Ana səhifə

Mövzu

Dəstəmaz

الوضوء

Dəstəmazın qaydası, fəziləti və onu pozan şeylər

923 hədis

حَدَّثَنَا أَبُو النُّعْمَانِ عَارِمُ بْنُ الْفَضْلِ قَالَ حَدَّثَنَا أَبُو عَوَانَةَ عَنْ أَبِى بِشْرٍ عَنْ يُوسُفَ بْنِ مَاهَكَ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو قَالَ تَخَلَّفَ عَنَّا النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى سَفْرَةٍ سَافَرْنَاهَا ، فَأَدْرَكَنَا وَقَدْ أَرْهَقَتْنَا الصَّلاَةُ وَنَحْنُ نَتَوَضَّأُ ، فَجَعَلْنَا نَمْسَحُ عَلَى أَرْجُلِنَا ، فَنَادَى بِأَعْلَى صَوْتِهِ « وَيْلٌ لِلأَعْقَابِ مِنَ النَّارِ » . مَرَّتَيْنِ أَوْ ثَلاَثًا .

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Səfərdə olduğumuz vaxt Peyğəmbər ﷺ bizdən geri qaldı, sonra da namazın vaxtının çıxmağına az qalmış gəlib bizə çatdı. (Namazın vaxtı çıxacaqdı deyə, tez) biz dəstəmaz alıb ayaqlarımıza məsh etməyə başladıq. Peyğəmbər ﷺ (bunu gördükdə) uca səslə iki və ya üç dəfə belə buyurdu: “Oda girən topuqların vay halına!””

Abdullah ibn Amr
Buxari, 60 (Elm, 2)Səhih

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا أَبُو عَوَانَةَ عَنْ أَبِى بِشْرٍ عَنْ يُوسُفَ بْنِ مَاهَكَ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو قَالَ تَخَلَّفَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى سَفَرٍ سَافَرْنَاهُ فَأَدْرَكَنَا وَقَدْ أَرْهَقْنَا الصَّلاَةَ صَلاَةَ الْعَصْرِ وَنَحْنُ نَتَوَضَّأُ ، فَجَعَلْنَا نَمْسَحُ عَلَى أَرْجُلِنَا ، فَنَادَى بِأَعْلَى صَوْتِهِ « وَيْلٌ لِلأَعْقَابِ مِنَ النَّارِ » . مَرَّتَيْنِ أَوْ ثَلاَثًا .

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Səfərdə olduğumuz zaman Allah Elçisi ﷺ bizdən geri qaldı, sonra da namazın vaxtının çıxmağına az qalmış gəlib bizə çatdı. Namazın vaxtı çıxacaqdı deyə biz dəstəmaz alıb ayaqlarımıza məsh etməyə başladıq. Peyğəmbər ﷺ (bunu gördükdə) uca səslə iki və ya üç dəfə belə buyurdu: “Oda girən topuqların vay halına!””

Abdullah ibn Amr
Buxari, 96 (Elm, 38)Səhih

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ دَاوُدَ عَنِ الأَعْمَشِ عَنْ مُنْذِرٍ الثَّوْرِىِّ عَنْ مُحَمَّدٍ ابْنِ الْحَنَفِيَّةِ عَنْ عَلِىٍّ قَالَ كُنْتُ رَجُلاً مَذَّاءً فَأَمَرْتُ الْمِقْدَادَ أَنْ يَسْأَلَ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَسَأَلَهُ فَقَالَ « فِيهِ الْوُضُوءُ » .

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Məndən tez-tez məzi axırdı. Utandığımdan Miqdadı Peyğəmbərin ﷺ yanına göndərdim ki, bunun hökmünü ondan soruşsun. O bunun hökmünü Peyğəmbərdən ﷺ soruşduqda o buyurdu: “(Belə olduqda,) dəstəmaz alsın!””

Əli
Buxari, 132 (Elm, 74)Səhih

حَدَّثَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ الْحَنْظَلِىُّ قَالَ أَخْبَرَنَا عَبْدُ الرَّزَّاقِ قَالَ أَخْبَرَنَا مَعْمَرٌ عَنْ هَمَّامِ بْنِ مُنَبِّهٍ أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ يَقُولُ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ تُقْبَلُ صَلاَةُ مَنْ أَحْدَثَ حَتَّى يَتَوَضَّأَ » . قَالَ رَجُلٌ مِنْ حَضْرَمَوْتَ مَا الْحَدَثُ يَا أَبَا هُرَيْرَةَ قَالَ فُسَاءٌ أَوْ ضُرَاطٌ .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biriniz natəmiz olduqda dəstəmaz almayınca, Allah onun namazını qəbul etməz!” Hədraməutdan olan bir kişi dedi: “Natəmiz olmaq nədir, ey Əbu Hureyra?” Əbu Hureyra dedi: “Səsli və ya səssiz yel çıxartmaqdır”.”

Əbu Hureyra
Buxari, 135 (Dəstəmaz, 1)Səhih

حَدَّثَنَا يَحْيَى بْنُ بُكَيْرٍ قَالَ حَدَّثَنَا اللَّيْثُ عَنْ خَالِدٍ عَنْ سَعِيدِ بْنِ أَبِى هِلاَلٍ عَنْ نُعَيْمٍ الْمُجْمِرِ قَالَ رَقِيتُ مَعَ أَبِى هُرَيْرَةَ عَلَى ظَهْرِ الْمَسْجِدِ ، فَتَوَضَّأَ فَقَالَ إِنِّى سَمِعْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « إِنَّ أُمَّتِى يُدْعَوْنَ يَوْمَ الْقِيَامَةِ غُرًّا مُحَجَّلِينَ مِنْ آثَارِ الْوُضُوءِ ، فَمَنِ اسْتَطَاعَ مِنْكُمْ أَنْ يُطِيلَ غُرَّتَهُ فَلْيَفْعَلْ » .

“Rəvayət edilir ki, Nueym əl-Mucmir ﵀ demişdir: “Mən Əbu Hureyra ilə birlikdə məscidin arxa tərəfinə keçdim. Əbu Hureyra dəstəmaz aldı və dedi: “Həqiqətən, mən Peyğəmbərin ﷺ belə buyurduğunu eşitmişəm: “Ümmətim Qiyamət günü üzləri parlaq, əlləri və ayaqları nurlu halda gələcəklər”. Əbu Hureyra dedi: “Aranızdan kim üzünün parlaqlığını artıra bilirsə, qoy artırsın!””

Nueym əl-Mucmir
Buxari, 136 (Dəstəmaz, 2)Səhih

حَدَّثَنَا عَلِىٌّ قَالَ حَدَّثَنَا سُفْيَانُ قَالَ حَدَّثَنَا الزُّهْرِىُّ عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ وَعَنْ عَبَّادِ بْنِ تَمِيمٍ عَنْ عَمِّهِ أَنَّهُ شَكَا إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الرَّجُلُ الَّذِى يُخَيَّلُ إِلَيْهِ أَنَّهُ يَجِدُ الشَّىْءَ فِى الصَّلاَةِ . فَقَالَ « لاَ يَنْفَتِلْ - أَوْ لاَ يَنْصَرِفْ - حَتَّى يَسْمَعَ صَوْتًا أَوْ يَجِدَ رِيحًا » .

“Abbad ibn Təmim əmisindən ﵁ rəvayət edir ki, bir nəfər namaz əsnasında özündən sanki yel çıxdığını hiss etdiyini Allah Elçisinə ﷺ xəbər verdikdə Peyğəmbər ﷺ buyurdu: “Bir səs eşitməyənə və ya bir iy duymayana qədər namazdan çıxmasın!””

Abbad ibn Təmim əmisindən
Buxari, 137 (Dəstəmaz, 3)Səhih

حَدَّثَنَا عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنَا سُفْيَانُ عَنْ عَمْرٍو قَالَ أَخْبَرَنِى كُرَيْبٌ عَنِ ابْنِ عَبَّاسٍ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ نَامَ حَتَّى نَفَخَ ثُمَّ صَلَّى - وَرُبَّمَا قَالَ اضْطَجَعَ حَتَّى نَفَخَ - ثُمَّ قَامَ فَصَلَّى . ثُمَّ حَدَّثَنَا بِهِ سُفْيَانُ مَرَّةً بَعْدَ مَرَّةٍ عَنْ عَمْرٍو عَنْ كُرَيْبٍ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ بِتُّ عِنْدَ خَالَتِى مَيْمُونَةَ لَيْلَةً ، فَقَامَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مِنَ اللَّيْلِ ، فَلَمَّا كَانَ فِى بَعْضِ اللَّيْلِ قَامَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَتَوَضَّأَ مِنْ شَنٍّ مُعَلَّقٍ وُضُوءًا خَفِيفًا - يُخَفِّفُهُ عَمْرٌو وَيُقَلِّلُهُ - وَقَامَ يُصَلِّى فَتَوَضَّأْتُ نَحْوًا مِمَّا تَوَضَّأَ ، ثُمَّ جِئْتُ فَقُمْتُ عَنْ يَسَارِهِ - وَرُبَّمَا قَالَ سُفْيَانُ عَنْ شِمَالِهِ - فَحَوَّلَنِى فَجَعَلَنِى عَنْ يَمِينِهِ ، ثُمَّ صَلَّى مَا شَاءَ اللَّهُ ، ثُمَّ اضْطَجَعَ ، فَنَامَ حَتَّى نَفَخَ ، ثُمَّ أَتَاهُ الْمُنَادِى فَآذَنَهُ بِالصَّلاَةِ ، فَقَامَ مَعَهُ إِلَى الصَّلاَةِ ، فَصَلَّى وَلَمْ يَتَوَضَّأْ . قُلْنَا لِعَمْرٍو إِنَّ نَاسًا يَقُولُونَ إِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ تَنَامُ عَيْنُهُ وَلاَ يَنَامُ قَلْبُهُ . قَالَ عَمْرٌو سَمِعْتُ عُبَيْدَ بْنَ عُمَيْرٍ يَقُولُ رُؤْيَا الأَنْبِيَاءِ وَحْىٌ ، ثُمَّ قَرَأَ { إِنِّى أَرَى فِى الْمَنَامِ أَنِّى أَذْبَحُكَ } .

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ uzanıb yatdı, belə ki xorultusu eşidilirdi. Sonra qalxıb (dəstəmaz almadan) namaz qıldı”. Həmçinin rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Mən Peyğəmbərin ﷺ zövcəsi – xalam Məymunənin evində gecələdim. Gecənin bir qismi olduqda Peyğəmbər ﷺ qalxdı və asılmış tuluqdan yüngül bir dəstəmaz aldı (ravi Amr dedi: “Yüngül, yəni az su ilə”) və namaza durdu. Mən də onun kimi dəstəmaz aldıqdan sonra gəlib onun sol tərəfində dayandım. Peyğəmbər ﷺ mənim yerimi dəyişdirdi və məni sağ tərəfinə keçirtdi. Sonra Allahın istədiyi qədər namaz qıldı. Ondan sonra uzanıb elə yatdı ki, hətta xoruldayırdı. Sonra müəzzin gəlib ona namazın vaxtının girdiyini xəbər verdi. Sonra müəzzinlə Peyğəmbər ﷺ birlikdə namaza getdilər. Peyğəmbər ﷺ dəstəmaz almadan Sübh namazını qıldırdı”. Biz Amra dedik: “İnsanlar “Allah Elçisinin ﷺ gözləri yatsa da, qəlbi yatmır” deyirlər”. Amr dedi: “Mən Ubeyd ibn Umeyrin belə dediyini eşitmişəm: “Peyğəmbərlərin yuxuları vəhydir”. Sonra Ubeyd bu ayələri oxudu: “Yuxuda gördüm ki, səni qurban kəsirəm”. (əs-Saffət, 102)”.”

İbn Abbas
Buxari, 138 (Dəstəmaz, 4)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ عَنْ مَالِكٍ عَنْ مُوسَى بْنِ عُقْبَةَ عَنْ كُرَيْبٍ مَوْلَى ابْنِ عَبَّاسٍ عَنْ أُسَامَةَ بْنِ زَيْدٍ أَنَّهُ سَمِعَهُ يَقُولُ دَفَعَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ عَرَفَةَ حَتَّى إِذَا كَانَ بِالشِّعْبِ نَزَلَ فَبَالَ ، ثُمَّ تَوَضَّأَ وَلَمْ يُسْبِغِ الْوُضُوءَ . فَقُلْتُ الصَّلاَةَ يَا رَسُولَ اللَّهِ . فَقَالَ « الصَّلاَةُ أَمَامَكَ » . فَرَكِبَ ، فَلَمَّا جَاءَ الْمُزْدَلِفَةَ نَزَلَ فَتَوَضَّأَ ، فَأَسْبَغَ الْوُضُوءَ ، ثُمَّ أُقِيمَتِ الصَّلاَةُ فَصَلَّى الْمَغْرِبَ ، ثُمَّ أَنَاخَ كُلُّ إِنْسَانٍ بَعِيرَهُ فِى مَنْزِلِهِ ، ثُمَّ أُقِيمَتِ الْعِشَاءُ فَصَلَّى وَلَمْ يُصَلِّ بَيْنَهُمَا .

“Rəvayət edilir ki, Usamə ibn Zeyd ﵁ demişdir: “Allah Elçisi ﷺ Arafatdan (Müzdəlifəyə) qayıtdı. Nəhayət, gəlib dağ yoluna çatdıqda minikdən yerə düşüb subaşına çıxdı. Sonra yüngül bir dəstəmaz aldı. Mən dedim: “Namaz (qılacaqsanmı), ey Allahın Elçisi?” Allah Elçisi ﷺ: “Namaz sənin önündədir”– deyib dəvəsinə mindi. Peyğəmbər ﷺ Müzdəlifəyə gəlib çatdıqda dəvəsindən yerə düşüb kamil şəkildə dəstəmaz aldı. Sonra namaz qılmaq üçün iqamə verildi və o, Məğrib namazını qıldırdı. Sonra hər kəs öz dəvəsini dayandığı yerdə dizi üstə çökdürdü. Sonra İşa namazının iqaməsi verildi və o, camaata namaz qıldırdı. Peyğəmbər ﷺ bu iki namaz arasında heç bir namaz qılmadı”.”

Usamə ibn Zeyd
Buxari, 139 (Dəstəmaz, 5)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الرَّحِيمِ قَالَ أَخْبَرَنَا أَبُو سَلَمَةَ الْخُزَاعِىُّ مَنْصُورُ بْنُ سَلَمَةَ قَالَ أَخْبَرَنَا ابْنُ بِلاَلٍ - يَعْنِى سُلَيْمَانَ - عَنْ زَيْدِ بْنِ أَسْلَمَ عَنْ عَطَاءِ بْنِ يَسَارٍ عَنِ ابْنِ عَبَّاسٍ أَنَّهُ تَوَضَّأَ فَغَسَلَ وَجْهَهُ ، ثُمَّ أَخَذَ غَرْفَةً مِنْ مَاءٍ ، فَمَضْمَضَ بِهَا وَاسْتَنْشَقَ ، ثُمَّ أَخَذَ غَرْفَةً مِنْ مَاءٍ ، فَجَعَلَ بِهَا هَكَذَا ، أَضَافَهَا إِلَى يَدِهِ الأُخْرَى ، فَغَسَلَ بِهِمَا وَجْهَهُ ، ثُمَّ أَخَذَ غَرْفَةً مِنْ مَاءٍ ، فَغَسَلَ بِهَا يَدَهُ الْيُمْنَى ، ثُمَّ أَخَذَ غَرْفَةً مِنْ مَاءٍ ، فَغَسَلَ بِهَا يَدَهُ الْيُسْرَى ، ثُمَّ مَسَحَ بِرَأْسِهِ ، ثُمَّ أَخَذَ غَرْفَةً مِنْ مَاءٍ فَرَشَّ عَلَى رِجْلِهِ الْيُمْنَى حَتَّى غَسَلَهَا ، ثُمَّ أَخَذَ غَرْفَةً أُخْرَى ، فَغَسَلَ بِهَا رِجْلَهُ - يَعْنِى الْيُسْرَى - ثُمَّ قَالَ هَكَذَا رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَتَوَضَّأُ .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ bu qaydada dəstəmaz aldı; üzünü yudu - bir ovuc su götürüb ağzını yaxaladı və burnuna su alıb (burunun içini) yudu, sonra bir ovuc suyu iki əlinə alıb üzünü yudu, sonra bir ovuc su götürüb sağ qolunu yudu, sonra bir ovuc su götürüb sol qolunu yudu, sonra (yaş əlləri ilə) başına məsh çəkdi, sonra bir ovuc su götürüb sağ ayağına töküb onu yudu, sonra bir ovuc su götürüb sol ayağını yudu, sonra isə dedi: “Mən Allah Elçisinin ﷺ belə dəstəmaz aldığını görmüşəm”.”

İbn Abbas
Buxari, 140 (Dəstəmaz, 6)Səhih

حَدَّثَنَا عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنَا جَرِيرٌ عَنْ مَنْصُورٍ عَنْ سَالِمِ بْنِ أَبِى الْجَعْدِ عَنْ كُرَيْبٍ عَنِ ابْنِ عَبَّاسٍ يَبْلُغُ بِهِ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « لَوْ أَنَّ أَحَدَكُمْ إِذَا أَتَى أَهْلَهُ قَالَ بِسْمِ اللَّهِ اللَّهُمَّ جَنِّبْنَا الشَّيْطَانَ وَجَنِّبِ الشَّيْطَانَ مَا رَزَقْتَنَا . فَقُضِىَ بَيْنَهُمَا وَلَدٌ ، لَمْ يَضُرَّهُ » .

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Biriniz zövcəsi ilə cinsi yaxınlıq etdikdə “Bismilləh (Allahın adı ilə!) Allahım, bizi şeytandan uzaqlaşdır, şeytanı da bizə bəxş etdiyindən uzaqlaşdır!” desə, qədərlərinə övlad yazılıbsa, şeytan o uşağa zərər verə bilməz”.”

İbn Abbas
Buxari, 141 (Dəstəmaz, 7)Səhih

حَدَّثَنَا آدَمُ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ عَبْدِ الْعَزِيزِ بْنِ صُهَيْبٍ قَالَ سَمِعْتُ أَنَسًا يَقُولُ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا دَخَلَ الْخَلاَءَ قَالَ « اللَّهُمَّ إِنِّى أَعُوذُ بِكَ مِنَ الْخُبُثِ وَالْخَبَائِثِ » . تَابَعَهُ ابْنُ عَرْعَرَةَ عَنْ شُعْبَةَ . وَقَالَ غُنْدَرٌ عَنْ شُعْبَةَ إِذَا أَتَى الْخَلاَءَ . وَقَالَ مُوسَى عَنْ حَمَّادٍ إِذَا دَخَلَ . وَقَالَ سَعِيدُ بْنُ زَيْدٍ حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ إِذَا أَرَادَ أَنْ يَدْخُلَ .

“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ ayaqyoluna girərkən belə deyərdi: “Allahım, pislikdən və pis əməllərdən (erkək və dişi cinlərdən) Sənə sığınıram!” Ravi Şubə: “Ayaqyoluna gəldiyi vaxt”, ravi Həmməd ibn Sələmə: “Ayaqyoluna girdiyi vaxt”, ravi Abdul-Əziz ibn Suheyb: “Ayayqyoluna girmək istədiyi vaxt” deyə rəvayət etmişlər.”

Ənəs
Buxari, 142 (Dəstəmaz, 8)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مُحَمَّدٍ قَالَ حَدَّثَنَا هَاشِمُ بْنُ الْقَاسِمِ قَالَ حَدَّثَنَا وَرْقَاءُ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ أَبِى يَزِيدَ عَنِ ابْنِ عَبَّاسٍ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ دَخَلَ الْخَلاَءَ ، فَوَضَعْتُ لَهُ وَضُوءًا قَالَ « مَنْ وَضَعَ هَذَا » . فَأُخْبِرَ فَقَالَ « اللَّهُمَّ فَقِّهْهُ فِى الدِّينِ » .

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ ayaqyoluna girdi və mən onun üçün su qoydum. (Oradan çıxdıqdan sonra) Peyğəmbər ﷺ: dedi: “Bunu kim qoyub?” Ona (bu haqda) xəbər verildikdə dedi: “Allahım, onu dini başa düşən et!””

İbn Abbas
Buxari, 143 (Dəstəmaz, 9)Səhih

حَدَّثَنَا آدَمُ قَالَ حَدَّثَنَا ابْنُ أَبِى ذِئْبٍ قَالَ حَدَّثَنَا الزُّهْرِىُّ عَنْ عَطَاءِ بْنِ يَزِيدَ اللَّيْثِىِّ عَنْ أَبِى أَيُّوبَ الأَنْصَارِىِّ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا أَتَى أَحَدُكُمُ الْغَائِطَ فَلاَ يَسْتَقْبِلِ الْقِبْلَةَ وَلاَ يُوَلِّهَا ظَهْرَهُ ، شَرِّقُوا أَوْ غَرِّبُوا » .

“Rəvayət edilir ki, Əbu Əyyub əl-Ənsari ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biri təbii ehtiyacını ödəyərkən üzünü və ya arxasını qibləyə çevirməsin. Üzünüzü şərqə və ya qərbə tərəf çevirin”.”

Əbu Əyyub əl-Ənsari
Buxari, 144 (Dəstəmaz, 10)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ يَحْيَى بْنِ سَعِيدٍ عَنْ مُحَمَّدِ بْنِ يَحْيَى بْنِ حَبَّانَ عَنْ عَمِّهِ وَاسِعِ بْنِ حَبَّانَ عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ أَنَّهُ كَانَ يَقُولُ إِنَّ نَاسًا يَقُولُونَ إِذَا قَعَدْتَ عَلَى حَاجَتِكَ ، فَلاَ تَسْتَقْبِلِ الْقِبْلَةَ وَلاَ بَيْتَ الْمَقْدِسِ . فَقَالَ عَبْدُ اللَّهِ بْنُ عُمَرَ لَقَدِ ارْتَقَيْتُ يَوْمًا عَلَى ظَهْرِ بَيْتٍ لَنَا ، فَرَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى لَبِنَتَيْنِ مُسْتَقْبِلاً بَيْتَ الْمَقْدِسِ لِحَاجَتِهِ . وَقَالَ لَعَلَّكَ مِنَ الَّذِينَ يُصَلُّونَ عَلَى أَوْرَاكِهِمْ ، فَقُلْتُ لاَ أَدْرِى وَاللَّهِ . قَالَ مَالِكٌ يَعْنِى الَّذِى يُصَلِّى وَلاَ يَرْتَفِعُ عَنِ الأَرْضِ ، يَسْجُدُ وَهُوَ لاَصِقٌ بِالأَرْضِ .

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Bəzi adamlar: “Təbii ehtiyacınızı ödəmək üçün oturduğunuz zaman üzünüzü qibləyə və ya Beytul-Məqdisə tərəf çevirməyin”– deyirlər. Mən bir gün evimizin damının üstünə çıxmışdım. Bu vaxt Allah Elçisinin ﷺ üzünü Beytul-Məqdisə tərəf tutaraq iki kərpic üstündə oturub təbii ehtiyacını ödədiyini gördüm”. İbn Ömər Vasi ibn Hibbana dedi: “Bəlkə sən baldırları üzərində namaz qılanlardansan?” Vasi dedi: “Mən bilmirəm, Vallahi!” İmam Malik demişdir: “İbn Ömər yerdən qalxmayaraq namaz qılan, baldırları üzərində səcdə edəni qəsd edir”.”

Abdullah ibn Ömər
Buxari, 145 (Dəstəmaz, 11)Səhih

حَدَّثَنَا يَحْيَى بْنُ بُكَيْرٍ قَالَ حَدَّثَنَا اللَّيْثُ قَالَ حَدَّثَنِى عُقَيْلٌ عَنِ ابْنِ شِهَابٍ عَنْ عُرْوَةَ عَنْ عَائِشَةَ أَنَّ أَزْوَاجَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كُنَّ يَخْرُجْنَ بِاللَّيْلِ إِذَا تَبَرَّزْنَ إِلَى الْمَنَاصِعِ - وَهُوَ صَعِيدٌ أَفْيَحُ - فَكَانَ عُمَرُ يَقُولُ لِلنَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ احْجُبْ نِسَاءَكَ . فَلَمْ يَكُنْ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَفْعَلُ ، فَخَرَجَتْ سَوْدَةُ بِنْتُ زَمْعَةَ زَوْجُ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لَيْلَةً مِنَ اللَّيَالِى عِشَاءً ، وَكَانَتِ امْرَأَةً طَوِيلَةً ، فَنَادَاهَا عُمَرُ أَلاَ قَدْ عَرَفْنَاكِ يَا سَوْدَةُ . حِرْصًا عَلَى أَنْ يَنْزِلَ الْحِجَابُ ، فَأَنْزَلَ اللَّهُ آيَةَ الْحِجَابِ.

“Aişə ﵂ rəvayət edir ki, Peyğəmbərin ﷺ zövcələri gecə vaxtı əl-Mənasiyə – böyük bir sahəyə ayaqyoluna gedərdilər. O vaxt Ömər Peyğəmbərə ﷺ deyərdi: “Zövcələrinə hicab örtməyi əmr et!” Lakin Peyğəmbər ﷺ onlara bunu əmr etməzdi. Gecələrin birində, İşa namazı vaxtı Allah Elçisinin ﷺ Səudə bint Zəma adlı zövcəsi bayıra çıxdı. O, ucaboylu bir qadın idi. Ömər hicab ayəsinin nazil olmasını çox arzulayırdı deyə onu uca səslə çağırıb dedi: “Biz səni tanıdıq, ey Səudə!” Bundan sonra Uca Allah hicab ayəsini nazil etdi.”

Aişə
Buxari, 146 (Dəstəmaz, 12)Səhih

حَدَّثَنَا زَكَرِيَّاءُ قَالَ حَدَّثَنَا أَبُو أُسَامَةَ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « قَدْ أُذِنَ أَنْ تَخْرُجْنَ فِى حَاجَتِكُنَّ » . قَالَ هِشَامٌ يَعْنِى الْبَرَازَ .

“Aişə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Sizə ehtiyacınızı ödəmək üçün bayıra çıxmağa izin verildi”. Ravi Hişam dedi: “Yəni subaşına çıxmağa”.”

Aişə
Buxari, 147 (Dəstəmaz, 13)Səhih

حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ الْمُنْذِرِ قَالَ حَدَّثَنَا أَنَسُ بْنُ عِيَاضٍ عَنْ عُبَيْدِ اللَّهِ عَنْ مُحَمَّدِ بْنِ يَحْيَى بْنِ حَبَّانَ عَنْ وَاسِعِ بْنِ حَبَّانَ عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ قَالَ ارْتَقَيْتُ فَوْقَ ظَهْرِ بَيْتِ حَفْصَةَ لِبَعْضِ حَاجَتِى ، فَرَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقْضِى حَاجَتَهُ مُسْتَدْبِرَ الْقِبْلَةِ مُسْتَقْبِلَ الشَّأْمِ .

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Bəzi ehtiyaclara görə bacım Həfsanın evinin üstünə çıxmışdım. Bu əsnada Allah Elçisinin ﷺ arxası qibləyə, önü isə Şama doğru yönəldiyi halda təbii ehtiyacını ödədiyini gördüm“.”

Abdullah ibn Ömər
Buxari, 148 (Dəstəmaz, 14)Səhih

حَدَّثَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ قَالَ حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ قَالَ أَخْبَرَنَا يَحْيَى عَنْ مُحَمَّدِ بْنِ يَحْيَى بْنِ حَبَّانَ أَنَّ عَمَّهُ وَاسِعَ بْنَ حَبَّانَ أَخْبَرَهُ أَنَّ عَبْدَ اللَّهِ بْنَ عُمَرَ أَخْبَرَهُ قَالَ لَقَدْ ظَهَرْتُ ذَاتَ يَوْمٍ عَلَى ظَهْرِ بَيْتِنَا ، فَرَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَاعِدًا عَلَى لَبِنَتَيْنِ مُسْتَقْبِلَ بَيْتِ الْمَقْدِسِ .

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Bir gün evimizin damına çıxmışdım. Bu əsnada Allah Elçisinin ﷺ iki kərpicin üstündə oturduğu halda Beytul-Məqdisə yönəldiyini və (təbii ehtiyacını ödədiyini) gördüm“.”

Abdullah ibn Ömər
Buxari, 149 (Dəstəmaz, 15)Səhih

حَدَّثَنَا أَبُو الْوَلِيدِ هِشَامُ بْنُ عَبْدِ الْمَلِكِ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ أَبِى مُعَاذٍ - وَاسْمُهُ عَطَاءُ بْنُ أَبِى مَيْمُونَةَ - قَالَ سَمِعْتُ أَنَسَ بْنَ مَالِكٍ يَقُولُ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا خَرَجَ لِحَاجَتِهِ أَجِىءُ أَنَا وَغُلاَمٌ مَعَنَا إِدَاوَةٌ مِنْ مَاءٍ . يَعْنِى يَسْتَنْجِى بِهِ .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Peyğəmbər ﷺ ayaqyoluna getdikdə mən və mənim kimi bir uşaq ona bir cürdək su aparardıq”. Yəni su ilə təmizlənərdi.”

Ənəs ibn Malik
Buxari, 150 (Dəstəmaz, 16)Səhih

حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ أَبِى مُعَاذٍ - هُوَ عَطَاءُ بْنُ أَبِى مَيْمُونَةَ - قَالَ سَمِعْتُ أَنَسًا يَقُولُ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا خَرَجَ لِحَاجَتِهِ تَبِعْتُهُ أَنَا وَغُلاَمٌ مِنَّا مَعَنَا إِدَاوَةٌ مِنْ مَاءٍ .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ təbii ehtiyacını ödəmək üçün getdikdə mən və bizdən olan bir uşaq yanımızda bir cürdək su ilə onun arxası ilə gedərdik”.”

Ənəs
Buxari, 151 (Dəstəmaz, 17)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ قَالَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ عَطَاءِ بْنِ أَبِى مَيْمُونَةَ سَمِعَ أَنَسَ بْنَ مَالِكٍ يَقُولُ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَدْخُلُ الْخَلاَءَ ، فَأَحْمِلُ أَنَا وَغُلاَمٌ إِدَاوَةً مِنْ مَاءٍ ، وَعَنَزَةً ، يَسْتَنْجِى بِالْمَاءِ . تَابَعَهُ النَّضْرُ وَشَاذَانُ عَنْ شُعْبَةَ . الْعَنَزَةُ عَصًا عَلَيْهِ زُجٌّ .

“Rəvayət edir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ ayaqyoluna getdikdə mən və mənim kimi bir uşaq ona bir cürdək su və ağac parçası aparardıq. O, su ilə təmizlənərdi”.”

Ənəs ibn Malik
Buxari, 152 (Dəstəmaz, 18)Səhih

حَدَّثَنَا مُعَاذُ بْنُ فَضَالَةَ قَالَ حَدَّثَنَا هِشَامٌ - هُوَ الدَّسْتَوَائِىُّ - عَنْ يَحْيَى بْنِ أَبِى كَثِيرٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ أَبِى قَتَادَةَ عَنْ أَبِيهِ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا شَرِبَ أَحَدُكُمْ فَلاَ يَتَنَفَّسْ فِى الإِنَاءِ ، وَإِذَا أَتَى الْخَلاَءَ فَلاَ يَمَسَّ ذَكَرَهُ بِيَمِينِهِ ، وَلاَ يَتَمَسَّحْ بِيَمِينِهِ » .

“Abdullah ibn Əbu Qatədə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biriniz (bir şey) içdikdə qabın içinə üfürməsin, ayaqyoluna gəldikdə sağ əli ilə cinsiyyət üzvünə toxunmasın və (onu) sağ əli ilə təmizləməsin”.”

Abdullah ibn Əbu Qatədə atasından
Buxari, 153 (Dəstəmaz, 19)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يُوسُفَ قَالَ حَدَّثَنَا الأَوْزَاعِىُّ عَنْ يَحْيَى بْنِ أَبِى كَثِيرٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ أَبِى قَتَادَةَ عَنْ أَبِيهِ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا بَالَ أَحَدُكُمْ فَلاَ يَأْخُذَنَّ ذَكَرَهُ بِيَمِينِهِ ، وَلاَ يَسْتَنْجِى بِيَمِينِهِ ، وَلاَ يَتَنَفَّسْ فِى الإِنَاءِ » .

“Abdullah ibn Əbu Qatədə atasından ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Biriniz kiçik subaşına çıxdıqda sağ əli ilə cinsiyyət üzvünə toxunmasın və (onu) sağ əli ilə təmizləməsin, (bir şey) içdikdə də qabın içinə üfürməsin”.”

Abdullah ibn Əbu Qatədə atasından
Buxari, 154 (Dəstəmaz, 20)Səhih

حَدَّثَنَا أَحْمَدُ بْنُ مُحَمَّدٍ الْمَكِّىُّ قَالَ حَدَّثَنَا عَمْرُو بْنُ يَحْيَى بْنِ سَعِيدِ بْنِ عَمْرٍو الْمَكِّىُّ عَنْ جَدِّهِ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ اتَّبَعْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَخَرَجَ لِحَاجَتِهِ ، فَكَانَ لاَ يَلْتَفِتُ فَدَنَوْتُ مِنْهُ فَقَالَ « ابْغِنِى أَحْجَارًا أَسْتَنْفِضْ بِهَا - أَوْ نَحْوَهُ - وَلاَ تَأْتِنِى بِعَظْمٍ وَلاَ رَوْثٍ » . فَأَتَيْتُهُ بِأَحْجَارٍ بِطَرَفِ ثِيَابِى فَوَضَعْتُهَا إِلَى جَنْبِهِ وَأَعْرَضْتُ عَنْهُ ، فَلَمَّا قَضَى أَتْبَعَهُ بِهِنَّ .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbər ﷺ təbii ehtiyacını ödəmək üçün bayıra çıxdıqda mən onun ardınca getdim. O dönüb arxaya baxmırdı. Mən ona yaxınlaşdıqda o dedi: “Mənə təmizlənmək üçün bir neçə daş gətir. Nəbadə sümük və ya təzək gətirəsən”. Mən paltarımın ətəyində bir neçə daş gətirib onun yanına qoydum və kənara çəkildim. O, ehtiyacını ödədikdən sonra daşlarla təmizləndi”.”

Əbu Hureyra
Buxari, 155 (Dəstəmaz, 21)Səhih

حَدَّثَنَا أَبُو نُعَيْمٍ قَالَ حَدَّثَنَا زُهَيْرٌ عَنْ أَبِى إِسْحَاقَ قَالَ لَيْسَ أَبُو عُبَيْدَةَ ذَكَرَهُ وَلَكِنْ عَبْدُ الرَّحْمَنِ بْنُ الأَسْوَدِ عَنْ أَبِيهِ أَنَّهُ سَمِعَ عَبْدَ اللَّهِ يَقُولُ أَتَى النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الْغَائِطَ ، فَأَمَرَنِى أَنْ آتِيَهُ بِثَلاَثَةِ أَحْجَارٍ ، فَوَجَدْتُ حَجَرَيْنِ ، وَالْتَمَسْتُ الثَّالِثَ فَلَمْ أَجِدْهُ ، فَأَخَذْتُ رَوْثَةً ، فَأَتَيْتُهُ بِهَا ، فَأَخَذَ الْحَجَرَيْنِ وَأَلْقَى الرَّوْثَةَ وَقَالَ « هَذَا رِكْسٌ » . وَقَالَ إِبْرَاهِيمُ بْنُ يُوسُفَ عَنْ أَبِيهِ عَنْ أَبِى إِسْحَاقَ حَدَّثَنِى عَبْدُ الرَّحْمَنِ .

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Peyğəmbər ﷺ ayaqyoluna getdikdə mənə üç daş gətirməyi əmr etdi. Mən iki daş tapdım, üçüncüsünü tapa bilmədim. Daşın əvəzinə bir təzək götürüb ona gətirdim. O, daşları götürdü, təzəyi isə atdı və dedi: “Bu, murdardır”.”

Abdullah
Buxari, 156 (Dəstəmaz, 22)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يُوسُفَ قَالَ حَدَّثَنَا سُفْيَانُ عَنْ زَيْدِ بْنِ أَسْلَمَ عَنْ عَطَاءِ بْنِ يَسَارٍ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ تَوَضَّأَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَرَّةً مَرَّةً .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ dəstəmaz aldıqda əzalarının hər birini bir dəfə yudu”.”

İbn Abbas
Buxari, 157 (Dəstəmaz, 23)Səhih

حَدَّثَنَا حُسَيْنُ بْنُ عِيسَى قَالَ حَدَّثَنَا يُونُسُ بْنُ مُحَمَّدٍ قَالَ حَدَّثَنَا فُلَيْحُ بْنُ سُلَيْمَانَ عَنْ عَبْدِ اللَّهِ بْنِ أَبِى بَكْرِ بْنِ عَمْرِو بْنِ حَزْمٍ عَنْ عَبَّادِ بْنِ تَمِيمٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ زَيْدٍ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ تَوَضَّأَ مَرَّتَيْنِ مَرَّتَيْنِ .

“Abdullah ibn Zeyd ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ dəstəmaz aldıqda əzalarının hər birini iki dəfə yudu.”

Abdullah ibn Zeyd
Buxari, 158 (Dəstəmaz, 24)Səhih

حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ عَبْدِ اللَّهِ الأُوَيْسِىُّ قَالَ حَدَّثَنِى إِبْرَاهِيمُ بْنُ سَعْدٍ عَنِ ابْنِ شِهَابٍ أَنَّ عَطَاءَ بْنَ يَزِيدَ أَخْبَرَهُ أَنَّ حُمْرَانَ مَوْلَى عُثْمَانَ أَخْبَرَهُ أَنَّهُ رَأَى عُثْمَانَ بْنَ عَفَّانَ دَعَا بِإِنَاءٍ ، فَأَفْرَغَ عَلَى كَفَّيْهِ ثَلاَثَ مِرَارٍ فَغَسَلَهُمَا ، ثُمَّ أَدْخَلَ يَمِينَهُ فِى الإِنَاءِ فَمَضْمَضَ ، وَاسْتَنْشَقَ ، ثُمَّ غَسَلَ وَجْهَهُ ثَلاَثًا ، وَيَدَيْهِ إِلَى الْمِرْفَقَيْنِ ثَلاَثَ مِرَارٍ ، ثُمَّ مَسَحَ بِرَأْسِهِ ، ثُمَّ غَسَلَ رِجْلَيْهِ ثَلاَثَ مِرَارٍ إِلَى الْكَعْبَيْنِ ، ثُمَّ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « مَنْ تَوَضَّأَ نَحْوَ وُضُوئِى هَذَا ، ثُمَّ صَلَّى رَكْعَتَيْنِ ، لاَ يُحَدِّثُ فِيهِمَا نَفْسَهُ ، غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ » .

“Rəvayət edilir ki, Osman ibn Əffan ﵁ su gətizdirib əllərinə su töküb onları üç dəfə yudu, sonra sağ əlini qaba salıb su götürdü və bununla həm ağzını yaxaladı, həm də burnunun içini yudu. Sonra üç dəfə üzünü və üç dəfə qollarını dirsəklərə qədər yudu, sonra başına məsh çəkdi, sonra ayaqlarını üç dəfə topuqlara qədər yudu, sonra da dedi: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Mənim kimi dəstəmaz alıb, qəlbindən heç bir şey keçirtmədən iki rükət namaz qılan kəsin keçmiş günahları bağışlanar”.”

Osman ibn Əffan
Buxari, 159 (Dəstəmaz, 25)Səhih

وَعَنْ إِبْرَاهِيمَ قَالَ قَالَ صَالِحُ بْنُ كَيْسَانَ قَالَ ابْنُ شِهَابٍ وَلَكِنْ عُرْوَةُ يُحَدِّثُ عَنْ حُمْرَانَ ، فَلَمَّا تَوَضَّأَ عُثْمَانُ قَالَ أَلاَ أُحَدِّثُكُمْ حَدِيثًا لَوْلاَ آيَةٌ مَا حَدَّثْتُكُمُوهُ ، سَمِعْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « لاَ يَتَوَضَّأُ رَجُلٌ فَيُحْسِنُ وُضُوءَهُ ، وَيُصَلِّى الصَّلاَةَ إِلاَّ غُفِرَ لَهُ مَا بَيْنَهُ وَبَيْنَ الصَّلاَةِ حَتَّى يُصَلِّيَهَا » . قَالَ عُرْوَةُ الآيَةُ { إِنَّ الَّذِينَ يَكْتُمُونَ مَا أَنْزَلْنَا مِنَ الْبَيِّنَاتِ } .

“Humran ﵀ rəvayət edir ki, Osman dəstəmaz aldıqda belə buyurdu: “Sizə elə bir hədis danışacağam ki, əgər (Allahın Kitabındakı) ayə olmasaydı, onu sizə danışmazdım. Mən Peyğəmbərin ﷺ belə buyurduğunu eşitdim: “Gözəl tərzdə dəstəmaz alıb namaz qılan elə bir kimsə yoxdur ki, dəstəmaz ilə qılacağı namaz arasındakı (vaxt əsnasında olan) günahları bağışlanmasın”. Urva deyir ki, Osmanın qəsd etdiyi ayə budur: “Kitabda insanlara bəyan etdiyimiz açıq-aydın dəlilləri və doğru yol göstərən ayələri nazil etdikdən sonra onları gizli saxlayanlara həm Allah lənət edir, həm də lənət edə bilənlər lənət oxuyurlar!” (əl-Bəqərə, 159)”.”

Humran
Buxari, 160 (Dəstəmaz, 26)Səhih

حَدَّثَنَا عَبْدَانُ قَالَ أَخْبَرَنَا عَبْدُ اللَّهِ قَالَ أَخْبَرَنَا يُونُسُ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى أَبُو إِدْرِيسَ أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ « مَنْ تَوَضَّأَ فَلْيَسْتَنْثِرْ ، وَمَنِ اسْتَجْمَرَ فَلْيُوتِرْ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Qoy dəstəmaz alan kimsə burnuna su alıb (içini) yusun; (ayaqyolunda) daşla təmizlənən kimsə isə tək sayda (daş ilə təmizlənsin)”.”

Əbu Hureyra
Buxari, 161 (Dəstəmaz, 27)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ أَبِى الزِّنَادِ عَنِ الأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا تَوَضَّأَ أَحَدُكُمْ فَلْيَجْعَلْ فِى أَنْفِهِ ثُمَّ لِيَنْثُرْ ، وَمَنِ اسْتَجْمَرَ فَلْيُوتِرْ ، وَإِذَا اسْتَيْقَظَ أَحَدُكُمْ مِنْ نَوْمِهِ فَلْيَغْسِلْ يَدَهُ قَبْلَ أَنْ يُدْخِلَهَا فِى وَضُوئِهِ ، فَإِنَّ أَحَدَكُمْ لاَ يَدْرِى أَيْنَ بَاتَتْ يَدُهُ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Biriniz dəstəmaz aldığı zaman burnuna su alıb çıxarsın. Qoy daşla təmizlənən kəs tək sayda (daşla təmizlənsin). Biriniz yuxudan oyandıqda əlini dəstəmaz alacağı qabın içinə salmadan qabaq onu üç dəfə yusun, çünki o, (yatdığı vaxt) əlinin haralara dəydiyini bilmir”.”

Əbu Hureyra
Buxari, 162 (Dəstəmaz, 28)Səhih

حَدَّثَنَا مُوسَى قَالَ حَدَّثَنَا أَبُو عَوَانَةَ عَنْ أَبِى بِشْرٍ عَنْ يُوسُفَ بْنِ مَاهَكَ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو قَالَ تَخَلَّفَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَنَّا فِى سَفْرَةٍ سَافَرْنَاهَا ، فَأَدْرَكَنَا وَقَدْ أَرْهَقْنَا الْعَصْرَ ، فَجَعَلْنَا نَتَوَضَّأُ وَنَمْسَحُ عَلَى أَرْجُلِنَا ، فَنَادَى بِأَعْلَى صَوْتِهِ « وَيْلٌ لِلأَعْقَابِ مِنَ النَّارِ » . مَرَّتَيْنِ أَوْ ثَلاَثًا .

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Səfərdə olduğumuz zaman Peyğəmbər ﷺ bizdən geri qaldı, sonra da Əsr namazının vaxtının çıxmağına az qalmış gəlib bizə çatdı. (Namazın vaxtı çıxacaqdı deyə,) biz dəstəmaz alıb ayaqlarımıza məsh etməyə başladıq. Peyğəmbər ﷺ (bunu görcək) uca səslə iki və ya üç dəfə belə buyurdu: “Oda girən topuqların vay halına!””

Abdullah ibn Amr
Buxari, 163 (Dəstəmaz, 29)Səhih

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى عَطَاءُ بْنُ يَزِيدَ عَنْ حُمْرَانَ مَوْلَى عُثْمَانَ بْنِ عَفَّانَ أَنَّهُ رَأَى عُثْمَانَ دَعَا بِوَضُوءٍ ، فَأَفْرَغَ عَلَى يَدَيْهِ مِنْ إِنَائِهِ ، فَغَسَلَهُمَا ثَلاَثَ مَرَّاتٍ ، ثُمَّ أَدْخَلَ يَمِينَهُ فِى الْوَضُوءِ ، ثُمَّ تَمَضْمَضَ ، وَاسْتَنْشَقَ ، وَاسْتَنْثَرَ ، ثُمَّ غَسَلَ وَجْهَهُ ثَلاَثًا وَيَدَيْهِ إِلَى الْمِرْفَقَيْنِ ثَلاَثًا ، ثُمَّ مَسَحَ بِرَأْسِهِ ، ثُمَّ غَسَلَ كُلَّ رِجْلٍ ثَلاَثًا ، ثُمَّ قَالَ رَأَيْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَتَوَضَّأُ نَحْوَ وُضُوئِى هَذَا وَقَالَ « مَنْ تَوَضَّأَ نَحْوَ وُضُوئِى هَذَا ثُمَّ صَلَّى رَكْعَتَيْنِ ، لاَ يُحَدِّثُ فِيهِمَا نَفْسَهُ ، غَفَرَ اللَّهُ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ »

“Osman ibn Əffanın ﵁ köləlikdən azad etdiyi Humran ﵀ rəvayət edir ki, Osman dəstəmaz almaq üçün su istədi. Sonra qabdan əllərinə üç dəfə su töküb onları yudu. Sonra sağ əli ilə qabdan su götürüb ağzını yaxaladı və burnunun içini yudu. Sonra üzünü üç dəfə yudu. Sonra əllərini dirsəklərə qədər üç dəfə yudu. Sonra başına məsh çəkdi. Sonra hər ayağını üç dəfə yudu. Sonra da dedi: “Mən Peyğəmbərin ﷺ mənim aldığım kimi dəstəmaz aldığını gördüm. Peyğəmbər ﷺ belə buyurdu: “Mənim kimi dəstəmaz alıb qəlbindən heç bir şey keçirtmədən iki rükət namaz qılan kimsənin keçmiş günahları bağışlanar”.”

Osman ibn Əffan
Buxari, 164 (Dəstəmaz, 30)Səhih

حَدَّثَنَا آدَمُ بْنُ أَبِى إِيَاسٍ قَالَ حَدَّثَنَا شُعْبَةُ قَالَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ زِيَادٍ قَالَ سَمِعْتُ أَبَا هُرَيْرَةَ - وَكَانَ يَمُرُّ بِنَا وَالنَّاسُ يَتَوَضَّئُونَ مِنَ الْمِطْهَرَةِ - قَالَ أَسْبِغُوا الْوُضُوءَ فَإِنَّ أَبَا الْقَاسِمِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « وَيْلٌ لِلأَعْقَابِ مِنَ النَّارِ » .

“Rəvayət edilir ki, Muhəmməd ibn Yəzid ﵀ demişdir: “Əbu Hureyra bizin yanımızdan keçərkən insanlar bir qabdan dəstəmaz alırdılar. O buyurdu: “Dəstəmazı kamil şəkildə alın! Çünki mən Əbul-Qasimin belə buyurduğunu eşitmişəm: “Oda girən topuqların vay halına!””

Muhəmməd ibn Ziyad
Buxari, 165 (Dəstəmaz, 31)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ سَعِيدٍ الْمَقْبُرِىِّ عَنْ عُبَيْدِ بْنِ جُرَيْجٍ أَنَّهُ قَالَ لِعَبْدِ اللَّهِ بْنِ عُمَرَ يَا أَبَا عَبْدِ الرَّحْمَنِ ، رَأَيْتُكَ تَصْنَعُ أَرْبَعًا لَمْ أَرَ أَحَدًا مِنْ أَصْحَابِكَ يَصْنَعُهَا . قَالَ وَمَا هِىَ يَا ابْنَ جُرَيْجٍ قَالَ رَأَيْتُكَ لاَ تَمَسُّ مِنَ الأَرْكَانِ إِلاَّ الْيَمَانِيَيْنِ ، وَرَأَيْتُكَ تَلْبَسُ النِّعَالَ السِّبْتِيَّةَ ، وَرَأَيْتُكَ تَصْبُغُ بِالصُّفْرَةِ ، وَرَأَيْتُكَ إِذَا كُنْتَ بِمَكَّةَ أَهَلَّ النَّاسُ إِذَا رَأَوُا الْهِلاَلَ وَلَمْ تُهِلَّ أَنْتَ حَتَّى كَانَ يَوْمُ التَّرْوِيَةِ . قَالَ عَبْدُ اللَّهِ أَمَّا الأَرْكَانُ فَإِنِّى لَمْ أَرَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَمَسُّ إِلاَّ الْيَمَانِيَيْنِ ، وَأَمَّا النِّعَالُ السِّبْتِيَّةُ فَإِنِّى رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَلْبَسُ النَّعْلَ الَّتِى لَيْسَ فِيهَا شَعَرٌ وَيَتَوَضَّأُ فِيهَا ، فَأَنَا أُحِبُّ أَنْ أَلْبَسَهَا ، وَأَمَّا الصُّفْرَةُ فَإِنِّى رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَصْبُغُ بِهَا ، فَأَنَا أُحِبُّ أَنْ أَصْبُغَ بِهَا ، وَأَمَّا الإِهْلاَلُ فَإِنِّى لَمْ أَرَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُهِلُّ حَتَّى تَنْبَعِثَ بِهِ رَاحِلَتُهُ .

“Rəvayət edilir ki, Ubeyd ibn Cureyc ﵀ Abdullah ibn Ömərə ﵄ dedi: “Ey Əbu Abdur-Rahmən! Yoldaşlarından heç birinin etmədiyi dörd şeyi sənin etdiyini görürəm”. O dedi: “Nədir onlar, ey İbn Cureyc?” İbn Cureyc dedi: “Mən gördüm ki, sən Kəbənin yalnız iki yəmən küncünə (qara daşa və ondan solda yerləşən küncə) toxunursan. Həmçinin gördüm ki, sən aşılanmış dəridən tikilmiş səndəl geyinirsən və gördüm ki, sən (libasını) sarı rəngə boyayırsan. O cümlədən, gördüm ki, sən Məkkədə olduqda camaat yeni ayın (Zil-Hiccə ayının) doğduğunu gördükdə təlbiyə deməyə başlayır, sən isə tərviyə günü girmədikcə təlbiyə demirsən”. Abdullah ibn Ömər dedi: “Mən Allah Elçisinin ﷺ qara daş və yəmən küncündən başqa (Kəbənin digər künclərinə) toxunduğunu görməmişəm. Aşılanmış dəridən tikilmiş səndələ gəlincə, mən Allah Elçisinin ﷺ aşılandıqdan sonra üzərində tük qalmamış dəridən tikilmiş səndəl geyindiyini və onları ayağından çıxartmadan dəstəmaz aldığını görmüşəm. Elə buna görə mən də səndəl geyinməyi xoşlayıram. Sarı rəngə gəlincə, mən Allah Elçisinin ﷺ libasını sarı rəngə boyadığını görmüşəm. Elə buna görə mən də bu boyadan istifadə etməyi xoşlayıram. Təlbiyəyə gəldikdə isə, mən Allah Elçisinin ﷺ dəvəsi ayağa qalxıb hərəkət etməyincə təlbiyə dediyini görməmişəm”.”

Ubeyd ibn Cureyc
Buxari, 166 (Dəstəmaz, 32)Səhih

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا إِسْمَاعِيلُ قَالَ حَدَّثَنَا خَالِدٌ عَنْ حَفْصَةَ بِنْتِ سِيرِينَ عَنْ أُمِّ عَطِيَّةَ قَالَتْ قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لَهُنَّ فِى غُسْلِ ابْنَتِهِ « ابْدَأْنَ بِمَيَامِنِهَا وَمَوَاضِعِ الْوُضُوءِ مِنْهَا » .

“Rəvayət edilir ki, Ummu Atiyyə ﵂ demişdir: “Peyğəmbər ﷺ onun qızını yuyan qadınlara dedi: “Onun sağ tərəfindən və dəstəmazda yuyulan əzalarından başlayın”.”

Ummu Atiyyə
Buxari, 167 (Dəstəmaz, 33)Səhih

حَدَّثَنَا حَفْصُ بْنُ عُمَرَ قَالَ حَدَّثَنَا شُعْبَةُ قَالَ أَخْبَرَنِى أَشْعَثُ بْنُ سُلَيْمٍ قَالَ سَمِعْتُ أَبِى عَنْ مَسْرُوقٍ عَنْ عَائِشَةَ قَالَتْ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُعْجِبُهُ التَّيَمُّنُ فِى تَنَعُّلِهِ وَتَرَجُّلِهِ وَطُهُورِهِ وَفِى شَأْنِهِ كُلِّهِ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ ayaqqabılarını geyindikdə, saçını daradıqda, yuyunduqda və bütün işlərində sağ tərəfdən başlamağı sevərdi”.”

Aişə
Buxari, 168 (Dəstəmaz, 34)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ إِسْحَاقَ بْنِ عَبْدِ اللَّهِ بْنِ أَبِى طَلْحَةَ عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّهُ قَالَ رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَحَانَتْ صَلاَةُ الْعَصْرِ ، فَالْتَمَسَ النَّاسُ الْوَضُوءَ فَلَمْ يَجِدُوهُ ، فَأُتِىَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِوَضُوءٍ ، فَوَضَعَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى ذَلِكَ الإِنَاءِ يَدَهُ ، وَأَمَرَ النَّاسَ أَنْ يَتَوَضَّئُوا مِنْهُ . قَالَ فَرَأَيْتُ الْمَاءَ يَنْبُعُ مِنْ تَحْتِ أَصَابِعِهِ حَتَّى تَوَضَّئُوا مِنْ عِنْدِ آخِرِهِمْ .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ yanında idim. Əsr namazının vaxtı yaxınlaşmışdı. Camaat dəstəmaz almaq üçün su axtarmağa başladı, lakin tapa bilmədi. Sonra Allah Elçisinə ﷺ dəstəmaz almaq üçün bir qab su gətirdilər. Allah Elçisi ﷺ əlini o qabın içinə saldı və camaata ondan dəstəmaz almağı əmr etdi. Mən, camaat dəstəmaz alıb qurtaranadək Allah Elçisinin ﷺ barmaqlarının uclarından su qaynayıb axdığını gördüm”.”

Ənəs ibn Malik
Buxari, 169 (Dəstəmaz, 35)Səhih

حَدَّثَنَا مَالِكُ بْنُ إِسْمَاعِيلَ قَالَ حَدَّثَنَا إِسْرَائِيلُ عَنْ عَاصِمٍ عَنِ ابْنِ سِيرِينَ قَالَ قُلْتُ لِعَبِيدَةَ عِنْدَنَا مِنْ شَعَرِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَصَبْنَاهُ مِنْ قِبَلِ أَنَسٍ ، أَوْ مِنْ قِبَلِ أَهْلِ أَنَسٍ فَقَالَ لأَنْ تَكُونَ عِنْدِى شَعَرَةٌ مِنْهُ أَحَبُّ إِلَىَّ مِنَ الدُّنْيَا وَمَا فِيهَا .

“Rəvayət edilir ki, İbn Sirin ﵀ demişdir: “Mən Abidəyə dedim: “Yanımızda Peyğəmbərin ﷺ saçından bir az var. Biz onu Ənəsdən (yaxud Ənəsin ailəsindən) əldə etmişik”. Abidə dedi: “Yanımda Peyğəmbərin ﷺ saçının bir tükünün olması mənim üçün dünya və içindəkilərdən daha sevimlidir”.”

İbn Sirin
Buxari, 170 (Dəstəmaz, 36)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الرَّحِيمِ قَالَ أَخْبَرَنَا سَعِيدُ بْنُ سُلَيْمَانَ قَالَ حَدَّثَنَا عَبَّادٌ عَنِ ابْنِ عَوْنٍ عَنِ ابْنِ سِيرِينَ عَنْ أَنَسٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لَمَّا حَلَقَ رَأْسَهُ كَانَ أَبُو طَلْحَةَ أَوَّلَ مَنْ أَخَذَ مِنْ شَعَرِهِ .

“Ənəs ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ başını qırxdırdıqda onun saçından ilk götürən kəs Əbu Təlhə olmuşdur.”

Ənəs
Buxari, 171 (Dəstəmaz, 37)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ عَنْ مَالِكٍ عَنْ أَبِى الزِّنَادِ عَنِ الأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ إِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا شَرِبَ الْكَلْبُ فِى إِنَاءِ أَحَدِكُمْ فَلْيَغْسِلْهُ سَبْعًا » .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən birinizin qabından it su içsə, qoy o qabı yeddi dəfə yusun””.”

Əbu Hureyra
Buxari, 172 (Dəstəmaz, 38)Səhih

حَدَّثَنَا إِسْحَاقُ أَخْبَرَنَا عَبْدُ الصَّمَدِ حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ عَبْدِ اللَّهِ بْنِ دِينَارٍ سَمِعْتُ أَبِى عَنْ أَبِى صَالِحٍ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « أَنَّ رَجُلاً رَأَى كَلْبًا يَأْكُلُ الثَّرَى مِنَ الْعَطَشِ ، فَأَخَذَ الرَّجُلُ خُفَّهُ فَجَعَلَ يَغْرِفُ لَهُ بِهِ حَتَّى أَرْوَاهُ ، فَشَكَرَ اللَّهُ لَهُ فَأَدْخَلَهُ الْجَنَّةَ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Bir kişi bir itin susadığına görə torpaq yaladığını gördü. Ayaqqabısını götürüb içinə su doldurub itə verdi. Allah da ona təşəkkür edib onu Cənnətə saldı”.”

Əbu Hureyra
Buxari, 173 (Dəstəmaz, 39)Səhih

وَقَالَ أَحْمَدُ بْنُ شَبِيبٍ حَدَّثَنَا أَبِى عَنْ يُونُسَ عَنِ ابْنِ شِهَابٍ قَالَ حَدَّثَنِى حَمْزَةُ بْنُ عَبْدِ اللَّهِ عَنْ أَبِيهِ قَالَ كَانَتِ الْكِلاَبُ تَبُولُ وَتُقْبِلُ وَتُدْبِرُ فِى الْمَسْجِدِ فِى زَمَانِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَلَمْ يَكُونُوا يَرُشُّونَ شَيْئًا مِنْ ذَلِكَ .

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Allah Elçisinin ﷺ dövründə itlər sidik ifraz edər, məscidə girib-çıxardılar, lakin səhabələr onların (bədəni və ya sidiyi) dəydiyi yerlərə su səpməzdilər”.”

Həmzə ibn Abdullah atasından
Buxari, 174 (Dəstəmaz, 40)Səhih

حَدَّثَنَا حَفْصُ بْنُ عُمَرَ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنِ ابْنِ أَبِى السَّفَرِ عَنِ الشَّعْبِىِّ عَنْ عَدِىِّ بْنِ حَاتِمٍ قَالَ سَأَلْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « إِذَا أَرْسَلْتَ كَلْبَكَ الْمُعَلَّمَ فَقَتَلَ فَكُلْ ، وَإِذَا أَكَلَ فَلاَ تَأْكُلْ ، فَإِنَّمَا أَمْسَكَهُ عَلَى نَفْسِهِ » . قُلْتُ أُرْسِلُ كَلْبِى فَأَجِدُ مَعَهُ كَلْبًا آخَرَ قَالَ « فَلاَ تَأْكُلْ ، فَإِنَّمَا سَمَّيْتَ عَلَى كَلْبِكَ ، وَلَمْ تُسَمِّ عَلَى كَلْبٍ آخَرَ » .

“Rəvayət edilir ki, Adiy ibn Hatim ﵁ demişdir: “Mən Peyğəmbərdən ﷺ (itin ovladğı haqda) soruşduqda o dedi: “Əgər öyrədilmiş (ov) itini ovun üstünə qısqırsan və o da ovu tutub gətirərsə, ondan yeyə bilərsən. Əgər it (həmin ovdan) yemişdirsə, sən (ondan) yemə! Çünki belə olduğu halda o bu ovu özü üçün ovlamış sayılır”. Mən dedim: “Mən itimi göndərirəm, lakin (ovu gətirəndə yanında) başqa it də olur”. Peyğəmbər ﷺ buyurdu: “Onu yemə, çünki sən “bismilləh”i öz itini göndərəndə demişdin, başqa it üçün deməmişdin”.”

Adiy ibn Hatim
Buxari, 175 (Dəstəmaz, 41)Səhih

حَدَّثَنَا آدَمُ بْنُ أَبِى إِيَاسٍ قَالَ حَدَّثَنَا ابْنُ أَبِى ذِئْبٍ عَنْ سَعِيدٍ الْمَقْبُرِىِّ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ يَزَالُ الْعَبْدُ فِى صَلاَةٍ مَا كَانَ فِى الْمَسْجِدِ يَنْتَظِرُ الصَّلاَةَ ، مَا لَمْ يُحْدِثْ » . فَقَالَ رَجُلٌ أَعْجَمِىٌّ مَا الْحَدَثُ يَا أَبَا هُرَيْرَةَ قَالَ الصَّوْتُ . يَعْنِى الضَّرْطَةَ .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Bir adam dəstəmazını pozmadan məsciddə namazı gözlədiyi müddətdə namazda olduğu kimi sayılır”. Əcəmi bir kişi dedi: “Dəstəmazı pozmaq nədir, ey Əbu Hureyra?” Əbu Hureyra dedi: “Arxadan çıxan səsdir”. Yəni səsli yelin çıxması.”

Əbu Hureyra
Buxari, 176 (Dəstəmaz, 42)Səhih

حَدَّثَنَا أَبُو الْوَلِيدِ قَالَ حَدَّثَنَا ابْنُ عُيَيْنَةَ عَنِ الزُّهْرِىِّ عَنْ عَبَّادِ بْنِ تَمِيمٍ عَنْ عَمِّهِ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « لاَ يَنْصَرِفْ حَتَّى يَسْمَعَ صَوْتًا أَوْ يَجِدَ رِيحًا » .

“Abbad ibn Təmim əmisindən ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ (özündən sanki yel çıxdığını hiss edən şəxs haqda) belə buyurdu: “Bir səs eşitməyincə və ya bir iy duymayınca namazdan çıxmasın!””

Abbad ibn Təmim əmisindən
Buxari, 177 (Dəstəmaz, 43)Səhih

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ قَالَ حَدَّثَنَا جَرِيرٌ عَنِ الأَعْمَشِ عَنْ مُنْذِرٍ أَبِى يَعْلَى الثَّوْرِىِّ عَنْ مُحَمَّدٍ ابْنِ الْحَنَفِيَّةِ قَالَ قَالَ عَلِىٌّ كُنْتُ رَجُلاً مَذَّاءً ، فَاسْتَحْيَيْتُ أَنْ أَسْأَلَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَأَمَرْتُ الْمِقْدَادَ بْنَ الأَسْوَدِ فَسَأَلَهُ فَقَالَ « فِيهِ الْوُضُوءُ » . وَرَوَاهُ شُعْبَةُ عَنِ الأَعْمَشِ .

“Rəvayət edilir ki, Muhəmməd ibn əl-Hənəfiyyə ﵀ demişdir: “Əli dedi: “Məndən çoxlu məzi gəlirdi. Bunu Allah Elçisindən ﷺ soruşmağa utanırdım deyə Miqdad ibn əl-Əsvədə bu haqda soruşmasını dedim. Allah Elçisi ﷺ buyurdu: “Ona dəstəmaz almaq lazımdır”.”

Muhəmməd ibn əl-Hənəfiyyə
Buxari, 178 (Dəstəmaz, 44)Səhih

حَدَّثَنَا سَعْدُ بْنُ حَفْصٍ حَدَّثَنَا شَيْبَانُ عَنْ يَحْيَى عَنْ أَبِى سَلَمَةَ أَنَّ عَطَاءَ بْنَ يَسَارٍ أَخْبَرَهُ أَنْ زَيْدَ بْنَ خَالِدٍ أَخْبَرَهُ أَنَّهُ سَأَلَ عُثْمَانَ بْنَ عَفَّانَ رَضِيَ اللَّهُ عَنْهُ قُلْتُ أَرَأَيْتَ إِذَا جَامَعَ فَلَمْ يُمْنِ قَالَ عُثْمَانُ يَتَوَضَّأُ كَمَا يَتَوَضَّأُ لِلصَّلاَةِ ، وَيَغْسِلُ ذَكَرَهُ . قَالَ عُثْمَانُ سَمِعْتُهُ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ . فَسَأَلْتُ عَنْ ذَلِكَ عَلِيًّا ، وَالزُّبَيْرَ ، وَطَلْحَةَ ، وَأُبَىَّ بْنَ كَعْبٍ - رضى الله عنهم - فَأَمَرُوهُ بِذَلِكَ .

“Zeyd ibn Xalid ﵀ belə rəvayət edir: “Mən Osman ibn Əffandan ﵁ soruşdum: “Səncə, cinsi əlaqədə olub məni axıtmayan kəs nə etməlidir?” Osman dedi: “Namaz üçün dəstəmaz aldığı kimi dəstəmaz almalı və cinsiyyət üzvünü yumalıdır”, sonra da əlavə etdi: “Mən bunu Allah Elçisindən ﷺ eşitdim”. Zeyd deyir: “Mən bu haqda Əlidən, əz-Zubeyrdən, Təlhədən və Ubey ibn Kəbdən ﵃ soruşdum. Hamısı bunu (cinsi əlaqədə olub məni axıtmayan) kimsəyə aid etdi”.”

Zeyd ibn Xalid
Buxari, 179 (Dəstəmaz, 45)Səhih

حَدَّثَنَا إِسْحَاقُ قَالَ أَخْبَرَنَا النَّضْرُ قَالَ أَخْبَرَنَا شُعْبَةُ عَنِ الْحَكَمِ عَنْ ذَكْوَانَ أَبِى صَالِحٍ عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَرْسَلَ إِلَى رَجُلٍ مِنَ الأَنْصَارِ فَجَاءَ وَرَأْسُهُ يَقْطُرُ ، فَقَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « لَعَلَّنَا أَعْجَلْنَاكَ » . فَقَالَ نَعَمْ . فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا أُعْجِلْتَ أَوْ قُحِطْتَ ، فَعَلَيْكَ الْوُضُوءُ » . تَابَعَهُ وَهْبٌ قَالَ حَدَّثَنَا شُعْبَةُ . قَالَ أَبُو عَبْدِ اللَّهِ وَلَمْ يَقُلْ غُنْدَرٌ وَيَحْيَى عَنْ شُعْبَةَ الْوُضُوءُ .

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ ənsardan olan bir nəfərə xəbər göndərib yanına çağırtdırdı. O adam gəldikdə (biz onun) başından damcı-damcı su töküldüyünü (gördük). Peyğəmbər ﷺ: “Deyəsən, səni tələsdirdik?”– deyə soruşdu. O: “Bəli!”– deyə cavab verdikdə Allah Elçisi ﷺ buyurdu: “Səni tələsdirsələr və ya yaxınlıq edib məni axıtmasan, dəstəmaz almaq sənə yetər”.”

Əbu Səid əl-Xudri
Buxari, 180 (Dəstəmaz, 46)Səhih

حَدَّثَنِى مُحَمَّدُ بْنُ سَلاَمٍ قَالَ أَخْبَرَنَا يَزِيدُ بْنُ هَارُونَ عَنْ يَحْيَى عَنْ مُوسَى بْنِ عُقْبَةَ عَنْ كُرَيْبٍ مَوْلَى ابْنِ عَبَّاسٍ عَنْ أُسَامَةَ بْنِ زَيْدٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لَمَّا أَفَاضَ مِنْ عَرَفَةَ عَدَلَ إِلَى الشِّعْبِ ، فَقَضَى حَاجَتَهُ . قَالَ أُسَامَةُ بْنُ زَيْدٍ فَجَعَلْتُ أَصُبُّ عَلَيْهِ وَيَتَوَضَّأُ فَقُلْتُ يَا رَسُولَ اللَّهِ أَتُصَلِّى فَقَالَ « الْمُصَلَّى أَمَامَكَ » .

“Usamə ibn Zeyd ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Arafatdan gedərkən dağ arasındakı yola yönəldi və təbii ehtiyacını ödədi. Usamə ibn Zeyd dedi: “Mən Allah Elçisinin ﷺ əlinə su tökməyə, o da dəstəmaz almağa başladı. Mən dedim: “Ey Allahın Elçisi, namaz qılacaqsan?” O dedi: “Namaz qılınacaq yer irəlidədir”.”

Usamə ibn Zeyd
Buxari, 181 (Dəstəmaz, 47)Səhih

حَدَّثَنَا عَمْرُو بْنُ عَلِىٍّ قَالَ حَدَّثَنَا عَبْدُ الْوَهَّابِ قَالَ سَمِعْتُ يَحْيَى بْنَ سَعِيدٍ قَالَ أَخْبَرَنِى سَعْدُ بْنُ إِبْرَاهِيمَ أَنَّ نَافِعَ بْنَ جُبَيْرِ بْنِ مُطْعِمٍ أَخْبَرَهُ أَنَّهُ سَمِعَ عُرْوَةَ بْنَ الْمُغِيرَةِ بْنِ شُعْبَةَ يُحَدِّثُ عَنِ الْمُغِيرَةِ بْنِ شُعْبَةَ أَنَّهُ كَانَ مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى سَفَرٍ ، وَأَنَّهُ ذَهَبَ لِحَاجَةٍ لَهُ ، وَأَنَّ مُغِيرَةَ جَعَلَ يَصُبُّ الْمَاءَ عَلَيْهِ ، وَهُوَ يَتَوَضَّأُ ، فَغَسَلَ وَجْهَهُ وَيَدَيْهِ وَمَسَحَ بِرَأْسِهِ وَمَسَحَ عَلَى الْخُفَّيْنِ .

“Rəvayət edilir ki, Muğira ibn Şubə ﵁ Allah Elçisi ﷺ ilə birlikdə səfərdə ikən Allah Elçisi ﷺ təbii ehtiyacını ödəmək üçün subaşına çıxdı. Sonra Muğira onun əllərinə su tökdü, o da dəstəmaz aldı – üzünü və qollarını yudu, başına və xuflarına məsh çəkdi”.”

Muğira ibn Şubə
Buxari, 182 (Dəstəmaz, 48)Səhih

حَدَّثَنَا إِسْمَاعِيلُ قَالَ حَدَّثَنِى مَالِكٌ عَنْ مَخْرَمَةَ بْنِ سُلَيْمَانَ عَنْ كُرَيْبٍ مَوْلَى ابْنِ عَبَّاسٍ أَنَّ عَبْدَ اللَّهِ بْنَ عَبَّاسٍ أَخْبَرَهُ أَنَّهُ بَاتَ لَيْلَةً عِنْدَ مَيْمُونَةَ زَوْجِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَهِىَ خَالَتُهُ فَاضْطَجَعْتُ فِى عَرْضِ الْوِسَادَةِ ، وَاضْطَجَعَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَأَهْلُهُ فِى طُولِهَا ، فَنَامَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى إِذَا انْتَصَفَ اللَّيْلُ ، أَوْ قَبْلَهُ بِقَلِيلٍ أَوْ بَعْدَهُ بِقَلِيلٍ ، اسْتَيْقَظَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَجَلَسَ يَمْسَحُ النَّوْمَ عَنْ وَجْهِهِ بِيَدِهِ ، ثُمَّ قَرَأَ الْعَشْرَ الآيَاتِ الْخَوَاتِمَ مِنْ سُورَةِ آلِ عِمْرَانَ ، ثُمَّ قَامَ إِلَى شَنٍّ مُعَلَّقَةٍ ، فَتَوَضَّأَ مِنْهَا فَأَحْسَنَ وُضُوءَهُ ، ثُمَّ قَامَ يُصَلِّى . قَالَ ابْنُ عَبَّاسٍ فَقُمْتُ فَصَنَعْتُ مِثْلَ مَا صَنَعَ ، ثُمَّ ذَهَبْتُ ، فَقُمْتُ إِلَى جَنْبِهِ ، فَوَضَعَ يَدَهُ الْيُمْنَى عَلَى رَأْسِى ، وَأَخَذَ بِأُذُنِى الْيُمْنَى ، يَفْتِلُهَا ، فَصَلَّى رَكْعَتَيْنِ ، ثُمَّ رَكْعَتَيْنِ ، ثُمَّ رَكْعَتَيْنِ ، ثُمَّ رَكْعَتَيْنِ ، ثُمَّ رَكْعَتَيْنِ ، ثُمَّ رَكْعَتَيْنِ ، ثُمَّ أَوْتَرَ ، ثُمَّ اضْطَجَعَ ، حَتَّى أَتَاهُ الْمُؤَذِّنُ ، فَقَامَ ، فَصَلَّى رَكْعَتَيْنِ خَفِيفَتَيْنِ ، ثُمَّ خَرَجَ فَصَلَّى الصُّبْحَ .

“Abdullah ibn Abbas ﵄ rəvayət edir ki, bir gecə o, Peyğəmbərin ﷺ zövcəsi, xalası Məymunənin ﵂ evində qaldı. İbn Abbas deyir: “Mən yatağın köndələninə uzandım, Allah Elçisi ﷺ və onun zövcəsi isə yatağın uzununa uzandılar. Allah Elçisi ﷺ yatdı. Gecə yarısı yetişdikdə (və ya bundan bir az əvvəl yaxud bir az sonra yuxudan) oyandı və gözlərini ovxalayıb yuxusunu dağıtdı. Sonra Ali-İmran surəsinin son on ayəsini oxudu. Sonra qalxıb tavandan asılmış köhnə cürdəyə yaxınlaşdı və kamil şəkildə dəstəmaz aldı. Sonra durub namaz qıldı”. İbn Abbas davam edərək deyir: “Mən də ayağa qalxıb onun etdiyi kimi etdim. Sonra gedib onun yanında durdum. O, sağ əlini mənim başıma qoydu və sağ qulağımdan tutub onu dartdı. Sonra iki rükət, sonra yenə iki rükət, sonra yenə iki rükət, sonra yenə iki rükət, sonra yenə iki rükət, sonra yenə iki rükət, sonra da bir rükət namaz qıldı. Sonra yerinə uzandı. Müəzzin onun yanına gəldikdə qalxıb qısa şəkildə iki rükət namaz qıldı. Sonra gedib Sübh namazını qıldırdı”.”

Abdullah ibn Abbas
Buxari, 183 (Dəstəmaz, 49)Səhih

حَدَّثَنَا إِسْمَاعِيلُ قَالَ حَدَّثَنِى مَالِكٌ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ عَنِ امْرَأَتِهِ فَاطِمَةَ عَنْ جَدَّتِهَا أَسْمَاءَ بِنْتِ أَبِى بَكْرٍ أَنَّهَا قَالَتْ أَتَيْتُ عَائِشَةَ زَوْجَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ حِينَ خَسَفَتِ الشَّمْسُ ، فَإِذَا النَّاسُ قِيَامٌ يُصَلُّونَ ، وَإِذَا هِىَ قَائِمَةٌ تُصَلِّى فَقُلْتُ مَا لِلنَّاسِ فَأَشَارَتْ بِيَدِهَا نَحْوَ السَّمَاءِ وَقَالَتْ سُبْحَانَ اللَّهِ . فَقُلْتُ آيَةٌ فَأَشَارَتْ أَىْ نَعَمْ . فَقُمْتُ حَتَّى تَجَلاَّنِى الْغَشْىُ ، وَجَعَلْتُ أَصُبُّ فَوْقَ رَأْسِى مَاءً ، فَلَمَّا انْصَرَفَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ حَمِدَ اللَّهَ وَأَثْنَى عَلَيْهِ ، ثُمَّ قَالَ « مَا مِنْ شَىْءٍ كُنْتُ لَمْ أَرَهُ إِلاَّ قَدْ رَأَيْتُهُ فِى مَقَامِى هَذَا حَتَّى الْجَنَّةِ وَالنَّارِ ، وَلَقَدْ أُوحِىَ إِلَىَّ أَنَّكُمْ تُفْتَنُونَ فِى الْقُبُورِ مِثْلَ أَوْ قَرِيبًا مِنْ فِتْنَةِ الدَّجَّالِ - لاَ أَدْرِى أَىَّ ذَلِكَ قَالَتْ أَسْمَاءُ - يُؤْتَى أَحَدُكُمْ فَيُقَالُ مَا عِلْمُكَ بِهَذَا الرَّجُلِ فَأَمَّا الْمُؤْمِنُ - أَوِ الْمُوقِنُ لاَ أَدْرِى أَىَّ ذَلِكَ قَالَتْ أَسْمَاءُ - فَيَقُولُ هُوَ مُحَمَّدٌ رَسُولُ اللَّهِ ، جَاءَنَا بِالْبَيِّنَاتِ وَالْهُدَى ، فَأَجَبْنَا وَآمَنَّا وَاتَّبَعْنَا ، فَيُقَالُ نَمْ صَالِحًا ، فَقَدْ عَلِمْنَا إِنْ كُنْتَ لَمُؤْمِنًا ، وَأَمَّا الْمُنَافِقُ - أَوِ الْمُرْتَابُ لاَ أَدْرِى أَىَّ ذَلِكَ قَالَتْ أَسْمَاءُ - فَيَقُولُ لاَ أَدْرِى ، سَمِعْتُ النَّاسَ يَقُولُونَ شَيْئًا فَقُلْتُهُ » .

“Rəvayət edilir ki, Əsma bint Əbu Bəkr ﵄ demişdir: “Günəş tutulduğu vaxt mən Peyğəmbərin zövcəsi Aişənin yanına gəldim, camaat o vaxt namaz qılırdı. Aişə də namaz qılmaq üçün qalxmışdı. Mən: “İnsanlara nə olub?”– deyə soruşdum. O, (günəşin tutulduğunu bildirmək üçün) əli ilə göyə işarə etdi və: “Subhən-Allah!”– dedi. Mən: “Bu, əlamətdirmi?”– deyə soruşdum. O, işarə edib mənim sözümü təsdiqlədi. Bu səbəbdən mən də namaza durdum. Nəhayət, halsızlaşıb əldən düşdüm və başıma su tökməyə başladım. Namazdan sonra Allah Elçisi ﷺ Allaha həmd edib Onun şəninə təriflər dedi, sonra da belə buyurdu: “Bu yerdə mən, əvvəllər mənə göstərilmiş hər bir şeyi, hətta Cənnət və Cəhənnəmi də gördüm. Mənə vəhy olundu ki, siz qəbirlərinizdə məsih Dəccalın imtahanına bənzər (və ya buna yaxın) bir imtahana çəkiləcəksiniz. (Dünyasını dəyişmiş kimsənin) yanına gəlib: “Bu kişi (Muhəmməd Peyğəmbər ﷺ) haqqında nə bilirsən?”– deyə soruşacaqlar. Mömin (yaxud yəqinliklə inanan) bəndə: “Bu, Allahın elçisi Muhəmməddir. O bizə dəlillər və doğru yol göstəricisi gətirdi. Biz də (onun dəvətini) qəbul edib iman etdik və (onun) ardınca getdik!”– deyəcək. Bundan sonra (mələklər) ona: “Rahat yat! Biz artıq sənin ona qətiyyətlə iman gətirdiyini bildik”– deyəcəklər. Münafiq (və ya qəlbində şübhə olan) adam isə: “Bilmirəm, mən sadəcə insanların bəzi şeylər danışdıqlarını eşidir və həmin şeyi deyirdim”– deyəcək”.”

Əsma bint Əbu Bəkr
Buxari, 184 (Dəstəmaz, 50)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ عَمْرِو بْنِ يَحْيَى الْمَازِنِىِّ عَنْ أَبِيهِ أَنَّ رَجُلاً قَالَ لِعَبْدِ اللَّهِ بْنِ زَيْدٍ - وَهُوَ جَدُّ عَمْرِو بْنِ يَحْيَى - أَتَسْتَطِيعُ أَنْ تُرِيَنِى كَيْفَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَتَوَضَّأُ فَقَالَ عَبْدُ اللَّهِ بْنُ زَيْدٍ نَعَمْ . فَدَعَا بِمَاءٍ ، فَأَفْرَغَ عَلَى يَدَيْهِ فَغَسَلَ يَدَهُ مَرَّتَيْنِ ، ثُمَّ مَضْمَضَ وَاسْتَنْثَرَ ثَلاَثًا ، ثُمَّ غَسَلَ وَجْهَهُ ثَلاَثًا ، ثُمَّ غَسَلَ يَدَيْهِ مَرَّتَيْنِ مَرَّتَيْنِ إِلَى الْمِرْفَقَيْنِ ، ثُمَّ مَسَحَ رَأْسَهُ بِيَدَيْهِ ، فَأَقْبَلَ بِهِمَا وَأَدْبَرَ ، بَدَأَ بِمُقَدَّمِ رَأْسِهِ ، حَتَّى ذَهَبَ بِهِمَا إِلَى قَفَاهُ ، ثُمَّ رَدَّهُمَا إِلَى الْمَكَانِ الَّذِى بَدَأَ مِنْهُ ، ثُمَّ غَسَلَ رِجْلَيْهِ .

“Rəvayət edilir ki, bir kişi (Amr ibn Yəhyanın babası) Abdullah ibn Zeydə ﵁ dedi: “Allah Elçisinin ﷺ necə dəstəmaz aldığını mənə göstərə bilərsənmi?” Abdullah ibn Zeyd: “Bəli”– deyib su gətizdirdi. Sonra əllərinə su töküb onu iki dəfə yudu, sonra üç dəfə (su götürüb) həm ağzını yaxaladı, həm də burnunun içini yudu, sonra üç dəfə üzünü yudu. Sonra iki dəfə qollarını dirsəklərə qədər yudu, sonra əllərini irəli-geri aparıb gətirməklə başına məsh çəkdi – əllərini başının ön tərəfindən ənsə hissəsinə qədər apardı, sonra da başladığı yerə qaytardı, bundan sonra ayaqlarını yudu.”

