أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، وَمُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالاَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْمَلِكِ بْنُ أَبِي سُلَيْمَانَ ، قَالَ : سَمِعْتُ سَعِيدَ بْنَ جُبَيْرٍ ، يَقُولُ : سُئِلْتُ عَنِ الْمُتَلاَعِنَيْنِ فِي إِمَارَةِ ابْنِ الزُّبَيْرِ أَيُفَرَّقُ بَيْنَهُمَا ؟ فَمَا دَرَيْتُ مَا أَقُولُ ، فَقُمْتُ مِنْ مَقَامِي إِلَى مَنْزِلِ ابْنِ عُمَرَ ، فَقُلْتُ : يَا أَبَا عَبْدِ الرَّحْمَنِ ، الْمُتَلاَعِنَيْنِ أَيُفَرَّقُ بَيْنَهُمَا ؟ قَالَ : نَعَمْ ، سُبْحَانَ اللهِ إِنَّ أَوَّلَ مَنْ سَأَلَ عَنْ ذَلِكَ فُلاَنُ بْنُ فُلاَنٍ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، أَرَأَيْتَ - وَلَمْ يَقُلْ عَمْرٌو ، أَرَأَيْتَ - الرَّجُلَ مِنَّا يَرَى عَلَى امْرَأَتِهِ فَاحِشَةً إِنْ تَكَلَّمَ فَأَمْرٌ عَظِيمٌ - وَقَالَ عَمْرٌو : أَتَى أَمْرًا عَظِيمًا - وَإِنْ سَكَتَ سَكَتَ عَلَى مِثْلِ ذَلِكَ ، فَلَمْ يُجِبْهُ ، فَلَمَّا كَانَ بَعْدَ ذَلِكَ أَتَاهُ فَقَالَ : إِنَّ الأَمْرَ الَّذِي سَأَلْتُكَ ابْتُلِيتُ بِهِ ، فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ هَؤُلاَءِ الآيَاتِ فِي سُورَةِ النُّورِ {وَالَّذِينَ يَرْمُونَ أَزْوَاجَهُمْ} - حَتَّى بَلَغَ - {وَالْخَامِسَةَ أَنَّ غَضَبَ اللهِ عَلَيْهَا إِنْ كَانَ مِنَ الصَّادِقِينَ} فَبَدَأَ بِالرَّجُلِ فَوَعَظَهُ وَذَكَّرَهُ وَأَخْبَرَهُ أَنَّ عَذَابَ الدُّنْيَا أَهْوَنُ مِنْ عَذَابِ الآخِرَةِ ، فَقَالَ : وَالَّذِي بَعَثَكَ بِالْحَقِّ مَا كَذَبْتُ ، ثُمَّ ثَنَّى بِالْمَرْأَةِ فَوَعَظَهَا وَذَكَّرَهَا ، فَقَالَتْ : وَالَّذِي بَعَثَكَ بِالْحَقِّ إِنَّهُ لَكَاذِبٌ ، فَبَدَأَ بِالرَّجُلِ فَشَهِدَ أَرْبَعَ شَهَادَاتٍ بِاللَّهِ إِنَّهُ لَمِنَ الصَّادِقِينَ ، وَالْخَامِسَةُ أَنَّ لَعْنَةَ اللهِ عَلَيْهِ إِنْ كَانَ مِنَ الْكَاذِبِينَ ، ثُمَّ ثَنَّى بِالْمَرْأَةِ فَشَهِدَتْ أَرْبَعَ شَهَادَاتٍ بِاللَّهِ إِنَّهُ لَمِنَ الْكَاذِبِينَ ، وَالْخَامِسَةَ أَنَّ غَضَبَ اللهِ عَلَيْهَا إِنْ كَانَ مِنَ الصَّادِقِينَ ، فَفَرَّقَ بَيْنَهُمَا.
“Rəvayət edilir ki, Səid ibn Cubeyr ﵀ demişdir: “İbn əz-Zubeyrin valiliyi vaxtı məndən soruşuldu: “Lənətləşən ər-arvad ayrılmalıdırlarmı?” Mən bir cavab verə bilmədiyimə görə dərhal olduğum yerdən qalxıb İbn Ömərin evinə getdim və ona dedim: “Ey Əbu Abdur-Rahmən, lənətləşən ər-arvad ayrılmalıdırlarmı?” İbn Ömər dedi: “Bəli, Subhən-Allah! Bunu ilk soruşan adam filankəsin oğlu filankəsdir. O demişdir: “Ey Allahın Elçisi! Nə deyirsən, bizdən biri zövcəsini fahişəlik edəndə tutsa, nə etməlidir? Əgər kişi zövcəsinin zina etdiyini iddia etsə, dörd şahidlə isbat olunması tələb olunan böyük bir şey iddia etmiş olacaq. Əgər sussa, yenə də böyük bir şey qarşısında susmuş olacaq”. Allah Elçisi ﷺ ona cavab vermədi. Sonra o adam yenə gəlib soruşdu: “Ey Allahın Elçisi, səndən soruşduğum məsələ başıma gəldi”. Allah da “ən-Nur” surəsində olan bu ayələri nazil etdi: “Arvadlarını zinada günahlandırıb özlərindən başqa şahidləri olmayanların hər birinin şahidliyi, özünün doğru danışanlardan olmasına dair dörd dəfə Allahı şahid tutması, beşinci dəfə isə: “Əgər yalan danışanlardandırsa, Allah ona lənət eləsin!”, – deməsidir. Qadının da ərinin yalan danışanlardan olduğuna dair dörd dəfə Allahı şahid tutması cəzanı ondan dəf edər. Beşinci dəfə: “Əgər ər doğru danışanlardandırsa, Allah o qadına lənət eləsin!”, – deməlidir”. (ən-Nur, 6-9). Allah Elçisi ﷺ də o iki nəfər arasında lənətləşmə etdirdi və ilk olaraq kişidən başladı. Ona bu ayələri oxudu, nəsihət etdi, dünya əzabının axirət əzabından daha yüngül olduğunu söylədi. O kişi dedi: “Səni haqq din ilə göndərən Allaha and olsun ki, mən yalan demirəm”. Sonra qadını çağırtdırıb ona da öyüd-nəsihət etdi. Bu dəfə qadın dedi: “Səni haqq din ilə göndərən Allaha and olsun ki, o, yalan danışır”. Sonra lənətləşmə etmək üçün əvvəlcə kişidən başlandı. Kişi doğru söylədiyinə dair Allaha dörd dəfə and içdi. Beşinci dəfədə dedi: “Yalan deyirəmsə, Allahın lənəti mənim üzərimə olsun!” Sonra qadın çağırıldı. O da ərinin yalan söylədiyinə dair Allaha dörd dəfə and içdi. Beşinci dəfə isə əri doğru söyləyirsə, Allahın qəzəbinin öz üzərinə olmasını istəyərək and içdi. Allah Elçisi ﷺ də onları bir-birindən ayırdı”.”