Ana səhifə

Mövzu

Cəhənnəm

النار

Cəhənnəmin əzabı və ondan çəkindirən əməllər

353 hədis

حَدَّثَنَا إِسْمَاعِيلُ قَالَ حَدَّثَنِى مَالِكٌ عَنْ عَمْرِو بْنِ يَحْيَى الْمَازِنِىِّ عَنْ أَبِيهِ عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ رضى الله عنه - عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « يَدْخُلُ أَهْلُ الْجَنَّةِ الْجَنَّةَ ، وَأَهْلُ النَّارِ النَّارَ ، ثُمَّ يَقُولُ اللَّهُ تَعَالَى أَخْرِجُوا مَنْ كَانَ فِى قَلْبِهِ مِثْقَالُ حَبَّةٍ مِنْ خَرْدَلٍ مِنْ إِيمَانٍ . فَيُخْرَجُونَ مِنْهَا قَدِ اسْوَدُّوا فَيُلْقَوْنَ فِى نَهَرِ الْحَيَا - أَوِ الْحَيَاةِ ، شَكَّ مَالِكٌ - فَيَنْبُتُونَ كَمَا تَنْبُتُ الْحِبَّةُ فِى جَانِبِ السَّيْلِ ، أَلَمْ تَرَ أَنَّهَا تَخْرُجُ صَفْرَاءَ مُلْتَوِيَةً » . قَالَ وُهَيْبٌ حَدَّثَنَا عَمْرٌو « الْحَيَاةِ » . وَقَالَ « خَرْدَلٍ مِنْ خَيْرٍ » .

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Cənnət əhli Cənnətə, Cəhənnəm əhli də Cəhənnəmə daxil olduqdan sonra Uca Allah buyuracaq: “Qəlbində xardal dənəsi ağırlığında imanı olan hər kəsi (Cəhənnəmdən) çıxarın!” Beləliklə, onlar oradan qapqara qaralmış halda çıxarılıb yağışdan əmələ gələn “Həya” (və ya “Həyat”) çayına atılacaq və selin kənarında qalan toxumların cücərdiyi kimi cücərəcəklər. Məgər (torpaqdan) çıxan sapsarı əyilmiş cücərtiləri görmədinmi?” Amr belə dedi: ”Həyat”. Ravi belə dedi: “Xardal dənəsi qədər xeyir”.”

Əbu Səid əl-Xudri
Buxari, 22 (İman, 15)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ عَنْ مَالِكٍ عَنْ زَيْدِ بْنِ أَسْلَمَ عَنْ عَطَاءِ بْنِ يَسَارٍ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « أُرِيتُ النَّارَ فَإِذَا أَكْثَرُ أَهْلِهَا النِّسَاءُ يَكْفُرْنَ » . قِيلَ أَيَكْفُرْنَ بِاللَّهِ قَالَ « يَكْفُرْنَ الْعَشِيرَ ، وَيَكْفُرْنَ الإِحْسَانَ ، لَوْ أَحْسَنْتَ إِلَى إِحْدَاهُنَّ الدَّهْرَ ثُمَّ رَأَتْ مِنْكَ شَيْئًا قَالَتْ مَا رَأَيْتُ مِنْكَ خَيْرًا قَطُّ » .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Mənə Cəhənnəm göstərildi. Gördüm ki, onun sakinlərinin əksəriyyəti nankorluq edən qadınlardır”. Soruşdular: “Onlar Allaha qarşı nankordurlar?” Peyğəmbər ﷺ buyurdu: “Onlar ərlərinə qarşı nankordurlar, yaxşılığı yerə vururlar. Birinə il boyu yaxşılıq edirsən, sonra da səndən (xoşa gəlməyən) bir şey gördükdə deyir: “Mən səndən heç vaxt xeyir görmədim”.”

İbn Abbas
Buxari, 29 (İman, 22)Səhih

حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ الْمُبَارَكِ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ حَدَّثَنَا أَيُّوبُ وَيُونُسُ عَنِ الْحَسَنِ عَنِ الأَحْنَفِ بْنِ قَيْسٍ قَالَ ذَهَبْتُ لأَنْصُرَ هَذَا الرَّجُلَ ، فَلَقِيَنِى أَبُو بَكْرَةَ فَقَالَ أَيْنَ تُرِيدُ قُلْتُ أَنْصُرُ هَذَا الرَّجُلَ . قَالَ ارْجِعْ فَإِنِّى سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « إِذَا الْتَقَى الْمُسْلِمَانِ بِسَيْفَيْهِمَا فَالْقَاتِلُ وَالْمَقْتُولُ فِى النَّارِ » . فَقُلْتُ يَا رَسُولَ اللَّهِ هَذَا الْقَاتِلُ فَمَا بَالُ الْمَقْتُولِ قَالَ « إِنَّهُ كَانَ حَرِيصًا عَلَى قَتْلِ صَاحِبِهِ » .

“Rəvayət edilir ki, Əhnəf ibn Qeys ﵀ demişdir: “Bu kişiyə kömək etmək üçün gedirdim. Yolda Əbu Bəkratə ilə qarşılaşdım. O dedi: “Hara gedirsən?” Mən dedim: “Bu kişiyə kömək etməyə”. O dedi: “Qayıt! Həqiqətən, mən Allah Elçisinin ﷺ belə dediyini eşitmişəm: “İki müsəlman qılınclarını çəkib üz-üzə gələrsə, öldürən də, öldürülən də Cəhənnəmə girər”. Mən dedim: “Ey Allahın Elçisi! Öldürən aydındır. Bəs öldürülən niyə?” O dedi: “Çünki o, qardaşını öldürməyə can atırdı”.”

Əhnəf ibn Qeys
Buxari, 31 (İman, 24)Səhih

حَدَّثَنَا مُسْلِمُ بْنُ إِبْرَاهِيمَ قَالَ حَدَّثَنَا هِشَامٌ قَالَ حَدَّثَنَا قَتَادَةُ عَنْ أَنَسٍ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « يَخْرُجُ مِنَ النَّارِ مَنْ قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَفِى قَلْبِهِ وَزْنُ شَعِيرَةٍ مِنْ خَيْرٍ ، وَيَخْرُجُ مِنَ النَّارِ مَنْ قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَفِى قَلْبِهِ وَزْنُ بُرَّةٍ مِنْ خَيْرٍ ، وَيَخْرُجُ مِنَ النَّارِ مَنْ قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَفِى قَلْبِهِ وَزْنُ ذَرَّةٍ مِنْ خَيْرٍ » . قَالَ أَبُو عَبْدِ اللَّهِ قَالَ أَبَانُ حَدَّثَنَا قَتَادَةُ حَدَّثَنَا أَنَسٌ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « مِنْ إِيمَانٍ » . مَكَانَ « مِنْ خَيْرٍ » .

“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Qəlbində arpa dənəsi ağırlığında iman olub “Lə iləhə illəllah” – deyən kimsə Cəhənnəmdən çıxacaq. Qəlbində buğda dənəsi ağırlığında iman olub “Lə iləhə illəllah!”– deyən kimsə Cəhənnəmdən çıxacaq. Qəlbində zərrə ağırlığında iman olub “Lə iləhə illəllah!”– deyən kimsə Cəhənnəmdən çıxacaq”.”

Ənəs
Buxari, 44 (İman, 37)Səhih

حَدَّثَنَا عَلِىُّ بْنُ الْجَعْدِ قَالَ أَخْبَرَنَا شُعْبَةُ قَالَ أَخْبَرَنِى مَنْصُورٌ قَالَ سَمِعْتُ رِبْعِىَّ بْنَ حِرَاشٍ يَقُولُ سَمِعْتُ عَلِيًّا يَقُولُ قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ تَكْذِبُوا عَلَىَّ ، فَإِنَّهُ مَنْ كَذَبَ عَلَىَّ فَلْيَلِجِ النَّارَ » .

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitdim: “Mənim adımdan yalan danışmayın. Kim mənim adımdan yalan danışarsa, Cəhənnəmdəki yerini tutsun”.”

Əli
Buxari, 106 (Elm, 48)Səhih

حَدَّثَنَا أَبُو الْوَلِيدِ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ جَامِعِ بْنِ شَدَّادٍ عَنْ عَامِرِ بْنِ عَبْدِ اللَّهِ بْنِ الزُّبَيْرِ عَنْ أَبِيهِ قَالَ قُلْتُ لِلزُّبَيْرِ إِنِّى لاَ أَسْمَعُكَ تُحَدِّثُ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَمَا يُحَدِّثُ فُلاَنٌ وَفُلاَنٌ . قَالَ أَمَا إِنِّى لَمْ أُفَارِقْهُ وَلَكِنْ سَمِعْتُهُ يَقُولُ « مَنْ كَذَبَ عَلَىَّ فَلْيَتَبَوَّأْ مَقْعَدَهُ مِنَ النَّارِ »

“Amir ibn Abdullah ibn əz-Zubeyr atasının ﵄ belə dediyini rəvayət etmişdir: “Mən əz-Zubeyr (ibn əl-Əvvama) dedim: “Mən səndən filankəsin və filankəsin hədis danışdığı kimi, Allah Elçisindən ﷺ hədis danışdığını eşitmirəm. O dedi: “Mənə gəlincə, mən Allah Elçisindən ﷺ heç vaxt ayrılmadım, lakin onun belə dediyini eşitdim: “Kim mənim adımdan yalan danışarsa, Cəhənnəmdəki yerinə hazırlaşsın”.”

Amir ibn Abdullah ibn əz-Zubeyr atasından
Buxari, 107 (Elm, 49)Səhih

حَدَّثَنَا أَبُو مَعْمَرٍ قَالَ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ عَنْ عَبْدِ الْعَزِيزِ قَالَ أَنَسٌ إِنَّهُ لَيَمْنَعُنِى أَنْ أُحَدِّثَكُمْ حَدِيثًا كَثِيرًا أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مَنْ تَعَمَّدَ عَلَىَّ كَذِبًا فَلْيَتَبَوَّأْ مَقْعَدَهُ مِنَ النَّارِ » .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “And olsun ki, məni sizə çox hədis danışmaqdan Peyğəmbərin ﷺ belə buyurması çəkindirir: “Kim mənim adımdan bilərək yalan danışarsa, Cəhənnəmdəki yerinə hazırlaşsın”.”

Ənəs
Buxari, 108 (Elm, 50)Səhih

حَدَّثَنَا مَكِّىُّ بْنُ إِبْرَاهِيمَ قَالَ حَدَّثَنَا يَزِيدُ بْنُ أَبِى عُبَيْدٍ عَنْ سَلَمَةَ قَالَ سَمِعْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « مَنْ يَقُلْ عَلَىَّ مَا لَمْ أَقُلْ فَلْيَتَبَوَّأْ مَقْعَدَهُ مِنَ النَّارِ » .

“Rəvayət edilir ki, Sələmə ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “Kim mənim demədiyimi mənə nisbət etsə, qoy Cəhənnəmdəki yerinə hazırlaşsın”.”

Sələmə
Buxari, 109 (Elm, 51)Səhih

حَدَّثَنَا مُوسَى قَالَ حَدَّثَنَا أَبُو عَوَانَةَ عَنْ أَبِى حَصِينٍ عَنْ أَبِى صَالِحٍ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « تَسَمَّوْا بِاسْمِى وَلاَ تَكْتَنُوا بِكُنْيَتِى ، وَمَنْ رَآنِى فِى الْمَنَامِ فَقَدْ رَآنِى ، فَإِنَّ الشَّيْطَانَ لاَ يَتَمَثَّلُ فِى صُورَتِى ، وَمَنْ كَذَبَ عَلَىَّ مُتَعَمِّدًا فَلْيَتَبَوَّأْ مَقْعَدَهُ مِنَ النَّارِ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Mənim adımı (bir-birinizə) qoya bilərsiniz, lakin mənim künyəmi (özünüzə) qoymayın. (Bilin ki,) kim məni yuxuda görərsə, məni (həqiqətdə) görmüş olar, çünki şeytan mənim qiyafəmə girə bilməz. Kim mənim adımdan bilərəkdən yalan danışarsa, Cəhənnəmdəki yerinə hazırlaşsın”.”

Əbu Hureyra
Buxari, 110 (Elm, 52)Səhih

حَدَّثَنَا آدَمُ بْنُ أَبِى إِيَاسٍ قَالَ حَدَّثَنَا شُعْبَةُ قَالَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ زِيَادٍ قَالَ سَمِعْتُ أَبَا هُرَيْرَةَ - وَكَانَ يَمُرُّ بِنَا وَالنَّاسُ يَتَوَضَّئُونَ مِنَ الْمِطْهَرَةِ - قَالَ أَسْبِغُوا الْوُضُوءَ فَإِنَّ أَبَا الْقَاسِمِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « وَيْلٌ لِلأَعْقَابِ مِنَ النَّارِ » .

“Rəvayət edilir ki, Muhəmməd ibn Yəzid ﵀ demişdir: “Əbu Hureyra bizin yanımızdan keçərkən insanlar bir qabdan dəstəmaz alırdılar. O buyurdu: “Dəstəmazı kamil şəkildə alın! Çünki mən Əbul-Qasimin belə buyurduğunu eşitmişəm: “Oda girən topuqların vay halına!””

Muhəmməd ibn Ziyad
Buxari, 165 (Dəstəmaz, 31)Səhih

حَدَّثَنَا إِسْمَاعِيلُ قَالَ حَدَّثَنِى مَالِكٌ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ عَنِ امْرَأَتِهِ فَاطِمَةَ عَنْ جَدَّتِهَا أَسْمَاءَ بِنْتِ أَبِى بَكْرٍ أَنَّهَا قَالَتْ أَتَيْتُ عَائِشَةَ زَوْجَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ حِينَ خَسَفَتِ الشَّمْسُ ، فَإِذَا النَّاسُ قِيَامٌ يُصَلُّونَ ، وَإِذَا هِىَ قَائِمَةٌ تُصَلِّى فَقُلْتُ مَا لِلنَّاسِ فَأَشَارَتْ بِيَدِهَا نَحْوَ السَّمَاءِ وَقَالَتْ سُبْحَانَ اللَّهِ . فَقُلْتُ آيَةٌ فَأَشَارَتْ أَىْ نَعَمْ . فَقُمْتُ حَتَّى تَجَلاَّنِى الْغَشْىُ ، وَجَعَلْتُ أَصُبُّ فَوْقَ رَأْسِى مَاءً ، فَلَمَّا انْصَرَفَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ حَمِدَ اللَّهَ وَأَثْنَى عَلَيْهِ ، ثُمَّ قَالَ « مَا مِنْ شَىْءٍ كُنْتُ لَمْ أَرَهُ إِلاَّ قَدْ رَأَيْتُهُ فِى مَقَامِى هَذَا حَتَّى الْجَنَّةِ وَالنَّارِ ، وَلَقَدْ أُوحِىَ إِلَىَّ أَنَّكُمْ تُفْتَنُونَ فِى الْقُبُورِ مِثْلَ أَوْ قَرِيبًا مِنْ فِتْنَةِ الدَّجَّالِ - لاَ أَدْرِى أَىَّ ذَلِكَ قَالَتْ أَسْمَاءُ - يُؤْتَى أَحَدُكُمْ فَيُقَالُ مَا عِلْمُكَ بِهَذَا الرَّجُلِ فَأَمَّا الْمُؤْمِنُ - أَوِ الْمُوقِنُ لاَ أَدْرِى أَىَّ ذَلِكَ قَالَتْ أَسْمَاءُ - فَيَقُولُ هُوَ مُحَمَّدٌ رَسُولُ اللَّهِ ، جَاءَنَا بِالْبَيِّنَاتِ وَالْهُدَى ، فَأَجَبْنَا وَآمَنَّا وَاتَّبَعْنَا ، فَيُقَالُ نَمْ صَالِحًا ، فَقَدْ عَلِمْنَا إِنْ كُنْتَ لَمُؤْمِنًا ، وَأَمَّا الْمُنَافِقُ - أَوِ الْمُرْتَابُ لاَ أَدْرِى أَىَّ ذَلِكَ قَالَتْ أَسْمَاءُ - فَيَقُولُ لاَ أَدْرِى ، سَمِعْتُ النَّاسَ يَقُولُونَ شَيْئًا فَقُلْتُهُ » .

“Rəvayət edilir ki, Əsma bint Əbu Bəkr ﵄ demişdir: “Günəş tutulduğu vaxt mən Peyğəmbərin zövcəsi Aişənin yanına gəldim, camaat o vaxt namaz qılırdı. Aişə də namaz qılmaq üçün qalxmışdı. Mən: “İnsanlara nə olub?”– deyə soruşdum. O, (günəşin tutulduğunu bildirmək üçün) əli ilə göyə işarə etdi və: “Subhən-Allah!”– dedi. Mən: “Bu, əlamətdirmi?”– deyə soruşdum. O, işarə edib mənim sözümü təsdiqlədi. Bu səbəbdən mən də namaza durdum. Nəhayət, halsızlaşıb əldən düşdüm və başıma su tökməyə başladım. Namazdan sonra Allah Elçisi ﷺ Allaha həmd edib Onun şəninə təriflər dedi, sonra da belə buyurdu: “Bu yerdə mən, əvvəllər mənə göstərilmiş hər bir şeyi, hətta Cənnət və Cəhənnəmi də gördüm. Mənə vəhy olundu ki, siz qəbirlərinizdə məsih Dəccalın imtahanına bənzər (və ya buna yaxın) bir imtahana çəkiləcəksiniz. (Dünyasını dəyişmiş kimsənin) yanına gəlib: “Bu kişi (Muhəmməd Peyğəmbər ﷺ) haqqında nə bilirsən?”– deyə soruşacaqlar. Mömin (yaxud yəqinliklə inanan) bəndə: “Bu, Allahın elçisi Muhəmməddir. O bizə dəlillər və doğru yol göstəricisi gətirdi. Biz də (onun dəvətini) qəbul edib iman etdik və (onun) ardınca getdik!”– deyəcək. Bundan sonra (mələklər) ona: “Rahat yat! Biz artıq sənin ona qətiyyətlə iman gətirdiyini bildik”– deyəcəklər. Münafiq (və ya qəlbində şübhə olan) adam isə: “Bilmirəm, mən sadəcə insanların bəzi şeylər danışdıqlarını eşidir və həmin şeyi deyirdim”– deyəcək”.”

Əsma bint Əbu Bəkr
Buxari, 184 (Dəstəmaz, 50)Səhih

حَدَّثَنَا سَعِيدُ بْنُ أَبِى مَرْيَمَ قَالَ أَخْبَرَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ قَالَ أَخْبَرَنِى زَيْدٌ - هُوَ ابْنُ أَسْلَمَ - عَنْ عِيَاضِ بْنِ عَبْدِ اللَّهِ عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ قَالَ خَرَجَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى أَضْحًى - أَوْ فِطْرٍ - إِلَى الْمُصَلَّى ، فَمَرَّ عَلَى النِّسَاءِ فَقَالَ « يَا مَعْشَرَ النِّسَاءِ تَصَدَّقْنَ ، فَإِنِّى أُرِيتُكُنَّ أَكْثَرَ أَهْلِ النَّارِ » . فَقُلْنَ وَبِمَ يَا رَسُولَ اللَّهِ قَالَ « تُكْثِرْنَ اللَّعْنَ ، وَتَكْفُرْنَ الْعَشِيرَ ، مَا رَأَيْتُ مِنْ نَاقِصَاتِ عَقْلٍ وَدِينٍ أَذْهَبَ لِلُبِّ الرَّجُلِ الْحَازِمِ مِنْ إِحْدَاكُنَّ » . قُلْنَ وَمَا نُقْصَانُ دِينِنَا وَعَقْلِنَا يَا رَسُولَ اللَّهِ قَالَ « أَلَيْسَ شَهَادَةُ الْمَرْأَةِ مِثْلَ نِصْفِ شَهَادَةِ الرَّجُلِ » . قُلْنَ بَلَى . قَالَ « فَذَلِكَ مِنْ نُقْصَانِ عَقْلِهَا ، أَلَيْسَ إِذَا حَاضَتْ لَمْ تُصَلِّ وَلَمْ تَصُمْ » . قُلْنَ بَلَى . قَالَ « فَذَلِكَ مِنْ نُقْصَانِ دِينِهَا » .

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ Qurban, yaxud Ramazan bayramında namaz qılınan yerə getdi. Qadınların yanından keçdikdə (dayanıb) belə buyurdu: “Ey qadınlar! Sədəqə verin, çünki mənə Cəhənnəm əhlinin əksəriyyətinin siz qadınlar olduğu göstərildi”. Qadınlar: “Nəyə görə, ey Allahın Elçisi?”– deyə soruşdular. Peyğəmbər ﷺ buyurdu: “Çünki siz (insanları) tez-tez lənətləyir və ərlərinizə qarşı nankorluq edirsiniz. Mən ağıllı və ehtiyatlı bir adamın həm ağıl, həm də din baxımından sizin qədər nöqsanlı olduğunu görmədim”. Qadınlar: “Dinimizdə və ağlımızda olan nöqsan nədir, ey Allahın Elçisi?”– deyə soruşdular. Peyğəmbər ﷺ buyurdu: “Məgər qadının şahidliyi kişinin şahidliyinin yarısına bərabər deyilmi?” Onlar: “Bəli!”– dedilər. Peyğəmbər ﷺ buyurdu: “Bu, qadının ağlının naqisliyidir. Məgər qadın heyz olduğu vaxt namazını və orucunu tərk etmirmi?” Onlar: “Bəli!”– dedilər. Peyğəmbər ﷺ buyurdu: “Bu da onun dininin naqisliyidir”.”

Əbu Səid əl-Xudri
Buxari, 304 (Heyz, 11)Səhih

حَدَّثَنَا سَعِيدُ بْنُ عُفَيْرٍ قَالَ حَدَّثَنِى اللَّيْثُ قَالَ حَدَّثَنِى عُقَيْلٌ عَنِ ابْنِ شِهَابٍ قَالَ أَخْبَرَنِى مَحْمُودُ بْنُ الرَّبِيعِ الأَنْصَارِىُّ أَنَّ عِتْبَانَ بْنَ مَالِكٍ - وَهُوَ مِنْ أَصْحَابِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مِمَّنْ شَهِدَ بَدْرًا مِنَ الأَنْصَارِ - أَنَّهُ أَتَى رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ يَا رَسُولَ اللَّهِ ، قَدْ أَنْكَرْتُ بَصَرِى ، وَأَنَا أُصَلِّى لِقَوْمِى ، فَإِذَا كَانَتِ الأَمْطَارُ سَالَ الْوَادِى الَّذِى بَيْنِى وَبَيْنَهُمْ ، لَمْ أَسْتَطِعْ أَنْ آتِىَ مَسْجِدَهُمْ فَأُصَلِّىَ بِهِمْ ، وَوَدِدْتُ يَا رَسُولَ اللَّهِ أَنَّكَ تَأْتِينِى فَتُصَلِّىَ فِى بَيْتِى ، فَأَتَّخِذَهُ مُصَلًّى . قَالَ فَقَالَ لَهُ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « سَأَفْعَلُ إِنْ شَاءَ اللَّهُ » . قَالَ عِتْبَانُ فَغَدَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَأَبُو بَكْرٍ حِينَ ارْتَفَعَ النَّهَارُ ، فَاسْتَأْذَنَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَأَذِنْتُ لَهُ ، فَلَمْ يَجْلِسْ حَتَّى دَخَلَ الْبَيْتَ ثُمَّ قَالَ « أَيْنَ تُحِبُّ أَنْ أُصَلِّىَ مِنْ بَيْتِكَ » . قَالَ فَأَشَرْتُ لَهُ إِلَى نَاحِيَةٍ مِنَ الْبَيْتِ ، فَقَامَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَكَبَّرَ ، فَقُمْنَا فَصَفَّنَا ، فَصَلَّى رَكْعَتَيْنِ ثُمَّ سَلَّمَ ، قَالَ وَحَبَسْنَاهُ عَلَى خَزِيرَةٍ صَنَعْنَاهَا لَهُ . قَالَ فَثَابَ فِى الْبَيْتِ رِجَالٌ مِنْ أَهْلِ الدَّارِ ذَوُو عَدَدٍ فَاجْتَمَعُوا ، فَقَالَ قَائِلٌ مِنْهُمْ أَيْنَ مَالِكُ بْنُ الدُّخَيْشِنِ أَوِ ابْنُ الدُّخْشُنِ فَقَالَ بَعْضُهُمْ ذَلِكَ مُنَافِقٌ لاَ يُحِبُّ اللَّهَ وَرَسُولَهُ . فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ تَقُلْ ذَلِكَ ، أَلاَ تَرَاهُ قَدْ قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ . يُرِيدُ بِذَلِكَ وَجْهَ اللَّهِ » . قَالَ اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ . قَالَ فَإِنَّا نَرَى وَجْهَهُ وَنَصِيحَتَهُ إِلَى الْمُنَافِقِينَ . قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « فَإِنَّ اللَّهَ قَدْ حَرَّمَ عَلَى النَّارِ مَنْ قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ . يَبْتَغِى بِذَلِكَ وَجْهَ اللَّهِ » . قَالَ ابْنُ شِهَابٍ ثُمَّ سَأَلْتُ الْحُصَيْنَ بْنَ مُحَمَّدٍ الأَنْصَارِىَّ - وَهْوَ أَحَدُ بَنِى سَالِمٍ وَهُوَ مِنْ سَرَاتِهِمْ - عَنْ حَدِيثِ مَحْمُودِ بْنِ الرَّبِيعِ ، فَصَدَّقَهُ بِذَلِكَ .

“Mahmud ibn ər-Rabi əl-Ənsari ﵁ rəvayət edir ki, Allah Elçisinin ﷺ səhabəsi və Bədr döyüşünün ənsardan olan iştirakçısı İtban ibn Malik Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi! Mənim gözlərim zəifləyib. Özüm də qövmümə namaz qıldırıram. Yağış yağdığı vaxt mənimlə onların arasında olan vadidən sel axır deyə, məscidlərinə gedib onlara namaz qıldıra bilmirəm. Ey Allahın Elçisi! Mən istəyirəm ki, sən bizim evə gəlib orada namaz qılasan, mən də həmin yeri namazgah edim”. Allah Elçisi ﷺ ona buyurdu: “Allahın izni ilə, mən bunu edərəm!” İtban deyir: “Növbəti gün səhər tezdən Allah Elçisi ﷺ Əbu Bəkrlə birlikdə bizə gəldi. Allah Elçisi ﷺ evə girməyə izin istədi, mən də ona izin verdim. Evə girən kimi oturmadan dərhal soruşdu: “Evinin harasında namaz qılmağımı istəyirsən?” İtban deyir: “Mən ona evimdə bir yer göstərdim. Allah Elçisi ﷺ orada durub təkbir edib namaz qılmağa başladı. Biz də onun arxasında cərgəyə durduq. O, iki rükət namaz qıldı və salam verib namazı bitirdi. Biz Allah Elçisini ﷺ bir qədər yubatdıq ki, onun üçün hazırladığımız xəzirəni yeyə bilsin. Bu yerin əhalisinin bir çoxu Allah Elçisinin ﷺ gəlişindən xəbər tutan kimi gəlib evə doluşdular. Onlardan biri soruşdu: “Malik ibn Duxeyşin (və ya İbn Duxşun) haradadır?” Oradakılardan biri dedi: “O, münafiqdir, Allahı və Onun Elçisini sevmir”. Allah Elçisi ﷺ buyurdu “Belə demə! Məgər sən bilmirsən ki, o, Allahın Üzünü diləyərək “Lə iləhə illəllah”– demişdir?” O adam dedi: “Allah və Onun Elçisi daha yaxşı bilər!” İtban dedi: “Biz onun münafiqlərə qarşı mehriban mövqedə olduğunu və onlara müəyyən məsləhətlər verdiyini görürük”. Allah Elçisi ﷺ buyurdu: “Həqiqətən, Allah, Onun Üzünü diləyərək “Lə iləhə illəllah” deyən kəsə Cəhənnəm odunun toxunmasını haram etmişdir”.”

Mahmud ibn ər-Rabi əl-Ənsari
Buxari, 425 (Namaz, 77)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ عَنْ مَالِكٍ عَنْ زَيْدِ بْنِ أَسْلَمَ عَنْ عَطَاءِ بْنِ يَسَارٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَبَّاسٍ قَالَ انْخَسَفَتِ الشَّمْسُ ، فَصَلَّى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ قَالَ « أُرِيتُ النَّارَ ، فَلَمْ أَرَ مَنْظَرًا كَالْيَوْمِ قَطُّ أَفْظَعَ » .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Günəş tutulmuşdu və Allah Elçisi ﷺ namaz qıldırdı, sonra da belə buyurdu: “Mənə Cəhənnəm göstərildi. Bugünkü kimi pis mənzərə ilə qarşılaşmamışdım”.”

İbn Abbas
Buxari, 431 (Namaz, 83)Səhih

وَنَافِعٌ مَوْلَى عَبْدِ اللَّهِ بْنِ عُمَرَ عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ أَنَّهُمَا حَدَّثَاهُ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ « إِذَا اشْتَدَّ الْحَرُّ فَأَبْرِدُوا عَنِ الصَّلاَةِ ، فَإِنَّ شِدَّةَ الْحَرِّ مِنْ فَيْحِ جَهَنَّمَ » .

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “(Hava) bərk istiləşdikdə Zöhr namazını sərin düşənədək təxirə salın, çünki şiddətli isti Cəhənnəmin nəfəs almasına görədir”.”

Abdullah ibn Ömər
Buxari, 534 (Namaz vaxtları, 14)Səhih

حَدَّثَنَا ابْنُ بَشَّارٍ قَالَ حَدَّثَنَا غُنْدَرٌ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنِ الْمُهَاجِرِ أَبِى الْحَسَنِ سَمِعَ زَيْدَ بْنَ وَهْبٍ عَنْ أَبِى ذَرٍّ قَالَ أَذَّنَ مُؤَذِّنُ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الظُّهْرَ فَقَالَ « أَبْرِدْ أَبْرِدْ - أَوْ قَالَ - انْتَظِرِ انْتَظِرْ » . وَقَالَ « شِدَّةُ الْحَرِّ مِنْ فَيْحِ جَهَنَّمَ ، فَإِذَا اشْتَدَّ الْحَرُّ فَأَبْرِدُوا عَنِ الصَّلاَةِ » . حَتَّى رَأَيْنَا فَىْءَ التُّلُولِ .

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Peyğəmbərin ﷺ müəzzini belə nida etdi: “Sərinlənənə qədər! Sərinlənənə qədər!” və ya belə dedi: “Gözlə! Gözlə!” Peyğəmbər ﷺ də belə buyurdu: “Şiddətli isti Cəhənnəmin nəfəs almasına görədir. (Hava) bərk istiləşdikdə namazı sərin düşənədək təxirə salın!” Təpələrin kölgələri uzanana qədər təxirə salın”.”

Əbu Zərr
Buxari, 535 (Namaz vaxtları, 15)Səhih

حَدَّثَنَا عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنَا سُفْيَانُ قَالَ حَفِظْنَاهُ مِنَ الزُّهْرِىِّ عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا اشْتَدَّ الْحَرُّ فَأَبْرِدُوا بِالصَّلاَةِ ، فَإِنَّ شِدَّةَ الْحَرِّ مِنْ فَيْحِ جَهَنَّمَ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “(Hava) bərk istiləşdikdə sərin düşənədək namazı təxirə salın, çünki şiddətli isti Cəhənnəmin nəfəs almasına görədir”.”

Əbu Hureyra
Buxari, 536 (Namaz vaxtları, 16)Səhih

« وَاشْتَكَتِ النَّارُ إِلَى رَبِّهَا فَقَالَتْ يَا رَبِّ أَكَلَ بَعْضِى بَعْضًا . فَأَذِنَ لَهَا بِنَفَسَيْنِ نَفَسٍ فِى الشِّتَاءِ ، وَنَفَسٍ فِى الصَّيْفِ ، فَهُوَ أَشَدُّ مَا تَجِدُونَ مِنَ الْحَرِّ ، وَأَشَدُّ مَا تَجِدُونَ مِنَ الزَّمْهَرِيرِ » .

“”Cəhənnəm öz Rəbbinə şikayət edib demişdir: “Ey Rəbbim, bir hissəm digər hissəmi yedi!” Rəbbi də ona iki dəfə - bir dəfə qışda, bir dəfə də yayda nəfəs almağa izin verdi. Bu sizin il boyu gördüyünüz ən şiddətli isti və ən sərt soyuqdur”.”

Əbu Hureyra
Buxari, 537 (Namaz vaxtları, 17)Səhih

حَدَّثَنَا عُمَرُ بْنُ حَفْصٍ قَالَ حَدَّثَنَا أَبِى قَالَ حَدَّثَنَا الأَعْمَشُ حَدَّثَنَا أَبُو صَالِحٍ عَنْ أَبِى سَعِيدٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « أَبْرِدُوا بِالظُّهْرِ ، فَإِنَّ شِدَّةَ الْحَرِّ مِنْ فَيْحِ جَهَنَّمَ » . تَابَعَهُ سُفْيَانُ وَيَحْيَى وَأَبُو عَوَانَةَ عَنِ الأَعْمَشِ .

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Zöhr namazını gecikdirin, çünki bərk istilərin olması Cəhənnəmin nəfəs almasına görədir”.”

Əbu Səid
Buxari, 538 (Namaz vaxtları, 18)Səhih

حَدَّثَنَا آدَمُ بْنُ أَبِى إِيَاسٍ قَالَ حَدَّثَنَا شُعْبَةُ قَالَ حَدَّثَنَا مُهَاجِرٌ أَبُو الْحَسَنِ مَوْلًى لِبَنِى تَيْمِ اللَّهِ قَالَ سَمِعْتُ زَيْدَ بْنَ وَهْبٍ عَنْ أَبِى ذَرٍّ الْغِفَارِىِّ قَالَ كُنَّا مَعَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى سَفَرٍ ، فَأَرَادَ الْمُؤَذِّنُ أَنْ يُؤَذِّنَ لِلظُّهْرِ فَقَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « أَبْرِدْ » . ثُمَّ أَرَادَ أَنْ يُؤَذِّنَ فَقَالَ لَهُ « أَبْرِدْ » . حَتَّى رَأَيْنَا فَىْءَ التُّلُولِ ، فَقَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « إِنَّ شِدَّةَ الْحَرِّ مِنْ فَيْحِ جَهَنَّمَ ، فَإِذَا اشْتَدَّ الْحَرُّ فَأَبْرِدُوا بِالصَّلاَةِ » . وَقَالَ ابْنُ عَبَّاسٍ تَتَفَيَّأُ تَتَمَيَّلُ .

“Rəvayət edilir ki, Əbu Zərr əl-Ğifari ﵁ demişdir: “Bir dəfə biz Peyğəmbərlə ﷺ birlikdə səfərdə ikən müəzzin zöhr namazı üçün azan vermək istədi. Peyğəmbər ﷺ ona: “Sərin düşənədək (gözlə)”– dedi. Bir müddət sonra müəzzin yenidən azan oxumaq istədikdə Peyğəmbər ﷺ yenə: “Sərin düşənədək (gözlə)”– dedi. Biz təpələrin kölgələrinin uzandığını görənə qədər gözlədik”. Peyğəmbər buyurdu: “Həqiqətən, şiddətli istinin olması Cəhənnəmin nəfəs olmasına görədir. Şiddətli isti olduqda namazı sərin vaxta qədər gecikdirin”. İbn Abbas dedi: “Tətəfəyyəu” günəş meyl edənə qədər deməkdir”.”

Əbu Zərr əl-Ğifari
Buxari, 539 (Namaz vaxtları, 19)Səhih

حَدَّثَنَا مُسْلِمُ بْنُ إِبْرَاهِيمَ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنِ الْمُهَاجِرِ أَبِى الْحَسَنِ عَنْ زَيْدِ بْنِ وَهْبٍ عَنْ أَبِى ذَرٍّ قَالَ كُنَّا مَعَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى سَفَرٍ فَأَرَادَ الْمُؤَذِّنُ أَنْ يُؤَذِّنَ فَقَالَ لَهُ « أَبْرِدْ » . ثُمَّ أَرَادَ أَنْ يُؤَذِّنَ فَقَالَ لَهُ « أَبْرِدْ » . ثُمَّ أَرَادَ أَنْ يُؤَذِّنَ . فَقَالَ لَهُ « أَبْرِدْ » . حَتَّى سَاوَى الظِّلُّ التُّلُولَ فَقَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِنَّ شِدَّةَ الْحَرِّ مِنْ فَيْحِ جَهَنَّمَ » .

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Bir dəfə biz Peyğəmbərlə ﷺ birlikdə səfərdə ikən müəzzin namaz üçün azan vermək istədi. Peyğəmbər ﷺ ona: “Sərin düşənədək (gözlə)”– dedi. Bir müddət sonra müəzzin yenidən azan vermək istədikdə Peyğəmbər ﷺ yenə: “Sərin düşənədək (gözlə)”– dedi. Bir müddət sonra müəzzin yenidən azan vermək istədikdə Peyğəmbər ﷺ yenə: “Sərin düşənədək (gözlə)”– dedi. Biz təpələrin kölgələri uzanana qədər gözlədik”. Peyğəmbər ﷺ buyurdu: “Həqiqətən, şiddətli istinin olması Cəhənnəmin nəfəs almasına görədir”.”

Əbu Zərr
Buxari, 629 (Azan, 27)Səhih

حَدَّثَنَا ابْنُ أَبِى مَرْيَمَ قَالَ أَخْبَرَنَا نَافِعُ بْنُ عُمَرَ قَالَ حَدَّثَنِى ابْنُ أَبِى مُلَيْكَةَ عَنْ أَسْمَاءَ بِنْتِ أَبِى بَكْرٍ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى صَلاَةَ الْكُسُوفِ ، فَقَامَ فَأَطَالَ الْقِيَامَ ، ثُمَّ رَكَعَ فَأَطَالَ الرُّكُوعَ ، ثُمَّ قَامَ فَأَطَالَ الْقِيَامَ ، ثُمَّ رَكَعَ فَأَطَالَ الرُّكُوعَ ثُمَّ رَفَعَ ، ثُمَّ سَجَدَ فَأَطَالَ السُّجُودَ ، ثُمَّ رَفَعَ ، ثُمَّ سَجَدَ فَأَطَالَ السُّجُودَ ، ثُمَّ قَامَ فَأَطَالَ الْقِيَامَ ثُمَّ رَكَعَ فَأَطَالَ الرُّكُوعَ ثُمَّ رَفَعَ فَأَطَالَ الْقِيَامَ ثُمَّ رَكَعَ فَأَطَالَ الرُّكُوعَ ثُمَّ رَفَعَ فَسَجَدَ فَأَطَالَ السُّجُودَ ، ثُمَّ رَفَعَ ، ثُمَّ سَجَدَ فَأَطَالَ السُّجُودَ ثُمَّ انْصَرَفَ فَقَالَ « قَدْ دَنَتْ مِنِّى الْجَنَّةُ حَتَّى لَوِ اجْتَرَأْتُ عَلَيْهَا لَجِئْتُكُمْ بِقِطَافٍ مِنْ قِطَافِهَا ، وَدَنَتْ مِنِّى النَّارُ حَتَّى قُلْتُ أَىْ رَبِّ وَأَنَا مَعَهُمْ فَإِذَا امْرَأَةٌ - حَسِبْتُ أَنَّهُ قَالَ - تَخْدِشُهَا هِرَّةٌ قُلْتُ مَا شَأْنُ هَذِهِ قَالُوا حَبَسَتْهَا حَتَّى مَاتَتْ جُوعًا ، لاَ أَطْعَمَتْهَا ، وَلاَ أَرْسَلَتْهَا تَأْكُلُ » . قَالَ نَافِعٌ حَسِبْتُ أَنَّهُ قَالَ « مِنْ خَشِيشِ أَوْ خُشَاشِ الأَرْضِ » .

“Əsma bint Əbu Bəkr ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ (günəş tutulduğu zaman) kusuf namazına durdu və qiyamı uzatdı, sonra rukuya getdi və rukunu uzatdı, sonra rukudan qalxdı və yenə qiyamı uzatdı, sonra bir də rukuya getdi və rukunu uzatdı, sonra rukudan qalxdı, sonra səcdəyə getdi və səcdəni uzatdı, sonra qalxıb oturdu, sonra səcdəyə getdi və səcdəni uzatdı, sonra namaza durdu və qiyamı uzatdı, sonra rukuya getdi və rukunu uzatdı, sonra rukudan qalxdı və yenə qiyamı uzatdı, sonra bir də rukuya getdi və rukunu uzatdı, sonra rukudan qalxdı, sonra səcdəyə getdi və səcdəni uzatdı, sonra qalxıb oturdu, sonra yenə səcdəyə getdi və səcdəni uzatdı, sonra namazı bitirdi və dedi: “Cənnət mənə o qədər yaxınlaşdı ki, əgər ona (əl uzatmağa) cəsarətim olsaydı, oradakı salxımlardan birini sizə gətirərdim. Həmçinin, Cəhənnəm də mənə o qədər yaxınlaşdı ki, axırda mən dedim: “Ey Rəbbim, yoxsa məni də onlarla bir yerə salacaqsan?” Birdən mən bir qadın gördüm və soruşdum ki: “Bu qadının günahı nədir?” Mənə dedilər: “Bu qadın (pişiyi) acından ölənədək (evdə) saxlamış, nə ona yemək vermiş, nə də onu sərbəst buraxmışdır ki, gedib özünə yem tapsın”.”

Əsma bint Əbu Bəkr
Buxari, 745 (Azan, 143)Səhih

حَدَّثَنَا إِسْمَاعِيلُ قَالَ حَدَّثَنِى مَالِكٌ عَنْ زَيْدِ بْنِ أَسْلَمَ عَنْ عَطَاءِ بْنِ يَسَارٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَبَّاسٍ رضى الله عنهما قَالَ خَسَفَتِ الشَّمْسُ عَلَى عَهْدِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَصَلَّى ، قَالُوا يَا رَسُولَ اللَّهِ ، رَأَيْنَاكَ تَنَاوَلُ شَيْئًا فِى مَقَامِكَ ، ثُمَّ رَأَيْنَاكَ تَكَعْكَعْتَ . قَالَ « إِنِّى أُرِيتُ الْجَنَّةَ ، فَتَنَاوَلْتُ مِنْهَا عُنْقُودًا ، وَلَوْ أَخَذْتُهُ لأَكَلْتُمْ مِنْهُ مَا بَقِيَتِ الدُّنْيَا » .

“Rəvayət edilir ki, Abdullah ibn Abbas ﵄ demişdir: “Allah Elçisinin ﷺ dövründə günəş tutuldu və bu səbəbdən də Peyğəmbər ﷺ (camaata) namaz qıldırdı. Səhabələr dedilər: “Ey Allahın Elçisi, biz sənin dayandığın yerdə əlini uzadıb nə isə götürdüyünü, sonra da arxaya çəkildiyini gördük”. Peyğəmbər ﷺ buyurdu: “Mən Cənnəti gördüm və (oradakı meyvələrdən) bir salxım dərmək istədim. Mən onu dərə bilsəydim, dünya durduqca siz ondan yeyə bilərdiniz”.”

Abdullah ibn Abbas
Buxari, 748 (Azan, 146)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ سِنَانٍ قَالَ حَدَّثَنَا فُلَيْحٌ قَالَ حَدَّثَنَا هِلاَلُ بْنُ عَلِىٍّ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ صَلَّى لَنَا النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ رَقَا الْمِنْبَرَ ، فَأَشَارَ بِيَدَيْهِ قِبَلَ قِبْلَةِ الْمَسْجِدِ ثُمَّ قَالَ « لَقَدْ رَأَيْتُ الآنَ مُنْذُ صَلَّيْتُ لَكُمُ الصَّلاَةَ الْجَنَّةَ وَالنَّارَ مُمَثَّلَتَيْنِ فِى قِبْلَةِ هَذَا الْجِدَارِ ، فَلَمْ أَرَ كَالْيَوْمِ فِى الْخَيْرِ وَالشَّرِّ » ثَلاَثًا .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Peyğəmbər ﷺ bizə namaz qıldırdı, sonra minbərə çıxaraq əli ilə məscidin qiblə tərəfinə işarə etdi. Sonra da buyurdu: “And olsun ki, indi sizə namaz qıldırdıqda Cənnəti və Cəhənnəmi bu divarın qiblə tərəfində gördüm. Mən xeyir və şəri bugünkü bir mənzərə şəklində heç görmədim”. Peyğəmbər ﷺ bunu üç dəfə təkrar etdi”.”

Ənəs ibn Malik
Buxari, 749 (Azan, 147)Səhih

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى سَعِيدُ بْنُ الْمُسَيَّبِ وَعَطَاءُ بْنُ يَزِيدَ اللَّيْثِىُّ أَنَّ أَبَا هُرَيْرَةَ أَخْبَرَهُمَا أَنَّ النَّاسَ قَالُوا يَا رَسُولَ اللَّهِ ، هَلْ نَرَى رَبَّنَا يَوْمَ الْقِيَامَةِ قَالَ « هَلْ تُمَارُونَ فِى الْقَمَرِ لَيْلَةَ الْبَدْرِ لَيْسَ دُونَهُ سَحَابٌ » . قَالُوا لاَ يَا رَسُولَ اللَّهِ . قَالَ « فَهَلْ تُمَارُونَ فِى الشَّمْسِ لَيْسَ دُونَهَا سَحَابٌ » . قَالُوا لاَ . قَالَ « فَإِنَّكُمْ تَرَوْنَهُ كَذَلِكَ ، يُحْشَرُ النَّاسُ يَوْمَ الْقِيَامَةِ ، فَيَقُولُ مَنْ كَانَ يَعْبُدُ شَيْئًا فَلْيَتَّبِعْ . فَمِنْهُمْ مَنْ يَتَّبِعُ الشَّمْسَ ، وَمِنْهُمْ مَنْ يَتَّبِعُ الْقَمَرَ وَمِنْهُمْ مَنْ يَتَّبِعُ الطَّوَاغِيتَ ، وَتَبْقَى هَذِهِ الأُمَّةُ فِيهَا مُنَافِقُوهَا ، فَيَأْتِيهِمُ اللَّهُ فَيَقُولُ أَنَا رَبُّكُمْ فَيَقُولُونَ هَذَا مَكَانُنَا حَتَّى يَأْتِيَنَا رَبُّنَا ، فَإِذَا جَاءَ رَبُّنَا عَرَفْنَاهُ . فَيَأْتِيهِمُ اللَّهُ فَيَقُولُ أَنَا رَبُّكُمْ . فَيَقُولُونَ أَنْتَ رَبُّنَا . فَيَدْعُوهُمْ فَيُضْرَبُ الصِّرَاطُ بَيْنَ ظَهْرَانَىْ جَهَنَّمَ ، فَأَكُونُ أَوَّلَ مَنْ يَجُوزُ مِنَ الرُّسُلِ بِأُمَّتِهِ ، وَلاَ يَتَكَلَّمُ يَوْمَئِذٍ أَحَدٌ إِلاَّ الرُّسُلُ ، وَكَلاَمُ الرُّسُلِ يَوْمَئِذٍ اللَّهُمَّ سَلِّمْ سَلِّمْ . وَفِى جَهَنَّمَ كَلاَلِيبُ مِثْلُ شَوْكِ السَّعْدَانِ ، هَلْ رَأَيْتُمْ شَوْكَ السَّعْدَانِ » . قَالُوا نَعَمْ . قَالَ « فَإِنَّهَا مِثْلُ شَوْكِ السَّعْدَانِ ، غَيْرَ أَنَّهُ لاَ يَعْلَمُ قَدْرَ عِظَمِهَا إِلاَّ اللَّهُ ، تَخْطَفُ النَّاسَ بِأَعْمَالِهِمْ ، فَمِنْهُمْ مَنْ يُوبَقُ بِعَمَلِهِ ، وَمِنْهُمْ مَنْ يُخَرْدَلُ ثُمَّ يَنْجُو ، حَتَّى إِذَا أَرَادَ اللَّهُ رَحْمَةَ مَنْ أَرَادَ مِنْ أَهْلِ النَّارِ ، أَمَرَ اللَّهُ الْمَلاَئِكَةَ أَنْ يُخْرِجُوا مَنْ كَانَ يَعْبُدُ اللَّهَ ، فَيُخْرِجُونَهُمْ وَيَعْرِفُونَهُمْ بِآثَارِ السُّجُودِ ، وَحَرَّمَ اللَّهُ عَلَى النَّارِ أَنْ تَأْكُلَ أَثَرَ السُّجُودِ فَيَخْرُجُونَ مِنَ النَّارِ ، فَكُلُّ ابْنِ آدَمَ تَأْكُلُهُ النَّارُ إِلاَّ أَثَرَ السُّجُودِ ، فَيَخْرُجُونَ مِنَ النَّارِ قَدِ امْتَحَشُوا ، فَيُصَبُّ عَلَيْهِمْ مَاءُ الْحَيَاةِ ، فَيَنْبُتُونَ كَمَا تَنْبُتُ الْحِبَّةُ فِى حَمِيلِ السَّيْلِ ، ثُمَّ يَفْرُغُ اللَّهُ مِنَ الْقَضَاءِ بَيْنَ الْعِبَادِ ، وَيَبْقَى رَجُلٌ بَيْنَ الْجَنَّةِ وَالنَّارِ ، وَهْوَ آخِرُ أَهْلِ النَّارِ دُخُولاً الْجَنَّةَ ، مُقْبِلٌ بِوَجْهِهِ قِبَلَ النَّارِ فَيَقُولُ يَا رَبِّ اصْرِفْ وَجْهِى عَنِ النَّارِ ، قَدْ قَشَبَنِى رِيحُهَا ، وَأَحْرَقَنِى ذَكَاؤُهَا . فَيَقُولُ هَلْ عَسَيْتَ إِنْ فُعِلَ ذَلِكَ بِكَ أَنْ تَسْأَلَ غَيْرَ ذَلِكَ فَيَقُولُ لاَ وَعِزَّتِكَ . فَيُعْطِى اللَّهَ مَا يَشَاءُ مِنْ عَهْدٍ وَمِيثَاقٍ ، فَيَصْرِفُ اللَّهُ وَجْهَهُ عَنِ النَّارِ ، فَإِذَا أَقْبَلَ بِهِ عَلَى الْجَنَّةِ رَأَى بَهْجَتَهَا سَكَتَ مَا شَاءَ اللَّهُ أَنْ يَسْكُتَ ، ثُمَّ قَالَ يَا رَبِّ قَدِّمْنِى عِنْدَ بَابِ الْجَنَّةِ . فَيَقُولُ اللَّهُ لَهُ أَلَيْسَ قَدْ أَعْطَيْتَ الْعُهُودَ وَالْمَوَاثِيقَ أَنْ لاَ تَسْأَلَ غَيْرَ الَّذِى كُنْتَ سَأَلْتَ فَيَقُولُ يَا رَبِّ لاَ أَكُونُ أَشْقَى خَلْقِكَ . فَيَقُولُ فَمَا عَسَيْتَ إِنْ أُعْطِيتَ ذَلِكَ أَنْ لاَ تَسْأَلَ غَيْرَهُ فَيَقُولُ لاَ وَعِزَّتِكَ لاَ أَسْأَلُ غَيْرَ ذَلِكَ . فَيُعْطِى رَبَّهُ مَا شَاءَ مِنْ عَهْدٍ وَمِيثَاقٍ ، فَيُقَدِّمُهُ إِلَى بَابِ الْجَنَّةِ ، فَإِذَا بَلَغَ بَابَهَا ، فَرَأَى زَهْرَتَهَا وَمَا فِيهَا مِنَ النَّضْرَةِ وَالسُّرُورِ ، فَيَسْكُتُ مَا شَاءَ اللَّهُ أَنْ يَسْكُتَ ، فَيَقُولُ يَا رَبِّ أَدْخِلْنِى الْجَنَّةَ . فَيَقُولُ اللَّهُ وَيْحَكَ يَا ابْنَ آدَمَ مَا أَغْدَرَكَ ، أَلَيْسَ قَدْ أَعْطَيْتَ الْعَهْدَ وَالْمِيثَاقَ أَنْ لاَ تَسْأَلَ غَيْرَ الَّذِى أُعْطِيتَ فَيَقُولُ يَا رَبِّ لاَ تَجْعَلْنِى أَشْقَى خَلْقِكَ . فَيَضْحَكُ اللَّهُ - عَزَّ وَجَلَّ - مِنْهُ ، ثُمَّ يَأْذَنُ لَهُ فِى دُخُولِ الْجَنَّةِ فَيَقُولُ تَمَنَّ . فَيَتَمَنَّى حَتَّى إِذَا انْقَطَعَتْ أُمْنِيَّتُهُ قَالَ اللَّهُ عَزَّ وَجَلَّ تَمَنَّ كَذَا وَكَذَا . أَقْبَلَ يُذَكِّرُهُ رَبُّهُ ، حَتَّى إِذَا انْتَهَتْ بِهِ الأَمَانِىُّ قَالَ اللَّهُ تَعَالَى لَكَ ذَلِكَ وَمِثْلُهُ مَعَهُ » . قَالَ أَبُو سَعِيدٍ الْخُدْرِىُّ لأَبِى هُرَيْرَةَ رَضِىَ اللهُ عَنْهُمَا إِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « قَالَ اللَّهُ لَكَ ذَلِكَ وَعَشَرَةُ أَمْثَالِهِ » . قَالَ أَبُو هُرَيْرَةَ لَمْ أَحْفَظْ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلاَّ قَوْلَهُ « لَكَ ذَلِكَ وَمِثْلُهُ مَعَهُ » . قَالَ أَبُو سَعِيدٍ إِنِّى سَمِعْتُهُ يَقُولُ « ذَلِكَ لَكَ وَعَشَرَةُ أَمْثَالِهِ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir dəfə camaat soruşdu: “Ey Allahın Elçisi! Qiyamət günü Rəbbimizi görə biləcəyikmi?” Allah Elçisi ﷺ də buyurdu: “Məgər siz buludla örtülməmiş on dörd gecəlik ayı (görəcəyinizə) şübhə edirsiniz?” Onlar dedilər: “Xeyr, ey Allahın Elçisi!” Peyğəmbər ﷺ buyurdu: “Məgər siz buludla örtülməmiş günəşi (görəcəyinizə) şübhə edirsiniz?” Onlar: “Xeyr!”– dedilər. Peyğəmbər ﷺ buyurdu: “Rəbbinizi də beləcə görəcəksiniz. Qiyamət günü insanlar məhşərə toplanacaq və Allah buyuracaq: “Kim nəyə ibadət edirdisə, onun ardınca da getsin!” Beləliklə, onlardan kimisi günəşin, kimisi ayın, kimisi də tağutların ardınca gedəcək. Axırda bu ümmət, içində olan münafiqlərlə birlikdə qalacaqlar. Allah onların yanına gəlib buyuracaq: “Mən sizin Rəbbinizəm!” Onlar (Onu tanımadıqlarına görə) deyəcəklər: “Rəbbimiz gələnədək bura bizim yerimiz (olacaq), Rəbbimiz gələndə biz Onu tanıyacağıq”. Sonra Allah onların yanına gəlib buyuracaq: “Mən sizin Rəbbinizəm!” Onlar (Onu tanıyacaq və): “Sən bizim Rəbbimizsən!”– deyəcəklər. (Sonra) Allah onları çağıracaq, Cəhənnəmin üzərində körpü qurulacaq və ümməti ilə birlikdə bu körpüdən keçən elçilərin ən birincisi mən olacağam. O gün elçilərdən başqa heç kəs danışa bilməyəcək, elçilər isə deyəcəklər: “Allahım, xilas et, xilas et!” Cəhənnəmdə sadan tikanlarına bənzər qarmaqlar var. Siz sadan tikanlarını görmüsünüzmü?” Səhabələr: “Bəli”– dedilər. Peyğəmbər ﷺ buyurdu: “Bu qarmaqlar sadan tikanlarına bənzəyirlər, lakin Allahdan başqa heç kəs onların nə qədər böyük olduğunu bilmir. Onlar insanları əməllərinə görə tutacaqlar, kimisi əməlinə görə məhv olacaq, kimisi də didik-didik ediləcək, lakin axırda xilas olacaq. Nəhayət Allah Cəhənnəmə düşənlərdən dilədiyinə mərhəmət göstərmək istədikdə mələklərə Allaha ibadət etmiş kəsləri ordan çıxarmağı əmr edəcək. Mələklər onları (üzlərindəki) səcdə izindən tanıyıb çıxaracaqlar. Belə ki, Allah Cəhənnəm oduna səcdə izlərini yandırıb-yaxmağı haram etmişdir. Beləliklə, onlar Cəhənnəmdən çıxacaqlar. Od Adəm övladının vücudunu – səcdə yerləri istisna olmaqla, başdan-ayağa yandırıb-yaxacaq və onlar sümüklərinə qədər yanmış halda oddan çıxacaqlar. Bundan sonra onların üstünə “Həyat” (dirilik) suyu töküləcək və onlar selin gətirdiyi toxumun cücərib yetişdiyi kimi diriləcəklər. Allah Öz qulları üzərində mühakiməsini bitirdikdə Cənnətlə Cəhənnəm arasında bir nəfər qalacaq. Bu adam Cəhənnəmdən çıxıb Cənnətə girən adamların axırıncısı olacaq. Onun üzü Cəhənnəmə tərəf olacaq və o deyəcək: “Ey Rəbbim, mənim üzümü oddan döndər, çünki onun tüstüsü məni zəhərləmişdir, alovu da məni yandırıb-yaxmışdır!” Allah deyəcək: “Bu istədiyin yerinə yetirilsə, başqa bir şey istəyəcəksənmi?” Bu adam: “Sənin İzzətinə and olsun ki, yox”– deyəcək və Allaha dilədiyi qədər and içib söz verəcək. Allah da onun üzünü oddan döndərəcək. Allah onun üzünü Cənnətə tərəf çevirdikdə o, Cənnətin gözəlliyini görüb Allahın istədiyi qədər susacaq, sonra isə deyəcək: “Ey Rəbbim, məni Cənnətin qapısına yaxınlaşdır”. Allah ona deyəcək: “Məgər sən and içib söz verməmişdin ki, bu istədiyindən başqa heç nə istəməyəcəksən?” O deyəcək: “Ey Rəbbim, qoy Sənin yaratdıqlarının ən bədbəxti mən olmayım!” Allah deyəcək: “Bu istədiyin yerinə yetirilsə, başqa bir şey istəyəcəksənmi?” O yenə: “Sənin İzzətinə and olsun ki, mən başqa heç nə istəməyəcəyəm”- deyəcək və Allaha dilədiyi qədər and içib söz verəcək. Allah da onu Cənnətin qapısına yaxınlaşdıracaq. Cənnətin qapısına çatdıqda onun gözəlliyini görüb Allahın istədiyi qədər susacaq, sonra da deyəcək: “Ey Rəbbim, məni Cənnətə daxil et!” Allah deyəcək: “Vay sənin halına, ey Adəm övladı, sən nə qədər vədinə xilaf çıxırsan! Məgər sən and içib söz verməmişdin ki, sənə verilənlərdən başqa heç nə istəməyəcəksən?” O deyəcək: “Ey Rəbbim, qoy Sənin yaratdıqlarının ən bədbəxti mən olmayım!” Belə olduqda Allah ﷿ güləcək, sonra ona Cənnətə daxil olmağa izin verəcək və deyəcək: “(Nə istəyirsən,) dilə!” O adam o qədər diləyəcək ki, axırda (heç bir) istəyi qalmayacaq və Allah ﷿ deyəcək: “Filan və filan şeyləri də dilə!” Beləcə, Rəbbi ona (onun istəklərini) xatırladacaq. Artıq onun heç bir istəyi qalmadıqda Uca Allah buyuracaq: “Sənə bu istədiklərin və bir o qədəri də verilmişdir”. Ravi deyir: “Əbu Səid əl-Xudri Əbu Hureyraya dedi: “Allah Elçisi ﷺ demişdir ki, Allah buyuracaq: “Sənə bu istədiklərin, üstəlik onun on misli verilmişdir”. Əbu Hureyra da ona belə cavab verdi: “Mən Allah Elçisinin ﷺ: “Sənə bu istədiklərin və bir o qədəri də verilmişdir”– dediyini yadda saxlamışam. Əbu Səid əl-Xudri dedi: “Mən isə onun: “Sənə bu istədiklərin, üstəlik onun on misli verilmişdir”– dediyini eşitmişəm”.”

Əbu Hureyra
Buxari, 806 (Azan, 204)Səhih

حَدَّثَنَا عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ قَالَ حَدَّثَنَا يَزِيدُ بْنُ أَبِى مَرْيَمَ قَالَ حَدَّثَنَا عَبَايَةُ بْنُ رِفَاعَةَ قَالَ أَدْرَكَنِى أَبُو عَبْسٍ وَأَنَا أَذْهَبُ إِلَى الْجُمُعَةِ فَقَالَ سَمِعْتُ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « مَنِ اغْبَرَّتْ قَدَمَاهُ فِى سَبِيلِ اللَّهِ حَرَّمَهُ اللَّهُ عَلَى النَّارِ » .

“Rəvayət edilir ki, Abayə ibn Rifəa ﵀ demişdir: “Mən cümə namazına gedərkən Əbu Abs arxadan mənə çatıb dedi: “Mən Peyğəmbərin ﷺ belə buyurduğunu eşitmişəm: “Kimin ayaqları Allah yolunda toz-torpağa bulaşarsa, Allah ona Cəhənnəm odunu haram edər”.”

Abayə ibn Rifəa
Buxari, 907 (Cümə, 32)Səhih

وَقَالَ مَحْمُودٌ حَدَّثَنَا أَبُو أُسَامَةَ قَالَ حَدَّثَنَا هِشَامُ بْنُ عُرْوَةَ قَالَ أَخْبَرَتْنِى فَاطِمَةُ بِنْتُ الْمُنْذِرِ عَنْ أَسْمَاءَ بِنْتِ أَبِى بَكْرٍ قَالَتْ دَخَلْتُ عَلَى عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا وَالنَّاسُ يُصَلُّونَ قُلْتُ مَا شَأْنُ النَّاسِ فَأَشَارَتْ بِرَأْسِهَا إِلَى السَّمَاءِ . فَقُلْتُ آيَةٌ فَأَشَارَتْ بِرَأْسِهَا أَىْ نَعَمْ . قَالَتْ فَأَطَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جِدًّا حَتَّى تَجَلاَّنِى الْغَشْىُ وَإِلَى جَنْبِى قِرْبَةٌ فِيهَا مَاءٌ فَفَتَحْتُهَا فَجَعَلْتُ أَصُبُّ مِنْهَا عَلَى رَأْسِى ، فَانْصَرَفَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَقَدْ تَجَلَّتِ الشَّمْسُ ، فَخَطَبَ النَّاسَ ، وَحَمِدَ اللَّهَ بِمَا هُوَ أَهْلُهُ ثُمَّ قَالَ « أَمَّا بَعْدُ » . قَالَتْ وَلَغِطَ نِسْوَةٌ مِنَ الأَنْصَارِ ، فَانْكَفَأْتُ إِلَيْهِنَّ لأُسَكِّتَهُنَّ فَقُلْتُ لِعَائِشَةَ مَا قَالَ قَالَتْ قَالَ « مَا مِنْ شَىْءٍ لَمْ أَكُنْ أُرِيتُهُ إِلاَّ قَدْ رَأَيْتُهُ فِى مَقَامِى هَذَا حَتَّى الْجَنَّةَ وَالنَّارَ ، وَإِنَّهُ قَدْ أُوحِىَ إِلَىَّ أَنَّكُمْ تُفْتَنُونَ فِى الْقُبُورِ مِثْلَ - أَوْ قَرِيبَ مِنْ - فِتْنَةِ الْمَسِيحِ الدَّجَّالِ ، يُؤْتَى أَحَدُكُمْ ، فَيُقَالُ لَهُ مَا عِلْمُكَ بِهَذَا الرَّجُلِ فَأَمَّا الْمُؤْمِنُ - أَوْ قَالَ الْمُوقِنُ شَكَّ هِشَامٌ - فَيَقُولُ هُوَ رَسُولُ اللَّهِ ، هُوَ مُحَمَّدٌ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَاءَنَا بِالْبَيِّنَاتِ وَالْهُدَى فَآمَنَّا وَأَجَبْنَا وَاتَّبَعْنَا وَصَدَّقْنَا . فَيُقَالُ لَهُ نَمْ صَالِحًا ، قَدْ كُنَّا نَعْلَمُ إِنْ كُنْتَ لَتُؤْمِنُ بِهِ . وَأَمَّا الْمُنَافِقُ - أَوْ قَالَ الْمُرْتَابُ شَكَّ هِشَامٌ - فَيُقَالُ لَهُ مَا عِلْمُكَ بِهَذَا الرَّجُلِ فَيَقُولُ لاَ أَدْرِى ، سَمِعْتُ النَّاسَ يَقُولُونَ شَيْئًا فَقُلْتُهُ » . قَالَ هِشَامٌ فَلَقَدْ قَالَتْ لِى فَاطِمَةُ فَأَوْعَيْتُهُ ، غَيْرَ أَنَّهَا ذَكَرَتْ مَا يُغَلِّظُ عَلَيْهِ .

“Rəvayət edilir ki, Əsma bint Əbu Bəkr ﵂ demişdir: “(Günəş tutulduğu vaxt) mən Aişənin ﵂ yanına gəldim, o vaxt camaat namaz qılırdı. Mən: “İnsanlara nə olub?”– deyə soruşdum. O, (günəşin tutulduğunu bildirmək üçün) başı ilə göyə işarə etdi. Mən: “Bu, əlamətdirmi?”– deyə soruşdum. O, başı ilə işarə edib mənim sözümü təsdiqlədi. (Bu səbəbdən mən də namaza durdum). Allah Elçisi ﷺ namazı çox uzatdı və mən halsızlaşıb əldən düşdüm. Yanımda su ilə dolu qab var idi. Mən onun ağzını açıb başıma su tökməyə başladım. Allah Elçisi ﷺ namazı bitirdi, günəşin üzü də açılmışdı. Allah Elçisi ﷺ Allaha layiq olduğu şəkildə həmd etdikdən sonra camaata xütbə deyərək belə buyurdu: “Sonra isə...”. Əsma deyir: “Bu əsnada ənsardan olan bir dəstə qadın möhkəm səslə danışmağa başladılar. Mən də onları susdurmaq üçün üzümü onlara tərəf çevirdim. Buna görə də “Sonra isə...” sözündən sonra olanları eşitmədim. Aişədən: “Allah Elçisi ﷺ nə dedi?” deyə soruşdum. Aişə dedi: “Allah Elçisi ﷺ belə buyurdu: “Bu yerdə mən əvvəllər mənə göstərilmiş hər bir şeyi, hətta Cənnət və Cəhənnəmi gördüm. Mənə vəhy olundu ki, siz qəbirlərinizdə məsih Dəccalın imtahanına bənzər (və ya buna yaxın) bir imtahana çəkiləcəksiniz. (Dünyasını dəyişmiş kimsədən): “Bu kişi haqqında nə bilirsən?”– deyə soruşacaqlar. Mömin (yaxud yəqinliklə inanan) bəndə: “O, Allahın Elçisi ﷺ Muhəmməddir. O bizə dəlillər və doğru yol göstəricisi gətirdi. Biz də ona iman etdik, (onun dəvətini) qəbul etdik, onun ardınca getdik və onu təsdiq etdik”– deyəcək. Bundan sonra (mələklər) ona: “Rahat yat! Biz artıq sənin ona qətiyyətlə iman gətirdiyini bildik”– deyəcəklər. Münafiq və ya qəlbində şübhə olan adama gəldikdə isə (mələklər) ona deyəcəklər: “Bu kişi haqqında nə bilirsən?” O da: “Bilmirəm, mən sadəcə insanların bəzi şeylər danışdıqlarını eşidir və həmin şeyi mən də deyirdim”– deyəcək”. Ravi Hişam deyir: “And olsun ki, Fatimə (bint Munzir) bunları mənə danışmış, mən də eynilə əzbərləmişəm. Fatimənin demədiyi şeyləri isə əzbərimdə saxlamamışam”.”

Əsma bint Əbu Bəkr
Buxari, 922 (Cümə, 47)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ عَنْ مَالِكٍ عَنْ زَيْدِ بْنِ أَسْلَمَ عَنْ عَطَاءِ بْنِ يَسَارٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَبَّاسٍ قَالَ انْخَسَفَتِ الشَّمْسُ عَلَى عَهْدِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَصَلَّى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَامَ قِيَامًا طَوِيلاً نَحْوًا مِنْ قِرَاءَةِ سُورَةِ الْبَقَرَةِ ، ثُمَّ رَكَعَ رُكُوعًا طَوِيلاً ، ثُمَّ رَفَعَ فَقَامَ قِيَامًا طَوِيلاً ، وَهْوَ دُونَ الْقِيَامِ الأَوَّلِ ، ثُمَّ رَكَعَ رُكُوعًا طَوِيلاً ، وَهْوَ دُونَ الرُّكُوعِ الأَوَّلِ ، ثُمَّ سَجَدَ ، ثُمَّ قَامَ قِيَامًا طَوِيلاً وَهْوَ دُونَ الْقِيَامِ الأَوَّلِ ، ثُمَّ رَكَعَ رُكُوعًا طَوِيلاً ، وَهْوَ دُونَ الرُّكُوعِ الأَوَّلِ ، ثُمَّ رَفَعَ فَقَامَ قِيَامًا طَوِيلاً ، وَهْوَ دُونَ الْقِيَامِ الأَوَّلِ ، ثُمَّ رَكَعَ رُكُوعًا طَوِيلاً ، وَهْوَ دُونَ الرُّكُوعِ الأَوَّلِ ، ثُمَّ سَجَدَ ، ثُمَّ انْصَرَفَ وَقَدْ تَجَلَّتِ الشَّمْسُ ، فَقَالَ « إِنَّ الشَّمْسَ وَالْقَمَرَ آيَتَانِ مِنْ آيَاتِ اللَّهِ ، لاَ يَخْسِفَانِ لِمَوْتِ أَحَدٍ وَلاَ لِحَيَاتِهِ ، فَإِذَا رَأَيْتُمْ ذَلِكَ فَاذْكُرُوا اللَّهَ » . قَالُوا يَا رَسُولَ اللَّهِ ، رَأَيْنَاكَ تَنَاوَلْتَ شَيْئًا فِى مَقَامِكَ ، ثُمَّ رَأَيْنَاكَ كَعْكَعْتَ . قَالَ « إِنِّى رَأَيْتُ الْجَنَّةَ ، فَتَنَاوَلْتُ عُنْقُودًا ، وَلَوْ أَصَبْتُهُ لأَكَلْتُمْ مِنْهُ مَا بَقِيَتِ الدُّنْيَا ، وَأُرِيتُ النَّارَ ، فَلَمْ أَرَ مَنْظَرًا كَالْيَوْمِ قَطُّ أَفْظَعَ ، وَرَأَيْتُ أَكْثَرَ أَهْلِهَا النِّسَاءَ » . قَالُوا بِمَ يَا رَسُولَ اللَّهِ قَالَ « بِكُفْرِهِنَّ » . قِيلَ يَكْفُرْنَ بِاللَّهِ قَالَ « يَكْفُرْنَ الْعَشِيرَ ، وَيَكْفُرْنَ الإِحْسَانَ ، لَوْ أَحْسَنْتَ إِلَى إِحْدَاهُنَّ الدَّهْرَ كُلَّهُ ، ثُمَّ رَأَتْ مِنْكَ شَيْئًا قَالَتْ مَا رَأَيْتُ مِنْكَ خَيْرًا قَطُّ » .

“Rəvayət edilir ki, Abdullah ibn Abbas ﵄ demişdir: “Allah Elçisinin ﷺ dövründə günəş tutuldu və bu səbəbdən də Allah Elçisi ﷺ camaata namaz qıldırdı. Namazda qiyamı o qədər uzatdı ki, bu vaxt ərzində “əl-Bəqərə” surəsini oxumaq olardı, sonra rukuya getdi və rukunu uzatdı, sonra rukudan qalxdı və qiyamı uzatdı, lakin bu qiyam əvvəlkindən qısa idi. Sonra bir də rukuya getdi və rukunu uzatdı, lakin bu ruku əvvəlkindən qısa idi, sonra rukudan qalxıb səcdəyə getdi və iki dəfə səcdə etdi. Sonra ayağa qalxıb qiyamı uzatdı, lakin bu qiyam əvvəlkindən qısa idi, sonra rukuya getdi və rukunu uzatdı, lakin bu ruku əvvəlkindən qısa idi. Sonra rukudan qalxdı və yenə qiyamı uzatdı, lakin bu qiyam əvvəlkindən qısa idi, sonra bir də rukuya getdi və rukunu uzatdı, lakin bu ruku əvvəlkindən qısa idi. Sonra rukudan qalxıb səcdəyə getdi, sonra salamları verib namazı bitirdi. Bu vaxt artıq günəşin üzü açılmışdı. Bundan sonra Peyğəmbər ﷺ buyurdu: “Həqiqətən də, günəş və ay Allahın dəlillərindəndir. Onlar heç kimin ölümünə və doğulmasına görə tutulmur. Onların tutulduğunu gördüyünüz zaman Allahı zikr edin!” Səhabələr dedilər: “Ey Allahın Elçisi, biz sənin dayandığın yerdə əlini uzadıb nə isə götürdüyünü, sonra da arxaya çəkildiyini gördük”. Peyğəmbər ﷺ buyurdu: “Mən Cənnəti gördüm və (orda olan meyvələrdən) bir salxım dərmək istədim. Mən onu dərə bilsəydim, dünya durduqca siz ondan yeyə bilərdiniz. Həmçinin mənə Cəhənnəm də göstərildi. Mən heç vaxt bu gün gördüyüm mənzərədən daha dəhşətlisini görməmişdim. Mən Cəhənnəm əhlinin əksəriyyətinin qadınlar olduğunu gördüm”. Camaat soruşdu: “Nəyə görə, ey Allahın Elçisi?” O dedi: “Nankorluqlarına görə!” Yenə soruşdular: “Onlar Allaha qarşımı nankordurlar?” O dedi: “Onlar ərlərinə qarşı nankordurlar, yaxşılığı yerə vururlar. Birisinə il boyu yaxşılıq etsən, sonra da səndən (xoşuna gəlməyən) bir şey görsə, deyər: “Mən səndən heç vaxt xeyir görmədim”.”

Abdullah ibn Abbas
Buxari, 1052 (Kusuf, 13)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ عَنِ امْرَأَتِهِ فَاطِمَةَ بِنْتِ الْمُنْذِرِ عَنْ أَسْمَاءَ بِنْتِ أَبِى بَكْرٍ رَضِىَ اللهُ عَنْهُمَا أَنَّهَا قَالَتْ أَتَيْتُ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا زَوْجَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حِينَ خَسَفَتِ الشَّمْسُ ، فَإِذَا النَّاسُ قِيَامٌ يُصَلُّونَ ، وَإِذَا هِىَ قَائِمَةٌ تُصَلِّى فَقُلْتُ مَا لِلنَّاسِ فَأَشَارَتْ بِيَدِهَا إِلَى السَّمَاءِ ، وَقَالَتْ سُبْحَانَ اللَّهِ . فَقُلْتُ آيَةٌ فَأَشَارَتْ أَىْ نَعَمْ . قَالَتْ فَقُمْتُ حَتَّى تَجَلاَّنِى الْغَشْىُ ، فَجَعَلْتُ أَصُبُّ فَوْقَ رَأْسِى الْمَاءَ ، فَلَمَّا انْصَرَفَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَمِدَ اللَّهَ وَأَثْنَى عَلَيْهِ ثُمَّ قَالَ « مَا مِنْ شَىْءٍ كُنْتُ لَمْ أَرَهُ إِلاَّ قَدْ رَأَيْتُهُ فِى مَقَامِى هَذَا حَتَّى الْجَنَّةَ وَالنَّارَ ، وَلَقَدْ أُوحِىَ إِلَىَّ أَنَّكُمْ تُفْتَنُونَ فِى الْقُبُورِ مِثْلَ - أَوْ قَرِيبًا مِنْ - فِتْنَةِ الدَّجَّالِ - لاَ أَدْرِى أَيَّتَهُمَا قَالَتْ أَسْمَاءُ - يُؤْتَى أَحَدُكُمْ فَيُقَالُ لَهُ مَا عِلْمُكَ بِهَذَا الرَّجُلِ فَأَمَّا الْمُؤْمِنُ - أَوِ الْمُوقِنُ لاَ أَدْرِى أَىَّ ذَلِكَ قَالَتْ أَسْمَاءُ - فَيَقُولُ مُحَمَّدٌ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَاءَنَا بِالْبَيِّنَاتِ وَالْهُدَى ، فَأَجَبْنَا وَآمَنَّا وَاتَّبَعْنَا . فَيُقَالُ لَهُ نَمْ صَالِحًا ، فَقَدْ عَلِمْنَا إِنْ كُنْتَ لَمُوقِنًا . وَأَمَّا الْمُنَافِقُ - أَوِ الْمُرْتَابُ لاَ أَدْرِى أَيَّتَهُمَا قَالَتْ أَسْمَاءُ - فَيَقُولُ لاَ أَدْرِى ، سَمِعْتُ النَّاسَ يَقُولُونَ شَيْئًا فَقُلْتُهُ » .

“Rəvayət edilir ki, Əsma bint Əbu Bəkr ﵂ demişdir: “Günəş tutulduğu vaxt mən Peyğəmbərin ﷺ zövcəsi Aişənin ﵂ yanına gəldim. İnsanlar ayaq üstə namaz qılırdılar. Aişə də ayaq üstə idi deyə ona dedim: “İnsanlara nə olub?” O, (günəşin tutulduğunu bildirmək üçün) əli ilə göyə işarə etdi və: “Subhən-Allah!”– dedi. Mən: “Bu, əlamətdirmi?”– deyə soruşdum. O, başı ilə işarə edib mənim sözümü təsdiqlədi. Bu səbəbdən mən də namaza durdum. Nəhayət, halsızlaşıb əldən düşdüm və başıma su tökməyə başladım. Namazı bitirdikdə Allah Elçisi ﷺ Allaha ﷿ həmd edib, Onun şəninə təriflər dedi, sonra da belə buyurdu: “Bu yerdə mən əvvəllər mənə göstərilmiş hər bir şeyi, hətta Cənnət və Cəhənnəmi gördüm. Allaha and olsun ki, mənə sizin qəbirlərinizdə məsih Dəccalın imtahanına bənzər (və ya buna yaxın) bir imtahana çəkiləcəyiniz vəhy olundu. (Dünyasını dəyişmiş kimsədən): “Bu kişi haqqında nə bilirsən?”– deyə soruşacaqlar. Mömin (yaxud yəqinliklə inanan) bəndə: “Bu, Allahın elçisi Muhəmməddir. O bizə dəlillər və doğru yol göstəricisi gətirdi. Biz də (onun dəvətini) qəbul edib, ona iman gətirdik və (onun) ardınca getdik. Bu, Muhəmməddir!”– deyəcək. Bundan sonra (mələklər) ona: “Rahat yat! Biz artıq sənin ona qətiyyətlə iman gətirdiyini bildik”– deyəcəklər. Münafiq (və ya qəlbində şübhə olan) adam isə: “Bilmirəm, mən sadəcə insanların bəzi şeylər danışdıqlarını eşidir və həmin şeyi mən də deyirdim”– deyəcək”.”

Əsma bint Əbu Bəkr
Buxari, 1053 (Kusuf, 14)Səhih

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مُحَمَّدٍ قَالَ حَدَّثَنَا هِشَامٌ قَالَ أَخْبَرَنَا مَعْمَرٌ . وَحَدَّثَنِى مَحْمُودٌ قَالَ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ قَالَ أَخْبَرَنَا مَعْمَرٌ عَنِ الزُّهْرِىِّ عَنْ سَالِمٍ عَنْ أَبِيهِ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ كَانَ الرَّجُلُ فِى حَيَاةِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا رَأَى رُؤْيَا قَصَّهَا عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَتَمَنَّيْتُ أَنْ أَرَى رُؤْيَا فَأَقُصَّهَا عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَكُنْتُ غُلاَمًا شَابًّا ، وَكُنْتُ أَنَامُ فِى الْمَسْجِدِ عَلَى عَهْدِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَرَأَيْتُ فِى النَّوْمِ كَأَنَّ مَلَكَيْنِ أَخَذَانِى فَذَهَبَا بِى إِلَى النَّارِ فَإِذَا هِىَ مَطْوِيَّةٌ كَطَىِّ الْبِئْرِ ، وَإِذَا لَهَا قَرْنَانِ ، وَإِذَا فِيهَا أُنَاسٌ قَدْ عَرَفْتُهُمْ فَجَعَلْتُ أَقُولُ أَعُوذُ بِاللَّهِ مِنَ النَّارِ - قَالَ - فَلَقِيَنَا مَلَكٌ آخَرُ فَقَالَ لِى لَمْ تُرَعْ .

“Rəvayət edilir ki, Səlim atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Peyğəmbərin ﷺ sağlığında yuxu görən onu Allah Elçisinə ﷺ danışardı. Mən də istəyirdim ki, bir yuxu görüm və onu Allah Elçisinə ﷺ danışım. Allah Elçisinin ﷺ dövründə mən məsciddə yatırdım, özüm də cavan oğlan idim. Bir dəfə mən yuxuda iki mələyin məni tutub Cəhənnəmə tərəf apardıqlarını gördüm. Baxdım ki, Cəhənnəmin ətrafı (daşdan tikilmiş) su quyusu kimi hörülmüşdür. Bununla yanaşı onun iki dirəyi də var idi. Birdən mən onun içində tanıdığım adamları gördüm və: “Cəhənnəm odundan Allaha sığınıram!”– deməyə başladım. Bu vaxt qarşımıza bir mələk çıxıb mənə: “Qorxma!”– dedi...”

Səlim atasından
Buxari, 1121 (Təhəccüd, 2)Səhih

حَدَّثَنَا أَبُو النُّعْمَانِ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ عَنْ أَيُّوبَ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ رضى الله عنهما قَالَ رَأَيْتُ عَلَى عَهْدِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَأَنَّ بِيَدِى قِطْعَةَ إِسْتَبْرَقٍ ، فَكَأَنِّى لاَ أُرِيدُ مَكَانًا مِنَ الْجَنَّةِ إِلاَّ طَارَتْ إِلَيْهِ ، وَرَأَيْتُ كَأَنَّ اثْنَيْنِ أَتَيَانِى أَرَادَا أَنْ يَذْهَبَا بِى إِلَى النَّارِ فَتَلَقَّاهُمَا مَلَكٌ فَقَالَ لَمْ تُرَعْ خَلِّيَا عَنْهُ .

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Peyğəmbərin ﷺ dövründə mən yuxuda sanki əlimdə bir parça ipək olduğunu və Cənnətdə hansı bir yeri istəyirəmsə, bu parçanın mənimlə oraya uçduğunu gördüm. Həmçinin iki mələyin də gəlib məni Cəhənnəmə tərəf aparmaq istədiyini gördüm. Bu vaxt qarşımıza bir mələk çıxıb mənə: “Qorxma!”, onlara isə: “Buraxın onu!”– deyə əmr etdi”.”

İbn Ömər
Buxari, 1156 (Təhəccüd, 37)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ مُقَاتِلٍ أَخْبَرَنَا عَبْدُ اللَّهِ أَخْبَرَنَا يُونُسُ عَنِ الزُّهْرِىِّ عَنْ عُرْوَةَ قَالَ قَالَتْ عَائِشَةُ خَسَفَتِ الشَّمْسُ ، فَقَامَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَرَأَ سُورَةً طَوِيلَةً ، ثُمَّ رَكَعَ فَأَطَالَ ، ثُمَّ رَفَعَ رَأْسَهُ ، ثُمَّ اسْتَفْتَحَ بِسُورَةٍ أُخْرَى ، ثُمَّ رَكَعَ حَتَّى قَضَاهَا وَسَجَدَ ، ثُمَّ فَعَلَ ذَلِكَ فِى الثَّانِيَةِ ، ثُمَّ قَالَ « إِنَّهُمَا آيَتَانِ مِنْ آيَاتِ اللَّهِ ، فَإِذَا رَأَيْتُمْ ذَلِكَ فَصَلُّوا حَتَّى يُفْرَجَ عَنْكُمْ ، لَقَدْ رَأَيْتُ فِى مَقَامِى هَذَا كُلَّ شَىْءٍ وُعِدْتُهُ ، حَتَّى لَقَدْ رَأَيْتُنِى أُرِيدُ أَنْ آخُذَ قِطْفًا مِنَ الْجَنَّةِ حِينَ رَأَيْتُمُونِى جَعَلْتُ أَتَقَدَّمُ ، وَلَقَدْ رَأَيْتُ جَهَنَّمَ يَحْطِمُ بَعْضُهَا بَعْضًا حِينَ رَأَيْتُمُونِى تَأَخَّرْتُ ، وَرَأَيْتُ فِيهَا عَمْرَو بْنَ لُحَىٍّ وَهُوَ الَّذِى سَيَّبَ السَّوَائِبَ » .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Günəşin üzü tutulduğu vaxt Peyğəmbər ﷺ qalxıb (namaz qıldı və) uzun bir surə oxudu. Sonra rukuya getdi və rukunu uzatdı, sonra rukudan qalxdı və başqa bir surə oxuduqdan sonra yenə rukuya getdi, rukunu tamamladıqdan sonra səcdəyə getdi, ikinci rükəti də bu qaydada yerinə yetirdikdən sonra dedi: “Günəşin və ayın tutulması Allahın dəlillərindəndir. Bunu gördüyünüz zaman (onların üzü) açılanadək namaz qılın. Mən dayandığım bu yerdə mənə vəd edilən hər şeyi gördüm. Siz mənim qabağa addım atdığımı gördüyünüz zaman mən Cənnətdən bir salxım (üzüm) götürmək istəyirdim. Mənim dala çəkildiyimi gördüyünüz zaman isə mən Cəhənnəmin (içindəkilərinin) bir-birini yandırıb-yaxdığını gördüm. Mən Cəhənnəmdə Amr ibn Luheyi gördüm. Bu, saibəni sərbəst buraxan kəsdir”.”

Aişə
Buxari, 1212 (Namazda əməllər, 15)Səhih

وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا غُنْدَرٌ عَنْ شُعْبَةَ ح وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى وَابْنُ بَشَّارٍ قَالاَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا شُعْبَةُ عَنْ مَنْصُورٍ عَنْ رِبْعِىِّ بْنِ حِرَاشٍ أَنَّهُ سَمِعَ عَلِيًّا رَضِيَ اللَّهُ عَنْهُ يَخْطُبُ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ تَكْذِبُوا عَلَىَّ فَإِنَّهُ مَنْ يَكْذِبْ عَلَىَّ يَلِجِ النَّارَ ».

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Mənim adımdan yalan danışmayın! Hər kim mənim adımdan yalan danışarsa, Cəhənnəmə düşər”.”

Əli
Muslim, 2 (Müqəddimə, 2)Səhih

وَحَدَّثَنِى حَرْمَلَةُ بْنُ يَحْيَى التُّجِيبِىُّ أَخْبَرَنَا عَبْدُ اللَّهِ بْنُ وَهْبٍ قَالَ أَخْبَرَنِى يُونُسُ عَنِ ابْنِ شِهَابٍ قَالَ أَخْبَرَنِى سَعِيدُ بْنُ الْمُسَيَّبِ عَنْ أَبِيهِ قَالَ لَمَّا حَضَرَتْ أَبَا طَالِبٍ الْوَفَاةُ جَاءَهُ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَوَجَدَ عِنْدَهُ أَبَا جَهْلٍ وَعَبْدَ اللَّهِ بْنَ أَبِى أُمَيَّةَ بْنِ الْمُغِيرَةِ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « يَا عَمِّ قُلْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ. كَلِمَةً أَشْهَدُ لَكَ بِهَا عِنْدَ اللَّهِ ». فَقَالَ أَبُو جَهْلٍ وَعَبْدُ اللَّهِ بْنُ أَبِى أُمَيَّةَ يَا أَبَا طَالِبٍ أَتَرْغَبُ عَنْ مِلَّةِ عَبْدِ الْمُطَّلِبِ. فَلَمْ يَزَلْ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَعْرِضُهَا عَلَيْهِ وَيُعِيدُ لَهُ تِلْكَ الْمَقَالَةَ حَتَّى قَالَ أَبُو طَالِبٍ آخِرَ مَا كَلَّمَهُمْ هُوَ عَلَى مِلَّةِ عَبْدِ الْمُطَّلِبِ. وَأَبَى أَنْ يَقُولَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أَمَا وَاللَّهِ لأَسْتَغْفِرَنَّ لَكَ مَا لَمْ أُنْهَ عَنْكَ ». فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ {مَا كَانَ لِلنَّبِىِّ وَالَّذِينَ آمَنُوا أَنْ يَسْتَغْفِرُوا لِلْمُشْرِكِينَ وَلَوْ كَانُوا أُولِى قُرْبَى مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُمْ أَنَّهُمْ أَصْحَابُ الْجَحِيمِ}. وَأَنْزَلَ اللَّهُ تَعَالَى فِى أَبِى طَالِبٍ فَقَالَ لِرَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ {إِنَّكَ لاَ تَهْدِى مَنْ أَحْبَبْتَ وَلَكِنَّ اللَّهَ يَهْدِى مَنْ يَشَاءُ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ}.

“Rəvayət edilir ki, Museyyib ibn Həzn ﵁ demişdir: “Əbu Talib ölüm ayağında ikən Allah Elçisi ﷺ onun yanına gəldi və orada Əbu Cəhl və Abdullah ibn Əbu Umeyyə ibn əl-Muğiranı gördü. Allah Elçisi ﷺ buyurdu: “Əmi, “lə iləhə illəllah” kəlməsini de ki, Allah yanında sənin (dediyinə) şahidlik edim”. Bunu eşidəndə Əbu Cəhl və Abdullah ibn Əbu Umeyyə dedilər: “Ey Əbu Talib, Abdul-Muttalibin dinindən dönmək istəyirsən?!” Allah Elçisi ﷺ tək-Allahlılıq kəlməsini, onlar isə öz dediklərini o vaxta qədər təkrar etdilər ki, axırda Əbu Talib onlara son sözünü deyib Abdul-Muttalibin dinində qalacağını bildirdi və “lə iləhə illəllah” deməkdən imtina etdi. Onda Allah Elçisi ﷺ əmisinə dedi: “Allaha and olsun! Bil ki, mənə qadağan edilənədək sənin üçün bağışlanma diləyəcəyəm”. Allah ﷿ də onun barəsində bu ayəni nazil etdi: “Müşriklərin Cəhənnəm sakinləri olduqları bəlli olduqdan sonra onlarla qohum olsalar belə, Peyğəmbərə və möminlərə onlar üçün bağışlanma diləmək yaraşmaz”. (ət-Tövbə, 113). Uca Allah Əbu Talib barəsində ayə nazil etdi və Allahın Elçisinə ﷺ belə buyurdu: “Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir. O, doğru yolda olanları daha yaxşı tanıyır”. (əl-Qasas, 56)”.”

Səid ibn əl-Museyyib atasından
Muslim, 141 (İman, 40)Səhih

حَدَّثَنَا دَاوُدُ بْنُ رُشَيْدٍ حَدَّثَنَا الْوَلِيدُ - يَعْنِى ابْنَ مُسْلِمٍ - عَنِ ابْنِ جَابِرٍ قَالَ حَدَّثَنِى عُمَيْرُ بْنُ هَانِئٍ قَالَ حَدَّثَنِى جُنَادَةُ بْنُ أَبِى أُمَيَّةَ حَدَّثَنَا عُبَادَةُ بْنُ الصَّامِتِ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « مَنْ قَالَ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ وَأَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ وَأَنَّ عِيسَى عَبْدُ اللَّهِ وَابْنُ أَمَتِهِ وَكَلِمَتُهُ أَلْقَاهَا إِلَى مَرْيَمَ وَرُوحٌ مِنْهُ وَأَنَّ الْجَنَّةَ حَقٌّ وَأَنَّ النَّارَ حَقٌّ أَدْخَلَهُ اللَّهُ مِنْ أَىِّ أَبْوَابِ الْجَنَّةِ الثَّمَانِيَةِ شَاءَ ».

“Rəvayət edilir ki, Ubadə ibn əs-Samit ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim Allahdan başqa ibadətə layiq məbudun olmadığına, Onun Tək olduğuna və heç bir şəriki olmadığına, Muhəmmədin Onun qulu və elçisi olduğuna, İsanın Allahın qulu, kənizinin oğlu, Məryəmə göndərdiyi kəlməsi və Onun ruhundan olduğuna, Cənnətin haqq, Cəhənnəmin də haqq olduğuna şahidlik etsə, Cənnətin səkkiz qapısının hansından diləsə, Allah onu oradan Cənnətə daxil edər”.”

Ubadə ibn əs-Samit
Muslim, 149 (İman, 48)Səhih

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا لَيْثٌ عَنِ ابْنِ عَجْلاَنَ عَنْ مُحَمَّدِ بْنِ يَحْيَى بْنِ حَبَّانَ عَنِ ابْنِ مُحَيْرِيزٍ عَنِ الصُّنَابِحِىِّ عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ أَنَّهُ قَالَ دَخَلْتُ عَلَيْهِ وَهُوَ فِى الْمَوْتِ فَبَكَيْتُ فَقَالَ مَهْلاً لِمَ تَبْكِى فَوَاللَّهِ لَئِنِ اسْتُشْهِدْتُ لأَشْهَدَنَّ لَكَ وَلَئِنْ شُفِّعْتُ لأَشْفَعَنَّ لَكَ وَلَئِنِ اسْتَطَعْتُ لأَنْفَعَنَّكَ ثُمَّ قَالَ وَاللَّهِ مَا مِنْ حَدِيثٍ سَمِعْتُهُ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَكُمْ فِيهِ خَيْرٌ إِلاَّ حَدَّثْتُكُمُوهُ إِلاَّ حَدِيثًا وَاحِدًا وَسَوْفَ أُحَدِّثُكُمُوهُ الْيَوْمَ وَقَدْ أُحِيطَ بِنَفْسِى سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « مَنْ شَهِدَ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ حَرَّمَ اللَّهُ عَلَيْهِ النَّارَ ».

“Sunabihi ﵀ rəvayət edir ki, Ubadə ibn əs-Samit ölüm ayağında ikən mən onun yanına gəldim və onun bu halını görüb ağlamağa başladım. O dedi: “Sakit ol görüm, niyə ağlayırsan? Allaha and olsun ki, əgər məni şahid tutsalar, sənin lehinə şahidlik edərəm, işdir, mənə şəfaət etmək hüququ versələr, səndən ötrü şəfaətçi olaram və əgər gücüm yetərsə, sənə yardım edərəm. Allaha and olsun ki, mən Allah Elçisindən ﷺ eşitdiyim, bir hədisdən başqa mahiyyəti xeyirli olan hər bir hədisi sizə danışmışam. Bu gün mən artıq ölüm ayağında olarkən o hədisi sizə danışacağam. Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Kim Allahdan başqa ibadətə layiq məbudun olmadığına və Muhəmmədin Onun elçisi olduğuna şahidlik etsə, Allah Cəhənnəm odunu ona haram edər”.”

Sunabihi
Muslim, 151 (İman, 50)Səhih

حَدَّثَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ أَخْبَرَنَا مُعَاذُ بْنُ هِشَامٍ قَالَ حَدَّثَنِى أَبِى عَنْ قَتَادَةَ قَالَ حَدَّثَنَا أَنَسُ بْنُ مَالِكٍ أَنَّ نَبِىَّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَمُعَاذُ بْنُ جَبَلٍ رَدِيفُهُ عَلَى الرَّحْلِ قَالَ « يَا مُعَاذُ ». قَالَ لَبَّيْكَ رَسُولَ اللَّهِ وَسَعْدَيْكَ. قَالَ « يَا مُعَاذُ ». قَالَ لَبَّيْكَ رَسُولَ اللَّهِ وَسَعْدَيْكَ. قَالَ « يَا مُعَاذُ ». قَالَ لَبَّيْكَ رَسُولَ اللَّهِ وَسَعْدَيْكَ. قَالَ « مَا مِنْ عَبْدٍ يَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ إِلاَّ حَرَّمَهُ اللَّهُ عَلَى النَّارِ ». قَالَ يَا رَسُولَ اللَّهِ أَفَلاَ أُخْبِرُ بِهَا النَّاسَ فَيَسْتَبْشِرُوا قَالَ « إِذًا يَتَّكِلُوا » فَأَخْبَرَ بِهَا مُعَاذٌ عِنْدَ مَوْتِهِ تَأَثُّمًا.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Muaz ibn Cəbəl Allahın Peyğəmbərinin ﷺ tərkində ikən Peyğəmbər ﷺ: “Ey Muaz!”, – deyə (onu) çağırdı. Muaz: “Buyur, ey Allahın Elçisi, əmrinə müntəzirəm”, – deyə cavab verdi. O yenə: “Ey Muaz!”, – deyə çağırdı. Muaz: “Buyur, ey Allahın Elçisi, əmrinə müntəzirəm”, – deyə cavab verdi. O bir daha: “Ey Muaz!”, – deyə çağırdı. Muaz yenə: “Buyur, ey Allahın Elçisi, əmrinə müntəzirəm”, – deyə cavab verdi. Allah Elçisi ﷺ buyurdu: “Allahdan başqa ibadətə layiq məbudun olmadığına və Muhəmmədin Onun qulu və elçisi olduğuna şahidlik edən hər bir bəndəyə Allah Cəhənnəm odunu haram etmişdir”. Muaz dedi: “Ey Allahın Elçisi, bunu insanlara sevinmələri üçün xəbər verim?” Peyğəmbər ﷺ buyurdu: “Belə etsən, onlar arxayınlaşacaqlar”. Muaz ölüm ayağında ikən, (elmi gizlətməyin) günah olduğundan qorxub bunu camaata xəbər vermişdir”.”

