Ana səhifə

Mövzu

Dua

الدعاء

Duanın ədəbi, qəbul olunduğu vaxtlar və Peyğəmbərin ﷺ duaları

814 hədis

حَدَّثَنَا أَبُو مَعْمَرٍ قَالَ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ قَالَ حَدَّثَنَا خَالِدٌ عَنْ عِكْرِمَةَ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ ضَمَّنِى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَقَالَ « اللَّهُمَّ عَلِّمْهُ الْكِتَابَ » .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ məni bağrına basıb dedi: “Allahım, ona Kitabı (Quranı) öyrət!””

İbn Abbas
Buxari, 75 (Elm, 17)Səhih

حَدَّثَنَا آدَمُ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ عَبْدِ الْعَزِيزِ بْنِ صُهَيْبٍ قَالَ سَمِعْتُ أَنَسًا يَقُولُ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا دَخَلَ الْخَلاَءَ قَالَ « اللَّهُمَّ إِنِّى أَعُوذُ بِكَ مِنَ الْخُبُثِ وَالْخَبَائِثِ » . تَابَعَهُ ابْنُ عَرْعَرَةَ عَنْ شُعْبَةَ . وَقَالَ غُنْدَرٌ عَنْ شُعْبَةَ إِذَا أَتَى الْخَلاَءَ . وَقَالَ مُوسَى عَنْ حَمَّادٍ إِذَا دَخَلَ . وَقَالَ سَعِيدُ بْنُ زَيْدٍ حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ إِذَا أَرَادَ أَنْ يَدْخُلَ .

“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ ayaqyoluna girərkən belə deyərdi: “Allahım, pislikdən və pis əməllərdən (erkək və dişi cinlərdən) Sənə sığınıram!” Ravi Şubə: “Ayaqyoluna gəldiyi vaxt”, ravi Həmməd ibn Sələmə: “Ayaqyoluna girdiyi vaxt”, ravi Abdul-Əziz ibn Suheyb: “Ayayqyoluna girmək istədiyi vaxt” deyə rəvayət etmişlər.”

Ənəs
Buxari, 142 (Dəstəmaz, 8)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مُحَمَّدٍ قَالَ حَدَّثَنَا هَاشِمُ بْنُ الْقَاسِمِ قَالَ حَدَّثَنَا وَرْقَاءُ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ أَبِى يَزِيدَ عَنِ ابْنِ عَبَّاسٍ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ دَخَلَ الْخَلاَءَ ، فَوَضَعْتُ لَهُ وَضُوءًا قَالَ « مَنْ وَضَعَ هَذَا » . فَأُخْبِرَ فَقَالَ « اللَّهُمَّ فَقِّهْهُ فِى الدِّينِ » .

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ ayaqyoluna girdi və mən onun üçün su qoydum. (Oradan çıxdıqdan sonra) Peyğəmbər ﷺ: dedi: “Bunu kim qoyub?” Ona (bu haqda) xəbər verildikdə dedi: “Allahım, onu dini başa düşən et!””

İbn Abbas
Buxari, 143 (Dəstəmaz, 9)Səhih

حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ يُونُسَ قَالَ حَدَّثَنَا حَاتِمُ بْنُ إِسْمَاعِيلَ عَنِ الْجَعْدِ قَالَ سَمِعْتُ السَّائِبَ بْنَ يَزِيدَ يَقُولُ ذَهَبَتْ بِى خَالَتِى إِلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَتْ يَا رَسُولَ اللَّهِ ، إِنَّ ابْنَ أُخْتِى وَجِعٌ . فَمَسَحَ رَأْسِى وَدَعَا لِى بِالْبَرَكَةِ ، ثُمَّ تَوَضَّأَ فَشَرِبْتُ مِنْ وَضُوئِهِ ، ثُمَّ قُمْتُ خَلْفَ ظَهْرِهِ ، فَنَظَرْتُ إِلَى خَاتَمِ النُّبُوَّةِ بَيْنَ كَتِفَيْهِ مِثْلِ زِرِّ الْحَجَلَةِ .

“Rəvayət edilir ki, Saib ibn Yəzid ﵁ demişdir: “Xalam məni Peyğəmbərin ﷺ yanına gətirib dedi: “Ey Allahın Elçisi! Bacım oğlu xəstələnib (ayaqları bərk ağrıyır)”. Peyğəmbər ﷺ əlini başıma çəkib Allahdan mənim üçün bərəkət dilədi, sonra dəstəmaz aldı. Mən onun dəstəmaz aldığı sudan içdim. Sonra onun arxasında durdum və kürəkləri arasında kəklik yumurtası boyda peyğəmbərlik möhürünü gördüm”.”

Saib ibn Yəzid
Buxari, 190 (Dəstəmaz, 56)Səhih

حَدَّثَنَا عَبْدَانُ قَالَ أَخْبَرَنِى أَبِى عَنْ شُعْبَةَ عَنْ أَبِى إِسْحَاقَ عَنْ عَمْرِو بْنِ مَيْمُونٍ عَنْ عَبْدِ اللَّهِ قَالَ بَيْنَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سَاجِدٌ ح قَالَ وَحَدَّثَنِى أَحْمَدُ بْنُ عُثْمَانَ قَالَ حَدَّثَنَا شُرَيْحُ بْنُ مَسْلَمَةَ قَالَ حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ يُوسُفَ عَنْ أَبِيهِ عَنْ أَبِى إِسْحَاقَ قَالَ حَدَّثَنِى عَمْرُو بْنُ مَيْمُونٍ أَنَّ عَبْدَ اللَّهِ بْنَ مَسْعُودٍ حَدَّثَهُ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُصَلِّى عِنْدَ الْبَيْتِ ، وَأَبُو جَهْلٍ وَأَصْحَابٌ لَهُ جُلُوسٌ ، إِذْ قَالَ بَعْضُهُمْ لِبَعْضٍ أَيُّكُمْ يَجِىءُ بِسَلَى جَزُورِ بَنِى فُلاَنٍ فَيَضَعُهُ عَلَى ظَهْرِ مُحَمَّدٍ إِذَا سَجَدَ فَانْبَعَثَ أَشْقَى الْقَوْمِ فَجَاءَ بِهِ ، فَنَظَرَ حَتَّى إِذَا سَجَدَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَضَعَهُ عَلَى ظَهْرِهِ بَيْنَ كَتِفَيْهِ وَأَنَا أَنْظُرُ ، لاَ أُغَيِّرُ شَيْئًا ، لَوْ كَانَ لِى مَنْعَةٌ . قَالَ فَجَعَلُوا يَضْحَكُونَ وَيُحِيلُ بَعْضُهُمْ عَلَى بَعْضٍ ، وَرَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سَاجِدٌ لاَ يَرْفَعُ رَأْسَهُ ، حَتَّى جَاءَتْهُ فَاطِمَةُ ، فَطَرَحَتْ عَنْ ظَهْرِهِ ، فَرَفَعَ رَأْسَهُ ثُمَّ قَالَ « اللَّهُمَّ عَلَيْكَ بِقُرَيْشٍ » . ثَلاَثَ مَرَّاتٍ ، فَشَقَّ عَلَيْهِمْ إِذْ دَعَا عَلَيْهِمْ - قَالَ وَكَانُوا يُرَوْنَ أَنَّ الدَّعْوَةَ فِى ذَلِكَ الْبَلَدِ مُسْتَجَابَةٌ - ثُمَّ سَمَّى « اللَّهُمَّ عَلَيْكَ بِأَبِى جَهْلٍ ، وَعَلَيْكَ بِعُتْبَةَ بْنِ رَبِيعَةَ ، وَشَيْبَةَ بْنِ رَبِيعَةَ ، وَالْوَلِيدِ بْنِ عُتْبَةَ ، وَأُمَيَّةَ بْنِ خَلَفٍ ، وَعُقْبَةَ بْنِ أَبِى مُعَيْطٍ » . وَعَدَّ السَّابِعَ فَلَمْ يَحْفَظْهُ قَالَ فَوَالَّذِى نَفْسِى بِيَدِهِ ، لَقَدْ رَأَيْتُ الَّذِينَ عَدَّ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ صَرْعَى فِى الْقَلِيبِ قَلِيبِ بَدْرٍ .

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Peyğəmbər ﷺ Kəbənin yanında namaz qılarkən Əbu Cəhl və onun dostları (yaxınlıqda olan bir yerdə) oturmuşdular. Onlardan biri digərlərinə dedi: “Hansınız filan tayfanın kəsdiyi dişi dəvənin döl qişasını gətirib Muhəmməd səcdə edərkən onun belinə qoya bilər?” Onların ən bədbəxti gedib onu gətirdi və bir az gözlədi. Peyğəmbər ﷺ səcdə etdikdə onu Peyğəmbərin ﷺ belinə – kürəklərinin arasına qoydu. Mən bunu görürdüm, lakin qarşısını almağa qadir deyildim. Kaş bunun qarşısını ala biləcək qədər gücüm olaydı. Onlar (barmaqla) bir-birinə işarə edərək gülməyə başladılar. Allah Elçisi ﷺ isə səcdədən başını qaldırmırdı. Sonra Fatimə onun yanına gəldi və (içalatı) onun belindən götürüb kənara atdı. Allah Elçisi ﷺ başını qaldırdı və namazı bitirdikdən sonra üç dəfə: “Allahım, Qureyşin cəzasını ver!”– dedi. Allah Elçisinin ﷺ bəddua etməsi onlara pis təsir etdi, çünki onlar bu şəhərdə edilən bədduanın qəbul olunacağına inanırdılar. Sonra Allah Elçisi ﷺ onların adlarını bir-bir sayaraq belə dua etdi: “Allahım, Əbu Cəhlin cəzasını ver! Utbə ibn Rabianın, Şeybə ibn Rabianın, Vəlid ibn Utbənin, Umeyyə ibn Xələfin və Uqbə ibn Əbu Muitin cəzasını ver!” İbn Məsud yeddincisinin də adını çəkdi, lakin (ravi) bunu yadda saxlaya bilməmişdi. Abdullah ibn Məsud deyir: “Canım Əlində Olana and olsun ki, Allah Elçisinin ﷺ adlarını çəkdiyi kəsləri Bədr quyularından birində yerə sərilmiş gördüm”.”

Abdullah ibn Məsud
Buxari, 240 (Dəstəmaz, 106)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ مُقَاتِلٍ قَالَ أَخْبَرَنَا عَبْدُ اللَّهِ قَالَ أَخْبَرَنَا سُفْيَانُ عَنْ مَنْصُورٍ عَنْ سَعْدِ بْنِ عُبَيْدَةَ عَنِ الْبَرَاءِ بْنِ عَازِبٍ قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا أَتَيْتَ مَضْجَعَكَ فَتَوَضَّأْ وُضُوءَكَ لِلصَّلاَةِ ، ثُمَّ اضْطَجِعْ عَلَى شِقِّكَ الأَيْمَنِ ، ثُمَّ قُلِ اللَّهُمَّ أَسْلَمْتُ وَجْهِى إِلَيْكَ ، وَفَوَّضْتُ أَمْرِى إِلَيْكَ ، وَأَلْجَأْتُ ظَهْرِى إِلَيْكَ ، رَغْبَةً وَرَهْبَةً إِلَيْكَ ، لاَ مَلْجَأَ وَلاَ مَنْجَا مِنْكَ إِلاَّ إِلَيْكَ ، اللَّهُمَّ آمَنْتُ بِكِتَابِكَ الَّذِى أَنْزَلْتَ ، وَبِنَبِيِّكَ الَّذِى أَرْسَلْتَ . فَإِنْ مُتَّ مِنْ لَيْلَتِكَ فَأَنْتَ عَلَى الْفِطْرَةِ ، وَاجْعَلْهُنَّ آخِرَ مَا تَتَكَلَّمُ بِهِ » . قَالَ فَرَدَّدْتُهَا عَلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَلَمَّا بَلَغْتُ « اللَّهُمَّ آمَنْتُ بِكِتَابِكَ الَّذِى أَنْزَلْتَ » . قُلْتُ وَرَسُولِكَ . قَالَ « لاَ ، وَنَبِيِّكَ الَّذِى أَرْسَلْتَ » .

“Rəvayət edilir ki, əl-Bəra ibn Azib ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Yatmaq istədikdə namaz üçün dəstəmaz aldığın kimi dəstəmaz al; sonra sağ böyrün üstə uzan; sonra de: “Allahım, Sənə ümid edərək və Səndən qorxaraq üzümü Sənə təslim etdim, işimi Sənə həvalə etdim, kürəyimi Sənə etibar etdim. Sığınacaq və Sənin (əzabından) xilas olmaq üçün nicat yeri yalnız Sənə yönəlməkdir. Allahım, Sənin nazil etdiyin Kitaba və göndərdiyin Peyğəmbərə iman gətirdim!” Əgər o gecə ölsən, fitrət üzərində öləcəksən. Bu sözləri, dediyin sözlərin axırıncısı et”. əl-Bəra deyir: “Mən bu duanı Peyğəmbərə ﷺ oxudum və gəlib: “Sənin nazil etdiyin Kitaba iman gətirdim” sözünə çatdıqda “və göndərdiyin Elçiyə”– dedim. O buyurdu: “Xeyr, göndərdiyin Peyğəmbərə”– de”.”

əl-Bəra ibn Azib
Buxari, 247 (Dəstəmaz, 113)Səhih

حَدَّثَنَا مُحَمَّدٌ - هُوَ ابْنُ سَلاَمٍ - قَالَ أَخْبَرَنَا عَبْدُ الْوَهَّابِ عَنْ أَيُّوبَ عَنْ حَفْصَةَ قَالَتْ كُنَّا نَمْنَعُ عَوَاتِقَنَا أَنْ يَخْرُجْنَ فِى الْعِيدَيْنِ ، فَقَدِمَتِ امْرَأَةٌ فَنَزَلَتْ قَصْرَ بَنِى خَلَفٍ ، فَحَدَّثَتْ عَنْ أُخْتِهَا ، وَكَانَ زَوْجُ أُخْتِهَا غَزَا مَعَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ثِنْتَىْ عَشَرَةَ ، وَكَانَتْ أُخْتِى مَعَهُ فِى سِتٍّ . قَالَتْ كُنَّا نُدَاوِى الْكَلْمَى ، وَنَقُومُ عَلَى الْمَرْضَى ، فَسَأَلَتْ أُخْتِى النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَعَلَى إِحْدَانَا بَأْسٌ إِذَا لَمْ يَكُنْ لَهَا جِلْبَابٌ أَنْ لاَ تَخْرُجَ قَالَ « لِتُلْبِسْهَا صَاحِبَتُهَا مِنْ جِلْبَابِهَا ، وَلْتَشْهَدِ الْخَيْرَ وَدَعْوَةَ الْمُسْلِمِينَ » . فَلَمَّا قَدِمَتْ أُمُّ عَطِيَّةَ سَأَلْتُهَا أَسَمِعْتِ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتْ بِأَبِى نَعَمْ - وَكَانَتْ لاَ تَذْكُرُهُ إِلاَّ قَالَتْ بِأَبِى - سَمِعْتُهُ يَقُولُ « يَخْرُجُ الْعَوَاتِقُ وَذَوَاتُ الْخُدُورِ ، أَوِ الْعَوَاتِقُ ذَوَاتُ الْخُدُورِ وَالْحُيَّضُ ، وَلْيَشْهَدْنَ الْخَيْرَ وَدَعْوَةَ الْمُؤْمِنِينَ ، وَيَعْتَزِلُ الْحُيَّضُ الْمُصَلَّى » . قَالَتْ حَفْصَةُ فَقُلْتُ الْحُيَّضُ فَقَالَتْ أَلَيْسَ تَشْهَدُ عَرَفَةَ وَكَذَا وَكَذَا

“Rəvayət edilir ki, Həfsa ﵀ demişdir: “Biz cavan qızlara bayram namazlarına gəlməyə mane olardıq. Bir qadın Bəsrəyə gəlib Bəni Xaləfdə düşdü. Onun bacısının qardaşı Peyğəmbərlə ﷺ birlikdə on iki döyüşdə, özü isə altı döyüşdə iştirak etmişdi. Həmin qadın dedi: “Biz yaralıları müalicə edər, xəstələrin yanında durardıq. Bacım Peyğəmbərə ﷺ belə sual verdi: “Birimizin örtünəcək əbası olmazsa, (bayram) namazına gəlməməsində müşkül varmı?” Peyğəmbər ﷺ dedi: “Rəfiqəsi öz əbasından birini ona geyindirsin ki, müsəlmanların xeyir məclislərində və dualarında iştirak etsin”. Ummu Atiyyə buralara gəldikdə dedim: “Sən bunu Peyğəmbərdənmi ﷺ eşitmisən?” Ummu Atiyyə dedi: “Atam ona fəda olsun, bəli! Mən Peyğəmbərin ﷺ belə dediyini eşitdim: “Qoy gənc qızlar və pərdə arxasında oturanlar (və ya pərdə arxasında oturan gənc qızlar) və heyzli qadınlar (evlərindən) bayıra çıxıb xeyirxah işlərdə və möminlərin (Allaha etdikləri) dualarında iştirak etsinlər. Heyzli qadınlar namaz qılınan yerdən kənar dursunlar”. Ummu Atiyyədən: “Heyzli qadınlar?”– deyə soruşdular. O dedi: “Məgər onlar Arafatda və filan, filan yerlərdə iştirak etmirlərmi?!””

Həfsa
Buxari, 324 (Heyz, 31)Səhih

حَدَّثَنَا مُوسَى بْنُ إِسْمَاعِيلَ قَالَ حَدَّثَنَا يَزِيدُ بْنُ إِبْرَاهِيمَ عَنْ مُحَمَّدٍ عَنْ أُمِّ عَطِيَّةَ قَالَتْ أُمِرْنَا أَنْ نُخْرِجَ الْحُيَّضَ يَوْمَ الْعِيدَيْنِ وَذَوَاتِ الْخُدُورِ ، فَيَشْهَدْنَ جَمَاعَةَ الْمُسْلِمِينَ وَدَعْوَتَهُمْ ، وَيَعْتَزِلُ الْحُيَّضُ عَنْ مُصَلاَّهُنَّ . قَالَتِ امْرَأَةٌ يَا رَسُولَ اللَّهِ ، إِحْدَانَا لَيْسَ لَهَا جِلْبَابٌ . قَالَ « لِتُلْبِسْهَا صَاحِبَتُهَا مِنْ جِلْبَابِهَا » .

“Rəvayət edilir ki, Ummu Atiyyə ﵂ demişdir: “Bizə heyzli qadınların (evlərindən) çıxaraq bayram namazlarında müsəlmanların camaatında və dualarında iştirak etmələri və heyzli qadınların namaz qılınan yerdən kənar durmaları əmr olundu”. Bir qadın dedi: “Ey Allahın Elçisi, əgər bir qadının örtünməyə bir şeyi yoxdursa, onda necə olsun?” Peyğəmbər ﷺ dedi: “Rəfiqəsi örtündüyü libaslardan biri ilə onu geyindirsin”.”

Ummu Atiyyə
Buxari, 351 (Namaz, 3)Səhih

حَدَّثَنَا إِسْحَاقُ بْنُ نَصْرٍ قَالَ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ أَخْبَرَنَا ابْنُ جُرَيْجٍ عَنْ عَطَاءٍ قَالَ سَمِعْتُ ابْنَ عَبَّاسٍ قَالَ لَمَّا دَخَلَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الْبَيْتَ دَعَا فِى نَوَاحِيهِ كُلِّهَا ، وَلَمْ يُصَلِّ حَتَّى خَرَجَ مِنْهُ ، فَلَمَّا خَرَجَ رَكَعَ رَكْعَتَيْنِ فِى قُبُلِ الْكَعْبَةِ وَقَالَ « هَذِهِ الْقِبْلَةُ » .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ Kəbəyə daxil olduqda onun hər tərəfində dua etdi və oradan çıxanadək namaz qılmadı. Oradan çıxanda üzünü Kəbəyə çevirib iki rükət namaz qıldı və: “Qiblə budur”– dedi”.”

İbn Abbas
Buxari, 398 (Namaz, 50)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ أَبِى الزِّنَادِ عَنِ الأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « الْمَلاَئِكَةُ تُصَلِّى عَلَى أَحَدِكُمْ مَا دَامَ فِى مُصَلاَّهُ الَّذِى صَلَّى فِيهِ ، مَا لَمْ يُحْدِثْ ، تَقُولُ اللَّهُمَّ اغْفِرْ لَهُ اللَّهُمَّ ارْحَمْهُ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biriniz namazını qıldığı yerdə olduğu müddət ərzində dəstəmazı pozulanadək mələklər onun üçün: “Allahım, onu bağışla! Allahım, ona rəhm et!” - deyərək dua edirlər”.”

Əbu Hureyra
Buxari, 445 (Namaz, 97)Səhih

حَدَّثَنَا عَلِىُّ بْنُ عَيَّاشٍ قَالَ حَدَّثَنَا شُعَيْبُ بْنُ أَبِى حَمْزَةَ عَنْ مُحَمَّدِ بْنِ الْمُنْكَدِرِ عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مَنْ قَالَ حِينَ يَسْمَعُ النِّدَاءَ اللَّهُمَّ رَبَّ هَذِهِ الدَّعْوَةِ التَّامَّةِ وَالصَّلاَةِ الْقَائِمَةِ آتِ مُحَمَّدًا الْوَسِيلَةَ وَالْفَضِيلَةَ وَابْعَثْهُ مَقَامًا مَحْمُودًا الَّذِى وَعَدْتَهُ ، حَلَّتْ لَهُ شَفَاعَتِى يَوْمَ الْقِيَامَةِ » .

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim azanı eşitdikdə: “Bu tam dəvətin və qılınacaq namazın Rəbbi olan Allahım! Muhəmmədə vasitəçilik haqqı və fəzilət ver. Onu vəd etdiyin təriflənən məqama çatdır!” – deyərsə, Qiyamət günü mənim şəfaətimə qovuşar”.”

Cabir ibn Abdullah
Buxari, 614 (Azan, 12)Səhih

حَدَّثَنَا مُوسَى بْنُ إِسْمَاعِيلَ قَالَ حَدَّثَنَا عَبْدُ الْوَاحِدِ قَالَ حَدَّثَنَا الأَعْمَشُ قَالَ سَمِعْتُ أَبَا صَالِحٍ يَقُولُ سَمِعْتُ أَبَا هُرَيْرَةَ يَقُولُ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « صَلاَةُ الرَّجُلِ فِى الْجَمَاعَةِ تُضَعَّفُ عَلَى صَلاَتِهِ فِى بَيْتِهِ وَفِى سُوقِهِ خَمْسًا وَعِشْرِينَ ضِعْفًا ، وَذَلِكَ أَنَّهُ إِذَا تَوَضَّأَ فَأَحْسَنَ الْوُضُوءَ ، ثُمَّ خَرَجَ إِلَى الْمَسْجِدِ لاَ يُخْرِجُهُ إِلاَّ الصَّلاَةُ ، لَمْ يَخْطُ خَطْوَةً إِلاَّ رُفِعَتْ لَهُ بِهَا دَرَجَةٌ ، وَحُطَّ عَنْهُ بِهَا خَطِيئَةٌ ، فَإِذَا صَلَّى لَمْ تَزَلِ الْمَلاَئِكَةُ تُصَلِّى عَلَيْهِ مَا دَامَ فِى مُصَلاَّهُ اللَّهُمَّ صَلِّ عَلَيْهِ ، اللَّهُمَّ ارْحَمْهُ . وَلاَ يَزَالُ أَحَدُكُمْ فِى صَلاَةٍ مَا انْتَظَرَ الصَّلاَةَ » .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kişinin camaatla qıldığı namazı öz evində və ya bazarda qıldığı namazdan iyirmi beş dəfə artıqdır. Çünki o gözəl şəkildə dəstəmaz alıb məscidə ancaq namaz qılmaq məqsədilə gedərsə, atdığı hər addıma görə bir dərəcə yüksələr və onun bir günahı silinər. Namazını qıldığı yerdə gözlədiyi vaxt ərzində dəstəmazı pozulanadək mələklər onun üçün: “Allahım, onu bağışla! Allahım, ona rəhm et!” - deyə dua edərlər. Sizdən biriniz namazı gözlədiyi vaxt ərzində namaz qılmış sayılır”.”

Əbu Hureyra
Buxari, 647 (Azan, 45)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ عَنْ مَالِكٍ عَنْ أَبِى الزِّنَادِ عَنِ الأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « الْمَلاَئِكَةُ تُصَلِّى عَلَى أَحَدِكُمْ مَا دَامَ فِى مُصَلاَّهُ مَا لَمْ يُحْدِثْ اللَّهُمَّ اغْفِرْ لَهُ ، اللَّهُمَّ ارْحَمْهُ . لاَ يَزَالُ أَحَدُكُمْ فِى صَلاَةٍ مَا دَامَتِ الصَّلاَةُ تَحْبِسُهُ ، لاَ يَمْنَعُهُ أَنْ يَنْقَلِبَ إِلَى أَهْلِهِ إِلاَّ الصَّلاَةُ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biriniz namazını qıldığı yerdə olduğu müddət ərzində dəstəmazı pozulanadək mələklər onun üçün dua edərək belə deyirlər: “Allahım, onu bağışla! Allahım, ona rəhm et!” Sizdən biriniz namazı gözlədiyi və ailəsinin yanına qayıtmağın qarşısını yalnız namazı gözləmək alarsa, bu vaxt ərzində namaz qılmış sayılır”.”

Əbu Hureyra
Buxari, 659 (Azan, 57)Səhih

حَدَّثَنَا مُوسَى بْنُ إِسْمَاعِيلَ قَالَ حَدَّثَنَا عَبْدُ الْوَاحِدِ بْنُ زِيَادٍ قَالَ حَدَّثَنَا عُمَارَةُ بْنُ الْقَعْقَاعِ قَالَ حَدَّثَنَا أَبُو زُرْعَةَ قَالَ حَدَّثَنَا أَبُو هُرَيْرَةَ قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَسْكُتُ بَيْنَ التَّكْبِيرِ وَبَيْنَ الْقِرَاءَةِ إِسْكَاتَةً - قَالَ أَحْسِبُهُ قَالَ هُنَيَّةً - فَقُلْتُ بِأَبِى وَأُمِّى يَا رَسُولَ اللَّهِ ، إِسْكَاتُكَ بَيْنَ التَّكْبِيرِ وَالْقِرَاءَةِ مَا تَقُولُ قَالَ « أَقُولُ اللَّهُمَّ بَاعِدْ بَيْنِى وَبَيْنَ خَطَايَاىَ كَمَا بَاعَدْتَ بَيْنَ الْمَشْرِقِ وَالْمَغْرِبِ ، اللَّهُمَّ نَقِّنِى مِنَ الْخَطَايَا كَمَا يُنَقَّى الثَّوْبُ الأَبْيَضُ مِنَ الدَّنَسِ ، اللَّهُمَّ اغْسِلْ خَطَايَاىَ بِالْمَاءِ وَالثَّلْجِ وَالْبَرَدِ » .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ təkbir edib (namaza başladıqdan sonra “əl-Fatihə” surəsini) oxuyanadək bir qədər susardı. Mən dedim: “Ata-anam sənə fəda olsun, ey Allahın Elçisi! Sən təkbir etdikdən sonra (surəni) oxuyanadək susduğun vaxt nə deyirsən?“ O dedi: “Mən (sakit duranda bu duanı) oxuyuram: “Allahım, məğriblə məşriqin arasını uzaqlaşdırdığın kimi məni də günahlarımdan uzaqlaşdır! Allahım, ağ paltar kirdən təmizləndiyi kimi məni də günahlardan təmizlə! Allahım, mənim günahlarımı su, qar və dolu ilə yu!!””

Əbu Hureyra
Buxari, 744 (Azan, 142)Səhih

حَدَّثَنَا حَفْصُ بْنُ عُمَرَ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ مَنْصُورٍ عَنْ أَبِى الضُّحَى عَنْ مَسْرُوقٍ عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ فِى رُكُوعِهِ وَسُجُودِهِ « سُبْحَانَكَ اللَّهُمَّ رَبَّنَا وَبِحَمْدِكَ ، اللَّهُمَّ اغْفِرْ لِى »

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ rukuda və səcdədə: “Allahım! Sən pak və müqəddəssən. Ey Rəbbimiz! Sənə həmd olsun. Allahım, məni bağışla!” - deyərdi”.”

Aişə
Buxari, 794 (Azan, 192)Səhih

حَدَّثَنَا مُعَاذُ بْنُ فَضَالَةَ قَالَ حَدَّثَنَا هِشَامٌ عَنْ يَحْيَى عَنْ أَبِى سَلَمَةَ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ لأُقَرِّبَنَّ صَلاَةَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ . فَكَانَ أَبُو هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ يَقْنُتُ فِى الرَّكْعَةِ الآخِرَةِ مِنْ صَلاَةِ الظُّهْرِ وَصَلاَةِ الْعِشَاءِ ، وَصَلاَةِ الصُّبْحِ ، بَعْدَ مَا يَقُولُ سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ . فَيَدْعُو لِلْمُؤْمِنِينَ وَيَلْعَنُ الْكُفَّارَ .

“Əbu Sələmə ﵀ rəvayət edir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ namazına bənzər namaz qılacağam”. Ravi deyir: “Əbu Hureyra Zöhr, İşa və Sübh namazlarının axırıncı rükətində: “Səmi Allahu limən həmidəh” deyəndən sonra (Allaha) üz tutub möminlər üçün qunut tutaraq dua edər, kafirlərə isə lənət oxuyardı”.”

Əbu Sələmə
Buxari, 797 (Azan, 195)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ أَبِى الأَسْوَدِ قَالَ حَدَّثَنَا إِسْمَاعِيلُ عَنْ خَالِدٍ الْحَذَّاءِ عَنْ أَبِى قِلاَبَةَ عَنْ أَنَسٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ كَانَ الْقُنُوتُ فِى الْمَغْرِبِ وَالْفَجْرِ .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Səhabələr Məğrib və Sübh namazlarında qunut tutaraq (dua) edərdilər”.”

Ənəs
Buxari, 798 (Azan, 196)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ عَنْ مَالِكٍ عَنْ نُعَيْمِ بْنِ عَبْدِ اللَّهِ الْمُجْمِرِ عَنْ عَلِىِّ بْنِ يَحْيَى بْنِ خَلاَّدٍ الزُّرَقِىِّ عَنْ أَبِيهِ عَنْ رِفَاعَةَ بْنِ رَافِعٍ الزُّرَقِىِّ قَالَ كُنَّا يَوْمًا نُصَلِّى وَرَاءَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَلَمَّا رَفَعَ رَأْسَهُ مِنَ الرَّكْعَةِ قَالَ « سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ » . قَالَ رَجُلٌ وَرَاءَهُ رَبَّنَا وَلَكَ الْحَمْدُ ، حَمْدًا كَثِيرًا طَيِّبًا مُبَارَكًا فِيهِ ، فَلَمَّا انْصَرَفَ قَالَ « مَنِ الْمُتَكَلِّمُ » . قَالَ أَنَا . قَالَ « رَأَيْتُ بِضْعَةً وَثَلاَثِينَ مَلَكًا يَبْتَدِرُونَهَا ، أَيُّهُمْ يَكْتُبُهَا أَوَّلُ » .

“Rəvayət edilir ki, Rifaa ibn Rafi əz-Zuraqi ﵁ demişdir: “Bir dəfə biz Peyğəmbərin ﷺ arxasında namaz qılırdıq. O, başını rukudan qaldırıb: “Səmi Allahu limən həmidəh”– dedi. Arxasında duran bir nəfər isə: “Rabbənə və ləkəl-həmd, həmdən, kəsi:ran, tayyibən, mubə:rakən fih”– deyə dua etdi. Peyğəmbər ﷺ namazı bitirdikdən sonra soruşdu: “Bunu deyən kim idi?” Kişi: “Mən”– dedi. Onda Peyğəmbər ﷺ buyurdu: “Mən otuzdan çox mələk gördüm ki, bu sözü hansı biri daha tez yazacaq deyə, bir-birini ötməyə çalışırdılar”.”

Rifaa ibn Rafi əz-Zuraqi
Buxari, 799 (Azan, 197)Səhih

قَالاَ وَقَالَ أَبُو هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ وَكَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حِينَ يَرْفَعُ رَأْسَهُ يَقُولُ سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ ، رَبَّنَا وَلَكَ الْحَمْدُ . يَدْعُو لِرِجَالٍ فَيُسَمِّيهِمْ بِأَسْمَائِهِمْ فَيَقُولُ « اللَّهُمَّ أَنْجِ الْوَلِيدَ بْنَ الْوَلِيدِ وَسَلَمَةَ بْنَ هِشَامٍ وَعَيَّاشَ بْنَ أَبِى رَبِيعَةَ ، وَالْمُسْتَضْعَفِينَ مِنَ الْمُؤْمِنِينَ ، اللَّهُمَّ اشْدُدْ وَطْأَتَكَ عَلَى مُضَرَ ، وَاجْعَلْهَا عَلَيْهِمْ سِنِينَ كَسِنِى يُوسُفَ » . وَأَهْلُ الْمَشْرِقِ يَوْمَئِذٍ مِنْ مُضَرَ مُخَالِفُونَ لَهُ .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ rukudan başını dikəltdikdə: “Səmi Allahu limən həmidəh, Rabbənə və ləkəl-həmd”– deyər, hərdən də bəzi adamlar üçün Allaha dua edər və onların adlarını çəkib deyərdi: “Allahım, Vəlid ibn əl-Vəlidi, Sələmə ibn Hişamı, Ayyaş ibn Əbu Rabianı və möminlərdən zəif olanları xilas et! Allahım, Mudar qəbiləsinə olan əzabını şiddətləndir və onlara Yusufun zamanında göndərdiyin (yeddi qıtlıq və quraqlıq) illəri kimi illər göndər!” O vaxt şərq tərəfdə olanlardan Mudar qəbiləsi ona müxalif idi”.”

Əbu Hureyra
Buxari, 804 (Azan, 202)Səhih

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَحْيَى عَنْ سُفْيَانَ قَالَ حَدَّثَنِى مَنْصُورٌ عَنْ مُسْلِمٍ عَنْ مَسْرُوقٍ عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا أَنَّهَا قَالَتْ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُكْثِرُ أَنْ يَقُولَ فِى رُكُوعِهِ وَسُجُودِهِ « سُبْحَانَكَ اللَّهُمَّ رَبَّنَا وَبِحَمْدِكَ ، اللَّهُمَّ اغْفِرْ لِى » يَتَأَوَّلُ الْقُرْآنَ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ rukuda və səcdədə belə deyərdi: “Allahım! Sən pak və müqəddəssən. Ey Rəbbimiz! Sənə həmd olsun. Allahım, məni bağışla!” O, Quranda (buyurulanı) yerinə yetirərdi”.”

Aişə
Buxari, 817 (Azan, 215)Səhih

حَدَّثَنَا أَبُو نُعَيْمٍ قَالَ حَدَّثَنَا الأَعْمَشُ عَنْ شَقِيقِ بْنِ سَلَمَةَ قَالَ قَالَ عَبْدُ اللَّهِ كُنَّا إِذَا صَلَّيْنَا خَلْفَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قُلْنَا السَّلاَمُ عَلَى جِبْرِيلَ وَمِيكَائِيلَ ، السَّلاَمُ عَلَى فُلاَنٍ وَفُلاَنٍ . فَالْتَفَتَ إِلَيْنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « إِنَّ اللَّهَ هُوَ السَّلاَمُ ، فَإِذَا صَلَّى أَحَدُكُمْ فَلْيَقُلِ التَّحِيَّاتُ لِلَّهِ ، وَالصَّلَوَاتُ وَالطَّيِّبَاتُ ، السَّلاَمُ عَلَيْكَ أَيُّهَا النَّبِىُّ وَرَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ ، السَّلاَمُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللَّهِ الصَّالِحِينَ . فَإِنَّكُمْ إِذَا قُلْتُمُوهَا أَصَابَتْ كُلَّ عَبْدٍ لِلَّهِ صَالِحٍ فِى السَّمَاءِ وَالأَرْضِ ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ » .

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Biz Peyğəmbərin ﷺ arxasında namaz qılanda deyərdik: “Allaha salam olsun, Cəbrailə və Mikailə salam olsun, filankəsə və filankəsə salam olsun”. Bir dəfə də Allah Elçisi ﷺ bizə tərəf çevrilib buyurdu: “Əslində, Salam Allahın Özüdür. Biriniz namaz qılanda belə desin: “Salamlar, dualar və gözəl şeylər Allaha məxsusdur. Ey Peyğəmbər, sənə salam olsun, Allahın mərhəməti və Onun bərəkəti (yetişsin)! Bizə və Allahın əməlisaleh qullarına salam olsun!” Əgər siz bu sözləri desəniz, bunlar Allahın göylərdə və yerdə olan hər bir əməlisaleh bəndəsinə yetişər. (Sonra desin:) “Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir”.”

Abdullah
Buxari, 831 (Azan, 229)Səhih

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنَا عُرْوَةُ بْنُ الزُّبَيْرِ عَنْ عَائِشَةَ زَوْجِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَخْبَرَتْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَدْعُو فِى الصَّلاَةِ « اللَّهُمَّ إِنِّى أَعُوذُ بِكَ مِنْ عَذَابِ الْقَبْرِ وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ الْمَسِيحِ الدَّجَّالِ ، وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ الْمَحْيَا وَفِتْنَةِ الْمَمَاتِ ، اللَّهُمَّ إِنِّى أَعُوذُ بِكَ مِنَ الْمَأْثَمِ وَالْمَغْرَمِ » . فَقَالَ لَهُ قَائِلٌ مَا أَكْثَرَ مَا تَسْتَعِيذُ مِنَ الْمَغْرَمِ فَقَالَ « إِنَّ الرَّجُلَ إِذَا غَرِمَ حَدَّثَ فَكَذَبَ ، وَوَعَدَ فَأَخْلَفَ » .

“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ zövcəsi Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ namaz qılanda dua edib deyərdi: “Allahım, qəbir əzabından Sənə sığınıram. Məsih Dəccalın fitnəsindən Sənə sığınıram. Həyatın və ölümün fitnəsindən Sənə sığınıram. Allahım, günahdan və borcdan Sənə sığınıram”. Bir nəfər ondan soruşdu: “Sən nə üçün tez-tez borcdan ötrü Allaha sığınırsan?” Peyğəmbər ﷺ buyurdu: “Borca girən adam danışanda yalan danışır, söz verəndə sözünün üstündə durmur”.”

Aişə
Buxari, 832 (Azan, 230)Səhih

وَعَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى عُرْوَةُ أَنَّ عَائِشَةَ قَالَتْ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَسْتَعِيذُ فِى صَلاَتِهِ مِنْ فِتْنَةِ الدَّجَّالِ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Allah Elçisinin ﷺ namazda Dəccalın fitnəsindən Allaha sığındığını eşitmişəm”.”

Aişə
Buxari, 833 (Azan, 231)Səhih

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ قَالَ حَدَّثَنَا اللَّيْثُ عَنْ يَزِيدَ بْنِ أَبِى حَبِيبٍ عَنْ أَبِى الْخَيْرِ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو عَنْ أَبِى بَكْرٍ الصِّدِّيقِ رَضِيَ اللَّهُ عَنْهُ . أَنَّهُ قَالَ لِرَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلِّمْنِى دُعَاءً أَدْعُو بِهِ فِى صَلاَتِى . قَالَ « قُلِ اللَّهُمَّ إِنِّى ظَلَمْتُ نَفْسِى ظُلْمًا كَثِيرًا وَلاَ يَغْفِرُ الذُّنُوبَ إِلاَّ أَنْتَ ، فَاغْفِرْ لِى مَغْفِرَةً مِنْ عِنْدِكَ ، وَارْحَمْنِى إِنَّكَ أَنْتَ الْغَفُورُ الرَّحِيمُ » .

“Rəvayət edilir ki, bir dəfə Əbu Bəkr ﵁ Allah Elçisinə ﷺ dedi: “Mənə namazda edəcəyim bir duanı öyrət”. Peyğəmbər ﷺ də buyurdu: “De: “Allahım! Mən özümə çoxlu zülm etmişəm. Günahları yalnız Sən bağışlayırsan. Özün günahımdan keçməklə məni bağışla və mənə rəhm et. Həqiqətən, Sən Bağışlayansan, Rəhmlisən!””

Əbu Bəkr
Buxari, 834 (Azan, 232)Səhih

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَحْيَى عَنِ الأَعْمَشِ حَدَّثَنِى شَقِيقٌ عَنْ عَبْدِ اللَّهِ قَالَ كُنَّا إِذَا كُنَّا مَعَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى الصَّلاَةِ قُلْنَا السَّلاَمُ عَلَى اللَّهِ مِنْ عِبَادِهِ ، السَّلاَمُ عَلَى فُلاَنٍ وَفُلاَنٍ . فَقَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ تَقُولُوا السَّلاَمُ عَلَى اللَّهِ . فَإِنَّ اللَّهَ هُوَ السَّلاَمُ ، وَلَكِنْ قُولُوا التَّحِيَّاتُ لِلَّهِ ، وَالصَّلَوَاتُ وَالطَّيِّبَاتُ ، السَّلاَمُ عَلَيْكَ أَيُّهَا النَّبِىُّ وَرَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ ، السَّلاَمُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللَّهِ الصَّالِحِينَ . فَإِنَّكُمْ إِذَا قُلْتُمْ أَصَابَ كُلَّ عَبْدٍ فِى السَّمَاءِ أَوْ بَيْنَ السَّمَاءِ وَالأَرْضِ ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ ، ثُمَّ يَتَخَيَّرُ مِنَ الدُّعَاءِ أَعْجَبَهُ إِلَيْهِ فَيَدْعُو » .

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Biz Peyğəmbərlə ﷺ birlikdə namaz qılanda: “Allaha qullarından salam olsun, filankəsə və filankəsə salam olsun”– deyərdik. Peyğəmbər ﷺ buyurdu: “Allaha Salam olsun” deməyin, çünki Salam Allahın Özüdür. Deyin: “Salamlar, dualar və gözəl şeylər Allaha məxsusdur. Ey Peyğəmbər, sənə salam olsun, Allahın mərhəməti və Onun bərəkəti (yetişsin)! Bizə və Allahın əməlisaleh qullarına salam olsun!” Əgər siz bu sözləri desəniz, bunlar göylərdə və ya göylə yer arasında olan hər bir (mömin) bəndəyə çatar. (Sonra deyin:) “Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir”. Bundan sonra (hər kəs) özünə xoş gələn duanı seçib oxuya bilər”.”

Abdullah
Buxari, 835 (Azan, 233)Səhih

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ عَنْ عَبْدِ الْعَزِيزِ عَنْ أَنَسٍ . وَعَنْ يُونُسَ عَنْ ثَابِتٍ عَنْ أَنَسٍ قَالَ بَيْنَمَا النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَخْطُبُ يَوْمَ الْجُمُعَةِ إِذْ قَامَ رَجُلٌ فَقَالَ يَا رَسُولَ اللَّهِ ، هَلَكَ الْكُرَاعُ ، وَهَلَكَ الشَّاءُ ، فَادْعُ اللَّهَ أَنْ يَسْقِيَنَا . فَمَدَّ يَدَيْهِ وَدَعَا .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Peyğəmbər ﷺ cümə günü xütbə verərkən bir kişi ayağa qalxıb dedi: “Ey Allahın Elçisi, atlar həlak oldu! Mal-qara həlak oldu! Allaha dua et bizə yağış yağdırsın!” Peyğəmbər ﷺ də əllərini uzadıb qaldıraraq dua etdi.”

Ənəs
Buxari, 932 (Cümə, 57)Səhih

حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ الْمُنْذِرِ قَالَ حَدَّثَنَا الْوَلِيدُ قَالَ حَدَّثَنَا أَبُو عَمْرٍو قَالَ حَدَّثَنِى إِسْحَاقُ بْنُ عَبْدِ اللَّهِ بْنِ أَبِى طَلْحَةَ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ أَصَابَتِ النَّاسَ سَنَةٌ عَلَى عَهْدِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَبَيْنَا النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَخْطُبُ فِى يَوْمِ جُمُعَةٍ قَامَ أَعْرَابِىٌّ فَقَالَ يَا رَسُولَ اللَّهِ هَلَكَ الْمَالُ وَجَاعَ الْعِيَالُ ، فَادْعُ اللَّهَ لَنَا . فَرَفَعَ يَدَيْهِ ، وَمَا نَرَى فِى السَّمَاءِ قَزَعَةً ، فَوَالَّذِى نَفْسِى بِيَدِهِ مَا وَضَعَهَا حَتَّى ثَارَ السَّحَابُ أَمْثَالَ الْجِبَالِ ، ثُمَّ لَمْ يَنْزِلْ عَنْ مِنْبَرِهِ حَتَّى رَأَيْتُ الْمَطَرَ يَتَحَادَرُ عَلَى لِحْيَتِهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَمُطِرْنَا يَوْمَنَا ذَلِكَ ، وَمِنَ الْغَدِ ، وَبَعْدَ الْغَدِ وَالَّذِى يَلِيهِ ، حَتَّى الْجُمُعَةِ الأُخْرَى ، وَقَامَ ذَلِكَ الأَعْرَابِىُّ - أَوْ قَالَ غَيْرُهُ - فَقَالَ يَا رَسُولَ اللَّهِ ، تَهَدَّمَ الْبِنَاءُ وَغَرِقَ الْمَالُ ، فَادْعُ اللَّهَ لَنَا . فَرَفَعَ يَدَيْهِ ، فَقَالَ « اللَّهُمَّ حَوَالَيْنَا ، وَلاَ عَلَيْنَا » . فَمَا يُشِيرُ بِيَدِهِ إِلَى نَاحِيَةٍ مِنَ السَّحَابِ إِلاَّ انْفَرَجَتْ ، وَصَارَتِ الْمَدِينَةُ مِثْلَ الْجَوْبَةِ ، وَسَالَ الْوَادِى قَنَاةُ شَهْرًا ، وَلَمْ يَجِئْ أَحَدٌ مِنْ نَاحِيَةٍ إِلاَّ حَدَّثَ بِالْجَوْدِ .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Peyğəmbərin ﷺ zamanında insanlara quraqlıq üz vermişdi. Peyğəmbər ﷺ cümə günü xütbə verən vaxt bir bədəvi ayağa qalxıb dedi: “Ey Allahın Elçisi, mallar zay oldu, uşaqlar ac qaldı. Bizim üçün Allaha dua et!” Peyğəmbər ﷺ əllərini göyə qaldırdı. Həmin vaxt biz göydə bir dənə də olsun bulud görmürdük. Canım Əlində Olana and olsun ki, o, hələ əllərini aşağı salmamış başımız üzərində dağlar qədər buludlar topalaşdı və o, minbərdən yerə enməmiş mən onun saqqalından süzülən yağış damçılarını gördüm. Həmin gün, ertəsi gün, ondan sonrakı gün, daha sonrakı gün – növbəti cüməyədək yağış ara vermədən yağdı. Cümə günü həmin bədəvi (və ya başqa birisi) ayağa qalxıb dedi: “Ey Allahın Elçisi, evlər dağıldı, mallar su altında qaldı. Bizim üçün Allaha dua et!” Peyğəmbər ﷺ əllərini göyə qaldırıb dedi: “Allahım! (Yağışı) üstümüzə deyil, ətrafımıza yağdır”. Sonra əli ilə hara işarə etdisə, oradakı bulud topası dağıldı və Mədinə səması çalaya bənzədi. Qənat vadisində bir ay sel axdı, kənardan Mədinəyə gələn hər kəs bol yağışlar yağdığından danışırdı”.”

