَ ، تَزْعُمُ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ كَانَ يَمْكُثُ عِنْدَ زَيْنَبَ بِنْتِ جَحْشٍ فَيَشْرَبُ عِنْدَهَا عَسَلاً ، فَتَوَاصَيْتُ أَنَا وَحَفْصَةُ أَنَّ أَيَّتُنَا دَخَلَ عَلَيْهَا النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَلْتَقُلْ : إِنِّي أَجِدُ مِنْكَ رِيحَ مَغَافِيرَ أَكَلْتَ مَغَافِيرَ ، فَدَخَلَ عَلَى إِحْدَاهُمَا ، فَقَالَتْ : ذَلِكَ لَهُ ، فَقَالَ : لاَ ، بَلْ شَرِبْتُ عَسَلاً عِنْدَ زَيْنَبَ بِنْتِ جَحْشٍ ، وَلَنْ أَعُودَ لَهُ فَنَزَلَتْ : {يَا أَيُّهَا النَّبِيُّ لِمَ تُحَرِّمُ مَا أَحَلَّ اللَّهُ لَكَ} {إِنْ تَتُوبَا إِلَى اللَّهِ} لِعَائِشَةَ وَحَفْصَةَ وَ {إِذْ أَسَرَّ النَّبِيُّ إِلَى بَعْضِ أَزْوَاجِهِ حَدِيثًا} لِقَوْلِهِ : بَلْ شَرِبْتُ عَسَلاً.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ Zeynəb bint Cəhşin yanında qaldıqda bal içərdi. Biz Həfsə ilə məsləhətləşərək belə qərara gəldik ki, Peyğəmbər ﷺ hər birimizin yanına gəldikdə ona: “Səndən məğafiriyi gəldiyini hiss edirəm, sən məğafir yemisən?”, - deyək. Peyğəmbər ﷺ onlardan birinin yanına daxil olduqda zövcəsi bunu ona dedi. O isə: “Xeyr, mən sadəcə Zeynəb bint Cəhşin yanında qaldıqda bal içmişəm və bir daha buna qayıtmaram”, - deyə cavab verdi. Sonra bu ayələr nazil oldu: “Ey Peyğəmbər! Zövcələrini razı salmağa çalışaraq Allahın sənə halal etdiyi şeyi nə üçün özünə qadağan edirsən? Allah Bağışlayandır, Rəhmlidir. Allah, andlarınızdan kəffarə verməklə azad olmağı sizdən ötrü qanuniləşdirmişdir. Allah sizin himayədarınızdır. O, Biləndir, Müdrikdir. Bir zaman Peyğəmbər öz zövcələrindən birinə sirr verdi”- “Mən bal içmişəm”- dedi - “O bunu onun digər zövcəsinə xəbər verdikdə və Allah da bunu Peyğəmbərə aşkar etdikdə o, bunun bir qismini sirr verdiyi zövcəsinə bildirdi, digər qismindən isə vaz keçdi. Peyğəmbər bunu ona bildirdikdə zövcəsi dedi: “Bunu sənə kim xəbər verdi?” O dedi: ”Bunu mənə hər şeyi Bilən, Xəbərdar olan Allah xəbər verdi!” Əgər ikiniz də” - Aişə və Həfsə - “Allaha tövbə etsəniz, yaxşı olar...”. (ət-Təhrim, 1-4)”.”

Aişə
Nəsəi, 3958 (Qadınlarla davranış, 20)Səhih

أَخْبَرَنِي إِبْرَاهِيمُ بْنُ يُونُسَ بْنِ مُحَمَّدٍ حَرَمِيٌّ ، هُوَ لَقَبُهُ ، قَالَ : حَدَّثَنَا أَبِي ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ ثَابِتٍ ، عَنْ أَنَسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ كَانَتْ لَهُ أَمَةٌ يَطَؤُهَا فَلَمْ تَزَلْ بِهِ عَائِشَةُ وَحَفْصَةُ حَتَّى حَرَّمَهَا عَلَى نَفْسِهِ ، فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ : {يَا أَيُّهَا النَّبِيُّ لِمَ تُحَرِّمُ مَا أَحَلَّ اللَّهُ لَكَ} إِلَى آخِرِ الآيَةِ.

“Ənəs ﵁ rəvayət edir ki, Allah Elçisinin ﷺ (Mariya adlı) bir kənizi var idi. Aişə və Həfsə onun bu kənizlə yaşamasına narazı idilər. Odur ki, Peyğəmbər ﷺ o kənizi ilə bir yerdə yaşamağı özünə haram etdi. Allah ﷿ da bu ayəni nazil etdi: “Ey Peyğəmbər! Zövcələrini razı salmağa çalışaraq Allahın sənə halal etdiyi şeyi nə üçün özünə qadağan edirsən? Allah Bağışlayandır, Rəhmlidir” (ət-Təhrim, 1)”.”

Ənəs
Nəsəi, 3959 (Qadınlarla davranış, 21)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ يَحْيَى هُوَ ابْنُ سَعِيدٍ الأَنْصَارِيُّ ، عَنْ عُبَادَةَ بْنِ الْوَلِيدِ بْنِ عُبَادَةَ بْنِ الصَّامِتِ ، أَنَّ عَائِشَةَ قَالَتْ : الْتَمَسْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَأَدْخَلْتُ يَدِي فِي شَعْرِهِ ، فَقَالَ : قَدْ جَاءَكِ شَيْطَانُكِ فَقُلْتُ : أَمَا لَكَ شَيْطَانٌ ؟ فَقَالَ : بَلَى ، وَلَكِنَّ اللَّهَ أَعَانَنِي عَلَيْهِ فَأَسْلَمَ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Allah Elçisinin ﷺ gəlməsini gözləyirdim. Yanıma gələn kimi əlimi onun saçlarının arasına saldım. O buyurdu: “Yenə şeytanın yanına gəlib?” Mən dedim: “Məgər sənin şeytanın yoxdur?” O buyurdu: “Var, amma Allah ona qarşı mənə yardım etdi və mənim şeytanım müsəlman oldu”.”

