Ana səhifə

Mövzu

Səbr

الصبر

Müsibətlərə, xəstəliyə və çətinliklərə səbr etmək

115 hədis

عَنْ أَنَسٍ أَنّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «مَا مِنْ عَبْدٍ أَتَى أَخًا لَهُ يَزُورُهُ فِي اللَّهِ، إِلا نادى مُنَادٍ مِنَ السَّمَاءِ: أَنْ طِبْتَ، وَطَابَتْ لَكَ الْجَنَّةُ، وَإِلا قَالَ اللَّهُ فِي مَلَكُوتِ عَرْشِهِ: عبدي زَارَ فِيَّ، وَعَلَيَّ قِرَاهُ، فَلَمْ أَرْضَ لَهُ بِقِرًى دُونَ الْجَنَّةِ»

“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Hər hansı bir bəndə öz qardaşını Allah rizası üçün ziyarət etməyə getdiyi zaman səmadan bir carçı belə deyir: “Xoş gəldin! Sənin üçün Cənnət uğurlu oldu”. Allah isə Öz Ərşinin səltənətində belə buyurur: “Qulum Mənim üçün (qardaşını) ziyarət etdi, ona ziyafət vermək Mənə aiddir. Mən ona Cənnətdən başqa bir ziyafətə razı olmaram”.”

Ənəs
Qüdsi hədislər, 116 (Kitab 9, 1)Səhih

عَنْ أَبِي هُرَيْرَةَ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: إِذَا عَادَ الرَّجُلُ أَخَاهُ أَوْ زَارَهُ، قَالَ اللَّهُ لَهُ: طِبْتَ وَطَابَ مَمْشَاكَ، وَتَبَوَّأْتَ مَنْزِلًا فِي الْجَنَّةِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Adam öz dostuna baş çəkdikdə, yaxud onu ziyarət etdikdə, Allah ona belə buyurur: “Xoş gəldin, gəlişin də uğurlu oldu. Sən Cənnətdə özün üçün bir yer tutdun”.”

Əbu Hureyra
Qüdsi hədislər, 117 (Kitab 9, 2)Həsən

عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَادَ رَجُلاً مِنْ وَعَكٍ كَانَ بِهِ فَقَالَ «أَبْشِرْ فَإِنَّ اللَّهَ يَقُولُ هِىَ نَارِى أُسَلِّطُهَا عَلَى عَبْدِى الْمُذْنِبِ لِتَكُونَ حَظَّهُ مِنَ النَّارِ» «...هِىَ نَارِى أُسَلِّطُهَا عَلَى عَبْدِىَ الْمُؤْمِنِ فِى الدُّنْيَا لِتَكُونَ حَظَّهُ مِنَ النَّارِ فِى الآخِرَةِ»

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ qızdırma xəstəliyinə tutulmuş bir adamı ziyarət etdi və dedi: “Sevin, çünki Allah buyurur: “O (qızdırma) Mənim atəşimdir. Cəhənnəm atəşindən bir payı olsun deyə, onu günahkar quluma göndərirəm!” Digər rəvayətdə belə deyilir: “...Allah buyurur: “O (qızdırma) Mənim atəşimdir. Axirətdə atəşdən bir payı olsun deyə, Mən onu mömin quluma dünyada göndərirəm”.”

Əbu Hureyra
Qüdsi hədislər, 118 (Kitab 9, 3)Səhih

عَنْ أَبِى أُمَامَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «إنَّ العَبْدَ إذا مَرِضَ أوْحى اللَّهُ إلى مَلائِكَتِهِ يا ملائكتي أنا قَيَّدْتُ عَبْدِي بقَيْدٍ مِنْ قُيُودِي فإنْ أقْبِضْهُ أغْفِرْ لهُ وإنْ أعافِهِ فجسد مغفور له لا ذنْبَ لهُ»

“Rəvayət edilir ki, Əbu Umamə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, müsəlman qul xəstələndikdə Allah mələklərinə belə vəhy edir: “Ey mələklərim! Mən qulumu iplərimdən biri ilə bağladım. Əgər onun ruhunu alsam, bağışlayaram. Yox, əgər onu sağaltsam, günahlarından təmizlənmiş olar!””

