Ana səhifə

Mövzu

Namaz

الصلاة

Namazın vaxtları, qılınma qaydası, azan, camaat namazı

3 480 hədis

حَدَّثَنَا عُبَيْدُ اللَّهِ بْنُ مُوسَى قَالَ أَخْبَرَنَا حَنْظَلَةُ بْنُ أَبِى سُفْيَانَ عَنْ عِكْرِمَةَ بْنِ خَالِدٍ عَنِ ابْنِ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « بُنِىَ الإِسْلاَمُ عَلَى خَمْسٍ شَهَادَةِ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ ، وَإِقَامِ الصَّلاَةِ ، وَإِيتَاءِ الزَّكَاةِ ، وَالْحَجِّ ، وَصَوْمِ رَمَضَانَ » .

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “İslam beş (bünövrə) üzərində qurulmuşdur: Allahdan başqa ibadətə layiq məbudun olmadığına və Muhəmmədin ﷺ Allahın elçisi olduğuna şahidlik etmək, namaz qılmaq, zəkat vermək, həcc etmək və Ramazan orucunu tutmaq”.”

İbn Ömər
Buxari, 8 (İman, 1)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مُحَمَّدٍ الْمُسْنَدِىُّ قَالَ حَدَّثَنَا أَبُو رَوْحٍ الْحَرَمِىُّ بْنُ عُمَارَةَ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ وَاقِدِ بْنِ مُحَمَّدٍ قَالَ سَمِعْتُ أَبِى يُحَدِّثُ عَنِ ابْنِ عُمَرَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « أُمِرْتُ أَنْ أُقَاتِلَ النَّاسَ حَتَّى يَشْهَدُوا أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ ، وَيُقِيمُوا الصَّلاَةَ ، وَيُؤْتُوا الزَّكَاةَ ، فَإِذَا فَعَلُوا ذَلِكَ عَصَمُوا مِنِّى دِمَاءَهُمْ وَأَمْوَالَهُمْ إِلاَّ بِحَقِّ الإِسْلاَمِ ، وَحِسَابُهُمْ عَلَى اللَّهِ » .

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “İnsanlar Allahdan başqa ibadətə layiq məbudun olmadığına və Muhəmmədin Onun elçisi olduğuna şəhadət edənə qədər, namaz qılıb zəkat verənə qədər (onlarla) vuruşmaq mənə əmr olundu. Əgər (zahirdə) bunu yerinə yetirsələr, İslamın haqqı (cinayətə görə veriləcək cəza) istisna olmaqla, canlarını və mallarını məndən qorumuş olarlar. Onların (gizli etdikləri əməllərinin) haqq-hesabı isə Allaha aiddir”.”

İbn Ömər
Buxari, 25 (İman, 18)Səhih

حَدَّثَنَا عَمْرُو بْنُ خَالِدٍ قَالَ حَدَّثَنَا زُهَيْرٌ قَالَ حَدَّثَنَا أَبُو إِسْحَاقَ عَنِ الْبَرَاءِ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ أَوَّلَ مَا قَدِمَ الْمَدِينَةَ نَزَلَ عَلَى أَجْدَادِهِ - أَوْ قَالَ أَخْوَالِهِ - مِنَ الأَنْصَارِ ، وَأَنَّهُ صَلَّى قِبَلَ بَيْتِ الْمَقْدِسِ سِتَّةَ عَشَرَ شَهْرًا ، أَوْ سَبْعَةَ عَشَرَ شَهْرًا ، وَكَانَ يُعْجِبُهُ أَنْ تَكُونَ قِبْلَتُهُ قِبَلَ الْبَيْتِ ، وَأَنَّهُ صَلَّى أَوَّلَ صَلاَةٍ صَلاَّهَا صَلاَةَ الْعَصْرِ ، وَصَلَّى مَعَهُ قَوْمٌ ، فَخَرَجَ رَجُلٌ مِمَّنْ صَلَّى مَعَهُ ، فَمَرَّ عَلَى أَهْلِ مَسْجِدٍ ، وَهُمْ رَاكِعُونَ فَقَالَ أَشْهَدُ بِاللَّهِ لَقَدْ صَلَّيْتُ مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قِبَلَ مَكَّةَ ، فَدَارُوا كَمَا هُمْ قِبَلَ الْبَيْتِ ، وَكَانَتِ الْيَهُودُ قَدْ أَعْجَبَهُمْ إِذْ كَانَ يُصَلِّى قِبَلَ بَيْتِ الْمَقْدِسِ ، وَأَهْلُ الْكِتَابِ ، فَلَمَّا وَلَّى وَجْهَهُ قِبَلَ الْبَيْتِ أَنْكَرُوا ذَلِكَ . قَالَ زُهَيْرٌ حَدَّثَنَا أَبُو إِسْحَاقَ عَنِ الْبَرَاءِ فِى حَدِيثِهِ هَذَا أَنَّهُ مَاتَ عَلَى الْقِبْلَةِ قَبْلَ أَنْ تُحَوَّلَ رِجَالٌ وَقُتِلُوا ، فَلَمْ نَدْرِ مَا نَقُولُ فِيهِمْ ، فَأَنْزَلَ اللَّهُ تَعَالَى { وَمَا كَانَ اللَّهُ لِيُضِيعَ إِيمَانَكُمْ } .

“əl-Bəra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ Mədinəyə gəldikdə əvvəl ənsardan olan babalarının (və ya dayılarının) yanında qaldı və namazı on altı, yaxud on yeddi ay Beytul-Məqdisə doğru qıldı, lakin qiblənin Kəbəyə doğru olmasını arzu edirdi. Peyğəmbərin ﷺ Kəbəyə doğru qıldığı ilk namaz Əsr namazı oldu. Camaatın bir hissəsi onunla birlikdə namaz qıldı. Sonra onunla birlikdə namaz qılanlardan bir nəfər çıxıb getdi və məscidlərin birində rukuya getmiş bir camaatın yanından keçəndə dedi: “Allahı şahid gətirirəm ki, mən Allah Elçisi ﷺ ilə birlikdə Məkkəyə doğru namaz qıldım”. Camaat bunu eşidən kimi olduğu vəziyyətdə Kəbəyə tərəf çevrildi. Yəhudilər və xristianlar Peyğəmbərin ﷺ Beytul-Məqdisə tərəf namaz qılmağını bəyənirdilər, lakin o, üzünü Kəbəyə tərəf döndərdikdə bu onların xoşuna gəlmədi”. Ravi Əbu İshaq deyir ki, əl-Bəra bu hədisində demişdir: “Qibləyə doğru namaz qılmazdan əvvəl ilk qibləyə doğru namaz qılaraq vəfat etmiş və öldürülmüş adamlar var idi. Onlar haqda bir şey deyə bilmədik və Uca Allah bu ayəni nazil etdi: “Allah sizin imanınızı puç etməz” (əl-Bəqərə, 143)”.”

əl-Bəra
Buxari, 40 (İman, 33)Səhih

حَدَّثَنَا إِسْمَاعِيلُ قَالَ حَدَّثَنِى مَالِكُ بْنُ أَنَسٍ عَنْ عَمِّهِ أَبِى سُهَيْلِ بْنِ مَالِكٍ عَنْ أَبِيهِ أَنَّهُ سَمِعَ طَلْحَةَ بْنَ عُبَيْدِ اللَّهِ يَقُولُ جَاءَ رَجُلٌ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ أَهْلِ نَجْدٍ ، ثَائِرُ الرَّأْسِ ، يُسْمَعُ دَوِىُّ صَوْتِهِ ، وَلاَ يُفْقَهُ مَا يَقُولُ حَتَّى دَنَا ، فَإِذَا هُوَ يَسْأَلُ عَنِ الإِسْلاَمِ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « خَمْسُ صَلَوَاتٍ فِى الْيَوْمِ وَاللَّيْلَةِ » . فَقَالَ هَلْ عَلَىَّ غَيْرُهَا قَالَ « لاَ ، إِلاَّ أَنْ تَطَوَّعَ » . قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « وَصِيَامُ رَمَضَانَ » . قَالَ هَلْ عَلَىَّ غَيْرُهُ قَالَ « لاَ ، إِلاَّ أَنْ تَطَوَّعَ » . قَالَ وَذَكَرَ لَهُ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الزَّكَاةَ . قَالَ هَلْ عَلَىَّ غَيْرُهَا قَالَ « لاَ ، إِلاَّ أَنْ تَطَوَّعَ » . قَالَ فَأَدْبَرَ الرَّجُلُ وَهُوَ يَقُولُ وَاللَّهِ لاَ أَزِيدُ عَلَى هَذَا وَلاَ أَنْقُصُ . قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « أَفْلَحَ إِنْ صَدَقَ » .

“Rəvayət edilir ki, Təlhə ibn Ubeydullah ﵁ demişdir: “Nəcd əhlindən olan, saçları dağınıq halda olan bir kişi Allah Elçisinin ﷺ yanına gəldi. Biz uzaqdan onun gurultulu səsini eşidir, amma nə dediyini ayırd edə bilmirdik. O, yaxına gəldi və aydın oldu ki, İslam barəsində soruşur. Allah Elçisi ﷺ buyurdu: “Bir gün və bir gecə ərzində beş vaxtda namaz (qılmaq lazımdır)”. Kişi soruşdu: “Mənə bundan başqası vacib buyrulub?” Allah Elçisi ﷺ dedi: “Xeyr! Yalnız könüllü olaraq qıldığından başqa”. Sonra Allah Elçisi ﷺ buyurdu: “Ramazan orucunu da (tutmaq lazımdır)”. Kişi soruşdu: “Mənə bundan başqası vacib buyrulub?” Allah Elçisi ﷺ dedi: “Xeyr! Yalnız könüllü olaraq tutduğundan başqa”. Allah Elçisi ﷺ ona zəkatın vacib olması da bildirdi. Kişi soruşdu: “Mənə bundan başqası vacib buyrulub?” Allah Elçisi ﷺ dedi: “Xeyr! Yalnız könüllü olaraq verdiyindən başqa”. Kişi: “Vallahi, mən buna heç nə artırmayacağam və bundan heç nə əskiltməyəcəyəm”– dedi və dönüb getdi. Allah Elçisi ﷺ buyurdu: “Əgər doğru deyirsə, nicat tapacaq”.”

Təlhə ibn Ubeydullah
Buxari, 46 (İman, 39)Səhih

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ إِبْرَاهِيمَ أَخْبَرَنَا أَبُو حَيَّانَ التَّيْمِىُّ عَنْ أَبِى زُرْعَةَ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بَارِزًا يَوْمًا لِلنَّاسِ ، فَأَتَاهُ جِبْرِيلُ فَقَالَ مَا الإِيمَانُ قَالَ « الإِيمَانُ أَنْ تُؤْمِنَ بِاللَّهِ وَمَلاَئِكَتِهِ وَبِلِقَائِهِ وَرُسُلِهِ ، وَتُؤْمِنَ بِالْبَعْثِ » . قَالَ مَا الإِسْلاَمُ قَالَ « الإِسْلاَمُ أَنْ تَعْبُدَ اللَّهَ وَلاَ تُشْرِكَ بِهِ ، وَتُقِيمَ الصَّلاَةَ ، وَتُؤَدِّىَ الزَّكَاةَ الْمَفْرُوضَةَ ، وَتَصُومَ رَمَضَانَ » . قَالَ مَا الإِحْسَانُ قَالَ « أَنْ تَعْبُدَ اللَّهَ كَأَنَّكَ تَرَاهُ ، فَإِنْ لَمْ تَكُنْ تَرَاهُ فَإِنَّهُ يَرَاكَ » . قَالَ مَتَى السَّاعَةُ قَالَ « مَا الْمَسْئُولُ عَنْهَا بِأَعْلَمَ مِنَ السَّائِلِ ، وَسَأُخْبِرُكَ عَنْ أَشْرَاطِهَا إِذَا وَلَدَتِ الأَمَةُ رَبَّهَا ، وَإِذَا تَطَاوَلَ رُعَاةُ الإِبِلِ الْبُهْمُ فِى الْبُنْيَانِ ، فِى خَمْسٍ لاَ يَعْلَمُهُنَّ إِلاَّ اللَّهُ » . ثُمَّ تَلاَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ { إِنَّ اللَّهَ عِنْدَهُ عِلْمُ السَّاعَةِ } الآيَةَ . ثُمَّ أَدْبَرَ فَقَالَ « رُدُّوهُ » . فَلَمْ يَرَوْا شَيْئًا . فَقَالَ « هَذَا جِبْرِيلُ جَاءَ يُعَلِّمُ النَّاسَ دِينَهُمْ » . قَالَ أَبُو عَبْدِ اللَّهِ جَعَلَ ذَلِكَ كُلَّهُ مِنَ الإِيمَانِ .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir gün Peyğəmbər ﷺ camaatın arasında oturmuşdu. Bir nəfər onun yanına gəlib dedi: “İman nədir?” Peyğəmbər ﷺ buyurdu: “İman (odur ki,) Allaha, Onun mələklərinə, Onunla qarşılaşacağına və Onun elçilərinə iman gətirəsən, habelə (öldükdən sonra) diriləcəyinə inanasan”. O dedi: “İslam nədir?” Peyğəmbər ﷺ buyurdu: “İslam (odur ki,) Allaha ibadət edib Ona (heç nəyi) şərik qoşmayasan, (vaxtlı-vaxtında) namaz qılasan, vacib buyrulmuş zəkatı verəsən və Ramazan ayını oruc tutasan”. O dedi: “Bəs ehsan nədir?” Peyğəmbər ﷺ buyurdu: “Ehsan (odur ki,) Allaha, sanki Onu görürmüşsən kimi ibadət edəsən; sən Onu görməsən də, (bil ki,) O, səni görür”. O dedi: “Qiyamət nə zaman olacaq?” Peyğəmbər ﷺ buyurdu: “Bu haqda soruşulan soruşandan çox bilmir, lakin sənə Qiyamətin əlamətlərini deyəcəyəm; belə ki, kənizin öz ağasını doğacağı və kimliyi bəlli olmayan, dəvə otaran çobanların hündür binalar tikməkdə bir-biri ilə yarışacaqları zaman (Qiyamət qopacaq). (Bu da) yalnız Allahın bildiyi beş şeydən biridir”. Sonra Peyğəmbər ﷺ: “Həqiqətən, Saatı (Qiyamətin qopacağı vaxtı) ancaq Allah bilir...” (Loğman, 34) ayəsini oxudu. Sonra o adam çıxıb getdi. Peyğəmbər ﷺ dedi: “Onu geri qaytarın!” Lakin səhabələr ondan bir əsər-əlamət görmədilər. Peyğəmbər ﷺ buyurdu: “Bu, Cəbrail idi. İnsanlara dinlərini öyrətmək üçün gəlmişdi”. Əbu Abdullah əl-Buxari deyir: “O, qeyd edilənlərin hamısının imandan olduğunu bəyan etdi”.”

Əbu Hureyra
Buxari, 50 (İman, 43)Səhih

حَدَّثَنَا عَلِىُّ بْنُ الْجَعْدِ قَالَ أَخْبَرَنَا شُعْبَةُ عَنْ أَبِى جَمْرَةَ قَالَ كُنْتُ أَقْعُدُ مَعَ ابْنِ عَبَّاسٍ ، يُجْلِسُنِى عَلَى سَرِيرِهِ فَقَالَ أَقِمْ عِنْدِى حَتَّى أَجْعَلَ لَكَ سَهْمًا مِنْ مَالِى ، فَأَقَمْتُ مَعَهُ شَهْرَيْنِ ، ثُمَّ قَالَ إِنَّ وَفْدَ عَبْدِ الْقَيْسِ لَمَّا أَتَوُا النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مَنِ الْقَوْمُ أَوْ مَنِ الْوَفْدُ » . قَالُوا رَبِيعَةُ . قَالَ « مَرْحَبًا بِالْقَوْمِ - أَوْ بِالْوَفْدِ - غَيْرَ خَزَايَا وَلاَ نَدَامَى » . فَقَالُوا يَا رَسُولَ اللَّهِ ، إِنَّا لاَ نَسْتَطِيعُ أَنْ نَأْتِيَكَ إِلاَّ فِى شَهْرِ الْحَرَامِ ، وَبَيْنَنَا وَبَيْنَكَ هَذَا الْحَىُّ مِنْ كُفَّارِ مُضَرَ ، فَمُرْنَا بِأَمْرٍ فَصْلٍ ، نُخْبِرْ بِهِ مَنْ وَرَاءَنَا ، وَنَدْخُلْ بِهِ الْجَنَّةَ . وَسَأَلُوهُ عَنِ الأَشْرِبَةِ . فَأَمَرَهُمْ بِأَرْبَعٍ ، وَنَهَاهُمْ عَنْ أَرْبَعٍ ، أَمَرَهُمْ بِالإِيمَانِ بِاللَّهِ وَحْدَهُ . قَالَ « أَتَدْرُونَ مَا الإِيمَانُ بِاللَّهِ وَحْدَهُ » . قَالُوا اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ . قَالَ « شَهَادَةُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ ، وَإِقَامُ الصَّلاَةِ ، وَإِيتَاءُ الزَّكَاةِ ، وَصِيَامُ رَمَضَانَ ، وَأَنْ تُعْطُوا مِنَ الْمَغْنَمِ الْخُمُسَ » . وَنَهَاهُمْ عَنْ أَرْبَعٍ عَنِ الْحَنْتَمِ وَالدُّبَّاءِ وَالنَّقِيرِ وَالْمُزَفَّتِ . وَرُبَّمَا قَالَ الْمُقَيَّرِ . وَقَالَ « احْفَظُوهُنَّ وَأَخْبِرُوا بِهِنَّ مَنْ وَرَاءَكُمْ » .

“Rəvayət edilir ki, Əbu Cəmra ﵀ demişdir: “Mən İbn Abbasın qaldığı yerdə idim və məni öz çarpayısının üstündə əyləşdirib dedi: “Mənim yanımda qal, sənə öz var-dövlətimdən bir hissə ayırım”. Mən də onlarda iki ay qaldım. Sonra İbn Abbas dedi: “Abdul-Qeys tayfasının nümayəndələri Peyğəmbərin ﷺ yanına gəldikdə o soruşdu: “Siz kimlərdənsiniz?” Onlar dedilər: “Biz Rabia qəbiləsindənik”. Peyğəmbər ﷺ buyurdu: “Xoş gəlmişsiniz! Allah sizi utandırmasın, peşman eləməsin!” Onlar dedilər: “Ey Allahın Elçisi! Biz sənin yanına ancaq haram olan ayda gələ bilirik. Səninlə bizim aramızda Mudar qəbiləsinin kafirləri var. Ona görə bizə (haqqı batildən ayırd edən) bəlli bir şey əmr et ki, onu geridə qalanlarımıza xəbər verək, onun sayəsində Cənnətə girək”. Onlar Peyğəmbərdən ﷺ içkilər barədə də soruşdular. Peyğəmbər ﷺ onlara dörd şeyi əmr etdi, dörd şeyi qadağan etdi. Onlara tək Allaha iman gətirməyi əmr etdikdən sonra soruşdu: “Bilirsinizmi, tək Allaha iman gətirmək nə deməkdir?” Onlar: “Allah və Onun elçisi daha yaxşı bilir!”– dedilər. Peyğəmbər ﷺ buyurdu: “(Bu) – şəriki olmayan tək Allahdan başqa ibadətə layiq məbudun olmadığına və Muhəmmədin Onun elçisi olduğuna şəhadət vermək, namaz qılmaq, zəkat vermək, Ramazan orucunu tutmaq və qənimətlərdən beşdə birini (xums) verməyinizdir”. Peyğəmbər ﷺ onlara dörd şeyi – hantəmi, dubbanı, nəqiri və muzəffəti (yaxud muqayyəri) qadağan etdi. Sonra dedi: “Mənim dediklərimi yadda saxlayın və bunları özünüzdən sonra gələnlərə xəbər verin”.”

Əbu Cəmra
Buxari, 53 (İman, 46)Səhih

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَحْيَى عَنْ إِسْمَاعِيلَ قَالَ حَدَّثَنِى قَيْسُ بْنُ أَبِى حَازِمٍ عَنْ جَرِيرِ بْنِ عَبْدِ اللَّهِ قَالَ بَايَعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى إِقَامِ الصَّلاَةِ ، وَإِيتَاءِ الزَّكَاةِ ، وَالنُّصْحِ لِكُلِّ مُسْلِمٍ .

“Rəvayət edilir ki, Cərir ibn Abdullah ﵄ demişdir: “Mən namaz qılacağıma, zəkat verəcəyimə və hər bir müsəlmana nəsihət edəcəyimə (və ya ona qarşı səmimi davranacağıma) dair Allah Elçisinə ﷺ beyət etdim”.”

Cərir ibn Abdullah
Buxari, 57 (İman, 50)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ حَدَّثَنَا اللَّيْثُ عَنْ سَعِيدٍ - هُوَ الْمَقْبُرِىُّ - عَنْ شَرِيكِ بْنِ عَبْدِ اللَّهِ بْنِ أَبِى نَمِرٍ أَنَّهُ سَمِعَ أَنَسَ بْنَ مَالِكٍ يَقُولُ بَيْنَمَا نَحْنُ جُلُوسٌ مَعَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى الْمَسْجِدِ ، دَخَلَ رَجُلٌ عَلَى جَمَلٍ فَأَنَاخَهُ فِى الْمَسْجِدِ ، ثُمَّ عَقَلَهُ ، ثُمَّ قَالَ لَهُمْ أَيُّكُمْ مُحَمَّدٌ وَالنَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مُتَّكِئٌ بَيْنَ ظَهْرَانَيْهِمْ . فَقُلْنَا هَذَا الرَّجُلُ الأَبْيَضُ الْمُتَّكِئُ . فَقَالَ لَهُ الرَّجُلُ ابْنَ عَبْدِ الْمُطَّلِبِ فَقَالَ لَهُ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « قَدْ أَجَبْتُكَ » . فَقَالَ الرَّجُلُ لِلنَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِنِّى سَائِلُكَ فَمُشَدِّدٌ عَلَيْكَ فِى الْمَسْأَلَةِ فَلاَ تَجِدْ عَلَىَّ فِى نَفْسِكَ . فَقَالَ « سَلْ عَمَّا بَدَا لَكَ » . فَقَالَ أَسْأَلُكَ بِرَبِّكَ وَرَبِّ مَنْ قَبْلَكَ ، آللَّهُ أَرْسَلَكَ إِلَى النَّاسِ كُلِّهِمْ فَقَالَ « اللَّهُمَّ نَعَمْ » . قَالَ أَنْشُدُكَ بِاللَّهِ ، آللَّهُ أَمَرَكَ أَنْ نُصَلِّىَ الصَّلَوَاتِ الْخَمْسَ فِى الْيَوْمِ وَاللَّيْلَةِ قَالَ « اللَّهُمَّ نَعَمْ » . قَالَ أَنْشُدُكَ بِاللَّهِ ، آللَّهُ أَمَرَكَ أَنْ نَصُومَ هَذَا الشَّهْرَ مِنَ السَّنَةِ قَالَ « اللَّهُمَّ نَعَمْ » . قَالَ أَنْشُدُكَ بِاللَّهِ ، آللَّهُ أَمَرَكَ أَنْ تَأْخُذَ هَذِهِ الصَّدَقَةَ مِنْ أَغْنِيَائِنَا فَتَقْسِمَهَا عَلَى فُقَرَائِنَا فَقَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « اللَّهُمَّ نَعَمْ » . فَقَالَ الرَّجُلُ آمَنْتُ بِمَا جِئْتَ بِهِ ، وَأَنَا رَسُولُ مَنْ وَرَائِى مِنْ قَوْمِى ، وَأَنَا ضِمَامُ بْنُ ثَعْلَبَةَ أَخُو بَنِى سَعْدِ بْنِ بَكْرٍ . رَوَاهُ مُوسَى وَعَلِىُّ بْنُ عَبْدِ الْحَمِيدِ عَنْ سُلَيْمَانَ عَنْ ثَابِتٍ عَنْ أَنَسٍ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِهَذَا .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Biz Peyğəmbərlə ﷺ birlikdə məsciddə oturduğumuz vaxt bir kişi dəvənin üstündə oraya yaxınlaşdı. Həmin kişi dəvəni məsciddə dizi üstə çökdürdükdən sonra onu buxovladı, sonra da soruşdu: “Muhəmməd hansınızdır?” Bu vaxt Peyğəmbər ﷺ səhabələrin arasında söykənərək oturmuşdu. Biz dedik: “Söykənib oturan bu ağbəniz kişidir”. Kişi ona dedi: “Ey Abdul-Muttalibin oğlu!” Peyğəmbər ﷺ: “Səni eşidirəm”– deyə buyurdu. Kişi dedi: “Mən səndən bəzi şeylər soruşacağam və sənə çox çətin suallar verəcəyəm. Odur ki, mənə acığın tutmasın”. Peyğəmbər ﷺ ona: “Nə istəyirsən soruş”– deyə buyurdu. Kişi dedi: “Səni and verirəm sənin və səndən əvvəlkilərin Rəbbinə, səni bütün insanlara elçi olaraq Allahmı göndərdi?” Peyğəmbər ﷺ buyurdu: “Allahım! Bəli!” Kişi dedi: “Səni and verirəm Allaha, gecə və gündüz beş vaxt namaz qılmağımızı sənə Allahmı əmr etdi?” Peyğəmbər ﷺ buyurdu: “Allahım! Bəli!” Kişi dedi: “Səni and verirəm Allaha, ilin bu bəlli ayında (Ramazanda) oruc tutmağımızı sənə Allahmı əmr etdi?” Peyğəmbər ﷺ buyurdu: “Allahım! Bəli!” Kişi dedi: “Səni and verirəm Allaha, varlılarımızdan sədəqə alıb kasıblarımıza paylamağı sənə Allahmı əmr etdi?” Peyğəmbər ﷺ buyurdu: “Allahım! Bəli!” Kişi dedi: “Mən sənin gətirdiyinə iman gətirdim, mən tayfamın sənin yanına göndərdiyi elçisiyəm, mən Səd ibn Bəkr oğullarının qardaşı – Dimam ibn Sələbəyəm”.”

Ənəs ibn Malik
Buxari, 63 (Elm, 5)Səhih

حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ أَبِى أُوَيْسٍ قَالَ حَدَّثَنِى مَالِكٌ عَنِ ابْنِ شِهَابٍ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ بْنِ عُتْبَةَ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَبَّاسٍ قَالَ أَقْبَلْتُ رَاكِبًا عَلَى حِمَارٍ أَتَانٍ ، وَأَنَا يَوْمَئِذٍ قَدْ نَاهَزْتُ الاِحْتِلاَمَ ، وَرَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى بِمِنًى إِلَى غَيْرِ جِدَارٍ ، فَمَرَرْتُ بَيْنَ يَدَىْ بَعْضِ الصَّفِّ وَأَرْسَلْتُ الأَتَانَ تَرْتَعُ ، فَدَخَلْتُ فِى الصَّفِّ ، فَلَمْ يُنْكَرْ ذَلِكَ عَلَىَّ .

“Rəvayət edilir ki, Abdullah ibn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ Minada camaata sütrəsiz halda namaz qıldırarkən mən uzunqulağın üstündə oraya yaxınlaşdım. O vaxt mən artıq yetkinlik yaşına çatmışdım. Mən (uzunqulağın üstündə) cərgələrdən birinin önündən keçdim, sonra da uzunqulağı otlamağa buraxaraq cərgəyə daxil oldum. Bu hərəkətimə görə heç kəs mənə irad tutmadı”.”

Abdullah ibn Abbas
Buxari, 76 (Elm, 18)Səhih

حَدَّثَنَا مُوسَى بْنُ إِسْمَاعِيلَ قَالَ حَدَّثَنَا وُهَيْبٌ قَالَ حَدَّثَنَا هِشَامٌ عَنْ فَاطِمَةَ عَنْ أَسْمَاءَ قَالَتْ أَتَيْتُ عَائِشَةَ وَهِىَ تُصَلِّى فَقُلْتُ مَا شَأْنُ النَّاسِ فَأَشَارَتْ إِلَى السَّمَاءِ ، فَإِذَا النَّاسُ قِيَامٌ ، فَقَالَتْ سُبْحَانَ اللَّهِ . قُلْتُ آيَةٌ فَأَشَارَتْ بِرَأْسِهَا ، أَىْ نَعَمْ ، فَقُمْتُ حَتَّى تَجَلاَّنِى الْغَشْىُ ، فَجَعَلْتُ أَصُبُّ عَلَى رَأْسِى الْمَاءَ ، فَحَمِدَ اللَّهَ عَزَّ وَجَلَّ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَأَثْنَى عَلَيْهِ ، ثُمَّ قَالَ « مَا مِنْ شَىْءٍ لَمْ أَكُنْ أُرِيتُهُ إِلاَّ رَأَيْتُهُ فِى مَقَامِى حَتَّى الْجَنَّةَ وَالنَّارَ ، فَأُوحِىَ إِلَىَّ أَنَّكُمْ تُفْتَنُونَ فِى قُبُورِكُمْ ، مِثْلَ - أَوْ قَرِيبًا لاَ أَدْرِى أَىَّ ذَلِكَ قَالَتْ أَسْمَاءُ - مِنْ فِتْنَةِ الْمَسِيحِ الدَّجَّالِ ، يُقَالُ مَا عِلْمُكَ بِهَذَا الرَّجُلِ فَأَمَّا الْمُؤْمِنُ - أَوِ الْمُوقِنُ لاَ أَدْرِى بِأَيِّهِمَا قَالَتْ أَسْمَاءُ - فَيَقُولُ هُوَ مُحَمَّدٌ رَسُولُ اللَّهِ جَاءَنَا بِالْبَيِّنَاتِ وَالْهُدَى ، فَأَجَبْنَا وَاتَّبَعْنَا ، هُوَ مُحَمَّدٌ . ثَلاَثًا ، فَيُقَالُ نَمْ صَالِحًا ، قَدْ عَلِمْنَا إِنْ كُنْتَ لَمُوقِنًا بِهِ ، وَأَمَّا الْمُنَافِقُ - أَوِ الْمُرْتَابُ لاَ أَدْرِى أَىَّ ذَلِكَ قَالَتْ أَسْمَاءُ - فَيَقُولُ لاَ أَدْرِى ، سَمِعْتُ النَّاسَ يَقُولُونَ شَيْئًا فَقُلْتُهُ » .

“Rəvayət edilir ki, Əsma ﵂ demişdir: “(Günəş tutulduğu zaman) mən Aişənin yanına gəldim, o vaxt o, namaz qılırdı. Mən: “İnsanlara nə olub?”– deyə soruşdum. O, (günəşin tutulduğunu bildirməkdən ötrü əli ilə) göyə işarə etdi. (Mən məscidə tərəf baxdıqda gördüm ki,) camaat namaz qılır. Aişə dedi: “Allah pak və müqəddəsdir!” Mən: “Bu, əlamətdirmi?”– deyə soruşdum. O, mənim sözümü təsdiqləmək üçün başı ilə işarə etdi. Bu səbəbdən mən də namaza durdum. Halsızlaşıb əldən düşdükdə başıma su tökməyə başladım. Namazdan sonra Peyğəmbər ﷺ Allaha ﷿ həmd edib Onun şəninə təriflər dedi, sonra da belə buyurdu: “Bu yerdə mən, əvvəllər mənə göstərilmiş hər bir şeyi, Cənnət və Cəhənnəmi belə gördüm. Mənə vəhy olundu ki, siz qəbirlərinizdə məsih Dəccalın imtahanına bənzər (və ya buna yaxın) bir imtahana çəkiləcəksiniz. (Vəfat edən kimsədən): “Bu kişi haqqında nə bilirsən?”– deyə soruşacaqlar. Mömin (yaxud yəqinliklə inanan) bəndə: “Bu, Allahın Elçisi Muhəmməddir. O bizə dəlillər və doğru yol göstəricisi gətirdi. Biz də (onun dəvətini) qəbul edib onun ardınca getdik. Bu, Muhəmməddir!”– deyəcək. O bunu üç dəfə təkrar edəcək. Bundan sonra (mələklər) ona deyəcəklər: “Rahat yat! Biz artıq sənin ona yəqinliklə iman gətirdiyini bildik”. Münafiq (və ya qəlbində şübhə olan) adam isə deyəcək: “Bilmirəm, mən sadəcə insanların bəzi şeylər danışdıqlarını eşidir və həmin şeyi deyirdim”.”

Əsma
Buxari, 86 (Elm, 28)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ قَالَ حَدَّثَنَا غُنْدَرٌ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ أَبِى جَمْرَةَ قَالَ كُنْتُ أُتَرْجِمُ بَيْنَ ابْنِ عَبَّاسٍ وَبَيْنَ النَّاسِ فَقَالَ إِنَّ وَفْدَ عَبْدِ الْقَيْسِ أَتَوُا النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « مَنِ الْوَفْدُ - أَوْ مَنِ الْقَوْمُ » . قَالُوا رَبِيعَةُ . فَقَالَ « مَرْحَبًا بِالْقَوْمِ - أَوْ بِالْوَفْدِ - غَيْرَ خَزَايَا وَلاَ نَدَامَى » . قَالُوا إِنَّا نَأْتِيكَ مِنْ شُقَّةٍ بَعِيدَةٍ ، وَبَيْنَنَا وَبَيْنَكَ هَذَا الْحَىُّ مِنْ كُفَّارِ مُضَرَ ، وَلاَ نَسْتَطِيعُ أَنْ نَأْتِيَكَ إِلاَّ فِى شَهْرٍ حَرَامٍ فَمُرْنَا بِأَمْرٍ نُخْبِرْ بِهِ مَنْ وَرَاءَنَا ، نَدْخُلُ بِهِ الْجَنَّةَ . فَأَمَرَهُمْ بِأَرْبَعٍ ، وَنَهَاهُمْ عَنْ أَرْبَعٍ أَمَرَهُمْ بِالإِيمَانِ بِاللَّهِ عَزَّ وَجَلَّ وَحْدَهُ . قَالَ « هَلْ تَدْرُونَ مَا الإِيمَانُ بِاللَّهِ وَحْدَهُ » . قَالُوا اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ . قَالَ « شَهَادَةُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ ، وَإِقَامُ الصَّلاَةِ ، وَإِيتَاءُ الزَّكَاةِ ، وَصَوْمُ رَمَضَانَ ، وَتُعْطُوا الْخُمُسَ مِنَ الْمَغْنَمِ » . وَنَهَاهُمْ عَنِ الدُّبَّاءِ وَالْحَنْتَمِ وَالْمُزَفَّتِ . قَالَ شُعْبَةُ رُبَّمَا قَالَ النَّقِيرِ ، وَرُبَّمَا قَالَ الْمُقَيَّرِ . قَالَ « احْفَظُوهُ وَأَخْبِرُوهُ مَنْ وَرَاءَكُمْ » .

“Rəvayət edilir ki, Əbu Cəmra ﵀ demişdir: “Mən İbn Abbas ilə insanlar arasında tərcüməçi idim. İbn Abbas dedi: “Abdul-Qeys tayfasının nümayəndələri Peyğəmbərin ﷺ yanına gəldikdə o: “Siz kimlərdənsiniz?”– deyə soruşdu. Onlar: “Rabia qəbiləsindənik”– deyə cavab verdilər. Peyğəmbər ﷺ buyurdu: “Xoş gəlmişsiniz! Allah sizi utandırmasın və sizi peşman eləməsin!” Onlar dedilər: “Biz sənin yanına uzaq yerdən gəlmişik. Səninlə bizim aramızda Mudar qəbiləsinin kafirləri var. Biz sənin yanına yalnız haram olan ayda gələ bilirik. Odur ki, bizə (haqqı batildən ayırd edən) bir şey əmr et ki, onu geridə qalanlarımıza xəbər verək, onun sayəsində Cənnətə girək”. Peyğəmbər ﷺ onlara dörd şeyi əmr etdi, dörd şeyi qadağan etdi. Onlara Tək Allaha iman gətirməyi əmr etdikdən sonra soruşdu: “Tək Allaha iman gətirməyin nə olduğunu bilirsinizmi?” Onlar: “Allah və Onun Elçisi daha yaxşı bilir!”– dedilər. Peyğəmbər ﷺ buyurdu: “Bu, şəriki olmayan Tək Allahdan başqa ibadətə layiq məbudun olmadığına və Muhəmmədin Onun elçisi olduğuna şəhadət gətirmək, namaz qılmaq, zəkat vermək, Ramazan orucunu tutmaq və qənimətlərdən beşdə birini (xums) verməyinizdir”. Peyğəmbər ﷺ onlara dörd şeyi – dubbanı, həntəmi, muzəffəti (nəqiri və ya muqayyəri) qadağan edərək dedi: “Buyurduqlarımı yadda saxlayın və bunları özünüzdən sonra gələnlərə xəbər verin”.”

Əbu Cəmra
Buxari, 87 (Elm, 29)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ كَثِيرٍ قَالَ أَخْبَرَنَا سُفْيَانُ عَنِ ابْنِ أَبِى خَالِدٍ عَنْ قَيْسِ بْنِ أَبِى حَازِمٍ عَنْ أَبِى مَسْعُودٍ الأَنْصَارِىِّ قَالَ قَالَ رَجُلٌ يَا رَسُولَ اللَّهِ ، لاَ أَكَادُ أُدْرِكُ الصَّلاَةَ مِمَّا يُطَوِّلُ بِنَا فُلاَنٌ ، فَمَا رَأَيْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى مَوْعِظَةٍ أَشَدَّ غَضَبًا مِنْ يَوْمِئِذٍ فَقَالَ « أَيُّهَا النَّاسُ ، إِنَّكُمْ مُنَفِّرُونَ ، فَمَنْ صَلَّى بِالنَّاسِ فَلْيُخَفِّفْ ، فَإِنَّ فِيهِمُ الْمَرِيضَ وَالضَّعِيفَ وَذَا الْحَاجَةِ » .

“Rəvayət edilir ki, Əbu Məsud əl-Ənsari ﵁ demişdir: “Bir kişi dedi: “Ey Allahın Elçisi! Filankəs bizə qıldırdığı namazı uzatdığına görə mən çox vaxt namaza vaxtında gəlmirəm”. Əbu Məsud dedi: “Mən Peyğəmbərin ﷺ moizə əsnasında, ogünkü qədər möhkəm qəzəbləndiyini görməmişdim. Elə buna görə də o buyurdu: “Ey insanlar! Həqiqətən də, siz nifrət oyadanlarsınız. Camaata namaz qıldıran kəs bunu yüngül etsin, çünki onların arasında xəstələr, zəiflər və (təcili) işi çıxmış kimsələr ola bilər”.”

Əbu Məsud əl-Ənsari
Buxari, 90 (Elm, 32)Səhih

حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ أَيُّوبَ قَالَ سَمِعْتُ عَطَاءً قَالَ سَمِعْتُ ابْنَ عَبَّاسٍ قَالَ أَشْهَدُ عَلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ - أَوْ قَالَ عَطَاءٌ أَشْهَدُ عَلَى ابْنِ عَبَّاسٍ - أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ خَرَجَ وَمَعَهُ بِلاَلٌ ، فَظَنَّ أَنَّهُ لَمْ يُسْمِعِ النِّسَاءَ فَوَعَظَهُنَّ ، وَأَمَرَهُنَّ بِالصَّدَقَةِ ، فَجَعَلَتِ الْمَرْأَةُ تُلْقِى الْقُرْطَ وَالْخَاتَمَ ، وَبِلاَلٌ يَأْخُذُ فِى طَرَفِ ثَوْبِهِ . وَقَالَ إِسْمَاعِيلُ عَنْ أَيُّوبَ عَنْ عَطَاءٍ وَقَالَ عَنِ ابْنِ عَبَّاسٍ أَشْهَدُ عَلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ .

“İbn Abbas ﵄ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ məsciddə dediyi xütbəni qadınlara eşitdirə bilmədiyini zənn edərək Bilal ilə birlikdə onların yanına gəldi. O, qadınlara nəsihət edərək onlara sədəqə verməyi buyurdu. Qadınlar sırğalarını və üzüklərini çıxarıb atmağa başladılar. Bilal isə onları paltarının ətəyinə yığırdı.”

İbn Abbas
Buxari, 98 (Elm, 40)Səhih

حَدَّثَنَا سَعِيدُ بْنُ عُفَيْرٍ قَالَ حَدَّثَنِى اللَّيْثُ قَالَ حَدَّثَنِى عَبْدُ الرَّحْمَنِ بْنُ خَالِدٍ عَنِ ابْنِ شِهَابٍ عَنْ سَالِمٍ وَأَبِى بَكْرِ بْنِ سُلَيْمَانَ بْنِ أَبِى حَثْمَةَ أَنَّ عَبْدَ اللَّهِ بْنَ عُمَرَ قَالَ صَلَّى بِنَا النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الْعِشَاءَ فِى آخِرِ حَيَاتِهِ ، فَلَمَّا سَلَّمَ قَامَ فَقَالَ « أَرَأَيْتَكُمْ لَيْلَتَكُمْ هَذِهِ ، فَإِنَّ رَأْسَ مِائَةِ سَنَةٍ مِنْهَا لاَ يَبْقَى مِمَّنْ هُوَ عَلَى ظَهْرِ الأَرْضِ أَحَدٌ » .

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Peyğəmbər ﷺ həyatının sonunda bizə İşa namazını qıldırdı. Salam verib namazı bitirdikdən sonra ayağa qalxdı və buyurdu: “Bu gecənizi görürsünüzmü?! Həqiqətən, bu gecədən etibarən yüz il tamam olanda (indi) yer üzündə olanlardan heç kim qalmayacaq”.”

Abdullah ibn Ömər
Buxari, 116 (Elm, 58)Səhih

حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ عَبْدِ اللَّهِ الأُوَيْسِىُّ قَالَ حَدَّثَنِى إِبْرَاهِيمُ بْنُ سَعْدٍ عَنِ ابْنِ شِهَابٍ أَنَّ عَطَاءَ بْنَ يَزِيدَ أَخْبَرَهُ أَنَّ حُمْرَانَ مَوْلَى عُثْمَانَ أَخْبَرَهُ أَنَّهُ رَأَى عُثْمَانَ بْنَ عَفَّانَ دَعَا بِإِنَاءٍ ، فَأَفْرَغَ عَلَى كَفَّيْهِ ثَلاَثَ مِرَارٍ فَغَسَلَهُمَا ، ثُمَّ أَدْخَلَ يَمِينَهُ فِى الإِنَاءِ فَمَضْمَضَ ، وَاسْتَنْشَقَ ، ثُمَّ غَسَلَ وَجْهَهُ ثَلاَثًا ، وَيَدَيْهِ إِلَى الْمِرْفَقَيْنِ ثَلاَثَ مِرَارٍ ، ثُمَّ مَسَحَ بِرَأْسِهِ ، ثُمَّ غَسَلَ رِجْلَيْهِ ثَلاَثَ مِرَارٍ إِلَى الْكَعْبَيْنِ ، ثُمَّ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « مَنْ تَوَضَّأَ نَحْوَ وُضُوئِى هَذَا ، ثُمَّ صَلَّى رَكْعَتَيْنِ ، لاَ يُحَدِّثُ فِيهِمَا نَفْسَهُ ، غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ » .

“Rəvayət edilir ki, Osman ibn Əffan ﵁ su gətizdirib əllərinə su töküb onları üç dəfə yudu, sonra sağ əlini qaba salıb su götürdü və bununla həm ağzını yaxaladı, həm də burnunun içini yudu. Sonra üç dəfə üzünü və üç dəfə qollarını dirsəklərə qədər yudu, sonra başına məsh çəkdi, sonra ayaqlarını üç dəfə topuqlara qədər yudu, sonra da dedi: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Mənim kimi dəstəmaz alıb, qəlbindən heç bir şey keçirtmədən iki rükət namaz qılan kəsin keçmiş günahları bağışlanar”.”

Osman ibn Əffan
Buxari, 159 (Dəstəmaz, 25)Səhih

وَعَنْ إِبْرَاهِيمَ قَالَ قَالَ صَالِحُ بْنُ كَيْسَانَ قَالَ ابْنُ شِهَابٍ وَلَكِنْ عُرْوَةُ يُحَدِّثُ عَنْ حُمْرَانَ ، فَلَمَّا تَوَضَّأَ عُثْمَانُ قَالَ أَلاَ أُحَدِّثُكُمْ حَدِيثًا لَوْلاَ آيَةٌ مَا حَدَّثْتُكُمُوهُ ، سَمِعْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « لاَ يَتَوَضَّأُ رَجُلٌ فَيُحْسِنُ وُضُوءَهُ ، وَيُصَلِّى الصَّلاَةَ إِلاَّ غُفِرَ لَهُ مَا بَيْنَهُ وَبَيْنَ الصَّلاَةِ حَتَّى يُصَلِّيَهَا » . قَالَ عُرْوَةُ الآيَةُ { إِنَّ الَّذِينَ يَكْتُمُونَ مَا أَنْزَلْنَا مِنَ الْبَيِّنَاتِ } .

“Humran ﵀ rəvayət edir ki, Osman dəstəmaz aldıqda belə buyurdu: “Sizə elə bir hədis danışacağam ki, əgər (Allahın Kitabındakı) ayə olmasaydı, onu sizə danışmazdım. Mən Peyğəmbərin ﷺ belə buyurduğunu eşitdim: “Gözəl tərzdə dəstəmaz alıb namaz qılan elə bir kimsə yoxdur ki, dəstəmaz ilə qılacağı namaz arasındakı (vaxt əsnasında olan) günahları bağışlanmasın”. Urva deyir ki, Osmanın qəsd etdiyi ayə budur: “Kitabda insanlara bəyan etdiyimiz açıq-aydın dəlilləri və doğru yol göstərən ayələri nazil etdikdən sonra onları gizli saxlayanlara həm Allah lənət edir, həm də lənət edə bilənlər lənət oxuyurlar!” (əl-Bəqərə, 159)”.”

Humran
Buxari, 160 (Dəstəmaz, 26)Səhih

حَدَّثَنَا آدَمُ بْنُ أَبِى إِيَاسٍ قَالَ حَدَّثَنَا ابْنُ أَبِى ذِئْبٍ عَنْ سَعِيدٍ الْمَقْبُرِىِّ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ يَزَالُ الْعَبْدُ فِى صَلاَةٍ مَا كَانَ فِى الْمَسْجِدِ يَنْتَظِرُ الصَّلاَةَ ، مَا لَمْ يُحْدِثْ » . فَقَالَ رَجُلٌ أَعْجَمِىٌّ مَا الْحَدَثُ يَا أَبَا هُرَيْرَةَ قَالَ الصَّوْتُ . يَعْنِى الضَّرْطَةَ .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Bir adam dəstəmazını pozmadan məsciddə namazı gözlədiyi müddətdə namazda olduğu kimi sayılır”. Əcəmi bir kişi dedi: “Dəstəmazı pozmaq nədir, ey Əbu Hureyra?” Əbu Hureyra dedi: “Arxadan çıxan səsdir”. Yəni səsli yelin çıxması.”

Əbu Hureyra
Buxari, 176 (Dəstəmaz, 42)Səhih

حَدَّثَنَا إِسْمَاعِيلُ قَالَ حَدَّثَنِى مَالِكٌ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ عَنِ امْرَأَتِهِ فَاطِمَةَ عَنْ جَدَّتِهَا أَسْمَاءَ بِنْتِ أَبِى بَكْرٍ أَنَّهَا قَالَتْ أَتَيْتُ عَائِشَةَ زَوْجَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ حِينَ خَسَفَتِ الشَّمْسُ ، فَإِذَا النَّاسُ قِيَامٌ يُصَلُّونَ ، وَإِذَا هِىَ قَائِمَةٌ تُصَلِّى فَقُلْتُ مَا لِلنَّاسِ فَأَشَارَتْ بِيَدِهَا نَحْوَ السَّمَاءِ وَقَالَتْ سُبْحَانَ اللَّهِ . فَقُلْتُ آيَةٌ فَأَشَارَتْ أَىْ نَعَمْ . فَقُمْتُ حَتَّى تَجَلاَّنِى الْغَشْىُ ، وَجَعَلْتُ أَصُبُّ فَوْقَ رَأْسِى مَاءً ، فَلَمَّا انْصَرَفَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ حَمِدَ اللَّهَ وَأَثْنَى عَلَيْهِ ، ثُمَّ قَالَ « مَا مِنْ شَىْءٍ كُنْتُ لَمْ أَرَهُ إِلاَّ قَدْ رَأَيْتُهُ فِى مَقَامِى هَذَا حَتَّى الْجَنَّةِ وَالنَّارِ ، وَلَقَدْ أُوحِىَ إِلَىَّ أَنَّكُمْ تُفْتَنُونَ فِى الْقُبُورِ مِثْلَ أَوْ قَرِيبًا مِنْ فِتْنَةِ الدَّجَّالِ - لاَ أَدْرِى أَىَّ ذَلِكَ قَالَتْ أَسْمَاءُ - يُؤْتَى أَحَدُكُمْ فَيُقَالُ مَا عِلْمُكَ بِهَذَا الرَّجُلِ فَأَمَّا الْمُؤْمِنُ - أَوِ الْمُوقِنُ لاَ أَدْرِى أَىَّ ذَلِكَ قَالَتْ أَسْمَاءُ - فَيَقُولُ هُوَ مُحَمَّدٌ رَسُولُ اللَّهِ ، جَاءَنَا بِالْبَيِّنَاتِ وَالْهُدَى ، فَأَجَبْنَا وَآمَنَّا وَاتَّبَعْنَا ، فَيُقَالُ نَمْ صَالِحًا ، فَقَدْ عَلِمْنَا إِنْ كُنْتَ لَمُؤْمِنًا ، وَأَمَّا الْمُنَافِقُ - أَوِ الْمُرْتَابُ لاَ أَدْرِى أَىَّ ذَلِكَ قَالَتْ أَسْمَاءُ - فَيَقُولُ لاَ أَدْرِى ، سَمِعْتُ النَّاسَ يَقُولُونَ شَيْئًا فَقُلْتُهُ » .

“Rəvayət edilir ki, Əsma bint Əbu Bəkr ﵄ demişdir: “Günəş tutulduğu vaxt mən Peyğəmbərin zövcəsi Aişənin yanına gəldim, camaat o vaxt namaz qılırdı. Aişə də namaz qılmaq üçün qalxmışdı. Mən: “İnsanlara nə olub?”– deyə soruşdum. O, (günəşin tutulduğunu bildirmək üçün) əli ilə göyə işarə etdi və: “Subhən-Allah!”– dedi. Mən: “Bu, əlamətdirmi?”– deyə soruşdum. O, işarə edib mənim sözümü təsdiqlədi. Bu səbəbdən mən də namaza durdum. Nəhayət, halsızlaşıb əldən düşdüm və başıma su tökməyə başladım. Namazdan sonra Allah Elçisi ﷺ Allaha həmd edib Onun şəninə təriflər dedi, sonra da belə buyurdu: “Bu yerdə mən, əvvəllər mənə göstərilmiş hər bir şeyi, hətta Cənnət və Cəhənnəmi də gördüm. Mənə vəhy olundu ki, siz qəbirlərinizdə məsih Dəccalın imtahanına bənzər (və ya buna yaxın) bir imtahana çəkiləcəksiniz. (Dünyasını dəyişmiş kimsənin) yanına gəlib: “Bu kişi (Muhəmməd Peyğəmbər ﷺ) haqqında nə bilirsən?”– deyə soruşacaqlar. Mömin (yaxud yəqinliklə inanan) bəndə: “Bu, Allahın elçisi Muhəmməddir. O bizə dəlillər və doğru yol göstəricisi gətirdi. Biz də (onun dəvətini) qəbul edib iman etdik və (onun) ardınca getdik!”– deyəcək. Bundan sonra (mələklər) ona: “Rahat yat! Biz artıq sənin ona qətiyyətlə iman gətirdiyini bildik”– deyəcəklər. Münafiq (və ya qəlbində şübhə olan) adam isə: “Bilmirəm, mən sadəcə insanların bəzi şeylər danışdıqlarını eşidir və həmin şeyi deyirdim”– deyəcək”.”

Əsma bint Əbu Bəkr
Buxari, 184 (Dəstəmaz, 50)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ هِشَامٍ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا نَعَسَ أَحَدُكُمْ وَهُوَ يُصَلِّى فَلْيَرْقُدْ حَتَّى يَذْهَبَ عَنْهُ النَّوْمُ ، فَإِنَّ أَحَدَكُمْ إِذَا صَلَّى وَهُوَ نَاعِسٌ لاَ يَدْرِى لَعَلَّهُ يَسْتَغْفِرُ فَيَسُبَّ نَفْسَهُ » .

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Biriniz namaz qılarkən mürgüləyərsə, qoy yuxusu dağılıb gedənə qədər yatsın. Çünki o, yuxuladığı halda namaz qıldığı vaxt, ola bilər ki, özü də bilmədən bağışlanma diləmək əvəzinə özünü söysün”.”

Aişə
Buxari, 212 (Dəstəmaz, 78)Səhih

حَدَّثَنَا أَبُو مَعْمَرٍ قَالَ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ حَدَّثَنَا أَيُّوبُ عَنْ أَبِى قِلاَبَةَ عَنْ أَنَسٍ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا نَعَسَ أَحَدُكُمْ فِى الصَّلاَةِ فَلْيَنَمْ حَتَّى يَعْلَمَ مَا يَقْرَأُ » .