Ənəs ibn Malik
Buxari, 933 (Cümə, 58)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ عَنْ مَالِكٍ عَنْ أَبِى الزِّنَادِ عَنِ الأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَكَرَ يَوْمَ الْجُمُعَةِ فَقَالَ « فِيهِ سَاعَةٌ لاَ يُوَافِقُهَا عَبْدٌ مُسْلِمٌ ، وَهْوَ قَائِمٌ يُصَلِّى ، يَسْأَلُ اللَّهَ تَعَالَى شَيْئًا إِلاَّ أَعْطَاهُ إِيَّاهُ » . وَأَشَارَ بِيَدِهِ يُقَلِّلُهَا .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ cümə gününü qeyd edərək buyurdu: “Bu gündə elə bir saat var ki, müsəlman olan hər kim (həmin vaxt) namaz qılıb Uca Allahdan bir şey istəsə, Allah mütləq ona istədiyini verər”. Sonra o, əli ilə işarə edib həmin vaxtın olduqca az olduğunu göstərdi.”

Əbu Hureyra
Buxari, 935 (Cümə, 60)Səhih

حَدَّثَنَا مُحَمَّدٌ حَدَّثَنَا عُمَرُ بْنُ حَفْصٍ قَالَ حَدَّثَنَا أَبِى عَنْ عَاصِمٍ عَنْ حَفْصَةَ عَنْ أُمِّ عَطِيَّةَ قَالَتْ كُنَّا نُؤْمَرُ أَنْ نَخْرُجَ يَوْمَ الْعِيدِ ، حَتَّى نُخْرِجَ الْبِكْرَ مِنْ خِدْرِهَا ، حَتَّى نُخْرِجَ الْحُيَّضَ فَيَكُنَّ خَلْفَ النَّاسِ ، فَيُكَبِّرْنَ بِتَكْبِيرِهِمْ ، وَيَدْعُونَ بِدُعَائِهِمْ يَرْجُونَ بَرَكَةَ ذَلِكَ الْيَوْمِ وَطُهْرَتَهُ .

“Rəvayət edilir ki, Ummu Atiyyə ﵂ demişdir: “Bizə və evlərdə olan bakirə qızlara, həmçinin heyzli qadınlara bayram günü namazgaha gəlməyimiz əmr edilərdi. Qadınlar kişilərin arxa tərəfində olur, onlar təkbir etdikdə təkbir edir, onlar dua etdikdə dua edirdilər. Onlar bu günün bərəkətindən və paklığından (günahlardan təmizlənməyi) umurdular”.”

Ummu Atiyyə
Buxari, 971 (Bayramlar, 24)Səhih

حَدَّثَنَا أَبُو مَعْمَرٍ قَالَ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ قَالَ حَدَّثَنَا أَيُّوبُ عَنْ حَفْصَةَ بِنْتِ سِيرِينَ قَالَتْ كُنَّا نَمْنَعُ جَوَارِيَنَا أَنْ يَخْرُجْنَ يَوْمَ الْعِيدِ ، فَجَاءَتِ امْرَأَةٌ فَنَزَلَتْ قَصْرَ بَنِى خَلَفٍ فَأَتَيْتُهَا فَحَدَّثَتْ أَنَّ زَوْجَ أُخْتِهَا غَزَا مَعَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ثِنْتَىْ عَشْرَةَ غَزْوَةً فَكَانَتْ أُخْتُهَا مَعَهُ فِى سِتِّ غَزَوَاتٍ . فَقَالَتْ فَكُنَّا نَقُومُ عَلَى الْمَرْضَى وَنُدَاوِى الْكَلْمَى ، فَقَالَتْ يَا رَسُولَ اللَّهِ ، عَلَى إِحْدَانَا بَأْسٌ إِذَا لَمْ يَكُنْ لَهَا جِلْبَابٌ أَنْ لاَ تَخْرُجَ فَقَالَ « لِتُلْبِسْهَا صَاحِبَتُهَا مِنْ جِلْبَابِهَا فَلْيَشْهَدْنَ الْخَيْرَ وَدَعْوَةَ الْمُؤْمِنِينَ » . قَالَتْ حَفْصَةُ فَلَمَّا قَدِمَتْ أُمُّ عَطِيَّةَ أَتَيْتُهَا ، فَسَأَلْتُهَا أَسَمِعْتِ فِى كَذَا وَكَذَا قَالَتْ نَعَمْ ، بِأَبِى - وَقَلَّمَا ذَكَرَتِ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلاَّ قَالَتْ بِأَبِى - قَالَ « لِيَخْرُجِ الْعَوَاتِقُ ذَوَاتُ الْخُدُورِ - أَوْ قَالَ الْعَوَاتِقُ وَذَوَاتُ الْخُدُورِ شَكَّ أَيُّوبُ - وَالْحُيَّضُ ، وَيَعْتَزِلُ الْحُيَّضُ الْمُصَلَّى ، وَلْيَشْهَدْنَ الْخَيْرَ وَدَعْوَةَ الْمُؤْمِنِينَ » . قَالَتْ فَقُلْتُ لَهَا آلْحُيَّضُ قَالَتْ نَعَمْ ، أَلَيْسَ الْحَائِضُ تَشْهَدُ عَرَفَاتٍ وَتَشْهَدُ كَذَا وَتَشْهَدُ كَذَا

“Rəvayət edilir ki, Həfsa bint Sirin ﵀ demişdir: “Biz cavan qızlara bayram namazına gəlməyə mane olardıq. Bir qadın Bəni Xaləfdə qəsrinə gəlmişdi. Onun bacısının əri Peyğəmbərlə ﷺ birlikdə on iki döyüşdə, özü isə altı döyüşdə iştirak etmişdi. Həmin qadın dedi: “Biz xəstələrin yanında durar və yaralıları müalicə edərdik. Bacım Peyğəmbərə ﷺ belə sual verdi: “Ey Allahın Elçisi, birimizin örtünəcək əbası olmazsa, (bayram) namazına gəlməməsində müşgül varmı?” Peyğəmbər ﷺ dedi: “Rəfiqəsi öz əbasından birini ona geyindirsin ki, müsəlmanların xeyir məslislərində və dualarında iştirak etsin”. Ummu Atiyyə buralara gəldikdə ondan soruşdum: “Sən bunu Peyğəmbərdən ﷺ eşitmisənmi?” Ummu Atiyyə dedi: “Atam ona fəda olsun, bəli!” Ummu Atiyyə Peyğəmbər ﷺ xatırlandıqda həmişə “Atam ona fəda olsun!” deyərdi. “Ummu Atiyyə davam edərək dedi: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitdim: “Qoy gənc qızlar, bakirə qızlar və heyzli qadınlar (evlərindən) bayıra çıxıb xeyirxah işlərdə və möminlərin (Allaha etdikləri) dualarında iştirak etsinlər. Qoy heyzli qadınlar namaz qılınan yerdən kənar dursunlar”. Ummu Atiyyədən: “Heyzli qadınlar?”– deyə soruşdular. O dedi: “Məgər (onlar) Arafatda və filan, filan yerlərdə iştirak etmirlərmi?!””

Həfsa bint Sirin
Buxari, 980 (Bayramlar, 33)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى قَالَ حَدَّثَنَا ابْنُ أَبِى عَدِىٍّ عَنِ ابْنِ عَوْنٍ عَنْ مُحَمَّدٍ قَالَ قَالَتْ أُمُّ عَطِيَّةَ أُمِرْنَا أَنْ نَخْرُجَ فَنُخْرِجَ الْحُيَّضَ وَالْعَوَاتِقَ وَذَوَاتِ الْخُدُورِ . قَالَ ابْنُ عَوْنٍ أَوِ الْعَوَاتِقَ ذَوَاتِ الْخُدُورِ ، فَأَمَّا الْحُيَّضُ فَيَشْهَدْنَ جَمَاعَةَ الْمُسْلِمِينَ وَدَعْوَتَهُمْ ، وَيَعْتَزِلْنَ مُصَلاَّهُمْ .

“Rəvayət edilir ki, Ummu Atiyyə ﵂ demişdir: “Bizə namazgaha çıxmaq, heyzli qadınları və bakirə qızları da gətirmək əmr edildi. Heyzli qadınlara gəlincə, onlar da müsəlmanların camaatında və dualarında iştirak edirlər və müsəlmanların namaz qıldıqları yerdən bir az aralı dururdular”.”

Ummu Atiyyə
Buxari, 981 (Bayramlar, 34)Səhih

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ عَنْ أَيُّوبَ عَنْ مُحَمَّدٍ قَالَ سُئِلَ أَنَسٌ أَقَنَتَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى الصُّبْحِ قَالَ نَعَمْ . فَقِيلَ لَهُ أَوَقَنَتَ قَبْلَ الرُّكُوعِ قَالَ بَعْدَ الرُّكُوعِ يَسِيرًا .

“Rəvayət edilir ki, Ənəsdən ﵁ soruşuldu: “Peyğəmbər ﷺ Sübh namazında qunut duası edərdimi?” Ənəs: “Bəli!”– deyə cavab verdi. Ona dedilər: “O, duanı rukudan qabaq edərdi?” Ənəs dedi: “O bunu rukudan sonra, qısa bir müddət ərzində etmişdi”.”

Ənəs
Buxari, 1001 (Vitr, 12)Səhih

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا عَبْدُ الْوَاحِدِ قَالَ حَدَّثَنَا عَاصِمٌ قَالَ سَأَلْتُ أَنَسَ بْنَ مَالِكٍ عَنِ الْقُنُوتِ . فَقَالَ قَدْ كَانَ الْقُنُوتُ . قُلْتُ قَبْلَ الرُّكُوعِ أَوْ بَعْدَهُ قَالَ قَبْلَهُ . قَالَ فَإِنَّ فُلاَنًا أَخْبَرَنِى عَنْكَ أَنَّكَ قُلْتَ بَعْدَ الرُّكُوعِ . فَقَالَ كَذَبَ ، إِنَّمَا قَنَتَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَعْدَ الرُّكُوعِ شَهْرًا - أُرَاهُ - كَانَ بَعَثَ قَوْمًا يُقَالُ لَهُمُ الْقُرَّاءُ زُهَاءَ سَبْعِينَ رَجُلاً إِلَى قَوْمٍ مِنَ الْمُشْرِكِينَ دُونَ أُولَئِكَ ، وَكَانَ بَيْنَهُمْ وَبَيْنَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَهْدٌ فَقَنَتَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ شَهْرًا يَدْعُو عَلَيْهِمْ .

“Rəvayət edilir ki, Asim ﵀ demişdir: “Mən Ənəs ibn Malikdən qunut duası barəsində soruşdum. O: “Bəli, qunut duası edərdilər”– deyə cavab verdi. Mən dedim: “Rukudan əvvəl, yoxsa sonra?”. O: “Rukudan əvvəl”– deyə cavab verdi. Ona dedilər: “Bəs filankəs deyir ki, guya sən: “Rukudan sonra” demisən”. Ənəs dedi: “O, yalan danışır. Allah Elçisi ﷺ rukudan sonra qunut duasını ancaq bir ay ərzində oxumuşdur. Bildiyimə görə Allah Elçisi ﷺ “Qurra” adlanan yetmiş nəfəri müşriklərin yanına göndərmiş və orada həmin qarilər qətlə yetirilmişlər. Halbuki müşriklərlə Peyğəmbər ﷺ arasında bir-birlərinə qarşı silah çəkməyəcəklərinə dair saziş bağlanmışdı. Elə bu səbəbdən də Allah Elçisi ﷺ düz bir ay onların əleyhinə dualar etdi”.”

Asim
Buxari, 1002 (Vitr, 13)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ يُونُسَ قَالَ حَدَّثَنَا زَائِدَةُ عَنِ التَّيْمِىِّ عَنْ أَبِى مِجْلَزٍ عَنْ أَنَسٍ قَالَ قَنَتَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ شَهْرًا يَدْعُو عَلَى رِعْلٍ وَذَكْوَانَ .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Peyğəmbər ﷺ bir ay ərzində Ril və Zəkvan qəbilələrinin əleyhinə dua etmişdir”.”

Ənəs
Buxari, 1003 (Vitr, 14)Səhih

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا إِسْمَاعِيلُ قَالَ حَدَّثَنَا خَالِدٌ عَنْ أَبِى قِلاَبَةَ عَنْ أَنَسٍ قَالَ كَانَ الْقُنُوتُ فِى الْمَغْرِبِ وَالْفَجْرِ .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Qunut duası çox vaxt Məğrib və Sübh namazlarında oxunardı”.”

Ənəs
Buxari, 1004 (Vitr, 15)Səhih

حَدَّثَنَا أَبُو نُعَيْمٍ قَالَ حَدَّثَنَا سُفْيَانُ عَنْ عَبْدِ اللَّهِ بْنِ أَبِى بَكْرٍ عَنْ عَبَّادِ بْنِ تَمِيمٍ عَنْ عَمِّهِ قَالَ خَرَجَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَسْتَسْقِى وَحَوَّلَ رِدَاءَهُ .

“Abbad ibn Təmim əmisinin (Abdullah ibn Zeydin) ﵁ belə dediyini rəvayət etmişdir: “Peyğəmbər ﷺ Allahdan yağış diləmək üçün (namazgaha) çıxdı və əbasını tərsinə çevirdi”.”

Abbad ibn Təmim əmisindən
Buxari, 1005 (İstisqa, 1)Səhih

حَدَّثَنَا قُتَيْبَةُ حَدَّثَنَا مُغِيرَةُ بْنُ عَبْدِ الرَّحْمَنِ عَنْ أَبِى الزِّنَادِ عَنِ الأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا رَفَعَ رَأْسَهُ مِنَ الرَّكْعَةِ الآخِرَةِ يَقُولُ « اللَّهُمَّ أَنْجِ عَيَّاشَ بْنَ أَبِى رَبِيعَةَ ، اللَّهُمَّ أَنْجِ سَلَمَةَ بْنَ هِشَامٍ ، اللَّهُمَّ أَنْجِ الْوَلِيدَ بْنَ الْوَلِيدِ ، اللَّهُمَّ أَنْجِ الْمُسْتَضْعَفِينَ مِنَ الْمُؤْمِنِينَ ، اللَّهُمَّ اشْدُدْ وَطْأَتَكَ عَلَى مُضَرَ ، اللَّهُمَّ اجْعَلْهَا سِنِينَ كَسِنِى يُوسُفَ » . وَأَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « غِفَارُ غَفَرَ اللَّهُ لَهَا ، وَأَسْلَمُ سَالَمَهَا اللَّهُ » . قَالَ ابْنُ أَبِى الزِّنَادِ عَنْ أَبِيهِ هَذَا كُلُّهُ فِى الصُّبْحِ .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ axırıncı rükətdə başını rukudan qaldırdıqdan sonra dua edib deyərdi: “Allahım, Ayyəş ibn Əbu Rabianı xilas et! Allahım, Sələmə ibn Hişamı xilas et! Allahım, Vəlid ibn Vəlidi xilas et! Allahım, möminlərdən zəif olanları xilas et! Allahım, Mudar qəbiləsinə olan əzabını şiddətləndir! Allahım, onlara Yusufun zamanında göndərdiyin yeddi (qıtlıq və quraqlıq) illəri kimi illər göndər!” Peyğəmbər ﷺ dua edib deyərdi: “Allah Ğifar qəbiləsini bağışlasın! Allah Əsləm qəbiləsinə salamatlıq nəsib eləsin!” İbn Ziyad atasının belə dediyini rəvayət etmişdir: “Bunlar hamısı Sübh namazında edilərdi”.”

Əbu Hureyra
Buxari, 1006 (İstisqa, 2)Səhih

حَدَّثَنَا عُثْمَانُ بْنُ أَبِى شَيْبَةَ قَالَ حَدَّثَنَا جَرِيرٌ عَنْ مَنْصُورٍ عَنْ أَبِى الضُّحَى عَنْ مَسْرُوقٍ قَالَ كُنَّا عِنْدَ عَبْدِ اللَّهِ فَقَالَ إِنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَمَّا رَأَى مِنَ النَّاسِ إِدْبَارًا قَالَ « اللَّهُمَّ سَبْعٌ كَسَبْعِ يُوسُفَ » . فَأَخَذَتْهُمْ سَنَةٌ حَصَّتْ كُلَّ شَىْءٍ حَتَّى أَكَلُوا الْجُلُودَ وَالْمَيْتَةَ وَالْجِيَفَ ، وَيَنْظُرَ أَحَدُهُمْ إِلَى السَّمَاءِ فَيَرَى الدُّخَانَ مِنَ الْجُوعِ ، فَأَتَاهُ أَبُو سُفْيَانَ فَقَالَ يَا مُحَمَّدُ إِنَّكَ تَأْمُرُ بِطَاعَةِ اللَّهِ وَبِصِلَةِ الرَّحِمِ وَإِنَّ قَوْمَكَ قَدْ هَلَكُوا ، فَادْعُ اللَّهَ لَهُمْ قَالَ اللَّهُ تَعَالَى { فَارْتَقِبْ يَوْمَ تَأْتِى السَّمَاءُ بِدُخَانٍ مُبِينٍ } إِلَى قَوْلِهِ { عَائِدُونَ * يَوْمَ نَبْطِشُ الْبَطْشَةَ الْكُبْرَى } فَالْبَطْشَةُ يَوْمَ بَدْرٍ ، وَقَدْ مَضَتِ الدُّخَانُ وَالْبَطْشَةُ وَاللِّزَامُ وَآيَةُ الرُّومِ .

“Rəvayət edilir ki, Məsruq ﵀ demişdir: “Mən Abdullahın yanında olduqda o dedi: “Peyğəmbər ﷺ bəzi adamların İslama arxa çevirdiklərini gördükdə dua edib demişdir: “Allahım, onlara Yusufun zamanında göndərdiyin yeddi (qıtlıq və quraqlıq) illəri kimi illər göndər!” Bundan sonra onlara elə bir qıtlıq və quraqlıq üz verdi ki, hər şey məhv oldu, iş o yerə gəlib çatdı ki, onlar heyvan dərilərini, ölmüş heyvanları və iylənmiş cəmdəkləri yeməyə başladılar. Onlardan kimsə göyə baxdıqda aclıqdan gözünə tüstü-duman görünürdü. Onda Əbu Süfyan Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Muhəmməd! Sən bizə Allaha itaət etməyi, qohumluq əlaqələrini möhkəmləndirməyi buyurursan, lakin sənin həmqəbilələrin həlak olur. Onlar üçün Allaha dua et!” (Peyğəmbər ﷺ dua etdi və yağış yağdı, lakin onlar yenə öz küfrlərinə qayıtdılar). Uca Allah buyurur: “Sən göydən aşkar bir tüstü gələcəyi günü gözlə. O tüstü ki, insanları bürüyəcəkdir. Bu, ağrılı-acılı bir əzabdır. Onlar: “Ey Rəbbimiz! Bizi bu əzabdan qurtar, biz də iman gətirək”– deyəcəklər. Onlar necə öyüd-nəsihət eşidə bilərlər ki, artıq onlara açıq-aşkar bir peyğəmbər gəlsə də, onlar ondan üz çevirib: “Öyrədilmiş bir dəlidir!”– dedilər. Biz əzabı bir az sizdən uzaqlaşdırarıq, amma siz yenə azğınlığa qayıdacaqsınız. Kafirləri böyük bir müsibətlə yaxalayacağımız gün Biz onlardan intiqam alacağıq”. (əd-Duxan, 10-16). Ayədəki “Kafirləri böyük bir müsibətlə yaxalayacağımız gün” Bədr günüdür ki, artıq olub-keçmişdir. Kafirlərin qıtlıq və quraqlığa məruz qalması, böyük bir müsibətlə yaxalanması, əzabın onlar üçün daimiləşməsi və rumluların farslara qalib gəlməsi artıq olub-keçmişdir”.”

Məsruq
Buxari, 1007 (İstisqa, 3)Səhih

حَدَّثَنَا عَمْرُو بْنُ عَلِىٍّ قَالَ حَدَّثَنَا أَبُو قُتَيْبَةَ قَالَ حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ عَبْدِ اللَّهِ بْنِ دِينَارٍ عَنْ أَبِيهِ قَالَ سَمِعْتُ ابْنَ عُمَرَ يَتَمَثَّلُ بِشِعْرِ أَبِى طَالِبٍ وَأَبْيَضَ يُسْتَسْقَى الْغَمَامُ بِوَجْهِهِ ثِمَالُ الْيَتَامَى عِصْمَةٌ لِلأَرَامِلِ

“Abdur-Rahmən ibn Abdullah ibn Dinar atasının ﵀ belə dediyini rəvayət etmişdir: “Mən İbn Öməri Əbu Talibin bu şeirini məsəl olaraq oxuduğunu eşitdim: “Onun ağ üzü ilə diləyirlər yağışı, hamisidir yetimin, himayədarıdır dulların!””

Abdur-Rahmən ibn Abdullah ibn Dinar atasından
Buxari, 1008 (İstisqa, 4)Səhih

وَقَالَ عُمَرُ بْنُ حَمْزَةَ حَدَّثَنَا سَالِمٌ عَنْ أَبِيهِ رُبَّمَا ذَكَرْتُ قَوْلَ الشَّاعِرِ وَأَنَا أَنْظُرُ إِلَى وَجْهِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَسْتَسْقِى ، فَمَا يَنْزِلُ حَتَّى يَجِيشَ كُلُّ مِيزَابٍ . وَأَبْيَضَ يُسْتَسْقَى الْغَمَامُ بِوَجْهِهِ ثِمَالَ الْيَتَامَى عِصْمَةً لِلأَرَامِلِ وَهْوَ قَوْلُ أَبِى طَالِبٍ.

“Səlim atasının ﵀ belə dediyni rəvayət etmişdir: “Mən Peyğəmbərin ﷺ üzünə baxarkən şairin bu sözlərini xatırladım: “Onun ağ üzü ilə diləyirlər yağışı, hamisidir yetimin, himayədarıdır dulların!” Peyğəmbər ﷺ Allahdan yağış dilədikdən sonra minbərdən aşağı enənədək bütün navalçalardan su şırhaşır axırdı”. Ravi deyir: “Bu şeir parçası Əbu Talibin sözüdür”.”

Səlim atasından
Buxari, 1009 (İstisqa, 5)Səhih

حَدَّثَنَا الْحَسَنُ بْنُ مُحَمَّدٍ قَالَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ الأَنْصَارِىُّ قَالَ حَدَّثَنِى أَبِى عَبْدُ اللَّهِ بْنُ الْمُثَنَّى عَنْ ثُمَامَةَ بْنِ عَبْدِ اللَّهِ بْنِ أَنَسٍ عَنْ أَنَسٍ أَنَّ عُمَرَ بْنَ الْخَطَّابِ رَضِيَ اللَّهُ عَنْهُ كَانَ إِذَا قَحَطُوا اسْتَسْقَى بِالْعَبَّاسِ بْنِ عَبْدِ الْمُطَّلِبِ فَقَالَ اللَّهُمَّ إِنَّا كُنَّا نَتَوَسَّلُ إِلَيْكَ بِنَبِيِّنَا فَتَسْقِينَا وَإِنَّا نَتَوَسَّلُ إِلَيْكَ بِعَمِّ نَبِيِّنَا فَاسْقِنَا . قَالَ فَيُسْقَوْنَ .

“Rəvayət edilir ki, qıtlıq və quraqlıq üz verdikdə Ömər ibn əl-Xattab ﵁ Abbas ibn Abdul-Mutalibin vasitəsilə Allahdan yağış diləyib: “Allahım, biz Peyğəmbərimizin ﷺ vasitəsilə Səndən yağmur diləyərdik, Sən də bizə yağış endirərdin. İndi isə biz Peyğəmbərimizin ﷺ əmisinin vasitəsilə Səndən yağış diləyirik, bizə yağış endir!”– deyər, Allah da onlara yağış nazil edərdi.”

Ömər ibn əl-Xattab
Buxari, 1010 (İstisqa, 6)Səhih

حَدَّثَنَا إِسْحَاقُ قَالَ حَدَّثَنَا وَهْبٌ قَالَ أَخْبَرَنَا شُعْبَةُ عَنْ مُحَمَّدِ بْنِ أَبِى بَكْرٍ عَنْ عَبَّادِ بْنِ تَمِيمٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ زَيْدٍ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ اسْتَسْقَى فَقَلَبَ رِدَاءَهُ .

“Abdullah ibn Zeyd ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ Allahdan yağış dilədikdə əbasını tərsinə çevirərdi.”

Abdullah ibn Zeyd
Buxari, 1011 (İstisqa, 7)Səhih

حَدَّثَنَا عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنَا سُفْيَانُ قَالَ عَبْدُ اللَّهِ بْنُ أَبِى بَكْرٍ أَنَّهُ سَمِعَ عَبَّادَ بْنَ تَمِيمٍ يُحَدِّثُ أَبَاهُ عَنْ عَمِّهِ عَبْدِ اللَّهِ بْنِ زَيْدٍ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَرَجَ إِلَى الْمُصَلَّى فَاسْتَسْقَى ، فَاسْتَقْبَلَ الْقِبْلَةَ ، وَقَلَبَ رِدَاءَهُ ، وَصَلَّى رَكْعَتَيْنِ . قَالَ أَبُو عَبْدِ اللَّهِ كَانَ ابْنُ عُيَيْنَةَ يَقُولُ هُوَ صَاحِبُ الأَذَانِ ، وَلَكِنَّهُ وَهْمٌ ، لأَنَّ هَذَا عَبْدُ اللَّهِ بْنُ زَيْدِ بْنِ عَاصِمٍ الْمَازِنِىُّ ، مَازِنُ الأَنْصَارِ .

“Abdullah ibn Zeyd ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ namazgaha çıxdı və Allahdan yağış dilədi, qibləyə yönəldi, əbasını tərsinə çevirdi və iki rükət namaz qıldırdı.”

Abdullah ibn Zeyd
Buxari, 1012 (İstisqa, 8)Səhih

حَدَّثَنَا مُحَمَّدٌ قَالَ أَخْبَرَنَا أَبُو ضَمْرَةَ أَنَسُ بْنُ عِيَاضٍ قَالَ حَدَّثَنَا شَرِيكُ بْنُ عَبْدِ اللَّهِ بْنِ أَبِى نَمِرٍ أَنَّهُ سَمِعَ أَنَسَ بْنَ مَالِكٍ يَذْكُرُ أَنَّ رَجُلاً دَخَلَ يَوْمَ الْجُمُعَةِ مِنْ بَابٍ كَانَ وُجَاهَ الْمِنْبَرِ ، وَرَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَائِمٌ يَخْطُبُ فَاسْتَقْبَلَ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَائِمًا فَقَالَ يَا رَسُولَ اللَّهِ ، هَلَكَتِ الْمَوَاشِى وَانْقَطَعَتِ السُّبُلُ ، فَادْعُ اللَّهَ يُغِيثُنَا . قَالَ فَرَفَعَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَدَيْهِ فَقَالَ « اللَّهُمَّ اسْقِنَا ، اللَّهُمَّ اسْقِنَا ، اللَّهُمَّ اسْقِنَا » . قَالَ أَنَسٌ وَلاَ وَاللَّهِ مَا نَرَى فِى السَّمَاءِ مِنْ سَحَابٍ وَلاَ قَزَعَةً وَلاَ شَيْئًا ، وَمَا بَيْنَنَا وَبَيْنَ سَلْعٍ مِنْ بَيْتٍ وَلاَ دَارٍ ، قَالَ فَطَلَعَتْ مِنْ وَرَائِهِ سَحَابَةٌ مِثْلُ التُّرْسِ ، فَلَمَّا تَوَسَّطَتِ السَّمَاءَ انْتَشَرَتْ ثُمَّ أَمْطَرَتْ . قَالَ وَاللَّهِ مَا رَأَيْنَا الشَّمْسَ سِتًّا ، ثُمَّ دَخَلَ رَجُلٌ مِنْ ذَلِكَ الْبَابِ فِى الْجُمُعَةِ الْمُقْبِلَةِ ، وَرَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَائِمٌ يَخْطُبُ ، فَاسْتَقْبَلَهُ قَائِمًا فَقَالَ يَا رَسُولَ اللَّهِ ، هَلَكَتِ الأَمْوَالُ وَانْقَطَعَتِ السُّبُلُ ، فَادْعُ اللَّهَ يُمْسِكْهَا ، قَالَ فَرَفَعَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَدَيْهِ ثُمَّ قَالَ « اللَّهُمَّ حَوَالَيْنَا وَلاَ عَلَيْنَا ، اللَّهُمَّ عَلَى الآكَامِ وَالْجِبَالِ وَالآجَامِ وَالظِّرَابِ وَالأَوْدِيَةِ وَمَنَابِتِ الشَّجَرِ » . قَالَ فَانْقَطَعَتْ وَخَرَجْنَا نَمْشِى فِى الشَّمْسِ . قَالَ شَرِيكٌ فَسَأَلْتُ أَنَسًا أَهُوَ الرَّجُلُ الأَوَّلُ قَالَ لاَ أَدْرِى .

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ cümə günü xütbə deyərkən bir nəfər minbərin qarşısındakı qapıdan içəri daxil oldu və Allah Elçisilə ﷺ üzbəüz durub dedi: “Ey Allahın Elçisi, mal-qara məhv oldu, yollar bağlandı, Allaha dua et ki, bizə yağış endirsin”. Allah Elçisi ﷺ əllərini qaldırıb dedi: “Allahım, bizə yağış endir! Allahım, bizə yağış endir! Allahım, bizə yağış endir!” Allaha and olsun, həmin an biz göydə nə bir bulud, nə bir bulud parçası, nə də başqa bir şey görürdük. Bizimlə Səl dağının arasında nə bir ev, nə də bir koma var idi. Bu vaxt dağın arxasından qalxanabənzər bir bulud görsəndi. O gəlib göyün ortasına çatdıqdan sonra ətrafa yayıldı və yağış yağmağa başladı. Allaha and olsun, altı gün biz günəşi görmədik. Növbəti cümə günü Allah Elçisi ﷺ xütbə deyərkən yenə bir nəfər həmin qapıdan içəri daxil oldu və Allah Elçisilə ﷺ üzbəüz durub dedi: “Ey Allahın Elçisi, mallar zay oldu, yollar bağlandı. Allaha dua et ki, yağışı dayandırsın”. Allah Elçisi ﷺ əllərini qaldırıb dedi: “Allahım! (Yağışı) üstümüzə deyil, ətrafımıza yağdır. Allahım, təpələrə, dağlara, bağlara, yamaclara, vadilərə və ağac bitən yerlərə (yağdır)!” Yağış kəsdi və biz günəşli havada gəzişmək üçün bayıra çıxdıq. ...Ravi Şərik deyir: “Mən Ənəsdən soruşdum: “İkinci dəfə gələn kişi əvvəl gələn kişi idi?” Ənəs: “Bilmirəm” dedi.”

Ənəs ibn Malik
Buxari, 1013 (İstisqa, 9)Səhih

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ قَالَ حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ جَعْفَرٍ عَنْ شَرِيكٍ عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّ رَجُلاً دَخَلَ الْمَسْجِدَ يَوْمَ جُمُعَةٍ مِنْ بَابٍ كَانَ نَحْوَ دَارِ الْقَضَاءِ ، وَرَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَائِمٌ يَخْطُبُ ، فَاسْتَقْبَلَ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَائِمًا ثُمَّ قَالَ يَا رَسُولَ اللَّهِ هَلَكَتِ الأَمْوَالُ وَانْقَطَعَتِ السُّبُلُ ، فَادْعُ اللَّهَ يُغِيثُنَا فَرَفَعَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَدَيْهِ ثُمَّ قَالَ « اللَّهُمَّ أَغِثْنَا ، اللَّهُمَّ أَغِثْنَا ، اللَّهُمَّ أَغِثْنَا » . قَالَ أَنَسٌ وَلاَ وَاللَّهِ مَا نَرَى فِى السَّمَاءِ مِنْ سَحَابٍ ، وَلاَ قَزَعَةً ، وَمَا بَيْنَنَا وَبَيْنَ سَلْعٍ مِنْ بَيْتٍ وَلاَ دَارٍ . قَالَ فَطَلَعَتْ مِنْ وَرَائِهِ سَحَابَةٌ مِثْلُ التُّرْسِ ، فَلَمَّا تَوَسَّطَتِ السَّمَاءَ انْتَشَرَتْ ثُمَّ أَمْطَرَتْ ، فَلاَ وَاللَّهِ مَا رَأَيْنَا الشَّمْسَ سِتًّا ، ثُمَّ دَخَلَ رَجُلٌ مِنْ ذَلِكَ الْبَابِ فِى الْجُمُعَةِ وَرَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَائِمٌ يَخْطُبُ ، فَاسْتَقْبَلَهُ قَائِمًا فَقَالَ يَا رَسُولَ اللَّهِ هَلَكَتِ الأَمْوَالُ وَانْقَطَعَتِ السُّبُلُ ، فَادْعُ اللَّهَ يُمْسِكْهَا عَنَّا . قَالَ فَرَفَعَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَدَيْهِ ثُمَّ قَالَ « اللَّهُمَّ حَوَالَيْنَا وَلاَ عَلَيْنَا ، اللَّهُمَّ عَلَى الآكَامِ وَالظِّرَابِ وَبُطُونِ الأَوْدِيَةِ وَمَنَابِتِ الشَّجَرِ » . قَالَ فَأَقْلَعَتْ وَخَرَجْنَا نَمْشِى فِى الشَّمْسِ . قَالَ شَرِيكٌ سَأَلْتُ أَنَسَ بْنَ مَالِكٍ أَهُوَ الرَّجُلُ الأَوَّلُ فَقَالَ مَا أَدْرِى

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ cümə günü xütbə deyərkən bir nəfər Darul-Qada tərəfdə olan qapıdan içəri daxil oldu və Allah Elçisilə ﷺ üzbəüz durub dedi: “Ey Allahın Elçisi, mal-qara məhv oldu, yollar bağlandı, Allaha dua et ki, bizə yağış yağdırsın”. Allah Elçisi ﷺ əllərini qaldırıb dedi: “Allahım, bizə yağış endir! Allahım, bizə yağış endir! Allahım, bizə yağış endir!” Allaha and olsun, həmin an biz göydə nə bir bulud, nə bir bulud parçası, nə də başqa bir şey görürdük. Bizimlə Səl dağının arasında nə bir ev, nə də bir koma vardı. Bu vaxt dağın arxasından qalxanabənzər bir bulud göründü. O gəlib göyün ortasına çatdıqdan sonra ətrafa yayıldı və yağış yağmağa başladı. Allaha and olsun, altı gün biz günəşi görmədik. Növbəti cümə günü Allah Elçisi ﷺ xütbə deyərkən yenə bir nəfər həmin qapıdan içəri daxil oldu və Allah Elçisilə ﷺ üzbəüz durub dedi: “Ey Allahın Elçisi, mallar zay oldu, yollar bağlandı. Allaha dua et ki, yağışı dayandırsın”. Allah Elçisi ﷺ əllərini qaldırıb dedi: “Allahım! (Yağışı) üstümüzə deyil, ətrafımıza yağdır. Allahım, təpələrə, yamaclara, bağlara, dərələrin dibinə və ağac bitən yerlərə (yağdır)!” Yağış kəsdi və biz günəşli havada gəzişmək üçün bayıra çıxdıq. ...Ravi Şərik deyir: “Mən Ənəsdən soruşdum: “İkinci dəfə gələn kişi əvvəl gələn kişi idi?” Ənəs: “Bilmirəm” dedi.”

Ənəs ibn Malik
Buxari, 1014 (İstisqa, 10)Səhih

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا أَبُو عَوَانَةَ عَنْ قَتَادَةَ عَنْ أَنَسٍ قَالَ بَيْنَمَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَخْطُبُ يَوْمَ الْجُمُعَةِ إِذْ جَاءَ رَجُلٌ فَقَالَ يَا رَسُولَ اللَّهِ ، قَحَطَ الْمَطَرُ فَادْعُ اللَّهَ أَنْ يَسْقِيَنَا . فَدَعَا فَمُطِرْنَا ، فَمَا كِدْنَا أَنْ نَصِلَ إِلَى مَنَازِلِنَا فَمَا زِلْنَا نُمْطَرُ إِلَى الْجُمُعَةِ الْمُقْبِلَةِ . قَالَ فَقَامَ ذَلِكَ الرَّجُلُ أَوْ غَيْرُهُ فَقَالَ يَا رَسُولَ اللَّهِ ادْعُ اللَّهَ أَنْ يَصْرِفَهُ عَنَّا . فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « اللَّهُمَّ حَوَالَيْنَا وَلاَ عَلَيْنَا » . قَالَ فَلَقَدْ رَأَيْتُ السَّحَابَ يَتَقَطَّعُ يَمِينًا وَشِمَالاً يُمْطَرُونَ وَلاَ يُمْطَرُ أَهْلُ الْمَدِينَةِ .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ cümə günü xütbə verərkən birdən bir kişi gəlib dedi: “Ey Allahın Elçisi, yağış yağmır, Allaha dua et ki, bizə yağış yağdırsın”. Allah Elçisi ﷺ də dua etdi və bizə elə yağış yağmağa başladı ki, evlərimizə gedə bilməyəcəkdik. Beləcə, növbəti cüməyədək yağış yağmağa davam etdi. Növbəti cümə həmin kişi və ya başqası ayağa durub dedi: “Ey Allahın Elçisi, yağışı bizdən uzaqlaşdırması üçün dua et”. Allah Elçisi ﷺ dua edərək buyurdu: “Allahım! (Yağışı) üstümüzə deyil, ətrafımıza yağdır”. Allaha and olsun, buludların sağa və sola çəkildiklərini və ətraf ərazilərə yağış yağdığı halda Mədinə əhlinin yağış altında olmadıqlarını gördüm”.”

Ənəs
Buxari, 1015 (İstisqa, 11)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ عَنْ مَالِكٍ عَنْ شَرِيكِ بْنِ عَبْدِ اللَّهِ عَنْ أَنَسٍ قَالَ جَاءَ رَجُلٌ إِلَى النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ هَلَكَتِ الْمَوَاشِى وَتَقَطَّعَتِ السُّبُلُ . فَدَعَا ، فَمُطِرْنَا مِنَ الْجُمُعَةِ إِلَى الْجُمُعَةِ ، ثُمَّ جَاءَ فَقَالَ تَهَدَّمَتِ الْبُيُوتُ وَتَقَطَّعَتِ السُّبُلُ ، وَهَلَكَتِ الْمَوَاشِى فَادْعُ اللَّهَ يُمْسِكْهَا . فَقَامَ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « اللَّهُمَّ عَلَى الآكَامِ وَالظِّرَابِ وَالأَوْدِيَةِ وَمَنَابِتِ الشَّجَرِ » . فَانْجَابَتْ عَنِ الْمَدِينَةِ انْجِيَابَ الثَّوْبِ .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Bir kişi Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Mal-qara məhv oldu, yollar bağlandı”. Peyğəmbər ﷺ dua etdi və bu cümədən növbəti cüməyədək yağış yağdı. Sonra yenə gəlib dedi: “Evlər yıxıldı, yollar bağlandı, mal-qara həlak oldu. Allaha dua et ki, yağışı dayandırsın”. Allah Elçisi ﷺ ayağa qalxıb dua edərək buyurdu: “Allahım, təpələrə, yamaclara, dərələrin dibinə və ağac bitən yerlərə (yağdır)!” Bundan sonra buludlar Mədinənin üzərindən kənarlara səpələndi”.”

Ənəs
Buxari, 1016 (İstisqa, 12)Səhih

حَدَّثَنَا إِسْمَاعِيلُ قَالَ حَدَّثَنِى مَالِكٌ عَنْ شَرِيكِ بْنِ عَبْدِ اللَّهِ بْنِ أَبِى نَمِرٍ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ جَاءَ رَجُلٌ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ يَا رَسُولَ اللَّهِ ، هَلَكَتِ الْمَوَاشِى وَانْقَطَعَتِ السُّبُلُ ، فَادْعُ اللَّهَ ، فَدَعَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَمُطِرُوا مِنْ جُمُعَةٍ إِلَى جُمُعَةٍ ، فَجَاءَ رَجُلٌ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ يَا رَسُولَ اللَّهِ ، تَهَدَّمَتِ الْبُيُوتُ وَتَقَطَّعَتِ السُّبُلُ وَهَلَكَتِ الْمَوَاشِى . فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « اللَّهُمَّ عَلَى رُءُوسِ الْجِبَالِ وَالآكَامِ وَبُطُونِ الأَوْدِيَةِ وَمَنَابِتِ الشَّجَرِ » . فَانْجَابَتْ عَنِ الْمَدِينَةِ انْجِيَابَ الثَّوْبِ .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Bir kişi Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, mal-qara məhv oldu, yollar bağlandı, Allaha dua et”. Allah Elçisi ﷺ də Allaha dua etdi və bu cümədən növbəti cüməyədək yağış yağdı. Sonra yenə bir kişi Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, evlər yıxıldı, yollar bağlandı, mal-qara həlak oldu”. Allah Elçisi ﷺ də dua edərək belə buyurdu: “Allahım, dağların başına, təpələrə, dərələrin dibinə və ağac bitən yerlərə (yağdır)!” Bundan sonra buludlar Mədinənin üzərindən kənarlara səpələndi”.”

Ənəs ibn Malik
Buxari, 1017 (İstisqa, 13)Səhih

حَدَّثَنَا الْحَسَنُ بْنُ بِشْرٍ قَالَ حَدَّثَنَا مُعَافَى بْنُ عِمْرَانَ عَنِ الأَوْزَاعِىِّ عَنْ إِسْحَاقَ بْنِ عَبْدِ اللَّهِ عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّ رَجُلاً شَكَا إِلَى النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ هَلاَكَ الْمَالِ وَجَهْدَ الْعِيَالِ ، فَدَعَا اللَّهَ يَسْتَسْقِى ، وَلَمْ يَذْكُرْ أَنَّهُ حَوَّلَ رِدَاءَهُ وَلاَ اسْتَقْبَلَ الْقِبْلَةَ.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, bir kişi susuzluğa görə mal-qaranın həlak olduğunu, körpələrin çətinlik çəkdiyi haqda şikayət etdi Allah Elçisi ﷺ də yağışın yağması üçün Allaha dua etdi. ...Ravi Ənəsin Allah Elçisinin ﷺ əbasını tərsinə çevirməsi və qibləyə yönəlməsini qeyd etmədi.”

Ənəs ibn Malik
Buxari, 1018 (İstisqa, 14)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ شَرِيكِ بْنِ عَبْدِ اللَّهِ بْنِ أَبِى نَمِرٍ عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّهُ قَالَ جَاءَ رَجُلٌ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ يَا رَسُولَ اللَّهِ هَلَكَتِ الْمَوَاشِى ، وَتَقَطَّعَتِ السُّبُلُ ، فَادْعُ اللَّهَ . فَدَعَا اللَّهَ ، فَمُطِرْنَا مِنَ الْجُمُعَةِ إِلَى الْجُمُعَةِ ، فَجَاءَ رَجُلٌ إِلَى النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ يَا رَسُولَ اللَّهِ ، تَهَدَّمَتِ الْبُيُوتُ وَتَقَطَّعَتِ السُّبُلُ وَهَلَكَتِ الْمَوَاشِى . فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « اللَّهُمَّ عَلَى ظُهُورِ الْجِبَالِ وَالآكَامِ وَبُطُونِ الأَوْدِيَةِ وَمَنَابِتِ الشَّجَرِ » . فَانْجَابَتْ عَنِ الْمَدِينَةِ انْجِيَابَ الثَّوْبِ .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Bir kişi Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, mal-qara məhv oldu, yollar bağlandı. Allaha dua et”. Allah Elçisi ﷺ də Allaha dua etdi və bu cümədən növbəti cüməyədək bizə yağış yağdı. Sonra yenə bir kişi Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, evlər yıxıldı, yollar bağlandı, mal-qara həlak oldu”. Allah Elçisi ﷺ də dua edərək belə buyurdu: “Allahım, dağların arxasına, təpələrə, dərələrin dibinə və ağac bitən yerlərə (yağdır)!” Bundan sonra buludlar Mədinənin üzərindən kənarlara səpələndi”.”

Ənəs ibn Malik
Buxari, 1019 (İstisqa, 15)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ كَثِيرٍ عَنْ سُفْيَانَ حَدَّثَنَا مَنْصُورٌ وَالأَعْمَشُ عَنْ أَبِى الضُّحَى عَنْ مَسْرُوقٍ قَالَ أَتَيْتُ ابْنَ مَسْعُودٍ فَقَالَ إِنَّ قُرَيْشًا أَبْطَئُوا عَنِ الإِسْلاَمِ ، فَدَعَا عَلَيْهِمُ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَخَذَتْهُمْ سَنَةٌ حَتَّى هَلَكُوا فِيهَا وَأَكَلُوا الْمَيْتَةَ وَالْعِظَامَ ، فَجَاءَهُ أَبُو سُفْيَانَ فَقَالَ يَا مُحَمَّدُ ، جِئْتَ تَأْمُرُ بِصِلَةِ الرَّحِمِ ، وَإِنَّ قَوْمَكَ هَلَكُوا ، فَادْعُ اللَّهَ . فَقَرَأَ { فَارْتَقِبْ يَوْمَ تَأْتِى السَّمَاءُ بِدُخَانٍ مُبِينٍ } ثُمَّ عَادُوا إِلَى كُفْرِهِمْ فَذَلِكَ قَوْلُهُ تَعَالَى { يَوْمَ نَبْطِشُ الْبَطْشَةَ الْكُبْرَى } يَوْمَ بَدْرٍ . قَالَ وَزَادَ أَسْبَاطٌ عَنْ مَنْصُورٍ فَدَعَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَسُقُوا الْغَيْثَ ، فَأَطْبَقَتْ عَلَيْهِمْ سَبْعًا ، وَشَكَا النَّاسُ كَثْرَةَ الْمَطَرِ فَقَالَ « اللَّهُمَّ حَوَالَيْنَا وَلاَ عَلَيْنَا » . فَانْحَدَرَتِ السَّحَابَةُ عَنْ رَأْسِهِ ، فَسُقُوا النَّاسُ حَوْلَهُمْ .