Aişə
Nəsəi, 3960 (Qadınlarla davranış, 22)Səhih

أَخْبَرَنِي إِبْرَاهِيمُ بْنُ الْحَسَنِ الْمِقْسَمِيُّ ، عَنْ حَجَّاجٍ ، عَنْ ابْنِ جُرَيْجٍ ، عَنْ عَطَاءٍ ، أَخْبَرَنِي ابْنُ أَبِي مُلَيْكَةَ ، عَنْ عَائِشَةَ قَالَتْ : فَقَدْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ذَاتَ لَيْلَةٍ ، فَظَنَنْتُ أَنَّهُ ذَهَبَ إِلَى بَعْضِ نِسَائِهِ ، فَتَجَسَّسْتُهُ ، فَإِذَا هُوَ رَاكِعٌ أَوْ سَاجِدٌ ، يَقُولُ : سُبْحَانَكَ وَبِحَمْدِكَ ، لاَ إِلَهَ إِلاَّ أَنْتَ فَقُلْتُ : بِأَبِي وَأُمِّي ، إِنَّكَ لَفِي شَأْنٍ ، وَإِنِّي لَفِي شَأْنٍ آخَرَ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Gecələrin birində mən Allah Elçisini ﷺ yanımda tapmadım və başqa zövcələrinin yanına getdiyini zənn etdim. (Qaranlıqda əlimlə onu) Axtardım və rukuda və ya səcdədə olduğunu tapdım. O, dua edərək belə deyirdi: “Sən pak və müqəddəssən, həmd Sənə məxsusdur! Səndən başqa ibadətə layiq haqq məbud yoxdur!” Mən dedim: “Atam-anam səna fəda olsun! Sən nə edirsən, mən isə nə düşünürəm!””

Aişə
Nəsəi, 3961 (Qadınlarla davranış, 23)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ قَالَ : أَنْبَأَنَا ابْنُ جُرَيْجٍ قَالَ : أَخْبَرَنِي ابْنُ أَبِي مُلَيْكَةَ ، أَنَّ عَائِشَةَ قَالَتْ : افْتَقَدْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ذَاتَ لَيْلَةٍ ، فَظَنَنْتُ أَنَّهُ ذَهَبَ إِلَى بَعْضِ نِسَائِهِ ، فَتَجَسَّسْتُ ، ثُمَّ رَجَعْتُ ، فَإِذَا هُوَ رَاكِعٌ أَوْ سَاجِدٌ ، يَقُولُ : سُبْحَانَكَ وَبِحَمْدِكَ ، لاَ إِلَهَ إِلاَّ أَنْتَ فَقُلْتُ : بِأَبِي وَأُمِّي إِنَّكَ لَفِي شَأْنٍ ، وَإِنِّي لَفِي آخَرَ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Gecələrin birində mən Allah Elçisini ﷺ yanımda tapmadım və başqa zövcələrinin yanına getdiyini zənn etdim. (Qaranlıqda əlimlə onu) axtarıb tapdım. O, rukuda və ya səcdələrində dua edərək belə deyirdi: “Sən pak və müqəddəssən, həmd Sənə məxsusdur! Səndən başqa ibadətə layiq haqq məbud yoxdur!” Mən dedim: “Atam-anam səna fəda olsun! Sən nə edirsən, mən isə nə düşünürəm!””

Aişə
Nəsəi, 3962 (Qadınlarla davranış, 24)Səhih

أَخْبَرَنَا سُلَيْمَانُ بْنُ دَاوُدَ قَالَ : أَنْبَأَنَا ابْنُ وَهْبٍ قَالَ : أَخْبَرَنِي ابْنُ جُرَيْجٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ كَثِيرٍ ، أَنَّهُ سَمِعَ مُحَمَّدَ بْنَ قَيْسٍ يَقُولُ : سَمِعْتُ عَائِشَةَ تَقُولُ : أَلاَ أُحَدِّثُكُمْ عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَعَنِّي ؟ قُلْنَا : بَلَى ، قَالَتْ : لَمَّا كَانَتْ لَيْلَتِي انْقَلَبَ ، فَوَضَعَ نَعْلَيْهِ عِنْدَ رِجْلَيْهِ ، وَوَضَعَ رِدَاءَهُ ، وَبَسَطَ إِزَارَهُ عَلَى فِرَاشِهِ ، وَلَمْ يَلْبَثْ إِلاَّ رَيْثَمَا ظَنَّ أَنِّي قَدْ رَقَدْتُ ، ثُمَّ انْتَعَلَ رُوَيْدًا ، وَأَخَذَ رِدَاءَهُ رُوَيْدًا ، ثُمَّ فَتَحَ الْبَابَ رُوَيْدًا وَخَرَجَ وَأَجَافَهُ رُوَيْدًا ، وَجَعَلْتُ دِرْعِي فِي رَأْسِي فَاخْتَمَرْتُ ، وَتَقَنَّعْتُ إِزَارِي ، وَانْطَلَقْتُ فِي إِثْرِهِ حَتَّى جَاءَ الْبَقِيعَ ، فَرَفَعَ يَدَيْهِ ثَلاَثَ مَرَّاتٍ ، وَأَطَالَ الْقِيَامَ ، ثُمَّ انْحَرَفَ ، وَانْحَرَفْتُ ، فَأَسْرَعَ فَأَسْرَعْتُ ، فَهَرْوَلَ فَهَرْوَلْتُ ، فَأَحْضَرَ فَأَحْضَرْتُ ، وَسَبَقْتُهُ فَدَخَلْتُ ، وَلَيْسَ إِلاَّ أَنْ اضْطَجَعْتُ فَدَخَلَ ، فَقَالَ : مَا لَكِ يَا عَائِشُ رَابِيَةً ؟ قَالَ : سُلَيْمَانُ حَسِبْتُهُ قَالَ : حَشْيَا قَالَ : لَتُخْبِرِنِّي أَوْ لَيُخْبِرَنِّي اللَّطِيفُ الْخَبِيرُ ؟ قُلْتُ : يَا رَسُولَ اللهِ ، بِأَبِي أَنْتَ وَأُمِّي ، فَأَخْبَرْتُهُ الْخَبَرَ ، قَالَ : أَنْتِ السَّوَادُ الَّذِي رَأَيْتُ أَمَامِي ؟ قُلْتُ : نَعَمْ ، قَالَتْ : فَلَهَدَنِي لَهْدَةً فِي صَدْرِي أَوْجَعَتْنِي ، قَالَ : أَظَنَنْتِ أَنْ يَحِيفَ اللَّهُ عَلَيْكِ وَرَسُولُهُ ، قَالَتْ : مَهْمَا يَكْتُمُ النَّاسُ فَقَدْ عَلِمَهُ اللَّهُ عَزَّ وَجَلَّ ؟ قَالَ : نَعَمْ ، قَالَ : فَإِنَّ جِبْرِيلَ عَلَيْهِ السَّلاَمُ أَتَانِي حِينَ رَأَيْتِ ، وَلَمْ يَكُنْ يَدْخُلُ عَلَيْكِ ، وَقَدْ وَضَعْتِ ثِيَابَكِ فَنَادَانِي ، فَأَخْفَى مِنْكِ فَأَجَبْتُهُ ، وَأَخْفَيْتُهُ مِنْكِ ، وَظَنَنْتُ أَنَّكِ قَدْ رَقَدْتِ ، فَكَرِهْتُ أَنْ أُوقِظَكِ ، وَخَشِيتُ أَنْ تَسْتَوْحِشِي ، فَأَمَرَنِي أَنْ آتِيَ أَهْلَ الْبَقِيعِ ، فَأَسْتَغْفِرَ لَهُمْ. خَالَفَهُ حَجَّاجُ بْنُ مُحَمَّدٍ فَقَالَ : عَنْ ابْنِ جُرَيْجٍ ، عَنْ ابْنِ أَبِي مُلَيْكَةَ ، عَنْ مُحَمَّدِ بْنِ قَيْسٍ.

“Rəvayət edilir ki, Muhəmməd ibn Qeys ﵀ demişdir: “Mən Aişənin belə dediyini eşitmişəm: “Sizə Allah Elçisi ﷺ ilə mənim aramda baş verən hadisəni danışımmı?” Biz: “Bəli”, - dedik. Aişə dedi: “Allah Elçisi ﷺ mənim yanımda olduğu gecə ayaqqabısını, paltarını və üst əbasını yanında qoymuşdu. Bir az sonra mənim yatdığımı sanaraq yavaşca ayaqqabısını və paltarını geyindi və qapını yavaşca açdı, səssiz çıxıb qapını səssiz şəkildə bağladı. Mən də başımı örtüb paltarıma büründüm və onun arxasınca çıxaraq izləməyə başladım. O, Bəqi qəbiristanlığına gəldi, orada əllərini üç dəfə qaldıraraq uzun dua etdi. Sonra qayıtdı, mən də qayıdıb sürətlə yeriməyə başladım. O qaçdıqda, mən də qaçmağa başladım. O, evə gəldikdə mən ondan qabaq evə girdim. Gəlib məni yataqda deyil, ayaq üstə görüb dedi: “Sənə nə olub, ey Aişə? Niyə ləhləyirsən? Nə baş verdiyini ya sən deyəcəksən, ya da hər şeydən xəbərdar olan lütf sahibi olan Allah mənə bildirəcək”. Mən də: “Ey Allahın Elçisi, atam-anam sənə fəda olsun!”, - dedim və olanları ona bildirdim. Allah Elçisi ﷺ buyurdu: “Önümdə olan qaraltı sən idin?” Mən: “Bəli”, - dedim. O, sinəmə ağrıdacaq şəkildə vurdu və dedi: “Allah və Onun Elçisinin xəyanət edəcəyini düşünürsən?” Mən dedim: “Məgər insanlar gizlətdiyin Allah ﷿ bilir?” O buyurdu: “Sən məni gördüyün həmin vaxt Cəbrail ﵇ gəlmişdi, paltarını soyunduğuna görə bizim yanımıza girmədi. O məni səssiz çağırdı, mən də səni narahat etməmək üçün qalxdım və sənin yatdığını zənn edərək narahat etməmək üçün oyandırmadım. Həm də oyatmadım ki, birdən qorxarsan. Cəbrail mənə Bəqi qəbiristanlığına gəlib orada yatanlar üçün bağışlanma diləməyimi istədi”.”

