حَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا جَرِيرٌ عَنْ عُمَارَةَ - وَهُوَ ابْنُ الْقَعْقَاعِ - عَنْ أَبِى زُرْعَةَ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « سَلُونِى » فَهَابُوهُ أَنْ يَسْأَلُوهُ. فَجَاءَ رَجُلٌ فَجَلَسَ عِنْدَ رُكْبَتَيْهِ. فَقَالَ يَا رَسُولَ اللَّهِ مَا الإِسْلاَمُ قَالَ « لاَ تُشْرِكُ بِاللَّهِ شَيْئًا وَتُقِيمُ الصَّلاَةَ وَتُؤْتِى الزَّكَاةَ وَتَصُومُ رَمَضَانَ ». قَالَ صَدَقْتَ. قَالَ يَا رَسُولَ اللَّهِ مَا الإِيمَانُ قَالَ « أَنْ تُؤْمِنَ بِاللَّهِ وَمَلاَئِكَتِهِ وَكِتَابِهِ وَلِقَائِهِ وَرُسُلِهِ وَتُؤْمِنَ بِالْبَعْثِ وَتُؤْمِنَ بِالْقَدَرِ كُلِّهِ ». قَالَ صَدَقْتَ. قَالَ يَا رَسُولَ اللَّهِ مَا الإِحْسَانُ قَالَ « أَنْ تَخْشَى اللَّهَ كَأَنَّكَ تَرَاهُ فَإِنَّكَ إِنْ لاَ تَكُنْ تَرَاهُ فَإِنَّهُ يَرَاكَ ». قَالَ صَدَقْتَ. قَالَ يَا رَسُولَ اللَّهِ مَتَى تَقُومُ السَّاعَةُ قَالَ « مَا الْمَسْئُولُ عَنْهَا بِأَعْلَمَ مِنَ السَّائِلِ وَسَأُحَدِّثُكَ عَنْ أَشْرَاطِهَا إِذَا رَأَيْتَ الْمَرْأَةَ تَلِدُ رَبَّهَا فَذَاكَ مِنْ أَشْرَاطِهَا وَإِذَا رَأَيْتَ الْحُفَاةَ الْعُرَاةَ الصُّمَّ الْبُكْمَ مُلُوكَ الأَرْضِ فَذَاكَ مِنْ أَشْرَاطِهَا وَإِذَا رَأَيْتَ رِعَاءَ الْبَهْمِ يَتَطَاوَلُونَ فِى الْبُنْيَانِ فَذَاكَ مِنْ أَشْرَاطِهَا فِى خَمْسٍ مِنَ الْغَيْبِ لاَ يَعْلَمُهُنَّ إِلاَّ اللَّهُ ». ثُمَّ قَرَأَ {إِنَّ اللَّهَ عِنْدَهُ عِلْمُ السَّاعَةِ وَيُنَزِّلُ الْغَيْثَ وَيَعْلَمُ مَا فِى الأَرْحَامِ وَمَا تَدْرِى نَفْسٌ مَاذَا تَكْسِبُ غَدًا وَمَا تَدْرِى نَفْسٌ بِأَىِّ أَرْضٍ تَمُوتُ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ} قَالَ ثُمَّ قَامَ الرَّجُلُ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « رُدُّوهُ عَلَىَّ » فَالْتُمِسَ فَلَمْ يَجِدُوهُ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « هَذَا جِبْرِيلُ أَرَادَ أَنْ تَعَلَّمُوا إِذْ لَمْ تَسْأَلُوا ».
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ səhabələrinə: “Mənə sual verin!”, - deyə buyurdu. Səhabələr ondan söz soruşmaqdan ehtiyat etdilər. Elə bu vaxt bir nəfər gəlib Allah Elçisinin ﷺ dizlərinin yanında yerə oturdu və: “Ey Allahın Elçisi! İslam nədir?”, – deyə soruşdu. Allah Elçisi ﷺ buyurdu: “Heç bir şeyi Allaha şərik qoşmamalısan, vacib buyurulmuş namazları qılmalısan, zəkatı verməlisən və Ramazan ayını oruc tutmalısan”. Adam: “Doğru söylədin!”, - dedi. Sonra o: “Ey Allahın Elçisi! İman nədir?”, – deyə soruşdu. Allah Elçisi ﷺ buyurdu: “Allaha, Onun mələklərinə, Onun Kitabına, Onunla qarşılaşacağına və Onun elçilərinə, habelə öldükdən sonra diriləcəyinə və qədərin hamısına iman gətirməlisən”. Adam: “Doğru söylədin!”, - dedi. Sonra o: “Ey Allahın Elçisi! Ehsan nədir?”, – deyə soruşdu. Allah Elçisi ﷺ buyurdu: “Allahdan, sanki, Onu görürmüşsən kimi qorxmalısan; sən Onu görməsən də, bil ki, O səni görür”. Adam: “Doğru söylədin!”, - dedi. Sonra o: “Ey Allahın Elçisi! Qiyamət nə zaman qopacaq?”, – deyə soruşdu. Allah Elçisi ﷺ buyurdu: “Bu haqda soruşulan soruşandan çox bilmir, lakin onun əlamətlərini sənə xəbər verəcəyəm: qadının öz ağasını dünyaya gətirməsini görsən, bil ki, bu, Qiyamətin əlamətlərindəndir. Habelə ayaqyalın, çılpaq, səfil cahillərin yer üzündə ağalıq etməsi Qiyamətin əlamətlərindəndir. Həmçinin qoyun-quzu otaran çobanların hündür binalar tikməkdə bir-biri ilə yarışması Qiyamətin əlamətlərindəndir. Qiyamətin vaxtı isə yalnız Allahın bildiyi beş qeybi məsələdən biridir”. Sonra Allah Elçisi ﷺ bu ayəni oxudu: “Həqiqətən, Qiyamətin qopacağı vaxtı ancaq Allah bilir. Yağışı istədiyi vaxt göydən O yağdırır, bətnlərdə olanı O bilir. Heç kəs səhər nə qazanacağını bilməz. Heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, hər şeyi Biləndir, hər şeydən Xəbərdardır!” (Loğman, 34). Sonra bu adam qalxıb getdi. Allah Elçisi ﷺ: “Onu yanıma gətirin!”, – deyə buyurdu. Səhabələr onu axtardılar, lakin tapa bilmədilər. Onda Allah Elçisi ﷺ dedi: “Bu, Cəbrail idi. İstəyirdi ki, dininizi öyrənəsiniz. Çünki siz sual verməkdən çəkindiniz”.”