“Rəvayət edilir ki, Məsruq ﵀ demişdir: “Mən İbn Məsudun yanına gəldim. O dedi: “Qureyş İslama girməyə gecikirdi. Peyğəmbər ﷺ də onlara elə bəddua etdi ki, onlara elə bir quraqlıq üz verdi ki, onlar məhv olmağa, ölmüş heyvan və sümük yeməyə başladılar. Həmin vaxt Əbu Süfyan gəlib dedi: “Ey Muhəmməd, sən bizə qohumluq əlaqələrini möhkəmləndirməyi buyurursan, lakin sənin həmqəbilələrin həlak olur. Bizim üçün Allaha dua et!” (İbn Məsud bu ayələri) oxudu: “Sən göydən aşkar bir tüstü gələcəyi günü gözlə” (əd-Duxan, 10). Sonra onlar yenidən küfrə qayıtdılar. Uca Allah bu haqda buyurur: “Kafirləri böyük bir müsibətlə yaxalayacağımız gün, Biz onlardan intiqam alacağıq” (əd-Duxan, 16). Bu, artıq Bədr döyüşündə baş vermişdir. Ravi bunları əlavə etmişdir: “Allah Elçisi ﷺ dua etdi və onlara yeddi gün yağış yağdı. Bundan sonra camaat yağışın çoxluğundan şikayət etdi. Peyğəmbər ﷺ də belə dua etdi: “Allahım! (Yağışı) üstümüzə deyil, ətrafımıza yağdır”. Buludlar onların başlarının üstündən çəkildi və insanlar yağan yağışdan istifadə etməyə başladılar”.”

Məsruq
Buxari, 1020 (İstisqa, 16)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ أَبِى بَكْرٍ حَدَّثَنَا مُعْتَمِرٌ عَنْ عُبَيْدِ اللَّهِ عَنْ ثَابِتٍ عَنْ أَنَسٍ قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَخْطُبُ يَوْمَ جُمُعَةٍ ، فَقَامَ النَّاسُ فَصَاحُوا فَقَالُوا يَا رَسُولَ اللَّهِ ، قَحَطَ الْمَطَرُ وَاحْمَرَّتِ الشَّجَرُ وَهَلَكَتِ الْبَهَائِمُ ، فَادْعُ اللَّهَ يَسْقِينَا . فَقَالَ « اللَّهُمَّ اسْقِنَا » . مَرَّتَيْنِ ، وَايْمُ اللَّهِ مَا نَرَى فِى السَّمَاءِ قَزَعَةً مِنْ سَحَابٍ ، فَنَشَأَتْ سَحَابَةٌ وَأَمْطَرَتْ ، وَنَزَلَ عَنِ الْمِنْبَرِ فَصَلَّى ، فَلَمَّا انْصَرَفَ لَمْ تَزَلْ تُمْطِرُ إِلَى الْجُمُعَةِ الَّتِى تَلِيهَا ، فَلَمَّا قَامَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَخْطُبُ صَاحُوا إِلَيْهِ تَهَدَّمَتِ الْبُيُوتُ وَانْقَطَعَتِ السُّبُلُ ، فَادْعُ اللَّهَ يَحْبِسُهَا عَنَّا . فَتَبَسَّمَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ قَالَ « اللَّهُمَّ حَوَالَيْنَا وَلاَ عَلَيْنَا » . فَكُشِطَتِ الْمَدِينَةُ ، فَجَعَلَتْ تُمْطِرُ حَوْلَهَا وَلاَ تَمْطُرُ بِالْمَدِينَةِ قَطْرَةً ، فَنَظَرْتُ إِلَى الْمَدِينَةِ وَإِنَّهَا لَفِى مِثْلِ الإِكْلِيلِ .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Peyğəmbər ﷺ cümə günü xütbə verərkən insanlar ayağa durub dedilər: “Ey Allahın Elçisi, yağış yağmır, ağaclar quruyur, mal-qara məhv oldu. Allaha dua et ki, bizə yağış endirsin”. Allah Elçisi ﷺ iki dəfə belə dua etdi: “Allahım, bizə yağış yağdır!” Allaha and olsun, həmin an biz göydə heç bir bulud parçası görmürdük. Bu vaxt bir bulud gəlib və yağış yağmağa başladı. Allah Elçisi ﷺ minbərdən düşüb namaz qıldı. Namazı bitirəndən sonra növbəti cüməyə qədər həmin yağış davam etdi. Növbəti cümə günü Allah Elçisi ﷺ xütbə verərkən yenə camaat ona dedi: “Evlər dağıldı, yollar bağlandı. Allaha dua et ki, bizə yağan yağışı dayandırsın”. Peyğəmbər ﷺ gülümsədi, sonra dua edərək buyurdu: “Allahım! (Yağışı) üstümüzə deyil, ətrafımıza yağdır”. Bu vaxt Mədinənin üstü açıldı. Buludlar Mədinənin ətrafını əhatə etdiyi halda Mədinəyə bir damcı yağış düşmürdü. Mədinəyə baxdıqda onun tac kimi olduğunu gördüm”.”

Ənəs
Buxari, 1021 (İstisqa, 17)Səhih

وَقَالَ لَنَا أَبُو نُعَيْمٍ عَنْ زُهَيْرٍ عَنْ أَبِى إِسْحَاقَ خَرَجَ عَبْدُ اللَّهِ بْنُ يَزِيدَ الأَنْصَارِىُّ وَخَرَجَ مَعَهُ الْبَرَاءُ بْنُ عَازِبٍ وَزَيْدُ بْنُ أَرْقَمَ رضى الله عنهم فَاسْتَسْقَى ، فَقَامَ بِهِمْ عَلَى رِجْلَيْهِ عَلَى غَيْرِ مِنْبَرٍ فَاسْتَغْفَرَ ، ثُمَّ صَلَّى رَكْعَتَيْنِ يَجْهَرُ بِالْقِرَاءَةِ وَلَمْ يُؤَذِّنْ ، وَلَمْ يُقِمْ . قَالَ أَبُو إِسْحَاقَ وَرَأَى عَبْدُ اللَّهِ بْنُ يَزِيدَ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ .

“Rəvayət edilir ki, Abdullah ibn Yəzid əl-Ənsari yanında əl-Bəra ibn Azib və Zeyd ibn Ərqamla ﵃ birlikdə yağışın yağması üçün dua etməyə çıxdılar. Abdullah minbər olmadan camaatla birlikdə ayağa durdu, bağışlanma dilədi, sonra qiraəti (surələri və təkbirləri) səsli edərək, azan və iqamə demədən iki rükət namaz qıldırdı... Ravi Əbu İshaq deyir: “Abdullah ibn Yəzid Peyğəmbərin ﷺ belə etdiyini görmüşdü”.”

əl-Bəra ibn Azib və Zeyd ibn Ərqam
Buxari, 1022 (İstisqa, 18)Səhih

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ حَدَّثَنِى عَبَّادُ بْنُ تَمِيمٍ أَنَّ عَمَّهُ - وَكَانَ مِنْ أَصْحَابِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَخْبَرَهُ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَرَجَ بِالنَّاسِ يَسْتَسْقِى لَهُمْ ، فَقَامَ فَدَعَا اللَّهَ قَائِمًا ، ثُمَّ تَوَجَّهَ قِبَلَ الْقِبْلَةِ ، وَحَوَّلَ رِدَاءَهُ فَأُسْقُوا .

“Peyğəmbərin ﷺ səhabələrindən olan Abbad ibn Təmimin əmisi (Abdullah ibn Zeyd) ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ onlara yağışın yağması üçün insanları namazgaha çıxardı. Ayaq üstə duraraq ayaqüstə də dua etdi. Sonra üzünü qibləyə çevirərək əbasını çevirib geyindi. Sonra yağış yağdı.”

Abbad ibn Təmim əmisindən
Buxari, 1023 (İstisqa, 19)Səhih

حَدَّثَنَا أَبُو نُعَيْمٍ حَدَّثَنَا ابْنُ أَبِى ذِئْبٍ عَنِ الزُّهْرِىِّ عَنْ عَبَّادِ بْنِ تَمِيمٍ عَنْ عَمِّهِ قَالَ خَرَجَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَسْتَسْقِى فَتَوَجَّهَ إِلَى الْقِبْلَةِ يَدْعُو ، وَحَوَّلَ رِدَاءَهُ ، ثُمَّ صَلَّى رَكْعَتَيْنِ جَهَرَ فِيهِمَا بِالْقِرَاءَةِ .

“Rəvayət edilir ki, Abbad ibn Təmimin əmisi (Abdullah ibn Zeyd) ﵁ demişdir: “Peyğəmbər ﷺ yağış duasını etmək üçün namazgaha çıxdı, üzünü qibləyə çevirdi və əbasını tərsinə geyindi. Sonra iki rükət namaz qıldı və qiraətini (surələri və təkbirləri) də səsli etdi”.”

Abbad ibn Təmim əmisindən
Buxari, 1024 (İstisqa, 20)Səhih

حَدَّثَنَا آدَمُ قَالَ حَدَّثَنَا ابْنُ أَبِى ذِئْبٍ عَنِ الزُّهْرِىِّ عَنْ عَبَّادِ بْنِ تَمِيمٍ عَنْ عَمِّهِ قَالَ رَأَيْتُ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمَ خَرَجَ يَسْتَسْقِى قَالَ فَحَوَّلَ إِلَى النَّاسِ ظَهْرَهُ ، وَاسْتَقْبَلَ الْقِبْلَةَ يَدْعُو ، ثُمَّ حَوَّلَ رِدَاءَهُ ، ثُمَّ صَلَّى لَنَا رَكْعَتَيْنِ جَهَرَ فِيهِمَا بِالْقِرَاءَةِ .

“Rəvayət edilir ki, Abbad ibn Təmimin əmisi (Abdullah ibn Zeyd) ﵁ demişdir: “Mən Peyğəmbəri ﷺ yağış yağması namazını qılmaq üçün (namaz qılınan yerə) çıxdığı gün görmüşəm. O, dua etmək üçün arxasını camaata çevirdi və qibləyə üz tutduqdan sonra əbasını tərsinə çevirdi. Bundan sonra (camaata) iki rükət namaz qıldırdı və hər iki rükətdə (surələri və təkbirləri) uca səslə oxudu”.”

Abbad ibn Təmim əmisindən
Buxari, 1025 (İstisqa, 21)Səhih

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ قَالَ حَدَّثَنَا سُفْيَانُ عَنْ عَبْدِ اللَّهِ بْنِ أَبِى بَكْرٍ عَنْ عَبَّادِ بْنِ تَمِيمٍ عَنْ عَمِّهِ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ اسْتَسْقَى فَصَلَّى رَكْعَتَيْنِ ، وَقَلَبَ رِدَاءَهُ .

“Abbad ibn Təmimin əmisi (Abdullah ibn Zeyd) ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ yağış yağması üçün iki rükət namaz qıldı və əbasını tərsinə çevirdi.”

Abbad ibn Təmim əmisindən
Buxari, 1026 (İstisqa, 22)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مُحَمَّدٍ قَالَ حَدَّثَنَا سُفْيَانُ عَنْ عَبْدِ اللَّهِ بْنِ أَبِى بَكْرٍ سَمِعَ عَبَّادَ بْنَ تَمِيمٍ عَنْ عَمِّهِ قَالَ خَرَجَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى الْمُصَلَّى يَسْتَسْقِى ، وَاسْتَقْبَلَ الْقِبْلَةَ فَصَلَّى رَكْعَتَيْنِ ، وَقَلَبَ رِدَاءَهُ . قَالَ سُفْيَانُ فَأَخْبَرَنِى الْمَسْعُودِىُّ عَنْ أَبِى بَكْرٍ قَالَ جَعَلَ الْيَمِينَ عَلَى الشِّمَالِ .

“Rəvayət edilir ki, Abbad ibn Təmimin əmisi (Abdullah ibn Zeyd) ﵁ demişdir: “Peyğəmbər ﷺ namazgaha çıxaraq qibləyə yönəldi, iki rükət namaz qıldı və əbasını tərsinə çevirdi”. Ravi Əbu Bəkr deyir: “Əbasının sağ tərəfini sol tərəfinə keçirdi”.”

Abbad ibn Təmim əmisindən
Buxari, 1027 (İstisqa, 23)Səhih

حَدَّثَنَا مُحَمَّدٌ قَالَ أَخْبَرَنَا عَبْدُ الْوَهَّابِ قَالَ حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ قَالَ أَخْبَرَنِى أَبُو بَكْرِ بْنُ مُحَمَّدٍ أَنَّ عَبَّادَ بْنَ تَمِيمٍ أَخْبَرَهُ أَنَّ عَبْدَ اللَّهِ بْنَ زَيْدٍ الأَنْصَارِىَّ أَخْبَرَهُ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَرَجَ إِلَى الْمُصَلَّى يُصَلِّى ، وَأَنَّهُ لَمَّا دَعَا - أَوْ أَرَادَ أَنْ يَدْعُوَ - اسْتَقْبَلَ الْقِبْلَةَ وَحَوَّلَ رِدَاءَهُ . قَالَ أَبُو عَبْدِ اللَّهِ ابْنُ زَيْدٍ هَذَا مَازِنِىٌّ ، وَالأَوَّلُ كُوفِىٌّ هُوَ ابْنُ يَزِيدَ .

“Abdullah ibn Zeyd əl-Ənsari ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ namazgaha çıxaraq namaz qıldı. Dua etdikdə və ya dua etmək istədikdə qibləyə yönəldi və əbasını tərsinə çevirdi.”

Abdullah ibn Zeyd əl-Ənsari
Buxari, 1028 (İstisqa, 24)Səhih

قَالَ أَيُّوبُ بْنُ سُلَيْمَانَ حَدَّثَنِى أَبُو بَكْرِ بْنُ أَبِى أُوَيْسٍ عَنْ سُلَيْمَانَ بْنِ بِلاَلٍ قَالَ يَحْيَى بْنُ سَعِيدٍ سَمِعْتُ أَنَسَ بْنَ مَالِكٍ قَالَ أَتَى رَجُلٌ أَعْرَابِىٌّ مِنْ أَهْلِ الْبَدْوِ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمَ الْجُمُعَةِ فَقَالَ يَا رَسُولَ اللَّهِ ، هَلَكَتِ الْمَاشِيَةُ هَلَكَ الْعِيَالُ هَلَكَ النَّاسُ . فَرَفَعَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَدَيْهِ يَدْعُو ، وَرَفَعَ النَّاسُ أَيْدِيَهُمْ مَعَهُ يَدْعُونَ ، قَالَ فَمَا خَرَجْنَا مِنَ الْمَسْجِدِ حَتَّى مُطِرْنَا ، فَمَا زِلْنَا نُمْطَرُ حَتَّى كَانَتِ الْجُمُعَةُ الأُخْرَى ، فَأَتَى الرَّجُلُ إِلَى نَبِىِّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ يَا رَسُولَ اللَّهِ ، بَشِقَ الْمُسَافِرُ ، وَمُنِعَ الطَّرِيقُ .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Bədr döyüşündə iştirak edən bədəvilərdən bir kişi cümə günü Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, mal-qara məhv olur, oğul-uşaq qırılır, camaat qırılır”. Allah Elçisi ﷺ dua etmək üçün əllərini qaldırdı, onunla birlikdə camaat da əllərini qaldırdılar. Biz məsciddən çıxmamış üzərimizə yağış yağmağa başladı. Beləcə növbəti cüməyədək üzərimizə yağış yağdı. Sonra yenə bir kişi Allahın Peyğəmbərinin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, müsafirlər yolların bağlandığından usandı və yolların qarşısı kəsildi”.”

Ənəs ibn Malik
Buxari, 1029 (İstisqa, 25)Səhih

وَقَالَ الأُوَيْسِىُّ حَدَّثَنِى مُحَمَّدُ بْنُ جَعْفَرٍ عَنْ يَحْيَى بْنِ سَعِيدٍ وَشَرِيكٍ سَمِعَا أَنَسًا عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ رَفَعَ يَدَيْهِ حَتَّى رَأَيْتُ بَيَاضَ إِبْطَيْهِ .

“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ əllərini o qədər qaldırdı ki, onun qoltuq altlarının ağlığını gördüm.”

Ənəs
Buxari, 1030 (İstisqa, 26)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ حَدَّثَنَا يَحْيَى وَابْنُ أَبِى عَدِىٍّ عَنْ سَعِيدٍ عَنْ قَتَادَةَ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لاَ يَرْفَعُ يَدَيْهِ فِى شَىْءٍ مِنْ دُعَائِهِ إِلاَّ فِى الاِسْتِسْقَاءِ ، وَإِنَّهُ يَرْفَعُ حَتَّى يُرَى بَيَاضُ إِبْطَيْهِ .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Peyğəmbər ﷺ, yağış diləmək üçün dua etməsi istisna olmaqla, heç bir duasında əllərini (göyə) qaldırmazdı. O, (əllərini) qoltuq altlarının ağlığı görünənədək yuxarı qaldırardı”.”

Ənəs ibn Malik
Buxari, 1031 (İstisqa, 27)Səhih

حَدَّثَنَا مُحَمَّدٌ - هُوَ ابْنُ مُقَاتِلٍ أَبُو الْحَسَنِ الْمَرْوَزِىُّ - قَالَ أَخْبَرَنَا عَبْدُ اللَّهِ قَالَ أَخْبَرَنَا عُبَيْدُ اللَّهِ عَنْ نَافِعٍ عَنِ الْقَاسِمِ بْنِ مُحَمَّدٍ عَنْ عَائِشَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا رَأَى الْمَطَرَ قَالَ « صَيِّبًا نَافِعًا » . تَابَعَهُ الْقَاسِمُ بْنُ يَحْيَى عَنْ عُبَيْدِ اللَّهِ . وَرَوَاهُ الأَوْزَاعِىُّ وَعُقَيْلٌ عَنْ نَافِعٍ .

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ yağış yağdığını görəndə deyərdi: “(Allahım,) bu yağışı faydalı et!””

Aişə
Buxari, 1032 (İstisqa, 28)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ مُقَاتِلٍ قَالَ أَخْبَرَنَا عَبْدُ اللَّهِ بْنُ الْمُبَارَكِ قَالَ أَخْبَرَنَا الأَوْزَاعِىُّ قَالَ حَدَّثَنَا إِسْحَاقُ بْنُ عَبْدِ اللَّهِ بْنِ أَبِى طَلْحَةَ الأَنْصَارِىُّ قَالَ حَدَّثَنِى أَنَسُ بْنُ مَالِكٍ قَالَ أَصَابَتِ النَّاسَ سَنَةٌ عَلَى عَهْدِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَبَيْنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَخْطُبُ عَلَى الْمِنْبَرِ يَوْمَ الْجُمُعَةِ قَامَ أَعْرَابِىٌّ فَقَالَ يَا رَسُولَ اللَّهِ ، هَلَكَ الْمَالُ وَجَاعَ الْعِيَالُ ، فَادْعُ اللَّهَ لَنَا أَنْ يَسْقِيَنَا . قَالَ فَرَفَعَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَدَيْهِ ، وَمَا فِى السَّمَاءِ قَزَعَةٌ ، قَالَ فَثَارَ سَحَابٌ أَمْثَالُ الْجِبَالِ ، ثُمَّ لَمْ يَنْزِلْ عَنْ مِنْبَرِهِ حَتَّى رَأَيْتُ الْمَطَرَ يَتَحَادَرُ عَلَى لِحْيَتِهِ ، قَالَ فَمُطِرْنَا يَوْمَنَا ذَلِكَ ، وَفِى الْغَدِ وَمِنْ بَعْدِ الْغَدِ وَالَّذِى يَلِيهِ إِلَى الْجُمُعَةِ الأُخْرَى ، فَقَامَ ذَلِكَ الأَعْرَابِىُّ أَوْ رَجُلٌ غَيْرُهُ فَقَالَ يَا رَسُولَ اللَّهِ ، تَهَدَّمَ الْبِنَاءُ وَغَرِقَ الْمَالُ ، فَادْعُ اللَّهَ لَنَا . فَرَفَعَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَدَيْهِ وَقَالَ « اللَّهُمَّ حَوَالَيْنَا وَلاَ عَلَيْنَا » . قَالَ فَمَا جَعَلَ يُشِيرُ بِيَدِهِ إِلَى نَاحِيَةٍ مِنَ السَّمَاءِ إِلاَّ تَفَرَّجَتْ حَتَّى صَارَتِ الْمَدِينَةُ فِى مِثْلِ الْجَوْبَةِ ، حَتَّى سَالَ الْوَادِى - وَادِى قَنَاةَ - شَهْرًا . قَالَ فَلَمْ يَجِئْ أَحَدٌ مِنْ نَاحِيَةٍ إِلاَّ حَدَّثَ بِالْجَوْدِ .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisinin ﷺ zamanında insanlara quraqlıq üz vermişdi. Allah Elçisi ﷺ cümə günü minbərdə xütbə verərkən bir bədəvi ayağa qalxıb dedi: “Ey Allahın Elçisi, mallar zay oldu, uşaqlar ac qaldı. Bizim üçün Allaha dua et ki, bizə yağış yağdırsın!” Allah Elçisi ﷺ əllərini göyə qaldırdı. O an göydə bir dənə də olsun bulud yox idi. Birdən (başımızın üzərində) dağlar qədər buludlar topalaşdı və o, minbərdən yerə enməmiş mən onun saqqalından süzülən yağış damçılarını gördüm. Həmin gün, ertəsi gün, ondan sonrakı gün, daha sonrakı gün – növbəti cüməyədək yağış ara vermədən yağdı. Cümə günü həmin bədəvi (və ya başqa birisi) ayağa qalxıb dedi: “Ey Allahın Elçisi, evlər dağıldı, mallar su altında qaldı. Bizim üçün Allaha dua et!” Allah Elçisi ﷺ əllərini göyə qaldırıb dedi: “Allahım! (Yağışı) üstümüzə deyil, ətrafımıza yağdır”. Sonra əli ilə səmaya işarə etdi və oradakı (bulud topası) dağıldı və Mədinə səması çalaya bənzədi. Qənat vadisində bir ay sel axdı, kənardan Mədinəyə gələn hər kəs bol yağışlar yağdığından danışırdı”.”

Ənəs ibn Malik
Buxari, 1033 (İstisqa, 29)Səhih

حَدَّثَنَا سَعِيدُ بْنُ أَبِى مَرْيَمَ قَالَ أَخْبَرَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ قَالَ أَخْبَرَنِى حُمَيْدٌ أَنَّهُ سَمِعَ أَنَسًا يَقُولُ كَانَتِ الرِّيحُ الشَّدِيدَةُ إِذَا هَبَّتْ عُرِفَ ذَلِكَ فِى وَجْهِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Möhkəm külək əsəndə onun vahiməsi Peyğəmbərin ﷺ üzündə hiss olunardı”.”

Ənəs
Buxari, 1034 (İstisqa, 30)Səhih

حَدَّثَنَا مُسْلِمٌ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنِ الْحَكَمِ عَنْ مُجَاهِدٍ عَنِ ابْنِ عَبَّاسٍ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « نُصِرْتُ بِالصَّبَا ، وَأُهْلِكَتْ عَادٌ بِالدَّبُورِ » .

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Mən Səba qasırğası sayəsində qələbə qazandım, Ad tayfası isə Dəbur qasırğası ilə məhv edildi”.”

İbn Abbas
Buxari, 1035 (İstisqa, 31)Səhih

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ قَالَ أَخْبَرَنَا أَبُو الزِّنَادِ عَنْ عَبْدِ الرَّحْمَنِ الأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ تَقُومُ السَّاعَةُ حَتَّى يُقْبَضَ الْعِلْمُ ، وَتَكْثُرَ الزَّلاَزِلُ ، وَيَتَقَارَبَ الزَّمَانُ ، وَتَظْهَرَ الْفِتَنُ ، وَيَكْثُرَ الْهَرْجُ - وَهْوَ الْقَتْلُ الْقَتْلُ - حَتَّى يَكْثُرَ فِيكُمُ الْمَالُ فَيَفِيضُ » .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Elm götürülməyincə, zəlzələlər çoxalmayınca, zaman qısalmayınca, fitnələr meydana çıxmayınca, öldürmək və öldürülmək olan hərc çoxalmayınca, sizin üçün mal-dövlət çoxalmadıqca Qiyamət qopmaz”.”

Əbu Hureyra
Buxari, 1036 (İstisqa, 32)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى قَالَ حَدَّثَنَا حُسَيْنُ بْنُ الْحَسَنِ قَالَ حَدَّثَنَا ابْنُ عَوْنٍ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ قَالَ اللَّهُمَّ بَارِكْ لَنَا فِى شَامِنَا وَفِى يَمَنِنَا . قَالَ قَالُوا وَفِى نَجْدِنَا قَالَ قَالَ اللَّهُمَّ بَارِكْ لَنَا فِى شَامِنَا وَفِى يَمَنِنَا . قَالَ قَالُوا وَفِى نَجْدِنَا قَالَ قَالَ هُنَاكَ الزَّلاَزِلُ وَالْفِتَنُ ، وَبِهَا يَطْلُعُ قَرْنُ الشَّيْطَانِ .

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allahım, Şamımızda və Yəmənimizdə bizə xeyir-bərəkət ver!” Səhabələr dedilər: “Bəs Nəcdimizdə?” O yenə dedi: “Allahım, Şamımızda və Yəmənimizdə bizə xeyir-bərəkət ver!” Səhabələr yenə dedilər: “Bəs Nəcdimizdə?” Onda Peyğəmbər ﷺ buyurdu: “Orada zəlzələlər və fəsadlar baş verəcək və oradan şeytanın buynuzu çıxacaq”.”

İbn Ömər
Buxari, 1037 (İstisqa, 33)Səhih

حَدَّثَنَا إِسْمَاعِيلُ حَدَّثَنِى مَالِكٌ عَنْ صَالِحِ بْنِ كَيْسَانَ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ بْنِ عُتْبَةَ بْنِ مَسْعُودٍ عَنْ زَيْدِ بْنِ خَالِدٍ الْجُهَنِىِّ أَنَّهُ قَالَ صَلَّى لَنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلاَةَ الصُّبْحِ بِالْحُدَيْبِيَةِ عَلَى إِثْرِ سَمَاءٍ كَانَتْ مِنَ اللَّيْلَةِ ، فَلَمَّا انْصَرَفَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَقْبَلَ عَلَى النَّاسِ فَقَالَ هَلْ تَدْرُونَ مَاذَا قَالَ رَبُّكُمْ» . قَالُوا اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ . قَالَ «أَصْبَحَ مِنْ عِبَادِى مُؤْمِنٌ بِى وَكَافِرٌ ، فَأَمَّا مَنْ قَالَ مُطِرْنَا بِفَضْلِ اللَّهِ وَرَحْمَتِهِ. فَذَلِكَ مُؤْمِنٌ بِى كَافِرٌ بِالْكَوْكَبِ، وَأَمَّا مَنْ قَالَ بِنَوْءِ كَذَا وَكَذَا . فَذَلِكَ كَافِرٌ بِى مُؤْمِنٌ بِالْكَوْكَبِ»

“Rəvayət edilir ki, Zeyd ibn Xalid əl-Cuhəni ﵁ demişdir: “Allah Elçisi ﷺ Hudeybiyədə gecə ikən yağmış yağışdan sonra bizə Sübh namazını qıldırdı. Peyğəmbər ﷺ namazı bitirdikdən sonra üzünü camaata çevirib soruşdu: “Bilirsinizmi, Rəbbiniz nə buyurdu?” Səhabələr: “Allah və Onun Elçisi daha yaxşı bilir”– dedilər. Peyğəmbər ﷺ dedi: “(Allah buyurdu): “Qullarımdan bir qismi mömin, digər qismi isə kafir oldu. “Bizə Allahın lütfü və mərhəməti sayəsində yağış göndərilmişdir”– deyənlərə gəlincə, onlar Mənə iman gətirmiş və ulduzları inkar etmişlər. “Yağış bizə filan və filan ulduza görə nazil olmuşdur”– deyənlərə gəldikdə isə, onlar Mənə küfr etmiş və ulduzlara iman gətirmişlər”.”

Zeyd ibn Xalid əl-Cuhəni
Buxari, 1038 (İstisqa, 34)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يُوسُفَ قَالَ حَدَّثَنَا سُفْيَانُ عَنْ عَبْدِ اللَّهِ بْنِ دِينَارٍ عَنِ ابْنِ عُمَرَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «مِفْتَاحُ الْغَيْبِ خَمْسٌ لاَ يَعْلَمُهَا إِلاَّ اللَّهُ لاَ يَعْلَمُ أَحَدٌ مَا يَكُونُ فِى غَدٍ ، وَلاَ يَعْلَمُ أَحَدٌ مَا يَكُونُ فِى الأَرْحَامِ ، وَلاَ تَعْلَمُ نَفْسٌ مَاذَا تَكْسِبُ غَدًا ، وَمَا تَدْرِى نَفْسٌ بِأَىِّ أَرْضٍ تَمُوتُ ، وَمَا يَدْرِى أَحَدٌ مَتَى يَجِىءُ الْمَطَرُ» .

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Qeybin beş açarı var ki, bunları Allahdan başqa heç kəs bilə bilməz: Heç kəs səhər nə baş verəcəyini bilməz, heç kəs bətnlərdə olanı bilməz, heç kəs səhər nə qazanacağını bilməz, heç kəs harada öləcəyini bilməz və heç kəs yağışın nə vaxt yağacağını bilməz”.”

İbn Ömər
Buxari, 1039 (İstisqa, 35)Səhih

حَدَّثَنَا عَمْرُو بْنُ عَوْنٍ قَالَ حَدَّثَنَا خَالِدٌ عَنْ يُونُسَ عَنِ الْحَسَنِ عَنْ أَبِى بَكْرَةَ قَالَ كُنَّا عِنْدَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَانْكَسَفَتِ الشَّمْسُ ، فَقَامَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَجُرُّ رِدَاءَهُ حَتَّى دَخَلَ الْمَسْجِدَ ، فَدَخَلْنَا فَصَلَّى بِنَا رَكْعَتَيْنِ ، حَتَّى انْجَلَتِ الشَّمْسُ فَقَالَ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِنَّ الشَّمْسَ وَالْقَمَرَ لاَ يَنْكَسِفَانِ لِمَوْتِ أَحَدٍ ، فَإِذَا رَأَيْتُمُوهُمَا فَصَلُّوا ، وَادْعُوا ، حَتَّى يُكْشَفَ مَا بِكُمْ » .

“Rəvayət edilir ki, Əbu Bəkratə ﵁ demişdir: “Biz Allah Elçisinin ﷺ yanında olarkən günəş tutuldu. Peyğəmbər ﷺ dərhal qalxıb, əbasını sürüyərək gedib məscidə daxil oldu. Biz də onun arxasınca oraya daxil olduq. Günəşin üzü açılanadək o bizə iki rükət namaz qıldırdı. Sonra dedi: “Şübhəsiz, günəş və ay heç kəsin ölümünə görə tutulmur. Odur ki, onların tutulduğunu gördüyünüz zaman onların üzü açılanadək namaz qılın və Allaha dua edin!””

Əbu Bəkratə
Buxari, 1040 (Kusuf, 1)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ عَنْ مَالِكٍ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ أَنَّهَا قَالَتْ خَسَفَتِ الشَّمْسُ فِى عَهْدِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَصَلَّى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالنَّاسِ ، فَقَامَ فَأَطَالَ الْقِيَامَ ، ثُمَّ رَكَعَ فَأَطَالَ الرُّكُوعَ ، ثُمَّ قَامَ فَأَطَالَ الْقِيَامَ وَهْوَ دُونَ الْقِيَامِ الأَوَّلِ ، ثُمَّ رَكَعَ فَأَطَالَ الرُّكُوعَ ، وَهْوَ دُونَ الرُّكُوعِ الأَوَّلِ ، ثُمَّ سَجَدَ فَأَطَالَ السُّجُودَ ، ثُمَّ فَعَلَ فِى الرَّكْعَةِ الثَّانِيَةِ مِثْلَ مَا فَعَلَ فِى الأُولَى ، ثُمَّ انْصَرَفَ وَقَدِ انْجَلَتِ الشَّمْسُ ، فَخَطَبَ النَّاسَ ، فَحَمِدَ اللَّهَ ، وَأَثْنَى عَلَيْهِ ثُمَّ قَالَ « إِنَّ الشَّمْسَ وَالْقَمَرَ آيَتَانِ مِنْ آيَاتِ اللَّهِ ، لاَ يَنْخَسِفَانِ لِمَوْتِ أَحَدٍ وَلاَ لِحَيَاتِهِ ، فَإِذَا رَأَيْتُمْ ذَلِكَ فَادْعُوا اللَّهَ وَكَبِّرُوا ، وَصَلُّوا وَتَصَدَّقُوا » . ثُمَّ قَالَ « يَا أُمَّةَ مُحَمَّدٍ ، وَاللَّهِ مَا مِنْ أَحَدٍ أَغْيَرُ مِنَ اللَّهِ أَنْ يَزْنِىَ عَبْدُهُ أَوْ تَزْنِىَ أَمَتُهُ ، يَا أُمَّةَ مُحَمَّدٍ ، وَاللَّهِ لَوْ تَعْلَمُونَ مَا أَعْلَمُ لَضَحِكْتُمْ قَلِيلاً وَلَبَكَيْتُمْ كَثِيرًا » .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisinin ﷺ dövründə günəş tutuldu. Buna görə Allah Elçisi ﷺ camaata namaz qıldırdı. Namazda qiyamı uzatdı, sonra rukuya getdi və rukunu uzatdı, sonra rukudan qalxdı və yenə qiyamı uzatdı, lakin bu qiyam əvvəlkindən qısa idi, sonra bir də rukuya getdi və rukunu uzatdı, lakin bu ruku əvvəlkindən qısa idi, sonra səcdəyə getdi və səcdəni uzatdı, ikinci rükətdə də birinci rükətdə elədiklərini təkrar etdi. Namazı bitirdikdə artıq günəşin üzü açılmışdı. Bundan sonra qalxıb xütbə verdi və Allaha həmd-səna edib təriflər deyəndən sonra buyurdu: “Həqiqətən də, günəş və ay Allahın dəlillərindəndir. Onlar heç kimin ölümünə və ya doğulmasına görə tutulmur. Odur ki, onların tutulduğunu gördüyünüz zaman Allaha dua edin, təkbir edin, namaz qılın və sədəqə verin”. Sonra Peyğəmbər ﷺ davam edib dedi: “Ey Muhəmməd ümməti! Allaha and olsun, kişi və ya qadın köləsinin zina etməsi xüsusunda heç kəs Allahdan daha qısqanc ola bilməz. Ey Muhəmməd ümməti! Allaha and olsun, mən bildiyimi siz bilsəydiniz, az gülüb çox ağlayardınız”.”

Aişə
Buxari, 1044 (Kusuf, 5)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْعَلاَءِ قَالَ حَدَّثَنَا أَبُو أُسَامَةَ عَنْ بُرَيْدِ بْنِ عَبْدِ اللَّهِ عَنْ أَبِى بُرْدَةَ عَنْ أَبِى مُوسَى قَالَ خَسَفَتِ الشَّمْسُ ، فَقَامَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَزِعًا ، يَخْشَى أَنْ تَكُونَ السَّاعَةُ ، فَأَتَى الْمَسْجِدَ ، فَصَلَّى بِأَطْوَلِ قِيَامٍ وَرُكُوعٍ وَسُجُودٍ رَأَيْتُهُ قَطُّ يَفْعَلُهُ وَقَالَ « هَذِهِ الآيَاتُ الَّتِى يُرْسِلُ اللَّهُ لاَ تَكُونُ لِمَوْتِ أَحَدٍ وَلاَ لِحَيَاتِهِ ، وَلَكِنْ يُخَوِّفُ اللَّهُ بِهِ عِبَادَهُ ، فَإِذَا رَأَيْتُمْ شَيْئًا مِنْ ذَلِكَ فَافْزَعُوا إِلَى ذِكْرِهِ وَدُعَائِهِ وَاسْتِغْفَارِهِ » .

“Rəvayət edilir ki, Əbu Musa ﵁ demişdir: “Günəş tutulduğu vaxt Peyğəmbər ﷺ Qiyamət qopacağından qorxub təşviş içində ayağa qalxdı və məscidə gəlib namaz qıldı, mən heç vaxt onun namazda qiyamı, rukunu və səcdəni bu qədər uzatdığını görməmişdim. Namazı bitirdikdən sonra buyurdu: “Allahın göndərdiyi bu dəlillər heç kəsin ölümünə və ya doğulmasına görə olmur. Fəqət, Allah bununla Öz qullarını qorxudur. Odur ki, belə bir şey gördükdə Allahı zikr etməyə, Ona dua etməyə və Ondan bağışlanma diləməyə tələsin!””

Əbu Musa
Buxari, 1059 (Kusuf, 20)Səhih

حَدَّثَنَا أَبُو الْوَلِيدِ قَالَ حَدَّثَنَا زَائِدَةُ قَالَ حَدَّثَنَا زِيَادُ بْنُ عِلاَقَةَ قَالَ سَمِعْتُ الْمُغِيرَةَ بْنَ شُعْبَةَ يَقُولُ انْكَسَفَتِ الشَّمْسُ يَوْمَ مَاتَ إِبْرَاهِيمُ ، فَقَالَ النَّاسُ انْكَسَفَتْ لِمَوْتِ إِبْرَاهِيمَ . فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِنَّ الشَّمْسَ وَالْقَمَرَ آيَتَانِ مِنْ آيَاتِ اللَّهِ ، لاَ يَنْكَسِفَانِ لِمَوْتِ أَحَدٍ وَلاَ لِحَيَاتِهِ ، فَإِذَا رَأَيْتُمُوهُمَا فَادْعُوا اللَّهَ وَصَلُّوا حَتَّى يَنْجَلِىَ » .

“Rəvayət edilir ki, Muğira ibn Şubə ﵁ demişdir: “(Peyğəmbərin ﷺ oğlu) İbrahim vəfat etdikdə günəş tutuldu və insanlar günəşin İbrahimin vəfatına görə tutulmasını dedilər. Allah Elçisi ﷺ də buyurdu: “Şübhəsiz, günəş və ay Allahın dəlillərindəndir və heç kəsin ölümünə və ya doğulmasına görə tutulmur. Onların tutulduğunu gördükdə tutulma açılana qədər namaz qılın!””

Muğira ibn Şubə
Buxari, 1060 (Kusuf, 21)Səhih

حَدَّثَنَا أَبُو مَعْمَرٍ قَالَ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ قَالَ حَدَّثَنَا يُونُسُ عَنِ الْحَسَنِ عَنْ أَبِى بَكْرَةَ قَالَ خَسَفَتِ الشَّمْسُ عَلَى عَهْدِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَخَرَجَ يَجُرُّ رِدَاءَهُ حَتَّى انْتَهَى إِلَى الْمَسْجِدِ ، وَثَابَ النَّاسُ إِلَيْهِ فَصَلَّى بِهِمْ رَكْعَتَيْنِ ، فَانْجَلَتِ الشَّمْسُ فَقَالَ « إِنَّ الشَّمْسَ وَالْقَمَرَ آيَتَانِ مِنْ آيَاتِ اللَّهِ ، وَإِنَّهُمَا لاَ يَخْسِفَانِ لِمَوْتِ أَحَدٍ ، وَإِذَا كَانَ ذَاكَ فَصَلُّوا وَادْعُوا حَتَّى يُكْشَفَ مَا بِكُمْ » . وَذَاكَ أَنَّ ابْنًا لِلنَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَاتَ ، يُقَالُ لَهُ إِبْرَاهِيمُ ، فَقَالَ النَّاسُ فِى ذَاكَ .

“Rəvayət edilir ki, Əbu Bəkratə ﵁ demişdir: “Allah Elçisinin ﷺ dövründə günəş tutulmuşdu. Peyğəmbər ﷺ dərhal çıxıb əbasını sürüyərək gedib məscidə daxil oldu. Camaat da onun yanına toplaşdılar. Allah Elçisi ﷺ onlara iki rükət namaz qıldırdı. Günəşin üzü açılandan sonra Allah Elçisi ﷺ buyurdu: “Şübhəsiz, günəş və ay Allahın dəlillərindəndir və onlar heç kəsin ölümünə görə tutulmur. Onların tutulduğunu gördükdə sizin başınıza gələn bu hal açılana qədər namaz qılın və dua edin!” Ravi deyir: “Bu xütbənin səbəbi Peyğəmbərin ﷺ İbrahim adlı oğlunun vəfat etməsi idi. İnsanlar da bu haqda danışmışdılar”.”

Əbu Bəkratə
Buxari, 1063 (Kusuf, 24)Səhih

حَدَّثَنَا عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنَا سُفْيَانُ قَالَ حَدَّثَنَا سُلَيْمَانُ بْنُ أَبِى مُسْلِمٍ عَنْ طَاوُسٍ سَمِعَ ابْنَ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا قَامَ مِنَ اللَّيْلِ يَتَهَجَّدُ قَالَ « اللَّهُمَّ لَكَ الْحَمْدُ أَنْتَ قَيِّمُ السَّمَوَاتِ وَالأَرْضِ وَمَنْ فِيهِنَّ وَلَكَ الْحَمْدُ ، لَكَ مُلْكُ السَّمَوَاتِ وَالأَرْضِ وَمَنْ فِيهِنَّ ، وَلَكَ الْحَمْدُ أَنْتَ نُورُ السَّمَوَاتِ وَالأَرْضِ ، وَلَكَ الْحَمْدُ أَنْتَ الْحَقُّ ، وَوَعْدُكَ الْحَقُّ ، وَلِقَاؤُكَ حَقٌّ ، وَقَوْلُكَ حَقٌّ ، وَالْجَنَّةُ حَقٌّ ، وَالنَّارُ حَقٌّ ، وَالنَّبِيُّونَ حَقٌّ ، وَمُحَمَّدٌ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ حَقٌّ ، وَالسَّاعَةُ حَقٌّ ، اللَّهُمَّ لَكَ أَسْلَمْتُ ، وَبِكَ آمَنْتُ وَعَلَيْكَ تَوَكَّلْتُ ، وَإِلَيْكَ أَنَبْتُ ، وَبِكَ خَاصَمْتُ ، وَإِلَيْكَ حَاكَمْتُ ، فَاغْفِرْ لِى مَا قَدَّمْتُ وَمَا أَخَّرْتُ ، وَمَا أَسْرَرْتُ وَمَا أَعْلَنْتُ ، أَنْتَ الْمُقَدِّمُ وَأَنْتَ الْمُؤَخِّرُ ، لاَ إِلَهَ إِلاَّ أَنْتَ - أَوْ لاَ إِلَهَ غَيْرُكَ - » . قَالَ سُفْيَانُ وَزَادَ عَبْدُ الْكَرِيمِ أَبُو أُمَيَّةَ « وَلاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ » . قَالَ سُفْيَانُ قَالَ سُلَيْمَانُ بْنُ أَبِى مُسْلِمٍ سَمِعَهُ مِنْ طَاوُسٍ عَنِ ابْنِ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ gecə oyanaraq nafilə namazı qıldıqda belə deyərdi: “Allahım, həmd yalnız Sənədir. Sən göylərin, yerin və onlarda olanların Hamisisən. Həmd yalnız Sənədir. Göylərin, yerin və onlarda olanların səltənəti Sənə məxsusdur. Həmd yalnız Sənədir. Sən göylərin, yerin və onlarda olanların nurusan. Həmd yalnız Sənədir. Sən göylərin və yerin Hökmdarısan. Həmd yalnız Sənədir. Sən Haqsan, verdiyin vəd haqdır, Sənə qovuşmaq haqdır. Dediyin söz haqdır, Cənnət haqdır, Cəhənnəm haqdır. Peyğəmbərlər haqdır. Muhəmməd ﷺ haqdır. (Qiyamət) Saatı haqdır. Allahım! Sənə təslim oldum, Sənə iman gətirdim, Sənə təvəkkül etdim, tövbə edib Sənə döndüm, Sənin uğrunda mübarizə apardım və Sənin hökmünə üz tutdum. Əvvəl etdiyim, sonra edəcəyim, gizlin saxladığım və üzə çıxartdığım (pis) əməllərimi bağışla! Əvvələ çəkən də Sənsən, təxirə salan da Sənsən. İbadətə layiq olan məbud yalnız Sənsən (və ya Səndən başqa ibadətə layiq olan məbud yoxdur)”. Ravi Abdul-Kərim Əbu Umeyyə “Güc və qüvvət yalnız Allahdadır” kəlməsini əlavə etdi”.”

İbn Abbas
Buxari, 1120 (Təhəccüd, 1)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ عَنْ مَالِكٍ عَنِ ابْنِ شِهَابٍ عَنْ أَبِى سَلَمَةَ وَأَبِى عَبْدِ اللَّهِ الأَغَرِّ عَنْ أَبِى هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « يَنْزِلُ رَبُّنَا تَبَارَكَ وَتَعَالَى كُلَّ لَيْلَةٍ إِلَى السَّمَاءِ الدُّنْيَا حِينَ يَبْقَى ثُلُثُ اللَّيْلِ الآخِرُ يَقُولُ مَنْ يَدْعُونِى فَأَسْتَجِيبَ لَهُ مَنْ يَسْأَلُنِى فَأُعْطِيَهُ مَنْ يَسْتَغْفِرُنِى فَأَغْفِرَ لَهُ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bərəkəti bol və Uca Rəbbimiz hər gecənin axır üçdəbirində dünya səmasına enir və buyurur: “Kim Mənə dua edir ki, Mən də onun duasını qəbul edim?! Kim Məndən istəyir ki, Mən də ona istədiyini verim?! Kim Məndən bağışlanma diləyir ki, Mən də onu bağışlayım?!””

Əbu Hureyra
Buxari, 1145 (Təhəccüd, 26)Səhih

حَدَّثَنَا صَدَقَةُ بْنُ الْفَضْلِ أَخْبَرَنَا الْوَلِيدُ عَنِ الأَوْزَاعِىِّ قَالَ حَدَّثَنِى عُمَيْرُ بْنُ هَانِئٍ قَالَ حَدَّثَنِى جُنَادَةُ بْنُ أَبِى أُمَيَّةَ حَدَّثَنِى عُبَادَةُ بْنُ الصَّامِتِ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مَنْ تَعَارَّ مِنَ اللَّيْلِ فَقَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ، لَهُ الْمُلْكُ ، وَلَهُ الْحَمْدُ ، وَهُوَ عَلَى كُلِّ شَىْءٍ قَدِيرٌ . الْحَمْدُ لِلَّهِ ، وَسُبْحَانَ اللَّهِ ، وَلاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَاللَّهُ أَكْبَرُ ، وَلاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ . ثُمَّ قَالَ اللَّهُمَّ اغْفِرْ لِى . أَوْ دَعَا اسْتُجِيبَ ، فَإِنْ تَوَضَّأَ وَصَلَّى قُبِلَتْ صَلاَتُهُ » .

