Ana səhifə

Mövzu

Nikah

النكاح

Evlənmək, elçilik, mehr və ər-arvad hüquqları

656 hədis

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ عَنْ مَالِكٍ عَنْ زَيْدِ بْنِ أَسْلَمَ عَنْ عَطَاءِ بْنِ يَسَارٍ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « أُرِيتُ النَّارَ فَإِذَا أَكْثَرُ أَهْلِهَا النِّسَاءُ يَكْفُرْنَ » . قِيلَ أَيَكْفُرْنَ بِاللَّهِ قَالَ « يَكْفُرْنَ الْعَشِيرَ ، وَيَكْفُرْنَ الإِحْسَانَ ، لَوْ أَحْسَنْتَ إِلَى إِحْدَاهُنَّ الدَّهْرَ ثُمَّ رَأَتْ مِنْكَ شَيْئًا قَالَتْ مَا رَأَيْتُ مِنْكَ خَيْرًا قَطُّ » .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Mənə Cəhənnəm göstərildi. Gördüm ki, onun sakinlərinin əksəriyyəti nankorluq edən qadınlardır”. Soruşdular: “Onlar Allaha qarşı nankordurlar?” Peyğəmbər ﷺ buyurdu: “Onlar ərlərinə qarşı nankordurlar, yaxşılığı yerə vururlar. Birinə il boyu yaxşılıq edirsən, sonra da səndən (xoşa gəlməyən) bir şey gördükdə deyir: “Mən səndən heç vaxt xeyir görmədim”.”

İbn Abbas
Buxari, 29 (İman, 22)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ مُقَاتِلٍ أَبُو الْحَسَنِ قَالَ أَخْبَرَنَا عَبْدُ اللَّهِ قَالَ أَخْبَرَنَا عُمَرُ بْنُ سَعِيدِ بْنِ أَبِى حُسَيْنٍ قَالَ حَدَّثَنِى عَبْدُ اللَّهِ بْنُ أَبِى مُلَيْكَةَ عَنْ عُقْبَةَ بْنِ الْحَارِثِ أَنَّهُ تَزَوَّجَ ابْنَةً لأَبِى إِهَابِ بْنِ عَزِيزٍ ، فَأَتَتْهُ امْرَأَةٌ فَقَالَتْ إِنِّى قَدْ أَرْضَعْتُ عُقْبَةَ وَالَّتِى تَزَوَّجَ بِهَا . فَقَالَ لَهَا عُقْبَةُ مَا أَعْلَمُ أَنَّكِ أَرْضَعْتِنِى وَلاَ أَخْبَرْتِنِى . فَرَكِبَ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِالْمَدِينَةِ فَسَأَلَهُ ، فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « كَيْفَ وَقَدْ قِيلَ » . فَفَارَقَهَا عُقْبَةُ ، وَنَكَحَتْ زَوْجًا غَيْرَهُ .

“Abdullah ibn Əbu Muleykə ﵀ rəvayət edir ki, Uqbə ibn əl-Haris Əbu İhab ibn Əzizin qızı ilə evləndikdən sonra onun yanına bir qadın gəlib dedi: “Uqbəni də, onun evləndiyi qadını da mən əmizdirmişəm”. Uqbə ona: “Məni əmizdirdiyindən xəbərim yoxdur və sən bunu mənə bildirməmisən”– dedikdən sonra heyvanına minib Mədinəyə – Peyğəmbərin ﷺ yanına getdi və bu haqda ondan soruşdu. Peyğəmbər ﷺ dedi: “(Əbu İhabın qızı sənin süd bacındır) deyildiyi halda, o, necə (sənin arvadın) ola bilər?” Beləliklə, Uqbə onu boşadı və o, başqasına ərə getdi.”

Abdullah ibn Əbu Muleykə
Buxari, 88 (Elm, 30)Səhih

حَدَّثَنَا أَبُو الْيَمَانِ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ ح قَالَ أَبُو عَبْدِ اللَّهِ وَقَالَ ابْنُ وَهْبٍ أَخْبَرَنَا يُونُسُ عَنِ ابْنِ شِهَابٍ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ بْنِ أَبِى ثَوْرٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَبَّاسٍ عَنْ عُمَرَ قَالَ كُنْتُ أَنَا وَجَارٌ لِى مِنَ الأَنْصَارِ فِى بَنِى أُمَيَّةَ بْنِ زَيْدٍ ، وَهْىَ مِنْ عَوَالِى الْمَدِينَةِ ، وَكُنَّا نَتَنَاوَبُ النُّزُولَ عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَنْزِلُ يَوْمًا وَأَنْزِلُ يَوْمًا ، فَإِذَا نَزَلْتُ جِئْتُهُ بِخَبَرِ ذَلِكَ الْيَوْمِ مِنَ الْوَحْىِ وَغَيْرِهِ ، وَإِذَا نَزَلَ فَعَلَ مِثْلَ ذَلِكَ ، فَنَزَلَ صَاحِبِى الأَنْصَارِىُّ يَوْمَ نَوْبَتِهِ ، فَضَرَبَ بَابِى ضَرْبًا شَدِيدًا . فَقَالَ أَثَمَّ هُوَ فَفَزِعْتُ فَخَرَجْتُ إِلَيْهِ فَقَالَ قَدْ حَدَثَ أَمْرٌ عَظِيمٌ . قَالَ فَدَخَلْتُ عَلَى حَفْصَةَ فَإِذَا هِىَ تَبْكِى فَقُلْتُ طَلَّقَكُنَّ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتْ لاَ أَدْرِى . ثُمَّ دَخَلْتُ عَلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقُلْتُ وَأَنَا قَائِمٌ أَطَلَّقْتَ نِسَاءَكَ قَالَ « لاَ » . فَقُلْتُ اللَّهُ أَكْبَرُ .

“Rəvayət edilir ki, Ömər ﵁ demişdir: “Mən və ənsardan olan bir qonşum Mədinənin yaxınlığında yerləşən Bəni Umeyyə ibn Zeyd tayfasında bir kənddə qalırdıq. Biz Allah Elçisinin ﷺ yanına növbə ilə gedərdik. Bir gün o gedir, bir gün də mən gedirdim. Mən Allah Elçisinin ﷺ yanına getdikdə həmin gün nazil olan vəhyləri və digər xəbərləri (qonşuma) çatdırardım. O gedəndə isə o mənə çatdırardı. Bir gün ənsardan olan yoldaşım öz növbəsi olanda Allah Elçisinin ﷺ yanına getdi və geri döndükdə qapımı bərk-bərk döyüb: “O buradadırmı?”– deyə soruşdu. Mən həyəcanlandım və dərhal onun yanına çıxdım. O dedi: “Dəhşətli bir hadisə baş verib!” Mən Həfsanın yanına daxil olub onun ağladığını görəndə ondan soruşdum: “Allah Elçisi ﷺ sizi boşayıbmı?” Həfsa: “Bilmirəm”– dedi. Sonra mən Peyğəmbərin ﷺ yanına gəldim və ayaq üstə dayanıb soruşdum: “Zövcələrini boşamısan?” O: “Xeyr!”– deyə cavab verdi. Mən də: “Allahu Əkbər!”– dedim”.”

Ömər
Buxari, 89 (Elm, 31)Səhih

أَخْبَرَنَا مُحَمَّدٌ - هُوَ ابْنُ سَلاَمٍ - حَدَّثَنَا الْمُحَارِبِىُّ قَالَ حَدَّثَنَا صَالِحُ بْنُ حَيَّانَ قَالَ قَالَ عَامِرٌ الشَّعْبِىُّ حَدَّثَنِى أَبُو بُرْدَةَ عَنْ أَبِيهِ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « ثَلاَثَةٌ لَهُمْ أَجْرَانِ رَجُلٌ مِنْ أَهْلِ الْكِتَابِ آمَنَ بِنَبِيِّهِ ، وَآمَنَ بِمُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَالْعَبْدُ الْمَمْلُوكُ إِذَا أَدَّى حَقَّ اللَّهِ وَحَقَّ مَوَالِيهِ ، وَرَجُلٌ كَانَتْ عِنْدَهُ أَمَةٌ { يَطَؤُهَا } فَأَدَّبَهَا ، فَأَحْسَنَ تَأْدِيبَهَا ، وَعَلَّمَهَا فَأَحْسَنَ تَعْلِيمَهَا ، ثُمَّ أَعْتَقَهَا فَتَزَوَّجَهَا ، فَلَهُ أَجْرَانِ » . ثُمَّ قَالَ عَامِرٌ أَعْطَيْنَاكَهَا بِغَيْرِ شَىْءٍ ، قَدْ كَانَ يُرْكَبُ فِيمَا دُونَهَا إِلَى الْمَدِينَةِ .

“Əbu Burdə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Üç qisim insan var ki, ikiqat savab qazanır: Kitab əhlindən olub öz peyğəmbərinə iman gətirən, sonra da Muhəmmədə ﷺ iman gətirən adam; həm Allahın, həm də öz ağalarının haqqını ödəyən kölə; yaxınlıq etdiyi kənizinə yaxşı tərbiyə verərək ona gözəl tərzdə elm öyrədən, sonra da azad edib onunla evlənən. Ona da ikiqat savab var”. Sonra ravi Amir öz (katibinə) dedi: “Bu məlumatı sənə heç bir əziyyət çəkmədən veririk. Halbuki Peyğəmbərin ﷺ dövründə bundan kiçik bir məsələ üçün miniyə minib Mədinəyə getmək lazım olurdu”.”

Əbu Burdə atasından
Buxari, 97 (Elm, 39)Səhih

حَدَّثَنَا عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنَا جَرِيرٌ عَنْ مَنْصُورٍ عَنْ سَالِمِ بْنِ أَبِى الْجَعْدِ عَنْ كُرَيْبٍ عَنِ ابْنِ عَبَّاسٍ يَبْلُغُ بِهِ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « لَوْ أَنَّ أَحَدَكُمْ إِذَا أَتَى أَهْلَهُ قَالَ بِسْمِ اللَّهِ اللَّهُمَّ جَنِّبْنَا الشَّيْطَانَ وَجَنِّبِ الشَّيْطَانَ مَا رَزَقْتَنَا . فَقُضِىَ بَيْنَهُمَا وَلَدٌ ، لَمْ يَضُرَّهُ » .

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Biriniz zövcəsi ilə cinsi yaxınlıq etdikdə “Bismilləh (Allahın adı ilə!) Allahım, bizi şeytandan uzaqlaşdır, şeytanı da bizə bəxş etdiyindən uzaqlaşdır!” desə, qədərlərinə övlad yazılıbsa, şeytan o uşağa zərər verə bilməz”.”

İbn Abbas
Buxari, 141 (Dəstəmaz, 7)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ قَالَ حَدَّثَنَا ابْنُ أَبِى عَدِىٍّ وَيَحْيَى بْنُ سَعِيدٍ عَنْ شُعْبَةَ عَنْ إِبْرَاهِيمَ بْنِ مُحَمَّدِ بْنِ الْمُنْتَشِرِ عَنْ أَبِيهِ قَالَ ذَكَرْتُهُ لِعَائِشَةَ فَقَالَتْ يَرْحَمُ اللَّهُ أَبَا عَبْدِ الرَّحْمَنِ ، كُنْتُ أُطَيِّبُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، فَيَطُوفُ عَلَى نِسَائِهِ ، ثُمَّ يُصْبِحُ مُحْرِمًا يَنْضَخُ طِيبًا .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah İbn Ömərə rəhm etsin! Mən Allah Elçisinə ﷺ ətir vurardım; o da öz zövcələri ilə (hamısının evinə bir-bir gedərək) yaxınlıq edərdi. Səhəri gün isə bədənindən ətir qoxusu gəldiyi halda ehrama girərdi”.”

Aişə
Buxari, 267 (Qüsl, 20)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ قَالَ حَدَّثَنَا مُعَاذُ بْنُ هِشَامٍ قَالَ حَدَّثَنِى أَبِى عَنْ قَتَادَةَ قَالَ حَدَّثَنَا أَنَسُ بْنُ مَالِكٍ قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَدُورُ عَلَى نِسَائِهِ فِى السَّاعَةِ الْوَاحِدَةِ مِنَ اللَّيْلِ وَالنَّهَارِ ، وَهُنَّ إِحْدَى عَشْرَةَ . قَالَ قُلْتُ لأَنَسٍ أَوَكَانَ يُطِيقُهُ قَالَ كُنَّا نَتَحَدَّثُ أَنَّهُ أُعْطِىَ قُوَّةَ ثَلاَثِينَ . وَقَالَ سَعِيدٌ عَنْ قَتَادَةَ إِنَّ أَنَسًا حَدَّثَهُمْ تِسْعُ نِسْوَةٍ .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Peyğəmbər ﷺ gecənin və ya gündüzün bir vaxtında öz qadınları ilə yaxınlıq edərdi. Onlar on bir qadın idi. Ənəsdən soruşdular: “Onun buna taqəti çatırdımı?” O dedi: “Biz öz aramızda deyərdik ki, ona otuz kişinin gücü verilmişdir”. Ənəsin rəvayət etdiyi digər hədisdə deyilir: “Onlar doqquz qadın idi”.”

Ənəs ibn Malik
Buxari, 268 (Qüsl, 21)Səhih

حَدَّثَنَا عَبْدُ الأَعْلَى بْنُ حَمَّادٍ قَالَ حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ قَالَ حَدَّثَنَا سَعِيدٌ عَنْ قَتَادَةَ أَنَّ أَنَسَ بْنَ مَالِكٍ حَدَّثَهُمْ أَنَّ نَبِىَّ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَطُوفُ عَلَى نِسَائِهِ فِى اللَّيْلَةِ الْوَاحِدَةِ ، وَلَهُ يَوْمَئِذٍ تِسْعُ نِسْوَةٍ .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allahın Peyğəmbəri ﷺ bir gecədə bütün qadınlarına baş çəkərdi. Həmin vaxt onun doqquz zövcəsi var idi”.”

Ənəs ibn Malik
Buxari, 284 (Qüsl, 37)Səhih

حَدَّثَنَا مُعَاذُ بْنُ فَضَالَةَ قَالَ حَدَّثَنَا هِشَامٌ ح وَحَدَّثَنَا أَبُو نُعَيْمٍ عَنْ هِشَامٍ عَنْ قَتَادَةَ عَنِ الْحَسَنِ عَنْ أَبِى رَافِعٍ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا جَلَسَ بَيْنَ شُعَبِهَا الأَرْبَعِ ثُمَّ جَهَدَهَا ، فَقَدْ وَجَبَ الْغَسْلُ » . تَابَعَهُ عَمْرُو بْنُ مَرْزُوقٍ عَنْ شُعْبَةَ مِثْلَهُ . وَقَالَ مُوسَى حَدَّثَنَا أَبَانُ قَالَ حَدَّثَنَا قَتَادَةُ أَخْبَرَنَا الْحَسَنُ مِثْلَهُ .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Kişi qadının dörd əzası arasında oturub onunla cinsi əlaqəyə girərsə, hər ikisinə qüsl almaq vacib olar”.”

Əbu Hureyra
Buxari, 291 (Qüsl, 44)Səhih

حَدَّثَنَا أَبُو مَعْمَرٍ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ عَنِ الْحُسَيْنِ قَالَ يَحْيَى وَأَخْبَرَنِى أَبُو سَلَمَةَ أَنَّ عَطَاءَ بْنَ يَسَارٍ أَخْبَرَهُ أَنَّ زَيْدَ بْنَ خَالِدٍ الْجُهَنِىَّ أَخْبَرَهُ أَنَّهُ سَأَلَ عُثْمَانَ بْنَ عَفَّانَ فَقَالَ أَرَأَيْتَ إِذَا جَامَعَ الرَّجُلُ امْرَأَتَهُ فَلَمْ يُمْنِ . قَالَ عُثْمَانُ يَتَوَضَّأُ كَمَا يَتَوَضَّأُ لِلصَّلاَةِ ، وَيَغْسِلُ ذَكَرَهُ . قَالَ عُثْمَانُ سَمِعْتُهُ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ . فَسَأَلْتُ عَنْ ذَلِكَ عَلِىَّ بْنَ أَبِى طَالِبٍ وَالزُّبَيْرَ بْنَ الْعَوَّامِ وَطَلْحَةَ بْنَ عُبَيْدِ اللَّهِ وَأُبَىَّ بْنَ كَعْبٍ - رضى الله عنهم - فَأَمَرُوهُ بِذَلِكَ . قَالَ يَحْيَى وَأَخْبَرَنِى أَبُو سَلَمَةَ أَنَّ عُرْوَةَ بْنَ الزُّبَيْرِ أَخْبَرَهُ أَنَّ أَبَا أَيُّوبَ أَخْبَرَهُ أَنَّهُ سَمِعَ ذَلِكَ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ .

“Rəvayət edilir ki, Zeyd ibn Xalid əl-Cuhəni ﵀ Osman ibn Əffandan soruşdu: “Necə bilirsən, kişi öz qadını ilə cinsi yaxınlıq edib məni axıtmasa, nə etməlidir?” Osman: “Namaz üçün dəstəmaz aldığı kimi dəstəmaz almalı və cinsiyyət üzvünü yumalıdır”– deyə cavab verdi, sonra da Osman: “Bunu Allah Elçisindən ﷺ eşitdim”– deyə əlavə etdi. (Zeyd dedi:) “Mən bu haqda Əli ibn Əbu Talibdən, Zubeyr ibn əl-Əvvamdan, Talha ibn Ubeydullahdan və Ubey ibn Kəbdən ﵃ soruşdum. Hamısı bunu (cinsi əlaqədə olub məni axıtmayan) kəsə aid etdi”.”

Zeyd ibn Xalid əl-Cuhəni
Buxari, 292 (Qüsl, 45)Səhih

حَدَّثَنَا مُسَدَّدٌ حَدَّثَنَا يَحْيَى عَنْ هِشَامِ بْنِ عُرْوَةَ قَالَ أَخْبَرَنِى أَبِى قَالَ أَخْبَرَنِى أَبُو أَيُّوبَ قَالَ أَخْبَرَنِى أُبَىُّ بْنُ كَعْبٍ أَنَّهُ قَالَ يَا رَسُولَ اللَّهِ إِذَا جَامَعَ الرَّجُلُ الْمَرْأَةَ فَلَمْ يُنْزِلْ قَالَ « يَغْسِلُ مَا مَسَّ الْمَرْأَةَ مِنْهُ ، ثُمَّ يَتَوَضَّأُ وَيُصَلِّى » . قَالَ أَبُو عَبْدِ اللَّهِ الْغَسْلُ أَحْوَطُ ، وَذَاكَ الآخِرُ ، وَإِنَّمَا بَيَّنَّا لاِخْتِلاَفِهِمْ .

“Rəvayət edilir ki, Ubey ibn Kəb ﵁ demişdir: “Ey Allahın Elçisi, əgər kişi qadını ilə cinsi yaxınlıq etsə, lakin məni axıtmasa, nə etməlidir?” Allah Elçisi ﷺ buyurdu: “Qadına toxunan hissəni yuyar, dəstəmaz alıb namaz qılar”. Əbu Abdullah əl-Buxari dedi: “Ehtiyata görə qüsl almaq lazımdır. Bu məsələdə ixtilaf olduğuna görə biz bunu qeyd etdik”.”

Ubey ibn Kəb
Buxari, 293 (Qüsl, 46)Səhih

حَدَّثَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ قَالَ حَدَّثَنَا إِسْمَاعِيلُ ابْنُ عُلَيَّةَ قَالَ حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ صُهَيْبٍ عَنْ أَنَسٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ غَزَا خَيْبَرَ ، فَصَلَّيْنَا عِنْدَهَا صَلاَةَ الْغَدَاةِ بِغَلَسٍ ، فَرَكِبَ نَبِىُّ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَرَكِبَ أَبُو طَلْحَةَ ، وَأَنَا رَدِيفُ أَبِى طَلْحَةَ ، فَأَجْرَى نَبِىُّ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى زُقَاقِ خَيْبَرَ ، وَإِنَّ رُكْبَتِى لَتَمَسُّ فَخِذَ نَبِىِّ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، ثُمَّ حَسَرَ الإِزَارَ عَنْ فَخِذِهِ حَتَّى إِنِّى أَنْظُرُ إِلَى بَيَاضِ فَخِذِ نَبِىِّ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، فَلَمَّا دَخَلَ الْقَرْيَةَ قَالَ « اللَّهُ أَكْبَرُ ، خَرِبَتْ خَيْبَرُ ، إِنَّا إِذَا نَزَلْنَا بِسَاحَةِ قَوْمٍ فَسَاءَ صَبَاحُ الْمُنْذَرِينَ » . قَالَهَا ثَلاَثًا . قَالَ وَخَرَجَ الْقَوْمُ إِلَى أَعْمَالِهِمْ فَقَالُوا مُحَمَّدٌ - قَالَ عَبْدُ الْعَزِيزِ وَقَالَ بَعْضُ أَصْحَابِنَا - وَالْخَمِيسُ . يَعْنِى الْجَيْشَ ، قَالَ فَأَصَبْنَاهَا عَنْوَةً ، فَجُمِعَ السَّبْىُ ، فَجَاءَ دِحْيَةُ فَقَالَ يَا نَبِىَّ اللَّهِ ، أَعْطِنِى جَارِيَةً مِنَ السَّبْىِ . قَالَ « اذْهَبْ فَخُذْ جَارِيَةً » . فَأَخَذَ صَفِيَّةَ بِنْتَ حُيَىٍّ ، فَجَاءَ رَجُلٌ إِلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ يَا نَبِىَّ اللَّهِ ، أَعْطَيْتَ دِحْيَةَ صَفِيَّةَ بِنْتَ حُيَىٍّ سَيِّدَةَ قُرَيْظَةَ وَالنَّضِيرِ ، لاَ تَصْلُحُ إِلاَّ لَكَ . قَالَ « ادْعُوهُ بِهَا » . فَجَاءَ بِهَا ، فَلَمَّا نَظَرَ إِلَيْهَا النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « خُذْ جَارِيَةً مِنَ السَّبْىِ غَيْرَهَا » . قَالَ فَأَعْتَقَهَا النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَتَزَوَّجَهَا . فَقَالَ لَهُ ثَابِتٌ يَا أَبَا حَمْزَةَ ، مَا أَصْدَقَهَا قَالَ نَفْسَهَا ، أَعْتَقَهَا وَتَزَوَّجَهَا ، حَتَّى إِذَا كَانَ بِالطَّرِيقِ جَهَّزَتْهَا لَهُ أُمُّ سُلَيْمٍ فَأَهْدَتْهَا لَهُ مِنَ اللَّيْلِ ، فَأَصْبَحَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَرُوسًا فَقَالَ « مَنْ كَانَ عِنْدَهُ شَىْءٌ فَلْيَجِئْ بِهِ » . وَبَسَطَ نِطَعًا ، فَجَعَلَ الرَّجُلُ يَجِىءُ بِالتَّمْرِ ، وَجَعَلَ الرَّجُلُ يَجِىءُ بِالسَّمْنِ - قَالَ وَأَحْسِبُهُ قَدْ ذَكَرَ السَّوِيقَ - قَالَ فَحَاسُوا حَيْسًا ، فَكَانَتْ وَلِيمَةَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ .

“Ənəs ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ qoşun yığıb Xeybərə yollandı. Biz bu qalanın yaxınlığında səhərin ala-qaranlığında Sübh namazını qıldıq. Bundan sonra Allahın Peyğəmbəri ﷺ və Əbu Təlhə öz miniklərinə mindilər. Mən isə Əbu Təlhənin tərkinə minmişdim. Allahın Peyğəmbəri ﷺ miniyini Xeybərin dar küçələrindən birinə sürdü və bu vaxt mənim dizim Allahın Peyğəmbərinin ﷺ buduna toxundu. Onun izarı yuxarı qalxdı və budu açıldı, onda mən Allahın Peyğəmbərinin ﷺ budunun ağlığını gördüm. Kəndə daxil olduqda o: “Allahu Əkbər! Xeybər dağıldı. Həqiqətən, biz (fasiq) qövmün yurduna daxil olduqda qorxudulanların sabahı necə də pis olar!”– deyərək bunu üç dəfə təkrar etdi”. Ənəs dedi: “Xeybərlilər öz işlərindən ötrü evlərindən çıxıb: “Muhəmməd öz qoşunu ilə gəldi!”– dedilər”. Ənəs deyir: “Biz Xeybəri zəbt etdik. Əsirlər bir yerə toplanıldıqdan sonra Dihyə gəlib dedi: “Ey Allahın Peyğəmbəri, əsir düşmüş cariyələrdən birini mənə ver”. Peyğəmbər ﷺ: “Get, birini götür!”– dedi və o da Safiyyə bint Huyeyi götürdü. Bundan sonra bir nəfər Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Peyğəmbəri, sən Dihyəyə Bəni Qureyza və Bəni Nədirin xanımı Safiyyə bint Huyeyi verdin, halbuki o qadın ancaq sənə layiqdir”. Onda Peyğəmbər ﷺ buyurdu: “Onu qadınla bir yerdə yanıma çağırın!” Dihyə Safiyyəni onun yanına gətirdi. Peyğəmbər ﷺ qadına baxıb Dihyəyə dedi: “Cariyələrdən başqasını götür”. Ənəs dedi: “Peyğəmbər ﷺ Safiyyəni azad edib onunla evləndi”. Ravi Sabit Ənəsdən soruşdu: “Bəs Peyğəmbər ﷺ ona mehr olaraq nə verdi?” Ənəs dedi: “Onun özünü verdi. Onu azad etdi və onunla evləndi”. Ənəs dedi: “Yolda Ummu Suleym Safiyyəni Peyğəmbər ﷺ üçün hazırladı və gecə onun yanına apardı. Zifaf gecəsinin səhəri Peyğəmbər ﷺ dedi: “Kimdə (yeməyə) bir şey varsa, bura gətirsin” və yerə bir dəri sərdi. Bu vaxt kimisi xurma, kimisi də yağ gətirdi”. Ravi deyir: “Hesab edirəm ki, Ənəs sıyığı da qeyd etdi”. Ənəs deyir: “Sonra onlar heys hazırladılar. Allahın Peyğəmbərinin ﷺ toy ziyafəti belə oldu”.”

Ənəs
Buxari, 371 (Namaz, 23)Səhih

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا هُشَيْمٌ عَنْ صَالِحِ بْنِ صَالِحٍ الْهَمْدَانِىِّ عَنِ الشَّعْبِىِّ قَالَ رَأَيْتُ رَجُلاً مِنْ أَهْلِ خُرَاسَانَ سَأَلَ الشَّعْبِىَّ فَقَالَ يَا أَبَا عَمْرٍو إِنَّ مَنْ قِبَلَنَا مِنْ أَهْلِ خُرَاسَانَ يَقُولُونَ فِى الرَّجُلِ إِذَا أَعْتَقَ أَمَتَهُ ثُمَّ تَزَوَّجَهَا فَهُوَ كَالرَّاكِبِ بَدَنَتَهُ. فَقَالَ الشَّعْبِىُّ حَدَّثَنِى أَبُو بُرْدَةَ بْنُ أَبِى مُوسَى عَنْ أَبِيهِ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « ثَلاَثَةٌ يُؤْتَوْنَ أَجْرَهُمْ مَرَّتَيْنِ رَجُلٌ مِنْ أَهْلِ الْكِتَابِ آمَنَ بِنَبِيِّهِ وَأَدْرَكَ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَآمَنَ بِهِ وَاتَّبَعَهُ وَصَدَّقَهُ فَلَهُ أَجْرَانِ وَعَبْدٌ مَمْلُوكٌ أَدَّى حَقَّ اللَّهِ تَعَالَى وَحَقَّ سَيِّدِهِ فَلَهُ أَجْرَانِ وَرَجُلٌ كَانَتْ لَهُ أَمَةٌ فَغَذَاهَا فَأَحْسَنَ غِذَاءَهَا ثُمَّ أَدَّبَهَا فَأَحْسَنَ أَدَبَهَا ثُمَّ أَعْتَقَهَا وَتَزَوَّجَهَا فَلَهُ أَجْرَانِ ». ثُمَّ قَالَ الشَّعْبِىُّ لِلْخُرَاسَانِىِّ خُذْ هَذَا الْحَدِيثَ بِغَيْرِ شَىْءٍ. فَقَدْ كَانَ الرَّجُلُ يَرْحَلُ فِيمَا دُونَ هَذَا إِلَى الْمَدِينَةِ.