“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Sizdən biriniz namaz qılarkən mürgüləyərsə, qoy yatsın (ki, sonra namaz qıldıqda) nə oxuduğunu bilsin”.”

Ənəs
Buxari, 213 (Dəstəmaz, 79)Səhih

حَدَّثَنَا مُحَمَّدٌ قَالَ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ حَدَّثَنَا هِشَامُ بْنُ عُرْوَةَ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ قَالَتْ جَاءَتْ فَاطِمَةُ ابْنَةُ أَبِى حُبَيْشٍ إِلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَتْ يَا رَسُولَ اللَّهِ إِنِّى امْرَأَةٌ أُسْتَحَاضُ فَلاَ أَطْهُرُ ، أَفَأَدَعُ الصَّلاَةَ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ ، إِنَّمَا ذَلِكِ عِرْقٌ ، وَلَيْسَ بِحَيْضٍ ، فَإِذَا أَقْبَلَتْ حَيْضَتُكِ فَدَعِى الصَّلاَةَ ، وَإِذَا أَدْبَرَتْ فَاغْسِلِى عَنْكِ الدَّمَ ثُمَّ صَلِّى » . قَالَ وَقَالَ أَبِى « ثُمَّ تَوَضَّئِى لِكُلِّ صَلاَةٍ ، حَتَّى يَجِىءَ ذَلِكَ الْوَقْتُ » .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Fatimə bint Əbu Hubeyş Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi! Məndən davamlı olaraq qan gəlir deyə mən heç cür təmiz ola bilmirəm. Buna görə namazı buraxa bilərəmmi?” Allah Elçisi ﷺ buyurdu: “Xeyr, bu heyz deyil, sadəcə damar qanıdır. Heyz qanı gəldikdə namaz qılma, heyz (vaxtı) başa çatdıqda isə qandan təmizlənərək qüsl al və namaz qıl”. Peyğəmbər ﷺ davam edərək buyurdu: “(Növbəti heyz) vaxtı gələnə qədər hər namaz üçün dəstəmaz al”.”

Aişə
Buxari, 228 (Dəstəmaz, 94)Səhih

حَدَّثَنَا عَبْدَانُ قَالَ أَخْبَرَنِى أَبِى عَنْ شُعْبَةَ عَنْ أَبِى إِسْحَاقَ عَنْ عَمْرِو بْنِ مَيْمُونٍ عَنْ عَبْدِ اللَّهِ قَالَ بَيْنَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سَاجِدٌ ح قَالَ وَحَدَّثَنِى أَحْمَدُ بْنُ عُثْمَانَ قَالَ حَدَّثَنَا شُرَيْحُ بْنُ مَسْلَمَةَ قَالَ حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ يُوسُفَ عَنْ أَبِيهِ عَنْ أَبِى إِسْحَاقَ قَالَ حَدَّثَنِى عَمْرُو بْنُ مَيْمُونٍ أَنَّ عَبْدَ اللَّهِ بْنَ مَسْعُودٍ حَدَّثَهُ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُصَلِّى عِنْدَ الْبَيْتِ ، وَأَبُو جَهْلٍ وَأَصْحَابٌ لَهُ جُلُوسٌ ، إِذْ قَالَ بَعْضُهُمْ لِبَعْضٍ أَيُّكُمْ يَجِىءُ بِسَلَى جَزُورِ بَنِى فُلاَنٍ فَيَضَعُهُ عَلَى ظَهْرِ مُحَمَّدٍ إِذَا سَجَدَ فَانْبَعَثَ أَشْقَى الْقَوْمِ فَجَاءَ بِهِ ، فَنَظَرَ حَتَّى إِذَا سَجَدَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَضَعَهُ عَلَى ظَهْرِهِ بَيْنَ كَتِفَيْهِ وَأَنَا أَنْظُرُ ، لاَ أُغَيِّرُ شَيْئًا ، لَوْ كَانَ لِى مَنْعَةٌ . قَالَ فَجَعَلُوا يَضْحَكُونَ وَيُحِيلُ بَعْضُهُمْ عَلَى بَعْضٍ ، وَرَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سَاجِدٌ لاَ يَرْفَعُ رَأْسَهُ ، حَتَّى جَاءَتْهُ فَاطِمَةُ ، فَطَرَحَتْ عَنْ ظَهْرِهِ ، فَرَفَعَ رَأْسَهُ ثُمَّ قَالَ « اللَّهُمَّ عَلَيْكَ بِقُرَيْشٍ » . ثَلاَثَ مَرَّاتٍ ، فَشَقَّ عَلَيْهِمْ إِذْ دَعَا عَلَيْهِمْ - قَالَ وَكَانُوا يُرَوْنَ أَنَّ الدَّعْوَةَ فِى ذَلِكَ الْبَلَدِ مُسْتَجَابَةٌ - ثُمَّ سَمَّى « اللَّهُمَّ عَلَيْكَ بِأَبِى جَهْلٍ ، وَعَلَيْكَ بِعُتْبَةَ بْنِ رَبِيعَةَ ، وَشَيْبَةَ بْنِ رَبِيعَةَ ، وَالْوَلِيدِ بْنِ عُتْبَةَ ، وَأُمَيَّةَ بْنِ خَلَفٍ ، وَعُقْبَةَ بْنِ أَبِى مُعَيْطٍ » . وَعَدَّ السَّابِعَ فَلَمْ يَحْفَظْهُ قَالَ فَوَالَّذِى نَفْسِى بِيَدِهِ ، لَقَدْ رَأَيْتُ الَّذِينَ عَدَّ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ صَرْعَى فِى الْقَلِيبِ قَلِيبِ بَدْرٍ .

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Peyğəmbər ﷺ Kəbənin yanında namaz qılarkən Əbu Cəhl və onun dostları (yaxınlıqda olan bir yerdə) oturmuşdular. Onlardan biri digərlərinə dedi: “Hansınız filan tayfanın kəsdiyi dişi dəvənin döl qişasını gətirib Muhəmməd səcdə edərkən onun belinə qoya bilər?” Onların ən bədbəxti gedib onu gətirdi və bir az gözlədi. Peyğəmbər ﷺ səcdə etdikdə onu Peyğəmbərin ﷺ belinə – kürəklərinin arasına qoydu. Mən bunu görürdüm, lakin qarşısını almağa qadir deyildim. Kaş bunun qarşısını ala biləcək qədər gücüm olaydı. Onlar (barmaqla) bir-birinə işarə edərək gülməyə başladılar. Allah Elçisi ﷺ isə səcdədən başını qaldırmırdı. Sonra Fatimə onun yanına gəldi və (içalatı) onun belindən götürüb kənara atdı. Allah Elçisi ﷺ başını qaldırdı və namazı bitirdikdən sonra üç dəfə: “Allahım, Qureyşin cəzasını ver!”– dedi. Allah Elçisinin ﷺ bəddua etməsi onlara pis təsir etdi, çünki onlar bu şəhərdə edilən bədduanın qəbul olunacağına inanırdılar. Sonra Allah Elçisi ﷺ onların adlarını bir-bir sayaraq belə dua etdi: “Allahım, Əbu Cəhlin cəzasını ver! Utbə ibn Rabianın, Şeybə ibn Rabianın, Vəlid ibn Utbənin, Umeyyə ibn Xələfin və Uqbə ibn Əbu Muitin cəzasını ver!” İbn Məsud yeddincisinin də adını çəkdi, lakin (ravi) bunu yadda saxlaya bilməmişdi. Abdullah ibn Məsud deyir: “Canım Əlində Olana and olsun ki, Allah Elçisinin ﷺ adlarını çəkdiyi kəsləri Bədr quyularından birində yerə sərilmiş gördüm”.”

Abdullah ibn Məsud
Buxari, 240 (Dəstəmaz, 106)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مُحَمَّدٍ قَالَ حَدَّثَنَا عُثْمَانُ بْنُ عُمَرَ قَالَ أَخْبَرَنَا يُونُسُ عَنِ الزُّهْرِىِّ عَنْ أَبِى سَلَمَةَ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ أُقِيمَتِ الصَّلاَةُ ، وَعُدِّلَتِ الصُّفُوفُ قِيَامًا ، فَخَرَجَ إِلَيْنَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَلَمَّا قَامَ فِى مُصَلاَّهُ ذَكَرَ أَنَّهُ جُنُبٌ فَقَالَ لَنَا : « مَكَانَكُمْ » . ثُمَّ رَجَعَ فَاغْتَسَلَ ، ثُمَّ خَرَجَ إِلَيْنَا وَرَأْسُهُ يَقْطُرُ ، فَكَبَّرَ فَصَلَّيْنَا مَعَهُ . تَابَعَهُ عَبْدُ الأَعْلَى عَنْ مَعْمَرٍ عَنِ الزُّهْرِىِّ . وَرَوَاهُ الأَوْزَاعِىُّ عَنِ الزُّهْرِىِّ .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir dəfə namaza başlamaq üçün iqamə verildi və cərgələr düzəldi. Allah Elçisi ﷺ bizim yanımıza gəlib namaza durduqda cənabətli olduğunu xatırladı. O bizə: “Yerinizdən tərpənməyin!”– dedi və evinə qayıdıb qüsl aldı, sonra başından su damcılaya-damcılaya yanımıza gəlib təkbir gətirdi və biz də onunla birlikdə namaz qıldıq”.”

Əbu Hureyra
Buxari, 275 (Qüsl, 28)Səhih

حَدَّثَنَا سَعِيدُ بْنُ أَبِى مَرْيَمَ قَالَ أَخْبَرَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ قَالَ أَخْبَرَنِى زَيْدٌ - هُوَ ابْنُ أَسْلَمَ - عَنْ عِيَاضِ بْنِ عَبْدِ اللَّهِ عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ قَالَ خَرَجَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى أَضْحًى - أَوْ فِطْرٍ - إِلَى الْمُصَلَّى ، فَمَرَّ عَلَى النِّسَاءِ فَقَالَ « يَا مَعْشَرَ النِّسَاءِ تَصَدَّقْنَ ، فَإِنِّى أُرِيتُكُنَّ أَكْثَرَ أَهْلِ النَّارِ » . فَقُلْنَ وَبِمَ يَا رَسُولَ اللَّهِ قَالَ « تُكْثِرْنَ اللَّعْنَ ، وَتَكْفُرْنَ الْعَشِيرَ ، مَا رَأَيْتُ مِنْ نَاقِصَاتِ عَقْلٍ وَدِينٍ أَذْهَبَ لِلُبِّ الرَّجُلِ الْحَازِمِ مِنْ إِحْدَاكُنَّ » . قُلْنَ وَمَا نُقْصَانُ دِينِنَا وَعَقْلِنَا يَا رَسُولَ اللَّهِ قَالَ « أَلَيْسَ شَهَادَةُ الْمَرْأَةِ مِثْلَ نِصْفِ شَهَادَةِ الرَّجُلِ » . قُلْنَ بَلَى . قَالَ « فَذَلِكَ مِنْ نُقْصَانِ عَقْلِهَا ، أَلَيْسَ إِذَا حَاضَتْ لَمْ تُصَلِّ وَلَمْ تَصُمْ » . قُلْنَ بَلَى . قَالَ « فَذَلِكَ مِنْ نُقْصَانِ دِينِهَا » .

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ Qurban, yaxud Ramazan bayramında namaz qılınan yerə getdi. Qadınların yanından keçdikdə (dayanıb) belə buyurdu: “Ey qadınlar! Sədəqə verin, çünki mənə Cəhənnəm əhlinin əksəriyyətinin siz qadınlar olduğu göstərildi”. Qadınlar: “Nəyə görə, ey Allahın Elçisi?”– deyə soruşdular. Peyğəmbər ﷺ buyurdu: “Çünki siz (insanları) tez-tez lənətləyir və ərlərinizə qarşı nankorluq edirsiniz. Mən ağıllı və ehtiyatlı bir adamın həm ağıl, həm də din baxımından sizin qədər nöqsanlı olduğunu görmədim”. Qadınlar: “Dinimizdə və ağlımızda olan nöqsan nədir, ey Allahın Elçisi?”– deyə soruşdular. Peyğəmbər ﷺ buyurdu: “Məgər qadının şahidliyi kişinin şahidliyinin yarısına bərabər deyilmi?” Onlar: “Bəli!”– dedilər. Peyğəmbər ﷺ buyurdu: “Bu, qadının ağlının naqisliyidir. Məgər qadın heyz olduğu vaxt namazını və orucunu tərk etmirmi?” Onlar: “Bəli!”– dedilər. Peyğəmbər ﷺ buyurdu: “Bu da onun dininin naqisliyidir”.”

Əbu Səid əl-Xudri
Buxari, 304 (Heyz, 11)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ أَنَّهَا قَالَتْ قَالَتْ فَاطِمَةُ بِنْتُ أَبِى حُبَيْشٍ لِرَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَا رَسُولَ اللَّهِ إِنِّى لاَ أَطْهُرُ ، أَفَأَدَعُ الصَّلاَةَ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « إِنَّمَا ذَلِكِ عِرْقٌ وَلَيْسَ بِالْحَيْضَةِ ، فَإِذَا أَقْبَلَتِ الْحَيْضَةُ فَاتْرُكِى الصَّلاَةَ ، فَإِذَا ذَهَبَ قَدْرُهَا فَاغْسِلِى عَنْكِ الدَّمَ وَصَلِّى » .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Fatimə bint Əbu Hubeyş Allah Elçisinə ﷺ dedi: “Ey Allahın Elçisi! Mən təmizlənə bilmirəm, namazı buraxa bilərəmmi?” Allah Elçisi ﷺ buyurdu: “Bu, heyz deyil, sadəcə damar qanıdır. Heyz qanı gəldikdə namazı burax. Heyz (vaxtı) başa çatdıqda isə qüsl et, sonra namaz qıl”.”

Aişə
Buxari, 306 (Heyz, 13)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مُحَمَّدٍ قَالَ حَدَّثَنَا سُفْيَانُ عَنْ هِشَامٍ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ أَنَّ فَاطِمَةَ بِنْتَ أَبِى حُبَيْشٍ كَانَتْ تُسْتَحَاضُ فَسَأَلَتِ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « ذَلِكِ عِرْقٌ ، وَلَيْسَتْ بِالْحَيْضَةِ ، فَإِذَا أَقْبَلَتِ الْحَيْضَةُ فَدَعِى الصَّلاَةَ ، وَإِذَا أَدْبَرَتْ فَاغْتَسِلِى وَصَلِّى » .

“Aişə ﵂ rəvayət edir ki, Fatimə bint Əbu Hubeyş istihazə olurdu. O, Peyğəmbərdən ﷺ bu haqda soruşduqda Allah Elçisi ﷺ buyurdu: “Bu, heyz deyil, sadəcə damar qanıdır. Heyz qanı gəldikdə namazı buraxsın. Heyz (vaxtı) başa çatdıqda isə qüsl edib namaz qılsın”.”

Aişə
Buxari, 320 (Heyz, 27)Səhih

حَدَّثَنَا مُوسَى بْنُ إِسْمَاعِيلَ قَالَ حَدَّثَنَا هَمَّامٌ قَالَ حَدَّثَنَا قَتَادَةُ قَالَ حَدَّثَتْنِى مُعَاذَةُ أَنَّ امْرَأَةً قَالَتْ لِعَائِشَةَ أَتَجْزِى إِحْدَانَا صَلاَتَهَا إِذَا طَهُرَتْ فَقَالَتْ أَحَرُورِيَّةٌ أَنْتِ كُنَّا نَحِيضُ مَعَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَلاَ يَأْمُرُنَا بِهِ . أَوْ قَالَتْ فَلاَ نَفْعَلُهُ .

“Aişədən ﵂ rəvayət edilir ki, bir qadın ondan: “Bizdən birimiz heyzdən təmizləndikdən sonra (heyz vaxtı buraxdığı namazları) qılmalıdırmı?”– deyə soruşdu. Aişə: “Sən hərurilərdənsən?! Biz Peyğəmbərin ﷺ vaxtında heyz olurduq, lakin o bizə (tərk etdiyimiz namazları) qılmağı əmr etməzdi” – və ya “biz o namazları qılmazdıq” – dedi”.”

Aişə
Buxari, 321 (Heyz, 28)Səhih

حَدَّثَنَا مُحَمَّدٌ - هُوَ ابْنُ سَلاَمٍ - قَالَ أَخْبَرَنَا عَبْدُ الْوَهَّابِ عَنْ أَيُّوبَ عَنْ حَفْصَةَ قَالَتْ كُنَّا نَمْنَعُ عَوَاتِقَنَا أَنْ يَخْرُجْنَ فِى الْعِيدَيْنِ ، فَقَدِمَتِ امْرَأَةٌ فَنَزَلَتْ قَصْرَ بَنِى خَلَفٍ ، فَحَدَّثَتْ عَنْ أُخْتِهَا ، وَكَانَ زَوْجُ أُخْتِهَا غَزَا مَعَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ثِنْتَىْ عَشَرَةَ ، وَكَانَتْ أُخْتِى مَعَهُ فِى سِتٍّ . قَالَتْ كُنَّا نُدَاوِى الْكَلْمَى ، وَنَقُومُ عَلَى الْمَرْضَى ، فَسَأَلَتْ أُخْتِى النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَعَلَى إِحْدَانَا بَأْسٌ إِذَا لَمْ يَكُنْ لَهَا جِلْبَابٌ أَنْ لاَ تَخْرُجَ قَالَ « لِتُلْبِسْهَا صَاحِبَتُهَا مِنْ جِلْبَابِهَا ، وَلْتَشْهَدِ الْخَيْرَ وَدَعْوَةَ الْمُسْلِمِينَ » . فَلَمَّا قَدِمَتْ أُمُّ عَطِيَّةَ سَأَلْتُهَا أَسَمِعْتِ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتْ بِأَبِى نَعَمْ - وَكَانَتْ لاَ تَذْكُرُهُ إِلاَّ قَالَتْ بِأَبِى - سَمِعْتُهُ يَقُولُ « يَخْرُجُ الْعَوَاتِقُ وَذَوَاتُ الْخُدُورِ ، أَوِ الْعَوَاتِقُ ذَوَاتُ الْخُدُورِ وَالْحُيَّضُ ، وَلْيَشْهَدْنَ الْخَيْرَ وَدَعْوَةَ الْمُؤْمِنِينَ ، وَيَعْتَزِلُ الْحُيَّضُ الْمُصَلَّى » . قَالَتْ حَفْصَةُ فَقُلْتُ الْحُيَّضُ فَقَالَتْ أَلَيْسَ تَشْهَدُ عَرَفَةَ وَكَذَا وَكَذَا

“Rəvayət edilir ki, Həfsa ﵀ demişdir: “Biz cavan qızlara bayram namazlarına gəlməyə mane olardıq. Bir qadın Bəsrəyə gəlib Bəni Xaləfdə düşdü. Onun bacısının qardaşı Peyğəmbərlə ﷺ birlikdə on iki döyüşdə, özü isə altı döyüşdə iştirak etmişdi. Həmin qadın dedi: “Biz yaralıları müalicə edər, xəstələrin yanında durardıq. Bacım Peyğəmbərə ﷺ belə sual verdi: “Birimizin örtünəcək əbası olmazsa, (bayram) namazına gəlməməsində müşkül varmı?” Peyğəmbər ﷺ dedi: “Rəfiqəsi öz əbasından birini ona geyindirsin ki, müsəlmanların xeyir məclislərində və dualarında iştirak etsin”. Ummu Atiyyə buralara gəldikdə dedim: “Sən bunu Peyğəmbərdənmi ﷺ eşitmisən?” Ummu Atiyyə dedi: “Atam ona fəda olsun, bəli! Mən Peyğəmbərin ﷺ belə dediyini eşitdim: “Qoy gənc qızlar və pərdə arxasında oturanlar (və ya pərdə arxasında oturan gənc qızlar) və heyzli qadınlar (evlərindən) bayıra çıxıb xeyirxah işlərdə və möminlərin (Allaha etdikləri) dualarında iştirak etsinlər. Heyzli qadınlar namaz qılınan yerdən kənar dursunlar”. Ummu Atiyyədən: “Heyzli qadınlar?”– deyə soruşdular. O dedi: “Məgər onlar Arafatda və filan, filan yerlərdə iştirak etmirlərmi?!””

Həfsa
Buxari, 324 (Heyz, 31)Səhih

حَدَّثَنَا أَحْمَدُ بْنُ يُونُسَ عَنْ زُهَيْرٍ قَالَ حَدَّثَنَا هِشَامٌ عَنْ عُرْوَةَ عَنْ عَائِشَةَ قَالَتْ قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا أَقْبَلَتِ الْحَيْضَةُ فَدَعِى الصَّلاَةَ ، وَإِذَا أَدْبَرَتْ فَاغْسِلِى عَنْكِ الدَّمَ وَصَلِّى » .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Heyz başladıqda namaz qılma. Heyz müddətinin sonu gəldikdə üstündən qanı yuyub təmizlə, (qüsl al) və namaz qıl”.”

Aişə
Buxari, 331 (Heyz, 38)Səhih

حَدَّثَنَا الْحَسَنُ بْنُ مُدْرِكٍ قَالَ حَدَّثَنَا يَحْيَى بْنُ حَمَّادٍ قَالَ أَخْبَرَنَا أَبُو عَوَانَةَ - اسْمُهُ الْوَضَّاحُ - مِنْ كِتَابِهِ قَالَ أَخْبَرَنَا سُلَيْمَانُ الشَّيْبَانِىُّ عَنْ عَبْدِ اللَّهِ بْنِ شَدَّادٍ قَالَ سَمِعْتُ خَالَتِى مَيْمُونَةَ - زَوْجَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهَا كَانَتْ تَكُونُ حَائِضًا لاَ تُصَلِّى ، وَهْىَ مُفْتَرِشَةٌ بِحِذَاءِ مَسْجِدِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَهْوَ يُصَلِّى عَلَى خُمْرَتِهِ ، إِذَا سَجَدَ أَصَابَنِى بَعْضُ ثَوْبِهِ .

“Rəvayət edilir ki, Abdullah ibn Şəddad ﵀ demişdir: “Peyğəmbərin ﷺ zövcəsi Məymunə ﵂ xalam heyzli olduqda namaz qılmaz və Peyğəmbərin ﷺ namaz qıldığı yerə yaxın bir yerdə uzanardı. Allah Elçisi ﷺ səccadəsinin üzərində namaz qılarkən səcdə etdikdə paltarının ucu Məymunəyə toxunardı”.”

Abdullah ibn Şəddad
Buxari, 333 (Heyz, 40)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ سِنَانٍ قَالَ حَدَّثَنَا هُشَيْمٌ ح قَالَ وَحَدَّثَنِى سَعِيدُ بْنُ النَّضْرِ قَالَ أَخْبَرَنَا هُشَيْمٌ قَالَ أَخْبَرَنَا سَيَّارٌ قَالَ حَدَّثَنَا يَزِيدُ - هُوَ ابْنُ صُهَيْبٍ الْفَقِيرُ - قَالَ أَخْبَرَنَا جَابِرُ بْنُ عَبْدِ اللَّهِ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « أُعْطِيتُ خَمْسًا لَمْ يُعْطَهُنَّ أَحَدٌ قَبْلِى نُصِرْتُ بِالرُّعْبِ مَسِيرَةَ شَهْرٍ ، وَجُعِلَتْ لِىَ الأَرْضُ مَسْجِدًا وَطَهُورًا ، فَأَيُّمَا رَجُلٍ مِنْ أُمَّتِى أَدْرَكَتْهُ الصَّلاَةُ فَلْيُصَلِّ ، وَأُحِلَّتْ لِىَ الْمَغَانِمُ وَلَمْ تَحِلَّ لأَحَدٍ قَبْلِى ، وَأُعْطِيتُ الشَّفَاعَةَ ، وَكَانَ النَّبِىُّ يُبْعَثُ إِلَى قَوْمِهِ خَاصَّةً ، وَبُعِثْتُ إِلَى النَّاسِ عَامَّةً » .

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Mənə beş (xislət) verilib ki, bunlar məndən əvvəl heç kəsə verilməmişdir: bir ay əvvəl düşmənin qəlbinə qorxu salaraq ona qalib gəlməyim; yer üzünün mənim üçün təmiz və namazgah olması, belə ki ümmətimdən olan hər bir kəs istənilən yerdə vaxtı girmiş namazı qılmalıdır; qənimətlərin mənə halal olması, belə ki bu məndən qabaq heç bir peyğəmbərə halal olmamışdır; (Qiyamət günü tərifəlayiq məqamda) şəfaət verməyim və bir də hər bir peyğəmbər yalnız öz qövmünə göndərilərdi, mən isə bütün insanlara göndərilmişəm”.”

Cabir ibn Abdullah
Buxari, 335 (Təyəmmüm, 2)Səhih

حَدَّثَنَا زَكَرِيَّاءُ بْنُ يَحْيَى قَالَ حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ نُمَيْرٍ قَالَ حَدَّثَنَا هِشَامُ بْنُ عُرْوَةَ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ أَنَّهَا اسْتَعَارَتْ مِنْ أَسْمَاءَ قِلاَدَةً فَهَلَكَتْ ، فَبَعَثَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ رَجُلاً ، فَوَجَدَهَا فَأَدْرَكَتْهُمُ الصَّلاَةُ وَلَيْسَ مَعَهُمْ مَاءٌ فَصَلَّوْا ، فَشَكَوْا ذَلِكَ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَأَنْزَلَ اللَّهُ آيَةَ التَّيَمُّمِ . فَقَالَ أُسَيْدُ بْنُ حُضَيْرٍ لِعَائِشَةَ جَزَاكِ اللَّهُ خَيْرًا ، فَوَاللَّهِ مَا نَزَلَ بِكِ أَمْرٌ تَكْرَهِينَهُ إِلاَّ جَعَلَ اللَّهُ ذَلِكِ لَكِ وَلِلْمُسْلِمِينَ فِيهِ خَيْرًا .

“Rəvayət edilir ki, Aişə ﵂ bacısı Əsmadan istifadə edib qaytarmaq şərti ilə bir boyunbağı almışdı. Bu boyunbağı itdi. Allah Elçisi ﷺ onu axtarmaq üçün bir kişi göndərdi. Kişi onu tapdı. Namazın vaxtı girdikdikdə onların yanında su yox idi. Sonra namaz qıldılar. Bu vəziyyətə görə Allah Elçisinə ﷺ şikayət etdilər və Allah təyəmmüm ayəsini nazil etdi. Useyd ibn Hudeyr Aişəyə dedi: “Allah səni xeyirlə mükafatlandırsın! Allaha and olsun ki, sənin başına gələn xoşlamadığın elə bir şey yoxdur ki, Allah onda sənin üçün və müsəlmanlar üçün bir xeyir etməsin”.”

Aişə
Buxari, 336 (Təyəmmüm, 3)Səhih

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنِى يَحْيَى بْنُ سَعِيدٍ قَالَ حَدَّثَنَا عَوْفٌ قَالَ حَدَّثَنَا أَبُو رَجَاءٍ عَنْ عِمْرَانَ قَالَ كُنَّا فِى سَفَرٍ مَعَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَإِنَّا أَسْرَيْنَا ، حَتَّى كُنَّا فِى آخِرِ اللَّيْلِ ، وَقَعْنَا وَقْعَةً وَلاَ وَقْعَةَ أَحْلَى عِنْدَ الْمُسَافِرِ مِنْهَا ، فَمَا أَيْقَظَنَا إِلاَّ حَرُّ الشَّمْسِ ، وَكَانَ أَوَّلَ مَنِ اسْتَيْقَظَ فُلاَنٌ ثُمَّ فُلاَنٌ ثُمَّ فُلاَنٌ - يُسَمِّيهِمْ أَبُو رَجَاءٍ فَنَسِىَ عَوْفٌ - ثُمَّ عُمَرُ بْنُ الْخَطَّابِ الرَّابِعُ ، وَكَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا نَامَ لَمْ يُوقَظْ حَتَّى يَكُونَ هُوَ يَسْتَيْقِظُ ، لأَنَّا لاَ نَدْرِى مَا يَحْدُثُ لَهُ فِى نَوْمِهِ ، فَلَمَّا اسْتَيْقَظَ عُمَرُ ، وَرَأَى مَا أَصَابَ النَّاسَ ، وَكَانَ رَجُلاً جَلِيدًا ، فَكَبَّرَ وَرَفَعَ صَوْتَهُ بِالتَّكْبِيرِ ، فَمَا زَالَ يُكَبِّرُ وَيَرْفَعُ صَوْتَهُ بِالتَّكْبِيرِ حَتَّى اسْتَيْقَظَ لِصَوْتِهِ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَلَمَّا اسْتَيْقَظَ شَكَوْا إِلَيْهِ الَّذِى أَصَابَهُمْ قَالَ « لاَ ضَيْرَ - أَوْ لاَ يَضِيرُ - ارْتَحِلُوا » . فَارْتَحَلَ فَسَارَ غَيْرَ بَعِيدٍ ثُمَّ نَزَلَ ، فَدَعَا بِالْوَضُوءِ ، فَتَوَضَّأَ وَنُودِىَ بِالصَّلاَةِ فَصَلَّى بِالنَّاسِ ، فَلَمَّا انْفَتَلَ مِنْ صَلاَتِهِ إِذَا هُوَ بِرَجُلٍ مُعْتَزِلٍ لَمْ يُصَلِّ مَعَ الْقَوْمِ قَالَ « مَا مَنَعَكَ يَا فُلاَنُ أَنْ تُصَلِّىَ مَعَ الْقَوْمِ » . قَالَ أَصَابَتْنِى جَنَابَةٌ وَلاَ مَاءَ . قَالَ « عَلَيْكَ بِالصَّعِيدِ ، فَإِنَّهُ يَكْفِيكَ » . ثُمَّ سَارَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَاشْتَكَى إِلَيْهِ النَّاسُ مِنَ الْعَطَشِ فَنَزَلَ ، فَدَعَا فُلاَنًا - كَانَ يُسَمِّيهِ أَبُو رَجَاءٍ نَسِيَهُ عَوْفٌ - وَدَعَا عَلِيًّا فَقَالَ « اذْهَبَا فَابْتَغِيَا الْمَاءَ » . فَانْطَلَقَا فَتَلَقَّيَا امْرَأَةً بَيْنَ مَزَادَتَيْنِ - أَوْ سَطِيحَتَيْنِ - مِنْ مَاءٍ عَلَى بَعِيرٍ لَهَا ، فَقَالاَ لَهَا أَيْنَ الْمَاءُ قَالَتْ عَهْدِى بِالْمَاءِ أَمْسِ هَذِهِ السَّاعَةَ ، وَنَفَرُنَا خُلُوفًا . قَالاَ لَهَا انْطَلِقِى إِذًا . قَالَتْ إِلَى أَيْنَ قَالاَ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ . قَالَتِ الَّذِى يُقَالُ لَهُ الصَّابِئُ قَالاَ هُوَ الَّذِى تَعْنِينَ فَانْطَلِقِى . فَجَاءَا بِهَا إِلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَحَدَّثَاهُ الْحَدِيثَ قَالَ فَاسْتَنْزَلُوهَا عَنْ بَعِيرِهَا وَدَعَا النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِإِنَاءٍ ، فَفَرَّغَ فِيهِ مِنْ أَفْوَاهِ الْمَزَادَتَيْنِ - أَوِ السَّطِيحَتَيْنِ - وَأَوْكَأَ أَفْوَاهَهُمَا ، وَأَطْلَقَ الْعَزَالِىَ ، وَنُودِىَ فِى النَّاسِ اسْقُوا وَاسْتَقُوا . فَسَقَى مَنْ شَاءَ ، وَاسْتَقَى مَنْ شَاءَ ، وَكَانَ آخِرَ ذَاكَ أَنْ أَعْطَى الَّذِى أَصَابَتْهُ الْجَنَابَةُ إِنَاءً مِنْ مَاءٍ قَالَ « اذْهَبْ ، فَأَفْرِغْهُ عَلَيْكَ » . وَهْىَ قَائِمَةٌ تَنْظُرُ إِلَى مَا يُفْعَلُ بِمَائِهَا ، وَايْمُ اللَّهِ لَقَدْ أُقْلِعَ عَنْهَا ، وَإِنَّهُ لَيُخَيَّلُ إِلَيْنَا أَنَّهَا أَشَدُّ مِلأَةً مِنْهَا حِينَ ابْتَدَأَ فِيهَا ، فَقَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « اجْمَعُوا لَهَا » . فَجَمَعُوا لَهَا مِنْ بَيْنِ عَجْوَةٍ وَدَقِيقَةٍ وَسَوِيقَةٍ ، حَتَّى جَمَعُوا لَهَا طَعَامًا ، فَجَعَلُوهَا فِى ثَوْبٍ ، وَحَمَلُوهَا عَلَى بَعِيرِهَا ، وَوَضَعُوا الثَّوْبَ بَيْنَ يَدَيْهَا قَالَ لَهَا « تَعْلَمِينَ مَا رَزِئْنَا مِنْ مَائِكِ شَيْئًا ، وَلَكِنَّ اللَّهَ هُوَ الَّذِى أَسْقَانَا » . فَأَتَتْ أَهْلَهَا ، وَقَدِ احْتَبَسَتْ عَنْهُمْ قَالُوا مَا حَبَسَكِ يَا فُلاَنَةُ قَالَتِ الْعَجَبُ ، لَقِيَنِى رَجُلاَنِ فَذَهَبَا بِى إِلَى هَذَا الَّذِى يُقَالُ لَهُ الصَّابِئُ ، فَفَعَلَ كَذَا وَكَذَا ، فَوَاللَّهِ إِنَّهُ لأَسْحَرُ النَّاسِ مِنْ بَيْنِ هَذِهِ وَهَذِهِ . وَقَالَتْ بِإِصْبَعَيْهَا الْوُسْطَى وَالسَّبَّابَةِ ، فَرَفَعَتْهُمَا إِلَى السَّمَاءِ - تَعْنِى السَّمَاءَ وَالأَرْضَ - أَوْ إِنَّهُ لَرَسُولُ اللَّهِ حَقًّا ، فَكَانَ الْمُسْلِمُونَ بَعْدَ ذَلِكَ يُغِيرُونَ عَلَى مَنْ حَوْلَهَا مِنَ الْمُشْرِكِينَ ، وَلاَ يُصِيبُونَ الصِّرْمَ الَّذِى هِىَ مِنْهُ ، فَقَالَتْ يَوْمًا لِقَوْمِهَا مَا أُرَى أَنَّ هَؤُلاَءِ الْقَوْمَ يَدَعُونَكُمْ عَمْدًا ، فَهَلْ لَكُمْ فِى الإِسْلاَمِ فَأَطَاعُوهَا فَدَخَلُوا فِى الإِسْلاَمِ .

“Rəvayət edilir ki, İmran ﵁ demişdir: “Biz Peyğəmbərlə ﷺ birlikdə səfərdə ikən bütün gecəni yol getdik. Gecənin sonunda uzanıb yatdıq, müsafir üçün də bundan şirin şey ola bilməz. Hamımız elə bərk yatmışdıq ki, bizi yalnız günəşin istisi yuxudan oyatdı. Əvvəl filankəs, sonra filankəs, sonra filankəs, sonra da – dördüncü olaraq Ömər ibn əl-Xattab yuxudan oyandı. Adətən Peyğəmbər ﷺ yatdıqda özü ayılanadək biz onu yuxudan oyatmazdıq, çünki biz, yuxusunda ona nələrin agah olduğunu bilmirdik. Ömər sərt xasiyyətli bir adam idi. O, yuxudan oyandıqda camaatın başına gələni görüb uca səslə “Allahu Əkbər!” deməyə başladı. O, dayanmadan uca səslə “Allahu Əkbər!” deyirdi və Peyğəmbər ﷺ onun səsinə oyandı. Yuxudan oyandıqda səhabələr başlarına gələni ona bildirdilər. Peyğəmbər ﷺ: “Zərər yoxdur! (Və ya “bu sizə zərər verməz!”) Yolunuza davam edin”– dedi. Onlar yola düşdülər. Bir az getdikdən sonra Peyğəmbər ﷺ dəvəsindən yerə düşdü və dəstəmaz almaq üçün su istədi. Peyğəmbər ﷺ dəstəmaz aldıqdan sonra azan verildi və o, camaata namaz qıldırdı. Namazı bitirdikdən sonra bir nəfərin kənara çəkilib camaatla namaz qılmadığını gördü və dedi: “Sənə camaatla namaz qılmağa nə mane oldu, ey filankəs?” O da cavabında: “Mən cənabət halına düşmüşəm, su isə yoxdur”– dedi. Peyğəmbər ﷺ ona: “Torpaqdan istifadə et! Bu sənə kifayət edər”– deyərək yoluna davam etdi. Bir az getdikdən sonra insanlar ona susuzluqdan şikayət etdilər. O, dəvəsindən yerə düşdü, sonra da filankəsi və Əlini yanına çağırıb dedi: “Gedin, su axtarın!” Onlar yola düzəldilər və gəlib iki cürdək, yaxud iki tuluq su ilə yüklənmiş dəvəsinin üstündə oturan bir qadına rast gəldilər. Onlar qadından: “Su haradadır?”– deyə soruşdular. Qadın dedi: “Dünən bu vaxtlar mən suyun yanında idim. Bizim adamlar isə arxada qalıblar”. Onlar: “Elə isə gedək!”– dedilər. Qadın: “Hara?”– deyə soruşdu. Onlar: “Allah Elçisinin ﷺ yanına”– deyə cavab verdilər. Qadın: “Sabii deyilən adamın yanınamı?”– deyə soruşdu. Onlar: “Bəli, sənin qəsd etdiyin o adamın yanına. Gedək!”– dedilər. Onlar qadını Peyğəmbərin ﷺ yanına gətirdilər və baş vermiş hadisəni ona danışdılar”. Ravi deyir ki, qadını dəvəsindən yerə endirdilər. Peyğəmbər ﷺ bir qab gətizdirdi və cürdəklərin ağızlarını açıb o qaba su boşaltdıqdan sonra onların ağızlarını bağladı. Sonra cürdəklərin digər tərəflərindəki ağızlarını açdı və camaata: “Gəlin, (heyvanlarınızı) suvarın, (özünüz üçün də) su götürün”– deyildi. Kimisi heyvanını suvardı, kimisi də özü üçün su götürdü. Axırda Peyğəmbər ﷺ cənabətli olan kimsəyə bir qab su verib dedi: “Get, bunu üstünə əndər”. Qadın isə ayaq üstə durub suyunun necə istifadə edildiyinə tamaşa edirdi. Allaha and olsun ki, o cürdəklərdən su götürməyə son qoyulduqda artıq onlar bizə əvvəlkindən daha dolu görünürdü. Peyğəmbər ﷺ buyurdu: “Qadın üçün bir şey toplayın!” Onun üçün xurma, un, sıyıq və bir qədər yemək topladıqdan sonra bunları bir torbaya yığdılar. Sonra qadını dəvəsinə mindirdilər və torbanı da onun qucağına qoydular. Peyğəmbər ﷺ qadına dedi: “Bil ki, biz sənin suyundan heç bir şey əksiltmədik, bizə su verən Allahdır”. Bu səbəbdən qadın öz qəbiləsinə gec gəldi. Onlar soruşdular: “Səni yoldan saxlayan nə oldu, ey filankəs?” Qadın dedi: “Qəribə bir şey! Mənə iki nəfər rast gəldi. Onlar məni Sabii deyilən o adamın yanına apardılar. O da belə-belə işlər gördü. Allaha and olsun ki, bu adam – bu vaxt qadın orta və şəhadət barmaqlarını göyə qaldırıb göyü və yeri qəsd edərək, – ya bunların arasında olan ən böyük sehrbazdır, ya da Allahın həqiqi elçisidir”. Bundan sonra müsəlmanlar o qadının yaşadığı yerin ətrafındakı müşriklərə hücum etdikdə onun kəndinə toxunmazdılar. Bir gün qadın öz qövmünə dedi: “Güman edirəm ki, bu adamlar sizə bilərəkdən toxunmurlar. İslamı qəbul etmək istəyirsinizmi?” Qövmü də ona tabe olub İslama daxil oldu”.”

İmran
Buxari, 344 (Təyəmmüm, 11)Səhih

حَدَّثَنَا عَبْدَانُ قَالَ أَخْبَرَنَا عَبْدُ اللَّهِ قَالَ أَخْبَرَنَا عَوْفٌ عَنْ أَبِى رَجَاءٍ قَالَ حَدَّثَنَا عِمْرَانُ بْنُ حُصَيْنٍ الْخُزَاعِىُّ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ رَأَى رَجُلاً مُعْتَزِلاً لَمْ يُصَلِّ فِى الْقَوْمِ فَقَالَ « يَا فُلاَنُ مَا مَنَعَكَ أَنْ تُصَلِّىَ فِى الْقَوْمِ » . فَقَالَ يَا رَسُولَ اللَّهِ ، أَصَابَتْنِى جَنَابَةٌ وَلاَ مَاءَ . قَالَ « عَلَيْكَ بِالصَّعِيدِ فَإِنَّهُ يَكْفِيكَ » .

“İmran ibn Husayn əl-Xuzai ﵁ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ kənara çəkilərək camaatla namaz qılmayan bir kişini gördü və dedi: “Ey filankəs, camaatla namaz qılmağa sənə nə mane olur?” Kişi dedi: “Ey Allahın Elçisi, cənabət halına düşmüşəm, (qüsl almağa da) su yoxdur”. Peyğəmbər ﷺ buyurdu: “Sən torpaqla (təyəmmüm) etməyə yönəl, çünki o sənə kifayət edir”.”

İmran ibn Husayn əl-Xuzai
Buxari, 348 (Təyəmmüm, 15)Səhih

حَدَّثَنَا يَحْيَى بْنُ بُكَيْرٍ قَالَ حَدَّثَنَا اللَّيْثُ عَنْ يُونُسَ عَنِ ابْنِ شِهَابٍ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ كَانَ أَبُو ذَرٍّ يُحَدِّثُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « فُرِجَ عَنْ سَقْفِ بَيْتِى وَأَنَا بِمَكَّةَ ، فَنَزَلَ جِبْرِيلُ فَفَرَجَ صَدْرِى ، ثُمَّ غَسَلَهُ بِمَاءِ زَمْزَمَ ، ثُمَّ جَاءَ بِطَسْتٍ مِنْ ذَهَبٍ مُمْتَلِئٍ حِكْمَةً وَإِيمَانًا ، فَأَفْرَغَهُ فِى صَدْرِى ثُمَّ أَطْبَقَهُ ، ثُمَّ أَخَذَ بِيَدِى فَعَرَجَ بِى إِلَى السَّمَاءِ الدُّنْيَا ، فَلَمَّا جِئْتُ إِلَى السَّمَاءِ الدُّنْيَا قَالَ جِبْرِيلُ لِخَازِنِ السَّمَاءِ افْتَحْ . قَالَ مَنْ هَذَا قَالَ هَذَا جِبْرِيلُ . قَالَ هَلْ مَعَكَ أَحَدٌ قَالَ نَعَمْ مَعِى مُحَمَّدٌ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ . فَقَالَ أُرْسِلَ إِلَيْهِ قَالَ نَعَمْ . فَلَمَّا فَتَحَ عَلَوْنَا السَّمَاءَ الدُّنْيَا ، فَإِذَا رَجُلٌ قَاعِدٌ عَلَى يَمِينِهِ أَسْوِدَةٌ وَعَلَى يَسَارِهِ أَسْوِدَةٌ ، إِذَا نَظَرَ قِبَلَ يَمِينِهِ ضَحِكَ ، وَإِذَا نَظَرَ قِبَلَ يَسَارِهِ بَكَى ، فَقَالَ مَرْحَبًا بِالنَّبِىِّ الصَّالِحِ وَالاِبْنِ الصَّالِحِ . قُلْتُ لِجِبْرِيلَ مَنْ هَذَا قَالَ هَذَا آدَمُ . وَهَذِهِ الأَسْوِدَةُ عَنْ يَمِينِهِ وَشِمَالِهِ نَسَمُ بَنِيهِ ، فَأَهْلُ الْيَمِينِ مِنْهُمْ أَهْلُ الْجَنَّةِ ، وَالأَسْوِدَةُ الَّتِى عَنْ شِمَالِهِ أَهْلُ النَّارِ ، فَإِذَا نَظَرَ عَنْ يَمِينِهِ ضَحِكَ ، وَإِذَا نَظَرَ قِبَلَ شِمَالِهِ بَكَى ، حَتَّى عَرَجَ بِى إِلَى السَّمَاءِ الثَّانِيَةِ فَقَالَ لِخَازِنِهَا افْتَحْ . فَقَالَ لَهُ خَازِنُهَا مِثْلَ مَا قَالَ الأَوَّلُ فَفَتَحَ » . قَالَ أَنَسٌ فَذَكَرَ أَنَّهُ وَجَدَ فِى السَّمَوَاتِ آدَمَ وَإِدْرِيسَ وَمُوسَى وَعِيسَى وَإِبْرَاهِيمَ - صَلَوَاتُ اللَّهِ عَلَيْهِمْ - وَلَمْ يُثْبِتْ كَيْفَ مَنَازِلُهُمْ ، غَيْرَ أَنَّهُ ذَكَرَ أَنَّهُ وَجَدَ آدَمَ فِى السَّمَاءِ الدُّنْيَا ، وَإِبْرَاهِيمَ فِى السَّمَاءِ السَّادِسَةِ . قَالَ أَنَسٌ فَلَمَّا مَرَّ جِبْرِيلُ بِالنَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِإِدْرِيسَ قَالَ مَرْحَبًا بِالنَّبِىِّ الصَّالِحِ وَالأَخِ الصَّالِحِ . فَقُلْتُ مَنْ هَذَا قَالَ هَذَا إِدْرِيسُ . ثُمَّ مَرَرْتُ بِمُوسَى فَقَالَ مَرْحَبًا بِالنَّبِىِّ الصَّالِحِ وَالأَخِ الصَّالِحِ . قُلْتُ مَنْ هَذَا قَالَ هَذَا مُوسَى . ثُمَّ مَرَرْتُ بِعِيسَى فَقَالَ مَرْحَبًا بِالأَخِ الصَّالِحِ وَالنَّبِىِّ الصَّالِحِ . قُلْتُ مَنْ هَذَا قَالَ هَذَا عِيسَى . ثُمَّ مَرَرْتُ بِإِبْرَاهِيمَ فَقَالَ مَرْحَبًا بِالنَّبِىِّ الصَّالِحِ وَالاِبْنِ الصَّالِحِ . قُلْتُ مَنْ هَذَا قَالَ هَذَا إِبْرَاهِيمُ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ » . قَالَ ابْنُ شِهَابٍ فَأَخْبَرَنِى ابْنُ حَزْمٍ أَنَّ ابْنَ عَبَّاسٍ وَأَبَا حَبَّةَ الأَنْصَارِىَّ كَانَا يَقُولاَنِ قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « ثُمَّ عُرِجَ بِى حَتَّى ظَهَرْتُ لِمُسْتَوًى أَسْمَعُ فِيهِ صَرِيفَ الأَقْلاَمِ » . قَالَ ابْنُ حَزْمٍ وَأَنَسُ بْنُ مَالِكٍ قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « فَفَرَضَ اللَّهُ عَلَى أُمَّتِى خَمْسِينَ صَلاَةً ، فَرَجَعْتُ بِذَلِكَ حَتَّى مَرَرْتُ عَلَى مُوسَى فَقَالَ مَا فَرَضَ اللَّهُ لَكَ عَلَى أُمَّتِكَ قُلْتُ فَرَضَ خَمْسِينَ صَلاَةً . قَالَ فَارْجِعْ إِلَى رَبِّكَ ، فَإِنَّ أُمَّتَكَ لاَ تُطِيقُ ذَلِكَ . فَرَاجَعْتُ فَوَضَعَ شَطْرَهَا ، فَرَجَعْتُ إِلَى مُوسَى قُلْتُ وَضَعَ شَطْرَهَا . فَقَالَ رَاجِعْ رَبَّكَ ، فَإِنَّ أُمَّتَكَ لاَ تُطِيقُ ، فَرَاجَعْتُ فَوَضَعَ شَطْرَهَا ، فَرَجَعْتُ إِلَيْهِ فَقَالَ ارْجِعْ إِلَى رَبِّكَ ، فَإِنَّ أُمَّتَكَ لاَ تُطِيقُ ذَلِكَ ، فَرَاجَعْتُهُ . فَقَالَ هِىَ خَمْسٌ وَهْىَ خَمْسُونَ ، لاَ يُبَدَّلُ الْقَوْلُ لَدَىَّ . فَرَجَعْتُ إِلَى مُوسَى فَقَالَ رَاجِعْ رَبَّكَ . فَقُلْتُ اسْتَحْيَيْتُ مِنْ رَبِّى . ثُمَّ انْطَلَقَ بِى حَتَّى انْتَهَى بِى إِلَى سِدْرَةِ الْمُنْتَهَى ، وَغَشِيَهَا أَلْوَانٌ لاَ أَدْرِى مَا هِىَ ، ثُمَّ أُدْخِلْتُ الْجَنَّةَ ، فَإِذَا فِيهَا حَبَايِلُ اللُّؤْلُؤِ ، وَإِذَا تُرَابُهَا الْمِسْكُ » .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Əbu Zərr rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Mən Məkkədə ikən evimin damı aralandı və Cəbrail (yanıma) endi. Köksümü yardıqdan sonra onun içini Zəm-zəm suyu ilə yudu. Sonra içi hikmət və imanla dolu olan qızıl ləyən gətirib içindəkiləri köksümə boşaltdı və onu bağladı. Sonra əlimdən tutub məni yerə ən yaxın olan səmaya qaldırdı. Mən yaxın səmaya gəlib çatdıqda Cəbrail səmanın gözətçisinə: “Aç”– dedi. Gözətçi: “Kimdir?”– deyə soruşdu. O: “Cəbraildir!”– dedi. Gözətçi: “Yanında kimsə var?”– deyə soruşdu. Cəbrail: “Muhəmməd ﷺ yanımdadır!”– dedi. Gözətçi soruşdu: “Ona (gəlməsi üçün) xəbər göndərildimi?” Cəbrail: “Bəli!”– dedi. (Səma qapıları) açıldıqda biz yaxın səmanın üstünə qalxdıq və orada oturmuş bir adam gördük. Onun sağ və sol tərəfində (insanlardan ibarət) toplumlar var idi. Bu adam sağa baxanda gülür, sola baxanda isə ağlayırdı. O (məni görüb) dedi: “Əməlisaleh peyğəmbər və əməlisaleh oğul xoş gəlib!” Mən Cəbraildən: “Bu kimdir?”– deyə soruşdum. O dedi: “Bu, Adəmdir, onun sağında və solunda olan toplumlar isə zürriyyətinin ruhlarıdır. Sağında duranlar Cənnət əhli, solunda duranlar isə Cəhənnəm əhlidir. (Buna görə də) sağına baxanda gülür, soluna baxanda ağlayır”. Sonra Cəbrail mənimlə ikinci səmaya qalxdı və onun gözətçisinə: “Aç”– dedi. Bu gözətçi də ona əvvəlki gözətçinin dediyini deyəndən sonra qapını açdı”. Ənəs deyir: “Əbu Zərr Peyğəmbərin ﷺ səmalarda Adəmi, İdrisi, Musanı, İsanı və İbrahimi – onların hamısına Allahın salavatı olsun – gördüyünü söyləsə də, onların məqamları barədə dəqiq bir söz demədi. Yalnız Adəmi aşağı göydə, İbrahimi isə altıncı səmada gördüyünü söylədi”. Həmçinin Ənəs demişdir: “Cəbrail Peyğəmbərlə ﷺ birlikdə İdrisin yanına gəldikdə İdris dedi: “Əməlisaleh peyğəmbər və əməlisaleh qardaş xoş gəlib!” Peyğəmbər ﷺ buyurdu: “Mən: “Bu kimdir?”– deyə soruşdum. Cəbrail: “İdrisdir”– dedi. Sonra mən Musanın yanına gəldim. Musa dedi: “Əməlisaleh peyğəmbər və əməlisaleh qardaş xoş gəlib!” Mən: “Bu kimdir?”– deyə soruşdum. Cəbrail: “Musadır”– dedi. Sonra mən İsanın yanına gəldim. İsa dedi: “Əməlisaleh qardaş və əməlisaleh peyğəmbər xoş gəlib!” Mən: “Bu kimdir?”– deyə soruşdum. Cəbrail: “İsadır”– dedi. Sonra mən İbrahimin yanına gəldim. İbrahim dedi: “Əməlisaleh peyğəmbər və əməlisaleh övlad xoş gəlib!” Mən: “Bu kimdir?”– deyə soruşdum. Cəbrail: “İbrahimdir ﷺ”– dedi”. Ravi İbn Şihab İbn Abbasdan və Əbu Həbbə əl-Ənsaridən rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Sonra (Cəbrail) mənimlə elə bir yüksəkliyə qalxdı ki, mən qələmlərin qıjıltısını eşitdim”. Ənəs ibn Malik rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Allah mənim ümmətimə əlli (vaxt) namaz qılmağı vacib buyurdu. Mən geri qayıdarkən Musanın yanına gəlib çatdıqda o: “Allah sənin ümmətinə nəyi əmr etdi?”– deyə soruşdu. Mən dedim: “Əlli (vaxt) namaz qılmağı vacib buyurdu”. Musa dedi: “Rəbbinin yanına qayıt (və Ondan bu hökmü yüngülləşdirməyi xahiş et). Çünki sənin ümmətin bunun öhdəsindən gələ bilməyəcək”. Mən yenidən Ona müraciət etdim və O bu sayı bir qədər azaltdı. Sonra Musanın yanına qayıdıb: “O, (bu) sayı bir qədər azaltdı”– dedim. Musa dedi: “Yenə Rəbbinə müraciət et, çünki sənin ümmətin bunun öhdəsindən gələ bilməyəcək”. Mən yenidən Ona müraciət etdim və O bu sayı bir qədər də azaltdı. Sonra Musanın yanına qayıtdım. O dedi: “Yenə Rəbbinə müraciət et, çünki sənin ümmətin bunun öhdəsindən gələ bilməyəcək”. Mən yenidən Allaha müraciət etdim, O isə: “Onlar (sayca) beşdir, (savab baxımından isə) əllidir, çünki Mənim sözüm dəyişməzdir”– deyə buyurdu və mən Musanın yanına qayıtdım. O: “Yenə Rəbbinə müraciət et!”– dedikdə mən dedim: “(Artıq) mən Rəbbimdən həya edirəm”. Sonra (Cəbrail) məni son həddəki Sidr ağacının yanına apardı. Onun rənglərini vəsf etmək mümkün deyil. Sonra məni Cənnətə daxil etdilər. Mən orada incilər düzülmüş boyunbağılar, həmçinin Cənnət torpağının müşk olduğunu gördüm”.”