“Ubadə ibn əs-Samit ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Kim gecə oyanarkən: “Allahdan başqa ibadətə layiq məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Mülk Onundur, həmd Onadır və O hər şeyə Qadirdir. Həmd Allahadır. Allah pak və müqəddəsdir. Allahdan başqa məbud yoxdur. Allah ən Böyükdür. Qüdrət və güc yalnız Allahdadir!”– deyə (zikr etdikdən) sonra: “Ya Rəbb, məni bağışla!”– desə və ya dua etsə, ona cavab verilər, qalxıb dəstəmaz aldıqdan sonra namaz qılsa, namazı qəbul olunar”.”

Ubadə ibn əs-Samit
Buxari, 1154 (Təhəccüd, 35)Səhih

حَدَّثَنَا قُتَيْبَةُ قَالَ حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ أَبِى الْمَوَالِى عَنْ مُحَمَّدِ بْنِ الْمُنْكَدِرِ عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُعَلِّمُنَا الاِسْتِخَارَةَ فِى الأُمُورِ كَمَا يُعَلِّمُنَا السُّورَةَ مِنَ الْقُرْآنِ يَقُولُ « إِذَا هَمَّ أَحَدُكُمْ بِالأَمْرِ فَلْيَرْكَعْ رَكْعَتَيْنِ مِنْ غَيْرِ الْفَرِيضَةِ ثُمَّ لِيَقُلِ اللَّهُمَّ إِنِّى أَسْتَخِيرُكَ بِعِلْمِكَ وَأَسْتَقْدِرُكَ بِقُدْرَتِكَ ، وَأَسْأَلُكَ مِنْ فَضْلِكَ الْعَظِيمِ ، فَإِنَّكَ تَقْدِرُ وَلاَ أَقْدِرُ وَتَعْلَمُ وَلاَ أَعْلَمُ وَأَنْتَ عَلاَّمُ الْغُيُوبِ ، اللَّهُمَّ إِنْ كُنْتَ تَعْلَمُ أَنَّ هَذَا الأَمْرَ خَيْرٌ لِى فِى دِينِى وَمَعَاشِى وَعَاقِبَةِ أَمْرِى - أَوْ قَالَ عَاجِلِ أَمْرِى وَآجِلِهِ - فَاقْدُرْهُ لِى وَيَسِّرْهُ لِى ثُمَّ بَارِكْ لِى فِيهِ ، وَإِنْ كُنْتَ تَعْلَمُ أَنَّ هَذَا الأَمْرَ شَرٌّ لِى فِى دِينِى وَمَعَاشِى وَعَاقِبَةِ أَمْرِى - أَوْ قَالَ فِى عَاجِلِ أَمْرِى وَآجِلِهِ - فَاصْرِفْهُ عَنِّى وَاصْرِفْنِى عَنْهُ ، وَاقْدُرْ لِى الْخَيْرَ حَيْثُ كَانَ ثُمَّ أَرْضِنِى - قَالَ - وَيُسَمِّى حَاجَتَهُ » .

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ Qurandakı surələri bizə öyrətdiyi kimi istixarə duasını da bizə öyrədib deyərdi: “Sizdən biriniz bir işi görməyə qərar verdikdə vacib olan namazlardan əlavə iki rükət namaz qılıb desin: “Allahım, Səndən Öz elminlə mənə kömək etməyi və Öz qüdrətinlə mənə qüdrət verməyi diləyirəm. Səndən Sənin böyük lütfünü diləyirəm. Şübhəsiz ki, Sənin (hər şeyə) qüdrətin çatır, mənimsə qüdrətim çatmır, Sən (hər şeyi) bilirsən, mən isə bilmirəm. Qeybləri bilən Sənsən. Allahım, bu işin (işin adını çəkir) mənim dinim, yaşayışım və aqibətim üçün – yaxud deyir: dünyam və axirətim üçün – xeyirli olduğunu məsləhət bilirsənsə, onu mənə nəsib et, asanlaşdır, sonra da onu mənim üçün bərəkətli et. Bu işin mənim dinim, yaşayışım və aqibətim üçün – yaxud deyir: dünyam və axirətim üçün – zərərli olduğunu məsləhət bilirsənsə, onu məndən, məni də ondan uzaq et! Harada olursa-olsun, mənə xeyir nəsib et, sonra məni ondan razı sal!””

Cabir ibn Abdullah
Buxari, 1162 (Təhəccüd, 43)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ النَّضْرِ بْنِ أَبِى النَّضْرِ قَالَ حَدَّثَنِى أَبُو النَّضْرِ هَاشِمُ بْنُ الْقَاسِمِ حَدَّثَنَا عُبَيْدُ اللَّهِ الأَشْجَعِىُّ عَنْ مَالِكِ بْنِ مِغْوَلٍ عَنْ طَلْحَةَ بْنِ مُصَرِّفٍ عَنْ أَبِى صَالِحٍ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ كُنَّا مَعَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى مَسِيرٍ - قَالَ - فَنَفِدَتْ أَزْوَادُ الْقَوْمِ قَالَ حَتَّى هَمَّ بِنَحْرِ بَعْضِ حَمَائِلِهِمْ - قَالَ - فَقَالَ عُمَرُ يَا رَسُولَ اللَّهِ لَوْ جَمَعْتَ مَا بَقِىَ مِنْ أَزْوَادِ الْقَوْمِ فَدَعَوْتَ اللَّهَ عَلَيْهَا. قَالَ فَفَعَلَ - قَالَ - فَجَاءَ ذُو الْبُرِّ بِبُرِّهِ وَذُو التَّمْرِ بِتَمْرِهِ - قَالَ وَقَالَ مُجَاهِدٌ وَذُو النَّوَاةِ بِنَوَاهُ - قُلْتُ وَمَا كَانُوا يَصْنَعُونَ بِالنَّوَى قَالَ كَانُوا يَمُصُّونَهُ وَيَشْرَبُونَ عَلَيْهِ الْمَاءَ. قَالَ فَدَعَا عَلَيْهَا - قَالَ - حَتَّى مَلأَ الْقَوْمُ أَزْوِدَتَهُمْ - قَالَ - فَقَالَ عِنْدَ ذَلِكَ « أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَنِّى رَسُولُ اللَّهِ لاَ يَلْقَى اللَّهَ بِهِمَا عَبْدٌ غَيْرَ شَاكٍّ فِيهِمَا إِلاَّ دَخَلَ الْجَنَّةَ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Biz Peyğəmbərlə ﷺ birlikdə səfərdə idik. Bu əsnada camaatın azuqəsi qurtardı. İş o yerə gəlib çatdı ki, Peyğəmbər ﷺ onlardan bəzilərinin yük dəvələrini kəsmək qərarına gəldi. Bu vaxt Ömər dedi: “Ey Allahın Elçisi, bəlkə camaatın qalan azuqəsini bir yerə toplayasan və Allahdan bunun üçün bərəkət diləyəsən”. Peyğəmbər ﷺ belə də etdi. Beləcə, buğdası olan buğdasını, xurması olan xurmasını gətirdi”. Ravi Mücahid deyir: “Çəyirdəyi olan da çəyirdəyini gətirdi”. Təlhə ibn Musarrif dedi: “Çəyirdəklər onların nəyinə lazım idi?” Mücahid dedi: “Onlar çəyirdəyi sorur, üstündən də su içirdilər”. Hədisin davamında Əbu Hureyra dedi: “Peyğəmbər ﷺ yığılmış ərzağın yanında durub bunun üçün dua etdi və camaatın xurcunları ağzınacan doldu”. Onda Peyğəmbər ﷺ buyurdu: “Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur və mən Allahın elçisiyəm! Bu iki (şəhadət kəlməsinə) şəkk etməyərək bunlarla Allaha qovuşan hər bir bəndə mütləq Cənnətə girəcək”.”

Əbu Hureyra
Muslim, 147 (İman, 46)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَإِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ جَمِيعًا عَنْ سُلَيْمَانَ - قَالَ أَبُو بَكْرٍ حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ - حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ عَنْ حَجَّاجٍ الصَّوَّافِ عَنْ أَبِى الزُّبَيْرِ عَنْ جَابِرٍ أَنَّ الطُّفَيْلَ بْنَ عَمْرٍو الدَّوْسِىَّ أَتَى النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ يَا رَسُولَ اللَّهِ هَلْ لَكَ فِى حِصْنٍ حَصِينٍ وَمَنَعَةٍ - قَالَ حِصْنٌ كَانَ لِدَوْسٍ فِى الْجَاهِلِيَّةِ - فَأَبَى ذَلِكَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِلَّذِى ذَخَرَ اللَّهُ لِلأَنْصَارِ فَلَمَّا هَاجَرَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى الْمَدِينَةِ هَاجَرَ إِلَيْهِ الطُّفَيْلُ بْنُ عَمْرٍو وَهَاجَرَ مَعَهُ رَجُلٌ مِنْ قَوْمِهِ فَاجْتَوَوُا الْمَدِينَةَ فَمَرِضَ فَجَزِعَ فَأَخَذَ مَشَاقِصَ لَهُ فَقَطَعَ بِهَا بَرَاجِمَهُ فَشَخَبَتْ يَدَاهُ حَتَّى مَاتَ فَرَآهُ الطُّفَيْلُ بْنُ عَمْرٍو فِى مَنَامِهِ فَرَآهُ وَهَيْئَتُهُ حَسَنَةٌ وَرَآهُ مُغَطِّيًا يَدَيْهِ فَقَالَ لَهُ مَا صَنَعَ بِكَ رَبُّكَ فَقَالَ غَفَرَ لِى بِهِجْرَتِى إِلَى نَبِيِّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ مَا لِى أَرَاكَ مُغَطِّيًا يَدَيْكَ قَالَ قِيلَ لِى لَنْ نُصْلِحَ مِنْكَ مَا أَفْسَدْتَ. فَقَصَّهَا الطُّفَيْلُ عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « اللَّهُمَّ وَلِيَدَيْهِ فَاغْفِرْ »

“Cabir ﵁ rəvayət edir ki, bir dəfə Tufeyl ibn Amr əd-Dəvsi Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, səni qoruyacaq bir qalanın və səni düşmənlərindən mühafizə edəcək bir camaatın yanında olmaq istəyirsənmi?” Cabir deyir: “Cahiliyyət dövründə Dəvs qəbiləsinin bir qalası var idi”. Allah Mədinə əhalisinə hicrəti seçmişdi deyə, Peyğəmbər ﷺ Tufeylin təklifini qəbul etmədi. Peyğəmbər ﷺ Mədinəyə hicrət etdikdən sonra Tufeyl ibn Amr öz tayfasından olan bir kişi ilə birlikdə Mədinəyə hicrət etdi, lakin onlar sıxıntı və xəstəlik üzündən Mədinədə qalmaq istəmədilər. Tufeyl ilə gələn adam xəstələndi və əzab-əziyyət çəkməyə başladı. Elə bu səbəbdən də o öz oxunu götürüb onun tiyəsi ilə barmaq buğumlarını kəsdi, onun kəsilmiş əllərindən qan fışqırmağa başladı və çoxlu qan itirib öldü. Bir müddətdən sonra Tufeyl ibn Amr yuxuda həmin adamı gördü. Tufeyl onu gözəl görkəmdə, əllərinin isə sarıqlı olduğunu görüb ondan soruşdu: “Rəbbin sənə nə etdi?” O dedi: “Peyğəmbərin ﷺ yanına hicrət etdiyimə görə Rəbbim məni bağışladı”. Tufeyl soruşdu: “Bəs niyə əllərin sarıqlıdır?” O dedi: “Mənə buyuruldu ki: “Sənin öz vücudundan korladığın bir əzanı biz düzəltməyəcəyik”. Tufeyl yuxusunu Allah Elçisinə ﷺ danışdı və Allah Elçisi ﷺ həmin adam üçün dua etdi: “Allahım, onun əllərini də bağışla!””

Cabir
Muslim, 326 (İman, 225)Səhih

حَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ حَدَّثَنَا أَبِى عَنِ ابْنِ شِهَابٍ عَنْ عَطَاءِ بْنِ يَزِيدَ اللَّيْثِىِّ أَنَّ أَبَا هُرَيْرَةَ أَخْبَرَهُ أَنَّ نَاسًا قَالُوا لِرَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَا رَسُولَ اللَّهِ هَلْ نَرَى رَبَّنَا يَوْمَ الْقِيَامَةِ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « هَلْ تُضَارُّونَ فِى رُؤْيَةِ الْقَمَرِ لَيْلَةَ الْبَدْرِ ». قَالُوا لاَ يَا رَسُولَ اللَّهِ. قَالَ « هَلْ تُضَارُّونَ فِى الشَّمْسِ لَيْسَ دُونَهَا سَحَابٌ ». قَالُوا لاَ يَا رَسُولَ اللَّهِ. قَالَ « فَإِنَّكُمْ تَرَوْنَهُ كَذَلِكَ يَجْمَعُ اللَّهُ النَّاسَ يَوْمَ الْقِيَامَةِ فَيَقُولُ مَنْ كَانَ يَعْبُدُ شَيْئًا فَلْيَتَّبِعْهُ. فَيَتَّبِعُ مَنْ كَانَ يَعْبُدُ الشَّمْسَ الشَّمْسَ وَيَتَّبِعُ مَنْ كَانَ يَعْبُدُ الْقَمَرَ الْقَمَرَ وَيَتَّبِعُ مَنْ كَانَ يَعْبُدُ الطَّوَاغِيتَ الطَّوَاغِيتَ وَتَبْقَى هَذِهِ الأُمَّةُ فِيهَا مُنَافِقُوهَا فَيَأْتِيهِمُ اللَّهُ - تَبَارَكَ وَتَعَالَى - فِى صُورَةٍ غَيْرِ صُورَتِهِ الَّتِى يَعْرِفُونَ فَيَقُولُ أَنَا رَبُّكُمْ. فَيَقُولُونَ نَعُوذُ بِاللَّهِ مِنْكَ هَذَا مَكَانُنَا حَتَّى يَأْتِيَنَا رَبُّنَا فَإِذَا جَاءَ رَبُّنَا عَرَفْنَاهُ. فَيَأْتِيهِمُ اللَّهُ تَعَالَى فِى صُورَتِهِ الَّتِى يَعْرِفُونَ فَيَقُولُ أَنَا رَبُّكُمْ. فَيَقُولُونَ أَنْتَ رَبُّنَا. فَيَتَّبِعُونَهُ وَيُضْرَبُ الصِّرَاطُ بَيْنَ ظَهْرَىْ جَهَنَّمَ فَأَكُونُ أَنَا وَأُمَّتِى أَوَّلَ مَنْ يُجِيزُ وَلاَ يَتَكَلَّمُ يَوْمَئِذٍ إِلاَّ الرُّسُلُ وَدَعْوَى الرُّسُلِ يَوْمَئِذٍ اللَّهُمَّ سَلِّمْ سَلِّمْ. وَفِى جَهَنَّمَ كَلاَلِيبُ مِثْلُ شَوْكِ السَّعْدَانِ هَلْ رَأَيْتُمُ السَّعْدَانَ ». قَالُوا نَعَمْ يَا رَسُولَ اللَّهِ. قَالَ « فَإِنَّهَا مِثْلُ شَوْكِ السَّعْدَانِ غَيْرَ أَنَّهُ لاَ يَعْلَمُ مَا قَدْرُ عِظَمِهَا إِلاَّ اللَّهُ تَخْطَفُ النَّاسَ بِأَعْمَالِهِمْ فَمِنْهُمُ الْمُؤْمِنُ بَقِىَ بِعَمَلِهِ وَمِنْهُمُ الْمُجَازَى حَتَّى يُنَجَّى حَتَّى إِذَا فَرَغَ اللَّهُ مِنَ الْقَضَاءِ بَيْنَ الْعِبَادِ وَأَرَادَ أَنْ يُخْرِجَ بِرَحْمَتِهِ مَنْ أَرَادَ مِنْ أَهْلِ النَّارِ أَمَرَ الْمَلاَئِكَةَ أَنْ يُخْرِجُوا مِنَ النَّارِ مَنْ كَانَ لاَ يُشْرِكُ بِاللَّهِ شَيْئًا مِمَّنْ أَرَادَ اللَّهُ تَعَالَى أَنْ يَرْحَمَهُ مِمَّنْ يَقُولُ لاَ إِلَهَ إِلاَّ اللَّهُ. فَيَعْرِفُونَهُمْ فِى النَّارِ يَعْرِفُونَهُمْ بِأَثَرِ السُّجُودِ تَأْكُلُ النَّارُ مِنِ ابْنِ آدَمَ إِلاَّ أَثَرَ السُّجُودِ حَرَّمَ اللَّهُ عَلَى النَّارِ أَنْ تَأْكُلَ أَثَرَ السُّجُودِ. فَيُخْرَجُونَ مِنَ النَّارِ وَقَدِ امْتَحَشُوا فَيُصَبُّ عَلَيْهِمْ مَاءُ الْحَيَاةِ فَيَنْبُتُونَ مِنْهُ كَمَا تَنْبُتُ الْحِبَّةُ فِى حَمِيلِ السَّيْلِ ثُمَّ يَفْرُغُ اللَّهُ تَعَالَى مِنَ الْقَضَاءِ بَيْنَ الْعِبَادِ وَيَبْقَى رَجُلٌ مُقْبِلٌ بِوَجْهِهِ عَلَى النَّارِ وَهُوَ آخِرُ أَهْلِ الْجَنَّةِ دُخُولاً الْجَنَّةَ فَيَقُولُ أَىْ رَبِّ اصْرِفْ وَجْهِى عَنِ النَّارِ فَإِنَّهُ قَدْ قَشَبَنِى رِيحُهَا وَأَحْرَقَنِى ذَكَاؤُهَا فَيَدْعُو اللَّهَ مَا شَاءَ اللَّهُ أَنْ يَدْعُوَهُ ثُمَّ يَقُولُ اللَّهُ تَبَارَكَ وَتَعَالَى هَلْ عَسَيْتَ إِنْ فَعَلْتُ ذَلِكَ بِكَ أَنْ تَسْأَلَ غَيْرَهُ. فَيَقُولُ لاَ أَسْأَلُكَ غَيْرَهُ. وَيُعْطِى رَبَّهُ مِنْ عُهُودٍ وَمَوَاثِيقَ مَا شَاءَ اللَّهُ فَيَصْرِفُ اللَّهُ وَجْهَهُ عَنِ النَّارِ فَإِذَا أَقْبَلَ عَلَى الْجَنَّةِ وَرَآهَا سَكَتَ مَا شَاءَ اللَّهُ أَنْ يَسْكُتَ ثُمَّ يَقُولُ أَىْ رَبِّ قَدِّمْنِى إِلَى بَابِ الْجَنَّةِ. فَيَقُولُ اللَّهُ لَهُ أَلَيْسَ قَدْ أَعْطَيْتَ عُهُودَكَ وَمَوَاثِيقَكَ لاَ تَسْأَلُنِى غَيْرَ الَّذِى أَعْطَيْتُكَ وَيْلَكَ يَا ابْنَ آدَمَ مَا أَغْدَرَكَ. فَيَقُولُ أَىْ رَبِّ وَيَدْعُو اللَّهَ حَتَّى يَقُولَ لَهُ فَهَلْ عَسَيْتَ إِنْ أَعْطَيْتُكَ ذَلِكَ أَنْ تَسْأَلَ غَيْرَهُ. فَيَقُولُ لاَ وَعِزَّتِكَ. فَيُعْطِى رَبَّهُ مَا شَاءَ اللَّهُ مِنْ عُهُودٍ وَمَوَاثِيقَ فَيُقَدِّمُهُ إِلَى بَابِ الْجَنَّةِ فَإِذَا قَامَ عَلَى بَابِ الْجَنَّةِ انْفَهَقَتْ لَهُ الْجَنَّةُ فَرَأَى مَا فِيهَا مِنَ الْخَيْرِ وَالسُّرُورِ فَيَسْكُتُ مَا شَاءَ اللَّهُ أَنْ يَسْكُتَ ثُمَّ يَقُولُ أَىْ رَبِّ أَدْخِلْنِى الْجَنَّةَ. فَيَقُولُ اللَّهُ تَبَارَكَ وَتَعَالَى لَهُ أَلَيْسَ قَدْ أَعْطَيْتَ عُهُودَكَ وَمَوَاثِيقَكَ أَنْ لاَ تَسْأَلَ غَيْرَ مَا أُعْطِيتَ وَيْلَكَ يَا ابْنَ آدَمَ مَا أَغْدَرَكَ. فَيَقُولُ أَىْ رَبِّ لاَ أَكُونُ أَشْقَى خَلْقِكَ. فَلاَ يَزَالُ يَدْعُو اللَّهَ حَتَّى يَضْحَكَ اللَّهُ تَبَارَكَ وَتَعَالَى مِنْهُ فَإِذَا ضَحِكَ اللَّهُ مِنْهُ قَالَ ادْخُلِ الْجَنَّةَ. فَإِذَا دَخَلَهَا قَالَ اللَّهُ لَهُ تَمَنَّهْ. فَيَسْأَلُ رَبَّهُ وَيَتَمَنَّى حَتَّى إِنَّ اللَّهَ لَيُذَكِّرُهُ مِنْ كَذَا وَكَذَا حَتَّى إِذَا انْقَطَعَتْ بِهِ الأَمَانِىُّ قَالَ اللَّهُ تَعَالَى ذَلِكَ لَكَ وَمِثْلُهُ مَعَهُ ». قَالَ عَطَاءُ بْنُ يَزِيدَ وَأَبُو سَعِيدٍ الْخُدْرِىُّ مَعَ أَبِى هُرَيْرَةَ لاَ يَرُدُّ عَلَيْهِ مِنْ حَدِيثِهِ شَيْئًا. حَتَّى إِذَا حَدَّثَ أَبُو هُرَيْرَةَ أَنَّ اللَّهَ قَالَ لِذَلِكَ الرَّجُلِ وَمِثْلُهُ مَعَهُ. قَالَ أَبُو سَعِيدٍ وَعَشَرَةُ أَمْثَالِهِ مَعَهُ يَا أَبَا هُرَيْرَةَ. قَالَ أَبُو هُرَيْرَةَ مَا حَفِظْتُ إِلاَّ قَوْلَهُ ذَلِكَ لَكَ وَمِثْلُهُ مَعَهُ. قَالَ أَبُو سَعِيدٍ أَشْهَدُ أَنِّى حَفِظْتُ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَوْلَهُ ذَلِكَ لَكَ وَعَشَرَةُ أَمْثَالِهِ. قَالَ أَبُو هُرَيْرَةَ وَذَلِكَ الرَّجُلُ آخِرُ أَهْلِ الْجَنَّةِ دُخُولاً الْجَنَّةَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir dəfə camaat Allah Elçisindən ﷺ soruşdu: “Ey Allahın Elçisi! Biz Qiyamət günü Rəbbimizi görəcəyikmi?” Allah Elçisi ﷺ buyurdu: “Məgər siz buludla örtülməmiş on dörd gecəlik ayı görmək üçün basabas salıb bir-birinizə əziyyət verirsiniz?!” Onlar dedilər: “Xeyr, ey Allahın Elçisi!” Peyğəmbər ﷺ yenə buyurdu: “Məgər siz buludla örtülməmiş günəşi görmək üçün bir-birinizə əziyyət verirsiniz?!” Onlar dedilər: “Xeyr, ey Allahın Elçisi!” Peyğəmbər ﷺ buyurdu: “Rəbbinizi də çətinlik çəkmədən görəcəksiniz. Qiyamət günü Allah insanları məhşərə toplayacaq və belə buyuracaq: “Kim nəyə ibadət edirdisə, qoy onun ardınca getsin!” Beləliklə, günəşə ibadət edənlər günəşin, aya ibadət edənlər ayın, tağutlara ibadət edənlər də tağutların ardınca gedib Cəhənnəmə düşəcək. Sonda bu ümmət, aralarında olan münafiqləri ilə birlikdə qalacaq. Sonra Allah ﷾ onların yanına əvvəlcə tanıdıqlarından başqa surətdə gələcək və buyuracaq: “Mən sizin Rəbbinizəm!” Onlar deyəcəklər: “Səndən Allaha sığınırıq! Rəbbimiz gələnədək bura bizim yerimizdir. Rəbbimiz gələndə biz Onu tanıyacağıq”. Bu dəfə Uca Allah onların yanına tanıdıqları surətdə gəlib buyuracaq: “Mən sizin Rəbbinizəm!” Onlar da: “Sən bizim Rəbbimizsən!”, – deyəcək və Ona tabe olacaqlar. Sonra Cəhənnəmin üzərində körpü qurulacaq və ümməti ilə birlikdə bu körpüdən keçən elçilərin birincisi mən olacağam. O gün elçilərdən başqa heç kəs danışa bilməyəcək. Elçilərin o günkü duaları isə: “Allahım, xilas et, xilas et!” olacaq. Cəhənnəmdə Sadan tikanlarına bənzər qarmaqlar var. Siz sadan tikanlarını görmüsünüzmü?” Səhabələr dedilər: “Bəli, ey Allahın Elçisi!” Peyğəmbər ﷺ buyurdu: “Bu qarmaqlar Sadan tikanlarına bənzəyirlər, lakin Allahdan başqa heç kəs onların nə qədər böyük olduğunu bilmir. Onlar insanları əməllərinə görə tutacaqlar. Onlardan kimisi əməlinə görə məhv olacaq, kimisi də didik-didik ediləcək, lakin sonda xilas olacaq. Allah Öz qulları arasında mühakiməsini bitirdiyi və Cəhənnəmə vasil olanlardan dilədiyinə mərhəmət göstərmək istədiyi vaxt mələklərə, “lə iləhə illəllah” deyənlərdən – Uca Allahın mərhəmət etmək istədiyi kəslərdən – Allaha heç bir şeyi şərik qoşmamış kəsləri oddan çıxarmağı əmr edəcək. Mələklər onları atəşin içində səcdə izindən tanıyacaqlar. Od Adəm övladının bədənini – səcdə yerləri istisna olmaqla – başdan-ayağa yandıracaq. Çünki Allah Cəhənnəm oduna səcdə izlərini yandırmağı haram etmişdir. Beləliklə, onlar sümüklərinə qədər yanmış halda Cəhənnəm odundan çıxarılacaqlar. Bundan sonra onların üstünə dirilik suyu töküləcək və onlar selin gətirdiyi toxumun cücərib yetişdiyi kimi diriləcəklər. Uca Allah Öz qulları arasında mühakiməsini bitirdikdə üzü Cəhənnəmə tərəf olan bir nəfər qalacaq. Bu adam Cənnətə girən kəslərin sonuncusu olacaq. O deyəcək: “Ey Rəbbim! Üzümü oddan döndər, çünki onun tüstüsü məni zəhərləmişdir, alovu da məni yandırıb-yaxmışdır!” Bu şəxs Allahın istədiyi qədər Allaha dua edəcək. Sonra Allah ﷾ buyuracaq: “Bu istədiyini yerinə yetirsəm, başqa bir şey istəyəcəksənmi?” Bu adam: “Səndən bundan başqa heç nə istəməyəcəyəm”, – deyəcək və Allaha istədiyi qədər and içib söz verəcək. Allah da onun üzünü oddan döndərəcək. Allah onun üzünü Cənnətə tərəf çevirdikdə o, Cənnətin gözəlliyini görüb Allahın istədiyi qədər susduqdan sonra deyəcək: “Ey Rəbbim, məni Cənnətin qapısına yaxınlaşdır”. Allah ona belə buyuracaq: “Sənə verdiyimdən başqa Məndən heç nə istəməyəcəyinə dair and içib söz verməmişdinmi? Yazıqsan, ey Adəm övladı! Sən necə də bivəfasan!” O adam: “Ey Rəbbim!”, – deyəcək və Allaha davamlı dua edəcək. Allah ona buyuracaq: “Bu istədiyini sənə versəm, başqa bir şey istəyəcəksənmi?” O: “Sənin izzətinə and olsun ki, yox!”, – deyəcək və Allaha istədiyi qədər and içib söz verəcək. Allah da onu Cənnətin qapısına yaxınlaşdıracaq. O, Cənnətin qapısına çatdığı, Cənnətin qapısının onun üzünə açıldığı, içindəki xeyir-bərəkəti və sevinci gördüyü vaxt Allahın istədiyi qədər susacaq, sonra deyəcək: “Ey Rəbbim, məni Cənnətə daxil et!” Allah ﷾ ona belə buyuracaq: “Sənə verdiyimdən başqa Məndən heç nə istəməyəcəyinə dair and içib söz verməmişdinmi? Vay sənin halına, ey Adəm oğlu, sən nə qədər vədinə xilaf çıxırsan!” O: “Ey Rəbbim, qoy Sənin yaratdıqlarının ən bədbəxti mən olmayım!”, – deyəcək və davamlı olaraq Rəbbinə dua edəcək. Axırda Allah ﷾ ona güləcək. Allah ona güldüyü vaxt buyuracaq: “Cənnətə gir!” O, Cənnətə girdikdə Allah ona buyuracaq: “Nə istəyirsən, istə!” O da Rəbbindən o qədər istəyəcək və təmənna edəcək ki, axırda heç bir istəyi qalmayacaq. Allah: “Filan şeyi və filan şeyi də istə!” buyuraraq onun istəklərini ona xatırladacaq. Artıq onun heç bir istəyi qalmadıqda Uca Allah buyuracaq: “Bu istədiklərin və bir o qədəri də sənindir”. Əta ibn Yəzid demişdir: “Əbu Hureyra bu hədisi rəvayət edərkən Əbu Səid əl-Xudri onun yanında idi və Əbu Hureyranın dediklərindən heç bir şeyi rədd etmirdi. Əbu Hureyra: “Allah o adama: “Bu istədiklərin və bir o qədəri də sənindir”, – deyə buyuracaq” deyəndə Əbu Səid dedi: “Bu istədiklərin və onun on misli”, ey Əbu Hureyra!” Əbu Hureyra ona belə cavab verdi: “Mən Allah Elçisinin ﷺ: “Bu istədiklərin və bir o qədəri də sənindir”, – dediyini yadda saxlamışam. Əbu Səid əl-Xudri dedi: “Mən şahidlik edirəm ki, onun: “Bu istədiklərin və onun on misli sənindir”, – dediyini yadda saxlamışam. Əbu Hureyra dedi: “Bu adam Cənnətə girən kimsələrin axırıncısı olacaq”.”

Əbu Hureyra
Muslim, 469 (İman, 368)Səhih

وَحَدَّثَنِى سُوَيْدُ بْنُ سَعِيدٍ قَالَ حَدَّثَنِى حَفْصُ بْنُ مَيْسَرَةَ عَنْ زَيْدِ بْنِ أَسْلَمَ عَنْ عَطَاءِ بْنِ يَسَارٍ عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ أَنَّ نَاسًا فِى زَمَنِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالُوا يَا رَسُولَ اللَّهِ هَلْ نَرَى رَبَّنَا يَوْمَ الْقِيَامَةِ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « نَعَمْ ». قَالَ « هَلْ تُضَارُّونَ فِى رُؤْيَةِ الشَّمْسِ بِالظَّهِيرَةِ صَحْوًا لَيْسَ مَعَهَا سَحَابٌ وَهَلْ تُضَارُّونَ فِى رُؤْيَةِ الْقَمَرِ لَيْلَةَ الْبَدْرِ صَحْوًا لَيْسَ فِيهَا سَحَابٌ ». قَالُوا لاَ يَا رَسُولَ اللَّهِ. قَالَ « مَا تُضَارُّونَ فِى رُؤْيَةِ اللَّهِ تَبَارَكَ وَتَعَالَى يَوْمَ الْقِيَامَةِ إِلاَّ كَمَا تُضَارُّونَ فِى رُؤْيَةِ أَحَدِهِمَا إِذَا كَانَ يَوْمُ الْقِيَامَةِ أَذَّنَ مُؤَذِّنٌ لِيَتَّبِعْ كُلُّ أُمَّةٍ مَا كَانَتْ تَعْبُدُ. فَلاَ يَبْقَى أَحَدٌ كَانَ يَعْبُدُ غَيْرَ اللَّهِ سُبْحَانَهُ مِنَ الأَصْنَامِ وَالأَنْصَابِ إِلاَّ يَتَسَاقَطُونَ فِى النَّارِ حَتَّى إِذَا لَمْ يَبْقَ إِلاَّ مَنْ كَانَ يَعْبُدُ اللَّهَ مِنْ بَرٍّ وَفَاجِرٍ وَغُبَّرِ أَهْلِ الْكِتَابِ فَيُدْعَى الْيَهُودُ فَيُقَالُ لَهُمْ مَا كُنْتُمْ تَعْبُدُونَ قَالُوا كُنَّا نَعْبُدُ عُزَيْرَ ابْنَ اللَّهِ. فَيُقَالُ كَذَبْتُمْ مَا اتَّخَذَ اللَّهُ مِنْ صَاحِبَةٍ وَلاَ وَلَدٍ فَمَاذَا تَبْغُونَ قَالُوا عَطِشْنَا يَا رَبَّنَا فَاسْقِنَا. فَيُشَارُ إِلَيْهِمْ أَلاَ تَرِدُونَ فَيُحْشَرُونَ إِلَى النَّارِ كَأَنَّهَا سَرَابٌ يَحْطِمُ بَعْضُهَا بَعْضًا فَيَتَسَاقَطُونَ فِى النَّارِ. ثُمَّ يُدْعَى النَّصَارَى فَيُقَالُ لَهُمْ مَا كُنْتُمْ تَعْبُدُونَ قَالُوا كُنَّا نَعْبُدُ الْمَسِيحَ ابْنَ اللَّهِ. فَيُقَالُ لَهُمْ كَذَبْتُمْ. مَا اتَّخَذَ اللَّهُ مِنْ صَاحِبَةٍ وَلاَ وَلَدٍ. فَيُقَالُ لَهُمْ مَاذَا تَبْغُونَ فَيَقُولُونَ عَطِشْنَا يَا رَبَّنَا فَاسْقِنَا. - قَالَ - فَيُشَارُ إِلَيْهِمْ أَلاَ تَرِدُونَ فَيُحْشَرُونَ إِلَى جَهَنَّمَ كَأَنَّهَا سَرَابٌ يَحْطِمُ بَعْضُهَا بَعْضًا فَيَتَسَاقَطُونَ فِى النَّارِ حَتَّى إِذَا لَمْ يَبْقَ إِلاَّ مَنْ كَانَ يَعْبُدُ اللَّهَ تَعَالَى مِنْ بَرٍّ وَفَاجِرٍ أَتَاهُمْ رَبُّ الْعَالَمِينَ سُبْحَانَهُ وَتَعَالَى فِى أَدْنَى صُورَةٍ مِنَ الَّتِى رَأَوْهُ فِيهَا. قَالَ فَمَا تَنْتَظِرُونَ تَتْبَعُ كُلُّ أُمَّةٍ مَا كَانَتْ تَعْبُدُ. قَالُوا يَا رَبَّنَا فَارَقْنَا النَّاسَ فِى الدُّنْيَا أَفْقَرَ مَا كُنَّا إِلَيْهِمْ وَلَمْ نُصَاحِبْهُمْ. فَيَقُولُ أَنَا رَبُّكُمْ. فَيَقُولُونَ نَعُوذُ بِاللَّهِ مِنْكَ لاَ نُشْرِكُ بِاللَّهِ شَيْئًا - مَرَّتَيْنِ أَوْ ثَلاَثًا - حَتَّى إِنَّ بَعْضَهُمْ لَيَكَادُ أَنْ يَنْقَلِبَ. فَيَقُولُ هَلْ بَيْنَكُمْ وَبَيْنَهُ آيَةٌ فَتَعْرِفُونَهُ بِهَا فَيَقُولُونَ نَعَمْ. فَيُكْشَفُ عَنْ سَاقٍ فَلاَ يَبْقَى مَنْ كَانَ يَسْجُدُ لِلَّهِ مِنْ تِلْقَاءِ نَفْسِهِ إِلاَّ أَذِنَ اللَّهُ لَهُ بِالسُّجُودِ وَلاَ يَبْقَى مَنْ كَانَ يَسْجُدُ اتِّقَاءً وَرِيَاءً إِلاَّ جَعَلَ اللَّهُ ظَهْرَهُ طَبَقَةً وَاحِدَةً كُلَّمَا أَرَادَ أَنْ يَسْجُدَ خَرَّ عَلَى قَفَاهُ. ثُمَّ يَرْفَعُونَ رُءُوسَهُمْ وَقَدْ تَحَوَّلَ فِى صُورَتِهِ الَّتِى رَأَوْهُ فِيهَا أَوَّلَ مَرَّةٍ فَقَالَ أَنَا رَبُّكُمْ. فَيَقُولُونَ أَنْتَ رَبُّنَا. ثُمَّ يُضْرَبُ الْجِسْرُ عَلَى جَهَنَّمَ وَتَحِلُّ الشَّفَاعَةُ وَيَقُولُونَ اللَّهُمَّ سَلِّمْ سَلِّمْ ». قِيلَ يَا رَسُولَ اللَّهِ وَمَا الْجِسْرُ قَالَ « دَحْضٌ مَزِلَّةٌ. فِيهِ خَطَاطِيفُ وَكَلاَلِيبُ وَحَسَكٌ تَكُونُ بِنَجْدٍ فِيهَا شُوَيْكَةٌ يُقَالُ لَهَا السَّعْدَانُ فَيَمُرُّ الْمُؤْمِنُونَ كَطَرْفِ الْعَيْنِ وَكَالْبَرْقِ وَكَالرِّيحِ وَكَالطَّيْرِ وَكَأَجَاوِيدِ الْخَيْلِ وَالرِّكَابِ فَنَاجٍ مُسَلَّمٌ وَمَخْدُوشٌ مُرْسَلٌ وَمَكْدُوسٌ فِى نَارِ جَهَنَّمَ. حَتَّى إِذَا خَلَصَ الْمُؤْمِنُونَ مِنَ النَّارِ فَوَالَّذِى نَفْسِى بِيَدِهِ مَا مِنْكُمْ مِنْ أَحَدٍ بِأَشَدَّ مُنَاشَدَةً لِلَّهِ فِى اسْتِقْصَاءِ الْحَقِّ مِنَ الْمُؤْمِنِينَ لِلَّهِ يَوْمَ الْقِيَامَةِ لإِخْوَانِهِمُ الَّذِينَ فِى النَّارِ يَقُولُونَ رَبَّنَا كَانُوا يَصُومُونَ مَعَنَا وَيُصَلُّونَ وَيَحُجُّونَ. فَيُقَالُ لَهُمْ أَخْرِجُوا مَنْ عَرَفْتُمْ. فَتُحَرَّمُ صُوَرُهُمْ عَلَى النَّارِ فَيُخْرِجُونَ خَلْقًا كَثيرًا قَدْ أَخَذَتِ النَّارُ إِلَى نِصْفِ سَاقَيْهِ وَإِلَى رُكْبَتَيْهِ ثُمَّ يَقُولُونَ رَبَّنَا مَا بَقِىَ فِيهَا أَحَدٌ مِمَّنْ أَمَرْتَنَا بِهِ. فَيَقُولُ ارْجِعُوا فَمَنْ وَجَدْتُمْ فِى قَلْبِهِ مِثْقَالَ دِينَارٍ مِنْ خَيْرٍ فَأَخْرِجُوهُ. فَيُخْرِجُونَ خَلْقًا كَثِيرًا ثُمَّ يَقُولُونَ رَبَّنَا لَمْ نَذَرْ فِيهَا أَحَدًا مِمَّنْ أَمَرْتَنَا. ثُمَّ يَقُولُ ارْجِعُوا فَمَنْ وَجَدْتُمْ فِى قَلْبِهِ مِثْقَالَ نِصْفِ دِينَارٍ مِنْ خَيْرٍ فَأَخْرِجُوهُ. فَيُخْرِجُونَ خَلْقًا كَثِيرًا ثُمَّ يَقُولُونَ رَبَّنَا لَمْ نَذَرْ فِيهَا مِمَّنْ أَمَرْتَنَا أَحَدًا. ثُمَّ يَقُولُ ارْجِعُوا فَمَنْ وَجَدْتُمْ فِى قَلْبِهِ مِثْقَالَ ذَرَّةٍ مِنْ خَيْرٍ فَأَخْرِجُوهُ. فَيُخْرِجُونَ خَلْقًا كَثِيرًا ثُمَّ يَقُولُونَ رَبَّنَا لَمْ نَذَرْ فِيهَا خَيْرًا ». وَكَانَ أَبُو سَعِيدٍ الْخُدْرِىُّ يَقُولُ إِنْ لَمْ تُصَدِّقُونِى بِهَذَا الْحَدِيثِ فَاقْرَءُوا إِنْ شِئْتُمْ {إِنَّ اللَّهَ لاَ يَظْلِمُ مِثْقَالَ ذَرَّةٍ وَإِنْ تَكُ حَسَنَةً يُضَاعِفْهَا وَيُؤْتِ مِنْ لَدُنْهُ أَجْرًا عَظِيمًا} « فَيَقُولُ اللَّهُ عَزَّ وَجَلَّ شَفَعَتِ الْمَلاَئِكَةُ وَشَفَعَ النَّبِيُّونَ وَشَفَعَ الْمُؤْمِنُونَ وَلَمْ يَبْقَ إِلاَّ أَرْحَمُ الرَّاحِمِينَ فَيَقْبِضُ قَبْضَةً مِنَ النَّارِ فَيُخْرِجُ مِنْهَا قَوْمًا لَمْ يَعْمَلُوا خَيْرًا قَطُّ قَدْ عَادُوا حُمَمًا فَيُلْقِيهِمْ فِى نَهْرٍ فِى أَفْوَاهِ الْجَنَّةِ يُقَالُ لَهُ نَهْرُ الْحَيَاةِ فَيَخْرُجُونَ كَمَا تَخْرُجُ الْحِبَّةُ فِى حَمِيلِ السَّيْلِ أَلاَ تَرَوْنَهَا تَكُونُ إِلَى الْحَجَرِ أَوْ إِلَى الشَّجَرِ مَا يَكُونُ إِلَى الشَّمْسِ أُصَيْفِرُ وَأُخَيْضِرُ وَمَا يَكُونُ مِنْهَا إِلَى الظِّلِّ يَكُونُ أَبْيَضَ ». فَقَالُوا يَا رَسُولَ اللَّهِ كَأَنَّكَ كُنْتَ تَرْعَى بِالْبَادِيَةِ قَالَ « فَيَخْرُجُونَ كَاللُّؤْلُؤِ فِى رِقَابِهِمُ الْخَوَاتِمُ يَعْرِفُهُمْ أَهْلُ الْجَنَّةِ هَؤُلاَءِ عُتَقَاءُ اللَّهِ الَّذِينَ أَدْخَلَهُمُ اللَّهُ الْجَنَّةَ بِغَيْرِ عَمَلٍ عَمِلُوهُ وَلاَ خَيْرٍ قَدَّمُوهُ ثُمَّ يَقُولُ ادْخُلُوا الْجَنَّةَ فَمَا رَأَيْتُمُوهُ فَهُوَ لَكُمْ. فَيَقُولُونَ رَبَّنَا أَعْطَيْتَنَا مَا لَمْ تُعْطِ أَحَدًا مِنَ الْعَالَمِينَ. فَيَقُولُ لَكُمْ عِنْدِى أَفْضَلُ مِنْ هَذَا فَيَقُولُونَ يَا رَبَّنَا أَىُّ شَىْءٍ أَفْضَلُ مِنْ هَذَا. فَيَقُولُ رِضَاىَ فَلاَ أَسْخَطُ عَلَيْكُمْ بَعْدَهُ أَبَدًا ».