Əbu Umamə
Qüdsi hədislər, 119 (Kitab 9, 4)Səhih

عَنْ أَنَسٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ إِذَا ابْتَلَى اللَّهُ الْعَبْدَ الْمُسْلِمَ بِبَلَاءٍ فِي جَسَدِهِ قَالَ لِلْمَلَكِ اكْتُبْ لَهُ صَالِحَ عَمَلِهِ الَّذِي كَانَ يَعْمَلُ فَإِنْ شَفَاهُ غَسَلَهُ وَطَهَّرَهُ وَإِنْ قَبَضَهُ غَفَرَ لَهُ وَرَحِمَهُ

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Allah müsəlman bir qulunu bədənində olan bir bəla ilə sınağa çəkdikdə, mələyə belə buyurar: “Qulumun sağlam ikən etdiyi yaxşı əməlləri yaz!” Ona şəfa verərsə, bu bəla ilə günahlarını yuyar və onu təmizləyər. Canını aldıqda isə onu bağışlayar və rəhm edər“.”

Ənəs
Qüdsi hədislər, 120 (Kitab 9, 5)Səhih

عَنْ شَدَّادَ بْنَ أَوْسٍ فَإِنِّي سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ يَقُولُ «إِذَا ابْتَلَيْتُ عَبْدًا مِنْ عِبَادِي مُؤْمِنًا فَحَمِدَنِي و صبر عَلَى مَا بلَيْتُهُ فَإِنَّهُ يَقُومُ مِنْ مَضْجَعِهِ ذَلِكَ كَيَوْمِ وَلَدَتْهُ أُمُّهُ مِنْ الْخَطَايَا وَيَقُولُ الرَّبُّ عَزَّ وَجَلَّ للحفظة إني أَنَا قَيَّدْتُ عَبْدِي هذا وَابْتَلَيْتُهُ فأجْرُوا لَهُ مَا كُنْتُمْ تُجْرُونَ لَهُ قبل ذلك من الأجر وَهُوَ صَحِيحٌ»

“Şəddad ibn Əus ﵁ rəvayət edir ki, mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Allah ﷿ buyurur: “Mömin bir qulumu bəlaya düçar etdikdə o, Mənə həmd edərək düçar etdiyim bəlaya səbir etsə, yatağından anadan doğulduğu gündə olduğu kimi xətalardan (təmizlənərək) ayağa qalxar”. Rəbb ﷿ qoruyucu mələklərinə buyurur: “Həqiqətən, Mən bu qulumu əməl etməkdən saxlayıb bəlaya düçar etdim. Bundan əvvəl sağlam ikən (etdiyi əməllərə bərabər) yazdığınız əcr qədər onun üçün mükafat yazın!””

Şəddad ibn Əus
Qüdsi hədislər, 121 (Kitab 9, 6)Həsən

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «قال الله تبارك وتعالى: إِذَا ابْتَلَيْتُ عَبْدِي المُؤْمِنَ فَلَمْ يَشْكُنِي إِلَى عُوَّادِهِ أَطْلَقْتُهُ مِنْ إِسَاري ثُمَّ أَبْدَلْتُهُ لَحْمَاً خَيْراً مِنْ لَحْمِهِ وَدَماً خَيْراً مِنْ دَمِهِ ثُمَّ يَسْتَأْنِفُ الْعَمَلَ»

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə dedi: “Uca Allah buyurur: “Mömin bir qulumu bəlaya düçar etdikdə, onu ziyarət edənlərə Məndən şikayət etməzsə, onu əsarətimdən azad edərəm. Sonra onun ətini (əvvəlkidən) daha yaxşı ət ilə, qanını da daha yaxşı qan ilə dəyişdirərəm. Sonra o, (yenidən) əməl etməyə başlayar”.”

Əbu Hureyra
Qüdsi hədislər, 122 (Kitab 9, 7)Səhih

عَنْ عَطَاءِ بْنِ يَسَارٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ إِذَا مَرِضَ الْعَبْدُ بَعَثَ اللَّهُ تَعَالَى إِلَيْهِ مَلَكَيْنِ فَقَالَ انْظُرَا مَاذَا يَقُولُ لِعُوَّادِهِ فَإِنْ هُوَ إِذَا جَاءُوهُ حَمِدَ اللَّهَ وَأَثْنَى عَلَيْهِ رَفَعَا ذَلِكَ إِلَى اللَّهِ عَزَّ وَجَلَّ وَهُوَ أَعْلَمُ فَيَقُولُ لِعَبْدِي عَلَيَّ إِنْ تَوَفَّيْتُهُ أَنْ أُدْخِلَهُ الْجَنَّةَ وَإِنْ أَنَا شَفَيْتُهُ أَنْ أُبْدِلَ لَهُ لَحْمًا خَيْرًا مِنْ لَحْمِهِ وَدَمًا خَيْرًا مِنْ دَمِهِ وَأَنْ أُكَفِّرَ عَنْهُ سَيِّئَاتِهِ

