Ana səhifə

Mövzu

Miras və vəsiyyət

الفرائض والوصايا

Mirasın bölünməsi və vəsiyyətin hökmləri

172 hədis

حَدَّثَنَا أَبُو الْوَلِيدِ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ مُحَمَّدِ بْنِ الْمُنْكَدِرِ قَالَ سَمِعْتُ جَابِرًا يَقُولُ جَاءَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَعُودُنِى ، وَأَنَا مَرِيضٌ لاَ أَعْقِلُ ، فَتَوَضَّأَ وَصَبَّ عَلَىَّ مِنْ وَضُوئِهِ ، فَعَقَلْتُ فَقُلْتُ يَا رَسُولَ اللَّهِ لِمَنِ الْمِيرَاثُ إِنَّمَا يَرِثُنِى كَلاَلَةٌ . فَنَزَلَتْ آيَةُ الْفَرَائِضِ .

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Mən xəstəlikdən halsızlaşdığım zaman Allah Elçisi ﷺ mənə baş çəkdi. O, dəstəmaz aldı və qabda qalmış sudan mənim üzümə səpdi. Mən özümə gəldikdə: “Mirasım kimə qalacaq, ey Allahın Elçisi? Mənim varislərim ancaq uzaq qohumlarımdır”– deyə soruşdum və miras ayəsi (ən-Nisa, 176) nazil oldu”.”

Cabir
Buxari, 194 (Dəstəmaz, 60)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى وَابْنُ بَشَّارٍ قَالاَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا شُعْبَةُ عَنْ عَمْرِو بْنِ مُرَّةَ قَالَ سَمِعْتُ سَعِيدَ بْنَ الْمُسَيَّبِ قَالَ حَدَّثَ عُثْمَانُ بْنُ أَبِى الْعَاصِ قَالَ آخِرُ مَا عَهِدَ إِلَىَّ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا أَمَمْتَ قَوْمًا فَأَخِفَّ بِهِمُ الصَّلاَةَ ».

“Rəvayət edilir ki, Osman ibn Əbul-As ﵁ demişdir: “Allah Elçisinin ﷺ mənə son vəsiyyəti belə olmuşdur: “Biriniz camaata namaz qıldırsa, namazı yüngül qıldırsın”.”

Osman ibn Əbul-As
Muslim, 1079 (Namaz, 217)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ قَالَ : أَنْبَأَنَا أَزْهَرُ ، أَنْبَأَنَا ابْنُ عَوْنٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ ، عَنْ عَائِشَةَ قَالَتْ : يَقُولُونَ إِنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَوْصَى إِلَى عَلِيٍّ لَقَدْ دَعَا بِالطَّسْتِ لِيَبُولَ فِيهَا فَانْخَنَثَتْ نَفْسُهُ وَمَا أَشْعُرُ فَإِلَى مَنْ أَوْصَى ، قَالَ : الشَّيْخُ أَزْهَرُ هُوَ ابْنُ سَعْدٍ السَّمَّانُ

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ (xəstə olanda) Əlidən kiçik subaşına çıxmaq üçün bir tas istədi. Mən onun bundan başqa kimə nə vəsiyyət etdiyini bilmirəm”.”

Aişə
Nəsəi, 33 (Təharət, 33)Səhih

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا إِسْمَعِيلُ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ أَبِي حَرْمَلَةَ ، عَنْ عَطَاءِ بْنِ يَسَارٍ ، عَنْ أَبِي ذَرٍّ ، قَالَ : أَوْصَانِي حَبِيبِي صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِثَلاَثَةٍ لاَ أَدَعُهُنَّ إِنْ شَاءَ اللَّهُ تَعَالَى أَبَدًا : أَوْصَانِي بِصَلاَةِ الضُّحَى ، وَبِالْوَتْرِ قَبْلَ النَّوْمِ ، وَبِصِيَامِ ثَلاَثَةِ أَيَّامٍ مِنْ كُلِّ شَهْرٍ.

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Sevimli dostum (Allah Elçisi ﷺ) mənə üç şeyi vəsiyyət etdi ki, Uca Allahın izni ilə onları heç vaxt tərk etməyəcəyəm: Duha namazını qılmağı, yatmazdan qabaq Vitr namazını qılmağı və hər aydan üç gün oruc tutmağı”.”

Əbu Zərr
Nəsəi, 2404 (Oruc, 315)Səhih

أَخْبَرَنَا الْفَضْلُ بْنُ سَهْلٍ ، قَالَ : حَدَّثَنَا حَسَنُ بْنُ مُوسَى الأَشْيَبُ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ عَبْدِ اللهِ بْنِ دِينَارٍ الْمَدَنِيُّ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : مَنْ آتَاهُ اللَّهُ عَزَّ وَجَلَّ مَالاً فَلَمْ يُؤَدِّ زَكَاتَهُ مُثِّلَ لَهُ مَالُهُ يَوْمَ الْقِيَامَةِ شُجَاعًا أَقْرَعَ لَهُ زَبِيبَتَانِ ، يَأْخُذُ بِلِهْزِمَتَيْهِ يَوْمَ الْقِيَامَةِ ، فَيَقُولُ : أَنَا مَالُكَ ، أَنَا كَنْزُكَ ، ثُمَّ تَلاَ هَذِهِ الآيَةَ {وَلاَ يَحْسَبَنَّ الَّذِينَ يَبْخَلُونَ بِمَا آتَاهُمُ اللَّهُ مِنْ فَضْلِهِ} الآيَةَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Allah ﷿ kimə mal-dövlət verər, o isə bunun zəkatını verməzsə, Qiyamət günü həmin mal-dövləti keçəl başlı və iki buynuzlu bir ilan şəklinə gətiriləcək və ağzı ilə yiyəsini tutaraq deyəcək: “Mən sənin mal-dövlətinəm. Mən sənin xəzinənəm”. Sonra Allah Elçisi ﷺ bu ayəni oxudu: “Allahın Öz lütfündən bəxş etdiyini xərcləməyə xəsislik edən kimsələr elə güman etməsinlər ki, bu, onların xeyrinədir. Əksinə, bu, onların zərərinədir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah nə etdiklərinizdən xəbərdardır” (Ali-İmran, 180)”.”

Əbu Hureyra
Nəsəi, 2482 (Zəkat, 48)Səhih

أَخْبَرَنَا عِمْرَانُ بْنُ بَكَّارِ بْنِ رَاشِدٍ ، قَالَ : حَدَّثَنَا أَبُو الْيَمَانِ ، قَالَ : أَنْبَأَنَا شُعَيْبٌ ، عَنِ الزُّهْرِيِّ ، قَالَ : أَخْبَرَنِي عُرْوَةُ بْنُ الزُّبَيْرِ ، عَنْ عَائِشَةَ : أَنَّ أَبَا حُذَيْفَةَ بْنَ عُتْبَةَ بْنِ رَبِيعَةَ بْنِ عَبْدِ شَمْسٍ ، وَكَانَ مِمَّنْ شَهِدَ بَدْرًا مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، تَبَنَّى سَالِمًا وَأَنْكَحَهُ ابْنَةَ أَخِيهِ هِنْدَ بِنْتَ الْوَلِيدِ بْنِ عُتْبَةَ بْنِ رَبِيعَةَ بْنِ عَبْدِ شَمْسٍ ، وَهُوَ مَوْلًى لاِمْرَأَةٍ مِنَ الأَنْصَارِ ، كَمَا تَبَنَّى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ زَيْدًا ، وَكَانَ مَنْ تَبَنَّى رَجُلاً فِي الْجَاهِلِيَّةِ ، دَعَاهُ النَّاسُ ابْنَهُ ، فَوَرِثَ مِنْ مِيرَاثِهِ ، حَتَّى أَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ فِي ذَلِكَ {ادْعُوهُمْ لِآبَائِهِمْ هُوَ أَقْسَطُ عِنْدَ اللهِ فَإِنْ لَمْ تَعْلَمُوا آبَاءَهُمْ فَإِخْوَانُكُمْ فِي الدِّينِ وَمَوَالِيكُمْ} فَمَنْ لَمْ يُعْلَمْ لَهُ أَبٌ كَانَ مَوْلًى وَأَخًا فِي الدِّينِ مُخْتَصَرٌ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ ilə Bədr döyüşündə iştirak etmiş Əbu Huzeyfə ibn Utbə ibn Rabia ibn Abdi Şəmsi Bəni Səlim tayfası oğulluğa götürmüşdü. Onu qardaşı qızı Hind bint əl-Vəlid ibn Utbə ibn Rabia ibn Abdi Şəms ilə evləndirmişdi. Səlim ənsardan bir qadının azad etdiyi kölə idi. Eynilə Allah Elçisinin ﷺ Zeydi oğulluğa götürdüyü kimi. Cahiliyyət dövründə kim bir kəsi oğulluğa götürürdüsə, onu oğulluğa götürənin oğlu kimi çağırır, onların mirasına sahib olurdu. Nəhayət, Allah ﷿ bu barədə ayə nazil etdi: “(Oğulluğa götürdüyünüz uşaqları) öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir. Atalarını tanımasanız, onlar sizin din qardaşlarınız və yaxınlarınızdır...” (əl-Əhzab, 5). Kimin atası bilinmirdisə, o, din qardaşınız və yaxınınızdır”.”

Aişə
Nəsəi, 3223 (Nikah, 28)Səhih

أَخْبَرَنَا يُونُسُ بْنُ عَبْدِ الأَعْلَى ، وَسُلَيْمَانُ بْنُ دَاوُدَ ، عَنْ ابْنِ وَهْبٍ ، أَخْبَرَنِي يُونُسُ ، عَنْ ابْنِ شِهَابٍ ، قَالَ : أَخْبَرَنِي عُرْوَةُ بْنُ الزُّبَيْرِ ، أَنَّهُ سَأَلَ عَائِشَةَ ، عَنْ قَوْلِ اللهِ عَزَّ وَجَلَّ : {وَإِنْ خِفْتُمْ أَلاَّ تُقْسِطُوا فِي الْيَتَامَى فَانْكِحُوا مَا طَابَ لَكُمْ مِنَ النِّسَاءِ} قَالَتْ : يَا ابْنَ أُخْتِي ، هِيَ الْيَتِيمَةُ ، تَكُونُ فِي حَجْرِ وَلِيِّهَا ، فَتُشَارِكُهُ فِي مَالِهِ ، فَيُعْجِبُهُ مَالُهَا وَجَمَالُهَا ، فَيُرِيدُ وَلِيُّهَا أَنْ يَتَزَوَّجَهَا بِغَيْرِ أَنْ يُقْسِطَ فِي صَدَاقِهَا ، فَيُعْطِيَهَا مِثْلَ مَا يُعْطِيهَا غَيْرُهُ ، فَنُهُوا أَنْ يَنْكِحُوهُنَّ إِلاَّ أَنْ يُقْسِطُوا لَهُنَّ ، وَيَبْلُغُوا بِهِنَّ أَعْلَى سُنَّتِهِنَّ مِنَ الصَّدَاقِ ، فَأُمِرُوا أَنْ يَنْكِحُوا مَا طَابَ لَهُمْ مِنَ النِّسَاءِ سِوَاهُنَّ ، قَالَ عُرْوَةُ : قَالَتْ عَائِشَةُ : ثُمَّ إِنَّ النَّاسَ اسْتَفْتَوْا رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بَعْدُ فِيهِنَّ ، فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ : {وَيَسْتَفْتُونَكَ فِي النِّسَاءِ قُلِ اللَّهُ يُفْتِيكُمْ فِيهِنَّ} - إِلَى قَوْلِهِ - {وَتَرْغَبُونَ أَنْ تَنْكِحُوهُنَّ} ، قَالَتْ عَائِشَةُ : وَالَّذِي ذَكَرَ اللَّهُ تَعَالَى أَنَّهُ يُتْلَى فِي الْكِتَابِ الآيَةُ الأُولَى الَّتِي فِيهَا {وَإِنْ خِفْتُمْ أَلاَّ تُقْسِطُوا فِي الْيَتَامَى فَانْكِحُوا مَا طَابَ لَكُمْ مِنَ النِّسَاءِ} ، قَالَتْ عَائِشَةُ : وَقَوْلُ اللهِ فِي الآيَةِ الأُخْرَى {وَتَرْغَبُونَ أَنْ تَنْكِحُوهُنَّ} رَغْبَةَ أَحَدِكُمْ عَنْ يَتِيمَتِهِ الَّتِي تَكُونُ فِي حَجْرِهِ حِينَ تَكُونُ قَلِيلَةَ الْمَالِ وَالْجَمَالِ ، فَنُهُوا أَنْ يَنْكِحُوا مَا رَغِبُوا فِي مَالِهَا مِنْ يَتَامَى النِّسَاءِ إِلاَّ بِالْقِسْطِ مِنْ أَجْلِ رَغْبَتِهِمْ عَنْهُنَّ.

“Rəvayət edilir ki, Urva ibn əz-Zubeyr ﵀ Aişədən Uca Allahın: “Yetim qızlara qarşı ədalətli olmayacağınızdan qorxursunuzsa...” (ən-Nisa, 3) ayəsi barəsində soruşdu. Aişə dedi: “Bacı oğlu, bu ayədə bəhs edilən yetim qız hamisinin himayəsi altındadır və hamisi onun malına şərikdir. Özü də qızın həm malına, həm də özünə gözü düşüb. Hamisi onunla evlənmək istəyir, lakin onun mehrini insafla, evlənmək istəyən kəsin aldığı qıza verdiyi kimi mehr verməkdən boyun qaçırır. Belələrinə yetim qızlarla evlənmək qadağan edilmişdir. Ancaq (mehr xüsusunda) ədalətlə hərəkət edərək və bu qızlara, adətən, qadınlara verilən mehrin ən yaxşısını verərək onlarla evlənə bilərlər. Əks təqdirdə, onlara bu qızlardan başqa xoşlarına gələn (halal) qadınlarla evlənmək əmr olunur”. Urva davam edərək rəvayət edir ki, Aişə demişdir: “Bu ayədən sonra insanlar Peyğəmbərdən ﷺ qadınlar barəsində fətva istədilər və Allah ﷿ bu ayəni nazil etdi: “Səndən qadınlar barəsində hökm (verməyini) istəyirlər. De: “Onlar haqqında hökmü sizə Allah verir: “Kitabda sizə oxunan ayələrdə özlərinə müəyyən edilmiş mirası verməyərək evlənmək istədiyiniz yetim qızlarla, zəif uşaqlarla və yetimlərlə ədalətlə rəftar edin”. Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir...” (ən-Nisa, 127)”. Aişə davam edərək dedi: “Uca Allahın Quranda “Yetim qızlara qarşı ədalətli olmayacağınızdan qorxursunuzsa...” (ən-Nisa, 3) qeyd etdiyi yetim qızlara ədalətli davranmayacağınızdan qorxursunuzsa, sizə halal olan başqa qadınlarla evlənin ayəsidir”. Aişə davam edib dedi: “Bu ayənin davamında: “evlənmək istədiyiniz” sözü birinizin himayəsi altında olan, malı az olub özü də çox gözəl olmayan, rəğbət göstərilməyən yetim qızlarla evlənmək istəyi olmadığı mənasını verir. Odur ki, kişilərə himayələrində olan yetim qızların malına və gözəlliyinə görə onlarla evlənmək qadağan edilmişdir. Çünki əgər bu qızların malı az olsaydı, özləri də gözəl olmasaydılar, bu himayədarlar onlarla evlənməzdilər. Ancaq (mehr xüsusunda) ədalətlə hərəkət etsələr, onlarla evlənə bilərlər”.”

Urva ibn əz-Zubeyr
Nəsəi, 3346 (Nikah, 151)Səhih

أَخْبَرَنَا عَبْدُ اللهِ بْنُ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا أَبُو سَعِيدٍ عَبْدُ الرَّحْمَنِ بْنُ عَبْدِ اللهِ ، عَنْ زَائِدَةَ بْنِ قُدَامَةَ ، عَنْ مَنْصُورٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ عَلْقَمَةَ ، وَالأَسْوَدِ ، قَالاَ : أُتِيَ عَبْدُ اللهِ فِي رَجُلٍ تَزَوَّجَ امْرَأَةً وَلَمْ يَفْرِضْ لَهَا ، فَتُوُفِّيَ قَبْلَ أَنْ يَدْخُلَ بِهَا ، فَقَالَ عَبْدُ اللهِ : سَلُوا هَلْ تَجِدُونَ فِيهَا أَثَرًا ؟ قَالُوا : يَا أَبَا عَبْدِ الرَّحْمَنِ ، مَا نَجِدُ فِيهَا - يَعْنِي أَثَرًا - قَالَ : أَقُولُ بِرَأْيِي فَإِنْ كَانَ صَوَابًا فَمِنَ اللهِ ، لَهَا كَمَهْرِ نِسَائِهَا ، لاَ وَكْسَ وَلاَ شَطَطَ ، وَلَهَا الْمِيرَاثُ ، وَعَلَيْهَا الْعِدَّةُ ، فَقَامَ رَجُلٌ ، مَنْ أَشْجَعَ ، فَقَالَ : فِي مِثْلِ هَذَا قَضَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِينَا ، فِي امْرَأَةٍ يُقَالُ لَهَا بَرْوَعُ بِنْتُ وَاشِقٍ تَزَوَّجَتْ رَجُلاً ، فَمَاتَ قَبْلَ أَنْ يَدْخُلَ بِهَا ، فَقَضَى لَهَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بِمِثْلِ صَدَاقِ نِسَائِهَا ، وَلَهَا الْمِيرَاثُ ، وَعَلَيْهَا الْعِدَّةُ فَرَفَعَ عَبْدُ اللهِ يَدَيْهِ وَكَبَّرَ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : لاَ أَعْلَمُ أَحَدًا قَالَ فِي هَذَا الْحَدِيثِ الأَسْوَدُ ، غَيْرَ زَائِدَةَ.

“Rəvayət edilir ki, Alqamə və əl-Əsvəd ﵀ demişdir: “Abdullah ibn Məsudun yanına heç bir mehr vermədən bir qadınla evlənən bir kişi gəldi, lakin bir yerdə ailə həyatı yaşamadan vəfat edən bir adam haqda fətva istəyirdilər. Abdullah dedi: “Soruşun, görün ki, o qadında hamiləlik əlaməti varmı?” Onlar dedilər: “Ey Əbu Abdur-Rahmən, biz onda belə bir əlamət görmədik”. Abdullah dedi: “Mən öz rəyimi söyləyirəm, əgər doğrudursa, bu, Allahdandır. O qadına onun kimi qadınlara verilən mehr düşür. Bu miqdarı az da vermək olmaz, çox da vermək olmaz. Ərindən miras payı düşür və iddə müddətini gözləməsi lazımdır”. Əşcəa tayfasından bir kişi ayağa durub dedi: “Belə bir hadisədə Allah Elçisi ﷺ eyni hökmü vermişdi. Belə ki, Bərva bint Vaşiq adlı bir qadın bir kişi ilə evlənmiş, lakin ailə həyatı yaşamadan (əri) vəfat etmişdi. Allah Elçisi ﷺ o qadına onun halında olan qadınların mehri qədər mehr almasını və iddə müddətini gözləməsini əmr etmişdi”. Abdullah əllərini qaldırıb təkbir etdi”.”

Alqamə və əl-Əsvəd
Nəsəi, 3354 (Nikah, 159)Səhih

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا عَلِيُّ بْنُ مُسْهِرٍ ، عَنْ دَاوُدَ بْنِ أَبِي هِنْدٍ ، عَنِ الشَّعْبِيِّ ، عَنْ عَلْقَمَةَ ، عَنْ عَبْدِ اللهِ ، أَنَّهُ أَتَاهُ قَوْمٌ فَقَالُوا : إِنَّ رَجُلاً مِنَّا تَزَوَّجَ امْرَأَةً وَلَمْ يَفْرِضْ لَهَا صَدَاقًا ، وَلَمْ يَجْمَعْهَا إِلَيْهِ حَتَّى مَاتَ ، فَقَالَ عَبْدُ اللهِ : مَا سُئِلْتُ مُنْذُ فَارَقْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَشَدَّ عَلَيَّ مِنْ هَذِهِ ، فَأْتُوا غَيْرِي ، فَاخْتَلَفُوا إِلَيْهِ فِيهَا شَهْرًا ، ثُمَّ قَالُوا لَهُ فِي آخِرِ ذَلِكَ : مَنْ نَسْأَلُ إِنْ لَمْ نَسْأَلْكَ ، وَأَنْتَ مِنْ جِلَّةِ أَصْحَابِ مُحَمَّدٍ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بِهَذَا الْبَلَدِ وَلاَ نَجِدُ غَيْرَكَ ؟ قَالَ : سَأَقُولُ فِيهَا بِجَهْدِ رَأْيِي ، فَإِنْ كَانَ صَوَابًا فَمِنَ اللهِ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ، وَإِنْ كَانَ خَطَأً فَمِنِّي وَمِنَ الشَّيْطَانِ وَاللَّهُ وَرَسُولُهُ مِنْهُ بُرَآءُ ، أُرَى أَنْ أَجْعَلَ لَهَا صَدَاقَ نِسَائِهَا ، لاَ وَكْسَ وَلاَ شَطَطَ ، وَلَهَا الْمِيرَاثُ ، وَعَلَيْهَا الْعِدَّةُ أَرْبَعَةَ أَشْهُرٍ وَعَشْرًا ، قَالَ : وَذَلِكَ بِسَمْعِ أُنَاسٍ مَنْ أَشْجَعَ ، فَقَامُوا فَقَالُوا : نَشْهَدُ أَنَّكَ قَضَيْتَ بِمَا قَضَى بِهِ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي امْرَأَةٍ مِنَّا يُقَالُ لَهَا : بَرْوَعُ بِنْتُ وَاشِقٍ قَالَ : فَمَا رُئِيَ عَبْدُ اللهِ فَرِحَ ، فَرْحَةً يَوْمَئِذٍ إِلاَّ بِإِسْلاَمِهِ.

“Alqamə ﵀ rəvayət edir ki, bir dəfə bir camaat Abdullahın yanına gəlib dedi: “Bizdən bir kişi mehr vermədən bir qadınla evləndi, lakin ailə yaxınlığı etmədən vəfat etdi. Abdullah dedi: “Allah Elçisi ﷺ bizdən ayrıldıqdan sonra mənə belə çətin sual verilməmişdi. Gedin başqasından soruşun!” Lakin onlar bir ay gedib-gələrək bu məsələ haqda sual verdilər. Son dəfə gələndə dedilər: “Sən Allah Elçisinin ﷺ bizim bu şəhərdə yaşayan səhabələrindən ən böyüyüsən, səndən başqasını tapa bilmirik”. Abdullah dedi: “Mən öz rəyimi söyləyəcəyəm. Əgər doğrudursa, bu, Tək olan və şəriki olmayan Allahdandır. Əgər xəta edirəmsə, bu məndən və şeytandandır. Allah və Onun Elçisi ﷺ bu xətadan uzaqdır. Mənim rəyim budur: O qadına onun kimi qadınlara verilən mehr verilməlidir. Bu nə az olmalıdır, nə də çox. Həmçinin ona ərindən miras payı verilməli və dörd ay on gün iddə müddətini gözləməlidir”. Ravi deyir: “Bu hadisə Əşcəa tayfasından olan insanlar arasında baş vermişdi. Onlar Abdullahın dediyini eşitdilər və ayağa durub dedilər: “Biz şahidlik edirik ki, Allah Elçisi ﷺ bizdən olan Bərva bint Vaşiq adlı qadına da eyni hökmü vermişdi”. Abdullah əllərini qaldırıb təkbir etdi”. Abdullah rəyinin düzgün olduğuna çox sevindi. O, müsəlman olduğu gündə də eyni şəkildə sevinmişdi”.”

Alqamə
Nəsəi, 3358 (Nikah, 163)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : اخْتَصَمَ سَعْدُ بْنُ أَبِي وَقَّاصٍ وَعَبْدُ بْنُ زَمْعَةَ فِي غُلاَمٍ ، فَقَالَ سَعْدٌ : هَذَا يَا رَسُولَ اللهِ ابْنُ أَخِي عُتْبَةَ بْنِ أَبِي وَقَّاصٍ عَهِدَ إِلَيَّ أَنَّهُ ابْنُهُ انْظُرْ إِلَى شَبَهِهِ ، وَقَالَ عَبْدُ بْنُ زَمْعَةَ : أَخِي وُلِدَ عَلَى فِرَاشِ أَبِي مِنْ وَلِيدَتِهِ ، فَنَظَرَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ إِلَى شَبَهِهِ فَرَأَى شَبَهًا بَيِّنًا بِعُتْبَةَ ، فَقَالَ : هُوَ لَكَ يَا عَبْدُ ، الْوَلَدُ لِلْفِرَاشِ وَلِلْعَاهِرِ الْحَجَرُ ، وَاحْتَجِبِي مِنْهُ يَا سَوْدَةُ بِنْتُ زَمْعَةَ فَلَمْ يَرَ سَوْدَةَ قَطُّ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Səd ibn Əbu Vaqqas ilə Abd ibn Zəm'a bir oğlan uşağının nəsəbi haqqında münaqişə etdilər. Səd dedi: “Ey Allahın Elçisi, bu uşaq qardaşım Utbə ibn Əbu Vaqqasın oğludur. Onun nəsəbinin mənə aid olmasını vəsiyyət etdi. Görün ona necə oxşayır!” Abd ibn Zəm'a dedi: “Bu mənim qardaşımdır. Atamın yatağında atamın cariyəsindən doğulub”. Allah Elçisi ﷺ uşağın kimə oxşadığına baxdıqda onun Utbəyə oxşadığını gördü və buyurdu: “O sənə məxsusdur, ey Abd! Uşaq yataq sahibinə məxsusdur. Zina edən isə tərk olunur. Ey Səudə bint Zəm'a, artıq onun yanında örtün!” Abdur-Rahmən artıq Səudəni görmədi”.”

Aişə
Nəsəi, 3484 (Talaq, 96)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : اخْتَصَمَ سَعْدُ بْنُ أَبِي وَقَّاصٍ وَعَبْدُ بْنُ زَمْعَةَ فِي ابْنِ زَمْعَةَ ، قَالَ سَعْدٌ : أَوْصَانِي أَخِي عُتْبَةُ إِذَا قَدِمْتَ مَكَّةَ فَانْظُرِ ابْنَ وَلِيدَةِ زَمْعَةَ فَهُوَ ابْنِي ، فَقَالَ عَبْدُ بْنُ زَمْعَةَ : هُوَ ابْنُ أَمَةِ أَبِي وُلِدَ عَلَى فِرَاشِ أَبِي ، فَرَأَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ شَبَهًا بَيِّنًا بِعُتْبَةَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : الْوَلَدُ لِلْفِرَاشِ ، وَاحْتَجِبِي مِنْهُ يَا سَوْدَةُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Səd ibn Əbu Vaqqas ilə Abd ibn Zəm'a Zəm'anın oğlu barəsində münaqişə etdilər. Səd dedi: “Qardaşım Utbə mənə: “Məkkəyə gəldikdə Zəm'anın cariyəsinin uşağına baxarsan, çünki o mənim oğlumdur”, - deyə vəsiyyət etmişdi”. Abd ibn Zəm'a dedi: “O atamın cariyəsinin oğludur, atamın yatağında dünyaya gəlib”. Allah Elçisi ﷺ uşağın kimə oxşadığına baxdıqda onun Utbəyə oxşadığını gördü və buyurdu: “Uşaq yataq sahibinə məxsusdur. Onunda yanında örtün, ey Səudə!””

Aişə
Nəsəi, 3487 (Talaq, 99)Səhih

أَخْبَرَنَا مَحْمُودُ بْنُ غَيْلاَنَ ، قَالَ : حَدَّثَنَا زَيْدُ بْنُ الْحُبَابِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ مَنْصُورٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ عَلْقَمَةَ ، عَنْ ابْنِ مَسْعُودٍ ، أَنَّهُ سُئِلَ عَنْ رَجُلٍ تَزَوَّجَ امْرَأَةً وَلَمْ يَفْرِضْ لَهَا صَدَاقًا وَلَمْ يَدْخُلْ بِهَا حَتَّى مَاتَ ؟ قَالَ ابْنُ مَسْعُودٍ : لَهَا مِثْلُ صَدَاقِ نِسَائِهَا لاَ وَكْسَ وَلاَ شَطَطَ ، وَعَلَيْهَا الْعِدَّةُ وَلَهَا الْمِيرَاثُ ، فَقَامَ مَعْقِلُ بْنُ سِنَانٍ الأَشْجَعِيُّ ، فَقَالَ : قَضَى فِينَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي بَرْوَعَ بِنْتِ وَاشِقٍ امْرَأَةٍ مِنَّا مِثْلَ مَا قَضَيْتَ ، فَفَرِحَ ابْنُ مَسْعُودٍ رَضِيَ اللَّهُ عَنْهُ.

“Rəvayət edilir ki, İbn Məsuddan ﵁ bir qadınla evlənərək ona bir mehr təyin etmədən və aralarında cinsi yaxınlıq olmadan vəfat edən bir kişi haqqında soruşuldu. İbn Məsud dedi: “O qadına onun halında olan digər qadınlara verilən mehrin miqdarı qədər mehr təyin edilir. Bu mehr nə az, nə də çox olmalıdır. Həmçinin qadının iddə müddətini gözləməsi lazımdır və ona miras payı düşür”. Belə olduqda Məqil ibn Yəsar əl-Əşcəi ayağa durub dedi: “Allah Elçisi ﷺ bizim aramızda olarkən Bərva bint Vaşiq adında olan bir qadın haqqında da eyni hökmü vermişdi”. İbn Məsud bunu eşitdikdə sevindi.”