“Əbu Səid əl-Xudri ﵁ rəvayət etmişdir ki, Allah Elçisinin ﷺ dövründə bir dəstə adam Peyğəmbərə ﷺ dedi: “Ey Allahın Elçisi! Biz Qiyamət günü Rəbbimizi görə biləcəyikmi?” Allah Elçisi ﷺ buyurdu: “Bəli! Məgər siz günortaüstü, gün işığının qabağını bulud örtmədiyi bir vaxtda günəşi görməkdə bir-birinizə əziyyət verirsinizmi?! On dördüncü gecədə, ay işığının qabağını bulud örtmədiyi bir vaxtda ayı görmək üçün bir-birinizə əziyyət verirsinizmi?!” Onlar dedilər: “Xeyr, ey Allahın Elçisi!” Allah Elçisi ﷺ buyurdu: “Bu ikisindən birini görməyə sizə heç bir şey mane olmadığı kimi, Allahı ﷾ da Qiyamət günü görəcəksiniz. Qiyamət günü yetişdikdə carçı nida edərək deyəcək: “Hər ümmət nəyə ibadət edirdisə, onun ardınca getsin!” Bundan sonra Allahdan qeyrisinə – bütlərə və dikinə qoyulmuş daşlara ibadət edən elə bir kimsə qalmayacaq ki, Cəhənnəm oduna düşməsin. Axırda isə yalnız Allaha ibadət edənlər – xeyirxah və günahkar adamlar – həmçinin Kitab əhlindən öz peyğəmbərlərinə sadiq olmuş kəslər qalacaq. O vaxt yəhudilər çağırılacaq və onlardan soruşulacaq: “Siz nəyə ibadət edirdiniz?” Onlar deyəcəklər: “Biz Allahın oğlu Üzeyirə ibadət edirdik”. Onlara deyiləcək: “Yalan danışırsınız! Allah Özünə nə zövcə, nə də övlad götürmüşdür. Siz nə istəyirsiniz?” Onlar deyəcəklər: “Susamışıq, ey Rəbbimiz, bizə su ver”. Onda onlara Cəhənnəm göstəriləcək və deyiləcək: “Bundan içmək istəmirsinizmi?” Onlar ilğıma bənzər, alovlanan alovun kənarına toplanacaq və bir-birini tapdayaraq Cəhənnəmə düşəcəklər. Sonra nəsranilər çağırılacaq və onlardan soruşulacaq: “Siz nəyə ibadət edirdiniz?” Onlar deyəcəklər: “Biz Allahın oğlu Məsihə ibadət edirdik”. Onlara deyiləcək: “Yalan danışırsınız! Allah Özünə nə zövcə, nə də övlad götürmüşdür”. Sonra onlardan soruşulacaq: “Siz nə istəyirsiniz?” Onlar deyəcək: “Susamışıq, ey Rəbbimiz, bizə su ver”. Onda onlara Cəhənnəm göstəriləcək və deyiləcək: “Bundan içmək istəmirsinizmi?” Onlar ilğıma bənzər, alovlanan alovun kənarına toplanacaq və bir-birini tapdayaraq Cəhənnəmə düşəcəklər. Sonda ancaq Allaha ibadət edən kəslər - xeyirxah və günahkar adamlar qaldıqda aləmlərin Rəbbi ﷾ onların yanına Onu gördükləri ən yaxın surətdə gələcək və belə buyuracaq: “Nə gözləyirsiniz?! Hər bir ümmət ibadət etdiyinin ardınca getsin!” Onlar deyəcəklər: “Biz dünyada ikən insanlara ehtiyacımız ola-ola onlardan ayrıldıq, onlarla heç vaxt birgə olmadıq”. Onda Allah buyuracaq: “Mən sizin Rəbbinizəm!” Onlar: “Səndən Allaha sığınırıq!” İki və ya üç dəfə deyəcəklər: “Biz heç nəyi Allaha şərik qoşmuruq!” Bəziləri (imtahanın çətinliyinə görə haqdan) üz döndərmək istəyəcək. Allah buyuracaq: “Sizinlə Onun arasında bir əlamət varmı ki, bunun sayəsində Onu tanıya biləsiniz?” Onlar: “Bəli!”, – deyəcəklər. Bu vaxt Baldır açılacaq və səmimi qəlbdən Allaha səcdə etmiş elə bir kəs qalmayacaq ki, Allah ona səcdə etməyə izin verməsin. Həmçinin insanlardan qorunmaq məqsədilə və ya riyakarlıqla səcdə etmiş elə bir kəs qalmayacaq ki, Allah onun onurğa sümüyünü bir bütöv sümük etməsin. Belə kimsə hər dəfə səcdə etmək istədikdə qafası üstə düşəcək. Sonra möminlər başlarını səcdədən qaldıracaqlar. Allah ilk dəfə gördükləri surəti dəyişmiş olduğu halda onlara buyuracaq: “Mən sizin Rəbbinizəm”. Onlar da deyəcəklər: “Bəli, Sən bizim Rəbbimizsən!” Bundan sonra Cəhənnəmin üzərində körpü qurulacaq və şəfaət etməyə izin veriləcək. Həmin vaxt peyğəmbərlər: “Allahım, xilas et, xilas et!”, – deyəcəklər”. Peyğəmbərdən ﷺ soruşdular: “Ey Allahın Elçisi, o nə körpüdür elə?” O buyurdu: “Sürüşkən və hamar bir şeydir. Orada çəngəllər, qarmaqlar və dəmir tikanlar var. Bunlar Nəcddə bitən, üstü tikanla dolu, Sadan deyilən bir bitkiyə bənzəyir. Möminlərdən kimisi körpüdən bir göz qırpımında, kimisi şimşək kimi, kimisi külək kimi, kimisi quş kimi, kimisi də ən bərk qaçan cins at və ya dəvə kimi sürətlə keçəcək. Kimisi sağ-salamat qurtulacaq. Kimisi tikanlara ilişib didik-didik ediləcək, lakin sonda xilas olacaq. Bəziləri də Cəhənnəm odunda qalaqlanacaqlar. Nəhayət, möminlər oddan xilas olduqları vaxt – canım Əlində olan Allaha and olsun ki – sizdən heç kəsin, haqqı araşdırmaq xüsusunda Allaha yalvarıb-yaxarması möminlərin Qiyamət günü Cəhənnəmə düşmüş qardaşları üçün Allaha yalvarması qədər şiddətli ola bilməz. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bu yazıqlar bizimlə birlikdə oruc tutar, namaz qılar və həcc ziyarətini yerinə yetirərdilər”. Onda onlara deyiləcək: “Tanıdığınız kəsləri oddan çıxardın, onların vücudu Cəhənnəm oduna haram edilmişdir!” Beləliklə, onlar ayağının yarısına və ya dizinə qədər odda qalan bir çox insanları çıxaracaqlar. Sonra deyəcəklər: “Ey Rəbbimiz! Bizə əmr etdiyin kəslərdən Cəhənnəmdə heç kəs qalmadı”. Onda Allah buyuracaq: “Geri qayıdın, qəlbində dinar ağırlığında iman olan hər kəsi oradan çıxarın!” Onlar yenə bir çoxlarını oddan çıxaracaqlar. Sonra deyəcəklər: “Ey Rəbbimiz! Bizə əmr etdiyin kəslərdən heç kəsi Cəhənnəmdə qoymadıq”. Allah buyuracaq: “Geri qayıdın, qəlbində yarım dinar ağırlığında iman olan bir kəs tapsanız, onu da oradan çıxarın!” Onlar yenə bir çoxlarını oradan çıxaracaqlar. Sonra deyəcəklər: “Ey Rəbbimiz! Bizə əmr etdiyin kəslərdən heç kəsi orada qoymadıq”. Allah buyuracaq: “Geri qayıdın, qəlbində zərrə ağırlığında iman olan bir kəs tapsanız, onu da oradan çıxarın!” Onlar yenə bir çoxlarını oradan çıxaracaqlar. Sonra deyəcəklər: “Ey Rəbbimiz! Biz orada bir nəfər xeyirxah adam qoymadıq”. Əbu Səid əl-Xudri deyərdi: “Mənim danışdığım bu hədisə inanmırsınızsa, bu ayəni oxuyun: “Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər qulun gördüyü iş yaxşı əməl olarsa, Allah bunu artırar və Öz tərəfindən ona böyük mükafat verər”. (ən-Nisa, 48). Bundan sonra Allah ﷿ buyuracaq: “Mələklər şəfaət etdilər, peyğəmbərlər şəfaət etdilər, möminlər şəfaət etdilər. Şəfaət etməyən yalnız rəhmlilərin Rəhmlisi qaldı”. Sonra da heç vaxt yaxşılıq etməmiş, odda yanıb kömürə dönmüş bir toplumu ovuclayıb Cəhənnəmdən çıxaracaq və onları Cənnətin yollarında axan, Həyat çayı deyilən bir çaya atacaq. Beləcə, onlar selin gətirdiyi toxumun cücərib yetişdiyi kimi diriləcəklər. Məgər o, yabanı toxumların istər daşın, istərsə də ağacın dibində necə cücərdiyini görmürsünüz?! Günəş şüaları altında qalanı sarı və yaşıl, kölgədə qalanı isə ağ olur”. Səhabələr dedilər: “Ey Allahın Elçisi! Sən sanki, səhrada çobanlıq etmisən”. Peyğəmbər ﷺ buyurdu: “Onlar boyunlarında gözoxşayan halqalar olduğu halda, özləri də mirvari tək gözəl görkəmdə Həyat çayından çıxacaqlar. Cənnət əhli onları tanıyaraq deyəcək: “Nə bir yaxşı əməli, nə də özləri üçün əvvəlcədən tədarük gördükləri xeyirləri olmadığı halda Allahın Cənnətə daxil etdiyi, azadlığa buraxdığı kəslər bunlardır!” Sonra Allah onlara belə buyuracaq: “Cənnətə girin! Gözünüzün gördüyü nə varsa, sizindir”. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Sən aləmlərdən heç kəsə vermədiyin nemətləri bizə verdin!” Allah buyuracaq: “Sizə bundan da üstün olanını hazırlamışam!” Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bundan üstün nə ola bilər ki?” Allah buyuracaq: “Mənim rizam! Artıq bundan sonra Mənim sizə heç vaxt qəzəbim tutmayacaq”.”

Əbu Səid əl-Xudri
Muslim, 472 (İman, 371)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَمُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ نُمَيْرٍ - وَاتَّفَقَا فِى سِيَاقِ الْحَدِيثِ إِلاَّ مَا يَزِيدُ أَحَدُهُمَا مِنَ الْحَرْفِ بَعْدَ الْحَرْفِ - قَالاَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ بِشْرٍ حَدَّثَنَا أَبُو حَيَّانَ عَنْ أَبِى زُرْعَةَ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ أُتِىَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمًا بِلَحْمٍ فَرُفِعَ إِلَيْهِ الذِّرَاعُ وَكَانَتْ تُعْجِبُهُ فَنَهَسَ مِنْهَا نَهْسَةً فَقَالَ « أَنَا سَيِّدُ النَّاسِ يَوْمَ الْقِيَامَةِ وَهَلْ تَدْرُونَ بِمَ ذَاكَ يَجْمَعُ اللَّهُ يَوْمَ الْقِيَامَةِ الأَوَّلِينَ وَالآخِرِينَ فِى صَعِيدٍ وَاحِدٍ فَيُسْمِعُهُمُ الدَّاعِى وَيَنْفُذُهُمُ الْبَصَرُ وَتَدْنُو الشَّمْسُ فَيَبْلُغُ النَّاسَ مِنَ الْغَمِّ وَالْكَرْبِ مَا لاَ يُطِيقُونَ وَمَا لاَ يَحْتَمِلُونَ فَيَقُولُ بَعْضُ النَّاسِ لِبَعْضٍ أَلاَ تَرَوْنَ مَا أَنْتُمْ فِيهِ أَلاَ تَرَوْنَ مَا قَدْ بَلَغَكُمْ أَلاَ تَنْظُرُونَ مَنْ يَشْفَعُ لَكُمْ إِلَى رَبِّكُمْ فَيَقُولُ بَعْضُ النَّاسِ لِبَعْضٍ ائْتُوا آدَمَ. فَيَأْتُونَ آدَمَ فَيَقُولُونَ يَا آدَمُ أَنْتَ أَبُو الْبَشَرِ خَلَقَكَ اللَّهُ بِيَدِهِ وَنَفَخَ فِيكَ مِنْ رُوحِهِ وَأَمَرَ الْمَلاَئِكَةَ فَسَجَدُوا لَكَ اشْفَعْ لَنَا إِلَى رَبِّكَ أَلاَ تَرَى إِلَى مَا نَحْنُ فِيهِ أَلاَ تَرَى إِلَى مَا قَدْ بَلَغَنَا فَيَقُولُ آدَمُ إِنَّ رَبِّى غَضِبَ الْيَوْمَ غَضَبًا لَمْ يَغْضَبْ قَبْلَهُ مِثْلَهُ وَلَنْ يَغْضَبَ بَعْدَهُ مِثْلَهُ وَإِنَّهُ نَهَانِى عَنِ الشَّجَرَةِ فَعَصَيْتُهُ نَفْسِى نَفْسِى اذْهَبُوا إِلَى غَيْرِى اذْهَبُوا إِلَى نُوحٍ. فَيَأْتُونَ نُوحًا فَيَقُولُونَ يَا نُوحُ أَنْتَ أَوَّلُ الرُّسُلِ إِلَى الأَرْضِ وَسَمَّاكَ اللَّهُ عَبْدًا شَكُورًا اشْفَعْ لَنَا إِلَى رَبِّكَ أَلاَ تَرَى مَا نَحْنُ فِيهِ أَلاَ تَرَى مَا قَدْ بَلَغَنَا فَيَقُولُ لَهُمْ إِنَّ رَبِّى قَدْ غَضِبَ الْيَوْمَ غَضَبًا لَمْ يَغْضَبْ قَبْلَهُ مِثْلَهُ وَلَنْ يَغْضَبَ بَعْدَهُ مِثْلَهُ وَإِنَّهُ قَدْ كَانَتْ لِى دَعْوَةٌ دَعَوْتُ بِهَا عَلَى قَوْمِى نَفْسِى نَفْسِى اذْهَبُوا إِلَى إِبْرَاهِيمَ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. فَيَأْتُونَ إِبْرَاهِيمَ فَيَقُولُونَ أَنْتَ نَبِىُّ اللَّهِ وَخَلِيلُهُ مِنْ أَهْلِ الأَرْضِ اشْفَعْ لَنَا إِلَى رَبِّكَ أَلاَ تَرَى إِلَى مَا نَحْنُ فِيهِ أَلاَ تَرَى إِلَى مَا قَدْ بَلَغَنَا فَيَقُولُ لَهُمْ إِبْرَاهِيمُ إِنَّ رَبِّى قَدْ غَضِبَ الْيَوْمَ غَضَبًا لَمْ يَغْضَبْ قَبْلَهُ مِثْلَهُ وَلاَ يَغْضَبُ بَعْدَهُ مِثْلَهُ. وَذَكَرَ كَذَبَاتِهِ نَفْسِى نَفْسِى اذْهَبُوا إِلَى غَيْرِى اذْهَبُوا إِلَى مُوسَى. فَيَأْتُونَ مُوسَى صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَيَقُولُونَ يَا مُوسَى أَنْتَ رَسُولُ اللَّهِ فَضَّلَكَ اللَّهُ بِرِسَالاَتِهِ وَبِتَكْلِيمِهِ عَلَى النَّاسِ اشْفَعْ لَنَا إِلَى رَبِّكَ أَلاَ تَرَى إِلَى مَا نَحْنُ فِيهِ أَلاَ تَرَى مَا قَدْ بَلَغَنَا فَيَقُولُ لَهُمْ مُوسَى صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِنَّ رَبِّى قَدْ غَضِبَ الْيَوْمَ غَضَبًا لَمْ يَغْضَبْ قَبْلَهُ مِثْلَهُ وَلَنْ يَغْضَبَ بَعْدَهُ مِثْلَهُ وَإِنِّى قَتَلْتُ نَفْسًا لَمْ أُومَرْ بِقَتْلِهَا نَفْسِى نَفْسِى اذْهَبُوا إِلَى عِيسَى صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. فَيَأْتُونَ عِيسَى فَيَقُولُونَ يَا عِيسَى أَنْتَ رَسُولُ اللَّهِ وَكَلَّمْتَ النَّاسَ فِى الْمَهْدِ وَكَلِمَةٌ مِنْهُ أَلْقَاهَا إِلَى مَرْيَمَ وَرُوحٌ مِنْهُ فَاشْفَعْ لَنَا إِلَى رَبِّكَ أَلاَ تَرَى مَا نَحْنُ فِيهِ أَلاَ تَرَى مَا قَدْ بَلَغَنَا فَيَقُولُ لَهُمْ عِيسَى صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِنَّ رَبِّى قَدْ غَضِبَ الْيَوْمَ غَضَبًا لَمْ يَغْضَبْ قَبْلَهُ مِثْلَهُ وَلَنْ يَغْضَبَ بَعْدَهُ مِثْلَهُ - وَلَمْ يَذْكُرْ لَهُ ذَنْبًا - نَفْسِى نَفْسِى اذْهَبُوا إِلَى غَيْرِى اذْهَبُوا إِلَى مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَيَأْتُونِّى فَيَقُولُونَ يَا مُحَمَّدُ أَنْتَ رَسُولُ اللَّهِ وَخَاتَمُ الأَنْبِيَاءِ وَغَفَرَ اللَّهُ لَكَ مَا تَقَدَّمَ مِنْ ذَنْبِكَ وَمَا تَأَخَّرَ اشْفَعْ لَنَا إِلَى رَبِّكَ أَلاَ تَرَى مَا نَحْنُ فِيهِ أَلاَ تَرَى مَا قَدْ بَلَغَنَا فَأَنْطَلِقُ فَآتِى تَحْتَ الْعَرْشِ فَأَقَعُ سَاجِدًا لِرَبِّى ثُمَّ يَفْتَحُ اللَّهُ عَلَىَّ وَيُلْهِمُنِى مِنْ مَحَامِدِهِ وَحُسْنِ الثَّنَاءِ عَلَيْهِ شَيْئًا لَمْ يَفْتَحْهُ لأَحَدٍ قَبْلِى ثُمَّ يُقَالُ يَا مُحَمَّدُ ارْفَعْ رَأْسَكَ سَلْ تُعْطَهْ اشْفَعْ تُشَفَّعْ. فَأَرْفَعُ رَأْسِى فَأَقُولُ يَا رَبِّ أُمَّتِى أُمَّتِى. فَيُقَالُ يَا مُحَمَّدُ أَدْخِلِ الْجَنَّةَ مِنْ أُمَّتِكَ مَنْ لاَ حِسَابَ عَلَيْهِ مِنَ الْبَابِ الأَيْمَنِ مِنْ أَبْوَابِ الْجَنَّةِ وَهُمْ شُرَكَاءُ النَّاسِ فِيمَا سِوَى ذَلِكَ مِنَ الأَبْوَابِ وَالَّذِى نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ إِنَّ مَا بَيْنَ الْمِصْرَاعَيْنِ مِنْ مَصَارِيعِ الْجَنَّةِ لَكَمَا بَيْنَ مَكَّةَ وَهَجَرٍ أَوْ كَمَا بَيْنَ مَكَّةَ وَبُصْرَى ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir gün Allah Elçisinə ﷺ qoyun əti gətirdilər, sonra bu qoyunun qol tərəfini bişirib ona verdilər. Ətin bu yeri onun xoşuna gəlirdi. O, ətdən bir tikə dişlədikdən sonra dedi: “Qiyamət günü mən insanların ən hörmətlisi olacağam. Bunun nə səbəbdən belə olduğunu bilirsinizmi? Allah Qiyamət günü əvvəlkiləri və sonrakıları düz və geniş bir yerə yığacaq. Ora elə bir yer olacaq ki, həm carçı onları çağıra biləcək, həm də gözlər onları əhatə edə biləcək. Günəş insanlara yaxınlaşdıqdan sonra onları elə bir dərd və qəm-qüssə bürüyəcək ki, onlar buna nə tab gətirəcək, nə də dözə biləcəklər. Onda onlardan bəziləri digərlərinə deyəcəklər: “Nə vəziyyətə düşdüyünüzü görmürsünüzmü? Başınıza nələr gəldiyini görmürsünüzmü? Bəlkə Rəbbinizin yanında sizin üçün şəfaət edəcək bir adam tapasınız?” Onda insanların bəziləri digərlərinə deyəcək: “Haydı, Adəmin yanına gedin!” Onlar da Adəmin ﵇ yanına gəlib ona deyəcəklər: “Ey Adəm! Sən bəşəriyyətin atasısan! Allah səni Öz Əli ilə yaratmış, Öz Ruhundan sənə üfürmüş, sonra da mələklərə əmr etmiş və onlar sənə səcdə etmişlər. Elə isə Rəbbinin yanında bizdən ötrü şəfaətçi ol! Məgər sən bizim nə vəziyyətdə olduğumuzu, başımıza nələr gəldiyini görmürsənmi?!” Adəm deyəcək: “Bu gün Rəbbim elə qəzəblənmişdir ki, O bundan əvvəl heç vaxt belə qəzəblənməmiş və bundan sonra əsla belə qəzəblənməyəcək. O mənə bir ağaca yaxınlaşmağı qadağan etdi, lakin mən Ona asi oldum. Ah, nəfsim, nəfsim! Gedin başqasının yanına. Gedin Nuhun yanına!” Onlar Nuhun ﵇ yanına gəlib deyəcəklər: “Ey Nuh! Sən yer üzünə göndərilmiş ilk elçisən. Özünü də Allah “şükür edən bəndə” adlandırmışdır. Elə isə Rəbbinin yanında bizdən ötrü şəfaət et! Məgər sən bizim nə vəziyyətdə olduğumuzu, başımıza nələr gəldiyini görmürsənmi?!” Nuh onlara deyəcək: “Bu gün Rəbbim elə qəzəblənmişdir ki, O bundan əvvəl heç vaxt belə qəzəblənməmiş və bundan sonra əsla belə qəzəblənməyəcək. Mənim dua etməyə imkanım var idi, lakin mən qövmümün əleyhinə bəddua etdim. Ah, nəfsim, nəfsim! Gedin İbrahimin ﷺ yanına!” Onlar İbrahimin yanına gəlib deyəcəklər: “Sən həm Allahın peyğəmbəri, həm də yer əhli arasında Allahın ən sevimli dostusan. Elə isə Rəbbinin yanında bizdən ötrü şəfaətçi ol! Məgər sən bizim nə vəziyyətdə olduğumuzu, başımıza nələr gəldiyini görmürsənmi?!” İbrahim onlara deyəcək: “Bu gün Rəbbim elə qəzəblənmişdir ki, O bundan əvvəl heç vaxt belə qəzəblənməmiş və bundan sonra əsla belə qəzəblənməyəcək”. Sonra o: “(Üç dəfə) yalan danışdığını xatırlayacaq və deyəcək: “Ah, nəfsim, nəfsim! Gedin başqasının yanına. Gedin Musanın yanına!” Onlar Musanın ﷺ yanına gəlib deyəcəklər: “Ey Musa! Sən Allahın elçisisən, Allah Öz risaləti ilə, üstəlik səninlə bilavasitə danışmaqla səni digər insanlardan üstün etmişdir. Elə isə Rəbbinin yanında bizdən ötrü şəfaətçi ol! Məgər sən bizim nə vəziyyətdə olduğumuzu, başımıza nələr gəldiyini görmürsənmi?!” Musa ﷺ onlara deyəcək: “Bu gün Rəbbim elə qəzəblənmişdir ki, O bundan əvvəl heç vaxt belə qəzəblənməmiş və bundan sonra əsla belə qəzəblənməyəcəkdir. Mən adam öldürmüşəm. Halbuki onu öldürmək mənə əmr edilməmişdi. Ah, nəfsim, nəfsim! Gedin İsanın ﷺ yanına!” Onlar İsanın yanına gəlib deyəcəklər: “Ey İsa! Sən Allahın elçisisən. Sən hələ körpə ikən beşikdə insanlarla danışırdın. Sən həm Allahın Məryəmə göndərdiyi Kəlməsi, həm də Onun Ruhundansan. Elə isə Rəbbinin yanında bizdən ötrü şəfaətçi ol! Məgər sən bizim nə vəziyyətdə olduğumuzu, başımıza nələr gəldiyini görmürsənmi?!” İsa ﷺ onlara deyəcək: “Bu gün Rəbbim elə qəzəblənmişdir ki, O bundan əvvəl heç vaxt belə qəzəblənməmiş və bundan sonra əsla belə qəzəblənməyəcək”. İsa öz xətasını onlara bildirməyəcək, yalnız bunu deyəcək: “Ah, nəfsim, nəfsim! Gedin başqasının yanına. Gedin Muhəmmədin ﷺ yanına!” Onlar mənim yanıma gəlib deyəcəklər: “Ey Muhəmməd! Sən həm Allahın elçisi, həm də peyğəmbərlərin sonuncususan. Allah sənin keçmiş və gələcək günahlarını bağışlamışdır. Elə isə Rəbbinin yanında bizdən ötrü şəfaətçi ol! Məgər sən bizim nə vəziyyətdə olduğumuzu, başımıza nələr gəldiyini görmürsənmi?!” Onda mən Ərşin altına gəlib Rəbbimin qarşısında səcdə edəcəyəm. Sonra Allah mənə (elə bir şüur) bəxş edəcək, Özünə edilən həmd-sənalardan və ən gözəl təriflərdən elə bir ilham verəcək ki, məndən əvvəl heç kəsə beləsini verməmişdir. Sonra mənə belə buyurulacaq: “Ey Muhəmməd! Başını qaldır və istə, sənə istədiyin veriləcək, şəfaət et, şəfaətin qəbul olunacaq”. Mən başımı qaldırıb deyəcəyəm: “Ya Rəbbim! Ümmətim, ümmətim!” Onda mənə belə buyurulacaq: “Ey Muhəmməd! Ümmətindən sorğu-suala çəkilməyəcək kimsələri Cənnət qapılarından – sağ qapısından içəri daxil et! Halbuki onlar başqa insanlarla birlikdə Cənnətin digər qapılarından da keçə bilərlər”. Muhəmmədin canı Əlində Olana and olsun ki, Cənnət qapılarındakı laylardan hər iki lay arasındakı məsafə Məkkə ilə Həcər, yaxud Məkkə ilə Busra arasındakı məsafə qədərdir”.”

Əbu Hureyra
Muslim, 501 (İman, 400)Səhih

حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ سَلاَّمِ بْنِ عُبَيْدِ اللَّهِ الْجُمَحِىُّ حَدَّثَنَا الرَّبِيعُ - يَعْنِى ابْنَ مُسْلِمٍ - عَنْ مُحَمَّدِ بْنِ زِيَادٍ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « يَدْخُلُ مِنْ أُمَّتِى الْجَنَّةَ سَبْعُونَ أَلْفًا بِغَيْرِ حِسَابٍ ». فَقَالَ رَجُلٌ يَا رَسُولَ اللَّهِ ادْعُ اللَّهَ أَنْ يَجْعَلَنِى مِنْهُمْ. قَالَ « اللَّهُمَّ اجْعَلْهُ مِنْهُمْ ». ثُمَّ قَامَ آخَرُ فَقَالَ يَا رَسُولَ اللَّهِ ادْعُ اللَّهَ أَنْ يَجْعَلَنِى مِنْهُمْ. قَالَ « سَبَقَكَ بِهَا عُكَّاشَةُ ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ: “Ümmətimdən yetmiş min nəfər sorğu-sualsız Cənnətə girəcək”, – deyə buyurdu. Bu vaxt bir nəfər: “Ey Allahın Elçisi! Allaha dua et, məni onlardan etsin!”, – dedi. Peyğəmbər ﷺ də: “Allahım! Bunu o kəslərdən et!”, – deyə dua etdi. Sonra başqa birisi qalxıb: “Ey Allahın Elçisi! Allaha dua et, məni də onlardan etsin!”, – dedi. Peyğəmbər ﷺ buyurdu: “Bu məsələdə Ukkaşə səni qabaqladı”.”

Əbu Hureyra
Muslim, 542 (İman, 441)Səhih

حَدَّثَنِى حَرْمَلَةُ بْنُ يَحْيَى أَخْبَرَنَا ابْنُ وَهْبٍ قَالَ أَخْبَرَنِى يُونُسُ عَنِ ابْنِ شِهَابٍ قَالَ حَدَّثَنِى سَعِيدُ بْنُ الْمُسَيَّبِ أَنَّ أَبَا هُرَيْرَةَ حَدَّثَهُ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « يَدْخُلُ مِنْ أُمَّتِى زُمْرَةٌ هُمْ سَبْعُونَ أَلْفًا تُضِىءُ وُجُوهُهُمْ إِضَاءَةَ الْقَمَرِ لَيْلَةَ الْبَدْرِ ». قَالَ أَبُو هُرَيْرَةَ فَقَامَ عُكَّاشَةُ بْنُ مِحْصَنٍ الأَسَدِىُّ يَرْفَعُ نَمِرَةً عَلَيْهِ فَقَالَ يَا رَسُولَ اللَّهِ ادْعُ اللَّهَ أَنْ يَجْعَلَنِى مِنْهُمْ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « اللَّهُمَّ اجْعَلْهُ مِنْهُمْ » ثُمَّ قَامَ رَجُلٌ مِنَ الأَنْصَارِ فَقَالَ يَا رَسُولَ اللَّهِ ادْعُ اللَّهَ أَنْ يَجْعَلَنِى مِنْهُمْ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « سَبَقَكَ بِهَا عُكَّاشَةُ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Ümmətimdən yetmiş min nəfərlik bir zümrə Cənnətə girəcək. Onların üzü bədr gecəsindəki ay kimi nur saçacaqdır”. Əbu Hureyra dedi: “Bunu eşidəndə Ukkaşə ibn Mihsən əl-Əsədi əynində olan bəbir dərisinə bənzər bürüncəyinin ətəyini çəkərək ayağa qalxıb dedi: “Ey Allahın Elçisi! Allaha dua et, məni onlardan etsin!” Peyğəmbər ﷺ də: “Allahım! Bunu o kəslərdən et!”, – deyə dua etdi. Sonra ənsardan olan başqa birisi qalxıb: “Ey Allahın Elçisi! Allaha dua et, məni də onlardan etsin!”, – dedi. Peyğəmbər ﷺ buyurdu: “Bu məsələdə Ukkaşə səni qabaqladı”.”

Əbu Hureyra
Muslim, 544 (İman, 443)Səhih

حَدَّثَنَا يَحْيَى بْنُ خَلَفٍ الْبَاهِلِىُّ حَدَّثَنَا الْمُعْتَمِرُ عَنْ هِشَامِ بْنِ حَسَّانَ عَنْ مُحَمَّدٍ - يَعْنِى ابْنَ سِيرِينَ - قَالَ حَدَّثَنِى عِمْرَانُ قَالَ قَالَ نَبِىُّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « يَدْخُلُ الْجَنَّةَ مِنْ أُمَّتِى سَبْعُونَ أَلْفًا بِغَيْرِ حِسَابٍ ». قَالُوا وَمَنْ هُمْ يَا رَسُولَ اللَّهِ قَالَ « هُمُ الَّذِينَ لاَ يَكْتَوُونَ وَلاَ يَسْتَرْقُونَ وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ ». فَقَامَ عُكَّاشَةُ فَقَالَ ادْعُ اللَّهَ أَنْ يَجْعَلَنِى مِنْهُمْ. قَالَ « أَنْتَ مِنْهُمْ ». قَالَ فَقَامَ رَجُلٌ فَقَالَ يَا نَبِىَّ اللَّهِ ادْعُ اللَّهَ أَنْ يَجْعَلَنِى مِنْهُمْ. قَالَ « سَبَقَكَ بِهَا عُكَّاشَةُ ».

“Rəvayət edilir ki, İmran ﵁ demişdir: “Bir dəfə Allahın Peyğəmbəri ﷺ belə buyurdu: “Ümmətimdən yetmiş min nəfər sorğu-sualsız Cənnətə girəcək”. Səhabələr soruşdular: “Onlar kimdir, ey Allahın Elçisi?” Peyğəmbər ﷺ buyurdu: “Bunlar (müalicə məqsədilə) bədənlərinə dağ basmayan, özlərinə ruqyə oxunmasını tələb etməyən və yalnız Rəbbinə təvəkkül edənlərdir”. Bu vaxt Ukkaşə ayağa qalxıb dedi: “Allaha dua et, məni onlardan etsin!” Peyğəmbər ﷺ: “Sən onlardansan!”, – dedi. Sonra başqa bir adam ayağa qalxıb: “Ey Allahın Peyğəmbəri! Allaha dua et, məni də onlardan etsin!”, – dedi. Peyğəmbər ﷺ buyurdu: “Bu məsələdə Ukkaşə səni qabaqladı”.”

İmran
Muslim, 546 (İman, 445)Səhih

حَدَّثَنَا سَعِيدُ بْنُ مَنْصُورٍ حَدَّثَنَا هُشَيْمٌ أَخْبَرَنَا حُصَيْنُ بْنُ عَبْدِ الرَّحْمَنِ قَالَ كُنْتُ عِنْدَ سَعِيدِ بْنِ جُبَيْرٍ فَقَالَ أَيُّكُمْ رَأَى الْكَوْكَبَ الَّذِى انْقَضَّ الْبَارِحَةَ قُلْتُ أَنَا. ثُمَّ قُلْتُ أَمَا إِنِّى لَمْ أَكُنْ فِى صَلاَةٍ وَلَكِنِّى لُدِغْتُ. قَالَ فَمَاذَا صَنَعْتَ قُلْتُ اسْتَرْقَيْتُ. قَالَ فَمَا حَمَلَكَ عَلَى ذَلِكَ قُلْتُ حَدِيثٌ حَدَّثَنَاهُ الشَّعْبِىُّ. فَقَالَ وَمَا حَدَّثَكُمُ الشَّعْبِىُّ قُلْتُ حَدَّثَنَا عَنْ بُرَيْدَةَ بْنِ حُصَيْبٍ الأَسْلَمِىِّ أَنَّهُ قَالَ لاَ رُقْيَةَ إِلاَّ مِنْ عَيْنٍ أَوْ حُمَةٍ. فَقَالَ قَدْ أَحْسَنَ مَنِ انْتَهَى إِلَى مَا سَمِعَ وَلَكِنْ حَدَّثَنَا ابْنُ عَبَّاسٍ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « عُرِضَتْ عَلَىَّ الأُمَمُ فَرَأَيْتُ النَّبِىَّ وَمَعَهُ الرُّهَيْطُ وَالنَّبِىَّ وَمَعَهُ الرَّجُلُ وَالرَّجُلاَنِ وَالنَّبِىَّ لَيْسَ مَعَهُ أَحَدٌ إِذْ رُفِعَ لِى سَوَادٌ عَظِيمٌ فَظَنَنْتُ أَنَّهُمْ أُمَّتِى فَقِيلَ لِى هَذَا مُوسَى صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَقَوْمُهُ وَلَكِنِ انْظُرْ إِلَى الأُفُقِ. فَنَظَرْتُ فَإِذَا سَوَادٌ عَظِيمٌ فَقِيلَ لِى انْظُرْ إِلَى الأُفُقِ الآخَرِ. فَإِذَا سَوَادٌ عَظِيمٌ فَقِيلَ لِى هَذِهِ أُمَّتُكَ وَمَعَهُمْ سَبْعُونَ أَلْفًا يَدْخُلُونَ الْجَنَّةَ بِغَيْرِ حِسَابٍ وَلاَ عَذَابٍ ». ثُمَّ نَهَضَ فَدَخَلَ مَنْزِلَهُ فَخَاضَ النَّاسُ فِى أُولَئِكَ الَّذِينَ يَدْخُلُونَ الْجَنَّةَ بِغَيْرِ حِسَابٍ وَلاَ عَذَابٍ فَقَالَ بَعْضُهُمْ فَلَعَلَّهُمُ الَّذِينَ صَحِبُوا رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. وَقَالَ بَعْضُهُمْ فَلَعَلَّهُمُ الَّذِينَ وُلِدُوا فِى الإِسْلاَمِ وَلَمْ يُشْرِكُوا بِاللَّهِ. وَذَكَرُوا أَشْيَاءَ فَخَرَجَ عَلَيْهِمْ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « مَا الَّذِى تَخُوضُونَ فِيهِ ». فَأَخْبَرُوهُ فَقَالَ « هُمُ الَّذِينَ لاَ يَرْقُونَ وَلاَ يَسْتَرْقُونَ وَلاَ يَتَطَيَّرُونَ وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ ». فَقَامَ عُكَّاشَةُ بْنُ مِحْصَنٍ فَقَالَ ادْعُ اللَّهَ أَنْ يَجْعَلَنِى مِنْهُمْ. فَقَالَ « أَنْتَ مِنْهُمْ » ثُمَّ قَامَ رَجُلٌ آخَرُ فَقَالَ ادْعُ اللَّهَ أَنْ يَجْعَلَنِى مِنْهُمْ. فَقَالَ « سَبَقَكَ بِهَا عُكَّاشَةُ ».

“Rəvayət edilir ki, Husayn ibn Abdur-Rahmən ﵀ demişdir: “Mən Səid ibn Cubeyrin yanında ikən o bizdən: “Dünən gecə düşən ulduzu hansınız gördü?”, – deyə soruşduqda dedim: “Mən gördüm, çünki həmin vaxt mən namazda deyildim, məni əqrəb sancmışdı”. O: “Sən nə etdin?”, – deyə soruşdu. Mən dedim: “Bir kəsdən mənə ovsun oxumağını tələb etdim”. O soruşdu: “Bunu etməyə səni sövq edən nə idi?” Mən dedim: “Şəbinin bizə rəvayət etdiyi bir hədis”. Soruşdu: “Şəbi sizə nə rəvayət etmişdir?” Mən dedim: “O bizə Bureydə ibn Husayb əl-Əsləminin belə rəvayət etdiyini xəbər vermişdir: “Yalnız göz dəymiş və ya (əqrəb və s. tərəfindən) sancılmış (adamı müalicə etmək məqsədilə) ovsun oxumaq olar”. Səid ibn Cubeyr dedi: “Eşitdiyi ilə kifayətlənən kimsə nə gözəl iş görmüşdür! Lakin İbn Abbas Peyğəmbərin ﷺ belə buyurduğunu rəvayət etmişdir: “Ümmətlər mənə göstərildi. Mən peyğəmbər gördüm ki, yanında bir toplum adam var idi. Başqa bir peyğəmbər gördüm ki, yanında bir və ya iki adam var idi. Elə bir peyğəmbər də gördüm ki, yanında heç kəs yox idi. Həmin vaxt mənə böyük bir qaraltı göstərildi. Mən onların ümmətim olduğunu zənn etdim. Mənə deyildi: “Bu, Musa ﷺ və onun qövmüdür. Sən üfüqə doğru bax”. Mən ora baxdım və orada böyük bir qaraltı gördüm. Mənə yenə deyildi: “Üfüqün digər tərəfinə bax!” Mən daha əzəmətli bir qaraltı gördüm. Mənə deyildi: “Bu sənin ümmətindir. Onlardan yetmiş min nəfəri sorğu-sual olunmadan və əzab çəkmədən Cənnətə girəcək”. Bunu deyəndən sonra Allah Elçisi ﷺ qalxıb evinə daxil oldu. Camaat sorğu-suala çəkilmədən və əzaba düçar olmadan Cənnətə girəcək o kimsələr barədə ixtilafa düşdü. Bəziləri dedilər: “Yəqin ki, bunlar Allah Elçisinə ﷺ yoldaş olmuş kimsələrdir”. Bəziləri də dedilər: “Ola bilsin ki, bunlar İslam dini gəldikdən sonra doğulmuş və Allaha şərik qoşmamış kimsələrdir”. Beləcə, onlar bir çox şeylər yad etdilər. Bu vaxt Allah Elçisi ﷺ bayıra çıxdı və soruşdu: “Nə haqda mübahisə edirsiniz?” Səhabələr mübahisə etdikləri məsələ barədə ona xəbər verdilər. Onda Allah Elçisi ﷺ buyurdu: “Bunlar ovsun oxumayan, özlərinə ovsun oxunmasını tələb etməyən, (hər hansı bir hadisəni) uğursuzluq əlaməti hesab etməyən və yalnız Rəbbinə təvəkkül edən kimsələrdir”. Bu vaxt Ukkaşə ibn Mihsan ayağa qalxıb dedi: “Allaha dua et, məni onlardan etsin!” Allah Elçisi ﷺ buyurdu: “Sən onlardansan!” Sonra başqa bir adam ayağa qalxıb dedi: “Allaha dua et, məni də onlardan etsin!” Allah Elçisi ﷺ buyurdu: “Bu məsələdə Ukkaşə səni qabaqladı”.”

Husayn ibn Abdur-Rahmən
Muslim, 549 (İman, 448)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ نُمَيْرٍ حَدَّثَنَا أَبِى حَدَّثَنَا مَالِكٌ - وَهْوَ ابْنُ مِغْوَلٍ - عَنْ أَبِى إِسْحَاقَ عَنْ عَمْرِو بْنِ مَيْمُونٍ عَنْ عَبْدِ اللَّهِ قَالَ خَطَبَنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَسْنَدَ ظَهْرَهُ إِلَى قُبَّةِ أَدَمٍ فَقَالَ « أَلاَ لاَ يَدْخُلُ الْجَنَّةَ إِلاَّ نَفْسٌ مُسْلِمَةٌ اللَّهُمَّ هَلْ بَلَّغْتُ اللَّهُمَّ اشْهَدْ. أَتُحِبُّونَ أَنَّكُمْ رُبُعُ أَهْلِ الْجَنَّةِ ». فَقُلْنَا نَعَمْ يَا رَسُولَ اللَّهِ. فَقَالَ « أَتُحِبُّونَ أَنْ تَكُونُوا ثُلُثَ أَهْلِ الْجَنَّةِ ». قَالُوا نَعَمْ يَا رَسُولَ اللَّهِ. قَالَ « إِنِّى لأَرْجُو أَنْ تَكُونُوا شَطْرَ أَهْلِ الْجَنَّةِ مَا أَنْتُمْ فِى سِوَاكُمْ مِنَ الأُمَمِ إِلاَّ كَالشَّعْرَةِ السَّوْدَاءِ فِى الثَّوْرِ الأَبْيَضِ أَوْ كَالشَّعْرَةِ الْبَيْضَاءِ فِى الثَّوْرِ الأَسْوَدِ ».

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ kürəyini dəridən olan bir çadıra söykəmiş halda bizə xitab edərək belə buyurdu: “Bilin ki, Cənnətə yalnız müsəlman kimsə daxil olacaq. Allahım, təbliğ etdimmi?! Allahım, şahid ol! Siz Cənnət əhlinin dörddə biri olmaq istəyirsinizmi?” Biz: “Bəli, ey Allahın Elçisi!”, – deyə cavab verdik. Yenə soruşdu: “Cənnət əhlinin üçdə biri olmaq istəyirsinizmi?” Biz yenə: “Bəli, ey Allahın Elçisi!”, – deyə cavab verdik. Onda Peyğəmbər ﷺ buyurdu: “Mən sizin Cənnət əhlinin yarısını təşkil edəcəyinizə ümid edirəm. Siz digər ümmətlərlə müqayisədə ağ öküzün dərisindəki qara tük və ya qara öküzün dərisindəki ağ tük kimisiniz”.”

Abdullah
Muslim, 553 (İman, 452)Səhih

حَدَّثَنَا سَعِيدُ بْنُ مَنْصُورٍ وَقُتَيْبَةُ بْنُ سَعِيدٍ وَأَبُو كَامِلٍ الْجَحْدَرِىُّ - وَاللَّفْظُ لِسَعِيدٍ - قَالُوا حَدَّثَنَا أَبُو عَوَانَةَ عَنْ سِمَاكِ بْنِ حَرْبٍ عَنْ مُصْعَبِ بْنِ سَعْدٍ قَالَ دَخَلَ عَبْدُ اللَّهِ بْنُ عُمَرَ عَلَى ابْنِ عَامِرٍ يَعُودُهُ وَهُوَ مَرِيضٌ فَقَالَ أَلاَ تَدْعُو اللَّهَ لِى يَا ابْنَ عُمَرَ. قَالَ إِنِّى سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « لاَ تُقْبَلُ صَلاَةٌ بِغَيْرِ طُهُورٍ وَلاَ صَدَقَةٌ مِنْ غُلُولٍ ». وَكُنْتَ عَلَى الْبَصْرَةِ.

“Rəvayət edilir ki, Musab ibn Səd ﵀ demişdir: “İbn Amir xəstə ikən Abdullah ibn Ömər ona baş çəkdi və yanına daxil olduqda İbn Amir ona: “Ey Ömərin oğlu! Mənim üçün Allaha dua etməyəcəksənmi?”, – deyə müraciət etdi. İbn Ömər dedi: “Mən Allah Elçisinin ﷺ belə dediyini eşitmişəm: “Nə dəstəmazsız (və ya qüslsüz) namaz, nə də xəyanətlə əldə edilmiş maldan sədəqə qəbul olunar”. Sən də ki, (ey ibn Amir), Bəsrənin əmiri olmusan”.”

Musab ibn Səd
Muslim, 557 (Təharət, 2)Səhih

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا حَمَّادُ بْنُ زَيْدٍ وَقَالَ يَحْيَى أَيْضًا أَخْبَرَنَا هُشَيْمٌ كِلاَهُمَا عَنْ عَبْدِ الْعَزِيزِ بْنِ صُهَيْبٍ عَنْ أَنَسٍ - فِى حَدِيثِ حَمَّادٍ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا دَخَلَ الْخَلاَءَ وَفِى حَدِيثِ هُشَيْمٍ - أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا دَخَلَ الْكَنِيفَ قَالَ « اللَّهُمَّ إِنِّى أَعُوذُ بِكَ مِنَ الْخُبْثِ وَالْخَبَائِثِ ».

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ ayaqyoluna daxil olduğu zaman belə deyərdi: “Allahım, pislikdən və pis əməllərdən (erkək və dişi cinlərdən) Sənə sığınıram”.”

Ənəs
Muslim, 857 (Heyz, 153)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ مِهْرَانَ الرَّازِىُّ حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ حَدَّثَنَا الأَوْزَاعِىُّ عَنْ عَبْدَةَ أَنَّ عُمَرَ بْنَ الْخَطَّابِ كَانَ يَجْهَرُ بِهَؤُلاَءِ الْكَلِمَاتِ يَقُولُ سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ تَبَارَكَ اسْمُكَ وَتَعَالَى جَدُّكَ وَلاَ إِلَهَ غَيْرُكَ. وَعَنْ قَتَادَةَ أَنَّهُ كَتَبَ إِلَيْهِ يُخْبِرُهُ عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّهُ حَدَّثَهُ قَالَ صَلَّيْتُ خَلْفَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَبِى بَكْرٍ وَعُمَرَ وَعُثْمَانَ فَكَانُوا يَسْتَفْتِحُونَ بِ {الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ} لاَ يَذْكُرُونَ بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ فِى أَوَّلِ قِرَاءَةٍ وَلاَ فِى آخِرِهَا.

“Abdə ﵀ rəvayət edir ki, Ömər ibn əl-Xattab bu kəlmələri səsli şəkildə deyərdi: “Allahım, Sən pak və müqəddəssən! Həmd Sənə məxsusdur! Sənin adın mübarək, əzəmətin ucadır! Səndən başqa ibadətə layiq məbud yoxdur!” Rəvayət edilir ki, Qatədə Ənəs ibn Malikdən bir hədis yazdı: “Mən Peyğəmbərin ﷺ, Əbu Bəkrin, Ömərin və Osmanın arxasında namaz qıldım. Onlar namaza başladıqda “Əlhəmdu lillə:hi Rabil-A:ləmin!” deyər, nə əvvəldə, nə də axırda “Bismillə:hir-Rahmə:nir-Rahi:m!” deməzdilər”.”

Abdə
Muslim, 918 (Namaz, 56)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى وَمُحَمَّدُ بْنُ بَشَّارٍ - وَاللَّفْظُ لاِبْنِ الْمُثَنَّى - قَالاَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا شُعْبَةُ عَنِ الْحَكَمِ قَالَ سَمِعْتُ ابْنَ أَبِى لَيْلَى قَالَ لَقِيَنِى كَعْبُ بْنُ عُجْرَةَ فَقَالَ أَلاَ أُهْدِى لَكَ هَدِيَّةً خَرَجَ عَلَيْنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقُلْنَا قَدْ عَرَفْنَا كَيْفَ نُسَلِّمُ عَلَيْكَ فَكَيْفَ نُصَلِّى عَلَيْكَ قَالَ « قُولُوا اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ كَمَا صَلَّيْتَ عَلَى آلِ إِبْرَاهِيمَ إِنَّكَ حَمِيدٌ مَجِيدٌ اللَّهُمَّ بَارِكْ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ كَمَا بَارَكْتَ عَلَى آلِ إِبْرَاهِيمَ إِنَّكَ حَمِيدٌ مَجِيدٌ ».

“Rəvayət edilir ki, İbn Əbu Leyla ﵀ demişdir: “Bir dəfə Kəb ibn Ucra ilə rastlaşdım. O dedi: “Sənə hədiyyə verimmi? Bir dəfə Allah Elçisi ﷺ bizim yanımıza gəldi. Biz dedik: “Biz sənə salam deməyi öyrəndik, bəs sənə salavatı necə deyək?” Allah Elçisi ﷺ buyurdu: “Deyin: “Allahım! İbrahimin ailəsinə xeyir-dua verdiyin kimi, Muhəmmədə və Muhəmmədin ailəsinə də xeyir-dua ver! Həqiqətən, Sən tərifəlayiqsən, şan-şöhrətlisən! Allahım, İbrahimin ailəsinə bərəkət verdiyin kimi, Muhəmmədə və Muhəmmədin ailəsinə də bərəkət ver! Həqiqətən, Sən tərifəlayiqsən, şan-şöhrətlisən!””

İbn Əbu Leyla
Muslim, 935 (Namaz, 73)Səhih

حَدَّثَنَا يَحْيَى بْنُ أَيُّوبَ وَقُتَيْبَةُ وَابْنُ حُجْرٍ قَالُوا حَدَّثَنَا إِسْمَاعِيلُ - وَهُوَ ابْنُ جَعْفَرٍ - عَنِ الْعَلاَءِ عَنْ أَبِيهِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مَنْ صَلَّى عَلَىَّ وَاحِدَةً صَلَّى اللَّهُ عَلَيْهِ عَشْرًا ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim mənə bir dəfə salavat deyərsə, Allah ona on dəfə xeyir-dua edər”.”