“Əta ibn Yəsar ﵀ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bir qul xəstələndikdə Uca Allah onun yanına iki mələk göndərərək buyurur: “Onu ziyarət edənlərə nə söylədiyinə baxın!” (Ziyarət edənlər) onun yanına gəldikdə, o, Allaha həmd-səna etsə, mələklər - Allahın daha yaxşı bildiyi halda - bu (sözləri) Allaha yüksəldirlər. Allah buyurur: “Qulumu vəfat etdirəcəyim təqdirdə Cənnətə daxil edəcəyimi, sağaldacağım təqdirdə isə ətini daha yaxşı ət ilə, qanını da daha yaxşı qan ilə dəyişdirəcəyimi və günahlarını bağışlayacağımı Özümə vacib etdim”.”

Əta ibn Yəsar
Qüdsi hədislər, 123 (Kitab 9, 8)Həsən

عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرِو قَالَ قَالَ النبي صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَا مِنْ مُسْلِمٍ يُصَابُ في جَسَدَهِ إِلاَّ أَمَرَ الله تَعَالَى الحَفَظَةَ اكْتُبُوا لِعَبْدِي في كُلِّ يَوْمٍ وَلَيْلَةٍ مِنَ الْخَيْرِ مَا كانَ يَعْمَلُ مَادَامَ مَحْبُوساً في وِثَاقي

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Bədəninə xəstəlik üz vermiş elə bir müsəlman yoxdur ki, Uca Allah qoruyucu mələklərə belə buyurmasın: “Nə qədər ki, qulum Mənim qandalımdadır, ona hər gün - hər gecə (sağlam ikən) etdiyi xeyir əməlləri yazın!””

Abdullah ibn Amr
Qüdsi hədislər, 124 (Kitab 9, 9)Səhih

عَن عُقْبَةَ بْنَ عَامِرٍ يُحَدِّثُ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ «لَيْسَ مِنْ عَمَلِ يَوْمٍ إِلاَّ وَهُوَ يُخْتَمُ عَلَيْهِ فَإِذَا مَرِضَ الْمُؤْمِنُ قَالَتِ الْمَلاَئِكَةُ رَبَّنَا عَبْدُكَ فُلاَنٌ قَدْ حَبَسْتَهُ. فَيَقُولُ الرَبُّ عَزَّ وَجَلَّ اخْتِمُوا لَهُ عَلَى مِثْلِ عَمَلِهِ حَتَّى يَبْرَأَ أَوْ يَمُوتَ»

“Uqbə ibn Amir ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Elə bir günün əməli yoxdur ki, o möhürlənməsin, lakin mömin xəstələndiyi zaman mələklər: “Ey Rəbbimiz, filan qulunu əməldən saxladın!”- deyirlər. Rəbb ﷿ buyurur: “Sağalana və ya ölənə qədər (sağlam ikən etdiyi) əməlinin mislinin möhürünü vurun!””

Uqbə ibn Amir
Qüdsi hədislər, 125 (Kitab 9, 10)Səhih

عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِنَّ الْعَبْدَ إِذَا كَانَ عَلَى طَرِيقَةٍ حَسَنَةٍ مِنْ الْعِبَادَةِ ثُمَّ مَرِضَ قِيلَ لِلْمَلَكِ الْمُوَكَّلِ بِهِ اكْتُبْ لَهُ مِثْلَ عَمَلِهِ إِذَا كَانَ طَلِيقًا حَتَّى أُطْلِقَهُ أَوْ أَكْفِتَهُ إِلَيَّ

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, Allaha gözəl bir tərzdə ibadət edən qul xəstələndikdə, Allah ona müvəkkil olan mələyə belə buyurur: “Onu (xəstəlikdən) azad edənə və ya ölənə qədər onun üçün (sağlam ikən) etdiyi əməllərə bərabər (savab) yaz!””

