Ana səhifə

Mövzu

Sünnəyə tabe olmaq

الاعتصام بالسنة

Kitab və Sünnəyə sarılmaq, bidətdən çəkinmək

315 hədis

أَخْبَرَنَا الصَّلْتُ بْنُ مُحَمَّدٍ أَخْبَرَنَا مَهْدِىٌّ عَنْ وَاصِلٍ عَنْ أَبِى وَائِلٍ عَنْ حُذَيْفَةَ رَأَى رَجُلاً لاَ يُتِمُّ رُكُوعَهُ وَلاَ سُجُودَهُ ، فَلَمَّا قَضَى صَلاَتَهُ قَالَ لَهُ حُذَيْفَةُ مَا صَلَّيْتَ - قَالَ وَأَحْسِبُهُ قَالَ - لَوْ مُتَّ مُتَّ عَلَى غَيْرِ سُنَّةِ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ .

“Əbu Vail ﵀ rəvayət edir ki, Huzeyfə ﵁ rukusunu və səcdəsini tam etməyən bir adam gördü. O adam namazını bitirdikdən sonra Huzeyfə ona dedi: “Sən namaz qılmadın”. Əbu Vail deyir: “Zənn edirəm ki, Huzeyfə həmin adama dedi: “Ölsən, Muhəmmədin sünnəsindən başqa şey üzərində ölmüş olarsan”.”

Əbu Vail
Buxari, 389 (Namaz, 41)Səhih

« مَنْ حَدَّثَ عَنِّى بِحَدِيثٍ يُرَى أَنَّهُ كَذِبٌ فَهُوَ أَحَدُ الْكَاذِبِينَ ». حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا وَكِيعٌ عَنْ شُعْبَةَ عَنِ الْحَكَمِ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِى لَيْلَى عَنْ سَمُرَةَ بْنِ جُنْدَبٍ. ح وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ أَيْضًا حَدَّثَنَا وَكِيعٌ عَنْ شُعْبَةَ وَسُفْيَانَ عَنْ حَبِيبٍ عَنْ مَيْمُونِ بْنِ أَبِى شَبِيبٍ عَنِ الْمُغِيرَةِ بْنِ شُعْبَةَ قَالاَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَلِكَ.

““Kim yalan olduğunu yəqin bildiyi bir hədisi mənim adımdan rəvayət edərsə, o adam yalançılardan biri hesab edilər”. Hədisi Səmura ibn Cundəb və Muğira ibn Şubə ﵄ Allah Elçisindən ﷺ rəvayət etmişlər.”

Səmura ibn Cundəb və Muğira ibn Şubə
Muslim, 1 (Müqəddimə, 1)Səhih

وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا غُنْدَرٌ عَنْ شُعْبَةَ ح وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى وَابْنُ بَشَّارٍ قَالاَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا شُعْبَةُ عَنْ مَنْصُورٍ عَنْ رِبْعِىِّ بْنِ حِرَاشٍ أَنَّهُ سَمِعَ عَلِيًّا رَضِيَ اللَّهُ عَنْهُ يَخْطُبُ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ تَكْذِبُوا عَلَىَّ فَإِنَّهُ مَنْ يَكْذِبْ عَلَىَّ يَلِجِ النَّارَ ».

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Mənim adımdan yalan danışmayın! Hər kim mənim adımdan yalan danışarsa, Cəhənnəmə düşər”.”

Əli
Muslim, 2 (Müqəddimə, 2)Səhih

وَحَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا إِسْمَاعِيلُ - يَعْنِى ابْنَ عُلَيَّةَ - عَنْ عَبْدِ الْعَزِيزِ بْنِ صُهَيْبٍ عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّهُ قَالَ إِنَّهُ لَيَمْنَعُنِى أَنْ أُحَدِّثَكُمْ حَدِيثًا كَثِيرًا أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مَنْ تَعَمَّدَ عَلَىَّ كَذِبًا فَلْيَتَبَوَّأْ مَقْعَدَهُ مِنَ النَّارِ ».

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Məni sizə çoxlu hədislər rəvayət etməkdən saxlayan, Allah Elçisinin ﷺ bu hədisidir: “Kim mənim adımdan bilərəkdən bir yalan söyləyərsə, oddan olan yerini hazır bilsin”.”

Ənəs ibn Malik
Muslim, 3 (Müqəddimə, 3)Səhih

وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ عُبَيْدٍ الْغُبَرِىُّ حَدَّثَنَا أَبُو عَوَانَةَ عَنْ أَبِى حَصِينٍ عَنْ أَبِى صَالِحٍ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « مَنْ كَذَبَ عَلَىَّ مُتَعَمِّدًا فَلْيَتَبَوَّأْ مَقْعَدَهُ مِنَ النَّارِ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Kim bilərəkdən mənim adımdan yalan danışarsa, oddan olan yerini hazır bilsin”.”

Əbu Hureyra
Muslim, 4 (Müqəddimə, 4)Səhih

وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ نُمَيْرٍ حَدَّثَنَا أَبِى حَدَّثَنَا سَعِيدُ بْنُ عُبَيْدٍ حَدَّثَنَا عَلِىُّ بْنُ رَبِيعَةَ قَالَ أَتَيْتُ الْمَسْجِدَ وَالْمُغِيرَةُ أَمِيرُ الْكُوفَةِ قَالَ فَقَالَ الْمُغِيرَةُ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « إِنَّ كَذِبًا عَلَىَّ لَيْسَ كَكَذِبٍ عَلَى أَحَدٍ فَمَنْ كَذَبَ عَلَىَّ مُتَعَمِّدًا فَلْيَتَبَوَّأْ مَقْعَدَهُ مِنَ النَّارِ ».

“Rəvayət edilir ki, Muğira ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Mənim adımdan danışılan yalan başqa birisinin adından danışılan yalan kimi deyil. Kim bilərəkdən mənim adımdan yalan danışarsa, oddan olan yerini hazır bilsin”.”

Muğira
Muslim, 5 (Müqəddimə, 5)Səhih

وَحَدَّثَنِى عَلِىُّ بْنُ حُجْرٍ السَّعْدِىُّ حَدَّثَنَا عَلِىُّ بْنُ مُسْهِرٍ أَخْبَرَنَا مُحَمَّدُ بْنُ قَيْسٍ الأَسَدِىُّ عَنْ عَلِىِّ بْنِ رَبِيعَةَ الأَسَدِىِّ عَنِ الْمُغِيرَةِ بْنِ شُعْبَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِمِثْلِهِ وَلَمْ يَذْكُرْ « إِنَّ كَذِبًا عَلَىَّ لَيْسَ كَكَذِبٍ عَلَى أَحَدٍ ».

“Yuxarıdakı hədisin mətni ilə eynidir, lakin: “Mənim adımdan danışılan yalan başqa birisinin adından danışılan yalan kimi deyil”– sözü qeyd edilməmişdir.”

Muğira ibn Şubə
Muslim, 6 (Müqəddimə, 6)Səhih

وَحَدَّثَنَا عُبَيْدُ اللَّهِ بْنُ مُعَاذٍ الْعَنْبَرِىُّ حَدَّثَنَا أَبِى ح وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِىٍّ قَالاَ حَدَّثَنَا شُعْبَةُ عَنْ خُبَيْبِ بْنِ عَبْدِ الرَّحْمَنِ عَنْ حَفْصِ بْنِ عَاصِمٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « كَفَى بِالْمَرْءِ كَذِبًا أَنْ يُحَدِّثَ بِكُلِّ مَا سَمِعَ ».

“Rəvayət edilir ki, Həfs ibn Asim ﵀ demişdir: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Hər eşitdiyini söyləməsi insana yalan danışması üçün kifayət edər”.”

Həfs ibn Asim
Muslim, 7 (Müqəddimə, 7)Səhih

وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا عَلِىُّ بْنُ حَفْصٍ حَدَّثَنَا شُعْبَةُ عَنْ خُبَيْبِ بْنِ عَبْدِ الرَّحْمَنِ عَنْ حَفْصِ بْنِ عَاصِمٍ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِمِثْلِ ذَلِكَ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Əbu Hureyra
Muslim, 8 (Müqəddimə, 8)Səhih

وَحَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا هُشَيْمٌ عَنْ سُلَيْمَانَ التَّيْمِىِّ عَنْ أَبِى عُثْمَانَ النَّهْدِىِّ قَالَ قَالَ عُمَرُ بْنُ الْخَطَّابِ رضى الله تعالى عنه بِحَسْبِ الْمَرْءِ مِنَ الْكَذِبِ أَنْ يُحَدِّثَ بِكُلِّ مَا سَمِعَ.

“Rəvayət edilir ki, Ömər ibn əl-Xattab ﵁ demişdir: “Hər eşitdiyini söyləməsi insana yalan danışması üçün bəs edər”.”

Ömər ibn əl-Xattab
Muslim, 9 (Müqəddimə, 9)Səhih

وَحَدَّثَنِى أَبُو الطَّاهِرِ أَحْمَدُ بْنُ عَمْرِو بْنِ عَبْدِ اللَّهِ بْنِ عَمْرِو بْنِ سَرْحٍ قَالَ أَخْبَرَنَا ابْنُ وَهْبٍ قَالَ قَالَ لِى مَالِكٌ اعْلَمْ أَنَّهُ لَيْسَ يَسْلَمُ رَجُلٌ حَدَّثَ بِكُلِّ مَا سَمِعَ وَلاَ يَكُونُ إِمَامًا أَبَدًا وَهُوَ يُحَدِّثُ بِكُلِّ مَا سَمِعَ.

“Rəvayət edilir ki, İbn Vəhb ﵀ demişdir: “Malik mənə belə demişdir: “Bil ki, hər eşitdiyini danışan adam nə salamat qala bilər, nə də ki öndər ola bilər”.”

İbn Vəhb
Muslim, 10 (Müqəddimə, 10)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى قَالَ حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ قَالَ حَدَّثَنَا سُفْيَانُ عَنْ أَبِى إِسْحَاقَ عَنْ أَبِى الأَحْوَصِ عَنْ عَبْدِ اللَّهِ قَالَ بِحَسْبِ الْمَرْءِ مِنَ الْكَذِبِ أَنْ يُحَدِّثَ بِكُلِّ مَا سَمِعَ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Hər eşitdiyini söyləməsi insanın yalan danışması üçün kifayət edər”.”

Abdullah
Muslim, 11 (Müqəddimə, 11)Səhih

وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى قَالَ سَمِعْتُ عَبْدَ الرَّحْمَنِ بْنَ مَهْدِىٍّ يَقُولُ لاَ يَكُونُ الرَّجُلُ إِمَامًا يُقْتَدَى بِهِ حَتَّى يُمْسِكَ عَنْ بَعْضِ مَا سَمِعَ.

“Muhəmməd ibn Musənnə ﵀ demişdir: “Mən Abdur-Rahmən ibn Mehdinin belə dediyini eşitdim: “Kişi eşitdiklərinin bəzisini gizli saxlamadıqca, əsla nümunəvi öndər ola bilməz”.”

Muhəmməd ibn Musənnə
Muslim, 12 (Müqəddimə, 12)Səhih

وَحَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا عُمَرُ بْنُ عَلِىِّ بْنِ مُقَدَّمٍ عَنْ سُفْيَانَ بْنِ حُسَيْنٍ قَالَ سَأَلَنِى إِيَاسُ بْنُ مُعَاوِيَةَ فَقَالَ إِنِّى أَرَاكَ قَدْ كَلِفْتَ بِعِلْمِ الْقُرْآنِ فَاقْرَأْ عَلَىَّ سُورَةً وَفَسِّرْ حَتَّى أَنْظُرَ فِيمَا عَلِمْتَ. قَالَ فَفَعَلْتُ. فَقَالَ لِىَ احْفَظْ عَلَىَّ مَا أَقُولُ لَكَ إِيَّاكَ وَالشَّنَاعَةَ فِى الْحَدِيثِ فَإِنَّهُ قَلَّمَا حَمَلَهَا أَحَدٌ إِلاَّ ذَلَّ فِى نَفْسِهِ وَكُذِّبَ فِى حَدِيثِهِ.

“Rəvayət edilir ki, Süfyan ibn Hüseyn ﵀ demişdir: “Bir dəfə İyas ibn Müaviyə mənə dedi: “Mən sənin Quran elminə vurğun olduğunu görürəm. Belə isə, mənə bir surə oxu və onu təfsir et, görüm sən nə bilirsən”. Mən də bir surə oxuyub onu təfsir etdim. Sonra o mənə belə dedi: “İndi sənə deyəcəklərimi yaxşı-yaxşı yadında saxla: hədis xüsusunda nifrətamiz sözlər (uydurma hədislər) danışmaqdan çəkin! Çünki onları nəql edən hər kəs özü-özlüyündə zəlil olmuş və bu xüsusda yalançı sayılmışdır”.”

Süfyan ibn Hüseyn
Muslim, 13 (Müqəddimə, 13)Səhih

وَحَدَّثَنِى أَبُو الطَّاهِرِ وَحَرْمَلَةُ بْنُ يَحْيَى قَالاَ أَخْبَرَنَا ابْنُ وَهْبٍ قَالَ أَخْبَرَنِى يُونُسُ عَنِ ابْنِ شِهَابٍ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ بْنِ عُتْبَةَ أَنَّ عَبْدَ اللَّهِ بْنَ مَسْعُودٍ قَالَ مَا أَنْتَ بِمُحَدِّثٍ قَوْمًا حَدِيثًا لاَ تَبْلُغُهُ عُقُولُهُمْ إِلاَّ كَانَ لِبَعْضِهِمْ فِتْنَةً.

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Bir topluma ağılları kəsmədiyi bir hədisi danışsan, bu hədis onların bəzisi üçün mütləq bir fitnə olar”.”

Abdullah ibn Məsud
Muslim, 14 (Müqəddimə, 14)Səhih

وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ نُمَيْرٍ وَزُهَيْرُ بْنُ حَرْبٍ قَالاَ حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يَزِيدَ قَالَ حَدَّثَنِى سَعِيدُ بْنُ أَبِى أَيُّوبَ قَالَ حَدَّثَنِى أَبُو هَانِئٍ عَنْ أَبِى عُثْمَانَ مُسْلِمِ بْنِ يَسَارٍ عَنْ أَبِى هُرَيْرَةَ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ « سَيَكُونُ فِى آخِرِ أُمَّتِى أُنَاسٌ يُحَدِّثُونَكُمْ مَا لَمْ تَسْمَعُوا أَنْتُمْ وَلاَ آبَاؤُكُمْ فَإِيَّاكُمْ وَإِيَّاهُمْ ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Axırzamanda ümmətim içində bəzi insanlar ortaya çıxacaq ki, onlar sizə nə sizin, nə də atalarınızın eşitmədiyi uydurma hədisləri danışacaqlar. Onlardan uzaq olun, uzaq!””