Əbu Hureyra
Muslim, 939 (Namaz, 77)Səhih

حَدَّثَنِى أَبُو الطَّاهِرِ وَعَمْرُو بْنُ سَوَّادٍ قَالاَ أَخْبَرَنَا ابْنُ وَهْبٍ حَدَّثَنِى اللَّيْثُ بْنُ سَعْدٍ عَنْ جَعْفَرِ بْنِ رَبِيعَةَ عَنْ عَبْدِ الرَّحْمَنِ الأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « لَيَنْتَهِيَنَّ أَقْوَامٌ عَنْ رَفْعِهِمْ أَبْصَارَهُمْ عِنْدَ الدُّعَاءِ فِى الصَّلاَةِ إِلَى السَّمَاءِ أَوْ لَتُخْطَفَنَّ أَبْصَارُهُمْ ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bəzi toplumlar ya namazda dua edərkən gözlərini səmaya dikməyi tərk edəcəklər, ya da gözləri onlara geri qayıtmayacaq”.”

Əbu Hureyra
Muslim, 995 (Namaz, 133)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ وَوَكِيعٌ عَنِ الأَعْمَشِ عَنْ عُبَيْدِ بْنِ الْحَسَنِ عَنِ ابْنِ أَبِى أَوْفَى قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا رَفَعَ ظَهْرَهُ مِنَ الرُّكُوعِ قَالَ « سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ اللَّهُمَّ رَبَّنَا لَكَ الْحَمْدُ مِلْءَ السَّمَوَاتِ وَمِلْءَ الأَرْضِ وَمِلْءَ مَا شِئْتَ مِنْ شَىْءٍ بَعْدُ ».

“Rəvayət edilir ki, İbn Əbu Əufə ﵁ demişdir: “Peyğəmbər ﷺ rukudan qalxıb dikəldikdə deyərdi: “Allah Ona həmd edəni eşitdi. Allahım, ey Rəbbim, Sənə göylər dolusu, yer dolusu və bundan sonra istədiyin şeylər dolusu həmd olsun!””

İbn Əbu Əufə
Muslim, 1095 (Namaz, 233)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى وَابْنُ بَشَّارٍ قَالاَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا شُعْبَةُ عَنْ عُبَيْدِ بْنِ الْحَسَنِ قَالَ سَمِعْتُ عَبْدَ اللَّهِ بْنَ أَبِى أَوْفَى قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَدْعُو بِهَذَا الدُّعَاءِ « اللَّهُمَّ رَبَّنَا لَكَ الْحَمْدُ مِلْءَ السَّمَوَاتِ وَمِلْءَ الأَرْضِ وَمِلْءَ مَا شِئْتَ مِنْ شَىْءٍ بَعْدُ ».

“Rəvayət edilir ki, İbn Əbu Əufə ﵁ demişdir: “Allah Elçisi ﷺ dua edərək belə deyərdi: “Allahım, ey Rəbbim, Sənə göylər dolusu, yer dolusu və bundan sonra istədiyin şeylər dolusu həmd olsun!””

Abdullah ibn Əbu Əufə
Muslim, 1096 (Namaz, 234)Səhih

حَدَّثَنِى مُحَمَّدُ بْنُ الْمُثَنَّى وَابْنُ بَشَّارٍ قَالَ ابْنُ الْمُثَنَّى حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا شُعْبَةُ عَنْ مَجْزَأَةَ بْنِ زَاهِرٍ قَالَ سَمِعْتُ عَبْدَ اللَّهِ بْنَ أَبِى أَوْفَى يُحَدِّثُ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ كَانَ يَقُولُ « اللَّهُمَّ لَكَ الْحَمْدُ مِلْءَ السَّمَاءِ وَمِلْءَ الأَرْضِ وَمِلْءَ مَا شِئْتَ مِنْ شَىْءٍ بَعْدُ اللَّهُمَّ طَهِّرْنِى بِالثَّلْجِ وَالْبَرَدِ وَالْمَاءِ الْبَارِدِ اللَّهُمَّ طَهِّرْنِى مِنَ الذُّنُوبِ وَالْخَطَايَا كَمَا يُنَقَّى الثَّوْبُ الأَبْيَضُ مِنَ الْوَسَخِ ».

“Abdullah ibn Əbu Əufə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ dua edərək belə deyərdi: “Allahım, göylər dolusu, yer dolusu və bundan sonra istədiyin şeylər dolusu Sənə həmd olsun! Allahım, mənim günahlarımı qar, dolu və soyuq su ilə təmizlə! Allahım, ağ paltar kirdən təmizləndiyi kimi məni də günahlarımdan və xətalarımdan təmizlə!””

Abdullah ibn Əbu Əufə
Muslim, 1097 (Namaz, 235)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا هُشَيْمُ بْنُ بَشِيرٍ أَخْبَرَنَا هِشَامُ بْنُ حَسَّانَ عَنْ قَيْسِ بْنِ سَعْدٍ عَنْ عَطَاءٍ عَنِ ابْنِ عَبَّاسٍ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا رَفَعَ رَأْسَهُ مِنَ الرُّكُوعِ قَالَ « اللَّهُمَّ رَبَّنَا لَكَ الْحَمْدُ مِلْءَ السَّمَوَاتِ وَمِلْءَ الأَرْضِ وَمَا بَيْنَهُمَا وَمِلْءَ مَا شِئْتَ مِنْ شَىْءٍ بَعْدُ أَهْلَ الثَّنَاءِ وَالْمَجْدِ لاَ مَانِعَ لِمَا أَعْطَيْتَ وَلاَ مُعْطِىَ لِمَا مَنَعْتَ وَلاَ يَنْفَعُ ذَا الْجَدِّ مِنْكَ الْجَدُّ ».

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ başını rukudan qaldırdıqda (dua edərək) belə deyərdi: “Allahım, ey Rəbbimiz, göylər dolusu, yer dolusu və onların arasında olan şeylər dolusu Sənə həmd olsun! Ey tərif və şərəf sahibi! Sənin verdiyinə mane olacaq, mane olduğunu da verəcək bir kəs yoxdur. Sənin yanında heç bir hörmət sahibinə fayda verməz!””

İbn Abbas
Muslim, 1100 (Namaz, 238)Səhih

حَدَّثَنَا سَعِيدُ بْنُ مَنْصُورٍ وَأَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَزُهَيْرُ بْنُ حَرْبٍ قَالُوا حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ أَخْبَرَنِى سُلَيْمَانُ بْنُ سُحَيْمٍ عَنْ إِبْرَاهِيمَ بْنِ عَبْدِ اللَّهِ بْنِ مَعْبَدٍ عَنْ أَبِيهِ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ كَشَفَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ السِّتَارَةَ وَالنَّاسُ صُفُوفٌ خَلْفَ أَبِى بَكْرٍ فَقَالَ « أَيُّهَا النَّاسُ إِنَّهُ لَمْ يَبْقَ مِنْ مُبَشِّرَاتِ النُّبُوَّةِ إِلاَّ الرُّؤْيَا الصَّالِحَةُ يَرَاهَا الْمُسْلِمُ أَوْ تُرَى لَهُ أَلاَ وَإِنِّى نُهِيتُ أَنْ أَقْرَأَ الْقُرْآنَ رَاكِعًا أَوْ سَاجِدًا فَأَمَّا الرُّكُوعُ فَعَظِّمُوا فِيهِ الرَّبَّ عَزَّ وَجَلَّ وَأَمَّا السُّجُودُ فَاجْتَهِدُوا فِى الدُّعَاءِ فَقَمِنٌ أَنْ يُسْتَجَابَ لَكُمْ ».

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ (Aişənin otağında olan) pərdəni açdı. Camaat Əbu Bəkrin arxasında cərgə-cərgə durmuşdu. Allah Elçisi ﷺ buyurdu: “Ey insanlar! Həqiqətən, peyğəmbərliyin möcüzələrindən müsəlmanın gördüyü və ya ona göstərilən saleh yuxudan başqa heç nə qalmamışdır. Mənə rukuda və səcdədə Quran oxumaq qadağan edildi. Rukuda Rəbbi ﷿ təzim edim, səcdədə isə dua etməyə çalışın, çünki səcdə halında edilən dua qəbul olmağa daha layiqdir”.”

İbn Abbas
Muslim, 1102 (Namaz, 240)Səhih

قَالَ أَبُو بَكْرٍ حَدَّثَنَا سُفْيَانُ عَنْ سُلَيْمَانَ حَدَّثَنَا يَحْيَى بْنُ أَيُّوبَ حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ جَعْفَرٍ أَخْبَرَنِى سُلَيْمَانُ بْنُ سُحَيْمٍ عَنْ إِبْرَاهِيمَ بْنِ عَبْدِ اللَّهِ بْنِ مَعْبَدِ بْنِ عَبَّاسٍ عَنْ أَبِيهِ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَبَّاسٍ قَالَ كَشَفَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ السِّتْرَ وَرَأْسُهُ مَعْصُوبٌ فِى مَرَضِهِ الَّذِى مَاتَ فِيهِ فَقَالَ « اللَّهُمَّ هَلْ بَلَّغْتُ ». ثَلاَثَ مَرَّاتٍ « إِنَّهُ لَمْ يَبْقَ مِنْ مُبَشِّرَاتِ النُّبُوَّةِ إِلاَّ الرُّؤْيَا يَرَاهَا الْعَبْدُ الصَّالِحُ أَوْ تُرَى لَهُ ». ثُمَّ ذَكَرَ بِمِثْلِ حَدِيثِ سُفْيَانَ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ (Aişənin otağında olan) pərdəni açdı. Vəfatına səbəb olan bu xəstəlik zamanı başı (dəsmal ilə) sarınmışdı. Peyğəmbər ﷺ üç dəfə: “Allahım, təbliğ etdimmi?”- dedi, sonra bunları buyurdu: “Həqiqətən, müsəlmanın gördüyü və ya ona göstərilən saleh yuxudan başqa peyğəmbərliyin möcüzələrindən heç nə qalmamışdır...”. Sonra Ravi Süfyan hədisi yuxarıdakı kimi rəvayət etdi.”

İbn Abbas
Muslim, 1103 (Namaz, 241)Səhih

وَحَدَّثَنِى أَبُو الطَّاهِرِ وَيُونُسُ بْنُ عَبْدِ الأَعْلَى قَالاَ أَخْبَرَنَا ابْنُ وَهْبٍ أَخْبَرَنِى يَحْيَى بْنُ أَيُّوبَ عَنْ عُمَارَةَ بْنِ غَزِيَّةَ عَنْ سُمَىٍّ مَوْلَى أَبِى بَكْرٍ عَنْ أَبِى صَالِحٍ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقُولُ فِى سُجُودِهِ « اللَّهُمَّ اغْفِرْ لِى ذَنْبِى كُلَّهُ دِقَّهُ وَجِلَّهُ وَأَوَّلَهُ وَآخِرَهُ وَعَلاَنِيَتَهُ وَسِرَّهُ ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ səcdələrində belə deyərdi: “Allahım, günahlarımın hamısını – kiçiyini və böyüyünü, birincisini və axırıncısını, aşkarını və gizlinini bağışla!””

Əbu Hureyra
Muslim, 1112 (Namaz, 250)Səhih

حَدَّثَنَا زُهَيْرُ بْنُ حَرْبٍ وَإِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ زُهَيْرٌ حَدَّثَنَا جَرِيرٌ عَنْ مَنْصُورٍ عَنْ أَبِى الضُّحَى عَنْ مَسْرُوقٍ عَنْ عَائِشَةَ قَالَتْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُكْثِرُ أَنْ يَقُولَ فِى رُكُوعِهِ وَسُجُودِهِ « سُبْحَانَكَ اللَّهُمَّ رَبَّنَا وَبِحَمْدِكَ اللَّهُمَّ اغْفِرْ لِى ». يَتَأَوَّلُ الْقُرْآنَ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ ruku və səcdələrində belə deyərdi: “Allahım, ey Rəbbimiz, Sən pak və müqəddəssən, Sənə həmd olsun! Allahım, məni bağışla!” O, Quranda (buyurulanı) yerinə yetirərdi”.”

Aişə
Muslim, 1113 (Namaz, 251)Səhih

حَدَّثَنِى مُحَمَّدُ بْنُ رَافِعٍ حَدَّثَنَا يَحْيَى بْنُ آدَمَ حَدَّثَنَا مُفَضَّلٌ عَنِ الأَعْمَشِ عَنْ مُسْلِمِ بْنِ صُبَيْحٍ عَنْ مَسْرُوقٍ عَنْ عَائِشَةَ قَالَتْ مَا رَأَيْتُ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مُنْذُ نَزَلَ عَلَيْهِ {إِذَا جَاءَ نَصْرُ اللَّهِ وَالْفَتْحُ} يُصَلِّى صَلاَةً إِلاَّ دَعَا أَوْ قَالَ فِيهَا « سُبْحَانَكَ رَبِّى وَبِحَمْدِكَ اللَّهُمَّ اغْفِرْ لِى ».

“Rəvayət edilir ki, Aişə ﵄ demişdir: “Mən Peyğəmbərə ﷺ “Allahın köməyi və qələbə gəldiyi zaman” (“ən-Nəsr” surəsi) endikdən sonra onun namaz qılıb dua etmədiyini və ya namazda belə “Ya Rəbb! Sən pak və müqəddəssən! Sənə həmd olsun! Allahım, məni bağışla!” demədiyini görmədim”.”

Aişə
Muslim, 1115 (Namaz, 253)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنَا إِسْمَاعِيلُ ، عَنْ عَبْدِ الْعَزِيزِ بْنِ صُهَيْبٍ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا دَخَلَ الْخَلاَءَ قَالَ : اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْخُبُثِ وَالْخَبَائِثِ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ ayaqyoluna girərkən belə deyərdi: ”Allahım, pislikdən və pis əməllərdən (erkək və dişi cinlərdən) Sənə sığınıram!””

Ənəs ibn Malik
Nəsəi, 19 (Təharət, 19)Səhih

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا جَرِيرٌ ، عَنْ عُمَارَةَ بْنِ الْقَعْقَاعِ ، عَنْ أَبِي زُرْعَةَ بْنِ عَمْرِو بْنِ جَرِيرٍ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا اسْتَفْتَحَ الصَّلاَةَ سَكَتَ هُنَيْهَةً . فَقُلْتُ : بِأَبِي أَنْتَ وَأُمِّي يَا رَسُولَ اللهِ ، مَا تَقُولُ فِي سُكُوتِكَ بَيْنَ التَّكْبِيرِ وَالْقِرَاءَةِ ؟ قَالَ أَقُولُ : اللَّهُمَّ بَاعِدْ بَيْنِي وَبَيْنَ خَطَايَايَ كَمَا بَاعَدْتَ بَيْنَ الْمَشْرِقِ وَالْمَغْرِبِ ، اللَّهُمَّ نَقِّنِي مِنْ خَطَايَايَ كَمَا يُنَقَّى الثَّوْبُ الأَبْيَضُ مِنَ الدَّنَسِ ، اللَّهُمَّ اغْسِلْنِي مِنْ خَطَايَايَ بِالثَّلْجِ وَالْمَاءِ وَالْبَرَدِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ namaza başladıqda (təkbir gətirdikdən sonra) bir qədər susardı. Mən dedim: “Atam-anam sənə fəda olsun, ey Allahın Elçisi! Sən təkbirlə qiraət arasında susduğun zaman nə deyirsən?“ O dedi: “Mən (namazda sükut edəndə belə) deyirəm: “Allahım, məğriblə məşriqin arasını uzaqlaşdırdığın kimi məni də günahlarımdan uzaqlaşdır! Allahım, ağ paltar kirdən təmizləndiyi kimi məni də günahlarımdan təmizlə! Allahım, mənim günahlarımı qar, su və dolu ilə yu!””

Əbu Hureyra
Nəsəi, 60 (Təharət, 60)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ أَنْبَأَنَا جَرِيرٌ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ قَالَتْ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : اللَّهُمَّ اغْسِلْ خَطَايَاىَ بِمَاءِ الثَّلْجِ وَالْبَرَدِ وَنَقِّ قَلْبِى مِنَ الْخَطَايَا كَمَا نَقَّيْتَ الثَّوْبَ الأَبْيَضَ مِنَ الدَّنَسِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ (dua edərək) belə deyərdi: “Allahım, günahlarımı qar suyu və dolu ilə yu! Ağ paltarı kirdən təmizlədiyin kimi qəlbimi günahlardan təmizlə!””

Aişə
Nəsəi, 61 (Təharət, 61)Səhih

أَخْبَرَنَا بِشْرُ بْنُ هِلاَلٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْوَارِثِ ، عَنْ أَيُّوبَ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا نَعَسَ الرَّجُلُ وَهُوَ فِي الصَّلاَةِ فَلْيَنْصَرِفْ ، لَعَلَّهُ يَدْعُو عَلَى نَفْسِهِ وَهُوَ لاَ يَدْرِي.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən birinizi namazda mürgü tutsa, namazdan uzaqlaşsın. O, özü də bilmədən özünə qarşı bəd dua edə bilər”.”

Aişə
Nəsəi, 162 (Təharət, 162)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ وَنُصَيْرُ بْنُ الْفَرَجِ وَاللَّفْظُ لَهُ قَالاَ : حَدَّثَنَا أَبُو أُسَامَةَ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ مُحَمَّدِ بْنِ يَحْيَى بْنِ حَبَّانَ ، عَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ : فَقَدْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ لَيْلَةٍ فَجَعَلْتُ أَطْلُبُهُ بِيَدِي فَوَقَعَتْ يَدِي عَلَى قَدَمَيْهِ وَهُمَا مَنْصُوبَتَانِ وَهُوَ سَاجِدٌ يَقُولُ : أَعُوذُ بِرِضَاكَ مِنْ سَخَطِكَ ، وَبِمُعَافَاتِكَ مِنْ عُقُوبَتِكَ ، وَأَعُوذُ بِكَ مِنْكَ لاَ أُحْصِي ثَنَاءً عَلَيْكَ أَنْتَ كَمَا أَثْنَيْتَ عَلَى نَفْسِكَ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir dəfə gecə vaxtı Peyğəmbərin ﷺ olmadığını hiss edib əlimlə onu axtarmağa başladım. Əlim onun ayaqlarına dəydi. Onun ayaqları dikili vəziyyətdə səcdə halında idi və belə dua edirdi: “Sənin qəzəbindən razılığına, cəzandan əfvinə sığınıram! Səndən Sənə pənah aparıram! Mən Səni (layiqincə) tərif edə bilmərəm. Sən Özün Özünü tərif etdiyin kimisən!””

Aişə
Nəsəi, 169 (Təharət, 169)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنَا جَرِيرٌ ، عَنِ الشَّيْبَانِيِّ ، عَنْ أَبِي بُرْدَةَ ، عَنْ حُذَيْفَةَ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا لَقِيَ الرَّجُلَ مِنْ أَصْحَابِهِ مَاسَحَهُ وَدَعَا لَهُ . قَالَ : فَرَأَيْتُهُ يَوْمًا بُكْرَةً فَحِدْتُ عَنْهُ ، ثُمَّ أَتَيْتُهُ حِينَ ارْتَفَعَ النَّهَارُ فَقَالَ : إِنِّي رَأَيْتُكَ فَحِدْتَ عَنِّي . فَقُلْتُ : إِنِّي كُنْتُ جُنُبًا فَخَشِيتُ أَنْ تَمَسَّنِي . فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنَّ الْمُسْلِمَ لاَ يَنْجُسُ.

“Rəvayət edilir ki, Huzeyfə ﵁ demişdir: “Allah Elçisi ﷺ səhabələrindən birini gördükdə, onunla əl ilə görüşər və onun üçün dua edərdi”. Huzeyfə deyir: “Bir gün onu səhər vaxtı gördüm və ondan uzaqlaşdım. Sonra günorta olanda onun yanına gəldim. O dedi: “Mən səni görmüşdüm, lakin sən məndən uzaqlaşdın”. Mən dedim: “Mən cənabət halında idim və sənin mənə toxunmağından qorxdum (ehtiyat etdim)”. Allah Elçisi ﷺ buyurdu: “Həqiqətən, müsəlman murdar olmur”.”

Huzeyfə
Nəsəi, 267 (Təharət, 267)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ عُثْمَانَ بْنِ حَكِيمٍ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، يَعْنِي ابْنَ مَخْلَدٍ ، قَالَ : حَدَّثَنَا عَلِيٌّ وَهُوَ ابْنُ صَالِحٍ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ عَمْرِو بْنِ مَيْمُونٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ فِي بَيْتِ الْمَالِ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي عِنْدَ الْبَيْتِ وَمَلَأٌ مِنْ قُرَيْشٍ جُلُوسٌ وَقَدْ نَحَرُوا جَزُورًا فَقَالَ بَعْضُهُمْ : أَيُّكُمْ يَأْخُذُ هَذَا الْفَرْثَ بِدَمِهِ ، ثُمَّ يُمْهِلُهُ حَتَّى يَضَعَ وَجْهَهُ سَاجِدًا فَيَضَعُهُ ؟ - يَعْنِي عَلَى ظَهْرِهِ - قَالَ عَبْدُ اللهِ : فَانْبَعَثَ أَشْقَاهَا فَأَخَذَ الْفَرْثَ فَذَهَبَ بِهِ ، ثُمَّ أَمْهَلَهُ ، فَلَمَّا خَرَّ سَاجِدًا وَضَعَهُ عَلَى ظَهْرِهِ ، فَأُخْبِرَتْ فَاطِمَةُ بِنْتُ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهِيَ جَارِيَةٌ ، فَجَاءَتْ تَسْعَى فَأَخَذَتْهُ مِنْ ظَهْرِهِ ، فَلَمَّا فَرَغَ مِنْ صَلاَتِهِ قَالَ : اللَّهُمَّ عَلَيْكَ بِقُرَيْشٍ - ثَلاَثَ مَرَّاتٍ - اللَّهُمَّ عَلَيْكَ بِأَبِي جَهْلِ بْنِ هِشَامٍ وَشَيْبَةَ بْنِ رَبِيعَةَ وَعُتْبَةَ بْنِ رَبِيعَةَ وَعُقْبَةَ بْنِ أَبِي مُعَيْطٍ حَتَّى عَدَّ سَبْعَةً مِنْ قُرَيْشٍ قَالَ عَبْدُ اللهِ : فَوَالَّذِي أَنْزَلَ عَلَيْهِ الْكِتَابَ لَقَدْ رَأَيْتُهُمْ صَرْعَى يَوْمَ بَدْرٍ فِي قَلِيبٍ وَاحِدٍ.

“Rəvayət edilir ki, Amr ibn Məymun ﵁ demişdir: “Abdullah Beytulmal haqda danışaraq dedi: “Allah Elçisi ﷺ Evin (Kəbənin) yanında namaz qıldığı vaxt Qureyşdən bir neçə insan orada oturmuşdu. Onlar dəvə kəsmişdilər və onlardan bəziləri dedilər: “Sizdən kim bu heyvan içalatını qanlı-qanlı götürüb (Peyğəmbəri ﷺ qəsd edərək) o, üzünü səcdə etdikdə onun belinə qoya bilər?” Abdullah dedi: “Onlardan ən bədbəxti qalxıb içalatı daşıyaraq Allah Elçisi ﷺ səcdə etdikdə onun kürəyinə qoydu. Bu, Allah Elçisinin ﷺ qızı Fatiməyə xəbər verildi. O vaxt Fatimə uşaq idi. O, qaçaraq gəlib Allah Elçisinin ﷺ kürəyindən (içalatı) götürdü. Peyğəmbər ﷺ namazı qurtardıqda dedi: “Allahım, Qureyşi Sənə tapşırıram!” Bunu üç dəfə dedi. Sonra da: “Allahım, Əbu Cəhl ibn Hişamı, Şeybə ibn Rabianı, Utbə ibn Rabianı, Uqbə ibn Əbu Muaytı Sənə tapşırıram!” deyərək yeddi nəfərin adını çəkdi”. Abdullah dedi: “Kitabı nazil edənə and olsun! Bədr döyüşü günü onların hamısını bir quyuda meyit olaraq sərilmiş gördüm”.”

Amr ibn Məymun
Nəsəi, 307 (Təharət, 307)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَخْبَرَنَا جَرِيرٌ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ قَالَتْ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : اللَّهُمَّ اغْسِلْ خَطَايَايَ بِمَاءِ الثَّلْجِ وَالْبَرَدِ ، وَنَقِّ قَلْبِي مِنَ الْخَطَايَا كَمَا نَقَّيْتَ الثَّوْبَ الأَبْيَضَ مِنَ الدَّنَسِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ (dua edərək) belə deyərdi: “Allahım, günahlarımı qar və dolu ilə yu! Ağ paltar kirdən təmizləndiyi kimi qəlbimi günahlardan təmizlə!””

Aişə
Nəsəi, 333 (Sular, 9)Səhih

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ قَالَ : أَخْبَرَنَا جَرِيرٌ ، عَنْ عُمَارَةَ بْنِ الْقَعْقَاعِ ، عَنْ أَبِي زُرْعَةَ بْنِ عَمْرِو بْنِ جَرِيرٍ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : اللَّهُمَّ اغْسِلْنِي مِنْ خَطَايَايَ بِالثَّلْجِ وَالْمَاءِ وَالْبَرَدِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ (dua edərək) belə deyərdi: “Allahım, günahlarımı qar, su və dolu ilə yu!””

Əbu Hureyra
Nəsəi, 334 (Sular, 10)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا بِشْرُ بْنُ الْمُفَضَّلِ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ مَجْزَأَةَ بْنِ زَاهِرٍ أَنَّهُ سَمِعَ عَبْدَ اللهِ بْنَ أَبِي أَوْفَى يُحَدِّثُ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ كَانَ يَدْعُو : اللَّهُمَّ طَهِّرْنِي مِنَ الذُّنُوبِ وَالْخَطَايَا . اللَّهُمَّ نَقِّنِي مِنْهَا كَمَا يُنَقَّى الثَّوْبُ الأَبْيَضُ مِنَ الدَّنَسِ . اللَّهُمَّ طَهِّرْنِي بِالثَّلْجِ وَالْبَرَدِ وَالْمَاءِ الْبَارِدِ.

“Abdullah ibn Əbu Əufə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ dua edərək belə deyərdi: “Allahım, günahlarımı və xətalarımı təmizlə! Allahım, ağ paltar kirdən təmizləndiyi kimi məni də günahlarımdan təmizlə! Allahım, mənim günahlarımı qar, dolu və soyuq su ilə təmizlə!””

Abdullah ibn Əbu Əufə
Nəsəi, 402 (Qüsl, 7)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ يَحْيَى بْنِ مُحَمَّدٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ مُوسَى ، قَالَ : حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ يَزِيدَ ، عَنْ رَقَبَةَ ، عَنْ مَجْزَأَةَ الأَسْلَمِيِّ ، عَنِ ابْنِ أَبِي أَوْفَى قَالَ : كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : اللَّهُمَّ طَهِّرْنِي بِالثَّلْجِ وَالْبَرَدِ وَالْمَاءِ الْبَارِدِ . اللَّهُمَّ طَهِّرْنِي مِنَ الذُّنُوبِ كَمَا يُطَهَّرُ الثَّوْبُ الأَبْيَضُ مِنَ الدَّنَسِ.

“Rəvayət edilir ki, İbn Əbu Əufə ﵁ demişdir: “Peyğəmbər ﷺ dua edərək belə deyərdi: “Allahım, mənim günahlarımı qar, dolu və soyuq su ilə təmizlə! Allahım, ağ paltar kirdən təmizləndiyi kimi məni də günahlarımdan təmizlə!””

İbn Əbu Əufə
Nəsəi, 403 (Qüsl, 8)Səhih

أَخْبَرَنَا أَبُو دَاوُدَ ، قَالَ : حَدَّثَنَا هَارُونُ هُوَ ابْنُ إِسْمَاعِيلَ الْخَزَّازُ ، قَالَ : حَدَّثَنَا هَمَّامٌ ، عَنْ قَتَادَةَ ، عَنِ الْحَسَنِ ، عَنْ حُرَيْثِ بْنِ قَبِيصَةَ قَالَ : قَدِمْتُ الْمَدِينَةَ قَالَ : قُلْتُ : اللَّهُمَّ يَسِّرْ لِي جَلِيسًا صَالِحًا ، فَجَلَسْتُ إِلَى أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ : فَقُلْتُ إِنِّي دَعَوْتُ اللَّهَ عَزَّ وَجَلَّ أَنْ يُيَسِّرَ لِي جَلِيسًا صَالِحًا ، فَحَدِّثْنِي بِحَدِيثٍ سَمِعْتَهُ مِنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَعَلَّ اللَّهَ أَنْ يَنْفَعَنِي بِهِ قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : إِنَّ أَوَّلَ مَا يُحَاسَبُ بِهِ الْعَبْدُ بِصَلاَتِهِ ، فَإِنْ صَلَحَتْ فَقَدْ أَفْلَحَ وَأَنْجَحَ ، وَإِنْ فَسَدَتْ فَقَدْ خَابَ وَخَسِرَ قَالَ هَمَّامٌ : لاَ أَدْرِي هَذَا مِنْ كَلاَمِ قَتَادَةَ أَوْ مِنَ الرِّوَايَةِ : فَإِنِ انْتَقَصَ مِنْ فَرِيضَتِهِ شَيْءٌ قَالَ : انْظُرُوا , هَلْ لِعَبْدِي مِنْ تَطَوُّعٍ , فَيُكَمَّلُ بِهِ مَا نَقَصَ مِنَ الْفَرِيضَةِ ، ثُمَّ يَكُونُ سَائِرُ عَمَلِهِ عَلَى نَحْوِ ذَلِكَ .. خَالَفَهُ أَبُو الْعَوَّامِ

“Rəvayət edilir ki, Hureys ibn Qabisa ﵀ demişdir: “Mədinəyə gəlib Allaha dua etdim ki, mənə əməlisaleh bir yoldaş yetirsin. Sonra Əbu Hureyra ﵁ ilə rastlaşıb onun yanında oturdum və dedim: “Mən Allahdan özümə əməlisaleh yoldaş yetirməsini dilədim. Mənə Allah Elçisindən ﷺ eşitdiyin bir hədis danış. Ola bilsin ki, Allah bu hədislə məni faydalandırsın”. Əbu Hureyra dedi: “Mən Allah Elçisinin ﷺ belə dediyini eşitdim: “Bəndənin ilk hesaba çəkiləcəyi şey namazıdır. Əgər namazları qaydasında olsa, uğur qazanar və nicat tapar. Əgər namazları qaydasında olmasa, ziyana uğrayar”. Həmməm dedi: “Mən bu sözün Qatədənin və ya rəvayətdən olan söz olduğunu bilmirəm: “Əgər fərz namazlarından bir şey əskik olsa, deyər: “Baxın, qulumun nafilə namazları varmı?” Beləliklə, nafilələrlə fərzlərindən əskik olanı tamamlanacaq. Sonra digər əməlləri də bu cür hesaba çəkiləcək”.”

Hureys ibn Qabisa
Nəsəi, 465 (Namaz, 18)Səhih

أَخْبَرَنَا عِمْرَانُ بْنُ مُوسَى ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْوَارِثِ ، عَنْ أَبِي التَّيَّاحِ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ : لَمَّا قَدِمَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَزَلَ فِي عُرْضِ الْمَدِيِنَةِ فِي حَيٍّ يُقَالُ لَهُمْ بَنُو عَمْرِو بْنِ عَوْفٍ ، فَأَقَامَ فِيهِمْ أَرْبَعَ عَشْرَةَ لَيْلَةً ، ثُمَّ أَرْسَلَ إِلَى مَلَإٍ مِنْ بَنِي النَّجَّارِ فَجَاؤُوا مُتَقَلِّدِي سُيُوفِهِمْ ، كَأَنِّي أَنْظُرُ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى رَاحِلَتِهِ وَأَبُو بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ رَدِيفَهُ ، وَمَلَأٌ مِنْ بَنِي النَّجَّارِ حَوْلَهُ حَتَّى أَلْقَى بِفِنَاءِ أَبِي أَيُّوبَ ، وَكَانَ يُصَلِّي حَيْثُ أَدْرَكَتْهُ الصَّلاَةُ فَيُصَلِّي فِي مَرَابِضِ الْغَنَمِ ، ثُمَّ أَمَرَ بِالْمَسْجِدِ فَأَرْسَلَ إِلَى مَلَإٍ مِنْ بَنِي النَّجَّارِ فَجَاؤُوا فَقَالَ : يَا بَنِي النَّجَّارِ ثَامِنُونِي بِحَائِطِكُمْ هَذَا . قَالُوا : وَاللَّهِ لاَ نَطْلُبُ ثَمَنَهُ إِلاَّ إِلَى اللهِ عَزَّ وَجَلَّ . قَالَ أَنَسٌ : وَكَانَتْ فِيهِ قُبُورُ الْمُشْرِكِينَ ، وَكَانَتْ فِيهِ خَرِبٌ ، وَكَانَ فِيهِ نَخْلٌ ، فَأَمَرَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِقُبُورِ الْمُشْرِكِينَ فَنُبِشَتْ ، وَبِالنَّخْلِ فَقُطِعَتْ ، وَبِالْخَرِبِ فَسُوِّيَتْ فَصَفُّوا النَّخْلَ قِبْلَةَ الْمَسْجِدِ وَجَعَلُوا عِضَادَتَيْهِ الْحِجَارَةَ وَجَعَلُوا يَنْقُلُونَ الصَّخْرَ وَهُمْ يَرْتَجِزُونَ ، وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَعَهُمْ وَهُمْ يَقُولُونَ : اللَّهُمَّ لاَ خَيْرَ إِلاَّ خَيْرُ الآخِرَهْ ، فانْصُرِ الأَنْصَارَ وَالْمُهَاجِرَهْ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ Mədinəyə gəldikdə Bəni Amr ibn Auf adlı bir tayfanın məhəlləsində on dörd gecə qaldı. Sonra Bəni Nəccar tayfasına xəbər göndərdi. Onlar da qılıncları ilə gəldilər. Mən sanki Allah Elçisinə ﷺ baxıram - o, miniyinin üzərində, Əbu Bəkr ﵁ də onun tərkində idi. Ətrafında isə Bəni Nəccardan olan bir toplum var idi. O, namazın vaxtı harada daxil olardısa, orada da namaz qılardı. Qoyunların tövləsində də namaz qılardı. Sonra onlara məscid tikməyi əmr etdi və Bəni Nəccar tayfasına adam göndərdi. Onlara dedilər: “Ey Bəni Nəccar, torpağın qiymətini bizə deyin!” Onlar dedilər: “Allaha and olsun, biz sizdən bunun əvəzini istəmirik. Allah ﷿ bunun əvəzini verəcək”. Ənəs deyir: “Orada müşriklərin qəbirləri, dağılmış evlər və xurma ağacları var idi. Allah Elçisi ﷺ müşriklərin qəbirlərinin çıxarılmasını, xurma ağaclarının kəsilməsini və dağılmış evlərin yerlə bir edilməsini əmr etdi. Daşları yığıb böyür tərəfə topladılar. Allah Elçisi ﷺ onlarla birlikdə idi və onlar deyirdilər: “Allahım, Axirət xeyrindən başqa xeyir yoxdur. Ənsarlara və mühacirlərə kömək et!””

Ənəs ibn Malik
Nəsəi, 702 (Məscidlər, 15)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ قَالَ : مَرَّ عُمَرُ بِحَسَّانَ بْنِ ثَابِتٍ وَهُوَ يُنْشِدُ فِي الْمَسْجِدِ ، فَلَحَظَ إِلَيْهِ فَقَالَ : قَدْ أَنْشَدْتُ وَفِيهِ مَنْ هُوَ خَيْرٌ مِنْكَ ، ثُمَّ الْتَفَتَ إِلَى أَبِي هُرَيْرَةَ فَقَالَ : أَسَمِعْتَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : أَجِبْ عَنِّي اللَّهُمَّ أَيِّدْهُ بِرُوحِ الْقُدُسِ ؟ قَالَ : اللَّهُمَّ نَعَمْ

“Rəvayət edilir ki, Səid ibn əl-Museyyib ﵀ demişdir: “Həssən ibn Sabit məsciddə şeir deyərkən Ömər onun yanından keçdi və ona (tərs şəkildə) baxdı. O da Ömərə dedi: “Artıq mən səndən xeyirli olan birinin yanında şeir demişəm”. Sonra Əbu Hureyraya tərəf çevrildi və dedi: “Sən Allah Elçisinin ﷺ mənə belə dediyini: “Mənim əvəzimə (şeirlə) cavab ver!” və dua edərək: “Allahım, ona Ruhul-Qudus (Cəbrail) ilə dəstək ol!”- deməsini eşitməmisənmi!?” O da: “Bəli, eşitmişəm. Daha doğrusunu Allah bilir!”- dedi”.”

Səid ibn əl-Museyyib
Nəsəi, 716 (Məscidlər, 29)Səhih

أَخْبَرَنَا سُلَيْمَانُ بْنُ عُبَيْدِ اللهِ الْغَيْلاَنِيُّ بَصْرِيٌّ ، قَالَ : حَدَّثَنَا أَبُو عَامِرٍ ، قَالَ : حَدَّثَنَا سُلَيْمَانُ ، عَنْ رَبِيعَةَ ، عَنْ عَبْدِ الْمَلِكِ بْنِ سَعِيدٍ قَالَ : سَمِعْتُ أَبَا حُمَيْدٍ وَأَبَا أُسَيْدٍ يَقُولاَنِ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا دَخَلَ أَحَدُكُمُ الْمَسْجِدَ فَلْيَقُلِ : اللَّهُمَّ افْتَحْ لِي أَبْوَابَ رَحْمَتِكَ ، وَإِذَا خَرَجَ فَلْيَقُلِ : اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ فَضْلِكَ.

“Rəvayət edilir ki, Abdul-Məlik ibn Səid ﵀ demişdir: “Mən Əbu Humeyd və Əbu Useydin belə dediyini eşitdim: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biriniz məscidə girdikdə desin: “Allahım, mərhəmət qapılarını mənim üçün aç!”, məsciddən çıxdıqda isə desin: “Allahım, Sənin lütfündən diləyirəm!””

Abdul-Məlik ibn Səid
Nəsəi, 729 (Məscidlər, 42)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ أَبِي الزِّنَادِ ، عَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِنَّ الْمَلاَئِكَةَ تُصَلِّي عَلَى أَحَدِكُمْ مَا دَامَ فِي مُصَلاَّهُ الَّذِي صَلَّى فِيهِ مَا لَمْ يُحْدِثْ : اللَّهُمَّ اغْفِرْ لَهُ اللَّهُمَّ ارْحَمْهُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, mələklər sizdən dəstəmazını pozana qədər namaz qıldığı yerdə oturan üçün (belə) dua edirlər: “Allahım onu bağışla! Allahım ona rəhm et!””

Əbu Hureyra
Nəsəi, 733 (Məscidlər, 46)Səhih

أَخْبَرَنَا زِيَادُ بْنُ أَيُّوبَ ، قَالَ : حَدَّثَنَا إِسْمَاعِيلُ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ ، عَنْ أَنَسٍ قَالَ : أُقِيمَتِ الصَّلاَةُ وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَجِيٌّ لِرَجُلٍ فَمَا قَامَ إِلَى الصَّلاَةِ حَتَّى نَامَ الْقَوْمُ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “İqamə verildikdə Allah Elçisi ﷺ bir kişi üçün dua edirdi. Namaza isə ancaq insanların yuxuladığını gördükdə qalxdı”.”

Ənəs
Nəsəi, 791 (İmamlıq, 15)Səhih

أَخْبَرَنِي يَحْيَى بْنُ عُثْمَانَ الْحِمْصِيُّ ، قَالَ : حَدَّثَنَا بَقِيَّةُ ، عَنْ بَحِيرِ بْنِ سَعْدٍ ، عَنْ خَالِدِ بْنِ مَعْدَانَ ، عَنْ جُبَيْرِ بْنِ نُفَيْرٍ ، عَنِ الْعِرْبَاضِ بْنِ سَارِيَةَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : كَانَ يُصَلِّي عَلَى الصَّفِّ الأَوَّلِ ثَلاَثًا وَعَلَى الثَّانِي وَاحِدَةً.

“İrbad ibn Səriyə ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ birinci cərgəyə üç dəfə, ikinci cərgəyə isə bir dəfə xeyir-dua edərdi.”

İrbad ibn Səriyə
Nəsəi, 817 (İmamlıq, 41)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ شُجَاعٍ الْمَرُّوذِيُّ ، قَالَ : حَدَّثَنَا إِسْمَاعِيلُ ، عَنْ حَجَّاجٍ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ عَوْنِ بْنُ عَبْدِ اللهِ ، عَنْ ابْنِ عُمَرَ قَالَ : بَيْنَمَا نَحْنُ نُصَلِّي مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ رَجُلٌ مِنَ الْقَوْمِ : اللهِ أَكْبَرُ كَبِيرًا ، وَالْحَمْدُ لِلَّهِ كَثِيرًا ، وَسُبْحَانَ اللَّهُ بُكْرَةً وَأَصِيلاً . فَقَالَ رَسُولِ اللَّهُ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : من الْقَائِلُ كَلِمَةَ كَذَا وَكَذَا ؟ فَقَالَ رَجُلٌ مِنَ الْقَوْمِ: أَنَا يَا رَسُولُ اللهِ . قَالَ : عَجِبْتُ لَهَا - وَذَكَرَ كَلِمَةَ مَعْنَاهَا - فُتِحَتْ لَهَا أَبْوَابُ السَّمَاءِ قَالَ ابْنُ عُمَرَ : مَا تَرَكْتُهُ مُنْذُ سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُهُ

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Biz Allah Elçisi ﷺ ilə namaz qılarkən camaatdan bir kişi (dua edərək) belə dedi: “Allah böyüklükdə ən Böyükdür! Allaha çoxlu həmd olsun! Səhər-axşam Allaha təriflər olsun!” Allah Elçisi ﷺ dedi: “Filan-filan kəlmələri deyən kim idi?” Camaatdan bir kişi dedi: “Mən idim, ey Allahın Elçisi!” Peyğəmbər ﷺ buyurdu: “Buna təəccüb etdim - və ya bu mənada sözlər dedi - səma qapıları bunun üçün açıldı”. İbn Ömər dedi: “Bu kəlmələri Allah Elçisindən ﷺ eşitdiyim gündən bəri tərk etmədim”.”

İbn Ömər
Nəsəi, 886 (İftitah, 11)Səhih

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، عَنْ زَائِدَةَ ، قَالَ : حَدَّثَنَا عَاصِمُ بْنُ كُلَيْبٍ قَالَ : حَدَّثَنِي أَبِي ، أَنَّ وَائِلَ بْنَ حُجْرٍ أَخْبَرَهُ قَالَ : قُلْتُ لأَنْظُرَنَّ إِلَى صَلاَةِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَيْفَ يُصَلِّي ، فَنَظَرْتُ إِلَيْهِ فَقَامَ فَكَبَّرَ ، وَرَفَعَ يَدَيْهِ حَتَّى حَاذَتَا بِأُذُنَيْهِ ، ثُمَّ وَضَعَ يَدَهُ الْيُمْنَى عَلَى كَفِّهِ الْيُسْرَى وَالرُّسْغِ وَالسَّاعِدِ ، فَلَمَّا أَرَادَ أَنَّ يَرْكَعَ رَفَعَ يَدَيْهِ مِثْلَهَا قَالَ : وَوَضَعَ يَدَيْهِ عَلَى رُكْبَتَيْهِ ، ثُمَّ لَمَّا رَفَعَ رَأْسَهُ رَفَعَ يَدَيْهِ مِثْلَهَا ، ثُمَّ سَجَدَ فَجَعَلَ كَفَّيْهِ بِحِذَاءِ أُذُنَيْهِ ، ثُمَّ قَعَدَ وَافْتَرَشَ رِجْلَهُ الْيُسْرَى ، وَوَضَعَ كَفِّهِ الْيُسْرَى عَلَى فَخِذِهِ وَرُكْبَتِهِ الْيُسْرَى ، وَجَعَلَ حَدَّ مِرْفَقِهِ الأَيْمَنِ عَلَى فَخِذِهِ الْيُمْنَى ، ثُمَّ قَبَضَ اثْنَتَيْنِ مِنْ أَصَابِعِهِ وَحَلَّقَ حَلْقَةً ، ثُمَّ رَفَعَ إِصْبَعَهُ فَرَأَيْتُهُ يُحَرِّكُهَا يَدْعُو بِهَا.

“Rəvayət edilir ki, Vail ibn Hucr ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ necə namaz qılmasına baxdım. O, qalxıb təkbir etdi və əllərini qulaqlarına qədər qaldırdı. Sonra sağ əlinin iç tərəfini sol əlinin biləyi üzərinə qoydu. Ruku etmək istədikdə əllərini əvvəlki kimi qaldırdı. Rukuda əllərini dizlərinə qoydu. Başını rukudan qaldırdıqda əllərini əvvəlki kimi qaldırdı. Sonra səcdə etdi və yerdə əllərini qulaqları tərəfə qoydu. Sonra sol baldırı üzərində oturdu və sol əlini sol baldırı üzərinə qoydu. Sonra sağ dirsəyini sağ baldırı üzərinə qoydu. Sonra iki barmağını halqa şəklində yumdu və barmağını qaldırdı. Onu tərpədərək dua etdiyini gördüm”.”

Vail ibn Hucr
Nəsəi, 889 (İftitah, 14)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِيٍّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ أَبِي سَلَمَةَ قَالَ : حَدَّثَنِي عَمِّي الْمَاجِشُونُ بْنُ أَبِي سَلَمَةَ ، عَنْ عَبْدُ الرَّحْمَنِ الأَعْرَجِ ، عَنْ عُبَيْدِ اللهِ بْنُ أَبِي رَافِعٍ ، عَنْ عَلِيٍّ رَضِيَ اللهِ عَنْهُ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا اسْتَفْتَحَ الصَّلاَةَ كَبَّرَ ، ثُمَّ قَالَ : وَجَّهْتُ وَجْهِيَ لِلَّذِي فَطَرَ السَّمَوَاتِ وَالأَرْضَ حَنِيفًا ، وَمَا أَنَا مِنَ الْمُشْرِكِينَ ، إِنَّ صَلاَتِي وَنُسُكِي وَمَحْيَايَ وَمَمَاتِي لِلَّهِ رَبِّ الْعَالَمِينَ لاَ شَرِيكَ لَهُ وَبِذَلِكَ أُمِرْتُ وَأَنَا مِنَ الْمُسْلِمِينَ ، اللَّهُمَّ أَنْتَ الْمَلِكُ لاَ إِلَهَ إِلاَّ أَنْتَ أَنَا عَبْدُكَ ظَلَمْتُ نَفْسِي وَاعْتَرَفْتُ بِذَنْبِي فَاغْفِرْ لِي ذُنُوبِي جَمِيعًا لاَ يَغْفِرُ الذُّنُوبَ إِلاَّ أَنْتَ ، وَاهْدِنِي لأَحْسَنِ الأَخْلاَقِ لاَ يَهْدِي لأَحْسَنِهَا إِلاَّ أَنْتَ ، وَاصْرِفْ عَنِّي سَيِّئَهَا لاَ يَصْرِفُ عَنِّي سَيِّئَهَا إِلاَّ أَنْتَ لَبَّيْكَ وَسَعْدَيْكَ وَالْخَيْرُ كُلُّهُ فِي يَدَيْكَ ، وَالشَّرُّ لَيْسَ إِلَيْكَ أَنَا بِكَ وَإِلَيْكَ تَبَارَكْتَ وَتَعَالَيْتَ أَسْتَغْفِرُكَ وَأَتُوبُ إِلَيْكَ.