“Rəvayət edilir ki, Saleh ibn Saleh əl-Həmdani ﵀ demişdir: “Mən Xorasan əhlindən bir nəfər gördüm. O, Şəbiyə belə dedi: “Ey Əbu Amr! Bizim tərəflərdə xorasanlılardan bəziləri, öz kənizini azad edib sonra onunla evlənən adam haqqında deyirlər: “O, qurbanlıq dəvəsinə minmiş kimidir”. Şəbi dedi: “Əbu Burdə ibn Əbu Musa öz atasından mənə rəvayət etmişdir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Savabları ikiqat verilən üç qisim insan var: Kitab əhlindən olan bir kəs öz peyğəmbərinə iman gətirər, sonra da Muhəmmədə ﷺ yetişər və ona iman gətirər, onun ardınca gedər və onun gətirdiyini təsdiqləyərsə, ikiqat savab qazanar. Kölə edilmiş bir qul həm Uca Allahın haqqını, həm də ağasının haqqını ödəyərsə, ikiqat savab qazanar. Qadın köləyə sahib olan bir adam onun qayğısına qalar və bunu gözəl tərzdə yerinə yetirər, həmçinin ona tərbiyə verər və bunu gözəl tərzdə yerinə yetirər, sonra da onu azad edib onunla evlənərsə, ikiqat savab qazanar”. Sonra Şəbi xorasanlıya dedi: “Heç bir şey vermədən hədisi götür. Vaxtilə adam belə bir hədisi öyrənmək üçün Mədinəyə qədər gedərdi”.”

Saleh ibn Saleh əl-Həmdani
Muslim, 404 (İman, 303)Səhih

أَخْبَرَنَا يَحْيَى بْنُ حَبِيبِ بْنِ عَرَبِيٍّ عَنْ حَمَّادٍ وَالْحَارِثُ بْنُ مِسْكِينٍ قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ عَنْ ابْنِ الْقَاسِمِ حَدَّثَنِي مَالِكٌ ح و أَخْبَرَنَا سُلَيْمَانُ بْنُ مَنْصُورٍ قَالَ أَنْبَأَنَا عَبْدُ اللَّهِ بْنُ الْمُبَارَكِ وَاللَّفْظُ لَهُ عَنْ يَحْيَى بْنِ سَعِيدٍ عَنْ مُحَمَّدِ بْنِ إِبْرَاهِيمَ عَنْ عَلْقَمَةَ بْنِ وَقَّاصٍ عَنْ عُمَرَ بْنِ الْخَطَّابِ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِنَّمَا الْأَعْمَالُ بِالنِّيَّةِ وَإِنَّمَا لِامْرِئٍ مَا نَوَى فَمَنْ كَانَتْ هِجْرَتُهُ إِلَى اللَّهِ وَإِلَى رَسُولِهِ فَهِجْرَتُهُ إِلَى اللَّهِ وَإِلَى رَسُولِهِ وَمَنْ كَانَتْ هِجْرَتُهُ إِلَى دُنْيَا يُصِيبُهَا أَوْ امْرَأَةٍ يَنْكِحُهَا فَهِجْرَتُهُ إِلَى مَا هَاجَرَ إِلَيْهِ

“Rəvayət edilir ki, Ömər ibn əl-Xəttab ﵁ demişdir: “Allah Elçisi ﷺ buyurdu: “Əməllər ancaq niyyətlərə görədir. Hər kəsə də yalnız niyyət etdiyi şey qalacaq. Kimin hicrəti Allaha və Onun Elçisinədirsə, onun hicrəti Allah və Onun Elçisi üçündür. Kimin hicrəti əldə edəcəyi dünya (malına) və ya evlənəcəyi qadına görədirsə, onun hicrəti elə hicrət etdiyi şey üçündür”.”

Ömər ibn əl-Xəttab
Nəsəi, 75 (Təharət, 75)Səhih

أَخْبَرَنَا مَحْمُودُ بْنُ غَيْلاَنَ ، قَالَ : حَدَّثَنَا أَبُو أَحْمَدَ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الأَعْمَشِ ، عَنْ عُمَارَةَ بْنِ عُمَيْرٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ يَزِيدَ ، عَنْ عَبْدِ اللهِ ، قَالَ : خَرَجْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَنَحْنُ شَبَابٌ لاَ نَقْدِرُ عَلَى شَيْءٍ ، قَالَ : يَا مَعْشَرَ الشَّبَابِ ، عَلَيْكُمْ بِالْبَاءَةِ ، فَإِنَّهُ أَغَضُّ لِلْبَصَرِ ، وَأَحْصَنُ لِلْفَرْجِ ، وَمَنْ لَمْ يَسْتَطِعْ فَعَلَيْهِ بِالصَّوْمِ فَإِنَّهُ لَهُ وِجَاءٌ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə yola çıxdıq. Biz evlənməyə imkanı olmayan gənclər idik. Peyğəmbər ﷺ buyurdu: “Ey cavanlar, evlənin! Çünki evlənmək gözü və cinsiyyət üzvünü haramdan qoruyur. Evlənməyə gücü çatmayanlar isə oruc tutsun. Çünki oruc tutmaq şəhvət hissini söndürür”.”

Abdullah
Nəsəi, 2239 (Oruc, 150)Səhih

أَخْبَرَنَا بِشْرُ بْنُ خَالِدٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، عَنْ شُعْبَةَ ، عَنْ سُلَيْمَانَ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ عَلْقَمَةَ : أَنَّ ابْنَ مَسْعُودٍ ، لَقِيَ عُثْمَانَ بِعَرَفَاتٍ ، فَخَلاَ بِهِ فَحَدَّثَهُ ، وَأَنَّ عُثْمَانَ قَالَ لاِبْنِ مَسْعُودٍ : هَلْ لَكَ فِي فَتَاةٍ أُزَوِّجُكَهَا ، فَدَعَا عَبْدُ اللهِ عَلْقَمَةَ ، فَحَدَّثَهُ أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : مَنِ اسْتَطَاعَ مِنْكُمُ الْبَاءَةَ فَلْيَتَزَوَّجْ ، فَإِنَّهُ أَغَضُّ لِلْبَصَرِ ، وَأَحْصَنُ لِلْفَرْجِ ، وَمَنْ لَمْ يَسْتَطِعْ فَلْيَصُمْ ، فَإِنَّ الصَّوْمَ لَهُ وِجَاءٌ.

“Alqamə ﵀ rəvayət edir ki, bir dəfə İbn Məsud Arafada Osmanla qarşılaşdı. Onunla tək qalaraq söhbət etdi. Osman İbn Məsuda dedi: “Sənin yanında evlənməyə qız varmı?” Abdullah ibn Məsud da Alqaməni yanına çağırıb bu hədisi danışdı: “Evlənmək imkanı olanlar evlənsin! Çünki evlənmək gözü və cinsiyyət üzvünü (haramdan) qoruyur. Evlənməyə gücü çatmayanlar isə oruc tutsun, çünki oruc tutmaq (şəhvət hissini) söndürür”.”

Alqamə
Nəsəi, 2240 (Oruc, 151)Səhih

أَخْبَرَنَا هَارُونُ بْنُ إِسْحَاقَ ، قَالَ : حَدَّثَنَا الْمُحَارِبِيُّ ، عَنِ الأَعْمَشِ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ عَلْقَمَةَ ، وَالأَسْوَدِ ، عَنْ عَبْدِ اللهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنِ اسْتَطَاعَ مِنْكُمُ الْبَاءَةَ فَلْيَتَزَوَّجْ ، وَمَنْ لَمْ يَجِدْ فَعَلَيْهِ بِالصَّوْمِ فَإِنَّهُ لَهُ وِجَاءٌ.

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Evlənmək imkanı olanlar evlənsin! Evlənməyə gücü çatmayanlar isə oruc tutsun, çünki oruc tutmaq (şəhvət hissini) söndürür”.”

Abdullah
Nəsəi, 2241 (Oruc, 152)Səhih

أَخْبَرَنِي هِلاَلُ بْنُ الْعَلاَءِ بْنِ هِلاَلٍ ، قَالَ : حَدَّثَنَا أَبِي ، قَالَ : حَدَّثَنَا عَلِيُّ بْنُ هَاشِمٍ ، عَنِ الأَعْمَشِ ، عَنْ عُمَارَةَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ يَزِيدَ ، قَالَ : دَخَلْنَا عَلَى عَبْدِ اللهِ ، وَمَعَنَا عَلْقَمَةُ وَالأَسْوَدُ وَجَمَاعَةٌ ، فَحَدَّثَنَا بِحَدِيثٍ مَا رَأَيْتُهُ حَدَّثَ بِهِ الْقَوْمَ إِلاَّ مِنْ أَجْلِي لأَنِّي كُنْتُ أَحْدَثَهُمْ ، سِنًّا قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : يَا مَعْشَرَ الشَّبَابِ ، مَنِ اسْتَطَاعَ مِنْكُمُ الْبَاءَةَ فَلْيَتَزَوَّجْ ، فَإِنَّهُ أَغَضُّ لِلْبَصَرِ ، وَأَحْصَنُ لِلْفَرْجِ قَالَ عَلِيٌّ : وَسُئِلَ الأَعْمَشُ ، عَنْ حَدِيثِ إِبْرَاهِيمَ ، فَقَالَ : عَنْ إِبْرَاهِيمَ ، عَنْ عَلْقَمَةَ ، عَنْ عَبْدِ اللهِ ، مِثْلَهُ ، قَالَ : نَعَمْ.

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Yəzid ﵀ demişdir: “Alqamə, əl-Əsvəd və bir neçə nəfər olaraq Abdullah ibn Məsudun yanına gəldik. O bizə bir hədis danışdı. Bu hədisi aralarında ən gənc olduğum üçün mənə görə danışdığını başa düşdüm. O dedi: “Allah Elçisi ﷺ belə buyurdu: “Ey cavanlar! Evlənmək imkanı olanlar evlənsin, çünki evlənmək gözü və cinsiyyət üzvünü (haramdan) qoruyur”.”

Abdur-Rahmən ibn Yəzid
Nəsəi, 2242 (Oruc, 153)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ زُرَارَةَ ، قَالَ : أَنْبَأَنَا إِسْمَعِيلُ ، قَالَ : حَدَّثَنَا يُونُسُ ، عَنْ أَبِي مَعْشَرٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ عَلْقَمَةَ ، قَالَ : كُنْتُ مَعَ ابْنِ مَسْعُودٍ وَهُوَ عِنْدَ عُثْمَانَ ، فَقَالَ عُثْمَانُ : خَرَجَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى فِتْيَةٍ ، فَقَالَ : مَنْ كَانَ مِنْكُمْ ذَا طَوْلٍ فَلْيَتَزَوَّجْ ، فَإِنَّهُ أَغَضُّ لِلْبَصَرِ ، وَأَحْصَنُ لِلْفَرْجِ ، وَمَنْ لاَ ، فَالصَّوْمُ لَهُ وِجَاءٌ .قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : أَبُو مَعْشَرٍ هَذَا اسْمُهُ زِيَادُ بْنُ كُلَيْبٍ وَهُوَ ثِقَةٌ ، وَهُوَ صَاحِبُ إِبْرَاهِيمَ ، رَوَى عَنْهُ مَنْصُورٌ ، وَمُغِيرَةُ ، وَشُعْبَةُ ، وَأَبُو مَعْشَرٍ الْمَدَنِيُّ اسْمُهُ نَجِيحٌ وَهُوَ ضَعِيفٌ ، وَمَعَ ضَعْفِهِ أَيْضًا كَانَ قَدِ اخْتَلَطَ عِنْدَهُ أَحَادِيثُ مَنَاكِيرُ ، مِنْهَا مُحَمَّدُ بْنُ عَمْرٍو ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَا بَيْنَ الْمَشْرِقِ وَالْمَغْرِبِ قِبْلَةٌ ، وَمِنْهَا هِشَامُ بْنُ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لاَ تَقْطَعُوا اللَّحْمَ بِالسِّكِّينِ وَلَكِنْ انْهَسُوا نَهْسًا.

“Rəvayət edilir ki, Alqamə ﵀ demişdir: “Bir dəfə İbn Məsud və Osman ilə birlikdə idim. Osman dedi: “Allah Elçisi ﷺ bir dəstə gəncin yanına gələrək buyurdu: “Evlənmək imkanı olanlar evlənsin! Çünki evlənmək gözü və cinsiyyət üzvünü (haramdan) qoruyur. Evlənə bilməyən isə oruc tutsun, çünki oruc (şəhvət hissindən) söndürür”. ...Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Qiblə günbatanla günçıxan arasındadır”. ...Aişə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Əti bıçaqla kəsməyin! Onu parça-parça edin”.”

Alqamə
Nəsəi, 2243 (Oruc, 154)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَعْمَرٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ حَمَّادٍ ، قَالَ : حَدَّثَنَا أَبُو عَوَانَةَ ، عَنْ مُغِيرَةَ ، عَنْ مُجَاهِدٍ ، قَالَ : قَالَ لِي عَبْدُ اللهِ بْنُ عَمْرٍو : أَنْكَحَنِي أَبِي امْرَأَةً ذَاتَ حَسَبٍ ، فَكَانَ يَأْتِيهَا فَيَسْأَلُهَا عَنْ بَعْلِهَا ، فَقَالَتْ : نِعْمَ الرَّجُلُ مِنْ رَجُلٍ لَمْ يَطَأْ لَنَا فِرَاشًا ، وَلَمْ يُفَتِّشْ لَنَا كَنَفًا مُنْذُ أَتَيْنَاهُ ، فَذَكَرَ ذَلِكَ لِلنَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : ائْتِنِي بِهِ ، فَأَتَيْتُهُ مَعَهُ ، فَقَالَ : كَيْفَ تَصُومُ ؟ قُلْتُ : كُلَّ يَوْمٍ ، قَالَ : صُمْ مِنْ كُلِّ جُمُعَةٍ ثَلاَثَةَ أَيَّامٍ ، قُلْتُ : إِنِّي أُطِيقُ أَفْضَلَ مِنْ ذَلِكَ ، قَالَ : صُمْ يَوْمَيْنِ وَأَفْطِرْ يَوْمًا ، قَالَ : إِنِّي أُطِيقُ أَفْضَلَ مِنْ ذَلِكَ ، قَالَ : صُمْ أَفْضَلَ الصِّيَامِ ، صِيَامَ دَاوُدَ عَلَيْهِ السَّلاَمُ ، صَوْمُ يَوْمٍ وَفِطْرُ يَوْمٍ.

“Rəvayət edilir ki, Mucahid ﵀ demişdir: “Abdullah ibn Amr mənə dedi: “Atam məni bir imkanlı qadınla evləndirmişdi. Atam onun yanına gedib mənim haqqımda soruşduqda o dedi: “Çox gözəl adamdır. Evləndikdən bu yana nə yatağıma gəldi, nə də gizli yerlərimi araşdırdı”. Belə olduqda atam hadisəni Peyğəmbərə ﷺ danışdı. Peyğəmbər ﷺ buyurdu: “Onu mənim yanıma gətirin!” Atamla birlikdə Peyğəmbərin ﷺ yanına getdik. Peyğəmbər ﷺ dedi: “Orucu necə tutursan?” Mən: “Hər gün” dedim. Peyğəmbər ﷺ dedi: “Həftədə üç gün oruc tut!” Mən dedim: “Bundan daha çox tuta bilərəm”. O dedi: “İki gün tut, bir gün tutma”. Mən dedim: “Bundan daha çox tuta bilərəm”. O buyurdu: “Ən fəzilətli olan orucu – Davudun ﵇ orucunu tut! (Yəni) günaşırı tut!””

Mucahid
Nəsəi, 2389 (Oruc, 300)Səhih

أَخْبَرَنَا أَبُو حَصِينٍ عَبْدُ اللهِ بْنُ أَحْمَدَ بْنِ عَبْدِ اللهِ بْنِ يُونُسَ ، قَالَ : حَدَّثَنَا عَبْثَرٌ ، قَالَ : حَدَّثَنَا حُصَيْنٌ ، عَنْ مُجَاهِدٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو ، قَالَ : زَوَّجَنِي أَبِي امْرَأَةً فَجَاءَ يَزُورُهَا ، فَقَالَ : كَيْفَ تَرَيْنَ بَعْلَكِ ؟ فَقَالَتْ : نِعْمَ الرَّجُلُ مِنْ رَجُلٍ لاَ يَنَامُ اللَّيْلَ ، وَلاَ يُفْطِرُ النَّهَارَ فَوَقَعَ بِي ، وَقَالَ : زَوَّجْتُكَ امْرَأَةً مِنَ الْمُسْلِمِينَ فَعَضَلْتَهَا ، قَالَ : فَجَعَلْتُ لاَ أَلْتَفِتُ إِلَى قَوْلِهِ مِمَّا أَرَى عِنْدِي مِنَ الْقُوَّةِ وَالاِجْتِهَادِ ، فَبَلَغَ ذَلِكَ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : لَكِنِّي أَنَا أَقُومُ وَأَنَامُ ، وَأَصُومُ وَأُفْطِرُ ، فَقُمْ وَنَمْ ، وَصُمْ وَأَفْطِرْ قَالَ : صُمْ مِنْ كُلِّ شَهْرٍ ثَلاَثَةَ أَيَّامٍ ، فَقُلْتُ : أَنَا أَقْوَى مِنْ ذَلِكَ ، قَالَ : صُمْ صَوْمَ دَاوُدَ عَلَيْهِ السَّلاَمُ ، صُمْ يَوْمًا وَأَفْطِرْ يَوْمًا ، قُلْتُ : أَنَا أَقْوَى مِنْ ذَلِكَ ، قَالَ : اقْرَأِ الْقُرْآنَ فِي كُلِّ شَهْرٍ ، ثُمَّ انْتَهَى إِلَى خَمْسَ عَشْرَةَ وَأَنَا أَقُولُ : أَنَا أَقْوَى مِنْ ذَلِكَ.

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Atam məni bir qadınla evləndirmişdi. Atam onu ziyarət edərək dedi: “Ərin necədir?” O da: “Çox yaxşı kişidir, gecələr yatmayıb namaz qılır, gündüzlər isə oruc tutur”. Belə olduqda atam məni danladı və dedi: “Səni müsəlman qadınla evləndirmişəm, sən isə ondan üz çevirirsən”. Qüvvəmə arxayın olduğum üçün atamın sözlərinə qulaq asmadım, lakin hadisə Peyğəmbərə ﷺ çatdıqda dedi: “Mən həm yatıram, həm də namaz qılıram. Həm oruc tutduğum gün olur, həm də tutmadığım. Sən də qalx, namaz qıl, sonra yat. Həm oruc tut, həm də tutmadığın gün olsun. Hər ayın üç gününü oruc tut!” Mən dedim: “Bundan daha çox tuta bilərəm”. O dedi: “Onda Davudun ﵇ tutduğu kimi oruc tut – bir gün tut, bir gün tutma!” Mən dedim: “Bundan daha çoxuna gücüm çatar”. O dedi: “Hər ay Quranı bir dəfə xətm et!” Sonra o bu məsələni on beş günə endirdi. Mən də “Daha qısa müddət ərzində xətm edə bilərəm” deyirdim”.”

Abdullah ibn Amr
Nəsəi, 2390 (Oruc, 301)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا دَاوُدُ وَهُوَ ابْنُ عَبْدِ الرَّحْمَنِ الْعَطَّارُ ، عَنْ عَمْرٍو وَهُوَ ابْنُ دِينَارٍ ، قَالَ : سَمِعْتُ أَبَا الشَّعْثَاءِ يُحَدِّثُ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : تَزَوَّجَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَيْمُونَةَ ، وَهُوَ مُحْرِمٌ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ Məymunə ilə ehramlı ikən evlənmişdir”.”

İbn Abbas
Nəsəi, 2837 (Həcc, 219)Zəif

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا ابْنُ جُرَيْجٍ ، قَالَ : حَدَّثَنَا عَمْرُو بْنُ دِينَارٍ ، أَنَّ أَبَا الشَّعْثَاءِ حَدَّثَهُ ، عَنْ ابْنِ عَبَّاسٍ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَكَحَ حَرَامًا.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ ehramlı ikən evlənmişdir.”

İbn Abbas
Nəsəi, 2838 (Həcc, 220)Zəif

أَخْبَرَنِي إِبْرَاهِيمُ بْنُ يُونُسَ بْنِ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنَا أَبِي ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ حُمَيْدٍ ، عَنْ مُجَاهِدٍ ، عَنْ ابْنِ عَبَّاسٍ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تَزَوَّجَ مَيْمُونَةَ ، وَهُمَا مُحْرِمَانِ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ Məymunə ilə ikisi də ehramlı ikən evlənmişdir.”

İbn Abbas
Nəsəi, 2839 (Həcc, 221)Zəif

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ إِسْحَاقَ الصَّاغَانِيُّ ، قَالَ : حَدَّثَنَا أَحْمَدُ بْنُ إِسْحَاقَ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ حُمَيْدٍ ، عَنْ عِكْرِمَةَ ، عَنْ ابْنِ عَبَّاسٍ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تَزَوَّجَ مَيْمُونَةَ ، وَهُوَ مُحْرِمٌ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ Məymunə ilə ehramlı ikən evlənmişdir.”

İbn Abbas
Nəsəi, 2840 (Həcc, 222)Zəif

أَخْبَرَنِي شُعَيْبُ بْنُ شُعَيْبِ بْنِ إِسْحَاقَ ، وَصَفْوَانُ بْنُ عَمْرٍو الْحِمْصِيُّ ، قَالاَ : حَدَّثَنَا أَبُو الْمُغِيرَةِ ، قَالَ : حَدَّثَنَا الأَوْزَاعِيُّ ، عَنْ عَطَاءِ بْنِ أَبِي رَبَاحٍ ، عَنْ ابْنِ عَبَّاسٍ أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، تَزَوَّجَ مَيْمُونَةَ ، وَهُوَ مُحْرِمٌ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ Məymunə ilə ehramlı ikən evlənmişdir.”

İbn Abbas
Nəsəi, 2841 (Həcc, 223)Zəif

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ نَافِعٍ ، عَنْ نُبَيْهِ بْنِ وَهْبٍ ، أَنَّ أَبَانَ بْنَ عُثْمَانَ ، قَالَ : سَمِعْتُ عُثْمَانَ بْنَ عَفَّانَ ، يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لاَ يَنْكِحُ الْمُحْرِمُ ، وَلاَ يَخْطُبُ ، وَلاَ يُنْكِحُ.

“Rəvayət edilir ki, Osman ibn Əffan ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ehramda olan nə evlənə bilər, nə qız istəmək məqsədilə danışa bilər, nə də başqasının nikahını kəsə bilər”.”

Osman ibn Əffan
Nəsəi, 2842 (Həcc, 224)Səhih

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ مَالِكٍ ، أَخْبَرَنِي نَافِعٌ ، عَنْ نُبَيْهِ بْنِ وَهْبٍ ، عَنْ أَبَانَ بْنِ عُثْمَانَ ، عَنْ أَبِيهِ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ نَهَى أَنْ يَنْكِحَ الْمُحْرِمُ ، أَوْ يُنْكِحَ ، أَوْ يَخْطُبَ.

“Əban ibn Osman atasından ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ ehramlıya evlənməyi, qız istəmək məqsədilə danışmağı və başqasının nikahını kəsməsini qadağan etmişdir.”

Əban ibn Osman atasından
Nəsəi, 2843 (Həcc, 225)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ يَزِيدَ ، عَنْ سُفْيَانَ ، عَنْ أَيُّوبَ بْنِ مُوسَى ، عَنْ نُبَيْهِ بْنِ وَهْبٍ ، قَالَ : أَرْسَلَ عُمَرُ بْنُ عُبَيْدِ اللهِ بْنِ مَعْمَرٍ إِلَى أَبَانَ بْنِ عُثْمَانَ يَسْأَلُهُ أَيَنْكِحُ الْمُحْرِمُ ؟ فَقَالَ أَبَانُ : إِنَّ عُثْمَانَ بْنَ عَفَّانَ حَدَّثَ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لاَ يَنْكِحُ الْمُحْرِمُ ، وَلاَ يَخْطُبُ.

“Rəvayət edilir ki, Nubeyh ibn Vəhb ﵀ demişdir: “Ömər ibn Ubeydullah ibn Mə'mər Əban ibn Osmana ehramlının kiminsə kəbinini kəsməsinin icazəli olub-olmadığını öyrənmək üçün adam göndərdi. Əban dedi: “Osman ibn Əffan dedi ki, Peyğəmbər ﷺ belə buyurdu: “Ehramlı olan nə başqasının nikahını kəsə bilər, nə də başqasından qız istəyə bilər”.”

Nubeyh ibn Vəhb
Nəsəi, 2844 (Həcc, 226)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ يَزِيدَ ، عَنْ أَبِيهِ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، عَنْ مُحَمَّدِ بْنِ عَجْلاَنَ ، عَنْ سَعِيدٍ الْمَقْبُرِيِّ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : ثَلاَثَةٌ كُلُّهُمْ حَقٌّ عَلَى اللهِ عَزَّ وَجَلَّ عَوْنُهُ الْمُجَاهِدُ فِي سَبِيلِ اللهِ ، وَالنَّاكِحُ الَّذِي يُرِيدُ الْعَفَافَ ، وَالْمُكَاتَبُ الَّذِي يُرِيدُ الأَدَاءَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Üç nəfər var ki, onlara kömək etmək Allahın ﷿ üzərində bir haqdır: Allah yolunda olan mücahid, günahdan qorunmaq üçün evlənən və köləlikdən xilas olmaq üçün ağası ilə anlaşan”.”

Əbu Hureyra
Nəsəi, 3120 (Cihad, 36)Həsən

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ إِسْحَاقَ بْنِ عَبْدِ اللهِ بْنِ أَبِي طَلْحَةَ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا ذَهَبَ إِلَى قُبَاءَ ، يَدْخُلُ عَلَى أُمِّ حَرَامٍ بِنْتِ مِلْحَانَ فَتُطْعِمُهُ ، وَكَانَتْ أُمُّ حَرَامٍ بِنْتُ مِلْحَانَ تَحْتَ عُبَادَةَ بْنِ الصَّامِتِ ، فَدَخَلَ عَلَيْهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمًا ، فَأَطْعَمَتْهُ وَجَلَسَتْ تَفْلِي رَأْسَهُ ، فَنَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، ثُمَّ اسْتَيْقَظَ وَهُوَ يَضْحَكُ ، قَالَتْ : فَقُلْتُ : مَا يُضْحِكُكَ يَا رَسُولَ اللهِ ؟ قَالَ : نَاسٌ مِنْ أُمَّتِي عُرِضُوا عَلَيَّ ، غُزَاةً فِي سَبِيلِ اللهِ يَرْكَبُونَ ثَبَجَ هَذَا الْبَحْرِ ، مُلُوكٌ عَلَى الأَسِرَّةِ ، أَوْ مِثْلُ الْمُلُوكِ عَلَى الأَسِرَّةِ - شَكَّ إِسْحَاقُ - فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، ادْعُ اللَّهَ أَنْ يَجْعَلَنِي مِنْهُمْ ، فَدَعَا لَهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، ثُمَّ نَامَ - وَقَالَ الْحَارِثُ : فَنَامَ ، ثُمَّ اسْتَيْقَظَ فَضَحِكَ ، فَقُلْتُ لَهُ : مَا يُضْحِكُكَ يَا رَسُولَ اللهِ ؟ قَالَ : نَاسٌ مِنْ أُمَّتِي عُرِضُوا عَلَيَّ غُزَاةً فِي سَبِيلِ اللهِ مُلُوكٌ عَلَى الأَسِرَّةِ ، أَوْ مِثْلُ الْمُلُوكِ عَلَى الأَسِرَّةِ - كَمَا قَالَ فِي الأَوَّلِ - فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، ادْعُ اللَّهَ أَنْ يَجْعَلَنِي مِنْهُمْ ، قَالَ : أَنْتِ مِنَ الأَوَّلِينَ فَرَكِبَتِ الْبَحْرَ فِي زَمَانِ مُعَاوِيَةَ ، فَصُرِعَتْ عَنْ دَابَّتِهَا حِينَ خَرَجَتْ مِنَ الْبَحْرِ ، فَهَلَكَتْ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ Quba'ya getdiyi vaxt Ummu Haram bint Milhanı ziyarət edərdi. O da Allah Elçisinə ﷺ yemək təklif edərdi. Ummu Haram bint Milhan Ubadə ibn əs-Samitlə evlənmişdi. Bir gün Allah Elçisi ﷺ onu ziyarət etdi. O da ona yemək verdi. Allah Elçisi ﷺ başını qoyub orada yatdı. Allah Elçisi ﷺ bir müddət yatdıqdan sonra oyandıqda güldü. Ummu Haram deyir: “Mən dedim: “Ey Allahın Elçisi, səni güldürən nədir?” Allah Elçisi ﷺ buyurdu: “Yuxumda mənə ümmətimdən Allah yolunda vuruşan bəzi kimsələr göstərildi. Onlar padşahların taxtlarına əyləşdiyi kimi dəniz üstündəki vasitələrə əyləşərək və ya padşahlar kimi (şübhə edən ravi İshaqdır) döyüşə gedirdilər”. Mən dedim: “Ey Allahın Elçisi, dua et mən də onlardan olum”. Allah Elçisi ﷺ də dua etdi. Sonra Allah Elçisi ﷺ yenə yuxuya getdi. Oyandıqdan sonra yenə gülümsədi. Mən dedim: “Səni güldürən nədir, ey Allahın Elçisi?” Allah Elçisi ﷺ: “Yuxumda mənə ümmətimdən Allah yolunda vuruşan bəzi kimsələr göstərildi. Onlar quruda gedən miniklərinə taxtına əyləşən padşahlar kimi əyləşərək döyüşə gedirdilər”- buyurdu və əvvəl dediklərini dedi. Mən dedim: “Ey Allahın Elçisi, Allaha dua et ki, məni onlardan etsin”. Allah Elçisi ﷺ buyurdu: “Sən əvvəlkilərdənsən”. (Yəni dənizdə döyüşə gedənlərdənsən). Ravi deyir ki: “Ummu Haram Müaviyənin xəlifəliyi dövründə baş verən dəniz döyüşündə iştirak etdi və dənizdən quruya çıxarkən mindiyi heyvandan yıxılaraq vəfat etdi”.”