Ənəs ibn Malik
Buxari, 349 (Namaz, 1)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ صَالِحِ بْنِ كَيْسَانَ عَنْ عُرْوَةَ بْنِ الزُّبَيْرِ عَنْ عَائِشَةَ أُمِّ الْمُؤْمِنِينَ قَالَتْ « فَرَضَ اللَّهُ الصَّلاَةَ حِينَ فَرَضَهَا رَكْعَتَيْنِ رَكْعَتَيْنِ فِى الْحَضَرِ وَالسَّفَرِ ، فَأُقِرَّتْ صَلاَةُ السَّفَرِ ، وَزِيدَ فِى صَلاَةِ الْحَضَرِ » .

“Rəvayət edilir ki, möminlərin anası Aişə ﵂ demişdir: “Allah səfərdə və evdə qılınan namazları iki rükət-iki rükət qılmağı əmr etmişdi, sonralar isə səfərdə qılınan namazlar olduğu kimi qaldı, daimi yaşayış yerində qılınan namazlara isə (bir və ya iki rükət) əlavə olundu”.”

Aişə
Buxari, 350 (Namaz, 2)Səhih

حَدَّثَنَا مُوسَى بْنُ إِسْمَاعِيلَ قَالَ حَدَّثَنَا يَزِيدُ بْنُ إِبْرَاهِيمَ عَنْ مُحَمَّدٍ عَنْ أُمِّ عَطِيَّةَ قَالَتْ أُمِرْنَا أَنْ نُخْرِجَ الْحُيَّضَ يَوْمَ الْعِيدَيْنِ وَذَوَاتِ الْخُدُورِ ، فَيَشْهَدْنَ جَمَاعَةَ الْمُسْلِمِينَ وَدَعْوَتَهُمْ ، وَيَعْتَزِلُ الْحُيَّضُ عَنْ مُصَلاَّهُنَّ . قَالَتِ امْرَأَةٌ يَا رَسُولَ اللَّهِ ، إِحْدَانَا لَيْسَ لَهَا جِلْبَابٌ . قَالَ « لِتُلْبِسْهَا صَاحِبَتُهَا مِنْ جِلْبَابِهَا » .

“Rəvayət edilir ki, Ummu Atiyyə ﵂ demişdir: “Bizə heyzli qadınların (evlərindən) çıxaraq bayram namazlarında müsəlmanların camaatında və dualarında iştirak etmələri və heyzli qadınların namaz qılınan yerdən kənar durmaları əmr olundu”. Bir qadın dedi: “Ey Allahın Elçisi, əgər bir qadının örtünməyə bir şeyi yoxdursa, onda necə olsun?” Peyğəmbər ﷺ dedi: “Rəfiqəsi örtündüyü libaslardan biri ilə onu geyindirsin”.”

Ummu Atiyyə
Buxari, 351 (Namaz, 3)Səhih

حَدَّثَنَا أَحْمَدُ بْنُ يُونُسَ قَالَ حَدَّثَنَا عَاصِمُ بْنُ مُحَمَّدٍ قَالَ حَدَّثَنِى وَاقِدُ بْنُ مُحَمَّدٍ عَنْ مُحَمَّدِ بْنِ الْمُنْكَدِرِ قَالَ صَلَّى جَابِرٌ فِى إِزَارٍ قَدْ عَقَدَهُ مِنْ قِبَلِ قَفَاهُ ، وَثِيَابُهُ مَوْضُوعَةٌ عَلَى الْمِشْجَبِ قَالَ لَهُ قَائِلٌ تُصَلِّى فِى إِزَارٍ وَاحِدٍ فَقَالَ إِنَّمَا صَنَعْتُ ذَلِكَ لِيَرَانِى أَحْمَقُ مِثْلُكَ ، وَأَيُّنَا كَانَ لَهُ ثَوْبَانِ عَلَى عَهْدِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ

“Rəvayət edilir ki, Muhəmməd ibn əl-Munkədir ﵁ demişdir: “Cabir paltarını boynuna dolamış halda namaz qıldı. Bir nəfər ona dedi: “Bir parçada namaz qılırsan?” Cabir dedi: “Bunu ancaq sənin kimi bir axmağın görməsi üçün etdim. Peyğəmbərin ﷺ dövründə bizim hansımızın iki paltarı var idi ki?!””

Muhəmməd ibn əl-Munkədir
Buxari, 352 (Namaz, 4)Səhih

حَدَّثَنَا مُطَرِّفٌ أَبُو مُصْعَبٍ قَالَ حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ أَبِى الْمَوَالِى عَنْ مُحَمَّدِ بْنِ الْمُنْكَدِرِ قَالَ رَأَيْتُ جَابِرَ بْنَ عَبْدِ اللَّهِ يُصَلِّى فِى ثَوْبٍ وَاحِدٍ وَقَالَ رَأَيْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى فِى ثَوْبٍ .

“Rəvayət edilir ki, Muhəmməd ibn əl-Munkədir ﵁ demişdir: “Mən Cabir ibn Abdullahı bir paltarda namaz qılan gördüm. O dedi: “Mən Peyğəmbəri ﷺ bir paltarda namaz qılan görmüşəm”. əz-Zuhri ﵀ bu hədis haqda demişdir: “əl-Multəhif” “əl-Mutəvəşşif” deməkdir. O da “parçanın uclarını çiyinləri üzərinə çarpazvarı bağlayan” deməkdir. Qumaşla örtünənin qumaşın uclarını çiyinlərinin üzərində bağlamasıdır”. Ummu Hani ﵂ demişdir: “Peyğəmbər ﷺ bir qumaşla örtünər, onun uclarını isə çiyinlərinin üzərində çarpazvari bağlayardı”.”

Muhəmməd ibn əl-Munkədir
Buxari, 353 (Namaz, 5)Səhih

حَدَّثَنَا عُبَيْدُ اللَّهِ بْنُ مُوسَى قَالَ حَدَّثَنَا هِشَامُ بْنُ عُرْوَةَ عَنْ أَبِيهِ عَنْ عُمَرَ بْنِ أَبِى سَلَمَةَ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى فِى ثَوْبٍ وَاحِدٍ قَدْ خَالَفَ بَيْنَ طَرَفَيْهِ .

“Ömər ibn Əbu Sələmə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ bir paltarda namaz qılar və onun ətəklərini bir-birinin üstünə aşıraraq çiyinlərini örtərdi.”

Ömər ibn Əbu Sələmə
Buxari, 354 (Namaz, 6)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى قَالَ حَدَّثَنَا يَحْيَى قَالَ حَدَّثَنَا هِشَامٌ قَالَ حَدَّثَنِى أَبِى عَنْ عُمَرَ بْنِ أَبِى سَلَمَةَ أَنَّهُ رَأَى النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى فِى ثَوْبٍ وَاحِدٍ فِى بَيْتِ أُمِّ سَلَمَةَ ، قَدْ أَلْقَى طَرَفَيْهِ عَلَى عَاتِقَيْهِ .

“Rəvayət edilir ki, Ömər ibn Əbu Sələmə ﵁ Peyğəmbəri ﷺ Ummu Sələmənin evində qumaş bir parçada – qumaşın uclarını çiyinlərinin üzərinə atmış halda namaz qılarkən görmüşdür.”

Ömər ibn Əbu Sələmə
Buxari, 355 (Namaz, 7)Səhih

حَدَّثَنَا عُبَيْدُ بْنُ إِسْمَاعِيلَ قَالَ حَدَّثَنَا أَبُو أُسَامَةَ عَنْ هِشَامٍ عَنْ أَبِيهِ أَنَّ عُمَرَ بْنَ أَبِى سَلَمَةَ أَخْبَرَهُ قَالَ رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى فِى ثَوْبٍ وَاحِدٍ مُشْتَمِلاً بِهِ فِى بَيْتِ أُمِّ سَلَمَةَ ، وَاضِعًا طَرَفَيْهِ عَلَى عَاتِقَيْهِ .

“Rəvayət edilir ki, Ömər ibn Əbu Sələmə ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ Ummu Sələmənin evində qumaş bir parçada – qumaşın uclarını çiyinləri üzərinə atmış halda namaz qıldığını görmüşəm”.”

Ömər ibn Əbu Sələmə
Buxari, 356 (Namaz, 8)Səhih

حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ أَبِى أُوَيْسٍ قَالَ حَدَّثَنِى مَالِكُ بْنُ أَنَسٍ عَنْ أَبِى النَّضْرِ مَوْلَى عُمَرَ بْنِ عُبَيْدِ اللَّهِ أَنَّ أَبَا مُرَّةَ مَوْلَى أُمِّ هَانِئٍ بِنْتِ أَبِى طَالِبٍ أَخْبَرَهُ أَنَّهُ سَمِعَ أُمَّ هَانِئٍ بِنْتَ أَبِى طَالِبٍ تَقُولُ ذَهَبْتُ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَامَ الْفَتْحِ ، فَوَجَدْتُهُ يَغْتَسِلُ ، وَفَاطِمَةُ ابْنَتُهُ تَسْتُرُهُ قَالَتْ فَسَلَّمْتُ عَلَيْهِ فَقَالَ « مَنْ هَذِهِ » . فَقُلْتُ أَنَا أُمُّ هَانِئٍ بِنْتُ أَبِى طَالِبٍ . فَقَالَ « مَرْحَبًا بِأُمِّ هَانِئٍ » . فَلَمَّا فَرَغَ مِنْ غُسْلِهِ ، قَامَ فَصَلَّى ثَمَانِىَ رَكَعَاتٍ ، مُلْتَحِفًا فِى ثَوْبٍ وَاحِدٍ ، فَلَمَّا انْصَرَفَ قُلْتُ يَا رَسُولَ اللَّهِ ، زَعَمَ ابْنُ أُمِّى أَنَّهُ قَاتِلٌ رَجُلاً قَدْ أَجَرْتُهُ فُلاَنَ بْنَ هُبَيْرَةَ . فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « قَدْ أَجَرْنَا مَنْ أَجَرْتِ يَا أُمَّ هَانِئٍ » . قَالَتْ أُمُّ هَانِئٍ وَذَاكَ ضُحًى .

“Rəvayət edilir ki, Ummu Hani bint Əbu Talib ﵂ demişdir: “Məkkənin fəthi ilində mən Allah Elçisinin ﷺ yanına getdim və onun qüsl aldığını, Fatimənin də ona pərdə tutduğunu gördüm. Mən Peyğəmbərə ﷺ salam verdim. O: “Bu qadın kimdir?”– deyə soruşdu. “Mənəm, Əbu Talibin qızı Ummu Hani”– deyə cavab verdim. Allah Elçisi ﷺ: “Xoş gəlmisən, ey Ummu Hani!”– dedi və qüsl alıb qurtardıqdan sonra yalnız bir örtüyə bürünüb səkkiz rükət namaz qıldı. Namazını qılıb qurtardıqdan sonra mən dedim: “Ey Allahın Elçisi! Qardaşım himayəmə götürdüyüm Hubeyranın oğlu filankəsi öldürəcəyini söyləyir”. Allah Elçisi ﷺ buyurdu: “Sənin himayəyə götürdüyün kimsəni biz də himayəmiz altına götürürük, ey Ummu Hani!” Ummu Hani dedi: “O vaxt Duha vaxtı idi”.”

Ummu Hani bint Əbu Talib
Buxari, 357 (Namaz, 9)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنِ ابْنِ شِهَابٍ عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ سَائِلاً سَأَلَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ الصَّلاَةِ فِى ثَوْبٍ وَاحِدٍ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « أَوَلِكُلِّكُمْ ثَوْبَانِ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir nəfər Allah Elçisindən ﷺ yalnız bir libasda namaz qılmaq barədə soruşdu. Allah Elçisi ﷺ buyurdu: “Məgər sizin hər birinizin iki libası var?!””

Əbu Hureyra
Buxari, 358 (Namaz, 10)Səhih

حَدَّثَنَا أَبُو عَاصِمٍ عَنْ مَالِكٍ عَنْ أَبِى الزِّنَادِ عَنْ عَبْدِ الرَّحْمَنِ الأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ يُصَلِّى أَحَدُكُمْ فِى الثَّوْبِ الْوَاحِدِ ، لَيْسَ عَلَى عَاتِقَيْهِ شَىْءٌ » .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Heç biriniz bir paltarda çiyinləri açıq namaz qılmasın”.”

Əbu Hureyra
Buxari, 359 (Namaz, 11)Səhih

حَدَّثَنَا أَبُو نُعَيْمٍ قَالَ حَدَّثَنَا شَيْبَانُ عَنْ يَحْيَى بْنِ أَبِى كَثِيرٍ عَنْ عِكْرِمَةَ قَالَ سَمِعْتُهُ - أَوْ كُنْتُ سَأَلْتُهُ - قَالَ سَمِعْتُ أَبَا هُرَيْرَةَ يَقُولُ أَشْهَدُ أَنِّى سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « مَنْ صَلَّى فِى ثَوْبٍ وَاحِدٍ ، فَلْيُخَالِفْ بَيْنَ طَرَفَيْهِ » .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə dediyini eşitdiyimə şahidlik edirəm: “Qoy bir paltarda namaz qılan kəs onun ətəklərini bir-birinin üstünə ataraq çiyinlərini örtsün”.”

Əbu Hureyra
Buxari, 360 (Namaz, 12)Səhih

حَدَّثَنَا يَحْيَى بْنُ صَالِحٍ قَالَ حَدَّثَنَا فُلَيْحُ بْنُ سُلَيْمَانَ عَنْ سَعِيدِ بْنِ الْحَارِثِ قَالَ سَأَلْنَا جَابِرَ بْنَ عَبْدِ اللَّهِ عَنِ الصَّلاَةِ فِى الثَّوْبِ الْوَاحِدِ فَقَالَ خَرَجْتُ مَعَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى بَعْضِ أَسْفَارِهِ ، فَجِئْتُ لَيْلَةً لِبَعْضِ أَمْرِى ، فَوَجَدْتُهُ يُصَلِّى وَعَلَىَّ ثَوْبٌ وَاحِدٌ ، فَاشْتَمَلْتُ بِهِ وَصَلَّيْتُ إِلَى جَانِبِهِ ، فَلَمَّا انْصَرَفَ قَالَ « مَا السُّرَى يَا جَابِرُ » . فَأَخْبَرْتُهُ بِحَاجَتِى ، فَلَمَّا فَرَغْتُ قَالَ « مَا هَذَا الاِشْتِمَالُ الَّذِى رَأَيْتُ » . قُلْتُ كَانَ ثَوْبٌ . يَعْنِى ضَاقَ . قَالَ « فَإِنْ كَانَ وَاسِعًا فَالْتَحِفْ بِهِ ، وَإِنْ كَانَ ضَيِّقًا فَاتَّزِرْ بِهِ » .

“Rəvayət edilir ki, Səid ibn əl-Haris ﵀ demişdir: “Biz Cabir ibn Abdullaha bir libasda namaz qılmaq haqda sual verdik. O buyurdu: “Bir dəfə Peyğəmbərlə ﷺ birlikdə səfərdə olduğumuz zaman öz işimə görə gecə onun yanına gəldim və onun namaz qıldığını gördüm. Əynimdə yalnız bir paltar var idi. Mən paltara bürünüb onun yanında namaz qıldım. Namazı bitirdikdən sonra buyurdu: “Səni bura gətirən nədir, ey Cabir?” Mən gəlişimin məqsədini ona bildirdim. Sözümü bitirdikdən sonra: “Bəs bu gördüyüm bürünməyin nə idi?”– deyə soruşdu. Mən də dedim: “Bu paltar çox dardır”. Onda Peyğəmbər ﷺ buyurdu: “Paltarın geniş olarsa, ona bürün (çiyinlərini də ört), çox dar olarsa, onu belinə bağla (göbəkdən dizə qədər bədəninə dola)”.”

Səid ibn əl-Haris
Buxari, 361 (Namaz, 13)Səhih

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَحْيَى عَنْ سُفْيَانَ قَالَ حَدَّثَنِى أَبُو حَازِمٍ عَنْ سَهْلٍ قَالَ كَانَ رِجَالٌ يُصَلُّونَ مَعَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَاقِدِى أُزْرِهِمْ عَلَى أَعْنَاقِهِمْ كَهَيْئَةِ الصِّبْيَانِ ، وَقَالَ لِلنِّسَاءِ لاَ تَرْفَعْنَ رُءُوسَكُنَّ حَتَّى يَسْتَوِىَ الرِّجَالُ جُلُوسًا .

“Rəvayət edilir ki, Səhl ﵁ demişdir: “Bəzi səhabələr fitələrinin ətəklərini oğlan uşaqlarının etdiyi kimi boyunlarına bağlayıb Peyğəmbərlə ﷺ birlikdə namaz qılardılar. Buna görə də Peyğəmbər ﷺ camaat namazına gələn qadınlara deyərdi: “Kişilər qalxıb oturanadək siz başınızı (səcdədən) qaldırmayın”.”

Səhl
Buxari, 362 (Namaz, 14)Səhih

حَدَّثَنَا يَحْيَى قَالَ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ عَنِ الأَعْمَشِ عَنْ مُسْلِمٍ عَنْ مَسْرُوقٍ عَنْ مُغِيرَةَ بْنِ شُعْبَةَ قَالَ كُنْتُ مَعَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى سَفَرٍ فَقَالَ « يَا مُغِيرَةُ ، خُذِ الإِدَاوَةَ » . فَأَخَذْتُهَا فَانْطَلَقَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى تَوَارَى عَنِّى فَقَضَى حَاجَتَهُ ، وَعَلَيْهِ جُبَّةٌ شَأْمِيَّةٌ ، فَذَهَبَ لِيُخْرِجَ يَدَهُ مِنْ كُمِّهَا فَضَاقَتْ ، فَأَخْرَجَ يَدَهُ مِنْ أَسْفَلِهَا ، فَصَبَبْتُ عَلَيْهِ فَتَوَضَّأَ وُضُوءَهُ لِلصَّلاَةِ ، وَمَسَحَ عَلَى خُفَّيْهِ ، ثُمَّ صَلَّى .

“Rəvayət edilir ki, Muğira ibn Şubə ﵁ demişdir: “Bir dəfə mən Peyğəmbərlə ﷺ birlikdə səfərdə olarkən o mənə: “Ey Muğira, götür bu qabı”– deyə buyurdu. Mən də onu götürdüm. Allah Elçisi ﷺ gözdən itənədək uzağa gedib təbii ehtiyacını ödədi. Onun əynində Şam cübbəsi var idi. O, əlini cübbənin qolundan çıxarmaq istədikdə onun çox dar olduğunu gördü və buna görə də əlini cübbənin aşağı hissəsindən çıxartdı. Mən onun əlinə su tökdüm və o, namaz üçün dəstəmaz aldığı şəkildə dəstəmaz alıb xuflarının üzərinə məsh çəkdi, sonra da namaz qıldı”.”

Muğira ibn Şubə
Buxari, 363 (Namaz, 15)Səhih

حَدَّثَنَا مَطَرُ بْنُ الْفَضْلِ قَالَ حَدَّثَنَا رَوْحٌ قَالَ حَدَّثَنَا زَكَرِيَّاءُ بْنُ إِسْحَاقَ حَدَّثَنَا عَمْرُو بْنُ دِينَارٍ قَالَ سَمِعْتُ جَابِرَ بْنَ عَبْدِ اللَّهِ يُحَدِّثُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَنْقُلُ مَعَهُمُ الْحِجَارَةَ لِلْكَعْبَةِ وَعَلَيْهِ إِزَارُهُ . فَقَالَ لَهُ الْعَبَّاسُ عَمُّهُ يَا ابْنَ أَخِى ، لَوْ حَلَلْتَ إِزَارَكَ فَجَعَلْتَ عَلَى مَنْكِبَيْكَ دُونَ الْحِجَارَةِ . قَالَ فَحَلَّهُ فَجَعَلَهُ عَلَى مَنْكِبَيْهِ ، فَسَقَطَ مَغْشِيًّا عَلَيْهِ ، فَمَا رُئِىَ بَعْدَ ذَلِكَ عُرْيَانًا .

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ izarını belinə bağlayıb qureyşlilərlə birlikdə Kəbə (evinin yenidən tikilməsi) üçün daş daşıdığı vaxt əmisi Abbas ona dedi: “Ey qardaşoğlu! Bəlkə izarını açıb çiyninə, daşıdığın daşların altına qoyasan”. Cabir deyir: “O, izarını açıb çiyninə qoyan kimi özündən getdi və bundan sonra onu bir daha heç kim izarsız görmədi”.”

Cabir ibn Abdullah
Buxari, 364 (Namaz, 16)Səhih

حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ قَالَ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ عَنْ أَيُّوبَ عَنْ مُحَمَّدٍ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَامَ رَجُلٌ إِلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَسَأَلَهُ عَنِ الصَّلاَةِ فِى الثَّوْبِ الْوَاحِدِ فَقَالَ « أَوَكُلُّكُمْ يَجِدُ ثَوْبَيْنِ » . ثُمَّ سَأَلَ رَجُلٌ عُمَرَ فَقَالَ إِذَا وَسَّعَ اللَّهُ فَأَوْسِعُوا ، جَمَعَ رَجُلٌ عَلَيْهِ ثِيَابَهُ ، صَلَّى رَجُلٌ فِى إِزَارٍ وَرِدَاءٍ ، فِى إِزَارٍ وَقَمِيصٍ ، فِى إِزَارٍ وَقَبَاءٍ ، فِى سَرَاوِيلَ وَرِدَاءٍ ، فِى سَرَاوِيلَ وَقَمِيصٍ ، فِى سَرَاوِيلَ وَقَبَاءٍ ، فِى تُبَّانٍ وَقَبَاءٍ ، فِى تُبَّانٍ وَقَمِيصٍ - قَالَ وَأَحْسِبُهُ قَالَ - فِى تُبَّانٍ وَرِدَاءٍ .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir kişi Peyğəmbərə ﷺ tərəf ayağa durub tək bir libasda namaz qılmaq barədə soruşdu. Allah Elçisi ﷺ dedi: “Məgər sizin hər biriniz iki libas tapa bilir?!” Sonra bir kişi Ömərdən soruşdu. Ömər dedi: “Allah sizə imkan veribsə, siz də libasınızı geniş edin. Kişi izar və ridada, izar və köynəklə, izar və xalatda, şalvar və ridada, şalvar və köynəkdə, şalvar və xalatda, dizləri örtməyən şortuda köynəkdə namaz qıla bilər”. Əbu Hureyra dedi: “Zənn edirəm ki, İbn Ömər: “Dizləri örtməyən qısa şortu ilə rida içində” dedi”.”

Əbu Hureyra
Buxari, 365 (Namaz, 17)Səhih

حَدَّثَنَا عَاصِمُ بْنُ عَلِىٍّ قَالَ حَدَّثَنَا ابْنُ أَبِى ذِئْبٍ عَنِ الزُّهْرِىِّ عَنْ سَالِمٍ عَنِ ابْنِ عُمَرَ قَالَ سَأَلَ رَجُلٌ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ مَا يَلْبَسُ الْمُحْرِمُ فَقَالَ « لاَ يَلْبَسُ الْقَمِيصَ وَلاَ السَّرَاوِيلَ وَلاَ الْبُرْنُسَ وَلاَ ثَوْبًا مَسَّهُ الزَّعْفَرَانُ وَلاَ وَرْسٌ ، فَمَنْ لَمْ يَجِدِ النَّعْلَيْنِ فَلْيَلْبَسِ الْخُفَّيْنِ وَلْيَقْطَعْهُمَا حَتَّى يَكُونَا أَسْفَلَ مِنَ الْكَعْبَيْنِ » . وَعَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مِثْلَهُ .

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Bir kişi Peyğəmbərdən ﷺ soruşdu: “Ehrama girən kəs əyninə nə geyinməlidir?” Peyğəmbər ﷺ buyurdu: “O, nə köynək, nə şalvar, nə burnus, nə də zəfərana və ya ətirli sarı bitkiyə boyanmış paltar geyinməlidir. Kim səndəl tapmasa, dəri ayaqqabıları topuqdan aşağıya qədər kəsib geyinsin”.”

İbn Ömər
Buxari, 366 (Namaz, 18)Səhih

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ قَالَ حَدَّثَنَا لَيْثٌ عَنِ ابْنِ شِهَابٍ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ بْنِ عُتْبَةَ عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ أَنَّهُ قَالَ نَهَى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ اشْتِمَالِ الصَّمَّاءِ وَأَنْ يَحْتَبِىَ الرَّجُلُ فِى ثَوْبٍ وَاحِدٍ ، لَيْسَ عَلَى فَرْجِهِ مِنْهُ شَىْءٌ .

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ səhabələrə paltarlarına tam bürünməyi, həmçinin yalnız bir paltar geyinmiş kişinin yerə oturub dizlərini qaldırıb qolları ilə onları qucaqlayaraq ayıb yerlərini açıq qoymağı qadağan etmişdir”.”

Əbu Səid əl-Xudri
Buxari, 367 (Namaz, 19)Səhih

حَدَّثَنَا قَبِيصَةُ بْنُ عُقْبَةَ قَالَ حَدَّثَنَا سُفْيَانُ عَنْ أَبِى الزِّنَادِ عَنِ الأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ نَهَى النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ بَيْعَتَيْنِ عَنِ اللِّمَاسِ وَالنِّبَاذِ ، وَأَنْ يَشْتَمِلَ الصَّمَّاءَ ، وَأَنْ يَحْتَبِىَ الرَّجُلُ فِى ثَوْبٍ وَاحِدٍ .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbər ﷺ iki cür alış-verişi – əl sürtməklə və bir də atmaqla aparılan alış-verişi, həmçinin paltara tam bürünməyi və bir də yalnız bir paltar geyinmiş kişinin yerə oturub dizlərini qaldırıb qolları ilə onları qucaqlamağı qadağan etdi”.”

Əbu Hureyra
Buxari, 368 (Namaz, 20)Səhih

حَدَّثَنَا إِسْحَاقُ قَالَ حَدَّثَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ قَالَ حَدَّثَنَا ابْنُ أَخِى ابْنِ شِهَابٍ عَنْ عَمِّهِ قَالَ أَخْبَرَنِى حُمَيْدُ بْنُ عَبْدِ الرَّحْمَنِ بْنِ عَوْفٍ أَنَّ أَبَا هُرَيْرَةَ قَالَ بَعَثَنِى أَبُو بَكْرٍ فِى تِلْكَ الْحَجَّةِ فِى مُؤَذِّنِينَ يَوْمَ النَّحْرِ نُؤَذِّنُ بِمِنًى أَنْ لاَ يَحُجَّ بَعْدَ الْعَامِ مُشْرِكٌ ، وَلاَ يَطُوفَ بِالْبَيْتِ عُرْيَانٌ . قَالَ حُمَيْدُ بْنُ عَبْدِ الرَّحْمَنِ ثُمَّ أَرْدَفَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَلِيًّا ، فَأَمَرَهُ أَنْ يُؤَذِّنَ بِبَرَاءَةَ قَالَ أَبُو هُرَيْرَةَ فَأَذَّنَ مَعَنَا عَلِىٌّ فِى أَهْلِ مِنًى يَوْمَ النَّحْرِ لاَ يَحُجُّ بَعْدَ الْعَامِ مُشْرِكٌ ، وَلاَ يَطُوفُ بِالْبَيْتِ عُرْيَانٌ .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Həcc ziyarəti əsnasında Əbu Bəkr məni müəzzinlərlə birlikdə göndərdi ki, qurban günü Mina vadisinə gedib orada (insanlara bunları) elan edək: “Gələn ildən başlayaraq heç bir müşrik Həcc ziyarətinə gəlməyəcək və heç kəs Kəbəni lüt-üryan təvaf etməyəcək”. Humeyd ibn Abdur-Rahmən dedi: “Bunun ardınca Allah Elçisi ﷺ Əli ibn Əbu Talibi (Əbu Bəkrin yanına) göndərib ona tapşırdı ki, “Bəraət” (ət-Tövbə) surəsinin nazil olduğunu camaata elan etsin”. Əbu Hureyra deyir: “Qurban günü Əli ibn Əbu Talib bizimlə birlikdə Minada olanlara elan edib gələn ildən heç bir müşrikin Həcc ziyarətinə gəlməyəcəyini və heç kəsin Kəbəni lüt-üryan təvaf etməyəcəyini bildirdi”.”

Əbu Hureyra
Buxari, 369 (Namaz, 21)Səhih

حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنِى ابْنُ أَبِى الْمَوَالِى عَنْ مُحَمَّدِ بْنِ الْمُنْكَدِرِ قَالَ دَخَلْتُ عَلَى جَابِرِ بْنِ عَبْدِ اللَّهِ وَهُوَ يُصَلِّى فِى ثَوْبٍ مُلْتَحِفًا بِهِ وَرِدَاؤُهُ مَوْضُوعٌ ، فَلَمَّا انْصَرَفَ قُلْنَا يَا أَبَا عَبْدِ اللَّهِ تُصَلِّى وَرِدَاؤُكَ مَوْضُوعٌ قَالَ نَعَمْ ، أَحْبَبْتُ أَنْ يَرَانِى الْجُهَّالُ مِثْلُكُمْ ، رَأَيْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى هَكَذَا .

“Rəvayət edilir ki, Muhəmməd ibn əl-Munkədir ﵁ demişdir: “Bir dəfə mən Cabir ibn Abdullahın yanına gəldim. O, bir parçaya bürünmüş halda namaz qılırdı, ridası isə kənara qoyulmuşdu. Namazı bitirdikdə ona: “Ey Əbu Abdullah, ridan kənarda olduğu halda namaz qılırsan?” O dedi: “Bəli, mən sizin kimi (bu məsələdə) cahil olanların məni bu halda namaz qılmağımı görməyinizi istədim. Mən Peyğəmbərin ﷺ belə namaz qıldığını görmüşəm”.”

Muhəmməd ibn əl-Munkədir
Buxari, 370 (Namaz, 22)Səhih

حَدَّثَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ قَالَ حَدَّثَنَا إِسْمَاعِيلُ ابْنُ عُلَيَّةَ قَالَ حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ صُهَيْبٍ عَنْ أَنَسٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ غَزَا خَيْبَرَ ، فَصَلَّيْنَا عِنْدَهَا صَلاَةَ الْغَدَاةِ بِغَلَسٍ ، فَرَكِبَ نَبِىُّ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَرَكِبَ أَبُو طَلْحَةَ ، وَأَنَا رَدِيفُ أَبِى طَلْحَةَ ، فَأَجْرَى نَبِىُّ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى زُقَاقِ خَيْبَرَ ، وَإِنَّ رُكْبَتِى لَتَمَسُّ فَخِذَ نَبِىِّ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، ثُمَّ حَسَرَ الإِزَارَ عَنْ فَخِذِهِ حَتَّى إِنِّى أَنْظُرُ إِلَى بَيَاضِ فَخِذِ نَبِىِّ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، فَلَمَّا دَخَلَ الْقَرْيَةَ قَالَ « اللَّهُ أَكْبَرُ ، خَرِبَتْ خَيْبَرُ ، إِنَّا إِذَا نَزَلْنَا بِسَاحَةِ قَوْمٍ فَسَاءَ صَبَاحُ الْمُنْذَرِينَ » . قَالَهَا ثَلاَثًا . قَالَ وَخَرَجَ الْقَوْمُ إِلَى أَعْمَالِهِمْ فَقَالُوا مُحَمَّدٌ - قَالَ عَبْدُ الْعَزِيزِ وَقَالَ بَعْضُ أَصْحَابِنَا - وَالْخَمِيسُ . يَعْنِى الْجَيْشَ ، قَالَ فَأَصَبْنَاهَا عَنْوَةً ، فَجُمِعَ السَّبْىُ ، فَجَاءَ دِحْيَةُ فَقَالَ يَا نَبِىَّ اللَّهِ ، أَعْطِنِى جَارِيَةً مِنَ السَّبْىِ . قَالَ « اذْهَبْ فَخُذْ جَارِيَةً » . فَأَخَذَ صَفِيَّةَ بِنْتَ حُيَىٍّ ، فَجَاءَ رَجُلٌ إِلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ يَا نَبِىَّ اللَّهِ ، أَعْطَيْتَ دِحْيَةَ صَفِيَّةَ بِنْتَ حُيَىٍّ سَيِّدَةَ قُرَيْظَةَ وَالنَّضِيرِ ، لاَ تَصْلُحُ إِلاَّ لَكَ . قَالَ « ادْعُوهُ بِهَا » . فَجَاءَ بِهَا ، فَلَمَّا نَظَرَ إِلَيْهَا النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « خُذْ جَارِيَةً مِنَ السَّبْىِ غَيْرَهَا » . قَالَ فَأَعْتَقَهَا النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَتَزَوَّجَهَا . فَقَالَ لَهُ ثَابِتٌ يَا أَبَا حَمْزَةَ ، مَا أَصْدَقَهَا قَالَ نَفْسَهَا ، أَعْتَقَهَا وَتَزَوَّجَهَا ، حَتَّى إِذَا كَانَ بِالطَّرِيقِ جَهَّزَتْهَا لَهُ أُمُّ سُلَيْمٍ فَأَهْدَتْهَا لَهُ مِنَ اللَّيْلِ ، فَأَصْبَحَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَرُوسًا فَقَالَ « مَنْ كَانَ عِنْدَهُ شَىْءٌ فَلْيَجِئْ بِهِ » . وَبَسَطَ نِطَعًا ، فَجَعَلَ الرَّجُلُ يَجِىءُ بِالتَّمْرِ ، وَجَعَلَ الرَّجُلُ يَجِىءُ بِالسَّمْنِ - قَالَ وَأَحْسِبُهُ قَدْ ذَكَرَ السَّوِيقَ - قَالَ فَحَاسُوا حَيْسًا ، فَكَانَتْ وَلِيمَةَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ .

“Ənəs ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ qoşun yığıb Xeybərə yollandı. Biz bu qalanın yaxınlığında səhərin ala-qaranlığında Sübh namazını qıldıq. Bundan sonra Allahın Peyğəmbəri ﷺ və Əbu Təlhə öz miniklərinə mindilər. Mən isə Əbu Təlhənin tərkinə minmişdim. Allahın Peyğəmbəri ﷺ miniyini Xeybərin dar küçələrindən birinə sürdü və bu vaxt mənim dizim Allahın Peyğəmbərinin ﷺ buduna toxundu. Onun izarı yuxarı qalxdı və budu açıldı, onda mən Allahın Peyğəmbərinin ﷺ budunun ağlığını gördüm. Kəndə daxil olduqda o: “Allahu Əkbər! Xeybər dağıldı. Həqiqətən, biz (fasiq) qövmün yurduna daxil olduqda qorxudulanların sabahı necə də pis olar!”– deyərək bunu üç dəfə təkrar etdi”. Ənəs dedi: “Xeybərlilər öz işlərindən ötrü evlərindən çıxıb: “Muhəmməd öz qoşunu ilə gəldi!”– dedilər”. Ənəs deyir: “Biz Xeybəri zəbt etdik. Əsirlər bir yerə toplanıldıqdan sonra Dihyə gəlib dedi: “Ey Allahın Peyğəmbəri, əsir düşmüş cariyələrdən birini mənə ver”. Peyğəmbər ﷺ: “Get, birini götür!”– dedi və o da Safiyyə bint Huyeyi götürdü. Bundan sonra bir nəfər Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Peyğəmbəri, sən Dihyəyə Bəni Qureyza və Bəni Nədirin xanımı Safiyyə bint Huyeyi verdin, halbuki o qadın ancaq sənə layiqdir”. Onda Peyğəmbər ﷺ buyurdu: “Onu qadınla bir yerdə yanıma çağırın!” Dihyə Safiyyəni onun yanına gətirdi. Peyğəmbər ﷺ qadına baxıb Dihyəyə dedi: “Cariyələrdən başqasını götür”. Ənəs dedi: “Peyğəmbər ﷺ Safiyyəni azad edib onunla evləndi”. Ravi Sabit Ənəsdən soruşdu: “Bəs Peyğəmbər ﷺ ona mehr olaraq nə verdi?” Ənəs dedi: “Onun özünü verdi. Onu azad etdi və onunla evləndi”. Ənəs dedi: “Yolda Ummu Suleym Safiyyəni Peyğəmbər ﷺ üçün hazırladı və gecə onun yanına apardı. Zifaf gecəsinin səhəri Peyğəmbər ﷺ dedi: “Kimdə (yeməyə) bir şey varsa, bura gətirsin” və yerə bir dəri sərdi. Bu vaxt kimisi xurma, kimisi də yağ gətirdi”. Ravi deyir: “Hesab edirəm ki, Ənəs sıyığı da qeyd etdi”. Ənəs deyir: “Sonra onlar heys hazırladılar. Allahın Peyğəmbərinin ﷺ toy ziyafəti belə oldu”.”

Ənəs
Buxari, 371 (Namaz, 23)Səhih

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى عُرْوَةُ أَنَّ عَائِشَةَ قَالَتْ لَقَدْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى الْفَجْرَ ، فَيَشْهَدُ مَعَهُ نِسَاءٌ مِنَ الْمُؤْمِنَاتِ مُتَلَفِّعَاتٍ فِى مُرُوطِهِنَّ ثُمَّ يَرْجِعْنَ إِلَى بُيُوتِهِنَّ مَا يَعْرِفُهُنَّ أَحَدٌ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ məsciddə Sübh namazını qılarkən onunla bərabər mömin qadınlar da (ipəkdən və ya yundan olan) örtüklərinə bürünərək namaz qılar, evlərinə qayıdanda isə heç kəs onları tanımazdı”.”

Aişə
Buxari, 372 (Namaz, 24)Səhih

حَدَّثَنَا أَحْمَدُ بْنُ يُونُسَ قَالَ حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ سَعْدٍ قَالَ حَدَّثَنَا ابْنُ شِهَابٍ عَنْ عُرْوَةَ عَنْ عَائِشَةَ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى فِى خَمِيصَةٍ لَهَا أَعْلاَمٌ ، فَنَظَرَ إِلَى أَعْلاَمِهَا نَظْرَةً ، فَلَمَّا انْصَرَفَ قَالَ « اذْهَبُوا بِخَمِيصَتِى هَذِهِ إِلَى أَبِى جَهْمٍ وَائْتُونِى بِأَنْبِجَانِيَّةِ أَبِى جَهْمٍ ، فَإِنَّهَا أَلْهَتْنِى آنِفًا عَنْ صَلاَتِى » . وَقَالَ هِشَامُ بْنُ عُرْوَةَ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « كُنْتُ أَنْظُرُ إِلَى عَلَمِهَا وَأَنَا فِى الصَّلاَةِ فَأَخَافُ أَنْ تَفْتِنَنِى » .

“Aişə ﵂ rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ bəzəkli paltarda namaz qılarkən onun naxışlarına nəzər saldı. Namazı bitirdikdən sonra isə: “Bu bəzəkli paltarımı aparıb Əbu Cəhmə verin, onun naxış və bəzək olmayan yun əbasını mənə gətirin, çünki bu (bəzəkli paltar) bir az əvvəl məni namazdan yayındırdı”. Aişə dedi: “Peyğəmbər ﷺ buyurdu: “Mən namazda ikən onun bəzəklərinə baxırdım və onun məni yayındırmasından qorxuram”.”

Aişə
Buxari, 373 (Namaz, 25)Səhih

حَدَّثَنَا أَبُو مَعْمَرٍ عَبْدُ اللَّهِ بْنُ عَمْرٍو قَالَ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ قَالَ حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ صُهَيْبٍ عَنْ أَنَسٍ كَانَ قِرَامٌ لِعَائِشَةَ سَتَرَتْ بِهِ جَانِبَ بَيْتِهَا فَقَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « أَمِيطِى عَنَّا قِرَامَكِ هَذَا ، فَإِنَّهُ لاَ تَزَالُ تَصَاوِيرُهُ تَعْرِضُ فِى صَلاَتِى » .

“Ənəs ﵁ rəvayət edir ki, Aişənin bəzəkli nazik yun bir pərdəsi var idi ki, onunla otağının bir hissəsini ayırmışdı. Bir dəfə Peyğəmbər ﷺ buyurdu: “Bu pərdəni buradan götür, çünki onun naxışları həmişə namaz qılarkən gözlərimin önündə durur (və məni namazdan yayındırır)”.”

Ənəs
Buxari, 374 (Namaz, 26)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ حَدَّثَنَا اللَّيْثُ عَنْ يَزِيدَ عَنْ أَبِى الْخَيْرِ عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ قَالَ أُهْدِىَ إِلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَرُّوجُ حَرِيرٍ ، فَلَبِسَهُ فَصَلَّى فِيهِ ، ثُمَّ انْصَرَفَ فَنَزَعَهُ نَزْعًا شَدِيدًا كَالْكَارِهِ لَهُ وَقَالَ « لاَ يَنْبَغِى هَذَا لِلْمُتَّقِينَ » .

“Rəvayət edilir ki, Uqbə ibn Amir ﵁ demişdir: “Peyğəmbərə ﷺ arxasında kəsik olan ipək paltar hədiyyə etmişdilər. O bu paltarı geyinib onda namaz qıldı və namazı bitirdikdən sonra nifrət etdiyi bir şey kimi onu tez əynindən çıxarıb dedi: “Bu (geyim), Allahdan qorxanlara yaraşmaz”.”

Uqbə ibn Amir
Buxari, 375 (Namaz, 27)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَرْعَرَةَ قَالَ حَدَّثَنِى عُمَرُ بْنُ أَبِى زَائِدَةَ عَنْ عَوْنِ بْنِ أَبِى جُحَيْفَةَ عَنْ أَبِيهِ قَالَ رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى قُبَّةٍ حَمْرَاءَ مِنْ أَدَمٍ ، وَرَأَيْتُ بِلاَلاً أَخَذَ وَضُوءَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَرَأَيْتُ النَّاسَ يَبْتَدِرُونَ ذَاكَ الْوَضُوءَ ، فَمَنْ أَصَابَ مِنْهُ شَيْئًا تَمَسَّحَ بِهِ ، وَمَنْ لَمْ يُصِبْ مِنْهُ شَيْئًا أَخَذَ مِنْ بَلَلِ يَدِ صَاحِبِهِ ، ثُمَّ رَأَيْتُ بِلاَلاً أَخَذَ عَنَزَةً فَرَكَزَهَا ، وَخَرَجَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى حُلَّةٍ حَمْرَاءَ مُشَمِّرًا ، صَلَّى إِلَى الْعَنَزَةِ بِالنَّاسِ رَكْعَتَيْنِ ، وَرَأَيْتُ النَّاسَ وَالدَّوَابَّ يَمُرُّونَ مِنْ بَيْنِ يَدَىِ الْعَنَزَةِ .

“Aun ibn Əbu Cuheyfə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən Allah Elçisini ﷺ qırmızı dəri çadırda olarkən gördüm. Həmçinin Bilalın Allah Elçisinin ﷺ dəstəmaz aldıqdan sonra qalmış suyunu götürdüyünü və insanların bir-birini ötməyə çalışaraq bu suya doğru necə qaçdıqlarını da gördüm. Kimlərə bu sudan çatdısa, onu bədəninə sürtdü, su əldə edə bilməyənlər isə əllərini yoldaşlarının yaş əllərinə vurdular. Sonra gördüm ki, Bilal ucu iti bir paya götürüb yerə batırdı. Bundan sonra Peyğəmbər ﷺ qırmızı paltarda, ətəyi baldırının yarısına qədər qaldırılmış halda çadırdan çıxdı və bu payaya tərəf üz tutub camaata iki rükət namaz qıldırdı. Mən insanların və heyvanların o payanın qabağından keçib getdiklərini görürdüm”.”

Aun ibn Əbu Cuheyfə atasından
Buxari, 376 (Namaz, 28)Səhih

حَدَّثَنَا عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنَا سُفْيَانُ قَالَ حَدَّثَنَا أَبُو حَازِمٍ قَالَ سَأَلُوا سَهْلَ بْنَ سَعْدٍ مِنْ أَىِّ شَىْءٍ الْمِنْبَرُ فَقَالَ مَا بَقِىَ بِالنَّاسِ أَعْلَمُ مِنِّى هُوَ مِنْ أَثْلِ الْغَابَةِ ، عَمِلَهُ فُلاَنٌ مَوْلَى فُلاَنَةَ لِرَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، وَقَامَ عَلَيْهِ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ حِينَ عُمِلَ ، وَوُضِعَ ، فَاسْتَقْبَلَ الْقِبْلَةَ كَبَّرَ وَقَامَ النَّاسُ خَلْفَهُ ، فَقَرَأَ وَرَكَعَ وَرَكَعَ النَّاسُ خَلْفَهُ ، ثُمَّ رَفَعَ رَأْسَهُ ، ثُمَّ رَجَعَ الْقَهْقَرَى ، فَسَجَدَ عَلَى الأَرْضِ ، ثُمَّ عَادَ إِلَى الْمِنْبَرِ ، ثُمَّ قَرَأَ ثُمَّ رَكَعَ ، ثُمَّ رَفَعَ رَأْسَهُ ، ثُمَّ رَجَعَ الْقَهْقَرَى حَتَّى سَجَدَ بِالأَرْضِ ، فَهَذَا شَأْنُهُ . قَالَ أَبُو عَبْدِ اللَّهِ قَالَ عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ سَأَلَنِى أَحْمَدُ بْنُ حَنْبَلٍ - رَحِمَهُ اللَّهُ - عَنْ هَذَا الْحَدِيثِ ، قَالَ فَإِنَّمَا أَرَدْتُ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ أَعْلَى مِنَ النَّاسِ ، فَلاَ بَأْسَ أَنْ يَكُونَ الإِمَامُ أَعْلَى مِنَ النَّاسِ بِهَذَا الْحَدِيثِ . قَالَ فَقُلْتُ إِنَّ سُفْيَانَ بْنَ عُيَيْنَةَ كَانَ يُسْأَلُ عَنْ هَذَا كَثِيرًا فَلَمْ تَسْمَعْهُ مِنْهُ قَالَ لاَ .

“Rəvayət edilir ki, Əbu Hazim demişdir: “Səhl ibn Səddən soruşdular: “Allah Elçisinin ﷺ minbəri nədən düzəldilmişdi?” Səhl dedi: “İnsanlar arasında bunu məndən yaxşı bilən bir kəs qalmamışdır. O, meşə yulğunundan düzəldilmişdi. Onu Allah Elçisi ﷺ üçün filan qadının köləlikdən azad etdiyi filan adam düzəltmişdi. Minbər hazırlanıb məscidə qoyulduqdan sonra Allah Elçisi ﷺ onun üstünə çıxdı və üzünü qibləyə tutub: “Allahu Əkbər”– dedi, camaat isə onun arxasında durdu. O, Quran oxuyub ruku etdi, camaat da onun arxasında ruku etdi. Sonra o, başını qaldırıb minbərdən aşağı endi və dal-dala gedib yerə səcdə etdi. Bundan sonra o, yenə minbərə çıxdı və Quran oxuyub rukuya getdi. Sonra da başını qaldırıb minbərdən aşağı endi və dal-dala gedib yerə səcdə etdi. Minbər haqda mənə məlum olan budur”. Əbu Abdullah əl-Buxari ﵀ demişdir: “Əli ibn Abdullah belə dedi: “Əhməd ibn Hənbəl ﵀ məndən bu hədis haqda soruşdu: “Mən Peyğəmbərin ﷺ insanlardan daha hündürdə olduğunu qəsd etdim. Bu hədisə görə imamın insanlardan daha hündürdə olmasında müşkül yoxdur”. Əli ibn Abdullah ﵀ dedi: “Mən Əhməd ibn Hənbələ dedim: “Süfyan ibn Uyeynəyə bu hədis haqda çox sual verilirdi. Sən onlardan bu hədisi eşitmədinmi?” Əhməd dedi: “Xeyr”.”

Əbu Hazim
Buxari, 377 (Namaz, 29)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الرَّحِيمِ قَالَ حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ قَالَ أَخْبَرَنَا حُمَيْدٌ الطَّوِيلُ عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سَقَطَ عَنْ فَرَسِهِ ، فَجُحِشَتْ سَاقُهُ أَوْ كَتِفُهُ ، وَآلَى مِنْ نِسَائِهِ شَهْرًا ، فَجَلَسَ فِى مَشْرُبَةٍ لَهُ ، دَرَجَتُهَا مِنْ جُذُوعٍ ، فَأَتَاهُ أَصْحَابُهُ يَعُودُونَهُ ، فَصَلَّى بِهِمْ جَالِسًا ، وَهُمْ قِيَامٌ فَلَمَّا سَلَّمَ قَالَ « إِنَّمَا جُعِلَ الإِمَامُ لِيُؤْتَمَّ بِهِ ، فَإِذَا كَبَّرَ فَكَبِّرُوا ، وَإِذَا رَكَعَ فَارْكَعُوا ، وَإِذَا سَجَدَ فَاسْجُدُوا ، وَإِنْ صَلَّى قَائِمًا فَصَلُّوا قِيَامًا » . وَنَزَلَ لِتِسْعٍ وَعِشْرِينَ فَقَالُوا يَا رَسُولَ اللَّهِ إِنَّكَ آلَيْتَ شَهْرًا فَقَالَ « إِنَّ الشَّهْرَ تِسْعٌ وَعِشْرُونَ » .

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ atından yıxıldı, baldırı və ya kürəyi əzildi. Allah Elçisi ﷺ bir ay qadınlarına yaxınlaşmayacağına and içib nərdivanı xurma kötüyündən olan özünə aid hündür bir otaqda oturdu. Bu arada səhabələr onu ziyarətə gəldilər. Allah Elçisi ﷺ oturaraq, oradakılar isə ayaq üstə duraraq onlara namaz qıldırdı və salam verdikdən sonra buyurdu: “İmam ona tabe olmaq üçün təyin edilmişdir. O, təkbir etdikdə siz də təkbir edin. O, rukuya getdikdə siz də ruku edin. Səcdə etdikdə siz də səcdə edin. O, ayaq üstə namaz qılsa, siz də ayaq üstə namaz qılın”. Allah Elçisi ﷺ iyirmi doqquz gündən sonra oradan aşağı endi. Səhabələr dedilər: “Ey Allahın Elçisi, sən qadınlardan bir ay ayrı qalmağın üçün and içmişdin axı?” Allah Elçisi ﷺ buyurdu: “Ay iyirmi doqquz gündür”.”

Ənəs ibn Malik
Buxari, 378 (Namaz, 30)Səhih

حَدَّثَنَا مُسَدَّدٌ عَنْ خَالِدٍ قَالَ حَدَّثَنَا سُلَيْمَانُ الشَّيْبَانِىُّ عَنْ عَبْدِ اللَّهِ بْنِ شَدَّادٍ عَنْ مَيْمُونَةَ قَالَتْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى وَأَنَا حِذَاءَهُ وَأَنَا حَائِضٌ وَرُبَّمَا أَصَابَنِى ثَوْبُهُ إِذَا سَجَدَ . قَالَتْ وَكَانَ يُصَلِّى عَلَى الْخُمْرَةِ .

“Rəvayət edilir ki, Məymunə ﵂ demişdir: “Allah Elçisi ﷺ mən heyz ikən onun qarşısında olduğum halda namaz qılardı. O, səcdə etdikdə paltarı mənə toxunardı”. Məymunə demişdir: “O, xurma yarpağından düzəldilmiş kiçik bir səccadə üzərində namaz qılardı”.”