Abdullah ibn Zeyd
Buxari, 185 (Dəstəmaz, 51)Səhih

حَدَّثَنَا مُوسَى قَالَ حَدَّثَنَا وُهَيْبٌ عَنْ عَمْرٍو عَنْ أَبِيهِ شَهِدْتُ عَمْرَو بْنَ أَبِى حَسَنٍ سَأَلَ عَبْدَ اللَّهِ بْنَ زَيْدٍ عَنْ وُضُوءِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَدَعَا بِتَوْرٍ مِنْ مَاءٍ ، فَتَوَضَّأَ لَهُمْ وُضُوءَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَأَكْفَأَ عَلَى يَدِهِ مِنَ التَّوْرِ ، فَغَسَلَ يَدَيْهِ ثَلاَثًا ، ثُمَّ أَدْخَلَ يَدَهُ فِى التَّوْرِ ، فَمَضْمَضَ وَاسْتَنْشَقَ وَاسْتَنْثَرَ ثَلاَثَ غَرَفَاتٍ ، ثُمَّ أَدْخَلَ يَدَهُ فَغَسَلَ وَجْهَهُ ثَلاَثًا ، ثُمَّ أَدْخَلَ يَدَهُ فَغَسَلَ يَدَيْهِ مَرَّتَيْنِ إِلَى الْمِرْفَقَيْنِ مَرَّتَيْنِ ، ثُمَّ أَدْخَلَ يَدَهُ فَمَسَحَ رَأْسَهُ ، فَأَقْبَلَ بِهِمَا وَأَدْبَرَ مَرَّةً وَاحِدَةً ، ثُمَّ غَسَلَ رِجْلَيْهِ إِلَى الْكَعْبَيْنِ.

“Rəvayət edilir ki, Amr ibn Həsən ﵀ Abdullah ibn Zeyddən Peyğəmbərin ﷺ dəstəmazı haqda soruşdu. Abdullah ibn Zeyd bir qab su istədi və onlar üçün Peyğəmbərin ﷺ dəstəmaz alması kimi dəstəmaz aldı: qabı əyərək əlinə su tökdü və əllərini üç dəfə yudu. Sonra əlini qaba salaraq üç dəfə ağzını yaxaladı və burnuna su alıb fınxırdı. Sonra əlini qaba salıb üç dəfə üzünü yudu. Sonra hər əlini dirsəklərinə qədər iki dəfə yudu. Sonra əlini qaba salıb qabaqdan arxaya və geriyə bir dəfə başına məsh çəkdi. Sonra ayaqlarını topuqlara qədər yudu.”

Amr ibn Əbu Həsən
Buxari, 186 (Dəstəmaz, 52)Səhih

حَدَّثَنَا آدَمُ قَالَ حَدَّثَنَا شُعْبَةُ قَالَ حَدَّثَنَا الْحَكَمُ قَالَ سَمِعْتُ أَبَا جُحَيْفَةَ يَقُولُ خَرَجَ عَلَيْنَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِالْهَاجِرَةِ ، فَأُتِىَ بِوَضُوءٍ فَتَوَضَّأَ ، فَجَعَلَ النَّاسُ يَأْخُذُونَ مِنْ فَضْلِ وَضُوئِهِ فَيَتَمَسَّحُونَ بِهِ ، فَصَلَّى النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الظُّهْرَ رَكْعَتَيْنِ وَالْعَصْرَ رَكْعَتَيْنِ ، وَبَيْنَ يَدَيْهِ عَنَزَةٌ .

“Rəvayət edilir ki, Əbu Cuheyfə ﵁ demişdir: “Allah Elçisi ﷺ günorta bizim yanımıza gəldi. Ona dəstəmaz almaq üçün su gətirdilər və o, dəstəmaz aldı. Sonra insanlar onun dəstəmaz aldığı sudan qalan artığı götürüb bədənlərinə sürtməyə başladılar. Sonra Peyğəmbər ﷺ qarşısında yerə sancılmış bir ağac parçası olduğu halda iki rükət Zöhr namazını və iki rükət Əsr namazını qıldı”.”

Əbu Cuheyfə
Buxari, 187 (Dəstəmaz, 53)Səhih

وَقَالَ أَبُو مُوسَى دَعَا النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِقَدَحٍ فِيهِ مَاءٌ ، فَغَسَلَ يَدَيْهِ وَوَجْهَهُ فِيهِ ، وَمَجَّ فِيهِ ثُمَّ قَالَ لَهُمَا اشْرَبَا مِنْهُ ، وَأَفْرِغَا عَلَى وُجُوهِكُمَا وَنُحُورِكُمَا .

“Rəvayət edilir ki, Əbu Musa ﵁ demişdir: “Peyğəmbər ﷺ bir qab su istədi. Əllərini və üzünü bu qabın içində yuduqdan sonra qabın içinə su püskürtdü və dedi: “Bu sudan için, üzlərinizə və sinəninizə tökün”.”

Əbu Musa
Buxari, 188 (Dəstəmaz, 54)Səhih

حَدَّثَنَا عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ بْنِ سَعْدٍ قَالَ حَدَّثَنَا أَبِى عَنْ صَالِحٍ عَنِ ابْنِ شِهَابٍ قَالَ أَخْبَرَنِى مَحْمُودُ بْنُ الرَّبِيعِ قَالَ وَهُوَ الَّذِى مَجَّ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى وَجْهِهِ وَهْوَ غُلاَمٌ مِنْ بِئْرِهِمْ . وَقَالَ عُرْوَةُ عَنِ الْمِسْوَرِ وَغَيْرِهِ يُصَدِّقُ كُلُّ وَاحِدٍ مِنْهُمَا صَاحِبَهُ وَإِذَا تَوَضَّأَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَادُوا يَقْتَتِلُونَ عَلَى وَضُوئِهِ .

“Rəvayət edilir ki, Mahmud ibn ər-Rabi ﵁ uşaq ikən Allah Elçisi ﷺ onun üzünə öz quyularından su püskürtmüşdür. ... Rəvayət edilir ki, Urva ibn əz-Zubeyr ﵄ demişdir: “Peyğəmbər ﷺ dəstəmaz aldıqda onun dəstəmaz suyunu əldə etmək üçün səhabələr bir-biri ilə mübarizə aparırdılar”.”

Mahmud ibn ər-Rabi
Buxari, 189 (Dəstəmaz, 55)Səhih

حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ يُونُسَ قَالَ حَدَّثَنَا حَاتِمُ بْنُ إِسْمَاعِيلَ عَنِ الْجَعْدِ قَالَ سَمِعْتُ السَّائِبَ بْنَ يَزِيدَ يَقُولُ ذَهَبَتْ بِى خَالَتِى إِلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَتْ يَا رَسُولَ اللَّهِ ، إِنَّ ابْنَ أُخْتِى وَجِعٌ . فَمَسَحَ رَأْسِى وَدَعَا لِى بِالْبَرَكَةِ ، ثُمَّ تَوَضَّأَ فَشَرِبْتُ مِنْ وَضُوئِهِ ، ثُمَّ قُمْتُ خَلْفَ ظَهْرِهِ ، فَنَظَرْتُ إِلَى خَاتَمِ النُّبُوَّةِ بَيْنَ كَتِفَيْهِ مِثْلِ زِرِّ الْحَجَلَةِ .

“Rəvayət edilir ki, Saib ibn Yəzid ﵁ demişdir: “Xalam məni Peyğəmbərin ﷺ yanına gətirib dedi: “Ey Allahın Elçisi! Bacım oğlu xəstələnib (ayaqları bərk ağrıyır)”. Peyğəmbər ﷺ əlini başıma çəkib Allahdan mənim üçün bərəkət dilədi, sonra dəstəmaz aldı. Mən onun dəstəmaz aldığı sudan içdim. Sonra onun arxasında durdum və kürəkləri arasında kəklik yumurtası boyda peyğəmbərlik möhürünü gördüm”.”

Saib ibn Yəzid
Buxari, 190 (Dəstəmaz, 56)Səhih

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا خَالِدُ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنَا عَمْرُو بْنُ يَحْيَى عَنْ أَبِيهِ عَنْ عَبْدِ اللَّهِ بْنِ زَيْدٍ أَنَّهُ أَفْرَغَ مِنَ الإِنَاءِ عَلَى يَدَيْهِ فَغَسَلَهُمَا ، ثُمَّ غَسَلَ أَوْ مَضْمَضَ ، وَاسْتَنْشَقَ مِنْ كَفَّةٍ وَاحِدَةٍ ، فَفَعَلَ ذَلِكَ ثَلاَثًا ، فَغَسَلَ يَدَيْهِ إِلَى الْمِرْفَقَيْنِ مَرَّتَيْنِ مَرَّتَيْنِ ، وَمَسَحَ بِرَأْسِهِ مَا أَقْبَلَ وَمَا أَدْبَرَ ، وَغَسَلَ رِجْلَيْهِ إِلَى الْكَعْبَيْنِ ، ثُمَّ قَالَ هَكَذَا وُضُوءُ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ .

“Rəvayət edilir ki, Abdullah ibn Zeyd ﵁ qabdan əlinə su tökdü və əllərini yudu. Sonra bir ovuc su ilə ağzını yaxaladı və burnunu yudu. Bunu üç dəfə etdi. Sonra əllərini dirsəklərə qədər iki dəfə yudu. Sonra başının önünə və arxasına məsh çəkdi. Sonra ayaqlarını topuqlara qədər yudu. Sonra dedi: “Allah Elçisinin ﷺ dəstəmazı belədir”.”

Abdullah ibn Zeyd
Buxari, 191 (Dəstəmaz, 57)Səhih

حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ قَالَ حَدَّثَنَا وُهَيْبٌ قَالَ حَدَّثَنَا عَمْرُو بْنُ يَحْيَى عَنْ أَبِيهِ قَالَ شَهِدْتُ عَمْرَو بْنَ أَبِى حَسَنٍ سَأَلَ عَبْدَ اللَّهِ بْنَ زَيْدٍ عَنْ وُضُوءِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَدَعَا بِتَوْرٍ مِنْ مَاءٍ ، فَتَوَضَّأَ لَهُمْ ، فَكَفَأَ عَلَى يَدَيْهِ فَغَسَلَهُمَا ثَلاَثًا ، ثُمَّ أَدْخَلَ يَدَهُ فِى الإِنَاءِ ، فَمَضْمَضَ وَاسْتَنْشَقَ ، وَاسْتَنْثَرَ ثَلاَثًا بِثَلاَثِ غَرَفَاتٍ مِنْ مَاءٍ ، ثُمَّ أَدْخَلَ يَدَهُ فِى الإِنَاءِ ، فَغَسَلَ وَجْهَهُ ثَلاَثًا ، ثُمَّ أَدْخَلَ يَدَهُ فِى الإِنَاءِ ، فَغَسَلَ يَدَيْهِ إِلَى الْمِرْفَقَيْنِ مَرَّتَيْنِ مَرَّتَيْنِ ، ثُمَّ أَدْخَلَ يَدَهُ فِى الإِنَاءِ ، فَمَسَحَ بِرَأْسِهِ فَأَقْبَلَ بِيَدَيْهِ وَأَدْبَرَ بِهِمَا ، ثُمَّ أَدْخَلَ يَدَهُ فِى الإِنَاءِ فَغَسَلَ رِجْلَيْهِ . وَحَدَّثَنَا مُوسَى قَالَ حَدَّثَنَا وُهَيْبٌ قَالَ مَسَحَ رَأْسَهُ مَرَّةً .

“Rəvayət edilir ki, Amr ibn Əbu Həsən ﵀ Abdullah ibn Zeydə Peyğəmbərin ﷺ necə dəstəmaz alması haqda sual verdi. Abdullah ibn Zeyd bir qab su istədi. Bu qabı əyib əllərinə su tökdü və onları üç dəfə yudu, sonra əllərini qaba saldı və üç ovuc su götürüb həm ağzını yaxaladı, həm də burnuna su alıb fınxırdı, sonra əllərini qaba saldı və üç dəfə üzünü yudu. Sonra əllərini qaba saldı və iki dəfə qollarını dirsəklərə qədər yudu, sonra əllərini qaba saldı və sonra əllərini irəli-geri aparıb gətirməklə başına məsh çəkdi, sonra əllərini qaba saldı və sonra ayaqlarını yudu”. Ravi Vuheyb dedi: “Başına bir dəfə məsh çəkdi”.”

Amr ibn Əbu Həsən
Buxari, 192 (Dəstəmaz, 58)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ نَافِعٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ أَنَّهُ قَالَ كَانَ الرِّجَالُ وَالنِّسَاءُ يَتَوَضَّئُونَ فِى زَمَانِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ جَمِيعًا .

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Allah Elçisinin ﷺ zamanında (hicab ayəsi nazil olmamışdan əvvəl) kişilər və qadınlar birlikdə dəstəmaz alardılar”.”

Abdullah ibn Ömər
Buxari, 193 (Dəstəmaz, 59)Səhih

حَدَّثَنَا أَبُو الْوَلِيدِ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ مُحَمَّدِ بْنِ الْمُنْكَدِرِ قَالَ سَمِعْتُ جَابِرًا يَقُولُ جَاءَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَعُودُنِى ، وَأَنَا مَرِيضٌ لاَ أَعْقِلُ ، فَتَوَضَّأَ وَصَبَّ عَلَىَّ مِنْ وَضُوئِهِ ، فَعَقَلْتُ فَقُلْتُ يَا رَسُولَ اللَّهِ لِمَنِ الْمِيرَاثُ إِنَّمَا يَرِثُنِى كَلاَلَةٌ . فَنَزَلَتْ آيَةُ الْفَرَائِضِ .

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Mən xəstəlikdən halsızlaşdığım zaman Allah Elçisi ﷺ mənə baş çəkdi. O, dəstəmaz aldı və qabda qalmış sudan mənim üzümə səpdi. Mən özümə gəldikdə: “Mirasım kimə qalacaq, ey Allahın Elçisi? Mənim varislərim ancaq uzaq qohumlarımdır”– deyə soruşdum və miras ayəsi (ən-Nisa, 176) nazil oldu”.”

Cabir
Buxari, 194 (Dəstəmaz, 60)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مُنِيرٍ سَمِعَ عَبْدَ اللَّهِ بْنَ بَكْرٍ قَالَ حَدَّثَنَا حُمَيْدٌ عَنْ أَنَسٍ قَالَ حَضَرَتِ الصَّلاَةُ ، فَقَامَ مَنْ كَانَ قَرِيبَ الدَّارِ إِلَى أَهْلِهِ ، وَبَقِىَ قَوْمٌ ، فَأُتِىَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِمِخْضَبٍ مِنْ حِجَارَةٍ فِيهِ مَاءٌ ، فَصَغُرَ الْمِخْضَبُ أَنْ يَبْسُطَ فِيهِ كَفَّهُ ، فَتَوَضَّأَ الْقَوْمُ كُلُّهُمْ . قُلْنَا كَمْ كُنْتُمْ قَالَ ثَمَانِينَ وَزِيَادَةً .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Bir dəfə namazın vaxtı yetişdikdə evləri yaxın olanlar (dəstəmaz almaq üçün) ailələrinin yanına getdilər, digərləri isə orada qaldılar. Bu vaxt Allah Elçisinə ﷺ daş təknədə su gətirdilər. Təknə o qədər balaca idi ki, Peyğəmbər ﷺ əlini onun içinə sala bilmədi. Buna baxmayaraq, orada olanların hamısı o su ilə dəstəmaz aldı”. Ravilərdən biri deyir ki, biz Ənəsdən soruşduq: “Siz neçə nəfər idiniz?” Ənəs dedi: “Biz səksən nəfərdən çox idik”.”

Ənəs
Buxari, 195 (Dəstəmaz, 61)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْعَلاَءِ قَالَ حَدَّثَنَا أَبُو أُسَامَةَ عَنْ بُرَيْدٍ عَنْ أَبِى بُرْدَةَ عَنْ أَبِى مُوسَى أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ دَعَا بِقَدَحٍ فِيهِ مَاءٌ ، فَغَسَلَ يَدَيْهِ وَوَجْهَهُ فِيهِ وَمَجَّ فِيهِ .

“Əbu Musa ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ bir (kiçik) qab su gətizdirdi. Əllərini və üzünü o qabın içində yuduqdan sonra (ağzındakı suyu) onun içinə püskürtdü.”

Əbu Musa
Buxari, 196 (Dəstəmaz, 62)Səhih

حَدَّثَنَا أَحْمَدُ بْنُ يُونُسَ قَالَ حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ أَبِى سَلَمَةَ قَالَ حَدَّثَنَا عَمْرُو بْنُ يَحْيَى عَنْ أَبِيهِ عَنْ عَبْدِ اللَّهِ بْنِ زَيْدٍ قَالَ أَتَى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَأَخْرَجْنَا لَهُ مَاءً فِى تَوْرٍ مِنْ صُفْرٍ فَتَوَضَّأَ ، فَغَسَلَ وَجْهَهُ ثَلاَثًا وَيَدَيْهِ مَرَّتَيْنِ مَرَّتَيْنِ ، وَمَسَحَ بِرَأْسِهِ فَأَقْبَلَ بِهِ وَأَدْبَرَ ، وَغَسَلَ رِجْلَيْهِ .

“Rəvayət edilir ki, Abdullah ibn Zeyd ﵁ demişdir: “Allah Elçisi ﷺ gəldikdə biz ona misdən bir qabda su gətirdik. O, dəstəmaz aldı; üzünü üç dəfə, əllərini iki dəfə yudu, başının önünə və arxasına məsh çəkdi və ayaqlarını yudu”.”

Abdullah ibn Zeyd
Buxari, 197 (Dəstəmaz, 63)Səhih

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى عُبَيْدُ اللَّهِ بْنُ عَبْدِ اللَّهِ بْنِ عُتْبَةَ أَنَّ عَائِشَةَ قَالَتْ لَمَّا ثَقُلَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَاشْتَدَّ بِهِ وَجَعُهُ ، اسْتَأْذَنَ أَزْوَاجَهُ فِى أَنْ يُمَرَّضَ فِى بَيْتِى ، فَأَذِنَّ لَهُ ، فَخَرَجَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بَيْنَ رَجُلَيْنِ تَخُطُّ رِجْلاَهُ فِى الأَرْضِ بَيْنَ عَبَّاسٍ وَرَجُلٍ آخَرَ . قَالَ عُبَيْدُ اللَّهِ فَأَخْبَرْتُ عَبْدَ اللَّهِ بْنَ عَبَّاسٍ فَقَالَ أَتَدْرِى مَنِ الرَّجُلُ الآخَرُ قُلْتُ لاَ . قَالَ هُوَ عَلِىٌّ . وَكَانَتْ عَائِشَةُ - رَضِيَ اللَّهُ عَنْهَا - تُحَدِّثُ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ بَعْدَ مَا دَخَلَ بَيْتَهُ وَاشْتَدَّ وَجَعُهُ « هَرِيقُوا عَلَىَّ مِنْ سَبْعِ قِرَبٍ ، لَمْ تُحْلَلْ أَوْكِيَتُهُنَّ ، لَعَلِّى أَعْهَدُ إِلَى النَّاسِ » . وَأُجْلِسَ فِى مِخْضَبٍ لِحَفْصَةَ زَوْجِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، ثُمَّ طَفِقْنَا نَصُبُّ عَلَيْهِ تِلْكَ حَتَّى طَفِقَ يُشِيرُ إِلَيْنَا أَنْ قَدْ فَعَلْتُنَّ ، ثُمَّ خَرَجَ إِلَى النَّاسِ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbərin ﷺ xəstəliyi ağırlaşdığı və ağrıları şiddətləndiyi zaman zövcələrindən xahiş etdi ki, ona mənim evimdə xidmət edilsin. Zövcələri ona izin verdilər. Peyğəmbər ﷺ Abbasın və başqa birisinin qoluna girib ayaqlarını sürükləyərək (qaldığı evdən) çıxıb getdi”. Ravi Ubeydullah dedi: “Mən bu hədisi Abdullah ibn Abbasa danışdım. O dedi: “Bilirsən, o biri kişi kim idi?” Mən: “Xeyr!”– dedim. O isə cavabında: “Bu, Əli idi”– dedi”. Aişə rəvayət edir ki, Peyğəmbər ﷺ evinə gəldikdən və xəstəliyi bir az da şiddətləndikdən sonra dedi: “Mənim üstümə bağları açılmamış yeddi tuluq su tökün ki, bəlkə camaata tövsiyə edə bilim”. Onu zövcəsi Həfsaya məxsus olan ləyənin içində otuzdurdular. Sonra biz onun üstünə su tökməyə başladıq. Nəhayət, o: “Artıq yetər”– deyə bizə işarə etməyə başladı. Bundan sonra camaatın qarşısına çıxdı”.”

Aişə
Buxari, 198 (Dəstəmaz, 64)Səhih

حَدَّثَنَا خَالِدُ بْنُ مَخْلَدٍ قَالَ حَدَّثَنَا سُلَيْمَانُ قَالَ حَدَّثَنِى عَمْرُو بْنُ يَحْيَى عَنْ أَبِيهِ قَالَ كَانَ عَمِّى يُكْثِرُ مِنَ الْوُضُوءِ ، قَالَ لِعَبْدِ اللَّهِ بْنِ زَيْدٍ أَخْبِرْنِى كَيْفَ رَأَيْتَ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَتَوَضَّأُ فَدَعَا بِتَوْرٍ مِنْ مَاءٍ ، فَكَفَأَ عَلَى يَدَيْهِ فَغَسَلَهُمَا ثَلاَثَ مِرَارٍ ، ثُمَّ أَدْخَلَ يَدَهُ فِى التَّوْرِ ، فَمَضْمَضَ وَاسْتَنْثَرَ ثَلاَثَ مَرَّاتٍ مِنْ غَرْفَةٍ وَاحِدَةٍ ، ثُمَّ أَدْخَلَ يَدَهُ فَاغْتَرَفَ بِهَا فَغَسَلَ وَجْهَهُ ثَلاَثَ مَرَّاتٍ ، ثُمَّ غَسَلَ يَدَيْهِ إِلَى الْمِرْفَقَيْنِ مَرَّتَيْنِ مَرَّتَيْنِ ، ثُمَّ أَخَذَ بِيَدِهِ مَاءً ، فَمَسَحَ رَأْسَهُ ، فَأَدْبَرَ بِيَدَيْهِ وَأَقْبَلَ ثُمَّ غَسَلَ رِجْلَيْهِ ، فَقَالَ هَكَذَا رَأَيْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَتَوَضَّأُ .

“Amr ibn Yəhya atasının ﵀ belə dediyini rəvayət etmişdir: “Əmim dəstəmaz haqda çox sual verərdi. O, Abdullah ibn Zeydə dedi: “Sən Peyğəmbərin ﷺ necə dəstəmaz aldığını mənə xəbər verə bilərsənmi?” Abdullah ibn Zeyd bir qab su gətizdirdi. Sonra qabı əyib əllərinə su tökdü və onları üç dəfə yudu, sonra əllərini qaba saldı və bir ovucla həm ağzını yaxaladı, həm də burnunun içini üç dəfə yudu, sonra əllərini qaba saldı və suyu ovuclayıb üç dəfə üzünü yudu. Sonra iki dəfə qollarını dirsəklərə qədər yudu, sonra əlləri ilə su götürüb əllərini irəli-geri aparıb gətirməklə başına məsh çəkdi, sonra ayaqlarını yudu və dedi: “Mən Peyğəmbərin ﷺ bu şəkildə dəstəmaz almasını görmüşəm”.”

Amr ibn Yəhya atasından
Buxari, 199 (Dəstəmaz, 65)Səhih

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا حَمَّادٌ عَنْ ثَابِتٍ عَنْ أَنَسٍ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ دَعَا بِإِنَاءٍ مِنْ مَاءٍ ، فَأُتِىَ بِقَدَحٍ رَحْرَاحٍ فِيهِ شَىْءٌ مِنْ مَاءٍ ، فَوَضَعَ أَصَابِعَهُ فِيهِ . قَالَ أَنَسٌ فَجَعَلْتُ أَنْظُرُ إِلَى الْمَاءِ يَنْبُعُ مِنْ بَيْنِ أَصَابِعِهِ ، قَالَ أَنَسٌ فَحَزَرْتُ مَنْ تَوَضَّأَ مَا بَيْنَ السَّبْعِينَ إِلَى الثَّمَانِينَ .

“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ bir qab su istədi. Ona içində bir az su olan ağzı geniş, çox da dərin olmayan bir qab gətirdilər. Peyğəmbər ﷺ barmaqlarını qabın içinə saldı”. Ənəs dedi: “Mən onun barmaqlarının arasından qaynayıb çıxan suya baxmağa başladım”. Ənəs dedi: “Güman edirəm ki, o sudan dəstəmaz alanların sayı yetmişlə səksən arasında idi”.”

Ənəs
Buxari, 200 (Dəstəmaz, 66)Səhih

حَدَّثَنَا أَبُو نُعَيْمٍ قَالَ حَدَّثَنَا مِسْعَرٌ قَالَ حَدَّثَنِى ابْنُ جَبْرٍ قَالَ سَمِعْتُ أَنَسًا يَقُولُ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَغْسِلُ - أَوْ كَانَ يَغْتَسِلُ - بِالصَّاعِ إِلَى خَمْسَةِ أَمْدَادٍ ، وَيَتَوَضَّأُ بِالْمُدِّ .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Peyğəmbər ﷺ bir saadan beş mudda qədər su ilə qüsl edər, bir mud su ilə də dəstəmaz alardı”.”

Ənəs
Buxari, 201 (Dəstəmaz, 67)Səhih

حَدَّثَنَا أَصْبَغُ بْنُ الْفَرَجِ الْمِصْرِىُّ عَنِ ابْنِ وَهْبٍ قَالَ حَدَّثَنِى عَمْرٌو حَدَّثَنِى أَبُو النَّضْرِ عَنْ أَبِى سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ عَنْ سَعْدِ بْنِ أَبِى وَقَّاصٍ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ مَسَحَ عَلَى الْخُفَّيْنِ . وَأَنَّ عَبْدَ اللَّهِ بْنَ عُمَرَ سَأَلَ عُمَرَ عَنْ ذَلِكَ فَقَالَ نَعَمْ إِذَا حَدَّثَكَ شَيْئًا سَعْدٌ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَلاَ تَسْأَلْ عَنْهُ غَيْرَهُ . وَقَالَ مُوسَى بْنُ عُقْبَةَ أَخْبَرَنِى أَبُو النَّضْرِ أَنَّ أَبَا سَلَمَةَ أَخْبَرَهُ أَنَّ سَعْدًا حَدَّثَهُ فَقَالَ عُمَرُ لِعَبْدِ اللَّهِ

“Səd ibn Əbu Vəqqas ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ xufların üzərinə məsh çəkdi. Abdullah ibn Ömər bu haqda Ömərdən soruşduqda o dedi: “Bəli, (elədir). Səd Peyğəmbərdən ﷺ sənə bir hədis danışsa, artıq bu haqda başqasından soruşma”.”

Səd ibn Əbu Vəqqas
Buxari, 202 (Dəstəmaz, 68)Səhih

حَدَّثَنَا عَمْرُو بْنُ خَالِدٍ الْحَرَّانِىُّ قَالَ حَدَّثَنَا اللَّيْثُ عَنْ يَحْيَى بْنِ سَعِيدٍ عَنْ سَعْدِ بْنِ إِبْرَاهِيمَ عَنْ نَافِعِ بْنِ جُبَيْرٍ عَنْ عُرْوَةَ بْنِ الْمُغِيرَةِ عَنْ أَبِيهِ الْمُغِيرَةِ بْنِ شُعْبَةَ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ خَرَجَ لِحَاجَتِهِ فَاتَّبَعَهُ الْمُغِيرَةُ بِإِدَاوَةٍ فِيهَا مَاءٌ ، فَصَبَّ عَلَيْهِ حِينَ فَرَغَ مِنْ حَاجَتِهِ ، فَتَوَضَّأَ وَمَسَحَ عَلَى الْخُفَّيْنِ .

“Muğira ibn Şubənin ﵁ oğlu rəvayət edir ki, Allah Elçisi ﷺ təbii ehtiyacını ödəmək üçün subaşına çıxıb qayıtdıqda Muğira su qabı ilə onun ardı ilə getdi və Allah Elçisinin ﷺ əlinə su tökdü. Allah Elçisi ﷺ də dəstəmaz aldı və xuflarının üzərinə məsh çəkdi”.”

Muğira ibn Şubə
Buxari, 203 (Dəstəmaz, 69)Səhih

حَدَّثَنَا أَبُو نُعَيْمٍ قَالَ حَدَّثَنَا شَيْبَانُ عَنْ يَحْيَى عَنْ أَبِى سَلَمَةَ عَنْ جَعْفَرِ بْنِ عَمْرِو بْنِ أُمَيَّةَ الضَّمْرِىِّ أَنَّ أَبَاهُ أَخْبَرَهُ أَنَّهُ رَأَى النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَمْسَحُ عَلَى الْخُفَّيْنِ . وَتَابَعَهُ حَرْبُ بْنُ شَدَّادٍ وَأَبَانُ عَنْ يَحْيَى .

“Rəvayət edilir ki, Amr ibn Umeyyə əd-Damri ﵁ Peyğəmbərin ﷺ xufların üzərinə məsh çəkdiyini görmüşdür.”

Cəfər ibn Amr ibn Umeyyə atasından
Buxari, 204 (Dəstəmaz, 70)Səhih

حَدَّثَنَا عَبْدَانُ قَالَ أَخْبَرَنَا عَبْدُ اللَّهِ قَالَ أَخْبَرَنَا الأَوْزَاعِىُّ عَنْ يَحْيَى عَنْ أَبِى سَلَمَةَ عَنْ جَعْفَرِ بْنِ عَمْرٍو عَنْ أَبِيهِ قَالَ رَأَيْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَمْسَحُ عَلَى عِمَامَتِهِ وَخُفَّيْهِ . وَتَابَعَهُ مَعْمَرٌ عَنْ يَحْيَى عَنْ أَبِى سَلَمَةَ عَنْ عَمْرٍو قَالَ رَأَيْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ .

“Rəvayət edilir ki, Amr ibn Umeyyə əd-Damri ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ əmmaməsinə və xuflarının üzərinə məsh çəkdiyini gördüm”.”

Cəfər ibn Amr atasından
Buxari, 205 (Dəstəmaz, 71)Səhih

حَدَّثَنَا أَبُو نُعَيْمٍ قَالَ حَدَّثَنَا زَكَرِيَّاءُ عَنْ عَامِرٍ عَنْ عُرْوَةَ بْنِ الْمُغِيرَةِ عَنْ أَبِيهِ قَالَ كُنْتُ مَعَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى سَفَرٍ ، فَأَهْوَيْتُ لأَنْزِعَ خُفَّيْهِ فَقَالَ « دَعْهُمَا ، فَإِنِّى أَدْخَلْتُهُمَا طَاهِرَتَيْنِ » . فَمَسَحَ عَلَيْهِمَا .

“Urva ibn Muğira atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən Peyğəmbər ﷺ ilə birlikdə səfərdə idim. Mən əyilib onun xuflarını çıxarmaq istədikdə: “Onlara toxunma! Mən onları ayaqlarım təmiz olduğu halda geyindim”– dedi və xufların üzərinə məsh çəkdi”.”

Urva ibn Muğira atasından
Buxari, 206 (Dəstəmaz, 72)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ زَيْدِ بْنِ أَسْلَمَ عَنْ عَطَاءِ بْنِ يَسَارٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَبَّاسٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَكَلَ كَتِفَ شَاةٍ ، ثُمَّ صَلَّى وَلَمْ يَتَوَضَّأْ .

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ bişmiş qoyunun kürəyindən yedi, sonra da dəstəmaz almadan namaz qıldı.”

İbn Abbas
Buxari, 207 (Dəstəmaz, 73)Səhih

حَدَّثَنَا يَحْيَى بْنُ بُكَيْرٍ قَالَ حَدَّثَنَا اللَّيْثُ عَنْ عُقَيْلٍ عَنِ ابْنِ شِهَابٍ قَالَ أَخْبَرَنِى جَعْفَرُ بْنُ عَمْرِو بْنِ أُمَيَّةَ أَنَّ أَبَاهُ أَخْبَرَهُ أَنَّهُ رَأَى رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَحْتَزُّ مِنْ كَتِفِ شَاةٍ ، فَدُعِىَ إِلَى الصَّلاَةِ فَأَلْقَى السِّكِّينَ فَصَلَّى وَلَمْ يَتَوَضَّأْ .

“Rəvayət edilir ki, Amr ibn Umeyyə əd-Damri ﵁ Allah Elçisinin ﷺ bişmiş qoyunun kürəyindən kəsib yediyini görmüşdür. O vaxt Allah Elçisi ﷺ namaza çağırıldıqda əlindəki bıçağı yerə qoyub dəstəmaz almadan namaz qılmışdır.”

Cəfər ibn Amr ibn Umeyyə atasından
Buxari, 208 (Dəstəmaz, 74)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ يَحْيَى بْنِ سَعِيدٍ عَنْ بُشَيْرِ بْنِ يَسَارٍ مَوْلَى بَنِى حَارِثَةَ أَنَّ سُوَيْدَ بْنَ النُّعْمَانِ أَخْبَرَهُ أَنَّهُ خَرَجَ مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَامَ خَيْبَرَ ، حَتَّى إِذَا كَانُوا بِالصَّهْبَاءِ - وَهِىَ أَدْنَى خَيْبَرَ - فَصَلَّى الْعَصْرَ ، ثُمَّ دَعَا بِالأَزْوَادِ ، فَلَمْ يُؤْتَ إِلاَّ بِالسَّوِيقِ ، فَأَمَرَ بِهِ فَثُرِّىَ ، فَأَكَلَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَأَكَلْنَا ، ثُمَّ قَامَ إِلَى الْمَغْرِبِ ، فَمَضْمَضَ وَمَضْمَضْنَا ، ثُمَّ صَلَّى وَلَمْ يَتَوَضَّأْ .

“Rəvayət edilir ki, Suveyd ibn Numən ﵁ Xeybər ilində Allah Elçisi ﷺ ilə birlikdə səfərə çıxdı. Gəlib Xeybərin yaxınlığında yerləşən Səhba adlı yerə çatdıqda Əsr namazını qıldırdı. Sonra yol üçün götürülmüş azuqəni gətirməyi buyurdu. Ona sıyıqdan başqa bir şey gətirmədilər. Allah Elçisi ﷺ səhabələrinə sıyığı islatmağı əmr etdi. Sonra həm Allah Elçisi ﷺ, həm də biz o sıyıqdan yedik. Sonra Allah Elçisi ﷺ Məğrib namazını qılmaq üçün ayağa qalxdı, ağzını yaxaladı. Biz də ağzımızı yaxaladıq. Sonra isə dəstəmaz almadan namaz qıldırdı.”

Suveyd ibn Numən
Buxari, 209 (Dəstəmaz, 75)Səhih

وَحَدَّثَنَا أَصْبَغُ قَالَ أَخْبَرَنَا ابْنُ وَهْبٍ قَالَ أَخْبَرَنِى عَمْرٌو عَنْ بُكَيْرٍ عَنْ كُرَيْبٍ عَنْ مَيْمُونَةَ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَكَلَ عِنْدَهَا كَتِفًا ، ثُمَّ صَلَّى وَلَمْ يَتَوَضَّأْ .

“Məymunə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ onun evində bişmiş qoyunun kürəyindən yedikdən sonra dəstəmaz almadan namaz qıldı.”

Məymunə
Buxari, 210 (Dəstəmaz, 76)Səhih

حَدَّثَنَا يَحْيَى بْنُ بُكَيْرٍ وَقُتَيْبَةُ قَالاَ حَدَّثَنَا اللَّيْثُ عَنْ عُقَيْلٍ عَنِ ابْنِ شِهَابٍ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ بْنِ عُتْبَةَ عَنِ ابْنِ عَبَّاسٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ شَرِبَ لَبَنًا ، فَمَضْمَضَ وَقَالَ « إِنَّ لَهُ دَسَمًا » . تَابَعَهُ يُونُسُ وَصَالِحُ بْنُ كَيْسَانَ عَنِ الزُّهْرِىِّ .

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ süd içdikdən sonra ağzını yaxaladı və: “Bu, yağlıdır”– dedi.”

İbn Abbas
Buxari, 211 (Dəstəmaz, 77)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ هِشَامٍ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا نَعَسَ أَحَدُكُمْ وَهُوَ يُصَلِّى فَلْيَرْقُدْ حَتَّى يَذْهَبَ عَنْهُ النَّوْمُ ، فَإِنَّ أَحَدَكُمْ إِذَا صَلَّى وَهُوَ نَاعِسٌ لاَ يَدْرِى لَعَلَّهُ يَسْتَغْفِرُ فَيَسُبَّ نَفْسَهُ » .

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Biriniz namaz qılarkən mürgüləyərsə, qoy yuxusu dağılıb gedənə qədər yatsın. Çünki o, yuxuladığı halda namaz qıldığı vaxt, ola bilər ki, özü də bilmədən bağışlanma diləmək əvəzinə özünü söysün”.”

Aişə
Buxari, 212 (Dəstəmaz, 78)Səhih

حَدَّثَنَا أَبُو مَعْمَرٍ قَالَ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ حَدَّثَنَا أَيُّوبُ عَنْ أَبِى قِلاَبَةَ عَنْ أَنَسٍ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا نَعَسَ أَحَدُكُمْ فِى الصَّلاَةِ فَلْيَنَمْ حَتَّى يَعْلَمَ مَا يَقْرَأُ » .

“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Sizdən biriniz namaz qılarkən mürgüləyərsə, qoy yatsın (ki, sonra namaz qıldıqda) nə oxuduğunu bilsin”.”

Ənəs
Buxari, 213 (Dəstəmaz, 79)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يُوسُفَ قَالَ حَدَّثَنَا سُفْيَانُ عَنْ عَمْرِو بْنِ عَامِرٍ قَالَ سَمِعْتُ أَنَسًا ح قَالَ وَحَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَحْيَى عَنْ سُفْيَانَ قَالَ حَدَّثَنِى عَمْرُو بْنُ عَامِرٍ عَنْ أَنَسٍ قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَتَوَضَّأُ عِنْدَ كُلِّ صَلاَةٍ . قُلْتُ كَيْفَ كُنْتُمْ تَصْنَعُونَ قَالَ يُجْزِئُ أَحَدَنَا الْوُضُوءُ مَا لَمْ يُحْدِثْ .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Peyğəmbər ﷺ hər namazdan əvvəl dəstəmaz alardı. Bizim hamımız dəstəmazı pozulana qədər bir dəstəmazla namaz qılardıq”.”

Ənəs
Buxari, 214 (Dəstəmaz, 80)Səhih

حَدَّثَنَا خَالِدُ بْنُ مَخْلَدٍ قَالَ حَدَّثَنَا سُلَيْمَانُ قَالَ حَدَّثَنِى يَحْيَى بْنُ سَعِيدٍ قَالَ أَخْبَرَنِى بُشَيْرُ بْنُ يَسَارٍ قَالَ أَخْبَرَنِى سُوَيْدُ بْنُ النُّعْمَانِ قَالَ خَرَجْنَا مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَامَ خَيْبَرَ ، حَتَّى إِذَا كُنَّا بِالصَّهْبَاءِ ، صَلَّى لَنَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الْعَصْرَ ، فَلَمَّا صَلَّى دَعَا بِالأَطْعِمَةِ ، فَلَمْ يُؤْتَ إِلاَّ بِالسَّوِيقِ ، فَأَكَلْنَا وَشَرِبْنَا ، ثُمَّ قَامَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى الْمَغْرِبِ فَمَضْمَضَ ، ثُمَّ صَلَّى لَنَا الْمَغْرِبَ وَلَمْ يَتَوَضَّأْ .

“Rəvayət edilir ki, Suveyd ibn Numan ﵁ demişdir: “Biz Xeybər ilində Allah Elçisi ﷺ ilə birlikdə səfərə çıxdıq. Gəlib Səhba adlı yerə çatdıqda Allah Elçisi ﷺ bizə Əsr namazını qıldırdı. Namazıdan sonra yola götürülmüş azuqəni gətirməyi buyurdu. Ona sıyıqdan başqa bir şey gətirmədilər. Yeyib-içdikdən sonra Allah Elçisi ﷺ Məğrib namazını qılmaq üçün ayağa qalxdı, ağzını yaxaladı, sonra da dəstəmaz almadan bizə Məğrib namazını qıldırdı”.”

Suveyd ibn Numan
Buxari, 215 (Dəstəmaz, 81)Səhih

حَدَّثَنَا عُثْمَانُ قَالَ حَدَّثَنَا جَرِيرٌ عَنْ مَنْصُورٍ عَنْ مُجَاهِدٍ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ مَرَّ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِحَائِطٍ مِنْ حِيطَانِ الْمَدِينَةِ أَوْ مَكَّةَ ، فَسَمِعَ صَوْتَ إِنْسَانَيْنِ يُعَذَّبَانِ فِى قُبُورِهِمَا ، فَقَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « يُعَذَّبَانِ ، وَمَا يُعَذَّبَانِ فِى كَبِيرٍ » ، ثُمَّ قَالَ « بَلَى ، كَانَ أَحَدُهُمَا لاَ يَسْتَتِرُ مِنْ بَوْلِهِ ، وَكَانَ الآخَرُ يَمْشِى بِالنَّمِيمَةِ » . ثُمَّ دَعَا بِجَرِيدَةٍ فَكَسَرَهَا كِسْرَتَيْنِ ، فَوَضَعَ عَلَى كُلِّ قَبْرٍ مِنْهُمَا كِسْرَةً . فَقِيلَ لَهُ يَا رَسُولَ اللَّهِ لِمَ فَعَلْتَ هَذَا قَالَ « لَعَلَّهُ أَنْ يُخَفَّفَ عَنْهُمَا مَا لَمْ تَيْبَسَا أَوْ إِلَى أَنْ يَيْبَسَا » .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ Mədinə (və ya Məkkə) bostanlarından birinin yanından keçərkən qəbirlərində əzab çəkən iki adamın səsini eşitdi. Peyğəmbər ﷺ buyurdu: “(Bunlar) əzab çəkirlər, amma böyük bir şeyə görə əzab çəkmirlər”. Sonra bunun səbəbini bildirərək dedi: “Bəli, bunlardan biri sidikdən qorunmazdı, digəri isə söz gəzdirərdi”. Sonra o, bir xurma budağı gətirməyi əmr etdi. Budağı iki yerə böldü, hər qəbirin üstünə bir yarısını sancdı. Ondan: “Ey Allahın Elçisi, nə üçün belə etdin?”– deyə soruşdular. O dedi: “Ola bilsin ki, bunlar quruyanadək onların əzabı yüngülləşsin”.”

İbn Abbas
Buxari, 216 (Dəstəmaz, 82)Səhih

حَدَّثَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ قَالَ حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ إِبْرَاهِيمَ قَالَ حَدَّثَنِى رَوْحُ بْنُ الْقَاسِمِ قَالَ حَدَّثَنِى عَطَاءُ بْنُ أَبِى مَيْمُونَةَ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا تَبَرَّزَ لِحَاجَتِهِ أَتَيْتُهُ بِمَاءٍ فَيَغْسِلُ بِهِ .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Peyğəmbər ﷺ təbii ehtiyacını ödəmək üçün bayıra çıxdıqda mən ona su gətirər, o da su ilə yuyunardı”.”

Ənəs ibn Malik
Buxari, 217 (Dəstəmaz, 83)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى قَالَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ خَازِمٍ قَالَ حَدَّثَنَا الأَعْمَشُ عَنْ مُجَاهِدٍ عَنْ طَاوُسٍ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ مَرَّ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِقَبْرَيْنِ فَقَالَ « إِنَّهُمَا لَيُعَذَّبَانِ ، وَمَا يُعَذَّبَانِ فِى كَبِيرٍ أَمَّا أَحَدُهُمَا فَكَانَ لاَ يَسْتَتِرُ مِنَ الْبَوْلِ ، وَأَمَّا الآخَرُ فَكَانَ يَمْشِى بِالنَّمِيمَةِ » . ثُمَّ أَخَذَ جَرِيدَةً رَطْبَةً ، فَشَقَّهَا نِصْفَيْنِ ، فَغَرَزَ فِى كُلِّ قَبْرٍ وَاحِدَةً . قَالُوا يَا رَسُولَ اللَّهِ ، لِمَ فَعَلْتَ هَذَا قَالَ « لَعَلَّهُ يُخَفَّفُ عَنْهُمَا مَا لَمْ يَيْبَسَا » . قَالَ ابْنُ الْمُثَنَّى وَحَدَّثَنَا وَكِيعٌ قَالَ حَدَّثَنَا الأَعْمَشُ قَالَ سَمِعْتُ مُجَاهِدًا مِثْلَهُ « يَسْتَتِرُ مِنْ بَوْلِهِ » .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ iki qəbirin yanından keçərkən buyurdu: “(Bunlar) əzab çəkirlər, amma böyük bir şeyə görə əzab çəkmirlər. Bunlardan biri sidikdən qorunmazdı, digəri isə söz gəzdirərdi”. Sonra o, yaş xurma budağı götürdü, onu iki yerə böldü və hər qəbrin üstünə birini sancdı. Ondan: “Ey Allahın Elçisi, nə üçün belə etdin?”– deyə soruşdular. O dedi: “Ola bilsin ki, bunlar quruyanadək onların əzabı yüngülləşsin”.”

İbn Abbas
Buxari, 218 (Dəstəmaz, 84)Səhih

حَدَّثَنَا مُوسَى بْنُ إِسْمَاعِيلَ قَالَ حَدَّثَنَا هَمَّامٌ أَخْبَرَنَا إِسْحَاقُ عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ رَأَى أَعْرَابِيًّا يَبُولُ فِى الْمَسْجِدِ فَقَالَ « دَعُوهُ » . حَتَّى إِذَا فَرَغَ دَعَا بِمَاءٍ فَصَبَّهُ عَلَيْهِ .

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ bir bədəvinin məsciddə kiçik subaşına çıxdığını gördü və buyurdu: “Buraxın onu!” Nəhayət, o, işini qurtardıqdan sonra bir qədər su istədi və onun sidiyinin üzərinə tökdü.”

Ənəs ibn Malik
Buxari, 219 (Dəstəmaz, 85)Səhih

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى عُبَيْدُ اللَّهِ بْنُ عَبْدِ اللَّهِ بْنِ عُتْبَةَ بْنِ مَسْعُودٍ أَنَّ أَبَا هُرَيْرَةَ قَالَ قَامَ أَعْرَابِىٌّ فَبَالَ فِى الْمَسْجِدِ فَتَنَاوَلَهُ النَّاسُ ، فَقَالَ لَهُمُ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « دَعُوهُ وَهَرِيقُوا عَلَى بَوْلِهِ سَجْلاً مِنْ مَاءٍ ، أَوْ ذَنُوبًا مِنْ مَاءٍ ، فَإِنَّمَا بُعِثْتُمْ مُيَسِّرِينَ ، وَلَمْ تُبْعَثُوا مُعَسِّرِينَ » .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir bədəvi gəlib məsciddə kiçik subaşına çıxdı. Camaat qalxıb onu tənbeh etdikdə Peyğəmbər ﷺ buyurdu: “Buraxın onu! Sidiyinin üzərinə də bir qab (və ya bir çəllək) su tökün. Siz çətinləşdirən deyil, asanlaşdıran olaraq göndərilmisiniz”.”

Əbu Hureyra
Buxari, 220 (Dəstəmaz, 86)Səhih

حَدَّثَنَا خَالِدٌ قَالَ حَدَّثَنَا سُلَيْمَانُ عَنْ يَحْيَى بْنِ سَعِيدٍ قَالَ سَمِعْتُ أَنَسَ بْنَ مَالِكٍ قَالَ جَاءَ أَعْرَابِىٌّ فَبَالَ فِى طَائِفَةِ الْمَسْجِدِ ، فَزَجَرَهُ النَّاسُ ، فَنَهَاهُمُ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، فَلَمَّا قَضَى بَوْلَهُ أَمَرَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِذَنُوبٍ مِنْ مَاءٍ ، فَأُهْرِيقَ عَلَيْهِ .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Bir bədəvi gəlib məscidin bir tərəfinə kiçik subaşına çıxdı. İnsanlar yüksək səslə onu danlamağa başlayanda Peyğəmbər ﷺ onların belə etməsini qadağan etdi. Bədəvi işini qurtardıqdan sonra Peyğəmbər ﷺ bir dolu qab su istədi və bu su sidiyin üzərinə töküldü”.”

Ənəs ibn Malik
Buxari, 221 (Dəstəmaz, 87)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ أُمِّ الْمُؤْمِنِينَ أَنَّهَا قَالَتْ أُتِىَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِصَبِىٍّ ، فَبَالَ عَلَى ثَوْبِهِ ، فَدَعَا بِمَاءٍ فَأَتْبَعَهُ إِيَّاهُ .

“Rəvayət edilir ki, möminlərin anası Aişə ﵂ demişdir: “Allah Elçisinə ﷺ körpə bir uşaq gətirdilər. Uşaq onun paltarına sidik ifraz etdi. Allah Elçisi ﷺ su gətizdirib paltarının üzərinə tökdü”.”

Aişə
Buxari, 222 (Dəstəmaz, 88)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنِ ابْنِ شِهَابٍ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ بْنِ عُتْبَةَ عَنْ أُمِّ قَيْسٍ بِنْتِ مِحْصَنٍ أَنَّهَا أَتَتْ بِابْنٍ لَهَا صَغِيرٍ ، لَمْ يَأْكُلِ الطَّعَامَ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، فَأَجْلَسَهُ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى حِجْرِهِ ، فَبَالَ عَلَى ثَوْبِهِ ، فَدَعَا بِمَاءٍ فَنَضَحَهُ وَلَمْ يَغْسِلْهُ .

“Rəvayət edilir ki, Ummu Qeys bint Mihsan ﵂ hələ yemək yeməyən (südəmər) oğlunu Allah Elçisinin ﷺ yanına gətirdi. Allah Elçisi ﷺ körpəni qucağında otuzdurdu, uşaq isə onun paltarına sidik ifraz etdi. Allah Elçisi ﷺ su gətizdirib ondan paltarının üstünə səpdi və onu yumadı.”

Ummu Qeys bint Mihsan
Buxari, 223 (Dəstəmaz, 89)Səhih

حَدَّثَنَا آدَمُ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنِ الأَعْمَشِ عَنْ أَبِى وَائِلٍ عَنْ حُذَيْفَةَ قَالَ أَتَى النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سُبَاطَةَ قَوْمٍ فَبَالَ قَائِمًا ، ثُمَّ دَعَا بِمَاءٍ ، فَجِئْتُهُ بِمَاءٍ فَتَوَضَّأَ .

“Rəvayət edilir ki, Huzeyfə ﵁ demişdir: “Peyğəmbər ﷺ bir qövmün zibilxanasına gəlib orada ayaq üstə subaşına çıxdı. Sonra su gətirməyi əmr etdi. Mən ona su gətirdim və o, dəstəmaz aldı”.”

Huzeyfə
Buxari, 224 (Dəstəmaz, 90)Səhih

حَدَّثَنَا عُثْمَانُ بْنُ أَبِى شَيْبَةَ قَالَ حَدَّثَنَا جَرِيرٌ عَنْ مَنْصُورٍ عَنْ أَبِى وَائِلٍ عَنْ حُذَيْفَةَ قَالَ رَأَيْتُنِى أَنَا وَالنَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ نَتَمَاشَى ، فَأَتَى سُبَاطَةَ قَوْمٍ خَلْفَ حَائِطٍ ، فَقَامَ كَمَا يَقُومُ أَحَدُكُمْ فَبَالَ ، فَانْتَبَذْتُ مِنْهُ ، فَأَشَارَ إِلَىَّ فَجِئْتُهُ ، فَقُمْتُ عِنْدَ عَقِبِهِ حَتَّى فَرَغَ .

“Rəvayət edilir ki, Huzeyfə ﵁ demişdir: “Mən Peyğəmbərlə ﷺ birlikdə piyada gəzirdim. Peyğəmbər ﷺ bir qövmün divar arxasında olan zibilxanasına gəlib orada hamımızın ayaq üstə durması kimi durub subaşına çıxdı. Mən kənara çəkildim. O məni işarə ilə yanına çağırdı. O, subaşına çıxıb qurtaranadək mən onun arxa tərəfində dayandım”.”

Huzeyfə
Buxari, 225 (Dəstəmaz, 91)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَرْعَرَةَ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ مَنْصُورٍ عَنْ أَبِى وَائِلٍ قَالَ كَانَ أَبُو مُوسَى الأَشْعَرِىُّ يُشَدِّدُ فِى الْبَوْلِ وَيَقُولُ إِنَّ بَنِى إِسْرَائِيلَ كَانَ إِذَا أَصَابَ ثَوْبَ أَحَدِهِمْ قَرَضَهُ . فَقَالَ حُذَيْفَةُ لَيْتَهُ أَمْسَكَ ، أَتَى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سُبَاطَةَ قَوْمٍ فَبَالَ قَائِمًا .

“Rəvayət edilir ki, Əbu Vail ﵀ demişdir: “Əbu Musa əl-Əşari sidik sıçramalarından çox çəkinər və deyərdi: “Həqiqətən, İsrail övladlarından birinin paltarına sidik düşərdisə, həmin yeri qayçı ilə kəsərdi”. (Bunu eşidən) Huzeyfə dedi: “Kaş o, belə şiddətli davranışdan uzaq olaydı. Allah Elçisi ﷺ bir qövmün zibilxanasına gəlmiş və ayaq üstə subaşına çıxmışdı”.”

Əbu Vail
Buxari, 226 (Dəstəmaz, 92)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى قَالَ حَدَّثَنَا يَحْيَى عَنْ هِشَامٍ قَالَ حَدَّثَتْنِى فَاطِمَةُ عَنْ أَسْمَاءَ قَالَتْ جَاءَتِ امْرَأَةٌ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَتْ أَرَأَيْتَ إِحْدَانَا تَحِيضُ فِى الثَّوْبِ كَيْفَ تَصْنَعُ قَالَ « تَحُتُّهُ ، ثُمَّ تَقْرُصُهُ بِالْمَاءِ ، وَتَنْضَحُهُ وَتُصَلِّى فِيهِ » .

“Rəvayət edilir ki, Əsma ﵂ demişdir: “Bir qadın Peyğəmbərin ﷺ yanına gəlib soruşdu: “Bizdən birimizin paltarına heyz qanı bulaşdıqda o, nə etməlidir?” Peyğəmbər ﷺ buyurdu: “Onu (əli ilə) ovxalasın, sonra suya salıb yaxşı-yaxşı yusun, sonra üstünə su çiləsin və onunla namaz qılsın”.”

Əsma
Buxari, 227 (Dəstəmaz, 93)Səhih

حَدَّثَنَا مُحَمَّدٌ قَالَ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ حَدَّثَنَا هِشَامُ بْنُ عُرْوَةَ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ قَالَتْ جَاءَتْ فَاطِمَةُ ابْنَةُ أَبِى حُبَيْشٍ إِلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَتْ يَا رَسُولَ اللَّهِ إِنِّى امْرَأَةٌ أُسْتَحَاضُ فَلاَ أَطْهُرُ ، أَفَأَدَعُ الصَّلاَةَ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ ، إِنَّمَا ذَلِكِ عِرْقٌ ، وَلَيْسَ بِحَيْضٍ ، فَإِذَا أَقْبَلَتْ حَيْضَتُكِ فَدَعِى الصَّلاَةَ ، وَإِذَا أَدْبَرَتْ فَاغْسِلِى عَنْكِ الدَّمَ ثُمَّ صَلِّى » . قَالَ وَقَالَ أَبِى « ثُمَّ تَوَضَّئِى لِكُلِّ صَلاَةٍ ، حَتَّى يَجِىءَ ذَلِكَ الْوَقْتُ » .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Fatimə bint Əbu Hubeyş Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi! Məndən davamlı olaraq qan gəlir deyə mən heç cür təmiz ola bilmirəm. Buna görə namazı buraxa bilərəmmi?” Allah Elçisi ﷺ buyurdu: “Xeyr, bu heyz deyil, sadəcə damar qanıdır. Heyz qanı gəldikdə namaz qılma, heyz (vaxtı) başa çatdıqda isə qandan təmizlənərək qüsl al və namaz qıl”. Peyğəmbər ﷺ davam edərək buyurdu: “(Növbəti heyz) vaxtı gələnə qədər hər namaz üçün dəstəmaz al”.”

Aişə
Buxari, 228 (Dəstəmaz, 94)Səhih

حَدَّثَنَا عَبْدَانُ قَالَ أَخْبَرَنَا عَبْدُ اللَّهِ قَالَ أَخْبَرَنَا عَمْرُو بْنُ مَيْمُونٍ الْجَزَرِىُّ عَنْ سُلَيْمَانَ بْنِ يَسَارٍ عَنْ عَائِشَةَ قَالَتْ كُنْتُ أَغْسِلُ الْجَنَابَةَ مِنْ ثَوْبِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، فَيَخْرُجُ إِلَى الصَّلاَةِ ، وَإِنَّ بُقَعَ الْمَاءِ فِى ثَوْبِهِ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Peyğəmbərin ﷺ paltarına bulaşmış mənini yuyar, sonra o, paltarında su ləkələri olduğu halda namaza çıxardı”.”

Aişə
Buxari, 229 (Dəstəmaz, 95)Səhih

حَدَّثَنَا قُتَيْبَةُ قَالَ حَدَّثَنَا يَزِيدُ قَالَ حَدَّثَنَا عَمْرٌو عَنْ سُلَيْمَانَ قَالَ سَمِعْتُ عَائِشَةَ ح وَحَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا عَبْدُ الْوَاحِدِ قَالَ حَدَّثَنَا عَمْرُو بْنُ مَيْمُونٍ عَنْ سُلَيْمَانَ بْنِ يَسَارٍ قَالَ سَأَلْتُ عَائِشَةَ عَنِ الْمَنِىِّ يُصِيبُ الثَّوْبَ فَقَالَتْ كُنْتُ أَغْسِلُهُ مِنْ ثَوْبِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، فَيَخْرُجُ إِلَى الصَّلاَةِ وَأَثَرُ الْغَسْلِ فِى ثَوْبِهِ بُقَعُ الْمَاءِ .

“Rəvayət edilir ki, Süleyman ibn Yəsar ﵀ demişdir: “Mən Aişəyə paltara bulaşan məni haqda sual verdim. O dedi: “Mən onu Allah Elçisinin ﷺ paltarından yuyub təmizləyərdim. O da paltarında yuduğumun izləri qala-qala namaz qılmağa gedərdi”.”

Süleyman ibn Yəsar
Buxari, 230 (Dəstəmaz, 96)Səhih

حَدَّثَنَا مُوسَى قَالَ حَدَّثَنَا عَبْدُ الْوَاحِدِ قَالَ حَدَّثَنَا عَمْرُو بْنُ مَيْمُونٍ قَالَ سَأَلْتُ سُلَيْمَانَ بْنَ يَسَارٍ فِى الثَّوْبِ تُصِيبُهُ الْجَنَابَةُ قَالَ قَالَتْ عَائِشَةُ كُنْتُ أَغْسِلُهُ مِنْ ثَوْبِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، ثُمَّ يَخْرُجُ إِلَى الصَّلاَةِ وَأَثَرُ الْغَسْلِ فِيهِ بُقَعُ الْمَاءِ .

“Rəvayət edilir ki, Amr ibn Məymun ﵀ demişdir: “Mən Süleyman ibn Yəsardan paltara cənabətdən dəyən ləkələr haqda soruşdum. O dedi ki, Aişə belə demişdir: “Mən onu Allah Elçisinin ﷺ paltarından yuyar, ondan sonra o da paltarında yuduğumun izləri qala-qala namaz qılmağa gedərdi”.”

Amr ibn Məymun
Buxari, 231 (Dəstəmaz, 97)Səhih

حَدَّثَنَا عَمْرُو بْنُ خَالِدٍ قَالَ حَدَّثَنَا زُهَيْرٌ قَالَ حَدَّثَنَا عَمْرُو بْنُ مَيْمُونِ بْنِ مِهْرَانَ عَنْ سُلَيْمَانَ بْنِ يَسَارٍ عَنْ عَائِشَةَ أَنَّهَا كَانَتْ تَغْسِلُ الْمَنِىَّ مِنْ ثَوْبِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، ثُمَّ أَرَاهُ فِيهِ بُقْعَةً أَوْ بُقَعًا .

“Süleyman ibn Yəsar ﵀ rəvayət edir ki, Aişə Peyğəmbərin ﷺ paltarından mənini yuduqda o paltarda su ləkəsi (və ya su ləkələri) olurdu.”

Süleyman ibn Yəsar
Buxari, 232 (Dəstəmaz, 98)Səhih

حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ قَالَ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ عَنْ أَيُّوبَ عَنْ أَبِى قِلاَبَةَ عَنْ أَنَسٍ قَالَ قَدِمَ أُنَاسٌ مِنْ عُكْلٍ أَوْ عُرَيْنَةَ ، فَاجْتَوَوُا الْمَدِينَةَ ، فَأَمَرَهُمُ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِلِقَاحٍ ، وَأَنْ يَشْرَبُوا مِنْ أَبْوَالِهَا وَأَلْبَانِهَا ، فَانْطَلَقُوا ، فَلَمَّا صَحُّوا قَتَلُوا رَاعِىَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَاسْتَاقُوا النَّعَمَ ، فَجَاءَ الْخَبَرُ فِى أَوَّلِ النَّهَارِ ، فَبَعَثَ فِى آثَارِهِمْ ، فَلَمَّا ارْتَفَعَ النَّهَارُ جِىءَ بِهِمْ ، فَأَمَرَ فَقَطَعَ أَيْدِيَهُمْ وَأَرْجُلَهُمْ ، وَسُمِرَتْ أَعْيُنُهُمْ ، وَأُلْقُوا فِى الْحَرَّةِ يَسْتَسْقُونَ فَلاَ يُسْقَوْنَ . قَالَ أَبُو قِلاَبَةَ فَهَؤُلاَءِ سَرَقُوا وَقَتَلُوا وَكَفَرُوا بَعْدَ إِيمَانِهِمْ ، وَحَارَبُوا اللَّهَ وَرَسُولَهُ .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Ukəl və ya Ureynə qəbiləsindən olan bir dəstə (Peyğəmbərin ﷺ yanına) gəldi. (Xəstə olduqları üçün) Mədinədə qalmaq istəmədilər. Peyğəmbər ﷺ onlara sağmal dəvələrin olduğu yerə gedib onların sidiyindən və südündən içməyi buyurdu. Onlar (Peyğəmbərin ﷺ dediyi yerə) getdilər. Elə ki sağaldılar, Peyğəmbərin ﷺ çobanını öldürüb dəvələri sürüb apardılar. Bu xəbər günün əvvəlində Mədinəyə gəlib çatdı. Peyğəmbər ﷺ onların ardınca (bir dəstə) adam göndərdi. Günorta onları Mədinəyə gətirdilər. Peyğəmbər ﷺ onların əllərini və ayaqlarını kəsdirdi. (Sonra) onların gözlərini çıxartdılar, özlərini də Hərraya atdılar. Onlar su istəyirdilər, lakin (ölənədək) onlara su verilmədi”. Əbu Qilabə dedi: “Onlar oğurluq etmişdilər, insan öldürmüşdülər, iman etdikdən sonra kafir olmuşdular. Belə şeylər etməklə Allaha və Onun Elçisinə ﷺ qarşı hərb etmişdilər”.”

Ənəs
Buxari, 233 (Dəstəmaz, 99)Səhih

حَدَّثَنَا آدَمُ قَالَ حَدَّثَنَا شُعْبَةُ قَالَ أَخْبَرَنَا أَبُو التَّيَّاحِ يَزِيدُ بْنُ حُمَيْدٍ عَنْ أَنَسٍ قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى قَبْلَ أَنْ يُبْنَى الْمَسْجِدُ فِى مَرَابِضِ الْغَنَمِ .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Məscid tikilməmişdən əvvəl Peyğəmbər ﷺ qoyun ağıllarında namaz qılardı”.”

Ənəs
Buxari, 234 (Dəstəmaz, 100)Səhih

حَدَّثَنَا إِسْمَاعِيلُ قَالَ حَدَّثَنِى مَالِكٌ عَنِ ابْنِ شِهَابٍ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ عَنِ ابْنِ عَبَّاسٍ عَنْ مَيْمُونَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سُئِلَ عَنْ فَأْرَةٍ سَقَطَتْ فِى سَمْنٍ فَقَالَ « أَلْقُوهَا وَمَا حَوْلَهَا فَاطْرَحُوهُ . وَكُلُوا سَمْنَكُمْ » .

“Məymunə ﵂ rəvayət edir ki, Allah Elçisindən ﷺ yağın içinə düşmüş siçan barəsində soruşdular. O buyurdu: “Siçanı və onun ətrafındakı yağı atın, yerdə qalanını isə yeyin!””

Məymunə
Buxari, 235 (Dəstəmaz, 101)Səhih

حَدَّثَنَا عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنَا مَعْنٌ قَالَ حَدَّثَنَا مَالِكٌ عَنِ ابْنِ شِهَابٍ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ بْنِ عُتْبَةَ بْنِ مَسْعُودٍ عَنِ ابْنِ عَبَّاسٍ عَنْ مَيْمُونَةَ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سُئِلَ عَنْ فَأْرَةٍ سَقَطَتْ فِى سَمْنٍ فَقَالَ « خُذُوهَا وَمَا حَوْلَهَا فَاطْرَحُوهُ » . قَالَ مَعْنٌ حَدَّثَنَا مَالِكٌ مَا لاَ أُحْصِيهِ يَقُولُ عَنِ ابْنِ عَبَّاسٍ عَنْ مَيْمُونَةَ .

“Məymunə ﵂ rəvayət edir ki, Allah Elçisindən ﷺ yağın içinə düşmüş siçan barəsində soruşdular. O buyurdu: “Siçanı və onun ətrafındakı yağı atın!””

Məymunə
Buxari, 236 (Dəstəmaz, 102)Səhih

حَدَّثَنَا أَحْمَدُ بْنُ مُحَمَّدٍ قَالَ أَخْبَرَنَا عَبْدُ اللَّهِ قَالَ أَخْبَرَنَا مَعْمَرٌ عَنْ هَمَّامِ بْنِ مُنَبِّهٍ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « كُلُّ كَلْمٍ يُكْلَمُهُ الْمُسْلِمُ فِى سَبِيلِ اللَّهِ يَكُونُ يَوْمَ الْقِيَامَةِ كَهَيْئَتِهَا إِذْ طُعِنَتْ ، تَفَجَّرُ دَمًا ، اللَّوْنُ لَوْنُ الدَّمِ ، وَالْعَرْفُ عَرْفُ الْمِسْكِ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Müsəlmanın Allah yolunda aldığı hər bir yara Qiyamət günü, (ilk dəfə) açıldığı vaxtda olduğu kimi (həmin yaradan) qan fışqıracaq; rəngi qan rəngi, qoxusu isə müşk qoxusu olacaqdır”.”

Əbu Hureyra
Buxari, 237 (Dəstəmaz, 103)Səhih

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ قَالَ أَخْبَرَنَا أَبُو الزِّنَادِ أَنَّ عَبْدَ الرَّحْمَنِ بْنَ هُرْمُزَ الأَعْرَجَ حَدَّثَهُ أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ أَنَّهُ سَمِعَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « نَحْنُ الآخِرُونَ السَّابِقُونَ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Biz sonuncular olsaq da, (Qiyamət günü) birinci olacağıq”.”

Əbu Hureyra
Buxari, 238 (Dəstəmaz, 104)Səhih

وَبِإِسْنَادِهِ قَالَ « لاَ يَبُولَنَّ أَحَدُكُمْ فِى الْمَاءِ الدَّائِمِ الَّذِى لاَ يَجْرِى ، ثُمَّ يَغْتَسِلُ فِيهِ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Heç kim durğun suya sidiyə çıxmasın, çünki sonra ondan yuyunmaq üçün istifadə edəcək”.”

Əbu Hureyra
Buxari, 239 (Dəstəmaz, 105)Səhih

حَدَّثَنَا عَبْدَانُ قَالَ أَخْبَرَنِى أَبِى عَنْ شُعْبَةَ عَنْ أَبِى إِسْحَاقَ عَنْ عَمْرِو بْنِ مَيْمُونٍ عَنْ عَبْدِ اللَّهِ قَالَ بَيْنَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سَاجِدٌ ح قَالَ وَحَدَّثَنِى أَحْمَدُ بْنُ عُثْمَانَ قَالَ حَدَّثَنَا شُرَيْحُ بْنُ مَسْلَمَةَ قَالَ حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ يُوسُفَ عَنْ أَبِيهِ عَنْ أَبِى إِسْحَاقَ قَالَ حَدَّثَنِى عَمْرُو بْنُ مَيْمُونٍ أَنَّ عَبْدَ اللَّهِ بْنَ مَسْعُودٍ حَدَّثَهُ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُصَلِّى عِنْدَ الْبَيْتِ ، وَأَبُو جَهْلٍ وَأَصْحَابٌ لَهُ جُلُوسٌ ، إِذْ قَالَ بَعْضُهُمْ لِبَعْضٍ أَيُّكُمْ يَجِىءُ بِسَلَى جَزُورِ بَنِى فُلاَنٍ فَيَضَعُهُ عَلَى ظَهْرِ مُحَمَّدٍ إِذَا سَجَدَ فَانْبَعَثَ أَشْقَى الْقَوْمِ فَجَاءَ بِهِ ، فَنَظَرَ حَتَّى إِذَا سَجَدَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَضَعَهُ عَلَى ظَهْرِهِ بَيْنَ كَتِفَيْهِ وَأَنَا أَنْظُرُ ، لاَ أُغَيِّرُ شَيْئًا ، لَوْ كَانَ لِى مَنْعَةٌ . قَالَ فَجَعَلُوا يَضْحَكُونَ وَيُحِيلُ بَعْضُهُمْ عَلَى بَعْضٍ ، وَرَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سَاجِدٌ لاَ يَرْفَعُ رَأْسَهُ ، حَتَّى جَاءَتْهُ فَاطِمَةُ ، فَطَرَحَتْ عَنْ ظَهْرِهِ ، فَرَفَعَ رَأْسَهُ ثُمَّ قَالَ « اللَّهُمَّ عَلَيْكَ بِقُرَيْشٍ » . ثَلاَثَ مَرَّاتٍ ، فَشَقَّ عَلَيْهِمْ إِذْ دَعَا عَلَيْهِمْ - قَالَ وَكَانُوا يُرَوْنَ أَنَّ الدَّعْوَةَ فِى ذَلِكَ الْبَلَدِ مُسْتَجَابَةٌ - ثُمَّ سَمَّى « اللَّهُمَّ عَلَيْكَ بِأَبِى جَهْلٍ ، وَعَلَيْكَ بِعُتْبَةَ بْنِ رَبِيعَةَ ، وَشَيْبَةَ بْنِ رَبِيعَةَ ، وَالْوَلِيدِ بْنِ عُتْبَةَ ، وَأُمَيَّةَ بْنِ خَلَفٍ ، وَعُقْبَةَ بْنِ أَبِى مُعَيْطٍ » . وَعَدَّ السَّابِعَ فَلَمْ يَحْفَظْهُ قَالَ فَوَالَّذِى نَفْسِى بِيَدِهِ ، لَقَدْ رَأَيْتُ الَّذِينَ عَدَّ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ صَرْعَى فِى الْقَلِيبِ قَلِيبِ بَدْرٍ .

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Peyğəmbər ﷺ Kəbənin yanında namaz qılarkən Əbu Cəhl və onun dostları (yaxınlıqda olan bir yerdə) oturmuşdular. Onlardan biri digərlərinə dedi: “Hansınız filan tayfanın kəsdiyi dişi dəvənin döl qişasını gətirib Muhəmməd səcdə edərkən onun belinə qoya bilər?” Onların ən bədbəxti gedib onu gətirdi və bir az gözlədi. Peyğəmbər ﷺ səcdə etdikdə onu Peyğəmbərin ﷺ belinə – kürəklərinin arasına qoydu. Mən bunu görürdüm, lakin qarşısını almağa qadir deyildim. Kaş bunun qarşısını ala biləcək qədər gücüm olaydı. Onlar (barmaqla) bir-birinə işarə edərək gülməyə başladılar. Allah Elçisi ﷺ isə səcdədən başını qaldırmırdı. Sonra Fatimə onun yanına gəldi və (içalatı) onun belindən götürüb kənara atdı. Allah Elçisi ﷺ başını qaldırdı və namazı bitirdikdən sonra üç dəfə: “Allahım, Qureyşin cəzasını ver!”– dedi. Allah Elçisinin ﷺ bəddua etməsi onlara pis təsir etdi, çünki onlar bu şəhərdə edilən bədduanın qəbul olunacağına inanırdılar. Sonra Allah Elçisi ﷺ onların adlarını bir-bir sayaraq belə dua etdi: “Allahım, Əbu Cəhlin cəzasını ver! Utbə ibn Rabianın, Şeybə ibn Rabianın, Vəlid ibn Utbənin, Umeyyə ibn Xələfin və Uqbə ibn Əbu Muitin cəzasını ver!” İbn Məsud yeddincisinin də adını çəkdi, lakin (ravi) bunu yadda saxlaya bilməmişdi. Abdullah ibn Məsud deyir: “Canım Əlində Olana and olsun ki, Allah Elçisinin ﷺ adlarını çəkdiyi kəsləri Bədr quyularından birində yerə sərilmiş gördüm”.”

Abdullah ibn Məsud
Buxari, 240 (Dəstəmaz, 106)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يُوسُفَ قَالَ حَدَّثَنَا سُفْيَانُ عَنْ حُمَيْدٍ عَنْ أَنَسٍ قَالَ بَزَقَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى ثَوْبِهِ . طَوَّلَهُ ابْنُ أَبِى مَرْيَمَ قَالَ أَخْبَرَنَا يَحْيَى بْنُ أَيُّوبَ حَدَّثَنِى حُمَيْدٌ قَالَ سَمِعْتُ أَنَسًا عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Peyğəmbər ﷺ paltarının iç tərəfinə tüpürdü”.”

Ənəs
Buxari, 241 (Dəstəmaz, 107)Səhih

حَدَّثَنَا عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنَا سُفْيَانُ قَالَ حَدَّثَنَا الزُّهْرِىُّ عَنْ أَبِى سَلَمَةَ عَنْ عَائِشَةَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « كُلُّ شَرَابٍ أَسْكَرَ فَهُوَ حَرَامٌ » .

“Aişə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Bütün sərxoşluk verən içkilər haramdır”.”

Aişə
Buxari, 242 (Dəstəmaz, 108)Səhih

حَدَّثَنَا مُحَمَّدٌ قَالَ أَخْبَرَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ عَنْ أَبِى حَازِمٍ سَمِعَ سَهْلَ بْنَ سَعْدٍ السَّاعِدِىَّ ، وَسَأَلَهُ النَّاسُ وَمَا بَيْنِى وَبَيْنَهُ أَحَدٌ بِأَىِّ شَىْءٍ دُووِىَ جُرْحُ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ مَا بَقِىَ أَحَدٌ أَعْلَمُ بِهِ مِنِّى ، كَانَ عَلِىٌّ يَجِىءُ بِتُرْسِهِ فِيهِ مَاءٌ ، وَفَاطِمَةُ تَغْسِلُ عَنْ وَجْهِهِ الدَّمَ ، فَأُخِذَ حَصِيرٌ فَأُحْرِقَ فَحُشِىَ بِهِ جُرْحُهُ .

“Əbu Həzm ﵀ rəvayət edir ki, insanlar Səhl ibn Səd əs-Saididən: “Peyğəmbərin ﷺ yarası nə ilə müalicə edildi?”– deyə soruşdular. Səhl dedi: “Bunu məndən yaxşı bilən bir kəs qalmayıb. O vaxt Əli qalxanının içində su gətirir, Fatimə də Peyğəmbərin ﷺ üzündəki qanı yuyurdu. Sonra bir parça həsir götürüb yandırdılar və külünü onun yarasının üzərinə basdılar”.”

Əbu Həzm
Buxari, 243 (Dəstəmaz, 109)Səhih

حَدَّثَنَا أَبُو النُّعْمَانِ قَالَ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ عَنْ غَيْلاَنَ بْنِ جَرِيرٍ عَنْ أَبِى بُرْدَةَ عَنْ أَبِيهِ قَالَ أَتَيْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَوَجَدْتُهُ يَسْتَنُّ بِسِوَاكٍ بِيَدِهِ يَقُولُ « أُعْ أُعْ » ، وَالسِّوَاكُ فِى فِيهِ ، كَأَنَّهُ يَتَهَوَّعُ .

“Əbu Burdə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən Peyğəmbərin ﷺ yanına gəlib onun əlindəki misvakla dişlərini təmizlədiyini və ağzında misvak olduğu halda sanki öyüyürmüş kimi «u', u'»– səsi çıxartdığını görmüşəm”.”

Əbu Burdə atasından
Buxari, 244 (Dəstəmaz, 110)Səhih

حَدَّثَنَا عُثْمَانُ قَالَ حَدَّثَنَا جَرِيرٌ عَنْ مَنْصُورٍ عَنْ أَبِى وَائِلٍ عَنْ حُذَيْفَةَ قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا قَامَ مِنَ اللَّيْلِ يَشُوصُ فَاهُ بِالسِّوَاكِ .

“Rəvayət edilir ki, Huzeyfə ﵁ demişdir: “Peyğəmbər ﷺ gecə yuxudan oyandıqda misvak ilə ağzını təmizləyərdi”.”

Huzeyfə
Buxari, 245 (Dəstəmaz, 111)Səhih

وَقَالَ عَفَّانُ حَدَّثَنَا صَخْرُ بْنُ جُوَيْرِيَةَ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « أَرَانِى أَتَسَوَّكُ بِسِوَاكٍ ، فَجَاءَنِى رَجُلاَنِ أَحَدُهُمَا أَكْبَرُ مِنَ الآخَرِ ، فَنَاوَلْتُ السِّوَاكَ الأَصْغَرَ مِنْهُمَا ، فَقِيلَ لِى كَبِّرْ . فَدَفَعْتُهُ إِلَى الأَكْبَرِ مِنْهُمَا » . قَالَ أَبُو عَبْدِ اللَّهِ اخْتَصَرَهُ نُعَيْمٌ عَنِ ابْنِ الْمُبَارَكِ عَنْ أُسَامَةَ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ .

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Yuxuda gördüm ki, misvakla dişlərimi təmizləyirəm. Bu vaxt mənim yanıma biri digərindən daha yaşlı olan iki nəfər gəldi. Mən misvakı onlardan kiçik olanına uzatdım. Mənə: “Böyüyə ver”– deyildi. Mən də onu daha böyük olanına verdim”.”

İbn Ömər
Buxari, 246 (Dəstəmaz, 112)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ مُقَاتِلٍ قَالَ أَخْبَرَنَا عَبْدُ اللَّهِ قَالَ أَخْبَرَنَا سُفْيَانُ عَنْ مَنْصُورٍ عَنْ سَعْدِ بْنِ عُبَيْدَةَ عَنِ الْبَرَاءِ بْنِ عَازِبٍ قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا أَتَيْتَ مَضْجَعَكَ فَتَوَضَّأْ وُضُوءَكَ لِلصَّلاَةِ ، ثُمَّ اضْطَجِعْ عَلَى شِقِّكَ الأَيْمَنِ ، ثُمَّ قُلِ اللَّهُمَّ أَسْلَمْتُ وَجْهِى إِلَيْكَ ، وَفَوَّضْتُ أَمْرِى إِلَيْكَ ، وَأَلْجَأْتُ ظَهْرِى إِلَيْكَ ، رَغْبَةً وَرَهْبَةً إِلَيْكَ ، لاَ مَلْجَأَ وَلاَ مَنْجَا مِنْكَ إِلاَّ إِلَيْكَ ، اللَّهُمَّ آمَنْتُ بِكِتَابِكَ الَّذِى أَنْزَلْتَ ، وَبِنَبِيِّكَ الَّذِى أَرْسَلْتَ . فَإِنْ مُتَّ مِنْ لَيْلَتِكَ فَأَنْتَ عَلَى الْفِطْرَةِ ، وَاجْعَلْهُنَّ آخِرَ مَا تَتَكَلَّمُ بِهِ » . قَالَ فَرَدَّدْتُهَا عَلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَلَمَّا بَلَغْتُ « اللَّهُمَّ آمَنْتُ بِكِتَابِكَ الَّذِى أَنْزَلْتَ » . قُلْتُ وَرَسُولِكَ . قَالَ « لاَ ، وَنَبِيِّكَ الَّذِى أَرْسَلْتَ » .

“Rəvayət edilir ki, əl-Bəra ibn Azib ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Yatmaq istədikdə namaz üçün dəstəmaz aldığın kimi dəstəmaz al; sonra sağ böyrün üstə uzan; sonra de: “Allahım, Sənə ümid edərək və Səndən qorxaraq üzümü Sənə təslim etdim, işimi Sənə həvalə etdim, kürəyimi Sənə etibar etdim. Sığınacaq və Sənin (əzabından) xilas olmaq üçün nicat yeri yalnız Sənə yönəlməkdir. Allahım, Sənin nazil etdiyin Kitaba və göndərdiyin Peyğəmbərə iman gətirdim!” Əgər o gecə ölsən, fitrət üzərində öləcəksən. Bu sözləri, dediyin sözlərin axırıncısı et”. əl-Bəra deyir: “Mən bu duanı Peyğəmbərə ﷺ oxudum və gəlib: “Sənin nazil etdiyin Kitaba iman gətirdim” sözünə çatdıqda “və göndərdiyin Elçiyə”– dedim. O buyurdu: “Xeyr, göndərdiyin Peyğəmbərə”– de”.”

əl-Bəra ibn Azib
Buxari, 247 (Dəstəmaz, 113)Səhih

حَدَّثَنَا أَبُو الْوَلِيدِ قَالَ حَدَّثَنَا زَائِدَةُ عَنْ أَبِى حَصِينٍ عَنْ أَبِى عَبْدِ الرَّحْمَنِ عَنْ عَلِىٍّ قَالَ كُنْتُ رَجُلاً مَذَّاءً فَأَمَرْتُ رَجُلاً أَنْ يَسْأَلَ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لِمَكَانِ ابْنَتِهِ فَسَأَلَ فَقَالَ « تَوَضَّأْ وَاغْسِلْ ذَكَرَكَ » .

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Məndən tez-tez məzi axırdı. Qızının məqamına (mənim zövcəm olduğuna) görə Peyğəmbərdən ﷺ bu haqda soruşmağı başqa adama dedim, o da soruşdu. Peyğəmbər ﷺ buyurdu: “Cinsiyyət üzvünü yu və dəstəmaz al!””