Ənəs ibn Malik
Muslim, 157 (İman, 56)Səhih

حَدَّثَنَا شَيْبَانُ بْنُ فَرُّوخَ حَدَّثَنَا سُلَيْمَانُ - يَعْنِى ابْنَ الْمُغِيرَةِ - قَالَ حَدَّثَنَا ثَابِتٌ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ حَدَّثَنِى مَحْمُودُ بْنُ الرَّبِيعِ عَنْ عِتْبَانَ بْنِ مَالِكٍ قَالَ قَدِمْتُ الْمَدِينَةَ فَلَقِيتُ عِتْبَانَ فَقُلْتُ حَدِيثٌ بَلَغَنِى عَنْكَ قَالَ أَصَابَنِى فِى بَصَرِى بَعْضُ الشَّىْءِ فَبَعَثْتُ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنِّى أُحِبُّ أَنْ تَأْتِيَنِى فَتُصَلِّىَ فِى مَنْزِلِى فَأَتَّخِذَهُ مُصَلًّى - قَالَ - فَأَتَى النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَمَنْ شَاءَ اللَّهُ مِنْ أَصْحَابِهِ فَدَخَلَ وَهُوَ يُصَلِّى فِى مَنْزِلِى وَأَصْحَابُهُ يَتَحَدَّثُونَ بَيْنَهُمْ ثُمَّ أَسْنَدُوا عُظْمَ ذَلِكَ وَكِبْرَهُ إِلَى مَالِكِ بْنِ دُخْشُمٍ قَالُوا وَدُّوا أَنَّهُ دَعَا عَلَيْهِ فَهَلَكَ وَوَدُّوا أَنَّهُ أَصَابَهُ شَرٌّ. فَقَضَى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الصَّلاَةَ وَقَالَ « أَلَيْسَ يَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَنِّى رَسُولُ اللَّهِ ». قَالُوا إِنَّهُ يَقُولُ ذَلِكَ وَمَا هُوَ فِى قَلْبِهِ. قَالَ « لاَ يَشْهَدُ أَحَدٌ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَنِّى رَسُولُ اللَّهِ فَيَدْخُلَ النَّارَ أَوْ تَطْعَمَهُ ». قَالَ أَنَسٌ فَأَعْجَبَنِى هَذَا الْحَدِيثُ فَقُلْتُ لاِبْنِى اكْتُبْهُ فَكَتَبَهُ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Mahmud ibn Rabi İtban ibn Malikdən eşitdiyini belə rəvayət etmişdir: “Mən Mədinəyə gəlib çatdıqda İtbana rast gəldim və ona: “Səndən mənə bir hədis çatmışdır”, – dedim. O da mənə belə rəvayət etdi: “Mənim gözlərim zəifləmişdi və mən istəyirdim ki, Peyğəmbər ﷺ bizim evə gəlib orada namaz qılsın, mən də həmin yeri namazgah edim. (Ertəsi gün səhər tezdən) Peyğəmbər ﷺ səhabələrindən Allahın dilədiyi kimsələrlə birlikdə gəldi və içəri daxil oldu. O mənim evimdə namaz qılır, səhabələr də öz aralarında (münafiqlər barədə) söhbət edirdilər. Bunların çoxunu və böyüyünü Malik ibn Duxşuma isnad etdilər. Sonra da onun həlak olması üçün Peyğəmbərin ﷺ ona bəddua etməsini istədiklərini və onun pis hala düşməsini arzuladıqlarını söylədilər. Peyğəmbər ﷺ namazı bitirdikdən sonra dedi: “Məgər o, Allahdan başqa ibadətə layiq məbudun olmadığına və mənim Allahın elçisi olduğuma şahidlik etmirmi?!” Onlar dedilər: “O bunu desə də, qəlbi ilə bunu təsdiqləmir”. Allah Elçisi ﷺ buyurdu: “Allahdan başqa ibadətə layiq məbudun olmadığına və mənim Allahın elçisi olduğuma şahidlik etməyən kimsə Cəhənnəm oduna girər, yaxud onu dadar”. Ənəs dedi: “Bu hədis mənim xoşuma gəldi və mən oğluma: “Bunu yaz!”, – dedim, o da onu yazdı”.”

Ənəs ibn Malik
Muslim, 158 (İman, 57)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحِ بْنِ الْمُهَاجِرِ الْمِصْرِىُّ أَخْبَرَنَا اللَّيْثُ عَنِ ابْنِ الْهَادِ عَنْ عَبْدِ اللَّهِ بْنِ دِينَارٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ « يَا مَعْشَرَ النِّسَاءِ تَصَدَّقْنَ وَأَكْثِرْنَ الاِسْتِغْفَارَ فَإِنِّى رَأَيْتُكُنَّ أَكْثَرَ أَهْلِ النَّارِ ». فَقَالَتِ امْرَأَةٌ مِنْهُنَّ جَزْلَةٌ وَمَا لَنَا يَا رَسُولَ اللَّهِ أَكْثَرَ أَهْلِ النَّارِ. قَالَ « تُكْثِرْنَ اللَّعْنَ وَتَكْفُرْنَ الْعَشِيرَ وَمَا رَأَيْتُ مِنْ نَاقِصَاتِ عَقْلٍ وَدِينٍ أَغْلَبَ لِذِى لُبٍّ مِنْكُنَّ ». قَالَتْ يَا رَسُولَ اللَّهِ وَمَا نُقْصَانُ الْعَقْلِ وَالدِّينِ قَالَ « أَمَّا نُقْصَانُ الْعَقْلِ فَشَهَادَةُ امْرَأَتَيْنِ تَعْدِلُ شَهَادَةَ رَجُلٍ فَهَذَا نُقْصَانُ الْعَقْلِ وَتَمْكُثُ اللَّيَالِىَ مَا تُصَلِّى وَتُفْطِرُ فِى رَمَضَانَ فَهَذَا نُقْصَانُ الدِّينِ ».

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Ey qadınlar! Sədəqə verin və Allahdan çoxlu bağışlanma diləyin! Çünki mən Cəhənnəm əhlinin əksəriyyətinin siz (qadınlar) olduğunu gördüm”. Onlardan anlayışı çox olan bir qadın soruşdu: “Nəyə görə Cəhənnəm əhlinin əksəriyyəti biz olacağıq, ey Allahın Elçisi?” Allah Elçisi ﷺ buyurdu: “Çünki siz (insanları) tez-tez lənətləyir və ərinizə qarşı nankorluq edirsiniz. Mən ağıllı və ehtiyatlı bir adamın sizin qədər həm ağıl, həm də din baxımından naqis olduğunu görmədim”. Qadın dedi: “Ey Allahın Elçisi! Ağlımızda və dinimizdə olan naqislik nədir?” Allah Elçisi ﷺ buyurdu: “Ağıl naqisliyinə gəlincə, iki qadının şahidliyi bir kişinin şahidliyinə bərabərdir. Bu, qadın ağlının naqisliyidir. (Qadın heyz vaxtı) bir neçə gecə gözləyib namaz qılmır, habelə Ramazanda (pak olanadək) oruc tutmur. Bu da dininin naqisliyidir”.”

Abdullah ibn Ömər
Muslim, 250 (İman, 149)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَأَبُو كُرَيْبٍ قَالاَ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ عَنِ الأَعْمَشِ عَنْ أَبِى صَالِحٍ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا قَرَأَ ابْنُ آدَمَ السَّجْدَةَ فَسَجَدَ اعْتَزَلَ الشَّيْطَانُ يَبْكِى يَقُولُ يَا وَيْلَهُ - وَفِى رِوَايَةِ أَبِى كُرَيْبٍ يَا وَيْلِى - أُمِرَ ابْنُ آدَمَ بِالسُّجُودِ فَسَجَدَ فَلَهُ الْجَنَّةُ وَأُمِرْتُ بِالسُّجُودِ فَأَبَيْتُ فَلِىَ النَّارُ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Adəm övladı səcdə ayəsini oxuyub səcdəyə qapandıqda şeytan kənara çəkilib ağlayır və deyir: “Vay mənim halıma! Adəm övladına səcdə etmək əmr olundu, səcdə edib Cənnəti qazandı. Mənə isə səcdə etmək əmr olundu, mən isə boyun qaçırıb Cəhənnəm odunu qazandım”.”

Əbu Hureyra
Muslim, 254 (İman, 153)Səhih

حَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا وَكِيعٌ حَدَّثَنَا الأَعْمَشُ بِهَذَا الإِسْنَادِ مِثْلَهُ غَيْرَ أَنَّهُ قَالَ « فَعَصَيْتُ فَلِىَ النَّارُ ».

“Yuxarıdakı hədisin mətninə oxşardır, lakin bu hədisdə deyilir: “...asilik edib Cəhənnəm odunu qazandım”.”

Əbu Hureyra
Muslim, 255 (İman, 154)Səhih

حَدَّثَنَا مِنْجَابُ بْنُ الْحَارِثِ التَّمِيمِىُّ وَسُوَيْدُ بْنُ سَعِيدٍ كِلاَهُمَا عَنْ عَلِىِّ بْنِ مُسْهِرٍ - قَالَ مِنْجَابٌ أَخْبَرَنَا ابْنُ مُسْهِرٍ - عَنِ الأَعْمَشِ عَنْ إِبْرَاهِيمَ عَنْ عَلْقَمَةَ عَنْ عَبْدِ اللَّهِ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ يَدْخُلُ النَّارَ أَحَدٌ فِى قَلْبِهِ مِثْقَالُ حَبَّةِ خَرْدَلٍ مِنْ إِيمَانٍ وَلاَ يَدْخُلُ الْجَنَّةَ أَحَدٌ فِى قَلْبِهِ مِثْقَالُ حَبَّةِ خَرْدَلٍ مِنْ كِبْرِيَاءَ ».

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Qəlbində xardal dənəsi ağırlığında imanı olan kəs Cəhənnəmə girməz. Qəlbində xardal dənəsi ağırlığında təkəbbürlük olan kəs də Cənnətə girməz”.”

Abdullah
Muslim, 276 (İman, 175)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ نُمَيْرٍ حَدَّثَنَا أَبِى وَوَكِيعٌ عَنِ الأَعْمَشِ عَنْ شَقِيقٍ عَنْ عَبْدِ اللَّهِ قَالَ وَكِيعٌ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَقَالَ ابْنُ نُمَيْرٍ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « مَنْ مَاتَ يُشْرِكُ بِاللَّهِ شَيْئًا دَخَلَ النَّارَ ». وَقُلْتُ أَنَا وَمَنْ مَاتَ لاَ يُشْرِكُ بِاللَّهِ شَيْئًا دَخَلَ الْجَنَّةَ.

“Rəvayət edilir ki, İbn Numeyr ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Kim Allaha şərik qoşub ölərsə, Cəhənnəmə girər”. Mən də dedim: “Kim Allaha şərik qoşmayıb ölərsə, Cənnətə daxil olar”.”

İbn Numeyr
Muslim, 278 (İman, 177)Səhih

وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَأَبُو كُرَيْبٍ قَالاَ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ عَنِ الأَعْمَشِ عَنْ أَبِى سُفْيَانَ عَنْ جَابِرٍ قَالَ أَتَى النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَجُلٌ فَقَالَ يَا رَسُولَ اللَّهِ مَا الْمُوجِبَتَانِ فَقَالَ « مَنْ مَاتَ لاَ يُشْرِكُ بِاللَّهِ شَيْئًا دَخَلَ الْجَنَّةَ وَمَنْ مَاتَ يُشْرِكُ بِاللَّهِ شَيْئًا دَخَلَ النَّارَ ».

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Bir nəfər Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, Cənnətə və Cəhənnəmə girməyi vacib edən iki şey nədir?” Peyğəmbər ﷺ buyurdu: “Kim Allaha şərik qoşmayıb ölərsə, Cənnətə daxil olar. Kim də Allaha şərik qoşub ölərsə, Cəhənnəmə girər”.”

Cabir
Muslim, 279 (İman, 178)Səhih

وَحَدَّثَنِى أَبُو أَيُّوبَ الْغَيْلاَنِىُّ سُلَيْمَانُ بْنُ عُبَيْدِ اللَّهِ وَحَجَّاجُ بْنُ الشَّاعِرِ قَالاَ حَدَّثَنَا عَبْدُ الْمَلِكِ بْنُ عَمْرٍو حَدَّثَنَا قُرَّةُ عَنْ أَبِى الزُّبَيْرِ حَدَّثَنَا جَابِرُ بْنُ عَبْدِ اللَّهِ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « مَنْ لَقِىَ اللَّهَ لاَ يُشْرِكُ بِهِ شَيْئًا دَخَلَ الْجَنَّةَ وَمَنْ لَقِيَهُ يُشْرِكُ بِهِ دَخَلَ النَّارِ ». قَالَ أَبُو أَيُّوبَ قَالَ أَبُو الزُّبَيْرِ عَنْ جَابِرٍ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Kim Allaha şərik qoşmadığı halda Ona qovuşarsa, Cənnətə girər. Kim də Allaha şərik qoşduğu halda Ona qovuşarsa, Cəhənnəmə girər”.”

Cabir ibn Abdullah
Muslim, 280 (İman, 179)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَأَبُو سَعِيدٍ الأَشَجُّ قَالاَ حَدَّثَنَا وَكِيعٌ عَنِ الأَعْمَشِ عَنْ أَبِى صَالِحٍ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « مَنَ قَتَلَ نَفْسَهُ بِحَدِيدَةٍ فَحَدِيدَتُهُ فِى يَدِهِ يَتَوَجَّأُ بِهَا فِى بَطْنِهِ فِى نَارِ جَهَنَّمَ خَالِدًا مُخَلَّدًا فِيهَا أَبَدًا وَمَنْ شَرِبَ سَمًّا فَقَتَلَ نَفْسَهُ فَهُوَ يَتَحَسَّاهُ فِى نَارِ جَهَنَّمَ خَالِدًا مُخَلَّدًا فِيهَا أَبَدًا وَمَنْ تَرَدَّى مِنْ جَبَلٍ فَقَتَلَ نَفْسَهُ فَهُوَ يَتَرَدَّى فِى نَارِ جَهَنَّمَ خَالِدًا مُخَلَّدًا فِيهَا أَبَدًا ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim öz canına dəmir parçası ilə qəsd edərsə, Cəhənnəm odunda bu dəmir parçasını daim qarnına soxar və od içində əbədi olaraq qalar. Kim özünü zəhər içib öldürərsə, Cəhənnəm odunda o zəhəri əlində tutub daima onu içər və orada əbədi olaraq qalar. Kim özünü dağdan atıb canına qəsd edərsə, Cəhənnəm odunda özünü daima yuxarıdan aşağı atar və odda əbədi olaraq qalar”.”

Əbu Hureyra
Muslim, 313 (İman, 212)Səhih

وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ عَنْ عَبْدِ الرَّزَّاقِ عَنِ الثَّوْرِىِّ عَنْ خَالِدٍ الْحَذَّاءِ عَنْ أَبِى قِلاَبَةَ عَنْ ثَابِتِ بْنِ الضَّحَّاكِ قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « مَنْ حَلَفَ بِمِلَّةٍ سِوَى الإِسْلاَمِ كَاذِبًا مُتَعَمِّدًا فَهُوَ كَمَا قَالَ وَمَنْ قَتَلَ نَفْسَهُ بِشَىْءٍ عَذَّبَهُ اللَّهُ بِهِ فِى نَارِ جَهَنَّمَ ». هَذَا حَدِيثُ سُفْيَانَ. وَأَمَّا شُعْبَةُ فَحَدِيثُهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مَنْ حَلَفَ بِمِلَّةٍ سِوَى الإِسْلاَمِ كَاذِبًا فَهُوَ كَمَا قَالَ وَمَنْ ذَبَحَ نَفْسَهُ بِشَىْءٍ ذُبِحَ بِهِ يَوْمَ الْقِيَامَةِ ».

“Rəvayət edilir ki, Sabit ibn əd-Dahhak ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Kim bilə-bilə yalandan İslamdan başqa bir dində olduğuna and içərsə, özünün dediyi kimi olar. Kim özünü bir şeylə qətlə yetirərsə, Allah Cəhənnəm odunda həmin şeylə ona əzab verər”. Digər ravinin hədisində deyilir: “Kim yalandan İslamdan başqa bir dində olduğuna and içərsə, özünün dediyi kimi olar. Kim özünü bir şeylə boğazlayarsa, Qiyamət günü həmin şeylə boğazlanar”.”

Sabit ibn əd-Dahhak
Muslim, 318 (İman, 217)Səhih

وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ وَعَبْدُ بْنُ حُمَيْدٍ جَمِيعًا عَنْ عَبْدِ الرَّزَّاقِ - قَالَ ابْنُ رَافِعٍ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ - أَخْبَرَنَا مَعْمَرٌ عَنِ الزُّهْرِىِّ عَنِ ابْنِ الْمُسَيَّبِ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ شَهِدْنَا مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حُنَيْنًا فَقَالَ لِرَجُلٍ مِمَّنْ يُدْعَى بِالإِسْلاَمِ « هَذَا مِنْ أَهْلِ النَّارِ » فَلَمَّا حَضَرْنَا الْقِتَالَ قَاتَلَ الرَّجُلُ قِتَالاً شَدِيدًا فَأَصَابَتْهُ جِرَاحَةٌ فَقِيلَ يَا رَسُولَ اللَّهِ الرَّجُلُ الَّذِى قُلْتَ لَهُ آنِفًا « إِنَّهُ مِنْ أَهْلِ النَّارِ » فَإِنَّهُ قَاتَلَ الْيَوْمَ قِتَالاً شَدِيدًا وَقَدْ مَاتَ. فَقَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِلَى النَّارِ » فَكَادَ بَعْضُ الْمُسْلِمِينَ أَنْ يَرْتَابَ فَبَيْنَمَا هُمْ عَلَى ذَلِكَ إِذْ قِيلَ إِنَّهُ لَمْ يَمُتْ وَلَكِنَّ بِهِ جِرَاحًا شَدِيدًا فَلَمَّا كَانَ مِنَ اللَّيْلِ لَمْ يَصْبِرْ عَلَى الْجِرَاحِ فَقَتَلَ نَفْسَهُ فَأُخْبِرَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِذَلِكَ فَقَالَ « اللَّهُ أَكْبَرُ أَشْهَدُ أَنِّى عَبْدُ اللَّهِ وَرَسُولُهُ ». ثُمَّ أَمَرَ بِلاَلاً فَنَادَى فِى النَّاسِ « إِنَّهُ لاَ يَدْخُلُ الْجَنَّةَ إِلاَّ نَفْسٌ مُسْلِمَةٌ وَإِنَّ اللَّهَ يُؤَيِّدُ هَذَا الدِّينَ بِالرَّجُلِ الْفَاجِرِ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə Huneyn döyüşündə idik. Orada Allah Elçisi ﷺ müsəlman adlananlardan biri haqqında buyurdu: “Bu, Cəhənnəm əhlindəndir”. Döyüşə başladığımız zaman həmin adam var gücü ilə vuruşdu və ağır yaralandı. Səhabələr Peyğəmbərə ﷺ dedilər: “Ey Allahın Elçisi, bayaq haqqında: “O, Cəhənnəm əhlindəndir”, – dediyin adam bu gün var gücü ilə vuruşdu və dünyasını dəyişdi”. Peyğəmbər ﷺ buyurdu: “(Onun yolu) Cəhənnəmədir”, – dedi. Bu sözdən sonra az qaldı ki, bəzi müsəlmanlar şübhəyə düşsün. Onlar şübhə içində olanda birdən səhabələrdən biri dedi: “O adam ölməyib, lakin ağır yaralıdır”. Gecə düşdükdə həmin adam ağrılara dözməyib öz canına qəsd etdi. Onun barəsində Peyğəmbərə ﷺ xəbər verildikdə o buyurdu: “Allahu Əkbər! Şahidlik edirəm ki, mən, həqiqətən də, Allahın qulu və elçisiyəm!” Sonra Bilala buyurdu, o da camaata bunu elan etdi: “Şübhəsiz ki, Cənnətə yalnız müsəlman girər. Həqiqətən, Allah bu dini günahkar bir adamın vasitəsilə olsa belə, qüvvətləndirər”.”

Əbu Hureyra
Muslim, 319 (İman, 218)Səhih

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا يَعْقُوبُ - وَهُوَ ابْنُ عَبْدِ الرَّحْمَنِ الْقَارِىُّ - حَىٌّ مِنَ الْعَرَبِ - عَنْ أَبِى حَازِمٍ عَنْ سَهْلِ بْنِ سَعْدٍ السَّاعِدِىِّ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْتَقَى هُوَ وَالْمُشْرِكُونَ فَاقْتَتَلُوا. فَلَمَّا مَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى عَسْكَرِهِ وَمَالَ الآخَرُونَ إِلَى عَسْكَرِهِمْ وَفِى أَصْحَابِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَجُلٌ لاَ يَدَعُ لَهُمْ شَاذَّةً إِلاَّ اتَّبَعَهَا يَضْرِبُهَا بِسَيْفِهِ فَقَالُوا مَا أَجْزَأَ مِنَّا الْيَوْمَ أَحَدٌ كَمَا أَجْزَأَ فُلاَنٌ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أَمَا إِنَّهُ مِنْ أَهْلِ النَّارِ ». فَقَالَ رَجُلٌ مِنَ الْقَوْمِ أَنَا صَاحِبُهُ أَبَدًا. قَالَ فَخَرَجَ مَعَهُ كُلَّمَا وَقَفَ وَقَفَ مَعَهُ وَإِذَا أَسْرَعَ أَسْرَعَ مَعَهُ - قَالَ - فَجُرِحَ الرَّجُلُ جُرْحًا شَدِيدًا فَاسْتَعْجَلَ الْمَوْتَ فَوَضَعَ نَصْلَ سَيْفِهِ بِالأَرْضِ وَذُبَابَهُ بَيْنَ ثَدْيَيْهِ ثُمَّ تَحَامَلَ عَلَى سَيْفِهِ فَقَتَلَ نَفْسَهُ فَخَرَجَ الرَّجُلُ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ أَشْهَدُ أَنَّكَ رَسُولُ اللَّهِ. قَالَ « وَمَا ذَاكَ ». قَالَ الرَّجُلُ الَّذِى ذَكَرْتَ آنِفًا أَنَّهُ مِنْ أَهْلِ النَّارِ فَأَعْظَمَ النَّاسُ ذَلِكَ فَقُلْتُ أَنَا لَكُمْ بِهِ فَخَرَجْتُ فِى طَلَبِهِ حَتَّى جُرِحَ جُرْحًا شَدِيدًا فَاسْتَعْجَلَ الْمَوْتَ فَوَضَعَ نَصْلَ سَيْفِهِ بِالأَرْضِ وَذُبَابَهُ بَيْنَ ثَدْيَيْهِ ثُمَّ تَحَامَلَ عَلَيْهِ فَقَتَلَ نَفْسَهُ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عِنْدَ ذَلِكَ « إِنَّ الرَّجُلَ لَيَعْمَلُ عَمَلَ أَهْلِ الْجَنَّةِ فِيمَا يَبْدُو لِلنَّاسِ وَهُوَ مِنْ أَهْلِ النَّارِ وَإِنَّ الرَّجُلَ لَيَعْمَلُ عَمَلَ أَهْلِ النَّارِ فِيمَا يَبْدُو لِلنَّاسِ وَهُوَ مِنْ أَهْلِ الْجَنَّةِ ».

“Səhl ibn Səd əs-Səidi ﵁ rəvayət edir ki, yürüşlərin birində Allah Elçisi ﷺ və səhabələri müşriklərlə üz-üzə gəlib döyüşürdülər. Günün axırında Allah Elçisi ﷺ öz düşərgəsinə, müşriklər də öz düşərgələrinə çəkildilər. Allah Elçisinin ﷺ səhabələri arasında eləsi var idi ki, döyüşdə heç bir fürsəti əldən verməyərək çatdığı hər kəsi qılıncdan keçirmişdi. Bəziləri dedilər: “Bu gün bizim heç birimiz filankəs kimi döyüşmədi”. Allah Elçisi ﷺ buyurdu: “Ona gəlincə, o, Cəhənnəm əhlindəndir!” Səhabələrdən biri: “Mən axıra kimi onu izləyəcəyəm”, – dedi və onun dalınca düşdü. Adam hər dayandıqda səhabə onunla bərabər dayanır, tez-tez getdikdə isə ona çatmağa tələsirdi. Sonra həmin adam ölümcül yaralandı və ölümünü tezləşdirib əzab-əziyyətdən qurtulmaq üçün qılıncının qəbzəsini yerə dayadı, tiyəsini də sinəsinə dirədi, sonra da özünü qılıncının üstünə yıxaraq canına qəsd etdi. Bundan sonra səhabə Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Mən şahidlik edirəm ki, sən Allahın Elçisisən!” Allah Elçisi ﷺ soruşdu: “Nə olub ki?” Səhabə dedi: “Bayaq sən bir adamın Cəhənnəm əhlindən olduğunu söylədin və bu hamını heyrətə saldı. Onda mən öz-özümə: “Mən onun barəsində sizə bir xəbər gətirərəm”, – dedim və həmin adamı izləməyə başladım. Bu əsnada həmin adam ölümcül yaralandı və ölümünü tezləşdirib əzab-əziyyətdən qurtulmaq üçün qılıncının qəbzəsini yerə dayadı, tiyəsini də sinəsinə dirədi, sonra da özünü qılıncının üstünə yıxaraq canına qəsd etdi”. Bunu eşidəndə Allah Elçisi ﷺ buyurdu: “Ola bilsin, bir adam insanlara Cənnət əhlinin əməlini edən bir kəs kimi görünsün, lakin Cəhənnəm əhlindən olsun. Həmçinin ola bilsin ki, bir kimsə insanlara Cəhənnəm əhlinin əməlini edən bir kimsə kimi görünsün, lakin Cənnət əhlindən olsun”.”

Səhl ibn Səd əs-Səidi
Muslim, 320 (İman, 219)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا الْحَسَنُ بْنُ مُوسَى حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ عَنْ ثَابِتٍ الْبُنَانِىِّ عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّهُ قَالَ لَمَّا نَزَلَتْ هَذِهِ الآيَةُ {يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لاَ تَرْفَعُوا أَصْوَاتَكُمْ فَوْقَ صَوْتِ النَّبِىِّ} إِلَى آخِرِ الآيَةِ جَلَسَ ثَابِتُ بْنُ قَيْسٍ فِى بَيْتِهِ وَقَالَ أَنَا مِنْ أَهْلِ النَّارِ. وَاحْتَبَسَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَسَأَلَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سَعْدَ بْنَ مُعَاذٍ فَقَالَ « يَا أَبَا عَمْرٍو مَا شَأْنُ ثَابِتٍ أَشْتَكَى ». قَالَ سَعْدٌ إِنَّهُ لَجَارِى وَمَا عَلِمْتُ لَهُ بِشَكْوَى. قَالَ فَأَتَاهُ سَعْدٌ فَذَكَرَ لَهُ قَوْلَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ ثَابِتٌ أُنْزِلَتْ هَذِهِ الآيَةُ وَلَقَدْ عَلِمْتُمْ أَنِّى مِنْ أَرْفَعِكُمْ صَوْتًا عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَنَا مِنْ أَهْلِ النَّارِ. فَذَكَرَ ذَلِكَ سَعْدٌ لِلنَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « بَلْ هُوَ مِنْ أَهْلِ الْجَنَّةِ ».

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allahın: “Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən yüksəyə qaldırmayın və bir-birinizə müraciət etdiyiniz kimi, ona da uca səslə müraciət etməyin. Yoxsa özünüz də hiss etmədən əməlləriniz hədər gedər” (əl-Hucurat , 2) ayəsi nazil olduqdan sonra Sabit ibn Qeys evindən bayıra çıxmadı və: “Mən Cəhənnəm əhlindənəm”, – deyərək Peyğəmbərin ﷺ gözünə görünməkdən çəkindi. Peyğəmbər ﷺ Səd ibn Muaza dedi: “Ey Əbu Amr! Sabitə nə olub, xəstələnibmi?” Səd dedi: “O mənim qonşumdur. Onun xəstələnməyindən xəbərim yoxdur”. Sonra Səd Sabitin yanına gəlib Allah Elçisinin ﷺ sözünü ona xəbər verdi. Sabit dedi: “Bu ayə nazil oldu! Özünüz də yaxşı bilirsiniz ki, aranızda səsini Allah Elçisinin ﷺ səsindən yüksəyə qaldıran mənəm. Deməli, mən Cəhənnəm əhlindənəm”. Səd onun dediklərini Peyğəmbərə ﷺ xəbər verdikdə Allah Elçisi ﷺ buyurdu: “Əksinə, o, Cənnət əhlindəndir!””

Ənəs ibn Malik
Muslim, 329 (İman, 228)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى الْعَنَزِىُّ وَأَبُو مَعْنٍ الرَّقَاشِىُّ وَإِسْحَاقُ بْنُ مَنْصُورٍ كُلُّهُمْ عَنْ أَبِى عَاصِمٍ - وَاللَّفْظُ لاِبْنِ الْمُثَنَّى - حَدَّثَنَا الضَّحَّاكُ - يَعْنِى أَبَا عَاصِمٍ - قَالَ أَخْبَرَنَا حَيْوَةُ بْنُ شُرَيْحٍ قَالَ حَدَّثَنِى يَزِيدُ بْنُ أَبِى حَبِيبٍ عَنِ ابْنِ شَمَاسَةَ الْمَهْرِىِّ قَالَ حَضَرْنَا عَمْرَو بْنَ الْعَاصِ وَهُوَ فِى سِيَاقَةِ الْمَوْتِ. فَبَكَى طَوِيلاً وَحَوَّلَ وَجْهَهُ إِلَى الْجِدَارِ فَجَعَلَ ابْنُهُ يَقُولُ يَا أَبَتَاهُ أَمَا بَشَّرَكَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِكَذَا أَمَا بَشَّرَكَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِكَذَا قَالَ فَأَقْبَلَ بِوَجْهِهِ. فَقَالَ إِنَّ أَفْضَلَ مَا نُعِدُّ شَهَادَةُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ إِنِّى قَدْ كُنْتُ عَلَى أَطْبَاقٍ ثَلاَثٍ لَقَدْ رَأَيْتُنِى وَمَا أَحَدٌ أَشَدَّ بُغْضًا لِرَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنِّى وَلاَ أَحَبَّ إِلَىَّ أَنْ أَكُونَ قَدِ اسْتَمْكَنْتُ مِنْهُ فَقَتَلْتُهُ فَلَوْ مُتُّ عَلَى تِلْكَ الْحَالِ لَكُنْتُ مِنْ أَهْلِ النَّارِ فَلَمَّا جَعَلَ اللَّهُ الإِسْلاَمَ فِى قَلْبِى أَتَيْتُ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقُلْتُ ابْسُطْ يَمِينَكَ فَلأُبَايِعْكَ. فَبَسَطَ يَمِينَهُ - قَالَ - فَقَبَضْتُ يَدِى. قَالَ « مَا لَكَ يَا عَمْرُو ». قَالَ قُلْتُ أَرَدْتُ أَنْ أَشْتَرِطَ. قَالَ « تَشْتَرِطُ بِمَاذَا ». قُلْتُ أَنْ يُغْفَرَ لِى. قَالَ « أَمَا عَلِمْتَ أَنَّ الإِسْلاَمَ يَهْدِمُ مَا كَانَ قَبْلَهُ وَأَنَّ الْهِجْرَةَ تَهْدِمُ مَا كَانَ قَبْلَهَا وَأَنَّ الْحَجَّ يَهْدِمُ مَا كَانَ قَبْلَهُ ». وَمَا كَانَ أَحَدٌ أَحَبَّ إِلَىَّ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَلاَ أَجَلَّ فِى عَيْنِى مِنْهُ وَمَا كُنْتُ أُطِيقُ أَنْ أَمْلأَ عَيْنَىَّ مِنْهُ إِجْلاَلاً لَهُ وَلَوْ سُئِلْتُ أَنْ أَصِفَهُ مَا أَطَقْتُ لأَنِّى لَمْ أَكُنْ أَمْلأُ عَيْنَىَّ مِنْهُ وَلَوْ مُتُّ عَلَى تِلْكَ الْحَالِ لَرَجَوْتُ أَنْ أَكُونَ مِنْ أَهْلِ الْجَنَّةِ ثُمَّ وَلِينَا أَشْيَاءَ مَا أَدْرِى مَا حَالِى فِيهَا فَإِذَا أَنَا مُتُّ فَلاَ تَصْحَبْنِى نَائِحَةٌ وَلاَ نَارٌ فَإِذَا دَفَنْتُمُونِى فَشُنُّوا عَلَىَّ التُّرَابَ شَنًّا ثُمَّ أَقِيمُوا حَوْلَ قَبْرِى قَدْرَ مَا تُنْحَرُ جَزُورٌ وَيُقْسَمُ لَحْمُهَا حَتَّى أَسْتَأْنِسَ بِكُمْ وَأَنْظُرَ مَاذَا أُرَاجِعُ بِهِ رُسُلَ رَبِّى.

“Rəvayət edilir ki, İbn Şumamə əl-Məhri ﵀ demişdir: “Amr ibn əl-As ölüm ayağında ikən biz ona baş çəkdik. O, bir xeyli ağladıqdan sonra üzünü divara tərəf çevirdi. Onda oğlu Abdullah dedi: “Atacan! Allah Elçisi ﷺ səni filan şeylə müjdələməyibmi?! Allah Elçisi ﷺ səni filan şeylə müjdələməyibmi?!” Amr üzünü bizə tərəf çevirib dedi: “Mənim tədarük gördüyüm ən fəzilətli şey Allahdan başqa ibadətə layiq məbudun olmadığına və Muhəmmədin Onun Elçisi olduğuna şəhadət gətirməyimdir. Mən artıq üç mərhələdən keçmişəm. Vaxt var idi, Allahın Elçisinə ﷺ mənim qədər nifrət edən adam yox idi. Həmçinin onu yaxalayıb öldürməyim qədər məni sevindirəcək bir şey də yox idi. Əgər bu halda ölsəydim, Cəhənnəm əhlindən olardım. Allah İslamı qəlbimə yerləşdirdiyi zaman mən Peyğəmbərin ﷺ yanına gəlib dedim: “Uzat sağ əlini, sənə beyət edim!” O, sağ əlini uzatdı, lakin mən əlimi geri çəkdim. Peyğəmbər ﷺ dedi: “Sənə nə olub, ey Amr?” Mən dedim: “Şərt kəsmək istəyirəm”. O soruşdu: “O nə şərtdir?” Mən dedim: “Bağışlanmağımı istəyirəm”. O buyurdu: “Məgər bilmirsən ki, İslam özündən əvvəlki günahları yox edir?! Bilmirsən ki, hicrət etmək özündən əvvəlki günahları yox edir?! Bilmirsən ki, həcc etmək özündən əvvəlki günahları yox edir?!” Bundan sonra mənim üçün Peyğəmbərdən ﷺ daha əziz və gözümdə ondan daha hörmətli bir adam qalmamışdı. Peyğəmbərə ﷺ bəslədiyim hörmətə görə ona baxmaqla gözlərimi doyura bilmirdim. Əgər məndən onu vəsf etmək tələb olunsaydı, mən onu vəsf edə bilməzdim. Çünki mən ona baxmaqla gözlərimi doyura bilmirdim. Əgər bu halda ölsəydim, mütləq Cənnət əhlindən olacağıma ümid edərdim. Bundan sonra biz elə işlər gördük ki, mən bunlara görə aqibətimin necə olacağını bilmirəm. Mən öldükdən sonra heç kəs vay-şivən salıb ağlamasın, həmçinin cənazəmi odla müşayiət etməsin. Məni dəfn etdikdən sonra üzərimə torpaq səpin. Daha sonra qəbrimin ətrafında bir dəvənin kəsilib ətinin paylanılacağı vaxt qədər dayanın ki, sizin sayənizdə öz yerimə isinişim və Rəbbimin elçilərini necə qarşılayacağıma bir çarə qılım”.”

İbn Şumasə əl-Məhri
Muslim, 336 (İman, 235)Səhih

حَدَّثَنَا يَحْيَى بْنُ أَيُّوبَ وَقُتَيْبَةُ بْنُ سَعِيدٍ وَعَلِىُّ بْنُ حُجْرٍ جَمِيعًا عَنْ إِسْمَاعِيلَ بْنِ جَعْفَرٍ - قَالَ ابْنُ أَيُّوبَ حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ جَعْفَرٍ - قَالَ أَخْبَرَنَا الْعَلاَءُ - وَهُوَ ابْنُ عَبْدِ الرَّحْمَنِ مَوْلَى الْحُرَقَةِ - عَنْ مَعْبَدِ بْنِ كَعْبٍ السَّلَمِىِّ عَنْ أَخِيهِ عَبْدِ اللَّهِ بْنِ كَعْبٍ عَنْ أَبِى أُمَامَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مَنِ اقْتَطَعَ حَقَّ امْرِئٍ مُسْلِمٍ بِيَمِينِهِ فَقَدْ أَوْجَبَ اللَّهُ لَهُ النَّارَ وَحَرَّمَ عَلَيْهِ الْجَنَّةَ ». فَقَالَ لَهُ رَجُلٌ وَإِنْ كَانَ شَيْئًا يَسِيرًا يَا رَسُولَ اللَّهِ قَالَ « وَإِنْ قَضِيبًا مِنْ أَرَاكٍ ».

“Əbu Umamə ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim yalandan and içərək bir müsəlmanın haqqına girsə, Allah Cəhənnəm odunu ona vacib və Cənnəti isə ona haram edər”. Bu vaxt bir nəfər ondan soruşdu: “Bu haqq az bir şey olsa da belə, ey Allahın Elçisi?” Peyğəmbər ﷺ buyurdu: “Ərak ağacından bir çubuq olsa da belə”.”

Əbu Umamə
Muslim, 370 (İman, 269)Səhih

حَدَّثَنِى أَبُو كُرَيْبٍ مُحَمَّدُ بْنُ الْعَلاَءِ حَدَّثَنَا خَالِدٌ - يَعْنِى ابْنَ مَخْلَدٍ - حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ عَنِ الْعَلاَءِ بْنِ عَبْدِ الرَّحْمَنِ عَنْ أَبِيهِ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ جَاءَ رَجُلٌ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ يَا رَسُولَ اللَّهِ أَرَأَيْتَ إِنْ جَاءَ رَجُلٌ يُرِيدُ أَخْذَ مَالِى قَالَ « فَلاَ تُعْطِهِ مَالَكَ ». قَالَ أَرَأَيْتَ إِنْ قَاتَلَنِى قَالَ « قَاتِلْهُ ». قَالَ أَرَأَيْتَ إِنْ قَتَلَنِى قَالَ « فَأَنْتَ شَهِيدٌ ». قَالَ أَرَأَيْتَ إِنْ قَتَلْتُهُ قَالَ « هُوَ فِى النَّارِ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir kişi Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, de görək, bir adam gəlib mənim malımı əlimdən almaq istəsə, mən nə edim?” Peyğəmbər ﷺ buyurdu: “Malını ona vermə”. Kişi soruşdu: “Yaxşı, bəs mənimlə vuruşsa, necə olsun?” Peyğəmbər ﷺ buyurdu: “Sən də onunla vuruş!” Kişi soruşdu: “Bəs o məni öldürsə, necə?” Peyğəmbər ﷺ buyurdu: “Sən şəhid olarsan!” Kişi soruşdu: “Bəs mən onu öldürsəm necə?” Allah Elçisi ﷺ buyurdu: “O, Cəhənnəmlikdir!””

Əbu Hureyra
Muslim, 377 (İman, 276)Səhih

حَدَّثَنَا ابْنُ أَبِى عُمَرَ حَدَّثَنَا سُفْيَانُ عَنِ الزُّهْرِىِّ عَنْ عَامِرِ بْنِ سَعْدٍ عَنْ أَبِيهِ قَالَ قَسَمَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَسْمًا فَقُلْتُ يَا رَسُولَ اللَّهِ أَعْطِ فُلاَنًا فَإِنَّهُ مُؤْمِنٌ. فَقَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أَوْ مُسْلِمٌ » أَقُولُهَا ثَلاَثًا. وَيُرَدِّدُهَا عَلَىَّ ثَلاَثًا « أَوْ مُسْلِمٌ » ثُمَّ قَالَ « إِنِّى لأُعْطِى الرَّجُلَ وَغَيْرُهُ أَحَبُّ إِلَىَّ مِنْهُ مَخَافَةَ أَنْ يَكُبَّهُ اللَّهُ فِى النَّارِ ».

“Amir ibn Səd atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Bir dəfə Allah Elçisi ﷺ bəzi şeyləri camaat arasında paylaşdırdı. Onda mən dedim: “Ey Allahın Elçisi, filankəsə də ver, axı o, mömindir”. Peyğəmbər ﷺ buyurdu: “Bəlkə müsəlmandır”. Mən sözümü üç dəfə təkrar etdim. Peyğəmbər ﷺ də: “Bəlkə müsəlmandır” sözünü üç dəfə təkrar etdi, sonra da belə buyurdu: “Mən bəzən bir adama Allah onu üzü üstə Cəhənnəmə atmasın deyə hədiyyə verirəm, halbuki başqasını ondan da çox istəyirəm”.”

Amir ibn Səd atasından
Muslim, 395 (İman, 294)Səhih

حَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ حَدَّثَنَا ابْنُ أَخِى ابْنِ شِهَابٍ عَنْ عَمِّهِ قَالَ أَخْبَرَنِى عَامِرُ بْنُ سَعْدِ بْنِ أَبِى وَقَّاصٍ عَنْ أَبِيهِ سَعْدٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَعْطَى رَهْطًا وَسَعْدٌ جَالِسٌ فِيهِمْ قَالَ سَعْدٌ فَتَرَكَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْهُمْ مَنْ لَمْ يُعْطِهِ وَهُوَ أَعْجَبُهُمْ إِلَىَّ فَقُلْتُ يَا رَسُولَ اللَّهِ مَا لَكَ عَنْ فُلاَنٍ فَوَاللَّهِ إِنِّى لأَرَاهُ مُؤْمِنًا. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أَوْ مُسْلِمًا ». قَالَ فَسَكَتُّ قَلِيلاً ثُمَّ غَلَبَنِى مَا أَعْلَمُ مِنْهُ فَقُلْتُ يَا رَسُولَ اللَّهِ مَا لَكَ عَنْ فُلاَنٍ فَوَاللَّهِ إِنِّى لأَرَاهُ مُؤْمِنًا فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أَوْ مُسْلِمًا ». قَالَ فَسَكَتُّ قَلِيلاً ثُمَّ غَلَبَنِى مَا عَلِمْتُ مِنْهُ فَقُلْتُ يَا رَسُولَ اللَّهِ مَا لَكَ عَنْ فُلاَنٍ فَوَاللَّهِ إِنِّى لأَرَاهُ مُؤْمِنًا. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أَوْ مُسْلِمًا. إِنِّى لأُعْطِى الرَّجُلَ وَغَيْرُهُ أَحَبُّ إِلَىَّ مِنْهُ خَشْيَةَ أَنْ يُكَبَّ فِى النَّارِ عَلَى وَجْهِهِ ».

“Səd ibn Əbu Vəqqas ﵁ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ bir dəstə adama hədiyyə verərkən mən də onların yanında oturmuşdum. Allah Elçisi ﷺ onlardan ən çox xoşuma gələn bir adama heç nə vermədi. Mən dedim: “Ey Allahın Elçisi, niyə filankəsi kənarda qoydun? Allaha and olsun ki, mən onu mömin hesab edirəm”. Allah Elçisi ﷺ buyurdu: “Bəlkə müsəlmandır!” Mən bir az susdum, lakin onun haqqında bildiklərim mənə üstün gəldi və yenə sözümü təkrar edib dedim: “Ey Allahın Elçisi, niyə filankəsi kənarda qoydun? Allaha and olsun ki, mən onu mömin hesab edirəm”. Allah Elçisi ﷺ buyurdu: “Bəlkə müsəlmandır!” Mən bir müddət susdum. Amma onun haqqında bildiklərim yenə mənə üstün gəldi və bir daha sözümü təkrar edib dedim: “Ey Allahın Elçisi, niyə filankəsi kənarda qoydun? Allaha and olsun ki, mən onu mömin hesab edirəm”. Allah Elçisi ﷺ buyurdu: “Bəlkə müsəlmandır! Bəzən mən bir adama, üzü üstə Cəhənnəmə atılmasın deyə hədiyyə verirəm, halbuki başqasını ondan da çox istəyirəm”.”

Səd ibn Əbu Vəqqas
Muslim, 396 (İman, 295)Səhih

حَدَّثَنِى يُونُسُ بْنُ عَبْدِ الأَعْلَى أَخْبَرَنَا ابْنُ وَهْبٍ قَالَ وَأَخْبَرَنِى عَمْرٌو أَنَّ أَبَا يُونُسَ حَدَّثَهُ عَنْ أَبِى هُرَيْرَةَ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ « وَالَّذِى نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ لاَ يَسْمَعُ بِى أَحَدٌ مِنْ هَذِهِ الأُمَّةِ يَهُودِىٌّ وَلاَ نَصْرَانِىٌّ ثُمَّ يَمُوتُ وَلَمْ يُؤْمِنْ بِالَّذِى أُرْسِلْتُ بِهِ إِلاَّ كَانَ مِنْ أَصْحَابِ النَّارِ ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Muhəmmədin canı Əlində Olana and olsun ki, bu ümmətdən hansı bir yəhudi və ya xristian mənim barəmdə eşidib, sonra da mənimlə göndərilənə iman gətirmədiyi halda ölərsə, mütləq Cəhənnəm əhlindən olar”.”

Əbu Hureyra
Muslim, 403 (İman, 302)Səhih

وَحَدَّثَنِى حَرْمَلَةُ بْنُ يَحْيَى التُّجِيبِىُّ أَخْبَرَنَا ابْنُ وَهْبٍ قَالَ أَخْبَرَنِى يُونُسُ عَنِ ابْنِ شِهَابٍ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ كَانَ أَبُو ذَرٍّ يُحَدِّثُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « فُرِجَ سَقْفُ بَيْتِى وَأَنَا بِمَكَّةَ فَنَزَلَ جِبْرِيلُ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَفَرَجَ صَدْرِى ثُمَّ غَسَلَهُ مِنْ مَاءِ زَمْزَمَ ثُمَّ جَاءَ بِطَسْتٍ مِنْ ذَهَبٍ مُمْتَلِئٍ حِكْمَةً وَإِيمَانًا فَأَفْرَغَهَا فِى صَدْرِى ثُمَّ أَطْبَقَهُ ثُمَّ أَخَذَ بِيَدِى فَعَرَجَ بِى إِلَى السَّمَاءِ فَلَمَّا جِئْنَا السَّمَاءَ الدُّنْيَا قَالَ جِبْرِيلُ - عَلَيْهِ السَّلاَمُ - لِخَازِنِ السَّمَاءِ الدُّنْيَا افْتَحْ. قَالَ مَنْ هَذَا قَالَ هَذَا جِبْرِيلُ. قَالَ هَلْ مَعَكَ أَحَدٌ قَالَ نَعَمْ مَعِىَ مُحَمَّدٌ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. قَالَ فَأُرْسِلَ إِلَيْهِ قَالَ نَعَمْ فَفَتَحَ - قَالَ - فَلَمَّا عَلَوْنَا السَّمَاءَ الدُّنْيَا فَإِذَا رَجُلٌ عَنْ يَمِينِهِ أَسْوِدَةٌ وَعَنْ يَسَارِهِ أَسْوِدَةٌ - قَالَ - فَإِذَا نَظَرَ قِبَلَ يَمِينِهِ ضَحِكَ وَإِذَا نَظَرَ قِبَلَ شِمَالِهِ بَكَى - قَالَ - فَقَالَ مَرْحَبًا بِالنَّبِىِّ الصَّالِحِ وَالاِبْنِ الصَّالِحِ - قَالَ - قُلْتُ يَا جِبْرِيلُ مَنْ هَذَا قَالَ هَذَا آدَمُ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهَذِهِ الأَسْوِدَةُ عَنْ يَمِينِهِ وَعَنْ شِمَالِهِ نَسَمُ بَنِيهِ فَأَهْلُ الْيَمِينِ أَهْلُ الْجَنَّةِ وَالأَسْوِدَةُ الَّتِى عَنْ شِمَالِهِ أَهْلُ النَّارِ فَإِذَا نَظَرَ قِبَلَ يَمِينِهِ ضَحِكَ وَإِذَا نَظَرَ قِبَلَ شِمَالِهِ بَكَى - قَالَ - ثُمَّ عَرَجَ بِى جِبْرِيلُ حَتَّى أَتَى السَّمَاءَ الثَّانِيَةَ . فَقَالَ لِخَازِنِهَا افْتَحْ - قَالَ - فَقَالَ لَهُ خَازِنُهَا مِثْلَ مَا قَالَ خَازِنُ السَّمَاءِ الدُّنْيَا فَفَتَحَ ». فَقَالَ أَنَسُ بْنُ مَالِكٍ فَذَكَرَ أَنَّهُ وَجَدَ فِى السَّمَوَاتِ آدَمَ وَإِدْرِيسَ وَعِيسَى وَمُوسَى وَإِبْرَاهِيمَ - صَلَوَاتُ اللَّهِ عَلَيْهِمْ أَجْمَعِينَ - وَلَمْ يُثْبِتْ كَيْفَ مَنَازِلُهُمْ غَيْرَ أَنَّهُ ذَكَرَ أَنَّهُ قَدْ وَجَدَ آدَمَ - عَلَيْهِ السَّلاَمُ - فِى السَّمَاءِ الدُّنْيَا وَإِبْرَاهِيمَ فِى السَّمَاءِ السَّادِسَةِ. قَالَ « فَلَمَّا مَرَّ جِبْرِيلُ وَرَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِإِدْرِيسَ - صَلَوَاتُ اللَّهِ عَلَيْهِ - قَالَ مَرْحَبًا بِالنَّبِىِّ الصَّالِحِ وَالأَخِ الصَّالِحِ - قَالَ - ثُمَّ مَرَّ فَقُلْتُ مَنْ هَذَا فَقَالَ هَذَا إِدْرِيسُ - قَالَ - ثُمَّ مَرَرْتُ بِمُوسَى - عَلَيْهِ السَّلاَمُ - فَقَالَ مَرْحَبًا بِالنَّبِىِّ الصَّالِحِ وَالأَخِ الصَّالِحِ - قَالَ - قُلْتُ مَنْ هَذَا قَالَ هَذَا مُوسَى - قَالَ - ثُمَّ مَرَرْتُ بِعِيسَى فَقَالَ مَرْحَبًا بِالنَّبِىِّ الصَّالِحِ وَالأَخِ الصَّالِحِ. قُلْتُ مَنْ هَذَا قَالَ عِيسَى ابْنُ مَرْيَمَ - قَالَ - ثُمَّ مَرَرْتُ بِإِبْرَاهِيمَ - عَلَيْهِ السَّلاَمُ - فَقَالَ مَرْحَبًا بِالنَّبِىِّ الصَّالِحِ وَالاِبْنِ الصَّالِحِ - قَالَ - قُلْتُ مَنْ هَذَا قَالَ هَذَا إِبْرَاهِيمُ ». قَالَ ابْنُ شِهَابٍ وَأَخْبَرَنِى ابْنُ حَزْمٍ أَنَّ ابْنَ عَبَّاسٍ وَأَبَا حَبَّةَ الأَنْصَارِىَّ كَانَا يَقُولاَنِ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « ثُمَّ عَرَجَ بِى حَتَّى ظَهَرْتُ لِمُسْتَوًى أَسْمَعُ فِيهِ صَرِيفَ الأَقْلاَمِ ». قَالَ ابْنُ حَزْمٍ وَ أَنَسُ بْنُ مَالِكٍ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « فَفَرَضَ اللَّهُ عَلَى أُمَّتِى خَمْسِينَ صَلاَةً - قَالَ - فَرَجَعْتُ بِذَلِكَ حَتَّى أَمُرَّ بِمُوسَى فَقَالَ مُوسَى عَلَيْهِ السَّلاَمُ مَاذَا فَرَضَ رَبُّكَ عَلَى أُمَّتِكَ - قَالَ - قُلْتُ فَرَضَ عَلَيْهِمْ خَمْسِينَ صَلاَةً. قَالَ لِى مُوسَى عَلَيْهِ السَّلاَمُ فَرَاجِعْ رَبَّكَ فَإِنَّ أُمَّتَكَ لاَ تُطِيقُ ذَلِكَ - قَالَ - فَرَاجَعْتُ رَبِّى فَوَضَعَ شَطْرَهَا - قَالَ - فَرَجَعْتُ إِلَى مُوسَى - عَلَيْهِ السَّلاَمُ - فَأَخْبَرْتُهُ قَالَ رَاجِعْ رَبَّكَ فَإِنَّ أُمَّتَكَ لاَ تُطِيقُ ذَلِكَ - قَالَ - فَرَاجَعْتُ رَبِّى فَقَالَ هِىَ خَمْسٌ وَهْىَ خَمْسُونَ لاَ يُبَدَّلُ الْقَوْلُ لَدَىَّ - قَالَ - فَرَجَعْتُ إِلَى مُوسَى فَقَالَ رَاجِعْ رَبَّكَ. فَقُلْتُ قَدِ اسْتَحْيَيْتُ مِنْ رَبِّى - قَالَ - ثُمَّ انْطَلَقَ بِى جِبْرِيلُ حَتَّى نَأْتِىَ سِدْرَةَ الْمُنْتَهَى فَغَشِيَهَا أَلْوَانٌ لاَ أَدْرِى مَا هِىَ - قَالَ - ثُمَّ أُدْخِلْتُ الْجَنَّةَ فَإِذَا فِيهَا جَنَابِذُ اللُّؤْلُؤِ وَإِذَا تُرَابُهَا الْمِسْكُ ».

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Əbu Zərr rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Mən Məkkədə ikən evimin tavanı aralandı və Cəbrail ﵇ yanıma endi. O, sinəmi yardı, sonra onun içini Zəmzəm suyu ilə yudu. Sonra da içi hikmət və imanla dolu olan qızıl ləyən gətirib içindəkiləri köksümə boşaltdı və köksümü bağladı. Sonra əlimdən tutub məni göyə qaldırdı. Mən yerə ən yaxın olan səmaya gəlib çatdıqda Cəbrail ﵇ dünya səmasının gözətçisinə: “Aç”, – dedi. Gözətçi soruşdu: “Kimdir o?” O: “Cəbraildir!”, – dedi. Gözətçi soruşdu: “Yanında kimsə varmı?” Cəbrail: “Bəli, Muhəmməd ﷺ yanımdadır!”, – dedi. Gözətçi soruşdu: “Ona gəlməsi üçün xəbər göndərildimi?” Cəbrail: “Bəli!”, – dedi. Gözətçi qapıları açdı. Biz yaxın göyün üstünə qalxdıq və orada oturmuş bir adam gördük ki, onun sağ və sol tərəfində qaraltılar var idi. Bu adam sağa baxanda gülür, sola baxanda isə ağlayırdı. O məni görüb dedi: “Əməlisaleh peyğəmbər və əməlisaleh övlad xoş gəlib!” Mən dedim: “Ey Cəbrail, bu kimdir?” O dedi: “Bu, Adəmdir, sağında və solunda olan qaraltılar isə zürriyyətinin ruhlarıdır. Sağında olanlar Cənnət əhli, solundakı qaraltılar isə Cəhənnəm əhlidir. Bu səbəblə də o, sağına baxanda gülür, soluna baxanda ağlayır”. Sonra Cəbrail məni göyə qaldırdı. Biz ikinci göyə gəlib çatdıqda onun gözətçisinə: “Aç”, – dedi. Bu gözətçi də ona dünya səmasının gözətçisinin dediyini deyəndən sonra qapını açdı”. Ənəs ibn Malik deyir: “Əbu Zərr Allah Elçisinin ﷺ səmalarda Adəmi, İdrisi, İsanı, Musanı və İbrahimi – onların hamısına Allahın salavatı olsun! – gördüyünü söyləsə də, onların məqamları barədə dəqiq bir söz demədi. Yalnız Adəmi ﵇ dünya səmasında, İbrahimi də altıncı səmada gördüyünü dedi”. Ənəs deyir: “Cəbrail Allah Elçisi ﷺ ilə birlikdə İdrisin yanından keçdikdə İdris dedi: “Əməlisaleh peyğəmbər və əməlisaleh qardaş xoş gəlib!” Sonra Allah Elçisi ﷺ dedi: “Mən dedim: “Bu kimdir?” Cəbrail dedi: “Bu, İdrisdir”. Sonra mən Musanın ﵇ yanından keçdim. O da dedi: “Əməlisaleh peyğəmbər və əməlisaleh qardaş xoş gəlib!” Mən dedim: “Bu kimdir?” Cəbrail dedi: “Bu, Musadır”. Sonra mən İsanın yanından keçdim. O da: “Əməlisaleh peyğəmbər və əməlisaleh qardaş xoş gəlib!”, – dedi. Mən dedim: “Bu kimdir?” Cəbrail dedi: “Bu, İsa ibn Məryəmdir”. Sonra mən İbrahimin ﵇ yanından keçdim. İbrahim dedi: “Əməlisaleh peyğəmbər və əməlisaleh övlad xoş gəlib!” Mən dedim: “Bu kimdir?” Cəbrail dedi: “Bu, İbrahimdir”. İbn Abbas və Əbu Həbbə əl-Ənsari ﵄ demişlər: “Allah Elçisi ﷺ buyurdu: “Sonra Cəbrail məni elə bir yüksəkliyə qaldırdı ki, mən qələmlərin xışıltısını eşitdim”. Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ buyurdu: “Allah mənim ümmətimə əlli (vaxt) namaz qılmağı vacib buyurdu. Mən bunu öhdəmə götürüb geri döndüm. Musanın yanına gəlib çatdıqda Musa ﵇ məndən soruşdu: “Allah sənin ümmətinə nəyi əmr etdi?” Mən dedim: “Əlli vaxt namaz qılmağı vacib buyurdu”. Musa dedi: “Rəbbinin yanına qayıt və Ondan bunu yüngülləşdirməyi xahiş et, çünki sənin ümmətin bunun öhdəsindən gələ bilməyəcək”. Mən Rəbbimə müraciət etdim və O da bunun sayını bir qədər azaltdı. Sonra Musanın ﵇ yanına qayıdıb bunu ona xəbər verdim. Musa yenə dedi: “Rəbbinə müraciət et, çünki sənin ümmətin bunun öhdəsindən gələ bilməyəcək”. Mən yenə Rəbbimə müraciət etdim. Allah ﷿ buyurdu: “Onlar sayca beşdir, savabı isə əllidir, çünki Mənim sözüm dəyişməzdir”. Sonra mən Musanın yanına qayıtdım. O yenə dedi: “Rəbbinə müraciət et!” Mən dedim: “Artıq Rəbbimdən utanıram”. Sonra Cəbrail məni son həddəki Sidr ağacının yanına apardı. Bu ağacı elə (qəribə) rənglər bürümüşdü ki, mən onların nə olduğunu bilmirəm. Sonra məni Cənnətə daxil etdilər. Orada incilərdən qübbələr var idi. Torpağı da müşk (qoxulu) idi”.”

Ənəs ibn Malik
Muslim, 433 (İman, 332)Səhih

حَدَّثَنِى مُحَمَّدُ بْنُ الْمُثَنَّى وَابْنُ بَشَّارٍ قَالَ ابْنُ الْمُثَنَّى حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا شُعْبَةُ عَنْ قَتَادَةَ قَالَ سَمِعْتُ أَبَا الْعَالِيَةِ يَقُولُ حَدَّثَنِى ابْنُ عَمِّ نَبِيِّكُمْ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ - يَعْنِى ابْنَ عَبَّاسٍ - قَالَ ذَكَرَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حِينَ أُسْرِىَ بِهِ فَقَالَ « مُوسَى آدَمُ طُوَالٌ كَأَنَّهُ مِنْ رِجَالِ شَنُوءَةَ ». وَقَالَ « عِيسَى جَعْدٌ مَرْبُوعٌ ». وَذَكَرَ مَالِكًا خَازِنَ جَهَنَّمَ وَذَكَرَ الدَّجَّالَ.

“Rəvayət edilir ki, Əbul-Aliyə ﵀ demişdir: “Peyğəmbərinizin ﷺ əmisi oğlu (yəni İbn Abbas) demişdir: “Allah Elçisi ﷺ İsra gecəsi barəsində danışarkən buyurdu: “Musa qarabuğdayı, hündürboylu bir adam idi, lap Şənuə qəbiləsinin kişiləri kimi”. Həmçinin buyurmuşdur: “İsa dolubədənli, ortaboylu bir adam idi”. Peyğəmbər ﷺ Cəhənnəmin gözətçisi Malik haqqında, həmçinin Dəccal haqqında da danışdı”.”

Əbul-Aliyə
Muslim, 436 (İman, 335)Səhih

وَحَدَّثَنَا عَبْدُ بْنُ حُمَيْدٍ أَخْبَرَنَا يُونُسُ بْنُ مُحَمَّدٍ حَدَّثَنَا شَيْبَانُ بْنُ عَبْدِ الرَّحْمَنِ عَنْ قَتَادَةَ عَنْ أَبِى الْعَالِيَةِ حَدَّثَنَا ابْنُ عَمِّ نَبِيِّكُمْ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ابْنُ عَبَّاسٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « مَرَرْتُ لَيْلَةَ أُسْرِىَ بِى عَلَى مُوسَى بْنِ عِمْرَانَ - عَلَيْهِ السَّلاَمُ - رَجُلٌ آدَمُ طُوَالٌ جَعْدٌ كَأَنَّهُ مِنْ رِجَالِ شَنُوءَةَ وَرَأَيْتُ عِيسَى ابْنَ مَرْيَمَ مَرْبُوعَ الْخَلْقِ إِلَى الْحُمْرَةِ وَالْبَيَاضِ سَبِطَ الرَّأْسِ ». وَأُرِىَ مَالِكًا خَازِنَ النَّارِ وَالدَّجَّالَ. فِى آيَاتٍ أَرَاهُنَّ اللَّهُ إِيَّاهُ فَلاَ تَكُنْ {فِى مِرْيَةٍ مِنْ لِقَائِهِ}. قَالَ كَانَ قَتَادَةُ يُفَسِّرُهَا أَنَّ نَبِىَّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَدْ لَقِىَ مُوسَى عَلَيْهِ السَّلاَمُ.

“İbn Abbas ﵄ rəvayət etmişdir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Mən göylərə qalxdığım gecə İmran oğlu Musanın ﵇ yanına gəldim. Qarabuğdayı, hündürboylu və dolubədənli bir adam idi, lap Şənuə qəbiləsinin kişiləri kimi. Məryəm oğlu İsanı da gördüm – ortaboylu alyanaq ağbəniz və nazik saçlı bir adam idi”. Peyğəmbərə ﷺ Cəhənnəmin gözətçisi Malik, bir də Dəccal göstərildi. Bir çox əlamətlər içində Allah bunları da ona göstərmişdir”. “Elə isə Sən onunla görüşəcəyinə şübhə etmə”. (əs-Səcdə, 23). Qatədə bu ayəni təfsir edərək demişdir: “Allahın Peyğəmbəri ﷺ, həqiqətən də, Musa ﵇ ilə görüşmüşdür”.”

İbn Abbas
Muslim, 437 (İman, 336)Səhih

وَحَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا حُجَيْنُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ - وَهُوَ ابْنُ أَبِى سَلَمَةَ - عَنْ عَبْدِ اللَّهِ بْنِ الْفَضْلِ عَنْ أَبِى سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « لَقَدْ رَأَيْتُنِى فِى الْحِجْرِ وَقُرَيْشٌ تَسْأَلُنِى عَنْ مَسْرَاىَ فَسَأَلَتْنِى عَنْ أَشْيَاءَ مِنْ بَيْتِ الْمَقْدِسِ لَمْ أُثْبِتْهَا. فَكُرِبْتُ كُرْبَةً مَا كُرِبْتُ مِثْلَهُ قَطُّ قَالَ فَرَفَعَهُ اللَّهُ لِى أَنْظُرُ إِلَيْهِ مَا يَسْأَلُونِى عَنْ شَىْءٍ إِلاَّ أَنْبَأْتُهُمْ بِهِ وَقَدْ رَأَيْتُنِى فِى جَمَاعَةٍ مِنَ الأَنْبِيَاءِ فَإِذَا مُوسَى قَائِمٌ يُصَلِّى فَإِذَا رَجُلٌ ضَرْبٌ جَعْدٌ كَأَنَّهُ مِنْ رِجَالِ شَنُوءَةَ وَإِذَا عِيسَى ابْنُ مَرْيَمَ - عَلَيْهِ السَّلاَمُ - قَائِمٌ يُصَلِّى أَقْرَبُ النَّاسِ بِهِ شَبَهًا عُرْوَةُ بْنُ مَسْعُودٍ الثَّقَفِىُّ وَإِذَا إِبْرَاهِيمُ - عَلَيْهِ السَّلاَمُ - قَائِمٌ يُصَلِّى أَشْبَهُ النَّاسِ بِهِ صَاحِبُكُمْ - يَعْنِى نَفْسَهُ - فَحَانَتِ الصَّلاَةُ فَأَمَمْتُهُمْ فَلَمَّا فَرَغْتُ مِنَ الصَّلاَةِ قَالَ قَائِلٌ يَا مُحَمَّدُ هَذَا مَالِكٌ صَاحِبُ النَّارِ فَسَلِّمْ عَلَيْهِ. فَالْتَفَتُّ إِلَيْهِ فَبَدَأَنِى بِالسَّلاَمِ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Mən Hicrdə ikən qureyşlilər məndən gecə səyahətim barəsində soruşdular. Onlar məndən Beytul-Məqdisə dair elə şeylər soruşdular ki, mən bunları yadımda saxlamamışdım. Ona görə o qədər sıxıldım ki, heç vaxt bu qədər sıxılmamışdım. Elə bu vaxt Allah Beytul-Məqdisi mənə göstərdi və mən ona baxıb qureyşlilərin verdiyi hər bir sualı cavablandırdım. Mən orada özümü peyğəmbərlərdən ibarət bir toplum içində gördüm. Baxdım ki, Musa ﵇ ayaq üstə durub namaz qılır. O, saçları düz, Şənuə qəbiləsinin kişilərinə bənzər bir kişi idi. Həmçinin Məryəm oğlu İsanın ﵇ ayaq üstə durub namaz qıldığını gördüm. İnsanlardan ona ən çox oxşayanı Urva ibn Məsud əs-Səqafidir. İbrahimin ﵇ də ayaq üstə durub namaz qıldığını gördüm. İnsanlardan ona ən çox bənzəyəni isə dostunuzdur. Sonra namazın vaxtı yetişdi və mən onlara namaz qıldırdım. Namazımı bitirdikdə bir nəfər məni səsləyib dedi: “Ey Muhəmməd! Bu, Cəhənnəm odunun sahibi – Malikdir. Ona salam ver!” Mən ona tərəf döndükdə (ona salam vermək istədikdə, o məni qabaqladı), birinci o mənə salam verdi”.”

Əbu Hureyra
Muslim, 448 (İman, 347)Səhih

حَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ حَدَّثَنَا أَبِى عَنِ ابْنِ شِهَابٍ عَنْ عَطَاءِ بْنِ يَزِيدَ اللَّيْثِىِّ أَنَّ أَبَا هُرَيْرَةَ أَخْبَرَهُ أَنَّ نَاسًا قَالُوا لِرَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَا رَسُولَ اللَّهِ هَلْ نَرَى رَبَّنَا يَوْمَ الْقِيَامَةِ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « هَلْ تُضَارُّونَ فِى رُؤْيَةِ الْقَمَرِ لَيْلَةَ الْبَدْرِ ». قَالُوا لاَ يَا رَسُولَ اللَّهِ. قَالَ « هَلْ تُضَارُّونَ فِى الشَّمْسِ لَيْسَ دُونَهَا سَحَابٌ ». قَالُوا لاَ يَا رَسُولَ اللَّهِ. قَالَ « فَإِنَّكُمْ تَرَوْنَهُ كَذَلِكَ يَجْمَعُ اللَّهُ النَّاسَ يَوْمَ الْقِيَامَةِ فَيَقُولُ مَنْ كَانَ يَعْبُدُ شَيْئًا فَلْيَتَّبِعْهُ. فَيَتَّبِعُ مَنْ كَانَ يَعْبُدُ الشَّمْسَ الشَّمْسَ وَيَتَّبِعُ مَنْ كَانَ يَعْبُدُ الْقَمَرَ الْقَمَرَ وَيَتَّبِعُ مَنْ كَانَ يَعْبُدُ الطَّوَاغِيتَ الطَّوَاغِيتَ وَتَبْقَى هَذِهِ الأُمَّةُ فِيهَا مُنَافِقُوهَا فَيَأْتِيهِمُ اللَّهُ - تَبَارَكَ وَتَعَالَى - فِى صُورَةٍ غَيْرِ صُورَتِهِ الَّتِى يَعْرِفُونَ فَيَقُولُ أَنَا رَبُّكُمْ. فَيَقُولُونَ نَعُوذُ بِاللَّهِ مِنْكَ هَذَا مَكَانُنَا حَتَّى يَأْتِيَنَا رَبُّنَا فَإِذَا جَاءَ رَبُّنَا عَرَفْنَاهُ. فَيَأْتِيهِمُ اللَّهُ تَعَالَى فِى صُورَتِهِ الَّتِى يَعْرِفُونَ فَيَقُولُ أَنَا رَبُّكُمْ. فَيَقُولُونَ أَنْتَ رَبُّنَا. فَيَتَّبِعُونَهُ وَيُضْرَبُ الصِّرَاطُ بَيْنَ ظَهْرَىْ جَهَنَّمَ فَأَكُونُ أَنَا وَأُمَّتِى أَوَّلَ مَنْ يُجِيزُ وَلاَ يَتَكَلَّمُ يَوْمَئِذٍ إِلاَّ الرُّسُلُ وَدَعْوَى الرُّسُلِ يَوْمَئِذٍ اللَّهُمَّ سَلِّمْ سَلِّمْ. وَفِى جَهَنَّمَ كَلاَلِيبُ مِثْلُ شَوْكِ السَّعْدَانِ هَلْ رَأَيْتُمُ السَّعْدَانَ ». قَالُوا نَعَمْ يَا رَسُولَ اللَّهِ. قَالَ « فَإِنَّهَا مِثْلُ شَوْكِ السَّعْدَانِ غَيْرَ أَنَّهُ لاَ يَعْلَمُ مَا قَدْرُ عِظَمِهَا إِلاَّ اللَّهُ تَخْطَفُ النَّاسَ بِأَعْمَالِهِمْ فَمِنْهُمُ الْمُؤْمِنُ بَقِىَ بِعَمَلِهِ وَمِنْهُمُ الْمُجَازَى حَتَّى يُنَجَّى حَتَّى إِذَا فَرَغَ اللَّهُ مِنَ الْقَضَاءِ بَيْنَ الْعِبَادِ وَأَرَادَ أَنْ يُخْرِجَ بِرَحْمَتِهِ مَنْ أَرَادَ مِنْ أَهْلِ النَّارِ أَمَرَ الْمَلاَئِكَةَ أَنْ يُخْرِجُوا مِنَ النَّارِ مَنْ كَانَ لاَ يُشْرِكُ بِاللَّهِ شَيْئًا مِمَّنْ أَرَادَ اللَّهُ تَعَالَى أَنْ يَرْحَمَهُ مِمَّنْ يَقُولُ لاَ إِلَهَ إِلاَّ اللَّهُ. فَيَعْرِفُونَهُمْ فِى النَّارِ يَعْرِفُونَهُمْ بِأَثَرِ السُّجُودِ تَأْكُلُ النَّارُ مِنِ ابْنِ آدَمَ إِلاَّ أَثَرَ السُّجُودِ حَرَّمَ اللَّهُ عَلَى النَّارِ أَنْ تَأْكُلَ أَثَرَ السُّجُودِ. فَيُخْرَجُونَ مِنَ النَّارِ وَقَدِ امْتَحَشُوا فَيُصَبُّ عَلَيْهِمْ مَاءُ الْحَيَاةِ فَيَنْبُتُونَ مِنْهُ كَمَا تَنْبُتُ الْحِبَّةُ فِى حَمِيلِ السَّيْلِ ثُمَّ يَفْرُغُ اللَّهُ تَعَالَى مِنَ الْقَضَاءِ بَيْنَ الْعِبَادِ وَيَبْقَى رَجُلٌ مُقْبِلٌ بِوَجْهِهِ عَلَى النَّارِ وَهُوَ آخِرُ أَهْلِ الْجَنَّةِ دُخُولاً الْجَنَّةَ فَيَقُولُ أَىْ رَبِّ اصْرِفْ وَجْهِى عَنِ النَّارِ فَإِنَّهُ قَدْ قَشَبَنِى رِيحُهَا وَأَحْرَقَنِى ذَكَاؤُهَا فَيَدْعُو اللَّهَ مَا شَاءَ اللَّهُ أَنْ يَدْعُوَهُ ثُمَّ يَقُولُ اللَّهُ تَبَارَكَ وَتَعَالَى هَلْ عَسَيْتَ إِنْ فَعَلْتُ ذَلِكَ بِكَ أَنْ تَسْأَلَ غَيْرَهُ. فَيَقُولُ لاَ أَسْأَلُكَ غَيْرَهُ. وَيُعْطِى رَبَّهُ مِنْ عُهُودٍ وَمَوَاثِيقَ مَا شَاءَ اللَّهُ فَيَصْرِفُ اللَّهُ وَجْهَهُ عَنِ النَّارِ فَإِذَا أَقْبَلَ عَلَى الْجَنَّةِ وَرَآهَا سَكَتَ مَا شَاءَ اللَّهُ أَنْ يَسْكُتَ ثُمَّ يَقُولُ أَىْ رَبِّ قَدِّمْنِى إِلَى بَابِ الْجَنَّةِ. فَيَقُولُ اللَّهُ لَهُ أَلَيْسَ قَدْ أَعْطَيْتَ عُهُودَكَ وَمَوَاثِيقَكَ لاَ تَسْأَلُنِى غَيْرَ الَّذِى أَعْطَيْتُكَ وَيْلَكَ يَا ابْنَ آدَمَ مَا أَغْدَرَكَ. فَيَقُولُ أَىْ رَبِّ وَيَدْعُو اللَّهَ حَتَّى يَقُولَ لَهُ فَهَلْ عَسَيْتَ إِنْ أَعْطَيْتُكَ ذَلِكَ أَنْ تَسْأَلَ غَيْرَهُ. فَيَقُولُ لاَ وَعِزَّتِكَ. فَيُعْطِى رَبَّهُ مَا شَاءَ اللَّهُ مِنْ عُهُودٍ وَمَوَاثِيقَ فَيُقَدِّمُهُ إِلَى بَابِ الْجَنَّةِ فَإِذَا قَامَ عَلَى بَابِ الْجَنَّةِ انْفَهَقَتْ لَهُ الْجَنَّةُ فَرَأَى مَا فِيهَا مِنَ الْخَيْرِ وَالسُّرُورِ فَيَسْكُتُ مَا شَاءَ اللَّهُ أَنْ يَسْكُتَ ثُمَّ يَقُولُ أَىْ رَبِّ أَدْخِلْنِى الْجَنَّةَ. فَيَقُولُ اللَّهُ تَبَارَكَ وَتَعَالَى لَهُ أَلَيْسَ قَدْ أَعْطَيْتَ عُهُودَكَ وَمَوَاثِيقَكَ أَنْ لاَ تَسْأَلَ غَيْرَ مَا أُعْطِيتَ وَيْلَكَ يَا ابْنَ آدَمَ مَا أَغْدَرَكَ. فَيَقُولُ أَىْ رَبِّ لاَ أَكُونُ أَشْقَى خَلْقِكَ. فَلاَ يَزَالُ يَدْعُو اللَّهَ حَتَّى يَضْحَكَ اللَّهُ تَبَارَكَ وَتَعَالَى مِنْهُ فَإِذَا ضَحِكَ اللَّهُ مِنْهُ قَالَ ادْخُلِ الْجَنَّةَ. فَإِذَا دَخَلَهَا قَالَ اللَّهُ لَهُ تَمَنَّهْ. فَيَسْأَلُ رَبَّهُ وَيَتَمَنَّى حَتَّى إِنَّ اللَّهَ لَيُذَكِّرُهُ مِنْ كَذَا وَكَذَا حَتَّى إِذَا انْقَطَعَتْ بِهِ الأَمَانِىُّ قَالَ اللَّهُ تَعَالَى ذَلِكَ لَكَ وَمِثْلُهُ مَعَهُ ». قَالَ عَطَاءُ بْنُ يَزِيدَ وَأَبُو سَعِيدٍ الْخُدْرِىُّ مَعَ أَبِى هُرَيْرَةَ لاَ يَرُدُّ عَلَيْهِ مِنْ حَدِيثِهِ شَيْئًا. حَتَّى إِذَا حَدَّثَ أَبُو هُرَيْرَةَ أَنَّ اللَّهَ قَالَ لِذَلِكَ الرَّجُلِ وَمِثْلُهُ مَعَهُ. قَالَ أَبُو سَعِيدٍ وَعَشَرَةُ أَمْثَالِهِ مَعَهُ يَا أَبَا هُرَيْرَةَ. قَالَ أَبُو هُرَيْرَةَ مَا حَفِظْتُ إِلاَّ قَوْلَهُ ذَلِكَ لَكَ وَمِثْلُهُ مَعَهُ. قَالَ أَبُو سَعِيدٍ أَشْهَدُ أَنِّى حَفِظْتُ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَوْلَهُ ذَلِكَ لَكَ وَعَشَرَةُ أَمْثَالِهِ. قَالَ أَبُو هُرَيْرَةَ وَذَلِكَ الرَّجُلُ آخِرُ أَهْلِ الْجَنَّةِ دُخُولاً الْجَنَّةَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir dəfə camaat Allah Elçisindən ﷺ soruşdu: “Ey Allahın Elçisi! Biz Qiyamət günü Rəbbimizi görəcəyikmi?” Allah Elçisi ﷺ buyurdu: “Məgər siz buludla örtülməmiş on dörd gecəlik ayı görmək üçün basabas salıb bir-birinizə əziyyət verirsiniz?!” Onlar dedilər: “Xeyr, ey Allahın Elçisi!” Peyğəmbər ﷺ yenə buyurdu: “Məgər siz buludla örtülməmiş günəşi görmək üçün bir-birinizə əziyyət verirsiniz?!” Onlar dedilər: “Xeyr, ey Allahın Elçisi!” Peyğəmbər ﷺ buyurdu: “Rəbbinizi də çətinlik çəkmədən görəcəksiniz. Qiyamət günü Allah insanları məhşərə toplayacaq və belə buyuracaq: “Kim nəyə ibadət edirdisə, qoy onun ardınca getsin!” Beləliklə, günəşə ibadət edənlər günəşin, aya ibadət edənlər ayın, tağutlara ibadət edənlər də tağutların ardınca gedib Cəhənnəmə düşəcək. Sonda bu ümmət, aralarında olan münafiqləri ilə birlikdə qalacaq. Sonra Allah ﷾ onların yanına əvvəlcə tanıdıqlarından başqa surətdə gələcək və buyuracaq: “Mən sizin Rəbbinizəm!” Onlar deyəcəklər: “Səndən Allaha sığınırıq! Rəbbimiz gələnədək bura bizim yerimizdir. Rəbbimiz gələndə biz Onu tanıyacağıq”. Bu dəfə Uca Allah onların yanına tanıdıqları surətdə gəlib buyuracaq: “Mən sizin Rəbbinizəm!” Onlar da: “Sən bizim Rəbbimizsən!”, – deyəcək və Ona tabe olacaqlar. Sonra Cəhənnəmin üzərində körpü qurulacaq və ümməti ilə birlikdə bu körpüdən keçən elçilərin birincisi mən olacağam. O gün elçilərdən başqa heç kəs danışa bilməyəcək. Elçilərin o günkü duaları isə: “Allahım, xilas et, xilas et!” olacaq. Cəhənnəmdə Sadan tikanlarına bənzər qarmaqlar var. Siz sadan tikanlarını görmüsünüzmü?” Səhabələr dedilər: “Bəli, ey Allahın Elçisi!” Peyğəmbər ﷺ buyurdu: “Bu qarmaqlar Sadan tikanlarına bənzəyirlər, lakin Allahdan başqa heç kəs onların nə qədər böyük olduğunu bilmir. Onlar insanları əməllərinə görə tutacaqlar. Onlardan kimisi əməlinə görə məhv olacaq, kimisi də didik-didik ediləcək, lakin sonda xilas olacaq. Allah Öz qulları arasında mühakiməsini bitirdiyi və Cəhənnəmə vasil olanlardan dilədiyinə mərhəmət göstərmək istədiyi vaxt mələklərə, “lə iləhə illəllah” deyənlərdən – Uca Allahın mərhəmət etmək istədiyi kəslərdən – Allaha heç bir şeyi şərik qoşmamış kəsləri oddan çıxarmağı əmr edəcək. Mələklər onları atəşin içində səcdə izindən tanıyacaqlar. Od Adəm övladının bədənini – səcdə yerləri istisna olmaqla – başdan-ayağa yandıracaq. Çünki Allah Cəhənnəm oduna səcdə izlərini yandırmağı haram etmişdir. Beləliklə, onlar sümüklərinə qədər yanmış halda Cəhənnəm odundan çıxarılacaqlar. Bundan sonra onların üstünə dirilik suyu töküləcək və onlar selin gətirdiyi toxumun cücərib yetişdiyi kimi diriləcəklər. Uca Allah Öz qulları arasında mühakiməsini bitirdikdə üzü Cəhənnəmə tərəf olan bir nəfər qalacaq. Bu adam Cənnətə girən kəslərin sonuncusu olacaq. O deyəcək: “Ey Rəbbim! Üzümü oddan döndər, çünki onun tüstüsü məni zəhərləmişdir, alovu da məni yandırıb-yaxmışdır!” Bu şəxs Allahın istədiyi qədər Allaha dua edəcək. Sonra Allah ﷾ buyuracaq: “Bu istədiyini yerinə yetirsəm, başqa bir şey istəyəcəksənmi?” Bu adam: “Səndən bundan başqa heç nə istəməyəcəyəm”, – deyəcək və Allaha istədiyi qədər and içib söz verəcək. Allah da onun üzünü oddan döndərəcək. Allah onun üzünü Cənnətə tərəf çevirdikdə o, Cənnətin gözəlliyini görüb Allahın istədiyi qədər susduqdan sonra deyəcək: “Ey Rəbbim, məni Cənnətin qapısına yaxınlaşdır”. Allah ona belə buyuracaq: “Sənə verdiyimdən başqa Məndən heç nə istəməyəcəyinə dair and içib söz verməmişdinmi? Yazıqsan, ey Adəm övladı! Sən necə də bivəfasan!” O adam: “Ey Rəbbim!”, – deyəcək və Allaha davamlı dua edəcək. Allah ona buyuracaq: “Bu istədiyini sənə versəm, başqa bir şey istəyəcəksənmi?” O: “Sənin izzətinə and olsun ki, yox!”, – deyəcək və Allaha istədiyi qədər and içib söz verəcək. Allah da onu Cənnətin qapısına yaxınlaşdıracaq. O, Cənnətin qapısına çatdığı, Cənnətin qapısının onun üzünə açıldığı, içindəki xeyir-bərəkəti və sevinci gördüyü vaxt Allahın istədiyi qədər susacaq, sonra deyəcək: “Ey Rəbbim, məni Cənnətə daxil et!” Allah ﷾ ona belə buyuracaq: “Sənə verdiyimdən başqa Məndən heç nə istəməyəcəyinə dair and içib söz verməmişdinmi? Vay sənin halına, ey Adəm oğlu, sən nə qədər vədinə xilaf çıxırsan!” O: “Ey Rəbbim, qoy Sənin yaratdıqlarının ən bədbəxti mən olmayım!”, – deyəcək və davamlı olaraq Rəbbinə dua edəcək. Axırda Allah ﷾ ona güləcək. Allah ona güldüyü vaxt buyuracaq: “Cənnətə gir!” O, Cənnətə girdikdə Allah ona buyuracaq: “Nə istəyirsən, istə!” O da Rəbbindən o qədər istəyəcək və təmənna edəcək ki, axırda heç bir istəyi qalmayacaq. Allah: “Filan şeyi və filan şeyi də istə!” buyuraraq onun istəklərini ona xatırladacaq. Artıq onun heç bir istəyi qalmadıqda Uca Allah buyuracaq: “Bu istədiklərin və bir o qədəri də sənindir”. Əta ibn Yəzid demişdir: “Əbu Hureyra bu hədisi rəvayət edərkən Əbu Səid əl-Xudri onun yanında idi və Əbu Hureyranın dediklərindən heç bir şeyi rədd etmirdi. Əbu Hureyra: “Allah o adama: “Bu istədiklərin və bir o qədəri də sənindir”, – deyə buyuracaq” deyəndə Əbu Səid dedi: “Bu istədiklərin və onun on misli”, ey Əbu Hureyra!” Əbu Hureyra ona belə cavab verdi: “Mən Allah Elçisinin ﷺ: “Bu istədiklərin və bir o qədəri də sənindir”, – dediyini yadda saxlamışam. Əbu Səid əl-Xudri dedi: “Mən şahidlik edirəm ki, onun: “Bu istədiklərin və onun on misli sənindir”, – dediyini yadda saxlamışam. Əbu Hureyra dedi: “Bu adam Cənnətə girən kimsələrin axırıncısı olacaq”.”

Əbu Hureyra
Muslim, 469 (İman, 368)Səhih

وَحَدَّثَنِى سُوَيْدُ بْنُ سَعِيدٍ قَالَ حَدَّثَنِى حَفْصُ بْنُ مَيْسَرَةَ عَنْ زَيْدِ بْنِ أَسْلَمَ عَنْ عَطَاءِ بْنِ يَسَارٍ عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ أَنَّ نَاسًا فِى زَمَنِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالُوا يَا رَسُولَ اللَّهِ هَلْ نَرَى رَبَّنَا يَوْمَ الْقِيَامَةِ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « نَعَمْ ». قَالَ « هَلْ تُضَارُّونَ فِى رُؤْيَةِ الشَّمْسِ بِالظَّهِيرَةِ صَحْوًا لَيْسَ مَعَهَا سَحَابٌ وَهَلْ تُضَارُّونَ فِى رُؤْيَةِ الْقَمَرِ لَيْلَةَ الْبَدْرِ صَحْوًا لَيْسَ فِيهَا سَحَابٌ ». قَالُوا لاَ يَا رَسُولَ اللَّهِ. قَالَ « مَا تُضَارُّونَ فِى رُؤْيَةِ اللَّهِ تَبَارَكَ وَتَعَالَى يَوْمَ الْقِيَامَةِ إِلاَّ كَمَا تُضَارُّونَ فِى رُؤْيَةِ أَحَدِهِمَا إِذَا كَانَ يَوْمُ الْقِيَامَةِ أَذَّنَ مُؤَذِّنٌ لِيَتَّبِعْ كُلُّ أُمَّةٍ مَا كَانَتْ تَعْبُدُ. فَلاَ يَبْقَى أَحَدٌ كَانَ يَعْبُدُ غَيْرَ اللَّهِ سُبْحَانَهُ مِنَ الأَصْنَامِ وَالأَنْصَابِ إِلاَّ يَتَسَاقَطُونَ فِى النَّارِ حَتَّى إِذَا لَمْ يَبْقَ إِلاَّ مَنْ كَانَ يَعْبُدُ اللَّهَ مِنْ بَرٍّ وَفَاجِرٍ وَغُبَّرِ أَهْلِ الْكِتَابِ فَيُدْعَى الْيَهُودُ فَيُقَالُ لَهُمْ مَا كُنْتُمْ تَعْبُدُونَ قَالُوا كُنَّا نَعْبُدُ عُزَيْرَ ابْنَ اللَّهِ. فَيُقَالُ كَذَبْتُمْ مَا اتَّخَذَ اللَّهُ مِنْ صَاحِبَةٍ وَلاَ وَلَدٍ فَمَاذَا تَبْغُونَ قَالُوا عَطِشْنَا يَا رَبَّنَا فَاسْقِنَا. فَيُشَارُ إِلَيْهِمْ أَلاَ تَرِدُونَ فَيُحْشَرُونَ إِلَى النَّارِ كَأَنَّهَا سَرَابٌ يَحْطِمُ بَعْضُهَا بَعْضًا فَيَتَسَاقَطُونَ فِى النَّارِ. ثُمَّ يُدْعَى النَّصَارَى فَيُقَالُ لَهُمْ مَا كُنْتُمْ تَعْبُدُونَ قَالُوا كُنَّا نَعْبُدُ الْمَسِيحَ ابْنَ اللَّهِ. فَيُقَالُ لَهُمْ كَذَبْتُمْ. مَا اتَّخَذَ اللَّهُ مِنْ صَاحِبَةٍ وَلاَ وَلَدٍ. فَيُقَالُ لَهُمْ مَاذَا تَبْغُونَ فَيَقُولُونَ عَطِشْنَا يَا رَبَّنَا فَاسْقِنَا. - قَالَ - فَيُشَارُ إِلَيْهِمْ أَلاَ تَرِدُونَ فَيُحْشَرُونَ إِلَى جَهَنَّمَ كَأَنَّهَا سَرَابٌ يَحْطِمُ بَعْضُهَا بَعْضًا فَيَتَسَاقَطُونَ فِى النَّارِ حَتَّى إِذَا لَمْ يَبْقَ إِلاَّ مَنْ كَانَ يَعْبُدُ اللَّهَ تَعَالَى مِنْ بَرٍّ وَفَاجِرٍ أَتَاهُمْ رَبُّ الْعَالَمِينَ سُبْحَانَهُ وَتَعَالَى فِى أَدْنَى صُورَةٍ مِنَ الَّتِى رَأَوْهُ فِيهَا. قَالَ فَمَا تَنْتَظِرُونَ تَتْبَعُ كُلُّ أُمَّةٍ مَا كَانَتْ تَعْبُدُ. قَالُوا يَا رَبَّنَا فَارَقْنَا النَّاسَ فِى الدُّنْيَا أَفْقَرَ مَا كُنَّا إِلَيْهِمْ وَلَمْ نُصَاحِبْهُمْ. فَيَقُولُ أَنَا رَبُّكُمْ. فَيَقُولُونَ نَعُوذُ بِاللَّهِ مِنْكَ لاَ نُشْرِكُ بِاللَّهِ شَيْئًا - مَرَّتَيْنِ أَوْ ثَلاَثًا - حَتَّى إِنَّ بَعْضَهُمْ لَيَكَادُ أَنْ يَنْقَلِبَ. فَيَقُولُ هَلْ بَيْنَكُمْ وَبَيْنَهُ آيَةٌ فَتَعْرِفُونَهُ بِهَا فَيَقُولُونَ نَعَمْ. فَيُكْشَفُ عَنْ سَاقٍ فَلاَ يَبْقَى مَنْ كَانَ يَسْجُدُ لِلَّهِ مِنْ تِلْقَاءِ نَفْسِهِ إِلاَّ أَذِنَ اللَّهُ لَهُ بِالسُّجُودِ وَلاَ يَبْقَى مَنْ كَانَ يَسْجُدُ اتِّقَاءً وَرِيَاءً إِلاَّ جَعَلَ اللَّهُ ظَهْرَهُ طَبَقَةً وَاحِدَةً كُلَّمَا أَرَادَ أَنْ يَسْجُدَ خَرَّ عَلَى قَفَاهُ. ثُمَّ يَرْفَعُونَ رُءُوسَهُمْ وَقَدْ تَحَوَّلَ فِى صُورَتِهِ الَّتِى رَأَوْهُ فِيهَا أَوَّلَ مَرَّةٍ فَقَالَ أَنَا رَبُّكُمْ. فَيَقُولُونَ أَنْتَ رَبُّنَا. ثُمَّ يُضْرَبُ الْجِسْرُ عَلَى جَهَنَّمَ وَتَحِلُّ الشَّفَاعَةُ وَيَقُولُونَ اللَّهُمَّ سَلِّمْ سَلِّمْ ». قِيلَ يَا رَسُولَ اللَّهِ وَمَا الْجِسْرُ قَالَ « دَحْضٌ مَزِلَّةٌ. فِيهِ خَطَاطِيفُ وَكَلاَلِيبُ وَحَسَكٌ تَكُونُ بِنَجْدٍ فِيهَا شُوَيْكَةٌ يُقَالُ لَهَا السَّعْدَانُ فَيَمُرُّ الْمُؤْمِنُونَ كَطَرْفِ الْعَيْنِ وَكَالْبَرْقِ وَكَالرِّيحِ وَكَالطَّيْرِ وَكَأَجَاوِيدِ الْخَيْلِ وَالرِّكَابِ فَنَاجٍ مُسَلَّمٌ وَمَخْدُوشٌ مُرْسَلٌ وَمَكْدُوسٌ فِى نَارِ جَهَنَّمَ. حَتَّى إِذَا خَلَصَ الْمُؤْمِنُونَ مِنَ النَّارِ فَوَالَّذِى نَفْسِى بِيَدِهِ مَا مِنْكُمْ مِنْ أَحَدٍ بِأَشَدَّ مُنَاشَدَةً لِلَّهِ فِى اسْتِقْصَاءِ الْحَقِّ مِنَ الْمُؤْمِنِينَ لِلَّهِ يَوْمَ الْقِيَامَةِ لإِخْوَانِهِمُ الَّذِينَ فِى النَّارِ يَقُولُونَ رَبَّنَا كَانُوا يَصُومُونَ مَعَنَا وَيُصَلُّونَ وَيَحُجُّونَ. فَيُقَالُ لَهُمْ أَخْرِجُوا مَنْ عَرَفْتُمْ. فَتُحَرَّمُ صُوَرُهُمْ عَلَى النَّارِ فَيُخْرِجُونَ خَلْقًا كَثيرًا قَدْ أَخَذَتِ النَّارُ إِلَى نِصْفِ سَاقَيْهِ وَإِلَى رُكْبَتَيْهِ ثُمَّ يَقُولُونَ رَبَّنَا مَا بَقِىَ فِيهَا أَحَدٌ مِمَّنْ أَمَرْتَنَا بِهِ. فَيَقُولُ ارْجِعُوا فَمَنْ وَجَدْتُمْ فِى قَلْبِهِ مِثْقَالَ دِينَارٍ مِنْ خَيْرٍ فَأَخْرِجُوهُ. فَيُخْرِجُونَ خَلْقًا كَثِيرًا ثُمَّ يَقُولُونَ رَبَّنَا لَمْ نَذَرْ فِيهَا أَحَدًا مِمَّنْ أَمَرْتَنَا. ثُمَّ يَقُولُ ارْجِعُوا فَمَنْ وَجَدْتُمْ فِى قَلْبِهِ مِثْقَالَ نِصْفِ دِينَارٍ مِنْ خَيْرٍ فَأَخْرِجُوهُ. فَيُخْرِجُونَ خَلْقًا كَثِيرًا ثُمَّ يَقُولُونَ رَبَّنَا لَمْ نَذَرْ فِيهَا مِمَّنْ أَمَرْتَنَا أَحَدًا. ثُمَّ يَقُولُ ارْجِعُوا فَمَنْ وَجَدْتُمْ فِى قَلْبِهِ مِثْقَالَ ذَرَّةٍ مِنْ خَيْرٍ فَأَخْرِجُوهُ. فَيُخْرِجُونَ خَلْقًا كَثِيرًا ثُمَّ يَقُولُونَ رَبَّنَا لَمْ نَذَرْ فِيهَا خَيْرًا ». وَكَانَ أَبُو سَعِيدٍ الْخُدْرِىُّ يَقُولُ إِنْ لَمْ تُصَدِّقُونِى بِهَذَا الْحَدِيثِ فَاقْرَءُوا إِنْ شِئْتُمْ {إِنَّ اللَّهَ لاَ يَظْلِمُ مِثْقَالَ ذَرَّةٍ وَإِنْ تَكُ حَسَنَةً يُضَاعِفْهَا وَيُؤْتِ مِنْ لَدُنْهُ أَجْرًا عَظِيمًا} « فَيَقُولُ اللَّهُ عَزَّ وَجَلَّ شَفَعَتِ الْمَلاَئِكَةُ وَشَفَعَ النَّبِيُّونَ وَشَفَعَ الْمُؤْمِنُونَ وَلَمْ يَبْقَ إِلاَّ أَرْحَمُ الرَّاحِمِينَ فَيَقْبِضُ قَبْضَةً مِنَ النَّارِ فَيُخْرِجُ مِنْهَا قَوْمًا لَمْ يَعْمَلُوا خَيْرًا قَطُّ قَدْ عَادُوا حُمَمًا فَيُلْقِيهِمْ فِى نَهْرٍ فِى أَفْوَاهِ الْجَنَّةِ يُقَالُ لَهُ نَهْرُ الْحَيَاةِ فَيَخْرُجُونَ كَمَا تَخْرُجُ الْحِبَّةُ فِى حَمِيلِ السَّيْلِ أَلاَ تَرَوْنَهَا تَكُونُ إِلَى الْحَجَرِ أَوْ إِلَى الشَّجَرِ مَا يَكُونُ إِلَى الشَّمْسِ أُصَيْفِرُ وَأُخَيْضِرُ وَمَا يَكُونُ مِنْهَا إِلَى الظِّلِّ يَكُونُ أَبْيَضَ ». فَقَالُوا يَا رَسُولَ اللَّهِ كَأَنَّكَ كُنْتَ تَرْعَى بِالْبَادِيَةِ قَالَ « فَيَخْرُجُونَ كَاللُّؤْلُؤِ فِى رِقَابِهِمُ الْخَوَاتِمُ يَعْرِفُهُمْ أَهْلُ الْجَنَّةِ هَؤُلاَءِ عُتَقَاءُ اللَّهِ الَّذِينَ أَدْخَلَهُمُ اللَّهُ الْجَنَّةَ بِغَيْرِ عَمَلٍ عَمِلُوهُ وَلاَ خَيْرٍ قَدَّمُوهُ ثُمَّ يَقُولُ ادْخُلُوا الْجَنَّةَ فَمَا رَأَيْتُمُوهُ فَهُوَ لَكُمْ. فَيَقُولُونَ رَبَّنَا أَعْطَيْتَنَا مَا لَمْ تُعْطِ أَحَدًا مِنَ الْعَالَمِينَ. فَيَقُولُ لَكُمْ عِنْدِى أَفْضَلُ مِنْ هَذَا فَيَقُولُونَ يَا رَبَّنَا أَىُّ شَىْءٍ أَفْضَلُ مِنْ هَذَا. فَيَقُولُ رِضَاىَ فَلاَ أَسْخَطُ عَلَيْكُمْ بَعْدَهُ أَبَدًا ».