Muhəmməd ibn Qeys
Nəsəi, 3963 (Qadınlarla davranış, 25)Səhih

حَدَّثَنَا يُوسُفُ بْنُ سَعِيدِ بْنِ مُسْلِمٍ الْمِصِّيصِيُّ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ ، عَنْ ابْنِ جُرَيْجٍ ، أَخْبَرَنِي عَبْدُ اللهِ ابْنُ أَبِي مُلَيْكَةَ ، أَنَّهُ سَمِعَ مُحَمَّدَ بْنَ قَيْسِ بْنِ مَخْرَمَةَ يَقُولُ : سَمِعْتُ عَائِشَةَ تُحَدِّثُ ، قَالَتْ : أَلاَ أُحَدِّثُكُمْ عَنِّي ، وَعَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ؟ قُلْنَا : بَلَى ، قَالَتْ : لَمَّا كَانَتْ لَيْلَتِي الَّتِي هُوَ عِنْدِي - تَعْنِي النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ - انْقَلَبَ ، فَوَضَعَ نَعْلَيْهِ عِنْدَ رِجْلَيْهِ ، وَوَضَعَ رِدَاءَهُ ، وَبَسَطَ طَرَفَ إِزَارِهِ عَلَى فِرَاشِهِ ، فَلَمْ يَلْبَثْ إِلاَّ رَيْثَمَا ظَنَّ أَنِّي قَدْ رَقَدْتُ ، ثُمَّ انْتَعَلَ رُوَيْدًا ، وَأَخَذَ رِدَاءَهُ رُوَيْدًا ، ثُمَّ فَتَحَ الْبَابَ رُوَيْدًا ، وَخَرَجَ وَأَجَافَهُ رُوَيْدًا ، وَجَعَلْتُ دِرْعِي فِي رَأْسِي ، وَاخْتَمَرْتُ ، وَتَقَنَّعْتُ إِزَارِي ، فَانْطَلَقْتُ فِي إِثْرِهِ حَتَّى جَاءَ الْبَقِيعَ ، فَرَفَعَ يَدَيْهِ ثَلاَثَ مَرَّاتٍ وَأَطَالَ الْقِيَامَ ، ثُمَّ انْحَرَفَ فَانْحَرَفْتُ ، فَأَسْرَعَ فَأَسْرَعْتُ ، فَهَرْوَلَ فَهَرْوَلْتُ ، فَأَحْضَرَ فَأَحْضَرْتُ ، وَسَبَقْتُهُ فَدَخَلْتُ ، فَلَيْسَ إِلاَّ أَنْ اضْطَجَعْتُ ، فَدَخَلَ فَقَالَ : مَا لَكِ يَا عَائِشَةُ حَشْيَا رَابِيَةً ؟ قَالَتْ : لاَ ، قَالَ : لَتُخْبِرِنِّي أَوْ لَيُخْبِرَنِّي اللَّطِيفُ الْخَبِيرُ ؟ قُلْتُ : يَا رَسُولَ اللهِ ، بِأَبِي أَنْتَ وَأُمِّي ، فَأَخْبَرْتُهُ الْخَبَرَ ، قَالَ : فَأَنْتِ السَّوَادُ الَّذِي رَأَيْتُهُ أَمَامِي ؟ قَالَتْ : نَعَمْ ، قَالَتْ : فَلَهَدَنِي فِي صَدْرِي لَهْدَةً أَوْجَعَتْنِي ، ثُمَّ قَالَ : أَظَنَنْتِ أَنْ يَحِيفَ اللَّهُ عَلَيْكِ وَرَسُولُهُ قَالَتْ : مَهْمَا يَكْتُمُ النَّاسُ فَقَدْ عَلِمَهُ اللَّهُ ؟ قَالَ : نَعَمْ . قَالَ : فَإِنَّ جِبْرِيلَ عَلَيْهِ السَّلاَمُ أَتَانِي حِينَ رَأَيْتِ ، وَلَمْ يَكُنْ يَدْخُلُ عَلَيْكِ ، وَقَدْ وَضَعْتِ ثِيَابَكِ فَنَادَانِي ، فَأَخْفَى مِنْكِ ، فَأَجَبْتُهُ فَأَخْفَيْتُ مِنْكِ ، فَظَنَنْتُ أَنْ قَدْ رَقَدْتِ ، وَخَشِيتُ أَنْ تَسْتَوْحِشِي ، فَأَمَرَنِي أَنْ آتِيَ أَهْلَ الْبَقِيعِ ، فَأَسْتَغْفِرَ لَهُمْ رَوَاهُ عَاصِمٌ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَامِرٍ ، عَنْ عَائِشَةَ عَلَى غَيْرِ هَذَا اللَّفْظِ.

“Rəvayət edilir ki, Muhəmməd ibn Qeys ﵀ demişdir: “Mən Aişənin belə dediyini eşitmişəm: “Sizə Allah Elçisi ﷺ ilə mənim aramda baş verən hadisəni danışımmı?” Biz: “Bəli”, - dedik. Aişə dedi: “Allah Elçisi ﷺ mənim yanımda olduğu gecə ayaqqabısını, paltarını və əbasını yanında qoymuşdu. Bir az sonra mənim yatdığımı sanaraq paltarını yavaşca götürdü, qapını yavaşca açdı və yavaşca çıxdı. Mən də baş örtüyümü götürüb onun arxasınca çıxdım və onu izləməyə başladım. O, Bəqi qəbiristanlığına gəldi, orada əllərini üç dəfə qaldıraraq uzun dua etdi. Sonra qayıtdı, mən də qayıdıb sürətlə yeriməyə başladım. O qaçdıqda mən də qaçmağa başladım. O, evə gəldikdə mən ondan qabaq evə girdim. Gəlib məni yataqda deyil, ayaq üstə görüb dedi: “Sənə nə olub, ey Aişə? Niyə ləhləyirsən? Nə baş verdiyini ya sən deyəcəksən, ya da hər şeydən xəbərdar olan lütf sahibi olan Allah mənə bildirəcək”. Mən də: “Ey Allahın Elçisi, atam-anam sənə fəda olsun!”? - dedim və olanları ona bildirdim. Allah Elçisi ﷺ buyurdu: “Önümdə olan qaraltı sən idin?” Mən: “Bəli”? - dedim. O, sinəmə ağrıdacaq şəkildə vurdu və dedi: “Allah və Onun Elçisinin xəyanət edəcəyini düşünürsən?” Mən dedim: “Məgər insanların gizlətdiyini Allah bilir?” O buyurdu: “Sən məni gördüyün həmin vaxt Cəbrail ﵇ gəlmişdi, sən paltarını soyunduğuna görə o bizim yanımıza girmədi. Məni səssiz çağırdı, mən də səni narahat etməmək üçün qalxdım və sənin yatdığını zənn edərək narahat etməmək üçün oyandırmadım. Həm də oyatmadım ki, birdən qorxarsan. Cəbrail məndən Bəqi qəbiristanlığında yatanlar üçün bağışlanma diləməyimi istədi”.”

Muhəmməd ibn Qeys
Nəsəi, 3964 (Qadınlarla davranış, 26)Səhih

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ قَالَ : أَنْبَأَنَا شَرِيكٌ ، عَنْ عَاصِمٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَامِرِ بْنِ رَبِيعَةَ ، عَنْ عَائِشَةَ قَالَتْ : فَقَدْتُهُ مِنَ اللَّيْلِ وَسَاقَ الْحَدِيثَ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir gecə vaxtı...” və yuxarıdakı hədisi rəvayət etdi.”