Əli
Buxari, 269 (Qüsl, 22)Səhih

حَدَّثَنَا أَبُو مَعْمَرٍ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ عَنِ الْحُسَيْنِ قَالَ يَحْيَى وَأَخْبَرَنِى أَبُو سَلَمَةَ أَنَّ عَطَاءَ بْنَ يَسَارٍ أَخْبَرَهُ أَنَّ زَيْدَ بْنَ خَالِدٍ الْجُهَنِىَّ أَخْبَرَهُ أَنَّهُ سَأَلَ عُثْمَانَ بْنَ عَفَّانَ فَقَالَ أَرَأَيْتَ إِذَا جَامَعَ الرَّجُلُ امْرَأَتَهُ فَلَمْ يُمْنِ . قَالَ عُثْمَانُ يَتَوَضَّأُ كَمَا يَتَوَضَّأُ لِلصَّلاَةِ ، وَيَغْسِلُ ذَكَرَهُ . قَالَ عُثْمَانُ سَمِعْتُهُ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ . فَسَأَلْتُ عَنْ ذَلِكَ عَلِىَّ بْنَ أَبِى طَالِبٍ وَالزُّبَيْرَ بْنَ الْعَوَّامِ وَطَلْحَةَ بْنَ عُبَيْدِ اللَّهِ وَأُبَىَّ بْنَ كَعْبٍ - رضى الله عنهم - فَأَمَرُوهُ بِذَلِكَ . قَالَ يَحْيَى وَأَخْبَرَنِى أَبُو سَلَمَةَ أَنَّ عُرْوَةَ بْنَ الزُّبَيْرِ أَخْبَرَهُ أَنَّ أَبَا أَيُّوبَ أَخْبَرَهُ أَنَّهُ سَمِعَ ذَلِكَ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ .

“Rəvayət edilir ki, Zeyd ibn Xalid əl-Cuhəni ﵀ Osman ibn Əffandan soruşdu: “Necə bilirsən, kişi öz qadını ilə cinsi yaxınlıq edib məni axıtmasa, nə etməlidir?” Osman: “Namaz üçün dəstəmaz aldığı kimi dəstəmaz almalı və cinsiyyət üzvünü yumalıdır”– deyə cavab verdi, sonra da Osman: “Bunu Allah Elçisindən ﷺ eşitdim”– deyə əlavə etdi. (Zeyd dedi:) “Mən bu haqda Əli ibn Əbu Talibdən, Zubeyr ibn əl-Əvvamdan, Talha ibn Ubeydullahdan və Ubey ibn Kəbdən ﵃ soruşdum. Hamısı bunu (cinsi əlaqədə olub məni axıtmayan) kəsə aid etdi”.”

Zeyd ibn Xalid əl-Cuhəni
Buxari, 292 (Qüsl, 45)Səhih

حَدَّثَنَا مُسَدَّدٌ حَدَّثَنَا يَحْيَى عَنْ هِشَامِ بْنِ عُرْوَةَ قَالَ أَخْبَرَنِى أَبِى قَالَ أَخْبَرَنِى أَبُو أَيُّوبَ قَالَ أَخْبَرَنِى أُبَىُّ بْنُ كَعْبٍ أَنَّهُ قَالَ يَا رَسُولَ اللَّهِ إِذَا جَامَعَ الرَّجُلُ الْمَرْأَةَ فَلَمْ يُنْزِلْ قَالَ « يَغْسِلُ مَا مَسَّ الْمَرْأَةَ مِنْهُ ، ثُمَّ يَتَوَضَّأُ وَيُصَلِّى » . قَالَ أَبُو عَبْدِ اللَّهِ الْغَسْلُ أَحْوَطُ ، وَذَاكَ الآخِرُ ، وَإِنَّمَا بَيَّنَّا لاِخْتِلاَفِهِمْ .

“Rəvayət edilir ki, Ubey ibn Kəb ﵁ demişdir: “Ey Allahın Elçisi, əgər kişi qadını ilə cinsi yaxınlıq etsə, lakin məni axıtmasa, nə etməlidir?” Allah Elçisi ﷺ buyurdu: “Qadına toxunan hissəni yuyar, dəstəmaz alıb namaz qılar”. Əbu Abdullah əl-Buxari dedi: “Ehtiyata görə qüsl almaq lazımdır. Bu məsələdə ixtilaf olduğuna görə biz bunu qeyd etdik”.”

Ubey ibn Kəb
Buxari, 293 (Qüsl, 46)Səhih

حَدَّثَنَا آدَمُ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنِ الأَعْمَشِ قَالَ سَمِعْتُ إِبْرَاهِيمَ يُحَدِّثُ عَنْ هَمَّامِ بْنِ الْحَارِثِ قَالَ رَأَيْتُ جَرِيرَ بْنَ عَبْدِ اللَّهِ بَالَ ثُمَّ تَوَضَّأَ ، وَمَسَحَ عَلَى خُفَّيْهِ ، ثُمَّ قَامَ فَصَلَّى ، فَسُئِلَ فَقَالَ رَأَيْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ صَنَعَ مِثْلَ هَذَا . قَالَ إِبْرَاهِيمُ فَكَانَ يُعْجِبُهُمْ ، لأَنَّ جَرِيرًا كَانَ مِنْ آخِرِ مَنْ أَسْلَمَ .

“Rəvayət edilir ki, Həmma ibn əl-Haris ﵀ demişdir: “Bir dəfə mən Cərir ibn Abdullahın təbii ehtiyacını ödədikdən sonra dəstəmaz aldığını, xuflarının üzərinə məsh çəkdiyini, sonra da qalxıb namaz qıldığını gördüm. Bu haqda ondan soruşduqda dedi: “Mən Peyğəmbərin ﷺ bu cür etdiyini görmüşəm”. Ravi İbrahim deyir: “Bu (hədis səhabələrin) xoşuna gəlirdi, çünki Cərir İslamı gec qəbul edənlərdən idi”.”

Həmmam ibn əl-Haris
Buxari, 387 (Namaz, 39)Səhih

حَدَّثَنَا إِسْحَاقُ بْنُ نَصْرٍ قَالَ حَدَّثَنَا أَبُو أُسَامَةَ عَنِ الأَعْمَشِ عَنْ مُسْلِمٍ عَنْ مَسْرُوقٍ عَنِ الْمُغِيرَةِ بْنِ شُعْبَةَ قَالَ وَضَّأْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَمَسَحَ عَلَى خُفَّيْهِ وَصَلَّى .

“Rəvayət edilir ki, Muğira ibn Şubə ﵁ demişdir: “Mən Peyğəmbərə ﷺ dəstəmaz almağa kömək etdim. O xuflarının üzərinə məsh çəkdi və namaz qıldı”.”

Muğira ibn Şubə
Buxari, 388 (Namaz, 40)Səhih

حَدَّثَنَا إِسْحَاقُ بْنُ نَصْرٍ حَدَّثَنَا أَبُو أُسَامَةَ عَنْ أَبِى حَيَّانَ عَنْ أَبِى زُرْعَةَ عَنْ أَبِى هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ لِبِلاَلٍ عِنْدَ صَلاَةِ الْفَجْرِ « يَا بِلاَلُ حَدِّثْنِى بِأَرْجَى عَمَلٍ عَمِلْتَهُ فِى الإِسْلاَمِ ، فَإِنِّى سَمِعْتُ دَفَّ نَعْلَيْكَ بَيْنَ يَدَىَّ فِى الْجَنَّةِ » . قَالَ مَا عَمِلْتُ عَمَلاً أَرْجَى عِنْدِى أَنِّى لَمْ أَتَطَهَّرْ طُهُورًا فِى سَاعَةِ لَيْلٍ أَوْ نَهَارٍ إِلاَّ صَلَّيْتُ بِذَلِكَ الطُّهُورِ مَا كُتِبَ لِى أَنْ أُصَلِّىَ . قَالَ أَبُو عَبْدِ اللَّهِ دَفَّ نَعْلَيْكَ يَعْنِى تَحْرِيكَ .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ Sübh namazı vaxtı Bilala belə buyurdu: “Ey Bilal, İslamda etdiyin və sənin nəzdində ən ümid etdiyin əməl haqda mənə danış, çünki mən bu gecə Cənnətdə qarşımda sənin ayaqqabılarının səsini eşitdim”. Bilal dedi: “Mənim nəzdimdə bundan daha çox ümid etdiyim əməl etmədim: gecənin və ya gündüzün hansı saatında təmizləndimsə, qədərimə yazılan qədər namaz qıldım”. Əbu Abdullah əl-Buxari dedi: “Dəffə nə:leyk” - “ayaqqabıların hərəkət etdirilməsi” deməkdir”.”

Əbu Hureyra
Buxari, 1149 (Təhəccüd, 30)Səhih

حَدَّثَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ حَدَّثَنَا حَبَّانُ بْنُ هِلاَلٍ حَدَّثَنَا أَبَانٌ حَدَّثَنَا يَحْيَى أَنَّ زَيْدًا حَدَّثَهُ أَنَّ أَبَا سَلاَّمٍ حَدَّثَهُ عَنْ أَبِى مَالِكٍ الأَشْعَرِىِّ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « الطُّهُورُ شَطْرُ الإِيمَانِ وَالْحَمْدُ لِلَّهِ تَمْلأُ الْمِيزَانَ. وَسُبْحَانَ اللَّهِ وَالْحَمْدُ لِلَّهِ تَمْلآنِ - أَوْ تَمْلأُ - مَا بَيْنَ السَّمَوَاتِ وَالأَرْضِ وَالصَّلاَةُ نُورٌ وَالصَّدَقَةُ بُرْهَانٌ وَالصَّبْرُ ضِيَاءٌ وَالْقُرْآنُ حُجَّةٌ لَكَ أَوْ عَلَيْكَ كُلُّ النَّاسِ يَغْدُو فَبَائِعٌ نَفْسَهُ فَمُعْتِقُهَا أَوْ مُوبِقُهَا ».

“Rəvayət edilir ki, Əbu Malik əl-Əşari ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Təmizlik imanın yarısıdır. “Əlhəmdulilləh” tərəzini doldurur. “Subhən-Allah” və “əlhəmdulilləh” göylərlə yer arasını doldururlar. Namaz bir nurdur. Sədəqə bir dəlildir. Səbir bir işıqdır. Quran isə sənin ya lehinə, ya da əleyhinə bir hüccətdir. Hər bir insan səhər (evindən çıxıb iş dalınca gedər və) nəfsini satar; kimisi onu azad edər, kimisi də onu məhv edər”.”

Əbu Malik əl-Əşari
Muslim, 556 (Təharət, 1)Səhih

حَدَّثَنَا سَعِيدُ بْنُ مَنْصُورٍ وَقُتَيْبَةُ بْنُ سَعِيدٍ وَأَبُو كَامِلٍ الْجَحْدَرِىُّ - وَاللَّفْظُ لِسَعِيدٍ - قَالُوا حَدَّثَنَا أَبُو عَوَانَةَ عَنْ سِمَاكِ بْنِ حَرْبٍ عَنْ مُصْعَبِ بْنِ سَعْدٍ قَالَ دَخَلَ عَبْدُ اللَّهِ بْنُ عُمَرَ عَلَى ابْنِ عَامِرٍ يَعُودُهُ وَهُوَ مَرِيضٌ فَقَالَ أَلاَ تَدْعُو اللَّهَ لِى يَا ابْنَ عُمَرَ. قَالَ إِنِّى سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « لاَ تُقْبَلُ صَلاَةٌ بِغَيْرِ طُهُورٍ وَلاَ صَدَقَةٌ مِنْ غُلُولٍ ». وَكُنْتَ عَلَى الْبَصْرَةِ.

“Rəvayət edilir ki, Musab ibn Səd ﵀ demişdir: “İbn Amir xəstə ikən Abdullah ibn Ömər ona baş çəkdi və yanına daxil olduqda İbn Amir ona: “Ey Ömərin oğlu! Mənim üçün Allaha dua etməyəcəksənmi?”, – deyə müraciət etdi. İbn Ömər dedi: “Mən Allah Elçisinin ﷺ belə dediyini eşitmişəm: “Nə dəstəmazsız (və ya qüslsüz) namaz, nə də xəyanətlə əldə edilmiş maldan sədəqə qəbul olunar”. Sən də ki, (ey ibn Amir), Bəsrənin əmiri olmusan”.”

Musab ibn Səd
Muslim, 557 (Təharət, 2)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى وَابْنُ بَشَّارٍ قَالاَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا شُعْبَةُ ح وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا حُسَيْنُ بْنُ عَلِىٍّ عَنْ زَائِدَةَ قَالَ أَبُو بَكْرٍ وَوَكِيعٌ عَنْ إِسْرَائِيلَ كُلُّهُمْ عَنْ سِمَاكِ بْنِ حَرْبٍ بِهَذَا الإِسْنَادِ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِمِثْلِهِ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Musab ibn Səd
Muslim, 558 (Təharət, 3)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ بْنُ هَمَّامٍ حَدَّثَنَا مَعْمَرُ بْنُ رَاشِدٍ عَنْ هَمَّامِ بْنِ مُنَبِّهٍ أَخِى وَهْبِ بْنِ مُنَبِّهٍ قَالَ هَذَا مَا حَدَّثَنَا أَبُو هُرَيْرَةَ عَنْ مُحَمَّدٍ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. فَذَكَرَ أَحَادِيثَ مِنْهَا وَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ تُقْبَلُ صَلاَةُ أَحَدِكُمْ إِذَا أَحْدَثَ حَتَّى يَتَوَضَّأَ ».

“Həmmam ibn Munəbbih ﵀: “Bu, Əbu Hureyranın bizə Allahın elçisi Muhəmməddən ﷺ rəvayət etdikləridir...”, – demiş və bir neçə hədis rəvayət etmişdir. Bu hədislərdən biri də budur: “Allah Elçisi ﷺ buyurmuşdur: “Sizdən biriniz təbii ehtiyacını ödədikdən sonra dəstəmaz almayınca, onun namazı qəbul olunmaz!””

Həmmam ibn Munəbbih
Muslim, 559 (Təharət, 4)Səhih

حَدَّثَنِى أَبُو الطَّاهِرِ أَحْمَدُ بْنُ عَمْرِو بْنِ عَبْدِ اللَّهِ بْنِ عَمْرِو بْنِ سَرْحٍ وَحَرْمَلَةُ بْنُ يَحْيَى التُّجِيبِىُّ قَالاَ أَخْبَرَنَا ابْنُ وَهْبٍ عَنْ يُونُسَ عَنِ ابْنِ شِهَابٍ أَنَّ عَطَاءَ بْنَ يَزِيدَ اللَّيْثِىَّ أَخْبَرَهُ أَنَّ حُمْرَانَ مَوْلَى عُثْمَانَ أَخْبَرَهُ أَنَّ عُثْمَانَ بْنَ عَفَّانَ رَضِيَ اللَّهُ عَنْهُ دَعَا بِوَضُوءٍ فَتَوَضَّأَ فَغَسَلَ كَفَّيْهِ ثَلاَثَ مَرَّاتٍ ثُمَّ مَضْمَضَ وَاسْتَنْثَرَ ثُمَّ غَسَلَ وَجْهَهُ ثَلاَثَ مَرَّاتٍ ثُمَّ غَسَلَ يَدَهُ الْيُمْنَى إِلَى الْمِرْفَقِ ثَلاَثَ مَرَّاتٍ ثُمَّ غَسَلَ يَدَهُ الْيُسْرَى مِثْلَ ذَلِكَ ثُمَّ مَسَحَ رَأْسَهُ ثُمَّ غَسَلَ رِجْلَهُ الْيُمْنَى إِلَى الْكَعْبَيْنِ ثَلاَثَ مَرَّاتٍ ثُمَّ غَسَلَ الْيُسْرَى مِثْلَ ذَلِكَ ثُمَّ قَالَ رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تَوَضَّأَ نَحْوَ وُضُوئِى هَذَا ثُمَّ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « مَنْ تَوَضَّأَ نَحْوَ وُضُوئِى هَذَا ثُمَّ قَامَ فَرَكَعَ رَكْعَتَيْنِ لاَ يُحَدِّثُ فِيهِمَا نَفْسَهُ غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ ». قَالَ ابْنُ شِهَابٍ وَكَانَ عُلَمَاؤُنَا يَقُولُونَ هَذَا الْوُضُوءُ أَسْبَغُ مَا يَتَوَضَّأُ بِهِ أَحَدٌ لِلصَّلاَةِ.

“Osmanın ﵁ köləlikdən azad etdiyi Humran ﵀ demişdir: “Bir dəfə Osman su gətizdirdi və dəstəmaz aldı. Əvvəlcə əllərini üç dəfə yudu, sonra (sağ əli ilə qabdan su götürüb) həm ağzını yaxaladı, həm də burnunun içini yudu, sonra üç dəfə üzünü yudu, sonra üç dəfə sağ qolunu dirsəyə qədər yudu, sonra da sol qolunu eyni qaydada yudu, sonra başına məsh çəkdi, sonra üç dəfə sağ ayağını topuğa qədər yudu, sonra da sol ayağını eyni qaydada yudu, sonra belə dedi: “Mən Allah Elçisinin ﷺ mənim dəstəmaz aldığım kimi dəstəmaz aldığını gördüm. Sonra dəstəmaz alıb buyurdu: “Kim mənim dəstəmaz aldığım kimi dəstəmaz alar, sonra qalxıb iki rükət namaz qılar və namaz əsnasında heç bir şey haqda düşünməzsə, onun keçmiş günahları bağışlanar”. Ravi İbn Şihab deyir: “Alimlərimiz deyərdilər ki: “Bu dəstəmaz bir kəsin namaz qılmaq üçün alacağı dəstəmazın ən kamilidir”.”

Osman
Muslim, 560 (Təharət, 5)Səhih

وَحَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ حَدَّثَنَا أَبِى عَنِ ابْنِ شِهَابٍ عَنْ عَطَاءِ بْنِ يَزِيدَ اللَّيْثِىِّ عَنْ حُمْرَانَ مَوْلَى عُثْمَانَ أَنَّهُ رَأَى عُثْمَانَ دَعَا بِإِنَاءٍ فَأَفْرَغَ عَلَى كَفَّيْهِ ثَلاَثَ مِرَارٍ فَغَسَلَهُمَا ثُمَّ أَدْخَلَ يَمِينَهُ فِى الإِنَاءِ فَمَضْمَضَ وَاسْتَنْثَرَ ثُمَّ غَسَلَ وَجْهَهُ ثَلاَثَ مَرَّاتٍ وَيَدَيْهِ إِلَى الْمِرْفَقَيْنِ ثَلاَثَ مَرَّاتٍ ثُمَّ مَسَحَ بِرَأْسِهِ ثُمَّ غَسَلَ رِجْلَيْهِ ثَلاَثَ مَرَّاتٍ ثُمَّ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « مَنْ تَوَضَّأَ نَحْوَ وُضُوئِى هَذَا ثُمَّ صَلَّى رَكْعَتَيْنِ لاَ يُحَدِّثُ فِيهِمَا نَفْسَهُ غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ ».

“Osmanın ﵁ köləlikdən azad etdiyi Humran ﵀ Osmanın dəstəmaz aldığını görmüş və bunu belə vəsf etmişdir: “Osman bir qab su gətizdirdi; əllərinə üç dəfə su töküb onları yudu, sonra sağ əlini qaba salıb su götürdü və bununla həm ağzını yaxaladı, həm də burnunun içini yudu, sonra üç dəfə üzünü və üç dəfə qollarını dirsəklərə qədər yudu, sonra başına məsh çəkdi, sonra üç dəfə ayaqlarını yudu, sonra da dedi: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Kim mənim kimi dəstəmaz alar, sonra da iki rükət namaz qılar və namaz əsnasında heç bir şey haqda düşünməzsə, onun keçmiş günahları bağışlanar”.”

Osman
Muslim, 561 (Təharət, 6)Səhih

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ وَعُثْمَانُ بْنُ مُحَمَّدِ بْنِ أَبِى شَيْبَةَ وَإِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ الْحَنْظَلِىُّ - وَاللَّفْظُ لِقُتَيْبَةَ - قَالَ إِسْحَاقُ أَخْبَرَنَا وَقَالَ الآخَرَانِ حَدَّثَنَا جَرِيرٌ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ عَنْ أَبِيهِ عَنْ حُمْرَانَ مَوْلَى عُثْمَانَ قَالَ سَمِعْتُ عُثْمَانَ بْنَ عَفَّانَ وَهُوَ بِفِنَاءِ الْمَسْجِدِ فَجَاءَهُ الْمُؤَذِّنُ عِنْدَ الْعَصْرِ فَدَعَا بِوَضُوءٍ فَتَوَضَّأَ ثُمَّ قَالَ وَاللَّهِ لأُحَدِّثَنَّكُمْ حَدِيثًا لَوْلاَ آيَةٌ فِى كِتَابِ اللَّهِ مَا حَدَّثْتُكُمْ إِنِّى سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « لاَ يَتَوَضَّأُ رَجُلٌ مُسْلِمٌ فَيُحْسِنُ الْوُضُوءَ فَيُصَلِّى صَلاَةً إِلاَّ غَفَرَ اللَّهُ لَهُ مَا بَيْنَهُ وَبَيْنَ الصَّلاَةِ الَّتِى تَلِيهَا ».

“Osmanın ﵁ köləlikdən azad etdiyi Humran ﵀ demişdir: “Osman ibn Əffan məscidin həyətində ikən mən onun belə dediyini eşitdim. Axşamtərəfi müəzzin Osmanın yanına gəldikdə Osman su gətizdirib dəstəmaz aldı, sonra da belə buyurdu: “Sizə elə bir hədis danışacağam ki, vallahi, əgər Allahın Kitabındakı ayə olmasaydı, onu sizə danışmazdım. Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Gözəl tərzdə dəstəmaz alıb sonra namaz qılan elə bir müsəlman yoxdur ki, Allah onun dəstəmazı ilə qılacağı namaz arasındakı (vaxt ərzindəki) günahlarını bağışlamasın”.”

Osman
Muslim, 562 (Təharət, 7)Səhih

وَحَدَّثَنَاهُ أَبُو كُرَيْبٍ حَدَّثَنَا أَبُو أُسَامَةَ ح وَحَدَّثَنَا زُهَيْرُ بْنُ حَرْبٍ وَأَبُو كُرَيْبٍ قَالاَ حَدَّثَنَا وَكِيعٌ ح وَحَدَّثَنَا ابْنُ أَبِى عُمَرَ حَدَّثَنَا سُفْيَانُ جَمِيعًا عَنْ هِشَامٍ بِهَذَا الإِسْنَادِ وَفِى حَدِيثِ أَبِى أُسَامَةَ « فَيُحْسِنُ وُضُوءَهُ ثُمَّ يُصَلِّى الْمَكْتُوبَةَ ».

“Yuxarıdakı hədisin mətni ilə eynidir, yalnız bu fərqlilik var: “Gözəl tərzdə dəstəmaz alıb vacib buyurulmuş namazı qılan...”.”

Osman
Muslim, 563 (Təharət, 8)Səhih

وَحَدَّثَنَا زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ حَدَّثَنَا أَبِى عَنْ صَالِحٍ قَالَ ابْنُ شِهَابٍ وَلَكِنْ عُرْوَةُ يُحَدِّثُ عَنْ حُمْرَانَ أَنَّهُ قَالَ فَلَمَّا تَوَضَّأَ عُثْمَانُ قَالَ وَاللَّهِ لأُحَدِّثَنَّكُمْ حَدِيثًا وَاللَّهِ لَوْلاَ آيَةٌ فِى كِتَابِ اللَّهِ مَا حَدَّثْتُكُمُوهُ إِنِّى سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « لاَ يَتَوَضَّأُ رَجُلٌ فَيُحْسِنُ وُضُوءَهُ ثُمَّ يُصَلِّى الصَّلاَةَ إِلاَّ غُفِرَ لَهُ مَا بَيْنَهُ وَبَيْنَ الصَّلاَةِ الَّتِى تَلِيهَا ». قَالَ عُرْوَةُ الآيَةُ {إِنَّ الَّذِينَ يَكْتُمُونَ مَا أَنْزَلْنَا مِنَ الْبَيِّنَاتِ وَالْهُدَى} إِلَى قَوْلِهِ {اللاَّعِنُونَ}.

“Rəvayət edilir ki, Humran ﵀ demişdir: “Osman dəstəmaz aldıqdan sonra dedi: “Allaha and olsun! Sizə elə bir hədis danışacağam ki, əgər Allahın Kitabındakı ayə olmasaydı, vallahi ki, onu sizə danışmazdım. Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Gözəl tərzdə dəstəmaz alıb sonra namaz qılan elə bir kəs yoxdur ki, dəstəmaz ilə qılacağı namaz arasındakı günahları bağışlanmasın”. Urva demişdir: “Həmin ayə budur: “Kitabda insanlara bəyan etdikdən sonra, nazil etdiyimiz açıq-aydın dəlilləri və doğru yol göstərən ayələri gizlədən kəslərə həm Allah lənət edər, həm də lənət edə bilənlər lənət oxuyarlar!” (əl-Bəqərə, 159)”.”

Humran
Muslim, 564 (Təharət, 9)Səhih

حَدَّثَنَا عَبْدُ بْنُ حُمَيْدٍ وَحَجَّاجُ بْنُ الشَّاعِرِ كِلاَهُمَا عَنْ أَبِى الْوَلِيدِ قَالَ عَبْدٌ حَدَّثَنِى أَبُو الْوَلِيدِ حَدَّثَنَا إِسْحَاقُ بْنُ سَعِيدِ بْنِ عَمْرِو بْنِ سَعِيدِ بْنِ الْعَاصِ حَدَّثَنِى أَبِى عَنْ أَبِيهِ قَالَ كُنْتُ عِنْدَ عُثْمَانَ فَدَعَا بِطَهُورٍ فَقَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « مَا مِنِ امْرِئٍ مُسْلِمٍ تَحْضُرُهُ صَلاَةٌ مَكْتُوبَةٌ فَيُحْسِنُ وُضُوءَهَا وَخُشُوعَهَا وَرُكُوعَهَا إِلاَّ كَانَتْ كَفَّارَةً لِمَا قَبْلَهَا مِنَ الذُّنُوبِ مَا لَمْ يُؤْتِ كَبِيرَةً وَذَلِكَ الدَّهْرَ كُلَّهُ ».

“Amr ibn Səid ibn əl-As atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən Osmanın yanında olanda o, dəstəmaz almaq üçün su gətizdirib dedi: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Bir vacib namazın vaxtı yetişdikdə onun dəstəmazını, xuşusunu və rukusunu gözəl tərzdə yerinə yetirən elə bir müsəlman bəndə yoxdur ki, böyük günah işləmədikcə bu namazı onun əvvəlki günahlarına kəffarə olmasın. Bu həmişə belədir”.”

Amr ibn Səid ibn əl-As atasından
Muslim, 565 (Təharət, 10)Səhih

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ وَأَحْمَدُ بْنُ عَبْدَةَ الضَّبِّىُّ قَالاَ حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ - وَهُوَ الدَّرَاوَرْدِىُّ - عَنْ زَيْدِ بْنِ أَسْلَمَ عَنْ حُمْرَانَ مَوْلَى عُثْمَانَ قَالَ أَتَيْتُ عُثْمَانَ بْنَ عَفَّانَ بِوَضُوءٍ فَتَوَضَّأَ ثُمَّ قَالَ إِنَّ نَاسًا يَتَحَدَّثُونَ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَحَادِيثَ لاَ أَدْرِى مَا هِىَ إِلاَّ أَنِّى رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تَوَضَّأَ مِثْلَ وُضُوئِى هَذَا ثُمَّ قَالَ « مَنْ تَوَضَّأَ هَكَذَا غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ وَكَانَتْ صَلاَتُهُ وَمَشْيُهُ إِلَى الْمَسْجِدِ نَافِلَةً ». وَفِى رِوَايَةِ ابْنِ عَبْدَةَ أَتَيْتُ عُثْمَانَ فَتَوَضَّأَ.

“Rəvayət edilir ki, Osmanın ﵁ köləlikdən azad etdiyi Humran ﵀ demişdir: “Bir dəfə mən Osman ibn Əffana dəstəmaz almaq üçün su gətirdim. O, dəstəmaz aldıqdan sonra dedi: “Bəzi adamlar Allah Elçisindən ﷺ hədislər danışırlar ki, mən bunların nə məna daşıdığını bilmirəm. Ancaq onu deyə bilərəm ki, mən gördüm ki, Allah Elçisi ﷺ mənim dəstəmaz aldığım kimi dəstəmaz aldı, sonra da belə buyurdu: “Kim bu cür dəstəmaz alsa, onun keçmiş günahları bağışlanar. Üstəlik, namaz qılmağı və məscidə getməyi onun savabını artırar”. Ravi İbn Abdənin rəvayətində deyilir: “Mən Osmanın yanına gəldim. O, dəstəmaz aldı...””

Osman
Muslim, 566 (Təharət, 11)Səhih

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ وَأَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَزُهَيْرُ بْنُ حَرْبٍ - وَاللَّفْظُ لِقُتَيْبَةَ وَأَبِى بَكْرٍ - قَالُوا حَدَّثَنَا وَكِيعٌ عَنْ سُفْيَانَ عَنْ أَبِى النَّضْرِ عَنْ أَبِى أَنَسٍ أَنَّ عُثْمَانَ تَوَضَّأَ بِالْمَقَاعِدِ فَقَالَ أَلاَ أُرِيكُمْ وُضُوءَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ تَوَضَّأَ ثَلاَثًا ثَلاَثًا. وَزَادَ قُتَيْبَةُ فِى رِوَايَتِهِ قَالَ سُفْيَانُ قَالَ أَبُو النَّضْرِ عَنْ أَبِى أَنَسٍ قَالَ وَعِنْدَهُ رِجَالٌ مِنْ أَصْحَابِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Əbu Ənəs ﵀ rəvayət edir ki, bir dəfə Osman həyətindəki oturacaqlarda dəstəmaz aldı və: “Allah Elçisinin ﷺ necə dəstəmaz aldığını sizə göstərimmi?!”, – dedi, sonra da hər bir əzasını üç dəfə yuyaraq dəstəmaz aldı... Əbu Ənəs deyir: “Həmin vaxt Allah Elçisinin ﷺ səhabələrindən bəziləri Osmanın yanında idilər”.”

Əbu Ənəs
Muslim, 567 (Təharət, 12)Səhih

حَدَّثَنَا أَبُو كُرَيْبٍ مُحَمَّدُ بْنُ الْعَلاَءِ وَإِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ جَمِيعًا عَنْ وَكِيعٍ قَالَ أَبُو كُرَيْبٍ حَدَّثَنَا وَكِيعٌ عَنْ مِسْعَرٍ عَنْ جَامِعِ بْنِ شَدَّادٍ أَبِى صَخْرَةَ قَالَ سَمِعْتُ حُمْرَانَ بْنَ أَبَانَ قَالَ كُنْتُ أَضَعُ لِعُثْمَانَ طَهُورَهُ فَمَا أَتَى عَلَيْهِ يَوْمٌ إِلاَّ وَهُوَ يُفِيضُ عَلَيْهِ نُطْفَةً. وَقَالَ عُثْمَانُ حَدَّثَنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عِنْدَ انْصِرَافِنَا مِنْ صَلاَتِنَا هَذِهِ - قَالَ مِسْعَرٌ أُرَاهَا الْعَصْرَ - فَقَالَ « مَا أَدْرِى أُحَدِّثُكُمْ بِشَىْءٍ أَوْ أَسْكُتُ ». فَقُلْنَا يَا رَسُولَ اللَّهِ إِنْ كَانَ خَيْرًا فَحَدِّثْنَا وَإِنْ كَانَ غَيْرَ ذَلِكَ فَاللَّهُ وَرَسُولُهُ أَعْلَمُ. قَالَ « مَا مِنْ مُسْلِمٍ يَتَطَهَّرُ فَيُتِمُّ الطُّهُورَ الَّذِى كَتَبَ اللَّهُ عَلَيْهِ فَيُصَلِّى هَذِهِ الصَّلَوَاتِ الْخَمْسَ إِلاَّ كَانَتْ كَفَّارَاتٍ لِمَا بَيْنَهَا ».

“Rəvayət edilir ki, Humran ibn Əban ﵀ demişdir: “Mən Osmanın dəstəmaz almaq üçün suyunu hazır qoyardım. Elə bir gün olmazdı ki, o, az miqdarda su ilə olsa belə, yuyunmasın. Bir dəfə Osman dedi: “Bu namazımızı bitirdikdən sonra Allah Elçisi ﷺ bizə belə buyurdu (Ravi Misar: “Mən bunun əsr namazı olduğunu güman edirəm”, – demişdir): “Bilmirəm, sizə bir şey danışımmı, yaxud susummu?” Biz dedik: “Ey Allahın Elçisi! Əgər xeyirdisə, onu bizə danış, yox əgər başqa bir şeydirsə, onda Allah və Onun elçisi daha yaxşı bilir”. Allah Elçisi ﷺ buyurdu: “Gözəl şəkildə yuyunaraq Allahın vacib buyurduğu dəstəmazı tam şəkildə yerinə yetirib bu beş vaxt namazı qılan elə bir müsəlman yoxdur ki, bu namazlar aralarındakı günahlar üçün kəffarə olmasın”.”

Humran ibn Əban
Muslim, 568 (Təharət, 13)Səhih

حَدَّثَنَا عُبَيْدُ اللَّهِ بْنُ مُعَاذٍ حَدَّثَنَا أَبِى ح وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى وَابْنُ بَشَّارٍ قَالاَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ قَالاَ جَمِيعًا حَدَّثَنَا شُعْبَةُ عَنْ جَامِعِ بْنِ شَدَّادٍ قَالَ سَمِعْتُ حُمْرَانَ بْنَ أَبَانَ يُحَدِّثُ أَبَا بُرْدَةَ فِى هَذَا الْمَسْجِدِ فِى إِمَارَةِ بِشْرٍ أَنَّ عُثْمَانَ بْنَ عَفَّانَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « مَنْ أَتَمَّ الْوُضُوءَ كَمَا أَمَرَهُ اللَّهُ تَعَالَى فَالصَّلوَاتُ الْمَكْتُوبَاتُ كَفَّارَاتٌ لِمَا بَيْنَهُنَّ ». هَذَا حَدِيثُ ابْنِ مُعَاذٍ وَلَيْسَ فِى حَدِيثِ غُنْدَرٍ فِى إِمَارَةِ بِشْرٍ وَلاَ ذِكْرُ الْمَكْتُوبَاتِ.

“Rəvayət edilir ki, Cami ibn Şəddad ﵀ demişdir: “Mən Humran ibn Əbanın, Bişrin əmir olduğu dövrdə, bu məsciddə Əbu Burdəyə belə bir hədis danışdığını eşitdim: “Osman ibn Əffan Allah Elçisinin ﷺ belə buyurduğunu rəvayət etmişdir: “Kim dəstəmazı Uca Allahın əmr etdiyi kimi tam şəkildə yerinə yetirsə, qıldığı vacib buyurulmuş namazlar aralarındakı günahlar üçün kəffarə olar”. Bu, İbn Muazın hədisidir. Ğundərin hədisində isə: “Bişrin əmir olduğu dövrdə” və “vacib buyurulmuş” sözləri yoxdur.”

Cami ibn Şəddad
Muslim, 569 (Təharət, 14)Səhih

حَدَّثَنَا هَارُونُ بْنُ سَعِيدٍ الأَيْلِىُّ حَدَّثَنَا ابْنُ وَهْبٍ قَالَ وَأَخْبَرَنِى مَخْرَمَةُ بْنُ بُكَيْرٍ عَنْ أَبِيهِ عَنْ حُمْرَانَ مَوْلَى عُثْمَانَ قَالَ تَوَضَّأَ عُثْمَانُ بْنُ عَفَّانَ يَوْمًا وُضُوءًا حَسَنًا ثُمَّ قَالَ رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تَوَضَّأَ فَأَحْسَنَ الْوُضُوءَ ثُمَّ قَالَ « مَنْ تَوَضَّأَ هَكَذَا ثُمَّ خَرَجَ إِلَى الْمَسْجِدِ لاَ يَنْهَزُهُ إِلاَّ الصَّلاَةُ غُفِرَ لَهُ مَا خَلاَ مِنْ ذَنْبِهِ ».

“Rəvayət edilir ki, Osmanın ﵁ köləlikdən azad etdiyi Humran demişdir: “Bir gün Osman ibn Əffan gözəl şəkildə dəstəmaz aldı. Sonra belə dedi: “Mən Allah Elçisinin ﷺ dəstəmaz aldığını və bunu gözəl şəkildə yerinə yetirdiyini, sonra da belə buyurduğunu gördüm: “Kim bu şəkildə dəstəmaz alar, sonra da nəfsini yalnız namaz qılmağa təhrik edərək məscidə gedərsə, keçmiş günahları bağışlanar”.”

Osman
Muslim, 570 (Təharət, 15)Səhih

وَحَدَّثَنِى أَبُو الطَّاهِرِ وَيُونُسُ بْنُ عَبْدِ الأَعْلَى قَالاَ أَخْبَرَنَا عَبْدُ اللَّهِ بْنُ وَهْبٍ عَنْ عَمْرِو بْنِ الْحَارِثِ أَنَّ الْحُكَيْمَ بْنَ عَبْدِ اللَّهِ الْقُرَشِىَّ حَدَّثَهُ أَنَّ نَافِعَ بْنَ جُبَيْرٍ وَعَبْدَ اللَّهِ بْنَ أَبِى سَلَمَةَ حَدَّثَاهُ أَنَّ مُعَاذَ بْنَ عَبْدِ الرَّحْمَنِ حَدَّثَهُمَا عَنْ حُمْرَانَ مَوْلَى عُثْمَانَ بْنِ عَفَّانَ عَنْ عُثْمَانَ بْنِ عَفَّانَ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « مَنْ تَوَضَّأَ لِلصَّلاَةِ فَأَسْبَغَ الْوُضُوءَ ثُمَّ مَشَى إِلَى الصَّلاَةِ الْمَكْتُوبَةِ فَصَلاَّهَا مَعَ النَّاسِ أَوْ مَعَ الْجَمَاعَةِ أَوْ فِى الْمَسْجِدِ غَفَرَ اللَّهُ لَهُ ذُنُوبَهُ ».

“Rəvayət edilir ki, Osman ibn Əffan ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Kim namaz qılmaq üçün dəstəmaz alar və dəstəmazını tam şəkildə yerinə yetirər, sonra da vacib namazı qılmağa gedər və bu namazı insanlarla, yaxud camaatla birlikdə, ya da məsciddə qılarsa, Allah onun günahlarını bağışlayar”.”

Osman ibn Əffan
Muslim, 571 (Təharət, 16)Səhih

حَدَّثَنَا يَحْيَى بْنُ أَيُّوبَ وَقُتَيْبَةُ بْنُ سَعِيدٍ وَعَلِىُّ بْنُ حُجْرٍ كُلُّهُمْ عَنْ إِسْمَاعِيلَ - قَالَ ابْنُ أَيُّوبَ حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ جَعْفَرٍ - أَخْبَرَنِى الْعَلاَءُ بْنُ عَبْدِ الرَّحْمَنِ بْنِ يَعْقُوبَ مَوْلَى الْحُرَقَةِ عَنْ أَبِيهِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « الصَّلاَةُ الْخَمْسُ وَالْجُمُعَةُ إِلَى الْجُمُعَةِ كَفَّارَةٌ لِمَا بَيْنَهُنَّ مَا لَمْ تُغْشَ الْكَبَائِرُ ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Böyük günahlar etmədikcə, beş namaz və cümə namazı növbəti cüməyədək arada olan günahların kəffarəsidir”.”

Əbu Hureyra
Muslim, 572 (Təharət, 17)Səhih

حَدَّثَنِى نَصْرُ بْنُ عَلِىٍّ الْجَهْضَمِىُّ أَخْبَرَنَا عَبْدُ الأَعْلَى حَدَّثَنَا هِشَامٌ عَنْ مُحَمَّدٍ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « الصَّلَوَاتُ الْخَمْسُ وَالْجُمُعَةُ إِلَى الْجُمُعَةِ كَفَّارَاتٌ لِمَا بَيْنَهُنَّ ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Beş vaxt namaz və cümə namazı növbəti cüməyədək arada olan günahların kəffarəsidir”.”

Əbu Hureyra
Muslim, 573 (Təharət, 18)Səhih

حَدَّثَنِى أَبُو الطَّاهِرِ وَهَارُونُ بْنُ سَعِيدٍ الأَيْلِىُّ قَالاَ أَخْبَرَنَا ابْنُ وَهْبٍ عَنْ أَبِى صَخْرٍ أَنَّ عُمَرَ بْنَ إِسْحَاقَ مَوْلَى زَائِدَةَ حَدَّثَهُ عَنْ أَبِيهِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقُولُ « الصَّلَوَاتُ الْخَمْسُ وَالْجُمُعَةُ إِلَى الْجُمُعَةِ وَرَمَضَانُ إِلَى رَمَضَانَ مُكَفِّرَاتٌ مَا بَيْنَهُنَّ إِذَا اجْتَنَبَ الْكَبَائِرَ ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Böyük günahlardan çəkinildiyi təqdirdə, beş vaxt namaz, cümə namazı növbəti cüməyədək və Ramazan ayı növbəti Ramazan ayınadək arada olan (kiçik günahlar üçün) kəffarədir”.”

Əbu Hureyra
Muslim, 574 (Təharət, 19)Səhih

حَدَّثَنِى مُحَمَّدُ بْنُ حَاتِمِ بْنِ مَيْمُونٍ حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِىٍّ حَدَّثَنَا مُعَاوِيَةُ بْنُ صَالِحٍ عَنْ رَبِيعَةَ - يَعْنِى ابْنَ يَزِيدَ - عَنْ أَبِى إِدْرِيسَ الْخَوْلاَنِىِّ عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ ح

“Növbəti hədisin sənədlərindəndir.”

Uqbə ibn Amir
Muslim, 575 (Təharət, 20)Səhih

وَحَدَّثَنِى أَبُو عُثْمَانَ عَنْ جُبَيْرِ بْنِ نُفَيْرٍ عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ قَالَ كَانَتْ عَلَيْنَا رِعَايَةُ الإِبِلِ فَجَاءَتْ نَوْبَتِى فَرَوَّحْتُهَا بِعَشِىٍّ فَأَدْرَكْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَائِمًا يُحَدِّثُ النَّاسَ فَأَدْرَكْتُ مِنْ قَوْلِهِ « مَا مِنْ مُسْلِمٍ يَتَوَضَّأُ فَيُحْسِنُ وُضُوءَهُ ثُمَّ يَقُومُ فَيُصَلِّى رَكْعَتَيْنِ مُقْبِلٌ عَلَيْهِمَا بِقَلْبِهِ وَوَجْهِهِ إِلاَّ وَجَبَتْ لَهُ الْجَنَّةُ ». قَالَ فَقُلْتُ مَا أَجْوَدَ هَذِهِ. فَإِذَا قَائِلٌ بَيْنَ يَدَىَّ يَقُولُ الَّتِى قَبْلَهَا أَجْوَدُ. فَنَظَرْتُ فَإِذَا عُمَرُ قَالَ إِنِّى قَدْ رَأَيْتُكَ جِئْتَ آنِفًا قَالَ « مَا مِنْكُمْ مِنْ أَحَدٍ يَتَوَضَّأُ فَيُبْلِغُ - أَوْ فَيُسْبِغُ - الْوُضُوءَ ثُمَّ يَقُولُ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَنَّ مُحَمَّدًا عَبْدُ اللَّهِ وَرَسُولُهُ إِلاَّ فُتِحَتْ لَهُ أَبْوَابُ الْجَنَّةِ الثَّمَانِيَةُ يَدْخُلُ مِنْ أَيِّهَا شَاءَ ».

“Rəvayət edilir ki, Uqbə ibn Amir ﵁ demişdir: “Dəvələri otarmaq bizə həvalə edilmişdi. Mənim növbəm gəlib çatdıqda və mən vəzifəmi yerinə yetirdikdən sonra axşamüstü dəvələri sürüb tövləyə apardım. Sonra Allah Elçisinin ﷺ yanına getdim və onun ayaq üstə durub camaata öyüd-nəsihət verdiyini gördüm. Söylədiklərindən eşitdiyim isə bu oldu: “Hansı müsəlman dəstəmaz alar və onu gözəl şəkildə yerinə yetirər, sonra da qalxıb qəlbi və üzü ilə namaza yönələrək iki rükət namaz qılarsa, Cənnət mütləq ona vacib olar”. Uqbə dedi: “Mən öz-özümə: “Bu nə gözəl sözlərdir!”, – dedim. Birdən qarşımda oturan adam mənə dedi: “Bundan əvvəlki daha gözəl idi”. Baxdım ki, bu, Ömərdir. O dedi: “Mən sənin bir qədər əvvəl gəldiyini gördüm. Sən gəlməmişdən qabaq Allah Elçisi ﷺ belə buyurdu: “Hansı biriniz dəstəmaz alar və dəstəmazını kamil şəkildə yerinə yetirər, sonra da: “Əşhədu ən lə iləhə illəllah və ənnə Muhəmmədən abdullahi və Rasuluhu!”, – deyərsə, Cənnətin səkkiz qapısı onun üçün açılar və o hansından istəsə, oradan Cənnətə daxil olar”.”

Uqbə ibn Amir
Muslim, 576 (Təharət, 21)Səhih

وَحَدَّثَنَاهُ أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا زَيْدُ بْنُ الْحُبَابِ حَدَّثَنَا مُعَاوِيَةُ بْنُ صَالِحٍ عَنْ رَبِيعَةَ بْنِ يَزِيدَ عَنْ أَبِى إِدْرِيسَ الْخَوْلاَنِىِّ وَأَبِى عُثْمَانَ عَنْ جُبَيْرِ بْنِ نُفَيْرِ بْنِ مَالِكٍ الْحَضْرَمِىِّ عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ الْجُهَنِىِّ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. قَالَ فَذَكَرَ مِثْلَهُ غَيْرَ أَنَّهُ قَالَ « مَنْ تَوَضَّأَ فَقَالَ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ ».

“Yuxarıda keçən hədisin eynisidir, lakin bu rəvayətdə: “Kim dəstəmaz alıb: “Əşhədu ən lə iləhə illəlla:hu, vəhdəhu lə şəri:kə ləhu və əşhədu ənnə Muhəmmədən abduhu və Rasu:luhu!”– desə....” sözü qeyd edilmişdir.”

Uqbə ibn Amir əl-Cuhəni
Muslim, 577 (Təharət, 22)Səhih

حَدَّثَنِى مُحَمَّدُ بْنُ الصَّبَّاحِ حَدَّثَنَا خَالِدُ بْنُ عَبْدِ اللَّهِ عَنْ عَمْرِو بْنِ يَحْيَى بْنِ عُمَارَةَ عَنْ أَبِيهِ عَنْ عَبْدِ اللَّهِ بْنِ زَيْدِ بْنِ عَاصِمٍ الأَنْصَارِىِّ - وَكَانَتْ لَهُ صُحْبَةٌ - قَالَ قِيلَ لَهُ تَوَضَّأْ لَنَا وُضُوءَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. فَدَعَا بِإِنَاءٍ فَأَكْفَأَ مِنْهَا عَلَى يَدَيْهِ فَغَسَلَهُمَا ثَلاَثًا ثُمَّ أَدْخَلَ يَدَهُ فَاسْتَخْرَجَهَا فَمَضْمَضَ وَاسْتَنْشَقَ مِنْ كَفٍّ وَاحِدَةٍ فَفَعَلَ ذَلِكَ ثَلاَثًا ثُمَّ أَدْخَلَ يَدَهُ فَاسْتَخْرَجَهَا فَغَسَلَ وَجْهَهُ ثَلاَثًا ثُمَّ أَدْخَلَ يَدَهُ فَاسْتَخْرَجَهَا فَغَسَلَ يَدَيْهِ إِلَى الْمِرْفَقَيْنِ مَرَّتَيْنِ مَرَّتَيْنِ ثُمَّ أَدْخَلَ يَدَهُ فَاسْتَخْرَجَهَا فَمَسَحَ بِرَأْسِهِ فَأَقْبَلَ بِيَدَيْهِ وَأَدْبَرَ ثُمَّ غَسَلَ رِجْلَيْهِ إِلَى الْكَعْبَيْنِ ثُمَّ قَالَ هَكَذَا كَانَ وُضُوءُ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, bir dəfə Abdullah ibn Zeyd ibn Asim əl-Ənsariyə ﵁: “Allah Elçisinin ﷺ dəstəmaz aldığı kimi dəstəmaz al!”, – deyildi. Bunu eşitdikdə o, bir qab su gətizdirdi. Sonra qabdan əllərinə su tökdü və onları üç dəfə yudu. Sonra sağ əlini qabın içinə salıb çıxartdı və bir ovuc su ilə həm ağzını yaxaladı, həm də burnunun içini yudu. Bunu üç dəfə təkrar etdi. Sonra yenə əlini qabın içinə salıb çıxartdı və (ovuclarındakı su ilə) üç dəfə üzünü yudu. Sonra yenə əlini qabın içinə salıb çıxartdı və əllərini dirsəklərə qədər iki dəfə-iki dəfə olaraq yudu. Sonra yenə əlini qabın içinə salıb çıxartdı və (yaş əlləri ilə) başına məsh çəkdi, əllərini qabağa və dala apardı. Sonra ayaqlarını topuqlara qədər yudu. Sonra dedi: “Allah Elçisi ﷺ belə dəstəmaz alardı”.”

Abdullah ibn Zeyd ibn Asim əl-Ənsari
Muslim, 578 (Təharət, 23)Səhih

وَحَدَّثَنِى الْقَاسِمُ بْنُ زَكَرِيَّاءَ حَدَّثَنَا خَالِدُ بْنُ مَخْلَدٍ عَنْ سُلَيْمَانَ - هُوَ ابْنُ بِلاَلٍ - عَنْ عَمْرِو بْنِ يَحْيَى بِهَذَا الإِسْنَادِ نَحْوَهُ وَلَمْ يَذْكُرِ الْكَعْبَيْنِ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir, yalnız “topuqlar” sözü qeyd edilməmişdir.”

Abdullah ibn Zeyd ibn Asim əl-Ənsari
Muslim, 579 (Təharət, 24)Səhih

وَحَدَّثَنِى إِسْحَاقُ بْنُ مُوسَى الأَنْصَارِىُّ حَدَّثَنَا مَعْنٌ حَدَّثَنَا مَالِكُ بْنُ أَنَسٍ عَنْ عَمْرِو بْنِ يَحْيَى بِهَذَا الإِسْنَادِ وَقَالَ مَضْمَضَ وَاسْتَنْثَرَ ثَلاَثًا. وَلَمْ يَقُلْ مِنْ كَفٍّ وَاحِدَةٍ. وَزَادَ بَعْدَ قَوْلِهِ فَأَقْبَلَ بِهِمَا وَأَدْبَرَ بَدَأَ بِمُقَدَّمِ رَأْسِهِ ثُمَّ ذَهَبَ بِهِمَا إِلَى قَفَاهُ ثُمَّ رَدَّهُمَا حَتَّى رَجَعَ إِلَى الْمَكَانِ الَّذِى بَدَأَ مِنْهُ وَغَسَلَ رِجْلَيْهِ.

“Malik ibn Ənəs ﵀ hədisi Amr ibn Yəhyadan bu isnadla rəvayət etmiş və bu rəvayətdə: “üç dəfə ağzını yaxalamış və üç dəfə burnunu yumuşdur”, – demiş, amma “bir ovucla” sözünü qeyd etməmişdir. Həmçinin bunu da əlavə etmişdir: “başının ön tərəfindən başladı və əvvəlcə əllərini başının arxa tərəfinə doğru apardı, sonra da onları başladığı yerə qaytardı. Daha sonra ayaqlarını yudu”.”

Malik ibn Ənəs
Muslim, 580 (Təharət, 25)Səhih

حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ بِشْرٍ الْعَبْدِىُّ حَدَّثَنَا بَهْزٌ حَدَّثَنَا وُهَيْبٌ حَدَّثَنَا عَمْرُو بْنُ يَحْيَى بِمِثْلِ إِسْنَادِهِمْ وَاقْتَصَّ الْحَدِيثَ وَقَالَ فِيهِ فَمَضْمَضَ وَاسْتَنْشَقَ وَاسْتَنْثَرَ مِنْ ثَلاَثِ غَرَفَاتٍ. وَقَالَ أَيْضًا فَمَسَحَ بِرَأْسِهِ فَأَقْبَلَ بِهِ وَأَدْبَرَ مَرَّةً وَاحِدَةً. قَالَ بَهْزٌ أَمْلَى عَلَىَّ وُهَيْبٌ هَذَا الْحَدِيثَ. وَقَالَ وُهَيْبٌ أَمْلَى عَلَىَّ عَمْرُو بْنُ يَحْيَى هَذَا الْحَدِيثَ مَرَّتَيْنِ.

“Ravi Amr ibn Yəhya ﵀ yuxarıdakı isnadla: “Üç ovuc su ilə ağzını yaxaladı, burnuna su çəkib çıxartmaqla onu yudu”, həmçinin: “Başına məsh çəkdi. Əllərini bir dəfə qabağa və dala apardı” sözlərini rəvayət etmişdir.”

Amr ibn Yəhya
Muslim, 581 (Təharət, 26)Səhih

حَدَّثَنَا هَارُونُ بْنُ مَعْرُوفٍ ح وَحَدَّثَنِى هَارُونُ بْنُ سَعِيدٍ الأَيْلِىُّ وَأَبُو الطَّاهِرِ قَالُوا حَدَّثَنَا ابْنُ وَهْبٍ أَخْبَرَنِى عَمْرُو بْنُ الْحَارِثِ أَنَّ حَبَّانَ بْنَ وَاسِعٍ حَدَّثَهُ أَنَّ أَبَاهُ حَدَّثَهُ أَنَّهُ سَمِعَ عَبْدَ اللَّهِ بْنَ زَيْدِ بْنِ عَاصِمٍ الْمَازِنِىَّ يَذْكُرُ أَنَّهُ رَأَى رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تَوَضَّأَ فَمَضْمَضَ ثُمَّ اسْتَنْثَرَ ثُمَّ غَسَلَ وَجْهَهُ ثَلاَثًا وَيَدَهُ الْيُمْنَى ثَلاَثًا وَالأُخْرَى ثَلاَثًا وَمَسَحَ بِرَأْسِهِ بِمَاءٍ غَيْرِ فَضْلِ يَدِهِ وَغَسَلَ رِجْلَيْهِ حَتَّى أَنْقَاهُمَا. قَالَ أَبُو الطَّاهِرِ حَدَّثَنَا ابْنُ وَهْبٍ عَنْ عَمْرِو بْنِ الْحَارِثِ.

“Rəvayət edilir ki, Abdullah ibn Zeyd ibn Asim əl-Mazini ﵁ Allah Elçisini ﷺ dəstəmaz alanda gördüyünü belə vəsf etmişdir: “Ağzını yaxaladı, sonra burnuna su çəkib çıxartdı. Sonra üç dəfə üzünü yudu. Sonra üç dəfə sağ əlini, üç dəfə də digər əlini yudu. Sonra başına əlinin artığı olmayan su ilə məsh çəkdi. Sonra ayaqlarını tərtəmiz edincəyə qədər yudu”.”

Abdullah ibn Zeyd ibn Asim əl-Mazini
Muslim, 582 (Təharət, 27)Səhih

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ وَعَمْرٌو النَّاقِدُ وَمُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ نُمَيْرٍ جَمِيعًا عَنِ ابْنِ عُيَيْنَةَ - قَالَ قُتَيْبَةُ حَدَّثَنَا سُفْيَانُ - عَنْ أَبِى الزِّنَادِ عَنِ الأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ يَبْلُغُ بِهِ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا اسْتَجْمَرَ أَحَدُكُمْ فَلْيَسْتَجْمِرْ وِتْرًا وَإِذَا تَوَضَّأَ أَحَدُكُمْ فَلْيَجْعَلْ فِى أَنْفِهِ مَاءً ثُمَّ لْيَنْتَثِرْ ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Hansı biriniz ayaqyolunda daşla təmizlənsə, bunu tək sayda etsin. Həmçinin hansı biriniz dəstəmaz almış olsa, burnuna su alsın, sonra onu çıxartsın”.”

Əbu Hureyra
Muslim, 583 (Təharət, 28)Səhih

حَدَّثَنِى مُحَمَّدُ بْنُ رَافِعٍ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ بْنُ هَمَّامٍ أَخْبَرَنَا مَعْمَرٌ عَنْ هَمَّامِ بْنِ مُنَبِّهٍ قَالَ هَذَا مَا حَدَّثَنَا أَبُو هُرَيْرَةَ عَنْ مُحَمَّدٍ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَذَكَرَ أَحَادِيثَ مِنْهَا وَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا تَوَضَّأَ أَحَدُكُمْ فَلْيَسْتَنْشِقْ بِمَنْخِرَيْهِ مِنَ الْمَاءِ ثُمَّ لْيَنْتَثِرْ ».

“Həmmam ibn Munəbbih ﵀: “Bu, Əbu Hureyranın bizə Allahın elçisi Muhəmməddən ﷺ rəvayət etdikləridir...”, – demiş və bir neçə hədis rəvayət etmişdir. Bu hədislərdən biri də budur: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Sizdən biri dəstəmaz aldığı zaman burnunun dəliklərinə su çəksin, sonra onu çıxartsın”.”

Həmmam ibn Munəbbih
Muslim, 584 (Təharət, 29)Səhih

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى قَالَ قَرَأْتُ عَلَى مَالِكٍ عَنِ ابْنِ شِهَابٍ عَنْ أَبِى إِدْرِيسَ الْخَوْلاَنِىِّ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مَنْ تَوَضَّأَ فَلْيَسْتَنْثِرْ وَمَنِ اسْتَجْمَرَ فَلْيُوتِرْ ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim dəstəmaz alarsa, burnunun içini yusun və kim ayaqyolunda daşla təmizlənərsə, (daşların sayını) tək sayda etsin”.”

Əbu Hureyra
Muslim, 585 (Təharət, 30)Səhih

حَدَّثَنَا سَعِيدُ بْنُ مَنْصُورٍ حَدَّثَنَا حَسَّانُ بْنُ إِبْرَاهِيمَ حَدَّثَنَا يُونُسُ بْنُ يَزِيدَ ح وَحَدَّثَنِى حَرْمَلَةُ بْنُ يَحْيَى أَخْبَرَنَا ابْنُ وَهْبٍ أَخْبَرَنِى يُونُسُ عَنِ ابْنِ شِهَابٍ أَخْبَرَنِى أَبُو إِدْرِيسَ الْخَوْلاَنِىُّ أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ وَأَبَا سَعِيدٍ الْخُدْرِىَّ يَقُولاَنِ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. بِمِثْلِهِ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Əbu Hureyra və Əbu Səid əl-Xudri
Muslim, 586 (Təharət, 31)Səhih

حَدَّثَنِى بِشْرُ بْنُ الْحَكَمِ الْعَبْدِىُّ حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ - يَعْنِى الدَّرَاوَرْدِىَّ - عَنِ ابْنِ الْهَادِ عَنْ مُحَمَّدِ بْنِ إِبْرَاهِيمَ عَنْ عِيسَى بْنِ طَلْحَةَ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا اسْتَيْقَظَ أَحَدُكُمْ مِنْ مَنَامِهِ فَلْيَسْتَنْثِرْ ثَلاَثَ مَرَّاتٍ فَإِنَّ الشَّيْطَانَ يَبِيتُ عَلَى خَيَاشِيمِهِ ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Biriniz yuxudan oyandığı zaman üç dəfə burnuna su alıb çıxartsın, çünki şeytan onun burun çəpərlərinin üstündə gecələyir”.”

Əbu Hureyra
Muslim, 587 (Təharət, 32)Səhih

حَدَّثَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ وَمُحَمَّدُ بْنُ رَافِعٍ قَالَ ابْنُ رَافِعٍ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ أَخْبَرَنَا ابْنُ جُرَيْجٍ أَخْبَرَنِى أَبُو الزُّبَيْرِ أَنَّهُ سَمِعَ جَابِرَ بْنَ عَبْدِ اللَّهِ يَقُولُ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا اسْتَجْمَرَ أَحَدُكُمْ فَلْيُوتِرْ ».

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Biriniz ayaqyolunda daşla təmizləndiyi zaman bunu tək sayda etsin”.”

Cabir ibn Abdullah
Muslim, 588 (Təharət, 33)Səhih

حَدَّثَنَا هَارُونُ بْنُ سَعِيدٍ الأَيْلِىُّ وَأَبُو الطَّاهِرِ وَأَحْمَدُ بْنُ عِيسَى قَالُوا أَخْبَرَنَا عَبْدُ اللَّهِ بْنُ وَهْبٍ عَنْ مَخْرَمَةَ بْنِ بُكَيْرٍ عَنْ أَبِيهِ عَنْ سَالِمٍ مَوْلَى شَدَّادٍ قَالَ دَخَلْتُ عَلَى عَائِشَةَ زَوْجِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمَ تُوُفِّىَ سَعْدُ بْنُ أَبِى وَقَّاصٍ فَدَخَلَ عَبْدُ الرَّحْمَنِ بْنُ أَبِى بَكْرٍ فَتَوَضَّأَ عِنْدَهَا فَقَالَتْ يَا عَبْدَ الرَّحْمَنِ أَسْبِغِ الْوُضُوءَ فَإِنِّى سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « وَيْلٌ لِلأَعْقَابِ مِنَ النَّارِ ».

“Şəddadın köləlikdən azad etdiyi Səlim demişdir: “Səd ibn Əbu Vəqqas vəfat etdiyi gün mən Peyğəmbərin ﷺ zövcəsi Aişənin yanına gəldim. Bu vaxt Abdur-Rahmən ibn Əbu Bəkr içəri girdi və onun yanında dəstəmaz aldı. Aişə ona: “Ey Abdur-Rahmən! Dəstəmazı tam şəkildə al! Çünki mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Oda girəcək dabanların vay halına!””

Şəddadın mövlası Səlim
Muslim, 589 (Təharət, 34)Səhih

وَحَدَّثَنِى حَرْمَلَةُ بْنُ يَحْيَى حَدَّثَنَا ابْنُ وَهْبٍ أَخْبَرَنِى حَيْوَةُ أَخْبَرَنِى مُحَمَّدُ بْنُ عَبْدِ الرَّحْمَنِ أَنَّ أَبَا عَبْدِ اللَّهِ مَوْلَى شَدَّادِ بْنِ الْهَادِ حَدَّثَهُ أَنَّهُ دَخَلَ عَلَى عَائِشَةَ فَذَكَرَ عَنْهَا عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِمِثْلِهِ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Cabir ibn Abdullah
Muslim, 590 (Təharət, 35)Səhih

وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ حَاتِمٍ وَأَبُو مَعْنٍ الرَّقَاشِىُّ قَالاَ حَدَّثَنَا عُمَرُ بْنُ يُونُسَ حَدَّثَنَا عِكْرِمَةُ بْنُ عَمَّارٍ حَدَّثَنِى يَحْيَى بْنُ أَبِى كَثِيرٍ قَالَ حَدَّثَنِى - أَوْ حَدَّثَنَا - أَبُو سَلَمَةَ بْنُ عَبْدِ الرَّحْمَنِ حَدَّثَنِى سَالِمٌ مَوْلَى الْمَهْرِىِّ قَالَ خَرَجْتُ أَنَا وَعَبْدُ الرَّحْمَنِ بْنُ أَبِى بَكْرٍ فِى جَنَازَةِ سَعْدِ بْنِ أَبِى وَقَّاصٍ فَمَرَرْنَا عَلَى بَابِ حُجْرَةِ عَائِشَةَ فَذَكَرَ عَنْهَا عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِثْلَهُ.

“Məhrinin köləlikdən azad etdiyi Səlim: “Mən Abdur-Rahmən ibn Əbu Bəkr ilə birgə Səd ibn Əbu Vəqqasın cənazəsində iştirak etməyə getdik. Bu əsnada Aişənin evinin qapısının önündən keçdik...”, – dedi və Aişənin Peyğəmbərdən ﷺ rəvayət etdiyi hədisi qeyd etdi.”

Cabir ibn Abdullah
Muslim, 591 (Təharət, 36)Səhih

حَدَّثَنِى سَلَمَةُ بْنُ شَبِيبٍ حَدَّثَنَا الْحَسَنُ بْنُ أَعْيَنَ حَدَّثَنَا فُلَيْحٌ حَدَّثَنِى نُعَيْمُ بْنُ عَبْدِ اللَّهِ عَنْ سَالِمٍ مَوْلَى شَدَّادِ بْنِ الْهَادِ قَالَ كُنْتُ أَنَا مَعَ عَائِشَةَ - رضى الله عنها - فَذَكَرَ عَنْهَا عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِمِثْلِهِ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Cabir ibn Abdullah
Muslim, 592 (Təharət, 37)Səhih

وَحَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا جَرِيرٌ ح وَحَدَّثَنَا إِسْحَاقُ أَخْبَرَنَا جَرِيرٌ عَنْ مَنْصُورٍ عَنْ هِلاَلِ بْنِ يِسَافٍ عَنْ أَبِى يَحْيَى عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو قَالَ رَجَعْنَا مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ مَكَّةَ إِلَى الْمَدِينَةِ حَتَّى إِذَا كُنَّا بِمَاءٍ بِالطَّرِيقِ تَعَجَّلَ قَوْمٌ عِنْدَ الْعَصْرِ فَتَوَضَّئُوا وَهُمْ عِجَالٌ فَانْتَهَيْنَا إِلَيْهِمْ وَأَعْقَابُهُمْ تَلُوحُ لَمْ يَمَسَّهَا الْمَاءُ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « وَيْلٌ لِلأَعْقَابِ مِنَ النَّارِ أَسْبِغُوا الْوُضُوءَ ».

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə Məkkədən Mədinəyə qayıdırdıq. Gəlib yol üstündəki su başına yetişdik. Əsr vaxtı camaat tələsdi və tələsə-tələsə dəstəmaz aldı, biz də onlara yetişdik. Onların dabanlarına su dəymədiyi aydın görünürdü. Bunu görəndə Allah Elçisi ﷺ buyurdu: “Oda girəcək dabanların vay halına! Dəstəmazı tam şəkildə alın!””

Abdullah ibn Amr
Muslim, 593 (Təharət, 38)Səhih

وَحَدَّثَنَاهُ أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا وَكِيعٌ عَنْ سُفْيَانَ ح وَحَدَّثَنَا ابْنُ الْمُثَنَّى وَابْنُ بَشَّارٍ قَالاَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ قَالَ حَدَّثَنَا شُعْبَةُ كِلاَهُمَا عَنْ مَنْصُورٍ بِهَذَا الإِسْنَادِ وَلَيْسَ فِى حَدِيثِ شُعْبَةَ « أَسْبِغُوا الْوُضُوءَ ». وَفِى حَدِيثِهِ عَنْ أَبِى يَحْيَى الأَعْرَجِ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir, yalnız “Dəstəmazı tam şəkildə alın!” sözü qeyd edilməmişdir.”

Abdullah ibn Amr
Muslim, 594 (Təharət, 39)Səhih

حَدَّثَنَا شَيْبَانُ بْنُ فَرُّوخَ وَأَبُو كَامِلٍ الْجَحْدَرِىُّ جَمِيعًا عَنْ أَبِى عَوَانَةَ - قَالَ أَبُو كَامِلٍ حَدَّثَنَا أَبُو عَوَانَةَ - عَنْ أَبِى بِشْرٍ عَنْ يُوسُفَ بْنِ مَاهَكَ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو قَالَ تَخَلَّفَ عَنَّا النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى سَفَرٍ سَافَرْنَاهُ فَأَدْرَكَنَا وَقَدْ حَضَرَتْ صَلاَةُ الْعَصْرِ فَجَعَلْنَا نَمْسَحُ عَلَى أَرْجُلِنَا فَنَادَى « وَيْلٌ لِلأَعْقَابِ مِنَ النَّارِ ».

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Biz səfərdə olduğumuz vaxt Peyğəmbər ﷺ bizdən geri qaldı, sonra da Əsr namazının vaxtında gəlib bizə çatdı. (Namazın vaxtı çıxacaqdı deyə,) biz ayaqlarımıza məsh etməyə başladıq. Peyğəmbər ﷺ bunu gördükdə uca səslə dedi: “Oda girəcək dabanların vay halına!””

Abdullah ibn Amr
Muslim, 595 (Təharət, 40)Səhih

حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ سَلاَّمٍ الْجُمَحِىُّ حَدَّثَنَا الرَّبِيعُ - يَعْنِى ابْنَ مُسْلِمٍ - عَنْ مُحَمَّدٍ - وَهُوَ ابْنُ زِيَادٍ - عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَأَى رَجُلاً لَمْ يَغْسِلْ عَقِبَيْهِ فَقَالَ « وَيْلٌ لِلأَعْقَابِ مِنَ النَّارِ ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ bir nəfərin dəstəmaz alarkən dabanlarını yumadığını görüb dedi: “Oda girəcək dabanların vay halına!””

Əbu Hureyra
Muslim, 596 (Təharət, 41)Səhih

حَدَّثَنَا قُتَيْبَةُ وَأَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَأَبُو كُرَيْبٍ قَالُوا حَدَّثَنَا وَكِيعٌ عَنْ شُعْبَةَ عَنْ مُحَمَّدِ بْنِ زِيَادٍ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّهُ رَأَى قَوْمًا يَتَوَضَّئُونَ مِنَ الْمِطْهَرَةِ فَقَالَ أَسْبِغُوا الْوُضُوءَ فَإِنِّى سَمِعْتُ أَبَا الْقَاسِمِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « وَيْلٌ لِلْعَرَاقِيبِ مِنَ النَّارِ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ bir su qabından dəstəmaz alan camaatı görüb dedi: “Dəstəmazı tam şəkildə alın! Çünki mən Əbul-Qasimin ﷺ belə buyurduğunu eşitmişəm: “Oda girəcək daban vətərlərinin vay halına!””

Əbu Hureyra
Muslim, 597 (Təharət, 42)Səhih

حَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا جَرِيرٌ عَنْ سُهَيْلٍ عَنْ أَبِيهِ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « وَيْلٌ لِلأَعْقَابِ مِنَ النَّارِ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Oda girəcək dabanların vay halına!””

Əbu Hureyra
Muslim, 598 (Təharət, 43)Səhih

حَدَّثَنِى سَلَمَةُ بْنُ شَبِيبٍ حَدَّثَنَا الْحَسَنُ بْنُ مُحَمَّدِ بْنِ أَعْيَنَ حَدَّثَنَا مَعْقِلٌ عَنْ أَبِى الزُّبَيْرِ عَنْ جَابِرٍ أَخْبَرَنِى عُمَرُ بْنُ الْخَطَّابِ أَنَّ رَجُلاً تَوَضَّأَ فَتَرَكَ مَوْضِعَ ظُفُرٍ عَلَى قَدَمِهِ فَأَبْصَرَهُ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « ارْجِعْ فَأَحْسِنْ وُضُوءَكَ ». فَرَجَعَ ثُمَّ صَلَّى.

“Ömər ibn əl-Xattab ﵁ rəvayət edir ki, bir nəfər dəstəmaz aldı və ayağında bir dırnaq boyda yer quru qaldı. Peyğəmbər ﷺ bunu görəndə ona belə buyurdu: “Qayıt, dəstəmazını gözəl şəkildə yerinə yetir!” O da qayıdıb dəstəmaz aldı və namaz qıldı.”

Ömər ibn əl-Xattab
Muslim, 599 (Təharət, 44)Səhih

حَدَّثَنَا سُوَيْدُ بْنُ سَعِيدٍ عَنْ مَالِكِ بْنِ أَنَسٍ ح وَحَدَّثَنَا أَبُو الطَّاهِرِ - وَاللَّفْظُ لَهُ - أَخْبَرَنَا عَبْدُ اللَّهِ بْنُ وَهْبٍ عَنْ مَالِكِ بْنِ أَنَسٍ عَنْ سُهَيْلِ بْنِ أَبِى صَالِحٍ عَنْ أَبِيهِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا تَوَضَّأَ الْعَبْدُ الْمُسْلِمُ - أَوِ الْمُؤْمِنُ - فَغَسَلَ وَجْهَهُ خَرَجَ مِنْ وَجْهِهِ كُلُّ خَطِيئَةٍ نَظَرَ إِلَيْهَا بِعَيْنَيْهِ مَعَ الْمَاءِ - أَوْ مَعَ آخِرِ قَطْرِ الْمَاءِ - فَإِذَا غَسَلَ يَدَيْهِ خَرَجَ مِنْ يَدَيْهِ كُلُّ خَطِيئَةٍ كَانَ بَطَشَتْهَا يَدَاهُ مَعَ الْمَاءِ - أَوْ مَعَ آخِرِ قَطْرِ الْمَاءِ - فَإِذَا غَسَلَ رِجْلَيْهِ خَرَجَتْ كُلُّ خَطِيئَةٍ مَشَتْهَا رِجْلاَهُ مَعَ الْمَاءِ - أَوْ مَعَ آخِرِ قَطْرِ الْمَاءِ - حَتَّى يَخْرُجَ نَقِيًّا مِنَ الذُّنُوبِ ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Müsəlman (və ya mömin) bir bəndə dəstəmaz aldığı vaxt üzünü yuduqda, gözləri ilə gördüyü hər bir xəta su ilə (və ya suyun son damcısı ilə) bərabər üzündən çıxar. Əllərini yuduqda, əlləri ilə tutduğu hər bir xəta su ilə (və ya suyun son damcısı ilə) bərabər əllərindən çıxar. Ayaqlarını yuduqda ayaqları ilə batdığı hər bir xəta su ilə (və ya suyun son damcısı ilə) bərabər ayaqlarından çıxar. Nəhayət, o bəndə günahlardan təmizlənmiş halda üzə çıxar”.”

Əbu Hureyra
Muslim, 600 (Təharət, 45)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ مَعْمَرِ بْنِ رِبْعِىٍّ الْقَيْسِىُّ حَدَّثَنَا أَبُو هِشَامٍ الْمَخْزُومِىُّ عَنْ عَبْدِ الْوَاحِدِ - وَهُوَ ابْنُ زِيَادٍ - حَدَّثَنَا عُثْمَانُ بْنُ حَكِيمٍ حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُنْكَدِرِ عَنْ حُمْرَانَ عَنْ عُثْمَانَ بْنِ عَفَّانَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « مَنْ تَوَضَّأَ فَأَحْسَنَ الْوُضُوءَ خَرَجَتْ خَطَايَاهُ مِنْ جَسَدِهِ حَتَّى تَخْرُجَ مِنْ تَحْتِ أَظْفَارِهِ ».

“Rəvayət edilir ki, Osman ibn Əffan ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim dəstəmaz alar və dəstəmazını gözəl şəkildə yerinə yetirərsə, günahları bədənindən, hətta dırnaqlarının altından çıxar”.”

Osman ibn Əffan
Muslim, 601 (Təharət, 46)Səhih

حَدَّثَنِى أَبُو كُرَيْبٍ مُحَمَّدُ بْنُ الْعَلاَءِ وَالْقَاسِمُ بْنُ زَكَرِيَّاءَ بْنِ دِينَارٍ وَعَبْدُ بْنُ حُمَيْدٍ قَالُوا حَدَّثَنَا خَالِدُ بْنُ مَخْلَدٍ عَنْ سُلَيْمَانَ بْنِ بِلاَلٍ حَدَّثَنِى عُمَارَةُ بْنُ غَزِيَّةَ الأَنْصَارِىُّ عَنْ نُعَيْمِ بْنِ عَبْدِ اللَّهِ الْمُجْمِرِ قَالَ رَأَيْتُ أَبَا هُرَيْرَةَ يَتَوَضَّأُ فَغَسَلَ وَجْهَهُ فَأَسْبَغَ الْوُضُوءَ ثُمَّ غَسَلَ يَدَهُ الْيُمْنَى حَتَّى أَشْرَعَ فِى الْعَضُدِ ثُمَّ يَدَهُ الْيُسْرَى حَتَّى أَشْرَعَ فِى الْعَضُدِ ثُمَّ مَسَحَ رَأْسَهُ ثُمَّ غَسَلَ رِجْلَهُ الْيُمْنَى حَتَّى أَشْرَعَ فِى السَّاقِ ثُمَّ غَسَلَ رِجْلَهُ الْيُسْرَى حَتَّى أَشْرَعَ فِى السَّاقِ ثُمَّ قَالَ هَكَذَا رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَتَوَضَّأُ. وَقَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أَنْتُمُ الْغُرُّ الْمُحَجَّلُونَ يَوْمَ الْقِيَامَةِ مِنْ إِسْبَاغِ الْوُضُوءِ فَمَنِ اسْتَطَاعَ مِنْكُمْ فَلْيُطِلْ غُرَّتَهُ وَتَحْجِيلَهُ ».

“Rəvayət edilir ki, Nueym ibn Abdullah əl-Mucmir ﵁ demişdir: “Mən Əbu Hureyranın dəstəmaz aldığını gördüm. O, üzünü yudu, dəstəmazı tam şəkildə yerinə yetirdi. Sonra sağ əlini çiyninə qədər yudu. Sonra sol əlini çiyninə qədər yudu. Sonra başına məsh çəkdi. Sonra sağ ayağını – baldırı da daxil olmaqla – yudu. Sonra sol ayağını – baldırı da daxil olmaqla – yudu. Sonra dedi: “Mən Peyğəmbərin ﷺ bu cür dəstəmaz aldığını gördüm. Allah Elçisi ﷺ dəstəmaz aldıqdan sonra belə buyurdu: “Dəstəmazı tam şəkildə yerinə yetirməyinizdən dolayı Qiyamət günü üzləriniz parlayacaq, əlləriniz və ayaqlarınız nur saçacaq. Sizdən kimin gücü çatırsa, qoy üzünün parlaqlığını, əllərinin və ayaqlarının nurunu artırsın!””

Nueym ibn Abdullah əl-Mucmir
Muslim, 602 (Təharət, 47)Səhih

وَحَدَّثَنِى هَارُونُ بْنُ سَعِيدٍ الأَيْلِىُّ حَدَّثَنِى ابْنُ وَهْبٍ أَخْبَرَنِى عَمْرُو بْنُ الْحَارِثِ عَنْ سَعِيدِ بْنِ أَبِى هِلاَلٍ عَنْ نُعَيْمِ بْنِ عَبْدِ اللَّهِ أَنَّهُ رَأَى أَبَا هُرَيْرَةَ يَتَوَضَّأُ فَغَسَلَ وَجْهَهُ وَيَدَيْهِ حَتَّى كَادَ يَبْلُغُ الْمَنْكِبَيْنِ ثُمَّ غَسَلَ رِجْلَيْهِ حَتَّى رَفَعَ إِلَى السَّاقَيْنِ ثُمَّ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « إِنَّ أُمَّتِى يَأْتُونَ يَوْمَ الْقِيَامَةِ غُرًّا مُحَجَّلِينَ مِنْ أَثَرِ الْوُضُوءِ فَمَنِ اسْتَطَاعَ مِنْكُمْ أَنْ يُطِيلَ غُرَّتَهُ فَلْيَفْعَلْ ».

“Nueym ibn Abdullah ﵀ Əbu Hureyranın dəstəmaz aldığını görmüş və bunu belə vəsf etmişdir: “O əvvəlcə üzünü, sonra da əllərini az qala çiyinlərinə qədər yudu. Sonra ayaqlarını baldırının yuxarı hissəsinə qədər yudu. Sonra dedi: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitdim: “Ümmətim Qiyamət günü dəstəmaz izindən dolayı üzləri parlaq, əlləri və ayaqları nurlu olduğu halda gələcək. Sizdən kim üzünün parlaqlığını uzada bilirsə, qoy uzatsın!””

Nueym ibn Abdullah
Muslim, 603 (Təharət, 48)Səhih

حَدَّثَنَا سُوَيْدُ بْنُ سَعِيدٍ وَابْنُ أَبِى عُمَرَ جَمِيعًا عَنْ مَرْوَانَ الْفَزَارِىِّ - قَالَ ابْنُ أَبِى عُمَرَ حَدَّثَنَا مَرْوَانُ - عَنْ أَبِى مَالِكٍ الأَشْجَعِىِّ سَعْدِ بْنِ طَارِقٍ عَنْ أَبِى حَازِمٍ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِنَّ حَوْضِى أَبْعَدُ مِنْ أَيْلَةَ مِنْ عَدَنٍ لَهُوَ أَشَدُّ بَيَاضًا مِنَ الثَّلْجِ وَأَحْلَى مِنَ الْعَسَلِ بِاللَّبَنِ وَلآنِيَتُهُ أَكْثَرُ مِنْ عَدَدِ النُّجُومِ وَإِنِّى لأَصُدُّ النَّاسَ عَنْهُ كَمَا يَصُدُّ الرَّجُلُ إِبِلَ النَّاسِ عَنْ حَوْضِهِ ». قَالُوا يَا رَسُولَ اللَّهِ أَتَعْرِفُنَا يَوْمَئِذٍ قَالَ « نَعَمْ لَكُمْ سِيمَا لَيْسَتْ لأَحَدٍ مِنَ الأُمَمِ تَرِدُونَ عَلَىَّ غُرًّا مُحَجَّلِينَ مِنْ أَثَرِ الْوُضُوءِ ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Mənim hovuzumun (iki tərəfi arasındakı məsafə) Əylə ilə Ədən arasındakı məsafədən daha uzaqdır. Onun suyu qardan ağ və südlə qatışdırılmış baldan daha şirindir. (Ətrafına düzülmüş) qədəhləri ulduzların sayından daha çoxdur. Bir adam insanların dəvələrini hovuzunun yanına buraxmadığı kimi, mən də yad adamları hovuzumun yanına buraxmayacağam”. Səhabələr dedilər: “Ey Allahın Elçisi! O gün sən bizi tanıyacaqsanmı?” Peyğəmbər ﷺ buyurdu: “Bəli! Sizin başqa ümmətlərin heç birində olmayan bir əlamətiniz var. Siz mənim yanıma dəstəmaz izinə görə üzləriniz parlaq, əlləriniz və ayaqlarınız nurlu halda gələcəksiniz”.”