“Əbu Səid əl-Xudri ﵁ rəvayət etmişdir ki, Allah Elçisinin ﷺ dövründə bir dəstə adam Peyğəmbərə ﷺ dedi: “Ey Allahın Elçisi! Biz Qiyamət günü Rəbbimizi görə biləcəyikmi?” Allah Elçisi ﷺ buyurdu: “Bəli! Məgər siz günortaüstü, gün işığının qabağını bulud örtmədiyi bir vaxtda günəşi görməkdə bir-birinizə əziyyət verirsinizmi?! On dördüncü gecədə, ay işığının qabağını bulud örtmədiyi bir vaxtda ayı görmək üçün bir-birinizə əziyyət verirsinizmi?!” Onlar dedilər: “Xeyr, ey Allahın Elçisi!” Allah Elçisi ﷺ buyurdu: “Bu ikisindən birini görməyə sizə heç bir şey mane olmadığı kimi, Allahı ﷾ da Qiyamət günü görəcəksiniz. Qiyamət günü yetişdikdə carçı nida edərək deyəcək: “Hər ümmət nəyə ibadət edirdisə, onun ardınca getsin!” Bundan sonra Allahdan qeyrisinə – bütlərə və dikinə qoyulmuş daşlara ibadət edən elə bir kimsə qalmayacaq ki, Cəhənnəm oduna düşməsin. Axırda isə yalnız Allaha ibadət edənlər – xeyirxah və günahkar adamlar – həmçinin Kitab əhlindən öz peyğəmbərlərinə sadiq olmuş kəslər qalacaq. O vaxt yəhudilər çağırılacaq və onlardan soruşulacaq: “Siz nəyə ibadət edirdiniz?” Onlar deyəcəklər: “Biz Allahın oğlu Üzeyirə ibadət edirdik”. Onlara deyiləcək: “Yalan danışırsınız! Allah Özünə nə zövcə, nə də övlad götürmüşdür. Siz nə istəyirsiniz?” Onlar deyəcəklər: “Susamışıq, ey Rəbbimiz, bizə su ver”. Onda onlara Cəhənnəm göstəriləcək və deyiləcək: “Bundan içmək istəmirsinizmi?” Onlar ilğıma bənzər, alovlanan alovun kənarına toplanacaq və bir-birini tapdayaraq Cəhənnəmə düşəcəklər. Sonra nəsranilər çağırılacaq və onlardan soruşulacaq: “Siz nəyə ibadət edirdiniz?” Onlar deyəcəklər: “Biz Allahın oğlu Məsihə ibadət edirdik”. Onlara deyiləcək: “Yalan danışırsınız! Allah Özünə nə zövcə, nə də övlad götürmüşdür”. Sonra onlardan soruşulacaq: “Siz nə istəyirsiniz?” Onlar deyəcək: “Susamışıq, ey Rəbbimiz, bizə su ver”. Onda onlara Cəhənnəm göstəriləcək və deyiləcək: “Bundan içmək istəmirsinizmi?” Onlar ilğıma bənzər, alovlanan alovun kənarına toplanacaq və bir-birini tapdayaraq Cəhənnəmə düşəcəklər. Sonda ancaq Allaha ibadət edən kəslər - xeyirxah və günahkar adamlar qaldıqda aləmlərin Rəbbi ﷾ onların yanına Onu gördükləri ən yaxın surətdə gələcək və belə buyuracaq: “Nə gözləyirsiniz?! Hər bir ümmət ibadət etdiyinin ardınca getsin!” Onlar deyəcəklər: “Biz dünyada ikən insanlara ehtiyacımız ola-ola onlardan ayrıldıq, onlarla heç vaxt birgə olmadıq”. Onda Allah buyuracaq: “Mən sizin Rəbbinizəm!” Onlar: “Səndən Allaha sığınırıq!” İki və ya üç dəfə deyəcəklər: “Biz heç nəyi Allaha şərik qoşmuruq!” Bəziləri (imtahanın çətinliyinə görə haqdan) üz döndərmək istəyəcək. Allah buyuracaq: “Sizinlə Onun arasında bir əlamət varmı ki, bunun sayəsində Onu tanıya biləsiniz?” Onlar: “Bəli!”, – deyəcəklər. Bu vaxt Baldır açılacaq və səmimi qəlbdən Allaha səcdə etmiş elə bir kəs qalmayacaq ki, Allah ona səcdə etməyə izin verməsin. Həmçinin insanlardan qorunmaq məqsədilə və ya riyakarlıqla səcdə etmiş elə bir kəs qalmayacaq ki, Allah onun onurğa sümüyünü bir bütöv sümük etməsin. Belə kimsə hər dəfə səcdə etmək istədikdə qafası üstə düşəcək. Sonra möminlər başlarını səcdədən qaldıracaqlar. Allah ilk dəfə gördükləri surəti dəyişmiş olduğu halda onlara buyuracaq: “Mən sizin Rəbbinizəm”. Onlar da deyəcəklər: “Bəli, Sən bizim Rəbbimizsən!” Bundan sonra Cəhənnəmin üzərində körpü qurulacaq və şəfaət etməyə izin veriləcək. Həmin vaxt peyğəmbərlər: “Allahım, xilas et, xilas et!”, – deyəcəklər”. Peyğəmbərdən ﷺ soruşdular: “Ey Allahın Elçisi, o nə körpüdür elə?” O buyurdu: “Sürüşkən və hamar bir şeydir. Orada çəngəllər, qarmaqlar və dəmir tikanlar var. Bunlar Nəcddə bitən, üstü tikanla dolu, Sadan deyilən bir bitkiyə bənzəyir. Möminlərdən kimisi körpüdən bir göz qırpımında, kimisi şimşək kimi, kimisi külək kimi, kimisi quş kimi, kimisi də ən bərk qaçan cins at və ya dəvə kimi sürətlə keçəcək. Kimisi sağ-salamat qurtulacaq. Kimisi tikanlara ilişib didik-didik ediləcək, lakin sonda xilas olacaq. Bəziləri də Cəhənnəm odunda qalaqlanacaqlar. Nəhayət, möminlər oddan xilas olduqları vaxt – canım Əlində olan Allaha and olsun ki – sizdən heç kəsin, haqqı araşdırmaq xüsusunda Allaha yalvarıb-yaxarması möminlərin Qiyamət günü Cəhənnəmə düşmüş qardaşları üçün Allaha yalvarması qədər şiddətli ola bilməz. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bu yazıqlar bizimlə birlikdə oruc tutar, namaz qılar və həcc ziyarətini yerinə yetirərdilər”. Onda onlara deyiləcək: “Tanıdığınız kəsləri oddan çıxardın, onların vücudu Cəhənnəm oduna haram edilmişdir!” Beləliklə, onlar ayağının yarısına və ya dizinə qədər odda qalan bir çox insanları çıxaracaqlar. Sonra deyəcəklər: “Ey Rəbbimiz! Bizə əmr etdiyin kəslərdən Cəhənnəmdə heç kəs qalmadı”. Onda Allah buyuracaq: “Geri qayıdın, qəlbində dinar ağırlığında iman olan hər kəsi oradan çıxarın!” Onlar yenə bir çoxlarını oddan çıxaracaqlar. Sonra deyəcəklər: “Ey Rəbbimiz! Bizə əmr etdiyin kəslərdən heç kəsi Cəhənnəmdə qoymadıq”. Allah buyuracaq: “Geri qayıdın, qəlbində yarım dinar ağırlığında iman olan bir kəs tapsanız, onu da oradan çıxarın!” Onlar yenə bir çoxlarını oradan çıxaracaqlar. Sonra deyəcəklər: “Ey Rəbbimiz! Bizə əmr etdiyin kəslərdən heç kəsi orada qoymadıq”. Allah buyuracaq: “Geri qayıdın, qəlbində zərrə ağırlığında iman olan bir kəs tapsanız, onu da oradan çıxarın!” Onlar yenə bir çoxlarını oradan çıxaracaqlar. Sonra deyəcəklər: “Ey Rəbbimiz! Biz orada bir nəfər xeyirxah adam qoymadıq”. Əbu Səid əl-Xudri deyərdi: “Mənim danışdığım bu hədisə inanmırsınızsa, bu ayəni oxuyun: “Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər qulun gördüyü iş yaxşı əməl olarsa, Allah bunu artırar və Öz tərəfindən ona böyük mükafat verər”. (ən-Nisa, 48). Bundan sonra Allah ﷿ buyuracaq: “Mələklər şəfaət etdilər, peyğəmbərlər şəfaət etdilər, möminlər şəfaət etdilər. Şəfaət etməyən yalnız rəhmlilərin Rəhmlisi qaldı”. Sonra da heç vaxt yaxşılıq etməmiş, odda yanıb kömürə dönmüş bir toplumu ovuclayıb Cəhənnəmdən çıxaracaq və onları Cənnətin yollarında axan, Həyat çayı deyilən bir çaya atacaq. Beləcə, onlar selin gətirdiyi toxumun cücərib yetişdiyi kimi diriləcəklər. Məgər o, yabanı toxumların istər daşın, istərsə də ağacın dibində necə cücərdiyini görmürsünüz?! Günəş şüaları altında qalanı sarı və yaşıl, kölgədə qalanı isə ağ olur”. Səhabələr dedilər: “Ey Allahın Elçisi! Sən sanki, səhrada çobanlıq etmisən”. Peyğəmbər ﷺ buyurdu: “Onlar boyunlarında gözoxşayan halqalar olduğu halda, özləri də mirvari tək gözəl görkəmdə Həyat çayından çıxacaqlar. Cənnət əhli onları tanıyaraq deyəcək: “Nə bir yaxşı əməli, nə də özləri üçün əvvəlcədən tədarük gördükləri xeyirləri olmadığı halda Allahın Cənnətə daxil etdiyi, azadlığa buraxdığı kəslər bunlardır!” Sonra Allah onlara belə buyuracaq: “Cənnətə girin! Gözünüzün gördüyü nə varsa, sizindir”. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Sən aləmlərdən heç kəsə vermədiyin nemətləri bizə verdin!” Allah buyuracaq: “Sizə bundan da üstün olanını hazırlamışam!” Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bundan üstün nə ola bilər ki?” Allah buyuracaq: “Mənim rizam! Artıq bundan sonra Mənim sizə heç vaxt qəzəbim tutmayacaq”.”

Əbu Səid əl-Xudri
Muslim, 472 (İman, 371)Səhih

وَحَدَّثَنِى هَارُونُ بْنُ سَعِيدٍ الأَيْلِىُّ حَدَّثَنَا ابْنُ وَهْبٍ قَالَ أَخْبَرَنِى مَالِكُ بْنُ أَنَسٍ عَنْ عَمْرِو بْنِ يَحْيَى بْنِ عُمَارَةَ قَالَ حَدَّثَنِى أَبِى عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « يُدْخِلُ اللَّهُ أَهْلَ الْجَنَّةِ الْجَنَّةَ يُدْخِلُ مَنْ يَشَاءُ بِرَحْمَتَهِ وَيُدْخِلُ أَهْلَ النَّارِ النَّارَ ثُمَّ يَقُولُ انْظُرُوا مَنْ وَجَدْتُمْ فِى قَلْبِهِ مِثْقَالَ حَبَّةٍ مِنْ خَرْدَلٍ مِنْ إِيمَانٍ فَأَخْرِجُوهُ. فَيُخْرَجُونَ مِنْهَا حُمَمًا قَدِ امْتَحَشُوا. فَيُلْقَوْنَ فِى نَهْرِ الْحَيَاةِ أَوِ الْحَيَا فَيَنْبُتُونَ فِيهِ كَمَا تَنْبُتُ الْحِبَّةُ إِلَى جَانِبِ السَّيْلِ أَلَمْ تَرَوْهَا كَيْفَ تَخْرُجُ صَفْرَاءَ مُلْتَوِيَةً ».

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Allah Cənnət əhlini Cənnətə salacaq, dilədiyi kəsləri Öz rəhməti ilə Cənnətə daxil edəcək, Cəhənnəm əhlini də Cəhənnəmə daxil edəcək, sonra da belə buyuracaq: “Baxın, qəlbində xardal dənəsi ağırlığında imanı olan hər kəsi Cəhənnəmdən çıxarın!” Beləliklə, onlar oradan kömür kimi yanmış halda çıxarılıb Həyat və ya Həya çayına atılacaq və selin kənarında qalan yabanı toxumların cücərdiyi kimi cücərəcəklər. Məgər torpağın üstünə çıxan sapsarı əyilmiş cücərtiləri görmədinizmi?””

Əbu Səid əl-Xudri
Muslim, 475 (İman, 374)Səhih

وَحَدَّثَنِى نَصْرُ بْنُ عَلِىٍّ الْجَهْضَمِىُّ حَدَّثَنَا بِشْرٌ - يَعْنِى ابْنَ الْمُفَضَّلِ - عَنْ أَبِى مَسْلَمَةَ عَنْ أَبِى نَضْرَةَ عَنْ أَبِى سَعِيدٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أَمَّا أَهْلُ النَّارِ الَّذِينَ هُمْ أَهْلُهَا فَإِنَّهُمْ لاَ يَمُوتُونَ فِيهَا وَلاَ يَحْيَوْنَ وَلَكِنْ نَاسٌ أَصَابَتْهُمُ النَّارُ بِذُنُوبِهِمْ - أَوْ قَالَ بِخَطَايَاهُمْ - فَأَمَاتَهُمْ إِمَاتَةً حَتَّى إِذَا كَانُوا فَحْمًا أُذِنَ بِالشَّفَاعَةِ فَجِىءَ بِهِمْ ضَبَائِرَ ضَبَائِرَ فَبُثُّوا عَلَى أَنْهَارِ الْجَنَّةِ ثُمَّ قِيلَ يَا أَهْلَ الْجَنَّةِ أَفِيضُوا عَلَيْهِمْ. فَيَنْبُتُونَ نَبَاتَ الْحِبَّةِ تَكُونُ فِى حَمِيلِ السَّيْلِ ». فَقَالَ رَجُلٌ مِنَ الْقَوْمِ كَأَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَدْ كَانَ بِالْبَادِيَةِ.

“Rəvayət edilir ki, Əbu Səid ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Cəhənnəm əhli olan cəhənnəmliklərə gəlincə, onlar orada nə öləcəklər, nə də yaşayacaqlar. Ancaq orada günahları (və ya xətaları) üzündən oda məhkum olmuş bir qrup insan olacaq ki, Allah (bu insanlara bir müddət əzab verdikdən sonra) onları öldürəcək. Kömür kimi olduqları zaman onlara şəfaət edilməsinə izin veriləcək və onlar dəstə-dəstə Cənnət çaylarının başına gətiriləcəklər. Sonra belə buyurulacaq: “Ey Cənnət əhli! Bunların üstünə su tökün”. Beləliklə, onlar selin gətirdiyi çör-çöp içində olan toxumların cücərib yetişdiyi kimi diriləcəklər. Bu vaxt camaatın arasından bir nəfər dedi: “Yəqin Allah Elçisi ﷺ səhrada olub”.”

Əbu Səid
Muslim, 477 (İman, 376)Səhih

حَدَّثَنَا عُثْمَانُ بْنُ أَبِى شَيْبَةَ وَإِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ الْحَنْظَلِىُّ كِلاَهُمَا عَنْ جَرِيرٍ قَالَ عُثْمَانُ حَدَّثَنَا جَرِيرٌ عَنْ مَنْصُورٍ عَنْ إِبْرَاهِيمَ عَنْ عَبِيدَةَ عَنْ عَبْدِ اللَّهِ بْنِ مَسْعُودٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِنِّى لأَعْلَمُ آخِرَ أَهْلِ النَّارِ خُرُوجًا مِنْهَا وَآخِرَ أَهْلِ الْجَنَّةِ دُخُولاً الْجَنَّةَ رَجُلٌ يَخْرُجُ مِنَ النَّارِ حَبْوًا فَيَقُولُ اللَّهُ تَبَارَكَ وَتَعَالَى لَهُ اذْهَبْ فَادْخُلِ الْجَنَّةَ فَيَأْتِيهَا فَيُخَيَّلُ إِلَيْهِ أَنَّهَا مَلأَى فَيَرْجِعُ فَيَقُولُ يَا رَبِّ وَجَدْتُهَا مَلأَى. فَيَقُولُ اللَّهُ تَبَارَكَ وَتَعَالَى لَهُ اذْهَبْ فَادْخُلِ الْجَنَّةَ - قَالَ - فَيَأْتِيهَا فَيُخَيَّلُ إِلَيْهِ أَنَّهَا مَلأَى فَيَرْجِعُ فَيَقُولُ يَا رَبِّ وَجَدْتُهَا مَلأَى فَيَقُولُ اللَّهُ لَهُ اذْهَبْ فَادْخُلِ الْجَنَّةَ فَإِنَّ لَكَ مِثْلَ الدُّنْيَا وَعَشَرَةَ أَمْثَالِهَا أَوْ إِنَّ لَكَ عَشَرَةَ أَمْثَالِ الدُّنْيَا - قَالَ - فَيَقُولُ أَتَسْخَرُ بِى - أَوْ أَتَضْحَكُ بِى - وَأَنْتَ الْمَلِكُ » قَالَ لَقَدْ رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ضَحِكَ حَتَّى بَدَتْ نَوَاجِذُهُ. قَالَ فَكَانَ يُقَالُ ذَاكَ أَدْنَى أَهْلِ الْجَنَّةِ مَنْزِلَةً.

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Mən cəhənnəmliklərdən Cəhənnəmdən son çıxacaq və cənnətliklərdən Cənnətə son girəcək kimsəni tanıyıram. O kimsə ki, iməkləyə-iməkləyə Cəhənnəmdən çıxacaq və Allah ﷾ ona buyuracaq: “Get, Cənnətə gir!” O kimsə Cənnətə yaxınlaşacaq və ona elə gələcək ki, Cənnət dolmuşdur. Onda o geri qayıdıb deyəcək: “Ey Rəbbim! Mən Cənnəti dolu gördüm”. Allah ﷾ ona yenə buyuracaq: “Get, Cənnətə gir!” O kimsə Cənnətə yaxınlaşacaq və yenə ona elə gələcək ki, Cənnət dolmuşdur. O geri dönüb deyəcək: “Ey Rəbbim! Mən Cənnəti dolu gördüm”. Onda Allah ona belə buyuracaq: “Get, Cənnətə gir! Dünya və onun on misli qədəri sənindir, (və ya dünyanın on misli qədəri sənindir)”. Onda bu adam deyəcək: “Sən Hökmdar olduğun halda mənə istehza edirsən, (və ya mənə gülürsən)?” Abdullah dedi: “Mən Peyğəmbərin ﷺ arxa dişləri görünənədək güldüyünü gördüm. Səhabələr deyərdilər: “Cənnət əhlinin ən aşağı dərəcə sahibi bu kimsədir”.”

Abdullah ibn Məsud
Muslim, 479 (İman, 378)Səhih

وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَأَبُو كُرَيْبٍ - وَاللَّفْظُ لأَبِى كُرَيْبٍ - قَالاَ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ عَنِ الأَعْمَشِ عَنْ إِبْرَاهِيمَ عَنْ عَبِيدَةَ عَنْ عَبْدِ اللَّهِ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِنِّى لأَعْرِفُ آخِرَ أَهْلِ النَّارِ خُرُوجًا مِنَ النَّارِ رَجُلٌ يَخْرُجُ مِنْهَا زَحْفًا فَيُقَالُ لَهُ انْطَلِقْ فَادْخُلِ الْجَنَّةَ - قَالَ - فَيَذْهَبُ فَيَدْخُلُ الْجَنَّةَ فَيَجِدُ النَّاسَ قَدْ أَخَذُوا الْمَنَازِلَ فَيُقَالُ لَهُ أَتَذْكُرُ الزَّمَانَ الَّذِى كُنْتَ فِيهِ فَيَقُولُ نَعَمْ. فَيُقَالُ لَهُ تَمَنَّ . فَيَتَمَنَّى فَيُقَالُ لَهُ لَكَ الَّذِى تَمَنَّيْتَ وَعَشَرَةُ أَضْعَافِ الدُّنْيَا - قَالَ - فَيَقُولُ أَتَسْخَرُ بِى وَأَنْتَ الْمَلِكُ » قَالَ فَلَقَدْ رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ضَحِكَ حَتَّى بَدَتْ نَوَاجِذُهُ.

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Mən cəhənnəm əhlindən olan və Cəhənnəmdən son çıxacaq kimsəni tanıyıram. O kimsə ki, yanı üstə sürünə-sürünə Cəhənnəmdən çıxacaq və ona buyuralacaq: “Get, Cənnətə gir!” Bu adam gedib Cənnətə girəcək və görəcək ki, insanlar artıq öz yerlərini tutmuşlar. Onda ona deyiləcək: “Dünyada keçirdiyin vaxtları xatırlayırsanmı?” O: “Bəli!”, – deyə cavab verəcək. Ona: “Təmənna et!”, – deyiləcək, o da təmənna edəcək. Sonra ona deyiləcək: “Təmənna etdiyin və dünyanın on qatı qədəri sənindir”. Onda bu adam deyəcək: “Sən Hökmdar ola-ola mənə lağ edirsən?” Abdullah dedi: “Mən Allah Elçisinin ﷺ arxa dişləri görünənədək güldüyünü gördüm”.”

Abdullah
Muslim, 480 (İman, 379)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا عَفَّانُ بْنُ مُسْلِمٍ حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ حَدَّثَنَا ثَابِتٌ عَنْ أَنَسٍ عَنِ ابْنِ مَسْعُودٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « آخِرُ مَنْ يَدْخُلُ الْجَنَّةَ رَجُلٌ فَهُوَ يَمْشِى مَرَّةً وَيَكْبُو مَرَّةً وَتَسْفَعُهُ النَّارُ مَرَّةً فَإِذَا مَا جَاوَزَهَا الْتَفَتَ إِلَيْهَا فَقَالَ تَبَارَكَ الَّذِى نَجَّانِى مِنْكِ لَقَدْ أَعْطَانِىَ اللَّهُ شَيْئًا مَا أَعْطَاهُ أَحَدًا مِنَ الأَوَّلِينَ وَالآخِرِينَ. فَتُرْفَعُ لَهُ شَجَرَةٌ فَيَقُولُ أَىْ رَبِّ أَدْنِنِى مِنْ هَذِهِ الشَّجَرَةِ فَلأَسْتَظِلَّ بِظِلِّهَا وَأَشْرَبَ مِنْ مَائِهَا. فَيَقُولُ اللَّهُ عَزَّ وَجَلَّ يَا ابْنَ آدَمَ لَعَلِّى إِنْ أَعْطَيْتُكَهَا سَأَلْتَنِى غَيْرَهَا. فَيَقُولُ لاَ يَا رَبِّ. وَيُعَاهِدُهُ أَنْ لاَ يَسْأَلَهُ غَيْرَهَا وَرَبُّهُ يَعْذِرُهُ لأَنَّهُ يَرَى مَا لاَ صَبْرَ لَهُ عَلَيْهِ فَيُدْنِيهِ مِنْهَا فَيَسْتَظِلُّ بِظِلِّهَا وَيَشْرَبُ مِنْ مَائِهَا ثُمَّ تُرْفَعُ لَهُ شَجَرَةٌ هِىَ أَحْسَنُ مِنَ الأُولَى فَيَقُولُ أَىْ رَبِّ أَدْنِنِى مِنْ هَذِهِ لأَشْرَبَ مِنْ مَائِهَا وَأَسْتَظِلَّ بِظِلِّهَا لاَ أَسْأَلُكَ غَيْرَهَا. فَيَقُولُ يَا ابْنَ آدَمَ أَلَمْ تُعَاهِدْنِى أَنْ لاَ تَسْأَلَنِى غَيْرَهَا فَيَقُولُ لَعَلِّى إِنْ أَدْنَيْتُكَ مِنْهَا تَسْأَلُنِى غَيْرَهَا . فَيُعَاهِدُهُ أَنْ لاَ يَسْأَلَهُ غَيْرَهَا وَرَبُّهُ يَعْذِرُهُ لأَنَّهُ يَرَى مَا لاَ صَبْرَ لَهُ عَلَيْهِ فَيُدْنِيهِ مِنْهَا فَيَسْتَظِلُّ بِظِلِّهَا وَيَشْرَبُ مِنْ مَائِهَا. ثُمَّ تُرْفَعُ لَهُ شَجَرَةٌ عِنْدَ بَابِ الْجَنَّةِ هِىَ أَحْسَنُ مِنَ الأُولَيَيْنِ. فَيَقُولُ أَىْ رَبِّ أَدْنِنِى مِنْ هَذِهِ لأَسْتَظِلَّ بِظِلِّهَا وَأَشْرَبَ مِنْ مَائِهَا لاَ أَسْأَلُكَ غَيْرَهَا. فَيَقُولُ يَا ابْنَ آدَمَ أَلَمْ تُعَاهِدْنِى أَنْ لاَ تَسْأَلَنِى غَيْرَهَا قَالَ بَلَى يَا رَبِّ هَذِهِ لاَ أَسْأَلُكَ غَيْرَهَا. وَرَبُّهُ يَعْذِرُهُ لأَنَّهُ يَرَى مَا لاَ صَبْرَ لَهُ عَلَيْهَا فَيُدْنِيهِ مِنْهَا فَإِذَا أَدْنَاهُ مِنْهَا فَيَسْمَعُ أَصْوَاتَ أَهْلِ الْجَنَّةِ فَيَقُولُ أَىْ رَبِّ أَدْخِلْنِيهَا. فَيَقُولُ يَا ابْنَ آدَمَ مَا يَصْرِينِى مِنْكَ أَيُرْضِيكَ أَنْ أُعْطِيَكَ الدُّنْيَا وَمِثْلَهَا مَعَهَا قَالَ يَا رَبِّ أَتَسْتَهْزِئُ مِنِّى وَأَنْتَ رَبُّ الْعَالَمِينَ ». فَضَحِكَ ابْنُ مَسْعُودٍ فَقَالَ أَلاَ تَسْأَلُونِّى مِمَّ أَضْحَكُ فَقَالُوا مِمَّ تَضْحَكُ قَالَ هَكَذَا ضَحِكَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. فَقَالُوا مِمَّ تَضْحَكُ يَا رَسُولَ اللَّهِ قَالَ « مِنْ ضِحْكِ رَبِّ الْعَالَمِينَ حِينَ قَالَ أَتَسْتَهْزِئُ مِنِّى وَأَنْتَ رَبُّ الْعَالَمِينَ فَيَقُولُ إِنِّى لاَ أَسْتَهْزِئُ مِنْكَ وَلَكِنِّى عَلَى مَا أَشَاءُ قَادِرٌ ».

“Abdullah ibn Məsud ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Cənnətə girənlərin axırıncısı o şəxs olacaq ki, o, (körpüdən keçərkən) gah yeriyəcək, gah üzü üstə yerə yıxılacaq, gah da Cəhənnəm alovu onun üzünə çırpılacaq. Cəhənnəmi keçdiyi zaman ona tərəf çevrilib deyəcək: “Məni səndən xilas edən Allah nə qədər Uludur! O, əvvəlkilərdən və sonrakılardan heç kəsə vermədiyini mənə vermişdir”. Sonra ona bir ağac göstəriləcək. Onda həmin adam deyəcək: “Ya Rəbb! Məni bu ağaca yaxınlaşdır, onun kölgəsində kölgələnim, suyundan içim”. Allah ﷿ buyuracaq: “Ey Adəm oğlu! Əgər bu istədiyini sənə versəm, yəqin ki, daha artığını istəyəcəksən”. O: “Yox, istəməyəcəm, ya Rəbb”, – deyəcək və Allahdan bundan başqa heç nə istəməyəcəyinə dair Ona söz verəcək. Rəbbi onun bu nemətə qarşı səbirsiz olduğunu yəqin bildiyindən onu üzrlü sayacaq və onu bu ağaca yaxınlaşdıracaq. Adam bir müddət bu ağacın kölgəsində kölgələnəcək və onun suyundan içəcək. Sonra ona əvvəlkindən daha gözəl bir ağac göstəriləcək. Onda o deyəcək: “Ya Rəbb! Məni bu ağaca yaxınlaşdır, onun suyundan içim, kölgəsində kölgələnim. Səndən bundan başqa bir şey istəməyəcəyəm”. Allah buyuracaq: “Ey Adəm oğlu! Məgər sən bundan başqa bir şey istəməyəcəyinə dair Mənə söz verməmişdinmi?! Əgər səni ona yaxınlaşdırsam, yəqin ki, daha artığını istəyəcəksən”. Onda o, bundan başqa heç nə istəməyəcəyinə dair Allaha söz verəcək. Rəbbi onun bu nemətə qarşı səbirsiz olduğunu yəqin bildiyindən onu üzrlü sayacaq və onu bu ağaca yaxınlaşdıracaq. Adam bir müddət bu ağacın kölgəsində kölgələnəcək və onun suyundan içəcək. Sonra ona Cənnət qapısının yanında, əvvəlkilərdən daha gözəl bir ağac göstəriləcək. Onda o deyəcək: “Ya Rəbb! Məni bu ağaca yaxınlaşdır, onun kölgəsində kölgələnim, suyundan içim. Səndən bundan başqa bir şey istəməyəcəyəm”. Allah buyuracaq: “Ey Adəm oğlu! Məgər sən bundan başqa bir şey istəməyəcəyinə dair Mənə söz verməmişdinmi?!” O deyəcək: “Elədir, ya Rəbb! Bunu da ver, Səndən daha heç nə istəməyəcəyəm”. Rəbbi onun bu nemətə qarşı səbirsiz olduğunu yəqin bildiyindən onu üzrlü sayacaq və onu bu ağaca yaxınlaşdıracaq. O bu ağaca yaxınlaşdığı və Cənnət əhlinin səsini eşitdiyi zaman: “Ya Rəbb! Məni oraya daxil et!”, – deyə yalvaracaq. Allah buyuracaq: “Ey Adəm oğlu! İstəklərinə son qoyacaqsanmı?! Sənə orada dünya və onun misli qədərini versəm, razı qalarsanmı?” O deyəcək: “Ya Rəbb! Sən aləmlərin Rəbbi olduğun halda mənə istehzamı edirsən?” Bunu deyəndə İbn Məsud güldü və oradakılardan soruşdu: “Nə üçün gülməyimin səbəbini soruşmursunuz?” Onlar soruşdular: “Niyə güldün?” İbn Məsud dedi: “Allah Elçisi ﷺ belə güldü və səhabələr ondan: “Niyə güldün, ey Allahın Elçisi?”, – deyə soruşduqda o buyurdu: “Bu adamın: “Sən aləmlərin Rəbbi olduğun halda mənə istehzamı edirsən?”, – dediyi vaxt aləmlərin Rəbbinin gülməyinə güldüm”. Sonra Allah buyurdu: “Mən sənə istehza etmirəm, sadəcə Mən istədiyimi etməyə qadirəm”.”

İbn Məsud
Muslim, 481 (İman, 380)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا يَحْيَى بْنُ أَبِى بُكَيْرٍ حَدَّثَنَا زُهَيْرُ بْنُ مُحَمَّدٍ عَنْ سُهَيْلِ بْنِ أَبِى صَالِحٍ عَنِ النُّعْمَانِ بْنِ أَبِى عَيَّاشٍ عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِنَّ أَدْنَى أَهْلِ الْجَنَّةِ مَنْزِلَةً رَجُلٌ صَرَفَ اللَّهُ وَجْهَهُ عَنِ النَّارِ قِبَلَ الْجَنَّةِ وَمَثَّلَ لَهُ شَجَرَةً ذَاتَ ظِلٍّ فَقَالَ أَىْ رَبِّ قَدِّمْنِى إِلَى هَذِهِ الشَّجَرَةِ أَكُونُ فِى ظِلِّهَا ». وَسَاقَ الْحَدِيثَ بِنَحْوِ حَدِيثِ ابْنِ مَسْعُودٍ وَلَمْ يُذْكُرْ « فَيَقُولُ يَا ابْنَ آدَمَ مَا يَصْرِينِى مِنْكَ ». إِلَى آخِرِ الْحَدِيثِ وَزَادَ فِيهِ « وَيُذَكِّرُهُ اللَّهُ سَلْ كَذَا وَكَذَا فَإِذَا انْقَطَعَتْ بِهِ الأَمَانِىُّ قَالَ اللَّهُ هُوَ لَكَ وَعَشَرَةُ أَمْثَالِهِ - قَالَ - ثُمَّ يَدْخُلُ بَيْتَهُ فَتَدْخُلُ عَلَيْهِ زَوْجَتَاهُ مِنَ الْحُورِ الْعِينِ فَتَقُولاَنِ الْحَمْدُ لِلَّهِ الَّذِى أَحْيَاكَ لَنَا وَأَحْيَانَا لَكَ - قَالَ - فَيَقُولُ مَا أُعْطِىَ أَحَدٌ مِثْلَ مَا أُعْطِيتُ ».

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Cənnət əhlinin ən aşağı təbəqəsində olacaq cənnətlik o adamdır ki, Allah onun üzünü Cəhənnəmdən Cənnətə tərəf döndərəcək və ona kölgəsi olan bir ağac göstərəcək”. Onda bu adam deyəcək: “Ey Rəbbim! Məni bu ağaca yaxınlaşdır ki, mən onun kölgəsində olum...”. Əbu Səid bu hədisi İbn Məsudun hədisi kimi rəvayət etmiş, lakin: “Allah buyuracaq: “Ey Adəm oğlu! İstəklərinə son qoyacaqsanmı?!...” sözünü axıra kimi qeyd etməmiş, sonra bunu əlavə etmişdir: “Allah ona: “Filan şeyi və filan şeyi də istə”, – deyə xatırladacaq. Artıq onun heç bir istəyi qalmadıqda Allah buyuracaq: “Bu istədiklərin və onun on misli sənindir”. Sonra o, Cənnətdəki evinə girəcək. Bu vaxt hurilərdən olan iki zövcəsi onun yanına girəcək və deyəcəklər: “Səni bizim üçün, bizi də sənin üçün yaradan Allaha həmd olsun!” O isə belə deyəcək: “Mənə verilən nemətlər heç kəsə verilməmişdir”.”

Əbu Səid əl-Xudri
Muslim, 482 (İman, 381)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ نُمَيْرٍ حَدَّثَنَا أَبِى حَدَّثَنَا الأَعْمَشُ عَنِ الْمَعْرُورِ بْنِ سُوَيْدٍ عَنْ أَبِى ذَرٍّ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِنِّى لأَعْلَمُ آخِرَ أَهْلِ الْجَنَّةِ دُخُولاً الْجَنَّةَ وَآخِرَ أَهْلِ النَّارِ خُرُوجًا مِنْهَا رَجُلٌ يُؤْتَى بِهِ يَوْمَ الْقِيَامَةِ فَيُقَالُ اعْرِضُوا عَلَيْهِ صِغَارَ ذُنُوبِهِ وَارْفَعُوا عَنْهُ كِبَارَهَا. فَتُعْرَضُ عَلَيْهِ صِغَارُ ذُنُوبِهِ فَيُقَالُ عَمِلْتَ يَوْمَ كَذَا وَكَذَا كَذَا وَكَذَا وَعَمِلْتَ يَوْمَ كَذَا وَكَذَا كَذَا وَكَذَا. فَيَقُولُ نَعَمْ. لاَ يَسْتَطِيعُ أَنْ يُنْكِرَ وَهُوَ مُشْفِقٌ مِنْ كِبَارِ ذُنُوبِهِ أَنْ تُعْرَضَ عَلَيْهِ. فَيُقَالُ لَهُ فَإِنَّ لَكَ مَكَانَ كُلِّ سَيِّئَةٍ حَسَنَةً. فَيَقُولُ رَبِّ قَدْ عَمِلْتُ أَشْيَاءَ لاَ أَرَاهَا هَا هُنَا ». فَلَقَدْ رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ضَحِكَ حَتَّى بَدَتْ نَوَاجِذُهُ.

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Mən cənnətliklərdən Cənnətə son girəcək və cəhənnəmliklərdən Cəhənnəmdən son çıxacaq olan adamı tanıyıram. Bu o kimsədir ki, Qiyamət günü məhşərə gətiriləcək və deyiləcək: “Kiçik günahlarını ona göstərin, böyük günahlarını isə silin”. Sonra ona kiçik günahları göstəriləcək və belə deyiləcək: “Sən filan və filan gün, filan, filan işləri gördün, filan və filan gün də, filan, filan işləri gördün”. O: “Bəli!”, – deyə cavab verəcək və bunu inkar edə bilməyəcək. O vaxt həmin adam böyük günahlarının ona ərz edilməsindən ehtiyat edəcək. Bu vaxt ona belə buyurulacaq: “Hər günahının yerinə sənin üçün bir savab var”. Onda o deyəcək: “Ya Rəbb! Mən bir çox işlər görmüşəm ki, onları burada görmürəm”. Mən Peyğəmbərin ﷺ arxa dişləri görünənədək güldüyünü gördüm.”

Əbu Zərr
Muslim, 487 (İman, 386)Səhih

حَدَّثَنِى عُبَيْدُ اللَّهِ بْنُ سَعِيدٍ وَإِسْحَاقُ بْنُ مَنْصُورٍ كِلاَهُمَا عَنْ رَوْحٍ قَالَ عُبَيْدُ اللَّهِ حَدَّثَنَا رَوْحُ بْنُ عُبَادَةَ الْقَيْسِىُّ حَدَّثَنَا ابْنُ جُرَيْجٍ قَالَ أَخْبَرَنِى أَبُو الزُّبَيْرِ أَنَّهُ سَمِعَ جَابِرَ بْنَ عَبْدِ اللَّهِ يُسْأَلُ عَنِ الْوُرُودِ فَقَالَ نَجِىءُ نَحْنُ يَوْمَ الْقِيَامَةِ عَنْ كَذَا وَكَذَا انْظُرْ أَىْ ذَلِكَ فَوْقَ النَّاسِ - قَالَ - فَتُدْعَى الأُمَمُ بِأَوْثَانِهَا وَمَا كَانَتْ تَعْبُدُ الأَوَّلُ فَالأَوَّلُ ثُمَّ يَأْتِينَا رَبُّنَا بَعْدَ ذَلِكَ فَيَقُولُ مَنْ تَنْظُرُونَ فَيَقُولُونَ نَنْظُرُ رَبَّنَا. فَيَقُولُ أَنَا رَبُّكُمْ. فَيَقُولُونَ حَتَّى نَنْظُرَ إِلَيْكَ. فَيَتَجَلَّى لَهُمْ يَضْحَكُ - قَالَ - فَيَنْطَلِقُ بِهِمْ وَيَتَّبِعُونَهُ وَيُعْطَى كُلُّ إِنْسَانٍ مِنْهُمْ - مُنَافِقٍ أَوْ مُؤْمِنٍ - نُورًا ثُمَّ يَتَّبِعُونَهُ وَعَلَى جِسْرِ جَهَنَّمَ كَلاَلِيبُ وَحَسَكٌ تَأْخُذُ مَنْ شَاءَ اللَّهُ ثُمَّ يَطْفَأُ نُورُ الْمُنَافِقِينَ ثُمَّ يَنْجُو الْمُؤْمِنُونَ فَتَنْجُو أَوَّلُ زُمْرَةٍ وُجُوهُهُمْ كَالْقَمَرِ لَيْلَةَ الْبَدْرِ سَبْعُونَ أَلْفًا لاَ يُحَاسَبُونَ ثُمَّ الَّذِينَ يَلُونَهُمْ كَأَضْوَإِ نَجْمٍ فِى السَّمَاءِ ثُمَّ كَذَلِكَ ثُمَّ تَحِلُّ الشَّفَاعَةُ وَيَشْفَعُونَ حَتَّى يَخْرُجَ مِنَ النَّارِ مَنْ قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَكَانَ فِى قَلْبِهِ مِنَ الْخَيْرِ مَا يَزِنُ شَعِيرَةً فَيُجْعَلُونَ بِفِنَاءِ الْجَنَّةِ وَيَجْعَلُ أَهْلُ الْجَنَّةِ يَرُشُّونَ عَلَيْهِمُ الْمَاءَ حَتَّى يَنْبُتُوا نَبَاتَ الشَّىْءِ فِى السَّيْلِ وَيَذْهَبُ حُرَاقُهُ ثُمَّ يَسْأَلُ حَتَّى تُجْعَلَ لَهُ الدُّنْيَا وَعَشَرَةُ أَمْثَالِهَا مَعَهَا.

“Rəvayət edilir ki, Əbuz-Zubeyr ﵀ Cabir ibn Abdullahın ﵄ (Sirat körpüsündən) keçmək barəsində soruşulduğunu eşitmişdir. Cabir bu suala belə cavab vermdi: “Biz Qiyamət günü məlum bir yerə gələcəyik. Bax, bu, insanların fövqündə bir yer olacaq. Ümmətlər öz bütləri ilə və tapındıqları ilə birgə növbə ilə çağırılacaqlar. Bundan sonra Rəbbimiz bizim yanımıza gələcək və soruşacaq: “Kimi gözləyirsiniz?” Müsəlmanlar deyəcəklər: “Rəbbimizi gözləyirik”. Allah buyuracaq: “Mən sizin Rəbbinizəm!” Onlar deyəcəklər: “(Elə isə) qoy baxaq Sənə”. Onda Allah gülərək Özünü onlara göstərəcək, sonra onları (Özü ilə) aparacaq və onlar da Onun ardınca gedəcəklər. Onlardan – istər münafiq, istərsə də mömin olsun – hər bir insana nur veriləcək. Sonra yenə Onun ardınca gedəcəklər. Cəhənnəm körpüsü üstündə bir çox qarmaqlar və dəmir tikanlar var ki, bunlar ancaq Allahın dilədiyi kimsələri yaxalayacaqlar. Bu əsnada münafiqlərin nuru sönəcək. Möminlər isə xilas olacaqlar. Yetmiş min nəfərdən ibarət ilk zümrə, üzləri bədr gecəsindəki ay kimi, özləri də sorğu-suala çəkilmədən (körpüdən keçib) xilas olacaqlar. Onlardan sonra keçənlər göydəki ən parlaq ulduz kimi nur saçacaqlar. Daha sonra filan cür və filan cür keçənlər də olacaq. Sonra şəfaət etməyə izin veriləcək və onlar dilədikləri kimsələrdən ötrü şəfaət edəcəklər. Axırda “lə iləhə illəllah” deyən və qəlbində arpa dənəsi ağırlığında iman olan kəslər Cəhənnəmdən çıxacaq. Bundan sonra onlar Cənnət guşəsinə gətiriləcək və Cənnət əhli onların üzərinə (dirilik) suyu səpməyə başlayacaq. Nəhayət, onlar selin açdığı yolda bitən bitkilər kimi dirçələcək və (oddan çıxmış hər kəsin) vücudundakı od izi itib gedəcək. Sonra (bunların hər biri) o qədər (naz-nemət) istəyəcək ki, nəhayət, ona dünya və onun on misli veriləcək”.”

Əbuz-Zubeyr
Muslim, 489 (İman, 388)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ عَنْ عَمْرٍو سَمِعَ جَابِرًا يَقُولُ سَمِعَهُ مِنَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِأُذُنِهِ يَقُولُ « إِنَّ اللَّهَ يُخْرِجُ نَاسًا مِنَ النَّارِ فَيُدْخِلُهُمُ الْجَنَّةَ ».

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Mən bu hədisi Peyğəmbərdən ﷺ öz qulağımla eşitmişəm. O buyurmuşdur: “Allah bir qisim insanı Cəhənnəmdən çıxarıb Cənnətə daxil edəcək”.”

Cabir
Muslim, 490 (İman, 389)Səhih

حَدَّثَنَا أَبُو الرَّبِيعِ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ قَالَ قُلْتُ لِعَمْرِو بْنِ دِينَارٍ أَسَمِعْتَ جَابِرَ بْنَ عَبْدِ اللَّهِ يُحَدِّثُ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِنَّ اللَّهَ يُخْرِجُ قَوْمًا مِنَ النَّارِ بِالشَّفَاعَةِ ». قَالَ نَعَمْ.

“Rəvayət edilir ki, Həmmad ibn Zeyd ﵀ demişdir: “Mən Amr ibn Dinardan: “Sən Cabir ibn Abdullahdan Peyğəmbərin ﷺ: “Allah bir qisim insanı şəfaət sayəsində Cəhənnəmdən çıxardacaq”, – dediyini eşitmisənmi?”, – deyə soruşdum. O: “Bəli!”, – deyə cavab verdi”.”

Həmmad ibn Zeyd
Muslim, 491 (İman, 390)Səhih

حَدَّثَنَا حَجَّاجُ بْنُ الشَّاعِرِ حَدَّثَنَا أَبُو أَحْمَدَ الزُّبَيْرِىُّ حَدَّثَنَا قَيْسُ بْنُ سُلَيْمٍ الْعَنْبَرِىُّ قَالَ حَدَّثَنِى يَزِيدُ الْفَقِيرُ حَدَّثَنَا جَابِرُ بْنُ عَبْدِ اللَّهِ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِنَّ قَوْمًا يُخْرَجُونَ مِنَ النَّارِ يَحْتَرِقُونَ فِيهَا إِلاَّ دَارَاتِ وُجُوهِهِمْ حَتَّى يَدْخُلُونَ الْجَنَّةَ ».

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Bir qisim insan – üzləri istisna olmaqla – (bir müddət) Cəhənnəm odunda yandıqdan sonra oradan çıxarılacaq və Cənnətə girəcəklər”.”

Cabir ibn Abdullah
Muslim, 492 (İman, 391)Səhih

وَحَدَّثَنَا حَجَّاجُ بْنُ الشَّاعِرِ حَدَّثَنَا الْفَضْلُ بْنُ دُكَيْنٍ حَدَّثَنَا أَبُو عَاصِمٍ - يَعْنِى مُحَمَّدَ بْنَ أَبِى أَيُّوبَ - قَالَ حَدَّثَنِى يَزِيدُ الْفَقِيرُ قَالَ كُنْتُ قَدْ شَغَفَنِى رَأْىٌ مِنْ رَأْىِ الْخَوَارِجِ فَخَرَجْنَا فِى عِصَابَةٍ ذَوِى عَدَدٍ نُرِيدُ أَنْ نَحُجَّ ثُمَّ نَخْرُجَ عَلَى النَّاسِ - قَالَ - فَمَرَرْنَا عَلَى الْمَدِينَةِ فَإِذَا جَابِرُ بْنُ عَبْدِ اللَّهِ يُحَدِّثُ الْقَوْمَ - جَالِسٌ إِلَى سَارِيَةٍ - عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ فَإِذَا هُوَ قَدْ ذَكَرَ الْجَهَنَّمِيِّينَ - قَالَ - فَقُلْتُ لَهُ يَا صَاحِبَ رَسُولِ اللَّهِ مَا هَذَا الَّذِى تُحَدِّثُونَ وَاللَّهُ يَقُولُ {إِنَّكَ مَنْ تُدْخِلِ النَّارَ فَقَدْ أَخْزَيْتَهُ} وَ {كُلَّمَا أَرَادُوا أَنْ يَخْرُجُوا مِنْهَا أُعِيدُوا فِيهَا} فَمَا هَذَا الَّذِى تَقُولُونَ قَالَ فَقَالَ أَتَقْرَأُ الْقُرْآنَ قُلْتُ نَعَمْ. قَالَ فَهَلْ سَمِعْتَ بِمَقَامِ مُحَمَّدٍ - عَلَيْهِ السَّلاَمُ - يَعْنِى الَّذِى يَبْعَثُهُ اللَّهُ فِيهِ قُلْتُ نَعَمْ. قَالَ فَإِنَّهُ مَقَامُ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْمَحْمُودُ الَّذِى يُخْرِجُ اللَّهُ بِهِ مَنْ يُخْرِجُ. - قَالَ - ثُمَّ نَعَتَ وَضْعَ الصِّرَاطِ وَمَرَّ النَّاسِ عَلَيْهِ - قَالَ - وَأَخَافُ أَنْ لاَ أَكُونَ أَحْفَظُ ذَاكَ - قَالَ - غَيْرَ أَنَّهُ قَدْ زَعَمَ أَنَّ قَوْمًا يَخْرُجُونَ مِنَ النَّارِ بَعْدَ أَنْ يَكُونُوا فِيهَا - قَالَ - يَعْنِى فَيَخْرُجُونَ كَأَنَّهُمْ عِيدَانُ السَّمَاسِمِ. قَالَ فَيَدْخُلُونَ نَهْرًا مِنْ أَنْهَارِ الْجَنَّةِ فَيَغْتَسِلُونَ فِيهِ فَيَخْرُجُونَ كَأَنَّهُمُ الْقَرَاطِيسُ. فَرَجَعْنَا قُلْنَا وَيْحَكُمْ أَتُرَوْنَ الشَّيْخَ يَكْذِبُ عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَرَجَعْنَا فَلاَ وَاللَّهِ مَا خَرَجَ مِنَّا غَيْرُ رَجُلٍ وَاحِدٍ أَوْ كَمَا قَالَ أَبُو نُعَيْمٍ.

“Rəvayət edilir ki, Yəzid əl-Fəqir ﵀ demişdir: “Xavariclərin fikirlərindən bir fikir qəlbimi oynatmışdı. O zaman biz həcc etmək, sonra da insanları xavaricliyə dəvət etmək məqsədilə bir dəstə adamla bərabər yola düşdük. Gəlib Mədinəyə çatdıq və baxdıq ki, Cabir ibn Abdullah bir dirəyin yanında oturub camaata Allah Elçisindən ﷺ hədis danışır. Bu əsnada o, cəhənnəmliklər haqda danışdı. Onda mən ona dedim: “Ey Allah Elçisinin səhabəsi! Bu nə hədisdir danışırsan?! Axı, Allah buyurur: “Sən Oda saldığın kəsi, əlbəttə, rəzil etmiş olarsan...” (Ali-İmran, 192) və “Hər dəfə onlar oradan çıxmaq istədikdə yenidən ora qaytarılacaqlar...”. (əs-Səcdə, 20). Buna əsasən bu danışdıqlarınız nədir?!” Cabir məndən soruşdu: “Sən Quran oxuyursanmı?” Mən: “Bəli!”, – dedim. O yenə soruşdu: “Muhəmmədin ﷺ məqamı – yəni Allahın onu çatdıracağı yer – barəsində eşitmisənmi?” Mən: “Bəli!”, – dedim. O dedi: “Bu, Muhəmmədin ﷺ həmin təriflənən məqamıdır ki, Allah onun vasitəsilə Cəhənnəmdən çıxaracaqlarını çıxaracaq”. Sonra Cabir tük kimi nazik körpünün harada yerləşdiyini və insanların onun üstündən nə cür keçəcəklərini vəsf etdi. Bunları yadda saxlamamış olduğumdan qorxuram. Ancaq onu deyə bilərəm ki, o bunları söyləmişdir: “Bir qrup adam bir müddət Cəhənnəmdə qaldıqdan sonra oradan çıxacaq. Onlar sanki, simsim çubuqları kimi qaralmış halda çıxacaqlar. Sonra Cənnət çaylarından birinə daxil olub orada yuyunacaq və oradan kağız kimi ağappaq çıxacaqlar”. Sonra biz həcc ziyarətindən geri döndük və (səhv fikirdə olanlara) dedik: “Vay sizin halınıza! Yoxsa o şeyxin – Cabirin Allah Elçisinin ﷺ adından yalan danışdığını güman edirsiniz?!” Beləliklə, biz xavariclikdən vaz keçdik. Allaha and olsun ki, aramızda bir nəfərdən başqa, xavaric fikirlərində qalan olmamışdı”. Yaxud ravi Əbu Nueym (Fədl ibn Dukeynin) dediyi kimidir.”

Yəzid əl-Fəqir
Muslim, 493 (İman, 392)Səhih

حَدَّثَنَا أَبُو كَامِلٍ فُضَيْلُ بْنُ حُسَيْنٍ الْجَحْدَرِىُّ وَمُحَمَّدُ بْنُ عُبَيْدٍ الْغُبَرِىُّ - وَاللَّفْظُ لأَبِى كَامِلٍ - قَالاَ حَدَّثَنَا أَبُو عَوَانَةَ عَنْ قَتَادَةَ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « يَجْمَعُ اللَّهُ النَّاسَ يَوْمَ الْقِيَامَةِ فَيَهْتَمُّونَ لِذَلِكَ - وَقَالَ ابْنُ عُبَيْدٍ فَيُلْهَمُونَ لِذَلِكَ - فَيَقُولُونَ لَوِ اسْتَشْفَعْنَا عَلَى رَبِّنَا حَتَّى يُرِيحَنَا مِنْ مَكَانِنَا هَذَا - قَالَ - فَيَأْتُونَ آدَمَ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَيَقُولُونَ أَنْتَ آدَمُ أَبُو الْخَلْقِ خَلَقَكَ اللَّهُ بِيَدِهِ وَنَفَخَ فِيكَ مِنْ رُوحِهِ وَأَمَرَ الْمَلاَئِكَةَ فَسَجَدُوا لَكَ اشْفَعْ لَنَا عِنْدَ رَبِّكَ حَتَّى يُرِيحَنَا مِنْ مَكَانِنَا هَذَا. فَيَقُولُ لَسْتُ هُنَاكُمْ - فَيَذْكُرُ خَطِيئَتَهُ الَّتِى أَصَابَ فَيَسْتَحْيِى رَبَّهُ مِنْهَا - وَلَكِنِ ائْتُوا نُوحًا أَوَّلَ رَسُولٍ بَعَثَهُ اللَّهُ - قَالَ - فَيَأْتُونَ نُوحًا صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَيَقُولُ لَسْتُ هُنَاكُمْ - فَيَذْكُرُ خَطِيئَتَهُ الَّتِى أَصَابَ فَيَسْتَحْيِى رَبَّهُ مِنْهَا - وَلَكِنِ ائْتُوا إِبْرَاهِيمَ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الَّذِى اتَّخَذَهُ اللَّهُ خَلِيلاً. فَيَأْتُونَ إِبْرَاهِيمَ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَيَقُولُ لَسْتُ هُنَاكُمْ - وَيَذْكُرُ خَطِيئَتَهُ الَّتِى أَصَابَ فَيَسْتَحْيِى رَبَّهُ مِنْهَا - وَلَكِنِ ائْتُوا مُوسَى صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الَّذِى كَلَّمَهُ اللَّهُ وَأَعْطَاهُ التَّوْرَاةَ. قَالَ فَيَأْتُونَ مُوسَى - عَلَيْهِ السَّلاَمُ - فَيَقُولُ لَسْتُ هُنَاكُمْ - وَيَذْكُرُ خَطِيئَتَهُ الَّتِى أَصَابَ فَيَسْتَحْيِى رَبَّهُ مِنْهَا - وَلَكِنِ ائْتُوا عِيسَى رُوحَ اللَّهِ وَكَلِمَتَهُ. فَيَأْتُونَ عِيسَى رُوحَ اللَّهِ وَكَلِمَتَهُ فَيَقُولُ لَسْتُ هُنَاكُمْ. وَلَكِنِ ائْتُوا مُحَمَّدًا صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَبْدًا قَدْ غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ وَمَا تَأَخَّرَ ». قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « فَيَأْتُونِى فَأَسْتَأْذِنُ عَلَى رَبِّى فَيُؤْذَنُ لِى فَإِذَا أَنَا رَأَيْتُهُ وَقَعْتُ سَاجِدًا فَيَدَعُنِى مَا شَاءَ اللَّهُ فَيُقَالُ يَا مُحَمَّدُ ارْفَعْ رَأْسَكَ قُلْ تُسْمَعْ سَلْ تُعْطَهْ اشْفَعْ تُشَفَّعْ. فَأَرْفَعُ رَأْسِى فَأَحْمَدُ رَبِّى بِتَحْمِيدٍ يُعَلِّمُنِيهِ رَبِّى ثُمَّ أَشْفَعُ فَيَحُدُّ لِى حَدًّا فَأُخْرِجُهُمْ مِنَ النَّارِ وَأُدْخِلُهُمُ الْجَنَّةَ ثُمَّ أَعُودُ فَأَقَعُ سَاجِدًا فَيَدَعُنِى مَا شَاءَ اللَّهُ أَنْ يَدَعَنِى ثُمَّ يُقَالُ ارْفَعْ رَأْسَكَ يَا مُحَمَّدُ قُلْ تُسْمَعْ سَلْ تُعْطَهْ اشْفَعْ تُشَفَّعْ. فَأَرْفَعُ رَأْسِى فَأَحْمَدُ رَبِّى بِتَحْمِيدٍ يُعَلِّمُنِيهِ ثُمَّ أَشْفَعُ فَيَحُدُّ لِى حَدًّا فَأُخْرِجُهُمْ مِنَ النَّارِ وَأُدْخِلُهُمُ الْجَنَّةَ - قَالَ فَلاَ أَدْرِى فِى الثَّالِثَةِ أَوْ فِى الرَّابِعَةِ قَالَ - فَأَقُولُ يَا رَبِّ مَا بَقِىَ فِى النَّارِ إِلاَّ مَنْ حَبَسَهُ الْقُرْآنُ أَىْ وَجَبَ عَلَيْهِ الْخُلُودُ ». - قَالَ ابْنُ عُبَيْدٍ فِى رِوَايَتِهِ قَالَ قَتَادَةُ أَىْ وَجَبَ عَلَيْهِ الْخُلُودُ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Qiyamət günü Allah insanları məhşərə toplayacaq. (O zaman) onlar diqqət yetirəcək, (onlara ilham veriləcək) və onlar deyəcəklər: “Gəlin Rəbbimizin yanında bizə şəfaət edəcək bir adam tapaq, bizi bu (acınacaqlı) vəziyyətdən qurtarsın”. Bundan sonra onlar Adəmin ﵇ yanına gəlib deyəcəklər: “Sən bəşəriyyətin atası Adəmsən! Allah səni Öz Əli ilə yaratmış və sənə Öz ruhundan üfürmüşdür. Sonra mələklərə əmr etmiş və onlar sənə səcdə etmişlər. Elə isə Rəbbinin yanında bizdən ötrü şəfaət et, bizi bu (acınacaqlı) vəziyyətdən qurtarsın”. Adəm: “Mən bu məqama layiq deyiləm”, – deyə cavab verəcək, sonra etdiyi xətanı xatırlayacaq, buna görə Rəbbindən utanacaq və onlara deyəcək: “Siz Allahın göndərdiyi ilk elçinin – Nuhun yanına gedin!” Onda onlar Nuhun ﵇ yanına gələcəklər. Nuh: “Mən bu məqama layiq deyiləm”, – deyə cavab verəcək, sonra etdiyi xətanı xatırlayacaq, buna görə Rəbbindən utanacaq və onlara deyəcək: “Lakin siz Allahın Özünə ən sevimli dost tutduğu İbrahimin ﵇ yanına gedin!” Onda onlar İbrahimin ﵇ yanına gələcəklər. İbrahim: “Mən bu məqama layiq deyiləm”, – deyə cavab verəcək, sonra etdiyi xətanı xatırlayacaq, buna görə Rəbbindən utanacaq və onlara deyəcək: “Siz Allahın birbaşa danışdığı, özünə də Tövrat bəxş etdiyi Musanın ﷺ yanına gedin!” Onda onlar Musanın ﵇ yanına gələcəklər. Musa: “Mən bu məqama layiq deyiləm”, – deyə cavab verəcək, sonra etdiyi xətanı xatırlayacaq, buna görə Rəbbindən utanacaq və onlara deyəcək: “Siz Allahın Ruhu və Kəlməsi olan İsanın ﵇ yanına gedin!” Onda onlar Allahın Ruhu və Kəlməsi olan İsanın yanına gələcəklər. İsa onlara deyəcək: “Mən bu məqama layiq deyiləm. Siz bütün keçmiş və gələcək xətaları bağışlanmış bir qulun – Muhəmmədin ﷺ yanına gedin!” Allah Elçisi ﷺ buyurdu: “Sonra onlar mənim yanıma gələcəklər. Mən Rəbbimdən izin istəyəcəyəm və mənə izin veriləcək. Mən Onu gördüyüm an səcdəyə qapanacağam. Allah istədiyi qədər məni bu vəziyyətdə saxlayacaq. Sonra buyurulacaq: “Ey Muhəmməd! Başını qaldır, söylə, sözün dinlənəcək, istə, sənə istədiyin veriləcək, şəfaət et, şəfaətin qəbul olunacaq”. Mən başımı qaldırıb Rəbbimin mənə öyrətdiyi həmd-sənalarla Rəbbimi tərifləyəcəyəm. Sonra şəfaət edəcəyəm. Mənim üçün hədd qoyulacaq və mən (bir çoxlarını) oddan çıxardıb Cənnətə daxil edəcəyəm. Sonra qayıdıb səcdəyə qapanacağam. Allah məni saxlamaq istədiyi qədər bu vəziyyətdə saxlayacaq. Sonra buyurulacaq: “Başını qaldır, ey Muhəmməd! Söylə, sözün dinlənəcək, istə, sənə istədiyin veriləcək, şəfaət et, şəfaətin qəbul olunacaq”. Mən başımı qaldırıb Rəbbimin mənə öyrətdiyi həmd-sənalarla Rəbbimi tərifləyəcəyəm. Sonra şəfaət edəcəyəm. Mənim üçün hədd qoyulacaq və mən (yenə bir çoxlarını) oddan çıxardıb Cənnətə daxil edəcəyəm”. Ravi demişdir: “Mən bilmirəm, Allah Elçisi ﷺ ya üçüncüsündə, ya dördüncüsündə belə buyurdu: “Mən deyəcəyəm: “Ya Rəbb! Odda, Quranın tutub saxladıqlarından başqa, (yəni özlərinə əbədi olaraq odda qalmaq vacib buyurulanlardan başqa) bir kimsə qalmamışdır”. Ravi Qatədə deyir: “Yəni özlərinə əbədi olaraq (Cəhənnəmdə) qalmaq vacib buyurulanlar”.”

Ənəs ibn Malik
Muslim, 495 (İman, 394)Səhih

وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى وَمُحَمَّدُ بْنُ بَشَّارٍ قَالاَ حَدَّثَنَا ابْنُ أَبِى عَدِىٍّ عَنْ سَعِيدٍ عَنْ قَتَادَةَ عَنْ أَنَسٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « يَجْتَمِعُ الْمُؤْمِنُونَ يَوْمَ الْقِيَامَةِ فَيَهْتَمُّونَ بِذَلِكَ أَوْ يُلْهَمُونَ ذَلِكَ ». بِمِثْلِ حَدِيثِ أَبِى عَوَانَةَ وَقَالَ فِى الْحَدِيثِ « ثُمَّ آتِيهِ الرَّابِعَةَ - أَوْ أَعُودُ الرَّابِعَةَ - فَأَقُولُ يَا رَبِّ مَا بَقِىَ إِلاَّ مَنْ حَبَسَهُ الْقُرْآنُ ».

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Qiyamət günü möminlər məhşərə toplanacaq və diqqət yetirəcəklər, (yaxud onlara ilham veriləcək)...”. Səid bu hədisi Əbu Avanənin hədisi kimi rəvayət etmişdir. Bu hədisdə Peyğəmbər ﷺ belə buyurmuşdur: “Sonra mən dördüncü dəfə gəlib (və ya qayıdıb) deyəcəyəm: “Ya Rəbb! Quranın (Cəhənnəmdə) tutub saxladıqlarından başqa heç kəs qalmamışdır”.”

Ənəs
Muslim, 496 (İman, 395)Səhih

وَحَدَّثَنِى أَبُو غَسَّانَ الْمِسْمَعِىُّ وَمُحَمَّدُ بْنُ الْمُثَنَّى قَالاَ حَدَّثَنَا مُعَاذٌ - وَهُوَ ابْنُ هِشَامٍ - قَالَ حَدَّثَنِى أَبِى عَنْ قَتَادَةَ حَدَّثَنَا أَنَسُ بْنُ مَالِكٍ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « يَخْرُجُ مِنَ النَّارِ مَنْ قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَكَانَ فِى قَلْبِهِ مِنَ الْخَيْرِ مَا يَزِنُ شَعِيرَةً ثُمَّ يَخْرُجُ مِنَ النَّارِ مَنْ قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَكَانَ فِى قَلْبِهِ مِنَ الْخَيْرِ مَا يَزِنُ بُرَّةً ثُمَّ يَخْرُجُ مِنَ النَّارِ مَنْ قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَكَانَ فِى قَلْبِهِ مِنَ الْخَيْرِ مَا يَزِنُ ذَرَّةً ». زَادَ ابْنُ مِنْهَالٍ فِى رِوَايَتِهِ قَالَ يَزِيدُ فَلَقِيتُ شُعْبَةَ فَحَدَّثْتُهُ بِالْحَدِيثِ فَقَالَ شُعْبَةُ حَدَّثَنَا بِهِ قَتَادَةُ عَنْ أَنَسِ بْنِ مَالِكٍ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْحَدِيثِ. إِلاَّ أَنَّ شُعْبَةَ جَعَلَ مَكَانَ الذَّرَّةِ ذُرَةً قَالَ يَزِيدُ صَحَّفَ فِيهَا أَبُو بِسْطَامٍ.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Lə iləhə illəllah” deyən və qəlbində arpa dənəsi ağırlığında iman olan kəslər Cəhənnəmdən çıxacaqlar. Bundan sonra “lə iləhə illəllah” deyən və qəlbində buğda dənəsi ağırlığında iman olan kəslər Cəhənnəmdən çıxacaqlar. Sonra da “lə iləhə illəllah” deyən və qəlbində zərrə qədər iman olan kəslər Cəhənnəmdən çıxacaqlar”. İbn Minhal öz rəvayətində əlavə edib demişdir: “Mən Şubəyə rast gəldim və bu hədisi ona rəvayət etdim. Şubə dedi: “Bu hədisi bizə Qatədə Ənəs ibn Malikdən, o da Peyğəmbərdən ﷺ rəvayət etmişdir”. Lakin Şubə öz rəvayətində: “zərrə” sözü əvəzinə “zura” sözünü işlətmişdir. Yəzid demişdir: “Bu kəlməni ravi Əbu Bistam təhrif etmişdir”.”

Ənəs ibn Malik
Muslim, 499 (İman, 398)Səhih

حَدَّثَنَا أَبُو الرَّبِيعِ الْعَتَكِىُّ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ حَدَّثَنَا مَعْبَدُ بْنُ هِلاَلٍ الْعَنَزِىُّ ح وَحَدَّثَنَاهُ سَعِيدُ بْنُ مَنْصُورٍ - وَاللَّفْظُ لَهُ - حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ حَدَّثَنَا مَعْبَدُ بْنُ هِلاَلٍ الْعَنَزِىُّ قَالَ انْطَلَقْنَا إِلَى أَنَسِ بْنِ مَالِكٍ وَتَشَفَّعْنَا بِثَابِتٍ فَانْتَهَيْنَا إِلَيْهِ وَهُوَ يُصَلِّى الضُّحَى فَاسْتَأْذَنَ لَنَا ثَابِتٌ فَدَخَلْنَا عَلَيْهِ وَأَجْلَسَ ثَابِتًا مَعَهُ عَلَى سَرِيرِهِ فَقَالَ لَهُ يَا أَبَا حَمْزَةَ إِنَّ إِخْوَانَكَ مِنْ أَهْلِ الْبَصْرَةِ يَسْأَلُونَكَ أَنْ تُحَدِّثَهُمْ حَدِيثَ الشَّفَاعَةِ. قَالَ حَدَّثَنَا مُحَمَّدٌ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا كَانَ يَوْمُ الْقِيَامَةِ مَاجَ النَّاسُ بَعْضُهُمْ إِلَى بَعْضٍ فَيَأْتُونَ آدَمَ فَيَقُولُونَ لَهُ اشْفَعْ لِذُرِّيَّتِكَ. فَيَقُولُ لَسْتُ لَهَا وَلَكِنْ عَلَيْكُمْ بِإِبْرَاهِيمَ - عَلَيْهِ السَّلاَمُ - فَإِنَّهُ خَلِيلُ اللَّهِ. فَيَأْتُونَ إِبْرَاهِيمَ فَيَقُولُ لَسْتُ لَهَا وَلَكِنْ عَلَيْكُمْ بِمُوسَى - عَلَيْهِ السَّلاَمُ - فَإِنَّهُ كَلِيمُ اللَّهِ. فَيُؤْتَى مُوسَى فَيَقُولُ لَسْتُ لَهَا وَلَكِنْ عَلَيْكُمْ بِعِيسَى - عَلَيْهِ السَّلاَمُ - فَإِنَّهُ رُوحُ اللَّهِ وَكَلِمَتُهُ. فَيُؤْتَى عِيسَى فَيَقُولُ لَسْتُ لَهَا وَلَكِنْ عَلَيْكُمْ بِمُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأُوتَى فَأَقُولُ أَنَا لَهَا. فَأَنْطَلِقُ فَأَسْتَأْذِنُ عَلَى رَبِّى فَيُؤْذَنُ لِى فَأَقُومُ بَيْنَ يَدَيْهِ فَأَحْمَدُهُ بِمَحَامِدَ لاَ أَقْدِرُ عَلَيْهِ الآنَ يُلْهِمُنِيهِ اللَّهُ ثُمَّ أَخِرُّ لَهُ سَاجِدًا فَيُقَالُ لِى يَا مُحَمَّدُ ارْفَعْ رَأْسَكَ وَقُلْ يُسْمَعْ لَكَ وَسَلْ تُعْطَهْ وَاشْفَعْ تُشَفَّعْ فَأَقُولُ رَبِّ أُمَّتِى أُمَّتِى. فَيُقَالُ انْطَلِقْ فَمَنْ كَانَ فِى قَلْبِهِ مِثْقَالُ حَبَّةٍ مِنْ بُرَّةٍ أَوْ شَعِيرَةٍ مِنْ إِيمَانٍ فَأَخْرِجْهُ مِنْهَا. فَأَنْطَلِقُ فَأَفْعَلُ ثُمَّ أَرْجِعُ إِلَى رَبِّى فَأَحْمَدُهُ بِتِلْكَ الْمَحَامِدِ ثُمَّ أَخِرُّ لَهُ سَاجِدًا فَيُقَالُ لِى يَا مُحَمَّدُ ارْفَعْ رَأْسَكَ وَقُلْ يُسْمَعْ لَكَ وَسَلْ تُعْطَهْ وَاشْفَعْ تُشَفَّعْ. فَأَقُولُ أُمَّتِى أُمَّتِى. فَيُقَالُ لِى انْطَلِقْ فَمَنْ كَانَ فِى قَلْبِهِ مِثْقَالُ حَبَّةٍ مِنْ خَرْدَلٍ مِنْ إِيمَانٍ فَأَخْرِجْهُ مِنْهَا. فَأَنْطَلِقُ فَأَفْعَلُ ثُمَّ أَعُودُ إِلَى رَبِّى فَأَحْمَدُهُ بِتِلْكَ الْمَحَامِدِ ثُمَّ أَخِرُّ لَهُ سَاجِدًا فَيُقَالُ لِى يَا مُحَمَّدُ ارْفَعْ رَأْسَكَ وَقُلْ يُسْمَعْ لَكَ وَسَلْ تُعْطَهْ وَاشْفَعْ تُشَفَّعْ فَأَقُولُ يَا رَبِّ أُمَّتِى أُمَّتِى. فَيُقَالُ لِى انْطَلِقْ فَمَنْ كَانَ فِى قَلْبِهِ أَدْنَى أَدْنَى أَدْنَى مِنْ مِثْقَالِ حَبَّةٍ مِنْ خَرْدَلٍ مِنْ إِيمَانٍ فَأَخْرِجْهُ مِنَ النَّارِ فَأَنْطَلِقُ فَأَفْعَلُ ». هَذَا حَدِيثُ أَنَسٍ الَّذِى أَنْبَأَنَا بِهِ فَخَرَجْنَا مِنْ عِنْدِهِ فَلَمَّا كُنَّا بِظَهْرِ الْجَبَّانِ قُلْنَا لَوْ مِلْنَا إِلَى الْحَسَنِ فَسَلَّمْنَا عَلَيْهِ وَهُوَ مُسْتَخْفٍ فِى دَارِ أَبِى خَلِيفَةَ - قَالَ - فَدَخَلْنَا عَلَيْهِ فَسَلَّمْنَا عَلَيْهِ فَقُلْنَا يَا أَبَا سَعِيدٍ جِئْنَا مِنْ عِنْدِ أَخِيكَ أَبِى حَمْزَةَ فَلَمْ نَسْمَعْ مِثْلَ حَدِيثٍ حَدَّثَنَاهُ فِى الشَّفَاعَةِ قَالَ هِيهِ. فَحَدَّثْنَاهُ الْحَدِيثَ. فَقَالَ هِيهِ. قُلْنَا مَا زَادَنَا. قَالَ قَدْ حَدَّثَنَا بِهِ مُنْذُ عِشْرِينَ سَنَةً وَهُوَ يَوْمَئِذٍ جَمِيعٌ وَلَقَدْ تَرَكَ شَيْئًا مَا أَدْرِى أَنَسِىَ الشَّيْخُ أَوْ كَرِهَ أَنْ يُحَدِّثَكُمْ فَتَتَّكِلُوا. قُلْنَا لَهُ حَدِّثْنَا. فَضَحِكَ وَقَالَ خُلِقَ الإِنْسَانُ مِنْ عَجَلٍ مَا ذَكَرْتُ لَكُمْ هَذَا إِلاَّ وَأَنَا أُرِيدُ أَنْ أُحَدِّثَكُمُوهُ « ثُمَّ أَرْجِعُ إِلَى رَبِّى فِى الرَّابِعَةِ فَأَحْمَدُهُ بِتِلْكَ الْمَحَامِدِ ثُمَّ أَخِرُّ لَهُ سَاجِدًا فَيُقَالُ لِى يَا مُحَمَّدُ ارْفَعْ رَأْسَكَ وَقُلْ يُسْمَعْ لَكَ وَسَلْ تُعْطَ وَاشْفَعْ تُشَفَّعْ. فَأَقُولُ يَا رَبِّ ائْذَنْ لِى فِيمَنْ قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ. قَالَ لَيْسَ ذَاكَ لَكَ - أَوْ قَالَ لَيْسَ ذَاكَ إِلَيْكَ - وَلَكِنْ وَعِزَّتِى وَكِبْرِيَائِى وَعَظَمَتِى وَجِبْرِيَائِى لأُخْرِجَنَّ مَنْ قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ». قَالَ فَأَشْهَدُ عَلَى الْحَسَنِ أَنَّهُ حَدَّثَنَا بِهِ أَنَّهُ سَمِعَ أَنَسَ بْنَ مَالِكٍ أُرَاهُ قَالَ قَبْلَ عِشْرِينَ سَنَةً وَهُوَ يَوْمَئِذٍ جَمِيعٌ.

“Rəvayət edilir ki, Məbəd ibn Hilal əl-Anəzi ﵀ demişdir: “Biz Ənəs ibn Malikin yanına getdik və onun yanına girmək üçün Sabit (əl-Bunanidən) bizə havadarlıq etməyi xahiş etdik. Biz onun yanına gəlib çatdıqda o, Duha namazını qılırdı. Sabit bizim üçün izin istədi və biz Ənəsin yanına daxil olduq. Ənəs Sabiti öz yanında, çarpayısının üstündə oturtdu. Sabit ona dedi: “Ey Əbu Həmzə! Bəsrə əhlindən olan bu qardaşların səndən şəfaət haqqındakı hədisi onlara danışmağını xahiş edirlər”. Ənəs dedi: “Muhəmməd ﷺ bizə belə rəvayət etmişdir: “Qiyamət günü gəldiyi zaman insanlar bir-birinə dəyəcəklər. Sonra da Adəmin ﵇ yanına gəlib ona: “Zürriyyətindən ötrü şəfaət et!”, – deyəcəklər. Adəm isə deyəcək: “Mən buna layiq deyiləm, siz İbrahimin ﵇ yanına gedin. Çünki o, Allahın ən sevimli dostudur”. Onda onlar İbrahimin yanına gələcəklər. İbrahim onlara deyəcək: “Mən buna layiq deyiləm, siz Musanın ﵇ yanına gedin. Çünki o, Allahın danışdırdığı bir kəsdir”. Onda onlar Musanın yanına gedəcəklər. Musa (onlara) deyəcək: “Mən buna layiq deyiləm, siz İsanın ﵇ yanına gedin. Çünki o, Allahın Ruhu və Onun Kəlməsidir”. Onda onlar İsanın yanına gedəcəklər. İsa onlara deyəcək: “Mən buna layiq deyiləm, siz Muhəmmədin ﷺ yanına gedin”. Nəhayət, mənim yanıma gələcək və mən onlara: “Mən bu məqama layiqəm”, – deyəcəyəm. Sonra da gedib Rəbbimdən izin istəyəcəyəm və mənə izin veriləcək. Mən Rəbbimin hüzurunda durub ona elə həmd-sənalar edəcəyəm ki, indi mən onu etməyə qadir deyiləm. Bunu etməyə isə mənə Uca Allah ilham verəcəkdir. Sonra mən Onun qarşısında səcdəyə qapanacağam. Həmin vaxt mənə belə buyurulacaq: “Ey Muhəmməd! Başını qaldır, söylə, sözün dinlənəcək, istə, sənə istədiyin veriləcək, şəfaət et, şəfaətin qəbul olunacaq”. Mən (başımı səcdədən qaldırıb): “Ey Rəbbim! Ümmətim, ümmətim!”, – deyə şəfaət diləyəcəyəm. Onda mənə: “Get, qəlbində buğda və ya arpa dənəsi ağırlığında iman olan kimsələri Cəhənnəmdən çıxart”, – deyiləcək. Mən gedib (əmri) yerinə yetirəcəyəm, sonra Rəbbimin yanına qayıdıb Onu söylədiyim o həmd-sənalarla tərif edəcəyəm və səcdəyə qapanacağam. Yenə mənə deyiləcək: “Ey Muhəmməd! Başını qaldır, söylə, sözün dinlənəcək, istə, sənə istədiyin veriləcək, şəfaət et, şəfaətin qəbul olunacaq”. Mən (başımı qaldırıb): “Ey Rəbbim! Ümmətim, ümmətim!”, – deyə şəfaət diləyəcəyəm. Onda mənə: “Get, qəlbində xardal dənəsi ağırlığında iman olan kimsələri Cəhənnəmdən çıxart”, – deyiləcək. Mən gedib əmri yerinə yetirəcəyəm, sonra Rəbbimin yanına qayıdıb Onu o həmd-sənalarla tərif edəcəyəm və səcdəyə qapanacağam. Yenə mənə deyiləcək: “Ey Muhəmməd! Başını qaldır, söylə, sözün dinlənəcək, istə, sənə istədiyin veriləcək, şəfaət et, şəfaətin qəbul olunacaq”. Mən (başımı qaldırıb): “Ey Rəbbim! Ümmətim, ümmətim!”, – deyə şəfaət diləyəcəyəm. Onda mənə: “Get, qəlbində xardal dənəsi ağırlığından daha az, daha az, daha az iman olan kimsələri Cəhənnəmdən çıxart”, – deyiləcək. Mən də gedib əmri yerinə yetirəcəyəm”. Bu, Ənəsin bizə rəvayət etdiyi hədisdir. Sonra biz onun yanından çıxdıq və səhranın ən hündür yerinə gəlib çatdıqda dedik: “Bəlkə Həsən əl-Bəsrinin yanına gedib onunla salamlaşaq. O, Əbu Xəlifənin evində gizlənir”. Sonra onun yanına gəlib ona salam verdik və dedik: “Ey Əbu Səid! Biz qardaşın Əbu Həmzənin yanından gəlirik. Şəfaət haqqında bizə danışdığı hədisin bənzərini heç eşitməmişik”. O: “Davam edin, (hədisi danışın)”, – deyə buyurdu. Biz də ona bu hədisi danışdıq. O yenə: “Davam edin”, – deyə buyurdu. Biz dedik: “Ənəs bizə bundan əlavə heç nə danışmadı”. Həsən dedi: “O, bunu bizə iyirmi il öncə danışmışdır. O zaman onun güclü hafizəsi var idi. (İndi isə) o, bəzi şeyləri tərk etmişdir. Mən bilmirəm, şeyx unutdumu, yoxsa arxayınlaşacaqsınız deyə bunları sizə danışmaq istəmədi”. Biz ona: “Elə isə hədisi bizə sən danış!”, – dedik. Bunu eşidəndə o güldü və: “İnsan hövsələsiz yaradılmışdır. Mən bunu sadəcə o hədisi sizə rəvayət etmək istədiyim üçün qeyd etdim”, – dedi. (Sonra da hədisin davamını nəql edərək Peyğəmbərin ﷺ belə dediyini) rəvayət etdi: “Sonra dördüncü dəfə mən Rəbbimin yanına qayıdıb Onu o həmd-sənalarla tərif edəcəyəm və səcdəyə qapanacağam. Yenə mənə deyiləcək: “Ey Muhəmməd! Başını qaldır, söylə, sözün dinlənəcək, istə, sənə istədiyin veriləcək, şəfaət et, şəfaətin qəbul olunacaq”. Mən (başımı qaldırıb): “Ey Rəbbim! Mənə izin ver, “lə iləhə illəllah” deyən kimsələrə şəfaət edim”, – deyəcəyəm. Allah buyuracaq: “Bu sənə aid deyil, lakin İzzətimə, Böyüklüyümə, Əzəmətimə və Ululuğuma and olsun ki, Mən “lə iləhə illəllah!” deyən kəsləri oddan çıxardacağam”. Ravi demişdir: “Mən şahidlik edirəm ki, Həsən bu hədisi bizə rəvayət etmişdir və şahidlik edirəm ki, o bu hədisi Ənəs ibn Malikdən eşitmişdir. Güman edirəm ki, Həsən: “O bu hədisi bizə iyirmi il öncə, hələ güclü hafizəsi olarkən rəvayət etmişdir”, – dedi”.”

Məbəd ibn Hilal əl-Anəzi
Muslim, 500 (İman, 399)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ طَرِيفِ بْنِ خَلِيفَةَ الْبَجَلِىُّ حَدَّثَنَا مُحَمَّدُ بْنُ فُضَيْلٍ حَدَّثَنَا أَبُو مَالِكٍ الأَشْجَعِىُّ عَنْ أَبِى حَازِمٍ عَنْ أَبِى هُرَيْرَةَ وَأَبُو مَالِكٍ عَنْ رِبْعِىٍّ عَنْ حُذَيْفَةَ قَالاَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « يَجْمَعُ اللَّهُ تَبَارَكَ وَتَعَالَى النَّاسَ فَيَقُومُ الْمُؤْمِنُونَ حَتَّى تُزْلَفَ لَهُمُ الْجَنَّةُ فَيَأْتُونَ آدَمَ فَيَقُولُونَ يَا أَبَانَا اسْتَفْتِحْ لَنَا الْجَنَّةَ. فَيَقُولُ وَهَلْ أَخْرَجَكُمْ مِنَ الْجَنَّةِ إِلاَّ خَطِيئَةُ أَبِيكُمْ آدَمَ لَسْتُ بِصَاحِبِ ذَلِكَ اذْهَبُوا إِلَى ابْنِى إِبْرَاهِيمَ خَلِيلِ اللَّهِ - قَالَ - فَيَقُولُ إِبْرَاهِيمُ لَسْتُ بِصَاحِبِ ذَلِكَ إِنَّمَا كُنْتُ خَلِيلاً مِنْ وَرَاءَ وَرَاءَ اعْمِدُوا إِلَى مُوسَى صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الَّذِى كَلَّمَهُ اللَّهُ تَكْلِيمًا. فَيَأْتُونَ مُوسَى صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَيَقُولُ لَسْتُ بِصَاحِبِ ذَلِكَ اذْهَبُوا إِلَى عِيسَى كَلِمَةِ اللَّهِ وَرُوحِهِ. فَيَقُولُ عِيسَى صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَسْتُ بِصَاحِبِ ذَلِكَ. فَيَأْتُونَ مُحَمَّدًا صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَيَقُومُ فَيُؤْذَنُ لَهُ وَتُرْسَلُ الأَمَانَةُ وَالرَّحِمُ فَتَقُومَانِ جَنَبَتَىِ الصِّرَاطِ يَمِينًا وَشِمَالاً فَيَمُرُّ أَوَّلُكُمْ كَالْبَرْقِ ». قَالَ قُلْتُ بِأَبِى أَنْتَ وَأُمِّى أَىُّ شَىْءٍ كَمَرِّ الْبَرْقِ قَالَ « أَلَمْ تَرَوْا إِلَى الْبَرْقِ كَيْفَ يَمُرُّ وَيَرْجِعُ فِى طَرْفَةِ عَيْنٍ ثُمَّ كَمَرِّ الرِّيحِ ثُمَّ كَمَرِّ الطَّيْرِ وَشَدِّ الرِّجَالِ تَجْرِى بِهِمْ أَعْمَالُهُمْ وَنَبِيُّكُمْ قَائِمٌ عَلَى الصِّرَاطِ يَقُولُ رَبِّ سَلِّمْ سَلِّمْ حَتَّى تَعْجِزَ أَعْمَالُ الْعِبَادِ حَتَّى يَجِىءَ الرَّجُلُ فَلاَ يَسْتَطِيعُ السَّيْرَ إِلاَّ زَحْفًا - قَالَ - وَفِى حَافَتَىِ الصِّرَاطِ كَلاَلِيبُ مُعَلَّقَةٌ مَأْمُورَةٌ بِأَخْذِ مَنْ أُمِرَتْ بِهِ فَمَخْدُوشٌ نَاجٍ وَمَكْدُوسٌ فِى النَّارِ ». وَالَّذِى نَفْسُ أَبِى هُرَيْرَةَ بِيَدِهِ إِنَّ قَعْرَ جَهَنَّمَ لَسَبْعُونَ خَرِيفًا.

“Rəvayət edilir ki, Əbu Hureyra və Huzeyfə ﵄ demişlər: “Allah Elçisi ﷺ belə buyurdu: “Qiyamət günü Allah ﷿ insanları bir yerə toplayacaq. O gün möminlər ayağa qalxacaqlar. Cənnət onlara yaxınlaşdırılacaq və o zaman onlar Adəmin yanına gəlib deyəcəklər: “Ey atamız! Cənnət qapılarını bizim üçün açdır”. Adəm deyəcək: “Məgər sizi Cənnətdən atanız Adəmin xətası çıxartmadımı? Mən şəfaətçi olmağa layiq deyiləm. Siz oğlum İbrahimin – Allahın ən sevimli dostunun yanına gedin”. İbrahim deyəcək: “Mən buna layiq deyiləm. Mən ancaq örtük arxasından bir dost olmuşam. Siz Allahın bilavasitə danışdığı Musaya müraciət edin”. Onlar Musanın yanına gələcəklər. Musa onlara deyəcək: “Mən buna layiq deyiləm. Siz Allahın Kəlməsi və Ruhu olan İsanın yanına gedin”. İsa da onlara deyəcək: “Mən buna layiq deyiləm”. Sonda onlar Muhəmmədin ﷺ yanına gələcəklər. O, ayağa qalxacaq və ona şəfaət etməyə izin veriləcəkdir. Əmanət və qohumluq əlaqəsi də (Allahın onlara verdiyi görkəmdə) gəlib sirat körpüsünün sağında və solunda duracaqlar. Sizin ən birinciləriniz körpünün üstündən şimşək kimi keçəcəklər”. Mən dedim: “Atam-anam sənə fəda olsun! Şimşəyin keçməyinə bənzəyən şey nədir?” Peyğəmbər ﷺ buyurdu: “Məgər siz şimşəyin bir göz qırpımında necə gedib-gəldiyini görməmisinizmi?! Bunlardan sonra keçənlər küləyin keçməsi kimi, sonra quşun keçməsi və qaçan adamın keçməsi kimi (körpünün üstündən keçəcəklər). Onları körpüdən bu şəkildə öz əməlləri keçirəcək. Peyğəmbəriniz ﷺ isə körpünün başında durub buyuracaq: “Ya Rəbb! Xilas et, xilas et!” Nəhayət, insanların əməlləri (onları körpüdən keçirməkdə) aciz qalacaq. İş o yerə gəlib çatacaq ki, bir nəfər gəlib oradan keçmək istəyəcək, lakin yeriməyə taqəti olmadığından iməkləyəcək. Sirat körpüsünün hər iki tərəfində asılmış qarmaqlar var ki, tutulmasına əmr verilmiş kimsələri tutmağa hazırdırlar. (Onlardan kimisi tikanlara ilişib) didik-didik ediləcək, lakin axırda xilas olacaq. Bəziləri də Cəhənnəm odunda toplanacaqlar”. Əbu Hureyranın canı Əlində Olana and olsun ki, Cəhənnəmin dibinə qədər olan məsafə yetmiş illik məsafəyə bərabərdir”.”

Əbu Hureyra və Huzeyfə
Muslim, 503 (İman, 402)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا عَفَّانُ حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ عَنْ ثَابِتٍ عَنْ أَنَسٍ أَنَّ رَجُلاً قَالَ يَا رَسُولَ اللَّهِ أَيْنَ أَبِى قَالَ « فِى النَّارِ ». فَلَمَّا قَفَّى دَعَاهُ فَقَالَ « إِنَّ أَبِى وَأَبَاكَ فِى النَّارِ ».

“Ənəs ﵁ rəvayət edir ki, bir nəfər: “Ey Allahın Elçisi! Atam haradadır?”, – deyə soruşdu. Peyğəmbər ﷺ: “Cəhənnəmdədir”, – deyə buyurdu. Adam çıxıb getdikdə Peyğəmbər ﷺ onu çağırıb dedi: “Mənim də atam, sənin də atan Cəhənnəmdədir”.”

Ənəs
Muslim, 521 (İman, 420)Səhih

وَحَدَّثَنَا عُبَيْدُ اللَّهِ بْنُ عُمَرَ الْقَوَارِيرِىُّ وَمُحَمَّدُ بْنُ أَبِى بَكْرِ الْمُقَدَّمِىُّ وَمُحَمَّدُ بْنُ عَبْدِ الْمَلِكِ الأُمَوِىُّ قَالُوا حَدَّثَنَا أَبُو عَوَانَةَ عَنْ عَبْدِ الْمَلِكِ بْنِ عُمَيْرٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ الْحَارِثِ بْنِ نَوْفَلٍ عَنِ الْعَبَّاسِ بْنِ عَبْدِ الْمُطَّلِبِ أَنَّهُ قَالَ يَا رَسُولَ اللَّهِ هَلْ نَفَعْتَ أَبَا طَالِبٍ بِشَىْءٍ فَإِنَّهُ كَانَ يَحُوطُكَ وَيَغْضَبُ لَكَ قَالَ « نَعَمْ هُوَ فِى ضَحْضَاحٍ مِنْ نَارٍ وَلَوْلاَ أَنَا لَكَانَ فِى الدَّرْكِ الأَسْفَلِ مِنَ النَّارِ ».

“Rəvayət edilir ki, bir dəfə Abbas ibn Abdul-Muttalib ﵁ dedi: “Ey Allahın Elçisi! Sənin Əbu Talibə nə köməyin dəyib? Axı, o səni müdafiə edər, kimsə sənin xətrinə dəyəndə qəzəblənərdi”. Peyğəmbər ﷺ buyurdu: “Bəli, o, Cəhənnəmin dayaz bir yerindədir. Əgər mən olmasaydım, o, Cəhənnəmin ən aşağı təbəqəsində olardı”.”

Abbas ibn Abdul-Muttalib
Muslim, 531 (İman, 430)Səhih

حَدَّثَنَا ابْنُ أَبِى عُمَرَ حَدَّثَنَا سُفْيَانُ عَنْ عَبْدِ الْمَلِكِ بْنِ عُمَيْرٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ الْحَارِثِ قَالَ سَمِعْتُ الْعَبَّاسَ يَقُولُ قُلْتُ يَا رَسُولَ اللَّهِ إِنَّ أَبَا طَالِبٍ كَانَ يَحُوطُكَ وَيَنْصُرُكَ فَهَلْ نَفَعَهُ ذَلِكَ قَالَ « نَعَمْ وَجَدْتُهُ فِى غَمَرَاتٍ مِنَ النَّارِ فَأَخْرَجْتُهُ إِلَى ضَحْضَاحٍ ».

“Rəvayət edilir ki, Abbas ﵁ demişdir: “Mən Peyğəmbərə ﷺ dedim: “Ey Allahın Elçisi! Əbu Talib səni qoruyar və sənə yardım edərdi. Bu ona fayda verəcəkmi?” Peyğəmbər ﷺ buyurdu: “Bəli! Mən onu Cəhənnəmin dərin bir yerində tapdım və onu dayaz yerə çıxartdım”.”

Abbas
Muslim, 532 (İman, 431)Səhih

وَحَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا لَيْثٌ عَنِ ابْنِ الْهَادِ عَنْ عَبْدِ اللَّهِ بْنِ خَبَّابٍ عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذُكِرَ عِنْدَهُ عَمُّهُ أَبُو طَالِبٍ فَقَالَ « لَعَلَّهُ تَنْفَعُهُ شَفَاعَتِى يَوْمَ الْقِيَامَةِ فَيُجْعَلُ فِى ضَحْضَاحٍ مِنْ نَارٍ يَبْلُغُ كَعْبَيْهِ يَغْلِى مِنْهُ دِمَاغُهُ ».

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, bir dəfə Allah Elçisinin ﷺ yanında əmisi Əbu Talib yad edildi. Onda o, belə buyurdu: “Ümidvaram ki, Qiyamət günü mənim şəfaətim ona fayda verəcək və o, Cəhənnəmin dayaz yerinə yerləşdiriləcək. Orada alov onun topuqlarına çatacaq və istisindən onun beyni qaynayacaq”.”

Əbu Səid əl-Xudri
Muslim, 535 (İman, 434)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا يَحْيَى بْنُ أَبِى بُكَيْرٍ حَدَّثَنَا زُهَيْرُ بْنُ مُحَمَّدٍ عَنْ سُهَيْلِ بْنِ أَبِى صَالِحٍ عَنِ النُّعْمَانِ بْنِ أَبِى عَيَّاشٍ عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِنَّ أَدْنَى أَهْلِ النَّارِ عَذَابًا يَنْتَعِلُ بِنَعْلَيْنِ مِنْ نَارٍ يَغْلِى دِمَاغُهُ مِنْ حَرَارَةِ نَعْلَيْهِ ».

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Cəhənnəmdə ən yüngül əzab çəkəcək kimsə alovdan iki başmaq geyəcək. Bu başmaqların hərarətindən onun beyni qaynayacaq”.”

Əbu Səid əl-Xudri
Muslim, 536 (İman, 435)Səhih

وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا عَفَّانُ حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ حَدَّثَنَا ثَابِتٌ عَنْ أَبِى عُثْمَانَ النَّهْدِىِّ عَنِ ابْنِ عَبَّاسٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « أَهْوَنُ أَهْلِ النَّارِ عَذَابًا أَبُو طَالِبٍ وَهُوَ مُنْتَعِلٌ بِنَعْلَيْنِ يَغْلِى مِنْهُمَا دِمَاغُهُ ».

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Cəhənnəmdə ən yüngül əzab çəkəcək adam Əbu Talib olacaq. O, alovdan iki başmaq geyəcək və bunların istisindən onun beyni qaynayacaq”.”

İbn Abbas
Muslim, 537 (İman, 436)Səhih

وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى وَابْنُ بَشَّارٍ - وَاللَّفْظُ لاِبْنِ الْمُثَنَّى - قَالاَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا شُعْبَةُ قَالَ سَمِعْتُ أَبَا إِسْحَاقَ يَقُولُ سَمِعْتُ النُّعْمَانَ بْنَ بَشِيرٍ يَخْطُبُ وَهْوَ يَقُولُ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « إِنَّ أَهْوَنَ أَهْلِ النَّارِ عَذَابًا يَوْمَ الْقِيَامَةِ لَرَجُلٌ تُوضَعُ فِى أَخْمَصِ قَدَمَيْهِ جَمْرَتَانِ يَغْلِى مِنْهُمَا دِمَاغُهُ ».

“Rəvayət edilir ki, Numən ibn Bəşir ﵁ xütbə verərkən demişdir: “Mən Allah Elçisinin ﷺ belə dediyini eşitmişəm: “Qiyamət günü Cəhənnəm əhlinin ən yüngül əzab çəkəni o adam olacaq ki, ayağının altındakı çuxurlara köz qoyulacaq, bunların istisindən onun beyni qaynacaq”.”

Numən ibn Bəşir
Muslim, 538 (İman, 437)Səhih

وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا أَبُو أُسَامَةَ عَنِ الأَعْمَشِ عَنْ أَبِى إِسْحَاقَ عَنِ النُّعْمَانِ بْنِ بَشِيرٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِنَّ أَهْوَنَ أَهْلِ النَّارِ عَذَابًا مَنْ لَهُ نَعْلاَنِ وَشِرَاكَانِ مِنْ نَارٍ يَغْلِى مِنْهُمَا دِمَاغُهُ كَمَا يَغْلِى الْمِرْجَلُ مَا يَرَى أَنَّ أَحَدًا أَشَدُّ مِنْهُ عَذَابًا وَإِنَّهُ لأَهْوَنُهُمْ عَذَابًا ».

“Rəvayət edilir ki, Numən ibn Bəşir ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Cəhənnəm əhlinin ən yüngül əzab çəkəni o adam olacaq ki, onun alovdan iki səndəli, bunların da iki qaytanı olacaq. Bu səndəllərin istiliyindən onun beyni dərin qazanın qaynadığı kimi qaynayacaq. Buna rəğmən, o, özündən başqa heç kəsin bu cür şiddətli əzaba düçar olduğunu güman etməyəcək. Halbuki o, Cəhənnəm əhlinin ən yüngül əzab çəkəni olacaq”.”

Numən ibn Bəşir
Muslim, 539 (İman, 438)Səhih

حَدَّثَنَا عُثْمَانُ بْنُ أَبِى شَيْبَةَ الْعَبْسِىُّ حَدَّثَنَا جَرِيرٌ عَنِ الأَعْمَشِ عَنْ أَبِى صَالِحٍ عَنْ أَبِى سَعِيدٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « يَقُولُ اللَّهُ عَزَّ وَجَلَّ يَا آدَمُ فَيَقُولُ لَبَّيْكَ وَسَعْدَيْكَ وَالْخَيْرُ فِى يَدَيْكَ - قَالَ - يَقُولُ أَخْرِجْ بَعْثَ النَّارِ. قَالَ وَمَا بَعْثُ النَّارِ قَالَ مِنْ كُلِّ أَلْفٍ تِسْعَمِائَةٍ وَتِسْعَةً وَتِسْعِينَ. قَالَ فَذَاكَ حِينَ يَشِيبُ الصَّغِيرُ وَتَضَعُ كُلُّ ذَاتِ حَمْلٍ حَمْلَهَا وَتَرَى النَّاسَ سُكَارَى وَمَا هُمْ بِسُكَارَى وَلَكِنَّ عَذَابَ اللَّهِ شَدِيدٌ ». قَالَ فَاشْتَدَّ ذَلِكَ عَلَيْهِمْ. قَالُوا يَا رَسُولَ اللَّهِ أَيُّنَا ذَلِكَ الرَّجُلُ فَقَالَ « أَبْشِرُوا فَإِنَّ مِنْ يَأْجُوجَ وَمَأْجُوجَ أَلْفًا وَمِنْكُمْ رَجُلٌ ». قَالَ ثُمَّ قَالَ « وَالَّذِى نَفْسِى بِيَدِهِ إِنِّى لأَطْمَعُ أَنْ تَكُونُوا رُبُعَ أَهْلِ الْجَنَّةِ ». فَحَمِدْنَا اللَّهَ وَكَبَّرْنَا ثُمَّ قَالَ « وَالَّذِى نَفْسِى بِيَدِهِ إِنِّى لأَطْمَعُ أَنْ تَكُونُوا ثُلُثَ أَهْلِ الْجَنَّةِ ». فَحَمِدْنَا اللَّهَ وَكَبَّرْنَا ثُمَّ قَالَ « وَالَّذِى نَفْسِى بِيَدِهِ إِنِّى لأَطْمَعُ أَنْ تَكُونُوا شَطْرَ أَهْلِ الْجَنَّةِ إِنَّ مَثَلَكُمْ فِى الأُمَمِ كَمَثَلِ الشَّعْرَةِ الْبَيْضَاءِ فِى جِلْدِ الثَّوْرِ الأَسْوَدِ أَوْ كَالرَّقْمَةِ فِى ذِرَاعِ الْحِمَارِ ».