“Əli ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ namaza başladıqda təkbir edər, sonra deyərdi: “Üzümü hənif (Allaha ixlasla ibadət edən) olaraq göyləri və yeri yaradana çevirdim. Mən müşriklərdən deyiləm. Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür. Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən müsəlmanlardanam. Allahım, Hökmdar Sənsən! Səndən başqa ibadətə layiq məbud yoxdur! Mən Sənin qulunam. Mən özümə zülm etdim və günahımı etiraf etdim. Mənim bütün günahlarımı bağışla! Günahları ancaq Sən bağışlaya bilərsən. Mənə ən gözəl əxlaq nəsib et! Onun ən gözəlini ancaq Sən bəxş edə bilərsən. Onun pisindən məni uzaq et! Onun pisindən ancaq Sən uzaqlaşdıra bilərsən. Buyur, əmrinə müntəzirəm! Xeyir bütünlüklə Sənin iki Əlindədir! Şər isə Sənə aid deyil. Mən Sənə sığınıram, Sənə də dönəcəyəm. Sən Mübarək və Ucasan! Səndən bağışlanma diləyir və Sənə tövbə edirəm!””

Əli
Nəsəi, 897 (İftitah, 22)Səhih

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ فَضَالَةَ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنَا عَبْدُ الرَّزَّاقِ قَالَ : أَنْبَأَنَا جَعْفَرُ بْنِ سُلَيْمَانَ ، عَنْ عَلِيِّ بْنُ عَلِيٍّ ، عَنْ أَبِي الْمُتَوَكِّلِ ، عَنْ أَبِي سَعِيدٍ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا افْتَتَحَ الصَّلاَةَ قَالَ : سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ تَبَارَكَ اسْمُكَ وَتَعَالَى جَدُّكَ وَلاَ إِلَهَ غَيْرُكَ.

“Rəvayət edilir ki, Əbu Səid ﵁ demişdir: “Peyğəmbər ﷺ namaza başladıqda dedi: “Allahım, Sən pak və müqəddəssən! Həmd Sənə məxsusdur! Sənin adın mübarək, əzəmətin ucadır! Səndən başqa ibadətə layiq məbud yoxdur!””

Əbu Səid
Nəsəi, 899 (İftitah, 24)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا زَيْدُ بْنُ الْحُبَابِ قَالَ : حَدَّثَنِي جَعْفَرُ بْنُ سُلَيْمَانَ ، عَنْ عَلِيِّ بْنُ عَلِيٍّ ، عَنْ أَبِي الْمُتَوَكِّلِ ، عَنْ أَبِي سَعِيدٍ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا افْتَتَحَ الصَّلاَةَ قَالَ : سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ ، وَتَبَارَكَ اسْمُكَ وَتَعَالَى جَدُّكَ وَلاَ إِلَهَ غَيْرُكَ.

“Rəvayət edilir ki, Əbu Səid ﵁ demişdir: “Allah Elçisi ﷺ namaza başladıqda dedi: “Allahım, Sən pak və müqəddəssən. Həmd Sənə məxsusdur. Sənin adın mübarək, əzəmətin ucadır. Səndən başqa ibadətə layiq məbud yoxdur!””

Əbu Səid
Nəsəi, 900 (İftitah, 25)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ ثَابِتٍ ، وَقَتَادَةَ ، وَحُمَيْدٍ ، عَنْ أَنَسٍ أَنَّهُ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي بِنَا إِذْ جَاءَ رَجُلٌ فَدَخَلَ الْمَسْجِدَ وَقَدْ حَفَزَهُ النَّفَسُ فَقَالَ : اللَّهُ أَكْبَرُ . الْحَمْدُ لِلَّهِ حَمْدًا كَثِيرًا طَيِّبًا مُبَارَكًا فِيهِ ، فَلَمَّا قَضَى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلاَتَهُ قَالَ : أَيُّكُمِ الَّذِي تَكَلَّمَ بِكَلِمَاتٍ ؟ فَأَرَمَّ الْقَوْمُ . قَالَ : إِنَّهُ لَمْ يَقُلْ بَأْسًا . قَالَ : أَنَا يَا رَسُولُ اللهِ جِئْتُ وَقَدْ حَفَزَنِي النَّفَسُ فَقُلْتُهَا ، قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لَقَدْ رَأَيْتُ اثْنَيْ عَشَرَ مَلَكًا يَبْتَدِرُونَهَا أَيُّهُمْ يَرْفَعُهَا.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ bizimlə namaz qıldığı vaxt bir kişi təngnəfəs halda gəlib dua edərək dedi: “Allaha həmd olsun; (özü də) çoxlu, xoş, mübarək bir həmd!” Allah Elçisi ﷺ namazı bitirdikdən sonra dedi: “Bu kəlmələri hansınız dedi?” Camaat (pis şey baş verdiyini zənn edərək) susdu. Allah Elçisi ﷺ dedi: “O, pis bir şey deməyib”. Bir nəfər dedi: “Mən idim, ey Allahın Elçisi! Namaza gəldikdə təngnəfəs olmuşdum və bu kəlmələri dedim”. Peyğəmbər ﷺ buyurdu: “Mən on iki mələyin bu kəlmələri (Allahın dərgahına) hansının tez qaldırması üçün yarışdıqlarını gördüm”.”

Ənəs
Nəsəi, 901 (İftitah, 26)Səhih

أَخْبَرَنَا الْجَارُودُ بْنُ مُعَاذٍ التِّرْمِذِيُّ ، قَالَ : حَدَّثَنَا أَبُو خَالِدٍ الأَحْمَرُ ، عَنْ مُحَمَّدِ بْنُ عَجْلاَنَ ، عَنْ زَيْدِ بْنِ أَسْلَمَ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنَّمَا جُعِلَ الإِمَامُ لِيُؤْتَمَّ بِهِ ، فَإِذَا كَبَّرَ فَكَبِّرُوا ، وَإِذَا قَرَأَ فَأَنْصِتُوا ، وَإِذَا قَالَ سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ فَقُولُوا : اللَّهُمَّ رَبَّنَا لَكَ الْحَمْدُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, imam ona tabe olunması üçün təyin edilmişdir. O, təkbir etdikdə siz də təkbir edin. O oxuduqda siz susun! O: “Allah Ona həmd edəni eşitdi!”- dedikdə siz: “Allahım, ey Rəbbimiz, həmd Sənə məxsusdur!”- deyin”.”

Əbu Hureyra
Nəsəi, 921 (İftitah, 46)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، وَعَبْدُ الرَّحْمَنِ ، وَابْنُ أَبِي عَدِيٍّ ، عَنْ شُعْبَةَ ، عَنْ سُلَيْمَانَ ، عَنْ سَعْدِ بْنُ عُبَيْدَةَ ، عَنِ الْمُسْتَوْرِدِ بْنِ الأَحْنَفِ ، عَنْ صِلَةَ بْنِ زُفَرَ ، عَنْ حُذَيْفَةَ ، أَنَّهُ صَلَّى إِلَى جَنْبِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَيْلَةً فَقَرَأَ ، فَكَانَ إِذَا مَرَّ بِآيَةِ عَذَابٍ وَقَفَ وَتَعَوَّذَ ، وَإِذَا مَرَّ بِآيَةِ رَحْمَةٍ وَقَفَ فَدَعَا ، وَكَانَ يَقُولُ فِي رُكُوعِهِ : سُبْحَانَ رَبِّيَ الْعَظِيمِ وَفِي سُجُودِهِ : سُبْحَانَ رَبِّيَ الأَعْلَى.

“Rəvayət edilir ki, Huzeyfə ﵁ Peyğəmbərin ﷺ yanında namaz qılırdı. Peyğəmbər ﷺ Quran oxuyub əzab ayələrinə çatdıqda oxumasını saxlayıb Allaha sığınardı. Rəhmət ayələrinə çatdıqda oxumasını saxlayıb dua edərdi. Rukusunda “Əzəmətli Rəbbim pak və müqəddəsdir!”, səcdələrində “Ən Uca Rəbbim pak və müqəddəsdir!”- deyərdi.”

Huzeyfə
Nəsəi, 1008 (İftitah, 133)Səhih

أَخْبَرَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، وَيَزِيدُ ، قَالاَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ مَنْصُورٍ ، عَنْ أَبِي الضُّحَى ، عَنْ مَسْرُوقٍ ، عَنْ عَائِشَةَ قَالَتْ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُكْثِرُ أَنْ يَقُولَ فِي رُكُوعِهِ وَسُجُودِهِ : سُبْحَانَكَ رَبَّنَا وَبِحَمْدِكَ اللَّهُمَّ اغْفِرْ لِي.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ ruku və səcdələrində: “Sən pak və müqəddəssən! Ey Rəbbimiz, Sənə həmd olsun! Allahım, məni bağışla!”- zikrini çox deyərdi”.”

Aişə
Nəsəi, 1047 (Tətbiq, 19)Səhih

أَخْبَرَنَا يَحْيَى بْنُ عُثْمَانَ ، قَالَ : حَدَّثَنَا ابْنُ حِمْيَرٍ ، قَالَ : حَدَّثَنَا شُعَيْبٌ ، عَنْ مُحَمَّدِ بْنِ الْمُنْكَدِرِ ، وَذَكَرَ آخَرَ قَبْلَهُ ، عَنْ عَبْدِ الرَّحْمَنِ الأَعْرَجِ ، عَنْ مُحَمَّدِ بْنِ مَسْلَمَةَ ، أَنَّ رَسُولَ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا قَامَ يُصَلِّي تَطَوُّعًا يَقُولُ إِذَا رَكَعَ : اللَّهُمَّ لَكَ رَكَعْتُ ، وَبِكَ آمَنْتُ ، وَلَكَ أَسْلَمْتُ ، وَعَلَيْكَ تَوَكَّلْتُ أَنْتَ رَبِّي ، خَشَعَ سَمْعِي وَبَصَرِي ، وَلَحْمِي وَدَمِي ، وَمُخِّي وَعَصَبِي لِلَّهِ رَبِّ الْعَالَمِينَ.

“Muhamməd ibn Məsləmə ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ nafilə namazında rukuda deyərdi: “Allahım, Sənə ruku etdim, Sənə iman gətirdim, Sənə təslim oldum, Sənə təvvəkkül etdim! Sən mənim Rəbbimsən. Qulağım, gözüm, ətim, qanım, beynim və sinirim aləmlərin Rəbbi Allaha tabe oldu!””

Muhamməd ibn Məsləmə
Nəsəi, 1052 (Tətbiq, 24)Səhih

أَخْبَرَنَا أَبُو دَاوُدَ سُلَيْمَانُ بْنُ سَيْفٍ الْحَرَّانِيُّ ، قَالَ : حَدَّثَنَا سَعِيدُ بْنُ عَامِرٍ ، قَالَ : حَدَّثَنَا هِشَامُ بْنُ حَسَّانَ ، عَنْ قَيْسِ بْنِ سَعْدٍ ، عَنْ عَطَاءٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا قَالَ : سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ ، قَالَ : اللَّهُمَّ لَكَ الْحَمْدُ مِلْءَ السَّمَوَاتِ ، وَمِلْءَ الأَرْضِ ، وَمِلْءَ مَا شِئْتَ مِنْ شَيْءٍ بَعْدُ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ “Allah Ona həmd edəni eşitdi”- dedikdən sonra deyərdi: “Ey Allahım, göylər dolusu, yer dolusu və bundan sonra istədiyin şeylər dolusu Sənə həmd olsun!””

İbn Abbas
Nəsəi, 1066 (Tətbiq, 38)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ إِسْمَعِيلَ بْنِ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ أَبِي بُكَيْرٍ ، قَالَ : حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ نَافِعٍ ، عَنْ وَهْبِ بْنِ مِينَاسٍ الْعَدَنِيِّ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا أَرَادَ السُّجُودَ بَعْدَ الرَّكْعَةِ يَقُولُ : اللَّهُمَّ رَبَّنَا وَلَكَ الْحَمْدُ مِلْءَ السَّمَوَاتِ وَمِلْءَ الأَرْضِ وَمِلْءَ مَا شِئْتَ مِنْ شَيْءٍ بَعْدُ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ rukudan sonra səcdə etmək istədikdə, deyirdi: “Ey Allahım, Rəbbimiz, göylər dolusu, yer dolusu və bundan sonra istədiyin şeylər dolusu Sənə həmd olsun!””

İbn Abbas
Nəsəi, 1067 (Tətbiq, 39)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : حَفِظْنَاهُ مِنَ الزُّهْرِيِّ ، عَنْ سَعِيدٍ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : لَمَّا رَفَعَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَأْسَهُ مِنَ الرَّكْعَةِ الثَّانِيَةِ مِنْ صَلاَةِ الصُّبْحِ ، قَالَ : اللَّهُمَّ أَنْجِ الْوَلِيدَ بْنَ الْوَلِيدِ وَسَلَمَةَ بْنَ هِشَامٍ وَعَيَّاشَ بْنَ أَبِي رَبِيعَةَ وَالْمُسْتَضْعَفِينَ بِمَكَّةَ ، اللَّهُمَّ اشْدُدْ وَطْأَتَكَ عَلَى مُضَرَ وَاجْعَلْهَا عَلَيْهِمْ سِنِينَ كَسِنِي يُوسُفَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ Sübh namazının ikinci rukusundan başını qaldıraraq belə dedi: “Allahım, Vəlid ibn Vəlidə, Sələmə ibn Hişama, Ayyəş ibn Əbu Rabia və Məkkədə qalan zəiflərə kömək et! Allahım, Mudar tayfasını alçalt və onlara Yusufun (dövründə olan) quraqlıq illəri kimi quraqlıq illəri nəsib et!””

Əbu Hureyra
Nəsəi, 1073 (Tətbiq, 45)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عُثْمَانَ ، قَالَ : حَدَّثَنَا بَقِيَّةُ ، عَنْ ابْنِ أَبِي حَمْزَةَ ، قَالَ : حَدَّثَنِي مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنِي سَعِيدُ بْنُ الْمُسَيَّبِ ، وَأَبُو سَلَمَةَ بْنُ عَبْدِ الرَّحْمَنِ ، أَنَّ أَبَا هُرَيْرَةَ كَانَ يُحَدِّثُ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَدْعُو فِي الصَّلاَةِ حِينَ يَقُولُ : سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ رَبَّنَا وَلَكَ الْحَمْدُ ، ثُمَّ يَقُولُ وَهُوَ قَائِمٌ قَبْلَ أَنْ يَسْجُدَ : اللَّهُمَّ أَنْجِ الْوَلِيدَ بْنَ الْوَلِيدِ ، وَسَلَمَةَ بْنَ هِشَامٍ ، وَعَيَّاشَ بْنَ أَبِي رَبِيعَةَ ، وَالْمُسْتَضْعَفِينَ مِنَ الْمُؤْمِنِينَ ، اللَّهُمَّ اشْدُدْ وَطْأَتَكَ عَلَى مُضَرَ وَاجْعَلْهَا عَلَيْهِمْ كَسِنِي يُوسُفَ ، ثُمَّ يَقُولُ : اللَّهُ أَكْبَرُ ، فَيَسْجُدُ ، وَضَاحِيَةُ مُضَرَ يَوْمَئِذٍ مُخَالِفُونَ لِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ namazda dua edərək belə dedi: “Allah Ona həmd edəni eşitdi! Rəbbimiz, Sənə həmd olsun!” Sonra səcdə etməzdən qabaq dik duraraq dua etdi: “Allahım, Vəlid ibn Vəlidə, Sələmə ibn Hişama, Ayyəş ibn Əbu Rabia və zəif möminlərə kömək et! Allahım, Mudar tayfasını alçalt və onlara Yusufun (dövründə olan) quraqlıq illəri kimi quraqlıq illəri nəsib et!” Sonra: “Allahu Əkbər”- deyib səcdə etdi. Bu vaxtlarda Mudar və ətrafda yaşayan (tayfalar) Allah Elçisinə ﷺ qarşı idilər”.”

Əbu Hureyra
Nəsəi, 1074 (Tətbiq, 46)Səhih

أَخْبَرَنَا سُلَيْمَانُ بْنُ سَلْمٍ الْبَلْخِيُّ ، قَالَ : حَدَّثَنَا النَّضْرُ ، قَالَ : أَنْبَأَنَا هِشَامٌ ، عَنْ يَحْيَى ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : لأُقَرِّبَنَّ لَكُمْ صَلاَةَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : فَكَانَ أَبُو هُرَيْرَةَ يَقْنُتُ فِي الرَّكْعَةِ الآخِرَةِ مِنْ صَلاَةِ الظُّهْرِ ، وَصَلاَةِ الْعِشَاءِ الآخِرَةِ ، وَصَلاَةِ الصُّبْحِ ، بَعْدَ مَا يَقُولُ : سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ فَيَدْعُو لِلْمُؤْمِنِينَ وَيَلْعَنُ الْكَفَرَةَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisinin ﷺ namazını ən yaxşı bilən mənəm”. Əbu Hureyra Zöhr, İşa və Sübh namazlarının axırıncı rukusundan sonra: “Səmi Allahu limən həmidəh”- deyərək qunut tutub möminlərə dua etdi, kafirləri isə lənətlədi”.”

Əbu Hureyra
Nəsəi, 1075 (Tətbiq, 47)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ الرَّزَّاقِ ، قَالَ : حَدَّثَنَا مَعْمَرٌ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَالِمٍ ، عَنْ أَبِيهِ ، أَنَّهُ سَمِعَ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حِينَ رَفَعَ رَأْسَهُ مِنْ صَلاَةِ الصُّبْحِ مِنَ الرَّكْعَةِ الآخِرَةِ قَالَ : اللَّهُمَّ الْعَنْ فُلاَنًا وَفُلاَنًا يَدْعُو عَلَى أُنَاسٍ مِنَ الْمُنَافِقِينَ ، فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ : {لَيْسَ لَكَ مِنَ الأَمْرِ شَيْءٌ أَوْ يَتُوبَ عَلَيْهِمْ أَوْ يُعَذِّبَهُمْ فَإِنَّهُمْ ظَالِمُونَ}.

“Rəvayət edilir ki, Səlim atasının Sübh namazının axırıncı rükətində Peyğəmbərin ﷺ dikəldikdən sonra belə dediyini eşitmişdir: “Allahım, filankəsə və filankəsə lənət et!” İnsanlardan münafiq olanlara bəddua etdi. (Bundan sonra) Allah ﷿ bu ayəni nazil etdi: “Bu işin sənə aidiyyəti yoxdur. Allah ya onların tövbəsini qəbul edər, ya da onlara əzab verər. Çünki onlar zalımdırlar” (Ali-İmran, 128)”.”

Səlim atasından
Nəsəi, 1078 (Tətbiq, 50)Səhih

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ الْمَرْوَزِيُّ ، قَالَ : أَنْبَأَنَا إِسْمَعِيلُ هُوَ ابْنُ جَعْفَرٍ ، قَالَ : حَدَّثَنَا سُلَيْمَانُ بْنُ سُحَيْمٍ ، عَنْ إِبْرَاهِيمَ بْنِ عَبْدِ اللهِ بْنِ مَعْبَدِ بْنِ عَبَّاسٍ ، عَنْ أَبِيهِ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَبَّاسٍ قَالَ : كَشَفَ رَسُولُ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ السِّتْرَ وَرَأْسُهُ مَعْصُوبٌ فِي مَرَضِهِ الَّذِي مَاتَ فِيهِ فَقَالَ : اللَّهُمَّ قَدْ بَلَّغْتُ ـ ثَلاَثَ مَرَّاتٍ ـ إِنَّهُ لَمْ يَبْقَ مِنْ مُبَشِّرَاتِ النُّبُوَّةِ إِلاَّ الرُّؤْيَا الصَّالِحَةُ يَرَاهَا الْعَبْدُ أَوْ تُرَى لَهُ ، أَلاَ وَإِنِّي قَدْ نُهِيتُ عَنِ الْقِرَاءَةِ فِي الرُّكُوعِ وَالسُّجُودِ ، فَإِذَا رَكَعْتُمْ فَعَظِّمُوا رَبَّكُمْ ، وَإِذَا سَجَدْتُمْ فَاجْتَهِدُوا فِي الدُّعَاءِ فَإِنَّهُ قَمِنٌ أَنْ يُسْتَجَابَ لَكُمْ.

“Rəvayət edilir ki, Abdullah ibn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ ölümü ilə nəticələnən xəstəlik vaxtı başını örtdüyü örtüyü götürüb dedi: “Allahım, mən çatdırdım!” O, bunu üç dəfə təkrar etdi. “Həqiqətən, peyğəmbərlikdən yalnız bəndənin gördüyü və ya ona göstərildiyi saleh yuxu qalmışdır. Agah olun ki, mən ruku və səcdədə Quran oxumaqdan qadağan olundum. Rukunuzda Rəbbinizi təzim edin, səcdələrinizdə isə dua etmək üçün çalışın. Həqiqətən, bu, cavab verilməyə daha layiqdir”.”

Abdullah ibn Abbas
Nəsəi, 1120 (Tətbiq, 92)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ قُدَامَةَ ، قَالَ : حَدَّثَنَا جَرِيرٌ ، عَنْ مَنْصُورٍ ، عَنْ هِلاَلِ بْنِ يَسَافٍ ، قَالَ : قَالَتْ عَائِشَةُ رَضِيَ عَنْهَا : فَقَدْتُ رَسُولَ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ مَضْجَعِهِ فَجَعَلْتُ أَلْتَمِسُهُ ، وَظَنَنْتُ أَنَّهُ أَتَى بَعْضَ جَوَارِيهِ ، فَوَقَعَتْ يَدِي عَلَيْهِ وَهُوَ سَاجِدٌ وَهُوَ يَقُولُ : اللَّهُمَّ اغْفِرْ لِي مَا أَسْرَرْتُ وَمَا أَعْلَنْتُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Gecə vaxtı Allah Elçisini ﷺ yatağında tapmayaraq onu axtarmağa başladım. Onun zövcələrinin hansınınsa yanına getdiyini zənn etdim. (Qaranlıqda əlimlə onu axtarakən) əlim ona toxundu. O, səcdədə idi və belə deyirdi: “Allahım, mənim gizlində və aşkarda olan günahlarımı bağışla!””

Aişə
Nəsəi, 1124 (Tətbiq, 96)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ هُوَ ابْنُ مَهْدِيٍّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ أَبِي سَلَمَةَ ، قَالَ : حَدَّثَنِي عَمِّي الْمَاجِشُونُ بْنُ أَبِي سَلَمَةَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ الأَعْرَجِ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ أَبِي رَافِعٍ ، عَنْ عَلِيٍّ ، أَنَّ رَسُولَ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا سَجَدَ يَقُولُ : اللَّهُمَّ لَكَ سَجَدْتُ ، وَلَكَ أَسْلَمْتُ ، وَبِكَ آمَنْتُ ، سَجَدَ وَجْهِي لِلَّذِي خَلَقَهُ وَصَوَّرَهُ فَأَحْسَنَ صُورَتَهُ وَشَقَّ سَمْعَهُ وَبَصَرَهُ ، تَبَارَكَ اللَّهُ أَحْسَنُ الْخَالِقِينَ.

“Əli ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ səcdədə dua edərək belə deyirdi: “Allahım! Sənə səcdə etdim, Sənə təslim oldum, Sənə iman gətirdim! Üzüm onu yaradana, ona surət verənə və ona ən gözəl surət verənə, onda göz və qulaq açana səcdə etdi. Yaradanların ən gözəli olan Allah nə qədər xeyirxahdır!””

Əli
Nəsəi, 1126 (Tətbiq, 98)Səhih

أَخْبَرَنَا يَحْيَى بْنُ عُثْمَانَ ، قَالَ : أَنْبَأَنَا ابْنُ حِمْيَرٍ ، قَالَ : حَدَّثَنَا شُعَيْبُ بْنُ أَبِي حَمْزَةَ ، عَنْ مُحَمَّدِ بْنِ الْمُنْكَدِرِ - وَذَكَرَ آخَرَ قَبْلَهُ - عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ هُرْمُزَ الأَعْرَجِ ، عَنْ مُحَمَّدِ بْنِ مَسْلَمَةَ ، أَنَّ رَسُولَ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا قَامَ مِنَ اللَّيْلِ يُصَلِّي تَطَوُّعًا قَالَ إِذَا سَجَدَ : اللَّهُمَّ لَكَ سَجَدْتُ ، وَبِكَ آمَنْتُ ، وَلَكَ أَسْلَمْتُ ، اللَّهُمَّ أَنْتَ رَبِّي ، سَجَدَ وَجْهِي لِلَّذِي خَلَقَهُ وَصَوَّرَهُ وَشَقَّ سَمْعَهُ وَبَصَرَهُ ، تَبَارَكَ اللَّهُ أَحْسَنُ الْخَالِقِينَ.

“Muhəmməd ibn Məsləmə ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ nafilə olan gecə namazını qıldıqda, səcdədə belə deyərdi: “Allahım! Sənə səcdə etdim, Sənə iman gətirdim, Sənə təslim oldum! Allahım, Sən mənim Rəbbimsən! Üzüm onu yaradana, ona surət verənə, onda göz və qulaq açana səcdə etdi. Yaradanların ən gözəli olan Allah nə qədər xeyirxahdır!””

Muhəmməd ibn Məsləmə
Nəsəi, 1128 (Tətbiq, 100)Səhih

أَخْبَرَنَا إِبْرَاهِيمُ بْنُ الْحَسَنِ الْمِصِّيصِيُّ الْمِقْسَمِيُّ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ ، عَنْ ابْنِ جُرَيْجٍ ، عَنْ عَطَاءٍ ، قَالَ : أَخْبَرَنِي ابْنُ أَبِي مُلَيْكَةَ ، عَنْ عَائِشَةَ قَالَتْ : فَقَدْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ لَيْلَةٍ فَظَنَنْتُ أَنَّهُ ذَهَبَ إِلَى بَعْضِ نِسَائِهِ ، فَتَحَسَّسْتُهُ فَإِذَا هُوَ رَاكِعٌ أَوْ سَاجِدٌ ، يَقُولُ : سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ لاَ إِلَهَ إِلاَّ أَنْتَ ، فَقَالَتْ : بِأَبِي أَنْتَ وَأُمِّي إِنِّي لَفِي شَأْنٍ ، وَإِنَّكَ لَفِي آخَرَ

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir gecə Allah Elçisini ﷺ yatağında tapmadım və elə zənn etdim ki, digər qadınlarının yanına gedib. Onu axtarıb gördüm ki, ruku və ya səcdədə belə deyir: “Sən pak və müqəddəssən! Allahım, həmd Sənə məxsusdur! Səndən başqa ibadətə layiq məbud yoxdur!” Aişə dedi: “Atam-anam sənə fəda olsun! Mən başqa bir haldayam (yatmışam), sən isə ibadət edirsən”.”

Aişə
Nəsəi, 1131 (Tətbiq, 103)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ يَزِيدَ الْمُقْرِئُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : حَدَّثَنَا عَاصِمُ بْنُ كُلَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ وَائِلِ بْنِ حُجْرٍ قَالَ : أَتَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَرَأَيْتُهُ يَرْفَعُ يَدَيْهِ إِذَا افْتَتَحَ الصَّلاَةَ حَتَّى يُحَاذِيَ مَنْكِبَيْهِ ، وَإِذَا أَرَادَ أَنْ يَرْكَعَ ، وَإِذَا جَلَسَ فِي الرَّكْعَتَيْنِ أَضْجَعَ الْيُسْرَى وَنَصَبَ الْيُمْنَى ، وَوَضَعَ يَدَهُ الْيُمْنَى عَلَى فَخِذِهِ الْيُمْنَى ، وَنَصَبَ أُصْبُعَهُ لِلدُّعَاءِ ، وَوَضَعَ يَدَهُ الْيُسْرَى عَلَى فَخِذِهِ الْيُسْرَى ، قَالَ : ثُمَّ أَتَيْتُهُمْ مِنْ قَابِلٍ فَرَأَيْتُهُمْ يَرْفَعُونَ أَيْدِيَهُمْ فِي الْبَرَانِسِ.

“Rəvayət edilir ki, Vail ibn Hucr ﵁ demişdir: “Bir dəfə mən Allah Elçisinin ﷺ yanına gəlmişdim. Onun namaza başladıqda və ruku etmək istədikdə, əllərini çiyinləri səviyyəsində qaldırdığını, ikinci rükətdə oturduqda, sol ayağını altına qoyduğunu, sağ ayağını dik tutduğunu, sağ əlini sağ budu üzərinə qoyub barmağını dua etmək üçün dik tutduğunu, sol əlini də sol budu üzərinə qoyduğunu gördüm”. Vail ibn Hucr davam edərək dedi: “Sonra mən başqa vaxt onların yanına gəldikdə (namazda) əllərini geniş olan geyimlərinin içində yuxarı qaldırdıqlarını gördüm”.”

Vail ibn Hucr
Nəsəi, 1159 (Tətbiq, 131)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، قَالَ : سَمِعْتُ أَبَا إِسْحَاقَ يُحَدِّثُ ، عَنْ أَبِي الأَحْوَصِ ، عَنْ عَبْدِ اللهِ قَالَ : كُنَّا لاَ نَدْرِي مَا نَقُولُ فِي كُلِّ رَكْعَتَيْنِ غَيْرَ أَنْ نُسَبِّحَ وَنُكَبِّرَ وَنَحْمَدَ رَبَّنَا ، وَإِنَّ مُحَمَّدًا صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَّمَ فَوَاتِحَ الْخَيْرِ وَخَوَاتِمَهُ ، فَقَالَ : إِذَا قَعَدْتُمْ فِي كُلِّ رَكْعَتَيْنِ ، فَقُولُوا : التَّحِيَّاتُ لِلَّهِ وَالصَّلَوَاتُ وَالطَّيِّبَاتُ ، السَّلاَمُ عَلَيْكَ أَيُّهَا النَّبِيُّ وَرَحْمَةُ اللهِ وَبَرَكَاتُهُ ، السَّلاَمُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللهِ الصَّالِحِينَ ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ ، وَلْيَتَخَيَّرْ أَحَدُكُمْ مِنَ الدُّعَاءِ أَعْجَبَهُ إِلَيْهِ فَلْيَدْعُ اللَّهَ عَزَّ وَجَلَّ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Biz hər iki rükətdə təsbih, təkbir və Rəbbimizə təhmid edir və nəyin deyilməli olduğunu bilmirdik. Həqiqətən, Muhəmməd ﷺ bizə xeyrin əvvəlini də, sonunu da öyrətdi və dedi: “Hər ikinci rükətdə oturduqda, belə deyin: “Salamlar, dualar və gözəl şeylər Allaha aiddir. Ey Peyğəmbər, sənə Allahın salamı, rəhməti və bərəkəti olsun! Bizə və Allahın əməlisaleh qullarına salam olsun! Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan məbud yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir!” Sizdən biriniz xoşuna gələn duanı seçsin və onunla Allaha ﷿ dua etsin”.”

Abdullah
Nəsəi, 1163 (Tətbiq, 135)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا الْفَضْلُ بْنُ دُكَيْنٍ ، قَالَ : حَدَّثَنَا سَيْفٌ الْمَكِّيُّ ، قَالَ : سَمِعْتُ مُجَاهِدًا ، يَقُولُ : حَدَّثَنِي أَبُو مَعْمَرٍ ، قَالَ : سَمِعْتُ عَبْدَ اللهِ يَقُولُ : عَلَّمَنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ التَّشَهُّدَ كَمَا يُعَلِّمُنَا السُّورَةَ مِنَ الْقُرْآنِ وَكَفُّهُ بَيْنَ يَدَيْهِ التَّحِيَّاتُ لِلَّهِ وَالصَّلَوَاتُ وَالطَّيِّبَاتُ ، السَّلاَمُ عَلَيْكَ أَيُّهَا النَّبِيُّ وَرَحْمَةُ اللهِ وَبَرَكَاتُهُ ، السَّلاَمُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللهِ الصَّالِحِينَ ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ.

“Rəvayət edilir ki, Əbu Mə'mər ﵀ demişdir: “Mən Abdullahın belə dediyini eşitdim: “Allah Elçisi ﷺ təşəhhüdü bizə Qurandan bir surə öyrətdiyi kimi öyrətdi və (dua edərkən) ovucları öz önündə idi. O dedi: “Salamlar, dualar və gözəl şeylər Allaha aiddir. Ey Peyğəmbər, sənə Allahın salamı, rəhməti və bərəkəti olsun! Bizə və Allahın əməlisaleh qullarına salam olsun! Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir!””

Əbu Mə'mər
Nəsəi, 1171 (Tətbiq, 143)Səhih

أَخْبَرَنَا كَثِيرُ بْنُ عُبَيْدٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ حَرْبٍ ، عَنِ الزُّبَيْدِيِّ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ أَبِي سَلَمَةَ ، أَنَّ أَبَا هُرَيْرَةَ قَالَ : قَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى الصَّلاَةِ وَقُمْنَا مَعَهُ ، فَقَالَ أَعْرَابِيٌّ وَهُوَ فِي الصَّلاَةِ : اللَّهُمَّ ارْحَمْنِي وَمُحَمَّدًا وَلاَ تَرْحَمْ مَعَنَا أَحَدًا ، فَلَمَّا سَلَّمَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ لِلأَعْرَابِيِّ : لَقَدْ تَحَجَّرْتَ وَاسِعًا يُرِيدُ رَحْمَةَ اللهِ عَزَّ وَجَلَّ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ namaz qılmaq üçün ayağa qalxdı və biz də onunla birlikdə ayağa qalxdıq. Bir bədəvi namazda dedi: “Allahım, mənə və Muhəmmədə rəhm et, bizdən başqa heç kimə rəhm etmə!” Allah Elçisi ﷺ namazı bitirdikdən sonra Allahın ﷿ rəhmətini qəsd edərək bədəviyə dedi: “Sən geniş olanı daraltdın”.”

Əbu Hureyra
Nəsəi, 1216 (Səhv, 38)Səhih

أَخْبَرَنَا عَبْدُ اللهِ بْنُ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ الزُّهْرِيُّ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : أَحْفَظُهُ مِنَ الزُّهْرِيِّ ، قَالَ : أَخْبَرَنِي سَعِيدٌ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ أَعْرَابِيًّا دَخَلَ الْمَسْجِدَ فَصَلَّى رَكْعَتَيْنِ ثُمَّ قَالَ : اللَّهُمَّ ارْحَمْنِي وَمُحَمَّدًا وَلاَ تَرْحَمْ مَعَنَا أَحَدًا ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لَقَدْ تَحَجَّرْتَ وَاسِعًا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir bədəvi məscidə gəlib iki rükət namaz qıldı, sonra da dedi: “Allahım, mənə və Muhəmmədə rəhm et, bizdən başqa heç kimə rəhm etmə!” Allah Elçisi ﷺ dedi: “Sən geniş olanı daraltdın”.”

Əbu Hureyra
Nəsəi, 1217 (Səhv, 39)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَلِيِّ بْنِ مَيْمُونٍ الرَّقِّيُّ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ وَهُوَ ابْنُ يُوسُفَ الْفِرْيَابِيُّ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَاصِمِ بْنِ كُلَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ وَائِلِ بْنِ حُجْرٍ ، أَنَّهُ رَأَى النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَلَسَ فِي الصَّلاَةِ ، فَافْتَرَشَ رِجْلَهُ الْيُسْرَى ، وَوَضَعَ ذِرَاعَيْهِ عَلَى فَخِذَيْهِ ، وَأَشَارَ بِالسَّبَّابَةِ يَدْعُو بِهَا.

“Rəvayət edilir ki, Vail ibn Hucr ﵁ Peyğəmbərin ﷺ namazda sol ayağının üzərinə oturduğunu, dirsəklərini budlarının üzərinə qoyduğunu və şəhadət barmağı ilə işarə edərək dua etdiyini görmüşdür.”

Vail ibn Hucr
Nəsəi, 1264 (Səhv, 86)Səhih

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، عَنْ زَائِدَةَ ، قَالَ : حَدَّثَنَا عَاصِمُ بْنُ كُلَيْبٍ ، قَالَ : حَدَّثَنِي أَبِي ، أَنَّ وَائِلَ بْنَ حُجْرٍ قَالَ : قُلْتُ : لأَنْظُرَنَّ إِلَى صَلاَةِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَيْفَ يُصَلِّي ؟ فَنَظَرْتُ إِلَيْهِ فَوَصَفَ ، قَالَ : ثُمَّ قَعَدَ وَافْتَرَشَ رِجْلَهُ الْيُسْرَى ، وَوَضَعَ كَفَّهُ الْيُسْرَى عَلَى فَخِذِهِ وَرُكْبَتِهِ الْيُسْرَى ، وَجَعَلَ حَدَّ مِرْفَقِهِ الأَيْمَنِ عَلَى فَخِذِهِ الْيُمْنَى ، ثُمَّ قَبَضَ اثْنَتَيْنِ مِنْ أَصَابِعِهِ ، وَحَلَّقَ حَلْقَةً ، ثُمَّ رَفَعَ أُصْبُعَهُ فَرَأَيْتُهُ يُحَرِّكُهَا يَدْعُو بِهَا ، مُخْتَصَرٌ.

“Rəvayət edilir ki, Vail ibn Hucr ﵁ demişdir: “Mən öz-özümə dedim: “Mən mütləq Allah Elçisinin ﷺ namazı necə qıldığına baxacağam”. Ona baxdım. O oturdu və sol ayağını altına qoydu, sol biləyini də sol dizinin və budunun üzərinə qoydu. Sağ dirsəyini sağ budunun üzərinə qoydu. Sonra barmaqlarının ikisini halqa şəklində bağladı və barmağını hərəkət etdirərək dua etdi”.”

Vail ibn Hucr
Nəsəi, 1268 (Səhv, 90)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، قَالَ : أَنْبَأَنَا مَعْمَرٌ ، عَنْ عُبَيْدِ اللهِ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا جَلَسَ فِي الصَّلاَةِ وَضَعَ يَدَيْهِ عَلَى رُكْبَتَيْهِ ، وَرَفَعَ أُصْبُعَهُ الَّتِي تَلِي الإِبْهَامَ فَدَعَا بِهَا ، وَيَدُهُ الْيُسْرَى عَلَى رُكْبَتِهِ بَاسِطُهَا عَلَيْهَا.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ namazda oturduqda əlini dizinin üzərinə qoyar, baş barmaqdan sonra gələn (şəhadət) barmağı qaldırar və dua edərdi. Sol əlini isə dizinin üzərinə qoyardı.”

İbn Ömər
Nəsəi, 1269 (Səhv, 91)Səhih

أَخْبَرَنَا أَيُّوبُ بْنُ مُحَمَّدٍ الْوَزَّانُ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ ، قَالَ ابْنُ جُرَيْجٍ : أَخْبَرَنِي زِيَادٌ ، عَنْ مُحَمَّدِ بْنِ عَجْلاَنَ ، عَنْ عَامِرِ بْنِ عَبْدِ اللهِ بْنِ الزُّبَيْرِ ، عَنْ عَبْدِ اللهِ بْنِ الزُّبَيْرِ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُشِيرُ بِأُصْبُعِهِ إِذَا دَعَا ، وَلاَ يُحَرِّكُهَا ، قَالَ : ابْنُ جُرَيْجٍ : وَزَادَ عَمْرٌو ، قَالَ : أَخْبَرَنِي عَامِرُ بْنُ عَبْدِ اللهِ بْنِ الزُّبَيْرِ ، عَنْ أَبِيهِ ، أَنَّهُ رَأَى النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَدْعُو كَذَلِكَ ، وَيَتَحَامَلُ بِيَدِهِ الْيُسْرَى عَلَى رِجْلِهِ الْيُسْرَى.

“Abdullah ibn əz-Zubeyr ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ namazda dua etdikdə barmağı ilə işarə edər, lakin tərpətməzdi. İbn Cureyc deyir ki, Amr əlavə edib dedi: “Mənə Amir ibn Abdullah ibn əz-Zubeyr atasından rəvayət etdi ki, Peyğəmbərin ﷺ bu cür dua etdiyini və sol əlini sol ayağının üzərində sərbəst halda qoyduğunu görmüşdür”.”

Abdullah ibn əz-Zubeyr
Nəsəi, 1270 (Səhv, 92)Zəif

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا صَفْوَانُ بْنُ عِيسَى ، قَالَ : حَدَّثَنَا ابْنُ عَجْلاَنَ ، عَنِ الْقَعْقَاعِ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَجُلاً كَانَ يَدْعُو بِأُصْبُعَيْهِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَحِّدْ ، أَحِّدْ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir kişi təşəhhüddə iki barmağı ilə işarə edərək dua etdi. Allah Elçisi ﷺ ona buyurdu: “Biri ilə, biri ilə!””

Əbu Hureyra
Nəsəi, 1272 (Səhv, 94)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ الْمُخَرِّمِيُّ ، قَالَ : حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، قَالَ : حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ سَعْدٍ قَالَ : مَرَّ عَلَيَّ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَأَنَا أَدْعُو بِأَصَابِعِي ، فَقَالَ : أَحِّدْ ، أَحِّدْ ، وَأَشَارَ بِالسَّبَّابَةِ.

“Rəvayət edilir ki, Səd ﵁ demişdir: “Allah Elçisi ﷺ məni təşəhhüddə ikən iki barmaqla dua edərkən gördü və: “Biri ilə, biri ilə!”- deyərək şəhadət barmağına işarə etdi”.”

Səd
Nəsəi, 1273 (Səhv, 95)Səhih

أَخْبَرَنِي أَحْمَدُ بْنُ يَحْيَى الصُّوفِيُّ ، قَالَ : حَدَّثَنَا أَبُو نُعَيْمٍ ، قَالَ : حَدَّثَنَا عِصَامُ بْنُ قُدَامَةَ الْجَدَلِيُّ ، قَالَ : حَدَّثَنِي مَالِكُ بْنُ نُمَيْرٍ الْخُزَاعِيُّ - مِنْ أَهْلِ الْبَصْرَةِ - أَنَّ أَبَاهُ حَدَّثَهُ ، أَنَّهُ رَأَى رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَاعِدًا فِي الصَّلاَةِ ، وَاضِعًا ذِرَاعَهُ الْيُمْنَى عَلَى فَخِذِهِ الْيُمْنَى ، رَافِعًا أُصْبُعَهُ السَّبَّابَةَ ، قَدْ أَحْنَاهَا شَيْئًا وَهُوَ يَدْعُو.

“Rəvayət edilir ki, Bəsrədən olan Malik ibn Numeyr əl-Xuzəinin atası ﵁ Allah Elçisinin ﷺ namazda oturduğunu, sağ dirsəyini sağ budunun üzərinə qoyaraq işarə barmağını qaldırdığını və əyərək dua etdiyini görmüşdür.”

Malik ibn Numeyr əl-Xuzəi atasından
Nəsəi, 1274 (Səhv, 96)Zəif

أَخْبَرَنَا أَحْمَدُ بْنُ عَمْرِو بْنِ السَّرْحِ ، عَنْ ابْنِ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي اللَّيْثُ ، عَنْ جَعْفَرِ بْنِ رَبِيعَةَ ، عَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : لَيَنْتَهِيَنَّ أَقْوَامٌ عَنْ رَفْعِ أَبْصَارِهِمْ عِنْدَ الدُّعَاءِ فِي الصَّلاَةِ إِلَى السَّمَاءِ أَوْ لَتُخْطَفَنَّ أَبْصَارُهُمْ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Toplum ya namazda dua etdikdə yuxarı baxmaqdan əl çəkəcək, ya da onların gözləri çıxacaq”.”

Əbu Hureyra
Nəsəi, 1276 (Səhv, 98)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ الْكَوْسَجُ ، قَالَ : أَنْبَأَنَا عَفَّانُ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، قَالَ : حَدَّثَنَا ثَابِتٌ ، قَالَ : قَدِمَ عَلَيْنَا سُلَيْمَانُ ، مَوْلَى الْحَسَنِ ابْنِ عَلِيٍّ زَمَنَ الْحَجَّاجِ فَحَدَّثَنَا ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي طَلْحَةَ ، عَنْ أَبِيهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَاءَ ذَاتَ يَوْمٍ وَالْبُشْرَى فِي وَجْهِهِ ، فَقُلْنَا : إِنَّا لَنَرَى الْبُشْرَى فِي وَجْهِكَ ، فَقَالَ : إِنَّهُ أَتَانِي الْمَلَكُ ، فَقَالَ : يَا مُحَمَّدُ ، إِنَّ رَبَّكَ يَقُولُ : أَمَا يُرْضِيكَ أَنَّهُ لاَ يُصَلِّي عَلَيْكَ أَحَدٌ إِلاَّ صَلَّيْتُ عَلَيْهِ عَشْرًا ، وَلاَ يُسَلِّمُ عَلَيْكَ أَحَدٌ ، إِلاَّ سَلَّمْتُ عَلَيْهِ عَشْرًا.

“Abdullah ibn Əbu Talhə atasından ﵁ rəvayət edir ki, bir gün Allah Elçisi ﷺ üzündə sevinc əlaməti olaraq gəldi. Biz ona dedik: “Biz sənin üzündə sevinc görürük”. O dedi: “Həqiqətən, bir mələk yanıma gəlib belə dedi: “Ey Muhəmməd, sənin Rəbbin buyurur: “Sənə bir dəfə salavat deyən hər bir kəsə Mənim on dəfə xeyir-dua etməyim, sənə bir dəfə salam deyənə Mənim on dəfə salam deməyim səni məmnun edərmi?!””

Abdullah ibn Əbu Talhə atasından
Nəsəi, 1283 (Səhv, 105)Həsən

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، عَنْ أَبِي هَانِئٍ ، أَنَّ أَبَا عَلِيٍّ الْجَنْبِيَّ حَدَّثَهُ ، أَنَّهُ سَمِعَ فَضَالَةَ بْنَ عُبَيْدٍ ، يَقُولُ : سَمِعَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَجُلاً يَدْعُو فِي صَلاَتِهِ لَمْ يُمَجِّدِ اللَّهَ ، وَلَمْ يُصَلِّ عَلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : عَجِلْتَ أَيُّهَا الْمُصَلِّي ، ثُمَّ عَلَّمَهُمْ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَسَمِعَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَجُلاً يُصَلِّي ، فَمَجَّدَ اللَّهَ وَحَمِدَهُ ، وَصَلَّى عَلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : ادْعُ تُجَبْ ، وَسَلْ تُعْطَ.