İbn Məsud
Nəsəi, 3524 (Talaq, 136)Səhih

أَخْبَرَنَا زَكَرِيَّا بْنُ يَحْيَى السِّجْزِيُّ خَيَّاطُ السُّنَّةِ ، قَالَ : حَدَّثَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا عَلِيُّ بْنُ الْحُسَيْنِ بْنِ وَاقِدٍ ، قَالَ : أَخْبَرَنِي أَبِي ، قَالَ : حَدَّثَنَا يَزِيدُ النَّحْوِيُّ ، عَنْ عِكْرِمَةَ ، عَنْ ابْنِ عَبَّاسٍ ، فِي قَوْلِهِ : {وَالَّذِينَ يُتَوَفَّوْنَ مِنْكُمْ وَيَذَرُونَ أَزْوَاجًا وَصِيَّةً لأَزْوَاجِهِمْ مَتَاعًا إِلَى الْحَوْلِ غَيْرَ إِخْرَاجٍ} نُسِخَ ذَلِكَ بِآيَةِ الْمِيرَاثِ مِمَّا فُرِضَ لَهَا مِنَ الرُّبُعِ وَالثُّمُنِ ، وَنَسَخَ أَجَلَ الْحَوْلِ ، أَنْ جُعِلَ أَجَلُهَا أَرْبَعَةَ أَشْهُرٍ وَعَشْرًا.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ bu ayə - “Sizlərdən ölən və (özündən sonra) zövcələr qoyub gedən kəslər (sağlığında ikən) zövcələrinə bir ilin tamamınadək (evlərindən) çıxarılmamaq şərti ilə baxılmasını vəsiyyət etməlidir” (əl-Bəqərə, 240) haqda demişdir: “Bu ayədəki “(evlərindən) çıxarılmamaq şərti ilə bir il) baxılması” hissəsi aşağıdakı (ən-Nisa surəsinin 12-ci ayəsindəki) “dörddəbir və səkkizdəbir” hissəsi ilə nəsx edilmişdir: “...Əgər sizin övladınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və borcunuz ödənildikdən sonra, qoyub getdiyiniz malın dörddəbir hissəsi zövcələrinizindir. Övladınız olduğu təqdirdə isə qoyub getdiyiniz malın səkkizdəbir hissəsi zövcələrinizə çatır...”. (ən-Nisa, 12). Ayədəki bir il gözləmə müddəti isə “Sizlərdən ölənlərin qoyub getdiyi zövcələr dörd ay on gün gözləməlidirlər” (əl-Bəqərə, 234) dörd ay on gün müddəti ilə nəsx edilmişdir”.”

İbn Abbas
Nəsəi, 3543 (Talaq, 155)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا أَبُو الأَحْوَصِ ، عَنْ سِمَاكٍ ، عَنْ عِكْرِمَةَ ، فِي قَوْلِهِ عَزَّ وَجَلَّ : {وَالَّذِينَ يُتَوَفَّوْنَ مِنْكُمْ وَيَذَرُونَ أَزْوَاجًا وَصِيَّةً لأَزْوَاجِهِمْ مَتَاعًا إِلَى الْحَوْلِ غَيْرَ إِخْرَاجٍ} ، قَالَ : نَسَخَتْهَا : {وَالَّذِينَ يُتَوَفَّوْنَ مِنْكُمْ وَيَذَرُونَ أَزْوَاجًا يَتَرَبَّصْنَ بِأَنْفُسِهِنَّ أَرْبَعَةَ أَشْهُرٍ وَعَشْرًا}.

“İkrimə ﵀ Allahın ﷿ “Sizlərdən ölüb özündən sonra zövcələr qoyub gedən kəslər sağlığında ikən, zövcələrinə bir ilin tamamınadək evlərindən çıxarılmamaq şərti ilə baxılmasını vəsiyyət etməlidirlər. Əgər o qadınlar öz istəkləri ilə çıxıb getsələr, özləri barədə şəriətə müvafiq qayda üzrə etdikləri işə görə sizə günah olmaz. Allah qüdrətlidir, hikmət sahibidir” (əl-Bəqərə, 240) ayəsi haqda demişdir: “Bu ayə “Sizlərdən ölənlərin qoyub getdiyi zövcələr dörd ay on gün gözləməlidirlər” (əl-Bəqərə, 234) ayəsinin hökmünü nəsx etmişdir”.”

İkrimə
Nəsəi, 3544 (Talaq, 156)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا أَبُو الأَحْوَصِ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ عَمْرِو بْنِ الْحَارِثِ ، قَالَ : مَا تَرَكَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ دِينَارًا وَلاَ دِرْهَمًا ، وَلاَ عَبْدًا وَلاَ أَمَةً ، إِلاَّ بَغْلَتَهُ الشَّهْبَاءَ الَّتِي كَانَ يَرْكَبُهَا ، وَسِلاَحَهُ وَأَرْضًا جَعَلَهَا فِي سَبِيلِ اللهِ وَقَالَ قُتَيْبَةُ ، مَرَّةً أُخْرَى : صَدَقَةً.

“Rəvayət edilir ki, Amr ibn əl-Haris ﵁ demişdir: “Allah Elçisi ﷺ miras olaraq nə dinar, nə dirhəm, nə kölə, nə də cariyə qoyub getmişdir. O, ancaq mindiyi ağ qatırını, silahını və Allah yolunda vəqf etdiyi bir ərazini qoyub getmişdi”. Ravi Quteybə deyir: “Sədəqə etdiyi ərazi qalmışdır”.”

Amr ibn əl-Haris
Nəsəi, 3594 (Vəqflər, 1)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : حَدَّثَنِي أَبُو إِسْحَاقَ ، قَالَ : سَمِعْتُ عَمْرَو بْنَ الْحَارِثِ ، يَقُولُ : مَا تَرَكَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ إِلاَّ بَغْلَتَهُ الْبَيْضَاءَ وَسِلاَحَهُ وَأَرْضًا تَرَكَهَا صَدَقَةً.

“Rəvayət edilir ki, Amr ibn əl-Haris ﵁ demişdir: “Allah Elçisi ﷺ miras olaraq yalnız ağ qatırını, silahını və vəqf etdiyi bir ərazini qoyub getmişdir”.”

Amr ibn əl-Haris
Nəsəi, 3595 (Vəqflər, 2)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا أَبُو بَكْرٍ الْحَنَفِيُّ ، قَالَ : حَدَّثَنَا يُونُسُ بْنُ أَبِي إِسْحَاقَ ، عَنْ أَبِيهِ ، قَالَ : سَمِعْتُ عَمْرَو بْنَ الْحَارِثِ يَقُولُ : رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، مَا تَرَكَ إِلاَّ بَغْلَتَهُ الشَّهْبَاءَ ، وَسِلاَحَهُ وَأَرْضًا تَرَكَهَا صَدَقَةً.

“Rəvayət edilir ki, Amr ibn əl-Haris ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ miras olaraq yalnız ağ qatırını, silahını və vəqf etdiyi bir ərazini qoyub getdiyini görmüşəm”.”

Amr ibn əl-Haris
Nəsəi, 3596 (Vəqflər, 3)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا أَبُو دَاوُدَ الْحَفَرِيُّ عُمَرُ بْنُ سَعْدٍ ، عَنْ سُفْيَانَ الثَّوْرِيِّ ، عَنْ ابْنِ عَوْنٍ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، عَنْ عُمَرَ ، قَالَ : أَصَبْتُ أَرْضًا مِنْ أَرْضِ خَيْبَرَ ، فَأَتَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقُلْتُ : أَصَبْتُ أَرْضًا لَمْ أُصِبْ مَالاً أَحَبَّ إِلَيَّ وَلاَ أَنْفَسَ عِنْدِي مِنْهَا ، قَالَ : إِنْ شِئْتَ تَصَدَّقْتَ بِهَا ، فَتَصَدَّقَ بِهَا عَلَى أَنْ لاَ تُبَاعَ ، وَلاَ تُوهَبَ فِي الْفُقَرَاءِ وَذِي الْقُرْبَى وَالرِّقَابِ وَالضَّيْفِ وَابْنِ السَّبِيلِ ، لاَ جُنَاحَ عَلَى مَنْ وَلِيَهَا أَنْ يَأْكُلَ بِالْمَعْرُوفِ ، غَيْرَ مُتَمَوِّلٍ مَالاً ، وَيُطْعِمَ

“Rəvayət edilir ki, Ömər ﵁ demişdir: “Xeybər ərazisindən bir torpaq sahəsinə sahib olmuşdum. Allah Elçisinin ﷺ yanına gəlib dedim: “Elə bir sahəyə sahib olmuşam ki, indiyə kimi bu qədər çox sevdiyim və çox xoşuma gələn bir malım olmayıb. Onu nə edim?” Allah Elçisi ﷺ buyurdu: “İstəyirsən, onu sədəqə et”. Ömər də həmin sahəni alıb-satılmamaq və hədiyyə edilməmək şərti ilə sədəqə (vəqf) etdi. Bu sahənin gəlirindən kasıblara, yaxın qohumlarına, köləlikdən qurtulacaq adamlara, səfərdə olanlara, yolda qalan adamlara vəqf etdi. O ərazinin idarə olunmasını üzərinə götürən adama isə ehtiyacından çox olmamaq şərti ilə yeməsində və başqalarına yedirtməsində bir günah yoxdur”.”

Ömər
Nəsəi, 3597 (Vəqflər, 4)Səhih

أَخْبَرَنِي هَارُونُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا مُعَاوِيَةُ بْنُ عَمْرٍو ، عَنْ أَبِي إِسْحَاقَ الْفَزَارِيِّ ، عَنْ ابْنِ عَوْنٍ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، عَنْ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، نَحْوَهُ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Ömər
Nəsəi, 3598 (Vəqflər, 5)Zəif

أَخْبَرَنَا حُمَيْدُ بْنُ مَسْعَدَةَ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ وَهُوَ ابْنُ زُرَيْعٍ ، قَالَ : حَدَّثَنَا ابْنُ عَوْنٍ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، قَالَ : أَصَابَ عُمَرُ ، أَرْضًا بِخَيْبَرَ ، فَأَتَى النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : أَصَبْتُ أَرْضًا لَمْ أُصِبْ مَالاً قَطُّ أَنْفَسَ عِنْدِي ، فَكَيْفَ تَأْمُرُ بِهِ ؟ قَالَ : إِنْ شِئْتَ حَبَّسْتَ أَصْلَهَا وَتَصَدَّقْتَ بِهَا ، فَتَصَدَّقَ بِهَا عَلَى أَنْ لاَ تُبَاعَ وَلاَ تُوهَبَ وَلاَ تُورَثَ فِي الْفُقَرَاءِ وَالْقُرْبَى وَالرِّقَابِ ، وَفِي سَبِيلِ اللهِ وَالضَّيْفِ وَابْنِ السَّبِيلِ ، لاَ جُنَاحَ عَلَى مَنْ وَلِيَهَا أَنْ يَأْكُلَ مِنْهَا بِالْمَعْرُوفِ ، وَيُطْعِمَ صَدِيقًا غَيْرَ مُتَمَوِّلٍ فِيهِ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Xeybər ərazisindən Ömərin payına bir ərazi düşmüşdü. Ona görə Peyğəmbərin ﷺ yanına gəlib dedi: “İndiyə kimi yiyələnmədiyim qiymətli bir əraziyə sahib olmuşam. Mənə nə əmr edirsən?” Allah Elçisi ﷺ buyurdu: “İstəyirsən, onu vəqf et və məhsulunu sədəqə et”. Ömər dedi: “Alınıb-satılmamaq, hədiyyə edilməmək və miras olunmamaq şərti ilə kasıblara, yaxın qohumlarına, köləlikdən qurtulacaq adamlara, Allah yolunda olan hər işə, müsafirlərə, yolda qalan adamlara sədəqə ediləcək. O ərazinin idarə olunmasını üzərinə götürən adama isə ehtiyacından çox olmamaq şərti ilə adətə uyğun olaraq yeməsində və başqalarına yedirtməsində bir günah yoxdur”.”

İbn Ömər
Nəsəi, 3599 (Vəqflər, 6)Səhih

أَخْبَرَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا بِشْرٌ ، عَنْ ابْنِ عَوْنٍ ، قَالَ : وَأَنْبَأَنَا حُمَيْدُ بْنُ مَسْعَدَةَ ، قَالَ : حَدَّثَنَا بِشْرٌ ، قَالَ : حَدَّثَنَا ابْنُ عَوْنٍ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، قَالَ : أَصَابَ عُمَرُ ، أَرْضًا بِخَيْبَرَ ، فَأَتَى النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَاسْتَأْمَرَهُ فِيهَا ، فَقَالَ : إِنِّي أَصَبْتُ أَرْضًا كَثِيرًا لَمْ أُصِبْ مَالاً قَطُّ أَنْفَسَ عِنْدِي مِنْهُ ، فَمَا تَأْمُرُ فِيهَا ؟ قَالَ : إِنْ شِئْتَ حَبَّسْتَ أَصْلَهَا وَتَصَدَّقْتَ بِهَا ، فَتَصَدَّقَ بِهَا عَلَى أَنَّهُ لاَ تُبَاعُ وَلاَ تُوهَبُ ، فَتَصَدَّقَ بِهَا فِي الْفُقَرَاءِ وَالْقُرْبَى ، وَفِي الرِّقَابِ ، وَفِي سَبِيلِ اللهِ وَابْنِ السَّبِيلِ وَالضَّيْفِ ، لاَ جُنَاحَ - يَعْنِي - عَلَى مَنْ وَلِيَهَا أَنْ يَأْكُلَ أَوْ يُطْعِمَ صَدِيقًا ، غَيْرَ مُتَمَوِّلٍ اللَّفْظُ لِإِسْمَاعِيلَ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Xeybər ərazisindən Ömərin payına bir ərazi düşmüşdü. Ona görə Peyğəmbərin ﷺ yanına gəlib dedi: “İndiyə kimi yiyələnmədiyim qiymətli bir əraziyə sahib olmuşam. Mənə nə əmr edirsən?” Allah Elçisi ﷺ buyurdu: “İstəyirsən, onu vəqf et və məhsulunu sədəqə et”. O da alınıb-satılmamaq və hədiyyə edilməmək şərti ilə ərazini vəqf etdi. Oradan əldə edilən məhsulun isə kasıblara, yaxın qohumlarına, köləlikdən qurtulmaq istəyənlərə, Allah yolunda olanlara, yolda qalan adamlara, müsafirlərə sədəqə verilməsini şərt qoşdu. O ərazinin idarə olunmasını üzərinə götürən adama isə ehtiyacından çox olmamaq şərti ilə adətə uyğun olaraq yeməsində və başqalarına yedirtməsində bir günah yoxdur”.”

İbn Ömər
Nəsəi, 3600 (Vəqflər, 7)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا أَزْهَرُ السَّمَّانُ ، عَنْ ابْنِ عَوْنٍ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، أَنَّ عُمَرَ ، أَصَابَ أَرْضًا بِخَيْبَرَ فَأَتَى النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَسْتَأْمِرُهُ فِي ذَلِكَ ، فَقَالَ : إِنْ شِئْتَ حَبَّسْتَ أَصْلَهَا وَتَصَدَّقْتَ بِهَا ، فَحَبَّسَ أَصْلَهَا ، أَنْ لاَ تُبَاعَ ، وَلاَ تُوهَبَ ، وَلاَ تُورَثَ ، فَتَصَدَّقَ بِهَا عَلَى الْفُقَرَاءِ وَالْقُرْبَى وَالرِّقَابِ ، وَفِي الْمَسَاكِينِ ، وَابْنِ السَّبِيلِ ، وَالضَّيْفِ ، لاَ جُنَاحَ عَلَى مَنْ وَلِيَهَا أَنْ يَأْكُلَ مِنْهَا بِالْمَعْرُوفِ ، أَوْ يُطْعِمَ صَدِيقَهُ غَيْرَ مُتَمَوِّلٍ فِيهِ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Xeybər ərazisindən Ömərin payına bir ərazi düşmüşdü. Ona görə Ömər Peyğəmbərin ﷺ yanına gəlib ona nə əmr etdiyini soruşdu. Peyğəmbər ﷺ buyurdu: “İstəyirsən, onu vəqf et və məhsulunu sədəqə et”. O da alınıb-satılmamaq, hədiyyə edilməmək və miras olmamaq şərti ilə onun məhsulunun kasıblara, yaxın qohumlarına, köləlikdən qurtulmaq istəyənlərə, yoxsullara, Allah yolunda olanlara, müsafirlərə sədəqə verilməsini şərt qoşdu. O ərazinin idarə olunmasını üzərinə götürən adama isə ehtiyacından çox olmamaq şərti ilə adətə uyğun olaraq yeməsində və başqalarına yedirtməsində bir günah yoxdur”.”

İbn Ömər
Nəsəi, 3601 (Vəqflər, 8)Səhih

أَخْبَرَنَا أَبُو بَكْرِ بْنُ نَافِعٍ ، قَالَ : حَدَّثَنَا بَهْزٌ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، قَالَ : حَدَّثَنَا ثَابِتٌ ، عَنْ أَنَسٍ ، قَالَ : لَمَّا نَزَلَتْ هَذِهِ الآيَةُ {لَنْ تَنَالُوا الْبِرَّ حَتَّى تُنْفِقُوا مِمَّا تُحِبُّونَ} ، قَالَ أَبُو طَلْحَةَ : إِنَّ رَبَّنَا لَيَسْأَلُنَا عَنْ أَمْوَالِنَا ، فَأُشْهِدُكَ يَا رَسُولَ اللهِ ، أَنِّي قَدْ جَعَلْتُ أَرْضِي لِلَّهِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : اجْعَلْهَا فِي قَرَابَتِكَ فِي حَسَّانَ بْنِ ثَابِتٍ وَأُبَيِّ بْنِ كَعْبٍ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Sevdiyiniz şeylərdən Allah yolunda xərcləməyincə xeyrə nail olmazsınız...” (Ali-İmran, 92) ayəsi nazil olduqda Əbu Təlhə dedi: “Rəbbimiz malımızdan xərcləməyimizi istəyir. Səni şahid tuturam ki, ey Allahın Elçisi, mən bağçamı Allah yolunda vəqf edirəm”. Allah Elçisi ﷺ buyurdu: “Onu yaxın qohumlarından olan Həssən ibn Sabit və Ubey ibn Kəbə ver!””

Ənəs
Nəsəi, 3602 (Vəqflər, 9)Səhih

أَخْبَرَنَا سَعِيدُ بْنُ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، قَالَ : قَالَ عُمَرُ لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : إِنَّ الْمِائَةَ سَهْمٍ الَّتِي لِي بِخَيْبَرَ لَمْ أُصِبْ مَالاً قَطُّ أَعْجَبَ إِلَيَّ مِنْهَا ، قَدْ أَرَدْتُ أَنْ أَتَصَدَّقَ بِهَا ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : احْبِسْ أَصْلَهَا ، وَسَبِّلْ ثَمَرَتَهَا.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Ömər Peyğəmbərə ﷺ dedi: “Xeybər döyüşündə qənimətlərdən mənə düşən yüz hissə pay ərazi indiyə kimi yiyələnmədiyim ən dəyərli maldır. Mən onu sədəqə edə bilərəmmi?” Peyğəmbər ﷺ buyurdu: “Onu vəqf et, məhsulunu isə sədəqə et”.”

İbn Ömər
Nəsəi, 3603 (Vəqflər, 10)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ الْخَلَنْجِيُّ ، بِبَيْتِ الْمَقْدِسِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، عَنْ عُمَرَ ، رَضِيَ اللَّهُ عَنْهُ ، قَالَ : جَاءَ عُمَرُ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَقَالَ : يَا رَسُولَ اللهِ ، إِنِّي أَصَبْتُ مَالاً لَمْ أُصِبْ مِثْلَهُ قَطُّ ، كَانَ لِي مِئَةُ رَأْسٍ فَاشْتَرَيْتُ بِهَا مِئَةَ سَهْمٍ مِنْ خَيْبَرَ مِنْ أَهْلِهَا ، وَإِنِّي قَدْ أَرَدْتُ أَنْ أَتَقَرَّبَ بِهَا إِلَى اللهِ عَزَّ وَجَلَّ ، قَالَ : فَاحْبِسْ أَصْلَهَا ، وَسَبِّلِ الثَّمَرَةَ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Ömər ﵁ Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, indiyə kimi heç vaxt yiyələnmədiyim bir əraziyə sahib oldum. Mənim yüz dənə heyvanım var idi. Onlar vasitəsilə Xeybərdən və onun əhalisindən yüz hissə ərazi aldım. Bununla Allaha ﷿ yaxınlaşa bilərəmmi?” Allah Elçisi ﷺ buyurdu: “Onu vəqf et, məhsulunu da sədəqə et”.”

İbn Ömər
Nəsəi, 3604 (Vəqflər, 11)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مُصَفَّى بْنِ بَهْلُولٍ ، قَالَ : حَدَّثَنَا بَقِيَّةُ ، عَنْ سَعِيدِ بْنِ سَالِمٍ الْمَكِّيِّ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، عَنْ عُمَرَ ، قَالَ : سَأَلْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنْ أَرْضٍ لِي بِثَمْغٍ ، قَالَ : احْبِسْ أَصْلَهَا ، وَسَبِّلْ ثَمَرَتَهَا.

“Rəvayət edilir ki, Ömər demişdir: “Səmğ” adlı yerdən mənə düşən pay torpağı haqda Allah Elçisindən ﷺ soruşdum. Allah Elçisi ﷺ buyurdu: “Onu vəqf et, məhsulunu isə sədəqə et”.”

Ömər
Nəsəi, 3605 (Vəqflər, 12)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا الْمُعْتَمِرُ بْنُ سُلَيْمَانَ ، قَالَ : سَمِعْتُ أَبِي ، يُحَدِّثُ ، عَنْ حُصَيْنِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ عُمَرَ بْنِ جَاوَانَ ، رَجُلٍ مِنْ بَنِي تَمِيمٍ - وَذَاكَ أَنِّي قُلْتُ لَهُ : أَرَأَيْتَ اعْتِزَالَ الأَحْنَفِ بْنِ قَيْسٍ مَا كَانَ ؟ - قَالَ : سَمِعْتُ الأَحْنَفَ ، يَقُولُ : أَتَيْتُ الْمَدِينَةَ وَأَنَا حَاجٌّ ، فَبَيْنَا نَحْنُ فِي مَنَازِلِنَا ، نَضَعُ رِحَالَنَا إِذْ أَتَى آتٍ فَقَالَ : قَدِ اجْتَمَعَ النَّاسُ فِي الْمَسْجِدِ ، فَاطَّلَعْتُ فَإِذَا - يَعْنِي - النَّاسَ مُجْتَمِعُونَ ، وَإِذَا بَيْنَ أَظْهُرِهِمْ نَفَرٌ قُعُودٌ ، فَإِذَا هُوَ عَلِيُّ بْنُ أَبِي طَالِبٍ ، وَالزُّبَيْرُ ، وَطَلْحَةُ ، وَسَعْدُ بْنُ أَبِي وَقَّاصٍ رَحْمَةُ اللهِ عَلَيْهِمْ ، فَلَمَّا قُمْتُ عَلَيْهِمْ قِيلَ : هَذَا عُثْمَانُ بْنُ عَفَّانَ ، قَدْ جَاءَ ، قَالَ : فَجَاءَ وَعَلَيْهِ مُلَيَّةٌ صَفْرَاءُ ، فَقُلْتُ لِصَاحِبِي : كَمَا أَنْتَ حَتَّى أَنْظُرَ مَا جَاءَ بِهِ ؟ فَقَالَ عُثْمَانُ : أَهَاهُنَا عَلِيٌّ ؟ أَهَاهُنَا الزُّبَيْرُ ؟ أَهَاهُنَا طَلْحَةُ ؟ أَهَاهُنَا سَعْدٌ ؟ قَالُوا : نَعَمْ ، قَالَ : فَأَنْشُدُكُمْ بِاللَّهِ الَّذِي لاَ إِلَهَ إِلاَّ هُوَ ، أَتَعْلَمُونَ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : مَنْ يَبْتَاعُ مِرْبَدَ بَنِي فُلاَنٍ غَفَرَ اللَّهُ لَهُ ؟ فَابْتَعْتُهُ ، فَأَتَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقُلْتُ : إِنِّي ابْتَعْتُ مِرْبَدَ بَنِي فُلاَنٍ ، قَالَ : فَاجْعَلْهُ فِي مَسْجِدِنَا وَأَجْرُهُ لَكَ ، قَالُوا : نَعَمْ ، قَالَ : فَأَنْشُدُكُمْ بِاللَّهِ الَّذِي لاَ إِلَهَ إِلاَّ هُوَ ، هَلْ تَعْلَمُونَ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، قَالَ : مَنْ يَبْتَاعُ بِئْرَ رُومَةَ غَفَرَ اللَّهُ لَهُ ؟ فَأَتَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَقُلْتُ : قَدْ ابْتَعْتُ بِئْرَ رُومَةَ ، قَالَ : فَاجْعَلْهَا سِقَايَةً لِلْمُسْلِمِينَ وَأَجْرُهَا لَكَ ، قَالُوا : نَعَمْ ، قَالَ : فَأَنْشُدُكُمْ بِاللَّهِ الَّذِي لاَ إِلَهَ إِلاَّ هُوَ ، هَلْ تَعْلَمُونَ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : مَنْ يُجَهِّزُ جَيْشَ الْعُسْرَةِ غَفَرَ اللَّهُ لَهُ ؟ فَجَهَّزْتُهُمْ حَتَّى مَا يَفْقِدُونَ عِقَالاً وَلاَ خِطَامًا ، قَالُوا : نَعَمْ ، قَالَ : اللَّهُمَّ اشْهَدْ ، اللَّهُمَّ اشْهَدْ ، اللَّهُمَّ اشْهَدْ.

“Hüseyn ibn Abdur-Rahmən ﵀ rəvayət edir ki, Bəni Təmim tayfasından bir adam Ömər ibn Cavana dedi: “Əhnəf ibn Qeys o hadisədə nə üçün ayrılmışdı?” O dedi: “Mən Əhnəfin belə dediyini eşitdim: “Bir dəfə həcc etmək üçün Mədinəyə gəlmişdim. Biz qaldığımız yerdə yüklərimizi boşaldarkən bir nəfər gəlib dedi: “İnsanlar məsciddə toplanıblar”. Mən də gedib, həqiqətən də, insanların orada toplandığını gördüm. Baxdım ki, ortalıqda bir dəstə adam oturub. Onlar Əli ibn Əbu Talib, əz-Zubeyr, Təlhə, Səd ibn Əbu Vaqqas idilər. Allah onlara rəhm etsin! Mən onların yanında duranda dedilər: “Bu, Osman ibn Əffandır, o artıq gəldi”. O, üzərində sarı bir paltarla gəldi. Mən dostuma dedim: “Olduğun yerdə qal! Görüm Osman nə xəbərlə gəlib”. Osman dedi: “Əli buradadır? əz-Zubeyr buradadır? Təlhə buradadır? Səd buradadır?” Ona: “Bəli”, – dedilər. Osman dedi: “Sizi Ondan başqa ibadətə layiq olmayan Allaha şahid gətirirəm! Allah Elçisinin ﷺ: “Kim filankəslərin xurma qurutma yerini alarsa, Allah onu bağışlayar”, - buyurduğunu bilirsinizmi? Mən oranı aldım və Allah Elçisinin ﷺ yanına gələrək: “Filankəslərin xurma qurutma yerini aldım”, - dedim. Allah Elçisi ﷺ buyurdu: “Onu bizim məscidimizə vəqf etsən, mükafatını alarsan”. Oradakılar: “Bəli”, - dedilər. Osman dedi: “Sizi Ondan başqa ibadətə layiq olmayan Allaha şahid gətirirəm! Bilirsinizmi ki, Allah Elçisi ﷺ: “Kim Rumə quyusunu alarsa, Allah onu bağışlayar”- buyurdu? Mən də Allah Elçisinin ﷺ yanına gəlib: “Mən Rumə quyusunu aldım”, - dedim. Allah Elçisi ﷺ də: “Onu müsəlmanların istifadəsi üçün vəqf et, mükafatını alarsan”, - deyə buyurdu”. Oradakılar: “Bəli”, - dedilər. Osman dedi: “Sizi Ondan başqa ibadətə layiq olmayan Allaha şahid gətirirəm! Bilirsinizmi ki, Allah Elçisi ﷺ: “Kim “çətinlik ordusunu” təchiz edərsə, Allah onu bağışlayar”, - buyurdu. Mən də onları yüyəndən tutmuş ox yaylarının iplərinə qədər hamısını təchiz etmişdim”. Oradakılar: “Bəli”, - dedilər. Osman dedi: “Allahım, şahid ol! Allahım, şahid ol! Allahım, şahid ol!””

Hüseyn ibn Abdur-Rahmən
Nəsəi, 3606 (Vəqflər, 13)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ بْنُ إِدْرِيسَ ، قَالَ : سَمِعْتُ حُصَيْنَ بْنَ عَبْدِ الرَّحْمَنِ ، يُحَدِّثُ عَنْ عُمَرَ بْنِ جَاوَانَ ، عَنِ الأَحْنَفِ بْنِ قَيْسٍ ، قَالَ : خَرَجْنَا حُجَّاجًا فَقَدِمْنَا الْمَدِينَةَ وَنَحْنُ نُرِيدُ الْحَجَّ ، فَبَيْنَا نَحْنُ فِي مَنَازِلِنَا نَضَعُ رِحَالَنَا إِذْ أَتَانَا آتٍ فَقَالَ : إِنَّ النَّاسَ قَدِ اجْتَمَعُوا فِي الْمَسْجِدِ وَفَزِعُوا ، فَانْطَلَقْنَا فَإِذَا النَّاسُ مُجْتَمِعُونَ عَلَى نَفَرٍ فِي وَسَطِ الْمَسْجِدِ ، وَإِذَا عَلِيٌّ ، وَالزُّبَيْرُ ، وَطَلْحَةُ ، وَسَعْدُ بْنُ أَبِي وَقَّاصٍ ، فَإِنَّا لَكَذَلِكَ إِذْ جَاءَ عُثْمَانُ بْنُ عَفَّانَ ، عَلَيْهِ مُلاَءَةٌ صَفْرَاءُ قَدْ قَنَّعَ بِهَا رَأْسَهُ ، فَقَالَ : أَهَاهُنَا عَلِيٌّ ؟ أَهَاهُنَا طَلْحَةُ ؟ أَهَاهُنَا الزُّبَيْرُ ؟ أَهَاهُنَا سَعْدٌ ؟ قَالُوا : نَعَمْ ، قَالَ : فَإِنِّي أَنْشُدُكُمْ بِاللَّهِ الَّذِي لاَ إِلَهَ إِلاَّ هُوَ ، أَتَعْلَمُونَ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ؟ قَالَ : مَنْ يَبْتَاعُ مِرْبَدَ بَنِي فُلاَنٍ غَفَرَ اللَّهُ لَهُ فَابْتَعْتُهُ بِعِشْرِينَ أَلْفًا أَوْ بِخَمْسَةٍ وَعِشْرِينَ أَلْفًا ، فَأَتَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَأَخْبَرْتُهُ فَقَالَ : اجْعَلْهَا فِي مَسْجِدِنَا وَأَجْرُهُ لَكَ ، قَالُوا : اللَّهُمَّ نَعَمْ ، قَالَ : فَأَنْشُدُكُمْ بِاللَّهِ الَّذِي لاَ إِلَهَ إِلاَّ هُوَ ، أَتَعْلَمُونَ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، قَالَ : مَنْ يَبْتَاعُ بِئْرَ رُومَةَ غَفَرَ اللَّهُ لَهُ ؟ فَابْتَعْتُهُ بِكَذَا وَكَذَا ، فَأَتَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَقُلْتُ : قَدْ ابْتَعْتُهَا بِكَذَا وَكَذَا ، قَالَ : اجْعَلْهَا سِقَايَةً لِلْمُسْلِمِينَ وَأَجْرُهَا لَكَ ، قَالُوا : اللَّهُمَّ نَعَمْ ، قَالَ : فَأَنْشُدُكُمْ بِاللَّهِ الَّذِي لاَ إِلَهَ إِلاَّ هُوَ ، أَتَعْلَمُونَ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ نَظَرَ فِي وُجُوهِ الْقَوْمِ فَقَالَ : مَنْ جَهَّزَ هَؤُلاَءِ غَفَرَ اللَّهُ لَهُ ؟ - يَعْنِي جَيْشَ الْعُسْرَةِ - فَجَهَّزْتُهُمْ حَتَّى مَا يَفْقِدُونَ عِقَالاً وَلاَ خِطَامًا ، قَالُوا : اللَّهُمَّ نَعَمْ ، قَالَ : اللَّهُمَّ اشْهَدْ ، اللَّهُمَّ اشْهَدْ.

