أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ ، قَالَ : حَدَّثَنَا الْمُظَفَّرُ بْنُ مُدْرِكٍ أَبُو كَامِلٍ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، قَالَ : أَخَذْتُ هَذَا الْكِتَابَ مِنْ ثُمَامَةَ بْنِ عَبْدِ اللهِ بْنِ أَنَسِ بْنِ مَالِكٍ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ : أَنَّ أَبَا بَكْرٍ ، كَتَبَ لَهُمْ إِنَّ هَذِهِ فَرَائِضُ الصَّدَقَةِ الَّتِي فَرَضَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى الْمُسْلِمِينَ الَّتِي أَمَرَ اللَّهُ عَزَّ وَجَلَّ بِهَا رَسُولَهُ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَمَنْ سُئِلَهَا مِنَ الْمُسْلِمِينَ عَلَى وَجْهِهَا فَلْيُعْطِ ، وَمَنْ سُئِلَ فَوْقَ ذَلِكَ فَلاَ يُعْطِ فِيمَا دُونَ خَمْسٍ وَعِشْرِينَ مِنَ الإِبِلِ فِي كُلِّ خَمْسِ ذَوْدٍ شَاةٌ ، فَإِذَا بَلَغَتْ خَمْسًا وَعِشْرِينَ فَفِيهَا بِنْتُ مَخَاضٍ إِلَى خَمْسٍ وَثَلاَثِينَ ، فَإِنْ لَمْ تَكُنْ بِنْتُ مَخَاضٍ فَابْنُ لَبُونٍ ذَكَرٌ ، فَإِذَا بَلَغَتْ سِتًّا وَثَلاَثِينَ فَفِيهَا بِنْتُ لَبُونٍ إِلَى خَمْسٍ وَأَرْبَعِينَ ، فَإِذَا بَلَغَتْ سِتَّةً وَأَرْبَعِينَ فَفِيهَا حِقَّةٌ طَرُوقَةُ الْفَحْلِ إِلَى سِتِّينَ ، فَإِذَا بَلَغَتْ إِحْدَى وَسِتِّينَ فَفِيهَا جَذَعَةٌ إِلَى خَمْسٍ وَسَبْعِينَ ، فَإِذَا بَلَغَتْ سِتًّا وَسَبْعِينَ فَفِيهَا بِنْتَا لَبُونٍ إِلَى تِسْعِينَ ، فَإِذَا بَلَغَتْ إِحْدَى وَتِسْعِينَ فَفِيهَا حِقَّتَانِ طَرُوقَتَا الْفَحْلِ إِلَى عِشْرِينَ وَمِائَةٍ ، فَإِذَا زَادَتْ عَلَى عِشْرِينَ وَمِائَةٍ فَفِي كُلِّ أَرْبَعِينَ بِنْتُ لَبُونٍ وَفِي كُلِّ خَمْسِينَ حِقَّةٌ ، فَإِذَا تَبَايَنَ أَسْنَانُ الإِبِلِ فِي فَرَائِضِ الصَّدَقَاتِ ، فَمَنْ بَلَغَتْ عِنْدَهُ صَدَقَةُ الْجَذَعَةِ وَلَيْسَتْ عِنْدَهُ جَذَعَةٌ وَعِنْدَهُ حِقَّةٌ ، فَإِنَّهَا تُقْبَلُ مِنْهُ الْحِقَّةُ وَيَجْعَلُ مَعَهَا شَاتَيْنِ إِنْ اسْتَيْسَرَتَا لَهُ أَوْ عِشْرِينَ دِرْهَمًا ، وَمَنْ بَلَغَتْ عِنْدَهُ صَدَقَةُ الْحِقَّةِ وَلَيْسَتْ عِنْدَهُ حِقَّةٌ وَعِنْدَهُ جَذَعَةٌ ، فَإِنَّهَا تُقْبَلُ مِنْهُ وَيُعْطِيهِ الْمُصَّدِّقُ عِشْرِينَ دِرْهَمًا أَوْ شَاتَيْنِ إِنْ اسْتَيْسَرَتَا لَهُ ، وَمَنْ بَلَغَتْ عِنْدَهُ صَدَقَةُ الْحِقَّةِ وَلَيْسَتْ عِنْدَهُ وَعِنْدَهُ بِنْتُ لَبُونٍ ، فَإِنَّهَا تُقْبَلُ مِنْهُ وَيَجْعَلُ مَعَهَا شَاتَيْنِ إِنْ اسْتَيْسَرَتَا لَهُ أَوْ عِشْرِينَ دِرْهَمًا ، وَمَنْ بَلَغَتْ عِنْدَهُ صَدَقَةُ ابْنَةِ لَبُونٍ وَلَيْسَتْ عِنْدَهُ إِلاَّ حِقَّةٌ ، فَإِنَّهَا تُقْبَلُ مِنْهُ وَيُعْطِيهِ الْمُصَّدِّقُ عِشْرِينَ دِرْهَمًا أَوْ شَاتَيْنِ ، وَمَنْ بَلَغَتْ عِنْدَهُ صَدَقَةُ ابْنَةِ لَبُونٍ وَلَيْسَتْ عِنْدَهُ بِنْتُ لَبُونٍ وَعِنْدَهُ بِنْتُ مَخَاضٍ ، فَإِنَّهَا تُقْبَلُ مِنْهُ وَيَجْعَلُ مَعَهَا شَاتَيْنِ إِنْ اسْتَيْسَرَتَا لَهُ أَوْ عِشْرِينَ دِرْهَمَا ، وَمَنْ بَلَغَتْ عِنْدَهُ صَدَقَةُ ابْنَةِ مَخَاضٍ وَلَيْسَ عِنْدَهُ إِلاَّ ابْنُ لَبُونٍ ذَكَرٌ ، فَإِنَّهُ يُقْبَلُ مِنْهُ وَلَيْسَ مَعَهُ شَيْءٌ ، وَمَنْ لَمْ يَكُنْ عِنْدَهُ إِلاَّ أَرْبَعٌ مِنَ الإِبِلِ فَلَيْسَ فِيهَا شَيْءٌ إِلاَّ أَنْ يَشَاءَ رَبُّهَا ، وَفِي صَدَقَةِ الْغَنَمِ فِي سَائِمَتِهَا إِذَا كَانَتْ أَرْبَعِينَ فَفِيهَا شَاةٌ إِلَى عِشْرِينَ وَمِائَةٍ ، فَإِذَا زَادَتْ وَاحِدَةً فَفِيهَا شَاتَانِ إِلَى مِائَتَيْنِ ، فَإِذَا زَادَتْ وَاحِدَةً فَفِيهَا ثَلاَثُ شِيَاهٍ إِلَى ثَلاَثِ مِئَةٍ ، فَإِذَا زَادَتْ فَفِي كُلِّ مِئَةٍ شَاةٌ ، وَلاَ يُؤْخَذُ فِي الصَّدَقَةِ هَرِمَةٌ وَلاَ ذَاتُ عَوَارٍ وَلاَ تَيْسُ الْغَنَمِ إِلاَّ أَنْ يَشَاءَ الْمُصَّدِّقُ ، وَلاَ يُجْمَعُ بَيْنَ مُتَفَرِّقٍ ، وَلاَ يُفَرَّقُ بَيْنَ مُجْتَمِعٍ خَشْيَةَ الصَّدَقَةِ ، وَمَا كَانَ مِنْ خَلِيطَيْنِ فَإِنَّهُمَا يَتَرَاجَعَانِ بَيْنَهُمَا بِالسَّوِيَّةِ ، فَإِذَا كَانَتْ سَائِمَةُ الرَّجُلِ نَاقِصَةً مِنْ أَرْبَعِينَ شَاةً وَاحِدَةٌ فَلَيْسَ فِيهَا شَيْءٌ إِلاَّ أَنْ يَشَاءَ رَبُّهَا ، وَفِي الرِّقَةِ رُبْعُ الْعُشْرِ ، فَإِنْ لَمْ تَكُنْ إِلاَّ تِسْعِينَ وَمِائَةَ دِرْهَمٍ فَلَيْسَ فِيهَا شَيْءٌ إِلاَّ أَنْ يَشَاءَ رَبُّهَا.
“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Əbu Bəkr (Bəhreynlilərə) zəkat haqda bunları yazdı: “Bu, Allahın və Onun Elçisinin ﷺ müsəlmanlara vacib buyurduğu, habelə Allahın ﷿ Öz elçisinə ﷺ vacib buyurduğu zəkatdır; hansı müsəlmandan burada göstərilən miqdarda zəkat tələb olunarsa, onu versin, bundan artığı tələb olunsa, verməsin. İyirmi beş dəvəyə qədər hər beş dəvəyə bir qoyun verilir. İyirmi beş dəvədən otuz beş dəvəyə qədər bir yaşını keçmiş bir dişi dəvə verilir. Əgər bir yaşını keçmiş dəvə yoxdursa, üç yaşına keçmiş bir erkək dəvə verilir. Dəvələrin sayı otuz altıdan qırx beş dəvəyə qədər olarsa, üç yaşına keçmiş bir dişi dəvə verilir. Dəvələrin sayı qırx altıdan altmış dəvəyə qədər olarsa, hamilə olan dörd yaşa keçmiş bir dəvə verilir. Altmış birdən yetmiş beşə qədər olarsa, beş yaşına çatmış bir dəvə, yetmiş altıdan doxsana qədər olarsa, üç yaşşına keçmiş iki dişi dəvə verilir. Dəvələrin sayı doxsan birdən yüz iyirmiyə qədər olduqda dörd yaşına keçmiş hamilə olan iki dəvə zəkat verilir. Yüz iyirmidən sonra hər qırx dəvəyə görə iki yaşlı bir dişi dəvə, hər əlli dəvəyə isə dörd yaşına keçmiş bir dəvə zəkat verilir. Zəkat olaraq