Ənəs ibn Malik
Nəsəi, 3171 (Cihad, 87)Səhih

أَخْبَرَنَا أَبُو دَاوُدَ سُلَيْمَانُ بْنُ سَيْفٍ ، قَالَ : حَدَّثَنَا جَعْفَرُ بْنُ عَوْنٍ ، قَالَ : أَنْبَأَنَا ابْنُ جُرَيْجٍ ، عَنْ عَطَاءٍ ، قَالَ : حَضَرْنَا مَعَ ابْنِ عَبَّاسٍ جِنَازَةَ مَيْمُونَةَ زَوْجِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بِسَرِفَ ، فَقَالَ ابْنُ عَبَّاسٍ : هَذِهِ مَيْمُونَةُ إِذَا رَفَعْتُمْ جَنَازَتَهَا ، فَلاَ تُزَعْزِعُوهَا ، وَلاَ تُزَلْزِلُوهَا ، فَإِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ كَانَ مَعَهُ تِسْعُ نِسْوَةٍ ، فَكَانَ يَقْسِمُ لِثَمَانٍ ، وَوَاحِدَةٌ لَمْ يَكُنْ يَقْسِمُ لَهَا.

“Rəvayət edilir ki, Əta ﵀ demişdi: “İbn Abbasla birlikdə Sərif adlı yerdə Peyğəmbərin ﷺ zövcəsi Məymunənin cənazəsində iştirak edirdik. İbn Abbas belə dedi: “Bu, Meymunədir. Onun cənazəsini qaldıranda silkələməyin və titrətməyin! Çünki Allah Elçisi ﷺ ilə birlikdə doqquz zövcəsi yaşayırdı. O, səkkizi üçün günləri bölürdü. (Məymunə bunlardan idi). Biri üçün isə bölmürdü. (O da Səvda idi)”.”

Əta
Nəsəi, 3196 (Nikah, 1)Səhih

أَخْبَرَنِي إِبْرَاهِيمُ بْنُ يَعْقُوبَ ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي مَرْيَمَ ، قَالَ : أَنْبَأَنَا سُفْيَانُ ، قَالَ : حَدَّثَنِي عَمْرُو بْنُ دِينَارٍ ، عَنْ عَطَاءٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : تُوُفِّيَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَعِنْدَهُ تِسْعُ نِسْوَةٍ يُصِيبُهُنَّ إِلاَّ سَوْدَةَ ، فَإِنَّهَا وَهَبَتْ يَوْمَهَا وَلَيْلَتَهَا لِعَائِشَةَ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ vəfat edəndə onun doqquz zövcəsi var idi və Səvdadan başqa hamısı Allah Elçisi ﷺ ilə yaxınlıq edirdi. O isə gününü və gecəsini Aişəyə bağışlamışdı”.”

İbn Abbas
Nəsəi, 3197 (Nikah, 2)Səhih

أَخْبَرَنَا إِسْمَعِيلُ بْنُ مَسْعُودٍ ، عَنْ يَزِيدَ وَهُوَ ابْنُ زُرَيْعٍ ، قَالَ : حَدَّثَنَا سَعِيدٌ ، عَنْ قَتَادَةَ ، أَنَّ أَنَسًا ، حَدَّثَهُمْ أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ كَانَ يَطُوفُ عَلَى نِسَائِهِ فِي اللَّيْلَةِ الْوَاحِدَةِ ، وَلَهُ يَوْمَئِذٍ تِسْعُ نِسْوَةٍ.

“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ bir gecədə zövcələri ilə yaxınlıq edərdi. Həmin gün onun doqquz zövcəsi var idi.”

Ənəs
Nəsəi, 3198 (Nikah, 3)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ الْمُخَرَّمِيُّ ، قَالَ : حَدَّثَنَا أَبُو أُسَامَةَ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : كُنْتُ أَغَارُ عَلَى اللاَّتِي وَهَبْنَ أَنْفُسَهُنَّ لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَأَقُولُ : أَوَتَهَبَ الْحُرَّةُ نَفْسَهَا ، فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ : {تُرْجِي مَنْ تَشَاءُ مِنْهُنَّ وَتُؤْوِي إِلَيْكَ مَنْ تَشَاءُ} قُلْتُ : وَاللَّهِ مَا أَرَى رَبَّكَ إِلاَّ يُسَارِعُ لَكَ فِي هَوَاكَ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Özünü Peyğəmbərə ﷺ bəxş edən qadınlara qısqanaraq deyirdim: “Azad qadın da özünü bəxş edərmi?! Allah ﷿ da bu ayəni nazil etdi: “Onlardan istədiyinin (səninlə gecələmək) növbəsini təxirə sala bilərsən, istədiyini də öz yanına ala bilərsən” (əl-Əhzab, 51). Bundan sonra mən dedim: “Mən görürəm ki, Allah sənin istədiklərini ödəməyə tələsir”. Mən artıq bundan sonra bu barədə heç kəsi qınamadım”.”

Aişə
Nəsəi, 3199 (Nikah, 4)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ يَزِيدَ الْمُقْرِئُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : حَدَّثَنَا أَبُو حَازِمٍ ، عَنْ سَهْلِ بْنِ سَعْدٍ ، قَالَ : أَنَا فِي الْقَوْمِ إِذْ قَالَتِ امْرَأَةٌ : إِنِّي قَدْ وَهَبْتُ نَفْسِي لَكَ يَا رَسُولَ اللهِ ، فَرَأْ فِيَّ رَأْيَكَ ، فَقَامَ رَجُلٌ فَقَالَ : زَوِّجْنِيهَا ، فَقَالَ : اذْهَبْ ، فَاطْلُبْ وَلَوْ خَاتَمًا مِنْ حَدِيدٍ ، فَذَهَبَ فَلَمْ يَجِدْ شَيْئًا وَلاَ خَاتَمًا مِنْ حَدِيدٍ ، فَقَالَ رَسُولُ اللهِ : أَمَعَكَ مِنْ سُوَرِ الْقُرْآنِ شَيْءٌ ؟ قَالَ : نَعَمْ ، قَالَ : فَزَوَّجَهُ بِمَا مَعَهُ مِنْ سُوَرِ الْقُرْآنِ.

“Rəvayət edilir ki, Səhl ibn Səd ﵁ demişdir: “Mən bir toplum camaatın içində idim. Bir qadın dedi: “Mən özümü sənə evlənmək üçün bəxş edirəm, ey Allahın Elçisi! Necə istəyirsənsə, elə olsun”. Bir kişi ayağa durub dedi: “Məni bu qadınla evləndir”. Allah Elçisi ﷺ buyurdu: “Get, dəmir bir üzük olsa belə, tap gətir!” Həmin kişi getdi, lakin dəmir üzük olsa belə, bir şey tapa bilmədi. Allah Elçisi ﷺ buyurdu: “Hafizəndə Quran surələrindən bir şey varmı?” Kişi: “Bəli”, - dedi. Allah Elçisi ﷺ də əzbərində bildiyi surələri o qadına öyrətmək şərti ilə onunla evləndirdi”.”

Səhl ibn Səd
Nəsəi, 3200 (Nikah, 5)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ يَحْيَى بْنِ عَبْدِ اللهِ بْنِ خَالِدٍ النَّيْسَابُورِيُّ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ مُوسَى بْنِ أَعْيَنَ ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنْ مَعْمَرٍ ، عَنِ الزُّهْرِيِّ ، قَالَ : حَدَّثَنَا أَبُو سَلَمَةَ بْنُ عَبْدِ الرَّحْمَنِ ، عَنْ عَائِشَةَ ، زَوْجِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، أَنَّهَا أَخْبَرَتْهُ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ جَاءَهَا حِينَ أَمَرَهُ اللَّهُ أَنْ يُخَيِّرَ أَزْوَاجَهُ ، قَالَتْ عَائِشَةُ : فَبَدَأَ بِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : إِنِّي ذَاكِرٌ لَكِ أَمْرًا ، فَلاَ عَلَيْكِ أَنْ لاَ تُعَجِّلِي حَتَّى تَسْتَأْمِرِي أَبَوَيْكِ ، قَالَتْ : وَقَدْ عَلِمَ أَنَّ أَبَوَيَّ لاَ يَأْمُرَانِي بِفِرَاقِهِ ، ثُمَّ قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : {يَا أَيُّهَا النَّبِيُّ قُلْ لأَزْوَاجِكَ إِنْ كُنْتُنَّ تُرِدْنَ الْحَيَاةَ الدُّنْيَا وَزِينَتَهَا فَتَعَالَيْنَ أُمَتِّعْكُنَّ} ، فَقُلْتُ : فِي هَذَا أَسْتَأْمِرُ أَبَوَيَّ فَإِنِّي أُرِيدُ اللَّهَ وَرَسُولَهُ وَالدَّارَ الآخِرَةَ.

“Peyğəmbərin ﷺ zövcəsi Aişə ﵂ rəvayət edir ki, Allah Öz Elçisinə ﷺ zövcələrinə boşanmaq xüsusunda seçim ixtiyarı verməyini əmr etdikdə Allah Elçisi ﷺ ilk olaraq Aişənin yanına gəldi. Aişə deyir: “Allah Elçisi ﷺ birinci məndən başlayaraq dedi: “Sənə bəzi şeylər əmr edirəm, amma valideynlərinlə danışmadan bu məsələdə bir qərar verməyə tələsmə!” Allah Elçisi ﷺ valideynlərimin mənim Allah Elçisindən ﷺ ayrılmağıma razı olmayacaqlarını çox yaxşı bilirdi. Sonra bu ayəni oxudu: “Ey Peyğəmbər! Zövcələrinə de: “Əgər siz dünya həyatını və onun bər-bəzəyini istəyirsinizsə, gəlin sizi dünya malı ilə məmnun edib gözəl tərzdə sərbəst buraxım” (əl-Əhzab, 28). Mən dedim: “Mən bu məsələdə valideynlərimlə məsləhətləşə bilərəm, amma mən onsuz da Allahı, Onun Elçisini və Axirət yurdunu istəyirəm”.”

Aişə
Nəsəi, 3201 (Nikah, 6)Səhih

أَخْبَرَنَا بِشْرُ بْنُ خَالِدٍ الْعَسْكَرِيُّ ، قَالَ : حَدَّثَنَا غُنْدَرٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ سُلَيْمَانَ ، قَالَ : سَمِعْتُ أَبَا الضُّحَى ، عَنْ مَسْرُوقٍ ، عَنْ عَائِشَةَ ، رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ : قَدْ خَيَّرَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ نِسَاءَهُ ، أَوْكَانَ طَلاَقًا.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ zövcələrinə boşanmaq xüsusunda seçim ixtiyarı vermişdir”.”

Aişə
Nəsəi, 3202 (Nikah, 7)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، عَنْ سُفْيَانَ ، عَنْ إِسْمَعِيلَ ، عَنِ الشَّعْبِيِّ ، عَنْ مَسْرُوقٍ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : خَيَّرَنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَاخْتَرْنَاهُ ، فَلَمْ يَكُنْ طَلاَقًا.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ bizə boşanmaq xüsusunda seçim ixtiyarı vermişdi, lakin boşanan olmamışdı”.”

Aişə
Nəsəi, 3203 (Nikah, 8)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، عَنْ سُفْيَانَ ، قَالَ : حَفِظْنَاهُ مِنْ عَمْرٍو ، عَنْ عَطَاءٍ ، قَالَ : قَالَتْ عَائِشَةُ : مَا مَاتَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ حَتَّى أُحِلَّ لَهُ النِّسَاءُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisinə ﷺ istədiyi qədər evlənmək halal edildikdən sonra vəfat etmişdir”.”

Aişə
Nəsəi, 3204 (Nikah, 9)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ ، قَالَ : حَدَّثَنَا أَبُو هِشَامٍ وَهُوَ الْمُغِيرَةُ بْنُ سَلَمَةَ الْمَخْزُومِيُّ ، قَالَ : حَدَّثَنَا وُهَيْبٌ ، قَالَ : حَدَّثَنَا ابْنُ جُرَيْجٍ ، عَنْ عَطَاءٍ ، عَنْ عُبَيْدِ بْنِ عُمَيْرٍ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : مَا تُوُفِّيَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ حَتَّى أَحَلَّ اللَّهُ لَهُ أَنْ يَتَزَوَّجَ مِنَ النِّسَاءِ مَا شَاءَ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisinə ﷺ istədiyi qədər qadınla evlənmək halal edildikdən sonra vəfat etmişdir”.”

Aişə
Nəsəi, 3205 (Nikah, 10)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ زُرَارَةَ ، قَالَ : حَدَّثَنَا إِسْمَعِيلُ ، قَالَ : حَدَّثَنَا يُونُسُ ، عَنْ أَبِي مَعْشَرٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ عَلْقَمَةَ ، قَالَ : كُنْتُ مَعَ ابْنِ مَسْعُودٍ وَهُوَ عِنْدَ عُثْمَانَ رَضِيَ اللَّهُ عَنْهُ ، فَقَالَ عُثْمَانُ : خَرَجَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَلَى فِتْيَةٍ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : فَلَمْ أَفْهَمْ فِتْيَةً كَمَا أَرَدْتُ فَقَالَ : مَنْ كَانَ مِنْكُمْ ذَا طَوْلٍ فَلْيَتَزَوَّجْ ، فَإِنَّهُ أَغَضُّ لِلْبَصَرِ ، وَأَحْصَنُ لِلْفَرْجِ ، وَمَنْ لاَ ، فَالصَّوْمُ لَهُ وِجَاءٌ.

“Rəvayət edilir ki, Alqamə ﵀ demişdir: “Bir dəfə mən İbn Məsudla birlikdə idim. O, Osmanın ﵁ yanında idi. Osman dedi: “Allah Elçisi ﷺ cavanların yanına gəldi”. Əbu Abdur-Rahmən ən-Nəsəi deyir: “Mən “fityə” (cavan) kəlməsini başa düşmədim, sonra hədisi davam edərək dedi: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən kimin evlənməyə imkanı çatırsa, evlənsin, çünki evlənmək gözü haramdan qoruyur və namusu mühafizə edir. Evlənməyə imkanı çatmayan isə oruc tutsun, çünki oruc cinsi istəyi azaldır”.”

Alqamə
Nəsəi, 3206 (Nikah, 11)Səhih

أَخْبَرَنَا بِشْرُ بْنُ خَالِدٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، عَنْ شُعْبَةَ ، عَنْ سُلَيْمَانَ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ عَلْقَمَةَ ، أَنَّ عُثْمَانَ ، قَالَ لاِبْنِ مَسْعُودٍ : هَلْ لَكَ فِي فَتَاةٍ أُزَوِّجُكَهَا ؟ فَدَعَا عَبْدُ اللهِ ، عَلْقَمَةَ فَحَدَّثَ أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، قَالَ : مَنِ اسْتَطَاعَ الْبَاءَةَ فَلْيَتَزَوَّجْ ، فَإِنَّهُ أَغَضُّ لِلْبَصَرِ ، وَأَحْصَنُ لِلْفَرْجِ ، وَمَنْ لَمْ يَسْتَطِعْ فَلْيَصُمْ ، فَإِنَّهُ لَهُ وِجَاءٌ.

“Alqamə ﵀ rəvayət edir ki, bir dəfə Osman İbn Məsuda dedi: “Əgər gənc bir qızla evlənmək istəyirsənsə, səni evləndirim”. Abdullah Alqaməni çağıraraq Osmanın sözünü qüvvətləndirmək üçün dedi: “Peyğəmbər ﷺ belə buyurdu: “Sizdən kimin evlənməyə imkanı çatırsa, evlənsin. Evlənməyə imkanı çatmayan isə oruc tutsun, çünki oruc cinsi istəyi azaldır”.”

Alqamə
Nəsəi, 3207 (Nikah, 12)Səhih

أَخْبَرَنِي هَارُونُ بْنُ إِسْحَاقَ الْهَمْدَانِيُّ الْكُوفِيُّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مُحَمَّدٍ الْمُحَارِبِيُّ ، عَنِ الأَعْمَشِ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ عَلْقَمَةَ ، وَالأَسْوَدُ ، عَنْ عَبْدِ اللهِ ، قَالَ : قَالَ لَنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مَنِ اسْتَطَاعَ مِنْكُمُ الْبَاءَةَ فَلْيَتَزَوَّجْ ، وَمَنْ لَمْ يَسْتَطِعْ فَعَلَيْهِ بِالصَّوْمِ ، فَإِنَّهُ لَهُ وِجَاءٌ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : الأَسْوَدُ فِي هَذَا الْحَدِيثِ لَيْسَ بِمَحْفُوظٍ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ bizə belə buyurdu: “Sizdən kimin evlənməyə imkanı çatırsa, evlənsin. Evlənməyə imkanı çatmayan isə oruc tutsun, çünki oruc cinsi istəyi azaldır”.”

Abdullah
Nəsəi, 3208 (Nikah, 13)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الأَعْمَشِ ، عَنْ عُمَارَةَ بْنِ عُمَيْرٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ يَزِيدَ ، عَنْ عَبْدِ اللهِ ، قَالَ : قَالَ لَنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : يَا مَعْشَرَ الشَّبَابِ ، مَنِ اسْتَطَاعَ مِنْكُمُ الْبَاءَةَ فَلْيَنْكِحْ ، فَإِنَّهُ أَغَضُّ لِلْبَصَرِ ، وَأَحْصَنُ لِلْفَرْجِ ، وَمَنْ لاَ ، فَلْيَصُمْ ، فَإِنَّ الصَّوْمَ لَهُ وِجَاءٌ

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ bizə belə buyurdu: “Ey cavanlar! Sizdən kimin evlənməyə imkanı çatırsa, evlənsin, çünki evlənmək gözü haramdan qoruyur və namusu mühafizə edir. Evlənməyə imkanı çatmayan isə oruc tutsun, çünki oruc cinsi istəyi azaldır”.”

Abdullah
Nəsəi, 3209 (Nikah, 14)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْعَلاَءِ ، قَالَ : حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ عُمَارَةَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ يَزِيدَ ، عَنْ عَبْدِ اللهِ ، قَالَ : قَالَ لَنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : يَا مَعْشَرَ الشَّبَابِ ، مَنِ اسْتَطَاعَ مِنْكُمُ الْبَاءَةَ فَلْيَتَزَوَّجْ ، وَسَاقَ الْحَدِيثَ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ bizə belə buyurdu: “Ey cavanlar! Sizdən kimin evlənməyə imkanı çatırsa, evlənsin...”, sonra yuxarıdakı hədisi olduğu kimi rəvayət etdi.”

Abdullah
Nəsəi, 3210 (Nikah, 15)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ حَرْبٍ ، قَالَ : حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ عَلْقَمَةَ ، قَالَ : كُنْتُ أَمْشِي مَعَ عَبْدِ اللهِ بِمِنًى ، فَلَقِيَهُ عُثْمَانُ ، فَقَامَ مَعَهُ يُحَدِّثُهُ فَقَالَ : يَا أَبَا عَبْدِ الرَّحْمَنِ أَلاَ أُزَوِّجُكَ جَارِيَةً شَابَّةً فَلَعَلَّهَا أَنْ تُذَكِّرَكَ بَعْضَ مَا مَضَى مِنْكَ ، فَقَالَ عَبْدُ اللهِ : أَمَا لَئِنْ قُلْتَ ذَاكَ لَقَدْ قَالَ لَنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : يَا مَعْشَرَ الشَّبَابِ ، مَنِ اسْتَطَاعَ مِنْكُمُ الْبَاءَةَ فَلْيَتَزَوَّجْ.

“Rəvayət edilir ki, Alqamə ﵀ demişdir: “Bir dəfə Abdullahla Minada gəzirdik. Bu vaxt Osmanla qarşılaşdıq və o da bizimlə gəzişərək danışmağa başladı. Osman Abdullaha dedi: “Ey Əbu Abdur-Rahmən, səni cavan bir qızla evləndirimmi? Ola bilsin, o qız sənin cavanlığını yadına salsın”. Abdullah dedi: “Mənə Allah Elçisinin ﷺ belə buyurduğunu xatırlatmaq istəyirsən: “Ey cavanlar! Sizdən kimin evlənməyə imkanı çatırsa, evlənsin”.”

Alqamə
Nəsəi, 3211 (Nikah, 16)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عُبَيْدٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، عَنْ مَعْمَرٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ سَعْدِ بْنِ أَبِي وَقَّاصٍ ، قَالَ : لَقَدْ رَدَّ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَلَى عُثْمَانَ التَّبَتُّلَ ، وَلَوْ أَذِنَ لَهُ لاَخْتَصَيْنَا.

“Rəvayət edilir ki, Səd ibn Əbu Vaqqas ﵁ demişdir: “Allah Elçisi ﷺ Osman ibn Məzunun evlənməmək istəyini qadağan etdi. Əgər izin versəydi, biz özümüzü axtalatdırardıq”.”

Səd ibn Əbu Vaqqas
Nəsəi, 3212 (Nikah, 17)Səhih

أَخْبَرَنَا إِسْمَعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، عَنْ أَشْعَثَ ، عَنِ الْحَسَنِ ، عَنْ سَعْدِ بْنِ هِشَامٍ ، عَنْ عَائِشَةَ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ نَهَى عَنِ التَّبَتُّلِ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ evlənməməyi qadağan etmişdir.”

Aişə
Nəsəi, 3213 (Nikah, 18)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا مُعَاذُ بْنُ هِشَامٍ ، قَالَ : حَدَّثَنِي أَبِي ، عَنْ قَتَادَةَ ، عَنِ الْحَسَنِ ، عَنْ سَمُرَةَ بْنِ جُنْدُبٍ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَنَّهُ نَهَى عَنِ التَّبَتُّلِ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : قَتَادَةُ أَثْبَتُ وَأَحْفَظُ مِنْ أَشْعَثَ ، وَحَدِيثُ أَشْعَثَ أَشْبَهُ بِالصَّوَابِ ، وَاللَّهُ تَعَالَى أَعْلَمُ.

“Səmura ibn Cundub ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ evlənməməyi qadağan etmişdir.”

Səmura ibn Cundub
Nəsəi, 3214 (Nikah, 19)Səhih

أَخْبَرَنَا يَحْيَى بْنُ مُوسَى ، قَالَ : حَدَّثَنَا أَنَسُ بْنُ عِيَاضٍ ، قَالَ : حَدَّثَنَا الأَوْزَاعِيُّ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ أَبِي سَلَمَةَ ، أَنَّ أَبَا هُرَيْرَةَ ، قَالَ : قُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنِّي رَجُلٌ شَابٌّ ، قَدْ خَشِيتُ عَلَى نَفْسِيَ الْعَنَتَ ، وَلاَ أَجِدُ طَوْلاً أَتَزَوَّجُ النِّسَاءَ ، أَفَأَخْتَصِي ؟ فَأَعْرَضَ عَنْهُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ حَتَّى قَالَ ثَلاَثًا ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : يَا أَبَا هُرَيْرَةَ ، جَفَّ الْقَلَمُ بِمَا أَنْتَ لاَقٍ ، فَاخْتَصِ عَلَى ذَلِكَ ، أَوْ دَعْ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : الأَوْزَاعِيُّ لَمْ يَسْمَعْ هَذَا الْحَدِيثَ مِنَ الزُّهْرِيِّ وَهَذَا حَدِيثٌ صَحِيحٌ قَدْ رَوَاهُ يُونُسُ ، عَنِ الزُّهْرِيِّ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, mən cavanam və günah etməkdən qorxuram. Amma evlənməyə imkanım yoxdur. Özümü axtalatdıra bilərəmmi?” Peyğəmbər ﷺ üzünü çevirdi. Bu sual üç dəfə təkrar edildikdən sonra Peyğəmbər ﷺ buyurdu: “Ey Əbu Hureyra, sənin qədərini yazan qələmin mürəkkəbi qurumuşdur. İstəyirsən, özünü axtalatdır, istəmirsənsə, axtalatdırma!””

Əbu Hureyra
Nəsəi, 3215 (Nikah, 20)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ الْخَلَنْجِيُّ ، قَالَ : حَدَّثَنَا أَبُو سَعِيدٍ ، مَوْلَى بَنِي هَاشِمٍ ، قَالَ : حَدَّثَنَا حُصَيْنُ بْنُ نَافِعٍ الْمَازِنِيُّ ، قَالَ : حَدَّثَنِي الْحَسَنُ ، عَنْ سَعْدِ بْنِ هِشَامٍ ، أَنَّهُ دَخَلَ عَلَى أُمِّ الْمُؤْمِنِينَ عَائِشَةَ ، قَالَ : قُلْتُ : إِنِّي أُرِيدُ أَنْ أَسْأَلَكِ عَنِ التَّبَتُّلِ ، فَمَا تَرَيْنَ فِيهِ ؟ قَالَتْ : فَلاَ تَفْعَلْ ، أَمَا سَمِعْتَ اللَّهَ عَزَّ وَجَلَّ يَقُولُ : {وَلَقَدْ أَرْسَلْنَا رُسُلاً مِنْ قَبْلِكَ وَجَعَلْنَا لَهُمْ أَزْوَاجًا وَذُرِّيَّةً} فَلاَ تَتَبَتَّلْ.

“Rəvayət edilir ki, bir dəfə Səd ibn Hişam ﵀ möminlərin anası Aişənin yanına gəlmişdi. Səd deyir: “Mən dedim: “Mən evlənməyib subay qalmaq istəyirəm, sən buna necə baxırsan?” Aişə dedi: “Belə etmə! Məgər Allahın ﷿ nə buyurduğunu eşitməmisənmi: “Biz səndən əvvəl də elçilər göndərdik və onlara zövcələr və övladlar verdik...” (ə-Rad, 38). Ona görə subay qalma!””