Aişə
Nəsəi, 3965 (Qadınlarla davranış, 27)Zəif

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ وَاصِلٍ ، عَنْ أَبِي وَائِلٍ ، عَنْ عَمْرِو بْنِ شُرَحْبِيلَ ، عَنْ عَبْدِ اللهِ قَالَ : قُلْتُ : يَا رَسُولَ اللهِ ، أَيُّ الذَّنْبِ أَعْظَمُ ؟ قَالَ : أَنْ تَجْعَلَ لِلَّهِ نِدًّا ، وَهُوَ خَلَقَكَ قُلْتُ : ثُمَّ مَاذَا ؟ قَالَ : أَنْ تَقْتُلَ وَلَدَكَ خَشْيَةَ أَنْ يَطْعَمَ مَعَكَ قُلْتُ : ثُمَّ مَاذَا ؟ قَالَ : أَنْ تُزَانِيَ بِحَلِيلَةِ جَارِكَ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, hansı günah ən böyük günahdır?” Peyğəmbər ﷺ buyurdu: “Səni yaratdığı halda Allaha şərik qoşmağın”. Mən dedim: “Sonra hansıdır?” Peyğəmbər ﷺ buyurdu: “Səninlə birlikdə yemək yeyər deyə övladını (kasıb qalarsan qorxusu ilə) öldürməyin”. Mən dedim: “Daha sonra hansıdır?” Peyğəmbər ﷺ buyurdu: “Qonşunun zövcəsi ilə zina etmək”.”

Abdullah
Nəsəi, 4013 (Qanın haramlığı, 48)Səhih

حَدَّثَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ قَالَ : حَدَّثَنِي وَاصِلٌ ، عَنْ أَبِي وَائِلٍ ، عَنْ عَبْدِ اللهِ قَالَ : قُلْتُ : يَا رَسُولَ اللهِ ، أَيُّ الذَّنْبِ أَعْظَمُ ؟ قَالَ : أَنْ تَجْعَلَ لِلَّهِ نِدًّا ، وَهُوَ خَلَقَكَ قُلْتُ : ثُمَّ أَيٌّ ؟ قَالَ : أَنْ تَقْتُلَ وَلَدَكَ مِنْ أَجْلِ أَنْ يَطْعَمَ مَعَكَ قُلْتُ : ثُمَّ أَيٌّ ؟ قَالَ : ثُمَّ أَنْ تُزَانِيَ بِحَلِيلَةِ جَارِكَ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, hansı günah ən böyük günahdır?” Peyğəmbər ﷺ buyurdu: “Səni yaratdığı halda Allaha şərik qoşmağın”. Mən dedim: “Sonra hansıdır?” Peyğəmbər ﷺ buyurdu: “Səninlə birlikdə yemək yeyər deyə (kasıb qalarsan qorxusu ilə) övladını öldürməyin”. Mən dedim: “Daha sonra hansıdır?” Peyğəmbər ﷺ buyurdu: “Qonşunun zövcəsi ilə zina etmək”.”

Abdullah
Nəsəi, 4014 (Qanın haramlığı, 49)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ بَزِيعٍ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ وَهُوَ ابْنُ زُرَيْعٍ قَالَ : أَنْبَأَنَا دَاوُدُ ، عَنْ عِكْرِمَةَ ، عَنْ ابْنِ عَبَّاسٍ قَالَ : كَانَ رَجُلٌ مِنَ الأَنْصَارِ أَسْلَمَ ثُمَّ ارْتَدَّ وَلَحِقَ بِالشِّرْكِ ، ثُمَّ تَنَدَّمَ فَأَرْسَلَ إِلَى قَوْمِهِ ، سَلُوا لِي رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : هَلْ لِي مِنْ تَوْبَةٍ ؟ فَجَاءَ قَوْمُهُ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَقَالُوا : إِنَّ فُلاَنًا قَدْ نَدِمَ وَإِنَّهُ أَمَرَنَا أَنْ نَسْأَلَكَ : هَلْ لَهُ مِنْ تَوْبَةٍ ؟ فَنَزَلَتْ : {كَيْفَ يَهْدِي اللَّهُ قَوْمًا كَفَرُوا بَعْدَ إِيمَانِهِمْ} إِلَى قَوْلِهِ {غَفُورٌ رَحِيمٌ} فَأَرْسَلَ إِلَيْهِ فَأَسْلَمَ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Ənsardan bir kişi İslamı qəbul etmiş, sonra dindən çıxaraq Allaha şərik qoşmağa başlamışdı. Lakin sonra etdiklərinə peşman olaraq qövmünə bu xəbəri göndərmişdi: “Mənim barəmdə Peyğəmbərdən ﷺ soruşun: “Mənim tövbəm qəbul olarmı?” Onlar Allah Elçisinin ﷺ yanına gəlib dedilər: “Filankəs İslamdan çıxıb və çıxdığına peşman olmuşdur. O bizi göndərib ki, səndən soruşaq: “Mənim tövbəm qəbul olarmı?” Bu səbəbdən bu ayə nazil edildi: “İman gətirdikdən, Peyğəmbərin həqiqi peyğəmbər olduğuna şahid olduqdan və özlərinə aydın dəlillər gəldikdən sonra kafir olan adamları Allah necə doğru yola yönəldər? Allah zalım adamları doğru yola yönəltməz. Onların cəzası, şübhəsiz ki, Allahın, mələklərin və bütün insanların onları lənətləməsidir. Onlar bu lənətin içində həmişəlik qalacaqlar. Onların əzabı yüngülləşdirilməyəcək və onlara möhlət də verilməyəcəkdir. Bundan sonra tövbə edib öz əməllərini islah edənlər isə istisnadır. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir” (Ali-İmran, 86-89). Qövmü bu xəbəri ona çatdırdı və o yenidən İslamı qəbul etdi”.”