Əbu Hureyra
Muslim, 604 (Təharət, 49)Səhih

حَدَّثَنَا أَبُو كُرَيْبٍ وَوَاصِلُ بْنُ عَبْدِ الأَعْلَى - وَاللَّفْظُ لِوَاصِلٍ - قَالاَ حَدَّثَنَا ابْنُ فُضَيْلٍ عَنْ أَبِى مَالِكٍ الأَشْجَعِىِّ عَنْ أَبِى حَازِمٍ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « تَرِدُ عَلَىَّ أُمَّتِى الْحَوْضَ وَأَنَا أَذُودُ النَّاسَ عَنْهُ كَمَا يَذُودُ الرَّجُلُ إِبِلَ الرَّجُلِ عَنْ إِبِلِهِ ». قَالُوا يَا نَبِىَّ اللَّهِ أَتَعْرِفُنَا قَالَ « نَعَمْ لَكُمْ سِيمَا لَيْسَتْ لأَحَدٍ غَيْرِكُمْ تَرِدُونَ عَلَىَّ غُرًّا مُحَجَّلِينَ مِنْ آثَارِ الْوُضُوءِ وَلَيُصَدَّنَّ عَنِّى طَائِفَةٌ مِنْكُمْ فَلاَ يَصِلُونَ فَأَقُولُ يَا رَبِّ هَؤُلاَءِ مِنْ أَصْحَابِى فَيُجِيبُنِى مَلَكٌ فَيَقُولُ وَهَلْ تَدْرِى مَا أَحْدَثُوا بَعْدَكَ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişidr: “Allah Elçisi ﷺ belə buyurdu: “(Qiyamət günü) ümmətim hovuzun başına, mənim yanıma gələcək. Bir adam başqa birisinin dəvələrini öz dəvələrinin yanına buraxmadığı kimi, mən də yad adamları hovuzumun yanına buraxmayacağam”. Səhabələr dedilər: “Ey Allahın Peyğəmbəri! O gün sən bizi tanıyacaqsanmı?” Peyğəmbər ﷺ buyurdu: “Bəli! Sizin başqa ümmətləriən heç birində olmayan bir əlamətiniz var. Siz mənim yanıma dəstəmaz izindən dolayı üzləriniz parlaq, əlləriniz və ayaqlarınız nurlu halda gələcəksiniz. Lakin aranızdan bir toplum mənim yanıma buraxılmayacaq deyə gəlib mənə qovuşa bilməyəcək. Onda mən deyəcəyəm: “Ey Rəbbim! Bunlar mənim səhabələrimdəndirlər”. Mələklərdən biri mənə belə cavab verəcək: “Heç bilirsənmi, onlar səndən sonra (dində) nə yeniliklər ediblər?!””

Əbu Hureyra
Muslim, 605 (Təharət, 50)Səhih

وَحَدَّثَنَا عُثْمَانُ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا عَلِىُّ بْنُ مُسْهِرٍ عَنْ سَعْدِ بْنِ طَارِقٍ عَنْ رِبْعِىِّ بْنِ حِرَاشٍ عَنْ حُذَيْفَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِنَّ حَوْضِى لأَبْعَدُ مِنْ أَيْلَةَ مِنْ عَدَنٍ وَالَّذِى نَفْسِى بِيَدِهِ إِنِّى لأَذُودُ عَنْهُ الرِّجَالَ كَمَا يَذُودُ الرَّجُلُ الإِبِلَ الْغَرِيبَةَ عَنْ حَوْضِهِ ». قَالُوا يَا رَسُولَ اللَّهِ وَتَعْرِفُنَا قَالَ « نَعَمْ تَرِدُونَ عَلَىَّ غُرًّا مُحَجَّلِينَ مِنْ آثَارِ الْوُضُوءِ لَيْسَتْ لأَحَدٍ غَيْرِكُمْ ».

“Rəvayət edilir ki, Huzeyfə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Mənim hovuzumun (iki tərəfi arasındakı məsafə) Əylə ilə Ədən arasındakı məsafədən daha uzaqdır. Canım Əlində Olana and olsun ki, bir adam özgə dəvələri hovuzunun yanına buraxmadığı kimi, mən də yad adamları hovuzumun yanına buraxmayacağam”. Səhabələr dedilər: “Ey Allahın Elçisi! O gün sən bizi tanıya biləcəksənmi?” Peyğəmbər ﷺ buyurdu: “Bəli! Siz mənim yanıma, dəstəmaz izinə görə üzləriniz parlaq, əlləriniz və ayaqlarınız nurlu halda gələcəksiniz. Bu əlamət isə sizdən başqa heç kəsdə olmayacaq”.”

Huzeyfə
Muslim, 606 (Təharət, 51)Səhih

حَدَّثَنَا يَحْيَى بْنُ أَيُّوبَ وَسُرَيْجُ بْنُ يُونُسَ وَقُتَيْبَةُ بْنُ سَعِيدٍ وَعَلِىُّ بْنُ حُجْرٍ جَمِيعًا عَنْ إِسْمَاعِيلَ بْنِ جَعْفَرٍ - قَالَ ابْنُ أَيُّوبَ حَدَّثَنَا إِسْمَاعِيلُ - أَخْبَرَنِى الْعَلاَءُ عَنْ أَبِيهِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَتَى الْمَقْبُرَةَ فَقَالَ « السَّلاَمُ عَلَيْكُمْ دَارَ قَوْمٍ مُؤْمِنِينَ وَإِنَّا إِنْ شَاءَ اللَّهُ بِكُمْ لاَحِقُونَ وَدِدْتُ أَنَّا قَدْ رَأَيْنَا إِخْوَانَنَا ». قَالُوا أَوَلَسْنَا إِخْوَانَكَ يَا رَسُولَ اللَّهِ قَالَ « أَنْتُمْ أَصْحَابِى وَإِخْوَانُنَا الَّذِينَ لَمْ يَأْتُوا بَعْدُ ». فَقَالُوا كَيْفَ تَعْرِفُ مَنْ لَمْ يَأْتِ بَعْدُ مِنْ أُمَّتِكَ يَا رَسُولَ اللَّهِ فَقَالَ « أَرَأَيْتَ لَوْ أَنَّ رَجُلاً لَهُ خَيْلٌ غُرٌّ مُحَجَّلَةٌ بَيْنَ ظَهْرَىْ خَيْلٍ دُهْمٍ بُهْمٍ أَلاَ يَعْرِفُ خَيْلَهُ ». قَالُوا بَلَى يَا رَسُولَ اللَّهِ. قَالَ « فَإِنَّهُمْ يَأْتُونَ غُرًّا مُحَجَّلِينَ مِنَ الْوُضُوءِ وَأَنَا فَرَطُهُمْ عَلَى الْحَوْضِ أَلاَ لَيُذَادَنَّ رِجَالٌ عَنْ حَوْضِى كَمَا يُذَادُ الْبَعِيرُ الضَّالُّ أُنَادِيهِمْ أَلاَ هَلُمَّ. فَيُقَالُ إِنَّهُمْ قَدْ بَدَّلُوا بَعْدَكَ. فَأَقُولُ سُحْقًا سُحْقًا ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ qəbiristanlığa gəlib dedi: “Salam olsun sizə, bu diyarın mömin sakinləri! Allah istəsə, biz də sizə qovuşacağıq. Qardaşlarımızı görməyimizə ümid edirəm!” Səhabələr soruşdular: “Biz sənin qardaşların deyilikmi, ey Allahın Elçisi?” Peyğəmbər ﷺ buyurdu: “Siz mənim səhabələrimsiniz. Qardaşlarımız isə hələ dünyaya gəlməmiş kəslərdir”. Səhabələr soruşdular: “Hələ dünyaya gəlməmiş kəslərin sənin ümmətindən olduğunu necə tanıyacaqsan, ey Allahın Elçisi?” Peyğəmbər ﷺ buyurdu: “Bir deyin görək, əgər bir adamın alnında və ayaqlarında ağ ləkə olan atları olsa və bu atlar rənginə başqa rəng qarışmamış qapqara atların arasında olarsa, o adam öz atını tanımazmı?” Səhabələr: “Bəli, tanıyar, ey Allahın Elçisi!”, – deyə cavab verdilər. Peyğəmbər ﷺ buyurdu: “Şübhəsiz ki, onlar da (Qiyamət günü) dəstəmaz aldıqlarına görə üzləri parlaq, əlləri və ayaqları nurlu halda gələcəklər. Hamıdan əvvəl hovuzun başına gələn kəs mən olacağam. Bilin ki, bir çox insan mənim hovuzumun yanından itmiş dəvənin qovulduğu kimi qovulacaqlar. Mən: “Haydı, buraya gəlin!”, – deyə onları səsləyəcəyəm. Mənə deyiləcək: “Onlar səndən sonra (dində) dəyişikliklər etmişlər”. Onda mən deyəcəyəm: “Allah (onları məndən) uzaq eləsin, uzaq!””

Əbu Hureyra
Muslim, 607 (Təharət, 52)Səhih

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ - يَعْنِى الدَّرَاوَرْدِىَّ ح وَحَدَّثَنِى إِسْحَاقُ بْنُ مُوسَى الأَنْصَارِىُّ حَدَّثَنَا مَعْنٌ حَدَّثَنَا مَالِكٌ جَمِيعًا عَنِ الْعَلاَءِ بْنِ عَبْدِ الرَّحْمَنِ عَنْ أَبِيهِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَرَجَ إِلَى الْمَقْبُرَةِ فَقَالَ « السَّلاَمُ عَلَيْكُمْ دَارَ قَوْمٍ مُؤْمِنِينَ وَإِنَّا إِنْ شَاءَ اللَّهُ بِكُمْ لاَحِقُونَ ». بِمِثْلِ حَدِيثِ إِسْمَاعِيلَ بْنِ جَعْفَرٍ غَيْرَ أَنَّ حَدِيثَ مَالِكٍ « فَلَيُذَادَنَّ رِجَالٌ عَنْ حَوْضِى ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ qəbiristanlığa gəlib dedi: “Salam olsun sizə, bu diyarın mömin sakinləri! Allah istəsə, biz də sizə qovuşacağıq...”. Davamı yuxarıdakı hədis kimidir, lakin sonda deyilir: “Bir çox adam mənim hovuzumun yanından qovulacaq...””

Əbu Hureyra
Muslim, 608 (Təharət, 53)Səhih

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا خَلَفٌ - يَعْنِى ابْنَ خَلِيفَةَ - عَنْ أَبِى مَالِكٍ الأَشْجَعِىَّ عَنْ أَبِى حَازِمٍ قَالَ كُنْتُ خَلْفَ أَبِى هُرَيْرَةَ وَهُوَ يَتَوَضَّأُ لِلصَّلاَةِ فَكَانَ يَمُدُّ يَدَهُ حَتَّى تَبْلُغَ إِبْطَهُ فَقُلْتُ لَهُ يَا أَبَا هُرَيْرَةَ مَا هَذَا الْوُضُوءُ فَقَالَ يَا بَنِى فَرُّوخَ أَنْتُمْ هَا هُنَا لَوْ عَلِمْتُ أَنَّكُمْ هَا هُنَا مَا تَوَضَّأْتُ هَذَا الْوُضُوءَ سَمِعْتُ خَلِيلِى صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « تَبْلُغُ الْحِلْيَةُ مِنَ الْمُؤْمِنِ حَيْثُ يَبْلُغُ الْوَضُوءُ ».

“Rəvayət edilir ki, Əbu Hazim ﵀ demişdir: “Bir dəfə Əbu Hureyra dəstəmaz alarkən mən onun arxasında durmuşdum. O, əlini qoltuğunun altına qədər yuyurdu. Mən ondan: “Ey Əbu Hureyra! Bu nə cür dəstəmaz almaqdır?”, – deyə soruşdum. O dedi: “Ey Bəni Fərrux! Siz buradasınızmı?! Əgər mən sizin burada olduğunuzu bilsəydim, bu cür dəstəmaz almazdım. Doğrusu, mən sevimli dostumun (Peyğəmbərin) ﷺ belə dediyini eşitmişəm: “Möminin zinəti dəstəmaz suyunun dəydiyi yerlərə çatacaq”.”

Əbu Hazim
Muslim, 609 (Təharət, 54)Səhih

حَدَّثَنَا يَحْيَى بْنُ أَيُّوبَ وَقُتَيْبَةُ وَابْنُ حُجْرٍ جَمِيعًا عَنْ إِسْمَاعِيلَ بْنِ جَعْفَرٍ - قَالَ ابْنُ أَيُّوبَ حَدَّثَنَا إِسْمَاعِيلُ - أَخْبَرَنِى الْعَلاَءُ عَنْ أَبِيهِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « أَلاَ أَدُلُّكُمْ عَلَى مَا يَمْحُو اللَّهُ بِهِ الْخَطَايَا وَيَرْفَعُ بِهِ الدَّرَجَاتِ ». قَالُوا بَلَى يَا رَسُولَ اللَّهِ. قَالَ « إِسْبَاغُ الْوُضُوءِ عَلَى الْمَكَارِهِ وَكَثْرَةُ الْخُطَا إِلَى الْمَسَاجِدِ وَانْتِظَارُ الصَّلاَةِ بَعْدَ الصَّلاَةِ فَذَلِكُمُ الرِّبَاطُ ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ səhabələrinə buyurdu: “Allahın, sayəsində günahları silib dərəcələri artıracağı şeyi sizə öyrədimmi?” Onlar: “Bəli, ey Allahın Elçisi!”, – deyə cavab verdilər. Peyğəmbər ﷺ buyurdu: “Çətinliklərə rəğmən dəstəmazı kamil şəkildə almaq, məscidlərə getdikdə addımları çoxaltmaq və namazdan sonra növbəti namazı gözləməkdir. Bunlar keşiyində durulmağa layiq işlərdir”.”

Əbu Hureyra
Muslim, 610 (Təharət, 55)Səhih

حَدَّثَنِى إِسْحَاقُ بْنُ مُوسَى الأَنْصَارِىُّ حَدَّثَنَا مَعْنٌ حَدَّثَنَا مَالِكٌ ح وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا شُعْبَةُ جَمِيعًا عَنِ الْعَلاَءِ بْنِ عَبْدِ الرَّحْمَنِ بِهَذَا الإِسْنَادِ وَلَيْسَ فِى حَدِيثِ شُعْبَةَ ذِكْرُ الرِّبَاطِ وَفِى حَدِيثِ مَالِكٍ ثِنْتَيْنِ « فَذَلِكُمُ الرِّبَاطُ فَذَلِكُمُ الرِّبَاطُ ».

“Yuxarıdakı hədisin bənzəridir, lakin bu hədisdə iki dəfə: “Bunlar, keşiyində durulmağa layiq işlərdir, bunlar, keşiyində durulmağa layiq işlərdir”, – deyilir.”

Əbu Hureyra
Muslim, 611 (Təharət, 56)Səhih

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ وَعَمْرٌو النَّاقِدُ وَزُهَيْرُ بْنُ حَرْبٍ قَالُوا حَدَّثَنَا سُفْيَانُ عَنْ أَبِى الزِّنَادِ عَنِ الأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « لَوْلاَ أَنْ أَشُقَّ عَلَى الْمُؤْمِنِينَ - وَفِى حَدِيثِ زُهَيْرٍ عَلَى أُمَّتِى - لأَمَرْتُهُمْ بِالسِّوَاكِ عِنْدَ كُلِّ صَلاَةٍ ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Əgər möminlərə (Ravi Zuheyrin rəvayətində: “ümmətimə”) əziyyət vermiş olmasaydım, onlara hər namazdan əvvəl (dişlərini) misvakla təmizləməyi əmr edərdim”.”

Əbu Hureyra
Muslim, 612 (Təharət, 57)Səhih

حَدَّثَنَا أَبُو كُرَيْبٍ مُحَمَّدُ بْنُ الْعَلاَءِ حَدَّثَنَا ابْنُ بِشْرٍ عَنْ مِسْعَرٍ عَنِ الْمِقْدَامِ بْنِ شُرَيْحٍ عَنْ أَبِيهِ قَالَ سَأَلْتُ عَائِشَةَ قُلْتُ بِأَىِّ شَىْءٍ كَانَ يَبْدَأُ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا دَخَلَ بَيْتَهُ قَالَتْ بِالسِّوَاكِ.

“Rəvayət edilir ki, Şureyh ﵀ demişdir: “Mən Aişədən soruşdum: “Peyğəmbər ﷺ evinə girdiyi zaman ilk növbədə nə edərdi?” O dedi: “Misvakla dişlərini təmizləyərdi”.”

Şureyh
Muslim, 613 (Təharət, 58)Səhih

وَحَدَّثَنِى أَبُو بَكْرِ بْنُ نَافِعٍ الْعَبْدِىُّ حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ عَنْ سُفْيَانَ عَنِ الْمِقْدَامِ بْنِ شُرَيْحٍ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا دَخَلَ بَيْتَهُ بَدَأَ بِالسِّوَاكِ.

“Aişə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ evə daxil olduqda ilk növbədə misvakla dişlərini təmizləyərdi.”

Aişə
Muslim, 614 (Təharət, 59)Səhih

حَدَّثَنَا يَحْيَى بْنُ حَبِيبٍ الْحَارِثِىُّ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ عَنْ غَيْلاَنَ - وَهُوَ ابْنُ جَرِيرٍ الْمَعْوَلِىُّ - عَنْ أَبِى بُرْدَةَ عَنْ أَبِى مُوسَى قَالَ دَخَلْتُ عَلَى النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَطَرَفُ السِّوَاكِ عَلَى لِسَانِهِ.

“Rəvayət edilir ki, Əbu Musa ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ yanına daxil olduqda gördüm ki, misvakın bir tərəfi onun dilinin üstündədir”.”

Əbu Musa
Muslim, 615 (Təharət, 60)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا هُشَيْمٌ عَنْ حُصَيْنٍ عَنْ أَبِى وَائِلٍ عَنْ حُذَيْفَةَ قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا قَامَ لِيَتَهَجَّدَ يَشُوصُ فَاهُ بِالسِّوَاكِ.

“Rəvayət edilir ki, Huzeyfə ﵁ demişdir: “Allah Elçisi ﷺ gecə namazını qılmaq üçün yatağından qalxdıqda ağzını misvakla təmizləyərdi”.”

Huzeyfə
Muslim, 616 (Təharət, 61)Səhih

حَدَّثَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ أَخْبَرَنَا جَرِيرٌ عَنْ مَنْصُورٍ ح وَحَدَّثَنَا ابْنُ نُمَيْرٍ حَدَّثَنَا أَبِى وَأَبُو مُعَاوِيَةَ عَنِ الأَعْمَشِ كِلاَهُمَا عَنْ أَبِى وَائِلٍ عَنْ حُذَيْفَةَ قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا قَامَ مِنَ اللَّيْلِ. بِمِثْلِهِ وَلَمْ يَقُولُوا لِيَتَهَجَّدَ.

“Rəvayət edilir ki, Huzeyfə ﵁: “Allah Elçisi ﷺ gecə yuxudan qalxdıqda...”, – deyərək bu hədisi eynilə rəvayət etmiş, lakin “gecə namazı qılmaq üçün” sözünü qeyd etməmişdir.”

Huzeyfə
Muslim, 617 (Təharət, 62)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى وَابْنُ بَشَّارٍ قَالاَ حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ حَدَّثَنَا سُفْيَانُ عَنْ مَنْصُورٍ وَحُصَيْنٌ وَالأَعْمَشُ عَنْ أَبِى وَائِلٍ عَنْ حُذَيْفَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا قَامَ مِنَ اللَّيْلِ يَشُوصُ فَاهُ بِالسِّوَاكِ.

“Huzeyfə ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ gecə yuxudan qalxdıqda ağzını misvakla təmizləyərdi.”

Huzeyfə
Muslim, 618 (Təharət, 63)Səhih

حَدَّثَنَا عَبْدُ بْنُ حُمَيْدٍ حَدَّثَنَا أَبُو نُعَيْمٍ حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ مُسْلِمٍ حَدَّثَنَا أَبُو الْمُتَوَكِّلِ أَنَّ ابْنَ عَبَّاسٍ حَدَّثَهُ أَنَّهُ بَاتَ عِنْدَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ لَيْلَةٍ فَقَامَ نَبِىُّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ آخِرِ اللَّيْلِ فَخَرَجَ فَنَظَرَ فِى السَّمَاءِ ثُمَّ تَلاَ هَذِهِ الآيَةَ فِى آلِ عِمْرَانَ {إِنَّ فِى خَلْقِ السَّمَوَاتِ وَالأَرْضِ وَاخْتِلاَفِ اللَّيْلِ وَالنَّهَارِ} حَتَّى بَلَغَ {فَقِنَا عَذَابَ النَّارِ} ثُمَّ رَجَعَ إِلَى الْبَيْتِ فَتَسَوَّكَ وَتَوَضَّأَ ثُمَّ قَامَ فَصَلَّى ثُمَّ اضْطَجَعَ ثُمَّ قَامَ فَخَرَجَ فَنَظَرَ إِلَى السَّمَاءِ فَتَلاَ هَذِهِ الآيَةَ ثُمَّ رَجَعَ فَتَسَوَّكَ فَتَوَضَّأَ ثُمَّ قَامَ فَصَلَّى.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ bir gecə Peyğəmbərin ﷺ yanında gecələmiş və gördüklərini belə rəvayət etmişdir: “Allahın Peyğəmbəri ﷺ gecənin axırında qalxıb bayıra çıxdı və səmaya baxdı, sonra da “Ali-İmran” surəsinin bu ayələrini oxudu: “Həqiqətən, göylərin və yerin yaradılışında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edər, göylərin və yerin yaradılışı haqqında düşünər və deyərlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə yaratmamısan. Sən pak və müqəddəssən. Bizi Cəhənnəm əzabından qoru!” (Ali-İmran, 190-191). Sonra evə qayıtdı, misvakdan istifadə etdi və dəstəmaz aldı. Sonra qalxıb namaz qıldı. Sonra da uzanıb yatdı. Bir müddətdən sonra qalxıb yenə eşiyə çıxdı və səmaya baxdı. Bir daha bu ayələri oxudu. Sonra qayıdıb misvaklandı və dəstəmaz aldı. Sonra namaza durdu”.”

İbn Abbas
Muslim, 619 (Təharət, 64)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَعَمْرٌو النَّاقِدُ وَزُهَيْرُ بْنُ حَرْبٍ جَمِيعًا عَنْ سُفْيَانَ - قَالَ أَبُو بَكْرٍ حَدَّثَنَا ابْنُ عُيَيْنَةَ - عَنِ الزُّهْرِىِّ عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « الْفِطْرَةُ خَمْسٌ - أَوْ خَمْسٌ مِنَ الْفِطْرَةِ - الْخِتَانُ وَالاِسْتِحْدَادُ وَتَقْلِيمُ الأَظْفَارِ وَنَتْفُ الإِبْطِ وَقَصُّ الشَّارِبِ ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Fitrət beşdir (və ya beş şey fitrətdəndir): sünnət etmək, qasığı qırxmaq, dırnaqları kəsmək, qoltuqaltı tükləri qopartmaq və bığları qısaltmaq”.”

Əbu Hureyra
Muslim, 620 (Təharət, 65)Səhih

حَدَّثَنِى أَبُو الطَّاهِرِ وَحَرْمَلَةُ بْنُ يَحْيَى قَالاَ أَخْبَرَنَا ابْنُ وَهْبٍ أَخْبَرَنِى يُونُسُ عَنِ ابْنِ شِهَابٍ عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ عَنْ أَبِى هُرَيْرَةَ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ « الْفِطْرَةُ خَمْسٌ الاِخْتِتَانُ وَالاِسْتِحْدَادُ وَقَصُّ الشَّارِبِ وَتَقْلِيمُ الأَظْفَارِ وَنَتْفُ الإِبْطِ ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Fitrət beşdir: sünnət etmək, qasığı qırxmaq, bığları qısaltmaq, dırnaqları kəsmək və qoltuqaltı tükləri qopartmaq”.”

Əbu Hureyra
Muslim, 621 (Təharət, 66)Səhih

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى وَقُتَيْبَةُ بْنُ سَعِيدٍ كِلاَهُمَا عَنْ جَعْفَرٍ - قَالَ يَحْيَى أَخْبَرَنَا جَعْفَرُ بْنُ سُلَيْمَانَ - عَنْ أَبِى عِمْرَانَ الْجَوْنِىِّ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ قَالَ أَنَسٌ وُقِّتَ لَنَا فِى قَصِّ الشَّارِبِ وَتَقْلِيمِ الأَظْفَارِ وَنَتْفِ الإِبْطِ وَحَلْقِ الْعَانَةِ أَنْ لاَ نَتْرُكَ أَكْثَرَ مِنْ أَرْبَعِينَ لَيْلَةً.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Bığları qısaltmaq, dırnaqları kəsmək, qoltuqaltı tükləri qopartmaq və qasığı qırxmaq xüsusund, bizim üçün qırx gündən çox saxlamamaq təyin edilmişdir”.”

Ənəs ibn Malik
Muslim, 622 (Təharət, 67)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا يَحْيَى يَعْنِى ابْنَ سَعِيدٍ ح وَحَدَّثَنَا ابْنُ نُمَيْرٍ حَدَّثَنَا أَبِى جَمِيعًا عَنْ عُبَيْدِ اللَّهِ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « أَحْفُوا الشَّوَارِبَ وَأَعْفُوا اللِّحَى ».

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: “Bığları qısaldın və saqqal buraxın!””

İbn Ömər
Muslim, 623 (Təharət, 68)Səhih

وَحَدَّثَنَاهُ قُتَيْبَةُ بْنُ سَعِيدٍ عَنْ مَالِكِ بْنِ أَنَسٍ عَنْ أَبِى بَكْرِ بْنِ نَافِعٍ عَنْ أَبِيهِ عَنِ ابْنِ عُمَرَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ أَمَرَ بِإِحْفَاءِ الشَّوَارِبِ وَإِعْفَاءِ اللِّحْيَةِ.

“İbn Ömər ﵄ rəvayət etmişdir ki, Peyğəmbər ﷺ səhabələrinə bığları qısaltmağı və saqqal buraxmağı əmr etmişdir!”

İbn Ömər
Muslim, 624 (Təharət, 69)Səhih

حَدَّثَنَا سَهْلُ بْنُ عُثْمَانَ حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ عَنْ عُمَرَ بْنِ مُحَمَّدٍ حَدَّثَنَا نَافِعٌ عَنِ ابْنِ عُمَرَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « خَالِفُوا الْمُشْرِكِينَ أَحْفُوا الشَّوَارِبَ وَأَوْفُوا اللِّحَى ».

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Müşriklərə müxalif olun – bığları qısaldın və saqqal buraxın!””

İbn Ömər
Muslim, 625 (Təharət, 70)Səhih

حَدَّثَنِى أَبُو بَكْرِ بْنُ إِسْحَاقَ أَخْبَرَنَا ابْنُ أَبِى مَرْيَمَ أَخْبَرَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ أَخْبَرَنِى الْعَلاَءُ بْنُ عَبْدِ الرَّحْمَنِ بْنِ يَعْقُوبَ مَوْلَى الْحُرَقَةِ عَنْ أَبِيهِ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « جُزُّوا الشَّوَارِبَ وَأَرْخُوا اللِّحَى خَالِفُوا الْمَجُوسَ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Bığları qısaldın və saqqal buraxın, beləliklə, atəşpərəstlərə müxalif olun!””

Əbu Hureyra
Muslim, 626 (Təharət, 71)Səhih

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ وَأَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَزُهَيْرُ بْنُ حَرْبٍ قَالُوا حَدَّثَنَا وَكِيعٌ عَنْ زَكَرِيَّاءَ بْنِ أَبِى زَائِدَةَ عَنْ مُصْعَبِ بْنِ شَيْبَةَ عَنْ طَلْقِ بْنِ حَبِيبٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ الزُّبَيْرِ عَنْ عَائِشَةَ قَالَتْ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « عَشْرٌ مِنَ الْفِطْرَةِ قَصُّ الشَّارِبِ وَإِعْفَاءُ اللِّحْيَةِ وَالسِّوَاكُ وَاسْتِنْشَاقُ الْمَاءِ وَقَصُّ الأَظْفَارِ وَغَسْلُ الْبَرَاجِمِ وَنَتْفُ الإِبْطِ وَحَلْقُ الْعَانَةِ وَانْتِقَاصُ الْمَاءِ ». قَالَ زَكَرِيَّاءُ قَالَ مُصْعَبٌ وَنَسِيتُ الْعَاشِرَةَ إِلاَّ أَنْ تَكُونَ الْمَضْمَضَةَ. زَادَ قُتَيْبَةُ قَالَ وَكِيعٌ انْتِقَاصُ الْمَاءِ يَعْنِى الاِسْتِنْجَاءَ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “On şey fitrətdəndir: bığları qısaltmaq, saqqal buraxmaq, misvaklanmaq, buruna su çəkib (içini təmizləmək), dırnaqları kəsmək, barmaq buğumlarını yumaq, qoltuqaltı tükləri qopartmaq, qasığı qırxmaq və (ayaqyolunda) su ilə yuyunmaq”. Ravi Zəkəriyyə dedi: “Musab demişdir: “Onuncusunu unutmuşam. Yəqin ki, bu, ağızı yaxalamaqdır”. Ravi Quteybə bunu əlavə etmişdir: “Vəki demişdir: “Su ilə yuyunmaq deyildikdə ayaqyoluna çıxdıqda ön və arxa ifrazat çıxışlarını su ilə yumaq nəzərdə tutulur”.”

Aişə
Muslim, 627 (Təharət, 72)Səhih

وَحَدَّثَنَاهُ أَبُو كُرَيْبٍ أَخْبَرَنَا ابْنُ أَبِى زَائِدَةَ عَنْ أَبِيهِ عَنْ مُصْعَبِ بْنِ شَيْبَةَ فِى هَذَا الإِسْنَادِ مِثْلَهُ غَيْرَ أَنَّهُ قَالَ قَالَ أَبُوهُ وَنَسِيتُ الْعَاشِرَةَ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Aişə
Muslim, 628 (Təharət, 73)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ وَوَكِيعٌ عَنِ الأَعْمَشِ ح وَحَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى - وَاللَّفْظُ لَهُ - أَخْبَرَنَا أَبُو مُعَاوِيَةَ عَنِ الأَعْمَشِ عَنْ إِبْرَاهِيمَ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ يَزِيدَ عَنْ سَلْمَانَ قَالَ قِيلَ لَهُ قَدْ عَلَّمَكُمْ نَبِيُّكُمْ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كُلَّ شَىْءٍ حَتَّى الْخِرَاءَةَ. قَالَ فَقَالَ أَجَلْ لَقَدْ نَهَانَا أَنْ نَسْتَقْبِلَ الْقِبْلَةَ لِغَائِطٍ أَوْ بَوْلٍ أَوْ أَنْ نَسْتَنْجِىَ بِالْيَمِينِ أَوْ أَنْ نَسْتَنْجِىَ بِأَقَلَّ مِنْ ثَلاَثَةِ أَحْجَارٍ أَوْ أَنْ نَسْتَنْجِىَ بِرَجِيعٍ أَوْ بِعَظْمٍ.

“Rəvayət edilir ki, bir dəfə Salmana ﵁ deyildi: “Peyğəmbəriniz ﷺ sizə hər şeyi, ayaqyolunda oturmağın qaydasını belə öyrətmişdir”. Salman dedi: “Bəli, Peyğəmbər ﷺ bizə təbii ehtiyacı ödəyərkən qibləyə yönəlməyi, sağ əl ilə və üçdən az sayda daşla təmizlənməyi, habelə təzək və ya sümüklə təmizlənməyi qadağan etmişdir”.”

Salman
Muslim, 629 (Təharət, 74)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ حَدَّثَنَا سُفْيَانُ عَنِ الأَعْمَشِ وَمَنْصُورٍ عَنْ إِبْرَاهِيمَ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ يَزِيدَ عَنْ سَلْمَانَ قَالَ قَالَ لَنَا الْمُشْرِكُونَ إِنِّى أَرَى صَاحِبَكُمْ يُعَلِّمُكُمْ حَتَّى يُعَلِّمَكُمُ الْخِرَاءَةَ. فَقَالَ أَجَلْ إِنَّهُ نَهَانَا أَنْ يَسْتَنْجِىَ أَحَدُنَا بِيَمِينِهِ أَوْ يَسْتَقْبِلَ الْقِبْلَةَ وَنَهَى عَنِ الرَّوْثِ وَالْعِظَامِ وَقَالَ « لاَ يَسْتَنْجِى أَحَدُكُمْ بِدُونِ ثَلاَثَةِ أَحْجَارٍ ».

“Rəvayət edilir ki, Salman ﵁ demişdir: “Müşriklər bizə: “Görürük, dostunuz sizə hər şeyi, hətta ayaqyolunda nə cür oturmağı belə öyrətmişdir”, – dedilər. Salman cavabında onlara belə dedi: “Bəli, o, birimizin ayaqyolunda sağ əl ilə təmizlənməsini, habelə qibləyə yönəlməsini bizə qadağan etmişdir. Həmçinin təzək və sümüklə təmizlənməyi də qadağan etmişdir. Bizə: “Biriniz su başına çıxdıqda üçdən az daşla təmizlənməsin”, – deyə buyurmuşdur.”

Salman
Muslim, 630 (Təharət, 75)Səhih

حَدَّثَنَا زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا رَوْحُ بْنُ عُبَادَةَ حَدَّثَنَا زَكَرِيَّاءُ بْنُ إِسْحَاقَ حَدَّثَنَا أَبُو الزُّبَيْرِ أَنَّهُ سَمِعَ جَابِرًا يَقُولُ نَهَى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ يُتَمَسَّحَ بِعَظْمٍ أَوْ بِبَعْرٍ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ sümük və ya təzəklə silinməyi qadağan etmişdir”.”

Cabir
Muslim, 631 (Təharət, 76)Səhih

وَحَدَّثَنَا زُهَيْرُ بْنُ حَرْبٍ وَابْنُ نُمَيْرٍ قَالاَ حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ح قَالَ وَحَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى - وَاللَّفْظُ لَهُ - قَالَ قُلْتُ لِسُفْيَانَ بْنِ عُيَيْنَةَ سَمِعْتَ الزُّهْرِىَّ يَذْكُرُ عَنْ عَطَاءِ بْنِ يَزِيدَ اللَّيْثِىِّ عَنْ أَبِى أَيُّوبَ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا أَتَيْتُمُ الْغَائِطَ فَلاَ تَسْتَقْبِلُوا الْقِبْلَةَ وَلاَ تَسْتَدْبِرُوهَا بِبَوْلٍ وَلاَ غَائِطٍ وَلَكِنْ شَرِّقُوا أَوْ غَرِّبُوا ». قَالَ أَبُو أَيُّوبَ فَقَدِمْنَا الشَّامَ فَوَجَدْنَا مَرَاحِيضَ قَدْ بُنِيَتْ قِبَلَ الْقِبْلَةِ فَنَنْحَرِفُ عَنْهَا وَنَسْتَغْفِرُ اللَّهَ قَالَ نَعَمْ.

“Rəvayət edilir ki, Yəhya ibn Yəhya ﵀ demişdir: “Mən Süfyan ibn Uyeynəyə dedim: “Sən Zuhrinin belə bir hədis rəvayət etdiyini eşitmisənmi? Zuhri Əta ibn Yəzid əl-Leysidən, o da Əbu Əyyubdan, o da Peyğəmbərdən ﷺ rəvayət etmişdir ki, o, belə buyurmuşdur: “Ayaqyoluna gedib təbii ehtiyacınızı ödədikdə üzünüzü və ya arxanızı qibləyə çevirməyin. Üzünüzü şərqə və ya qərbə tərəf çevirin”. Əbu Əyyub demişdir: “Biz Şama gəldik və ayaqyollarının üzü qibləyə tikildiyini gördük. Biz onların içində yana çevrilir, sonra da Allahdan bağışlanma diləyirdik”. Süfyan bu suala: “Bəli, (Zuhridən eşitmişəm)”, – deyə cavab verdi.”

Yəhya ibn Yəhya
Muslim, 632 (Təharət, 77)Səhih

وَحَدَّثَنَا أَحْمَدُ بْنُ الْحَسَنِ بْنِ خِرَاشٍ حَدَّثَنَا عُمَرُ بْنُ عَبْدِ الْوَهَّابِ حَدَّثَنَا يَزِيدُ - يَعْنِى ابْنَ زُرَيْعٍ - حَدَّثَنَا رَوْحٌ عَنْ سُهَيْلٍ عَنِ الْقَعْقَاعِ عَنْ أَبِى صَالِحٍ عَنْ أَبِى هُرَيْرَةَ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا جَلَسَ أَحَدُكُمْ عَلَى حَاجَتِهِ فَلاَ يَسْتَقْبِلِ الْقِبْلَةَ وَلاَ يَسْتَدْبِرْهَا ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Biriniz təbii ehtiyacını ödəmək üçün oturduğu zaman üzünü və ya arxasını qibləyə çevirməsin!””

Əbu Hureyra
Muslim, 633 (Təharət, 78)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ بْنِ قَعْنَبٍ حَدَّثَنَا سُلَيْمَانُ - يَعْنِى ابْنَ بِلاَلٍ - عَنْ يَحْيَى بْنِ سَعِيدٍ عَنْ مُحَمَّدِ بْنِ يَحْيَى عَنْ عَمِّهِ وَاسِعِ بْنِ حَبَّانَ قَالَ كُنْتُ أُصَلِّى فِى الْمَسْجِدِ وَعَبْدُ اللَّهِ بْنُ عُمَرَ مُسْنِدٌ ظَهْرَهُ إِلَى الْقِبْلَةِ فَلَمَّا قَضَيْتُ صَلاَتِى انْصَرَفْتُ إِلَيْهِ مِنْ شِقِّى فَقَالَ عَبْدُ اللَّهِ يَقُولُ نَاسٌ إِذَا قَعَدْتَ لِلْحَاجَةِ تَكُونُ لَكَ فَلاَ تَقْعُدْ مُسْتَقْبِلَ الْقِبْلَةِ وَلاَ بَيْتِ الْمَقْدِسِ - قَالَ عَبْدُ اللَّهِ - وَلَقَدْ رَقِيتُ عَلَى ظَهْرِ بَيْتٍ فَرَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَاعِدًا عَلَى لَبِنَتَيْنِ مُسْتَقْبِلاً بَيْتَ الْمَقْدِسِ لِحَاجَتِهِ.

“Rəvayət edilir ki, Vasi ibn Həbban ﵀ demişdir: “Mən məsciddə namaz qılırdım. Abdullah ibn Ömər də kürəyini qibləyə tərəf söykəyib oturmuşdu. Mən namazımı bitirdikdən sonra bir tərəfimdən dönüb onun yanına getdim. Abdullah dedi: “Bəzi adamlar deyirlər ki, təbii ehtiyacını ödəmək üçün oturduğun zaman üzü qibləyə və ya Beytul-Məqdisə oturmamalısan”. Abdullah dedi: “Bir dəfə mən bir evin damına çıxdım və Allah Elçisinin ﷺ üzü Beytul-Məqdisə tərəf, iki kərpic üstündə oturub təbii ehtiyacını ödədiyini gördüm”.”

Vasi ibn Həbban
Muslim, 634 (Təharət, 79)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ بِشْرٍ الْعَبْدِىُّ حَدَّثَنَا عُبَيْدُ اللَّهِ بْنُ عُمَرَ عَنْ مُحَمَّدِ بْنِ يَحْيَى بْنِ حَبَّانَ عَنْ عَمِّهِ وَاسِعِ بْنِ حَبَّانَ عَنِ ابْنِ عُمَرَ قَالَ رَقِيتُ عَلَى بَيْتِ أُخْتِى حَفْصَةَ فَرَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَاعِدًا لِحَاجَتِهِ مُسْتَقْبِلَ الشَّامِ مُسْتَدْبِرَ الْقِبْلَةِ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Bir gün mən bacım Həfsanın evinin üstünə çıxdım və Allah Elçisinin ﷺ üzü Şama və arxası qibləyə tərəf oturub təbii ehtiyacını ödədiyini gördüm”.”

İbn Ömər
Muslim, 635 (Təharət, 80)Səhih

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِىٍّ عَنْ هَمَّامٍ عَنْ يَحْيَى بْنِ أَبِى كَثِيرٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ أَبِى قَتَادَةَ عَنْ أَبِيهِ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ يُمْسِكَنَّ أَحَدُكُمْ ذَكَرَهُ بِيَمِينِهِ وَهُوَ يَبُولُ وَلاَ يَتَمَسَّحْ مِنَ الْخَلاَءِ بِيَمِينِهِ وَلاَ يَتَنَفَّسْ فِى الإِنَاءِ ».

“Rəvayət edilir ki, Əbu Qatədə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biriniz subaşına çıxdıqda cinsiyyət üzvünü sağ əli ilə tutmasın, habelə ayaqyolunda sağ əli ilə silinməsin. Bir də ki (su və s.) içdikdə qabın içinə üfürməsin”.”

Əbu Qatədə
Muslim, 636 (Təharət, 81)Səhih

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا وَكِيعٌ عَنْ هِشَامٍ الدَّسْتَوَائِىِّ عَنْ يَحْيَى بْنِ أَبِى كَثِيرٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ أَبِى قَتَادَةَ عَنْ أَبِيهِ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا دَخَلَ أَحَدُكُمُ الْخَلاَءَ فَلاَ يَمَسَّ ذَكَرَهُ بِيَمِينِهِ ».

“Rəvayət edilir ki, Əbu Qatədə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biriniz ayaqyoluna girdiyi zaman cinsiyyət üzvünü sağ əli ilə tutmasın!””

Əbu Qatədə
Muslim, 637 (Təharət, 82)Səhih

حَدَّثَنَا ابْنُ أَبِى عُمَرَ حَدَّثَنَا الثَّقَفِىُّ عَنْ أَيُّوبَ عَنْ يَحْيَى بْنِ أَبِى كَثِيرٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ أَبِى قَتَادَةَ عَنْ أَبِى قَتَادَةَ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَهَى أَنْ يَتَنَفَّسَ فِى الإِنَاءِ وَأَنْ يَمَسَّ ذَكَرَهُ بِيَمِينِهِ وَأَنْ يَسْتَطِيبَ بِيَمِينِهِ.

“Əbu Qatədə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ qabın içinə üfürməyi, cinsiyyət üzvünü sağ əl ilə tutmağı və ayaqyolunda sağ əl ilə təmizlənməyi qadağan etmişdir”.”

Əbu Qatədə
Muslim, 638 (Təharət, 83)Səhih

وَحَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى التَّمِيمِىُّ أَخْبَرَنَا أَبُو الأَحْوَصِ عَنْ أَشْعَثَ عَنْ أَبِيهِ عَنْ مَسْرُوقٍ عَنْ عَائِشَةَ قَالَتْ إِنْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَيُحِبُّ التَّيَمُّنَ فِى طُهُورِهِ إِذَا تَطَهَّرَ وَفِى تَرَجُّلِهِ إِذَا تَرَجَّلَ وَفِى انْتِعَالِهِ إِذَا انْتَعَلَ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ yuyunduğu zaman yuyunmağında, darandığı zaman daranmağında və ayaqqabı geyindiyi zaman geyinməyində sağdan başlamağı xoşlayardı”.”

Aişə
Muslim, 639 (Təharət, 84)Səhih

وَحَدَّثَنَا عُبَيْدُ اللَّهِ بْنُ مُعَاذٍ حَدَّثَنَا أَبِى حَدَّثَنَا شُعْبَةُ عَنِ الأَشْعَثِ عَنْ أَبِيهِ عَنْ مَسْرُوقٍ عَنْ عَائِشَةَ قَالَتْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُحِبُّ التَّيَمُّنَ فِى شَأْنِهِ كُلِّهِ فِى نَعْلَيْهِ وَتَرَجُّلِهِ وَطُهُورِهِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ ayaqqabılarını geyindikdə, saçını daradıqda, yuyunduqda və bütün işlərində sağdan başlamağı sevərdi”.”

Aişə
Muslim, 640 (Təharət, 85)Səhih

حَدَّثَنَا يَحْيَى بْنُ أَيُّوبَ وَقُتَيْبَةُ وَابْنُ حُجْرٍ جَمِيعًا عَنْ إِسْمَاعِيلَ بْنِ جَعْفَرٍ - قَالَ ابْنُ أَيُّوبَ حَدَّثَنَا إِسْمَاعِيلُ - أَخْبَرَنِى الْعَلاَءُ عَنْ أَبِيهِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « اتَّقُوا اللَّعَّانَيْنِ ». قَالُوا وَمَا اللَّعَّانَانِ يَا رَسُولَ اللَّهِ قَالَ « الَّذِى يَتَخَلَّى فِى طَرِيقِ النَّاسِ أَوْ فِى ظِلِّهِمْ ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ buyurdu: “Çoxlu lənətə səbəb olan iki şeydən çəkinin!” Səhabələr soruşdular: “Çoxlu lənətə səbəb olan iki şey nədir, ey Allahın Elçisi?” Peyğəmbər ﷺ buyurdu: “İnsanların yolunda, yaxud kölgələndikləri yerdə təbii ehtiyacını ödəyən kəsin etdiyi bu əməldir”.”

Əbu Hureyra
Muslim, 641 (Təharət, 86)Səhih

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا خَالِدُ بْنُ عَبْدِ اللَّهِ عَنْ خَالِدٍ عَنْ عَطَاءِ بْنِ أَبِى مَيْمُونَةَ عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ دَخَلَ حَائِطًا وَتَبِعَهُ غُلاَمٌ مَعَهُ مِيضَأَةٌ هُوَ أَصْغَرُنَا فَوَضَعَهَا عِنْدَ سِدْرَةٍ فَقَضَى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَاجَتَهُ فَخَرَجَ عَلَيْنَا وَقَدِ اسْتَنْجَى بِالْمَاءِ.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, bir gün Allah Elçisi ﷺ bir bostana girdi. Əlində aftafa tutmuş bir uşaq da onun arxasınca getdi. O bizim ən kiçiyimiz idi. Uşaq aftafanı bir sidr ağacının yanına qoydu. Allah Elçisi ﷺ təbii ehtiyacını ödədikdən və su ilə təmizləndikdən sonra yanımıza gəldi”.”

Ənəs ibn Malik
Muslim, 642 (Təharət, 87)Səhih

وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا وَكِيعٌ وَغُنْدَرٌ عَنْ شُعْبَةَ ح وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى - وَاللَّفْظُ لَهُ - حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا شُعْبَةُ عَنْ عَطَاءِ بْنِ أَبِى مَيْمُونَةَ أَنَّهُ سَمِعَ أَنَسَ بْنَ مَالِكٍ يَقُولُ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَدْخُلُ الْخَلاَءَ فَأَحْمِلُ أَنَا وَغُلاَمٌ نَحْوِى إِدَاوَةً مِنْ مَاءٍ وَعَنَزَةً فَيَسْتَنْجِى بِالْمَاءِ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ ayaqyoluna getdikdə mən və mənim kimi bir uşaq ona bir cürdək su və ağac parçası aparardıq. Allah Elçisi ﷺ də su ilə təmizlənərdi”.”

Ənəs ibn Malik
Muslim, 643 (Təharət, 88)Səhih

وَحَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ وَأَبُو كُرَيْبٍ - وَاللَّفْظُ لِزُهَيْرٍ - حَدَّثَنَا إِسْمَاعِيلُ - يَعْنِى ابْنَ عُلَيَّةَ - حَدَّثَنِى رَوْحُ بْنُ الْقَاسِمِ عَنْ عَطَاءِ بْنِ أَبِى مَيْمُونَةَ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَتَبَرَّزُ لِحَاجَتِهِ فَآتِيهِ بِالْمَاءِ فَيَتَغَسَّلُ بِهِ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ təbii ehtiyacını ödəmək üçün səhraya çıxardı. Bu əsnada mən ona su gətirərdim və o bu su ilə yuyunardı”.”

Ənəs ibn Malik
Muslim, 644 (Təharət, 89)Səhih

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى التَّمِيمِىُّ وَإِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ وَأَبُو كُرَيْبٍ جَمِيعًا عَنْ أَبِى مُعَاوِيَةَ ح وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ وَوَكِيعٌ - وَاللَّفْظُ لِيَحْيَى - قَالَ أَخْبَرَنَا أَبُو مُعَاوِيَةَ عَنِ الأَعْمَشِ عَنْ إِبْرَاهِيمَ عَنْ هَمَّامٍ قَالَ بَالَ جَرِيرٌ ثُمَّ تَوَضَّأَ وَمَسَحَ عَلَى خُفَّيْهِ فَقِيلَ تَفْعَلُ هَذَا. فَقَالَ نَعَمْ رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَالَ ثُمَّ تَوَضَّأَ وَمَسَحَ عَلَى خُفَّيْهِ. قَالَ الأَعْمَشُ قَالَ إِبْرَاهِيمُ كَانَ يُعْجِبُهُمْ هَذَا الْحَدِيثُ لأَنَّ إِسْلاَمَ جَرِيرٍ كَانَ بَعْدَ نُزُولِ الْمَائِدَةِ.

“Rəvayət edilir ki, Həmmam ﵀ demişdir: “Bir dəfə Cərir yüngül subaşına çıxdıqdan sonra dəstəmaz aldı və xufları üzərinə məsh çəkdi. Ona deyildi: “Sən beləmi edirsən?” O cavab verdi: “Bəli, mən Allah Elçisinin ﷺ yüngül subaşına çıxdıqdan sonra dəstəmaz aldığını və xuflarının üzərinə məsh çəkdiyini görmüşəm”. Ravi Aməş deyir ki, İbrahim demişdir: “Bu hədis onların çox xoşuna gəlirdi, çünki Cəririn İslamı qəbul etməsi “əl-Maidə” surəsi nazil olduqdan sonra baş vermişdir”.”

Həmmam
Muslim, 645 (Təharət, 90)Səhih

وَحَدَّثَنَاهُ إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ وَعَلِىُّ بْنُ خَشْرَمٍ قَالاَ أَخْبَرَنَا عِيسَى بْنُ يُونُسَ ح وَحَدَّثَنَاهُ مُحَمَّدُ بْنُ أَبِى عُمَرَ قَالَ حَدَّثَنَا سُفْيَانُ ح وَحَدَّثَنَا مِنْجَابُ بْنُ الْحَارِثِ التَّمِيمِىُّ أَخْبَرَنَا ابْنُ مُسْهِرٍ كُلُّهُمْ عَنِ الأَعْمَشِ فِى هَذَا الإِسْنَادِ بِمَعْنَى حَدِيثِ أَبِى مُعَاوِيَةَ غَيْرَ أَنَّ فِى حَدِيثِ عِيسَى وَسُفْيَانَ قَالَ فَكَانَ أَصْحَابُ عَبْدِ اللَّهِ يُعْجِبُهُمْ هَذَا الْحَدِيثُ لأَنَّ إِسْلاَمَ جَرِيرٍ كَانَ بَعْدَ نُزُولِ الْمَائِدَةِ.

“Yuxarıdakı rəvayətlə eynidir, lakin sonda deyilir: “Bu hədis Abdullahın (yəni Cəririn) dostlarının ürəyincə idi. Belə ki, Cəririn İslamı qəbul etməsi “əl-Maidə” surəsi nazil olduqdan sonra baş vermişdi”.”

Həmmam
Muslim, 646 (Təharət, 91)Səhih

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى التَّمِيمِىُّ أَخْبَرَنَا أَبُو خَيْثَمَةَ عَنِ الأَعْمَشِ عَنْ شَقِيقٍ عَنْ حُذَيْفَةَ قَالَ كُنْتُ مَعَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَانْتَهَى إِلَى سُبَاطَةِ قَوْمٍ فَبَالَ قَائِمًا فَتَنَحَّيْتُ فَقَالَ « ادْنُهْ ». فَدَنَوْتُ حَتَّى قُمْتُ عِنْدَ عَقِبَيْهِ فَتَوَضَّأَ فَمَسَحَ عَلَى خُفَّيْهِ.

“Rəvayət edilir ki, Huzeyfə ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ yanında idim. O, bir qövmün zibilxanasına gəlib orada ayaq üstə yüngül subaşına çıxdı. Həmin vaxt mən kənara çəkilmişdim. O: “Yaxın gəl!”, – deyə buyurdu. Mən ona yaxınlaşdım və onun arxa tərəfində durdum. Peyğəmbər ﷺ dəstəmaz aldı və xuflarının üzərinə məsh çəkdi”.”

Huzeyfə
Muslim, 647 (Təharət, 92)Səhih

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا جَرِيرٌ عَنْ مَنْصُورٍ عَنْ أَبِى وَائِلٍ قَالَ كَانَ أَبُو مُوسَى يُشَدِّدُ فِى الْبَوْلِ وَيَبُولُ فِى قَارُورَةٍ وَيَقُولُ إِنَّ بَنِى إِسْرَائِيلَ كَانَ إِذَا أَصَابَ جِلْدَ أَحَدِهِمْ بَوْلٌ قَرَضَهُ بِالْمَقَارِيضِ. فَقَالَ حُذَيْفَةُ لَوَدِدْتُ أَنَّ صَاحِبَكُمْ لاَ يُشَدِّدُ هَذَا التَّشْدِيدَ فَلَقَدْ رَأَيْتُنِى أَنَا وَرَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَتَمَاشَى فَأَتَى سُبَاطَةً خَلْفَ حَائِطٍ فَقَامَ كَمَا يَقُومُ أَحَدُكُمْ فَبَالَ فَانْتَبَذْتُ مِنْهُ فَأَشَارَ إِلَىَّ فَجِئْتُ فَقُمْتُ عِنْدَ عَقِبِهِ حَتَّى فَرَغَ.

“Rəvayət edilir ki, Əbu Vail ﵀ demişdir: “Əbu Musa subaşına çıxmaq xüsusunda çox sərt mövqe tutmuşdur. O, bir qabın içinə sidiyə çıxar və deyərdi: “İsrail oğullarından birinin dərisi (libasına) sidik bulaşdıqda həmin yeri qayçı ilə kəsib atardı”. Bunu eşidəndə Huzeyfə dedi: “İstərdim ki, dostunuz bu qədər sərtlik göstərməsin. Bir gün mən Allah Elçisi ﷺ ilə birlikdə Mədinədə gəzib-dolaşırdıq. Bu əsnada o, bostanın arxasında yerləşən zibilxanaya gəldi, sonra da birinizin ayaq üstə durduğu kimi durub yüngül subaşına çıxdı. Həmin vaxt mən ondan kənara çəkilmişdim. Allah Elçisi ﷺ mənə (“gəl” deyə) işarə etdi, mən də onun yanına gəldim və o, işini bitirənədək onun arxasında durdum”.”

Əbu Vail
Muslim, 648 (Təharət, 93)Səhih

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا لَيْثٌ ح وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحِ بْنِ الْمُهَاجِرِ أَخْبَرَنَا اللَّيْثُ عَنْ يَحْيَى بْنِ سَعِيدٍ عَنْ سَعْدِ بْنِ إِبْرَاهِيمَ عَنْ نَافِعِ بْنِ جُبَيْرٍ عَنْ عُرْوَةَ بْنِ الْمُغِيرَةِ عَنْ أَبِيهِ الْمُغِيرَةِ بْنِ شُعْبَةَ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ خَرَجَ لِحَاجَتِهِ فَاتَّبَعَهُ الْمُغِيرَةُ بِإِدَاوَةٍ فِيهَا مَاءٌ فَصَبَّ عَلَيْهِ حِينَ فَرَغَ مِنْ حَاجَتِهِ فَتَوَضَّأَ وَمَسَحَ عَلَى الْخُفَّيْنِ. وَفِى رِوَايَةِ ابْنِ رُمْحٍ مَكَانَ حِينَ حَتَّى.

“Muğira ibn Şubə ﵁ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ təbii ehtiyacını ödəmək üçün çölə çıxdı. Muğira bir cürdək su ilə onu təqib etdi. Allah Elçisi ﷺ təbii ehtiyacını ödədikdə Muğira onun əlinə su tökdü. Allah Elçisi ﷺ dəstəmaz aldı və xuflarının üzərinə məsh çəkdi”. Ravi İbn Rumhun rəvayətində “dəstəmazını bitirənədək” deyilir.”

Muğira ibn Şubə
Muslim, 649 (Təharət, 94)Səhih

وَحَدَّثَنَاهُ مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا عَبْدُ الْوَهَّابِ قَالَ سَمِعْتُ يَحْيَى بْنَ سَعِيدٍ بِهَذَا الإِسْنَادِ وَقَالَ فَغَسَلَ وَجْهَهُ وَيَدَيْهِ وَمَسَحَ بِرَأْسِهِ ثُمَّ مَسَحَ عَلَى الْخُفَّيْنِ.

“Rəvayət edilir ki, Muğira ﵁ demişdir: “Peyğəmbər ﷺ üzünü və əllərini yudu, başına məsh çəkdi, sonra da xuflarının üzərinə məsh etdi”.”

Muğira ibn Şubə
Muslim, 650 (Təharət, 95)Səhih

وَحَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى التَّمِيمِىُّ أَخْبَرَنَا أَبُو الأَحْوَصِ عَنْ أَشْعَثَ عَنِ الأَسْوَدِ بْنِ هِلاَلٍ عَنِ الْمُغِيرَةِ بْنِ شُعْبَةَ قَالَ بَيْنَا أَنَا مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ لَيْلَةٍ إِذْ نَزَلَ فَقَضَى حَاجَتَهُ ثُمَّ جَاءَ فَصَبَبْتُ عَلَيْهِ مِنْ إِدَاوَةٍ كَانَتْ مَعِى فَتَوَضَّأَ وَمَسَحَ عَلَى خُفَّيْهِ.

“Rəvayət edilir ki, Muğira ibn Şubə ﵁ demişdir: “Bir gecə mən Allah Elçisinin ﷺ yanında ikən, o, çölə çıxdı və təbii ehtiyacını ödədi. Sonra gəldi və mən özümlə gətirdiyim cürdəkdən onun əlinə su tökdüm. O, dəstəmaz aldı və xuflarının üzərinə məsh çəkdi”.”

Muğira ibn Şubə
Muslim, 651 (Təharət, 96)Səhih

وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَأَبُو كُرَيْبٍ قَالَ أَبُو بَكْرٍ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ عَنِ الأَعْمَشِ عَنْ مُسْلِمٍ عَنْ مَسْرُوقٍ عَنِ الْمُغِيرَةِ بْنِ شُعْبَةَ قَالَ كُنْتُ مَعَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى سَفَرٍ فَقَالَ « يَا مُغِيرَةُ خُذِ الإِدَاوَةَ ». فَأَخَذْتُهَا ثُمَّ خَرَجْتُ مَعَهُ فَانْطَلَقَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى تَوَارَى عَنِّى فَقَضَى حَاجَتَهُ ثُمَّ جَاءَ وَعَلَيْهِ جُبَّةٌ شَامِيَّةٌ ضَيِّقَةُ الْكُمَّيْنِ فَذَهَبَ يُخْرِجُ يَدَهُ مِنْ كُمِّهَا فَضَاقَتْ عَلَيْهِ فَأَخْرَجَ يَدَهُ مِنْ أَسْفَلِهَا فَصَبَبْتُ عَلَيْهِ فَتَوَضَّأَ وُضُوءَهُ لِلصَّلاَةِ ثُمَّ مَسَحَ عَلَى خُفَّيْهِ ثُمَّ صَلَّى.

“Rəvayət edilir ki, Muğira ibn Şubə ﵁ demişdir: “Səfərlərin birində mən Peyğəmbərin ﷺ yanında idim. Mənə dedi: “Ey Muğira! Cürdəyi götür!” Mən qabı götürüb onunla birlikdə çölə çıxdım. Allah Elçisi ﷺ məndən uzaqlaşaraq gözdən itdi. O, təbii ehtiyacını ödədikdən sonra gəldi. Onun əynində qolları dar bir Şam cübbəsi var idi. Peyğəmbər ﷺ əlini cübbənin qolundan çıxartmağa çalışdı, lakin qolları dar olduğundan çıxarda bilmədi. Belə olduqda o, əllərini cübbənin aşağısından çıxartdı. Mən onun əlinə su tökdüm və o, namaz üçün dəstəmaz aldığı kimi dəstəmaz aldı. Sonra xufları üzərinə məsh çəkdi. Sonra da namaz qıldı”.”

Muğira ibn Şubə
Muslim, 652 (Təharət, 97)Səhih

وَحَدَّثَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ وَعَلِىُّ بْنُ خَشْرَمٍ جَمِيعًا عَنْ عِيسَى بْنِ يُونُسَ - قَالَ إِسْحَاقُ أَخْبَرَنَا عِيسَى - حَدَّثَنَا الأَعْمَشُ عَنْ مُسْلِمٍ عَنْ مَسْرُوقٍ عَنِ الْمُغِيرَةِ بْنِ شُعْبَةَ قَالَ خَرَجَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِيَقْضِىَ حَاجَتَهُ فَلَمَّا رَجَعَ تَلَقَّيْتُهُ بِالإِدَاوَةِ فَصَبَبْتُ عَلَيْهِ فَغَسَلَ يَدَيْهِ ثُمَّ غَسَلَ وَجْهَهُ ثُمَّ ذَهَبَ لِيَغْسِلَ ذِرَاعَيْهِ فَضَاقَتِ الْجُبَّةُ فَأَخْرَجَهُمَا مِنْ تَحْتِ الْجُبَّةِ فَغَسَلَهُمَا وَمَسَحَ رَأْسَهُ وَمَسَحَ عَلَى خُفَّيْهِ ثُمَّ صَلَّى بِنَا.

“Rəvayət edilir ki, Muğira ibn Şubə ﵁ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ təbii ehtiyacını ödəmək üçün çölə çıxdı. Geri qayıtdıqda mən bir cürdək su ilə onu qarşıladım. Onun əlinə su tökdüm. O, əvvəlcə əllərini, sonra da üzünü yudu. Sonra da qollarını yumaq istədi, lakin əllərini cübbənin qolundan çıxarda bilmədi. Belə olduqda o, əllərini cübbənin aşağısından çıxardıb onları yudu. Sonra başına məsh etdi və xuflarının üzərinə məsh çəkdi. Sonra da bizimlə namaz qıldı”.”

Muğira ibn Şubə
Muslim, 653 (Təharət, 98)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ نُمَيْرٍ حَدَّثَنَا أَبِى حَدَّثَنَا زَكَرِيَّاءُ عَنْ عَامِرٍ قَالَ أَخْبَرَنِى عُرْوَةُ بْنُ الْمُغِيرَةِ عَنْ أَبِيهِ قَالَ كُنْتُ مَعَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ لَيْلَةٍ فِى مَسِيرٍ فَقَالَ لِى « أَمَعَكَ مَاءٌ ». قُلْتُ نَعَمْ. فَنَزَلَ عَنْ رَاحِلَتِهِ فَمَشَى حَتَّى تَوَارَى فِى سَوَادِ اللَّيْلِ ثُمَّ جَاءَ فَأَفْرَغْتُ عَلَيْهِ مِنَ الإِدَاوَةِ فَغَسَلَ وَجْهَهُ وَعَلَيْهِ جُبَّةٌ مِنْ صُوفٍ فَلَمْ يَسْتَطِعْ أَنْ يُخْرِجَ ذِرَاعَيْهِ مِنْهَا حَتَّى أَخْرَجَهُمَا مِنْ أَسْفَلِ الْجُبَّةِ فَغَسَلَ ذِرَاعَيْهِ وَمَسَحَ بِرَأْسِهِ ثُمَّ أَهْوَيْتُ لأَنْزِعَ خُفَّيْهِ فَقَالَ « دَعْهُمَا فَإِنِّى أَدْخَلْتُهُمَا طَاهِرَتَيْنِ ». وَمَسَحَ عَلَيْهِمَا.

“Rəvayət edilir ki, Muğira ibn Şubə ﵁ demişdir: “Bir dəfə gecə vaxtı səfərdə Peyğəmbərin ﷺ yanında durmuşdum. O mənə dedi: “Yanında su varmı?” Mən: “Bəli!”, – deyə cavab verdim. O, miniyindən yerə düşdü və təbii ehtiyacını ödəmək üçün gedərək gecənin qaranlığında gözdən itdi. Sonra gəldi və mən onun əlinə su tökdüm. O, üzünü yudu. Əynində yun cübbə var idi. O, qollarını cübbənin qolundan çıxarda bilmədi və qollarını cübbənin aşağısından çıxardıb onları yudu, sonra başına məsh etdi. Sonra mən onun xuflarını çıxartmaq üçün aşağı əyildim. O mənə: “Onlara dəymə! Mən onları (ayaqlarım) pak olduğu halda geyinmişəm”, – dedi və xuflarının üzərinə məsh çəkdi”.”

Urva ibn Muğira atasından
Muslim, 654 (Təharət, 99)Səhih

وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ حَاتِمٍ حَدَّثَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ حَدَّثَنَا عُمَرُ بْنُ أَبِى زَائِدَةَ عَنِ الشَّعْبِىِّ عَنْ عُرْوَةَ بْنِ الْمُغِيرَةِ عَنْ أَبِيهِ أَنَّهُ وَضَّأَ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَتَوَضَّأَ وَمَسَحَ عَلَى خُفَّيْهِ فَقَالَ لَهُ فَقَالَ « إِنِّى أَدْخَلْتُهُمَا طَاهِرَتَيْنِ ».

“Rəvayət edilir ki, Muğira ﵁ Peyğəmbərin ﷺ əlinə su tökdü, o da dəstəmaz aldı. Peyğəmbər ﷺ dəstəmaz alıb xuflarının üzərinə məsh çəkdikdən sonra Muğiraya dedi: “Mən onları (ayaqlarım) pak olduğu halda geyinmişəm”.”

Muğira
Muslim, 655 (Təharət, 100)Səhih

وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ بَزِيعٍ حَدَّثَنَا يَزِيدُ - يَعْنِى ابْنَ زُرَيْعٍ - حَدَّثَنَا حُمَيْدٌ الطَّوِيلُ حَدَّثَنَا بَكْرُ بْنُ عَبْدِ اللَّهِ الْمُزَنِىُّ عَنْ عُرْوَةَ بْنِ الْمُغِيرَةِ بْنِ شُعْبَةَ عَنْ أَبِيهِ قَالَ تَخَلَّفَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَتَخَلَّفْتُ مَعَهُ فَلَمَّا قَضَى حَاجَتَهُ قَالَ « أَمَعَكَ مَاءٌ ». فَأَتَيْتُهُ بِمَطْهَرَةٍ فَغَسَلَ كَفَّيْهِ وَوَجْهَهُ ثُمَّ ذَهَبَ يَحْسِرُ عَنْ ذِرَاعَيْهِ فَضَاقَ كُمُّ الْجُبَّةِ فَأَخْرَجَ يَدَهُ مِنْ تَحْتِ الْجُبَّةِ وَأَلْقَى الْجُبَّةَ عَلَى مَنْكِبَيْهِ وَغَسَلَ ذِرَاعَيْهِ وَمَسَحَ بِنَاصِيَتِهِ وَعَلَى الْعِمَامَةِ وَعَلَى خُفَّيْهِ ثُمَّ رَكِبَ وَرَكِبْتُ فَانْتَهَيْنَا إِلَى الْقَوْمِ وَقَدْ قَامُوا فِى الصَّلاَةِ يُصَلِّى بِهِمْ عَبْدُ الرَّحْمَنِ بْنُ عَوْفٍ وَقَدْ رَكَعَ بِهِمْ رَكْعَةً فَلَمَّا أَحَسَّ بِالنَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَهَبَ يَتَأَخَّرُ فَأَوْمَأَ إِلَيْهِ فَصَلَّى بِهِمْ فَلَمَّا سَلَّمَ قَامَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَقُمْتُ فَرَكَعْنَا الرَّكْعَةَ الَّتِى سَبَقَتْنَا.

“Rəvayət edilir ki, Muğira ibn Şubə ﵁ demişdir: “Səfərlərin birində Allah Elçisi ﷺ camaatdan geri qaldı. Mən də onunla birlikdə geri qaldım. O, təbii ehtiyacını ödədikdən sonra məndən soruşdu: “Yanında su varmı?” Mən də ona bir cürdək su gətirdim. O, əllərini və üzünü yudu. Sonra cübbəsinin qollarını çırmalamağa çalışdı, lakin onun qolları dar gəldi. Odur ki, əllərini cübbənin aşağısından çıxartdı və cübbəni çiyninə saldı. Sonra qollarını yudu, kəkilinə və əmmamənin üzərinə məsh çəkdi, həmçinin xufların üzərinə də məsh çəkdi. Sonra o, dəvəsinə mindi, mən də öz heyvanıma mindim. Biz gəlib camaata onlar artıq namaza durduqları vaxt yetişdik. Namazı onlara Abdur-Rahmən ibn Auf qıldırırdı. Artıq bir rükət qıldırmışdı. O, Peyğəmbərin ﷺ gəldiyini hiss etdikdə Peyğəmbər ﷺ önə keçsin deyə arxaya çəkilməyə başladı. Peyğəmbər ﷺ əli ilə ona yerində qalması üçün işarə etdi. Beləliklə, namazı camaata (Abdur-Rahmən ibn Auf) qıldırdı. O, salam verdikdə Peyğəmbər ﷺ (salam vermədən) ayağa qalxdı, mən də onunla bərabər ayağa qalxdım və buraxdığımız rükəti qıldıq”.”

Muğira ibn Şubə
Muslim, 656 (Təharət, 101)Səhih

حَدَّثَنَا أُمَيَّةُ بْنُ بِسْطَامَ وَمُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى قَالاَ حَدَّثَنَا الْمُعْتَمِرُ عَنْ أَبِيهِ قَالَ حَدَّثَنِى بَكْرُ بْنُ عَبْدِ اللَّهِ عَنِ ابْنِ الْمُغِيرَةِ عَنْ أَبِيهِ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَسَحَ عَلَى الْخُفَّيْنِ وَمُقَدَّمِ رَأْسِهِ وَعَلَى عِمَامَتِهِ.

“Muğira ibn Şubə ﵁ rəvayət etmişdir ki, Peyğəmbər ﷺ xuflarına, həmçinin kəkilinə və əmmaməsinin üzərinə məsh çəkmişdir.”

İbn əl-Muğira atasından
Muslim, 657 (Təharət, 102)Səhih

وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى حَدَّثَنَا الْمُعْتَمِرُ عَنْ أَبِيهِ عَنْ بَكْرٍ عَنِ الْحَسَنِ عَنِ ابْنِ الْمُغِيرَةِ عَنْ أَبِيهِ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِمِثْلِهِ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

İbn əl-Muğira atasından
Muslim, 658 (Təharət, 103)Səhih

وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ وَمُحَمَّدُ بْنُ حَاتِمٍ جَمِيعًا عَنْ يَحْيَى الْقَطَّانِ قَالَ ابْنُ حَاتِمٍ حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ عَنِ التَّيْمِىِّ عَنْ بَكْرِ بْنِ عَبْدِ اللَّهِ عَنِ الْحَسَنِ عَنِ ابْنِ الْمُغِيرَةِ بْنِ شُعْبَةَ عَنْ أَبِيهِ قَالَ بَكْرٌ وَقَدْ سَمِعْتُ مِنِ ابْنِ الْمُغِيرَةِ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تَوَضَّأَ فَمَسَحَ بِنَاصِيَتِهِ وَعَلَى الْعِمَامَةِ وَعَلَى الْخُفَّيْنِ.

“İbn əl-Muğira ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ dəstəmaz alıb kəkilinə və əmmaməsinə, sonra da xuflarının üzərinə məsh çəkdi”.”

İbn əl-Muğira
Muslim, 659 (Təharət, 104)Səhih

وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَمُحَمَّدُ بْنُ الْعَلاَءِ قَالاَ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ح وَحَدَّثَنَا إِسْحَاقُ أَخْبَرَنَا عِيسَى بْنُ يُونُسَ كِلاَهُمَا عَنِ الأَعْمَشِ عَنِ الْحَكَمِ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِى لَيْلَى عَنْ كَعْبِ بْنِ عُجْرَةَ عَنْ بِلاَلٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَسَحَ عَلَى الْخُفَّيْنِ وَالْخِمَارِ. وَفِى حَدِيثِ عِيسَى حَدَّثَنِى الْحَكَمُ حَدَّثَنِى بِلاَلٌ وَحَدَّثَنِيهِ سُوَيْدُ بْنُ سَعِيدٍ حَدَّثَنَا عَلِىٌّ - يَعْنِى ابْنَ مُسْهِرٍ - عَنِ الأَعْمَشِ بِهَذَا الإِسْنَادِ وَقَالَ فِى الْحَدِيثِ رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Bilal ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ əmmaməsinin və xuflarının üzərinə məsh çəkdi. Digər rəvayətdə Bilal: “Mən Allah Elçisini ﷺ (belə edərkən) gördüm”, – demişdir.”

Bilal
Muslim, 660 (Təharət, 105)Səhih

وَحَدَّثَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ الْحَنْظَلِىُّ أَخْبَرَنَا عَبْدُ الرَّزَّاقِ أَخْبَرَنَا الثَّوْرِىُّ عَنْ عَمْرِو بْنِ قَيْسٍ الْمُلاَئِىِّ عَنِ الْحَكَمِ بْنِ عُتَيْبَةَ عَنِ الْقَاسِمِ بْنِ مُخَيْمِرَةَ عَنْ شُرَيْحِ بْنِ هَانِئٍ قَالَ أَتَيْتُ عَائِشَةَ أَسْأَلُهَا عَنِ الْمَسْحِ عَلَى الْخُفَّيْنِ فَقَالَتْ عَلَيْكَ بِابْنِ أَبِى طَالِبٍ فَسَلْهُ فَإِنَّهُ كَانَ يُسَافِرُ مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. فَسَأَلْنَاهُ فَقَالَ جَعَلَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ثَلاَثَةَ أَيَّامٍ وَلَيَالِيَهُنَّ لِلْمُسَافِرِ وَيَوْمًا وَلَيْلَةً لِلْمُقِيمِ. قَالَ وَكَانَ سُفْيَانُ إِذَا ذَكَرَ عَمْرًا أَثْنَى عَلَيْهِ.

“Rəvayət edilir ki, Şureyh ibn Hani ﵀ demişdir: “Mən Aişədən xufların üzərinə məsh çəkmək barədə soruşmaq üçün onun yanına gəldim. Aişə dedi: “Sən Əbu Talibin oğlunun yanına get, ondan soruş. Çünki o, Allah Elçisi ﷺ ilə birlikdə səfərə çıxardı”. Biz gedib Əlidən məsh barədə soruşduq. O dedi: “Allah Elçisi ﷺ müsafir üçün üç gün üç gecə, yerli sakin üçün isə bir gün bir gecə vaxt təyin etmişdir”. Ravi demişdir: “Süfyan hər dəfə Amrın adını çəkəndə onu tərifləyərdi”.”

Şureyh ibn Hani
Muslim, 661 (Təharət, 106)Səhih

وَحَدَّثَنَا إِسْحَاقُ أَخْبَرَنَا زَكَرِيَّاءُ بْنُ عَدِىٍّ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عَمْرٍو عَنْ زَيْدِ بْنِ أَبِى أُنَيْسَةَ عَنِ الْحَكَمِ بِهَذَا الإِسْنَادِ مِثْلَهُ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Şureyh ibn Hani
Muslim, 662 (Təharət, 107)Səhih

وَحَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ عَنِ الأَعْمَشِ عَنِ الْحَكَمِ عَنِ الْقَاسِمِ بْنِ مُخَيْمِرَةَ عَنْ شُرَيْحِ بْنِ هَانِئٍ قَالَ سَأَلْتُ عَائِشَةَ عَنِ الْمَسْحِ عَلَى الْخُفَّيْنِ فَقَالَتِ ائْتِ عَلِيًّا فَإِنَّهُ أَعْلَمُ بِذَلِكَ مِنِّى فَأَتَيْتُ عَلِيًّا فَذَكَرَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِمِثْلِهِ.

“Rəvayət edilir ki, Şureyh ibn Hani ﵀ demişdir: “Mən Aişədən xufların üzərinə məsh çəkmək barədə soruşdum. O dedi: “Əlinin yanına get. Çünki o bu məsələni məndən yaxşı bilir”. Mən Əlinin yanına gəldim...”. Sonra Əli Peyğəmbərdən ﷺ yuxarıdakı hədisin bənzərini rəvayət etdi.”

Şureyh ibn Hani
Muslim, 663 (Təharət, 108)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ نُمَيْرٍ حَدَّثَنَا أَبِى حَدَّثَنَا سُفْيَانُ عَنْ عَلْقَمَةَ بْنِ مَرْثَدٍ ح وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ حَاتِمٍ - وَاللَّفْظُ لَهُ - حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ عَنْ سُفْيَانَ قَالَ حَدَّثَنِى عَلْقَمَةُ بْنُ مَرْثَدٍ عَنْ سُلَيْمَانَ بْنِ بُرَيْدَةَ عَنْ أَبِيهِ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى الصَّلَوَاتِ يَوْمَ الْفَتْحِ بِوُضُوءٍ وَاحِدٍ وَمَسَحَ عَلَى خُفَّيْهِ فَقَالَ لَهُ عُمَرُ لَقَدْ صَنَعْتَ الْيَوْمَ شَيْئًا لَمْ تَكُنْ تَصْنَعُهُ. قَالَ «عَمْدًا صَنَعْتُهُ يَا عُمَرُ».

“Bureydə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ Məkkənin fəthi günü bütün namazları bir dəstəmazla qıldı və xuflarının üzərinə məsh çəkdi. Bunu görən Ömər Peyğəmbərə ﷺ: “Sən heç vaxt etmədiyin bir şeyi bu gün etdin”, – dedi. Peyğəmbər ﷺ buyurdu: “Mən qəsdən belə etdim, ey Ömər!””

Bureydə
Muslim, 664 (Təharət, 109)Səhih

وَحَدَّثَنَا نَصْرُ بْنُ عَلِىٍّ الْجَهْضَمِىُّ وَحَامِدُ بْنُ عُمَرَ الْبَكْرَاوِىُّ قَالاَ حَدَّثَنَا بِشْرُ بْنُ الْمُفَضَّلِ عَنْ خَالِدٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ شَقِيقٍ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا اسْتَيْقَظَ أَحَدُكُمْ مِنْ نَوْمِهِ فَلاَ يَغْمِسْ يَدَهُ فِى الإِنَاءِ حَتَّى يَغْسِلَهَا ثَلاَثًا فَإِنَّهُ لاَ يَدْرِى أَيْنَ بَاتَتْ يَدُهُ ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Sizdən biriniz yuxudan oyandığı zaman əlini üç dəfə yumayınca su qabının içinə salmasın, çünki o, əlinin haralara dəydiyini bilmir”.”

Əbu Hureyra
Muslim, 665 (Təharət, 110)Səhih

حَدَّثَنَا أَبُو كُرَيْبٍ وَأَبُو سَعِيدٍ الأَشَجُّ قَالاَ حَدَّثَنَا وَكِيعٌ ح وَحَدَّثَنَا أَبُو كُرَيْبٍ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ كِلاَهُمَا عَنِ الأَعْمَشِ عَنْ أَبِى رَزِينٍ وَأَبِى صَالِحٍ عَنْ أَبِى هُرَيْرَةَ فِى حَدِيثِ أَبِى مُعَاوِيَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. وَفِى حَدِيثِ وَكِيعٍ قَالَ يَرْفَعُهُ بِمِثْلِهِ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Əbu Hureyra
Muslim, 666 (Təharət, 111)Səhih

وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَعَمْرٌو النَّاقِدُ وَزُهَيْرُ بْنُ حَرْبٍ قَالُوا حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ عَنِ الزُّهْرِىِّ عَنْ أَبِى سَلَمَةَ ح وَحَدَّثَنِيهِ مُحَمَّدُ بْنُ رَافِعٍ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ أَخْبَرَنَا مَعْمَرٌ عَنِ الزُّهْرِىِّ عَنِ ابْنِ الْمُسَيَّبِ كِلاَهُمَا عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِمِثْلِهِ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Əbu Hureyra
Muslim, 667 (Təharət, 112)Səhih

وَحَدَّثَنِى سَلَمَةُ بْنُ شَبِيبٍ قَالَ حَدَّثَنَا الْحَسَنُ بْنُ أَعْيَنَ حَدَّثَنَا مَعْقِلٌ عَنْ أَبِى الزُّبَيْرِ عَنْ جَابِرٍ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّهُ أَخْبَرَهُ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا اسْتَيْقَظَ أَحَدُكُمْ فَلْيُفْرِغْ عَلَى يَدِهِ ثَلاَثَ مَرَّاتٍ قَبْلَ أَنْ يُدْخِلَ يَدَهُ فِى إِنَائِهِ فَإِنَّهُ لاَ يَدْرِى فِيمَ بَاتَتْ يَدُهُ ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Biriniz yuxudan oyandıqda əlini su qabının içinə salmamışdan əvvəl əlinə üç dəfə su töküb onu yusun, çünki o, əlinin haralara dəydiyini bilmir”.”

Əbu Hureyra
Muslim, 668 (Təharət, 113)Səhih

وَحَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا الْمُغِيرَةُ - يَعْنِى الْحِزَامِىَّ - عَنْ أَبِى الزِّنَادِ عَنِ الأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ ح

“Növbəti hədisin sənədlərindəndir.”

Əbu Hureyra
Muslim, 669 (Təharət, 114)Səhih

وَحَدَّثَنَا نَصْرُ بْنُ عَلِىٍّ حَدَّثَنَا عَبْدُ الأَعْلَى عَنْ هِشَامٍ عَنْ مُحَمَّدٍ عَنْ أَبِى هُرَيْرَةَ ح

“Növbəti hədisin sənədlərindəndir.”

Əbu Hureyra
Muslim, 670 (Təharət, 115)Səhih

وَحَدَّثَنِى أَبُو كُرَيْبٍ حَدَّثَنَا خَالِدٌ - يَعْنِى ابْنَ مَخْلَدٍ - عَنْ مُحَمَّدِ بْنِ جَعْفَرٍ عَنِ الْعَلاَءِ عَنْ أَبِيهِ عَنْ أَبِى هُرَيْرَةَ ح

“Növbəti hədisin sənədlərindəndir.”

Əbu Hureyra
Muslim, 671 (Təharət, 116)Səhih

وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ حَدَّثَنَا مَعْمَرٌ عَنْ هَمَّامِ بْنِ مُنَبِّهٍ عَنْ أَبِى هُرَيْرَةَ ح

“Növbəti hədisin sənədlərindəndir.”

Əbu Hureyra
Muslim, 672 (Təharət, 117)Səhih

وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ حَاتِمٍ حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَكْرٍ ح وَحَدَّثَنَا الْحُلْوَانِىُّ وَابْنُ رَافِعٍ قَالاَ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ قَالاَ جَمِيعًا أَخْبَرَنَا ابْنُ جُرَيْجٍ أَخْبَرَنِى زِيَادٌ أَنَّ ثَابِتًا مَوْلَى عَبْدِ الرَّحْمَنِ بْنِ زَيْدٍ أَخْبَرَهُ أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ فِى رِوَايَتِهِمْ جَمِيعًا عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِهَذَا الْحَدِيثِ كُلُّهُمْ يَقُولُ حَتَّى يَغْسِلَهَا. وَلَمْ يَقُلْ وَاحِدٌ مِنْهُمْ ثَلاَثًا. إِلاَّ مَا قَدَّمْنَا مِنْ رِوَايَةِ جَابِرٍ وَابْنِ الْمُسَيَّبِ وَأَبِى سَلَمَةَ وَعَبْدِ اللَّهِ بْنِ شَقِيقٍ وَأَبِى صَالِحٍ وَأَبِى رَزِينٍ فَإِنَّ فِى حَدِيثِهِمْ ذِكْرَ الثَّلاَثِ.