Abdullah ibn Amr
Qüdsi hədislər, 126 (Kitab 9, 11)Səhih

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: " إِذَا مَرِضَ الْعَبْدُ الْمُسْلِمُ نُودِيَ صَاحِبُ الْيَمِينِ: أَنْ أَجْرِ عَلَى عَبْدِي صَالِحَ مَا كَانَ يَعْمَلُ . وَيُقَالُ لِصَاحِبِ الشِّمَالِ: أَقْصِرْ عَنْ عَبْدِي مَا كَانَ فِي وَثَاقِي " . فَقَالَ رَجُلٌ عِنْدَ أَبِي هُرَيْرَةَ: يَا لَيْتَنِي لَا أَزَالُ ضَاجِعًا , فَقَالَ أَبُو هُرَيْرَةَ: " كَرِهَ الْعَبْدُ الْخَطَايَا "

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Müsəlman bir bəndə xəstə olduğu zaman sağındakı mələyə: “Qulum üçün sağlam ikən yazdığın yaxşı əməli yaz”- deyilir. Solundakı mələyə: “Xəstə olduğu müddətdə qulumun günahlarını yazma”- deyilir”. Əbu Hureyranın yanında olan bir kimsə: “Kaş mən də daim xəstə olaydım”- dedikdə, Əbu Hureyra dedi: “Qul günahları sevməz”.”

Əbu Hureyra
Qüdsi hədislər, 127 (Kitab 9, 12)Səhih

عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ سَمِعْتُ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «إِنَّ اللَّهَ قَالَ: إِذَا ابْتَلَيْتُ عَبْدِى بِحَبِيبَتَيْهِ فَصَبَرَ عَوَّضْتُهُ مِنْهُمَا الْجَنَّةَ». يُرِيدُ عَيْنَيْهِ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “Allah buyurur: “Əgər Mən Öz qulumu onun sevdiyi iki şeylə imtahana çəkdiyim zaman o buna səbir edərsə, bunun əvəzində ona Cənnət bəxş edərəm”. O, (“sevdiyi iki şeylə” deyəndə) gözləri qəsd edirdi”.”

Ənəs ibn Malik
Qüdsi hədislər, 128 (Kitab 9, 13)Səhih

عَنْ أَبِى أُمَامَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «يَقول الله يا ابن آدمَ إِذا أَخذتُ كَريمَتَيكَ فَصبرتَ عِند الصَّدمِةِ واحتَسبتَ لَم أَرضَ لَك ثَواباً دُون الجَنَّة»

“Əbu Umamə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə dedi: “Allah buyurur: “Ey Adəm övladı! Sənin iki əzizini (gözlərini) əlindən aldığım zaman ilk anda səbir edib əvəzini (Məndən) umsan, sənə mükafat olaraq Cənnətdən başqa bir şey verməyə razı olmaram”.”

Əbu Umamə
Qüdsi hədislər, 129 (Kitab 9, 14)Səhih

عَنْ أَبِى أُمَامَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «يَقُولُ اللَّهُ سُبْحَانَهُ ابْنَ آدَمَ إِنْ صَبَرْتَ وَاحْتَسَبْتَ عِنْدَ الصَّدْمَةِ الأُولَى لَمْ أَرْضَ لَكَ ثَوَابًا دُونَ الْجَنَّةِ»

“Əbu Umamə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə demişdir: “Allah ﷾ buyurur: “Ey Adəm övladı! Əgər sən sarsıntının ilk anında səbir edib savab umarsansa, sənin üçün Cənnətdən başqa mükafata razı olmaram”.”

Əbu Umamə
Qüdsi hədislər, 130 (Kitab 9, 15)Həsən

عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «يَقُولُ اللَّهُ تَعَالَى مَا لِعَبْدِى الْمُؤْمِنِ عِنْدِى جَزَاءٌ، إِذَا قَبَضْتُ صَفِيَّهُ مِنْ أَهْلِ الدُّنْيَا، ثُمَّ احْتَسَبَهُ إِلاَّ الْجَنَّةُ»

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə demişdir: “Uca Allah buyurur: “Mən mömin qulumun sevdiyi yaxın bir adamının canını aldıqdan sonra o buna (səbir edib Axirətdə əvəzini alacağına) ümid edərsə, Mənim ona verəcəyim mükafat ancaq Cənnət olar”.”