Əbu Hureyra
Muslim, 15 (Müqəddimə, 15)Səhih

وَحَدَّثَنِى حَرْمَلَةُ بْنُ يَحْيَى بْنِ عَبْدِ اللَّهِ بْنِ حَرْمَلَةَ بْنِ عِمْرَانَ التُّجِيبِىُّ قَالَ حَدَّثَنَا ابْنُ وَهْبٍ قَالَ حَدَّثَنِى أَبُو شُرَيْحٍ أَنَّهُ سَمِعَ شَرَاحِيلَ بْنَ يَزِيدَ يَقُولُ أَخْبَرَنِى مُسْلِمُ بْنُ يَسَارٍ أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ يَقُولُ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « يَكُونُ فِى آخِرِ الزَّمَانِ دَجَّالُونَ كَذَّابُونَ يَأْتُونَكُمْ مِنَ الأَحَادِيثِ بِمَا لَمْ تَسْمَعُوا أَنْتُمْ وَلاَ آبَاؤُكُمْ فَإِيَّاكُمْ وَإِيَّاهُمْ لاَ يُضِلُّونَكُمْ وَلاَ يَفْتِنُونَكُمْ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Axırzamanda (çoxlu) gopçular və yalançılar meydana gələcək. Onlar sizə nə sizin, nə də atalarınızın eşitmədiyi uydurma hədisləri danışacaqlar. Onlardan uzaq olun, uzaq! Nəbadə, nəbadə sizi doğru yoldan azdırıb fitnəyə məruz qoysunlar”.”

Əbu Hureyra
Muslim, 16 (Müqəddimə, 16)Səhih

وَحَدَّثَنِى أَبُو سَعِيدٍ الأَشَجُّ حَدَّثَنَا وَكِيعٌ حَدَّثَنَا الأَعْمَشُ عَنِ الْمُسَيَّبِ بْنِ رَافِعٍ عَنْ عَامِرِ بْنِ عَبَدَةَ قَالَ قَالَ عَبْدُ اللَّهِ إِنَّ الشَّيْطَانَ لَيَتَمَثَّلُ فِى صُورَةِ الرَّجُلِ فَيَأْتِى الْقَوْمَ فَيُحَدِّثُهُمْ بِالْحَدِيثِ مِنَ الْكَذِبِ فَيَتَفَرَّقُونَ فَيَقُولُ الرَّجُلُ مِنْهُمْ سَمِعْتُ رَجُلاً أَعْرِفُ وَجْهَهُ وَلاَ أَدْرِى مَا اسْمُهُ يُحَدِّثُ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Həqiqətən, şeytan insan qiyafəsinə girib hər hansı bir toplumun yanına gəlir və onlara yalan hədislər danışır. Beləliklə də, onlar firqələrə bölünürlər. Sonra onlardan biri deyir: “Üzdən tanıdığım, lakin adını bilmədiyim bir adamın filan hədisi danışdığını eşitmişəm”.”

Abdullah
Muslim, 17 (Müqəddimə, 17)Səhih

وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ رَافِعٍ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ أَخْبَرَنَا مَعْمَرٌ عَنِ ابْنِ طَاوُسٍ عَنْ أَبِيهِ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ قَالَ إِنَّ فِى الْبَحْرِ شَيَاطِينَ مَسْجُونَةً أَوْثَقَهَا سُلَيْمَانُ يُوشِكُ أَنْ تَخْرُجَ فَتَقْرَأَ عَلَى النَّاسِ قُرْآنًا.

“Rəvayət edilir ki, Abdullah ibn Amr ibn əl-As ﵄ demişdir: “Həqiqətən də, dənizdə həbs edilmiş və Süleyman peyğəmbərin ﵇ bağladığı şeytanlar var. Onların ortaya çıxıb (avam) insanlara Quran oxumasına az qalıb”.”

Abdullah ibn Amr ibn əl-As
Muslim, 18 (Müqəddimə, 18)Səhih

وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ عَبَّادٍ وَسَعِيدُ بْنُ عَمْرٍو الأَشْعَثِىُّ جَمِيعًا عَنِ ابْنِ عُيَيْنَةَ - قَالَ سَعِيدٌ أَخْبَرَنَا سُفْيَانُ - عَنْ هِشَامِ بْنِ حُجَيْرٍ عَنْ طَاوُسٍ قَالَ جَاءَ هَذَا إِلَى ابْنِ عَبَّاسٍ - يَعْنِى بُشَيْرَ بْنَ كَعْبٍ - فَجَعَلَ يُحَدِّثُهُ فَقَالَ لَهُ ابْنُ عَبَّاسٍ عُدْ لِحَدِيثِ كَذَا وَكَذَا. فَعَادَ لَهُ ثُمَّ حَدَّثَهُ فَقَالَ لَهُ عُدْ لِحَدِيثِ كَذَا وَكَذَا. فَعَادَ لَهُ فَقَالَ لَهُ مَا أَدْرِى أَعَرَفْتَ حَدِيثِى كُلَّهُ وَأَنْكَرْتَ هَذَا أَمْ أَنْكَرْتَ حَدِيثِى كُلَّهُ وَعَرَفْتَ هَذَا فَقَالَ لَهُ ابْنُ عَبَّاسٍ إِنَّا كُنَّا نُحَدِّثُ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذْ لَمْ يَكُنْ يُكْذَبُ عَلَيْهِ فَلَمَّا رَكِبَ النَّاسُ الصَّعْبَ وَالذَّلُولَ تَرَكْنَا الْحَدِيثَ عَنْهُ.

“Rəvayət edilir ki, Tavus ﵀ demişdir: “Buşeyr ibn Kəb İbn Abbasın yanına gəlib ona hədis danışmağa başladı. İbn Abbas ona dedi: “Filan və filan hədisə bax!” O da bu hədisi gözdən keçirdi. Sonra qayıdıb ona hədis danışmağa başladı. İbn Abbas yenə ona dedi: “Filan və filan hədisə bax!” Buşeyr hədisə bir daha nəzər saldıqdan sonra dedi: “Bilmirəm, hədisimi tam başa düşüb bunu dandın, yoxsa bunu bildiyin halda hədisimi bütünlüklə inkar etdin?!” Onda İbn Abbas ona belə cavab verdi: “Biz Allah Elçisindən ﷺ hədis rəvayət edərdik. O vaxt onun adından yalan danışılmazdı. Elə ki, insanlar “səb” və “zəlul” dəvəyə minməyə başladılar, biz hədis danışmaqdan əl çəkdik”.”

Tavus
Muslim, 19 (Müqəddimə, 19)Səhih

وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ رَافِعٍ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ أَخْبَرَنَا مَعْمَرٌ عَنِ ابْنِ طَاوُسٍ عَنْ أَبِيهِ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ إِنَّمَا كُنَّا نَحْفَظُ الْحَدِيثَ وَالْحَدِيثُ يُحْفَظُ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَمَّا إِذْ رَكِبْتُمْ كُلَّ صَعْبٍ وَذَلُولٍ فَهَيْهَاتَ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Vaxtı ilə biz hədis əzbərləyərdik və hədislər yalnız Allah Elçisindən ﷺ öyrənilib əzbərlənərdi. Amma elə ki, siz hər bir “səb” və “zəlulə” minməyə başladınız, biz sizin hədislərinizə etimad göstərməkdən uzaqlaşdıq”.”

İbn Abbas
Muslim, 20 (Müqəddimə, 20)Səhih

وَحَدَّثَنِى أَبُو أَيُّوبَ سُلَيْمَانُ بْنُ عُبَيْدِ اللَّهِ الْغَيْلاَنِىُّ حَدَّثَنَا أَبُو عَامِرٍ - يَعْنِى الْعَقَدِىَّ - حَدَّثَنَا رَبَاحٌ عَنْ قَيْسِ بْنِ سَعْدٍ عَنْ مُجَاهِدٍ قَالَ جَاءَ بُشَيْرٌ الْعَدَوِىُّ إِلَى ابْنِ عَبَّاسٍ فَجَعَلَ يُحَدِّثُ وَيَقُولُ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَجَعَلَ ابْنُ عَبَّاسٍ لاَ يَأْذَنُ لِحَدِيثِهِ وَلاَ يَنْظُرُ إِلَيْهِ فَقَالَ يَا ابْنَ عَبَّاسٍ مَا لِى لاَ أَرَاكَ تَسْمَعُ لِحَدِيثِى أُحَدِّثُكَ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَلاَ تَسْمَعُ. فَقَالَ ابْنُ عَبَّاسٍ إِنَّا كُنَّا مَرَّةً إِذَا سَمِعْنَا رَجُلاً يَقُولُ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ابْتَدَرَتْهُ أَبْصَارُنَا وَأَصْغَيْنَا إِلَيْهِ بِآذَانِنَا فَلَمَّا رَكِبَ النَّاسُ الصَّعْبَ وَالذَّلُولَ لَمْ نَأْخُذْ مِنَ النَّاسِ إِلاَّ مَا نَعْرِفُ.

“Rəvayət edilir ki, Mücahid ﵀ demişdir: “Buşeyr əl-Adəvi, İbn Abbasın yanına gəlib: “Allah Elçisi ﷺ demişdir ki... Allah Elçisi ﷺ buyurmuşdur ki...”– deyə hədis danışmağa başladı. İbn Abbas isə onun danışdıqlarına qulaq asmayaraq ona məhəl qoymurdu. Onda Buşeyr ona: “Ey İbn Abbas! Görürəm, sən mənim danışdıqlarıma əhəmiyyət vermirsən?! Mən sənə Allah Elçisindən ﷺ hədis danışıram, sən isə dinləmirsən”. İbn Abbas ona dedi: “Biz elə bir dövrdə yaşayırdıq ki, o vaxt bir kəsin: “Allah Elçisi ﷺ belə buyurmuşdur...”– dediyini eşitdikdə gözlərimiz ona dikilər və biz dərhal ona qulaq verərdik. Elə ki insanlar “səb” və “zəlulə” minməyə başladılar, artıq onlardan bildiyimizdən başqa heç nə qəbul etmədik”.”

Mücahid
Muslim, 21 (Müqəddimə, 21)Səhih

حَدَّثَنَا دَاوُدُ بْنُ عَمْرٍو الضَّبِّىُّ حَدَّثَنَا نَافِعُ بْنُ عُمَرَ عَنِ ابْنِ أَبِى مُلَيْكَةَ قَالَ كَتَبْتُ إِلَى ابْنِ عَبَّاسٍ أَسْأَلُهُ أَنْ يَكْتُبَ لِى كِتَابًا وَيُخْفِى عَنِّى. فَقَالَ وَلَدٌ نَاصِحٌ أَنَا أَخْتَارُ لَهُ الأُمُورَ اخْتِيَارًا وَأُخْفِى عَنْهُ. قَالَ فَدَعَا بِقَضَاءِ عَلِىٍّ فَجَعَلَ يَكْتُبُ مِنْهُ أَشْيَاءَ وَيَمُرُّ بِهِ الشَّىْءُ فَيَقُولُ وَاللَّهِ مَا قَضَى بِهَذَا عَلِىٌّ إِلاَّ أَنْ يَكُونَ ضَلَّ.

“Rəvayət edilir ki, İbn Əbu Muleykə ﵀ demişdir: “Mən İbn Abbasa məktub yazıb ondan mənə bəzi hədisləri yazmasını, bəzilərini isə yazmamasını xahiş etdim. Bir dəfə o, bir məclisdə mənim haqqımda dedi: “O, nəsihət verən oğuldur. Mən bəzi şeyləri onun üçün seçib yazıram, bəzilərini də yazmıram”. İbn Abbas “Qadau-Əli”ni gətizdirdi və bundan mənim üçün bir çox şeyləri yazmağa başladı. Fəqət bəzi şeylərin üstündən keçərkən deyirdi: “Allaha and olsun ki, Əli bununla hökm etməmişdir. Bununla ancaq yolunu azmış adam hökm verə bilər”.”

İbn Əbu Muleykə
Muslim, 22 (Müqəddimə, 22)Səhih

حَدَّثَنَا عَمْرٌو النَّاقِدُ حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ عَنْ هِشَامِ بْنِ حُجَيْرٍ عَنْ طَاوُسٍ قَالَ أُتِىَ ابْنُ عَبَّاسٍ بِكِتَابٍ فِيهِ قَضَاءُ عَلِىٍّ رَضِيَ اللَّهُ عَنْهُ فَمَحَاهُ إِلاَّ قَدْرَ. وَأَشَارَ سُفْيَانُ بْنُ عُيَيْنَةَ بِذِرَاعِهِ.

“Rəvayət edilir ki, Tavus ﵀ demişdir: “İbn Abbasa içində Əlinin ﵁ hökmləri yazılmış bir kitab gətirildi. İbn Abbas – bir ərəş uzunluğu qədər istisna olmaqla – bu kitabı məhv etdi”. Ravi Süfyan ibn Uyeynə (bunu dedikdə) qolunu göstərdi”.”

Tavus
Muslim, 23 (Müqəddimə, 23)Səhih

حَدَّثَنَا حَسَنُ بْنُ عَلِىٍّ الْحُلْوَانِىُّ حَدَّثَنَا يَحْيَى بْنُ آدَمَ حَدَّثَنَا ابْنُ إِدْرِيسَ عَنِ الأَعْمَشِ عَنْ أَبِى إِسْحَاقَ قَالَ لَمَّا أَحْدَثُوا تِلْكَ الأَشْيَاءَ بَعْدَ عَلِىٍّ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ رَجُلٌ مِنْ أَصْحَابِ عَلِىٍّ قَاتَلَهُمُ اللَّهُ أَىَّ عِلْمٍ أَفْسَدُوا.

“Rəvayət edilir ki, Əbu İshaq ﵀ demişdir: “İfratçılar Əlidən ﵁ sonra bu şeyləri uydurub ortaya çıxartdıqları zaman Əlinin məsləkdaşlarından biri belə dedi: “Allah onların canını alsın! (Gör, Əlidən gəlib çatan) elmi necə zay ediblər”.”