Səd ibn Hişam
Nəsəi, 3216 (Nikah, 21)Həsən

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا عَفَّانُ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ ثَابِتٍ ، عَنْ أَنَسٍ ، أَنَّ نَفَرًا مِنْ أَصْحَابِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ بَعْضُهُمْ : لاَ أَتَزَوَّجُ النِّسَاءَ ، وَقَالَ بَعْضُهُمْ : لاَ آكُلُ اللَّحْمَ ، وَقَالَ بَعْضُهُمْ : لاَ أَنَامُ عَلَى فِرَاشٍ ، وَقَالَ بَعْضُهُمْ : أَصُومُ فَلاَ أُفْطِرُ ، فَبَلَغَ ذَلِكَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَحَمِدَ اللَّهَ وَأَثْنَى عَلَيْهِ ، ثُمَّ قَالَ : مَا بَالُ أَقْوَامٍ يَقُولُونَ كَذَا وَكَذَا ، لَكِنِّي أُصَلِّي وَأَنَامُ ، وَأَصُومُ وَأُفْطِرُ وَأَتَزَوَّجُ النِّسَاءَ ، فَمَنْ رَغِبَ عَنْ سُنَّتِي فَلَيْسَ مِنِّي.

“Ənəs ﵁ rəvayət edir ki, bir dəfə Peyğəmbərin ﷺ səhabələrdən bir neçə nəfər dedi: “Mən qadınlarla evlənməyəcəyəm”. Biri dedi: “Mən ət yeməyəcəyəm”. Biri dedi: “Mən (gecələr) yataqda yatmayacağam”. Digəri dedi: “Mən həmişə oruc tutacağam”. Bu söhbət Allah Elçisinə ﷺ çatdıqda Allaha həmd və səna etdikdən sonra buyurdu: “Bəzilərinə nə olur ki, belə-belə deyirlər. Mən həm yatıram, həm də gecələr namaz qılıram, həm oruc tutduğum günlər olur, həm də tutmadığım, həmçinin qadınlarla da evlənirəm. Kim mənim sünnəmdən üz döndərərsə, məndən deyil”.”

Ənəs
Nəsəi, 3217 (Nikah, 22)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ مُحَمَّدِ بْنِ عَجْلاَنَ ، عَنْ سَعِيدٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : ثَلاَثَةٌ حَقٌّ عَلَى اللهِ عَزَّ وَجَلَّ عَوْنُهُمْ : الْمُكَاتَبُ الَّذِي يُرِيدُ الأَدَاءَ ، وَالنَّاكِحُ الَّذِي يُرِيدُ الْعَفَافَ ، وَالْمُجَاهِدُ فِي سَبِيلِ اللَّهِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Üç nəfər var ki, Allah onlara yardım etməyi Öz üzərinə götürər: azad olmaq üçün çalışan köləyə, namusunu qorumaq üçün evlənmək istəyənə və Allah yolunda olan mücahidə”.”

Əbu Hureyra
Nəsəi, 3218 (Nikah, 23)Həsən

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ عَمْرٍو ، عَنْ جَابِرٍ ، قَالَ : تَزَوَّجْتُ فَأَتَيْتُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : أَتَزَوَّجْتَ يَا جَابِرُ ؟ قُلْتُ : نَعَمْ ، قَالَ : بِكْرًا أَمْ ثَيِّبًا ؟ فَقُلْتُ : ثَيِّبًا ، قَالَ : فَهَلاَّ بِكْرًا تُلاَعِبُهَا وَتُلاَعِبُكَ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Mən evlənmişdim və Peyğəmbərin ﷺ yanına gəldikdə mənə dedi: “Evlənmisən, ey Cabir?” Mən: “Bəli”, - dedim. Allah Elçisi ﷺ dedi: “Bakirə qadınla, yoxsa dul ilə?” Mən: “Dul ilə!”, - dedim. Allah Elçisi ﷺ buyurdu: “Bakirə ilə evlənsəydin, o səninlə, sən də onunla əylənərdin”.”

Cabir
Nəsəi, 3219 (Nikah, 24)Səhih

أَخْبَرَنَا الْحَسَنُ بْنُ قَزَعَةَ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ وَهُوَ ابْنُ حَبِيبٍ ، عَنْ ابْنِ جُرَيْجٍ ، عَنْ عَطَاءٍ ، عَنْ جَابِرٍ ، قَالَ : لَقِيَنِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَقَالَ : يَا جَابِرُ ، هَلْ أَصَبْتَ امْرَأَةً بَعْدِي ؟ قُلْتُ : نَعَمْ يَا رَسُولَ اللهِ ، قَالَ : أَبِكْرًا أَمْ أَيِّمًا ؟ قُلْتُ : أَيِّمًا ، قَالَ : فَهَلاَّ بِكْرًا تُلاَعِبُكَ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Mən Allah Elçisi ﷺ ilə rastlaşdıqda o dedi: “Ey Cabir, mən burada olmadığım dövrdə evləndinmi?” Mən: “Bəli, ey Allahın Elçisi!”, - dedim. Allah Elçisi ﷺ dedi: “Bakirə qadınla, yoxsa dul ilə?” Mən: “Dul ilə!”, - dedim. Allah Elçisi ﷺ buyurdu: “Bakirə ilə evlənsəydin, o səninlə əylənərdi”.”

Cabir
Nəsəi, 3220 (Nikah, 25)Səhih

أَخْبَرَنَا الْحُسَيْنُ بْنُ حُرَيْثٍ ، قَالَ : حَدَّثَنَا الْفَضْلُ بْنُ مُوسَى ، عَنِ الْحُسَيْنِ بْنِ وَاقِدٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ بُرَيْدَةَ ، عَنْ أَبِيهِ ، قَالَ : خَطَبَ أَبُو بَكْرٍ ، وَعُمَرُ رَضِيَ اللَّهُ عَنْهُمَا فَاطِمَةَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : إِنَّهَا صَغِيرَةٌ فَخَطَبَهَا عَلِيٌّ ، فَزَوَّجَهَا مِنْهُ.

“Abdullah ibn Bureydə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Əbu Bəkr və Ömər ﵄ Allah Elçisinin ﷺ qızı Fatiməyə elçi düşdülər, Allah Elçisi ﷺ: “O, kiçikdir”, - dedi və Əli ona elçi gəldikdə Fatiməni Əli ilə evləndirdi”.”

Abdullah ibn Bureydə atasından
Nəsəi, 3221 (Nikah, 26)Səhih

أَخْبَرَنَا كَثِيرُ بْنُ عُبَيْدٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ حَرْبٍ ، عَنِ الزُّبَيْدِيِّ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ بْنِ عُتْبَةَ : أَنَّ عَبْدَ اللهِ بْنَ عَمْرِو بْنِ عُثْمَانَ طَلَّقَ وَهُوَ غُلاَمٌ شَابٌّ فِي إِمَارَةِ مَرْوَانَ ابْنَةَ سَعِيدِ بْنِ زَيْدٍ ، وَأُمُّهَا بِنْتُ قَيْسٍ الْبَتَّةَ ، فَأَرْسَلَتْ إِلَيْهَا خَالَتُهَا فَاطِمَةُ بِنْتُ قَيْسٍ ، تَأْمُرُهَا بِالاِنْتِقَالِ مِنْ بَيْتِ عَبْدِ اللهِ بْنِ عَمْرٍو ، وَسَمِعَ بِذَلِكَ مَرْوَانُ ، فَأَرْسَلَ إِلَى ابْنَةِ سَعِيدٍ ، فَأَمَرَهَا أَنْ تَرْجِعَ إِلَى مَسْكَنِهَا ، وَسَأَلَهَا مَا حَمَلَهَا عَلَى الاِنْتِقَالِ مِنْ قَبْلِ أَنْ تَعْتَدَّ فِي مَسْكَنِهَا حَتَّى تَنْقَضِيَ عِدَّتُهَا ؟ فَأَرْسَلَتْ إِلَيْهِ تُخْبِرُهُ أَنَّ خَالَتَهَا أَمَرَتْهَا بِذَلِكَ ، فَزَعَمَتْ فَاطِمَةُ بِنْتُ قَيْسٍ أَنَّهَا كَانَتْ تَحْتَ أَبِي عَمْرِو بْنِ حَفْصٍ ، فَلَمَّا أَمَّرَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَلِيَّ بْنَ أَبِي طَالِبٍ عَلَى الْيَمَنِ ، خَرَجَ مَعَهُ ، وَأَرْسَلَ إِلَيْهَا بِتَطْلِيقَةٍ هِيَ بَقِيَّةُ طَلاَقِهَا ، وَأَمَرَ لَهَا الْحَارِثَ بْنَ هِشَامٍ ، وَعَيَّاشَ بْنَ أَبِي رَبِيعَةَ بِنَفَقَتِهَا ، فَأَرْسَلَتْ ، زَعَمَتْ إِلَى الْحَارِثِ وَعَيَّاشٍ ، تَسْأَلُهُمَا الَّذِي أَمَرَ لَهَا بِهِ زَوْجُهَا ، فَقَالاَ : وَاللَّهِ مَا لَهَا عِنْدَنَا نَفَقَةٌ إِلاَّ أَنْ تَكُونَ حَامِلاً ، وَمَا لَهَا أَنْ تَكُونَ فِي مَسْكَنِنَا إِلاَّ بِإِذْنِنَا ، فَزَعَمَتْ أَنَّهَا أَتَتْ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَذَكَرَتْ ذَلِكَ لَهُ ، فَصَدَّقَهُمَا ، قَالَتْ فَاطِمَةُ : فَأَيْنَ أَنْتَقِلُ يَا رَسُولَ اللهِ ؟ قَالَ : انْتَقِلِي عِنْدَ ابْنِ أُمِّ مَكْتُومٍ الأَعْمَى الَّذِي سَمَّاهُ اللَّهُ عَزَّ وَجَلَّ فِي كِتَابِهِ ، قَالَتْ فَاطِمَةُ : فَاعْتَدَدْتُ عِنْدَهُ ، وَكَانَ رَجُلاً قَدْ ذَهَبَ بَصَرُهُ ، فَكُنْتُ أَضَعُ ثِيَابِي عِنْدَهُ حَتَّى أَنْكَحَهَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أُسَامَةَ بْنَ زَيْدٍ ، فَأَنْكَرَ ذَلِكَ عَلَيْهَا مَرْوَانُ ، وَقَالَ : لَمْ أَسْمَعْ هَذَا الْحَدِيثَ مِنْ أَحَدٍ قَبْلَكِ ، وَسَآخُذُ بِالْقَضِيَّةِ الَّتِي وَجَدْنَا النَّاسَ عَلَيْهَا مُخْتَصَرٌ.

“Ubeydullah ibn Abdullah ibn Utbə ﵀ rəvayət edir ki, Mərvanın xəlifəliyi vaxtı Abdullah ibn Amr ibn Osman adlı bir gənc Səid ibn Zeydin qızını üç talaqla boşamışdı. Qızın anası Qeysin qızı idi. Qızın xalası Fatimə bint Qeys xəbər göndərib onu boşayan əri Abdullah ibn Amrın evindən çıxıb başqa yerə getməsini əmr etdi. Bundan xəbər tutan Mərvan Səidin qızına öz evinə qayıtmasını əmr etdi və iddə müddəti bitmədən nəyə görə evdən çıxmaq səbəbini soruşdu. Səidin qızı da Mərvana bunu xalasının əmr etdiyini bildirdi. Mərvan Fatimə bint Qeysdən bu haqda soruşduqda Fatimə bu hadisəni danışdı: “Fatimə Əbu Amr ibn Hafsın nikahı altında idi. Əbu Amr ibn Hafs zövcəsini artıq iki dəfə boşamışdı. Allah Elçisi ﷺ Əli ibn Əbu Talibi Yəmənə əmir olaraq göndərdikdə Əbu Amr ibn Hafs onunla birlikdə Yəmənə getmək üçün yola çıxdı və zövcəsini üçüncü dəfə boşadı. Sonra da Haris ibn Hişama və Ayyaş ibn Əbu Rabiaya boşadığı zövcəsinin dolanışığını vermələrini əmr etdi. Boşanan qadın Haris ilə Ayyaşa xəbər göndərərək ərinin verməyi əmr etdiyi dolanışığı istədi. Onlar dedilər: “Vallahi, biz sənə, hamilə olsan, dolanışıq verə bilərik və izin verdiyimiz təqdirdə bu evdə qala bilərsən”. Qadın Allah Elçisinin ﷺ yanına gələrək vəziyyəti ona danışdı. Allah Elçisi ﷺ də onların bu dediklərinin düz olduğunu bildirdi. O vaxt Fatimə dedi: “Elə isə mən harada qalım, ey Allahın Elçisi?” Allah Elçisi ﷺ buyurdu: “Allahın Kitabında “kor” deyərək xitab etdiyi İbn Ummu Məktumun evində qal”. Fatimə deyir: “Onun yanında iddə müddətimi tamamladım. Onun gözləri görmürdü. Amma mən, buna baxmayaraq, onun yanında örtünürdüm. Sonra Allah Elçisi ﷺ məni Usamə ibn Zeyd ilə evləndirdi”. Fatimə bu hadisəni danışdıqda Mərvan bundan xoşlanmayaraq dedi: “Mən bu hədisi səndən qabaq heç kimdən eşitməmişdim. Ona görə də bu hökmü öyrənmək üçün bilən başqa adamlardan da soruşacağam”.”

Ubeydullah ibn Abdullah ibn Utbə
Nəsəi, 3222 (Nikah, 27)Səhih

أَخْبَرَنَا عِمْرَانُ بْنُ بَكَّارِ بْنِ رَاشِدٍ ، قَالَ : حَدَّثَنَا أَبُو الْيَمَانِ ، قَالَ : أَنْبَأَنَا شُعَيْبٌ ، عَنِ الزُّهْرِيِّ ، قَالَ : أَخْبَرَنِي عُرْوَةُ بْنُ الزُّبَيْرِ ، عَنْ عَائِشَةَ : أَنَّ أَبَا حُذَيْفَةَ بْنَ عُتْبَةَ بْنِ رَبِيعَةَ بْنِ عَبْدِ شَمْسٍ ، وَكَانَ مِمَّنْ شَهِدَ بَدْرًا مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، تَبَنَّى سَالِمًا وَأَنْكَحَهُ ابْنَةَ أَخِيهِ هِنْدَ بِنْتَ الْوَلِيدِ بْنِ عُتْبَةَ بْنِ رَبِيعَةَ بْنِ عَبْدِ شَمْسٍ ، وَهُوَ مَوْلًى لاِمْرَأَةٍ مِنَ الأَنْصَارِ ، كَمَا تَبَنَّى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ زَيْدًا ، وَكَانَ مَنْ تَبَنَّى رَجُلاً فِي الْجَاهِلِيَّةِ ، دَعَاهُ النَّاسُ ابْنَهُ ، فَوَرِثَ مِنْ مِيرَاثِهِ ، حَتَّى أَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ فِي ذَلِكَ {ادْعُوهُمْ لِآبَائِهِمْ هُوَ أَقْسَطُ عِنْدَ اللهِ فَإِنْ لَمْ تَعْلَمُوا آبَاءَهُمْ فَإِخْوَانُكُمْ فِي الدِّينِ وَمَوَالِيكُمْ} فَمَنْ لَمْ يُعْلَمْ لَهُ أَبٌ كَانَ مَوْلًى وَأَخًا فِي الدِّينِ مُخْتَصَرٌ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ ilə Bədr döyüşündə iştirak etmiş Əbu Huzeyfə ibn Utbə ibn Rabia ibn Abdi Şəmsi Bəni Səlim tayfası oğulluğa götürmüşdü. Onu qardaşı qızı Hind bint əl-Vəlid ibn Utbə ibn Rabia ibn Abdi Şəms ilə evləndirmişdi. Səlim ənsardan bir qadının azad etdiyi kölə idi. Eynilə Allah Elçisinin ﷺ Zeydi oğulluğa götürdüyü kimi. Cahiliyyət dövründə kim bir kəsi oğulluğa götürürdüsə, onu oğulluğa götürənin oğlu kimi çağırır, onların mirasına sahib olurdu. Nəhayət, Allah ﷿ bu barədə ayə nazil etdi: “(Oğulluğa götürdüyünüz uşaqları) öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir. Atalarını tanımasanız, onlar sizin din qardaşlarınız və yaxınlarınızdır...” (əl-Əhzab, 5). Kimin atası bilinmirdisə, o, din qardaşınız və yaxınınızdır”.”

Aişə
Nəsəi, 3223 (Nikah, 28)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ نَصْرٍ ، قَالَ : حَدَّثَنَا أَيُّوبُ بْنُ سُلَيْمَانَ بْنِ بِلاَلٍ ، قَالَ : حَدَّثَنِي أَبُو بَكْرِ بْنُ أَبِي أُوَيْسٍ ، عَنْ سُلَيْمَانَ بْنِ بِلاَلٍ ، قَالَ : قَالَ يَحْيَى ، يَعْنِي ابْنَ سَعِيدٍ ، وَأَخْبَرَنِي ابْنُ شِهَابٍ ، قَالَ : حَدَّثَنِي عُرْوَةُ بْنُ الزُّبَيْرِ ، وَابْنُ عَبْدِ اللهِ بْنِ رَبِيعَةَ ، عَنْ عَائِشَةَ ، زَوْجِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، وَأُمِّ سَلَمَةَ ، زَوْجِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أَنَّ أَبَا حُذَيْفَةَ بْنَ عُتْبَةَ بْنِ رَبِيعَةَ بْنِ عَبْدِ شَمْسٍ ، وَكَانَ مِمَّنْ شَهِدَ بَدْرًا مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، تَبَنَّى سَالِمًا وَهُوَ مَوْلًى لاِمْرَأَةٍ مِنَ الأَنْصَارِ ، كَمَا تَبَنَّى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ زَيْدَ بْنَ حَارِثَةَ وَأَنْكَحَ أَبُو حُذَيْفَةَ بْنُ عُتْبَةَ سَالِمًا ابْنَةَ أَخِيهِ هِنْدَ ابْنَةَ الْوَلِيدِ بْنِ عُتْبَةَ بْنِ رَبِيعَةَ ، وَكَانَتْ هِنْدُ بِنْتُ الْوَلِيدِ بْنِ عُتْبَةَ مِنَ الْمُهَاجِرَاتِ الأُوَلِ ، وَهِيَ يَوْمَئِذٍ مِنْ أَفْضَلِ أَيَامَى قُرَيْشٍ ، فَلَمَّا أَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ فِي زَيْدِ بْنِ حَارِثَةَ {ادْعُوهُمْ لِآبَائِهِمْ هُوَ أَقْسَطُ عِنْدَ اللَّهِ} رُدَّ كُلُّ أَحَدٍ يَنْتَمِي مِنْ أُولَئِكَ إِلَى أَبِيهِ ، فَإِنْ لَمْ يَكُنْ يُعْلَمُ أَبُوهُ ، رُدَّ إِلَى مَوَالِيهِ.

“Peyğəmbərin ﷺ zövcələrindən Aişə və Ummu Sələmə ﵄ rəvayət edirlər ki, Allah Elçisi ﷺ ilə Bədr döyüşündə iştirak etmiş Əbu Huzeyfə ibn Utbə ibn Rabia ibn Abdi Şəms Allah Elçisinin ﷺ Zeyd ibn Harisəni övladlığa götürdüyü kimi ənsardan olan bir qadının köləsi olan Səlimi övladlığa götürmüşdü. Əbu Huzeyfə Səlimi qardaşının qızı Hind bint Vəlid ibn Utbə ibn Rabia ilə evləndirmişdi. Bu qadın ilk hicrət edən və Qureyşin zadəgan qadınlarından biri idi. Allah ﷿ Zeyd ibn Harisə haqqında “(Oğulluğa götürdüyünüz uşaqları) öz atalarının adları ilə çağırın” (əl-Əhzab, 5) ayəsini nazil etdikdə övladlığa götürülən hər bir uşaq öz atasının adı ilə çağırılmağa (atasına mənsub olunmağa) başladı. Əgər ataları bilinməzdisə, dində qardaş və dost olardılar”.”

Aişə və Ummu Sələmə
Nəsəi, 3224 (Nikah, 29)Səhih

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا أَبُو تُمَيْلَةَ ، عَنْ حُسَيْنِ بْنِ وَاقِدٍ ، عَنْ ابْنِ بُرَيْدَةَ ، عَنْ أَبِيهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : إِنَّ أَحْسَابَ أَهْلِ الدُّنْيَا الَّذِي يَذْهَبُونَ إِلَيْهِ الْمَالُ.

“İbn Bureydə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Dünyanı sevənlərin hər mövzuda ən çox rəğbət etdikləri şey mal-dövlətdir”.”

İbn Bureydə atasından
Nəsəi, 3225 (Nikah, 30)Səhih

أَخْبَرَنَا إِسْمَعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، عَنْ عَبْدِ الْمَلِكِ ، عَنْ عَطَاءٍ ، عَنْ جَابِرٍ ، أَنَّهُ تَزَوَّجَ امْرَأَةً عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَلَقِيَهُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : أَتَزَوَّجْتَ يَا جَابِرُ ؟ قَالَ : قُلْتُ : نَعَمْ ، قَالَ : بِكْرًا أَمْ ثَيِّبًا قَالَ : قُلْتُ : بَلْ ثَيِّبًا ، قَالَ : فَهَلاَّ بِكْرًا تُلاَعِبُكَ ، قَالَ : قُلْتُ : يَا رَسُولَ اللهِ ، كُنَّ لِي أَخَوَاتٌ فَخَشِيتُ أَنْ تَدْخُلَ بَيْنِي وَبَيْنَهُنَّ ، قَالَ : فَذَاكَ إِذًا ، إِنَّ الْمَرْأَةَ تُنْكَحُ عَلَى دِينِهَا ، وَمَالِهَا ، وَجَمَالِهَا ، فَعَلَيْكَ بِذَاتِ الدِّينِ تَرِبَتْ يَدَاكَ.

“Cabir ﵁ rəvayət edir ki, o, Allah Elçisinin ﷺ dövründə bir qadınla evlənmişdi. Cabir Peyğəmbərlə ﷺ rastlaşdıqda Peyğəmbər ﷺ buyurdu: “Evlənmisən, ey Cabir?” Cabir deyir: “Mən dedim: “Bəli”. Peyğəmbər ﷺ buyurdu: “Bakirə ilə, yoxsa dul qadınla?” Mən dedim: “Dul ilə!” Peyğəmbər ﷺ buyurdu: “Bakirə ilə evlənsəydin, yaxşı olardı”. Mən dedim: “Ey Allahın Elçisi, mənim bacılarım var. Qorxdum ki, mənimlə bacılarımın arasına girər və rahatlığımızı pozar”. O buyurdu: “Elə isə düz eləmisən. Qadınla dininə görə, mal-dövlətinə görə, gözəlliyinə görə evlənilir. Sən dindar olanı seç ki, həyatın bərəkətli və rahat olsun”.”

Cabir
Nəsəi, 3226 (Nikah, 31)Səhih

أَخْبَرَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ خَالِدٍ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ، قَالَ : أَنْبَأَنَا الْمُسْتَلِمُ بْنُ سَعِيدٍ ، عَنْ مَنْصُورِ بْنِ زَاذَانَ ، عَنْ مُعَاوِيَةَ بْنِ قُرَّةَ ، عَنْ مَعْقِلِ بْنِ يَسَارٍ ، قَالَ : جَاءَ رَجُلٌ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : إِنِّي أَصَبْتُ امْرَأَةً ذَاتَ حَسَبٍ وَمَنْصِبٍ ، إِلاَّ أَنَّهَا لاَ تَلِدُ ، أَفَأَتَزَوَّجُهَا ؟ فَنَهَاهُ ، ثُمَّ أَتَاهُ الثَّانِيَةَ ، فَنَهَاهُ ، ثُمَّ أَتَاهُ الثَّالِثَةَ ، فَنَهَاهُ ، فَقَالَ : تَزَوَّجُوا الْوَلُودَ الْوَدُودَ ، فَإِنِّي مُكَاثِرٌ بِكُمْ.

“Rəvayət edilir ki, Məqil ibn Yəsar ﵁ demişdir: “Bir kişi Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Mən evlənmək üçün əsli-nəsəbli bir qadın tapmışam, lakin o, sonsuzdur və övladı olmur. Onunla evlənə bilərəmmi?” Allah Elçisi onunla evlənməyi ona qadağan etdi. Həmin adam ikinci dəfə də, üçüncü dəfə də gəldi. Allah Elçisi yenə onunla evlənməyi qadağan etdi və buyurdu: “Ərinə çoxlu məhəbbət bəsləyən (bakirə) və (bu məhəbbət sayəsində) çoxlu uşaq doğan qadınlarla evlənin, çünki mən (Qiyamət günü) sizi çoxluğunuzla öyünəcəyəm”.”

Məqil ibn Yəsar
Nəsəi, 3227 (Nikah, 32)Səhih

أَخْبَرَنَا إِبْرَاهِيمُ بْنُ مُحَمَّدٍ التَّيْمِيُّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى هُوَ ابْنُ سَعِيدٍ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ الأَخْنَسِ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، أَنَّ مَرْثَدَ بْنَ أَبِي مَرْثَدٍ الْغَنَوِيَّ ، وَكَانَ رَجُلاً شَدِيدًا ، وَكَانَ يَحْمِلُ الأُسَارَى مِنْ مَكَّةَ ، إِلَى الْمَدِينَةِ ، قَالَ : فَدَعَوْتُ رَجُلاً لأَحْمِلَهُ ، وَكَانَ بِمَكَّةَ بَغِيٌّ يُقَالُ لَهَا : عَنَاقُ ، وَكَانَتْ صَدِيقَتَهُ ، خَرَجَتْ فَرَأَتْ سَوَادِي فِي ظِلِّ الْحَائِطِ ، فَقَالَتْ : مَنْ هَذَا مَرْثَدٌ ، مَرْحَبًا وَأَهْلاً يَا مَرْثَدُ ، انْطَلِقِ اللَّيْلَةَ فَبِتْ عِنْدَنَا فِي الرَّحْلِ ، قُلْتُ : يَا عَنَاقُ ، إِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ حَرَّمَ الزِّنَا ، قَالَتْ : يَا أَهْلَ الْخِيَامِ ، هَذَا الدُّلْدُلُ ، هَذَا الَّذِي يَحْمِلُ أُسَرَاءَكُمْ مِنْ مَكَّةَ إِلَى الْمَدِينَةِ ، فَسَلَكْتُ الْخَنْدَمَةَ ، فَطَلَبَنِي ثَمَانِيَةٌ ، فَجَاؤُوا حَتَّى قَامُوا عَلَى رَأْسِي ، فَبَالُوا ، فَطَارَ بَوْلُهُمْ عَلَيَّ ، وَأَعْمَاهُمُ اللَّهُ عَنِّي ، فَجِئْتُ إِلَى صَاحِبِي ، فَحَمَلْتُهُ ، فَلَمَّا انْتَهَيْتُ بِهِ إِلَى الأَرَاكِ ، فَكَكْتُ عَنْهُ كَبْلَهُ ، فَجِئْتُ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، أَنْكِحُ عَنَاقَ ، فَسَكَتَ عَنِّي ، فَنَزَلَتْ : {الزَّانِيَةُ لاَ يَنْكِحُهَا إِلاَّ زَانٍ أَوْ مُشْرِكٌ} ، فَدَعَانِي ، فَقَرَأَهَا عَلَيَّ وَقَالَ : لاَ تَنْكِحْهَا.

“Amr ibn Şueyb atasından və babasından ﵄ rəvayət edir ki, güclü adam olan Mərsəd ibn Əbu Mərsəd əl-Ğanəvi əsirləri Məkkədən Mədinəyə aparardı. O buyurdu: “Mədinəyə aparmaq üçün adam axtarırdım. O vaxtlar Məkkədə Ənaq adlı bir fahişə qadın var idi. Bu qadın apardığım adamın dostu idi. O, evindən çıxıb divarın kölgəsində bir neçə kişi gördükdə dedi: “Bu kimdir? Mərsəd, sənsən? Xoş gəlmisən, gəl bu gecə bizdə qal!” Mən dedim: “Ey Ənaq! Allah Elçisi ﷺ zinanı haram edib”. Ənaq dedi: “Ey çadır əhli! Sizin əsirlərinizi Məkkədən Mədinəyə bu “dul-dul” aparır!” Mən də qaçmağa başladım. Xandəmə yolunu tutub apardığım adamla bir yerdə dayandım. Mənim dalımca səkkiz nəfər düşdü və daldalandığım yerin üst hissəsində durdular. Sonra həmin yerdə su başına çıxdılar. Onların sidiyi üstümə sıçradı, lakin Allah məni onlara göstərmədi. Sonra dostumun yanına gəldim və onunla əl-Ərak nahiyəsinə gəldim. Onun əlindəki qandalı açdım və Allah Elçisinin ﷺ yanına gəldim və dedim: “Ey Allahın Elçisi, Ənaq ilə evlənmək istəyirəm”. Allah Elçisi ﷺ bir az sükut etdi və bu ayə nazil oldu: “Zinakar kişi ancaq zinakar və ya müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar və ya müşrik bir kişiyə ərə gedə bilər...” (ən-Nur, 3). Sonra Allah Elçisi ﷺ məni çağırdı, bu ayələri mənə oxudu və buyurdu: “Onunla evlənmə!””