Əbu Hureyra
Qüdsi hədislər, 131 (Kitab 9, 16)Səhih

عَنْ أَبِى مُوسَى الأَشْعَرِىِّ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «إِذَا مَاتَ وَلَدُ الْعَبْدِ قَالَ اللَّهُ لِمَلاَئِكَتِهِ قَبَضْتُمْ وَلَدَ عَبْدِى. فَيَقُولُونَ نَعَمْ. فَيَقُولُ قَبَضْتُمْ ثَمَرَةَ فُؤَادِهِ. فَيَقُولُونَ نَعَمْ. فَيَقُولُ مَاذَا قَالَ عَبْدِى فَيَقُولُونَ حَمِدَكَ وَاسْتَرْجَعَ. فَيَقُولُ اللَّهُ ابْنُوا لِعَبْدِى بَيْتًا فِى الْجَنَّةِ وَسَمُّوهُ بَيْتَ الْحَمْدِ»

“Əbu Musa əl-Əşari ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bir qulun uşağı öldükdə Allah mələklərindən soruşur: “Qulumun uşağını aldınız?” Onlar: “Bəli”- deyə cavab verirlər. Allah soruşur: “Qulumun ürəyinin meyvəsini aldınız?” Onlar: “Bəli”- deyə cavab verirlər. Sonra Allah buyurur: “Qulum nə dedi?” Onlar deyirlər: “Sənə həmd və istirca etdi”. Allah buyurur: “Quluma Cənnətdə bir ev tikin və adını da “Həmd evi” qoyun!””

Əbu Musa əl-Əşari
Qüdsi hədislər, 132 (Kitab 9, 17)Həsən

عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «مَا مِنْ مُسْلِمَيْنِ يَمُوتُ بَيْنَهُمَا ثَلاَثَةُ أَوْلاَدٍ لَمْ يَبْلُغُوا الْحِنْثَ إِلاَّ أَدْخَلَهُمَا اللَّهُ بِفَضْلِ رَحْمَتِهِ إِيَّاهُمُ الْجَنَّةَ». قَالَ «يُقَالُ لَهُمُ ادْخُلُوا الْجَنَّةَ فَيَقُولُونَ حَتَّى يَدْخُلَ آبَاؤُنَا فَيُقَالُ ادْخُلُوا الْجَنَّةَ أَنْتُمْ وَآبَاؤُكُمْ»

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Həddi-büluğa çatmamış üç övladı vəfat edən elə bir müsəlman cütlük (valideynlər) yoxdur ki, Allah onları Öz mərhəməti sayəsində Cənnətə daxil etməsin. Qiyamət günü onların övladlarına: “Cənnətə girin!”- deyiləcək. Onlar: “Valideynlərimiz daxil olmayınca (biz girmərik)”- deyəcəklər. Onlara: “Siz də, valideynləriniz də Cənnətə girin!”- deyiləcək“.”

Əbu Hureyra
Qüdsi hədislər, 133 (Kitab 9, 18)Səhih

عَنْ عَطَاءِ بْنِ يَسَارٍ أَنَّ أَبَا سَعِيدٍ الْخُدْرِيِّ دَخَلَ عَلَى رَسُولِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ مَوْعُوكٌ، عَلَيْهِ قَطِيفَةٌ، وَوَضَعَ يَدَهُ عَلَيْهَا فَوَجَدَ حَرَارَتَهَا فَوْقَ الْقَطِيفَةِ، فَقَالَ أَبُو سَعِيدٍ: مَا أَشَدَّ حَرَّ حُمَّاكَ يَا رَسُولَ اللهِ؟، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: إِنَّا كَذَلِكَ يُشَدَّدُ عَلَيْنَا الْبَلاَءُ وَيُضَاعَفُ لَنَا الأَجْرُ ثُمَّ قَالَ: يَا رَسُولَ اللهِ، مَنْ أَشَدُّ النَّاسِ بَلاَءً؟ قَالَ: الأَنْبِيَاءُ قَالَ: ثُمَّ مَنْ؟ قَالَ: الْعُلَمَاءُ قَالَ: ثُمَّ مَنْ؟ قَالَ: ثُمَّ الصَّالِحُونَ كَانَ أَحَدُهُمْ يُبْتَلَى بِالْفَقْرِ حَتَّى مَا يَجِدُ إِلاَّ الْعَبَاءَةَ يَلْبَسُهَا، وَيُبْتَلَى بِالْقُمَّلِ حَتَّى تَقْتُلَهُ، وَلاَحَدُهُمْ كَانَ أَشَدَّ فَرَحًا بِالْبَلاَءِ مِنْ أَحَدِكُمْ بِالْعَطَاءِ.