Əbu İshaq
Muslim, 24 (Müqəddimə, 24)Səhih

حَدَّثَنَا عَلِىُّ بْنُ خَشْرَمٍ أَخْبَرَنَا أَبُو بَكْرٍ - يَعْنِى ابْنَ عَيَّاشٍ - قَالَ سَمِعْتُ الْمُغِيرَةَ يَقُولُ لَمْ يَكُنْ يَصْدُقُ عَلَى عَلِىٍّ رَضِيَ اللَّهُ عَنْهُ فِى الْحَدِيثِ عَنْهُ إِلاَّ مِنْ أَصْحَابِ عَبْدِ اللَّهِ بْنِ مَسْعُودٍ.

“Rəvayət edilir ki, Əbu Bəkr - yəni İbn Ayyaş ﵀ demişdir: “Mən Muğiranın belə dediyini eşitdim: “Əlidən ﵁ hədis rəvayət edənlər arasında Abdullah ibn Məsudun məsləkdaşlarından başqa heç kəs ondan doğru-düzgün bir söz söyləməmişdir”.”

İbn Ayyaş
Muslim, 25 (Müqəddimə, 25)Səhih

حَدَّثَنَا حَسَنُ بْنُ الرَّبِيعِ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ عَنْ أَيُّوبَ وَهِشَامٍ عَنْ مُحَمَّدٍ وَحَدَّثَنَا فُضَيْلٌ عَنْ هِشَامٍ قَالَ وَحَدَّثَنَا مَخْلَدُ بْنُ حُسَيْنٍ عَنْ هِشَامٍ عَنْ مُحَمَّدِ بْنِ سِيرِينَ قَالَ إِنَّ هَذَا الْعِلْمَ دِينٌ فَانْظُرُوا عَمَّنْ تَأْخُذُونَ دِينَكُمْ.

“Rəvayət edilir ki, Muhəmməd ibn Sirin ﵀ demişdir: “Şübhəsiz ki, bu elm dindir. Dininizi kimdən öyrəndiyinizə diqqət edin”.”

Muhəmməd ibn Sirin
Muslim, 26 (Müqəddimə, 26)Səhih

حَدَّثَنَا أَبُو جَعْفَرٍ مُحَمَّدُ بْنُ الصَّبَّاحِ حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ زَكَرِيَّاءَ عَنْ عَاصِمٍ الأَحْوَلِ عَنِ ابْنِ سِيرِينَ قَالَ لَمْ يَكُونُوا يَسْأَلُونَ عَنِ الإِسْنَادِ فَلَمَّا وَقَعَتِ الْفِتْنَةُ قَالُوا سَمُّوا لَنَا رِجَالَكُمْ فَيُنْظَرُ إِلَى أَهْلِ السُّنَّةِ فَيُؤْخَذُ حَدِيثُهُمْ وَيُنْظَرُ إِلَى أَهْلِ الْبِدَعِ فَلاَ يُؤْخَذُ حَدِيثُهُمْ.

“Rəvayət edilir ki, İbn Sirin ﵀ demişdir: “Müsəlmanlar isnad barəsində sual verməzdilər. Fitnələr baş verdikdən sonra isə onlar: “Ravilərinizin adlarını bizə söyləyin”, – deməyə başladılar. Beləcə, sünnə əhlinə diqqət yetirilər və onların hədisləri qəbul edilər, habelə bidət əhlinə diqqət yetirilər və onların hədisləri rədd edilərdi.”

İbn Sirin
Muslim, 27 (Müqəddimə, 27)Səhih

حَدَّثَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ الْحَنْظَلِىُّ أَخْبَرَنَا عِيسَى - وَهُوَ ابْنُ يُونُسَ - حَدَّثَنَا الأَوْزَاعِىُّ عَنْ سُلَيْمَانَ بْنِ مُوسَى قَالَ لَقِيتُ طَاوُسًا فَقُلْتُ حَدَّثَنِى فُلاَنٌ كَيْتَ وَكَيْتَ. قَالَ إِنْ كَانَ صَاحِبُكَ مَلِيًّا فَخُذْ عَنْهُ.

“Rəvayət edilir ki, Süleyman ibn Musa ﵀ demişdir: “Mən Tavusla qarşılaşdıqda ona dedim: “Filankəs mənə filan və filan hədisi rəvayət etdi”. Tavus dedi: “Əgər dostun hədis sahəsində inanılmış adamdırsa, ondan hədis qəbul et”.”

Süleyman ibn Musa
Muslim, 28 (Müqəddimə, 28)Səhih

وَحَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ عَبْدِ الرَّحْمَنِ الدَّارِمِىُّ أَخْبَرَنَا مَرْوَانُ - يَعْنِى ابْنَ مُحَمَّدٍ الدِّمَشْقِىَّ - حَدَّثَنَا سَعِيدُ بْنُ عَبْدِ الْعَزِيزِ عَنْ سُلَيْمَانَ بْنِ مُوسَى قَالَ قُلْتُ لِطَاوُسٍ إِنَّ فُلاَنًا حَدَّثَنِى بِكَذَا وَكَذَا. قَالَ إِنْ كَانَ صَاحِبُكَ مَلِيًّا فَخُذْ عَنْهُ.

“Rəvayət edilir ki, Süleyman ibn Musa ﵀ demişdir: “Mən Tavusa dedim: “Filankəs mənə filan və filan hədisi rəvayət etdi”. Tavus dedi: “Əgər dostun hədis sahəsində inanılmış adamdırsa, ondan hədis qəbul et”.”

Süleyman ibn Musa
Muslim, 29 (Müqəddimə, 29)Səhih

حَدَّثَنَا نَصْرُ بْنُ عَلِىٍّ الْجَهْضَمِىُّ حَدَّثَنَا الأَصْمَعِىُّ عَنِ ابْنِ أَبِى الزِّنَادِ عَنْ أَبِيهِ قَالَ أَدْرَكْتُ بِالْمَدِينَةِ مِائَةً كُلُّهُمْ مَأْمُونٌ. مَا يُؤْخَذُ عَنْهُمُ الْحَدِيثُ يُقَالُ لَيْسَ مِنْ أَهْلِهِ.

“Əbuz-Zinad atasının ﵀ belə dediyini rəvayət etmişdir: “Mən Mədinədə yüz kişiyə rast gəlmişdim, hamısı sədaqətli adam idi. Lakin onlardan hədis qəbul edilmirdi, üstəlik hər biri haqda: “O, hədis əhlindən deyil”, – deyilirdi”.”

İbn Əbuz-Zinad atasından
Muslim, 30 (Müqəddimə, 30)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ أَبِى عُمَرَ الْمَكِّىُّ حَدَّثَنَا سُفْيَانُ ح وَحَدَّثَنِى أَبُو بَكْرِ بْنُ خَلاَّدٍ الْبَاهِلِىُّ - وَاللَّفْظُ لَهُ - قَالَ سَمِعْتُ سُفْيَانَ بْنَ عُيَيْنَةَ عَنْ مِسْعَرٍ قَالَ سَمِعْتُ سَعْدَ بْنَ إِبْرَاهِيمَ يَقُولُ لاَ يُحَدِّثُ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلاَّ الثِّقَاتُ.

“Rəvayət edilir ki, Səd ibn İbrahim ﵀ demişdir: “Allah Elçisindən ﷺ yalnız etibar ediləsi ravilər hədis rəvayət edə bilər”.”

Səd ibn İbrahim
Muslim, 31 (Müqəddimə, 31)Səhih

وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ قُهْزَاذَ - مِنْ أَهْلِ مَرْوَ - قَالَ سَمِعْتُ عَبْدَانَ بْنَ عُثْمَانَ يَقُولُ سَمِعْتُ عَبْدَ اللَّهِ بْنَ الْمُبَارَكِ يَقُولُ الإِسْنَادُ مِنَ الدِّينِ وَلَوْلاَ الإِسْنَادُ لَقَالَ مَنْ شَاءَ مَا شَاءَ.

“Rəvayət edilir ki, Abdullah ibn Mubərak ﵀ demişdir: “İsnad dindəndir və əgər isnad olmasaydı, hər istəyən istədiyi sözü danışardı”.”

Abdullah ibn Mubərak
Muslim, 32 (Müqəddimə, 32)Səhih

وَقَالَ مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ حَدَّثَنِى الْعَبَّاسُ بْنُ أَبِى رِزْمَةَ قَالَ سَمِعْتُ عَبْدَ اللَّهِ يَقُولُ بَيْنَنَا وَبَيْنَ الْقَوْمِ الْقَوَائِمُ. يَعْنِى الإِسْنَادَ.

“Rəvayət edilir ki, Abdullah ibn Mubərak ﵀ isnadı qəsd edərək belə demişdir: “Bizimlə hədis nəql edən ravilər arasında isnad var”.”

Abdullah
Muslim, 33 (Müqəddimə, 33)Səhih

وَقَالَ مُحَمَّدٌ سَمِعْتُ أَبَا إِسْحَاقَ إِبْرَاهِيمَ بْنَ عِيسَى الطَّالَقَانِىَّ قَالَ قُلْتُ لِعَبْدِ اللَّهِ بْنِ الْمُبَارَكِ يَا أَبَا عَبْدِ الرَّحْمَنِ الْحَدِيثُ الَّذِى جَاءَ « إِنَّ مِنَ الْبِرِّ بَعْدَ الْبِرِّ أَنْ تُصَلِّىَ لأَبَوَيْكَ مَعَ صَلاَتِكَ وَتَصُومَ لَهُمَا مَعَ صَوْمِكَ ». قَالَ فَقَالَ عَبْدُ اللَّهِ يَا أَبَا إِسْحَاقَ عَمَّنْ هَذَا قَالَ قُلْتُ لَهُ هَذَا مِنْ حَدِيثِ شِهَابِ بْنِ خِرَاشٍ. فَقَالَ ثِقَةٌ عَمَّنْ قَالَ قُلْتُ عَنِ الْحَجَّاجِ بْنِ دِينَارٍ. قَالَ ثِقَةٌ عَمَّنْ قَالَ قُلْتُ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. قَالَ يَا أَبَا إِسْحَاقَ إِنَّ بَيْنَ الْحَجَّاجِ بْنِ دِينَارٍ وَبَيْنَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَفَاوِزَ تَنْقَطِعُ فِيهَا أَعْنَاقُ الْمَطِىِّ وَلَكِنْ لَيْسَ فِى الصَّدَقَةِ اخْتِلاَفٌ.

“Rəvayət edilir ki, Əbu İshaq ibn İsa ət-Taləqani ﵀ demişdir: “Mən Abdullah ibn Mubəraka dedim: “Ey Əbu Abdur-Rahmən! Bu: “Namazınla bərabər valideynlərin üçün namaz qılmağın və orucunla bərabər onlar üçün oruc tutmağın xeyirxahlıqdan sonra xeyirxahlıq etməkdir”, – sözləri nəql olunmuş bir hədisdir. Abdullah məndən soruşdu: “Ey Əbu İshaq! Bu hədis kimdəndir?” Mən dedim: “Bu, Şihab ibn Xiraşdan rəvayət edilən bir hədisdir”. O dedi: “O, etibarlı ravidir. Bəs o kimdən rəvayət etmişdir?” Mən dedim: “Həccac ibn Dinardan”. O yenə dedi: “O, etibarlı ravidir. Bəs o kimdən rəvayət etmişdir?” Mən dedim: “Peyğəmbər ﷺ buyurmuşdur”. O dedi: “Ey Əbu İshaq! Həccac ibn Dinarla Peyğəmbər ﷺ arasında elə keçilməz çöllər var ki, orada minik dəvələrinin boynu qırılar. Lakin valideynlərin adından sədəqə verməkdə heç bir ixtilaf yoxdur”.”

Əbu İshaq İbrahim ibn İsa ət-Taləqani
Muslim, 34 (Müqəddimə, 34)Səhih

وَقَالَ مُحَمَّدٌ سَمِعْتُ عَلِىَّ بْنَ شَقِيقٍ يَقُولُ سَمِعْتُ عَبْدَ اللَّهِ بْنَ الْمُبَارَكِ يَقُولُ عَلَى رُءُوسِ النَّاسِ دَعُوا حَدِيثَ عَمْرِو بْنِ ثَابِتٍ فَإِنَّهُ كَانَ يَسُبُّ السَّلَفَ.

“Rəvayət edilir ki, Abdullah ibn Mubərak ﵀ camaata xitab edərək belə demişdir: “Amr ibn Sabitin rəvayət etdiyi hədisi tərk edin, çünki o, sələfləri söyürdü”.”

Abdullah ibn Mubərak
Muslim, 35 (Müqəddimə, 35)Səhih

وَحَدَّثَنِى أَبُو بَكْرِ بْنُ النَّضْرِ بْنِ أَبِى النَّضْرِ قَالَ حَدَّثَنِى أَبُو النَّضْرِ هَاشِمُ بْنُ الْقَاسِمِ حَدَّثَنَا أَبُو عَقِيلٍ صَاحِبُ بُهَيَّةَ قَالَ كُنْتُ جَالِسًا عِنْدَ الْقَاسِمِ بْنِ عُبَيْدِ اللَّهِ وَيَحْيَى بْنِ سَعِيدٍ فَقَالَ يَحْيَى لِلْقَاسِمِ يَا أَبَا مُحَمَّدٍ إِنَّهُ قَبِيحٌ عَلَى مِثْلِكَ عَظِيمٌ أَنْ تُسْأَلَ عَنْ شَىْءٍ مِنْ أَمْرِ هَذَا الدِّينِ فَلاَ يُوجَدَ عِنْدَكَ مِنْهُ عِلْمٌ وَلاَ فَرَجٌ - أَوْ عِلْمٌ وَلاَ مَخْرَجٌ - فَقَالَ لَهُ الْقَاسِمُ وَعَمَّ ذَاكَ قَالَ لأَنَّكَ ابْنُ إِمَامَىْ هُدًى ابْنُ أَبِى بَكْرٍ وَعُمَرَ. قَالَ يَقُولُ لَهُ الْقَاسِمُ أَقْبَحُ مِنْ ذَاكَ عِنْدَ مَنْ عَقَلَ عَنِ اللَّهِ أَنْ أَقُولَ بِغَيْرِ عِلْمٍ أَوْ آخُذَ عَنْ غَيْرِ ثِقَةٍ. قَالَ فَسَكَتَ فَمَا أَجَابَهُ.