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “(Qiyamət günü) Allah ﷿ buyuracaq: “Ey Adəm!” Adəm deyəcək: “Buyur, hüzurundayam və əmrinə müntəzirəm. Xeyir yalnız Sənin Əlindədir!” Allah buyuracaq: “Cəhənnəmə düşəcək kimsələri ayır!” Adəm deyəcək: “Cəhənnəmə düşəcək olanlar nə qədərdir?” Allah buyuracaq: “Hər min nəfərdən doqquz yüz doxsan doqquzu (Cəhənnəmə gedəcək)”. “O zaman uşaqların saçları ağaracaq, hamilə qadın bətnindəkini salacaq, insanları sərxoş görəcəksən, halbuki onlar sərxoş olmayacaqlar. Ancaq Allahın əzabı çox şiddətlidir”. (əl-Həcc, 2). Səhabələrə bu ağır gəldi və onlar: “Ey Allahın Elçisi, hansımız o bir nəfərdən olacaq?”, – deyə soruşdular. Peyğəmbər ﷺ buyurdu: “Sevinin! Heç şübhəsiz ki, sizdən hər bir nəfərin müqabilində Yəcuc və Məcuc tayfalarından min nəfər (Cəhənnəmə atılacaq)”. Sonra Peyğəmbər ﷺ davam edib buyurdu: “Canım Əlində Olana and olsun ki, mən sizin Cənnət əhlinin dörddə birini təşkil edəcəyinizə ümid edirəm”. Bunu eşidəndə biz Allaha həmd etdik və təkbir gətirdik. Sonra o buyurdu: “Canım Əlində Olana and olsun ki, mən sizin Cənnət əhlinin üçdə birini təşkil edəcəyinizə ümid edirəm”. Biz yenə Allaha həmd etdik və təkbir gətirdik. Sonra o belə buyurdu: “Canım Əlində Olana and olsun ki, mən sizin Cənnət əhlinin yarısını təşkil edəcəyinizə ümid edirəm. Sizinlə əvvəlki ümmətlərin misalı qara öküzün dərisindəki ağ tükün və ya uzunqulağın ayağının iç tərəfində olan dairəvarı ləkənin misalına bənzəyir”.”

Əbu Səid
Muslim, 554 (İman, 453)Səhih

حَدَّثَنَا عَبْدُ بْنُ حُمَيْدٍ حَدَّثَنَا أَبُو نُعَيْمٍ حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ مُسْلِمٍ حَدَّثَنَا أَبُو الْمُتَوَكِّلِ أَنَّ ابْنَ عَبَّاسٍ حَدَّثَهُ أَنَّهُ بَاتَ عِنْدَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ لَيْلَةٍ فَقَامَ نَبِىُّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ آخِرِ اللَّيْلِ فَخَرَجَ فَنَظَرَ فِى السَّمَاءِ ثُمَّ تَلاَ هَذِهِ الآيَةَ فِى آلِ عِمْرَانَ {إِنَّ فِى خَلْقِ السَّمَوَاتِ وَالأَرْضِ وَاخْتِلاَفِ اللَّيْلِ وَالنَّهَارِ} حَتَّى بَلَغَ {فَقِنَا عَذَابَ النَّارِ} ثُمَّ رَجَعَ إِلَى الْبَيْتِ فَتَسَوَّكَ وَتَوَضَّأَ ثُمَّ قَامَ فَصَلَّى ثُمَّ اضْطَجَعَ ثُمَّ قَامَ فَخَرَجَ فَنَظَرَ إِلَى السَّمَاءِ فَتَلاَ هَذِهِ الآيَةَ ثُمَّ رَجَعَ فَتَسَوَّكَ فَتَوَضَّأَ ثُمَّ قَامَ فَصَلَّى.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ bir gecə Peyğəmbərin ﷺ yanında gecələmiş və gördüklərini belə rəvayət etmişdir: “Allahın Peyğəmbəri ﷺ gecənin axırında qalxıb bayıra çıxdı və səmaya baxdı, sonra da “Ali-İmran” surəsinin bu ayələrini oxudu: “Həqiqətən, göylərin və yerin yaradılışında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edər, göylərin və yerin yaradılışı haqqında düşünər və deyərlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə yaratmamısan. Sən pak və müqəddəssən. Bizi Cəhənnəm əzabından qoru!” (Ali-İmran, 190-191). Sonra evə qayıtdı, misvakdan istifadə etdi və dəstəmaz aldı. Sonra qalxıb namaz qıldı. Sonra da uzanıb yatdı. Bir müddətdən sonra qalxıb yenə eşiyə çıxdı və səmaya baxdı. Bir daha bu ayələri oxudu. Sonra qayıdıb misvaklandı və dəstəmaz aldı. Sonra namaza durdu”.”

İbn Abbas
Muslim, 619 (Təharət, 64)Səhih

وَحَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا يَحْيَى - يَعْنِى ابْنَ سَعِيدٍ - عَنْ حَمَّادِ بْنِ سَلَمَةَ حَدَّثَنَا ثَابِتٌ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُغِيرُ إِذَا طَلَعَ الْفَجْرُ وَكَانَ يَسْتَمِعُ الأَذَانَ فَإِنْ سَمِعَ أَذَانًا أَمْسَكَ وَإِلاَّ أَغَارَ فَسَمِعَ رَجُلاً يَقُولُ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « عَلَى الْفِطْرَةِ ». ثُمَّ قَالَ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « خَرَجْتَ مِنَ النَّارِ ». فَنَظَرُوا فَإِذَا هُوَ رَاعِى مِعْزًى.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ sübh vaxtı hücum edərdi. Dayanıb azanı gözləyərdi, əgər azan səsini eşidərdisə, o yerə hücum etməzdi, əks halda hücum edərdi. Bir dəfə bir kişinin “Allahu Əkbər, Allahu Əkbər” dediyini eşitdi və dedi: “O, fitrət üzərindədir”. Sonra həmin kişi: “Əşhədu ən lə: ilə:hə illəllah, əşhədu ən lə: ilə:hə illəllah” dedikdə, Allah Elçisi ﷺ buyurdu: “Cəhənnəmdən qurtuldun”. Sonra baxıb gördülər ki, o kişi çobandır”.”

Ənəs ibn Malik
Muslim, 873 (Namaz, 11)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَعَلِىُّ بْنُ حُجْرٍ وَاللَّفْظُ لأَبِى بَكْرٍ قَالَ ابْنُ حُجْرٍ أَخْبَرَنَا وَقَالَ أَبُو بَكْرٍ حَدَّثَنَا عَلِىُّ بْنُ مُسْهِرٍ عَنِ الْمُخْتَارِ بْنِ فُلْفُلٍ عَنْ أَنَسٍ قَالَ صَلَّى بِنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ يَوْمٍ فَلَمَّا قَضَى الصَّلاَةَ أَقْبَلَ عَلَيْنَا بِوَجْهِهِ فَقَالَ « أَيُّهَا النَّاسُ إِنِّى إِمَامُكُمْ فَلاَ تَسْبِقُونِى بِالرُّكُوعِ وَلاَ بِالسُّجُودِ وَلاَ بِالْقِيَامِ وَلاَ بِالاِنْصِرَافِ فَإِنِّى أَرَاكُمْ أَمَامِى وَمِنْ خَلْفِى - ثُمَّ قَالَ - وَالَّذِى نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ لَوْ رَأَيْتُمْ مَا رَأَيْتُ لَضَحِكْتُمْ قَلِيلاً وَلَبَكَيْتُمْ كَثِيرًا ». قَالُوا وَمَا رَأَيْتَ يَا رَسُولَ اللَّهِ قَالَ « رَأَيْتُ الْجَنَّةَ وَالنَّارَ ».

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Bir gün Allah Elçisi ﷺ bizə namaz qıldırdı. Namazı bitirdikdən sonra üzünü bizə çevirib belə buyurdu: “Ey insanlar, mən sizin imamınızam. Məni rukuda, səcdələrdə, qiyamda və namazı bitirməkdə qabaqlamayın. Həqiqətən, mən sizi önümdə də, arxamda da görürəm”. Sonra isə belə buyurdu: “Muhəmmədin canı Əlində Olana and olsun ki, mənim gördüyümü görsəydiniz, az gülüb çox ağlayardınız”. Səhabələr ondan soruşdular: “Nə görmüsən, ey Allahın Elçisi?” O dedi: “Cənnəti və Cəhənnəmi”.”

Ənəs
Muslim, 989 (Namaz, 127)Səhih

أَخْبَرَنَا مَحْمُودُ بْنُ غَيْلاَنَ ، قَالَ : حَدَّثَنَا وَكِيعٌ ، قَالَ : حَدَّثَنَا مِسْعَرٌ وَابْنُ أَبِي خَالِدٍ وَالْبَخْتَرِيُّ بْنُ أَبِي الْبَخْتَرِيِّ كُلُّهُمْ سَمِعُوهُ مِنْ أَبِي بَكْرِ بْنِ عُمَارَةَ بْنِ رُوَيْبَةَ الثَّقَفِيِّ ، عَنْ أَبِيهِ قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : لَنْ يَلِجَ النَّارَ مَنْ صَلَّى قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ غُرُوبِهَا.

“Əbu Bəkr ibn Umara ibn Ruveybə əs-Səqafi atasının ﵁ belə dediyini rəvayət edir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Günəş doğmazdan və batmazdan əvvəl namaz qılan kimsə Cəhənnəm oduna girməz!””

Əbu Bəkr ibn Umara ibn Ruveybə əs-Səqafi atasından
Nəsəi, 471 (Namaz, 24)Səhih

أََخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ وَيَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ قَالاَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ إِسْمَاعِيلَ قَالَ : حَدَّثَنِي أَبُو بَكْرِ بْنُ عُمَارَةَ بْنِ رُوَيْبَةَ ، عَنْ أَبِيهِ قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : لاَ يَلِجُ النَّارَ أَحَدٌ صَلَّى قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ أَنْ تَغْرُبَ.

“Əbu Bəkr ibn Umara ibn Ruveybə əs-Səqafi atasının ﵁ belə dediyini rəvayət edir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Günəş doğmazdan və batmazdan əvvəl namaz qılan kimsə Cəhənnəm oduna girməz!””

Əbu Bəkr ibn Umara ibn Ruveybə atasından
Nəsəi, 487 (Namaz, 40)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنِ ابْنِ الْمُسَيَّبِ وَأَبِي سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا اشْتَدَّ الْحَرُّ فَأَبْرِدُوا عَنِ الصَّلاَةِ ؛ فَإِنَّ شِدَّةَ الْحَرِّ مِنْ فَيْحِ جَهَنَّمَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Şiddətli isti olduqda sərin düşənədək namazı təxirə salın, çünki şiddətli isti Cəhənnəmin nəfəs almasına görədir”.”

Əbu Hureyra
Nəsəi, 500 (Vaxtlar, 7)Səhih

أَخْبَرَنَا إِبْرَاهِيمُ بْنُ يَعْقُوبَ ، قَالَ : حَدَّثَنَا عُمَرُ بْنُ حَفْصٍ ، قَالَ : حَدَّثَنَا أَبِي وَأَنْبَأَنَا إِبْرَاهِيمُ بْنُ يَعْقُوبَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ مَعِينٍ ، قَالَ : حَدَّثَنَا حَفْصٌ وَأَنْبَأَنَا عَمْرُو بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا عُمَرُ بْنُ حَفْصِ بْنِ غِيَاثٍ ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنِ الْحَسَنِ بْنِ عُبَيْدِ اللهِ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ يَزِيدَ بْنِ أَوْسٍ ، عَنْ ثَابِتِ بْنِ قَيْسٍ ، عَنْ أَبِي مُوسَى يَرْفَعُهُ قَالَ : أَبْرِدُوا بِالظُّهْرِ ، فَإِنَّ الَّذِي تَجِدُونَ مِنَ الْحَرِّ مِنْ فَيْحِ جَهَنَّمَ.

“Əbu Musadan ﵁ mərfu olaraq rəvayət edilmişdir: “Zöhr namazını gecikdirin! Həqiqətən, istinin şiddəti Cəhənnəmin nəfəs almasına görədir”.”

Əbu Musa
Nəsəi, 501 (Vaxtlar, 8)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ مَنْصُورٍ قَالَ : أَنْبَأَنَا آدَمُ بْنُ أَبِي إِيَاسٍ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، قَالَ : حَدَّثَنَا مُعَاوِيَةُ بْنُ صَالِحٍ قَالَ : أَخْبَرَنِي أَبُو يَحْيَى سُلَيْمُ بْنُ عَامِرٍ ، وَضَمْرَةُ بْنُ حَبِيبٍ ، وَأَبُو طَلْحَةَ نُعَيْمُ بْنُ زِيَادٍ قَالُوا : سَمِعْنَا أَبَا أُمَامَةَ الْبَاهِلِيَّ يَقُولُ : سَمِعْتُ عَمْرَو بْنَ عَبَسَةَ يَقُولُ : قُلْتُ يَا رَسُولَ اللهِ ، هَلْ مِنْ سَاعَةٍ أَقْرَبُ مِنَ الأُخْرَى أَوْ هَلْ مِنْ سَاعَةٍ يُبْتَغَى ذِكْرُهَا ؟ قَالَ : نَعَمْ . إِنَّ أَقْرَبَ مَا يَكُونُ الرَّبُّ عَزَّ وَجَلَّ مِنَ الْعَبْدِ جَوْفَ اللَّيْلِ الآخِرَ ، فَإِنِ اسْتَطَعْتَ أَنْ تَكُونَ مِمَّنْ يَذْكُرُ اللَّهَ عَزَّ وَجَلَّ فِي تِلْكَ السَّاعَةِ فَكُنْ ؛ فَإِنَّ الصَّلاَةَ مَحْضُورَةٌ مَشْهُودَةٌ إِلَى طُلُوعِ الشَّمْسِ ، فَإِنَّهَا تَطْلُعُ بَيْنَ قَرْنَيِ الشَّيْطَانِ وَهِيَ سَاعَةُ صَلاَةِ الْكُفَّارِ ، فَدَعِ الصَّلاَةَ حَتَّى تَرْتَفِعَ قِيدَ رُمْحٍ وَيَذْهَبَ شُعَاعُهَا ، ثُمَّ الصَّلاَةُ مَحْضُورَةٌ مَشْهُودَةٌ حَتَّى تَعْتَدِلَ الشَّمْسُ اعْتِدَالَ الرُّمْحِ بِنِصْفِ النَّهَارِ ؛ فَإِنَّهَا سَاعَةٌ تُفْتَحُ فِيهَا أَبْوَابُ جَهَنَّمَ وَتُسْجَرُ فَدَعِ الصَّلاَةَ حَتَّى يَفِيءَ الْفَيْءُ ، ثُمَّ الصَّلاَةُ مَحْضُورَةٌ مَشْهُودَةٌ حَتَّى تَغِيبَ الشَّمْسُ ؛ فَإِنَّهَا تَغِيبُ بَيْنَ قَرْنَيْ شَيْطَانٍ وَهِيَ صَلاَةُ الْكُفَّارِ.

“Rəvayət edilir ki, Amr ibn Abəsə ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, Allaha daha yaxın olmaq üçün və ya Onu zikr etmək üçün daha münasib olan vaxt varmı?” O dedi: “Bəli, həqiqətən, qulun Rəbbə ﷿ ən yaxın olan anı gecənin axırıdır. Əgər sən bu vaxtda Allahı ﷿ zikr edənlər arasında olmağı bacarsan, bunu et! Namaz (mələklər tərəfindən) günəş çıxana qədər müşahidə olunur. Həqiqətən, günəş şeytanın iki buynuzu arasından çıxır və bu da kafirlərin namaz qıldıqları vaxtdır. Bu vaxt günəş bir nizə yüksələnə və şüaları itənə qədər namaz qılma! Namaz (mələklər tərəfindən) günəş baş üstündə olana – günortanın ortasına qədər müşahidə olunur. Bu vaxt Cəhənnəmin qapıları açılır və odun istiliyi artır. Günəş batmağa meyl edənə qədər namaz qılma! Sonra namaz (mələklər tərəfindən) günəş batana qədər müşahidə olunur. Günəş şeytanın iki buynuzu arasında batır və bu da kafirlərin namaz qıldığı vaxtdır”.”

Amr ibn Abəsə
Nəsəi, 572 (Vaxtlar, 79)Səhih

أَخْبَرَنِي الْحَسَنُ بْنُ إِسْمَاعِيلَ بْنِ سُلَيْمَانَ وَأَيُّوبُ بْنُ مُحَمَّدٍ قَالاَ : حَدَّثَنَا حَجَّاجُ بْنُ مُحَمَّدٍ قَالَ : أَيُّوبُ حَدَّثَنَا ، وَقَالَ حَسَنٌ : أَخْبَرَنِي شُعْبَةُ ، عَنْ يَعْلَى بْنِ عَطَاءٍ ، عَنْ يَزِيدَ بْنِ طَلْقٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْبَيْلَمَانِيِّ ، عَنْ عَمْرِو بْنِ عَبَسَةَ قَالَ : أَتَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، مَنْ أَسْلَمَ مَعَكَ ؟ قَالَ : حُرٌّ وَعَبْدٌ . قُلْتُ : هَلْ مِنْ سَاعَةٍ أَقْرَبُ إِلَى اللهِ عَزَّ وَجَلَّ مِنْ أُخْرَى ؟ قَالَ : نَعَمْ . جَوْفُ اللَّيْلِ الآخِرُ ، فَصَلِّ مَا بَدَا لَكَ حَتَّى تُصَلِّيَ الصُّبْحَ ، ثُمَّ انْتَهِ حَتَّى تَطْلُعَ الشَّمْسُ وَمَا دَامَتْ - وَقَالَ أَيُّوبُ : فَمَا دَامَتْ - كَأَنَّهَا حَجَفَةٌ حَتَّى تَنْتَشِرَ ، ثُمَّ صَلِّ مَا بَدَا لَكَ حَتَّى يَقُومَ الْعَمُودُ عَلَى ظِلِّهِ ، ثُمَّ انْتَهِ حَتَّى تَزُولَ الشَّمْسُ ؛ فَإِنَّ جَهَنَّمَ تُسْجَرُ نِصْفَ النَّهَارِ ، ثُمَّ صَلِّ مَا بَدَا لَكَ حَتَّى تُصَلِّيَ الْعَصْرَ ، ثُمَّ انْتَهِ حَتَّى تَغْرُبَ الشَّمْسُ ؛ فَإِنَّهَا تَغْرُبُ بَيْنَ قَرْنَيْ شَيْطَانٍ وَتَطْلُعُ بَيْنَ قَرْنَيْ شَيْطَانٍ.

“Rəvayət edilir ki, Amr ibn Abəsə ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ yanına gəlib dedim: “Ey Allahın Elçisi, səninlə birlikdə kim müsəlman olmuşdur?” O dedi: “Azad olan da, qul olan da”. Mən dedim: “Allaha ﷿ ən yaxın olan vaxt var?” O dedi: “Bəli, gecənin ortasından Sübh namazına qədər istədiyin qədər namaz qıl. Sonra günəş çıxana qədər namaz qılma!” Hədisin ravilərindən biri Əyyub dedi: “Hər şeyin kölgəsi özü boyda olanadək istədiyin qədər namaz qıl. Sonra günəş zenitdə olana qədər gözlə, çünki gündüzün ortasında Cəhənnəm odlandırılır. Sonra Əsr namazınadək istədiyin qədər namaz qıl. Sonra günəş batana qədər namaz qılma, çünki günəş şeytanın iki buynuzu arasında batır və iki buynuzu arasında da çıxır”.”

Amr ibn Abəsə
Nəsəi, 584 (Vaxtlar, 91)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سُلَيْمَانَ لُوَيْنٌ بِالْمَصِّيْصَةِ ، عَنْ حَمَّادِ بْنِ زَيْدٍ ، عَنْ مَعْمَرٍ ، وَالنُّعْمَانُ بْنُ رَاشِدٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عَطَاءِ بْنِ يَزِيدَ ، قَالَ : كُنْتُ جَالِسًا إِلَى أَبِي هُرَيْرَةَ ، وَأَبِي سَعِيدٍ فَحَدَّثَ أَحَدُهُمَا حَدِيثَ الشَّفَاعَةِ وَالآخَرُ مُنْصِتٌ ، قَالَ : فَتَأْتِي الْمَلاَئِكَةُ فَتَشْفَعُ وَتَشْفَعُ الرُّسُلُ وَذَكَرَ الصِّرَاطَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : فَأَكُونُ أَوَّلَ مَنْ يُجِيزُ ، فَإِذَا فَرَغَ اللَّهُ عَزَّ وَجَلَّ مِنَ الْقَضَاءِ بَيْنَ خَلْقِهِ وَأَخْرَجَ مِنَ النَّارِ مَنْ يُرِيدُ أَنْ يُخْرِجَ أَمَرَ اللَّهُ الْمَلاَئِكَةَ وَالرُّسُلَ أَنْ تَشْفَعَ ، فَيُعْرَفُونَ بِعَلاَمَاتِهِمْ إِنَّ النَّارَ تَأْكُلُ كُلَّ شَيْءٍ مِنَ ابْنِ آدَمَ إِلاَّ مَوْضِعَ السُّجُودِ ، فَيُصَبُّ عَلَيْهِمْ مِنْ مَاءِ الْجَنَّةِ فَيَنْبُتُونَ كَمَا تَنْبُتُ الْحِبَّةُ فِي حَمِيلِ السَّيْلِ.

“Rəvayət edilir ki, Əta ibn Yəzid ﵀ demişdir: “Bir dəfə mən Əbu Hureyra və Əbu Səidlə birlikdə oturmuşdum. Onlardan biri şəfaət hədisini danışdı, digəri isə sakit durmuşdu. O dedi: “Mələklər gəlib şəfaət edəcəklər, Allahın elçiləri şəfaət edəcəklər”. Sonra sırat körpüsü haqda danışaraq dedi: “Allah Elçisi ﷺ belə buyurdu: “Mən sıratı keçmək üçün icazə verilənlərin ilki olacam. Allah ﷿ yaratdıqları arasında haqq-hesabı bitirdikdən və Cəhənnəmdən istədiklərini çıxardıqdan sonra mələklərə və elçilərə şəfaət etmələri üçün əmr edəcək. Onlar Cəhənnəmdən əlamətlərlə tanınanları çıxaracaqlar. Cəhənnəm odu Adəm övladlarının səcdə yerindən başqa hər yerini yeyəcək. Onların üzərinə Cənnətdən olan su töküləcək. Onlar selin gətirdiyi toxumların yetişdiyi kimi yerdən bitəcəklər”.”

Əta ibn Yəzid
Nəsəi, 1140 (Tətbiq, 112)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا الْمُعْتَمِرُ ، قَالَ : سَمِعْتُ أَيْمَنَ وَهُوَ ابْنُ نَابِلٍ ، يَقُولُ : حَدَّثَنِي أَبُو الزُّبَيْرِ ، عَنْ جَابِرٍ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُعَلِّمُنَا التَّشَهُّدَ كَمَا يُعَلِّمُنَا السُّورَةَ مِنَ الْقُرْآنِ بِسْمِ اللهِ وَبِاللَّهِ ، التَّحِيَّاتُ لِلَّهِ وَالصَّلَوَاتُ وَالطَّيِّبَاتُ ، السَّلاَمُ عَلَيْكَ أَيُّهَا النَّبِيُّ وَرَحْمَةُ اللهِ وَبَرَكَاتُهُ ، السَّلاَمُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللهِ الصَّالِحِينَ ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ ، أَسْأَلُ اللَّهَ الْجَنَّةَ وَأَعُوذُ بِاللَّهِ مِنَ النَّارِ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ bizə təşəhhüdü Qurandan bir surə öyrətdiyi kimi öyrətdi. Allahın adı və Allahın yardımı ilə salamlar, dualar və gözəl şeylər Allaha aiddir. Ey Peyğəmbər, sənə Allahın salamı, rəhməti və bərəkəti olsun! Bizə və Allahın əməlisaleh qullarına salam olsun! Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan məbud yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir! Allahdan Cənnəti diləyirəm və Cəhənnəm əzabından Allaha sığınıram!””

Cabir
Nəsəi, 1175 (Tətbiq, 147)Zəif

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا أَبُو عَاصِمٍ ، قَالَ : حَدَّثَنَا أَيْمَنُ ابْنُ نَابِلٍ ، قَالَ : حَدَّثَنَا أَبُو الزُّبَيْرِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُعَلِّمُنَا التَّشَهُّدَ كَمَا يُعَلِّمُنَا السُّورَةَ مِنَ الْقُرْآنِ ، بِسْمِ اللهِ وَبِاللَّهِ ، التَّحِيَّاتُ لِلَّهِ وَالصَّلَوَاتُ وَالطَّيِّبَاتُ ، السَّلاَمُ عَلَيْكَ أَيُّهَا النَّبِيُّ وَرَحْمَةُ اللهِ وَبَرَكَاتُهُ ، السَّلاَمُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللهِ الصَّالِحِينَ ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ ، وَأَسْأَلُ اللَّهَ الْجَنَّةَ ، وَأَعُوذُ بِهِ مِنَ النَّارِ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ bizə təşəhhüdü Qurandan bir surə öyrətdiyi kimi öyrətdi. Allahın adı ilə, Allah üçün! “Salamlar, dualar və gözəl şeylər Allaha aiddir. Ey Peyğəmbər, sənə Allahın salamı, rəhməti və bərəkəti olsun! Bizə və Allahın əməlisaleh qullarına salam olsun! Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan məbud yoxdur və Muhəmməd Onun qulu və elçisidir! Allahdan Cənnəti diləyirəm və Cəhənnəm əzabından Allaha sığınıram!””

Cabir ibn Abdullah
Nəsəi, 1281 (Səhv, 103)Zəif

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ عَمَّارٍ الْمَوْصِلِيُّ ، عَنِ الْمُعَافَى ، عَنِ الأَوْزَاعِيِّ وَأَنْبَأَنَا عَلِيُّ بْنُ خَشْرَمٍ ، عَنْ عِيسَى بْنِ يُونُسَ ، وَاللَّفْظُ لَهُ ، عَنِ الأَوْزَاعِيِّ ، عَنْ حَسَّانَ بْنِ عَطِيَّةَ ، عَنْ مُحَمَّدِ بْنِ أَبِي عَائِشَةَ ، قَالَ : سَمِعْتُ أَبَا هُرَيْرَةَ يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا تَشَهَّدَ أَحَدُكُمْ فَلْيَتَعَوَّذْ بِاللَّهِ مِنْ أَرْبَعٍ : مِنْ عَذَابِ جَهَنَّمَ ، وَعَذَابِ الْقَبْرِ ، وَفِتْنَةِ الْمَحْيَا وَالْمَمَاتِ ، وَمِنْ شَرِّ الْمَسِيحِ الدَّجَّالِ ، ثُمَّ يَدْعُو لِنَفْسِهِ بِمَا بَدَا لَهُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biriniz təşəhhüdə oturduqda, dörd şeydən Allaha sığınsın; Cəhənnəm əzabından, qəbir əzabından, həyatın və ölümün fitnəsindən və Məsih Dəccalın şərindən. Bundan sonra özü üçün istədiyi duanı etsin”.”

Əbu Hureyra
Nəsəi, 1310 (Səhv, 132)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا يَعْلَى ، قَالَ : حَدَّثَنَا قُدَامَةُ ، عَنْ جَسْرَةَ ، قَالَتْ : حَدَّثَتْنِي عَائِشَةُ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ : دَخَلَتْ عَلَيَّ امْرَأَةٌ مِنَ الْيَهُودِ ، فَقَالَتْ : إِنَّ عَذَابَ الْقَبْرِ مِنَ الْبَوْلِ ، فَقُلْتُ : كَذَبْتِ ، فَقَالَتْ : بَلَى ، إِنَّا لَنَقْرِضُ مِنْهُ الْجِلْدَ وَالثَّوْبَ ، فَخَرَجَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى الصَّلاَةِ وَقَدِ ارْتَفَعَتْ أَصْوَاتُنَا ، فَقَالَ : مَا هَذَا ؟ فَأَخْبَرْتُهُ بِمَا قَالَتْ ، فَقَالَ : صَدَقَتْ ، فَمَا صَلَّى بَعْدَ يَوْمِئِذٍ صَلاَةً إِلاَّ قَالَ فِي دُبُرِ الصَّلاَةِ : رَبَّ جِبْرِيلَ وَمِيكَائِيلَ وَإِسْرَافِيلَ أَعِذْنِي مِنْ حَرِّ النَّارِ ، وَعَذَابِ الْقَبْرِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Yəhudi bir qadın yanıma gəlib belə dedi: “Həqiqətən, sidikdən təmizlənməməyə görə qəbir əzabı var”. Mən dedim: “Yalan deyirsən”. O dedi: “Xeyr, biz paltarımıza və dərimizə düşən sidik damcılarına görə o hissəni kəsərdik”. Allah Elçisi ﷺ namaz qılmaq üçün evdən çıxmışdı. Bizim səsimiz yüksəldikdə, Peyğəmbər ﷺ dedi: “Nə olub?” Onun dediklərini Peyğəmbərə ﷺ xəbər verdikdə, o dedi: “O, doğru söyləyir”. O gündən Peyğəmbər ﷺ hər namazın sonunda bu duanı deməyə başladı: “Cəbrailin, Mikailin və İsrafilin Rəbbi! Cəhənnəmin istisindən və qəbir əzabından Sənə sığınıram!””

Aişə
Nəsəi, 1345 (Səhv, 167)Zəif

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا عَلِيُّ بْنُ مُسْهِرٍ ، عَنِ الْمُخْتَارِ ابْنِ فُلْفُلٍ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : صَلَّى بِنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ يَوْمٍ ، ثُمَّ أَقْبَلَ عَلَيْنَا بِوَجْهِهِ فَقَالَ : إِنِّي إِمَامُكُمْ ، فَلاَ تُبَادِرُونِي بِالرُّكُوعِ وَلاَ بِالسُّجُودِ ، وَلاَ بِالْقِيَامِ وَلاَ بِالاِنْصِرَافِ ، فَإِنِّي أَرَاكُمْ مِنْ أَمَامِي وَمِنْ خَلْفِي ، ثُمَّ قَالَ : وَالَّذِي نَفْسِي بِيَدِهِ ، لَوْ رَأَيْتُمْ مَا رَأَيْتُ لَضَحِكْتُمْ قَلِيلاً وَلَبَكَيْتُمْ كَثِيرًا قُلْنَا : مَا رَأَيْتَ يَا رَسُولَ اللهِ ؟ قَالَ : رَأَيْتُ الْجَنَّةَ وَالنَّارَ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Bir gün Allah Elçisi ﷺ bizə namaz qıldırdı. Sonra üzünü bizə tərəf çevirib dedi: “Həqiqətən, mən sizin imamınızam. Məni ruku və səcdə etməkdə, qiyama qalxmaqda və namazı məndən öncə bitirməkdə qabaqlamayın! Mən önümdə və arxamda olanları görürəm”. Sonra dedi: “Canım Əlində Olana and olsun! Mənim gördüyümü görsəydiniz, az gülüb çox ağlayardınız”. Biz dedik: “Sən nə görmüsən, ey Allahın Elçisi?” O dedi: “Mən Cənnəti və Cəhənnəmi görmüşəm”.”

Ənəs ibn Malik
Nəsəi, 1363 (Səhv, 185)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، عَنْ ابْنِ وَهْبٍ ، عَنْ يُونُسَ ، عَنْ ابْنِ شِهَابٍ ، قَالَ : أَخْبَرَنِي عُرْوَةُ بْنُ الزُّبَيْرِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : خَسَفَتِ الشَّمْسُ فِي حَيَاةِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَامَ فَكَبَّرَ ، وَصَفَّ النَّاسُ وَرَاءَهُ ، فَاقْتَرَأَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قِرَاءَةً طَوِيلَةً ، ثُمَّ كَبَّرَ فَرَكَعَ رُكُوعًا طَوِيلاً ، ثُمَّ رَفَعَ رَأْسَهُ ، فَقَالَ : سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ ، رَبَّنَا وَلَكَ الْحَمْدُ ، ثُمَّ قَامَ فَاقْتَرَأَ قِرَاءَةً طَوِيلَةً هِيَ أَدْنَى مِنَ الْقِرَاءَةِ الأُولَى ، ثُمَّ كَبَّرَ فَرَكَعَ رُكُوعًا طَوِيلاً هُوَ أَدْنَى مِنَ الرُّكُوعِ الأَوَّلِ ، ثُمَّ قَالَ : سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ رَبَّنَا وَلَكَ الْحَمْدُ ، ثُمَّ سَجَدَ ، ثُمَّ فَعَلَ فِي الرَّكْعَةِ الأُخْرَى مِثْلَ ذَلِكَ ، فَاسْتَكْمَلَ أَرْبَعَ رَكَعَاتٍ ، وَأَرْبَعَ سَجَدَاتٍ ، وَانْجَلَتِ الشَّمْسُ قَبْلَ أَنْ يَنْصَرِفَ ، ثُمَّ قَامَ فَخَطَبَ النَّاسَ ، فَأَثْنَى عَلَى اللهِ عَزَّ وَجَلَّ بِمَا هُوَ أَهْلُهُ ، ثُمَّ قَالَ : إِنَّ الشَّمْسَ وَالْقَمَرَ آيَتَانِ مِنْ آيَاتِ اللهِ تَعَالَى لاَ يَخْسِفَانِ لِمَوْتِ أَحَدٍ وَلاَ لِحَيَاتِهِ ، فَإِذَا رَأَيْتُمُوهُمَا فَصَلُّوا حَتَّى يُفْرَجَ عَنْكُمْ ، وَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : رَأَيْتُ فِي مَقَامِي هَذَا كُلَّ شَيْءٍ وُعِدْتُمْ ، لَقَدْ رَأَيْتُمُونِي أَرَدْتُ أَنْ آخُذَ قِطْفًا مِنَ الْجَنَّةِ حِينَ رَأَيْتُمُونِي جَعَلْتُ أَتَقَدَّمُ ، وَلَقَدْ رَأَيْتُ جَهَنَّمَ يَحْطِمُ بَعْضُهَا بَعْضًا حِينَ رَأَيْتُمُونِي تَأَخَّرْتُ ، وَرَأَيْتُ فِيهَا ابْنَ لُحَيٍّ وَهُوَ الَّذِي سَيَّبَ السَّوَائِبَ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisinin ﷺ zamanında günəş tutulmuşdu. O, qalxıb təkbir etdi və insanlar da onun arxasında cərgədə durdular. Allah Elçisi ﷺ qiraətini uzun etdi. Sonra təkbir edib uzun bir ruku etdi. Sonra başını qaldırdı və dedi: “Səmi Alla:hu limən həmidəh, Rabbənə: va ləkəl-həmd!” Sonra qalxdı və birinci qiraətindən qısa, amma yenə uzun qiraət etdi. Sonra birinci rukudan qısa, amma yenə də uzun bir ruku etdi. Sonra dedi: “Səmi Alla:hu limən həmidəh, Rabbənə: və ləkəl-həmd”. Sonra səcdə etdi. O biri rükətdə də etdiklərini təkrar etdi. Dörd ruku və dörd səcdəni tamamladı. Allah Elçisi ﷺ namazını bitirmədən günəşin üzü açıldı. O, qalxdı və Allaha həmd-səna etdikdən sonra insanlara xitab etdi: “Həqiqətən, günəş və ay Allahın varlığının dəlillərindən bir dəlildir. Onlar heç kimin ölümünə və ya doğulmasına görə tutulmurlar. Siz onların tutulmasını gördükdə bu hal sizdən gedənə qədər namaz qılın!” Allah Elçisi ﷺ dedi: “Mən öz məqamımı və sizə vəd etdiyim hər şeyi gördüm. Siz mənim namazda önə getdiyimi gördüyünüzdə, mən Cənnətdən bir meyvə götürmək istəyirdim. Mən namazda arxaya çəkilmək istədikdə, Cəhənnəmin parçalarının bir-birinə girdiyini gördüm. Orada (Kəbəyə qurban deyilən dəvələrin) minilməməsi və yüklənməməsi adətini qoyan İbn Luheyi gördüm”.”

Aişə
Nəsəi, 1472 (Kusuf, 14)Səhih

أَخْبَرَنَا هِلاَلُ بْنُ بِشْرٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ عَبْدِ الصَّمَدِ ، عَنْ عَطَاءِ بْنِ السَّائِبِ ، قَالَ : حَدَّثَنِي أَبِي السَّائِبُ ، أَنَّ عَبْدَ اللهِ بْنَ عَمْرٍو حَدَّثَهُ ، قَالَ : انْكَسَفَتِ الشَّمْسُ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى الصَّلاَةِ وَقَامَ الَّذِينَ مَعَهُ ، فَقَامَ قِيَامًا فَأَطَالَ الْقِيَامَ ، ثُمَّ رَكَعَ فَأَطَالَ الرُّكُوعَ ، ثُمَّ رَفَعَ رَأْسَهُ وَسَجَدَ فَأَطَالَ السُّجُودَ ، ثُمَّ رَفَعَ رَأْسَهُ وَجَلَسَ فَأَطَالَ الْجُلُوسَ ، ثُمَّ سَجَدَ فَأَطَالَ السُّجُودَ ، ثُمَّ رَفَعَ رَأْسَهُ وَقَامَ فَصَنَعَ فِي الرَّكْعَةِ الثَّانِيَةِ مِثْلَ مَا صَنَعَ فِي الرَّكْعَةِ الأُولَى مِنَ الْقِيَامِ وَالرُّكُوعِ وَالسُّجُودِ وَالْجُلُوسِ ، فَجَعَلَ يَنْفُخُ فِي آخِرِ سُجُودِهِ مِنَ الرَّكْعَةِ الثَّانِيَةِ ، وَيَبْكِي وَيَقُولُ : لَمْ تَعِدْنِي هَذَا وَأَنَا فِيهِمْ ، لَمْ تَعِدْنِي هَذَا وَنَحْنُ نَسْتَغْفِرُكَ ، ثُمَّ رَفَعَ رَأْسَهُ وَانْجَلَتِ الشَّمْسُ ، فَقَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَخَطَبَ النَّاسَ ، فَحَمِدَ اللَّهَ وَأَثْنَى عَلَيْهِ ، ثُمَّ قَالَ : إِنَّ الشَّمْسَ وَالْقَمَرَ آيَتَانِ مِنْ آيَاتِ اللهِ عَزَّ وَجَلَّ فَإِذَا رَأَيْتُمْ كُسُوفَ أَحَدِهِمَا فَاسْعَوْا إِلَى ذِكْرِ اللهِ عَزَّ وَجَلَّ ، وَالَّذِي نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ لَقَدْ أُدْنِيَتِ الْجَنَّةُ مِنِّي ، حَتَّى لَوْ بَسَطْتُ يَدِي لَتَعَاطَيْتُ مِنْ قُطُوفِهَا ، وَلَقَدْ أُدْنِيَتِ النَّارُ مِنِّي ، حَتَّى لَقَدْ جَعَلْتُ أَتَّقِيهَا خَشْيَةَ أَنْ تَغْشَاكُمْ ، حَتَّى رَأَيْتُ فِيهَا امْرَأَةً مِنْ حِمْيَرَ تُعَذَّبُ فِي هِرَّةٍ رَبَطَتْهَا ، فَلَمْ تَدَعْهَا تَأْكُلُ مِنْ خَشَاشِ الأَرْضِ ، فَلاَ هِيَ أَطْعَمَتْهَا وَلاَ هِيَ سَقَتْهَا حَتَّى مَاتَتْ ، فَلَقَدْ رَأَيْتُهَا تَنْهَشُهَا إِذَا أَقْبَلَتْ ، وَإِذَا وَلَّتْ تَنْهَشُ أَلْيَتَهَا ، وَحَتَّى رَأَيْتُ فِيهَا صَاحِبَ السِّبْتِيَّتَيْنِ أَخَا بَنِي الدَّعْدَاعِ يُدْفَعُ بِعَصًا ذَاتِ شُعْبَتَيْنِ فِي النَّارِ ، وَحَتَّى رَأَيْتُ فِيهَا صَاحِبَ الْمِحْجَنِ ، الَّذِي كَانَ يَسْرِقُ الْحَاجَّ بِمِحْجَنِهِ مُتَّكِئًا عَلَى مِحْجَنِهِ فِي النَّارِ ، يَقُولُ : أَنَا سَارِقُ الْمِحْجَنِ.

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Allah Elçisinin ﷺ zamanında günəş tutulmuşdu. Allah Elçisi ﷺ namaza durdu, onunla birlikdə olanlar da namaza durdular. O, qiyamı uzun etdi. Sonra ruku etdi və rukusunu uzun etdi. Sonra başını qaldıraraq dikəldi və səcdə etdi. Səcdəsini də uzun etdi. Sonra başını qaldırıb oturdu və uzun bir oturuş etdi. Sonra yenə səcdə etdi. Bu səcdəsini də uzun etdi. Sonra qalxdı və ikinci rükəti də əvvəlki rükətin qiyamı, rukusu, səcdəsi və oturuşu kimi uzadaraq qıldı. İkinci rükətin səcdəsində dərindən nəfəs alaraq ağlayır və belə deyirdi: “Mən onların arasında ikən bunu vəd etməmişdin, biz bağışlanma dilədiyimiz müddətdə bunu bizə vəd etməmişdin!” Sonra başını qaldırdı və günəşin üzü açıldı. Namazdan qalxaraq camaata xitab etdi, Allaha həmd edib Onu təriflədikdən sonra belə buyurdu: “Həqiqətən, günəş və ay Allahın ﷿ varlığının dəlillərindən bir dəlildir. Onların tutulduğunu gördükdə Allahı ﷿ zikr etməyə tələsin! Muhəmmədin canı Əlində Olana and olsun ki, mənə Cənnət yaxınlaşdırıldı və əlimi uzatsaydım, ondan bir şey götürərdim. Artıq mənə Cəhənnəm də yaxınlaşdırıldı və mən sizə toxunar deyə ondan çəkindim. Mən orada bir qadın gördüm ki, bir pişiyi tutub bağlı yerdə saxladığına görə ona əzab verilir. Pişiyi yerin həşəratlarından yeməyə qoymamış və özü də onu yedizdirməmişdi. Mən gördüm ki, pişik qadını o tərəf-bu tərəfdən cırmaqlayır. Həmçinin mənim qurbanlıq dəvələrimi oğurlayanı - Bəni əd-Dadəa tayfasından olan şəxsi də gördüm. Od içində dəyənəklə təqib olunurdular. Həmçinin Cəhənnəmdə əyri əsası ilə həcc edənlərdən oğurluq edən birisini də gördüm. O, od içində öz əsasına söykənərək belə deyirdi: “Mən əsa ilə oğurluq edənəm”.”

Abdullah ibn Amr
Nəsəi, 1482 (Kusuf, 24)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، قَالَ : حَدَّثَنَا ابْنُ الْقَاسِمِ ، عَنْ مَالِكٍ ، قَالَ : حَدَّثَنِي زَيْدُ بْنُ أَسْلَمَ ، عَنْ عَطَاءِ بْنِ يَسَارٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَبَّاسٍ ، قَالَ : خَسَفَتِ الشَّمْسُ ، فَصَلَّى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَالنَّاسُ مَعَهُ ، فَقَامَ قِيَامًا طَوِيلاً ، قَرَأَ نَحْوًا مِنْ سُورَةِ الْبَقَرَةِ قَالَ : ثُمَّ رَكَعَ رُكُوعًا طَوِيلاً ، ثُمَّ رَفَعَ فَقَامَ قِيَامًا طَوِيلاً وَهُوَ دُونَ الْقِيَامِ الأَوَّلِ ، ثُمَّ رَكَعَ رُكُوعًا طَوِيلاً وَهُوَ دُونَ الرُّكُوعِ الأَوَّلِ ، ثُمَّ سَجَدَ ، ثُمَّ قَامَ قِيَامًا طَوِيلاً وَهُوَ دُونَ الْقِيَامِ الأَوَّلِ ، ثُمَّ رَكَعَ رُكُوعًا طَوِيلاً وَهُوَ دُونَ الرُّكُوعِ الأَوَّلِ ، ثُمَّ رَفَعَ فَقَامَ قِيَامًا طَوِيلاً وَهُوَ دُونَ الْقِيَامِ الأَوَّلِ ، ثُمَّ رَكَعَ رُكُوعًا طَوِيلاً وَهُوَ دُونَ الرُّكُوعِ الأَوَّلِ ، ثُمَّ سَجَدَ ، ثُمَّ انْصَرَفَ ، وَقَدْ تَجَلَّتِ الشَّمْسُ ، فَقَالَ : إِنَّ الشَّمْسَ وَالْقَمَرَ آيَتَانِ مِنْ آيَاتِ اللهِ لاَ يَخْسِفَانِ لِمَوْتِ أَحَدٍ وَلاَ لِحَيَاتِهِ ، فَإِذَا رَأَيْتُمْ ذَلِكَ فَاذْكُرُوا اللَّهَ عَزَّ وَجَلَّ قَالُوا : يَا رَسُولَ اللهِ ، رَأَيْنَاكَ تَنَاوَلْتَ شَيْئًا فِي مَقَامِكَ هَذَا ، ثُمَّ رَأَيْنَاكَ تَكَعْكَعْتَ ، قَالَ : إِنِّي رَأَيْتُ الْجَنَّةَ - أَوْ أُرِيتُ الْجَنَّةَ - فَتَنَاوَلْتُ مِنْهَا عُنْقُودًا ، وَلَوْ أَخَذْتُهُ لأَكَلْتُمْ مِنْهُ مَا بَقِيَتِ الدُّنْيَا ، وَرَأَيْتُ النَّارَ فَلَمْ أَرَ كَالْيَوْمِ مَنْظَرًا قَطُّ ، وَرَأَيْتُ أَكْثَرَ أَهْلِهَا النِّسَاءَ قَالُوا : لِمَ يَا رَسُولَ اللهِ ؟ قَالَ : بِكُفْرِهِنَّ ، قِيلَ : يَكْفُرْنَ بِاللَّهِ ؟ قَالَ : يَكْفُرْنَ الْعَشِيرَ ، وَيَكْفُرْنَ الإِحْسَانَ ، لَوْ أَحْسَنْتَ إِلَى إِحْدَاهُنَّ الدَّهْرَ ثُمَّ رَأَتْ مِنْكَ شَيْئًا قَالَتْ : مَا رَأَيْتُ مِنْكَ خَيْرًا قَطُّ.

“Rəvayət edilir ki, Abdullah ibn Abbas ﵄ demişdir: “Günəş tutulmuşdu və Allah Elçisi ﷺ namaz qıldı. İnsanlar da onunla birlikdə namaz qıldılar. O, uzun bir qiyam etdi və “əl-Bəqərə” surəsi qədər oxudu. Sonra uzun bir ruku etdi. Sonra qalxıb qiyamda durdu, lakin bu, ilk qiyamdan qısa idi. Sonra uzun bir ruku etdi, lakin bu ruku ilk rukudan qısa idi. Sonra səcdə etdi. Sonra uzun bir qiyam etdi, lakin bu qiyam əvvəlkindən qısa idi. Sonra uzun bir ruku etdi, lakin bu ruku ilk rukudan qısa idi. Sonra qalxıb qiyamda durdu, lakin bu, ilk qiyamdan qısa idi. Sonra uzun bir ruku etdi, lakin bu ruku ilk rukudan qısa idi. Sonra səcdə etdi, sonra da namazını bitirdi. Bu zaman günəşin üzü açılmışdı. Sonra dedi: “Həqiqətən, günəş və ay Allahın varlığının dəlillərindən bir dəlildir. Onlar kiminsə ölümünə və ya doğulmasına görə tutulmur. Siz bunu gördükdə Allahı ﷿ zikr edin!” Allah onlarla Öz qullarını qorxudur. Onların tutulmasını gördükdə hava açılana qədər namaz qılın!” Səhabələr eddilər: “Ey Allahın Elçisi! Biz gördük ki, sən namazda ikən sanki əlinlə nəyisə tutmaq istəyirsən. Sonra gördük ki, sən arxaya çəkilirsən”. O dedi: “Mən Cənnəti gördüm – və ya Cənnət mən göstərildi. Ondan bir budaq götürmək istədim. Əgər bunu götürsəydim, dünya mövcud olduğu müddətdə siz bundan yeyərdiniz və bu salxım bitməzdi. Mən bundan əvvəl belə bir mənzərə görməmişdim. Belə ki, Cəhənnəm əhlinin çoxunun qadınlar olduğunu gördüm”. Səhabələr dedilər: “Nəyə görə, ey Allahın Elçisi?” Allah Elçisi ﷺ dedi: “Onların küfrlərinə görə”. Dedilər: “Onlar Allahamı küfr edirlər?” O dedi: “Onlar öz ailələrinə küfr edirlər. Onlara edilən yaxşılığa naşükürlük edirlər. Əgər sən onlara ömür boyu yaxşılıq etsən, sonra səndən başqa bir şey görsə, deyər: ”Mən indiyə kimi səndən heç bir xeyir görmədim”.”

Abdullah ibn Abbas
Nəsəi, 1493 (Kusuf, 35)Səhih

أَخْبَرَنَا عَبْدُ اللهِ بْنُ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ الْمِسْوَرِ الزُّهْرِيُّ ، قَالَ : حَدَّثَنَا غُنْدَرٌ ، عَنْ شُعْبَةَ ، عَنْ عَطَاءِ بْنِ السَّائِبِ ، عَنْ أَبِيهِ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو ، قَالَ : كَسَفَتِ الشَّمْسُ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَصَلَّى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَطَالَ الْقِيَامَ ، ثُمَّ رَكَعَ فَأَطَالَ الرُّكُوعَ ، ثُمَّ رَفَعَ فَأَطَالَ ـ قَالَ شُعْبَةُ : وَأَحْسَبُهُ قَالَ : فِي السُّجُودِ نَحْوَ ذَلِكَ ـ وَجَعَلَ يَبْكِي فِي سُجُودِهِ وَيَنْفُخُ وَيَقُولُ : رَبِّ لَمْ تَعِدْنِي هَذَا وَأَنَا أَسْتَغْفِرُكَ ، لَمْ تَعِدْنِي هَذَا وَأَنَا فِيهِمْ ، فَلَمَّا صَلَّى قَالَ : عُرِضَتْ عَلَيَّ الْجَنَّةُ حَتَّى لَوْ مَدَدْتُ يَدِي تَنَاوَلْتُ مِنْ قُطُوفِهَا ، وَعُرِضَتْ عَلَيَّ النَّارُ فَجَعَلْتُ أَنْفُخُ خَشْيَةَ أَنْ يَغْشَاكُمْ حَرُّهَا ، وَرَأَيْتُ فِيهَا سَارِقَ بَدَنَتَيْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَرَأَيْتُ فِيهَا أَخَا بَنِي دُعْدُعٍ سَارِقَ الْحَجِيجِ ، فَإِذَا فُطِنَ لَهُ قَالَ : هَذَا عَمَلُ الْمِحْجَنِ ، وَرَأَيْتُ فِيهَا امْرَأَةً طَوِيلَةً سَوْدَاءَ تُعَذَّبُ فِي هِرَّةٍ رَبَطَتْهَا ، فَلَمْ تُطْعِمْهَا وَلَمْ تَسْقِهَا ، وَلَمْ تَدَعْهَا تَأْكُلُ مِنْ خَشَاشِ الأَرْضِ حَتَّى مَاتَتْ ، وَإِنَّ الشَّمْسَ وَالْقَمَرَ لاَ يَنْكَسِفَانِ لِمَوْتِ أَحَدٍ وَلاَ لِحَيَاتِهِ ، وَلَكِنَّهُمَا آيَتَانِ مِنْ آيَاتِ اللهِ ، فَإِذَا انْكَسَفَتْ إِحْدَاهُمَا ـ أَوْ قَالَ : فَعَلَ أَحَدُهُمَا شَيْئًا مِنْ ذَلِكَ ـ فَاسْعَوْا إِلَى ذِكْرِ اللهِ عَزَّ وَجَلَّ.

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Allah Elçisinin ﷺ zamanında günəş tutulmuşdu. Allah Elçisi ﷺ namaz qıldı və qiyamını uzun etdi. Sonra uzun bir ruku etdi. Sonra rukudan qalxdı və bunu uzun etdi”. Hədisin ravisi Şöbə deyir: “Zənn edirəm ki, səcdəsini də uzun etdi”. Səcdəsində ağlayır və üfürərək belə deyirdi: “Ya Rəbbim, mən bağışlanma dilədiyim müddətdə Sən bunu mənə vəd etməmişdin. Mən onların arasında olduğum müddətdə Sən bunu mənə vəd etməmişdin”. Namazı bitirdikdən sonra isə dedi: “Cənnət (qarşıma) gətirildi, əlimi uzatsaydım, onun meyvələrindən dərərdim. Cəhənnəm də (qarşıma) gətirildi, onun istisinin sizə toxunmasından qorxduğum üçün üfləməyə başladım. Orda mənim iki qurbanlıq inəyimi oğurlayanı gördüm. Həmçinin orda Bəni Dudu tayfasından olan, əsasının ucu ilə həcc edənlərdən oğurluq edənləri gördüm. Həmin şəxsə bu deyiləndə, deyərmiş: “Bu, mənim əsamın işidir (əsama ilişib)”. Mən orada uzun qara qadını gördüm. Ona bir pişiyə görə əzab verilirdi. O, pişiyi tutub bağlamış, onu yedizdirib-içizdirmirdi, ona su vermirdi. Buraxmırdı ki, yerdə olan həşəratlardan yesin. (Beləliklə də pişik) ölmüşdü. Həqiqətən, günəş və ay kiminsə ölümünə və ya dünyaya gəlməsinə görə tutulmur. Onlar Allahın varlığına sübut olan dəlillərdən bir dəlildir. Onlardan biri tutulduqda - və ya “onlardan belə bir hal gördükdə”- Allahı ﷿ zikr etməyə tələsin!””

Abdullah ibn Amr
Nəsəi, 1496 (Kusuf, 38)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْمَلِكِ بْنُ أَبِي سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا عَطَاءٌ ، عَنْ جَابِرٍ ، قَالَ : شَهِدْتُ الصَّلاَةَ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي يَوْمِ عِيدٍ ، فَبَدَأَ بِالصَّلاَةِ قَبْلَ الْخُطْبَةِ بِغَيْرِ أَذَانٍ وَلاَ إِقَامَةٍ ، فَلَمَّا قَضَى الصَّلاَةَ قَامَ مُتَوَكِّئًا عَلَى بِلاَلٍ ، فَحَمِدَ اللَّهَ وَأَثْنَى عَلَيْهِ ، وَوَعَظَ النَّاسَ وَذَكَّرَهُمْ وَحَثَّهُمْ عَلَى طَاعَتِهِ ، ثُمَّ مَالَ وَمَضَى إِلَى النِّسَاءِ وَمَعَهُ بِلاَلٌ ، فَأَمَرَهُنَّ بِتَقْوَى اللهِ وَوَعَظَهُنَّ وَذَكَّرَهُنَّ وَحَمِدَ اللَّهَ ، وَأَثْنَى عَلَيْهِ ، ثُمَّ حَثَّهُنَّ عَلَى طَاعَتِهِ ، ثُمَّ قَالَ : تَصَدَّقْنَ فَإِنَّ أَكْثَرَكُنَّ حَطَبُ جَهَنَّمَ ، فَقَالَتِ امْرَأَةٌ مِنْ سَفِلَةِ النِّسَاءِ سَفْعَاءُ الْخَدَّيْنِ : بِمَ يَا رَسُولَ اللهِ ؟ قَالَ : تُكْثِرْنَ الشَّكَاةَ ، وَتَكْفُرْنَ الْعَشِيرَ ، فَجَعَلْنَ يَنْزِعْنَ قَلاَئِدَهُنَّ ، وَأَقْرُطَهُنَّ ، وَخَوَاتِيمَهُنَّ يَقْذِفْنَهُ فِي ثَوْبِ بِلاَلٍ يَتَصَدَّقْنَ بِهِ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ bayram namazını qılmasının şahidi oldum. O, birinci xütbədən qabaq azan və iqaməsiz namaza başladı. Namazı bitirdikdə, Bilala söykənərək ayağa qalxdı. Allaha həmd etdi və Ona təriflər dedi. İnsanlara moizə etdi və onlara itaəti xatırladaraq buna təşviq etdi. Sonra Bilal ilə birlikdə qadınlara tərəf getdi. Qadınlara Allahdan qorxmağı əmr etdi. Qadınlara moizə etdi və onlara xatırlatdı. Allaha həmd etdi və təriflər dedi. Sonra qadınları özünə itaət etməyə təşviq etdi və dedi: “Sədəqə verin! Həqiqətən, sizin çoxunuz Cəhənnəmin odunudur”. Qarayanız və alçaqboy bir qadın dedi: “Nə üçün, ey Allahın Elçisi?” Peyğəmbər ﷺ dedi: “Siz çox şikayət edirsiniz. Ailələrinizə nankorluq edirsiniz”. Onlar da öz boyunbağlarını, sırğalarını və üzüklərini sədəqə etmək üçün Bilalın tutduğu parçanın içinə atmağa başladılar”.”

Cabir
Nəsəi, 1575 (Bayramlar, 20)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الأَحْوَلِ يَعْنِي سُلَيْمَانَ بْنَ أَبِي مُسْلِمٍ ، عَنْ طَاوُوسٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا قَامَ مِنَ اللَّيْلِ يَتَهَجَّدُ ، قَالَ : اللَّهُمَّ لَكَ الْحَمْدُ أَنْتَ نُورُ السَّمَوَاتِ وَالأَرْضِ وَمَنْ فِيهِنَّ ، وَلَكَ الْحَمْدُ أَنْتَ قَيَّامُ السَّمَوَاتِ وَالأَرْضِ وَمَنْ فِيهِنَّ ، وَلَكَ الْحَمْدُ أَنْتَ مَلِكُ السَّمَوَاتِ وَالأَرْضِ وَمَنْ فِيهِنَّ ، وَلَكَ الْحَمْدُ أَنْتَ حَقٌّ ، وَوَعْدُكَ حَقٌّ ، وَالْجَنَّةُ حَقٌّ ، وَالنَّارُ حَقٌّ ، وَالسَّاعَةُ حَقٌّ ، وَالنَّبِيُّونَ حَقٌّ ، وَمُحَمَّدٌ حَقٌّ ، لَكَ أَسْلَمْتُ ، وَعَلَيْكَ تَوَكَّلْتُ ، وَبِكَ آمَنْتُ ، - ثُمَّ ذَكَرَ قُتَيْبَةُ كَلِمَةً مَعْنَاهَا - وَبِكَ خَاصَمْتُ ، وَإِلَيْكَ حَاكَمْتُ ، اغْفِرْ لِي مَا قَدَّمْتُ وَمَا أَخَّرْتُ وَمَا أَعْلَنْتُ ، أَنْتَ الْمُقَدِّمُ وَأَنْتَ الْمُؤَخِّرُ ، لاَ إِلَهَ إِلاَّ أَنْتَ ، وَلاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ gecə vaxtı təhəccüdə qalxdıqda, belə deyərdi: “Allahım, həmd yalnız Sənədir! Sən göylərin, yerin və onlarda olanların nurusan, həmd yalnız Sənədir! Sən göylərin, yerin və onlarda olanların Hamisisən, həmd yalnız Sənədir! Sən göylərin və yerin Hökmdarısan, həmd yalnız Sənədir! Sən Haqsan! Verdiyin vəd haqdır! Cənnət haqdır! Cəhənnəm haqdır! Qiyamət Saatı haqdır! Peyğəmbərlər haqdır! Muhəmməd haqdır! Allahım! Sənə təslim oldum, Sənə təvəkkül etdim, Sənə iman gətirdim!” Sonra hədisin ravisi Quteybə bu mənada olan kəlmələr zikr edərək dedi: “Sənin uğrunda mübarizə apardım və Sənin hökmünə üz tutdum. Əvvəl etdiyim, sonra edəcəyim və üzə çıxartdığım pis əməllərimi bağışla! Əvvələ çəkən də Sənsən, təxirə salan da Sənsən. İbadətə layiq məbud yalnız Sənsən! Qüdrət və güc yalnız Allahdadır!””

İbn Abbas
Nəsəi, 1619 (Gecə namazı, 22)Səhih

أَخْبَرَنِي يَزِيدُ بْنُ مُحَمَّدِ بْنِ عَبْدِ الصَّمَدِ ، قَالَ : حَدَّثَنَا هِشَامٌ الْعَطَّارُ ، قَالَ : حَدَّثَنِي إِسْمَعِيلُ بْنُ عَبْدِ اللهِ بْنِ سَمَاعَةَ ، عَنْ مُوسَى بْنِ أَعْيَنَ ، عَنْ أَبِي عَمْرٍو الأَوْزَاعِيِّ ، عَنْ حَسَّانَ بْنِ عَطِيَّةَ ، قَالَ : لَمَّا نُزِلَ بِعَنْبَسَةَ جَعَلَ يَتَضَوَّرُ ، فَقِيلَ لَهُ ، فَقَالَ : أَمَا إِنِّي سَمِعْتُ أُمَّ حَبِيبَةَ زَوْجَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تُحَدِّثُ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ : مَنْ رَكَعَ أَرْبَعَ رَكَعَاتٍ قَبْلَ الظُّهْرِ وَأَرْبَعًا بَعْدَهَا حَرَّمَ اللَّهُ عَزَّ وَجَلَّ لَحْمَهُ عَلَى النَّارِ ، فَمَا تَرَكْتُهُنَّ مُنْذُ سَمِعْتُهُنَّ.

“Rəvayət edilir ki, Həssən ibn Atiyyə ﵀ demişdir: “Anbəsənin halı pisləşdikdə və ağrıdan qıvrıldıqda, dedi: “O ki qaldı mənə, mən Peyğəmbərin ﷺ zövcəsi Ummu Həbibənin belə dediyini eşitmişəm: “Peyğəmbər ﷺ belə buyurdu: “Kim Zöhr namazından qabaq dörd və sonra dörd rükət namaz qılarsa, Allah ﷿ Cəhənnəmi ona haram edər”. Mən də Peyğəmbərdən ﷺ eşidəndən bəri bu namazları tərk etməmişəm”.”

Həssən ibn Atiyyə
Nəsəi, 1812 (Gecə namazı, 215)Səhih

أَخْبَرَنَا هِلاَلُ بْنُ الْعَلاَءِ بْنِ هِلاَلٍ ، قَالَ : حَدَّثَنَا أَبِي ، قَالَ : حَدَّثَنَا عُبَيْدُ اللهِ ، عَنْ زَيْدِ بْنِ أَبِي أُنَيْسَةَ ، قَالَ : حَدَّثَنِي أَيُّوبُ ، رَجُلٌ مِنْ أَهْلِ الشَّامِ ، عَنِ الْقَاسِمِ الدِّمَشْقِيِّ ، عَنْ عَنْبَسَةَ بْنِ أَبِي سُفْيَانَ ، قَالَ : أَخْبَرَتْنِي أُخْتِي أُمُّ حَبِيبَةَ زَوْجُ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، أَنَّ حَبِيبَهَا أَبَا الْقَاسِمِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَخْبَرَهَا ، قَالَ : مَا مِنْ عَبْدٍ مُؤْمِنٍ يُصَلِّي أَرْبَعَ رَكَعَاتٍ بَعْدَ الظُّهْرِ فَتَمَسُّ وَجْهَهُ النَّارُ أَبَدًا إِنْ شَاءَ اللَّهُ عَزَّ وَجَلَّ.

“Rəvayət edilir ki, Anbəsə ibn Əbu Sufyan ﵀ demişdir: “Peyğəmbərin ﷺ zövcəsi və bacım Ummu Həbibəyə sevimlisi Əbul-Qasim ﷺ belə dedi: “Hər hansı bir mömin bəndə Zöhr namazından sonra dörd rükət namaz qılarsa, Allahın ﷿ izni ilə Cəhənnəm odu onun üzünə əbədiyyən toxunmaz”.”

Anbəsə ibn Əbu Sufyan
Nəsəi, 1813 (Gecə namazı, 216)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ نَاصِحٍ ، قَالَ : حَدَّثَنَا مَرْوَانُ بْنُ مُحَمَّدٍ ، عَنْ سَعِيدِ بْنِ عَبْدِ الْعَزِيزِ ، عَنْ سُلَيْمَانَ بْنِ مُوسَى ، عَنْ مَكْحُولٍ ، عَنْ عَنْبَسَةَ بْنِ أَبِي سُفْيَانَ ، عَنْ أُمِّ حَبِيبَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقُولُ : مَنْ صَلَّى أَرْبَعَ رَكَعَاتٍ قَبْلَ الظُّهْرِ وَأَرْبَعًا بَعْدَهَا حَرَّمَهُ اللَّهُ عَزَّ وَجَلَّ عَلَى النَّارِ.

“Ummu Həbibə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim Zöhr namazından qabaq dörd və sonra dörd rükət namaz qılarsa, Allah ﷿ Cəhənnəmi ona haram edər”.”

Ummu Həbibə
Nəsəi, 1814 (Gecə namazı, 217)Səhih

أَخْبَرَنَا مَحْمُودُ بْنُ خَالِدٍ ، عَنْ مَرْوَانَ بْنِ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنَا سَعِيدُ بْنُ عَبْدِ الْعَزِيزِ ، عَنْ سُلَيْمَانَ بْنِ مُوسَى ، عَنْ مَكْحُولٍ ، عَنْ عَنْبَسَةَ بْنِ أَبِي سُفْيَانَ ، عَنْ أُمِّ حَبِيبَةَ ـ قَال مَرْوَانُ : وَكَانَ سَعِيدٌ إِذَا قُرِئَ عَلَيْهِ ، عَنْ أُمِّ حَبِيبَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَقَرَّ بِذَلِكَ وَلَمْ يُنْكِرْهُ ، وَإِذَا حَدَّثَنَا بِهِ هُوَ لَمْ يَرْفَعْهُ ـ قَالَتْ : مَنْ رَكَعَ أَرْبَعَ رَكَعَاتٍ قَبْلَ الظُّهْرِ وَأَرْبَعًا بَعْدَهَا حَرَّمَهُ اللَّهُ عَلَى النَّارِ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : مَكْحُولٌ لَمْ يَسْمَعْ مِنْ عَنْبَسَةَ شَيْئًا.

“Ummu Həbibə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim Zöhr namazından qabaq dörd və sonra dörd rükət namaz qılarsa, Allah Cəhənnəmi ona haram edər”.”

Ummu Həbibə
Nəsəi, 1815 (Gecə namazı, 218)Səhih

أَخْبَرَنَا عَبْدُ اللهِ بْنُ إِسْحَاقَ ، قَالَ : حَدَّثَنَا أَبُو عَاصِمٍ ، قَالَ : حَدَّثَنَا سَعِيدُ بْنُ عَبْدِ الْعَزِيزِ ، قَالَ : سَمِعْتُ سُلَيْمَانَ بْنَ مُوسَى يُحَدِّثُ ، عَنْ مُحَمَّدِ بْنِ أَبِي سُفْيَانَ ، قَالَ : لَمَّا نَزَلَ بِهِ الْمَوْتُ أَخَذَهُ أَمْرٌ شَدِيدٌ ، فَقَالَ : حَدَّثَتْنِي أُخْتِي أُمُّ حَبِيبَةَ بِنْتُ أَبِي سُفْيَانَ ، قَالَتْ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ حَافَظَ عَلَى أَرْبَعِ رَكَعَاتٍ قَبْلَ الظُّهْرِ وَأَرْبَعٍ بَعْدَهَا حَرَّمَهُ اللَّهُ تَعَالَى عَلَى النَّارِ.

“Rəvayət edilir ki, Muhəmməd ibn Əbu Sufyana ﵀ ölüm ayağında olan şiddətli əziyyət üz verdikdə, o dedi: “Bacım Ummu Həbibə bint Əbu Sufyan belə demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim Zöhr namazından qabaq dörd və sonra dörd rükət namazı qoruyarsa (daim qılarsa), Uca Allah Cəhənnəmi ona haram edər”.”

Muhəmməd ibn Əbu Sufyana
Nəsəi, 1816 (Gecə namazı, 219)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا أَبُو قُتَيْبَةَ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ الشُّعَيْثِيُّ ، عَنْ أَبِيهِ ، عَنْ عَنْبَسَةَ بْنِ أَبِي سُفْيَانَ ، عَنْ أُمِّ حَبِيبَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَنْ صَلَّى أَرْبَعًا قَبْلَ الظُّهْرِ وَأَرْبَعًا بَعْدَهَا لَمْ تَمَسَّهُ النَّارُ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : هَذَا خَطَأٌ ، وَالصَّوَابُ حَدِيثُ مَرْوَانَ مِنْ حَدِيثِ سَعِيدِ بْنِ عَبْدِ الْعَزِيزِ.

“Ummu Həbibə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim Zöhr namazından qabaq dörd və sonra dörd rükət namaz qılarsa, ona Cəhənnəm odu toxunmaz”.”

Ummu Həbibə
Nəsəi, 1817 (Gecə namazı, 220)Səhih

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا مُعَاذُ بْنُ هِشَامٍ ، قَالَ : حَدَّثَنِي أَبِي ، عَنْ قَتَادَةَ ، عَنْ قَسَامَةَ بْنِ زُهَيْرٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا حُضِرَ الْمُؤْمِنُ أَتَتْهُ مَلاَئِكَةُ الرَّحْمَةِ بِحَرِيرَةٍ بَيْضَاءَ فَيَقُولُونَ : اخْرُجِي رَاضِيَةً مَرْضِيًّا عَنْكِ إِلَى رَوْحِ اللهِ ، وَرَيْحَانٍ ، وَرَبٍّ غَيْرِ غَضْبَانَ ، فَتَخْرُجُ كَأَطْيَبِ رِيحِ الْمِسْكِ ، حَتَّى أَنَّهُ لَيُنَاوِلُهُ بَعْضُهُمْ بَعْضًا ، حَتَّى يَأْتُونَ بِهِ بَابَ السَّمَاءِ فَيَقُولُونَ : مَا أَطْيَبَ هَذِهِ الرِّيحَ الَّتِي جَاءَتْكُمْ مِنَ الأَرْضِ ، فَيَأْتُونَ بِهِ أَرْوَاحَ الْمُؤْمِنِينَ فَلَهُمْ أَشَدُّ فَرَحًا بِهِ مِنْ أَحَدِكُمْ بِغَائِبِهِ يَقْدَمُ عَلَيْهِ ، فَيَسْأَلُونَهُ : مَاذَا فَعَلَ فُلاَنٌ ؟ مَاذَا فَعَلَ فُلاَنٌ ؟ فَيَقُولُونَ : دَعُوهُ فَإِنَّهُ كَانَ فِي غَمِّ الدُّنْيَا ، فَإِذَا قَالَ : أَمَا أَتَاكُمْ ؟ قَالُوا : ذُهِبَ بِهِ إِلَى أُمِّهِ الْهَاوِيَةِ ، وَإِنَّ الْكَافِرَ إِذَا احْتُضِرَ أَتَتْهُ مَلاَئِكَةُ الْعَذَابِ بِمِسْحٍ فَيَقُولُونَ : اخْرُجِي سَاخِطَةً مَسْخُوطًا عَلَيْكِ إِلَى عَذَابِ اللهِ عَزَّ وَجَلَّ ، فَتَخْرُجُ كَأَنْتَنِ رِيحِ جِيفَةٍ ، حَتَّى يَأْتُونَ بِهِ بَابَ الأَرْضِ ، فَيَقُولُونَ : مَا أَنْتَنَ هَذِهِ الرِّيحَ حَتَّى يَأْتُونَ بِهِ أَرْوَاحَ الْكُفَّارِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Möminə ölüm anı gəldikdə, rəhmət mələkləri ağ ipək libaslarda gəlib (möminə) deyirlər: “Sən Rəbbindən razı, O da səndən razı olaraq, sənə qarşı qəzəbli olmayan Rəbbinin rəhməti ilə çıx!” Möminin ruhu bədənindən ən gözəl müşk qoxusu kimi çıxır. Sonra mələklər bu ruhu bir-birinə ötürərək səmanın qapısına gətirib deyirlər: “Sizinlə yerdən gələn bu gözəl qoxu nədir?” Sonra onu digər möminlərin ruhlarının yanına gətirirlər. Möminlərin ruhları gətirilən möminin ruhuna, birinizin itirdiyini tapdıqda sevindiyindən daha çox sevinir və ondan soruşurlar: “Filankəs necədir? Filankəs necədir?” Digərləri deyirlər: “Onu dinc qoyun! O, kədərli dünyadan gəlib”. Yeni gələn ruh deyir: “Həmin adam sizin yanınıza gəlməyibmi?” Ona deyirlər: “(Yəqin) onu anası Haviyəyə (Cəhənnəmə) aparıblar”. Kafirin ölüm anında əzab mələkləri özləri ilə cod parça gətirib deyirlər: “Allah ﷿ sənə qarşı qəzəbləndiyi halda çıx!” Kafirin ruhu da ən pis qoxu kimi çıxır. Mələklər onu yerin qapılarına gətirib: “Bu, necə də pis qoxudur”- deyib kafirlərin ruhlarının yanına aparırlar”.”

Əbu Hureyra
Nəsəi, 1833 (Cənazələr, 16)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، عَنْ مَالِكٍ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ سَعِيدٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لاَ يَمُوتُ لأَحَدٍ مِنَ الْمُسْلِمِينَ ثَلاَثَةٌ مِنَ الْوَلَدِ فَتَمَسَّهُ النَّارُ إِلاَّ تَحِلَّةَ الْقَسَمِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Cəhənnəm odu üç övladı ölən müsəlmana yalnız Allahın andı yerinə yetsin deyə toxunar”. (Məryəm, 71)”.”

Əbu Hureyra
Nəsəi, 1875 (Cənazələr, 58)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ ، قَالَ : أَنْبَأَنَا جَرِيرٌ ، قَالَ : حَدَّثَنِي طَلْقُ بْنُ مُعَاوِيَةَ ، وَحَفْصُ بْنُ غِيَاثٍ ، قَالَ : حَدَّثَنِي جَدِّي طَلْقُ بْنُ مُعَاوِيَةَ ، عَنْ أَبِي زُرْعَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : جَاءَتِ امْرَأَةٌ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَابْنٍ لَهَا يَشْتَكِي ، فَقَالَتْ : يَا رَسُولَ اللهِ ، أَخَافُ عَلَيْهِ وَقَدْ قَدَّمْتُ ثَلاَثَةً ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لَقَدْ احْتَظَرْتِ بِحِظَارٍ شَدِيدٍ مِنَ النَّارِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisinin ﷺ yanına bir qadın (əzab çəkən uşağına görə) gəlib şikayət edərək dedi: “Ey Allahın Elçisi! Özümdən qabaq artıq üç uşağımı dəfn etmişəm, bunun da ölməsindən qorxuram”. Allah Elçisi ﷺ buyurdu: “Elə isə Cəhənnəm oduna qarşı güclü sədd çəkmisən!””

Əbu Hureyra
Nəsəi, 1877 (Cənazələr, 60)Səhih

أَخْبَرَنِي زِيَادُ بْنُ أَيُّوبَ ، قَالَ : حَدَّثَنَا إِسْمَعِيلُ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ ، عَنْ أَنَسٍ قَالَ : مُرَّ بِجَنَازَةٍ فَأُثْنِيَ عَلَيْهَا خَيْرًا ، فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : وَجَبَتْ ، وَمُرَّ بِجَنَازَةٍ أُخْرَى فَأُثْنِيَ عَلَيْهَا شَرًّا ، فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : وَجَبَتْ ، فَقَالَ عُمَرُ : فِدَاكَ أَبِي وَأُمِّي ، مُرَّ بِجَنَازَةٍ فَأُثْنِيَ عَلَيْهَا خَيْرًا ، فَقُلْتَ : وَجَبَتْ ، وَمُرَّ بِجَنَازَةٍ فَأُثْنِيَ عَلَيْهَا شَرًّا ، فَقُلْتَ : وَجَبَتْ ، فَقَالَ : مَنْ أَثْنَيْتُمْ عَلَيْهِ خَيْرًا وَجَبَتْ لَهُ الْجَنَّةُ ، وَمَنْ أَثْنَيْتُمْ عَلَيْهِ شَرًّا وَجَبَتْ لَهُ النَّارُ ، أَنْتُمْ شُهَدَاءُ اللهِ فِي الأَرْضِ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Bir dəfə cənazə aparılarkən onu xoş sözlə yad edib təriflədilər. Peyğəmbər ﷺ: “Vacib oldu!”- deyə buyurdu. Sonra başqa bir cənazə aparılarkən onu xoşagəlməz şər sözlərlə ilə yad etdilər. Peyğəmbər ﷺ yenə: “Vacib oldu!”- deyə buyurdu. Ömər: “Atam-anam sənə fəda olsun, cənazə aparılarkən onu xoş sözlə yad etdikdə sən: “Vacib oldu!”- dedin. Sonra başqa bir cənazə aparılarkən onu şər ilə yad etdikdə sən yenə: “Vacib oldu!” dedin”. Peyğəmbər ﷺ buyurdu: “Kimi xoş sözlərlə yad etdinizsə, ona Cənnət vacib oldu. Kimi də şər ilə yad etdinizsə, ona Cəhənnəm vacib oldu. Siz Allahın yer üzündəki şahidlərisiniz!””

Ənəs
Nəsəi, 1932 (Cənazələr, 115)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : حَدَّثَنَا طَلْحَةُ بْنُ يَحْيَى ، عَنْ عَمَّتِهِ عَائِشَةَ بِنْتِ طَلْحَةَ ، عَنْ خَالَتِهَا أُمِّ الْمُؤْمِنِينَ عَائِشَةَ قَالَتْ : أُتِيَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِصَبِيٍّ مِنْ صِبْيَانِ الأَنْصَارِ ، فَصَلَّى عَلَيْهِ ، قَالَتْ عَائِشَةُ : فَقُلْتُ : طُوبَى لِهَذَا عُصْفُورٌ مِنْ عَصَافِيرِ الْجَنَّةِ ، لَمْ يَعْمَلْ سُوءًا وَلَمْ يُدْرِكْهُ ، قَالَ : أَوَ غَيْرُ ذَلِكَ يَا عَائِشَةُ ، خَلَقَ اللَّهُ عَزَّ وَجَلَّ الْجَنَّةَ وَخَلَقَ لَهَا أَهْلاً ، وَخَلَقَهُمْ فِي أَصْلاَبِ آبَائِهِمْ ، وَخَلَقَ النَّارَ وَخَلَقَ لَهَا أَهْلاً ، وَخَلَقَهُمْ فِي أَصْلاَبِ آبَائِهِمْ.

“Rəvayət edilir ki, möminlərin anası Aişə ﵂ demişdir: “Ənsar uşaqlarından birinin cənazəsi Allah Elçisinin ﷺ yanına gətirilmişdi. Allah Elçisi ﷺ də onun cənazə namazını qılmışdı. Mən dedim: “Cənnət quşlarından bir quş olan bu uşağın xoş halına! Nə pis şey etdi, nə də pis şey etmək yaşına çatdı”. Allah Elçisi ﷺ dedi: “Belə deməsən, daha yaxşı olar, ey Aişə! Allah ﷿ Cənnəti və onun əhlini yaratmış, onları (uşaqları) da onların bellərində yaratmışdır. Həmçinin Cəhənnəmi və onun əhlini yaratmış, onları (uşaqları) da onların atalarının bellərində yaratmışdır”.”

Aişə
Nəsəi, 1947 (Cənazələr, 130)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ سُلَيْمَانَ ، سَمِعْتُ ذَكْوَانَ يُحَدِّثُ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَنْ تَرَدَّى مِنْ جَبَلٍ ، فَقَتَلَ نَفْسَهُ فَهُوَ فِي نَارِ جَهَنَّمَ يَتَرَدَّى خَالِدًا مُخَلَّدًا فِيهَا أَبَدًا ، وَمَنْ تَحَسَّى سُمًّا فَقَتَلَ نَفْسَهُ فَسُمُّهُ فِي يَدِهِ يَتَحَسَّاهُ فِي نَارِ جَهَنَّمَ خَالِدًا مُخَلَّدًا فِيهَا أَبَدًا ، وَمَنْ قَتَلَ نَفْسَهُ بِحَدِيدَةٍ ـ ثُمَّ انْقَطَعَ عَلَيَّ شَيْءٌ خَالِدٌ يَقُولُ ـ كَانَتْ حَدِيدَتُهُ فِي يَدِهِ يَجَأُ بِهَا فِي بَطْنِهِ فِي نَارِ جَهَنَّمَ خَالِدًا مُخَلَّدًا فِيهَا أَبَدًا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim özünü dağdan ataraq intihar edərsə, o, əbədi olaraq Cəhənnəm odunda bu cür əzaba düçar olar. Kim zəhər içərək intihar edərsə, əlində zəhər qabı Cəhənnəmdə əbədi olaraq zəhər içər. Kim özünü kəsici alətlə öldürərsə, əlindəki o alətlə qarnına vuraraq əbədiyyən Cəhənnəmdə olar”.”

Əbu Hureyra
Nəsəi, 1965 (Cənazələr, 148)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ عَمْرِو بْنِ السَّرْحِ ، عَنْ ابْنِ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي عَمْرُو بْنُ الْحَارِثِ ، عَنْ أَبِي حَمْزَةَ بْنِ سُلَيْمٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ جُبَيْرٍ ، عَنْ أَبِيهِ ، عَنْ عَوْفِ بْنِ مَالِكٍ قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى عَلَى جِنَازَةٍ يَقُولُ : اللَّهُمَّ اغْفِرْ لَهُ وَارْحَمْهُ ، وَاعْفُ عَنْهُ وَعَافِهِ ، وَأَكْرِمْ نُزُلَهُ ، وَوَسِّعْ مُدْخَلَهُ ، وَاغْسِلْهُ بِمَاءٍ وَثَلْجٍ وَبَرَدٍ ، وَنَقِّهِ مِنَ الْخَطَايَا كَمَا يُنَقَّى الثَّوْبُ الأَبْيَضُ مِنَ الدَّنَسِ ، وَأَبْدِلْهُ دَارًا خَيْرًا مِنْ دَارِهِ ، وَأَهْلاً خَيْرًا مِنْ أَهْلِهِ ، وَزَوْجًا خَيْرًا مِنْ زَوْجِهِ ، وَقِهِ عَذَابَ الْقَبْرِ ، وَعَذَابَ النَّارِ ، قَالَ عَوْفٌ : فَتَمَنَّيْتُ أَنْ لَوْ كُنْتُ الْمَيِّتَ لِدُعَاءِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِذَلِكَ الْمَيِّتِ.

“Rəvayət edilir ki, Auf ibn Malik ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ cənazə namazını qılarkən belə dua etdiyini eşitdim: “Allahım! Onu bağışla, ona rəhm et, onu əfv et, onu (günahlardan) salamat et, onu gözəl tərzdə qarşıla, onun yerini geniş et! Onu su, qar və dolu ilə yu! Ağ paltarı çirkdən təmizlədiyin kimi onu da günahlardan təmizlə! Ona evinin əvəzinə daha xeyirli ev, ailəsinin əvəzinə daha xeyirli ailə, zövcəsinin əvəzinə daha xeyirli zövcə ver! Onu qəbir və Cəhənnəm əzabından qoru!” Auf deyir: “Mən Allah Elçisinin ﷺ ölən adama etdiyi duaları eşitdikdə, “bu ölən mən olaydım” deyə təmənna etdim”.”

Auf ibn Malik
Nəsəi, 1983 (Cənazələr, 166)Səhih

أَخْبَرَنَا هَارُونُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا مَعْنٌ ، قَالَ : حَدَّثَنَا مُعَاوِيَةُ بْنُ صَالِحٍ ، عَنْ حَبِيبِ بْنِ عُبَيْدٍ الْكَلاَعِيِّ ، عَنْ جُبَيْرِ بْنِ نُفَيْرٍ الْحَضْرَمِيِّ ، قَالَ : سَمِعْتُ عَوْفَ بْنَ مَالِكٍ يَقُولُ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي عَلَى مَيِّتٍ فَسَمِعْتُ فِي دُعَائِهِ وَهُوَ يَقُولُ : اللَّهُمَّ اغْفِرْ لَهُ وَارْحَمْهُ ، وَعَافِهِ وَاعْفُ عَنْهُ ، وَأَكْرِمْ نُزُلَهُ ، وَوَسِّعْ مُدْخَلَهُ ، وَاغْسِلْهُ بِالْمَاءِ وَالثَّلْجِ وَالْبَرَدِ ، وَنَقِّهِ مِنَ الْخَطَايَا كَمَا نَقَّيْتَ الثَّوْبَ الأَبْيَضَ مِنَ الدَّنَسِ ، وَأَبْدِلْهُ دَارًا خَيْرًا مِنْ دَارِهِ ، وَأَهْلاً خَيْرًا مِنْ أَهْلِهِ ، وَزَوْجًا خَيْرًا مِنْ زَوْجِهِ ، وَأَدْخِلْهُ الْجَنَّةَ وَنَجِّهِ مِنَ النَّارِ ـ أَوْ قَالَ ـ : وَأَعِذْهُ مِنْ عَذَابِ الْقَبْرِ.

“Rəvayət edilir ki, Auf ibn Malik ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ cənazə namazını qılarkən belə dua etdiyini eşitdim: “Allahım! Onu bağışla, ona rəhm et, onu (günahlardan) salamat et, onu əfv et, onu gözəl tərzdə qarşıla, onun yerini geniş et! Onu su, qar və dolu ilə yu! Ağ paltarı çirkdən təmizlədiyin kimi onu da günahlardan təmizlə! Ona evinin əvəzinə daha xeyirli ev, ailəsinin əvəzinə daha xeyirli ailə, zövcəsinin əvəzinə daha xeyirli zövcə ver! Onu Cənnətə daxil et! Onu Cəhənnəm əzabından xilas et!” və ya dedi: “Onu qəbir əzabından qoru!””

Auf ibn Malik
Nəsəi, 1984 (Cənazələr, 167)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ وَهُوَ ابْنُ ثَوْرٍ ، عَنْ مَعْمَرٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ أَبِيهِ قَالَ : لَمَّا حَضَرَتْ أَبَا طَالِبٍ الْوَفَاةُ دَخَلَ عَلَيْهِ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَعِنْدَهُ أَبُو جَهْلٍ ، وَعَبْدُ اللهِ بْنُ أَبِي أُمَيَّةَ ، فَقَالَ : أَيْ عَمِّ قُلْ : لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، كَلِمَةً أُحَاجُّ لَكَ بِهَا عِنْدَ اللهِ عَزَّ وَجَلَّ ، فَقَالَ لَهُ أَبُو جَهْلٍ ، وَعَبْدُ اللهِ بْنُ أَبِي أُمَيَّةَ : يَا أَبَا طَالِبٍ ، أَتَرْغَبُ عَنْ مِلَّةِ عَبْدِ الْمُطَّلِبِ ؟ فَلَمْ يَزَالاَ يُكَلِّمَانِهِ حَتَّى كَانَ آخِرُ شَيْءٍ كَلَّمَهُمْ بِهِ عَلَى مِلَّةِ عَبْدِ الْمُطَّلِبِ ، فَقَالَ لَهُ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لأَسْتَغْفِرَنَّ لَكَ مَا لَمْ أُنْهَ عَنْكَ ، فَنَزَلَتْ {مَا كَانَ لِلنَّبِيِّ وَالَّذِينَ آمَنُوا أَنْ يَسْتَغْفِرُوا لِلْمُشْرِكِينَ} وَنَزَلَتْ {إِنَّكَ لاَ تَهْدِي مَنْ أَحْبَبْتَ}.

“Səid ibn əl-Museyyib atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Əbu Talib ölüm ayağında ikən Allah Elçisi ﷺ onun yanına gəldi. Əbu Cəhl və Abdullah ibn Əbu Umeyyə də orada idi. Allah Elçisi ﷺ dedi: “Əmican, “lə iləhə illəllah” kəlməsini de ki, Allah ﷿ yanında sənin (dediyinə) şahidlik edim”. Bunu eşidəndə Əbu Cəhl və Abdullah ibn Əbu Umeyyə dedilər: “Ey Əbu Talib, Abdulmuttalibin dinindən dönməkmi istəyirsən?!” Onlar bunu o qədər təkrar etdilər ki, axırda Əbu Talibin onlara son sözü Abdulmuttalibin dinində qalacağı oldu. Onda Allah Elçisi ﷺ ona dedi: “Vallahi, bil ki, mənə qadağan edilənədək sənin üçün bağışlanma diləyəcəyəm”. Sonra bu ayə nazil oldu: “Müşriklərin Cəhənnəm sakinləri olduqları bəlli olduqdan sonra qohum olsalar belə, Peyğəmbərə və möminlərə onlar üçün bağışlanma diləmək yaraşmaz”. (ət-Tövbə, 113). Sonra da bu ayə nazil oldu: “Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir. O, doğru yolda olanları daha yaxşı tanıyır” (əl-Qasəs, 56)”.”

Səid ibn əl-Museyyib atasından
Nəsəi, 2035 (Cənazələr, 218)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ أَبِي عُبَيْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ ، عَنْ سَعِيدٍ ، عَنْ قَتَادَةَ ، عَنْ أَنَسٍ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِنَّ الْعَبْدَ إِذَا وُضِعَ فِي قَبْرِهِ وَتَوَلَّى عَنْهُ أَصْحَابُهُ إِنَّهُ لَيَسْمَعُ قَرْعَ نِعَالِهِمْ ، أَتَاهُ مَلَكَانِ فَيُقْعِدَانِهِ فَيَقُولاَنِ لَهُ : مَا كُنْتَ تَقُولُ فِي هَذَا الرَّجُلِ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ؟ فَأَمَّا الْمُؤْمِنُ فَيَقُولُ : أَشْهَدُ أَنَّهُ عَبْدُ اللهِ وَرَسُولُهُ ، فَيُقَالُ لَهُ : انْظُرْ إِلَى مَقْعَدِكَ مِنَ النَّارِ قَدْ أَبْدَلَكَ اللَّهُ بِهِ مَقْعَدًا خَيْرًا مِنْهُ قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : فَيَرَاهُمَا جَمِيعًا ، وَأَمَّا الْكَافِرُ أَوِ الْمُنَافِقُ ، فَيُقَالُ لَهُ : مَا كُنْتَ تَقُولُ فِي هَذَا الرَّجُلِ ؟ فَيَقُولُ : لاَ أَدْرِي ، كُنْتُ أَقُولُ كَمَا يَقُولُ النَّاسُ ، فَيُقَالُ لَهُ : لاَ دَرَيْتَ وَلاَ تَلَيْتَ ، ثُمَّ يُضْرَبُ ضَرْبَةً بَيْنَ أُذُنَيْهِ فَيَصِيحُ صَيْحَةً يَسْمَعُهَا مَنْ يَلِيهِ غَيْرُ الثَّقَلَيْنِ.

“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Həqiqətən, bəndə qəbirə qoyulduqda yaxınları və yoldaşları ondan uzaqlaşır, o da onların ayaq səslərini eşidir. Sonra ona iki mələk yaxınlaşır, onu otuzdurur və ona deyirlər: “Sən Muhəmməd adlı bu kişi haqqında nə deyirdin?” Möminə gəlincə, o deyər: “Mən onun Allahın qulu və elçisi olduğuna şahidlik edirəm”. Ona deyilər: “Sənin Cəhənnəmdə olan yerinə bax! Artıq Allah onu sənin üçün daha xeyirli olan yerlə əvəz etmişdir”. Allah Elçisi dedi: “O, Cəhənnəmdən və Cənnətdən olan yerini görər. Kafir və ya münafiqə gəlincə, mələklər ona deyirlər: “Bu kişi haqda nə deyirdin?” O deyir: “Bilmirəm, mən insanların dedikləri kimi deyirdim”. Ona deyilər: “Sən onu haqq saymadın və ona haqqı ilə tabe olmadın”. Sonra başının arxasına qulaqlarının arası tərəfə elə zərbə vurular ki, onun səsini insanlardan və cinlərdən başqa hamı eşidər”.”

Ənəs
Nəsəi, 2051 (Cənazələr, 234)Səhih

أَخْبَرَنَا يَحْيَى بْنُ دُرُسْتَ ، قَالَ : حَدَّثَنَا أَبُو إِسْمَعِيلَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ أَبِي كَثِيرٍ ، أَنَّ أَبَا سَلَمَةَ حَدَّثَهُ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ كَانَ يَقُولُ : اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ عَذَابِ الْقَبْرِ ، وَأَعُوذُ بِكَ مِنْ عَذَابِ النَّارِ ، وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ الْمَحْيَا وَالْمَمَاتِ ، وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ الْمَسِيحِ الدَّجَّالِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Allahım, qəbir əzabından Sənə sığınıram! Cəhənnəm odundan Sənə sığınıram! Həyatın və ölümün fitnəsindən Sənə sığınıram! Məsih Dəccalın fitnəsindən Sənə sığınıram!””

Əbu Hureyra
Nəsəi, 2060 (Cənazələr, 243)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ طَاوُوسٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَبَّاسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُعَلِّمُهُمْ هَذَا الدُّعَاءَ ، كَمَا يُعَلِّمُهُمُ السُّورَةَ مِنَ الْقُرْآنِ قُولُوا : اللَّهُمَّ إِنَّا نَعُوذُ بِكَ مِنْ عَذَابِ جَهَنَّمَ ، وَأَعُوذُ بِكَ مِنْ عَذَابِ الْقَبْرِ ، وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ الْمَسِيحِ الدَّجَّالِ ، وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ الْمَحْيَا وَالْمَمَاتِ.

“Abdullah ibn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ onlara bu duanı Qurandan bir surə öyrətdiyi kimi öyrətmişdir: “Allahım, Cəhənnəm əzabından Sənə sığınırıq! Qəbir əzabından Sənə sığınıram! Məsih Dəccalın fitnəsindən Sənə sığınıram! Həyatın və ölümün fitnəsindən Sənə sığınıram!””

Abdullah ibn Abbas
Nəsəi, 2063 (Cənazələr, 246)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : أَلاَ إِنَّ أَحَدَكُمْ إِذَا مَاتَ عُرِضَ عَلَيْهِ مَقْعَدُهُ بِالْغَدَاةِ وَالْعَشِيِّ ، إِنْ كَانَ مِنْ أَهْلِ الْجَنَّةِ فَمِنْ أَهْلِ الْجَنَّةِ ، وَإِنْ كَانَ مِنْ أَهْلِ النَّارِ فَمِنْ أَهْلِ النَّارِ ، حَتَّى يَبْعَثَهُ اللَّهُ عَزَّ وَجَلَّ يَوْمَ الْقِيَامَةِ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Həqiqətən, biriniz öldükdə ona səhər və axşam (Cənnətdəki və Cəhənnəmdəki) yeri göstərilir. Bu, Qiyamət günü Allah ﷿ sizi dirildənə qədər belə davam edəcək”.”

İbn Ömər
Nəsəi, 2070 (Cənazələr, 253)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا الْمُعْتَمِرُ ، قَالَ : سَمِعْتُ عُبَيْدَ اللهِ يُحَدِّثُ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : يُعْرَضُ عَلَى أَحَدِكُمْ إِذَا مَاتَ مَقْعَدُهُ مِنَ الْغَدَاةِ وَالْعَشِيِّ ، فَإِنْ كَانَ مِنْ أَهْلِ النَّارِ فَمِنْ أَهْلِ النَّارِ ، قِيلَ : هَذَا مَقْعَدُكَ حَتَّى يَبْعَثَكَ اللَّهُ عَزَّ وَجَلَّ يَوْمَ الْقِيَامَةِ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Siz öldükdə hər birinizə səhər və axşam yeriniz göstərilir. Kim Cəhənnəm əhlindəndirsə, ona Cəhənnəmdəki yeri göstərilir və deyilir: “Bu, Qiyamət günü Allah ﷿ səni dirildənə qədər olan yerindir”.”

İbn Ömər
Nəsəi, 2071 (Cənazələr, 254)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ وَاللَّفْظُ لَهُ ، عَنْ ابْنِ الْقَاسِمِ ، حَدَّثَنِي مَالِكٌ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا مَاتَ أَحَدُكُمْ عُرِضَ عَلَى مَقْعَدِهِ بِالْغَدَاةِ وَالْعَشِيِّ ، إِنْ كَانَ مِنْ أَهْلِ الْجَنَّةِ فَمِنْ أَهْلِ الْجَنَّةِ ، وَإِنْ كَانَ مِنْ أَهْلِ النَّارِ فَمِنْ أَهْلِ النَّارِ ، فَيُقَالُ : هَذَا مَقْعَدُكَ حَتَّى يَبْعَثَكَ اللَّهُ عَزَّ وَجَلَّ يَوْمَ الْقِيَامَةِ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biriniz öldükdə səhər və axşam Cənnətdəki və Cəhənnəmdəki yeriniz göstərilir. Kim Cənnət əhlindəndirsə, ona Cənnətdəki yeri göstərilir. Kim Cəhənnəm əhlindəndirsə, ona Cəhənnəmdəki yeri göstərilir və deyilir: “Bu, Qiyamət günü Allah ﷿ səni dirildənə qədər olan yerindir”.”

İbn Ömər
Nəsəi, 2072 (Cənazələr, 255)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنِ الْوَلِيدِ بْنِ جُمَيْعٍ ، قَالَ : حَدَّثَنَا أَبُو الطُّفَيْلِ ، عَنْ حُذَيْفَةَ بْنِ أَسِيدٍ ، عَنْ أَبِي ذَرٍّ قَالَ : إِنَّ الصَّادِقَ الْمَصْدُوقَ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَدَّثَنِي : أَنَّ النَّاسَ يُحْشَرُونَ ثَلاَثَةَ أَفْوَاجٍ : فَوْجٌ رَاكِبِينَ طَاعِمِينَ كَاسِينَ ، وَفَوْجٌ تَسْحَبُهُمُ الْمَلاَئِكَةُ عَلَى وُجُوهِهِمْ وَتَحْشُرُهُمُ النَّارُ ، وَفَوْجٌ يَمْشُونَ وَيَسْعَوْنَ يُلْقِي اللَّهُ الآفَةَ عَلَى الظَّهْرِ فَلاَ يَبْقَى ، حَتَّى إِنَّ الرَّجُلَ لَتَكُونُ لَهُ الْحَدِيقَةُ يُعْطِيهَا بِذَاتِ الْقَتَبِ لاَ يَقْدِرُ عَلَيْهَا.

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Doğru danışan və doğruluğu təsdiq olunan Peyğəmbər ﷺ mənə belə dedi: “Qiyamət günü insanlar üç zümrəyə (bölünüb) məhşərə toplanılacaqlar: (birinci zümrə) minik üzərində tox və geyimli olacaqlar. Digər zümrə insanlar mələklər tərəfindən üzü üstə Cəhənnəmə süründürüləcəklər. Üçüncü zümrə isə iti yerişlərlə yeriyəcək. Allah onların mindikləri dəvələrə ölüm göndərəcək. Onlar dəvəsiz qalacaqlar. Onlardan birinin böyük bağçası olsaydı, dəvəni almaq üçün o bağçanı verərdi”.”