“Əta ibn Yəsar ﵀ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ qızdırmalı olduğu halda Əbu Səid əl-Xudri onun yanına gəldi. Allah Elçisinin ﷺ üzərində dəsmal var idi. Əbu Səid əlini dəsmalın üzərinə qoydu və istiliyi dəsmalın üzərində hiss edib dedi: “Sənin necə də şiddətli qızdırman var, ey Allahın Elçisi?!” Allah Elçisi ﷺ buyurdu: “Bizə gələn bəla belə şiddətli olur və mükafatı da qat-qat verilir”. Əbu Səid soruşdu: “Ey Allahın Elçisi, insanlardan ən güclü bəlaya məruz qalanlar kimlərdir?” O buyurdu: “Peyğəmbərlər”. Əbu Səid soruşdu: “Sonra kimlərdir?” O buyurdu: “Alimlər”. Əbu Səid soruşdu: “Sonra kimlərdir?” O buyurdu: “Sonra əməlisalehlərdir. Onlardan kimisi geyinməyə əbadan başqa heç bir şey tapmayana qədər kasıblaşır, kimisini bit basır və ölümünə səbəb olur. Həqiqətən, onlar başlarına gələn bəlaya sizin hədiyyəyə sevinməyinizdən daha çox sevinirlər”.”

Əta ibn Yəsar
Fəzilətli əməllər, 512 (Kitab 12, 1)Səhih

عَنْ فَاطِمَةَ بِنْت الْيَمَانِ قَالَتْ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «إِنَّ مِنْ أَشَدِّ النَّاسِ بَلاءً الأَنْبِيَاءَ، ثُمَّ الَّذِينَ يَلُونَهُمْ ثُمَّ الَّذِينَ يَلُونَهُمْ، ثُمَّ الَّذِينَ يَلُونَهُمْ».

“Rəvayət edilir ki, Fatimə bint əl-Yəmən ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “İnsanlardan ən çox bəlaya düçar olanlar peyğəmbərlərdir, sonra (fəzilətdə) onların ardınca gələnlər, sonra onların ardınca gələnlər, sonra da onların ardınca gələnlər”.”

Fatimə bint əl-Yəmən
Fəzilətli əməllər, 513 (Kitab 12, 2)Səhih

عَنْ سَعْدِ بْنِ أَبِى وَقَّاصٍ قَالَ: قُلْتُ: يَا رَسُولَ اللَّهِ أَىُّ النَّاسِ أَشَدُّ بَلاَءً؟ قَالَ: «الأَنْبِيَاءُ ثُمَّ الأَمْثَلُ فَالأَمْثَلُ يُبْتَلَى الْعَبْدُ عَلَى حَسَبِ دِينِهِ فَإِنْ كَانَ فِى دِينِهِ صُلْبًا اشْتَدَّ بَلاَؤُهُ وَإِنْ كَانَ فِى دِينِهِ رِقَّةٌ ابْتُلِىَ عَلَى حَسَبِ دِينِهِ فَمَا يَبْرَحُ الْبَلاَءُ بِالْعَبْدِ حَتَّى يَتْرُكَهُ يَمْشِى عَلَى الأَرْضِ وَمَا عَلَيْهِ مِنْ خَطِيئَةٍ».

“Rəvayət edilir ki, Sad ibn Əbu Vaqqas ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, ən şiddətli bəlaya düçar olan insanlar kimlərdir?” O buyurdu: “Peyğəmbərlər, sonra onlara daha yaxın olanlar, sonra onlara daha yaxın olanlardır. Kişi dininə görə imtahan olunur. Əgər dinində möhkəmdirsə, imtahanı çətinləşir. Yox, əgər dinində zəifdirsə, Allah onu dininə görə imtahan edir. Qul yer üzərində günahsız gəzənədək bəla ona gəlməkdə davam edir”.”