“Rəvayət edilir ki, Buheyyənin dostu Əbu Aqil ﵀ demişdir: “Mən Qasim ibn Ubeydullah və Yəhya ibn Səidin yanında oturmuşdum. Yəhya Qasimə dedi: “Ey Əbu Muhəmməd! Bu dinə aid bir məsələ haqda sənə sual verildiyi zaman, sənin bununla bağlı bir elmin və cavabın, yaxud buna dair bir bilgin və çıxış yolun yoxdursa, bu sənin kimisi üçün eyib və qüsur sayılır”. Qasim ondan soruşdu: “Nəyə görə?” Yəhya dedi: “Çünki sən doğru yol göstərən iki imamın – Əbu Bəkr və Ömərin övladlarındansan”. Onda Qasim ona dedi: “Allahı düşünən adamın yanında elmsiz olaraq danışmağım, yaxud etibarlı olmayan bir ravidən hədis rəvayət etməyim bundan da pisdir”.”

Əbu Aqil
Muslim, 36 (Müqəddimə, 36)Səhih

وَحَدَّثَنِى بِشْرُ بْنُ الْحَكَمِ الْعَبْدِىُّ قَالَ سَمِعْتُ سُفْيَانَ بْنَ عُيَيْنَةَ يَقُولُ أَخْبَرُونِى عَنْ أَبِى عَقِيلٍ صَاحِبِ بُهَيَّةَ أَنَّ أَبْنَاءً لِعَبْدِ اللَّهِ بْنِ عُمَرَ سَأَلُوهُ عَنْ شَىْءٍ لَمْ يَكُنْ عِنْدَهُ فِيهِ عِلْمٌ فَقَالَ لَهُ يَحْيَى بْنُ سَعِيدٍ وَاللَّهِ إِنِّى لأُعْظِمُ أَنْ يَكُونَ مِثْلُكَ وَأَنْتَ ابْنُ إِمَامَىِ الْهُدَى - يَعْنِى عُمَرَ وَابْنَ عُمَرَ - تُسْأَلُ عَنْ أَمْرٍ لَيْسَ عِنْدَكَ فِيهِ عِلْمٌ. فَقَالَ أَعْظَمُ مِنْ ذَلِكَ وَاللَّهِ عِنْدَ اللَّهِ وَعِنْدَ مَنْ عَقَلَ عَنِ اللَّهِ أَنْ أَقُولَ بِغَيْرِ عِلْمٍ أَوْ أُخْبِرَ عَنْ غَيْرِ ثِقَةٍ. قَالَ وَشَهِدَهُمَا أَبُو عَقِيلٍ يَحْيَى بْنُ الْمُتَوَكِّلِ حِينَ قَالاَ ذَلِكَ.

“Buheyyənin dostu Əbu Aqildən ﵀ rəvayət edilir ki, Abdullah ibn Ömərin oğlanları ondan bəzi şeylər soruşdular. Onun buna dair bir məlumatı yox idi. Onda Yəhya ibn Səid ona belə dedi: “Sən doğru yol göstərən iki imamın, yəni Ömərin və oğlu Abdullahın oğlu olduğun halda səndən söz soruşurlar, sən isə bunun cavabını bilmirsən. Allaha and olsun ki, mən sənin bu səviyyədə olmağını böyük qüsur hesab edirəm”. O dedi: “Həm Allah yanında, həm də Allahı düşünən kimsələrin yanında elmsiz olaraq danışmağım və ya etibarlı olmayan bir ravidən hədis rəvayət etməyim, Allaha and olsun ki, bundan da böyük qüsurdur”. Ravi demişdir: “Onlar bunu söyləyərkən Əbu Aqil Yəhya ibn Mutəvəkkil buna şahid olmuşdur”.”

Əbu Aqil
Muslim, 37 (Müqəddimə, 37)Səhih

وَحَدَّثَنَا عَمْرُو بْنُ عَلِىٍّ أَبُو حَفْصٍ قَالَ سَمِعْتُ يَحْيَى بْنَ سَعِيدٍ قَالَ سَأَلْتُ سُفْيَانَ الثَّوْرِىَّ وَشُعْبَةَ وَمَالِكًا وَابْنَ عُيَيْنَةَ عَنِ الرَّجُلِ لاَ يَكُونُ ثَبْتًا فِى الْحَدِيثِ فَيَأْتِينِى الرَّجُلُ فَيَسْأَلُنِى عَنْهُ. قَالُوا أَخْبِرْ عَنْهُ أَنَّهُ لَيْسَ بِثَبْتٍ.

“Rəvayət edilir ki, Yəhya ibn Səid ﵀ demişdir: “Mən Süfyan əs-Sovridən, Şubədən, Malikdən və İbn Uyeynədən soruşdum: “Əgər bir nəfər yanıma gəlib məndən etibarlı olmayan bir ravi barədə soruşarsa, mən necə davranmalıyam?” Hamısı eyni şeyi dedilər: “Soruşan adama onun etibarlı ravi olmadığını xəbər ver”.”

Yəhya ibn Səid
Muslim, 38 (Müqəddimə, 38)Səhih

وَحَدَّثَنَا عُبَيْدُ اللَّهِ بْنُ سَعِيدٍ قَالَ سَمِعْتُ النَّضْرَ يَقُولُ سُئِلَ ابْنُ عَوْنٍ عَنْ حَدِيثٍ لِشَهْرٍ وَهُوَ قَائِمٌ عَلَى أُسْكُفَّةِ الْبَابِ فَقَالَ إِنَّ شَهْرًا نَزَكُوهُ إِنَّ شَهْرًا نَزَكُوهُ. قَالَ مُسْلِمٌ رَحِمَهُ اللَّهُ يَقُولُ أَخَذَتْهُ أَلْسِنَةُ النَّاسِ تَكَلَّمُوا فِيهِ.

“Rəvayət edilir ki, ən-Nadr ﵀ demişdir: “Bir dəfə İbn Aun qapının kandarında dayanarkən ondan Şəhrin rəvayət etdiyi hədis barədə soruşdular”. O, belə cavab verdi: “Həqiqətən, mühəddislər Şəhrə tənə vurmuş və Şəhri məzəmmət etmişlər”. Muslim ﵀ demişdir: “Beləliklə, İbn Aun dildən-dilə düşdü və mühəddislər onun verdiyi hökm barədə danışmağa başladılar”.”

ən-Nadr
Muslim, 39 (Müqəddimə, 39)Səhih

وَحَدَّثَنِى حَجَّاجُ بْنُ الشَّاعِرِ حَدَّثَنَا شَبَابَةُ قَالَ قَالَ شُعْبَةُ وَقَدْ لَقِيتُ شَهْرًا فَلَمْ أَعْتَدَّ بِهِ.

“Rəvayət edilir ki, Şubə ﵀ demişdir: “Mən ravi Şəhr ilə rastlaşdım, fəqət ona elə də böyük əhəmiyyət vermədim”.”

Şubə
Muslim, 40 (Müqəddimə, 40)Səhih

وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ قُهْزَاذَ - مِنْ أَهْلِ مَرْوَ - قَالَ أَخْبَرَنِى عَلِىُّ بْنُ حُسَيْنِ بْنِ وَاقِدٍ قَالَ قَالَ عَبْدُ اللَّهِ بْنُ الْمُبَارَكِ قُلْتُ لِسُفْيَانَ الثَّوْرِىِّ إِنَّ عَبَّادَ بْنَ كَثِيرٍ مَنْ تَعْرِفُ حَالَهُ. وَإِذَا حَدَّثَ جَاءَ بِأَمْرٍ عَظِيمٍ فَتَرَى أَنْ أَقُولَ لِلنَّاسِ لاَ تَأْخُذُوا عَنْهُ قَالَ سُفْيَانُ بَلَى. قَالَ عَبْدُ اللَّهِ فَكُنْتُ إِذَا كُنْتُ فِى مَجْلِسٍ ذُكِرَ فِيهِ عَبَّادٌ أَثْنَيْتُ عَلَيْهِ فِى دِينِهِ وَأَقُولُ لاَ تَأْخُذُوا عَنْهُ.

“Rəvayət edilir ki, Abdullah ibn Mubərak ﵀ demişdir: “Mən Süfyan əs-Sovriyə dedim: “Abbad ibn Kəsir sənin tanıdığın adamdır. Buna rəğmən, hərdən ağlasığmaz şeylər danışır. Mən camaata: “Ondan hədis qəbul etməyin”, – deyə bilərəmmi?” Süfyan: “Bəli!”, – deyə buyurdu. Abdullah dedi: “Mən Abbadın xatırlandığı məclisdə olduğum zaman dindar olması baxımından onu tərifləyərdim. Ancaq bununla bərabər: “Ondan hədis qəbul etməyin” sözünü də söyləyərdim”.”

Abdullah ibn Mubərak
Muslim, 41 (Müqəddimə, 41)Səhih

وَقَالَ مُحَمَّدٌ حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ عُثْمَانَ قَالَ قَالَ أَبِى قَالَ عَبْدُ اللَّهِ بْنُ الْمُبَارَكِ انْتَهَيْتُ إِلَى شُعْبَةَ فَقَالَ هَذَا عَبَّادُ بْنُ كَثِيرٍ فَاحْذَرُوهُ.

“Rəvayət edilir ki, Abdullah ibn Mubərak ﵀ demişdir: “Mən Şubənin yanına gəldikdə o, Abbada işarə edib dedi: “Bu, Abbad ibn Kəsirdir, ondan hədis rəvayət etməkdən çəkinin”.”

Abdullah ibn Mubərak
Muslim, 42 (Müqəddimə, 42)Səhih

وَحَدَّثَنِى الْفَضْلُ بْنُ سَهْلٍ قَالَ سَأَلْتُ مُعَلًّى الرَّازِىَّ عَنْ مُحَمَّدِ بْنِ سَعِيدٍ الَّذِى رَوَى عَنْهُ عَبَّادٌ فَأَخْبَرَنِى عَنْ عِيسَى بْنِ يُونُسَ قَالَ كُنْتُ عَلَى بَابِهِ وَسُفْيَانُ عِنْدَهُ فَلَمَّا خَرَجَ سَأَلْتُهُ عَنْهُ فَأَخْبَرَنِى أَنَّهُ كَذَّابٌ.

“Rəvayət edilir ki, Fədl ibn Səhl ﵀ demişdir: “Mən Muəllə ər-Razidən Abbadın hədis qəbul etdiyi Muhəmməd ibn Səid barədə soruşdum. O mənə İsa ibn Yunusdan eşitdiyini belə rəvayət etdi: “İsa demişdir: “Mən onun qapısının önündə idim. Süfyan da onun yanında idi. Süfyan bayıra çıxdığı zaman, mən ondan Muhəmməd ibn Səid barədə soruşdum. Süfyan mənə onun yalançı olduğunu xəbər verdi”.”

əl-Fədl ibn Səhl
Muslim, 43 (Müqəddimə, 43)Səhih

وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ أَبِى عَتَّابٍ قَالَ حَدَّثَنِى عَفَّانُ عَنْ مُحَمَّدِ بْنِ يَحْيَى بْنِ سَعِيدٍ الْقَطَّانِ عَنْ أَبِيهِ قَالَ لَمْ نَرَ الصَّالِحِينَ فِى شَىْءٍ أَكْذَبَ مِنْهُمْ فِى الْحَدِيثِ.

“Rəvayət edilir ki, Yəhya ibn Səid əl-Qattan ﵀ demişdir: “Biz əməlisaleh kimsələri hədis xüsusunda olduğu qədər başqa bir şeydə yalançı saymazdıq”.”

Yəhya ibn Səid əl-Qattan
Muslim, 44 (Müqəddimə, 44)Səhih

قَالَ ابْنُ أَبِى عَتَّابٍ فَلَقِيتُ أَنَا مُحَمَّدَ بْنَ يَحْيَى بْنِ سَعِيدٍ الْقَطَّانِ فَسَأَلْتُهُ عَنْهُ فَقَالَ عَنْ أَبِيهِ لَمْ تَرَ أَهْلَ الْخَيْرِ فِى شَىْءٍ أَكْذَبَ مِنْهُمْ فِى الْحَدِيثِ. قَالَ مُسْلِمٌ يَقُولُ يَجْرِى الْكَذِبُ عَلَى لِسَانِهِمْ وَلاَ يَتَعَمَّدُونَ الْكَذِبَ.

“İbn Əbu Attab ﵀ demişdir: “Mən Muhəmməd ibn Yəhya ibn Səid əl-Qattana rast gəldim və ondan bu haqda soruşdum. O, atasının belə dediyini rəvayət etdi: “Sən xeyirxah adamların hədis xüsusunda olduğu qədər başqa bir şeydə yalan danışdığını görməzsən”. Muslim bunu belə izah etmişdir: “Yəhya ibn Səid əl-Qattan demək istəmişdir ki, onlar yalan danışmaq istəmədikləri halda dillərinə yalan gətirirlər”.”

İbn Əbu Attab
Muslim, 45 (Müqəddimə, 45)Səhih

حَدَّثَنِى الْفَضْلُ بْنُ سَهْلٍ قَالَ حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ قَالَ أَخْبَرَنِى خَلِيفَةُ بْنُ مُوسَى قَالَ دَخَلْتُ عَلَى غَالِبِ بْنِ عُبَيْدِ اللَّهِ فَجَعَلَ يُمْلِى عَلَىَّ حَدَّثَنِى مَكْحُولٌ حَدَّثَنِى مَكْحُولٌ فَأَخَذَهُ الْبَوْلُ فَقَامَ فَنَظَرْتُ فِى الْكُرَّاسَةِ فَإِذَا فِيهَا حَدَّثَنِى أَبَانٌ عَنْ أَنَسٍ وَأَبَانٌ عَنْ فُلاَنٍ فَتَرَكْتُهُ وَقُمْتُ.

“Rəvayət edilir ki, Xalifə ibn Musa ﵀ demişdir: “Mən Ğalib ibn Ubeydullahın yanına daxil oldum. O mənə: “Məkhul mənə belə rəvayət etmişdir... Məkhul mənə belə rəvayət etmişdir...”, – deyə hədis yazdırmağa başladı. Bu əsnada o, təbii ehtiyacına görə qalxıb ayaqyoluna getdi. Mən də (fürsətdən istifadə edib) onun dəftərinə nəzər saldım. Bir də baxdım ki, orada: “Əban Ənəsdən rəvayət etmişdir... Əban filankəsdən rəvayət etmişdir...” yazılmışdır. Elə bu səbəbdən də mən onu tərk edib getdim”.”