Məymunə
Buxari, 379 (Namaz, 31)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ إِسْحَاقَ بْنِ عَبْدِ اللَّهِ بْنِ أَبِى طَلْحَةَ عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّ جَدَّتَهُ مُلَيْكَةَ دَعَتْ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لِطَعَامٍ صَنَعَتْهُ لَهُ ، فَأَكَلَ مِنْهُ ثُمَّ قَالَ « قُومُوا فَلأُصَلِّ لَكُمْ » . قَالَ أَنَسٌ فَقُمْتُ إِلَى حَصِيرٍ لَنَا قَدِ اسْوَدَّ مِنْ طُولِ مَا لُبِسَ ، فَنَضَحْتُهُ بِمَاءٍ ، فَقَامَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَصَفَفْتُ وَالْيَتِيمَ وَرَاءَهُ ، وَالْعَجُوزُ مِنْ وَرَائِنَا ، فَصَلَّى لَنَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ رَكْعَتَيْنِ ثُمَّ انْصَرَفَ .

“Rəvayət edilir ki, Ənəs ibn Malikin ﵁ nənəsi Muleykə Allah Elçisini ﷺ onun üçün hazırladığı yeməyə dəvət etmişdi. Allah Elçisi ﷺ yeməyi yedikdən sonra dedi: “Durun, sizə namaz qıldırım”. Ənəs deyir: “Mən, çox istifadə olunduğundan qaralmış həsirimizə yaxınlaşıb üstünə bir az su səpdim. Sonra Allah Elçisi ﷺ onun üstündə namaza durdu. Mən yetim bir oğlanla birlikdə onun arxasında durdum, nənəm də bizim arxamızda durdu. Allah Elçisi ﷺ bizə iki rükət namaz qıldırdıqdan sonra çıxıb getdi”.”

Ənəs ibn Malik
Buxari, 380 (Namaz, 32)Səhih

حَدَّثَنَا أَبُو الْوَلِيدِ قَالَ حَدَّثَنَا شُعْبَةُ قَالَ حَدَّثَنَا سُلَيْمَانُ الشَّيْبَانِىُّ عَنْ عَبْدِ اللَّهِ بْنِ شَدَّادٍ عَنْ مَيْمُونَةَ قَالَتْ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى عَلَى الْخُمْرَةِ .

“Rəvayət edilir ki, Məymunə ﵂ demişdir: “Peyğəmbər ﷺ xurma yarpağından düzəldilmiş kiçik bir səccadə üzərində namaz qılardı”.”

Məymunə
Buxari, 381 (Namaz, 33)Səhih

حَدَّثَنَا إِسْمَاعِيلُ قَالَ حَدَّثَنِى مَالِكٌ عَنْ أَبِى النَّضْرِ مَوْلَى عُمَرَ بْنِ عُبَيْدِ اللَّهِ عَنْ أَبِى سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ عَنْ عَائِشَةَ زَوْجِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهَا قَالَتْ كُنْتُ أَنَامُ بَيْنَ يَدَىْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَرِجْلاَىَ فِى قِبْلَتِهِ ، فَإِذَا سَجَدَ غَمَزَنِى ، فَقَبَضْتُ رِجْلَىَّ ، فَإِذَا قَامَ بَسَطْتُهُمَا . قَالَتْ وَالْبُيُوتُ يَوْمَئِذٍ لَيْسَ فِيهَا مَصَابِيحُ .

“Peyğəmbərin ﷺ zövcəsi Aişə ﵂ demişdir: “Mən Allah Elçisinin ﷺ qarşısında ayaqlarımı onun qibləsinə tərəf uzadıb yatardım. O, səcdəyə getdikdə əlini mənə toxundurar və mən ayaqlarımı yığardım, səcdədən qalxdıqda isə onları uzadardım”. Aişə dedi: “O vaxtlar evlərdə lampa yox idi”.”

Aişə
Buxari, 382 (Namaz, 34)Səhih

حَدَّثَنَا يَحْيَى بْنُ بُكَيْرٍ قَالَ حَدَّثَنَا اللَّيْثُ عَنْ عُقَيْلٍ عَنِ ابْنِ شِهَابٍ قَالَ أَخْبَرَنِى عُرْوَةُ أَنَّ عَائِشَةَ أَخْبَرَتْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُصَلِّى وَهْىَ بَيْنَهُ وَبَيْنَ الْقِبْلَةِ عَلَى فِرَاشِ أَهْلِهِ ، اعْتِرَاضَ الْجَنَازَةِ .

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ namaz qılarkən o, yatağında onunla qiblə arasında ölü kimi uzanardı.”

Aişə
Buxari, 383 (Namaz, 35)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ حَدَّثَنَا اللَّيْثُ عَنْ يَزِيدَ عَنْ عِرَاكٍ عَنْ عُرْوَةَ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُصَلِّى وَعَائِشَةُ مُعْتَرِضَةٌ بَيْنَهُ وَبَيْنَ الْقِبْلَةِ عَلَى الْفِرَاشِ الَّذِى يَنَامَانِ عَلَيْهِ .

“Urva ﵀ rəvayət edir ki, Peyğəmbər ﷺ namaz qılarkən Aişə onların yatdığı döşəkdə qiblə ilə onun arasında eninə yatardı.”

Urva
Buxari, 384 (Namaz, 36)Səhih

حَدَّثَنَا أَبُو الْوَلِيدِ هِشَامُ بْنُ عَبْدِ الْمَلِكِ قَالَ حَدَّثَنَا بِشْرُ بْنُ الْمُفَضَّلِ قَالَ حَدَّثَنِى غَالِبٌ الْقَطَّانُ عَنْ بَكْرِ بْنِ عَبْدِ اللَّهِ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ كُنَّا نُصَلِّى مَعَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَيَضَعُ أَحَدُنَا طَرَفَ الثَّوْبِ مِنْ شِدَّةِ الْحَرِّ فِى مَكَانِ السُّجُودِ .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Biz Peyğəmbərlə ﷺ birlikdə namaz qılarkən bizdən bəzisi möhkəm isti olduğundan paltarının ətəyini səcdə etdiyi yerə sərərdi”.”

Ənəs ibn Malik
Buxari, 385 (Namaz, 37)Səhih

حَدَّثَنَا آدَمُ بْنُ أَبِى إِيَاسٍ قَالَ حَدَّثَنَا شُعْبَةُ قَالَ أَخْبَرَنَا أَبُو مَسْلَمَةَ سَعِيدُ بْنُ يَزِيدَ الأَزْدِىُّ قَالَ سَأَلْتُ أَنَسَ بْنَ مَالِكٍ أَكَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى فِى نَعْلَيْهِ قَالَ نَعَمْ .

“Rəvayət edilir ki, Əbu Məsləmə Səid ibn Yəzid əl-Əzdi ﵀ demişdir: “Mən Ənəs ibn Malikdən soruşdum: “Peyğəmbər ﷺ səndəldə namaz qılardımı?” O: “Bəli”– deyə cavab verdi”.”

Əbu Məsləmə Səid ibn Yəzid əl-Əzdi
Buxari, 386 (Namaz, 38)Səhih

حَدَّثَنَا آدَمُ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنِ الأَعْمَشِ قَالَ سَمِعْتُ إِبْرَاهِيمَ يُحَدِّثُ عَنْ هَمَّامِ بْنِ الْحَارِثِ قَالَ رَأَيْتُ جَرِيرَ بْنَ عَبْدِ اللَّهِ بَالَ ثُمَّ تَوَضَّأَ ، وَمَسَحَ عَلَى خُفَّيْهِ ، ثُمَّ قَامَ فَصَلَّى ، فَسُئِلَ فَقَالَ رَأَيْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ صَنَعَ مِثْلَ هَذَا . قَالَ إِبْرَاهِيمُ فَكَانَ يُعْجِبُهُمْ ، لأَنَّ جَرِيرًا كَانَ مِنْ آخِرِ مَنْ أَسْلَمَ .

“Rəvayət edilir ki, Həmma ibn əl-Haris ﵀ demişdir: “Bir dəfə mən Cərir ibn Abdullahın təbii ehtiyacını ödədikdən sonra dəstəmaz aldığını, xuflarının üzərinə məsh çəkdiyini, sonra da qalxıb namaz qıldığını gördüm. Bu haqda ondan soruşduqda dedi: “Mən Peyğəmbərin ﷺ bu cür etdiyini görmüşəm”. Ravi İbrahim deyir: “Bu (hədis səhabələrin) xoşuna gəlirdi, çünki Cərir İslamı gec qəbul edənlərdən idi”.”

Həmmam ibn əl-Haris
Buxari, 387 (Namaz, 39)Səhih

حَدَّثَنَا إِسْحَاقُ بْنُ نَصْرٍ قَالَ حَدَّثَنَا أَبُو أُسَامَةَ عَنِ الأَعْمَشِ عَنْ مُسْلِمٍ عَنْ مَسْرُوقٍ عَنِ الْمُغِيرَةِ بْنِ شُعْبَةَ قَالَ وَضَّأْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَمَسَحَ عَلَى خُفَّيْهِ وَصَلَّى .

“Rəvayət edilir ki, Muğira ibn Şubə ﵁ demişdir: “Mən Peyğəmbərə ﷺ dəstəmaz almağa kömək etdim. O xuflarının üzərinə məsh çəkdi və namaz qıldı”.”

Muğira ibn Şubə
Buxari, 388 (Namaz, 40)Səhih

أَخْبَرَنَا الصَّلْتُ بْنُ مُحَمَّدٍ أَخْبَرَنَا مَهْدِىٌّ عَنْ وَاصِلٍ عَنْ أَبِى وَائِلٍ عَنْ حُذَيْفَةَ رَأَى رَجُلاً لاَ يُتِمُّ رُكُوعَهُ وَلاَ سُجُودَهُ ، فَلَمَّا قَضَى صَلاَتَهُ قَالَ لَهُ حُذَيْفَةُ مَا صَلَّيْتَ - قَالَ وَأَحْسِبُهُ قَالَ - لَوْ مُتَّ مُتَّ عَلَى غَيْرِ سُنَّةِ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ .

“Əbu Vail ﵀ rəvayət edir ki, Huzeyfə ﵁ rukusunu və səcdəsini tam etməyən bir adam gördü. O adam namazını bitirdikdən sonra Huzeyfə ona dedi: “Sən namaz qılmadın”. Əbu Vail deyir: “Zənn edirəm ki, Huzeyfə həmin adama dedi: “Ölsən, Muhəmmədin sünnəsindən başqa şey üzərində ölmüş olarsan”.”

Əbu Vail
Buxari, 389 (Namaz, 41)Səhih

أَخْبَرَنَا يَحْيَى بْنُ بُكَيْرٍ حَدَّثَنَا بَكْرُ بْنُ مُضَرَ عَنْ جَعْفَرٍ عَنِ ابْنِ هُرْمُزَ عَنْ عَبْدِ اللَّهِ بْنِ مَالِكٍ ابْنِ بُحَيْنَةَ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا صَلَّى فَرَّجَ بَيْنَ يَدَيْهِ حَتَّى يَبْدُوَ بَيَاضُ إِبْطَيْهِ . وَقَالَ اللَّيْثُ حَدَّثَنِى جَعْفَرُ بْنُ رَبِيعَةَ نَحْوَهُ .

“Abdullah ibn Malik ibn Buheynə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ namaz qıldığı vaxt əllərini bir-birindən o qədər aralı qoyardı ki, qoltuğunun ağlığı görünərdi.”

Abdullah ibn Malik ibn Buheynə
Buxari, 390 (Namaz, 42)Səhih

حَدَّثَنَا عَمْرُو بْنُ عَبَّاسٍ قَالَ حَدَّثَنَا ابْنُ الْمَهْدِىِّ قَالَ حَدَّثَنَا مَنْصُورُ بْنُ سَعْدٍ عَنْ مَيْمُونِ بْنِ سِيَاهٍ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « مَنْ صَلَّى صَلاَتَنَا ، وَاسْتَقْبَلَ قِبْلَتَنَا ، وَأَكَلَ ذَبِيحَتَنَا ، فَذَلِكَ الْمُسْلِمُ الَّذِى لَهُ ذِمَّةُ اللَّهِ وَذِمَّةُ رَسُولِهِ ، فَلاَ تُخْفِرُوا اللَّهَ فِى ذِمَّتِهِ » .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim bizim qıldığımız namazı qılır, üzünü qibləmizə çevirir və kəsdiyimiz qurbandan yeyirsə, o, Allahın və Onun elçisinin ﷺ mühafizəsi altında olan müsəlmandır. Belə kəslərin haqqına girməklə Allaha xəyanət etməyin”.”

Ənəs ibn Malik
Buxari, 391 (Namaz, 43)Səhih

حَدَّثَنَا نُعَيْمٌ قَالَ حَدَّثَنَا ابْنُ الْمُبَارَكِ عَنْ حُمَيْدٍ الطَّوِيلِ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « أُمِرْتُ أَنْ أُقَاتِلَ النَّاسَ حَتَّى يَقُولُوا لاَ إِلَهَ إِلاَّ اللَّهُ . فَإِذَا قَالُوهَا وَصَلَّوْا صَلاَتَنَا ، وَاسْتَقْبَلُوا قِبْلَتَنَا ، وَذَبَحُوا ذَبِيحَتَنَا ، فَقَدْ حَرُمَتْ عَلَيْنَا دِمَاؤُهُمْ وَأَمْوَالُهُمْ إِلاَّ بِحَقِّهَا ، وَحِسَابُهُمْ عَلَى اللَّهِ » .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Mən insanlarla “lə iləhə illəllah” (Allahdan başqa ibadətə layiq məbud yoxdur”) deyənə qədər döyüşməklə əmr olundum. Əgər bunu söyləsələr, namazımız kimi namaz qılsalar, qibləmizə yönəlsələr, heyvanları bizim kəsdiyimiz kimi kəssələr, haqq məsələsi istisna olmaqla onların qanları və malları bizə haram olar. Haqq-hesabları isə Allaha aiddir”.”

Ənəs ibn Malik
Buxari, 392 (Namaz, 44)Səhih

قَالَ ابْنُ أَبِى مَرْيَمَ أَخْبَرَنَا يَحْيَى حَدَّثَنَا حُمَيْدٌ حَدَّثَنَا أَنَسٌ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ . وَقَالَ عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ حَدَّثَنَا خَالِدُ بْنُ الْحَارِثِ قَالَ حَدَّثَنَا حُمَيْدٌ قَالَ سَأَلَ مَيْمُونُ بْنُ سِيَاهٍ أَنَسَ بْنَ مَالِكٍ قَالَ يَا أَبَا حَمْزَةَ ، مَا يُحَرِّمُ دَمَ الْعَبْدِ وَمَالَهُ فَقَالَ مَنْ شَهِدَ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَاسْتَقْبَلَ قِبْلَتَنَا ، وَصَلَّى صَلاَتَنَا ، وَأَكَلَ ذَبِيحَتَنَا ، فَهُوَ الْمُسْلِمُ ، لَهُ مَا لِلْمُسْلِمِ ، وَعَلَيْهِ مَا عَلَى الْمُسْلِمِ .

“Rəvayət edilir ki, Humeyd ﵀ demişdir: “Məymun ibn Siyəh Ənəs ibn Malikdən soruşdu: “Ey Əbu Həmzə! Bəndənin qanı və malı nə ilə haram olur?” Ənəs dedi: “Kim “lə iləhə illəllah” şəhadətini edərsə, qibləmizə yönələrsə, bizim namazımızı qılarsa, kəsdiyimiz heyvanın ətindən yeyərsə, o, müsəlmandır. Müsəlmanın lehinə olan, onun lehinə, əleyhinə olan onun əleyhinə olar”.”

Humeyd
Buxari, 393 (Namaz, 45)Səhih

حَدَّثَنَا عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنَا سُفْيَانُ قَالَ حَدَّثَنَا الزُّهْرِىُّ عَنْ عَطَاءِ بْنِ يَزِيدَ عَنْ أَبِى أَيُّوبَ الأَنْصَارِىِّ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا أَتَيْتُمُ الْغَائِطَ فَلاَ تَسْتَقْبِلُوا الْقِبْلَةَ وَلاَ تَسْتَدْبِرُوهَا ، وَلَكِنْ شَرِّقُوا أَوْ غَرِّبُوا » . قَالَ أَبُو أَيُّوبَ فَقَدِمْنَا الشَّأْمَ فَوَجَدْنَا مَرَاحِيضَ بُنِيَتْ قِبَلَ الْقِبْلَةِ ، فَنَنْحَرِفُ وَنَسْتَغْفِرُ اللَّهَ تَعَالَى . وَعَنِ الزُّهْرِىِّ عَنْ عَطَاءٍ قَالَ سَمِعْتُ أَبَا أَيُّوبَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مِثْلَهُ .

“Rəvayət edilir ki, Əbu Əyyub əl-Ənsari ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Ayaqyoluna getdikdə üzünüzü və ya arxanızı qibləyə doğru çevirməyin. Üzünüzü şərqə və ya qərbə tərəf çevirin”. Əbu Əyyub deyir: “Biz Şama gəldikdə ayaqyoluların qibləyə doğru tikildiyini gördük. Ona görə də ayaqyolunda yan tərəfə əyilər və Uca Allahdan bağışlanma diləyərdik”.”

Əbu Əyyub əl-Ənsari
Buxari, 394 (Namaz, 46)Səhih

حَدَّثَنَا الْحُمَيْدِىُّ قَالَ حَدَّثَنَا سُفْيَانُ قَالَ حَدَّثَنَا عَمْرُو بْنُ دِينَارٍ قَالَ سَأَلْنَا ابْنَ عُمَرَ عَنْ رَجُلٍ طَافَ بِالْبَيْتِ الْعُمْرَةَ ، وَلَمْ يَطُفْ بَيْنَ الصَّفَا وَالْمَرْوَةِ ، أَيَأْتِى امْرَأَتَهُ فَقَالَ قَدِمَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَطَافَ بِالْبَيْتِ سَبْعًا ، وَصَلَّى خَلْفَ الْمَقَامِ رَكْعَتَيْنِ ، وَطَافَ بَيْنَ الصَّفَا وَالْمَرْوَةِ ، وَقَدْ كَانَ لَكُمْ فِى رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ .

“Rəvayət edilir ki, Amr ibn Dinar ﵀ demişdir: “Biz İbn Ömərdən ﵄ soruşduq ki, Ümrə ziyarətində Kəbəni təvaf edib, lakin Səfa və Mərva arasında səy etməyən adam zövcəsi ilə yaxınlıq edə bilərmi?” O dedi: “Peyğəmbər ﷺ Məkkəyə gəldikdə Kəbəni yeddi dəfə təvaf etdi, İbrahimin dayandığı yerin arxasında iki rükət namaz qıldı və Səfa ilə Mərvə arasında səy etdi. Həqiqətən, Allah Elçisi ﷺ sizin üçün gözəl örnəkdir”.”

Amr ibn Dinar
Buxari, 395 (Namaz, 47)Səhih

وَسَأَلْنَا جَابِرَ بْنَ عَبْدِ اللَّهِ فَقَالَ لاَ يَقْرَبَنَّهَا حَتَّى يَطُوفَ بَيْنَ الصَّفَا وَالْمَرْوَةِ .

“Biz bu məsələni Cabir ibn Abdullahdan ﵄ soruşduqda o dedi: “Səfa və Mərva arasında səy etmədən qadına yaxınlaşmayın”.”

Cabir ibn Abdullah
Buxari, 396 (Namaz, 48)Səhih

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَحْيَى عَنْ سَيْفٍ قَالَ سَمِعْتُ مُجَاهِدًا قَالَ أُتِىَ ابْنُ عُمَرَ فَقِيلَ لَهُ هَذَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ دَخَلَ الْكَعْبَةَ . فَقَالَ ابْنُ عُمَرَ فَأَقْبَلْتُ وَالنَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَدْ خَرَجَ ، وَأَجِدُ بِلاَلاً قَائِمًا بَيْنَ الْبَابَيْنِ ، فَسَأَلْتُ بِلاَلاً فَقُلْتُ أَصَلَّى النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى الْكَعْبَةِ قَالَ نَعَمْ رَكْعَتَيْنِ بَيْنَ السَّارِيَتَيْنِ اللَّتَيْنِ عَلَى يَسَارِهِ إِذَا دَخَلْتَ ، ثُمَّ خَرَجَ فَصَلَّى فِى وَجْهِ الْكَعْبَةِ رَكْعَتَيْنِ .

“Rəvayət edilir ki, Mucahid ﵀ demişdir: “Bir dəfə İbn Ömərin yanına gəlib belə deyildi: “Bu, Allahın Elçisidir ﷺ. O, Kəbəyə daxil oldu”. İbn Ömər dedi: “Peyğəmbər ﷺ bayıra çıxdıqda mən ora gəldim və Bilalın Kəbə qapılarının arasında ayaq üstə durduğunu gördüm. Mən Bilaldan soruşdum: “Peyğəmbər ﷺ Kəbədə namaz qıldımı?” O dedi: “Bəli, Kəbəyə daxil olanın sol tərəfinə düşən iki dirək arasında iki rükət namaz qıldı, sonra bayıra çıxdı və Kəbənin qarşısında (İbrahim məqamında) iki rükət namaz qıldı”.”

Mucahid
Buxari, 397 (Namaz, 49)Səhih

حَدَّثَنَا إِسْحَاقُ بْنُ نَصْرٍ قَالَ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ أَخْبَرَنَا ابْنُ جُرَيْجٍ عَنْ عَطَاءٍ قَالَ سَمِعْتُ ابْنَ عَبَّاسٍ قَالَ لَمَّا دَخَلَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الْبَيْتَ دَعَا فِى نَوَاحِيهِ كُلِّهَا ، وَلَمْ يُصَلِّ حَتَّى خَرَجَ مِنْهُ ، فَلَمَّا خَرَجَ رَكَعَ رَكْعَتَيْنِ فِى قُبُلِ الْكَعْبَةِ وَقَالَ « هَذِهِ الْقِبْلَةُ » .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ Kəbəyə daxil olduqda onun hər tərəfində dua etdi və oradan çıxanadək namaz qılmadı. Oradan çıxanda üzünü Kəbəyə çevirib iki rükət namaz qıldı və: “Qiblə budur”– dedi”.”

İbn Abbas
Buxari, 398 (Namaz, 50)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ رَجَاءٍ قَالَ حَدَّثَنَا إِسْرَائِيلُ عَنْ أَبِى إِسْحَاقَ عَنِ الْبَرَاءِ بْنِ عَازِبٍ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى نَحْوَ بَيْتِ الْمَقْدِسِ سِتَّةَ عَشَرَ أَوْ سَبْعَةَ عَشَرَ شَهْرًا ، وَكَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُحِبُّ أَنْ يُوَجَّهَ إِلَى الْكَعْبَةِ ، فَأَنْزَلَ اللَّهُ { قَدْ نَرَى تَقَلُّبَ وَجْهِكَ فِى السَّمَاءِ } فَتَوَجَّهَ نَحْوَ الْكَعْبَةِ ، وَقَالَ السُّفَهَاءُ مِنَ النَّاسِ - وَهُمُ الْيَهُودُ - مَا وَلاَّهُمْ عَنْ قِبْلَتِهِمُ الَّتِى كَانُوا عَلَيْهَا { قُلْ لِلَّهِ الْمَشْرِقُ وَالْمَغْرِبُ يَهْدِى مَنْ يَشَاءُ إِلَى صِرَاطٍ مُسْتَقِيمٍ } فَصَلَّى مَعَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ رَجُلٌ ثُمَّ خَرَجَ بَعْدَ مَا صَلَّى ، فَمَرَّ عَلَى قَوْمٍ مِنَ الأَنْصَارِ فِى صَلاَةِ الْعَصْرِ نَحْوَ بَيْتِ الْمَقْدِسِ فَقَالَ هُوَ يَشْهَدُ أَنَّهُ صَلَّى مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، وَأَنَّهُ تَوَجَّهَ نَحْوَ الْكَعْبَةِ . فَتَحَرَّفَ الْقَوْمُ حَتَّى تَوَجَّهُوا نَحْوَ الْكَعْبَةِ .

“Rəvayət edilir ki, əl-Bəra ibn Azib ﵁ demişdir: “Allah Elçisi ﷺ on altı və ya on yeddi ay Beytul-Məqdisə (Qüdsə) doğru namaz qıldı. Allah Elçisi ﷺ çox istəyirdi ki, qiblə Kəbəyə tərəf olsun və Allah bu haqda ayə nazil etdi: “Biz sənin üzünün göyə tərəf çevrildiyini gördük...” (əl-Bəqərə, 144) Bundan sonra Peyğəmbər ﷺ Kəbəyə tərəf üz tutdu. Səfeh adamlar – yəhudilər dedilər: “Onları üz tutduqları qiblədən döndərən nə oldu?” De: “Məşriq də, məğrib də Allahındır. O, istədiyi kəsi doğru yola yönəldir!” (əl-Bəqərə, 142). Peyğəmbərlə ﷺ birlikdə bir nəfər namaz qıldı və namazdan sonra məsciddən çıxdı və Beytul-Məqdisə tərəf üz tutub Əsr namazını qılan ənsardan olan bir toplumun yanından keçərkən dedi: “Şahidlik edirəm ki, mən Allahın Elçisi ﷺ ilə birlikdə namaz qıldım və o, üzünü Kəbəyə tərəf tutmuşdu. Onlar bunu eşidən kimi Kəbəyə tərəf çevrildilər”.”

əl-Bəra ibn Azib
Buxari, 399 (Namaz, 51)Səhih

حَدَّثَنَا مُسْلِمٌ قَالَ حَدَّثَنَا هِشَامٌ قَالَ حَدَّثَنَا يَحْيَى بْنُ أَبِى كَثِيرٍ عَنْ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ عَنْ جَابِرٍ قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى عَلَى رَاحِلَتِهِ حَيْثُ تَوَجَّهَتْ ، فَإِذَا أَرَادَ الْفَرِيضَةَ نَزَلَ فَاسْتَقْبَلَ الْقِبْلَةَ .

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ minik üzərində, getdiyi istiqamətə tərəf üz tutaraq namaz qılardı. Fərz namazını qılmaq istədikdə isə yerə düşər və qibləyə tərəf yönələrdi”.”

Cabir
Buxari, 400 (Namaz, 52)Səhih

حَدَّثَنَا عُثْمَانُ قَالَ حَدَّثَنَا جَرِيرٌ عَنْ مَنْصُورٍ عَنْ إِبْرَاهِيمَ عَنْ عَلْقَمَةَ قَالَ قَالَ عَبْدُ اللَّهِ صَلَّى النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ - قَالَ إِبْرَاهِيمُ لاَ أَدْرِى زَادَ أَوْ نَقَصَ - فَلَمَّا سَلَّمَ قِيلَ لَهُ يَا رَسُولَ اللَّهِ ، أَحَدَثَ فِى الصَّلاَةِ شَىْءٌ قَالَ « وَمَا ذَاكَ » . قَالُوا صَلَّيْتَ كَذَا وَكَذَا . فَثَنَى رِجْلَيْهِ وَاسْتَقْبَلَ الْقِبْلَةَ ، وَسَجَدَ سَجْدَتَيْنِ ثُمَّ سَلَّمَ ، فَلَمَّا أَقْبَلَ عَلَيْنَا بِوَجْهِهِ قَالَ « إِنَّهُ لَوْ حَدَثَ فِى الصَّلاَةِ شَىْءٌ لَنَبَّأْتُكُمْ بِهِ ، وَلَكِنْ إِنَّمَا أَنَا بَشَرٌ مِثْلُكُمْ ، أَنْسَى كَمَا تَنْسَوْنَ ، فَإِذَا نَسِيتُ فَذَكِّرُونِى ، وَإِذَا شَكَّ أَحَدُكُمْ فِى صَلاَتِهِ فَلْيَتَحَرَّى الصَّوَابَ ، فَلْيُتِمَّ عَلَيْهِ ثُمَّ يُسَلِّمْ ، ثُمَّ يَسْجُدْ سَجْدَتَيْنِ » .

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Bir dəfə Peyğəmbər ﷺ namaz qılıb salamları verdikdən sonra ondan soruşdular: “Ey Allahın Elçisi, namazda nə isə bir dəyişiklik olub?” O dedi: “Nə baş verib ki?” Səhabələr dedilər: “Sən namazı filan və filan cür qıldın”. Onda o, dizlərini yerə qoyub qibləyə yönəldi və iki dəfə səcdə etdikdən sonra yenidən salam verdi. Üzünü bizə tərəf çevirdikdə isə buyurdu: “Əgər namazda bir şey baş versəydi, bu haqda mən sizə mütləq xəbər verərdim. Lakin mən də sizin kimi bir adamam, sizin kimi mən də unuduram. Odur ki, unutsam, yadıma salın və əgər sizdən birinizdə qıldığı namazına dair şübhə oyanarsa, qoy daha düz olana meyil edərək namazını tamamlasın və salamları versin, sonra da iki dəfə (əlavə) səcdə etsin”.”

Abdullah
Buxari, 401 (Namaz, 53)Səhih

حَدَّثَنَا عَمْرُو بْنُ عَوْنٍ قَالَ حَدَّثَنَا هُشَيْمٌ عَنْ حُمَيْدٍ عَنْ أَنَسٍ قَالَ قَالَ عُمَرُ وَافَقْتُ رَبِّى فِى ثَلاَثٍ ، فَقُلْتُ يَا رَسُولَ اللَّهِ لَوِ اتَّخَذْنَا مِنْ مَقَامِ إِبْرَاهِيمَ مُصَلًّى فَنَزَلَتْ ( وَاتَّخِذُوا مِنْ مَقَامِ إِبْرَاهِيمَ مُصَلًّى ) وَآيَةُ الْحِجَابِ قُلْتُ يَا رَسُولَ اللَّهِ ، لَوْ أَمَرْتَ نِسَاءَكَ أَنْ يَحْتَجِبْنَ ، فَإِنَّهُ يُكَلِّمُهُنَّ الْبَرُّ وَالْفَاجِرُ . فَنَزَلَتْ آيَةُ الْحِجَابِ ، وَاجْتَمَعَ نِسَاءُ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى الْغَيْرَةِ عَلَيْهِ فَقُلْتُ لَهُنَّ عَسَى رَبُّهُ إِنْ طَلَّقَكُنَّ أَنْ يُبَدِّلَهُ أَزْوَاجًا خَيْرًا مِنْكُنَّ . فَنَزَلَتْ هَذِهِ الآيَةُ .

“Rəvayət edilir ki, Ömər ﵁ demişdir: “Mən üç ayədə Rəbbimə müvafiq oldum. Mən: “Ey Allahın Elçisi, bəlkə İbrahimin durduğu yeri namazgah edək?”– dedim, “İbrahimin dayandığı yeri namazgah edin!” (əl-Bəqərə, 125) ayəsi nazil oldu. Həmçinin hicab ayəsi (əl-Əhzab, 59) də. Mən: “Ey Allahın Elçisi, bəlkə qadınlarına hicab geyinməyi əmr edəsən? Axı onlarla həm möminlər, həm də yaramaz insanlar danışırlar”– dedim, hicab ayəsi nazil oldu. (Üçüncüsü isə bir dəfə) Peyğəmbərin ﷺ zövcələri toplaşıb ona qarşı qısqanclıq göstərməyə başladıqda mən onlara: “Əgər o sizi boşasa, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr verə bilər”– dedim, bu ayə (ət-Təhrim, 5) nazil oldu”.”

Ömər
Buxari, 402 (Namaz, 54)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكُ بْنُ أَنَسٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ دِينَارٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ قَالَ بَيْنَا النَّاسُ بِقُبَاءٍ فِى صَلاَةِ الصُّبْحِ إِذْ جَاءَهُمْ آتٍ فَقَالَ إِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَدْ أُنْزِلَ عَلَيْهِ اللَّيْلَةَ قُرْآنٌ ، وَقَدْ أُمِرَ أَنْ يَسْتَقْبِلَ الْكَعْبَةَ فَاسْتَقْبِلُوهَا ، وَكَانَتْ وُجُوهُهُمْ إِلَى الشَّأْمِ ، فَاسْتَدَارُوا إِلَى الْكَعْبَةِ .

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “İnsanlar Quba' məscidində Sübh namazını qıldıqda bir nəfər onların yanına gəlib dedi: “Həqiqətən, Allah Elçisinə ﷺ bu gecə Quran nazil edilmiş və ona Kəbəyə yönəlmək əmr edilmişdir. Ona görə siz də oraya yönəlin.”. Onlar üzü Şama tərəf olduqları halda Kəbəyə doğru yönəldilər”.”

Abdullah ibn Ömər
Buxari, 403 (Namaz, 55)Səhih

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَحْيَى عَنْ شُعْبَةَ عَنِ الْحَكَمِ عَنْ إِبْرَاهِيمَ عَنْ عَلْقَمَةَ عَنْ عَبْدِ اللَّهِ قَالَ صَلَّى النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الظُّهْرَ خَمْسًا فَقَالُوا أَزِيدَ فِى الصَّلاَةِ قَالَ « وَمَا ذَاكَ » . قَالُوا صَلَّيْتَ خَمْسًا . فَثَنَى رِجْلَيْهِ وَسَجَدَ سَجْدَتَيْنِ .

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Peyğəmbər ﷺ Zöhr namazını beş rükət qıldı. Səhabələr ona dedilər: “Namaza əlavə olunubmu?” Peyğəmbər ﷺ dedi: “Nə baş verib ki?” Onlar dedilər: “Sən beş rükət qıldın”. Onda Peyğəmbər ﷺ dizlərini qatlayıb iki dəfə səcdə etdi”.”

Abdullah
Buxari, 404 (Namaz, 56)Səhih

حَدَّثَنَا قُتَيْبَةُ قَالَ حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ جَعْفَرٍ عَنْ حُمَيْدٍ عَنْ أَنَسٍ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ رَأَى نُخَامَةً فِى الْقِبْلَةِ ، فَشَقَّ ذَلِكَ عَلَيْهِ حَتَّى رُئِىَ فِى وَجْهِهِ ، فَقَامَ فَحَكَّهُ بِيَدِهِ فَقَالَ « إِنَّ أَحَدَكُمْ إِذَا قَامَ فِى صَلاَتِهِ ، فَإِنَّهُ يُنَاجِى رَبَّهُ - أَوْ إِنَّ رَبَّهُ بَيْنَهُ وَبَيْنَ الْقِبْلَةِ - فَلاَ يَبْزُقَنَّ أَحَدُكُمْ قِبَلَ قِبْلَتِهِ ، وَلَكِنْ عَنْ يَسَارِهِ ، أَوْ تَحْتَ قَدَمَيْهِ » . ثُمَّ أَخَذَ طَرَفَ رِدَائِهِ فَبَصَقَ فِيهِ ، ثُمَّ رَدَّ بَعْضَهُ عَلَى بَعْضٍ ، فَقَالَ « أَوْ يَفْعَلْ هَكَذَا » .

“Ənəs ﵁ rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ məscidin qiblə tərəfində tüpürcək gördü və bu hal ona o qədər ağır gəldi ki, üzüldüyü onun üzündən görünürdü. O, ayağa qalxıb onu əli ilə sildi və buyurdu: “Sizdən biriniz namaz qılmağa başladıqda öz Rəbbi ilə gizli söhbətə girir, yaxud Rəbbi onunla qiblə arasındadır. Odur ki, sizdən heç kim qiblə tərəfə tüpürməsin, (tüpürmək istəsə) qoy sol tərəfə və ya ayağının altına tüpürsün”. Sonra o öz izarının bir ucunu tutaraq ona tüpürdü və tüpürcəyini izarının digər tərəfi ilə örtüb: “Və ya belə etsin” dedi.”

Ənəs
Buxari, 405 (Namaz, 57)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ نَافِعٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ رَأَى بُصَاقًا فِى جِدَارِ الْقِبْلَةِ فَحَكَّهُ ، ثُمَّ أَقْبَلَ عَلَى النَّاسِ فَقَالَ « إِذَا كَانَ أَحَدُكُمْ يُصَلِّى ، فَلاَ يَبْصُقْ قِبَلَ وَجْهِهِ ، فَإِنَّ اللَّهَ قِبَلَ وَجْهِهِ إِذَا صَلَّى » .

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ məscidin qiblə tərəfində olan divarda tüpürcək gördü və onu sildi. Sonra insanlara doğru dönüb buyurdu: “Biriniz namaz qıldıqda qarşısına tüpürməsin, çünki Allah namaz qılanın üzü tərəfdədir”.”

Abdullah ibn Ömər
Buxari, 406 (Namaz, 58)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ أُمِّ الْمُؤْمِنِينَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ رَأَى فِى جِدَارِ الْقِبْلَةِ مُخَاطًا أَوْ بُصَاقًا أَوْ نُخَامَةً فَحَكَّهُ .

“Möminlərin anası Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ məscidin qiblə tərəfindəki divarında tüpürcək və ya bəlğəm gördü və onu sildi.”

Aişə
Buxari, 407 (Namaz, 59)Səhih

حَدَّثَنَا مُوسَى بْنُ إِسْمَاعِيلَ قَالَ أَخْبَرَنَا إِبْرَاهِيمُ بْنُ سَعْدٍ أَخْبَرَنَا ابْنُ شِهَابٍ عَنْ حُمَيْدِ بْنِ عَبْدِ الرَّحْمَنِ أَنَّ أَبَا هُرَيْرَةَ وَأَبَا سَعِيدٍ حَدَّثَاهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ رَأَى نُخَامَةً فِى جِدَارِ الْمَسْجِدِ ، فَتَنَاوَلَ حَصَاةً فَحَكَّهَا فَقَالَ « إِذَا تَنَخَّمَ أَحَدُكُمْ فَلاَ يَتَنَخَّمَنَّ قِبَلَ وَجْهِهِ وَلاَ عَنْ يَمِينِهِ ، وَلْيَبْصُقْ عَنْ يَسَارِهِ أَوْ تَحْتَ قَدَمِهِ الْيُسْرَى » .

“Əbu Hureyra və Əbu Səid ﵄ rəvayət edirlər ki, bir dəfə Allah Elçisi ﷺ məscidin divarında bəlğəm görüb xırda daşlar götürərək onu qazıdı və dedi: “Sizdən biri tüpürmək istədikdə heç vaxt özündən qabağa və ya sağ tərəfə tüpürməsin. Ancaq sol tərəfə və ya sol ayağının altına tüpürsün”.”

Əbu Hureyra və Əbu Səid
Buxari, 408-409 (Namaz, 60)Səhih

حَدَّثَنَا يَحْيَى بْنُ بُكَيْرٍ قَالَ حَدَّثَنَا اللَّيْثُ عَنْ عُقَيْلٍ عَنِ ابْنِ شِهَابٍ عَنْ حُمَيْدِ بْنِ عَبْدِ الرَّحْمَنِ أَنَّ أَبَا هُرَيْرَةَ وَأَبَا سَعِيدٍ أَخْبَرَاهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ رَأَى نُخَامَةً فِى حَائِطِ الْمَسْجِدِ ، فَتَنَاوَلَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ حَصَاةً فَحَتَّهَا ثُمَّ قَالَ « إِذَا تَنَخَّمَ أَحَدُكُمْ فَلاَ يَتَنَخَّمْ قِبَلَ وَجْهِهِ وَلاَ عَنْ يَمِينِهِ ، وَلْيَبْصُقْ عَنْ يَسَارِهِ ، أَوْ تَحْتَ قَدَمِهِ الْيُسْرَى » .

“Əbu Hureyra və Əbu Səid ﵄ rəvayət edirlər ki, bir dəfə Allah Elçisi ﷺ məscidin divarında bəlğəm gördü və xırda daşlar götürüb onu qazıdı, sonra buyurdu: “Sizdən biri tüpürmək istədikdə heç vaxt özündən qabağa və ya sağ tərəfə tüpürməsin, ancaq sol tərəfə və ya sol ayağının altına tüpürsün”.”

Əbu Hureyra və Əbu Səid
Buxari, 410-411 (Namaz, 62)Səhih

حَدَّثَنَا حَفْصُ بْنُ عُمَرَ قَالَ حَدَّثَنَا شُعْبَةُ قَالَ أَخْبَرَنِى قَتَادَةُ قَالَ سَمِعْتُ أَنَسًا قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ يَتْفِلَنَّ أَحَدُكُمْ بَيْنَ يَدَيْهِ وَلاَ عَنْ يَمِينِهِ ، وَلَكِنْ عَنْ يَسَارِهِ أَوْ تَحْتَ رِجْلِهِ » .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Heç biriniz qarşısına və ya sağına tüpürməsin. Soluna və ayağının altına tüpürsün”.”

Ənəs
Buxari, 412 (Namaz, 64)Səhih

حَدَّثَنَا آدَمُ قَالَ حَدَّثَنَا شُعْبَةُ قَالَ حَدَّثَنَا قَتَادَةُ قَالَ سَمِعْتُ أَنَسَ بْنَ مَالِكٍ قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « إِنَّ الْمُؤْمِنَ إِذَا كَانَ فِى الصَّلاَةِ فَإِنَّمَا يُنَاجِى رَبَّهُ ، فَلاَ يَبْزُقَنَّ بَيْنَ يَدَيْهِ وَلاَ عَنْ يَمِينِهِ ، وَلَكِنْ عَنْ يَسَارِهِ أَوْ تَحْتَ قَدَمِهِ » .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Həqiqətən, mömin namaz qıldıqda öz Rəbbi ilə gizli söhbətə girir. Odur ki, heç kim önünə və qiblə tərəfə tüpürməsin, (tüpürmək istəsə) qoy sol tərəfə və ya ayağının altına tüpürsün”.”

Ənəs ibn Malik
Buxari, 413 (Namaz, 65)Səhih

حَدَّثَنَا عَلِىٌّ قَالَ حَدَّثَنَا سُفْيَانُ حَدَّثَنَا الزُّهْرِىُّ عَنْ حُمَيْدِ بْنِ عَبْدِ الرَّحْمَنِ عَنْ أَبِى سَعِيدٍ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَبْصَرَ نُخَامَةً فِى قِبْلَةِ الْمَسْجِدِ فَحَكَّهَا بِحَصَاةٍ ، ثُمَّ نَهَى أَنْ يَبْزُقَ الرَّجُلُ بَيْنَ يَدَيْهِ أَوْ عَنْ يَمِينِهِ ، وَلَكِنْ عَنْ يَسَارِهِ أَوْ تَحْتَ قَدَمِهِ الْيُسْرَى . وَعَنِ الزُّهْرِىِّ سَمِعَ حُمَيْدًا عَنْ أَبِى سَعِيدٍ نَحْوَهُ .

“Əbu Səid ﵁ rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ məscidin qiblə tərəfində bəlğəm gördü və xırda daşlar götürüb onu qazıdı, sonra adamın önünə və ya sağına tüpürməyi qadağan etdi. Yalnız sol tərəfə və ya sol ayağının altına tüpürməyə icazə verdi.”

Əbu Səid
Buxari, 414 (Namaz, 66)Səhih

حَدَّثَنَا آدَمُ قَالَ حَدَّثَنَا شُعْبَةُ قَالَ حَدَّثَنَا قَتَادَةُ قَالَ سَمِعْتُ أَنَسَ بْنَ مَالِكٍ قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « الْبُزَاقُ فِى الْمَسْجِدِ خَطِيئَةٌ ، وَكَفَّارَتُهَا دَفْنُهَا » .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Məscidə tüpürmək günahdır, bunun kəffarəsi isə onu basdırmaqdır”.”

Ənəs ibn Malik
Buxari, 415 (Namaz, 67)Səhih

حَدَّثَنَا إِسْحَاقُ بْنُ نَصْرٍ قَالَ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ عَنْ مَعْمَرٍ عَنْ هَمَّامٍ سَمِعَ أَبَا هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا قَامَ أَحَدُكُمْ إِلَى الصَّلاَةِ فَلاَ يَبْصُقْ أَمَامَهُ ، فَإِنَّمَا يُنَاجِى اللَّهَ مَا دَامَ فِى مُصَلاَّهُ ، وَلاَ عَنْ يَمِينِهِ ، فَإِنَّ عَنْ يَمِينِهِ مَلَكًا ، وَلْيَبْصُقْ عَنْ يَسَارِهِ أَوْ تَحْتَ قَدَمِهِ ، فَيَدْفِنُهَا » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Biriniz namaza durduqda qarşısına tüpürməsin, çünki o, Allah ilə gizli söhbətə girir. Sağ tərəfinə də tüpürməsin, çünki sağda mələk var. (Tüpürmək istəsə) sol tərəfə və ya sol ayağının altına tüpürsün və onu basdırsın”.”

Əbu Hureyra
Buxari, 416 (Namaz, 68)Səhih

حَدَّثَنَا مَالِكُ بْنُ إِسْمَاعِيلَ قَالَ حَدَّثَنَا زُهَيْرٌ قَالَ حَدَّثَنَا حُمَيْدٌ عَنْ أَنَسٍ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ رَأَى نُخَامَةً فِى الْقِبْلَةِ فَحَكَّهَا بِيَدِهِ ، وَرُئِىَ مِنْهُ كَرَاهِيَةٌ - أَوْ رُئِىَ كَرَاهِيَتُهُ لِذَلِكَ وَشِدَّتُهُ عَلَيْهِ - وَقَالَ « إِنَّ أَحَدَكُمْ إِذَا قَامَ فِى صَلاَتِهِ فَإِنَّمَا يُنَاجِى رَبَّهُ - أَوْ رَبُّهُ بَيْنَهُ وَبَيْنَ قِبْلَتِهِ - فَلاَ يَبْزُقَنَّ فِى قِبْلَتِهِ ، وَلَكِنْ عَنْ يَسَارِهِ أَوْ تَحْتَ قَدَمِهِ » . ثُمَّ أَخَذَ طَرَفَ رِدَائِهِ فَبَزَقَ فِيهِ ، وَرَدَّ بَعْضَهُ عَلَى بَعْضٍ ، قَالَ « أَوْ يَفْعَلُ هَكَذَا » .

“Ənəs ﵁ rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ məscidin qiblə tərəfində tüpürcək gördü və bu ona o qədər ağır gəldi ki, üzüldüyü onun üzündən görünürdü. Onu əli ilə sildi və dedi: “Sizdən biriniz namaz qılmağa başladıqda öz Rəbbi ilə gizli söhbətə girir, yaxud Rəbbi onunla qiblə arasındadır. Odur ki, sizdən heç kim qiblə tərəfə tüpürməsin, (tüpürmək istəsə) sol tərəfə və ya ayağının altına tüpürsün”. Sonra o öz izarının bir ucunu tutaraq ona tüpürdü və tüpürcəyini izarının digər tərəfi ilə örtüb dedi: “Və ya belə etsin”.”

Ənəs
Buxari, 417 (Namaz, 69)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ أَبِى الزِّنَادِ عَنِ الأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « هَلْ تَرَوْنَ قِبْلَتِى هَا هُنَا فَوَاللَّهِ مَا يَخْفَى عَلَىَّ خُشُوعُكُمْ وَلاَ رُكُوعُكُمْ ، إِنِّى لأَرَاكُمْ مِنْ وَرَاءِ ظَهْرِى » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Yoxsa siz elə güman edirsiniz ki, mən ancaq bu qibləmi (önümdə olanları görürəm)? Allaha and olsun ki, sizin (namazdakı) hərəkətiniz və rukuya (necə) getməyiniz məndən gizli qalmır, çünki mən sizin arxamda nə etdiyinizi görürəm”.”

Əbu Hureyra
Buxari, 418 (Namaz, 70)Səhih

حَدَّثَنَا يَحْيَى بْنُ صَالِحٍ قَالَ حَدَّثَنَا فُلَيْحُ بْنُ سُلَيْمَانَ عَنْ هِلاَلِ بْنِ عَلِىٍّ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ صَلَّى بِنَا النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ صَلاَةً ثُمَّ رَقِىَ الْمِنْبَرَ ، فَقَالَ فِى الصَّلاَةِ وَفِى الرُّكُوعِ « إِنِّى لأَرَاكُمْ مِنْ وَرَائِى كَمَا أَرَاكُمْ » .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Peyğəmbər ﷺ bizə namaz qıldırdı, sonra minbərə çıxaraq namaz və ruku haqda belə buyurdu: “Şübhəsiz, mən sizi öndən gördüyüm kimi, arxadan da görürəm”.”

Ənəs ibn Malik
Buxari, 419 (Namaz, 71)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ نَافِعٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سَابَقَ بَيْنَ الْخَيْلِ الَّتِى أُضْمِرَتْ مِنَ الْحَفْيَاءِ ، وَأَمَدُهَا ثَنِيَّةُ الْوَدَاعِ ، وَسَابَقَ بَيْنَ الْخَيْلِ الَّتِى لَمْ تُضْمَرْ مِنَ الثَّنِيَّةِ إِلَى مَسْجِدِ بَنِى زُرَيْقٍ ، وَأَنَّ عَبْدَ اللَّهِ بْنَ عُمَرَ كَانَ فِيمَنْ سَابَقَ بِهَا .

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ əhliləşdirilmiş atlarda əl-Həfyadan əl-Vədə keçidinə qədər, əhliləşdirilməmiş atlarda isə bu keçiddən Bəni Zureyq məscidinədək cıdır yarışı təşkil etdi. Rəvayət edilir ki, yarışlarda Abdullah ibn Ömər ﵄ də iştirak edirdi.”

Abdullah ibn Ömər
Buxari, 420 (Namaz, 72)Səhih

وَقَالَ إِبْرَاهِيمُ عَنْ عَبْدِ الْعَزِيزِ بْنِ صُهَيْبٍ عَنْ أَنَسٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ أُتِىَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِمَالٍ مِنَ الْبَحْرَيْنِ فَقَالَ « انْثُرُوهُ فِى الْمَسْجِدِ » . وَكَانَ أَكْثَرَ مَالٍ أُتِىَ بِهِ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، فَخَرَجَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى الصَّلاَةِ ، وَلَمْ يَلْتَفِتْ إِلَيْهِ ، فَلَمَّا قَضَى الصَّلاَةَ جَاءَ فَجَلَسَ إِلَيْهِ ، فَمَا كَانَ يَرَى أَحَدًا إِلاَّ أَعْطَاهُ ، إِذْ جَاءَهُ الْعَبَّاسُ فَقَالَ يَا رَسُولَ اللَّهِ ، أَعْطِنِى فَإِنِّى فَادَيْتُ نَفْسِى وَفَادَيْتُ عَقِيلاً ، فَقَالَ لَهُ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « خُذْ » . فَحَثَا فِى ثَوْبِهِ ، ثُمَّ ذَهَبَ يُقِلُّهُ فَلَمْ يَسْتَطِعْ فَقَالَ يَا رَسُولَ اللَّهِ ، أُؤْمُرْ بَعْضَهُمْ يَرْفَعُهُ إِلَىَّ . قَالَ « لاَ » . قَالَ فَارْفَعْهُ أَنْتَ عَلَىَّ . قَالَ « لاَ » . فَنَثَرَ مِنْهُ ، ثُمَّ ذَهَبَ يُقِلُّهُ ، فَقَالَ يَا رَسُولَ اللَّهِ ، أُؤْمُرْ بَعْضَهُمْ يَرْفَعْهُ عَلَىَّ . قَالَ « لاَ » . قَالَ فَارْفَعْهُ أَنْتَ عَلَىَّ . قَالَ « لاَ » . فَنَثَرَ مِنْهُ ، ثُمَّ احْتَمَلَهُ فَأَلْقَاهُ عَلَى كَاهِلِهِ ثُمَّ انْطَلَقَ ، فَمَا زَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُتْبِعُهُ بَصَرَهُ حَتَّى خَفِىَ عَلَيْنَا ، عَجَبًا مِنْ حِرْصِهِ ، فَمَا قَامَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَثَمَّ مِنْهَا دِرْهَمٌ .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Peyğəmbərə ﷺ Bəhreyndən pul gətirdilər və o buyurdu: “Bunu məscidə boşaldın!”. Bu, Allah Elçisinə ﷺ nə vaxtsa göndərilmiş ən böyük məbləğ idi. Sonra Allah Elçisi ﷺ namaz qılmağa getdi və pullara heç dönüb baxmadı da. Namazı bitirdikdən sonra gəlib həmin pulların yanında oturdu və gördüyü hər kəsə ondan verdi. Bu vaxt Abbas onun yanına gəlib dedi: “Ey Allahın Elçisi! Mənə də bir şey ver, axı mən həm özüm üçün, həm də Aqil üçün fidyə vermişəm”. Allah Elçisi ﷺ ona: “Götür!”– dedi və o da dirhəmləri ovuclayıb paltarının içinə yığmağa başladı. Sonra onu qaldırmaq istədikdə gücü çatmadı. Onda Abbas dedi: “Ey Allahın Elçisi, birinə de, bunu qaldırıb mənim çiynimə qoysun”. Allah Elçisi ﷺ: “Yox, olmaz!”– dedi. Abbas: “Elə isə özün onu qaldır, mənim çiynimə qoy”– dedi. Allah Elçisi ﷺ yenə: “Yox, olmaz!”– dedi. Bundan sonra Abbas pulun bir hissəsini boşaltdı və yerdə qalanını qaldırmaq istədi, lakin gücü çatmadı. O yenə dedi: “Ey Allahın Elçisi, birinə de, bunu qaldırıb mənim çiynimə qoysun”. Allah Elçisi ﷺ: “Yox, olmaz!”– dedi. Abbas dedi: “Elə isə özün onu qaldır, mənim çiynimə qoy”. Allah Elçisi ﷺ yenə: “Yox, olmaz!”– dedi. Belə olduqda Abbas pulun bir hissəsini də boşaltdı. Sonra o, bağlamanı qaldırıb çiyninə qoydu və çıxıb getdi. Abbasın pula olan hərisliyinə təəccüblənən Allah Elçisi ﷺ o, gözdən itənədək onun arxasınca baxdı. Allah Elçisi ﷺ axırıncı dirhəmləri paylayıb qurtarana qədər yerindən ayağa durmadı”.”