Əbu Zərr
Nəsəi, 2086 (Cənazələr, 269)Zəif

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا إِسْمَعِيلُ ، قَالَ : حَدَّثَنَا أَبُو سُهَيْلٍ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا دَخَلَ شَهْرُ رَمَضَانَ فُتِّحَتْ أَبْوَابُ الْجَنَّةِ ، وَغُلِّقَتْ أَبْوَابُ النَّارِ ، وَصُفِّدَتِ الشَّيَاطِينُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Ramazan ayı daxil olduqda Cənnətin qapıları açılır, Cəhənnəmin qapıları bağlanır və şeytanlar zəncirlənir”.”

Əbu Hureyra
Nəsəi, 2097 (Oruc, 8)Səhih

أَخْبَرَنِي إِبْرَاهِيمُ بْنُ يَعْقُوبَ الْجُوْزَجَانِيُّ ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي مَرْيَمَ ، قَالَ : أَنْبَأَنَا نَافِعُ بْنُ يَزِيدَ ، عَنْ عُقَيْلٍ ، عَنْ ابْنِ شِهَابٍ ، قَالَ : أَخْبَرَنِي أَبُو سُهَيْلٍ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا دَخَلَ رَمَضَانُ فُتِّحَتْ أَبْوَابُ الْجَنَّةِ ، وَغُلِّقَتْ أَبْوَابُ النَّارِ ، وَصُفِّدَتِ الشَّيَاطِينُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Ramazan ayı daxil olduqda Cənnətin qapıları açılır, Cəhənnəmin qapıları bağlanır və şeytanlar zəncirlənir”.”

Əbu Hureyra
Nəsəi, 2098 (Oruc, 9)Səhih

أَخْبَرَنَا عَبْدُ اللهِ بْنُ سَعْدِ بْنِ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا عَمِّي ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنْ صَالِحٍ ، عَنْ ابْنِ شِهَابٍ ، قَالَ : أَخْبَرَنِي نَافِعُ بْنُ أَبِي أَنَسٍ ، أَنَّ أَبَاهُ حَدَّثَهُ ، أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا دَخَلَ رَمَضَانُ ، فُتِّحَتْ أَبْوَابُ الْجَنَّةِ ، وَغُلِّقَتْ أَبْوَابُ جَهَنَّمَ ، وَسُلْسِلَتِ الشَّيَاطِينُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ramazan ayı daxil olduqda Cənnətin qapıları açılır, Cəhənnəmin qapıları bağlanır və şeytanlar zəncirlənir”.”

Əbu Hureyra
Nəsəi, 2099 (Oruc, 10)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ خَالِدٍ ، قَالَ : حَدَّثَنَا بِشْرُ بْنُ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنِ الزُّهْرِيِّ ، قَالَ : حَدَّثَنِي ابْنُ أَبِي أَنَسٍ ، مَوْلَى التَّيْمِيِّينَ ، أَنَّ أَبَاهُ حَدَّثَهُ ، أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا جَاءَ رَمَضَانُ فُتِّحَتْ أَبْوَابُ الرَّحْمَةِ ، وَغُلِّقَتْ أَبْوَابُ جَهَنَّمَ ، وَسُلْسِلَتِ الشَّيَاطِينُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ramazan ayı gəldiyi zaman rəhmət qapıları açılır, Cəhənnəmin qapıları bağlanır və şeytanlar zəncirlənir”.”

Əbu Hureyra
Nəsəi, 2100 (Oruc, 11)Səhih

أَخْبَرَنَا الرَّبِيعُ بْنُ سُلَيْمَانَ ، فِي حَدِيثِهِ ، عَنْ ابْنِ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي يُونُسُ ، عَنْ ابنِ شِهَابٍ ، عَنْ ابْنِ أَبِي أَنَسٍ ، أَنَّ أَبَاهُ حَدَّثَهُ ، أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا كَانَ رَمَضَانُ فُتِّحَتْ أَبْوَابُ الْجَنَّةِ ، وَغُلِّقَتْ أَبْوَابُ جَهَنَّمَ ، وَسُلْسِلَتِ الشَّيَاطِينُ ، رَوَاهُ ابْنُ إِسْحَاقَ ، عَنِ الزُّهْرِيِّ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ramazan ayında Cənnətin qapıları açılır, Cəhənnəmin qapıları bağlanır və şeytanlar zəncirlənir”.”

Əbu Hureyra
Nəsəi, 2101 (Oruc, 12)Səhih

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعْدٍ ، قَالَ : حَدَّثَنَا عَمِّي ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنْ ابْنِ إِسْحَاقَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ ابْنِ أَبِي أَنَسٍ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا دَخَلَ شَهْرُ رَمَضَانَ ، فُتِّحَتْ أَبْوَابُ الْجَنَّةِ ، وَغُلِّقَتْ أَبْوَابُ النَّارِ ، وَسُلْسِلَتِ الشَّيَاطِينُ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : هَذَا يَعْنِي حَدِيثَ ابْنِ إِسْحَاقَ خَطَأٌ ، وَلَمْ يَسْمَعْهُ ابْنُ إِسْحَاقَ مِنَ الزُّهْرِيِّ ، وَالصَّوَابُ مَا تَقَدَّمَ ذِكْرُنَا لَهُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ramazan ayı daxil olduqda Cənnətin qapıları açılır, Cəhənnəmin qapıları bağlanır və şeytanlar zəncirlənir”.”

Əbu Hureyra
Nəsəi, 2102 (Oruc, 13)Səhih

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعْدٍ ، قَالَ : حَدَّثَنَا عَمِّي ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنْ ابْنِ إِسْحَاقَ ، قَالَ : وَذَكَرَ مُحَمَّدَ بْنَ مُسْلِمٍ ، عَنْ أُوَيْسِ بْنِ أَبِي أُوَيْسٍ ، عَدِيدِ بَنِي تَيْمٍ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : هَذَا رَمَضَانُ قَدْ جَاءَكُمْ تُفَتَّحُ فِيهِ أَبْوَابُ الْجَنَّةِ ، وَتُغَلَّقُ فِيهِ أَبْوَابُ النَّارِ ، وَتُسَلْسَلُ فِيهِ الشَّيَاطِينُ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : هَذَا الْحَدِيثُ خَطَأٌ.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bu, Ramazan ayıdır, artıq sizə gəlmişdir. Bu ayda Cənnətin qapıları açılır, Cəhənnəmin qapıları bağlanır və şeytanlar zəncirlənir”.”

Ənəs ibn Malik
Nəsəi, 2103 (Oruc, 14)Səhih

أَخْبَرَنَا أَبُو بَكْرِ بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الأَعْلَى ، عَنْ مَعْمَرٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُرَغِّبُ فِي قِيَامِ رَمَضَانَ مِنْ غَيْرِ عَزِيمَةٍ ، وَقَالَ : إِذَا دَخَلَ رَمَضَانُ فُتِّحَتْ أَبْوَابُ الْجَنَّةِ ، وَغُلِّقَتْ أَبْوَابُ الْجَحِيمِ ، وَسُلْسِلَتْ فِيهِ الشَّيَاطِينُ أَرْسَلَهُ ابْنُ الْمُبَارَكِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ çətinləşdirmədən camaatı Ramazan gecələrini dəyərləndirməyə təşviq edər və buyurardı: “Ramazan ayı daxil olduqda Cənnətin qapıları açılır, Cəhənnəmin qapıları bağlanır və şeytanlar zəncirlənir”.”

Əbu Hureyra
Nəsəi, 2104 (Oruc, 15)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ حَاتِمٍ ، قَالَ : أَنْبَأَنَا حِبَّانُ بْنُ مُوسَى خُرَاسَانِيٌّ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ مَعْمَرٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا دَخَلَ رَمَضَانُ ، فُتِحَتْ أَبْوَابُ الرَّحْمَةِ ، وَغُلِّقَتْ أَبْوَابُ جَهَنَّمَ ، وَسُلْسِلَتِ الشَّيَاطِينُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Ramazan ayı girdikdə rəhmət qapıları açılır, Cəhənnəm qapıları bağlanır və şeytanlar zəncirlənir”.”

Əbu Hureyra
Nəsəi, 2105 (Oruc, 16)Səhih

أَخْبَرَنَا بِشْرُ بْنُ هِلاَلٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْوَارِثِ ، عَنْ أَيُّوبَ ، عَنْ أَبِي قِلاَبَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَتَاكُمْ رَمَضَانُ شَهْرٌ مُبَارَكٌ فَرَضَ اللَّهُ عَزَّ وَجَلَّ عَلَيْكُمْ صِيَامَهُ ، تُفْتَحُ فِيهِ أَبْوَابُ السَّمَاءِ ، وَتُغْلَقُ فِيهِ أَبْوَابُ الْجَحِيمِ ، وَتُغَلُّ فِيهِ مَرَدَةُ الشَّيَاطِينِ ، لِلَّهِ فِيهِ لَيْلَةٌ خَيْرٌ مِنْ أَلْفِ شَهْرٍ ، مَنْ حُرِمَ خَيْرَهَا فَقَدْ حُرِمَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizə mübarək Ramazan ayı gəlir. Allah ﷿ bu ayda sizə oruc tutmağı vacib etmişdir. Bu ayda səmanın qapıları açılır, Cəhənnəmin qapıları bağlanır və şeytanların azğınları zəncirlənir. Bu ayda Allahın elə bir gecəsi var ki, min aydan xeyirlidir. Kim həmin gecənin xeyrindən məhrum olarsa, artıq çox şeydən məhrum olar”.”

Əbu Hureyra
Nəsəi, 2106 (Oruc, 17)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَطَاءِ بْنِ السَّائِبِ ، عَنْ عَرْفَجَةَ ، قَالَ : عُدْنَا عُتْبَةَ بْنَ فَرْقَدٍ ، فَتَذَاكَرْنَا شَهْرَ رَمَضَانَ ، فَقَالَ : مَا تَذْكُرُونَ ؟ قُلْنَا : شَهْرَ رَمَضَانَ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : تُفْتَحُ فِيهِ أَبْوَابُ الْجَنَّةِ ، وَتُغْلَقُ فِيهِ أَبْوَابُ النَّارِ ، وَتُغَلُّ فِيهِ الشَّيَاطِينُ ، وَيُنَادِي مُنَادٍ كُلَّ لَيْلَةٍ : يَا بَاغِيَ الْخَيْرِ هَلُمَّ ، وَيَا بَاغِيَ الشَّرِّ أَقْصِرْ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : هَذَا خَطَأٌ.

“Rəvayət edilir ki, Arfəcə ﵀ demişdir: “Biz Utbə ibn Fərqadı ziyarət etməyə getmişdik. Ramazan ayı haqda bəhs edirdik. O dedi: “Nə haqda danışırsız?” Biz dedik: “Ramazan ayı haqda”. O dedi: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Bu ayda Cənnətin qapıları açılır, Cəhənnəmin qapıları bağlanır, şeytanlar zəncirlənir və bir carçı hər gecə belə nida edir: “Ey xeyir istəyən, çalış! Ey şər istəyən, dayan!””

Arfəcə
Nəsəi, 2107 (Oruc, 18)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَطَاءِ بْنِ السَّائِبِ ، عَنْ عَرْفَجَةَ ، قَالَ : كُنْتُ فِي بَيْتٍ فِيهِ عُتْبَةُ بْنُ فَرْقَدٍ ، فَأَرَدْتُ أَنْ أُحَدِّثَ بِحَدِيثٍ ، وَكَانَ رَجُلٌ مِنْ أَصْحَابِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، كَأَنَّهُ أَوْلَى بِالْحَدِيثِ مِنِّي ، فَحَدَّثَ الرَّجُلُ عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : فِي رَمَضَانَ ، تُفْتَحُ فِيهِ أَبْوَابُ السَّمَاءِ ، وَتُغْلَقُ فِيهِ أَبْوَابُ النَّارِ ، وَيُصَفَّدُ فِيهِ كُلُّ شَيْطَانٍ مَرِيدٍ ، وَيُنَادِي مُنَادٍ كُلَّ لَيْلَةٍ : يَا طَالِبَ الْخَيْرِ هَلُمَّ ، وَيَا طَالِبَ الشَّرِّ أَمْسِكْ.

“Rəvayət edilir ki, Arfəcə ﵀ demişdir: “Bir dəfə Utbə ibn Fərqadın evində idim. Bir hədis danışmaq istədim. O, Peyğəmbərin ﷺ səhabələrindən idi. O, hədis danışmağa məndən daha haqlı idi. O, Peyğəmbərdən ﷺ belə bir hədis danışdı: “Ramazan ayında səmaların qapıları açılır, Cəhənnəm qapıları bağlanır, bütün azğın şeytanlar zəncirlənir və bir carçı hər gecə belə nida edir: “Ey xeyir istəyən, çalış! Ey şər istəyən, dayan!””

Arfəcə
Nəsəi, 2108 (Oruc, 19)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ يَزِيدَ الآدَمِيُّ ، قَالَ : حَدَّثَنَا مَعْنٌ ، عَنْ خَارِجَةَ بْنِ سُلَيْمَانَ ، عَنْ يَزِيدَ بْنِ رُومَانَ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : الصِّيَامُ جُنَّةٌ مِنَ النَّارِ ، فَمَنْ أَصْبَحَ صَائِمًا ، فَلاَ يَجْهَلْ يَوْمَئِذٍ ، وَإِنِ امْرُؤٌ جَهِلَ عَلَيْهِ فَلاَ يَشْتُمْهُ وَلاَ يَسُبَّهُ ، وَلْيَقُلْ إِنِّي صَائِمٌ ، وَالَّذِي نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ ، لَخُلُوفُ فَمِ الصَّائِمِ أَطْيَبُ عِنْدَ اللهِ مِنْ رِيحِ الْمِسْكِ.

“Aişə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Oruc Cəhənnəm odundan qoruyan bir qalxandır. Kim oruc tutarsa, qoy həmin gün cahillik etməsin. Kim ona qarşı cahillik etsə, ona pis söz deməsin, onu söyməsin və “Mən orucam!” desin. Muhəmmədin canı Əlində Olana and olsun ki, oruc tutan adamın ağzından gələn qoxu Allah dərgahında müşk qoxusundan daha gözəldir”.”

Aişə
Nəsəi, 2234 (Oruc, 145)Səhih

أَخْبَرَنَا يُونُسُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : أَخْبَرَنِي أَنَسٌ ، عَنْ سُهَيْلِ بْنِ أَبِي صَالِحٍ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : مَنْ صَامَ يَوْمًا فِي سَبِيلِ اللهِ عَزَّ وَجَلَّ زَحْزَحَ اللَّهُ وَجْهَهُ عَنِ النَّارِ بِذَلِكَ الْيَوْمِ سَبْعِينَ خَرِيفًا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim Allah ﷿ yolunda bir gün oruc tutarsa, Allah onun üzünü Cəhənnəm odundan yetmiş illik (məsafəyədək) uzaqlaşdırar”.”

Əbu Hureyra
Nəsəi, 2244 (Oruc, 155)Səhih

أَخْبَرَنَا دَاوُدُ بْنُ سُلَيْمَانَ بْنِ حَفْصٍ ، قَالَ : حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ الضَّرِيرُ ، عَنْ سُهَيْلٍ ، عَنِ الْمَقْبُرِيِّ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ صَامَ يَوْمًا فِي سَبِيلِ اللهِ بَاعَدَ اللَّهُ بَيْنَهُ وَبَيْنَ النَّارِ بِذَلِكَ الْيَوْمِ سَبْعِينَ خَرِيفًا.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim Allah rizası üçün bir gün oruc tutarsa, Allah onunla Cəhənnəm odu arasını yetmiş illik (məsafə qədər) uzaq edər”.”

Əbu Səid əl-Xudri
Nəsəi, 2245 (Oruc, 156)Səhih

أَخْبَرَنَا إِبْرَاهِيمُ بْنُ يَعْقُوبَ ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي مَرْيَمَ ، قَالَ : حَدَّثَنَا سَعِيدُ بْنُ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : أَخْبَرَنِي سُهَيْلٌ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ صَامَ يَوْمًا فِي سَبِيلِ اللهِ بَاعَدَ اللَّهُ عَزَّ وَجَلَّ وَجْهَهُ عَنِ النَّارِ سَبْعِينَ خَرِيفًا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim Allah ﷿ rizası üçün bir gün oruc tutarsa, Allah onun üzünü Cəhənnəm odundan yetmiş illik (məsafəyədək) uzaqlaşdırar”.”

Əbu Hureyra
Nəsəi, 2246 (Oruc, 157)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ سُهَيْلٍ ، عَنْ صَفْوَانَ ، عَنْ أَبِي سَعِيدٍ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : مَنْ صَامَ يَوْمًا فِي سَبِيلِ اللهِ عَزَّ وَجَلَّ بَاعَدَ اللَّهُ وَجْهَهُ مِنْ جَهَنَّمَ سَبْعِينَ عَامًا.

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim Allah ﷿ yolunda bir gün oruc tutarsa, Allah onun üzünü Cəhənnəmdən yetmiş illik (məsafəyədək) uzaqlaşdırar”.”

Əbu Səid
Nəsəi, 2247 (Oruc, 158)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ عَبْدِ الْحَكَمِ ، عَنْ شُعَيْبٍ ، قَالَ : أَنْبَأَنَا اللَّيْثُ ، عَنْ ابْنِ الْهَادِ ، عَنْ سُهَيْلٍ ، عَنْ ابْنِ أَبِي عَيَّاشٍ ، عَنْ أَبِي سَعِيدٍ ، أَنَّهُ سَمِعَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، يَقُولُ : مَا مِنْ عَبْدٍ يَصُومُ يَوْمًا فِي سَبِيلِ اللهِ عَزَّ وَجَلَّ إِلاَّ بَعَّدَ اللَّهُ عَزَّ وَجَلَّ بِذَلِكَ الْيَوْمِ وَجْهَهُ عَنِ النَّارِ سَبْعِينَ خَرِيفًا.

“Rəvayət edilir ki, Əbu Səid ﵁ Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişdir: “Elə bir bəndə yoxdur ki, Allah ﷿ rizası üçün bir gün oruc tutsun, Allah ﷿ da onun üzünü Cəhənnəmdən yetmiş illik (məsafəyədək) uzaqlaşdırmasın”.”

Əbu Səid
Nəsəi, 2248 (Oruc, 159)Səhih

أَخْبَرَنَا الْحَسَنُ بْنُ قَزَعَةَ ، عَنْ حُمَيْدِ بْنِ الأَسْوَدِ ، قَالَ : حَدَّثَنَا سُهَيْلٌ ، عَنِ النُّعْمَانِ بْنِ أَبِي عَيَّاشٍ ، قَالَ : سَمِعْتُ أَبَا سَعِيدٍ الْخُدْرِيَّ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ صَامَ يَوْمًا فِي سَبِيلِ اللهِ عَزَّ وَجَلَّ بَاعَدَهُ اللَّهُ عَنِ النَّارِ سَبْعِينَ خَرِيفًا.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim Allah ﷿ rizası üçün bir gün oruc tutarsa, Allah onun üzünü Cəhənnəm odundan yetmiş illik (məsafəyədək) uzaqlaşdırar”.”

Əbu Səid əl-Xudri
Nəsəi, 2249 (Oruc, 160)Səhih

أَخْبَرَنَا مُؤَمَّلُ بْنُ إِهَابٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، قَالَ : أَنْبَأَنَا ابْنُ جُرَيْجٍ ، قَالَ : أَخْبَرَنِي يَحْيَى بْنُ سَعِيدٍ ، وَسُهَيْلُ بْنُ أَبِي صَالِحٍ ، سَمِعَا النُّعْمَانَ بْنَ أَبِي عَيَّاشٍ ، قَالَ : سَمِعْتُ أَبَا سَعِيدٍ الْخُدْرِيَّ ، يَقُولُ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، يَقُولُ : مَنْ صَامَ يَوْمًا فِي سَبِيلِ اللهِ تَبَارَكَ وَتَعَالَى بَاعَدَ اللَّهُ وَجْهَهُ عَنِ النَّارِ سَبْعِينَ خَرِيفًا.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Kim Bərəkəti Bol və Uca olan Allahın rizası üçün bir gün oruc tutarsa, Allah onun üzünü Cəhənnəm odundan yetmiş illik (məsafəyədək) uzaqlaşdırar”.”

Əbu Səid əl-Xudri
Nəsəi, 2250 (Oruc, 161)Səhih

أَخْبَرَنَا عَبْدُ اللهِ بْنُ مُنِيرٍ نَيْسَابُورِيٌّ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ الْعَدَنِيُّ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ سُهَيْلِ بْنِ أَبِي صَالِحٍ ، عَنِ النُّعْمَانِ بْنِ أَبِي عَيَّاشٍ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لاَ يَصُومُ عَبْدٌ يَوْمًا فِي سَبِيلِ اللهِ إِلاَّ بَاعَدَ اللَّهُ تَعَالَى بِذَلِكَ الْيَوْمِ النَّارَ عَنْ وَجْهِهِ سَبْعِينَ خَرِيفًا.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah rizası üçün bir gün oruc tutan elə bir bəndə yoxdur ki, həmin günə görə Uca Allah onun üzünü Cəhənnəm odundan yetmiş illik (məsafəyədək) uzaqlaşdırmasın”.”

Əbu Səid əl-Xudri
Nəsəi, 2251 (Oruc, 162)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ حَرْبٍ ، قَالَ : حَدَّثَنَا قَاسِمٌ ، عَنْ سُفْيَانَ ، عَنْ سُهَيْلِ بْنِ أَبِي صَالِحٍ ، عَنِ النُّعْمَانِ بْنِ أَبِي عَيَّاشٍ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَنْ صَامَ يَوْمًا فِي سَبِيلِ اللهِ بَاعَدَ اللَّهُ بِذَلِكَ الْيَوْمِ حَرَّ جَهَنَّمَ عَنْ وَجْهِهِ سَبْعِينَ خَرِيفًا.

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim Allah rizası üçün bir gün oruc tutarsa, həmin günə görə Allah Cəhənnəm istisini onun üzündən yetmiş illik (məsafəyədək) uzaqlaşdırar”.”

Əbu Səid əl-Xudri
Nəsəi, 2252 (Oruc, 163)Səhih

أَخْبَرَنَا عَبْدُ اللهِ بْنُ أَحْمَدَ بْنِ مُحَمَّدِ بْنِ حَنْبَلٍ ، قَالَ : قَرَأْتُ عَلَى أَبِي ، حَدَّثَكُمْ ابْنُ نُمَيْرٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ سُمَيٍّ ، عَنِ النُّعْمَانِ بْنِ أَبِي عَيَّاشٍ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ صَامَ يَوْمًا فِي سَبِيلِ اللهِ بَاعَدَ اللَّهُ بِذَلِكَ الْيَوْمِ النَّارَ عَنْ وَجْهِهِ سَبْعِينَ خَرِيفًا.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim Allah ﷿ rizası üçün bir gün oruc tutarsa, həmin günə görə Allah (Cəhənnəm) odunu onun üzündən yetmiş illik (məsafəyədək) uzaqlaşdırar”.”

Əbu Səid əl-Xudri
Nəsəi, 2253 (Oruc, 164)Səhih

أَخْبَرَنَا مَحْمُودُ بْنُ خَالِدٍ ، عَنْ مُحَمَّدِ بْنِ شُعَيْبٍ ، قَالَ : أَخْبَرَنِي يَحْيَى بْنُ الْحَارِثِ ، عَنِ الْقَاسِمِ أَبِي عَبْدِ الرَّحْمَنِ ، أَنَّهُ حَدَّثَهُ عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : مَنْ صَامَ يَوْمًا فِي سَبِيلِ اللهِ عَزَّ وَجَلَّ بَاعَدَ اللَّهُ مِنْهُ جَهَنَّمَ مَسِيرَةَ مِئَةِ عَامٍ.

“Uqbə ibn Amir ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim Allah ﷿ rizası üçün bir gün oruc tutarsa, Allah ondan Cəhənnəmi yüz illik (məsafəyədək) uzaqlaşdırar”.”

Uqbə ibn Amir
Nəsəi, 2254 (Oruc, 165)Həsən

أَخْبَرَنَا نَصْرُ بْنُ عَلِيٍّ ، عَنْ خَالِدٍ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنِ الْمُحِلِّ ، عَنْ عَدِيِّ بْنِ حَاتِمٍ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : اتَّقُوا النَّارَ ، وَلَوْ بِشِقِّ تَمْرَةٍ.

“Adiy ibn Hatim ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Yarım xurma ilə olsa belə Cəhənnəm odundan qorunun!””

Adiy ibn Hatim
Nəsəi, 2552 (Zəkat, 118)Səhih

أَنْبَأَنَا إِسْمَعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، أَنَّ عَمْرَو بْنَ مُرَّةَ ، حَدَّثَهُمْ عَنْ خَيْثَمَةَ ، عَنْ عَدِيِّ بْنِ حَاتِمٍ ، قَالَ : ذَكَرَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ النَّارَ فَأَشَاحَ بِوَجْهِهِ وَتَعَوَّذَ مِنْهَا - ذَكَرَ شُعْبَةُ أَنَّهُ فَعَلَهُ ثَلاَثَ مَرَّاتٍ - ثُمَّ قَالَ : اتَّقُوا النَّارَ ، وَلَوْ بِشِقِّ التَّمْرَةِ ، فَإِنْ لَمْ تَجِدُوا ، فَبِكَلِمَةٍ طَيِّبَةٍ.

“Rəvayət edilir ki, Adiy ibn Hatim ﵁ demişdir: “Allah Elçisi ﷺ Cəhənnəm haqda həyəcanla danışdı və ondan Allaha sığındı”. Şubə deyir ki, bu hal üç dəfə təkrar oldu. Sonra Allah Elçisi ﷺ buyurdu: “Yarım xurma ilə belə olsa Cəhənnəm odundan qorunun. Bunu da tapmasanız gözəl söz söyləyin”.”

Adiy ibn Hatim
Nəsəi, 2553 (Zəkat, 119)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا جَعْفَرُ بْنُ عَوْنٍ ، قَالَ : حَدَّثَنَا مِسْعَرٌ ، عَنْ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ عِيسَى بْنِ طَلْحَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : لاَ يَبْكِي أَحَدٌ مِنْ خَشْيَةِ اللهِ فَتَطْعَمَهُ النَّارُ حَتَّى يُرَدَّ اللَّبَنُ فِي الضَّرْعِ ، وَلاَ يَجْتَمِعُ غُبَارٌ فِي سَبِيلِ اللهِ وَدُخَانُ جَهَنَّمَ فِي مَنْخَرَيْ مُسْلِمٍ أَبَدًا.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah qorxusundan ağlayanı, süd sinəyə geri qayıtmayana qədər Cəhənnəm odu yandırmaz. Allah yolunda döyüşənə hopan toz ilə Cəhhənəm tüstüsü heç vaxt birlikdə olmaz”.”

Əbu Hureyra
Nəsəi, 3107 (Cihad, 23)Səhih

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ ابْنِ الْمُبَارَكِ ، عَنِ الْمَسْعُودِيِّ ، عَنْ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ عِيسَى بْنِ طَلْحَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لاَ يَلِجُ النَّارَ رَجُلٌ بَكَى مِنْ خَشْيَةِ اللهِ تَعَالَى حَتَّى يَعُودَ اللَّبَنُ فِي الضَّرْعِ ، وَلاَ يَجْتَمِعُ غُبَارٌ فِي سَبِيلِ اللهِ وَدُخَانُ نَارِ جَهَنَّمَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Uca Allahın qorxusundan ağlayanı, süd sinəyə geri qayıtmayana qədər Cəhənnəm odu yandırmaz. Allah yolunda döyüşənə hopan toz ilə Cəhhənəm tüstüsü heç vaxt birlikdə olmaz”.”

Əbu Hureyra
Nəsəi, 3108 (Cihad, 24)Səhih

أَخْبَرَنَا عِيسَى بْنُ حَمَّادٍ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ ابْنِ عَجْلاَنَ ، عَنْ سُهَيْلِ بْنِ أَبِي صَالِحٍ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لاَ يَجْتَمِعَانِ فِي النَّارِ مُسْلِمٌ قَتَلَ كَافِرًا ثُمَّ سَدَّدَ وَقَارَبَ ، وَلاَ يَجْتَمِعَانِ فِي جَوْفِ مُؤْمِنٍ غُبَارٌ فِي سَبِيلِ اللهِ وَفَيْحُ جَهَنَّمَ ، وَلاَ يَجْتَمِعَانِ فِي قَلْبِ عَبْدٍ الإِيمَانُ وَالْحَسَدُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kafiri öldürüb sonra doğru yolda olub Allaha yaxınlaşan müsəlman bəndə, həmin kafirlə Cəhənnəmdə bir yerdə olmaz. Allah yolunda döyüşənə hopan toz ilə Cəhhənəm tüstüsü heç vaxt birlikdə olmaz. Bir bəndənin qəlbində imanla həsəd bir yerdə olmaz”.”

Əbu Hureyra
Nəsəi, 3109 (Cihad, 25)Həsən

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا جَرِيرٌ ، عَنْ سُهَيْلٍ ، عَنْ صَفْوَانَ بْنِ أَبِي يَزِيدَ ، عَنِ الْقَعْقَاعِ بْنِ اللَّجْلاَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لاَ يَجْتَمِعُ غُبَارٌ فِي سَبِيلِ اللهِ وَدُخَانُ جَهَنَّمَ فِي جَوْفِ عَبْدٍ أَبَدًا ، وَلاَ يَجْتَمِعُ الشُّحُّ وَالإِيمَانُ فِي قَلْبِ عَبْدٍ أَبَدًا.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah yolunda döyüşənə hopan toz ilə Cəhənnəm tüstüsü heç vaxt bir bəndənin içində birlikdə olmaz. Bir bəndənin qəlbində xəsisliklə iman heç vaxt bir yerdə olmaz”.”

Əbu Hureyra
Nəsəi, 3110 (Cihad, 26)Səhih

أَخْبَرَنَا عِصْمَةُ بْنُ الْفَضْلِ ، قَالَ : حَدَّثَنَا زَيْدُ بْنُ حُبَابٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ شُرَيْحٍ ، قَالَ : سَمِعْتُ مُحَمَّدَ بْنَ شُمَيْرٍ الرُّعَيْنِيَّ ، يَقُولُ : سَمِعْتُ أَبَا عَلِيٍّ التُّجِيبِيَّ ، أَنَّهُ سَمِعَ أَبَا رَيْحَانَةَ ، يَقُولُ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : حُرِّمَتْ عَيْنٌ عَلَى النَّارِ سَهِرَتْ فِي سَبِيلِ اللَّهِ.

“Rəvayət edilir ki, Əbu Reyhanə ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Allah yolunda yuxusuz qalan gözlərə Cəhənnəm odu haram edilmişdir”.”

Əbu Reyhanə
Nəsəi, 3117 (Cihad, 33)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا ابْنُ جُرَيْجٍ ، قَالَ : حَدَّثَنَا يُونُسُ بْنُ يُوسُفَ ، عَنْ سُلَيْمَانَ بْنِ يَسَارٍ ، قَالَ : تَفَرَّقَ النَّاسُ عَنْ أَبِي هُرَيْرَةَ ، فَقَالَ لَهُ قَائِلٌ مِنْ أَهْلِ الشَّامِ : أَيُّهَا الشَّيْخُ ، حَدِّثْنِي حَدِيثًا سَمِعْتَهُ مِنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : نَعَمْ ، سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : أَوَّلُ النَّاسِ يُقْضَى لَهُمْ يَوْمَ الْقِيَامَةِ ثَلاَثَةٌ : رَجُلٌ اسْتُشْهِدَ فَأُتِيَ بِهِ فَعَرَّفَهُ نِعَمَهُ فَعَرَفَهَا ، قَالَ : فَمَا عَمِلْتَ فِيهَا ؟ قَالَ : قَاتَلْتُ فِيكَ حَتَّى اسْتُشْهِدْتُ ، قَالَ : كَذَبْتَ ، وَلَكِنَّكَ قَاتَلْتَ لِيُقَالَ فُلاَنٌ جَرِيءٌ ، فَقَدْ قِيلَ ، ثُمَّ أُمِرَ بِهِ ، فَسُحِبَ عَلَى وَجْهِهِ حَتَّى أُلْقِيَ فِي النَّارِ ، وَرَجُلٌ تَعَلَّمَ الْعِلْمَ وَعَلَّمَهُ ، وَقَرَأَ الْقُرْآنَ فَأُتِيَ بِهِ فَعَرَّفَهُ نِعَمَهُ فَعَرَفَهَا ، قَالَ : فَمَا عَمِلْتَ فِيهَا ؟ قَالَ : تَعَلَّمْتُ الْعِلْمَ وَعَلَّمْتُهُ ، وَقَرَأْتُ فِيكَ الْقُرْآنَ ، قَالَ : كَذَبْتَ ، وَلَكِنَّكَ تَعَلَّمْتَ الْعِلْمَ لِيُقَالَ عَالِمٌ ، وَقَرَأْتَ الْقُرْآنَ لِيُقَالَ قَارِئٌ ، فَقَدْ قِيلَ ، ثُمَّ أُمِرَ بِهِ ، فَسُحِبَ عَلَى وَجْهِهِ حَتَّى أُلْقِيَ فِي النَّارِ ، وَرَجُلٌ وَسَّعَ اللَّهُ عَلَيْهِ وَأَعْطَاهُ مِنْ أَصْنَافِ الْمَالِ كُلِّهِ ، فَأُتِيَ بِهِ فَعَرَّفَهُ نِعَمَهُ ، فَعَرَفَهَا ، فَقَالَ : مَا عَمِلْتَ فِيهَا ؟ قَالَ : مَا تَرَكْتُ مِنْ سَبِيلٍ تُحِبُّ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : وَلَمْ أَفْهَمْ تُحِبُّ كَمَا أَرَدْتُ أَنْ يُنْفَقَ فِيهَا إِلاَّ أَنْفَقْتُ فِيهَا لَكَ ، قَالَ : كَذَبْتَ وَلَكِنْ لِيُقَالَ إِنَّهُ جَوَادٌ ، فَقَدْ قِيلَ ، ثُمَّ أُمِرَ بِهِ ، فَسُحِبَ عَلَى وَجْهِهِ ، فَأُلْقِيَ فِي النَّارِ.

“Rəvayət edilir ki, Şam əhlinin öndə gedəni Əbu Hureyraya ﵁ belə dedi: “Ey şeyx! Bizə Allah Elçisindən ﷺ eşitdiyin bir hədis danış!” Əbu Hureyra dedi: “Yaxşı. Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Qiyamət günü üç sinif insan ilk sorğu-suala çəkilənlərdən olacaq. Şəhid Allahın hüzuruna gətiriləcək və Allah ona bəxş etdiyi nemətlər haqda xəbər verdikdən sonra deyəcək: “Bu nemətlərin müqabilində nə etmisən?” O: “Sənin yolunda vuruşub şəhid olmuşam”- deyə cavab verəcək. Allah isə ona belə deyəcək: “Yalan danışırsan! Sənə “qəhrəmandır”- desinlər deyə vuruşmusan. Ona da artıq nail olmusan”. Sonra əmr olunacaq və onu üzüstə sürükləyib Cəhənnəmə atacaqlar. Sonra Allahın hüzuruna elm öyrənmiş və onu insanlara öyrətmiş, çoxlu Quran oxumuş bir şəxs gətiriləcək və Allah ona nəsib etdiyi nemətlər haqda xəbər verdikdən sonra deyəcək: “Bu nemətlərin müqabilində nə etmisən?” O: “Sənin xatirinə elm öyrənib, onu insanlara öyrətmişəm və çoxlu Quran oxumuşam”- deyə cavab verəcək. Allah isə ona belə deyəcək: “Yalan deyirsən! Sənə “alimdir”- desinlər, həmçinin “qaridir”- desinlər deyə elm öyrənmisən, Quran oxumusan. Ona da artıq nail olmusan”. Sonra əmr olunacaq və onu üzüstə sürükləyib Cəhənnəmə atacaqlar. Sonra Allahın onu bolluq içində yaşatdığı və hər cür mal-dövlətdən verdiyi bir adam gətiriləcək və Allah ona verdiyi nemətlər haqda xəbər verdikdən sonra deyəcək: “Bu nemətlər müqabilində nə etmisən?” O: “Var-dövlətimi Sənin sevdiyin şeylərə xərcləmişəm”- deyə cavab verəcək”. ...Ravi Əbu Abdur-Rahmən deyir: “Sənin sevdiyin” sözü ilə nəyin qəsd olunduğunu başa düşə bilmədim. Ola bilər ki, “Sənin istədiyin hər yerə sədəqə kimi xərcləmişəm” olmalıdır”. (Sonra hədis belə davam edir:) “...Allah isə ona belə deyəcək: “Yalan danışırsan! Sənə “nə səxavətli insandır”- desinlər deyə malından xərcləmisən. Ona da artıq nail olmusan”. Sonra əmr olunacaq və onu üzüstə sürükləyib Cəhənnəmə atacaqlar”.”

Süleyman ibn Yəsar
Nəsəi, 3137 (Cihad, 53)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عُثْمَانَ بْنِ سَعِيدِ بْنِ كَثِيرٍ ، قَالَ : حَدَّثَنَا بَقِيَّةُ ، عَنْ صَفْوَانَ ، قَالَ : حَدَّثَنِي سُلَيْمُ بْنُ عَامِرٍ ، عَنْ شُرَحْبِيلَ بْنِ السِّمْطِ ، أَنَّهُ قَالَ لِعَمْرِو بْنِ عَبَسَةَ : - يَا عَمْرُو حَدِّثْنَا حَدِيثًا سَمِعْتَهُ مِنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ - قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : مَنْ شَابَ شَيْبَةً فِي سَبِيلِ اللهِ تَعَالَى ، كَانَتْ لَهُ نُورًا يَوْمَ الْقِيَامَةِ ، وَمَنْ رَمَى بِسَهْمٍ فِي سَبِيلِ اللهِ تَعَالَى بَلَغَ الْعَدُوَّ ، أَوْ لَمْ يَبْلُغْ ، كَانَ لَهُ كَعِتْقِ رَقَبَةٍ ، وَمَنْ أَعْتَقَ رَقَبَةً مُؤْمِنَةً ، كَانَتْ لَهُ فِدَاءَهُ مِنَ النَّارِ عُضْوًا بِعُضْوٍ.

“Rəvayət edilir ki, Şurahbil ibn əs-Simt ﵀ Amr ibn Abəsəyə dedi: “Ey Amr! Bizə Allah Elçisindən ﷺ bir hədis danış”. Amr dedi: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Kim Allah yolunda saçını ağardarsa, ağ saçları Qiyamət günü onun üçün nur olacaq. Kim Uca Allah yolunda düşmənə bir ox atarsa, ox hədəfə dəysə də, dəyməsə də, ona bir kölə azad etmiş kimi savab yazılar. Kim bir mömin köləni azad edərsə, onun azad etdiyi hər bir əza müqabilində əzaları Cəhənnəm odundan qurtular”.”

Şurahbil ibn əs-Simt
Nəsəi, 3142 (Cihad, 58)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا الْمُعْتَمِرُ ، قَالَ : سَمِعْتُ خَالِدًا ، يَعْنِي ابْنَ زَيْدٍ أَبَا عَبْدِ الرَّحْمَنِ الشَّامِيَّ ، يُحَدِّثُ عَنْ شُرَحْبِيلَ بْنِ السِّمْطِ ، عَنْ عَمْرِو بْنِ عَبَسَةَ ، - قَالَ : قُلْتُ : يَا عَمْرُو بْنَ عَبَسَةَ ، حَدِّثْنَا حَدِيثًا سَمِعْتَهُ مِنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَيْسَ فِيهِ نِسْيَانٌ وَلاَ تَنَقُّصٌ - قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : مَنْ رَمَى بِسَهْمٍ فِي سَبِيلِ اللهِ فَبَلَغَ الْعَدُوَّ أَخْطَأَ أَوْ أَصَابَ ، كَانَ لَهُ كَعِدْلِ رَقَبَةٍ ، وَمَنْ أَعْتَقَ رَقَبَةً مُسْلِمَةً ، كَانَ فِدَاءُ كُلِّ عُضْوٍ مِنْهُ عُضْوًا مِنْهُ مِنْ نَارِ جَهَنَّمَ ، وَمَنْ شَابَ شَيْبَةً فِي سَبِيلِ اللهِ ، كَانَتْ لَهُ نُورًا يَوْمَ الْقِيَامَةِ.

“Şurahbil ibn əs-Simt ﵀ Amr ibn Abəsədən rəvayət edərək demişdir: “Mən Amr ibn Abəsəyə dedim: “Ey Amr ibn Abəsə! Bizə Allah Elçisindən ﷺ eşitdiyin elə bir hədis danış ki, bu hədisdə heç bir unutqanlıq və naqislik olmasın”. Amr dedi: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Kim Allah yolunda düşmənə bir ox atarsa, ox hədəfə dəyməsə də, dəysə də, ona bir kölə azad etmiş kimi savab yazılar. Kim bir müsəlman köləni azad edərsə, azad etdiyi hər bir əza müqabilində əzaları Cəhənnəm odundan qurtular. Kim saçını Allah yolunda ağardarsa, saçları Qiyamət günü onun üçün nur olacaq”.”

Şurahbil ibn əs-Simt
Nəsəi, 3145 (Cihad, 61)Səhih

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ عَبْدِ الرَّحِيمِ ، قَالَ : حَدَّثَنَا أَسَدُ بْنُ مُوسَى ، قَالَ : حَدَّثَنَا بَقِيَّةُ ، قَالَ : حَدَّثَنِي أَبُو بَكْرٍ الزُّبَيْدِيُّ ، عَنْ أَخِيهِ مُحَمَّدِ بْنِ الْوَلِيدِ ، عَنْ لُقْمَانَ بْنِ عَامِرٍ ، عَنْ عَبْدِ الأَعْلَى بْنِ عَدِيٍّ الْبَهْرَانِيِّ ، عَنْ ثَوْبَانَ مَوْلَى رَسُولِ اللهِ ، صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : عِصَابَتَانِ مِنْ أُمَّتِي أَحْرَزَهُمَا اللَّهُ مِنَ النَّارِ : عِصَابَةٌ تَغْزُو الْهِنْدَ ، وَعِصَابَةٌ تَكُونُ مَعَ عِيسَى ابْنِ مَرْيَمَ عَلَيْهِمَا السَّلاَم.

“Rəvayət edilir ki, Allah Elçisinin ﷺ köləlikdən azad etdiyi Səvbən ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ümmətimdən iki dəstə var ki, Allah onları Cəhənnəm odundan qorumuşdur. Biri Hindistan yürüşündə iştirak edib döyüşənlər, digəri də Məryəm oğlu İsa ilə birlikdə olanlardır”.”

Səvbən
Nəsəi, 3175 (Cihad, 91)Səhih

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا الْفَضْلُ بْنُ مُوسَى ، قَالَ : حَدَّثَنِي مُحَمَّدُ بْنُ عَمْرٍو ، قَالَ : حَدَّثَنَا أَبُو سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : لَمَّا خَلَقَ اللَّهُ الْجَنَّةَ وَالنَّارَ أَرْسَلَ جِبْرِيلَ عَلَيْهِ السَّلاَمُ إِلَى الْجَنَّةِ ، فَقَالَ : انْظُرْ إِلَيْهَا وَإِلَى مَا أَعْدَدْتُ لأَهْلِهَا فِيهَا . فَنَظَرَ إِلَيْهَا فَرَجَعَ ، فَقَالَ : وَعِزَّتِكَ لاَ يَسْمَعُ بِهَا أَحَدٌ إِلاَّ دَخَلَهَا . فَأَمَرَ بِهَا فَحُفَّتْ بِالْمَكَارِهِ ، فَقَالَ : اذْهَبْ إِلَيْهَا فَانْظُرْ إِلَيْهَا وَإِلَى مَا أَعْدَدْتُ لأَهْلِهَا فِيهَا . فَنَظَرَ إِلَيْهَا ، فَإِذَا هِيَ قَدْ حُفَّتْ بِالْمَكَارِهِ ، فَقَالَ : وَعِزَّتِكَ لَقَدْ خَشِيتُ أَنْ لاَ يَدْخُلَهَا أَحَدٌ . قَالَ : اذْهَبْ فَانْظُرْ إِلَى النَّارِ وَإِلَى مَا أَعْدَدْتُ لأَهْلِهَا فِيهَا . فَنَظَرَ إِلَيْهَا فَإِذَا هِيَ يَرْكَبُ بَعْضُهَا بَعْضًا ، فَرَجَعَ فَقَالَ : وَعِزَّتِكَ لاَ يَدْخُلُهَا أَحَدٌ . فَأَمَرَ بِهَا فَحُفَّتْ بِالشَّهَوَاتِ ، فَقَالَ : ارْجِعْ فَانْظُرْ إِلَيْهَا . فَنَظَرَ إِلَيْهَا فَإِذَا هِيَ قَدْ حُفَّتْ بِالشَّهَوَاتِ ، فَرَجَعَ وَقَالَ : وَعِزَّتِكَ لَقَدْ خَشِيتُ أَنْ لاَ يَنْجُوَ مِنْهَا أَحَدٌ إِلاَّ دَخَلَهَا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Allah Cənnəti və Cəhənnəmi yaradanda Cəbraili Cənnətə göndərərək buyurdu: “Oraya və oraya girəcək kimsələr üçün hazırladıqlarıma bax!” O da gedib oraya baxdı, sonra qayıdıb dedi: “İzzətinə and olsun ki, onun haqqında eşidən hər kəs ora daxil olmaq istəyəcək”. Sonra Allah Cənnətin çətinliklərlə əhatə olunmasını əmr etdi və buyurdu: “Get, oraya və oraya girəcək kimsələr üçün hazırladıqlarıma bax!” O da gedib oraya baxdı və onun çətinliklərlə əhatə olunduğunu görüb dedi: “İzzətinə and olsun ki, heç kimin oraya daxil ola bilməyəcəyindən qorxdum”. Allah buyurdu: “Get, Cəhənnəmə və oraya daxil olacaq kimsələr üçün hazırladıqlarıma bax!” Cəbrail oraya baxdıqda bir-birinin üzərinə çıxmış alov çuxurlarını və oddan olan təpələri gördü və qayıdıb dedi: “İzzətinə and olsun ki, oraya heç kəs girmək istəməz”. Sonra Allah Cəhənnəmin şəhvətlərlə əhatə olunmasını əmr etdi və buyurdu: “Qayıt və oraya bax!” Cəbrail qayıdıb oraya baxdıqda oranın şəhvətlərlə əhatə olunduğunu gördü və qayıdaraq dedi: “İzzətinə and olsun ki, mən qorxdum ki, kimsə oraya daxil olmamış ondan xilas olmayacaq”.”

Əbu Hureyra
Nəsəi, 3763 (Andlar, 3)Səhih

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي عَدِيٍّ ، عَنْ خَالِدٍ (ح) وَأَنْبَأَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ بَزِيعٍ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، عَنْ أَبِي قِلاَبَةَ ، عَنْ ثَابِتِ بْنِ الضَّحَّاكِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مَنْ حَلَفَ بِمِلَّةٍ سِوَى الإِسْلاَمِ كَاذِبًا فَهُوَ كَمَا قَالَ - قَالَ قُتَيْبَةُ ، فِي حَدِيثِهِ : مُتَعَمِّدًا ، وَقَالَ يَزِيدُ : كَاذِبًا فَهُوَ كَمَا قَالَ ، وَمَنْ قَتَلَ نَفْسَهُ بِشَيْءٍ عَذَّبَهُ اللَّهُ بِهِ فِي نَارِ جَهَنَّمَ.

“Rəvayət edilir ki, Sabir ibn əd-Dahhak ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim yalandan İslamdan başqa bir dində olduğuna and içərsə, onun dediyi kimi olar”. Quteybə rəvayət etdiyi hədisdə “bilə-bilə and içərsə” deyilir. Yəzidin hədisində deyilir: “Yalandan and içərsə, onun dediyi kimi olar. Kim də özünü bir şey ilə öldürərsə, Allah Cəhənnəmdə ona eyni şey ilə əzab verər”.”

Sabit ibn əd-Dahhak
Nəsəi, 3770 (Andlar, 10)Səhih

أَخْبَرَنِي أَزْهَرُ بْنُ جَمِيلٍ الْبَصْرِيُّ ، قَالَ : حَدَّثَنَا خَالِدُ بْنُ الْحَارِثِ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنِ الْمُغِيرَةِ بْنِ النُّعْمَانِ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ قَالَ : اخْتَلَفَ أَهْلُ الْكُوفَةِ فِي هَذِهِ الآيَةِ : {وَمَنْ يَقْتُلْ مُؤْمِنًا مُتَعَمِّدًا} فَرَحَلْتُ إِلَى ابْنِ عَبَّاسٍ فَسَأَلْتُهُ ، فَقَالَ : لَقَدْ أُنْزِلَتْ فِي آخِرِ مَا أُنْزِلَ ثُمَّ مَا نَسَخَهَا شَيْءٌ.

“Rəvayət edilir ki, Səid ibn Cubeyr ﵀ demişdir: “Kufə əhli bu ayə “Kim bir mömini qəsdən öldürərsə, onun cəzası içərisində əbədi qalacağı Cəhənnəm olar. Allah ona qəzəblənər, onu lənətləyər və onun üçün böyük bir əzab hazırlayar” (ən-Nisa, 93) haqda ixtilaf etdi. Mən İbn Abbasın yanına gedib ondan bu ayə haqda soruşdum. O dedi: “Vallahi, bu ayə nazil edilmiş, lakin ayəni heç nə nəsx etməmişdir”.”

Səid ibn Cubeyr
Nəsəi, 4000 (Qanın haramlığı, 35)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا ابْنُ جُرَيْجٍ قَالَ : حَدَّثَنِي الْقَاسِمُ بْنُ أَبِي بَزَّةَ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ قَالَ : قُلْتُ لاِبْنِ عَبَّاسٍ : هَلْ لِمَنْ قَتَلَ مُؤْمِنًا مُتَعَمِّدًا مِنْ تَوْبَةٍ ؟ قَالَ : لاَ ، وَقَرَأْتُ عَلَيْهِ الآيَةَ الَّتِي فِي الْفُرْقَانِ : {وَالَّذِينَ لاَ يَدْعُونَ مَعَ اللهِ إِلَهًا آخَرَ وَلاَ يَقْتُلُونَ النَّفْسَ الَّتِي حَرَّمَ اللَّهُ إِلاَّ بِالْحَقِّ} قَالَ : هَذِهِ آيَةٌ مَكِّيَّةٌ ، نَسَخَتْهَا آيَةٌ مَدَنِيَّةٌ ، {وَمَنْ يَقْتُلْ مُؤْمِنًا مُتَعَمِّدًا فَجَزَاؤُهُ جَهَنَّمُ}.

“Rəvayət edilir ki, Səid ibn Cubeyr ﵀ demişdir: “Mən İbn Abbasa dedim: “Bir mömini bilə-bilə öldürənin tövbəsi qəbuldurmu?” O dedi: “Xeyr”. Mən isə ona “əl-Furqan” surəsinin ayələrini: “Onlar Allahla yanaşı başqa məbuda yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar. Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil olub əbədi qalar. Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir!” (əl-Furqan, 68-70). O dedi: “Bu ayə Məkkə ayəsidir. Onu Mədinə ayəsi nəsx etmişdir: “Kim bir mömini qəsdən öldürərsə, onun cəzası içərisində əbədi qalacağı Cəhənnəm olar. Allah ona qəzəblənər, onu lənətləyər və onun üçün böyük bir əzab hazırlayar” (ən-Nisa, 93)”.”

Səid ibn Cubeyr
Nəsəi, 4001 (Qanın haramlığı, 36)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ مَنْصُورٍ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ قَالَ : أَمَرَنِي عَبْدُ الرَّحْمَنِ بْنُ أَبِي لَيْلَى أَنْ أَسْأَلَ ابْنَ عَبَّاسٍ عَنْ هَاتَيْنِ الآيَتَيْنِ : {وَمَنْ يَقْتُلْ مُؤْمِنًا مُتَعَمِّدًا فَجَزَاؤُهُ جَهَنَّمُ} فَسَأَلْتُهُ ، فَقَالَ : لَمْ يَنْسَخْهَا شَيْءٌ ، وَعَنْ هَذِهِ الآيَةِ : {وَالَّذِينَ لاَ يَدْعُونَ مَعَ اللهِ إِلَهًا آخَرَ وَلاَ يَقْتُلُونَ النَّفْسَ الَّتِي حَرَّمَ اللَّهُ إِلاَّ بِالْحَقِّ} قَالَ : نَزَلَتْ فِي أَهْلِ الشِّرْكِ.

“Rəvayət edilir ki, Səid ibn Cubeyr ﵀ demişdir: “Abdur-Rahmən ibn Əbu Leylaya İbn Abbasdan iki ayə haqda soruşmağımı əmr etdi: “Kim bir mömini qəsdən öldürərsə, onun cəzası içərisində əbədi qalacağı Cəhənnəm olar. Allah ona qəzəblənər, onu lənətləyər və onun üçün böyük bir əzab hazırlayar” (ən-Nisa, 93)”. Mən soruşduqda o dedi: “Bu ayənin hökmünü heç bir ayə nəsx etməmişdir”. Mən bu ayə: “Onlar Allahla yanaşı başqa məbuda yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar. Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil olub əbədi qalar. Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir!” (əl-Furqan, 68-70) haqda soruşduqda o dedi: “Bu ayə müşriklər haqda nazil edilmişdir”.”

Səid ibn Cubeyr
Nəsəi, 4002 (Qanın haramlığı, 37)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ ، قَالَ : حَدَّثَنَا شَبَابَةُ بْنُ سَوَّارٍ قَالَ : حَدَّثَنِي وَرْقَاءُ ، عَنْ عَمْرٍو ، عَنْ ابْنِ عَبَّاسٍ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : يَجِيءُ الْمَقْتُولُ بِالْقَاتِلِ يَوْمَ الْقِيَامَةِ نَاصِيَتُهُ وَرَأْسُهُ فِي يَدِهِ ، وَأَوْدَاجُهُ تَشْخَبُ دَمًا يَقُولُ : يَا رَبِّ ، قَتَلَنِي ، حَتَّى يُدْنِيَهُ مِنَ الْعَرْشِ قَالَ : فَذَكَرُوا لاِبْنِ عَبَّاسٍ التَّوْبَةَ ، فَتَلاَ هَذِهِ الآيَةَ : {وَمَنْ يَقْتُلْ مُؤْمِنًا مُتَعَمِّدًا} قَالَ : مَا نُسِخَتْ مُنْذُ نَزَلَتْ : وَأَنَّى لَهُ التَّوْبَةُ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Qətlə yetirilmiş mömin qiyamət günü şah damarından qan axa-axa qatili alnından və başından tutub gətirəcək və deyəcək: “Ey Rəbbim, bu adam məni öldürdü”. O adam Ərşin yanına yaxınlaşana qədər belə deməyə davam edəcək”. İbn Abbasa qatilin tövbəsi haqda dedikdə İbn Abbas bu ayəni oxudu: “Kim bir mömini qəsdən öldürərsə, onun cəzası içərisində əbədi qalacağı Cəhənnəm olar. Allah ona qəzəblənər, onu lənətləyər və onun üçün böyük bir əzab hazırlayar” (ən-Nisa, 93) və dedi: “Bu ayənin hökmü nəsx edilməmişdir. Onun tövbəsi necə qəbul olsun?!””

İbn Abbas
Nəsəi, 4005 (Qanın haramlığı, 40)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا الأَنْصَارِيُّ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَمْرٍو ، عَنْ أَبِي الزِّنَادِ ، عَنْ خَارِجَةَ بْنِ زَيْدٍ ، عَنْ زَيْدِ بْنِ ثَابِتٍ قَالَ : نَزَلَتْ هَذِهِ الآيَةُ : {وَمَنْ يَقْتُلْ مُؤْمِنًا مُتَعَمِّدًا فَجَزَاؤُهُ جَهَنَّمُ خَالِدًا فِيهَا} الآيَةُ كُلُّهَا بَعْدَ الآيَةِ الَّتِي نَزَلَتْ فِي الْفُرْقَانِ بِسِتَّةِ أَشْهُرٍ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : مُحَمَّدُ بْنُ عَمْرٍو لَمْ يَسْمَعْهُ مِنْ أَبِي الزِّنَادِ.

“Rəvayət edilir ki, Zeyd ibn Sabit ﵁ demişdir: “Bu ayə - “Kim bir mömini qəsdən öldürərsə, onun cəzası içərisində əbədi qalacağı Cəhənnəm olar. Allah ona qəzəblənər, onu lənətləyər və onun üçün böyük bir əzab hazırlayar” (ən-Nisa, 93) - əl-Furqan surəsinin (68-70) ayələrindən altı ay sonra nazil olmuşdur”.”

Zeyd ibn Sabit
Nəsəi, 4006 (Qanın haramlığı, 41)Səhih

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ بَشَّارٍ ، عَنْ عَبْدِ الْوَهَّابِ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَمْرٍو ، عَنْ مُوسَى بْنِ عُقْبَةَ ، عَنْ أَبِي الزِّنَادِ ، عَنْ خَارِجَةَ بْنِ زَيْدٍ ، عَنْ زَيْدٍ فِي قَوْلِهِ : {وَمَنْ يَقْتُلْ مُؤْمِنًا مُتَعَمِّدًا فَجَزَاؤُهُ جَهَنَّمُ} قَالَ : نَزَلَتْ هَذِهِ الآيَةُ بَعْدَ الَّتِي فِي تَبَارَكَ الْفُرْقَانِ بِثَمَانِيَةِ أَشْهُرٍ ، {وَالَّذِينَ لاَ يَدْعُونَ مَعَ اللهِ إِلَهًا آخَرَ وَلاَ يَقْتُلُونَ النَّفْسَ الَّتِي حَرَّمَ اللَّهُ إِلاَّ بِالْحَقِّ}. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : أَدْخَلَ أَبُو الزِّنَادِ بَيْنَهُ وَبَيْنَ خَارِجَةَ مُجَالِدَ بْنَ عَوْفٍ.

“Rəvayət edilir ki, Zeyd ﵁ bu ayə - “Kim bir mömini qəsdən öldürərsə, onun cəzası içərisində əbədi qalacağı Cəhənnəm olar” (ən-Nisa, 93) - haqda demişdir: “Bu ayə Bərəkətli əl-Furqan surəsinin “Onlar Allahla yanaşı başqa məbuda yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar. Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil olub əbədi qalar. Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir!” (əl-Furqan, 68-70) ayələrindən səkkiz ay sonra nazil olmuşdur”.”

Zeyd
Nəsəi, 4007 (Qanın haramlığı, 42)Səhih

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، عَنْ مُسْلِمِ بْنِ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ إِسْحَاقَ ، عَنْ أَبِي الزِّنَادِ ، عَنْ مُجَالِدِ بْنِ عَوْفٍ قَالَ : سَمِعْتُ خَارِجَةَ بْنَ زَيْدِ بْنِ ثَابِتٍ يُحَدِّثُ ، عَنْ أَبِيهِ ، أَنَّهُ قَالَ : نَزَلَتْ : {وَمَنْ يَقْتُلْ مُؤْمِنًا مُتَعَمِّدًا فَجَزَاؤُهُ جَهَنَّمُ خَالِدًا فِيهَا} أَشْفَقْنَا مِنْهَا ، فَنَزَلَتِ الآيَةُ الَّتِي فِي الْفُرْقَانِ : {وَالَّذِينَ لاَ يَدْعُونَ مَعَ اللهِ إِلَهًا آخَرَ وَلاَ يَقْتُلُونَ النَّفْسَ الَّتِي حَرَّمَ اللَّهُ إِلاَّ بِالْحَقِّ}.

“Xaricə ibn Zeyd ibn Sabit atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Bu ayə - “Kim bir mömini qəsdən öldürərsə, onun cəzası içərisində əbədi qalacağı Cəhənnəm olar” (ən-Nisa, 93) - nazil olduqda ayənin şiddətindən qorxduq və Allah “əl-Furqan” surəsinin “Onlar Allahla yanaşı başqa məbuda yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar. Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil olub əbədi qalar. Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir!” (əl-Furqan, 68-70) ayələrini nazil etdi”.”

Xaricə ibn Zeyd ibn Sabit atasından
Nəsəi, 4008 (Qanın haramlığı, 43)Zəif

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ ابْنِ الْهَادِ ، عَنْ عَمْرِو بْنِ قُهَيْدٍ الْغِفَارِيِّ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : جَاءَ رَجُلٌ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَقَالَ : يَا رَسُولَ اللهِ ، أَرَأَيْتَ إِنْ عُدِيَ عَلَى مَالِي ، قَالَ : فَانْشُدْ بِاللَّهِ . قَالَ : فَإِنْ أَبَوْا عَلَيَّ ؟ قَالَ : فَانْشُدْ بِاللَّهِ . قَالَ : فَإِنْ أَبَوْا عَلَيَّ ؟ قَالَ : فَانْشُدْ بِاللَّهِ . قَالَ : فَإِنْ أَبَوْا عَلَيَّ ؟ قَالَ : فَقَاتِلْ ، فَإِنْ قُتِلْتَ فَفِي الْجَنَّةِ ، وَإِنْ قَتَلْتَ فَفِي النَّارِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir nəfər Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, bir nəfər gəlib malımı məndən almaq üçün hücum etsə, mən nə etməliyəm?” Allah Elçisi ﷺ buyurdu: “Ona Allahı xatırlat”. Adam dedi: “Əgər təkəbbürlük edib qəbul etməsə?” Allah Elçisi ﷺ buyurdu: “Ona Allahı xatırlat”. Adam dedi: “Əgər təkəbbürlük edib qəbul etməsə?” Allah Elçisi ﷺ buyurdu: “Ona Allahı xatırlat”. Adam dedi: “Əgər təkəbbürlük edib qəbul etməsə?” Allah Elçisi ﷺ buyurdu: “Onunla döyüş! Əgər o səni öldürsə, sən Cənnətdə olacaqsan, sən onu öldürsən, o, Cəhənnəmdə olacaq”.”

Əbu Hureyra
Nəsəi, 4082 (Qanın haramlığı, 117)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ عَبْدِ الْحَكَمِ ، عَنْ شُعَيْبِ بْنِ اللَّيْثِ قَالَ : أَنْبَأَنَا اللَّيْثُ ، عَنْ ابْنِ الْهَادِ ، عَنْ قُهَيْدِ بْنِ مُطَرِّفٍ الْغِفَارِيِّ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَجُلاً جَاءَ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَقَالَ : يَا رَسُولَ اللهِ ، أَرَأَيْتَ إِنْ عُدِيَ عَلَى مَالِي ؟ قَالَ : فَانْشُدْ بِاللَّهِ . قَالَ : فَإِنْ أَبَوْا عَلَيَّ ؟ قَالَ : فَانْشُدْ بِاللَّهِ . قَالَ : فَإِنْ أَبَوْا عَلَيَّ ؟ قَالَ : فَانْشُدْ بِاللَّهِ . قَالَ : فَإِنْ أَبَوْا عَلَيَّ ؟ قَالَ : فَقَاتِلْ ، فَإِنْ قُتِلْتَ فَفِي الْجَنَّةِ ، وَإِنْ قَتَلْتَ فَفِي النَّارِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir nəfər Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, bir nəfər gəlib malımı məndən almaq üçün hücum etsə, mən nə etməliyəm?” Allah Elçisi ﷺ buyurdu: “Ona Allahı xatırlat”. Adam dedi: “Əgər təkəbbürlük edib qəbul etməsə?” Allah Elçisi ﷺ buyurdu: “Ona Allahı xatırlat”. Adam dedi: “Əgər təkəbbürlük edib qəbul etməsə?” Allah Elçisi ﷺ buyurdu: “Ona Allahı xatırlat”. Adam dedi: “Əgər təkəbbürlük edib qəbul etməsə?” Allah Elçisi ﷺ buyurdu: “Onunla döyüş! Əgər o səni öldürsə, sən Cənnətdə olacaqsan, sən onu öldürsən, o, Cəhənnəmdə olacaq”.”

Əbu Hureyra
Nəsəi, 4083 (Qanın haramlığı, 118)Səhih

أَخْبَرَنَا مَحْمُودُ بْنُ غَيْلاَنَ ، قَالَ : حَدَّثَنَا أَبُو دَاوُدَ ، عَنْ شُعْبَةَ قَالَ : أَخْبَرَنِي مَنْصُورٌ ، قَالَ : سَمِعْتُ رِبْعِيًّا يُحَدِّثُ ، عَنْ أَبِي بَكْرَةَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : إِذَا أَشَارَ الْمُسْلِمُ عَلَى أَخِيهِ الْمُسْلِمِ بِالسِّلاَحِ فَهُمَا عَلَى جُرُفِ جَهَنَّمَ ، فَإِذَا قَتَلَهُ خَرَّا جَمِيعًا فِيهَا.

“Rəvayət edilir ki, Əbu Bəkratə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Müsəlman müsəlman qardaşına silah çəkərsə, ikisi də Cəhənnəmin kənarında olar. Əgər öldürərsə, ikisi də Cəhənnəmə düşər”.”

Əbu Bəkratə
Nəsəi, 4116 (Qanın haramlığı, 151)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا يَعْلَى ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ مَنْصُورٍ ، عَنْ رِبْعِيٍّ ، عَنْ أَبِي بَكْرَةَ قَالَ : إِذَا حَمَلَ الرَّجُلاَنِ الْمُسْلِمَانِ السِّلاَحَ أَحَدُهُمَا عَلَى الآخَرِ ، فَهُمَا عَلَى جُرُفِ جَهَنَّمَ ، فَإِذَا قَتَلَ أَحَدُهُمَا الآخَرَ فَهُمَا فِي النَّارِ.

“Rəvayət edilir ki, Əbu Bəkratə ﵁ demişdir: “Müsəlmanlardan olan iki nəfərdən biri digərinə silah çəkərsə, ikisi də Cəhənnəmin kənarında olar. Biri digərini öldürərsə, ikisi də Cəhənnəmə düşər”.”

Əbu Bəkratə
Nəsəi, 4117 (Qanın haramlığı, 152)Səhih

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ إِسْمَاعِيلَ بْنِ إِبْرَاهِيمَ ، عَنْ يَزِيدَ ، عَنْ سُلَيْمَانَ التَّيْمِيِّ ، عَنِ الْحَسَنِ ، عَنْ أَبِي مُوسَى ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : إِذَا تَوَاجَهَ الْمُسْلِمَانِ بِسَيْفَيْهِمَا ، فَقَتَلَ أَحَدُهُمَا صَاحِبَهُ فَهُمَا فِي النَّارِ قِيلَ : يَا رَسُولَ اللهِ ، هَذَا الْقَاتِلُ ، فَمَا بَالُ الْمَقْتُولِ ؟ قَالَ : أَرَادَ قَتْلَ صَاحِبِهِ.

“Əbu Musa ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “İki müsəlman qılıncları ilə üz-üzə gələr və biri yoldaşını öldürərsə, ikisi də Cəhənnəmə düşər”. Səhabələr soruşdu: “Ey Allahın Elçisi, biri qatildir. Bəs öldürülənin nə günahı var?” O buyurdu: “O da yoldaşını öldürmək istəyirdi”.”

Əbu Musa
Nəsəi, 4118 (Qanın haramlığı, 153)Səhih

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ إِسْمَاعِيلَ بْنِ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ وَهُوَ ابْنُ هَارُونَ قَالَ : أَنْبَأَنَا سَعِيدٌ ، عَنْ قَتَادَةَ ، عَنِ الْحَسَنِ ، عَنْ أَبِي مُوسَى الأَشْعَرِيِّ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : إِذَا تَوَاجَهَ الْمُسْلِمَانِ بِسَيْفَيْهِمَا ، فَقَتَلَ أَحَدُهُمَا صَاحِبَهُ ، فَهُمَا فِي النَّارِ مِثْلَهُ سَوَاءً.

“Əbu Musa əl-Əşari ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “İki müsəlman qılıncları ilə üz-üzə gələr və biri yoldaşını öldürərsə, ikisi də Cəhənnəmə düşər və onlar (günah cəhətdən) eynidirlər”.”

Əbu Musa əl-Əşari
Nəsəi, 4119 (Qanın haramlığı, 154)Səhih

أَخْبَرَنَا عَلِيُّ بْنُ مُحَمَّدِ بْنِ عَلِيٍّ الْمِصِّيصِيُّ ، قَالَ : حَدَّثَنَا خَلَفٌ ، عَنْ زَائِدَةَ ، عَنْ هِشَامٍ ، عَنِ الْحَسَنِ ، عَنْ أَبِي بَكْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : إِذَا تَوَاجَهَ الْمُسْلِمَانِ بِسَيْفَيْهِمَا كُلُّ وَاحِدٍ مِنْهُمَا يُرِيدُ قَتْلَ صَاحِبِهِ ، فَهُمَا فِي النَّارِ ، قِيلَ لَهُ : يَا رَسُولَ اللهِ ، هَذَا الْقَاتِلُ ، فَمَا بَالُ الْمَقْتُولِ ؟ قَالَ : إِنَّهُ كَانَ حَرِيصًا عَلَى قَتْلِ صَاحِبِهِ.

“Əbu Bəkratə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “İki müsəlman qılıncla üz-üzə gələr və bir-birini öldürmək istəyərsə, ikisi də Cəhənnəmə düşər”. Səhabələr dedilər: “Ey Allahın Elçisi, biri qatildir. Bəs öldürülənin nə günahı var?” O buyurdu: “Çünki o, yoldaşını öldürməyə can atırdı”.”

Əbu Bəkratə
Nəsəi, 4120 (Qanın haramlığı, 155)Səhih

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا الْخَلِيلُ بْنُ عُمَرَ بْنِ إِبْرَاهِيمَ قَالَ : حَدَّثَنِي أَبِي قَالَ : حَدَّثَنِي قَتَادَةُ ، عَنِ الْحَسَنِ ، عَنْ أَبِي بَكْرَةَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : إِذَا الْتَقَى الْمُسْلِمَانِ بِسَيْفَيْهِمَا ، فَقَتَلَ أَحَدُهُمَا صَاحِبَهُ ، فَالْقَاتِلُ وَالْمَقْتُولُ فِي النَّارِ.

“Rəvayət edilir ki, Əbu Bəkratə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “İki müsəlman qılıncla qarşılaşar və biri digərini öldürərsə, öldürən də, ölən də Cəhənnəmə düşər”.”

Əbu Bəkratə
Nəsəi, 4121 (Qanın haramlığı, 156)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ فَضَالَةَ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ قَالَ : أَنْبَأَنَا مَعْمَرٌ ، عَنْ أَيُّوبَ ، عَنِ الْحَسَنِ ، عَنِ الأَحْنَفِ بْنِ قَيْسٍ ، عَنْ أَبِي بَكْرَةَ قَالَ : قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَقُولُ : إِذَا تَوَاجَهَ الْمُسْلِمَانِ بِسَيْفَيْهِمَا ، فَقَتَلَ أَحَدُهُمَا صَاحِبَهُ ، فَالْقَاتِلُ وَالْمَقْتُولُ فِي النَّارِ قَالُوا : يَا رَسُولَ اللهِ ، هَذَا الْقَاتِلُ ، فَمَا بَالُ الْمَقْتُولِ ؟ قَالَ : إِنَّهُ أَرَادَ قَتْلَ صَاحِبِهِ.

“Rəvayət edilir ki, Əbu Bəkratə ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “İki müsəlman qılıncla qarşılaşar və biri digərini öldürərsə, öldürən də, ölən də Cəhənnəmə düşər”. Səhabələr dedilər: “Ey Allahın Elçisi, biri qatildir. Bəs öldürülənin nə günahı var?” O buyurdu: “Çünki o, yoldaşını öldürmək istəyirdi”.”

Əbu Bəkratə
Nəsəi, 4122 (Qanın haramlığı, 157)Səhih

أَخْبَرَنَا أَحْمَدُ بْنُ عَبْدَةَ ، عَنْ حَمَّادٍ ، عَنْ أَيُّوبَ ، وَيُونُسَ ، وَالْعَلاَءِ بْنِ زِيَادٍ ، عَنِ الْحَسَنِ ، عَنِ الأَحْنَفِ بْنِ قَيْسٍ ، عَنْ أَبِي بَكْرَةَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : إِذَا الْتَقَى الْمُسْلِمَانِ بِسَيْفَيْهِمَا ، فَقَتَلَ أَحَدُهُمَا صَاحِبَهُ ، فَالْقَاتِلُ وَالْمَقْتُولُ فِي النَّارِ.

“Rəvayət edilir ki, Əbu Bəkratə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “İki müsəlman qılıncla qarşılaşar və biri digər yoldaşını öldürərsə, öldürən də, ölən də Cəhənnəmə düşər”.”

Əbu Bəkratə
Nəsəi, 4123 (Qanın haramlığı, 158)Səhih

أَخْبَرَنَا مُجَاهِدُ بْنُ مُوسَى ، قَالَ : حَدَّثَنَا إِسْمَاعِيلُ وَهُوَ ابْنُ عُلَيَّةَ ، عَنْ يُونُسَ ، عَنِ الْحَسَنِ ، عَنْ أَبِي مُوسَى الأَشْعَرِيِّ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : إِذَا تَوَاجَهَ الْمُسْلِمَانِ بِسَيْفَيْهِمَا ، فَقَتَلَ أَحَدُهُمَا صَاحِبَهُ ، فَالْقَاتِلُ وَالْمَقْتُولُ فِي النَّارِ . قَالَ رَجُلٌ : يَا رَسُولَ اللهِ ، هَذَا الْقَاتِلُ فَمَا بَالُ الْمَقْتُولِ ؟ قَالَ : إِنَّهُ أَرَادَ قَتْلَ صَاحِبِهِ.

“Rəvayət edilir ki, Əbu Bəkratə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “İki müsəlman qılıncla qarşılaşar və biri digər yoldaşını öldürərsə, öldürən də, ölən də Cəhənnəmə düşər”. Bir kişi dedi: “Ey Allahın Elçisi, biri qatildir. Bəs öldürülənin nə günahı var?” O buyurdu: “Çünki o, yoldaşını öldürmək istəyirdi”.”

Əbu Musa əl-Əşari
Nəsəi, 4124 (Qanın haramlığı, 159)Səhih

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ أَبِي مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ زَيْدِ بْنِ وَهْبٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ عَبْدِ رَبِّ الْكَعْبَةِ قَالَ : انْتَهَيْتُ إِلَى عَبْدِ اللهِ بْنِ عَمْرٍو وَهُوَ جَالِسٌ فِي ظِلِّ الْكَعْبَةِ ، وَالنَّاسُ عَلَيْهِ مُجْتَمِعُونَ ، قَالَ : فَسَمِعْتُهُ يَقُولُ : بَيْنَا نَحْنُ مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي سَفَرٍ إِذْ نَزَلْنَا مَنْزِلاً ، فَمِنَّا مَنْ يَضْرِبُ خِبَاءَهُ ، وَمِنَّا مَنْ يَنْتَضِلُ ، وَمِنَّا مَنْ هُوَ فِي جَشْرَتِهِ ، إِذْ نَادَى مُنَادِي النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : الصَّلاَةُ جَامِعَةٌ ، فَاجْتَمَعْنَا ، فَقَامَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَخَطَبَنَا ، فَقَالَ : إِنَّهُ لَمْ يَكُنْ نَبِيٌّ قَبْلِي إِلاَّ كَانَ حَقًّا عَلَيْهِ أَنْ يَدُلَّ أُمَّتَهُ عَلَى مَا يَعْلَمُهُ خَيْرًا لَهُمْ ، وَيُنْذِرَهُمْ مَا يَعْلَمُهُ شَرًّا لَهُمْ ، وَإِنَّ أُمَّتَكُمْ هَذِهِ جُعِلَتْ عَافِيَتُهَا فِي أَوَّلِهَا ، وَإِنَّ آخِرَهَا سَيُصِيبُهُمْ بَلاَءٌ ، وَأُمُورٌ يُنْكِرُونَهَا تَجِيءُ فِتَنٌ فَيُدَقِّقُ بَعْضُهَا لِبَعْضٍ ، فَتَجِيءُ الْفِتْنَةُ ، فَيَقُولُ الْمُؤْمِنُ : هَذِهِ مُهْلِكَتِي ، ثُمَّ تَنْكَشِفُ ، ثُمَّ تَجِيءُ فَيَقُولُ : هَذِهِ مُهْلِكَتِي ، ثُمَّ تَنْكَشِفُ فَمَنْ أَحَبَّ مِنْكُمْ أَنْ يُزَحْزَحَ عَنِ النَّارِ ، وَيُدْخَلَ الْجَنَّةَ ، فَلْتُدْرِكْهُ مَوْتَتُهُ وَهُوَ مُؤْمِنٌ بِاللَّهِ وَالْيَوْمِ الآخِرِ ، وَلْيَأْتِ إِلَى النَّاسِ مَا يُحِبُّ أَنْ يُؤْتَى إِلَيْهِ ، وَمَنْ بَايَعَ إِمَامًا ، فَأَعْطَاهُ صَفْقَةَ يَدِهِ وَثَمَرَةَ قَلْبِهِ ، فَلْيُطِعْهُ مَا اسْتَطَاعَ ، فَإِنْ جَاءَ أَحَدٌ يُنَازِعُهُ فَاضْرِبُوا رَقَبَةَ الآخَرِ فَدَنَوْتُ مِنْهُ فَقُلْتُ : سَمِعْتَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَقُولُ هَذَا ؟ قَالَ : نَعَمْ وَذَكَرَ الْحَدِيثَ.

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Abdu Rabbil-Kəbə ﵀ demişdir: “Bir dəfə mən Kəbənin kölgəsində oturan Abdullah ibn Amrın yanına gəldim və ətrafında olan insanlara belə dediyini eşitdim: “Bir dəfə biz səfərdə Allah Elçisi ﷺ ilə birlikdə olarkən bir yerdə məskunlaşdıq. Bir qismimiz çadır qurur, bir qismimiz ox atır, bir qismimiz də heyvanlara yem verirdi. Bu vaxt Peyğəmbərin ﷺ carçısı “toplanma namazı” deyə car çəkdi və biz də toplandıq. Allah Elçisi ﷺ ayağa durdu və belə bir xütbə verdi: “Məndən əvvəl olan hər bir peyğəmbər ümmətini haqq olan xeyirli bildiyi şeylərə yönəltmiş, şər bildiyi şeylərdən çəkindirmişdir. Siz ümmətimdən sonra gələcək insanlardan daha xoşbəxtsiniz. Onlara xoş olmayan bəlalar gələcək və fitnələrə düşərək bir-birini zəiflədəcəklər. Bir fitnə meydana çıxdıqda möminlər deyəcək: “Bu fitnə məni həlak edər”. Vəziyyət yaxşılaşdıqda başqa bir fitnə meydana çıxacaq və möminlər deyəcək: “Bu fitnə məni həlak edər”. Sonra vəziyyət yenə düzələcək. Sizdən kim Cəhənnəmdən uzaqlaşdırılıb Cənnətə girmək istəyərsə, ölüm ona Allaha və Axirət gününə imanı olduğu halda gəlsin. İnsanların ona necə davranmasını istəyirsə, başqaları ilə elə davransın. Rəhbərə etdiyi beyətə əli və qəlbi ilə itaət etsin. Əgər kimsə rəhbərə qarşı çıxarsa, onun boynunu vurun!” Mən Abdullaha yaxınlaşıb dedim: “Bu dediklərini Allah Elçisindən ﷺ eşitmisən?” O: “Bəli”, - dedi və hədisi danışmağa davam etdi”.”

Abdur-Rahmən ibn Abdu Rabbil-Kəbə
Nəsəi, 4191 (Beyət, 43)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَسُوَيْدُ بْنُ سَعِيدٍ ، وَعَبْدُ اللهِ بْنُ عَامِرِ بْنِ زُرَارَةَ ، وَإِسْمَاعِيلُ بْنُ مُوسَى ، قَالُوا : حَدَّثَنَا شَرِيكٌ ، عَنْ سِمَاكٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ ، عَنْ أَبِيهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ كَذَبَ عَلَيَّ مُتَعَمِّدًا ، فَلْيَتَبَوَّأْ مَقْعَدَهُ مِنَ النَّارِ.

“Abdur-Rahmən ibn Abdullah ibn Məsud atasından ﵁ rəvayət edərək demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim mənim adımdan bilərək yalan danışarsa, qoy Cəhənnəmdəki yerini hazır bilsin”.”

Abdur-Rahmən ibn Abdullah ibn Məsud atasından
İbn Məcə, 30 (Sünnə, 30)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ الْمِصْرِيُّ ، حَدَّثَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ كَذَبَ عَلَيَّ ، حَسِبْتُهُ قَالَ : مُتَعَمِّدًا ، فَلْيَتَبَوَّأْ مَقْعَدَهُ مِنَ النَّارِ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim mənim adımdan bilərəkdən yalan danışarsa, Cəhənnəmdəki yerini hazır bilsin”.”

Ənəs ibn Malik
İbn Məcə, 32 (Sünnə, 32)Səhih

حَدَّثَنَا أَبُو خَيْثَمَةَ زُهَيْرُ بْنُ حَرْبٍ ، حَدَّثَنَا هُشَيْمٌ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ كَذَبَ عَلَيَّ مُتَعَمِّدًا ، فَلْيَتَبَوَّأْ مَقْعَدَهُ مِنَ النَّارِ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim mənim adımdan bilərəkdən yalan danışarsa, Cəhənnəmdəki yerini hazır bilsin”.”

Cabir
İbn Məcə, 33 (Sünnə, 33)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ بِشْرٍ ، عَنْ مُحَمَّدِ بْنِ عَمْرٍو ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ تَقَوَّلَ عَلَيَّ مَا لَمْ أَقُلْ ، فَلْيَتَبَوَّأْ مَقْعَدَهُ مِنَ النَّارِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim mənim demədiyim bir şeyi qəsdən mənə aid edərsə, Cəhənnəmdəki yerinə hazırlaşsın”.”

Əbu Hureyra
İbn Məcə, 34 (Sünnə, 34)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا يَحْيَى بْنُ يَعْلَى التَّيْمِيُّ ، عَنْ مُحَمَّدِ بْنِ إِسْحَاقَ ، عَنْ مَعْبَدِ بْنِ كَعْبٍ ، عَنْ أَبِي قَتَادَةَ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ عَلَى هَذَا الْمِنْبَرِ : إِيَّاكُمْ وَكَثْرَةَ الْحَدِيثِ عَنِّي ، فَمَنْ قَالَ عَلَيَّ ، فَلْيَقُلْ حَقًّا أَوْ صِدْقًا ، وَمَنْ تَقَوَّلَ عَلَيَّ مَا لَمْ أَقُلْ ، فَلْيَتَبَوَّأْ مَقْعَدَهُ مِنَ النَّارِ.

“Rəvayət edilir ki, Əbu Qatədə ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ bu minbərin üzərində belə buyurduğunu eşitmişəm: “Məndən çoxlu hədis danışmaqdan çəkinin. Kim məndən hədis danışsa, haqq və ya doğru söz söyləsin. Kim də mənim söyləmədiklərimi özündən uydurub mənə aid edərsə, Cəhənnəmdəki yerinə hazırlaşsın”.”

Əbu Qatədə
İbn Məcə, 35 (Sünnə, 35)Həsən

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَمُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالاَ : حَدَّثَنَا غُنْدَرٌ مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ جَامِعِ بْنِ شَدَّادٍ أَبِي صَخْرَةَ ، عَنْ عَامِرِ بْنِ عَبْدِ اللهِ بْنِ الزُّبَيْرِ ، عَنْ أَبِيهِ ، قَالَ : قُلْتُ لِلزُّبَيْرِ بْنِ الْعَوَّامِ : مَا لِيَ لاَ أَسْمَعُكَ تُحَدِّثُ عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ , كَمَا أَسْمَعُ ابْنَ مَسْعُودٍ ، وَفُلاَنًا وَفُلاَنًا ؟ قَالَ : أَمَا إِنِّي لَمْ أُفَارِقْهُ مُنْذُ أَسْلَمْتُ ، وَلَكِنِّي سَمِعْتُ مِنْهُ كَلِمَةً ، يَقُولُ : مَنْ كَذَبَ عَلَيَّ مُتَعَمِّدًا ، فَلْيَتَبَوَّأْ مَقْعَدَهُ مِنَ النَّارِ.

“Amir ibn Abdullah ibn əz-Zubeyr atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən əz-Zubeyr ibn əl-Avvama dedim: “Nə üçün İbn Məsudun və filan səhabələrin Allah Elçisindən ﷺ hədis rəvayət etdikləri kimi sənin Allah Elçisindən ﷺ hədis rəvayət etdiyini eşitmirəm?” O dedi: “Mən İslamı qəbul etdiyimdən bəri Allah Elçisinin ﷺ yanından ayrılmadım və Allah Elçisinin ﷺ belə dediyini eşitdim: “Kim mənim adımdan bilərəkdən yalan danışarsa, Cəhənnəmdəki yerini hazır bilsin”.”

Amir ibn Abdullah ibn əz-Zubeyr atasından
İbn Məcə, 36 (Sünnə, 36)Səhih

حَدَّثَنَا سُوَيْدُ بْنُ سَعِيدٍ ، حَدَّثَنَا عَلِيُّ بْنُ مُسْهِرٍ ، عَنْ مُطَرِّفٍ ، عَنْ عَطِيَّةَ ، عَنْ أَبِي سَعِيدٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ كَذَبَ عَلَيَّ مُتَعَمِّدًا ، فَلْيَتَبَوَّأْ مَقْعَدَهُ مِنَ النَّارِ.

“Rəvayət edilir ki, Əbu Səid ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim mənim adımdan bilərəkdən yalan danışarsa, Cəhənnəmdəki yerini hazır bilsin”.”

Əbu Səid
İbn Məcə, 37 (Sünnə, 37)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، أَخْبَرَنَا مَعْمَرٌ ، عَنْ زَيْدِ بْنِ أَسْلَمَ ، عَنْ عَطَاءِ بْنِ يَسَارٍ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِذَا خَلَّصَ اللَّهُ الْمُؤْمِنِينَ مِنَ النَّارِ وَأَمِنُوا ، فَمَا مُجَادَلَةُ أَحَدِكُمْ لِصَاحِبِهِ فِي الْحَقِّ يَكُونُ لَهُ فِي الدُّنْيَا ، أَشَدَّ مُجَادَلَةً مِنَ الْمُؤْمِنِينَ لِرَبِّهِمْ فِي إِخْوَانِهِمُ الَّذِينَ أُدْخِلُوا النَّارَ ، قَالَ : يَقُولُونَ : رَبَّنَا , إِخْوَانُنَا كَانُوا يُصَلُّونَ مَعَنَا ، وَيَصُومُونَ مَعَنَا ، وَيَحُجُّونَ مَعَنَا ، فَأَدْخَلْتَهُمُ النَّارَ ، فَيَقُولُ : اذْهَبُوا ، فَأَخْرِجُوا مَنْ عَرَفْتُمْ مِنْهُمْ ، فَيَأْتُونَهُمْ ، فَيَعْرِفُونَهُمْ بِصُوَرِهِمْ ، لاَ تَأْكُلُ النَّارُ صُوَرَهُمْ ، فَمِنْهُمْ مَنْ أَخَذَتْهُ النَّارُ إِلَى أَنْصَافِ سَاقَيْهِ ، وَمِنْهُمْ مَنْ أَخَذَتْهُ إِلَى كَعْبَيْهِ ، فَيُخْرِجُونَهُمْ ، فَيَقُولُونَ : رَبَّنَا ، أَخْرَجْنَا مَنْ قَدْ أَمَرْتَنَا ، ثُمَّ يَقُولُ : أَخْرِجُوا مَنْ كَانَ فِي قَلْبِهِ وَزْنُ دِينَارٍ مِنَ الإِيمَانِ ، ثُمَّ مَنْ كَانَ فِي قَلْبِهِ وَزْنُ نِصْفِ دِينَارٍ ، ثُمَّ مَنْ كَانَ فِي قَلْبِهِ مِثْقَالُ حَبَّةٍ مِنْ خَرْدَلٍ. قَالَ أَبُو سَعِيدٍ : فَمَنْ لَمْ يُصَدِّقْ هَذَا ، فَلْيَقْرَأْ : {إِنَّ اللَّهَ لاَ يَظْلِمُ مِثْقَالَ ذَرَّةٍ وَإِنْ تَكُ حَسَنَةً يُضَاعِفْهَا وَيُؤْتِ مِنْ لَدُنْهُ أَجْرًا عَظِيمًا}.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah möminləri Cəhənnəm odundan xilas etdikdə və onlar arxayınlıq içində olduqda, möminlərin Cəhənnəmə girmiş qardaşlarına görə Rəblərindən haqlarını tələb edib yalvarmaları sizdən birinizin dünyada haqq uğrunda mücadilə etməsindən daha şiddətli olacaq. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Onlar bizim qardaşlarımızdır. Onlar bizimlə namaz qılar, oruc tutar və həcc edərdilər, Sən isə onları Cəhənnəmə saldın”. Allah buyuracaq: “Gedin və tanıdıqlarınızı oradan çıxardın!” Möminlər gəlib onları görkəmlərindən tanıyacaqlar. Od onlarınn üzünü yeməyəcək. Od onlardan kimisini baldırının yarısına qədər, kimisini də topuğuna qədər bürüyəcəkdir. Möminlər də onları (oddan) çıxaracaqlar. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Artıq Sənin bizə əmr etdiyin kəsləri çıxartdıq”. Allah buyuracaq: “Qəlbində dinar ağırlında iman olan kəsləri çıxardın!” Sonra isə: “Qəlbində yarım dinar ağırlığında”, hətta “qəlbində xardal dənəsi ağırlığında”- deyə buyuracaq”. Əbu Səid dedi: “Kim inanmırsa, bu ayəni oxusun: “Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa (daha kiçik günahları) isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur” (ən-Nisa, 48)”.”

Əbu Səid əl-Xudri
İbn Məcə, 60 (Sünnə, 60)Səhih

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، وَمُحَمَّدُ بْنُ فُضَيْلٍ ، وَأَبُو مُعَاوِيَةَ (ح) وَحَدَّثَنَا عَلِيُّ بْنُ مَيْمُونٍ الرَّقِّيُّ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، وَمُحَمَّدُ بْنُ عُبَيْدٍ ، عَنِ الأَعْمَشِ ، عَنْ زَيْدِ بْنِ وَهْبٍ ، قَالَ : قَالَ عَبْدُ اللهِ بْنُ مَسْعُودٍ : حَدَّثَنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ وَهُوَ الصَّادِقُ الْمَصْدُوقُ , أَنَّهُ قَالَ : يُجْمَعُ خَلْقُ أَحَدِكُمْ فِي بَطْنِ أُمِّهِ أَرْبَعِينَ يَوْمًا ، ثُمَّ يَكُونُ عَلَقَةً مِثْلَ ذَلِكَ ، ثُمَّ يَكُونُ مُضْغَةً مِثْلَ ذَلِكَ ، ثُمَّ يَبْعَثُ اللَّهُ إِلَيْهِ الْمَلَكَ ، فَيُؤْمَرُ بِأَرْبَعِ كَلِمَاتٍ ، فَيَقُولُ : اكْتُبْ عَمَلَهُ ، وَأَجَلَهُ ، وَرِزْقَهُ ، وَشَقِيٌّ ، أَمْ سَعِيدٌ ، فَوَالَّذِي نَفْسِي بِيَدِهِ ، إِنَّ أَحَدَكُمْ لَيَعْمَلُ بِعَمَلِ أَهْلِ الْجَنَّةِ ، حَتَّى مَا يَكُونُ بَيْنَهُ وَبَيْنَهَا إِلاَّ ذِرَاعٌ ، فَيَسْبِقُ عَلَيْهِ الْكِتَابُ ، فَيَعْمَلُ بِعَمَلِ أَهْلِ النَّارِ , فَيَدْخُلُهَا ، وَإِنَّ أَحَدَكُمْ لَيَعْمَلُ بِعَمَلِ أَهْلِ النَّارِ ، حَتَّى مَا يَكُونُ بَيْنَهُ وَبَيْنَهَا إِلاَّ ذِرَاعٌ ، فَيَسْبِقُ عَلَيْهِ الْكِتَابُ ، فَيَعْمَلُ بِعَمَلِ أَهْلِ الْجَنَّةِ , فَيَدْخُلُهَا.

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Doğru danışan və doğruluğu təsdiqlənən Allah Elçisi ﷺ belə buyurdu: “Sizin hər birinizin yaradılışı qırx gün ərzində anasının bətnində cəm olunur, sonra bir o qədər müddət qan laxtası, sonra bir o qədər müddət ət parçası olur. Sonra Allah onun yanına mələk göndərir və ona dörd şey əmr edilir. Allah buyurur: “Əməlini, əcəlini, ruzisini, bədbəxt və ya xoşbəxt olacağını yaz!” Canım əlində olan Allaha and olsun ki, həqiqətən, sizdən biriniz Cənnət əhlinin əməlini edər, nəhayət, onunla Cənnət arasında bir qarış (məsafə) qaldıqda, Kitab (qədər) onun önünə keçər. O da Cəhənnəm əhlinin əməlini edib ora girər. Həqiqətən, sizdən biriniz Cəhənnəm əhlinin əməlini edər, nəhayət, onunla Cəhənnəm arasında bir qarış (məsafə) qaldıqda, Kitab onun önünə keçər. O da Cənnət əhlinin əməlini edib ora girər”.”

Abdullah ibn Məsud
İbn Məcə, 76 (Sünnə, 76)Səhih

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا إِسْحَاقُ بْنُ سُلَيْمَانَ ، قَالَ : سَمِعْتُ أَبَا سِنَانٍ ، عَنْ وَهْبِ بْنِ خَالِدٍ الْحِمْصِيِّ ، عَنِ ابْنِ الدَّيْلَمِيِّ ، قَالَ : وَقَعَ فِي نَفْسِي شَيْءٌ مِنْ هَذَا الْقَدَرِ ، خَشِيتُ أَنْ يُفْسِدَ عَلَيَّ دِينِي وَأَمْرِي ، فَأَتَيْتُ أُبَيَّ بْنَ كَعْبٍ ، فَقُلْتُ : أَبَا الْمُنْذِرِ ، إِنَّهُ وَقَعَ فِي نَفْسِي شَيْءٌ مِنْ هَذَا الْقَدَرِ ، فَخَشِيتُ عَلَى دِينِي وَأَمْرِي ، فَحَدِّثْنِي مِنْ ذَلِكَ بِشَيْءٍ ، لَعَلَّ اللَّهَ أَنْ يَنْفَعَنِي بِهِ ، فَقَالَ : لَوْ أَنَّ اللَّهَ عَذَّبَ أَهْلَ سَمَاوَاتِهِ وَأَهْلَ أَرْضِهِ ، لَعَذَّبَهُمْ وَهُوَ غَيْرُ ظَالِمٍ لَهُمْ ، وَلَوْ رَحِمَهُمْ لَكَانَتْ رَحْمَتُهُ خَيْرًا لَهُمْ مِنْ أَعْمَالِهِمْ ، وَلَوْ كَانَ لَكَ جَبَلُ أُحُدٍ ذَهَبًا ، أَوْ مِثْلُ جَبَلِ أُحُدٍ تُنْفِقُهُ فِي سَبِيلِ اللهِ ، مَا قُبِلَ مِنْكَ , حَتَّى تُؤْمِنَ بِالْقَدَرِ ، فَتَعْلَمَ أَنَّ مَا أَصَابَكَ لَمْ يَكُنْ لِيُخْطِئَكَ ، وَأَنَّ مَا أَخْطَأَكَ لَمْ يَكُنْ لِيُصِيبَكَ ، وَأَنَّكَ إِنْ مُتَّ عَلَى غَيْرِ هَذَا , دَخَلْتَ النَّارَ , وَلاَ عَلَيْكَ أَنْ تَأْتِيَ أَخِي عَبْدَ اللهِ بْنَ مَسْعُودٍ ، فَتَسْأَلَهُ ، فَأَتَيْتُ عَبْدَ اللهِ ، فَسَأَلْتُهُ ، فَذَكَرَ مِثْلَ مَا قَالَ أُبَيٌّ , وَقَالَ لِي : وَلاَ عَلَيْكَ أَنْ تَأْتِيَ حُذَيْفَةَ ، فَأَتَيْتُ حُذَيْفَةَ ، فَسَأَلْتُهُ ، فَقَالَ مِثْلَ مَا قَالاَ ، وَقَالَ : ائْتِ زيْدَ بْنَ ثابتٍ ، فَاسْأَلْهُ ، فَأَتَيْتُ زيْدَ بْنَ ثابتٍ ، فَسَأَلْتُهُ ، فَقَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صلَّى اللَّهُ عليْهِ وسلَّمَ يَقُولُ : لَوْ أَنَّ اللَّهَ عذَّبَ أهْلَ سَمَاوَاتِهِ وأهْلَ أرْضِهِ ، لَعَذَّبَهُمْ وَهُوَ غيْرُ ظَالِمٍ لَهُمْ ، وَلَوْ رَحِمَهُمْ لَكَانَتْ رَحْمَتُهُ خيْرًا لَهُمْ مِنْ أَعْمَالِهِمْ ، وَلَوْ كَانَ لَكَ مِثْلُ أُحُدٍ ذَهَبًا ، أوْ مِثْلُ جَبَلِ أُحُدٍ ذَهَبًا تُنْفِقُهُ فِي سَبِيلِ اللهِ ، مَا قَبِلَهُ مِنْكَ , حتَّى تُؤْمِنَ بِالْقَدَرِ ، فَتَعْلَمَ أنَّ مَا أَصَابَكَ لَمْ يَكُنْ لِيُخْطِئَكَ ، وَأَنَّ مَا أَخْطَأَكَ لَمْ يَكُنْ لِيُصِيبَكَ ، وَأَنَّكَ إِنْ مِتَّ عَلَى غيْرِ هَذَا دَخَلْتَ النَّارَ.