Sad ibn Əbu Vaqqas
Fəzilətli əməllər, 514 (Kitab 12, 3)Səhih

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَنْ يُرِدْ اللَّهُ بِهِ خَيْرًا يُصِبْ مِنْهُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah kimə xeyir nəsib etmək istəsə, onu imtahana çəkər”.”

Əbu Hureyra
Fəzilətli əməllər, 515 (Kitab 12, 4)Səhih

عَنْ أَنَسٍ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «إِنَّ عِظَمَ الْجَزَاءِ مَعَ عِظَمِ الْبَلاَءِ وَإِنَّ اللَّهَ إِذَا أَحَبَّ قَوْمًا ابْتَلاَهُمْ فَمَنْ رَضِىَ فَلَهُ الرِّضَا وَمَنْ سَخِطَ فَلَهُ السَّخَطُ».

“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Mükafatın böyüklüyü bəlanın böyüklüyünə görədir. Həqiqətən, Allah bir qövmü sevərsə, onlara bəla verməklə imtahan edər. Kim razı olarsa, Allahın razılığını qazanar. Kim qəzəblənərsə, Allah da ona qəzəblənər”.”

Ənəs
Fəzilətli əməllər, 516 (Kitab 12, 5)Həsən

عَنْ مَحْمُودِ بْنِ لَبِيدٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا أَحَبَّ اللَّهُ قَوْمًا ابْتَلاَهُمْ ، فَمَنْ صَبَرَ فَلَهُ الصَّبْرُ ، وَمَنْ جَزِعَ فَلَهُ الْجَزَعُ.

“Mahmud ibn Ləbid ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Allah bir qövmü sevdiyi zaman onları imtahana çəkər. Kim səbir edərsə, bu səbir onun lehinə, kim də gileylənərsə, bu giley onun əleyhinə olar”.”

Mahmud ibn Ləbid
Fəzilətli əməllər, 517 (Kitab 12, 6)Səhih

عَنْ جَابِرٍ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «يَودُّ أَهْلُ الْعَافِيةِ يَوْمَ الْقِيَامَةِ، حِينَ يُعْطَى أَهْلُ الْبلاَءِ الثَّوَابَ، لَوْ أَنَّ جُلُودَهُمْ كَانَتْ قُرِضَتْ فِي الدُّنْيَا بِالْمَقَارِيْض».

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Qiyamət günü bəlaya düçar olanlara savab veriləcəyi zaman, bəla görməyənlər dünyada (imtahana çəkilib) dərilərinin kəskin alətlərlə kəsilib parçalanmasını arzulayacaqlar”.”

Cabir
Fəzilətli əməllər, 518 (Kitab 12, 7)Həsən

عَنْ عَائِشَةَ أَنَّ رَجُلًا تَلاَ هَذِهِ الْآيَةَ }مَنْ يَعْمَلْ سُوءًا يُجْزَ بِهِ{ فَقَالَ: إِنَّا لَنُجْزَى بِكُلِّ مَا عَمِلْنَا، هَلَكْنَا إِذَا، فَبَلَغَ ذَلِكَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: نَعَمْ يُجْزَى بِهِ فِي الدُّنْيَا مِنْ مُصِيبَةٍ فِي جَسَدِهِ مِمَّا يُؤْذِيهِ.

“Aişə ﵂ rəvayət edir ki, bir kişi bu ayəni: “Pislik edən kəs onun cəzasını alacaq” (ən-Nisa, 123) – oxudu və dedi: “Biz etdiyimiz hər bir əmələ görə cəzalandırılacağıqsa, onda biz həlak olduq!” Bu xəbər Allah Elçisinə ﷺ çatdıqda, o buyurdu: “Bəli, o, dünya həyatında bədəninə əziyyət verəcək şeylərlə imtahan olunmaqla cəzalandırılacaq”.”