“Əbu Hureyra ﵁ Peyğəmbərdən ﷺ yuxarıdakı hədisini rəvayət etmişdir. Bu hədisdə ravilərin hamısı “əlini yumadıqca” sözünü rəvayət etmiş, lakin heç biri: “üç dəfə” sözünü qeyd etməmişdir. Ancaq yuxarıda təqdim etdiyimiz isnadlardakı rəvayətlərdə “üç dəfə” sözü qeyd edilmişdir.”

Əbu Hureyra
Muslim, 673 (Təharət, 118)Səhih

وَحَدَّثَنِى عَلِىُّ بْنُ حُجْرٍ السَّعْدِىُّ حَدَّثَنَا عَلِىُّ بْنُ مُسْهِرٍ أَخْبَرَنَا الأَعْمَشُ عَنْ أَبِى رَزِينٍ وَأَبِى صَالِحٍ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا وَلَغَ الْكَلْبُ فِى إِنَاءِ أَحَدِكُمْ فَلْيُرِقْهُ ثُمَّ لْيَغْسِلْهُ سَبْعَ مِرَارٍ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Birinizin qabını it yalasa, onu boşaltsın, sonra o qabı yeddi dəfə yusun”.”

Əbu Hureyra
Muslim, 674 (Təharət, 119)Səhih

وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ الصَّبَّاحِ حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ زَكَرِيَّاءَ عَنِ الأَعْمَشِ بِهَذَا الإِسْنَادِ مِثْلَهُ وَلَمْ يَقُلْ فَلْيُرِقْهُ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir, lakin “qabı boşaltsın” hissəsi qeyd edilməmişdir.”

Əbu Hureyra
Muslim, 675 (Təharət, 120)Səhih

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى قَالَ قَرَأْتُ عَلَى مَالِكٍ عَنْ أَبِى الزِّنَادِ عَنِ الأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا شَرِبَ الْكَلْبُ فِى إِنَاءِ أَحَدِكُمْ فَلْيَغْسِلْهُ سَبْعَ مَرَّاتٍ ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən birinizin qabından it nəsə içərsə, o, qabı yeddi dəfə yusun”.”

Əbu Hureyra
Muslim, 676 (Təharət, 121)Səhih

وَحَدَّثَنَا زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ إِبْرَاهِيمَ عَنْ هِشَامِ بْنِ حَسَّانٍ عَنْ مُحَمَّدِ بْنِ سِيرِينَ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « طُهُورُ إِنَاءِ أَحَدِكُمْ إِذَا وَلَغَ فِيهِ الْكَلْبُ أَنْ يَغْسِلَهُ سَبْعَ مَرَّاتٍ أُولاَهُنَّ بِالتُّرَابِ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Birinizin qabını it yalayarsa, o qabın pak olması üçün, onu – birincisini torpaqla yumaq şərti ilə – yeddi dəfə yusun”.”

Əbu Hureyra
Muslim, 677 (Təharət, 122)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ حَدَّثَنَا مَعْمَرٌ عَنْ هَمَّامِ بْنِ مُنَبِّهٍ قَالَ هَذَا مَا حَدَّثَنَا أَبُو هُرَيْرَةَ عَنْ مُحَمَّدٍ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. فَذَكَرَ أَحَادِيثَ مِنْهَا وَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « طُهُورُ إِنَاءِ أَحَدِكُمْ إِذَا وَلَغَ الْكَلْبُ فِيهِ أَنْ يَغْسِلَهُ سَبْعَ مَرَّاتٍ ».

“Rəvayət edilir ki, Həmmam ibn Munəbbih ﵀: “Bu, Əbu Hureyranın bizə Allahın elçisi Muhəmməddən ﷺ rəvayət etdikləridir...”, – demiş və bir neçə hədis rəvayət etmişdir. Bu hədislərdən biri də budur: “Allah Elçisi ﷺ buyurdu: “Sizdən birinizin qabını it yalayarsa, o, qabın pak olması üçün onu yeddi dəfə yusun”.”

Həmmam ibn Munəbbih
Muslim, 678 (Təharət, 123)Səhih

وَحَدَّثَنَا عُبَيْدُ اللَّهِ بْنُ مُعَاذٍ حَدَّثَنَا أَبِى حَدَّثَنَا شُعْبَةُ عَنْ أَبِى التَّيَّاحِ سَمِعَ مُطَرِّفَ بْنَ عَبْدِ اللَّهِ يُحَدِّثُ عَنِ ابْنِ الْمُغَفَّلِ قَالَ أَمَرَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِقَتْلِ الْكِلاَبِ ثُمَّ قَالَ « مَا بَالُهُمْ وَبَالُ الْكِلاَبِ ». ثُمَّ رَخَّصَ فِى كَلْبِ الصَّيْدِ وَكَلْبِ الْغَنَمِ وَقَالَ « إِذَا وَلَغَ الْكَلْبُ فِى الإِنَاءِ فَاغْسِلُوهُ سَبْعَ مَرَّاتٍ وَعَفِّرُوهُ الثَّامِنَةَ فِى التُّرَابِ ».

“Rəvayət edilir ki, İbn əl-Muğaffəl ﵁ demişdir: “Allah Elçisi ﷺ əvvəlcə itləri öldürməyi əmr etdi, sonra isə: “Onların itlərlə nə işi var?”, – deyə buyurdu. Daha sonra onlara ov iti ilə çoban iti saxlamağa rüsxət verdi və belə buyurdu: “İt bir qabı yalasa, onu yeddi dəfə – səkkizincisini də torpaqla sürtərək – yusun”.”

İbn əl-Muğaffəl
Muslim, 679 (Təharət, 124)Səhih

وَحَدَّثَنِيهِ يَحْيَى بْنُ حَبِيبٍ الْحَارِثِىُّ حَدَّثَنَا خَالِدٌ يَعْنِى ابْنَ الْحَارِثِ ح وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ حَاتِمٍ حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ح وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ الْوَلِيدِ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ كُلُّهُمْ عَنْ شُعْبَةَ فِى هَذَا الإِسْنَادِ بِمِثْلِهِ غَيْرَ أَنَّ فِى رِوَايَةِ يَحْيَى بْنِ سَعِيدٍ مِنَ الزِّيَادَةِ وَرَخَّصَ فِى كَلْبِ الْغَنَمِ وَالصَّيْدِ وَالزَّرْعِ وَلَيْسَ ذَكَرَ الزَّرْعَ فِى الرِّوَايَةِ غَيْرُ يَحْيَى.

“Yuxarıdakı hədisin mətni ilə eynidir, yalnız bu əlavə var: “Peyğəmbər ﷺ çoban iti, ov iti və tarla iti saxlamağa rüsxət verdi”.”

İbn əl-Muğaffəl
Muslim, 680 (Təharət, 125)Səhih

وَحَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى وَمُحَمَّدُ بْنُ رُمْحٍ قَالاَ أَخْبَرَنَا اللَّيْثُ ح وَحَدَّثَنَا قُتَيْبَةُ حَدَّثَنَا اللَّيْثُ عَنْ أَبِى الزُّبَيْرِ عَنْ جَابِرٍ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ نَهَى أَنْ يُبَالَ فِى الْمَاءِ الرَّاكِدِ.

“Cabir ﵁ rəvayət etmişdir ki, Allah Elçisi ﷺ durğun suya subaşına çıxmağı qadağan etmişdir.”

Cabir
Muslim, 681 (Təharət, 126)Səhih

وَحَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا جَرِيرٌ عَنْ هِشَامٍ عَنِ ابْنِ سِيرِينَ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « لاَ يَبُولَنَّ أَحَدُكُمْ فِى الْمَاءِ الدَّائِمِ ثُمَّ يَغْتَسِلُ مِنْهُ ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Heç biriniz durğun suya subaşına çıxmasın. Ola bilsin ki, sonra ondan yuyunmaq üçün istifadə etsin”.”

Əbu Hureyra
Muslim, 682 (Təharət, 127)Səhih

وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ حَدَّثَنَا مَعْمَرٌ عَنْ هَمَّامِ بْنِ مُنَبِّهٍ قَالَ هَذَا مَا حَدَّثَنَا أَبُو هُرَيْرَةَ عَنْ مُحَمَّدٍ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. فَذَكَرَ أَحَادِيثَ مِنْهَا وَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ تَبُلْ فِى الْمَاءِ الدَّائِمِ الَّذِى لاَ يَجْرِى ثُمَّ تَغْتَسِلُ مِنْهُ ».

“Rəvayət edilir ki, Həmmam ibn Munəbbih ﵀: “Bu, Əbu Hureyranın bizə Allahın elçisi Muhəmməddən ﷺ rəvayət etdikləridir...”, – demiş və bir neçə hədis rəvayət etmişdir. Bu hədislərdən biri də budur: “Allah Elçisi ﷺ buyurmuşdur: “Heç biriniz axarı olmayan, durğun suya subaşına çıxmasın. Ola bilsin ki, sonra ondan yuyunmaq üçün istifadə etsin”.”

Həmmam ibn Munəbbih
Muslim, 683 (Təharət, 128)Səhih

وَحَدَّثَنَا هَارُونُ بْنُ سَعِيدٍ الأَيْلِىُّ وَأَبُو الطَّاهِرِ وَأَحْمَدُ بْنُ عِيسَى جَمِيعًا عَنِ ابْنِ وَهْبٍ - قَالَ هَارُونُ حَدَّثَنَا ابْنُ وَهْبٍ - أَخْبَرَنِى عَمْرُو بْنُ الْحَارِثِ عَنْ بُكَيْرِ بْنِ الأَشَجِّ أَنَّ أَبَا السَّائِبِ مَوْلَى هِشَامِ بْنِ زُهْرَةَ حَدَّثَهُ أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ يَقُولُ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ يَغْتَسِلُ أَحَدُكُمْ فِى الْمَاءِ الدَّائِمِ وَهُوَ جُنُبٌ ». فَقَالَ كَيْفَ يَفْعَلُ يَا أَبَا هُرَيْرَةَ قَالَ يَتَنَاوَلُهُ تَنَاوُلاً.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Heç biriniz cənabət halında durğun suda qüsl etməsin”. Əbu Saib: “Bəs necə etsin, ey Əbu Hureyra?”, – deyə soruşdu. Əbu Hureyra dedi: “Bu sudan götürüb kənarda yuyunsun”.”

Əbu Hureyra
Muslim, 684 (Təharət, 129)Səhih

وَحَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا حَمَّادٌ - وَهُوَ ابْنُ زَيْدٍ - عَنْ ثَابِتٍ عَنْ أَنَسٍ أَنَّ أَعْرَابِيًّا بَالَ فِى الْمَسْجِدِ فَقَامَ إِلَيْهِ بَعْضُ الْقَوْمِ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « دَعُوهُ وَلاَ تُزْرِمُوهُ ». قَالَ فَلَمَّا فَرَغَ دَعَا بِدَلْوٍ مِنْ مَاءٍ فَصَبَّهُ عَلَيْهِ.

“Ənəs ﵁ rəvayət edir ki, bir dəfə bir bədəvi gəlib məscidə sidik ifraz etdi. Camaatın bir qismi dərhal qalxıb ona tərəf getdi. Bunu görəndə Allah Elçisi ﷺ buyurdu: “Onunla işiniz olmasın, ona mane olmayın!” Bədəvi işini bitirdikdən sonra Peyğəmbər ﷺ bir vedrə su gətizdirib həmin yerə tökdü”.”

Ənəs
Muslim, 685 (Təharət, 130)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ الْقَطَّانُ عَنْ يَحْيَى بْنِ سَعِيدٍ الأَنْصَارِىِّ ح وَحَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى وَقُتَيْبَةُ بْنُ سَعِيدٍ جَمِيعًا عَنِ الدَّرَاوَرْدِىِّ - قَالَ يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا عَبْدُ الْعَزِيزِ بْنُ مُحَمَّدٍ الْمَدَنِىُّ - عَنْ يَحْيَى بْنِ سَعِيدٍ أَنَّهُ سَمِعَ أَنَسَ بْنَ مَالِكٍ يَذْكُرُ أَنَّ أَعْرَابِيًّا قَامَ إِلَى نَاحِيَةٍ فِى الْمَسْجِدِ فَبَالَ فِيهَا فَصَاحَ بِهِ النَّاسُ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « دَعُوهُ ». فَلَمَّا فَرَغَ أَمَرَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِذَنُوبٍ فَصُبَّ عَلَى بَوْلِهِ.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, bir bədəvi məscidin bir tərəfinə çəkilib orada kiçik subaşına çıxdı. Camaat bunu görəndə onun üstünə qışqırmağa başladı. Onda Allah Elçisi ﷺ: “Buraxın onu!”, – deyə buyurdu. Bədəvi ehtiyacını ödədikdən sonra Allah Elçisi ﷺ bir qab su gətizdirib sidik bulaşmış yerə tökdürdü.”

Ənəs ibn Malik
Muslim, 686 (Təharət, 131)Səhih

حَدَّثَنَا زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا عُمَرُ بْنُ يُونُسَ الْحَنَفِىُّ حَدَّثَنَا عِكْرِمَةُ بْنُ عَمَّارٍ حَدَّثَنَا إِسْحَاقُ بْنُ أَبِى طَلْحَةَ حَدَّثَنِى أَنَسُ بْنُ مَالِكٍ - وَهُوَ عَمُّ إِسْحَاقَ - قَالَ بَيْنَمَا نَحْنُ فِى الْمَسْجِدِ مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذْ جَاءَ أَعْرَابِىٌّ فَقَامَ يَبُولُ فِى الْمَسْجِدِ فَقَالَ أَصْحَابُ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَهْ مَهْ. قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ تُزْرِمُوهُ دَعُوهُ ». فَتَرَكُوهُ حَتَّى بَالَ. ثُمَّ إِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ دَعَاهُ فَقَالَ لَهُ « إِنَّ هَذِهِ الْمَسَاجِدَ لاَ تَصْلُحُ لِشَىْءٍ مِنْ هَذَا الْبَوْلِ وَلاَ الْقَذَرِ إِنَّمَا هِىَ لِذِكْرِ اللَّهِ عَزَّ وَجَلَّ وَالصَّلاَةِ وَقِرَاءَةِ الْقُرْآنِ ». أَوْ كَمَا قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. قَالَ فَأَمَرَ رَجُلاً مِنَ الْقَوْمِ فَجَاءَ بِدَلْوٍ مِنْ مَاءٍ فَشَنَّهُ عَلَيْهِ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Bir dəfə biz Allah Elçisi ﷺ ilə birlikdə məsciddə olarkən bir bədəvi gəldi və məscidin içində kiçik subaşına çıxmağa başladı. Allah Elçisinin ﷺ səhabələri ona: “Dayan, dayan!”, – deyə qışqırdılar. Allah Elçisi ﷺ səhabələrinə dedi: “Ona mane olmayın, onunla işiniz olmasın!” Bədəvi sidiyə çıxıb qurtaranadək səhabələr ona dəymədilər. Sonra Allah Elçisi ﷺ onu yanına çağırdı və ona belə buyurdu: “Sidik və murdar olan heç bir şey bu məscidlərə bulaşmamalıdır. Bu yerlər Allahı ﷿ zikr etmək, namaz qılmaq və Quran oxumaq üçündür”. Yaxud Allah Elçisi ﷺ dediyi kimidir. Sonra Allah Elçisi ﷺ səhabələrdən birinə bir vedrə su gətirməyi əmr etdi və onu sidiyin üstünə tökdü”.”

Ənəs ibn Malik
Muslim, 687 (Təharət, 132)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَأَبُو كُرَيْبٍ قَالاَ حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ نُمَيْرٍ حَدَّثَنَا هِشَامٌ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ زَوْجِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُؤْتَى بِالصِّبْيَانِ فَيُبَرِّكُ عَلَيْهِمْ وَيُحَنِّكُهُمْ فَأُتِىَ بِصَبِىٍّ فَبَالَ عَلَيْهِ فَدَعَا بِمَاءٍ فَأَتْبَعَهُ بَوْلَهُ وَلَمْ يَغْسِلْهُ.

“Peyğəmbərin ﷺ zövcəsi Aişə ﵂ demişdir: “Səhabələr körpə uşaqları Allah Elçisinin ﷺ yanına gətirərdilər. O da Allahdan onlar üçün bərəkət diləyər və xurmanı ağzında əzib körpənin damağına sürtərdi. Bir dəfə onun yanına bir körpə (oğlan uşağı) gətirdilər və bu uşaq onun üstünə sidik ifraz etdi. Peyğəmbər ﷺ bir qab su gətizdirib körpənin sidiyi bulaşmış yerə tökdü və onu yumadı”.”

Aişə
Muslim, 688 (Təharət, 133)Səhih

وَحَدَّثَنَا زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا جَرِيرٌ عَنْ هِشَامٍ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ قَالَتْ أُتِىَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِصَبِىٍّ يَرْضَعُ فَبَالَ فِى حِجْرِهِ فَدَعَا بِمَاءٍ فَصَبَّهُ عَلَيْهِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir dəfə Allah Elçisinin ﷺ yanına südəmər bir körpə gətirdilər. Uşaq da onun qucağına sidik ifraz etdi. Allah Elçisi ﷺ bir qab su gətizdirdi və onu sidiyin üzərinə tökdü”.”

Aişə
Muslim, 689 (Təharət, 134)Səhih

وَحَدَّثَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ أَخْبَرَنَا عِيسَى حَدَّثَنَا هِشَامٌ بِهَذَا الإِسْنَادِ مِثْلَ حَدِيثِ ابْنِ نُمَيْرٍ.

“Hədisin mətni yuxarıdakı hədislərin mətni ilə eynidir.”

Aişə
Muslim, 690 (Təharət, 135)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحِ بْنِ الْمُهَاجِرِ أَخْبَرَنَا اللَّيْثُ عَنِ ابْنِ شِهَابٍ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ عَنْ أُمِّ قَيْسٍ بِنْتِ مِحْصَنٍ أَنَّهَا أَتَتْ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِابْنٍ لَهَا لَمْ يَأْكُلِ الطَّعَامَ فَوَضَعَتْهُ فِى حِجْرِهِ فَبَالَ - قَالَ - فَلَمْ يَزِدْ عَلَى أَنْ نَضَحَ بِالْمَاءِ.

“Ubeydullah ibn Abdullah ﵀ rəvayət edir ki, Ummu Qeys bint Mihsan hələ yemək yeməyən körpə oğlunu Allah Elçisinin ﷺ yanına gətirdi və uşağı onun qucağına qoydu. Uşaq da onun üstünə sidik ifraz etdi. Allah Elçisi ﷺ su gətizdirdi və sidiyin bulaşdığı yerə su səpməkdən əlavə heç nə etmədi.”

Ubeydullah ibn Abdullah
Muslim, 691 (Təharət, 136)Səhih

وَحَدَّثَنَاهُ يَحْيَى بْنُ يَحْيَى وَأَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَعَمْرٌو النَّاقِدُ وَزُهَيْرُ بْنُ حَرْبٍ جَمِيعًا عَنِ ابْنِ عُيَيْنَةَ عَنِ الزُّهْرِىِّ بِهَذَا الإِسْنَادِ وَقَالَ فَدَعَا بِمَاءٍ فَرَشَّهُ.

“Yuxarıdakı hədislərin mətni ilə eynidir, lakin burada deyilir: “Peyğəmbər ﷺ su gətizdirdi və onu sidiyin üzərinə çilədi”.”

Ubeydullah ibn Abdullah
Muslim, 692 (Təharət, 137)Səhih

وَحَدَّثَنِيهِ حَرْمَلَةُ بْنُ يَحْيَى أَخْبَرَنَا ابْنُ وَهْبٍ أَخْبَرَنِى يُونُسُ بْنُ يَزِيدَ أَنَّ ابْنَ شِهَابٍ أَخْبَرَهُ قَالَ أَخْبَرَنِى عُبَيْدُ اللَّهِ بْنُ عَبْدِ اللَّهِ بْنِ عُتْبَةَ بْنِ مَسْعُودٍ أَنَّ أَمَّ قَيْسٍ بِنْتَ مِحْصَنٍ - وَكَانَتْ مِنَ الْمُهَاجِرَاتِ الأُوَلِ اللاَّتِى بَايَعْنَ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهِىَ أُخْتُ عُكَّاشَةَ بْنِ مِحْصَنٍ أَحَدُ بَنِى أَسَدِ بْنِ خُزَيْمَةَ - قَالَ أَخْبَرَتْنِى أَنَّهَا أَتَتْ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِابْنٍ لَهَا لَمْ يَبْلُغْ أَنْ يَأْكُلَ الطَّعَامَ - قَالَ عُبَيْدُ اللَّهِ - أَخْبَرَتْنِى أَنَّ ابْنَهَا ذَاكَ بَالَ فِى حِجْرِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَدَعَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِمَاءٍ فَنَضَحَهُ عَلَى ثَوْبِهِ وَلَمْ يَغْسِلْهُ غَسْلاً.

“İbn Şihab ﵀ rəvayət edir ki, Ubeydullah ibn Abdullah ibn Utbə ibn Məsud mənə belə rəvayət etmişdir: “Allah Elçisinə ﷺ beyət edən ilk mühacir qadınlardan olmuş, habelə Əsəd ibn Xuzeymənin oğullarından Ukkaşə ibn Mihsanın bacısı Ummu Qeys bint Mihsan mənə xəbər vermişdir ki, bir dəfə o, hələ yemək yeməyən körpə oğlunu Allah Elçisinin ﷺ yanına gətirmiş və uşaq da onun qucağına sidiyə çıxmışdır. Onda Allah Elçisi ﷺ bir qab su gətizdirib onu paltarının üstünə səpmiş və onu yumamışdır”.”

İbn Şihab
Muslim, 693 (Təharət, 138)Səhih

وَحَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا خَالِدُ بْنُ عَبْدِ اللَّهِ عَنْ خَالِدٍ عَنْ أَبِى مَعْشَرٍ عَنْ إِبْرَاهِيمَ عَنْ عَلْقَمَةَ وَالأَسْوَدِ أَنَّ رَجُلاً نَزَلَ بِعَائِشَةَ فَأَصْبَحَ يَغْسِلُ ثَوْبَهُ فَقَالَتْ عَائِشَةُ إِنَّمَا كَانَ يُجْزِئُكَ إِنْ رَأَيْتَهُ أَنْ تَغْسِلَ مَكَانَهُ فَإِنْ لَمْ تَرَ نَضَحْتَ حَوْلَهُ وَلَقَدْ رَأَيْتُنِى أَفْرُكُهُ مِنْ ثَوْبِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَرْكًا فَيُصَلِّى فِيهِ.

“Alqəmə və Əsvəd ﵀ rəvayət etmişlər ki, bir nəfər Aişənin yanına gəldi və paltarını yumağa başladı. Aişə belə dedi: “Mənini gördüyün təqdirdə sadəcə onun bulaşdığı yeri yumağın sənə yetərdi. Görmədiyin təqdirdə isə onun ətrafına su çilə. Yadıma gəlir ki, mən onu Allah Elçisinin ﷺ libasından ovxalayıb təmizləyərdim. Sonra da Allah Elçisi ﷺ bu libasda namazını qılardı”.”

Alqəmə və Əsvəd
Muslim, 694 (Təharət, 139)Səhih

وَحَدَّثَنَا عُمَرُ بْنُ حَفْصِ بْنِ غِيَاثٍ حَدَّثَنَا أَبِى عَنِ الأَعْمَشِ عَنْ إِبْرَاهِيمَ عَنِ الأَسْوَدِ وَهَمَّامٍ عَنْ عَائِشَةَ فِى الْمَنِىِّ قَالَتْ كُنْتُ أَفْرُكُهُ مِنْ ثَوْبِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Aişə ﵂ məni haqda demişdir: “Mən qurumuş mənini Allah Elçisinin ﷺ libasından ovxalayıb təmizləyərdim”.”

Aişə
Muslim, 695 (Təharət, 140)Səhih

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا حَمَّادٌ - يَعْنِى ابْنَ زَيْدٍ - عَنْ هِشَامِ بْنِ حَسَّانَ ح وَحَدَّثَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ أَخْبَرَنَا عَبْدَةُ بْنُ سُلَيْمَانَ حَدَّثَنَا ابْنُ أَبِى عَرُوبَةَ جَمِيعًا عَنْ أَبِى مَعْشَرٍ ح وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا هُشَيْمٌ عَنْ مُغِيرَةَ ح وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ حَاتِمٍ حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِىٍّ عَنْ مَهْدِىِّ بْنِ مَيْمُونٍ عَنْ وَاصِلٍ الأَحْدَبِ ح وَحَدَّثَنِى ابْنُ حَاتِمٍ حَدَّثَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ حَدَّثَنَا إِسْرَائِيلُ عَنْ مَنْصُورٍ وَمُغِيرَةَ كُلُّ هَؤُلاَءِ عَنْ إِبْرَاهِيمَ عَنِ الأَسْوَدِ عَنْ عَائِشَةَ فِى حَتِّ الْمَنِىِّ مِنْ ثَوْبِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَحْوَ حَدِيثِ خَالِدٍ عَنْ أَبِى مَعْشَرٍ.

“Rəvayət edilir ki, Aişə ﵂ Allah Elçisinin ﷺ paltarındakı qurumuş mənini sürtüb təmizləyərdi.”

Aişə
Muslim, 696 (Təharət, 141)Səhih

وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ حَاتِمٍ حَدَّثَنَا ابْنُ عُيَيْنَةَ عَنْ مَنْصُورٍ عَنْ إِبْرَاهِيمَ عَنْ هَمَّامٍ عَنْ عَائِشَةَ بِنَحْوِ حَدِيثِهِمْ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Aişə
Muslim, 697 (Təharət, 142)Səhih

وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ بِشْرٍ عَنْ عَمْرِو بْنِ مَيْمُونٍ قَالَ سَأَلْتُ سُلَيْمَانَ بْنَ يَسَارٍ عَنِ الْمَنِىِّ يُصِيبُ ثَوْبَ الرَّجُلِ أَيَغْسِلُهُ أَمْ يَغْسِلُ الثَّوْبَ فَقَالَ أَخْبَرَتْنِى عَائِشَةُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَغْسِلُ الْمَنِىَّ ثُمَّ يَخْرُجُ إِلَى الصَّلاَةِ فِى ذَلِكَ الثَّوْبِ وَأَنَا أَنْظُرُ إِلَى أَثَرِ الْغَسْلِ فِيهِ.

“Rəvayət edilir ki, Amr ibn Məymun ﵀ demişdir: “Mən Süleyman ibn Yəsardan kişinin paltarına bulaşmış məni barədə soruşaraq dedim: “O, məninin bulaşdığı yerimi, yoxsa bütöv paltarımı yusun?” O belə cavab verdi: “Aişə mənə xəbər vermişdir ki, Allah Elçisi ﷺ paltarına bulaşmış mənini yuyar, sonra da həmin paltarda namaza gedərdi. Mən o paltardakı yuyulmuş yeri görürdüm”.”

Amr ibn Məymun
Muslim, 698 (Təharət, 143)Səhih

وَحَدَّثَنَا أَبُو كَامِلٍ الْجَحْدَرِىُّ حَدَّثَنَا عَبْدُ الْوَاحِدِ - يَعْنِى ابْنَ زِيَادٍ ح وَحَدَّثَنَا أَبُو كُرَيْبٍ أَخْبَرَنَا ابْنُ الْمُبَارَكِ وَابْنُ أَبِى زَائِدَةَ كُلُّهُمْ عَنْ عَمْرِو بْنِ مَيْمُونٍ بِهَذَا الإِسْنَادِ أَمَّا ابْنُ أَبِى زَائِدَةَ فَحَدِيثُهُ كَمَا قَالَ ابْنُ بِشْرٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَغْسِلُ الْمَنِىَّ وَأَمَّا ابْنُ الْمُبَارَكِ وَعَبْدُ الْوَاحِدِ فَفِى حَدِيثِهِمَا قَالَتْ كُنْتُ أَغْسِلُهُ مِنْ ثَوْبِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir, lakin bu hədisdə deyilir: “Aişə demişdir: “Mən Allah Elçisinin ﷺ paltarına bulaşan mənini yuyardım”.”

Amr ibn Məymun
Muslim, 699 (Təharət, 144)Səhih

وَحَدَّثَنَا أَحْمَدُ بْنُ جَوَّاسٍ الْحَنَفِىُّ أَبُو عَاصِمٍ حَدَّثَنَا أَبُو الأَحْوَصِ عَنْ شَبِيبِ بْنِ غَرْقَدَةَ عَنْ عَبْدِ اللَّهِ بْنِ شِهَابٍ الْخَوْلاَنِىِّ قَالَ كُنْتُ نَازِلاً عَلَى عَائِشَةَ فَاحْتَلَمْتُ فِى ثَوْبَىَّ فَغَمَسْتُهُمَا فِى الْمَاءِ فَرَأَتْنِى جَارِيَةٌ لِعَائِشَةَ فَأَخْبَرَتْهَا فَبَعَثَتْ إِلَىَّ عَائِشَةُ فَقَالَتْ مَا حَمَلَكَ عَلَى مَا صَنَعْتَ بِثَوْبَيْكَ قَالَ قُلْتُ رَأَيْتُ مَا يَرَى النَّائِمُ فِى مَنَامِهِ. قَالَتْ هَلْ رَأَيْتَ فِيهِمَا شَيْئًا. قُلْتُ لاَ. قَالَتْ فَلَوْ رَأَيْتَ شَيْئًا غَسَلْتَهُ لَقَدْ رَأَيْتُنِى وَإِنِّى لأَحُكُّهُ مِنْ ثَوْبِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَابِسًا بِظُفُرِى.

“Rəvayət edilir ki, Abdullah ibn Şihab əl-Xəvlani ﵀ demişdir: “Bir dəfə mən Aişənin evinə qonaq gəldim və orada ehtilam halına düşdüm. Hər iki paltarım bulaşdığından, mən onları çıxardıb suya saldım. Aişənin kənizi mənim qaldığım yerə gəlib nə etdiyimi gördükdə bu haqda Aişəyə xəbər verdi. Aişə məni yanına çağırtdırdı və məndən soruşdu: “Paltarlarını bu cür yumağa səni nə vadar edir?” Mən dedim: “Yatan adamın yuxuda gördüyü şeyi gördüm”. Aişə dedi: “Paltarlarının üstündə bir şey gördünmü?” Mən dedim: “Xeyr”. Aişə dedi: “Əgər bir şey görmüş olsaydın, onu yuyardın. Yadıma gəlir ki, mən onu Allah Elçisinın ﷺ paltarından qurumuş ikən dırnaqlarımla sürtüb təmizləyərdim”.”

Abdullah ibn Şihab əl-Xəvlani
Muslim, 700 (Təharət, 145)Səhih

وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا وَكِيعٌ حَدَّثَنَا هِشَامُ بْنُ عُرْوَةَ ح وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ حَاتِمٍ - وَاللَّفْظُ لَهُ - حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ قَالَ حَدَّثَتْنِى فَاطِمَةُ عَنْ أَسْمَاءَ قَالَتْ جَاءَتِ امْرَأَةٌ إِلَى النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَتْ إِحْدَانَا يُصِيبُ ثَوْبَهَا مِنْ دَمِ الْحَيْضَةِ كَيْفَ تَصْنَعُ بِهِ قَالَ « تَحُتُّهُ ثُمَّ تَقْرُصُهُ بِالْمَاءِ ثُمَّ تَنْضَحُهُ ثُمَّ تُصَلِّى فِيهِ ».

“Rəvayət edilir ki, Əsma ﵂ demişdir: “Bir dəfə bir qadın Peyğəmbərin ﷺ yanına gəlib soruşdu: “Bizdən birimizin paltarına heyz qanı bulaşsa, o nə etməlidir?” Peyğəmbər ﷺ buyurdu: “Onu (əli ilə) ovxalasın, sonra suya salıb yaxşıca yusun, sonra üstünə su çiləsin, sonra da onunla namaz qılsın”.”

Əsma
Muslim, 701 (Təharət, 146)Səhih

وَحَدَّثَنَا أَبُو كُرَيْبٍ حَدَّثَنَا ابْنُ نُمَيْرٍ ح وَحَدَّثَنِى أَبُو الطَّاهِرِ أَخْبَرَنِى ابْنُ وَهْبٍ أَخْبَرَنِى يَحْيَى بْنُ عَبْدِ اللَّهِ بْنِ سَالِمٍ وَمَالِكُ بْنُ أَنَسٍ وَعَمْرُو بْنُ الْحَارِثِ كُلُّهُمْ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ بِهَذَا الإِسْنَادِ مِثْلَ حَدِيثِ يَحْيَى بْنِ سَعِيدٍ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Əsma
Muslim, 702 (Təharət, 147)Səhih

وَحَدَّثَنَا أَبُو سَعِيدٍ الأَشَجُّ وَأَبُو كُرَيْبٍ مُحَمَّدُ بْنُ الْعَلاَءِ وَإِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ إِسْحَاقُ أَخْبَرَنَا وَقَالَ الآخَرَانِ حَدَّثَنَا وَكِيعٌ حَدَّثَنَا الأَعْمَشُ قَالَ سَمِعْتُ مُجَاهِدًا يُحَدِّثُ عَنْ طَاوُسٍ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ مَرَّ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى قَبْرَيْنِ فَقَالَ « أَمَا إِنَّهُمَا لَيُعَذَّبَانِ وَمَا يُعَذَّبَانِ فِى كَبِيرٍ أَمَّا أَحَدُهُمَا فَكَانَ يَمْشِى بِالنَّمِيمَةِ وَأَمَّا الآخَرُ فَكَانَ لاَ يَسْتَتِرُ مِنْ بَوْلِهِ ». قَالَ فَدَعَا بِعَسِيبٍ رَطْبٍ فَشَقَّهُ بِاثْنَيْنِ ثُمَّ غَرَسَ عَلَى هَذَا وَاحِدًا وَعَلَى هَذَا وَاحِدًا ثُمَّ قَالَ « لَعَلَّهُ أَنْ يُخَفَّفَ عَنْهُمَا مَا لَمْ يَيْبَسَا ».

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ iki qəbirin yanından keçdi və belə buyurdu: “Bunlar əzab çəkirlər, amma böyük bir şeyə görə əzab çəkmirlər. Onlardan biri söz gəzdirərdi, digəri isə sidiyindən qorunmazdı”. Sonra Peyğəmbər ﷺ yaş bir xurma budağı gətizdirib onu iki yerə böldü. Onlardan yarısını birinin, digər yarısını da o biri qəbirin üstünə sancdı. Sonra buyurdu: “Ola bilsin ki, bunlar quruyanadək onların əzabı yüngülləşsin”.”

İbn Abbas
Muslim, 703 (Təharət, 148)Səhih

حَدَّثَنِيهِ أَحْمَدُ بْنُ يُوسُفَ الأَزْدِىُّ حَدَّثَنَا مُعَلَّى بْنُ أَسَدٍ حَدَّثَنَا عَبْدُ الْوَاحِدِ عَنْ سُلَيْمَانَ الأَعْمَشِ بِهَذَا الإِسْنَادِ غَيْرَ أَنَّهُ قَالَ « وَكَانَ الآخَرُ لاَ يَسْتَنْزِهُ عَنِ الْبَوْلِ أَوْ مِنَ الْبَوْلِ ».

“Yuxarıdakı hədisin mətni ilə eynidir, lakin bu hədisdə: “...digəri isə sidikdən qorunmazdı”, - deyilir.”

İbn Abbas
Muslim, 704 (Təharət, 149)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا اسْتَيْقَظَ أَحَدُكُمْ مِنْ نَوْمِهِ ، فَلاَ يَغْمِسْ يَدَهُ فِي وَضُوئِهِ حَتَّى يَغْسِلَهَا ثَلاَثًا ، فَإِنَّ أَحَدَكُمْ لاَ يَدْرِي أَيْنَ بَاتَتْ يَدُهُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Heç kim yuxudan oyandıqda əlini üç dəfə yumayınca, dəstəmaz alacağı qabın içinə salmasın. Çünki o, (yuxuda ikən) əlinin haralara dəydiyini bilmir”.”

Əbu Hureyra
Nəsəi, 1 (Təharət, 1)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، وَقُتَيْبَةُ بْنُ سَعِيدٍ ، عَنْ جَرِيرٍ ، عَنْ مَنْصُورٍ ، عَنْ أَبِي وَائِلٍ ، عَنْ حُذَيْفَةَ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا قَامَ مِنَ اللَّيْلِ يَشُوصُ فَاهُ بِالسِّوَاكِ.

“Rəvayət edilir ki, Huzeyfə ﵁ demişdir: “Allah Elçisi ﷺ gecə yuxudan oyandıqda ağzını misvakla təmizləyərdi”.”

Huzeyfə
Nəsəi, 2 (Təharət, 2)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ عَبْدَةَ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ قَالَ : أَخْبَرَنَا غَيْلاَنُ بْنُ جَرِيرٍ ، عَنْ أَبِي بُرْدَةَ ، عَنْ أَبِي مُوسَى قَالَ : دَخَلْتُ عَلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ يَسْتَنُّ وَطَرَفُ السِّوَاكِ عَلَى لِسَانِهِ وَهُوَ يَقُولُ : عَأْ عَأْ.

“Rəvayət edilir ki, Əbu Musa ﵁ demişdir: “Bir dəfə mən Allah Elçisinin ﷺ yanına gəldikdə o, dişlərini təmizləyirdi və misvakın bir ucu onun dilinin üzərində «u', u'» - səsini çıxardırdı”.”

Əbu Musa
Nəsəi, 3 (Təharət, 3)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، حَدَّثَنَا يَحْيَى وَهُوَ ابْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا قُرَّةُ بْنُ خَالِدٍ ، قَالَ : حَدَّثَنَا حُمَيْدُ بْنُ هِلاَلٍ قَالَ : حَدَّثَنِي أَبُو بُرْدَةَ ، عَنْ أَبِي مُوسَى قَالَ : أَقْبَلْتُ إِلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَمَعِي رَجُلاَنِ مِنَ الأَشْعَرِيِّينَ : أَحَدُهُمَا عَنْ يَمِينِي ، وَالآخَرُ عَنْ يَسَارِي . وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَسْتَاكُ فَكِلاَهُمَا سَأَلَ الْعَمَلَ . قُلْتُ : وَالَّذِي بَعَثَكَ بِالْحَقِّ نَبِيًّا مَا أَطْلَعَانِي عَلَى مَا فِي أَنْفُسِهِمَا ، وَمَا شَعَرْتُ أَنَّهُمَا يَطْلُبَانِ الْعَمَلَ ، فَكَأَنِّي أَنْظُرُ إِلَى سِوَاكِهِ تَحْتَ شَفَتِهِ قَلَصَتْ . فَقَالَ : إِنَّا لاَ - أَوْ لنْ - نَسْتَعِينَ عَلَى الْعَمَلِ مَنْ أَرَادَهُ ، وَلَكِنِ اذْهَبْ أَنْتَ . فَبَعَثَهُ عَلَى الْيَمَنِ ، ثُمَّ أَرْدَفَهُ مُعَاذُ بْنُ جَبَلٍ رَضِيَ اللَّهُ عَنْهُمَا

“Rəvayət edilir ki, Əbu Musa ﵁ demişdir: “Bir dəfə mən biri sağımda, digəri isə solumda, Əşari tayfasından olan iki nəfərlə birlikdə Peyğəmbərin ﷺ yanına gəldim. (Bu vaxt) o, dişlərini misvakla təmizləyirdi. Həmin iki nəfər Allah Elçisindən vəzifə istədilər, mən isə dedim: “Səni haqq ilə peyğəmbər göndərən Allaha and olsun! Onlar ürəklərində olanlardan məni xəbərdar etmədilər və mən bilmirdim ki, onlar iş axtarırlar”. Mən, sanki onun misvakı dodağının altında büzdüyünü görürdüm. Peyğəmbər ﷺ dedi: “Biz, vəzifəyə can atan kimsələri vəzifəyə təyin etmirik, çıx get!” Peyğəmbər ﷺ Əbu Musanı dalınca da Muaz ibn Cəbəli ﵄ Yəmənə göndərdi”.”

Əbu Musa
Nəsəi, 4 (Təharət, 4)Səhih

أَخْبَرَنَا حُمَيْدُ بْنُ مَسْعَدَةَ ، وَمُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، عَنْ يَزِيدَ وَهُوَ ابْنُ زُرَيْعٍ قَالَ : حَدَّثَنِي عَبْدُ الرَّحْمَنِ بْنُ أَبِي عَتِيقٍ قَالَ : حَدَّثَنِي أَبِي قَالَ : سَمِعْتُ عَائِشَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : السِّوَاكُ مَطْهَرَةٌ لِلْفَمِ مَرْضَاةٌ لِلرَّبِّ.

“Abdur-Rahmən ibn Əbu Atiq atasından ﵀ rəvayət edir ki, Aişə ﵂ Peyğəmbərin ﷺ belə buyurduğunu eşitmişdir: “Misvakda ağız təmizliyi və Rəbbin razılığı vardır”.”

Abdur-Rahmən ibn Əbu Atiq atasından
Nəsəi, 5 (Təharət, 5)Səhih

أَخْبَرَنَا حُمَيْدُ بْنُ مَسْعَدَةَ ، وَعِمْرَانُ بْنُ مُوسَى قَالاَ : حَدَّثَنَا عَبْدُ الْوَارِثِ ، قَالَ : حَدَّثَنَا شُعَيْبُ بْنُ الْحَبْحَابِ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: قَدْ أَكْثَرْتُ عَلَيْكُمْ فِي السِّوَاكِ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Mən misvaka dair sizə dəfələrlə nəsihət etmişəm”.”

Ənəs ibn Malik
Nəsəi, 6 (Təharət, 6)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، عَنْ مَالِكٍ ، عَنْ أَبِي الزِّنَادِ ، عَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لَوْلاَ أَنْ أَشُقَّ عَلَى أُمَّتِي لأَمَرْتُهُمْ بِالسِّوَاكِ عِنْدَ كُلِّ صَلاَةٍ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Əgər ümmətimə çətin olmasaydı, onlara hər namazdan əvvəl (dişlərini) misvakla təmizləmələrini əmr edərdim”.”

Əbu Hureyra
Nəsəi, 7 (Təharət, 7)Səhih

أَخْبَرَنَا عَلِيُّ بْنُ خَشْرَمٍ ، قَالَ : حَدَّثَنَا عِيسَى وَهُوَ ابْنُ يُونُسَ ، عَنْ مِسْعَرٍ ، عَنِ الْمِقْدَامِ وَهُوَ ابْنُ شُرَيْحٍ ، عَنْ أَبِيهِ قَالَ : قُلْتُ لِعَائِشَةَ بِأَيِّ شَيْءٍ كَانَ يَبْدَأُ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا دَخَلَ بَيْتَهُ ؟ قَالَتْ : بِالسِّوَاكِ.

“İbn Şureyh atasının ﵀ belə dediyini rəvayət edir: “Mən Aişəyə ﵂ dedim: “Allah Elçisi ﷺ evinə girdikdə ilk olaraq nə edirdi?” O dedi: “Evə girəndə misvakdan istifadə edirdi”.”

İbn Şureyh atasından
Nəsəi, 8 (Təharət, 8)Səhih

أَخْبَرَنَا الْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنِ ابْنِ وَهْبٍ ، عَنْ يُونُسَ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : الْفِطْرَةُ خَمْسٌ : الاِخْتِتَانُ ، وَالاِسْتِحْدَادُ ، وَقَصُّ الشَّارِبِ ، وَتَقْلِيمُ الأَظْفَارِ ، وَنَتْفُ الإِبْطِ

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bu beş şey fitrətdəndir; sünnət (xitan) olunmaq, qasıqdakı tükləri qırxmaq, bığları kəsmək (qısaltmaq), dırnaqları tutmaq və qoltuq altındakı tükləri qırxmaq”.”

Əbu Hureyra
Nəsəi, 9 (Təharət, 9)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا الْمُعْتَمِرُ قَالَ : سَمِعْتُ مَعْمَرًا ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَمْسٌ مِنَ الْفِطْرَةِ : قَصُّ الشَّارِبِ ، وَنَتْفُ الإِبْطِ ، وَتَقْلِيمُ الأَظْفَارِ ، وَالاِسْتِحْدَادُ ، وَالْخِتَانُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Bu beş şey fitrətdəndir; bığları qısaltmaq, qoltuq altındakı tükləri yolmaq, dırnaqları tutmaq, qasıqdakı tükləri qırxmaq və sünnət olunmaq”.”

Əbu Hureyra
Nəsəi, 10 (Təharət, 10)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : خَمْسٌ مِنَ الْفِطْرَةِ : الْخِتَانُ ، وَحَلْقُ الْعَانَةِ ، وَنَتْفُ الإِبْطِ ، وَتَقْلِيمُ الأَظْفَارِ ، وَأَخْذُ الشَّارِبِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Bu beş şey fitrətdəndir; sünnət olunmaq, qasıqdakı tükləri qırxmaq, qoltuq altındakı tükləri yolmaq, dırnaqları tutmaq və bığları götürmək”.”

Əbu Hureyra
Nəsəi, 11 (Təharət, 11)Səhih

أَخْبَرَنَا الْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنِ ابْنِ وَهْبٍ ، عَنْ حَنْظَلَةَ بْنِ أَبِي سُفْيَانَ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : الْفِطْرَةُ : قَصُّ الأَظْفَارِ ، وَأَخْذُ الشَّارِبِ ، وَحَلْقُ الْعَانَةِ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Dırnaqları tutmaq, bığı götürmək və qasıqdakı tükləri qırxmaq fitrətdəndir”.”

İbn Ömər
Nəsəi, 12 (Təharət, 12)Səhih

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ قَالَ : أَنْبَأَنَا عَبِيدَةُ بْنُ حُمَيْدٍ ، عَنْ يُوسُفَ بْنِ صُهَيْبٍ ، عَنْ حَبِيبِ بْنِ يَسَارٍ ، عَنْ زَيْدِ بْنِ أَرْقَمَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَنْ لَمْ يَأْخُذْ شَارِبَهُ فَلَيْسَ مِنَّا.

“Rəvayət edilir ki, Zeyd ibn Ərqam ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Bığını qısaltmayan bizdən deyil”.”

Zeyd ibn Ərqam
Nəsəi, 13 (Təharət, 13)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا جَعْفَرٌ هُوَ ابْنُ سُلَيْمَانَ ، عَنْ أَبِي عِمْرَانَ الْجَوْنِيِّ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ : وَقَّتَ لَنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي قَصِّ الشَّارِبِ ، وَتَقْلِيمِ الأَظْفَارِ ، وَحَلْقِ الْعَانَةِ ، وَنَتْفِ الإِبْطِ ، أَنْ لاَ نَتْرُكَ أَكْثَرَ مِنْ أَرْبَعِينَ يَوْمًا وَقَالَ مَرَّةً أُخْرَى : أَرْبَعِينَ لَيْلَةً.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ bizə bığları kəsməyi, dırnaqları tutmağı, qasıqdakı və qoltuq altındakı tükləri qırxmağı qırx gündən çox müddətə tərk etməməyimiz şərti ilə vaxt təyin etdi”. Başqa bir vaxt isə bizə “qırx gecə” demişdi“.”

Ənəs ibn Malik
Nəsəi, 14 (Təharət, 14)Səhih

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى هُوَ ابْنُ سَعِيدٍ ، عَنْ عُبَيْدِ اللهِ ، أَخْبَرَنِي نَافِعٌ ، عَنِ ابْنِ عُمَرَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : أَحْفُوا الشَّوَارِبَ ، وَأَعْفُوا اللِّحَى.

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Bığları qısaldın, saqqalı isə buraxın!””

İbn Ömər
Nəsəi, 15 (Təharət, 15)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا أَبُو جَعْفَرٍ الْخَطْمِيُّ عُمَيْرُ بْنُ يَزِيدَ قَالَ : حَدَّثَنِي الْحَارِثُ بْنُ فُضَيْلٍ ، وَعُمَارَةُ بْنُ خُزَيْمَةَ بْنِ ثَابِتٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي قُرَادٍ قَالَ : خَرَجْتُ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى الْخَلاَءِ ، وَكَانَ إِذَا أَرَادَ الْحَاجَةَ أَبْعَدَ.

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Əbu Qurad ﵁ demişdir: “Subaşına çıxmaq üçün Allah Elçisi ﷺ ilə birlikdə getmişdim. O, təbii ehtiyacını ödəmək istədikdə (insanlardan) uzaqlaşardı”.”

Abdur-Rahmən ibn Əbu Qurad
Nəsəi, 16 (Təharət, 16)Səhih

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ قَالَ : أَنْبَأَنَا إِسْمَاعِيلُ ، عَنْ مُحَمَّدِ بْنِ عَمْرٍو ، عَنْ أَبِي سَلَمَةَ ، عَنِ الْمُغِيرَةِ بْنِ شُعْبَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا ذَهَبَ الْمَذْهَبَ أَبْعَدَ . قَالَ : فَذَهَبَ لِحَاجَتِهِ وَهُوَ فِي بَعْضِ أَسْفَارِهِ فَقَالَ : ائْتِنِي بِوَضُوءٍ ، فَأَتَيْتُهُ بِوَضُوءٍ ، فَتَوَضَّأَ وَمَسَحَ عَلَى الْخُفَّيْنِ قَالَ الشَّيْخُ : إِسْمَاعِيلُ هُوَ ابْنُ جَعْفَرِ بْنِ أَبِي كَثِيرٍ الْقَارِئُ.

“Muğira ibn Şöbədən ﵁ rəvayət edilir ki, Peyğəmbər ﷺ təbii ehtiyacını ödəmək istədikdə (insanlardan) uzaqlaşardı. Bir dəfə o, səfərdə ikən təbii ehtiyacını ödəmək üçün subaşına çıxdı və dedi: “Mənə dəstəmaz almaq üçün su gətir!” Mən də ona su gətirdim və o, dəstəmaz alıb xuflarının üzərinə məsh çəkdi.”

Muğira ibn Şöbə
Nəsəi, 17 (Təharət, 17)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنَا عِيسَى بْنُ يُونُسَ قَالَ : أَنْبَأَنَا الأَعْمَشُ ، عَنْ شَقِيقٍ ، عَنْ حُذَيْفَةَ قَالَ : كُنْتُ أَمْشِي مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَانْتَهَى إِلَى سُبَاطَةِ قَوْمٍ فَبَالَ قَائِمًا فَتَنَحَّيْتُ عَنْهُ ، فَدَعَانِي وَكُنْتُ عِنْدَ عَقِبَيْهِ حَتَّى فَرَغَ ، ثُمَّ تَوَضَّأَ وَمَسَحَ عَلَى خُفَّيْهِ.

“Rəvayət edilir ki, Huzeyfə ﵁ demişdir: “Bir dəfə mən Allah Elçisi ﷺ ilə birlikdə piyada gedirdim. O, bir qövmün çör-çöp atdığı yerə çatdıqda orada ayaq üstə kiçik subaşına çıxdı. Mən kənara çəkildikdə o, məni çağırdı. O, qurtaranadək mən onun arxa tərəfində dayandım. Sonra o, dəstəmaz alıb xufları üzərinə məsh çəkdi”.”

Huzeyfə
Nəsəi, 18 (Təharət, 18)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنَا إِسْمَاعِيلُ ، عَنْ عَبْدِ الْعَزِيزِ بْنِ صُهَيْبٍ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا دَخَلَ الْخَلاَءَ قَالَ : اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْخُبُثِ وَالْخَبَائِثِ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ ayaqyoluna girərkən belə deyərdi: ”Allahım, pislikdən və pis əməllərdən (erkək və dişi cinlərdən) Sənə sığınıram!””

Ənəs ibn Malik
Nəsəi, 19 (Təharət, 19)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ وَاللَّفْظُ لَهُ ، عَنِ ابْنِ الْقَاسِمِ قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ إِسْحَاقَ بْنِ عَبْدِ اللهِ بْنِ أَبِي طَلْحَةَ ، عَنْ رَافِعِ بْنِ إِسْحَاقَ ، أَنَّهُ سَمِعَ أَبَا أَيُّوبَ الأَنْصَارِيَّ وَهُوَ بِمِصْرَ يَقُولُ : وَاللَّهِ مَا أَدْرِي كَيْفَ أَصْنَعُ بِهَذِهِ الْكَرَايِيسِ وَقَدْ قَالَ : رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا ذَهَبَ أَحَدُكُمْ إِلَى الْغَائِطِ أَوِ الْبَوْلِ فَلاَ يَسْتَقْبِلِ الْقِبْلَةَ ، وَلاَ يَسْتَدْبِرْهَا.

“Rafi ibn İshaq ﵀ deyir ki, Əbu Əyyub əl-Ənsari ﵁ Misirdə ikən onun belə dediyini eşitdim: “Allaha and olsun ki, bu ayaqyolu yerlərində necə hərəkət edəcəyimi bilmirəm, çünki Allah Elçisi ﷺ belə demişdir: “Sizdən biri böyük və kiçik ayaqyoluna getsə, nə üzünü, nə də arxasını qibləyə çevirməsin”.”

Rafi ibn İshaq
Nəsəi, 20 (Təharət, 20)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عَطَاءِ بْنِ يَزِيدَ ، عَنْ أَبِي أَيُّوبَ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لاَ تَسْتَقْبِلُوا الْقِبْلَةَ ، وَلاَ تَسْتَدْبِرُوهَا لِغَائِطٍ أَوْ بَوْلٍ ، وَلَكِنْ شَرِّقُوا أَوْ غَرِّبُوا.

“Əbu Əyyub ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Təbii ehtiyacı ödəyərkən nə üzünüzü, nə də arxanızı qibləyə çevirməyin. Üzünüzü şərqə və ya qərbə tərəf çevirin”.”

Əbu Əyyub
Nəsəi, 21 (Təharət, 21)Səhih

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنَا غُنْدَرٌ قَالَ : أَنْبَأَنَا مَعْمَرٌ قَالَ : أَنْبَأَنَا ابْنُ شِهَابٍ ، عَنْ عَطَاءِ بْنِ يَزِيدَ ، عَنْ أَبِي أَيُّوبَ الأَنْصَارِيِّ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا أَتَى أَحَدُكُمُ الْغَائِطَ فَلاَ يَسْتَقْبِلِ الْقِبْلَةَ ، وَلَكِنْ لِيُشَرِّقْ أَوْ لِيُغَرِّبْ.

“Rəvayət edilir ki, Əbu Əyyub əl-Ənsari ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Heç kim təbii ehtiyacını ödəyərkən üzünü qibləyə çevirməsin. Üzünü şərqə və ya qərbə tərəf çevirsin”.”

Əbu Əyyub əl-Ənsari
Nəsəi, 22 (Təharət, 22)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، عَنْ مَالِكٍ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ مُحَمَّدِ بْنِ يَحْيَى بْنِ حَبَّانَ ، عَنْ عَمِّهِ وَاسِعِ بْنِ حَبَّانَ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ قَالَ : لَقَدِ ارْتَقَيْتُ عَلَى ظَهْرِ بَيْتِنَا ، فَرَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى لَبِنَتَيْنِ مُسْتَقْبِلَ بَيْتِ الْمَقْدِسِ لِحَاجَتِهِ.

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Bir dəfə mən evimizin damına çıxdım və Allah Elçisini ﷺ təbii ehtiyacını ödəmək üçün üzünü Beytul-Məqdisə tərəf çevirərək iki kərpicin üstündə (çömbələn) gördüm”.”

Abdullah ibn Ömər
Nəsəi, 23 (Təharət, 23)Səhih

أَخْبَرَنَا يَحْيَى بْنُ دُرُسْتَ قَالَ : أَنْبَأَنَا أَبُو إِسْمَاعِيلَ وَهُوَ الْقَنَّادُ قَالَ : حَدَّثَنِي يَحْيَى بْنُ أَبِي كَثِيرٍ ، أَنَّ عَبْدَ اللهِ بْنَ أَبِي قَتَادَةَ حَدَّثَهُ ، عَنْ أَبِيهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا بَالَ أَحَدُكُمْ فَلاَ يَأْخُذْ ذَكَرَهُ بِيَمِينِهِ

“Abdullah ibn Əbu Qatədə atasından ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ buyurmuşdur: “Heç kim subaşına çıxdıqda sağ əli ilə cinsiyyət üzvünə toxunmasın”.”

Abdullah ibn Əbu Qatədə atasından
Nəsəi, 24 (Təharət, 24)Səhih

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ وَكِيعٍ ، عَنْ هِشَامٍ ، عَنْ يَحْيَى هُوَ ابْنُ أَبِي كَثِيرٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي قَتَادَةَ ، عَنْ أَبِيهِ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا دَخَلَ أَحَدُكُمُ الْخَلاَءَ فَلاَ يَمَسَّ ذَكَرَهُ بِيَمِينِهِ.

“Abdullah ibn Əbu Qatədə atasından ﵁ rəvayət edərək demişdir: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Heç kim ayaqyoluna girdikdə sağ əli ilə cinsiyyət üzvünə toxunmasın”.”

Abdullah ibn Əbu Qatədə atasından
Nəsəi, 25 (Təharət, 25)Səhih

أَخْبَرَنَا مُؤَمَّلُ بْنُ هِشَامٍ قَالَ : أَنْبَأَنَا إِسْمَاعِيلُ قَالَ : أَخْبَرَنَا شُعْبَةُ ، عَنْ سُلَيْمَانَ ، عَنْ أَبِي وَائِلٍ ، عَنْ حُذَيْفَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَتَى سُبَاطَةَ قَوْمٍ فَبَالَ قَائِمًا

“Huzeyfə ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ bir qövmün çör-çöpü atıldığı yerə gəlib orada ayaq üstə subaşına çıxdı.”

Huzeyfə
Nəsəi, 26 (Təharət, 26)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ قَالَ : أَنْبَأَنَا مُحَمَّدٌ قَالَ : أَنْبَأَنَا شُعْبَةُ ، عَنْ مَنْصُورٍ قَالَ : سَمِعْتُ أَبَا وَائِلٍ ، أَنَّ حُذَيْفَةَ قَالَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَتَى سُبَاطَةَ قَوْمٍ فَبَالَ قَائِمًا.

“Rəvayət edilir ki, Huzeyfə ﵁ demişdir: “Allah Elçisi ﷺ bir qövmün çör-çöpü olan yerə gəlib orada ayaq üstə subaşına çıxdı”.”

Huzeyfə
Nəsəi, 27 (Təharət, 27)Səhih

أَخْبَرَنَا سُلَيْمَانُ بْنُ عُبَيْدِ اللهِ قَالَ : أَنْبَأَنَا بَهْزٌ قَالَ : أَنْبَأَنَا شُعْبَةُ ، عَنْ سُلَيْمَانَ وَمَنْصُورٍ ، عَنْ أَبِي وَائِلٍ ، عَنْ حُذَيْفَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَشَى إِلَى سُبَاطَةِ قَوْمٍ ، فَبَالَ قَائِمًا قَالَ سُليْمانُ : فِي حَدِيثِهِ وَمَسَحَ عَلَى خُفَّيْهِ وَلَمْ يَذْكُرْ مَنْصُورٌ الْمَسْحَ.

“Huzeyfə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ bir qövmün çör-çöpü olan yerə gəlib orada ayaq üstə subaşına çıxdı.”

Huzeyfə
Nəsəi, 28 (Təharət, 28)Səhih

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ قَالَ : أَنْبَأَنَا شَرِيكٌ ، عَنِ الْمِقْدَامِ بْنِ شُرَيْحٍ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ قَالَتْ : مَنْ حَدَّثَكُمْ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَالَ قَائِمًا فَلاَ تُصَدِّقُوهُ ؛ مَا كَانَ يَبُولُ إِلاَّ جَالِسًا.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Kim sizə desə ki, “Allah Elçisi ﷺ ayaq üstə subaşına çıxırdı”, onu təsdiqləməyin, çünki o, yalnız oturaq halda subaşına çıxırdı”.”

Aişə
Nəsəi, 29 (Təharət, 29)Səhih

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ أَبِي مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ زَيْدِ بْنِ وَهْبٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ ابْنِ حَسَنَةَ قَالَ : خَرَجَ عَلَيْنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَفِي يَدِهِ كَهَيْئَةِ الدَّرَقَةِ ، فَوَضَعَهَا ثُمَّ جَلَسَ خَلْفَهَا ، فَبَالَ إِلَيْهَا . فَقَالَ بَعْضُ الْقَوْمِ : انْظُرُوا يَبُولُ كَمَا تَبُولُ الْمَرْأَةُ . فَسَمِعَهُ فَقَالَ : أَوَمَا عَلِمْتَ مَا أَصَابَ صَاحِبَ بَنِي إِسْرَائِيلَ ؟ كَانُوا إِذَا أَصَابَهُمْ شَيْءٌ مِنَ الْبَوْلِ قَرَضُوهُ بِالْمَقَارِيضِ ، فَنَهَاهُمْ صَاحِبُهُمْ فَعُذِّبَ فِي قَبْرِهِ.

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Həsənə ﵁ demişdir: “Allah Elçisi ﷺ əlində qalxana bənzər bir şey ilə yanımıza gəldi və onu yerə qoydu, sonra arxasında oturdu və subaşına çıxdı. Bəzi insanlar bunu görüb dedilər: “Baxın, o, qadın kimi subaşına çıxır!” O, bunu eşidib dedi: “Məgər sən İsrail oğullarından olan bir kişinin başına nə gəldiyini bilmirsən? İsrail oğulları sidiyin paltara dəyən yerini maqqaşla tutub qopardardılar. Həmin kişi isə bunu onlara qadağan etdi və qəbirdə əzaba düçar oldu”.”

Abdur-Rahmən ibn Həsənə
Nəsəi, 30 (Təharət, 30)Səhih

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ وَكِيعٍ ، عَنِ الأَعْمَشِ قَالَ : سَمِعْتُ مُجَاهِدًا يُحَدِّثُ ، عَنْ طَاوُوسٍ ، عَنِ ابْنِ عَبَّاسٍ قَالَ : مَرَّ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى قَبْرَيْنِ فَقَالَ : إِنَّهُمَا يُعَذَّبَانِ وَمَا يُعَذَّبَانِ فِي كَبِيرٍ : أَمَّا هَذَا فَكَانَ لاَ يَسْتَنْزِهُ مِنْ بَوْلِهِ ، وَأَمَّا هَذَا فَإِنَّهُ كَانَ يَمْشِي بِالنَّمِيمَةِ . ثُمَّ دَعَا بِعَسِيبٍ رَطْبٍ ، فَشَقَّهُ بِاثْنَيْنِ فَغَرَسَ عَلَى هَذَا وَاحِدًا ، وَعَلَى هَذَا وَاحِدًا ، ثُمَّ قَالَ : لَعَلَّهُ يُخَفَّفُ عَنْهُمَا مَا لَمْ يَيْبَسَا.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə iki qəbrin yanından keçirdik. O dedi: “Həqiqətən, bu (qəbirdə olanlar ikisi də) əzab çəkirlər və bu əzabın səbəbi böyük bir şey deyil. O ki qaldı buna, o, kiçik subaşına çıxdıqda (nəcisin bədəninə və paltarına toxunmasından) qorunmazdı. O ki qaldı digərinə, o, insanların arasında söz gəzdirməklə məşğul idi”. Sonra Peyğəmbər ﷺ yaş bir budaq istədi və iki yerə bölüb birini bir qəbirin, digərini isə o biri qəbirin üstünə sancdı və dedi: “Ola bilsin ki, bu budaqlar quruyana qədər onların əzabı yüngülləşdirilsin”.”

İbn Abbas
Nəsəi, 31 (Təharət, 31)Səhih

أَخْبَرَنَا أَيُّوبُ بْنُ مُحَمَّدٍ الْوَزَّانُ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ قَالَ : قَالَ ابْنُ جُرَيْجٍ ، أَخْبَرَتْنِي حُكَيْمَةُ بِنْتُ أُمَيْمَةَ ، عَنْ أُمِّهَا أُمَيْمَةَ بِنْتِ رُقَيْقَةَ قَالَتْ : كَانَ لِلنَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَدَحٌ مِنْ عَيْدَانٍ يَبُولُ فِيهِ ، وَيَضَعُهُ تَحْتَ السَّرِيرِ.

“Rəvayət edilir ki, Umeyyə bint Ruqeyqa ﵂ demişdir: “Peyğəmbərin ﷺ taxtadan düzəldilmiş bir qabı var idi və ona kiçik subaşına çıxırdı. O, bu qabı çarpayısının altına qoyardı”.”

Umeymə bint Ruqeyqa
Nəsəi, 32 (Təharət, 32)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ قَالَ : أَنْبَأَنَا أَزْهَرُ ، أَنْبَأَنَا ابْنُ عَوْنٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ ، عَنْ عَائِشَةَ قَالَتْ : يَقُولُونَ إِنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَوْصَى إِلَى عَلِيٍّ لَقَدْ دَعَا بِالطَّسْتِ لِيَبُولَ فِيهَا فَانْخَنَثَتْ نَفْسُهُ وَمَا أَشْعُرُ فَإِلَى مَنْ أَوْصَى ، قَالَ : الشَّيْخُ أَزْهَرُ هُوَ ابْنُ سَعْدٍ السَّمَّانُ

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ (xəstə olanda) Əlidən kiçik subaşına çıxmaq üçün bir tas istədi. Mən onun bundan başqa kimə nə vəsiyyət etdiyini bilmirəm”.”

Aişə
Nəsəi, 33 (Təharət, 33)Səhih

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ قَالَ : أَنْبَأَنَا مُعَاذُ بْنُ هِشَامٍ قَالَ : حَدَّثَنِي أَبِي ، عَنْ قَتَادَةَ ، عَنْ عَبْدِ اللهِ بْنِ سَرْجِسَ ، أَنَّ نَبِيَّ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لاَ يَبُولَنَّ أَحَدُكُمْ فِي جُحْرٍ قَالُوا لِقَتَادَةَ : وَمَا يُكْرَهُ مِنَ الْبَوْلِ فِي الْجُحْرِ ؟ قَالَ : يُقَالَ إِنَّهَا مَسَاكِنُ الْجِنِّ.

“Abdullah ibn Sərcis ﵁ rəvayət edir ki, Allahın Peyğəmbəri ﷺ belə buyurdu: “Heç biriniz yuvaya subaşına çıxmasın”. Onlar Qatadədən soruşdular: “Yuvaya subaşına çıxmaqda bəyənilməyən nədir?” O dedi: “Onlar cinlərin məskənidir”.”

Abdullah ibn Sərcis
Nəsəi, 34 (Təharət, 34)Zəif

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرٍ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ : نَهَى عَنِ الْبَوْلِ فِي الْمَاءِ الرَّاكِدِ.

“Cabir ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ durğun suya kiçik subaşına çıxmağı qadağan etmişdir.”

Cabir
Nəsəi, 35 (Təharət, 35)Səhih

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ قَالَ : أَنْبَأَنَا ابْنُ الْمُبَارَكِ ، عَنْ مَعْمَرٍ ، عَنِ الأَشْعَثِ بْنِ عَبْدِ الْمَلِكِ ، عَنِ الْحَسَنِ ، عَنْ عَبْدِ اللهِ بْنِ مُغَفَّلٍ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لاَ يَبُولَنَّ أَحَدُكُمْ فِي مُسْتَحَمِّهِ ؛ فَإِنَّ عَامَّةَ الْوَسْوَاسِ مِنْهُ.

“Abdullah ibn Muğaffəl ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Heç kim yuyunduğu yerə kiçik subaşına çıxmasın! Həqiqətən, vəsvəsələrin çoxu ondandır (belə şeylərdəndir)”.”

Abdullah ibn Muğaffəl
Nəsəi, 36 (Təharət, 36)Zəif

أَخْبَرَنَا مَحْمُودُ بْنُ غَيْلاَنَ ، حَدَّثَنَا زَيْدُ بْنُ الْحُبَابِ وَقَبِيصَةُ قَالاَ : أَنْبَأَنَا سُفْيَانُ ، عَنِ الضَّحَّاكِ بْنُ عُثْمَانَ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ قَالَ : مَرَّ رَجُلٌ عَلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ يَبُولُ فَسَلَّمَ عَلَيْهِ ، فَلَمْ يَرُدَّ عَلَيْهِ السَّلاَمَ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Peyğəmbər ﷺ kiçik subaşına çıxarkən bir kişi onun yanından keçdi və ona salam verdi, lakin Peyğəmbər ﷺ onun salamını qaytarmadı”.”

İbn Ömər
Nəsəi, 37 (Təharət, 37)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا مُعَاذُ بْنُ مُعَاذٍ قَالَ : أَنْبَأَنَا سَعِيدٌ ، عَنْ قَتَادَةَ ، عَنِ الْحَسَنِ ، عَنْ حُضَيْنٍ أَبِي سَاسَانَ ، عَنِ الْمُهَاجِرِ بْنِ قُنْفُذٍ ، أَنَّهُ سَلَّمَ عَلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ يَبُولُ ، فَلَمْ يَرُدَّ عَلَيْهِ حَتَّى تَوَضَّأَ ، فَلَمَّا تَوَضَّأَ رَدَّ عَلَيْهِ.

“Rəvayət edilir ki, Hudeyn Əbu Sasan ﵀ demişdir: “Peyğəmbər ﷺ kiçik subaşına çıxarkən əl-Muhacir ibn Qunfuz ona salam verdi, lakin Peyğəmbər ﷺ dəstəmaz alana qədər onun salamını qaytarmadı. Dəstəmaz alandan sonra onun salamını aldı”.”

Hudeyn Əbu Sasan
Nəsəi, 38 (Təharət, 38)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ عَمْرِو بْنِ السَّرْحِ قَالَ : أَنْبَأَنَا ابْنُ وَهْبٍ قَالَ : أَخْبَرَنِي يُونُسُ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ أَبِي عُثْمَانَ بْنِ سَنَّةَ الْخُزَاعِيِّ ، عَنْ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَهَى أَنْ يَسْتَطِيبَ أَحَدُكُمْ بِعَظْمٍ أَوْ رَوْثٍ.

“Abdullah ibn Məsud ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ ayaqyolunda sümük və ya təzəklə (qurumuş peyinlə) təmizlənməyi qadağan etmişdir.”

Abdullah ibn Məsud
Nəsəi, 39 (Təharət, 39)Səhih

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى يَعْنِى ابْنَ سَعِيدٍ ، عَنْ مُحَمَّدِ بْنِ عَجْلاَنَ قَالَ : أَخْبَرَنِي الْقَعْقَاعُ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِنَّمَا أَنَا لَكُمْ مِثْلُ الْوَالِدِ أُعَلِّمُكُمْ إِذَا ذَهَبَ أَحَدُكُمْ إِلَى الْخَلاَءِ ، فَلاَ يَسْتَقْبِلِ الْقِبْلَةَ وَلاَ يَسْتَدْبِرْهَا ، وَلاَ يَسْتَنْجِ بِيَمِينِهِ . وَكَانَ يَأْمُرُ بِثَلاَثَةِ أَحْجَارٍ ، وَنَهَى عَنِ الرَّوْثِ وَالرِّمَّةِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Həqiqətən, mən sizin üçün valideyniniz misalındayam və sizi (valideyn övladını öyrətdiyi kimi) öyrədirəm. Heç kim ayaqyoluna girdikdə önünü və arxasını qibləyə tərəf çevirməsin, sağ əli ilə də təmizlənməsin”. O, ayaqyolunda üç ədəd daş ilə təmizlənməyi əmr edər, təzək və sümük ilə təmizlənməyi qadağan edərdi.”

Əbu Hureyra
Nəsəi, 40 (Təharət, 40)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنَا أَبُو مُعَاوِيَةَ ، قَالَ : حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ يَزِيدَ ، عَنْ سَلْمَانَ قَالَ : قَالَ لَهُ رَجُلٌ : إِنَّ صَاحِبَكُمْ لَيُعَلِّمُكُمْ حَتَّى الْخِرَاءَةَ قَالَ : أَجَلْ . نَهَانَا أَنْ نَسْتَقْبِلَ الْقِبْلَةَ بِغَائِطٍ أَوْ بَوْلٍ أَوْ نَسْتَنْجِيَ بِأَيْمَانِنَا ، أَوْ نَكْتَفِيَ بِأَقَلَّ مِنْ ثَلاَثَةِ أَحْجَارٍ.

“Salman ﵁ rəvayət edir ki, bir kişi ona belə dedi: “Həqiqətən, sizin dostunuz (Peyğəmbər ﷺ) sizə ayaqyolunda necə oturulacağına qədər hər şeyi öyrədir”. O da belə cavab vermişdir: “Bəli, o bizə ayaqyolunda böyük və kiçik subaşına çıxarkən qibləyə doğru yönəlməyi, sağ əl ilə təmizlənməyi və ayaqyolunda üçdən az daşla təmizlənməyi qadağan etdi!””

Salman
Nəsəi, 41 (Təharət, 41)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا أَبُو نُعَيْمٍ ، عَنْ زُهَيْرٍ ، عَنْ أَبِي إِسْحَاقَ - قَالَ : لَيْسَ أَبُو عُبَيْدَةَ ذَكَرَهُ - وَلَكِنْ عَبْدُ الرَّحْمَنِ بْنُ الأَسْوَدِ ، عَنْ أَبِيهِ ، أَنَّهُ سَمِعَ عَبْدَ اللهِ يَقُولُ : أَتَى النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْغَائِطَ ، وَأَمَرَنِي أَنْ آتِيَهُ بِثَلاَثَةِ أَحْجَارٍ ، فَوَجَدْتُ حَجَرَيْنِ وَالْتَمَسْتُ الثَّالِثَ فَلَمْ أَجِدْهُ ، فَأَخَذْتُ رَوْثَةً فَأَتَيْتُ بِهِنَّ النَّبِيَّ صَلَّى اللَّهُمَّ عَلَيْهِ وَسَلَّمَ ، فَأَخَذَ الْحَجَرَيْنِ وَأَلْقَى الرَّوْثَةَ ، وَقَالَ : هَذِهِ رِكْسٌ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ الرِّكْسُ : طَعَامُ الْجِنِّ.

“Abdur-Rahmən ibn Əsvəd rəvayət edir ki, atası ﵀ Abdullahın belə dediyini eşitmişdir: “Peyğəmbər ﷺ böyük subaşına çıxmaq üçün getdikdə ona üç daş gətirməyimi əmr etdi. Mən iki daş tapdım və axtarıb üçüncü daşı tapa bilmədim. Mən (iki daş və bir) təzək tapdım və onları Peyğəmbərə ﷺ verdim. O, iki daşı götürüb təzəyi qırağa qoydu və dedi: “Bu riksdir”. Əbu Abdur-Rahmən (ən-Nəsəi) ﵀ demişdir: “Riks cinlərin yeməyidir”.”

Abdullah
Nəsəi, 42 (Təharət, 42)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنَا جَرِيرٌ ، عَنْ مَنْصُورٍ ، عَنْ هِلاَلِ بْنِ يِسَافٍ ، عَنْ سَلَمَةَ بْنِ قَيْسٍ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا اسْتَجْمَرْتَ فَأَوْتِرْ.

“Sələmə ibn Qeys ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ dedi: “Ayaqyolunda daşla təmizləndikdə tək sayda daşla təmizlənin”.”

Sələmə ibn Qeys
Nəsəi, 43 (Təharət, 43)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ أَبِي حَازِمٍ ، عَنْ أَبِيهِ ، عَنْ مُسْلِمِ بْنِ قُرْطٍ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا ذَهَبَ أَحَدُكُمْ إِلَى الْغَائِطِ ، فَلْيَذْهَبْ مَعَهُ بِثَلاَثَةِ أَحْجَارٍ فَلْيَسْتَطِبْ بِهَا ؛ فَإِنَّهَا تَجْزِي عَنْهُ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biriniz böyük subaşına çıxarkən özü ilə üç daş götürsün və onlarla təmizlənsin. Həqiqətən, bu, kifayətdir”.”

Aişə
Nəsəi, 44 (Təharət, 44)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنَا النَّضْرُ قَالَ : أَنْبَأَنَا شُعْبَةُ ، عَنْ عَطَاءِ بْنِ أَبِي مَيْمُونَةَ قَالَ : سَمِعْتُ أَنَسَ بْنَ مَالِكٍ يَقُولُ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا دَخَلَ الْخَلاَءَ أَحْمِلُ أَنَا وَغُلاَمٌ مَعِي نَحْوِي إِدَاوَةً مِنْ مَاءٍ فَيَسْتَنْجِي بِالْمَاءِ.

“Rəvayət edilir ki, Əta ibn Əbu Məymunə ﵀ demişdir: “Mən Ənəs ibn Malikin belə dediyini eşitdim: “Allah Elçisi ﷺ ayaqyoluna girəndə mən və yaşıdım olan bir uşaq birlikdə ona su gətirdik və o da bu su ilə təmizləndi”.”

Əta ibn Əbu Məymunə
Nəsəi, 45 (Təharət, 45)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا أَبُو عَوَانَةَ ، عَنْ قَتَادَةَ ، عَنْ مُعَاذَةَ ، عَنْ عَائِشَةَ أَنَّهَا قَالَتْ : مُرْنَ أَزْوَاجَكُنَّ أَنْ يَسْتَطِيبُوا بِالْمَاءِ ، فَإِنِّي أَسْتَحْيِيهِمْ مِنْهُ ، إِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَفْعَلُهُ.

“Rəvayət edilir ki, Aişə ﵂ (qadınlara müraciət edərək) belə dedi: “Ərlərinizə deyin ki, (ayaqyolunda) su ilə təmizlənsinlər. Mən onlara bunu deməyə utanıram. Həqiqətən, Allah Elçisi ﷺ belə edərdi”.”

Aişə
Nəsəi, 46 (Təharət, 46)Səhih

أَخْبَرَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ قَالَ : أَنْبَأَنَا هِشَامٌ ، عَنْ يَحْيَى ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي قَتَادَةَ ، عَنْ أَبِي قَتَادَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا شَرِبَ أَحَدُكُمْ فَلاَ يَتَنَفَّسْ فِي إِنَائِهِ ، وَإِذَا أَتَى الْخَلاَءَ فَلاَ يَمَسَّ ذَكَرَهُ بِيَمِينِهِ ، وَلاَ يَتَمَسَّحْ بِيَمِينِهِ.

“Əbu Qatədə ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Heç kim su içdikdə içdiyi qaba nəfəsini verməsin. Ayaqyoluna getdikdə, övrət yerinə (cinsi orqanına) sağ əli ilə toxunmasın və sağ əli ilə də yuyunmasın”.”

Əbu Qatədə
Nəsəi, 47 (Təharət, 47)Səhih

أَخْبَرَنَا عَبْدُ اللهِ بْنُ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْوَهَّابِ ، عَنْ أَيُّوبَ ، عَنْ يَحْيَى بْنِ أَبِى كَثِيرٍ ، عَنِ ابْنِ أَبِي قَتَادَةَ ، عَنْ أَبِيهِ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَهَى أَنْ يَتَنَفَّسَ فِي الإِنَاءِ ، وَأَنْ يَمَسَّ ذَكَرَهُ بِيَمِينِهِ ، وَأَنْ يَسْتَطِيبَ بِيَمِينِهِ.

“İbn Əbu Qatədə atasından ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ içdiyi qaba nəfəsi verməyi (üfləməyi), ayaqyolunda övrət yerinə sağ əl ilə toxunmağı və ayaqyolunda sağ əl ilə yuyunmağı qadağan etdi.”

İbn Əbu Qatədə atasından
Nəsəi, 48 (Təharət, 48)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، وَشُعَيْبُ بْنُ يُوسُفَ وَاللَّفْظُ لَهُ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ مَهْدِيٍّ ، عَنْ سُفْيَانَ ، عَنْ مَنْصُورٍ ، وَالأَعْمَشُ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ يَزِيدَ ، عَنْ سَلْمَانَ قَالَ : قَالَ الْمُشْرِكُونَ : إِنَّا لَنَرَى صَاحِبَكُمْ يُعَلِّمُكُمُ الْخِرَاءَةَ ‍؟ قَالَ : أَجَلْ . نَهَانَا أَنْ يَسْتَنْجِيَ أَحَدُنَا بِيَمِينِهِ ، وَيَسْتَقْبِلَ الْقِبْلَةَ وَقَالَ : لاَ يَسْتَنْجِي أَحَدُكُمْ بِدُونِ ثَلاَثَةِ أَحْجَارٍ.

“Rəvayət edilir ki, Salman ﵁ demişdir: “Müşriklər dedilər: “Biz görürük ki, sizin dostunuz (Peyğəmbər ﷺ) sizə hətta ayaqyoluna necə getməyi də öyrədir”. Salman dedi: “Bəli, o, bizə ayaqyolunda sağ əl ilə təmizlənməyi və qibləyə doğru yönəlməyi qadağan etmişdir”. Həmçinin Peyğəmbər ﷺ belə demişdir: “Heç kim ayaqyolunda üçdən az daşla təmizlənməsin”.”

Salman
Nəsəi, 49 (Təharət, 49)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ الْمُخَرِّمِيُّ ، قَالَ : حَدَّثَنَا وَكِيعٌ ، عَنْ شَرِيكٍ ، عَنْ إِبْرَاهِيمَ بْنِ جَرِيرٍ ، عَنْ أَبِي زُرْعَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تَوَضَّأَ ، فَلَمَّا اسْتَنْجَى دَلَكَ يَدَهُ بِالأَرْضِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbər ﷺ (ayaqyolunda) təmizləndikdə əlini torpağa sürtdü (torpaqla ovuşdurdu), sonra da dəstəmaz aldı”.”

Əbu Hureyra
Nəsəi, 50 (Təharət, 50)Həsən

أَخْبَرَنَا أَحْمَدُ بْنُ الصَّبَّاحِ ، قَالَ : حَدَّثَنَا شُعَيْبٌ ، يَعْنِي ابْنَ حَرْبٍ ، قَالَ : حَدَّثَنَا أَبَانُ بْنُ عَبْدِ اللهِ الْبَجَلِيُّ ، قَالَ : حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ جَرِيرٍ ، عَنْ أَبِيهِ قَالَ : كُنْتُ مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَأَتَى الْخَلاَءَ فَقَضَى الْحَاجَةَ ، ثُمَّ قَالَ : يَا جَرِيرُ هَاتِ طَهُورًا ، فَأَتَيْتُهُ بِالْمَاءِ فَاسْتَنْجَى بِالْمَاءِ - وَقَالَ : بِيَدِهِ - فَدَلَكَ بِهَا الأَرْضَ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : هَذَا أَشْبَهُ بِالصَّوَابِ مِنْ حَدِيثِ شَرِيكٍ ، وَاللَّهُ سُبْحَانَهُ وَتَعَالَى أَعْلَمُ.

“İbrahim ibn Cərir atasının ﵁ belə dediyini rəvayət edir: “Mən Peyğəmbərlə ﷺ birlikdə idim. O, təbii ehtiyacını ödəmək üçün ayaqyoluna getdi, sonra dedi: “Ey Cərir, mənə təmizlənmək üçün bir şey gətir!” Mən də ona su gətirdim. O, su ilə təmizləndi və əlini torpağa sürtdü (torpaqla ovuşdurdu)”.”