“Rəvayət edilir ki, Əhnəf ibn Qeys ﵀ demişdir: “Bir dəfə həcc etmək üçün Mədinəyə gəlmişdim. Biz qaldığımız yerdə yüklərimizi boşaldarkən bir nəfər gəlib dedi: “İnsanlar məsciddə toplanıb və qorxu içindədirlər”. Biz də məscidə gedib gördük ki, insanlar məscidin ortasında oturan adamların ətrafında toplanıblar. Baxdım ki, Əli, əz-Zubeyr, Təlhə və Səd ibn Əbu Vaqqas oturublar. Bu vaxt Osman ibn Əffan sarı paltarda və başı da sarıqlı halda gəldi və dedi: “Əli buradadır? əz-Zubeyr buradadır? Təlhə buradadır? Səd buradadır?” Ona: “Bəli”, – dedilər. Osman dedi: “Sizi Ondan başqa ibadətə layiq olmayan Allaha şahid gətirirəm! Allah Elçisinin ﷺ: “Kim filankəslərin xurma qurutma yerini alarsa, Allah onu bağışlayar”, - buyurduğunu bilirsinizmi? Mən oranı iyirmi və ya iyirmi beş min dirhəmə aldım və Allah Elçisinin ﷺ yanına gələrək bunu ona xəbər verdim. Allah Elçisi ﷺ buyurdu: “Onu bizim məscidimizə vəqf etsən, mükafatını alarsan”. Oradakılar: “Allahım! (Ey Osman!) düz deyirsən”, - dedilər. Osman dedi: “Sizi Ondan başqa ibadətə layiq olmayan Allaha şahid gətirirəm! Bilirsinizmi ki, Allah Elçisi ﷺ: “Kim Rumə quyusunu alarsa, Allah onu bağışlayar”, - buyurdu. Mən də o quyunu filan qiymətə aldım, sonra da Allah Elçisinin yanına gedərək ona dedim: “Onu filan qiymətə aldım”. Allah Elçisi ﷺ də: “Müsəlmanların içməsi üçün onu vəqf et, mükafatını alarsan”, - deyə buyurdu”. Oradakılar: “Allahım! (Ey Osman!) düz deyirsən”, - dedilər. Osman dedi: “Sizi Ondan başqa ibadətə layiq olmayan Allaha şahid gətirirəm! Bilirsinizmi ki, Allah Elçisi ﷺ: “Kim “çətinlik ordusunu” təchiz edərsə, Allah onu bağışlayar”, - buyurdu? Mən də onları yüyəndən tutmuş ox yaylarının iplərinə qədər hamısını təchiz etmişdim”. Oradakılar: “Allahım! (Ey Osman!) düz deyirsən”, - dedilər. Osman dedi: “Allahım, şahid ol! Allahım, şahid ol!””

Əhnəf ibn Qeys
Nəsəi, 3607 (Vəqflər, 14)Səhih

أَخْبَرَنِي زِيَادُ بْنُ أَيُّوبَ ، قَالَ : حَدَّثَنَا سَعِيدُ بْنُ عَامِرٍ ، عَنْ يَحْيَى بْنِ أَبِي الْحَجَّاجِ ، عَنْ سَعِيدٍ الْجُرَيْرِيِّ ، عَنْ ثُمَامَةَ بْنِ حَزْنٍ الْقُشَيْرِيِّ ، قَالَ : شَهِدْتُ الدَّارَ حِينَ أَشْرَفَ عَلَيْهِمْ عُثْمَانُ ، فَقَالَ : أَنْشُدُكُمْ بِاللَّهِ وَبِالإِسْلاَمِ ، هَلْ تَعْلَمُونَ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَدِمَ الْمَدِينَةَ وَلَيْسَ بِهَا مَاءٌ يُسْتَعْذَبُ غَيْرَ بِئْرِ رُومَةَ ؟ فَقَالَ : مَنْ يَشْتَرِي بِئْرَ رُومَةَ فَيَجْعَلُ فِيهَا دَلْوَهُ مَعَ دِلاَءِ الْمُسْلِمِينَ بِخَيْرٍ لَهُ مِنْهَا فِي الْجَنَّةِ ؟ فَاشْتَرَيْتُهَا مِنْ صُلْبِ مَالِي فَجَعَلْتُ دَلْوِي فِيهَا مَعَ دِلاَءِ الْمُسْلِمِينَ ، وَأَنْتُمُ الْيَوْمَ تَمْنَعُونِي مِنَ الشُّرْبِ مِنْهَا حَتَّى أَشْرَبَ مِنْ مَاءِ الْبَحْرِ ، قَالُوا : اللَّهُمَّ نَعَمْ ، قَالَ : فَأَنْشُدُكُمْ بِاللَّهِ وَالإِسْلاَمِ ، هَلْ تَعْلَمُونَ أَنِّي جَهَّزْتُ جَيْشَ الْعُسْرَةِ مِنْ مَالِي ؟ قَالُوا : اللَّهُمَّ نَعَمْ ، قَالَ : فَأَنْشُدُكُمْ بِاللَّهِ وَالإِسْلاَمِ ، هَلْ تَعْلَمُونَ أَنَّ الْمَسْجِدَ ضَاقَ بِأَهْلِهِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مَنْ يَشْتَرِي بُقْعَةَ آلِ فُلاَنٍ فَيَزِيدُهَا فِي الْمَسْجِدِ بِخَيْرٍ لَهُ مِنْهَا فِي الْجَنَّةِ ؟ فَاشْتَرَيْتُهَا مِنْ صُلْبِ مَالِي فَزِدْتُهَا فِي الْمَسْجِدِ ، وَأَنْتُمْ تَمْنَعُونِي أَنْ أُصَلِّيَ فِيهِ رَكْعَتَيْنِ ، قَالُوا : اللَّهُمَّ نَعَمْ ، قَالَ : أَنْشُدُكُمْ بِاللَّهِ وَالإِسْلاَمِ ، هَلْ تَعْلَمُونَ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، كَانَ عَلَى ثَبِيرٍ ثَبِيرِ مَكَّةَ ، وَمَعَهُ أَبُو بَكْرٍ وَعُمَرُ وَأَنَا ، فَتَحَرَّكَ الْجَبَلُ فَرَكَضَهُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بِرِجْلِهِ وَقَالَ : اسْكُنْ ثَبِيرُ ، فَإِنَّمَا عَلَيْكَ نَبِيٌّ وَصِدِّيقٌ وَشَهِيدَانِ قَالُوا : اللَّهُمَّ نَعَمْ ، قَالَ : اللَّهُ أَكْبَرُ ، شَهِدُوا لِي وَرَبِّ الْكَعْبَةِ - يَعْنِي أَنِّي شَهِيدٌ -.

“Rəvayət edilir ki, Sumamə ibn Həzn əl-Quşeyri ﵀ demişdir: “Mən Osmanın evini mühasirəyə alanların qarşısına çıxıb belə dediyinə şahid oldum: “Allaha və İslama görə sizi şahid gətirirəm, bilirsinizmi ki, Allah Elçisi ﷺ Mədinəyə gəldikdə orada Rumə quyusundan başqa içməli su yox idi. Ona görə də Allah Elçisi ﷺ buyurdu: “Kim Rumə quyusunu alar və onu müsəlmanların istifadəsinə verərsə, ona Cənnətdə ondan daha xeyirlisi nəsib olar”. Mən onu öz pulumla alıb suqabımı müsəlmanların qabları ilə bərabər tutdum, yəni o quyunu müsəlmanlara vəqf etdim. Amma bu gün siz mənim o quyudan su içməyimə mane olursunuz və dəniz suyu içmyə məcbur edirsiniz. Oradakılar: “Allahım! (Ey Osman!) düz deyirsən”, - dedilər. Sonra Osman dedi: “Allaha və İslama görə sizi şahid gətirirəm, bilirsinizmi ki, “çətinlik ordusunu” mən təchiz etmişdim?” Oradakılar: “Allahım! (Ey Osman!) düz deyirsən”, - dedilər. Osman dedi: “Allaha və İslama görə sizi şahid gətirirəm, bilirsinizmi ki, məscid camaata dar idi, buna görə də Allah Elçisi ﷺ buyurdu: “Kim filankəslərin ailəsinin ərazisini satın alarsa, Cənnətdə onun üçün bundan daha xeyirlisi nəsib olar”. Mən də həmin yeri öz pulumla alıb məscidə əlavə etmişdim. Siz isə indi o məsciddə mənim iki rükət namaz qılmağıma imkan vermirsiniz”. Oradakılar: “Allahım! (Ey Osman!) düz deyirsən”, - dedilər. Sonra Osman dedi: “Allaha və İslama görə sizi şahid gətirirəm, bilirsinizmi ki, Allah Elçisi ﷺ Səbir dağına çıxmışdı, yanında Əbu Bəkr, Ömər və mən var idim. Bu vaxt dağ silkələnməyə başladı və Allah Elçisi ﷺ dağa ayağı ilə vurub buyurdu: “Sakit ol, ey Səbir! Sənin üstündə bir Peyğəmbər, bir Siddiq və iki şəhid var!” Oradakılar: “Allahım! (Ey Osman!) düz deyirsən”, - dedilər. Osman dedi: “Allah ən Böyükdür! (Allahu Əkbər!) Mənim lehimə şahidlik etdilər. Kəbənin Rəbbinə and olsun!””

Sumamə ibn Həzn əl-Quşeyri
Nəsəi, 3608 (Vəqflər, 15)Səhih

أَخْبَرَنَا عِمْرَانُ بْنُ بَكَّارِ بْنِ رَاشِدٍ ، قَالَ : حَدَّثَنَا خَطَّابُ بْنُ عُثْمَانَ ، قَالَ : حَدَّثَنَا عِيسَى بْنُ يُونُسَ ، حَدَّثَنِي أَبِي ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ أَبِي سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ : أَنَّ عُثْمَانَ ، أَشْرَفَ عَلَيْهِمْ حِينَ حَصَرُوهُ فَقَالَ : أَنْشُدُ بِاللَّهِ رَجُلاً سَمِعَ مِنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَقُولُ يَوْمَ الْجَبَلِ حِينَ اهْتَزَّ فَرَكَلَهُ بِرِجْلِهِ وَقَالَ : اسْكُنْ فَإِنَّهُ لَيْسَ عَلَيْكَ إِلاَّ نَبِيٌّ أَوْ صِدِّيقٌ أَوْ شَهِيدَانِ وَأَنَا مَعَهُ ، فَانْتَشَدَ لَهُ رِجَالٌ ، ثُمَّ قَالَ : أَنْشُدُ بِاللَّهِ رَجُلاً شَهِدَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَوْمَ بَيْعَةِ الرِّضْوَانِ يَقُولُ : هَذِهِ يَدُ اللهِ وَهَذِهِ يَدُ عُثْمَانَ فَانْتَشَدَ لَهُ رِجَالٌ ، ثُمَّ قَالَ : أَنْشُدُ بِاللَّهِ رَجُلاً سَمِعَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَوْمَ جَيْشِ الْعُسْرَةِ ، يَقُولُ : مَنْ يُنْفِقُ نَفَقَةً مُتَقَبَّلَةً ؟ فَجَهَّزْتُ نِصْفَ الْجَيْشِ مِنْ مَالِي ، فَانْتَشَدَ لَهُ رِجَالٌ ، ثُمَّ قَالَ : أَنْشُدُ بِاللَّهِ رَجُلاً سَمِعَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَقُولُ : مَنْ يَزِيدُ فِي هَذَا الْمَسْجِدِ بِبَيْتٍ فِي الْجَنَّةِ ؟ فَاشْتَرَيْتُهُ مِنْ مَالِي ، فَانْتَشَدَ لَهُ رِجَالٌ ، ثُمَّ قَالَ : أَنْشُدُ بِاللَّهِ رَجُلاً شَهِدَ رُومَةَ تُبَاعُ فَاشْتَرَيْتُهَا مِنْ مَالِي فَأَبَحْتُهَا لاِبْنِ السَّبِيلِ ، فَانْتَشَدَ لَهُ رِجَالٌ.

“Sələmə ibn Abdur-Rahmən ﵀ rəvayət edir ki, insanlar Osmanın evini mühasirəyə aldıqda Osman onların qarşısına çıxıb dedi: “Allah xatirinə deyin, Allah Elçisi ﷺ dağa çıxdıqda dağ silkələnməyə başladı və Allah Elçisi ﷺ dağa ayağı ilə vurub buyurdu: “Sakit ol! Sənin üstündə bir Peyğəmbər, bir Siddiq və iki şəhiddən başqa heç kim yoxdur!” Mən onun yanında idim”. Bir çoxları bunu təsdiq etdi. Sonra Osman dedi: “Allah xatirinə deyin, Ridvan beyətində Allah Elçisinin ﷺ: “Bu, Allahın əli, bu da Osmanın əlidir” dediyini eşitmədinizmi?!” Bir çoxları bunu təsdiq etdi. Sonra Osman dedi: “Allah xatirinə deyin, Allah Elçisi ﷺ çətinlik ordusu haqda buyurdu: “Kim qəbul edilən sədəqə vermək istəyir?” Mən də ordunun yarısını öz malımla təchiz etmişdim”. Bir çoxları bunu təsdiq etdi. Sonra Osman dedi: “Allah xatirinə deyin, Allah Elçisi ﷺ: “Kim Cənnətdə bir evinin olmasını müqabilində məscidin ərazisini genişləndirər?” buyurduqda o ərazini öz pulumla alıb genişləndirməmişdimmi?” Bir çoxları bunu təsdiq etdi. Sonra Osman dedi: “Allah xatirinə deyin, satılan Rumə quyusunu öz malımla alıb Allah yolunda müsəlmanlara vəqf etdiyimi bilən yoxdurmu?!” Bir çoxları bunu təsdiq etdi.”

Əbu Sələmə ibn Abdur-Rahmən
Nəsəi, 3609 (Vəqflər, 16)Səhih

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ وَهْبٍ ، قَالَ : حَدَّثَنِي مُحَمَّدُ بْنُ سَلَمَةَ ، قَالَ : حَدَّثَنِي أَبُو عَبْدِ الرَّحِيمِ ، قَالَ : حَدَّثَنِي زَيْدُ بْنُ أَبِي أُنَيْسَةَ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ أَبِي عَبْدِ الرَّحْمَنِ السَّلَمِيِّ ، قَالَ : لَمَّا حُصِرَ عُثْمَانُ ، فِي دَارِهِ ، اجْتَمَعَ النَّاسُ حَوْلَ دَارِهِ ، قَالَ : فَأَشْرَفَ عَلَيْهِمْ ، وَسَاقَ الْحَدِيثَ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Əbu Abdur-Rahmən əs-Suləmi
Nəsəi, 3610 (Vəqflər, 17)Zəif

أَخْبَرَنَا أَحْمَدُ بْنُ حَرْبٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ فُضَيْلٍ ، عَنْ عُمَارَةَ ، عَنْ أَبِي زُرْعَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : جَاءَ رَجُلٌ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَقَالَ : يَا رَسُولَ اللهِ ، أَيُّ الصَّدَقَةِ أَعْظَمُ أَجْرًا ؟ قَالَ : أَنْ تَصَدَّقَ وَأَنْتَ صَحِيحٌ شَحِيحٌ تَخْشَى الْفَقْرَ وَتَأْمُلُ الْبَقَاءَ ، وَلاَ تُمْهِلْ حَتَّى إِذَا بَلَغَتِ الْحُلْقُومَ ، قُلْتَ : لِفُلاَنٍ كَذَا وَقَدْ كَانَ لِفُلاَنٍ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir nəfər Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, savabı ən böyük olan sədəqə hansıdır?” Peyğəmbər ﷺ buyurdu: “Bu sənin sağlam və xəsis olduğun, kasıb olmaqdan ehtiyat etdiyin və həmişə sağ olacaqsan kimi olduğun halda verdiyin sədəqədir. Bir də ki, sədəqə verməyi, canın boğazına yetişən vaxtda, özün də “filankəsə də bu qədər (verin)” (deyə vəsiyyət edəcəyin günə) saxlama. Çünki həmin vaxt mal-dövlətin başqalarına miras qalacaq”.”

Əbu Hureyra
Nəsəi, 3611 (Vəsiyyətlər, 1)Səhih

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ أَبِي مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ إِبْرَاهِيمَ التَّيْمِيِّ ، عَنِ الْحَارِثِ بْنِ سُوَيْدٍ ، عَنْ عَبْدِ اللهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أَيُّكُمْ مَالُ وَارِثِهِ أَحَبُّ إِلَيْهِ مِنْ مَالِهِ ؟ قَالُوا : يَا رَسُولَ اللهِ ، مَا مِنَّا مِنْ أَحَدٍ إِلاَّ مَالُهُ أَحَبُّ إِلَيْهِ مِنْ مَالِ وَارِثِهِ ، قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : اعْلَمُوا أَنَّهُ لَيْسَ مِنْكُمْ مِنْ أَحَدٍ إِلاَّ مَالُ وَارِثِهِ أَحَبُّ إِلَيْهِ مِنْ مَالِهِ ، مَالُكَ مَا قَدَّمْتَ ، وَمَالُ وَارِثِكَ مَا أَخَّرْتَ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən hansınıza varisinin malı öz malından daha sevimlidir?” Səhabələr dedilər: “Ey Allahın Elçisi, bizdən kimə varisinin malı öz malından sevimli ola bilər ki?” Allah Elçisi ﷺ buyurdu: “Bilin ki, indi sevdiyinizi söylədiyiniz bütün bu mallar sizin deyil, varislərinizin mallarıdır. Sənin malın Axirət və Cənnət üçün öncədən (sədəqə) verdiyin maldır, geridə qalanlar isə varislənin mallarıdır”.”

Abdullah
Nəsəi, 3612 (Vəsiyyətlər, 2)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ قَتَادَةَ ، عَنْ مُطَرِّفٍ ، عَنْ أَبِيهِ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، قَالَ : {أَلْهَاكُمْ التَّكَاثُرُ حَتَّى زُرْتُمِ الْمَقَابِرَ} ، قَالَ : يَقُولُ ابْنُ آدَمَ : مَالِي مَالِي ، وَإِنَّمَا مَالُكَ مَا أَكَلْتَ فَأَفْنَيْتَ ، أَوْ لَبِسْتَ فَأَبْلَيْتَ ، أَوْ تَصَدَّقْتَ فَأَمْضَيْتَ.

“Mutarrif atasından ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ “Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki, nəhayət, qəbirləri ziyarət etdiniz (öldünüz)” (ət-Təkasur, 1-2) ayəsi haqda belə buyurdu: “Adəm övladı “Malım, malım”, - deyir, amma sənin malın yeyib əskiltdiyin, geyinib köhnəltdiyin və sədəqə olaraq verdiyindir”.”

Mutarrif atasından
Nəsəi, 3613 (Vəsiyyətlər, 3)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، قَالَ : سَمِعْتُ أَبَا إِسْحَاقَ ، سَمِعَ أَبَا حَبِيبَةَ الطَّائِيَّ ، قَالَ : أَوْصَى رَجُلٌ بِدَنَانِيرَ فِي سَبِيلِ اللهِ ، فَسُئِلَ أَبُو الدَّرْدَاءِ ، فَحَدَّثَ عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : مَثَلُ الَّذِي يُعْتِقُ أَوْ يَتَصَدَّقُ عِنْدَ مَوْتِهِ مَثَلُ الَّذِي يُهْدِي بَعْدَمَا يَشْبَعُ.

“Rəvayət edilir ki, Əbu Həbibə ət-Tai ﵀ demişdir: “Bir kişi Allah yolunda sədəqə vermək üçün bir qədər dinar vəsiyyət etdi. Bu məsələ Əbu Dərdədən soruşulduqda Peyğəmbərin ﷺ bu hədisini danışdı: “Ölüm ayağında olaraq kölə azad edənin və ya sədəqə verənin misalı, doyduqdan sonra yeməyi başqasına hədiyyə verənin misalı kimidir”.”

Əbu Həbibə ət-Tai
Nəsəi, 3614 (Vəsiyyətlər, 4)Zəif

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا الْفُضَيْلُ ، عَنْ عُبَيْدِ اللهِ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مَا حَقُّ امْرِئٍ مُسْلِمٍ لَهُ شَيْءٌ يُوصَى فِيهِ أَنْ يَبِيتَ لَيْلَتَيْنِ ، إِلاَّ وَوَصِيَّتُهُ مَكْتُوبَةٌ عِنْدَهُ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Vəsiyyət edə biləcək malı olan bir müsəlmanın vəsiyyəti yazılı halda yanında olmadan iki gecə keçirməsinə haqqı yoxdur”.”

İbn Ömər
Nəsəi, 3615 (Vəsiyyətlər, 5)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، قَالَ : حَدَّثَنَا ابْنُ الْقَاسِمِ ، عَنْ مَالِكٍ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، قَالَ : مَا حَقُّ امْرِئٍ مُسْلِمٍ لَهُ شَيْءٌ يُوصَى فِيهِ يَبِيتُ لَيْلَتَيْنِ ، إِلاَّ وَوَصِيَّتُهُ مَكْتُوبَةٌ عِنْدَهُ

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Vəsiyyət edə biləcək malı olan bir müsəlmanın vəsiyyəti yazılı halda yanında olmadan iki gecə keçirməsinə haqqı yoxdur”.”

İbn Ömər
Nəsəi, 3616 (Vəsiyyətlər, 6)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ حَاتِمِ بْنِ نُعَيْمٍ ، قَالَ : حَدَّثَنَا حِبَّانُ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ ابْنِ عَوْنٍ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، قَوْلَهُ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

İbn Ömər
Nəsəi, 3617 (Vəsiyyətlər, 7)Səhih

أَخْبَرَنَا يُونُسُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : أَنْبَأَنَا ابْنُ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي يُونُسُ ، عَنْ ابْنِ شِهَابٍ ، قَالَ : فَإِنَّ سَالِمًا أَخْبَرَنِي ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، قَالَ : مَا حَقُّ امْرِئٍ مُسْلِمٍ تَمُرُّ عَلَيْهِ ثَلاَثُ لَيَالٍ ، إِلاَّ وَعِنْدَهُ وَصِيَّتُهُ قَالَ عَبْدُ اللهِ بْنُ عُمَرَ : مَا مَرَّتْ عَلَيَّ مُنْذُ سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ ذَلِكَ ، إِلاَّ وَعِنْدِي وَصِيَّتِي.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Heç bir müsəlmanın vəsiyyəti yazılı halda yanında olmadan üç gecə keçirməsinə haqqı yoxdur”. Abdullah ibn Ömər deyir: “Allah Elçisindən ﷺ bunu eşitdiyimdən bəri vəsiyyətim həmişə yanımdadır”.”

İbn Ömər
Nəsəi, 3618 (Vəsiyyətlər, 8)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ يَحْيَى بْنِ الْوَزِيرِ بْنِ سُلَيْمَانَ ، قَالَ : سَمِعْتُ ابْنَ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي يُونُسُ ، وَعَمْرُو بْنُ الْحَارِثِ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ سَالِمِ بْنِ عَبْدِ اللهِ ، عَنْ أَبِيهِ ، عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : مَا حَقُّ امْرِئٍ مُسْلِمٍ لَهُ شَيْءٌ يُوصَى فِيهِ فَيَبِيتُ ثَلاَثَ لَيَالٍ ، إِلاَّ وَوَصِيَّتُهُ عِنْدَهُ مَكْتُوبَةٌ.

“Səlim atasından ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Vəsiyyət edə biləcək malı olan bir müsəlmanın vəsiyyəti yazılı halda yanında olmadan üç gecə keçirməsinə haqqı yoxdur”.”

Səlim atasından
Nəsəi, 3619 (Vəsiyyətlər, 9)Səhih

أَخْبَرَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا خَالِدُ بْنُ الْحَارِثِ ، قَالَ : حَدَّثَنَا مَالِكُ بْنُ مِغْوَلٍ ، قَالَ : حَدَّثَنَا طَلْحَةُ ، قَالَ : سَأَلْتُ ابْنَ أَبِي أَوْفَى ، أَوْصَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ؟ قَالَ : لاَ قُلْتُ : كَيْفَ كَتَبَ عَلَى الْمُسْلِمِينَ الْوَصِيَّةَ ؟ قَالَ : أَوْصَى بِكِتَابِ اللَّهِ.

“Rəvayət edilir ki, Təlhə ﵀ demişdir: “Mən İbn Əbu Əufədən soruşdum: “Allah Elçisi ﷺ vəsiyyət etmişdimi?” O: “Xeyr!”, - dedi. Mən dedim: “Bəs müsəlmanlara nəyə əsaslanmaq vəsiyyət olundu?” O dedi: “O, Allahın Kitabını vəsiyyət etdi”.”

Təlhə
Nəsəi, 3620 (Vəsiyyətlər, 10)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ آدَمَ ، قَالَ : حَدَّثَنَا مُفَضَّلٌ ، عَنِ الأَعْمَشِ ، وَأَنْبَأَنَا مُحَمَّدُ بْنُ الْعَلاَءِ ، وَأَحْمَدُ بْنُ حَرْبٍ ، قَالاَ : حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ شَقِيقٍ ، عَنْ مَسْرُوقٍ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : مَا تَرَكَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ دِينَارًا وَلاَ دِرْهَمًا وَلاَ شَاةً وَلاَ بَعِيرًا ، وَلاَ أَوْصَى بِشَيْءٍ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisinin ﷺ nə dinarı, nə dirhəmi, nə qoyunu, nə də dəvəsi var idi. Ona görə də heç bir şey vəsiyyət etmədi”.”

Aişə
Nəsəi, 3621 (Vəsiyyətlər, 11)Səhih

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ رَافِعٍ ، حَدَّثَنَا مُصْعَبٌ ، حَدَّثَنَا دَاوُدُ ، عَنِ الأَعْمَشِ ، عَنْ شَقِيقٍ ، عَنْ مَسْرُوقٍ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : مَا تَرَكَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ دِرْهَمًا وَلاَ دِينَارًا وَلاَ شَاةً وَلاَ بَعِيرًا ، وَمَا أَوْصَى.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ nə dirhəmi, nə dinarı, nə qoyunu, nə də dəvəsi var idi. Ona görə də heç bir şey vəsiyyət etmədi”.”

Aişə
Nəsəi, 3622 (Vəsiyyətlər, 12)Səhih

أَخْبَرَنَا جَعْفَرُ بْنُ مُحَمَّدِ بْنِ الْهُذَيْلِ ، وَأَحْمَدُ بْنُ يُوسُفَ ، قَالاَ : حَدَّثَنَا عَاصِمُ بْنُ يُوسُفَ ، قَالَ : حَدَّثَنَا حَسَنُ بْنُ عَيَّاشٍ ، عَنِ الأَعْمَشِ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : مَا تَرَكَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ دِرْهَمًا وَلاَ دِينَارًا وَلاَ شَاةً وَلاَ بَعِيرًا ، وَلاَ أَوْصَى لَمْ يَذْكُرْ جَعْفَرٌ : دِينَارًا وَلاَ دِرْهَمًا.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ nə dirhəm, nə dinar, nə qoyun, nə dəvəsi var idi. Ona görə də heç bir şey vəsiyyət etmədi”.”

Aişə
Nəsəi, 3623 (Vəsiyyətlər, 13)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا أَزْهَرُ ، قَالَ : أَنْبَأَنَا ابْنُ عَوْنٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : يَقُولُونَ إِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَوْصَى إِلَى عَلِيٍّ رَضِيَ اللَّهُ عَنْهُ ، لَقَدْ دَعَا بِالطَّسْتِ لِيَبُولَ فِيهَا ، فَانْخَنَثَتْ نَفْسُهُ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَمَا أَشْعُرُ ، فَإِلَى مَنْ أَوْصَى.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Deyirlər ki, Allah Elçisi ﷺ Əliyə ﵁ vəsiyyət edib”. Halbuki, vəfatından az müddət qabaq kiçik subaşına çıxmaq üçün bir qab istəmişdi. Bu əsnada huşu özündə deyildi. O, vəfat edəndə mən belə onun vəfat etdiyini anlaya bilməmişdim. Bu halda kimə vəsiyyət edə bilər?””

Aişə
Nəsəi, 3624 (Vəsiyyətlər, 14)Səhih

أَخْبَرَنِي أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا عَارِمٌ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، عَنْ ابْنِ عَوْنٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : تُوُفِّيَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، وَلَيْسَ عِنْدَهُ أَحَدٌ غَيْرِي قَالَتْ : وَدَعَا بِالطَّسْتِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ vəfat etdikdə onun yanında məndən başqa heç kim yox idi. Ölənə yaxın kiçik subaşına çıxmaq üçün bir qab istəmişdi”.”