“Rəvayət edilir ki, İbn əd-Deyləmi ﵀ demişdir: “Məndə qədər barəsində şübhə yaranmışdı. Mən bu şübhənin dinimi və vəziyyətimi korlamasından qorxurdum. Ubey ibn Kəbin yanına gedərək dedim: “Ey Əbul-Munzir! Məndə qədər barəsində şübhə yaranıb. Mən bu şübhənin dinimi və vəziyyətimi korlamasından qorxuram. Bu haqda mənə bir şey söylə, ola bilər ki, Allah bununla məni faydalandırsın”. Ubey dedi: “Əgər Allah göylərin və yerin əhlinə əzab versəydi, onlara heç bir zülm etmədən əzab vermiş olardı. Əgər onlara rəhm etsəydi, Allahın rəhmi onlar üçün etdikləri əməllərin əvəzindən daha xeyirli olardı. Əgər sən Uhud dağı qədər qızılın və ya Uhud dağı qədər mal-dövlətin hamısını Allah yolunda xərcləsəydin, qədərə iman etmədikcə və başına gəlmiş şeylərin gəlməməsinin mümkünsüz olduğunu və başına gəlməyən bir şeyin gəlməsinin mümkünsüz olduğunu bilmədikcə, (xərclədiyin) səndən qəbul edilməzdi. Bu etiqaddan başqa bir etiqad üzərində ölsən, mütləq Cəhənnəmə girəcəyini bilmədikcə, bu şeyləri xərcləsəydin belə, qəbul olunmazdı. Qardaşım Abdullah ibn Məsudun yanına gedib ondan soruşmağında heç bir eyib yoxdur”. Sonra mən Abdullahın yanına gedərək ondan soruşduqda o da Ubeyin söylədiklərinə bənzər şeylər söylədi və belə dedi: “Huzeyfənin yanına gedib soruşmağında eyib yoxdur”. Mən Huzeyfənin yanına gedib ondan soruşduqda (Ubeyin və Abdullah ibn Məsudun) dediklərini söylədi və belə dedi: “Zeyd ibn Sabitin yanına get və soruş”. Mən Zeyd ibn Sabitin yanına gedib soruşduqda dedi: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Əgər Allah göylərin və yerin əhlinə əzab versəydi, onlara heç bir zülm etmədən əzab vermiş olardı. Əgər onlara rəhm etsəydi, Allahın rəhmi onlar üçün etdikləri əməllərin əvəzindən daha xeyirli olardı. Əgər sən Uhud dağı qədər qızılın və ya Uhud dağı kimi qızılın hamısını Allah yolunda xərcləsəydin, sən qədərə iman etmədikcə və sənin başına gəlmiş şeylərin gəlməməsinin mümkünsüz olduğunu və başına gəlməyən bir şeyin gəlməsinin mümkünsüz olduğunu bilmədikcə, səndən qəbul edilməzdi. Bu etiqaddan başqa bir etiqad üzərində ölsən, mütləq Cəhənnəmə girəcəyini bilmədikcə, bu şeyləri xərcləsəydin belə, qəbul olunmazdı”.”

İbn əd-Deyləmi
İbn Məcə, 77 (Sünnə, 77)Səhih

حَدَّثَنَا عُثْمَانُ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا وَكِيعٌ وَحَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، وَوَكِيعٌ ، عَنِ الأَعْمَشِ ، عَنْ سَعْدِ بْنِ عُبَيْدَةَ ، عَنْ أَبِي عَبْدِ الرَّحْمَنِ السُّلَمِيِّ ، عَنْ عَلِيِّ رَضِيَ اللهُ عَنْهُ ، قَالَ : كُنَّا جُلُوسًا عِنْدَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ وَبِيَدِهِ عُودٌ ، فَنَكَتَ فِي الأَرْضِ ، ثُمَّ رَفَعَ رَأْسَهُ ، فَقَالَ : مَا مِنْكُمْ مِنْ أَحَدٍ إِلاَّ وَقَدْ كُتِبَ مَقْعَدُهُ مِنَ الْجَنَّةِ ، وَمَقْعَدُهُ مِنَ النَّارِ ، قِيلَ : يَا رَسُولَ اللهِ ، أَفَلاَ نَتَّكِلُ ؟ قَالَ : لاَ ، اعْمَلُوا وَلاَ تَتَّكِلُوا ، وَكُلٌّ مُيَسَّرٌ لِمَا خُلِقَ لَهُ , ثُمَّ قَرَأَ :{فَأَمَّا مَنْ أَعْطَى وَاتَّقَى وَصَدَّقَ بِالْحُسْنَى فَسَنُيَسِّرُهُ لِلْيُسْرَى وَأَمَّا مَنْ بَخِلَ وَاسْتَغْنَى وَكَذَّبَ بِالْحُسْنَى فَسَنُيَسِّرُهُ لِلْعُسْرَى}.

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Bir dəfə biz Peyğəmbərin ﷺ yanında oturmuşduq. Onun əlində bir çubuq var idi. Onu yerə vuraraq nöqtə kimi işarələr edirdi, sonra başını qaldırdı və dedi: “Sizdən elə bir kimsə yoxdur ki, onun Cənnətdəki və Cəhənnəmdəki yeri qeydə alınmasın!” Səhabələr dedilər: “Ey Allahın Elçisi, onda arxayın olaq (əməlləri tərk edəkmi)?” Peyğəmbər dedi: “Xeyr, əməl edin və bu yazıya arxayınlaşmayın! Hər kəs nə üçün yaradılmışsa, onun üçün həmin şeylər asanlaşdırılacaq”. Sonra bu ayəni oxudu: “Kim (haqqını) verir və Allahdan qorxursa və ən gözəl olan (“lə iləhə illəllah” kəlməsini) təsdiq edirsə, Biz onu ən asan olana nail edəcəyik. Kim də xəsislik edərək Rəbbinə ehtiyacı olmadığını güman edirsə və ən gözəl olan (“lə iləhə illəllah” kəlməsini) yalan hesab edirsə, Biz onun üstünə ən çətin olanı yükləyəcəyik”. (əl-Leyl, 5-10).”

Əli
İbn Məcə, 78 (Sünnə, 78)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَعَلِيُّ بْنُ مُحَمَّدٍ , قَالاَ : حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا طَلْحَةُ بْنُ يَحْيَى بْنِ طَلْحَةَ بْنِ عُبَيْدِ اللهِ ، عَنْ عَمَّتِهِ عَائِشَةَ بِنْتِ طَلْحَةَ ، عَنْ عَائِشَةَ أُمِّ الْمُؤْمِنِينَ رَضِيَ اللهُ عَنْهَا ، قَالَتْ : دُعِيَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ إِلَى جِنَازَةِ غُلاَمٍ مِنَ الأَنْصَارِ ، فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، طُوبَى لِهَذَا ، عُصْفُورٌ مِنْ عَصَافِيرِ الْجَنَّةِ ، لَمْ يَعْمَلِ السُّوءَ ، وَلَمْ يُدْرِكْهُ ، قَالَ : أَوَغَيْرُ ذَلِكَ يَا عَائِشَةُ ، إِنَّ اللَّهَ خَلَقَ لِلْجَنَّةِ أَهْلاً ، خَلَقَهُمْ لَهَا وَهُمْ فِي أَصْلاَبِ آبَائِهِمْ ، وَخَلَقَ لِلنَّارِ أَهْلاً ، خَلَقَهُمْ لَهَا وَهُمْ فِي أَصْلاَبِ آبَائِهِمْ.

“Möminlərin anası Aişə ﵄ demişdir: “Allah Elçisi ﷺ ənsardan olan bir oğlan uşağının cənazəsinə çağırıldı. Mən dedim: “Ey Allahın Elçisi, xoş olsun ona! O, Cənnət sərçələrindən bir sərçədir, nə bir günah etmiş, nə də həddi-büluğa çatmışdı”. O dedi: “Bu haqda susmağın daha yaxşıdır, ey Aişə! Həqiqətən, Allah Cənnət əhlini hələ atalarının bellərində ikən yaratmışdır. Allah Cəhənnəm əhlini də hələ atalarının bellərində ikən yaratmışdır”.”

Aişə
İbn Məcə, 82 (Sünnə, 82)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَعَلِيُّ بْنُ مُحَمَّدٍ ، قَالاَ : حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا سُفْيَانُ الثَّوْرِيُّ ، عَنْ زِيَادِ بْنِ إِسْمَاعِيلَ الْمَخْزُومِيِّ ، عَنْ مُحَمَّدِ بْنِ عَبَّادِ بْنِ جَعْفَرٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : جَاءَ مُشْرِكُو قُرَيْشٍ يُخَاصِمُونَ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي الْقَدَرِ ، فَنَزَلَتْ هَذِهِ الآيَةُ : {يَوْمَ يُسْحَبُونَ فِي النَّارِ عَلَى وُجُوهِهِمْ ذُوقُوا مَسَّ سَقَرَ إِنَّا كُلَّ شَيْءٍ خَلَقْنَاهُ بِقَدَرٍ}.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir gün Qureyş müşrikləri Peyğəmbərin ﷺ yanına qədər haqda mübahisə etməyə gəldilər və bu ayə nazil oldu: “O gün onlar üzü üstə Cəhənnəmə sürüklənəcək və onlara: “Cəhənnəmin tamını dadın!”– deyiləcəkdir. Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq”. (əl-Qəmər, 48-49).”

Əbu Hureyra
İbn Məcə, 83 (Sünnə, 83)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا إِسْحَاقُ الأَزْرَقُ ، عَنِ الأَعْمَشِ ، عَنِ ابْنِ أَبِي أَوْفَى ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : الْخَوَارِجُ كِلاَبُ النَّارِ.

“Rəvayət edilir ki, İbn Əbu Əufə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Xavariclər Cəhənnəmin köpəkləridir”.”

İbn Əbu Əufə
İbn Məcə, 173 (Sünnə, 173)Səhih

حَدَّثَنَا سَهْلُ بْنُ أَبِي سَهْلٍ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ أَبِي غَالِبٍ ، عَنْ أَبِي أُمَامَةَ ، يَقُولُ : شَرُّ قَتْلَى قُتِلُوا تَحْتَ أَدِيمِ السَّمَاءِ ، وَخَيْرُ قَتِيلٍ مَنْ قَتَلُوا ، كِلاَبُ أَهْلِ النَّارِ ، كِلاَبُ أَهْلِ النَّارِ ، قَدْ كَانُوا هَؤُلاَءِ مُسْلِمِينَ , فَصَارُوا كُفَّارًا , قُلْتُ : يَا أَبَا أُمَامَةَ ، هَذَا شَيْءٌ تَقُولُهُ ؟ قَالَ : بَلْ سَمِعْتُهُ مِنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ.

“Əbu Ğalib ﵀ rəvayət edir ki, Əbu Umamə belə buyurdu: “(Xavariclər) səmanın altında öldürülənlərin ən şərliləridir. Öldürülənlərin ən xeyirliləri isə onların öldürdükləridir. Onlar Cəhənnəm əhlindən olan köpəklər, Cəhənnəm əhlindən olan köpəklərdir. Onlar müsəlman idilər, sonradan kafir oldular”. Mən ona dedim: “Ey Əbu Umamə, bilirsənmi, bu dediyin şey nə deməkdir?!” O dedi: “Əksinə, mən bunu Allah Elçisindən ﷺ eşitmişəm”.”

Əbu Ğalib
İbn Məcə, 176 (Sünnə, 176)Həsən

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنِ الأَعْمَشِ ، عَنْ خَيْثَمَةَ ، عَنْ عَدِيِّ بْنِ حَاتِمٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَا مِنْكُمْ مِنْ أَحَدٍ إِلاَّ سَيُكَلِّمُهُ رَبُّهُ ، لَيْسَ بَيْنَهُ وَبَيْنَهُ تَرْجُمَانٌ ، فَيَنْظُرُ عَنْ أَيْمَنَ مِنْهُ , فَلاَ يَرَى إِلاَّ شَيْئًا قَدَّمَهُ ، ثُمَّ يَنْظُرُ عَنْ أَيْسَرَ مِنْهُ , فَلاَ يَرَى إِلاَّ شَيْئًا قَدَّمَهُ ، ثُمَّ يَنْظُرُ أَمَامَهُ فَتَسْتَقْبِلُهُ النَّارُ ، فَمَنِ اسْتَطَاعَ مِنْكُمْ أَنْ يَتَّقِيَ النَّارَ وَلَوْ بِشِقِّ تَمْرَةٍ , فَلْيَفْعَلْ.

“Rəvayət edilir ki, Adiy ibn Hatim ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən elə bir adam olmayacaq ki, (Qiyamət günü) Rəbbi onunla danışmasın. (Həmin gün) onunla Rəbbi arasında heç bir tərcüməçi olmayacaq. Bəndə sağına baxdıqda əvvəl etdiklərindən başqa bir şey görməyəcək. Soluna baxdıqda əvvəl etdiklərindən başqa bir şey görməyəcək. Sonra önünə baxdıqda ona Cəhənnəm odu görsənəcək. Sizdən kim xurmanın yarısı ilə olsa belə, Cəhənnəm odundan qoruna bilirsə, qorunsun”.”

Adiy ibn Hatim
İbn Məcə, 185 (Sünnə, 185)Səhih

حَدَّثَنَا عَبْدُ الْقُدُّوسِ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا حَجَّاجٌ ، حَدَّثَنَا حَمَّادٌ ، عَنْ ثَابِتٍ الْبُنَانِيِّ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي لَيْلَى ، عَنْ صُهَيْبٍ ، قَالَ : تَلاَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ هَذِهِ الآيَةَ : {لِلَّذِينَ أَحْسَنُوا الْحُسْنَى وَزِيَادَةٌ} قَالَ : إِذَا دَخَلَ أَهْلُ الْجَنَّةِ الْجَنَّةَ ، وَأَهْلُ النَّارِ النَّارَ ، نَادَى مُنَادٍ : يَا أَهْلَ الْجَنَّةِ , إِنَّ لَكُمْ عِنْدَ اللهِ مَوْعِدًا يُرِيدُ أَنْ يُنْجِزَكُمُوهُ ، فَيَقُولُونَ : وَمَا هُوَ ؟ أَلَمْ يُثَقِّلِ اللَّهُ مَوَازِينَنَا ، وَيُبَيِّضْ وُجُوهَنَا ، وَيُدْخِلْنَا الْجَنَّةَ ، وَيُنْجِنَا مِنَ النَّارِ ؟ قَالَ : فَيَكْشِفُ الْحِجَابَ ، فَيَنْظُرُونَ إِلَيْهِ ، فَوَاللَّهِ مَا أَعَطَاهُمُ اللَّهُ شَيْئًا أَحَبَّ إِلَيْهِمْ مِنَ النَّظَرِ ، يَعْنِي إِلَيْهِ ، وَلاَ أَقَرَّ لأَعْيُنِهِمْ.

“Rəvayət edilir ki, Suheyb ﵁ demişdir: “Allah Elçisi ﷺ bu ayəni “Yaxşı iş görənlər üçün ən yaxşısı və bundan da üstünü (Cənnət, üstəlik də Allahı görmək) var”. (Yunus, 26) oxudu və dedi: “Cənnət əhli Cənnətə, Cəhənnəm əhli də Cəhənnəmə daxil olduğu zaman bir carçı belə nida edəcək: “Ey Cənnət əhli! Şübhəsiz, Allah dərgahında sizə verilən vəd var, onu görmək istəyirsinizmi?” Onlar deyəcəklər: “O nədir? Məgər Allah bizim tərəzimizi ağırlaşdırmadımı?! Üzümüzü ağ etmədimi?! Bizi atəşdən qurtarıb Cənnətə daxil etmədimi?! Bizi Cəhənnəmdən xilas etmədimi?!” Peyğəmbər ﷺ buyurdu: “Bunun ardından Allah hicabı qaldıracaq və onlar Allaha baxacaqlar. Allaha and olsun ki, artıq onlara Allaha baxmaqdan daha əziz bir şey verilməmişdir”.”

Suheyb
İbn Məcə, 187 (Sünnə, 187)Səhih

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا حَمَّادُ بْنُ عَبْدِ الرَّحْمَنِ ، حَدَّثَنَا أَبُو كَرِبٍ الأَزْدِيُّ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَنْ طَلَبَ الْعِلْمَ لِيُمَارِيَ بِهِ السُّفَهَاءَ ، أَوْ لِيُبَاهِيَ بِهِ الْعُلَمَاءَ ، أَوْ لِيَصْرِفَ وُجُوهَ النَّاسِ إِلَيْهِ ، فَهُوَ فِي النَّارِ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim səfehlərlə mübahisə etmək və ya alimlər arasında öyünmək, yaxud insanların diqqətini özünə tərəf yönəltmək məqsədilə elm öyrənərsə, o, Cəhənnəmlikdir”.”

İbn Ömər
İbn Məcə, 253 (Sünnə, 253)Həsən

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا ابْنُ أَبِي مَرْيَمَ ، أَخْبَرَنَا يَحْيَى بْنُ أَيُّوبَ ، عَنِ ابْنِ جُرَيْجٍ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : لاَ تَعَلَّمُوا الْعِلْمَ لِتُبَاهُوا بِهِ الْعُلَمَاءَ ، وَلاَ لِتُمَارُوا بِهِ السُّفَهَاءَ ، وَلاَ تَخَيَّرُوا بِهِ الْمَجَالِسَ ، فَمَنْ فَعَلَ ذَلِكَ فَالنَّارُ النَّارُ.

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Alimlər arasında öyünmək, səfehlərlə mübahisə etmək və məclislərdə üstünlük əldə etmək məqsədilə elm öyrənməyin! Kim belə edərsə, onun üçün Cəhənnəm odu var”.”

Cabir ibn Abdullah
İbn Məcə, 254 (Sünnə, 254)Səhih

حَدَّثَنَا أَحْمَدُ بْنُ عَاصِمٍ الْعَبَّادَانِيُّ ، حَدَّثَنَا بَشِيرُ بْنُ مَيْمُونٍ ، قَالَ : سَمِعْتُ أَشْعَثَ بْنَ سَوَّارٍ ، عَنِ ابْنِ سِيرِينَ ، عَنْ حُذَيْفَةَ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : لاَ تَعَلَّمُوا الْعِلْمَ لِتُبَاهُوا بِهِ الْعُلَمَاءَ ، أَوْ لِتُمَارُوا بِهِ السُّفَهَاءَ ، أَوْ لِتَصْرِفُوا وُجُوهَ النَّاسِ إِلَيْكُمْ ، فَمَنْ فَعَلَ ذَلِكَ فَهُوَ فِي النَّارِ.

“Rəvayət edilir ki, Huzeyfə ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Alimlər arasında öyünmək, avamlarla mübahisə etmək və insanların diqqətini özünə tərəf yönəltmək məqsədilə elm öyrənməyin! Kim belə edərsə, o, Cəhənnəmdədir”.”

Huzeyfə
İbn Məcə, 259 (Sünnə, 259)Həsən

حَدَّثَنَا مُحَمَّدُ بْنُ إِسْمَاعِيلَ ، أَخْبَرَنَا وَهْبُ بْنُ إِسْمَاعِيلَ الأَسَدِيُّ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ سَعِيدٍ الْمَقْبُرِيُّ ، عَنْ جَدِّهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ تَعَلَّمَ الْعِلْمَ لِيُبَاهِيَ بِهِ الْعُلَمَاءَ ، وَيُمَارِيَ بِهِ السُّفَهَاءَ ، وَيَصْرِفَ بِهِ وُجُوهَ النَّاسِ إِلَيْهِ ، أَدْخَلَهُ اللَّهُ جَهَنَّمَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim alimlər arasında öyünmək, səfehlərlə mübahisə etmək və insanların diqqətini özünə tərəf yönəltmək məqsədilə elm öyrənərsə, Allah onu Cəhənnəmə daxil edər”.”

Əbu Hureyra
İbn Məcə, 260 (Sünnə, 260)Həsən

حَدَّثَنَا أَبُو مَرْوَانَ الْعُثْمَانِيُّ مُحَمَّدُ بْنُ عُثْمَانَ ، حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ سَعْدٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ هُرْمُزَ الأَعْرَجِ ، أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ يَقُولُ : وَاللَّهِ ، لَوْلاَ آيَتَانِ فِي كِتَابِ اللهِ تَعَالَى مَا حَدَّثْتُ عَنْهُ ، يَعْنِي عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ , شَيْئًا أَبَدًا ، لَوْلاَ قَوْلُ اللهِ : {إِنَّ الَّذِينَ يَكْتُمُونَ مَا أَنْزَلَ اللَّهُ مِنَ الْكِتَابِ} إِلَى آخِرِ الآيَتَيْنِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allaha and olsun ki, əgər Uca Allahın Kitabında bu iki ayə: “Şübhəsiz ki, Allahın nazil etdiyi kitabda olanları gizli saxlayanlar və bununla cüzi miqdarda pul əldə edənlər öz qarınlarına oddan başqa bir şey doldurmurlar. Qiyamət günü Allah onları danışdırmaz və onları təmizə çıxarmaz. Onlar üçün ağrılı-acılı bir əzab vardır. Onlar doğru yolun əvəzinə azğınlığı, bağışlanmanın əvəzinə isə əzabı satın alan şəxslərdir. Onlar Cəhənnəm oduna necə də səbirlidirlər!” (əl-Bəqərə, 174-175) – olmasaydı, mən Peyğəmbərdən ﷺ heç vaxt heç bir şey rəvayət etməzdim”.”

Əbu Hureyra
İbn Məcə, 262 (Sünnə, 262)Səhih

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا مَالِكُ بْنُ أَنَسٍ ، حَدَّثَنَا أَبُو الزِّنَادِ ، عَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِذَا اشْتَدَّ الْحَرُّ , فَأَبْرِدُوا بِالصَّلاَةِ ؛ فَإِنَّ شِدَّةَ الْحَرِّ مِنْ فَيْحِ جَهَنَّمَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Şiddətli isti olduqda sərin düşənədək namazı təxirə salın, çünki şiddətli isti Cəhənnəmin nəfəs almasına görədir”.”

Əbu Hureyra
İbn Məcə, 677 (Namaz, 11)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، وَأَبِي سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ أَبِي هُرَيْرَةَ , أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : إِذَا اشْتَدَّ الْحَرُّ , فَأَبْرِدُوا بِالظُّهْرِ ؛ فَإِنَّ شِدَّةَ الْحَرِّ مِنْ فَيْحِ جَهَنَّمَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Şiddətli istilik olduqda Zöhr namazını sərin vaxta qədər gecikdirin! Həqiqətən, şiddətli istilik Cəhənnəmin nəfəs almasına görədir”.”

Əbu Hureyra
İbn Məcə, 678 (Namaz, 12)Səhih

حَدَّثَنَا أَبُو كُرَيْبٍ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي سَعِيدٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَبْرِدُوا بِالظُّهْرِ ؛ فَإِنَّ شِدَّةَ الْحَرِّ مِنْ فَيْحِ جَهَنَّمَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Zöhr namazını daha sərin vaxta qədər gecikdirin! Həqiqətən, şiddətli istilik Cəhənnəmin nəfəs almasına görədir”.”

Əbu Səid
İbn Məcə, 679 (Namaz, 13)Səhih

حَدَّثَنَا تَمِيمُ بْنُ الْمُنْتَصِرِ الْوَاسِطِيُّ ، حَدَّثَنَا إِسْحَاقُ بْنُ يُوسُفَ ، عَنْ شَرِيكٍ ، عَنْ بَيَانٍ ، عَنْ قَيْسِ بْنِ أَبِي حَازِمٍ ، عَنِ الْمُغِيرَةِ بْنِ شُعْبَةَ ، قَالَ : كُنَّا نُصَلِّي مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ صَلاَةَ الظُّهْرِ بِالْهَاجِرَةِ ، فَقَالَ لَنَا : أَبْرِدُوا بِالصَّلاَةِ ؛ فَإِنَّ شِدَّةَ الْحَرِّ مِنْ فَيْحِ جَهَنَّمَ.

“Rəvayət edilir ki, Muğira ibn Şubə ﵁ demişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə Zöhr namazını günün ən isti vaxtında qılardıq. Allah Elçisi ﷺ bizə dedi: “Zöhr namazını daha sərin vaxta qədər gecikdirin! Həqiqətən, şiddətli istilik Cəhənnəmin nəfəs almasına görədir”.”

Muğira ibn Şubə
İbn Məcə, 680 (Namaz, 14)Səhih

حَدَّثَنَا عُثْمَانُ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ عَيَّاشٍ ، عَنْ عُمَارَةَ بْنِ غَزِيَّةَ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، عَنْ عُمَرَ بْنِ الْخَطَّابِ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، أَنَّهُ كَانَ يَقُولُ : مَنْ صَلَّى فِي مَسْجِدٍ جَمَاعَةً أَرْبَعِينَ لَيْلَةً ، لاَ تَفُوتُهُ الرَّكْعَةُ الأُولَى مِنْ صَلاَةِ الْعِشَاءِ ، كَتَبَ اللَّهُ لَهُ بِهَا عِتْقًا مِنَ النَّارِ.

“Ömər ibn əl-Xattab ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim qırx gün namazı məsciddə camaatla qılarsa və bu müddət ərzində İşa namazının birinci rükətinə çatarsa, Allah onu Cəhənnəmdən azad edər”.”

Ömər ibn əl-Xattab
İbn Məcə, 798 (Məscidlər, 64)Zəif

حَدَّثَنَا مُحَمَّدُ بْنُ زِيَادٍ ، حَدَّثَنَا الْمُعْتَمِرُ بْنُ سُلَيْمَانَ (ح) وَحَدَّثَنَا يَحْيَى بْنُ حَكِيمٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَكْرٍ ، قَالاَ : حَدَّثَنَا أَيْمَنُ بْنُ نَابِلٍ ، حَدَّثَنَا أَبُو الزُّبَيْرِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يُعَلِّمُنَا التَّشَهُّدَ ، كَمَا يُعَلِّمُنَا السُّورَةَ مِنَ الْقُرْآنِ : بِاسْمِ اللهِ وَبِاللَّهِ ، التَّحِيَّاتُ لِلَّهِ ، وَالصَّلواتُ وَالطَّيِّبَاتُ ، السَّلاَمُ عَلَيْكَ أَيُّهَا النَّبِيُّ وَرَحْمَةُ اللهِ وَبَرَكَاتُهُ ، السَّلاَمُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللهِ الصَّالِحِينَ ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ ، أَسْأَلُ اللَّهَ الْجَنَّةَ ، وَأَعُوذُ بِاللَّهِ مِنَ النَّارِ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ təşəhhüdü bizə Qurandan bir surə öyrətdiyi kimi öyrədər və belə deyərdi: “Allahın adı ilə, Allah üçün! Salamlar, dualar və gözəl şeylər Allaha aiddir. Ey Peyğəmbər, sənə salam olsun, Allahın mərhəməti və Onun bərəkəti olsun! Bizə və Allahın əməlisaleh qullarına salam olsun! Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir! Allahdan Cənnəti istəyirəm və Cəhənnəmdən Allaha sığınıram!””

Cabir ibn Abdullah
İbn Məcə, 902 (İqamətus-salat, 100)Səhih

حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ إِبْرَاهِيمَ الدِّمَشْقِيُّ ، حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ ، حَدَّثَنَا الأَوْزَاعِيُّ , حَدَّثَنِي حَسَّانُ بْنُ عَطِيَّةَ , حَدَّثَنِي مُحَمَّدُ بْنُ أَبِي عَائِشَةَ ، قَالَ : سَمِعْتُ أَبَا هُرَيْرَةَ يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِذَا فَرَغَ أَحَدُكُمْ مِنَ التَّشَهُّدِ الأَخِيرِ ، فَلْيَتَعَوَّذْ بِاللَّهِ مِنْ أَرْبَعٍ : مِنْ عَذَابِ جَهَنَّمَ ، وَمِنْ عَذَابِ الْقَبْرِ ، وَمِنْ فِتْنَةِ الْمَحْيَا وَالْمَمَاتِ ، وَمِنْ فِتْنَةِ الْمَسِيحِ الدَّجَّالِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biri namazın axırıncı təşəhhüdündə dörd şeydən Allaha sığınsın: Cəhənnəm əzabından, qəbir əzabından, həyatın və ölümün fitnəsindən və Məsih Dəccalın fitnəsindən”.”

Əbu Hureyra
İbn Məcə, 909 (İqamətus-salat, 107)Səhih

حَدَّثَنَا يُوسُفُ بْنُ مُوسَى الْقَطَّانُ ، حَدَّثَنَا جَرِيرٌ ، عَنِ الأَعْمَشِ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ لِرَجُلٍ : مَا تَقُولُ فِي الصَّلاَةِ ؟ قَالَ : أَتَشَهَّدُ ، ثُمَّ أَسْأَلُ اللَّهَ الْجَنَّةَ ، وَأَعُوذُ بِهِ مِنَ النَّارِ ، أَمَا وَاللَّهِ مَا أُحْسِنُ دَنْدَنَتَكَ ، وَلاَ دَنْدَنَةَ مُعَاذٍ ، فَقَالَ : حَوْلَهَا نُدَنْدِنُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ bir kişiyə belə dedi: “Sən namazda nə deyirsən?” Kişi dedi: “Mən təşəhhüd dedikdən sonra Allahdan Cənnəti istəyirəm, Cəhənnəmdən də Allaha sığınıram. Vallah, nə sənin, nə də Muazın dediklərini demirəm”. Allah Elçisi ﷺ buyurdu: “Elə biz də sənin dediklərini deyirik”.”

Əbu Hureyra
İbn Məcə, 910 (İqamətus-salat, 108)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِذَا قَرَأَ ابْنُ آدَمَ السَّجْدَةَ فَسَجَدَ ، اعْتَزَلَ الشَّيْطَانُ يَبْكِي ، يَقُولُ : يَا وَيْلَهُ , أُمِرَ ابْنُ آدَمَ بِالسُّجُودِ , فَسَجَدَ فَلَهُ الْجَنَّةُ ، وَأُمِرْتُ بِالسُّجُودِ , فَأَبَيْتُ فَلِيَ النَّارُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Adəm övladı səcdə ayəsini oxuyub səcdəyə qapandıqda şeytan kənara çəkilib ağlayaraq deyir: “Vay mənim halıma! Adəm övladına səcdə etmək əmr olundu, səcdə edib Cənnəti qazandı. Mənə isə səcdə etmək əmr olundu, boyun qaçırıb Cəhənnəm odunu qazandım”.”

Əbu Hureyra
İbn Məcə, 1052 (İqamətus-salat, 250)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ الشُّعَيْثِيُّ ، عَنْ أَبِيهِ ، عَنْ عَنْبَسَةَ بْنِ أَبِي سُفْيَانَ ، عَنْ أُمِّ حَبِيبَةَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَنْ صَلَّى قَبْلَ الظُّهْرِ أَرْبَعًا ، وَبَعْدَهَا أَرْبَعًا ، حَرَّمَهُ اللَّهُ عَلَى النَّارِ.

“Ummu Həbibə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim Zöhr namazından qabaq və sonra dörd rükət namaz qılarsa, Allah onu Cəhənnəm oduna haram edər”.”

Ummu Həbibə
İbn Məcə, 1160 (İqamətus-salat, 358)Səhih

حَدَّثَنَا الْحَسَنُ بْنُ دَاوُدَ الْمُنْكَدِرِيُّ ، حَدَّثَنَا ابْنُ أَبِي فُدَيْكٍ ، عَنِ الضَّحَّاكِ بْنِ عُثْمَانَ ، عَنِ الْمَقْبُرِيِّ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : سَأَلَ صَفْوَانُ بْنُ الْمُعَطَّلِ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَقَالَ : يَا رَسُولَ اللهِ ، إِنِّي سَائِلُكَ عَنْ أَمْرٍ أَنْتَ بِهِ عَالِمٌ , وَأَنَا بِهِ جَاهِلٌ ، قَالَ : وَمَا هُوَ ؟ قَالَ : هَلْ مِنْ سَاعَاتِ اللَّيْلِ وَالنَّهَارِ سَاعَةٌ تُكْرَهُ فِيهَا الصَّلاَةُ ؟ قَالَ : نَعَمْ , إِذَا صَلَّيْتَ الصُّبْحَ ، فَدَعِ الصَّلاَةَ ، حَتَّى تَطْلُعَ الشَّمْسُ ، فَإِنَّهَا تَطْلُعُ بِقَرْنَيِ الشَّيْطَانِ ، ثُمَّ صَلِّ , فَالصَّلاَةُ مَحْضُورَةٌ مُتَقَبَّلَةٌ , حَتَّى تَسْتَوِيَ الشَّمْسُ عَلَى رَأْسِكَ كَالرُّمْحِ ، فَإِذَا كَانَتْ عَلَى رَأْسِكَ كَالرُّمْحِ , فَدَعِ الصَّلاَةَ ، فَإِنَّ تِلْكَ السَّاعَةَ تُسْجَرُ فِيهَا جَهَنَّمُ , وَتُفْتَحُ فِيهَا أَبْوَابُهَا ، حَتَّى تَزِيغَ الشَّمْسُ عَنْ حَاجِبِكَ الأَيْمَنِ ، فَإِذَا زَالَتْ , فَالصَّلاَةُ مَحْضُورَةٌ مُتَقَبَّلَةٌ حَتَّى تُصَلِّيَ الْعَصْرَ ، ثُمَّ دَعِ الصَّلاَةَ حَتَّى تَغِيبَ الشَّمْسُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Safvən ibn əl-Muattil Allah Elçisindən ﷺ soruşdu: “Ey Allahın Elçisi! Sənin bildiyin, lakin mənim bilmədiyim bir şey haqda səndən soruşacağam”. Allah Elçisi ﷺ dedi: “O nədir?” Safvən dedi: “Gecə və gündüz vaxtı namazın qılınması xoş olmayan saatlar vardırmı?” Allah Elçisi ﷺ buyurdu: “Bəli, Sübh namazını qıldıqdan sonra günəş çıxana qədər namaz qılma! Həqiqətən, günəş şeytanın buynuzlarının arasından çıxır. Sonra günəş başının üstündə nizə kimi durana (zenitdə olana) qədər namaz qıl, çünki bu vaxt mələklər qılınan namazda iştirak edir və o namaz qəbul olunur. Günəş başının üstündə nizə kimi durduqda (zenitdən) sənin sağ tərəfinə doğru meyl edənə qədər namaz qılma, çünki bu saatda Cəhənnəm alovlandırılır və onun qapıları açılır. Günəş zenitdən meyl etdikdə Əsr namazını qıl, çünki bu vaxt mələklər qılınan namazda iştirak edir və o namaz namaz qəbul olunur. Sonra günəş batana qədər namaz qılma!””

Əbu Hureyra
İbn Məcə, 1252 (İqamətus-salat, 450)Səhih

حَدَّثَنَا مُحْرِزُ بْنُ سَلَمَةَ الْعَدَنِيُّ ، حَدَّثَنَا نَافِعُ بْنُ عُمَرَ الْجُمَحِيُّ ، عَنِ ابْنِ أَبِي مُلَيْكَةَ ، عَنْ أَسْمَاءَ بِنْتِ أَبِي بَكْرٍ ، قَالَتْ : صَلَّى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ صَلاَةَ الْكُسُوفِ ، فَقَامَ , فَأَطَالَ الْقِيَامَ ، ثُمَّ رَكَعَ , فَأَطَالَ الرُّكُوعَ ، ثُمَّ رَفَعَ فَقَامَ , فَأَطَالَ الْقِيَامَ ، ثُمَّ رَكَعَ فَأَطَالَ الرُّكُوعَ ، ثُمَّ رَفَعَ ، ثُمَّ سَجَدَ فَأَطَالَ السُّجُودَ ، ثُمَّ رَفَعَ ، ثُمَّ سَجَدَ فَأَطَالَ السُّجُودَ ، ثُمَّ رَفَعَ فَقَامَ فَأَطَالَ الْقِيَامَ ، ثُمَّ رَكَعَ فَأَطَالَ الرُّكُوعَ ، ثُمَّ رَفَعَ فَقَامَ فَأَطَالَ الْقِيَامَ ، ثُمَّ رَكَعَ فَأَطَالَ الرُّكُوعَ ، ثُمَّ رَفَعَ ، ثُمَّ سَجَدَ فَأَطَالَ السُّجُودَ ، ثُمَّ رَفَعَ ، ثُمَّ سَجَدَ فَأَطَالَ السُّجُودَ ، ثُمَّ انْصَرَفَ ، فَقَالَ : لَقَدْ دَنَتْ مِنِّي الْجَنَّةُ , حَتَّى لَوِ اجْتَرَأْتُ عَلَيْهَا لَجِئْتُكُمْ بِقِطَافٍ مِنْ قِطَافِهَا ، وَدَنَتْ مِنِّي النَّارُ , حَتَّى قُلْتُ : أَيْ رَبِّ وَأَنَا فِيهِمْ ؟. قَالَ نَافِعٌ : حَسِبْتُ أَنَّهُ قَالَ : وَرَأَيْتُ امْرَأَةً تَخْدِشُهَا هِرَّةٌ لَهَا ، فَقُلْتُ : مَا شَأْنُ هَذِهِ ؟ قَالُوا : حَبَسَتْهَا حَتَّى مَاتَتْ جُوعًا ، لاَ هِيَ أَطْعَمَتْهَا , وَلاَ هِيَ أَرْسَلَتْهَا تَأْكُلُ مِنْ خِشَاشِ الأَرْضِ.

“Rəvayət edilir ki, Əsma bint Əbu Bəkr ﵂ demişdir: “Allah Elçisi ﷺ kusuf namazını qılmaq üçün ayağa qalxdı və qiyamda uzun müddət qaldı. Sonra ruku etdi və rukuda uzun müddət qaldı. Sonra dikəlib uzun müddət qiyamda durdu. Sonra ruku etdi və rukuda uzun müddət qaldı. Sonra dikələrək səcdə etdi və uzun müddət səcdədə qaldı. Sonra başını səcdədən qaldırdı və bir də səcdə etdi. Səcdədə uzun müddət qaldıqdan sonra qalxıb uzun müddət qiyamda durdu. Sonra ruku etdi və rukuda uzun müddət qaldı. Sonra dikəlib uzun müddət qiyamda durdu. Sonra ruku etdi və rukuda uzun müddət qaldı. Sonra dikələrək səcdə etdi və uzun müddət səcdədə qaldı. Sonra namazı bitirərək belə buyurdu: “Cənnət mənə o qədər yaxınlaşdırıldı ki, sizin üçün meyvələrdən bir salxım gətirə bilərdim. Həmçinin Cəhənnəm mənə o qədər yaxınlaşdırıldı ki, dedim: “Ey Rəbbim, mən də onların arasındayam?” Ravi Nafi deyir: “Peyğəmbər ﷺ belə buyurdu: “Bir qadını Cəhənnəmdə həbs edildiyi və bir pişiyin də onu cırmaqladığını gördüm. Mən dedim: “Buna nə olub?” Mənə dedilər: “O qadın pişiyi bir yerdə bağlı saxlayaraq ona nə yemək vermiş, nə də yerdə olan həşəratlardan yeməyə imkan vermişdi, o da ölmüşdü”.”

Əsma bint Əbu Bəkr
İbn Məcə, 1265 (İqamətus-salat, 463)Səhih

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ سُلَيْمَانَ الأَحْوَلِ ، عَنْ طَاوُوسٍ ، عَنِ ابْنِ عَبَّاسٍ ، قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ إِذَا تَهَجَّدَ مِنَ اللَّيْلِ , قَالَ : اللَّهُمَّ لَكَ الْحَمْدُ ، أَنْتَ نُورُ السَّمَاوَاتِ وَالأَرْضِ وَمَنْ فِيهِنَّ ، وَلَكَ الْحَمْدُ ، أَنْتَ قَيَّامُ السَّمَاوَاتِ وَالأَرْضِ وَمَنْ فِيهِنَّ ، وَلَكَ الْحَمْدُ ، أَنْتَ مَالِكُ السَّمَاوَاتِ وَالأَرْضِ وَمَنْ فِيهِنَّ ، وَلَكَ الْحَمْدُ ، أَنْتَ الْحَقُّ ، وَوَعْدُكَ حَقٌّ ، وَلِقَاؤُكَ حَقٌّ ، وَقَوْلُكَ حَقٌّ ، وَالْجَنَّةُ حَقٌّ ، وَالنَّارُ حَقٌّ ، وَالسَّاعَةُ حَقٌّ ، وَالنَّبِيُّونَ حَقٌّ ، وَمُحَمَّدٌ حَقٌّ ، اللَّهُمَّ لَكَ أَسْلَمْتُ ، وَبِكَ آمَنْتُ ، وَعَلَيْكَ تَوَكَّلْتُ ، وَإِلَيْكَ أَنَبْتُ ، وَبِكَ خَاصَمْتُ ، وَإِلَيْكَ حَاكَمْتُ ، فَاغْفِرْ لِي مَا قَدَّمْتُ وَمَا أَخَّرْتُ ، وَمَا أَسْرَرْتُ وَمَا أَعْلَنْتُ ، أَنْتَ الْمُقَدِّمُ وَأَنْتَ الْمُؤَخِّرُ ، لاَ إِلَهَ إِلاَّ أَنْتَ ، وَلاَ إِلَهَ غَيْرُكَ ، وَلاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِكَ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ gecə vaxtı təhəccüd namazında belə deyərdi: “Allahım, həmd yalnız Sənədir, həmd yalnız Sənədir, Sən göylərin, yerin və onlarda olanların nurusan! Sən göylərin, yerin və onlarda olanların Hamisisən! Həmd yalnız Sənədir, göylərin, yerin və onlarda olanların səltənəti Sənə məxsusdur! Həmd yalnız Sənədir, Sən göylərin və yerin Hökmdarısan! Həmd yalnız Sənədir! Sən Haqsan! Verdiyin vəd haqdır! Sənə qovuşmaq haqdır! Dediyin söz haqdır, Cənnət haqdır! Cəhənnəm haqdır! (Qiyamət) Saatı haqdır! Peyğəmbərlər haqdır! Muhəmməd haqdır! Allahım, Sənə təslim oldum, Sənə iman gətirdim, Sənə təvəkkül etdim, tövbə edib Sənə döndüm, Sənin uğrunda mübarizə apardım və Sənin hökmünə üz tutdum! Əvvəl etdiyim, sonra edəcəyim, gizlin saxladığım və üzə çıxardığım (pis) əməllərimi bağışla! Əvvələ çəkən də Sənsən, təxirə salan da Sənsən! İbadətə layiq məbud yalnız Sənsən, Səndən başqa ibadətə layiq məbud yoxdur, qüdrət və güc yalnız Səndədir!””

İbn Abbas
İbn Məcə, 1355 (İqamətus-salat, 553)Səhih

حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ إِبْرَاهِيمَ الدِّمَشْقِيُّ ، حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ ، حَدَّثَنَا مَرْوَانُ بْنُ جَنَاحٍ , حَدَّثَنِي يُونُسُ بْنُ مَيْسَرَةَ بْنِ حَلْبَسٍ ، عَنْ وَاثِلَةَ بْنِ الأَسْقَعِ ، قَالَ : صَلَّى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَلَى رَجُلٍ مِنَ الْمُسْلِمِينَ ، فَأَسْمَعُهُ يَقُولُ : اللَّهُمَّ إِنَّ فُلاَنَ بْنَ فُلاَنٍ فِي ذِمَّتِكَ ، وَحَبْلِ جِوَارِكَ ، فَقِهِ مِنْ فِتْنَةِ الْقَبْرِ ، وَعَذَابِ النَّارِ ، وَأَنْتَ أَهْلُ الْوَفَاءِ وَالْحَقِّ ، فَاغْفِرْ لَهُ وَارْحَمْهُ ، إِنَّكَ أَنْتَ الْغَفُورُ الرَّحِيمُ.

“Rəvayət edilir ki, Vasilətə ibn əl-Əsqa ﵁ demişdir: “Allah Elçisi ﷺ müsəlmanlardan bir kişi üçün cənazə namazı qıldı. Mən onun belə dua etdiyini eşitdim: “Allahım, filankəs oğlu filankəs (vəfat edənin adı çəkilir) Sənin himayəndədir, (aqibəti) Səndən asılıdır. Onu qəbir fitnəsindən və Cəhənnəm əzabından qoru! Sən vəfa və haqq sahibisən! Onu bağışla, ona rəhm et! Həqiqətən, Sən Bağışlayansan, Rəhmlisən!””

Vasilətə ibn əl-Əsqa
İbn Məcə, 1499 (Cənazələr, 67)Səhih

حَدَّثَنَا يَحْيَى بْنُ حَكِيمٍ ، حَدَّثَنَا أَبُو دَاوُدَ الطَّيَالِسِيُّ ، حَدَّثَنَا فَرَجُ بْنُ الْفَضَالَةِ , حَدَّثَنِي عِصْمَةُ بْنُ رَاشِدٍ ، عَنْ حَبِيبِ بْنِ عُبَيْدٍ ، عَنْ عَوْفِ بْنِ مَالِكٍ ، قَالَ : شَهِدْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ صَلَّى عَلَى رَجُلٍ مِنَ الأَنْصَارِ , فَسَمِعْتُهُ يَقُولُ : اللَّهُمَّ صَلِّ عَلَيْهِ ، وَاغْفِرْ لَهُ وَارْحَمْهُ ، وَعَافِهِ وَاعْفُ عَنْهُ ، وَاغْسِلْهُ بِمَاءٍ وَثَلْجٍ وَبَرَدٍ ، وَنَقِّهِ مِنَ الذُّنُوبِ وَالْخَطَايَا كَمَا يُنَقَّى الثَّوْبُ الأَبْيَضُ مِنَ الدَّنَسِ ، وَأَبْدِلْهُ بِدَارِهِ خَيْرًا مِنْ دَارِهِ ، وَأَهْلاً خَيْرًا مِنْ أَهْلِهِ ، وَقِهِ فِتْنَةَ الْقَبْرِ , وَعَذَابَ النَّارِ. قَالَ عَوْفٌ : فَلَقَدْ رَأَيْتُنِي فِي مُقَامِي ذَلِكَ , أَتَمَنَّى أَنْ أَكُونَ مَكَانَ ذَلِكَ الرَّجُلِ.

“Rəvayət edilir ki, Auf ibn Malik ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ ənsardan olan bir kişinin cənazə namazını qılarkən belə dua etdiyini eşitdim: “Allahım, ona salavat et! Onu bağışla, ona rəhm et, onu (günahlardan) salamat et, onu əfv et! Onu su, qar və dolu ilə yu! Ağ paltarı çirkdən təmizlədiyin kimi onu da günahlardan və xətalardan təmizlə! Ona evinin əvəzinə daha xeyirli ev, ailəsinin əvəzinə daha xeyirli ailə ver! Onu qəbir fitnəsindən və Cəhənnəm əzabından qoru!” Auf deyir: “Mən ölən adamın bu məqamını gördükdə, bu kişinin yerində olmağımı təmənna etdim”.”

Auf ibn Malik
İbn Məcə, 1500 (Cənazələr, 68)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ إِسْمَاعِيلَ بْنِ الْبَخْتَرِيِّ الْوَاسِطِيُّ ، حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ، عَنْ إِبْرَاهِيمَ بْنِ سَعْدٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَالِمٍ ، عَنْ أَبِيهِ ، قَالَ : جَاءَ أَعْرَابِيٌّ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَقَالَ : يَا رَسُولَ اللهِ ، إِنَّ أَبِي كَانَ يَصِلُ الرَّحِمَ ، وَكَانَ وَكَانَ ، فَأَيْنَ هُوَ ؟ قَالَ : فِي النَّارِ , قَالَ : فَكَأَنَّهُ وَجَدَ مِنْ ذَلِكَ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، فَأَيْنَ أَبُوكَ ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : حَيْثُمَا مَرَرْتَ بِقَبْرِ مُشْرِكٍ , فَبَشِّرْهُ بِالنَّارِ , قَالَ : فَأَسْلَمَ الأَعْرَابِيُّ بَعْدُ ، وَقَالَ : لَقَدْ كَلَّفَنِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ تَعَبًا ، مَا مَرَرْتُ بِقَبْرِ كَافِرٍ إِلاَّ بَشَّرْتُهُ بِالنَّارِ.

“Səlim atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Bir dəfə bir bədəvi Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi! Mənim atam qohumluq əlaqələrini möhkəmləndirən adam idi, o haradadır?” Allah Elçisi ﷺ buyurdu: “Odda!” Bədəvi bundan narahat olaraq dedi: “Ey Allahın Elçisi, bəs sənin atan haradadır?” Allah Elçisi ﷺ buyurdu: “Sən harada bir müşrikin qəbrinin yanında keçsən, onu Cəhənnəmlə müjdələ!” Bu bədəvi sonralar müsəlman oldu və dedi: “Allah Elçisi ﷺ mənə çox yorucu bir iş tapşırdı. Nə vaxt kafirin qəbrinin yanından keçdimsə, onu Cəhənnəmlə müjdələdim”.”

Səlim atasından
İbn Məcə, 1573 (Cənazələr, 141)Səhih

حَدَّثَنَا أَبُو كُرَيْبٍ مُحَمَّدُ بْنُ الْعَلاَءِ ، حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ عَيَّاشٍ ، عَنِ الأَعْمَشِ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : إِذَا كَانَتْ أَوَّلُ لَيْلَةٍ مِنْ رَمَضَانَ ، صُفِّدَتِ الشَّيَاطِينُ ، وَمَرَدَةُ الْجِنِّ ، وَغُلِّقَتْ أَبْوَابُ النَّارِ ، فَلَمْ يُفْتَحْ مِنْهَا بَابٌ ، وَفُتِحَتْ أَبْوَابُ الْجَنَّةِ ، فَلَمْ يُغْلَقْ مِنْهَا بَابٌ ، وَنَادَى مُنَادٍ : يَا بَاغِيَ الْخَيْرِ أَقْبِلْ ، وَيَا بَاغِيَ الشَّرِّ أَقْصِرْ ، وَلِلَّهِ عُتَقَاءُ ، وَذَلِكَ فِي كُلِّ لَيْلَةٍ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Ramazan ayının birinci gecəsi olduqda şeytanlar və üsyankar cinlər zəncirlənirlər. Cəhənnəmin qapıları bağlanır və heç biri açılmır. Cənnətin qapıları açılır və heç biri bağlanmır. Bir carçı belə nida edir: “Ey xeyirə can atan, xeyir etməyə yönəl! Ey şərə can atan, şərini dayandır! Allahın oddan xilas etdikləri var. Bu, hər gecəyə aiddir”.”

Əbu Hureyra
İbn Məcə, 1642 (Oruc, 5)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحِ بْنِ الْمُهَاجِرِ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنِ ابْنِ الْهَادِ ، عَنْ سُهَيْلِ بْنِ أَبِي صَالِحٍ ، عَنِ النُّعْمَانِ بْنِ أَبِي عَيَّاشٍ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ صَامَ يَوْمًا فِي سَبِيلِ اللهِ ، بَاعَدَ اللَّهُ بِذَلِكَ الْيَوْمِ النَّارَ مِنْ وَجْهِهِ سَبْعِينَ خَرِيفًا.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim Allah rizası üçün bir gün oruc tutarsa, Allah onun üzünü Cəhənnəm odundan yetmiş illik (məsafəyədək) uzaqlaşdırar”.”

Əbu Səid əl-Xudri
İbn Məcə, 1717 (Oruc, 80)Səhih

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا أَنَسُ بْنُ عِيَاضٍ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ عَبْدِ الْعَزِيزِ اللَّيْثِيُّ ، عَنِ الْمَقْبُرِيِّ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ صَامَ يَوْمًا فِي سَبِيلِ اللهِ ، زَحْزَحَ اللَّهُ وَجْهَهُ عَنِ النَّارِ سَبْعِينَ خَرِيفًا.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim Allah rizası üçün bir gün oruc tutarsa, Allah onun üzünü Cəhənnəm odundan yetmiş illik (məsafəyədək) uzaqlaşdırar”.”

Əbu Hureyra
İbn Məcə, 1718 (Oruc, 81)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ فُضَيْلٍ ، عَنْ عُمَارَةَ بْنِ الْقَعْقَاعِ ، عَنْ أَبِي زُرْعَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ سَأَلَ النَّاسَ أَمْوَالَهُمْ تَكَثُّرًا ، فَإِنَّمَا يَسْأَلُ جَمْرَ جَهَنَّمَ ، فَلْيَسْتَقِلَّ مِنْهُ أَوْ لِيُكْثِرْ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Var-dövlətini çoxaltmaq üçün insanlardan istəyən kəs, Cəhənnəmdən od parçası istəmişdir. İstər bunu az istəsin, istər də çox istəsin, heç bir fərq etməz”.”

Əbu Hureyra
İbn Məcə, 1838 (Zəkat, 56)Səhih

حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ تَوْبَةَ ، حَدَّثَنَا خَلَفُ بْنُ خَلِيفَةَ ، حَدَّثَنَا أَبُو هَاشِمٍ ، قَالَ : لَوْلاَ حَدِيثُ ابْنِ بُرَيْدَةَ ، عَنْ أَبِيهِ ، عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : الْقُضَاةُ ثَلاَثَةٌ ، اثْنَانِ فِي النَّارِ ، وَوَاحِدٌ فِي الْجَنَّةِ ، رَجُلٌ عَلِمَ الْحَقَّ فَقَضَى بِهِ فَهُوَ فِي الْجَنَّةِ ، وَرَجُلٌ قَضَى لِلنَّاسِ عَلَى جَهْلٍ فَهُوَ فِي النَّارِ ، وَرَجُلٌ جَارَ فِي الْحُكْمِ فَهُوَ فِي النَّارِ ، لَقُلْنَا : إِنَّ الْقَاضِيَ إِذَا اجْتَهَدَ فَهُوَ فِي الْجَنَّةِ.

“Rəvayət edilir ki, Əbu Haşim ﵀ demişdir: “Əgər İbn Bureydənin atasından, onun da Allah Elçisindən ﷺ rəvayət etdiyi: “Hakimlər üç qisimdir, onlardan ikisi Cəhənnəmdə, biri isə Cənnətdədir. O kişi ki, haqqı bilib onunla fətva verir, o, Cənnətdədir. O kişi ki, insanlara elmsiz fətva verir, o, Cəhənnəmdədir. Hökmündə zülm edən də Cəhənnəmdədir” hədisi olmasaydı...”, biz: “Hakim hökm etdiyi zaman Cənnətdədir”- dedik.”

Əbu Haşim
İbn Məcə, 2315 (Hökmlər, 8)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا أَبُو أُسَامَةَ , عَنِ الْوَلِيدِ بْنِ كَثِيرٍ , عَنْ مُحَمَّدِ بْنِ كَعْبٍ , أَنَّهُ سَمِعَ أَخَاهُ عَبْدَ اللهِ بْنَ كَعْبٍ , أَنَّ أَبَا أُمَامَةَ الْحَارِثِيَّ حَدَّثَهُ , أَنَّهُ سَمِعَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : لاَ يَقْتَطِعُ رَجُلٌ حَقَّ امْرِئٍ مُسْلِمٍ بِيَمِينِهِ إِلاَّ حَرَّمَ اللَّهُ عَلَيْهِ الْجَنَّةَ وَأَوْجَبَ لَهُ النَّارَ , فَقَالَ رَجُلٌ مِنَ الْقَوْمِ : يَا رَسُولَ اللهِ ، وَإِنْ كَانَ شَيْئًا يَسِيرًا , قَالَ : وَإِنْ كَانَ سِوَاكًا مِنْ أَرَاكٍ.

“Rəvayət edilir ki, Əbu Umamə əl-Harisi ﵁ Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişdir: “Bir müsəlmanın haqqını and içərək ələ keçirənə Allah Cənnəti haram edər və onun Cəhənnəmə girməsi vacib olar”. Camaatdan bir kişi dedi: “Ey Allahın Elçisi, bu yüngül bir şey olsa da?” Allah Elçisi ﷺ buyurdu: “Ərak ağacından bir misvak olsa belə”.”

Əbu Umamə əl-Harisi
İbn Məcə, 2324 (Hökmlər, 17)Səhih

حَدَّثَنَا عَمْرُو بْنُ رَافِعٍ ، حَدَّثَنَا مَرْوَانُ بْنُ مُعَاوِيَةَ (ح) وَحَدَّثَنَا أَحْمَدُ بْنُ ثَابِتٍ الْجَحْدَرِيُّ ، حَدَّثَنَا صَفْوَانُ بْنُ عِيسَى ، قَالاَ : حَدَّثَنَا هَاشِمُ بْنُ هَاشِمٍ , عَنْ عَبْدِ اللهِ بْنِ نِسْطَاسٍ , عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ حَلَفَ بِيَمِينٍ آثِمَةٍ عِنْدَ مِنْبَرِي هَذَا , فَلْيَتَبَوَّأْ مَقْعَدَهُ مِنَ النَّارِ , وَلَوْ عَلَى سِوَاكٍ أَخْضَرَ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim yaşıl bir misvakdan ötrü olsa belə, bu minbərimin yanında bilə-bilə yalandan and içərsə, Cəhənnəmdəki yerinə hazırlaşsın”.”

Cabir ibn Abdullah
İbn Məcə, 2325 (Hökmlər, 18)Səhih

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، وَزَيْدُ بْنُ أَخْزَمَ ، قَالاَ : حَدَّثَنَا الضَّحَّاكُ بْنُ مَخْلَدٍ ، حَدَّثَنَا الْحَسَنُ بْنُ يَزِيدَ بْنِ فَرُّوخَ ، قَالَ مُحَمَّدُ بْنُ يَحْيَى : وَهُوَ أَبُو يُونُسَ الْقَوِيُّ , قَالَ : سَمِعْتُ أَبَا سَلَمَةَ يَقُولُ : سَمِعْتُ أَبَا هُرَيْرَةَ يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ يَحْلِفُ عِنْدَ هَذَا الْمِنْبَرِ عَبْدٌ وَلاَ أَمَةٌ عَلَى يَمِينٍ آثِمَةٍ ، وَلَوْ عَلَى سِوَاكٍ رَطْبٍ ، إِلاَّ وَجَبَتْ لَهُ النَّارُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Yaş bir misvakdan ötrü olsa belə, bu minbərimin yanında bilə-bilə yalandan and içən elə bir kölə və ya cariyə yoxdur ki, Cəhənnəm odu ona vacib olmasın”.”

Əbu Hureyra
İbn Məcə, 2326 (Hökmlər, 19)Səhih

حَدَّثَنَا أَبُو كُرَيْبٍ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ عَمْرِو بْنِ مُرَّةَ ، عَنْ سَالِمِ بْنِ أَبِي الْجَعْدِ ، عَنْ شُرَحْبِيلَ بْنِ السِّمْطِ , قَالَ : قُلْتُ لِكَعْبٍ : يَا كَعْبَ بْنَ مُرَّةَ ، حَدِّثْنَا عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ وَاحْذَرْ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : مَنْ أَعْتَقَ امْرَءًا مُسْلِمًا ، كَانَ فِكَاكَهُ مِنَ النَّارِ ، يُجْزِئُ بِكُلِّ عَظْمٍ مِنْهُ عَظْمٌ مِنْهُ ، وَمَنْ أَعْتَقَ امْرَأَتَيْنِ مُسْلِمَتَيْنِ ، كَانَتَا فِكَاكَهُ مِنَ النَّارِ ، يُجْزِئُ بِكُلِّ عَظْمَيْنِ مِنْهُمَا عَظْمٌ مِنْهُ.

“Rəvayət edilir ki, Şurahbil ibn əs-Simt demişdir: “Mən Kəbə dedim: “Ey Kəb ibn Murra, bizə Allah Elçisindən ﷺ bir hədis danış. Kəb dedi: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Kim bir müsəlman köləni azad edərsə, o kölə onun Cəhənnəmdən xilas olmasına səbəb olar. Azad edənin hər əzası azad edilənin hər bir əzasının əvəzi olar. Kim də iki müsəlman cariyəni azad edərsə, o iki cariyə azad edənin Cəhənnəmdən xilas olmasına səbəb olar. Azad edənin hər əzası azad olunanın hər bir əzasının əvəzi olar”.”

Şurahbil ibn əs-Simt
İbn Məcə, 2522 (Kölə azad etmək, 11)Səhih

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَعَلِيُّ بْنُ مُحَمَّدٍ , قَالاَ : حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ , قَالَ : قَتَلَ رَجُلٌ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَرُفِعَ ذَلِكَ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَدَفَعَهُ إِلَى وَلِيِّ الْمَقْتُولِ ، فَقَالَ الْقَاتِلُ : يَا رَسُولَ اللهِ ، وَاللَّهِ مَا أَرَدْتُ قَتْلَهُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ لِلْوَلِيِّ : أَمَا إِنَّهُ إِنْ كَانَ صَادِقًا ثُمَّ قَتَلْتَهُ دَخَلْتَ النَّارَ , قَالَ : فَخَلَّى سَبِيلَهُ ، قَالَ : وَكَانَ مَكْتُوفًا بِنِسْعَةٍ ، فَخَرَجَ يَجُرُّ نِسْعَتَهُ ، فَسُمِّيَ ذَا النِّسْعَةِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisinin ﷺ dövründə bir nəfər başqa birisini öldürmüşdü. Bu xəbər Peyğəmbərə ﷺ çatdıqda qatili öldürülənin vəlisinə təhvil verdi. Belə olduqda qatil dedi: “Ey Allahın Elçisi, Allaha and olsun ki, mən onu qəsdən öldürmədim”. Allah Elçisi ﷺ də öldürülənin vəlisinə buyurdu: “Bil ki, əgər qatil doğru söyləyirsə, sən onu öldürsən, Cəhənnəmə girəcəksən”. Bundan sonra öldürülənin vəlisi qatili azad etdi. Qatilin əlləri arxadan enli və uzun qayışla bağlı idi. O, qayışı açaraq çıxıb getdi. Buna görə də ona “Qayış sahibi” adı verildi”.”

Əbu Hureyra
İbn Məcə, 2690 (Qanbahası, 76)Səhih

حَدَّثَنَا يَعْقُوبُ بْنُ حُمَيْدِ بْنِ كَاسِبٍ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، مَوْلَى آلِ طَلْحَةَ ، عَنْ عِيسَى بْنِ طَلْحَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : لاَ يَجْتَمِعُ غُبَارٌ فِي سَبِيلِ اللهِ ، وَدُخَانُ جَهَنَّمَ فِي جَوْفِ عَبْدٍ مُسْلِمٍ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Allah yolunda olan toz və Cəhənnəmin dumanı müsəlman bir bəndənin daxilində cəm olmaz”.”

Əbu Hureyra
İbn Məcə, 2774 (Cihad, 22)Səhih

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، عَنْ سَالِمِ بْنِ أَبِي الْجَعْدِ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو ، قَالَ : كَانَ عَلَى ثَقَلِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ رَجُلٌ يُقَالُ لَهُ كِرْكِرَةُ فَمَاتَ ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : هُوَ فِي النَّارِ فَذَهَبُوا يَنْظُرُونَ ، فَوَجَدُوا عَلَيْهِ كِسَاءً أَوْ عَبَاءَةً ، قَدْ غَلَّهَا.

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Peyğəmbərin ﷺ yolda istifadə etdiyi əşyaları qoruyan Kirkira adlı bir kişi var idi. Bir gün bu kişi vəfat etdikdə Peyğəmbər ﷺ buyurdu: “O, Cəhənnəmdədir”. Səhabələr bunun səbəbini öyrənmək üçün gedib onu yoxladıqda üzərində qənimət malından oğurladığı bir libas və ya bir əba tapdılar”.”

Abdullah ibn Amr
İbn Məcə, 2849 (Cihad, 97)Səhih

عَنْ عَبْد الْوَاحِدِ بْن سُلَيْمٍ قَالَ قَدِمْتُ مَكَّةَ فَلَقِيتُ عَطَاءَ بْنَ أَبِى رَبَاحٍ فَقُلْتُ لَهُ يَا أَبَا مُحَمَّدٍ إِنَّ أَهْلَ الْبَصْرَةِ يَقُولُونَ فِى الْقَدَرِ. قَالَ يَا بُنَىَّ أَتَقْرَأُ الْقُرْآنَ قُلْتُ نَعَمْ. قَالَ فَاقْرَإِ الزُّخْرُفَ. قَالَ فَقَرَأْتُ ﴿حم وَالْكِتَابِ الْمُبِينِ إِنَّا جَعَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا لَعَلَّكُمْ تَعْقِلُونَ وَإِنَّهُ فِى أُمِّ الْكِتَابِ لَدَيْنَا لَعَلِىٌّ حَكِيمٌ﴾ فَقَالَ أَتَدْرِى مَا أُمُّ الْكِتَابِ قُلْتُ اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ. قَالَ فَإِنَّهُ كِتَابٌ كَتَبَهُ اللَّهُ قَبْلَ أَنْ يَخْلُقَ السَّمَوَاتِ وَقَبْلَ أَنْ يَخْلُقَ الأَرْضَ فِيهِ إِنَّ فِرْعَوْنَ مِنْ أَهْلِ النَّارِ وَفِيهِ ﴿تَبَّتْ يَدَا أَبِى لَهَبٍ وَتَبَّ﴾ قَالَ عَطَاءٌ فَلَقِيتُ الْوَلِيدَ بْنَ عُبَادَةَ بْنِ الصَّامِتِ صَاحِبِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَسَأَلْتُهُ مَا كَانَ وَصِيَّةُ أَبِيكَ عِنْدَ الْمَوْتِ قَالَ دَعَانِى أَبِى فَقَالَ لِى يَا بُنَىَّ اتَّقِ اللَّهَ وَاعْلَمْ أَنَّكَ لَنْ تَتَّقِىَ اللَّهَ حَتَّى تُؤْمِنَ بِاللَّهِ وَتُؤْمِنَ بِالْقَدَرِ كُلِّهِ خَيْرِهِ وَشَرِّهِ فَإِنْ مُتَّ عَلَى غَيْرِ هَذَا دَخَلْتَ النَّارَ إِنِّى سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «إِنَّ أَوَّلَ مَا خَلَقَ اللَّهُ الْقَلَمَ فَقَالَ اكْتُبْ. فَقَالَ مَا أَكْتُبُ قَالَ اكْتُبِ الْقَدَرَ مَا كَانَ وَمَا هُوَ كَائِنٌ إِلَى الأَبَدِ»

“Rəvayət edilir ki, Abdul-Vahid ibn Suleym ﵀ demişdir: “Məkkəyə gəlib Əta ibn Əbi Rabahla görüşdüm və ona dedim: “Ey Əbu Muhəmməd! Bəsrəlilər qədər haqqında danışırlar”. O soruşdu: “Ey oğul, Quran oxuyursan?” Mən: “Bəli”- deyə cavab verdim. O dedi: “Zuxruf surəsini oxu!” Mən də oxudum: “Ha. Mim. (Bu) aydın Kitaba and olsun! Biz Quranı ərəbcə nazil etdik ki, onu anlayasınız. Şübhəsiz ki, o yanımızdakı “Ummul-Kitab”dadır. O ucadır, hikmətlə doludur” (əz-Zuxruf, 1-4). O soruşdu: “Ummul-Kitab”ın nə olduğunu bilirsən?” Mən: “Allah və Onun Elçisi daha yaxşı bilir”- deyə cavab verdim. O dedi: “Həqiqətən, o, Allahın göyləri və yeri yaratmasından qabaq yazdığı Kitabdır. Orada Fironun Cəhənnəm əhlindən olduğu və “Əbu Ləhəbin əlləri qurusun, qurudu da!” (əl-Məsəd, 1) - ayəsi yazılmışdır”. Əta ibn Əbu Rabah dedi: “Mən Allah Elçisinin ﷺ səhabəsi Vəlid ibn Ubadə ibn əs-Samitlə görüşüb ondan soruşdum: “Sənin atan ölərkən nə vəsiyyət etmişdir?” O da belə cavab verdi: “Atam məni çağırıb dedi: “Ey oğul, Allahdan qorx və bil ki, sən Allaha və bütövlükdə qədərin xeyir və şərinə iman etmədikcə, heç vaxt Allaha qarşı təqvalı olmazsan. Bundan qeyri (etiqad) üzərində ölsən, Cəhənnəmə daxil olarsan. Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Allahın yaratdığı ilk şey qələmdir. Allah ona: “Yaz!”- deyə buyurdu. O dedi: “Nə yazım?” Allah buyurdu: “Qədəri yaz! - Əvvəl olmuş və əbədiyyətə qədər olacaq hər şeyi”.”

Abdul-Vahid ibn Suleym
Qüdsi hədislər, 2 (Kitab 1, 2)Səhih

عَنْ مُسْلِمِ بْنِ يَسَارٍ الْجُهَنِىِّ أَنَّ عُمَرَ بْنَ الْخَطَّابِ سُئِلَ عَنْ هَذِهِ الآيَةِ ﴿وَإِذْ أَخَذَ رَبُّكَ مِنْ بَنِى آدَمَ مِنْ ظُهُورِهِمْ﴾ قَالَ قَرَأَ الْقَعْنَبِىُّ الآيَةَ. فَقَالَ عُمَرُ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سُئِلَ عَنْهَا فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ خَلَقَ آدَمَ ثُمَّ مَسَحَ ظَهْرَهُ بِيَمِينِهِ فَاسْتَخْرَجَ مِنْهُ ذُرِّيَّةً فَقَالَ خَلَقْتُ هَؤُلاَءِ لِلْجَنَّةِ وَبِعَمَلِ أَهْلِ الْجَنَّةِ يَعْمَلُونَ ثُمَّ مَسَحَ ظَهْرَهُ فَاسْتَخْرَجَ مِنْهُ ذُرِّيَّةً فَقَالَ خَلَقْتُ هَؤُلاَءِ لِلنَّارِ وَبِعَمَلِ أَهْلِ النَّارِ يَعْمَلُونَ». فَقَالَ رَجُلٌ يَا رَسُولَ اللَّهِ فَفِيمَ الْعَمَلُ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ إِذَا خَلَقَ الْعَبْدَ لِلْجَنَّةِ اسْتَعْمَلَهُ بِعَمَلِ أَهْلِ الْجَنَّةِ حَتَّى يَمُوتَ عَلَى عَمَلٍ مِنْ أَعْمَالِ أَهْلِ الْجَنَّةِ فَيُدْخِلَهُ بِهِ الْجَنَّةَ وَإِذَا خَلَقَ الْعَبْدَ لِلنَّارِ اسْتَعْمَلَهُ بِعَمَلِ أَهْلِ النَّارِ حَتَّى يَمُوتَ عَلَى عَمَلٍ مِنْ أَعْمَالِ أَهْلِ النَّارِ فَيُدْخِلَهُ بِهِ النَّارَ».

“Muslim ibn Yəsər əl-Cuhəni ﵀ rəvayət edir ki, bir dəfə Ömər ibn əl-Xattabdan bu ayə haqda soruşuldu: “Bir zaman Rəbbin Adəm oğullarının bellərindən onların törəmələrini çıxarmış və: “Mən sizin Rəbbiniz deyiləmmi?”- deyə onları özlərinin əleyhinə şahid tutmuşdu. Onlar: “Bəli, biz şahid olduq!”- demişdilər. Bu ona görədir ki, siz Qiyamət günü: “Biz bundan xəbərsiz idik!”- deməyəsiniz” (əl-Əraf, 172). əl-Qanabi ayəni oxudu. Ömər dedi: “Mən Allah Elçisinin ﷺ bu ayə haqqında soruşulduğunu eşitdim. Allah Elçisi ﷺ belə dedi: “Allah ﷿ Adəmi yaratdı, sonra sağ əlini onun belinə çəkdi və onun belindən zürriyyətini çıxardıb dedi: “Bunları Cənnət üçün yaratdım, Cənnət əhlinin əməlini edəcəklər”. Sonra (Allah yenə əlini Adəmin) belinə çəkdi və onun belindən zürriyyətini çıxardıb dedi: “Bunları Cəhənnəm üçün yaratdım, Cəhənnəm əhlinin əməlini edəcəklər”. Bir kişi dedi: “Ey Allahın Elçisi, onda əməl nəyə lazımdır?” Allah Elçisi ﷺ dedi: “Həqiqətən, Allah ﷿ bir qulu Cənnət üçün yaratmış olsa, onu Cənnət əhlinin əməlini etməyə yönəldər. Nəhayət, o, Cənnət əhlinin əməllərindən biri üzərində ölər və onunla Cənnətə daxil olar. Habelə, Allah bir qulu Cəhənnəm üçün yaratmış olsa, onu Cəhənnəm əhlinin əməlini etməyə yönəldər. Nəhayət, o, Cəhənnəm əhlinin əməllərindən biri üzərində ölər və onunla Cəhənnəmə daxil olar”.”

Muslim ibn Yəsər əl-Cuhəni
Qüdsi hədislər, 4 (Kitab 1, 4)Səhih

عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ قَتَادَةَ السُّلَمِىِّ أَنَّهُ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ خَلَقَ آدَمَ ثُمَّ أَخَذَ الْخَلْقَ مِنْ ظَهْرِهِ وَقَالَ هَؤُلاَءِ فِى الْجَنَّةِ وَلاَ أُبَالِى. وَهَؤُلاَءِ فِى النَّارِ وَلاَ أُبَالِى». قَالَ فَقَالَ قَائِلٌ يَا رَسُولَ اللَّهِ فَعَلَى مَاذَا نَعْمَلُ قَالَ «عَلَى مَوَاقِعِ الْقَدَرِ»

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Qatədə əs-Suləmi ﵁ demişdir: “Allah Elçisinin ﷺ belə dediyini eşitmişəm: “Allah ﷿ Adəmi yaratdıqdan sonra məxluqatı onun belindən götürüb belə buyurdu: “Bunlar Cənnətlik, bunlar isə Cəhənnəmlikdirlər. Mənim üçün fərqi yoxdur”. Bir nəfər soruşdu: “Ey Allahın Elçisi! Onda biz nəyin əsasında əməl edəcəyik?” O: “Qədərin baş verməsi əsasında!”- deyə cavab verdi”.”

Abdur-Rahmən ibn Qatədə əs-Suləmi
Qüdsi hədislər, 6 (Kitab 1, 6)Səhih

عَنْ أَبِى نَضْرَةَ أَنَّ رَجُلاً مِنْ أَصْحَابِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُقَالُ لَهُ أَبُو عَبْدِ اللَّهِ دَخَلَ عَلَيْهِ أَصْحَابُهُ يَعُودُونَهُ وَهُوَ يَبْكِى فَقَالُوا لَهُ مَا يُبْكِيكَ أَلَمْ يَقُلْ لَكَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «خُذْ مِنْ شَارِبِكَ ثُمَّ أَقِرَّهُ حَتَّى تَلْقَانِى». قَالَ بَلَى وَلَكِنِّى سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ قَبَضَ بِيَمِينِهِ قَبْضَةً وَأُخْرَى بِالْيَدِ الأُخْرَى وَقَالَ هَذِهِ لِهَذِهِ وَهَذِهِ لِهَذِهِ وَلاَ أُبَالِى». فَلاَ أَدْرِى فِى أَىِّ الْقَبْضَتَيْنِ أَنَا

“Əbu Nədra ﵀ rəvayət edir ki, Peyğəmbərin ﷺ səhabələrindən olan Əbu Abdullah adlı bir kişinin dostları, ona baş çəkmək üçün yanına gəldilər və onun ağladığını gördülər. Dostları ona dedilər: “Səni ağladan nədir? Məgər Allah Elçisi ﷺ sənə: “Mənimlə görüşənə qədər bığını qısalt və boya!”- demədimi?” O da belə cavab verdi: “Bəli, lakin mən Allah Elçisinin ﷺ belə buyurduğunu da eşitdim: “Allah ﷿ sağ Əli ilə bir ovuc (insanları Adəmin belindən) götürdü, o biri Əli ilə də bir ovuc yerdə qalanları götürüb buyurdu: “Bunlar Cənnətlik, bunlar isə Cəhənnəmlikdir. Mənim üçün fərqi yoxdur”. Mən isə iki ovucdan hansında olduğumu bilmirəm”.”

Əbu Nədra
Qüdsi hədislər, 7 (Kitab 1, 7)Səhih

عَنْ أَبِى الدَّرْدَاءِ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «خَلَقَ اللَّهُ آدَمَ حِينَ خَلَقَهُ فَضَرَبَ كَتِفَهُ الْيُمْنَى فَأَخْرَجَ ذُرِّيَّةً بَيْضَاءَ كَأَنَّهُمُ الذَّرُّ وَضَرَبَ كَتِفَهُ الْيُسْرَى فَأَخْرَجَ ذُرِّيَّةً سَوْدَاءَ كَأَنَّهُمُ الْحُمَمُ فَقَالَ لِلَّذِى فِى يَمِينِهِ إِلَى الْجَنَّةِ وَلاَ أُبَالِى وَقَالَ لِلَّذِى فِى كَفِّهِ الْيُسْرَى إِلَى النَّارِ وَلاَ أُبَالِى»

“Əbu əd-Dərdə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Allah Adəmi yaratdığı zaman onun sağ çiyninə vurub kiçik qarışqalar kimi ağ zürriyyət çıxartdı, sol çiyninə vurub kömür kimi qara zürriyyət çıxartdı. Adəmin sağında olanlara: “Kimliyindən asılı olmayaraq Cənnətə daxil edəcəyəm!”, solunda olanlara isə “Kimliyindən asılı olmayaraq Cəhənnəmə daxil edəcəyəm!”- buyurdu”.”

Əbu əd-Dərdə
Qüdsi hədislər, 8 (Kitab 1, 8)Səhih

عَنْ عَبْدُ اللَّهِ بْنُ مَسْعُودٍ حَدَّثَنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ الصَّادِقُ الْمَصْدُوقُ قَالَ «يُجْمَعُ خَلْقُ أَحَدِكُمْ فِى بَطْنِ أُمِّهِ أَرْبَعِينَ يَوْمًا ثُمَّ يَكُونُ عَلَقَةً مِثْلَ ذَلِكَ ثُمَّ يَكُونُ مُضْغَةً مِثْلَ ذَلِكَ ثُمَّ يَبْعَثُ اللَّهُ إِلَيْهِ الْمَلَكَ فَيُؤْمَرُ بِأَرْبَعِ كَلِمَاتٍ فَيَقُولُ اكْتُبْ عَمَلَهُ وَأَجَلَهُ وَرِزْقَهُ وَشَقِىٌّ أَمْ سَعِيدٌ. فَوَالَّذِى نَفْسِى بِيَدِهِ إِنَّ أَحَدَكُمْ لَيَعْمَلُ بِعَمَلِ أَهْلِ الْجَنَّةِ حَتَّى مَا يَكُونُ بَيْنَهُ وَبَيْنَهَا إِلاَّ ذِرَاعٌ فَيَسْبِقُ عَلَيْهِ الْكِتَابُ فَيَعْمَلُ بِعَمَلِ أَهْلِ النَّارِ فَيَدْخُلُهَا وَإِنَّ أَحَدَكُمْ لَيَعْمَلُ بِعَمَلِ أَهْلِ النَّارِ حَتَّى مَا يَكُونُ بَيْنَهُ وَبَيْنَهَا إِلاَّ ذِرَاعٌ فَيَسْبِقُ عَلَيْهِ الْكِتَابُ فَيَعْمَلُ بِعَمَلِ أَهْلِ الْجَنَّةِ فَيَدْخُلُهَا».

“Abdullah ibn Məsud ﵁ doğru danışan və doğruluğu təsdiq olunan Allah Elçisinin ﷺ bizə belə buyurduğunu rəvayət edir: “Sizin hər birinizin yaradılışı qırx gün ərzində anasının bətnində cəm olunur, sonra bir o qədər müddət qan laxtası, sonra bir o qədər müddət ət parçası olur. Sonra Allah onun yanına mələk göndərir və ona dörd şey əmr edilir. Allah buyurur: “Əməlini, əcəlini, ruzisini, bədbəxt və ya xoşbəxt olacağını yaz!” Canım əlində olan Allaha and olsun ki, həqiqətən, sizdən biriniz Cənnət əhlinin əməlini edər, nəhayət, onunla Cənnət arasında bir qarış (məsafə) qaldıqda, Kitab (qədər) onun önünə keçər. O da Cəhənnəm əhlinin əməlini edib ora girər. Həqiqətən, sizdən biriniz Cəhənnəm əhlinin əməlini edər, nəhayət, onunla Cəhənnəm arasında bir qarış (məsafə) qaldıqda, Kitab onun önünə keçər. O da Cənnət əhlinin əməlini edib ora girər”.”

Abdullah ibn Məsud
Qüdsi hədislər, 9 (Kitab 1, 9)Səhih

عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «مَا مُجَادَلَةُ أَحَدِكُمْ فِى الْحَقِّ يَكُونُ لَهُ فِى الدُّنْيَا بِأَشَدَّ مُجَادَلَةً مِنَ الْمُؤْمِنِينَ لِرَبِّهِمْ فِى إِخْوَانِهِمُ الَّذِينَ أُدْخِلُوا النَّارَ - قَالَ - يَقُولُونَ رَبَّنَا إِخْوَانُنَا كَانُوا يُصَلُّونَ مَعَنَا وَيَصُومُونَ مَعَنَا وَيَحُجُّونَ مَعَنَا فَأَدْخَلْتَهُمُ النَّارَ. قَالَ فَيَقُولُ اذْهَبُوا فَأَخْرِجُوا مَنْ عَرَفْتُمْ مِنْهُمْ. قَالَ فَيَأْتُونَهُمْ فَيَعْرِفُونَهُمْ بِصُوَرِهِمْ فَمِنْهُمْ مَنْ أَخَذَتْهُ النَّارُ إِلَى أَنْصَافِ سَاقَيْهِ وَمِنْهُمْ مَنْ أَخَذَتْهُ إِلَى كَعْبَيْهِ فَيُخْرِجُونَهُمْ فَيَقُولُونَ رَبَّنَا قَدْ أَخْرَجْنَا مَنْ أَمَرْتَنَا. قَالَ وَيَقُولُ أَخْرِجُوا مَنْ كَانَ فِى قَلْبِهِ وَزْنُ دِينَارٍ مِنَ الإِيمَانِ. ثُمَّ قَالَ مَنْ كَانَ فِى قَلْبِهِ وَزْنُ نِصْفِ دِينَارٍ حَتَّى يَقُولَ مَنْ كَانَ فِى قَلْبِهِ وَزْنُ ذَرَّةٍ». قَالَ أَبُو سَعِيدٍ فَمَنْ لَمْ يُصَدِّقْ فَلْيَقْرَأْ هَذِهِ الآيَةَ ﴿إِنَّ اللَّهَ لاَ يَغْفِرُ أَنْ يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَلِكَ لِمَنْ يَشَاءُ﴾ إِلَى ﴿عَظِيمًا﴾.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Möminlərin Cəhənnəmə girmiş qardaşlarına görə Rəbblərinə yalvarmaları sizdən birinizin dünyada haqq uğrunda yalvarmasından daha şiddətli olacaq. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Onlar bizim qardaşlarımızdır. Onlar bizimlə namaz qılar, oruc tutar və həcc edərdilər, Sən isə onları Cəhənnəmə saldın”. Allah buyuracaq: “Gedin və tanıdıqlarınızı oradan çıxardın!” Möminlər gəlib onları görkəmlərindən tanıyacaqlar. Od onlardan kimisini baldırının yarısına qədər, kimisini də topuğuna qədər bürüyəcəkdir. Möminlər də onları (oddan) çıxaracaqlar. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Artıq Sənin bizə əmr etdiyin kəsləri çıxartdıq”. Allah buyuracaq: “Qəlbində dinar ağırlında iman olan kəsləri çıxardın!” Sonra isə: “Qəlbində yarım dinar ağırlığında”- hətta “zərrə ağırlığında”- deyə buyuracaq”. Əbu Səid əl-Xudri dedi: “Kim inanmırsa, bu ayəni oxusun: “Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa (daha kiçik günahları) isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur” (ən-Nisa, 48)”.”

Əbu Səid əl-Xudri
Qüdsi hədislər, 11 (Kitab 2, 2)Səhih

عَنْ أَبِى هُرَيْرَةَ فَقَالَ لَهُ نَاتِلُ أَهْلِ الشَّامِ أَيُّهَا الشَّيْخُ حَدِّثْنَا حَدِيثًا سَمِعْتَهُ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ نَعَمْ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «إِنَّ أَوَّلَ النَّاسِ يُقْضَى يَوْمَ الْقِيَامَةِ عَلَيْهِ رَجُلٌ اسْتُشْهِدَ فَأُتِىَ بِهِ فَعَرَّفَهُ نِعَمَهُ فَعَرَفَهَا قَالَ فَمَا عَمِلْتَ فِيهَا قَالَ قَاتَلْتُ فِيكَ حَتَّى اسْتُشْهِدْتُ. قَالَ كَذَبْتَ وَلَكِنَّكَ قَاتَلْتَ لأَنْ يُقَالَ جَرِىءٌ. فَقَدْ قِيلَ. ثُمَّ أُمِرَ بِهِ فَسُحِبَ عَلَى وَجْهِهِ حَتَّى أُلْقِىَ فِى النَّارِ وَرَجُلٌ تَعَلَّمَ الْعِلْمَ وَعَلَّمَهُ وَقَرَأَ الْقُرْآنَ فَأُتِىَ بِهِ فَعَرَّفَهُ نِعَمَهُ فَعَرَفَهَا قَالَ فَمَا عَمِلْتَ فِيهَا قَالَ تَعَلَّمْتُ الْعِلْمَ وَعَلَّمْتُهُ وَقَرَأْتُ فِيكَ الْقُرْآنَ. قَالَ كَذَبْتَ وَلَكِنَّكَ تَعَلَّمْتَ الْعِلْمَ لِيُقَالَ عَالِمٌ. وَقَرَأْتَ الْقُرْآنَ لِيُقَالَ هُوَ قَارِئٌ. فَقَدْ قِيلَ ثُمَّ أُمِرَ بِهِ فَسُحِبَ عَلَى وَجْهِهِ حَتَّى أُلْقِىَ فِى النَّارِ. وَرَجُلٌ وَسَّعَ اللَّهُ عَلَيْهِ وَأَعْطَاهُ مِنْ أَصْنَافِ الْمَالِ كُلِّهِ فَأُتِىَ بِهِ فَعَرَّفَهُ نِعَمَهُ فَعَرَفَهَا قَالَ فَمَا عَمِلْتَ فِيهَا قَالَ مَا تَرَكْتُ مِنْ سَبِيلٍ تُحِبُّ أَنْ يُنْفَقَ فِيهَا إِلاَّ أَنْفَقْتُ فِيهَا لَكَ قَالَ كَذَبْتَ وَلَكِنَّكَ فَعَلْتَ لِيُقَالَ هُوَ جَوَادٌ. فَقَدْ قِيلَ ثُمَّ أُمِرَ بِهِ فَسُحِبَ عَلَى وَجْهِهِ ثُمَّ أُلْقِىَ فِى النَّارِ» ثُمَّ ضَرَبَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى رُكْبَتِى فَقَالَ «يَا أَبَا هُرَيْرَةَ أُولَئِكَ الثَّلاَثَةُ أَوَّلُ خَلْقِ اللَّهِ تُسَعَّرُ بِهِمُ النَّارُ يَوْمَ الْقِيَامَةِ»

“Rəvayət edilir ki, Şam əhlinin öndə gedəni Əbu Hureyraya ﵁ belə dedi: “Ey şeyx! Bizə Allah Elçisindən ﷺ eşitdiyin bir hədis danış!” Əbu Hureyra dedi: “Yaxşı. Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Qiyamət günü üç sinif insan ilk sorğu-suala çəkilənlərdən olacaqdır. Şəhid Allahın hüzuruna gətiriləcək və Allah ona bəxş etdiyi nemətlər haqqında xəbər verdikdən sonra deyəcək: “Bu nemətlərin müqabilində nə etmisən?” O: “Sənin yolunda vuruşub şəhid olmuşam”- deyə cavab verəcək. Allah isə ona belə deyəcək: “Yalan danışırsan! Sənə “qəhrəmandır”- desinlər deyə vuruşmusan. Ona da artıq nail olmusan”. Sonra əmr olunacaq və onu üzüstə sürükləyib, Cəhənnəmə atacaqlar. Sonra elm öyrənmiş və onu insanlara öyrətmiş, çoxlu Quran oxumuş bir şəxs Allahın hüzuruna gətiriləcək və Allah ona nəsib etdiyi nemətlər haqqında xəbər verdikdən sonra deyəcək: “Bu nemətlərin müqabilində nə etmisən?” O: “Sənin xatirinə elm öyrənib, onu insanlara öyrətmişəm və çoxlu Quran oxumuşam”- deyə cavab verəcək. Allah isə ona belə deyəcək: “Yalan deyirsən! Sənə “alimdir”- desinlər, həmçinin “qaridir”- desinlər deyə elm öyrənmisən, Quran oxumusan. Ona da artıq nail olmusan”. Sonra əmr olunacaq və onu üzüstə sürükləyib Cəhənnəmə atacaqlar. Sonra (dünyada) zəngin olmuş bir adam Allahın hüzuruna gətiriləcək və Allah ona verdiyi nemətlər haqqında xəbər verdikdən sonra deyəcək: “Bu nemətlər müqabilində nə etmisən?” O: “Var-dövlətimi Sənin yolunda xərcləmişəm, Sənin buyurduğun yerlərə sərf etmişəm”- deyə cavab verəcək. Allah isə ona belə deyəcək: “Yalan danışırsan! Sənə “nə səxavətli insandır”- desinlər deyə malından xərcləmisən. Ona da artıq nail olmusan”. Sonra əmr olunacaq və onu üzüstə sürükləyib, Cəhənnəmə atacaqlar”. Digər rəvayətdə belə əlavə vardır: “…Sonra Allah Elçisi ﷺ dizimə vurdu və: “Ey Əbu Hureyra! Bu üç nəfər Qiyamət günü Allahın yaratdıqları içində Cəhənnəm odunda yanan ilk kimsələrdir”- deyə buyurdu”.”

Əbu Hureyra
Qüdsi hədislər, 16 (Kitab 2, 7)Səhih

عَنْ أَنَسٍ يَرْفَعُهُ «أَنَّ اللَّهَ يَقُولُ لأَهْوَنِ أَهْلِ النَّارِ عَذَابًا لَوْ أَنَّ لَكَ مَا فِى الأَرْضِ مِنْ شَىْءٍ كُنْتَ تَفْتَدِى بِهِ قَالَ نَعَمْ. قَالَ فَقَدْ سَأَلْتُكَ مَا هُوَ أَهْوَنُ مِنْ هَذَا وَأَنْتَ فِى صُلْبِ آدَمَ أَنْ لاَ تُشْرِكَ بِى. فَأَبَيْتَ إِلاَّ الشِّرْكَ»

“Ənəs ﵁ Peyğəmbərdən ﷺ rəvayət edərək demişdir: “(Qiyamət günü) Allah Cəhənnəmdə ən yüngül əzaba məruz qalan bir kimsəyə deyəcək: “Əgər dünyada olan hər şey sənin olsaydı, onu (əzabdan xilas olmağın üçün) fidyə verərdinmi?” O: “Bəli!”- deyə cavab verəcək. Onda Allah buyuracaq: “Sən hələ Adəmin belində ikən Mən səndən bundan daha yüngül olanı - Mənə şərik qoşmamağı tələb etmişdim. Sən isə məhz şərik qoşmağı seçdin”.”