İbrahim ibn Cərir atasından
Nəsəi, 51 (Təharət, 51)Həsən

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، وَالْحُسَيْنُ بْنُ حُرَيْثٍ ، عَنْ أَبِي أُسَامَةَ ، عَنِ الْوَلِيدِ بْنِ كَثِيرٍ ، عَنْ مُحَمَّدِ بْنِ جَعْفَرٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ أَبِيهِ قَالَ : سُئِلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ الْمَاءِ وَمَا يَنُوبُهُ مِنَ الدَّوَابِّ وَالسِّبَاعِ . فَقَالَ : إِذَا كَانَ الْمَاءُ قُلَّتَيْنِ لَمْ يَحْمِلِ الْخَبَثَ.

“Abdullah ibn Ömər atasının ﵄ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ yırtıcı və digər heyvanların murdarladığı su haqda soruşuldu. O, belə buyurdu: “(Murdarlanan) su iki küpədirsə, (qüllətdən) az olarsa, öz-özülüyündə təmiz olmur və təmizlənməyə vasitə sayılmır”.”

Abdullah ibn Abdullah ibn Ömər atasından
Nəsəi, 52 (Təharət, 52)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ قَالَ حَدَّثَنَا حَمَّادٌ عَنْ ثَابِتٍ عَنْ أَنَسٍ أَنَّ أَعْرَابِيًّا بَالَ فِى الْمَسْجِدِ فَقَامَ إِلَيْهِ بَعْضُ الْقَوْمِ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « دَعُوهُ لاَ تُزْرِمُوهُ ». فَلَمَّا فَرَغَ دَعَا بِدَلْوٍ فَصَبَّهُ عَلَيْهِ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ يَعْنِى لاَ تَقْطَعُوا عَلَيْهِ.

“Ənəs ﵁ rəvayət edir ki, bir bədəvi məsciddə kiçik subaşına çıxdı. Camaatın içindən bəziləri ona mane olmaq üçün ayağa qalxdılar. Allah Elçisi ﷺ onlara dedi: “Onunla işiniz olmasın, ona mane olmayın”. O, işini bitirdikdən sonra onun sidiyinin üstünə bir vedrə su tökdülər.”

Ənəs
Nəsəi, 53 (Təharət, 53)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا عَبِيدَةُ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ أَنَسٍ قَالَ : بَالَ أَعْرَابِيٌّ فِي الْمَسْجِدِ ، فَأَمَرَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِدَلْوٍ مِنْ مَاءٍ فَصُبَّ عَلَيْهِ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Bir bədəvi məsciddə kiçik subaşına çıxdı. Peyğəmbər ﷺ bir vedrə su gətirilməsini əmr etdi və bu suyu (sidiyin) üzərinə tökdülər”.”

Ənəs
Nəsəi, 54 (Təharət, 54)Səhih

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ قَالَ : سَمِعْتُ أَنَسًا يَقُولُ : جَاءَ أَعْرَابِيٌّ إِلَى الْمَسْجِدِ فَبَالَ فَصَاحَ بِهِ النَّاسُ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : اتْرُكُوهُ . فَتَرَكُوهُ حَتَّى بَالَ ، ثُمَّ أَمَرَ بِدَلْوٍ فَصُبَّ عَلَيْهِ

“Rəvayət edilir ki, Yəhyə ibn Səid ﵀ demişdir: “Mən Ənəsin belə buyurduğunu eşitdim: “Bir bədəvi məscidə gəlib kiçik subaşına çıxdı. Oradakılar hay-küy qaldırdılar, Allah Elçisi ﷺ isə dedi: “Buraxın! Qoyun işini (kiçik subaşına çıxmağı) qurtarsın”. Sonra bir qab su gətirib sidiyin üzərinə tökülməsini əmr etdi”.”

Yəhyə ibn Səid
Nəsəi, 55 (Təharət, 55)Səhih

أَخْبَرَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ إِبْرَاهِيمَ ، عَنْ عُمَرَ بْنِ عَبْدِ الْوَاحِدِ ، عَنِ الأَوْزَاعِيِّ ، عَنْ مُحَمَّدِ بْنِ الْوَلِيدِ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : قَامَ أَعْرَابِيٌّ فَبَالَ فِي الْمَسْجِدِ فَتَنَاوَلَهُ النَّاسُ فَقَالَ : لَهُمْ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : دَعُوهُ وَأَهْرِيقُوا عَلَى بَوْلِهِ دَلْوًا مِنْ مَاءٍ ؛ فَإِنَّمَا بُعِثْتُمْ مُيَسِّرِينَ ، وَلَمْ تُبْعَثُوا مُعَسِّرِينَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir bədəvi qalxıb məsciddə kiçik subaşına çıxdı, bu zaman insanlar onu tənbeh etmək istədilər. Allah Elçisi ﷺ onlara dedi: “Buraxın onu! Sidiyinin üzərinə də bir qab su tökün. Həqiqətən, siz çətinləşdirən deyil, asanlaşdıran olaraq göndərilmisiniz”.”

Əbu Hureyra
Nəsəi, 56 (Təharət, 56)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنَا عِيسَى بْنُ يُونُسَ ، قَالَ : حَدَّثَنَا عَوْفٌ ، عَنْ مُحَمَّدٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لاَ يَبُولَنَّ أَحَدُكُمْ فِي الْمَاءِ الدَّائِمِ ، ثُمَّ يَتَوَضَّأُ مِنْهُ قَالَ : عَوْفٌ : وَقَالَ : خِلاَسٌ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِثْلهُ

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Heç biriniz durğun suya kiçik subaşına çıxmasın, çünki sonra ondan dəstəmaz almaq üçün istifadə edəcək”.”

Əbu Hureyra
Nəsəi, 57 (Təharət, 57)Səhih

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا إِسْمَاعِيلُ ، عَنْ يَحْيَى بْنِ عَتِيقٍ ، عَنْ مُحَمَّدِ بْنِ سِيرِينَ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لاَ يَبُولَنَّ أَحَدُكُمْ فِي الْمَاءِ الدَّائِمِ ، ثُمَّ يَغْتَسِلُ مِنْهُ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : كَانَ يَعْقُوبُ لاَ يُحَدِّثُ بِهَذَا الْحَدِيثِ إِلاَّ بِدِينَارٍ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ buyurdu: “Heç biriniz durğun suya kiçik subaşına çıxmasın, çünki sonra ondan yuyunmaq üçün istifadə edəcək”.”

Əbu Hureyra
Nəsəi, 58 (Təharət, 58)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ صَفْوَانَ بْنِ سُلَيْمٍ ، عَنْ سَعِيدِ بْنِ سَلَمَةَ ، أَنَّ الْمُغِيرَةَ بْنَ أَبِي بُرْدَةَ مِنْ بَنِي عَبْدِ الدَّارِ ، أَخْبَرَهُ أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ يَقُولُ : سَأَلَ رَجُلٌ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : يَا رَسُولَ اللهِ ، إِنَّا نَرْكَبُ الْبَحْرَ ، وَنَحْمِلُ مَعَنَا الْقَلِيلَ مِنَ الْمَاءِ ، فَإِنْ تَوَضَّأْنَا بِهِ عَطِشْنَا أَفَنَتَوَضَّأُ مِنْ مَاءِ الْبَحْرِ ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : هُوَ الطَّهُورُ مَاؤُهُ ، الْحِلُّ مَيْتَتُهُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir kişi Allah Elçisindən ﷺ soruşdu: “Ey Allahın Elçisi! Biz dənizlə səfər edirik və özümüzlə az miqdarda (şirin) su götürürük. Əgər biz həmin su ilə dəstəmaz alsaq, (şirin su az olduğuna görə) susuzluqdan əziyyət çəkərik. Biz dəniz suyu ilə dəstəmaz ala bilərikmi?” Allah Elçisi ﷺ dedi: “Onun suyu təmiz, orada ölən (dəniz heyvanları isə yemək üçün) halaldır”.”

Əbu Hureyra
Nəsəi, 59 (Təharət, 59)Səhih

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا جَرِيرٌ ، عَنْ عُمَارَةَ بْنِ الْقَعْقَاعِ ، عَنْ أَبِي زُرْعَةَ بْنِ عَمْرِو بْنِ جَرِيرٍ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا اسْتَفْتَحَ الصَّلاَةَ سَكَتَ هُنَيْهَةً . فَقُلْتُ : بِأَبِي أَنْتَ وَأُمِّي يَا رَسُولَ اللهِ ، مَا تَقُولُ فِي سُكُوتِكَ بَيْنَ التَّكْبِيرِ وَالْقِرَاءَةِ ؟ قَالَ أَقُولُ : اللَّهُمَّ بَاعِدْ بَيْنِي وَبَيْنَ خَطَايَايَ كَمَا بَاعَدْتَ بَيْنَ الْمَشْرِقِ وَالْمَغْرِبِ ، اللَّهُمَّ نَقِّنِي مِنْ خَطَايَايَ كَمَا يُنَقَّى الثَّوْبُ الأَبْيَضُ مِنَ الدَّنَسِ ، اللَّهُمَّ اغْسِلْنِي مِنْ خَطَايَايَ بِالثَّلْجِ وَالْمَاءِ وَالْبَرَدِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ namaza başladıqda (təkbir gətirdikdən sonra) bir qədər susardı. Mən dedim: “Atam-anam sənə fəda olsun, ey Allahın Elçisi! Sən təkbirlə qiraət arasında susduğun zaman nə deyirsən?“ O dedi: “Mən (namazda sükut edəndə belə) deyirəm: “Allahım, məğriblə məşriqin arasını uzaqlaşdırdığın kimi məni də günahlarımdan uzaqlaşdır! Allahım, ağ paltar kirdən təmizləndiyi kimi məni də günahlarımdan təmizlə! Allahım, mənim günahlarımı qar, su və dolu ilə yu!””

Əbu Hureyra
Nəsəi, 60 (Təharət, 60)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ أَنْبَأَنَا جَرِيرٌ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ قَالَتْ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : اللَّهُمَّ اغْسِلْ خَطَايَاىَ بِمَاءِ الثَّلْجِ وَالْبَرَدِ وَنَقِّ قَلْبِى مِنَ الْخَطَايَا كَمَا نَقَّيْتَ الثَّوْبَ الأَبْيَضَ مِنَ الدَّنَسِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ (dua edərək) belə deyərdi: “Allahım, günahlarımı qar suyu və dolu ilə yu! Ağ paltarı kirdən təmizlədiyin kimi qəlbimi günahlardan təmizlə!””

Aişə
Nəsəi, 61 (Təharət, 61)Səhih

أَخْبَرَنِي هَارُونُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا مَعْنٌ ، قَالَ : حَدَّثَنَا مُعَاوِيَةُ بْنُ صَالِحٍ ، عَنْ حَبِيبِ بْنِ عُبَيْدٍ ، عَنْ جُبَيْرِ بْنِ نُفَيْرٍ قَالَ : شَهِدْتُ عَوْفَ بْنَ مَالِكٍ يَقُولُ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي عَلَى مَيِّتٍ فَسَمِعْتُ مِنْ دُعَائِهِ وَهُوَ يَقُولُ : اللَّهُمَّ اغْفِرْ لَهُ وَارْحَمْهُ ، وَعَافِهِ وَاعْفُ عَنْهُ ، وَأَكْرِمْ نُزُلَهُ ، وَأَوْسِعْ مُدْخَلَهُ ، وَاغْسِلْهُ بِالْمَاءِ وَالثَّلْجِ وَالْبَرَدِ ، وَنَقِّهِ مِنَ الْخَطَايَا كَمَا يُنَقَّى الثَّوْبُ الأَبْيَضُ مِنَ الدَّنَسِ.

“Rəvayət edilir ki, Cubeyr ibn Nufeyr ﵀ demişdir: “Mən Auf ibn Malikin ﵁ belə dediyinin şahidi oldum: “Mən Allah Elçisinin ﷺ bir meyyit üçün cənazə namazı qılaraq belə dediyini eşitdim: “Allahım! Onu bağışla, ona rəhm et, onu (günahlardan) salamat et, onu əfv et, onu gözəl tərzdə qarşıla, onun yerini geniş et! Onu su, qar və dolu ilə yu! Ağ paltarı kirdən təmizlədiyin kimi onu da günahlardan təmizlə!””

Cubeyr ibn Nufeyr
Nəsəi, 62 (Təharət, 62)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ عَنْ مَالِكٍ عَنْ أَبِى الزِّنَادِ عَنِ الأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا شَرِبَ الْكَلْبُ فِى إِنَاءِ أَحَدِكُمْ فَلْيَغْسِلْهُ سَبْعَ مَرَّاتٍ ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Əgər sizdən birinizin qabından it içərsə, onu yeddi dəfə yusun”.”

Əbu Hureyra
Nəsəi, 63 (Təharət, 63)Səhih

أَخْبَرَنِى إِبْرَاهِيمُ بْنُ الْحَسَنِ قَالَ حَدَّثَنَا حَجَّاجٌ قَالَ قَالَ ابْنُ جُرَيْجٍ أَخْبَرَنِى زِيَادُ بْنُ سَعْدٍ أَنَّ ثَابِتًا مَوْلَى عَبْدِ الرَّحْمَنِ بْنِ زَيْدٍ أَخْبَرَهُ أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ يَقُولُ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا وَلَغَ الْكَلْبُ فِى إِنَاءِ أَحَدِكُمْ فَلْيَغْسِلْهُ سَبْعَ مَرَّاتٍ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ buyurdu: “Əgər sizdən birinizin qabını it yalayarsa, onu yeddi dəfə yusun”.”

Əbu Hureyra
Nəsəi, 64 (Təharət, 64)Səhih

أَخْبَرَنِي إِبْرَاهِيمُ بْنُ الْحَسَنِ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ قَالَ : قَالَ : ابْنُ جُرَيْجٍ : أَخْبَرَنِي زِيَادُ بْنُ سَعْدٍ ، أَنَّهُ أَخْبَرَهُ هِلاَلُ بْنُ أُسَامَةَ ، أَنَّهُ سَمِعَ أَبَا سَلَمَةَ يُخْبِرُ عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِثْلَهُ.

“Eyni hədisdir.”

Əbu Hureyra
Nəsəi, 65 (Təharət, 65)Zəif

أَخْبَرَنَا عَلِىُّ بْنُ حُجْرٍ قَالَ أَنْبَأَنَا عَلِىُّ بْنُ مُسْهِرٍ عَنِ الأَعْمَشِ عَنْ أَبِى رَزِينٍ وَأَبِى صَالِحٍ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ -صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ- « إِذَا وَلَغَ الْكَلْبُ فِى إِنَاءِ أَحَدِكُمْ فَلْيُرِقْهُ ثُمَّ لْيَغْسِلْهُ سَبْعَ مَرَّاتٍ ». قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ لاَ أَعْلَمُ أَحَدًا تَابَعَ عَلِىَّ بْنَ مُسْهِرٍ عَلَى قَوْلِهِ فَلْيُرِقْهُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə dedi: “Əgər sizdən birinizin qabını it yalayarsa, qabın içindəkini atsın, sonra qabı yeddi dəfə yusun”.”

Əbu Hureyra
Nəsəi, 66 (Təharət, 66)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى الصَّنْعَانِىُّ قَالَ حَدَّثَنَا خَالِدٌ حَدَّثَنَا شُعْبَةُ عَنْ أَبِى التَّيَّاحِ قَالَ سَمِعْتُ مُطَرِّفًا عَنْ عَبْدِ اللَّهِ بْنِ الْمُغَفَّلِ أَنَّ رَسُولَ اللَّهِ -صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ- أَمَرَ بِقَتْلِ الْكِلاَبِ وَرَخَّصَ فِى كَلْبِ الصَّيْدِ وَالْغَنَمِ وَقَالَ « إِذَا وَلَغَ الْكَلْبُ فِى الإِنَاءِ فَاغْسِلُوهُ سَبْعَ مَرَّاتٍ وَعَفِّرُوهُ الثَّامِنَةَ بِالتُّرَابِ ».

“Rəvayət edilir ki, Abdullah ibn əl-Muğaffəl ﵁ demişdir: “Həqiqətən, Allah Elçisi ﷺ itləri öldürməyi əmr etdi, ov və çoban itlərinin saxlanılmasına isə icazə verdi və dedi: “Əgər it sizin qabınızı yalayarsa, onu yeddi dəfə yuyun və səkkizinci dəfə torpaqla təmizləyin”.”

Abdullah ibn əl-Muğaffəl
Nəsəi, 67 (Təharət, 67)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ عَنْ مَالِكٍ عَنْ إِسْحَاقَ بْنِ عَبْدِ اللَّهِ بْنِ أَبِى طَلْحَةَ عَنْ حُمَيْدَةَ بِنْتِ عُبَيْدِ بْنِ رِفَاعَةَ عَنْ كَبْشَةَ بِنْتِ كَعْبِ بْنِ مَالِكٍ أَنَّ أَبَا قَتَادَةَ دَخَلَ عَلَيْهَا ثُمَّ ذَكَرَتْ كَلِمَةً مَعْنَاهَا فَسَكَبْتُ لَهُ وَضُوءًا فَجَاءَتْ هِرَّةٌ فَشَرِبَتْ مِنْهُ فَأَصْغَى لَهَا الإِنَاءَ حَتَّى شَرِبَتْ - قَالَتْ كَبْشَةُ - فَرَآنِى أَنْظُرُ إِلَيْهِ فَقَالَ أَتَعْجَبِينَ يَا ابْنَةَ أَخِى فَقُلْتُ نَعَمْ. قَالَ إِنَّ رَسُولَ اللَّهِ -صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ- قَالَ « إِنَّهَا لَيْسَتْ بِنَجَسٍ إِنَّمَا هِىَ مِنَ الطَّوَّافِينَ عَلَيْكُمْ وَالطَّوَّافَاتِ ».

“Kəbşə bint Kəb ibn Malik ﵀ rəvayət edir ki, Əbu Qatədə ﵁ onun yanına gəldi. Mən ona dəstəmaz almaq üçün su gətirdim, bir pişik gəlib o sudan içəndə, Əbu Qatədə pişiyin suyu rahat içməsi üçün qabı əydi. Pişik də sudan içdi. Əbu Qatədə gördü ki, mən o su qabına baxıram və dedi: “Sən təəccüblənirsənmi, ey qardaşım qızı?” Mən dedim: “Bəli!” O dedi: “Allah Elçisi ﷺ belə buyurdu: “Şübhəsiz, pişik murdar deyil! O, daim ətrafınızda gəzib dolaşan heyvanlardandır!””

Kəbşə bint Kəb ibn Malik
Nəsəi, 68 (Təharət, 68)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ يَزِيدَ قَالَ حَدَّثَنَا سُفْيَانُ عَنْ أَيُّوبَ عَنْ مُحَمَّدٍ عَنْ أَنَسٍ قَالَ أَتَانَا مُنَادِى رَسُولِ اللَّهِ –صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ- فَقَالَ إِنَّ اللَّهَ وَرَسُولَهُ يَنْهَاكُمْ عَنْ لُحُومِ الْحُمُرِ فَإِنَّهَا رِجْسٌ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisinin ﷺ carçısı bizim yanımıza gəldi və dedi: “Həqiqətən, Allah və Onun Elçisi ﷺ eşşək ətini (yeməyi) sizə qadağan etdi. Həqiqətən, o, murdardır”.”

Ənəs
Nəsəi, 69 (Təharət, 69)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ قَالَ حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ عَنْ سُفْيَانَ عَنْ الْمِقْدَامِ بْنِ شُرَيْحٍ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ كُنْتُ أَتَعَرَّقُ الْعَرْقَ فَيَضَعُ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَاهُ حَيْثُ وَضَعْتُ وَأَنَا حَائِضٌ وَكُنْتُ أَشْرَبُ مِنْ الْإِنَاءِ فَيَضَعُ فَاهُ حَيْثُ وَضَعْتُ وَأَنَا حَائِضٌ

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən sümüklü ət tikəsi yeyirdim. Allah Elçisi ﷺ mənim ağzımı qoyub dişlədiyim yerdən ağzını qoyub dişləyirdi, halbuki mən heyz halında idim. Həmçinin, mənim qabdan su içdiyim yerdən ağzını qoyub su içərdi, halbuki mən heyz halında idim”.”

Aişə
Nəsəi, 70 (Təharət, 70)Səhih

أَخْبَرَنِي هَارُونُ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنَا مَعْنٌ قَالَ حَدَّثَنَا مَالِكٌ ح وَالْحَارِثُ بْنُ مِسْكِينٍ قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ عَنْ ابْنِ الْقَاسِمِ قَالَ حَدَّثَنِي مَالِكٌ عَنْ نَافِعٍ عَنْ ابْنِ عُمَرَ قَالَ كَانَ الرِّجَالُ وَالنِّسَاءُ يَتَوَضَّئُونَ فِي زَمَانِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَمِيعًا

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisinin ﷺ zamanında kişilər və qadınlar birlikdə dəstəmaz alırdılar”.”

İbn Ömər
Nəsəi, 71 (Təharət, 71)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ قَالَ حَدَّثَنَا اللَّيْثُ عَنْ ابْنِ شِهَابٍ عَنْ عُرْوَةَ عَنْ عَائِشَةَ أَنَّهَا أَخْبَرَتْهُ أَنَّهَا كَانَتْ تَغْتَسِلُ مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي الْإِنَاءِ الْوَاحِدِ

“Urva ﵀ rəvayət edir ki, Aişə Allah Elçisi ﷺ ilə bir qabdan (su götürərək) qüsl alardı.”

Urva
Nəsəi, 72 (Təharət, 72)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ قَالَ حَدَّثَنَا يَحْيَى قَالَ حَدَّثَنَا شُعْبَةُ قَالَ حَدَّثَنِي عَبْدُ اللَّهِ بْنُ عَبْدِ اللَّهِ بْنِ جَبْرٍ قَالَ سَمِعْتُ أَنَسَ بْنَ مَالِكٍ يَقُولُ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَتَوَضَّأُ بِمَكُّوكٍ وَيَغْتَسِلُ بِخَمْسِ مَكَاكِيَّ

“Rəvayət edilir ki, Abdullah ibn Abdullah ibn Cubeyr ﵀ demişdir: “Mən Ənəs ibn Malikin ﵁ belə dediyini eşitdim: “Allah Elçisi ﷺ bir məkkuk ilə dəstəmaz alar, beş məkkuk ilə də qüsl alardı”.”

Abdullah ibn Abdullah ibn Cubeyr
Nəsəi, 73 (Təharət, 73)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ قَالَ حَدَّثَنَا مُحَمَّدُ ثُمَّ ذَكَرَ كَلِمَةً مَعْنَاهَا حَدَّثَنَا شُعْبَةُ عَنْ حَبِيبٍ قَالَ سَمِعْتُ عَبَّادَ بْنَ تَمِيمٍ يُحَدِّثُ عَنْ جَدَّتِي وَهِيَ أُمُّ عُمَارَةَ بِنْتُ كَعْبٍ أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تَوَضَّأَ فَأُتِيَ بِمَاءٍ فِي إِنَاءٍ قَدْرَ ثُلُثَيْ الْمُدِّ قَالَ شُعْبَةُ فَأَحْفَظُ أَنَّهُ غَسَلَ ذِرَاعَيْهِ وَجَعَلَ يَدْلُكُهُمَا وَيَمْسَحُ أُذُنَيْهِ بَاطِنَهُمَا وَلَا أَحْفَظُ أَنَّهُ مَسَحَ ظَاهِرَهُمَا

“Abbad ibn Təmim nənəsi Ummu Umara bint Kəbdən ﵂ rəvayət edərək demişdir: “Peyğəmbərə ﷺ dəstəmaz almaq üçün bir qabda muddun üçdə biri qədər su gətirildi”. Hədisin ravilərindən biri Şöbə dedi: “Mən yadımda saxladım ki, o, dirsəklərini yudu və onları sürtüşdürdü. Qulaqlarının içini də məsh etdi, amma qulaqlarının çölünü məsh etməsini yadımda saxlaya bilməmişəm”.”

Ummu Umara bint Kəb
Nəsəi, 74 (Təharət, 74)Səhih

أَخْبَرَنَا يَحْيَى بْنُ حَبِيبِ بْنِ عَرَبِيٍّ عَنْ حَمَّادٍ وَالْحَارِثُ بْنُ مِسْكِينٍ قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ عَنْ ابْنِ الْقَاسِمِ حَدَّثَنِي مَالِكٌ ح و أَخْبَرَنَا سُلَيْمَانُ بْنُ مَنْصُورٍ قَالَ أَنْبَأَنَا عَبْدُ اللَّهِ بْنُ الْمُبَارَكِ وَاللَّفْظُ لَهُ عَنْ يَحْيَى بْنِ سَعِيدٍ عَنْ مُحَمَّدِ بْنِ إِبْرَاهِيمَ عَنْ عَلْقَمَةَ بْنِ وَقَّاصٍ عَنْ عُمَرَ بْنِ الْخَطَّابِ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِنَّمَا الْأَعْمَالُ بِالنِّيَّةِ وَإِنَّمَا لِامْرِئٍ مَا نَوَى فَمَنْ كَانَتْ هِجْرَتُهُ إِلَى اللَّهِ وَإِلَى رَسُولِهِ فَهِجْرَتُهُ إِلَى اللَّهِ وَإِلَى رَسُولِهِ وَمَنْ كَانَتْ هِجْرَتُهُ إِلَى دُنْيَا يُصِيبُهَا أَوْ امْرَأَةٍ يَنْكِحُهَا فَهِجْرَتُهُ إِلَى مَا هَاجَرَ إِلَيْهِ

“Rəvayət edilir ki, Ömər ibn əl-Xəttab ﵁ demişdir: “Allah Elçisi ﷺ buyurdu: “Əməllər ancaq niyyətlərə görədir. Hər kəsə də yalnız niyyət etdiyi şey qalacaq. Kimin hicrəti Allaha və Onun Elçisinədirsə, onun hicrəti Allah və Onun Elçisi üçündür. Kimin hicrəti əldə edəcəyi dünya (malına) və ya evlənəcəyi qadına görədirsə, onun hicrəti elə hicrət etdiyi şey üçündür”.”

Ömər ibn əl-Xəttab
Nəsəi, 75 (Təharət, 75)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ عَنْ مَالِكٍ عَنْ إِسْحَقَ بْنِ عَبْدِ اللَّهِ بْنِ أَبِي طَلْحَةَ عَنْ أَنَسٍ قَالَ رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَحَانَتْ صَلَاةُ الْعَصْرِ فَالْتَمَسَ النَّاسُ الْوَضُوءَ فَلَمْ يَجِدُوهُ فَأُتِيَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِوَضُوءٍ فَوَضَعَ يَدَهُ فِي ذَلِكَ الْإِنَاءِ وَأَمَرَ النَّاسَ أَنْ يَتَوَضَّئُوا فَرَأَيْتُ الْمَاءَ يَنْبُعُ مِنْ تَحْتِ أَصَابِعِهِ حَتَّى تَوَضَّئُوا مِنْ عِنْدِ آخِرِهِمْ

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Əsr namazının vaxtı yaxınlaşdıqda mən Allah Elçisini ﷺ gördüm. İnsanlar dəstəmaz almaq üçün su axtardılar, lakin tapmadılar. Allah Elçisinə ﷺ bir qab gətirdilər. O, əllərini bu qabın içərisinə qoydu və insanlara əmr elədi ki, bu qabdan dəstəmaz alsınlar. Mən onun barmaqlarının altından suyun fışqırdığını gördüm. Beləliklə də, orada olan insanların hamısı dəstəmaz aldılar”.”

Ənəs
Nəsəi, 76 (Təharət, 76)Səhih

أَخْبَرَنَا إِسْحَقُ بْنُ إِبْرَاهِيمَ قَالَ أَنْبَأَنَا عَبْدُ الرَّزَّاقِ قَالَ أَنْبَأَنَا سُفْيَانُ عَنْ الْأَعْمَشِ عَنْ إِبْرَاهِيمَ عَنْ عَلْقَمَةَ عَنْ عَبْدِ اللَّهِ قَالَ كُنَّا مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَلَمْ يَجِدُوا مَاءً فَأُتِيَ بِتَوْرٍ فَأَدْخَلَ يَدَهُ فَلَقَدْ رَأَيْتُ الْمَاءَ يَتَفَجَّرُ مِنْ بَيْنِ أَصَابِعِهِ وَيَقُولُ حَيَّ عَلَى الطَّهُورِ وَالْبَرَكَةِ مِنْ اللَّهِ عَزَّ وَجَلَّ قَالَ الْأَعْمَشُ فَحَدَّثَنِي سَالِمُ بْنُ أَبِي الْجَعْدِ قَالَ قُلْتُ لِجَابِرٍ كَمْ كُنْتُمْ يَوْمَئِذٍ قَالَ أَلْفٌ وَخَمْسُ مِائَةٍ

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Biz Peyğəmbərlə ﷺ birlikdə idik və su tapa bilmirdik. Ona bir qab su gətirildi və o, əlini bu qaba saldı. Mən onun barmaqları arasından suyun fışqırdığını gördüm. O dedi: “Təmizlənməyə (dəstəmaz almağa) və Uca Allahdan olan bərəkətə tələsin!” Hədisin ravilərindən biri Aməş dedi: “Səlim ibn Əbul-Cəd mənə dedi: “Mən Cabirdən soruşdum: “O gün siz neçə nəfər idiniz?” Cabir dedi: “Biz min beş yüz nəfər idik”.”

Abdullah
Nəsəi, 77 (Təharət, 77)Səhih

أَخْبَرَنَا إِسْحَقُ بْنُ إِبْرَاهِيمَ قَالَ أَنْبَأَنَا عَبْدُ الرَّزَّاقِ قَالَ حَدَّثَنَا مَعْمَرٌ عَنْ ثَابِتٍ وَقَتَادَةُ عَنْ أَنَسٍ قَالَ طَلَبَ بَعْضُ أَصْحَابِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَضُوءًا فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ هَلْ مَعَ أَحَدٍ مِنْكُمْ مَاءٌ فَوَضَعَ يَدَهُ فِي الْمَاءِ وَيَقُولُ تَوَضَّئُوا بِسْمِ اللَّهِ فَرَأَيْتُ الْمَاءَ يَخْرُجُ مِنْ بَيْنِ أَصَابِعِهِ حَتَّى تَوَضَّئُوا مِنْ عِنْدِ آخِرِهِمْ قَالَ ثَابِتٌ قُلْتُ لِأَنَسٍ كَمْ تُرَاهُمْ قَالَ نَحْوًا مِنْ سَبْعِينَ

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Peyğəmbərin ﷺ səhabələrindən bəziləri dəstəmaz almaq istədikdə Allah Elçisi ﷺ dedi: “Sizdə bir qab varmı?” O, əllərini suya qoyub dedi: “Allahın adı ilə (“Bismilləh” deyərək) dəstəmaz alın!” Bu zaman mən Peyğəmbərin ﷺ barmaqları arasından suyun çıxdığını gördüm. Biz hamımız dəstəmaz aldıq”. Hədisin ravilərindən biri Sabit dedi: “Ənəsə dedim: “Siz neçə nəfər idiniz?” O dedi: “Yetmiş nəfərə yaxın idik”.”

Ənəs
Nəsəi, 78 (Təharət, 78)Səhih

أَخْبَرَنَا سُلَيْمَانُ بْنُ دَاوُدَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ وَاللَّفْظُ لَهُ ، عَنِ ابْنِ وَهْبٍ ، عَنْ مَالِكٍ ، وَيُونُسَ ، وَعَمْرِو بْنِ الْحَارِثِ ، أَنَّ ابْنَ شِهَابٍ أَخْبَرَهُمْ ، عَنْ عَبَّادِ بْنِ زِيَادٍ ، عَنْ عُرْوَةَ بْنِ الْمُغِيرَةِ ، أَنَّهُ سَمِعَ أَبَاهُ يَقُولُ : سَكَبْتُ عَلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حِينَ تَوَضَّأَ فِي غَزْوَةِ تَبُوكَ فَمَسَحَ عَلَى الْخُفَّيْنِ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : لَمْ يَذْكُرْ مَالِكٌ عُرْوَةَ بْنَ الْمُغِيرَةِ

“Urva ibn əl-Muğira atasının ﵁ belə eşitdiyini rəvayət etmişdir: “Təbuk döyüşündə Allah Elçisinin ﷺ dəstəmaz alması üçün su tökdüm. O, xuflarının üzərinə məsh çəkdi”.”

Urva ibn əl-Muğira atasından
Nəsəi, 79 (Təharət, 79)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ سُفْيَانَ ، قَالَ : حَدَّثَنَا زَيْدُ بْنُ أَسْلَمَ ، عَنْ عَطَاءِ بْنِ يَسَارٍ ، عَنِ ابْنِ عَبَّاسٍ قَالَ : أَلاَ أُخْبِرُكُمْ بِوُضُوءِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَتَوَضَّأَ مَرَّةً مَرَّةً.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisinin ﷺ dəstəmazı haqda sizə xəbər verimmi? O, dəstəmaz əzalarını bir dəfə yuyaraq dəstəmaz alardı”.”

İbn Abbas
Nəsəi, 80 (Təharət, 80)Səhih

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ قَالَ : أَنْبَأَنَا الأَوْزَاعِيُّ قَالَ : حَدَّثَنِي الْمُطَّلِبُ بْنُ عَبْدِ اللهِ بْنِ حَنْطَبٍ ، أَنَّ عَبْدَ اللهِ بْنَ عُمَرَ تَوَضَّأَ ثَلاَثًا ثَلاَثًا ، يُسْنِدُ ذَلِكَ إِلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Muttalib ibn Abdullah ibn Hantab ﵀ rəvayət edir ki, Abdullah ibn Ömər dəstəmaz alarkən əzalarını üç dəfə yudu və onu Peyğəmbərə ﷺ nisbət etdi.”

Muttalib ibn Abdullah ibn Hantab
Nəsəi, 81 (Təharət, 81)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ إِبْرَاهِيمَ الْبَصْرِيُّ عَنْ بِشْرِ بْنِ الْمُفَضَّلِ عَنْ ابْنِ عَوْنٍ عَنْ عَامِرٍ الشَّعْبِيِّ عَنْ عُرْوَةَ بْنِ الْمُغِيرَةِ عَنْ الْمُغِيرَةِ وَعَنْ مُحَمَّدِ بْنِ سِيرِينَ عَنْ رَجُلٍ حَتَّى رَدَّهُ إِلَى الْمُغِيرَةِ قَالَ ابْنُ عَوْنٍ وَلَا أَحْفَظُ حَدِيثَ ذَا مِنْ حَدِيثِ ذَا أَنَّ الْمُغِيرَةَ قَالَ كُنَّا مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي سَفَرٍ فَقَرَعَ ظَهْرِي بِعَصًا كَانَتْ مَعَهُ فَعَدَلَ وَعَدَلْتُ مَعَهُ حَتَّى أَتَى كَذَا وَكَذَا مِنْ الْأَرْضِ فَأَنَاخَ ثُمَّ انْطَلَقَ قَالَ فَذَهَبَ حَتَّى تَوَارَى عَنِّي ثُمَّ جَاءَ فَقَالَ أَمَعَكَ مَاءٌ وَمَعِي سَطِيحَةٌ لِي فَأَتَيْتُهُ بِهَا فَأَفْرَغْتُ عَلَيْهِ فَغَسَلَ يَدَيْهِ وَوَجْهَهُ وَذَهَبَ لِيَغْسِلَ ذِرَاعَيْهِ وَعَلَيْهِ جُبَّةٌ شَامِيَّةٌ ضَيِّقَةُ الْكُمَّيْنِ فَأَخْرَجَ يَدَهُ مِنْ تَحْتِ الْجُبَّةِ فَغَسَلَ وَجْهَهُ وَذِرَاعَيْهِ وَذَكَرَ مِنْ نَاصِيَتِهِ شَيْئًا وَعِمَامَتِهِ شَيْئًا قَالَ ابْنُ عَوْنٍ لَا أَحْفَظُ كَمَا أُرِيدُ ثُمَّ مَسَحَ عَلَى خُفَّيْهِ ثُمَّ قَالَ حَاجَتَكَ قُلْتُ يَا رَسُولَ اللَّهِ لَيْسَتْ لِي حَاجَةٌ فَجِئْنَا وَقَدْ أَمَّ النَّاسَ عَبْدُ الرَّحْمَنِ بْنُ عَوْفٍ وَقَدْ صَلَّى بِهِمْ رَكْعَةً مِنْ صَلَاةِ الصُّبْحِ فَذَهَبْتُ لِأُوذِنَهُ فَنَهَانِي فَصَلَّيْنَا مَا أَدْرَكْنَا وَقَضَيْنَا مَا سُبِقْنَا

“Rəvayət edilir ki, əl-Muğira ﵁ demişdir: “Biz Allahın Elçisi ﷺ ilə birlikdə səfərdə idik. O, mənimlə kənara çəkilmək üçün belimə öz əsası ilə toxundu və (insanlardan) uzaqlaşdı. Mən də onunla birlikdə uzaqlaşdım və müəyyən bir yerə çatdıq. O, minikdən yerə endi və təbii ehtiyacını ödəmək üçün gözdən itənədək məndən uzaqlaşdı. Təbii ehtiyacını ödədikdən sonra qayıtdı və dedi: “Sənin yanında su varmı?” Məndə bir qədər su var idi. Bu suyu onun əlinə tökdüm. O, öncə əllərini, sonra üzünü yudu. Sonra biləyindən yuxarı olan hissəni yumağa başladı. Onun Şamdan gətirilən və qolları dar olan cübbəsi var idi. Allah Elçisi ﷺ cübbənin altından əlini çıxartdı və biləkdən yuxarı hissəni yudu”. Sonra İbn Əun (Allah Elçisinin ﷺ) kəkilindən və əmmaməsindən bir şey zikr etdi və dedi: “Mən bunu dəqiq yadımda saxlaya bilməmişəm”. Sonra xuflarını məsh etdi və dedi: “Sənin bir ehtiyacın varmı?” Mən dedim: “Ey Allahın Elçisi, mənim ehtiyacım yoxdur”. Biz camaat olan yerə qayıtdıq. İnsanlar Abdur-Rahmən ibn Aufun imamlığı ilə artıq Sübh namazının bir rükətini qılmışdılar. Mən onlara bizim gəldiyimizi xəbər vermək istədikdə Peyğəmbər ﷺ buna ehtiyac olmadığını bildirdi. Biz namazın camaata yetişdiyimiz hissəsini camaatla qıldıq və qılmadığımızı tamamladıq”.”

əl-Muğira
Nəsəi, 82 (Təharət, 82)Səhih

أَخْبَرَنَا حُمَيْدُ بْنُ مَسْعَدَةَ عَنْ سُفْيَانَ وَهُوَ ابْنُ حَبِيبٍ عَنْ شُعْبَةَ عَنْ النُّعْمَانِ بْنِ سَالِمٍ عَنْ ابْنِ أَوْسِ بْنِ أَبِي أَوْسٍ عَنْ جَدِّهِ قَالَ رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ اسْتَوْكَفَ ثَلَاثًا

“İbn Əus ibn Əbu Əus babasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisinin ﷺ dəstəmaz əzalarını üç dəfə yumaqla kifayətləndiyini gördüm”.”

İbn Əus ibn Əbu Əus babasından
Nəsəi, 83 (Təharət, 83)Səhih

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ قَالَ أَنْبَأَنَا عَبْدُ اللَّهِ عَنْ مَعْمَرٍ عَنْ الزُّهْرِيِّ عَنْ عَطَاءِ بْنِ يَزِيدَ اللَّيْثِيِّ عَنْ حُمْرَانَ بْنِ أَبَانَ قَالَ رَأَيْتُ عُثْمَانَ بْنَ عَفَّانَ رَضِيَ اللَّهُ عَنْهُ تَوَضَّأَ فَأَفْرَغَ عَلَى يَدَيْهِ ثَلَاثًا فَغَسَلَهُمَا ثُمَّ تَمَضْمَضَ وَاسْتَنْشَقَ ثُمَّ غَسَلَ وَجْهَهُ ثَلَاثًا ثُمَّ غَسَلَ يَدَيْهِ الْيُمْنَى إِلَى الْمِرْفَقِ ثَلَاثًا ثُمَّ الْيُسْرَى مِثْلَ ذَلِكَ ثُمَّ مَسَحَ بِرَأْسِهِ ثُمَّ غَسَلَ قَدَمَهُ الْيُمْنَى ثَلَاثًا ثُمَّ الْيُسْرَى مِثْلَ ذَلِكَ ثُمَّ قَالَ رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تَوَضَّأَ نَحْوَ وُضُوئِي ثُمَّ قَالَ مَنْ تَوَضَّأَ نَحْوَ وُضُوئِي هَذَا ثُمَّ صَلَّى رَكْعَتَيْنِ لَا يُحَدِّثُ نَفْسَهُ فِيهِمَا بِشَيْءٍ غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ

“Rəvayət edilir ki, Humran ibn Əban ﵀ demişdir: “Mən Osman ibn Əffanın ﵁ dəstəmaz aldığını gördüm. O, əllərini üç dəfə yudu, sonra ağzını yaxaladı və burnunu yudu, sonra üzünü üç dəfə yudu, sonra sağ əlini dirsəyə qədər üç dəfə yudu, sonra sol əlini dirsəyə qədər üç dəfə yudu, sonra başına məsh çəkdi, sonra sağ ayağını üç dəfə yudu, sonra sol ayağını üç dəfə yudu, sonra isə dedi: “Mən Allah Elçisinin ﷺ mənim dəstəmaz aldığım kimi dəstəmaz aldığını və sonra belə dediyini gördüm: “Kim mənim kimi dəstəmaz alıb, qəlbindən heç bir şey keçirtmədən (bu namazda özü ilə danışmasa) iki rükət namaz qılarsa, onun keçmiş günahları bağışlanar”.”

Humran ibn Əban
Nəsəi, 84 (Təharət, 84)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ الْمُغِيرَةِ قَالَ حَدَّثَنَا عُثْمَانُ هُوَ ابْنُ سَعِيدِ بْنِ كَثِيرِ بْنِ دِينَارٍ الْحِمْصِيُّ عَنْ شُعَيْبٍ هُوَ ابْنُ أبِي حَمْزَةَ عَنْ الزُّهْرِيِّ أَخْبَرَنِي عَطَاءُ بْنُ يَزِيدَ عَنْ حُمْرَانَ أَنَّهُ رَأَى عُثْمَانَ دَعَا بِوَضُوءٍ فَأَفْرَغَ عَلَى يَدَيْهِ مِنْ إِنَائِهِ فَغَسَلَهَا ثَلَاثَ مَرَّاتٍ ثُمَّ أَدْخَلَ يَمِينَهُ فِي الْوَضُوءِ فَتَمَضْمَضَ وَاسْتَنْشَقَ ثُمَّ غَسَلَ وَجْهَهُ ثَلَاثًا وَيَدَيْهِ إِلَى الْمِرْفَقَيْنِ ثَلَاثَ مَرَّاتٍ ثُمَّ مَسَحَ بِرَأْسِهِ ثُمَّ غَسَلَ كُلَّ رِجْلٍ مِنْ رِجْلَيْهِ ثَلَاثَ مَرَّاتٍ ثُمَّ قَالَ رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تَوَضَّأَ وُضُوئِي هَذَا ثُمَّ قَالَ مَنْ تَوَضَّأَ مِثْلَ وُضُوئِي هَذَا ثُمَّ قَامَ فَصَلَّى رَكْعَتَيْنِ لَا يُحَدِّثُ فِيهِمَا نَفْسَهُ بِشَيْءٍ غَفَرَ اللَّهُ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ

“Rəvayət edilir ki, Humran ﵀ demişdir: “Osmanın su istədiyini gördüm. O, əllərinə su töküb onları üç dəfə yudu, sonra sağ əlini qaba salıb (su götürdü və bununla) ağzını yaxalayıb burnunu yudu, sonra üç dəfə üzünü və üç dəfə əllərini dirsəklərə qədər yudu, sonra başına məsh çəkdi, sonra üç dəfə ayaqlarını yudu, sonra da dedi: “Mən Allah Elçisinin ﷺ mənim aldığım kimi dəstəmaz aldığını və belə dediyini gördüm: “Kim mənim kimi dəstəmaz alsa, sonra qalxıb iki rükət namaz qılsa və bu namazda özü ilə danışmasa, Allah onun keçmiş günahlarını bağışlayar”.”

Humran
Nəsəi, 85 (Təharət, 85)Səhih

خْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ قَالَ حَدَّثَنَا سُفْيَانُ قَالَ حَدَّثَنَا أَبُو الزِّنَادِ ح و حَدَّثَنَا الْحُسَيْنُ بْنُ عِيسَى عَنْ مَعْنٍ عَنْ مَالِكٍ عَنْ أَبِي الزِّنَادِ عَنْ الْأَعْرَجِ عَنْ أَبِي هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ إِذَا تَوَضَّأَ أَحَدُكُمْ فَلْيَجْعَلْ فِي أَنْفِهِ مَاءً ثُمَّ لِيَسْتَنْثِرْ

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biriniz dəstəmaz aldıqda burnuna su çəksin, sonra bu suyu çıxarıb atsın”.”

Əbu Hureyra
Nəsəi, 86 (Təharət, 86)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ قَالَ حَدَّثَنَا يَحْيَى بْنُ سُلَيْمٍ عَنْ إِسْمَعِيلَ بْنِ كَثِيرٍ ح وَأَنْبَأَنَا إِسْحَقُ بْنُ إِبْرَاهِيمَ قَالَ أَنْبَأَنَا وَكِيعٌ عَنْ سُفْيَانَ عَنْ أَبِي هَاشِمٍ عَنْ عَاصِمِ بْنِ لَقِيطِ بْنِ صَبْرَةَ عَنْ أَبِيهِ قَالَ قُلْتُ يَا رَسُولَ اللَّهِ أَخْبِرْنِي عَنْ الْوُضُوءِ قَالَ أَسْبِغْ الْوُضُوءَ وَبَالِغْ فِي الِاسْتِنْشَاقِ إِلَّا أَنْ تَكُونَ صَائِمًا

“Asim ibn Ləqit ibn Sabra atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən dedim: “Ey Allahın Elçisi, mənə dəstəmaz haqqında xəbər ver!” O dedi: “Dəstəmazı (gözəl şəkildə) al, burnuna suyu çox çək, amma oruc olduğun zaman belə etmə!””

Asim ibn Ləqit ibn Sabra atasından
Nəsəi, 87 (Təharət, 87)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ عَنْ مَالِكٍ ح و حَدَّثَنَا إِسْحَقُ بْنُ مَنْصُورٍ قَالَ حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ عَنْ مَالِكٍ عَنْ ابْنِ شِهَابٍ عَنْ أَبِي إِدْرِيسَ الْخَوْلَانِيِّ عَنْ أَبِي هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ مَنْ تَوَضَّأَ فَلْيَسْتَنْثِرْ وَمَنْ اسْتَجْمَرَ فَلْيُوتِرْ

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim dəstəmaz alırsa, mütləq burnuna su alıb təmizləsin, (ayaqyolunda daş ilə) təmizlənən isə tək sayda daş ilə təmizlənsin”.”

Əbu Hureyra
Nəsəi, 88 (Təharət, 88)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ قَالَ حَدَّثَنَا حَمَّادٌ عَنْ مَنْصُورٍ عَنْ هِلَالِ بْنِ يَسَافٍ عَنْ سَلَمَةَ بْنِ قَيْسٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ إِذَا تَوَضَّأْتَ فَاسْتَنْثِرْ وَإِذَا اسْتَجْمَرْتَ فَأَوْتِرْ

“Sələmə ibn Qeys ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Sən dəstəmaz alanda, mütləq burnuna su alıb təmizlən, (ayaqyolunda daş ilə) təmizləndikdə isə tək sayda daş ilə təmizlən”.”

Sələmə ibn Qeys
Nəsəi, 89 (Təharət, 89)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ زُنْبُورٍ الْمَكِّيُّ قَالَ حَدَّثَنَا ابْنُ أَبِي حَازِمٍ عَنْ يَزِيدَ بْنِ عَبْدِ اللَّهِ أَنَّ مُحَمَّدَ بْنَ إِبْرَاهِيمَ حَدَّثَهُ عَنْ عِيسَى بْنِ طَلْحَةَ عَنْ أَبِي هُرَيْرَةَ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ إِذَا اسْتَيْقَظَ أَحَدُكُمْ مِنْ مَنَامِهِ فَتَوَضَّأَ فَلْيَسْتَنْثِرْ ثَلَاثَ مَرَّاتٍ فَإِنَّ الشَّيْطَانَ يَبِيتُ عَلَى خَيْشُومِهِ

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biriniz yuxudan oyandıqda dəstəmaz alarsa, burnuna üç dəfə su alıb buraxsın (burnunu su ilə təmizləsin)! Həqiqətən, şeytan onun burnunda gecələyir”.”

Əbu Hureyra
Nəsəi, 90 (Təharət, 90)Səhih

أَخْبَرَنَا مُوسَى بْنُ عَبْدِ الرَّحْمَنِ قَالَ حَدَّثَنَا حُسَيْنُ بْنُ عَلِيٍّ عَنْ زَائِدَةَ قَالَ حَدَّثَنَا خَالِدُ بْنُ عَلْقَمَةَ عَنْ عَبْدِ خَيْرٍ عَنْ عَلِيٍّ أَنَّهُ دَعَا بِوَضُوءٍ فَتَمَضْمَضَ وَاسْتَنْشَقَ وَنَثَرَ بِيَدِهِ الْيُسْرَى فَفَعَلَ هَذَا ثَلَاثًا ثُمَّ قَالَ هَذَا طُهُورُ نَبِيِّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ

“Abdi Xayr ﵀ rəvayət edir ki, Əli ﵁ bir qab su istədi. O, ağzını yaxaladı, burnuna su çəkdi, sonra da sol əli ilə burnunun suyunu aldı. Bunu üç dəfə etdi və dedi: “Bu, Allahın Peyğəmbərinin ﷺ dəstəmazıdır”.”

Abdi Xayr
Nəsəi, 91 (Təharət, 91)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ قَالَ حَدَّثَنَا أَبُو عَوَانَةَ عَنْ خَالِدِ بْنِ عَلْقَمَةَ عَنْ عَبْدِ خَيْرٍ قَالَ أَتَيْنَا عَلِيَّ بْنَ أَبِي طَالِبٍ رَضِيَ اللَّهُ عَنْهُ وَقَدْ صَلَّى فَدَعَا بِطَهُورٍ فَقُلْنَا مَا يَصْنَعُ بِهِ وَقَدْ صَلَّى مَا يُرِيدُ إِلَّا لِيُعَلِّمَنَا فَأُتِيَ بِإِنَاءٍ فِيهِ مَاءٌ وَطَسْتٍ فَأَفْرَغَ مِنْ الْإِنَاءِ عَلَى يَدَيْهِ فَغَسَلَهَا ثَلَاثًا ثُمَّ تَمَضْمَضَ وَاسْتَنْشَقَ ثَلَاثًا مِنْ الْكَفِّ الَّذِي يَأْخُذُ بِهِ الْمَاءَ ثُمَّ غَسَلَ وَجْهَهُ ثَلَاثًا وَغَسَلَ يَدَهُ الْيُمْنَى ثَلَاثًا وَيَدَهُ الشِّمَالَ ثَلَاثًا وَمَسَحَ بِرَأْسِهِ مَرَّةً وَاحِدَةً ثُمَّ غَسَلَ رِجْلَهُ الْيُمْنَى ثَلَاثًا وَرِجْلَهُ الشِّمَالَ ثَلَاثًا ثُمَّ قَالَ مَنْ سَرَّهُ أَنْ يَعْلَمَ وُضُوءَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَهُوَ هَذَا

“Rəvayət edilir ki, Abdi Xayr ﵀ demişdir: “Biz Əli ibn Əbu Talibin ﵁ yanına gəlmişdik. O, namazını qılmışdı. Dəstəmaz üçün su istədi. Biz dedik: “Görəsən suyu nə edəcək, axı namazını qılıb. Yəqin bizə dəstəmazı öyrədəcək”. Ona içində su olan bir qabla bir ləyən gətirildi. O, qabdan əlinə su töküb üç dəfə əlini yudu, sonra qabdan su götürdüyü əli ilə üç dəfə ağzını yaxalayıb burnuna su çəkdi, sonra da üzünü üç dəfə yudu. Sonra sağ və sol əlini üç dəfə yuyub başına bir dəfə məsh çəkdi. Daha sonra sağ ayağını üç dəfə, sonra da sol ayağını üç dəfə yuyub belə dedi: “Kimi Allah Elçisinin ﷺ necə dəstəmaz almasını bilmək sevindirirsə, bu həmin dəstəmazdır”.”

Abdi Xayr
Nəsəi, 92 (Təharət, 92)Səhih

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ قَالَ أَنْبَأَنَا عَبْدُ اللَّهِ وَهُوَ ابْنُ الْمُبَارَكِ عَنْ شُعْبَةَ عَنْ مَالِكِ بْنِ عُرْفُطَةَ عَنْ عَبْدِ خَيْرٍ عَنْ عَلِيٍّ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّهُ أُتِيَ بِكُرْسِيٍّ فَقَعَدَ عَلَيْهِ ثُمَّ دَعَا بِتَوْرٍ فِيهِ مَاءٌ فَكَفَأَ عَلَى يَدَيْهِ ثَلَاثًا ثُمَّ مَضْمَضَ وَاسْتَنْشَقَ بِكَفٍّ وَاحِدٍ ثَلَاثَ مَرَّاتٍ وَغَسَلَ وَجْهَهُ ثَلَاثًا وَغَسَلَ ذِرَاعَيْهِ ثَلَاثًا ثَلَاثًا وَأَخَذَ مِنْ الْمَاءِ فَمَسَحَ بِرَأْسِهِ وَأَشَارَ شُعْبَةُ مَرَّةً مِنْ نَاصِيَتِهِ إِلَى مُؤَخَّرِ رَأْسِهِ ثُمَّ قَالَ لَا أَدْرِي أَرَدَّهُمَا أَمْ لَا وَغَسَلَ رِجْلَيْهِ ثَلَاثًا ثَلَاثًا ثُمَّ قَالَ مَنْ سَرَّهُ أَنْ يَنْظُرَ إِلَى طُهُورِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَهَذَا طُهُورُهُ و قَالَ أَبُو عَبْد الرَّحْمَنِ هَذَا خَطَأٌ وَالصَّوَابُ خَالِدُ بْنُ عَلْقَمَةَ لَيْسَ مَالِكَ بْنَ عُرْفُطَةَ

“Abdi Xayr ﵀ rəvayət edir ki, Əliyə ﵁ kürsü gətirildi və ora oturdu. Sonra bir qab su istədi. Suyu əlinə tökdü və əlini üç dəfə yudu. Sonra bir ovcu ilə ağzına və burnuna üç dəfə su aldı. Sonra üzünü üç dəfə və qollarını üç dəfə yudu. Sudan götürüb başına məsh çəkdi. Hədisin ravilərindən biri Şöbə işarə ilə göstərdi ki, (əllərini) kəkili olan tərəfdən başının axırına tərəf çəkdi. Mən bilmirəm əlini qabağa qaytardı, ya yox. Sonra ayaqlarını üç dəfə yudu və belə dedi: “Kimi Allah Elçisinin ﷺ dəstəmaz almasını görmək sevindirirsə, bu həmin dəstəmazdır”.”

Abdi Xayr
Nəsəi, 93 (Təharət, 93)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ وَحُمَيْدُ بْنُ مَسْعَدَةَ عَنْ يَزِيدَ وَهُوَ ابْنُ زُرَيْعٍ قَالَ حَدَّثَنِي شُعْبَةُ عَنْ مَالِكِ بْنِ عُرْفُطَةَ عَنْ عَبْدِ خَيْرٍ قَالَ شَهِدْتُ عَلِيًّا دَعَا بِكُرْسِيٍّ فَقَعَدَ عَلَيْهِ ثُمَّ دَعَا بِمَاءٍ فِي تَوْرٍ فَغَسَلَ يَدَيْهِ ثَلَاثًا ثُمَّ مَضْمَضَ وَاسْتَنْشَقَ بِكَفٍّ وَاحِدٍ ثَلَاثًا ثُمَّ غَسَلَ وَجْهَهُ ثَلَاثًا وَيَدَيْهِ ثَلَاثًا ثَلَاثًا ثُمَّ غَمَسَ يَدَهُ فِي الْإِنَاءِ فَمَسَحَ بِرَأْسِهِ ثُمَّ غَسَلَ رِجْلَيْهِ ثَلَاثًا ثَلَاثًا ثُمَّ قَالَ مَنْ سَرَّهُ أَنْ يَنْظُرَ إِلَى وُضُوءِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَهَذَا وُضُوءُهُ

“Rəvayət edilir ki, Abdi Xayr ﵀ demişdir: “Mən Əlinin ﵁ bir kürsü istədiyini və orada oturduğunun şahidi oldum. Sonra bir qab su istədi, əllərini üç dəfə yudu, sonra bir əli ilə bir ovuc su alıb ağzını və burnunu üç dəfə yaxaladı, sonra üzünü üç dəfə və əlini üç dəfə yudu. Sonra əlini suya salıb çıxardı və başına məsh çəkdi. Sonra ayaqlarını üç dəfə yudu və dedi: “Kimi Allah Elçisinin ﷺ dəstəmazını görmək sevindirirsə, o dəstəmaz budur”.”

Abdi Xayr
Nəsəi, 94 (Təharət, 94)Səhih

أَخْبَرَنَا إِبْرَاهِيمُ بْنُ الْحَسَنِ الْمِقْسَمِيُّ قَالَ أَنْبَأَنَا حَجَّاجٌ قَالَ قَالَ ابْنُ جُرَيْجٍ حَدَّثَنِي شَيْبَةُ أَنَّ مُحَمَّدَ بْنَ عَلِيٍّ أَخْبَرَهُ قَالَ أَخْبَرَنِي أَبِي عَلِيٌّ أَنَّ الْحُسَيْنَ بْنَ عَلِيٍّ قَالَ دَعَانِي أَبِي عَلِيٌّ بِوَضُوءٍ فَقَرَّبْتُهُ لَهُ فَبَدَأَ فَغَسَلَ كَفَّيْهِ ثَلَاثَ مَرَّاتٍ قَبْلَ أَنْ يُدْخِلَهُمَا فِي وَضُوئِهِ ثُمَّ مَضْمَضَ ثَلَاثًا وَاسْتَنْثَرَ ثَلَاثًا ثُمَّ غَسَلَ وَجْهَهُ ثَلَاثَ مَرَّاتٍ ثُمَّ غَسَلَ يَدَهُ الْيُمْنَى إِلَى الْمِرْفَقِ ثَلَاثًا ثُمَّ الْيُسْرَى كَذَلِكَ ثُمَّ مَسَحَ بِرَأْسِهِ مَسْحَةً وَاحِدَةً ثُمَّ غَسَلَ رِجْلَهُ الْيُمْنَى إِلَى الْكَعْبَيْنِ ثَلَاثًا ثُمَّ الْيُسْرَى كَذَلِكَ ثُمَّ قَامَ قَائِمًا فَقَالَ نَاوِلْنِي فَنَاوَلْتُهُ الْإِنَاءَ الَّذِي فِيهِ فَضْلُ وَضُوئِهِ فَشَرِبَ مِنْ فَضْلِ وَضُوئِهِ قَائِمًا فَعَجِبْتُ فَلَمَّا رَآنِي قَالَ لَا تَعْجَبْ فَإِنِّي رَأَيْتُ أَبَاكَ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَصْنَعُ مِثْلَ مَا رَأَيْتَنِي صَنَعْتُ يَقُولُ لِوُضُوئِهِ هَذَا وَشُرْبِ فَضْلِ وَضُوئِهِ قَائِمًا

“Rəvayət edilir ki, Hüseyn ibn Əli ﵄ demişdir: “Atam məndən su istədi və mən də ona su gətirdim. O, yuyunmağa başladı və əllərini qaba salmamışdan qabaq əllərini üç dəfə yudu, sonra ağzına və burnuna üç dəfə su alıb yudu, sonra üzünü üç dəfə yudu, sonra sağ qolunu dirsəyə qədər üç dəfə yudu, sonra sol qolunu bunun kimi etdi. Sonra başına bir dəfə məsh çəkdi, sonra sağ ayağını topuğuna qədər üç dəfə yudu, sonra sol ayağını bunun kimi etdi. Sonra ayağa qalxdı və dedi: “Suyu mənə ver!” Mən də dəstəmazdan artıq qalan suyu ona verdim. O, ayaq üstə dayanıb qalan suyu içdi. Mən gördüyümə təəccüb etdim. O dedi: “Təəccüblənmə! Həqiqətən, mənim necə dəstəmaz almağım və dəstəmazdan artıq qalan suyu ayaq üstə içməyim sənin babanın - Peyğəmbərin ﷺ etdiyi kimidir”.”

Hüseyn ibn Əli
Nəsəi, 95 (Təharət, 95)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ قَالَ حَدَّثَنَا أَبُو الْأَحْوَصِ عَنْ أَبِي إِسْحَقَ عَنْ أَبِي حَيَّةَ وَهُوَ ابْنُ قَيْسٍ قَالَ رَأَيْتُ عَلِيًّا رَضِيَ اللَّهُ عَنْهُ تَوَضَّأَ فَغَسَلَ كَفَّيْهِ حَتَّى أَنْقَاهُمَا ثُمَّ تَمَضْمَضَ ثَلَاثًا وَاسْتَنْشَقَ ثَلَاثًا وَغَسَلَ وَجْهَهُ ثَلَاثًا وَغَسَلَ ذِرَاعَيْهِ ثَلَاثًا ثَلَاثًا ثُمَّ مَسَحَ بِرَأْسِهِ ثُمَّ غَسَلَ قَدَمَيْهِ إِلَى الْكَعْبَيْنِ ثُمَّ قَامَ فَأَخَذَ فَضْلَ طَهُورِهِ فَشَرِبَ وَهُوَ قَائِمٌ ثُمَّ قَالَ أَحْبَبْتُ أَنْ أُرِيَكُمْ كَيْفَ طُهُورُ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ

“Rəvayət edilir ki, Əbu Həyyə, yəni İbn Qeys ﵀ demişdir: “Mən Əlinin ﵁ dəstəmaz aldığını gördüm. O, əllərini biləklərinə qədər yudu, sonra üç dəfə ağzına və burnuna su alıb yaxaladı. Üzünü üç dəfə yudu. Əllərini dirsəklərinə qədər üç dəfə yudu, sonra başına məsh çəkdi, sonra da topuqlarına qədər ayaqlarını yudu. Sonra dəstəmazdan artıq qalan suyu ayaq üstə dayanaraq içdi və dedi: “Mən Peyğəmbərin ﷺ necə dəstəmaz almasını sizə göstərmək istədim”.”

İbn Qeys
Nəsəi, 96 (Təharət, 96)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ وَالْحَارِثُ بْنُ مِسْكِينٍ قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ وَاللَّفْظُ لَهُ عَنْ ابْنِ الْقَاسِمِ قَالَ حَدَّثَنِي مَالِكٌ عَنْ عَمْرِو بْنِ يَحْيَى الْمَازِنِيِّ عَنْ أَبِيهِ أَنَّهُ قَالَ لِعَبْدِ اللَّهِ بْنِ زَيْدِ بْنِ عَاصِمٍ وَكَانَ مِنْ أَصْحَابِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ جَدُّ عَمْرِو بْنِ يَحْيَى هَلْ تَسْتَطِيعُ أَنْ تُرِيَنِي كَيْفَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَتَوَضَّأُ قَالَ عَبْدُ اللَّهِ بْنُ زَيْدٍ نَعَمْ فَدَعَا بِوَضُوءٍ فَأَفْرَغَ عَلَى يَدَيْهِ فَغَسَلَ يَدَيْهِ مَرَّتَيْنِ مَرَّتَيْنِ ثُمَّ تَمَضْمَضَ وَاسْتَنْشَقَ ثَلَاثًا ثُمَّ غَسَلَ وَجْهَهُ ثَلَاثًا ثُمَّ غَسَلَ يَدَيْهِ مَرَّتَيْنِ مَرَّتَيْنِ إِلَى الْمِرْفَقَيْنِ ثُمَّ مَسَحَ رَأْسَهُ بِيَدَيْهِ فَأَقْبَلَ بِهِمَا وَأَدْبَرَ بَدَأَ بِمُقَدَّمِ رَأْسِهِ ثُمَّ ذَهَبَ بِهِمَا إِلَى قَفَاهُ ثُمَّ رَدَّهُمَا حَتَّى رَجَعَ إِلَى الْمَكَانِ الَّذِي بَدَأَ مِنْهُ ثُمَّ غَسَلَ رِجْلَيْهِ

“Amr ibn Yəhyə əl-Məzini atasının ﵀ belə dediyini rəvayət etmişdir: “Peyğəmbərin ﷺ səhabələrindən və Amr ibn Yəhyənin babası olan Abdullah ibn Zeyd ibn Asimə dedim: “Sən mənə Allah Elçisinin ﷺ necə dəstəmaz almasını göstərə bilərsənmi?” Abdullah ibn Zeyd: “Bəli” dedi və su istədi. Ona su gətirdilər. Suyu əllərinə tökdü və əllərini iki dəfə yudu, sonra ağzına və burnuna su alıb onları üç dəfə yaxaladı, sonra üzünü üç dəfə yudu, sonra qollarını dirsəklərinə qədər iki dəfə yudu. Əllərini başının önündən başlayaraq ənsə hissəsinə qədər apardı, sonra başladığı yerə qədər geri qaytararaq başına məsh çəkdi, sonra da ayaqlarını yudu”.”

Amr ibn Yəhyə əl-Məzini atasından
Nəsəi, 97 (Təharət, 97)Səhih

أَخْبَرَنَا عُتْبَةُ بْنُ عَبْدِ اللَّهِ عَنْ مَالِكٍ هُوَ ابْنُ أَنَسٍ عَنْ عَمْرِو بْنِ يَحْيَى عَنْ أَبِيهِ أَنَّهُ قَالَ لِعَبْدِ اللَّهِ بْنِ زَيْدِ بْنِ عَاصِمٍ وَهُوَ جَدُّ عَمْرِو بْنِ يَحْيَى هَلْ تَسْتَطِيعُ أَنْ تُرِيَنِي كَيْفَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَتَوَضَّأُ قَالَ عَبْدُ اللَّهِ بْنُ زَيْدٍ نَعَمْ فَدَعَا بِوَضُوءٍ فَأَفْرَغَ عَلَى يَدِهِ الْيُمْنَى فَغَسَلَ يَدَيْهِ مَرَّتَيْنِ ثُمَّ مَضْمَضَ وَاسْتَنْشَقَ ثَلَاثًا ثُمَّ غَسَلَ وَجْهَهُ ثَلَاثًا ثُمَّ غَسَلَ يَدَيْهِ مَرَّتَيْنِ مَرَّتَيْنِ إِلَى الْمِرْفَقَيْنِ ثُمَّ مَسَحَ رَأْسَهُ بِيَدَيْهِ فَأَقْبَلَ بِهِمَا وَأَدْبَرَ بَدَأَ بِمُقَدَّمِ رَأْسِهِ ثُمَّ ذَهَبَ بِهِمَا إِلَى قَفَاهُ ثُمَّ رَدَّهُمَا حَتَّى رَجَعَ إِلَى الْمَكَانِ الَّذِي بَدَأَ مِنْهُ ثُمَّ غَسَلَ رِجْلَيْهِ

“Amr ibn Yəhyə atasının ﵀ belə dediyini rəvayət etmişdir: “Amr ibn Yəhyənin babası olan Abdullah ibn Zeyd ibn Asimə ﵁ dedim: “Sən Allah Elçisinin ﷺ necə dəstəmaz almasını mənə göstərə bilərsənmi?” Abdullah ibn Zeyd: “Bəli!” dedi və bir qab su istədi. Suyu sağ əlinə töküb əllərini iki dəfə yudu, sonra ağzına və burnuna su alıb onları üç dəfə yaxaladı, sonra üzünü üç dəfə yudu, sonra əllərini dirsəklərinə qədər iki dəfə yudu, sonra başına əlləri ilə məsh çəkdi; qabaqdan - başının ön hissəsindən başladı və qafasının arxasına qədər apardı, sonra başladığı yerə qədər geri qaytardı. Sonra da ayaqlarını yudu”.”

Amr ibn Yəhyə atasından
Nəsəi, 98 (Təharət, 98)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَمْرِو بْنِ يَحْيَى ، عَنْ أَبِيهِ ، عَنْ عَبْدِ اللهِ بْنِ زَيْدٍ الَّذِي أُرِيَ النِّدَاءَ قَالَ : رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تَوَضَّأَ فَغَسَلَ وَجْهَهُ ثَلاَثًا وَيَدَيْهِ مَرَّتَيْنِ ، وَغَسَلَ رِجْلَيْهِ مَرَّتَيْنِ ، وَمَسَحَ بِرَأْسِهِ مَرَّتَيْنِ.

“Azanın necə verilməsini yuxusunda görən Abdullah ibn Zeyd ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ dəstəmaz aldığını gördüm. O, üç dəfə üzünü, iki dəfə qollarını, iki dəfə ayaqlarını yudu və iki dəfə də başını məsh etdi”.”

Abdullah ibn Zeyd
Nəsəi, 99 (Təharət, 99)Zəif

أَخْبَرَنَا الْحُسَيْنُ بْنُ حُرَيْثٍ ، قَالَ : حَدَّثَنَا الْفَضْلُ بْنُ مُوسَى ، عَنْ جُعَيْدِ بْنِ عَبْدِ الرَّحْمَنِ قَالَ : أَخْبَرَنِي عَبْدُ الْمَلِكِ بْنُ مَرْوَانَ بْنِ الْحَارِثِ بْنِ أَبِي ذُنَابٍ قَالَ : أَخْبَرَنِي أَبُو عَبْدِ اللهِ سَالِمٌ سَبَلاَنُ قَالَ : وَكَانَتْ عَائِشَةُ تَسْتَعْجِبُ بِأَمَانَتِهِ ، وَتَسْتَأْجِرُهُ فَأَرَتْنِي كَيْفَ كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَتَوَضَّأُ ، فَتَمَضْمَضَتْ وَاسْتَنْثَرَتْ ثَلاَثًا ، وَغَسَلَتْ وَجْهَهَا ثَلاَثًا ، ثُمَّ غَسَلَتْ يَدَهَا الْيُمْنَى ثَلاَثًا وَالْيُسْرَى ثَلاَثًا ، وَوَضَعَتْ يَدَهَا فِي مُقَدَّمِ رَأْسِهَا ، ثُمَّ مَسَحَتْ رَأْسَهَا مَسْحَةً وَاحِدَةً إِلَى مُؤَخَّرِهِ ، ثُمَّ أَمَرَّتْ يَدَهَا بِأُذُنَيْهَا ، ثُمَّ مَرَّتْ عَلَى الْخَدَّيْنِ قَالَ سَالِمٌ : كُنْتُ آتِيهَا مُكَاتَبًا مَا تَخْتَفِي مِنِّي ، فَتَجْلِسُ بَيْنَ يَدَيَّ وَتَتَحَدَّثُ مَعِي حَتَّى جِئْتُهَا ذَاتَ يَوْمٍ فَقُلْتُ : ادْعِي لِي بِالْبَرَكَةِ يَا أُمَّ الْمُؤْمِنِينَ . قَالَتْ : وَمَا ذَاكَ ؟ قُلْتُ : أَعْتَقَنِي اللَّهُ . قَالَتْ : بَارَكَ اللَّهُ لَكَ ، وَأَرْخَتِ الْحِجَابَ دُونِي ، فَلَمْ أَرَهَا بَعْدَ ذَلِكَ الْيَوْمِ.

“Rəvayət edilir ki, Əbu Abdullah Səlim Səbələn ﵀ demişdir: “Mən Aişənin pul müqabilində bəzi işləri görməyə əmanəti etibar etdiyi şəxslərdən idim. Bir gün o, bizə Allah Elçisinin ﷺ necə dəstəmaz almağını göstərdi. Ağzına və burnuna su alıb (onları) üç dəfə yaxaladı, üzünü üç dəfə yudu, sonra sağ əlini üç dəfə və sol əlini üç dəfə yudu, əlini başının ön tərəfinə qoyub başının arxasına apararaq bir dəfə məsh çəkdi. Sonra qulaqlarına məsh çəkdi, sonra bir dəfə yanaqlarına sürtdü”. Səlim dedi: “Aişə mənə dəstəmazı başa salanda mukatəbə (bir miqdar pul müqabilində iş görən, sonra azad olan) bir kölə idim. Aişə mənimlə pərdə arxasından danışmazdı. Mən onun qarşısında oturar və o, mənimlə danışardı. Bir gün onun yanına gəlib dedim: “Mənim üçün bərəkət istə, ey möminlərin anası!” O dedi: “Nə olub?” Mən ona dedim: “Allah məni köləlikdən azad edib”. O dedi: “Allah sənə bərəkət versin!” O, pərdəni mənimlə özü arasında örtdü. Mən bundan sonra Aişəni heç vaxt görmədim”.”

Əbu Abdullah Səlim Səbələn
Nəsəi, 100 (Təharət, 100)Səhih

أَخْبَرَنَا الْهَيْثَمُ بْنُ أَيُّوبَ الطَّالَقَانِيُّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنَا زَيْدُ بْنُ أَسْلَمَ ، عَنْ عَطَاءِ بْنِ يَسَارٍ ، عَنِ ابْنِ عَبَّاسٍ قَالَ : رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تَوَضَّأَ فَغَسَلَ يَدَيْهِ ، ثُمَّ تَمَضْمَضَ وَاسْتَنْشَقَ مِنْ غَرْفَةٍ وَاحِدَةٍ ، وَغَسَلَ وَجْهَهُ وَغَسَلَ يَدَيْهِ مَرَّةً مَرَّةً ، وَمَسَحَ بِرَأْسِهِ وَأُذُنَيْهِ مَرَّةً - قَالَ عَبْدُ الْعَزِيزِ : وَأَخْبَرَنِي مَنْ سَمِعَ ابْنَ عَجْلاَنَ يَقُولُ فِي ذَلِكَ : وَغَسَلَ رِجْلَيْهِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Mən Allah Elçisini ﷺ dəstəmaz alarkən gördüm. O, əllərini yudu, sonra bir ovuc su ilə ağzını və burnunu yaxaladı. Sonra üzünü və əllərini bir dəfə yudu, bir dəfə başına və qulaqlarına məsh çəkdi”. Hədisin ravilərindən biri Abdul-Əziz deyir: “Bunu mənə İbn Acləndən eşidən xəbər verərək dedi: “...və ayaqlarını yudu”.”

İbn Abbas
Nəsəi, 101 (Təharət, 101)Səhih

أَخْبَرَنَا مُجَاهِدُ بْنُ مُوسَى ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ إِدْرِيسَ ، قَالَ : حَدَّثَنَا ابْنُ عَجْلاَنَ ، عَنْ زَيْدِ بْنِ أَسْلَمَ ، عَنْ عَطَاءِ بْنِ يَسَارٍ ، عَنِ ابْنِ عَبَّاسٍ قَالَ : تَوَضَّأَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَغَرَفَ غَرْفَةً فَمَضْمَضَ وَاسْتَنْشَقَ ، ثُمَّ غَرَفَ غَرْفَةً فَغَسَلَ وَجْهَهُ ، ثُمَّ غَرَفَ غَرْفَةً فَغَسَلَ يَدَهُ الْيُمْنَى ، ثُمَّ غَرَفَ غَرْفَةً فَغَسَلَ يَدَهُ الْيُسْرَى ، ثُمَّ مَسَحَ بِرَأْسِهِ وَأُذُنَيْهِ بَاطِنِهِمَا بِالسَّبَّاحَتَيْنِ وَظَاهِرِهِمَا بَإِبْهَامَيْهِ ، ثُمَّ غَرَفَ غَرْفَةً فَغَسَلَ رِجْلَهُ الْيُمْنَى ، ثُمَّ غَرَفَ غَرْفَةً فَغَسَلَ رِجْلَهُ الْيُسْرَى.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ dəstəmaz aldı. O, bir ovuc su götürüb ağzını və burnunu yaxaladı. Sonra bir ovucla üzünü yudu, sonra bir ovucla sağ qolunu yudu, sonra bir ovucla sol qolunu yudu. Sonra başına və qulaqlarının içərisinə şəhadət barmağı ilə, qulaqlarının çölünə, (arxasına) isə baş barmağı ilə məsh çəkdi. Sonra bir ovucla sağ ayağını yudu, sonra da bir ovucla sol ayağını yudu”.”

İbn Abbas
Nəsəi, 102 (Təharət, 102)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ وَعُتْبَةُ بْنُ عَبْدِ اللهِ ، عَنْ مَالِكٍ ، عَنْ زَيْدِ بْنِ أَسْلَمَ ، عَنْ عَطَاءِ بْنِ يَسَارٍ ، عَنْ عَبْدِ اللهِ الصُّنَابِحِيّ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا تَوَضَّأَ الْعَبْدُ الْمُؤْمِنُ فَتَمَضْمَضَ خَرَجَتِ الْخَطَايَا مِنْ فِيهِ ، فَإِذَا اسْتَنْثَرَ خَرَجَتِ الْخَطَايَا مِنْ أَنْفِهِ ، فَإِذَا غَسَلَ وَجْهَهُ خَرَجْتِ الْخَطَايَا مِنْ وَجْهِهِ حَتَّى تَخْرُجَ مِنْ تَحْتِ أَشْفَارِ عَيْنَيْهِ ، فَإِذَا غَسَلَ يَدَيْهِ خَرَجَتِ الْخَطَايَا مِنْ يَدَيْهِ حَتَّى تَخْرُجَ مِنْ تَحْتِ أَظْفَارِ يَدَيْهِ ، فَإِذَا مَسَحَ بِرَأْسِهِ خَرَجَتِ الْخَطَايَا مِنْ رَأْسِهِ حَتَّى تَخْرُجَ مِنْ أُذُنَيْهِ ، فَإِذَا غَسَلَ رِجْلَيْهِ خَرَجَتِ الْخَطَايَا مِنْ رِجْلَيْهِ حَتَّى تَخْرُجَ مِنْ تَحْتِ أَظْفَارِ رِجْلَيْهِ ، ثُمَّ كَانَ مَشْيُهُ إِلَى الْمَسْجِدِ وَصَلاَتُهُ نَافِلَةً لَهُ قَالَ قُتَيْبَةُ : عَنِ الصُّنَابِحِيِّ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ.

“Abdullah əs-Sunabihi ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Mömin bir bəndə dəstəmaz aldıqda və ağzını yaxaladıqda günahları ağzından tökülər. Burnunu yaxaladıqda günahları burnundan tökülər. Üzünü yuduqda günahları üzündən tökülər, hətta (günahları) gözlərinin dibindən çıxar. Əllərini yuduqda günahları əl dırnaqlarının arasından tökülər. Başına məsh çəkdikdə günahları başından tökülər, hətta (günahları) qulaqlarından çıxar. Ayaqlarını yuduqda günahları ayağından tökülər, hətta (günahları) ayaq dırnaqlarının altından çıxar. Sonra məscidə piyada getməsi və namaz qılması onun üçün əlavə (savab) olar”. Hədisin ravilərindən biri Quteybə deyir: “Həqiqətən, Sunabihi bunu Peyğəmbərdən ﷺ rəvayət edərək demişdir”.”

Abdullah əs-Sunabihi
Nəsəi, 103 (Təharət, 103)Səhih

أَخْبَرَنَا الْحُسَيْنُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، حَدَّثَنَا الأَعْمَشُ (ح) وَأَنْبَأَنَا الْحُسَيْنُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ نُمَيْرٍ ، قَالَ : حَدَّثَنَا الأَعْمَشُ ، عَنِ الْحَكَمِ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي لَيْلَى ، عَنْ كَعْبِ بْنِ عُجْرَةَ ، عَنْ بِلاَلٍ قَالَ : رَأَيْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَمْسَحُ عَلَى الْخُفَّيْنِ وَالْخِمَارِ.

“Rəvayət edilir ki, Bilal ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ (dəstəmaz aldıqda) xufları üzərinə və baş geyiminə məsh çəkdiyini görmüşəm”.”

Bilal
Nəsəi, 104 (Təharət, 104)Səhih

وَأَخْبَرَنَا الْحُسَيْنُ بْنُ عَبْدِ الرَّحْمَنِ الْجَرْجَرَائِيُّ ، عَنْ طَلْقِ بْنِ غَنَّامٍ ، قَالَ : حَدَّثَنَا زَائِدَةُ وَحَفْصُ بْنُ غِيَاثٍ ، عَنِ الأَعْمَشِ ، عَنِ الْحَكَمِ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي لَيْلَى ، عَنِ الْبَرَاءِ بْنِ عَازِبٍ ، عَنْ بِلاَلٍ قَالَ : رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَمْسَحُ عَلَى الْخُفَّيْنِ.

“Rəvayət edilir ki, Bilal ﵁ demişdir: “Mən Allah Elçisini ﷺ (dəstəmaz aldıqda) xufları üzərinə məsh çəkərkən görmüşəm”.”

Bilal
Nəsəi, 105 (Təharət, 105)Səhih

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ وَكِيعٍ ، عَنْ شُعْبَةَ ، عَنِ الْحَكَمِ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي لَيْلَى ، عَنْ بِلاَلٍ قَالَ : رَأَيْتُ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَمْسَحُ عَلَى الْخِمَارِ وَالْخُفَّيْنِ.

“Rəvayət edilir ki, Bilal ﵁ demişdir: “Mən Allah Elçisini ﷺ (dəstəmaz aldıqda) baş geyiminə və xufları üzərinə məsh çəkərkən görmüşəm”.”

Bilal
Nəsəi, 106 (Təharət, 106)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ قَالَ : حَدَّثَنِي يَحْيَى بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا سُلَيْمَانُ التَّيْمِيُّ ، قَالَ : حَدَّثَنَا بَكْرُ بْنُ عَبْدِ اللهِ الْمُزَنِيُّ ، عَنِ الْحَسَنِ ، عَنِ ابْنِ الْمُغِيرَةِ بْنِ شُعْبَةَ ، عَنِ الْمُغِيرَةِ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تَوَضَّأَ فَمَسَحَ نَاصِيَتَهُ وَعِمَامَتَهُ وَعَلَى الْخُفَّيْنِ قَالَ بَكْرٌ : وَقَدْ سَمِعْتُهُ مِنَ ابْنِ الْمُغِيرَةِ بْنِ شُعْبَةَ ، عَنْ أَبِيهِ

“Muğira ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ dəstəmaz aldı, kəkilinə (alnının yuxarı hissəsinə), əmmaməsinə və xuflarının üzərinə məsh çəkdi.”