Ənəs
Buxari, 421 (Namaz, 73)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ أَخْبَرَنَا مَالِكٌ عَنْ إِسْحَاقَ بْنِ عَبْدِ اللَّهِ سَمِعَ أَنَسًا قَالَ وَجَدْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى الْمَسْجِدِ مَعَهُ نَاسٌ فَقُمْتُ ، فَقَالَ لِى « آرْسَلَكَ أَبُو طَلْحَةَ » قُلْتُ نَعَمْ . فَقَالَ « لِطَعَامٍ » . قُلْتُ نَعَمْ . فَقَالَ لِمَنْ حَوْلَهُ « قُومُوا » . فَانْطَلَقَ وَانْطَلَقْتُ بَيْنَ أَيْدِيهِمْ .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Mən Peyğəmbəri ﷺ yanında çoxlu insanlar olarkən gördüm. Peyğəmbər ﷺ mənə dedi: “Səni Əbu Təlhə göndərib?” Mən: “Bəli” dedim. O dedi: “Yeməyə dəvət etmək üçün?” Mən: “Bəli” dedim. Belə olduqda Peyğəmbər ﷺ yanında olanlara: “Qalxın!” dedi və özü də getdi. Mən də onların qarşısında getdim”.”

Ənəs
Buxari, 422 (Namaz, 74)Səhih

حَدَّثَنَا يَحْيَى قَالَ أَخْبَرَنَا عَبْدُ الرَّزَّاقِ قَالَ أَخْبَرَنَا ابْنُ جُرَيْجٍ قَالَ أَخْبَرَنِى ابْنُ شِهَابٍ عَنْ سَهْلِ بْنِ سَعْدٍ أَنَّ رَجُلاً قَالَ يَا رَسُولَ اللَّهِ ، أَرَأَيْتَ رَجُلاً وَجَدَ مَعَ امْرَأَتِهِ رَجُلاً أَيَقْتُلُهُ فَتَلاَعَنَا فِى الْمَسْجِدِ وَأَنَا شَاهِدٌ .

“Səhl ibn Səd ﵁ rəvayət edir ki, bir kişi gəlib dedi: “Ey Allahın Elçisi, bir adam öz arvadını başqa bir kişi ilə zina edərkən tutsa, onu öldürməlidirmi?” Sonra o kişi ilə qadın məsciddə lənətləşdilər. Mən də buna şahid oldum”.”

Səhl ibn Səd
Buxari, 423 (Namaz, 75)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ قَالَ حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ سَعْدٍ عَنِ ابْنِ شِهَابٍ عَنْ مَحْمُودِ بْنِ الرَّبِيعِ عَنْ عِتْبَانَ بْنِ مَالِكٍ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَتَاهُ فِى مَنْزِلِهِ فَقَالَ « أَيْنَ تُحِبُّ أَنْ أُصَلِّىَ لَكَ مِنْ بَيْتِكَ » . قَالَ فَأَشَرْتُ لَهُ إِلَى مَكَانٍ ، فَكَبَّرَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَصَفَفْنَا خَلْفَهُ ، فَصَلَّى رَكْعَتَيْنِ .

“İtban ibn Malik ﵁ rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ onun evinə gəlib dedi: “Evinin harasında namaz qılmağımı istəyirsən?” İtban dedi: “Mən ona evimdə bir yer göstərdim. Peyğəmbər ﷺ “Allahu Əkbər”– dedi (və namaz qılmağa başladı). Biz də onun arxasında cərgəyə durduq. O, iki rükət namaz qıldı”.”

İtban ibn Malik
Buxari, 424 (Namaz, 76)Səhih

حَدَّثَنَا سَعِيدُ بْنُ عُفَيْرٍ قَالَ حَدَّثَنِى اللَّيْثُ قَالَ حَدَّثَنِى عُقَيْلٌ عَنِ ابْنِ شِهَابٍ قَالَ أَخْبَرَنِى مَحْمُودُ بْنُ الرَّبِيعِ الأَنْصَارِىُّ أَنَّ عِتْبَانَ بْنَ مَالِكٍ - وَهُوَ مِنْ أَصْحَابِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مِمَّنْ شَهِدَ بَدْرًا مِنَ الأَنْصَارِ - أَنَّهُ أَتَى رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ يَا رَسُولَ اللَّهِ ، قَدْ أَنْكَرْتُ بَصَرِى ، وَأَنَا أُصَلِّى لِقَوْمِى ، فَإِذَا كَانَتِ الأَمْطَارُ سَالَ الْوَادِى الَّذِى بَيْنِى وَبَيْنَهُمْ ، لَمْ أَسْتَطِعْ أَنْ آتِىَ مَسْجِدَهُمْ فَأُصَلِّىَ بِهِمْ ، وَوَدِدْتُ يَا رَسُولَ اللَّهِ أَنَّكَ تَأْتِينِى فَتُصَلِّىَ فِى بَيْتِى ، فَأَتَّخِذَهُ مُصَلًّى . قَالَ فَقَالَ لَهُ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « سَأَفْعَلُ إِنْ شَاءَ اللَّهُ » . قَالَ عِتْبَانُ فَغَدَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَأَبُو بَكْرٍ حِينَ ارْتَفَعَ النَّهَارُ ، فَاسْتَأْذَنَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَأَذِنْتُ لَهُ ، فَلَمْ يَجْلِسْ حَتَّى دَخَلَ الْبَيْتَ ثُمَّ قَالَ « أَيْنَ تُحِبُّ أَنْ أُصَلِّىَ مِنْ بَيْتِكَ » . قَالَ فَأَشَرْتُ لَهُ إِلَى نَاحِيَةٍ مِنَ الْبَيْتِ ، فَقَامَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَكَبَّرَ ، فَقُمْنَا فَصَفَّنَا ، فَصَلَّى رَكْعَتَيْنِ ثُمَّ سَلَّمَ ، قَالَ وَحَبَسْنَاهُ عَلَى خَزِيرَةٍ صَنَعْنَاهَا لَهُ . قَالَ فَثَابَ فِى الْبَيْتِ رِجَالٌ مِنْ أَهْلِ الدَّارِ ذَوُو عَدَدٍ فَاجْتَمَعُوا ، فَقَالَ قَائِلٌ مِنْهُمْ أَيْنَ مَالِكُ بْنُ الدُّخَيْشِنِ أَوِ ابْنُ الدُّخْشُنِ فَقَالَ بَعْضُهُمْ ذَلِكَ مُنَافِقٌ لاَ يُحِبُّ اللَّهَ وَرَسُولَهُ . فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ تَقُلْ ذَلِكَ ، أَلاَ تَرَاهُ قَدْ قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ . يُرِيدُ بِذَلِكَ وَجْهَ اللَّهِ » . قَالَ اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ . قَالَ فَإِنَّا نَرَى وَجْهَهُ وَنَصِيحَتَهُ إِلَى الْمُنَافِقِينَ . قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « فَإِنَّ اللَّهَ قَدْ حَرَّمَ عَلَى النَّارِ مَنْ قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ . يَبْتَغِى بِذَلِكَ وَجْهَ اللَّهِ » . قَالَ ابْنُ شِهَابٍ ثُمَّ سَأَلْتُ الْحُصَيْنَ بْنَ مُحَمَّدٍ الأَنْصَارِىَّ - وَهْوَ أَحَدُ بَنِى سَالِمٍ وَهُوَ مِنْ سَرَاتِهِمْ - عَنْ حَدِيثِ مَحْمُودِ بْنِ الرَّبِيعِ ، فَصَدَّقَهُ بِذَلِكَ .

“Mahmud ibn ər-Rabi əl-Ənsari ﵁ rəvayət edir ki, Allah Elçisinin ﷺ səhabəsi və Bədr döyüşünün ənsardan olan iştirakçısı İtban ibn Malik Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi! Mənim gözlərim zəifləyib. Özüm də qövmümə namaz qıldırıram. Yağış yağdığı vaxt mənimlə onların arasında olan vadidən sel axır deyə, məscidlərinə gedib onlara namaz qıldıra bilmirəm. Ey Allahın Elçisi! Mən istəyirəm ki, sən bizim evə gəlib orada namaz qılasan, mən də həmin yeri namazgah edim”. Allah Elçisi ﷺ ona buyurdu: “Allahın izni ilə, mən bunu edərəm!” İtban deyir: “Növbəti gün səhər tezdən Allah Elçisi ﷺ Əbu Bəkrlə birlikdə bizə gəldi. Allah Elçisi ﷺ evə girməyə izin istədi, mən də ona izin verdim. Evə girən kimi oturmadan dərhal soruşdu: “Evinin harasında namaz qılmağımı istəyirsən?” İtban deyir: “Mən ona evimdə bir yer göstərdim. Allah Elçisi ﷺ orada durub təkbir edib namaz qılmağa başladı. Biz də onun arxasında cərgəyə durduq. O, iki rükət namaz qıldı və salam verib namazı bitirdi. Biz Allah Elçisini ﷺ bir qədər yubatdıq ki, onun üçün hazırladığımız xəzirəni yeyə bilsin. Bu yerin əhalisinin bir çoxu Allah Elçisinin ﷺ gəlişindən xəbər tutan kimi gəlib evə doluşdular. Onlardan biri soruşdu: “Malik ibn Duxeyşin (və ya İbn Duxşun) haradadır?” Oradakılardan biri dedi: “O, münafiqdir, Allahı və Onun Elçisini sevmir”. Allah Elçisi ﷺ buyurdu “Belə demə! Məgər sən bilmirsən ki, o, Allahın Üzünü diləyərək “Lə iləhə illəllah”– demişdir?” O adam dedi: “Allah və Onun Elçisi daha yaxşı bilər!” İtban dedi: “Biz onun münafiqlərə qarşı mehriban mövqedə olduğunu və onlara müəyyən məsləhətlər verdiyini görürük”. Allah Elçisi ﷺ buyurdu: “Həqiqətən, Allah, Onun Üzünü diləyərək “Lə iləhə illəllah” deyən kəsə Cəhənnəm odunun toxunmasını haram etmişdir”.”

Mahmud ibn ər-Rabi əl-Ənsari
Buxari, 425 (Namaz, 77)Səhih

حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنِ الأَشْعَثِ بْنِ سُلَيْمٍ عَنْ أَبِيهِ عَنْ مَسْرُوقٍ عَنْ عَائِشَةَ قَالَتْ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُحِبُّ التَّيَمُّنَ مَا اسْتَطَاعَ فِى شَأْنِهِ كُلِّهِ فِى طُهُورِهِ وَتَرَجُّلِهِ وَتَنَعُّلِهِ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ seçim haqqına sahib olduğu müddətdə hər işində; təmizlik etdikdə, saçını daradıqda, ayaqqabılarını geyindikdə sağdan başlamağı sevərdi”.”

Aişə
Buxari, 426 (Namaz, 78)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى قَالَ حَدَّثَنَا يَحْيَى عَنْ هِشَامٍ قَالَ أَخْبَرَنِى أَبِى عَنْ عَائِشَةَ أَنَّ أُمَّ حَبِيبَةَ وَأُمَّ سَلَمَةَ ذَكَرَتَا كَنِيسَةً رَأَيْنَهَا بِالْحَبَشَةِ فِيهَا تَصَاوِيرُ ، فَذَكَرَتَا لِلنَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « إِنَّ أُولَئِكَ إِذَا كَانَ فِيهِمُ الرَّجُلُ الصَّالِحُ فَمَاتَ بَنَوْا عَلَى قَبْرِهِ مَسْجِدًا ، وَصَوَّرُوا فِيهِ تِلْكَ الصُّوَرَ ، فَأُولَئِكَ شِرَارُ الْخَلْقِ عِنْدَ اللَّهِ يَوْمَ الْقِيَامَةِ »

“Aişə ﵂ rəvayət edir ki, Ummu Həbibə və Ummu Sələmə Həbəşistanda gördükləri və içərisində rəsmlər olan kilsə haqda Peyğəmbərə ﷺ dedikdə o belə buyurdu: “Onlar içərilərindən əməlisaleh bir adam öldükdə onun qəbrinin üzərində məbəd tikir və (divarlarında) həmin rəsmləri çəkirlər. Qiyamət günü onlar Allah yanında yaradılmışların ən pisləri olacaqlar”.”

Aişə
Buxari, 427 (Namaz, 79)Səhih

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ عَنْ أَبِى التَّيَّاحِ عَنْ أَنَسٍ قَالَ قَدِمَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الْمَدِينَةَ فَنَزَلَ أَعْلَى الْمَدِينَةِ ، فِى حَىٍّ يُقَالُ لَهُمْ بَنُو عَمْرِو بْنِ عَوْفٍ . فَأَقَامَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِيهِمْ أَرْبَعَ عَشْرَةَ لَيْلَةً ، ثُمَّ أَرْسَلَ إِلَى بَنِى النَّجَّارِ فَجَاءُوا مُتَقَلِّدِى السُّيُوفِ ، كَأَنِّى أَنْظُرُ إِلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى رَاحِلَتِهِ ، وَأَبُو بَكْرٍ رِدْفُهُ ، وَمَلأُ بَنِى النَّجَّارِ حَوْلَهُ ، حَتَّى أَلْقَى بِفِنَاءِ أَبِى أَيُّوبَ ، وَكَانَ يُحِبُّ أَنْ يُصَلِّىَ حَيْثُ أَدْرَكَتْهُ الصَّلاَةُ ، وَيُصَلِّى فِى مَرَابِضِ الْغَنَمِ ، وَأَنَّهُ أَمَرَ بِبِنَاءِ الْمَسْجِدِ ، فَأَرْسَلَ إِلَى مَلإٍ مِنْ بَنِى النَّجَّارِ فَقَالَ « يَا بَنِى النَّجَّارِ ثَامِنُونِى بِحَائِطِكُمْ هَذَا » . قَالُوا لاَ وَاللَّهِ ، لاَ نَطْلُبُ ثَمَنَهُ إِلاَّ إِلَى اللَّهِ . فَقَالَ أَنَسٌ فَكَانَ فِيهِ مَا أَقُولُ لَكُمْ ، قُبُورُ الْمُشْرِكِينَ ، وَفِيهِ خَرِبٌ ، وَفِيهِ نَخْلٌ ، فَأَمَرَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِقُبُورِ الْمُشْرِكِينَ فَنُبِشَتْ ، ثُمَّ بِالْخَرِبِ فَسُوِّيَتْ ، وَبِالنَّخْلِ فَقُطِعَ ، فَصَفُّوا النَّخْلَ قِبْلَةَ الْمَسْجِدِ ، وَجَعَلُوا عِضَادَتَيْهِ الْحِجَارَةَ ، وَجَعَلُوا يَنْقُلُونَ الصَّخْرَ ، وَهُمْ يَرْتَجِزُونَ ، وَالنَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَعَهُمْ وَهُوَ يَقُولُ « اللَّهُمَّ لاَ خَيْرَ إِلاَّ خَيْرُ الآخِرَهْ فَاغْفِرْ لِلأَنْصَارِ وَالْمُهَاجِرَهْ »

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Peyğəmbər ﷺ Mədinəyə gəldikdə şəhərin üst tərəfində, Bəni Amr ibn Auf tayfasının yaşadığı məhəllədə qonaq qaldı. Peyğəmbər ﷺ on dörd gün onların arasında qaldıqdan sonra Bəni Nəccar tayfasının yanına adam göndərdi. Onlar qılınclarını bellərinə bağlayıb onun yanına gəldilər. Peyğəmbər ﷺ dəvəsinin üstündə, Əbu Bəkr onun tərkində və Bəni Nəccar tayfasından da bir dəstə onun ətrafında olduğu halda yola çıxması hələ də gözümün qabağındadır. Peyğəmbər ﷺ Əbu Əyyubun evinin həyətində dəvəsini yerə çökdürdü. Peyğəmbər ﷺ namaz vaxtı yetişdikdə harada olurdusa orada, qoyun ağılında olsa belə, namaz qılmağı xoşlayırdı. Sonra o, məscid tikməyi əmr etdi və Bəni Nəccar tayfasından olan dəstənin arxasınca adam göndərərək buyurdu: “Ey Bəni Nəccar tayfası, bu divarın (yerləşdiyi torpağın) qiymətini mənə deyin!” Onlar dedilər: “Yox! Allaha and olsun ki, biz onun əvəzini ancaq Allahdan istəyirik”. Ənəs dedi: “Sizə söylədiyim o yerdə müşriklərin qəbirləri, xarabalıqlar və xurma ağacları var idi. Peyğəmbərin ﷺ əmri ilə qəbirlər açıldı və xarabalıqlar hamarlandı. Xurma ağaclarını isə kəsib tikiləcək məscidin qiblə tərəfində yanbayan şaquli vəziyyətdə qoydular. Sonra məscidin qapısının yan divarlarını daşdan hördülər və şeir deyə-deyə daş daşımağa başladılar. Peyğəmbər ﷺ də onlarla bərabər daş daşıyır və deyirdi: “Allahım, əsl savab, Axirət savabıdır. Ənsar və mühacirə göstər mərhəmətini!””

Ənəs
Buxari, 428 (Namaz, 80)Səhih

حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ أَبِى التَّيَّاحِ عَنْ أَنَسٍ قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى فِى مَرَابِضِ الْغَنَمِ ، ثُمَّ سَمِعْتُهُ بَعْدُ يَقُولُ كَانَ يُصَلِّى فِى مَرَابِضِ الْغَنَمِ قَبْلَ أَنْ يُبْنَى الْمَسْجِدُ .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Peyğəmbər ﷺ qoyun ağıllarında namaz qılardı”. Sonra ravi dedi: “Bu sözündən sonra mən Ənəsin belə dediyini eşitdim: “Peyğəmbər ﷺ məscid tikilməmişdən qabaq qoyun ağıllarında namaz qılırdı”.”

Ənəs
Buxari, 429 (Namaz, 81)Səhih

حَدَّثَنَا صَدَقَةُ بْنُ الْفَضْلِ قَالَ أَخْبَرَنَا سُلَيْمَانُ بْنُ حَيَّانَ قَالَ حَدَّثَنَا عُبَيْدُ اللَّهِ عَنْ نَافِعٍ قَالَ رَأَيْتُ ابْنَ عُمَرَ يُصَلِّى إِلَى بَعِيرِهِ وَقَالَ رَأَيْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَفْعَلُهُ .

“Rəvayət edilir ki, Nafi ﵀ demişdir: “Mən İbn Ömərin üzünü öz dəvəsinə tərəf tutub (dəvəsini sütrə kimi istifadə edərək) namaz qıldığını və belə dediyini gördüm: “Mən Peyğəmbərin ﷺ belə etdiyini görmüşəm”.”

Nafi
Buxari, 430 (Namaz, 82)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ عَنْ مَالِكٍ عَنْ زَيْدِ بْنِ أَسْلَمَ عَنْ عَطَاءِ بْنِ يَسَارٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَبَّاسٍ قَالَ انْخَسَفَتِ الشَّمْسُ ، فَصَلَّى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ قَالَ « أُرِيتُ النَّارَ ، فَلَمْ أَرَ مَنْظَرًا كَالْيَوْمِ قَطُّ أَفْظَعَ » .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Günəş tutulmuşdu və Allah Elçisi ﷺ namaz qıldırdı, sonra da belə buyurdu: “Mənə Cəhənnəm göstərildi. Bugünkü kimi pis mənzərə ilə qarşılaşmamışdım”.”

İbn Abbas
Buxari, 431 (Namaz, 83)Səhih

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَحْيَى عَنْ عُبَيْدِ اللَّهِ قَالَ أَخْبَرَنِى نَافِعٌ عَنِ ابْنِ عُمَرَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « اجْعَلُوا فِى بُيُوتِكُمْ مِنْ صَلاَتِكُمْ ، وَلاَ تَتَّخِذُوهَا قُبُورًا » .

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Namazlarınızın bir qismini öz evlərinizdə qılın, onları qəbirlərə çevirməyin”.”

İbn Ömər
Buxari, 432 (Namaz, 84)Səhih

حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنِى مَالِكٌ عَنْ عَبْدِ اللَّهِ بْنِ دِينَارٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « لاَ تَدْخُلُوا عَلَى هَؤُلاَءِ الْمُعَذَّبِينَ إِلاَّ أَنْ تَكُونُوا بَاكِينَ ، فَإِنْ لَمْ تَكُونُوا بَاكِينَ فَلاَ تَدْخُلُوا عَلَيْهِمْ ، لاَ يُصِيبُكُمْ مَا أَصَابَهُمْ » .

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Əzaba düçar olmuş bu qövmün yurduna yalnız ağlayaraq girin. Əgər ağlamayacaqsınızsa, onların düçar olduğu əzabın sizə də dəyməməsi üçün oraya girməyin”.”

Abdullah ibn Ömər
Buxari, 433 (Namaz, 85)Səhih

حَدَّثَنَا مُحَمَّدٌ قَالَ أَخْبَرَنَا عَبْدَةُ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ أَنَّ أُمَّ سَلَمَةَ ذَكَرَتْ لِرَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَنِيسَةً رَأَتْهَا بِأَرْضِ الْحَبَشَةِ يُقَالُ لَهَا مَارِيَةُ ، فَذَكَرَتْ لَهُ مَا رَأَتْ فِيهَا مِنَ الصُّوَرِ ، فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « أُولَئِكَ قَوْمٌ إِذَا مَاتَ فِيهِمُ الْعَبْدُ الصَّالِحُ - أَوِ الرَّجُلُ الصَّالِحُ - بَنَوْا عَلَى قَبْرِهِ مَسْجِدًا ، وَصَوَّرُوا فِيهِ تِلْكَ الصُّوَرَ ، أُولَئِكَ شِرَارُ الْخَلْقِ عِنْدَ اللَّهِ »

“Aişə ﵂ rəvayət edir ki, Ummu Sələmə Allah Elçisinə ﷺ Həbəşistan torpağında Mariya kilsəsində gördüyü surətlər haqda danışdıqda Allah Elçisi ﷺ belə buyurdu: “Onlar içərilərindən əməlisaleh bir bəndə və ya əməlisaleh bir kişi öldükdə onun qəbrinin üstündə məbəd tikir və (divarlarında) həmin rəsmləri çəkirlər. Onlar Allah yanında yaradılmışların ən pisləridirlər”.”

Aişə
Buxari, 434 (Namaz, 86)Səhih

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ أَخْبَرَنِى عُبَيْدُ اللَّهِ بْنُ عَبْدِ اللَّهِ بْنِ عُتْبَةَ أَنَّ عَائِشَةَ وَعَبْدَ اللَّهِ بْنَ عَبَّاسٍ قَالاَ لَمَّا نَزَلَ بِرَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ طَفِقَ يَطْرَحُ خَمِيصَةً لَهُ عَلَى وَجْهِهِ ، فَإِذَا اغْتَمَّ بِهَا كَشَفَهَا عَنْ وَجْهِهِ ، فَقَالَ وَهْوَ كَذَلِكَ « لَعْنَةُ اللَّهِ عَلَى الْيَهُودِ وَالنَّصَارَى اتَّخَذُوا قُبُورَ أَنْبِيَائِهِمْ مَسَاجِدَ » . يُحَذِّرُ مَا صَنَعُوا .

“Rəvayət edilir ki, Aişə və Abdullah ibn Abbas ﵃ demişlər: “Allah Elçisi ﷺ ölümündən qabaq örtüyünü üzünə atmağa başlamışdı. Ürəyi sıxıldıqda isə onu üzündən götürürdü. Bu əsnada Peyğəmbər ﷺ buyurdu: “Allah yəhudilərə və nəsranilərə lənət eləsin! Onlar peyğəmbərlərinin qəbirlərini ibadətgaha çevirmişlər”. Peyğəmbər ﷺ bu sözləri ilə ümmətini onların etdiklərindən çəkindirmişdir.”

Aişə və Abdullah ibn Abbas
Buxari, 435-436 (Namaz, 87)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ عَنْ مَالِكٍ عَنِ ابْنِ شِهَابٍ عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « قَاتَلَ اللَّهُ الْيَهُودَ اتَّخَذُوا قُبُورَ أَنْبِيَائِهِمْ مَسَاجِدَ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Allah yəhudiləri öldürsün! Onlar peyğəmbərlərinin qəbirlərini ibadətgaha çevirmişlər”.”

Əbu Hureyra
Buxari, 437 (Namaz, 89)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ سِنَانٍ قَالَ حَدَّثَنَا هُشَيْمٌ قَالَ حَدَّثَنَا سَيَّارٌ - هُوَ أَبُو الْحَكَمِ - قَالَ حَدَّثَنَا يَزِيدُ الْفَقِيرُ قَالَ حَدَّثَنَا جَابِرُ بْنُ عَبْدِ اللَّهِ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « أُعْطِيتُ خَمْسًا لَمْ يُعْطَهُنَّ أَحَدٌ مِنَ الأَنْبِيَاءِ قَبْلِى ، نُصِرْتُ بِالرُّعْبِ مَسِيرَةَ شَهْرٍ ، وَجُعِلَتْ لِىَ الأَرْضُ مَسْجِدًا وَطَهُورًا ، وَأَيُّمَا رَجُلٍ مِنْ أُمَّتِى أَدْرَكَتْهُ الصَّلاَةُ فَلْيُصَلِّ ، وَأُحِلَّتْ لِىَ الْغَنَائِمُ ، وَكَانَ النَّبِىُّ يُبْعَثُ إِلَى قَوْمِهِ خَاصَّةً ، وَبُعِثْتُ إِلَى النَّاسِ كَافَّةً ، وَأُعْطِيتُ الشَّفَاعَةَ » .

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Mənə beş (xüsusiyyət) verilib ki, bunlar məndən əvvəl heç bir peyğəmbərə verilməmişdir: bir ay əvvəl düşmənin qəlbinə qorxu salaraq ona qalib gəlməyim; yer üzünün mənim üçün pak və namazgah olması, belə ki, ümmətimdən olan hər bir kəs istənilən yerdə vaxtı girmiş namazı qılmalıdır; qənimətlərin mənə halal olması; bir də hər bir peyğəmbər yalnız öz qövmünə göndərilərdi, mən isə bütün insanlara göndərilmişəm və mənə şəfaət etmək (haqqı) verilmişdir”.”

Cabir ibn Abdullah
Buxari, 438 (Namaz, 90)Səhih

حَدَّثَنَا عُبَيْدُ بْنُ إِسْمَاعِيلَ قَالَ حَدَّثَنَا أَبُو أُسَامَةَ عَنْ هِشَامٍ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ أَنَّ وَلِيدَةً كَانَتْ سَوْدَاءَ لِحَىٍّ مِنَ الْعَرَبِ ، فَأَعْتَقُوهَا ، فَكَانَتْ مَعَهُمْ قَالَتْ فَخَرَجَتْ صَبِيَّةٌ لَهُمْ عَلَيْهَا وِشَاحٌ أَحْمَرُ مِنْ سُيُورٍ قَالَتْ فَوَضَعَتْهُ أَوْ وَقَعَ مِنْهَا ، فَمَرَّتْ بِهِ حُدَيَّاةٌ وَهْوَ مُلْقًى ، فَحَسِبَتْهُ لَحْمًا فَخَطَفَتْهُ قَالَتْ فَالْتَمَسُوهُ فَلَمْ يَجِدُوهُ قَالَتْ فَاتَّهَمُونِى بِهِ قَالَتْ فَطَفِقُوا يُفَتِّشُونَ حَتَّى فَتَّشُوا قُبُلَهَا قَالَتْ وَاللَّهِ إِنِّى لَقَائِمَةٌ مَعَهُمْ ، إِذْ مَرَّتِ الْحُدَيَّاةُ فَأَلْقَتْهُ قَالَتْ فَوَقَعَ بَيْنَهُمْ قَالَتْ فَقُلْتُ هَذَا الَّذِى اتَّهَمْتُمُونِى بِهِ - زَعَمْتُمْ - وَأَنَا مِنْهُ بَرِيئَةٌ ، وَهُوَ ذَا هُوَ قَالَتْ فَجَاءَتْ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَأَسْلَمَتْ . قَالَتْ عَائِشَةُ فَكَانَ لَهَا خِبَاءٌ فِى الْمَسْجِدِ أَوْ حِفْشٌ قَالَتْ فَكَانَتْ تَأْتِينِى فَتَحَدَّثُ عِنْدِى قَالَتْ فَلاَ تَجْلِسُ عِنْدِى مَجْلِسًا إِلاَّ قَالَتْ وَيَوْمَ الْوِشَاحِ مِنْ أَعَاجِيبِ رَبِّنَا أَلاَ إِنَّهُ مِنْ بَلْدَةِ الْكُفْرِ أَنْجَانِى قَالَتْ عَائِشَةُ فَقُلْتُ لَهَا مَا شَأْنُكِ لاَ تَقْعُدِينَ مَعِى مَقْعَدًا إِلاَّ قُلْتِ هَذَا قَالَتْ فَحَدَّثَتْنِى بِهَذَا الْحَدِيثِ .

“Aişə ﵂ rəvayət edir ki, ərəb qəbilələrindən birinin qaradərili kölə qadını var idi. Qadın azad edildikdən sonra da onların yanında qalmışdı. Qadın dedi: “Bir dəfə mənim kimi bir qızcığaz çiynində qırmızı rəngli dəridən olan, üstünə mirvari düzülmüş bağlama ilə evdən bayıra çıxdı. O, əlindəki bağlamanı yerə qoydu (yaxud o, əlindən yerə düşdü). Bundan sonra bir qırğı bağlamanın üstündən uçarkən onu yerə düşmüş ət parçası bilib götürdü. Ev əhli bağlamanı axtardı, lakin tapa bilmədi. Sonra onlar məni oğurluqda günahlandırdılar, üst-başımı axtararaq ayıb yerlərimə belə baxdılar”. Cariyə deyir: “Allaha and olsun! Mən onların yanında dayandığım zaman həmin qırğı yenə üstümüzdən uçub bağlamanı yerə saldı və o, adamların düz arasına düşdü. Onda mən dedim: “Budur məni günahlandırdığınız şey, halbuki onun itməsində mən günahkar deyildim, indi o sizin qarşınızdadır”. Aişə dedi: “Sonra həmin qadın Allah Elçisinin ﷺ yanına gəlib İslamı qəbul etdi. Məscidin yaxınlığında onun çadırı və ya balaca bir koması var idi. O, tez-tez yanıma gəlib mənimlə söhbət edirdi. Qadın hər dəfə məni görəndə belə bir beyt deyirdi: “Bağlama itdiyi gün, Rəbbin möcüzəsiydi, kafirlər diyarından, O, məni xilas etdi”. Aişə dedi: “Mən ondan soruşdum: “Nə üçün hər dəfə mənimlə görüşəndə bu beyti deyirsən?” O da mənə bu hadisəni danışdı.”

Aişə
Buxari, 439 (Namaz, 91)Səhih

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَحْيَى عَنْ عُبَيْدِ اللَّهِ قَالَ حَدَّثَنِى نَافِعٌ قَالَ أَخْبَرَنِى عَبْدُ اللَّهِ أَنَّهُ كَانَ يَنَامُ وَهْوَ شَابٌّ أَعْزَبُ لاَ أَهْلَ لَهُ فِى مَسْجِدِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ .

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ cavan və subay olduğu vaxt Peyğəmbərin ﷺ məscidində yatardı.”

Abdullah
Buxari, 440 (Namaz, 92)Səhih

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ قَالَ حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ أَبِى حَازِمٍ عَنْ أَبِى حَازِمٍ عَنْ سَهْلِ بْنِ سَعْدٍ قَالَ جَاءَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بَيْتَ فَاطِمَةَ ، فَلَمْ يَجِدْ عَلِيًّا فِى الْبَيْتِ فَقَالَ « أَيْنَ ابْنُ عَمِّكِ » . قَالَتْ كَانَ بَيْنِى وَبَيْنَهُ شَىْءٌ ، فَغَاضَبَنِى فَخَرَجَ فَلَمْ يَقِلْ عِنْدِى . فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لإِنْسَانٍ « انْظُرْ أَيْنَ هُوَ » . فَجَاءَ فَقَالَ يَا رَسُولَ اللَّهِ ، هُوَ فِى الْمَسْجِدِ رَاقِدٌ ، فَجَاءَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَهْوَ مُضْطَجِعٌ ، قَدْ سَقَطَ رِدَاؤُهُ عَنْ شِقِّهِ ، وَأَصَابَهُ تُرَابٌ ، فَجَعَلَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَمْسَحُهُ عَنْهُ وَيَقُولُ « قُمْ أَبَا تُرَابٍ ، قُمْ أَبَا تُرَابٍ » .

“Rəvayət edilir ki, Səhl ibn Səd ﵁ demişdir: “Allah Elçisi ﷺ Fatimənin evinə gəlib Əlini orada tapmadı və: “Əmim oğlu haradadır?”– deyə soruşdu. Fatimə dedi: “Aramızda mübahisə baş verdi, onun mənə acığı tutdu və günorta mənim yanımda qalmaqdan imtina etdi”. Allah Elçisi ﷺ bir nəfərə buyurdu: “Bax gör, o haradadır?”. O adam qayıdaraq dedi: “Ey Allahın Elçisi, o, məsciddə yatıb”. Allah Elçisi ﷺ oraya getdi. Gördü ki, Əli böyrü üstə uzanıb, bürüncəyi üstündən sürüşüb düşüb, özü də toza bulaşıb. Allah Elçisi ﷺ: “Qalx, ey Əbu Turab! Qalx, ey Əbu Turab!”– deyə-deyə onun tozunu çırpmağa başladı”.”

Səhl ibn Səd
Buxari, 441 (Namaz, 93)Səhih

حَدَّثَنَا يُوسُفُ بْنُ عِيسَى قَالَ حَدَّثَنَا ابْنُ فُضَيْلٍ عَنْ أَبِيهِ عَنْ أَبِى حَازِمٍ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ رَأَيْتُ سَبْعِينَ مِنْ أَصْحَابِ الصُّفَّةِ ، مَا مِنْهُمْ رَجُلٌ عَلَيْهِ رِدَاءٌ ، إِمَّا إِزَارٌ وَإِمَّا كِسَاءٌ ، قَدْ رَبَطُوا فِى أَعْنَاقِهِمْ ، فَمِنْهَا مَا يَبْلُغُ نِصْفَ السَّاقَيْنِ ، وَمِنْهَا مَا يَبْلُغُ الْكَعْبَيْنِ ، فَيَجْمَعُهُ بِيَدِهِ ، كَرَاهِيَةَ أَنْ تُرَى عَوْرَتُهُ .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Suffə əhlindən yetmiş nəfər gördüm, aralarında ridası olan bir nəfər belə yox idi. Ya izar, ya da boyunlarına bağladıqları bir kisə geyinərdilər ki, bu da kimisinin ayaqlarının yarısına kimi, kiminin də topuqlarına düşərdi. Hamısı da namazda ayıb yerləri görünməmək üçün geyindiyini əli ilə toplayardı”.”

Əbu Hureyra
Buxari, 442 (Namaz, 94)Səhih

حَدَّثَنَا خَلاَّدُ بْنُ يَحْيَى قَالَ حَدَّثَنَا مِسْعَرٌ قَالَ حَدَّثَنَا مُحَارِبُ بْنُ دِثَارٍ عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ قَالَ أَتَيْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ فِى الْمَسْجِدِ - قَالَ مِسْعَرٌ أُرَاهُ قَالَ ضُحًى - فَقَالَ « صَلِّ رَكْعَتَيْنِ » . وَكَانَ لِى عَلَيْهِ دَيْنٌ فَقَضَانِى وَزَادَنِى .

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Peyğəmbər ﷺ məsciddə olarkən onun yanına gəldim”. (Ravi Misar dedi: “Mən ravi Muharibin “Duha vaxtı gəldi” dediyini zənn edirəm”). Peyğəmbər ﷺ mənə: “İki rükət namaz qıl” dedi. Mənim Peyğəmbərdən ﷺ alacağım şey var idi. O, borcunu mənə artıqlaması ilə ödədi”.”

Cabir ibn Abdullah
Buxari, 443 (Namaz, 95)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ عَامِرِ بْنِ عَبْدِ اللَّهِ بْنِ الزُّبَيْرِ عَنْ عَمْرِو بْنِ سُلَيْمٍ الزُّرَقِىِّ عَنْ أَبِى قَتَادَةَ السَّلَمِىِّ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا دَخَلَ أَحَدُكُمُ الْمَسْجِدَ فَلْيَرْكَعْ رَكْعَتَيْنِ قَبْلَ أَنْ يَجْلِسَ » .

“Əbu Qatədə əs-Sələmi ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biri məscidə daxil olduğu zaman oturmamışdan əvvəl iki rükət namaz qılsın”.”

Əbu Qatədə əs-Sələmi
Buxari, 444 (Namaz, 96)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ أَبِى الزِّنَادِ عَنِ الأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « الْمَلاَئِكَةُ تُصَلِّى عَلَى أَحَدِكُمْ مَا دَامَ فِى مُصَلاَّهُ الَّذِى صَلَّى فِيهِ ، مَا لَمْ يُحْدِثْ ، تَقُولُ اللَّهُمَّ اغْفِرْ لَهُ اللَّهُمَّ ارْحَمْهُ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biriniz namazını qıldığı yerdə olduğu müddət ərzində dəstəmazı pozulanadək mələklər onun üçün: “Allahım, onu bağışla! Allahım, ona rəhm et!” - deyərək dua edirlər”.”

Əbu Hureyra
Buxari, 445 (Namaz, 97)Səhih

حَدَّثَنَا عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ بْنِ سَعْدٍ قَالَ حَدَّثَنِى أَبِى عَنْ صَالِحِ بْنِ كَيْسَانَ قَالَ حَدَّثَنَا نَافِعٌ أَنَّ عَبْدَ اللَّهِ أَخْبَرَهُ أَنَّ الْمَسْجِدَ كَانَ عَلَى عَهْدِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَبْنِيًّا بِاللَّبِنِ ، وَسَقْفُهُ الْجَرِيدُ ، وَعُمُدُهُ خَشَبُ النَّخْلِ ، فَلَمْ يَزِدْ فِيهِ أَبُو بَكْرٍ شَيْئًا ، وَزَادَ فِيهِ عُمَرُ وَبَنَاهُ عَلَى بُنْيَانِهِ فِى عَهْدِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِاللَّبِنِ وَالْجَرِيدِ ، وَأَعَادَ عُمُدَهُ خَشَبًا ، ثُمَّ غَيَّرَهُ عُثْمَانُ ، فَزَادَ فِيهِ زِيَادَةً كَثِيرَةً ، وَبَنَى جِدَارَهُ بِالْحِجَارَةِ الْمَنْقُوشَةِ وَالْقَصَّةِ ، وَجَعَلَ عُمُدَهُ مِنْ حِجَارَةٍ مَنْقُوشَةٍ ، وَسَقَفَهُ بِالسَّاجِ .

“Abdullah ﵁ rəvayət edir ki, Allah Elçisinin ﷺ dövründə məscid kərpicdən tikilmişdi, onun damı xurma ağacının budaqlarından, dirəkləri isə xurma ağacının gövdələrindən hazırlanmışdı. Əbu Bəkr ona heç nə əlavə etmədi. Ömərə gəlincə, o, Allah Elçisinin ﷺ zamanında olduğu kimi məscidi kərpiclərdən və xurma ağacının budaqlarından tikməklə, dirəklərini də əvvəlki kimi ağacdan düzəltməklə onu genişləndirdi. Sonra Osman məscidin binasını dəyişdirdi və onu bir az da genişləndirdi. O, məscidin divarlarını yonulmuş daşlarla hördürüb əhənglədi, dirəklərini yonulmuş daşlardan tikdirdi, damını da hind palıdı ilə örtdürdü.”

Abdullah
Buxari, 446 (Namaz, 98)Səhih

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ مُخْتَارٍ قَالَ حَدَّثَنَا خَالِدٌ الْحَذَّاءُ عَنْ عِكْرِمَةَ قَالَ لِى ابْنُ عَبَّاسٍ وَلاِبْنِهِ عَلِىٍّ انْطَلِقَا إِلَى أَبِى سَعِيدٍ فَاسْمَعَا مِنْ حَدِيثِهِ . فَانْطَلَقْنَا فَإِذَا هُوَ فِى حَائِطٍ يُصْلِحُهُ ، فَأَخَذَ رِدَاءَهُ فَاحْتَبَى ، ثُمَّ أَنْشَأَ يُحَدِّثُنَا حَتَّى أَتَى ذِكْرُ بِنَاءِ الْمَسْجِدِ فَقَالَ كُنَّا نَحْمِلُ لَبِنَةً لَبِنَةً ، وَعَمَّارٌ لَبِنَتَيْنِ لَبِنَتَيْنِ ، فَرَآهُ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَيَنْفُضُ التُّرَابَ عَنْهُ وَيَقُولُ « وَيْحَ عَمَّارٍ تَقْتُلُهُ الْفِئَةُ الْبَاغِيَةُ ، يَدْعُوهُمْ إِلَى الْجَنَّةِ ، وَيَدْعُونَهُ إِلَى النَّارِ » . قَالَ يَقُولُ عَمَّارٌ أَعُوذُ بِاللَّهِ مِنَ الْفِتَنِ .

“Rəvayət edilir ki, İkrimə ﵀ demişdir: “Bir dəfə İbn Abbas mənə və oğlu Əliyə dedi: “Əbu Səid əl-Xudrinin yanına gedin və rəvayət etdiyi hədislərə qulaq asın”. Biz gedib gördük ki, o, bağda işləyir. O bizi görən kimi üst geyimini götürüb ona büründü. Sonra bizə hədis danışmağa başladı və məscidin tikilməsini xatırlayaraq belə dedi: “Biz kərpicləri bir-bir götürüb daşıyırdıq, Əmmar isə onları iki-iki götürürdü. Peyğəmbər ﷺ Əmmarın canfəşanlığını görəndə ona yaxınlaşdı və onun üstündəki tozu çırpa-çırpa dedi: “Yazıq Əmmar! Onu bağilərdən bir dəstə öldürəcək. (Əmmar) onları Cənnətə, onlar isə onu Cəhənnəmə çağıracaqlar”. Əbu Səid dedi: “Əmmar bu sözləri eşidib dedi: “Mən bu fitnədən Allaha sığınıram!””

İkrimə
Buxari, 447 (Namaz, 99)Səhih

حَدَّثَنَا قُتَيْبَةُ قَالَ حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ عَنْ أَبِى حَازِمٍ عَنْ سَهْلٍ قَالَ بَعَثَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى امْرَأَةٍ أَنْ مُرِى غُلاَمَكِ النَّجَّارَ يَعْمَلْ لِى أَعْوَادًا أَجْلِسُ عَلَيْهِنَّ .

“Rəvayət edilir ki, Səhl ﵁ demişdir: “Allah Elçisi ﷺ bir qadına: “Dülgər olan kölənə de ki, mənə oturmaq üçün taxtadan bir minbər düzəltsin”.”

Səhl
Buxari, 448 (Namaz, 100)Səhih

حَدَّثَنَا خَلاَّدٌ قَالَ حَدَّثَنَا عَبْدُ الْوَاحِدِ بْنُ أَيْمَنَ عَنْ أَبِيهِ عَنْ جَابِرٍ أَنَّ امْرَأَةً قَالَتْ يَا رَسُولَ اللَّهِ ، أَلاَ أَجْعَلُ لَكَ شَيْئًا تَقْعُدُ عَلَيْهِ ، فَإِنَّ لِى غُلاَمًا نَجَّارًا قَالَ « إِنْ شِئْتِ » . فَعَمِلَتِ الْمِنْبَرَ .

“Cabir ﵁ rəvayət edir ki, bir qadın dedi: “Ey Allahın Elçisi! Sənə oturmaq üçün bir şey düzəltdirimmi? Mənim bir dülgər köləm var”. Peyğəmbər ﷺ dedi: “İstəyirsənsə, düzəltdir”. O da bir minbər düzəltdirdi.”

Cabir
Buxari, 449 (Namaz, 101)Səhih

حَدَّثَنَا يَحْيَى بْنُ سُلَيْمَانَ حَدَّثَنِى ابْنُ وَهْبٍ أَخْبَرَنِى عَمْرٌو أَنَّ بُكَيْرًا حَدَّثَهُ أَنَّ عَاصِمَ بْنَ عُمَرَ بْنِ قَتَادَةَ حَدَّثَهُ أَنَّهُ سَمِعَ عُبَيْدَ اللَّهِ الْخَوْلاَنِىَّ أَنَّهُ سَمِعَ عُثْمَانَ بْنَ عَفَّانَ يَقُولُ عِنْدَ قَوْلِ النَّاسِ فِيهِ حِينَ بَنَى مَسْجِدَ الرَّسُولِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِنَّكُمْ أَكْثَرْتُمْ ، وَإِنِّى سَمِعْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « مَنْ بَنَى مَسْجِدًا - قَالَ بُكَيْرٌ حَسِبْتُ أَنَّهُ قَالَ - يَبْتَغِى بِهِ وَجْهَ اللَّهِ ، بَنَى اللَّهُ لَهُ مِثْلَهُ فِى الْجَنَّةِ »

“Rəvayət edilir ki, Osman ibn Əffan ﵁ Allah Elçisinin ﷺ məscidini yenidən tikdiyi zaman insanların onun haqqında söylədiklərinə etiraz edib belə demişdir: “Siz mənim işimə çox müdaxilə edirsiniz. Halbuki mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “Kim Allahın Üzünü diləyərək bir məscid tiksə, Allah onun üçün Cənnətdə buna bənzər (bir ev) bina edər”.”

Osman ibn Əffan
Buxari, 450 (Namaz, 102)Səhih

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ قَالَ حَدَّثَنَا سُفْيَانُ قَالَ قُلْتُ لِعَمْرٍو أَسَمِعْتَ جَابِرَ بْنَ عَبْدِ اللَّهِ يَقُولُ مَرَّ رَجُلٌ فِى الْمَسْجِدِ وَمَعَهُ سِهَامٌ ، فَقَالَ لَهُ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « أَمْسِكْ بِنِصَالِهَا » .

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Bir nəfər çiynində oxlar olduğu halda məsciddən keçərkən Allah Elçisi ﷺ ona buyurdu: “Oxların uclarından tut!””

Cabir ibn Abdullah
Buxari, 451 (Namaz, 103)Səhih

حَدَّثَنَا مُوسَى بْنُ إِسْمَاعِيلَ قَالَ حَدَّثَنَا عَبْدُ الْوَاحِدِ قَالَ حَدَّثَنَا أَبُو بُرْدَةَ بْنُ عَبْدِ اللَّهِ قَالَ سَمِعْتُ أَبَا بُرْدَةَ عَنْ أَبِيهِ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مَنْ مَرَّ فِى شَىْءٍ مِنْ مَسَاجِدِنَا أَوْ أَسْوَاقِنَا بِنَبْلٍ ، فَلْيَأْخُذْ عَلَى نِصَالِهَا ، لاَ يَعْقِرْ بِكَفِّهِ مُسْلِمًا » .

“Əbu Burdə atası (Əbu Musa əl-Əşarinin) ﵁ belə dediyini rəvayət etmişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Üstündə ox olduğu halda məscidlərimizin və ya bazarlarımızın birindən keçən hər kəs (əli ilə) oxların ucundan tutsun ki, heç bir müsəlmanı yaralamasın”.”

Əbu Burdə atasından
Buxari, 452 (Namaz, 104)Səhih

حَدَّثَنَا أَبُو الْيَمَانِ الْحَكَمُ بْنُ نَافِعٍ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى أَبُو سَلَمَةَ بْنُ عَبْدِ الرَّحْمَنِ بْنِ عَوْفٍ أَنَّهُ سَمِعَ حَسَّانَ بْنَ ثَابِتٍ الأَنْصَارِىَّ يَسْتَشْهِدُ أَبَا هُرَيْرَةَ أَنْشُدُكَ اللَّهَ هَلْ سَمِعْتَ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « يَا حَسَّانُ ، أَجِبْ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، اللَّهُمَّ أَيِّدْهُ بِرُوحِ الْقُدُسِ » . قَالَ أَبُو هُرَيْرَةَ نَعَمْ .

“Rəvayət edilir ki, bir dəfə Həssən ibn Sabit əl-Ənsari Əbu Hureyradan ﵄ soruşdu: “Səni and verirəm Allaha, de görüm Peyğəmbərin ﷺ: “Ey Həssən, Allah Elçisinin əvəzinə (müşriklərə) cavab ver! Ey Allah, ona müqəddəs ruhla (Cəbraillə) kömək ol!”– dediyini eşitmisənmi?” Əbu Hureyra: “Bəli!”– deyə cavab verdi.”

Həssən ibn Sabit əl-Ənsari
Buxari, 453 (Namaz, 105)Səhih

حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ سَعْدٍ عَنْ صَالِحٍ عَنِ ابْنِ شِهَابٍ قَالَ أَخْبَرَنِى عُرْوَةُ بْنُ الزُّبَيْرِ أَنَّ عَائِشَةَ قَالَتْ لَقَدْ رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمًا عَلَى بَابِ حُجْرَتِى ، وَالْحَبَشَةُ يَلْعَبُونَ فِى الْمَسْجِدِ وَرَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَسْتُرُنِى بِرِدَائِهِ ، أَنْظُرُ إِلَى لَعِبِهِمْ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir dəfə həbəşilər məsciddə oynayarkən mən Allah Elçisini ﷺ otağımın qapısının qarşısında gördüm. Bu vaxt Allah Elçisi ﷺ bürüncəyini qapıya tuturdu ki, mən onların oynamağına baxa bilim”.”

Aişə
Buxari, 454 (Namaz, 106)Səhih

زَادَ إِبْرَاهِيمُ بْنُ الْمُنْذِرِ حَدَّثَنَا ابْنُ وَهْبٍ أَخْبَرَنِى يُونُسُ عَنِ ابْنِ شِهَابٍ عَنْ عُرْوَةَ عَنْ عَائِشَةَ قَالَتْ رَأَيْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَالْحَبَشَةُ يَلْعَبُونَ بِحِرَابِهِمْ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir dəfə mən Peyğəmbəri ﷺ və həbəşiləri gördüm. Həbəşilər öz nizələri ilə oynayırdılar”.”

Aişə
Buxari, 455 (Namaz, 107)Səhih

حَدَّثَنَا عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنَا سُفْيَانُ عَنْ يَحْيَى عَنْ عَمْرَةَ عَنْ عَائِشَةَ قَالَتْ أَتَتْهَا بَرِيرَةُ تَسْأَلُهَا فِى كِتَابَتِهَا فَقَالَتْ إِنْ شِئْتِ أَعْطَيْتُ أَهْلَكِ وَيَكُونُ الْوَلاَءُ لِى . وَقَالَ أَهْلُهَا إِنْ شِئْتِ أَعْطَيْتِهَا مَا بَقِىَ - وَقَالَ سُفْيَانُ مَرَّةً إِنْ شِئْتِ أَعْتَقْتِهَا وَيَكُونُ الْوَلاَءُ لَنَا - فَلَمَّا جَاءَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ذَكَّرَتْهُ ذَلِكَ فَقَالَ « ابْتَاعِيهَا فَأَعْتِقِيهَا ، فَإِنَّ الْوَلاَءَ لِمَنْ أَعْتَقَ » . ثُمَّ قَامَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى الْمِنْبَرِ - وَقَالَ سُفْيَانُ مَرَّةً فَصَعِدَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى الْمِنْبَرِ - فَقَالَ « مَا بَالُ أَقْوَامٍ يَشْتَرِطُونَ شُرُوطًا لَيْسَتْ فِى كِتَابِ اللَّهِ ، مَنِ اشْتَرَطَ شَرْطًا لَيْسَ فِى كِتَابِ اللَّهِ فَلَيْسَ لَهُ ، وَإِنِ اشْتَرَطَ مِائَةَ مَرَّةٍ » . قَالَ عَلِىٌّ قَالَ يَحْيَى وَعَبْدُ الْوَهَّابِ عَنْ يَحْيَى عَنْ عَمْرَةَ . وَقَالَ جَعْفَرُ بْنُ عَوْنٍ عَنْ يَحْيَى قَالَ سَمِعْتُ عَمْرَةَ قَالَتْ سَمِعْتُ عَائِشَةَ . رَوَاهُ مَالِكٌ عَنْ يَحْيَى عَنْ عَمْرَةَ أَنَّ بَرِيرَةَ . وَلَمْ يَذْكُرْ صَعِدَ الْمِنْبَرَ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir dəfə Bərira ondan əvvəlcədən yazılmış müqaviləyə əsasən ağasına müəyyən məbləğdə pul ödəyib onu köləlikdən azad etmək məsələsində kömək istədi. Aişə dedi: “Əgər istəyirsənsə, üzərində qalan borcun qalan hissəsini ağalarına verim və vəlilik haqqı mənə aid olsun”. Bəriranın ağaları Aişəyə dedilər: “İstəsən, onun üzərində qalan borcun qalan hissəsini Bəriraya verə bilərsən”. Ravi Süfyan dedi: “İstəsən, Bəriranı azad edə bilərsən, vəlilik haqqı da bizə aid olar”. Allah Elçisi ﷺ gəldikdə bu məsələni ona danışdı və Allah Elçisi ﷺ buyurdu: “Sən Bəriranı al, sonra azad et. Vəlilik haqqı köləni azad edənə aiddir”. Sonra Allah Elçisi ﷺ minbərə qalxdı və belə buyurdu: “Nə üçün bəzi adamlar Allahın Kitabında olmayan şərtlər qoyurlar?! Kim Allahın Kitabında olmayan bir şərt qoyarsa, yüz dəfə şərt kəssə belə, bu şərt keçərli sayılmaz. Allahın şərtləri daha doğru və daha etibarlıdır”.”