Aişə
Fəzilətli əməllər, 519 (Kitab 12, 8)Səhih

عَنْ أَبِي بَكْرٍ الصِّدِّيقِ أَنَّهُ قَالَ: يَا رَسُولَ اللَّهِ كَيْفَ الصَّلاَحُ بَعْدَ هَذِهِ الْآيَةِ }لَيْسَ بِأَمَانِيِّكُمْ وَلاَ أَمَانِيِّ أَهْلِ الْكِتَابِ مَنْ يَعْمَلْ سُوءًا يُجْزَ بِهِ{ وَكُلُّ شَيْءٍ عَمِلْنَا جُزِينَا بِهِ؟ فَقَالَ: غَفَرَ اللَّهُ لَكَ يَا أَبَا بَكْرٍ، أَلَسْتَ تَمْرَضُ؟ أَلَسْتَ تَحْزَنُ؟ أَلَسْتَ تُصِيبُكَ اللَّأْوَاءُ؟ قَالَ: قُلْتُ: بَلَى، قَالَ: هُوَ مَا تُجْزَوْنَ بِهِ.

“Rəvayət edilir ki, Əbu Bəkr əs-Siddiq ﵁ demişdir: “Bir dəfə mən dedim: “Ey Allahın Elçisi, bu ayədən sonra: “(Bu nemətə nail olmaq) nə sizin arzunuzla, nə də Kitab əhlinin arzusu ilədir. Pislik edən kəs onun cəzasını alacaq” (ən-Nisa, 123) – etdiyimiz hər bir əməlin cəzasını alacağımız halda necə salamat qalmaq olar?” O buyurdu: “Allah səni bağışlasın, ey Əbu Bəkr! Məgər sən xəstələnmirsən, kədərlənmirsən, bəlaya düçar olmursan?” Mən: “Bəli”- dedim. O buyurdu: “Siz elə bunlarla cəzalandırılırsınız”.”

Əbu Bəkr əs-Siddiq
Fəzilətli əməllər, 520 (Kitab 12, 9)Səhih

عن زياد بن الربيع قال: قلت لأبي بن كعب آية في كتاب الله قد أحزنتني قال: ما هي؟ قلت: }مَنْ يَعْمَلْ سُوءًا يُجْزَ بِهِ{ قال: ما كنت أراك إلا أفقه مما أرى. إن المؤمن لا تصيبه عثرة قدم ولا اختلاج عرق إلا بذنب وما يعفو الله عنه أكثر.

“Rəvayət edilir ki, Ziyad ibn Rabi ﵀ demişdir: “Mən Ubey ibn Kəbə dedim: “Allahın Kitabında bir ayə məni kədərləndirdi”. O soruşdu: “O hansı ayədir?” Mən dedim: “...Pislik edən şəxs onun cəzasını görəcək...” (ən-Nisa, 123) ayəsidir”. Kəb dedi: “Mən səni gördüyümdən daha fəqih bilirdim. Həqiqətən, möminə ayaq büdrəməsi, damar titrəməsi kimi müsibətin gəlməsi günahına görədir. Allahın əfv etdiyi günahlar isə bundan daha çoxdur”.”

Ziyad ibn Rabi
Fəzilətli əməllər, 521 (Kitab 12, 10)Səhih

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «إِنَّ الرَّجُلَ لَتَكُونُ لَهُ عِنْدَ اللهِ الْمَنْزِلَةُ، فَمَا يَبْلُغُهَا بِعَمَلٍ، فَلاَ يَزَالُ اللهُ يَبْتَلِيهِ بِمَا يَكْرَهُ، حَتَّى يُبَلِّغَهُ إِيَّاهَا».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kişinin Allah dərgahında yüksək bir dərəcəsi olur. O, bu dərəcəyə əməli sayəsində nail olmamışdır. Allah onu xoşlamadığı şeylərlə imtahana çəkə-çəkə bu dərəcəyə yüksəltmişdir”.”

Əbu Hureyra
Fəzilətli əməllər, 522 (Kitab 12, 11)Səhih

عَنْ مُحَمَّدِ بن جُبَيْرِ بن مُطْعِمٍ، عَنْ أَبِيهِ، قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: "إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ يَبْتَلِي عَبْدَهُ بِالسَّقَمِ حَتَّى يُكَفِّرَ عَنْهُ كُلَّ ذَنْبِهِ"

“Muhəmməd ibn Cubeyr ibn Mutim atasından ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Şübhəsiz ki, Allah ﷿ qulunun bütün günahlarını yuyana qədər onu xəstəliyə düçar edir”.”

Muhəmməd ibn Cubeyr ibn Mutim atasından
Fəzilətli əməllər, 523 (Kitab 12, 12)Səhih
Daha çox göstər

30 / 115 hədis göstərilir