Ənəs
Qüdsi hədislər, 17 (Kitab 2, 8)Səhih

عَنْ مَالِكِ بْنِ صَعْصَعَةَ أَنَّ نَبِىَّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَدَّثَهُمْ عَنْ لَيْلَةَ أُسْرِىَ بِهِ «بَيْنَمَا أَنَا فِى الْحَطِيمِ - وَرُبَّمَا قَالَ فِى الْحِجْرِ - مُضْطَجِعًا، إِذْ أَتَانِى آتٍ فَقَدَّ - قَالَ وَسَمِعْتُهُ يَقُولُ فَشَقَّ - مَا بَيْنَ هَذِهِ إِلَى هَذِهِ - فَقُلْتُ لِلْجَارُودِ وَهْوَ إِلَى جَنْبِى مَا يَعْنِى بِهِ قَالَ مِنْ ثُغْرَةِ نَحْرِهِ إِلَى شِعْرَتِهِ، وَسَمِعْتُهُ يَقُولُ مِنْ قَصِّهِ إِلَى شِعْرَتِهِ - فَاسْتَخْرَجَ قَلْبِى، ثُمَّ أُتِيتُ بِطَسْتٍ مِنْ ذَهَبٍ مَمْلُوءَةٍ إِيمَانًا، فَغُسِلَ قَلْبِى ثُمَّ حُشِىَ، ثُمَّ أُوتِيتُ بِدَابَّةٍ دُونَ الْبَغْلِ وَفَوْقَ الْحِمَارِ أَبْيَضَ». - فَقَالَ لَهُ الْجَارُودُ هُوَ الْبُرَاقُ يَا أَبَا حَمْزَةَ قَالَ أَنَسٌ نَعَمْ، يَضَعُ خَطْوَهُ عِنْدَ أَقْصَى طَرْفِهِ - «فَحُمِلْتُ عَلَيْهِ، فَانْطَلَقَ بِى جِبْرِيلُ حَتَّى أَتَى السَّمَاءَ الدُّنْيَا فَاسْتَفْتَحَ، فَقِيلَ مَنْ هَذَا قَالَ جِبْرِيلُ. قِيلَ وَمَنْ مَعَكَ قَالَ مُحَمَّدٌ. قِيلَ وَقَدْ أُرْسِلَ إِلَيْهِ قَالَ نَعَمْ. قِيلَ مَرْحَبًا بِهِ، فَنِعْمَ الْمَجِىءُ جَاءَ فَفَتَحَ، فَلَمَّا خَلَصْتُ، فَإِذَا فِيهَا آدَمُ، فَقَالَ هَذَا أَبُوكَ آدَمُ فَسَلِّمْ عَلَيْهِ. فَسَلَّمْتُ عَلَيْهِ فَرَدَّ السَّلاَمَ ثُمَّ قَالَ مَرْحَبًا بِالاِبْنِ الصَّالِحِ وَالنَّبِىِّ الصَّالِحِ. ثُمَّ صَعِدَ حَتَّى أَتَى السَّمَاءَ الثَّانِيَةَ فَاسْتَفْتَحَ، قِيلَ مَنْ هَذَا قَالَ جِبْرِيلُ. قِيلَ وَمَنْ مَعَكَ قَالَ مُحَمَّدٌ. قِيلَ وَقَدْ أُرْسِلَ إِلَيْهِ قَالَ نَعَمْ. قِيلَ مَرْحَبًا بِهِ فَنِعْمَ الْمَجِىءُ جَاءَ. فَفَتَحَ ، فَلَمَّا خَلَصْتُ، إِذَا يَحْيَى وَعِيسَى، وَهُمَا ابْنَا الْخَالَةِ قَالَ هَذَا يَحْيَى وَعِيسَى فَسَلِّمْ عَلَيْهِمَا. فَسَلَّمْتُ فَرَدَّا، ثُمَّ قَالاَ مَرْحَبًا بِالأَخِ الصَّالِحِ وَالنَّبِىِّ الصَّالِحِ. ثُمَّ صَعِدَ بِى إِلَى السَّمَاءِ الثَّالِثَةِ، فَاسْتَفْتَحَ قِيلَ مَنْ هَذَا قَالَ جِبْرِيلُ. قِيلَ وَمَنْ مَعَكَ قَالَ مُحَمَّدٌ. قِيلَ وَقَدْ أُرْسِلَ إِلَيْهِ قَالَ نَعَمْ. قِيلَ مَرْحَبًا بِهِ، فَنِعْمَ الْمَجِىءُ جَاءَ. فَفُتِحَ، فَلَمَّا خَلَصْتُ إِذَا يُوسُفُ. قَالَ هَذَا يُوسُفُ فَسَلِّمْ عَلَيْهِ. فَسَلَّمْتُ عَلَيْهِ فَرَدَّ، ثُمَّ قَالَ مَرْحَبًا بِالأَخِ الصَّالِحِ وَالنَّبِىِّ الصَّالِحِ، ثُمَّ صَعِدَ بِى حَتَّى أَتَى السَّمَاءَ الرَّابِعَةَ، فَاسْتَفْتَحَ، قِيلَ مَنْ هَذَا قَالَ جِبْرِيلُ. قِيلَ وَمَنْ مَعَكَ قَالَ مُحَمَّدٌ. قِيلَ أَوَقَدْ أُرْسِلَ إِلَيْهِ قَالَ نَعَمْ. قِيلَ مَرْحَبًا بِهِ، فَنِعْمَ الْمَجِىءُ جَاءَ. فَفُتِحَ ، فَلَمَّا خَلَصْتُ إِلَى إِدْرِيسَ قَالَ هَذَا إِدْرِيسُ فَسَلِّمْ عَلَيْهِ. فَسَلَّمْتُ عَلَيْهِ فَرَدَّ ثُمَّ قَالَ مَرْحَبًا بِالأَخِ الصَّالِحِ وَالنَّبِىِّ الصَّالِحِ. ثُمَّ صَعِدَ بِى حَتَّى أَتَى السَّمَاءَ الْخَامِسَةَ، فَاسْتَفْتَحَ، قِيلَ مَنْ هَذَا قَالَ جِبْرِيلُ. قِيلَ وَمَنْ مَعَكَ قَالَ مُحَمَّدٌ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. قِيلَ وَقَدْ أُرْسِلَ إِلَيْهِ قَالَ نَعَمْ. قِيلَ مَرْحَبًا بِهِ، فَنِعْمَ الْمَجِىءُ جَاءَ. فَلَمَّا خَلَصْتُ فَإِذَا هَارُونُ قَالَ هَذَا هَارُونُ فَسَلِّمْ عَلَيْهِ. فَسَلَّمْتُ عَلَيْهِ فَرَدَّ ثُمَّ قَالَ مَرْحَبًا بِالأَخِ الصَّالِحِ وَالنَّبِىِّ الصَّالِحِ. ثُمَّ صَعِدَ بِى حَتَّى أَتَى السَّمَاءَ السَّادِسَةَ، فَاسْتَفْتَحَ، قِيلَ مَنْ هَذَا قَالَ جِبْرِيلُ. قِيلَ مَنْ مَعَكَ قَالَ مُحَمَّدٌ. قِيلَ وَقَدْ أُرْسِلَ إِلَيْهِ قَالَ نَعَمْ. قَالَ مَرْحَبًا بِهِ، فَنِعْمَ الْمَجِىءُ جَاءَ، فَلَمَّا خَلَصْتُ، فَإِذَا مُوسَى قَالَ هَذَا مُوسَى فَسَلِّمْ عَلَيْهِ، فَسَلَّمْتُ عَلَيْهِ فَرَدَّ ثُمَّ قَالَ مَرْحَبًا بِالأَخِ الصَّالِحِ وَالنَّبِىِّ الصَّالِحِ. فَلَمَّا تَجَاوَزْتُ بَكَى، قِيلَ لَهُ مَا يُبْكِيكَ قَالَ أَبْكِى لأَنَّ غُلاَمًا بُعِثَ بَعْدِى، يَدْخُلُ الْجَنَّةَ مِنْ أُمَّتِهِ أَكْثَرُ مَنْ يَدْخُلُهَا مِنْ أُمَّتِى. ثُمَّ صَعِدَ بِى إِلَى السَّمَاءِ السَّابِعَةِ، فَاسْتَفْتَحَ جِبْرِيلُ، قِيلَ مَنْ هَذَا قَالَ جِبْرِيلُ. قِيلَ وَمَنْ مَعَكَ قَالَ مُحَمَّدٌ. قِيلَ وَقَدْ بُعِثَ إِلَيْهِ. قَالَ نَعَمْ. قَالَ مَرْحَبًا بِهِ، فَنِعْمَ الْمَجِىءُ جَاءَ فَلَمَّا خَلَصْتُ، فَإِذَا إِبْرَاهِيمُ قَالَ هَذَا أَبُوكَ فَسَلِّمْ عَلَيْهِ. قَالَ فَسَلَّمْتُ عَلَيْهِ، فَرَدَّ السَّلاَمَ قَالَ مَرْحَبًا بِالاِبْنِ الصَّالِحِ وَالنَّبِىِّ الصَّالِحِ. ثُمَّ رُفِعَتْ لِى سِدْرَةُ الْمُنْتَهَى، فَإِذَا نَبِقُهَا مِثْلُ قِلاَلِ هَجَرَ، وَإِذَا وَرَقُهَا مِثْلُ آذَانِ الْفِيَلَةِ قَالَ هَذِهِ سِدْرَةُ الْمُنْتَهَى، وَإِذَا أَرْبَعَةُ أَنْهَارٍ نَهْرَانِ بَاطِنَانِ، وَنَهْرَانِ ظَاهِرَانِ. فَقُلْتُ مَا هَذَانِ يَا جِبْرِيلُ قَالَ أَمَّا الْبَاطِنَانِ، فَنَهَرَانِ فِى الْجَنَّةِ، وَأَمَّا الظَّاهِرَانِ فَالنِّيلُ وَالْفُرَاتُ. ثُمَّ رُفِعَ لِى الْبَيْتُ الْمَعْمُورُ، (فَسَأَلْتُ جِبْرِيلَ فَقَالَ هَذَا الْبَيْتُ الْمَعْمُورُ يُصَلِّي فِيهِ كُلَّ يَوْمٍ سَبْعُونَ أَلْفَ مَلَكٍ إِذَا خَرَجُوا لَمْ يَعُودُوا إِلَيْهِ آخِرَ مَا عَلَيْهِمْ) ثُمَّ أُتِيتُ بِإِنَاءٍ مِنْ خَمْرٍ، وَإِنَاءٍ مِنْ لَبَنٍ وَإِنَاءٍ مِنْ عَسَلٍ، فَأَخَذْتُ اللَّبَنَ، فَقَالَ هِىَ الْفِطْرَةُ أَنْتَ عَلَيْهَا وَأُمَّتُكَ. ثُمَّ فُرِضَتْ عَلَىَّ الصَّلَوَاتُ خَمْسِينَ صَلاَةً كُلَّ يَوْمٍ. فَرَجَعْتُ فَمَرَرْتُ عَلَى مُوسَى، فَقَالَ بِمَا أُمِرْتَ قَالَ أُمِرْتُ بِخَمْسِينَ صَلاَةً كُلَّ يَوْمٍ. قَالَ إِنَّ أُمَّتَكَ لاَ تَسْتَطِيعُ خَمْسِينَ صَلاَةً كُلَّ يَوْمٍ، وَإِنِّى وَاللَّهِ قَدْ جَرَّبْتُ النَّاسَ قَبْلَكَ، وَعَالَجْتُ بَنِى إِسْرَائِيلَ أَشَدَّ الْمُعَالَجَةِ، فَارْجِعْ إِلَى رَبِّكَ فَاسْأَلْهُ التَّخْفِيفَ لأُمَّتِكَ. فَرَجَعْتُ، فَوَضَعَ عَنِّى عَشْرًا، فَرَجَعْتُ إِلَى مُوسَى فَقَالَ مِثْلَهُ، فَرَجَعْتُ فَوَضَعَ عَنِّى عَشْرًا، فَرَجَعْتُ إِلَى مُوسَى فَقَالَ مِثْلَهُ، فَرَجَعْتُ فَوَضَعَ عَنِّى عَشْرًا، فَرَجَعْتُ إِلَى مُوسَى فَقَالَ مِثْلَهُ، فَرَجَعْتُ فَأُمِرْتُ بِعَشْرِ صَلَوَاتٍ كُلَّ يَوْمٍ، فَرَجَعْتُ فَقَالَ مِثْلَهُ، فَرَجَعْتُ فَأُمِرْتُ بِخَمْسِ صَلَوَاتٍ كُلَّ يَوْمٍ، فَرَجَعْتُ إِلَى مُوسَى، فَقَالَ بِمَا أُمِرْتَ قُلْتُ أُمِرْتُ بِخَمْسِ صَلَوَاتٍ كُلَّ يَوْمٍ. قَالَ إِنَّ أُمَّتَكَ لاَ تَسْتَطِيعُ خَمْسَ صَلَوَاتٍ كُلَّ يَوْمٍ، وَإِنِّى قَدْ جَرَّبْتُ النَّاسَ قَبْلَكَ، وَعَالَجْتُ بَنِى إِسْرَائِيلَ أَشَدَّ الْمُعَالَجَةِ، فَارْجِعْ إِلَى رَبِّكَ فَاسْأَلْهُ التَّخْفِيفَ لأُمَّتِكَ. قَالَ سَأَلْتُ رَبِّى حَتَّى اسْتَحْيَيْتُ، وَلَكِنْ أَرْضَى وَأُسَلِّمُ - قَالَ - فَلَمَّا جَاوَزْتُ نَادَى مُنَادٍ أَمْضَيْتُ فَرِيضَتِى وَخَفَّفْتُ عَنْ عِبَادِى» «...فَلَمَّا فَتَحَ عَلَوْنَا السَّمَاءَ الدُّنْيَا، فَإِذَا رَجُلٌ قَاعِدٌ عَلَى يَمِينِهِ أَسْوِدَةٌ وَعَلَى يَسَارِهِ أَسْوِدَةٌ، إِذَا نَظَرَ قِبَلَ يَمِينِهِ ضَحِكَ، وَإِذَا نَظَرَ قِبَلَ يَسَارِهِ بَكَى، فَقَالَ مَرْحَبًا بِالنَّبِىِّ الصَّالِحِ وَالاِبْنِ الصَّالِحِ. قُلْتُ لِجِبْرِيلَ مَنْ هَذَا قَالَ هَذَا آدَمُ. وَهَذِهِ الأَسْوِدَةُ عَنْ يَمِينِهِ وَشِمَالِهِ نَسَمُ بَنِيهِ، فَأَهْلُ الْيَمِينِ مِنْهُمْ أَهْلُ الْجَنَّةِ، وَالأَسْوِدَةُ الَّتِى عَنْ شِمَالِهِ أَهْلُ النَّارِ، فَإِذَا نَظَرَ عَنْ يَمِينِهِ ضَحِكَ، وَإِذَا نَظَرَ قِبَلَ شِمَالِهِ بَكَى…» «...ثُمَّ عُرِجَ بِى حَتَّى ظَهَرْتُ لِمُسْتَوًى أَسْمَعُ فِيهِ صَرِيفَ الأَقْلاَمِ...» «...ثُمَّ انْطَلَقَ بِى حَتَّى انْتَهَى بِى إِلَى سِدْرَةِ الْمُنْتَهَى، وَغَشِيَهَا أَلْوَانٌ لاَ أَدْرِى مَا هِىَ، ثُمَّ أُدْخِلْتُ الْجَنَّةَ، فَإِذَا فِيهَا حَبَايِلُ اللُّؤْلُؤِ، وَإِذَا تُرَابُهَا الْمِسْكُ»

“Malik ibn Sasaə ﵁ rəvayət edir ki, Allahın Peyğəmbəri ﷺ gecə səfəri haqqında (bunları) danışmışdır: “Mən Hatimdə (və ya Hicrədə) uzanmış ikən bir nəfər yanıma gəldi və (bədənimi) buradan bura kimi yarıb, qəlbimi çıxartdı. Sonra yanıma içi imanla dolu olan qızıl ləyən gətirdilər. Qəlbimi (Zəmzəm suyu ilə) yuduqdan sonra onu (imanla) doldurdular. Sonra mənim yanıma qatırdan alçaq və uzunqulaqdan hündür olan, ağ rəngli bir heyvan gətirdilər”. (Carud dedi: “Ey Əbu Həmzə, bu, Buraq idimi?” Ənəs dedi: “Bəli, o, addımını insanın gördüyü son nöqtəyə qoyurdu”. Peyğəmbər ﷺ davam edib dedi:) “Mən heyvana mindikdən sonra Cəbrail məni özü ilə apardı. Nəhayət, dünya səmasına gəlib çatdıqda, o, qapının açılmasını xahiş etdi. Gözətçilər: “Kimdir o?”- deyə soruşdular. O: “Cəbraildir!”- dedi. Onlar: “Yanındakı kimdir?”- deyə soruşdular. O: “Muhəmməddir!”- dedi. Onlar soruşdular: “Onu çağırıblarmı?” Cəbrail: “Bəli!”- dedi. Onlar dedilər: “Xoş gəlib, səfa gətirib! O nə gözəl ziyarətçidir!” Sonra qapılar açıldı. Mən içəri keçdikdə orada Adəmi gördüm. Cəbrail: “Bu, atan Adəmdir, salam ver ona!”- dedi, mən də ona salam verdim. O, mənim salamımı aldı və dedi: “Xoş gəlmisən, ey əməlisaleh oğul və əməlisaleh peyğəmbər!” Sonra biz ikinci səmaya qalxdıq və Cəbrail qapının açılmasını xahiş etdi. Gözətçilər: “Kimdir o?”- deyə soruşdular. O: “Cəbraildir!”- dedi. Onlar: “Yanındakı kimdir?”- deyə soruşdular. O: “Muhəmməddir!”- dedi. Onlar soruşdular: “Onu çağırıblarmı?” Cəbrail: “Bəli!”- dedi. Onlar dedilər: “Xoş gəlib, səfa gətirib! O, nə gözəl ziyarətçidir!” Sonra qapılar açıldı. Mən içəri keçdikdə orada xalauşaqlarını - Yəhyanı və İsanı gördüm. Cəbrail: “Bu, Yəhya və İsadır, salam ver onlara!”- dedi, mən də onlara salam verdim. Onlar mənim salamımı aldıqdan sonra dedilər: “Xoş gəlmisən, ey əməlisaleh qardaş və əməlisaleh peyğəmbər!” Sonra biz üçüncü səmaya qalxdıq və Cəbrail qapının açılmasını xahiş etdi. Gözətçilər: “Kimdir o?”- deyə soruşdular. O: “Cəbraildir!”- dedi. Onlar: “Yanındakı kimdir?”- deyə soruşdular. O: “Muhəmməddir!”- dedi. Onlar soruşdular: “Onu çağırıblarmı?” Cəbrail: “Bəli!”- dedi. Onlar dedilər: “Xoş gəlib, səfa gətirib! O, nə gözəl ziyarətçidir!” Sonra qapılar açıldı. Mən içəri keçdikdə orada Yusufu gördüm. Cəbrail: “Bu, Yusufdur, salam ver ona!”- dedi, mən də ona salam verdim. O, mənim salamımı aldıqdan sonra dedi: “Xoş gəlmisən, ey əməlisaleh qardaş və əməlisaleh peyğəmbər!” Sonra biz dördüncü səmaya qalxdıq və Cəbrail qapının açılmasını xahiş etdi. Gözətçilər: “Kimdir o?”- deyə soruşdular. O: “Cəbraildir!”- dedi. Onlar: “Yanındakı kimdir?”- deyə soruşdular. O: “Muhəmməddir!”- dedi. Onlar soruşdular: “Onu çağırıblarmı?” Cəbrail: “Bəli!”- dedi. Onlar dedilər: “Xoş gəlib, səfa gətirib! O, nə gözəl ziyarətçidir!” Sonra qapılar açıldı. Mən içəri keçdikdə orada İdrisi gördüm. Cəbrail: “Bu, İdrisdir, salam ver ona!”- dedi, mən də ona salam verdim. O, mənim salamımı aldıqdan sonra dedi: “Xoş gəlmisən, ey əməlisaleh qardaş və əməlisaleh peyğəmbər!” Sonra biz beşinci səmaya qalxdıq və Cəbrail qapının açılmasını xahiş etdi. Gözətçilər: “Kimdir o?”- deyə soruşdular. O: “Cəbraildir!”- dedi. Onlar: “Yanındakı kimdir?”- deyə soruşdular. O: “Muhəmməddir!”- dedi. Onlar soruşdular: “Onu çağırıblarmı?” Cəbrail: “Bəli!”- dedi. Onlar dedilər: “Xoş gəlib, səfa gətirib! O, nə gözəl ziyarətçidir!” Sonra qapılar açıldı. Mən içəri keçdikdə orada Harunu gördüm. Cəbrail: “Bu, Harundur, salam ver ona!”- dedi, mən də ona salam verdim. O, mənim salamımı aldıqdan sonra dedi: “Xoş gəlmisən, ey əməlisaleh qardaş və əməlisaleh peyğəmbər!” Sonra biz altıncı səmaya qalxdıq və Cəbrail qapının açılmasını xahiş etdi. Gözətçilər: “Kimdir o?”- deyə soruşdular. O: “Cəbraildir!”- dedi. Onlar: “Yanındakı kimdir?”- deyə soruşdular. O: “Muhəmməddir!”- dedi. Onlar soruşdular: “Onu çağırıblarmı?” Cəbrail: “Bəli!”- dedi. Onlar dedilər: “Xoş gəlib, səfa gətirib! O, nə gözəl ziyarətçidir!” Sonra qapılar açıldı. Mən içəri keçdikdə orada Musanı gördüm. Cəbrail: “Bu, Musadır, salam ver ona!”- dedi, mən də ona salam verdim. O, mənim salamımı aldıqdan sonra dedi: “Xoş gəlmisən, ey əməlisaleh qardaş və əməlisaleh peyğəmbər!” Mən onun yanından keçib getdikdə o ağladı. Ondan: “Nə üçün ağlayırsan?”- deyə soruşdular. Musa dedi: “Məndən sonra göndərilmiş bu cavan oğlanın ümmətindən Cənnətə daxil olanların sayı, mənim ümmətimdən ora daxil olanların sayından qat-qat artıq olacaq”. Sonra biz yeddinci səmaya qalxdıq və Cəbrail qapının açılmasını xahiş etdi. Gözətçilər: “Kimdir o?”- deyə soruşdular. O: “Cəbraildir!”- dedi. Onlar: “Yanındakı kimdir?”- deyə soruşdular. O: “Muhəmməddir!”- dedi. Onlar soruşdular: “Onu çağırıblarmı?” Cəbrail: “Bəli!”- dedi. Onlar dedilər: “Xoş gəlib, səfa gətirib! O, nə gözəl ziyarətçidir!” Sonra qapılar açıldı. Mən içəri keçdikdə orada İbrahimi gördüm. Cəbrail: “Bu, atan İbrahimdir, salam ver ona!”- dedi, mən də ona salam verdim. O, mənim salamımı aldıqdan sonra dedi: “Xoş gəlmisən, ey əməlisaleh oğul və əməlisaleh peyğəmbər!” Sonra mənə son həddəki Sidr ağacını göstərdilər. Onun meyvələri Həcər (məmləkətində) düzəldilən saxsı səhənglərə bənzəyirdi, yarpaqları da fil qulaqları boyda idi. Cəbrail: “Bu, Sidrətul-Muntəhadır”- dedi. Bu ağacın dibindən dörd çay axırdı. Bu çaylardan ikisi altdan, ikisi də üstdən axırdı. Mən soruşdum: “Bu nə çaylardır, ey Cəbrail?” Dedi: “Altdakı çaylar Cənnətdən axır. Üstdəki çaylar isə Nil və Fərat çaylarıdır”. Sonra mənə Beytul-Məmuru göstərdilər. (“Mən Cəbraildən onun barəsində soruşdum. O dedi: “Bu Beytul-Məmurdur. Hər gün onun içində yetmiş min mələk namaz qılır, sonra oradan çıxır və bir daha ora qayıtmır”(. Sonra mənə bir qab şərab, bir qab süd və bir qab bal gətirdilər. Mən südü götürdüm. Onda Cəbrail dedi: “Budur fitrət (yəni, tək-Allahlığa meyilli), sən və sənin ümmətin onun üzərindədir”. Sonra mənə gündəlik olaraq əlli (vaxt) namaz qılmaq vacib buyuruldu. Mən geri qayıtdım və Musanın yanına gəlib çatdıqda, o məndən: “Sənə nə əmr edildi?”- deyə soruşdu. Dedim: “Mənə gündəlik əlli vaxt namaz qılmaq vacib buyuruldu”. Musa dedi: “Sənin ümmətin gündəlik olaraq əlli (vaxt) namazı qıla bilməyəcək. Vallahi ki, mən səndən əvvəl bunu insanlara tətbiq etmək və İsrail oğullarını haqq yola çəkmək istədim, (lakin heç nə alınmadı). Rəbbinin yanına qayıt və Ondan (bu hökmü) yüngülləşdirməyi xahiş et!” Mən Allahın yanına qayıdıb (Ona yalvardım) və O, vacib namazların sayını qırxa endirdi. Sonra mən Musanın yanına qayıtdım və o, əvvəlcə dediklərini bir də mənə təkrar söylədi. Sonra mən Allahın yanına qayıtdım və Allah vacib namazların sayını otuza endirdi. Sonra mən Musanın yanına qayıtdım və o, əvvəlcə dediklərini bir də mənə təkrar söylədi. Mən bir də Allahın yanına qayıtdım və Allah vacib namazların sayını iyirmiyə endirdi. Sonra mən Musanın yanına qayıtdım və o, əvvəlcə dediklərini bir də mənə təkrar söylədi. Mən bir daha Allahın yanına qayıtdım və mənə gündəlik olaraq on vaxt namaz qılmaq vacib buyuruldu. Sonra mən Musanın yanına qayıtdım və o, əvvəlcə dediklərini bir də mənə təkrar söylədi. Mən axırıncı dəfə Allahın yanına qayıtdım və mənə gündəlik olaraq beş vaxt namaz qılmaq vacib buyruldu. Sonra mən Musanın yanına qayıtdım və o, məndən: “Sənə nə əmr edildi?”- deyə soruşdu. Dedim: “Mənə gündəlik olaraq beş vaxt namaz qılmaq əmr olundu”. Musa dedi: “Sənin ümmətin gündəlik olaraq beş (vaxt) namazı qıla bilməyəcək. Mən səndən əvvəl bunu insanlara tətbiq etmək və İsrail oğullarını haqq yola çəkmək istədim (lakin heç nə alınmadı). Rəbbinin yanına qayıt və Ondan ümmətin üçün (bu hökmü) yüngülləşdirməyi xahiş et!” Dedim: “Mən Rəbbimdən (yetərincə) istədim, artıq (nə isə istəməyə) üzüm gəlmir. Lakin mən (bu hökmlə) razıyam və buna boyun əyirəm”. Mən çıxıb getdikdə belə bir səda gəldi: “Mən əzəldən yazdığım hökmü vacib buyurdum, (sonra da) qullarımın yükünü yüngülləşdirdim”. Digər rəvayətlərdə aşağıdakı əlavələr var: “…(Göy qapıları) açıldıqda biz yaxın göyün üstünə qalxdıq və orada oturmuş bir adam gördük ki, onun sağ və sol tərəfində (insanlardan ibarət) toplumlar var idi. Bu adam sağa baxanda gülür, sola baxanda isə ağlayırdı. O, (məni görüb) dedi: “Əməlisaleh peyğəmbər və əməlisaleh oğul xoş gəlibdir!” Mən Cəbraildən: “Bu kimdir?”- deyə soruşdum. Dedi: “Bu Adəmdir, onun sağında və solunda olan toplumlar zürriyyətinin ruhlarıdır. Sağında duranlar Cənnət əhli, solunda duranlar isə Cəhənnəm əhlidir. (Buna görə də) sağına baxanda gülür, soluna baxanda isə ağlayır…”. “…Sonra (Cəbrail) mənimlə elə bir yüksəkliyə qalxdı ki, mən qələmlərin xışıltısını eşitdim”. “…Sonra (Cəbrail) məni son həddəki Sidr ağacının yanına apardı. Onun rəngləri vəsfəgəlməzdir. Sonra məni Cənnətə daxil etdilər. Orada mən incilər düzülmüş boyunbağılar, habelə (Cənnət) torpağının müşk olduğunu gördüm”.”

Malik ibn Sasaə
Qüdsi hədislər, 23 (Kitab 3, 1)Səhih

عَنْ عُقْبَةَ بْنَ عَامِرٍ يَقُولُ: لَا أَقُولُ الْيَوْمَ عَلَى رَسُولِ اللَّه صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَا لَمْ يَقُلْ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يقول: «مَنْ كَذِبَ عَلَيَّ متعمدًا فَلْيَتَبَوَّأْ بَيْتًا مِنْ جَهَنَّمَ» وسمعت النبي صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يقول: «رجل من أمتي يقوم مِنْ اللَّيْلِ يُعَالِجُ نَفْسَهُ إِلَى الطَّهُورِ وَ عليكم عُقَد فَإِذَا وَضَّأَ يَدَيْهِ انْحَلَّتْ عُقْدَةٌ وَإِذَا وَضَّأَ وَجْهَهُ انْحَلَّتْ عُقْدَةٌ وَإِذَا مَسَحَ رَأْسَهُ انْحَلَّتْ عُقْدَةٌ وَإِذَا وَضَّأَ رجليهه انْحَلَّتْ عُقْدَةٌ فَيَقُولُ الله عَزَّ وَجَلَّ لِلَّذِينَ وَرَاءَ الْحِجَابِ: انْظُرُوا إِلَى عَبْدِي هَذَا يُعَالِجُ نَفْسَهُ يَسْألُني مَا سَأَلَنِي عَبْدِ هَذَا فَهُوَ لَهُ ما سألني عبدي هذا فهو له»

“Rəvayət edilir ki, Uqbə ibn Amir ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ buyurmadığı şeylər haqqında danışmaram, çünki mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Kim bilərəkdən mənim adımdan yalan danışarsa, Cəhənnəmdəki evinə hazırlaşsın”. Həmçinin Peyğəmbərin ﷺ belə buyurduğunu da eşitdim: “Ümmətimdən bir kişi var ki, gecə duraraq dəstəmaz almaqla nəfsini müalicə edir. O, əllərini yuduqda bir düyün, üzünü yuduqda bir düyün, başını məsh etdikdə bir düyün, ayaqlarını yuduqda isə bir düyün açılır. Allah ﷿ pərdə arxasında olanlara buyurur: “Nəfsini müalicə edən bu quluma baxın! Bu qulum Məndən nə istəyərsə, o da ona veriləcək”.”

Uqbə ibn Amir
Qüdsi hədislər, 33 (Kitab 3, 11)Həsən

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «إِنَّ لِلَّهِ مَلاَئِكَةً يَطُوفُونَ فِى الطُّرُقِ، يَلْتَمِسُونَ أَهْلَ الذِّكْرِ، فَإِذَا وَجَدُوا قَوْمًا يَذْكُرُونَ اللَّهَ تَنَادَوْا هَلُمُّوا إِلَى حَاجَتِكُمْ. قَالَ فَيَحُفُّونَهُمْ بِأَجْنِحَتِهِمْ إِلَى السَّمَاءِ الدُّنْيَا. قَالَ فَيَسْأَلُهُمْ رَبُّهُمْ وَهْوَ أَعْلَمُ مِنْهُمْ مَا يَقُولُ عِبَادِى قَالُوا يَقُولُونَ يُسَبِّحُونَكَ، وَيُكَبِّرُونَكَ، وَيَحْمَدُونَكَ وَيُمَجِّدُونَكَ. قَالَ فَيَقُولُ هَلْ رَأَوْنِى قَالَ فَيَقُولُونَ لاَ وَاللَّهِ مَا رَأَوْكَ. قَالَ فَيَقُولُ وَكَيْفَ لَوْ رَأَوْنِى قَالَ يَقُولُونَ لَوْ رَأَوْكَ كَانُوا أَشَدَّ لَكَ عِبَادَةً، وَأَشَدَّ لَكَ تَمْجِيدًا، وَأَكْثَرَ لَكَ تَسْبِيحًا. قَالَ يَقُولُ فَمَا يَسْأَلُونِى قَالَ يَسْأَلُونَكَ الْجَنَّةَ. قَالَ يَقُولُ وَهَلْ رَأَوْهَا قَالَ يَقُولُونَ لاَ وَاللَّهِ يَا رَبِّ مَا رَأَوْهَا. قَالَ يَقُولُ فَكَيْفَ لَوْ أَنَّهُمْ رَأَوْهَا قَالَ يَقُولُونَ لَوْ أَنَّهُمْ رَأَوْهَا كَانُوا أَشَدَّ عَلَيْهَا حِرْصًا، وَأَشَدَّ لَهَا طَلَبًا، وَأَعْظَمَ فِيهَا رَغْبَةً. قَالَ فَمِمَّ يَتَعَوَّذُونَ قَالَ يَقُولُونَ مِنَ النَّارِ. قَالَ يَقُولُ وَهَلْ رَأَوْهَا قَالَ يَقُولُونَ لاَ وَاللَّهِ مَا رَأَوْهَا. قَالَ يَقُولُ فَكَيْفَ لَوْ رَأَوْهَا قَالَ يَقُولُونَ لَوْ رَأَوْهَا كَانُوا أَشَدَّ مِنْهَا فِرَارًا، وَأَشَدَّ لَهَا مَخَافَةً. قَالَ فَيَقُولُ فَأُشْهِدُكُمْ أَنِّى قَدْ غَفَرْتُ لَهُمْ. قَالَ يَقُولُ مَلَكٌ مِنَ الْمَلاَئِكَةِ فِيهِمْ فُلاَنٌ لَيْسَ مِنْهُمْ إِنَّمَا جَاءَ لِحَاجَةٍ. قَالَ هُمُ الْجُلَسَاءُ لاَ يَشْقَى بِهِمْ جَلِيسُهُمْ»

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allahın yollarda dolaşıb Allahı yad edən insanları axtaran mələkləri vardır. Onlar Allahı yad edən bir camaat gördükləri zaman bir-birlərini çağırıb: “Axtardığınızın yanına gəlin!”- deyirlər. Sonra onlar bu camaatı öz qanadları ilə dünya səmasınadək əhatəyə alırlar. Elə həmin vaxt Rəbbi mələklərdən - (hər şeyi) onlardan daha yaxşı bildiyi halda - soruşur: “Qullarım nə deyirlər?” Mələklər: “Onlar Sənin şəninə təriflər deyir, Səni uca tutur, Səni həmd-səna ilə təqdis edir və Səni tərifləyirlər”- deyə cavab verirlər. Allah soruşur: “Məgər onlar Məni görüblərmi?” Mələklər deyirlər: “Xeyr, vallahi ki, onlar Səni görməyiblər!” Allah soruşur: “Bəs Məni görsəydilər, necə (olardı)?” Mələklər deyirlər: “Əgər onlar Səni görsəydilər, Sənə bundan da çox ibadət edər, Səni tərifləyər, Səni həmd-səna ilə təqdis edər və Sənin şənini uca tutardılar”. Allah soruşur: “Onlar Məndən nə istəyirlər?” Mələklər deyirlər: “Onlar Səndən Cənnəti istəyirlər”. Allah soruşur: “Məgər onlar Cənnəti görüblərmi?” Mələklər deyirlər: “Xeyr, ya Rəbb! Vallahi ki, onlar Cənnəti görməyiblər”. Allah soruşur: “Bəs onu görsəydilər, necə (olardı)?” Mələklər deyirlər: “Əgər onu görsəydilər, ona daha əzmlə can atar, onu daha inadla diləyər və onu daha çox rəğbətlə arzulayardılar”. Allah soruşur: “Onlar (Mənə) nədən sığınırlar?” Mələklər deyirlər: “Cəhənnəm odundan”. Allah soruşur: “Məgər onlar Cəhənnəmi görüblərmi?” Mələklər deyirlər: “Xeyr, ya Rəbb! Vallahi ki, onlar Cəhənnəmi görməyiblər”. Allah soruşur: “Bəs onu görsəydilər necə (olardı)?” Mələklər deyirlər: “Əgər onu görsəydilər, ondan daha uzağa qaçmağa çalışar və ondan daha çox çəkinərdilər!” Allah buyurur: “Şahid olun ki, Mən onları bağışladım!” Bu vaxt mələklərdən biri deyir: “Bu camaatın arasında olan filankəs onlarla (yoldaşlıq edən kimsələrdən) deyil, sadəcə olaraq öz ehtiyacı üzündən ora gəlmişdir”. Onda Allah buyurur: “Onlar elə insanlardır ki, onlarla oturub-duran adam bədbəxt olmaz”.”

Əbu Hureyra
Qüdsi hədislər, 62 (Kitab 6, 12)Səhih

عَن أَبِى هُرَيْرَةَ وَأَبِى سَعِيدٍ أَنَّهُمَا شَهِدَا عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «إِذَا قَالَ الْعَبْدُ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَاللَّهُ أَكْبَرُ. قَالَ يَقُولُ اللَّهُ عَزَّ وَجَلَّ صَدَقَ عَبْدِى لاَ إِلَهَ إِلاَّ أَنَا وَأَنَا أَكْبَرُ. وَإِذَا قَالَ الْعَبْدُ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ. قَالَ صَدَقَ عَبْدِى لاَ إِلَهَ إِلاَّ أَنَا وَحْدِى. وَإِذَا قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ لاَ شَرِيكَ لَهُ. قَالَ صَدَقَ عَبْدِى لاَ إِلَهَ إِلاَّ أَنَا وَلاَ شَرِيكَ لِى. وَإِذَا قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ. قَالَ صَدَقَ عَبْدِى لاَ إِلَهَ إِلاَّ أَنَا لِىَ الْمُلْكُ وَلِىَ الْحَمْدُ. وَإِذَا قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَلاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ. قَالَ صَدَقَ عَبْدِى لاَ إِلَهَ إِلاَّ أَنَا وَلاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِى». قَالَ أَبُو إِسْحَاقَ ثُمَّ قَالَ الأَغَرُّ شَيْئًا لَمْ أَفْهَمْهُ. قَالَ فَقُلْتُ لأَبِى جَعْفَرٍ مَا قَالَ فَقَالَ مَنْ رُزِقَهُنَّ عِنْدَ مَوْتِهِ لَمْ تَمَسَّهُ النَّارُ.

“Əbu Hureyra və Əbu Səid əl-Xudri ﵄ rəvayət edirlər ki, Allah Elçisi ﷺ belə buyurdu: “Qul: “Lə ilə:hə illəlla:hu valla:hu əkbər” (Allahdan başqa ibadətə layiq məbud yoxdur və Allah ən Böyükdür) - dedikdə, Allah ﷿ buyurur: “Qulum doğru söylədi, Məndən başqa ibadətə layiq məbud yoxdur və Uca olan Mənəm”. Qul: “Lə ilə:hə illəlla:hu vahdəh” (Allahdan başqa ibadətə layiq məbud yoxdur, O təkdir) - dedikdə, Allah buyurur: “Qulum doğru söylədi, tək olan Mənəm, Məndən başqa ibadətə layiq məbud yoxdur”. Qul: “Lə ilə:hə illəlla:hu lə şəri:kə ləh” (Allahdan başqa ibadətə layiq məbud yoxdur, Onun şəriki də yoxdur) - dedikdə, Allah buyurur: “Qulum doğru söylədi, Məndən başqa ibadətə layiq məbud yoxdur və Mənim şərikim də yoxdur”. Qul: “Lə ilə:hə illəlla:hu ləhul-mulku va ləhul-həmd” (Allahdan başqa ibadətə layiq məbud yoxdur, mülk və həmd Ona məxsusdur) - dedikdə, Allah buyurur: “Məndən başqa ibadətə layiq məbud yoxdur, mülk və həmd Mənə məxsusdur”. Qul: “Lə ilə:hə illəlla:hu va lə həulə va lə quvvətə illə billəh” (Allahdan başqa ibadətə layiq məbud yoxdur, qüdrət və güc yalnız Allaha məxsusdur) - dedikdə, Allah buyurur: “Qulum doğru söylədi, Məndən başqa ibadətə layiq məbud yoxdur, qüdrət və güc yalnız Məndədir”. Əbu İshaq dedi: “Sonra Əğarr Əbu Muslim anlamadığım bəzi şeylər söylədi. Mən Əbu Cəfərə: “O nə dedi?”- deyə soruşdum. O dedi: “Ölüm anında bunları deməyə imkan verilən şəxsə Cəhənnəm odu toxunmaz”.”

Əbu Hureyra və Əbu Səid
Qüdsi hədislər, 75 (Kitab 6, 25)Səhih

عَنْ أُبَىِّ بْنِ كَعْبٍ قَالَ انْتَسَب رَجُلاَنِ عَلَى عَهْدِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ أَحَدُهُمَا أَنَا فُلاَنُ بْنُ فُلاَنٍ فَمَنْ أَنْتَ لاَ أُمَّ لَكَ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «انْتَسَبَ رَجُلاَنِ عَلَى عَهْدِ مُوسَى عَلَيْهِ السَّلاَمُ فَقَالَ أَحَدُهُمَا أَنَا فُلاَنُ بْنُ فُلاَنٍ حَتَّى عَدَّ تِسْعَةً فَمَنْ أَنْتَ لاَ أُمَّ لَكَ قَالَ أَنَا فُلاَنُ بْنُ فُلاَنٍ ابْنُ الإِسْلاَمِ. قَالَ فَأَوْحَى اللَّهُ إِلَى مُوسَى عَلَيْهِ السَّلاَمُ أَنَّ هَذَيْنِ الْمُنْتَسِبَيْنِ أَمَّا أَنْتُ أَيُّهَا الْمُنْتَمِى أَوِ الْمُنْتَسِبُ إِلَى تِسْعَةٍ فِى النَّارِ فَأَنْتَ عَاشِرُهُمْ وَأَمَّا أَنْتَ يَا هَذَا الْمُنْتَسِبُ إِلَى اثْنَيْنِ فِى الْجَنَّةِ فَأَنْتَ ثَالِثُهُمَا فِى الْجَنَّةِ»

“Rəvayət edilir ki, Ubey ibn Kəb ﵁ demişdir: “Allah Elçisinin ﷺ dövründə iki kişi əsli-nəsəbi ilə öyündü. Onlardan biri (digərinə) dedi: “Mən filankəsin oğlu filankəsəm, bəs sən kimsən, sənin heç bir kökün yoxdur”. Allah Elçisi ﷺ buyurdu: “Musanın ﵇ dövründə də iki kişi əsli-nəsəbi ilə öyündü. Onlardan biri (digərinə): “Mən filankəsin oğlu filankəsəm”- deyib doqquz (nəsəbinə qədər) sadaladı və dedi: “Bəs sən kimsən, sənin heç bir kökün yoxdur”. O da belə cavab verdi: “Mən İslam oğlu, filankəsin oğlu filankəsəm”. Allah Musaya ﵇ bu iki əsli-nəsəbi ilə öyünən (kişilər haqqında) belə vəhy etdi: “Sənə gəlincə, ey özünü doqquz (kişiyə) mənsub edən! Onuncusu sən olmaqla onların doqquzu da Cəhənnəmlikdir. Sənə gəlincə, ey özünü iki (kişiyə) mənsub edən, üçüncüsü sən olmaqla onların ikisi də Cənnətlikdir”.”

Ubey ibn Kəb
Qüdsi hədislər, 95 (Kitab 8, 1)Səhih

قَالَ أَبُو هُرَيْرَة َسَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «كَانَ رَجُلاَنِ فِى بَنِى إِسْرَائِيلَ مُتَآخِيَيْنِ فَكَانَ أَحَدُهُمَا يُذْنِبُ وَالآخَرُ مُجْتَهِدٌ فِى الْعِبَادَةِ فَكَانَ لاَ يَزَالُ الْمُجْتَهِدُ يَرَى الآخَرَ عَلَى الذَّنْبِ فَيَقُولُ أَقْصِرْ. فَوَجَدَهُ يَوْمًا عَلَى ذَنْبٍ فَقَالَ لَهُ أَقْصِرْ فَقَالَ خَلِّنِى وَرَبِّى أَبُعِثْتَ عَلَىَّ رَقِيبًا فَقَالَ وَاللَّهِ لاَ يَغْفِرُ اللَّهُ لَكَ أَوْ لاَ يُدْخِلُكَ اللَّهُ الْجَنَّةَ. فَقُبِضَ أَرْوَاحُهُمَا فَاجْتَمَعَا عِنْدَ رَبِّ الْعَالَمِينَ فَقَالَ لِهَذَا الْمُجْتَهِدِ أَكُنْتَ بِى عَالِمًا أَوْ كُنْتَ عَلَى مَا فِى يَدِى قَادِرًا وَقَالَ لِلْمُذْنِبِ اذْهَبْ فَادْخُلِ الْجَنَّةَ بِرَحْمَتِى وَقَالَ لِلآخَرِ اذْهَبُوا بِهِ إِلَى النَّارِ». قَالَ أَبُو هُرَيْرَةَ وَالَّذِى نَفْسِى بِيَدِهِ لَتَكَلَّمَ بِكَلِمَةٍ أَوْبَقَتْ دُنْيَاهُ وَآخِرَتَهُ

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “İsrail oğullarının arasında bir-biri ilə qardaş olmuş iki nəfər var idi. Onlardan biri günah edərdi, digəri isə ibadətdə çalışqan idi. İbadətdə çalışqan olan daim digərini günah edərkən görər və (hər dəfə ona): “Tərk et!”- deyərdi. Bir gün onu yenidən günah edərkən görüb ona: “Tərk et!”- dedi. O da: “Məni Rəbbimlə tək burax! Məgər sən mənim üzərimə gözətçi göndərilmisən?”- deyə cavab verdi. (İbadətdə çalışqan olan) dedi: “Allaha and olsun ki, Allah səni bağışlamayacaq!” və ya “Allah səni Cənnətə salmayacaq!” Bu zaman (mələk) onların ruhlarını alıb aləmlərin Rəbbinin hüzuruna gətirdi. Allah ibadətdə çalışqan olana buyurdu: “Sən Məni tanıyırdınmı?” və ya “sən Mənim Əlimdə olana sahib idinmi?” Allah günahkar olana buyurdu: “Rəhmətim sayəsində get və Cənnətə daxil ol”, ibadətdə çalışqan olan haqqında isə buyurur: “Onu Cəhənnəmə aparın!” Əbu Hureyra dedi: “Canım əlində Olana and olsun ki, o bir söz söylədi, onunla dünyası da, Axirəti də məhv oldu”.”

Əbu Hureyra
Qüdsi hədislər, 99 (Kitab 8, 5)Səhih

عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَادَ رَجُلاً مِنْ وَعَكٍ كَانَ بِهِ فَقَالَ «أَبْشِرْ فَإِنَّ اللَّهَ يَقُولُ هِىَ نَارِى أُسَلِّطُهَا عَلَى عَبْدِى الْمُذْنِبِ لِتَكُونَ حَظَّهُ مِنَ النَّارِ» «...هِىَ نَارِى أُسَلِّطُهَا عَلَى عَبْدِىَ الْمُؤْمِنِ فِى الدُّنْيَا لِتَكُونَ حَظَّهُ مِنَ النَّارِ فِى الآخِرَةِ»

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ qızdırma xəstəliyinə tutulmuş bir adamı ziyarət etdi və dedi: “Sevin, çünki Allah buyurur: “O (qızdırma) Mənim atəşimdir. Cəhənnəm atəşindən bir payı olsun deyə, onu günahkar quluma göndərirəm!” Digər rəvayətdə belə deyilir: “...Allah buyurur: “O (qızdırma) Mənim atəşimdir. Axirətdə atəşdən bir payı olsun deyə, Mən onu mömin quluma dünyada göndərirəm”.”

Əbu Hureyra
Qüdsi hədislər, 118 (Kitab 9, 3)Səhih

عَنْ حُذَيْفَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : يَقُولُ إِبْرَاهِيمُ يَوْمَ الْقِيَامَةِ : يَا رَبَّاهُ ، فَيَقُولُ الرَّبُّ جَلَّ وَعَلاَ : يَا لَبَّيْكَاهُ ، فَيَقُولُ إِبْرَاهِيمُ : يَا رَبِّ حَرَّقْتَ بَنِيَّ ، فَيَقُولُ : أَخْرِجُوا مِنَ النَّارِ مَنْ كَانَ فِي قَلْبِهِ ذَرَّةٌ أَوْ شَعِيرَةٌ مِنْ إِيمَانٍ.

“Huzeyfə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Qiyamət günü İbrahim deyəcək: “Ya Rəbb!” Rəbb ﷿ buyuracaq: “Çağırışını eşitdim və qəbul etdim”. İbrahim deyəcək: “Ya Rəbb, övladlarımı yandırdın!” Allah buyuracaq: “Qəlbində zərrə və ya arpa dənəsi qədər imanı olan hər kəsi Cəhənnəmdən çıxarın!””

Huzeyfə
Qüdsi hədislər, 161 (Kitab 12, 8)Səhih

عَنِ الْحَارِثِ الأَشْعَرِيِّ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: "إنَّ اللَّهَ أمَرَ يَحْيى بْنِ زَكَرِيَّا بِخَمْس كلِماتٍ أنْ يَعْمَلَ بِهِنَّ وأنْ يَأْمُرَ بَنِي إسْرَائِيلَ أنْ يَعْمَلُوا بِهِنَّ فَكأَنهُ أبْطَأَ بِهِنَّ فأوْحَى اللَّهُ إلى عِيسى: "إمَّا أنْ يُبَلِّغَهُنَّ أوْ تُبَلِّغَهُنَّ". فأَتاهُ عِيسى فقال لهُ: "إنَّكَ أُمِرْتَ بِخَمْسِ كلِماتٍ أنْ تَعْمَلَ بهنَّ وتأْمُرَ بَنِي إسْرائِيلَ أنْ يَعْمَلوا بِهِنَّ فأمّا أنْ تُبَلّغَهُنَّ وإمّا أنْ أُبَلِّغَهُنَّ". فقالَ لهُ: "يا رُوحَ اللَّهِ إنِّي أخْشَى إِنْ سَبَقْتَنِي أنْ أُعَذَّبَ أوْ يُخْسَفَ بي". فَجَمَعَ يَحْيَى بَنِي إسْرَائِيلَ في بَيْتِ المَقْدسِ حَتَّى امْتَلأَ المَسْجِدُ فَقَعَدَ على الشُّرُفاتِ فَحَمَدَ اللَّهَ وأثْنَى عليهِ ثمَّ قالَ إنّ اللَّهَ أمَرَنِي بِخَمْسِ كَلِماتٍ أنْ أعْمَلَ بِهِنَّ وآمُرَكمْ أنْ تَعْمَلوا بِهنّ وأولُهُنَ أنْ تَعْبُدُوا اللَّهَ ولا تُشْرِكُوا بِهِ شَيْئاً فإنّ مَثَلَ منْ أشْرَكَ بِاللَّهِ كَمَثَلِ رَجلٍ اشْتَرَى عَبْداً منْ خالِصِ مالِهِ بِذَهَبٍ أوْ وَرِقٍ ثمَّ أسْكَنَهُ دَاراً فقالَ اعْملْ وارْفَعْ إليَّ فَجَعَلَ العَبْدُ يَعْمَلُ ويَرْفَعُ إلى غَيْرِ سَيِّدِهِ فأَيُّكُمْ يرْضَى أنْ يَكونَ عَبْدُهُ كذلِكَ وإنّ اللَّهَ خَلَقَكُمْ وَرَزَقَكُمْ فاعْبُدُوهُ ولا تُشْرِكوا بِه شَيْئاً وأمَرَكمْ بالصّلاةِ وإذا قمْتمْ إلى الصَّلاةِ فلا تلْتفِتُوا فإنَّ اللَّهَ عَزَّ وَجَلَّ يُقْبِلُ بوجْهِهِ على عَبْدِهِ ما لمْ يَلْتَفِتْ وأمَرَكمْ بالصِّيامِ ومَثَلُ ذلِكَ كَمَثَلِ رَجُلٍ معَهُ صُرَّةُ مِسْكٍ في عِصابَةٍ كلُّهُمْ يَجدُ ريحَ المِسْكِ وإنّ خُلُوفَ فَمِ الصَّائِمِ أطْيَبُ عِنْدَ اللَّهِ منْ رِيح المِسْكِ وأمَرَكُمْ بالصَّدَقةِ ومَثَلُ ذلِكَ كَمَثَلِ رَجُلٍ أسَرَهُ العَدُوُّ فَشَدُّوا يَدَيْهِ إلى عُنْقِهِ وقَدَّمُوهُ لِيَضْرِبُوا عُنُقَهُ فقالَ لَهُمْ هلْ لكمْ أنْ أفْتَدِي نَفْسِي مِنْكُمْ فجَعَلَ يَفْتَدِي نَفْسَهُ مِنْهُمْ بالقَليلِ والكَثِيرِ حَتَّى فَكَّ نَفْسَهُ وأمَرَكُمْ بِذِكْرِ اللَّهِ كَثِيراً ومَثَلُ ذلِكَ كَمَثَلِ رَجُلٍ طَلَبَهُ العَدُوُّ سِرَاعاً في أثَرِهِ فأتَى حِصْناً حَصِيناً فأَحْرزَ نَفْسَهُ فِيهِ وإنّ العَبْدَ أحْصَنُ ما يَكُونُ مِنَ الشَّيْطانِ إذا كانَ في ذِكْرِ اللَّهِ تعالى". وأنا آمُرُكُمْ بِخَمْسٍ أمَرَنِي اللَّهُ بِهِنَّ الجَماعَةِ والسّمْعِ والطَّاعَةِ والهِجْرَةِ والجِهادِ في سَبيلِ اللَّهِ فإنّهُ منْ فارَقَ الجَماعَةَ قِيدَ شِبْرٍ فقدْ خَلَعَ رِبْقَةَ الإِسْلامِ مِنْ عُنْقِهِ إلاّ أنْ يُرَاجِعَ ومنْ دَعا بِدَعْوَةِ الجاهِلِيّةِ فَهُوَ منْ جُثاءِ جَهَنّمَ وإنْ صامَ وصَلّى وزَعَمْ أنَّهُ مُسْلِمٌ فادْعُوا بِدَعْوَةِ اللَّهِ الّتي سَمَّاكُمْ بها المُسْلِمِينَ المُؤْمِنينَ عِبادَ اللَّهِ".

“əl-Həris əl-Əşari ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, Allah Yəhya ibn Zəkəriyyəyə beş kəlməni əmr etdi. O, özü bunlara əməl etməli, İsrail oğullarına da bunlara riayət etməyi əmr etməli idi. O, bu işi görməkdə tələsmirdi. Allah İsaya belə vəhy etdi: “Bu əmrləri ya o, ya da sən çatdır!” İsa Yəhyanın yanına gəlib dedi: “Sənə beş əmr verilmişdir. Onlara həm özün əməl etməli, həm də İsrail oğullarına əmr etməlisən. Bunları ya sən özün, ya da mən onlara çatdırım”. Yəhya ona dedi: “Ey Ruhullah! Əgər sən bu işdə məni qabaqlasan, əzaba düçar olmağımdan, yaxud da yerə batırılmağımdan qorxuram”. Yəhya İsrail oğullarını Beytul-Məqdisdə topladı. Məscid adam ilə dolmuşdu. O, hündür yerdə əyləşib Allaha həmd-səna etdikdən sonra dedi: “Allah mənə beş kəlməni əmr etmişdir. Mənə bu əmrlərə əməl etmək və sizə də əmr etmək tapşırığı verildi. Birincisi, Allaha heç bir şeyi şərik qoşmadan ibadət edəcəksiniz. Allaha şərik qoşanın misalı halal malından qızıl və ya gümüş ödəyib özünə bir kölə alan, sonra onu bir evə yerləşdirən adamın misalına bənzəyir. Adam köləsinə: “İşlə və qazancını mənə ver!”- deyə tapşırıq verir. Köləsi işləyib qazancını öz ağasına deyil, başqasına verir. Sizin hansınız öz köləsinin belə etməsindən razı qalar?! Allah sizi yaradıb və sizə ruzi verib. Elə isə siz də Ona ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Həmçinin, Allah sizə namaz qılmağı əmr edir. Namaza durduqda üzünüzü çevirməyin, çünki, bəndə üzünü çevirmədikcə Allah ﷿ üzünü bəndəsinə tərəf tutur. Həmçinin, Allah sizə oruc tutmağı əmr edir. Bunun misalı bir dəstə adamın yanında olan kisəciyin içindəki müşk ətirinin misalına bənzəyir. Belə ki, onların hamısı ətirin iyini hiss edir. Oruc tutanın ağzından gələn qoxu, Allah dərgahında müşk-ənbərdən daha xoşdur. Həmçinin, Allah sizə sədəqə verməyi əmr edir. Bunun misalı düşmənə əsir düşmüş bir adamın misalına bənzəyir. Onlar onun əllərini boğazına bağlayıb boynunu vurmaq üçün apararkən o, belə deyir: “İstəyirsiniz mən öz canımın müqabilində sizə mal-dövlət verim?” O, canını xilas etmək üçün malından keçir və sonda özünü xilas edir. Həmçinin, Allah sizə Onu çox zikr etməyi əmr edir. Bunun misalı isə düşməninin sürətlə izinə düşüb axtardığı adamın misalına bənzəyir. O gəlib bir qalada sığınacaq tapır və orada qorunur. Bəndə də Uca Allahı zikr etdikcə, şeytandan qorunmuş olar”. Allah Elçisi ﷺ dedi: “Mən də Allahın əmr etdiyi beş şeyi; camaatla birlikdə olmağı, eşitməyi, itaət etməyi, hicrət və Allah yolunda cihad etməyi sizə əmr edirəm. Kim camaatdan bir qarış ayrılarsa, geri dönənə qədər İslam əhdini boynundan çıxarmış olar. Kim cahiliyyət dövrünün fikirlərinə çağırarsa, oruc tutub, namaz qılıb, özünün müsəlman olduğunu iddia edərsə belə, o, Cəhənnəmin odunu olacaqdır. Bir-birinizi Allahın qullarını adlandırdığı “müsəlman”, “mömin” (adları ilə) çağırın!””

əl-Həris əl-Əşari
Qüdsi hədislər, 170 (Kitab 12, 17)Səhih

عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «يَقُولُ اللَّهُ تَعَالَى يَا آدَمُ. فَيَقُولُ لَبَّيْكَ وَسَعْدَيْكَ وَالْخَيْرُ فِى يَدَيْكَ. فَيَقُولُ أَخْرِجْ بَعْثَ النَّارِ. قَالَ وَمَا بَعْثُ النَّارِ قَالَ مِنْ كُلِّ أَلْفٍ تِسْعَمِائَةٍ وَتِسْعَةً وَتِسْعِينَ، فَعِنْدَهُ يَشِيبُ الصَّغِيرُ، ﴿وَتَضَعُ كُلُّ ذَاتِ حَمْلٍ حَمْلَهَا، وَتَرَى النَّاسَ سُكَارَى، وَمَا هُمْ بِسُكَارَى، وَلَكِنَّ عَذَابَ اللَّهِ شَدِيدٌ﴾». قَالُوا يَا رَسُولَ اللَّهِ وَأَيُّنَا ذَلِكَ الْوَاحِدُ قَالَ «أَبْشِرُوا فَإِنَّ مِنْكُمْ رَجُلٌ، وَمِنْ يَأْجُوجَ وَمَأْجُوجَ أَلْفٌ». ثُمَّ قَالَ «وَالَّذِى نَفْسِى بِيَدِهِ، إِنِّى أَرْجُو أَنْ تَكُونُوا رُبُعَ أَهْلِ الْجَنَّةِ». فَكَبَّرْنَا. فَقَالَ «أَرْجُو أَنْ تَكُونُوا ثُلُثَ أَهْلِ الْجَنَّةِ». فَكَبَّرْنَا. فَقَالَ «أَرْجُو أَنْ تَكُونُوا نِصْفَ أَهْلِ الْجَنَّةِ». فَكَبَّرْنَا. فَقَالَ «مَا أَنْتُمْ فِى النَّاسِ إِلاَّ كَالشَّعَرَةِ السَّوْدَاءِ فِى جِلْدِ ثَوْرٍ أَبْيَضَ، أَوْ كَشَعَرَةٍ بَيْضَاءَ فِى جِلْدِ ثَوْرٍ أَسْوَدَ»

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Qiyamət günü Uca Allah: “Ey Adəm!”- deyə buyuracaq. Adəm deyəcək: “Buyur, hüzurundayam və əmrinə müntəzirəm. Xeyir yalnız Sənin Əlindədir!” Allah buyuracaq: “Cəhənnəmə vasil olacaq kimsələri ayır!” Adəm deyəcək: “Cəhənnəmə vasil olanların sayı nə qədərdir?” Allah buyuracaq: “Hər min nəfərdən doqquz yüz doxsan doqquzu Cəhənnəmə gedəcək”. “O zaman uşaqların saçları ağaracaq, hamilə qadın bətnindəkini salacaq, insanları sərxoş görəcəksən, halbuki onlar sərxoş olmayacaqlar. Ancaq Allahın əzabı çox şiddətlidir” (əl-Həcc, 2). Səhabələr dedilər: “Ey Allahın Elçisi, hansımız o bir nəfərlərdən olacaq?” Peyğəmbər ﷺ buyurdu: “Sevinin! Heç şübhəsiz ki, bir nəfər sizdən, doqquz yüz doxsan doqquz nəfər isə Yəcuc və Məcuc tayfalarından olacaq”. Sonra davam edib dedi: “Canım Əlində olan Allaha and olsun ki, mən sizin Cənnət əhlinin dörddə birini təşkil edəcəyinizə ümid edirəm”. Biz: “Allahu Əkbər”- dedik. Peyğəmbər ﷺ buyurdu: “Mən sizin Cənnət əhlinin üçdəbirini təşkil edəcəyinizə ümid edirəm”. Biz yenə: “Allahu Əkbər”- dedik. Peyğəmbər ﷺ buyurdu: “Mən sizin Cənnət əhlinin yarısını təşkil edəcəyinizə ümid edirəm”. Biz yenə: “Allahu Əkbər”- dedik. Peyğəmbər ﷺ buyurdu: “O gün siz say etibarilə insanlar arasında, ağ öküzün dərisindəki qara tük və ya qara öküzün dərisindəki ağ tük kimi olacaqsınız”.”

Əbu Səid əl-Xudri
Qüdsi hədislər, 176 (Kitab 13, 1)Səhih

عَبْدَ اللَّهِ بْنَ عَمْرٍو ...قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «يَخْرُجُ الدَّجَّالُ فِى أُمَّتِى فَيَمْكُثُ أَرْبَعِينَ - لاَ أَدْرِى أَرْبَعِينَ يَوْمًا أَوْ أَرْبَعِينَ شَهْرًا أَوْ أَرْبَعِينَ عَامًا - فَيَبْعَثُ اللَّهُ عِيسَى ابْنَ مَرْيَمَ كَأَنَّهُ عُرْوَةُ بْنُ مَسْعُودٍ فَيَطْلُبُهُ فَيُهْلِكُهُ ثُمَّ يَمْكُثُ النَّاسُ سَبْعَ سِنِينَ لَيْسَ بَيْنَ اثْنَيْنِ عَدَاوَةٌ ثُمَّ يُرْسِلُ اللَّهُ رِيحًا بَارِدَةً مِنْ قِبَلِ الشَّأْمِ فَلاَ يَبْقَى عَلَى وَجْهِ الأَرْضِ أَحَدٌ فِى قَلْبِهِ مِثْقَالُ ذَرَّةٍ مِنْ خَيْرٍ أَوْ إِيمَانٍ إِلاَّ قَبَضَتْهُ حَتَّى لَوْ أَنَّ أَحَدَكُمْ دَخَلَ فِى كَبَدِ جَبَلٍ لَدَخَلَتْهُ عَلَيْهِ حَتَّى تَقْبِضَهُ». قَالَ سَمِعْتُهَا مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «فَيَبْقَى شِرَارُ النَّاسِ فِى خِفَّةِ الطَّيْرِ وَأَحْلاَمِ السِّبَاعِ لاَ يَعْرِفُونَ مَعْرُوفًا وَلاَ يُنْكِرُونَ مُنْكَرًا فَيَتَمَثَّلُ لَهُمُ الشَّيْطَانُ فَيَقُولُ أَلاَ تَسْتَجِيبُونَ فَيَقُولُونَ فَمَا تَأْمُرُنَا فَيَأْمُرُهُمْ بِعِبَادَةِ الأَوْثَانِ وَهُمْ فِى ذَلِكَ دَارٌّ رِزْقُهُمْ حَسَنٌ عَيْشُهُمْ ثُمَّ يُنْفَخُ فِى الصُّورِ فَلاَ يَسْمَعُهُ أَحَدٌ إِلاَّ أَصْغَى لِيتًا وَرَفَعَ لِيتًا - قَالَ - وَأَوَّلُ مَنْ يَسْمَعُهُ رَجُلٌ يَلُوطُ حَوْضَ إِبِلِهِ - قَالَ - فَيَصْعَقُ وَيَصْعَقُ النَّاسُ ثُمَّ يُرْسِلُ اللَّهُ - أَوْ قَالَ يُنْزِلُ اللَّهُ - مَطَرًا كَأَنَّهُ الطَّلُّ أَوِ الظِّلُّ - نُعْمَانُ الشَّاكُّ - فَتَنْبُتُ مِنْهُ أَجْسَادُ النَّاسِ ثُمَّ يُنْفَخُ فِيهِ أُخْرَى فَإِذَا هُمْ قِيَامٌ يَنْظُرُونَ ثُمَّ يُقَالُ يَا أَيُّهَا النَّاسُ هَلُمَّ إِلَى رَبِّكُمْ. وَقِفُوهُمْ إِنَّهُمْ مَسْئُولُونَ - قَالَ - ثُمَّ يُقَالُ أَخْرِجُوا بَعْثَ النَّارِ فَيُقَالُ مِنْ كَمْ فَيُقَالُ مِنْ كُلِّ أَلْفٍ تِسْعَمِائَةٍ وَتِسْعَةً وَتِسْعِينَ - قَالَ - فَذَاكَ يَوْمَ يَجْعَلُ الْوِلْدَانَ شِيبًا وَذَلِكَ يَوْمَ يُكْشَفُ عَنْ سَاقٍ».

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Dəccal ümmətimin arasında peyda olacaq və mən bilmirəm ki, o (yer üzərində) qırx gün, qırx ay, yoxsa qırx il qalacaq. Sonra Allah İsa ibn Məryəmi – sanki o, Urva ibn Məsuddur - (yer üzərinə) göndərəcək, o da (Dəccalı) axtarıb onu öldürəcək. Bundan sonra insanlar aralarında heç bir düşmənçilik olmadan yeddi il yaşayacaqlar. Daha sonra Allah Şam tərəfdən sərin bir külək göndərəcək və yer üzərində qəlbində zərrə qədər xeyir və ya iman olan hər bir kəsin (ruhunu) alıb aparacaq. Hətta biriniz dağın içinə girsə belə, (külək) mütləq ora girib onun (ruhunu) alacaq. (Bundan sonra yer üzərində ancaq) quş yüngüllüyündə, vəhşi heyvanlar kimi ən şər insanlar qalacaq. Onlar nə bir yaxşılıq anlayacaq, nə də bir pisliyi inkar edəcəklər. Şeytan da (insan qiyafəsində) onlara görünəcək və deyəcək: “Mənə tabe olacaqsınızmı?” Onlar: “Bizə nə əmr edirsən?”- deyə soruşacaqlar. Şeytan onlara bütlərə ibadət etməyi əmr edəcək, onlar da buna tabe olacaqlar və bir müddət ruziləri bol olacaq, güzəranları xoş keçəcəkdir. Sonra Sur üfürüləcək, onu eşidən hər kəs boynunu dikəldib və əyərək onu dinləyəcək. Onu birinci eşidən dəvəsinin su içməsi üçün ovdanına gil ilə suvaq vuran bir kişi olacaqdır. Bu səs onu və bütün insanları öldürəcək. Sonra Allah çiskin bir yağış göndərəcək və onunla insanların bədənləri bitəcək. Sonra bir daha Sur üfürülən kimi onlar qalxıb baxacaqlar. Sonra deyiləcək: “Ey insanlar, Rəbbinizə doğru gedin! Onları dayandırın, çünki onlar sorğu-sual olunacaqlar!” Sonra belə deyiləcək: “Cəhənnəm əhlini çıxardın!” və “nə qədər?”- deyə soruşulacaq. “Hər min (nəfərdən) doqquz yüz doxsan doqquzu!”- deyə cavab veriləcək. Məhz, o gün uşaqların saçlarının ağaracağı və baldırın açılacağı gündür!””

Abdullah ibn Amr
Qüdsi hədislər, 179 (Kitab 13, 4)Səhih

عَنِ الْبَرَاءِ بْنِ عَازِبٍ قَالَ خَرَجْنَا مَعَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى جَنَازَةِ رَجُلٍ مِنَ الأَنْصَارِ فَانْتَهَيْنَا إِلَى الْقَبْرِ وَلَمَّا يُلْحَدْ فَجَلَسَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَجَلَسْنَا حَوْلَهُ كَأَنَّ عَلَى رُءُوسِنَا الطَّيْرَ وَفِى يَدِهِ عُودٌ يَنْكُتُ بِهِ فِى الأَرْضِ فَرَفَعَ رَأْسَهُ فَقَالَ «اسْتَعِيذُوا بِاللَّهِ مِنْ عَذَابِ الْقَبْرِ». مَرَّتَيْنِ أَوْ ثَلاَثاً ثُمَّ قَالَ «إِنَّ الْعَبْدَ الْمُؤْمِنَ إِذَا كَانَ فِى انْقِطَاعٍ مِنَ الدُّنْيَا وَإِقْبَالٍ مِنَ الآخِرَةِ نَزَلَ إِلَيْهِ مَلاَئِكَةٌ مِنَ السَّمَاءِ بِيضُ الْوُجُوهِ كَأَنَّ وُجُوهَهُمُ الشَّمْسُ مَعَهُمْ كَفَنٌ مِنْ أَكْفَانِ الْجَنَّةِ وَحَنُوطٌ مِنْ حَنُوطِ الْجَنَّةِ حَتَّى يَجْلِسُوا مِنْهُ مَدَّ الْبَصَرِ ثُمَّ يَجِىءُ مَلَكُ الْمَوْتِ عَلَيْهِ السَّلاَمُ حَتَّى يَجْلِسَ عِنْدَ رَأْسِهِ فَيَقُولُ أَيَّتُهَا النَّفْسُ الطَّيِّبَةُ اخْرُجِى إِلَى مَغْفِرَةٍ مِنَ اللَّهِ وَرِضْوَانٍ - قَالَ - فَتَخْرُجُ تَسِيلُ كَمَا تَسِيلُ الْقَطْرَةُ مِنْ فِى السِّقَاءِ فَيَأْخُذُهَا فَإِذَا أَخَذَهَا لَمْ يَدَعُوهَا فِى يَدِهِ طَرْفَةَ عَيْنٍ حَتَّى يَأْخُذُوهَا فَيَجْعَلُوهَا فِى ذَلِكَ الْكَفَنِ وَفِى ذَلِكَ الْحَنُوطِ وَيَخْرُجُ مِنْهَا كَأَطْيَبِ نَفْحَةِ مِسْكٍ وُجِدَتْ عَلَى وَجْهِ الأَرْضِ - قَالَ - فَيَصْعَدُونَ بِهَا فَلاَ يَمُرُّونَ - يَعْنِى بِهَا - عَلَى مَلأٍ مِنَ الْمَلاَئِكَةِ إِلاَّ قَالُوا مَا هَذَا الرُّوحُ الطَّيِّبُ فَيَقُولُونَ فُلاَنُ بْنُ فُلاَنٍ بِأَحْسَنِ أَسْمَائِهِ الَّتِى كَانُوا يُسَمُّونَهُ بِهَا فِى الدُّنْيَا حَتَّى يَنْتَهُوا بِهَا إِلَى السَّمَاءِ الدُّنْيَا فَيَسْتَفْتِحُونَ لَهُ فَيُفْتَحُ لَهُمْ فَيُشَيِّعُهُ مِنْ كُلِّ سَمَاءٍ مُقَرَّبُوهَا إِلَى السَّمَاءِ الَّتِى تَلِيهَا حَتَّى يُنْتَهَى بِهِ إِلَى السَّمَاءِ السَّابِعَةِ فَيَقُولُ اللَّهُ عَزَّ وَجَلَّ اكْتُبُوا كِتَابَ عَبْدِى فِى عِلِّيِّينَ وَأَعِيدُوهُ إِلَى الأَرْضِ فَإِنِّى مِنْهَا خَلَقْتُهُمْ وَفِيهَا أُعِيدُهُمْ وَمِنْهَا أُخْرِجُهُمْ تَارَةً أُخْرَى - قَالَ - فَتُعَادُ رُوحُهُ فِى جَسَدِهِ فَيَأْتِيهِ مَلَكَانِ فَيُجْلِسَانِهِ فَيَقُولاَنَ لَهُ مَنْ رَبُّكَ فَيَقُولُ رَبِّىَ اللَّهُ. فَيَقُولاَنِ لَهُ مَا دِينُكَ فَيَقُولُ دِينِىَ الإِسْلاَمُ. فَيَقُولاَنِ لَهُ مَا هَذَا الرَّجُلُ الَّذِى بُعِثَ فِيكُمْ فَيَقُولُ هُوَ رَسُولُ اللَّهِ . فَيَقُولاَنِ لَهُ وَمَا عِلْمُكَ فَيَقُولُ قَرَأْتُ كِتَابَ اللَّهِ فَآمَنْتُ بِهِ وَصَدَّقْتُ . فَيُنَادِى مُنَادٍ فِى السَّمَاءِ أَنْ صَدَقَ عَبْدِى فَأَفْرِشُوهُ مِنَ الْجَنَّةِ وَأَلْبِسُوهُ مِنَ الْجَنَّةِ وَافْتَحُوا لَهُ بَاباً إِلَى الْجَنَّةِ - قَالَ - فَيَأْتِيهِ مِنْ رَوْحِهَا وَطِيبِهَا وَيُفْسَحُ لَهُ فِى قَبْرِهِ مَدَّ بَصَرِهِ - قَالَ - وَيَأْتِيهِ رَجُلٌ حَسَنُ الْوَجْهِ حَسَنُ الثِّيَابِ طَيِّبُ الرِّيحِ فَيَقُولُ أَبْشِرْ بِالَّذِى يَسُرُّكَ هَذَا يَوْمُكَ الَّذِى كُنْتَ تُوعَدُ فَيَقُولُ لَهُ مَنْ أَنْتَ فَوَجْهُكَ الْوَجْهُ يَجِىءُ بِالْخَيْرِ فَيَقُولُ أَنَا عَمَلُكَ الصَّالِحُ. فَيَقُولُ رَبِّ أَقِمِ السَّاعَةَ حَتَّى أَرْجِعَ إِلَى أَهْلِى وَمَالِى. قَالَ وَإِنَّ الْعَبْدَ الْكَافِرَ إِذَا كَانَ فِى انْقِطَاعٍ مِنَ الدُّنْيَا وَإِقْبَالٍ مِنَ الآخِرَةِ نَزَلَ إِلَيْهِ مِنَ السَّمَاءِ مَلاَئِكَةٌ سُودُ الْوُجُوهِ مَعَهُمُ الْمُسُوحُ فَيَجْلِسُونَ مِنْهُ مَدَّ الْبَصَرِ ثُمَّ يَجِىءُ مَلَكُ الْمَوْتِ حَتَّى يَجْلِسَ عِنْدَ رَأْسِهِ فَيَقُولُ أَيَّتُهَا النَّفْسُ الْخَبِيثَةُ اخْرُجِى إِلَى سَخَطٍ مِنَ اللَّهِ وَغَضَبٍ - قَالَ - فَتُفَرَّقُ فِى جَسَدِهِ فَيَنْتَزِعُهَا كَمَا يُنْتَزَعُ السَّفُّودُ مِنَ الصُّوفِ الْمَبْلُولِ فَيَأْخُذُهَا فَإِذَا أَخَذَهَا لَمْ يَدَعُوهَا فِى يَدِهِ طَرْفَةَ عَيْنٍ حَتَّى يَجْعَلُوهَا فِى تِلْكَ الْمُسُوحِ وَيَخْرُجُ مِنْهَا كَأَنْتَنِ رِيحِ جِيفَةٍ وُجِدَتْ عَلَى وَجْهِ الأَرْضِ فَيَصْعَدُونَ بِهَا فَلاَ يَمُرُّونَ بِهَا عَلَى مَلأٍ مِنَ الْمَلاَئِكَةِ إِلاَّ قَالُوا مَا هَذَا الرُّوحُ الْخَبِيثُ فَيَقُولُونَ فُلاَنُ بْنُ فُلاَنٍ بِأَقْبَحِ أَسْمَائِهِ الَّتِى كَانَ يُسَمَّى بِهَا فِى الدُّنْيَا حَتَّى يُنْتَهَى بِهِ إِلَى السَّمَاءِ الدُّنْيَا فَيُسْتَفْتَحُ لَهُ فَلاَ يُفْتَحُ لَهُ». ثُمَّ قَرَأَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ﴿لاَ تُفَتَّحُ لَهُمْ أَبْوَابُ السَّمَاءِ وَلاَ يَدْخُلُونَ الْجَنَّةَ حَتَّى يَلِجَ الْجَمَلُ فِى سَمِّ الْخِيَاطِ﴾ «فَيَقُولُ اللَّهُ عَزَّ وَجَلَّ اكْتُبُوا كِتَابَهُ فِى سِجِّينٍ فِى الأَرْضِ السُّفْلَى فَتُطْرَحُ رُوحُهُ طَرْحاً». ثُمَّ قَرَأَ ﴿وَمَنْ يُشْرِكْ بِاللَّهِ فَكَأَنَّمَا خَرَّ مِنَ السَّمَاءِ فَتَخْطَفُهُ الطَّيْرُ أَوْ تَهْوِى بِهِ الرِّيحُ فِى مَكَانٍ سَحِيقٍ﴾ «فَتُعَادُ رُوحُهُ فِى جَسَدِهِ وَيَأْتِيهِ مَلَكَانِ فَيُجْلِسَانِهِ فَيَقُولاَنِ لَهُ مَنْ رَبُّكَ فَيَقُولُ هَاهْ هَاهْ لاَ أَدْرِى. فَيَقُولاَنِ لَهُ مَا دِينُكَ فَيَقُولُ هَاهْ هَاهْ لاَ أَدْرِى. فَيَقُولاَنِ لَهُ مَا هَذَا الرَّجُلُ الَّذِى بُعِثَ فِيكُمْ فَيَقُولُ هَاهْ هَاهْ لاَ أَدْرِى. فَيُنَادِى مُنَادٍ مِنَ السَّمَاءِ أَنْ كَذَبَ فَافْرِشُوا لَهُ مِنَ النَّارِ وَافْتَحُوا لَهُ بَاباً إِلَى النَّارِ فَيَأْتِيهِ مِنْ حَرِّهَا وَسَمُومِهَا وَيُضَيَّقُ عَلَيْهِ قَبْرُهُ حَتَّى تَخْتَلِفَ فِيهِ أَضْلاَعُهُ وَيَأْتِيهِ رَجُلٌ قَبِيحُ الْوَجْهِ قَبِيحُ الثِّيَابِ مُنْتِنُ الرِّيحِ فَيَقُولُ أَبْشِرْ بِالَّذِى يَسُوءُكَ هَذَا يَوْمُكَ الَّذِى كُنْتَ تُوعَدُ. فَيَقُولُ مَنْ أَنْتَ فَوَجْهُكَ الْوَجْهُ يَجِىءُ بِالشَّرِّ فَيَقُولُ أَنَا عَمَلُكَ الْخَبِيثُ فَيَقُولُ رَبِّ لاَ تُقِمِ السَّاعَةَ»

“Rəvayət edilir ki, əl-Bəra ibn Azib ﵁ demişdir: “Biz Peyğəmbər ﷺ ilə birgə ənsardan olan bir kişinin cənazəsini dəfn edirdik. Allah Elçisi ﷺ qəbrin yanında oturdu, biz də sakitcə onun ətrafında oturduq. O, əlindəki çubuğu yerə vururdu. Sonra başını qaldırıb buyurdu: “Qəbir əzabından Allaha sığının!” O bunu üç dəfə təkrar etdikdən sonra dedi: “Mömin bəndə dünyadan köçüb axirətə qovuşduqda, göydən onun yanına üzləri günəş kimi parlaq mələklər enir. Onlar özləri ilə Cənnətdən kəfən və ətir gətirir, (onun) gözünün gördüyü son məsafədə oturub gözləyirlər. Sonra ölüm mələyi gəlib onun başının üstündə oturub deyir: “Ey gözəl ruh! Allahın mərhəmətinə və xeyir-duasına qovuşmaq üçün (oradan) çıx!” Nəhayət, mömin bəndənin ruhu bədənindən, su damcısı qabın ağzından axıb töküldüyü kimi çıxır. Ölüm mələyi ruhu götürdükdən sonra onu bir göz qırpımında, (oturub gözləyən) mələklərə təhvil verir, onlar da onu kəfənə büküb ətirləyirlər. Bundan sonra ondan yer üzündə mövcud olan ən gözəl ətirin qoxusuna bənzər gözəl bir qoxu gəlir. Sonra mələklər onu götürüb göyə qaldırırlar. Göyə qalxarkən mələklərdən ibarət hansı toplumun yanından keçirlərsə, onlar: “Görəsən bu gözəl ruh kimin ruhudur?”- deyə soruşurlar. Onlar: “Bu, filankəsin oğlu filankəsdir”- deyə bu bəndəni, (camaatın) onu həyatda ikən çağırdığı ən gözəl adla çağırırlar. Nəhayət, onlar birinci göyə gəlib yetişdikdə, göy qapılarının açılmasını xahiş edirlər və onun qapıları taybatay açılır. Hər bir göyün mələkləri o ruhu növbəti göyə qədər beləcə yola salır. Nəhayət, yeddinci göyə gəlib çatdıqda, Allah ﷿ buyurur: “Mənim qulum barədə olan qeydləri İlliyyuna yazın, sonra da onu yerə qaytarın. Çünki Mən söz vermişəm ki, onları torpaqdan yaradıb, öləndən sonra ora qaytaracaq və (Qiyamət günü) bir daha oradan (dirildib) çıxardacağam”. Mələklər onu bədəninə qaytardıqdan sonra iki mələk gəlib onu otuzdurur və: “Rəbbin kimdir?”- deyə soruşurlar. O: “Rəbbim Allahdır!”- deyə cavab verir. Onlar: “Dinin nədir?”- deyə soruşurlar. O: “Dinim İslamdır!”- deyə cavab verir. Onlar: “Sizə göndərilmiş o kişi kim idi?”- deyə soruşurlar. O: “Bu, Allahın Elçisi ﷺ idi!”- deyə cavab verir. Onlar: “Həyatda ikən sən nə öyrəndin?”- deyə soruşurlar. O: “Mən Allahın Kitabını oxuyub ona iman gətirdim və ona sadiq oldum”- deyə cavab verir. Bu vaxt göydən belə bir səda gəlir: “Mənim qulum doğru danışır. Cənnət nemətlərini onun önünə sərin və onun üçün Cənnətdən bir qapı açın!” Beləliklə, Cənnətin gözəl iyi və havası ona gəlir, qəbri də gözlərinin gördüyü son məsafəyə qədər genişlənir. Sonra gözəl görkəmli, əynində yaraşıqlı paltarı olan və üst-başından ətir iyi gələn bir kişi onun yanına gəlib deyir: “Səni sevindirəcək bir xəbərə sevin! Bu, sənə vəd olunan gündür!” Mömin: “Sən kimsən? Sənin üzündən xeyirxahlıq yağır!”- deyə soruşur. O da: “Mən sənin yaxşı əməlinəm!”- deyə cavab verir. Onda mömin dua edib deyir: “Allahım! Qoy Qiyamət günü tez gəlsin ki, mən öz ailəmə qayıdıb var-dövlətimə sahib olum”. Kafir bəndə dünyadan köçüb axirətə qovuşduqda, göydən onun yanına zəhmli və qara simalı mələklər enir. Onlar özləri ilə Cəhənnəmdən giş (cod parça) gətirir və gözünün gördüyü son məsafədə oturub gözləyirlər. Sonra ölüm mələyi gəlib onun başının üstündə oturub deyir: “Ey yaramaz nəfs! Allahın qəzəbi və qeyzinə düçar olmaq üçün (oradan) çıx!” Nəhayət, onun ruhu bədənindən tikanlı məftil yaş yunun arasından keçdiyi kimi çıxır. Ölüm mələyi ruhu götürdükdən sonra onu bir göz qırpımında (oturub gözləyən) mələklərə təhvil verir, onlar da onu gişə bükürlər. Bundan sonra ondan yer üzündə mövcud olan ən pis iyə bənzər bir iy gəlir. Sonra mələklər onu götürüb göyə qaldırırlar. Göyə qalxarkən mələklərdən ibarət hansı toplumun yanından keçirlərsə, onlar: “Görəsən bu iyrənc ruh kimin ruhudur?”- deyə soruşurlar. Onlar: “Bu, filankəsin oğlu filankəsdir”- deyə bu bəndəni, (camaatın) onu həyatda ikən çağırdığı ən pis adla çağırırlar. Nəhayət, onlar birinci göyə gəlib yetişdikdə göy qapılarının açılmasını xahiş edirlər, lakin onun qapıları açılmır. Sonra Peyğəmbər ﷺ bu ayəni oxudu: “…Onlara göyün qapıları açılmayacaq və dəvə iynənin gözündən keçməyincə onlar Cənnətə girməyəcəklər” (əl-Əraf, 40). Sonra o, rəvayətinə davam edib dedi: “(Allah buyurur): “Mənim qulum barədə olan qeydləri yerin alt təbəqəsində yerləşən Siccinə yazın. Çünki Mən söz vermişəm ki, onları torpaqdan yaradıb, öləndən sonra ora qaytaracaq və (Qiyamət günü) bir daha oradan (dirildib) çıxardacağam”. Mələklər onun ruhunu göydən aşağı atırlar. Sonra Peyğəmbər ﷺ bu ayəni oxudu: “Kim Allaha şərik qoşsa, sanki o, göydən yerə düşər, quşlar onu alıb aparar, yaxud külək onu sovurub uzaq bir yerə atar” (əl-Həcc, 31). Sonra o (rəvayətinə davam edib) dedi: “Onun ruhu bədəninə qayıtdıqdan sonra iki mələk gəlib onu otuzdurur və: “Rəbbin kimdir?”- deyə soruşurlar. O mızıldanıb deyir: “M-mm… Bilmirəm!” Mələklər: “Dinin nədir?”- deyə soruşurlar. O deyir: “M-mm… Bilmirəm!” Onlar: “Sizə göndərilmiş o kişi kim idi?”- deyə soruşurlar. O, yenə mızıldanıb deyir: “M-mm… Bilmirəm!” Bu vaxt göydən belə bir səda gəlir: “O, yalan danışır. Onun yolunu alovlandırın və onun üçün Cəhənnəmdən bir qapı açın”. Beləliklə, Cəhənnəm atəşi və alovlu külək ona dəyir, qəbri də o qədər sıxılır ki, qabırğaları bir-birinə keçir. Sonra eybəcər sifətli, əynində nimdaş paltarı olan və üst-başından pis qoxu gələn bir kişi onun yanına gəlib deyir: “Mən səni kədərli bir xəbərlə müjdələyirəm. Bu, sənə vəd olunan gündür!” Kafir: “Sən kimsən? Sənin üzündən şər yağır!”- deyə soruşur. O da: “Mən sənin yaramaz əməllərinəm!”- deyə cavab verir. Onda kafir yalvarıb deyir: “Allahım! Qoyma Qiyamət qopsun”.”

əl-Bəra ibn Azib
Qüdsi hədislər, 181 (Kitab 13, 6)Səhih

عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: يُؤْتَى بِأَرْبَعَةٍ يَوْمَ الْقِيَامَةِ: بِالْمَوْلُودِ، وَالْمَعْتُوهِ، وَمَنْ مَاتَ فِي الْفَتْرَةِ، وَالشَّيْخِ الْفَانِي، كُلُّهُمْ يَتَكَلَّمُ بِحُجَّتِهِ، فَيَقُولُ الرَّبَّ عَزَّ وَجَلَّ لِعُنُقٍ مِنَ النَّارِ: ابْرُزْ، فَيَقُولُ لَهُمْ: إِنِّي كُنْتُ بَعَثْتُ إِلَى عِبَادِي رُسُلاً مِنْ أَنْفُسِهِمْ، وَإِنِّي رَسُولُ نَفْسِي إِلَيْكُمُ ادْخُلُوا هَذِهِ، قَالَ: فَيَقُولُ مَنْ كُتِبَ عَلَيْهِ الشَّقَاءُ: يَا رَبِّ، أَنَّى نَدْخُلَهَا وَمِنْهَا كُنَّا نَفِرُّ، قَالَ: قَالَ: وَمَنْ كُتِبَ عَلَيْهِ السَّعَادَةُ يَمْضِي يَتقْحِمُ فِيهَا مُسْرِعًا قَالَ: فَيَقُولُ اللَّهُ تَبَارَكَ وَتَعَالَى: أَنْتُمْ لِرُسُلِي أَشَدَّ تَكْذِيبًا وَمَعْصِيَةً، فَيُدْخِلُ هَؤُلاَءِ الْجَنَّةَ، وَهَؤُلاَءِ النَّارَ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Qiyamət günü dörd (qisim insan Allahın hüzuruna) gətiriləcək; uşaq, ağlını itirmiş, Fətra əhli və əldən düşmüş qoca. Onların hamısı özlərinə haqq qazandıracaqlar. Bu zaman Uca Allah oddan olan bir boyuna deyəcək: “Çıx!” Onlara isə buyuracaq: “Həqiqətən, Mən qullarıma öz aralarından bir elçi göndərmişdim və həqiqətən, Mən Özüm Özümün elçisiyəm, bura (oda) daxil olun!” Sonra kimə bədbəxtlik yazılmışsa, belə deyəcək: “Ya Rəbbim! Biz ondan qaçdığımız halda ora necə girək?!” Kimə xoşbəxtlik yazılmışsa, gedib qorxmadan tələsik ora atılacaq. Uca Allah buyuracaq: “Siz Mənim elçilərimi daha çox yalanlayan və onlara asi olanlarsınız”. Beləliklə, bunları Cəhənnəmə, o birilərini isə Cənnətə daxil edəcək”.”

Ənəs ibn Malik
Qüdsi hədislər, 183 (Kitab 13, 8)Səhih

عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ، قَالَ: بَلَغَنِي حَدِيثٌ عَنْ رَجُلٍ مِنْ أَصْحَابِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، سَمِعَهُ مِنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي الْقِصَاصِ لَمْ أَسْمَعْهُ، فَابْتَعْتُ بَعِيرًا، فَشَدَدْتُ عَلَيْهِ رَحْلِي، ثُمَّ سِرْتُ إِلَيْهِ شَهْرًا حَتَّى قَدِمْتُ مِصْرَ، فَأَتَيْتُ عَبْدَ اللهِ بْنَ أُنَيْسٍ، فَقُلْتُ لِلْبَوَّابِ قُلْ لَهُ: جَابِرٌ عَلَى الْبَابِ فَقَالَ: ابْنُ عَبْدِ اللهِ؟ قُلْتُ: نَعَمْ، فَأَتَاهُ فَأَخْبَرَهُ، فَقَامَ يَطَأُ ثَوْبَهُ حَتَّى خَرَجَ إِلَيَّ، فَاعْتَنَقَنِي وَاعْتَنَقْتُهُ، فَقُلْتُ لَهُ: حَدِيثٌ بَلَغَنِي عَنْكَ سَمِعْتُهُ مِنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَلَمْ أَسْمَعْهُ فِي الْقِصَاصِ، فَخَشِيتُ أَنْ أَمُوتَ أَوْ تَمُوتَ قَبْلَ أَنْ أَسْمَعَهُ، فَقَالَ عَبْدُ اللهِ: سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: يَحْشُرُ اللَّهُ تَعَالَى الْعِبَادَ، أَوْ قَالَ النَّاسَ، عُرَاةً بُهْمًا قَالَ: قُلْنَا مَا بُهْمًا؟، قَالَ: لَيْسَ مَعَهُمْ شَيْءٌ، ثُمَّ يُنَادِيهِمْ، فَذَكَرَ كَلِمَةً أَرَادَ بِهَا نِدَاءً يَسْمَعُهُ مَنْ بَعُدَ كَمَا يَسْمَعُهُ مَنْ قَرُبَ: أَنَا الْمَلِكُ، أَخْبَرَنَا )أَنَا( الدَّيَّانُ لا يَنْبَغِي لأَحَدٍ مِنْ أَهْلِ الْجَنَّةِ أَنْ يَدْخُلَ الْجَنَّةَ، وَلا يَنْبَغِي لأَحَدٍ مِنْ أَهْلِ النَّارِ أَنْ يَدْخُلَ النَّارَ وَعِنْدَهُ مَظْلَمَةٌ حَتَّى أَقُصَّهُ مِنْهُ حَتَّى اللَّطْمَةُ وَقَالَ: قُلْنَا: كَيْفَ وَإِنَّمَا نَأْتِي اللَّهَ تَعَالَى غُرْلا بُهْمًا ؟ قَالَ: بِالْحَسَنَاتِ وَالسَّيِّئَاتِ، قَالَ: وَتَلا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ﴿الْيَوْمَ تُجْزَى كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ لَا ظُلْمَ الْيَوْمَ﴾

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Mən Allah Elçisinin ﷺ səhabələrindən birinin ondan qisas barədə mənim eşitmədiyim bir hədisi eşitdiyini biləndə, bir dəvə aldım və yola götürəcəyim azuqəmi ona yüklədim. Sonra (ona minib) bir ay yol getdim. Nəhayət, gəlib Misirə çatdım. Mən Abdullah ibn Uneysin evinə gəlib qapıda duran gözətçiyə dedim: “Abdullaha de ki, Cabir qapıda gözləyir!” Gözətçi: “Abdullahın oğlu (Cabir)?”- deyə soruşdu. Mən: “Bəli!”- dedim. O, gedib Abdullaha xəbər verdi. Abdullah libasını geyinib bayıra çıxdı və biz qucaqlaşıb görüşdük. Mən ona dedim: “Sənin Peyğəmbərdən ﷺ qisas barədə mənim eşitmədiyim bir hədisi eşitdiyini mənə xəbər verdilər və mən qorxdum ki, bu hədisi eşitməzdən əvvəl ikimizdən birimiz ölək”. Abdullah dedi: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitdim: “Allah insanları lüt-üryan, sünnət olunmamış halda və buhm vəziyyətində məhşərə toplayacaq”. Biz: “Buhm nədir?”- deyə soruşduq. O buyurdu: “Onların heç nəyi olmayacaq. Sonra onları, yaxında və uzaqda olan hər kəsin eşidə biləcəyi uca bir səslə çağırıb deyəcək: “Mənəm Hökmdar! Mənəm haqq-hesab çəkən! Cənnət əhlindən haqsızlıq etmiş heç bir kimsə (əməllərinə görə) hesablaşmayınca Cənnətə girə bilməz. Həmçinin Cəhənnəm əhlindən haqsızlıq etmiş heç bir kimsə (əməllərinə görə) hesablaşmayınca Cəhənnəmə girə bilməz. (Onlar) bir şillənin (belə qisasını alacaqlar)”. Biz dedik: “Bu necə ola bilər? Axı biz Allahın hüzuruna sünnət olunmamış halda, heç nəsiz gələcəyik”. Allah Elçisi ﷺ: “Savablar və günahlarla”- deyib, bu ayəni oxudu: “Bu gün hər kəsə qazandığının əvəzi veriləcəkdir. Bu gün haqsızlıq olmaz” (Ğafir, 17)”.”

Cabir ibn Abdullah
Qüdsi hədislər, 189 (Kitab 13, 14)Həsən

عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «يُؤْتَى بِأَنْعَمِ أَهْلِ الدُّنْيَا مِنْ أَهْلِ النَّارِ يَوْمَ الْقِيَامَةِ فَيُصْبَغُ فِى النَّارِ صَبْغَةً ثُمَّ يُقَالُ يَا ابْنَ آدَمَ هَلْ رَأَيْتَ خَيْرًا قَطُّ هَلْ مَرَّ بِكَ نَعِيمٌ قَطُّ فَيَقُولُ لاَ وَاللَّهِ يَا رَبِّ. وَيُؤْتَى بِأَشَدِّ النَّاسِ بُؤْسًا فِى الدُّنْيَا مِنْ أَهْلِ الْجَنَّةِ فَيُصْبَغُ صَبْغَةً فِى الْجَنَّةِ فَيُقَالُ لَهُ يَا ابْنَ آدَمَ هَلْ رَأَيْتَ بُؤْسًا قَطُّ هَلْ مَرَّ بِكَ شِدَّةٌ قَطُّ فَيَقُولُ لاَ وَاللَّهِ يَا رَبِّ مَا مَرَّ بِى بُؤُسٌ قَطُّ وَلاَ رَأَيْتُ شِدَّةً قَطُّ»

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Qiyamət günü Cəhənnəm əhlindən olan, dünyada ən çox nemət verilən (bir adam) gətiriləcək və bir dəfə oda salınacaq. Sonra ona deyiləcək: “Ey Adəm övladı! Bir xeyir gördünmü? Sənə bir nemət gəldimi?” O da: “Xeyr! Vallahi, ya Rəbb!”- deyəcək. Sonra Cənnət əhlindən olan, dünyada insanlar arasında ən çox müsibət görən (bir adam) gətiriləcək və bir dəfə Cənnətə salınacaq. Ona deyiləcək: “Ey Adəm övladı! Bir müsibət gördünmü? Sənə bir sıxıntı üz verdimi?” O da: “Xeyr! Vallahi, ya Rəbb! Mənə bir müsibət gəlmədi və bir sıxıntı da görmədim”- deyəcək”.”

Ənəs ibn Malik
Qüdsi hədislər, 192 (Kitab 13, 17)Səhih

عَنْ عُمَرَ بْنِ الْخَطَّابِ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: إِنِّي مُمْسِكٌ بِحُجَزِكُمْ عَنِ النَّارِ هَلُمَّ عَنِ النَّارِ، وَتَغْلِبُونَنِي تَقَاحَمُونَ فيه تَقَاحُمَ الْفَرَاشِ أو الْجَنَادِبِ، فَأُوشِكُ أَنْ أُرْسِلَ بِحُجَزِكُمْ وَأَنَا فَرَطكُمْ عَلَى الْحَوْضِ فَتَرِدُونَ عَلَيَّ مَعًا وَأَشْتَاتًا فَأَعْرِفَكُمْ بِسِيمَاكُمْ وَأَسْمَائِكُمْ كَمَا يَعْرِفُ الرَّجُلُ الْغَرِيبَةَ مِنَ الإِبِلِ فِي إِبِلِهِ، وَيُذْهَبُ بِكُمْ ذَاتَ الشِّمَالِ وَأُنَاشِدُ فِيكُمْ رَبَّ العاليمن فَأَقُولُ: أي رَبِّ أُمَّتِي، فَيَقُولُ: يَا مُحَمَّدُ! إِنَّكَ لاَ تَدْرِي مَا أَحْدَثُوا بَعْدَكَ إنهم كَانُوا يَمْشُونَ بَعْدَكَ الْقَهْقَرَى عَلَى أَعْقَابِهِمْ، فَلاَ أَعْرِفَنَّ أَحَدَكُمْ يَوْمَ الْقِيَامَةِ يَحْمِلُ شَاةً لَهَا ثُغَاءٌ فيُنَادِي: يَا مُحَمَّدُ يَا مُحَمَّدُ! فَأَقُولُ: لاَ أَمْلِكُ لَكَ شَيْئًا، قَدْ بَلَّغْتُكَ، فَلاَ أَعْرِفَنَّ أَحَدَكُمْ يَأْتِي يَوْمَ الْقِيَامَةِ يَحْمِلُ بَعِيرًا لَهُ رُغَاءٌ فيُنَادِي: يَا مُحَمَّدُ يَا مُحَمَّدُ! فَأَقُولُ: لاَ أَمْلِكُ لَكَ شَيْئًا، قَدْ بَلَّغْتُكَ، فَلاَ أَعْرِفَنَّ أَحَدَكُمْ يَأْتِي يَوْمَ الْقِيَامَةِ يَحْمِلُ فَرَسًا لَهُ حَمْحَمَةٌ ينادي: يَا مُحَمَّدُ يَا مُحَمَّدُ، فَأَقُولُ: لاَ أَمْلِكُ لَكَ شيئا قَدْ بَلَّغْتُكَ. فَلاَ أَعْرِفَنَّ أَحَدَكُمْ يَوْمَ الْقِيَامَةِ يَحْمِلُ سِقَاءً مِنْ أَدَمٍ يُنَادِي: يَا مُحَمَّدُ يَا مُحَمَّدُ! فَأَقُولُ: لاَ أَمْلِكُ لَكَ شَيْئًا، قَدْ بَلَّغْتُكَ".

“Rəvayət edilir ki, Ömər ibn əl-Xattab ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “(Qiyamət günü) mən sizin qurşağınızdan tutub Cəhənnəm odundan saxlayaraq belə deyəcəyəm: “Oddan bəri gəlin!” Siz də mənə məhəl qoymayıb kəpənəklər və ya şala cırcıramaları kimi odun içinə elə cumacaqsınız ki, mən də az qala qurşaqlarınızı buraxmış olacağam. Mən sizi hovuzun üzərində buraxacağam. Siz birlikdə və ayrı-ayrı mənim yanıma gətiriləcəksiniz. Bir insan dəvələrinin arasında yad dəvəni tanıdığı kimi mən də sizi simalarınızdan və adlarınızdan tanıyacağam. Siz sol tərəfə aparılacaqsınız. Mən sizdən ötrü aləmlərin Rəbbinə: “Ya Rəbbim, ümmətim!”- deyə yalvaracağam. O buyuracaq: “Ey Muhəmməd! Həqiqətən, sən bilmirsən ki, onlar səndən sonra nə yeniliklər etdilər. Onlar səndən sonra geriyə dönərək dal-dala getdilər”. Qiyamət günü mən sizdən (qoyunlarının zəkatını verməyərək boynunda) mələyən bir qoyunla gələn kimsəni tanımayacağam. O car çəkərək deyəcək: “(Kömək et,) ey Muhəmməd, ey Muhəmməd!” Mən deyəcəyəm: “Sənə heç bir şeylə kömək edə bilmərəm. Mən (Allahın hökmünü sənə) təbliğ etmişdim”. Habelə Qiyamət günü mən sizdən (dəvələrinin zəkatını verməyərək boynunda) nərildəyən bir dəvəsi ilə gələn kimsəni də tanımayacağam. O car çəkərək deyəcək: “(Kömək et,) ey Muhəmməd, ey Muhəmməd!” Mən də belə deyəcəyəm: “Sənə heç bir şeylə kömək edə bilmərəm. Mən (Allahın hökmünü sənə) təbliğ etmişdim”. Habelə Qiyamət günü mən sizdən (atlarının zəkatını verməyərək boynunda) kişnəyən bir atı ilə gələn kimsəni də tanımayacağam. O car çəkərək deyəcək: “(Kömək et,) ey Muhəmməd, ey Muhəmməd!” Mən də belə deyəcəyəm: “Sənə heç bir şeylə kömək edə bilmərəm. Mən (Allahın hökmünü sənə) təbliğ etmişdim”. Habelə Qiyamət günü mən sizdən dəridən tuluq gəzdirən kimsəni də tanımayacağam. O car çəkərək deyəcək: “Ey Muhəmməd, ey Muhəmməd!” Mən də belə deyəcəyəm: “Sənə heç bir şeylə kömək edə bilmərəm. Mən (Allahın hökmünü sənə) təbliğ etmişdim”.”