veriləcək dəvələrin yaşları məsələsində çətinlik olarsa, məsələn, beş yaşlı bir dəvəni zəkat verməsi gərəkən bir adamın bu yaşda bir dəvəsi olmaz və dörd yaşlı bir dəvəsi varsa, onu və üstəlik iki qoyunu zəkat verir. Qoyun tapa bilməsə, pul şəklində iyirmi dirhəm də verə bilər. Dörd yaşı olmuş bir dəvə verməsi gərəkən adamda bu yaşda dəvə olmazsa, beş yaşlı bir dəvə taparsa, zəkat məmuru bunu həmin adamdan götürüb əvəzində ya iki qoyun, ya da iyirmi dirhəm verir. Dəvələri dörd yaşına çatmış bir dəvəni zəkat verəcək olan adam dörd yaşına çatmış dəvə tapmasa, üç yaşına çatmış bir dəvə taparsa, zəkat məmuru bunu götürür, hansı asandırsa, dəvənin yiyəsindən ya iki qoyun, ya da pul şəklində iyirmi dirhəm alır. Dəvələrinin sayı üç yaşa keçmiş dəvəni zəkat verəcək miqdara çatan və belə bir dəvəsi olmayanın, dörd yaşına keçmiş bir dəvəsi olarsa, zəkat məmuru bu dəvəni götürür, ona ya iki qoyun, ya da iyirmi dirhəm geri qaytarır. Dəvələrinin sayı iki yaşlı dəvənin zəkat verilməsi miqdarına çatıbsa, lakin belə bir dəvə tapa bilmir və bir yaşı olmuş dəvəsi varsa, zəkat məmuru tərəfindən bu dəvə götürülür və mal yiyəsi üçün hansı daha rahatdırsa, ya iyirmi dirhəm, ya da iki qoyun verir. Dəvələrinin sayı bir yaşlı bir dəvənin zəkat verilməsi miqdarına çatıbsa, lakin belə bir dəvə tapa bilmir və üç yaşı olmuş erkək dəvəsi varsa, zəkat məmuru tərəfindən bu dəvə götürülür, başqa heç nə almır. Dəvələrin sayı dörd ədəd olana zəkat düşmür, amma yiyəsi Rəbbinin istədiyi qədər bir şey verərəsə, istisnadır. Otlayan qoyunların sayı qırx ədəd olarsa, bir qoyunun zəkat verilməsi lazımdır. Yüz iyirmi ədəd qoyuna qədər bir qoyun zəkat verilir. Yüz iyirmidən iki yüzə qədər qoyuna görə iki qoyun zəkat verilir. İki yüz bir ədəd qoyundan üç yüz qoyuna qədər üç qoyun zəkat verilir. Üç yüzdən sonra hər yüz qoyuna görə bir qoyun zəkat verilir. Dişləri tökülən, yaşlı və qüsurlu qoyunlar zəkat alınmır. Yiyəsi əlavə olaraq versə, zərəri yoxdur. Zəkat almaq üçün ayrı-ayrı adamların malları birləşdirilmədiyi kimi, zəkat verməmək üçün bir adamın malı onun ailəsi və yaxınları arasında paylaşdırıla bilməz. Şərik olan mallarda zəkatı şərikliyin miqdarına görə bərabər şəkildə bölünür. Otlaqda otarılan qoyunların sayı qırxdan azdırsa, onlara zəkat düşmür, amma yiyəsi əlavə olaraq verərsə, zərər deyil. Gümüşün zəkatı qırxdabirdir. Kimin yüz doxsan dirhəm gümüşü olarsa, buna zəkat düşmür, amma yiyəsi əlavə olaraq istəsə verə bilər”.”