Amr ibn Şueyb atasından və babasından
Nəsəi, 3228 (Nikah, 33)Həsən

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ إِسْمَعِيلَ بْنِ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، وَغَيْرُهُ ، عَنْ هَارُونَ بْنِ رِئَابٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُبَيْدِ بْنِ عُمَيْرٍ ، وَعَبْدِ الْكَرِيمِ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُبَيْدِ بْنِ عُمَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، عَبْدُ الْكَرِيمِ ، يَرْفَعُهُ إِلَى ابْنِ عَبَّاسٍ ، وَهَارُونُ لَمْ يَرْفَعْهُ ، قَالاَ : جَاءَ رَجُلٌ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : إِنَّ عِنْدِي امْرَأَةً ، هِيَ مِنْ أَحَبِّ النَّاسِ إِلَيَّ ، وَهِيَ لاَ تَمْنَعُ يَدَ لاَمِسٍ ، قَالَ : طَلِّقْهَا ، قَالَ : لاَ أَصْبِرُ عَنْهَا ، قَالَ : اسْتَمْتِعْ بِهَا. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : هَذَا الْحَدِيثُ لَيْسَ بِثَابِتٍ ، وَعَبْدُ الْكَرِيمِ لَيْسَ بِالْقَوِيِّ ، وَهَارُونُ بْنُ رِئَابٍ أَثْبَتُ مِنْهُ وَقَدْ أَرْسَلَ الْحَدِيثَ ، وَهَارُونُ ثِقَةٌ ، وَحَدِيثُهُ أَوْلَى بِالصَّوَابِ مِنْ حَدِيثِ عَبْدِ الْكَرِيمِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bir kişi Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Nikahımda insanlar içində ən çox sevdiyim bir qadın var, lakin xasiyyəti pisdi və ona toxunan heç kimin heç bir istəyini rədd etmir”. Allah Elçisi ﷺ buyurdu: “Onu boşa!” Kişi dedi: “Onsuz dözə bilmərəm axı!” Allah Elçisi ﷺ buyurdu: “Elə isə ondan faydalan!””

İbn Abbas
Nəsəi, 3229 (Nikah, 34)Səhih

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ عُبَيْدِ اللهِ ، عَنْ سَعِيدِ بْنِ أَبِي سَعِيدٍ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : تُنْكَحُ النِّسَاءُ لأَرْبَعَةٍ : لِمَالِهَا ، وَلِحَسَبِهَا ، وَلِجَمَالِهَا ، وَلِدِينِهَا ، فَاظْفَرْ بِذَاتِ الدِّينِ تَرِبَتْ يَدَاكَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Qadınlarla dörd xüsusiyyətə görə evlənilir; var-dövlətinə, əsli-nəsəbinə, gözəlliyinə və dininə görə. Sən dindar olanı seç ki, əlində xeyir olsun!””

Əbu Hureyra
Nəsəi, 3230 (Nikah, 35)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ ابْنِ عَجْلاَنَ ، عَنْ سَعِيدٍ الْمَقْبُرِيِّ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قِيلَ لِرَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أَيُّ النِّسَاءِ خَيْرٌ ؟ قَالَ : الَّتِي تَسُرُّهُ إِذَا نَظَرَ ، وَتُطِيعُهُ إِذَا أَمَرَ ، وَلاَ تُخَالِفُهُ فِي نَفْسِهَا وَمَالِهَا بِمَا يَكْرَهُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisinə ﷺ deyildi: “Hansı qadınlar xeyirlidir?” O buyurdu: “Ona baxdıqda onu sevindirən, əmrinə itaət edən və ərinin xoşlamadığı şeyi özündə və var-dövlətində saxlamayan qadın”.”

Əbu Hureyra
Nəsəi, 3231 (Nikah, 36)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا أَبِي ، قَالَ : حَدَّثَنَا حَيْوَةُ ، وَذَكَرَ آخَرَ ، أَنْبَأَنَا شُرَحْبِيلُ بْنُ شَرِيكٍ ، أَنَّهُ سَمِعَ أَبَا عَبْدِ الرَّحْمَنِ الْحُبُلِيَّ ، يُحَدِّثُ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : إِنَّ الدُّنْيَا كُلَّهَا مَتَاعٌ ، وَخَيْرُ مَتَاعِ الدُّنْيَا الْمَرْأَةُ الصَّالِحَةُ.

“Abdullah ibn Amr ibn əl-As ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, dünyanın hamısı istifadə ediləcək şeylərlə doludur. Dünyada istifadə ediləcək ən xeyirli şey isə əməlisaleh qadındır”.”

Abdullah ibn Amr ibn əl-As
Nəsəi, 3232 (Nikah, 37)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، أَنْبَأَنَا النَّضْرُ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ إِسْحَاقَ بْنِ عَبْدِ اللهِ ، عَنْ أَنَسٍ ، قَالُوا : يَا رَسُولَ اللهِ ، أَلاَ تَتَزَوَّجُ مِنْ نِسَاءِ الأَنْصَارِ ؟ قَالَ : إِنَّ فِيهِمْ لَغَيْرَةً شَدِيدَةً.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Dedilər: “Ey Allahın Elçisi, ənsar qadınları ilə evlənməyə necə baxırsan?” Allah Elçisi ﷺ buyurdu: “Onlarda çox şiddətli qısqanclıq var!””

Ənəs
Nəsəi, 3233 (Nikah, 38)Səhih

أَخْبَرَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا مَرْوَانُ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ وَهُوَ ابْنُ كَيْسَانَ عَنْ أَبِي حَازِمٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : خَطَبَ رَجُلٌ امْرَأَةً مِنَ الأَنْصَارِ ، فَقَالَ لَهُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : هَلْ نَظَرْتَ إِلَيْهَا ؟ قَالَ : لاَ ، فَأَمَرَهُ أَنْ يَنْظُرَ إِلَيْهَا.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir kişi ənsardan olan bir qadınla evlənmək istədi. Allah Elçisi ﷺ buyurdu: “O qadına baxmısan?” Kişi: “Xeyr” dedikdə Allah Elçisi ﷺ ona baxmasını əmr etdi”.”

Əbu Hureyra
Nəsəi, 3234 (Nikah, 39)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الْعَزِيزِ بْنِ أَبِي رِزْمَةَ ، قَالَ : حَدَّثَنَا حَفْصُ بْنُ غِيَاثٍ ، قَالَ : حَدَّثَنَا عَاصِمٌ ، عَنْ بَكْرِ بْنِ عَبْدِ اللهِ الْمُزَنِيِّ ، عَنِ الْمُغِيرَةِ بْنِ شُعْبَةَ ، قَالَ : خَطَبْتُ امْرَأَةً عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أَنَظَرْتَ إِلَيْهَا ؟ قُلْتُ : لاَ ، قَالَ : فَانْظُرْ إِلَيْهَا ، فَإِنَّهُ أَجْدَرُ أَنْ يُؤْدَمَ بَيْنَكُمَا.

“Rəvayət edilir ki, Muğira ibn Şubə ﵁ demişdir: “Allah Elçisinin ﷺ dövründə bir kişi bir qadınla evlənmək istədi. Peyğəmbər ﷺ buyurdu: “O qadına baxmısan?” Kişi: “Xeyr” dedikdə Allah Elçisi ﷺ buyurdu: “Ona bax! Çünki baxmağın anlaşa bilməniz və aranızda sevgi və isinişmənin yaranması üçün daha əlverişlidir”.”

Muğira ibn Şubə
Nəsəi, 3235 (Nikah, 40)Səhih

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ سُفْيَانَ ، قَالَ : حَدَّثَنِي إِسْمَعِيلُ بْنُ أُمَيَّةَ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُرْوَةَ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : تَزَوَّجَنِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي شَوَّالٍ ، وَأُدْخِلْتُ عَلَيْهِ فِي شَوَّالٍ ، وَكَانَتْ عَائِشَةُ تُحِبُّ أَنْ تُدْخِلَ نِسَاءَهَا فِي شَوَّالٍ ، فَأَيُّ نِسَائِهِ كَانَتْ أَحْظَى عِنْدَهُ مِنِّي.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ mənimlə Şəvval ayında evləndi. Mənim yanıma Şəvval ayında daxil oldu”. Aişə evləndirdiyi qadınları Şəvval ayında zifaf etdirməyi xoşlayardı. Aişə deyir: “Allah Elçisinin ﷺ hansı qadını mənim qədər xoşbəxt idi ki?!””

Aişə
Nəsəi, 3236 (Nikah, 41)Səhih

أَخْبَرَنِي عَبْدُ الرَّحْمَنِ بْنُ مُحَمَّدِ بْنِ سَلاَّمٍ ، قَالَ : حَدَّثَنِي عَبْدُ الصَّمَدِ بْنُ عَبْدِ الْوَارِثِ ، قَالَ : سَمِعْتُ أَبِي ، قَالَ : حَدَّثَنَا حُسَيْنٌ الْمُعَلِّمُ ، قَالَ : حَدَّثَنِي عَبْدُ اللهِ بْنُ بُرَيْدَةَ ، قَالَ : حَدَّثَنِي عَامِرُ بْنُ شَرَاحِيلَ الشَّعْبِيُّ ، أَنَّهُ سَمِعَ فَاطِمَةَ بِنْتَ قَيْسٍ ، وَكَانَتْ مِنَ الْمُهَاجِرَاتِ الأُوَلِ ، قَالَتْ : خَطَبَنِي عَبْدُ الرَّحْمَنِ بْنُ عَوْفٍ ، فِي نَفَرٍ مِنْ أَصْحَابِ مُحَمَّدٍ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، وَخَطَبَنِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَلَى مَوْلاَهُ أُسَامَةَ بْنِ زَيْدٍ ، وَقَدْ كُنْتُ حُدِّثْتُ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : مَنْ أَحَبَّنِي فَلْيُحِبَّ أُسَامَةَ فَلَمَّا كَلَّمَنِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، قُلْتُ : أَمْرِي بِيَدِكَ ، فَانْكِحْنِي مَنْ شِئْتَ ، فَقَالَ : انْطَلِقِي إِلَى أُمِّ شَرِيكٍ وَأُمُّ شَرِيكٍ امْرَأَةٌ غَنِيَّةٌ مِنَ الأَنْصَارِ ، عَظِيمَةُ النَّفَقَةِ فِي سَبِيلِ اللهِ عَزَّ وَجَلَّ ، يَنْزِلُ عَلَيْهَا الضِّيفَانُ ، فَقُلْتُ : سَأَفْعَلُ ، قَالَ : لاَ تَفْعَلِي ، فَإِنَّ أُمَّ شَرِيكٍ كَثِيرَةُ الضِّيفَانِ ، فَإِنِّي أَكْرَهُ أَنْ يَسْقُطَ عَنْكِ خِمَارُكِ ، أَوْ يَنْكَشِفَ الثَّوْبُ عَنْ سَاقَيْكِ ، فَيَرَى الْقَوْمُ مِنْكِ بَعْضَ مَا تَكْرَهِينَ ، وَلَكِنِ انْتَقِلِي إِلَى ابْنِ عَمِّكِ عَبْدِ اللهِ بْنِ عَمْرِو بْنِ أُمِّ مَكْتُومٍ ، وَهُوَ رَجُلٌ مِنْ بَنِي فِهْرٍ ، فَانْتَقَلْتُ إِلَيْهِ مُخْتَصَرٌ.

“Rəvayət edilir ki, mühacir olan qadınlardan olan Fatimə bint Qeys ﵂ demişdir: “Abdur-Rahmən ibn Auf Muhəmmədin səhabələrindən bir neçə nəfərlə mənə elçi düşmüşdü. Allah Elçisi ﷺ isə məni köləlikdən azad etdiyi Usamə ibn Zeyd üçün istədi. Mən də Allah Elçisinin ﷺ: “Məni sevən Usaməni sevsin!” dediyini bilirdim. Allah Elçisi ﷺ mənimlə bu məsələ haqda danışdıqda ona: “Mən sənin əmrinə tabeyəm, məni istədiyinlə evləndir”, - dedim. Əvvəlcə isə mənim iddə müddətim bitmədən Allah Elçisinə ﷺ müraciət etdikdə mənə: “Ummu Şərikin evində qal!” demişdi. Ummu Şərik ənsardan olan imkanlı bir qadın idi. Allah ﷿ yolunda çoxlu sədəqə edər və evinə çoxlu qonaq gələrdi. Mən də dedim: “Sən dediyin kimi edərəm”. Lakin Allah Elçisi ﷺ buyurdu: “Ora getmə! Çünki Ummu Şərikin qonağı çox olur və hicabın düşə bilər və ya ətəyin açılar və ayağın görsənər. Beləcə, insanlar sənin istəmədiyin yerlərini görə bilərlər. Sən iddə müddətinin bitməsinə qədər Bəni Fihr tayfasından əmin oğlu Abdullah ibn Amr ibn Ummu Məktumun evinə get!” Mən də orada qalmağa getdim”.”

Fatimə bint Qeys
Nəsəi, 3237 (Nikah, 42)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : لاَ يَخْطُبُ أَحَدُكُمْ عَلَى خِطْبَةِ بَعْضٍ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Biriniz başqasının istədiyi qadına elçi düşməsin!””

İbn Ömər
Nəsəi, 3238 (Nikah, 43)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، وَسَعِيدُ بْنُ عَبْدِ الرَّحْمَنِ ، قَالاَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَعِيدٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ - وَقَالَ مُحَمَّدٌ : عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ - : لاَ تَنَاجَشُوا ، وَلاَ يَبِعْ حَاضِرٌ لِبَادٍ ، وَلاَ يَبِعِ الرَّجُلُ عَلَى بَيْعِ أَخِيهِ ، وَلاَ يَخْطُبْ عَلَى خِطْبَةِ أَخِيهِ ، وَلاَ تَسْأَلِ الْمَرْأَةُ طَلاَقَ أُخْتِهَا لِتَكْتَفِئَ مَا فِي إِنَائِهَا.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Müştərini qəzəbləndirməyin! Şəhərli kəndlinin malını ələ keçirib satmağa çalışmasın! Birinizin satmaq istədiyi malı digəriniz satın almağa çalışmasın! Din qardaşının istədiyi qadına elçi düşməyin! Heç bir qadın digər qadının boşanmasını istəyib onun əri ilə evlənməyə çalışmasın!””

Əbu Hureyra
Nəsəi, 3239 (Nikah, 44)Səhih

أَخْبَرَنِي هَارُونُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا مَعْنٌ ، قَالَ : حَدَّثَنَا مَالِكٌ (ح) وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ مُحَمَّدِ بْنِ يَحْيَى بْنِ حَبَّانَ ، عَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : لاَ يَخْطُبْ أَحَدُكُمْ عَلَى خِطْبَةِ أَخِيهِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Heç biriniz din qardaşının istədiyi qadına elçi düşməsin!””

Əbu Hureyra
Nəsəi, 3240 (Nikah, 45)Səhih

أَخْبَرَنِي يُونُسُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي يُونُسُ ، عَنْ ابْنِ شِهَابٍ ، قَالَ : أَخْبَرَنِي سَعِيدُ بْنُ الْمُسَيَّبِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : لاَ يَخْطُبْ أَحَدُكُمْ عَلَى خِطْبَةِ أَخِيهِ ، حَتَّى يَنْكِحَ أَوْ يَتْرُكَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Sizdən heç biriniz qardaşının elçilik etdiyi qadına, o evlənənə qədər və ya bu elçilikdən əl çəkənə qədər elçilik etməsin!””

Əbu Hureyra
Nəsəi, 3241 (Nikah, 46)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا غُنْدَرٌ ، عَنْ هِشَامٍ ، عَنْ مُحَمَّدٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : لاَ يَخْطُبْ أَحَدُكُمْ عَلَى خِطْبَةِ أَخِيهِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Heç biriniz din qardaşının istədiyi qadına elçi düşməsin!””

Əbu Hureyra
Nəsəi, 3242 (Nikah, 47)Səhih

أَخْبَرَنِي إِبْرَاهِيمُ بْنُ الْحَسَنِ ، قَالَ : حَدَّثَنَا الْحَجَّاجُ بْنُ مُحَمَّدٍ ، قَالَ : قَالَ ابْنُ جُرَيْجٍ : سَمِعْتُ نَافِعًا ، يُحَدِّثُ ، أَنَّ عَبْدَ اللهِ بْنَ عُمَرَ ، كَانَ يَقُولُ : نَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَنْ يَبِيعَ بَعْضُكُمْ عَلَى بَيْعِ بَعْضٍ ، وَلاَ يَخْطُبُ الرَّجُلُ عَلَى خِطْبَةِ الرَّجُلِ ، حَتَّى يَتْرُكَ الْخَاطِبُ قَبْلَهُ ، أَوْ يَأْذَنَ لَهُ الْخَاطِبُ.

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ birinizin bir malı almaq istəyərkən digərinin həmin malı almasını qadağan etmişdir. Həmçinin bir kişinin elçi düşdüyü bir qadına həmin elçi düşən kişinin bu fikrindən daşınması və ya həmin kişinin ona (ikinci elçi düşənə) icazə verməsindən başqa o qadına elçi düşməyi qadağan etmişdir”.”

Abdullah ibn Ömər
Nəsəi, 3243 (Nikah, 48)Səhih

أَخْبَرَنِي حَاجِبُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي ذِئْبٍ ، عَنِ الزُّهْرِيِّ ، وَيَزِيدُ بْنُ عَبْدِ اللهِ بْنِ قُسَيْطٍ ، عَنْ أَبِي سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ ، وَعَنْ الْحَارِثِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ ثَوْبَانَ ، أَنَّهُمَا سَأَلاَ فَاطِمَةَ بِنْتَ قَيْسٍ ، عَنْ أَمْرِهَا ، فَقَالَتْ : طَلَّقَنِي زَوْجِي ثَلاَثًا ، فَكَانَ يَرْزُقُنِي طَعَامًا فِيهِ شَيْءٌ ، فَقُلْتُ : وَاللَّهِ لَئِنْ كَانَتْ لِي النَّفَقَةُ وَالسُّكْنَى لأَطْلُبَنَّهَا وَلاَ أَقْبَلُ هَذَا ، فَقَالَ الْوَكِيلُ : لَيْسَ لَكِ سُكْنَى وَلاَ نَفَقَةٌ ، قَالَتْ : فَأَتَيْتُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَذَكَرْتُ ذَلِكَ لَهُ ، فَقَالَ : لَيْسَ لَكِ سُكْنَى وَلاَ نَفَقَةٌ ، فَاعْتَدِّي عِنْدَ فُلاَنَةَ ، قَالَتْ : وَكَانَ يَأْتِيهَا أَصْحَابُهُ ، ثُمَّ قَالَ : اعْتَدِّي عِنْدَ ابْنِ أُمِّ مَكْتُومٍ فَإِنَّهُ أَعْمَى ، فَإِذَا حَلَلْتِ فَآذِنِينِي قَالَتْ : فَلَمَّا حَلَلْتُ آذَنْتُهُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : وَمَنْ خَطَبَكِ ؟ فَقُلْتُ : مُعَاوِيَةُ وَرَجُلٌ آخَرُ مِنْ قُرَيْشٍ ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أَمَّا مُعَاوِيَةُ ، فَإِنَّهُ غُلاَمٌ مِنْ غِلْمَانِ قُرَيْشٍ ، لاَ شَيْءَ لَهُ ، وَأَمَّا الآخَرُ ، فَإِنَّهُ صَاحِبُ شَرٍّ لاَ خَيْرَ فِيهِ ، وَلَكِنْ انْكِحِي أُسَامَةَ بْنَ زَيْدٍ قَالَتْ : فَكَرِهْتُهُ ، فَقَالَ لَهَا ذَلِكَ ثَلاَثَ مَرَّاتٍ ، فَنَكَحَتْهُ.

“Rəvayət edilir ki, Haris ibn Abdur-Rahmən ilə Muhəmməd ibn Abdur-Rahmən ibn Səvban ﵀ Fatimə bint Qeysdən onun başına gələn hadisəni soruşduqda Fatimə bint Qeys dedi: “Ərim məni üç dəfə talaq verməklə boşamış və yeməyə azuqə də qoymamışdı. Mən dedim: “Allaha and olsun ki, əgər alacağım pay və evdə qalmaq haqqım varsa, alacağam. Belə halda yaşamağı qəbul edə bilmərəm”. Ərimin vəkili dedi: “Sənin alacağın paya və evdə qalmağa haqqın yoxdur”. Mən də Peyğəmbərin ﷺ yanına getdim və məsələni ona danışdım. O buyurdu: “Evdə qalmaq və nəsə pay almaq haqqın yoxdur. Sən filan qadının yanında iddə müddətini tamamla”. Sonra Peyğəmbər (o qadının evinə gəlib-gedənin çox olmasına görə mənə o evdə qalmamağımı) buyuraraq dedi: “Sən İbn Ummu Məktumun evində iddə müddətini tamamla, çünki onun gözləri kordur. İddə müddətin bitdikdə mənə xəbər verərsən”. İddə müddətim bitdikdə Peyğəmbərə ﷺ xəbər verdim. Allah Elçisi ﷺ buyurdu: “Səninlə evlənmək istəyənlər kimlərdir?” Mən də: “Müaviyə və Qureyşdən bir nəfər”, - dedim. Peyğəmbər ﷺ buyurdu: “Müaviyə Qureyşdən olan bir cavandır və heç nəyi yoxdur. Digərinə gəldikdə isə o, pis adamdır və onda xeyir yoxdur. Sən Usamə ibn Zeyd ilə evlən!” Bu təklif mənim xoşuma gəlmədi, lakin Peyğəmbər ﷺ üç dəfə: “Onunla evlən!” dedikdən sonra Usamə ilə evləndim”.”

Muhəmməd ibn Abdur-Rahmən ibn Səvban
Nəsəi, 3244 (Nikah, 49)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، وَاللَّفْظُ لِمُحَمَّدٍ ، عَنْ ابْنِ الْقَاسِمِ ، عَنْ مَالِكٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ يَزِيدَ ، عَنْ أَبِي سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ فَاطِمَةَ بِنْتِ قَيْسٍ : أَنَّ أَبَا عَمْرِو بْنَ حَفْصٍ طَلَّقَهَا الْبَتَّةَ وَهُوَ غَائِبٌ ، فَأَرْسَلَ إِلَيْهَا وَكِيلُهُ بِشَعِيرٍ ، فَسَخِطَتْهُ ، فَقَالَ : وَاللَّهِ مَا لَكِ عَلَيْنَا مِنْ شَيْءٍ ، فَجَاءَتْ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَذَكَرَتْ ذَلِكَ لَهُ ، فَقَالَ : لَيْسَ لَكِ نَفَقَةٌ ، فَأَمَرَهَا أَنْ تَعْتَدَّ فِي بَيْتِ أُمِّ شَرِيكٍ ، ثُمَّ قَالَ : تِلْكَ امْرَأَةٌ يَغْشَاهَا أَصْحَابِي ، فَاعْتَدِّي عِنْدَ ابْنِ أُمِّ مَكْتُومٍ ، فَإِنَّهُ رَجُلٌ أَعْمَى ، تَضَعِينَ ثِيَابَكِ ، فَإِذَا حَلَلْتِ فَآذِنِينِي ، قَالَتْ : فَلَمَّا حَلَلْتُ ، ذَكَرْتُ لَهُ أَنَّ مُعَاوِيَةَ بْنَ أَبِي سُفْيَانَ وَأَبَا جَهْمٍ خَطَبَانِي ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أَمَّا أَبُو جَهْمٍ ، فَلاَ يَضَعُ عَصَاهُ عَنْ عَاتِقِهِ ، وَأَمَّا مُعَاوِيَةُ فَصُعْلُوكٌ لاَ مَالَ لَهُ ، وَلَكِنْ انْكِحِي أُسَامَةَ بْنَ زَيْدٍ ، فَكَرِهْتُهُ ، ثُمَّ قَالَ : انْكِحِي أُسَامَةَ بْنَ زَيْدٍ فَنَكَحْتُهُ ، فَجَعَلَ اللَّهُ عَزَّ وَجَلَّ فِيهِ خَيْرًا ، وَاغْتَبَطْتُ بِهِ.

“Fatimə bint Qeys ﵂ rəvayət edir ki, əri Əbu Amr ibn Həfs onu yanında olmadığı halda boşamışdı. Ərinin vəkili Fatiməyə bir az arpa göndərdi. Fatimə bununla razılaşmadıqda vəkili qəzəblənib dedi: “Allaha and olsun, sənə bir şey vermək məcburiyyətində deyilik”. Fatimə də Allah Elçisinin ﷺ yanına gələrək olanları ona danışdı. Allah Elçisi ﷺ buyurdu: “Sənin onlardan nəsə almaq haqqın yoxdur. Sən Ummu Şərikin evində iddə müddətin tamamlanana qədər qal”. Sonra Peyğəmbər ﷺ buyurdu: “O qadın çox əliaçıq qadın olduğuna görə evinə gəlib-gedən çox olur. Sən İbn Ummu Məktumun evində iddə müddətini tamamla, çünki onun gözləri kordur. Örtünmənə riayət etməyərək onun yanında qala bilərsən. İddə müddətin bitəndə mənə xəbər verərsən”. Mən də iddə müddətim bitdikdə Müaviyə ibn Əbu Süfyanın və Əbu Cəhmin mənə elçi düşdüklərini Peyğəmbərə ﷺ xəbər verdim. Allah Elçisi ﷺ buyurdu: “Əbu Cəhmə gəldikdə, onun əsası heç vaxt əlindən düşmür (qadın döyəndir). Müaviyəyə gəldikdə isə, o, kasıbdır və mal-dövləti yoxdur. Sən Usamə ibn Zeyd ilə evlən!” Bu təklif mənim xoşuma gəlmədi, lakin Peyğəmbər ﷺ yenidən: “Usamə ibn Zeyd ilə evlən!” dedikdən sonra onunla evləndim”. Allah ﷿ da bu evliliyi xeyirli etdi və digər qadınlar mənə qibtə etdilər”.”

Fatimə bint Qeys
Nəsəi, 3245 (Nikah, 50)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ آدَمَ ، قَالَ : حَدَّثَنَا عَلِيُّ بْنُ هَاشِمِ بْنِ الْبَرِيدِ ، عَنْ يَزِيدَ بْنِ كَيْسَانَ ، عَنْ أَبِي حَازِمٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : جَاءَ رَجُلٌ مِنَ الأَنْصَارِ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : إِنِّي تَزَوَّجْتُ امْرَأَةً ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أَلاَ نَظَرْتَ إِلَيْهَا ، فَإِنَّ فِي أَعْيُنِ الأَنْصَارِ شَيْئًا. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : وَجَدْتُ هَذَا الْحَدِيثَ فِي مَوْضِعٍ آخَرَ ، عَنْ يَزِيدَ بْنِ كَيْسَانَ ، أَنَّ جَابِرَ بْنَ عَبْدِ اللهِ حَدَّثَ ، وَالصَّوَابُ أَبُو هُرَيْرَةَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Ənsardan olan bir kişi Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Mən bir qadınla evləndim”. Peyğəmbər ﷺ buyurdu: “Ona baxmısanmı? Ənsardan olan qadının gözlərində (naqis olan) bir şey ola bilər”.”

Əbu Hureyra
Nəsəi, 3246 (Nikah, 51)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ يَزِيدَ بْنِ كَيْسَانَ ، عَنْ أَبِي حَازِمٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَجُلاً أَرَادَ أَنْ يَتَزَوَّجَ امْرَأَةً ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : انْظُرْ إِلَيْهَا ، فَإِنَّ فِي أَعْيُنِ الأَنْصَارِ شَيْئًا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir kişi evlənmək istəyirdi. Peyğəmbər ﷺ buyurdu: “Ona bax, çünki ənsardan olan qadının gözlərində (naqis olan) bir şey ola bilər”.”