Aişə
Nəsəi, 3625 (Vəsiyyətlər, 15)Səhih

أَخْبَرَنِي عَمْرُو بْنُ عُثْمَانَ بْنِ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عَامِرِ بْنِ سَعْدٍ ، عَنْ أَبِيهِ ، قَالَ : مَرِضْتُ مَرَضًا أَشْفَيْتُ مِنْهُ ، فَأَتَانِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَعُودُنِي ، فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنَّ لِي مَالاً كَثِيرًا ، وَلَيْسَ يَرِثُنِي إِلاَّ ابْنَتِي ، أَفَأَتَصَدَّقُ بِثُلُثَيْ مَالِي ؟ قَالَ : لاَ ، قُلْتُ : فَالشَّطْرَ ؟ قَالَ : لاَ ، قُلْتُ : فَالثُّلُثَ ؟ قَالَ : الثُّلُثَ ، وَالثُّلُثُ كَثِيرٌ ، إِنَّكَ أَنْ تَتْرُكَ وَرَثَتَكَ أَغْنِيَاءَ خَيْرٌ لَهُمْ مِنْ أَنْ تَتْرُكَهُمْ عَالَةً يَتَكَفَّفُونَ النَّاسَ.

“Amir ibn Səd atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Sağalacağım bir xəstəliyə tutulmuşdum. Allah Elçisi ﷺ məni ziyarət etməyə gəlmişdi. Mən dedim: “Ey Allahın Elçisi, mənim çoxlu mal-dövlətim var. Qızımdan başqa isə heç bir varisim yoxdur. Bu mal-dövlətin üçdəikisini sədəqə verə bilərəmmi?” O: “Xeyr!”, - dedi. Mən dedim: “Bəs yarısını?” O yenə: “Xeyr!”, - dedi. Mən dedim: “Bəs üçdəbirini?” O buyurdu: “Üçdəbirini... Üçdəbiri də çoxdur. Varislərini varlı buraxmağın insanlara əl açacaqları vəziyyətdə buraxmağından daha xeyirlidir”.”

Amir ibn Səd atasından
Nəsəi, 3626 (Vəsiyyətlər, 16)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ مَنْصُورٍ ، وَأَحْمَدُ بْنُ سُلَيْمَانَ ، وَاللَّفْظُ لأَحْمَدَ قَالاَ : حَدَّثَنَا أَبُو نُعَيْمٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ سَعْدِ بْنِ إِبْرَاهِيمَ ، عَنْ عَامِرِ بْنِ سَعْدٍ ، عَنْ سَعْدٍ ، قَالَ : جَاءَنِي النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَعُودُنِي وَأَنَا بِمَكَّةَ ، قُلْتُ : يَا رَسُولَ اللهِ ، أُوصِي بِمَالِي كُلِّهِ ؟ قَالَ : لاَ ، قُلْتُ : فَالشَّطْرَ ؟ قَالَ : لاَ ، قُلْتُ : فَالثُّلُثَ ؟ قَالَ : الثُّلُثَ ، وَالثُّلُثُ كَثِيرٌ ، إِنَّكَ أَنْ تَدَعَ وَرَثَتَكَ أَغْنِيَاءَ خَيْرٌ مِنْ أَنْ تَدَعَهُمْ عَالَةً يَتَكَفَّفُونَ النَّاسَ ، يَتَكَفَّفُونَ فِي أَيْدِيهِمْ.

“Rəvayət edilir ki, Səd ﵁ demişdir: “Mən Məkkədə xəstə yatarkən Peyğəmbər ﷺ məni ziyarət etməyə gəlmişdi. Mən dedim: “Ey Allahın Elçisi, mən bütün malımı sədəqə verməyi vəsiyyət edə bilərəmmi?” O: “Xeyr!”, - dedi. Mən dedim: “Bəs yarısını?” O yenə: “Xeyr!”, - dedi. Mən dedim: “Bəs üçdəbirini?” O buyurdu: “Üçdəbirini... Üçdəbiri də çoxdur. Varislərini varlı buraxmağın onları kasıb və insanlara əl açacaq vəziyyətdə buraxmağından daha xeyirlidir”.”

Səd
Nəsəi, 3627 (Vəsiyyətlər, 17)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ سَعْدِ بْنِ إِبْرَاهِيمَ ، عَنْ عَامِرِ بْنِ سَعْدٍ ، عَنْ أَبِيهِ ، قَالَ : كَانَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَعُودُهُ وَهُوَ بِمَكَّةَ ، وَهُوَ يَكْرَهُ أَنْ يَمُوتَ بِالأَرْضِ الَّذِي هَاجَرَ مِنْهَا ، قَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : رَحِمَ اللَّهُ سَعْدَ ابْنَ عَفْرَاءَ أَوْ يَرْحَمُ اللَّهُ سَعْدَ ابْنَ عَفْرَاءَ وَلَمْ يَكُنْ لَهُ إِلاَّ ابْنَةٌ وَاحِدَةٌ ، قَالَ : يَا رَسُولَ اللهِ ، أُوصِي بِمَالِي كُلِّهِ ؟ قَالَ : لاَ قُلْتُ : النِّصْفَ ، قَالَ : لاَ ، قُلْتُ : فَالثُّلُثَ ، قَالَ : الثُّلُثَ ، وَالثُّلُثُ كَثِيرٌ ، إِنَّكَ أَنْ تَدَعَ وَرَثَتَكَ أَغْنِيَاءَ خَيْرٌ مِنْ أَنْ تَدَعَهُمْ عَالَةً يَتَكَفَّفُونَ النَّاسَ مَا فِي أَيْدِيهِمْ

“Amir ibn Səd ﵀ rəvayət edir ki, atası Məkkədə xəstə yatanda Peyğəmbər ﷺ onu ziyarət etmişdi. Səd vaxtilə hicrət etdiyi bu torpaqda ölmək istəmirdi. Peyğəmbər ﷺ belə buyurdu: “Allah Səd ibn Əfraya rəhm etsin!” Onun varis olaraq bir qızı var idi. O dedi: “Ey Allahın Elçisi, mən bütün var-dövlətimi sədəqə etməyə vəsiyyət edə bilərəmmi?” Peyğəmbər ﷺ: “Xeyr!”, - dedi. O dedi: “Bəs yarısını?” Peyğəmbər ﷺ yenə: “Xeyr!”, - dedi. O dedi: “Bəs üçdəbirini?” Peyğəmbər ﷺ buyurdu: “Üçdəbirini... Üçdəbiri də çoxdur. Çünki varislərini varlı buraxmağın insanlara əl açacaq vəziyyətdə buraxmağından daha xeyirlidir”.”

Amir ibn Səd
Nəsəi, 3628 (Vəsiyyətlər, 18)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا أَبُو نُعَيْمٍ ، قَالَ : حَدَّثَنَا مِسْعَرٌ ، عَنْ سَعْدِ بْنِ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنِي بَعْضُ آلِ سَعْدٍ ، قَالَ : مَرِضَ سَعْدٌ ، فَدَخَلَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، أُوصِي بِمَالِي كُلِّهِ ؟ قَالَ : لاَ ، وَسَاقَ الْحَدِيثَ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Sədin ailəsindən biri
Nəsəi, 3629 (Vəsiyyətlər, 19)Zəif

أَخْبَرَنَا الْعَبَّاسُ بْنُ عَبْدِ الْعَظِيمِ الْعَنْبَرِيُّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْكَبِيرِ بْنُ عَبْدِ الْمَجِيدِ ، قَالَ : حَدَّثَنَا بُكَيْرُ بْنُ مِسْمَارٍ ، قَالَ : سَمِعْتُ عَامِرَ بْنَ سَعْدٍ ، عَنْ أَبِيهِ : أَنَّهُ اشْتَكَى بِمَكَّةَ فَجَاءَهُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَلَمَّا رَآهُ سَعْدٌ بَكَى وَقَالَ : يَا رَسُولَ اللهِ ، أَمُوتُ بِالأَرْضِ الَّتِي هَاجَرْتُ مِنْهَا ، قَالَ : لاَ إِنْ شَاءَ اللَّهُ ، وَقَالَ : يَا رَسُولَ اللهِ ، أُوصِي بِمَالِي كُلِّهِ فِي سَبِيلِ اللهِ ؟ قَالَ : لاَ ، قَالَ : يَعْنِي بِثُلُثَيْهِ ؟ قَالَ : لاَ ، قَالَ : فَنِصْفَهُ ، قَالَ : لاَ ، قَالَ : فَثُلُثَهُ ؟ قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : الثُّلُثَ ، وَالثُّلُثُ كَثِيرٌ ، إِنَّكَ أَنْ تَتْرُكَ بَنِيكَ أَغْنِيَاءَ خَيْرٌ مِنْ أَنْ تَتْرُكَهُمْ عَالَةً يَتَكَفَّفُونَ النَّاسَ.

“Amir ibn Səd ﵀ rəvayət edir ki, atası Məkkədə xəstə yatırdı. Səd Allah Elçisinin ﷺ gəldiyini gördükdə ağlamağa başladı və dedi: “Ey Allahın Elçisi, vaxtilə hicrət etdiyim yerdə öləcəyəm”. Allah Elçisi buyurdu: “Xeyr, Allahın izni ilə!” Səd dedi: “Ey Allahın Elçisi, mən bütün var-dövlətimi Allah yolunda sədəqə etməyə vəsiyyət edə bilərəmmi?” Peyğəmbər ﷺ: “Xeyr!”, - dedi. O dedi: “Bəs üçdəikisini?” Peyğəmbər ﷺ yenə: “Xeyr!”, - dedi. O dedi: “Bəs yarısını?” Peyğəmbər ﷺ yenə: “Xeyr!”, - dedi. O dedi: “Bəs üçdəbirini?” Peyğəmbər ﷺ buyurdu: “Üçdəbirini... Üçdəbiri də çoxdur. Çünki varislərini varlı buraxmağın insanlara əl açacaq vəziyyətdə buraxmağından daha xeyirlidir”.”

Amir ibn Səd
Nəsəi, 3630 (Vəsiyyətlər, 20)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا جَرِيرٌ ، عَنْ عَطَاءِ بْنِ السَّائِبِ ، عَنْ أَبِي عَبْدِ الرَّحْمَنِ ، عَنْ سَعْدِ بْنِ أَبِي وَقَّاصٍ ، قَالَ : عَادَنِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي مَرَضِي ، فَقَالَ : أَوْصَيْتَ ؟ قُلْتُ : نَعَمْ ، قَالَ : بِكَمْ ؟ قُلْتُ : بِمَالِي كُلِّهِ فِي سَبِيلِ اللهِ ، قَالَ : فَمَا تَرَكْتَ لِوَلَدِكَ ؟ قُلْتُ : هُمْ أَغْنِيَاءُ ، قَالَ : أَوْصِ بِالْعُشْرِ ، فَمَا زَالَ يَقُولُ وَأَقُولُ حَتَّى قَالَ : أَوْصِ بِالثُّلُثِ ، وَالثُّلُثُ كَثِيرٌ أَوْ كَبِيرٌ.

“Rəvayət edilir ki, Səd ibn Əbu Vaqqas ﵁ demişdir: “Allah Elçisi ﷺ mən xəstə olduqda məni ziyarət etdi və buyurdu: “Vəsiyyət etmisənmi?” Mən: “Bəli”, - dedim. O dedi: “Nə qədər?” Mən dedim: “Bütün var-dövlətimi Allah yolunda sədəqə etməyi vəsiyyət etmişəm”. Peyğəmbər ﷺ buyurdu: “Bəs övladlarına nə saxlamısan?” Mən dedim: “Onlar varlıdırlar”. Peyğəmbər ﷺ buyurdu: “Elə isə malının ondabirini onlara vəsiyyət et!” Mən daha çoxunu istədim, Allah Elçisi ﷺ də artırdı və buyurdu: “Üçdəbirini sədəqə üçün vəsiyyət et! Amma üçdəbiri də çox və böyükdür”.”

Səd ibn Əbu Vaqqas
Nəsəi, 3631 (Vəsiyyətlər, 21)Zəif

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا وَكِيعٌ ، قَالَ : حَدَّثَنَا هِشَامُ بْنُ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ سَعْدٍ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَادَهُ فِي مَرَضِهِ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، أُوصِي بِمَالِي كُلِّهِ ؟ قَالَ : لاَ ، قَالَ : فَالشَّطْرَ ؟ قَالَ : لاَ ، قَالَ : فَالثُّلُثَ ؟ قَالَ : الثُّلُثَ ، وَالثُّلُثُ كَثِيرٌ أَوْ كَبِيرٌ.

“Səd ﵁ rəvayət edir ki, xəstə olanda Peyğəmbər ﷺ onu ziyarət etmişdi. O dedi: “Ey Allahın Elçisi, mən bütün var-dövlətimi sədəqə etməyi vəsiyyət edə bilərəm?” Peyğəmbər ﷺ: Xeyr”, - dedi. Səd dedi: “Bəs yarısını?” O: “Xeyr”, - dedi. Səd dedi: “Bəs üçdəbirini?” Peyğəmbər ﷺ buyurdu: “Üçdəbiri... Üçdəbiri də çox və böyükdür”.”

Səd
Nəsəi, 3632 (Vəsiyyətlər, 22)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْوَلِيدِ الْفَحَّامُ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ رَبِيعَةَ ، قَالَ : حَدَّثَنَا هِشَامُ بْنُ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَتَى سَعْدًا يَعُودُهُ ، فَقَالَ لَهُ سَعْدٌ : يَا رَسُولَ اللهِ ، أُوصِي بِثُلُثَيْ مَالِي ؟ قَالَ : لاَ ، قَالَ : فَأُوصِي بِالنِّصْفِ ؟ قَالَ : لاَ ، قَالَ : فَأُوصِي بِالثُّلُثِ ؟ قَالَ : نَعَمْ ، الثُّلُثَ ، وَالثُّلُثُ كَثِيرٌ ، أَوْ كَبِيرٌ ، إِنَّكَ أَنْ تَدَعَ وَرَثَتَكَ أَغْنِيَاءَ خَيْرٌ مِنْ أَنْ تَدَعَهُمْ فُقَرَاءَ يَتَكَفَّفُونَ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ Sədi ziyarət etməyə getmişdi. Səd ona dedi: “Ey Allahın Elçisi, mən var-dövlətimin üçdəikisini sədəqə etməyi vəsiyyət edə bilərəmmi?” Peyğəmbər ﷺ: “Xeyr”, - dedi. Səd dedi: “Bəs yarısını?” O: “Xeyr”, - dedi. Səd dedi: “Bəs üçdəbirini?” Peyğəmbər ﷺ buyurdu: “Bəli, üçdəbiri... Üçdəbiri də çox və böyükdür, çünki varislərini varlı buraxmağın insanlara əl açacaq vəziyyətdə kasıb buraxmağından daha xeyirlidir”.”

Aişə
Nəsəi, 3633 (Vəsiyyətlər, 23)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : لَوْ غَضَّ النَّاسُ إِلَى الرُّبُعِ لأَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : الثُّلُثَ ، وَالثُّلُثُ كَثِيرٌ أَوْ كَبِيرٌ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “İnsanların sədəqə etmək xüsusunda vəsiyyət etmək istədikdə mallarının dörddəbirini vəsiyyət etmək istənilir, çünki Allah Elçisi ﷺ vəsiyyət edənə: “Üçdəbiri... Üçdəbiri də çox və böyükdür”, - demişdir”.”

İbn Abbas
Nəsəi, 3634 (Vəsiyyətlər, 24)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا حَجَّاجُ بْنُ الْمِنْهَالِ ، قَالَ : حَدَّثَنَا هَمَّامٌ ، عَنْ قَتَادَةَ ، عَنْ يُونُسَ بْنِ جُبَيْرٍ ، عَنْ مُحَمَّدِ بْنِ سَعْدٍ ، عَنْ أَبِيهِ سَعْدِ بْنِ مَالِكٍ : أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ جَاءَهُ وَهُوَ مَرِيضٌ ، فَقَالَ : إِنَّهُ لَيْسَ لِي وَلَدٌ إِلاَّ ابْنَةٌ وَاحِدَةٌ ، فَأُوصِي بِمَالِي كُلِّهِ ؟ قَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لاَ ، قَالَ : فَأُوصِي بِنِصْفِهِ ؟ قَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لاَ ، قَالَ : فَأُوصِي بِثُلُثِهِ ؟ قَالَ : الثُّلُثَ ، وَالثُّلُثُ كَثِيرٌ.

“Səd ibn Malikin atası ﵁ rəvayət edir ki, bir dəfə o, xəstə olarkən Peyğəmbər ﷺ onu ziyarət etmişdi. Səd ona dedi: “Mənim bir qızımdan başqa övladım yoxdur. Var-dövlətimin hamısını sədəqə etmək üçün vəsiyyət edə bilərəmmi?” Peyğəmbər ﷺ: “Xeyr”, - dedi. Səd dedi: “Bəs yarısını?” O: “Xeyr”, - dedi. Səd dedi: “Bəs üçdəbirini?” Peyğəmbər ﷺ buyurdu: “Üçdəbiri... Üçdəbiri də çoxdur”.”

Səd ibn Malik
Nəsəi, 3635 (Vəsiyyətlər, 25)Səhih

أَخْبَرَنَا الْقَاسِمُ بْنُ زَكَرِيَّا بْنِ دِينَارٍ ، قَالَ : حَدَّثَنَا عُبَيْدُ اللهِ ، عَنْ شَيْبَانَ ، عَنْ فِرَاسٍ ، عَنِ الشَّعْبِيِّ ، قَالَ : حَدَّثَنِي جَابِرُ بْنُ عَبْدِ اللهِ : أَنَّ أَبَاهُ اسْتُشْهِدَ يَوْمَ أُحُدٍ وَتَرَكَ سِتَّ بَنَاتٍ وَتَرَكَ عَلَيْهِ دَيْنًا ، فَلَمَّا حَضَرَ جِدَادُ النَّخْلِ أَتَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقُلْتُ : قَدْ عَلِمْتَ أَنَّ وَالِدِي اسْتُشْهِدَ يَوْمَ أُحُدٍ وَتَرَكَ دَيْنًا كَثِيرًا ، وَإِنِّي أُحِبُّ أَنْ يَرَاكَ الْغُرَمَاءُ . قَالَ : اذْهَبْ فَبَيْدِرْ كُلَّ تَمْرٍ عَلَى نَاحِيَةٍ ، فَفَعَلْتُ ثُمَّ دَعَوْتُهُ ، فَلَمَّا نَظَرُوا إِلَيْهِ كَأَنَّمَا أُغْرُوا بِي تِلْكَ السَّاعَةَ ، فَلَمَّا رَأَى مَا يَصْنَعُونَ أَطَافَ حَوْلَ أَعْظَمِهَا بَيْدَرًا ثَلاَثَ مَرَّاتٍ ، ثُمَّ جَلَسَ عَلَيْهِ ، ثُمَّ قَالَ : ادْعُ أَصْحَابَكَ ، فَمَا زَالَ يَكِيلُ لَهُمْ حَتَّى أَدَّى اللَّهُ أَمَانَةَ وَالِدِي ، وَأَنَا رَاضٍ أَنْ يُؤَدِّيَ اللَّهُ أَمَانَةَ وَالِدِي لَمْ تَنْقُصْ تَمْرَةً وَاحِدَةً.

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, onun babası Uhud döyüşündə şəhid edilmişdi. Özündən sonra altı qızı və xeyli borcu qalmışdı. Cabir deyir: “Xurma toplama vaxtı gəldikdə Allah Elçisinin ﷺ yanına gələrək dedim: “Atamın Uhud döyüşündə şəhid olduğunu və çoxlu borc qoyub getdiyini bilirsən. Mən də bu borcların öhdəsindən gələ bilməyəcəyimi düşünürəm. Bu səbəblə də həmin borc sahiblərinin səninlə görüşmələrini istəyirəm”. Allah Elçisi ﷺ buyurdu: “Get hər növ xurmanı ayrı-ayrı yığ, sonra mənə xəbər ver”. Mən də Allah Elçisinin ﷺ dediyi kimi etdim, sonra da onu çağırdım. Borc yiyələri Allah Elçisini ﷺ gördükdə istəklərindəki israrı bir az da artırdılar. Allah Elçisi ﷺ onların bu hərəkətlərini gördükdə ən böyük xurma topasının ətrafında üç dəfə fırlandı və topanın yanında oturdu, sonra: “Borc yiyələrini çağır!”, - dedi. Allah Elçisi ﷺ onlara ölçə-ölçə xurma verdi və Allah atamın borcunu ödətdirdi. Mən: “Allah mənə atamın borcunu ödəməyi nəsib etsin, mənə və bacılarıma bir xurma qalmasa belə, buna razı olaram”, - deyirdim. Halbuki borcların hamısı ödəndi və yığdığım xurma topalarından bir xurma əskilməmiş kimi idi”.”

Cabir ibn Abdullah
Nəsəi, 3636 (Vəsiyyətlər, 26)Səhih

أَخْبَرَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مُحَمَّدِ بْنِ سَلاَّمٍ ، قَالَ : حَدَّثَنَا إِسْحَاقُ وَهُوَ الأَزْرَقُ ، قَالَ : حَدَّثَنَا زَكَرِيَّا ، عَنِ الشَّعْبِيِّ ، عَنْ جَابِرٍ : أَنَّ أَبَاهُ تُوُفِّيَ وَعَلَيْهِ دَيْنٌ ، فَأَتَيْتُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنَّ أَبِي تُوُفِّيَ وَعَلَيْهِ دَيْنٌ ، وَلَمْ يَتْرُكْ إِلاَّ مَا يُخْرِجُ نَخْلُهُ ، وَلاَ يَبْلُغُ مَا يُخْرِجُ نَخْلُهُ مَا عَلَيْهِ مِنَ الدَّيْنِ دُونَ سِنِينَ ، فَانْطَلِقْ مَعِي يَا رَسُولَ اللهِ لِكَيْ لاَ يُفْحِشَ عَلَيَّ الْغُرَّامُ ، فَأَتَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَدُورُ بَيْدَرًا بَيْدَرًا فَسَلَّمَ حَوْلَهُ وَدَعَا لَهُ ثُمَّ جَلَسَ عَلَيْهِ ، وَدَعَا الْغُرَّامَ فَأَوْفَاهُمْ ، وَبَقِيَ مِثْلُ مَا أَخَذُوا.

“Cabir ﵁ rəvayət edir ki, atam vəfat etdikdə xeyli borcu qalmışdı. Mən Peyğəmbərin ﷺ yanına gedib dedim: “Ey Allahın Elçisi, atam vəfat edib və xeyli borcu qalıb. Xurma bağından başqa heç bir mal qoyub getməyib. Bu xurmalıqdan çıxan məhsul ilə borcu bir neçə ilə ödənilər. Gəl borc yiyələrinin mənə pislik etməmələri üçün xurmalığa birlikdə gedək, ey Allahın Elçisi!” Allah Elçisi ﷺ gəldi, yığılmış xurma topalarının arasında dolaşdı və borc yiyələrinin borclarını ödədi. Yığılmış xurma topaları sanki əskilməmişdi”.”

Cabir
Nəsəi, 3637 (Vəsiyyətlər, 27)Səhih

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا جَرِيرٌ ، عَنْ مُغِيرَةَ ، عَنِ الشَّعْبِيِّ ، عَنْ جَابِرٍ ، قَالَ : تُوُفِّيَ عَبْدُ اللهِ بْنُ عَمْرِو بْنِ حَرَامٍ ، قَالَ : وَتَرَكَ دَيْنًا فَاسْتَشْفَعْتُ بِرَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَلَى غُرَمَائِهِ أَنْ يَضَعُوا مِنْ دَيْنِهِ شَيْئًا ، فَطَلَبَ إِلَيْهِمْ فَأَبَوْا ، فَقَالَ لِي النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : اذْهَبْ فَصَنِّفْ تَمْرَكَ أَصْنَافًا ، الْعَجْوَةَ عَلَى حِدَةٍ ، وَعِذْقَ ابْنِ زَيْدٍ عَلَى حِدَةٍ ، وَأَصْنَافَهُ ثُمَّ ابْعَثْ إِلَيَّ ، قَالَ : فَفَعَلْتُ ، فَجَاءَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَجَلَسَ فِي أَعْلاَهُ أَوْ فِي أَوْسَطِهِ ، ثُمَّ قَالَ : كِلْ لِلْقَوْمِ ، قَالَ : فَكِلْتُ لَهُمْ حَتَّى أَوْفَيْتُهُمْ ، ثُمَّ بَقِيَ تَمْرِي كَأَنْ لَمْ يَنْقُصْ مِنْهُ شَيْءٌ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Abdullah ibn Amir ibn Haram vəfat etdikdə xeyli borcu qalmışdı. Mən Allah Elçisindən ﷺ borc yiyələrinin borclarından keçmələri üçün kömək istədim. Allah Elçisi ﷺ borc yiyələrindən borclarının keçmələrini istədikdə bunu qəbul etmədilər. Peyğəmbər ﷺ mənə dedi: “Get, xurmalarını növlərinə görə - əl-Acvə xurmasını bir yerə, İzq ibn Zeyd xurmasını başqa bir yerə yığ və mənə xəbər ver!” Mən Allah Elçisinin ﷺ dediyi kimi etdim. Allah Elçisi ﷺ gəldi və xurma yığınlarının ən üstdə olanının və ya ortadakılarının yanında oturdu, sonra belə buyurdu: “Borc yiyələrinə borclu olduğun miqdarla ölçməyə başla!” Mən də ölçüb onlara borclarımı verdim və borcum qalmadı. Sonra baxıb gördüm ki, xurma yığınlarından sanki heç nə əskilməyib”.”

Cabir
Nəsəi, 3638 (Vəsiyyətlər, 28)Səhih

أَخْبَرَنَا إِبْرَاهِيمُ بْنُ يُونُسَ بْنِ مُحَمَّدٍ حَرَمِيٌّ ، قَالَ : حَدَّثَنَا أَبِي ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ عَمَّارِ بْنِ أَبِي عَمَّارٍ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : كَانَ لِيَهُودِيٍّ عَلَى أَبِي تَمْرٌ ، فَقُتِلَ يَوْمَ أُحُدٍ وَتَرَكَ حَدِيقَتَيْنِ ، وَتَمْرُ الْيَهُودِيِّ يَسْتَوْعِبُ مَا فِي الْحَدِيقَتَيْنِ ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : هَلْ لَكَ أَنْ تَأْخُذَ الْعَامَ نِصْفَهُ وَتُؤَخِّرَ نِصْفَهُ ؟ فَأَبَى الْيَهُودِيُّ ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : هَلْ لَكَ أَنْ تَأْخُذَ الْجِدَادَ ؟ فَآذِنِّي فَآذَنْتُهُ ، فَجَاءَ هُوَ وَأَبُو بَكْرٍ فَجَعَلَ يُجَدُّ وَيُكَالُ مِنْ أَسْفَلِ النَّخْلِ ، وَرَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَدْعُو بِالْبَرَكَةِ حَتَّى وَفَيْنَاهُ جَمِيعَ حَقِّهِ مِنْ أَصْغَرِ الْحَدِيقَتَيْنِ - فِيمَا يَحْسِبُ عَمَّارٌ - ثُمَّ أَتَيْتُهُمْ بِرُطَبٍ وَمَاءٍ فَأَكَلُوا وَشَرِبُوا ، ثُمَّ قَالَ : هَذَا مِنَ النَّعِيمِ الَّذِي تُسْأَلُونَ عَنْهُ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Atamın bir yəhudiyə xurmadan borcu var idi. Atam Uhud döyüşündə öldürüldü və iki xurma bağı qoyub getdi. Bu bağlardakı xurmalar isə yəhudinin borcunu tam ödəmirdi. Peyğəmbər ﷺ yəhudiyə dedi: “Alacağın xurmanın yarısını indi, yarısını da gələn ilə saxlaya bilərsən?” Yəhudi bununla razılaşmadı. Belə olduqda Peyğəmbər ﷺ buyurdu: “Xurmaları yığmağa başladıqda mənə xəbər ver!” Mən onun dediyi kimi etdikdən sonra ona xəbər verdim. Allah Elçisi ﷺ Əbu Bəkrlə birlikdə gəldi. Xurmaların ən alt hissəsindən başlanaraq ölçülməyə başlandı. Allah Elçisi ﷺ xurmanın bərəkətli olması üçün dua etdi. Həmin xurma bağçalarının kiçiyindən çıxan xurmalarla yəhudinin borcunu ödədik. Allah Elçisinə ﷺ və Əbu Bəkrə hədiyyə olaraq yaş xurma və su gətirdim. Onlar yeyib-içdilər və belə dedilər: “Bax, bu nemətə görə sorğu-sual olunacaqsınız!””