Xalifə ibn Musa
Muslim, 46 (Müqəddimə, 46)Səhih

قَالَ وَسَمِعْتُ الْحَسَنَ بْنَ عَلِىٍّ الْحُلْوَانِىَّ يَقُولُ رَأَيْتُ فِى كِتَابِ عَفَّانَ حَدِيثَ هِشَامٍ أَبِى الْمِقْدَامِ حَدِيثُ عُمَرَ بْنِ عَبْدِ الْعَزِيزِ قَالَ هِشَامٌ حَدَّثَنِى رَجُلٌ يُقَالُ لَهُ يَحْيَى بْنُ فُلاَنٍ عَنْ مُحَمَّدِ بْنِ كَعْبٍ قَالَ قُلْتُ لِعَفَّانَ إِنَّهُمْ يَقُولُونَ هِشَامٌ سَمِعَهُ مِنْ مُحَمَّدِ بْنِ كَعْبٍ. فَقَالَ إِنَّمَا ابْتُلِىَ مِنْ قِبَلِ هَذَا الْحَدِيثِ كَانَ يَقُولُ حَدَّثَنِى يَحْيَى عَنْ مُحَمَّدٍ ثُمَّ ادَّعَى بَعْدُ أَنَّهُ سَمِعَهُ مِنْ مُحَمَّدٍ.

“Həsən ibn Əli əl-Hulvani ﵀ demişdir: “Mən Əffanın kitabında Hişam Əbul-Miqdamın və Ömər ibn Abdul-Əzizin hədislərini gördüm. Hişam demişdir: “Yəhya ibn filankəs adlı birisi mənə Muhəmməd ibn Kəbdən belə rəvayət etmişdir”. Mən Əffana dedim: “Onlar “Hişam bunu Muhəmməd ibn Kəbdən eşitdi”, – deyirlər. Əffan dedi: “O bu hədislə bağlı sorğu-suala çəkilmiş və zəif hesab edilmişdir. O əvvəllər: “Mənə Yəhya Muhəmməddən rəvayət etmişdir”, – deyirdi. Sonra isə onu bilavasitə Muhəmməddən eşitdiyini iddia etməyə başladı”.”

Həsən ibn Əli əl-Hulvani
Muslim, 47 (Müqəddimə, 47)Səhih

حَدَّثَنِى مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ قُهْزَاذَ قَالَ سَمِعْتُ عَبْدَ اللَّهِ بْنَ عُثْمَانَ بْنِ جَبَلَةَ يَقُولُ قُلْتُ لِعَبْدِ اللَّهِ بْنِ الْمُبَارَكِ مَنْ هَذَا الرَّجُلُ الَّذِى رَوَيْتَ عَنْهُ حَدِيثَ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو « يَوْمُ الْفِطْرِ يَوْمُ الْجَوَائِزِ ». قَالَ سُلَيْمَانُ بْنُ الْحَجَّاجِ. انْظُرْ مَا وَضَعْتَ فِى يَدِكَ مِنْهُ.

“Rəvayət edilir ki, Abdulah ibn Osman ibn Cəbələ ﵀ demişdir: “Mən Abdullah ibn Mubərakdan: “Adından Abdullah ibn Amrın: “Bayram günü hədiyyələr günüdür” hədisini rəvayət etdiyin bu adam kimdir?”, – deyə soruşdum. O dedi: “Süleyman ibn Həccacdır. (Onu tərifləmək üçün) ona aid öz əlinin içinə qoyduğun şeydən bərk yapış”.”

Abdullah ibn Osman ibn Cəbələ
Muslim, 48 (Müqəddimə, 48)Səhih

قَالَ ابْنُ قُهْزَاذَ وَسَمِعْتُ وَهْبَ بْنَ زَمْعَةَ يَذْكُرُ عَنْ سُفْيَانَ بْنِ عَبْدِ الْمَلِكِ قَالَ قَالَ عَبْدُ اللَّهِ يَعْنِى ابْنَ الْمُبَارَكِ رَأَيْتُ رَوْحَ بْنَ غُطَيْفٍ صَاحِبَ « الدَّمِ قَدْرِ الدِّرْهَمِ » وَجَلَسْتُ إِلَيْهِ مَجْلِسًا فَجَعَلْتُ أَسْتَحْيِى مِنْ أَصْحَابِى أَنْ يَرَوْنِى جَالِسًا مَعَهُ كُرْهَ حَدِيثِهِ.

“İbn Quhzazə ﵀ demişdir: “Mən Vəhb ibn Zəmanın Süfyan ibn Abdul-Malikdən hədis rəvayət etdiyini eşitdim. O dedi: “Abdullah ibn Mubərak belə rəvayət etmişdir: “Mən: “Dirhəm qədər qan...” hədisini rəvayət edən Ravh ibn Ğuteyfi gördüm və məclislərin birində onun yanında oturdum. Fəqət onun hədisinə nifrət bəslənildiyi üçün məsləkdaşlarımın məni onun yanında görəcəklərindən utandım”.”

İbn Quhzazə
Muslim, 49 (Müqəddimə, 49)Səhih

حَدَّثَنِى ابْنُ قُهْزَاذَ قَالَ سَمِعْتُ وَهْبًا يَقُولُ عَنْ سُفْيَانَ عَنِ ابْنِ الْمُبَارَكِ قَالَ بَقِيَّةُ صَدُوقُ اللِّسَانِ وَلَكِنَّهُ يَأْخُذُ عَمَّنْ أَقْبَلَ وَأَدْبَرَ.

“Rəvayət edilir ki, Abdullah ibn Mubərak ﵀ demişdir: “Baxmayaraq ki, Bəqiyyə düzdanışan adamdır, lakin o, hər yoldan keçəndən (etibarlı-etibarsız olduğuna baxmadan) hədis rəvayət edir”.”

İbn Mubərak
Muslim, 50 (Müqəddimə, 50)Səhih

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا جَرِيرٌ عَنْ مُغِيرَةَ عَنِ الشَّعْبِىِّ قَالَ حَدَّثَنِى الْحَارِثُ الأَعْوَرُ الْهَمْدَانِىُّ وَكَانَ كَذَّابًا.

“Rəvayət edilir ki, Şabi ﵀ demişdir: “Haris əl-Əvər əl-Həmdani mənə hədis rəvayət etmişdir. Halbuki o, yalançı idi”.”

Şabi
Muslim, 51 (Müqəddimə, 51)Səhih

حَدَّثَنَا أَبُو عَامِرٍ عَبْدُ اللَّهِ بْنُ بَرَّادٍ الأَشْعَرِىُّ حَدَّثَنَا أَبُو أُسَامَةَ عَنْ مُفَضَّلٍ عَنْ مُغِيرَةَ قَالَ سَمِعْتُ الشَّعْبِىَّ يَقُولُ حَدَّثَنِى الْحَارِثُ الأَعْوَرُ وَهُوَ يَشْهَدُ أَنَّهُ أَحَدُ الْكَاذِبِينَ.

“Rəvayət edilir ki, Muğira ﵀ demişdir: “Mən Şəbinin belə dediyini eşitdim: “Haris əl-Əvər mənə hədis rəvayət etmişdir”. Bununla yanaşı, o, Harisin yalançılardan olduğuna da şahidlik etdi.”

Muğira
Muslim, 52 (Müqəddimə, 52)Səhih

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا جَرِيرٌ عَنْ مُغِيرَةَ عَنْ إِبْرَاهِيمَ قَالَ قَالَ عَلْقَمَةُ قَرَأْتُ الْقُرْآنَ فِى سَنَتَيْنِ. فَقَالَ الْحَارِثُ الْقُرْآنُ هَيِّنٌ الْوَحْىُ أَشَدُّ.

“Rəvayət edilir ki, İbrahim ﵀ rəvayət edir ki, Alqamə belə demişdir: “Mən Quranı iki il ərzində oxudum”. Bundan xəbər tutan Haris dedi: “(Yazılmış yazını) oxumaq asan, yazmaq isə daha çətindir”.”

İbrahim
Muslim, 53 (Müqəddimə, 53)Səhih

وَحَدَّثَنِى حَجَّاجُ بْنُ الشَّاعِرِ حَدَّثَنَا أَحْمَدُ - يَعْنِى ابْنَ يُونُسَ - حَدَّثَنَا زَائِدَةُ عَنِ الأَعْمَشِ عَنْ إِبْرَاهِيمَ أَنَّ الْحَارِثَ قَالَ تَعَلَّمْتُ الْقُرْآنَ فِى ثَلاَثِ سِنِينَ وَالْوَحْىَ فِى سَنَتَيْنِ - أَوْ قَالَ الْوَحْىَ فِى ثَلاَثِ سِنِينَ وَالْقُرْآنَ فِى سَنَتَيْنِ.

“İbrahim ﵀ rəvayət edir ki, Haris: “Mən kitab oxumağı üç ilə, yazı yazmağı isə iki ilə öyrəndim”, yaxud: “Yazı yazmağı üç ilə, oxumağı isə iki ilə öyrəndim”, – demişdir.”

İbrahim
Muslim, 54 (Müqəddimə, 54)Səhih

وَحَدَّثَنِى حَجَّاجٌ قَالَ حَدَّثَنِى أَحْمَدُ - وَهُوَ ابْنُ يُونُسَ - حَدَّثَنَا زَائِدَةُ عَنْ مَنْصُورٍ وَالْمُغِيرَةِ عَنْ إِبْرَاهِيمَ أَنَّ الْحَارِثَ اتُّهِمَ.

“Rəvayət edilir ki, İbrahim ﵀ Harisin (etibarsızlıqda) ittiham edildiyini demişdir.”

İbrahim
Muslim, 55 (Müqəddimə, 55)Səhih

وَحَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا جَرِيرٌ عَنْ حَمْزَةَ الزَّيَّاتِ قَالَ سَمِعَ مُرَّةُ الْهَمْدَانِىُّ مِنَ الْحَارِثِ شَيْئًا فَقَالَ لَهُ اقْعُدْ بِالْبَابِ. قَالَ فَدَخَلَ مُرَّةُ وَأَخَذَ سَيْفَهُ - قَالَ - وَأَحَسَّ الْحَارِثُ بِالشَّرِّ فَذَهَبَ.

“Rəvayət edilir ki, Həmzə əz-Zəyyat ﵀ demişdir: “Murra əl-Həmdani, Harisdən bəzi şeylər eşitmişdi. Odur ki, ona: “Qapının ağzında otur”, – deyə buyurdu, sonra da gedib qılıncını götürdü. Haris vəziyyətin gərginləşdiyini hiss edərək dərhal durub getdi”.”

Həmzə əz-Zəyyat
Muslim, 56 (Müqəddimə, 56)Səhih

وَحَدَّثَنِى عُبَيْدُ اللَّهِ بْنُ سَعِيدٍ حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ - يَعْنِى ابْنَ مَهْدِىٍّ - حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ عَنِ ابْنِ عَوْنٍ قَالَ قَالَ لَنَا إِبْرَاهِيمُ إِيَّاكُمْ وَالْمُغِيرَةَ بْنَ سَعِيدٍ وَأَبَا عَبْدِ الرَّحِيمِ فَإِنَّهُمَا كَذَّابَانِ.

“Rəvayət edilir ki, İbn Aun ﵀ demişdir: “İbrahim bizə belə buyurmuşdur: “Muğira ibn Səiddən və Əbu Abdur-Rahməndən həzər edin, çünki onlar yalan danışandırlar”.”

İbn Aun
Muslim, 57 (Müqəddimə, 57)Səhih

حَدَّثَنَا أَبُو كَامِلٍ الْجَحْدَرِىُّ حَدَّثَنَا حَمَّادٌ - وَهُوَ ابْنُ زَيْدٍ - قَالَ حَدَّثَنَا عَاصِمٌ قَالَ كُنَّا نَأْتِى أَبَا عَبْدِ الرَّحْمَنِ السُّلَمِىَّ وَنَحْنُ غِلْمَةٌ أَيْفَاعٌ فَكَانَ يَقُولُ لَنَا لاَ تُجَالِسُوا الْقُصَّاصَ غَيْرَ أَبِى الأَحْوَصِ وَإِيَّاكُمْ وَشَقِيقًا. قَالَ وَكَانَ شَقِيقٌ هَذَا يَرَى رَأْىَ الْخَوَارِجِ وَلَيْسَ بِأَبِى وَائِلٍ.

“Rəvayət edilir ki, Asim ﵀ demişdir: “Biz yeniyetmə gənc ikən Əbu Abdur-Rahmən əs-Suləminin yanına gələrdik və o bizə deyərdi: “Əbul-Əhvəsdən başqa “qassaslarla” bir məclisdə oturmayın, Şəqiqdən də uzaq durun!” Həmçinin deyərdi: “Bu, xəvariclərlə həmfikir olan Şəqiq, Əbu Vail (Şəqiq ibn Sələmə əl-Əsədi) deyil”.”

Asim
Muslim, 58 (Müqəddimə, 58)Səhih

حَدَّثَنَا أَبُو غَسَّانَ مُحَمَّدُ بْنُ عَمْرٍو الرَّازِىُّ قَالَ سَمِعْتُ جَرِيرًا يَقُولُ لَقِيتُ جَابِرَ بْنَ يَزِيدَ الْجُعْفِىَّ فَلَمْ أَكْتُبْ عَنْهُ كَانَ يُؤْمِنُ بِالرَّجْعَةِ.

“Rəvayət edilir ki, Cərir ﵀ demişdir: “Mən Cabir ibn Yəzid əl-Cufinin yanında oldum, lakin ondan hədis yazmadım, çünki o, “raca”ya inanırdı”.”

Cərir
Muslim, 59 (Müqəddimə, 59)Səhih

حَدَّثَنَا الْحَسَنُ الْحُلْوَانِىُّ حَدَّثَنَا يَحْيَى بْنُ آدَمَ حَدَّثَنَا مِسْعَرٌ قَالَ حَدَّثَنَا جَابِرُ بْنُ يَزِيدَ قَبْلَ أَنْ يُحْدِثَ مَا أَحْدَثَ.