Ömər ibn əl-Xattab
Qüdsi hədislər, 201 (Kitab 13, 26)Səhih

عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ أَنَّ أُنَاسًا فِى زَمَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالُوا يَا رَسُولَ اللَّهِ، هَلْ نَرَى رَبَّنَا يَوْمَ الْقِيَامَةِ قَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «نَعَمْ، هَلْ تُضَارُّونَ فِى رُؤْيَةِ الشَّمْسِ بِالظَّهِيرَةِ، ضَوْءٌ لَيْسَ فِيهَا سَحَابٌ». قَالُوا لاَ. قَالَ «وَهَلْ تُضَارُّونَ فِى رُؤْيَةِ الْقَمَرِ لَيْلَةَ الْبَدْرِ، ضَوْءٌ لَيْسَ فِيهَا سَحَابٌ». قَالُوا لاَ. قَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «مَا تُضَارُّونَ فِى رُؤْيَةِ اللَّهِ ﷿ يَوْمَ الْقِيَامَةِ، إِلاَّ كَمَا تُضَارُّونَ فِى رُؤْيَةِ أَحَدِهِمَا، إِذَا كَانَ يَوْمُ الْقِيَامَةِ أَذَّنَ مُؤَذِّنٌ تَتْبَعُ كُلُّ أُمَّةٍ مَا كَانَتْ تَعْبُدُ. فَلاَ يَبْقَى مَنْ كَانَ يَعْبُدُ غَيْرَ اللَّهِ مِنَ الأَصْنَامِ وَالأَنْصَابِ إِلاَّ يَتَسَاقَطُونَ فِى النَّارِ، حَتَّى إِذَا لَمْ يَبْقَ إِلاَّ مَنْ كَانَ يَعْبُدُ اللَّهَ، بَرٌّ أَوْ فَاجِرٌ وَغُبَّرَاتُ أَهْلِ الْكِتَابِ، فَيُدْعَى الْيَهُودُ فَيُقَالُ لَهُمْ مَنْ كُنْتُمْ تَعْبُدُونَ قَالُوا كُنَّا نَعْبُدُ عُزَيْرَ ابْنَ اللَّهِ. فَيُقَالُ لَهُمْ كَذَبْتُمْ، مَا اتَّخَذَ اللَّهُ مِنْ صَاحِبَةٍ وَلاَ وَلَدٍ، فَمَاذَا تَبْغُونَ فَقَالُوا عَطِشْنَا رَبَّنَا فَاسْقِنَا. فَيُشَارُ أَلاَ تَرِدُونَ، فَيُحْشَرُونَ إِلَى النَّارِ كَأَنَّهَا سَرَابٌ، يَحْطِمُ بَعْضُهَا بَعْضًا فَيَتَسَاقَطُونَ فِى النَّارِ، ثُمَّ يُدْعَى النَّصَارَى، فَيُقَالُ لَهُمْ مَنْ كُنْتُمْ تَعْبُدُونَ قَالُوا كُنَّا نَعْبُدُ الْمَسِيحَ ابْنَ اللَّهِ. فَيُقَالُ لَهُمْ كَذَبْتُمْ، مَا اتَّخَذَ اللَّهُ مِنْ صَاحِبَةٍ وَلاَ وَلَدٍ. فَيُقَالُ لَهُمْ مَاذَا تَبْغُونَ فَكَذَلِكَ مِثْلَ الأَوَّلِ، حَتَّى إِذَا لَمْ يَبْقَ إِلاَّ مَنْ كَانَ يَعْبُدُ اللَّهَ مِنْ بَرٍّ أَوْ فَاجِرٍ، أَتَاهُمْ رَبُّ الْعَالَمِينَ فِى أَدْنَى صُورَةٍ مِنَ الَّتِى رَأَوْهُ فِيهَا، فَيُقَالُ مَاذَا تَنْتَظِرُونَ تَتْبَعُ كُلُّ أُمَّةٍ مَا كَانَتْ تَعْبُدُ. قَالُوا فَارَقْنَا النَّاسَ فِى الدُّنْيَا عَلَى أَفْقَرِ مَا كُنَّا إِلَيْهِمْ، وَلَمْ نُصَاحِبْهُمْ ، وَنَحْنُ نَنْتَظِرُ رَبَّنَا الَّذِى كُنَّا نَعْبُدُ. فَيَقُولُ أَنَا رَبُّكُمْ، فَيَقُولُونَ لاَ نُشْرِكُ بِاللَّهِ شَيْئًا. مَرَّتَيْنِ أَوْ ثَلاَثًا» «...فَيَقُولُونَ فَارَقْنَاهُمْ وَنَحْنُ أَحْوَجُ مِنَّا إِلَيْهِ الْيَوْمَ وَإِنَّا سَمِعْنَا مُنَادِيًا يُنَادِى لِيَلْحَقْ كُلُّ قَوْمٍ بِمَا كَانُوا يَعْبُدُونَ . وَإِنَّمَا نَنْتَظِرُ رَبَّنَا - قَالَ - فَيَأْتِيهِمُ الْجَبَّارُ. فَيَقُولُ أَنَا رَبُّكُمْ . فَيَقُولُونَ أَنْتَ رَبُّنَا. فَلاَ يُكَلِّمُهُ إِلاَّ الأَنْبِيَاءُ فَيَقُولُ هَلْ بَيْنَكُمْ وَبَيْنَهُ آيَةٌ تَعْرِفُونَهُ فَيَقُولُونَ السَّاقُ. فَيَكْشِفُ عَنْ سَاقِهِ فَيَسْجُدُ لَهُ كُلُّ مُؤْمِنٍ، وَيَبْقَى مَنْ كَانَ يَسْجُدُ لِلَّهِ رِيَاءً وَسُمْعَةً ، فَيَذْهَبُ كَيْمَا يَسْجُدَ فَيَعُودُ ظَهْرُهُ طَبَقًا وَاحِدًا، ثُمَّ يُؤْتَى بِالْجَسْرِ فَيُجْعَلُ بَيْنَ ظَهْرَىْ جَهَنَّمَ». قُلْنَا يَا رَسُولَ اللَّهِ وَمَا الْجَسْرُ قَالَ «مَدْحَضَةٌ مَزِلَّةٌ، عَلَيْهِ خَطَاطِيفُ وَكَلاَلِيبُ وَحَسَكَةٌ مُفَلْطَحَةٌ، لَهَا شَوْكَةٌ عُقَيْفَاءُ تَكُونُ بِنَجْدٍ يُقَالُ لَهَا السَّعْدَانُ، الْمُؤْمِنُ عَلَيْهَا كَالطَّرْفِ وَكَالْبَرْقِ وَكَالرِّيحِ وَكَأَجَاوِيدِ الْخَيْلِ وَالرِّكَابِ، فَنَاجٍ مُسَلَّمٌ وَنَاجٍ مَخْدُوشٌ وَمَكْدُوسٌ فِى نَارِ جَهَنَّمَ، حَتَّى يَمُرَّ آخِرُهُمْ يُسْحَبُ سَحْبًا، فَمَا أَنْتُمْ بِأَشَدَّ لِى مُنَاشَدَةً فِى الْحَقِّ ، قَدْ تَبَيَّنَ لَكُمْ مِنَ الْمُؤْمِنِ يَوْمَئِذٍ لِلْجَبَّارِ، وَإِذَا رَأَوْا أَنَّهُمْ قَدْ نَجَوْا فِى إِخْوَانِهِمْ يَقُولُونَ رَبَّنَا إِخْوَانُنَا كَانُوا يُصَلُّونَ مَعَنَا وَيَصُومُونَ مَعَنَا وَيَعْمَلُونَ مَعَنَا. فَيَقُولُ اللَّهُ تَعَالَى اذْهَبُوا فَمَنْ وَجَدْتُمْ فِى قَلْبِهِ مِثْقَالَ دِينَارٍ مِنْ إِيمَانٍ فَأَخْرِجُوهُ. وَيُحَرِّمُ اللَّهُ صُوَرَهُمْ عَلَى النَّارِ، فَيَأْتُونَهُمْ وَبَعْضُهُمْ قَدْ غَابَ فِى النَّارِ إِلَى قَدَمِهِ وَإِلَى أَنْصَافِ سَاقَيْهِ، فَيُخْرِجُونَ مَنْ عَرَفُوا، ثُمَّ يَعُودُونَ فَيَقُولُ اذْهَبُوا فَمَنْ وَجَدْتُمْ فِى قَلْبِهِ مِثْقَالَ نِصْفِ دِينَارٍ فَأَخْرِجُوهُ. فَيُخْرِجُونَ مَنْ عَرَفُوا، ثُمَّ يَعُودُونَ فَيَقُولُ اذْهَبُوا فَمَنْ وَجَدْتُمْ فِى قَلْبِهِ مِثْقَالَ ذَرَّةٍ مِنْ إِيمَانٍ فَأَخْرِجُوهُ. فَيُخْرِجُونَ مَنْ عَرَفُوا». قَالَ أَبُو سَعِيدٍ فَإِنْ لَمْ تُصَدِّقُونِى فَاقْرَءُوا ﴿إِنَّ اللَّهَ لاَ يَظْلِمُ مِثْقَالَ ذَرَّةٍ وَإِنْ تَكُ حَسَنَةً يُضَاعِفْهَا﴾ «فَيَشْفَعُ النَّبِيُّونَ وَالْمَلاَئِكَةُ وَالْمُؤْمِنُونَ فَيَقُولُ الْجَبَّارُ بَقِيَتْ شَفَاعَتِى. فَيَقْبِضُ قَبْضَةً مِنَ النَّارِ فَيُخْرِجُ أَقْوَامًا قَدِ امْتُحِشُوا، فَيُلْقَوْنَ فِى نَهَرٍ بِأَفْوَاهِ الْجَنَّةِ يُقَالُ لَهُ مَاءُ الْحَيَاةِ، فَيَنْبُتُونَ فِى حَافَتَيْهِ كَمَا تَنْبُتُ الْحِبَّةُ فِى حَمِيلِ السَّيْلِ، قَدْ رَأَيْتُمُوهَا إِلَى جَانِبِ الصَّخْرَةِ إِلَى جَانِبِ الشَّجَرَةِ، فَمَا كَانَ إِلَى الشَّمْسِ مِنْهَا كَانَ أَخْضَرَ، وَمَا كَانَ مِنْهَا إِلَى الظِّلِّ كَانَ أَبْيَضَ، فَيَخْرُجُونَ كَأَنَّهُمُ اللُّؤْلُؤُ ، فَيُجْعَلُ فِى رِقَابِهِمُ الْخَوَاتِيمُ فَيَدْخُلُونَ الْجَنَّةَ فَيَقُولُ أَهْلُ الْجَنَّةِ هَؤُلاَءِ عُتَقَاءُ الرَّحْمَنِ أَدْخَلَهُمُ الْجَنَّةَ بِغَيْرِ عَمَلٍ عَمِلُوهُ وَلاَ خَيْرٍ قَدَّمُوهُ. فَيُقَالُ لَهُمْ لَكُمْ مَا رَأَيْتُمْ وَمِثْلُهُ مَعَهُ»

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Peyğəmbərin ﷺ dövründə bir dəstə adam Peyğəmbərə ﷺ dedilər: “Ey Allahın Elçisi, Qiyamət günü Rəbbimizi görə biləcəyikmi?” Peyğəmbər ﷺ dedi: “Bəli, məgər sizə günortaüstü gün işığının qabağını bulud örtmədiyi bir vaxtda günəşi görməyinizə nəsə mane olurmu?” Onlar: “Xeyr!”- dedilər. Peyğəmbər ﷺ soruşdu: “Məgər sizə on dördüncü gecədə ay işığının qabağını bulud örtmədiyi bir vaxtda ayı görməyinizə nəsə mane olurmu?” Onlar: “Xeyr!”- dedilər. Peyğəmbər ﷺ buyurdu: “Bu ikisini görməyə sizə heç bir şey mane olmadığı kimi Allahı ﷿ da Qiyamət günü beləcə görəcəksiniz. Qiyamət günü yetişdiyi zaman carçı səsləyib deyəcək: “Hər bir ümmət nəyə ibadət edirdisə, qoy onun ardınca getsin!” Bundan sonra Allahdan qeyrisinə - bütlərə və dikinə qoyulmuş daşlara ibadət edən elə bir kimsə qalmayacaq ki, Cəhənnəm oduna düşməsin. Axırda isə ancaq Allaha ibadət edənlər, - xeyirxah, yaxud günahkar adamlar, - habelə Kitab əhlindən (peyğəmbərlərinə sadiq qalmış kimsələr) qalacaqdır. (O vaxt) yəhudiləri çağırıb onlardan soruşacaqlar: “Siz nəyə ibadət edirdiniz?” Onlar deyəcəklər: “Biz Allahın oğlu Üzeyirə ibadət edirdik”. Onlara deyiləcək: “Yalan danışırsınız, Allah Özünə nə zövcə, nə də övlad götürmüşdür. (Bir deyin görək) siz nə istəyirsiniz?” Onlar deyəcəklər: “Susamışıq, ya Rəbbimiz, bizə su ver”. (Onda onlara Cəhənnəm) göstəriləcək (və deyiləcək): “(Bundan) içmək istəmirsinizmi?” Onlar ilğıma bənzər, alovlanan atəşin (kənarına) toplanacaq və Cəhənnəmə düşəcəklər. Sonra xristianları çağırıb onlardan soruşacaqlar: “Siz nəyə ibadət edirdiniz?” Onlar deyəcəklər: “Biz Allahın oğlu Məsihə ibadət edirdik”. Onlara deyiləcək: “Yalan danışırsınız, Allah Özünə nə zövcə, nə də övlad götürmüşdür”. Sonra onlardan: “Siz nə istəyirsiniz?”- deyə soruşulacaq və beləliklə də, əvvəlkilərin başına gələnlər onların da başına gələcəkdir. Nəhayət, ancaq Allaha ibadət edən kimsələr - xeyirxah, yaxud günahkar adamlar qaldıqda, aləmlərin Rəbbi onların yanına bildikləri ən yaxın surətdə gələcək. Sonra onlara deyiləcək: “Nə gözləyirsiniz?! Qoy hər bir ümmət ibadət etdiyi (məbudun) ardınca getsin!” Onlar deyəcəklər: “Biz dünyada ikən insanlara ehtiyacımız ola-ola onlardan ayrıldıq, əsla onlarla birlikdə olmadıq. İndi isə biz ibadət etdiyimiz Rəbbimizi gözləyirik”. Onda Allah buyuracaq: “Mən sizin Rəbbinizəm!” Onlar iki və ya üç dəfə: “Biz heç nəyi Allaha şərik qoşmuruq!”- deyəcəklər”. Digər rəvayətdə isə belə deyilir: “…Biz bir carçının: “Hər qövm vaxtı ilə ibadət etdiyi nə idisə, ona qovuşsun!”- səsləndiyini eşitdik. Ona görə biz Rəbbimizi gözləyirik”- deyirlər. Cabbar olan Allah meydanda qalan möminlərə ilk dəfə gördükləri, tanıdıqları surətdən başqa bir surətdə gələrək deyir: “Mən sizin Rəbbinizəm!” Onlar da: “Sən bizim Rəbbimizsən!”- deyirlər. Onunla peyğəmbərlərdən başqası danışmaz. Uca Allah buyurur: “Rəbbinizi tanımaq üçün aranızda bir əlamət vardırmı?” Deyirlər: “Baldır”. (Allah) baldırını açır və hər mömin Ona səcdə edir. Allaha riya və şöhrət üçün səcdə edənlər isə olduqları kimi qalırlar. Bunlar səcdə etmək istəyəcəklər, ancaq onurğa sümüklərinin oynaq yerləri bitişdiyi üçün səcdə edə bilməyəcəklər. Sonra Sirat körpüsü Cəhənnəmin üstündən qurulacaq”. Ravi deyir: “Ey Allahın Elçisi, körpü nədir?”- deyə soruşduq. Belə buyurdu: “Ayaqların sürüşdüyü bir yerdir ki, üzərində başları əyri dəmirdən çəngəllər, tikanlar, sərt, kəskin enli şeylər vardır. Bunların Nəcddə olan və sədan deyilən tikanlar kimi ucları qıvrıq, əyri tikanları vardır. Möminlərdən kimisi onun üzərindən göz qırpımı qədər zaman anında, kimisi şimşək kimi, kimisi külək kimi, kimisi yaxşı cins at və dəvələr kimi sürətlə keçərlər. Bunların kimisi salamat olaraq qurtular. Kimisi dırmıqlar içində pərişan olaraq qalır. Kimisi də Cəhənnəm alovu içinə düşür. Nəhayət, sonuncuları sürünə-sürünə keçib qurtulurlar. Siz haqqı məndən çox axtaran deyilsiniz. O gün kimin Cabbar olan Allaha həqiqətən inandığını görəcəksiniz. Cənnətə girən möminlər saraylarında məskunlaşdıqdan sonra, müsəlman qardaşlarının bir qismini görmədikdə: “Ya Rəbbimiz! Onlar bizimlə birlikdə namaz qılır, oruc tutur, bizimlə birlikdə (hər cür yaxşı) işlər görürdülər”- deyəcəklər. Uca Allah: “Gedin, qəlbində dinar ağırlığında iman olanları Cəhənnəmdən çıxarın!”- buyuracaq. Allah bu möminlərin vücudlarını Cəhənnəmə haram edir. Möminlər Cəhənnəmdə yanan qardaşlarının yanına gəlirlər. Baxırlar ki, bunların kimisi topuqlarına qədər, kimisi ayaqlarına qədər Cəhənnəm alovuna batmışlar. Onlardan tanıdıqlarını tutub çıxararaq geri qayıdırlar. Uca Allah buyurur: “Gedin, qəlbində yarım dinar ağırlığında iman olanları çıxarın!” Cənnətdəki möminlər gəlib tanıdıqlarını çıxarıb qayıdırlar. Uca Allah yenə buyurur: “Gedin, qəlbində zərrə qədər imanı olanları çıxarın!” Onlar da gəlib tanıdıqlarını çıxaracaqlar”. Ravi Əbu Səid əl-Xudri deyir: “Mənə inanmırsınızsa, bu ayəni oxuyun: “Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər (qulun gördüyü iş) yaxşı əməl olarsa, (Allah) bunu artırar” (ən-Nisa, 40). Peyğəmbərlər, mələklər, möminlər şəfaət edirlər. Bundan sonra Cabbar olan Allah: “İndi növbə Mənim şəfaətimədir”- deyir və Cəhənnəmdən bir ovuc çıxarır. Buradan vücudları tamamilə yanmış insanları çıxarır. Sonra bunlar Cənnətin çölündə bir çaya salınırlar. Bu çaya “Həyat suyu” deyilir. Onlar selin gətirdiyi yığınlar arasında qalan yabanı reyhan toxumları necə sürətlə bitərsə, elə bitəcəklər. Bu yabanı reyhan otlarını bir qaya ilə ağac arasında görmüsünüz. Bu otun günəşə baxan tərəfi yaşıl, kölgəyə baxan tərəfi isə ağdır. Çaya salınan bu kimsələr çıxarılarkən ağlıq və parlaqlıq baxımından sanki mərcan kimi parıldamaqdadırlar. Onların boyunlarına boyunbağılar taxılır. Beləliklə, Cənnətə girirlər. Cənnətliklər bunlar haqqında deyirlər: “Bunlar ər-Rahmən olan Uca Allahın azad etdiyi qullarıdır. Bunların etdikləri bir əməl, göndərdikləri bir xeyir olmadan Allah onları Cənnətə qoymuşdur”. Bunlara: “Gördükləriniz və bir o qədəri sizindir”- deyilir”.”

Əbu Səid əl-Xudri
Qüdsi hədislər, 204 (Kitab 13, 29)Səhih

عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «يَجْمَعُ اللَّهُ النَّاسَ يَوْمَ الْقِيَامَةِ فِى صَعِيدٍ وَاحِدٍ ثُمَّ يَطَّلِعُ عَلَيْهِمْ رَبُّ الْعَالَمِينَ فَيَقُولُ أَلاَ يَتْبَعُ كُلُّ إِنْسَانٍ مَا كَانُوا يَعْبُدُونَهُ. فَيُمَثَّلُ لِصَاحِبِ الصَّلِيبِ صَلِيبُهُ وَلِصَاحِبِ التَّصَاوِيرِ تَصَاوِيرُهُ وَلِصَاحِبِ النَّارِ نَارُهُ فَيَتْبَعُونَ مَا كَانُوا يَعْبُدُونَ وَيَبْقَى الْمُسْلِمُونَ فَيَطَّلِعُ عَلَيْهِمْ رَبُّ الْعَالَمِينَ فَيَقُولُ أَلاَ تَتَّبِعُونَ النَّاسَ فَيَقُولُونَ نَعُوذُ بِاللَّهِ مِنْكَ نَعُوذُ بِاللَّهِ مِنْكَ اللَّهُ رَبُّنَا هَذَا مَكَانُنَا حَتَّى نَرَى رَبَّنَا. وَهُوَ يَأْمُرُهُمْ وَيُثَبِّتُهُمْ ثُمَّ يَتَوَارَى ثُمَّ يَطَّلِعُ فَيَقُولُ أَلاَ تَتَّبِعُونَ النَّاسَ فَيَقُولُونَ نَعُوذُ بِاللَّهِ مِنْكَ نَعُوذُ بِاللَّهِ مِنْكَ اللَّهُ رَبُّنَا وَهَذَا مَكَانُنَا حَتَّى نَرَى رَبَّنَا. وَهُوَ يَأْمُرُهُمْ وَيُثَبِّتُهُمْ». قَالُوا وَهَلْ نَرَاهُ يَا رَسُولَ اللَّهِ قَالَ «وَهَلْ تُضَارُّونَ فِى رُؤْيَةِ الْقَمَرِ لَيْلَةَ الْبَدْرِ». قَالُوا لاَ يَا رَسُولَ اللَّهِ. قَالَ «فَإِنَّكُمْ لاَ تُضَارُّونَ فِى رُؤْيَتِهِ تِلْكَ السَّاعَةَ ثُمَّ يَتَوَارَى ثُمَّ يَطَّلِعُ فَيُعَرِّفُهُمْ نَفْسَهُ ثُمَّ يَقُولُ أَنَا رَبُّكُمْ فَاتَّبِعُونِى. فَيَقُومُ الْمُسْلِمُونَ وَيُوضَعُ الصِّرَاطُ فَيَمُرُّونَ عَلَيْهِ مِثْلَ جِيَادِ الْخَيْلِ وَالرِّكَابِ وَقَوْلُهُمْ عَلَيْهِ سَلِّمْ سَلِّمْ. وَيَبْقَى أَهْلُ النَّارِ فَيُطْرَحُ مِنْهُمْ فِيهَا فَوْجٌ ثُمَّ يُقَالُ هَلِ امْتَلأْتِ فَتَقُولُ هَلْ مِنْ مَزِيدٍ. ثُمَّ يُطْرَحُ فِيهَا فَوْجٌ فَيُقَالُ هَلِ امْتَلأْتِ. فَتَقُولُ هَلْ مِنْ مَزِيدٍ. حَتَّى إِذَا أُوعِبُوا فِيهَا وَضَعَ الرَّحْمَنُ قَدَمَهُ فِيهَا وَأُزْوِىَ بَعْضُهَا إِلَى بَعْضٍ ثُمَّ قَالَ قَطْ قَالَتْ قَطْ قَطْ فَإِذَا أَدْخَلَ اللَّهُ أَهْلَ الْجَنَّةِ الْجَنَّةَ وَأَهْلَ النَّارِ النَّارَ قَالَ أُتِىَ بِالْمَوْتِ مُلَبَّبًا فَيُوقَفُ عَلَى السُّورِ الَّذِى بَيْنَ أَهْلِ الْجَنَّةِ وَأَهْلِ النَّارِ ثُمَّ يُقَالُ يَا أَهْلَ الْجَنَّةِ. فَيَطَّلِعُونَ خَائِفِينَ ثُمَّ يُقَالُ يَا أَهْلَ النَّارِ. فَيَطَّلِعُونَ مُسْتَبْشِرِينَ يَرْجُونَ الشَّفَاعَةَ فَيُقَالُ لأَهْلِ الْجَنَّةِ وَأَهْلِ النَّارِ هَلْ تَعْرِفُونَ هَذَا فَيَقُولُونَ هَؤُلاَءِ وَهَؤُلاَءِ قَدْ عَرَفْنَاهُ هُوَ الْمَوْتُ الَّذِى وُكِّلَ بِنَا. فَيُضْجَعُ فَيُذْبَحُ ذَبْحًا عَلَى السُّورِ الَّذِى بَيْنَ الْجَنَّةِ وَالنَّارِ ثُمَّ يُقَالُ يَا أَهْلَ الْجَنَّةِ خُلُودٌ لاَ مَوْتَ وَيَا أَهْلَ النَّارِ خُلُودٌ لاَ مَوْتَ»

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Qiyamət günü Allah insanları böyük bir meydanda toplayacaq və aləmlərin Rəbbi olan Allah onlara belə deyəcək: “Hər kəs dünyada qulluq etdiyi şeyə tabe olsun”. Bundan sonra xaça ibadət edənlər xaçı, bütə ibadət edənlər bütləri, oda ibadət edənlər də odu təmsil edəcək, beləcə onlar ibadət etdikləri bu şeylərə tabe olacaqlar. Geridə sadəcə müsəlmanlar qalacaq və aləmlərin Rəbbi olan Allah onlara belə buyuracaq: “Siz bu insanlara tabe olmayacaqsınızmı?” Onlar deyəcəklər: “Səndən Allaha sığınırıq, Səndən Allaha sığınırıq. Bizim Rəbbimiz Allahdır. Rəbbimizi görənə qədər bizim yerimiz bu yerdir”. Allah onlara əmr edərək onları sabitqədəm edəcək. Səhabələr: “Ey Allahın Elçisi, Allahı görəcəyikmi?”- deyə soruşdular. Allah Elçisi ﷺ soruşdu: “Aylı gecədə bədrlənmiş ayı görməkdə əziyyət çəkirsinizmi?” Səhabələr: “Xeyr”- dedilər. (Bundan sonra) Allah Elçisi ﷺ belə davam etdi: “Siz o gün Onu görməkdə heç bir çətinlik çəkməyəcəksiniz”. Sonra Allah o qullarının qarşısına çıxıb Özünü tanıdacaq və buyuracaq: “Mən sizin Rəbbinizəm, Mənə tabe olun!” Müsəlmanlar qalxaraq qurulan Siratn üzərindən sürətlə gedən at və dəvələr kimi keçəcək və: “Salamat et, salamat et!”- deyə dua edəcəklər. Axıra Cəhənnəm əhli qalacaq. Onlardan bir qrup Cəhənnəmə atıldıqdan sonra (Cəhənnəmə) belə deyiləcək: “Doldunmu?” Cəhənnəm də deyəcək: “Yenə varmı?” Sonra bir qrup da atılacaq və yenə: “Doldunmu?”- deyiləcək. Cəhənnəm: “Yenə varmı?”- deyəcək. Cəhənnəm əhlinin hamısı Cəhənnəmə dolduqda, ər-Rahmən (Allah) ayağını Cəhənnəmə qoyacaq və ondakılar bir-birlərinə sıxılacaq, sonra Allah: “Yetərmi?”- buyuracaq. Cəhənnəm də: “Yetər, yetər!”- deyəcək. Allah Cənnət əhlini Cənnətə, Cəhənnəm əhlini də Cəhənnəmə qoyduqda, ölüm (boynundan) dartılaraq gətiriləcək və Cənnət əhli ilə Cəhənnəm əhli arasında olan bir sədd üzərində qoyulacaq. Sonra: “Ey Cənnət əhli, (artıq) əbədilik var, ölüm yoxdur!”- deyiləcək. Sonra: “Ey Cəhənnəm əhli, (artıq) əbədilik var, ölüm yoxdur!”- deyiləcək”.”

Əbu Hureyra
Qüdsi hədislər, 205 (Kitab 13, 30)Səhih

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ أُتِىَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِلَحْمٍ، فَرُفِعَ إِلَيْهِ الذِّرَاعُ، وَكَانَتْ تُعْجِبُهُ، فَنَهَسَ مِنْهَا نَهْسَةً ثُمَّ قَالَ «أَنَا سَيِّدُ النَّاسِ يَوْمَ الْقِيَامَةِ، وَهَلْ تَدْرُونَ مِمَّ ذَلِكَ يُجْمَعُ النَّاسُ الأَوَّلِينَ وَالآخِرِينَ فِى صَعِيدٍ وَاحِدٍ، يُسْمِعُهُمُ الدَّاعِى، وَيَنْفُذُهُمُ الْبَصَرُ، وَتَدْنُو الشَّمْسُ، فَيَبْلُغُ النَّاسَ مِنَ الْغَمِّ وَالْكَرْبِ مَا لاَ يُطِيقُونَ وَلاَ يَحْتَمِلُونَ فَيَقُولُ النَّاسُ أَلاَ تَرَوْنَ مَا قَدْ بَلَغَكُمْ أَلاَ تَنْظُرُونَ مَنْ يَشْفَعُ لَكُمْ إِلَى رَبِّكُمْ فَيَقُولُ بَعْضُ النَّاسِ لِبَعْضٍ عَلَيْكُمْ بِآدَمَ فَيَأْتُونَ آدَمَ عَلَيْهِ السَّلاَمُ فَيَقُولُونَ لَهُ أَنْتَ أَبُو الْبَشَرِ خَلَقَكَ اللَّهُ بِيَدِهِ. وَنَفَخَ فِيكَ مِنْ رُوحِهِ، وَأَمَرَ الْمَلاَئِكَةَ فَسَجَدُوا لَكَ، اشْفَعْ لَنَا إِلَى رَبِّكَ، أَلاَ تَرَى إِلَى مَا نَحْنُ فِيهِ أَلاَ تَرَى إِلَى مَا قَدْ بَلَغَنَا فَيَقُولُ آدَمُ إِنَّ رَبِّى قَدْ غَضِبَ الْيَوْمَ غَضَبًا لَمْ يَغْضَبْ قَبْلَهُ مِثْلَهُ وَلَنْ يَغْضَبَ بَعْدَهُ مِثْلَهُ، وَإِنَّهُ نَهَانِى عَنِ الشَّجَرَةِ فَعَصَيْتُهُ، نَفْسِى نَفْسِى نَفْسِى، اذْهَبُوا إِلَى غَيْرِى، اذْهَبُوا إِلَى نُوحٍ، فَيَأْتُونَ نُوحًا فَيَقُولُونَ يَا نُوحُ إِنَّكَ أَنْتَ أَوَّلُ الرُّسُلِ إِلَى أَهْلِ الأَرْضِ، وَقَدْ سَمَّاكَ اللَّهُ عَبْدًا شَكُورًا اشْفَعْ لَنَا إِلَى رَبِّكَ، أَلاَ تَرَى إِلَى مَا نَحْنُ فِيهِ فَيَقُولُ إِنَّ رَبِّى عَزَّ وَجَلَّ قَدْ غَضِبَ الْيَوْمَ غَضَبًا لَمْ يَغْضَبْ قَبْلَهُ مِثْلَهُ، وَلَنْ يَغْضَبَ بَعْدَهُ مِثْلَهُ، وَإِنَّهُ قَدْ كَانَتْ لِى دَعْوَةٌ دَعَوْتُهَا عَلَى قَوْمِى نَفْسِى نَفْسِى نَفْسِى اذْهَبُوا إِلَى غَيْرِى، اذْهَبُوا إِلَى إِبْرَاهِيمَ، فَيَأْتُونَ إِبْرَاهِيمَ، فَيَقُولُونَ يَا إِبْرَاهِيمُ، أَنْتَ نَبِىُّ اللَّهِ وَخَلِيلُهُ مِنْ أَهْلِ الأَرْضِ اشْفَعْ لَنَا إِلَى رَبِّكَ أَلاَ تَرَى إِلَى مَا نَحْنُ فِيهِ فَيَقُولُ لَهُمْ إِنَّ رَبِّى قَدْ غَضِبَ الْيَوْمَ غَضَبًا لَمْ يَغْضَبْ قَبْلَهُ مِثْلَهُ وَلَنْ يَغْضَبَ بَعْدَهُ مِثْلَهُ، وَإِنِّى قَدْ كُنْتُ كَذَبْتُ ثَلاَثَ كَذَبَاتٍ - فَذَكَرَهُنَّ أَبُو حَيَّانَ فِى الْحَدِيثِ - نَفْسِى نَفْسِى نَفْسِى، اذْهَبُوا إِلَى غَيْرِى اذْهَبُوا إِلَى مُوسَى، فَيَأْتُونَ مُوسَى، فَيَقُولُونَ يَا مُوسَى أَنْتَ رَسُولُ اللَّهِ، فَضَّلَكَ اللَّهُ بِرِسَالَتِهِ وَبِكَلاَمِهِ عَلَى النَّاسِ، اشْفَعْ لَنَا إِلَى رَبِّكَ أَلاَ تَرَى إِلَى مَا نَحْنُ فِيهِ فَيَقُولُ إِنَّ رَبِّى قَدْ غَضِبَ الْيَوْمَ غَضَبًا لَمْ يَغْضَبْ قَبْلَهُ مِثْلَهُ، وَلَنْ يَغْضَبَ بَعْدَهُ مِثْلَهُ، وَإِنِّى قَدْ قَتَلْتُ نَفْسًا لَمْ أُومَرْ بِقَتْلِهَا، نَفْسِى نَفْسِى نَفْسِى، اذْهَبُوا إِلَى غَيْرِى، اذْهَبُوا إِلَى عِيسَى، فَيَأْتُونَ عِيسَى فَيَقُولُونَ يَا عِيسَى أَنْتَ رَسُولُ اللَّهِ وَكَلِمَتُهُ أَلْقَاهَا إِلَى مَرْيَمَ وَرُوحٌ مِنْهُ، وَكَلَّمْتَ النَّاسَ فِى الْمَهْدِ صَبِيًّا اشْفَعْ لَنَا أَلاَ تَرَى إِلَى مَا نَحْنُ فِيهِ فَيَقُولُ عِيسَى إِنَّ رَبِّى قَدْ غَضِبَ الْيَوْمَ غَضَبًا لَمْ يَغْضَبْ قَبْلَهُ مِثْلَهُ، وَلَنْ يَغْضَبَ بَعْدَهُ مِثْلَهُ - وَلَمْ يَذْكُرْ ذَنْبًا - نَفْسِى نَفْسِى نَفْسِى، اذْهَبُوا إِلَى غَيْرِى اذْهَبُوا إِلَى مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَيَأْتُونَ مُحَمَّدًا صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَيَقُولُونَ يَا مُحَمَّدُ أَنْتَ رَسُولُ اللَّهِ وَخَاتَمُ الأَنْبِيَاءِ، وَقَدْ غَفَرَ اللَّهُ لَكَ مَا تَقَدَّمَ مِنْ ذَنْبِكَ وَمَا تَأَخَّرَ، اشْفَعْ لَنَا إِلَى رَبِّكَ أَلاَ تَرَى إِلَى مَا نَحْنُ فِيهِ فَأَنْطَلِقُ فَآتِى تَحْتَ الْعَرْشِ، فَأَقَعُ سَاجِدًا لِرَبِّى عَزَّ وَجَلَّ ثُمَّ يَفْتَحُ اللَّهُ عَلَىَّ مِنْ مَحَامِدِهِ وَحُسْنِ الثَّنَاءِ عَلَيْهِ شَيْئًا لَمْ يَفْتَحْهُ عَلَى أَحَدٍ قَبْلِى ثُمَّ يُقَالُ يَا مُحَمَّدُ ارْفَعْ رَأْسَكَ، سَلْ تُعْطَهْ، وَاشْفَعْ تُشَفَّعْ، فَأَرْفَعُ رَأْسِى، فَأَقُولُ أُمَّتِى يَا رَبِّ، أُمَّتِى يَا رَبِّ فَيُقَالُ يَا مُحَمَّدُ أَدْخِلْ مِنْ أُمَّتِكَ مَنْ لاَ حِسَابَ عَلَيْهِمْ مِنَ الْبَابِ الأَيْمَنِ مِنْ أَبْوَابِ الْجَنَّةِ وَهُمْ شُرَكَاءُ النَّاسِ فِيمَا سِوَى ذَلِكَ مِنَ الأَبْوَابِ، ثُمَّ قَالَ وَالَّذِى نَفْسِى بِيَدِهِ إِنَّ مَا بَيْنَ الْمِصْرَاعَيْنِ مِنْ مَصَارِيعِ الْجَنَّةِ كَمَا بَيْنَ مَكَّةَ وَحِمْيَرَ، أَوْ كَمَا بَيْنَ مَكَّةَ وَبُصْرَى» «...فَيُقَالُ انْطَلِقْ فَأَخْرِجْ مَنْ كَانَ فِى قَلْبِهِ مِثْقَالُ شَعِيرَةٍ مِنْ إِيمَانٍ. فَأَنْطَلِقُ فَأَفْعَلُ ثُمَّ أَعُودُ فَأَحْمَدُهُ بِتِلْكَ الْمَحَامِدِ، ثُمَّ أَخِرُّ لَهُ سَاجِدًا فَيُقَالُ يَا مُحَمَّدُ ارْفَعْ رَأْسَكَ، وَقُلْ يُسْمَعْ لَكَ، وَسَلْ تُعْطَ، وَاشْفَعْ تُشَفَّعْ، فَأَقُولُ يَا رَبِّ أُمَّتِى أُمَّتِى. فَيُقَالُ انْطَلِقْ فَأَخْرِجْ مِنْهَا مَنْ كَانَ فِى قَلْبِهِ مِثْقَالُ ذَرَّةٍ أَوْ خَرْدَلَةٍ مِنْ إِيمَانٍ. فَأَنْطَلِقُ فَأَفْعَلُ ثُمَّ أَعُودُ فَأَحْمَدُهُ بِتِلْكَ الْمَحَامِدِ، ثُمَّ أَخِرُّ لَهُ سَاجِدًا فَيُقَالُ يَا مُحَمَّدُ ارْفَعْ رَأْسَكَ، وَقُلْ يُسْمَعْ لَكَ، وَسَلْ تُعْطَ، وَاشْفَعْ تُشَفَّعْ. فَأَقُولُ يَا رَبِّ أُمَّتِى أُمَّتِى. فَيَقُولُ انْطَلِقْ فَأَخْرِجْ مَنْ كَانَ فِى قَلْبِهِ أَدْنَى أَدْنَى أَدْنَى مِثْقَالِ حَبَّةِ خَرْدَلٍ مِنْ إِيمَانٍ، فَأَخْرِجْهُ مِنَ النَّارِ. فَأَنْطَلِقُ فَأَفْعَلُ». فَلَمَّا خَرَجْنَا مِنْ عِنْدِ أَنَسٍ قُلْتُ لِبَعْضِ أَصْحَابِنَا لَوْ مَرَرْنَا بِالْحَسَنِ وَهْوَ مُتَوَارٍ فِى مَنْزِلِ أَبِى خَلِيفَةَ فَحَدَّثَنَا بِمَا حَدَّثَنَا أَنَسُ بْنُ مَالِكٍ، فَأَتَيْنَاهُ فَسَلَّمْنَا عَلَيْهِ فَأَذِنَ لَنَا فَقُلْنَا لَهُ يَا أَبَا سَعِيدٍ جِئْنَاكَ مِنْ عِنْدِ أَخِيكَ أَنَسِ بْنِ مَالِكٍ فَلَمْ نَرَ مِثْلَ مَا حَدَّثَنَا فِى الشَّفَاعَةِ ، فَقَالَ هِيهِ، فَحَدَّثْنَاهُ بِالْحَدِيثِ فَانْتَهَى إِلَى هَذَا الْمَوْضِعِ فَقَالَ هِيهِ، فَقُلْنَا لَمْ يَزِدْ لَنَا عَلَى هَذَا. فَقَالَ لَقَدْ حَدَّثَنِى وَهْوَ جَمِيعٌ مُنْذُ عِشْرِينَ سَنَةً فَلاَ أَدْرِى أَنَسِىَ أَمْ كَرِهَ أَنْ تَتَّكِلُوا. قُلْنَا يَا أَبَا سَعِيدٍ فَحَدِّثْنَا، فَضَحِكَ وَقَالَ خُلِقَ الإِنْسَانُ عَجُولاً مَا ذَكَرْتُهُ إِلاَّ وَأَنَا أُرِيدُ أَنْ أُحَدِّثَكُمْ حَدَّثَنِى كَمَا حَدَّثَكُمْ بِهِ قَالَ «ثُمَّ أَعُودُ الرَّابِعَةَ فَأَحْمَدُهُ بِتِلْكَ، ثُمَّ أَخِرُّ لَهُ سَاجِدًا فَيُقَالُ يَا مُحَمَّدُ ارْفَعْ رَأْسَكَ وَقُلْ يُسْمَعْ، وَسَلْ تُعْطَهْ، وَاشْفَعْ تُشَفَّعْ. فَأَقُولُ يَا رَبِّ ائْذَنْ لِى فِيمَنْ قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ. فَيَقُولُ وَعِزَّتِى وَجَلاَلِى وَكِبْرِيَائِى وَعَظَمَتِى لأُخْرِجَنَّ مِنْهَا مَنْ قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ» ...قَالَ قَتَادَةُ وَقَدْ سَمِعْتُهُ يَقُولُ فَأَخْرُجُ فَأُخْرِجُهُمْ مِنَ النَّارِ وَأُدْخِلُهُمُ الْجَنَّةَ، حَتَّى مَا يَبْقَى فِى النَّارِ إِلاَّ مَنْ حَبَسَهُ الْقُرْآنُ أَىْ وَجَبَ عَلَيْهِ الْخُلُودُ - قَالَ - ثُمَّ تَلاَ هَذِهِ الآيَةَ ﴿عَسَى أَنْ يَبْعَثَكَ رَبُّكَ مَقَامًا مَحْمُودًا﴾ قَالَ وَهَذَا الْمَقَامُ الْمَحْمُودُ الَّذِى وُعِدَهُ نَبِيُّكُمْ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ »

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir gün Allah Elçisinə ﷺ cəmdək gətirdilər. Sonra bu cəmdəyin bel tərəfini (bişirib) ona verdilər. Ətin bu yeri onun xoşuna gəlirdi. O, ətdən bir tikə dişlədikdən sonra dedi: “Qiyamət günü mən insanların ən hörmətlisi olacağam. Bunun nə səbəbdən belə olduğunu bilirsinizmi? Allah (bütün) insanları - əvvəlkiləri və sonrakıları - elə bir yerə yığacaq ki, carçı onları çağıra bilsin, gözlər də onları əhatə etsin. Günəş insanlara yaxınlaşdıqdan sonra onları elə bir dərd və kədər bürüyəcək ki, onların buna tab gətirməyə və dözməyə gücü çatmayacaq. Onda onlar bir-birlərinə deyəcəklər: “Başınıza gələnləri görmürsünüzmü? Bəlkə, Rəbbinizin yanında sizin tərəfinizi saxlayan bir adam tapasınız?” Bəziləri deyəcək: “Gərək Adəmdən xahiş edəsiniz!” Onlar Adəmin ﵇ yanına gəlib deyəcəklər: “Sən bəşəriyyətin atasısan! Özünü də Allah Öz Əlləri ilə yaratmış, Öz Ruhundan sənə üfürmüş və mələklər Onun əmri ilə sənə səcdə etmişlər. Odur ki, Rəbbinin yanında bizdən ötrü şəfaət et (şəfaətçi ol)! Məgər sən bizim nə vəziyyətdə olduğumuzu, başımıza nələr gəldiyini görmürsənmi?!” Adəm deyəcək: “Bu gün Rəbbim elə qəzəblənmişdir ki, O, bundan əvvəl heç vaxt belə qəzəblənməmiş və bundan sonra əsla belə qəzəblənməyəcəkdir. Çünki O, mənə ağaca yaxınlaşmağı qadağan etdi, lakin mən Ona asi oldum. Ah nəfsim, nəfsim, nəfsim! Gedin başqasının yanına, gedin Nuhun yanına!” Onda onlar Nuhun yanına gəlib deyəcəklər: “Sən yer üzünə göndərilmiş ilk elçisən. Özünü də Allah şükür edən bəndə adlandırmışdır. Odur ki, Rəbbinin yanında bizdən ötrü şəfaət et! Məgər sən bizim nə vəziyyətdə olduğumuzu görmürsənmi?!” Nuh deyəcək: “Bu gün Rəbbim ﷿ elə qəzəblənmişdir ki, O, bundan əvvəl heç vaxt belə qəzəblənməmiş və bundan sonra əsla belə qəzəblənməyəcəkdir. Mənim dua etməyə imkanım var idi, lakin mən qövmümün əleyhinə bəddua etdim. Ah nəfsim, nəfsim, nəfsim! Gedin başqasının yanına, gedin İbrahimin yanına!” Onda onlar İbrahimin yanına gəlib deyəcəklər: “Ey İbrahim! Sən həm Allahın peyğəmbəri, həm də yer əhli arasında Allahın ən sevimli dostusan. Elə isə Rəbbinin yanında bizdən ötrü şəfaət et! Məgər sən bizim nə vəziyyətdə olduğumuzu görmürsənmi?!” İbrahim deyəcək: “Bu gün Rəbbim elə qəzəblənmişdir ki, O, bundan əvvəl heç vaxt belə qəzəblənməmiş və bundan sonra əsla belə qəzəblənməyəcəkdir. Mən üç dəfə yalan danışmışam. Ah nəfsim, nəfsim, nəfsim! Gedin başqasının yanına, gedin Musanın yanına!” Onda onlar Musanın yanına gəlib deyəcəklər: “Ey Musa! Sən Allahın elçisisən, Allah Öz risalətilə, üstəlik səninlə bilavasitə danışmaqla səni digər insanlardan üstün etmişdir. Elə isə Rəbbinin yanında bizdən ötrü şəfaət et! Məgər sən bizim nə vəziyyətdə olduğumuzu görmürsənmi?!” Musa deyəcək: “Bu gün Allah elə qəzəblənmişdir ki, O, bundan əvvəl heç vaxt belə qəzəblənməmiş və bundan sonra əsla belə qəzəblənməyəcəkdir. Mən adam öldürmüşəm. Halbuki, onu öldürmək mənə əmr edilməmişdi. Ah nəfsim, nəfsim, nəfsim! Gedin başqasının yanına, gedin İsanın yanına!” Onda onlar İsanın yanına gəlib deyəcəklər: “Ey İsa! Sən həm Allahın Elçisi, həm Onun Məryəmə göndərdiyi Kəlməsi, həm də Onun Ruhundansan. Sən hələ körpə ikən, beşikdə insanlarla danışırdın. Elə isə Rəbbinin yanında bizdən ötrü şəfaət et! Məgər sən bizim nə vəziyyətdə olduğumuzu görmürsənmi?!” İsa deyəcək: “Bu gün Rəbbim elə qəzəblənmişdir ki, O, bundan əvvəl heç vaxt belə qəzəblənməmiş və bundan sonra əsla belə qəzəblənməyəcəkdir”. İsa öz xətasını onlara bildirməyəcək, sadəcə belə deyəcək: “Ah nəfsim, nəfsim, nəfsim! Gedin başqasının yanına, gedin Muhəmmədin yanına!” Onda onlar Muhəmmədin yanına gəlib deyəcəklər: “Ey Muhəmməd! Sən həm Allahın Elçisi, həm də peyğəmbərlərin sonuncususan. Allah sənin keçmiş və gələcək günahlarını bağışlamışdır. Elə isə Rəbbinin yanında bizdən ötrü şəfaət et! Məgər sən bizim nə vəziyyətdə olduğumuzu görmürsənmi?!” Onda mən Ərşin altına gəlib, Rəbbimin ﷿ qarşısında səcdə edəcəyəm. Sonra Allah mənə elə təriflər və alqışlar göndərəcək ki, məndən əvvəl heç kəsə belə təriflər və alqışlar göndərməmişdir. Sonra da belə deyəcək: “Ey Muhəmməd, başını qaldır və istə, sənə istədiyin veriləcəkdir! Şəfaət et, şəfaətin qəbul olunacaqdır!” Mən başımı qaldırıb deyəcəyəm: “Ümmətim, ya Rəbbim! Ümmətim, ya Rəbbim!” Onda belə deyiləcək: “Ey Muhəmməd! Ümmətindən sorğu-suala çəkilməyəcək kimsələri Cənnətin sağ qapılarından içəri daxil et! Halbuki, onlar başqa insanlarla birlikdə (Cənnətin) digər qapılarından da keçə bilərlər”. Peyğəmbər ﷺ dedi: “Canım Əlində Olana and olsun ki, Cənnət qapılarındakı laylardan hər iki lay arasındakı məsafə Məkkə ilə Himyər (yaxud Məkkə ilə Busra) arasındakı məsafə qədərdir”. Digər rəvayətlərdə belə deyilir: “…(Onda Allah) buyuracaq: “Get, qəlbində arpa dənəsi ağırlığında imanı olan kimsələri atəşdən çıxart!” Mən gedib onları (oradan) çıxardacağam. Sonra geri dönüb həmin həmd-sənalarla Allaha təriflər deyəcəyəm və Onun qarşısında səcdəyə qapanacağam. Onda mənə deyiləcək: “Ey Muhəmməd, başını qaldır, danış, sənə qulaq asılacaq! İstə, sənə istədiyin veriləcək! Şəfaət et, şəfaətin qəbul olunacaq!” Mən deyəcəyəm: “Ya Rəbbim! Ümmətim, ümmətim!” Allah buyuracaq: “Get, qəlbində zərrə qədər və ya xardal dənəsi ağırlığında imanı olan kimsələri atəşdən çıxart!” Mən gedib onları (oradan) çıxardacağam. Sonra geri qayıdıb həmin həmd-sənalarla Allaha təriflər deyəcəyəm və Onun qarşısında səcdəyə qapanacağam. Onda mənə deyiləcək: “Ey Muhəmməd, başını qaldır, danış, sənə qulaq asılacaq! İstə, sənə istədiyin veriləcək! Şəfaət et, şəfaətin qəbul olunacaq!” Mən deyəcəyəm: “Ya Rəbbim! Ümmətim, ümmətim!” Allah buyuracaq: “Get, qəlbində xardal dənəsi ağırlığından daha az, daha az, daha az imanı olan kimsələri atəşdən çıxart!” Mən gedib onları (oradan) çıxardacağam. Mən dördüncü dəfə qayıdıb həmin həmd-sənalarla Allaha təriflər deyəcəyəm və Onun qarşısında səcdəyə qapanacağam. Onda mənə deyiləcək: “Ey Muhəmməd, başını qaldır, danış, sənə qulaq asılacaq! İstə, sənə istədiyin veriləcək! Şəfaət et, şəfaətin qəbul olunacaq!” Mən deyəcəyəm: “Ya Rəbbim! Mənə izn ver “lə: ilə:hə illəllah” deyən kimsələrə (şəfaətçi) olum”. Allah buyuracaq: “Mənim İzzətimə, Əzəmətimə, Böyüklüyümə və Ululuğuma and olsun ki, Mən “lə: ilə:hə illəllah” deyən kəsləri oddan çıxardacağam”. Ravi Qatədə deyir: “Həmçinin onun belə dediyini eşitdim: “Onları Cəhənnəmdən çıxarıb Cənnətə salacağam, hətta Cəhənnəmdə Quranın tutduqlarından, yəni haqlarında əbədi əzab vacib olanlardan başqa heç kim qalmayacaq”. Sonra bu ayəni oxudu: “Ola bilsin ki, (buna görə) Rəbbin səni tərifəlayiq bir məqama yüksəltsin” (əl-İsra, 79). Peyğəmbərimizə ﷺ vəd olunmuş “Məqamul-Mahmud (Tərifəlayiq Məqam)”- budur”.”

Əbu Hureyra
Qüdsi hədislər, 208 (Kitab 13, 33)Səhih

عَنْ أَبِي بَكْرٍ الصِّدِّيقِ قَالَ: أَصْبَحَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ يَوْمٍ فَصَلَّى الْغَدَاةَ، ثُمَّ جَلَسَ، حَتَّى إِذَا كَانَ مِنَ الضُّحَى ضَحِكَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ جَلَسَ مَكَانَهُ حَتَّى صَلَّى الْأُولَى وَالْعَصْرَ وَالْمَغْرِبَ، كُلُّ ذَلِكَ لَا يَتَكَلَّمُ، حَتَّى صَلَّى الْعِشَاءَ الْآخِرَةَ، ثُمَّ قَامَ إِلَى أَهْلِهِ، فَقَالَ النَّاسُ لِأَبِي بَكْرٍ: أَلا تَسْأَلُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَا شَأْنُهُ؟ صَنَعَ الْيَوْمَ شَيْئًا لَمْ يَصْنَعْهُ قَطُّ، قَالَ: فَسَأَلَهُ، فَقَالَ: "نَعَمْ عُرِضَ عَلَيَّ مَا هُوَ كَائِنٌ مِنْ أَمْرِ الدُّنْيَا، وَأَمْرِ الْآخِرَةِ، فَجُمِعَ الْأَوَّلُونَ وَالْآخِرُونَ بِصَعِيدٍ وَاحِدٍ، فَفَظِعَ النَّاسُ بِذَلِكَ، حَتَّى انْطَلَقُوا إِلَى آدَمَ عَلَيْهِ السَّلاَمُ ، وَالْعَرَقُ يَكَادُ يُلْجِمُهُمْ، فَقَالُوا: يَا آدَمُ، أَنْتَ أَبُو الْبَشَرِ، وَأَنْتَ اصْطَفَاكَ اللهُ عَزَّ وَجَلَّ ، اشْفَعْ لَنَا إِلَى رَبِّكَ، قَالَ: قَدْ لَقِيتُ مِثْلَ الَّذِي لَقِيتُمْ، انْطَلِقُوا إِلَى أَبِيكُمْ بَعْدَ أَبِيكُمْ، إِلَى نُوحٍ: ﴿إِنَّ اللَّهَ اصْطَفَى آدَمَ وَنُوحًا وَآلَ إِبْرَاهِيمَ وَآلَ عِمْرَانَ عَلَى الْعَالَمِينَ﴾ قَالَ: فَيَنْطَلِقُونَ إِلَى نُوحٍ عَلَيْهِ السَّلاَمُ ، فَيَقُولُونَ: اشْفَعْ لَنَا إِلَى رَبِّكَ، فَأَنْتَ اصْطَفَاكَ اللهُ، وَاسْتَجَابَ لَكَ فِي دُعَائِكَ، وَلَمْ يَدَعْ عَلَى الْأَرْضِ مِنَ الْكَافِرِينَ دَيَّارًا، فَيَقُولُ: لَيْسَ ذَاكُمْ عِنْدِي، انْطَلِقُوا إِلَى إِبْرَاهِيمَ عَلَيْهِ السَّلاَمُ ، فَإِنَّ اللهَ عَزَّ وَجَلَّ اتَّخَذَهُ خَلِيلًا، فَيَنْطَلِقُونَ إِلَى إِبْرَاهِيمَ، فَيَقُولُ: لَيْسَ ذَاكُمْ عِنْدِي، وَلَكِنِ انْطَلِقُوا إِلَى مُوسَى عَلَيْهِ السَّلاَمُ ، فَإِنَّ اللهَ عَزَّ وَجَلَّ كَلَّمَهُ تَكْلِيمًا، فَيَقُولُ مُوسَى عَلَيْهِ السَّلاَمُ: لَيْسَ ذَاكُمْ عِنْدِي، وَلَكِنِ انْطَلِقُوا إِلَى عِيسَى ابْنِ مَرْيَمَ، فَإِنَّهُ يُبْرِئُ الْأَكْمَهَ وَالْأَبْرَصَ وَيُحْيِي الْمَوْتَى، فَيَقُولُ عِيسَى عَلَيْهِ السَّلاَمُ: لَيْسَ ذَاكُمْ عِنْدِي، وَلَكِنِ انْطَلِقُوا إِلَى سَيِّدِ وَلَدِ آدَمَ، فَإِنَّهُ أَوَّلُ مَنْ تَنْشَقُّ عَنْهُ الْأَرْضُ يَوْمَ الْقِيَامَةِ، انْطَلِقُوا إِلَى مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَيَشْفَعَ لَكُمْ إِلَى رَبِّكُمْ عَزَّ وَجَلَّ. قَالَ: فَيَنْطَلِقُ، فَيَأْتِي جِبْرِيلُ عَلَيْهِ السَّلاَمُ رَبَّهُ، فَيَقُولُ اللهُ عَزَّ وَجَلَّ: ائْذَنْ لَهُ، وَبَشِّرْهُ بِالْجَنَّةِ، قَالَ: فَيَنْطَلِقُ بِهِ جِبْرِيلُ فَيَخِرُّ سَاجِدًا قَدْرَ جُمُعَةٍ، وَيَقُولُ اللهُ عَزَّ وَجَلَّ: ارْفَعْ رَأْسَكَ يَا مُحَمَّدُ، وَقُلْ يُسْمَعْ، وَاشْفَعْ تُشَفَّعْ، قَالَ: فَيَرْفَعُ رَأْسَهُ، فَإِذَا نَظَرَ إِلَى رَبِّهِ عَزَّ وَجَلَّ ، خَرَّ سَاجِدًا قَدْرَ جُمُعَةٍ أُخْرَى، فَيَقُولُ اللهُ عَزَّ وَجَلَّ: ارْفَعْ رَأْسَكَ، وَقُلْ يُسْمَعْ، وَاشْفَعْ تُشَفَّعْ، قَالَ: فَيَذْهَبُ لِيَقَعَ سَاجِدًا، فَيَأْخُذُ جِبْرِيلُ عَلَيْهِ السَّلاَمُ بِضَبْعَيْهِ فَيَفْتَحُ اللهُ عَزَّ وَجَلَّ عَلَيْهِ مِنَ الدُّعَاءِ شَيْئًا لَمْ يَفْتَحْهُ عَلَى بَشَرٍ قَطُّ، فَيَقُولُ: أَيْ رَبِّ، خَلَقْتَنِي سَيِّدَ وَلَدِ آدَمَ، وَلا فَخْرَ، وَأَوَّلَ مَنْ تَنْشَقُّ عَنْهُ الْأَرْضُ يَوْمَ الْقِيَامَةِ، وَلا فَخْرَ، حَتَّى إِنَّهُ لَيَرِدُ عَلَيَّ الْحَوْضَ أَكْثَرُ مِمَّا بَيْنَ صَنْعَاءَ وَأَيْلَةَ، ثُمَّ يُقَالُ: ادْعُوا الصِّدِّيقِينَ فَيَشْفَعُونَ، ثُمَّ يُقَالُ: ادْعُوا الْأَنْبِيَاءَ، قَالَ: فَيَجِيءُ النَّبِيُّ وَمَعَهُ الْعِصَابَةُ، وَالنَّبِيُّ وَمَعَهُ الْخَمْسَةُ وَالسِّتَّةُ، وَالنَّبِيُّ لَيْسَ مَعَهُ أَحَدٌ، ثُمَّ يُقَالُ: ادْعُوا الشُّهَدَاءَ فَيَشْفَعُونَ لِمَنْ أَرَادُوا، قَالَ: فَإِذَا فَعَلَتِ الشُّهَدَاءُ ذَلِكَ، قَالَ: يَقُولُ اللهُ عَزَّ وَجَلَّ: أَنَا أَرْحَمُ الرَّاحِمِينَ، أَدْخِلُوا جَنَّتِي مَنْ كَانَ لَا يُشْرِكُ بِي شَيْئًا، قَالَ: فَيَدْخُلُونَ الْجَنَّةَ. قَالَ: ثُمَّ يَقُولُ اللهُ عَزَّ وَجَلَّ: انْظُرُوا فِي النَّارِ: هَلْ تَلْقَوْنَ مِنْ أَحَدٍ عَمِلَ خَيْرًا قَطُّ؟ قَالَ: فَيَجِدُونَ فِي النَّارِ رَجُلًا، فَيَقُولُ لَهُ: هَلْ عَمِلْتَ خَيْرًا قَطُّ؟ فَيَقُولُ: لَا، غَيْرَ أَنِّي كُنْتُ أُسَامِحُ النَّاسَ فِي الْبَيْعِ، فَيَقُولُ اللهُ عَزَّ وَجَلَّ: أَسْمِحُوا لِعَبْدِي كَإِسْمَاحِهِ إِلَى عَبِيدِي. ثُمَّ يُخْرِجُونَ مِنَ النَّارِ رَجُلًا فَيَقُولُ لَهُ: هَلْ عَمِلْتَ خَيْرًا قَطُّ؟ فَيَقُولُ: لَا، غَيْرَ أَنِّي قَدْ أَمَرْتُ وَلَدِي: إِذَا مِتُّ فَأَحْرِقُونِي بِالنَّارِ، ثُمَّ اطْحَنُونِي، حَتَّى إِذَا كُنْتُ مِثْلَ الْكُحْلِ، فَاذْهَبُوا بِي إِلَى الْبَحْرِ، فَاذْرُونِي فِي الرِّيحِ، فَوَاللهِ لَا يَقْدِرُ عَلَيَّ رَبُّ الْعَالَمِينَ أَبَدًا، فَقَالَ اللهُ عَزَّ وَجَلَّ لَهُ: لِمَ فَعَلْتَ ذَلِكَ؟ قَالَ: مِنْ مَخَافَتِكَ، قَالَ: فَيَقُولُ اللهُ عَزَّ وَجَلَّ: انْظُرْ إِلَى مُلْكِ أَعْظَمِ مَلِكٍ، فَإِنَّ لَكَ مِثْلَهُ وَعَشَرَةَ أَمْثَالِهِ، قَالَ: فَيَقُولُ: لِمَ تَسْخَرُ بِي وَأَنْتَ الْمَلِكُ؟ قَالَ: وَذَاكَ الَّذِي ضَحِكْتُ مِنْهُ مِنَ الضُّحَى".

“Rəvayət edilir ki, Əbu Bəkr əs-Siddiq ﵁ demişdir: “Bir gün səhər Allah Elçisi ﷺ Sübh namazını qıldı. Duha vaxtına qədər oturduqdan sonra Allah Elçisi ﷺ güldü və yerinə oturdu. Hətta Zöhrü, Əsri və Məğribi qıldı və bu əsnada danışmadı. Axırıncı İşa namazını qıldıqdan sonra ailəsinin yanına getdi. İnsanlar Əbu Bəkrə dedilər: “Soruş, gör Allah Elçisi ﷺ nə üçün belə etdi? Bu gün o, heç vaxt etmədiyini edib”. Əbu Bəkr ondan soruşduqda, o buyurdu: “Bəli, mənə dünya və Axirət işlərindən olacaq şeylər ərz edildi. Birincilər və sonuncular bir yerdə toplanacaqlar. İnsanlar buna görə dəhşətə gələcəklər. Nəhayət, az qala onlar tərdən boğulduqları halda Adəmin ﵇ yanına gedəcək və deyəcəklər: “Ey Adəm, sən bəşəriyyətin atasısan, Allah ﷿ səni seçmişdir. Bizdən ötrü Rəbbinə şəfaət et!” O deyəcək: “Mən sizin üzləşdiyiniz hal ilə üzləşmişəm. Məndən sonra olan ulu atanız Nuhun yanına gedin. “Allah Adəmi, Nuhu, İbrahimin nəslini və İmranın nəslini seçib aləmlərdən üstün etdi” (Ali-İmran, 33). Onlar da Nuhun ﵇ yanına gedəcək və deyəcəklər: “Bizdən ötrü Rəbbinə şəfaət et, çünki Allah məhz səni seçmiş və sənin duanı qəbul etmişdi! O, kafirlərdən yer üzündə bir nəfəri belə sağ qoymamışdı”. O deyəcək: “Mən buna layiq deyiləm, gedin İbrahimin yanına! Çünki, Allah ﷿ onu özünə dost seçmişdir”. Onlar İbrahimin ﵇ yanına gələcəklər. O deyəcək: “Mən buna layiq deyiləm, gedin Musanın yanına! Çünki, Allah ﷿ onunla sözlə (vasitəsiz) danışmışdır”. Musa ﵇ deyəcək: “Mən buna layiq deyiləm, gedin İsa ibn Məryəmin yanına! Çünki, o, (Allahın izni ilə) anadangəlmə koru, cüzam xəstəliyinə tutulanı sağaldar və ölüləri dirildərdi”. İsa ﵇ deyəcək: “Mən buna layiq deyiləm, Adəm övladının ağasının yanına gedin! Çünki, o, Qiyamət günü yerin birinci ondan aralanacağı (qəbri açılacaq ilk) kəsdir. Muhəmmədin ﷺ yanına gedin, sizdən ötrü Rəbbinizə şəfaət etsin!” Onlar Cəbrailin yanına gələcəklər. Cəbrail ﵇ də Rəbbinin yanına gələcək. Allah ﷿ buyuracaq: “Ona izn ver və Cənnətlə müjdələ!” Cəbrail onunla gedəcək və o, bir Cümə qədər səcdəyə qapılacaq. Sonra Allah ﷿ buyuracaq: “Başını qaldır, ey Muhəmməd! Söylə, sənə qulaq asılacaq, şəfaət et, şəfaətin qəbul olunacaq”. O da başını qaldıracaq və Rəbbinə baxdıqda yenə bir Cümə qədər səcdəyə qapılacaq. Allah ﷿ buyuracaq: “Başını qaldır, söylə, sənə qulaq asılacaq! Şəfaət et, şəfaətin qəbul olunacaq”. Gedib səcdəyə qapanmaq istəyəndə, Cəbrail onun iki əlindən tutacaq. Allah ona elə dua (qapısını) açacaq ki, onu heç bir bəşərə açmamışdır. Allah Elçisi ﷺ deyəcək: “Ya Rəbbim, fəxr etmədiyim halda məni Adəm övladının ağası və fəxr etmədiyim halda məni Qiyamət günü yerin birinci yarılacağı kəs olaraq yaratdın”. Nəhayət, o, Səna ilə Əylə arasında olan məsafədən də böyük hovuzun yanına gələcək. Sonra belə deyiləcək: “Şəfaət etmək üçün siddiqləri çağırın!” Sonra isə belə deyiləcək: “Peyğəmbərləri çağırın!” Elə peyğəmbər gələcək ki, yanında bir dəstə, elə peyğəmbər gələcək ki, yanında beş-altı nəfər, elə peyğəmbər də gələcək ki, yanında heç kəs olmayacaq. Daha sonra deyiləcək: “İstədiklərinə şəfaət etmək üçün şəhidləri çağırın!” Şəhidlər şəfaət etdikdən sonra Allah ﷿ buyuracaq: “Mən mərhəmətlilərin ən rəhmlisiyəm! Mənə heç bir şeyi şərik qoşmayanları Cənnətimə daxil edin!” Onlar Cənnətə daxil olduqdan sonra Allah ﷿ buyuracaq: “Cəhənnəm oduna baxın, görün orada xeyir əməl edən bir kəsə rast gələ bilərsinizmi?” Onlar gəlib Cəhənnəm odunda bir kişi tapacaqlar. Ona deyiləcək: “Xeyir bir əməl etdinmi?” O deyəcək: “Xeyr, mən alış-verişdə insanlara güzəşt edirdim”. Allah ﷿ buyuracaq: “Qullarıma güzəştə getdiyi kimi quluma güzəştə gedin!” Sonra Cəhənnəmdən başqa bir kişi çıxarılacaq və ona belə deyiləcək: “Xeyir bir əməl etdinmi?” O deyəcək: “Xeyr, lakin mən övladıma tapşırdım ki, mən öləndə məni yandırın, sonra üyüdün, toz halına düşdükdə isə məni dənizə aparıb küləkdə göyə sovurun. Allaha and olsun ki, aləmlərin Rəbbinin məni (diriltməyə) heç vaxt qüdrəti çatmayacaq”. Allah ﷿ ona buyuracaq: “Niyə belə etdin?” O deyəcək: “Səndən qorxduğuma görə”. Allah ﷿ buyuracaq: “Ən böyük padşahın səltənətinə bax! Həqiqətən, sənə elə bir səltənət və on misli veriləcək”. O deyəcək: “Sən Hökmdar ola-ola məni niyə məsxərəyə qoyursan!?” (Allah Elçisi ﷺ dedi:) Duha vaxtında güldüyüm adam bax budur”.”

Əbu Bəkr əs-Siddiq
Qüdsi hədislər, 209 (Kitab 13, 34)Həsən

عَنْ أَنَسٍ قَالَ: حَدَّثَنِي نَبِيُّ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «إِنِّي لَقَائِمٌ أَنْتَظِرُ أُمَّتِي تَعْبُر عَلَى الصِّرَاطِ إِذْ جَاءَنِي عِيسَى فَقَالَ: هَذِه الأَنْبِيَاء قَدْ جَاءَتْكَ يَا مُحَمَّدُ! يَشْتَكُونَ أَوْ قَالَ يَجْتَمِعُونَ إِلَيْكَ وَيَدْعُونَ اللهَ عَزَّ وَجَلَّ أَنْ يُفَرِّقَ جَمْع الأُمَمِ إِلَى حَيْثُ يَشَاءُ اللهُ، لِعِظَمِ مَا هُمْ فِيهِ وَالْخَلْقُ مُلْجَمُونَ فِي الْعَرَقِ وَأَمَّا الْمُؤْمِن فَهُوَ عَلَيْهِ كَالزّكْمَةِ، وَأَمَّا الْكَافِر فَيَتَغَشَّاهُ الْمُوتُ، قَالَ: قَالَ: يا عِيسَى! انْتَظِر حَتَّى أَرْجِعَ إِلَيْكَ قَالَ: فَذَهَبَ نَبِيُّ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى قَامَ تَحْتَ الْعَرْشِ فَلَقِيَ مَا لَمْ يَلْقَ مَلَكٌ مُصْطَفَى، وَلاَ نَبِيٌّ مُرسَلٌ فَأَوْحَي اللهُ عَزَّ وَجَلَّ إِلَى جِبْرِيلُ: اذْهَبْ إِلَى مُحَمَّدٍ فَقُلْ لَهُ: ارْفَعْ رَأْسَكَ سَلْ تُعْطَ وَاشْفَعْ تُشَفَّعْ قَالَ: فَشُفِّعْتُ فِي أُمَّتِي أَنْ اخُرِجَ مِنْ كُلِّ تَسْعَةٍ وَتِسْعِينَ إِنْسَاناً وَاحِداً قَالَ: فَمَا زِلتُ أَتَرَدَّدُ عَلَى رَبِيِّ عَزَّ وَجَلَّ فَلاَ أَقُومُ مَقَاماً إِلاَّ شُفِّعْتُ حَتَّى أَعْطَانِي اللهُ عَزَّ وَجَلَّ مِنْ ذَلِكَ أَنْ قَالَ: يَا مُحَمَّد! أَدْخِلْ مِنْ أُمَّتِكَ مَنْ خَلْقِ اللهِ عَزَّ وَجَلَّ مَنْ شَهِدَ أَنَّهُ لاَ إِلَهَ إِلاَّ اللهُ يَوماً وَاحِداً مُخْلِصاً وَمَاتَ عَلَى ذَلِكَ».

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allahın Peyğəmbəri ﷺ belə buyurdu: “Həqiqətən, mən (Qiyamət günü) ayaq üstə ümmətimin sirat körpüsünün üstündən keçməyini gözlədiyim zaman İsa yanıma gəlib deyəcək: “Ey Muhəmməd! Bu peyğəmbərlər sənin yanına gələrək şikayət edir və ümmətlərin halı çox dəhşətli olduğu üçün Allaha dua edirlər ki, (və ya yanına toplanaraq Allaha dua edirlər ki,) Allah onları bir-birindən ayırıb istədiyi yerə (Cənnətə və ya Cəhənnəmə) salsın”. Həmin vaxt insanlar tər içində olacaqlar. Möminə gəlincə, bu ona zökəm kimi gələcək. Kafir olan kəsi isə ölüm bürüyəcək”. Allah Elçisi ﷺ deyəcək: “Ey İsa, sənin yanına qayıdanadək gözlə!” Allahın Peyğəmbəri ﷺ gedib Ərşin altında, heç bir seçilmiş mələyə və ya göndərilmiş peyğəmbərə nəsib olmayan məqamda duracaq. Sonra Allah ﷿ Cəbrailə belə vəhy edəcək: “Muhəmmədin yanına get və ona de: “Başını qaldır, istə, istədiyin sənə veriləcək, şəfaət et, şəfaətin qəbul ediləcək”. Mən ümmətimə hər doxsan doqquz insandan birinin (Cəhənnəmdən) çıxmasına şəfaət edəcəyəm. Mən Rəbbimə ﷿ üz tutaraq dayanmadan, Allaha şəfaət edilə bilən hər məqamdan şəfaət edəcəyəm. Nəhayət, Allah ﷿ bunu mənə verərək belə buyuracaq: “Ey Muhəmməd! Ümmətindən bir gün olsa belə ixlasla “lə: ilə:hə illəllah” kəlməsinə şəhadət verən və bunun üzərində ölən kəsləri (Cənnətə) daxil et!””

Ənəs
Qüdsi hədislər, 210 (Kitab 13, 35)Səhih

وَحَدَّثَنِى سُوَيْدُ بْنُ سَعِيدٍ قَالَ حَدَّثَنِى حَفْصُ بْنُ مَيْسَرَةَ عَنْ زَيْدِ بْنِ أَسْلَمَ عَنْ عَطَاءِ بْنِ يَسَارٍ عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ أَنَّ نَاسًا فِى زَمَنِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالُوا يَا رَسُولَ اللَّهِ هَلْ نَرَى رَبَّنَا يَوْمَ الْقِيَامَةِ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « نَعَمْ ». قَالَ « هَلْ تُضَارُّونَ فِى رُؤْيَةِ الشَّمْسِ بِالظَّهِيرَةِ صَحْوًا لَيْسَ مَعَهَا سَحَابٌ وَهَلْ تُضَارُّونَ فِى رُؤْيَةِ الْقَمَرِ لَيْلَةَ الْبَدْرِ صَحْوًا لَيْسَ فِيهَا سَحَابٌ ». قَالُوا لاَ يَا رَسُولَ اللَّهِ. قَالَ « مَا تُضَارُّونَ فِى رُؤْيَةِ اللَّهِ تَبَارَكَ وَتَعَالَى يَوْمَ الْقِيَامَةِ إِلاَّ كَمَا تُضَارُّونَ فِى رُؤْيَةِ أَحَدِهِمَا إِذَا كَانَ يَوْمُ الْقِيَامَةِ أَذَّنَ مُؤَذِّنٌ لِيَتَّبِعْ كُلُّ أُمَّةٍ مَا كَانَتْ تَعْبُدُ. فَلاَ يَبْقَى أَحَدٌ كَانَ يَعْبُدُ غَيْرَ اللَّهِ سُبْحَانَهُ مِنَ الأَصْنَامِ وَالأَنْصَابِ إِلاَّ يَتَسَاقَطُونَ فِى النَّارِ حَتَّى إِذَا لَمْ يَبْقَ إِلاَّ مَنْ كَانَ يَعْبُدُ اللَّهَ مِنْ بَرٍّ وَفَاجِرٍ وَغُبَّرِ أَهْلِ الْكِتَابِ فَيُدْعَى الْيَهُودُ فَيُقَالُ لَهُمْ مَا كُنْتُمْ تَعْبُدُونَ قَالُوا كُنَّا نَعْبُدُ عُزَيْرَ ابْنَ اللَّهِ. فَيُقَالُ كَذَبْتُمْ مَا اتَّخَذَ اللَّهُ مِنْ صَاحِبَةٍ وَلاَ وَلَدٍ فَمَاذَا تَبْغُونَ قَالُوا عَطِشْنَا يَا رَبَّنَا فَاسْقِنَا. فَيُشَارُ إِلَيْهِمْ أَلاَ تَرِدُونَ فَيُحْشَرُونَ إِلَى النَّارِ كَأَنَّهَا سَرَابٌ يَحْطِمُ بَعْضُهَا بَعْضًا فَيَتَسَاقَطُونَ فِى النَّارِ. ثُمَّ يُدْعَى النَّصَارَى فَيُقَالُ لَهُمْ مَا كُنْتُمْ تَعْبُدُونَ قَالُوا كُنَّا نَعْبُدُ الْمَسِيحَ ابْنَ اللَّهِ. فَيُقَالُ لَهُمْ كَذَبْتُمْ. مَا اتَّخَذَ اللَّهُ مِنْ صَاحِبَةٍ وَلاَ وَلَدٍ. فَيُقَالُ لَهُمْ مَاذَا تَبْغُونَ فَيَقُولُونَ عَطِشْنَا يَا رَبَّنَا فَاسْقِنَا. - قَالَ - فَيُشَارُ إِلَيْهِمْ أَلاَ تَرِدُونَ فَيُحْشَرُونَ إِلَى جَهَنَّمَ كَأَنَّهَا سَرَابٌ يَحْطِمُ بَعْضُهَا بَعْضًا فَيَتَسَاقَطُونَ فِى النَّارِ حَتَّى إِذَا لَمْ يَبْقَ إِلاَّ مَنْ كَانَ يَعْبُدُ اللَّهَ تَعَالَى مِنْ بَرٍّ وَفَاجِرٍ أَتَاهُمْ رَبُّ الْعَالَمِينَ سُبْحَانَهُ وَتَعَالَى فِى أَدْنَى صُورَةٍ مِنَ الَّتِى رَأَوْهُ فِيهَا. قَالَ فَمَا تَنْتَظِرُونَ تَتْبَعُ كُلُّ أُمَّةٍ مَا كَانَتْ تَعْبُدُ. قَالُوا يَا رَبَّنَا فَارَقْنَا النَّاسَ فِى الدُّنْيَا أَفْقَرَ مَا كُنَّا إِلَيْهِمْ وَلَمْ نُصَاحِبْهُمْ. فَيَقُولُ أَنَا رَبُّكُمْ. فَيَقُولُونَ نَعُوذُ بِاللَّهِ مِنْكَ لاَ نُشْرِكُ بِاللَّهِ شَيْئًا - مَرَّتَيْنِ أَوْ ثَلاَثًا - حَتَّى إِنَّ بَعْضَهُمْ لَيَكَادُ أَنْ يَنْقَلِبَ. فَيَقُولُ هَلْ بَيْنَكُمْ وَبَيْنَهُ آيَةٌ فَتَعْرِفُونَهُ بِهَا فَيَقُولُونَ نَعَمْ. فَيُكْشَفُ عَنْ سَاقٍ فَلاَ يَبْقَى مَنْ كَانَ يَسْجُدُ لِلَّهِ مِنْ تِلْقَاءِ نَفْسِهِ إِلاَّ أَذِنَ اللَّهُ لَهُ بِالسُّجُودِ وَلاَ يَبْقَى مَنْ كَانَ يَسْجُدُ اتِّقَاءً وَرِيَاءً إِلاَّ جَعَلَ اللَّهُ ظَهْرَهُ طَبَقَةً وَاحِدَةً كُلَّمَا أَرَادَ أَنْ يَسْجُدَ خَرَّ عَلَى قَفَاهُ. ثُمَّ يَرْفَعُونَ رُءُوسَهُمْ وَقَدْ تَحَوَّلَ فِى صُورَتِهِ الَّتِى رَأَوْهُ فِيهَا أَوَّلَ مَرَّةٍ فَقَالَ أَنَا رَبُّكُمْ. فَيَقُولُونَ أَنْتَ رَبُّنَا. ثُمَّ يُضْرَبُ الْجِسْرُ عَلَى جَهَنَّمَ وَتَحِلُّ الشَّفَاعَةُ وَيَقُولُونَ اللَّهُمَّ سَلِّمْ سَلِّمْ ». قِيلَ يَا رَسُولَ اللَّهِ وَمَا الْجِسْرُ قَالَ « دَحْضٌ مَزِلَّةٌ. فِيهِ خَطَاطِيفُ وَكَلاَلِيبُ وَحَسَكٌ تَكُونُ بِنَجْدٍ فِيهَا شُوَيْكَةٌ يُقَالُ لَهَا السَّعْدَانُ فَيَمُرُّ الْمُؤْمِنُونَ كَطَرْفِ الْعَيْنِ وَكَالْبَرْقِ وَكَالرِّيحِ وَكَالطَّيْرِ وَكَأَجَاوِيدِ الْخَيْلِ وَالرِّكَابِ فَنَاجٍ مُسَلَّمٌ وَمَخْدُوشٌ مُرْسَلٌ وَمَكْدُوسٌ فِى نَارِ جَهَنَّمَ. حَتَّى إِذَا خَلَصَ الْمُؤْمِنُونَ مِنَ النَّارِ فَوَالَّذِى نَفْسِى بِيَدِهِ مَا مِنْكُمْ مِنْ أَحَدٍ بِأَشَدَّ مُنَاشَدَةً لِلَّهِ فِى اسْتِقْصَاءِ الْحَقِّ مِنَ الْمُؤْمِنِينَ لِلَّهِ يَوْمَ الْقِيَامَةِ لإِخْوَانِهِمُ الَّذِينَ فِى النَّارِ يَقُولُونَ رَبَّنَا كَانُوا يَصُومُونَ مَعَنَا وَيُصَلُّونَ وَيَحُجُّونَ. فَيُقَالُ لَهُمْ أَخْرِجُوا مَنْ عَرَفْتُمْ. فَتُحَرَّمُ صُوَرُهُمْ عَلَى النَّارِ فَيُخْرِجُونَ خَلْقًا كَثيرًا قَدْ أَخَذَتِ النَّارُ إِلَى نِصْفِ سَاقَيْهِ وَإِلَى رُكْبَتَيْهِ ثُمَّ يَقُولُونَ رَبَّنَا مَا بَقِىَ فِيهَا أَحَدٌ مِمَّنْ أَمَرْتَنَا بِهِ. فَيَقُولُ ارْجِعُوا فَمَنْ وَجَدْتُمْ فِى قَلْبِهِ مِثْقَالَ دِينَارٍ مِنْ خَيْرٍ فَأَخْرِجُوهُ. فَيُخْرِجُونَ خَلْقًا كَثِيرًا ثُمَّ يَقُولُونَ رَبَّنَا لَمْ نَذَرْ فِيهَا أَحَدًا مِمَّنْ أَمَرْتَنَا. ثُمَّ يَقُولُ ارْجِعُوا فَمَنْ وَجَدْتُمْ فِى قَلْبِهِ مِثْقَالَ نِصْفِ دِينَارٍ مِنْ خَيْرٍ فَأَخْرِجُوهُ. فَيُخْرِجُونَ خَلْقًا كَثِيرًا ثُمَّ يَقُولُونَ رَبَّنَا لَمْ نَذَرْ فِيهَا مِمَّنْ أَمَرْتَنَا أَحَدًا. ثُمَّ يَقُولُ ارْجِعُوا فَمَنْ وَجَدْتُمْ فِى قَلْبِهِ مِثْقَالَ ذَرَّةٍ مِنْ خَيْرٍ فَأَخْرِجُوهُ. فَيُخْرِجُونَ خَلْقًا كَثِيرًا ثُمَّ يَقُولُونَ رَبَّنَا لَمْ نَذَرْ فِيهَا خَيْرًا ». وَكَانَ أَبُو سَعِيدٍ الْخُدْرِىُّ يَقُولُ إِنْ لَمْ تُصَدِّقُونِى بِهَذَا الْحَدِيثِ فَاقْرَءُوا إِنْ شِئْتُمْ (إِنَّ اللَّهَ لاَ يَظْلِمُ مِثْقَالَ ذَرَّةٍ وَإِنْ تَكُ حَسَنَةً يُضَاعِفْهَا وَيُؤْتِ مِنْ لَدُنْهُ أَجْرًا عَظِيمًا) « فَيَقُولُ اللَّهُ عَزَّ وَجَلَّ شَفَعَتِ الْمَلاَئِكَةُ وَشَفَعَ النَّبِيُّونَ وَشَفَعَ الْمُؤْمِنُونَ وَلَمْ يَبْقَ إِلاَّ أَرْحَمُ الرَّاحِمِينَ فَيَقْبِضُ قَبْضَةً مِنَ النَّارِ فَيُخْرِجُ مِنْهَا قَوْمًا لَمْ يَعْمَلُوا خَيْرًا قَطُّ قَدْ عَادُوا حُمَمًا فَيُلْقِيهِمْ فِى نَهْرٍ فِى أَفْوَاهِ الْجَنَّةِ يُقَالُ لَهُ نَهْرُ الْحَيَاةِ فَيَخْرُجُونَ كَمَا تَخْرُجُ الْحِبَّةُ فِى حَمِيلِ السَّيْلِ أَلاَ تَرَوْنَهَا تَكُونُ إِلَى الْحَجَرِ أَوْ إِلَى الشَّجَرِ مَا يَكُونُ إِلَى الشَّمْسِ أُصَيْفِرُ وَأُخَيْضِرُ وَمَا يَكُونُ مِنْهَا إِلَى الظِّلِّ يَكُونُ أَبْيَضَ ». فَقَالُوا يَا رَسُولَ اللَّهِ كَأَنَّكَ كُنْتَ تَرْعَى بِالْبَادِيَةِ قَالَ « فَيَخْرُجُونَ كَاللُّؤْلُؤِ فِى رِقَابِهِمُ الْخَوَاتِمُ يَعْرِفُهُمْ أَهْلُ الْجَنَّةِ هَؤُلاَءِ عُتَقَاءُ اللَّهِ الَّذِينَ أَدْخَلَهُمُ اللَّهُ الْجَنَّةَ بِغَيْرِ عَمَلٍ عَمِلُوهُ وَلاَ خَيْرٍ قَدَّمُوهُ ثُمَّ يَقُولُ ادْخُلُوا الْجَنَّةَ فَمَا رَأَيْتُمُوهُ فَهُوَ لَكُمْ. فَيَقُولُونَ رَبَّنَا أَعْطَيْتَنَا مَا لَمْ تُعْطِ أَحَدًا مِنَ الْعَالَمِينَ. فَيَقُولُ لَكُمْ عِنْدِى أَفْضَلُ مِنْ هَذَا فَيَقُولُونَ يَا رَبَّنَا أَىُّ شَىْءٍ أَفْضَلُ مِنْ هَذَا. فَيَقُولُ رِضَاىَ فَلاَ أَسْخَطُ عَلَيْكُمْ بَعْدَهُ أَبَدًا ».

“Əbu Səid əl-Xudri ﵁ rəvayət etmişdir ki, Allah Elçisinin ﷺ dövründə bir dəstə adam Peyğəmbərə ﷺ dedi: “Ey Allahın Elçisi! Biz Qiyamət günü Rəbbimizi görə biləcəyikmi?” Allah Elçisi ﷺ buyurdu: “Bəli! Məgər siz günortaüstü, gün işığının qabağını bulud örtmədiyi bir vaxtda günəşi (görmək üçün basabas salıb) bir-birinizə əziyyət verirsinizmi?! On dördüncü gecədə, ay işığının qabağını bulud örtmədiyi bir vaxtda ayı (görmək üçün) bir-birinizə əziyyət verirsinizmi?!” Onlar: “Xeyr, ey Allahın Elçisi!”– dedilər. Allah Elçisi ﷺ buyurdu: “Bu ikisindən birini görməyə sizə heç bir şey mane olmadığı kimi, Allahı ﷾ da Qiyamət günü beləcə görəcəksiniz. Qiyamət günü yetişdiyi zaman carçı səsləyib deyəcək: “Hər bir ümmət nəyə ibadət edirdisə, qoy onun ardınca getsin!” Bundan sonra Allahdan qeyrisinə – bütlərə və dikinə qoyulmuş daşlara ibadət edən elə bir kimsə qalmayacaq ki, Cəhənnəm oduna düşməsin. Axırda isə yalnız Allaha ibadət edənlər – xeyirxah, yaxud günahkar adamlar – habelə Kitab əhlindən (öz peyğəmbərlərinə) sadiq olmuş kimsələr qalacaqdır. (O vaxt) yəhudilər çağırılacaq və onlardan soruşulacaq ki: “Siz nəyə ibadət edirdiniz?” Onlar deyəcəklər: “Biz Allahın oğlu Üzeyirə ibadət edirdik”. Onlara deyiləcək: “Yalan danışırsınız! Allah Özünə nə zövcə, nə də övlad götürmüşdür. (Bir deyin görək) siz nə istəyirsiniz?” Onlar deyəcəklər: “Susamışıq, ya Rəbbimiz, bizə su ver”. Onda onlara (Cəhənnəm) göstəriləcək (və deyiləcək): “(Bundan) içmək istəmirsinizmi?” Onlar ilğıma bənzər, alovlanan atəşin (kənarına) toplanacaq və bir-birilərini tapdayaraq Cəhənnəmə düşəcəklər. Sonra nəsranilər çağırılacaq və onlardan soruşulacaq: “Siz nəyə ibadət edirdiniz?” Onlar deyəcəklər: “Biz Allahın oğlu Məsihə ibadət edirdik”. Onlara deyiləcək: “Yalan danışırsınız! Allah Özünə nə zövcə, nə də övlad götürmüşdür”. Sonra onlardan: “Siz nə istəyirsiniz?”– deyə soruşulacaq. Onlar: “Susamışıq, ya Rəbbimiz, bizə su ver”– deyə cavab verəcəklər. Onda onlara (Cəhənnəm) göstəriləcək (və deyiləcək): “(Bundan) içmək istəmirsinizmi?” Onlar ilğıma bənzər, alovlanan atəşin (kənarına) toplanacaq və bir-birilərini tapdayaraq Cəhənnəmə düşəcəklər. Nəhayət, ancaq Allaha ibadət edən kimsələr – xeyirxah, yaxud günahkar adamlar qaldıqda aləmlərin Rəbbi ﷾ onların yanına Onu gördükləri ən yaxın surətdə gələcək və belə buyuracaq: “Nə gözləyirsiniz?! Qoy hər bir ümmət ibadət etdiyi (məbudun) ardınca getsin!” Onlar deyəcəklər: “Biz dünyada ikən insanlara ehtiyacımız ola-ola onlardan ayrıldıq, əsla onlarla birlikdə olmadıq”. Onda Allah buyuracaq: “Mən sizin Rəbbinizəm!” Onlar: “Səndən Allaha sığınırıq!” (və iki, yaxud üç dəfə): “Biz heç nəyi Allaha şərik qoşmuruq!”– deyəcəklər. Hətta bəziləri (imtahanın çətinliyi üzündən həqiqətdən) üz döndərmək istəyəcək. O buyuracaq: “Sizinlə Onun arasında bir əlamət varmı ki, bunun sayəsində Onu tanıya biləsiniz?” Onlar: “Bəli!”– deyə cavab verəcəklər. Bu vaxt Baldır açılacaq və səmimi qəlbdən Allaha səcdə etmiş elə bir kəs qalmayacaq ki, Allah ona səcdə etməyə izin verməsin. Həmçinin (insanlardan) qorunmaq məqsədilə və ya riyakarlıqla səcdə etmiş elə bir kəs qalmayacaq ki, Allah onun onurğa sümüyünü bir bütöv sümük etməsin. Beləsi hər dəfə səcdə etmək istədikdə, (əksinə,) qafası üstə düşəcək. Sonra (möminlər) başlarını (səcdədən) qaldıracaqlar. (Allah) ilk dəfə gördükləri surəti dəyişmiş olduğu halda (onlara): “Mən sizin Rəbbinizəm”– deyə buyuracaq. Onlar da: “(Bəli,) Sən bizim Rəbbimizsən!”– deyəcəklər. Bundan sonra Cəhənnəmin üzərində körpü qurulacaq və şəfaət etməyə izin veriləcəkdir. (Həmin vaxt peyğəmbərlər): “Allahım, xilas et, xilas et!”– deyəcəklər”. Peyğəmbərdən ﷺ soruşdular: “Ey Allahın Elçisi, nə körpüdür elə?” O dedi: “Sürüşkən və hamar bir şeydir. Orada çəngəllər, qarmaqlar və dəmir tikanlar var. Bunlar Nəcddə bitən, üstü tikanla dolu, sadan deyilən bir bitkiyə bənzəyir. Möminlərdən kimisi bir göz qırpımında, kimisi şimşək tək, kimisi külək kimi, kimisi quş kimi, kimisi də ən bərk qaçan cins at və ya dəvə kimi sürətlə həmin körpünün üstündən keçəcək. Kimisi sağ-salamat qurtulacaq. Kimisi tikanlara ilişib didik-didik ediləcək, lakin axırda xilas olacaq. Bəziləri də Cəhənnəm odunda qalaqlanacaqlar. Nəhayət, möminlər oddan xilas olduqları zaman – canım Əlində olan Allaha and olsun ki – sizdən heç kəsin, haqqı araşdırmaq xüsusunda Allaha yalvarıb-yaxarması, Qiyamət günü möminlərdən Cəhənnəmə düşmüş qardaşları üçün Allaha yalvarması qədər şiddətli ola bilməz. Onlar: “Ya Rəbbimiz! (Bu zavallılar) bizimlə bərabər oruc tutar, namaz qılar və həcc ziyarətini yerinə yetirərdilər”– deyəcəklər. Onda onlara: “Tanıdığınız kimsələri (oddan) çıxardın, onların vücudu Cəhənnəm oduna haram edilir!”– deyiləcək. Beləliklə, onlar, ayağının yarısına qədər, habelə dizinə qədər atəşə giriftar olmuş bir çox insanları (oradan) çıxaracaqlar. Sonra deyəcəklər: “Ya Rəbbimiz! Bizə əmr etdiyin kimsələrdən Cəhənnəmdə heç kəs qalmadı”. Onda Allah buyuracaq: “Geri qayıdın, qəlbində dinar ağırlığında iman olan (hər) kəsi (oradan) çıxarın!” Onlar yenə bir çoxlarını (oddan) çıxaracaqlar. Sonra deyəcəklər: “Ya Rəbbimiz! Bizə əmr etdiyin kimsələrdən heç kəsi Cəhənnəmdə buraxmadıq, (hamısını çıxartdıq)”. Allah buyuracaq: “Geri dönün, qəlbində yarım dinar ağırlığında iman olan bir kimsə tapsanız, onu da (oradan) çıxarın!” Onlar yenə bir çoxlarını (oradan) çıxaracaqlar. Sonra deyəcəklər: “Ya Rəbbimiz! Bizə əmr etdiyin kimsələrdən heç kəsi orada buraxmadıq”. Allah buyuracaq: “Geri dönün, qəlbində zərrə ağırlığında iman olan bir kimsə tapsanız, onu da (oradan) çıxarın!” Onlar yenə bir çoxlarını (oradan) çıxaracaqlar. Sonra deyəcəklər: “Ya Rəbbimiz! Biz orada bir nəfər xeyirxah adam qoymadıq”. Əbu Səid əl-Xudri deyərdi: “Mənim danışdığım bu hədisə inanmırsınızsa, bu ayəni oxuyun: “Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər qulun gördüyü iş yaxşı əməl olarsa, Allah bunu artırar və Öz tərəfindən ona böyük mükafat verər” (ən-Nisa, 48). Bundan sonra Allah ﷿: “Mələklər şəfaət etdilər, peyğəmbərlər şəfaət etdilər, möminlər şəfaət etdilər. (Şəfaət etməyən) yalnız rəhmlilərin Rəhmlisi qaldı”– deyə buyuracaq. Sonra da heç vaxt yaxşılıq etməmiş, yanıb kömürə dönmüş bir toplumu ovuclayıb Cəhənnəmdən çıxaracaq və onları Cənnətin yollarında axan, Həyat çayı deyilən bir çaya atacaq. Beləliklə, onlar selin gətirdiyi toxumun cücərib yetişdiyi kimi diriləcəklər. Məgər (o, yabanı toxumların) istər daşın, istərsə də ağacın dibində necə cücərdiyini görmürsünüz?! Günəş (şüaları) altında qalanı sarı və yaşıl, kölgədə qalanı isə ağ olur”. (Səhabələrdən bəziləri) dedilər: “Ey Allahın Elçisi! Sən sanki səhrada çobanlıq etmisən”. Peyğəmbər ﷺ davam edib dedi: “Onlar boyunlarında (gözoxşayan) halqalar olduğu halda, özləri də mirvari tək gözəl görkəmdə (Həyat çayından) çıxacaqlar. Cənnət əhli onları tanıyacaq (və deyəcək ki): “Nə bir (yaxşı) əməli, nə də özləri üçün əvvəlcədən tədarük gördükləri xeyirləri olmadığı halda, Allahın Cənnətə daxil etdiyi, azadlığa buraxdığı kimsələr bunlardır!” Sonra Allah (onlara) belə buyuracaq: “Cənnətə girin! Gözünüzün gördüyü hər nə varsa, sizindir”. Onlar deyəcəklər: “Ya Rəbbimiz! Sən aləmlərdən heç kəsə vermədiyin nemətləri bizə verdin!” Allah buyuracaq: “Sizə bundan da üstün olanını hazırlamışam!” Onlar deyəcəklər: “Ya Rəbbimiz! Bundan üstün nə ola bilər ki?” Allah buyuracaq: “Mənim rizam! Artıq bundan sonra Mənim sizə heç vaxt qəzəbim tutmayacaq”.”

Əbu Səid əl-Xudri
Qüdsi hədislər, 211m (Kitab 13, 36m)Səhih

عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «لَمَّا خَلَقَ اللَّهُ الْجَنَّةَ قَالَ لِجِبْرِيلَ: اذْهَبْ فَانْظُرْ إِلَيْهَا. فَذَهَبَ فَنَظَرَ إِلَيْهَا ثُمَّ جَاءَ فَقَالَ: أَىْ رَبِّ وَعِزَّتِكَ لاَ يَسْمَعُ بِهَا أَحَدٌ إِلاَّ دَخَلَهَا ثُمَّ حَفَّهَا بِالْمَكَارِهِ ثُمَّ قَالَ: يَا جِبْرِيلُ اذْهَبْ فَانْظُرْ إِلَيْهَا فَذَهَبَ فَنَظَرَ إِلَيْهَا ثُمَّ جَاءَ فَقَالَ: أَىْ رَبِّ وَعِزَّتِكَ لَقَدْ خَشِيتُ أَنْ لاَ يَدْخُلَهَا أَحَدٌ». قَالَ: «فَلَمَّا خَلَقَ اللَّهُ النَّارَ قَالَ: يَا جِبْرِيلُ اذْهَبْ فَانْظُرْ إِلَيْهَا. فَذَهَبَ فَنَظَرَ إِلَيْهَا ثُمَّ جَاءَ فَقَالَ: أَىْ رَبِّ وَعِزَّتِكَ لاَ يَسْمَعُ بِهَا أَحَدٌ فَيَدْخُلُهَا فَحَفَّهَا بِالشَّهَوَاتِ ثُمَّ قَالَ: يَا جِبْرِيلُ اذْهَبْ فَانْظُرْ إِلَيْهَا. فَذَهَبَ فَنَظَرَ إِلَيْهَا ثُمَّ جَاءَ فَقَالَ: أَىْ رَبِّ وَعِزَّتِكَ لَقَدْ خَشِيتُ أَنْ لاَ يَبْقَى أَحَدٌ إِلاَّ دَخَلَهَا»

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Allah Cənnəti yaradanda Cəbrailə buyurdu: “Get ora bax!” O da gedib ora baxdı, sonra qayıdıb dedi: “Ya Rəbbim! İzzətinə and olsun ki, onun haqqında eşidən hər kəs ora daxil olacaq”. Sonra Allah onu çətinliklərlə əhatə etdi və buyurdu: “Ey Cəbrail, get ora bax!” O da gedib ora baxdı, sonra qayıdıb dedi: “Ya Rəbbim! İzzətinə and olsun ki, heç kimin ora daxil ola bilməyəcəyindən qorxdum”. Allah Cəhənnəmi yaradanda isə buyurdu: “Ey Cəbrail, get ora bax!” O da gedib ora baxdı, sonra qayıdıb dedi: “Ya Rəbbim! İzzətinə and olsun ki, onu eşidən heç bir kəs ora daxil olmaz”. Sonra Allah onu şəhvətlərlə əhatə etdi və buyurdu: “Ey Cəbrail, get ora bax!” O da gedib ora baxdı, sonra qayıdıb dedi: “Ya Rəbbim! İzzətinə and olsun ki, hər kəsin ora daxil olacağından qorxdum”.”

Əbu Hureyra
Qüdsi hədislər, 212 (Kitab 14, 1)Həsən

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «تَحَاجَّتِ الْجَنَّةُ وَالنَّارُ فَقَالَتِ النَّارُ أُوثِرْتُ بِالْمُتَكَبِّرِينَ وَالْمُتَجَبِّرِينَ. وَقَالَتِ الْجَنَّةُ مَا لِى لاَ يَدْخُلُنِى إِلاَّ ضُعَفَاءُ النَّاسِ وَسَقَطُهُمْ. قَالَ اللَّهُ تَبَارَكَ وَتَعَالَى لِلْجَنَّةِ أَنْتِ رَحْمَتِى أَرْحَمُ بِكِ مَنْ أَشَاءُ مِنْ عِبَادِى. وَقَالَ لِلنَّارِ إِنَّمَا أَنْتِ عَذَابٌ أُعَذِّبُ بِكِ مَنْ أَشَاءُ مِنْ عِبَادِى. وَلِكُلِّ وَاحِدَةٍ مِنْهُمَا مِلْؤُهَا، فَأَمَّا النَّارُ فَلاَ تَمْتَلِئُ حَتَّى يَضَعَ رِجْلَهُ فَتَقُولُ قَطٍ قَطٍ قَطٍ. فَهُنَالِكَ تَمْتَلِئُ وَيُزْوَى بَعْضُهَا إِلَى بَعْضٍ، وَلاَ يَظْلِمُ اللَّهُ عَزَّ وَجَلَّ مِنْ خَلْقِهِ أَحَدًا، وَأَمَّا الْجَنَّةُ فَإِنَّ اللَّهَ عَزَّ وَجَلَّ يُنْشِئُ لَهَا خَلْقًا»

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “(Bir dəfə) Cənnətlə Cəhənnəm höcətləşdi. Cəhənnəm dedi: “Mən (məxsusi olaraq) inadkarlardan və təkəbbürlülərdən ötrü yaradılmışam”. Cənnət dedi: “Mənə nə olub ki, içimə ancaq zəif və aciz (görünən) adamlar girsin?” Onda Uca Allah Cənnətə buyurdu: “Sən Mənim rəhmətimsən, Mən sənin vasitənlə qullarımdan dilədiyim kimsəyə rəhm edərəm”. Sonra Cəhənnəmə buyurdu: “Sən də Mənim əzabımsan, Mən sənin vasitənlə qullarımdan dilədiyim kimsəyə əzab verərəm. Onların hər biri (kifayət qədər insan və cinlə) doldurulacaq”. Cəhənnəm ancaq o zaman dolacaq ki, Allah Öz Ayağını onun üstünə qoyacaq və o: “Yetər, yetər!”- deyəcək. Onda o, artıq dolacaq və (içindəkiləri) qaplayacaq. Allah ﷿ qullarından heç kəsə zülm etməz. Cənnətə gəlincə, Allah ﷿ onun (dolması) üçün başqa varlıqlar yaradacaq”.”

Əbu Hureyra
Qüdsi hədislər, 213 (Kitab 14, 2)Səhih
Daha çox göstər

270 / 353 hədis göstərilir