Cabir ibn Abdullah
Nəsəi, 3639 (Vəsiyyətlər, 29)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، عَنْ حَدِيثِ عَبْدِ الْوَهَّابِ ، قَالَ : حَدَّثَنَا عُبَيْدُ اللهِ ، عَنْ وَهْبِ بْنِ كَيْسَانَ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : تُوُفِّيَ أَبِي وَعَلَيْهِ دَيْنٌ ، فَعَرَضْتُ عَلَى غُرَمَائِهِ أَنْ يَأْخُذُوا الثَّمَرَةَ بِمَا عَلَيْهِ فَأَبَوْا ، وَلَمْ يَرَوْا فِيهِ وَفَاءً ، فَأَتَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَذَكَرْتُ ذَلِكَ لَهُ ، قَالَ : إِذَا جَدَدْتَهُ فَوَضَعْتَهُ فِي الْمِرْبَدِ فَآذِنِّي ، فَلَمَّا جَدَدْتُهُ وَوَضَعْتُهُ فِي الْمِرْبَدِ أَتَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَجَاءَ وَمَعَهُ أَبُو بَكْرٍ وَعُمَرُ ، فَجَلَسَ عَلَيْهِ وَدَعَا بِالْبَرَكَةِ ، ثُمَّ قَالَ : ادْعُ غُرَمَاءَكَ فَأَوْفِهِمْ ، قَالَ : فَمَا تَرَكْتُ أَحَدًا لَهُ عَلَى أَبِي دَيْنٌ إِلاَّ قَضَيْتُهُ ، وَفَضَلَ لِي ثَلاَثَةَ عَشَرَ وَسْقًا ، فَذَكَرْتُ ذَلِكَ لَهُ فَضَحِكَ وَقَالَ : ائْتِ أَبَا بَكْرٍ وَعُمَرَ ، فَأَخْبِرْهُمَا ذَلِكَ ، فَأَتَيْتُ أَبَا بَكْرٍ وَعُمَرَ فَأَخْبَرْتُهُمَا ، فَقَالاَ : قَدْ عَلِمْنَا إِذْ صَنَعَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ مَا صَنَعَ أَنَّهُ سَيَكُونُ ذَلِكَ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Atam vəfat etmiş və özündən sonra borcu qalmışdı. Borc yiyələrinə borcun əvəzində xurma götürmələrini təklif etdim, lakin bununla razılaşmadılar və məndə olanın onların borcunu ödəməyəciyini bildirdilər. Mən Allah Elçisinin ﷺ yanına gəldim və məsələni ona bildirdim. O buyurdu: “Xurmaları yığıb qurutma yerinə qoyduqda mənə xəbər ver!” Mən xurmaları yığıb qurutma yerinə topladım və Allah Elçisinin ﷺ yanına gəldim. Allah Elçisi ﷺ Əbu Bəkr və Ömərlə birlikdə xurma qurudulan yerə gəldi. Orada oturdu və bərəkətlənməsi üçün dua etdi, sonra dedi: “Borc yiyələrini çağır və xurmadan ölçərək borcunu ödə!” Atamın borclu olduğu hər kəsə borclarını verdi, yerdə isə on üç vəsq xurma artıq qaldı. Bunu Allah Elçisinə ﷺ xəbər verdikdə güldü və buyurdu: “Get, bunu Əbu Bəkr və Ömərə xəbər ver!” Mən də gedib Əbu Bəkr və Ömərə xəbər verdim. Onlar dedilər: “Allah Elçisi ﷺ bərəkətli olması üçün dua etdikdə biz artıq bunun belə olacağını bilmişdik”.”

Cabir ibn Abdullah
Nəsəi, 3640 (Vəsiyyətlər, 30)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا أَبُو عَوَانَةَ ، عَنْ قَتَادَةَ ، عَنْ شَهْرِ بْنِ حَوْشَبٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ غُنْمٍ ، عَنْ عَمْرِو بْنِ خَارِجَةَ ، قَالَ : خَطَبَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَقَالَ : إِنَّ اللَّهَ قَدْ أَعْطَى كُلَّ ذِي حَقٍّ حَقَّهُ ، وَلاَ وَصِيَّةَ لِوَارِثٍ.

“Rəvayət edilir ki, Amr ibn Xaricə ﵁ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ xütbə deyərək buyurdu: “Şübhəsiz, Allah hər bir haqq sahibinə haqqını miras payında vermişdir. Ona görə də varis olana vəsiyyət edilmir”.”

Amr ibn Xaricə
Nəsəi, 3641 (Vəsiyyətlər, 31)Səhih

أَخْبَرَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، قَالَ : حَدَّثَنَا قَتَادَةُ ، عَنْ شَهْرِ بْنِ حَوْشَبٍ ، أَنَّ ابْنَ غُنْمٍ ، ذَكَرَ أَنَّ ابْنَ خَارِجَةَ ، ذَكَرَ لَهُ : أَنَّهُ شَهِدَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَخْطُبُ النَّاسَ عَلَى رَاحِلَتِهِ ، وَإِنَّهَا لَتَقْصَعُ بِجَرَّتِهَا ، وَإِنَّ لُعَابَهَا لَيَسِيلُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي خُطْبَتِهِ : إِنَّ اللَّهَ قَدْ قَسَّمَ لِكُلِّ إِنْسَانٍ قِسْمَهُ مِنَ الْمِيرَاثِ ، فَلاَ تَجُوزُ لِوَارِثٍ وَصِيَّةٌ.

“Rəvayət edilir ki, İbn Xaricə ﵁ gövşəməkdən ağzı köpüklənən dəvəsinin üzərində Allah Elçisinin ﷺ insanlara xütbə deyərək belə buyurduğuna şahid olmuşdur: “Şübhəsiz, Allah mirasdan hər bir kəsin payını ayırmışdır. Ona görə də varis olana vəsiyyət edilmir”.”

İbn Xaricə
Nəsəi, 3642 (Vəsiyyətlər, 32)Səhih

أَخْبَرَنَا عُتْبَةُ بْنُ عَبْدِ اللهِ الْمَرْوَزِيُّ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، قَالَ : أَنْبَأَنَا إِسْمَاعِيلُ بْنُ أَبِي خَالِدٍ ، عَنْ قَتَادَةَ ، عَنْ عَمْرِو بْنِ خَارِجَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : إِنَّ اللَّهَ عَزَّ اسْمُهُ قَدْ أَعْطَى كُلَّ ذِي حَقٍّ حَقَّهُ ، وَلاَ وَصِيَّةَ لِوَارِثٍ.

“Rəvayət edilir ki, Amr ibn Xaricə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Adı əziz olan Allah hər bir haqq sahibinə haqqını vermişdir. Ona görə də varis olana vəsiyyət edilmir”.”

Amr ibn Xaricə
Nəsəi, 3643 (Vəsiyyətlər, 33)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا جَرِيرٌ ، عَنْ عَبْدِ الْمَلِكِ بْنِ عُمَيْرٍ ، عَنْ مُوسَى بْنِ طَلْحَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : لَمَّا نَزَلَتْ وَأَنْذِرْ عَشِيرَتَكَ الأَقْرَبِينَ دَعَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قُرَيْشًا فَاجْتَمَعُوا ، فَعَمَّ وَخَصَّ ، فَقَالَ : يَا بَنِي كَعْبِ بْنِ لُؤَيٍّ ، يَا بَنِي مُرَّةَ بْنِ كَعْبٍ ، يَا بَنِي عَبْدِ شَمْسٍ ، وَيَا بَنِي عَبْدِ مَنَافٍ ، وَيَا بَنِي هَاشِمٍ ، وَيَا بَنِي عَبْدِ الْمُطَّلِبِ ، أَنْقِذُوا أَنْفُسَكُمْ مِنَ النَّارِ ، وَيَا فَاطِمَةُ أَنْقِذِي نَفْسَكِ مِنَ النَّارِ ، إِنِّي لاَ أَمْلِكُ لَكُمْ مِنَ اللهِ شَيْئًا غَيْرَ أَنَّ لَكُمْ رَحِمًا سَأَبُلُّهَا بِبِلاَلِهَا.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Ən yaxın qohumlarını qorxut!” (əş-Şuəra, 214) ayəsi nazil olduqda Allah Elçisi ﷺ Qureyş tayfasını çağırdı. Onlar toplandıqda onlara ümumən və tək-tək buyurdu: “Ey Bəni Kəb ibn Luey tayfası! Ey Bəni Murra ibn Kəb tayfası! Ey Bəni Abdi-Şəms tayfası! Ey Bəni Abdi-Mənaf tayfası! Ey Bəni Haşim tayfası! Ey Bəni Abdul-Muttalib tayfası! Özünüzü oddan qoruyun! Ey Fatimə, özünü oddan qoru! Çünki mən Allahın əmri qarşısında sizə heç nə kömək edə bilməyəcəyəm. Yalnız qohumluq haqqı var ki, mən o bağlılığa görə sizinlə bağlıyam”.”

Əbu Hureyra
Nəsəi, 3644 (Vəsiyyətlər, 34)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا عُبَيْدُ اللهِ بْنُ مُوسَى ، قَالَ : أَنْبَأَنَا إِسْرَائِيلُ ، عَنْ مُعَاوِيَةَ وَهُوَ ابْنُ إِسْحَاقَ ، عَنْ مُوسَى بْنِ طَلْحَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : يَا بَنِي عَبْدِ مَنَافٍ ، اشْتَرُوا أَنْفُسَكُمْ مِنْ رَبِّكُمْ ، إِنِّي لاَ أَمْلِكُ لَكُمْ مِنَ اللهِ شَيْئًا ، يَا بَنِي عَبْدِ الْمُطَّلِبِ اشْتَرُوا أَنْفُسَكُمْ مِنْ رَبِّكُمْ ، إِنِّي لاَ أَمْلِكُ لَكُمْ مِنَ اللهِ شَيْئًا ، وَلَكِنْ بَيْنِي وَبَيْنَكُمْ رَحِمٌ أَنَا بَالُّهَا بِبِلاَلِهَا.

“Rəvayət edilir ki, Musa ibn Təlhə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ey Bəni Abdi-Mənaf tayfası! Özünüzü oddan qoruyun! Mən sizi Allahın əzabından xilas edə bilməyəcəyəm. Ey Bəni Abdul-Muttalib tayfası! Özünüzü oddan qoruyun! Mən sizi Allahın əzabından xilas edə bilməyəcəyəm. Yalnız qohumluq haqqı var ki, mən o bağlılığa görə sizinlə bağlıyam”.”

Musa ibn Təlhə
Nəsəi, 3645 (Vəsiyyətlər, 35)Səhih

أَخْبَرَنَا سُلَيْمَانُ بْنُ دَاوُدَ ، عَنْ ابْنِ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي يُونُسُ ، عَنْ ابْنِ شِهَابٍ ، قَالَ : أَخْبَرَنِي سَعِيدُ بْنُ الْمُسَيَّبِ ، وَأَبُو سَلَمَةَ بْنُ عَبْدِ الرَّحْمَنِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ حِينَ أُنْزِلَ عَلَيْهِ {وَأَنْذِرْ عَشِيرَتَكَ الأَقْرَبِينَ} ، قَالَ : يَا مَعْشَرَ قُرَيْشٍ اشْتَرُوا أَنْفُسَكُمْ مِنَ اللهِ ، لاَ أُغْنِي عَنْكُمْ مِنَ اللهِ شَيْئًا ، يَا بَنِي عَبْدِ الْمُطَّلِبِ ، لاَ أُغْنِي عَنْكُمْ مِنَ اللهِ شَيْئًا ، يَا عَبَّاسُ بْنَ عَبْدِ الْمُطَّلِبِ ، لاَ أُغْنِي عَنْكَ مِنَ اللهِ شَيْئًا ، يَا صَفِيَّةُ عَمَّةَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، لاَ أُغْنِي عَنْكِ مِنَ اللهِ شَيْئًا ، يَا فَاطِمَةُ بِنْتَ مُحَمَّدٍ ، سَلِينِي مَا شِئْتِ ، لاَ أُغْنِي عَنْكِ مِنَ اللهِ شَيْئًا.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Ən yaxın qohumlarını qorxut!” (əş-Şuəra, 214) ayəsi nazil olduqda Allah Elçisi ﷺ buyurdu: “Ey Qureyş toplumu! Özünüzü Allahın əzabından qoruyun! Çünki mən Allahın əzabından heç nəyin qarşısını ala bilməyəcəyəm. Ey Bəni Abdul-Muttalib tayfası! Özünüzü Allahın əzabından qoruyun! Ey Abbas ibn Abdul-Muttalib! Mən səni Allahın əzabından xilas edə bilməyəcəyəm. Ey Allah Elçisinin ﷺ bibisi Safiyyə! Mən səni Allahın əzabından xilas edə bilməyəcəyəm. Ey Muhəmmədin qızı Fatimə! Məndən (dünyada) nə istəyirsən, dilə, çünki (axirətdə) mən səni Allahın əzabından xilas edə bilməyəcəyəm”.”

Əbu Hureyra
Nəsəi, 3646 (Vəsiyyətlər, 36)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ خَالِدٍ ، قَالَ : حَدَّثَنَا بِشْرُ بْنُ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنِ الزُّهْرِيِّ ، قَالَ : أَخْبَرَنِي سَعِيدُ بْنُ الْمُسَيَّبِ ، وَأَبُو سَلَمَةَ بْنُ عَبْدِ الرَّحْمَنِ ، أَنَّ أَبَا هُرَيْرَةَ ، قَالَ : قَامَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ حِينَ أُنْزِلَ عَلَيْهِ {وَأَنْذِرْ عَشِيرَتَكَ الأَقْرَبِينَ} فَقَالَ : يَا مَعْشَرَ قُرَيْشٍ ، اشْتَرُوا أَنْفُسَكُمْ مِنَ اللهِ ، لاَ أُغْنِي عَنْكُمْ مِنَ اللهِ شَيْئًا ، يَا بَنِي عَبْدِ مَنَافٍ ، لاَ أُغْنِي عَنْكُمْ مِنَ اللهِ شَيْئًا ، يَا عَبَّاسُ بْنَ عَبْدِ الْمُطَّلِبِ ، لاَ أُغْنِي عَنْكَ مِنَ اللهِ شَيْئًا ، يَا صَفِيَّةُ عَمَّةَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، لاَ أُغْنِي عَنْكِ مِنَ اللهِ شَيْئًا ، يَا فَاطِمَةُ ، سَلِينِي مَا شِئْتِ لاَ أُغْنِي عَنْكِ مِنَ اللهِ شَيْئًا.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Ən yaxın qohumlarını qorxut!” (əş-Şuəra, 214) ayəsi nazil olduqda Allah Elçisi ﷺ ayağa durub buyurdu: “Ey Qureyş toplumu! Özünüzü Allahın əzabından qoruyun! Çünki mən Allahın əzabından heç nəyin qarşısını ala bilməyəcəyəm. Ey Bəni Abdi-Mənaf tayfası! Mən Allahın əzabından heç nəyin qarşısını ala bilməyəcəyəm. Ey Abbas ibn Abdul-Muttalib! Mən səni Allahın əzabından xilas edə bilməyəcəyəm. Ey Allah Elçisinin ﷺ bibisi Safiyyə! Mən səni Allahın əzabından xilas edə bilməyəcəyəm. Ey Fatimə! Məndən (bu dünyada) nə istəyirsən, dilə, çünki mən səni Allahın əzabından xilas edə bilməyəcəyəm”.”

Əbu Hureyra
Nəsəi, 3647 (Vəsiyyətlər, 37)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا أَبُو مُعَاوِيَةَ ، قَالَ : حَدَّثَنَا هِشَامٌ وَهُوَ ابْنُ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : لَمَّا نَزَلَتْ هَذِهِ الآيَةُ {وَأَنْذِرْ عَشِيرَتَكَ الأَقْرَبِينَ} ، قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : يَا فَاطِمَةُ ابْنَةَ مُحَمَّدٍ ، يَا صَفِيَّةُ بِنْتَ عَبْدِ الْمُطَّلِبِ ، يَا بَنِي عَبْدِ الْمُطَّلِبِ ، لاَ أُغْنِي عَنْكُمْ مِنَ اللهِ شَيْئًا ، سَلُونِي مِنْ مَالِي مَا شِئْتُمْ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Ən yaxın qohumlarını qorxut!” (əş-Şuəra, 214) ayəsi nazil olduqda Allah Elçisi ﷺ buyurdu: “Ey Muhəmmədin qızı Fatimə! Ey Safiyyə bint Abdul-Muttalib! Ey Abdul-Muttalib tayfası! Mənim mal-mülkümdən nə qədər istəyirsiniz, istəyin, çünki mən sizi Allahın əzabından xilas edə bilməyəcəyəm”.”

Aişə
Nəsəi, 3648 (Vəsiyyətlər, 38)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، قَالَ : حَدَّثَنَا ابْنُ الْقَاسِمِ ، عَنْ مَالِكٍ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ : أَنَّ رَجُلاً قَالَ لِرَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : إِنَّ أُمِّي افْتُلِتَتْ نَفْسُهَا ، وَإِنَّهَا لَوْ تَكَلَّمَتْ تَصَدَّقَتْ ، أَفَأَتَصَدَّقُ عَنْهَا ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : نَعَمْ ، فَتَصَدَّقَ عَنْهَا.

“Aişə ﵂ rəvayət edir ki, bir kişi Allah Elçisinə ﷺ dedi: “Mənim anam qəflətən vəfat etdi. Əgər danışa bilsəydi, sədəqə verərdi. Onun əvəzinə mən sədəqə verə bilərəmmi?” Allah Elçisi ﷺ buyurdu: “Onun əvəzinə sədəqə verə bilərsən”.”

Aişə
Nəsəi, 3649 (Vəsiyyətlər, 39)Səhih

أَنْبَأَنَا الْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ الْقَاسِمِ ، عَنْ مَالِكٍ ، عَنْ سَعِيدِ بْنِ عَمْرِو بْنِ شُرَحْبِيلَ بْنِ سَعِيدِ بْنِ سَعْدِ بْنِ عُبَادَةَ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، قَالَ : خَرَجَ سَعْدُ بْنُ عُبَادَةَ مَعَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي بَعْضِ مَغَازِيهِ ، وَحَضَرَتْ أُمَّهُ الْوَفَاةُ بِالْمَدِينَةِ ، فَقِيلَ لَهَا : أَوْصِي ، فَقَالَتْ : فِيمَ أُوصِي ؟ الْمَالُ مَالُ سَعْدٍ ، فَتُوُفِّيَتْ قَبْلَ أَنْ يَقْدَمَ سَعْدٌ ، فَلَمَّا قَدِمَ سَعْدٌ ذُكِرَ ذَلِكَ لَهُ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، هَلْ يَنْفَعُهَا أَنْ أَتَصَدَّقَ عَنْهَا ؟ فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : نَعَمْ ، فَقَالَ سَعْدٌ : حَائِطُ كَذَا وَكَذَا صَدَقَةٌ عَنْهَا ، لِحَائِطٍ سَمَّاهُ.

“Səid ibn Amr ibn Şurahbil ibn Səid ibn Səd ibn Ubadə atasının və babasının ﵁ belə dediyini rəvayət etmişdir: “Səd ibn Ubadə Peyğəmbər ﷺ ilə birgə hansısa döyüşə çıxmışdı. Bu arada anası Mədinədə ölüm ayağında idi və ona deyildi: “Vəsiyyət et!” O dedi: “Nə vəsiyyət edə bilərəm ki, hər şey Sədindir”. O, Səd gəlməmişdən qabaq vəfat etdi. Səd Mədinəyə gəldikdə hadisə ona danışıldı. Səd dedi: “Ey Allahın Elçisi, əgər anamın adından sədəqə versəm, ona faydası olarmı?” Peyğəmbər ﷺ: “Bəli!”, - buyurdu. Səd də: “Bu və bu”, - deyərək bağçalarının adını çəkdi və: “Anam üçün sədəqədir”, - dedi.”

Səid ibn Amr ibn Şurahbil ibn Səid ibn Səd ibn Ubadə atasından və babasından
Nəsəi, 3650 (Vəsiyyətlər, 40)Səhih

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا إِسْمَاعِيلُ ، قَالَ : حَدَّثَنَا الْعَلاَءُ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، قَالَ : إِذَا مَاتَ الإِنْسَانُ انْقَطَعَ عَمَلُهُ إِلاَّ مِنْ ثَلاَثَةٍ : مِنْ صَدَقَةٍ جَارِيَةٍ ، وَعِلْمٍ يُنْتَفَعُ بِهِ ، وَوَلَدٍ صَالِحٍ يَدْعُو لَهُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “İnsan öldükdə bütün əməlləri kəsilir, yalnız üç əməldən başqa: davamlı olan sədəqə, faydalı elm və ona dua edən əməlisaleh övlad”.”

Əbu Hureyra
Nəsəi, 3651 (Vəsiyyətlər, 41)Səhih

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : أَنْبَأَنَا إِسْمَاعِيلُ ، عَنِ الْعَلاَءِ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ : أَنَّ رَجُلاً قَالَ لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : إِنَّ أَبِي مَاتَ وَتَرَكَ مَالاً وَلَمْ يُوصِ ، فَهَلْ يُكَفِّرُ عَنْهُ أَنْ أَتَصَدَّقَ عَنْهُ ؟ قَالَ : نَعَمْ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir kişi Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Atam vəfat etdi və özündən sonra mal qoyub getdi, lakin vəsiyyət etmədi. Onun adından sədəqə etsəm, onun günahlarına kəffarə olarmı?” Peyğəmbər: “Bəli!”, - buyurdu”.”

Əbu Hureyra
Nəsəi, 3652 (Vəsiyyətlər, 42)Səhih

أَخْبَرَنَا مُوسَى بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا هِشَامُ بْنُ عَبْدِ الْمَلِكِ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ مُحَمَّدِ بْنِ عَمْرٍو ، عَنْ أَبِي سَلَمَةَ ، عَنِ الشَّرِيدِ بْنِ سُوَيْدٍ الثَّقَفِيِّ ، قَالَ : أَتَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَقُلْتُ : إِنَّ أُمِّي أَوْصَتْ أَنْ تُعْتَقَ عَنْهَا رَقَبَةٌ ، وَإِنَّ عِنْدِي جَارِيَةً نُوبِيَّةً أَفَيُجْزِئُ عَنِّي أَنْ أُعْتِقَهَا عَنْهَا ؟ قَالَ : ائْتِنِي بِهَا ، فَأَتَيْتُهُ بِهَا ، فَقَالَ لَهَا النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مَنْ رَبُّكِ ؟ قَالَتْ : اللَّهُ ، قَالَ : مَنْ أَنَا ؟ قَالَتْ : أَنْتَ رَسُولُ اللهِ ، قَالَ : فَأَعْتِقْهَا فَإِنَّهَا مُؤْمِنَةٌ.

“Rəvayət edilir ki, əş-Şureyd ibn Suveyd əs-Səqafi ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ yanına gəlib dedim: “Anam vəfat etmədən onun adından bir kölə azad etməyi vəsiyyət etdi. İndi mənim nubiyalı bir cariyə (qadın kölə) var. Bu cariyəni onun adından azad etməklə üzərimdəki borcu ödəmiş sayıla bilərəmmi?” Peyğəmbər ﷺ buyurdu: “O cariyəni mənim yanıma gətir!” Mən onu gətirdim və Peyğəmbər ﷺ ona dedi: “Rəbbin kimdir?” Cariyə dedi: “Allah!” Peyğəmbər ﷺ dedi: “Bəs mən kiməm?” Cariyə dedi: “Sən Allahın Elçisisən!” Allah Elçisi ﷺ buyurdu: “Onu azad et! O, mömindir”.”

əş-Şureyd ibn Suveyd əs-Səqafi
Nəsəi, 3653 (Vəsiyyətlər, 43)Həsən

أَخْبَرَنَا الْحُسَيْنُ بْنُ عِيسَى ، قَالَ : أَنْبَأَنَا سُفْيَانُ ، عَنْ عَمْرٍو ، عَنْ عِكْرِمَةَ ، عَنْ ابْنِ عَبَّاسٍ : أَنَّ سَعْدًا سَأَلَ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : إِنَّ أُمِّي مَاتَتْ وَلَمْ تُوصِ ، أَفَأَتَصَدَّقُ عَنْهَا ؟ قَالَ : نَعَمْ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Səd Peyğəmbərə ﷺ sual verərək dedi: “Mənim anam vəfat etdi, lakin vəsiyyət edə bilmədi. Mən onun adından sədəqə verə bilərəmmi?” Peyğəmbər ﷺ buyurdu: “Bəli!””

İbn Abbas
Nəsəi, 3654 (Vəsiyyətlər, 44)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ الأَزْهَرِ ، قَالَ : حَدَّثَنَا رَوْحُ بْنُ عُبَادَةَ ، قَالَ : حَدَّثَنَا زَكَرِيَّا بْنُ إِسْحَاقَ ، قَالَ : حَدَّثَنَا عَمْرُو بْنُ دِينَارٍ ، عَنْ عِكْرِمَةَ ، عَنْ ابْنِ عَبَّاسٍ : أَنَّ رَجُلاً قَالَ : يَا رَسُولَ اللهِ ، إِنَّ أُمَّهُ تُوُفِّيَتْ أَفَيَنْفَعُهَا إِنْ تَصَدَّقْتُ عَنْهَا ؟ قَالَ : نَعَمْ ، قَالَ : فَإِنَّ لِي مَخْرَفًا فَأُشْهِدُكَ أَنِّي قَدْ تَصَدَّقْتُ بِهِ عَنْهَا.

“İbn Abbas ﵄ rəvayət edir ki, bir kişi belə dedi: “Ey Allahın Elçisi, mənim anam vəfat edib. Mən onun adından sədəqə versəm, ona faydası olarmı?” Allah Elçisi ﷺ: “Bəli!”, - dedi. Həmin kişi dedi: “Elə isə, mənim xurma bağım var. Səni şahid tuturam ki, bu bağı onun adından sədəqə verirəm”.”

İbn Abbas
Nəsəi, 3655 (Vəsiyyətlər, 45)Səhih

أَخْبَرَنِي هَارُونُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا عَفَّانُ ، قَالَ : حَدَّثَنَا سُلَيْمَانُ بْنُ كَثِيرٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ ، عَنْ ابْنِ عَبَّاسٍ ، عَنْ سَعْدِ بْنِ عُبَادَةَ : أَنَّهُ أَتَى النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَقَالَ : إِنَّ أُمِّي مَاتَتْ وَعَلَيْهَا نَذْرٌ ، أَفَيُجْزِئُ عَنْهَا أَنْ أُعْتِقَ عَنْهَا ؟ قَالَ : أَعْتِقْ عَنْ أُمِّكَ.

“İbn Abbas ﵄ rəvayət edir ki, bir dəfə Səd ibn Ubadə Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Mənim anam vəfat edib, üzərində isə nəzir borcu qalıb. Mənə onun adından qul azad etmək icazəlidirmi?” Peyğəmbər ﷺ buyurdu: “Ananın adından qul azad et!””

İbn Abbas
Nəsəi, 3656 (Vəsiyyətlər, 46)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ أَحَمَدَ أَبُو يُوسُفَ الصَّيْدَلاَنِيُّ ، عَنْ عِيسَى وَهُوَ ابْنُ يُونُسَ ، عَنِ الأَوْزَاعِيِّ ، عَنِ الزُّهْرِيِّ ، أَخْبَرَهُ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ ، عَنْ ابْنِ عَبَّاسٍ ، عَنْ سَعْدِ بْنِ عُبَادَةَ : أَنَّهُ اسْتَفْتَى النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي نَذْرٍ كَانَ عَلَى أُمِّهِ ، فَتُوُفِّيَتْ قَبْلَ أَنْ تَقْضِيَهُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : اقْضِهِ عَنْهَا.

“İbn Abbas ﵄ rəvayət edir ki, Səd ibn Ubadənin anasının nəzir borcu var idi, lakin onu yerinə yetirməmişdən qabaq vəfat etdi. Səd bunu Peyğəmbərə ﷺ bildirdikdə o buyurdu: “Onun nəzirini yerinə yetir!””

İbn Abbas
Nəsəi, 3657 (Vəsiyyətlər, 47)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ صَدَقَةَ الْحِمْصِيُّ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ شُعَيْبٍ ، عَنِ الأَوْزَاعِيِّ ، عَنِ الزُّهْرِيِّ ، أَخْبَرَهُ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ ، عَنْ ابْنِ عَبَّاسٍ ، عَنْ سَعْدِ بْنِ عُبَادَةَ : أَنَّهُ اسْتَفْتَى النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي نَذْرٍ كَانَ عَلَى أُمِّهِ ، فَمَاتَتْ قَبْلَ أَنْ تَقْضِيَهُ ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : اقْضِهِ عَنْهَا.

“İbn Abbas ﵄ rəvayət edir ki, Səd ibn Ubadənin anasının nəzir borcu var idi, lakin onu yerinə yetirməmişdən qabaq vəfat etdi. Allah Elçisi ﷺ də buyurdu: “Onun nəzirini yerinə yetir!””

İbn Abbas
Nəsəi, 3658 (Vəsiyyətlər, 48)Səhih

أَخْبَرَنَا الْعَبَّاسُ بْنُ الْوَلِيدِ بْنِ مَزْيَدٍ ، قَالَ : أَخْبَرَنِي أَبِي ، قَالَ : حَدَّثَنَا الأَوْزَاعِيُّ ، قَالَ : أَخْبَرَنِي الزُّهْرِيُّ ، أَنَّ عُبَيْدَ اللهِ بْنَ عَبْدِ اللهِ ، أَخْبَرَهُ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : اسْتَفْتَى سَعْدٌ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي نَذْرٍ كَانَ عَلَى أُمِّهِ ، فَتُوُفِّيَتْ قَبْلَ أَنْ تَقْضِيَهُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : اقْضِهِ عَنْهَا.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Səd ibn Ubadənin anasının nəzir borcu var idi, lakin onu yerinə yetirməmişdən qabaq vəfat etdi. Allah Elçisi ﷺ də buyurdu: “Onun nəzirini yerinə yetir!””

İbn Abbas
Nəsəi, 3659 (Vəsiyyətlər, 49)Səhih

قَالَ : الْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ سُفْيَانَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ ، عَنْ ابْنِ عَبَّاسٍ : أَنَّ سَعْدَ بْنَ عُبَادَةَ اسْتَفْتَى النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي نَذْرٍ كَانَ عَلَى أُمِّهِ ، فَتُوُفِّيَتْ قَبْلَ أَنْ تَقْضِيَهُ ؟ فَقَالَ : اقْضِهِ عَنْهَا.

“İbn Abbas ﵄ rəvayət edir ki, Səd ibn Ubadənin anasının nəzir bircu var idi, lakin onu yerinə yetirməmişdən qabaq vəfat etdi. Allah Elçisi ﷺ də buyurdu: “Onun nəzirini yerinə yetir!””

İbn Abbas
Nəsəi, 3660 (Vəsiyyətlər, 50)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ ، عَنْ ابْنِ عَبَّاسٍ ، عَنْ سَعْدٍ ، أَنَّهُ قَالَ : مَاتَتْ أُمِّي وَعَلَيْهَا نَذْرٌ ، فَسَأَلْتُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَأَمَرَنِي أَنْ أَقْضِيَهُ عَنْهَا.

“Rəvayət edilir ki, Səd ﵁ demişdir: “Mənim anam üzərində nəzir borcu ola-ola vəfat etdi. Mən bunu Peyğəmbərdən ﷺ soruşduqda onun adından nəzir verməyi əmr etdi”.”

Səd
Nəsəi, 3661 (Vəsiyyətlər, 51)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : اسْتَفْتَى سَعْدُ بْنُ عُبَادَةَ الأَنْصَارِيُّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي نَذْرٍ كَانَ عَلَى أُمِّهِ ، فَتُوُفِّيَتْ قَبْلَ أَنْ تَقْضِيَهُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : اقْضِهِ عَنْهَا.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Səd ibn Ubadə əl-Ənsarinin anası üzərində nəzir borcu ola-ola vəfat etdi. O da Allah Elçisinə ﷺ bunu xəbər verdi. Allah Elçisi ﷺ buyurdu: “Onun nəzirini yerinə yetir!””