Muğira
Nəsəi, 107 (Təharət, 107)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ وَحُمَيْدُ بْنُ مَسْعَدَةَ ، عَنْ يَزِيدَ وَهُوَ ابْنُ زُرَيْعٍ ، قَالَ : حَدَّثَنَا حُمَيْدٌ ، قَالَ : حَدَّثَنَا بَكْرُ بْنُ عَبْدِ اللهِ الْمُزَنِيُّ ، عَنْ حَمْزَةَ بْنِ الْمُغِيرَةِ بْنِ شُعْبَةَ ، عَنْ أَبِيهِ قَالَ : تَخَلَّفَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَتَخَلَّفْتُ مَعَهُ ، فَلَمَّا قَضَى حَاجَتَهُ قَالَ : أَمَعَكَ مَاءٌ ؟ فَأَتَيْتُهُ بِمَطْهَرَةٍ فَغَسَلَ يَدَيْهِ وَغَسَلَ وَجْهَهُ ، ثُمَّ ذَهَبَ يَحْسِرُ عَنْ ذِرَاعَيْهِ ، فَضَاقَ كُمُّ الْجُبَّةِ ، فَأَلْقَاهُ عَلَى مَنْكِبَيْهِ ، فَغَسَلَ ذِرَاعَيْهِ ، وَمَسَحَ بِنَاصِيَتِهِ وَعَلَى الْعِمَامَةِ وَعَلَى خُفَّيْهِ.

“Həmzə ibn Muğira ibn Şöbə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ səfərdə ikən camaatdan geri qaldı. O, təbii ehtiyacını ödədikdən sonra mənə dedi: “Yanında su varmı?” Mən ona su gətirdim. O, əllərini və üzünü yudu, sonra dirsəklərini açmağa başladı və cübbəsinin qolları dar olduğu üçün onu (cübbənin bir hissəsini çıxarıb) çiyninə qoyub dirsəklərini yudu. Kəkilinə (alnının yuxarı hissəsinə), əmmaməyə və xuflarına məsh çəkdi”.”

Həmzə ibn Muğira ibn Şöbə atasından
Nəsəi, 108 (Təharət, 108)Səhih

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا هُشَيْمٌ قَالَ : أَخْبَرَنَا يُونُسُ بْنُ عُبَيْدٍ ، عَنِ ابْنِ سِيرِينَ قَالَ : أَخْبَرَنِي عَمْرُو بْنُ وَهْبٍ الثَّقَفِيُّ قَالَ : سَمِعْتُ الْمُغِيرَةَ بْنَ شُعْبَةَ قَالَ : خَصْلَتَانِ لاَ أَسْأَلُ عَنْهُمَا أَحَدًا بَعْدَ مَا شَهِدْتُ مِنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : كُنَّا مَعَهُ فِي سَفَرٍ ، فَبَرَزَ لِحَاجَتِهِ ، ثُمَّ جَاءَ فَتَوَضَّأَ ، وَمَسَحَ بِنَاصِيَتِهِ وَجَانِبَيْ عِمَامَتِهِ ، وَمَسَحَ عَلَى خُفَّيْهِ قَالَ : وَصَلاَةُ الإِمَامِ خَلْفَ الرَّجُلِ مِنْ رَعِيَّتِهِ ، فَشَهِدْتُ مِنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ كَانَ فِي سَفَرٍ فَحَضَرَتِ الصَّلاَةُ ، فَاحْتَبَسَ عَلَيْهِمُ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَقَامُوا الصَّلاَةَ وَقَدَّمُوا ابْنَ عَوْفٍ فَصَلَّى بِهِمْ فَجَاءَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَصَلَّى خَلْفَ ابْنِ عَوْفٍ مَا بَقِيَ مِنَ الصَّلاَةِ فَلَمَّا سَلَّمَ ابْنُ عَوْفٍ قَامَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَضَى مَا سُبِقَ بِهِ.

“Rəvayət edilir ki, Amr ibn Vəhb əs-Səqafi ﵀ demişdir: “Mən Muğira ibn Şöbənin belə dediyini eşitdim: “İki xislət var ki, Peyğəmbərdə ﷺ müşahidə etdikdən sonra onları heç kimdən soruşmadım. (Birincisi), biz Peyğəmbərlə ﷺ birlikdə səfərdə idik. O, təbii ehtiyacını ödəmək üçün uzaqlaşdı. Sonra gəlib dəstəmaz aldı. Kəkilinə, əmmaməsinə və xuflarına məsh çəkdi. (İkincisi), rəhbərin öz rəiyyətindən olan bir kişinin arxasında namaz qılması. Mən Allah Elçisinin ﷺ səfərdə olduğuna şahid oldum. Artıq namaz daxil olmuşdu. Peyğəmbər ﷺ müəyyən səbəbə görə camaatdan uzaqlaşmışdı. (İnsanlar) artıq namaza başlamış və İbn Aufu imam təyin etmişdilər. Allah Elçisi ﷺ gəlib İbn Aufun arxasında namaz qıldı. Namazdan ötürdüyü (çatmadığı) hissəni isə qalxıb özü qıldı”.”

Amr ibn Vəhb əs-Səqafi
Nəsəi, 109 (Təharət, 109)Səhih

أَخْبَرَنَا قُتَيْبَةَ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ ، عَنْ شُعْبَةَ (ح) وَأَنْبَأَنَا مُؤَمَّلُ بْنُ هِشَامٍ ، قَالَ : حَدَّثَنَا إِسْمَاعِيلُ ، عَنْ شُعْبَةَ ، عَنْ مُحَمَّدِ بْنِ زِيَادٍ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : قَالَ أَبُو الْقَاسِمِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : وَيْلٌ لِلْعَقِبِ مِنَ النَّارِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Əbul-Qasim (yəni Peyğəmbər ﷺ) buyurdu: “(Dəstəmaz aldıqda yuyulmadığına görə) atəşə girən topuqların vay halına!””

Əbu Hureyra
Nəsəi, 110 (Təharət, 110)Səhih

أَخْبَرَنَا مَحْمُودُ بْنُ غَيْلاَنَ ، قَالَ : حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا سُفْيَانُ (ح) وَأَنْبَأَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ وَاللَّفْظُ لَهُ ، عَنْ مَنْصُورٍ ، عَنْ هِلاَلِ بْنِ يِسَافٍ ، عَنْ أَبِي يَحْيَى ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو قَالَ : رَأَى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَوْمًا يَتَوَضَّئُونَ ، فَرَأَى أَعْقَابَهُمْ تَلُوحُ فَقَالَ : وَيْلٌ لِلأَعْقَابِ مِنَ النَّارِ أَسْبِغُوا الْوُضُوءَ.

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Allah Elçisi ﷺ bir camaatın dəstəmaz aldığını, onların topuqlarının quru qaldığını (tam yuyulmadığını) gördü və dedi: “(Dəstəmaz aldıqda yuyulmadığına görə) atəşə girən topuqların vay halına! Dəstəmazı tam (gözəl şəkildə) alın!””

Abdullah ibn Amr
Nəsəi, 111 (Təharət, 111)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ قَالَ : أَخْبَرَنِي الأَشْعَثُ قَالَ : سَمِعْتُ أَبِي يُحَدِّثُ ، عَنْ مَسْرُوقٍ ، عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا وَذَكَرَتْ : أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُحِبُّ التَّيَامُنَ مَا اسْتَطَاعَ فِي طُهُورِهِ وَنَعْلِهِ وَتَرَجُّلِهِ قَالَ شُعْبَةُ : ثُمَّ سَمِعْتُ الأَشْعَثَ بِوَاسِطَ يَقُولُ : يُحِبُّ التَّيَامُنَ ، فَذَكَرَ شَأْنَهُ كُلَّهُ ، ثُمَّ سَمِعْتُهُ بِالْكُوفَةِ يَقُولُ : يُحِبُّ التَّيَامُنَ مَا اسْتَطَاعَ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Həqiqətən, Allah Elçisi ﷺ dəstəmaz alanda, ayaqqabı geyəndə və saçını darayanda bacardığı qədər sağ tərəflə başlamağı sevərdi”. Hədisin ravilərindən biri Şöbə ﵀ dedi: “Sonra Vasitdən olan əl-Əşəsin belə dediyini eşitdim: “Sağla başlamağı sevərdi...” O, bütün işləri zikr etdi”. Sonra eşitdim ki, o, Kufədə belə deyir: “Bacardığı qədər sağ tərəflə başlamağı sevərdi”.”

Aişə
Nəsəi, 112 (Təharət, 112)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ قَالَ : أَخْبَرَنِي أَبُو جَعْفَرٍ الْمَدَنِيُّ قَالَ : سَمِعْتُ ابْنَ عُثْمَانَ بْنِ حُنَيْفٍ يَعْنِي عُمَارَةَ قَالَ : حَدَّثَنِي الْقَيْسِيُّ : أَنَّهُ كَانَ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي سَفَرٍ ، فَأُتِيَ بِمَاءٍ فَقَالَ عَلَى يَدَيْهِ مِنَ الإِنَاءِ فَغَسَلَهُمَا مَرَّةً ، وَغَسَلَ وَجْهَهُ وَذِرَاعَيْهِ مَرَّةً مَرَّةً ، وَغَسَلَ رِجْلَيْهِ بِيَمِينِهِ كِلْتَاهُمَا.

“Qeys ﵁ rəvayət edir ki, bir dəfə o, Allah Elçisi ﷺ ilə səfərdə idi. Peyğəmbərə ﷺ dəstəmaz almaq üçün su gətirildi. Qabdan əllərinə su tökdü və onları bir dəfə yudu. Üzünü və qollarını da bir dəfə yudu. Sonra hər iki ayağını sağ əli ilə yudu.”

Qeys
Nəsəi, 113 (Təharət, 113)Zəif

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : حَدَّثَنِي يَحْيَى بْنُ سُلَيْمٍ ، عَنْ إِسْمَاعِيلَ بْنِ كَثِيرٍ وَكَانَ يُكْنَى أَبَا هَاشِمٍ (ح) وَأَنْبَأَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ آدَمَ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ أَبِي هَاشِمٍ ، عَنْ عَاصِمِ بْنِ لَقِيطٍ ، عَنْ أَبِيهِ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا تَوَضَّأْتَ فَأَسْبِغِ الْوُضُوءَ وَخَلِّلْ بَيْنَ الأَصَابِعِ.

“Asim ibn Ləqit atasının ﵁ belə dediyini rəvayət edir: “Allah Elçisi ﷺ belə dedi: “Dəstəmaz aldıqda dəstəmazı tam (gözəl şəkildə) alın və barmaqların arasını ovuşdurub yuyun!””

Asim ibn Ləqit atasından
Nəsəi, 114 (Təharət, 114)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ آدَمَ ، عَنِ ابْنِ أَبِي زَائِدَةَ قَالَ : حَدَّثَنِي أَبِي ، وَغَيْرُهُ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ أَبِي حَيَّةَ الْوَادِعِيِّ قَالَ : رَأَيْتُ عَلِيًّا تَوَضَّأَ فَغَسَلَ كَفَّيْهِ ثَلاَثًا وَتَمَضْمَضَ وَاسْتَنْشَقَ ثَلاَثًا ، وَغَسَلَ وَجْهَهُ ثَلاَثًا ، وَذِرَاعَيْهِ ثَلاَثًا ثَلاَثًا وَمَسَحَ بِرَأْسِهِ ، وَغَسَلَ رِجْلَيْهِ ثَلاَثًا ثَلاَثًا . ثُمَّ قَالَ : هَذَا وُضُوءُ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Əbu Həyyə əl-Vadii ﵀ demişdir: “Əlini dəstəmaz alarkən gördüm. O, əllərini üç dəfə yudu, ağzını və burnunu üç dəfə yaxaladı, üzünü üç dəfə yudu, qollarını üç dəfə yudu, başına məsh çəkdi və ayaqlarını üç dəfə yudu, sonra da dedi: “Bu, Allah Elçisinin ﷺ aldığı dəstəmazdır”.”

Əbu Həyyə əl-Vadii
Nəsəi, 115 (Təharət, 115)Səhih

أََخْبَرَنَا أَحْمَدُ بْنُ عَمْرِو بْنِ السَّرْحِ وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ وَاللَّفْظُ لَهُ ، عَنِ ابْنِ وَهْبٍ ، عَنْ يُونُسَ ، عَنِ ابْنِ شِهَابٍ ، أَنَّ عَطَاءَ بْنَ يَزِيدَ اللَّيْثِيَّ ، أَخْبَرَهُ أَنَّ حُمْرَانَ مَوْلَى عُثْمَانَ أَخْبَرَهُ : أَنَّ عُثْمَانَ دَعَا بِوَضُوءٍ فَتَوَضَّأَ فَغَسَلَ كَفَّيْهِ ثَلاَثَ مَرَّاتٍ ، ثُمَّ مَضْمَضَ وَاسْتَنْشَقَ ، ثُمَّ غَسَلَ وَجْهَهُ ثَلاَثَ مَرَّاتٍ ، ثُمَّ غَسَلَ يَدَهُ الْيُمْنَى إِلَى الْمِرْفَقِ ثَلاَثَ مَرَّاتٍ ، ثُمَّ غَسَلَ يَدَهُ الْيُسْرَى مِثْلَ ذَلِكَ ، ثُمَّ مَسَحَ بِرَأْسِهِ ، ثُمَّ غَسَلَ رِجْلَهُ الْيُمْنَى إِلَى الْكَعْبَيْنِ ثَلاَثَ مَرَّاتٍ ، ثُمَّ غَسَلَ رِجْلَهُ الْيُسْرَى مِثْلَ ذَلِكَ . ثُمَّ قَالَ : رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تَوَضَّأَ نَحْوَ وُضُوئِي هَذَا . ثُمَّ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَنْ تَوَضَّأَ نَحْوَ وُضُوئِي هَذَا ثُمَّ قَامَ فَرَكَعَ رَكْعَتَيْنِ لاَ يُحَدِّثُ فِيهِمَا نَفْسَهُ غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ.

“Rəvayət edilir ki, Osmanın ﵁ azad etdiyi köləsi (mövlası) Humran ﵀ demişdir: “Bir dəfə Osman su gətizdirdi və dəstəmaz aldı. Əvvəlcə əllərini üç dəfə yudu, sonra həm ağzını yaxaladı, həm də burnunun içini yudu, sonra üç dəfə üzünü yudu, sonra üç dəfə sağ qolunu dirsəyə qədər yudu, sonra da sol qolunu eyni qaydada yudu, sonra başına məsh çəkdi, sonra üç dəfə sağ ayağını topuğa qədər yudu, sonra da sol ayağını eyni qaydada yudu, sonra da belə dedi: “Mən Allah Elçisinin ﷺ mənim dəstəmaz aldığım kimi dəstəmaz aldığını görmüşəm”. Sonra Osman dedi: “Allah Elçisi ﷺ buyurdu: “Hər kim mənim dəstəmaz aldığım kimi dəstəmaz alar, sonra qalxıb iki rükət namaz qılar və namaz əsnasında heç bir şey haqda düşünməzsə, onun keçmiş günahları bağışlanar”.”

Osman
Nəsəi, 116 (Təharət, 116)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْعَلاَءِ ، قَالَ : حَدَّثَنَا ابْنُ إِدْرِيسَ ، عَنْ عُبَيْدِ اللهِ وَمَالِكٍ وَابْنِ جُرَيْجٍ ، عَنِ الْمَقْبُرِيِّ ، عَنْ عُبَيْدِ بْنِ جُرَيْجٍ قَالَ : قُلْتُ لاِبْنِ عُمَرَ : رَأَيْتُكَ تَلْبَسُ هَذِهِ النِّعَالَ السِّبْتِيَّةَ وَتَتَوَضَّأُ فِيهَا . قَالَ : رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَلْبَسُهَا وَيَتَوَضَّأُ فِيهَا.

“Rəvayət edilir ki, Ubeyd ibn Cureyc ﵀ demişdir: “Mən İbn Ömərə dedim: “Mən görürəm ki, sən bu səndəli geyinib onlarda dəstəmaz alırsan”. İbn Ömər dedi: “Mən Allah Elçisinin ﷺ bunları geyindiyini və dəstəmaz aldığını görmüşəm”.”

Ubeyd ibn Cureyc
Nəsəi, 117 (Təharət, 117)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا حَفْصٌ ، عَنِ الأَعْمَشِ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ هَمَّامٍ ، عَنْ جَرِيرِ بْنِ عَبْدِ اللهِ : أَنَّهُ تَوَضَّأَ وَمَسَحَ عَلَى خُفَّيْهِ فَقِيلَ لَهُ : أَتَمْسَحُ ؟ فَقَالَ : قَدْ رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَمْسَحُ وَكَانَ أَصْحَابُ عَبْدِ اللهِ يُعْجِبُهُمْ قَوْلُ جَرِيرٍ وَكَانَ إِسْلاَمُ جَرِيرٍ قَبْلَ مَوْتِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِيَسِيرٍ

“Rəvayət edilir ki, Cərir ibn Abdullah ﵁ dəstəmaz aldı və xuflarına məsh çəkdi. Ona dedilər: “Sən (xuflara) məsh çəkirsən?” O dedi: “Mən Allah Elçisini ﷺ (xufların) üzərinə məsh çəkən görmüşəm”. Abdullahın yoldaşları Cəririn bu kəlməsinə təəccüb etdilər. Cəririn İslamı qəbul etməsi Peyğəmbərin ﷺ ölümündən qabaq idi.”

Cərir ibn Abdullah
Nəsəi, 118 (Təharət, 118)Səhih

أَخْبَرَنَا الْعَبَّاسُ بْنُ عَبْدِ الْعَظِيمِ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا حَرْبُ بْنُ شَدَّادٍ ، عَنْ يَحْيَى بْنِ أَبِي كَثِيرٍ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ جَعْفَرِ بْنِ عَمْرِو بْنِ أُمَيَّةَ الضَّمْرِيِّ ، عَنْ أَبِيهِ : أَنَّهُ رَأَى رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تَوَضَّأَ وَمَسَحَ عَلَى الْخُفَّيْنِ.

“Cəfər ibn Amr ibn Umeyyə əd-Damri atasından ﵁ rəvayət edir ki, (atası) Allah Elçisinin ﷺ dəstəmaz aldığını və xuflarının üzərinə məsh çəkdiyini görmüşdür.”

Cəfər ibn Amr ibn Umeyyə əd-Damri atasından
Nəsəi, 119 (Təharət, 119)Səhih

أَخْبَرَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ إِبْرَاهِيمَ دُحَيْمٌ وَسُلَيْمَانُ بْنُ دَاوُدَ وَاللَّفْظُ لَهُ ، عَنِ ابْنِ نَافِعٍ ، عَنْ دَاوُدَ بْنِ قَيْسٍ ، عَنْ زَيْدِ بْنِ أَسْلَمَ ، عَنْ عَطَاءِ بْنِ يَسَارٍ ، عَنْ أُسَامَةَ بْنِ زَيْدٍ قَالَ : دَخَلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَبِلاَلٌ الأَسْوَاقَ فَذَهَبَ لِحَاجَتِهِ ، ثُمَّ خَرَجَ قَالَ أُسَامَةُ : فَسَأَلْتُ بِلاَلاً مَا صَنَعَ ؟ فَقَالَ بِلاَلٌ : ذَهَبَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِحَاجَتِهِ ، ثُمَّ تَوَضَّأَ فَغَسَلَ وَجْهَهُ وَيَدَيْهِ ، وَمَسَحَ بِرَأْسِهِ وَمَسَحَ عَلَى الْخُفَّيْنِ ، ثُمَّ صَلَّى.

“Rəvayət edilir ki, Usamə ibn Zeyd ﵁ demişdir: “Allah Elçisi ﷺ və Bilal bazara daxil oldular. Allah Elçisi ﷺ təbii ehtiyacını ödəmək üçün getdi və sonra qayıtdı. Usamə dedi: “Mən Bilaldan soruşdum: “Allah Elçisi ﷺ nə etdi?” Bilal dedi: “Allah Elçisi ﷺ təbii ehtiyacını ödəmək üçün getdi, sonra dəstəmaz aldı, üzünü və əllərini yudu, başına və xuflarına məsh çəkdi, sonra da namaz qıldı”.”

Usamə ibn Zeyd
Nəsəi, 120 (Təharət, 120)Həsən

أَخْبَرَنَا سُلَيْمَانُ بْنُ دَاوُدَ وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ وَاللَّفْظُ لَهُ ، عَنِ ابْنِ وَهْبٍ ، عَنْ عَمْرِو بْنِ الْحَارِثِ ، عَنْ أَبِي النَّضْرِ ، عَنْ أَبِي سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ سَعْدِ بْنِ أَبِي وَقَّاصٍ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَنَّهُ مَسَحَ عَلَى الْخُفَّيْنِ.

“Səd ibn Əbu Vaqqas ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ dəstəmaz aldıqda xuflarının üzərinə məsh çəkmişdir.”

Səd ibn Əbu Vaqqas
Nəsəi, 121 (Təharət, 121)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا إِسْمَاعِيلُ وَهُوَ ابْنُ جَعْفَرٍ ، عَنْ مُوسَى بْنِ عُقْبَةَ ، عَنْ أَبِي النَّضْرِ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ سَعْدِ بْنِ أَبِي وَقَّاصٍ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : فِي الْمَسْحِ عَلَى الْخُفَّيْنِ أَنَّهُ لاَ بَأْسَ بِهِ.

“Səd ibn Əbu Vaqqas ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ dəstəmaz aldıqda xuflarının üzərinə məsh çəkdi. Bunda bir eyib yoxdur.”

Səd ibn Əbu Vaqqas
Nəsəi, 122 (Təharət, 122)Səhih

أَخْبَرَنَا عَلِيُّ بْنُ خَشْرَمٍ ، قَالَ : حَدَّثَنَا عِيسَى ، عَنِ الأَعْمَشِ ، عَنْ مُسْلِمٍ ، عَنْ مَسْرُوقٍ ، عَنِ الْمُغِيرَةِ بْنِ شُعْبَةَ قَالَ : خَرَجَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِحَاجَتِهِ ، فَلَمَّا رَجَعَ تَلَقَّيْتُهُ بِإِدَاوَةٍ فَصَبَبْتُ عَلَيْهِ فَغَسَلَ يَدَيْهِ ، ثُمَّ غَسَلَ وَجْهَهُ ، ثُمَّ ذَهَبَ لِيَغْسِلَ ذِرَاعَيْهِ فَضَاقَتْ بِهِ الْجُبَّةُ ، فَأَخْرَجَهُمَا مِنْ أَسْفَلِ الْجُبَّةِ فَغَسَلَهُمَا ، وَمَسَحَ عَلَى خُفَّيْهِ ، ثُمَّ صَلَّى بِنَا.

“Rəvayət edilir ki, əl-Muğira ibn Şöbə ﵁ demişdir: “Peyğəmbər ﷺ təbii ehtiyacını ödəmək üçün çıxdı, qayıtdığı vaxt isə mən onu bir qab su ilə qarşıladım. Onun üçün su tökdüm və o, əllərini yudu, sonra üzünü yudu. Sonra qollarının dirsəyə qədər olan hissəsini yumaq istədi, lakin cübbəsi dar olduğu üçün qollarını cübbəsinin altından çıxarıb yudu və xufları üzərinə məsh çəkdi. Sonra isə bizə namaz qıldırdı”.”

əl-Muğira ibn Şöbə
Nəsəi, 123 (Təharət, 123)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنْ يَحْيَى ، عَنْ سَعْدِ بْنِ إِبْرَاهِيمَ ، عَنْ نَافِعِ بْنِ جُبَيْرٍ ، عَنْ عُرْوَةَ بْنِ الْمُغِيرَةِ ، عَنْ أَبِيهِ الْمُغِيرَةِ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَنَّهُ خَرَجَ لِحَاجَتِهِ ، فَاتَّبَعَهُ الْمُغِيرَةُ بِإِدَاوَةٍ فِيهَا مَاءٌ ، فَصَبَّ عَلَيْهِ حَتَّى فَرَغَ مِنْ حَاجَتِهِ ، فَتَوَضَّأَ وَمَسَحَ عَلَى الْخُفَّيْنِ.

“Urva ibn əl-Muğira atası əl-Muğiradan ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ təbii ehtiyacını ödəmək üçün çıxdı, əl-Muğira da bir qab su ilə onun ardı ilə getdi. Onun üçün su tökdü, o da dəstəmaz aldı və xufları üzərinə məsh çəkdi.”

əl-Muğira
Nəsəi, 124 (Təharət, 124)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ قَالَ : سَمِعْتُ إِسْمَاعِيلَ بْنَ مُحَمَّدِ بْنِ سَعْدٍ قَالَ : سَمِعْتُ حَمْزَةَ بْنَ الْمُغِيرَةِ بْنِ شُعْبَةَ يُحَدِّثُ ، عَنْ أَبِيهِ قَالَ : كُنْتُ مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي سَفَرٍ فَقَالَ : تَخَلَّفْ يَا مُغِيرَةُ وَامْضُوا أَيُّهَا النَّاسُ . فَتَخَلَّفْتُ وَمَعِي إِدَاوَةٌ مِنْ مَاءٍ وَمَضَى النَّاسُ ، فَذَهَبَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِحَاجَتِهِ ، فَلَمَّا رَجَعَ ذَهَبْتُ أَصُبُّ عَلَيْهِ ، وَعَلَيْهِ جُبَّةٌ رُومِيَّةٌ ضَيِّقَةُ الْكُمَّيْنِ ، فَأَرَادَ أَنْ يُخْرِجَ يَدَهُ مِنْهَا فَضَاقَتْ عَلَيْهِ ، فَأَخْرَجَ يَدَهُ مِنْ تَحْتِ الْجُبَّةِ فَغَسَلَ وَجْهَهُ وَيَدَيْهِ ، وَمَسَحَ بِرَأْسِهِ ، وَمَسَحَ عَلَى خُفَّيْهِ.

“Həmzə ibn əl-Muğira ibn Şöbə atasının ﵁ belə dediyini söyləmişdir: “Peyğəmbərlə ﷺ birlikdə səfərdə idim. O dedi: “Ey Muğira, geri qal, qoy insanlar getsin!” Mən də geri qaldım, yanımda bir qab su var idi. İnsanlar isə uzaqlaşdılar. Allah Elçisi ﷺ təbii ehtiyacını ödəmək üçün getdi. Qayıtdıqda mən onun əlinə su tökdüm. Onun üzərində bilək hissəsindən dar olan Rum cübbəsi var idi. Peyğəmbər ﷺ əlini çırmalamaq istədi, lakin onun qolları dar idi. O, cübbənin altından əllərini çıxarıb üzünü və əllərini yudu, başına və xuflarına da məsh çəkdi”.”

Həmzə ibn əl-Muğira ibn Şöbə atasından
Nəsəi, 125 (Təharət, 125)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، حَدَّثَنَا وَكِيعٌ ، أَنْبَأَنَا سُفْيَانُ ، عَنْ أَبِي قَيْسٍ ، عَنْ هُزَيْلِ بْنِ شُرَحْبِيلَ ، عَنِ الْمُغِيرَةِ بْنِ شُعْبَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَسَحَ عَلَى الْجَوْرَبَيْنِ وَالنَّعْلَيْنِ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : مَا نَعْلَمُ أَحَدًا تَابَعَ أَبَا قَيْسٍ عَلَى هَذِهِ الرِّوَايَةِ ، وَالصَّحِيحُ عَنِ الْمُغِيرَةِ ، أَنَّ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَسَحَ عَلَى الْخُفَّيْنِ

“əl-Muğira ibn Şöbə ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ dəstəmaz aldıqda corablarının və səndəllərinin üzərinə məsh çəkdi.”

əl-Muğira ibn Şöbə
Nəsəi, 125m (Təharət, 125m)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَاصِمٍ ، عَنْ زِرٍّ ، عَنْ صَفْوَانَ بْنِ عَسَّالٍ قَالَ : رَخَّصَ لَنَا النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا كُنَّا مُسَافِرِينَ أَنْ لاَ نَنْزِعَ خِفَافَنَا ثَلاَثَةَ أَيَّامٍ وَلَيَالِيَهُنَّ.

“Rəvayət edilir ki, Safvən ibn Assal ﵁ demişdir: “Biz səfərdə olarkən Peyğəmbər ﷺ xufları çıxarmamaq şərtilə onların üzərinə üç gün-üç gecə ərzində məsh çəkməyə icazə verdi”.”

Safvən ibn Assal
Nəsəi, 126 (Təharət, 126)Həsən

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ الرُّهَاوِيُّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ آدَمَ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ الثَّوْرِيُّ وَمَالِكُ بْنُ مِغْوَلٍ وَزُهَيْرٌ وَأَبُو بَكْرِ بْنُ عَيَّاشٍ وَسُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ عَاصِمٍ ، عَنْ زِرٍّ قَالَ : سَأَلْتُ صَفْوَانَ بْنَ عَسَّالٍ عَنِ الْمَسْحِ عَلَى الْخُفَّيْنِ فَقَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَأْمُرُنَا إِذَا كُنَّا مُسَافِرِينَ أَنْ نَمْسَحَ عَلَى خِفَافِنَا وَلاَ نَنْزِعَهَا ثَلاَثَةَ أَيَّامٍ مِنْ غَائِطٍ وَبَوْلٍ وَنَوْمٍ إِلاَّ مِنْ جَنَابَةٍ.

“Rəvayət edilir ki, Zirr ﵀ demişdir: “Safvən ibn Assala xuflar üzərinə məsh çəkmək haqda sual verdim. O dedi: “Allah Elçisi ﷺ bizə səfərdə olarkən cənabət halından başqa böyük və kiçik subaşına çıxmaq və yatmaq daxil olmaqla xuflarımızı çıxarmamaq şərtilə onlara üç gün məsh çəkməyə icazə verdi”.”

Zirr
Nəsəi, 127 (Təharət, 127)Həsən

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنَا عَبْدُ الرَّزَّاقِ قَالَ : أَنْبَأَنَا الثَّوْرِيُّ ، عَنْ عَمْرِو بْنِ قَيْسٍ الْمُلاَئِيِّ ، عَنِ الْحَكَمِ بْنِ عُتَيْبَةَ ، عَنِ الْقَاسِمِ بْنِ مُخَيْمِرَةَ ، عَنْ شُرَيْحِ بْنِ هَانِئٍ ، عَنْ عَلِيٍّ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ : جَعَلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِلْمُسَافِرِ ثَلاَثَةَ أَيَّامٍ وَلَيَالِيَهُنَّ ، وَيَوْمًا وَلَيْلَةً لِلْمُقِيمِ - يَعْنِي فِي الْمَسْحِ -.

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Allah Elçisi ﷺ müsafir üçün üç gün-üç gecə, səfərdə olmayan üçün isə bir gün-bir gecə məsh çəkməyə icazə verdi”.”

Əli
Nəsəi, 128 (Təharət, 128)Səhih

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ أَبِي مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنِ الْحَكَمِ ، عَنِ الْقَاسِمِ بْنِ مُخَيْمِرَةَ ، عَنْ شُرَيْحِ بْنِ هَانِئٍ قَالَ : سَأَلْتُ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا عَنِ الْمَسْحِ عَلَى الْخُفَّيْنِ فَقَالَتْ : ائْتِ عَلِيًّا ؛ فَإِنَّهُ أَعْلَمُ بِذَلِكَ مِنِّي . فَأَتَيْتُ عَلِيًّا فَسَأَلْتُهُ عَنِ الْمَسْحِ ، فَقَالَ كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَأْمُرُنَا أَنْ يَمْسَحَ الْمُقِيمُ يَوْمًا وَلَيْلَةً ، وَالْمُسَافِرُ ثَلاَثًا.

“Rəvayət edilir ki, Şureyh ibn Hani ﵀ demişdir: “Aişədən ﵂ xufların üzərinə məsh çəkmək haqda soruşdum. O dedi: “Əlidən soruş, çünki o, bunu məndən daha yaxşı bilir”. Əlinin yanına gəldim və ondan məsh haqda soruşdum. O dedi: “Allah Elçisi ﷺ dəstəmaz alarkən məsh çəkmək üçün səfərdə olmayana bir gün-bir gecə, müsafirə isə üç gün-üç gecə məsh çəkməyi əmr etmişdir”.”

Şureyh ibn Hani
Nəsəi, 129 (Təharət, 129)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا بَهْزُ بْنُ أَسَدٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَبْدِ الْمَلِكِ بْنِ مَيْسَرَةَ قَالَ : سَمِعْتُ النَّزَّالَ بْنَ سَبْرَةَ قَالَ : رَأَيْتُ عَلِيًّا رَضِيَ اللَّهُ عَنْهُ صَلَّى الظُّهْرَ ، ثُمَّ قَعَدَ لِحَوَائِجِ النَّاسِ ، فَلَمَّا حَضَرَتِ الْعَصْرُ أُتِيَ بِتَوْرٍ مِنْ مَاءٍ ، فَأَخَذَ مِنْهُ كَفًّا فَمَسَحَ بِهِ وَجْهَهُ وَذِرَاعَيْهِ وَرَأْسَهُ وَرِجْلَيْهِ ، ثُمَّ أَخَذَ فَضْلَهُ فَشَرِبَ قَائِمًا ، وَقَالَ : إِنَّ نَاسًا يَكْرَهُونَ هَذَا ، وَقَدْ رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَفْعَلُهُ وَهَذَا وُضُوءُ مَنْ لَمْ يُحْدِثْ.

“Rəvayət edilir ki, Abdul-Məlik ibn Meysəra ﵀ demişdir: “ən-Nəzzəl ibn Səbranın belə dediyini eşitdim: “Əlinin ﵁ Zöhr namazını qıldığını gördüm, sonra insanların ehtiyaclarını dinləmək üçün oturdu. Əsr namazının vaxtı girdikdə ona bir qab su gətirdilər, o da həmin sudan bir ovuc götürüb üzünü, qollarını, başını və ayaqlarını məsh etdi. Sonra həmin suyun qalığını götürüb ayaq üstə içdi və dedi: “Həqiqətən, insanlar bundan (ayaq üstə su içməkdən) xoşlanmırlar, halbuki mən Allah Elçisinin ﷺ belə etdiyini görmüşəm. Bu, dəstəmazı pozulmayanın dəstəmazıdır”.”

Abdul-Məlik ibn Meysəra
Nəsəi, 130 (Təharət, 130)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَمْرِو بْنِ عَامِرٍ ، عَنْ أَنَسٍ أَنَّهُ ذَكَرَ : أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أُتِيَ بِإِنَاءٍ صَغِيرٍ فَتَوَضَّأَ ، قُلْتُ أَكَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَتَوَضَّأُ لِكُلِّ صَلاَةٍ ؟ قَالَ : نَعَمْ قَالَ : فَأَنْتُمْ ؟ قَالَ : كُنَّا نُصَلِّي الصَّلَوَاتِ مَا لَمْ نُحْدِثْ . قَالَ : وَقَدْ كُنَّا نُصَلِّي الصَّلَوَاتِ بِوُضُوءٍ.

“Rəvayət edilir ki, Ənəs ﵁ belə demişdir: “Peyğəmbərə ﷺ balaca bir qabda su gətirdilər və o, dəstəmaz aldı”. Hədisin ravilərindən biri deyir: “Mən soruşdum: “Peyğəmbər ﷺ hər namaz üçün dəstəmaz alardımı?” Ənəs dedi: “Bəli”. Mən soruşdum: “Bəs siz?” O dedi: “Biz namazların hamısını dəstəmazımız pozulana qədər qılardıq. (Elə olurdu ki,) biz namazların hamısını bir dəstəmazla qılardıq”.”

Ənəs
Nəsəi, 131 (Təharət, 131)Səhih

أَخْبَرَنَا زِيَادُ بْنُ أَيُّوبَ ، قَالَ : حَدَّثَنَا ابْنُ عُلَيَّةَ ، قَالَ : حَدَّثَنَا أَيُّوبُ ، عَنِ ابْنِ أَبِي مُلَيْكَةَ ، عَنِ ابْنِ عَبَّاسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَرَجَ مِنَ الْخَلاَءِ ، فَقُرِّبَ إِلَيْهِ طَعَامٌ فَقَالُوا : أَلاَ نَأْتِيكَ بِوَضُوءٍ ؟ فَقَالَ : إِنَّمَا أُمِرْتُ بِالْوُضُوءِ إِذَا قُمْتُ إِلَى الصَّلاَةِ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ ayaqyolundan çıxdı. Ona yemək gətirildi və biz ona dedik: “Sənə dəstəmaz almaq üçün su gətirək?” O dedi: “Həqiqətən, mən yalnız namaz qılmaq üçün dəstəmaz almaqla əmr olunmuşam”.”

İbn Abbas
Nəsəi, 132 (Təharət, 132)Səhih

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ سُفْيَانَ ، قَالَ : حَدَّثَنَا عَلْقَمَةُ بْنُ مَرْثَدٍ ، عَنِ ابْنِ بُرَيْدَةَ ، عَنْ أَبِيهِ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَتَوَضَّأُ لِكُلِّ صَلاَةٍ ، فَلَمَّا كَانَ يَوْمُ الْفَتْحِ صَلَّى الصَّلَوَاتِ بِوُضُوءٍ وَاحِدٍ فَقَالَ لَهُ عُمَرُ : فَعَلْتَ شَيْئًا لَمْ تَكُنْ تَفْعَلُهُ ‍‍‍‍‍. قَالَ : عَمْدًا فَعَلْتُهُ يَا عُمَرُ.

“İbn Bureydə atasının ﵁ belə buyurduğunu demişdir: “Allah Elçisi ﷺ hər namaz üçün dəstəmaz alırdı, lakin Məkkənin fəthi günü bir dəstəmazla bütün namazları qıldı. Ömər ona dedi: “Əvvəllər etmədiyin bir şeyi etdin!?” Peyğəmbər ﷺ dedi: “Bunu bilərəkdən etdim, ey Ömər!””

İbn Bureydə atasından
Nəsəi, 133 (Təharət, 133)Səhih

أَخْبَرَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا خَالِدُ بْنُ الْحَارِثِ ، عَنْ شُعْبَةَ ، عَنْ مَنْصُورٍ ، عَنْ مُجَاهِدٍ ، عَنِ الْحَكَمِ ، عَنْ أَبِيهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا تَوَضَّأَ أَخَذَ حَفْنَةً مِنْ مَاءٍ فَقَالَ بِهَا - هَكَذَا وَوَصَفَ شُعْبَةُ - نَضَحَ بِهِ فَرْجَهُ فذكرْتهُ لِإبْراهيمَ فأعْجبهُ. قَالَ الشَّيْخُ ابْنُ السُّنِّيِّ : قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : الْحَكَمِ هُوَ ابْنُ سُفْيَانَ الثَّقَفِيُّ رَضِيَ اللَّهُ عَنْهُ

“əl-Həkəm ﵁ atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ dəstəmaz almaq istədikdə bir ovuc su götürər”- hədisin ravilərindən biri Şöbə bunu vəsf edərək deyir – “övrət yerinə su səpərdi”. Bunu İbrahimə dedikdə, bu onu təəccübləndirdi”.”

əl-Həkəm atasından
Nəsəi, 134 (Təharət, 134)Səhih

أَخْبَرَنَا الْعَبَّاسُ بْنُ مُحَمَّدٍ الدُّورِيُّ ، قَالَ : حَدَّثَنَا الأَحْوَصُ بْنُ جَوَّابٍ ، حَدَّثَنَا عَمَّارُ بْنُ رُزَيْقٍ ، عَنْ مَنْصُورٍ (ح) وَأَنْبَأَنَا أَحْمَدُ بْنُ حَرْبٍ ، قَالَ : حَدَّثَنَا قَاسِمٌ وَهُوَ ابْنُ يَزِيدَ الْجَرْمِيُّ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : حَدَّثَنَا مَنْصُورٌ ، عَنْ مُجَاهِدٍ ، عَنِ الْحَكَمِ بْنِ سُفْيَان قَالَ : رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تَوَضَّأَ وَنَضَحَ فَرْجَهُ قَالَ أَحْمَدُ : فَنَضَحَ فَرْجَهُ.

“Rəvayət edilir ki, Həkəm ibn Sufyan ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ dəstəmaz alanda övrət yerinə su səpdiyini gördüm”. Əhməd deyir: “O, övrət yerinə su səpdi”.”

Həkəm ibn Sufyan
Nəsəi, 135 (Təharət, 135)Səhih

أَخْبَرَنَا أَبُو دَاوُدَ سُلَيْمَانُ بْنُ سَيْفٍ ، قَالَ : حَدَّثَنَا أَبُو عَتَّابٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ أَبِي حَيَّةَ قَالَ : رَأَيْتُ عَلِيًّا رَضِيَ اللَّهُ عَنْهُ تَوَضَّأَ ثَلاَثًا ثَلاَثًا ، ثُمَّ قَامَ فَشَرِبَ فَضْلَ وَضُوئِهِ وَقَالَ : صَنَعَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَمَا صَنَعْتُ.

“Rəvayət edilir ki, Əbu Həyyə ﵀ demişdir: “Əlinin ﵁ əzalarını üç dəfə yuyaraq dəstəmaz aldığını gördüm. Sonra qalxıb dəstəmazdan artıq qalan suyu ayaq üstə içdi və dedi: “Allah Elçisi ﷺ mən etdiyim kimi etmişdir”.”

Əbu Həyyə
Nəsəi, 136 (Təharət, 136)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، عَنْ سُفْيَانَ ، قَالَ : حَدَّثَنَا مَالِكُ بْنُ مِغْوَلٍ ، عَنْ عَوْنِ بْنِ أَبِي جُحَيْفَةَ ، عَنْ أَبِيهِ قَالَ : شَهِدْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْبَطْحَاءِ ، وَأَخْرَجَ بِلاَلٌ فَضْلَ وَضُوئِهِ ، فَابْتَدَرَهُ النَّاسُ ، فَنِلْتُ مِنْهُ شَيْئًا ، وَرَكَزْتُ لَهُ الْعَنَزَةَ فَصَلَّى بِالنَّاسِ وَالْحُمُرُ وَالْكِلاَبُ وَالْمَرْأَةُ يَمُرُّونَ بَيْنَ يَدَيْهِ.

“Aun ibn Əbu Cuheyfə atasının ﵁ belə dediyini rəvayət edir: “Biz Peyğəmbərlə ﷺ Bəthədə ikən Bilalın onun dəstəmazından artıq qalan su ilə çıxdığını gördüm. İnsanlar bu sudan götürmək (bərəkət əldə etmək) üçün tələsdilər. Bir hissəsini də mən götürdüm. Peyğəmbər ﷺ namaz qıldıracaqdı deyə onun önünə əsadan da balaca bir sütrə qoydum. Onun önündən eşşəklər, itlər və qadınlar keçdiyi halda, o, bizə namaz qıldırdı”.”

Aun ibn Əbu Cuheyfə atasından
Nəsəi, 137 (Təharət, 137)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، عَنْ سُفْيَانَ قَالَ : سَمِعْتُ ابْنَ الْمُنْكَدِرِ يَقُولُ : سَمِعْتُ جَابِرًا يَقُولُ : مَرِضْتُ فَأَتَانِي رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَبُو بَكْرٍ يَعُودَانِي ، فَوَجَدَانِي قَدْ أُغْمِيَ عَلَيَّ ، فَتَوَضَّأَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَصَبَّ عَلَيَّ وَضُوءَهُ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Mən xəstələnmişdim, Allah Elçisi ﷺ və Əbu Bəkr məni ziyarət etməyə gəlmişdilər. Onlar məni halsız vəziyyətdə gördükdə Allah Elçisi ﷺ dəstəmaz aldı və dəstəmaz suyundan mənim üzərimə səpdi”.”

Cabir
Nəsəi, 138 (Təharət, 138)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا أَبُو عَوَانَةَ ، عَنْ قَتَادَةَ ، عَنْ أَبِي الْمَلِيحِ ، عَنْ أَبِيهِ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لاَ يَقْبَلُ اللَّهُ صَلاَةً بِغَيْرِ طُهُورٍ ، وَلاَ صَدَقَةً مِنْ غُلُولٍ.

“Əbul-Məlih atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah dəstəmazsız namazı, oğurluq maldan da verilmiş sədəqəni qəbul etməz”.”

Əbul-Məlih atasından
Nəsəi, 139 (Təharət, 139)Səhih

أَخْبَرَنَا مَحْمُودُ بْنُ غَيْلاَنَ ، حَدَّثَنَا يَعْلَى ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ مُوسَى بْنِ أَبِي عَائِشَةَ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ قَالَ : جَاءَ أَعْرَابِيٌّ إِلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَسْأَلُهُ عَنِ الْوُضُوءِ ، فَأَرَاهُ الْوُضُوءَ ثَلاَثًا ثَلاَثًا ، ثُمَّ قَالَ : هَكَذَا الْوُضُوءُ ، فَمَنْ زَادَ عَلَى هَذَا فَقَدْ أَسَاءَ وَتَعَدَّى وَظَلَمَ.

“Amr ibn Şueyb atasının və babasının ﵄ belə dediklərini rəvayət etmişdir: “Bir bədəvi Peyğəmbərin ﷺ yanına gələrək ona dəstəmaz haqda sual verdi. Peyğəmbər ﷺ ona (hər bir əzanı) üç dəfə yuyaraq dəstəmazı göstərdi və dedi: “Bu, dəstəmazdır. Kim bunun üzərinə bir şey əlavə etsə, pislik etmiş, həddi aşmış və zülm etmiş olar”.”

Amr ibn Şueyb atasından və babasından
Nəsəi, 140 (Təharət, 140)Səhih

أَخْبَرَنَا يَحْيَى بْنُ حَبِيبِ بْنِ عَرَبِيٍّ ، حَدَّثَنَا حَمَّادٌ ، حَدَّثَنَا أَبُو جَهْضَمٍ قَالَ : حَدَّثَنِي عَبْدُ اللهِ بْنُ عُبَيْدِ اللهِ بْنِ عَبَّاسٍ قَالَ : كُنَّا جُلُوسًا إِلَى عَبْدِ اللهِ بْنِ عَبَّاسٍ فَقَالَ : وَاللَّهِ مَا خَصَّنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِشَيْءٍ دُونَ النَّاسِ إِلاَّ بِثَلاَثَةِ أَشْيَاءَ : فَإِنَّهُ أَمَرَنَا أَنْ نُسْبِغَ الْوُضُوءَ ، وَلاَ نَأْكُلَ الصَّدَقَةَ ، وَلاَ نُنْزِيَ الْحُمُرَ عَلَى الْخَيْلِ.

“Rəvayət edilir ki, Abdullah ibn Ubeydullah ibn Abbas ﵄ demişdir: “Biz Abdullah ibn Abbasın yanında oturmuşduq. O dedi: “Allaha and olsun ki, Allah Elçisi ﷺ bizi (Peyğəmbərin ﷺ nəslindən olanları) digər insanlardan yalnız üç şeylə xüsusiləşdirdi: həqiqətən, o, bizə dəstəmazı gözəl şəkildə almağı, sədəqə malından yeməməyi və eşşək ilə atı calaq etməməyi əmr etdi”.”

Abdullah ibn Ubeydullah ibn Abbas
Nəsəi, 141 (Təharət, 141)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا جَرِيرٌ ، عَنْ مَنْصُورٍ ، عَنْ هِلاَلِ بْنِ يِسَافٍ ، عَنْ أَبِي يَحْيَى ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَسْبِغُوا الْوُضُوءَ.

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Allah Elçisi ﷺ buyurdu: “Dəstəmazı gözəl şəkildə alın”.”

Abdullah ibn Amr
Nəsəi, 142 (Təharət, 142)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنِ الْعَلاَءِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : أَلاَ أُخْبِرُكُمْ بِمَا يَمْحُو اللَّهُ بِهِ الْخَطَايَا ، وَيَرْفَعُ بِهِ الدَّرَجَاتِ : إِسْبَاغُ الْوُضُوءِ عَلَى الْمَكَارِهِ ، وَكَثْرَةُ الْخُطَا إِلَى الْمَسَاجِدِ ، وَانْتِظَارُ الصَّلاَةِ بَعْدَ الصَّلاَةِ ، فَذَلِكُمُ الرِّبَاطُ فَذَلِكُمُ الرِّبَاطُ فَذَلِكُمُ الرِّبَاطُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ dedi: “Sizə Allahın günahları nə ilə sildiyini və dərəcələri nə ilə yüksəltdiyini xəbər verimmi? Çətin olsa belə, kamil şəkildə dəstəmaz almaq, məscidlərə doğru addımları çoxaltmaq və bir namazdan sonra digər namazı gözləmək. Bunlar keşiyində durmağa layiq olan işlərdir! Bunlar keşiyində durmağa layiq olan işlərdir! Bunlar keşiyində durmağa layiq olan işlərdir!””

Əbu Hureyra
Nəsəi, 143 (Təharət, 143)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، حَدَّثَنَا اللَّيْثُ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ سُفْيَانَ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ عَاصِمِ بْنِ سُفْيَانَ الثَّقَفِيِّ : أَنَّهُمْ غَزَوْا غَزْوَةَ السُّلاَسِلِ فَفَاتَهُمُ الْغَزْوُ فَرَابَطُوا ، ثُمَّ رَجَعُوا إِلَى مُعَاوِيَةَ وَعِنْدَهُ أَبُو أَيُّوبَ وَعُقْبَةُ بْنُ عَامِرٍ ، فَقَالَ عَاصِمٌ : يَا أَبَا أَيُّوبَ فَاتَنَا الْغَزْوُ الْعَامَ ، وَقَدْ أُخْبِرْنَا أَنَّهُ مَنْ صَلَّى فِي الْمَسَاجِدِ الأَرْبَعَةِ غُفِرَ لَهُ ذَنْبُهُ . فَقَالَ : يَا ابْنَ أَخِي ، أَدُلُّكَ عَلَى أَيْسَرَ مِنْ ذَلِكَ إِنِّي سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : مَنْ تَوَضَّأَ كَمَا أُمِرَ ، وَصَلَّى كَمَا أُمِرَ غُفِرَ لَهُ مَا قَدَّمَ مِنْ عَمَلٍ أَكَذِلَكَ يَا عُقْبَةُ ؟ قَالَ : نَعَمْ.

“Asim ibn Sufyan əs-Səqafi ﵀ rəvayət edir ki, onlar (Muaviyənin dövründə baş vermiş) Sələsil döyüşündə iştirak etməyib, atlarını sərhəddə bağlı saxlamışdılar (sərhəddə məskən salaraq yerləşmişdilər). Onlar bu əməllərini günah sayıb peşman halda Muaviyənin yanına qayıtdılar. Əbu Əyyub və Uqbə ibn Amir də Muaviyənin yanında idilər. Asim dedi: “Ey Əbu Əyyub, bu ilki döyüşü ötürdük. Bizə çatıb ki: “Kim bu dörd məsciddə (Məkkə, Mədinə, Qüds və Qubə) namaz qılarsa, günahları bağışlanar”. Əbu Əyyub dedi: “Ey qardaş oğlu, bundan daha asanını sənə xəbər verimmi? Həqiqətən, mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Kim əmr olunduğu kimi gözəl şəkildə dəstəmaz alar, əmr olunduğu kimi namaz qılarsa, keçmiş günahları bağışlanar”. Elədirmi, ey Uqbə?” Uqbə ibn Amir: “Bəli”- dedi”.”

Asim ibn Sufyan əs-Səqafi
Nəsəi, 144 (Təharət, 144)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، عَنْ شُعْبَةَ ، عَنْ جَامِعِ بْنِ شَدَّادٍ قَالَ : سَمِعْتُ حُمْرَانَ بْنَ أَبَانَ أَخْبَرَ أَبَا بُرْدَةَ فِي الْمَسْجِدِ أَنَّهُ سَمِعَ عُثْمَانَ يُحَدِّثُ عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : مَنْ أَتَمَّ الْوُضُوءَ كَمَا أَمَرَهُ اللَّهُ عَزَّ وَجَلَّ ، فَالصَّلَوَاتُ الْخَمْسُ كَفَّارَاتٌ لِمَا بَيْنَهُنَّ.

“Osman ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ buyurdu: “Kim Allahın ﷿ əmr etdiyi şəkildə dəstəmaz alar və beş vaxt namazları qılarsa, bu onun üçün (namazların) arasında edilən günahlarına kəffarə olar”.”

Osman
Nəsəi, 145 (Təharət, 145)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ حُمْرَانَ مَوْلَى عُثْمَانَ ، أَنَّ عُثْمَانَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : مَا مِنْ امْرِئٍ يَتَوَضَّأُ فَيُحْسِنُ وُضُوءَهُ ، ثُمَّ يُصَلِّي الصَّلاَةَ إِلاَّ غُفِرَ لَهُ مَا بَيْنَهُ وَبَيْنَ الصَّلاَةِ الأُخْرَى حَتَّى يُصَلِّيَهَا.

“Rəvayət edilir ki, Osman ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Kim əmr olunduğu kimi dəstəmaz alar və bu dəstəmazını gözəl şəkildə edər, sonra namaz qılarsa, o namazla sonrakı namaz arasında olan günahları bağışlanır”.”

Osman
Nəsəi, 146 (Təharət, 146)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ مَنْصُورٍ ، حَدَّثَنَا آدَمُ بْنُ أَبِي إِيَاسٍ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ - هُوَ ابْنُ سَعْدٍ ، حَدَّثَنَا مُعَاوِيَةُ بْنُ صَالِحٍ قَالَ : أَخْبَرَنِي أَبُو يَحْيَى سُلَيْمُ بْنُ عَامِرٍ وَضَمْرَةُ بْنُ حَبِيبٍ وَأَبُو طَلْحَةَ نُعَيْمُ بْنُ زِيَادٍ قَالُوا : سَمِعْنَا أَبَا أُمَامَةَ الْبَاهِلِيَّ يَقُولُ : سَمِعْتُ عَمْرَو بْنَ عَبَسَةَ يَقُولُ : قُلْتُ : يَا رَسُولَ اللهِ كَيْفَ الْوُضُوءُ ؟ قَالَ : أَمَّا الْوُضُوءُ فَإِنَّكَ إِذَا تَوَضَّأْتَ فَغَسَلْتَ كَفَّيْكَ ، فَأَنْقَيْتَهُمَا خَرَجَتْ خَطَايَاكَ مِنْ بَيْنِ أَظْفَارِكَ وَأَنَامِلِكَ ، فَإِذَا مَضْمَضْتَ وَاسْتَنْشَقْتَ مَنْخِرَيْكَ وَغَسَلْتَ وَجْهَكَ وَيَدَيْكَ إِلَى الْمِرْفَقَيْنِ وَمَسَحْتَ رَأْسَكَ وَغَسَلْتَ رِجْلَيْكَ إِلَى الْكَعْبَيْنِ اغْتَسَلْتَ مِنْ عَامَّةِ خَطَايَاكَ ، فَإِنْ أَنْتَ وَضَعْتَ وَجْهَكَ لِلَّهِ عَزَّ وَجَلَّ خَرَجْتَ مِنْ خَطَايَاكَ كَيَوْمَ وَلَدَتْكَ أُمُّكَ . قَالَ أَبُو أُمَامَةَ فَقُلْتُ : يَا عَمْرَو بْنَ عَبَسَةَ انْظُرْ مَا تَقُولُ أَكُلُّ هَذَا يُعْطَى فِي مَجْلِسٍ وَاحِدٍ ؟ فَقَالَ : أَمَا وَاللَّهِ لَقَدْ كَبِرَتْ سِنِّي وَدَنَا أَجَلِي وَمَا بِي مِنْ فَقْرٍ فَأَكْذِبَ عَلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَلَقَدْ سَمِعَتْهُ أُذُنَايَ وَوَعَاهُ قَلْبِي مِنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Amr ibn Abəsə ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, dəstəmaz necə alınır?” O buyurdu: “O ki qaldı dəstəmaz almağa, həqiqətən, dəstəmaz alaraq əllərini təmizləyib yuduqda sənin günahların barmaq uclarından və dırnaqlarından çıxır. Ağzını və burnunu yaxaladıqda, üzünü və əllərini dirsəklərə qədər yuduqda, başına məsh çəkdikdə və ayaqlarını topuqlara qədər yuduqda bütün xətaların yuyulur. Əgər sən Allaha ﷿ səcdə etsən, anan səni doğduğu gündəki kimi - günahların olmaz”. Əbu Umamə deyir: “Mən dedim: “Ey Amr ibn Abəsə, dediyinə fikir ver! Bunların hamısı bir məclisdəmi deyildi?” O dedi: “Allaha and olsun, yaşım çoxalıb və əcəlim də yaxınlaşıb. Allah Elçisindən ﷺ yalan danışmağıma ehtiyac yoxdur. Mən bunu öz qulaqlarımla eşitmişəm və qəlbim bunu Allah Elçisindən ﷺ əzbərləmişdir”.”

Amr ibn Abəsə
Nəsəi, 147 (Təharət, 147)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَلِيِّ بْنِ حَرْبٍ الْمَرْوَزِيُّ ، قَالَ : حَدَّثَنَا زَيْدُ بْنُ الْحُبَابِ ، قَالَ : حَدَّثَنَا مُعَاوِيَةُ بْنُ صَالِحٍ ، عَنْ رَبِيعَةَ بْنِ يَزِيدَ ، عَنْ أَبِي إِدْرِيسَ الْخَوْلاَنِيِّ وَ أَبِي عُثْمَانَ ، عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ الْجُهَنِيِّ ، عَنْ عُمَرَ بْنِ الْخَطَّابِ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ تَوَضَّأَ فَأَحْسَنَ الْوُضُوءَ ، ثُمَّ قَالَ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ ، فُتِّحَتْ لَهُ ثَمَانِيَةُ أَبْوَابِ الْجَنَّةِ يَدْخُلُ مِنْ أَيِّهَا شَاءَ.

“Rəvayət edilir ki, Ömər ibn əl-Xattab ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim dəstəmaz alar və bunu gözəl şəkildə edərsə, sonra “Şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur və şəhadət edirəm ki, Muhəmməd Allahın qulu və elçisidir”- deyərsə, onun üçün Cənnətin səkkiz qapısı açılar və o, hansından istəsə, (oradan Cənnətə) daxil olar”.”

Ömər ibn əl-Xattab
Nəsəi, 148 (Təharət, 148)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ خَلَفٍ وَهُوَ ابْنُ خَلِيفَةَ ، عَنْ أَبِي مَالِكٍ الأَشْجَعِيِّ ، عَنْ أَبِي حَازِمٍ قَالَ : كُنْتُ خَلْفَ أَبِي هُرَيْرَةَ وَهُوَ يَتَوَضَّأُ لِلصَّلاَةِ ، وَكَانَ يَغْسِلُ يَدَيْهِ حَتَّى يَبْلُغَ إِبْطَيْهِ فَقُلْتُ : يَا أَبَا هُرَيْرَةَ مَا هَذَا الْوُضُوءُ ؟ فَقَالَ لِي : يَا بَنِي فَرُّوخَ أَنْتُمْ هَاهُنَا لَوْ عَلِمْتُ أَنَّكُمْ هَاهُنَا مَا تَوَضَّأْتُ هَذَا الْوُضُوءَ ، سَمِعْتُ خَلِيلِي صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : تَبْلُغُ حِلْيَةُ الْمُؤْمِنِ حَيْثُ يَبْلُغُ الْوُضُوءُ.

“Rəvayət edilir ki, Əbu Hazim ﵀ demişdir: “Mən Əbu Hureyranın arxasında dayanmışdım. O, namaz üçün dəstəmaz alırdı və əllərini qoltuq altına çatana qədər yudu. Mən dedim: “Ey Əbu Hureyra, bu necə dəstəmazdı?” O, mənə dedi: “Ey Fərruxun övladı, siz burdasınız?! Mən bilsəydim ki, siz burdasınız bu cür dəstəmaz almazdım. Mənim dostumun (yəni Peyğəmbərin) ﷺ belə dediyini eşitmişəm: “Möminin zinəti (nuru) dəstəmaz aldığı yerlərə qədər olacaq”.”

Əbu Hazim
Nəsəi, 149 (Təharət, 149)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنِ الْعَلاَءِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَرَجَ إِلَى الْمَقْبُرَةِ فَقَالَ : السَّلاَمُ عَلَيْكُمْ دَارَ قَوْمٍ مُؤْمِنِينَ ، وَإِنَّا إِنْ شَاءَ اللَّهُ بِكُمْ لاَحِقُونَ ، وَدِدْتُ أَنِّي قَدْ رَأَيْتُ إِخْوَانَنَا . قَالُوا يَا رَسُولَ اللهِ ، أَلَسْنَا إِخْوَانَكَ ؟ قَالَ : بَلْ أَنْتُمْ أَصْحَابِي وَإِخْوَانِي الَّذِينَ لَمْ يَأْتُوا بَعْدُ وَأَنَا فَرَطُهُمْ عَلَى الْحَوْضِ . قَالُوا : يَا رَسُولَ اللهِ ، كَيْفَ تَعْرِفُ مَنْ يَأْتِي بَعْدَكَ مِنْ أُمَّتِكَ ؟ قَالَ : أَرَأَيْتَ لَوْ كَانَ لِرَجُلٍ خيْلٌة غُرٌّ مُحَجَّلَةٌ فِي خَيْلٍ بُهْمٍ دُهْمٍ أَلاَ يَعْرِفُ خَيْلَهُ ؟ قَالُوا : بَلَى . قَالَ : فَإِنَّهُمْ يَأْتُونَ يَوْمَ الْقِيَامَةِ غُرًّا مُحَجَّلِينَ مِنَ الْوُضُوءِ وَأَنَا فَرَطُهُمْ عَلَى الْحَوْضِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ qəbiristanlığa tərəf çıxdı və dedi: “Salam olsun sizə, (bu) diyarın mömin sakinləri! Allah istəsə, biz də sizə qovuşacağıq. Mən qardaşlarımı görmək istəyərdim”. Səhabələr soruşdular: “Ey Allahın Elçisi, biz sənin qardaşların deyilikmi?” Peyğəmbər ﷺ buyurdu: “Əksinə, siz mənim səhabələrimsiniz. Qardaşlarım isə hələ (dünyaya) gəlməmiş kimsələrdir. Mən onları hovuzun ətrafında qarşılayacağam”. Səhabələr soruşdular: “Ey Allahın Elçisi, hələ (dünyaya) gəlməmiş kimsələrin sənin ümmətindən olduğunu necə tanıyacaqsan?” Peyğəmbər ﷺ buyurdu: “Bir deyin görək, əgər bir adamın alnında və ayaqlarında ağ ləkə olan atları olsa və bu atlar, rənginə başqa rəng qarışmamış qapqara atların arasında olarsa, o adam öz atını tanımazmı?” Səhabələr: “Bəli, tanıyar!”- deyə cavab verdilər. Peyğəmbər ﷺ buyurdu: “Heç şübhəsiz ki, onlar da dəstəmaz aldıqlarına görə Qiyamət günü üzləri parlaq, əlləri və ayaqları nurlu halda (məhşərə) gələcəklər. Mən onları Hovuzun yanında qarşılayacam”.”

Əbu Hureyra
Nəsəi, 150 (Təharət, 150)Səhih

أَخْبَرَنَا مُوسَى بْنُ عَبْدِ الرَّحْمَنِ الْمَسْرُوقِيُّ : قَالَ حَدَّثَنَا زَيْدُ بْنُ الْحُبَابِ ، قَالَ : حَدَّثَنَا مُعَاوِيَةُ بْنُ صَالِحٍ ، قَالَ : حَدَّثَنَا رَبِيعَةُ بْنُ يَزِيدَ الدِّمَشْقِيُّ ، عَنْ أَبِي إِدْرِيسَ الْخَوْلاَنِيِّ وَأَبِي عُثْمَانَ ، عَنْ جُبَيْرِ بْنِ نُفَيْرٍ الْحَضْرَمِيِّ ، عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ الْجُهَنِيِّ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ تَوَضَّأَ فَأَحْسَنَ الْوُضُوءَ ، ثُمَّ صَلَّى رَكْعَتَيْنِ يُقْبِلُ عَلَيْهِمَا بِقَلْبِهِ وَوَجْهِهِ وَجَبَتْ لَهُ الْجَنَّةُ.

“Rəvayət edilir ki, Uqbə ibn Amir əl-Cuhəni ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim dəstəmaz alarsa və bunu gözəl şəkildə yerinə yetirərsə, sonra qəlbi və üzü ilə yönələrək iki rükət namaz qılarsa, Cənnət ona vacib olar”.”

Uqbə ibn Amir əl-Cuhəni
Nəsəi, 151 (Təharət, 151)Səhih

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ أَبِي بَكْرِ بْنِ عَيَّاشٍ ، عَنْ أَبِي حَصِينٍ ، عَنْ أَبِي عَبْدِ الرَّحْمَنِ قَالَ : قَالَ عَلِيٌّ : كُنْتُ رَجُلاً مَذَّاءً ، - وَكَانَتِ ابْنَةُ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تَحْتِي - فَاسْتَحْيَيْتُ أَنْ أَسْأَلَهُ ، فَقُلْتُ لِرَجُلٍ جَالِسٍ إِلَى جَنْبِي : سَلْهُ . فَسَأَلَهُ فَقَالَ : فِيهِ الْوُضُوءُ.

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Məndən tez-tez məzi gəlirdi. Peyğəmbərin ﷺ qızı ilə evli olduğuma görə ona bu sualı verməyə həya edirdim. Yanımda oturan bir nəfərə dedim: “Ondan soruş!” O da soruşdu, Peyğəmbər ﷺ də dedi: “Belə olduqda dəstəmaz almaq lazımdır!””

Əli
Nəsəi, 152 (Təharət, 152)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، أَخْبَرَنَا جَرِيرٌ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَلِيٍّ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ : قُلْتُ لِلْمِقْدَادِ : إِذَا بَنَى الرَّجُلُ بِأَهْلِهِ فَأَمْذَى ، وَلَمْ يُجَامِعْ - فَسَلِ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ ذَلِكَ ؛ فَإِنِّي أَسْتَحِي أَنْ أَسْأَلَهُ عَنْ ذَلِكَ وَابْنَتُهُ تَحْتِي - فَسَأَلَهُ فَقَالَ : يَغْسِلُ مَذَاكِيرَهُ ، وَيَتَوَضَّأُ وُضُوءَهُ لِلصَّلاَةِ.

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Mən Miqdada dedim: “Bir kişi zövcəsi ilə oynaşar və yaxınlıq etməzsə, (cinsi orqanından) məzi gələrsə, nə etməlidir?” Bu sualı Peyğəmbərə ﷺ ver, mən onun qızı ilə evli olduğuma görə ona bu sualı verməyə həya edirəm”. Miqdad ona sual verdikdə, o dedi: “Cinsi orqanını yusun, namaz üçün aldığı dəstəmaz kimi dəstəmaz alsın”.”

Əli
Nəsəi, 153 (Təharət, 153)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَمْرٍو ، عَنْ عَطَاءٍ ، عَنْ عَائِشِ بْنِ أَنَسٍ ، أَنَّ عَلِيًا قَالَ : كُنْتُ رَجُلاً مَذَّاءً فَأَمَرْتُ عَمَّارَ بْنَ يَاسِرٍ يَسْأَلُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ أَجْلِ ابْنَتِهِ عِنْدِي فَقَالَ : يَكْفِي مِنْ ذَلِكَ الْوُضُوءُ.

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Məndən tez-tez məzi gəlirdi. Allah Elçisinin ﷺ qızı mənim həyat yoldaşım olduğu üçün Ammər ibn Yasirə bunu Allah Elçisindən ﷺ soruşmasını dedim. Peyğəmbər ﷺ dedi: “Dəstəmaz almaq buna kifayət edir”.”

Əli
Nəsəi, 154 (Təharət, 154)Zəif

أَخْبَرَنَا عُثْمَانُ بْنُ عَبْدِ اللهِ قَالَ : أَخْبَرَنَا أُمَيَّةُ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ ، حَدَّثَنَا رَوْحَ بْنَ الْقَاسِمِ ، عَنِ ابْنِ أَبِي نَجِيحٍ ، عَنْ عَطَاءٍ ، عَنْ إِيَاسِ بْنِ خَلِيفَةَ ، عَنْ رَافِعِ بْنِ خَدِيجٍ ، أَنَّ عَلِيًّا أَمَرَ عَمَّارًا أَنْ يَسْأَلَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ الْمَذْيِ فَقَالَ : يَغْسِلُ مَذَاكِيرَهُ وَيَتَوَضَّأُ.

“Rafi ibn Xadic ﵁ rəvayət edir ki, Əli Əmmardan xahiş etdi ki, Allah Elçisindən ﷺ məzi haqda soruşsun. Allah Elçisi ﷺ də belə cavab verdi: “Cinsiyyət üzvünü yusun və dəstəmaz alsın!””

Rafi ibn Xadic
Nəsəi, 155 (Təharət, 155)Zəif

أَخْبَرَنَا عُتْبَةُ بْنُ عَبْدِ اللهِ الْمَرْوَزِيُّ ، عَنْ مَالِكٍ وَهُوَ ابْنُ أَنَسٍ ، عَنْ أَبِي النَّضْرِ ، عَنْ سُلَيْمَانَ بْنِ يَسَارٍ ، عَنِ الْمِقْدَادِ بْنِ الأَسْوَدِ ، أَنَّ عَلِيًّا أَمَرَهُ أَنْ يَسْأَلَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ الرَّجُلِ إِذَا دَنَا مِنْ أَهْلِهِ فَخَرَجَ مِنْهُ الْمَذْيُ مَاذَا عَلَيْهِ ؟ - فَإِنَّ عِنْدِي ابْنَتَهُ وَأَنَا أَسْتَحِي أَنْ أَسْأَلَهُ - فَسَأَلْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ ذَلِكَ فَقَالَ : إِذَا وَجَدَ أَحَدُكُمْ ذَلِكَ فَلْيَنْضَحْ فَرْجَهُ وَيَتَوَضَّأْ وُضُوءَهُ لِلصَّلاَةِ.

“Miqdad ibn əl-Əsvəd ﵁ rəvayət edir ki, Əli ona dedi ki, Allah Elçisindən ﷺ zövcəsi ilə (cinsi əlaqə olmadan) oynaşan və bu zaman özündən məzi ifraz olan kişinin nə edəcəyi haqda soruşsun. Əli dedi: “Allah Elçisinin ﷺ qızı məndə ərdə idi və mən bunu ondan soruşmağa həya edirdim”. Miqdad dedi: “Mən Allah Elçisindən ﷺ bu haqda soruşdum. O dedi: “Sizdən biriniz övrət yerində bir şey görsə, qoy övrət yerini yusun və namaz üçün aldığı dəstəmaz kimi dəstəmaz alsın”.”

Miqdad ibn əl-Əsvəd
Nəsəi, 156 (Təharət, 156)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خالدٌ ، عَنْ شُعْبَةَ قَالَ : أَخْبَرَنِي سُلَيْمَانُ قَالَ : سَمِعْتُ مُنْذِرًا ، عَنْ مُحَمَّدِ بْنِ عَلِيٍّ ، عَنْ عَلِيٍّ قَالَ : اسْتَحْيَيْتُ أَنْ أَسْأَلَ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ الْمَذْيِ - مِنْ أَجْلِ فَاطِمَةَ - فَأَمَرْتُ الْمِقْدَادَ بْنَ الأَسْوَدِ فَسَأَلَهُ فَقَالَ : فِيهِ الْوُضُوءُ.

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Mən Peyğəmbərdən ﷺ məzi haqda soruşmağa həya etdim, çünki Fatimə ilə evli idim. Miqdad ibn əl-Əsvədə dedim ki, o soruşsun. O soruşduqda Peyğəmbər ﷺ dedi: “Belə olduqda dəstəmaz almaq lazımdır!””

Əli
Nəsəi, 157 (Təharət, 157)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَاصِمٍ ، أَنَّهُ سَمِعَ زِرَّ بْنَ حُبَيْشٍ يُحَدِّثُ قَالَ : أَتَيْتُ رَجُلاً يُدْعَى صَفْوَانَ بْنَ عَسَّالٍ : فَقَعَدْتُ عَلَى بَابِهِ ، فَخَرَجَ فَقَالَ : مَا شَأْنُكَ ؟ قُلْتُ : أَطْلُبُ الْعِلْمَ . قَالَ : إِنَّ الْمَلاَئِكَةَ تَضَعُ أَجْنِحَتَهَا لِطَالِبِ الْعِلْمِ رِضًا بِمَا يَطْلُبُ . فَقَالَ : عَنْ أَيِّ شَيْءٍ تَسْأَلُ ؟ قُلْتُ : عَنِ الْخُفَّيْنِ . قَالَ : كُنَّا إِذَا كُنَّا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي سَفَرٍ أَمَرَنَا أَنْ لاَ نَنْزِعَهُ ثَلاَثًا إِلاَّ مِنْ جَنَابَةٍ ، وَلَكِنْ مِنْ غَائِطٍ وَبَوْلٍ وَنَوْمٍ.

“Rəvayət edilir ki, Zirr ibn Hubeyş ﵀ demişdir: “Mən Safvən ibn Assalın yanına gedib qapısının ağzında oturdum. O çıxıb dedi: “Nə lazımdır?” Mən dedim: “Elm tələb etmək üçün (gəlmişəm)”. O dedi: “Həqiqətən, mələklər elm tələb edənin əməlinə razılıq olaraq qanadlarını elm tələbəsinin ayaqları altına qoyurlar”. Sonra dedi: “Sən hansı məsələ haqda soruşmaq istəyirsən?” Mən dedim: “Xuflar haqda”. O dedi: “Biz Allah Elçisi ﷺ ilə bir yerdə səfərdə ikən, o, bizə cənabət halından başqa, böyük və kiçik subaşı, həmçinin yatmaq daxil olmaqla üç gün xufları çıxartmamağı əmr etdi”.”

Zirr ibn Hubeyş
Nəsəi, 158 (Təharət, 158)Həsən

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ وَإِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ قَالاَ : حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَاصِمٍ ، عَنْ زِرٍّ قَالَ : قَالَ صَفْوَانُ بْنُ عَسَّالٍ : كُنَّا إِذَا كُنَّا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي سَفَرٍ أَمَرَنَا أَنْ لاَ نَنْزِعَهُ ثَلاَثًا إِلاَّ مِنْ جَنَابَةٍ ، وَلَكِنْ مِنْ غَائِطٍ وَبَوْلٍ وَنَوْمٍ.

“Rəvayət edilir ki, Safvən ibn Assal ﵁ demişdir: “Biz Allah Elçisi ﷺ ilə bir yerdə səfərdə ikən, o, bizə cənabət halından başqa, böyük və kiçik subaşı, həmçinin yatmaq daxil olmaqla üç gün xufları çıxartmamağı əmr etdi”.”

Safvən ibn Assal
Nəsəi, 159 (Təharət, 159)Həsən

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ سُفْيَانَ ، عَنِ الزُّهْرِيِّ (ح) وَأَخْبَرَنِي مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، عَنْ سُفْيَانَ ، قَالَ : حَدَّثَنَا الزُّهْرِيُّ قَالَ : أَخْبَرَنِي سَعِيدٌ يَعْنِي : ابْنَ الْمُسَيَّبِ ، وَعَبَّادُ بْنُ تَمِيمٍ ، عَنْ عَمِّهِ وَهُوَ عَبْدُ اللهِ بْنُ زَيْدٍ قَالَ : شُكِيَ إِلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الرَّجُلُ يَجِدُ الشَّيْءَ فِي الصَّلاَةِ قَالَ : لاَ يَنْصَرِفْ حَتَّى يَجِدَ رِيحًا أَوْ يَسْمَعَ صَوْتًا.

“Rəvayət edilir ki, Abdullah ibn Zeyd ﵁ demişdir: “Bir kişi namaz vaxtı özündə bəzi şeylər hiss etməsi (yelin çıxıb-çıxmaması) haqda Peyğəmbərə ﷺ şikayət etdi. Peyğəmbər ﷺ dedi: “İy hiss etmədikcə və səs eşitmədikcə, (namazdan) çıxmasın!””

Abdullah ibn Zeyd
Nəsəi, 160 (Təharət, 160)Səhih

أَخْبَرَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ وَحُمَيْدُ بْنُ مَسْعَدَةَ قَالاَ : حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ ، قَالَ : حَدَّثَنَا مَعْمَرٌ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا اسْتَيْقَظَ أَحَدُكُمْ مِنْ مَنَامِهِ فَلاَ يُدْخِلْ يَدَهُ فِي الإِنَاءِ حَتَّى يُفْرِغَ عَلَيْهَا ثَلاَثَ مَرَّاتٍ ؛ فَإِنَّهُ لاَ يَدْرِي أَيْنَ بَاتَتْ يَدُهُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ buyurdu: “Heç kim yuxudan oyandıqda əlini üç dəfə yumadıqca, su qabına salmasın. Həqiqətən, o yatdıqda əlinin gecə harada olduğunu bilmir”.”

Əbu Hureyra
Nəsəi, 161 (Təharət, 161)Səhih

أَخْبَرَنَا بِشْرُ بْنُ هِلاَلٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْوَارِثِ ، عَنْ أَيُّوبَ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا نَعَسَ الرَّجُلُ وَهُوَ فِي الصَّلاَةِ فَلْيَنْصَرِفْ ، لَعَلَّهُ يَدْعُو عَلَى نَفْسِهِ وَهُوَ لاَ يَدْرِي.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən birinizi namazda mürgü tutsa, namazdan uzaqlaşsın. O, özü də bilmədən özünə qarşı bəd dua edə bilər”.”

Aişə
Nəsəi, 162 (Təharət, 162)Səhih

أَخْبَرَنَا هَارُونُ بْنُ عَبْدِ اللهِ ، حَدَّثَنَا مَعْنٌ ، أَنْبَأَنَا مَالِكٌ (ح) وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنِ ابْنِ الْقَاسِمِ قَالاَ : أَنْبَأَنَا مَالِكٌ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي بَكْرِ بْنِ مُحَمَّدِ بْنِ عَمْرِو بْنِ حَزْمٍ ، أَنَّهُ سَمِعَ عُرْوَةَ بْنَ الزُّبَيْرِ يَقُولُ : دَخَلْتُ عَلَى مَرْوَانَ بْنِ الْحَكَمِ فَذَكَرْنَا مَا يَكُونُ مِنْهُ الْوُضُوءُ . فَقَالَ مرْوانُ : مِنْ مَسِّ الذَّكَرِ الْوُضُوءُ . فَقَالَ عُرْوَةُ مَا عَلِمْتُ ذَلِكَ . فَقَالَ مَرْوَانُ : أَخْبَرَتْنِي بُسْرَةُ بِنْتُ صَفْوَانَ ، أَنَّهَا سَمِعَتْ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : إِذَا مَسَّ أَحَدُكُمْ ذَكَرَهُ فَلْيَتَوَضَّأْ.

“Rəvayət edilir ki, Urva ibn əz-Zubeyr ﵁ demişdir: “Mərvan ibn əl-Həkəmin yanına daxil oldum. Hansı şeylərə görə dəstəmaz alınması haqda bir-birimizlə danışdıq. Mərvan dedi: “Övrət yerinə toxunduqdan sonra dəstəmaz alınır”. Urva dedi: “Bunu bilmirdim”. Mərvan dedi: “Bunu mənə Busra bint Safvan xəbər verərək demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Sizdən biriniz övrət yerinə toxunduqda dəstəmaz alsın”.”

Urva ibn əz-Zubeyr
Nəsəi, 163 (Təharət, 163)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ الْمُغِيرَةِ ، قَالَ : حَدَّثَنَا عُثْمَانُ بْنُ سَعِيدٍ ، عَنْ شُعَيْبٍ ، عَنِ الزُّهْرِيِّ قَالَ : أَخْبَرَنِي عَبْدُ اللهِ بْنُ أَبِي بَكْرِ بْنِ عَمْرِو بْنِ حَزْمٍ ، أَنَّهُ سَمِعَ عُرْوَةَ بْنَ الزُّبَيْرِ يَقُولُ : ذَكَرَ مَرْوَانُ فِي إِمَارَتِهِ عَلَى الْمَدِينَةِ أَنَّهُ يُتَوَضَّأُ مِنْ مَسِّ الذَّكَرِ إِذَا أَفْضَى إِلَيْهِ الرَّجُلُ بِيَدِهِ ، فَأَنْكَرْتُ ذَلِكَ ، وَقُلْتُ : لاَ وُضُوءَ عَلَى مَنْ مَسَّهُ فَقَالَ مَرْوَانُ : أَخْبَرَتْنِي بُسْرَةُ بِنْتُ صَفْوَانَ أَنَّهَا سَمِعَتْ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَكَرَ مَا يُتَوَضَّأُ مِنْهُ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : وَيُتَوَضَّأُ مِنْ مَسِّ الذَّكَرِ قَالَ عُرْوَةُ : فَلَمْ أَزَلْ أُمَارِي مَرْوَانَ حَتَّى دَعَا رَجُلاً مِنْ حَرَسِهِ فَأَرْسَلَهُ إِلَى بُسْرَةَ فَسَأَلَهَا عَمَّا حَدَّثَتْ مَرْوَانَ ، فَأَرْسَلَتْ إِلَيْهِ بُسْرَةُ بِمِثْلِ الَّذِي حَدَّثَنِي عَنْهَا مَرْوَانُ.

“Urva ibn əz-Zubeyr ﵄ demişdir: “Mədinədə əmirlik etdiyi vaxtlarda Mərvan dedi: “Bir kişi əli ilə övrət yerinə toxunsa, buna görə dəstəmaz almalıdır”. Mən ona etiraz edərək dedim: “Öz övrət yerinə toxunanın dəstəmaz almasına ehtiyac yoxdur”. Mərvan dedi: “Busra bint Safvan mənə xəbər verdi ki, o, Allah Elçisinin ﷺ nəyin səbəbi ilə dəstəmaz alınması haqqında belə dediyini eşitmişdir: “Övrət yerinə toxunan dəstəmaz almalıdır”. Urva deyir: “Mən bu məsələdə Mərvanla hələ də mübahisə edirdim, Mərvan da Busranın yanına adam göndərdi. Busra da Mərvanın dediyi kimi eyni şeyi (o adama deyərək onu geri) göndərdi”.”

Urva ibn əz-Zubeyr
Nəsəi, 164 (Təharət, 164)Səhih

أَخْبَرَنَا هَنَّادٌ ، عَنْ مُلاَزِمٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ بَدْرٍ ، عَنْ قَيْسِ بْنِ طَلْقِ بْنِ عَلِيٍّ ، عَنْ أَبِيهِ قَالَ : خَرَجْنَا وَفْدًا حَتَّى قَدِمْنَا عَلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَبَايَعْنَاهُ وَصَلَّيْنَا مَعَهُ ، فَلَمَّا قَضَى الصَّلاَةَ جَاءَ رَجُلٌ كَأَنَّهُ بَدَوِيٌّ فَقَالَ : يَا رَسُولَ اللهِ ، مَا تَرَى فِي رَجُلٍ مَسَّ ذَكَرَهُ فِي الصَّلاَةِ ؟ قَالَ : وَهَلْ هُوَ إِلاَّ مُضْغَةٌ مِنْكَ أَوْ بِضْعَةٌ مِنْكَ.