Aişə
Buxari, 456 (Namaz, 108)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مُحَمَّدٍ قَالَ حَدَّثَنَا عُثْمَانُ بْنُ عُمَرَ قَالَ أَخْبَرَنَا يُونُسُ عَنِ الزُّهْرِىِّ عَنْ عَبْدِ اللَّهِ بْنِ كَعْبِ بْنِ مَالِكٍ عَنْ كَعْبٍ أَنَّهُ تَقَاضَى ابْنَ أَبِى حَدْرَدٍ دَيْنًا كَانَ لَهُ عَلَيْهِ فِى الْمَسْجِدِ ، فَارْتَفَعَتْ أَصْوَاتُهُمَا حَتَّى سَمِعَهَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَهْوَ فِى بَيْتِهِ ، فَخَرَجَ إِلَيْهِمَا حَتَّى كَشَفَ سِجْفَ حُجْرَتِهِ فَنَادَى « يَا كَعْبُ » . قَالَ لَبَّيْكَ يَا رَسُولَ اللَّهِ . قَالَ « ضَعْ مِنْ دَيْنِكَ هَذَا » . وَأَوْمَأَ إِلَيْهِ أَىِ الشَّطْرَ قَالَ لَقَدْ فَعَلْتُ يَا رَسُولَ اللَّهِ . قَالَ « قُمْ فَاقْضِهِ » .

“Rəvayət edilir ki, bir dəfə məsciddə Kəb ibn Malik İbn Əbu Hədrəddən ona verdiyi borcu qaytarmağı tələb etdi və onlar səslərini qaldırmağa başladılar. Allah Elçisi ﷺ evində ikən onların səsini eşidib bayıra çıxdı və otağının pərdəsini açıb uca səslə: “Ey Kəb!”– deyə onu çağırdı. Kəb: “Əmrinə müntəzirəm, ey Allahın Elçisi!”– deyə cavab verdi. Allah Elçisi ﷺ əli ilə işarə edib dedi: “Alacağından bu qədərini (yəni yarısını) bağışla”. Kəb dedi: “Bağışladım, ey Allahın Elçisi!” Onda Allah Elçisi ﷺ İbn Əbu Hədrədə: “Qalx, borcunun (qalan hissəsini) ödə!”– deyə əmr etdi.”

Kəb
Buxari, 457 (Namaz, 109)Səhih

حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ قَالَ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ عَنْ ثَابِتٍ عَنْ أَبِى رَافِعٍ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَجُلاً أَسْوَدَ - أَوِ امْرَأَةً سَوْدَاءَ - كَانَ يَقُمُّ الْمَسْجِدَ ، فَمَاتَ ، فَسَأَلَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَنْهُ فَقَالُوا مَاتَ . قَالَ « أَفَلاَ كُنْتُمْ آذَنْتُمُونِى بِهِ دُلُّونِى عَلَى قَبْرِهِ » . - أَوْ قَالَ قَبْرِهَا - فَأَتَى قَبْرَهُ فَصَلَّى عَلَيْهِ .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, məscidi süpürən bir zənci kişi (və ya zənci qadın) vəfat etdi. Peyğəmbər ﷺ onun haqqında soruşduqda səhabələr: “O, vəfat edib”– deyə cavab verdilər. Peyğəmbər ﷺ: “Nə üçün mənə bildirməmisiniz? Mənə onun qəbrini göstərin!”– dedikdən sonra onun qəbrinin yanına gəldi və ona cənazə namazı qıldı.”

Əbu Hureyra
Buxari, 458 (Namaz, 110)Səhih

حَدَّثَنَا عَبْدَانُ عَنْ أَبِى حَمْزَةَ عَنِ الأَعْمَشِ عَنْ مُسْلِمٍ عَنْ مَسْرُوقٍ عَنْ عَائِشَةَ قَالَتْ لَمَّا أُنْزِلَ الآيَاتُ مِنْ سُورَةِ الْبَقَرَةِ فِى الرِّبَا ، خَرَجَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى الْمَسْجِدِ ، فَقَرَأَهُنَّ عَلَى النَّاسِ ، ثُمَّ حَرَّمَ تِجَارَةَ الْخَمْرِ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “əl-Bəqərə” surəsindəki sələm haqda ayələr (əl-Bəqərə, 275-279) nazil olduqda Peyğəmbər ﷺ məscidə gəlib onları camaata oxudu. Bundan sonra o, şərabın alış-verişinin haram olduğunu buyurdu”.”

Aişə
Buxari, 459 (Namaz, 111)Səhih

حَدَّثَنَا أَحْمَدُ بْنُ وَاقِدٍ قَالَ حَدَّثَنَا حَمَّادٌ عَنْ ثَابِتٍ عَنْ أَبِى رَافِعٍ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ امْرَأَةً - أَوْ رَجُلاً - كَانَتْ تَقُمُّ الْمَسْجِدَ - وَلاَ أُرَاهُ إِلاَّ امْرَأَةً - فَذَكَرَ حَدِيثَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ صَلَّى عَلَى قَبْرِهِ .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir qadın (və ya bir kişi) məscidi süpürürdü. Ravi Əbu Rafi: “Mən Əbu Hureyranın “bir qadın” dediyini zənn edirəm” dedi. Sonra Əbu Hureyra Peyğəmbərin ﷺ onun qəbrinin yanında ona cənazə namazı qılmasını qeyd etdi.”

Əbu Hureyra
Buxari, 460 (Namaz, 112)Səhih

حَدَّثَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ أَخْبَرَنَا رَوْحٌ وَمُحَمَّدُ بْنُ جَعْفَرٍ عَنْ شُعْبَةَ عَنْ مُحَمَّدِ بْنِ زِيَادٍ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِنَّ عِفْرِيتًا مِنَ الْجِنِّ تَفَلَّتَ عَلَىَّ الْبَارِحَةَ - أَوْ كَلِمَةً نَحْوَهَا - لِيَقْطَعَ عَلَىَّ الصَّلاَةَ ، فَأَمْكَنَنِى اللَّهُ مِنْهُ ، فَأَرَدْتُ أَنْ أَرْبِطَهُ إِلَى سَارِيَةٍ مِنْ سَوَارِى الْمَسْجِدِ ، حَتَّى تُصْبِحُوا وَتَنْظُرُوا إِلَيْهِ كُلُّكُمْ ، فَذَكَرْتُ قَوْلَ أَخِى سُلَيْمَانَ }رَبِّ هَبْ لِى مُلْكًا لاَ يَنْبَغِى لأَحَدٍ مِنْ بَعْدِى { » . قَالَ رَوْحٌ فَرَدَّهُ خَاسِئًا .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ buyurdu: “Dünən cinlərdən çox qüvvətli biri namazımı yarımçıq kəsmək üçün yanıma gəldi. (Ravi deyir: “Yaxud Peyğəmbər ﷺ buna bənzər bir söz söylədi”). Lakin Allah mənə onu tutmağa yardım etdi. Əvvəlcə istədim ki, onu məscidin dirəklərindən birinə bağlayım, səhər açıldıqda hamınız ona baxa biləsiniz, ancaq qardaşım Süleymanın dediyini xatırladım: “Ey Rəbbim! Məni bağışla və mənə elə bir səltənət ver ki, məndən sonra heç kimə nəsib olmasın”. (Sad, 35)”.”

Əbu Hureyra
Buxari, 461 (Namaz, 113)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ حَدَّثَنَا اللَّيْثُ قَالَ حَدَّثَنَا سَعِيدُ بْنُ أَبِى سَعِيدٍ سَمِعَ أَبَا هُرَيْرَةَ قَالَ بَعَثَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ خَيْلاً قِبَلَ نَجْدٍ ، فَجَاءَتْ بِرَجُلٍ مِنْ بَنِى حَنِيفَةَ يُقَالُ لَهُ ثُمَامَةُ بْنُ أُثَالٍ ، فَرَبَطُوهُ بِسَارِيَةٍ مِنْ سَوَارِى الْمَسْجِدِ ، فَخَرَجَ إِلَيْهِ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « أَطْلِقُوا ثُمَامَةَ » . فَانْطَلَقَ إِلَى نَخْلٍ قَرِيبٍ مِنَ الْمَسْجِدِ ، فَاغْتَسَلَ ثُمَّ دَخَلَ الْمَسْجِدَ فَقَالَ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbər ﷺ Nəcd tərəfə bir dəstə atlı göndərdi. Onlar oradan Bəni Hənifə tayfasından olan Sumamə ibn Usəl adlı bir nəfəri tutub (Mədinəyə) gətirdilər və onu məsciddəki dirəklərdən birinə bağladılar. Peyğəmbər ﷺ onun yanına gəlib: “Sumaməni azad edin!”– dedi, sonra Sumamə məscidin yanındakı xurmalığa gedib qüsl aldı, gəlib məscidə daxil oldu və dedi: “Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur və şəhadət edirəm ki, Muhəmməd Onun elçisidir!””

Əbu Hureyra
Buxari, 462 (Namaz, 114)Səhih

حَدَّثَنَا زَكَرِيَّاءُ بْنُ يَحْيَى قَالَ حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ نُمَيْرٍ قَالَ حَدَّثَنَا هِشَامٌ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ قَالَتْ أُصِيبَ سَعْدٌ يَوْمَ الْخَنْدَقِ فِى الأَكْحَلِ ، فَضَرَبَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ خَيْمَةً فِى الْمَسْجِدِ لِيَعُودَهُ مِنْ قَرِيبٍ ، فَلَمْ يَرُعْهُمْ - وَفِى الْمَسْجِدِ خَيْمَةٌ مِنْ بَنِى غِفَارٍ - إِلاَّ الدَّمُ يَسِيلُ إِلَيْهِمْ فَقَالُوا يَا أَهْلَ الْخَيْمَةِ ، مَا هَذَا الَّذِى يَأْتِينَا مِنْ قِبَلِكُمْ فَإِذَا سَعْدٌ يَغْذُو جُرْحُهُ دَمًا ، فَمَاتَ فِيهَا .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Xəndək döyüşü günü Səd ibn Muazın qolunun şah damarı kəsilmişdi. Peyğəmbər ﷺ tez-tez ona baş çəksin deyə, məsciddə çadır qurdurdu. Məsciddə Bəni Ğifar tayfasına məxsus başqa bir çadır da var idi ki, bu onları narahat etmirdi. Lakin onlara tərəf axan qanı gördükdə təşvişə düşüb dedilər: “Ey çadır əhli! Sizdən bizə tərəf axan (qan) nədir?” Bir də gördülər ki, Sədin yarasından qan axır. Səd elə orada vəfat etdi”.”

Aişə
Buxari, 463 (Namaz, 115)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ نَوْفَلٍ عَنْ عُرْوَةَ عَنْ زَيْنَبَ بِنْتِ أَبِى سَلَمَةَ عَنْ أُمِّ سَلَمَةَ قَالَتْ شَكَوْتُ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنِّى أَشْتَكِى . قَالَ « طُوفِى مِنْ وَرَاءِ النَّاسِ وَأَنْتِ رَاكِبَةٌ » . فَطُفْتُ وَرَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى إِلَى جَنْبِ الْبَيْتِ ، يَقْرَأُ بِالطُّورِ وَكِتَابٍ مَسْطُورٍ .

“Rəvayət edilir ki, Ummu Sələmə ﵂ demişdir: “Mən həcc ziyarətində xəstəliyimdən Allah Elçisinə ﷺ şikayət etdim. O da mənə buyurdu: “Dəvəyə minib camaatın arxasınca təvaf et”. Mən təvaf etdikdə Allah Elçisi ﷺ Kəbənin yanında durub “And olsun Tur dağına! And olsun yazılmış Kitaba!” (ət-Tur surəsini) oxuyaraq namaz qılırdı”.”

Ummu Sələmə
Buxari, 464 (Namaz, 116)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى قَالَ حَدَّثَنَا مُعَاذُ بْنُ هِشَامٍ قَالَ حَدَّثَنِى أَبِى عَنْ قَتَادَةَ قَالَ حَدَّثَنَا أَنَسٌ أَنَّ رَجُلَيْنِ مِنْ أَصْحَابِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ خَرَجَا مِنْ عِنْدِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى لَيْلَةٍ مُظْلِمَةٍ ، وَمَعَهُمَا مِثْلُ الْمِصْبَاحَيْنِ يُضِيآنِ بَيْنَ أَيْدِيهِمَا ، فَلَمَّا افْتَرَقَا صَارَ مَعَ كُلِّ وَاحِدٍ مِنْهُمَا وَاحِدٌ حَتَّى أَتَى أَهْلَهُ .

“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbərin ﷺ səhabələrindən iki nəfər gecənin zülmətində onun yanından çıxdılar və onların qarşısında yollarına işıq salan, çırağa bənzər iki şey əmələ gəldi. Onlar bir-birindən ayrılandan sonra hər birinin qarşısında, ailəsinin yanına qayıdana qədər yolunu işıqlandıran bir çıraq qaldı.”

Ənəs
Buxari, 465 (Namaz, 117)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ سِنَانٍ قَالَ حَدَّثَنَا فُلَيْحٌ قَالَ حَدَّثَنَا أَبُو النَّضْرِ عَنْ عُبَيْدِ بْنِ حُنَيْنٍ عَنْ بُسْرِ بْنِ سَعِيدٍ عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ قَالَ خَطَبَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « إِنَّ اللَّهَ خَيَّرَ عَبْدًا بَيْنَ الدُّنْيَا وَبَيْنَ مَا عِنْدَهُ ، فَاخْتَارَ مَا عِنْدَ اللَّهِ » . فَبَكَى أَبُو بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ فَقُلْتُ فِى نَفْسِى مَا يُبْكِى هَذَا الشَّيْخَ إِنْ يَكُنِ اللَّهُ خَيَّرَ عَبْدًا بَيْنَ الدُّنْيَا وَبَيْنَ مَا عِنْدَهُ فَاخْتَارَ مَا عِنْدَ اللَّهِ ، فَكَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ هُوَ الْعَبْدَ ، وَكَانَ أَبُو بَكْرٍ أَعْلَمَنَا . قَالَ « يَا أَبَا بَكْرٍ لاَ تَبْكِ ، إِنَّ أَمَنَّ النَّاسِ عَلَىَّ فِى صُحْبَتِهِ وَمَالِهِ أَبُو بَكْرٍ ، وَلَوْ كُنْتُ مُتَّخِذًا خَلِيلاً مِنْ أُمَّتِى لاَتَّخَذْتُ أَبَا بَكْرٍ ، وَلَكِنْ أُخُوَّةُ الإِسْلاَمِ وَمَوَدَّتُهُ ، لاَ يَبْقَيَنَّ فِى الْمَسْجِدِ بَابٌ إِلاَّ سُدَّ إِلاَّ بَابُ أَبِى بَكْرٍ » .

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Bir dəfə Peyğəmbər ﷺ camaata xütbə deyərək belə buyurdu: “Allah bir qula dünya həyatı ilə Öz yanında olan (nemətlər) arasında seçim etmək ixtiyarı verdi və o, Allah yanında olanları seçdi”. Əbu Bəkr ﵁ bu sözləri eşidəndə ağladı. Mən öz-özümə dedim: “Əgər Allah bir qula dünya həyatı ilə Öz yanında olan (nemətlər) arasında seçim etmək ixtiyarı verib və (həmin qul) Allah yanında olanları seçibsə, onda bu ağsaqqalı ağladan nədir?” Axırda bəlli oldu ki, bu qul Allah Elçisinin ﷺ özü imiş. Həqiqətən də, Əbu Bəkr bizdən çox bilirdi. Peyğəmbər ﷺ dedi: “Ey Əbu Bəkr, ağlama! Həqiqətən, insanlar arasında dostluqda və malını (xərcləməkdə) mənə ən sadiq olanı Əbu Bəkrdir. Əgər mən ümmətimdən özümə ən yaxın dost seçməli olsaydım, mütləq Əbu Bəkri seçərdim. Ancaq İslamda qardaşlıq və sevgi (bundan da yaxşıdır). Qoy məsciddə Əbu Bəkrin qapısından başqa bütün qapılar örtülsün!””

Əbu Səid əl-Xudri
Buxari, 466 (Namaz, 118)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مُحَمَّدٍ الْجُعْفِىُّ قَالَ حَدَّثَنَا وَهْبُ بْنُ جَرِيرٍ قَالَ حَدَّثَنَا أَبِى قَالَ سَمِعْتُ يَعْلَى بْنَ حَكِيمٍ عَنْ عِكْرِمَةَ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ خَرَجَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى مَرَضِهِ الَّذِى مَاتَ فِيهِ عَاصِبٌ رَأْسَهُ بِخِرْقَةٍ ، فَقَعَدَ عَلَى الْمِنْبَرِ ، فَحَمِدَ اللَّهَ وَأَثْنَى عَلَيْهِ ثُمَّ قَالَ « إِنَّهُ لَيْسَ مِنَ النَّاسِ أَحَدٌ أَمَنَّ عَلَىَّ فِى نَفْسِهِ وَمَالِهِ مِنْ أَبِى بَكْرِ بْنِ أَبِى قُحَافَةَ ، وَلَوْ كُنْتُ مُتَّخِذًا مِنَ النَّاسِ خَلِيلاً لاَتَّخَذْتُ أَبَا بَكْرٍ خَلِيلاً ، وَلَكِنْ خُلَّةُ الإِسْلاَمِ أَفْضَلُ ، سُدُّوا عَنِّى كُلَّ خَوْخَةٍ فِى هَذَا الْمَسْجِدِ غَيْرَ خَوْخَةِ أَبِى بَكْرٍ » .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ vəfatı ilə nəticələnən xəstəliyə tutulduğu zaman başı sarıqlı halda məscidə gəlib minbərdə oturdu. Allaha həmd-səna deyib Onu təriflədikdən sonra dedi: “Həqiqətən, insanlar arasında canını və malını (fəda etməkdə) mənə Əbu Bəkr ibn Əbu Quhafədən daha sadiq olan başqa biri yoxdur. Əgər mən insanlar arasından özümə ən yaxın dost seçəcək olsaydım, hökmən Əbu Bəkri dost seçərdim, lakin İslam qardaşlığı (bundan) daha üstündür. (Elə isə) bu məsciddə Əbu Bəkrin qapısından başqa bütün qapıları bağlayın!””

İbn Abbas
Buxari, 467 (Namaz, 119)Səhih

حَدَّثَنَا أَبُو النُّعْمَانِ وَقُتَيْبَةُ قَالاَ حَدَّثَنَا حَمَّادٌ عَنْ أَيُّوبَ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَدِمَ مَكَّةَ ، فَدَعَا عُثْمَانَ بْنَ طَلْحَةَ ، فَفَتَحَ الْبَابَ ، فَدَخَلَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَبِلاَلٌ وَأُسَامَةُ بْنُ زَيْدٍ وَعُثْمَانُ بْنُ طَلْحَةَ ، ثُمَّ أُغْلِقَ الْبَابُ ، فَلَبِثَ فِيهِ سَاعَةً ثُمَّ خَرَجُوا . قَالَ ابْنُ عُمَرَ فَبَدَرْتُ فَسَأَلْتُ بِلاَلاً فَقَالَ صَلَّى فِيهِ . فَقُلْتُ فِى أَىٍّ قَالَ بَيْنَ الأُسْطُوَانَتَيْنِ . قَالَ ابْنُ عُمَرَ فَذَهَبَ عَلَىَّ أَنْ أَسْأَلَهُ كَمْ صَلَّى .

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ Məkkəyə gəldikdə Osman ibn Təlhəni yanına çağırdı. Osman Kəbənin qapısını açdı və Peyğəmbər ﷺ, Bilal, Usamə ibn Zeyd və Osman ibn Təlhə içəri girdilər. Sonra qapılar bağlandı. Peyğəmbər ﷺ səhabələri ilə birlikdə Kəbənin içində bir müddət qaldıqdan sonra bayıra çıxdılar. (İbn Ömər deyir:) “Mən dərhal Bilala yaxınlaşıb Peyğəmbərin ﷺ nə etdiyini soruşdum. Bilal: “İçəridə namaz qıldı”– deyə cavab verdi. Mən: “Harada?”– deyə soruşdum. Bilal: “İki sütunun arasında”– deyə cavab verdi. Ondan neçə rükət qıldığını soruşmaq isə mənim yadımdan çıxdı”.”

İbn Ömər
Buxari, 468 (Namaz, 120)Səhih

حَدَّثَنَا قُتَيْبَةُ قَالَ حَدَّثَنَا اللَّيْثُ عَنْ سَعِيدِ بْنِ أَبِى سَعِيدٍ أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ يَقُولُ بَعَثَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ خَيْلاً قِبَلَ نَجْدٍ ، فَجَاءَتْ بِرَجُلٍ مِنْ بَنِى حَنِيفَةَ يُقَالُ لَهُ ثُمَامَةُ بْنُ أُثَالٍ ، فَرَبَطُوهُ بِسَارِيَةٍ مِنْ سَوَارِى الْمَسْجِدِ .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbər ﷺ Nəcd tərəfə bir dəstə atlı göndərdi. Onlar oradan Bəni Hənifə tayfasından olan Sumamə ibn Usəl adlı bir nəfəri (tutub Mədinəyə gətirdilər və) onu məsciddəki dirəklərdən birinə bağladılar”.”

Əbu Hureyra
Buxari, 469 (Namaz, 121)Səhih

حَدَّثَنَا عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ قَالَ حَدَّثَنَا الْجُعَيْدُ بْنُ عَبْدِ الرَّحْمَنِ قَالَ حَدَّثَنِى يَزِيدُ بْنُ خُصَيْفَةَ عَنِ السَّائِبِ بْنِ يَزِيدَ قَالَ كُنْتُ قَائِمًا فِى الْمَسْجِدِ فَحَصَبَنِى رَجُلٌ ، فَنَظَرْتُ فَإِذَا عُمَرُ بْنُ الْخَطَّابِ فَقَالَ اذْهَبْ فَأْتِنِى بِهَذَيْنِ . فَجِئْتُهُ بِهِمَا . قَالَ مَنْ أَنْتُمَا - أَوْ مِنْ أَيْنَ أَنْتُمَا قَالاَ مِنْ أَهْلِ الطَّائِفِ . قَالَ لَوْ كُنْتُمَا مِنْ أَهْلِ الْبَلَدِ لأَوْجَعْتُكُمَا ، تَرْفَعَانِ أَصْوَاتَكُمَا فِى مَسْجِدِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ

“Rəvayət edilir ki, əs-Saib ibn Yəzid ﵀ demişdir: “Məsciddə ayaq üstə durmuşdum. Bir kişi mənə xırda daş atdı. Həmin adama diqqət etdikdə onun Ömər ibn əl-Xattab olduğunu gördüm. Mənə dedi: “Get, bu iki adamı yanıma gətir!” Mən gedib onları onun yanına gətirdim. Ömər dedi: “Siz kimsiniz” və ya “siz haradansınız?” Onlar dedilər: “Biz Taifdənik”. Ömər dedi: “Əgər siz bu şəhərdən olsaydınız, sizi cəzalandırardım, çünki siz Allah Elçisinin ﷺ məscidində səsinizi yüksəldirsiniz”.”

əs-Saib ibn Yəzid
Buxari, 470 (Namaz, 122)Səhih

حَدَّثَنَا أَحْمَدُ قَالَ حَدَّثَنَا ابْنُ وَهْبٍ قَالَ أَخْبَرَنِى يُونُسُ بْنُ يَزِيدَ عَنِ ابْنِ شِهَابٍ حَدَّثَنِى عَبْدُ اللَّهِ بْنُ كَعْبِ بْنِ مَالِكٍ أَنَّ كَعْبَ بْنَ مَالِكٍ أَخْبَرَهُ أَنَّهُ تَقَاضَى ابْنَ أَبِى حَدْرَدٍ دَيْنًا لَهُ عَلَيْهِ ، فِى عَهْدِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى الْمَسْجِدِ ، فَارْتَفَعَتْ أَصْوَاتُهُمَا حَتَّى سَمِعَهَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ فِى بَيْتِهِ ، فَخَرَجَ إِلَيْهِمَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى كَشَفَ سِجْفَ حُجْرَتِهِ وَنَادَى « يَا كَعْبُ بْنَ مَالِكٍ ، يَا كَعْبُ » . قَالَ لَبَّيْكَ يَا رَسُولَ اللَّهِ . فَأَشَارَ بِيَدِهِ أَنْ ضَعِ الشَّطْرَ مِنْ دَيْنِكَ . قَالَ كَعْبٌ قَدْ فَعَلْتُ يَا رَسُولَ اللَّهِ . قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « قُمْ فَاقْضِهِ » .

“Rəvayət edilir ki, bir dəfə məsciddə Kəb ibn Malik ﵁ İbn Əbu Hədrəddən ona verdiyi borcu qaytarmağı tələb etdi və onlar səslərini o dərəcədə qaldırdılar ki, öz evində olan Allah Elçisi ﷺ onların səslərini eşitdi. Allah Elçisi ﷺ bayıra çıxdı və otağının pərdəsini açıb uca səslə: “Ey Kəb ibn Malik! Ey Kəb!”– deyə çağırdı. Kəb: “Əmrinə müntəzirəm, ey Allahın Elçisi!”– deyə cavab verdi. Allah Elçisi ﷺ əli ilə onun borcunun yarısından keçməsinə işarə etdi. Kəb dedi: “Bağışladım, ey Allahın Elçisi!” Onda Allah Elçisi ﷺ İbn Əbu Hədrədə: “Qalx, borcunun (qalan hissəsini) ödə!”– deyə əmr etdi.”

Kəb ibn Malik
Buxari, 471 (Namaz, 123)Səhih

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا بِشْرُ بْنُ الْمُفَضَّلِ عَنْ عُبَيْدِ اللَّهِ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ قَالَ سَأَلَ رَجُلٌ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَهْوَ عَلَى الْمِنْبَرِ مَا تَرَى فِى صَلاَةِ اللَّيْلِ قَالَ « مَثْنَى مَثْنَى ، فَإِذَا خَشِىَ الصُّبْحَ صَلَّى وَاحِدَةً ، فَأَوْتَرَتْ لَهُ مَا صَلَّى » . وَإِنَّهُ كَانَ يَقُولُ اجْعَلُوا آخِرَ صَلاَتِكُمْ وِتْرًا ، فَإِنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَمَرَ بِهِ .

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Peyğəmbər ﷺ minbərdə ikən bir nəfər ondan soruşdu: “Gecə namazı haqda nə deyə bilərsən?” O dedi: “(Gecə namazı) iki rükət-iki rükət qılınır, dan yerinin sökülməsindən ehtiyat etdikdə isə bir (rükət də) qılınır ki, öncəki namazlarla (bir yerdə onların) sayı tək sayda olsun”. İbn Ömər deyərdi: “Gecə namazınızı bir rükətlə tamamlayın, çünki Peyğəmbər ﷺ belə buyurmuşdur”.”

İbn Ömər
Buxari, 472 (Namaz, 124)Səhih

حَدَّثَنَا أَبُو النُّعْمَانِ قَالَ حَدَّثَنَا حَمَّادٌ عَنْ أَيُّوبَ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ أَنَّ رَجُلاً جَاءَ إِلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَهْوَ يَخْطُبُ فَقَالَ كَيْفَ صَلاَةُ اللَّيْلِ فَقَالَ « مَثْنَى مَثْنَى ، فَإِذَا خَشِيتَ الصُّبْحَ فَأَوْتِرْ بِوَاحِدَةٍ ، تُوتِرُ لَكَ مَا قَدْ صَلَّيْتَ » . قَالَ الْوَلِيدُ بْنُ كَثِيرٍ حَدَّثَنِى عُبَيْدُ اللَّهِ بْنُ عَبْدِ اللَّهِ أَنَّ ابْنَ عُمَرَ حَدَّثَهُمْ أَنَّ رَجُلاً نَادَى النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ فِى الْمَسْجِدِ .

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ xütbə dediyi vaxt bir kişi ondan soruşdu: “Gecə namazı necə qılınır?” O dedi: “İki-iki qıl, dan yerinin sökülməsindən ehtiyat etdiyin zaman bir (rükət də) qıl ki, öncəki rükətlərin sayını təkləşdirəsən”. İbn Ömər deyir: “Peyğəmbər ﷺ məsciddə olanda bir kişi Peyğəmbərə ﷺ səsləndi”.”

İbn Ömər
Buxari, 473 (Namaz, 125)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ إِسْحَاقَ بْنِ عَبْدِ اللَّهِ بْنِ أَبِى طَلْحَةَ أَنَّ أَبَا مُرَّةَ مَوْلَى عَقِيلِ بْنِ أَبِى طَالِبٍ أَخْبَرَهُ عَنْ أَبِى وَاقِدٍ اللَّيْثِىِّ قَالَ بَيْنَمَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى الْمَسْجِدِ فَأَقْبَلَ ثَلاَثَةُ نَفَرٍ ، فَأَقْبَلَ اثْنَانِ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَذَهَبَ وَاحِدٌ ، فَأَمَّا أَحَدُهُمَا فَرَأَى فُرْجَةً فَجَلَسَ ، وَأَمَّا الآخَرُ فَجَلَسَ خَلْفَهُمْ ، فَلَمَّا فَرَغَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « أَلاَ أُخْبِرُكُمْ عَنِ الثَّلاَثَةِ أَمَّا أَحَدُهُمْ فَأَوَى إِلَى اللَّهِ ، فَآوَاهُ اللَّهُ ، وَأَمَّا الآخَرُ فَاسْتَحْيَا ، فَاسْتَحْيَا اللَّهُ مِنْهُ ، وَأَمَّا الآخَرُ فَأَعْرَضَ ، فَأَعْرَضَ اللَّهُ عَنْهُ » .

“Rəvayət edilir ki, Əbu Vaqid əl-Leysi ﵁ demişdir: “Allah Elçisi ﷺ camaatla birlikdə məsciddə olduğu vaxt ora üç nəfər gəldi. İkisi Allah Elçisinə ﷺ tərəf yönəldi, biri isə çıxıb getdi. Onlardan biri dövrə vurub oturmuş camaatın arasında boş yer görüb orada əyləşdi. O birisi də onların arxa tərəfində əyləşdi. Allah Elçisi ﷺ söhbətini bitirdikdən sonra dedi: “Bu üç nəfər barədə sizə xəbər verimmi? Onlardan biri Allaha sığındı, Allah da ona sığınacaq verdi. Digəri utandı, Allah da ondan utandı. Üçüncüsünə gəldikdə isə, o, üz döndərdi, Allah da ondan üz döndərdi”.”

Əbu Vaqid əl-Leysi
Buxari, 474 (Namaz, 126)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ عَنْ مَالِكٍ عَنِ ابْنِ شِهَابٍ عَنْ عَبَّادِ بْنِ تَمِيمٍ عَنْ عَمِّهِ أَنَّهُ رَأَى رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مُسْتَلْقِيًا فِى الْمَسْجِدِ ، وَاضِعًا إِحْدَى رِجْلَيْهِ عَلَى الأُخْرَى . وَعَنِ ابْنِ شِهَابٍ عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ قَالَ كَانَ عُمَرُ وَعُثْمَانُ يَفْعَلاَنِ ذَلِكَ .

“Abbad ibn Təmimin əmisi (Abdullah ibn Zeyd) ﵁ Allah Elçisinin ﷺ arxası üstə uzanıb bir ayağını o biri ayağının üstünə qoyduğunu görmüşdür. Səid ibn Museyyib demişdir: “Ömər və Osman da belə edərdi”.”

Abbad ibn Təmim əmisindən
Buxari, 475 (Namaz, 127)Səhih

حَدَّثَنَا يَحْيَى بْنُ بُكَيْرٍ قَالَ حَدَّثَنَا اللَّيْثُ عَنْ عُقَيْلٍ عَنِ ابْنِ شِهَابٍ قَالَ أَخْبَرَنِى عُرْوَةُ بْنُ الزُّبَيْرِ أَنَّ عَائِشَةَ زَوْجَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتْ لَمْ أَعْقِلْ أَبَوَىَّ إِلاَّ وَهُمَا يَدِينَانِ الدِّينَ ، وَلَمْ يَمُرَّ عَلَيْنَا يَوْمٌ إِلاَّ يَأْتِينَا فِيهِ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ طَرَفَىِ النَّهَارِ بُكْرَةً وَعَشِيَّةً ، ثُمَّ بَدَا لأَبِى بَكْرٍ فَابْتَنَى مَسْجِدًا بِفِنَاءِ دَارِهِ ، فَكَانَ يُصَلِّى فِيهِ وَيَقْرَأُ الْقُرْآنَ ، فَيَقِفُ عَلَيْهِ نِسَاءُ الْمُشْرِكِينَ ، وَأَبْنَاؤُهُمْ يَعْجَبُونَ مِنْهُ وَيَنْظُرُونَ إِلَيْهِ ، وَكَانَ أَبُو بَكْرٍ رَجُلاً بَكَّاءً لاَ يَمْلِكُ عَيْنَيْهِ إِذَا قَرَأَ الْقُرْآنَ ، فَأَفْزَعَ ذَلِكَ أَشْرَافَ قُرَيْشٍ مِنَ الْمُشْرِكِينَ

“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ zövcəsi Aişə ﵂ demişdir: “Valideynlərimin dində olmayan dövrlərini görmədim. O vaxtı elə gün olmazdı ki, Allah Elçisi ﷺ o günün əvvəlində və axırında bizə gəlməsin. Sonra Əbu Bəkrə bir miqdar pul gəldi və evinin kənarında bir məscid tikdi. Burada namaz qılmağa və Quran oxumağa başladı. Müşriklərin qadınları və uşaqları onun yanında durub onun ibadət etməsinə və Quran oxumasına təəccüb edərək ona baxırdılar. Əbu Bəkr çox ağlayan adam idi və Quran oxunduqda göz yaşlarını saxlaya bilmirdi. Əbu Bəkrin bu halı Qureyş müşriklərinin öndərlərini qorxudurdu”.”

Aişə
Buxari, 476 (Namaz, 128)Səhih

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ عَنِ الأَعْمَشِ عَنْ أَبِى صَالِحٍ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « صَلاَةُ الْجَمِيعِ تَزِيدُ عَلَى صَلاَتِهِ فِى بَيْتِهِ ، وَصَلاَتِهِ فِى سُوقِهِ خَمْسًا وَعِشْرِينَ دَرَجَةً ، فَإِنَّ أَحَدَكُمْ إِذَا تَوَضَّأَ فَأَحْسَنَ وَأَتَى الْمَسْجِدَ ، لاَ يُرِيدُ إِلاَّ الصَّلاَةَ ، لَمْ يَخْطُ خُطْوَةً إِلاَّ رَفَعَهُ اللَّهُ بِهَا دَرَجَةً ، وَحَطَّ عَنْهُ خَطِيئَةً ، حَتَّى يَدْخُلَ الْمَسْجِدَ ، وَإِذَا دَخَلَ الْمَسْجِدَ كَانَ فِى صَلاَةٍ مَا كَانَتْ تَحْبِسُهُ ، وَتُصَلِّى - يَعْنِى عَلَيْهِ - الْمَلاَئِكَةُ مَا دَامَ فِى مَجْلِسِهِ الَّذِى يُصَلِّى فِيهِ اللَّهُمَّ اغْفِرْ لَهُ ، اللَّهُمَّ ارْحَمْهُ ، مَا لَمْ يُحْدِثْ فِيهِ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “(İnsanın) camaatla qıldığı namazı öz evində və ya bazarda (tək) qıldığı namazdan iyirmi beş dəfə artıqdır. Çünki biriniz lazımı qaydada dəstəmaz alıb ancaq namaz qılmaq məqsədilə məscidə gələrsə, məscidə daxil olanadək atdığı hər addıma görə Allah onu bir dərəcə yüksəldər və onun bir günahını silər. Məscidə daxil olduqdan sonra orada qaldığı vaxt ərzində namazda olduğu kimi sayılar. Namazını qılacağı yerdə gözlədiyi vaxt ərzində, dəstəmazı pozulanadək mələklər onun üçün: “Allahım, onu bağışla! Allahım, ona rəhm et!”– deyə dua edirlər”.”

Əbu Hureyra
Buxari, 477 (Namaz, 129)Səhih

حَدَّثَنَا حَامِدُ بْنُ عُمَرَ عَنْ بِشْرٍ حَدَّثَنَا عَاصِمٌ حَدَّثَنَا وَاقِدٌ عَنْ أَبِيهِ عَنِ ابْنِ عُمَرَ أَوِ ابْنِ عَمْرٍو شَبَّكَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَصَابِعَهُ .

“İbn Ömər və İbn Amr ﵃ rəvayət edirlər ki, Peyğəmbər ﷺ barmaqlarını bir-birinə keçirmişdi.”

İbn Ömər və ya İbn Amr
Buxari, 478-479 (Namaz, 130)Səhih

وَقَالَ عَاصِمُ بْنُ عَلِىٍّ حَدَّثَنَا عَاصِمُ بْنُ مُحَمَّدٍ سَمِعْتُ هَذَا الْحَدِيثَ مِنْ أَبِى فَلَمْ أَحْفَظْهُ ، فَقَوَّمَهُ لِى وَاقِدٌ عَنْ أَبِيهِ قَالَ سَمِعْتُ أَبِى وَهُوَ يَقُولُ قَالَ عَبْدُ اللَّهِ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « يَا عَبْدَ اللَّهِ بْنَ عَمْرٍو ، كَيْفَ بِكَ إِذَا بَقِيتَ فِى حُثَالَةٍ مِنَ النَّاسِ بِهَذَا » .

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ey Abdullah ibn Amr, dəyərsiz insanlar arasında olduqda bu halın necə olur?””

Abdullah
Buxari, 480 (Namaz, 132)Səhih

حَدَّثَنَا خَلاَّدُ بْنُ يَحْيَى قَالَ حَدَّثَنَا سُفْيَانُ عَنْ أَبِى بُرْدَةَ بْنِ عَبْدِ اللَّهِ بْنِ أَبِى بُرْدَةَ عَنْ جَدِّهِ عَنْ أَبِى مُوسَى عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِنَّ الْمُؤْمِنَ لِلْمُؤْمِنِ كَالْبُنْيَانِ ، يَشُدُّ بَعْضُهُ بَعْضًا » . وَشَبَّكَ أَصَابِعَهُ .

“Əbu Musa ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ: “Möminlər bir bina kimidirlər, bir-birini dəstəkləyirlər”– dedi və barmaqlarını bir-birinə keçirtdi”.”

Əbu Musa
Buxari, 481 (Namaz, 133)Səhih

حَدَّثَنَا إِسْحَاقُ قَالَ حَدَّثَنَا ابْنُ شُمَيْلٍ أَخْبَرَنَا ابْنُ عَوْنٍ عَنِ ابْنِ سِيرِينَ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ صَلَّى بِنَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِحْدَى صَلاَتَىِ الْعَشِىِّ - قَالَ ابْنُ سِيرِينَ سَمَّاهَا أَبُو هُرَيْرَةَ وَلَكِنْ نَسِيتُ أَنَا - قَالَ فَصَلَّى بِنَا رَكْعَتَيْنِ ثُمَّ سَلَّمَ ، فَقَامَ إِلَى خَشَبَةٍ مَعْرُوضَةٍ فِى الْمَسْجِدِ فَاتَّكَأَ عَلَيْهَا ، كَأَنَّهُ غَضْبَانُ ، وَوَضَعَ يَدَهُ الْيُمْنَى عَلَى الْيُسْرَى ، وَشَبَّكَ بَيْنَ أَصَابِعِهِ ، وَوَضَعَ خَدَّهُ الأَيْمَنَ عَلَى ظَهْرِ كَفِّهِ الْيُسْرَى ، وَخَرَجَتِ السَّرَعَانُ مِنْ أَبْوَابِ الْمَسْجِدِ فَقَالُوا قَصُرَتِ الصَّلاَةُ . وَفِى الْقَوْمِ أَبُو بَكْرٍ وَعُمَرُ ، فَهَابَا أَنْ يُكَلِّمَاهُ ، وَفِى الْقَوْمِ رَجُلٌ فِى يَدَيْهِ طُولٌ يُقَالُ لَهُ ذُو الْيَدَيْنِ قَالَ يَا رَسُولَ اللَّهِ ، أَنَسِيتَ أَمْ قَصُرَتِ الصَّلاَةُ قَالَ « لَمْ أَنْسَ ، وَلَمْ تُقْصَرْ » . فَقَالَ « أَكَمَا يَقُولُ ذُو الْيَدَيْنِ » . فَقَالُوا نَعَمْ . فَتَقَدَّمَ فَصَلَّى مَا تَرَكَ ، ثُمَّ سَلَّمَ ، ثُمَّ كَبَّرَ وَسَجَدَ مِثْلَ سُجُودِهِ أَوْ أَطْوَلَ ، ثُمَّ رَفَعَ رَأْسَهُ وَكَبَّرَ ، ثُمَّ كَبَّرَ وَسَجَدَ مِثْلَ سُجُودِهِ أَوْ أَطْوَلَ ، ثُمَّ رَفَعَ رَأْسَهُ وَكَبَّرَ . فَرُبَّمَا سَأَلُوهُ ثُمَّ سَلَّمَ فَيَقُولُ نُبِّئْتُ أَنَّ عِمْرَانَ بْنَ حُصَيْنٍ قَالَ ثُمَّ سَلَّمَ .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ bizə axşam namazlarından birini qıldırdı. O,namazın iki rükətini qıldırdıqdan sonra salam verdi. Bundan sonra məscidin içində köndələninə qoyulmuş ağac parçasına dirsəkləndi. Özü də sanki qəzəbli idi. Sonra o, sağ əlini sol əlinin üstünə qoyub barmaqlarını bir-birinə keçirtdi və sağ yanağını sol əlinin arxasına söykədi. Tez getmək istəyənlər məscidin qapılarından çıxdılar və: “Namaz qısaldı”– dedilər. Məsciddəki camaatın arasında Əbu Bəkr və Ömər də var idi, lakin onlar Allah Elçisinə ﷺ söz deməkdən çəkindilər. Camaatın arasında qolları uzun olduğu üçün Zul-Yədeyn deyilən bir nəfər də var idi. Həmin adam: “Ey Allahın Elçisi, unutdun, yoxsa namaz qısaldı?”– deyə soruşdu. Peyğəmbər ﷺ: “Mən (heç nə) unutmamışam, namaz da qısaldılmayıb”– dedi və camaatdan: “Zul-Yədeyn dediyi kimidirmi?” deyə soruşdu. Onlar: “Bəli”– deyə cavab verdikdə o qalxıb qabağa keçdi və buraxdığı rükətləri qıldıqdan sonra salamları verdi. Bundan sonra təkbir edib səcdəyə getdi və həmişəki qədər, yaxud bir az da uzun müddət səcdədə qaldı. Sonra başını qaldırıb təkbir etdi, sonra yenə təkbir edib səcdəyə getdi və həmişəki qədər, yaxud bir az da uzun müddət səcdədə qaldı. Sonra başını qaldırıb təkbir etdi, sonra salamları verdi”.”

Əbu Hureyra
Buxari, 482 (Namaz, 134)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ أَبِى بَكْرٍ الْمُقَدَّمِىُّ قَالَ حَدَّثَنَا فُضَيْلُ بْنُ سُلَيْمَانَ قَالَ حَدَّثَنَا مُوسَى بْنُ عُقْبَةَ قَالَ رَأَيْتُ سَالِمَ بْنَ عَبْدِ اللَّهِ يَتَحَرَّى أَمَاكِنَ مِنَ الطَّرِيقِ فَيُصَلِّى فِيهَا ، وَيُحَدِّثُ أَنَّ أَبَاهُ كَانَ يُصَلِّى فِيهَا ، وَأَنَّهُ رَأَى النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى فِى تِلْكَ الأَمْكِنَةِ . وَحَدَّثَنِى نَافِعٌ عَنِ ابْنِ عُمَرَ أَنَّهُ كَانَ يُصَلِّى فِى تِلْكَ الأَمْكِنَةِ . وَسَأَلْتُ سَالِمًا ، فَلاَ أَعْلَمُهُ إِلاَّ وَافَقَ نَافِعًا فِى الأَمْكِنَةِ كُلِّهَا إِلاَّ أَنَّهُمَا اخْتَلَفَا فِى مَسْجِدٍ بِشَرَفِ الرَّوْحَاءِ .

“Rəvayət edilir ki, Musa ibn Uqbə ﵀ demişdir: “Mən Səlim ibn Abdullahı yolda bəzi yerləri axtarıb oralarda namaz qılan gördüm. O, atasının bu yerlərdə namaz qıldığını və onun Peyğəmbərin ﷺ bu yerlərdə namaz qıldığını gördüyünü söylədi. Nafi rəvayət edir ki, İbn Ömər bu yerlərdə namaz qılardı. Mən Səlimdən bu yerlər haqda soruşduqda birindən başqa bu məkanların hamısında Nafinin dediyi cavabı verdi. Nafi ilə Səlim yalnız Şərafur-Ravhədə olan məscid haqda ixtilaf etdilər”.”

Musa ibn Uqbə
Buxari, 483 (Namaz, 135)Səhih

حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ الْمُنْذِرِ قَالَ حَدَّثَنَا أَنَسُ بْنُ عِيَاضٍ قَالَ حَدَّثَنَا مُوسَى بْنُ عُقْبَةَ عَنْ نَافِعٍ أَنَّ عَبْدَ اللَّهِ أَخْبَرَهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَنْزِلُ بِذِى الْحُلَيْفَةِ حِينَ يَعْتَمِرُ ، وَفِى حَجَّتِهِ حِينَ حَجَّ ، تَحْتَ سَمُرَةٍ فِى مَوْضِعِ الْمَسْجِدِ الَّذِى بِذِى الْحُلَيْفَةِ ، وَكَانَ إِذَا رَجَعَ مِنْ غَزْوٍ كَانَ فِى تِلْكَ الطَّرِيقِ أَوْ حَجٍّ أَوْ عُمْرَةٍ هَبَطَ مِنْ بَطْنِ وَادٍ ، فَإِذَا ظَهَرَ مِنْ بَطْنِ وَادٍ أَنَاخَ بِالْبَطْحَاءِ الَّتِى عَلَى شَفِيرِ الْوَادِى الشَّرْقِيَّةِ ، فَعَرَّسَ ثَمَّ حَتَّى يُصْبِحَ ، لَيْسَ عِنْدَ الْمَسْجِدِ الَّذِى بِحِجَارَةٍ ، وَلاَ عَلَى الأَكَمَةِ الَّتِى عَلَيْهَا الْمَسْجِدُ ، كَانَ ثَمَّ خَلِيجٌ يُصَلِّى عَبْدُ اللَّهِ عِنْدَهُ ، فِى بَطْنِهِ كُثُبٌ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ثَمَّ يُصَلِّى ، فَدَحَا السَّيْلُ فِيهِ بِالْبَطْحَاءِ حَتَّى دَفَنَ ذَلِكَ الْمَكَانَ الَّذِى كَانَ عَبْدُ اللَّهِ يُصَلِّى فِيهِ .

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ Ümrə və Həcc ziyarətinə gedərkən Zul-Huleyfədə tikanlı bir ağacın altında – sonradan tikilmiş məscidin yerində dayanardı. Döyüşdən, yaxud Ümrə və ya Həcc ziyarətlərindən həmin yol ilə qayıdarkən Əqiq vadisinin içindən keçər, oradan yuxarı qalxdıqda isə öz dəvəsini məscidin yanında və ya məscidin olduğu təpənin üstündə deyil, vadinin şərq tərəfindəki daşlıq sahədə yerə çökdürər və orada dincəlmək üçün səhərə qədər qalardı. Abdullah ibn Ömər qum təpələri olan vadidə namaz qılardı. Əvvəllər o yerdə Allah Elçisi ﷺ namaz qılarmış. Sonralar vadidən axan sellər Abdullah ibn Ömərin namaz qıldığı təpələri yuyub yerlə bərabər etmişdi.”

Abdullah
Buxari, 484 (Namaz, 136)Səhih

وَأَنَّ عَبْدَ اللَّهِ بْنَ عُمَرَ حَدَّثَهُ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى حَيْثُ الْمَسْجِدُ الصَّغِيرُ الَّذِى دُونَ الْمَسْجِدِ الَّذِى بِشَرَفِ الرَّوْحَاءِ ، وَقَدْ كَانَ عَبْدُ اللَّهِ يَعْلَمُ الْمَكَانَ الَّذِى كَانَ صَلَّى فِيهِ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ ثَمَّ عَنْ يَمِينِكَ حِينَ تَقُومُ فِى الْمَسْجِدِ تُصَلِّى ، وَذَلِكَ الْمَسْجِدُ عَلَى حَافَةِ الطَّرِيقِ الْيُمْنَى ، وَأَنْتَ ذَاهِبٌ إِلَى مَكَّةَ ، بَيْنَهُ وَبَيْنَ الْمَسْجِدِ الأَكْبَرِ رَمْيَةٌ بِحَجَرٍ أَوْ نَحْوُ ذَلِكَ .

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ Şərafur-Ravhədəki məscidin yanındakı kiçik məscidin yerində namaz qılardı. Abdullah Peyğəmbərin ﷺ namaz qıldığı yerin harada olduğunu bildirib deyərdi: “Orada məsciddə namaz qıldığın zaman həmin yer sənin sağ tərəfində qalır və həmin məscid Məkkə istiqamətində yolun sağ tərəfində yerləşir. Onunla böyük məscidin arasında əllə atılmış daş qədər və ya buna yaxın bir məsafə var”.”

Abdullah ibn Ömər
Buxari, 485 (Namaz, 137)Səhih

وَأَنَّ ابْنَ عُمَرَ كَانَ يُصَلِّى إِلَى الْعِرْقِ الَّذِى عِنْدَ مُنْصَرَفِ الرَّوْحَاءِ ، وَذَلِكَ الْعِرْقُ انْتِهَاءُ طَرَفِهِ عَلَى حَافَةِ الطَّرِيقِ ، دُونَ الْمَسْجِدِ الَّذِى بَيْنَهُ وَبَيْنَ الْمُنْصَرَفِ ، وَأَنْتَ ذَاهِبٌ إِلَى مَكَّةَ . وَقَدِ ابْتُنِىَ ثَمَّ مَسْجِدٌ ، فَلَمْ يَكُنْ عَبْدُ اللَّهِ يُصَلِّى فِى ذَلِكَ الْمَسْجِدِ ، كَانَ يَتْرُكُهُ عَنْ يَسَارِهِ وَوَرَاءَهُ ، وَيُصَلِّى أَمَامَهُ إِلَى الْعِرْقِ نَفْسِهِ ، وَكَانَ عَبْدُ اللَّهِ يَرُوحُ مِنَ الرَّوْحَاءِ ، فَلاَ يُصَلِّى الظُّهْرَ حَتَّى يَأْتِىَ ذَلِكَ الْمَكَانَ فَيُصَلِّى فِيهِ الظُّهْرَ ، وَإِذَا أَقْبَلَ مِنْ مَكَّةَ فَإِنْ مَرَّ بِهِ قَبْلَ الصُّبْحِ بِسَاعَةٍ أَوْ مِنْ آخِرِ السَّحَرِ عَرَّسَ حَتَّى يُصَلِّىَ بِهَا الصُّبْحَ .

“Rəvayət edilir ki, İbn Ömər ﵄ Ravhənin çıxacağında üzünü əl-İrq vadisinə tərəf çevirib namaz qılardı. Bu vadinin qurtaracağı məscidin yanındakı yolun kənarına birləşirdi və Məkkəyə doğru getdikdə həmin vadi ilə Ravhənin çıxacağı arasında qalırdı. Orada bir məscid tikilmişdi, lakin Abdullah ibn Ömər o məsciddə namaz qılmazdı. Onu özündən sol tərəfdə arxada qoyaraq üzünü əl-İrq vadisinə tərəf çevirib namaz qılardı. O, Ravhədən çıxarkən həmin yerə gəlib çatanadək Zöhr namazını qılmaz, bu namazı məhz orada qılardı. Məkkədən qayıtdıqda oradan sübh çağına bir saat qalmış, yaxud dan yerinin ağarmasına yaxın keçərdisə, orada Sübh namazını qılanadək qalardı.”