İbn Abbas
Nəsəi, 4068 (Qanın haramlığı, 103)Səhih

أَخْبَرَنَا عُثْمَانُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا عَبَّادُ بْنُ مُوسَى ، قَالَ : حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ جَعْفَرٍ قَالَ : حَدَّثَنِي إِسْرَائِيلُ ، عَنْ عُثْمَانَ الشَّحَّامِ قَالَ : كُنْتُ أَقُودُ رَجُلاً أَعْمَى فَانْتَهَيْتُ إِلَى عِكْرِمَةَ ، فَأَنْشَأَ يُحَدِّثُنَا قَالَ : حَدَّثَنِي ابْنُ عَبَّاسٍ ، أَنَّ أَعْمَى كَانَ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَكَانَتْ لَهُ أُمُّ وَلَدٍ ، وَكَانَ لَهُ مِنْهَا ابْنَانِ ، وَكَانَتْ تُكْثِرُ الْوَقِيعَةَ بِرَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَتَسُبُّهُ ، فَيَزْجُرُهَا فَلاَ تَنْزَجِرُ ، وَيَنْهَاهَا فَلاَ تَنْتَهِي ، فَلَمَّا كَانَ ذَاتَ لَيْلَةٍ ذَكَرْتُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَوَقَعَتْ فِيهِ ، فَلَمْ أَصْبِرْ أَنْ قُمْتُ إِلَى الْمِغْوَلِ ، فَوَضَعْتُهُ فِي بَطْنِهَا ، فَاتَّكَأْتُ عَلَيْهِ فَقَتَلْتُهَا ، فَأَصْبَحَتْ قَتِيلاً ، فَذُكِرَ ذَلِكَ لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَجَمَعَ النَّاسَ وَقَالَ : أَنْشُدُ اللَّهَ رَجُلاً لِي عَلَيْهِ حَقٌّ ، فَعَلَ مَا فَعَلَ إِلاَّ قَامَ فَأَقْبَلَ الأَعْمَى يَتَدَلْدَلُ فَقَالَ : يَا رَسُولَ اللهِ ، أَنَا صَاحِبُهَا كَانَتْ أُمَّ وَلَدِي ، وَكَانَتْ بِي لَطِيفَةً رَفِيقَةً ، وَلِي مِنْهَا ابْنَانِ مِثْلُ اللُّؤْلُؤَتَيْنِ ، وَلَكِنَّهَا كَانَتْ تُكْثِرُ الْوَقِيعَةَ فِيكَ وَتَشْتُمُكَ ، فَأَنْهَاهَا فَلاَ تَنْتَهِي ، وَأَزْجُرُهَا فَلاَ تَنْزَجِرُ ، فَلَمَّا كَانَتِ الْبَارِحَةُ ذَكَرَتْكَ فَوَقَعَتْ فِيكَ ، فَقُمْتُ إِلَى الْمِغْوَلِ فَوَضَعْتُهُ فِي بَطْنِهَا ، فَاتَّكَأْتُ عَلَيْهَا حَتَّى قَتَلْتُهَا ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أَلاَ اشْهَدُوا أَنَّ دَمَهَا هَدَرٌ.

“Rəvayət edilir ki, Osman ibn əş-Şəhham ﵀ demişdir: “Mən kor bir adamın yanında qalırdım. İkrimənin yanına gəldikdə o bizə bir hədis danışdı: “İbn Abbas mənə danışdı ki, Allah Elçisinin ﷺ dövründə ağasından uşağı olan bir cariyə var idi ki, əri də kor bir adam idi. Həmin adamın cariyədən daha iki oğlu da olmuşdu. O qadın Allah Elçisinin ﷺ əleyhinə çox danışırdı və onu söyürdü. Kor olan ağası etdiyi bu əməldən onu çəkindirməyə çalışırdı, ona qadağan edirdi, lakin qadın ona məhəl qoymurdu. Bir gecə kor adam Allah Elçisi ﷺ haqda bəhs etdikdə qadın yenə Allah Elçisi ﷺ haqqında pis danışmağa başladı. Kor adam deyir: “Mən də dözə bilməyib bir qarğı götürüb onun qarnına keçirdim və üzərindən sıxmağa başladım və qadını öldürdüm”. Səhər olduqda ölüm xəbərini Peyğəmbərə ﷺ çatdırdılar. Peyğəmbər ﷺ insanları topladı və buyurdu: “Bu qadını öldürən Allah rizası üçün mənə iman gətiribsə, qalxıb desin!” Kor adam ehtiyat edərək qalxdı və dedi: “Ey Allahın Elçisi, o cariyənin ağası mənəm. O mənim uşaqlarımın anasıdır və mənə qarşı çox yaxşı davranıb. Ondan iki dənə mirvari kimi oğlum var. Lakin sənin əleyhinə çox danışır və səni söyürdü. Bunu ona qadağan etsəm də, mənə qulaq asmırdı. Qarşısını almağa çalışsam da, mənə məhəl qoymurdu. Dünən gecə səndən bəhs etdikdə yenə sənin əleyhinə danışmağa başladı. Mən də dözə bilmədim və qarğımı götürüb qarnına keçirdim, onu öldürənə qədər üstündən sıxdım. Nəhayət, onu öldürdüm”. Allah Elçisi ﷺ buyurdu: “Bilin və şahid olun! O cariyə öldürülməyə layiq olmuşdur”.”

Osman
Nəsəi, 4070 (Qanın haramlığı, 105)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، عَنْ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا عِمْرَانُ الْقَطَّانُ ، عَنْ قَتَادَةَ ، عَنْ أَبِي مِجْلَزٍ ، عَنْ جُنْدُبِ بْنِ عَبْدِ اللهِ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مَنْ قَاتَلَ تَحْتَ رَايَةٍ عُمِّيَّةٍ يُقَاتِلُ عَصَبِيَّةً ، وَيَغْضَبُ لِعَصَبِيَّةٍ فَقِتْلَتُهُ جَاهِلِيَّةٌ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : عِمْرَانُ الْقَطَّانُ لَيْسَ بِالْقَوِيِّ.

“Rəvayət edilir ki, Cundub ibn Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim kor-koranə (haqsız və məqsədi bəlli olmayan) bayraq altında vuruşaq, ayrıseçkiliyə çağırar və ya tayfabazlığa görə qəzəblənib döyüşərək ödürülərsə, cahiliyyət ölümü üzrə ölmüş olar”.”