Əbu Hureyra
Nəsəi, 3247 (Nikah, 52)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ الرَّزَّاقِ ، قَالَ : أَنْبَأَنَا مَعْمَرٌ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَالِمٍ ، عَنْ ابْنِ عُمَرَ ، عَنْ عُمَرَ ، قَالَ : تَأَيَّمَتْ حَفْصَةُ بِنْتُ عُمَرَ مِنْ خُنَيْسٍ ، يَعْنِي ابْنَ حُذَافَةَ ، وَكَانَ مِنْ أَصْحَابِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، مِمَّنْ شَهِدَ بَدْرًا ، فَتُوُفِّيَ بِالْمَدِينَةِ ، فَلَقِيتُ عُثْمَانَ بْنَ عَفَّانَ فَعَرَضْتُ عَلَيْهِ حَفْصَةَ ، فَقُلْتُ : إِنْ شِئْتَ أَنْكَحْتُكَ حَفْصَةَ ، فَقَالَ : سَأَنْظُرُ فِي ذَلِكَ ، فَلَبِثْتُ لَيَالِيَ فَلَقِيتُهُ ، فَقَالَ : مَا أُرِيدُ أَنْ أَتَزَوَّجَ يَوْمِي هَذَا ، قَالَ عُمَرُ : فَلَقِيتُ أَبَا بَكْرٍ الصِّدِّيقَ ، رَضِيَ اللَّهُ عَنْهُ فَقُلْتُ : إِنْ شِئْتَ أَنْكَحْتُكَ حَفْصَةَ ، فَلَمْ يَرْجِعْ إِلَيَّ شَيْئًا ، فَكُنْتُ عَلَيْهِ أَوْجَدَ مِنِّي عَلَى عُثْمَانَ رَضِيَ اللَّهُ عَنْهُ ، فَلَبِثْتُ لَيَالِيَ ، فَخَطَبَهَا إِلَيَّ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَأَنْكَحْتُهَا إِيَّاهُ ، فَلَقِيَنِي أَبُو بَكْرٍ فَقَالَ : لَعَلَّكَ وَجَدْتَ عَلَيَّ حِينَ عَرَضْتَ عَلَيَّ حَفْصَةَ ، فَلَمْ أَرْجِعْ إِلَيْكَ شَيْئًا ، قُلْتُ : نَعَمْ ، قَالَ : فَإِنَّهُ لَمْ يَمْنَعْنِي حِينَ عَرَضْتَ عَلَيَّ أَنْ أَرْجِعَ إِلَيْكَ شَيْئًا ، إِلاَّ أَنِّي سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَذْكُرُهَا ، وَلَمْ أَكُنْ لأُفْشِيَ سِرَّ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، وَلَوْ تَرَكَهَا نَكَحْتُهَا.

“Rəvayət edilir ki, Ömər ﵁ demişdir: “Qızım Həfsa Xuneys ibn Huzafadan dul qalmışdı. O, Peyğəmbərin ﷺ səhabəsi və Bədr döyüşündə iştirak edənlərdən idi. Mədinədə vəfat etmişdi. Mən Osman ibn Əffan ilə qarşılaşdım və qızım Həfsanı evlənmək üçün ona təklif edərək dedim: “İstəyirsənsə, Həfsanı səninlə evləndirim”. Osman dedi: “Bir az fikirləşərəm”. Bir neçə gecədən sonra onunla yenidən qarşılaşdım. O dedi: “Bugünlük hələ evlənmək istəmirəm”. Sonra Əbu Bəkr əs-Siddiq ﵁ ilə qarşılaşdım və dedim: “İstəyirsənsə, Həfsanı səninlə evləndirim”. O mənə heç nə demədi. Mən Osmana ﵁ qəzəbləndiyimdən daha çox ona qəzəbləndim. Bir neçə gecə keçdikdən sonra Allah Elçisi ﷺ Həfsa ilə evlənmək üçün onu məndən istədi. Mən də onu Həfsa ilə evləndirdim. Bu arada Əbu Bəkr ilə qarşılaşdım. O dedi: “Həfsanı evlənmək üçün mənə təklif etdikdə mənim cavab verməməyimə, yəqin ki, qəzəblənmisən”. Mən də: “Bəli” dedim. Əbu Bəkr dedi: “Sən mənə qızını vermək istəyəndə Allah Elçisinin ﷺ sənin qızını istəyəcəyini bilmişdim, lakin Allah Elçisinin ﷺ sirrini açmaq istəmədim. Əgər o bu fikirdən daşınsaydı, sənin qızını mən alardım”.”

Ömər
Nəsəi, 3248 (Nikah, 53)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنِي مَرْحُومُ بْنُ عَبْدِ الْعَزِيزِ الْعَطَّارُ أَبُو عَبْدِ الصَّمَدِ ، قَالَ : سَمِعْتُ ثَابِتًا الْبُنَانِيَّ ، يَقُولُ : كُنْتُ عِنْدَ أَنَسِ بْنِ مَالِكٍ ، وَعِنْدَهُ ابْنَةٌ لَهُ ، فَقَالَ : جَاءَتِ امْرَأَةٌ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَعَرَضَتْ عَلَيْهِ نَفْسَهَا ، فَقَالَتْ : يَا رَسُولَ اللهِ ، أَلَكَ فِيَّ حَاجَةٌ.

“Rəvayət edilir ki, Sabit əl-Bunani ﵀ demişdir: “Mən Ənəs ibn Malik və qızının yanında idim. Ənəs dedi: “Bir dəfə bir qadın Allah Elçisinin ﷺ yanına gələrək özünü evlənməsi üçün Allah Elçisinə ﷺ təklif edib dedi: “Ey Allahın Elçisi, mənimlə evlənərsənmi?””

Sabit əl-Bunani
Nəsəi, 3249 (Nikah, 54)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا مَرْحُومٌ ، قَالَ : حَدَّثَنَا ثَابِتٌ ، عَنْ أَنَسٍ : أَنَّ امْرَأَةً عَرَضَتْ نَفْسَهَا عَلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَضَحِكَتِ ابْنَةُ أَنَسٍ ، فَقَالَتْ : مَا كَانَ أَقَلَّ حَيَاءَهَا فَقَالَ أَنَسٌ : هِيَ خَيْرٌ مِنْكِ ، عَرَضَتْ نَفْسَهَا عَلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ.

“Sabit ﵀ rəvayət edir ki, Ənəs: “Bir qadın özünü evlənmək üçün Peyğəmbərə ﷺ təklif etdi” dedikdə Ənəsin qızı güldü və dedi: “Bu qadın nə qədər az həyalı qadın imiş!” Ənəs də cavabında belə buyurdu: “O səndən daha xeyirlidir, çünki özünü evlənmək üçün Allah Elçisinə ﷺ təklif etmişdir”.”

Sabit
Nəsəi, 3250 (Nikah, 55)Səhih

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، قَالَ : حَدَّثَنَا سُلَيْمَانُ بْنُ الْمُغِيرَةِ ، عَنْ ثَابِتٍ ، عَنْ أَنَسٍ ، قَالَ : لَمَّا انْقَضَتْ عِدَّةُ زَيْنَبَ ، قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ لِزَيْدٍ : اذْكُرْهَا عَلَيَّ ، قَالَ زَيْدٌ : فَانْطَلَقْتُ ، فَقُلْتُ : يَا زَيْنَبُ أَبْشِرِي ، أَرْسَلَنِي إِلَيْكِ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَذْكُرُكِ ، فَقَالَتْ : مَا أَنَا بِصَانِعَةٍ شَيْئًا حَتَّى أَسْتَأْمِرَ رَبِّي ، فَقَامَتْ إِلَى مَسْجِدِهَا ، وَنَزَلَ الْقُرْآنُ ، وَجَاءَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَدَخَلَ بِغَيْرِ أَمْرٍ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Zeynəbin iddə müddəti bitdikdə Allah Elçisi ﷺ Zeydə dedi: “Get, onu mənimlə evlənmək üçün istə!” Zeyd deyir: “Mən dərhal gedib dedim: “Ey Zeynəb, sevin! Məni sənə Allah Elçisi ﷺ göndərib, səninlə evlənmək istəyir”. Zeynəb: “Bu məsələdə Rəbbimdən xeyir istəmədən (istixarə etmədən) heç nə edə bilmərəm”, - dedi və durub evindəki namaz qıldığı yerə getdi. Bu vaxt Qurandan ayə (əl-Əhzab, 37) nazil oldu. Beləliklə, Allah Elçisi ﷺ gəlib Zeynəblə evləndi”.”

Ənəs
Nəsəi, 3251 (Nikah, 56)Səhih

أَخْبَرَنِي أَحْمَدُ بْنُ يَحْيَى الصُّوفِيُّ ، قَالَ : حَدَّثَنَا أَبُو نُعَيْمٍ ، قَالَ : حَدَّثَنَا عِيسَى بْنُ طَهْمَانَ أَبُو بَكْرٍ ، سَمِعْتُ أَنَسَ بْنَ مَالِكٍ ، يَقُولُ : كَانَتْ زَيْنَبُ بِنْتُ جَحْشٍ تَفْخَرُ عَلَى نِسَاءِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، تَقُولُ : إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ أَنْكَحَنِي مِنَ السَّمَاءِ ، وَفِيهَا نَزَلَتْ آيَةُ الْحِجَابِ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Zeynəb bint Cəhş Peyğəmbərin digər zövcələrinin qarşısında öyünərək deyərdi: “Həqiqətən, məni səmadan Allah evləndirmiş və beləliklə, hicab ayəsi nazil olmuşdur”.”

Ənəs ibn Malik
Nəsəi, 3252 (Nikah, 57)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي الْمَوَالِ ، عَنْ مُحَمَّدِ بْنِ الْمُنْكَدِرِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يُعَلِّمُنَا الاِسْتِخَارَةَ فِي الأُمُورِ كُلِّهَا كَمَا يُعَلِّمُنَا السُّورَةَ مِنَ الْقُرْآنِ ، يَقُولُ : إِذَا هَمَّ أَحَدُكُمْ بِالأَمْرِ ، فَلْيَرْكَعْ رَكْعَتَيْنِ مِنْ غَيْرِ الْفَرِيضَةِ ، ثُمَّ يَقُولُ : اللَّهُمَّ إِنِّي أَسْتَخِيرُكَ بِعِلْمِكَ ، وَأَسْتَعِينُكَ بِقُدْرَتِكَ ، وَأَسْأَلُكَ مِنْ فَضْلِكَ الْعَظِيمِ ، فَإِنَّكَ تَقْدِرُ وَلاَ أَقْدِرُ ، وَتَعْلَمُ وَلاَ أَعْلَمُ ، وَأَنْتَ عَلاَّمُ الْغُيُوبِ ، اللَّهُمَّ إِنْ كُنْتَ تَعْلَمُ أَنَّ هَذَا الأَمْرَ خَيْرٌ لِي فِي دِينِي وَمَعَاشِي وَعَاقِبَةِ أَمْرِي - أَوْ قَالَ : فِي عَاجِلِ أَمْرِي وَآجِلِهِ - فَاقْدِرْهُ لِي ، وَيَسِّرْهُ لِي ، ثُمَّ بَارِكْ لِي فِيهِ ، وَإِنْ كُنْتَ تَعْلَمُ أَنَّ هَذَا الأَمْرَ شَرٌّ لِي فِي دِينِي ، وَمَعَاشِي ، وَعَاقِبَةِ أَمْرِي - أَوْ قَالَ : فِي عَاجِلِ أَمْرِي وَآجِلِهِ ، فَاصْرِفْهُ عَنِّي ، وَاصْرِفْنِي عَنْهُ ، وَاقْدُرْ لِي الْخَيْرَ حَيْثُ كَانَ ، ثُمَّ أَرْضِنِي بِهِ ، قَالَ : وَيُسَمِّي حَاجَتَهُ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ Qurandakı surələri bizə öyrətdiyi kimi istixarə duasını da bizə öyrədib deyərdi: “Sizdən biriniz bir işə başlamaq istədikdə fərz namazlarından əlavə iki rükət namaz qılsın və desin: “Allahım, Səndən Öz elminlə mənə xeyir verməyini diləyirəm və Öz qüdrətinlə mənə qüdrət verməyini diləyirəm! Səndən Sənin böyük lütfünü diləyirəm! Sənin (hər şeyə) qüdrətin çatır, mənim isə qüdrətim çatmır, Sən (hər şeyi) bilirsən, mən isə bilmirəm. Qeybləri bilən Sənsən! Allahım, bu iş (işin adını çəkir) mənim üçün dinimdə, yaşayışımda və işimin sonunda (yaxud deyirsən: dünyam və axirətim üçün) xeyirlidirsə, onu mənə nəsib et, asanlaşdır, sonra da onu mənim üçün bərəkətli et! Bu iş mənim üçün dinimdə, yaşayışımda və işimin sonunda (yaxud deyirsən: dünyam və axirətim üçün) zərərlidirsə, onu məndən, məni də ondan uzaq et! Harada olsa, mənə xeyir nəsib et, sonra məni ondan razı sal!” Nə ehtiyacı varsa, onu deyər”.”

Cabir ibn Abdullah
Nəsəi, 3253 (Nikah, 58)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ إِسْمَعِيلَ بْنِ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ ، عَنْ حَمَّادِ بْنِ سَلَمَةَ ، عَنْ ثَابِتٍ الْبُنَانِيِّ ، حَدَّثَنِي ابْنُ عُمَرَ بْنِ أَبِي سَلَمَةَ ، عَنْ أَبِيهِ ، عَنْ أُمِّ سَلَمَةَ ، لَمَّا انْقَضَتْ عِدَّتُهَا ، بَعَثَ إِلَيْهَا أَبُو بَكْرٍ يَخْطُبُهَا عَلَيْهِ ، فَلَمْ تَزَوَّجْهُ ، فَبَعَثَ إِلَيْهَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عُمَرَ بْنَ الْخَطَّابِ يَخْطُبُهَا عَلَيْهِ ، فَقَالَتْ : أَخْبِرْ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَنِّي امْرَأَةٌ غَيْرَى ، وَأَنِّي امْرَأَةٌ مُصْبِيَةٌ ، وَلَيْسَ أَحَدٌ مِنْ أَوْلِيَائِي شَاهِدٌ ، فَأَتَى رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَذَكَرَ ذَلِكَ لَهُ ، فَقَالَ : ارْجِعْ إِلَيْهَا فَقُلْ لَهَا : أَمَّا قَوْلُكِ إِنِّي امْرَأَةٌ غَيْرَى ، فَسَأَدْعُو اللَّهَ لَكِ فَيُذْهِبُ غَيْرَتَكِ ، وَأَمَّا قَوْلُكِ إِنِّي امْرَأَةٌ مُصْبِيَةٌ ، فَسَتُكْفَيْنَ صِبْيَانَكِ ، وَأَمَّا قَوْلُكِ أَنْ لَيْسَ أَحَدٌ مِنْ أَوْلِيَائِي شَاهِدٌ ، فَلَيْسَ أَحَدٌ مِنْ أَوْلِيَائِكِ شَاهِدٌ وَلاَ غَائِبٌ يَكْرَهُ ذَلِكَ ، فَقَالَتْ لاِبْنِهَا : يَا عُمَرُ ، قُمْ فَزَوِّجْ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَزَوَّجَهُ مُخْتَصَرٌ.

“Ummu Sələmə ﵂ rəvayət edir ki, onun iddə müddəti bitdikdə Əbu Bəkr xəbər göndərərək onunla evlənmək istədi, lakin o Əbu Bəkrlə evlənmədi. Sonra Allah Elçisi ﷺ Ömər ibn əl-Xattabı göndərərək onunla evlənməyi təklif etdi. Ummu Sələmə Ömərə dedi: “Allah Elçisinə ﷺ de ki, mən qısqanc qadınam. Həm də kiçik uşaqlarım var. Bu mövzuda onunla məsləhətləşməyə bir yaxınım da yoxdur”. Ömər Allah Elçisinin ﷺ yanına gəlib olanları ona dedi. Allah Elçisi ﷺ buyurdu: “Qayıt onun yanına və ona de: “Mən qısqanc bir qadınam” , - deyirsən, mən də Allaha dua edəcəyəm və qısqanclığın yox olacaq. “Kiçik uşaqlarım var” , - deyirsən, onlara görə də narahat olma, Allah onlara yardım edəcək. “Bu mövzuda onunla məsləhətləşməyə bir yaxınım da yoxdur”, - deyirsən, yaxında və uzaqda olan heç kim sənin bu evlənməyini pis qarşılamaz”. Ömər bu sözləri Ummu Sələməyə dedikdə Ummu Sələmə oğluna dedi: “Ey Ömər, qalx və məni Allah Elçisi ﷺ ilə evləndir (yəni vəlilik et)!” O da Ummu Sələməni evləndirdi.”

Ummu Sələmə
Nəsəi, 3254 (Nikah, 59)Zəif

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا أَبُو مُعَاوِيَةَ ، قَالَ : حَدَّثَنَا هِشَامُ بْنُ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، تَزَوَّجَهَا وَهِيَ بِنْتُ سِتٍّ ، وَبَنَى بِهَا وَهِيَ بِنْتُ تِسْعٍ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ onun altı yaşı olanda onunla nikahlanmış, doqquz yaşı olanda isə evlənmişdir.”

Aişə
Nəsəi, 3255 (Nikah, 60)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ النَّضْرِ بْنِ مُسَاوِرٍ ، قَالَ : حَدَّثَنَا جَعْفَرُ بْنُ سُلَيْمَانَ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : تَزَوَّجَنِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ لِسَبْعِ سِنِينَ ، وَدَخَلَ عَلَيَّ لِتِسْعِ سِنِينَ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ mənim yeddi yaşım olanda nikah etmiş, doqquz yaşımda is mənimlə evlənmişdir”.”

Aişə
Nəsəi, 3256 (Nikah, 61)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا عَبْثَرٌ ، عَنْ مُطَرِّفٍ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ أَبِي عُبَيْدَةَ ، قَالَ : قَالَتْ عَائِشَةُ : تَزَوَّجَنِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ لِتِسْعِ سِنِينَ وَصَحِبْتُهُ تِسْعًا.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ mənim doqquz yaşım olanda nikah etdi və bu yaşda da mənimlə evləndi”.”

Aişə
Nəsəi, 3257 (Nikah, 62)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْعَلاَءِ ، وَأَحْمَدُ بْنُ حَرْبٍ ، قَالاَ : حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ ، عَنْ عَائِشَةَ ، تَزَوَّجَهَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَهِيَ بِنْتُ تِسْعٍ ، وَمَاتَ عَنْهَا وَهِيَ بِنْتُ ثَمَانِيَ عَشْرَةَ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ onun doqquz yaşı olanda onunla evləndi. Allah Elçisi vəfat etdikdə Aişənin on səkkiz yaşı var idi.”

Aişə
Nəsəi, 3258 (Nikah, 63)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ ، قَالَ : حَدَّثَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ بْنِ سَعْدٍ ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنْ صَالِحٍ ، عَنْ ابْنِ شِهَابٍ ، قَالَ : أَخْبَرَنِي سَالِمُ بْنُ عَبْدِ اللهِ ، أَنَّهُ سَمِعَ عَبْدَ اللهِ بْنَ عُمَرَ ، يُحَدِّثُ ، أَنَّ عُمَرَ بْنَ الْخَطَّابِ ، رَضِيَ اللَّهُ عَنْهُ ، حَدَّثَنَا قَالَ : يَعْنِي تَأَيَّمَتْ حَفْصَةُ بِنْتُ عُمَرَ مِنْ خُنَيْسِ بْنِ حُذَافَةَ السَّهْمِيِّ ، وَكَانَ مِنْ أَصْحَابِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَتُوُفِّيَ بِالْمَدِينَةِ ، قَالَ عُمَرُ : فَأَتَيْتُ عُثْمَانَ بْنَ عَفَّانَ رَضِيَ اللَّهُ عَنْهُ فَعَرَضْتُ عَلَيْهِ حَفْصَةَ بِنْتَ عُمَرَ ، قَالَ : قُلْتُ : إِنْ شِئْتَ أَنْكَحْتُكَ حَفْصَةَ ، قَالَ : سَأَنْظُرُ فِي أَمْرِي ، فَلَبِثْتُ لَيَالِيَ ثُمَّ لَقِيَنِي ، فَقَالَ : قَدْ بَدَا لِي أَنْ لاَ أَتَزَوَّجَ يَوْمِي هَذَا ، قَالَ عُمَرُ : فَلَقِيتُ أَبَا بَكْرٍ الصِّدِّيقَ رَضِيَ اللَّهُ عَنْهُ ، فَقُلْتُ : إِنْ شِئْتَ زَوَّجْتُكَ حَفْصَةَ بِنْتَ عُمَرَ ، فَصَمَتَ أَبُو بَكْرٍ فَلَمْ يَرْجِعْ إِلَيَّ شَيْئًا ، فَكُنْتُ عَلَيْهِ أَوْجَدَ مِنِّي عَلَى عُثْمَانَ ، فَلَبِثْتُ لَيَالِيَ ، ثُمَّ خَطَبَهَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَأَنْكَحْتُهَا إِيَّاهُ فَلَقِيَنِي أَبُو بَكْرٍ فَقَالَ : لَعَلَّكَ وَجَدْتَ عَلَيَّ حِينَ عَرَضْتَ عَلَيَّ حَفْصَةَ فَلَمْ أَرْجِعْ إِلَيْكَ شَيْئًا ، قَالَ عُمَرُ : قُلْتُ : نَعَمْ ، قَالَ : فَإِنَّهُ لَمْ يَمْنَعْنِي أَنْ أَرْجِعَ إِلَيْكَ شَيْئًا فِيمَا عَرَضْتَ عَلَيَّ ، إِلاَّ أَنِّي قَدْ كُنْتُ عَلِمْتُ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَدْ ذَكَرَهَا ، وَلَمْ أَكُنْ لأُفْشِيَ سِرَّ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، وَلَوْ تَرَكَهَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَبِلْتُهَا.

“Rəvayət edilir ki, Ömər ibn əl-Xattab ﵁ demişdir: “Qızım Həfsa Xuneys ibn Huzafa əs-Səhmidən dul qalmışdı. O, Allah Elçisinin ﷺ səhabəsi idi və Mədinədə vəfat etmişdi. Mən Osman ibn Əffanın ﵁ yanına getdim və ona qızım Həfsa bint Ömərlə evlənmək təklifi edərək dedim: “İstəyirsənsə, Həfsanı səninlə evləndirim”. Osman dedi: “Bu haqda fikirləşərəm”. Bir neçə gecədən sonra onunla yenidən qarşılaşdım. O dedi: “Bugünlük evlənməməyin daha uyğun olduğunu düşünürəm”. Sonra Əbu Bəkr əs-Siddiqlə ﵁ qarşılaşdım və dedim: “İstəyirsənsə, Həfsa bint Öməri səninlə evləndirim”. O mənə heç nə demədi. Mən Osmana qəzəbləndiyimdən daha çox ona qəzəbləndim. Bir neçə gecə keçdikdən sonra Allah Elçisi ﷺ Həfsa ilə evlənmək üçün onu məndən istədi. Mən də onu Həfsa ilə evləndirdim. Bu arada Əbu Bəkrlə qarşılaşdım. O dedi: “Həfsanı evlənmək üçün mənə təklif etdikdə mənim cavab verməməyimə yəqin ki qəzəblənmisən”. Mən də: “Bəli”, - dedim. Əbu Bəkr dedi: “Sən mənə qızını vermək istəyəndə Allah Elçisinin ﷺ sənin qızını istəyəcəyini bilmişdim, lakin Allah Elçisinin ﷺ sirrini açmaq istəmədim. Əgər o bu fikirdən daşınsaydı, sənin qızını mən alardım”.”

Ömər ibn əl-Xattab
Nəsəi, 3259 (Nikah, 64)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا مَالِكٌ ، عَنْ عَبْدِ اللهِ بْنِ الْفَضْلِ ، عَنْ نَافِعِ بْنِ جُبَيْرِ بْنِ مُطْعِمٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : الأَيِّمُ أَحَقُّ بِنَفْسِهَا مِنْ وَلِيِّهَا ، وَالْبِكْرُ تُسْتَأْذَنُ فِي نَفْسِهَا ، وَإِذْنُهَا صُمَاتُهَا.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Dul qadın evlənmək mövzusunda vəlisindən daha çox haqq sahibidir. Bakirənin evlənməsi üçün onun izni alınmalıdır. Onun razılığı isə susmasıdır”.”

İbn Abbas
Nəsəi, 3260 (Nikah, 65)Səhih

أَخْبَرَنَا مَحْمُودُ بْنُ غَيْلاَنَ ، قَالَ : حَدَّثَنَا أَبُو دَاوُدَ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ مَالِكِ بْنِ أَنَسٍ - قَالَ : سَمِعْتُهُ مِنْهُ بَعْدَ مَوْتِ نَافِعٍ بِسَنَةٍ ، وَلَهُ يَوْمَئِذٍ حَلْقَةٌ ، قَالَ : أَخْبَرَنِي عَبْدُ اللهِ بْنُ الْفَضْلِ ، عَنْ نَافِعِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : الأَيِّمُ أَحَقُّ بِنَفْسِهَا مِنْ وَلِيِّهَا ، وَالْيَتِيمَةُ تُسْتَأْمَرُ ، وَإِذْنُهَا صُمَاتُهَا.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Dul qadın evlənmək mövzusunda vəlisindən daha çox haqq sahibidir. Bakirənin evlənməsi üçün onun izni alınmalıdır. Onun razılığı isə susmasıdır”.”

İbn Abbas
Nəsəi, 3261 (Nikah, 66)Səhih

أَخْبَرَنِي أَحْمَدُ بْنُ سَعِيدٍ الرِّبَاطِيُّ ، قَالَ : حَدَّثَنَا يَعْقُوبُ ، قَالَ : حَدَّثَنِي أَبِي ، عَنْ ابْنِ إِسْحَاقَ ، قَالَ : حَدَّثَنِي صَالِحُ بْنُ كَيْسَانَ ، عَنْ عَبْدِ اللهِ بْنِ الْفَضْلِ بْنِ عَبَّاسِ بْنِ رَبِيعَةَ ، عَنْ نَافِعِ بْنِ جُبَيْرِ بْنِ مُطْعِمٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : الأَيِّمُ أَوْلَى بِأَمْرِهَا ، وَالْيَتِيمَةُ تُسْتَأْمَرُ فِي نَفْسِهَا ، وَإِذْنُهَا صُمَاتُهَا.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Dul qadın (evlənmək mövzusunda vəlisindən) daha çox haqq sahibidir. Bakirənin evlənməsi üçün onun izni alınmalıdır. Onun razılığı isə susmasıdır”.”

İbn Abbas
Nəsəi, 3262 (Nikah, 67)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، قَالَ : أَنْبَأَنَا مَعْمَرٌ ، عَنْ صَالِحِ بْنِ كَيْسَانَ ، عَنْ نَافِعِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : لَيْسَ لِلْوَلِيِّ مَعَ الثَّيِّبِ أَمْرٌ ، وَالْيَتِيمَةُ تُسْتَأْمَرُ ، فَصَمْتُهَا إِقْرَارُهَا.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Evlənmək mövzusunda dul qadının vəlisi ixtiyar sahibi deyil. Bakirənin evlənməsi üçün onun izni alınmalıdır. Onun razılığı isə susmasıdır”.”

İbn Abbas
Nəsəi, 3263 (Nikah, 68)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ زِيَادِ بْنِ سَعْدٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ الْفَضْلِ ، عَنْ نَافِعِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : الثَّيِّبُ أَحَقُّ بِنَفْسِهَا ، وَالْبِكْرُ يَسْتَأْمِرُهَا أَبُوهَا ، وَإِذْنُهَا صُمَاتُهَا.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Dul qadın (evlənmək mövzusunda) haqq sahibidir. Bakirə qızdan isə evlənmək üçün atası razılıq alır”.”