İbn Ömər
Buxari, 486 (Namaz, 138)Səhih

وَأَنَّ عَبْدَ اللَّهِ حَدَّثَهُ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَنْزِلُ تَحْتَ سَرْحَةٍ ضَخْمَةٍ دُونَ الرُّوَيْثَةِ عَنْ يَمِينِ الطَّرِيقِ ، وَوِجَاهَ الطَّرِيقِ فِى مَكَانٍ بَطْحٍ سَهْلٍ ، حَتَّى يُفْضِىَ مِنْ أَكَمَةٍ دُوَيْنَ بَرِيدِ الرُّوَيْثَةِ بِمِيلَيْنِ ، وَقَدِ انْكَسَرَ أَعْلاَهَا ، فَانْثَنَى فِى جَوْفِهَا ، وَهِىَ قَائِمَةٌ عَلَى سَاقٍ ، وَفِى سَاقِهَا كُثُبٌ كَثِيرَةٌ .

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ Ruveysənin yaxınlığında, yolun sağ tərəfindəki düzəngahda bitmiş böyük bir ağacın altında dincəlmək üçün dayanardı. Bu ağac Ruveysədə qasidlərin dayandığı yerdən təxminən iki mil aralıda yerləşən təpənin arxasında bitmişdi. Bu ağacın yuxarısı qırılmış, içi oyulmuş, özü gövdəsi üstə qalmış, dibində də çoxlu qum təpəcikləri var idi.”

Abdullah
Buxari, 487 (Namaz, 139)Səhih

وَأَنَّ عَبْدَ اللَّهِ بْنَ عُمَرَ حَدَّثَهُ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى فِى طَرَفِ تَلْعَةٍ مِنْ وَرَاءِ الْعَرْجِ وَأَنْتَ ذَاهِبٌ إِلَى هَضْبَةٍ عِنْدَ ذَلِكَ الْمَسْجِدِ قَبْرَانِ أَوْ ثَلاَثَةٌ ، عَلَى الْقُبُورِ رَضْمٌ مِنْ حِجَارَةٍ عَنْ يَمِينِ الطَّرِيقِ ، عِنْدَ سَلِمَاتِ الطَّرِيقِ ، بَيْنَ أُولَئِكَ السَّلِمَاتِ كَانَ عَبْدُ اللَّهِ يَرُوحُ مِنَ الْعَرْجِ بَعْدَ أَنْ تَمِيلَ الشَّمْسُ بِالْهَاجِرَةِ ، فَيُصَلِّى الظُّهْرَ فِى ذَلِكَ الْمَسْجِدِ .

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ əl-Arc kəndinin arxasındakı yüksəklikdə, çox hündür olmayan dağ istiqamətindəki sel yatağının kənarında namaz qılardı. Sonradan orada tikilmiş məscidin yanında iki və ya üç qəbir var idi ki, onların üstünə böyük daşlar qoyulmuşdu və onlar yolun sağ tərəfində bitmiş ağacların arasında idi. Abdullah günəş zeniti keçdikdən sonra əl-Arcdan çıxar və Zöhr namazını həmin məsciddə qılardı.”

Abdullah ibn Ömər
Buxari, 488 (Namaz, 140)Səhih

وَأَنَّ عَبْدَ اللَّهِ بْنَ عُمَرَ حَدَّثَهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ نَزَلَ عِنْدَ سَرَحَاتٍ عَنْ يَسَارِ الطَّرِيقِ ، فِى مَسِيلٍ دُونَ هَرْشَى ، ذَلِكَ الْمَسِيلُ لاَصِقٌ بِكُرَاعِ هَرْشَى ، بَيْنَهُ وَبَيْنَ الطَّرِيقِ قَرِيبٌ مِنْ غَلْوَةٍ ، وَكَانَ عَبْدُ اللَّهِ يُصَلِّى إِلَى سَرْحَةٍ ، هِىَ أَقْرَبُ السَّرَحَاتِ إِلَى الطَّرِيقِ وَهْىَ أَطْوَلُهُنَّ .

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ Hərşa dağının yaxınlığındakı vadinin məcrasındakı yolun solunda ağacların yanında dayanardı. Bu vadi Hərşa dağının ətəyinə birləşir. Vadi ilə yol arasındakı məsafə atılmış oxun uçduğu məsafəyə bərabərdir. Abdullah bu ağacların ən uzununa və yola ən yaxın olanına doğru namaz qılardı.”

Abdullah ibn Ömər
Buxari, 489 (Namaz, 141)Səhih

وَأَنَّ عَبْدَ اللَّهِ بْنَ عُمَرَ حَدَّثَهُ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَنْزِلُ فِى الْمَسِيلِ الَّذِى فِى أَدْنَى مَرِّ الظَّهْرَانِ ، قِبَلَ الْمَدِينَةِ حِينَ يَهْبِطُ مِنَ الصَّفْرَاوَاتِ يَنْزِلُ فِى بَطْنِ ذَلِكَ الْمَسِيلِ عَنْ يَسَارِ الطَّرِيقِ ، وَأَنْتَ ذَاهِبٌ إِلَى مَكَّةَ ، لَيْسَ بَيْنَ مَنْزِلِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَبَيْنَ الطَّرِيقِ إِلاَّ رَمْيَةٌ بِحَجَرٍ .

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ Məkkədən Mədinəyə gedən yolun üstündəki Mərruz-Zəhran vadisinin aşağı tərəfində dayanardı. Əgər yolçu əs-Səfravatdan çıxıb Məkkəyə gedirsə, yolun sol tərəfində yerləşən bu vadidən keçir. Allah Elçisinin ﷺ dayandığı yerlə yolun arasındakı məsafə isə əllə atılmış daşın uçub düşdüyü məsafəyə bərabərdir.”

Abdullah ibn Ömər
Buxari, 490 (Namaz, 142)Səhih

وَأَنَّ عَبْدَ اللَّهِ بْنَ عُمَرَ حَدَّثَهُ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَنْزِلُ بِذِى طُوًى وَيَبِيتُ حَتَّى يُصْبِحَ ، يُصَلِّى الصُّبْحَ حِينَ يَقْدَمُ مَكَّةَ ، وَمُصَلَّى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ذَلِكَ عَلَى أَكَمَةٍ غَلِيظَةٍ ، لَيْسَ فِى الْمَسْجِدِ الَّذِى بُنِىَ ثَمَّ ، وَلَكِنْ أَسْفَلَ مِنْ ذَلِكَ عَلَى أَكَمَةٍ غَلِيظَةٍ .

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ Məkkəyə gələrkən Zu-Tuva vadisində dayanıb gecəni orada keçirər və səhər açılanda Sübh namazını qılardı. Allah Elçisinin ﷺ namaz qıldığı həmin yer o vadidə sonradan məscid tikilmiş yerdə deyil, ondan aşağıda böyük bir təpədə yerləşir.”

Abdullah ibn Ömər
Buxari, 491 (Namaz, 143)Səhih

وَأَنَّ عَبْدَ اللَّهِ حَدَّثَهُ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ اسْتَقْبَلَ فُرْضَتَىِ الْجَبَلِ الَّذِى بَيْنَهُ وَبَيْنَ الْجَبَلِ الطَّوِيلِ نَحْوَ الْكَعْبَةِ ، فَجَعَلَ الْمَسْجِدَ الَّذِى بُنِىَ ثَمَّ يَسَارَ الْمَسْجِدِ بِطَرَفِ الأَكَمَةِ ، وَمُصَلَّى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَسْفَلَ مِنْهُ عَلَى الأَكَمَةِ السَّوْدَاءِ ، تَدَعُ مِنَ الأَكَمَةِ عَشَرَةَ أَذْرُعٍ أَوْ نَحْوَهَا ، ثُمَّ تُصَلِّى مُسْتَقْبِلَ الْفُرْضَتَيْنِ مِنَ الْجَبَلِ الَّذِى بَيْنَكَ وَبَيْنَ الْكَعْبَةِ .

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ namaz qılarkən üzünü Kəbə istiqamətində yerləşən hündür dağ arasındakı iki keçidə tərəf çevirərdi. (İbn Ömər namaza durduğu zaman və sonralar) orada tikilmiş məscid təpənin kənarındakı məscidin sol tərəfində qalırdı. Peyğəmbərin ﷺ namaz qıldığı yer isə bu məsciddən aşağıdakı qara təpədə yerləşir. O təpədən on ərəş aralandıqdan sonra səninlə Kəbə arasında yerləşən dağın iki keçidinə tərəf yönəlib namaz qıla bilərsən.”

Abdullah
Buxari, 492 (Namaz, 144)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنِ ابْنِ شِهَابٍ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ بْنِ عُتْبَةَ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَبَّاسٍ أَنَّهُ قَالَ أَقْبَلْتُ رَاكِبًا عَلَى حِمَارٍ أَتَانٍ ، وَأَنَا يَوْمَئِذٍ قَدْ نَاهَزْتُ الاِحْتِلاَمَ ، وَرَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى بِالنَّاسِ بِمِنًى إِلَى غَيْرِ جِدَارٍ ، فَمَرَرْتُ بَيْنَ يَدَىْ بَعْضِ الصَّفِّ ، فَنَزَلْتُ وَأَرْسَلْتُ الأَتَانَ تَرْتَعُ ، وَدَخَلْتُ فِى الصَّفِّ ، فَلَمْ يُنْكِرْ ذَلِكَ عَلَىَّ أَحَدٌ .

“Rəvayət edilir ki, Abdullah ibn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ Minada divarsız olan yerdə insanlara namaz qıldırarkən mən dişi uzunqulağa minərək qarşıdan gəldim. O vaxtlar mən həddi-büluğa çatmışdım. Namazdakı cərgələrin birinin önündən keçdim və uzunqulaqdan düşüb otlamaq üçün onu sərbəst buraxdım. Sonra da namazdakı cərgəyə qoşuldum. Məni buna görə heç kim məzəmmət etmədi”.”

Abdullah ibn Abbas
Buxari, 493 (Namaz, 145)Səhih

حَدَّثَنَا إِسْحَاقُ قَالَ حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ نُمَيْرٍ قَالَ حَدَّثَنَا عُبَيْدُ اللَّهِ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا خَرَجَ يَوْمَ الْعِيدِ أَمَرَ بِالْحَرْبَةِ فَتُوضَعُ بَيْنَ يَدَيْهِ ، فَيُصَلِّى إِلَيْهَا وَالنَّاسُ وَرَاءَهُ ، وَكَانَ يَفْعَلُ ذَلِكَ فِى السَّفَرِ ، فَمِنْ ثَمَّ اتَّخَذَهَا الأُمَرَاءُ .

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ bayram günü namaza çıxdığı zaman xidmətçisinə qısa bir nizə gətirib onun qarşısında yerə basdırmağı əmr edərdi. Sonra üzünü bu nizəyə tərəf tutub namaz qılar, camaat da onun arxasında namaza durardı. Peyğəmbər ﷺ səfərdə də belə edərdi. Elə buna görə də əmirlər bayram namazlarına çıxarkən özləri ilə nizə daşıyardılar.”

İbn Ömər
Buxari, 494 (Namaz, 146)Səhih

حَدَّثَنَا أَبُو الْوَلِيدِ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ عَوْنِ بْنِ أَبِى جُحَيْفَةَ قَالَ سَمِعْتُ أَبِى أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى بِهِمْ بِالْبَطْحَاءِ - وَبَيْنَ يَدَيْهِ عَنَزَةٌ - الظُّهْرَ رَكْعَتَيْنِ ، وَالْعَصْرَ رَكْعَتَيْنِ ، تَمُرُّ بَيْنَ يَدَيْهِ الْمَرْأَةُ وَالْحِمَارُ .

“Əbu Cuheyfə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ əl-Bəthada qarşısında yerə sancılmış bir paya olduğu halda camaata iki rükət Zöhr namazını və iki rükət də Əsr namazını qıldırdı. Peyğəmbər ﷺ namazda ikən qadınlar və uzunqulaqlar onun qabağından keçərdi.”

Əbu Cuheyfə
Buxari, 495 (Namaz, 147)Səhih

حَدَّثَنَا عَمْرُو بْنُ زُرَارَةَ قَالَ أَخْبَرَنَا عَبْدُ الْعَزِيزِ بْنُ أَبِى حَازِمٍ عَنْ أَبِيهِ عَنْ سَهْلٍ قَالَ كَانَ بَيْنَ مُصَلَّى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَبَيْنَ الْجِدَارِ مَمَرُّ الشَّاةِ .

“Rəvayət edilir ki, Səhl ibn Səd ﵁ demişdir: “Allah Elçisi ﷺ namaz qıldığı yerlə qiblə istiqamətindəki divar arasında bir qoyun keçə biləcək qədər məsafə olardı”.”

Səhl
Buxari, 496 (Namaz, 148)Səhih

حَدَّثَنَا الْمَكِّىُّ قَالَ حَدَّثَنَا يَزِيدُ بْنُ أَبِى عُبَيْدٍ عَنْ سَلَمَةَ قَالَ كَانَ جِدَارُ الْمَسْجِدِ عِنْدَ الْمِنْبَرِ مَا كَادَتِ الشَّاةُ تَجُوزُهَا .

“Rəvayət edilir ki, Sələmə ﵄ demişdir: “Peyğəmbərin ﷺ məscidinin divarı ilə minbəri arasındakı məsafə bir qoyunun keçə biləcəyi qədər idi”.”

Sələmə
Buxari, 497 (Namaz, 149)Səhih

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَحْيَى عَنْ عُبَيْدِ اللَّهِ أَخْبَرَنِى نَافِعٌ عَنْ عَبْدِ اللَّهِ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُرْكَزُ لَهُ الْحَرْبَةُ فَيُصَلِّى إِلَيْهَا .

“Abdullah ﵁ rəvayət edir ki, Peyğəmbərin ﷺ qarşısında yerə nizə batırılar, o da ona doğru namaz qılardı.”

Abdullah
Buxari, 498 (Namaz, 150)Səhih

حَدَّثَنَا آدَمُ قَالَ حَدَّثَنَا شُعْبَةُ قَالَ حَدَّثَنَا عَوْنُ بْنُ أَبِى جُحَيْفَةَ قَالَ سَمِعْتُ أَبِى قَالَ خَرَجَ عَلَيْنَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِالْهَاجِرَةِ ، فَأُتِىَ بِوَضُوءٍ فَتَوَضَّأَ فَصَلَّى بِنَا الظُّهْرَ وَالْعَصْرَ وَبَيْنَ يَدَيْهِ عَنَزَةٌ ، وَالْمَرْأَةُ وَالْحِمَارُ يَمُرُّونَ مِنْ وَرَائِهَا

“Rəvayət edilir ki, Aun ibn Cuheyfə ﵀ demişdir: “Mən atamın belə dediyini eşitdim: “Allah Elçisi ﷺ günortanın istisində yanımıza gəldi. Ona dəstəmaz alması üçün su gətirildi. O da dəstəmaz alıb bizə Zöhr və Əsr namazlarını qıldırdı. Onun qarşısında yerə ucu iti bir ağac batırılmışdı. (Həmin ağacın) o biri tərəfindən qadın və uzunqulaq keçirdi”.”

Aun ibn Əbu Cuheyfə atasından
Buxari, 499 (Namaz, 151)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ حَاتِمِ بْنِ بَزِيعٍ قَالَ حَدَّثَنَا شَاذَانُ عَنْ شُعْبَةَ عَنْ عَطَاءِ بْنِ أَبِى مَيْمُونَةَ قَالَ سَمِعْتُ أَنَسَ بْنَ مَالِكٍ قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا خَرَجَ لِحَاجَتِهِ تَبِعْتُهُ أَنَا وَغُلاَمٌ وَمَعَنَا عُكَّازَةٌ أَوْ عَصًا أَوْ عَنَزَةٌ وَمَعَنَا إِدَاوَةٌ ، فَإِذَا فَرَغَ مِنْ حَاجَتِهِ نَاوَلْنَاهُ الإِدَاوَةَ .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Peyğəmbər ﷺ ayaqyoluna gedəndə mən bir uşaqla birgə əlimizdə ağac parçası, yaxud bir əsa və ya bir paya və bir qab su ilə onun ardınca gedər, o, təbii ehtiyacını ödədikdən sonra qabı ona verərdik”.”

Ənəs ibn Malik
Buxari, 500 (Namaz, 152)Səhih

حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنِ الْحَكَمِ عَنْ أَبِى جُحَيْفَةَ قَالَ خَرَجَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِالْهَاجِرَةِ فَصَلَّى بِالْبَطْحَاءِ الظُّهْرَ وَالْعَصْرَ رَكْعَتَيْنِ ، وَنَصَبَ بَيْنَ يَدَيْهِ عَنَزَةً ، وَتَوَضَّأَ ، فَجَعَلَ النَّاسُ يَتَمَسَّحُونَ بِوَضُوئِهِ .

“Rəvayət edilir ki, Əbu Cuheyfə ﵁ demişdir: “Allah Elçisi ﷺ günortanın istisində əl-Bəthada gəlib Zöhr və Əsr namazlarını iki rükət qıldırdı. Onun qarşısında yerə ucu iti bir ağac batırılmışdı. O, dəstəmaz aldıqda insanlar suyun damcılarını (bərəkət ummaq məqsədilə) özlərinə sürtürdülər”.”

Əbu Cuheyfə
Buxari, 501 (Namaz, 153)Səhih

حَدَّثَنَا الْمَكِّىُّ بْنُ إِبْرَاهِيمَ قَالَ حَدَّثَنَا يَزِيدُ بْنُ أَبِى عُبَيْدٍ قَالَ كُنْتُ آتِى مَعَ سَلَمَةَ بْنِ الأَكْوَعِ فَيُصَلِّى عِنْدَ الأُسْطُوَانَةِ الَّتِى عِنْدَ الْمُصْحَفِ . فَقُلْتُ يَا أَبَا مُسْلِمٍ أَرَاكَ تَتَحَرَّى الصَّلاَةَ عِنْدَ هَذِهِ الأُسْطُوَانَةِ . قَالَ فَإِنِّى رَأَيْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَتَحَرَّى الصَّلاَةَ عِنْدَهَا .

“Rəvayət edilir ki, Yəzid ibn Əbu Ubeyd ﵀ demişdir: “Mən Sələmə ibn əl-Əkva ilə yol gəlirdim. Sələmə çox vaxt Quran olan sütunun yanında namaz qılardı. Mən dedim: “Ey Əbu Muslim, mən sənin həmişə bu sütunun yanında namaz qıldığını görürəm”. O dedi: “Mən də Peyğəmbərin ﷺ çox vaxt onun yanında namaz qıldığını görmüşəm”.”

Yəzid ibn Əbu Ubeyd
Buxari, 502 (Namaz, 154)Səhih

حَدَّثَنَا قَبِيصَةُ قَالَ حَدَّثَنَا سُفْيَانُ عَنْ عَمْرِو بْنِ عَامِرٍ عَنْ أَنَسٍ قَالَ لَقَدْ رَأَيْتُ كِبَارَ أَصْحَابِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَبْتَدِرُونَ السَّوَارِىَ عِنْدَ الْمَغْرِبِ . وَزَادَ شُعْبَةُ عَنْ عَمْرٍو عَنْ أَنَسٍ حَتَّى يَخْرُجَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ böyük səhabələrini Məğrib vaxtı Peyğəmbər ﷺ namaza çıxana qədər dirəklərə söykənib gözlədiklərini görmüşəm”.”

Ənəs
Buxari, 503 (Namaz, 155)Səhih

حَدَّثَنَا مُوسَى بْنُ إِسْمَاعِيلَ قَالَ حَدَّثَنَا جُوَيْرِيَةُ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ قَالَ دَخَلَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الْبَيْتَ وَأُسَامَةُ بْنُ زَيْدٍ وَعُثْمَانُ بْنُ طَلْحَةَ وَبِلاَلٌ ، فَأَطَالَ ثُمَّ خَرَجَ ، وَكُنْتُ أَوَّلَ النَّاسِ دَخَلَ عَلَى أَثَرِهِ فَسَأَلْتُ بِلاَلاً أَيْنَ صَلَّى قَالَ بَيْنَ الْعَمُودَيْنِ الْمُقَدَّمَيْنِ .

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Peyğəmbər ﷺ Kəbəyə daxil oldu və onunla birgə Usamə ibn Zeyd, Osman ibn Təlhə və Bilal da oraya daxil oldular. Uzun müddətdən sonra Peyğəmbər ﷺ oradan çıxdı. Onun izi ilə içəri ilk daxil olan mən idim. Mən Bilala dedim: “Peyğəmbər ﷺ hansı tərəfdə namaz qıldı?” Bilal dedi: “Ön tərəfdə olan iki dirəyin arasında”.”

İbn Ömər
Buxari, 504 (Namaz, 156)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ نَافِعٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ دَخَلَ الْكَعْبَةَ وَأُسَامَةُ بْنُ زَيْدٍ وَبِلاَلٌ وَعُثْمَانُ بْنُ طَلْحَةَ الْحَجَبِىُّ فَأَغْلَقَهَا عَلَيْهِ وَمَكَثَ فِيهَا ، فَسَأَلْتُ بِلاَلاً حِينَ خَرَجَ مَا صَنَعَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ جَعَلَ عَمُودًا عَنْ يَسَارِهِ ، وَعَمُودًا عَنْ يَمِينِهِ ، وَثَلاَثَةَ أَعْمِدَةٍ وَرَاءَهُ ، وَكَانَ الْبَيْتُ يَوْمَئِذٍ عَلَى سِتَّةِ أَعْمِدَةٍ ، ثُمَّ صَلَّى . وَقَالَ لَنَا إِسْمَاعِيلُ حَدَّثَنِى مَالِكٌ وَقَالَ عَمُودَيْنِ عَنْ يَمِينِهِ .

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ Kəbəyə daxil oldu və onunla birgə Usamə ibn Zeyd, Bilal və Osman ibn Təlhə əl-Həcəbi də oraya daxil oldular və Osman Kəbənin qapısını bağladı. Peyğəmbər ﷺ bir müddət orada qaldı. Bilal bayıra çıxanda mən ondan soruşdum: “Peyğəmbər ﷺ orada nə etdi?” O dedi: “Peyğəmbər ﷺ sol tərəfində bir sütun, sağ tərəfində bir sütun və arxa tərəfində üç sütun qaldığı halda orada namaz qıldı”. O vaxt Kəbə altı sütun üzərində idi. ...Ravi Malik “sağ tərəfində iki sütun” olduğunu demişdir.”

Abdullah ibn Ömər
Buxari, 505 (Namaz, 157)Səhih

حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ الْمُنْذِرِ قَالَ حَدَّثَنَا أَبُو ضَمْرَةَ قَالَ حَدَّثَنَا مُوسَى بْنُ عُقْبَةَ عَنْ نَافِعٍ أَنَّ عَبْدَ اللَّهِ كَانَ إِذَا دَخَلَ الْكَعْبَةَ مَشَى قِبَلَ وَجْهِهِ حِينَ يَدْخُلُ ، وَجَعَلَ الْبَابَ قِبَلَ ظَهْرِهِ ، فَمَشَى حَتَّى يَكُونَ بَيْنَهُ وَبَيْنَ الْجِدَارِ الَّذِى قِبَلَ وَجْهِهِ قَرِيبًا مِنْ ثَلاَثَةِ أَذْرُعٍ ، صَلَّى يَتَوَخَّى الْمَكَانَ الَّذِى أَخْبَرَهُ بِهِ بِلاَلٌ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى فِيهِ . قَالَ وَلَيْسَ عَلَى أَحَدِنَا بَأْسٌ إِنْ صَلَّى فِى أَىِّ نَوَاحِى الْبَيْتِ شَاءَ .

“Nafi ﵀ rəvayət edir ki, Abdullah ibn Ömər Kəbənin içinə girincə yeriyərək Kəbənin qapısını arxada qoyar, qarşısına gələn divar ilə onun arasında üç arşın qalana qədər irəliləyər, oraya çatdıqda isə namaz qılardı. O, Bilalın “Peyğəmbər ﷺ orada namaz qıldı” deyə xəbər verdiyi yeri axtarardı. O deyərdi: “Kəbənin hansı tərəfində namaz qılınsa, bunun heç bir müşkülü yoxdur”.”

Nafi
Buxari, 506 (Namaz, 158)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ أَبِى بَكْرٍ الْمُقَدَّمِىُّ حَدَّثَنَا مُعْتَمِرٌ عَنْ عُبَيْدِ اللَّهِ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ كَانَ يُعَرِّضُ رَاحِلَتَهُ فَيُصَلِّى إِلَيْهَا . قُلْتُ أَفَرَأَيْتَ إِذَا هَبَّتِ الرِّكَابُ . قَالَ كَانَ يَأْخُذُ هَذَا الرَّحْلَ فَيُعَدِّلُهُ فَيُصَلِّى إِلَى آخِرَتِهِ - أَوْ قَالَ مُؤَخَّرِهِ - وَكَانَ ابْنُ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُ يَفْعَلُهُ .

“Nafi ﵀ rəvayət edir ki, İbn Ömər ﵄ demişdir: “Peyğəmbər ﷺ dəvəsini yerə çökdürüb ona tərəf namaz qılardı”. Nafi deyir: “Mən İbn Ömərdən soruşdum: “De görüm, bəs dəvə ayağa qalxdıqda necə olsun?” O dedi: “Belə olduğu halda Peyğəmbər ﷺ yəhəri götürüb qarşısına qoyar və onun arxa tərəfinə üz tutaraq namaz qılardı”. İbn Ömər də belə edərdi.”

Nafi
Buxari, 507 (Namaz, 159)Səhih

حَدَّثَنَا عُثْمَانُ بْنُ أَبِى شَيْبَةَ قَالَ حَدَّثَنَا جَرِيرٌ عَنْ مَنْصُورٍ عَنْ إِبْرَاهِيمَ عَنِ الأَسْوَدِ عَنْ عَائِشَةَ قَالَتْ أَعَدَلْتُمُونَا بِالْكَلْبِ وَالْحِمَارِ لَقَدْ رَأَيْتُنِى مُضْطَجِعَةً عَلَى السَّرِيرِ ، فَيَجِىءُ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَيَتَوَسَّطُ السَّرِيرَ فَيُصَلِّى ، فَأَكْرَهُ أَنْ أُسَنِّحَهُ فَأَنْسَلُّ مِنْ قِبَلِ رِجْلَىِ السَّرِيرِ حَتَّى أَنْسَلَّ مِنْ لِحَافِى .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Siz bizi it və uzunqulaq ilə eynimi tutursunuz? Halbuki mən çarpayımda uzandığım halda Peyğəmbər ﷺ gələr, yatağın ortasına tərəf yönələrək namaz qılardı. Mən (ayağa qalxmaq istədikdə) onunla üzbəüz gəlməyim deyə taxtın ayaq tərəfindən yavaşca sürüşüb yorğanımın altından çıxardım”.”

Aişə
Buxari, 508 (Namaz, 160)Səhih

حَدَّثَنَا أَبُو مَعْمَرٍ قَالَ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ قَالَ حَدَّثَنَا يُونُسُ عَنْ حُمَيْدِ بْنِ هِلاَلٍ عَنْ أَبِى صَالِحٍ أَنَّ أَبَا سَعِيدٍ قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَحَدَّثَنَا آدَمُ بْنُ أَبِى إِيَاسٍ قَالَ حَدَّثَنَا سُلَيْمَانُ بْنُ الْمُغِيرَةِ قَالَ حَدَّثَنَا حُمَيْدُ بْنُ هِلاَلٍ الْعَدَوِىُّ قَالَ حَدَّثَنَا أَبُو صَالِحٍ السَّمَّانُ قَالَ رَأَيْتُ أَبَا سَعِيدٍ الْخُدْرِىَّ فِى يَوْمِ جُمُعَةٍ يُصَلِّى إِلَى شَىْءٍ يَسْتُرُهُ مِنَ النَّاسِ ، فَأَرَادَ شَابٌّ مِنْ بَنِى أَبِى مُعَيْطٍ أَنْ يَجْتَازَ بَيْنَ يَدَيْهِ فَدَفَعَ أَبُو سَعِيدٍ فِى صَدْرِهِ ، فَنَظَرَ الشَّابُّ فَلَمْ يَجِدْ مَسَاغًا إِلاَّ بَيْنَ يَدَيْهِ ، فَعَادَ لِيَجْتَازَ فَدَفَعَهُ أَبُو سَعِيدٍ أَشَدَّ مِنَ الأُولَى ، فَنَالَ مِنْ أَبِى سَعِيدٍ ، ثُمَّ دَخَلَ عَلَى مَرْوَانَ فَشَكَا إِلَيْهِ مَا لَقِىَ مِنْ أَبِى سَعِيدٍ ، وَدَخَلَ أَبُو سَعِيدٍ خَلْفَهُ عَلَى مَرْوَانَ فَقَالَ مَا لَكَ وَلاِبْنِ أَخِيكَ يَا أَبَا سَعِيدٍ قَالَ سَمِعْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « إِذَا صَلَّى أَحَدُكُمْ إِلَى شَىْءٍ يَسْتُرُهُ مِنَ النَّاسِ ، فَأَرَادَ أَحَدٌ أَنْ يَجْتَازَ بَيْنَ يَدَيْهِ فَلْيَدْفَعْهُ ، فَإِنْ أَبَى فَلْيُقَاتِلْهُ ، فَإِنَّمَا هُوَ شَيْطَانٌ » .

“Rəvayət edilir ki, Əbu Salih əs-Səmmən ﵀ demişdir: “Mən Əbu Səid əl-Xudrinin cümə günü qarşısından heç kəs keçməsin deyə bir sütrəyə doğru namaz qıldığını gördüm. Bu vaxt Əbu Muit tayfasından olan bir cavan oğlan onun önündən keçmək istədikdə Əbu Səid onu sinəsindən vurub kənara itələdi. Cavan oğlan ətrafa nəzər saldı, lakin keçməyə onun önündən başqa bir yol tapmadı. Ona görə yenidən onun qabağından keçməyə çalışdı. Bu dəfə Əbu Səid onu əvvəlkindən də bərk itələdi. Belə olduqda o, Əbu Səidi söydü, sonra da Mədinə valisi olan Mərvanın yanına gedib Əbu Səidin onunla kobud davranmasından ona şikayət etdi. Əbu Səid onun dalınca Mərvanın yanına gəldi. Mərvan ondan dedi: “Ey Əbu Səid, səninlə qardaşın oğlu arasında nə baş verib?” Əbu Səid dedi: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “Sizdən biriniz (önündən) keçən olmasın deyə sütrəyə doğru namaz qıldığı vaxt kimsə onun qabağından keçmək istəsə, onu itələsin, əgər tərslik edərsə, onunla vuruşsun, çünki o, şeytandır”.”

Əbu Salih əs-Səmmən
Buxari, 509 (Namaz, 161)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ أَبِى النَّضْرِ مَوْلَى عُمَرَ بْنِ عُبَيْدِ اللَّهِ عَنْ بُسْرِ بْنِ سَعِيدٍ أَنَّ زَيْدَ بْنَ خَالِدٍ أَرْسَلَهُ إِلَى أَبِى جُهَيْمٍ يَسْأَلُهُ مَاذَا سَمِعَ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى الْمَارِّ بَيْنَ يَدَىِ الْمُصَلِّى فَقَالَ أَبُو جُهَيْمٍ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « لَوْ يَعْلَمُ الْمَارُّ بَيْنَ يَدَىِ الْمُصَلِّى مَاذَا عَلَيْهِ لَكَانَ أَنْ يَقِفَ أَرْبَعِينَ خَيْرًا لَهُ مِنْ أَنْ يَمُرَّ بَيْنَ يَدَيْهِ » . قَالَ أَبُو النَّضْرِ لاَ أَدْرِى أَقَالَ أَرْبَعِينَ يَوْمًا أَوْ شَهْرًا أَوْ سَنَةً .

“Busr ibn Səid ﵀ rəvayət edir ki, Zeyd ibn Xalid onu Əbu Cuheymin yanına namaz qılanın önündən keçən haqda Allah Elçisindən ﷺ nə eşitdiyini bildirməsi üçün göndərdi. Əbu Cuheym dedi: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Namaz qılanın önündən keçən nə (qədər günah) qazandığını bilsəydi, (yəqin edərdi ki,) qırx (il, yaxud qırx ay və ya qırx gün yerində) dayanmaq onun üçün namaz qılanın önündən keçməkdən daha yaxşıdır”. Ravi Əbu ən-Nədr demişdir: “Mən onun qırx gün, yaxud qırx ay və ya qırx il dediyini bilmirəm”.”

Busr ibn Səid
Buxari, 510 (Namaz, 162)Səhih

حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ خَلِيلٍ حَدَّثَنَا عَلِىُّ بْنُ مُسْهِرٍ عَنِ الأَعْمَشِ عَنْ مُسْلِمٍ - يَعْنِى ابْنَ صُبَيْحٍ - عَنْ مَسْرُوقٍ عَنْ عَائِشَةَ أَنَّهُ ذُكِرَ عِنْدَهَا مَا يَقْطَعُ الصَّلاَةَ فَقَالُوا يَقْطَعُهَا الْكَلْبُ وَالْحِمَارُ وَالْمَرْأَةُ . قَالَتْ قَدْ جَعَلْتُمُونَا كِلاَبًا ، لَقَدْ رَأَيْتُ النَّبِىَّ - عَلَيْهِ السَّلاَمُ - يُصَلِّى ، وَإِنِّى لَبَيْنَهُ وَبَيْنَ الْقِبْلَةِ ، وَأَنَا مُضْطَجِعَةٌ عَلَى السَّرِيرِ ، فَتَكُونُ لِى الْحَاجَةُ ، فَأَكْرَهُ أَنْ أَسْتَقْبِلَهُ فَأَنْسَلُّ انْسِلاَلاً . وَعَنِ الأَعْمَشِ عَنْ إِبْرَاهِيمَ عَنِ الأَسْوَدِ عَنْ عَائِشَةَ نَحْوَهُ .

“Rəvayət edilir ki, Aişənin ﵂ yanında namazı nəyin batil etdiyi haqda danışıldı. Dedilər: “Namazı it, uzunqulaq və qadın kəsir (batil edir)”. Aişə dedi: “Siz bizi itlə eyni edirsiniz. Halbuki mən yatağımda uzandığım halda Peyğəmbərin ﷺ gəlib yatağın ortasına tərəf yönələrək namaz qıldığını görmüşəm. Mənim bir ehtiyacım olduqda onunla üzbəüz gəlməyim deyə yavaşca sürüşüb çıxardım”.”

Aişə
Buxari, 511 (Namaz, 163)Səhih

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَحْيَى قَالَ حَدَّثَنَا هِشَامٌ قَالَ حَدَّثَنِى أَبِى عَنْ عَائِشَةَ قَالَتْ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى وَأَنَا رَاقِدَةٌ مُعْتَرِضَةٌ عَلَى فِرَاشِهِ ، فَإِذَا أَرَادَ أَنْ يُوتِرَ أَيْقَظَنِى فَأَوْتَرْتُ .

“Rəvayət eilir ki, Aişə ﵂ demişdir: “Mən Peyğəmbərin ﷺ yatağımda uzanıb yatdığım halda Peyğəmbər ﷺ mənə doğru namaz qılardı. Vitr namazını qılmaq istədikdə isə məni oyadardı və mən də vitr namazını qılardım”.”

Aişə
Buxari, 512 (Namaz, 164)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ أَبِى النَّضْرِ مَوْلَى عُمَرَ بْنِ عُبَيْدِ اللَّهِ عَنْ أَبِى سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ عَنْ عَائِشَةَ زَوْجِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهَا قَالَتْ كُنْتُ أَنَامُ بَيْنَ يَدَىْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَرِجْلاَىَ فِى قِبْلَتِهِ ، فَإِذَا سَجَدَ غَمَزَنِى فَقَبَضْتُ رِجْلَىَّ ، فَإِذَا قَامَ بَسَطْتُهُمَا . قَالَتْ وَالْبُيُوتُ يَوْمَئِذٍ لَيْسَ فِيهَا مَصَابِيحُ .

“Peyğəmbərin ﷺ zövcəsi Aişə ﵂ demişdir: “Mən Allah Elçisinin ﷺ qarşısında ayaqlarımı onun qibləsinə tərəf uzadıb yatardım. O, səcdəyə getdikdə əlini mənə toxundurar və mən ayaqlarımı yığardım, səcdədən qalxdıqda isə onları uzadardım”. Aişə dedi: “O vaxtlar evlərdə lampa yox idi”.”

Aişə
Buxari, 513 (Namaz, 165)Səhih

حَدَّثَنَا عُمَرُ بْنُ حَفْصٍ قَالَ حَدَّثَنَا أَبِى قَالَ حَدَّثَنَا الأَعْمَشُ قَالَ حَدَّثَنَا إِبْرَاهِيمُ عَنِ الأَسْوَدِ عَنْ عَائِشَةَ . قَالَ الأَعْمَشُ وَحَدَّثَنِى مُسْلِمٌ عَنْ مَسْرُوقٍ عَنْ عَائِشَةَ ذُكِرَ عِنْدَهَا مَا يَقْطَعُ الصَّلاَةَ الْكَلْبُ وَالْحِمَارُ وَالْمَرْأَةُ فَقَالَتْ شَبَّهْتُمُونَا بِالْحُمُرِ وَالْكِلاَبِ ، وَاللَّهِ لَقَدْ رَأَيْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى ، وَإِنِّى عَلَى السَّرِيرِ - بَيْنَهُ وَبَيْنَ الْقِبْلَةِ - مُضْطَجِعَةً فَتَبْدُو لِى الْحَاجَةُ ، فَأَكْرَهُ أَنْ أَجْلِسَ فَأُوذِىَ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَأَنْسَلُّ مِنْ عِنْدِ رِجْلَيْهِ .

“Rəvayət edilir ki, Aişənin ﵂ yanında namazı batil edən şeylərin it, uzunqulaq və qadın olduğu deyildi. Aişə dedi: “Siz bizi uzunqulaqlara və itlərə oxşatdınız. Allaha and olsun ki, mən yatağımda, peyğəmbərlə qiblə arasında uzandığım halda onun ﷺ namaz qıldığını görmüşəm. Mənim bir ehtiyacım olduqda Peyğəmbərə ﷺ əziyyət verməmək üçün çarpayının ayağı tərəfdən astaca sürüşüb çıxardım”.”

Aişə
Buxari, 514 (Namaz, 166)Səhih

حَدَّثَنَا إِسْحَاقُ قَالَ أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ قَالَ حَدَّثَنِى ابْنُ أَخِى ابْنِ شِهَابٍ أَنَّهُ سَأَلَ عَمَّهُ عَنِ الصَّلاَةِ يَقْطَعُهَا شَىْءٌ فَقَالَ لاَ يَقْطَعُهَا شَىْءٌ ، أَخْبَرَنِى عُرْوَةُ بْنُ الزُّبَيْرِ أَنَّ عَائِشَةَ زَوْجَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتْ لَقَدْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُومُ فَيُصَلِّى مِنَ اللَّيْلِ ، وَإِنِّى لَمُعْتَرِضَةٌ بَيْنَهُ وَبَيْنَ الْقِبْلَةِ عَلَى فِرَاشِ أَهْلِهِ .

“Rəvayət edilir ki, İbn Şihabın qardaşı oğlu əmisindən namazı nəyin kəsməsi (batil etməsi) haqda soruşdu. Əmisi ona dedi: “Namazı heç nə kəsməz (batil etməz). Mənə Urva ibn əz-Zubeyr xəbər verdi ki, Peyğəmbərin ﷺ zövcəsi Aişə demişdir: “Allah Elçisi ﷺ gecə namaz qılmaq üçün durar, mən də onunla qiblə arasında yatdığım halda ailəsinin yatağının üstündə namaz qılardı”.”

Aişə
Buxari, 515 (Namaz, 167)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ عَامِرِ بْنِ عَبْدِ اللَّهِ بْنِ الزُّبَيْرِ عَنْ عَمْرِو بْنِ سُلَيْمٍ الزُّرَقِىِّ عَنْ أَبِى قَتَادَةَ الأَنْصَارِىِّ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُصَلِّى وَهْوَ حَامِلٌ أُمَامَةَ بِنْتَ زَيْنَبَ بِنْتِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَلأَبِى الْعَاصِ بْنِ رَبِيعَةَ بْنِ عَبْدِ شَمْسٍ ، فَإِذَا سَجَدَ وَضَعَهَا ، وَإِذَا قَامَ حَمَلَهَا .

“Əbu Qətadə əl-Ənsari ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ qızı Zeynəbin, Əbul-As ibn ər-Rabi ibn Abduş-Şəmsdən olan qızı Umaməni qucağında tutaraq namaz qılardı. Allah Elçisi ﷺ səcdəyə gedəndə onu yerə qoyar, ayağa qalxanda isə onu yenidən qucağına götürərdi.”

Əbu Qətadə əl-Ənsari
Buxari, 516 (Namaz, 168)Səhih

حَدَّثَنَا عَمْرُو بْنُ زُرَارَةَ قَالَ أَخْبَرَنَا هُشَيْمٌ عَنِ الشَّيْبَانِىِّ عَنْ عَبْدِ اللَّهِ بْنِ شَدَّادِ بْنِ الْهَادِ قَالَ أَخْبَرَتْنِى خَالَتِى مَيْمُونَةُ بِنْتُ الْحَارِثِ قَالَتْ كَانَ فِرَاشِى حِيَالَ مُصَلَّى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَرُبَّمَا وَقَعَ ثَوْبُهُ عَلَىَّ وَأَنَا عَلَى فِرَاشِى .

“Rəvayət edilir ki, Məymunə bint əl-Haris ﵂ demişdir: “Mənim çarpayım Peyğəmbərin ﷺ namaz qıldığı yerin yanında idi. Bəzən Peyğəmbər ﷺ mən çarpayıda olduğum vaxt namaz qıldıqda libasının bir hissəsi mənim üzərimə düşərdi”.”

Məymunə bint əl-Haris
Buxari, 517 (Namaz, 169)Səhih

حَدَّثَنَا أَبُو النُّعْمَانِ قَالَ حَدَّثَنَا عَبْدُ الْوَاحِدِ بْنُ زِيَادٍ قَالَ حَدَّثَنَا الشَّيْبَانِىُّ سُلَيْمَانُ حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ شَدَّادٍ قَالَ سَمِعْتُ مَيْمُونَةَ تَقُولُ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى وَأَنَا إِلَى جَنْبِهِ نَائِمَةٌ ، فَإِذَا سَجَدَ أَصَابَنِى ثَوْبُهُ ، وَأَنَا حَائِضٌ . وَزَادَ مُسَدَّدٌ عَنْ خَالِدٍ قَالَ حَدَّثَنَا سُلَيْمَانُ الشَّيْبَانِىُّ ، وَأَنَا حَائِضٌ .

“Rəvayət edilir ki, Məymunə ﵂ demişdir: “Mən heyzli ikən Peyğəmbərin ﷺ yanında yatdığım halda o, namaz qılar, səcdə etmək istədikdə libası mənə toxunardı”.”

Məymunə
Buxari, 518 (Namaz, 170)Səhih

حَدَّثَنَا عَمْرُو بْنُ عَلِىٍّ قَالَ حَدَّثَنَا يَحْيَى قَالَ حَدَّثَنَا عُبَيْدُ اللَّهِ قَالَ حَدَّثَنَا الْقَاسِمُ عَنْ عَائِشَةَ - رَضِيَ اللَّهُ عَنْهَا - قَالَتْ بِئْسَمَا عَدَلْتُمُونَا بِالْكَلْبِ وَالْحِمَارِ ، لَقَدْ رَأَيْتُنِى وَرَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى ، وَأَنَا مُضْطَجِعَةٌ بَيْنَهُ وَبَيْنَ الْقِبْلَةِ ، فَإِذَا أَرَادَ أَنْ يَسْجُدَ غَمَزَ رِجْلَىَّ فَقَبَضْتُهُمَا .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Siz bizi it və uzunqulaq ilə eynimi tutursunuz? Halbuki Peyğəmbərlə ﷺ qiblə arasında yatdığım vəziyyətdə onun namaz qıldığını görmüşəm. O, səcdə etmək istədikdə əli ilə ayaqlarıma toxunar, mən də ayaqlarımı bükərdim”.”

Aişə
Buxari, 519 (Namaz, 171)Səhih

حَدَّثَنَا أَحْمَدُ بْنُ إِسْحَاقَ السُّرْمَارِىُّ قَالَ حَدَّثَنَا عُبَيْدُ اللَّهِ بْنُ مُوسَى قَالَ حَدَّثَنَا إِسْرَائِيلُ عَنْ أَبِى إِسْحَاقَ عَنْ عَمْرِو بْنِ مَيْمُونٍ عَنْ عَبْدِ اللَّهِ قَالَ بَيْنَمَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَائِمٌ يُصَلِّى عِنْدَ الْكَعْبَةِ ، وَجَمْعُ قُرَيْشٍ فِى مَجَالِسِهِمْ إِذْ قَالَ قَائِلٌ مِنْهُمْ أَلاَ تَنْظُرُونَ إِلَى هَذَا الْمُرَائِى أَيُّكُمْ يَقُومُ إِلَى جَزُورِ آلِ فُلاَنٍ ، فَيَعْمِدُ إِلَى فَرْثِهَا وَدَمِهَا وَسَلاَهَا فَيَجِىءُ بِهِ ، ثُمَّ يُمْهِلُهُ حَتَّى إِذَا سَجَدَ وَضَعَهُ بَيْنَ كَتِفَيْهِ فَانْبَعَثَ أَشْقَاهُمْ ، فَلَمَّا سَجَدَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَضَعَهُ بَيْنَ كَتِفَيْهِ ، وَثَبَتَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سَاجِدًا ، فَضَحِكُوا حَتَّى مَالَ بَعْضُهُمْ إِلَى بَعْضٍ مِنَ الضَّحِكِ ، فَانْطَلَقَ مُنْطَلِقٌ إِلَى فَاطِمَةَ - عَلَيْهَا السَّلاَمُ - وَهْىَ جُوَيْرِيَةٌ ، فَأَقْبَلَتْ تَسْعَى وَثَبَتَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سَاجِدًا حَتَّى أَلْقَتْهُ عَنْهُ ، وَأَقْبَلَتْ عَلَيْهِمْ تَسُبُّهُمْ ، فَلَمَّا قَضَى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الصَّلاَةَ قَالَ « اللَّهُمَّ عَلَيْكَ بِقُرَيْشٍ ، اللَّهُمَّ عَلَيْكَ بِقُرَيْشٍ ، اللَّهُمَّ عَلَيْكَ بِقُرَيْشٍ - ثُمَّ سَمَّى - اللَّهُمَّ عَلَيْكَ بِعَمْرِو بْنِ هِشَامٍ ، وَعُتْبَةَ بْنِ رَبِيعَةَ ، وَشَيْبَةَ بْنِ رَبِيعَةَ ، وَالْوَلِيدِ بْنِ عُتْبَةَ ، وَأُمَيَّةَ بْنِ خَلَفٍ ، وَعُقْبَةَ بْنِ أَبِى مُعَيْطٍ ، وَعُمَارَةَ بْنِ الْوَلِيدِ » . قَالَ عَبْدُ اللَّهِ فَوَاللَّهِ لَقَدْ رَأَيْتُهُمْ صَرْعَى يَوْمَ بَدْرٍ ، ثُمَّ سُحِبُوا إِلَى الْقَلِيبِ قَلِيبِ بَدْرٍ ، ثُمَّ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « وَأُتْبِعَ أَصْحَابُ الْقَلِيبِ لَعْنَةً » .

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ Kəbənin yanında durub namaz qıldıqda bir dəstə qureyşli də yaxınlıqda məclis qurub oturmuşdu. Birdən onlardan biri dedi: “Bu riyakarı görmürsünüzmü?! Hansı biriniz filan tayfanın yenicə kəsdiyi dəvənin yanına gedib onun mədəsindən çıxanı, qanını və döl qişasını gətirər, sonra bu səcdəyə gedənədək gözləyər və səcdədə ikən bunu onun kürəkləri arasına qoyar?” Onların ən bədbəxti ora gedib murdar şeyləri gətirdi və Allah Elçisi ﷺ səcdəyə getdiyi vaxt bunu onun kürəkləri arasına qoydu. Peyğəmbər ﷺ səcdədə olduğu vəziyyətdə qaldı. Müşriklər onun bu halına gülüşdülər, belə ki gülməkdən bir-birinin üstünə yıxılmağa başladılar. Bu arada bir nəfər Fatimənin ﵇ dalınca getdi. O zaman o, hələ balaca qız idi. O tez qaçıb ora gəldi. Peyğəmbər ﷺ isə hələ də səcdədə idi. Fatimə onun belini təmizlədi, sonra da qureyşlilərə tərəf dönüb onlara təhqiramiz sözlər deməyə başladı. Peyğəmbər ﷺ namazı bitirdikdən sonra dedi: “Allahım, qureyşlilərin bəlasını ver! Allahım, qureyşlilərin bəlasını ver! Allahım, qureyşlilərin bəlasını ver!” Sonra bir-bir onların adlarını sadalayıb dedi: “Allahım, Amr ibn Hişamın, Utbə ibn Rabianın, Şeybə ibn Rabianın, əl-Vəlid ibn Utbənin, Umeyyə ibn Xələfin, Uqbə ibn Əbu Muitin və Umarə ibn əl-Vəlidin bəlasını ver!” Abdullah deyir: “Allaha and olsun ki, mən Bədr günü onların hamısını öldürülüb yerə sərilmiş vəziyyətdə gördüm, sonra onları sürüyüb Bədrdə yerləşən köhnə bir quyuya atdılar”. Bundan sonra Allah Elçisi ﷺ buyurdu: “Quyuya atılanlar lənətə gəldilər”.”

Abdullah
Buxari, 520 (Namaz, 172)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ قَالَ قَرَأْتُ عَلَى مَالِكٍ عَنِ ابْنِ شِهَابٍ أَنَّ عُمَرَ بْنَ عَبْدِ الْعَزِيزِ أَخَّرَ الصَّلاَةَ يَوْمًا ، فَدَخَلَ عَلَيْهِ عُرْوَةُ بْنُ الزُّبَيْرِ ، فَأَخْبَرَهُ أَنَّ الْمُغِيرَةَ بْنَ شُعْبَةَ أَخَّرَ الصَّلاَةَ يَوْمًا وَهْوَ بِالْعِرَاقِ ، فَدَخَلَ عَلَيْهِ أَبُو مَسْعُودٍ الأَنْصَارِىُّ فَقَالَ مَا هَذَا يَا مُغِيرَةُ أَلَيْسَ قَدْ عَلِمْتَ أَنَّ جِبْرِيلَ نَزَلَ فَصَلَّى ، فَصَلَّى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ صَلَّى فَصَلَّى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ صَلَّى فَصَلَّى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ صَلَّى فَصَلَّى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ صَلَّى فَصَلَّى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ قَالَ « بِهَذَا أُمِرْتُ » . فَقَالَ عُمَرُ لِعُرْوَةَ اعْلَمْ مَا تُحَدِّثُ أَوَإِنَّ جِبْرِيلَ هُوَ أَقَامَ لِرَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَقْتَ الصَّلاَةِ . قَالَ عُرْوَةُ كَذَلِكَ كَانَ بَشِيرُ بْنُ أَبِى مَسْعُودٍ يُحَدِّثُ عَنْ أَبِيهِ .

“Rəvayət edilir ki, İbn Şihab ﵀ demişdir: “Bir gün Ömər ibn Abdul-Əziz namazı ilk vaxtından bir qədər gec qıldı. Onun yanına Urvə ibn əz-Zubeyr gəldi və ona belə dedi: “Muğira ibn Şubə İraqda olanda Əsr namazını ilk vaxtından bir qədər gec qıldı. Bunu görən Əbu Məsud əl-Ənsari onun yanına gəlib dedi: ”Bu nədir, ey Muğira? Məgər sən bilmirsən ki, Cəbrail yerə enib namaz qıldı, Allah Elçisi ﷺ də o namazı qıldı; sonra yenə namaz qıldı, Allah Elçisi ﷺ də o namazı qıldı; sonra yenə namaz qıldı, Allah Elçisi ﷺ də o namazı qıldı; sonra yenə namaz qıldı, Allah Elçisi ﷺ də o namazı qıldı; sonra yenə namaz qıldı, Allah Elçisi ﷺ də o namazı qıldı və dedi: “Mənə belə əmr edildi”.”

İbn Şihab
Buxari, 521 (Namaz vaxtları, 1)Səhih

قَالَ عُرْوَةُ وَلَقَدْ حَدَّثَتْنِى عَائِشَةُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُصَلِّى الْعَصْرَ ، وَالشَّمْسُ فِى حُجْرَتِهَا قَبْلَ أَنْ تَظْهَرَ .

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ otağında günəşin şüaları olduğu və kölgə otaqda böyümədən qabaq Əsr namazını qılardı.”