Cundub ibn Abdullah
Nəsəi, 4115 (Qanın haramlığı, 150)Səhih

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعْدِ بْنِ إِبْرَاهِيمَ بْنِ سَعْدٍ قَالَ : حَدَّثَنِي عَمِّي ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنْ صَالِحٍ ، عَنْ ابْنِ شِهَابٍ قَالَ : حَدَّثَنِي أَبُو إِدْرِيسَ الْخَوْلاَنِيُّ ، أَنَّ عُبَادَةَ بْنَ الصَّامِتِ قَالَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ وَحَوْلَهُ عِصَابَةٌ مِنْ أَصْحَابِهِ : تُبَايِعُونِي عَلَى أَنْ لاَ تُشْرِكُوا بِاللَّهِ شَيْئًا ، وَلاَ تَسْرِقُوا ، وَلاَ تَزْنُوا ، وَلاَ تَقْتُلُوا أَوْلاَدَكُمْ ، وَلاَ تَأْتُوا بِبُهْتَانٍ تَفْتَرُونَهُ بَيْنَ أَيْدِيكُمْ وَأَرْجُلِكُمْ ، وَلاَ تَعْصُونِي فِي مَعْرُوفٍ ، فَمَنْ وَفَّى فَأَجْرُهُ عَلَى اللهِ ، وَمَنْ أَصَابَ مِنْكُمْ شَيْئًا فَعُوقِبَ بِهِ ، فَهُوَ لَهُ كَفَّارَةٌ ، وَمَنْ أَصَابَ مِنْ ذَلِكَ شَيْئًا ، ثُمَّ سَتَرَهُ اللَّهُ فَأَمْرُهُ إِلَى اللهِ ، إِنْ شَاءَ عَفَا عَنْهُ ، وَإِنْ شَاءَ عَاقَبَهُ. خَالَفَهُ أَحْمَدُ بْنُ سَعِيدٍ.

“Rəvayət edilir ki, Ubadə ibn əs-Samit ﵁ demişdir: “Allah Elçisi ﷺ ətrafında olan səhabələrinə belə buyurdu: “Siz Allaha heç bir şeyi şərik qoşmayacağınıza, oğurluq etməyəcəyinizə, zina etməyəcəyinizə, övladlarınızı (aclıq qorxusu səbəbi ilə) öldürməyəcəyinizə, bir-birinizə böhtan atmayacağınıza və Allahın əmr etdiyi şeylərdə mənə qarşı çıxmayacağınıza dair beyət etdiniz. Kim əhdinə vəfa edərsə, Allah onun mükafatını verəcək. Sizdən biri yuxarıda sadalananlardan birini edər və cəzasını dünyada çəkərsə, o cəza etdiyi günahın kəffarəsi olar. O, Axirətdə cəza çəkməz. Kim də bu günahlardan birini edər və günahı gizli qalıb cəzasını dünyada çəkməzsə, onun işi Allaha qalmışdır. Allah istəsə, onu bağışlayar, istəsə, cəzalandırar”.”

Ubadə ibn əs-Samit
Nəsəi, 4161 (Beyət, 13)Səhih

أَخْبَرَنِي أَحْمَدُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا يَعْقُوبُ ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنْ صَالِحِ بْنِ كَيْسَانَ ، عَنِ الْحَارِثِ بْنِ فُضَيْلٍ ، أَنَّ ابْنَ شِهَابٍ حَدَّثَهُ ، عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : : أَلاَ تُبَايِعُونِي عَلَى مَا بَايَعَ عَلَيْهِ النِّسَاءُ ، أَنْ لاَ تُشْرِكُوا بِاللَّهِ شَيْئًا ، وَلاَ تَسْرِقُوا ، وَلاَ تَزْنُوا ، وَلاَ تَقْتُلُوا أَوْلاَدَكُمْ ، وَلاَ تَأْتُوا بِبُهْتَانٍ تَفْتَرُونَهُ بَيْنَ أَيْدِيكُمْ وَأَرْجُلِكُمْ ، وَلاَ تَعْصُونِي فِي مَعْرُوفٍ ؟ قُلْنَا : بَلَى يَا رَسُولَ اللهِ ، فَبَايَعْنَاهُ عَلَى ذَلِكَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : فَمَنْ أَصَابَ بَعْدَ ذَلِكَ شَيْئًا فَنَالَتْهُ عُقُوبَةٌ فَهُوَ كَفَّارَةٌ ، وَمَنْ لَمْ تَنَلْهُ عُقُوبَةٌ فَأَمْرُهُ إِلَى اللهِ ، إِنْ شَاءَ غَفَرَ لَهُ وَإِنْ شَاءَ عَاقَبَهُ.

“Ubadə ibn əs-Samit ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bilin ki, siz mənə qadınların beyət etdikləri xüsuslarla birlikdə Allaha heç bir şeyi şərik qoşmayacağınıza, oğurluq etməyəcəyinizə, zina etməyəcəyinizə, övladlarınızı (aclıq qorxusuna görə) öldürməyəcəyinizə, bir-birinizə iftira atmayacağınıza və mənə qarşı çıxmayacağınıza dair beyət edirsinizmi?” Biz: “Bəli, ey Allahın Elçisi!”, - dedik və bu xüsuslarda ona beyət etdik. Allah Elçisi də buyurdu: “Sizdən biri bu günahlardan birini edər və cəzasını çəkərsə, o cəza etdiyi günahın kəffarəsi olar. O, Axirətdə cəza çəkməz. Kim də bu günahlardan birini edər və cəzasını dünyada çəkməzsə, onun işi Allaha qalmışdır. Allah istəsə, onu bağışlayar, istəsə, cəzalandırar”.”

Ubadə ibn əs-Samit
Nəsəi, 4162 (Beyət, 14)Səhih

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا غُنْدَرٌ قَالَ : أَنْبَأَنَا مَعْمَرٌ قَالَ : أَنْبَأَنَا ابْنُ شِهَابٍ ، عَنْ أَبِي إِدْرِيسَ الْخَوْلاَنِيِّ قَالَ : سَمِعْتُ عُبَادَةَ بْنَ الصَّامِتِ قَالَ : بَايَعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي رَهْطٍ ، فَقَالَ : أُبَايِعُكُمْ عَلَى أَنْ لاَ تُشْرِكُوا بِاللَّهِ شَيْئًا ، وَلاَ تَسْرِقُوا ، وَلاَ تَزْنُوا ، وَلاَ تَقْتُلُوا أَوْلاَدَكُمْ ، وَلاَ تَأْتُوا بِبُهْتَانٍ تَفْتَرُونَهُ بَيْنَ أَيْدِيكُمْ وَأَرْجُلِكُمْ ، وَلاَ تَعْصُونِي فِي مَعْرُوفٍ ، فَمَنْ وَفَّى مِنْكُمْ فَأَجْرُهُ عَلَى اللهِ ، وَمَنْ أَصَابَ مِنْ ذَلِكَ شَيْئًا فَعُوقِبَ فِيهِ فَهُوَ طَهُورُهُ ، وَمَنْ سَتَرَهُ اللَّهُ ، فَذَاكَ إِلَى اللهِ إِنْ شَاءَ عَذَّبَهُ ، وَإِنْ شَاءَ غَفَرَ لَهُ.