İbn Abbas
Nəsəi, 3264 (Nikah, 69)Zəif

أَخْبَرَنَا يَحْيَى بْنُ دُرُسْتَ ، قَالَ : حَدَّثَنَا أَبُو إِسْمَعِيلَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، أَنَّ أَبَا سَلَمَةَ ، حَدَّثَهُ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : لاَ تُنْكَحُ الثَّيِّبُ حَتَّى تُسْتَأْذَنَ ، وَلاَ تُنْكَحُ الْبِكْرُ حَتَّى تُسْتَأْمَرَ قَالُوا : يَا رَسُولَ اللهِ ، كَيْفَ إِذْنُهَا ؟ قَالَ : إِذْنُهَا أَنْ تَسْكُتَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Dul qadının öz razılığı olmadan onunla evlənməyin. Bakirədən də razılıq alınmalıdır”. Səhabələr dedilər: “Ey Allahın Elçisi, bakirənin razılığı necə olur?” Allah Elçisi ﷺ buyurdu: “Bakirənin razılığı onun susmasıdır”.”

Əbu Hureyra
Nəsəi, 3265 (Nikah, 70)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ ابْنِ جُرَيْجٍ ، قَالَ : سَمِعْتُ ابْنَ أَبِي مُلَيْكَةَ ، يُحَدِّثُ ، عَنْ ذَكْوَانَ أَبِي عَمْرٍو ، عَنْ عَائِشَةَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : اسْتَأْمِرُوا النِّسَاءَ فِي أَبْضَاعِهِنَّ قِيلَ : فَإِنَّ الْبِكْرَ تَسْتَحِي وَتَسْكُتُ ، قَالَ : هُوَ إِذْنُهَا.

“Aişə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Evlənmə mövzusunda qadınlardan onların razılığını alın!” Ona deyildi: “Axı bu mövzuda bakirə qız utanır və susur”. Allah Elçisi ﷺ buyurdu: “Bakirənin razılığı onun susmasıdır”.”

Aişə
Nəsəi, 3266 (Nikah, 71)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ وَهُوَ ابْنُ الْحَارِثِ ، قَالَ : حَدَّثَنَا هِشَامٌ ، عَنْ يَحْيَى بْنِ أَبِي كَثِيرٍ ، قَالَ : حَدَّثَنِي أَبُو سَلَمَةَ بْنُ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنِي أَبُو هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : لاَ تُنْكَحُ الأَيِّمُ حَتَّى تُسْتَأْمَرَ ، وَلاَ تُنْكَحُ الْبِكْرُ حَتَّى تُسْتَأْذَنَ قَالُوا : يَا رَسُولَ اللهِ ، كَيْفَ إِذْنُهَا ؟ قَالَ : أَنْ تَسْكُتَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Dul qadın razılığı olmadan nikahlanmır. Bakirə qızın da razılığı alınmalıdır”. Səhabələr dedilər: “Ey Allahın Elçisi, bakirənin razılığı necə olur?” Allah Elçisi ﷺ buyurdu: “Bakirənin razılığı onun susmasıdır”.”

Əbu Hureyra
Nəsəi, 3267 (Nikah, 72)Səhih

أَخْبَرَنِي هَارُونُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا مَعْنٌ ، قَالَ : حَدَّثَنَا مَالِكٌ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْقَاسِمِ ، وَأَنْبَأَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ الْقَاسِمِ ، عَنْ مَالِكٍ ، قَالَ : حَدَّثَنِي عَبْدُ الرَّحْمَنِ بْنُ الْقَاسِمِ ، عَنْ أَبِيهِ ، عَنْ عَبْدِ الرَّحْمَنِ ، وَمُجَمِّعِ ، ابْنَيْ يَزِيدَ ابْنِ جَارِيَةَ الأَنْصَارِيِّ ، عَنْ خَنْسَاءَ بِنْتِ خِذَامٍ : أَنَّ أَبَاهَا زَوَّجَهَا وَهِيَ ثَيِّبٌ ، فَكَرِهَتْ ذَلِكَ ، فَأَتَتْ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَرَدَّ نِكَاحَهُ.

“Rəvayət edilir ki, Xansə bint Hizəm ﵂ dul idi, atası da onun razılığı olmadan onu evləndirmişdi. O, Allah Elçisinin ﷺ yanına gəldi, Allah Elçisi ﷺ də bu nikahı pozdu.”

Xansə bint Hizəm
Nəsəi, 3268 (Nikah, 73)Səhih

أَخْبَرَنَا زِيَادُ بْنُ أَيُّوبَ ، قَالَ : حَدَّثَنَا عَلِيُّ بْنُ غُرَابٍ ، قَالَ : حَدَّثَنَا كَهْمَسُ بْنُ الْحَسَنِ ، عَنْ عَبْدِ اللهِ بْنِ بُرَيْدَةَ ، عَنْ عَائِشَةَ : أَنَّ فَتَاةً دَخَلَتْ عَلَيْهَا فَقَالَتْ : إِنَّ أَبِي زَوَّجَنِي ابْنَ أَخِيهِ لِيَرْفَعَ بِي خَسِيسَتَهُ وَأَنَا كَارِهَةٌ ، قَالَتْ : اجْلِسِي حَتَّى يَأْتِيَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَجَاءَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَأَخْبَرَتْهُ ، فَأَرْسَلَ إِلَى أَبِيهَا فَدَعَاهُ ، فَجَعَلَ الأَمْرَ إِلَيْهَا ، فَقَالَتْ : يَا رَسُولَ اللهِ ، قَدْ أَجَزْتُ مَا صَنَعَ أَبِي ، وَلَكِنْ أَرَدْتُ أَنْ أَعْلَمَ أَلِلنِّسَاءِ مِنَ الأَمْرِ شَيْءٌ.

“Aişə ﵂ rəvayət edir ki, bir cavan qız onun yanına daxil oldu və dedi: “Mənim atam hörmət qazanmaq üçün məni qardaşı oğlu ilə evləndirib, halbuki, mən bunu istəmirdim”. Aişə dedi: “Peyğəmbər ﷺ gələnə qədər otur”. Allah Elçisi ﷺ gəldikdə bu haqda ona xəbər verdim. Allah Elçisi ﷺ də qızın atasının arxasınca adam göndərib onu çağırtdırdı və qızın razılığını alıb-almadığını ondan soruşdu. Qız dedi: “Ey Allahın Elçisi, atamın etdiyi işə qarşı deyiləm, lakin evlənmədə qadınların seçim haqqının olmasını öyrənmək istəyirdim”.”

Aişə
Nəsəi, 3269 (Nikah, 74)Zəif

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَمْرٍو ، قَالَ : حَدَّثَنَا أَبُو سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : تُسْتَأْمَرُ الْيَتِيمَةُ فِي نَفْسِهَا ، فَإِنْ سَكَتَتْ فَهُوَ إِذْنُهَا ، وَإِنْ أَبَتْ ، فَلاَ جَوَازَ عَلَيْهَا.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Qız evləndirildikdə onun razı olub-olmaması soruşulur. Əgər susarsa, razıdır. Əgər istəməzsə, onu evləndirmək icazəli deyil”.”

Əbu Hureyra
Nəsəi, 3270 (Nikah, 75)Həsən

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، عَنْ مُحَمَّدِ بْنِ سَوَاءٍ ، قَالَ : حَدَّثَنَا سَعِيدٌ ، عَنْ قَتَادَةَ ، وَيَعْلَى بْنُ حَكِيمٍ ، عَنْ عِكْرِمَةَ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : تَزَوَّجَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ مَيْمُونَةَ بِنْتَ الْحَارِثِ ، وَهُوَ مُحْرِمٌ - وَفِي حَدِيثِ يَعْلَى - بِسَرِفَ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ Məymunə bint əl-Haris ilə ehramda ikən Sərif adlı yerdə evləndi”.”

İbn Abbas
Nəsəi, 3271 (Nikah, 76)Zəif

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَمْرٍو ، عَنْ أَبِي الشَّعْثَاءِ ، أَنَّ ابْنَ عَبَّاسٍ ، أَخْبَرَهُ أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ تَزَوَّجَ مَيْمُونَةَ وَهُوَ مُحْرِمٌ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ Məymunə ilə ehramda ikən evləndi”.”

İbn Abbas
Nəsəi, 3272 (Nikah, 77)Zəif

أَخْبَرَنَا عُثْمَانُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنِي إِبْرَاهِيمُ بْنُ الْحَجَّاجِ ، قَالَ : حَدَّثَنَا وُهَيْبٌ ، عَنْ ابْنِ جُرَيْجٍ ، عَنْ عَطَاءٍ ، عَنْ ابْنِ عَبَّاسٍ أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ نَكَحَ مَيْمُونَةَ وَهُوَ مُحْرِمٌ ، جَعَلَتْ أَمْرَهَا إِلَى الْعَبَّاسِ ، فَأَنْكَحَهَا إِيَّاهُ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ Məymunə ilə ehramda ikən evləndi. Məymunə vəli olaraq Abbası seçdi və o da Məymunəni Allah Elçisi ﷺ ilə evləndirdi.”

İbn Abbas
Nəsəi, 3273 (Nikah, 78)Zəif

أَخْبَرَنَا أَحْمَدُ بْنُ نَصْرٍ ، قَالَ : حَدَّثَنَا عُبَيْدُ اللهِ وَهُوَ ابْنُ مُوسَى ، عَنْ ابْنِ جُرَيْجٍ ، عَنْ عَطَاءٍ ، عَنْ ابْنِ عَبَّاسٍ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، تَزَوَّجَ مَيْمُونَةَ وَهُوَ مُحْرِمٌ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ Məymunə ilə ehramda ikən evləndi.”

İbn Abbas
Nəsəi, 3274 (Nikah, 79)Zəif

أَخْبَرَنَا هَارُونُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا مَعْنٌ ، قَالَ : حَدَّثَنَا مَالِكٌ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ نَافِعٍ ، عَنْ نُبَيْهِ بْنِ وَهْبٍ ، أَنَّ أَبَانَ بْنَ عُثْمَانَ ، قَالَ : سَمِعْتُ عُثْمَانَ بْنَ عَفَّانَ ، رَضِيَ اللَّهُ عَنْهُ يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لاَ يَنْكِحُ الْمُحْرِمُ ، وَلاَ يُنْكِحُ ، وَلاَ يَخْطُبُ.

“Rəvayət edilir ki, Osman ibn Əffan ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ehramlı adam evlənə bilməz, başqasını da evləndirə bilməz. Həmçinin bir qadına elçi düşə bilməz”.”

Osman ibn Əffan
Nəsəi, 3275 (Nikah, 80)Səhih

حَدَّثَنَا أَبُو الأَشْعَثِ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ وَهُوَ ابْنُ زُرَيْعٍ ، قَالَ : حَدَّثَنَا سَعِيدٌ ، عَنْ مَطَرٍ ، وَيَعْلَى بْنُ حَكِيمٍ ، عَنْ نُبَيْهِ بْنِ وَهْبٍ ، عَنْ أَبَانَ بْنِ عُثْمَانَ ، أَنَّ عُثْمَانَ بْنَ عَفَّانَ ، رَضِيَ اللَّهُ عَنْهُ حَدَّثَ عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، أَنَّهُ قَالَ : لاَ يَنْكِحُ الْمُحْرِمُ ، وَلاَ يُنْكِحُ ، وَلاَ يَخْطُبُ.

“Osman ibn Əffan ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Ehramlı adam evlənə bilməz, başqasını da evləndirə bilməz. Həmçinin bir qadına elçi düşə bilməz”.”

Osman ibn Əffan
Nəsəi, 3276 (Nikah, 81)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا عَبْثَرٌ ، عَنِ الأَعْمَشِ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ أَبِي الأَحْوَصِ ، عَنْ عَبْدِ اللهِ ، قَالَ : عَلَّمَنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ التَّشَهُّدَ فِي الصَّلاَةِ ، وَالتَّشَهُّدَ فِي الْحَاجَةِ ، قَالَ : التَّشَهُّدُ فِي الْحَاجَةِ : أَنِ الْحَمْدُ لِلَّهِ ، نَسْتَعِينُهُ وَنَسْتَغْفِرُهُ ، وَنَعُوذُ بِاللَّهِ مِنْ شُرُورِ أَنْفُسِنَا ، مَنْ يَهْدِهِ اللَّهُ ، فَلاَ مُضِلَّ لَهُ ، وَمَنْ يُضْلِلِ اللَّهُ ، فَلاَ هَادِيَ لَهُ ، وَأَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ وَيَقْرَأُ ثَلاَثَ آيَاتٍ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ namazda və ehtiyac duyulduqda təşəhhüd deməyi öyrətdi. Ehtiyac duyulduqda təşəhhüd belə deyilir: “Həqiqətən, həmd Allaha məxsusdur! Ondan yardım və bağışlanmamızı diləyirik! Nəfslərimizin şərindən Allaha sığınırıq! Allah kimi doğru yola yönəltsə, onu heç kim azdıra bilməz. Allah kimi azdırarsa, onu heç kim doğru yola yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur və şəhadət edirəm ki, Muhəmməd Onun qulu və elçisidir!” Sonra üç ayə oxudu”.”

Abdullah
Nəsəi, 3277 (Nikah, 82)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ عِيسَى ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ زَكَرِيَّا بْنِ أَبِي زَائِدَةَ ، عَنْ دَاوُدَ ، عَنْ عَمْرِو بْنِ سَعِيدٍ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ رَجُلاً كَلَّمَ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي شَيْءٍ ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : إِنَّ الْحَمْدَ لِلَّهِ ، نَحْمَدُهُ وَنَسْتَعِينُهُ ، مَنْ يَهْدِهِ اللَّهُ ، فَلاَ مُضِلَّ لَهُ ، وَمَنْ يُضْلِلِ اللَّهُ ، فَلاَ هَادِيَ لَهُ ، وَأَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ، وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ ، أَمَّا بَعْدُ.

“İbn Abbas ﵄ rəvayət edir ki, bir kişi Peyğəmbərə ﷺ bir şey dedi. Peyğəmbər ﷺ də buyurdu: “Həqiqətən, həmd Allaha məxsusdur! Ona həmd edir və Ondan yardım diləyirik! Allah kimi doğru yola yönəltsə, onu heç kim azdıra bilməz. Allah kimi azdırarsa, onu heç kim doğru yola yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur, Onun şəriki də yoxdur və şəhadət edirəm ki, Muhəmməd Onun qulu və elçisidir! Bundan sonra...”.”

İbn Abbas
Nəsəi, 3278 (Nikah, 83)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَبْدِ الْعَزِيزِ ، عَنْ تَمِيمِ بْنِ طَرَفَةَ ، عَنْ عَدِيِّ بْنِ حَاتِمٍ ، قَالَ : تَشَهَّدَ رَجُلاَنِ عِنْدَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ أَحَدُهُمَا : مَنْ يُطِعِ اللَّهَ وَرَسُولَهُ فَقَدْ رَشِدَ ، وَمَنْ يَعْصِهِمَا فَقَدْ غَوَى ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : بِئْسَ الْخَطِيبُ أَنْتَ.

“Rəvayət edilir ki, Adiy ibn Hatim ﵁ demişdir: “İki nəfər Peyğəmbərin ﷺ yanında Allahı şahid tutaraq danışdılar. Danışanlardan biri dedi: “Kim Allaha və Onun Elçisinə itaət edərsə, doğru yoldadır. Kim də Onlara asi olarsa, azğın biridir”. Allah Elçisi ﷺ buyurdu: “Sən necə də pis xatibsən!””

Adiy ibn Hatim
Nəsəi, 3279 (Nikah, 84)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، عَنْ سُفْيَانَ ، قَالَ : سَمِعْتُ أَبَا حَازِمٍ ، يَقُولُ : سَمِعْتُ سَهْلَ بْنَ سَعْدٍ ، يَقُولُ : إِنِّي لَفِي الْقَوْمِ عِنْدَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَامَتِ امْرَأَةٌ ، فَقَالَتْ : يَا رَسُولَ اللهِ ، إِنَّهَا قَدْ وَهَبَتْ نَفْسَهَا لَكَ ، فَرَأْ فِيهَا رَأْيَكَ ، فَسَكَتَ ، فَلَمْ يُجِبْهَا النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بِشَيْءٍ ، ثُمَّ قَامَتْ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، إِنَّهَا قَدْ وَهَبَتْ نَفْسَهَا لَكَ ، فَرَأْ فِيهَا رَأْيَكَ ، فَقَامَ رَجُلٌ ، فَقَالَ : زَوِّجْنِيهَا يَا رَسُولَ اللهِ ، قَالَ : هَلْ مَعَكَ شَيْءٌ ؟ قَالَ : لاَ ، قَالَ : اذْهَبْ فَاطْلُبْ وَلَوْ خَاتَمًا مِنْ حَدِيدٍ ، فَذَهَبَ فَطَلَبَ ، ثُمَّ جَاءَ ، فَقَالَ : لَمْ أَجِدْ شَيْئًا ، وَلاَ خَاتَمًا مِنْ حَدِيدٍ ، قَالَ : هَلْ مَعَكَ مِنَ الْقُرْآنِ شَيْءٌ ؟ قَالَ : نَعَمْ ، مَعِي سُورَةُ كَذَا وَسُورَةُ كَذَا ، قَالَ : قَدْ أَنْكَحْتُكَهَا عَلَى مَا مَعَكَ مِنَ الْقُرْآنِ.

“Rəvayət edilir ki, Səhl ibn Səd ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ yanında olan bir dəstə adamın içində idim. Bu arada bir qadın ayağa durub dedi: “Ey Allahın Elçisi, o qadın özünü sənə təqdim edir, buna necə baxırsan?” Peyğəmbər ﷺ susdu və heç bir cavab vermədi. Həmin qadın yenidən ayağa durub dedi: “Ey Allahın Elçisi, o qadın özünü sənə təqdim edir, buna necə baxırsan?” Bu vaxt bir kişi ayağa durub dedi: “Onu mənimlə evləndir, ey Allahın Elçisi!” Peyğəmbər ﷺ buyurdu: “Mehr verməyə bir malın var?” Kişi: “Xeyr”, - dedi. Peyğəmbər ﷺ buyurdu: “Get, axtar! Dəmir bir halqa olsa belə, tapsan, gətir!” Kişi getdi, sonra gəlib dedi: “Bir dəmir üzük belə tapa bilmədim”. Peyğəmbər ﷺ buyurdu: “ Qurandan əzbər bildiyin bir şey varmı?” Kişi dedi: “Bəli, filan və filan surələri əzbər bilirəm”. Peyğəmbər ﷺ buyurdu: “Əzbər bildiyin Quran ayələrini bu qadına öyrətməyini mehr olaraq qəbul edib səni bu qadınla evləndirirəm”.”

Səhl ibn Səd
Nəsəi, 3280 (Nikah, 85)Səhih

أَخْبَرَنَا عِيسَى بْنُ حَمَّادٍ ، قَالَ : أَنْبَأَنَا اللَّيْثُ ، عَنْ يَزِيدَ بْنِ أَبِي حَبِيبٍ ، عَنْ أَبِي الْخَيْرِ ، عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ ، عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : إِنَّ أَحَقَّ الشُّرُوطِ أَنْ يُوَفَّى بِهِ مَا اسْتَحْلَلْتُمْ بِهِ الْفُرُوجَ.

“Uqbə ibn Amir ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Yerinə yetirilməsi lazım olan şərtlərin ən əsası kəbin əsnasında qəbul edilən şərtlərdir”.”

Uqbə ibn Amir
Nəsəi, 3281 (Nikah, 86)Səhih

أَخْبَرَنَا عَبْدُ اللهِ بْنُ مُحَمَّدِ بْنِ تَمِيمٍ ، قَالَ : سَمِعْتُ حَجَّاجًا ، يَقُولُ : قَالَ ابْنُ جُرَيْجٍ : أَخْبَرَنِي سَعِيدُ بْنُ أَبِي أَيُّوبَ ، عَنْ يَزِيدَ بْنِ أَبِي حَبِيبٍ ، أَنَّ أَبَا الْخَيْرِ ، حَدَّثَهُ ، عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : إِنَّ أَحَقَّ الشُّرُوطِ أَنْ يُوَفَّى بِهِ مَا اسْتَحْلَلْتُمْ بِهِ الْفُرُوجَ.

“Uqbə ibn Amir ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Yerinə yetirilməsi lazım olan şərtlərin ən əsası kəbin əsnasında qəbul edilən şərtlərdir”.”

Uqbə ibn Amir
Nəsəi, 3282 (Nikah, 87)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : جَاءَتِ امْرَأَةُ رِفَاعَةَ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَقَالَتْ : إِنَّ رِفَاعَةَ طَلَّقَنِي ، فَأَبَتَّ طَلاَقِي ، وَإِنِّي تَزَوَّجْتُ بَعْدَهُ عَبْدَ الرَّحْمَنِ بْنَ الزَّبِيرِ ، وَمَا مَعَهُ إِلاَّ مِثْلُ هُدْبَةِ الثَّوْبِ ، فَضَحِكَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، وَقَالَ : لَعَلَّكِ تُرِيدِينَ أَنْ تَرْجِعِي إِلَى رِفَاعَةَ ، لاَ ، حَتَّى يَذُوقَ عُسَيْلَتَكِ ، وَتَذُوقِي عُسَيْلَتَهُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir dəfə Rifəanın zövcəsi Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Rifəa məni (üç dəfə) boşayıb. Mən də Abdur-Rahmən ibn əz-Zəbirlə evlənmişəm. Abdur-Rahmən isə kişilik haqqını yerinə yetirə bilmir”. Allah Elçisi ﷺ güldü və belə buyurdu: “Əgər əvvəlki ərinə qayıtmaq istəyirsənsə, ikinci ərin səninlə cinsi yaxınlıq etmədikcə bu, mümkün deyil”.”

Aişə
Nəsəi, 3283 (Nikah, 88)Səhih

أَخْبَرَنَا عِمْرَانُ بْنُ بَكَّارٍ ، قَالَ : حَدَّثَنَا أَبُو الْيَمَانِ ، قَالَ : أَنْبَأَنَا شُعَيْبٌ ، قَالَ : أَخْبَرَنِي الزُّهْرِيُّ ، قَالَ : أَخْبَرَنِي عُرْوَةُ ، أَنَّ زَيْنَبَ بِنْتَ أَبِي سَلَمَةَ - وَأُمُّهَا أُمُّ سَلَمَةَ زَوْجُ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ - أَخْبَرَتْهُ أَنَّ أُمَّ حَبِيبَةَ بِنْتَ أَبِي سُفْيَانَ ، أَخْبَرَتْهَا أَنَّهَا قَالَتْ : يَا رَسُولَ اللهِ ، أَنْكِحْ أُخْتِي بِنْتَ أَبِي سُفْيَانَ ، قَالَتْ : فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أَوَتُحِبِّينَ ذَلِكَ ؟ فَقُلْتُ : نَعَمْ ، لَسْتُ لَكَ بِمُخْلِيَةٍ ، وَأَحَبُّ مَنْ يُشَارِكُنِي فِي خَيْرٍ أُخْتِي ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : إِنَّ أُخْتَكِ لاَ تَحِلُّ لِي ، فَقُلْتُ : وَاللَّهِ يَا رَسُولَ اللهِ ، إِنَّا لَنَتَحَدَّثُ أَنَّكَ تُرِيدُ أَنْ تَنْكِحَ دُرَّةَ بِنْتَ أَبِي سَلَمَةَ ، فَقَالَ : بِنْتُ أُمِّ سَلَمَةَ ؟ فَقُلْتُ : نَعَمْ ، فَقَالَ : وَاللَّهِ لَوْلاَ أَنَّهَا رَبِيبَتِي فِي حَجْرِي مَا حَلَّتْ لِي ، إِنَّهَا لاَبْنَةُ أَخِي مِنَ الرَّضَاعَةِ ، أَرْضَعَتْنِي وَأَبَا سَلَمَةَ ثُوَيْبَةُ ، فَلاَ تَعْرِضْنَ عَلَيَّ بَنَاتِكُنَّ وَلاَ أَخَوَاتِكُنَّ.

“Rəvayət edilir ki, Ummu Həbibə bint Əbu Süfyan ﵄ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, Əbu Süfyanın qızı və mənim bacım ilə evlən”. Allah Elçisi ﷺ buyurdu: “Sən buna razısan?” Mən dedim: “Bəli, onsuz da sənin zövcən olmaqda şəriksiz deyiləm, bu xeyirdə bir şərikim də bacım olar”. Allah Elçisi ﷺ buyurdu: “Sənin bacın mənə halal deyil”. Mən dedim: “Allaha and olsun, ey Allahın Elçisi! Biz öz aramızda danışırıq ki, sən Durra bint Əbu Sələmə ilə evlənmək istəyirmişsən”. O dedi: “Ummu Sələmənin qızı ilə?” Mən: “Bəli”, - dedim. Allah Elçisi ﷺ buyurdu: “Allaha and olsun ki, Ummu Sələmənin qızı mənim himayəm altında olan ögey qızımdır. Onunla evlənmək mənə halal deyil. Üstəlik, mənim süd qardaşımın qızıdır. Məni və Əbu Sələməni Suveybə əmizdirmişdir. Bundan sonra heç vaxt mənə qızlarınızı və bacılarınızı təklif etməyin”.”

Ummu Həbibə bint Əbu Süfyan
Nəsəi, 3284 (Nikah, 89)Səhih

أَخْبَرَنَا وَهْبُ بْنُ بَيَانٍ ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي يُونُسُ ، عَنْ ابْنِ شِهَابٍ ، أَنَّ عُرْوَةَ بْنَ الزُّبَيْرِ ، حَدَّثَهُ عَنْ زَيْنَبَ بِنْتِ أَبِي سَلَمَةَ ، أَنَّ أُمَّ حَبِيبَةَ ، زَوْجَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، قَالَتْ : يَا رَسُولَ اللهِ ، أَنْكِحْ بِنْتَ أَبِي - تَعْنِي أُخْتَهَا - فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : وَتُحِبِّينَ ذَلِكِ ؟ قَالَتْ : نَعَمْ ، لَسْتُ لَكَ بِمُخْلِيَةٍ ، وَأَحَبُّ مَنْ شَرِكَتْنِي فِي خَيْرٍ أُخْتِي ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : إِنَّ ذَلِكَ لاَ يَحِلُّ قَالَتْ أُمُّ حَبِيبَةَ : يَا رَسُولَ اللهِ ، وَاللَّهِ لَقَدْ تَحَدَّثْنَا أَنَّكَ تَنْكِحُ دُرَّةَ بِنْتَ أَبِي سَلَمَةَ ، فَقَالَ : بِنْتُ أُمِّ سَلَمَةَ ؟ قَالَتْ أُمُّ حَبِيبَةَ : نَعَمْ ، قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : فَوَاللَّهِ لَوْ أَنَّهَا لَمْ تَكُنْ رَبِيبَتِي فِي حَجْرِي مَا حَلَّتْ ، إِنَّهَا لاَبْنَةُ أَخِي مِنَ الرَّضَاعَةِ ، أَرْضَعَتْنِي وَأَبَا سَلَمَةَ ثُوَيْبَةُ ، فَلاَ تَعْرِضْنَ عَلَيَّ بَنَاتِكُنَّ وَلاَ أَخَوَاتِكُنَّ.

“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ zövcəsi Ummu Həbibə ﵂ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, atamın qızı, yəni mənim bacımla da evlən”. Allah Elçisi ﷺ buyurdu: “Sən buna razısan?” Mən dedim: “Bəli, onsuz da sənin zövcən olmaqda şəriksiz deyiləm, bu xeyirdə bir şərikim də bacım olar”. Allah Elçisi ﷺ buyurdu: “O mənə halal deyil”. Mən dedim: “Ey Allahın Elçisi! Allaha and olsun ki, biz öz aramızda danışırıq ki, sən Durra bint Əbu Sələmə ilə evlənmək istəyirmişsən”. O dedi: “Ummu Sələmənin qızı ilə?” Mən: “Bəli”, - dedim. Allah Elçisi ﷺ buyurdu: “Allaha and olsun ki, Ummu Sələmənin qızı mənim himayəm altında olan ögey qızım olmasaydı belə, yenə də onunla evlənmək mənə halal olmazdı, çünki o mənim süd qardaşımın qızıdır. Məni və Əbu Sələməni Suveybə əmizdirmişdir. Bundan sonra heç vaxt mənə qızlarınızı və bacılarınızı təklif etməyin”.”