İbn Abbas
Nəsəi, 3662 (Vəsiyyətlər, 52)Səhih

أَخْبَرَنَا هَارُونُ بْنُ إِسْحَاقَ الْهَمْدَانِيُّ ، عَنْ عَبْدَةَ ، عَنْ هِشَامٍ هُوَ ابْنُ عُرْوَةَ ، عَنْ بَكْرِ بْنِ وَائِلٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : جَاءَ سَعْدُ بْنُ عُبَادَةَ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : إِنَّ أُمِّي مَاتَتْ وَعَلَيْهَا نَذْرٌ وَلَمْ تَقْضِهِ ؟ قَالَ : اقْضِهِ عَنْهَا.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Səd ibn Ubadə Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Mənim anam üzərində nəzir borcu ola-ola vəfat etdi. O da nəzirini verə bilmədi”. Allah Elçisi ﷺ buyurdu: “Onun nəzirini yerinə yetir!””

İbn Abbas
Nəsəi, 3663 (Vəsiyyətlər, 53)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ ، قَالَ : حَدَّثَنَا وَكِيعٌ ، عَنْ هِشَامٍ ، عَنْ قَتَادَةَ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ سَعْدِ بْنِ عُبَادَةَ ، قَالَ : قُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنَّ أُمِّي مَاتَتْ أَفَأَتَصَدَّقُ عَنْهَا ؟ قَالَ : نَعَمْ ، قُلْتُ : فَأَيُّ الصَّدَقَةِ أَفْضَلُ ؟ قَالَ : سَقْيُ الْمَاءِ.

“Rəvayət edilir ki, Səd ibn Ubadə ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, mənim anam vəfat etdi, onun adından sədəqə verə bilərəmmi?” O buyurdu: “Bəli!” Mən dedim: “Bəs ən fəzilətli sədəqə hansıdır?” Allah Elçisi ﷺ buyurdu: “Su içirmək”.”

Səd ibn Ubadə
Nəsəi, 3664 (Vəsiyyətlər, 54)Həsən

أَخْبَرَنَا أَبُو عَمَّارٍ الْحُسَيْنُ بْنُ حُرَيْثٍ ، عَنْ وَكِيعٍ ، عَنْ هِشَامٍ ، عَنْ قَتَادَةَ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ سَعْدِ بْنِ عُبَادَةَ ، قَالَ : قُلْتُ : يَا رَسُولَ اللهِ ، أَيُّ الصَّدَقَةِ أَفْضَلُ ؟ قَالَ : سَقْيُ الْمَاءِ.

“Rəvayət edilir ki, Səd ibn Ubadə ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, ən fəzilətli sədəqə hansıdır?” Allah Elçisi ﷺ buyurdu: “Su içirmək”.”

Səd ibn Ubadə
Nəsəi, 3665 (Vəsiyyətlər, 55)Həsən

أَخْبَرَنِي إِبْرَاهِيمُ بْنُ الْحَسَنِ ، عَنْ حَجَّاجٍ ، قَالَ : سَمِعْتُ شُعْبَةَ ، يُحَدِّثُ عَنْ قَتَادَةَ ، قَالَ : سَمِعْتُ الْحَسَنَ ، يُحَدِّثُ ، عَنْ سَعْدِ بْنِ عُبَادَةَ : أَنَّ أُمَّهُ مَاتَتْ فَقَالَ : يَا رَسُولَ اللهِ ، إِنَّ أُمِّي مَاتَتْ ، أَفَأَتَصَدَّقُ عَنْهَا ؟ قَالَ : نَعَمْ ، قَالَ : فَأَيُّ الصَّدَقَةِ أَفْضَلُ ؟ قَالَ : سَقْيُ الْمَاءِ فَتِلْكَ سِقَايَةُ سَعْدٍ بِالْمَدِينَةِ.

“Rəvayət edilir ki, Səd ibn Ubadənin ﵁ anası vəfat etmişdi. O, Allah Elçisinə ﷺ dedi: “Ey Allahın Elçisi, mənim anam vəfat edib, onun adından sədəqə verə bilərəmmi?” O: “Bəli!”, - buyurdu. Səd dedi: “Bəs ən fəzilətli sədəqə hansıdır?” Allah Elçisi ﷺ buyurdu: “Su içirmək”. Sədin Mədinədə su quyusu var idi”.”

Səd ibn Ubadə
Nəsəi, 3666 (Vəsiyyətlər, 56)Həsən

أَخْبَرَنَا الْعَبَّاسُ بْنُ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ يَزِيدَ ، عَنْ سَعِيدِ بْنِ أَبِي أَيُّوبَ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ أَبِي جَعْفَرٍ ، عَنْ سَالِمِ بْنِ أَبِي سَالِمٍ الْجَيْشَانِيِّ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي ذَرٍّ ، قَالَ : قَالَ لِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : يَا أَبَا ذَرٍّ ، إِنِّي أَرَاكَ ضَعِيفًا ، وَإِنِّي أُحِبُّ لَكَ مَا أُحِبُّ لِنَفْسِي ، لاَ تَأَمَّرَنَّ عَلَى اثْنَيْنِ ، وَلاَ تَوَلَّيَنَّ عَلَى مَالِ يَتِيمٍ.

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Allah Elçisi ﷺ mənə buyurdu: “Ey Əbu Zərr! Mən sənin zəif olduğunu görürəm. Mən özüm üçün sevdiyim şeyin sənin üçün də olmasını sevirəm. Nəbadə, iki nəfərin olsa belə, rəhbəri olma və heç bir yetimin malının idarəçiliyini öz üzərinə götürmə!””

Əbu Zərr
Nəsəi, 3667 (Vəsiyyətlər, 57)Səhih

أَخْبَرَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، عَنْ حُسَيْنٍ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ : أَنَّ رَجُلاً أَتَى النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَقَالَ : إِنِّي فَقِيرٌ لَيْسَ لِي شَيْءٌ وَلِي يَتِيمٌ ، قَالَ : كُلْ مِنْ مَالِ يَتِيمِكَ غَيْرَ مُسْرِفٍ وَلاَ مُبَاذِرٍ وَلاَ مُتَأَثِّلٍ.

“Amr ibn Şueyb atasından və babasından ﵂ rəvayət edir ki, bir dəfə bir kişi Peyğmbərin ﷺ yanına gəlib dedi: “Mən kasıb bir adamam və malım yoxdur, lakin bir yetimə baxıram”. Peyğəmbər ﷺ buyurdu: “Yetimin malından ye, amma israf etmə, dağıtma və özünə götürmə!””

Amr ibn Şueyb atasından və babasından
Nəsəi, 3668 (Vəsiyyətlər, 58)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ عُثْمَانَ بْنِ حَكِيمٍ ، قَالَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ الصَّلْتِ ، قَالَ : حَدَّثَنَا أَبُو كُدَيْنَةَ ، عَنْ عَطَاءٍ وَهُوَ ابْنُ السَّائِبِ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : لَمَّا نَزَلَتْ هَذِهِ الآيَةُ {وَلاَ تَقْرَبُوا مَالَ الْيَتِيمِ إِلاَّ بِالَّتِي هِيَ أَحْسَنُ} وَ {إِنَّ الَّذِينَ يَأْكُلُونَ أَمْوَالَ الْيَتَامَى ظُلْمًا} ، قَالَ : اجْتَنَبَ النَّاسُ مَالَ الْيَتِيمِ وَطَعَامَهُ ، فَشَقَّ ذَلِكَ عَلَى الْمُسْلِمِينَ ، فَشَكَوْا ذَلِكَ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَأَنْزَلَ اللَّهُ : {وَيَسْأَلُونَكَ عَنِ الْيَتَامَى قُلْ إِصْلاَحٌ لَهُمْ خَيْرٌ} - إِلَى قَوْلِهِ - {لأَعْنَتَكُمْ}.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ “Yetim həddi-buluğa çatana qədər, – xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək) istisna olmaqla, – onun malına yaxınlaşmayın!” (əl-Ənam, 152) və “Şübhəsiz ki, yetimlərin mallarını haqsızlıqla yeyənlər öz qarınlarına ancaq od doldururlar və beləcə, onlar alovlu atəşə girəcəklər” (ən-Nisa, 10) ayələri haqda demişdir: “Bu ayələr nazil olduqda insanlar yetimlərin malları və ərzaqları ilə maraqlanmadılar. Bu hal müsəlmanlara ağır gəldi və məsələ Peyğəmbərə ﷺ bildirildikdə Allah bu ayəni nazil etdi: “Səndən yetimlər haqqında soruşurlar. De: “Onlara yaxşılıq etmək daha xeyirlidir. Əgər onları öz işinizə qatırsınızsa, bilin ki, onlar sizin qardaşlarınızdır”. Allah fəsad törədəni yaxşılıq edəndən ayırd edir. Əgər Allah istəsəydi, əlbəttə, sizi çətin vəziyyətə salardı” (əl-Bəqərə 220)”.”

İbn Abbas
Nəsəi, 3669 (Vəsiyyətlər, 59)Həsən

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا عِمْرَانُ بْنُ عُيَيْنَةَ ، قَالَ : حَدَّثَنَا عَطَاءُ بْنُ السَّائِبِ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ : فِي قَوْلِهِ : {إِنَّ الَّذِينَ يَأْكُلُونَ أَمْوَالَ الْيَتَامَى ظُلْمًا} ، قَالَ : كَانَ يَكُونُ فِي حَجْرِ الرَّجُلِ الْيَتِيمُ ، فَيَعْزِلُ لَهُ طَعَامَهُ وَشَرَابَهُ وَآنِيَتَهُ ، فَشَقَّ ذَلِكَ عَلَى الْمُسْلِمِينَ ، فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ {وَإِنْ تُخَالِطُوهُمْ فَإِخْوَانُكُمْ} فِي الدِّينِ فَأَحَلَّ لَهُمْ خُلْطَتَهُمْ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ “Şübhəsiz ki, yetimlərin mallarını haqsızlıqla yeyənlər öz qarınlarına ancaq od doldururlar və beləcə, onlar alovlu atəşə girəcəklər” (ən-Nisa, 10) ayəsi haqda demişdir: “Bu vaxt bəzilərinin yanında yetimlər var idi. Ayədəki təhdiddən qorxduqlarına görə yeməklərini, içməklərini və qablarını ayrı saxladılar. Bu hal müsəlmanlara ağır gəldi və Allah ﷿ bu ayəni nazil etdi: “Səndən yetimlər haqqında soruşurlar. De: “Onlara yaxşılıq etmək daha xeyirlidir. Əgər onları öz işinizə qatırsınızsa, bilin ki, onlar sizin qardaşlarınızdır”. Allah fəsad törədəni yaxşılıq edəndən ayırd edir. Əgər Allah istəsəydi, əlbəttə, sizi çətin vəziyyətə salardı” (əl-Bəqərə 220)”.”

İbn Abbas
Nəsəi, 3670 (Vəsiyyətlər, 60)Həsən

أَخْبَرَنَا الرَّبِيعُ بْنُ سُلَيْمَانَ ، قَالَ حَدَّثَنَا ابْنُ وَهْبٍ ، عَنْ سُلَيْمَانَ بْنِ بِلاَلٍ ، عَنْ ثَوْرِ بْنِ زَيْدٍ ، عَنْ أَبِي الْغَيْثِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : اجْتَنِبُوا السَّبْعَ الْمُوبِقَاتِ قِيلَ : يَا رَسُولَ اللهِ ، مَا هِيَ ؟ قَالَ : الشِّرْكُ بِاللَّهِ ، وَالشُّحُّ ، وَقَتْلُ النَّفْسِ الَّتِي حَرَّمَ اللَّهُ إِلاَّ بِالْحَقِّ ، وَأَكْلُ الرِّبَا ، وَأَكْلُ مَالِ الْيَتِيمِ ، وَالتَّوَلِّي يَوْمَ الزَّحْفِ ، وَقَذْفُ الْمُحْصَنَاتِ الْغَافِلاَتِ الْمُؤْمِنَاتِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Həlak edən yeddi şeydən çəkinin!” Ona deyildi: “Ey Allahın Elçisi, onlar nədir?” Allah Elçisi ﷺ buyurdu: “Bunlar Allaha şərik qoşmaq, simiclik, Allahın haram etdiyi cana haqsız yerə qıymaq, sələm yemək, yetim malı yemək, döyüş günü qaçmaq və zinadan uzaq olan müsəlman qadınları zinada ittiham etmək”.”

Əbu Hureyra
Nəsəi, 3671 (Vəsiyyətlər, 61)Səhih

أَخْبَرَنَا زَكَرِيَّا بْنُ يَحْيَى ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْجَبَّارِ بْنُ الْعَلاَءِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ ابْنِ أَبِي نَجِيحٍ ، عَنْ طَاوُوسٍ ، لَعَلَّهُ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : لاَ رُقْبَى ، فَمَنْ أُرْقِبَ شَيْئًا فَهُوَ سَبِيلُ الْمِيرَاثِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Ruqbə yolu ilə mal vermək yoxdur. Kimə ruqbə yolu ilə bir şey verilərsə, o mal həmin adamın mirasından sayılır”.”

İbn Abbas
Nəsəi, 3708 (ər-Ruqbə, 3)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ حَاتِمٍ ، قَالَ : أَنْبَأَنَا حِبَّانُ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ ، عَنْ حَنْظَلَةَ ، أَنَّهُ سَمِعَ طَاوُوسًا ، يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لاَ تَحِلُّ الرُّقْبَى ، فَمَنْ أُرْقِبَ رُقْبَى فَهُوَ سَبِيلُ الْمِيرَاثِ.

“Rəvayət edilir ki, Tavus ﵀ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ruqbə yolu ilə mal vermək yoxdur. Kimə ruqbə yolu ilə bir şey verilərsə, o mal həmin adamın mirasından sayılır”.”

Tavus
Nəsəi, 3714 (ər-Ruqbə, 9)Səhih

أَخْبَرَنِي عَبْدَةُ بْنُ عَبْدِ الرَّحِيمِ ، عَنْ وَكِيعٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ ابْنِ أَبِي نَجِيحٍ ، عَنْ طَاوُوسٍ ، عَنْ زَيْدِ بْنِ ثَابِتٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : الْعُمْرَى مِيرَاثٌ.

“Rəvayət edilir ki, Zeyd ibn Sabit ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “əl-Umra (yolu ilə verilən mal) mirasdan sayılır”.”

Zeyd ibn Sabit
Nəsəi, 3715 (ər-Ruqbə, 10)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ عَبْدِ الْحَكَمِ ، عَنْ ابْنِ أَبِي فُدَيْكٍ ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي ذِئْبٍ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ جَابِرٍ : أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَضَى فِيمَنْ أُعْمِرَ عُمْرَى لَهُ وَلِعَقِبِهِ فَهِيَ لَهُ بَتْلَةٌ ، لاَ يَجُوزُ لِلْمُعْطِي مِنْهَا شَرْطٌ وَلاَ ثُنْيَا قَالَ أَبُو سَلَمَةَ : لأَنَّهُ أَعْطَى عَطَاءً وَقَعَتْ فِيهِ الْمَوَارِيثُ ، فَقَطَعَتِ الْمَوَارِيثُ شَرْطَهُ.

“Cabir ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ, bir adam başqa bir adama Umra yolu ilə bir mal verərsə, bu malın Umra verilənin və varislərinin olmasına, o malı hədiyyə edənin hər hansı bir şərtinin və istisnasının icazəli olmamasına hökm etdi. Əbu Sələmə deyir: “O malı verən adam mirası keçərli etmişdir. Miraslar və varislər o malı verən kimsənin şərtini kəsmişdir”.”

Cabir
Nəsəi, 3747 (əl-Umra, 28)Səhih

أَخْبَرَنَا أَبُو دَاوُدَ سُلَيْمَانُ بْنُ سَيْفٍ ، قَالَ : حَدَّثَنَا يَعْقُوبُ ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنْ صَالِحٍ ، عَنْ ابْنِ شِهَابٍ ، أَنَّ أَبَا سَلَمَةَ أَخْبَرَهُ ، عَنْ جَابِرٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : أَيُّمَا رَجُلٍ أَعْمَرَ رَجُلاً عُمْرَى لَهُ وَلِعَقِبِهِ ، قَالَ : قَدْ أَعْطَيْتُكَهَا وَعَقِبَكَ مَا بَقِيَ مِنْكُمْ أَحَدٌ ، فَإِنَّهَا لِمَنْ أُعْطِيَهَا ، وَإِنَّهَا لاَ تَرْجِعُ إِلَى صَاحِبِهَا مِنْ أَجْلِ أَنَّهُ أَعْطَاهَا عَطَاءً وَقَعَتْ فِيهِ الْمَوَارِيثُ.

“Cabir ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bir adam özünə və varislərinə aid malı başqa bir adama əl-Umra yolu ilə verərsə, yəni “bu malı sənə və varislərinə verdim” deyərsə, artıq o maldan verən adamın və varislərinin heç bir haqqı yoxdur. Çünki o mal verilənə aiddir və həmin mal əvvəlki yiyəsinə geri qayıda bilməz, çünki o, ona elə bir hədiyyə vermişdir ki, onun içində miras hökmləri qüvvəyə minmişdir”.”

Cabir
Nəsəi, 3748 (əl-Umra, 29)Səhih

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا شَرِيكٌ ، عَنْ طَارِقٍ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ قَالَ : لاَ بَأْسَ بِإِجَارَةِ الأَرْضِ الْبَيْضَاءِ بِالذَّهَبِ وَالْفِضَّةِ ، وَقَالَ : إِذَا دَفَعَ رَجُلٌ إِلَى رَجُلٍ مَالاً قِرَاضًا ، فَأَرَادَ أَنْ يَكْتُبَ عَلَيْهِ بِذَلِكَ كِتَابًا كَتَبَ : هَذَا كِتَابٌ كَتَبَهُ فُلاَنُ بْنُ فُلاَنٍ طَوْعًا مِنْهُ فِي صِحَّةٍ مِنْهُ ، وَجَوَازِ أَمْرِهِ لِفُلاَنِ بْنِ فُلاَنٍ ، أَنَّكَ دَفَعْتَ إِلَيَّ مُسْتَهَلَّ شَهْرِ كَذَا مِنْ سَنَةِ كَذَا ، عَشَرَةَ آلاَفِ دِرْهَمٍ ، وُضْحًا جِيَادًا ، وَزْنَ سَبْعَةٍ قِرَاضًا عَلَى تَقْوَى اللهِ فِي السِّرِّ ، وَالْعَلاَنِيَةِ ، وَأَدَاءِ الأَمَانَةِ عَلَى أَنْ أَشْتَرِيَ بِهَا مَا شِئْتُ مِنْهَا كُلَّ مَا أَرَى أَنْ أَشْتَرِيَهُ ، وَأَنْ أُصَرِّفَهَا ، وَمَا شِئْتُ مِنْهَا فِيمَا أَرَى أَنْ أُصَرِّفَهَا فِيهِ مِنْ صُنُوفِ التِّجَارَاتِ ، وَأَخْرُجَ بِمَا شِئْتُ مِنْهَا حَيْثُ شِئْتُ ، وَأَبِيعَ مَا أَرَى أَنْ أَبِيعَهُ مِمَّا أَشْتَرِيهِ بِنَقْدٍ رَأَيْتُ أَمْ بِنَسِيئَةٍ ، وَبِعَيْنٍ رَأَيْتُ أَمْ بِعَرْضٍ عَلَى أَنْ أَعْمَلَ فِي جَمِيعِ ذَلِكَ كُلِّهِ بِرَأْيِي ، وَأُوَكِّلَ فِي ذَلِكَ مَنْ رَأَيْتُ ، وَكُلُّ مَا رَزَقَ اللَّهُ فِي ذَلِكَ مِنْ فَضْلٍ ، وَرِبْحٍ بَعْدَ رَأْسِ الْمَالِ الَّذِي دَفَعْتَهُ الْمَذْكُورِ إِلَيَّ الْمُسَمَّى مَبْلَغُهُ فِي هَذَا الْكِتَابِ ، فَهُوَ بَيْنِي وَبَيْنَكَ نِصْفَيْنِ ، لَكَ مِنْهُ النِّصْفُ بِحَظِّ رَأْسِ مَالِكَ ، وَلِي فِيهِ النِّصْفُ تَامًّا بِعَمَلِي فِيهِ ، وَمَا كَانَ فِيهِ مِنْ وَضِيعَةٍ فَعَلَى رَأْسِ الْمَالِ ، فَقَبَضْتُ مِنْكَ هَذِهِ الْعَشَرَةَ آلاَفِ دِرْهَمٍ الْوُضْحَ الْجِيَادَ ، مُسْتَهَلَّ شَهْرِ كَذَا فِي سَنَةِ كَذَا ، وَصَارَتْ لَكَ فِي يَدِي قِرَاضًا عَلَى الشُّرُوطِ الْمُشْتَرَطَةِ فِي هَذَا الْكِتَابِ ، أَقَرَّ فُلاَنٌ وَفُلاَنٌ ، وَإِذَا أَرَادَ أَنْ يُطْلِقَ لَهُ أَنْ يَشْتَرِيَ وَيَبِيعَ بِالنَّسِيئَةِ كَتَبَ ، وَقَدْ نَهَيْتَنِي أَنْ أَشْتَرِيَ ، وَأَبِيعَ بِالنَّسِيئَةِ. شَرِكَةُ عَنَانٍ بَيْنَ ثَلاَثَةٍ هَذَا مَا اشْتَرَكَ عَلَيْهِ فُلاَنٌ وَفُلاَنٌ ، وَفُلاَنٌ فِي صِحَّةِ عُقُولِهِمْ ، وَجَوَازِ أَمْرِهِمْ ، اشْتَرَكُوا شَرِكَةَ عَنَانٍ لاَ شَرِكَةَ مُفَاوَضَةٍ بَيْنَهُمْ فِي ثَلاَثِينَ أَلْفَ دِرْهَمٍ وُضْحًا جِيَادًا ، وَزْنَ سَبْعَةٍ لِكُلِّ وَاحِدٍ مِنْهُمْ عَشَرَةَ آلاَفِ دِرْهَمٍ خَلَطُوهَا جَمِيعًا ، فَصَارَتْ هَذِهِ الثَّلاَثِينَ أَلْفَ دِرْهَمٍ فِي أَيْدِيهِمْ مَخْلُوطَةً بِشَرِكَةٍ بَيْنَهُمْ أَثْلاَثًا عَلَى أَنْ يَعْمَلُوا فِيهِ بِتَقْوَى اللهِ ، وَأَدَاءِ الأَمَانَةِ ، مِنْ كُلِّ وَاحِدٍ مِنْهُمْ إِلَى كُلِّ وَاحِدٍ مِنْهُمْ ، وَيَشْتَرُونَ جَمِيعًا بِذَلِكَ ، وَبِمَا رَأَوْا مِنْهُ اشْتِرَاءَهُ بِالنَّقْدِ ، وَيَشْتَرُونَ بِالنَّسِيئَةِ عَلَيْهِ مَا رَأَوْا أَنْ يَشْتَرُوا مِنْ أَنْوَاعِ التِّجَارَاتِ ، وَأَنْ يَشْتَرِيَ كُلُّ وَاحِدٍ مِنْهُمْ عَلَى حِدَتِهِ دُونَ صَاحِبِهِ بِذَلِكَ ، وَبِمَا رَأَى مِنْهُ مَا رَأَى اشْتِرَاءَهُ مِنْهُ بِالنَّقْدِ ، وَبِمَا رَأَى اشْتِرَاءَهُ عَلَيْهِ بِالنَّسِيئَةِ يَعْمَلُونَ فِي ذَلِكَ كُلِّهِ مُجْتَمِعِينَ بِمَا رَأَوْا ، وَيَعْمَلُ كُلُّ وَاحِدٍ مِنْهُمْ مُنْفَرِدًا بِهِ دُونَ صَاحِبِهِ بِمَا رَأَى جَائِزًا لِكُلِّ وَاحِدٍ مِنْهُمْ فِي ذَلِكَ كُلِّهِ عَلَى نَفْسِهِ ، وَعَلَى كُلِّ وَاحِدٍ مِنْ صَاحِبَيْهِ فِيمَا اجْتَمَعُوا عَلَيْهِ ، وَفِيمَا انْفَرَدُوا بِهِ مِنْ ذَلِكَ كُلُّ وَاحِدٍ مِنْهُمْ دُونَ الآخَرَيْنِ فَمَا لَزِمَ كُلَّ وَاحِدٍ مِنْهُمْ فِي ذَلِكَ مِنْ قَلِيلٍ ، وَمِنْ كَثِيرٍ فَهُوَ لاَزِمٌ لِكُلِّ وَاحِدٍ مِنْ صَاحِبَيْهِ وَهُوَ وَاجِبٌ عَلَيْهِمْ جَمِيعًا وَمَا رَزَقَ اللَّهُ فِي ذَلِكَ مِنْ فَضْلٍ وَرِبْحٍ عَلَى رَأْسِ مَالِهِمُ الْمُسَمَّى مَبْلَغُهُ فِي هَذَا الْكِتَابِ ، فَهُوَ بَيْنَهُمْ أَثْلاَثًا ، وَمَا كَانَ فِي ذَلِكَ مِنْ وَضِيعَةٍ وَتَبِعَةٍ فَهُوَ عَلَيْهِمْ أَثْلاَثًا عَلَى قَدْرِ رَأْسِ مَالِهِمْ ، وَقَدْ كُتِبَ هَذَا الْكِتَابُ ثَلاَثَ نُسَخٍ مُتَسَاوِيَاتٍ بِأَلْفَاظٍ : وَاحِدَةٍ فِي يَدِ كُلِّ وَاحِدٍ مِنْ فُلاَنٍ وَفُلاَنٍ وَفُلاَنٍ ، وَاحِدَةٌ وَثِيقَةً لَهُ أَقَرَّ فُلاَنٌ وَفُلاَنٌ وَفُلاَنٌ. شَرِكَةُ مُفَاوَضَةٍ بَيْنَ أَرْبَعَةٍ عَلَى مَذْهَبِ مَنْ يُجِيزُهَا قَالَ اللَّهُ تَبَارَكَ وَتَعَالَى : {يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَوْفُوا بِالْعُقُودِ} هَذَا مَا اشْتَرَكَ عَلَيْهِ فُلاَنٌ وَفُلاَنٌ وَفُلاَنٌ وَفُلاَنٌ بَيْنَهُمْ شَرِكَةَ مُفَاوَضَةٍ فِي رَأْسِ مَالٍ جَمَعُوهُ بَيْنَهُمْ مِنْ صِنْفٍ وَاحِدٍ وَنَقْدٍ وَاحِدٍ ، وَخَلَطُوهُ وَصَارَ فِي أَيْدِيهِمْ مُمْتَزِجًا لاَ يُعْرَفُ بَعْضُهُ مِنْ بَعْضٍ ، وَمَالُ كُلِّ وَاحِدٍ مِنْهُمْ فِي ذَلِكَ وَحَقُّهُ سَوَاءٌ ، عَلَى أَنْ يَعْمَلُوا فِي ذَلِكَ كُلِّهِ وَفِي كُلِّ قَلِيلٍ وَكَثِيرٍ ، سَوَاءً مِنَ الْمُبَايَعَاتِ وَالْمُتَاجَرَاتِ نَقْدًا وَنَسِيئَةً بَيْعًا وَشِرَاءً فِي جَمِيعِ الْمُعَامَلاَتِ وَفِي كُلِّ مَا يَتَعَاطَاهُ النَّاسُ بَيْنَهُمْ مُجْتَمِعِينَ بِمَا رَأَوْا ، وَيَعْمَلَ كُلُّ وَاحِدٍ مِنْهُمْ عَلَى انْفِرَادِهِ بِكُلِّ مَا رَأَى وَكُلِّ مَا بَدَا لَهُ جَائِزٌ أَمْرُهُ فِي ذَلِكَ عَلَى كُلِّ وَاحِدٍ مِنْ أَصْحَابِهِ ، وَعَلَى أَنَّهُ كُلُّ مَا لَزِمَ كُلَّ وَاحِدٍ مِنْهُمْ عَلَى هَذِهِ الشَّرِكَةِ الْمَوْصُوفَةِ فِي هَذَا الْكِتَابِ مِنْ حَقٍّ وَمِنْ دَيْنٍ ، فَهُوَ لاَزِمٌ لِكُلِّ وَاحِدٍ مِنْهُمْ مِنْ أَصْحَابِهِ الْمُسَمَّيْنَ مَعَهُ فِي هَذَا الْكِتَابِ ، وَعَلَى أَنَّ جَمِيعَ مَا رَزَقَهُمُ اللَّهُ فِي هَذِهِ الشَّرِكَةِ الْمُسَمَّاةِ فِيهِ ، وَمَا رَزَقَ اللَّهُ كُلَّ وَاحِدٍ مِنْهُمْ فِيهَا عَلَى حِدَتِهِ مِنْ فَضْلٍ وَرِبْحٍ ، فَهُوَ بَيْنَهُمْ جَمِيعًا بِالسَّوِيَّةِ ، وَمَا كَانَ فِيهَا مِنْ نَقِيصَةٍ فَهُوَ عَلَيْهِمْ جَمِيعًا بِالسَّوِيَّةِ بَيْنَهُمْ ، وَقَدْ جَعَلَ كُلُّ وَاحِدٍ مِنْ فُلاَنٍ وَفُلاَنٍ وَفُلاَنٍ وَفُلاَنٍ كُلَّ وَاحِدٍ مِنْ أَصْحَابِهِ الْمُسَمَّيْنَ فِي هَذَا الْكِتَابِ مَعَهُ وَكِيلَهُ فِي الْمُطَالَبَةِ بِكُلِّ حَقٍّ هُوَ لَهُ وَالْمُخَاصَمَةِ فِيهِ وَقَبْضِهِ ، وَفِي خُصُومَةِ كُلِّ مَنِ اعْتَرَضَهُ بِخُصُومَةٍ وَكُلِّ مَنْ يُطَالِبُهُ بِحَقٍّ وَجَعَلَهُ وَصِيَّهُ فِي شَرِكَتِهِ مِنْ بَعْدِ وَفَاتِهِ وَفِي قَضَاءِ دُيُونِهِ وَإِنْفَاذِ وَصَايَاهُ ، وَقَبِلَ كُلُّ وَاحِدٍ مِنْهُمْ مِنْ كُلِّ وَاحِدٍ مِنْ أَصْحَابِهِ مَا جَعَلَ إِلَيْهِ مِنْ ذَلِكَ كُلِّهِ ، أَقَرَّ فُلاَنٌ وَفُلاَنٌ وَفُلاَنٌ وَفُلاَنٌ.