“Rəvayət edilir ki, Ubadə ibn əs-Samit ﵁ demişdir: “Bir toplum içində mən də Allah Elçisinə ﷺ beyət etmişdim. O buyurdu: “Allaha heç bir şeyi şərik qoşmayacağınıza, oğurluq etməyəcəyinizə, zina etməyəcəyinizə, övladlarınızı (yoxsulluq qorxusu ilə) öldürməyəcəyinizə, bir-birinizə böhtan atmayacağınıza və Allahın əmr etdiklərində mənə asi olmayacağınıza dair sizin beyətinizi qəbul edirəm. Sizdən kim bu əhdə vəfa edərsə, mükafatını Allah verəcək. Kim bu günahlardan birini edər və cəzasını dünyada çəkərsə, bu onun təmizlənməsidir. Kim də bir günah edər və o günahı gizli qalıb bu dünyada cəzasını çəkməzsə, onun işi Allaha qalmışdır. Allah istəsə, ona əzab verər, istəsə, bağışlayar”.”

Ubadə ibn əs-Samit
Nəsəi, 4178 (Beyət, 30)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا أَبُو نُعَيْمٍ ، قَالَ : حَدَّثَنَا دَاوُدُ بْنُ قَيْسٍ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ قَالَ : سُئِلَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنِ الْعَقِيقَةِ فَقَالَ : لاَ يُحِبُّ اللَّهُ عَزَّ وَجَلَّ الْعُقُوقَ ، وَكَأَنَّهُ كَرِهَ الاِسْمَ ، قَالَ لِرَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : إِنَّمَا نَسْأَلُكَ أَحَدُنَا يُولَدُ لَهُ ، قَالَ : مَنْ أَحَبَّ أَنْ يَنْسُكَ عَنْ وَلَدِهِ ، فَلْيَنْسُكْ عَنْهُ عَنِ الْغُلاَمِ شَاتَانِ مُكَافَأَتَانِ ، وَعَنِ الْجَارِيَةِ شَاةٌ قَالَ دَاوُدُ سَأَلْتُ زَيْدَ بْنَ أَسْلَمَ عَنِ الْمُكَافَأَتَانِ قَالَ : الشَّاتَانِ الْمُشَبَّهَتَانِ تُذْبَحَانِ جَمِيعًا.

“Amr ibn Şueyb atsının və babasının ﵄ belə dediyini rəvayət etmişdir: “Bir dəfə Allah Elçisindən ﷺ əqiq qurbanı haqda soruşuldu. O buyurdu: “Allah valideynlərə olan itaətsizliyi (ərəbcə “uquq”) xoşlamır”. Sanki Allah Elçisinin ﷺ bu addan xoşu gəlmədi. Allah Elçisinə ﷺ dedilər: “Biz birimizin övladı olduqda onun üçün Allaha kəsilən qurbanı soruşuruq”. Allah Elçisi ﷺ buyurdu: “Övladı olan uşağına görə qurban kəssin. Oğlan uşağına bir-birinə bərabər olan iki qoyun, qız uşağı üçün isə bir qoyun kəssin”.”

Amr ibn Şueyb atasından və babasından
Nəsəi, 4212 (Əqiqə, 1)Səhih

أَخْبَرَنَا الْحُسَيْنُ بْنُ حُرَيْثٍ ، قَالَ : حَدَّثَنَا الْفَضْلُ ، عَنِ الْحُسَيْنِ بْنِ وَاقِدٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ بُرَيْدَةَ ، عَنْ أَبِيهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَقَّ عَنِ الْحَسَنِ وَالْحُسَيْنِ.

“Abdullah ibn Bureydə atasından ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Həsən və Hüseyn üçün əqiq qurbanı kəsmişdi.”

Abdullah ibn Bureydə atasından
Nəsəi, 4213 (Əqiqə, 2)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا عَفَّانُ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، قَالَ : حَدَّثَنَا أَيُّوبُ ، وَحَبِيبٌ ، وَيُونُسُ ، وَقَتَادَةُ ، عَنْ مُحَمَّدِ بْنِ سِيرِينَ ، عَنْ سَلْمَانَ بْنِ عَامِرٍ الضَّبِّيِّ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : فِي الْغُلاَمِ عَقِيقَةٌ فَأَهْرِيقُوا عَنْهُ دَمًا ، وَأَمِيطُوا عَنْهُ الأَذَى.

“Salman ibn Amir əd-Dabbi ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Oğlunuz dünyaya gəldikdə qan axıdın və ona əziyyət verən şeyləri ondan aparın”.”

Salman ibn Amir əd-Dabbi
Nəsəi, 4214 (Əqiqə, 3)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا عَفَّانُ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ قَيْسِ بْنِ سَعْدٍ ، عَنْ عَطَاءٍ ، وَطَاوُسٍ ، وَمُجَاهِدٍ ، عَنْ أُمِّ كُرْزٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : فِي الْغُلاَمِ شَاتَانِ مُكَافَأَتَانِ ، وَفِي الْجَارِيَةِ شَاةٌ.

“Ummu Kurz ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Oğlan uşağı üçün iki bərabər qoyun, qız uşağı üçün bir qoyun kəsilir”.”

Ummu Kurz
Nəsəi, 4215 (Əqiqə, 4)Səhih
Daha çox göstər

240 / 362 hədis göstərilir