“Rəvayət edilir ki, Fədalə ibn Ubeyd ﵁ demişdir: “Allah Elçisi ﷺ bir kişinin namazda dua edərkən Allahı tərifləmədiyini və Peyğəmbərə ﷺ salavat demədiyini eşitdi. Allah Elçisi ﷺ dedi: “Ey namaz qılan, tələsdin”. Sonra onlara (Allahı tərif etməyi və salavatı) öyrətdi. Daha sonra Allah Elçisi ﷺ bir kişinin namazda Allahı tərifləyib həmd etdiyini və Peyğəmbərə ﷺ də salavat dediyini eşitdi. Allah Elçisi ﷺ dedi: “Dua et, sənə cavab verilsin! İstə, sənə verilsin!””

Fədalə ibn Ubeyd
Nəsəi, 1284 (Səhv, 106)Səhih

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ ، يَعْنِي ابْنَ الْمُبَارَكِ ، قَالَ : أَنْبَأَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ ثَابِتٍ ، عَنْ سُلَيْمَانَ ، مَوْلَى الْحَسَنِ بْنِ عَلِيٍّ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي طَلْحَةَ ، عَنْ أَبِيهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَاءَ ذَاتَ يَوْمٍ وَالْبِشْرُ يُرَى فِي وَجْهِهِ ، فَقَالَ : إِنَّهُ جَاءَنِي جِبْرِيلُ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : أَمَا يُرْضِيكَ يَا مُحَمَّدُ أَنْ لاَ يُصَلِّيَ عَلَيْكَ أَحَدٌ مِنْ أُمَّتِكَ إِلاَّ صَلَّيْتُ عَلَيْهِ عَشْرًا ، وَلاَ يُسَلِّمَ عَلَيْكَ أَحَدٌ مِنْ أُمَّتِكَ إِلاَّ سَلَّمْتُ عَلَيْهِ عَشْرًا.

“Abdullah ibn Əbu Talhə atasından ﵁ rəvayət edir ki, bir gün Allah Elçisi ﷺ üzündə sevinclə gəlib dedi: “Həqiqətən, Cəbrail ﷺ yanıma gəlib dedi: “Ey Muhəmməd, ümmətindən sənə bir dəfə salavat deyən hər bir kəsə Mənim on xeyir-dua etməyim və ümmətindən sənə bir dəfə salam deyənə Mənim on dəfə salam deməyim səni məmnun edərmi?!””

Abdullah ibn Əbu Talhə atasından
Nəsəi, 1295 (Səhv, 117)Həsən

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا إِسْمَعِيلُ بْنُ جَعْفَرٍ ، عَنِ الْعَلاَءِ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : مَنْ صَلَّى عَلَيَّ وَاحِدَةً صَلَّى اللَّهُ عَلَيْهِ عَشْرًا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə dedi: “Kim mənə bir dəfə salavat deyərsə, Allah ona on dəfə xeyir-dua edər”.”

Əbu Hureyra
Nəsəi, 1296 (Səhv, 118)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ يُوسُفَ ، قَالَ : حَدَّثَنَا يُونُسُ بْنُ أَبِي إِسْحَاقَ ، عَنْ بُرَيْدِ بْنِ أَبِي مَرْيَمَ ، قَالَ : حَدَّثَنَا أَنَسُ بْنُ مَالِكٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ صَلَّى عَلَيَّ صَلاَةً وَاحِدَةً صَلَّى اللَّهُ عَلَيْهِ عَشْرَ صَلَوَاتٍ ، وَحُطَّتْ عَنْهُ عَشْرُ خَطِيئَاتٍ ، وَرُفِعَتْ لَهُ عَشْرُ دَرَجَاتٍ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim mənə bir dəfə salavat edərsə, Allah ona on dəfə xeyir-dua edər, onun on günahını silər və onu on dərəcə yüksəldər”.”

Ənəs ibn Malik
Nəsəi, 1297 (Səhv, 119)Səhih

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ الدَّوْرَقِيُّ ، وَعَمْرُو بْنُ عَلِيٍّ ، وَاللَّفْظُ لَهُ ، قَالاَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا سُلَيْمَانُ الأَعْمَشُ ، قَالَ : حَدَّثَنِي شَقِيقٌ ، عَنْ عَبْدِ اللهِ ، قَالَ : كُنَّا إِذَا جَلَسْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي الصَّلاَةِ ، قُلْنَا : السَّلاَمُ عَلَى اللهِ مِنْ عِبَادِهِ ، السَّلاَمُ عَلَى فُلاَنٍ وَفُلاَنٍ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لاَ تَقُولُوا السَّلاَمُ عَلَى اللهِ ، فَإِنَّ اللَّهَ هُوَ السَّلاَمُ ، وَلَكِنْ إِذَا جَلَسَ أَحَدُكُمْ فَلْيَقُلْ : التَّحِيَّاتُ لِلَّهِ وَالصَّلَوَاتُ وَالطَّيِّبَاتُ ، السَّلاَمُ عَلَيْكَ أَيُّهَا النَّبِيُّ وَرَحْمَةُ اللهِ وَبَرَكَاتُهُ ، السَّلاَمُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللهِ الصَّالِحِينَ ، فَإِنَّكُمْ إِذَا قُلْتُمْ ذَلِكَ أَصَابَتْ كُلَّ عَبْدٍ صَالِحٍ فِي السَّمَاءِ وَالأَرْضِ ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ ، ثُمَّ لِيَتَخَيَّرْ مِنَ الدُّعَاءِ بَعْدُ أَعْجَبَهُ إِلَيْهِ يَدْعُو بِهِ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Biz Peyğəmbərlə ﷺ birlikdə namazda oturduqda deyirdik: “Allaha qullarından salam olsun, salam olsun filankəsə və filankəsə”. Allah Elçisi ﷺ dedi: “Allaha salam olsun”- deməyin! Həqiqətən, Allah Özü Salamdır. (Namazda oturduqda) belə deyin: “Salamlar, dualar və gözəl şeylər Allaha aiddir. Ey Peyğəmbər, sənə Allahın salamı, rəhməti və bərəkəti olsun! Bizə və Allahın əməlisaleh qullarına salam olsun! Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan məbud yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir!” Əgər siz bunu desəniz bu, səmada və yerdə olan bütün əməlisaleh bəndələrə çatar. (Sonra deyin:) Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan məbud yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir! Sonra istədiyi duanı seçib Ona dua etsin!””

Abdullah
Nəsəi, 1298 (Səhv, 120)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا خَلَفُ بْنُ خَلِيفَةَ ، عَنْ حَفْصِ بْنِ أَخِي أَنَسٍ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : كُنْتُ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَالِسًا - يَعْنِي - وَرَجُلٌ قَائِمٌ يُصَلِّي ، فَلَمَّا رَكَعَ وَسَجَدَ وَتَشَهَّدَ دَعَا ، فَقَالَ فِي دُعَائِهِ : اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِأَنَّ لَكَ الْحَمْدَ لاَ إِلَهَ إِلاَّ أَنْتَ الْمَنَّانُ بَدِيعُ السَّمَاوَاتِ وَالأَرْضِ ، يَا ذَا الْجَلاَلِ وَالإِكْرَامِ ، يَا حَيُّ يَا قَيُّومُ ، إِنِّي أَسْأَلُكَ ، فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لأَصْحَابِهِ : تَدْرُونَ بِمَا دَعَا ؟ قَالُوا : اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ ، قَالَ : وَالَّذِي نَفْسِي بِيَدِهِ ، لَقَدْ دَعَا اللَّهَ بِاسْمِهِ الْعَظِيمِ ، الَّذِي إِذَا دُعِيَ بِهِ أَجَابَ ، وَإِذَا سُئِلَ بِهِ أَعْطَى.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ ilə birlikdə oturmuşdum. Bir kişi namaz qılarkən ruku, səcdə və təşəhhüddə belə dua etdi: “Allahım, Sənə yalvarıram, həmd Sənə məxsusdur, Səndən başqa ibadətə layiq məbud yoxdur, Sən lütf edən, yeri göyü icad edənsən! Ey Ucalıq və Kəramət Sahibi, ey əbədi Yaşayan, ey Qəyyum olan, Səndən istəyirəm!” Peyğəmbər ﷺ səhabələrinə buyurdu: “Onun necə dua etdiyini bilirsiniz?” Dedilər: “Allah və Onun Elçisi daha yaxşı bilir!” Peyğəmbər ﷺ buyurdu: “Canım əlində Olana and olsun ki, o, Allahın ən əzəmətli adı ilə dua etdi. Bu adla dua edənin duası qəbul edilər və istədiyi verilər”.”

Ənəs ibn Malik
Nəsəi, 1300 (Səhv, 122)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ يَزِيدَ أَبُو بُرَيْدٍ الْبَصْرِيُّ ، عَنْ عَبْدِ الصَّمَدِ بْنِ عَبْدِ الْوَارِثِ ، قَالَ : حَدَّثَنَا أَبِي ، قَالَ : حَدَّثَنَا حُسَيْنٌ الْمُعَلِّمُ ، عَنْ ابْنِ بُرَيْدَةَ ، قَالَ : حَدَّثَنِي حَنْظَلَةُ بْنُ عَلِيٍّ ، أَنَّ مِحْجَنَ بْنَ الأَدْرَعِ حَدَّثَهُ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ دَخَلَ الْمَسْجِدَ ، إِذَا رَجُلٌ قَدْ قَضَى صَلاَتَهُ وَهُوَ يَتَشَهَّدُ ، فَقَالَ : اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ يَا أَللَّهُ بِأَنَّكَ الْوَاحِدُ الأَحَدُ الصَّمَدُ ، الَّذِي لَمْ يَلِدْ وَلَمْ يُولَدْ وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ ، أَنْ تَغْفِرَ لِي ذُنُوبِي ، إِنَّكَ أَنْتَ الْغَفُورُ الرَّحِيمُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : قَدْ غُفِرَ لَهُ ، ثَلاَثًا.

“Mihcən ibn əl-Ədrai ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ məscidə girdikdə, bir kişi təşəhhüddə namazını bitirərkən belə dua etdi: “Allahım, Sənə yalvarıram, ey Allah! Sən Vahid, Tək, Möhtac olmayan, doğmayan, doğulmayan və bənzəri olmayansan! Günahlarımı bağışla, şübhəsiz ki, Sən Bağışlayansan, Rəhmlisən!” Allah Elçisi ﷺ üç dəfə dedi: “Artıq o bağışlandı!””

Mihcən ibn əl-Ədrai
Nəsəi, 1301 (Səhv, 123)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ يَزِيدَ بْنِ أَبِي حَبِيبٍ ، عَنْ أَبِي الْخَيْرِ ، عَنْ عبْدِ اللهِ بْنِ عَمْرٍو ، عَنْ أَبِي بَكْرٍ الصِّدِّيقِ رَضِيَ اللَّهُ عَنْهُمَا ، أَنَّهُ قَالَ لِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : عَلِّمْنِي دُعَاءً أَدْعُو بِهِ فِي صَلاَتِي ، قَالَ : قُلِ : اللَّهُمَّ إِنِّي ظَلَمْتُ نَفْسِي ظُلْمًا كَثِيرًا وَلاَ يَغْفِرُ الذُّنُوبَ إِلاَّ أَنْتَ ، فَاغْفِرْ لِي مَغْفِرَةً مِنْ عِنْدِكَ وَارْحَمْنِي ، إِنَّكَ أَنْتَ الْغَفُورُ الرَّحِيمُ.

“Rəvayət edilir ki, Əbu Bəkr əs-Siddiq ﵁ Allah Elçisinə ﷺ dedi: “Mənə namazda oxuyacağım dua öyrət”. O buyurdu: “Allahım, mən özümə çox zülm etmişəm, Səndən başqa günahları bağışlayan yoxdur. Öz dərgahında olan bağışlanma ilə məni bağışla və rəhm et! Həqiqətən, Sən Bağışlayansan, Rəhmlisən!””

Əbu Bəkr əs-Siddiq
Nəsəi, 1302 (Səhv, 124)Səhih

أَخْبَرَنَا أَبُو دَاوُدَ ، قَالَ : حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ سَعِيدٍ الْجُرَيْرِيِّ ، عَنْ أَبِي الْعَلاَءِ ، عَنْ شَدَّادِ بْنِ أَوْسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقُولُ فِي صَلاَتِهِ : اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الثَّبَاتَ فِي الأَمْرِ ، وَالْعَزِيمَةَ عَلَى الرُّشْدِ ، وَأَسْأَلُكَ شُكْرَ نِعْمَتِكَ ، وَحُسْنَ عِبَادَتِكَ ، وَأَسْأَلُكَ قَلْبًا سَلِيمًا ، وَلِسَانًا صَادِقًا ، وَأَسْأَلُكَ مِنْ خَيْرِ مَا تَعْلَمُ ، وَأَعُوذُ بِكَ مِنْ شَرِّ مَا تَعْلَمُ ، وَأَسْتَغْفِرُكَ لِمَا تَعْلَمُ.

“Şəddad ibn Əus ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ namazında deyərdi: “Allahım, işimdə Səndən sabitlik, doğru yolda əzmkarlıq, Sənin nemətlərinə şükür etmək, Sənə gözəl şəkildə ibadət etmək, Səndən salamat qəlb və sadiq bir dil istəyirəm! Səndən Sənin bildiyin xeyirləri istəyirəm, Sənin bildiyin şərlərdən Sənə sığınıram! Sənin bildiyin günahlarıma görə Səndən bağışlanma diləyirəm!””

Şəddad ibn Əus
Nəsəi, 1304 (Səhv, 126)Zəif

أَخْبَرَنَا يَحْيَى بْنُ حَبِيبِ بْنِ عَرَبيٍّ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، قَالَ : حَدَّثَنَا عَطَاءُ بْنُ السَّائِبِ ، عَنْ أَبِيهِ ، قَالَ : صَلَّى بِنَا عَمَّارُ بْنُ يَاسِرٍ صَلاَةً ، فَأَوْجَزَ فِيهَا ، فَقَالَ لَهُ بَعْضُ الْقَوْمِ : لَقَدْ خَفَّفْتَ أَوْ أَوْجَزْتَ الصَّلاَةَ ، فَقَالَ : أَمَّا عَلَى ذَلِكَ ، فَقَدْ دَعَوْتُ فِيهَا بِدَعَوَاتٍ سَمِعْتُهُنَّ مِنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَلَمَّا قَامَ تَبِعَهُ رَجُلٌ مِنَ الْقَوْمِ هُوَ أُبَيٌّ غَيْرَ أَنَّهُ كَنَى عَنْ نَفْسِهِ ، فَسَأَلَهُ عَنِ الدُّعَاءِ ، ثُمَّ جَاءَ فَأَخْبَرَ بِهِ الْقَوْمَ : اللَّهُمَّ بِعِلْمِكَ الْغَيْبَ ، وَقُدْرَتِكَ عَلَى الْخَلْقِ ، أَحْيِنِي مَا عَلِمْتَ الْحَيَاةَ خَيْرًا لِي ، وَتَوَفَّنِي إِذَا عَلِمْتَ الْوَفَاةَ خَيْرًا لِي ، اللَّهُمَّ وَأَسْأَلُكَ خَشْيَتَكَ فِي الْغَيْبِ وَالشَّهَادَةِ ، وَأَسْأَلُكَ كَلِمَةَ الْحَقِّ فِي الرِّضَا وَالْغَضَبِ ، وَأَسْأَلُكَ الْقَصْدَ فِي الْفَقْرِ وَالْغِنَى ، وَأَسْأَلُكَ نَعِيمًا لاَ يَنْفَدُ ، وَأَسْأَلُكَ قُرَّةَ عَيْنٍ لاَ تَنْقَطِعُ ، وَأَسْأَلُكَ الرِّضَاءَ بَعْدَ الْقَضَاءِ ، وَأَسْأَلُكَ بَرْدَ الْعَيْشِ بَعْدَ الْمَوْتِ ، وَأَسْأَلُكَ لَذَّةَ النَّظَرِ إِلَى وَجْهِكَ ، وَالشَّوْقَ إِلَى لِقَائِكَ فِي غَيْرِ ضَرَّاءَ مُضِرَّةٍ ، وَلاَ فِتْنَةٍ مُضِلَّةٍ ، اللَّهُمَّ زَيِّنَّا بِزِينَةِ الإِيمَانِ ، وَاجْعَلْنَا هُدَاةً مُهْتَدِينَ.

“Əta ibn əs-Saib atasının ﵀ belə dediyini rəvayət etmişdir: “Əmmar ibn Yasir bizə namaz qıldırdı və bu namazı qısa etdi. Camaatdan olan bəzi insanlar ona dedilər: “Sən namazı yüngül və qısa etdin!” O da dedi: “O ki qaldı mənə, mən namazda Allah Elçisindən ﷺ eşitdiyim bir duanı etdim”. Qalxıb getdikdə, camaatdan bir kişi onun ardı ilə getdi. Onun adı Ubey idi. Əmmardan bu dua haqda soruşdu. Sonra gəlib camaata bu duanı xəbər verdi: “Allahım! Qeybi bilməyinlə və yaratma qüdrətinlə yaşamağın mənim üçün daha xeyirli olduğunu bilirsənsə, məni yaşat, ölümün mənim üçün daha xeyirli olduğunu bilirsənsə, məni öldür! Allahım, gizlində də, aşkarda da Səndən (layiqincə) qorxmağı diləyirəm! Səndən razılıq və qəzəb anında haqq söz söyləməyimi diləyirəm! Kasıblıqda da, zənginlikdə də Səndən mötədillik diləyirəm! Səndən tükənməz nemət və ardı kəsilməyən bir göz aydınlığı (sevinc) diləyirəm! Səndən (başıma gələn) qəzadan sonra ondan razı qalmağımı və ölümdən sonra olan gözəl həyatı diləyirəm! Səndən Sənin Üzünə baxmağın ləzzətini, zərər verən xəstəliyə və azğınlığa aparan fitnəyə uğramadıqca Səninlə qarşılaşmaq həsrətini diləyirəm! Allahım, bizi imanın gözəlliyi ilə gözəlləşdir və bizi doğru yolda olan başçılardan et!””

Əta ibn əs-Saib atasından
Nəsəi, 1305 (Səhv, 127)Səhih

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعْدِ بْنِ إِبْرَاهِيمَ بْنِ سَعْدٍ ، قَالَ : حَدَّثَنَا عَمِّي ، قَالَ : حَدَّثَنَا شَرِيكٌ ، عَنْ أَبِي هَاشِمٍ الْوَاسِطِيِّ ، عَنْ أَبِي مِجْلَزٍ ، عَنْ قَيْسِ بْنِ عُبَادٍ ، قَالَ : صَلَّى عَمَّارُ بْنُ يَاسِرٍ بِالْقَوْمِ صَلاَةً أَخَفَّهَا ، فَكَأَنَّهُمْ أَنْكَرُوهَا ، فَقَالَ : أَلَمْ أُتِمَّ الرُّكُوعَ وَالسُّجُودَ ؟ قَالُوا : بَلَى ، قَالَ : أَمَا إِنِّي دَعَوْتُ فِيهَا بِدُعَاءٍ كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَدْعُو بِهِ : اللَّهُمَّ بِعِلْمِكَ الْغَيْبَ ، وَقُدْرَتِكَ عَلَى الْخَلْقِ ، أَحْيِنِي مَا عَلِمْتَ الْحَيَاةَ خَيْرًا لِي ، وَتَوَفَّنِي إِذَا عَلِمْتَ الْوَفَاةَ خَيْرًا لِي ، وَأَسْأَلُكَ خَشْيَتَكَ فِي الْغَيْبِ وَالشَّهَادَةِ ، وَكَلِمَةَ الإِخْلاَصِ فِي الرِّضَا وَالْغَضَبِ ، وَأَسْأَلُكَ نَعِيمًا لاَ يَنْفَدُ ، وَقُرَّةَ عَيْنٍ لاَ تَنْقَطِعُ ، وَأَسْأَلُكَ الرِّضَاءَ بِالْقَضَاءِ ، وَبَرْدَ الْعَيْشِ بَعْدَ الْمَوْتِ ، وَلَذَّةَ النَّظَرِ إِلَى وَجْهِكَ ، وَالشَّوْقَ إِلَى لِقَائِكَ ، وَأَعُوذُ بِكَ مِنْ ضَرَّاءَ مُضِرَّةٍ ، وَفِتْنَةٍ مُضِلَّةٍ ، اللَّهُمَّ زَيِّنَّا بِزِينَةِ الإِيمَانِ ، وَاجْعَلْنَا هُدَاةً مُهْتَدِينَ.

“Rəvayət edilir ki, Qeys ibn Ubad ﵀ demişdir: “Əmmar ibn Yasir camaata bir qədər yüngül namaz qıldırdı. Camaat da bunu xoş qarşılamadı. Əmmar dedi: “Məgər mən ruku və səcdələri tam etmədimmi?” Camaat dedi: “Bəli”. Əmmar dedi: “Mən namazda Peyğəmbərin ﷺ etdiyi duanı etdim: “Allahım! Qeybi bilməyinlə və yaratma qüdrətinlə yaşamağın mənim üçün xeyirli olduğunu bildiyin qədər məni yaşat, ölümün mənim üçün daha xeyirli olduğunu bildikdə isə məni öldür! Gizlində də, aşkarda da Səndən (layiqincə) qorxmağı diləyirəm! Səndən razılıq və qəzəb anında ixlaslı söz söyləməyimi diləyirəm! Səndən tükənməz nemət və ardı kəsilməyən bir göz aydınlığı (sevinc) diləyirəm! Səndən (başıma gələn) qəzadan sonra ondan razı qalmağımı və ölümdən sonra olan gözəl həyatı diləyirəm! Səndən Sənin Üzünə baxmağın ləzzətini, zərər verən xəstəliyə və azğınlığa aparan fitnəyə uğramadıqca Səninlə qarşılaşmaq həsrətini diləyirəm! Allahım, bizi imanın gözəlliyi ilə gözəlləşdir və bizi doğru yolda olan başçılardan et!””

Qeys ibn Ubad
Nəsəi, 1306 (Səhv, 128)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا جَرِيرٌ ، عَنْ مَنْصُورٍ ، عَنْ هِلاَلِ بْنِ يَسَافٍ ، عَنْ فَرْوَةَ بْنِ نَوْفَلٍ ، قَالَ : قُلْتُ لِعَائِشَةَ : حَدِّثِينِي بِشَيْءٍ كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَدْعُو بِهِ فِي صَلاَتِهِ ، فَقَالَتْ : نَعَمْ ، كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ شَرِّ مَا عَمِلْتُ وَمِنْ شَرِّ مَا لَمْ أَعْمَلْ.

“Rəvayət edilir ki, Urva ibn Nəufəl ﵀ demişdir: “Mən Aişəyə dedim: “Mənə Allah Elçisinin ﷺ namazda etdiyi dualardan birini deyə bilərsənmi?” O dedi: “Bəli. Allah Elçisi ﷺ dua edərək belə deyərdi: “Allahım, etdiyim və etmədiyim əməllərin şərindən Sənə sığınıram!””

Fərvə ibn Nəufəl
Nəsəi, 1307 (Səhv, 129)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عُثْمَانَ ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنْ شُعَيْبٍ ، عَنِ الزُّهْرِيِّ ، قَالَ : أَخْبَرَنِي عُرْوَةُ بْنُ الزُّبَيْرِ ، أَنَّ عَائِشَةَ أَخْبَرَتْهُ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَدْعُو فِي الصَّلاَةِ : اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ عَذَابِ الْقَبْرِ ، وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ الْمَسِيحِ الدَّجَّالِ ، وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ الْمَحْيَا وَالْمَمَاتِ ، اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْمَأْثَمِ وَالْمَغْرَمِ ، فَقَالَ لَهُ قَائِلٌ : مَا أَكْثَرَ مَا تَسْتَعِيذُ مِنَ الْمَغْرَمِ ، فَقَالَ : إِنَّ الرَّجُلَ إِذَا غَرِمَ حَدَّثَ فَكَذَبَ ، وَوَعَدَ فَأَخْلَفَ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ namazda belə dua edərdi: “Allahım, qəbir əzabından Sənə sığınıram! Məsih Dəccalın fitnəsindən Sənə sığınıram! Həyatın və ölümün fitnəsindən Sənə sığınıram! Allahım, günah etməkdən və borcdan Sənə sığınıram!” Səhabə ona dedi: “Nəyə görə sən borcdan Allaha çox sığınırsan?” O dedi: “Həqiqətən, adam borclu olduqda, yalan danışar və vədinə xilaf çıxar”.”

Aişə
Nəsəi, 1309 (Səhv, 131)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ سَعِيدٍ ، عَنْ قَتَادَةَ ، عَنْ زُرَارَةَ بْنِ أَوْفَى ، عَنْ سَعْدِ بْنِ هِشَامٍ ، قَالَ : قُلْتُ : يَا أُمَّ الْمُؤْمِنِينَ أَنْبِئِينِي عَنْ وَتْرِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَتْ : كُنَّا نُعِدُّ لَهُ سِوَاكَهُ وَطَهُورَهُ ، فَيَبْعَثُهُ اللَّهُ لِمَا شَاءَ أَنْ يَبْعَثَهُ مِنَ اللَّيْلِ ، فَيَتَسَوَّكُ وَيَتَوَضَّأُ ، وَيُصَلِّي ثَمَانِ رَكَعَاتٍ لاَ يَجْلِسُ فِيهِنَّ إِلاَّ عِنْدَ الثَّامِنَةِ ، فَيَجْلِسُ ، فَيَذْكُرُ اللَّهَ عَزَّ وَجَلَّ وَيَدْعُو ، ثُمَّ يُسَلِّمُ تَسْلِيمًا يُسْمِعُنَا.

“Rəvayət edilir ki, Səd ibn Hişam ﵀ demişdir: “Mən dedim: “Ey möminlərin anası! Mənə Allah Elçisinin ﷺ vitr namazı haqda xəbər ver”. O dedi: “Biz onun üçün misvakını və təharət üçün suyunu hazırlayardıq. Allah da gecənin istədiyi vaxtında onu oyadardı. O, misvakla (dişlərini) təmizləyər, dəstəmaz alar və (təşəhhüdə) oturmadan səkkiz rükət namaz qılardı. Yalnız səkkizinci rükətdə oturar, Allahı ﷿ zikr edib Ona dua edər, sonra da bizə eşitdirəcək tərzdə salam verərdi”.”

Səd ibn Hişam
Nəsəi, 1315 (Səhv, 137)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ إِسْحَاقَ الصَّاغَانِيُّ ، قَالَ : حَدَّثَنَا أَبُو سَلَمَةَ الْخُزَاعِيُّ مَنْصُورُ بْنُ سَلَمَةَ ، قَالَ : حَدَّثَنَا خَلاَّدُ بْنُ سُلَيْمَانَ ، قَالَ أَبُو سَلَمَةَ وَكَانَ مِنَ الْخَائِفِينَ ، عَنْ خَالِدِ بْنِ أَبِي عِمْرَانَ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا جَلَسَ مَجْلِسًا أَوْ صَلَّى تَكَلَّمَ بِكَلِمَاتٍ ، فَسَأَلَتْهُ عَائِشَةُ عَنِ الْكَلِمَاتِ ، فَقَالَ : إِنْ تَكَلَّمَ بِخَيْرٍ كَانَ طَابِعًا عَلَيْهِنَّ إِلَى يَوْمِ الْقِيَامَةِ ، وَإِنْ تَكَلَّمَ بِغَيْرِ ذَلِكَ كَانَ كَفَّارَةً لَهُ سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ ، أَسْتَغْفِرُكَ وَأَتُوبُ إِلَيْكَ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ bir məclisdə oturduqda və ya namaz qıldıqda bəzi kəlmələr deyərdi. Aişə Allah Elçisindən ﷺ bu haqda soruşduqda, o dedi: “Əgər bu kəlmələri bir xeyir etdikdən sonra desən, bu xeyir Qiyamət gününə qədər yazılar. Xeyir olmayan bir əməldən sonra desən, sənin üçün kəffarə olar. (Bu kəlmələr:) Allahım, Sən pak və müqəddəssən! Sənə həmd olsun! Səndən bağışlanma diləyir, Sənə tövbə edirəm!””

Aişə
Nəsəi, 1344 (Səhv, 166)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ سَوَّادِ بْنِ الأَسْوَدِ بْنِ عَمْرٍو ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي حَفْصُ بْنُ مَيْسَرَةَ ، عَنْ مُوسَى بْنِ عُقْبَةَ ، عَنْ عَطَاءِ بْنِ أَبِي مَرْوَانَ ، عَنْ أَبِيهِ ، أَنَّ كَعْبًا حَلَفَ لَهُ بِاللَّهِ الَّذِي فَلَقَ الْبَحْرَ لِمُوسَى إِنَّا لَنَجِدُ فِي التَّوْرَاةِ : أَنَّ دَاوُدَ نَبِيَّ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، كَانَ إِذَا انْصَرَفَ مِنْ صَلاَتِهِ قَالَ : اللَّهُمَّ أَصْلِحْ لِي دِينِي الَّذِي جَعَلْتَهُ لِي عِصْمَةً ، وَأَصْلِحْ لِي دُنْيَايَ الَّتِي جَعَلْتَ فِيهَا مَعَاشِي ، اللَّهُمَّ إِنِّي أَعُوذُ بِرِضَاكَ مِنْ سَخَطِكَ ، وَأَعُوذُ بِعَفْوِكَ مِنْ نِقْمَتِكَ ، وَأَعُوذُ بِكَ مِنْكَ ، لاَ مَانِعَ لِمَا أَعْطَيْتَ ، وَلاَ مُعْطِيَ لِمَا مَنَعْتَ ، وَلاَ يَنْفَعُ ذَا الْجَدِّ مِنْكَ الْجَدُّ ، قَالَ : وَحَدَّثَنِي كَعْبٌ ، أَنَّ صُهَيْبًا حَدَّثَهُ ، أَنَّ مُحَمَّدًا صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقُولُهُنَّ عِنْدَ انْصِرَافِهِ مِنْ صَلاَتِهِ.

“Əta ibn Mərvan atasının ﵀ belə dediyini rəvayət edir, Kəb and içərək ona belə dedi: “Musa üçün dənizi yaran Allaha and olsun ki, biz Tövratda Allahın Peyğəmbəri Davudun ﷺ namazı bitirdikdə belə deməsini tapmışıq: “Allahım, mənim dinimi islah et, yaşayışım olan dünyamı yoluna qoy! Sənin qəzəbindən Sənin razılığına sığınıram! Sənin cəzandan Sənin əfvinə sığınıram! Səndən Sənə sığınıram! Sənin verdiyinə mane olacaq, mane olduğunu da verəcək bir kəs yoxdur! Heç bir hörmət sahibinə Sənin yanında hörməti fayda verməz!” Bunu mənə Kəb danışdı. Ona da Suheyb belə demişdir: “Həqiqətən, Muhəmməd ﷺ namazı bitirdikdən sonra bu sözləri deyərdi”.”

Əta ibn Mərvan atasından
Nəsəi, 1346 (Səhv, 168)Zəif

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ عُثْمَانَ الشَّحَّامِ ، عَنْ مُسْلِمِ بْنِ أَبِي بَكْرَةَ ، قَالَ : كَانَ أَبِي يَقُولُ فِي دُبُرِ الصَّلاَةِ : اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْكُفْرِ وَالْفَقْرِ ، وَعَذَابِ الْقَبْرِ ، فَكُنْتُ أَقُولُهُنَّ ، فَقَالَ أَبِي : أَيْ بُنَيَّ ، عَمَّنْ أَخَذْتَ هَذَا ؟ قُلْتُ عَنْكَ ، قَالَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقُولُهُنَّ فِي دُبُرِ الصَّلاَةِ.

“Rəvayət edilir ki, Muslim ibn Əbu Bəkra ﵀ demişdir: “Atam namazın sonunda (və ya sonra) deyərdi: “Allahım, küfrdən, kasıblıqdan və qəbir əzabından Sənə sığınıram!” Mən də bunları deyirdim. Atam dedi: “Ey oğlum, bu duanı kimdən öyrənmisən?” Mən: “Səndən”- dedikdə, o dedi: “Həqiqətən, Allah Elçisi ﷺ bu sözləri namazdan sonra deyərdi”.”

Muslim ibn Əbu Bəkra
Nəsəi, 1347 (Səhv, 169)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، مَوْلَى آلِ طَلْحَةَ ، قَالَ : سَمِعْتُ كُرَيْبًا ، عَنْ ابْنِ عَبَّاسٍ ، عَنْ جُوَيْرِيَةَ بِنْتِ الْحَارِثِ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَرَّ عَلَيْهَا وَهِيَ فِي الْمَسْجِدِ تَدْعُو ، ثُمَّ مَرَّ بِهَا قَرِيبًا مِنْ نِصْفِ النَّهَارِ ، فَقَالَ لَهَا : مَا زِلْتِ عَلَى حَالِكِ ؟ قَالَتْ : نَعَمْ ، قَالَ : أَلاَ أُعَلِّمُكِ ـ يَعْنِي ـ كَلِمَاتٍ تَقُولِينَهُنَّ : سُبْحَانَ اللهِ عَدَدَ خَلْقِهِ ، سُبْحَانَ اللهِ عَدَدَ خَلْقِهِ ، سُبْحَانَ اللهِ عَدَدَ خَلْقِهِ ، سُبْحَانَ اللهِ رِضَا نَفْسِهِ ، سُبْحَانَ اللهِ رِضَا نَفْسِهِ ، سُبْحَانَ اللهِ رِضَا نَفْسِهِ ، سُبْحَانَ اللهِ زِنَةَ عَرْشِهِ ، سُبْحَانَ اللهِ زِنَةَ عَرْشِهِ ، سُبْحَانَ اللهِ زِنَةَ عَرْشِهِ ، سُبْحَانَ اللهِ مِدَادَ كَلِمَاتِهِ ، سُبْحَانَ اللهِ مِدَادَ كَلِمَاتِهِ ، سُبْحَانَ اللهِ مِدَادَ كَلِمَاتِهِ.

“Rəvayət edilir ki, Cuveyriyyə bint əl-Haris ﵂ məsciddə dua edərkən Peyğəmbər ﷺ onunla rastlaşdı. Peyğəmbər ﷺ günorta qayıtdıqda Cuveyriyyəyə dedi: “Sən indiyə qədər bu vəziyyətdə oturmusan?” O: “Bəli” dedi. Peyğəmbər ﷺ buyurdu: “Sənə deyəcəyin kəlmələr öyrədimmi?! “Yaratdıqlarının sayı qədər həmd edərək Allaha təriflər deyirik! Yaratdıqlarının sayı qədər həmd edərək Allaha təriflər deyirik! Yaratdıqlarının sayı qədər həmd edərək Allaha təriflər deyirik! Özünün razı olduğu qədər həmd edərək Allaha təriflər deyirik! Özünün razı olduğu qədər həmd edərək Allaha təriflər deyirik! Özünün razı olduğu qədər həmd edərək Allaha təriflər deyirik! Ərşinin ağırlığı qədər həmd edərək Allaha təriflər deyirik! Ərşinin ağırlığı qədər həmd edərək Allaha təriflər deyirik! Ərşinin ağırlığı qədər həmd edərək Allaha təriflər deyirik! Kəlmələrinin çoxluğu qədər həmd edərək Allaha təriflər deyirik! Kəlmələrinin çoxluğu qədər həmd edərək Allaha təriflər deyirik! Kəlmələrinin çoxluğu qədər həmd edərək Allaha təriflər deyirik!””

Cuveyriyyə bint əl-Haris
Nəsəi, 1352 (Səhv, 174)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ ، قَالَ : حَدَّثَنَا أَبُو هِشَامٍ هُوَ الْمُغِيرَةُ بْنُ سَلَمَةَ ، قَالَ : حَدَّثَنَا وُهَيْبٌ ، قَالَ : حَدَّثَنَا أَبُو مَسْعُودٍ الْجُرَيْرِيُّ ، عَنْ حَيَّانَ بْنِ عُمَيْرٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ سَمُرَةَ ، قَالَ : بَيْنَا أَنَا أَتَرَامَى بِأَسْهُمٍ لِي بِالْمَدِينَةِ إِذْ انْكَسَفَتِ الشَّمْسُ ، فَجَمَعْتُ أَسْهُمِي ، وَقُلْتُ : لأَنْظُرَنَّ مَا أَحْدَثَهُ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي كُسُوفِ الشَّمْسِ ، فَأَتَيْتُهُ مِمَّا يَلِي ظَهْرَهُ ، وَهُوَ فِي الْمَسْجِدِ فَجَعَلَ يُسَبِّحُ ، وَيُكَبِّرُ ، وَيَدْعُو حَتَّى حُسِرَ عَنْهَا ، قَالَ : ثُمَّ قَامَ فَصَلَّى رَكْعَتَيْنِ وَأَرْبَعَ سَجَدَاتٍ.

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Səmura ﵁ demişdir: “Mən Mədinədə öz oxlarımı ataraq məşq edirdim. Bu zaman günəş tutuldu. Mən oxlarımı toplayıb dedim: “Mən günəş tutulduqda Allah Elçisinin ﷺ nə etdiyinə baxmalıyam”. O, məsciddə idi. Günəş açılana qədər təsbih və təkbir edib dua etdi. Sonra qalxdı, dörd səcdədən ibarət olan iki rükət namaz qıldı”.”

Abdur-Rahmən ibn Səmura
Nəsəi, 1460 (Kusuf, 2)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : خَسَفَتِ الشَّمْسُ فِي عَهْدِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَصَلَّى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالنَّاسِ ، فَقَامَ فَأَطَالَ الْقِيَامَ ، ثُمَّ رَكَعَ فَأَطَالَ الرُّكُوعَ ، ثُمَّ قَامَ فَأَطَالَ الْقِيَامَ وَهُوَ دُونَ الْقِيَامِ الأَوَّلِ ، ثُمَّ رَكَعَ فَأَطَالَ الرُّكُوعَ وَهُوَ دُونَ الرُّكُوعِ الأَوَّلِ ، ثُمَّ رَفَعَ فَسَجَدَ ، ثُمَّ فَعَلَ ذَلِكَ فِي الرَّكْعَةِ الأُخْرَى مِثْلَ ذَلِكَ ، ثُمَّ انْصَرَفَ وَقَدْ تَجَلَّتِ الشَّمْسُ ، فَخَطَبَ النَّاسَ ، فَحَمِدَ اللَّهَ وَأَثْنَى عَلَيْهِ ، ثُمَّ قَالَ : إِنَّ الشَّمْسَ وَالْقَمَرَ آيَتَانِ مِنْ آيَاتِ اللهِ لاَ يَخْسِفَانِ لِمَوْتِ أَحَدٍ وَلاَ لِحَيَاتِهِ ، فَإِذَا رَأَيْتُمْ ذَلِكَ فَادْعُوا اللَّهَ عَزَّ وَجَلَّ وَكَبِّرُوا وَتَصَدَّقُوا ، ثُمَّ قَالَ : يَا أُمَّةَ مُحَمَّدٍ ، مَا مِنْ أَحَدٍ أَغْيَرُ مِنَ اللهِ عَزَّ وَجَلَّ أَنْ يَزْنِيَ عَبْدُهُ أَوْ تَزْنِيَ أَمَتُهُ ، يَا أُمَّةَ مُحَمَّدٍ وَاللَّهِ لَوْ تَعْلَمُونَ مَا أَعْلَمُ لَضَحِكْتُمْ قَلِيلاً وَلَبَكَيْتُمْ كَثِيرًا.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisinin ﷺ zamanında günəş tutulmuşdu. Allah Elçisi ﷺ də insanlara namaz qıldırdı. Namazın qiyamında uzun müddət qaldı. Sonra uzun bir ruku etdi. Sonra qiyama qalxdı və onu uzun etdi, lakin birinci qiyamdan qısa idi. Sonra uzun bir ruku etdi, lakin birinci rukudan qısa idi. Sonra dikəldi və səcdə etdi. Sonra qalxıb sonrakı rükəti buna oxşar şəkildə qıldı. Günəşin üzü açıldıqdan sonra namazı bitirdi və insanlara xitab edərək Allaha həmd-səna etdi, sonra da dedi: “Həqiqətən, günəş və ay Allahın varlığının dəlillərindən bir dəlildir. Onlar kiminsə ölümünə və ya dünyaya gəlməsinə görə tutulmurlar. Onların tutulduğunu gördükdə Allaha ﷿ dua edin, təkbir edin və sədəqə verin”. Daha sonra buyurdu: “Ey Muhəmməd ümməti! Qullarının zina etməsinə Allahdan ﷿ daha çox qısqanan heç kim yoxdur. Ey Muhəmməd ümməti! Allaha and olsun ki, mənim bildiklərimi bilsəydininz, az gülüb çox ağlayardınız”.”

Aişə
Nəsəi, 1474 (Kusuf, 16)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ وَهُوَ ابْنُ زُرَيْعٍ ، قَالَ : حَدَّثَنَا يُونُسُ ، عَنِ الْحَسَنِ ، عَنْ أَبِي بَكْرَةَ ، قَالَ : كُنَّا عِنْدَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَانْكَسَفَتِ الشَّمْسُ ، فَقَامَ إِلَى الْمَسْجِدِ يَجُرُّ رِدَاءَهُ مِنَ الْعَجَلَةِ ، فَقَامَ إِلَيْهِ النَّاسُ ، فَصَلَّى رَكْعَتَيْنِ كَمَا يُصَلُّونَ ، فَلَمَّا انْجَلَتْ خَطَبَنَا فَقَالَ : إِنَّ الشَّمْسَ وَالْقَمَرَ آيَتَانِ مِنْ آيَاتِ اللهِ يُخَوِّفُ بِهِمَا عِبَادَهُ ، وَإِنَّهُمَا لاَ يَنْكَسِفَانِ لِمَوْتِ أَحَدٍ ، فَإِذَا رَأَيْتُمْ كُسُوفَ أَحَدِهِمَا فَصَلُّوا وَادْعُوا حَتَّى يَنْكَشِفَ مَا بِكُمْ.

“Rəvayət edilir ki, Əbu Bəkratə ﵁ demişdir: “Biz Peyğəmbərin ﷺ yanında idik. Günəş tutuldu və o, tələsərək ridasını yuxarı çəkə-çəkə məscidə tərəf getdi. İnsanlar da ona tərəf gəldilər. Onlarla sizin qıldığınız kimi iki rükət namaz qıldı. Günəşin üzü açıldıqda, insanlara xitab edərək dedi: “Həqiqətən, günəş və ay Allahın varlığının əlamətlərindəndir. Allah bununla Öz qullarını qorxudur. Onlar heç kimin ölməsi səbəbi ilə tutulmur. Onlardan birinin tutulduğunu gördükdə, bu hal sizdən gedənə qədər namaz qılıb dua edin!””

Əbu Bəkratə
Nəsəi, 1502 (Kusuf, 44)Səhih

أَخْبَرَنَا مُوسَى بْنُ عَبْدِ الرَّحْمَنِ الْمَسْرُوقِيُّ ، عَنْ أَبِي أُسَامَةَ ، عَنْ بُرَيْدٍ ، عَنْ أَبِي بُرْدَةَ ، عَنْ أَبِي مُوسَى ، قَالَ : خَسَفَتِ الشَّمْسُ ، فَقَامَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَزِعًا يَخْشَى أَنْ تَكُونَ السَّاعَةُ ، فَقَامَ حَتَّى أَتَى الْمَسْجِدَ ، فَقَامَ يُصَلِّي بِأَطْوَلِ قِيَامٍ وَرُكُوعٍ وَسُجُودٍ مَا رَأَيْتُهُ يَفْعَلُهُ فِي صَلاَتِهِ قَطُّ ، ثُمَّ قَالَ : إِنَّ هَذِهِ الآيَاتِ الَّتِي يُرْسِلُ اللَّهُ لاَ تَكُونُ لِمَوْتِ أَحَدٍ وَلاَ لِحَيَاتِهِ ، وَلَكِنَّ اللَّهَ يُرْسِلُهَا يُخَوِّفُ بِهَا عِبَادَهُ ، فَإِذَا رَأَيْتُمْ مِنْهَا شَيْئًا فَافْزَعُوا إِلَى ذِكْرِهِ وَدُعَائِهِ وَاسْتِغْفَارِهِ.

“Rəvayət edilir ki, Əbu Musa ﵁ demişdir: “Günəş tutulduqda, Peyğəmbər ﷺ Qiyamətin baş verəcəyindən təlaşa düşüb ayağa qalxdı və məscidə getdi. Bundan qabaq mənim görmədiyim, qiyamı, rukusu və səcdələri uzun olan bir namaz qıldı, sonra da dedi: “Həqiqətən, Allahın göndərdiyi bu ayələr (günəşin tutulması) heç kimin ölümü və ya doğulmasına görə baş vermir. Allah onları qullarını qorxutmaq üçün göndərir. Onları gördükdə Allahı zikr etməyə, Ona dua etməyə və Ondan bağışlanma diləməyə tələsin!””

Əbu Musa
Nəsəi, 1503 (Kusuf, 45)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، عَنْ مَالِكٍ ، عَنْ شَرِيكِ بْنِ عَبْدِ اللهِ بْنِ أَبِي نَمِرٍ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : جَاءَ رَجُلٌ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، هَلَكَتِ الْمَوَاشِي ، وَانْقَطَعَتِ السُّبُلُ ، فَادْعُ اللَّهَ عَزَّ وَجَلَّ ، فَدَعَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَمُطِرْنَا مِنَ الْجُمُعَةِ إِلَى الْجُمُعَةِ ، فَجَاءَ رَجُلٌ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، تَهَدَّمَتِ الْبُيُوتُ ، وَانْقَطَعَتِ السُّبُلُ ، وَهَلَكَتِ الْمَوَاشِي ، فَقَالَ : اللَّهُمَّ عَلَى رُؤُوسِ الْجِبَالِ ، وَالآكَامِ ، وَبُطُونِ الأَوْدِيَةِ ، وَمَنَابِتِ الشَّجَرِ ، فَانْجَابَتْ عَنِ الْمَدِينَةِ انْجِيَابَ الثَّوْبِ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Bir kişi Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, mal-qaramız qırıldı, yollar kəsildi, Allaha ﷿ dua et!” Allah Elçisi ﷺ də dua etdi və həmin cümədən gələn cüməyə qədər yağış yağdı. Yenə bir kişi Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, (yağan yağış səbəbi ilə) evlərimiz dağıldı, yollarımız kəsildi və mal-qaramız qırıldı”. Allah Elçisi ﷺ (dua edərək) dedi: “Allahım, (bu yağışı) dağların başına, təpələrə və vadilərin ortalarına, ağacların bitdiyi yerlərə yağdır! Paltar çıxdığı kimi buludları da Mədinədən uzaqlaşdır”.”

Ənəs ibn Malik
Nəsəi, 1504 (İstisqa, 1)Səhih
Daha çox göstər

180 / 814 hədis göstərilir