“Rəvayət edilir ki, Misar ﵀ demişdir: “Cabir ibn Yəzid uydurduğu bidətləri uydurmazdan öncə bizə hədis rəvayət etmişdir”.”

Misar
Muslim, 60 (Müqəddimə, 60)Səhih

وَحَدَّثَنِى سَلَمَةُ بْنُ شَبِيبٍ حَدَّثَنَا الْحُمَيْدِىُّ حَدَّثَنَا سُفْيَانُ قَالَ كَانَ النَّاسُ يَحْمِلُونَ عَنْ جَابِرٍ قَبْلَ أَنْ يُظْهِرَ مَا أَظْهَرَ فَلَمَّا أَظْهَرَ مَا أَظْهَرَ اتَّهَمَهُ النَّاسُ فِى حَدِيثِهِ وَتَرَكَهُ بَعْضُ النَّاسِ فَقِيلَ لَهُ وَمَا أَظْهَرَ قَالَ الإِيمَانَ بِالرَّجْعَةِ.

“Rəvayət edilir ki, Süfyan ﵀ demişdir: “Cabir uydurduğu bidətləri uydurmazdan əvvəl mühəddislər ondan hədis götürərdilər. Nəhayət, o, iç-üzünü aşkara çıxartdığı zaman, mühəddislər hədis mövzusunda onu ittiham etdilər. Bəziləri isə onu birdəfəlik tərk etdi”. Süfyandan: “O nə uydurmuşdur?”– deyə soruşduqda, o: “Rac'a”ya iman gətirmək”– deyə cavab vermişdir.”

Süfyan
Muslim, 61 (Müqəddimə, 61)Səhih

وَحَدَّثَنَا حَسَنٌ الْحُلْوَانِىُّ حَدَّثَنَا أَبُو يَحْيَى الْحِمَّانِىُّ حَدَّثَنَا قَبِيصَةُ وَأَخُوهُ أَنَّهُمَا سَمِعَا الْجَرَّاحَ بْنَ مَلِيحٍ يَقُولُ سَمِعْتُ جَابِرًا يَقُولُ عِنْدِى سَبْعُونَ أَلْفَ حَدِيثٍ عَنْ أَبِى جَعْفَرٍ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كُلُّهَا.

“Rəvayət edilir ki, Cabir ﵀ demişdir: “Məndə Əbu Cəfərin Peyğəmbərdən ﷺ rəvayət etdiyi yetmiş min hədis var”.”

Cabir
Muslim, 62 (Müqəddimə, 62)Səhih

وَحَدَّثَنِى حَجَّاجُ بْنُ الشَّاعِرِ حَدَّثَنَا أَحْمَدُ بْنُ يُونُسَ قَالَ سَمِعْتُ زُهَيْرًا يَقُولُ قَالَ جَابِرٌ - أَوْ سَمِعْتُ جَابِرًا يَقُولُ - إِنَّ عِنْدِى لَخَمْسِينَ أَلْفَ حَدِيثٍ مَا حَدَّثْتُ مِنْهَا بِشَىْءٍ. قَالَ ثُمَّ حَدَّثَ يَوْمًا بِحَدِيثٍ فَقَالَ هَذَا مِنَ الْخَمْسِينَ أَلْفًا.

“Rəvayət edilir ki, Zuheyr ﵀ demişdir: “Cabir demişdir: “Məndə əlli min hədis var ki, mən hələ onlardan heç birini danışmamışam”. Bundan sonra bir gün o, bir hədis danışdı və dedi: “Bu, əlli mindən biridir”.”

Zuheyr
Muslim, 63 (Müqəddimə, 63)Səhih

وَحَدَّثَنِى إِبْرَاهِيمُ بْنُ خَالِدٍ الْيَشْكُرِىُّ قَالَ سَمِعْتُ أَبَا الْوَلِيدِ يَقُولُ سَمِعْتُ سَلاَّمَ بْنَ أَبِى مُطِيعٍ يَقُولُ سَمِعْتُ جَابِرًا الْجُعْفِىَّ يَقُولُ عِنْدِى خَمْسُونَ أَلْفَ حَدِيثٍ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Cabir əl-Cufi ﵀ demişdir: “Məndə Peyğəmbərdən ﷺ əlli min hədis var”.”

Cabir əl-Cufi
Muslim, 64 (Müqəddimə, 64)Səhih

وَحَدَّثَنِى سَلَمَةُ بْنُ شَبِيبٍ حَدَّثَنَا الْحُمَيْدِىُّ حَدَّثَنَا سُفْيَانُ قَالَ سَمِعْتُ رَجُلاً سَأَلَ جَابِرًا عَنْ قَوْلِهِ عَزَّ وَجَلَّ { فَلَنْ أَبْرَحَ الأَرْضَ حَتَّى يَأْذَنَ لِى أَبِى أَوْ يَحْكُمَ اللَّهُ لِى وَهُوَ خَيْرُ الْحَاكِمِينَ } فَقَالَ جَابِرٌ لَمْ يَجِئْ تَأْوِيلُ هَذِهِ. قَالَ سُفْيَانُ وَكَذَبَ. فَقُلْنَا لِسُفْيَانَ وَمَا أَرَادَ بِهَذَا فَقَالَ إِنَّ الرَّافِضَةَ تَقُولُ إِنَّ عَلِيًّا فِى السَّحَابِ فَلاَ نَخْرُجُ مَعَ مَنْ خَرَجَ مِنْ وَلَدِهِ حَتَّى يُنَادِىَ مُنَادٍ مِنَ السَّمَاءِ. يُرِيدُ عَلِيًّا أَنَّهُ يُنَادِى اخْرُجُوا مَعَ فُلاَنٍ. يَقُولُ جَابِرٌ فَذَا تَأْوِيلُ هَذِهِ الآيَةِ وَكَذَبَ كَانَتْ فِى إِخْوَةِ يُوسُفَ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Humeydi ﵀ demişdir: “Süfyan bizə danışdı ki: “Bir dəfə bir nəfər Cabirdən Uca Allahın: “Atam mənə izin verməyincə və ya Allah mənə aid hökm verməyincə mən bu yerdən ayrılmayacağam. O, hökm verənlərin ən yaxşısıdır” (Yusuf, 80) ayəsi barədə soruşdu. Cabir dedi: “Bu ayənin təfsiri gəlməyib”. Süfyan: “Cabir yalan danışdı”,– deyə etirazını bildirdi. Biz Süfyandan soruşduq: “Cabir bununla nə demək istəmişdir?” O, belə cavab verdi: “Rafizilər deyirlər ki, Əli buludların içindədir. Səmadan bir nida gəlməyincə onun oğullarından meydana çıxanlarla birlikdə meydana çıxmayacağıq. Onlar Əlinin: “Filankəslə birlikdə çıxın!”, – deyə səsləyəcəyini nəzərdə tuturlar. Cabir: “Bu əmr həmin ayənin təfsiridir”, – demiş və beləliklə də, yalan danışmışdır. Belə ki, bu əmr Yusufun ﷺ qardaşlarına aid idi”.”

Humeydi
Muslim, 65 (Müqəddimə, 65)Səhih

وَحَدَّثَنِى سَلَمَةُ حَدَّثَنَا الْحُمَيْدِىُّ حَدَّثَنَا سُفْيَانُ قَالَ سَمِعْتُ جَابِرًا يُحَدِّثُ بِنَحْوٍ مِنْ ثَلاَثِينَ أَلْفَ حَدِيثٍ مَا أَسْتَحِلُّ أَنْ أَذْكُرَ مِنْهَا شَيْئًا وَأَنَّ لِى كَذَا وَكَذَا.

“Rəvayət edilir ki, Süfyan ﵀ demişdir: “Mən Cabirin otuz minə yaxın hədis söylədiyini eşitdim. Bu hədislərdən hər hansı birini rəvayət etməyi və: “Mən filan və filan hədisi bilirəm”, – deməyi özümə halal saymıram”.”

Süfyan
Muslim, 66 (Müqəddimə, 66)Səhih

قَالَ مُسْلِمٌ وَسَمِعْتُ أَبَا غَسَّانَ مُحَمَّدَ بْنَ عَمْرٍو الرَّازِىَّ قَالَ سَأَلْتُ جَرِيرَ بْنَ عَبْدِ الْحَمِيدِ فَقُلْتُ الْحَارِثُ بْنُ حَصِيرَةَ لَقِيتَهُ قَالَ نَعَمْ. شَيْخٌ طَوِيلُ السُّكُوتِ يُصِرُّ عَلَى أَمْرٍ عَظِيمٍ.

“Rəvayət edilir ki, Əbu Ğassan Muhəmməd ibn Amr ər-Razi ﵀ demişdir: “Mən Cərir ibn Abdul-Həmiddən soruşdum: “Sən Haris ibn Həsiraya rast gəlmisənmi?” O dedi: “Bəli, o, ağır məsələdə israr edən, uzunçuluq etməyən bir şeyxdir”.”

Əbu Ğassan Muhəmməd ibn Amr ər-Razi
Muslim, 67 (Müqəddimə, 67)Səhih

حَدَّثَنِى أَحْمَدُ بْنُ إِبْرَاهِيمَ الدَّوْرَقِىُّ قَالَ حَدَّثَنِى عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِىٍّ عَنْ حَمَّادِ بْنِ زَيْدٍ قَالَ ذَكَرَ أَيُّوبُ رَجُلاً يَوْمًا فَقَالَ لَمْ يَكُنْ بِمُسْتَقِيمِ اللِّسَانِ وَذَكَرَ آخَرَ فَقَالَ هُوَ يَزِيدُ فِى الرَّقْمِ.

“Rəvayət edilir ki, Həmmad ibn Zeyd ﵀ demişdir: “Bir gün Əyyub (əs-Sixtiyani) bir nəfərin adını çəkdi və onun haqqında dedi: “Dili düz danışmayan bir adamdır”. Sonra başqa birini yad etdi və: “O, “rəqəmlərdə” artırmaya yol verir”, – söylədi.”

Həmmad ibn Zeyd
Muslim, 68 (Müqəddimə, 68)Səhih

حَدَّثَنِى حَجَّاجُ بْنُ الشَّاعِرِ حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ قَالَ قَالَ أَيُّوبُ إِنَّ لِى جَارًا - ثُمَّ ذَكَرَ مِنْ فَضْلِهِ - وَلَوْ شَهِدَ عِنْدِى عَلَى تَمْرَتَيْنِ مَا رَأَيْتُ شَهَادَتَهُ جَائِزَةً.

“Rəvayət edilir ki, Həmmad ibn Zeyd ﵀ demişdir: “Bir dəfə Əyyub: “Mənim qonşum var”, - dedi. Sonra onun fəzilətindən danışdı, lakin axırda: “Əgər o mənim yanımda iki xurmaya şahidlik etsəydi, mən onun şahidliyini icazəli görməzdim”, - dedi.”

Həmmad ibn Zeyd
Muslim, 69 (Müqəddimə, 69)Səhih

وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ رَافِعٍ وَحَجَّاجُ بْنُ الشَّاعِرِ قَالاَ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ قَالَ قَالَ مَعْمَرٌ مَا رَأَيْتُ أَيُّوبَ اغْتَابَ أَحَدًا قَطُّ إِلاَّ عَبْدَ الْكَرِيمِ - يَعْنِى أَبَا أُمَيَّةَ - فَإِنَّهُ ذَكَرَهُ فَقَالَ رَحِمَهُ اللَّهُ كَانَ غَيْرَ ثِقَةٍ لَقَدْ سَأَلَنِى عَنْ حَدِيثٍ لِعِكْرِمَةَ ثُمَّ قَالَ سَمِعْتُ عِكْرِمَةَ.

“Rəvayət edilir ki, Mə'mər ﵀ demişdir: “Mən heç vaxt Əyyubun, Əbu Umeyyə Abdul-Kərimdən başqa heç bir kəsin arxasınca danışdığını görmədim. Əyyub onu xatırlayıb deyərdi: “Allah ona rəhmət eləsin, etibar qazanmış adam deyildi. Məndən İkrimənin hədisini eşitmiş, sonra da: “İkrimədən eşitdim”, – deyə rəvayət etmişdir”.”

Mə'mər
Muslim, 70 (Müqəddimə, 70)Səhih

حَدَّثَنِى الْفَضْلُ بْنُ سَهْلٍ قَالَ حَدَّثَنَا عَفَّانُ بْنُ مُسْلِمٍ حَدَّثَنَا هَمَّامٌ قَالَ قَدِمَ عَلَيْنَا أَبُو دَاوُدَ الأَعْمَى فَجَعَلَ يَقُولُ حَدَّثَنَا الْبَرَاءُ قَالَ وَحَدَّثَنَا زَيْدُ بْنُ أَرْقَمَ. فَذَكَرْنَا ذَلِكَ لِقَتَادَةَ فَقَالَ كَذَبَ مَا سَمِعَ مِنْهُمْ إِنَّمَا كَانَ ذَلِكَ سَائِلاً يَتَكَفَّفُ النَّاسَ زَمَنَ طَاعُونِ الْجَارِفِ.

“Rəvayət edilir ki, Həmmam ﵀ demişdir: “Bir dəfə kor Əbu Davud bizim yanımıza gəldi və: “Bizə Bəra rəvayət etmişdir”, “Bizə Zeyd ibn Ərqam rəvayət etmişdir”, – deməyə başladı. Biz bunu Qatədəyə xəbər verdikdə o dedi: “Yalan danışır. O, Bəra və Zeyddən hədis eşitməmişdir. O sadəcə bir dilənçi idi. Çox insanların ölümünə səbəb olan taun zamanında insanlara əl açıb dilənirdi”.”

Həmmam
Muslim, 71 (Müqəddimə, 71)Səhih

وَحَدَّثَنِى حَسَنُ بْنُ عَلِىٍّ الْحُلْوَانِىُّ قَالَ حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ أَخْبَرَنَا هَمَّامٌ قَالَ دَخَلَ أَبُو دَاوُدَ الأَعْمَى عَلَى قَتَادَةَ فَلَمَّا قَامَ قَالُوا إِنَّ هَذَا يَزْعُمُ أَنَّهُ لَقِىَ ثَمَانِيَةَ عَشَرَ بَدْرِيًّا. فَقَالَ قَتَادَةُ هَذَا كَانَ سَائِلاً قَبْلَ الْجَارِفِ لاَ يَعْرِضُ فِى شَىْءٍ مِنْ هَذَا وَلاَ يَتَكَلَّمُ فِيهِ. فَوَاللَّهِ مَا حَدَّثَنَا الْحَسَنُ عَنْ بَدْرِىٍّ مُشَافَهَةً. وَلاَ حَدَّثَنَا سَعِيدُ بْنُ الْمُسَيَّبِ عَنْ بَدْرِىٍّ مُشَافَهَةً إِلاَّ عَنْ سَعْدِ بْنِ مَالِكٍ.