Aişə
Buxari, 522 (Namaz vaxtları, 2)Səhih

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ قَالَ حَدَّثَنَا عَبَّادٌ - هُوَ ابْنُ عَبَّادٍ - عَنْ أَبِى جَمْرَةَ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ قَدِمَ وَفْدُ عَبْدِ الْقَيْسِ عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالُوا إِنَّا مِنْ هَذَا الْحَىِّ مِنْ رَبِيعَةَ ، وَلَسْنَا نَصِلُ إِلَيْكَ إِلاَّ فِى الشَّهْرِ الْحَرَامِ ، فَمُرْنَا بِشَىْءٍ نَأْخُذْهُ عَنْكَ ، وَنَدْعُو إِلَيْهِ مَنْ وَرَاءَنَا . فَقَالَ « آمُرُكُمْ بِأَرْبَعٍ ، وَأَنْهَاكُمْ عَنْ أَرْبَعٍ الإِيمَانِ بِاللَّهِ - ثُمَّ فَسَّرَهَا لَهُمْ شَهَادَةُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَأَنِّى رَسُولُ اللَّهِ ، وَإِقَامُ الصَّلاَةِ ، وَإِيتَاءُ الزَّكَاةِ ، وَأَنْ تُؤَدُّوا إِلَىَّ خُمُسَ مَا غَنِمْتُمْ ، وَأَنْهَى عَنِ الدُّبَّاءِ وَالْحَنْتَمِ وَالْمُقَيَّرِ وَالنَّقِيرِ » .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Abdul-Qeys heyəti Allah Elçisinin ﷺ hüzuruna gəlib dedi: “Biz Rabia tayfasının kəndlərindənik. Biz sənin yanına yalnız haram aylarda gələ bilirik. Ona görə bizə bir şey əmr et ki, onu səndən mənimsəyək və arxada qalanlarımıza təbliğ edək”. Allah Elçisi ﷺ buyurdu: “Sizə dörd şeyi əmr edirəm və sizi dörd şeydən çəkindirirəm; Allaha iman etmək” – dedikdən sonra bunu belə izah etdi: “Allahdan başqa ibadətə layiq məbudun olmamasına və mənim Allahın elçisi olmağıma şəhadət etmək, namaz qılmaq, zəkat vermək, qənimətlərdən beşdə birini (xums) verməyinizdir. Dubbanı, həntəmi, muqayyəri və nəqiri isə qadağan edirəm”.”

İbn Abbas
Buxari, 523 (Namaz vaxtları, 3)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى قَالَ حَدَّثَنَا يَحْيَى قَالَ حَدَّثَنَا إِسْمَاعِيلُ قَالَ حَدَّثَنَا قَيْسٌ عَنْ جَرِيرِ بْنِ عَبْدِ اللَّهِ قَالَ بَايَعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى إِقَامِ الصَّلاَةِ ، وَإِيتَاءِ الزَّكَاةِ ، وَالنُّصْحِ لِكُلِّ مُسْلِمٍ .

“Rəvayət edilir ki, Cərir ibn Abdullah ﵄ demişdir: “Mən namaz qılacağıma, zəkat verəcəyimə və hər bir müsəlmana nəsihət edəcəyimə dair Allah Elçisinə ﷺ beyət etdim”.”

Cərir ibn Abdullah
Buxari, 524 (Namaz vaxtları, 4)Səhih

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَحْيَى عَنِ الأَعْمَشِ قَالَ حَدَّثَنِى شَقِيقٌ قَالَ سَمِعْتُ حُذَيْفَةَ قَالَ كُنَّا جُلُوسًا عِنْدَ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُ فَقَالَ أَيُّكُمْ يَحْفَظُ قَوْلَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى الْفِتْنَةِ قُلْتُ أَنَا ، كَمَا قَالَهُ . قَالَ إِنَّكَ عَلَيْهِ - أَوْ عَلَيْهَا - لَجَرِىءٌ . قُلْتُ « فِتْنَةُ الرَّجُلِ فِى أَهْلِهِ وَمَالِهِ وَوَلَدِهِ وَجَارِهِ تُكَفِّرُهَا الصَّلاَةُ وَالصَّوْمُ وَالصَّدَقَةُ وَالأَمْرُ وَالنَّهْىُ » . قَالَ لَيْسَ هَذَا أُرِيدُ ، وَلَكِنِ الْفِتْنَةُ الَّتِى تَمُوجُ كَمَا يَمُوجُ الْبَحْرُ . قَالَ لَيْسَ عَلَيْكَ مِنْهَا بَأْسٌ يَا أَمِيرَ الْمُؤْمِنِينَ ، إِنَّ بَيْنَكَ وَبَيْنَهَا بَابًا مُغْلَقًا . قَالَ أَيُكْسَرُ أَمْ يُفْتَحُ قَالَ يُكْسَرُ . قَالَ إِذًا لاَ يُغْلَقَ أَبَدًا . قُلْنَا أَكَانَ عُمَرُ يَعْلَمُ الْبَابَ قَالَ نَعَمْ ، كَمَا أَنَّ دُونَ الْغَدِ اللَّيْلَةَ ، إِنِّى حَدَّثْتُهُ بِحَدِيثٍ لَيْسَ بِالأَغَالِيطِ . فَهِبْنَا أَنْ نَسْأَلَ حُذَيْفَةَ ، فَأَمَرْنَا مَسْرُوقًا فَسَأَلَهُ فَقَالَ الْبَابُ عُمَرُ .

“Rəvayət edilir ki, Huzeyfə ﵁ demişdir: “Bir dəfə biz Ömərin ﵁ yanında ikən o soruşdu: “Allah Elçisinin ﷺ fitnə haqda dediyi sözlər hansınızın yadındadır?” Mən dedim: “Mənim yadımdadır, özü də o dediyi kimi”. Ömər dedi: “Həqiqətən də, sən bu işdə çox cəsarətlisən”. Mən dedim: “İnsanın həyat yoldaşı, mal-dövləti, övladı və qonşusu üzündən düşdüyü fitnəni namaz, oruc, sədəqə, habelə insanlara yaxşı işlər görməyi əmr etmək və onları pis işlərdən çəkindirmək kimi ibadətlər silib aparır”. Ömər dedi: “Mən bunu deyil, elə bir fitnəni qəsd edirəm ki, o, araya lərzəyə gəlmiş dəniz kimi çaxnaşma salacaq”. Huzeyfə dedi: “Ey möminlərin əmiri! O fitnənin sənə heç bir zərəri yoxdur, çünki səninlə onun arasında bağlı bir qapı var”. Ömər soruşdu: “O qapı sındırılacaq, yoxsa açılacaq?” Huzeyfə: “Sındırılacaq”– deyə cavab verdi. Ömər dedi: “Deməli, bundan sonra o heç vaxt bağlanmayacaq”. Biz Huzeyfədən soruşduq: “Ömər bu qapının kim olduğunu bilirdimi?” O dedi: “Bəli, bunu gecədən sonra səhərin açılacağını bildiyi kimi bilirdi. Mən ona içində yalan olmayan bir hədis danışdım”. Biz Huzeyfədən soruşmağa cəsarət etmədik və Məsruqa Huzeyfədən: “Bu qapı kim idi?” deyə soruşdurduq. O dedi: “Bu qapı Ömər özü idi”.”

Huzeyfə
Buxari, 525 (Namaz vaxtları, 5)Səhih

حَدَّثَنَا قُتَيْبَةُ قَالَ حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ عَنْ سُلَيْمَانَ التَّيْمِىِّ عَنْ أَبِى عُثْمَانَ النَّهْدِىِّ عَنِ ابْنِ مَسْعُودٍ أَنَّ رَجُلاً أَصَابَ مِنَ امْرَأَةٍ قُبْلَةً ، فَأَتَى النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَأَخْبَرَهُ ، فَأَنْزَلَ اللَّهُ {أَقِمِ الصَّلاَةَ طَرَفَىِ النَّهَارِ وَزُلَفًا مِنَ اللَّيْلِ إِنَّ الْحَسَنَاتِ يُذْهِبْنَ السَّيِّئَاتِ} . فَقَالَ الرَّجُلُ يَا رَسُولَ اللَّهِ أَلِى هَذَا قَالَ « لِجَمِيعِ أُمَّتِى كُلِّهِمْ » .

“İbn Məsud ﵁ rəvayət edir ki, bir kişi Peyğəmbərin ﷺ yanına gəlib naməhrəm bir qadını öpdüyünü ona xəbər verdi. Uca Allah da bu ayəni nazil etdi: “Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır” (Hud, 114). Kişi soruşdu: “Ey Allahın Elçisi, bu yalnız mənə aiddir?” Peyğəmbər ﷺ buyurdu: “Bu mənim ümmətimin hamısına aiddir!””

İbn Məsud
Buxari, 526 (Namaz vaxtları, 6)Səhih

حَدَّثَنَا أَبُو الْوَلِيدِ هِشَامُ بْنُ عَبْدِ الْمَلِكِ قَالَ حَدَّثَنَا شُعْبَةُ قَالَ الْوَلِيدُ بْنُ الْعَيْزَارِ أَخْبَرَنِى قَالَ سَمِعْتُ أَبَا عَمْرٍو الشَّيْبَانِىَّ يَقُولُ حَدَّثَنَا صَاحِبُ هَذِهِ الدَّارِ وَأَشَارَ إِلَى دَارِ عَبْدِ اللَّهِ قَالَ سَأَلْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَىُّ الْعَمَلِ أَحَبُّ إِلَى اللَّهِ قَالَ « الصَّلاَةُ عَلَى وَقْتِهَا » . قَالَ ثُمَّ أَىُّ قَالَ « ثُمَّ بِرُّ الْوَالِدَيْنِ » . قَالَ ثُمَّ أَىُّ قَالَ « الْجِهَادُ فِى سَبِيلِ اللَّهِ » . قَالَ حَدَّثَنِى بِهِنَّ وَلَوِ اسْتَزَدْتُهُ لَزَادَنِى .

“Rəvayət edilir ki, Əbu Amr əş-Şeybani ﵀ demişdir: “Bizə bu evin yiyəsi – əli ilə Abdullah ibn Məsudun evini işarə edərək – buyurdu: “Mən Peyğəmbərdən ﷺ soruşdum: “Allahın ən çox sevdiyi əməl hansı əməldir?” O buyurdu: “Vaxtında qılınan namaz”. Mən dedim: “Sonra hansıdır?” O buyurdu: “Valideynlərin qayğısına qalmaq”. Mən dedim: “Bəs sonra hansıdır?” O buyurdu: “Allah yolunda cihad etmək”. Abdullah ibn Məsud deyir: “O mənə bunları dedi. Əgər soruşsaydım, yenə cavab verərdi”.”

Əbu Amr əş-Şeybani
Buxari, 527 (Namaz vaxtları, 7)Səhih

حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ حَمْزَةَ قَالَ حَدَّثَنِى ابْنُ أَبِى حَازِمٍ وَالدَّرَاوَرْدِىُّ عَنْ يَزِيدَ عَنْ مُحَمَّدِ بْنِ إِبْرَاهِيمَ عَنْ أَبِى سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّهُ سَمِعَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « أَرَأَيْتُمْ لَوْ أَنَّ نَهَرًا بِبَابِ أَحَدِكُمْ ، يَغْتَسِلُ فِيهِ كُلَّ يَوْمٍ خَمْسًا ، مَا تَقُولُ ذَلِكَ يُبْقِى مِنْ دَرَنِهِ » . قَالُوا لاَ يُبْقِى مِنْ دَرَنِهِ شَيْئًا . قَالَ « فَذَلِكَ مِثْلُ الصَّلَوَاتِ الْخَمْسِ ، يَمْحُو اللَّهُ بِهَا الْخَطَايَا » .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişdir: “Deyin görüm, əgər sizdən birinizin qapısının önündən çay axsaydı, o da hər gün bu çayda beş dəfə yuyunsaydı, onun (bədənində olan) çirkabdan bir şey qalardımı?” Səhabələr: “Onun bədənindəki çirkabdan heç nə qalmazdı”– deyə cavab verdikdə Peyğəmbər ﷺ buyurdu: “Qılınan beş vaxt namazın məsəli də buna bənzəyir. Belə ki, Allah bununla günahları silir!””

Əbu Hureyra
Buxari, 528 (Namaz vaxtları, 8)Səhih

حَدَّثَنَا مُوسَى بْنُ إِسْمَاعِيلَ قَالَ حَدَّثَنَا مَهْدِىٌّ عَنْ غَيْلاَنَ عَنْ أَنَسٍ قَالَ مَا أَعْرِفُ شَيْئًا مِمَّا كَانَ عَلَى عَهْدِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ . قِيلَ الصَّلاَةُ . قَالَ أَلَيْسَ ضَيَّعْتُمْ مَا ضَيَّعْتُمْ فِيهَا .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “İndi Peyğəmbərin ﷺ dövründə olan heç bir şeyin olduğunu bilmirəm”. Ona deyildi: “Bəs namaz?” O dedi: “O (namaz) vaxtını zay etdiyiniz şey deyilmi?!””

Ənəs
Buxari, 529 (Namaz vaxtları, 9)Səhih

حَدَّثَنَا عَمْرُو بْنُ زُرَارَةَ قَالَ أَخْبَرَنَا عَبْدُ الْوَاحِدِ بْنُ وَاصِلٍ أَبُو عُبَيْدَةَ الْحَدَّادُ عَنْ عُثْمَانَ بْنِ أَبِى رَوَّادٍ أَخِى عَبْدِ الْعَزِيزِ قَالَ سَمِعْتُ الزُّهْرِىَّ يَقُولُ دَخَلْتُ عَلَى أَنَسِ بْنِ مَالِكٍ بِدِمَشْقَ وَهُوَ يَبْكِى فَقُلْتُ مَا يُبْكِيكَ فَقَالَ لاَ أَعْرِفُ شَيْئًا مِمَّا أَدْرَكْتُ إِلاَّ هَذِهِ الصَّلاَةَ ، وَهَذِهِ الصَّلاَةُ قَدْ ضُيِّعَتْ . وَقَالَ بَكْرٌ حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَكْرٍ الْبُرْسَانِىُّ أَخْبَرَنَا عُثْمَانُ بْنُ أَبِى رَوَّادٍ نَحْوَهُ .

“Rəvayət edilir ki, əz-Zuhri ﵀ demişdir: “Mən Dəməşqdə Ənəs ibn Malikin yanına gəldim. O, ağlayırdı. Ona dedim: “Niyə ağlayırsan?” O dedi: “Peyğəmbərin ﷺ dövründən indiyə gəlib çatan və mənim tanıdığım şey yalnız bu namazdır. Artıq bu namaz da zay edilmişdir”.”

əz-Zuhri
Buxari, 530 (Namaz vaxtları, 10)Səhih

حَدَّثَنَا مُسْلِمُ بْنُ إِبْرَاهِيمَ قَالَ حَدَّثَنَا هِشَامٌ عَنْ قَتَادَةَ عَنْ أَنَسٍ قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « إِنَّ أَحَدَكُمْ إِذَا صَلَّى يُنَاجِى رَبَّهُ فَلاَ يَتْفِلَنَّ عَنْ يَمِينِهِ ، وَلَكِنْ تَحْتَ قَدَمِهِ الْيُسْرَى » . وَقَالَ سَعِيدٌ عَنْ قَتَادَةَ لاَ يَتْفِلُ قُدَّامَهُ أَوْ بَيْنَ يَدَيْهِ ، وَلَكِنْ عَنْ يَسَارِهِ أَوْ تَحْتَ قَدَمَيْهِ . وَقَالَ شُعْبَةُ لاَ يَبْزُقُ بَيْنَ يَدَيْهِ وَلاَ عَنْ يَمِينِهِ ، وَلَكِنْ عَنْ يَسَارِهِ أَوْ تَحْتَ قَدَمِهِ . وَقَالَ حُمَيْدٌ عَنْ أَنَسٍ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ يَبْزُقْ فِى الْقِبْلَةِ وَلاَ عَنْ يَمِينِهِ ، وَلَكِنْ عَنْ يَسَارِهِ أَوْ تَحْتَ قَدَمِهِ » .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Sizdən biriniz namaz qıldıqda öz Rəbbi ilə gizli söhbətə girir. Ona görə sağ tərəfinə tüpürməsin, (tüpürmək istəsə) qoy sol tərəfə ayağının altına tüpürsün”. Ravi Qatədə dedi: “Qarşısına və ya önünə tüpürməsin, (tüpürmək istəsə) qoy soluna və ya ayağının altına tüpürsün”. Ravi Şubə dedi: “Qarşısına və sağ tərəfinə tüpürməsin, (tüpürmək istəsə) qoy soluna və ya ayağının altına tüpürsün”. Ənəs rəvayət edir ki, Peyğəmbər belə buyurdu: “Sizdən heç kim qiblə tərəfə və sağına tüpürməsin, (tüpürmək istəsə) qoy sol tərəfə və ya ayağının altına tüpürsün”.”

Ənəs
Buxari, 531 (Namaz vaxtları, 11)Səhih

حَدَّثَنَا حَفْصُ بْنُ عُمَرَ قَالَ حَدَّثَنَا يَزِيدُ بْنُ إِبْرَاهِيمَ قَالَ حَدَّثَنَا قَتَادَةُ عَنْ أَنَسٍ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « اعْتَدِلُوا فِى السُّجُودِ ، وَلاَ يَبْسُطْ ذِرَاعَيْهِ كَالْكَلْبِ ، وَإِذَا بَزَقَ فَلاَ يَبْزُقَنَّ بَيْنَ يَدَيْهِ وَلاَ عَنْ يَمِينِهِ ، فَإِنَّهُ يُنَاجِى رَبَّهُ » .

“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Səcdələrinizi düzgün edin. (Namaz qılan şəxs) dirsəklərini yerə it kimi qoymasın və tüpürmək istədikdə qabağına və sağ tərəfinə tüpürməsin, çünki o, (namaz vaxtı) öz Rəbbi ilə gizli söhbətə girir”.”

Ənəs
Buxari, 532 (Namaz vaxtları, 12)Səhih

حَدَّثَنَا أَيُّوبُ بْنُ سُلَيْمَانَ قَالَ حَدَّثَنَا أَبُو بَكْرٍ عَنْ سُلَيْمَانَ قَالَ صَالِحُ بْنُ كَيْسَانَ حَدَّثَنَا الأَعْرَجُ عَبْدُ الرَّحْمَنِ وَغَيْرُهُ عَنْ أَبِى هُرَيْرَةَ .

“Əbu Hureyra ﵁ rəvayət edir ki...”

Əbu Hureyra
Buxari, 533 (Namaz vaxtları, 13)Səhih

وَنَافِعٌ مَوْلَى عَبْدِ اللَّهِ بْنِ عُمَرَ عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ أَنَّهُمَا حَدَّثَاهُ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ « إِذَا اشْتَدَّ الْحَرُّ فَأَبْرِدُوا عَنِ الصَّلاَةِ ، فَإِنَّ شِدَّةَ الْحَرِّ مِنْ فَيْحِ جَهَنَّمَ » .

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “(Hava) bərk istiləşdikdə Zöhr namazını sərin düşənədək təxirə salın, çünki şiddətli isti Cəhənnəmin nəfəs almasına görədir”.”

Abdullah ibn Ömər
Buxari, 534 (Namaz vaxtları, 14)Səhih

حَدَّثَنَا ابْنُ بَشَّارٍ قَالَ حَدَّثَنَا غُنْدَرٌ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنِ الْمُهَاجِرِ أَبِى الْحَسَنِ سَمِعَ زَيْدَ بْنَ وَهْبٍ عَنْ أَبِى ذَرٍّ قَالَ أَذَّنَ مُؤَذِّنُ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الظُّهْرَ فَقَالَ « أَبْرِدْ أَبْرِدْ - أَوْ قَالَ - انْتَظِرِ انْتَظِرْ » . وَقَالَ « شِدَّةُ الْحَرِّ مِنْ فَيْحِ جَهَنَّمَ ، فَإِذَا اشْتَدَّ الْحَرُّ فَأَبْرِدُوا عَنِ الصَّلاَةِ » . حَتَّى رَأَيْنَا فَىْءَ التُّلُولِ .

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Peyğəmbərin ﷺ müəzzini belə nida etdi: “Sərinlənənə qədər! Sərinlənənə qədər!” və ya belə dedi: “Gözlə! Gözlə!” Peyğəmbər ﷺ də belə buyurdu: “Şiddətli isti Cəhənnəmin nəfəs almasına görədir. (Hava) bərk istiləşdikdə namazı sərin düşənədək təxirə salın!” Təpələrin kölgələri uzanana qədər təxirə salın”.”

Əbu Zərr
Buxari, 535 (Namaz vaxtları, 15)Səhih

حَدَّثَنَا عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنَا سُفْيَانُ قَالَ حَفِظْنَاهُ مِنَ الزُّهْرِىِّ عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا اشْتَدَّ الْحَرُّ فَأَبْرِدُوا بِالصَّلاَةِ ، فَإِنَّ شِدَّةَ الْحَرِّ مِنْ فَيْحِ جَهَنَّمَ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “(Hava) bərk istiləşdikdə sərin düşənədək namazı təxirə salın, çünki şiddətli isti Cəhənnəmin nəfəs almasına görədir”.”

Əbu Hureyra
Buxari, 536 (Namaz vaxtları, 16)Səhih

« وَاشْتَكَتِ النَّارُ إِلَى رَبِّهَا فَقَالَتْ يَا رَبِّ أَكَلَ بَعْضِى بَعْضًا . فَأَذِنَ لَهَا بِنَفَسَيْنِ نَفَسٍ فِى الشِّتَاءِ ، وَنَفَسٍ فِى الصَّيْفِ ، فَهُوَ أَشَدُّ مَا تَجِدُونَ مِنَ الْحَرِّ ، وَأَشَدُّ مَا تَجِدُونَ مِنَ الزَّمْهَرِيرِ » .

“”Cəhənnəm öz Rəbbinə şikayət edib demişdir: “Ey Rəbbim, bir hissəm digər hissəmi yedi!” Rəbbi də ona iki dəfə - bir dəfə qışda, bir dəfə də yayda nəfəs almağa izin verdi. Bu sizin il boyu gördüyünüz ən şiddətli isti və ən sərt soyuqdur”.”

Əbu Hureyra
Buxari, 537 (Namaz vaxtları, 17)Səhih

حَدَّثَنَا عُمَرُ بْنُ حَفْصٍ قَالَ حَدَّثَنَا أَبِى قَالَ حَدَّثَنَا الأَعْمَشُ حَدَّثَنَا أَبُو صَالِحٍ عَنْ أَبِى سَعِيدٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « أَبْرِدُوا بِالظُّهْرِ ، فَإِنَّ شِدَّةَ الْحَرِّ مِنْ فَيْحِ جَهَنَّمَ » . تَابَعَهُ سُفْيَانُ وَيَحْيَى وَأَبُو عَوَانَةَ عَنِ الأَعْمَشِ .

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Zöhr namazını gecikdirin, çünki bərk istilərin olması Cəhənnəmin nəfəs almasına görədir”.”

Əbu Səid
Buxari, 538 (Namaz vaxtları, 18)Səhih

حَدَّثَنَا آدَمُ بْنُ أَبِى إِيَاسٍ قَالَ حَدَّثَنَا شُعْبَةُ قَالَ حَدَّثَنَا مُهَاجِرٌ أَبُو الْحَسَنِ مَوْلًى لِبَنِى تَيْمِ اللَّهِ قَالَ سَمِعْتُ زَيْدَ بْنَ وَهْبٍ عَنْ أَبِى ذَرٍّ الْغِفَارِىِّ قَالَ كُنَّا مَعَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى سَفَرٍ ، فَأَرَادَ الْمُؤَذِّنُ أَنْ يُؤَذِّنَ لِلظُّهْرِ فَقَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « أَبْرِدْ » . ثُمَّ أَرَادَ أَنْ يُؤَذِّنَ فَقَالَ لَهُ « أَبْرِدْ » . حَتَّى رَأَيْنَا فَىْءَ التُّلُولِ ، فَقَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « إِنَّ شِدَّةَ الْحَرِّ مِنْ فَيْحِ جَهَنَّمَ ، فَإِذَا اشْتَدَّ الْحَرُّ فَأَبْرِدُوا بِالصَّلاَةِ » . وَقَالَ ابْنُ عَبَّاسٍ تَتَفَيَّأُ تَتَمَيَّلُ .

“Rəvayət edilir ki, Əbu Zərr əl-Ğifari ﵁ demişdir: “Bir dəfə biz Peyğəmbərlə ﷺ birlikdə səfərdə ikən müəzzin zöhr namazı üçün azan vermək istədi. Peyğəmbər ﷺ ona: “Sərin düşənədək (gözlə)”– dedi. Bir müddət sonra müəzzin yenidən azan oxumaq istədikdə Peyğəmbər ﷺ yenə: “Sərin düşənədək (gözlə)”– dedi. Biz təpələrin kölgələrinin uzandığını görənə qədər gözlədik”. Peyğəmbər buyurdu: “Həqiqətən, şiddətli istinin olması Cəhənnəmin nəfəs olmasına görədir. Şiddətli isti olduqda namazı sərin vaxta qədər gecikdirin”. İbn Abbas dedi: “Tətəfəyyəu” günəş meyl edənə qədər deməkdir”.”

Əbu Zərr əl-Ğifari
Buxari, 539 (Namaz vaxtları, 19)Səhih

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى أَنَسُ بْنُ مَالِكٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ خَرَجَ حِينَ زَاغَتِ الشَّمْسُ فَصَلَّى الظُّهْرَ ، فَقَامَ عَلَى الْمِنْبَرِ ، فَذَكَرَ السَّاعَةَ ، فَذَكَرَ أَنَّ فِيهَا أُمُورًا عِظَامًا ثُمَّ قَالَ « مَنْ أَحَبَّ أَنْ يَسْأَلَ عَنْ شَىْءٍ فَلْيَسْأَلْ ، فَلاَ تَسْأَلُونِى عَنْ شَىْءٍ إِلاَّ أَخْبَرْتُكُمْ مَا دُمْتُ فِى مَقَامِى هَذَا » . فَأَكْثَرَ النَّاسُ فِى الْبُكَاءِ ، وَأَكْثَرَ أَنْ يَقُولَ « سَلُونِى » . فَقَامَ عَبْدُ اللَّهِ بْنُ حُذَافَةَ السَّهْمِىُّ فَقَالَ مَنْ أَبِى قَالَ « أَبُوكَ حُذَافَةُ » . ثُمَّ أَكْثَرَ أَنْ يَقُولَ « سَلُونِى » . فَبَرَكَ عُمَرُ عَلَى رُكْبَتَيْهِ فَقَالَ رَضِينَا بِاللَّهِ رَبًّا ، وَبِالإِسْلاَمِ دِينًا ، وَبِمُحَمَّدٍ نَبِيًّا . فَسَكَتَ ثُمَّ قَالَ « عُرِضَتْ عَلَىَّ الْجَنَّةُ وَالنَّارُ آنِفًا فِى عُرْضِ هَذَا الْحَائِطِ فَلَمْ أَرَ كَالْخَيْرِ وَالشَّرِّ » .

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, bir dəfə gün batmağa meyil edən vaxt Allah Elçisi ﷺ evdən çıxdı və Zöhr namazını qıldırdı. Bundan sonra o, minbərin üzərinə çıxıb Qiyamət saatını xatırlatdı və həmin gün baş verəcək dəhşətli hadisələrdən bəhs etdi. Sonra buyurdu: “Kim məndən bir şey soruşmaq istəyirsə, qoy soruşsun. Bu yerdə dayandığım müddətədək məndən nə soruşsanız, sizə xəbər verəcəyəm”. Bunu deyəndə insanların çoxu ağlamağa başladı. Peyğəmbər ﷺ isə: “Məndən soruşun!”– deyə təkrar edirdi. Bu vaxt Abdullah ibn Huzafə əs-Səhmi ayağa qalxıb dedi: “Mənim atam kimdir?” Allah Elçisi ﷺ: “Sənin atan Huzafədir”– dedi, sonra yenə: “Məndən soruşun”– deyə təkrar etdi. O bu sözləri o vaxta qədər təkrar etdi ki, axırda Ömər diz çöküb dedi: “Biz Allahın Rəbb, İslamın din və Muhəmmədin peyğəmbər olduğundan razıyıq!” Bundan sonra Allah Elçisi ﷺ bir qədər susdu, sonra isə buyurdu: “İndicə bu divarda mənə Cənnət və Cəhənnəm göstərildi. Mən belə bir xeyir və belə bir şər görməmişdim”.”

Ənəs ibn Malik
Buxari, 540 (Namaz vaxtları, 20)Səhih

حَدَّثَنَا حَفْصُ بْنُ عُمَرَ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ أَبِى الْمِنْهَالِ عَنْ أَبِى بَرْزَةَ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى الصُّبْحَ وَأَحَدُنَا يَعْرِفُ جَلِيسَهُ ، وَيَقْرَأُ فِيهَا مَا بَيْنَ السِّتِّينَ إِلَى الْمِائَةِ ، وَيُصَلِّى الظُّهْرَ إِذَا زَالَتِ الشَّمْسُ ، وَالْعَصْرَ وَأَحَدُنَا يَذْهَبُ إِلَى أَقْصَى الْمَدِينَةِ ثُمَّ يَرْجِعُ وَالشَّمْسُ حَيَّةٌ ، وَنَسِيتُ مَا قَالَ فِى الْمَغْرِبِ ، وَلاَ يُبَالِى بِتَأْخِيرِ الْعِشَاءِ إِلَى ثُلُثِ اللَّيْلِ . ثُمَّ قَالَ إِلَى شَطْرِ اللَّيْلِ . وَقَالَ مُعَاذٌ قَالَ شُعْبَةُ ثُمَّ لَقِيتُهُ مَرَّةً فَقَالَ أَوْ ثُلُثِ اللَّيْلِ .

“Əbu Bərzə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ Sübh namazını bitirdikdən sonra hər birimiz öz yanında oturanın kim olmasını seçə bilirdi; o bu namazda altmışdan yüzə qədər ayə oxuyardı. Zöhr namazını isə gün batmağa meyil etdiyi zaman qılardı; Əsr namazını qıldırdıqdan sonra, birimiz Mədinənin lap kənarına gedib-qayıdar, günəş isə hələ də olduğu kimi qızmar qalırdı. ...Ravi Əbu Minhəl dedi: “Mən Əbu Bərzənin Məğrib namazı haqda dediyini unutdum”. Əbu Bərzə dedi: “Peyğəmbər ﷺ İşa namazını gecənin (ilk) üçdə birinə , hətta gecənin yarısına qədər yubatmağın fərqinə varmazdı”. ...Ravi Şubə dedi: “Sonralar Əbu Minhal ilə bir dəfə də qarşılaşdıqda o dedi: “Yaxud gecənin üçdə birinə qədər”.”

Əbu Bərzə
Buxari, 541 (Namaz vaxtları, 21)Səhih

حَدَّثَنَا مُحَمَّدٌ - يَعْنِى ابْنَ مُقَاتِلٍ - قَالَ أَخْبَرَنَا عَبْدُ اللَّهِ قَالَ أَخْبَرَنَا خَالِدُ بْنُ عَبْدِ الرَّحْمَنِ حَدَّثَنِى غَالِبٌ الْقَطَّانُ عَنْ بَكْرِ بْنِ عَبْدِ اللَّهِ الْمُزَنِىِّ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ كُنَّا إِذَا صَلَّيْنَا خَلْفَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالظَّهَائِرِ فَسَجَدْنَا عَلَى ثِيَابِنَا اتِّقَاءَ الْحَرِّ .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Biz günorta namazlarını Allah Elçisinin ﷺ arxasında qıldıqda havanın istisinə görə paltarımızın üzərinə səcdə edirdik”.”

Ənəs ibn Malik
Buxari, 542 (Namaz vaxtları, 22)Səhih

حَدَّثَنَا أَبُو النُّعْمَانِ قَالَ حَدَّثَنَا حَمَّادٌ - هُوَ ابْنُ زَيْدٍ - عَنْ عَمْرِو بْنِ دِينَارٍ عَنْ جَابِرِ بْنِ زَيْدٍ عَنِ ابْنِ عَبَّاسٍ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى بِالْمَدِينَةِ سَبْعًا وَثَمَانِيًا الظُّهْرَ وَالْعَصْرَ ، وَالْمَغْرِبَ وَالْعِشَاءَ . فَقَالَ أَيُّوبُ لَعَلَّهُ فِى لَيْلَةٍ مَطِيرَةٍ . قَالَ عَسَى .

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ Mədinədə Zöhrlə Əsri, Məğriblə İşanı birləşdirərək yeddi rükət və səkkiz rükət namaz qıldı. Ravi Əyyub dedi: “Ola bilsin ki, bu yağışlı gecəyə görə olmuşdur”. Digər ravi: “Ola bilər” dedi.”

İbn Abbas
Buxari, 543 (Namaz vaxtları, 23)Səhih

حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ الْمُنْذِرِ قَالَ حَدَّثَنَا أَنَسُ بْنُ عِيَاضٍ عَنْ هِشَامٍ عَنْ أَبِيهِ أَنَّ عَائِشَةَ قَالَتْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى الْعَصْرَ وَالشَّمْسُ لَمْ تَخْرُجْ مِنْ حُجْرَتِهَا . وَقَالَ أَبُو أُسَامَةَ عَنْ هِشَامٍ مِنْ قَعْرِ حُجْرَتِهَا .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ Əsr namazını günəşin şüaları otağımdan çıxmadan qılardı”. Ravi Hişam dedi: “Günəş şüaları otağından çıxmamış qılardı”.”

Aişə
Buxari, 544 (Namaz vaxtları, 24)Səhih

حَدَّثَنَا قُتَيْبَةُ قَالَ حَدَّثَنَا اللَّيْثُ عَنِ ابْنِ شِهَابٍ عَنْ عُرْوَةَ عَنْ عَائِشَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى الْعَصْرَ وَالشَّمْسُ فِى حُجْرَتِهَا ، لَمْ يَظْهَرِ الْفَىْءُ مِنْ حُجْرَتِهَا .

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ Əsr namazını günəşin şüaları onun otağında olarkən kölgə onun otağında böyümədən qılardı.”

Aişə
Buxari, 545 (Namaz vaxtları, 25)Səhih

حَدَّثَنَا أَبُو نُعَيْمٍ قَالَ أَخْبَرَنَا ابْنُ عُيَيْنَةَ عَنِ الزُّهْرِىِّ عَنْ عُرْوَةَ عَنْ عَائِشَةَ قَالَتْ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى صَلاَةَ الْعَصْرِ وَالشَّمْسُ طَالِعَةٌ فِى حُجْرَتِى لَمْ يَظْهَرِ الْفَىْءُ بَعْدُ . وَقَالَ مَالِكٌ وَيَحْيَى بْنُ سَعِيدٍ وَشُعَيْبٌ وَابْنُ أَبِى حَفْصَةَ وَالشَّمْسُ قَبْلَ أَنْ تَظْهَرَ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ Əsr namazını günəş mənim otağımda itməmiş qılardı”. Malik, Yəhyə ibn Səid, Şueyb və İbn Əbu Həfsa demişlər: “Günəş yüksəlmədən qabaq”.”

Aişə
Buxari, 546 (Namaz vaxtları, 26)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ مُقَاتِلٍ قَالَ أَخْبَرَنَا عَبْدُ اللَّهِ قَالَ أَخْبَرَنَا عَوْفٌ عَنْ سَيَّارِ بْنِ سَلاَمَةَ قَالَ دَخَلْتُ أَنَا وَأَبِى عَلَى أَبِى بَرْزَةَ الأَسْلَمِىِّ ، فَقَالَ لَهُ أَبِى كَيْفَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى الْمَكْتُوبَةَ فَقَالَ كَانَ يُصَلِّى الْهَجِيرَ الَّتِى تَدْعُونَهَا الأُولَى حِينَ تَدْحَضُ الشَّمْسُ ، وَيُصَلِّى الْعَصْرَ ، ثُمَّ يَرْجِعُ أَحَدُنَا إِلَى رَحْلِهِ فِى أَقْصَى الْمَدِينَةِ وَالشَّمْسُ حَيَّةٌ - وَنَسِيتُ مَا قَالَ فِى الْمَغْرِبِ - وَكَانَ يَسْتَحِبُّ أَنْ يُؤَخِّرَ الْعِشَاءَ الَّتِى تَدْعُونَهَا الْعَتَمَةَ ، وَكَانَ يَكْرَهُ النَّوْمَ قَبْلَهَا وَالْحَدِيثَ بَعْدَهَا ، وَكَانَ يَنْفَتِلُ مِنْ صَلاَةِ الْغَدَاةِ حِينَ يَعْرِفُ الرَّجُلُ جَلِيسَهُ ، وَيَقْرَأُ بِالسِّتِّينَ إِلَى الْمِائَةِ .

“Rəvayət edilir ki, Səyyar ibn Sələmə ﵀ demişdir: “Mən atamla birlikdə Əbu Bərzə əl-Əsləminin yanına daxil oldum və atam ondan soruşdu: “Allah Elçisi ﷺ vacib olan namazları necə qılardı?” O dedi: “Sizin Ulə adlandırdığınız Zöhr namazını günəş batmağa meyl etdikdə qılardı. Əsr namazını qıldıqdan sonra birimiz Mədinənin lap kənarında olan evinə qayıdar, günəş isə hələ də adamı yandırardı”. Ravi deyir: “Mən Əbu Bərzənin Məğrib namazı haqda dediyini unutmuşam”. Əbu Bərzə davam edərək dedi: ”Allah Elçisi ﷺ sizin Atəmə adlandırdığınız İşa namazını gecənin yarısınadək yubatmağı sevər, bu namazdan əvvəl yatmağı və ondan sonra danışmağı xoşlamazdı. Sübh namazını isə hər kəs yanında oturanın kim oldugunu aydın seçə bildiyi bir vaxtda bitirər və bu namazda altmışdan yüzə qədər ayə oxuyardı”.”

Səyyar ibn Sələmə
Buxari, 547 (Namaz vaxtları, 27)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ عَنْ مَالِكٍ عَنْ إِسْحَاقَ بْنِ عَبْدِ اللَّهِ بْنِ أَبِى طَلْحَةَ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ كُنَّا نُصَلِّى الْعَصْرَ ثُمَّ يَخْرُجُ الإِنْسَانُ إِلَى بَنِى عَمْرِو بْنِ عَوْفٍ فَنَجِدُهُمْ يُصَلُّونَ الْعَصْرَ .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﷺ demişdir: “Biz Əsr namazını qıldıqdan sonra adam Amr ibn Auf tayfasına gedib onların həmin namazı qıldığını görə bilərdi”.”

Ənəs ibn Malik
Buxari, 548 (Namaz vaxtları, 28)Səhih

حَدَّثَنَا ابْنُ مُقَاتِلٍ قَالَ أَخْبَرَنَا عَبْدُ اللَّهِ قَالَ أَخْبَرَنَا أَبُو بَكْرِ بْنُ عُثْمَانَ بْنِ سَهْلِ بْنِ حُنَيْفٍ قَالَ سَمِعْتُ أَبَا أُمَامَةَ يَقُولُ صَلَّيْنَا مَعَ عُمَرَ بْنِ عَبْدِ الْعَزِيزِ الظُّهْرَ ، ثُمَّ خَرَجْنَا حَتَّى دَخَلْنَا عَلَى أَنَسِ بْنِ مَالِكٍ فَوَجَدْنَاهُ يُصَلِّى الْعَصْرَ فَقُلْتُ يَا عَمِّ ، مَا هَذِهِ الصَّلاَةُ الَّتِى صَلَّيْتَ قَالَ الْعَصْرُ ، وَهَذِهِ صَلاَةُ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الَّتِى كُنَّا نُصَلِّى مَعَهُ .

“Rəvayət edilir ki, Əbu Umamə ﵀ demişdir: “Biz Zöhr namazını Ömər ibn Abdul-Əziz ilə qıldıq. Sonra Ənəs ibn Malikin yanına gəldik. Biz onun Əsr namazını qıldığını gördükdə mən dedim: “Ey əmi, bu qıldığın namaz hansı namazdır?” O dedi: “Əsr namazıdır. Bu namaz vaxtilə Allah Elçisi ﷺ ilə birlikdə qıldığımız namazdır”.”

Əbu Umamə
Buxari, 549 (Namaz vaxtları, 29)Səhih

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ حَدَّثَنِى أَنَسُ بْنُ مَالِكٍ قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى الْعَصْرَ وَالشَّمْسُ مُرْتَفِعَةٌ حَيَّةٌ ، فَيَذْهَبُ الذَّاهِبُ إِلَى الْعَوَالِى فَيَأْتِيهِمْ وَالشَّمْسُ مُرْتَفِعَةٌ ، وَبَعْضُ الْعَوَالِى مِنَ الْمَدِينَةِ عَلَى أَرْبَعَةِ أَمْيَالٍ أَوْ نَحْوِهِ .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ günəş yüksəklikdə olduğu və adamı yandırdığı vaxtda Əsr namazını qılardı. Namazdan sonra əl-Avaliyə getmək istəyən kimsə ora gedər və günəş hələ yüksəklikdə olduğu vaxtda onların yanına qayıdardı. Baxmayaraq ki, əl-Avalinin bəzi yerləri Mədinənin dörd milliyində və ya buna yaxın məsafədə yerləşirdi”.”

Ənəs ibn Malik
Buxari, 550 (Namaz vaxtları, 30)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنِ ابْنِ شِهَابٍ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ كُنَّا نُصَلِّى الْعَصْرَ ثُمَّ يَذْهَبُ الذَّاهِبُ مِنَّا إِلَى قُبَاءٍ ، فَيَأْتِيهِمْ وَالشَّمْسُ مُرْتَفِعَةٌ .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Biz Əsr namazını qılar, günəş hələ yüksəkdə olarkən bizdən kim istəsə Quba'ya gedərdi”.”

Ənəs ibn Malik
Buxari, 551 (Namaz vaxtları, 31)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « الَّذِى تَفُوتُهُ صَلاَةُ الْعَصْرِ كَأَنَّمَا وُتِرَ أَهْلَهُ وَمَالَهُ » .

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Əsr namazını buraxan ailəsini və malını itirmiş kimidir”.”

İbn Ömər
Buxari, 552 (Namaz vaxtları, 32)Səhih

حَدَّثَنَا مُسْلِمُ بْنُ إِبْرَاهِيمَ قَالَ حَدَّثَنَا هِشَامٌ قَالَ حَدَّثَنَا يَحْيَى بْنُ أَبِى كَثِيرٍ عَنْ أَبِى قِلاَبَةَ عَنْ أَبِى الْمَلِيحِ قَالَ كُنَّا مَعَ بُرَيْدَةَ فِى غَزْوَةٍ فِى يَوْمٍ ذِى غَيْمٍ فَقَالَ بَكِّرُوا بِصَلاَةِ الْعَصْرِ فَإِنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مَنْ تَرَكَ صَلاَةَ الْعَصْرِ فَقَدْ حَبِطَ عَمَلُهُ » .

“Rəvayət edilir ki, Əbu Məlih ﵀ demişdir: “Bir dəfə mən hava buludlu olduğu bir gündə Bureydə ilə bir döyüşdə birlikdə idim. O dedi: “Əsr namazını ilk vaxtında qılın, çünki Peyğəmbər ﷺ buyurmuşdur: “Əsr namazını (qəsdən) qılmayan kimsənin əməli puç olar”.”

Əbu Məlih
Buxari, 553 (Namaz vaxtları, 33)Səhih

حَدَّثَنَا الْحُمَيْدِىُّ قَالَ حَدَّثَنَا مَرْوَانُ بْنُ مُعَاوِيَةَ قَالَ حَدَّثَنَا إِسْمَاعِيلُ عَنْ قَيْسٍ عَنْ جَرِيرٍ قَالَ كُنَّا عِنْدَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَنَظَرَ إِلَى الْقَمَرِ لَيْلَةً - يَعْنِى الْبَدْرَ - فَقَالَ « إِنَّكُمْ سَتَرَوْنَ رَبَّكُمْ كَمَا تَرَوْنَ هَذَا الْقَمَرَ لاَ تُضَامُّونَ فِى رُؤْيَتِهِ ، فَإِنِ اسْتَطَعْتُمْ أَنْ لاَ تُغْلَبُوا عَلَى صَلاَةٍ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ غُرُوبِهَا فَافْعَلُوا » . ثُمَّ قَرَأَ { وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ الْغُرُوبِ }. قَالَ إِسْمَاعِيلُ افْعَلُوا لاَ تَفُوتَنَّكُمْ .

“Rəvayət edilir ki, Cərir ﵁ demişdir: “Bədr gecəsi biz Peyğəmbərin ﷺ yanında olduqda o, aya baxıb buyurdu: “Siz bu ayı gördüyünüz kimi, Rəbbinizi də görəcək və Ona baxmaq üçün bir-birinizə mane olmayacaqsınız. Əgər günəş çıxmamışdan və batmamışdan əvvəl sizi namaz qılmaqdan yayındıracaq (işlərdən) çəkinə bilirsinizsə, çəkinin”. Sonra o bu ayəni oxudu: “Gün doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini həmd ilə təriflə!” (Qaf, 39)”. Ravi İsmail dedi: “Bu namazları qılın, nəbadə bu namazları buraxasınız”.”

Cərir
Buxari, 554 (Namaz vaxtları, 34)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ حَدَّثَنَا مَالِكٌ عَنْ أَبِى الزِّنَادِ عَنِ الأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « يَتَعَاقَبُونَ فِيكُمْ مَلاَئِكَةٌ بِاللَّيْلِ وَمَلاَئِكَةٌ بِالنَّهَارِ ، وَيَجْتَمِعُونَ فِى صَلاَةِ الْفَجْرِ وَصَلاَةِ الْعَصْرِ ، ثُمَّ يَعْرُجُ الَّذِينَ بَاتُوا فِيكُمْ ، فَيَسْأَلُهُمْ وَهْوَ أَعْلَمُ بِهِمْ كَيْفَ تَرَكْتُمْ عِبَادِى فَيَقُولُونَ تَرَكْنَاهُمْ وَهُمْ يُصَلُّونَ ، وَأَتَيْنَاهُمْ وَهُمْ يُصَلُّونَ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bir dəstə mələk gecələr, bir dəstə mələk də gündüzlər növbə ilə sizin yanınıza gəlir, onlar Sübh və Əsr namazlarında bir yerə toplanırlar. Bundan sonra gecəni sizin aranızda keçirən mələklər (səmaya) qalxır və Allah onlardan soruşur: “Siz Mənim qullarımı nə vəziyyətdə tərk etmisiniz?”, halbuki O, qullarının (nə etdiklərini) daha yaxşı bilir. Onlar deyirlər: “Biz onları namaz qıldıqları halda tərk etdik, yanlarına gəldikdə də onlar namaz qılırdılar”.”

Əbu Hureyra
Buxari, 555 (Namaz vaxtları, 35)Səhih

حَدَّثَنَا أَبُو نُعَيْمٍ قَالَ حَدَّثَنَا شَيْبَانُ عَنْ يَحْيَى عَنْ أَبِى سَلَمَةَ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا أَدْرَكَ أَحَدُكُمْ سَجْدَةً مِنْ صَلاَةِ الْعَصْرِ قَبْلَ أَنْ تَغْرُبَ الشَّمْسُ فَلْيُتِمَّ صَلاَتَهُ ، وَإِذَا أَدْرَكَ سَجْدَةً مِنْ صَلاَةِ الصُّبْحِ قَبْلَ أَنْ تَطْلُعَ الشَّمْسُ فَلْيُتِمَّ صَلاَتَهُ » .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biriniz gün batmamışdan əvvəl Əsr namazının bir səcdəsini etməyə nail olarsa, namazını tamamlasın və gün doğmamışdan əvvəl Sübh namazının bir səcdəsini etməyə nail olarsa, namazını tamamlasın”.”

Əbu Hureyra
Buxari, 556 (Namaz vaxtları, 36)Səhih

حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنِى إِبْرَاهِيمُ عَنِ ابْنِ شِهَابٍ عَنْ سَالِمِ بْنِ عَبْدِ اللَّهِ عَنْ أَبِيهِ أَنَّهُ أَخْبَرَهُ أَنَّهُ سَمِعَ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « إِنَّمَا بَقَاؤُكُمْ فِيمَا سَلَفَ قَبْلَكُمْ مِنَ الأُمَمِ كَمَا بَيْنَ صَلاَةِ الْعَصْرِ إِلَى غُرُوبِ الشَّمْسِ ، أُوتِىَ أَهْلُ التَّوْرَاةِ التَّوْرَاةَ فَعَمِلُوا حَتَّى إِذَا انْتَصَفَ النَّهَارُ عَجَزُوا ، فَأُعْطُوا قِيرَاطًا قِيرَاطًا ، ثُمَّ أُوتِىَ أَهْلُ الإِنْجِيلِ الإِنْجِيلَ فَعَمِلُوا إِلَى صَلاَةِ الْعَصْرِ ، ثُمَّ عَجَزُوا ، فَأُعْطُوا قِيرَاطًا قِيرَاطًا ، ثُمَّ أُوتِينَا الْقُرْآنَ فَعَمِلْنَا إِلَى غُرُوبِ الشَّمْسِ ، فَأُعْطِينَا قِيرَاطَيْنِ قِيرَاطَيْنِ ، فَقَالَ أَهْلُ الْكِتَابَيْنِ أَىْ رَبَّنَا أَعْطَيْتَ هَؤُلاَءِ قِيرَاطَيْنِ قِيرَاطَيْنِ ، وَأَعْطَيْتَنَا قِيرَاطًا قِيرَاطًا ، وَنَحْنُ كُنَّا أَكْثَرَ عَمَلاً ، قَالَ قَالَ اللَّهُ عَزَّ وَجَلَّ هَلْ ظَلَمْتُكُمْ مِنْ أَجْرِكُمْ مِنْ شَىْءٍ قَالُوا لاَ ، قَالَ فَهْوَ فَضْلِى أُوتِيهِ مَنْ أَشَاءُ » .

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişdir: “Sizdən öncə gəlib-getmiş ümmətlərin (dünyada qaldığı müddətlə) müqayisədə sizin qaldığınız müddət Əsr namazından gün batana qədər olan vaxt kimidir. Tövrat əhlinə Tövrat verilmişdi və onlar (Allahın hökmlərinə) riayət edirdilər. Onlar günortaya çatdıqda yorulub əldən düşdülər aciz oldular və buna görə də onlara bir qirat (mükafat) verildi. İncil əhlinə də İncil verilmişdi; onlar Əsr namazının vaxtınadək (Allahın hökmlərinə) riayət etdilər və axırda yorulub əldən düşdülər aciz oldular, buna görə də onlara bir qirat (mükafat) verildi. Sonra isə bizə Quran verildi və biz gün batana qədər (Allahın hökmlərinə) riayət etdik, buna görə də bizə iki qirat (mükafat) verildi. Belə olduqda hər iki Kitab əhli deyəcək: “Ey Rəbbimiz! Sən onlara iki qirat, bizə isə bir qirat verdin, halbuki biz onlardan daha çox əməl etmişik”. Allah ﷿ buyuracaq: “Məgər Mən sizə mükafat verdikdə sizə qarşı haqsızlıq etmişəm?” Onlar: “Xeyr!”– deyə cavab verəcəklər. Onda Allah buyuracaq: “Bu Mənim lütfümdür, onu istədiyimə verirəm”.”

Səlim ibn Abdullah atasından
Buxari, 557 (Namaz vaxtları, 37)Səhih

حَدَّثَنَا أَبُو كُرَيْبٍ قَالَ حَدَّثَنَا أَبُو أُسَامَةَ عَنْ بُرَيْدٍ عَنْ أَبِى بُرْدَةَ عَنْ أَبِى مُوسَى عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « مَثَلُ الْمُسْلِمِينَ وَالْيَهُودِ وَالنَّصَارَى كَمَثَلِ رَجُلٍ اسْتَأْجَرَ قَوْمًا يَعْمَلُونَ لَهُ عَمَلاً إِلَى اللَّيْلِ ، فَعَمِلُوا إِلَى نِصْفِ النَّهَارِ ، فَقَالُوا لاَ حَاجَةَ لَنَا إِلَى أَجْرِكَ ، فَاسْتَأْجَرَ آخَرِينَ فَقَالَ أَكْمِلُوا بَقِيَّةَ يَوْمِكُمْ ، وَلَكُمُ الَّذِى شَرَطْتُ ، فَعَمِلُوا حَتَّى إِذَا كَانَ حِينَ صَلاَةِ الْعَصْرِ قَالُوا لَكَ مَا عَمِلْنَا . فَاسْتَأْجَرَ قَوْمًا فَعَمِلُوا بَقِيَّةَ يَوْمِهِمْ حَتَّى غَابَتِ الشَّمْسُ ، وَاسْتَكْمَلُوا أَجْرَ الْفَرِيقَيْنِ » .

“Əbu Musa ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Müsəlmanların, yəhudilərin və nəsranilərin misalı, müəyyən zəhmət haqqı müqabilində gecəyə qədər işlərini görəcək işçilər tutmuş bir nəfərin misalı kimidir. Onlar günortayadək işlədikdən sonra dedilər: “Sənin bizə vəd etdiyin zəhmət haqqına ehtiyacımız yoxdur.”. Adam başqa işçilər tutub onlara dedi: “Bu günün qalan hissəsini tamamlayın, onlara vəd etdiyim zəhmət haqqı sizin olsun”. Onlar işləməyə başladılar, lakin Əsr namazının vaxtınadək işlədikdən sonra dedilər: “İşlədiyimiz sənin olsun”. Sonra həmin adam günün qalan hissəsində onun üçün işləsinlər deyə başqalarını işçi tutdu. Onlar günün qalan hissəsini gün batanadək işlədilər və (özlərinin zəhmət haqqı ilə yanaşı) əvvəlki iki dəstənin zəhmət haqqını da alıb getdilər”.”

Əbu Musa
Buxari, 558 (Namaz vaxtları, 38)Səhih
Daha çox göstər

240 / 3 480 hədis göstərilir