“Qeys ibn Talq ibn Əli atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Biz heyət olaraq Allah Elçisinin ﷺ yanına gəldik, ona beyət etdik və onunla birlikdə namaz qıldıq. Namaz qurtarandan sonra bədəviyə oxşar bir kişi gəlib dedi: “Ey Allahın Elçisi, namazda övrət yerinə toxunan adam haqda nə deyirsən?” Peyğəmbər ﷺ buyurdu: “O, səndən bir ət parçası və ya bir hissə deyilmi?!””

Qeys ibn Talq ibn Əli atasından
Nəsəi, 165 (Təharət, 165)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْحَكَمِ ، عَنْ شُعَيْبٍ ، عَنِ اللَّيْثِ قَالَ : أَنْبَأَنَا ابْنُ الْهَادِ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْقَاسِمِ ، عَنِ الْقَاسِمِ ، عَنْ عَائِشَةَ قَالَتْ : إِنْ كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَيُصَلِّي وَإِنِّي لَمُعْتَرِضَةٌ بَيْنَ يَدَيْهِ اعْتِرَاضَ الْجَنَازَةِ ، حَتَّى إِذَا أَرَادَ أَنْ يُوتِرَ مَسَّنِي بِرِجْلِهِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Cənazə uzadıldığı kimi mən də Allah Elçisinin ﷺ qarşısında uzanar, o da namaz qılardı. Vitr namazını qılmaq istədikdə isə (oyatmaq üçün) mənə ayağı ilə toxunardı”.”

Aişə
Nəsəi, 166 (Təharət, 166)Səhih

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ عُبَيْدِ اللهِ قَالَ : سَمِعْتُ الْقَاسِمَ بْنَ مُحَمَّدٍ يُحَدِّثُ ، عَنْ عَائِشَةَ قَالَتْ : لَقَدْ رَأَيْتُمُونِي مُعْتَرِضَةً بَيْنَ يَدَيْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي فَإِذَا أَرَادَ أَنْ يَسْجُدَ غَمَزَ رِجْلِي فَضَمَمْتُهَا إِلَيَّ ، ثُمَّ يَسْجُدُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Allah Elçisinin ﷺ qarşısında uzanardım, Allah Elçisi ﷺ isə namaz qılardı. Səcdə etmək istədikdə ayağıma toxunar, mən də ayaqlarımı özümə tərəf çəkərdim. Sonra isə o, səcdə edərdi”.”

Aişə
Nəsəi, 167 (Təharət, 167)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ أَبِي النَّضْرِ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ عَائِشَةَ قَالَتْ : كُنْتُ أَنَامُ بَيْنَ يَدَيْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَرِجْلاَيَ فِي قِبْلَتِهِ ، فَإِذَا سَجَدَ غَمَزَنِي فَقَبَضْتُ رِجْلَيَّ ، فَإِذَا قَامَ بَسَطْتُهُمَا ، وَالْبُيُوتُ يَوْمِئِذٍ لَيْسَ فِيهَا مَصَابِيحُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Peyğəmbərin ﷺ önündə yatdıqda ayaqlarım onun qibləsi tərəfdə idi. O, səcdəyə getdikdə ayağıma toxunar və mən də ayaqlarımı yığardım. O, qiyama qalxdıqda mən ayaqlarımı uzadardım. O vaxtlar evlərdə qəndil yox idi”.”

Aişə
Nəsəi, 168 (Təharət, 168)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ وَنُصَيْرُ بْنُ الْفَرَجِ وَاللَّفْظُ لَهُ قَالاَ : حَدَّثَنَا أَبُو أُسَامَةَ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ مُحَمَّدِ بْنِ يَحْيَى بْنِ حَبَّانَ ، عَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ : فَقَدْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ لَيْلَةٍ فَجَعَلْتُ أَطْلُبُهُ بِيَدِي فَوَقَعَتْ يَدِي عَلَى قَدَمَيْهِ وَهُمَا مَنْصُوبَتَانِ وَهُوَ سَاجِدٌ يَقُولُ : أَعُوذُ بِرِضَاكَ مِنْ سَخَطِكَ ، وَبِمُعَافَاتِكَ مِنْ عُقُوبَتِكَ ، وَأَعُوذُ بِكَ مِنْكَ لاَ أُحْصِي ثَنَاءً عَلَيْكَ أَنْتَ كَمَا أَثْنَيْتَ عَلَى نَفْسِكَ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir dəfə gecə vaxtı Peyğəmbərin ﷺ olmadığını hiss edib əlimlə onu axtarmağa başladım. Əlim onun ayaqlarına dəydi. Onun ayaqları dikili vəziyyətdə səcdə halında idi və belə dua edirdi: “Sənin qəzəbindən razılığına, cəzandan əfvinə sığınıram! Səndən Sənə pənah aparıram! Mən Səni (layiqincə) tərif edə bilmərəm. Sən Özün Özünü tərif etdiyin kimisən!””

Aişə
Nəsəi, 169 (Təharət, 169)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ سُفْيَانَ قَالَ : أَخْبَرَنِي أَبُو رَوْقٍ ، عَنْ إِبْرَاهِيمَ التَّيْمِيِّ ، عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا : أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُقَبِّلُ بَعْضَ أَزْوَاجِهِ ، ثُمَّ يُصَلِّي وَلاَ يَتَوَضَّأُ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : لَيْسَ فِي هَذَا البَابِ حَدِيثٌ أَحْسَنَ مَنْ هَذَا الْحَدِيثِ وَإنْ كَانَ مُرْسَلاً

“Rəvayət edilir ki, Aişə ﵂ belə demişdir: “Peyğəmbər ﷺ zövcələrindən bəzilərini öpdükdən sonra dəstəmaz almadan namaz qılardı”. Əbu Abdur-Rahmən (ən-Nəsəi) deyir: “Səhabənin sözü olsa da, bu məsələdə bu hədisdən daha yaxşı hədis görmədim”.”

Aişə
Nəsəi, 170 (Təharət, 170)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، أَخْبَرَنَا إِسْمَاعِيلُ وَعَبْدُ الرَّزَّاقِ قَالاَ : حَدَّثَنَا مَعْمَرٌ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُمَرَ بْنِ عَبْدِ الْعَزِيزِ ، عَنْ إِبْرَاهِيمَ بْنِ عَبْدِ اللهِ بْنِ قَارِظٍ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : تَوَضَّئُوا مِمَّا مَسَّتِ النَّارُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Odda bişən bir şeyi yedikdən sonra dəstəmaz alın”.”

Əbu Hureyra
Nəsəi, 171 (Təharət, 171)Səhih

أَخْبَرَنَا هِشَامُ بْنُ عَبْدِ الْمَلِكِ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ يَعْنِي : ابْنَ حَرْبٍ قَالَ : حَدَّثَنِي الزُّبَيْدِيُّ ، عَنِ الزُّهْرِيِّ ، أَنَّ عُمَرَ بْنَ عَبْدِ الْعَزِيزِ أَخْبَرَهُ ، أَنَّ عَبْدَ اللهِ بْنَ قَارِظٍ أَخْبَرَهُ ، أَنَّ أَبَا هُرَيْرَةَ قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : تَوَضَّئُوا مِمَّا مَسَّتِ النَّارُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Odda bişən bir şeyi yedikdən sonra dəstəmaz alın”.”

Əbu Hureyra
Nəsəi, 172 (Təharət, 172)Səhih

أَخْبَرَنَا الرَّبِيعُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا إِسْحَاقُ بْنُ بَكْرٍ وَهُوَ ابْنُ مُضَرٍ قَالَ : حَدَّثَنِي أَبِي ، عَنْ جَعْفَرِ بْنِ رَبِيعَةَ ، عَنْ بَكْرِ بْنِ سَوَادَةَ ، عَنْ مُحَمَّدِ بْنِ مُسْلِمٍ ، عَنْ عُمَرَ بْنِ عَبْدِ الْعَزِيزِ ، عَنْ عَبْدِ اللهِ بْنِ إِبْرَاهِيمَ بْنِ قَارِظٍ قَالَ : رَأَيْتُ أَبَا هُرَيْرَةَ يَتَوَضَّأُ عَلَى ظَهْرِ الْمَسْجِدِ فَقَالَ : أَكَلْتُ أَثْوَارَ أَقِطٍ فَتَوَضَّأْتُ مِنْهَا ، إِنِّي سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَأْمُرُ بِالْوُضُوءِ مِمَّا مَسَّتِ النَّارُ.

“Rəvayət edilir ki, Abdullah ibn İbrahim ibn Qariz ﵀ demişdir: “Əbu Hureyranın məscidin arxasında dəstəmaz aldığını gördüm. O dedi: “Bişmiş pendir yemişəm, ona görə dəstəmaz alıram, çünki Allah Elçisinin ﷺ odda bişmiş bir şeyi yedikdən sonra dəstəmaz almağı əmr etməsini eşitmişəm“.”

Abdullah ibn İbrahim ibn Qariz
Nəsəi, 173 (Təharət, 173)Səhih

أَخْبَرَنَا إِبْرَاهِيمُ بْنُ يَعْقُوبَ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الصَّمَدِ بْنُ عَبْدِ الْوَارِثِ ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنْ حُسَيْنٍ الْمُعَلِّمِ قَالَ : حَدَّثَنِي يَحْيَى بْنُ أَبِي كَثِيرٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ عَمْرٍو الأَوْزَاعِيِّ ، أَنَّهُ سَمِعَ الْمُطَّلِبَ بْنَ عَبْدِ اللهِ بْنِ حَنْطَبٍ يَقُولُ : قَالَ ابْنُ عَبَّاسٍ : أَتَوَضَّأُ مِنْ طَعَامٍ أَجِدُهُ فِي كِتَابِ اللهِ حَلاَلاً لأَنَّ النَّارَ مَسَّتْهُ ، فَجَمَعَ أَبُو هُرَيْرَةَ حَصًى فَقَالَ : أَشْهَدُ عَدَدَ هَذَا الْحَصَى أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : تَوَضَّئُوا مِمَّا مَسَّتِ النَّارُ.

“Rəvayət edilir ki, Muttalib ibn Abdullah ibn Hantab ﵀ demişdir: “İbn Abbas belə dedi: “Allahın Kitabında bizə yemək üçün halal etdiyi bir şeyə od toxunduqdan sonra yediyinə görə dəstəmazmı alırsan!?” Əbu Hureyra bir neçə xırda daş götürüb dedi: “Bu daşların sayı qədər şahidlik gətirirəm ki, həqiqətən, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Odda bişən bir şeyi yedikdən sonra dəstəmaz alın!””

Muttalib ibn Abdullah ibn Hantab
Nəsəi, 174 (Təharət, 174)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي عَدِيٍّ ، عَنْ شُعْبَةَ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، عَنْ يَحْيَى بْنِ جَعْدَةَ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : تَوَضَّئُوا مِمَّا مَسَّتِ النَّارُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Odda bişən bir şeyi yedikdən sonra dəstəmaz alın!””

Əbu Hureyra
Nəsəi, 175 (Təharət, 175)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ وَمُحَمَّدُ بْنُ بَشَّارٍ قَالاَ : أَنْبَأَنَا ابْنُ أَبِي عَدِيٍّ ، عَنْ شُعْبَةَ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، عَنْ يَحْيَى بْنِ جَعْدَةَ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو قَالَ مُحَمَّدٌ : الْقَارِيِّ ، عَنْ أَبِي أَيُّوبَ قَالَ : قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تَوَضَّئُوا مِمَّا غَيَّرَتِ النَّارُ.

“Rəvayət edilir ki, Əbu Əyyub ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Odda bişən bir şey yedikdən sonra dəstəmaz alın!””

Əbu Əyyub
Nəsəi, 176 (Təharət, 176)Səhih

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ وَهَارُونُ بْنُ عَبْدِ اللهِ قَالاَ : حَدَّثَنَا حَرَمِيٌّ وَهُوَ ابْنُ عُمَارَةَ بْنِ أَبِي حَفْصَةَ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ قَالَ : سَمِعْتُ يَحْيَى بْنَ جَعْدَةَ يُحَدِّثُ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو الْقَارِيِّ ، عَنْ أَبِي طَلْحَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : تَوَضَّئُوا مِمَّا غَيَّرَتِ النَّارُ.

“Əbu Talha ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Odda bişən bir şeyi yedikdən sonra dəstəmaz alın!””

Əbu Talha
Nəsəi, 177 (Təharət, 177)Səhih

أَخْبَرَنَا هَارُونُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا حَرَمِيُّ بْنُ عُمَارَةَ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ أَبِي بَكْرِ بْنِ حَفْصٍ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنِ ابْنِ أَبِي طَلْحَةَ ، عَنْ أَبِي طَلْحَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : تَوَضَّئُوا مِمَّا أَنْضَجَتِ النَّارُ.

“Əbu Talha ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Odda bişib qızarmış bir şey yedikdən sonra dəstəmaz alın!””

Əbu Talha
Nəsəi, 178 (Təharət, 178)Səhih

أَخْبَرَنَا هِشَامُ بْنُ عَبْدِ الْمَلِكِ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا الزُّبَيْدِيُّ قَالَ : أَخْبَرَنِي الزُّهْرِيُّ ، أَنَّ عَبْدَ الْمَلِكِ بْنَ أَبِي بَكْرٍ أَخْبَرَهُ ، أَنَّ خَارِجَةَ بْنَ زَيْدِ بْنِ ثَابِتٍ أَخْبَرَهُ ، أَنَّ زَيْدَ بْنَ ثَابِتٍ : قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : تَوَضَّئُوا مِمَّا مَسَّتِ النَّارُ.

“Rəvayət edilir ki, Zeyd ibn Sabit ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Odda bişən bir şeyi yedikdən sonra dəstəmaz alın!””

Zeyd ibn Sabit
Nəsəi, 179 (Təharət, 179)Səhih

أَخْبَرَنَا هِشَامُ بْنُ عَبْدِ الْمَلِكِ ، قَالَ : حَدَّثَنَا ابْنُ حَرْبٍ ، قَالَ : حَدَّثَنَا الزُّبَيْدِيُّ ، عَنِ الزُّهْرِيِّ أَنَّ أَبَا سَلَمَةَ بْنَ عَبْدِ الرَّحْمَنِ أَخْبَرَهُ ، عَنْ أَبِي سُفْيَانَ بْنِ سَعِيدِ بْنِ الأَخْنَسِ بْنِ شَرِيقٍ أَنَّهُ أَخْبَرَهُ ، أَنَّهُ دَخَلَ عَلَى أُمِّ حَبِيبَةَ زَوْجِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهِيَ خَالَتُهُ فَسَقَتْهُ سَوِيقًا ، ثُمَّ قَالَتْ لَهُ : تَوَضَّأْ يَا ابْنَ أُخْتِي ؛ فَإِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : تَوَضَّئُوا مِمَّا مَسَّتِ النَّارُ.

“Əbu Sufyan ibn Səid ibn əl-Əxnəs ibn Şəqiq ﵀ deyir ki, xalası və Peyğəmbərin ﷺ zövcəsi olan Ummu Həbibənin yanına gəldi. O da ona un şorbası verdi, sonra dedi: “Dəstəmaz al, ey bacım oğlu! Həqiqətən, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Odda bişən bir şeyi yedikdən sonra dəstəmaz alın!””

Əbu Sufyan ibn Səid ibn əl-Əxnəs ibn Şəqiq
Nəsəi, 180 (Təharət, 180)Səhih

أَخْبَرَنَا الرَّبِيعُ بْنُ سُلَيْمَانَ بْنِ دَاوُدَ ، قَالَ : حَدَّثَنَا إِسْحَاقُ بْنُ بَكْرِ بْنِ مُضَرَ قَالَ : حَدَّثَنِي بَكْرُ بْنُ مُضَرَ ، عَنْ جَعْفَرِ بْنِ رَبِيعَةَ ، عَنْ بَكْرِ بْنِ سَوَادَةَ ، عَنْ مُحَمَّدِ بْنِ مُسْلِمِ بْنِ شِهَابٍ ، عَنْ أَبِي سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ أَبِي سُفْيَانَ بْنِ سَعِيدِ بْنِ الأَخْنَسِ ، أَنَّ أُمَّ حَبِيبَةَ زَوْجَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتْ لَهُ وَشَرِبَ سَوِيقًا : يَا ابْنَ أُخْتِي تَوَضَّأْ ؛ فَإِنِّي سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : تَوَضَّئُوا مِمَّا مَسَّتِ النَّارُ.

“Əbu Sufyan ibn Səid ibn əl-Əxnəs ﵀ rəvayət edir ki, Peyğəmbərin ﷺ zövcəsi Ummu Həbibə ona un şorbası yedirtdi və dedi: “Ey bacım oğlu, dəstəmaz al! Həqiqətən, mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Odda bişən bir şeyi yedikdən sonra dəstəmaz alın!””

Əbu Sufyan ibn Səid ibn əl-Əxnəs
Nəsəi, 181 (Təharət, 181)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ جَعْفَرِ بْنِ مُحَمَّدٍ ، عَنْ أَبِيهِ ، عَنْ عَلِيِّ بْنِ الْحُسَيْنِ ، عَنْ زَيْنَبَ بِنْتِ أُمِّ سَلَمَةَ ، عَنْ أُمِّ سَلَمَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَكَلَ كَتِفًا فَجَاءَهُ بِلاَلٌ فَخَرَجَ إِلَى الصَّلاَةِ وَلَمْ يَمَسَّ مَاءً.

“Rəvayət edilir ki, Ummu Sələmə ﵂ demişdir: “Allah Elçisi ﷺ qoyunun qolundan yemişdi. Bu vaxt Bilal gəldi və Peyğəmbər ﷺ dəstəmaz almadan namaz qıldı”.”

Ummu Sələmə
Nəsəi, 182 (Təharət, 182)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا ابْنُ جُرَيْجٍ ، عَنْ مُحَمَّدِ بْنِ يُوسُفَ ، عَنْ سُلَيْمَانَ بْنِ يَسَارٍ قَالَ : دَخَلْتُ عَلَى أُمِّ سَلَمَةَ فَحَدَّثَتْنِي ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُصْبِحُ جُنُبًا مِنْ غَيْرِ احْتِلاَمٍ ، ثُمَّ يَصُومُ وَحَدَّثَنَا مَعَ هَذَا الْحَدِيثِ أَنَّهَا حَدَّثَتْهُ : أَنَّهَا قَرَّبَتْ إِلَى النَّبيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَنْبًا مَشْوِيًّا فَأَكَلَ مِنْهُ ، ثُمَّ قَامَ إِلَى الصَّلاَةِ وَلَمْ يَتَوَضَّأْ.

“Rəvayət edilir ki, Süleyman ibn Yəsar ﵀ demişdir: “Ummu Sələmənin yanına gəldim və o, mənə hədis danışdı: “Allah Elçisi ﷺ pollusiya halı olmadan cənabətli halda sabahlayar və oruc tutardı”. Bununla yanaşı, mənə başqa bir hədis də danışdı. Bir dəfə o, Peyğəmbərə ﷺ yemək üçün qoyunun qızardılmış böyrünü gətirdi. Peyğəmbər ﷺ də ondan yedi və dəstəmaz almadan namaza durdu”.”

Süleyman ibn Yəsar
Nəsəi, 183 (Təharət, 183)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا ابْنُ جُرَيْجٍ قَالَ : حَدَّثَنِي مُحَمَّدُ بْنُ يُوسُفَ ، عَنِ ابْنِ يَسَارٍ ، عَنِ ابْنِ عَبَّاسٍ قَالَ : شَهِدْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَكَلَ خُبْزًا وَلَحْمًا ، ثُمَّ قَامَ إِلَى الصَّلاَةِ وَلَمْ يَتَوَضَّأْ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Mən Allah Elçisinin ﷺ çörək və ət yediyinə, sonra dəstəmaz almadan qalxıb namaz qıldığına şahid oldum”.”

İbn Abbas
Nəsəi, 184 (Təharət, 184)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا عَلِيُّ بْنُ عَيَّاشٍ ، قَالَ : حَدَّثَنَا شُعَيْبٌ ، عَنْ مُحَمَّدِ بْنِ الْمُنْكَدِرِ قَالَ : سَمِعْتُ جَابِرَ بْنَ عَبْدِ اللهِ قَالَ : كَانَ آخِرُ الأَمْرَيْنِ مِنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تَرْكَ الْوُضُوءِ مِمَّا مَسَّتِ النَّارُ.

“Rəvayət edilir ki, Muhəmməd ibn Munkədir ﵀ demişdir: “Mən Cabir ibn Abdullahın belə dediyini eşitdim: “Allah Elçisinin ﷺ əmr etdiyi iki şeydən biri də odda bişən bir şeyi yedikdən sonra dəstəmaz almamaq idi”.”

Muhəmməd ibn Munkədir
Nəsəi, 185 (Təharət, 185)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ وَاللَّفْظُ لَهُ ، عَنِ ابْنِ الْقَاسِمِ قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ بُشَيْرِ بْنِ يَسَارٍ مَوْلَى بَنِي حَارِثَةَ ، أَنَّ سُوَيْدَ بْنَ النُّعْمَانِ أَخْبَرَهُ : أَنَّهُ خَرَجَ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَامَ خَيْبَرَ حَتَّى إِذَا كَانُوا بِالصَّهْبَاءِ وَهِيَ مِنْ أَدْنَى خَيْبَرَ صَلَّى الْعَصْرَ ، ثُمَّ دَعَا بِالأَزْوَادِ فَلَمْ يُؤْتَ إِلاَّ بِالسَّوِيقِ فَأَمَرَ بِهِ فَثُرِّيَ فَأَكَلَ وَأَكَلْنَا ، ثُمَّ قَامَ إِلَى الْمَغْرِبِ فَتَمَضْمَضَ وَتَمَضْمَضْنَا ، ثُمَّ صَلَّى وَلَمْ يَتَوَضَّأْ.

“Rəvayət edilir ki, Suveyd ibn ən-Numan ﵁ demişdir: “Xeybərin fəth edildiyi ildə Allah Elçisi ﷺ ilə yola çıxmışdıq. Səhbə deyilən yerə çatdıqda – həmin yer Xeybərin yaxınlığında idi – Peyğəmbər ﷺ Əsr namazını qıldı. Sonra bizə azuqələri gətirməyi əmr etdi, lakin un şorbasından başqa bir şey yox idi. Peyğəmbər ﷺ onun bir yerə yığılaraq bişirilməsini əmr etdi. Özü də yedi, biz də yedik. Sonra Məğrib namazını qılmaq üçün ayağa qalxdı. O, ağzını yaxaladı, biz də ağzımızı yaxaladıq, sonra dəstəmaz almadan (yəni dəstəmazı yeniləmədən) namaz qıldı”.”

Suveyd ibn ən-Numan
Nəsəi, 186 (Təharət, 186)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ عُقَيْلٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ ، عَنِ ابْنِ عَبَّاسٍ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ شَرِبَ لَبَنًا ، ثُمَّ دَعَا بِمَاءٍ فَتَمَضْمَضَ ، ثُمَّ قَالَ : إِنَّ لَهُ دَسَمًا.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ süd içdi, sonra da su gətizdirib ağzını yaxaladı və dedi: “Həqiqətən, o, yağlıdır”.”

İbn Abbas
Nəsəi, 187 (Təharət, 187)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الأَغَرِّ وَهوَ ابْنُ الصَّبَّاحِ ، عَنْ خَلِيفَةَ بْنِ حُصَيْنٍ ، عَنْ قَيْسِ بْنِ عَاصِمٍ ، أَنَّهُ أَسْلَمَ فَأَمَرَهُ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَنْ يَغْتَسِلَ بِمَاءٍ وَسِدْرٍ.

“Qeys ibn Asim ﵁ rəvayət edir ki, o, İslamı qəbul etdikdə Peyğəmbər ﷺ ona: “Su və sidr ilə qüsl al!”- deyə əmr etdi.”

Qeys ibn Asim
Nəsəi, 188 (Təharət, 188)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ سَعِيدِ بْنِ أَبِي سَعِيدٍ ، أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ يَقُولُ : إِنَّ ثُمَامَةَ بْنَ أُثَالٍ الْحَنَفِيَّ انْطَلَقَ إِلَى نَجْلٍ قَرِيبٍ مِنَ الْمَسْجِدِ فَاغْتَسَلَ ، ثُمَّ دَخَلَ الْمَسْجِدَ فَقَالَ : أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ، وَأَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ . يَا مُحَمَّدُ ، وَاللَّهِ مَا كَانَ عَلَى الأَرْضِ وَجْهٌ أَبْغَضَ إِلَيَّ مِنْ وَجْهِكَ ، فَقَدْ أَصْبَحَ وَجْهُكَ أَحَبَّ الْوُجُوهِ كُلِّهَا إِلَيَّ وَإِنَّ خَيْلَكَ أَخَذَتْنِي وَأَنَا أُرِيدُ الْعُمْرَةَ فَمَاذَا تَرَى ؟ فَبَشَّرَهُ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَمَرَهُ أَنْ يَعْتَمِرَ مُخْتَصَرٌ

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Sumamə ibn Usəl əl-Hənəfi məscidin yaxınlığında olan axar su (hövzəsində) qüsl aldı, sonra məscidə daxil olub dedi: “Əşhədu əl-lə: ilə:hə illəllah, vahdəhu lə: şəri:kə ləh, və ənnə Muhəmmədən abduhu va rasu:luh. Ey Muhəmməd, Allaha and olsun ki, yer üzündə sənin üzündən daha çox qəzəbləndiyim üz yox idi. Artıq sənin üzün mənə üzlərin hamısından ən sevimli üz oldu. Sənin göndərdiyin dəstə məni saxladı. Mən isə ümrə etmək istəyirəm, mənə nəyi məsləhət bilirsən?” Peyğəmbər ﷺ ona ümrə etməyi əmr etdi”. Hədis müxtəsər olaraq nəql edilmişdir.”

Əbu Hureyra
Nəsəi, 189 (Təharət, 189)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، عَنْ مُحَمَّدٍ قَالَ : حَدَّثَنِي شُعْبَةُ ، عَنْ أَبِي إِسْحَاقَ قَالَ : سَمِعْتُ نَاجِيَةَ بْنَ كَعْبٍ ، عَنْ عَلِيٍّ رَضِيَ اللَّهُ عَنْهُ : أَنَّهُ أَتَى النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : إِنَّ أَبَا طَالِبٍ مَاتَ . فَقَالَ : اذْهَبْ فَوَارِهِ . قَالَ : إِنَّهُ مَاتَ مُشْرِكًا . قَالَ : اذْهَبْ فَوَارِهِ . فَلَمَّا وَارَيْتُهُ رَجَعْتُ إِلَيْهِ ، فَقَالَ لِي : اغْتَسِلْ.

“Rəvayət edilir ki, Əli ﵁ Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Əbu Talib öldü”. O dedi: “Get onu basdır!” Əli dedi: “Həqiqətən, o, müşrik olaraq öldü”. Peyğəmbər ﷺ dedi: “Get onu basdır!” Mən onu basdırdıqdan sonra Peyğəmbərin ﷺ yanına qayıtdım və o dedi: “(İndi isə get) qüsl al!””

Əli
Nəsəi, 190 (Təharət, 190)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ قَتَادَةَ قَالَ : سَمِعْتُ الْحَسَنَ يُحَدِّثُ ، عَنْ أَبِي رَافِعٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا جَلَسَ بَيْنَ شُعَبِهَا الأَرْبَعِ ، ثُمَّ اجْتَهَدَ فَقَدْ وَجَبَ الْغُسْلُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “(Kişi qadının) dörd əzası (ayaqları və qolları) arasında oturar və əlaqədə olarsa, artıq ona qüsl vacib olar”.”

Əbu Hureyra
Nəsəi, 191 (Təharət, 191)Səhih

أَخْبَرَنَا إِبْرَاهِيمُ بْنُ يَعْقُوبَ بْنِ إِسْحَاقَ الْجَوْزَجَانِيُّ قَالَ : حَدَّثَنِي عَبْدُ اللهِ بْنُ يُوسُفَ ، قَالَ : حَدَّثَنَا عِيسَى بْنُ يُونُسَ ، قَالَ : حَدَّثَنَا أَشْعَثُ بْنُ عَبْدِ الْمَلِكِ ، عَنِ ابْنِ سِيرِينَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا قَعَدَ بَيْنَ شُعَبِهَا الأَرْبَعِ ، ثُمَّ اجْتَهَدَ فَقَدْ وَجَبَ الْغُسْلُ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : هَذَا خَطَأٌ وَالصَّوَابُ أَشْعَثُ ، عَنِ الْحَسَنِ ، عَنْ أَبِي هُرَيْرَةَ . وَقَدْ رَوَى الْحَدِيثَ عَنْ شُعْبَةَ ، النَّضْرُ بْنُ شُمَيْلٍ ، وَغَيْرُهُ كَمَا رَوَاهُ خَالِدٌ

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “(Kişi qadının) dörd əzası (ayaqları və qolları) arasında oturar və cəhd edərsə, artıq ona qüsl vacib olar”.”

Əbu Hureyra
Nəsəi, 192 (Təharət, 192)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ وَعَلِيُّ بْنُ حُجْرٍ وَاللَّفْظُ لِقُتَيْبَةَ قَالاَ : حَدَّثَنَا عَبِيدَةُ بْنُ حُمَيْدٍ ، عَنِ الرُّكَيْنِ بْنِ الرَّبِيعِ ، عَنْ حُصَيْنِ بْنِ قَبِيصَةَ ، عَنْ عَلِيٍّ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ : كُنْتُ رَجُلاً مَذَّاءً فَقَالَ لِي رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا رَأَيْتَ الْمَذْيَ فَاغْسِلْ ذَكَرَكَ ، وَتَوَضَّأْ وُضُوءَكَ لِلصَّلاَةِ ، وَإِذَا فَضَخْتَ الْمَاءَ فَاغْتَسِلْ.

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Məndən çoxlu məzi gəlirdi. Allah Elçisi ﷺ mənə dedi: “Əgər sən özündə məzi görsən, övrət yerini yu və namaz üçün dəstəmaz aldığın kimi dəstəmaz al. Məninin axdığını gördükdə isə qüsl al!””

Əli
Nəsəi, 193 (Təharət, 193)Səhih

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ قَالَ : أَنْبَأَنَا عَبْدُ الرَّحْمَنِ ، عَنْ زَائِدَةَ (ح) وَأَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ وَاللَّفْظُ لَهُ ، أَنْبَأَنَا أَبُو الْوَلِيدِ ، حَدَّثَنَا زَائِدَةُ ، عَنِ الرُّكَيْنِ بْنِ الرَّبِيعِ بْنِ عَمِيلَةَ الْفَزَارِيِّ ، عَنْ حُصَيْنِ بْنِ قَبِيصَةَ ، عَنْ عَلِيٍّ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ : كُنْتُ رَجُلاً مَذَّاءً فَسَأَلْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : إِذَا رَأَيْتَ الْمَذْيَ فَتَوَضَّأْ وَاغْسِلْ ذَكَرَكَ ، وَإِذَا رَأَيْتَ فَضْخَ الْمَاءِ فَاغْتَسِلْ.

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Məndən çoxlu məzi gəlirdi. Peyğəmbərdən ﷺ bu haqda soruşdum, o da dedi: “Əgər sən özündə məzi görsən, övrət yerini yuyub dəstəmaz al. Məninin axdığını gördükdə isə qüsl al!””

Əli
Nəsəi, 194 (Təharət, 194)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا عَبْدَةُ ، قَالَ : حَدَّثَنَا سَعِيدٌ ، عَنْ قَتَادَةَ ، عَنْ أَنَسٍ : أَنَّ أُمَّ سُلَيْمٍ سَأَلَتْ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ الْمَرْأَةِ تَرَى فِي مَنَامِهَا مَا يَرَى الرَّجُلُ قَالَ : إِذَا أَنْزَلَتِ الْمَاءَ فَلْتَغْتَسِلْ.

“Ənəs ﵁ rəvayət edir ki, Ummu Suleym ﵂ Allah Elçisindən ﷺ kişinin yuxuda gördüyünü qadının da görməsi haqda soruşduqda o dedi: “Əgər səndən məni çıxsa, qüsl al!””

Ənəs
Nəsəi, 195 (Təharət, 195)Səhih

أَخْبَرَنَا كَثِيرُ بْنُ عُبَيْدٍ ، عَنْ مُحَمَّدِ بْنِ حَرْبٍ ، عَنِ الزُّبَيْدِيِّ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، أَنَّ عَائِشَةَ أَخْبَرَتْهُ : أَنَّ أُمَّ سُلَيْمٍ كَلَّمَتْ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَعَائِشَةُ جَالِسَةٌ فَقَالَتْ لَهُ : يَا رَسُولَ اللهِ ، إِنَّ اللهِ لاَ يَسْتَحْيِي مِنَ الْحَقِّ أَرَأَيْتَ الْمَرْأَةَ تَرَى فِي النَّوْمِ مَا يَرَى الرَّجُلُ أَفَتَغْتَسِلُ مِنْ ذَلِكَ ؟ فَقَالَ لَهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : نَعَمْ . قَالَتْ عَائِشَةُ فَقُلْتُ لَهَا : أُفٍّ لَكِ . أَوَ تَرَى الْمَرْأَةُ ذَلِكَ ؟ فَالْتَفَتَ إِلَيَّ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : تَرِبَتْ يَمِينُكِ فَمِنْ أَيْنَ يَكُونُ الشَّبَهُ ؟

“Aişə ﵂ rəvayət edir ki, Ummu Suleym Allah Elçisi ﷺ ilə danışırdı, mən də orda oturmuşdum. Ummu Suleym dedi: “Ey Allahın Elçisi! Allah haqqı deməkdən həya etməz. Yuxuda kişinin gördüyü şeyi qadının da görməsi haqda nə deyirsən (qüsl almalıdırmı)?” O dedi: “Bəli, (qüsl almalıdır)”. Aişə Ummu Suleymə dedi: “Ayıb olsun sənə! Məgər qadın belə şeyləri görürmü!?” Allah Elçisi ﷺ ona tərəf dönərək dedi: “Ay yazıq, belə olmasa, övladı ona necə oxşaya bilər?””

Aişə
Nəsəi, 196 (Təharət, 196)Səhih

أَخْبَرَنَا شُعَيْبُ بْنُ يُوسُفَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ هِشَامٍ قَالَ : أَخْبَرَنِي أَبِي ، عَنْ زَيْنَبَ بِنْتِ أُمِّ سَلَمَةَ ، عَنْ أُمِّ سَلَمَةَ ، أَنَّ امْرَأَةً قَالَتْ : يَا رَسُولَ اللهِ ، إِنَّ اللهِ لاَ يَسْتَحْيِي مِنَ الْحَقِّ ، هَلْ عَلَى الْمَرْأَةِ غُسْلٌ إِذَا هِيَ احْتَلَمَتْ ؟ قَالَ : نَعَمْ إِذَا رَأَتِ الْمَاءَ ، فَضَحِكَتْ أُمُّ سَلَمَةَ فَقَالَتْ : أَتَحْتَلِمُ الْمَرْأَةُ ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : فَفِيمَ يُشْبِهُهَا الْوَلَدُ.

“Ummu Sələmə ﵂ rəvayət edir ki, bir qadın gəlib dedi: “Ey Allahın Elçisi! Allah haqqı deməkdən həya etməz. Qadın pollusiya olduqda qüsl almalıdırmı?” Peyğəmbər ﷺ buyurdu: “Bəli, əgər (üzərində) su (məni) görübsə, (qüsl) almalıdır!” Ummu Sələmə gülümsədi və dedi: “Qadın da pollusiya ola bilər!?” Allah Elçisi ﷺ buyurdu: “Belə olmasa, övladı ona necə oxşaya bilər?””

Ummu Sələmə
Nəsəi, 197 (Təharət, 197)Səhih

أَخْبَرَنَا يُوسُفُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ ، عَنْ شُعْبَةَ قَالَ : سَمِعْتُ عَطَاءً الْخُرَاسَانِيَّ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ خَوْلَةَ بِنْتِ حَكِيمٍ قَالَتْ : سَأَلْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ الْمَرْأَةِ تَحْتَلِمُ فِي مَنَامِهَا ؟ فَقَالَ : إِذَا رَأَتِ الْمَاءَ فَلْتَغْتَسِلْ.

“Rəvayət edilir ki, Xavlə bint Həkim ﵂ demişdir: “Allah Elçisindən ﷺ yuxuda pollusiya olan qadın haqqında soruşdum. O dedi: “Əgər (üzərində) su (məni) görübsə, (qüsl) almalıdır”.”

Xavlə bint Həkim
Nəsəi, 198 (Təharət, 198)Səhih

أَخْبَرَنَا عَبْدُ الْجَبَّارِ بْنُ الْعَلاَءِ ، عَنْ سُفْيَانَ ، عَنْ عَمْرٍو ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ السَّائِبِ ، عَنْ عَبْدِ الرَّحْمَنِ ابْنِ سُعَادٍ ، عَنْ أَبِي أَيُّوبَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : الْمَاءُ مِنَ الْمَاءِ.

“Əbu Əyyub ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Suyu – ancaq su vacib edir”.”

Əbu Əyyub
Nəsəi, 199 (Təharət, 199)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنَا عَبْدَةُ ، قَالَ : حَدَّثَنَا سَعِيدٌ ، عَنْ قَتَادَةَ ، عَنْ أَنَسٍ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَاءُ الرَّجُلِ غَلِيظٌ أَبْيَضُ ، وَمَاءُ الْمَرْأَةِ رَقِيقٌ أَصْفَرُ ، فَأَيُّهُمَا سَبَقَ كَانَ الشَّبَهُ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kişinin mənisi qatı və ağ olur. Qadının mənisi duru və sarı olur. Onlardan hansı hansını üstələyərsə, uşaq da ona oxşayar”.”

Ənəs
Nəsəi, 200 (Təharət, 200)Səhih

أَخْبَرَنَا عِمْرَانُ بْنُ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ عَبْدِ اللهِ الْعَدَوِيُّ ، قَالَ : حَدَّثَنَا الأَوْزَاعِيُّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ قَالَ : حَدَّثَنِي هِشَامُ بْنُ عُرْوَةَ ، عَنْ عُرْوَةَ ، عَنْ فَاطِمَةَ بِنْتِ قَيْسٍ مِنْ بَنِي أَسَدِ قُرَيْشٍ : أَنَّهَا أَتَتِ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَذَكَرَتْ أَنَّهَا تُسْتَحَاضُ ، فَزَعَمَتْ أَنَّهُ قَالَ لَهَا : إِنَّمَا ذَلِكَ عِرْقٌ ، فَإِذَا أَقْبَلَتِ الْحَيْضَةُ فَدَعِي الصَّلاَةَ ، وَإِذَا أَدْبَرَتْ فَاغْسِلِي عَنْكِ الدَّمَ ، ثُمَّ صَلَّى.

“Rəvayət edilir ki, Bəni Əsəd Qureyşi tayfasından olan Fatimə bint Qeys ﵂ Peyğəmbərin ﷺ yanına gəldi və istihazə olduğunu söylədi. Peyğəmbər ﷺ buyurdu: “Bu, (xəstəlik səbəbi ilə) damardan gələn qandır. Heyz qanı başladıqda namazı tərk et, heyz qanı dayandıqda isə qanı yu, sonra namaz qıl”.”

Fatimə bint Qeys
Nəsəi, 201 (Təharət, 201)Səhih

أَخْبَرَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، قَالَ : حَدَّثَنَا سَهْلُ بْنُ هَاشِمٍ ، قَالَ : حَدَّثَنَا الأَوْزَاعِيُّ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا أَقْبَلَتِ الْحَيْضَةُ فَاتْرُكِي الصَّلاَةَ ، وَإِذَا أَدْبَرَتْ فَاغْتَسِلِي.

“Aişə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Heyz başladıqda namazı tərk et, heyz qurtardıqda isə qüsl al!””

Aişə
Nəsəi, 202 (Təharət, 202)Səhih

أَخْبَرَنَا عِمْرَانُ بْنُ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا الأَوْزَاعِيُّ ، قَالَ : حَدَّثَنَا الزُّهْرِيُّ ، عَنْ عُرْوَةَ وَعَمْرَةَ ، عَنْ عَائِشَةَ قَالَتْ : اسْتُحِيضَتْ أُمُّ حَبِيبَةَ بِنْتُ جَحْشٍ سَبْعَ سِنِينَ ، فَاشْتَكَتْ ذَلِكَ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنَّ هَذِهِ لَيْسَتْ بِالْحَيْضَةِ وَلَكِنْ هَذَا عِرْقٌ فَاغْتَسِلِي ، ثُمَّ صَلِّي.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Ummu Həbibə bint Cəhş yeddi il istihazə olmuşdu. O, bu haqda Allah Elçisinə ﷺ şikayət etdikdə (soruşduqda) Allah Elçisi ﷺ ona dedi: “Bu, heyz deyil, (xəstəlik səbəbi ilə) damardan gələn qandır. Qüsl al, sonra namaz qıl!””

Aişə
Nəsəi, 203 (Təharət, 203)Səhih

أَخْبَرَنَا الرَّبِيعُ بْنُ سُلَيْمَانَ بْنِ دَاوُدَ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ يُوسُفَ ، قَالَ : حَدَّثَنَا الْهَيْثَمُ بْنُ حُمَيْدٍ قَالَ : أَخْبَرَنِي النُّعْمَانُ وَالأَوْزَاعِيُّ وَأَبُو مُعَيْدٍ وَهُوَ حَفْصُ بْنُ غَيْلاَنَ ، عَنِ الزُّهْرِيِّ قَالَ : أَخْبَرَنِي عُرْوَةُ بْنُ الزُّبَيْرِ وَعَمْرَةُ بِنْتُ عَبْدِ الرَّحْمَنِ ، عَنْ عَائِشَةَ قَالَتْ : اسْتُحِيضَتْ أُمُّ حَبِيبَةَ بِنْتُ جَحْشٍ امْرَأَةُ عَبْدِ الرَّحْمَنِ بْنِ عَوْفٍ وَهِيَ أُخْتُ زَيْنَبَ بِنْتِ جَحْشٍ ، فَاسْتَفْتَتْ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : لَهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنَّ هَذِهِ لَيْسَتْ بِالْحَيْضَةِ ، وَلَكِنْ هَذَا عِرْقٌ ، فَإِذَا أَدْبَرَتِ الْحَيْضَةُ فَاغْتَسِلِي وَصَلِّي ، وَإِذَا أَقْبَلَتْ فَاتْرُكِي لَهَا الصَّلاَةَ قَالَتْ عَائِشَةُ : فَكَانَتْ تَغْتَسِلُ لِكُلِّ صَلاَةٍ وَتُصَلِّي ، وَكَانَتْ تَغْتَسِلُ أَحْيَانًا فِي مِرْكَنٍ فِي حُجْرَةِ أُخْتِهَا زَيْنَبَ وَهِيَ عِنْدَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى أَنْ حُمْرةَ الدَّمِ لَتَعْلُو الْمَاءَ وَتَخْرُجُ فَتُصَلِّي مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَمَا يَمْنَعُهَا ذَلِكَ مِنَ الصَّلاَةِ

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Abdur-Rahmən ibn Aufun zövcəsi və Zeynəb bint Cəhşin bacısı Ummu Həbibə bint Cəhş istihazə olmuşdu. O, bu haqda Allah Elçisindən ﷺ soruşdu. Allah Elçisi ﷺ də ona dedi: “Bu, heyz qanı deyil, (xəstəlik səbəbi ilə) damardan gələn qandır. Heyz vaxtın qurtardıqda qüsl al və namaz qıl. Heyz başladıqda isə namazı tərk et”. Aişə dedi: “O, hər namaz üçün yuyunar və namaz qılardı. O, Allah Elçisinin ﷺ zövcəsi olan bacısı Zeynəbin otağında yuyunar və onun yuyunduğu ləyəndə çoxlu qan görsənərdi. (Bundan sonra) o, çıxıb Allah Elçisi ﷺ ilə namaz qılardı (camaat namazına qoşulardı). Bu hal onu namazdan uzaqlaşdırmazdı”.”

Aişə
Nəsəi, 204 (Təharət, 204)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، عَنْ عَمْرِو بْنِ الْحَارِثِ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ عُرْوَةَ وَعَمْرَةَ ، عَنْ عَائِشَةَ ، أَنَّ أُمَّ حَبِيبَةَ - خَتَنَةَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَتَحْتَ عَبْدِ الرَّحْمَنِ بْنِ عَوْفٍ - اسْتُحِيضَتْ سَبْعَ سِنِينَ اسْتَفْتَتْ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي ذَلِكَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنَّ هَذِهِ لَيْسَتْ بِالْحَيْضَةِ وَلَكِنْ هَذَا عِرْقٌ ، فَاغْتَسِلِي وَصَلِّي.

“Rəvayət edilir ki, Allah Elçisinin ﷺ baldızı və Abdur-Rahmən ibn Aufun zövcəsi Ummu Həbibə yeddi il istihazə olmuşdu. Bu haqda Allah Elçisindən ﷺ soruşduqda, o dedi: “Bu, heyz qanı deyil, (xəstəlik səbəbi ilə) damardan gələn qandır. Qüsl al və namaz qıl!””

Aişə
Nəsəi, 205 (Təharət, 205)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ قَالَتْ : اسْتَفْتَتْ أُمُّ حَبِيبَةَ بِنْتُ جَحْشٍ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَتْ : يَا رَسُولَ اللهِ ، إِنِّي أُسْتَحَاضُ . فَقَالَ : إِنَّمَا ذَلِكَ عِرْقٌ فَاغْتَسِلِي وَصَلِّي فَكَانَتْ تَغْتَسِلُ لِكُلِّ صَلاَةٍ

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Ummu Həbibə bint Cəhş Allah Elçisindən ﷺ soruşdu: “Ey Allahın Elçisi, mən (uzun müddətdir ki, arası kəsilmədən) heyz oluram”. Peyğəmbər ﷺ dedi: “Həqiqətən, bu, (xəstəlik səbəbi ilə) damardan gələn qandır. Qüsl al və namaz qıl!” O da hər namaz üçün yuyunub namaz qılardı”.”

Aişə
Nəsəi, 206 (Təharət, 206)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ يَزِيدَ بْنِ أَبِي حَبِيبٍ ، عَنْ جَعْفَرِ بْنِ رَبِيعَةَ ، عَنْ عِرَاكِ بْنِ مَالِكٍ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا ، أَنَّ أُمَّ حَبِيبَةَ سَأَلَتْ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ الدَّمِ قَالَتْ : عَائِشَةُ رَضِيَ اللَّهُ عَنْهَا : رَأَيْتُ مِرْكَنَهَا مَلآنَ دَمًا . فَقَالَ لَهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : امْكُثِي قَدْرَ مَا كَانَتْ تَحْبِسُكِ حَيْضَتُكِ ، ثُمَّ اغْتَسِلِي

“Aişə ﵂ rəvayət edir ki, Ummu Həbibə Allah Elçisindən ﷺ (davamiyyətli gələn heyz) qanı haqda soruşdu. Aişə ﵂ deyir: “Mən onun yuyunmaq üçün olan ləyəninin qan ilə dolu olduğunu gördüm”. Allah Elçisi ﷺ ona dedi: “Heyzdən hesab etdiyin vaxtı gözlə, sonra qüsl al (və namaz qıl)!””

Aişə
Nəsəi, 207 (Təharət, 207)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ نَافِعٍ ، عَنْ سُلَيْمَانَ بْنِ يَسَارٍ ، عَنْ أُمِّ سَلَمَةَ تَعْنِي ، أَنَّ امْرَأَةً كَانَتْ تُهَرَاقُ الدَّمَ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَاسْتَفْتَتْ لَهَا أُمُّ سَلَمَةَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : لِتَنْظُرْ عَدَدَ اللَّيَالِي وَالأَيَّامِ الَّتِي كَانَتْ تَحِيضُ مِنَ الشَّهْرِ قَبْلَ أَنْ يُصِيبَهَا الَّذِي أَصَابَهَا ، فَلْتَتْرُكِ الصَّلاَةَ قَدْرَ ذَلِكَ مِنَ الشَّهْرِ ، فَإِذَا خَلَّفَتْ ذَلِكَ فَلْتَغْتَسِلْ ، ثُمَّ لِتَسْتَثْفِرْ ، ثُمَّ لِتُصَلِّي.

“Ummu Sələmə ﵂ rəvayət edir ki, Allah Elçisinin ﷺ dövründə bir qadından davamlı şəkildə qan gəlirdi. Ummu Sələmə bu hadisəni Allah Elçisindən ﷺ soruşduqda o belə cavab verdi: “Bu xəstəlik baş verməmişdən qabaq, hər ay heyz olduğu gecələr və gündüzlər qədər gözləsin. Bu günlər ərzində namazı tərk etsin. Bu müddət keçdikdən sonra qüsl alsın. Sonra bu haldan qorunmaq üçün bir əski parçası ilə qorunsun, sonra namaz qılsın”.”

Ummu Sələmə
Nəsəi, 208 (Təharət, 208)Səhih

أَخْبَرَنَا الرَّبِيعُ بْنُ سُلَيْمَانَ بْنِ دَاوُدَ بْنِ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا إِسْحَاقُ بْنُ بَكْرٍ قَالَ : حَدَّثَنِي أَبِي ، عَنْ يَزِيدَ بْنِ عَبْدِ اللهِ ، عَنْ أَبِي بَكْرِ بْنِ مُحَمَّدٍ ، عَنْ عَمْرَةَ ، عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا : أَنَّ أُمَّ حَبِيبَةَ بِنْتَ جَحْشٍ الَّتِي كَانَتْ تَحْتَ عَبْدِ الرَّحْمَنِ بْنِ عَوْفٍ ، وَأَنَّهَا اسْتُحِيضَتْ لاَ تَطْهُرْ ، فَذُكِرَ شَأْنُهَا لِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : إِنَّهَا لَيْسَتْ بِالْحَيْضَةِ ، وَلَكِنَّهَا رَكْضَةٌ مِنَ الرَّحِمِ ، فَلْتَنْظُرْ قَدْرَ قُرْئِهَا الَّتِي كَانَتْ تَحِيضُ لَهَا فَلْتَتْرُكِ الصَّلاَةَ ، ثُمَّ تَنْظُرْ مَا بَعْدَ ذَلِكَ فَلْتَغْتَسِلْ عِنْدَ كُلِّ صَلاَةٍ.

“Aişə ﵂ rəvayət edir ki, Abdur-Rahmən ibn Aufun həyat yoldaşı Ummu Həbibə bint Cəhş istihazə olurdu və təmizlənmirdi. Onun halı Allah Elçisinə ﷺ bildirildikdə o buyurdu: “Həqiqətən, bu, heyz deyil, (xəstəlik səbəbi ilə) ana bətnindən gələn damar qanıdır. Heyz günlərinin müddəti qədər gözləsin və namaz qılmasın, sonra hər namaz üçün dəstəmaz alsın”.”

Aişə
Nəsəi, 209 (Təharət, 209)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عَمْرَةَ ، عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا : أَنَّ أُمَّ حَبِيبَةَ بِنْتَ جَحْشٍ كَانَتْ تُسْتَحَاضُ سَبْعَ سِنِينَ ، فَسَأَلَتِ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : لَيْسَتْ بِالْحَيْضَةِ إِنَّمَا هُوَ عِرْقٌ ، فَأَمَرَهَا أَنَّ تَتْرُكَ الصَّلاَةَ قَدْرَ أَقْرَائِهَا وَحَيْضَتِهَا وَتَغْتَسِلَ وَتُصَلِّيَ فَكَانَتْ تَغْتَسِلُ عِنْدَ كُلِّ صَلاَةٍ

“Aişə ﵂ rəvayət edir ki, Ummu Həbibə bint Cəhş yeddi il istihazə olmuşdu. Bu haqda Peyğəmbərdən ﷺ soruşduqda o dedi: “Bu, heyz ilə əlaqədar deyil, (xəstəlik səbəbi ilə) damardan gələn qandır”. Ona heyz müddəti qədərində namazı tərk etməyi, sonra qüsl alıb namaz qılmasını əmr etdi. Ummu Həbibə də hər namaz üçün yuyunardı.”

Aişə
Nəsəi, 210 (Təharət, 210)Səhih

أَخْبَرَنَا عِيسَى بْنُ حَمَّادٍ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ يَزِيدَ بْنِ أَبِي حَبِيبٍ ، عَنْ بُكَيْرِ بْنِ عَبْدِ اللهِ ، عَنِ الْمُنْذِرِ بْنِ الْمُغِيرَةِ ، عَنْ عُرْوَةَ أَنَّ فَاطِمَةَ بِنْتَ أَبِي حُبَيْشٍ حَدَّثَتْ ، أَنَّهَا أَتَتْ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَشَكَتْ إِلَيْهِ الدَّمَ . فَقَالَ لَهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : « إِنَّمَا ذَلِكَ عِرْقٌ ، فَانْظُرِي إِذَا أَتَاكِ قُرْؤُكِ فَلاَ تُصلِّى ، فَإِذَا مَرَّ قُرْؤُكِ فَتَطَهَّرِي ، ثُمَّ صَلِّي مَا بَيْنَ الْقُرْءِ إِلَى الْقُرْءِ » هَذَا الدَّلِيلُ عَلَى أَنَ الأَقْرَاءَ حَيْضٌ . قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : وَقَدْ رَوَى هَذَا الْحَدِيثَ هِشَامُ بْنُ عُرْوَةَ ، عَنْ عُرْوَةَ ، وَلَمْ يَذْكُرْ فِيهِ مَا ذَكَرَ الْمُنْذِرُ.

“Urva ﵀ rəvayət edir ki, Fatimə bint Əbu Hubeyş Allah Elçisinin ﷺ yanına gələrək ondan davamlı şəkildə qan gəldiyindən şikayət etdi. Allah Elçisi ﷺ ona dedi: “Bu, (xəstəlik səbəbi ilə) damardan gələn qandır. Adi halda heyz olduğun günlər qədər hesabla və namaz qılma. Bu vaxt bitib qurtardıqda təmizlən və hesabladığın ilk heyz arasında namaz qıl”. Bu, dəlildir ki, bu iki ara heyzdir.”

Urva
Nəsəi, 211 (Təharət, 211)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَخْبَرَنَا عَبْدَةُ وَوَكِيعٌ وَأَبُو مُعَاوِيَةَ قَالُوا : حَدَّثَنَا هِشَامُ بْنُ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ قَالَتْ : جَاءَتْ فَاطِمَةُ بِنْتُ أَبِي حُبَيْشٍ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَتْ : إِنِّي امْرَأَةٌ أُسْتَحَاضُ فَلاَ أَطْهُرُ ، أَفَأَدَعُ الصَّلاَةَ ؟ قَالَ : لاَ . إِنَّمَا ذَلِكَ عِرْقٌ وَلَيْسَ بِالْحَيْضَةِ ، فَإِذَا أَقْبَلَتِ الْحَيْضَةُ فَدَعِي الصَّلاَةَ ، وَإِذَا أَدْبَرَتْ فَاغْسِلِي عَنْكِ الدَّمَ وَصَلِّي.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Fatimə bint Əbu Hubeyş Allah Elçisinin ﷺ yanına gələrək dedi: “Mən istihazə olan bir qadınam və (qan dayanmır deyə) təmizlənmirəm. Mən namazı tərk edimmi?” O dedi: “Xeyr, bu, (xəstəlik səbəbi ilə) gələn qandır, heyz deyil. Heyzin vaxtı gəldikdə namazı tərk et. (Heyz) qurtardıqda isə qanı üzərindən təmizləyərək qüsl al və namaz qıl”.”

Aişə
Nəsəi, 212 (Təharət, 212)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ قَالَ : شُعْبَةُ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْقَاسِمِ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا : أَنَّ امْرَأَةً مُسْتَحَاضَةً عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قِيلَ لَهَا : أَنَّهُ عِرْقٌ عَانِدٌ ، فَأُمِرَتْ أَنْ تُؤَخِّرَ الظُّهْرَ وَتُعَجِّلَ الْعَصْرَ وَتَغْتَسِلَ لَهُمَا غُسْلاً وَاحِدًا ، وَتُؤَخِّرَ الْمَغْرِبَ وَتُعَجِّلَ الْعِشَاءَ وَتَغْتَسِلَ لَهُمَا غُسْلاً وَاحِدًا ، وَتَغْتَسِلَ لِصَلاَةِ الصُّبْحِ غُسْلاً وَاحِدًا.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisinin ﷺ vaxtında istihazə olan bir qadına deyildi: “Bu, (xəstəlik səbəbi ilə) damardan davamiyyətli şəkildə gələn qandır”. Ona əmr olundu ki, Zöhr namazını gecikdirib Əsr namazını tezləşdirsin və bunlar üçün bir dəfə yuyunsun. Məğrib namazını gecikdirib İşa namazını tezləşdirsin və bunlar üçün bir dəfə yuyunsun. Sübh namazı üçün isə bir dəfə yuyunsun.”

Aişə
Nəsəi, 213 (Təharət, 213)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ قُدَامَةَ ، قَالَ : حَدَّثَنَا جَرِيرٌ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ جَعْفَرِ بْنِ مُحَمَّدٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ : فِي حَدِيثِ أَسْمَاءَ بِنْتِ عُمَيْسٍ حِينَ نُفِسَتْ بِذِي الْحُلَيْفَةِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ لأَبِي بَكْرٍ : مُرْهَا أَنْ تَغْتَسِلَ وَتُهِلَّ.

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Əsma bint Umeys Zul-Huleyfə deyilən yerdə nifas oldu. Allah Elçisi ﷺ də Əbu Bəkrə (Əsma bint Umeys Əbu Bəkrin zövcəsi idi) dedi: “Ona əmr et ki, yuyunub ehrama girsin”.”

Cabir ibn Abdullah
Nəsəi, 214 (Təharət, 214)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، حَدَّثَنَا ابْنُ أَبِي عَدِيٍّ ، عَنْ مُحَمَّدٍ وَهُوَ ابْنُ عَمْرِو بْنِ عَلْقَمَةَ بْنِ وَقَّاصٍ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ عُرْوَةَ بْنِ الزُّبَيْرِ ، عَنْ فَاطِمَةَ بِنْتِ أَبِي حُبَيْشٍ أَنَّهَا كَانَتْ تُسْتَحَاضُ فَقَالَ لَهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا كَانَ دَمُ الْحَيْضِ فَإِنَّهُ دَمٌ أَسْوَدُ يُعْرَفُ فَأَمْسِكِي عَنِ الصَّلاَةِ ، فَإِذَا كَانَ الآخَرُ فَتَوَضَّئِي فَإِنَّمَا هُوَ عِرْقٌ

“Urva ibn əz-Zubeyr ﵄ rəvayət edir ki, Fatimə bint Əbu Hubeyş istihazə olurdu. Allah Elçisi ﷺ də ona dedi: “Heyz qanı qara və fərqli olur. Əgər heyz qanıdırsa, namaz qılma. Bundan başqa bir şey olanda isə dəstəmaz al, çünki bu, (xəstəlik səbəbi ilə) damarlardan gələn qandır”.”

Urva ibn əz-Zubeyr
Nəsəi, 215 (Təharət, 215)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي عَدِيٍّ هَذَا مِنْ كِتَابِهِ أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، حَدَّثَنَا ابْنُ أَبِي عَدِيٍّ مِنْ حِفْظِهِ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَمْرٍو ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا أَنَّ فَاطِمَةَ بِنْتَ أَبِي حُبَيْشٍ كَانَتْ تُسْتَحَاضُ فَقَالَ لَهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنَّ دَمَ الْحَيْضِ دَمٌ أَسْوَدُ يُعْرَفُ ، فَإِذَا كَانَ ذَلِكَ فَأَمْسِكِي عَنِ الصَّلاَةِ ، وَإِذَا كَانَ الآخَرُ فَتَوَضَّئِي وَصَلِّي. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : قَدْ رَوَى هَذَا الْحَدِيثَ غَيْرُ وَاحِدٍ لَمْ يَذْكُرْ أَحَدٌ مِنْهُمْ مَا ذَكَرَهُ ابْنُ أَبِي عَدِيٍّ ، وَاللَّهُ تَعَالَى أَعْلَمُ

“Aişə ﵂ rəvayət edir ki, Fatimə bint Əbu Hubeyş istihazə olurdu. Allah Elçisi ﷺ ona dedi: “Heyz qanı qara və fərqli olur. Belə olduqda namaz qılma. Bundan başqa bir şey olduqda isə dəstəmaz al və namaz qıl”.”

Aişə
Nəsəi, 216 (Təharət, 216)Səhih

أَخْبَرَنَا يَحْيَى بْنُ حَبِيبِ بْنِ عَرَبِيٍّ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ وَهُوَ ابْنُ زَيْدٍ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ : اسْتُحِيضَتْ فَاطِمَةُ بِنْتُ أَبِي حُبَيْشٍ فَسَأَلَتِ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَتْ : يَا رَسُولَ اللهِ ، إِنِّي أُسْتَحَاضُ فَلاَ أَطْهُرُ ، أَفَأَدَعُ الصَّلاَةَ ؟ قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنَّمَا ذَلِكَ عِرْقٌ وَلَيْسَتْ بِالْحَيْضَةِ ، فَإِذَا أَقْبَلَتِ الْحَيْضَةُ فَدَعِي الصَّلاَةَ ، وَإِذَا أَدْبَرَتْ فَاغْسِلِي عَنْكِ أَثَرَ الدَّمِ وَتَوَضَّئِي ؛ فَإِنَّمَا ذَلِكَ عِرْقٌ وَلَيْسَتْ بِالْحَيْضَةِ . قِيلَ لَهُ : فَالْغُسْلُ ؟ قَالَ : ذَلِكَ لاَ يَشُكُّ فِيهِ أَحَدٌ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : لاَ أَعْلَمُ أَحَدًا ذَكَرَ فِي هَذَا الْحَدِيثِ وَتَوَضَّئِي غَيْرُ حَمَّادِ بْنِ زَيْدٍ ، وَقَدْ رَوَى غَيْرُ وَاحِدٍ عَنْ هِشَامٍ ، وَلَمْ يَذْكُرْ فِيهِ وَتَوَضَّئِي.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Fatimə bint Əbu Hubeyş istihazə olurdu və Peyğəmbərdən ﷺ soruşdu: “Ey Allahın Elçisi! Həqiqətən, mən istihazə oluram və (qan dayanmır deyə) təmizlənmirəm. Buna görə mən namazı tərk edimmi?” Allah Elçisi ﷺ dedi: “Həqiqətən, bu, (xəstəlik səbəbi ilə) damardan gələn qandır və heyz deyil. Heyzin vaxtı gəldikdə namazı tərk et, heyzin vaxtı qurtardıqda isə özündə olan qan ləkələrini sil və dəstəmaz al. Bu, (xəstəlik səbəbi ilə) damardan gələn qandır və heyz deyil”. Raviyə deyildi: “O, (heyz vaxtı bitdikdə) qüsl aldımı?” O dedi: “Bunda heç bir şübhə yoxdur”.”

Aişə
Nəsəi, 217 (Təharət, 217)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، عَنْ مَالِكٍ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ : قَالَتْ فَاطِمَةُ بِنْتُ أَبِي حُبَيْشٍ يَا رَسُولَ اللهِ ، لاَ أَطْهُرُ أَفَأَدَعُ الصَّلاَةَ ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنَّمَا ذَلِكَ عِرْقٌ وَلَيْسَتْ بِالْحَيْضَةِ ، فَإِذَا أَقْبَلَتِ الْحَيْضَةُ فَدَعِي الصَّلاَةَ ، فَإِذَا ذَهَبَ قَدْرُهَا فَاغْسِلِي عَنْكِ الدَّمَ وَصَلِّي.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Fatimə bint Əbu Hubeyş dedi: “Ey Allahın Elçisi, mən heyzdən sonra təmizlənə bilmirəm, namazı tərk edimmi?” Allah Elçisi ﷺ dedi: “Bu, (xəstəlik səbəbi ilə) damardan gələn qandır və heyz deyil. Heyz vaxtı başladıqda namazı tərk et. Heyzin vaxtı bitdikdə isə özündən qanı təmizlə və namaza başla!””

Aişə
Nəsəi, 218 (Təharət, 218)Səhih

أَخْبَرَنَا أَبُو الأَشْعَثِ ، قَالَ : حَدَّثَنَا خَالِدُ بْنُ الْحَارِثِ قَالَ : سَمِعْتُ هِشَامَ بْنَ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ رَضِيَ اللهِ عَنْهَا : أَنَّ بِنْتَ أَبِي حُبَيْشٍ قَالَتْ : يَا رَسُولَ اللهِ ، إِنِّي لاَ أَطْهُرُ أَفَأَتْرُكُ الصَّلاَةَ ؟ قَالَ : لاَ . إِنَّمَا هُوَ عِرْقٌ - قَالَ خَالِدٌ فِيمَا قَرَأْتُ عَلَيْهِ - وَلَيْسَتْ بِالْحَيْضَةِ ، فَإِذَا أَقْبَلَتِ الْحَيْضَةُ فَدَعِي الصَّلاَةَ ، وَإِذَا أَدْبَرَتْ فَاغْسِلِي عَنْكِ الدَّمَ وَصَلِّي.

“Aişə ﵂ rəvayət edir ki, Bint Hubeyş dedi: “Ey Allahın Elçisi! Mən (heyz vaxtı bitdikdən sonra qan dayanmadığına görə) təmizlənə bilmirəm, namazı tərk edimmi?” O dedi: “Xeyr, bu, (xəstəlik səbəbi ilə) damardan gələn qandır və heyzdən deyil. Heyz vaxtı başladıqda namazı tərk et. Heyzin vaxtı bitdikdə isə özündən qanı təmizlə və namaza başla!””

Aişə
Nəsəi, 219 (Təharət, 219)Səhih

أَخْبَرَنَا سُلَيْمَانُ بْنُ دَاوُدَ وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ وَاللَّفْظُ لَهُ ، عَنِ ابْنِ وَهْبٍ ، عَنْ عَمْرِو بْنِ الْحَارِثِ ، عَنْ بُكَيْرٍ ، أَنَّ أَبَا السَّائِبِ أَخْبَرَهُ ، أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لاَ يَغْتَسِلْ أَحَدُكُمْ فِي الْمَاءِ الدَّائِمِ وَهُوَ جُنُبٌ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Heç biriniz cənabətli halda olduqda durğun suda qüsl almasın”.”

Əbu Hureyra
Nəsəi, 220 (Təharət, 220)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ يَزِيدَ الْمُقْرِئُ ، عَنْ سُفْيَانَ ، عَنْ أَبِي الزِّنَادِ ، عَنْ مُوسَى بْنِ أَبِي عُثْمَانَ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لاَ يَبُولَنَّ أَحَدُكُمْ فِي الْمَاءِ الرَّاكِدِ ، ثُمَّ يَغْتَسِلُ مِنْهُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Heç kim durğun suya kiçik subaşına çıxmasın, çünki oradan qüsl ala bilər”.”

Əbu Hureyra
Nəsəi, 221 (Təharət, 221)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ هِشَامٍ ، قَالَ : حَدَّثَنَا مَخْلَدٌ ، عَنْ سُفْيَانَ ، عَنْ أَبِي الْعَلاَءِ ، عَنْ عُبَادَةَ بْنِ نُسَيٍّ ، عَنْ غُضَيْفِ بْنِ الْحَارِثِ : أَنَّهُ سَأَلَ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا : أَيُّ اللَّيْلِ كَانَ يَغْتَسِلُ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتْ : رُبَّمَا اغْتَسَلَ أَوَّلَ اللَّيْلِ ، وَرُبَّمَا اغْتَسَلَ آخِرَهُ قُلْتُ : الْحَمْدُ لِلَّهِ الَّذِي جَعَلَ فِي الأَمْرِ سَعَةً

“Rəvayət edilir ki, Ğudeyf ibn Haris ﵀ Aişədən ﵂ soruşdu: “Allah Elçisi ﷺ gecənin hansı vaxtı qüsl alardı?” O dedi: “Bəzən gecənin əvvəlində, bəzən də gecənin axırında qüsl alardı”. Mən dedim: “İşlərdə genişlik əmr edən Allaha həmd olsun!””

Ğudeyf ibn Haris
Nəsəi, 222 (Təharət, 222)Səhih

أَخْبَرَنَا يَحْيَى بْنُ حَبِيبِ بْنِ عَرَبِيٍّ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ بُرْدٍ ، عَنْ عُبَادَةَ بْنِ نُسَيٍّ ، عَنْ غُضَيْفِ بْنِ الْحَارِثِ قَالَ : دَخَلْتُ عَلَى عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا فَسَأَلْتُهَا قُلْتُ : أَكَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَغْتَسِلُ مِنْ أَوَّلِ اللَّيْلِ أَوْ مِنْ آخِرِهِ ؟ قَالَتْ : كُلَّ ذَلِكَ ، رُبَّمَا اغْتَسَلَ مِنْ أَوَّلِهِ ، وَرُبَّمَا اغْتَسَلَ مِنْ آخِرِهِ قُلْتُ : الْحَمْدُ لِلَّهِ الَّذِي جَعَلَ فِي الأَمْرِ سَعَةً.

“Rəvayət edilir ki, Ğudeyf ibn Haris ﵀ demişdir: “Aişənin ﵂ yanına gəlib soruşdum: “Allah Elçisi ﷺ gecənin əvvəlində, yoxsa axırında qüsl alardı?” O dedi: “Bu (deyilən vaxtların) hamısında, bəzən gecənin əvvəlində, bəzən də gecənin axırında qüsl alardı”. Mən dedim: “İşlərdə genişlik əmr edən Allaha həmd olsun!””

Ğudeyf ibn Haris
Nəsəi, 223 (Təharət, 223)Səhih

أَخْبَرَنَا مُجَاهِدُ بْنُ مُوسَى ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِيٍّ قَالَ : حَدَّثَنِي يَحْيَى بْنُ الْوَلِيدِ قَالَ : حَدَّثَنِي مُحِلُّ بْنُ خَلِيفَةَ قَالَ : حَدَّثَنِى أَبُو السَّمْحِ ، قَالَ : كُنْتُ أَخْدُمُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَكَانَ إِذَا أَرَادَ أَنْ يَغْتَسِلَ قَالَ : وَلِّنِي قَفَاكَ ، فَأُوَلِّيهِ قَفَايَ فَأَسْتُرُهُ بِهِ.

“Rəvayət edilir ki, Əbu əs-Səmh ﵁ demişdir: “Mən Allah Elçisinə ﷺ xidmət edirdim. O, qüsl etmək istədikdə mənə deyərdi: “(Kürəyini) mənə tərəf çevir”. Mən də kürəyimi ona tərəf çevirər və onun üçün sipər olardım”.”

Əbu əs-Səmh
Nəsəi, 224 (Təharət, 224)Səhih

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ ، عَنْ مَالِكٍ ، عَنْ سَالِمٍ ، عَنْ أَبِي مُرَّةَ مَوْلَى عَقِيلِ بْنِ أَبِي طَالِبٍ ، عَنْ أُمِّ هَانِئٍ رَضِيَ اللَّهُ عَنْهَا : أَنَّهَا ذَهَبَتْ إِلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمَ الْفَتْحِ ، فَوَجَدَتْهُ يَغْتَسِلُ وَفَاطِمَةُ تَسْتُرُهُ بِثَوْبٍ ، فَسَلَّمَتْ فَقَالَ : مَنْ هَذَا ؟ قُلْتُ : أُمُّ هَانِئٍ . فَلَمَّا فَرَغَ مِنْ غُسْلِهِ قَامَ ، فَصَلَّى ثَمَانِيَ رَكَعَاتٍ فِي ثَوْبٍ مُلْتَحِفًا بِهِ.

“Rəvayət edilir ki, Ummu Hani ﵂ Fəth (Məkkənin fəthi) günü Peyğəmbərin ﷺ yanına getdi. O, qüsl alırdı və Fatimə onu bir paltarla örtürdü. Ona salam verdi və Peyğəmbər ﷺ dedi: “Kimdir o?” Mən dedim: “Ummu Hani”. Peyğəmbər ﷺ qüsl alıb qurtardıqdan sonra durub geyindiyi paltarda səkkiz rükət namaz qıldı.”

Ummu Hani
Nəsəi, 225 (Təharət, 225)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عُبَيْدٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ زَكَرِيَّا بْنِ أَبِي زَائِدَةَ ، عَنْ مُوسَى الْجُهَنِيِّ قَالَ : أُتِيَ مُجَاهِدٌ بِقَدَحٍ حَزَرْتُهُ ثَمَانِيَةَ أَرْطَالٍ فَقَالَ : حَدَّثَتْنِي عَائِشَةُ رَضِيَ اللَّهُ عَنْهَا : أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَغْتَسِلُ بِمِثْلِ هَذَا.

“Rəvayət edilir ki, Musa əl-Cuhəni ﵀ demişdir: “Mücahidə bir qabda səkkiz ərtal su gətirildi və o dedi: “Aişə ﵂ mənə dedi: “Allah Elçisi ﷺ bunun miqdarında (su ilə) qüsl alardı”.”

Musa əl-Cuhəni
Nəsəi, 226 (Təharət, 226)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ أَبِي بَكْرِ بْنِ حَفْصٍ سَمِعْتُ أَبَا سَلَمَةَ يَقُولُ : دَخَلْتُ عَلَى عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا وَأَخُوهَا مِنَ الرَّضَاعَةِ ، فَسَأَلَهَا عَنْ غُسْلِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَدَعَتْ بِإِنَاءٍ فِيهِ مَاءٌ قَدْرَ صَاعٍ ، فَسَتَرَتْ سِتْرًا ، فَاغْتَسَلَتْ فَأَفْرَغَتْ عَلَى رَأْسِهَا ثَلاَثًا.

“Rəvayət edilir ki, Əbu Sələmə ﵀ demişdir: “Mən və Aişənin süd qardaşı onun yanına gəldik. O, Aişədən ﵂ Peyğəmbərin ﷺ qüsl alması haqda soruşdu: “Aişə qabın içində bir saa su istədi. O, özü ilə bizim aramızda bir pərdənin (arxasında) qüsl aldı və başına üç dəfə su tökdü”.”

Əbu Sələmə
Nəsəi, 227 (Təharət, 227)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ أَنَّهَا قَالَتْ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَغْتَسِلُ فِي الْقَدَحِ - وَهُوَ الْفَرَقُ - وَكُنْتُ أَغْتَسِلُ أَنَا وَهُوَ فِي إِنَاءٍ وَاحِدٍ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ “fəraq” adlı bir qabdan qüsl alardı, mən də onunla birlikdə həmin qabdan qüsl alardım”.”

Aişə
Nəsəi, 228 (Təharət, 228)Səhih

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَبْدِ اللهِ بْنِ جَبْرٍ قَالَ : سَمِعْتُ أَنَسَ بْنَ مَالِكٍ يَقُولُ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَتَوَضَّأُ بِمَكُّوكٍ ، وَيَغْتَسِلُ بِخَمْسَةِ مَكَاكِيَّ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ bir məkkuk (su ilə) dəstəmaz, beş məkkuk (su ilə) də qüsl alardı”.”

Ənəs ibn Malik
Nəsəi, 229 (Təharət, 229)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا أَبُو الأَحْوَصِ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ أَبِي جَعْفَرٍ قَالَ : تَمَارَيْنَا فِي الْغُسْلِ عِنْدَ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، فَقَالَ جَابِرٌ : يَكْفِي مِنَ الْغُسْلِ مِنَ الْجَنَابَةِ صَاعٌ مِنْ مَاءٍ . قُلْنَا مَا يَكْفِي صَاعٌ وَلاَ صَاعَانِ . قَالَ جَابِرٌ : قَدْ كَانَ يَكْفِي مَنْ كَانَ خَيْرًا مِنْكُمْ وَأَكْثَرَ شَعْرًا.

“Rəvayət edilir ki, Əbu Cəfər ﵀ demişdir: “Biz Cabir ibn Abdullahın yanında qüsl haqda mübahisə etdik. Cabir bizə belə dedi: “Cənabət halından qüsl almaq üçün bir saa su kifayət edir”. Biz dedik: “Bizə qüsl almaq üçün bir və iki saa su da kifayət etmir”. Cabir dedi: “(Bu qədər su) sizdən də xeyirli, saçı sizdən də çox olana kifayət edərdi”.”

Əbu Cəfər
Nəsəi, 230 (Təharət, 230)Səhih

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ ، عَنْ مَعْمَرٍ ، عَنِ الزُّهْرِيِّ (ح) وَأَنْبَأَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ قَالَ : أَنْبَأَنَا مَعْمَرٌ وَابْنُ جُرَيْجٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ : كُنْتُ أَغْتَسِلُ أَنَا وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ إِنَاءٍ وَاحِدٍ ، وَهُوَ قَدْرُ الْفَرَقِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Allah Elçisi ﷺ ilə birlikdə “fəraq” deyilən qab qədər su ilə qüsl alardım”.”

Aişə
Nəsəi, 231 (Təharət, 231)Səhih

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ (ح) وَأَنْبَأَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا : أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَغْتَسِلُ وَأَنَا مِنْ إِنَاءٍ وَاحِدٍ نَغْتَرِفُ مِنْهُ جَمِيعًا.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Allah Elçisi ﷺ ilə birlikdə bir qabdan ovuc ilə (su götürərək) qüsl alardım”.”

Aişə
Nəsəi, 232 (Təharət, 232)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ قَالَ : حَدَّثَنِي عَبْدُ الرَّحْمَنِ بْنُ الْقَاسِمِ قَالَ : سَمِعْتُ الْقَاسِمَ يُحَدِّثُ ، عَنْ عَائِشَةَ رَضِيَ اللهِ عَنْهَا قَالَتْ : كُنْتُ أَغْتَسِلُ أَنَا وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ إِنَاءٍ وَاحِدٍ مِنَ الْجَنَابَةِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən və Allah Elçisi ﷺ bir qabdan (su götürərək) cənabət qüslu alardıq”.”

Aişə
Nəsəi, 233 (Təharət, 233)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، حَدَّثَنَا عَبِيدَةُ بْنُ حُمَيْدٍ ، عَنْ مَنْصُورٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ ، عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ : لَقَدْ رَأَيْتُنِي أُنَازِعُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الإِنَاءَ أَغْتَسِلُ أَنَا وَهُوَ مِنْهُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Allah Elçisi ﷺ ilə birlikdə bir qabdan qüsl alar və mən onunla su üstündə rəqabət aparardım”.”

Aişə
Nəsəi, 234 (Təharət, 234)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ قَالَ : حَدَّثَنِي مَنْصُورٌ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ ، عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ : كُنْتُ أَغْتَسِلُ أَنَا وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ إِنَاءٍ وَاحِدٍ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Allah Elçisi ﷺ ilə bir qabdan (su götürərək) qüsl alardım”.”

Aişə
Nəsəi, 235 (Təharət, 235)Səhih

أَخْبَرَنَا يَحْيَى بْنُ مُوسَى ، عَنْ سُفْيَانَ ، عَنْ عَمْرٍو ، عَنْ جَابِرِ بْنِ زَيْدٍ ، عَنِ ابْنِ عَبَّاسٍ قَالَ : أَخْبَرَتْنِي خَالَتِي مَيْمُونَةُ أَنَّهَا كَانَتْ تَغْتَسِلُ وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ إِنَاءٍ وَاحِدٍ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Xalam Məymunə Allah Elçisi ﷺ ilə bir qabdan (su götürərək) qüsl aldığını deyərdi”.”

İbn Abbas
Nəsəi, 236 (Təharət, 236)Səhih

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ ، عَنْ سَعِيدِ بْنِ يَزِيدَ قَالَ : سَمِعْتُ عَبْدَ الرَّحْمَنِ بْنَ هُرْمُزَ الأَعْرَجَ يَقُولُ : حَدَّثَنِي نَاعِمٌ مَوْلَى أُمِّ سَلَمَةَ رَضِيَ اللَّهُ عَنْهَا ، أَنَّ أُمَّ سَلَمَةَ سُئِلَتْ أَتَغْتَسِلُ الْمَرْأَةُ مَعَ الرَّجُلِ ؟ قَالَتْ : نَعَمْ . إِذَا كَانَتْ كَيِّسَةً رَأَيْتُنِي وَرَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَغْتَسِلُ مِنْ مِرْكَنٍ وَاحِدٍ نُفِيضُ عَلَى أَيْدِينَا حَتَّى نُنْقِيَهُمَا ، ثُمَّ نُفِيضَ عَلَيْهَا الْمَاءَ قَالَ الأَعْرَجُ : لاَ تَذْكُرُ فَرْجًا وَلاَ تَبَالَهُ.

“Ummu Sələmənin ﵂ azad etdiyi köləsi Naim ﵀ rəvayət edir ki, bir dəfə Ummu Sələmədən qadının əri ilə birlikdə qüsl alması haqda soruşdular. O dedi: “Bəli, əgər sudan düzgün istifadə edə bilirsə (birlikdə qüsl ala bilər)”. Mənim yadımdadır ki, Allah Elçisi ﷺ ilə bir qabdan su götürərək qüsl alardıq. Əllərimiz təmizlənənədək əllərimizə, sonra isə üzərimizə su tökərdik”.”

Ummu Sələmə
Nəsəi, 237 (Təharət, 237)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا أَبُو عَوَانَةَ ، عَنْ دَاوُدَ الأَوْدِيِّ ، عَنْ حُمَيْدِ بْنِ عَبْدِ الرَّحْمَنِ قَالَ : لَقِيتُ رَجُلاً صَحِبَ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَمَا صَحِبَهُ أَبُو هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ أَرْبَعَ سِنِينَ قَالَ : نَهَى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ يَمْتَشِطَ أَحَدُنَا كُلَّ يَوْمٍ ، أَوْ يَبُولَ فِي مُغْتَسَلِهِ ، أَوْ يَغْتَسِلَ الرَّجُلُ بِفَضْلِ الْمَرْأَةِ ، وَالْمَرْأَةُ بِفَضْلِ الرَّجُلِ وَلْيَغْتَرِفَا جَمِيعًا.

“Rəvayət edilir ki, Humeyd ibn Abdur-Rahmən ﵀ demişdir: “Mən Peyğəmbərə ﷺ dörd il səhabəlik etmiş Əbu Hureyranı ﵁ görmüşdüm. O mənə dedi: “Hər gün (həddindən artıq) üst-başımızı darayıb bəzənməyi, yuyunduğu yerə kiçik subaşına çıxmağı, qadının yuyunaraq artıq qalan su ilə kişinin qüsl etməsini və kişinin yuyunaraq artıq qalan su ilə qadının qüsl etməsini qadağan etdi. Həmçinin ovuclayaraq bir qabdan qüsl almağı əmr etdi”.”

Humeyd ibn Abdur-Rahmən
Nəsəi, 238 (Təharət, 238)Səhih
Daha çox göstər

510 / 923 hədis göstərilir