“Rəvayət edilir ki, Həmmam ﵀ demişdir: “Bir dəfə kor Əbu Davud Qatədənin yanına daxil oldu. Bir az (oturduqdan) sonra qalxıb getdi və oradakılar Qatədəyə dedilər: “Bu adam Bədr döyüşündə iştirak edən səhabələrdən on səkkizini gördüyünü iddia edir”. Qatədə dedi: “Bu adam (çox adamı) süpürləyib aparan taun dövründən əvvəl dilənçi idi. Hədis elminə əhəmiyyət verməz və bu xüsusda əsla danışmazdı. Allaha and olsun ki, heç Həsən (əl-Bəsri) və Səid ibn Museyyib Bədrdə iştirak edən səhabələrin dilindən (hədis) eşitməmişlər. Yalnız Səd ibn Malik istisnadır”.”

Həmmam
Muslim, 72 (Müqəddimə, 72)Səhih

حَدَّثَنَا عُثْمَانُ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا جَرِيرٌ عَنْ رَقَبَةَ أَنَّ أَبَا جَعْفَرٍ الْهَاشِمِىَّ الْمَدَنِىَّ كَانَ يَضَعُ أَحَادِيثَ كَلاَمَ حَقٍّ وَلَيْسَتْ مِنْ أَحَادِيثِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَكَانَ يَرْوِيهَا عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Raqabə ﵀ rəvayət edir ki, Cəfər əl-Haşimi əl-Mədəni bir çox doğru və hikmətli sözləri hədis olaraq rəvayət edərdi. Baxmayaraq ki, bu sözlər Peyğəmbərin ﷺ hədislərindən deyildi, lakin Cəfər bunu Peyğəmbərin ﷺ hədisi kimi rəvayət edirdi.”

Raqabə
Muslim, 73 (Müqəddimə, 73)Səhih

حَدَّثَنَا الْحَسَنُ الْحُلْوَانِىُّ قَالَ حَدَّثَنَا نُعَيْمُ بْنُ حَمَّادٍ قَالَ أَبُو إِسْحَاقَ إِبْرَاهِيمُ بْنُ مُحَمَّدِ بْنِ سُفْيَانَ وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى قَالَ حَدَّثَنَا نُعَيْمُ بْنُ حَمَّادٍ حَدَّثَنَا أَبُو دَاوُدَ الطَّيَالِسِىُّ عَنْ شُعْبَةَ عَنْ يُونُسَ بْنِ عُبَيْدٍ قَالَ كَانَ عَمْرُو بْنُ عُبَيْدٍ يَكْذِبُ فِى الْحَدِيثِ.

“Rəvayət edilir ki, Yunus ibn Ubeyd ﵀ demişdir: “Amr ibn Ubeyd hədis xüsusunda yalan danışardı”.”

Yunus ibn Ubeyd
Muslim, 74 (Müqəddimə, 74)Səhih

حَدَّثَنِى عَمْرُو بْنُ عَلِىٍّ أَبُو حَفْصٍ قَالَ سَمِعْتُ مُعَاذَ بْنَ مُعَاذٍ يَقُولُ قُلْتُ لِعَوْفِ بْنِ أَبِى جَمِيلَةَ إِنَّ عَمْرَو بْنَ عُبَيْدٍ حَدَّثَنَا عَنِ الْحَسَنِ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مَنْ حَمَلَ عَلَيْنَا السِّلاَحَ فَلَيْسَ مِنَّا » قَالَ كَذَبَ وَاللَّهِ عَمْرٌو وَلَكِنَّهُ أَرَادَ أَنْ يَحُوزَهَا إِلَى قَوْلِهِ الْخَبِيثِ.

“Rəvayət edilir ki, Muaz ibn Muaz ﵀ demişdir: “Mən Auf ibn Əbu Cəmiləyə dedim: “Amr ibn Ubeyd bizə Həsən (əl-Bəsridən) Peyğəmbərin ﷺ belə buyurduğunu rəvayət etmişdir: “Bizə qarşı silah qaldıran adam bizdən deyil”. Auf dedi: “Allaha and olsun ki, Amr yalan söyləyir. O, bu hədislə sadəcə öz xəbis etiqadını əsaslandırmaq istəmişdir”.”

Muaz ibn Muaz
Muslim, 75 (Müqəddimə, 75)Səhih

وَحَدَّثَنَا عُبَيْدُ اللَّهِ بْنُ عُمَرَ الْقَوَارِيرِىُّ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ قَالَ كَانَ رَجُلٌ قَدْ لَزِمَ أَيُّوبَ وَسَمِعَ مِنْهُ فَفَقَدَهُ أَيُّوبُ فَقَالُوا يَا أَبَا بَكْرٍ إِنَّهُ قَدْ لَزِمَ عَمْرَو بْنَ عُبَيْدٍ. قَالَ حَمَّادٌ فَبَيْنَا أَنَا يَوْمًا مَعَ أَيُّوبَ وَقَدْ بَكَّرْنَا إِلَى السُّوقِ فَاسْتَقْبَلَهُ الرَّجُلُ فَسَلَّمَ عَلَيْهِ أَيُّوبُ وَسَأَلَهُ ثُمَّ قَالَ لَهُ أَيُّوبُ بَلَغَنِى أَنَّكَ لَزِمْتَ ذَاكَ الرَّجُلَ. قَالَ حَمَّادٌ سَمَّاهُ. يَعْنِى عَمْرًا. قَالَ نَعَمْ يَا أَبَا بَكْرٍ إِنَّهُ يَجِيئُنَا بِأَشْيَاءَ غَرَائِبَ. قَالَ يَقُولُ لَهُ أَيُّوبُ إِنَّمَا نَفِرُّ أَوْ نَفْرَقُ مِنْ تِلْكَ الْغَرَائِبِ.

“Rəvayət edilir ki, Həmmad ibn Zeyd ﵀ demişdir: “Həmişə Əyyubun yanında olan və ondan hədis dinləyən bir adam var idi. Bir gün Əyyub onun məclisdə iştirak etmədiyini görüb onu xəbər aldı. Əyyuba dedilər: “Ey Əbu Bəkr! İndi o, Amr ibn Ubeydlə oturub-durur”. Həmmad dedi: “Bir gün mən Əyyubun yanına düşüb səhər tezdən bazara getdik. Orada bir nəfər onun qarşısına çıxdı. Əyyub ona salam verdi və hal-əhval tutdu. Sonra ona dedi: “Mənə xəbər çatıb ki, sən Amrla oturub-durursan”. O, belə cavab verdi: “Bəli, ey Əbu Bəkr! O, bizə (xoşumuza gələn) qəribə şeylər danışır”. Əyyub ona dedi: “Biz isə elə qəribə şeylərdən qaçırıq”, yaxud “uzaq dururuq”.”

Həmmad ibn Zeyd
Muslim, 76 (Müqəddimə, 76)Səhih

وَحَدَّثَنِى حَجَّاجُ بْنُ الشَّاعِرِ حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ حَدَّثَنَا ابْنُ زَيْدٍ - يَعْنِى حَمَّادًا - قَالَ قِيلَ لأَيُّوبَ إِنَّ عَمْرَو بْنَ عُبَيْدٍ رَوَى عَنِ الْحَسَنِ قَالَ لاَ يُجْلَدُ السَّكْرَانُ مِنَ النَّبِيذِ. فَقَالَ كَذَبَ أَنَا سَمِعْتُ الْحَسَنَ يَقُولُ يُجْلَدُ السَّكْرَانُ مِنَ النَّبِيذِ.

“Rəvayət edilir ki, Həmmad ibn Zeyd ﵀ demişdir: “Bir dəfə Əyyuba dedilər: “Amr ibn Ubeyd, Həsən (əl-Bəsridən) hədis rəvayət etmiş (və Həsən): “Nəbizdən sərxoş olan adam şallaqlanmaz”, – demişdir”. Əyyub isə belə cavab verdi: “Amr yalan danışır. Mən Həsənin: “Nəbizdən sərxoş olmuş adama şallaq vurulmalıdır”, - dediyini eşitmişəm”.”

Həmmad ibn Zeyd
Muslim, 77 (Müqəddimə, 77)Səhih

وَحَدَّثَنِى حَجَّاجٌ حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ قَالَ سَمِعْتُ سَلاَّمَ بْنَ أَبِى مُطِيعٍ يَقُولُ بَلَغَ أَيُّوبَ أَنِّى آتِى عَمْرًا فَأَقْبَلَ عَلَىَّ يَوْمًا فَقَالَ أَرَأَيْتَ رَجُلاً لاَ تَأْمَنُهُ عَلَى دِينِهِ كَيْفَ تَأْمَنُهُ عَلَى الْحَدِيثِ

“Rəvayət edilir ki, Səllam ibn Əbu Muti ﵀ demişdir: “Əyyuba xəbər çatmışdı ki, mən Amrın yanına gedib-gəlirəm. Bir gün o, yanıma gəldi və mənə etirazını bildirib dedi: “Bir de görüm, əqidəsindən əmin olmadığın bir adamın rəvayət etdiyi hədisdən axı necə əmin ola bilərsən?””

Səllam ibn Əbu Muti
Muslim, 78 (Müqəddimə, 78)Səhih

وَحَدَّثَنِى سَلَمَةُ بْنُ شَبِيبٍ حَدَّثَنَا الْحُمَيْدِىُّ حَدَّثَنَا سُفْيَانُ قَالَ سَمِعْتُ أَبَا مُوسَى يَقُولُ حَدَّثَنَا عَمْرُو بْنُ عُبَيْدٍ قَبْلَ أَنْ يُحْدِثَ.

“Rəvayət edilir ki, Süfyan ﵀ demişdir: “Mən Əbu Musanın belə dediyini eşitmişəm: “Amr ibn Ubeyd hələ bidət etməmişdən (mötəzilə olmamışdan) əvvəl bizə hədis rəvayət etmişdir”.”

Süfyan
Muslim, 79 (Müqəddimə, 79)Səhih

حَدَّثَنِى عُبَيْدُ اللَّهِ بْنُ مُعَاذٍ الْعَنْبَرِىُّ حَدَّثَنَا أَبِى قَالَ كَتَبْتُ إِلَى شُعْبَةَ أَسْأَلُهُ عَنْ أَبِى شَيْبَةَ قَاضِى وَاسِطٍ فَكَتَبَ إِلَىَّ لاَ تَكْتُبْ عَنْهُ شَيْئًا وَمَزِّقْ كِتَابِى.

“Rəvayət edilir ki, Muaz əl-Ənbəri ﵀ demişdir: “Mən Şubəyə məktub yazıb ondan Vasit qazısı Əbu Şeybənin halını soruşdum”. Şubə mənə yazdı ki: “Ondan (eşitdiyin) heç bir hədisi yazma, mənim məktubumu da cır, (at)!””

Muaz əl-Ənbəri
Muslim, 80 (Müqəddimə, 80)Səhih

وَحَدَّثَنَا الْحُلْوَانِىُّ قَالَ سَمِعْتُ عَفَّانَ قَالَ حَدَّثْتُ حَمَّادَ بْنَ سَلَمَةَ عَنْ صَالِحٍ الْمُرِّىِّ بِحَدِيثٍ عَنْ ثَابِتٍ فَقَالَ كَذَبَ. وَحَدَّثْتُ هَمَّامًا عَنْ صَالِحٍ الْمُرِّىِّ بِحَدِيثٍ فَقَالَ كَذَبَ.

“Rəvayət edilir ki, Əffan ﵀ demişdir: “Mən Həmmad ibn Sələməyə Saleh əl-Murrinin Sabitdən rəvayət etdiyi hədisi danışdım. Həmmad: “O, yalan danışır”, - dedi. Mən Həmmama da Saleh əl-Murrinin rəvayət etdiyi hədisi danışdım. O da: “Yalan danışır”, - dedi”.”

Əffan
Muslim, 81 (Müqəddimə, 81)Səhih

وَحَدَّثَنَا مَحْمُودُ بْنُ غَيْلاَنَ حَدَّثَنَا أَبُو دَاوُدَ قَالَ قَالَ لِى شُعْبَةُ ايتِ جَرِيرَ بْنَ حَازِمٍ فَقُلْ لَهُ لاَ يَحِلُّ لَكَ أَنْ تَرْوِىَ عَنِ الْحَسَنِ بْنِ عُمَارَةَ فَإِنَّهُ يَكْذِبُ. قَالَ أَبُو دَاوُدَ قُلْتُ لِشُعْبَةَ وَكَيْفَ ذَاكَ فَقَالَ حَدَّثَنَا عَنِ الْحَكَمِ بِأَشْيَاءَ لَمْ أَجِدْ لَهَا أَصْلاً. قَالَ قُلْتُ لَهُ بِأَىِّ شَىْءٍ قَالَ قُلْتُ لِلْحَكَمِ أَصَلَّى النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى قَتْلَى أُحُدٍ فَقَالَ لَمْ يُصَلِّ عَلَيْهِمْ. فَقَالَ الْحَسَنُ بْنُ عُمَارَةَ عَنِ الْحَكَمِ عَنْ مِقْسَمٍ عَنِ ابْنِ عَبَّاسٍ إِنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى عَلَيْهِمْ وَدَفَنَهُمْ. قُلْتُ لِلْحَكَمِ مَا تَقُولُ فِى أَوْلاَدِ الزِّنَا قَالَ يُصَلَّى عَلَيْهِمْ. قُلْتُ مِنْ حَدِيثِ مَنْ يُرْوَى قَالَ يُرْوَى عَنِ الْحَسَنِ الْبَصْرِىِّ. فَقَالَ الْحَسَنُ بْنُ عُمَارَةَ حَدَّثَنَا الْحَكَمُ عَنْ يَحْيَى بْنِ الْجَزَّارِ عَنْ عَلِىٍّ.