“Rəvayət edilir ki, Səid ibn əl-Museyyib ﵀ demişdir: “Boş ərazini qızıl və gümüş müqabilində icarəyə götürməkdə bir müşkül yoxdur. Bir şəxs başqasına mudarabə yolu ilə pul qazanmaq üzrə malını və pulunu verərkən belə bir müqavilə bağlamalıdır: “Bu müqaviləni filankəsin oğlu filankəs öz istəyi ilə hüquq verərək filankəs və filankəs üçün yazmışdır. Sən öz istəyinlə filan ilin filan ayı və filan günündə on min dirhəmi tam şəkildə mənə verdin. Allah qarşısında məsuliyyət daşımaqla gizli və aşkar hər bir halda əmanəti eyni şəkildə qaytaracağımı və bu əmanət pul ilə ticarət məqsədilə istədiyim yerdən istədiyim vaxt topdan və pərakəndə şəkildə öz istədiyim kimi hər şey alıb-sata bilərəm. Müqaviləyə uyğun bir şəkildə istər özüm, istərsə də vəkil etdiyim adam vasitəsilə bu sərmayəyə pul qazandırmaq üçün verilən vaxt içində çalışacağam. Əldə edilən qazanc yarıbayarı olacaq; yarısı sərmayə yiyəsinin, yarısı da hər cür iş gördüyümə görə mənim olacaq. Bu on min dirhəmi tam şəkildə filan gün filan ayda səndən aldım, müqavilədəki şərtlər daxilində istifadə edəcəyəm və bu mənim ixtiyarımdadır. Filankəs və filankəslər də buna şahiddirlər. Pulu verən adam ticarətin yalnız nağd və ya nisyə olmasını istəyərsə, onu da müqaviləyə sala bilər. Həmçinin borca verilməyib nağd alqı-satqı edilməsini də həmin müqaviləyə əlavə edə bilər. Bu şirkət hüquqları bərabər şəkildə olan üç nəfər tərəfindən qurulmuşdur, lakin şəriklərdə tam bərabərlik yoxdur. Üç nəfər otuz min dirhəm qoyaraq bu şirkəti yaratmışlar. Şəriklərdən hər biri on min dirhəm qoyaraq mayalarını qarışdırmışlar və bu otuz min dirhəm aralarında qurduqları üç şərik olan şirkətin şərikli sərmayəsi olmuşdur. Şəriklər Allah qarşısında məsuliyyət daşıyaraq və bir-birinin əmanətlərini qorumaq müddəası ilə çalışacaqlar. Bu sərmayə ilə uyğun bildikləri malları nağd alacaqlar və ya təkbaşına belə olsa, öz aralarında bu ticarəti davam etdirəcəklər. Bu ticarət nağd pul ilə də, nisyə də mümkün olacaq. Bunu edərkən şəriklərdən heç biri digərindən izin alıb danışması yoxdur. Kim istəsə, dilədiyi şəkildə ticarətini edə bilər və bunu birlikdə etmək məcburiyyətində deyil. Bu ticarəti özü edə biləcəyi kimi, digər iki yoldaşının əvəzinə də edə bilər. Birini buna bağlayan hal digər iki nəfəri də bağlayır. Qoyulan sərmayəyə görə az və ya çox qazanc onların arasında bölüşdürülür. Hər cür vergi, xərc və s. qoyulan sərmayə nisbətində bölüşdürülür. Bu müqavilə eyni sözlərlə üç nüsxə olaraq hazırlanmış, biri filankəsə, biri filankəsə, biri də filankəsə verilmişdir. Müqaviləni imza edənlər: Filankəs, filankəs və filankəsdir. Şəriklərin bərabərliyi olan şirkət dörd nəfər arasında olur. Uca Allah buyurur: “Ey iman gətirənlər! Əhdlərinizi yerinə yetirin...” (əl-Maidə, 1). Bu səbəblə filankəs, filankəs, filankəs və filankəs öz aralarında eyni miqdar və eyni növ pulu birləşdirib vahid hala gətirirlər. Bundan sonra artıq heç kim öz malını seçə bilmir, birinin malı digərinin malı kimidir. Az və ya çox, nağd və ya nisyə ediləcək alış-satış və ticarət işlərində, bütün mənalarda insanların etdikləri ticarət məsələlərində şəriklərin haqları bərabərdir. İnsanların öz aralarında etdikləri bütün icazəli işləri həm birlikdə, həm də tək olaraq edə bilərlər. Bu şirkət səbəbi ilə bir şərikin borca düşməsi, digərlərini də bu borca bağlayır. Həmçinin bu şəriklərdən hər birinin qazancı və Allahın onlara verdiyi ruzi bərabər şəkildə paylaşdırılır. Zərər də eyni şəkildə digər şəriklər arasında paylaşdırılır. Bu müqavilədə adı sadalanan filankəs, filankəs, filankəs və filankəs – onların hamısı iddia irəli sürməkdə, pul yığmaqda və etiraz etməkdə digər şəriklərin zamini və vəkili sayılır. Hər bir məsələdə özünə vəkil təyin etdiyi kimi, vəfatından sonra da özünə vəsiyyəti yerinə yetirən olaraq seçmişdir. Seçilən vəfat edənin borclarını ödəyir və vəsiyyətini də yerinə yetirir. Hər şərik digər şərikini eyni şəkildə təsdiq etmiş və bu müqaviləni imzalamışdır. İmzalayanlar filankəs, filankəs, filankəs və filakəsdir.”

Səid ibn əl-Museyyib
Nəsəi, 3936 (Yardarlıq, 80)Zəif

أَخْبَرَنَا عَمْرُو بْنُ يَحْيَى بْنِ الْحَارِثِ ، قَالَ : حَدَّثَنَا مَحْبُوبٌ ، يَعْنِي ابْنَ مُوسَى قَالَ : أَنْبَأَنَا أَبُو إِسْحَاقَ هُوَ الْفَزَارِيُّ ، عَنْ شُعَيْبِ بْنِ أَبِي حَمْزَةَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ بْنِ الزُّبَيْرِ ، عَنْ عَائِشَةَ ، أَنَّ فَاطِمَةَ أَرْسَلَتْ إِلَى أَبِي بَكْرٍ تَسْأَلُهُ مِيرَاثَهَا مِنَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ مِنْ صَدَقَتِهِ ، وَمِمَّا تَرَكَ مِنْ خُمُسِ خَيْبَرَ ، قَالَ أَبُو بَكْرٍ : إِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : لاَ نُورَثُ.

“Aişə ﵂ rəvayət edir ki, bir dəfə Fatimə Əbu Bəkrə xəbər göndərərək Xeybərdən olan qənimətin onun payına düşən beşdəbirin Fatiməyə verməsini istədi. Əbu Bəkr isə dedi: “Həqiqətən, Allah Elçisi ﷺ belə demişdir: “Biz miras qoymuruq”.”

Aişə
Nəsəi, 4141 (Fey, 9)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ يَحْيَى بْنِ الْحَارِثِ قَالَ : أَنْبَأَنَا مَحْبُوبٌ قَالَ : أَنْبَأَنَا أَبُو إِسْحَاقَ ، عَنْ شَرِيكٍ ، عَنْ خُصَيْفٍ ، عَنْ مُجَاهِدٍ قَالَ : الْخُمُسُ الَّذِي لِلَّهِ وَلِلرَّسُولِ كَانَ لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَقَرَابَتِهِ ، لاَ يَأْكُلُونَ مِنَ الصَّدَقَةِ شَيْئًا ، فَكَانَ لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ خُمُسُ الْخُمُسِ ، وَلِذِي قَرَابَتِهِ خُمُسُ الْخُمُسِ ، وَلِلْيَتَامَى مِثْلُ ذَلِكَ ، وَلِلْمَسَاكِينِ مِثْلُ ذَلِكَ ، وَلِ ابْنِ السَّبِيلِ مِثْلُ ذَلِكَ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : قَالَ اللَّهُ جَلَّ ثَنَاؤُهُ : وَاعْلَمُوا أَنَّمَا غَنِمْتُمْ مِنْ شَيْءٍ فَأَنَّ لِلَّهِ خُمُسَهُ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ وَقَوْلُهُ عَزَّ وَجَلَّ : {لِلَّهِ} ابْتِدَاءُ كَلاَمٍ لأَنَّ الأَشْيَاءَ كُلَّهَا لِلَّهِ عَزَّ وَجَلَّ ، وَلَعَلَّهُ إِنَّمَا اسْتَفْتَحَ الْكَلاَمَ فِي الْفَيْءِ وَالْخُمُسِ بِذِكْرِ نَفْسِهِ لأَنَّهَا أَشْرَفُ الْكَسْبِ ، وَلَمْ يَنْسِبِ الصَّدَقَةَ إِلَى نَفْسِهِ عَزَّ وَجَلَّ لأَنَّهَا أَوْسَاخُ النَّاسِ وَاللَّهُ تَعَالَى أَعْلَمُ ، وَقَدْ قِيلَ يُؤْخَذُ مِنَ الْغَنِيمَةِ شَيْءٌ فَيُجْعَلُ فِي الْكَعْبَةِ وَهُوَ السَّهْمُ الَّذِي لِلَّهِ عَزَّ وَجَلَّ ، وَسَهْمُ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ إِلَى الإِمَامِ يَشْتَرِي الْكُرَاعَ مِنْهُ وَالسِّلاَحَ ، وَيُعْطِي مِنْهُ مَنْ رَأَى مِمَّنْ رَأَى فِيهِ غَنَاءً وَمَنْفَعَةً لأَهْلِ الإِسْلاَمِ ، وَمِنْ أَهْلِ الْحَدِيثِ وَالْعِلْمِ وَالْفِقْهِ وَالْقُرْآنِ ، وَسَهْمٌ لِذِي الْقُرْبَى وَهُمْ بَنُو هَاشِمٍ وَبَنُو الْمُطَّلِبِ بَيْنَهُمُ الْغَنِيُّ مِنْهُمْ وَالْفَقِيرُ ، وَقَدْ قِيلَ إِنَّهُ لِلْفَقِيرِ مِنْهُمْ دُونَ الْغَنِيِّ كَالْيَتَامَى وَابْنِ السَّبِيلِ وَهُوَ أَشْبَهُ الْقَوْلَيْنِ بِالصَّوَابِ عِنْدِي وَاللَّهُ تَعَالَى أَعْلَمُ ، وَالصَّغِيرُ وَالْكَبِيرُ وَالذَّكَرُ وَالأُنْثَى سَوَاءٌ ، لأَنَّ اللَّهَ عَزَّ وَجَلَّ جَعَلَ ذَلِكَ لَهُمْ ، وَقَسَّمَهُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِيهِمْ ، وَلَيْسَ فِي الْحَدِيثِ أَنَّهُ فَضَّلَ بَعْضَهُمْ عَلَى بَعْضٍ ، وَلاَ خِلاَفَ نَعْلَمُهُ بَيْنَ الْعُلَمَاءِ فِي رَجُلٍ لَوْ أَوْصَى بِثُلُثِهِ لِبَنِي فُلاَنٍ أَنَّهُ بَيْنَهُمْ وَأَنَّ الذَّكَرَ وَالأُنْثَى فِيهِ سَوَاءٌ إِذَا كَانُوا يُحْصَوْنَ ، فَهَكَذَا كُلُّ شَيْءٍ صُيِّرَ لِبَنِي فُلاَنٍ أَنَّهُ بَيْنَهُمْ بِالسَّوِيَّةِ إِلاَّ أَنْ يُبَيِّنَ ذَلِكَ الآمِرُ بِهِ وَاللَّهُ وَلِيُّ التَّوْفِيقِ ، وَسَهْمٌ لِلْيَتَامَى مِنَ الْمُسْلِمِينَ ، وَسَهْمٌ لِلْمَسَاكِينِ مِنَ الْمُسْلِمِينَ ، وَسَهْمٌ لاِبْنِ السَّبِيلِ مِنَ الْمُسْلِمِينَ ، وَلاَ يُعْطَى أَحَدٌ مِنْهُمْ سَهْمُ مِسْكِينٍ وَسَهْمُ ابْنِ السَّبِيلِ ، وَقِيلَ لَهُ : خُذْ أَيَّهُمَا شِئْتَ ، وَالأَرْبَعَةُ أَخْمَاسٍ يَقْسِمُهَا الإِمَامُ بَيْنَ مَنْ حَضَرَ الْقِتَالَ مِنَ الْمُسْلِمِينَ الْبَالِغِينَ.

“Rəvayət edilir ki, Mücahid ﵀ demişdir: “Allah və Onun Elçisi ﷺ üçün olan beşdəbir hissə Peyğəmbər ﷺ və qohumları üçündür. Onlar zəkatdan heç nə yeməzdilər. Beşdəbirin beşdəbiri isə Allah Elçisinin ﷺ və onun qohumları, həmçinin yetimlər, miskinlər və yolda qalanlara da eyni miqdarda paylanılırdı. Ravi Əbu Abdur-Rahmən deyir: Allahın ﷿ “...Bilin ki, ələ keçirdiyiniz qənimətlərin beşdəbiri Allaha, Onun Elçisinə, onun əqrəbasına, yetimlərə, kasıblara və müsafirlərə məxsusdur...” (əl-Ənfal, 41) ayəsinə “Allaha...” kəlamı ilə başlaması hər şeyin Allaha ﷿ aid olmasını bildirmək üçündür. Qənimət şərəfli bir qazanc olduğuna görə bu ayələrə “Allah” ilə başlanmış ola bilər. Zəkat ayəsində (ət-Tövbə surəsi 60-cı ayəsində) belə başlanmışdır, çünki zəkat insanların çirkidir. Ən doğrusunu Allah bilir. Bəziləri isə belə demişlər: “Qənimətdən bir qədər götürülüb Kəbəyə qoyulur. Bu, Allah ﷿ və Onun Elçisinin hissəsidir. Bunun istifadəsi dövlət rəhbərinin ixtiyarına verilir. Dövlət rəhbəri onunla at və silah alır, həmçinin İslamın mənfəəti üçün faydalı olan yerlərə - mühəddislərə, alimlərə, fəqihlərə və Quran oxuyanlara də xərclənə bilər. “Yaxın qohumlar” deyilən hissə isə Bəni Haşim və Bəni Muttalib tayfaları arasında varlı-kasıb fərq qoyulmadan paylaşdırılır”. Bəziləri isə demişlər: “Bu hissə onlardan varlılardan başqa kasıb, yetim və yolda qalmışlara verilir”. Mənim üçün doğruya daha yaxın olan rəy də budur. Daha doğrusunu Allah bilir. Kiçiyə və böyüyə, kişiyə və qadına bərabər olaraq paylaşdırılır. Allah ﷿ belə əmr etmişdir. Allah Elçisi ﷺ də onların arasında belə paylaşdırdı. Hədislərdə birinin digərinə üstün tutulması görünməmişdir. Alimlər bu mövzuda ixtilaf etməmiş və belə demişlər: “Bir kişi malının üçdəbirinin filankəslərə verilməsini vəsiyyət etsə, bu mal onlar arasında qadın və kişi ayrıseçkilik edilmədən bərabər şəkildə paylaşdırılır. Bu paylaşdırmada bir açıqlama gətirilməmişdirsə, ona tabe olunur. Müvəffəqiyyət Allahdandır. Müsəlmanlardan yetimlərin, kasıbların və yolda qalmışların hərəsinə bir hissə verilir. Əgər bir adam həm kasıb, həm də yolda qalan adamdırsa, ona iki hissə verilmir. Belə deyilmişdir. Hansı hissədən istəsən, onu götürə bilərsən. Beşdəbirin beşdəbirindən qalan beşdədördünü rəhbər döyüşə qoşulan müsəlmanların həddi-büluğa çatanlarına verir”.”

Mücahid
Nəsəi, 4147 (Fey, 15)Zəif

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا إِسْمَاعِيلُ ، يَعْنِي ابْنَ إِبْرَاهِيمَ ، عَنْ أَيُّوبَ ، عَنْ عِكْرِمَةَ بْنِ خَالِدٍ ، عَنْ مَالِكِ بْنِ أَوْسِ بْنِ الْحَدَثَانِ قَالَ : جَاءَ الْعَبَّاسُ وَعَلِيٌّ إِلَى عُمَرَ يَخْتَصِمَانِ فَقَالَ الْعَبَّاسُ : اقْضِ بَيْنِي وَبَيْنَ هَذَا ، فَقَالَ النَّاسُ : افْصِلْ بَيْنَهُمَا ، فَقَالَ عُمَرُ : لاَ أَفْصِلُ بَيْنَهُمَا ، قَدْ عَلِمَا أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : لاَ نُورَثُ مَا تَرَكْنَا صَدَقَةٌ قَالَ : فَقَالَ الزُّهْرِيُّ : وَلِيَهَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَأَخَذَ مِنْهَا قُوتَ أَهْلِهِ ، وَجَعَلَ سَائِرَهُ سَبِيلَهُ سَبِيلَ الْمَالِ ، ثُمَّ وَلِيَهَا أَبُو بَكْرٍ بَعْدَهُ ، ثُمَّ وُلِّيتُهَا بَعْدَ أَبِي بَكْرٍ فَصَنَعْتَ فِيهَا الَّذِي كَانَ يَصْنَعُ ، ثُمَّ أَتَيَانِي فَسَأَلاَنِي أَنْ أَدْفَعَهَا إِلَيْهِمَا عَلَى أَنْ يَلِيَاهَا بِالَّذِي وَلِيَهَا بِهِ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَالَّذِي وَلِيَهَا بِهِ أَبُو بَكْرٍ ، وَالَّذِي وُلِّيتُهَا بِهِ ، فَدَفَعْتُهَا إِلَيْهِمَا وَأَخَذْتُ عَلَى ذَلِكَ عُهُودَهُمَا ، ثُمَّ أَتَيَانِي يَقُولُ هَذَا : اقْسِمْ لِي بِنَصِيبِي مِنَ ابْنِ أَخِي ، وَيَقُولُ هَذَا : اقْسِمْ لِي بِنَصِيبِي مِنَ امْرَأَتِي ، وَإِنْ شَاءَا أَنْ أَدْفَعَهَا إِلَيْهِمَا عَلَى أَنْ يَلِيَاهَا بِالَّذِي وَلِيَهَا بِهِ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، وَالَّذِي وَلِيَهَا بِهِ أَبُو بَكْرٍ ، وَالَّذِي وُلِّيتُهَا بِهِ دَفَعْتُهَا إِلَيْهِمَا ، وَإِنْ أَبَيَا كُفِيَا ذَلِكَ ، ثُمَّ قَالَ : {وَاعْلَمُوا أَنَّمَا غَنِمْتُمْ مِنْ شَيْءٍ فَأَنَّ لِلَّهِ خُمُسَهُ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ} هَذَا لِهَؤُلاَءِ ، {إِنَّمَا الصَّدَقَاتُ لِلْفُقَرَاءِ وَالْمَسَاكِينِ وَالْعَامِلِينَ عَلَيْهَا وَالْمُؤَلَّفَةِ قُلُوبُهُمْ وَفِي الرِّقَابِ وَالْغَارِمِينَ وَفِي سَبِيلِ اللَّهِ} هَذِهِ لِهَؤُلاَءِ ، {وَمَا أَفَاءَ اللَّهُ عَلَى رَسُولِهِ مِنْهُمْ فَمَا أَوْجَفْتُمْ عَلَيْهِ مِنْ خَيْلٍ وَلاَ رِكَابٍ} ، قَالَ الزُّهْرِيُّ : هَذِهِ لِرَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ خَاصَّةً قُرًى عَرَبِيَّةً فَدْكُ كَذَا وَكَذَا ، فَ {مَا أَفَاءَ اللَّهُ عَلَى رَسُولِهِ مِنْ أَهْلِ الْقُرَى فَلِلَّهِ ، وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ} وَ {لِلْفُقَرَاءِ الْمُهَاجِرِينَ الَّذِينَ أُخْرِجُوا مِنْ دِيَارِهِمْ وَأَمْوَالِهِمْ} {وَالَّذِينَ تَبَوَّؤُوا الدَّارَ وَالإِيمَانَ مِنْ قَبْلِهِمْ} {وَالَّذِينَ جَاؤُوا مِنْ بَعْدِهِمْ} فَاسْتَوْعَبَتْ هَذِهِ الآيَةُ النَّاسَ ، فَلَمْ يَبْقَ أَحَدٌ مِنَ الْمُسْلِمِينَ إِلاَّ لَهُ فِي هَذَا الْمَالِ حَقٌّ ، أَوْ قَالَ : حَظٌّ ، إِلاَّ بَعْضَ مَنْ تَمْلِكُونَ مِنْ أَرِقَّائِكُمْ ، وَلَئِنْ عِشْتُ إِنْ شَاءَ اللَّهُ لَيَأْتِيَنَّ عَلَى كُلِّ مُسْلِمٍ حَقُّهُ ، أَوْ قَالَ : حَظُّهُ.

“Rəvayət edilir ki, Malik ibn Əus ibn Hədəsan ﵀ demişdir: “Abbas və Əli aralarında olan ixtilafa görə Ömərin yanına gəldilər. Abbas dedi: “Bizim aramızda olan ixtilafı həll et”. Orada olanlar da dedilər: “Onların arasında olan malı böl!” Ömər dedi: “Bölə bilmərəm, çünki onlar da bilirlər ki, Allah Elçisi ﷺ demişdir: “Biz miras qoymuruq. Bizim mirasımız sədəqədir”. Ravi əz-Zuhri deyir: “Peyğəmbər ﷺ qənimətdən ona düşən hissədən Peyğəmbərin ﷺ ailəsinin ehtiyac olanı qədərini götürür, qalanını Allahın istədiyi yerlərə sərf edərdi. Sonra bu hissə Əbu Bəkrin ixtiyarına keçdi. Əbu Bəkrdən sonra isə mənim ixtiyarıma keçdi və mən də onun etdiyi kimi etdim. Sonra Abbas və Əli mənim yanıma gəlib Allah Elçisindən ﷺ sonra Əbu Bəkrin, ondan sonra da mənim ixtiyarıma keçən hissəni onlara verməyimi istədilər. Mən də bunun məsuliyyətini özlərinə həvalə edib istədiklərini verdim. Sonra isə Abbas yanıma gəlib: “Qardaşım oğlunun hissəsini mənə ver!”, Əli də “Zövcəmin (Fatimənin) hissəsini mənə ver!”, - dedilər. Allah Elçisinin ﷺ, Əbu Bəkrin və mənim ixtiyarımda olan hissəni almaq istəyirlərsə, dərhal verərəm. Amma istəmirlərsə, böyük bir məsuliyyətdən xilas olmuş olarlar”. Sonra Ömər sözünə davam edərək dedi: “...Bilin ki, ələ keçirdiyiniz qənimətlərin beşdəbiri Allaha, Onun Elçisinə, onun əqrəbasına, yetimlərə, kasıblara və müsafirlərə məxsusdur...” (əl-Ənfal, 41) Ayədə qeyd edilənlər adları çəkilən insanlara aiddir. Həmçinin “Zəkatlar Allah tərəfindən bir fərz olaraq yalnız yoxsullara, kasıblara, onu yığıb paylayanlara, qəlbləri İslam dininə isinişdiriləcək kimsələrə, kölələrin azad olunmasına, borclulara, Allah yolunda cihad edənlərə və müsafirlərə məxsusdur” (ət-Tövbə, 60) ayəsində qeyd edilənlər də adları çəkilən insanlara aiddir. “Allahın Öz rəsuluna onlardan verdiyi qənimətlərə tərəf siz nə at, nə də dəvə sürdünüz...” (əl-Həşr, 6). əz-Zuhri deyir: “Bu ayələrdə bildirilən qənimətlər Allah Elçisinə xasdır. “Allahın Öz rəsuluna kəndlərin əhalisindən verdiyi qənimətlər Allaha, Peyğəmbərə, onun əqrəbasına, yetimlərə, yoxsullara və müsafirlərə məxsus edilmişdir ki, o mallar aranızdakı zənginlərin var-dövləti olub qalmasın. Allahın rəsulu sizə nəyi əmr edirsə, onu yerinə yetirin, nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir. Qənimət həmçinin yurdlarından qovulmuş və mallarından məhrum olunmuş yoxsul mühacirlərə məxsusdur. Onlar Allahın mərhəmətini və razılığını qazanmağa can atır, Allaha və Onun rəsuluna kömək edirlər. Doğru olanlar da məhz onlardır. Mühacirlərdən əvvəl Mədinədə yurd salmış, sonra da iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır. Səhabələrdən sonra gələnlər deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən, Sən olduqca şəfqətlisən, rəhmlisən!” (əl-Həşr, 7-10). Həmçinin bütün müsəlmanlar qəsd edilmişdir. Bu malda haqqı olmayan heç kim qalmamışdır. Ancaq sizin kölələriniz istisnadır. Əgər yaşasam, hər müsəlmanın haqqı mütləq ona veriləcək”.”

Malik ibn Əus ibn Hədəsan
Nəsəi, 4148 (Fey, 16)Səhih

حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ أَحْمَدَ بْنِ بَشِيرِ بْنِ ذَكْوَانَ الدِّمَشْقِيُّ حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ الْعَلاَءِ يَعْنِي ابْنَ زَبْرٍ حَدَّثَنِي يَحْيَى بْنُ أَبِي الْمُطَاعِ ، قَالَ : سَمِعْتُ الْعِرْبَاضَ بْنَ سَارِيَةَ يَقُولُ : قَامَ فِينَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ذَاتَ يَوْمٍ ، فَوَعَظَنَا مَوْعِظَةً بَلِيغَةً ، وَجِلَتْ مِنْهَا الْقُلُوبُ ، وَذَرَفَتْ مِنْهَا الْعُيُونُ ، فَقِيلَ : يَا رَسُولَ اللهِ ، وَعَظْتَنَا مَوْعِظَةَ مُوَدِّعٍ ، فَاعْهَدْ إِلَيْنَا بِعَهْدٍ ، فَقَالَ : عَلَيْكُمْ بِتَقْوَى اللهِ ، وَالسَّمْعِ وَالطَّاعَةِ ، وَإِنْ عَبْدًا حَبَشِيًّا ، وَسَتَرَوْنَ مِنْ بَعْدِي اخْتِلاَفًا شَدِيدًا ، فَعَلَيْكُمْ بِسُنَّتِي ، وَسُنَّةِ الْخُلَفَاءِ الرَّاشِدِينَ الْمَهْدِيِّينَ ، عَضُّوا عَلَيْهَا بِالنَّوَاجِذِ ، وَإِيَّاكُمْ وَالأُمُورَ الْمُحْدَثَاتِ ، فَإِنَّ كُلَّ بِدْعَةٍ ضَلاَلَةٌ.

“Rəvayət edilir ki, Yəhya ibn Əbul-Mutai ﵀ demişdir: “Mən əl-İrbad ibn Səriyənin belə dediyini eşitdim: “Bir gün Allah Elçisi ﷺ bizim yanımıza gəlib elə bir tərzdə danışdı ki, qəlblər titrədi və gözlər yaşla doldu. Səhabələr dedilər: “Ey Allahın Elçisi, bu, vidalaşan bir kişinin öyüdünə oxşayır, bizə vəsiyyət et”. O buyurdu: “Mən sizə Allahdan qorxmağınızı, başınıza həbəşi bir kölə əmir olaraq təyin edilərsə, onu dinləyib itaət etməyinizi tövsiyə edirəm. Məndən sonra çoxlu ixtilaflar görəcəksiniz. Mən sizə mənim sünnəmə və hidayətdə olan Raşidi xəlifələrin sünnəsinə sarılmağınızı tövsiyə edirəm. Ondan arxa dişlərinizlə möhkəm yapışın. Sonradan uydurulan yeniliklərdən uzaq durun. Həqiqətən də, hər bir bidət zəlalətdir”.”

Yəhya ibn Əbul-Mutai
İbn Məcə, 42 (Sünnə, 42)Səhih

حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ بِشْرِ بْنِ مَنْصُورٍ ، وَإِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ السَّوَّاقُ ، قَالاَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِيٍّ , عَنْ مُعَاوِيَةَ بْنِ صَالِحٍ ، عَنْ ضَمْرَةَ بْنِ حَبِيبٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ عَمْرٍو السُّلَمِيِّ ، أَنَّهُ سَمِعَ الْعِرْبَاضَ بْنَ سَارِيَةَ يَقُولُ : وَعَظَنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ مَوْعِظَةً , ذَرَفَتْ مِنْهَا الْعُيُونُ ، وَوَجِلَتْ مِنْهَا الْقُلُوبُ ، فَقُلْنَا : يَا رَسُولَ اللهِ ، إِنَّ هَذِهِ لَمَوْعِظَةُ مُوَدِّعٍ ، فَمَا تَعْهَدُ إِلَيْنَا ؟ قَالَ : قَدْ تَرَكْتُكُمْ عَلَى الْبَيْضَاءِ لَيْلُهَا كَنَهَارِهَا ، لاَ يَزِيغُ عَنْهَا بَعْدِي إِلاَّ هَالِكٌ ، فَمَنْ يَعِشْ مِنْكُمْ فَسَيَرَى اخْتِلاَفًا كَثِيرًا ، فَعَلَيْكُمْ بِمَا عَرَفْتُمْ مِنْ سُنَّتِي ، وَسُنَّةِ الْخُلَفَاءِ الرَّاشِدِينَ الْمَهْدِيِّينَ ، عَضُّوا عَلَيْهَا بِالنَّوَاجِذِ ، وَعَلَيْكُمْ بِالطَّاعَةِ ، وَإِنْ عَبْدًا حَبَشِيًّا ، فَإِنَّمَا الْمُؤْمِنُ كَالْجَمَلِ الأَنِفِ ، حَيْثُمَا قِيدَ انْقَادَ.