Ummu Həbibə
Nəsəi, 3285 (Nikah, 90)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ يَزِيدَ بْنِ أَبِي حَبِيبٍ ، عَنْ عِرَاكِ بْنِ مَالِكٍ ، أَنَّ زَيْنَبَ بِنْتَ أَبِي سَلَمَةَ ، أَخْبَرَتْهُ أَنَّ أُمَّ حَبِيبَةَ ، قَالَتْ لِرَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : إِنَّا قَدْ تَحَدَّثْنَا أَنَّكَ نَاكِحٌ دُرَّةَ بِنْتَ أَبِي سَلَمَةَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أَعَلَى أُمِّ سَلَمَةَ ، لَوْ أَنِّي لَمْ أَنْكِحْ أُمَّ سَلَمَةَ مَا حَلَّتْ لِي ، إِنَّ أَبَاهَا أَخِي مِنَ الرَّضَاعَةِ.

“Rəvayət edilir ki, Ummu Həbibə ﵂ Allah Elçisinə ﷺ dedi: “Biz öz aramızda danışırıq ki, sən Durra bint Əbu Sələmə ilə evlənmək istəyirmişsən”. Allah Elçisi ﷺ buyurdu: “Ummu Sələmənin qızı ilə?! Əgər onun anası Ummu Sələmə ilə evlənmiş olmasaydım belə, yenə də onunla evlənmək mənə halal olmazdı, çünki onun atası mənim süd qardaşımdır”.”

Ummu Həbibə
Nəsəi, 3286 (Nikah, 91)Səhih

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ عَبْدَةَ ، عَنْ هِشَامٍ ، عَنْ أَبِيهِ ، عَنْ زَيْنَبَ بِنْتِ أَبِي سَلَمَةَ ، عَنْ أُمِّ حَبِيبَةَ ، أَنَّهَا قَالَتْ : يَا رَسُولَ اللهِ ، هَلْ لَكَ فِي أُخْتِي ؟ قَالَ : فَأَصْنَعُ مَاذَا ؟ قَالَتْ : تَزَوَّجْهَا ، قَالَ : فَإِنَّ ذَلِكَ أَحَبُّ إِلَيْكِ ؟ قَالَتْ : نَعَمْ ، لَسْتُ لَكَ بِمُخْلِيَةٍ ، وَأَحَبُّ مَنْ يَشْرَكُنِي فِي خَيْرٍ أُخْتِي قَالَ : إِنَّهَا لاَ تَحِلُّ لِي قَالَتْ : فَإِنَّهُ قَدْ بَلَغَنِي أَنَّكَ تَخْطُبُ دُرَّةَ بِنْتَ أُمِّ سَلَمَةَ ، قَالَ : بِنْتُ أَبِي سَلَمَةَ ، قَالَتْ : نَعَمْ ، قَالَ : وَاللَّهِ لَوْ لَمْ تَكُنْ رَبِيبَتِي مَا حَلَّتْ لِي ، إِنَّهَا لاَبْنَةُ أَخِي مِنَ الرَّضَاعَةِ ، فَلاَ تَعْرِضْنَ عَلَيَّ بَنَاتِكُنَّ وَلاَ أَخَوَاتِكُنَّ.

“Rəvayət edilir ki, Ummu Həbibə ﵂ dedi: “Ey Allahın Elçisi, mənim bacım haqda nə deyirsən?” Peyğəmbər ﷺ buyurdu: “Hansı məsələdə, nə etmək lazımdır?” O dedi: “Onunla evlən”. Allah Elçisi ﷺ buyurdu: “Sən buna razısan?” O dedi: “Bəli, onsuz da sənin zövcən olmaqda şəriksiz deyiləm, bu xeyirdə bir şərikim də bacım olar”. Peyğəmbər buyurdu: “O mənə halal deyil”. Mən dedim: “Biz öz aramızda danışırıq ki, sən Durra bint Əbu Sələmə ilə evlənmək istəyirmişsən”. O dedi: “Ummu Sələmənin qızı ilə?” Mən: “Bəli”, - dedim. Allah Elçisi ﷺ buyurdu: “Allaha and olsun ki, əgər o mənim ögey qızım olmasaydı belə, yenə də onunla evlənmək mənə halal olmazdı, çünki o mənim süd qardaşımın qızıdır. Bundan sonra heç vaxt mənə qızlarınızı və bacılarınızı təklif etməyin”.”

Ummu Həbibə
Nəsəi, 3287 (Nikah, 92)Səhih

أَخْبَرَنِي هَارُونُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا مَعْنٌ ، قَالَ : حَدَّثَنَا مَالِكٌ ، عَنْ أَبِي الزِّنَادِ ، عَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لاَ يُجْمَعُ بَيْنَ الْمَرْأَةِ وَعَمَّتِهَا ، وَلاَ بَيْنَ الْمَرْأَةِ وَخَالَتِهَا.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Heç biriniz bir qadınla evli olduğu halda onun bibisi ilə evlənməsin. Həmçinin heç biriniz bir qadınla evli olduğu halda onun xalası ilə evlənməsin”.”

Əbu Hureyra
Nəsəi, 3288 (Nikah, 93)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ يَعْقُوبَ بْنِ عَبْدِ الوَهَّابِ بْنِ يَحْيَى بْنِ عَبَّادِ بْنِ عَبْدِ اللهِ بْنِ الزُّبَيْرِ بْنِ الْعَوَّامِ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ فُلَيْحٍ ، عَنْ يُونُسَ ، قَالَ ابْنُ شِهَابٍ : أَخْبَرَنِي قُبَيْصَةُ بْنُ ذُؤَيْبٍ ، أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ ، يَقُولُ : نَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَنْ يُجْمَعَ بَيْنَ الْمَرْأَةِ وَعَمَّتِهَا وَالْمَرْأَةِ وَخَالَتِهَا.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ bir qadınla evli olduğu halda onun bibisi və ya onun xalası ilə evlənməyi qadağan etmişdir”.”

Əbu Hureyra
Nəsəi, 3289 (Nikah, 94)Səhih

أَخْبَرَنِي إِبْرَاهِيمُ بْنُ يَعْقُوبَ ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي مَرْيَمَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ أَيُّوبَ ، أَنَّ جَعْفَرَ بْنَ رَبِيعَةَ ، حَدَّثَهُ عَنْ عِرَاكِ بْنِ مَالِكٍ ، وَعَبْدِ الرَّحْمَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَنَّهُ نَهَى أَنْ تُنْكَحَ الْمَرْأَةُ عَلَى عَمَّتِهَا أَوْ خَالَتِهَا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ bir qadınla evli olduğu halda onun bibisi və ya xalası ilə evlənməyi qadağan etmişdir.”

Əbu Hureyra
Nəsəi, 3290 (Nikah, 95)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ يَزِيدَ بْنِ أَبِي حَبِيبٍ ، عَنْ عِرَاكِ بْنِ مَالِكٍ ، عَنْ أَبِي هُرَيْرَةَ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، نَهَى عَنْ أَرْبَعِ نِسْوَةٍ يُجْمَعُ بَيْنَهُنَّ : الْمَرْأَةِ وَعَمَّتِهَا ، وَالْمَرْأَةِ وَخَالَتِهَا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ bu dörd qadının bir-birinin üzərinə evlənməsini qadağan etmişdir: qadın və onun bibisi ilə, qadın və onun xalası ilə.”

Əbu Hureyra
Nəsəi, 3291 (Nikah, 96)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ يُوسُفَ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، قَالَ : أَخْبَرَنِي أَيُّوبُ بْنُ مُوسَى ، عَنْ بُكَيْرِ بْنِ عَبْدِ اللهِ بْنِ الأَشَجِّ ، عَنْ سُلَيْمَانَ بْنِ يَسَارٍ ، عَنْ عَبْدِ الْمَلِكِ بْنِ يَسَارٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ : لاَ تُنْكَحُ الْمَرْأَةُ عَلَى عَمَّتِهَا وَلاَ عَلَى خَالَتِهَا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Heç biriniz bir qadınla evli olduğu halda onun bibisi və ya xalası ilə evlənməsin”.”

Əbu Hureyra
Nəsəi, 3292 (Nikah, 97)Səhih

أَخْبَرَنَا مُجَاهِدُ بْنُ مُوسَى ، قَالَ : حَدَّثَنَا ابْنُ عُيَيْنَةَ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : نَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَنْ تُنْكَحَ الْمَرْأَةُ عَلَى عَمَّتِهَا ، أَوْ عَلَى خَالَتِهَا.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ bir qadınla evli olduğu halda onun bibisi və ya xalası ilə evlənməyi qadağan etdi”.”

Əbu Hureyra
Nəsəi, 3293 (Nikah, 98)Səhih

أَخْبَرَنَا يَحْيَى بْنُ دُرُسْتَ ، قَالَ : حَدَّثَنَا أَبُو إِسْمَعِيلَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ أَبِي كَثِيرٍ ، أَنَّ أَبَا سَلَمَةَ حَدَّثَهُ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ : لاَ تُنْكَحُ الْمَرْأَةُ عَلَى عَمَّتِهَا وَلاَ عَلَى خَالَتِهَا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Heç biriniz bir qadınla evli olduğu halda onun bibisi və ya xalası ilə evlənməsin”.”

Əbu Hureyra
Nəsəi, 3294 (Nikah, 99)Səhih

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا هِشَامٌ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : لاَ تُنْكَحُ الْمَرْأَةُ عَلَى عَمَّتِهَا وَلاَ عَلَى خَالَتِهَا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Heç biriniz bir qadınla evli olduğu halda onun bibisi və ya xalası ilə evlənməsin”.”

Əbu Hureyra
Nəsəi, 3295 (Nikah, 100)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا الْمُعْتَمِرُ ، عَنْ دَاوُدَ بْنِ أَبِي هِنْدٍ ، عَنِ الشَّعْبِيِّ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : نَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَنْ تُنْكَحَ الْمَرْأَةُ عَلَى عَمَّتِهَا ، وَالْعَمَّةُ عَلَى بِنْتِ أَخِيهَا.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ bir qadınla evli olduğu halda onun bibisi və ya bibisi ilə evli olduğu halda onun qardaşı qızı ilə evlənməyi qadağan etmişdir”.”

Əbu Hureyra
Nəsəi, 3296 (Nikah, 101)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، قَالَ : أَخْبَرَنِي عَاصِمٌ ، قَالَ : قَرَأْتُ عَلَى الشَّعْبِيِّ ، كِتَابًا فِيهِ ، عَنْ جَابِرٍ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : لاَ تُنْكَحُ الْمَرْأَةُ عَلَى عَمَّتِهَا ، وَلاَ عَلَى خَالَتِهَا قَالَ : سَمِعْتُ هَذَا مِنْ جَابِرٍ.

“Cabir ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Heç biriniz bir qadınla evli olduğu halda onun bibisi və ya xalası ilə evlənməsin”.”

Cabir
Nəsəi, 3297 (Nikah, 102)Səhih

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ آدَمَ ، عَنْ ابْنِ الْمُبَارَكِ ، عَنْ عَاصِمٍ ، عَنِ الشَّعْبِيِّ ، قَالَ : سَمِعْتُ جَابِرَ بْنَ عَبْدِ اللهِ ، يَقُولُ : نَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَنْ تُنْكَحَ الْمَرْأَةُ عَلَى عَمَّتِهَا وَخَالَتِهَا.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ bir qadınla evli olduğu halda onun bibisi və ya xalası ilə evlənməyi qadağan etmişdir”.”

Cabir ibn Abdullah
Nəsəi, 3298 (Nikah, 103)Səhih

أَخْبَرَنِي إِبْرَاهِيمُ بْنُ الْحَسَنِ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ ، عَنْ ابْنِ جُرَيْجٍ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرٍ ، قَالَ : نَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَنْ تُنْكَحَ الْمَرْأَةُ عَلَى عَمَّتِهَا ، أَوْ عَلَى خَالَتِهَا.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ bir qadınla evli olduğu halda onun bibisi və ya xalası ilə evlənməyi qadağan etmişdir”.”

Cabir
Nəsəi, 3299 (Nikah, 104)Səhih

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : أَنْبَأَنَا مَالِكٌ ، قَالَ : حَدَّثَنِي عَبْدُ اللهِ بْنُ دِينَارٍ ، عَنْ سُلَيْمَانَ بْنِ يَسَارٍ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : مَا حَرَّمَتْهُ الْوِلاَدَةُ حَرَّمَهُ الرَّضَاعُ.

“Aişə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Qan qohumluğu ilə haram sayılanlar süd qohumluğuna görə də haramdır”.”

Aişə
Nəsəi, 3300 (Nikah, 105)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ يَزِيدَ بْنِ أَبِي حَبِيبٍ ، عَنْ عِرَاكٍ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، أَنَّهَا أَخْبَرَتْهُ أَنَّ عَمَّهَا مِنَ الرَّضَاعَةِ - يُسَمَّى أَفْلَحَ - اسْتَأْذَنَ عَلَيْهَا فَحَجَبَتْهُ ، فَأُخْبِرَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَقَالَ : لاَ تَحْتَجِبِي مِنْهُ ، فَإِنَّهُ يَحْرُمُ مِنَ الرَّضَاعِ مَا يَحْرُمُ مِنَ النَّسَبِ.

“Aişə ﵂ rəvayət edir ki, onun Əfləh adlı süd əmisi onun yanına gəlmək üçün izin istədi. Aişə də onunla pərdə arxasından salamlaşdı. Məsələ Allah Elçisinə ﷺ xəbər verildikdə o ﷺ buyurdu: “Onunla pərdə arxasından salamlaşmağa ehtiyac yoxdur, çünki nəsil qohumluğu ilə haram sayılanlar süd qohumluğuna görə də haramdır”.”

Aişə
Nəsəi, 3301 (Nikah, 106)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ مَالِكٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي بَكْرٍ ، عَنْ عَمْرَةَ ، عَنْ عَائِشَةَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : يَحْرُمُ مِنَ الرَّضَاعِ مَا يَحْرُمُ مِنَ النَّسَبِ.

“Aişə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Nəsil qohumluğu ilə haram sayılanlar süd qohumluğuna görə də haramdır”.”

Aişə
Nəsəi, 3302 (Nikah, 107)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عُبَيْدٍ ، قَالَ : حَدَّثَنَا عَلِيُّ بْنُ هَاشِمٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي بَكْرٍ ، عَنْ أَبِيهِ ، عَنْ عَمْرَةَ ، قَالَتْ : سَمِعْتُ عَائِشَةَ ، تَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : يَحْرُمُ مِنَ الرَّضَاعِ مَا يَحْرُمُ مِنَ الْوِلاَدَةِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Qan qohumluğu ilə haram sayılanlar süd qohumluğuna görə də haramdır”.”

Aişə
Nəsəi, 3303 (Nikah, 108)Səhih

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ أَبِي مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ سَعْدِ بْنِ عُبَيْدَةَ ، عَنْ أَبِي عَبْدِ الرَّحْمَنِ السَّلَمِيِّ ، عَنْ عَلِيٍّ ، رَضِيَ اللَّهُ عَنْهُ قَالَ : قُلْتُ : يَا رَسُولَ اللهِ ، مَا لَكَ تَنَوَّقُ فِي قُرَيْشٍ وَتَدَعُنَا ؟ قَالَ : وَعِنْدَكَ أَحَدٌ ؟ قُلْتُ : نَعَمْ ، بِنْتُ حَمْزَةَ ، قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : إِنَّهَا لاَ تَحِلُّ لِي ، إِنَّهَا ابْنَةُ أَخِي مِنَ الرَّضَاعَةِ.

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, nəyə görə evlənmək üçün Qureyşi seçir, bizi isə tərk edirsən?” Allah Elçisi ﷺ buyurdu: “Səndə mənimlə evlənə biləcək şəxs var?” Mən dedim: “Bəli, Həmzənin qızı”. Allah Elçisi ﷺ buyurdu: “O mənə halal deyil, çünki o mənim süd qardaşımın qızıdır”.”

Əli
Nəsəi, 3304 (Nikah, 109)Səhih

أَخْبَرَنِي إِبْرَاهِيمُ بْنُ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ شُعْبَةَ ، عَنْ قَتَادَةَ ، عَنْ جَابِرِ بْنِ زَيْدٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : ذُكِرَ لِرَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بِنْتُ حَمْزَةَ ، فَقَالَ : إِنَّهَا ابْنَةُ أَخِي مِنَ الرَّضَاعَةِ قَالَ شُعْبَةُ : هَذَا سَمِعَهُ قَتَادَةُ ، مِنْ جَابِرِ بْنِ زَيْدٍ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Həmzənin qızı haqqında Allah Elçisinə ﷺ deyildikdə o buyurdu: “O mənim süd qardaşımın qızıdır”.”

İbn Abbas
Nəsəi, 3305 (Nikah, 110)Səhih

أَخْبَرَنَا عَبْدُ اللهِ بْنُ الصَّبَّاحِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ سَوَاءٍ ، قَالَ : حَدَّثَنَا سَعِيدٌ ، عَنْ قَتَادَةَ ، عَنْ جَابِرِ بْنِ زَيْدٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أُرِيدَ عَلَى بِنْتِ حَمْزَةَ ، فَقَالَ : إِنَّهَا ابْنَةُ أَخِي مِنَ الرَّضَاعَةِ ، وَإِنَّهُ يَحْرُمُ مِنَ الرَّضَاعِ مَا يَحْرُمُ مِنَ النَّسَبِ.

“İbn Abbas ﵄ rəvayət edir ki, bir dəfə Allah Elçisinin ﷺ Həmzənin qızı ilə evlənməsini istədilər. Allah Elçisi buyurdu: “O mənim süd qardaşımın qızıdır. Həqiqətən, nəsil qohumluğu ilə haram sayılanlar süd qohumluğuna görə də haramdır”.”

İbn Abbas
Nəsəi, 3306 (Nikah, 111)Səhih

أَخْبَرَنِي هَارُونُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا مَعْنٌ ، قَالَ : حَدَّثَنَا مَالِكٌ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي بَكْرٍ ، عَنْ عَمْرَةَ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : كَانَ فِيمَا أَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ - وَقَالَ الْحَارِثُ : فِيمَا أُنْزِلَ مِنَ الْقُرْآنِ - : عَشْرُ رَضَعَاتٍ مَعْلُومَاتٍ يُحَرِّمْنَ ، ثُمَّ نُسِخْنَ بِخَمْسٍ مَعْلُومَاتٍ ، فَتُوُفِّيَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَهِيَ مِمَّا يُقْرَأُ مِنَ الْقُرْآنِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allahın nazil etdiyi ayələrdə on dəfə süd əmizdirmə süd qohumluğuna səbəb olurdu. Sonra bu ayə beş dəfə əmizdirmək ayəsi ilə nəsx edildi. Allah Elçisi ﷺ vəfat etdikdə bu ayə Qurandan olaraq oxunurdu”.”

Aişə
Nəsəi, 3307 (Nikah, 112)Səhih

أَخْبَرَنَا عَبْدُ اللهِ بْنُ الصَّبَّاحِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ سَوَاءٍ ، قَالَ : حَدَّثَنَا سَعِيدٌ ، عَنْ قَتَادَةَ ، وَأَيُّوبُ ، عَنْ صَالِحٍ أَبِي الْخَلِيلِ ، عَنْ عَبْدِ اللهِ بْنِ الْحَارِثِ بْنِ نَوْفَلٍ ، عَنْ أُمِّ الْفَضْلِ ، أَنَّ نَبِيَّ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ سُئِلَ عَنِ الرَّضَاعِ ، فَقَالَ : لاَ تُحَرِّمُ الإِمْلاَجَةُ وَلاَ الإِمْلاَجَتَانِ وَقَالَ قَتَادَةُ : الْمَصَّةُ وَالْمَصَّتَانِ.

“Ummul-Fədl ﵄ rəvayət edir ki, bir dəfə Peyğəmbərdən ﷺ süd qohumluğu haqda soruşuldu. Allah Elçisi ﷺ buyurdu: “Bir və ya iki dəfə süd əmmək süd qohumluğuna səbəb olmur”.”

Ummul-Fədl
Nəsəi, 3308 (Nikah, 113)Səhih

أَخْبَرَنَا شُعَيْبُ بْنُ يُوسُفَ ، عَنْ يَحْيَى ، عَنْ هِشَامٍ ، قَالَ : حَدَّثَنِي أَبِي ، عَنْ عَبْدِ اللهِ بْنِ الزُّبَيْرِ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، قَالَ : لاَ تُحَرِّمُ الْمَصَّةُ وَالْمَصَّتَانِ.

“Abdullah ibn əz-Zubeyr ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Bir və ya iki dəfə süd əmmək süd qohumluğuna səbəb olmur”.”

Abdullah ibn əz-Zubeyr
Nəsəi, 3309 (Nikah, 114)Səhih

أَخْبَرَنَا زِيَادُ بْنُ أَيُّوبَ ، قَالَ : حَدَّثَنَا ابْنُ عُلَيَّةَ ، عَنْ أَيُّوبَ ، عَنْ ابْنِ أَبِي مُلَيْكَةَ ، عَنْ عَبْدِ اللهِ بْنِ الزُّبَيْرِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لاَ تُحَرِّمُ الْمَصَّةُ ، وَالْمَصَّتَانِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Bir və ya iki dəfə süd əmmək süd qohumluğuna səbəb olmur”.”

Aişə
Nəsəi, 3310 (Nikah, 115)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ بَزِيعٍ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ ، يَعْنِي ابْنَ زُرَيْعٍ ، قَالَ : حَدَّثَنَا سَعِيدٌ ، عَنْ قَتَادَةَ ، قَالَ : كَتَبْنَا إِلَى إِبْرَاهِيمَ بْنِ يَزِيدَ النَّخَعِيِّ ، نَسْأَلُهُ عَنِ الرَّضَاعِ ، فَكَتَبَ أَنَّ شُرَيْحًا ، حَدَّثَنَا أَنَّ عَلِيًّا ، وَابْنَ مَسْعُودٍ ، كَانَا يَقُولاَنِ : يُحَرِّمُ مِنَ الرَّضَاعِ قَلِيلُهُ وَكَثِيرُهُ وَكَانَ فِي كِتَابِهِ ، أَنَّ أَبَا الشَّعْثَاءِ الْمُحَارِبِيَّ ، حَدَّثَنَا أَنَّ عَائِشَةَ ، حَدَّثَتْهُ أَنَّ نَبِيَّ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ كَانَ يَقُولُ : لاَ تُحَرِّمُ الْخَطْفَةُ وَالْخَطْفَتَانِ.

“Rəvayət edilir ki, Qatədə ﵀ demişdir: “Biz İbrahim ibn Yəzid ən-Nəxaiyə məktub yazaraq ondan neçə dəfə süd əmməyin süd qohumluğuna səbəb olduğunu soruşduq. O da bizə belə bir məktub yazdı: “Şureyh rəvayət edir ki, Əli və İbn Məsud ﵄ demişlər: “Süd əmməyin azı da, çoxu da süd qohumluğuna səbəb olur”. Allah Elçisi ﷺ belə buyurdu: “Bir və ya iki dəfə süd əmmək süd qohumluğuna səbəb olmur”. Məktubda bu da var idi: “Əbuş-Şəsəi əl-Muharibi rəvayət edir ki, Aişə ﵂ Allahın Peyğəmbərinin ﷺ belə buyurduğunu demişdir: “Bir və ya iki dəfə süd əmmək süd qohumluğuna səbəb olmur”.”

Qatədə
Nəsəi, 3311 (Nikah, 116)Səhih

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، فِي حَدِيثِهِ عَنْ أَبِي الأَحْوَصِ ، عَنْ أَشْعَثَ بْنِ أَبِي الشَّعْثَاءِ ، عَنْ أَبِيهِ ، عَنْ مَسْرُوقٍ ، قَالَ : قَالَتْ عَائِشَةُ : دَخَلَ عَلَيَّ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَعِنْدِي رَجُلٌ قَاعِدٌ ، فَاشْتَدَّ ذَلِكَ عَلَيْهِ ، وَرَأَيْتُ الْغَضَبَ فِي وَجْهِهِ ، فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنَّهُ أَخِي مِنَ الرَّضَاعَةِ ، فَقَالَ : انْظُرْنَ مَا إِخْوَانُكُنَّ - وَمَرَّةً أُخْرَى : انْظُرْنَ مَنْ إِخْوَانُكُنَّ - مِنَ الرَّضَاعَةِ ، فَإِنَّ الرَّضَاعَةَ مِنَ الْمَجَاعَةِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mənim yanımda bir nəfər olarkən Allah Elçisi ﷺ yanıma gəldi. İkimizin birlikdə otaqda olmasına qəzəblənmişdi. Mən onun üzündə qəzəb hissini gördükdə ona dedim: “Ey Allahın Elçisi, o mənim süd qardaşımdır”. O buyurdu: “Kimin sizin qardaşınız olduğuna diqqət edin!” Başqa bir dəfə buyurdu: “Süd qardaşınızın kim olmasına diqqət edin, çünki süd qohumluğu uşağın süd əmib doyması ilə olur”.”

Aişə
Nəsəi, 3312 (Nikah, 117)Səhih

أَخْبَرَنَا هَارُونُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا مَعْنٌ ، قَالَ : حَدَّثَنَا مَالِكٌ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي بَكْرٍ ، عَنْ عَمْرَةَ ، أَنَّ عَائِشَةَ ، أَخْبَرَتْهَا أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ كَانَ عِنْدَهَا ، وَأَنَّهَا سَمِعَتْ رَجُلاً يَسْتَأْذِنُ فِي بَيْتِ حَفْصَةَ ، قَالَتْ عَائِشَةُ : فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، هَذَا رَجُلٌ يَسْتَأْذِنُ فِي بَيْتِكَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أُرَاهُ فُلاَنًا لِعَمِّ حَفْصَةَ مِنَ الرَّضَاعَةِ قَالَتْ عَائِشَةُ : فَقُلْتُ : لَوْ كَانَ فُلاَنٌ حَيًّا - لِعَمِّهَا مِنَ الرَّضَاعَةِ - دَخَلَ عَلَيَّ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : إِنَّ الرَّضَاعَةَ تُحَرِّمُ مَا يُحَرَّمُ مِنَ الْوِلاَدَةِ.

“Aişə ﵂ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ onun yanında olarkən Aişə Həfsanın yanına gəlmək üçün izin istəyən bir adamın səsini eşitdi. Aişə deyir: “Mən dedim: “Ey Allahın Elçisi, bu adam sənin evinə girmək üçün izin istəyir”. Allah Elçisi ﷺ buyurdu: “Mən bu adamı Həfsanın süd əmisi kimi tanıyıram”. Aişə dedi: “Mən dedim: “Əgər mənim süd əmim sağ olsaydı, mənim yanıma gələ bilərdimi?” Allah Elçisi ﷺ buyurdu: “Bəli, çünki qan qohumluğu ilə haram sayılanlar süd qohumluğuna görə də haramdır”.”

Aişə
Nəsəi, 3313 (Nikah, 118)Səhih

أَخْبَرَنِي إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ الرَّزَّاقِ ، قَالَ : أَنْبَأَنَا ابْنُ جُرَيْجٍ ، قَالَ : أَخْبَرَنِي عَطَاءٌ ، عَنْ عُرْوَةَ ، أَنَّ عَائِشَةَ ، قَالَتْ : جَاءَ عَمِّي أَبُو الْجَعْدِ مِنَ الرَّضَاعَةِ ، فَرَدَدْتُهُ - قَالَ : وَقَالَ هِشَامٌ : هُوَ أَبُو الْقُعَيْسِ - فَجَاءَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَأَخْبَرْتُهُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : ائْذَنِي لَهُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mənim süd əmim Əbul-Cəd gəldikdə onun evə girməsinə icazə vermədim”. (Ravi Hişam deyir ki: “Bu, Əbul-Quaysdır”). Allah Elçisi ﷺ gəldikdə məsələni ona danışdım. O buyurdu: “Onun evə girməsinə izin verə bilərsən”.”

Aişə
Nəsəi, 3314 (Nikah, 119)Səhih
Daha çox göstər

150 / 656 hədis göstərilir