“Rəvayət edilir ki, Əbu Davud ﵀ demişdir: “Bir dəfə Şubə mənə belə buyurdu: “Cərir ibn Hazimin yanına get və ona de: “Həsən ibn Əmmaradan rəvayət etmək sənə halal deyil, çünki o, yalan danışır”. Mən Şubədən soruşdum: “Axı bu necə ola bilər?” O dedi: “O bizə Həkəmdən əslini tapmadığım bir çox şeylər rəvayət etmişdir”. Ondan soruşdum: “Onlar nə şeylərdir elə?” O dedi: “Mən Həkəmdən: “Peyğəmbər ﷺ Uhud şəhidlərinə cənazə namazı qılıbmı?”, – deyə soruşmuşdum. Həkəm: “Peyğəmbər ﷺ onlara cənazə namazı qılmayıb”, – deyə cavab vermişdi. Halbuki Həsən ibn Əmmara Həkəmdən, o da Miqsəmdən, o da İbn Abbasdan rəvayət etmişdir ki, (guya) Peyğəmbər ﷺ Uhud şəhidlərinə cənazə namazı qılmış, sonra da onları dəfn etmişdir”. Həmçinin mən Həkəmdən: “Zinadan doğulmuş körpələr haqda nə deyə bilərsən?”, – deyə soruşmuşdum. O da demişdi: “Onlara cənazə namazı qılınmalıdır”. Ondan: “Bu hədis kimdən rəvayət edilir?”, – deyə soruşdum. Mənə: “Həsən əl-Bəsridən rəvayət olunur”, - dedi. Həsən ibn Əmmara isə: “Həkəm bu hədisi bizə Yəhya ibn Cəzzardan, o da Əlidən rəvayət etmişdir”, – demişdir”.”

Əbu Davud
Muslim, 82 (Müqəddimə, 82)Səhih

وَحَدَّثَنَا الْحَسَنُ الْحُلْوَانِىُّ قَالَ سَمِعْتُ يَزِيدَ بْنَ هَارُونَ. وَذَكَرَ زِيَادَ بْنَ مَيْمُونٍ فَقَالَ حَلَفْتُ أَلاَّ أَرْوِىَ عَنْهُ شَيْئًا وَلاَ عَنْ خَالِدِ بْنِ مَحْدُوجٍ. وَقَالَ لَقِيتُ زِيَادَ بْنَ مَيْمُونٍ فَسَأَلْتُهُ عَنْ حَدِيثٍ فَحَدَّثَنِى بِهِ عَنْ بَكْرٍ الْمُزَنِىِّ ثُمَّ عُدْتُ إِلَيْهِ فَحَدَّثَنِى بِهِ عَنْ مُوَرِّقٍ ثُمَّ عُدْتُ إِلَيْهِ فَحَدَّثَنِى بِهِ عَنِ الْحَسَنِ. وَكَانَ يَنْسُبُهُمَا إِلَى الْكَذِبِ. قَالَ الْحُلْوَانِىُّ سَمِعْتُ عَبْدَ الصَّمَدِ وَذَكَرْتُ عِنْدَهُ زِيَادَ بْنَ مَيْمُونٍ فَنَسَبَهُ إِلَى الْكَذِبِ.

“Rəvayət edilir ki, Həsən əl-Hulvani ﵀ demişdir: “Mən Yəzid ibn Harunun, Ziyad ibn Məymunun adını çəkdikdən sonra belə dediyini eşitdim: “Mən ondan və Xalid ibn Məhducdan heç bir şey rəvayət etməyəcəyimə dair and içmişəm”. Həmçinin Yəzid demişdir: “Bir dəfə mən Ziyad ibn Məymuna rast gəldim və ondan bir hədis barəsində soruşdum. O bu hədisi mənə Bəkr əl-Muzənidən rəvayət etdi. Bir müddətdən sonra mən yenə onun yanına gəldim. Bu dəfə o mənə hədisi Muvərriqdən rəvayət etdi. Sonuncu dəfə onun yanına qayıtdıqda hədisi mənə Həsəndən rəvayət etdi”. Yəzid ibn Harun hər ikisinin yalançı olduğunu söyləyərdi. Hulvani deyirdi: “Mən Abdus-Saməddən eşitmişəm. Bir dəfə onun yanında Ziyad ibn Məymunun adını çəkdim. Abdus-Saməd onun yalançı olduğunu bildirdi”.”

Həsən əl-Hulvani
Muslim, 83 (Müqəddimə, 83)Səhih

وَحَدَّثَنَا مَحْمُودُ بْنُ غَيْلاَنَ قَالَ قُلْتُ لأَبِى دَاوُدَ الطَّيَالِسِىِّ قَدْ أَكْثَرْتَ عَنْ عَبَّادِ بْنِ مَنْصُورٍ فَمَا لَكَ لَمْ تَسْمَعْ مِنْهُ حَدِيثَ الْعَطَّارَةِ الَّذِى رَوَى لَنَا النَّضْرُ بْنُ شُمَيْلٍ قَالَ لِىَ اسْكُتْ فَأَنَا لَقِيتُ زِيَادَ بْنَ مَيْمُونٍ وَعَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِىٍّ فَسَأَلْنَاهُ فَقُلْنَا لَهُ هَذِهِ الأَحَادِيثُ الَّتِى تَرْوِيهَا عَنْ أَنَسٍ فَقَالَ أَرَأَيْتُمَا رَجُلاً يُذْنِبُ فَيَتُوبُ أَلَيْسَ يَتُوبُ اللَّهُ عَلَيْهِ قَالَ قُلْنَا نَعَمْ. قَالَ مَا سَمِعْتُ مِنْ أَنَسٍ مِنْ ذَا قَلِيلاً وَلاَ كَثِيرًا إِنْ كَانَ لاَ يَعْلَمُ النَّاسُ فَأَنْتُمَا لاَ تَعْلَمَانِ أَنِّى لَمْ أَلْقَ أَنَسًا. قَالَ أَبُو دَاوُدَ فَبَلَغَنَا بَعْدُ أَنَّهُ يَرْوِى فَأَتَيْنَاهُ أَنَا وَعَبْدُ الرَّحْمَنِ فَقَالَ أَتُوبُ. ثُمَّ كَانَ بَعْدُ يُحَدِّثُ. فَتَرَكْنَاهُ.

“Rəvayət edilir ki, Mahmud ibn Ğeylan ﵀ demişdir: “Bir dəfə mən Əbu Davud ət-Tayalisidən soruşdum: “Sən Abbad ibn Mənsurdan neçə-neçə hədis rəvayət etmisən. Bəs nə əcəb Nədr ibn Şumeylin ondan bizə rəvayət etdiyi “ətir satan” hədisini eşitməmisən?” O mənə belə cavab verdi: “Sus! Mən Abdur-Rahmən ibn Mehdi ilə birgə Ziyad ibn Məymunla görüşdük və ondan: “Bu rəvayət etdiyin hədislər Ənəsdəndirmi?”, – deyə soruşduq. O dedi: “Bir deyin görək, əgər bir adam günah işlətdikdən sonra tövbə etsə, Allah onun tövbəsini qəbul etməzmi?” Biz dedik: “Əlbəttə, qəbul edər”. Onda o, belə buyurdu: “Mən bu hədislərdən nə az, nə də çox – heç bir hədisi Ənəsdən eşitməmişəm. Mənim Ənəslə görüşmədiyimi avam adamlar bilmir, siz də bilmirsiniz?!” Əbu Davud deyir: “Bundan sonra bizə xəbər çatdı ki, o yenə həmin hədisləri rəvayət edir. Mən bir daha Abdur-Rahmənlə birlikdə onun yanına gəldim və o yenə: “Tövbə edirəm”, - dedi. Bir müddət keçdikdən sonra o, yenə bu hədisləri rəvayət etməyə başladı. Artıq bundan sonra biz onu tərk etdik”.”

Mahmud ibn Ğeylan
Muslim, 84 (Müqəddimə, 84)Səhih

حَدَّثَنَا حَسَنٌ الْحُلْوَانِىُّ قَالَ سَمِعْتُ شَبَابَةَ قَالَ كَانَ عَبْدُ الْقُدُّوسِ يُحَدِّثُنَا فَيَقُولُ سُوَيْدُ بْنُ عَقَلَةَ. قَالَ شَبَابَةُ وَسَمِعْتُ عَبْدَ الْقُدُّوسِ يَقُولُ نَهَى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّ يُتَّخَذَ الرَّوْحُ عَرْضًا. قَالَ فَقِيلَ لَهُ أَىُّ شَىْءٍ هَذَا قَالَ يَعْنِى تُتَّخَذُ كُوَّةٌ فِى حَائِطٍ لِيَدْخُلَ عَلَيْهِ الرَّوْحُ.

“Rəvayət edilir ki, Həsən əl-Hulvani ﵀ demişdir: “Mən Şəbabənin belə dediyini eşitmişəm: “Abdul-Quddus bizə rəvayət edərdi ki, Suveyd ibn Aqalə belə demişdir...” Şəbabə demişdir: “Mən Abdul-Quddusun belə dediyini eşitdim: “Peyğəmbər ﷺ küləyin ərz edilməsini qadağan etmişdir”. Ondan: “Bu nə deməkdir?”, – deyə soruşulduqda, o, belə cavab vermişdir: “Yəni küləyin girib-çıxması üçün divarda dəlik açmaq”.”

Həsən əl-Hulvani
Muslim, 85 (Müqəddimə, 85)Səhih

قَالَ مُسْلِمٌ وَسَمِعْتُ عُبَيْدَ اللَّهِ بْنَ عُمَرَ الْقَوَارِيرِىَّ يَقُولُ سَمِعْتُ حَمَّادَ بْنَ زَيْدٍ يَقُولُ لِرَجُلٍ بَعْدَ مَا جَلَسَ مَهْدِىُّ بْنُ هِلاَلٍ بِأَيَّامٍ مَا هَذِهِ الْعَيْنُ الْمَالِحَةُ الَّتِى نَبَعَتْ قِبَلَكُمْ قَالَ نَعَمْ يَا أَبَا إِسْمَاعِيلَ.

“Rəvayət edilir ki, Ubeydullah ibn Ömər əl-Qəvariri ﵀ demişdir: “Mehdi ibn Hilal bir neçə gün Həmmad ibn Zeydin elm məclisində oturduqdan sonra mən Həmmadın bir nəfərə belə dediyini eşitdim: “Sizin tərəfinizdən qaynayan bu duzlu bulaq nədir?” O: “Elədir, Ey Əbu İsmail”, – deyə cavab verdi”.”

Ubeydullah ibn Ömər əl-Qəvariri
Muslim, 86 (Müqəddimə, 86)Səhih

وَحَدَّثَنَا الْحَسَنُ الْحُلْوَانِىُّ قَالَ سَمِعْتُ عَفَّانَ قَالَ سَمِعْتُ أَبَا عَوَانَةَ قَالَ مَا بَلَغَنِى عَنِ الْحَسَنِ حَدِيثٌ إِلاَّ أَتَيْتُ بِهِ أَبَانَ بْنَ أَبِى عَيَّاشٍ فَقَرَأَهُ عَلَىَّ.

“Rəvayət edilir ki, Əbu Avanə ﵀ demişdir: “Həsəndən mənə rəvayət edilən elə bir hədis yoxdur ki, mən onu Əban ibn Əbu Ayyaşa danışmayım və o da onu mənə oxumasın”.”

Əbu Avanə
Muslim, 87 (Müqəddimə, 87)Səhih

وَحَدَّثَنَا سُوَيْدُ بْنُ سَعِيدٍ حَدَّثَنَا عَلِىُّ بْنُ مُسْهِرٍ قَالَ سَمِعْتُ أَنَا وَحَمْزَةُ الزَّيَّاتُ مِنْ أَبَانَ بْنِ أَبِى عَيَّاشٍ نَحْوًا مِنْ أَلْفِ حَدِيثٍ. قَالَ عَلِىٌّ فَلَقِيتُ حَمْزَةَ فَأَخْبَرَنِى أَنَّهُ رَأَى النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى الْمَنَامِ فَعَرَضَ عَلَيْهِ مَا سَمِعَ مِنْ أَبَانَ فَمَا عَرَفَ مِنْهَا إِلاَّ شَيْئًا يَسِيرًا خَمْسَةً أَوْ سِتَّةً.

“Rəvayət edilir ki, Əli ibn Mushir ﵀ demişdir: “Mən və Həmzə ibn Zəyyat, Əban ibn Əbu Ayyaşdan minə yaxın hədis eşitmişik”. Əli ibn Mushir demişdir: “Bir dəfə mən Həmzəyə rast gəldim və o mənə yuxuda Peyğəmbəri ﷺ gördüyünü və Əbandan eşitdiklərini ona ərz elədiyini, Peyğəmbərin ﷺ də bu rəvayətlərdən ancaq az bir şey – beş, yaxud altı hədisi bildiyini xəbər verdi”.”

Əli ibn Mushir
Muslim, 88 (Müqəddimə, 88)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ عَبْدِ الرَّحْمَنِ الدَّارِمِىُّ أَخْبَرَنَا زَكَرِيَّاءُ بْنُ عَدِىٍّ قَالَ قَالَ لِى أَبُو إِسْحَاقَ الْفَزَارِىُّ اكْتُبْ عَنْ بَقِيَّةَ مَا رَوَى عَنِ الْمَعْرُوفِينَ وَلاَ تَكْتُبْ عَنْهُ مَا رَوَى عَنْ غَيْرِ الْمَعْرُوفِينَ وَلاَ تَكْتُبْ عَنْ إِسْمَاعِيلَ بْنِ عَيَّاشٍ مَا رَوَى عَنِ الْمَعْرُوفِينَ وَلاَ عَنْ غَيْرِهِمْ.

“Rəvayət edilir ki, Abdullah ibn Abdur-Rahmən əd-Darimi ﵀ demişdir: “Zəkəriyya ibn Adiy bizə xəbər verib demişdir: “Bir dəfə Əbu İshaq əl-Fəzari mənə belə dedi: “Bəqiyyənin tanınmış ravilərdən rəvayət etdiklərini yaz, lakin tanınmamış kimsələrdən rəvayət etdiklərini yazma. İsmail ibn Ayyaşdan isə nə tanınmış kimsələrdən, nə də başqa birilərindən rəvayət etdiklərini yazma”.”

Abdullah ibn Abdur-Rahmən əd-Darimi
Muslim, 89 (Müqəddimə, 89)Səhih
Daha çox göstər

90 / 315 hədis göstərilir