“Rəvayət edilir ki, Yəhya ibn Əbul-Mutai ﵀ demişdir: “əl-İrbad ibn Səriyə rəvayət edir ki, Peyğəmbər ﷺ bizimlə elə bir tərzdə danışdı ki, gözlər yaşla doldu və qəlblər titrədi. Biz dedik: “Ey Allahın Elçisi, bu, vidalaşan bir kişinin öyüdünə oxşayır, bizə vəsiyyət et”. O buyurdu: “Mən sizi gecəsi gündüzü kimi aydın olan yol üzərində qoyub gedirəm. Bu yoldan yalnız həlak olan uzaqlaşar. Məndən sonra çoxlu ixtilaflar görəcəksiniz. Sizə mənim sünnəmdən bildiklərinizə və hidayətdə olan Raşidi xəlifələrin sünnəsinə sarılmağınızı tövsiyə edirəm. Ondan arxa dişlərinizlə möhkəm yapışın. Başınıza həbəşi bir kölə əmir olaraq təyin edilsə belə, ona itaət edin! Həqiqətən, mömin burnuna noxta taxılmış dəvə kimidir, hansı tərəfə döndərilsə, ora gedər”.”

əl-İrbad ibn Səriyə
İbn Məcə, 43 (Sünnə, 43)Səhih

حَدَّثَنَا أَبُو مَرْوَانَ مُحَمَّدُ بْنُ عُثْمَانَ الْعُثْمَانِيُّ ، حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ سَعْدٍ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ عَامِرِ بْنِ وَاثِلَةَ أَبِي الطُّفَيْلِ ، أَنَّ نَافِعَ بْنَ عَبْدِ الْحَارِثِ ، لَقِيَ عُمَرَ بْنَ الْخَطَّابِ بِعُسْفَانَ ، وَكَانَ عُمَرُ اسْتَعْمَلَهُ عَلَى مَكَّةَ ، فَقَالَ عُمَرُ : مَنِ اسْتَخْلَفْتَ عَلَى أَهْلِ الْوَادِي ؟ قَالَ : اسْتَخْلَفْتُ عَلَيْهِمُ ابْنَ أَبْزَى ، قَالَ : وَمَنِ ابْنُ أَبْزَى ؟ قَالَ : رَجُلٌ مِنْ مَوَالِينَا ، قَالَ عُمَرُ : فَاسْتَخْلَفْتَ عَلَيْهِمْ مَوْلًى ؟ قَالَ : إِنَّهُ قَارِئٌ لِكِتَابِ اللهِ تَعَالَى ، عَالِمٌ بِالْفَرَائِضِ ، قَاضٍ ، قَالَ عُمَرُ : أَمَا إِنَّ نَبِيَّكُمْ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : إِنَّ اللَّهَ يَرْفَعُ بِهَذَا الْكِتَابِ أَقْوَامًا ، وَيَضَعُ بِهِ آخَرِينَ.

“Amir ibn Vasilə Əbu ət-Tufeyl ﵀ rəvayət edir ki, bir dəfə Nafi ibn Abdul-Haris “Usfan” adlı yerdə Ömər ibn əl-Xattabla rastlaşdı. O vaxt Ömər onu Məkkənin valisi təyin etmişdi. Ömər ona dedi: “Özünün əvəzinə vadi əhlinin üzərinə kimi təyin etdin?” Nafi dedi: “Onların üzərində öz əvəzimə İbn Əbzəni təyin etmişəm”. Ömər dedi: “İbn Əbzə kimdir?” Nafi dedi: “İbn Əbzə bizim azad etdiyimiz kölədir”. Ömər dedi: “Öz əvəzinə azad etdiyin kölənimi qoymusan?” Nafi dedi: “O, Uca Allahın Kitabını oxuyan, miras məsələsini bilən, (hökm verməyi bacaran) qazıdır”. Ömər dedi: “Bilin ki, sizin Peyğəmbəriniz ﷺ belə buyurmuşdur: “Həqiqətən, Allah bu Kitabla bəzi qövmləri ucaldır, bəzilərini isə alçaldır”.”

Amir ibn Vasilə Əbu ət-Tufeyl
İbn Məcə, 218 (Sünnə, 218)Səhih

حَدَّثَنَا نَصْرُ بْنُ عَلِيٍّ الْجَهْضَمِيُّ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ دَاوُدَ ، عَنْ عَاصِمِ بْنِ رَجَاءِ بْنِ حَيْوَةَ ، عَنْ دَاوُدَ بْنِ جَمِيلٍ ، عَنْ كَثِيرِ بْنِ قَيْسٍ ، قَالَ : كُنْتُ جَالِسًا عِنْدَ أَبِي الدَّرْدَاءِ فِي مَسْجِدِ دِمَشْقَ ، فَأَتَاهُ رَجُلٌ ، فَقَالَ : يَا أَبَا الدَّرْدَاءِ ، أَتَيْتُكَ مِنَ الْمَدِينَةِ ، مَدِينَةِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ؛ لِحَدِيثٍ بَلَغَنِي أَنَّكَ تُحَدِّثُ بِهِ عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ , قَالَ : فَمَا جَاءَ بِكَ تِجَارَةٌ ؟ قَالَ : لاَ ، قَالَ : وَلاَ جَاءَ بِكَ غَيْرُهُ ؟ قَالَ : لاَ ، قَالَ : فَإِنِّي سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : مَنْ سَلَكَ طَرِيقًا يَلْتَمِسُ فِيهِ عِلْمًا ، سَهَّلَ اللَّهُ لَهُ طَرِيقًا إِلَى الْجَنَّةِ ، وَإِنَّ الْمَلاَئِكَةَ لَتَضَعُ أَجْنِحَتَهَا رِضًا لِطَالِبِ الْعِلْمِ ، وَإِنَّ طَالِبَ الْعِلْمِ يَسْتَغْفِرُ لَهُ مَنْ فِي السَّمَاءِ وَالأَرْضِ ، حَتَّى الْحِيتَانُ فِي الْمَاءِ ، وَإِنَّ فَضْلَ الْعَالِمِ عَلَى الْعَابِدِ كَفَضْلِ الْقَمَرِ عَلَى سَائِرِ الْكَوَاكِبِ ، إِنَّ الْعُلَمَاءَ هُمْ وَرَثَةُ الأَنْبِيَاءِ ، إِنَّ الأَنْبِيَاءَ لَمْ يُوَرِّثُوا دِينَارًا وَلاَ دِرْهَمًا ، إِنَّمَا وَرَّثُوا الْعِلْمَ ، فَمَنْ أَخَذَهُ أَخَذَ بِحَظٍّ وَافِرٍ.

“Rəvayət edilir ki, Kəsir ibn Qeys ﵀ demişdir: “Bir dəfə mən Dəməşq məscidində Əbu əd-Dərdənin yanında oturmuşdum. Bu əsnada bir kişi onun yanına gələrək dedi: “Ey Əbud-Dərdə! Mən sənin yanına Allah Elçisinin ﷺ şəhəri olan Mədinədən Peyğəmbərin ﷺ hədisini eşitmək üçün gəlmişəm. Əbu əd-Dərdə ona dedi: “Sən bura ticarət üçün gəlməmisən?” O dedi: “Xeyr!” Əbu əd-Dərdə dedi: “Başqa bir şey üçün gəlməmisən?” O dedi: “Xeyr!” Əbu əd-Dərdə dedi: “Həqiqətən, mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Kim elm öyrənmək məqsədilə yola çıxarsa, Allah onun Cənnətə gedən yolunu asanlaşdırar. Həqiqətən, mələklər elm tələb edəndən məmnun olduqları üçün qanadlarını yerə sərərlər. Göylərdə və yerdə olan hər kəs – suda olan balinalar belə elm tələb edən üçün bağışlanma diləyərlər. Alimin abid (ibadət edən) üzərindəki üstünlüyü ayın ulduzlar üzərindəki üstünlüyü kimidir. Həqiqətən, alimlər peyğəmbərlərin varisləridirlər. Peyğəmbərlər dinar və dirhəm miras qoymamışlar, onların miras qoyduqları yalnız elmdir. Kim onu (elmi) götürərsə, artıq tükənməyən bir pay götürmüş olar”.”

Kəsir ibn Qeys
İbn Məcə, 223 (Sünnə, 223)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ وَهْبِ بْنِ عَطِيَّةَ ، حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ ، حَدَّثَنَا مَرْزُوقُ بْنُ أَبِي الْهُذَيْلِ , حَدَّثَنِي الزُّهْرِيُّ , حَدَّثَنِي أَبُو عَبْدِ اللهِ الأَغَرُّ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّ مِمَّا يَلْحَقُ الْمُؤْمِنَ مِنْ عَمَلِهِ وَحَسَنَاتِهِ بَعْدَ مَوْتِهِ : عِلْمًا نَشَرَهُ ، وَوَلَدًا صَالِحًا تَرَكَهُ ، وَمُصْحَفًا وَرَّثَهُ ، أَوْ مَسْجِدًا بَنَاهُ ، أَوْ بَيْتًا لاِبْنِ السَّبِيلِ بَنَاهُ ، أَوْ نَهْرًا أَجْرَاهُ ، أَوْ صَدَقَةً أَخْرَجَهَا مِنْ مَالِهِ فِي صِحَّتِهِ وَحَيَاتِهِ ، تَلْحَقُهُ مِنْ بَعْدِ مَوْتِهِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ölümündən sonra möminə əməllərindən və yaxşılıqlarından bunlar çatır: yaydığı elm, geriyə buraxdığı əməlisaleh övlad, miras olaraq buraxdığı mushaf (Quran kitabı), tikdirdiyi məscid, səfərdə olanlar üçün tikdirdiyi ev, qazdırdığı su quyusu, sağlam və sağ ikən çıxardığı sədəqə. Bunlardan hansını etmişsə, ölümündən sonra savabı ona çatır”.”

Əbu Hureyra
İbn Məcə, 242 (Sünnə, 242)Həsən

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى الصَّنْعَانِيُّ ، أَخْبَرَنَا مُعْتَمِرُ بْنُ سُلَيْمَانَ ، قَالَ : قَرَأْتُ عَلَى الْفُضَيْلِ بْنِ مَيْسَرَةَ ، عَنْ أَبِي حَرِيزٍ ، أَنَّ أَبَا بُرْدَةَ حَدَّثَهُ قَالَ : أَوْصَى أَبُو مُوسَى الأَشْعَرِيُّ حِينَ حَضَرَهُ الْمَوْتُ ، فَقَالَ : لاَ تَتْبَعُونِي بِمِجْمَرٍ ، قَالُوا لَهُ : أَوَسَمِعْتَ فِيهِ شَيْئًا ؟ قَالَ : نَعَمْ ، مِنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ.

“Rəvayət edilir ki, Əbu Burdə ﵁ demişdir: “Əbu Musa əl-Əşari vəfat edərkən: “Cənazəmin arxası ilə odla gəlməyin!”- deyə vəsiyyət etdi. Ona dedilər: “Bu haqda bir şey eşitmisən?” Əbu Musa dedi: “Bəli, Allah Elçisindən ﷺ eşitmişəm”.”

Əbu Burdə
İbn Məcə, 1487 (Cənazələr, 55)Həsən

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا الرَّبِيعُ بْنُ بَدْرٍ ، حَدَّثَنَا أَبُو الزُّبَيْرِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِذَا اسْتَهَلَّ الصَّبِيُّ ، صُلِّيَ عَلَيْهِ وَوُرِّثَ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həyat əlaməti olub sonra ölən körpəyə cənazə namazı qılınır, həmçinin ona miras da düşür”.”

Cabir ibn Abdullah
İbn Məcə, 1508 (Cənazələr, 76)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا إِسْمَاعِيلُ ابْنُ عُلَيَّةَ ، عَنِ ابْنِ عَوْنٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ ، قَالَ : ذَكَرُوا عِنْدَ عَائِشَةَ ، أَنَّ عَلِيًّا كَانَ وَصِيًّا ، فَقَالَتْ : مَتَى أَوْصَى إِلَيْهِ ؟ فَلَقَدْ كُنْتُ مُسْنِدَتَهُ إِلَى صَدْرِي ، أَوْ إِلَى حَجْرِي ، فَدَعَا بِطَسْتٍ ، فَلَقَدِ انْخَنَثَ فِي حِجْرِي ، فَمَاتَ ، وَمَا شَعَرْتُ بِهِ ، فَمَتَى أَوْصَى صَلَّى الله عَليْهِ وسَلَّمَ ؟.

“Rəvayət edilir ki, əl-Əsvəd ﵀ demişdir: “Aişənin yanında Əlinin Peyğəmbərin ﷺ vəlisi olması haqda danışıldı. Aişə dedi: “Peyğəmbər ﷺ nə vaxt Əlini özündən sonra vəli təyin etdi? Mən Peyğəmbəri ﷺ sinəmə (və ya qucağıma) dayamışdım. O, bir ləyən istədi, o əsnada qucağıma söykəndi və vəfat etdi. Mən isə bunu hiss etmədim. Bəs Allah Elçisi ﷺ vəsiyyəti nə vaxt etdi?””

əl-Əsvəd
İbn Məcə, 1626 (Cənazələr, 194)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِيٍّ ، عَنْ سُفْيَانَ ، عَنْ فِرَاسٍ ، عَنِ الشَّعْبِيِّ ، عَنْ مَسْرُوقٍ ، عَنْ عَبْدِ اللهِ ، أَنَّهُ سُئِلَ عَنْ رَجُلٍ تَزَوَّجَ امْرَأَةً فَمَاتَ عَنْهَا ، وَلَمْ يَدْخُلْ بِهَا ، وَلَمْ يَفْرِضْ لَهَا ، قَالَ : فَقَالَ عَبْدُ اللهِ : لَهَا الصَّدَاقُ ، وَلَهَا الْمِيرَاثُ ، وَعَلَيْهَا الْعِدَّةُ ، فَقَالَ مَعْقِلُ بْنُ سِنَانٍ الأَشْجَعِيُّ : شَهِدْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَضَى فِي بِرْوَعَ بِنْتِ وَاشِقٍ بِمِثْلِ ذَلِكَ.

“Rəvayət edilir ki, Abdullahdan ﵁ zövcəsi ilə nikah bağlayıb cinsi yaxınlıq etmədən və mehr təyin etmədən vəfat edən bir kişi haqda soruşuldu. Abdullah dedi: “O qadına mehr düşür və ərinin mirasından pay haqqı var, həmçinin qadın iddə müddətini gözləməlidir”. Məqil ibn Sinan əl-Əşcai deyir: “Mən Birva bint Vaşiq haqqında Allah Elçisinin ﷺ eyni hökmü verdiyinə şahid olmuşam”.”

Abdullah
İbn Məcə, 1891 (Nikah, 47)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : إِنَّ ابْنَ زَمْعَةَ ، وَسَعْدًا اخْتَصَمَا إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي ابْنِ أَمَةِ زَمْعَةَ ، فَقَالَ سَعْدٌ : يَا رَسُولَ اللهِ ، أَوْصَانِي أَخِي إِذَا قَدِمْتُ مَكَّةَ , أَنْ أَنْظُرَ إِلَى ابْنِ أَمَةِ زَمْعَةَ , فَأَقْبِضْهُ ، وَقَالَ عَبْدُ بْنُ زَمْعَةَ : أَخِي وَابْنُ أَمَةِ أَبِي ، وُلِدَ عَلَى فِرَاشِ أَبِي ، فَرَأَى النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ شَبَهَهُ بِعُتْبَةَ ، فَقَالَ : هُوَ لَكَ يَا عَبْدَ بْنَ زَمْعَةَ ، الْوَلَدُ لِلْفِرَاشِ ، وَاحْتَجِبِي عَنْهُ يَا سَوْدَةُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Zəm'anın oğlu ilə Səd Zəmanın cariyəsinin oğlu haqda aralarında olan ixtilafı Peyğəmbərə ﷺ yönəltdilər. Səd dedi: “Ey Allahın Elçisi! (Ölən) qardaşım (Utbə) mənə vəsiyyət etmişdi ki, Məkkəyə gəldikdə Zəmanın cariyəsinin oğluna baxıb onu özümlə götürüm”. İbn Abd ibn Zəma da dedi: “Uşaq mənim qardaşımla atamın cariyəsinin oğludur. Üstəlik, atamın çarpayısının üstündə dünyaya gəlmişdir”. Peyğəmbər ﷺ isə uşağın Utbəyə oxşadığını gördü və buyurdu: “O sənin (qardaşındır), ey Abd ibn Zəma! Uşaq yataq sahibinindir! Bundan sonra bu uşağa (başıaçıq halda) görünmə, ey Səvda!””

Aişə
İbn Məcə, 2004 (Nikah, 160)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا أَبُو خَالِدٍ الأَحْمَرُ سُلَيْمَانُ بْنُ حَيَّانَ ، عَنْ سَعْدِ بْنِ إِسْحَاقَ بْنِ كَعْبِ بْنِ عُجْرَةَ ، عَنْ زَيْنَبَ بِنْتِ كَعْبِ بْنِ عُجْرَةَ ، وَكَانَتْ تَحْتَ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، أَنَّ أُخْتَهُ الْفُرَيْعَةَ بِنْتَ مَالِكٍ ، قَالَتْ : خَرَجَ زَوْجِي فِي طَلَبِ أَعْلاَجٍ لَهُ ، فَأَدْرَكَهُمْ بِطَرَفِ الْقَدُومِ ، فَقَتَلُوهُ ، فَجَاءَ نَعْيُ زَوْجِي وَأَنَا فِي دَارٍ مِنْ دُورِ الأَنْصَارِ ، شَاسِعَةٍ عَنْ دَارِ أَهْلِي ، فَأَتَيْتُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنَّهُ جَاءَ نَعْيُ زَوْجِي وَأَنَا فِي دَارٍ شَاسِعَةٍ عَنْ دَارِ أَهْلِي ، وَدَارِ إِخْوَتِي ، وَلَمْ يَدَعْ مَالاً يُنْفِقُ عَلَيَّ ، وَلاَ مَالاً وَرِثْتُهُ ، وَلاَ دَارًا يَمْلِكُهَا ، فَإِنْ رَأَيْتَ أَنْ تَأْذَنَ لِي , فَأَلْحَقَ بِدَارِ أَهْلِي ، وَدَارِ إِخْوَتِي , فَإِنَّهُ أَحَبُّ إِلَيَّ ، وَأَجْمَعُ لِي فِي بَعْضِ أَمْرِي ، قَالَ : فَافْعَلِي إِنْ شِئْتِ ، قَالَتْ : فَخَرَجْتُ قَرِيرَةً عَيْنِي لِمَا قَضَى اللَّهُ لِي عَلَى لِسَانِ رَسُولِهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، حَتَّى إِذَا كُنْتُ فِي الْمَسْجِدِ ، أَوْ فِي بَعْضِ الْحُجْرَةِ دَعَانِي ، فَقَالَ : كَيْفَ زَعَمْتِ ؟ قَالَتْ : فَقَصَصْتُ عَلَيْهِ ، فَقَالَ : امْكُثِي فِي بَيْتِكِ الَّذِي جَاءَ فِيهِ نَعْيُ زَوْجِكِ حَتَّى يَبْلُغَ الْكِتَابُ أَجَلَهُ ، قَالَتْ : فَاعْتَدَدْتُ فِيهِ أَرْبَعَةَ أَشْهُرٍ وَعَشْرًا.

“Səd ibn İshaq ibn Ucra ﵀ rəvayət edir ki, Zeynəb bint Kəb ibn Ucra Əbu Səidin zövcəsi idi. Əbu Səidin bacısı Furey'a bint Malik dedi: “Ərim qaçan kölələrini axtarmaq üçün çıxıb əl-Qadum adlı yerin yaxınlığında onlara çatdı. Kölələr ərimi orada öldürdülər. Mənə ərimin ölüm xəbəri çatdı. O vaxtlar mən ailəmin evindən uzaqda – ənsarın evlərindən birində qalırdım. Mən Peyğəmbərin ﷺ yanına gələrək dedim: “Ey Allahın Elçisi, ərimin ölüm xəbəri gəldi. Mən ailəmin və qardaşlarımın uzaq olduğu bir evdə qalıram. Ərim mənə nə xərcləmək üçün bir pul, nə miraslıq bir mal, nə də ev qoyub getdi. İstəyərdim ki, onların evinə getməyimə icazə verəsən”. Peyğəmbər ﷺ buyurdu: “İstəyirsənsə, onların evinə gedə bilərsən”. Furey'a deyir: “Mən Allah Elçisinin ﷺ dili ilə Allahın mənə verdiyi icazəyə sevinərək Peyğəmbərdən ﷺ uzaqlaşanda Peyğəmbər ﷺ məscidin və ya bəzi hücrələrin yanında məni çağırıb buyurdu: “Sən necə dedin?” Mən də dediklərimi ona təkrar etdim. O da mənə buyurdu: “Yazılmış iddə müddəti qurtarana qədər ərinin ölüm xəbərini aldığın evdə qal!” Mən də o evdə iddə müddəti olaraq dörd ay on gün qaldım”.”

Səd ibn İshaq ibn Ucra
İbn Məcə, 2031 (Talaq, 16)Səhih

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ سُفْيَانَ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَطَاءٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ بُرَيْدَةَ ، عَنْ أَبِيهِ ، قَالَ : جَاءَتِ امْرَأَةٌ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَتْ : يَا رَسُولَ اللهِ ، إِنِّي تَصَدَّقْتُ عَلَى أُمِّي بِجَارِيَةٍ ، وَإِنَّهَا مَاتَتْ ، فَقَالَ : آجَرَكِ اللَّهُ ، وَرَدَّ عَلَيْكِ الْمِيرَاثَ.

“Abdullah ibn Bureydə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Bir qadın Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, mən anama bir cariyəni sədəqə olaraq verdim. Anam isə vəfat etdi”. Peyğəmbər ﷺ buyurdu: “Allah səni savaba müvəffəq etdi və cariyəni mirasla sənə geri qaytardı”.”

Abdullah ibn Bureydə atasından
İbn Məcə, 2394 (Sədəqələr, 5)Səhih

حَدَّثَنَا يَحْيَى بْنُ دُرُسْتَ ، حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، عَنْ بُدَيْلِ بْنِ مَيْسَرَةَ ، عَنْ عَلِيِّ بْنِ أَبِي طَلْحَةَ ، عَنْ رَاشِدِ بْنِ سَعْدٍ ، عَنْ أَبِي عَامِرٍ الْهَوْزَنِيِّ ، عَنِ الْمِقْدَامِ الشَّامِيِّ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَنَا وَارِثُ مَنْ لاَ وَارِثَ لَهُ ، أَعْقِلُ عَنْهُ وَأَرِثُهُ ، وَالْخَالُ وَارِثُ مَنْ لاَ وَارِثَ لَهُ ، يَعْقِلُ عَنْهُ وَيَرِثُهُ.

“Rəvayət edilir ki, əl-Miqdəm ibn əş-Şami (ibn Mədi Kərib) ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Varisi olmayanın varisi mənəm. Onun qanbahasını ödəyərəm və ona varis olaram. Dayı varisi olmayanın (bacıoğlunun) varisidir. Onun yerinə qanbahası ödəyər və onun mirasını alar”.”

əl-Miqdam əş-Şami
İbn Məcə, 2634 (Qanbahası, 20)Səhih

حَدَّثَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ ، أَخْبَرَنَا يَزِيدُ بْنُ هَارُونَ ، أَخْبَرَنَا مُحَمَّدُ بْنُ رَاشِدٍ ، عَنْ سُلَيْمَانَ بْنِ مُوسَى ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ , قَالَ : قَضَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَنْ يَعْقِلَ الْمَرْأَةَ عَصَبَتُهَا مَنْ كَانُوا ، وَلاَ يَرِثُوا مِنْهَا شَيْئًا ، إِلاَّ مَا فَضَلَ عَنْ وَرَثَتِهَا , وَإِنْ قُتِلَتْ فَعَقْلُهَا بَيْنَ وَرَثَتِهَا , وَهُمْ يَقْتُلُونَ قَاتِلَهَا.

“Amr ibn Şueyb atasının və babasının ﵄ belə dediklərini rəvayət etmişdir: “Allah Elçisi ﷺ cinayət edən qadının qanbahasını onun ata tərəfindən olan kişi qohumlarının üzərinə düşməsinə və qadının varislərindən artandan başqa miras ola bilməyən topluluğunun arasında ortaq olduğuna hökm verdi. Əgər bir qadın öldürülərsə, onun qanbahası varisləri arasında bölüşdürülür. Onlar qatili öldürə bilərlər”.”

Amr ibn Şueyb atasından və babasından
İbn Məcə, 2647 (Qanbahası, 33)Həsən

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا الْمُعَلَّى بْنُ أَسَدٍ ، حَدَّثَنَا عَبْدُ الْوَاحِدِ بْنُ زِيَادٍ ، حَدَّثَنَا مُجَالِدٌ ، عَنِ الشَّعْبِيِّ ، عَنْ جَابِرٍ , قَالَ : جَعَلَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ الدِّيَةَ عَلَى عَاقِلَةِ الْقَاتِلَةِ ، فَقَالَتْ عَاقِلَةُ الْمَقْتُولَةِ : يَا رَسُولَ اللهِ ، مِيرَاثُهَا لَنَا ، قَالَ : لاَ , مِيرَاثُهَا لِزَوْجِهَا وَوَلَدِهَا.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ cinayət edən qadının qanbahasını onun ata tərəfindən olan kişi qohumlarının üzərinə təyin etdi. Öldürülmüş qadının ata tərəfindən olan kişi qohumları dedilər: “Ey Allahın Elçisi, onda öldürülən qadının mirası bizə düşür”. Allah Elçisi ﷺ buyurdu: “Xeyr, onun mirası ərinin və övladlarınındır”.”

Cabir
İbn Məcə, 2648 (Qanbahası, 34)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ نُمَيْرٍ ، حَدَّثَنَا أَبِي وَأَبُو مُعَاوِيَةَ (ح) وحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَعَلِيُّ بْنُ مُحَمَّدٍ قَالاَ : حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، قَالَ : أَبُو بَكْرٍ ، وَعَبْدُ اللهِ بْنُ نُمَيْرٍ ، عَنِ الأَعْمَشِ ، عَنْ شَقِيقٍ ، عَنْ مَسْرُوقٍ ، عَنْ عَائِشَةَ قَالَتْ : مَا تَرَكَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ دِينَارًا وَلاَ دِرْهَمًا ، وَلاَ شَاةً وَلاَ بَعِيرًا ، وَلاَ أَوْصَى بِشَيْءٍ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ nə dinar, nə də dirhəm, nə qoyun, nə də dəvə – ümumiyyətlə heç bir şey qoymayıb getdi”.”

Aişə
İbn Məcə, 2695 (Vəsiyyətlər, 1)Səhih

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ مَالِكِ بْنِ مِغْوَلٍ ، عَنْ طَلْحَةَ بْنِ مُصَرِّفٍ قَالَ : قُلْتُ لِعَبْدِ اللهِ بْنِ أَبِي أَوْفَى أَوْصَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ بِشَيْءٍ ؟ قَالَ : لاَ ، قُلْتُ : فَكَيْفَ أَمَرَ الْمُسْلِمِينَ بِالْوَصِيَّةِ ، قَالَ : أَوْصَى بِكِتَابِ اللَّهِ. قَالَ مَالِكٌ : وَقَالَ طَلْحَةُ بْنُ مُصَرِّفٍ : قَالَ الْهُزَيْلُ بْنُ شُرَحْبِيلَ : أَبُو بَكْرٍ كَانَ يَتَأَمَّرُ عَلَى وَصِيِّ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ؟ وَدَّ أَبُو بَكْرٍ أَنَّهُ وَجَدَ مِنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَهْدًا ، فَخَزَمَ أَنْفَهُ بِخِزَامٍ.

“Rəvayət edilir ki, Təlhə ibn Musarrif ﵀ demişdir: “Mən Abdullah ibn Əbu Aufəyə dedim: “Allah Elçisi ﷺ bir şey vəsiyyət etmişdimi?” O: “Xeyr”- dedi. Mən dedim: “Bəs o, müsəlmanlara necə vəsiyyət etmələrini əmr etmişdi?” Abdullah dedi: “O, müsəlmanlara Allahın Kitabı (ilə əməl edilməsini) vəsiyyət etmişdi”. Ravi Malik dedi: “Təlhə ibn Musarrif əl-Huzeyl ibn Musarrifin belə dediyini rəvayət etmişdir: “Əbu Bəkr Allah Elçisinin ﷺ (bəzilərinin iddia etdiyi kimi) vəsiyyət etdiyi şəxs olmağına baxmayaraq, xəlifə olmağa çalışmışdımı? Əbu Bəkr Allah Elçisindən ﷺ (hansısa bir səhabənin xəlifəliyi haqda) bir əhdini tapıb özünün onun hökmü altında olmağını daha çox arzulamışdı”.”

Təlhə ibn Musarrif
İbn Məcə, 2696 (Vəsiyyətlər, 2)Səhih

حَدَّثَنَا أَحْمَدُ بْنُ الْمِقْدَامِ ، حَدَّثَنَا الْمُعْتَمِرُ بْنُ سُلَيْمَانَ قَالَ : سَمِعْتُ أَبِي يُحَدِّثُ ، عَنْ قَتَادَةَ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ : كَانَتْ عَامَّةُ وَصِيَّةِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ حِينَ حَضَرَتْهُ الْوَفَاةُ ، وَهُوَ يُغَرْغِرُ بِنَفْسِهِ الصَّلاَةَ ، وَمَا مَلَكَتْ أَيْمَانُكُمْ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisinin ﷺ vəfat edəcəyi son anlarında ruhu boğazına gəldikdə etdiyi vəsiyyəti: “Namazı və əliniz altında olanların haqqını qoruyun!”- əmri olmuşdur”.”

Ənəs ibn Malik
İbn Məcə, 2697 (Vəsiyyətlər, 3)Səhih

حَدَّثَنَا سَهْلُ بْنُ أَبِي سَهْلٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ فُضَيْلٍ ، عَنْ مُغِيرَةَ ، عَنْ أُمِّ مُوسَى ، عَنْ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ قَالَ : كَانَ آخِرُ كَلاَمِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : الصَّلاَةَ وَمَا مَلَكَتْ أَيْمَانُكُمْ.

“Rəvayət edilir ki, Əli ibn Əbu Talib ﵁ demişdir: “Peyğəmbərin ﷺ son kəlamı: “Namazı və əliniz altında olanların haqqını qoruyun!” əmri olmuşdur”.”

Əli ibn Əbu Talib
İbn Məcə, 2698 (Vəsiyyətlər, 4)Səhih
Daha çox göstər

120 / 172 hədis göstərilir